Inforex Weekly#90

13
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°90 YANVAR 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 YAPON ŞAMLARI 9

description

Inforex Weekly#90 : treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#90

Page 1: Inforex Weekly#90

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°90 YANVAR 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 YAPON

ŞAMLARI9

Page 2: Inforex Weekly#90

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Avro/dollar ilə qəmgin notlarla başlayıb və hazırda fundamental faktorların təsiri altında qalıb.keçən həftədən indiyə qədər 2 bağlanmamış GAP görürük.Texniki baxımdan yaxın vaxtda bu GAP larin işlənməsini gözləməliyik, amma fundamental vəziyyətin mürəkkəbliyi enişin davam edəcəyini istisna etmir. 1.1875 səviyyəsi diqqət mərkəzindədir.

Page 3: Inforex Weekly#90

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Almaniya hesab edir ki, Avrozona Yunanıstanın valyuta birliyinin tərkibindən çıxmasına davam gətirəcək

Almaniyada Der Spiegel naməlum mənbəyə əsaslanaraq bildirir ki,Avrozona Yunanıstanın birlik tərkibindən çıxmasına hazırdır.Kansler A.Merkel və maaliyyə naziri V.Şoyble əmindirlər ki,Avrozona kifayət qədər islahatlar həyata keçirib və bu da Yunanıstanın çıxmasını təsirsiz edir.Başqa ölkələrin də bu addımı atacağı riski azdır,çünki Portuqaliya və İrlandiya reabilitasiya olunmuş sayılırlar.Bundan başqa Avropa stbillik mexanizmi effektiv xilas metodu sayılır və aparıcı banklar onun himayəsi altında olacaq.Hələ ki,Yunanıstanın birlik tərkibindən necə çıxacağı məlum deyil,amma Der Spiegel yüksək vəzifəli valyuta ekspertindən sitat gətirərək qeyd edir ki,bununla ixtiraçı hüquqşünaslar məşğul olacaqlar.Almaniya maaliyyə naziri V.Şoyble Yunanıstanı xəbərdar edib ki,yeni hökumət əvvəlki hökumətin öhdəliklərini yerinə yetirməyə məcburdur.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

«EUR 9 illik minimumu yeniləyib – Rabobank»

Rabobank analitikləri avronun dinamikasının pisləşdiyini qeyd edirlər və eniş üçün katalizatorun 25 yanvara təyin olunmuş Yunanıstan seçkiləri olduğunu bildirirlər.Almaniya mətbuatında kansler Merkel və maaliyyə naziri Şoyble «Grexit»in (Yunanıstanın avrozona tərkibindən çıxması) qaçılmaz olduğunu açıqlayıb və bu da eniş üçün səbəblərdəndir.

Societe Generale: ötən ilin yekunları və gələcəyə baxış

Societe Generale valyuta strateqləri yeni ilə ötən ilin yekunlarını vurmaqla başlayıblar. «Aşağıda göstərilmiş cədvəldə 2013-cü ildə hazırlanmış 2014-cü il üçün proqnoz göstərilir.Qeyd edək ki,ekspertlərin əksəriyyəti dolların artımını gözləyirdi,amma real artım miqyası ən cəsarətli gözləmələri üstələdi.Gələcəyə gəldikdə ,biz AMB-nin aktivlərin alışına başlamasının avronun kəskin enişinə səbəb olacağını gözləmirik.Bunun üçün AMB Yaponiya bankının istifadə etdiyi metodlara əl atmalıdır.Əmtəə valyutaları isə möcüzə baş verməszə və xam-mal qiymətləri uzun müddət aşağı səviyyədə qalarsa,luni və aussini uzun aşağı yol gözləyir.», - Kit Caks Societe Generale-dan yazır.

Page 4: Inforex Weekly#90

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Ötən həftənin icmalı

Həftənin nəticələrinə görə əsas valyutalar həftəni 0 səviyyəsindən aşağıda başa çatdırıb. Yeni il bayramları ilə əlaqədar həftə ərzində ticarət həcmləri olduqca aşağı olub.

Avro dollar qarşısında ucuzlaşmağa davam edib. Funt dolara qarşı qarışıq di-namika nümayiş etdirsə də,həftəni enişlə başa çatdırıb. Yapon yenası həftənin əvvəlində dollara nəzərən bahalaşıb,cümə günü isə mövqelərini itirib.

Həftəlik proqnoz 05.01.2015 – 09.01.2015

EUR/USD 4,5-illik minumumu yeniləyib. 1,2000 səviyyəsi qırıldıqdan sonra diqqətlər 1.1875 ətrafına yönəlib.Həftə ərzində dərc olunacaq Amerika statistikası, həmçinin deflyasiya təhlükəsini əks etdirəcək Almaniya və av-rozona infliyasiya rəqəmləri cütlüyə əlavə təzyiq göstərə bilər. GBP/USD-son zamanlar Böyük Britaniyada statistik rəqəmlər infliyasiyanın gözləmələrdən aşağı olduğunu göstərib ,bu da İngiltərə Bankına faiz dərəcələrini 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlindən qaldırmağa imkan verməyəcək. Həftə ərzində tikinti və xidmət sektorunda işgüzar aktivlik indeksləri,sənaye istehsalı həcmi, İngiltərə Bankının faiz dərəcələri barədə qərarı açıqlanacaq. Bu şərtlərdə korreksiya qalxışının olması mümkündür.

Qızılı qalxışda satmaq üçün 2 səbəb

Ötən həftə qızıl (XAU/USD) güclü dollar qarşısında və neft bazarındakı satışlar fonunda zəiflik nümayiş etdir-di.Neft qiymətlərinin aşağı düşməsi sarı metala olan tələbi azaldır,buna görə də investorlar bu metaldan azad olmağa çalışıblar və bu da 0.46% ucuzlaşmaya səbəb olub.

5 - 9 yanvar üçün proqnoz:

Yeni beşgünlükdə ayı əhvalının üstün olacağını gözləmək olar.Amma bazar ertəsi və çərşənbə axşamı nisbi qalxış mümkündür ,bu qısamüddətli qalxışı satışların genişləndiirlməsi üçün istifadə etmək olar.Bunun üçün 2 səbəb var,birinci enerji saşıyıcıları fonunda dərc olunacaq infliyasiya rəqəmləri,ikincisi amerika dollarının güclənməyə davam edəcəyidir. Qiymətin 1203/1220 ətrafına qalxışını tarqet 1170 olmaqla satışlar üçün istifadə etmək olar.

Page 5: Inforex Weekly#90

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Trend potensialının müəyyən edilməsi Neft “Brent”

Aylıq qrafik: 50.62 səviyyəsi neft üçün hökm kimi görünür. Maraqlı olan bir məqam var: bu zona 85.64 (qırmızı ox) ətrafına korreksiya yaradacaq,ya bir dəfəyə qırılaraq 36.68 (göy xətt) ətrafına enişə yol açacaq?

Qızıl

Aylıq qrafik: qızıl 1126.57 dəstəyindən həvəssiz orta Bollincerə tərəf hərəkət edir (1254.70) və 1380 ətrafından yenidən minimumlara eniş başlaya bilər.

Page 6: Inforex Weekly#90

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

2014 -cü ilin verdiyi 10 iqtisadi dərs

1. Amerika «qayıtdı».

Bütün neqativ proqnozlara baxmayaraq ABŞ 2014-cü ildə ən güclülərdən oldu. 2015-ci ildə nəyə diqqət yetirmək lazımdır: Amerika iqtisadiyyatı əldə etdiyi templəri qoruyub saxlaya biləcəkmi?

2. Dollar hələ «sağdır».

2014-cü ilin əvvəlindən dollar struktur faktorlarının təsiri ilə 8% artıb. 2015-ci ildə nələrə diqqət etmək lazımdır: bu il dollar həddindən artıq güclü ola bilər ki,bu da şirkətlərin gəlirlərində və ixracatda öz neqativ əksini tapa bilər.

3. Geosiyasət böyük əhəmiyyətə malikdir.

Dünya qaydaları dəyişilir– və heç də həmişə Qərb və ABŞ-ın ehtimal etdiyi kimi yox. 2015-ci ildə nəyə diqqət yetirmək lazımdır:Geosiyasi qeyri-müəyyənlik 2015-ci ildə də saxlanacaq,ona görə də analitiklər müdafiə və kənd təsərrüfatı şirkətlərinin səhmlərində uzunmüddətli alışlar açmağı tövsiyyə edirlər.

4. ABŞ-da enerji inqilabı ehtimalı - tamamilə realdır.

ABŞ-da neft və qaz çıxarılması inanlmaz miqyasa gəlib.Dünya bazarlarında neft təklifinin çoxalması ABŞ-da şelf neftinin çıxarılma həcminin artırılması ilə bağlıdır. 2015-ci ildə nəyə diqqət etmək lazımdır:neft yaxın zamanda hansı səviyyəyə qədər ucuzlaşa bilər və iri neft ixracatçı şirkətləri özlərini bu halda necə aparacaq.

5. Çində hər şey düz getmir.

«…Çin -heç də yenilməz iqtisadiyyat deyil və əvvəl-axır dünyada dominant olmayacaq.Əksinə,ğlkə iqtisadi eniş dövrünü yaşayır və real ÜDM artımı yaxın 5 ildə 5%-6% olacaq.

6. Deflyasiya əvvəlki kimi risklidir.

Əvvəllər iqtisadiyyat üçün infliyasiyanın yüksəlməsi təhlükə idi. Amma indi bütün dünya deflyasiya ilə mübarizə aparır, bu tələbi aşağı salır və istehlakı zəiflədir,ev təsərrüfatları və investorlar isə qiymələrin daha da aşağı düşəcəyini gözləyirlər. 2015-ci ildə nəyə diqqət etmək lazımdır: faiz dərəcələri arasındakı müxtəliflik valyuta bazarlarında volatilliyi artıra bilər.

7. FRS-in iqtisadi sərtləşdirməsi -dünyanın axırı deyil.

ABŞ-da 3cü rübün sonlarından başlayaraq investorların inam indeksi yüksəlməyə başladı,amma FRS yenə də faiz dərəcələrini artırmadı. 2015-ci ildə nəyə diqqət etmək lazımdır: aparıcı iqtisadiyyatların monetar siyasətləri arasındakı fərq. Dollar möhkəmlənməyə davam edə bilər və bu digər ölkələrin sağlanm iqtisadi artımı bərpa ol-unmayana qədər davam edə bilər.

8. Korporativ ruh hələ buxarlanmayıb.

2014-cü ildə kreditlərin dəyərinin aşağı düşməsi,pul kütləsinin artması müşahidə olunub. 2015-ci ildə nəyə diqqət etmək lazımdır:bu il inkişaf etməkdə olan bazarlarda nisbətən sağlam artım baş verməlidir.

9. Xammal bazarlarının super dövrü başa çatıb.

«Xammal bazarları 5-ci ilə də enişlə başladığına görə belə demək olar ki, super dövr başa çatıb. 2015-ci ildə nəyə diqqət etmək lazımdır: xammal qiymətlərinin yaxın perspektivdə aşağı olacağını gözləmək olar.Neft qiymətləri stabilləşə bilər.

10. İnkişaf etməkdə olan bazarlar eyni deyil.

2014-cü ildə inkişaf edən bazarların taleyi müxtəlif oldu, buna makroiqtisadi faktorların təsiri böyük oldu.İndoneziya və Filippin bundan uddu, Rusiya və Kolumbiya isə uduzdu. 2015-ci ildə nəyə diqqət etmək lazımdır: inkişaf etməkdə olan ölkələrə eyni baxmaq olmaz,çünki qlobal iqtisadi faktorlar hər ölkəyə müxtəlif təsir edir

Page 7: Inforex Weekly#90

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

EUR/USD и GBP/USD: Texniki analizEUR/USD

Uzunmüddətli eniş trendi davam edir. Onun növbəti hədəfi 1.1875 qıırlarsa 1.1700 olacaqdır. Eyni zamanda nəzərə almaq lazımdır ki,həftəlik və aylıq qrafiklər 1.1875 ətrafında dönüş olacağını göstərir.

GBP/USD

1.5500 dəstəyinin əminliklə qırılmasından sonra 1.5100 ətrafına eniş gözlənilir. Onun qırılması öz növbəsində 1.4810 minimumuna yol açır. Digər tərəfdən, həddindən artıq satılma 1.51 ətrafından qalxış başlayacağı barədə ehtimalları gücləndirib.

Page 8: Inforex Weekly#90

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

TREYDERLƏR ÜÇÜN FORUM

AUD/USD

Cütlük 0.8200 dəstəyini qırıb və hazırda bu səviyyə müqavimət rolunu oynayır. Yaxın zamanda cütlük 0.8065 ətrafını yoxlaya bilər. Bəzi ehtimallara görə 0.8000 ətrafı enişi məhdudlaşdıra bilər.

Page 9: Inforex Weekly#90

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

Qiymətlər 2015-ci ildə də düşməyə davam edərsə, qlobal neft bazarında nələr ola bilər2014-cü ildə neftin qiymətinin ucuzlaşması geosiyasi şahmat lövhəsinin altını üstünə çevirdi.2015-ci ildə hansı kimin süfrəni daha çox özünə çəkə biləcəyinə baxaq:OPEK ,V.Putin ,yoxsa Amerika şist nefti istehsalçıları?

Neft bazarının 2015-ci il üçün əsas narahatlıqları:

OPEK daxilində birlik olacaqmı?

Kartel bazarın 40%nə nəzarət edir və hazıtrda yorğunluq əlamətləri nümayiş etdirir.Küveyt və Qatardan başqa ölkələr üçün bu qiymətlər həddindən artıq aşağıdır.Amma Səudiyyə Ərəbistanı əvvəlki kimi neft çıxarılmasının azaldılmasına qarşıdır.Krallığın qiymət müharibəsini udmaq üçün resursları kifayət qədərdir,amma bu OPEKin digər üzv dövlətləri üçün baha başa gələcək.

Şist nefti emalatı zərər görəcəkmi?

Amerika enerji şirkətləri güclü zərərlə qarşılaşıblar,bəzi investorlar ziyanın daha da artacağından narahatdır.

Qlobal tələb bərpa oluanacaqmı?

Avropa və Asiyada iqtisadiyyatın zəifləməsi neft bazarında ayıların xeyrinə işləyir, Citigroup və Goldman Sachs Inc. deyir ki,qiymətlərin aşağı düşməsi bazarı stimullaşdıra bilər.

Amerikaya ixracatın artırılmasına icazə veriləcəkmi?

Qiymətlərin aşağı düşməsi qarşıdakı 40 il ərzində ixracata qadağan qoyulması sualını müzakirəyə gətirib.İstehsalçılar daha yüksək xarici qiymətlərə can atırlar,emalatçılar isə qiymət üstünlüyünü əldə saxlamaq istəyirlər.

Siyasi qeyri-sabitlik daşınmaya təsir göstərəcəkmi?

İyun ayında Ukrainada hərbi konfliktin ekskalasiyası və İŞİD təhlükəsi fonunda analitiklər neftin 114 dollara çatacağını proqnozlaşdırmışdılar.Belə deyək,indi həmin adamlar mövqelərini dəyişiblər və sual başqa cür qoy-ulub: 60 dollarlıq qiymət onsuz da stabil olmayan iqtisadiyyata nə qədər zərbə vuracaq?

Page 10: Inforex Weekly#90

INFOREX WEEKLY09 DALGA ANALIZI

EUR/USD və USD/JPY cütlüklərinin 2015-ci il yanvar ayı üçün yapon şamları analizi

Avro/dolların həftəlik qrafikində ayı tendensiyası müşahidə olunur. 3-xətli qırılma qrafiki və Heiken Ashi şamları eniş tendensiyasının davamına işarə edir..

Günlük qrafikdə ayı udulmasından sonra eniş trendi davam edib. 3-xətli qırılma qrafiki və Heiken Ashi şamları eniş istiqamətini təstiqləyir.

Page 11: Inforex Weekly#90

INFOREX WEEKLY 10DALGA ANALIZI

Dollar/yenanın günlük qarfikində buğa qrafikində yan korreksiyası müşahidə olunur. 3-xətli qırılma qrafiki ,Qüllə, Maqqaş modelləri və Heiken Ashi şamları korreksiyanın davamına işarə edir.

GBP/USD və GOLD

XAUUSD, ТF D.Tenkan və Kijun Kumoda kəsişiblər və (1) «ölü xaçla» ayrıla bilərlər, Tenkan aşağı yönəlib, gecikən çinkou qrafiki qrafikdən yuxarıda qiymət xətlərdən aşağıdadır. Qiymətin enişini gözləmək olar.

Page 12: Inforex Weekly#90

INFOREX WEEKLY11 DALGA ANALIZI

XAUUSD, ТF D.Tenkan və Kijun Kumoda kəsişiblər və (1) «ölü xaçla» ayrıla bilərlər, Tenkan aşağı yönəlib, gecikən çinkou qrafiki qrafikdən yuxarıda qiymət xətlərdən aşağıdadır. Qiymətin enişini gözləmək olar.

FACEBOOK SƏHIFƏSI

Page 13: Inforex Weekly#90

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal