Inforex Weekly#49

20
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°49 MART 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 3 DALĞA ANALİZİ 17

description

InForex Weekly:treyderler ucun heftelik Forex icmali

Transcript of Inforex Weekly#49

Page 1: Inforex Weekly#49

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°49 MART 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 3 DALĞA

ANALİZİ17

Page 2: Inforex Weekly#49

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Avro/Dollar

Avro/dollar ötən analizdə göstərdiyimiz ssenariyə uyğun hərəkət edir.1.3955 müqavimətinə qiymət yaxınlaşıb və bu səviyyə işlənərək eniş üçün əsaslar qoyulub.Eyni zamanda qiymət deyilən dəstəyə -1.3790 səviyyəsinə də çatlb və hazırda bu dəstəyin qırılması üzərində çalışır.Hazırki vəziyyətdə əsas dəstək 1.3711,müqavimıt 1.3885 nöqtələrindədir.Deyilən dəstək qırılarsa növbəti hədəf olan

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Page 3: Inforex Weekly#49

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

MAVLET BAGİYEVekspert - analitik

Eur/Usd

EUR/$ cütlüyü enişdən sonra qeyri-müəyyən hərəkət edir və qiymət vacib səviyyə olan 1,3830 nöqtəsindən aşağıdadır. Ola bilsin ki,qiymət 1,3700-20 səviyyəsini yoxlayacaq.Amma qiymət artıma start verərsə, 1,3900-30 yaxınlığına qalxış gözləmək olar.

02

Page 4: Inforex Weekly#49

Ötən həftə həftə amerika dolları əsas rəqibləri qarşısında mövqelərini möhkəmləndirib.EUR/USD hfətənin nəticələrinə görə 0.85% zəifləyib.Ayıların aktivləşməsinə FRS-in aktivlərin alışı proqramını azaltması kömək edib.

GBP/USD cütlüyü bir neçə investorların satışları fonunda təzyiq altına düşüb.İşsizlik səviyyəsinin azalması və orta əmək haqqının artması da funta dəstək verə bilmədi.Həftənin nəticələrinə görə cütlük 0.9% eniş nümayiş etdirdi.

USD/JPY cütlüyü tələblə qarşılanıb,çərşənbə günü 19 martda ticarət balansı relizi proqnozlardan aşağı çıxdı və bu da yapon investorlarının problemlərinin olduğunu göstərdi.FRS-in iclas nəticələri fonunda cütlüyün artımı müşahidə edildi.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

EUR/USD: qalxış əlamətləri yoxdur. - ötən həftə icmalı

Həftəlik proqnoz 24 mart – 28 mart:

AVRO/DOLLAR

Bu həftə ayın son həftəsi olduğuna görə makroiqtisadi xəbərlərlə zəngindir.İnvestorlar ilk növbədə Almaniya xəbərlərini diqqətdə saxlayacaqlar.25 mart çərşənbə axşamı Almaniya İfo institutu Almaniyada işgüzar mühit indeksi dərc edəcək.

Eyni gündə Ştatlar CB istehlakçıların əhval-ruhiyyə indeksini dərc edəcək.Əgər rəqəmlər pozitiv olarsa,dollara tələbin güclənmısini görə bilərik.Ümumiyyətlə həftə ərzində eur/usd cütlüyündə ayı əhvalının üstün olacağını 1.3600 – 1.3850 diapazonunda hərəkət gözləmək olar.

03

Page 5: Inforex Weekly#49

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

FUNT/DOLLAR

Çərşənbə axşamı 25 martda Böyük Britaniyada istehlak qiymətləri indeksi dərc ediləcək.Britaniya valyutası artıq bir neçə aydır ki,avro qarşısında qalxış nümayiş etdirir və bu da infliyasiya prosesslərinin inkişaf etdiyini göstərir.

Orta əmək haqqının artması Britaniya valyutasının artımına gətirə bilər. Ümumiyyətlə ,həftə ərzində yan tendensiyasının inkişafını və 1.6350-1.6600 diapazonunda hərəkət gözləmək olar.

04

Page 6: Inforex Weekly#49

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Əsas cütlüklərə “texniki baxış”

Avro/Dollar

$1.3948-66 səviyyəsinin aşağı qırılması günlük qrafikdə qalxış kanalının aşağı sərhədinin və 21 günlük ma-nın qırılmasına səbəb oldu.Buğalar üstünlük əldə etmək üçün $1.3879 səviyyəsindən yuxarıda möhkəmlənməlidirlər və bu $1.3948-66 yaxınlığına qalxış üçün yol açacaq. Hələ ki, $1.3881 səviyyəsi qalxışı məhdudlaşdırır və $1.3644-94 səviyyəsi diqqət mərkəzində olan dsətəkdir.Sonuncunun qırılması diqqəti 200-günlük ma -ya yönəldəcək..

Avstraliyalı $0.9142-0.9204 ərazisi avstraliya dolları üçün həftə ərzində əsas səviyyə olacaq. Qiymət 200- günlük ma-dan yuxarıda möhkəmlənə bilərsə,qalxış trendi davam edə və $0.9440-50 səviyyəsi yoxlana bilər. Amma 200-günlük ma qalxışı məhdudlaşçdırdıqca ayılar $0.8944-0.8994 ətrafını yoxlamağa cəhd edcəklər.Qalxış trendinin əsası günlük kanalda $0.8944 nöqtəsindn keçir. Aşağıda bağlanma diqqətləri $0.8875 dəstəyinə yönəldəcək.Bu halda , $0.8499 -ikinci dəstək olacaq.

Funt/dollar

55- günlük ma-dan aşağıda möhkəmlənmə (hazırda $1.6565) ötən həftə ayılara hədəf $1.6384-1.6471 olmaqla enişi davam etdirməyə kömək etdi.Buğalar təzyiqi azaltmaq üçün 20 mart maksimumundan yuxarı qalxmağa cəhd edirlər.Günlük ossilyatorlar nisbətən alınmış kimi görünürlər .

Avro/funt

Cütlük cümə günü dəstəyindən yuxarı sıçrayıb, 100-günlük ma (0.8315) aşağı yönəliblər. Müqavimət 0.8376-0.8422 zonasındadır. 200 - günlük ma-dan yuxarıda möhkəmlənmə buğa istiqamətini təstiqləyəcək .Ayılar 0.8300 ətrafından aşağıda möhkəmlənə bilərlərsə, 0.8159-0.8205 dəstəyinə yol açılacaq.

05

REKLAM

Page 7: Inforex Weekly#49

06INFOREX WEEKLYTEXNIKI ANAlİZ

3 cütlük üzrə həftəlik icmal

EUR/USD

Aylı qrafik: qalxış tendensiyası qalır,amma ola bilsin ki,Bollincerin yuxarı sərhədindən güclü ap-trend olacağı halda 1.3673,buğa impulsunun zəifləyəcəyi halda 1.3230 dəstək zonalarına korreksiya baş verə bilər. 1.4034 müqavimətinin qırılması uzunmüddətli perspektivdə 1.4954 səviyyəsinə istiqamətlənmiş hərəkətə start verəcək.Həftəlik qrfaikdə: buğaların 1.3673 səviyyəsi qırılacağı halda gücdən düşəcəkləri və ayı Over&Under (göy ox) yaranacağı ehtimal edilir.Ona görə də alıcılar üçün qiymətin 1.3673 səviyyəsindən yuxarıda qalması əsasdır.Günlük qrafik: Burada da 1.3673 səviyyəsinin əsas dəstək olması müşahidə olunur buğalar hazırki səviyyədən güclü hərəkətə başlamasalar, 1.3673 səviyyəsində ortamüddətli alışlar başlaya bilər.Nəticə: Qiymətin 1.3673 səviyyəsinə enişini və oradan 1.4054 ətrafına istiqamətlənmişhərəkət başlayacağı mümkündür. Alternativlər ikidir. Birinci - ap- tendensiyasının qırılması (bunun üçün qiymətin 1.3673 səviyyəsindən aşağıda möhkəmlənməsi kifayətdir).Bu halda 1.3915 zonasına korreksiya ,oradan O&U patterninə qədər satışlar etmək olar. İkinci alternativ -qiymətin hazırki səviyyələrdən birbaşa qalxışı.

Page 8: Inforex Weekly#49

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

GBP/USD

Aylıq qrafik: Bollincerin yuxarı sərhədi (1.6829) hələ ki,qiyməti intensiv olaraq aşağı itələyir,bu da korreksiyanın 1.5943 ətrafına qədər davam etməsinə səbəb ola bilər. Qiymətin 1.5943 səviyyəsindən aşağıda möhkəmlənməsi 1.4964 yaxınlığına eniş üçün yol açacaq.Hətəlik qrafik:burada vəziyyət texnioki korreksiyadan kənara çıxmır,ona görə də əsas ssenari olaraq qiymətin 1.6415 səviyyəsindən sıçramasını gözləmək olar. 1.5945 səviyyəsindən aşağı eniş Over&Under dönüş patternin-in yaranmasına səbəb olacaq və 1.6634 ətrafında satışların artmaısna gətirəcək.Günlük qrfaik: Bollincer konverti xaricində dördüncü bar qalxış korreksiyasının yaxınlaşmasından da xəbər verə bilər.Bu, 1.6415 səviyyəsinin dəstək olmasını təstiq edir.Nəticə: əsas ssenari - 1.6415 səviyyəsinə toxunuş və yuxarı 1.6829 ,1.7051 ətrafına sıçrayış.Alternativ - 1.6415 səviyyəsinin aşağı qırılması və 1.5943 ətrafına eniş.

Page 9: Inforex Weekly#49

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

AUD/USD

Aylıq qrafik: dauntrendin inkişafı uğrunda mübarizə gedir. Buğaların fevral barını qırmaq üçün daha bir həftələri vardır.Ayılar isə Bollincer konverti daxilində aktiv eniş üçün cəhd edirlər.Enişin davamı və yuxarı dönüş baş vermə ehtimalları bərabərdir.

Həftəlik qrafik: burada biz buğaların ossilyator konvergensiyasını əminliklə işləməsini müşahidə edirik.Eyni za-manda aşağı xətt zonası olan 0.8617 ətrafına eniş də istisna edilmir. Hədəf əvvəlki olaraq 0.9717 nöqtəsindədir.

Günlük qrafik:Buğa simptomlarının üstünlük təşkil etdiyi üfüqi diapazon müşahidə olunur.

Nəticə: Əsas ssenari - 0.9717 ətrafının yoxlanması mümkündür.

Alternativ - enişin davamı, əvvəlcə 0.8617, ırılarsa - 0.8418 səviyyəsinin yoxlanmasını gözləmək olar.

Page 10: Inforex Weekly#49

INFOREX WEEKLY TEXNIKI ANAlİZ09

Page 11: Inforex Weekly#49

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 10

FACEBOOK

Page 12: Inforex Weekly#49

Danske Bank analitikləri bildirirlər ki, hazırki vəziyyətdə avroda texniki vəziyyət ayıların xeyrinədir.Bankda ,cütlüyü stop $1.3850,hədəf $1.3707 olmaqla satmağı tövsiyyə edirlər. Satşlar eyni zamanda $1.3815 ətrafındadır

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

11

UBS analitiki Q.Berri avronun perspektivlərini analizi edərək bildirir ki,cütlük $1.4000 ətrarfında ticarət apararkən Avrozonadakı vəziyyət avroya dəstək verirdi, amma FRS iclasından sonra ABŞ-da faiz dərəcələrinin artırılacağı ehtimalını gücləndirdi və bu da dollara dəstək verdi. Berri hesab edir ki,2014-cü ilin sonunda avro 1.25 səviyyəsində ticarət aparacaq.

Credit Agricole: avroda buğalar özünü bir dəfə də göstərə bilərlər

Avronun 38-ci fiqurdan yuxarı qayıdış cəhdləri zəif olaraq qalır və yeni həftə minor notda başlayır,amma Credit Agricole valyuta strateqləri hesab edirlər ki, buğalar hələ ki,ruhdan düşməməlidirlər.Bankda eniş üçün imkanların mövcudluğunu görürlər ,amma enişin güclü olacağına şübhə ilə yanaşırlar.Onlar qeyd edirlər ki,avro/dolların zəifliyi FRS-in sərt ritorikası ilə əlaqədardır,bu arada avro/dollarda qalxış trendi qüvvədə qalır,amma AMB məzənnəyə təsir etmək üçün heç bir tədbir görmür. Cred-it Agricole -da dolların daha sürətlə möhkəmlənməsi üçün riskə marağın daha çox

TREYDERLƏR ÜÇÜN FORUM

JP Morgan:avro enişə meyllidir

JPMorgan valyuta strateqləri qeyd edirlər ki,avro son həftələrin hadisələrindən sonra zəif görünür ,buğalar vəziyyəti öz xeyirlərinə dəyişmək üçün $1.3825/45 ətrafından yuxarıda möhkəmlənməlidirlər.Bu,göründüyü kimi eniş risklərini azalda-caq .JP Morqanda $1.3782 dsətəyinin aşağı qırılmasının ilk olaraq $1.3711,ardınca $1.3573 yaxınlığına yol açacağını bildirirlər.

Page 13: Inforex Weekly#49

12INFOREX WEEKLYTEXNIKI ANAlİZ

«Carry» anlayışı ingilis dilində bir çox mənalara malikdir və bunlardan biri və birjada işlədilən – adding num-bers – rəqəmlərin əlavə edilməsidir. Beləliklə,belə çmıxır ki, carry trade anlayışı rəqəmlər əlavə olunan ticarət deməkdir (yəni hesaba).

Carry trade strategiyası müxtəlif valyutalarda faiz dərəcələrinin fərqliliyinə əsaslanır. Təbii ki,bu halla gündəlik həyatda çoxları qarşılaşırlar.Məsələn bankda müəyyən faiz dərəcəsi ilə müxtəlif valyutalarda hesab açılır.Təsəvvür edək ki,dollarla açılan hesablarda ilik gəlir 5-6%,avroda 2-4%dir. Ardınca təsəvvür edək ki,bizim əvvəlcə avronu 4%-lə borc götürürük,sonra isə 5-6%-lik dollar hesabına keçiririk. Carry trade bizə məhz bunu etmək imkanı yaradır.

Carry trade strategiyası valyuta bazarının bəzi üstünlüklərini istifadə edir:istənilən valyutanı depoziti girov sax-layaraq borc götürmək;depozitin həcmindən 50,100 və hətta 400 dəfə çox pul götürə bilmək;Valyutanı yüksək bank faiz dərəcəsi ilə almaq.

Ardı gələn sayda...

Carry Trade strategiyası

Page 15: Inforex Weekly#49

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Eur/Usd Cütlük kəskin enişdən sonra konsolidasiya edir,amma 1.3830 səviyyəsindən aşağıda qaldığı üçün , 1.3640-1.3670 ərazisinə eniş mümkündür . Bu arada daha dərin eniş ehtimalı elə də güclü deyil və ola bilsin ki, 1.3640 yaxınlığından 1.4000 səviyyəsinə istiqamətlənmiş hərəkət başlaya bilər.

Texniki analiz EUR/USD, GBP/USD, USD/JPY, AUD/USD, GOLD

14

Gbp/Usd

Cütlük praktik olaraq 100 günlük sma-ya çatıb.Əgər bu dəstək enişi dayandırarsa, yenidən qalxış trend-inin bərpasını gözləmək olar. Bu halda 1.6750 ətrafına qalxış mümkündür və qiymət buradan yuxarıda möhkəmlənə bilərsə,ikinci bir vacib müqavimət olan 1.7040 səvioyyəsi hədəf olacaq. Cütlük 100-günlük SMA-nı aşağı qırarsa , 1.6200 dəstəyinə eniş görə bilərik .Eyni zamanda ondan aşağı qırılma ehtimalı zəifdir və onun yaxınlığından qalxış davam edə bilər.

Page 16: Inforex Weekly#49

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Usd/Jpy

100 və 50 günlük ma-nın keçdiyi 102.65-102.75 müqavimət zonası qalxışın hələ ki,qarşısını alır.Amma onun qırılma və oradan yuxarıda möhkəmlənmə ehtimalı kifayət qədər yüksəkdir,bu ehtimal uğurla özünü doğruldarsa, 105.40 yaxınlığına qalxış mümkündür. Əgər 102.65-102.75 ərazisi qırılmazsa, 200 günlük sma-ya 100.00-100.60 yaxınlğına eniş gözləmək olar.Bu arada 100.00 fiqurunun aşağı qırılması uzunmüddətli periodda neqativ dinamikanın başlanmasından xəbər verəcək.

15

Page 17: Inforex Weekly#49

16INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Aud/Usd

Cütlük diapazonda ticarət aparır və 0.9140-0.9165 müqaviməti qalxışı ,0.8890-0.8920 səviyyəsi isə enişi məhdudlaşdırır.Hələ ki,risklər neytraldır və növbəti dinamika diapazonun qırılmasından sonra məlum olacaq.

Gold (Xau/Usd)

Texniki baxımdan qızıl qalxış kanalını tərk edib və hazırda 1300.00 səviyyəsini yoxlamaq ehtimalı gündəmdədir .Ardınca əgər metall deyilən dəstəkdən yuxarıda möhkəmlənə bilərsə,qalxış davam edə və əsas müqavimət zonası olan 1435.00 səviyyəsi yoxlana bilər. Amma 200 günlük sma-dan aşağı qırılma və möhkəmlənmə qalxış tendensiyasının dönüşünə və 100 günlük sma-nın keçdiyi 1270.00 səviyyəsinə enişə səbəb olacaq.

Page 18: Inforex Weekly#49

“Elliot Dalğaların Analizi”

EUR/USD, GBP/USD, USD/CHF, USD/JPYMart 2014-cü il

EUR/USD

Əsas variant kimi (D) of [B] qalxış ziqzaqının C of (D) of [B] impulsu ilə başa çatması nəzərdən keçirilə bilər.

INFOREX WEEKLY DALĞA ANAlİZİ

GBP/USD

Alternativ ssenari kimi [a]-[b]-[c] qalxış ziqzaqının [c] son klini ilə (i) of [c] birinci dalğası ilə başa çatması ehtimal edilir. Böyük periodda yaranan model çoxvariantlıdır.

17

Page 19: Inforex Weekly#49

INFOREX WEEKLYDALĞA ANAlİZİ

USD/CHF

Əsas ssenariyə görə D of (4) eniş ziqzaqı [c] of D impulsu ilə başa çatır və ardınca E of (4) son qalxış ziqzqı yaranır.

USD/JPY

(А) qalxış impulsunun başa çatması ehtimal olunur.Əgər bu belədirsə, (B) iri eniş korreksiyasının ziqzaq formasında yaranacağı ehtimalı məntiqlidir.

18

Page 20: Inforex Weekly#49

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal