Inforex Weekly#115

8
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°115 IYUN 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALGA ANALİZİ 6

description

Inforex Weekly#115: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#115

Page 1: Inforex Weekly#115

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°115 IYUN 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALGA

ANALİZİ6

Page 2: Inforex Weekly#115

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Həftə sonu çox narahat keçib və nəticə olaraq biz böyük həcmli GAP gördük.YUnanıstanın avro zonasında olum-qalım məsələsi həll olunmayana qədər bazarda gərginlik saxlanacaq,buraya ABŞ NFP hesabatını əlavə etsək necə bir qarışıq dinamika gözlədiyimizi təsəvvür edə bilərik.Texniki baxımdan nə müqavimət,nə də dəstək səviyyələri qırılmayıb.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

Page 3: Inforex Weekly#115

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 2

Mövsüm effektindən istifadə edə bilrisinizmi və ya tsiklləri analiz edirik

Bütün maaliyyə bazarları bəzi mövsümi tendensiyaları nümayiş etdirir.Bu xüsusiyyətlər bütün ticarət alətlərində bu və ya başqa dərəcədə öz əksini tapır.Bu kimi dəyişiklikləri öyrənən xüsusi bir elm var ki,bu da “tsikllərin analizi “ adlanır.Məsələn təbii qazın qiyməti qışda,tələbat yazılan zaman bahalaşır.Yəqin ki,prezident seçkiləri effekti və ya “Santa Klaus rallisi “ barədə eşitmisiniz.

Valyuta bazarlarında müşahidə olunan mövsümi effekt əsasən yayda başlayır.Bu onunla bağlıdır ki,professionallar,bankların,hec fondlarının və iri şirkətlərin adından bazara daxil olan adamlar yayda istirahətə gedirlər.Bu effekt qrafiiklərdə daha zəif hərəkət trayektoriyası ,gözlənilməz dinamika ilə özünü göstərir.

Bəs treyder bu vəziyyətdən necə istifadə edə bilər?Bu haldan skalpinq ,qısamüddətli treydinq üçün istifadə edə və sentyabr üçün uzunmüddətli planlar qurmaq olar.Qrafik analizlərdə minimum və maksimumlar gözlənilən səviyyədən bir az uzaq təyin olunduğu üçün bunu ticarətlərdə hər zaman nəzərə almaq lazımdır.Eyni zamanda perioddan başqa cür də istifadə etmək olar.İstirahətə getməklə.

Uğurlu ticarətlər və xoş istirahətlər arzularıyla

Page 4: Inforex Weekly#115

INFOREX WEEKLYTEXNIKI ANAlİZ3

ortamüddətli perspektivüçün proqnozlar

Avrobirliyin dağılmasına az qalıb?

Der Spiegel -də Henri Müller yazır ki bəli. Və burada əsas təhlükəni böhranın özü deyil,siyasi həlli tapılmayan yığılmış yorğunluq yaradır.Müller bildirir ki, Avropada indi birlik yoxdur və çoxlu problemlərə malikdir. Onun fikrincə çoxsaylı sammitlər axını heç bir nəticə vermir ,nəticə də budur: Avropa dağılmağa yaxındır. Müller qeyd edir ki,bu böhranın səbəbi ilk növbədə Almaniya kansleri Angela Merkelin yürütdüyü siyasətdir.Məsələn,Berlinin təklif etdiyi siyasət heç nəyə gətirmədi,mürəkəb qarşılıqlı nəzarət sistemi isə sadəcə qarşıdurmaya gətirdi. Onun sözlərinə görə, indi Avro-padan alternativ siyasi güclər daha çox populyarlıq qazanır. «Kanslerin aşağı siyasi riskli yol kimi təqdim etdiyi yollar uzunmüddətli perspektivdə dözülməz vəziyyətə yol açıb », -iqtisadçı yazır.

Neft yeni həftəyə enişlə başlayıb

Cümə gününün trend xəttindən aşağı bağlanması elə də inandırıcı deyildi,amma həftə neft üçün ağır başladı.Satışlar üçün əsası Yunanıstan hadisələri verib.İndi diqqətlər $62 dəstəyinə yönəlib və $60-$58 səviyyəsinin yoxlanması ehtimalı real görünür.Amma bunu da nəzərə alaq ki,aktiv eniş fazasının yenilənməsi barədə danışmaq tezdir,neqativ faktorlar artıq qiymətdə nəzərə alınıb və yaxın həftələrdə enişdən çox konsolidasiyanın davam edəcəyi gözləmələri yüksəkdir.

BANKLARIN

Britaniya nə üçün AB-ni tərk etməlidir?

Böyük Britaniya yəqin ki,Avropa Birliyini tərk edəcək-qısaldılmış şəkildə bunu Brek-sit adlandırırlar.Ölkənin baş naziri Kemeron AB tərkibində yeni şərtləri açıqlamasa da,işgüzar dünyanın öndə gedən iqtisadçıları bu barədə danışırlar.Amma Business for Britain yazır ki,bu çıxış heç də ilk baxışdan göründüyü kimi qorxulu olmayacaq.“Dəyişiklik ya çıxış” adlanan bu hesabatda deyilir ki,AB-ni tərk etdikdən sonra orta statistik britaniyalı ailəsi 1000 funt irəli düşəcək (1600 dollar).İri sahibkarlar və maaliyyəçilər nə üçün Böyük Britaniyanın 28 -millətlik blokla indiki razılaşmasından narahat olublar?Hesabatda iqtisadi problemlər institutundan M.Litlvud və Newton investisiya şirkətindən Elena Morrisi redaksiya iclasında vergi ödəmələrinə,ürokratiya səviyyəsinə ,əhalinin tərkibinin dəyişiməsinə nəzər salaraq bildirirlər ki,bunlar hamısı əhalinin xərclərinin boş boşuna artmasına gətirir.

AB-nin dünyada mövqeyi dəyişib

Hesabatda deyilir ki,Britaniya AB -nə daxil olarkən şərtlər başqa idi.AB iqtisadiyyatı indi dünyanın digər ölkələrinə nisbətən azalır,əhali qocalır,təqaüdçülərin sayı artır. Faktiki olaraq bu onu göstərir ki,iş qabiliyyətli əhalinin sayı azalır,bu da xərcləri artıraraq istehsalı azaldır.

AB-nin düşdüyü tənəzzül vəziyyəti dərinləşir…

Rusiya Yunanıstan üçün «ağ atlı cəngavər» olmayacaq-Almaniya xarici işlər naziri V.Ştaynmayer

«Rusiya öz problemlərinin həllini Avropa Birliyində və Avropa Birliyi ilə birlikdə axta-ran dövlət üçün ağ atlı cəngavər rolunu oynamağa yaramaz », – o Welt am Sonntag-a bildirib.Rusiyanın bu problemin həllinə dair apardığı müzakirələr olduqca cəsarətli addımdır və bunu regiondakı digər dövlətlərlə razılaşdırmadan həyata keçirmək mümkünzüsdür. Putin isə bildirir ki,Brüssel Moskvnaın Afinaya etdiyi yardımını gərək alqışlasın,bu ölkəyə borc probleminin həllində olduqca böyük dəstək olacaq.

Page 5: Inforex Weekly#115

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 4

Bazarlar Yunanıstan hadisələrinə necə reaksiya göstərəcəklər

Son 2 sutkanın hadisələri -Afina ilə kreditorların münasibətinin kəskinləşməsi üzündən Yunanıstanda referendum keçirilməsi ehtimalları və Yunanıstanın avro zonasının tərkibindən çıxma gözləmələrinin reallığa çevrilməsidir.Yunan baş naziri təstiq etdi: banklar bazar ertəsi işə başlamayacaq və AMB cari maaliyyəlşdirməni dayandırdığı üçün ölkədə kapital axınına nəzarət tətbiq ediləcək.Siprasın sözlərinə görə AMB-nin bu addımı şantaj cəhdlərindəndir.Necə də olsa,bu xəbər bankomat-lar qarşısında növbələrin dəfələrlə uzanmasına gətirib.Bu hələ Yunanıstan üçün həyəcanlı həftənin başlanğıcıdır və ardınca borclar üzrə defolt,kontragentlər üzrə ödənişləri gətirə bilər.

Amma bu maaliyyə bazarlarında öz əksini necə tapacaq?

Bazarda yunan kağızlarına malik olan investorlar səhmlərin kütləvi satışına hazır olmalıdırlar.İlk növbədə bank sektoru zərbə alacaq.Fiksə olunmuş gəlirli qiymətli kağızlar da kənarda qalmayacaq,dövlət istiqrazlarının gəlirliliyi yəqin ki,yüksələcək,belə ki,investorlar tezlilə qiymətdə yüksək defolt ehtimalını nəzərə alacaqlar.Bütün bun-lar digər bazarlarda öz əksini tapacaqmı?Əgər tapacaqsa hansı miqyasda,avropa hökumətləri öz maaliyyə sistemlərini qorumaq üçün hansı addımlara əl atacaqlar. Əgər bazarda yeni bir xəbər yaranmazsa, periferiya ölkələrinin(İtaliya və Portuqaliya) istiqrazlarının gəlirliliyi artmağa başlayacaq,korporativ istiqrazların,inkişaf etməkdə olan ölkələrin aktivləri kəskin düşəcəkBu da Almaniya və Amerika istiqrazlarının gəlirliliyinin aşağı düşməsinə səbəb olacaq.Domino effektini azaltmaq üçün avropa məmurları tədbirlər görməlidirlər.Məsələn,AMB aktivəlrin alışı proqramına davam edəcəyini deyə bilər,bu , Lehman hadisəsinin təkrarlanmasının qarşısını ala bilər.

Bu investisiya mühitinə necə təsir edəcək?

Burada hər şey sadə ola bilərdi-investorlar etibarlı qeyri-yunan kağızlarını almağa başlayardılar -əgər digər kağızlar Mərkəzi Bankların köməyi olmadan dayanıqlı stabilliyə malik olsaydılar.Amma belə məsləhət görmək olar ki,texniki korreksiyaların başa çatmasını gözləyərək,sonra yeni investisiya imkanlarına nəzər salsınlar. Businessinsider -materiallarına əsasən

Morgan Stanley: avronu,dolların və digər əsas valyutaların perspektivləri

Avro. Bazarlar Yunanıstan xəbərlırindən çaxnaşmadadır. Ayılar üstündür. Biz avro-nun ortamüddətli pesrpektivləri barədə ayıların tərəfindəyik,amma hesab edirik ki,qısamüddətli periodda riskə maraq güclü olacaq.Yunanıstan hadisələri investorları avropa səhmlərini satmağa vadar edəcək,avropa investorları isə avrodakı satışlarını alışlarla əvəz etməyə məcbur olacaqar ,bu da ona dəstək verəcək.

Yena.Kapital axını dəstək verməkdədir. Buğalar vəziyyətə nəzarət edir.Biz hesab edirik ki,yena yaxın aylarda liderlər siyahısında olacaq və biz bu valyutanı “kvazi-dpollar” kimi qəbul edirik.Yunanıstana dair neqativ xəbərlər yapon valyutasına əlavə dəstək göstərəcək.Portfel axını yapon investorları yenanın zəifləməsinin qarşısını alır.Biz avro/yenada satışların cəlbedici olacağını gözləyirik.

Funt. Güclü əmək bazarı göstəriciləri dəstək verməkdədir.Neytral vəziyyət davam edəcək.Funt/dollar faiz dərəcələrinin yüksəldiləcəyi gözləmələri hesabına yüksəlir.Ötən həftə İngiltərə Bankının monetar siyasət komitəsinin üzvü Uill bildirib ki,avqust ayında faiz dərəcələrinin yüksəldilməsinə səs verə bilər.Hesab edirik ki,funt/dollar 1.6000 səviyyəsini yoxlaya bilər,amma funtu krosslarda almağa üstünlük veririk.

Kanada dolları Neftdən asılıdır. Ayı əhvalı üstündür.Biz hesab edirik ki,kanada dolları ortamüddətli periodda zəif görünür,dinamikanın neftdən asılılığı güclüdür.Qiymət indi vaxtda faiz dərəcələrinin nisbətən azaldılmasını nəzərdə tutur.

Page 6: Inforex Weekly#115

INFOREX WEEKLY TEXNIKI ANAlİZ5

Almaniyada istehlak qiymətləri indeksi; ABŞ-da NFP hesabatı, Kanada ÜDM; ABŞ-da xidmət ,istehsal sektorunda PMİ indeksi,işsizlik səviyyəsi

Sabah: Almaniyada işsizlik səviyyəsi göstəriciləri, Britaniya ödəniş balansı saldosu, Çikaqo universitetinin menecerlərinin alış indeksi dərc ediləcək.

Çərşənbə günü Avstraliya tikinti icazələrini,Fransa,Almaniya ,Böyük Britaniya və İsveçrədə işgüzar aktivlik indeksi dərc olunacaq.

Cümə axşamı Avstraliya ticarət balansı saldosunu dərc edəcək.AMB -nin iclas hesabatı açıqlanacaq,ABŞ-da saatlıq əmək haqqı işsizlik müraciətlərini sayı ,NON Farm məşğuliyyət hesabatı təqdim olunacaq. Cümə axşamı Avstraliya pəarkəndə satışları təqdim edəcək,Almaniya,Avrozona ,Böyük Britaniya xidmət sekto-runda işgüzar aktivlik indeksləri açıqlanacaq.Avrooznada pərakəndə satışlar göstəriciəri təqdim olunacaq.

Həftənin əsas xəbərləri:

Page 7: Inforex Weekly#115

INFOREX WEEKLYDALGA ANAlİZI 6

EURUSD

İri eniş dinamikası daxilində [i] of 1 of (С) impulsu başa çatmaq üzrədir və ardınca [ii] of 1 of (С) korreksiyası və enişin davamı gözlənilir.Alternativ variant kimi (B) of [Y] üfüqi dalğasının yaranmasını gözləmək olar.

Dalğa analizi EUR/USD, GBP/USD

GBPUSD

[i] of 1 of (3) birinci dalğasından sonra yəqin ki, [ii] of 1 of (3) daxilində korreksiya gedir,başa çatdıqdan sonra eniş davam edə bilər .Alternativ variant da aktualdır,bu ssenariyə görə lokal maksimum yneilənə bilər.

Page 8: Inforex Weekly#115

INFOREX WEEKLYDALĞA ANAlİZİ

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal