Inforex Weekly#106

9
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°106 APREL 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 7

description

Inforex Weekly#106 : treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#106

Page 1: Inforex Weekly#106

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°106 APREL 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ7

Page 2: Inforex Weekly#106

SƏBİNƏ MƏMMƏDQIZI ekspert - analitik

Avro/dollar qalxış cəhdlərinə davam edir. Həftə ərzində qiymət 1.0782-1.079 səviyyəsindən yuxarıda qaldıqca bu cəhdlərin davam edəcəyini gözləmək olar.İlk qalxış hədəfi dəyişilməz olaraq 1.1121 götürülə bilər.FRS açıqlaması ,ÜDM rəqəmləri diqqət mərkəzindədir.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

Kiçik addımlarla, amma əminliklə irəli getmək arzusu ilə...

Maaliyyə bazarlarından bəhs edən bir dərgiyə görə də məsuliyyət daşımaq asan bir iş deyil. Müşahidə etmək, depozitimiz üçün vacib olan qərarlar qəbul etmək,həm də hər zaman axtarışda olmaq... Maaliyyə bazarlarından bəhs edən bir dərgiyə görə də məsuliyyət daşımaq da asan bir iş deyil.Bunun üçün eyni zamanda bir neçə - redaktor, treyder, analitik sənətini yaxşı bilmək lazımdır. Foreks bazarına dair oxuculara çatdırılan məlumatları, bölmələri genişləndirmək üçün daim üzərimizdə işləyir, yeniliklərlə yolumuza davam etməyə, kiçik addımlarla da olsa, daim irəli getməyə çalışırıq. Treydinqə dair praktiki tövsiyyələri, bazara fundamental və texniki baxışları təkmilləşdirmək üçün etmək istədiyimiz yeniliklər barədə siz oxucuların fikri maraqlıdır. Jurnalda görmək istədiyiniz məlumatlar barədə göstərilən email-ə yaza və bildirə bilərsiniz. [email protected]

Page 3: Inforex Weekly#106

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Barclays: Avroda satışlardayıq

«Biz hesab edirik ki,FOMC öz açıqlamasında 1-ci rübdəki zəif rəqəmlərdən sonra iqtisadi yüksəlişin davam edəcəyini qeyd edəcək.FRS dollara dəstək verərək bazarın riskə marağını azalda bilər.Biz əvvəlki kimi EURUSD cütlüyündə satışları saxlayırıq».

ortamüddətli perspektivüçün proqnozlar

FRS bu həftə tonu dəyişməz saxlayacaq

AMP Capital-dan Şeyn Oliver bildirir ki,FRS bu həftə yumşaq tonunu saxlayacaq və faiz dərəcələrini qaldırmağa tələsməyəcək. Ellen artıq bildirib ki,faiz dərəcələrinin artırılması apreldə alınmayacaq,amma iyunda bu ola bilsin ki,mümkün olacaq.Bəzi FRS məmurları bu fikri dəsətkləyir. “Faiz dərəcələrinin artırılması dünya iqtisadiyyatı üçün mənfi təsirlərə səbəb ola bilər,baza variantı sentyabrı nəzərdə tutur,amma əksəriyyət bunun ilin sonunda mümkün olacağını gözləyir”, - Oliver əlavə edib.

2

Goldman Sachs Yaponiya Bankı və AMB-nin əsl məqsədləri barədə

Goldman Sachs avro/dollar və dollar/yenada proqnozlarını yeniləyərək qeyd edir ki,AMB və Yaponiya Bankının son şərhləri yəqin ki,ictimaiyyətə düzgün çatdırılmayıb.Ümumi olaraq bank analitikləri aşağıdakı aspektləri qeyd edirlər:

1 Mərkəzi Banklar əgər kütləvi zəiflədilmə proqramına başlayırlarsa-AMB və Yaponi-ya Bankı da məhz bununla məşğuldur-ictimaiyyətə 2 baza məlumatını çatdırmaq istəyirlər.İlk növbədə onlar öyrənirlər,iqtisadi vəziyyət aktivlərin alışına başlamaq üçün məqbuldurmu?Əgər uyğun deyilsə,o zaman Yaponiya Bankının etdiyi kimi s,stimullaşdırmanı gücləndirirlər.İkinci,QE nin mahiyyətini nəzərə alaraq,onlar öz proqramlarını tərifləyir və infliyasiya gözləmələrinin yüksəlməsini,iqtisadi artımı hamıya nümayiş etdirirlər.

2 AMB-nin 15 aprel mətbuat konfransında da buna oxşar vəziyyətin yarandığını müşahidə etdik.M.Draqi infliyasiyanın və iqtisadiyyatın yaxşılaşdığını bildirdi ,in-vestorlar onun danışığında stimullaşdırmanın ola bilsin ki,vaxtından tez başa çata biləcəyinə işarələr gördülər,amma Goldman Sachs əmindir ki,Draqinin sözləri ictimaiyyətə olduğu kimi çatdırılmayıb.

3 «Ümumiyyətlə,Draqi danşığının lap əvvəlində açıq bildirdi ki,hələ ki,proqramın vaxtından əvvəl bitəcəyi barədə danışmaq üçün tezdir», - bankda qeyd edirlər.Gold-man Sachs AMB-nin stimullaşdırma proqramını tam həcmdə həyata keçirəcəyini gözləyir.

4 Bank Kurodanın çıxışındakı ifadələrin isə daha çox təhrif olunduğunu qeyd edir.İnvestorlar onun baza infliyasiyasının yaxşılaşdığı barədə ifadəsinindən yapışaraq ,zəif infliyasiya impulsunun gözləmələri zəiflədəcəyi riskinin olduğu barədə ifadəsini nəzərə almayıblar.İNvestorlar nəzərə almırlar ki,zəif infliyasiya gözləmələri monetar stimulların daha da gücləndirilməsinə səbəb ola bilər.

5 Bankın Yaponiya üzrə iqtisadçısı hesab edir ki,yayda Mərkəzi Bank dövlət istiqrazlarının alışını genişləndirəcək.Dollar/yenadakı spekulyativ alışların az olduğu nəzərə alınarsa,Goldman Sachs hesab edir ki,bazar Yaponiya Bankının əsl məqsədini başa düşəndə korreksiya üçün uzun yolu olacaq.

BANKLARIN

Page 4: Inforex Weekly#106

INFOREX WEEKLYTEXNIKI ANAlİZ3

ABŞ və Böyük Britaniyada ÜDM rəqəmləri, FOMC iclası - həftənin əsas hadisələridir

Bu həftə korporasiyalar birinci rübdə gəlirləri barədə hesabatlar dərc edəcəklər,amma investorları daha çox FRS-in nə deyəcəyi maraqlandırır.Nəyə hazır olaq?

ABÇ ÜDM-i və Federal Komitənin iclası

Çərşənbə günü investorlar Amerikada iqtisadiyyatın nə dərəcədə inkişaf etməsi barədə məlumatları alacaqlar.Ardınca,elə həmin gün Açıq Bazarlar üzər Feder-al Komitə ikigünlük iclas nəticələrini açıqlayacaq.İnvestorlar bu açıqlamada faiz dərəcələrinin qaldırılma vaxtını göstərən əlamətlər axtaracaqlar.Bəzi optimist iqtisadçılar bunu iyunda baş verəcəyini düşünürlər,amma əksəriyyət bunun ilin so-nuna proqnozlaşdırır.Bu həftə Ellenin çıxışı və MB-ın iqtisadi proqnozlarının dərci nəzərdə tutulmayıb.

Böyük Britaniyada ÜDM

Bu hesabat may seçkiləri ərəfəsində dərc olunacaq son hesabatdır.Proqnozlara görə iqtisadiyyat 0.5% yüksəlməlidir.

Gəlirlər barədə hesabatlar

Bu həftə S&P 500 birinci rüb üçün maaliyyə hesabatını dərc edəcək.Bu hesabatda Apple, Pfizer, Kraft Foods, Wynn Resorts, Coach, Northrop Grumman,Time Warner, ConocoPhillips, Time Warner Cable, Exxon Mobil və Mylan-a dair rəqəmlər diqqət mərkəzində olacaq.

BNPP:iqtisadiyyat üçün yaxşı olan,avro üçün ölümdür

Son 2 ay Avrozonada iqtisadi hesabatlar yaxşı mənada təəccüblüdür.Pozitiv trendlər neftin aşağı qiymətli olması və bunun istehlakın yüksəlməsinə,QE proqramının isə iqtisadi aktivliyin çoxalmasına səbəb olması ilə əlaqədardır. BNP Paribas analiitkləri hesab edirlər ki,Avropada proqnozların yaxşılaşması avronun qalxışına təminat ver-mir.Əksin,QE proqramı avronun daha da zəifləməsinə şərait yaradır.Avro hazırda çox aspektlərdə dolların ABŞ-da kütləvi zəiflədilmənin yeni başlandığı vaxtda özünü apardığı kimi aparır.Riskli aktivlərə marağın artması baxımından,Avropadakı müsbət iqtisadi rəqəmlərin əhvalın yaxşılaşmasına və avronun satışı ilə müşaiyət olunan ka-pital axınına şərait yaradır.

BNP Paribas avro/dollarda ayıdır və avronu satır.

Zərərdə olan orderləri uzun müddət saxlayarıqsa...

Təcrübəli treyderin yeni başlayandan fərqlərindən biri budur ki,təcrübəli trey-der trendin nə vaxt dönə biləcəyini təyin edir və zərərdə olan orderi saxlayıb saxlamamağa qərar verir.Trendin dönəcəyinə “ümid edib inanmaq” isə təcrübəsiz treyder üçün xarakterikdir.Nizam-intizamlı treyder zərəri vaxtında qəbul edib orderi bağlayır.

Bu stop-loss istifadə etmək üçün daha bir səbəbdir.Əgər siz yeni orderlərdə effektiv stoplardan istifadə edirsinizsə,vaxtında zərər gətirən orderdən çıxacaqsınız.Qiymət stopa çatsa belə,vəziyyəti yenidən analiz edərək itirdiklərinizi qaytara biləcəksiniz,və ya ən azı orderi stopla başa çatdırıb depotizi qoruyacaqsınız.

Bunu hərdən həyat dərsi kimi qəbul etmək lazımdır-öyrənin və həyata davam edin.

Page 5: Inforex Weekly#106

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 4

İmpulsiv ticarətçisiniz ya ticarət planına uyğun işləyrisiniz?

Öz zticarət planınıza uyğun ticarət aparmadığınız vaxt olubmu? Bu suala yox cavabı verirsinizsə,demək ki,düzgün demirsiniz və bu yazı sizin üçündür.Siz buna görə öz xarakterinizi günahlandırırsınız?Və yaxud bu sadəcə müvəqqəti fikir yayğınlığı idi?Bəlkə siz özünüzü sakitləşdirmək üçün deyiirsiniz ki,bu Forexin ayrılmaz hissəsidir?İmpulsiz ticarətin səbəbkarı bu deyilənlərin hamısıdır.Nİzam intizamı şübhəyə sa-lan bir sıra faktorlar var.Xarakterdən,təhsildən,valyuta bazarında işləməyə hazırlılıq səviyyəsindən və təcrübədən asılı olaraq ticarət sisteminizə uyğun ticarət apar-mamaq problemini ara-sıra yaşaya bilərsiniz.İmpulsivlik çoxlarının qanındadır.Onlar konsentrasiya edə bilmir və çox tez darıxmağa başlayırlar və müəyyən vaxt yüngülləşmək üçün tez -tələsik qərarlar verirlər.Başqalarında impulsuvlik emosion-al zəiflikdən yaranır.Bəziləri isə emosiyalarına hakim olmağı o qədər unudurlar ki,spontan addımlar atırlar. Uğursuzluqlar və səhvlər -Foreks bazarında tamamilə təbii haldır.Emosional treyder bu hallardan biri və ya bir neçəsi ilə qarşılaşarsa,onda çox böyük narahatlıq yaranır və o ya orderi vaxtından əvvəl bağlayır,ya da elə bir səhv edir ki,bu səhvdən yalnız orderi zərərlə bağlamaqla çıxmaq olur.İdeal treyder yoxdur və hər kəs müəyyən vaxtdan bir spontan ticarət aparır.Araşdırmalar göstərir ki,insan yorularkən,onun diqqətlə bağlı problemi yaranır.Sizin şüurunuz ticarət planından çıxmamağı sizə deyir,amma şüuraltında belə bir fikir yaranır:”Axı nə fərqi var,mən bundan tezliklə xilas olmaq itsəyirəm”. Bəzi treyderlər impulsiv addımları təcrübəsizlikdən atırlar.Əgər siz treydinqdən heç nə anlamırsınızsa,ticarət planına necə sadiq ola bilərsiniz?Əgər bu bazarda yenisinizsə,təbii olaraq özünüzü narahat hiss edərək və özünüzə güvənmirsiniz.Siz pullarınızı riskə atmaq istəmirsiniz,çünki əmin deyilsiniz ki,ticarət sisteminiz işləyir və gəlir gətirə bilər.Ticarət sistemi düşünülmüş və sadə olmalıdır.Əgər sisteminiz özünüzə aydın deyilsə,yaxşı olar ki,ondan istifadə etməyəsiniz.Uğur qazanan treyder -nizam-intizamlı treyderdir.Nizam intizamlı treyder isə öz ticarət planına riayət edir.İmpulsiv ticarət heç vaxt gəlir gətirmir,düzdür istisnalar ola bilər,amma onlar bu qaydanı təstiqləyir.

Zərərdə olan orderləri uzun müddət saxlayarıqsa...

Təcrübəli treyderin yeni başlayandan fərqlərindən biri budur ki,təcrübəli trey-der trendin nə vaxt dönə biləcəyini təyin edir və zərərdə olan orderi saxlayıb saxlamamağa qərar verir.Trendin dönəcəyinə “ümid edib inanmaq” isə təcrübəsiz treyder üçün xarakterikdir.Nizam-intizamlı treyder zərəri vaxtında qəbul edib orderi bağlayır.

Bu stop-loss istifadə etmək üçün daha bir səbəbdir.Əgər siz yeni orderlərdə effektiv stoplardan istifadə edirsinizsə,vaxtında zərər gətirən orderdən çıxacaqsınız.Qiymət stopa çatsa belə,vəziyyəti yenidən analiz edərək itirdiklərinizi qaytara biləcəksiniz,və ya ən azı orderi stopla başa çatdırıb depotizi qoruyacaqsınız.

Bunu hərdən həyat dərsi kimi qəbul etmək lazımdır-öyrənin və həyata davam edin.

Page 6: Inforex Weekly#106

INFOREX WEEKLYTEXNIKI ANAlİZ5

Neft

Buğalar aprel ayını əminliklə yaşayırlar və ponların potesnial gücləri hələ tükənməyib. Amma ümumi olaraq ortamüddətli eniş trendi saxlanılır. Bollincerin yuxarı sərhədi - 70.95 nöqtəsi müqavimətdir.

“Brent” nefti və qızılın hərəkət potensialının təyin edilməsi

Qızıl

Qızıl 1145.00-1248.00 diapazonundadır və hələ ki, onun kənarlarını qırmağa çalışmır.Dəstək 1145.00 ərazisindədir.

Page 7: Inforex Weekly#106

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

ABŞ-da NFP rəqəmləri işlə yeni təmin olunmuş işçilərin sayını əks etdirir və bazarda güclü dalğalanmalar yaradır.Həm treyderlər, həm də analitiklər,fondlar, spekulyantlar, investorlar bu xəbəri səbrisizliklə gözləyir və onun qiymətdə necə əks olunacağını əvvəldən proqnozlaşdırmağa çalışırlar.

Bu statistika gözlənilən kimi çıxanda da,bazarda güclü hərəkətə səbəb olur. NFP-nin yaratdıı volatillikdən istifadə qaydalarına və bu zaman bazarın sizi kənara atmaması üçün lazım olan üsullara baxaq.

Xəbərlərdə ticarət yaxşı gəlir gətirə bilər,amma bu elə də asan deyil.Bu onunla əlaqədardır ki,cütlüyün məlumatın dərcindən sonra hansı istiqamətə gedəcəyində spekulyasiya etmək çətindir.

Xoşbəxtlikdən kəskin qiymət titrəyişlərinin sonunu gözləmək də mümkündür.İri spekulyantlar bazarı tərk etdikdən sonra qalan treyderlər də order aça bilərlər.Bu zaman hədəf məntiqsiz dalğalanma hədəfi deyil,rasional hərəkət hədəfi götürüləcək.

Strategiya

NFP statsitikası adətən bütün cütlüklərdə öz əksini tapır,amma treyderlər arasında ən çox istifadə olunan GBP/USD cütlüyüdür.Bu xəbərlə ticarət apararkən əsas olan dərc olunan informasiyanın vacibliyini dərk etmə məqamını gözləməkdir.Dominant istiqamətdə orderi ilkin titrəyişlərdən və bazarın rəqəmi qiymətləndirməsindən sonra aç-maq lazımdır.Bu,bazara vaxtından əvvəl daxil olmağın və bazarın sizi uzaqlaşdırmasının qarşısını alar.

Qayda

Strategiya 5-15-dəqiqəlik qrafiklərdə istifadə olunur.

1) Xəbər çıxdıqdan sonra yaranmış ilk şam ərzində heç bir addım atılmır.

2) Bu şam geniş hərəkət diapazonuna malik olacaq.Birinci şamdan sonra daxili şam yaranmalıdır.Başqa sözlə desək,əvvəlki şamın sonrakı udduğu məqamı gözləmək lazımdır.

3) Daxili şamın minimumu və maksimumu potensial tətiklər rolunu oynayır.Yəni,qiymət onlara çatarsa,daha da irəli gedəcək.Daxili şamın ardından yaranan şam ondan aşağıda və ya yuxarıda bağlanarsa,qırılma istiqamətində order açmaq olar.Həm də şam minimumu/maksimumu qırdıqdan dərhal sonra,təstiq gözəmədən orderi açmaq olar.

4) Orderin açılış nöqtəsindən 30 punkt uzaqda stop yerləşdirmək olar.

5) Maksimum 2 order açın.Əgər hər iki stop vurularsa,yenidən bazara daxil olmayın.İkinci orderdə daxili şamın minimum və maksimumunu yenidən istifadə etmək olar.

6) Hədəf vaxta görə hesablanır.Bir qayda olaraq,əsas hərəkət 4 saat ərzində tamamlanır.Ona görə də orderi 4 saatdan gec olmayaraq bağlamaq lazımdır.Alternativ olaraq treyder üzən stopdan istifadə edə bilər.

6

NFP rəqəmlərində ticarət

Page 8: Inforex Weekly#106

INFOREX WEEKLY DALGA ANAlİZI

Dalğa analizi EUR/USD, GBP/USD

Eur/usd

[iv] of 3 dalğasının üfüqi üçbucaq forması alması ehtimal olunur və onun daxilində (c) of [iv] of 3 dalğasında ziqzaq oz inkişafını başa çatdırır. Yaxın vaxtda (d) of [iv] of 3 dalğasının yaranması ehtimal olunur.

7

Page 9: Inforex Weekly#106

INFOREX WEEKLYTEXNIKI ANAlİZ INFOREX WEEKLYDALĞA ANAlİZİ

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal