Inforex Weekly#113

8
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°113 APREL 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 Elliot ANALİZİ 6

description

Inforex Weekly#113: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#113

Page 1: Inforex Weekly#113

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°113 APREL 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 Elliot

ANALİZİ6

Page 2: Inforex Weekly#113

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Avro/dollar əvvəlki trendinin əksinə trend formalaşdırmağa cəhdlər edir.Amma indi kifayət qədər mürəkkəb xəbər fonu yaranıb,bir tərəfdən Yunanıstan problemləri avroya güclü təsir edə bilər,digər tərəfdən isə FRS-in məlum iclası bazarda təlatüm yarada bilər.Hər bir halda günlük trend 1.14843 qırılmayana qədər nəsə demək çətindir

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

Page 3: Inforex Weekly#113

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 2

Qiymət sizə lazım olan istiqamətə getməyəndə...

Günün birində qərar verirsiniz.Real hesab açmağın zamanıdır.Və dərhal də əliniz qaşınır,əməliyyat açıb qazan-maq lazımdır.Birinci uğurlu əməliyyatdan ilhamlanaraq ikinci,üçüncü .... orderlər açırsınız.Amma elə olur ki,ard-arda mənfilərlə üzləşir və orderi heç olmasa sıfırla bağlamağı arzulayırsınız. Bu halda beyində informasiya emalı bloklanır və nə etmək lazım olduğunu düşünmək də çətin olur.

Nə qədər zamandan bir qiymətin sizə lazım olan istiqamətə getmədiyi üçün klaviaturanı qırmağa və təpikləməyə hazır olmusunuz?Düşünürəm ki,bu kifayət qədər yayılmış problemdir və o STRESS adlanır.Və bilirik ki,bu beyinə və ümumi orqanizmə pis təsir edir,nə qədər çox əsəbiləşiriksə,beynimiz də o qədər pis işləyir.

Həmçinin treydinq də başdan-ayağa stressdir,ya bazara lazım olmayan vaxt daxil oluruq, ya stopu lazımsız yerdə qoyuruq,ya da bazardan tez çıxırıq və bizdən sonra qiymət 100 punktdan artıq orderimiz istiqamətində gedir.Neyləməli?

İlk növbədə bazarın strukturunun mürəkkəb olduğunu və ani qərar verməyə hər zaman hazır olmaq lazım olduğunu nəzərə alaq və əsəbiləşməyək,bu bazar belə gəlib ,belə də gedəcək.Bundan başqa ticarət stressini yüngülləşdirən bir sıra məsləhətlər də düşünürəm kömək edər:

-Riski azaltmaq üçün kiçik lotla bazara daxil olun-Eyni zamanda bir neçə əməliyyat açmağa hər zaman üstünlük verməyin- Kompüter arxasında oturub qiyməti izləmək xasiyyətindən azad olun-Yuxu rejiminizə diqqət edin-Pis əhvalda ticarətlərə başlamayın

Bol profit arzularıyla...

Page 4: Inforex Weekly#113

INFOREX WEEKLYTEXNIKI ANAlİZ3

ortamüddətli perspektivüçün proqnozlar

Bu həftə drayverlər çoxdur ,sadəcə istiqaməti seçmək lazımdır

Həftənin əsas hadisəsi nəticələrindən asılı olmayaraq FOMC-un monetar siyasətlə bağlı iclas nəticələri olacaq.Bazar artıq bu “bataqlıqda “ uzun müddət ilişib qalıb və buradan qurtulmaq üçün güclü əsas lazımdır.Artıq demək olar ki, hamı faiz dərəcələrini bu iclasda artırılmayacağına əmindir.Bazarda gərginlik yaradaraq av-ronun qalxışına mane olan ikinci faktor yunan alatoranlığıdır.Tərəflər prinsiplərinə sadiq qalmağa çalışır və razılığa gələ bilmirlər. Bu iki əsas sual fonunda iqtisadi statis-tika ikinci plana keçir,amma bu həftə iqtisadi xəbərlərlə də zəngindir.ABŞ-da bunlar sənaye istehsalı,daşnmaz əmlak bazarı,işgüzar aktivlik indeksləridir.Avrozonada ZEW işgüzar sektorda əhval-ruhiyyə indeksi,infliyasiya göstəriciləri,Avrozonanın ticarət və ödəmə balansları açıqlanacaq.Böyük Britaniyada infliyasiya,işsizlik səviyyəsi göstəriciləri,İngiltərə Bankının monetar siyasətlə bağlı iclas protokolları dərc ediləcək.Bunlardan əlavə bu həəftə İsveçrə və Yaponiya MB-ları iclas keçirəcəklər.Göründüyü kimi həftə drayver baxımından zəngindir.Bu həftənin xəbərləri uzunmüddətli trendin başlanğıcını qoya biləcək gücə malikdir.

Avro da,yena da dollar qarşısında zəifləyəcək,amma avro bunu daha tez edəcək-BNP Paribas

Avrozona ölkələri bondlarının gəlirliliyinin son vaxtlar yüksəlməsi avronun bir fodn valyutası kimi cəlbediciliyini azaldıb,onun yerini isə yena tutub. Buna nəticə olaraq avro 10% bahalaşaraq yarımillik maksimuma qalxıb.Biizm poz-isiya analizi metodumuz göstərir ki,ayıların avroda bazara qayıtmağı daun trendi gücləndirəcək.Ümumiyyətlə,biz hesab eidirk ki,dollar həm avro,həm də yenaya qarşı bahalaşacaq,amma avro daha tez ucuzlaşacaq.

BANKLARIN

Valyuta bazarlarından yenə də barıt iyi gəldi

Almaniya kansleri A.Merkel yenə də bazarları valyuta müharibəsi ilə qorxdaraq bildi-rib ki,güclü vro İrlaniya və İspaniya kimi ölkələrə islahatlar aparılmasına mane olur.Onun bu sözləri bazarda bir əks -səda kimi yayılaraq avronun 1.1150 səviyyəsinə qədər enişini bərqərar eti.Qeyd etmək lazımdır ki,avro zatən Yunanıstann birlikdən çıxarılma təhlükəsi ilə avrobnu təzyiq altına salıb.Bu arada dünya liderləri çoxdandan valyuta müharibəəlrindən qaçmaq və valyutanı zəiflətmək üçün verbal intervensi-yalardan qaçmaq barədə razılığa gəlmişdilər.

BNY Mellon valyuta strateqi Saymon Derrik deyir ki,Merkelin şərhləri onu göstərir ki,siyasətçilər də valyuta kurslarını diqqətlə izləyir və əgər dinamika onları təmin etmirsə,işə qarışırlar.«Bu cür şərhlər valyuta müharibələrinin yenidən aktivləşə biləcəyi təhlükəsinin mövcudluğundan xəbər verir».

Merkel bu cür hərəkət etməklə ölkəsinin AMB ilə konfliktdə olduğunu büruzə verir.Draqi kütləvi zəiflədilmə proqramına başlamaqla Merkellə münasibətini pisləşdirdi.Amma həm Draqi,həm də Merkel dəfələrlə ölkələri islahatlar aparmağa çağırmaqla bu barədə həmfikir olduqlarını nümayiş etdiriblər.Draqi bir neçə dəfə vurğulayıb ki,struktur islahatları ölkələr üçün həyati əhəmiyyətli məsələdir. Avronun 2014-cü ilin mayında 1.40 səviyyəsindən,bu ilin martında isə 1.05 səviyyəsindən aşağı düşməsi Avrozonanın əksər ölkələrinə kömək etdi və paritetə eniş mövzusunu qabartdı,amma bu ilin mayında 1.1466 səviyyəsində maksimumun təyin olunması bu mövzunu zəiflətdi.Merkelin sözləri də avronu nisbətən zəiflədərək 1.1151 səviyyəsinə salsa da,bu uzunmüddətli olmadı və indi avro günlük diapazonun yuxarı sərhədində ticarət aparır.

Page 5: Inforex Weekly#113

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 4

Scotiabank: ötən həftə spekulyativ orderlərin həcmləri barədə

CFTC-in rəqəəmləri göstərir ki,ötən həftə 9 iyuna qədər spekulyantlar heç bir kəskin addım atmayıb.Avrodakı təmiz spekulyativ satışların azalması davam edib,yenada isə spekulyativ satışlar isə çoxalıb.İndi yapon valyutasında satışların həcmi $9.5 milyarddır.Bu fakta nəzər salmaq lazımdır ki,spekulyantlar indi frankdan başqa bütün valyutalarda satışlardadırlar.Artıq ikinci həftədir ki,luni ardıcıl satılır.Bunda təmiz satış həcmi 1 milyard çoxalaraq $1.1 milyarda çatıb.Bu da alışların likvidləşdirilməsi ilə bağlıdır».

Həftənin və ayın ən mühüm hadisəsi ABŞ FRS iclası olacaq.FRS in faiz dərəcələri ilə bağlı qərarı çərşənbə günü 17 iyunda açıqlanacaq.Maaliyyə institutları FOMC-dan pul-kredit siyasətini dəyişdirəcəyi barədə eyhamlar gözləyir.Borc bazarı dinamikası da bu tendensiyanı təstiqləyir.Bu fonda qızılın təzyiq altında qalacağını gözləmək olar.Həfətənin birinci yarısı müəyyən qalxış mümkün olsa da,həftənin ortasında 1189/1196 səviyyəsinə qalxışda Sell əəməliyyatı açmaq və 1163 səviyyəsində gəliri fiksə etmək olar.

15 -19 iyun həftəlik analiz: XAU/USD:

Page 6: Inforex Weekly#113

INFOREX WEEKLY TEXNIKI ANAlİZ5

Neft

Bollincerin aşağı xətti yenə də 45.68 səviyyəsinə eniş ehtimalını ortaya qoyur.Bu həftə 62.41 və 60.46 səviyyələrinə hücumla yadda qala bilər.

Neft və qızıl Trendin hansı istiqamətdə inkişaf potensialı böyükdür?

Qızıl

1127.73-1225.87 üfüqi diapazonu aktivdir.Daha lokallaşmış dəstək 1162.21 ,mümkün qalxış zonası - 1194.40.

Page 7: Inforex Weekly#113

INFOREX WEEKLYDALGA ANAlİZI 6

Heç kim ideal deyil və hətta bazarda gücə malik olan ən iri iştirakçılar da səhv edirlər.Bu cür professional investorlar öz təcrübələri barədə danışarkən bilgilərinin əksəriyyətini səhvlərinə əsasən əldə etdiklərini hər zaman qeyd edirlər.Burada biz müəllifin səhv hesab etdiyi investisiya qərarına nəzər salacağıq.

Mett Frenkel: «Adamlar mənim indiyə qədər heyifsiləndiyim investisiya qərarının olub-olmadığını soruşanda mənim bu əhvalat yadıma düşür-mən Tesla-nın səhmlərini $20 olanda almışdım və bu səhmlərin qiyməti $70-a çatanda satdım.İndi isə b səhmlərin qiyməti $244 dollardır. Amma mən bu səhvimdən nəticə çıxardım.Aldığınız aktivin,bub səhm də valyuta da ola bilər,qiyməti artırsa,özünüzə sual verin,bunu aldığınız zamankı şərtlər və

Varlılar da ağlayır

Günlük periodda avronun beşdalğalıq impuls hərəkətini formalaşdırmağa meylli olduğunu görürük.Diqqət mərkəzində son 5 ci hərəkət dalğasıdır,ola bilsin ki,onun başa çatması 1.1484 və ya 1.21056 səviyyəsinə qədər uzanar.Formalaşmaqda olan qalxış dalğası qalxışın xeyrinə işləyir.

Elliot dalğaları analizi EUR/USD 15.06.15 - 19.06.15.Avrodollar FRS-in qərarını gözləyir

Page 8: Inforex Weekly#113

INFOREX WEEKLYDALĞA ANAlİZİ

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal