Inforex Weekly#53

20
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°53 APREL 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 3 DALĞA ANALİZİ 21

description

InForex Weekly - pulsuz online heftelik Forex icmali

Transcript of Inforex Weekly#53

Page 1: Inforex Weekly#53

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°53 APREL 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 3 DALĞA

ANALİZİ21

Page 2: Inforex Weekly#53

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Avro/dollar cütlüyündə vəziyyət ötən həftəyə nisbətən az dəyişib.Cütlük üçün hazırda 1.3790 səviyyəsi əsas dəstək,1.3850-80 səviyyəsi isə müqavimət rolunu oynayır.

Page 3: Inforex Weekly#53

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

MAVLET BAGİYEVekspert - analitik

02

Avro/Dollar

EUR/USD cütlüyü üçün dəstək 1.3800-13 səviyyəsindədir. Bu həftə əsas səviyyə kimi 1,3840 nöqtəsi götürülə bilər.İndi hər şey bu səviyyəsinin qırılıb qırılmamasından asılıdır. Mümkün ssenarilər şəkildə götərilib.Müqavimətlər 1,3880-1,3905,1,3965

Page 4: Inforex Weekly#53

Ötən həftə EUR/USD kiçik 1.3790 – 1.3864 diapazonunda ticarət aparıb.Pasxa tətili ərəfəsində investorlar portfellərində orderləri formalaşdırmağa tələsmədilər.

ZEW insititutunun işgüzar əhval ruhiyyə hesabatı neqativ olub və artıq 4cü aydır ki,eniş nümayiş etdirir.Amerika statistikası əksinə qız “çuxurundan” sonra qaxlış nümayiş etdirir.Böyük Britaniyada məşğulluq səviyyəsi rəqəmləri buğaları ruhlandırıb və funta tələbin artmasına səbəb olub.

Bu fonda gbp/usd cütlüyü möhkəmlənərək 1.6841 ətrafına qalxıb. Ardınca gəılirlərin fiksasiyası neqativ effekt yaradaraq 1.6790 ətrafına enişə yol açıb.Ştatlarda makroiqtisadi hesabatlar usd/jpy cütlüyünə tələbi artırıb.Nəticədə dollar/yena 102.56 ətrafında həftəni başa çatdırıb.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

EUR/USD cütlüyündə “ayıların” yaxşı imkanları var-ötən həftənin icmalı

Həftəlik proqnoz 21-25 aprel:

03

Geosiyasi risklər avro/dollara təzyiq göstərməkdə davam edəcək.Avropa makroiqtisadi statistikasından həftə ərzində Almaniya və Fransada isthsal sektorunda işgüzar aktivlik hesabatlarını qeyd etmək olar.Avronun məzənnəsinin hazırda yüksək olduğunu və ZEW institutunun neqativ gözləmələri pozitiv rəqəmlərin çıxacağını sual altına qoyur.Cümə axşamı 24 apreldə M.Draqinin çıxışı gözlənilir.AMB-nin iclasına 2 həftə qalmış “Super Mario”dan ehtiyatlı şərhlər gözləmək olar.Həmin gün bundan başqa ABŞ-da uzunmüddətli məhsul sifarişləri hesabatı açıqlanacaq.İstehlakçıların inam indeksinin yüksəlməsi bu rəqəmlərin də müsbət çıxacağına şərait yaradır.Bu fonda ayı əhvalının güclənəcəyini gözləmək olar.

Page 5: Inforex Weekly#53

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

GBP/USD

Çərşənbə günü 23 apreldə İngiltərə Bankının pul kredit siyasəti barədə iclas protokolu açıqlanacaq.Bu hesabat-dan investorlar sürpriz gözləmirlər.

Həftənin son günündə mart ayı üçün pərakəndə ticarət hesabatı açıqlanacaq.Cütlüyün həftə ərzndə 1.6650-1.6900 diapazonunda hərəkət edəcəyini gözləmək olar.

Page 6: Inforex Weekly#53

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

HSBC: funt/dollar dönüş formalaşdıra bilər

Britaniya valyutası enişlərdə tələblə qarşılansa da,buğalar deyəsən növbəti dəfə $1.6850 səviyyəsindəki satışlara hədəflənmək istəyirlər.Buradan yuxarıda möhkəmlənmə qalxış dinamikasına yeni impuls verə bilər və bu halda $1.70 səviyyəsinə qalxış istisna edillməyəcək.Bankda qeyd edirlər ki,iqtisadi vəziyyət nəzərə alınarsa,əslində funt/dollar $1.64 səviyyəsində ticarət aparmalıdır. HSBC-də cütlüyün 2ci rübdə $1.61 səviyyəsində ticarət aparacağını gözləyirlər.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Societe Generale dollar/yenadakı vəziyyət barədə

Dollar/yena Y102.60/80 səviyyəsindən yuxarı qalxmaqda çətinliklərlə üzləşsə də,ümumi əhval yaxşılaşıb və son həfətlərin diapazonu aktual olaraq qalır.Diapazo-nun aşağı sərhədinin qırılması vəziyyətin çətinləşməsinə səbəb olacaq. Societe Gen-erale analtikləri bildirirlər ki,hazırda diqqətlər Y102.72/83 müqavimətinə yönəlib və yuxarı qırılma Y103.43/70 ətrafına qalxışa səbəb olacaq.

Mən hesab edirəm ki,biz çıxılmaz vziyətdəyik “ . G20 ölkələrinin maaliyyə nazirləri yekun sənəddə qeyd ediblər ki,onlar ABŞ tərəfindən məsələnin həllinin uzadılmasından narazıdırlar.G20 ölkələrinin 2010-cu ildə təklif etdiyi islahatlar planından kiçik bir sapma belə nəinki ABŞ,eləcə də digər ölkələr üçün ağır nəticələrə səbəb ola bilər.Qeyd edək ki,rəsmi nümayəndələr bu vəziyyəti şərh etməyə hazır deyillər.

Missiyanın həyata keçirilməsi mümkünsüzdür?

İnkişaf etməkdə olan ölkələr islahatların keçirilməməsinin mənfi nəticələrini daha kəskin hiss edirlər və bununla bağlı narazılıqlarını daha açıq bildiriblər. Amma yenə də nəzərə almaq lazımdır ki, BVF-da qəbul olunan qərarların ABŞ-ın razılığı olmadan həyata keçirilməsi mümkün deyil.Amerika maaliyyə naziri C.Lyu bildirib ki,B.Obama adminstrasiyası BVF qarşısında öhdəliyinə götürdüyü islahatları həyata keçirmək üçün əlindən gələni edəcək.

BVF sədri K.Laqard öz növbəsində bildirib ki,hələ ki,alternativ variantlar haqqında danışmaq tezdir.”Hələ ki,A variantını öyrənmək vacibdir,əgər bu plan işləməzsə,B planı barədə düşünmək olar.”

BVF islahatları dalana dirənib..

Dünya maaliyyə liderləri bildirirlər ki,əgər ABŞ dəyişiklikləri ilin sonuna qədər qəbul etməzsə,onlar fəaliyyətlərini ABŞ-sız davam etdirəcəklər,amma buna baxmayaraq BVF-nin islahatları dalana dirənib.

G20 ölkələrinin danışıqlarında iştirak edən yüksək rütbəli məmurlardan biri bildirir: “Bəziləri hesab edir ki,biz ABŞ-a ma-nevr etmək üçün daha çox sahə qoymalıyıq.

Page 7: Inforex Weekly#53

06INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Trendin potensialnın təyin edilməsi - 3 əsas cütlük üçün həftəlik icmal

EUR/USD

Aylıq qrafik: Aprel ayının mart pininə olan reaksiyası onun perspektivlərini şübhə altına salır.Eyni zamanda biz ADX-in güclü trend aktivliyini müşahidə edirik ,ona görə də 1.4034 səviyyəsinə,ardınca isə 1.4964 ətrafına hü-cum gözləmək olar. Bollincerin orta xətti (1.3249) dəstək rolu oynayır. Bu səviyyəyə istənilən hərəkət qalxış trend-inin strukturunu pozmur.

Həftəlik analiz: Ötən həftə kiçik fərqlə başa çatıb.Dəstək 1.3715 səviyyəsindədir və buğalar buradan 1.4034 ətrafına hücuma keçə bilərlər. 1.3715 dəstəyindən aşağı düşmə 1.3249 ətrafına enişə təkan verəcək.

Page 8: Inforex Weekly#53

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

GBP/USD

Aylıq qrafik: Mart insaydının işlənməsi üzərində cütlük çalışır,bütün yollar hələ ki, 1.7051 səviyyəsinə aparır və ardınca 1.91 səviyyəsi gəlir.

Güftəlik analiz: Cütlüyü son günlərdə aktiv satıblar,bu da ardıcıl 2 ayı pinində özünü gğstərir.Bollincer konvertləri sıxılmaqdadır,bu da impuls hərəkətinin yaxınlaşmasından xəbər verir. 1.3715 dəstəyi təstiq olunmuş və diaqnos-tika cəhətdən vacibdir.

Nəticə: Əsas plan 1.4034 səviyyəsinin yoxlanması və sonra 1.3715 səviyyəsinə enişdir.

Alternativ -1.3715 dəstəyiin qırılması və 1.3249 ətrafına eniş.

Page 9: Inforex Weekly#53

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

Həftəlik analiz: Divergensiyanın dönüşünü və aptrend yaranmasını müşahidə edirik.Hazırda cütlük 1.6527 dəstəyi ilə 1.6848 müqaviməti arasında sıxılıb. Cütlüyü 1.6527 və ya 1.6848 ətrafında hədəf 1.7050 olmaqla almaq olar.

Güftəlik analiz: İşlənməmiş ayı pini müşahidə olunur,ona görə də 1.6653 və 1.6527 zonasına istiqamətlənmiş hərəkət ola biləcəyi real görünür. 1.6527 səviyyəsindən aşağı eniş öz növbəsində qalxış hərəkətinin strukturunu pozacaq və 1.62 yaxınlığına yol açacaq.

Nəticə: 1.7050 səviyyəsinə hücum gözləmək olarBu hücum çərçivəsində cütlük güc yığımaq üçün aşağı düşə bilər.Əsas dəstəklər : 1.6653 və 1.6527.

Alternativ- 1.6527 səviyyəsi aşağı qırıla və 1.62 ətrafına eniş başlaya bilər.

Page 10: Inforex Weekly#53

INFOREX WEEKLY TEXNIKI ANAlİZ09

AUD/USD

Aylıq qrafik: Bollincerin orta xəttinə istiqamətlənmiş sapma davam edir və ardınca Bollincerin aşağı xəttinin yoxlanması başlaya bilər (0.8402). 0.9717 səviyyəsinin qırılması ilə 1.0764 müqavimətinə yol açılacaq.

Həftəlik qrafik: Bollincerin yuxarı xətti qırılmayıb,bu da hazırki səviyyələrdən enişin başlayacağı barədə danışmağa əsas yaradır.

Page 11: Inforex Weekly#53

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 10

Güftəlik analiz: Bollincerin orta xətti nəzarət zonasıdır (0.9277).Buğa potensialı saxlanarsa alıcıların aktivliyi cütlüyün daha da aşağı düşməsinə imkan vermyəcək .

Əgər 0.9277 səviyyəsi qırılarsa,onda yeni aylıq dalğasının hədəf 0.8697 olmaqla başlanmasını görə bilərik.

FACEBOOK

Page 12: Inforex Weekly#53

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

EUR/USD ortamüddətli periodda qiymətin 1,345 səviyyəsindən yuxarıda qalması buğa tendensiyasını təstiqləyir və hədəflər 1,405 , 1,4245 olmaqla alışa üstünlük vermək olar. 1,345 dəstəyinin aşağı qırılması 1,33 və 1,299 ətrafına yol açacaq.

Dəstək -müqavimət zonaları:

1,454 1,4245 1,405 1,375 1,345 1,33 1,299

EURUSD

EUR/USD

11

Page 13: Inforex Weekly#53

12INFOREX WEEKLYTEXNIKI ANAlİZ

GBP/USD ortamüddətli periodda qiymət 1,62 səviyyəsindən yuxarıda qaldıqca hədəflər 1,704 və 1,74 olmaqla alışa üstünlük vermək olar. 1,62 dəstəyinin aşağı qırılması 1,587 və 1,56 ətrafına yol açacaq.

Əsas dəstək-müqavimətlər:

1,79 1,74 1,704 1,66 1,62 1,587 1,56

GBPUSD

GBP/USD

Page 14: Inforex Weekly#53

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

USD/JPY ortamüddətli periodda qiymət 100,3 səviyyəsindən yuxarıda ticarət apardıqca hədəflər 103,7 , 105,45 olmaqla alışa üstünlük vermək olar. 100,3 dəstəyinin aşağı qırılması 97,7 və 96 ətrafına yol açacaq.

Əsas dəstək-müqavimətlər :

107,5 105,45 103,7 102,78 100,3 97,7 96

USDJPY

USD/JPY

13

Page 15: Inforex Weekly#53

14INFOREX WEEKLYTEXNIKI ANAlİZ

AUD/USD ortamüddətli periodda qiymət 0,89 dəstəyindən yuxarıda qalması qalxış tendensiyasını təstiqləyir və hədəflər 0,954 ,0,976 olmaqla alışa üstünlük vermək olar. 0,89 səviyyəsinin aşağı qırılması 0,857 və 0,83 yaxınlığına enişə səbəb olacaq.

Vacib dəstək-müqavimətlər:

0,997 0,976 0,954 0,927 0,89 0,857 0,83

AUDUSD

AUD/USD

Page 17: Inforex Weekly#53

16INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Fibonaççi rəqəmləri treyderə korreksiyanın mümkün hədəflərini və müqavimət dəstək zonalarını təyin etməyə kömək edir.Buna praktiki olaraq qrafikdə baxaq:

Eurusd

Avro/dollarda gördüyümüz kimi 61.8% Fibo səviyyəsinə korreksiyasından sonra məzənnə qalxmağa davam edib və 100% Fibo səviyyəsini qırıb,bununla da deyilən səviyyə avtomatik olaraq dəstəyə çevrilib.Müvafiq olaraq,qalxış trendinin növbəti hədəfi 161.8% Fibo hədəfi olacaq.

Məzənnə bu səviyyəyə çatdıqdan sonra növbəti korreksiya müşahidə olunur,bu korreksiya bitdikdən və 161.8% Fibo səviyyəsi əldə olunduqdan sonra , qiymət ikinci hədəf olan 261.8% səviyyəsinə istiqamətlənib.

Fibonaççi səviyyələri vasitəsilə müqavimət,dəstək və hədəflərin müəyyən edilməsi

Page 18: Inforex Weekly#53

“Elliot Dalğaların Analizi”

EUR/USD, GBP/USD, USD/CHF, USD/JPYMart-Aprel 2014-cü il

EUR/USD

(D) of [B] qalxış ziqzaqının [v] of C of (D) daqonalı ilə başa çatması, ardınca isə (E) of [B] ziqzaqının başlaması ehtimal olunur.

INFOREX WEEKLY DALĞA ANAlİZİ17

GBP/USD

İri (B) üçbucağının D of (B) qalxış ziqzaqının son [c] of D klini ilə başa çatması ehtimal olunur. D of (B) ziqzaqından sonra son E of (B) eniş ziqzaqı gözlənilir.

Page 19: Inforex Weekly#53

INFOREX WEEKLYDALĞA ANAlİZİ

USD/CHF

D of (4) eniş ziqzaqının (v) of [c] of D diaqonalı ilə başa çatması,ardınca E of (4) ziqzaqının yaranması ehtimal olunur.

USD/JPY

4 of (A) uzanan üfüqi korreksiyasının başa çatması ehtimal olunur. Bu ehtimal özünü doğruldarsa,qiymətin 5 of (A) dalğası daxilində sıçrayışını gözləmək olar.

18

Page 20: Inforex Weekly#53

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal