Inforex Weekly#66

13
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°66 IYUL 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 10

description

Inforex Weekly#66: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#66

Page 1: Inforex Weekly#66

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°66 IYUL 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ10

Page 2: Inforex Weekly#66

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Avro/dollar cütlüyü ötən həftə göstərilən ilkin hədəfi 1.3515 nöqtəsini əldə etdi. Hazırda cütlüyün D qrafikində eniş trendinin mərkəzində ticarət apardığı müşahidə olunur.Eyni zamanda nəzərə alsaq ki,bu səviyyə (1.3515) D rqafikində artıq 5 dəfə yoxlanıb və qiymət yenidənq alxışa davam edib,analoji reaksiyanı indi də gözləmək olar.

Gözlənilən ehtimal özünü doğruldarsa,1.3584 nöqtəsi yoxlana bilər.Qalxışı davam etdirmək üçün məzənnə buradan yuxarıda möhkəmlənməlidir.Eniş dinamikasının sürətlənməsi üçün 1.3515 və 1.3470 səviyyələrindən aşağıda möhkəmlənmə görməliyik

Page 3: Inforex Weekly#66

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

EUR/USD ötən ilin fevralında proqnozlaşdırılmış nöqtəyə çatıb - FXStreet

FXStreet analitiki V.Bednarik bildirir ki , EUR/USD 1.3476 illik minimumlarının bir neçə addımlığındadır. «Yaxın dəstək 1.3476 səviyyəsindədir və aşağıda daha iri stoplar müşahidə olunur».

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

«Bu həftə Britaniya rəqəmləri faiz dərəcəlıərinin gələcəyini müəyyən edəcək - ING»

ING analitikləri hesab edirlər ki,Bu həftə Böyük Britaniyadan açıqlanan rəqəmlər faiz dərəcələrinin pespektivləri barədə fikir yaradacaq. «Diqqət mərkəzində ÜDM,Pərakəndə satışlar,İngiltərə Bankının iyun iclasının protokolları olacaq.Rəqəmlərin pozitiv olması faiz dərəcələrinin noyabr ayında artırıla biləcəyi ilə bağlı ümidlər yaradacaq».

PMI və IFO rəqəmləri- bu həftə diqqət mərkəzindədir – Danske Bank

Danske Bank baş analitiki A.Lyumhols bildirir ki,həftə ərzində diqqət mərkəzində saxlaı\nılan ən mühüm məlumatlar Avrozona PMI və IFO olacaq. «Pul kütləsi və AMB kreditləşdirməsi cümə günü diqqət mərkəzində olacaq,belə ki, kreditləşmə həcmlərindəki artım TLTRO-nun hansı həcmdə keçirləcəyini göstərəcək ».

USD: infliyasiya bizim hər şeyimizdir.

Buğa tendensiyasının üstün olacağı gözlənilir

Əsas hadisələr: Aparıcı indikatorlar, CPI, daşınmaz əmlak satışları,uzunmüddətli məhsul sifarişləri Biz dolları deflyasiya valyutalarına qarşı almağı tövsiyyə edirik . Ötən həftə dollar Elenin aqressiv şərhləri və FRS-in faiz dərəcələrini qaldıra biləcəyi vaxta korrektə olunması fonunda ucuzlaşdı . ABŞ-da infliyasiya sürətlə qalxmaqdadır ,ona görə də bu həftə istehlak qiymətləri indeksi diqqət mərkəzində olacaq.

EUR:aparıcı indikatorları izləyirik.

Ayı proqnozu.

Əsas hadisələr: Almaniyada IFO işgüzar mühit indeksi , М3, bank kreditləşməsi, PMI.Avro/dollar, avro/funt və avro//yena cütlüklərində ayı proqnozunu dəstəkləyirik.Hesab edirik ki,avro/dollar qısamüddətli diapazonunun aşağı sərhədini qırıb və bu da kütləvi satışlar üçün imkan yaradır .İqtsadi aktivlik və aşağı infliyasiya regionda vəziyyəti çətinləşdirir.Bu həftə biz İFO və PMİ rəqəmlərini izləyəcəyik.

Credit Suisse-dən EUR/USD, GBP/USD barədə proqnozlar Credit Suisse analitikləri hesab edirlər ki, EUR/USD aşağı düşəcək və 1.3477 nöqtəsi iri “klin“ ayı modelinin formalaşmasını başa çatdıracaq. «Müqavimətlər 1.3541, 1.3570/87, 1.3611».GBP/USD cütlüyü isə 1.7059/52 səviyyəsindən dəstək alacaq .«Bu səviyyədə alışlar yerləşib,amma onun qırılması cütlüyü 55 günlük MA-nın keçdi-yi 1.6952/38 ətrafına enişə məcbur edəcək».

USD, EUR, JPY, GBP, AUD: Morgan Stanley-dən həftəlik fundamental analiz həftə ərzində bir neçə cütlük üçün gözlənilən hərəkətlər

Page 4: Inforex Weekly#66

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

XAU/USD

Bг həftə qızılın dinamikasını 2 əsas faktor təyin edəcək -geosiyasi risklər və bazarda dolların mövqeyinin güclənməsi. Birinci faktorun güclənməsi metalla dəstək verəcək və məzənnənin 1345 səvioyyəsinə qalxışını təyin edəcək, buradan uzunmüddəti satışların alıacağını gözləmək olar.Amerika valyutasının möhkəmlənməsi ayıları gücləndirərək 1291.9 ətrafın aenişi təmin edə bilər.Bu baryerin aradan qaldırılması növbəti hədəf olan 1268.30 səviyyəsinin yoxlanmasına səbəb olacaq.

Həftəlik proqnoz 21 iyul – 25 iyul:

JPY: yena krosslarda artmaqdadır. Buğa proqnozu üstündür

Əsas hadisələr: aparıcı indikatorlar, ticarət balansı və CPI

Yapon valyutası fikrimizcə tələblə qarşılanacaq və bu əsasən krosslarda baş verəcək.Dollar/yena yaxın aylar-da 98.00 səviyyəsinə düşə bilər.Yaponiya Bankı yəqin ki,stimullaşdırıcı addımları genişləndirəcək,bu da yenanı yüksəkgəlirli valyutalar qarşısında möhkəmləndirəcək.

GBP: qalxış hələ davam edə bilər. Buğa proqnozu üstün olacaq.

Vacib hadisələr: İngiltərə Bankının iclas protokolları, pərakəndə satışlar,ÜDM.

Son həftələrdə Böyük Britaniyada dərc olunan rəqəmlər o qədər də güclü olmayıb,amma hesab edirik ki,funtun enişi alışlar üçün şərait yaradır.İngiltərə Bankı faiz dərəcələrinin vaxtından əvvəl qaldırılacağı barədə nəsə açıqlayarsa,funt sürətlə qalxışa davam edə bilər.

AUD: krosslardan dəstək alır. Neytral proqnoz.

Əsas hadisə: CPI

Hesab edirik ki,avstraliya dolları dövləq istiqrazlarına kapital axını və ixracat həcminin artımından dəstək ala bilər.Avstraliya dolları əsasən Yeni Zellandiya dolları qarşısında möhkəmlənə bilər və buna görə də aud/nzd cütüyünün alışları ayı dinamikasının qarşısını ala bilər.

Page 5: Inforex Weekly#66

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Ticarət qeydiyyatları gündəliyi - olmalıdır ya yox?… Ardı

Aparılmış əməliyyatları sənədləşdirmək nə üçün vacibdir?

Bu ilk növbədə emosionallıqdan qaçmaq üçün vacibdir.Hər bir əməliyyatın qeydə alınması fikirləri yayındırmağın qarşısını alır.Zamanla siz konservativ ticarət aparmağı öyrənəcəksiniz,təcrübə göstərir ki,günlük qrafiklərdə ticarət aparan treyderlər uzunmüddətli periodda daha yaxşı nəticələr əldə edirlər.

Əməliyyatların analizi

Həftə sonları 1 saat vaxt ayıraraq həftə ərzində açılmış əməliyyatları analiz etmək olar.Bu zaman siz zərərli əməlliyyatların üzərində daha geniş dayanaraq ,ziyanın səbəblərini araşdıra ,gəlirli əməliyyatlarda girş və çıxış vaxtının təyin olunması üçün apardığınız analizi bir daha nəzərdən keçirə bilərsiniz.

Nəticə necə olacaq?

Treyder öz üzərində işləməklə nizam -intizam vərdişlərinə yiyələnir ki,bu da hər bir treyder üçün çox vacibdir.Bir il belə işləməklə siz 3 illik ticarət təcrübəsi qazanırsınız.Ticarətlərin qeydiyyat jurnalını aparmağa etinasız yanaşmaqla siz özünü aldadırsınız ki,belə bir etinasızlıq və məsuliyyətsizlik kazinoya daxil olub pulları itirməklə müqayisə oluna bilər.

Uğurlu ticarət arzularıyla!

Trendin potensialının təyin edilməsi Flet davam edə bilər - EUR/USDGünlük qrafik:Bollincerin aşağı xəttində böyük pinbarın yarandığını görürük,amma konvert eniş orientasiyasına malikdir ( dəstək 1.3508). KOrreksiyanın minimal hədəfi Bollincerin orta xəttidir (1.3606).

Page 6: Inforex Weekly#66

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Işimoku texnikası istifadə edilməklə texniki icmalEUR/JPY

Davamlı eniş çərçivəsində cütlük 1.3595 dəstəyini və trend xətlərini qırdı.Sonra qiymət hərəkəti yavaşladaraq konsolidasiyaya başladı və qısa kölgəli şamlar yaratdı.Enişin davam edəcəyi halda növbəti dəstək 1.3490 səviyyəsi olacaq.Kijun -sen və Tenkan -sen enişə meylli “ ölü xaç” da kəsişiblər.Eyni zamanda hər iki trend xətti üfüqi istiqamətə dönüb və bir birinə paralel hərəkət edir.Qiymətin buluddan aşağıda yerləşməsi ümumi eniş trendinin qüvvədə olmasından xəbər verir . RSI 50 səviyyəsindən aşağıdadır.

USD/CAD

1.7170 müqavimətindən aşağıda konsolidasiyanı davam etdirən funt aşağı sıçrayıb .Qiymət Tenkan -seni aşağı qırıb və kiçik şamlar yaradaraq konsolidasiyaya başlayıb.Yaxın dəstək hazırda 1.7060 səviyyəsindədir.Kijun -sen və Tenkan-sen qalxışa meylli “ qızıl-xaç” daxilində kəsişiblər.Qiymətin buluddan yuxarıda yerləşməsi ümumi qalxış dinamikasının üstün olacağından xəbər verir. RSI həddindən artıq alış zonasından aşağıda, 50 zonasının üzərindədir.

Page 7: Inforex Weekly#66
Page 8: Inforex Weekly#66

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

EUR/USD, GBP/USD, USD/JPY, EUR/JPY: Texniki analizEUR/USD

Cütlük 1.3475-1.3500 dəstəyini yuxarıdan yoxlayıb və bu dəstəkdən yuxarıda qalmağa nail olub,bu 1.3700 ətrafına qalxış ehtimalını gücləndirib. Onun yuxarı qırılması 1.3750 və 1.3800 nöqtələrinin yoxlanmasına yol açacaq. Eyni zamanda 1.3475-1.3500 dəstəyinin qırılması eniş dinamikasının güclənməsinə və 1.3300 , 1.3100 yaxınlığının testinə səbəb olacaq.

GBP/USD

1.7060-1.7080 dəstəyindən aşağıda möhkəmlənmək hələ ki mümkün deyil,bu da qalxış trendinin davamı ehtimalının gündəmə gətiribBunun üçün cütlük 1.7200 səviyyəsindən yuxarıda möhkəmlənməlidir. Eyni zaman-da 1.7060-1.7080 səviyyəsinin aşağı qırılması 1.6920-1.6950, 1.6690 ətrafına yol açacaq.

Page 9: Inforex Weekly#66

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

USD/JPY

Cütlük təzyiq altındadır və 100.75-101.20 dəstəyinin qırılması 100.00 yaxınlığına enişə səbəb olacaq. Eyni za-manda 102.10 səviyyəsinin yuxarı qırılması 102.80-103.00 yaxınlığına qalxışa yol açacaq, eyni zamanda eniş üçün cütlük 100.00 fiqurundan aşağıda möhkəmlənməlidir.

EUR/JPY

Cütlük klin daxilində hərəkət edir . Yaxın perspektivdə 136.20 dəsətyinin yoxlanması ehtimal edilir ,amma enişin bu səviyyədən daha da aşağı davam etməsi imkanları nisbətən məhduddur. Əgər bu dəstək davam gətirərsə,klinin yuxarı hissəsinə sıçrayış mümkündür, 139.30-139.60 səviyyəsinin yuxarı qırılması isə 140.00-140.20 ətrafına qalxışı təmin edəcək.

Page 10: Inforex Weekly#66

INFOREX WEEKLY TEXNIKI ANAlİZ09

Trendin potensialının təyin edilməsi

GBP/USD

Günlük qrafik: cütlük Bollincerin orta xəttinə enişə çalışır (1.6975), amma orta xətt enişi məhdudlaşdıra bilər (1.71)

USD/JPY

Günlük : Dəstək olaraq Bollincerin aşağı xətti (101.07), müqavimət kimi orta xətt (101.61) çıxış edir. Daha bir dəstək 100.81 nöqtəsindədir,onun əldə edilməsi aktiv tələb yaradaraq sıçrayışa səbəb ola bilər .

Page 11: Inforex Weekly#66

Dalğa+Fibo analizi

EUR/USD

Cütlüyün c və ya 3-cü dalğa daxilində 4-cü dalğanı yaratdığını və bu dalğanın ilkin hədəflərinin 1.3550, 1,3565 olacağı ehtimal edilir.

Eniş dalğası hədəfləri:

1,3490 – 127,2% -lik Fibo1,3400

Qalxış dalğası hədəfləri:

1,3558 – 11,4% -lik Fibo1,3618 – 23,6% -lik Fibo

Ümumi nəticələr və tövsiyyələr:

Cütlük trendin eniş zonasını yaratmaqdadır .Qalxış dalğası daxilində qalxış 11,4% , 23,6% -lik Fibo səviyyəsinə uyğun olan 1,3558 və 1,3618 ətrafına qədər davam edə bilər .

INFOREX WEEKLY 10DALGA ANALIZI

Page 12: Inforex Weekly#66

INFOREX WEEKLYDALGA ANALIZI11

GBP/USD

Eniş sahəsinin daxili dalğa strukturu faktiki olaraq bitmiş 5 dalğalı struktur şəklini alıb .Eyni zamanda enişi davam etdirməzdən əvvəl cütlük 5-ci dalğanın təpəsini yenidən yoxlaya bilər

Eniş dalğası hədəfləri:

1,7029 – 127,2% -lik Fibo1,6900

Qalxış dalğası hədəfləri:

1,7211 – 161,8%-lik Fibo1,7300

Ümumi nəticələr və tövsiyyələr:

Britaniya valyutası trendin qalxış sektorunu formalaşdırır . Qalxış dalğası daxilində qiymət 161.8%-lik Fibo səviyyəsinə uyğun olan 1,7211 və 73 fiqurunu yoxlaya bilər.Eniş dalğası daxilində qiymət 127.2%-lik Fiboya uyğun olan 1,7029 və 1,6900 səviyyəsini yoxlaya bilər. Ehtimal olunan 5-ci dalğa uzanan və mürəkkəb forma alsa da , tamamilə başa çatmış görünür.

Page 13: Inforex Weekly#66

INFOREX WEEKLY 14DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal