Inforex Weekly#119

10
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°119 IYUL 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 2 3 DALĞA ANALİZİ 8

description

Inforex Weekly#119: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#119

Page 1: Inforex Weekly#119

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°119 IYUL 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ2 3 DALĞA

ANALİZİ8

Page 2: Inforex Weekly#119

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Bəxtə arxayın olandaÇox tez tez treyderlər bazarda itki ilə üzləşəndə deyirlər ki,onların sadəcə bəxti gətirmir.Eybi yox,onlar düşünür,vəziyyət onların xeyrinə dəyişəcək və hər şey normallaşacaq.Maarqlı burasıdır ki,bunu nəinki,yeni başlayanlar,hətta təcrübəli treyderlər də bununla özlərinə təskinlik verirlər.

Beləliklə,ticarətdə nə əsas olmalıdır,ustalıq ya bəxt?

Hardasa oxuduğum bir cümlə yadımda qalıb:bəxt -yaxşı görülmüş işin nəticəsi deməkdir.Bəziləri bu barədə mənimlə razılaşmaya və bəxtin öz özünə gətirdiyini əsas gətirə bilərlər.Doğrudan da bəxti gətirən adama lote-reyada udmaq üçün gedib bilet almaq çətin deyil.Mən kor koranə bəxti gətirməyi qəbul edirəm,amma əksər hallarda uğur gərgin iş və davamlı çalışqanlıqla çiyin-çiyinə gedir.

İki treyderin nümunəsinə baxaq.Onlardan biri öz strategiyasının bütün şərtlərinə əməl edərək nizam intizamla çalışır,digəri isə müxtəlif strategiyaları istifadə edərək və ya ümumiyyətlə qayda qanunsuz işləyərək ticarətə başdansovdu yanaşır və bəxtinə arxayındır,inanır ki,hər şey onun istədiyi kimi olacaq.Hətta normal həyatda ikinci treyder bəxtigətirən adam olsa da,bu ticarət üsulu onu pis vəziyyətdə qoyacaq.Bu faktdır və statistika da bunu təstiq edir.

Bazarda qiymət sıçrayışları,qəfil və kəskin hərəkətlər olduqca tez -tez baş verir və hər hərəkətin ardınca qaçsaq ,bazar bizi tezliklə uzaqlaşdıracaq.Yalnız səbir və ustalıq bizə bu asan olmayan peşədə yardımçımızdır.Birin-ci treyderin müəyyən müddətdən sonra ortaya qoyduğu uğurlu ticarət nəticələri bir çoxlarına bəxti gətirmək kimi görünsə də bu “bəxtin “ arxasında nə qədər əməyin dayandığını hamı nəzərə almır.Hərdən elə bir imkanı əldən buraxmağa məcbur olursan ,hansı ki,bu imkandan istifadə səni hesabındakı vəsaitin çoxalmasına səbəb olacaqdı,amma bu zaman mövcud riskləri hesablayanda düşünürsən ki,yaxşısı budur hesabı qorumaq üçün həmin imkanı əldən buraxasan.Amma vaxt gəlir ki,lazımi anda bazara daxil olursan və istədiyin məbləği götürməyə nail olursan.

Bəziləri,treydinqdə ulduz fallarından,bürclərdən,talismanların köməyindən istifadə edir,bu psixoloji olaraq kimisə daha arxayın olmağa kömək edə bilər,amma sırf treydinqə bunların heç bir aidiyyatı yoxdur.Treydinqdə dəmir nizam-intizam,vaxtın ısnağından keçmiş gəlirli ticarət strategiyası lazımdır,alınan nəticəni isə bəxt,uğur ,necə istəsıniz adlandıra bilərsiniz,amma unutmaq lazım deyil ki,bu uğurun arxasında davamlı çalışqanlıq durur.

Uğurlu və nizam-intizamlı ticarətlər arzularıyla

01

Page 3: Inforex Weekly#119

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

EURUSD- 1.10 yenidən yuxarı qırıldı.Beləliklə bazarda Yunanıstanın xilasına inam getdikcə güclənir və bu yəqin ki,belə də olacaq.Bu faktor özlüyündə avroya dəstək verməyə qadirdir.Çərşənbə günü FRS iclas nəticələri bazarda güclü volatillik yaradacaq.FOMC əgər faiz dərəcələrini qaldırmaq barədə danışmazsa,avronun dəstək alaraq güclənməsi mümkündür.Müqavimət zonaları qrafikdə göstərilir.Ellen bu dəfə də pozitiv danışarsa ,avro 1.090 səviyyəsini aşağı qıra bilər.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Page 4: Inforex Weekly#119

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

BANKLARINortamüddətli perspektiv

üçün proqnozlarEUR/USD və USD/JPY üçün bu həftə necə olacaq?

EUR/USD və USD/JPY üçün Tokyo-Mitsubishi UFJ (BTMU) fikirlərini paylaşır.EUR / USD - ayı trendi - (1.0750-1.1150)ABŞ dolları yenə də FRS-in faiz dərəcələri ilə məlum gözlənilən qərarı fonun-da bahalaşma impulsu əldə edir.FRS bu həftə ABŞ iqtisadiyyatı ilə bağlı pozi-tiv qiymətləndirmələr apara bilər,amma yenə də sentyabrda faiz dərəcələrini qaldıracağına əminlik ayartamaqdan çəkinəcək. USD / JPY -neytral trend- (122.00-125.00) . Bu həftə FRS iclası USD/JPY-ə dəstək olacaq. FRS-in daha mübariz çıxışı fond bazarına da təsir edəcək və UDS/JPY-nin enişini sürətləndirəcək. Yuxarı sərhəd 125.00 səviyyəsindədir.

EUR/USD-a təzyiq güclənəcək, - Morgan Stanley

Yunanıstanın avro zonasından çıxma riskləri azalıb,amma Yunanıstanla kreditorlar arasında debatlar avroya təzyiqin davam etməsinə səbəb olacaq.Qeyri-müəyyənlik yəqin ki,AMB-ni yaxın gələcəkdə “avtopilotda” saxlayacaq.Avropa və Amerika arasındakı gəlirlilik fərqi güclənməyə davam edəcək və bu da EUR/USD-a təzyiqin davam etməsinə səbəb olacaq.

27 - 31 iyul həftəlik texniki analiz - XAU/USDBu həftəayı trendinin inkiaşfı gözlənilir.Neft bazarındakı satışların genişlənməsi qızıla tələbatı aşağı salıb. 1100$ səviyyəsindən aşağıda möhkəmlənmə də psixoloji faktordur ,ona görə də satıcıların aktiv olacağını gözləmək olar.Bu fonda 1111/1131 səviyyəsinə qalxışda Sell orderi açmaq və gəliri 1078 səviyyəsində fiksə etmək olar.

Page 5: Inforex Weekly#119

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Ötən həftənin əvvəlində qızıl 5 illik minimumlara düşəndə hamı bunda günahı Çin Mil-li Bankında qızım ehtiyatlarının azalmasında gördü. Morgan Stanley hesab edir ki,ucuz qızılın əsas problemi heç də Çindəki qızılın azalması ilə bağlı deyil.Bunun sirri sadədir və bir neçə punktdan ibarətdir.

Qızıl nə üçün ucuzlaşır?

- deflyasiya;- FRS monetar siyasətinin sərtləşəcəyi gözləmələri;- yunan sualının həl edilməsi;- Çin fond bazarındakı böhran.

Qızıl özünü necə aparacaq?

Bazar ekspertləri hesab edirlər ki,qızıl hələ bir müddət 1050 səviyyəsində qalacaq. Morgan Stanley bildirir ki,FRS-in faiz dərəcələrinin qaldırması faktı qızıl üçün əsas təzyiq faktorudur,onun Mərkəzi Banklar tərəfindən satışı isə eniş üçün əlavə stimul yaradacaq.Morgan Stanley hesab edir ki,qızıl üçün ən neqativ faktor 800 dollar səviyyəsinə enişdir. Qeyd etmək lazımdır ki, Morgan Stanley bu fikri dəstəkləyən tək bank deyil.Goldman Sachs da qızılın 1000 səviyyəsindən aşağı düşəcəyini hesab edir.

AVROPANI BÖHRANDAN... ALMANIYANIN ÇIXIŞI XILAS EDƏ BILƏR

Hələ bu yaxın zamanlarda dünya KİV-ləri bir ağızdan yazırdılar ki,Yunanıstan avrozonanı tərk etməlidir,amma indi bu mövzu gündəmdən çıxıb və müzakirə olunmur.Bundan başqa bəzi iqtisadçılar Yunanıstanın zonanı tərk etməsinə tərəfdar deyillər.Onların fikrincə birliyin yaşaması üçün Almaniyanın oranı trərk etməsi lazımdır,çünki Grexit mahiyyətcə heç nəyi dəyişməyəcək.

AVROPANI BÖHRANDAN... ALMANIYANIN ÇIXIŞI XILAS EDƏ BILƏR

Hələ bu yaxın zamanlarda dünya KİV-ləri bir ağızdan yazırdılar ki,Yunanıstan avrozonanı tərk etməlidir,amma indi bu mövzu gündəmdən çıxıb və müzakirə olunmur.Bundan başqa bəzi iqtisadçılar Yunanıstanın zonanı tərk etməsinə tərəfdar deyillər.Onların fikrincə birliyin yaşaması üçün Almaniyanın oranı trərk etməsi lazımdır,çünki Grexit mahiyyətcə heç nəyi dəyişməyəcək.

Nə qədər təəccüblü olsa da,ekspertlər hətta ağıllı əsaslar gətirərək Almaniyanın birlikdən çıxmasının nə üçün vacib olduğunu izah edirlər.Əgər Almaniya zona tərkibindən çıxarsa,avronun devalvasiyası baş verə bilər,bu da Yunanıstan,İspaniya ,İtaliya və Portuqaliya üçün təmiz hava axını yarada bilər,bu ölkələrə iqtisadiyyatlarını qaldırmaq üçün zəif valyuta lazımdır.

İndi isə bu ölkələr asıkmış vəziyyətdə qalaraq bir tərəfdən iqtisadiyyatı gücləndirməyə,digər tərəfdən isə Almaniyanın onlara sırıdığı sərt tədbirlərin təzyiqi altında dövlət xərclərini azaltmağa çalışırlar.

Və həqiqətən də ,avronun indiki yüksək kursu Almaniya iqtisadiyyatının və tələbkar alman siyasətçilərinin hesabına dayanır.

Prinston universiteti professoru A.Modi hesab edir ki,Almaniyanın ardınca,avrozonanı Niderland,Belçika və Avs-triya tərk etməlidir.Bu ölkələr istəsələr özlərinin vahid valyutasını yarada bilərlər.Amma cənubi Avropa ölkələri bu addımdan çox fayda görə biləcəklər.

Bu yaxında oxşar fikirlərlə FRS-in eks sədri Bernarke də paylaşmışdı.Bernarke deyir ki,əgər Almaniya markadan istifadə edərsə,avropa ölkələrindəki disbalans düzələrdi.Avronun dövriyyəyə buraxılmasından sonra isə cənubi Avropa iqtisadiyyatları Almaniya qarşısında davam gətirməyərək çöküblər.

Page 6: Inforex Weekly#119

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Volatillik...

Volatillik nədir? Bu sualla həm yeni başlayan,həm də müəyyən təcrübəsi olan treyderlər müraciət edir.Bu anlayışa ətraflı baxmağa çalışaq.Volatillik -qiymətin müəyyən zaman periodinda dalğalanma diapazonudur.əgər bu diapazon döyükdürsə,onda deyirlər ki,volatillik azdır,kiçikdirsə,əksinə.

Volatillik günlük,saatlıq v s. ola bilər.Prinsipcə ,istənilən zaman periodunu seçərək bu periodda qiymətin volatilliyinin necə olduğuna baxmaq olar.Bundan başqa vmüxtəlif valyutaların volatilliyi müxtəlif ola bilər.Məsələn,deyirlər ki,krosslarda (USD daxil olmayan) volatillik majorlardakından (USD daxil olan ) böyükdür.

Ticarət apardığınız cütlüklərin günlük volatilliyini izləmək çox faydalıdır.Məsələn, EUR/USD üçün günlük volatillik 40 – 60 punkt aralığında dəyişir.GBP/USD üçün volatillik 80 – 100 diapazonunda olur.Bəzi cütlüklərin volatilliyi isə 300 punktdan çox ola bilər.

Əgər siz volatilliyi izləyirsinizsə və görürsünüzsə ki,qiymətin hərəkəti adi ritmdən çıxıb,bu zaman siz nə edəcəyinizi və necə reaksiya verəcəyinizi biləcəksiniz.Əgər qiymət donubsa və nə aşağı,nə yuxarı hərəkət etmirsə,bu o deməkdir ki,konsolidasiyaya düşmüsünüz və yaxşı olar ki,açıq orderi bağlayıb izləyəsiniz,çünki qiymətin kon-soldasiyadan hansı istiqamətini demək çətin olur.Və ya ,əgər qiymət günlük volatilliyinin yarısından çoxu qədər hərəkət edibsə,yeni order açmağına və yüksək gəlir əldə olunacağına ümid etməyə dəyməz.Yəqin ki,ümumi ideya anlaşıldı.

Volatilliksizə profitləri təyin etməkdən əlavə stop-lossları da düzgün müəəyyən etməyə kömək edə bilər.Əgər EUR/USD gün ərzində 60 punkt hərəkət edirsə,o zaman 200 punkt stop-loss təyin etməyə ehtiyac yoxdur.

Qiymətin vacib xəbərlrədə özünü necə aparacağını demək adətən çətin işdir.Bu zaman hətta ən sakit valyuta-lar belə özlərini “ pis “ aparmağa başlayırlar.Xəbərlərdə ticarət aparmaq üçün müxtəlif strategiyalar var,amma onların hamısı bir prinspi üzərində qurulub- volatilliyi tutmaq və ondan qazanmaq.

Adətən bazar xəbəri əvvəldən qiymətdə nəzərə alır.Məsələn,əgər Mərkəzi Bankın faiz dərəcələrini yuxarı qaldıracağı gözlənilirsə,bu ölkənin valyutası xəbər çıxana qədər artıq güclənir və xəbər məlum olanda elə də gü-clü reaksiya vermir.Amma əgər reallıq gözləmələrlə uyğun gəlmirsə,onda əks istiqamətli hərəkətin və volatilliyin sürətlənməsi müşahidə olunur.

Ticarət strategiyalarından başqa ,volatilliyə əsaslanan indikatorlar da mövcuddur.Bunlar: ATR, CCI, Bollinger Bands və s.-dir.Bu indikatorları izləmək də çox faydalıdır.

FOMC BU HƏFTƏ FAIZ DƏRƏCƏLƏRINI QALDIRACAQMI ?!

Bu həftə maraqlı və makro göstəricilərlə zəngin olacaq və həftəinn ən vacib günü çərşənbə olacaq.əhz çərşənbə günü FOMC faiz dərəcələri ilə bağlı gözlənilən qərarını açıqlayacaq.Ötən həftə Ellen bildirdi ki,faiz dərəcələri istənilən iclasda qaldırıla bilər.Bu baş verəcəkmi?Güman ki,yox.ABŞ-dakı son iqtisadi göstəricilər elə də yaxşı deyildi,Yunanıstanla bağlı vəziyyəti nəzərə aldıqda isə,bir ay da gözləyib,yaranmış vəziyyətə dair nəticə çıxarmaq daha optimal variant kimi görünür.

Çərşənbə axşamı Britaniyada ÜDM həcmi dərc olunacaq,pozitiv rəqəmlər funta dəstək verə bilər.Həmçinin günün ikinci yarısında ABŞ -da əminlik indikatoru açıqlanacaq.

Cümə axşamı da statistik rəqəmlər baxımından dolğun olacaq.Asiya sessiyasında RBA qubernatru Stivens çıxış edəcək,avropa sessiyasında istehlak qiymətləri indeksi ,Al-maniya ilkin istehlak qiymətləri indeksi məlum olacaq.Amerika sessiyasında isə,ÜDM hesabatı və işsizlik müraciətlərinin sayı açıqlanacaq.

Ümumiyyətlə,həftə ərzində amerika dolları FOMC gözləmələri fonunda möhkəmlənə bilər.

Page 7: Inforex Weekly#119

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

“Only Long” və ya “Al və Gözlə”

Bir çox analitiklər fond bazarında treyderləri ancaq alışlarla işləməyə çağırırlar.Onlar təstiq edirlər ki,fond azarında satışlar nisbətən risklidir ,çünki səhmlərin qiymətləri daim artır,belə ki,şirkətlər daim inkişaf edir,bu da onların səhmlərinin bahalaşmasına səbəb olur.

Bu ilk növbədə cəlbedici görünür. Amma ilk baxışda. Əgər birja tarixinə dərindən nəzər salsaq, görərik ki, ”Al və saxla” taktikası heç də həmişə işləmir. Aşağıda Nikkei 225 indeksinin 22 illik qrafiki verilir.

Bu necədir? Əgər deyilən taktikadan istifadə edib səhm alınsaydı, 22 il gözləmək lazım idi ki, o qalxsın. Bu müddətdə isə indeks 39.000 punkt düşüb. Ona görə də səhm bazarında işləməyə dair səslənən taktikalara əməl etməzdən əvvəl qiymətin tarixini gözdən keçirmək lazımdır.

Page 8: Inforex Weekly#119

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Trendin inkişaf potensialını təyin edirik - EUR/USD, GBP/USD

EUR/USD

Cütlük Bollincerin orta sərhədi ilə üzləşib ADX dönüb, ona görə də həm yuxarı (1.1246), həm də aşağı (1.0784) istiqamətli hərəkət ehtimalları güclüdür.

GBP/USD

Bollincerin yuxarı xəttinə qalxış ehtimalı var (1.5777).

Page 9: Inforex Weekly#119

INFOREX WEEKLY

Dalğa analizi EUR/USD, GBP/USDEUR/USD

[ii] of 1 (C) dalğası daxilində korreksiya başa çatır və ikiqat ziqzaq formasını alır. [iii] of 1 of (C) dalğası daxilində enişin davam edəcəyini gözləmək olar.

08DALĞA ANAlİZİ

GBP/USD

ii of (i) of [iii] dalğası daxilində korreksiya inkişaf edir və analoji olaraq ziqzaq forması ala bilər.Onun başa çatmasından sonra enişin bərpası mümkündür.

Page 10: Inforex Weekly#119

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal