Inforex Weekly#73

11
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°73 SENTYABR 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 8

description

Inforex Weekly#73: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#73

Page 1: Inforex Weekly#73

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°73 SENTYABR 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ8

Page 2: Inforex Weekly#73

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Ötən həftənin drayverinin AMC iclası olması hamıya məlumdur. Bildiyimiz kimi Draqi bildirib ki,faiz dərəcələrinin aşağı salınması qərarı yekdilliklə qəbul eidlməyib.Beləliklə avro/dollarda may ayında başlayan eniş trendi inkişafı davam etdirir.Ortamüddətli və uzunmüddətli periodda hədəflər hələ əldə olunmayıb.Məlumdur ki,Avrozonanın problıemləri faiz dərəcələrinin aşağı salınması ilə bitmir.Texniki baxımdan hazırda yeni eniş dalğasından öncə ni-sbi korreksiya gözləmək olar.Korreksiya qalxışı hədəfləri 1.2980, 1.3000, 1.3035, 1.3070 və 1.3100 nöqtələri ola bilər. Ardınca yenidən eniş trendinin yenilənəcəyini və 1.2920 1.2900, 1.2835 , 1.2750 ətrafına eniş gözləmək olar.

Page 3: Inforex Weekly#73

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Şotlandiya müstəqillik əldə edə bilərsə,funt çokə bilərYouGov Plc. apardığı araşdırmaya görə , Şotlandiyanın Birləşmiş Kralığın tərkibindən çıxmasının tərəfdarları ilk dəfədir ki,artıb.Qeyd edək ki,bu məsələ ilə bağlı refer-endum sentyabrın 18 də keçiriləcək.BU ayrılma funt üçün ciddi təhlükədir. Stand-ard Bank -dan Stiv Barrou bildirir ki,şotland milliyyətçilərinin qələbəsi funt/dolların 1.5500-1.5000 diapazonuna enişinə yol açacaq.Yaxın zamanda investorlar cütlükdə hecləmə apara bilərlər ki,bu da eyni zamanda funtun mövqelərinə mənfi təsir edə bilər.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Deutsche Bank bu həftə avro/dolların korreksiya edəcəyini gözləyir və cütlüyü almağı tövsiyyə edirDeutsche Bank həftəlik icmalında ticarət strategiyası kimi avronun alışlarını prior-itet olaraq gözləyir.Bank bu ehtimalı avroda satış orderlərinin sayının həddindən çox olması ilə izah edir və göstərir ki,bu,avronun enişi davam etdirməsinə mane olur.AMB-nin kütləvi zəiflədilmə proqramına olan ümidlərin həddindən artıq yüksək qiymətləndirilə bilər.Amma Deutsche Bank qeyd edir ki,ortamüddətli perspektivlər cütlükdə 1.2500 hədəfinin ilin sonunda əldə olunacağı hesabı ilə satış orderini açıq saxlamağa imkan verir.

Qarşıdakı rüblərdə USD və CAD möhkəmlənəcək - UBSUBS analitikləri hesab edirlər ki,ABŞ və Kanadanın əmək bazarında zəif hesa-bat təqdim etmələrinə baxmayaraq baks və luni növbəti rüblərdə digər rəqibləri qarşısında güclənəcək.

GBP/USD mövqelərini bərpa edə bilər – Commerzbank“Funt minimumları 1.6200 ətrafında minimumları yeniləyib,amma hazırki səviyyələrdən qalxışa başlaya bilər”-deyə K.Cons Commerzbank-dan bildirir.Cütlük həddindən çox satılmış kimi görünür və biz hesab edirik ki, 1.6287, 1.6340/1.6440 ətrafına korreksiya başlaya bilər.Daha uzun müddətli periodda 1.6005/00 ,1.5721 yaxınlığına eniş gözləyirik. Qalxışı 1.6566/1.6645 ərazisi məhdudlaşdırır, bu vəziyyət davam etdikcə GBP/USD təzyiq altında qalacaq ».

Credit Suisse: EUR/USD 1.2200 ətrafına düşəcək«Ötən həftə EUR/USD bizim 1.3020/15 hədəfi götürərək düşdü .Yaxın zamanda 1.2920/08 dəstəyi bir müddət enişin qarşısında dura bilər,amma növbəti dalğa cütlüyü 1.2787/55 zonasına ata bilər.Bu dəstək nisbətən güclü ola bilər,amma son nəticədə cütlük 1.2200 ətrafına qədər zəifləyəcək. Qısamüddətli müqavimətlər 1.2958, 1.3012 və 1.3069.Biz 1.3110 müqavimətinin qalxışı dayandıracağını gözləyirik».

Makroiqtisadiyyat: Bu həftə nə gözləmək lazımdır ?Əsas hadisələr ötən həftə baş verdiyi üçün həftənin fundamental xəbərləri elə də dolğun deyil.Həftə ərzində bizi ABŞ-dan pərakəndə satışlar,Avrozona və Böyük Britaniyada sənaye istehsalı həcmləri rəqəmləri gözləyir. Bazarın diqqəti hazırda Şotlandiyaya yönəlib.hazırki məlumatlar onu göstərir ki,lehinə səsləırin sayı,əleyhinə olanlardan çoxdur. Hadisələrin bu cür gedişi funtu ciddi təzyiq altına salacaq.

Page 4: Inforex Weekly#73

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Kütləvi zəiflədilmə iqtisadiyyatın bərpasına yox,yeni böhrana səbəb olacaq

Kütləvi zəiflədilmə siyasəti Avrozonanı düzgün olmayan istiqamətdə hərəkət etməyə məcbur edə bilər.Yaponiya stilində deflyasiyaya uğramaq artıq Avrozona siyasətində müşahidə olunmağa başlayır. AMB ABŞ,Böyük Britaniya və Yaponiya MB-ları kimi kütləvi zəiflədilmə tədbirlərinə başlayır,amma bu çox təhlükəli vəziyyətə səbəb ola bilər.AMB-nin kütləvi zəiflədilmə yolunu tutmaması üçün bir neçə səbəb vardır və onlara baxmağa çalışaq.İlk öncə onu qeyd etmək lazımdır ki,aşağı infliyasiya rəqəmləri ilk növbədə neft və digər xammalların qiymətinin aşağı düşməsi ilə əlaqədardır.Həmçinin burada Avrozona periferiyasında gedən dəyişmələr də güclü faktordur,belə ki,əmək haqqı artımının azalması və struktur islahatları bütün Avrozonada qiymətlərin aşağı düşməsinə səbəb olur.AMB-nin kütləvi zəiflədilmə üçün bir neçə variantı olsa da,onların hər birinin tətbiq edilməsi üçün maneələr vardır.Aktivlərlə təminatlandırılan qiymətli kağızların və ya korporativ istiqrazların alışı vergi ödəyicilərini kredit riskləri qarşısında qoya bilər.Əgər AMB Avrozona hökumətləinin buraxdığı istiqrazları alsaydı,bu intervensiya Almaniyaya yönələrdi.İstənilən aktivlərin alış proqramı regionda risklərin qeyri-bərabər paylanmasına səbəb ola bilər.

Bundan başqa kütləvi zəiflədilmənin istehsala və qiymətlərə təsiri çox zəif olacaq.Bu onunla bağlıdır ki,Avrozonanın çox ölkəsində tənəzzül dövlət borcu səviyyəsinin həddindən çox artması ilə bağlıdır ,şəxsi təsərrüfatlar və şirkətlər çətin ki,əlavə borca girməyə razı olsunlar,bu isə monetar siyasətin effektivliyini azaldır.Eyni zamanda mərkəzi bankın kommersiya banklarına verdiyi havayı likvidlik onları zəif kreditorları saxlamağa imkan verəcək.Məhz bu “zombi kreditləşdirmə” Yaponiyada tam 10 il ərzində iqtisadi artımın qarşısını almışdı.Həm də bu monetar siyasət iqtisadiyyata dolayı zərbə vura bilər,belə ki maaliyyə stabilliyi investorların böyük gəlir əldə etmək üçün riskli aktivlərə yatırım etməsi şəraitində yaranır.Amma AMB-nin bazar nizam -intizamını saxlamasını qiymətləndirməmək olmaz,AMB Avrozonada son klreditor instansiyası funksiyasını üzərinə götürməkdə düz edir.Amma M.Draqi özünün qeyd etdiyi kimi tək monetar siyasət regionda davamlı artımı təmin edə bilməz.Əmək bazarında və investisiya mühitində yaxşılaşma,ardıcıl fiskal islahatlar və infrastruktura investisiyalar qoyuluşu-Avropa bu məqamlara diqqət yönəltməlidir.

The Financial Times materiallarına əsasən

Westpac: valyuta proqnozları cədvəli

Westpac-dan yenilənmiş valyuta proqnozları. Proqnozlar göstərilmiş zaman periodunun sonu üçün nəzərdə tu-tulub.

Şotlandlar “Hə” desələr nə olacaq?Böyük Britaniya və Şimali İrlandiya Kralığı kimi ölkələr heç də hər gün parçalanmır . Amma tamamilə müm-kündür ki,2 həftədən sonra şotlandlar ölkə tərkibindən çıxmağa səs versələr mətbuat “Parçalanmış Krallıq “ başlıqlarını dərc edəcək. Şotlandlıar hansı valyutadan istifadə edəcəklər ? Yes kampaniyası çərçivəsində bildirilir ki,valyuta funt olacaq,amma Vestministrdə bunun mümkün bir şey olmadığını qeyd edirlər.AB onlara avroya qoş.ulmağı təklif edə bilər,amma Yes artıq bildirir ki,Şotlandiya artıq AB tərkibindədir.Amma yenə də bir sual var və bu hər iki ölkəyə bölündükdən sonra kölgə sala bilər: dövlət borcunun bölünməsi.Bu borc hansı kriteriyalara əsasən bölünəcək?Əhali?ÜDM? Bu sualların hər ikisi əməlli başlı qeyri-müəyyənlik yaradır.Bunlardan başqa bazar üçün vacib olan daha bir neçə sual vardır.Şotlandlar öz maaliyyə durumlarını dəstək olmadan necə idarə edəcəklər?Bazar bu müstəqilliyə necə reaksiya verəcək? İlkin reaksiya yəqin ki,funtun kütləvi satışları olacaq.Dövlət istiqrazları aşağı düşəcəklər.Reytinq agentlikləri artıq bilidirblər ki,Şotlandiya Böyük Britaniyadan daha aşağı reytinq alacaq.Bəzi iri banklar Şotlandiya əraziisndə yerləşir.Britaniyalıılar öz pullarını artıq xarici dövlət olan Şotlandiyanın banklarında saxlayacaqlarmı?

What if the Scots say Yes?, Economist

Page 5: Inforex Weekly#73

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

EUR/USD

Ötən həftə avro/dollar aşağı düşərək 88,6% Fibo korreksiya səviyyəsinə yaxınlaşdı (1,2885). Bu səviyyənin qırılması cütlüyü 1,2744 və 1,2580 ətrafına aparacaq.Ayı senarisi qiymət 1,3040 (76,4% Korreksiya) səviyyəsindən aşağıda qaldıqca davam edəcək.

Tövsiyyələr: Biz cütlüyü 1,3000 səviyyəsindən aşağıda qaldıqca ,stop 1,3050 olmaqla satacağıq.Dəstəklər 1.2895 1.2865 1.2835 1.2810 1.2785Müqavimətlər 1.3000 1.3040 1.3085 1.3105

Texniki analiz və tövsiyyələr (ecPulse) - valyutalar

EUR/JPY İşimoku indikatoru – texniki analiz və taymfremlərin qarşılıqlı əlaqəsi

Həftəlik – Günlük qrafikdə formalaşan şam 135,72 səviyyəsinin qırılacağı halda hazırki eniş trendinin davam edəcəyini deməyə əsas verir.Eniş üçün orientir həftəlik(132,39) və aylıq (132,04) qrafikdə İşimoku buludunun kənarları ola bilər.Əsas müqavimət həftəlik Tenkan və günlük xaçdır (137,00).

Page 6: Inforex Weekly#73

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

USD/JPY

Cütlük əldə olunmuş maksimumdan 105,43 aşağıda ticarət aparır,eyni zamanda Stoxastik günlük qrafikdə neqativ dinamika göstərir.Biz bunları nəzərə alaraq bu həftə neqativ dinamika gözləyirik və 103,05 ətrafının yoxlanması cəhdlərini istisna etmirik.Nəzərə alın ki, 105,43 səviyyəsinin yuxarı qırılması cütlüyün 107,00 ətrafına qalxışını təmin edəcək.Tövsiyyə: Qiymət 105,40 səviyyəsindən aşağıda qaldıqca ,stop 106,00 olmaqla satışa üstünlük verəcəyik.Dəstəklər 104.10 103.75 102.90 102.40 102.00Müqavimətlər 105.40 106.00 106.50 107.05 107.50

GBP/USD

Bu gün həftənin açılması ilə cütlük 1,6285 səviyyəsini aşağı qırdı və bu da həftə boyunca enişin davam edəcəyinə siqnal verir.Bizim hədəfimiz 1,6000 psixoloji səviyyəsidir.Ticarətlər 1,6285 səviyyəsindən aşağıda getdikcə biz ayı ssenarisinin tərəfdarı olacağıq,bu səviyyənin yuxarı qırılması isə geniş korreksiya imkanları yaradacaq.Tövsiyələr: Biz cütlüyü 1,6285 səviyyəsindən aşağıda qaldıqca ,stop 1,6360 olmaqla satmağa üstünlük veririk.Dəstəklər 1.6200 1.6140 1.6095 1.6000 1.5950Müqavimətlər 1.6285 1.6315 1.6360 1.6395 1.6465

Page 7: Inforex Weekly#73

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

Həftəyə fundamental və texniki baxış-icmal

Həftənin əsas hadisəsi Avropa MB iclası oldu.Həftənin birinci yarısında avro dollar qarşısında diapazonda ticarət aparırdı və bütün diqqətlər MB iclasına yönəlmişdi.Gözlənilən iclas nəticədə avronun kəskin enişini təmin etdi və cütlük 2 illik minimumlara düşdü.Mətbuat konfransında M.Draqi ABS və ipoteka istiqrazlarının alışına gələn aydan start veriləcəyi barədə anons verdi.Dərc olunan statistikaya gəlincə,dollara dəstək verən məlumatlardan ABŞ xidmət sektorunda işgüzar aktivlik indeksini göstərmək olar.

Bazarın gözlədiyi NFP məşğulluq hesabatı birmənalı olmadı.Ardıcıl olaraq 6 ay artım nümayiş etdirən yeni iş yerlərinin sayı avqustda ən aşağı səviyyəyə düşdü. Həftə ərzində funtun məzənnəsi dollar qarşısında aşağı düşdü.Şotlandiyanın müstəqilliyinin elan edilməsi funta güclü təzyiq edir. Goldman Sachs xəbərdarlıq edir ki,18 sentyabr-da “ lehinə “ səslərin çoxluğu nəticəsində Şotlandiya və Böyük Britaniya iqtisadiyyatları güclü zərərə uğrayacaqlar.

Page 8: Inforex Weekly#73

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Yena dollar qarşısında Yaponiya Bankının faiz dərəcələri ilə bağlı qərarından sonra aşağı düşdü.Avronun satışları və dolların alışları yenanın zəifləməsinə səbəb olur.Bundan başqa ABŞ və Yaponiya pul kredit siyasətlərindəki fərq dollara dəstək verən faktorlardandır.

Amerika 10 illik qiymətli kağızlarının qiymət artımı və Avrozonada infliyasiya ilə bağlı bədbin əhval-ruhiyyə qızılı aşağı aparacaq .Texniki baxımdan həmçinin ayı əhvalı üstündür – qızıl güclü 1277 səviyyəsindən aşağıda möhkəmlənib və hazırda güclü dəstək 1240 nöqtəsidir.

Həftəlik proqnoz 8 – 12 sentyabr XAU/USD

Page 9: Inforex Weekly#73

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

Dalğa analizi EUR/USD, GBP/USD, USD/CHF , USD/JPY 2014-cü il avqust ayı üçün

EUR/USD

Mümkün variantlardan birinə görə (E) of [B] son eniş dalğası inkişaf edirvə iri ziqzaq şəklini ala bilər. A of (E) impulsu formalaşır və onun [iv] of A of (E) of [B] qalxış korreksiyası gözlənilir.

GBP/USD

(B) meylli üçbucağının D of (B) qalxış ziqzaqının [c] of D klini ilə başa çatması ehtimal olunur. E of (B) son eniş dalğasının inkişafı və onun ziqzaq forması alacağı gözlənilir.

Page 10: Inforex Weekly#73

INFOREX WEEKLY09 DALGA ANALIZI

USD/CHF

Mümkün sıralamalardan biri E ziqzaqının yaranmasını ehtimal edir. [a] of E impulsu və onun (iv) of [a] of E eniş korreksiyası formalaşa bilər.

USD/JPY

(A) qalxış impulsunun başa çatması ehtimal olunur.Hazırda onun 5 of (A) son qalxış impulsu formalaşır.

Page 11: Inforex Weekly#73

INFOREX WEEKLY 10DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal