Inforex Weekly#59

16
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°59 MAY 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 3 DALĞA ANALİZİ 11

description

Inforex Weekly#59: treyderler ucun online heftelik Forex icmali

Transcript of Inforex Weekly#59

Page 1: Inforex Weekly#59

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°59 MAY 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 3 DALĞA

ANALİZİ11

Page 2: Inforex Weekly#59

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Avro/Dollar

Bu həftə sakit xəbərlərlə başlayacaq,güclü xəbərlərlə başa çatacaq.1.3653 hazırda müqavimət,1.3530 nöqtəsi əsas dəstəkdir.Dəstəyin aşağı qırılması 1.3460 ətrafına enişə yol açacaq.1.3653 səviyyəsini qiymət qıra bilərsə,1.3720 və 1.38 ətrafına qalxış mümkündür.Diqqətlər AMB faiz dərəcələri ilə bağlı qərara və NFP rəqəmlərinə ,eyni zamanda M.Draqinin mətbuat konfransına yönəlib.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Page 3: Inforex Weekly#59

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Paralel kanallar bazarın analizində ən geniş yayılmış və populyar olan qrafik patterndir.Onlar qazanc üçün bazarın vəziyyətindən asılı olmayaraq imkanlar yaradır və həmçinin zaman intervalından asılı deyil.Paralel kanalları müəyən etmək üçün 2 təpə və 2 minimum istifadə olunur.Əgər biz belə bir kanal tapdıqsa tam əminliklə bu strategiyadan istifadə edə bilərik.Bunun üçüm qiymətin kanalın aşağı və ya yuxarı sərhədinə çatmasını gözləyirik ,sonra isə hərəkət variantını müəyyənləşdiririk.

Qiymət bu nöqtədə özünü iki cür apara bilər:

1. Qiymət kanal sərhədindən sıçraya və sonra isə əks istiqamətdə hərəkətini davam etdirə bilər .2. Qiymət toxunduğu kanal sərhədini qıra bilər .Bu halda tendensiya dəyişə bilər .

Bu halda bazara yalnız əlavə təstiq yarandıqdan sonra daxil olmaq lazımdır.Bu təstiqlər daha aşağı maksimu-mun yaranması və ya aşağı trend xəttinin müqavimətə çevrilməsi ola bilər.Satışlar qiymətin trendin yuxarı xəttinə toxunaraq aşağı dönüşü zamanı açıla bilər. İkinci qrafikdə məzənnənin kanalın aşağı sərhədini qıraraq hərəkəti davam etdirməsi müşahidə olunur.Bu halda qiymət qırılmanı təstiq etdikdən sonra bazara daxil olmaq olar.

Paralel kanallar - ticarət strategiyası

Page 4: Inforex Weekly#59

Avro ötən həftənin son günü ABŞ dan açıqlanan zəif iqtisadi göstəricilər fonunda nisbətən möhkəmlənməyə nail oldu,amma AMB-nin faiz dərəcələrini aşağı sala biləcəyi ilə bağlı gözləmlər qalxışı məhdudlaşdırdı.Cütlük 1.3585 səviyyəsindən uzaqlaşaraq 1,3633 ətrafına qalxa bildi.

1,3585 səviyyəsi ola bilsin ki,cütlüyə müəyyən müddət dəstək verə bilər, müqavimət isə hələ ki , 1,3675 nöqtəsindədir.

İtaliya və İspaniyada dərc olunan infliyasiya göstəriciləri eniş nümayiş etdirdi və AMB -nin bununla bağlı aktiv addımlar atacağı gözləmələrini gücləndirdi.Dollar isə ABŞ -da istehlak xərclərinin azalması fonunda nisbətən zəiflədi.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Ötən həftənin fundamental icmalı

Bazara təsir edəcək fundamental faktorlar 2-6 iyun

AVRO/DOLLAR

Həftənin ən gözlənilən hadisələri :ABŞ-da qeyri k/t sektorunda məşğulluq hesabatı ,Avrozonada infliyasiya rəqəmləri və AMB-nin faiz dərəcələri ilə bağlı qərarı.

Çərşənbə axşamı , 3 iyunAvrozona istehlak qiymətləri, işsizlik səviyyəsini rəqəmlərini dərc edəcək. İspaniyada həmçinin məşğulluq hesabatı açıqlayacaq. ABŞ-da sənaye sifarişləri rəqəmləri açıqlanacaq.

Çərşənbə, 4 iyunAvro zonasında İspaniya və İtaliya xidmət sektorunda ktivlik rəqəmləri dərc edəcək. ABŞ ADP şəxsi sektorda məşğulluq hesabatı açıqlayacaq . Həmçinin bu gün ticarət balansı rəqəmləri məlum olacaq. ISM ABŞ-da xidmət sektorunda aktivlik hesabatını dərc edəcək .

Cümə axşamı, 5 iyunAvrozona pərakəndə ticarət rəqəmlərini,Almaniya sənaye sifarişləri hesabatını investorlara təqdim edəcək . AMB həmçinin faiz dərəcələri barədə qərarını açıqlamalıdır.Ardınca M.Draqi mətbuat konfransı keçirəcək.ABŞ həmçinin bu gün işsizliyə görə müraciət ərziələrinin sayını bildirəcək .

Cümə axşamı, 6 iyunAvro zonasında Almaniya ticarət balansı rəqəmlərini dərc edəcək .ABŞ həftəni qeyri k/t sektorunda məşğulluq və işsizlik səviyyəsi hesabatı ilə başa çatdıracaq.

03

Page 5: Inforex Weekly#59

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

Page 6: Inforex Weekly#59

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Trendin potensialının təyin edilməsi ,3 əsas cütlük üçün analitik icmal

Eurusd -qalxış korreksiyası ehtimalı var

Günlük qrafik: Trendin hazırki strukturu elədir ki,Bollincerin orta xəttinə qədər(1.3719) olacaq istənilən sapma korreksiya kimi qiymətləndirilə bilər.Eniş hədəfi hazırda 1.3523 nöqtəsində götürülür.

05

Gbpusd- ümumi eniş trendinə nəzərən korreksiya mümkündür

Günlük qrafik: Cütlük Bollincerin orta xəttinin ərazisinə tərəf korreksiya edir (1.6830) və buradan texniki baxımdan ayılar yeni minimumlara gedə bilərlər (1.6585).

Page 7: Inforex Weekly#59

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

Usd/jpy -flet

Günlük qrafik: beləliklə konsolidasiya sona çatmağa başlayır və cütlük impulsa hazırlaşır. Ama ADX impulsun yaranması üçün müəyən zamana ehtiyac olduğunu göstərir və ona görə də ol bilsin ki, 102.30 nöqtəsinin yoxlanmasını və ardınca 101.70 ətrafına sapma mümkkündür ki,bununla da lazım olan potensial formalaşacaq .

TREYDERLƏR ÜÇÜN FORUM

Page 8: Inforex Weekly#59

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

EUR/USD

Cütlüyün qalxışını 200-günlük SMA məhdudlaşdırır.Bununla əlaqədar eniş tendensiyasının davam ehtimalı gündəmdədir və hədəf kimi 1.3475 nöqtəsi diqqət mərkəzindədir. Bu nöqtədən aşağı eiş hələ ki,gözlənilmir .Eyni zamanda 200-günlük SMA yuxarı qırılarsa korreksiya qalxışı başlaya bilər və 1.3740, 1.3993-1.3588 səviyyələri bu halda hədəf olacaq,ardınca isə yenidən eniş tendensiyası başlana bilər .

Texniki analiz. ABŞ dollarının perspektivləri qeyri -müəyyəndir və tendensiyanın növbəti inkişafı təstiq tələb edir.

GBP/USD

Cütlük hələ ki ,50-günlük SMA-dan yuxarıda möhkəmlənə bilmir. Bununla əlqədar olaraq eniş trendi yenilənə və 1.6425-1.6465 ətrafı yoxlana bilər,potensial eniş hədəfi 1.6200 nöqtəsindədir.Əgər cütlük 50-günlük SMA-nı qıra bilərsə, 1.7040 müqavimətinə qalxış gözləmək olar.

07

Page 9: Inforex Weekly#59

INFOREX WEEKLYTEXNIKI ANAlİZUSD/JPY

Cütlük 200-günlük SMA -dan dəstək alıb və qalxışı davam etdirməyə çalşır.Amma qalxışın davam etməsi üçün o 50- və 100-günlük SMA -nı yuxarı qırmalıdır. Yalnız bundan sonra 104.10 və 105.40 səviyyələrinə qalxışdan danışmaq olar. 100-günlük SMA qırılmazsa 100.75-101.40 və 100.00 yaxınlığına eniş gözlənilir.

AUD/USD

Cütlük 50-günlük SMA -nı qıra bilməyərək 0.9140-0.9190 istiqamətində enişə başlayıb .Bu dəstək qırıla bilərsə 0.8890-0.8920 səviyyəsi növbəti dəstək zonası olacaq. 50-günlük SMA ən yaxın müqavimətdir.

08

Page 10: Inforex Weekly#59

Barclays: avrodollları 100-günlük MA-dan yuxarıda əminliklə satmaq olar

Barclays texniki analitiki Deyrin Seyrin bildirir ki,avrodolların qalxışı müvəqqətidir. Bankda bildirirlər ki, qalxış 100-günlük MA-nın keçdiyi 1.3740 səviyyəsindən çox ol-mayacaq və bu ətrafda satışları genişləndirmək olar . Ortamüddətli tendensiya ayı istiqamətlidir , eniş hədəfi 1.3560/50,əsas hədəf isə 1.3470 nöqtəsindədir.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

«USD/JPY qarşısında rəngarəng perspektivlər açılıb - Societe Generale»

Societe Generale baş valyuta strateqi K.Yuqs hesab edir ki,uzunmüddətli periodda USD/JPY qalxacaq. «Hesab edirəm ki ,infliyasiyanın artması iqtisadiyyata neqativ təsir edir,amma Yaponiya Bankı bununla bağlı heç bir tədbir görmür . Bütün bunlar $/Y cütlüyünün 100 ətrafına qalxışını və bu səviyyənin qqırılmasını istisna etmir».

Commerzbank -eurusd qəti hərəkətlərə hələ ki,hazır deyil

Ötən həftə avro-dollar 1.3586 nöqtəsində minimum formalaşdırdı.Amma texni-ki indikatorlarbazarın konsolidasiya fazasına daxil olacağını istisna etmir . Cütlük 200-günlük MA-dan aşağı düşüb və yəqin ki yaxın zamanda qısamüddətli sapmadan sonra eniş davam edə bilər və 1.3476 ,1.3425 ətrafı yoxlana bilər.

09

Avropa MB-nın faiz dərəcələrini aşağı salacağı ehtimalı reallığa yaxınlaşır

Gözləmələrə görə AMB faiz dərəcələrini yenidən azaltmağa hazırlaşır və eyni zaman-da infliyasiya ,iqtisadi artım templərinin sürətlənməsi üçün bəzi tədbirlərə başlaya bilər.AMB idarəedici şurasının iclası ərəfəsində çoxsaylı rəqəmlər açıqlanacaq ki,bu da ümumi iqtisadi vəziyyət barədə təsəvvür yaradacaq.İnfliyasiya rəqəmlərinin müəyyən olunmuş 2%-lik baryerdən çox aşağı olması və işsizlik səviyyəsinin rekord səviyyəyə çatacağı gözlənilir.

Commerzbank -eurusd qəti hərəkətlərə hələ ki,hazır deyil

Ötən həftə avro-dollar 1.3586 nöqtəsində minimum formalaşdırdı.Amma texni-ki indikatorlarbazarın konsolidasiya fazasına daxil olacağını istisna etmir . Cütlük 200-günlük MA-dan aşağı düşüb və yəqin ki yaxın zamanda qısamüddətli sapmadan sonra eniş davam edə bilər və 1.3476 ,1.3425 ətrafı yoxlana bilər.

Page 11: Inforex Weekly#59

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Qızılın qiyməti yeni minimuma çatıb

May ayı ərzində qızıl ən pis dinamika göstərib və onun qısamüddətli perspektivləri olduqca neqativ görünür.Texni-ki baxımdan risklər 1200.00 istiqamətinə enişə meyllidir. Eyni zamanda qiymətin həddindən artıq satış zonasına daxil olduğunu nəzərə alsaq qısamüddətli qalxışın da baş verəcəyinin mümkünlüyünə diqqət etməliyik.Amma ola bilsin ki,bu qalxış 1265.00-1275.00 səviyyəsi ilə məhdudlaşa bilər. Əgər məzənnə 1265.00-1275.00 səviyyəsini yuxarı qıra bilərsə, 1285.00-1300.00 ətrafı yoxlana bilər.

10

Page 12: Inforex Weekly#59

“Elliot Dalğaların Analizi”

EUR/USD

Aylıq - [A]-[B]-[C] of V of (a) ziqzaqının formalaşması, onun [B] of V eniş korreksiyasının isə üfüqi üçbucaq şəklində yaranması və onun başa çatması ehtimal olunur.

Həftəlik - Mümkün variantlardan birinə görə [B] üçbucağının (D) of [B] qalxış ziqzaqının başa çatması ehtimal olunur.Bu ehtimala üstünlük verilərsə , məntiqə görə (E) of [B] eniş ziqzaqı yaranmalıdır.

INFOREX WEEKLY DALĞA ANAlİZİ11

EUR/USD, GBP/USD, USD/CHF və USD/JPY iyun, 2014-cü il

Page 13: Inforex Weekly#59

INFOREX WEEKLYDALĞA ANAlİZİ

GBP/USD

Aylıq «b» iri ziqzaqının [A] of b qolunun başa çatması və [B] of b qalxış korreksiyasının yaranması ehtimal olunur və bunun da ziqzaq şəkli alması gözlənilir .Hazırda onun (B) of [B] eniş korreksiyasının meylli üçbucaq formasında inkişaf etməsi mümkündür .

Həftəlik[B] qalxış korreksiyasının ziqzaq formasını alması ehtimal edilir. Onun (B) of [B] eniş korreksiyasının başa çata bilər. Bu eenhtimal özünü doğruldarsa, D of (B) qalxış korreksiyasının başa çatması və E of (B) son eniş ziqzaqının yaranması mümkündür.

12

Page 14: Inforex Weekly#59

INFOREX WEEKLY DALĞA ANAlİZİ13

USD/CHF

Qlobal (a) eniş trendinin [A]-[B]-[C] of V of (a) ziqzaqının [C] of V of (a) diaqonal üçbucağınınikinci qol şəklində başa çatması ehtimal edilir.Bu diaqonalın bitməsini onun daxili dalğa strukturunun başa çatmasından müəyyən etmək olacaq .

Həftəlik(4) of [C] qalxış korreksiyasının meylli üçbucaq şəklində başa çatması ehtimal olunur və ardınca qiyməətin (5) of [C] ziqzaqı şəklində aşağı sıçrayışını gözləmək olar.

Page 15: Inforex Weekly#59

INFOREX WEEKLYDALĞA ANAlİZİ 14

USD/JPY

Aylıq Mümkün sıralama variantlarından birinə görə hazırda son eniş diaqonalının V of (a) yaranması ehtimal olunur. Ayrıca olaraq onun qalxış korreksiyası [4] of V of (a) ziqzaq şəklində inkişaf edə bilər.

Həftəlik[4] qalxış korreksiyasının ziqzaq forması aldığı və hazırda onun (A) of [4] qolunun impuls şəklində inkişaf etməsi ehtimal olunur.

Page 16: Inforex Weekly#59

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal