Inforex Weekly#89

13
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°89 DEKABR 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 8

description

Inforex Weekly#89: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#89

Page 1: Inforex Weekly#89

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°89 DEKABR 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ8

Page 2: Inforex Weekly#89

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Salam,əvvəlcə bütün treyderləri və jurnalın abunəçilərini bayramlar münasibəti ilə təbrik edirəm.Avronun ana-litik modelinə baxarkən isə eniş trendi daxilində hərəkətin davam etdiyini müşahidə edirik,Adətən ilin sonunda cütlük qalxış nümayiş etdirir,amma bu il Avropada böhranla əlaqədar avroya təzyiqin artması,iqtisadi və siyasi qarışıqlıq eniş tendensiyasının inkişafına səbəb olub.

Bir müddət əvvəl cütlüyün 1.2360-50 -30 ətrafını qıracağı şübhə ilə qarşılanırdı və inandırıcı görünmürdü,hətta mən də buna o qədər inanmırdım,amma avro əksəriyyəti təəccübləndirməyi bacardı,indi analitiklər 1.20,1.18 və daha aşağı nöqtələri hədəf götürürlər.Eniş trendinin aşağı hədəfi hələ ki,əldə olunmayıb,bunun üçün cütlük 1.2154 ətrafını aşağı qırmalıdır.

Trendin yuxarı sərhədini yoxlamaq üçün isə məzənnə 1.2269 müqavimətindən yuxarıda möhkəmlənməlidir.

Page 3: Inforex Weekly#89

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Morgan Stanley: 2015 ci ildə funt/dollar $1.45 səviyyəsinə düşəcək

Son zamanlarda Britaniyada xəbərlər və makroiqtisadi statistika ümumiyyətlə pis görünmür,amma əsas rəqəm olan infliyasiya aşağı düşür.Bizim fikrimizcə hazırki infli-yasiya dinamikası MPC-ə fazi dərəcələrini qaldırmağa imkan verməyəcək.Bu da funt/dollar cütlüyünə $1.45 ətrafını yoxlamaq imkanı verəcək.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Morgan Stanley: 2015-ci il avro üçün proqnozlar

QE-siz avro 1.12, QE -ilə 1.05 ətrafına düşəcəkMorgan Stanley analitikləri bildirirlər ki,hazırda bazarda avrodakı satış orderləri çox-luq təşkil edir.

Qısamüddətli korreksiyalar:“Son aylarda avroda orderlərin korreksiyası qısamüddətli qalxışa səbəb oldu.”Biz hesab edirik ki,bu Avrozonadan kapital axınını təstiq edir.

Kütləvi zəiflədilmə barədə :Yaranmış vəziyyət QE nin tətbiqi ehtimalını gücləndirir və bazar AMB-nin buna başlayacağını gözıləyir.Digər indikatorlar da AMB-ə təzyiq edir,5 illik infliyasiya gözləmələri davamlı aşağı düşür.

Siyasət də əhəmiyyətlidir:Siyasi qeyri-müəyyənlik yeni ilin leymotivi olaraq qalacaq.Avropada bir neçə seçki gözlənilir.bəzi ölkələrdə hakimiyətin dəyişməsi avroya uzunmüddətli periodda təzyiqi artıra bilər.

EUR/USD 2015-ci ildə QE-siz 1.12 ətrafında olacaqBiz hesab edirik ki,yeni ildə avro üzərində təzyiqlərin artması cütlüyün enişinə səbəb olacaq.AMB QE həyata keçirməzsə, 1.12 ətrafına düşəcək.

EUR/USD QE olacağı halda 1.05 ətrafına düşəcəkƏgər AMB yaxın aylarda QE ə başlamaq qərarına gələrsə, 1.12 nöqtəsi daha tez əldə olunacaq,ardınca isə 1.05 səviyyəsinə eniş mümkündür.

Ötən ilin bir sözlə ifadəsi: bərabərsizlik

Yeni nəticələr yaradan köhnə problemlər.Qeyri-bərabərlik-qərb cəmiyyətinin yükləndiyi ədalətsizlik vəziyyətidir.siyasətçilər bu vəziyyətdən nə qədər çıxış yolu ax-tarsalar da mənasızdır.

İqtisadi ideyalar və nəzəriyyələr elmi dairələrdə sirkulyasiya edir və tək tək hallarda bu çərçivədən kənara çıxır.Tomas Piketti “21-ci əsrdə kapital” kitabında belə bildirir ki,20-ci əsrin ortalarındakı bərabərlilik uzunmüddətli kursdakı korreksiya idi və biz indi gəlirlərin qeyri-bərabər artması periodundayıq.Düzdür,indi Çin və Hindistanın iqtisadi inkişafı 2000-ci illərin əvvəlindən bu qeyri -bərabərliyin nisbətən azalmasına səbəb olub,amma Qərb dura dura başqalarını kim fikirləşər ki?Hazırda liderlərin diqqəti davamlı artan qeyri-bərabərliyə yönəlib.

Page 4: Inforex Weekly#89

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Ötən həftənin icmalı

Avropa valyutası enişi davam etdirib,Amerika statistik göstəriciləri fonunda 3 illik minimumları yeniləyib və sonra nisbətən qalxıb.Makroiqtisadi görüntünün qarışıq olduğu müşahidə olunur.

Ticarət həftəsini avro/dollar 1.2176 ətrafında başa çatdırıb.Funt regionda dərc olunan iqtisadi rəqəmlərin aşağı olması fonunda zəiflədi.Rəqəmlər göstərdi ki,Böyük Bri-taniya ÜDM-i proqnozlaşdırılan səviyyəyə çatmadı,Bundan başqa daşınmaz əmlak bazarı da yavaşıma əks etdirdi ,ödəmə balansı və biznes investisiyalarında azalma müşahidə olundu.

Funt/dollar ticarət həftəsini 1.5555 ətrafında başa çatdırdı.Yapon valyutasına təzyiq qalır.Yaponiyada dərc olunan statistik rəqəmlər məzənnəyə təsir göstərdi,amma onları korreksiya üçün əsas saymaq olmaz. Ticarət həftəsini cütlük 120.39 ətrafında başa çatdırdı.

Həftə üçün fundamental gözləmələr

Bu həftə yeni il bayramına görə qısa olacaq və bazara müəyyən təsir edə biləcək bir sıra xəbərlər gözlənilir.

Sabah Yaponiya bir neçə rəqəm dərc edəcək,bunlar sənaye istehsalı,pərakəndə satış rəqəmləridir.Həmçinin Amerika işgüzar aktivlik indeksi dərc edəcək,həmçinin treyderlər istehlakçıların inam indeksindən xəbər tutacaqlar.

2014-cü ilin son günü xəbərlərlə zəngin olacaq.İsveçrə UBS istehlak rəqəmlərini açıqlayacaq.Almaniya Gfk rəqəmləri dərc edəcək.Amerikada ADP məşğulluq ,işsizlik səviyyəsi,işgüzar aktivlik indeksi dərc edəcək.

Gələn ilin ilk günü təqvim boş olacaq.

Cümə günü ölkələr aktivləşəcək və külli miqdarda xəbərlər dərc edəcəklər.Almaniya,Avrozona və Böyük Britaniya işgüzar aktivlik indeksi açıqlayacaq.Bundan başqa Böyük Britaniya ipoteka müraciətlərinin sayını açıqlayacaq.Amerika işgüzar aktivlik indeksilərini açıqlayacaq.Həmçinin Amerikada infliyasiya və tikinti işləri barədə hesabatlar dərc ediləcək.

Page 5: Inforex Weekly#89

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Trendin potensialının təyin edilməsi: neft “Brent”, qızıl, eur/usd, gbp/usd Eur/usd cütlüyünün icmalı və giriş nöqtəsinin axtarılması

Günlük qrafik:Cümə gününün bağlanışını və ötən həftənin dinamikasını analiz edək və yaxın gələcəyə baxmağa çalışaq. Bollincerin aşağı sərhədindəki dəstəyin 1.2143 nöqtəsində olduğunu görürük.Avroya dair əsas gözləmələr orta Bollincerin (1.2361) yoxlanması ilə müşaiyət olunan eniş ehtimalıdır.

Gbp/usd cütlüyünün icmalı və ticarət həllərinin axtarılması

Günlük qrafik: Aktiv ADX müqahidə edilir. Müqavimət orta Bollincerdə (1.5650) yerləşir,burada satışların artmasını və 1.54 ətrafına hərəkət gözləmək olar.

Page 6: Inforex Weekly#89

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Neft “Brent”

Həftəlik qrafik: Həddindən artıq satılma sapma üçün kifayət edir.Mümkün korreksiya zonası - 75.50-87.32 səviyyəsidir, burada yeni satış siqnalları axtarmaq lazım olacaq.

Xau\Usd

Həftəlik qrafik: Güclü müqavimət zonası 1270.73-1296.20, dəstək - 1141.98 (aşağı Bollincer xətti).

Page 7: Inforex Weekly#89

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

EUR/USD и GBP/USD: Texniki analizEUR/USD

Yaxın zamanda eniş tendensiyasının saxlanacağını gözləmək olar.Yaxın eniş hədəfi kimi 1.2040 və 1.1875 səviyyəsini götürmək olar.İlkin dəstəkdən qiymətin dönüş etməsi mümkündür.

GBP/USD

Cütlük diapazondadır ,diapazon sərhədləri 1.5500 dəstəyi və 1.5850 müqavimətindən ibarətdir.Hazırki dina-mika qeyri-müəyyənlik doğurur.

Page 8: Inforex Weekly#89

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Kross kurslarda necə qazanmaq olar?

Kross valyutalarda ticarət qaydaları.

Kross kurs deyərkən bir valyutanın digərinə nisbəti nəzərdə tutulur.Bu cütlüklərdə dollar heç bir fəaliyət göstərmir.Bir kross cütlüyə daxil olan valyutaların hərəkəti ana-liz edilərsə,tendensiyanın hansı istiqamətdə olacağını analiz etmək olar.

Bir neçə kross-kursun analitik modelinə baxaq :

1) Avro/yena (EUR/JPY).

Bu ən volatil kurslardan biridir,bu cütlüyün hərəkətini analiz etmək olduqca mürəkkəbdir.Cütlüyün analizini edərkən çox böyük gəlir əldə etmək olar,amma təcrübəsiz treyderlər kiçik bir səhvdən çox güclü itkilərə məruz qala bilərlər.

Eur/jpy krossunun analitik modelini belə götürmək olar :

Dollar\yenanın Avro/dollara vurulması Avro/yenaya bərabərdir.

Bu formuldan başa düşmək olar ki, USD/JPY-ın EUR/USD-ə müəyyən zamanda vurulmasından EUR/JPY cütlüyünün həmin zamandakı məzənnəsi alınır.Beləliklə,əgər bu vurulan cütlüklər artarsa,kross kurs da artacaq.Aşağı düşürsə,düşəcək.

Əgər Eur/usd və Eur/jpy başqa istiqamətlədə hərəkət edərsə,kross daha çox volatil cütlüyün hərəkətini təkrarlayacaq.Ona görə də bu cütlüklərin ayrı istiqamətlərdə hərəkəti zamanı analiz aparmaq çətin olur.

2) Funt/yena cütlüyü (GBP/JPY)

Bu kross da EUR/JPY krossuna oxşardır.Analitik model aşağıdakı kimi olacaq :

GBP/USD-ın USD/JPY-a vurulması GBP/JPY-a bərabərdir.

3) EUR/GBP kross cütlüyü.

Bu valyuta cütlüyünün əsas xüsusiyyəti volatilliyinin az olmasıdır.Amma kiçik volatillikdə olsa belə cütlüyün 1 punktunun dəyəri böyükdür.Buradan belə görünür ki,zəif tendensiya da yüksək gəlirə və ya itkiyə səbəb ola bilər.

Ayrıca götürülmüş analitik model belə olacaq:

EUR/USD cütlüyünün GBP/USD-ə nisbəti EUR/GBP cütlüyünə bərabərdir

TREYDERLƏR ÜÇÜN FORUM

Page 9: Inforex Weekly#89

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

EUR/USD, GBP/USD cütlüklərinin 2015-ci il üçün illik ,aylıq və həftəlik qrafiklərə əsasən

dalğa analizi

EUR/USD

Məlumdur ki,avro real olaraq 1999-cu ildən mövcuddur.Amma cütlüyün sintez olunmuş qrafiki ötən əsrin 70-ci illərinin əvvəlindən ardıcıl dalğa modeli ilə qlobal qalxış nümayiş etdirir.Bu konstruksiyaya həm başlanğıc diaqonal,həm də 3qat ziqzaq kimi baxıla bilər. Əgər bizim qarşımızda başlanğıc diaqonal durursa (а), onda onun başa çatdığını ehtimal etmək olar.Bu halda hazırda onun hələ forması məlum olmayan (b) konstruksiyasının yaranması gözlənilir.

Mümkün sıralamalara görə a of (b) dalğasının ziqzaq formasını alması və onun başa çatmağa hazır olması ehtimal olunur.Bu ehtimala üstünlük verilərsə, 2015-ci ildə çoxvariantlı qalxış dalğasının b of (b) yaranmasını gözləmək olar.

Page 10: Inforex Weekly#89

INFOREX WEEKLY09 DALGA ANALIZI

Mümkün alternativ varianta görə [C] of a of (b) eniş dalğasının impuls şəklində inkişafı mümkündür.Bu ssenariyə görə (1) of [C] dalğası başa çatır və eniş trendi (2) of [C] korreksiyasından sonra (3) of [C] impulsu ilə davam edə bilər.

GBP/USD

GBP/USD cütlüyünün qlobal qrafiki qarşıda tam iri ziqzaqlar seriyasının durduğunu göstərir.Mümkün variant-lardan birinə görə hazırda [A]-[B]-[C] of c eniş ziqzaqı yaranır.

Page 11: Inforex Weekly#89

INFOREX WEEKLY 10DALGA ANALIZI

Sıralamalardan biri ziqzaq forması ala biləcək [B] of c korreksiyasının yaranmasını ehtimal edir.Bu ehtimala üstünlük verilərsə, (C) of [B] qalxış diaqonalı formalaşaraq [B] of c korreksiyasını başa çatdıra bilər.

Page 12: Inforex Weekly#89

INFOREX WEEKLY11 DALGA ANALIZI

Mümkün alternativ kimi [B] of c korreksiyasının başa çatmasını və [C] of c eniş qolunun iri impuls şəklində yaranmasını ehtimal etmək olar.Bu ssenari daxilində (1) of [C] birinci dalğasının başa çatmasını gözləmək olar.

Page 13: Inforex Weekly#89

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal