Inforex Weekly#116

9
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°116 IYUl 2015 INFOREX PROQNOZ 1 2 DALGA ANALİZİ 7 TEXNİKİ ANALİZ

description

Inforex Weekly#116: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#116

Page 1: Inforex Weekly#116

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°116 IYUl 2015

INFOREX PROQNOZ1 2 DALGA

ANALİZİ7TEXNİKİ ANALİZ

Page 2: Inforex Weekly#116

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Zaman avronun dinamikasını aydınlaşdırmaqdadır və biz gördük ki,avro/dollar range daxilində dinamikanı inkişaf etdirir.Qrafikdə avronun orta xətdən yuxarıda qalması enişin maneələrlə qarşılaşa biləcəyini göstərir.Amma qalxış da çətindir ,çünki fundamental fon avronu qeyri-müəyyən vəziyyətə salır.Bu da hazırda vəziyyətin fundamental xəbərlərdən olduqca asılı vəziyyətdə olduğunu deyir.Həftə ərzində bu məsələnin həlli diqqət mərkəzində olacaq,eyni zamanda FRS iclas protokollarının dərci də gözlənilən xəbərdir.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

Page 3: Inforex Weekly#116

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 2

Gəlirlə işləməyi öyrənmisinizmi?Belə bir yapon rəvayəti var.İki balıqçı balıq tutur:Biri çoxlu balıq tutur,o birisində isə heç nə alınmır.”Sən niyə bu qədər çox balıq tuta bilirsən,məndə isə belə alınmır”,deyə o biri soruşur.Birinci balıqçı cavab verir:Məsələ bundadır ki,sən buna çox tələsirsən və tərpənirsən.Balıq tutmağa işə yanaşdığın kimi yanaşmaq lazımdır,o halda hər şey alınacaq”.Valyuta ticarətinə də iş kimi yanaşmaq lazımdır:

1.Bazarı öyrənmək və görməyə çalışmaq;

2.Kiçik lotlarla işləyərək real nəticələrə malik olmaq və yalnız bundan sonra əsas məqsədə doğru irəliləmək lazımdır.

Uğura aparan yollara bir daha baxmaq maraqlı olar.Ola bilsin ki,hansısa həyati məsələ insanı düşdüyü vəziyyətdən qurtarmaq üçün çıxış yolu axtarmağa məcbur edir.Məsələn,A.Yanevskiy adlı güclü fiziki problemləri olan bir nəfər valyuta bazarında minimal vəsaitlə işləməyə başlamışdı,indi o uğur qazanmış və hörmətli şəxsdir.Məhz bu işə olan güclü maraq.Bunun üçün xüsusi texniki və maddi imkanlara ehtiyac yoxdur,əsas olan buna iş kimi yanaşmaq,bağlılıq,uğur əldə etmək arzusu və bu məqsədə doğru əminliklə irəliləmək əzmi kifayət edir.

Gəlirli ticarət arzusuyla....

Page 4: Inforex Weekly#116

INFOREX WEEKLYTEXNIKI ANAlİZ3

ortamüddətli perspektivüçün proqnozlar

Commerzbank Yunanıstanın avrozonadan çıxması barədə Səsvermə nəticələri göstərdi ki,yunanlar kreditorlara güzəştə getməyin əleyhinə səs veriblər.Commerzbank analitiklərinin fikrincə,indi Yunanıstanın zona tərkibindən çıxma ehtimalı 70%-ə çatıb.Ekspertlər hesab edirlər ki,Yunanıstan 20 iyulda da AMB dövlət istiqrazlarını ödəyə bilməyəcək (€3,5 mlrd). Bununla əlaqədar olaraq,AMB Afinanı və yunan banklarını defolt elan edəcək.BUndan başqa AMB yəqin ki,Yunanıstana kredit verilməsini dayandıracaq və bu da ölkənin zona trkibindən çıxmasına səbəb olacaq.Amma bank hesab edir ki,referendumun indiki nəticələrindən asılı olmayaraq AB rəhbərliyi Yunanıstanla danışıqları davam etdirə bilər.

BANKLARIN

Həftənin əsas hadisələri: RBA və İngiltərə Banklarının faiz dərəcələri barədə qərarı,Britaniyada sənaye istehsalı həcmi,ABŞ və Kanada xarici ticarət balansı,FRS iclas protokolları,Avstraliya və Kanada işsizlik səviyyəsi

Sabah həftənin əsas informativ günü olacaq.Günün əvvəlində RBA faiz dərəcələri ilə bağlı qərarını açıqlayacaq.Almaniya sənaye istehsalı həcmlərini,İsveçrə valyuta ehtyatlarını ,Böyük Britaniya sənaye və emal sektorunda istehsal və NIESR ÜDM göstəricisini təqdim edəcək.ABŞ-da vakansiya və işçi qüvvəsi göstəricilərini təqdim edəcək.Çərşənbə gününə nəzərdə tutulmuş statistika elə də zəngin deyil.FRS iclas protokolları dərci diqqət mərkəzində olacaq.Cümə axşamı Avstraliyada işsizlik səviyyəsi dərc olunacaq.Sonra Almaniyada ticarət balansı,İngiltərə Bankı faiz dərəcələri barədə qərarı açıqlayacaq.Həmçinin Kanadada daşınmaz əmlak qiymətləri və ABŞ işsizlik müraciətlərinin sayını açıqlayacaq.Cümə günü az həcmdə xəbərlər məlum olacaq.Avstraliyada ipoteka kreditləri həcmini,Britaniya ticarət balansını açıqlayacaq.Kanada işsizlik səviyyəsini açıqlayacaq,ABŞ-da ticarət və topdan satış ehtiyatları məlum olacaq.

Orderlərə sizin əvəzinizə qərar verməyə imkan verməyin!

Əməliyyat başa çatdı. Onu artıq unudun və yeni imkanlar axtarmağa başlayın.Hər gün siz bazarda yeni imkanlardan istifadə edərək qazanc əldə edirsiz.Nə qədər çox imkandan istifadə edirsinizsə,o qədər də gəlir əldə edirsiniz.Uğurlu treyderlər bu prosedurları praktika edir və mükəmməlləşdirirlər.Başqaları isə əvvəlki ticarət nəticələrinin sonrakı qərarlara təsir etməsinə icazə verirlər.Belə treyderlər əgər ilk orderlərində uğursuzluqla qarşılaşırsa,o özünə inamı itirə və növbəti orderləri də düşünməmiş aça bilər ki,bu cür ticarətin nəticəsinin necə olacağı artıq məlumdur.Əks hala baxaq:trender əməliiayt açır və ard-arda bir neçə dəfə uğur qazanır.Belə treyderin əhvalı necə olacaq?Özünə arxayınlıq onu uğursuzluğa sürükləyəcək.

Həm valyutalarla,həm də opsionlarla ticarətdə uğur əldə etmək üçün yeni orderlər barədə düşünərkən əvvəlki nəticələrin düşüncələrinizə təsir etməyinə icazə verməməlisiniz.Bu o demək deyil ki,siz əvvəlki orderlərinizi birdəfəlik unutmalısınız.Xeyr ,siz günün və həftənin sonunda orderlərinizi ümumi baxışdan keçirib,qiymətləndirməlisiniz.Bunun üçün :

1.Günün sonunda ,gün ərzində həyata keçirdiyiniz bütün orderləri ticarət gündəliyində fiksə edin. 2. Ticarət gününü nəticələrinə görə qiymətləndirin. 3.Həftə sonu gündəliyi açın və orderlərə ümumi baxış keçirin.

Page 5: Inforex Weekly#116

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 4

Nordea: sadə həll yolu artıq qalmayıb!

Yunanlar sözlərini dedilər - «YOX»! İndi hökumətlə danışqıları necə aparasan?Məsələnin sadə həlli qalmayıb.Avropanın referendumdan əvvəlki mövqeyi vahid deyildi.Yaxın zamanda avrozona liderlərinin şərhləri çox şeyi göstərəcək.Yunanıstanı yəqin ki,zona tərkibindən atmayacaqlar,bazarda qeyri-müəyyənlik güclənəcək,amma yeni bir böhran gözləmək lazım deyil.

Bizim fikrimizcə:

Yunanıstanın avrozonadan çıxış ehtimalı 65%-ə qalxıb.Yeni bir razıalşmanın əldə olunması ehtimalı şansı var,amma danışıqlar olduqca mürəkkəb keçəcək və razılaşmanın əldə olunması çox çətin olacaq.

AMB yunan banklarına ekstren yardım proqramını saxlayacaq.Kapital axınına nəzarət hələ bir müddət qalacaq və bu nəzarət aradan qaldırılan kimi yenə də vəsaitlərin çıxarılması güclənəcək.Amma bütün bunlar yeni razılaşmanın əldə olunacağı ehtimalını azaltmır.

Yunan referendumunun nəticələri trendi təyin edəcək

Həftənin birinci yarısında ticarət istiqamətlərini “yunan borcunun” həlli müəyyən edəcək.Əgər tərəflər kon-sensusa gəlsələr,metalın ucuzlaşmasını görəcəyik,əks halda investorlar təhlükəsiz aktivlərə üz tutacaqlar və qızıl bahalaşmağa başlayacaq.Hələ bilmək olmur,razılaşma sonda əldə olunacaq ,ya yox,amma şərhlər onu göstərir ki,pozitiv nəticəyə ümid etmək olar.Qara qızılı da nəzərdə saxlamaq lazımdır,ABŞ-da aktiv neftçıxarma qurğularının sayının çoxalması müşahidə olunur ki,bu da İrandan sanksiyaların götürülməsi gözləmələri ilə birgə neft bazarında satışların güclənməsinə səbəb olacaq.Bu fonda 1150 səviyyəsində Sell açmaq və 1141 səviyyəsində gəliri fiksə etmək olar.

Həftəlik proqnoz - XAUD/USD

Page 6: Inforex Weekly#116

INFOREX WEEKLY TEXNIKI ANAlİZ5

Həftənin nəticələrinə görə,əsas valyutalar enişə meylli ticarət aparıblar.ABŞ dolları qarşısında ən çox ucuzlaşan valyuta Yeni Zellandiya dolları (-2,10%) və kanada dolları (-2,04%) olub.

Həfətnin ilk sessiyasına avro 200 punkta yaxın GAP-la başlayıb,amma sonra itirdiklərini qaytarmağa nail olub.Sonrakı günlərdə tədricən aşağı düşərək həftəlik minimuma yaxınlaşıb,amma cümə axşamından başlayaraq mövqeəlrini nisbətən möhkəmləndirə bildi.

Britaniya funtu demək olar ki,bütün hətəni kiçik diapazonda ticarət aparıb,yalnız çərşənbə günü enişdən sonra konsolidasiya davam etdi.

Kanada dolları demək olar ki,bütün həftəni dollar qarşısında ucuzlaşdı və cümə axşamı minimuma çatdı.

Ötən həftənin icmalı

Zamanın sınağından keçmiş Moving Average

Moving Average və bu indikatorun əsasında yaradılmış strategiyalar haqlı olaraq ən etibarlı olaraq tanınır,çünki,müəyyən periodlu orta qiymətlər bazar balansını düzgün əks etdirir.Bu qanunauyğunluğu analitiklər çoxdandan tapıblar.

Moving Average-ə əsaslanan strategiya sadə bir anlayışa əsaslanıb:əgər orta qiymət tarazlıq nöqtəsidirsə,qiymətin MA -a toxunması zamanı yeni bir dalğa yaradır,bu qayıdış da,qırılma da ola bilər.Belə hallarda ticarət 2 qaydaya əsaslana bilər.

- qiymətin MA-a toxunub uzaqlaşması zamanı order açmaq;-MA-nın qırılması zamanı order açmaq.

Bu strategiya iri taymfremlərdə effektivdir ( H4-dən başlayaraq), Əgər MA-nı yalnız şamın kölgəsi kəsibsə,bu uzaqlaşma üçün ,şam MA-dan aşağıda/yuxarıda bağlanırsa,qırılma siqnalı kimi qəbul olunur.Perioduna gəldikdə isə,adətən 200 Simple MA effektiv sayılır.Stoploss əvvəlki ekstremuma/minimuma və ya volatilliyə uyğun,take profit isə əks siqnala uyğun təyin edilir.

Page 7: Inforex Weekly#116

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 6

Texniki analizin üstünlükləri və çatışmazlıqları

Bazardakı vəziyyətin tarixinə baxmaq və bunları internetdən əldə etmək mümkün olduqdan sonra texniki analiz bütün treyderlər üçün aktual olub.

Texniki analizin üstünlükləri:

Texniki analizi istənilən bazarda istifadə etmək olar.Analiz aparmaq üçün istənilən zaman periodu seçilə bilər.Bazarın müxtəlif sektorlarına texniki analizin çoxsaylı metodlarını tətbiq etmək olar.Texniki analizin 3 əsas prinsipi anlayış və qavramaq üçün asandır.Texniki analiz metodlarının işlənməsinin əsasında real bazardakı hallar dayanır.Texniki analizdə real və ya kiçik gecikmə ilə dəqiq rəqəmlər istifadə olunur.

Texniki analizin çatışmazlıqları:

Heç bir texniki analitik emosional və subyektiv analizdən sığortalanmayıb.Yeni başlayan analitiklərin çoxu da analiz apararkən əslində nəyin baş verdiyini nəzərdən qaçıra bilərlər.

Texniki analizin əsasında insan təbiətinin dəyişməzliyi ideyası dayanır və bunun nəticəsində bütün modellər təkrarlanmaq xüsusiyyətinə malik olur.Amma texniki analizin imkanları keçmişdə baş vermişlərin gələcəkdə baş verəcəyinə təminat vermir.

Keyfiyyətli texniki analiz aparmaq üçün istifadə olunan informasiyanın dəqiq və vaxtlı vaxtında olması vacibdir.

Mövcud çatışmazlıqlara baxmayaraq texniki analiz etibarlı alət kimi geniş miqyasda istifadə olunur.Bu aşağıdakı səbəblərdən alınır.

Texniki analiz istifadəçilərinin uğurlu təcrübəsi.

Qısamüddətli ticarətə artan maraq.Bu ticarətlərdə fundamental analiz ikinci dərəcəli olur.

Kompüterlərin imkanlarının gün gündən artması.

Page 8: Inforex Weekly#116

EURUSD

[iii] of 1 of (C) daxilində eniş impulsu davam edir və o uzanmış hala gələ bilər.Enişin davamı gözlənilir.

Dalğa analizi EUR/USD GBP/USD

INFOREX WEEKLYDALGA ANAlİZI 7

GBP/USD

[iii] of 1 of (3) dalğası daxilində eniş dalğası inkişaf edir və o uzanmş forma alır.Enişin davamı gözlənilir.

Page 9: Inforex Weekly#116

INFOREX WEEKLYDALĞA ANAlİZİ

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal