Inforex Weekly#74

11
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°74 SENTYABR 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 7

description

Inforex Weekly#74: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#74

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°74 SENTYABR 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ7

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Ümumiyyətlə,ötən ayın sonlarından bazarda volatilliyin nisbi artması müşahidə olunur.Buna həm fundamen-tal həm də texniki faktorlar,lokal minimumların və maksimumların əldə olunması təsir göstərir.Fundamental baxımdan həftə vacib hadisələrlə zəngindir.Bunlardan FRS iclas nəticələri və Şotlandiyada referendum əsas diqqət mərkəzində olacaq.Texniki baxımdan eur\usd cütlüyü 1.2920-00 dəstəyini qırmağa nail olarsa,1.2836 və 1.2750 ətrafına eniş üçün yol açılacaq.Əsas müqavimət 1.2980 ətrafından keçir.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Morgan Stanley-dən həftə üçün ticarət tövsiyyələri

ABŞ dolları: Ralli formalaşa və qalxış trendi yarana bilər.

Əsas xəbərlər: Sənaye istehsalı, FRS faiz dərəcələri.Biz əvvəlki kimi dollarda buğa əhvalındayıq və digər əsas valyutalar qarşısında onun bahalaşacağını gözləyirik.Dollar gücü Amerika qiymətli kağızlarının bahalaşmasından alır.FRS iclasının bu həftə keçiriləcəyini nəzərə alsaq,risklərin dolların xeyrinə paylandığını deyə bilərik. Hesab edirik ki,dolları EUR, CHF və JPY qarşısında al-maq olar.

Avro: Trend enişə meyllidir,amma satış üçün daha yuxarı səviyyəılərin əldə olunacağını gözləmək lazımdır.Əsas xəbər:Almaniya ZEW.Biz əvvəlki kimi ortamüddətli pespektivdə avro/dollara ayı əhvalında yanaşırıq ,amma satışların fiksasiyası fo-nunda qalxışda qazanmaq ehtimalını istisna etmirik. Bu həftə diqqətlər regionda aparıcı indikatorlara və artım əlamətlərinə yönələcək.

Yena: Yaponiya Bankından yumlaşdılma gözləmələri. Eniş trendi.Əsas xəbərlər: Ticarət balansı, aparıcı indikatorlar indeksi.Biz yenanı əvvəlki kimi satırıq.Biz hesab edirik ki,bazar Yaponiya bankının yumşaldılmanı davam etdirməsini qiymətdə nəzərə almır.İnfliyasiya gözləmələri aşağıdır. USDJPY 107 səviyyəsinə çatıb və biz bu rallinin davam edəcəyini gözləyirik.

GBP:Şotlandların səsverməsi.Neytral trend.Əssa xəbərlər: İngiltərə Bankının protokolları,əmək bazarı, pərakəndə satışlar, Şotlandiya referendumu.Həftə ərzində valyuta üzrə diqqətlər Şotlandiya referendumuna yönələcək.Müstəqqiliyin dəstəklənməsi GBPUSD cütlüyünün enişinin davamına,əksinə olarsa,qısamüddətli ralli gözlənilir.Sonra isə diqqətlər monetar siyasətə və İngiltərə Bankının iclas protokllarına yönələcək.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Avronun korreksiyasına hazır olmaq və bunu satışlar üçün istifadə etmək lazımdır-Credit Suisse

Credit Suisse -də bildirirlər ki,avroda lokal əsasın yaranma prossesi gedir və buğaların nisbi korreksiya üçün şansları vardır. Satışlarda gəlirlərrin fiksasiya edilməsi də qalxış ehtimalını gücləndirir ki,bu da uzunmüddətli işləyən treyderləri daha cəlbedici səviyyəlrədə satışları genişləndirmək üçün ilhamlandırır. CS-də cütlüyün $1.3150 ətrafına qayıdacağını gözləyir.Eyni zamanda bankda hesab edirlər ki,sonra avro/dolların yenidən enişə başlayacağını və ilin sonunda $1.28,2015-ci ilin 1-ci rübündə $1.26 ətrafına düşəcəyini gözləyirlər.

Barclays Capital EUR / USD cütlüyü barədə

Barclays Capital -da avro/dolları FOMC iclası və TLTRO proqramının ilkin nəticələrinin açıqlaması ərəfəsində satır.”Biz yəqin ki, FOMC-un tonunda sərtləşmə müşahidə edəcəyik.Avro isə AMB-nin TLTRO -nun nilkin nəticələrinin elan ediləcəyi fonunda təzyiq altında qalacaq.”

Bankda hesab edirlər ki,AMB faiz dərəcələrinin aşağı səviyyədə saxlanması və infli-yasiya artımı üçün əlindən gələni etməyə çalışacaq.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Qarşıda volatil həftə gözlənilir

Ötən ay bir neçə səbəbdən volatilliyin artımı müşahidə olundu və bu həftə gözlənilən iki əsas hadisə də bazarda güclü reaksiya yaradacaq.Birinci:FRS-in çərşənbə günü iclası və müşaiyətedici açıqlama.Son illərdə FRS-in siyasəti işsizlik səviyyəsini aşağı salmaq üçün faiz dərəcələrinin uzun müddət aşağı səviyyədə saxlamağa yönəlib. Protokoldan görünür ki,bəzi komitə üzvləri hazırki iqtisadi siyasətlə razı deyillər və məmurların tonunda hər hansı dəyişiklik dolların dinamikasında öz əksini tapacaq.

İkinci vacib hadisə :Son həftələrdə funtun volatilliyini kəskin artıran Şotlandiyada müstəqilliyin səsə qoyulması referendumu.Funt ötən həftə ayrılma tərəfdarlarının azalması fonunda nisbətən sakitləşib,amma faktiki nəticələr qiymətə əhəmiyyətli dərəcədə təsir edə bilər. USD/JPY ötən həftə boyunca qalxdı və hazırda stabil ton müşahidə olunur,amma kiçik diapazonu nəzərə alsaq,eniş gözləmək olar.

ASB NZD/USD barədə

ASB -dan T.Kelelxer bildirir ki, NZD/USD cütlüyü digər əsas valyutaların zəifliyi fo-nunda düşüb.Onun sözlərinə görə cütlük FRS iclasına və Yeni Zellandiyada cari balans hesabatlarına həssas olacaq.

Kraliça şotlandlardan referenduma düşünərək yanaşmağı xahiş edir

Kraliça Birləşmiş Krallığın mümkün süqutu barədə sükutu pozaraq şotlandlara bildi-rib ki,referendumda səs verməzdən əvvəl öz gələcəkləri barədə ciddi düşünsünlər.Şərhləri Kraliça Balmoral qəsri yaxınlığındakı kilsədə əhali ilə ünsiyyətdə bildirib.Kral-iça kilsədə ailəsi ilə birgə Allaha dua edib ki,insanları səhv seçim etməkdən qorusun.

Telegraph

HSBC referendumun nəticələrindən asılı olmayaraq GBP-nin güclü hərəkət edəcəyini gözləyir

HSBC analitikləri bildirirlər ki,əgər Şotlandiya müstəqilliyin əleyhinə səs verərsə, GBP 1.65 ətrafına qalxmağa çalışacaq.Həmçinin müstəqilik tərəfdarlarının qalib gəlməsi funtu 1.55 ətrafına göndərə bilər.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

TREYDERLƏR ÜÇÜN FORUM

Qiymətli metalların analizi :Qızıl -Xau/usd

ABŞ-da faiz dərəcələrinin artıırlacağı və gesiyasi gərginliyin azalması qızılın dinamikasına təzyiq göstərməkdə davam edir.Texniki baxımdan 1240.00 səviyyəsindən aşağıda möhkəmlənmə ortamüddətli periodda 1200.00 ətrafına enişə yol açır.Eyni zamanda 1240.00 səviyyəsi müqavimət rolu oynayır və bundan yuxarıda möhkəmlənmə lokal tenednsiyanın dönüşünü, 1285.00-1300.00 diapazonuna qalxışın əsasını qoyacaq.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Həftəyə fundamental və texniki baxış-icmal

Eur/usd

Cütlük nisbətən möhkəmlənib,amma onun qalxışı 1.3000 səviyyəsi ilə məhdudlaşa bilər,bununla əlaqədar ola-raq qiymətin 1.2660-1.2755 ətrafına sıçrayışını gözləmək olar ki,buradan da qalxış tendensiyasının başlanması mümkündür.

Gbp/usd

Cütlük yəqin ki, 1.6200 ətrafından yuxarıda möhkəmlənməyə çalışacaq və bu cəhd uğurlu olarsa,qalxış tendensiyası 1.6650-1.6700 səviyyəsinə qədər davam edə bilər. Əgər qiymət 1.6200 səviyyəsindən yuxarıda möhkəmlənə bilməzsə 1.6000 ətrafına eniş gözləmək olar.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

EUR/GBP

0.8035 müqavimətinin qırılması uğrunda aparılan mübarizənin hələ ki,uğursuz olması cütlüyün enişinə səbəb olub,amma cütlük 50-günlük SMA-dan dəstək alıb.Əgər bu dəstəkdən yuxarıda qalaqda davam edərsə, 0.8035 səviyyəsinin qırılması üçün yenidən cəhd oluna bilər.

Həftə ərzində dolların digər valyutalar qarşısında möhkəmlənməsi müşahidə olundu. Bazarda ötən həftə əsasən iki əsas tendensiya müşahidə olundu.Birinci dolların möhkəmlənməsi, ikinci isə fun-tun kəskin hərəkətləri.

Avro/dollar həftə ərzində minimumları yeniləsə və 2013-cü il minimumçarına yaxınlaşsa da,həftəni dəyişilməz başa çatdırdı.Cütlük M.Draqinin ABS alışlarının alışlarına başlanılacağı barədə açıqlamalardan sonra korreksiyaya başladı.İnvestorlar TLTRO proqramının birinci mərhələsinin 18 sentyabrda başlanacağını gözləyirlər.

Ötən həftənin icmalı

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Dalğa analizi EUR/USD, GBP/USD, USD/CHF , USD/JPY 2014-cü il sentyabr ayı üçün

EUR/USD. Həftəlik icmal

Dalğa sıralaması analizi :Ümumiyyətlə ötən həftə ticarətlərdə EUR/USD 29-cu fiqur ətrafındakı hədəfi götürə bildi və uzanan qalxış strukturuna hazırlığını göstərdi. Eyni zamanda,baxmayaraq ki, 1.2860 minimumuna 3-cü С dalğasının başa çatması kimi baxmaq olar,3 daxilindəki 5-ci dalğanın daha da uzanan forma alacağı və qiymətin 1.27 ətrafına hərəkəti istisna edilmir.

Qalxış dalğası hədəfləri: 1,3047 – 76,4%-lik Fibo , 1,3228 – 61,8%

Eniş dalğası hədəfləri: 1,2905 – 161,8% -lik Fibo , 1,2700

Bu həftə qiymətin enişi 1,2905, 27-ci fiqura qədər davam edə bilər.

Şotlandiyada referenduma gəlincə,qeyd etməliyik ki,bu mövzu bazarın diqqətində olan əsas mövzu idi.Həftə ərzində çoxlu sorğular dərc olundu və bu fonda funt həftəyə iri GAP-lə başladı.Amma həftənin sonuna doğru vəziyyət nisbətən stabilləşdi və Şotlandiyanın Birləşmiş Krallığın tərkibində qalmasının tərəfdarlarının sayı artmağa başladı.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

GBP/JPY İşimoku indikatoru–texniki analiz və taymfremlərin qarşılıqlı əlaqəsi

Həftəlik – Günlük

Həftəlik udulma uğurlu oldu.Buğalar sona qədər dayandılar,ona görə də kiçik korrekt tam qanunauyğundur.Qalxış hərəkətinin inkişafı və davamı üçün orientir hədəfi günlük buludun qırılmasıdır ki,bu da aylıq korreksiyadan çıxmaq üçün cütlüyə imkan yaradaraq maksimumu yeniləyəcək (175,34).

Yuxarı taymfemlərdəki dəstək kifayət qədər dərindədir.Onlardan birincisi günlük buluddur (172,74).

INFOREX WEEKLY09 DALGA ANALIZI

Şam analizi EUR/JPY

“Udulma “ buğa şam formasiyasının yaranmasından sonra cütlük 261,8% - 139,41 korreksiya səviyyəsinə istiqamətlənmiş qalxışı davam etdirir. Ayı formasiyasının yaranması treyderlərdə yenanın xeyrinə olan dönüş və 200,% - 128,70 səviyyəsinə eniş ümidləri yaradır.

Cütlüyün 261,8% səviyyəsindən yuxarıda möhkəmlənməsi 323,6%-lik Fibo ətrafına qalxışını təmin edəcək.

Divergensiyalar analizi GBP/USD

Məzənnə 100,0% - 1,6341 səviyyəsindən aşağıda möhkəmlənib.Eniş nəticəsində 76,4% - 1,5990 hədəfi əldə olu-na bilər.Qiymətin 76,4% səviyyəsindən dönüşü 100,0% səviyyəsinə korreksiya imkanı yaradacaq.

Tam formalaşmış divergensiya hələ ki,indikatorlarda müşahidə olunmur.

INFOREX WEEKLY 10DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal