Inforex Weekly#122

9
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°122 AVQUST 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 2 3 DALĞA ANALİZİ 7

description

Inforex Weekly#122: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#122

Page 1: Inforex Weekly#122

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°122 AVQUST 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ2 3 DALĞA

ANALİZİ7

Page 2: Inforex Weekly#122

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Treyderin ən qorxulu düşməni kimdir?Deyirlər ki,səbr edən hər şeyə nail olur.Söhbət forexdən gedirsə,bu deyim daha da aktual olur.Amma buna bax-mayaraq forexdə heç də hamı bu xüsusiyyətə yiyələnməyə nail olmayıb.Foreksdə səbir bu xüsusiyyət avtomatik olana qədər nəzarət və nizam intizama riayət etmək deməkdir.Bu çox mürəkkəbdir.Emosiyalar gələndə məntiq yox olur və biz tez bir zamanda əməliyyat açıb qazanmaq istəyirik.

Adətən belə olur.Siz tonlarla informasiyalar əldə etmisiniz və brokerdə real hesab açırsınız.Bazarı analiz edrisi-niz və gözləyirsiniz ki,qiymət sizə lazım olan istiqamətə getsin.Sizdə artıq plan var,amma qiymət sizin plana uyğun hərəkət etmir və bu zaman siz panikaya düşməyə başlayırsınız.Axı siz qazanc imkanını əldə etmirsiniz ,ona görə də vəziyyəti tez qiymətləndirib order açırsınız.Order açılır,bəs sonra nə baş verir?Siz öz qoyduğunuz qaydaları özünüz pozmusunuz.

Emosiyalara qapılaraq onların bizim qərarlarımıza təsir etməsinə imkan vermək çox təhlükəlidir.Bilirsiniz trey-derin ən qorxulu düşməni kimdir?O özü,daha doğrusu onun fikirləri.Vaxtında uzaqlaşmaq,”hə” və “yox”ları götür-qoy etmək hər bir işdə,həm də Foreksdə faydalı işdir.

Ticarət imkanları

Ticarət aparmağa başlayanda hər zaman yadda saxlayın ki,bazarda çoxsaylı ticarət imkanları mövcuddur.Amma problem bu imkanlarda deyil,sizin ticarət stilinə uyğun olanını seçməkdədir.

Daha bir psixoloji xüsusiyyət ardıcıllıqdır.Orderi açdıqdan sonra əgər qiymət lazımi istiqamətdə gedirsə,orderi itkisiz zonaya çəkməyi heç vaxt unutmaq lazım deyil.Bu sizi orderi vaxtından tez bağlamaqdan xilas edər.Bu an-larda sizə plan lazım olacaq.Əgər qərar verərək plana uyğun hərəkət edirsinizsə,gəlir əldə etməsəniz belə,fəxr edə bilərsiniz ki,plana uyğun hərəkət etmisiniz,gələn dəfə isə hər şey alınacaq.

01

Page 3: Inforex Weekly#122

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Avro/dollar diapazon daxilində hərəkət etməyə davam edir. Range-nin yuxarı sərhədinə istiqamətlənmiş hərəkət gözləmək olar. FRS -in faiz dərəcələri ilə bağlı qərarı barədə gözləmələr diqqət mərkəzində olacaq.Gözlənilən vaxta az qalır və bu da bazardakı həyəcanı artırır.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Page 4: Inforex Weekly#122

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

BANKLARINortamüddətli perspektiv

üçün proqnozlar

Morgan Stanley: avronun,dolların və digər əsas valyutaların həftəlik dinamikasının perspektivləri

Dollar. Diqqətlər xammal aktivlərinə və inkişaf etməkdə olan bazarlara yönlənib.

Biz hesab edirik ki,dolların gücü əsasən inkişaf etməkdə olan ölkələrin valyutaları qarşısında özünü göstərəcək,eyni zamand biz Böyük Onluq valyutaları qarşısında da qalxış gözləyirik,amma bu əsasən sentyabr göstəricilərindən asılı olacaq.Bazar FRS-i diqqətlə izləyir.

Avro. yuanın zəifləməsi fonunda qalib mövqeyindədir

Biz hesab edirik ki,avro yuanın zəifləməsindən hələ bir müddət dəstək ala biləcək.Yuanın dinamikası bazarın ümumi volatilliyində özünü göstərə bilər.Bu risklin aktivlərə və avroya müəyyən vaxt dəstək verə bilər.

Yena. yan diapazonu

Biz hesab edirik ki,yena iki qarşı-qarşıya mübarizə aparan güc arasında qalıb,digər tərəfdən yuanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yenaya dəstək verir.

Funt. Əmtəə valyutaları qarşısında almaq olar

«Yumşaq » infliyasiya hesabatı və riskə marağın güclənməsi britaiya valyutasına dəstək verir,amerika valyutasının gücü isə funt qarşısında özünü daha aydın göstərir.İngiltərə Bankı faiz dərəcələrini gələn il qaldırmağa hazırlaşan namizədlərdəndir,bu da funtu nisbətən güclü edir.

SEB: əsas vallyutalar və Brent nefti barədə tövsiyyələr

Avro/dollar: qısamüddətli perspektivdə ayıların dominant olacağını gözləmək olar,ötən həftə lokal minimumun əldə olunmasından sonra $1.1215 səviyyəsində ayılar nəzarəti ələ keçirdilər.Dinamik bərabərlik nöqtəsi $1.1055 səviyyəsindədir və buranın aşağı qırılması enişin sürətlənməsinə səbəb olacaq. $1.1189 səviyyəsindən yuxarıda möhkəmlənmə isə $1.1279 və daha yuxarı hərəkətə gətirəcək;

Avro/yena: Y137.35-21 səviyyəsinə qalxış mümkündür.Qalxışın davamı «dinamik bərabərlik » nöqtəsində - Y138.85- məhdudlaşıb və əgər indi Y137.80-35-21 dəstəyi itirilərsə,eniş Y134.35 səviyyələrinə qədər davam edə bilər və ayı momentumu güclənə bilər;

Avro/funt: bütün diqqətlər stg0.7040 səviyyəsinə yönəlib.Eniş kanalının təpəsi 55-günlük ЕМА yaxınlığında məhdudlaşıb və qalxışı məhdudlaşdırmağa davam edir. stg0.7040 dəstəyinin aşağı qırılması isə stg0.6951-35 səviyyəsinə yol açacaq;

Brent: günlük kanalının aşağı sərhədi təhlükədədir ( $47.15). İndikatorlar enişin davamına işarə edir və hələ ki,bu baş verir.Yaxın müqavimət - $50.10.

Page 5: Inforex Weekly#122

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Dolların 17-23 avqust üçün perspektivləri

ABŞ dolları son həftə ərzində digər rəqibləri qarşısında orta templi artım nümayiş etdirib.Bir tərəfdən bazar faiz dərəcələrinin qaldırılması ehtimalını yüksək qiymətləndirir,pərakəndə satışlar üzrə güclü göstəricilər də bu ssenarinin inkişafına şərait yaradır. Bu həftə dinamikaya təsir edəcək çoxlu xəbər və məlumatlarla zəngindir.Çərşənbə günü infliyasiya göstəricilərinə diqqət yetirmək lazımdır.Aşağı infliyasiya faiz dərəcələrinin qaldırılması yolunda əsas maneədir.Bazar requlyatorun bu məlumatlara reaksiyasını izləyəcək.Cümə axşamı Uilyamsın çıxışı gözlənilir ,məlum olduğu kimi o,yüksək faiz dərəcələri tərəfdarıdır.Həmçinin cümə axşamı Cekson-Hollda simpozi-um başlayacaq və burada dünyanın hər tərəfindən Mərkəzi Bank,maaliyyə institutları sədrləri yığışacaqlar.Əminliklə demək olar ki,treyderlər buradakı məlumatları diqqətlə izləyəcəklər.Ola bilsin ki,ABŞ-dakı iqtisdai statistika sərt şərhlərlə müşaiyət olunacaq,bu da dollara dəstək verəcək.Bu baxımdan əmtəə valyutaları dollar qarşısında nisbətən davamsız görünürlər.

Scotiabank: dollardakı təmiz alışların həcmi yeni maksimuma çatıb

CFTC-in son məlumatlarına görə,son həftədə dollardakı alışların həcmi yeni maksi-muma- $40 milyarda çatıb ki,bu da apreldən bəri maksimal göstəricidir.Bütün valy-utalar amerika valyutasına qarşı satılmış mövqedədirlər,əsasən bu satışlar avro və yenada müşahidə olunur.Avro indiki halda ən çox satılmış valyutadır,təmiz satışlar isə $0.5 milyard artaraq $15.9 milyarda çatıb.Amma bazarda hökm sürən qeyri-müəyyənlik ayılara mövqelərindən bir az geri çəkilməyə vadar edib.Funtda vəziyyət neytraldır.İrimiqyaslı şəklə baxdıqda görmək olur ki,ayıların üstünlüyü bu cütlükdə sıfra düşür.Yenadakı alışlar dörd həftədir ki, +$2.5 milyard qalxıb.Lunidə satışlar maksimal səviyyəyə çatıb +$0.3 milyarddan $5.1 milyarda çatıb.Aussidə vəziyyət elə də dəyişməyib.

Aparıcı bank ekspertlərinin 17-21 avqust üçün ümumiləşmiş proqnozu

Əvvəlcə ötən həftənin nəticələrinə baxaq:

- EUR/USD üçün əksər ekspertlər eniş gözləyirdilər,yalnız onların 19%-i qalxış trendinin davam edəcəyini hesab edirdi.Praktika göstərdi ki,əksəriyyətin fikri heç də həmişə düz olmur,həftənin birinci günündən başlayaraq avro kəskin qalxdı və 1.1050 səviyyəsini qırdıqdan sonra 1.1210 maksimumuna yaxınlaşdı;- GBP/USD -da həmçinin oxşar vəziyyət müşahidə edildi. - USD/JPY gözlənildiyi kimi iyun maksimumuna yaxınlaşmağa çalışdı,amma 125.25 səviyyəsi ilə kifayətlənməli oldu.

Gələn həftə üçün gözləmələr.

Bankların və broker şirkətlərinin 35 analitiklərinin ümumi fikrincə,eyni zamanda qrafik və texniki analizə görə:- EUR/USD-lə bağlı ekspertlərin 23% -i hədəf 1.1280 olmaqla qalxış tendensiyasının davamını gözləyirlər,bunu indikatorların 56% -i təstiqləyir ,amma analitiklərin 23%- hesab edirlər ki,avro aşağı düşəcək , 46% yan trendinin davam edəcəyini düşünür.Həm indikatorlar,həm də qrafik analiz həftənin əvvəlində 1.1035 və 1.0960 dəstəklərinə eniş olacağını bildirir;- GBP/USD barədə analitiklərin əksəriyyəti 1.5550 səviyyəsinə eniş gözləyir.İndikatorlar və qrafik analiz həftənin əvvəlində 1.5690 səviyyəsinə qalxış ola biləcəyini göstərir.Meylli dəstək xətti həm Н1, həm Н4 periodlarında görünür. D1 qrafiki yaxın 2 həftə ərzində 1.5550 dəstəyinin qırılma cəhdlərinin olacağını göstərir və əgər buna nail olunarsa, 1.5200 səviyyəsinə eniş baş verəcək. Ardınca 1.5650 səviyyəsinə qalxış gözlənilir;- USD/JPY barədə yekdilliklə 123.75-125.30 aralığında hərəkət gözlənilir. D1 qrafik analizi 126.00 səviyyəsinə qalxış cəhdlərinin uğurlu ola biləcəyini göstərir.Bu avqus-tun sonunda baş verə bilər.

Page 6: Inforex Weekly#122

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Trend potensialının təyin edilməsi

EUR/USD

Daxili bar ola bilsin ki,Bollincerin aşağı sərhədinə eniş üçün yol açar - 1.0825.Konvertin kənarlarının genişlənməsi 1.1216 səviyyəsinin yenidən yoxlanması ehtimalının mövcudluğunu göstərir.

GBP/USD

Bollincer konverti daxilindəki (1.55-1.5659) konsolidasiyanın konvertin yuxaraı sərhədini qırması ilə müşaiyət edildiyini müşahidə edirik.

Page 7: Inforex Weekly#122

Qızıldan azad olmaq vaxtıdır

Ötən həftəni XAU/USD “yaşıl zonada başa vurdu. Qeyd etmək lazımdır ki, artıq 7 həftədir ki, bu metal təzyiq altında qalıb və bu səbəbdən də, investorlar satışlarda gəliri fiksasiya ediblər. Pozitiv makroiqtisadi statistika ABŞ korporativ kağızlarına tələbi arıtırıb .

Həftəlik prpoqnoz 17 – 21 avqust:

XAU/USD

Qızıldakı korreksiya hərəkəti başa çatmaq üzrədir və tezliklə eniş tendensiyasının 2 səbəbdən davam edəcəyini gözləmək olar.Bİrincisi,aparıcı iqtisadiyyatlarda infliyasiya gözləmələri aşağı səviyyədə qalmaqdadır və buna aşağı düşən neft qiymətləri səbəb olur.Neft bazarındakı kütləvi satışları metalı da aşağı aparır.İkincisi,Birləşmiş Ştatlar ayın birinci yarısı güclü əmək göstəriciləri ilə sevindiriblər və bazar FRS-in faiz dərəcələrini 17 sentyabrda qaldıracağını qiymətdə nəzərə alır.Dolların bahalaşması isə qızılın ucuzlaşmasına səbəb olur.Bu fonda 1118/1130 səviyyəsində Sell açmaq və 1092 səviyyəsində gəliri fiksasiya etmək olar.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

Page 8: Inforex Weekly#122

INFOREX WEEKLY07

Dalğa analizi EUR/USDEUR/USD

(B) of [Y] dalğası daxilində üfüqi üçbucaq inkişafa davam edir və onun daxilində С of (B) of [Y] üçlük inkişaf edir.Qalxış gözlənilir.

GBP/USD

[iii] of C of (2) daxilində uzanma müşahidə olunur və bu davamlı qalxışa səbəb ola bilər.Qalxışın davamı gözlənilir.

DALĞA ANAlİZİ

Page 9: Inforex Weekly#122

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal