Inforex Weekly#91

9
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°91YANVAR 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 YAPON ŞAMLARI 7

description

Inforex Weekly#91: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#91

Page 1: Inforex Weekly#91

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°91YANVAR 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 YAPON

ŞAMLARI7

Page 2: Inforex Weekly#91

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Bu həftə üçün gözləmələrə baxsaq,qiymətin 1.1860 ÷ 1.19 ətrafına qalxışını,sonra isə :1.18; 1.1754 və 1.17 ÷ 1.1640 yaxınlığına eniş hərəkətinin bərpa olunacağını gözləmək olar. 1.19 səviyyəsinin yuxarı qırılması qalxışın sürətlənməsinə səbəb ola bilər.

Page 3: Inforex Weekly#91

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Barclays bu həftə avro və funtu dollar qarşısında satmağı tövsiyyə edir

Barclays Capital həftəlik icmalında investorlara funt və avronun dollar qarşısında satışını tövsiyyə edir. «Böyük Britaniyada bu həftə də neqativ rəqəmlər seriyası da-vam edə bilər. Bu funt sterliqnə təzyiq göstərə bilər », -bank ekspertləri bildirirlər.

Avroya dair Barclays Capital belə bildirir: «İstənilən qalxış cəhdlərini satışlar üçün istifadə edin.Biz AMB-nin 22 yanvarda kütləvi zəiflədilmə barədə elan edəcəyini gözləyirik.Texniki baxımdan 1.2000 səviyyəsinin qırılması 1.1640 ətrafına eniş üçün imkanlar yaradır».

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Credit Suisse avronu dollar qarşısında satmağı tövsiyyə edir

Credit Suisse baş strateqi Devid Snetton bildirir ki,avronun Yeni Zellandiya dolları qarşısındakı məzənnəsi 2012-ci il avqust minimumunu və yan diapazonunun sərhədini qıracaq. Credit Suisse avronu yeni Zellandiya dolları qarşısında 1.5240 ətrafında hədəf 1.4435 olmaqla satmağı tövsiyyə edir.Qoruyucu stop əmri 1.5445 ətrafında tövsiyyə olunur. 1.4950 səviyyəsinin qırılmasından sonra satışların genişləndirilməsi tövsiyyə olunur.

Britanioya funtu barədə nə demək olar?

Cütlüyün 1.52 ətrafına enişi,sonra isə Britaniya valyutasının yuxarı dönüşü gözlənilirdi.Amma faktiki dinamika yalnız birinci hissəni reallaşdırdı.Yunanıstan məsələsinə görə eniş nümayiş etdirən cütlük 1.52 səviyyəsinə çatdı, sonra isə buğalar onu 1.5319 ətrafına qaytardı.Böyük Britaniyada xidmət sektorunda işgüzar aktivliyin aşağı düşməsi funtun yenidən enişə başlamasına yol açdı və 1.5034 yaxınlığına eniş müşahidə olundu.

Avronun bu həftə dinamikasından nə gözləmək olar?

Fundamental faktorlar avronun əksinə işləyir : —ABŞ-da iqtisadi artım Avropa rəqəmlərini dəfələrlə üstələyir,FRS-in monetar siyasəti sərtləşdirmə əhvalı da güclənir,baxmayaraq ki,FOMC-un son iclas protokollarında əsas kroteriyaların aşağı düşməsini müşahidə etdik,amma ABŞ-da məşğulluq səviyyəsinin güclü templərlə artması bu hadisənin uzaqda olmadığını göstərir. Bu günlərdə infliyasiya templərinin aşağı düşməsi faiz dərəcələrinin artırılmasının 2015-ci ilin 2-ci rübündən tez olmayacağını göstərir.Bu da öz növbəsində avroya təzyiqi azalda bilər Texniki baxımdan avro/dolların eniş potenaislı artıq nisbətən məhdud görünür.

Bəs funt/dollarda nə gözləmək olar?

Yeni ildə funtun dollar qarşısında enişi həddindən artıq güclü olub,bundan başqa eniş iqtisadi vəziyyəti əks etdirmir.Böyük Britaniya iqtisadiyyatına mənfi təsir edən faktor Avrozona problemləridir.Həm FRS ,həm də İngiltərə bankı faiz dərəcələrini qaldırmaqda qərarlıdırlar,amma neft qiymətlərinin aşağı düşməsi və aşağı düşən infli-yasiya buna mane olur.Texniki baxımdan məzənnə həddindən artıq satış zonasındadır.Funt 2009cu ildən qırılmayan dəstək zonasını yoxlayıb.”Çəkic” və “Udulma” modelləri həmçinin texniki enişə səbəb olub.Beləliklə,həm fundamental,həm də texniki faktor-lar britaniya valyutasının dönüşə başlaya biləcəyini göstərir.

Page 4: Inforex Weekly#91

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Ötən həftəyə baxış -avro/dollar

Ötən həftənin açılışı avro/dolların davamlı enişi ilə başladı, buna Almaniya kansleri A.Merkel və maaliyyə naziri Şoyblenin Yunanıstanın birlik tərkibindən çıxa biləcəyi ilə bağlı verdiyi açıqlama səbəb oldu.

Ardınca həftə ərzində cütlüyün neqativ Avrozona statistikası,Yunanıstan,İtaliya, İspaniya və Portuqaliyada defly-asiya təhlükəsinin güclənməsi eniş tendensiyasının sürətlənməsinə səbəb oldu. Ona görə də həftə sonuna yaxın cütlük 1.1754 ətrafına düşdü.

SEB: Əsas valyuta cütlüklərinə dair uzunmüddətli proqnozlar

Avro/dollar : Cütlük minimumları saxlaya bilməyib və ayın ikinci yarısında enişi da-vam etdirib.Avro/dollar hazırda $1.2040-$1.1750 diapazonunda ticarət aparır və aşağı sərhəd $1.1640 səviyyəsinə qədər genişlənə bilər.Əgər avro/dollar qalxış korreksiyasına başlamazsa eniş $1.11-$1.07 ətrafına qədər davam edə bilər;

Dollar/yena: Son həftələrdə bazarda ciddi satıcılar peyda olublar.Nəticə olaraq “fırlanan təpə” fiqurunun yaranması müşahidə edilir.Hazırda qalxış cəhdlərinin Y121.84, Y122.84 və Y124.16 səviyyələri ilə məhdudlaşacağını gözləmək olar.

Gbp/Usd: Cütlük dekabr ayını ardıcıl enişlə başa çatdırdı,bu 2008-ci ildən indiyə qədər ən uzunmüddətli eniş trendi oldu.Hazırda funtun pauza götürəcəyini ,sonra isə hədəflər $1.4814 və $1.35 olmaqla enişi davam etdirə bilər;

Aud/dollar :ötən ilin ikinci yarısı ayıların üstünlüyü ilə başa çatdı və $0.8066 dəstəyi yoxlandı. Hazırda avstraliya dolları $0.88/90 ətrafına korreksiya edə,ardınca $0.70 ətrafına hədəflənə bilər.

Nə üçün bazar öz həqiqi istiqamətini gizlətməyə çalışır

«Uğurlu döyüşün sirri budur ki,gərək düşməni uğursuz vəziyətə salasan və heç bir vaxt onunla bərabər döyüşə girməyəsən».

C.Bernard Şou

Effektiv bazar nəzəriyyəsinə görə,bütün investorlar ağıl çərçivəsində hərəkət edirlər və ticarət əməliyyatları aparan zaman malik olduqları bütün informasiyaları istifadə etməlidirlər.Ona görə ki,bazardakı bütün informasi-yalar qiymətə öz təsirini göstərir.Müvafiq olaraq,yalnız gözlənilməz informasiya bazarda qəfil və kəskin reaksiya yarada bilər ,qalan məlumatlar isə qiymətdə nəzərə alınır.

Bunu hər dəfə xəbərlərin çıxdığı və faiz dərəcələrinin elan olunduğu zamanlarda müşahidə etmək olar.İnvestorların əksəriyyəti bunu ehtimal edərək bazarın reaksiyasınn necə olacağını bilməyə və əvvəldən uyğun addımlar atmağa çalışır.Amma 90% hallarda xəbər çıxdıqdan sonra qiymət xəbər hadisəsinin əksinə hərəkət edir.Burada belə bir məsəl qüvvəyə minir:”Şaiyələrdə al,faktlarda sat”.Burada həqiqət budur ki,bazardakı əsas iştirakçılar düşən bazarda da alış orderlərini saxlayırlar və almaqda davam edirlər ,onların buna gücü çatır.Onların əsas işi əsas kütlənin aldığı zaman satmaq və satdığı zaman almaqdır.

Page 5: Inforex Weekly#91

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Trend potensialının müəyyən edilməsi Neft “Brent”

Aylıq qrafik: 50.00 dəstəyi əldə olundu.Əgər ayılar bu səviyyədən də aşağı düşməyə qərarlı olsalar 36.29 ətrafının yoxlanması, sonra isə 82.75 (qırmızı xətt) yaxınlığına istiqamətlənmiş hərəkət başlaya bilər.

Alternativ -birbaşa hazırki səviyyəlrdən sapmanın başlanması (göy xətt).Texniki korreksiya çox vacibdir,amma biz xatırlayırıq ki,neft fundamental səbəblərdən düşür və hazırda bu səbəblər aradan qalxmayıb.Ona görə də nefti indiki səviyyədən almaq məsləhətli deyil.

Qızıl

Aylıq qrafik: Bollincerin aşağı sərhədindən orta xəttə (1256.00)istiqamətlənmiş sapmanın inkişafı müşahidə olu-nur.Buğalar buradan yuxarı sərhədi yoxlaya bilərlər (1379.45)

Page 6: Inforex Weekly#91

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

EUR/USD и GBP/USD: Texniki analizEUR/USD

Cütlük dönüb və eniş kanalının dəstək xəttindən nisbətən uzaqlaşıb.Bu qısamüddətli qalxış korreksiyasının başlanğıcı kimi götürülə bilər və 1.1875 səviyyəsindən yuxarıda möhkəmlənmə bu ehtimalı təstiq edəcək.Yaxın hədəf eniş kanalının müqavimət zonası ola bilər.

GBP/USD

Cütlük 1.5100 dəstəyindən aşağıda möhkəmlnə bilməyib.Yaxın hədəf 1.5500 nöqtəsində olacaq. Ondan yuxarıda möhkəmlənmə 50-günlük SMA-nın keçdiyi 1.5785-1.5825 ərazisinə yol açacaq.

Page 7: Inforex Weekly#91

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

ADX və MA əsasında ticarət strategiyasıBu strategiyada standart və populyar ADX və MA istifadə olunur. Startegiyanı istənilən valyuta cütlüyündə və istənilən zaman periodunda istifadə etmək olar.

Strategiyanın prinsipi çox sadədir:

Qrafikdə 14 parametrli ADX və 21 parametrli MA quraşdırılır. ADX indikatoru üçün 20 səviyyəsi müəyyən edilir.Yaranan siqnallar asan başa düşüləndir.

Alış siqnalı:

Şam MA dan yuxarıda bağlanır, bu zaman ADX indikator xətti 20-dən yuxarıda olmamalıdır.

Satış siqnalı:

Şam MA-dan aşağıda bağlanır, bu zaman ADX indikator xətti 20 dən yuxarıda olmalıdır.

Page 8: Inforex Weekly#91

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Dalğa analiziEur\Usd (iv) dalğasının inkişaf etməsi gözlənilir

Eniş gözlənildiyi kimi başa çatıb. Buğalar bunadn istifadə etməyə başlayıblar və hücyuma keçməyə çalışırlar. Qalxış başlayıb və bu korreksiya xarekterində olub, (iv) eniş impulsunun dalğasıdır. Hədəf kanalın yuxarı sərhədindədir. Yaxın vaxtda verilmiş korreksiya dalğası daxilində qalxış gözləmək olar.

Gbp/usd cütlüyün enişə davam edəcəyi gözlənilir

Funt həmçinin dolların yeni başlayan zəifliyindən istifadə edərək aktivləşib və nisbi qalxışa səbəb olub. Amma qalxış davamsız olub və eniş impulsunun 4 of [v] dalğası ilə bağlı olub,hazırda tam başa çatmış kimi görünür.Bu ehtimala üstünlük verilərsə,yaxın vaxtda bizi cütlüyün 5 of [v] dalğası daxilində enişi gözləyə bilər.

Page 9: Inforex Weekly#91

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal