XXI əsr. Mənəvi məd niyy t tarixinin t...

7
«Şə rq F ə ls ə f ə si Probleml əri» Beynə lxalq elmi- n ə z ə ri jurnal © Bakı / № 1. 201 4 12 Z Ü M R Ü D Q U L U Z A D Ə XXI əsr. Mənəvi mədəniyyət tarixinin tədqiqi zamanı prioritetlərin seçimi Məqalənin əlaqəli və bir – birini tamamlayan bölmələri diqqəti XXI əsrin əvvəlində mədəniyyət tarixinin tədqiq və təqdimində bəzi prioritetlərə yönəldir Açar sözlər: mənəvi mədəniyyət tarixi, Şərq Qərb, tədqiqat prioritetləri. Keywords: History of spiritual culture, East - West, research priorities. Ключевые слова: история духовной культуры, Восток – Запад, приоритеты исследования. §.1. XXI əsr. Fənlərarası elmi tədqiqatların metodologiyası olan fəlsəfənin kateqorial anlamlarının məzmunları haqqında təsəvvürlərin müasir dövrün elmi kəşf və fərziyyələri ilə uzlaşdırılması. Rasional idrakın imkanlarının məlum olan məhdudluğu və varlığın mürəkkəbliyi tarixən müxtəlif fəlsəfi konsepsiyaların yaranmasına, elm və fəlsəfənin əsas anlayışlarının məzmununun təşəkkülünə, o cümlədən “xaos”, “dərkedilməz”, “paranormal” və s. kimi anlayışların ortaya çıxmasına səbəb oldu. Hazırda təbiət və dəqiq elmlər (astronomiya, fizika, kimya, genetika, tibb, psixologiya və s.) sahəsində son kəşflər və fərziyyələr, kodlanmış maddə, Xiksın bozonu, plazmoidlər, “qan xəritəsi” və s. və i.a., həmçinin mənəvi mədəniyyət tarixi sahəsində kəşflər, kəsrətin (çoxluğun) vəhdətdə təmsili sistemi olan varlıq və onun idrakı haqqında fundamental təsəvvür və anlayışların Fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin aparıcı elmi işçisi, “Şərq fəlsəfəsi məsələləri” jurnalının Baş redaktoru. [email protected] Mədəniyyət tarixi”anlayışı keçmiş kimi hazırki zamanı da ehtiva edir; belə ki, dünənki gün bu gün artıq tarixdir. Müasir elmin varlığın idrakı sahəsindəki məlumatları elmi və fəlsəfi təsəvvür və anlamların qarşılıqlı bir-birini təshihi, universallıq və rasional-irrasional idrakın hazırki vəziyyətindən çıxış edərək bəlkə də, əzəldən real-irreal, maddi-ideal, dərk edilən-dərkedilməz varlıq materialist, idealist, dualist fəlsəfi konsepsiyalarla deyil, vəhdət və (vəhdətin çoxluqda, çoxluğun isə vəhdətdə təzahürünü nəzərə alaraq) ümumvəhdət konsepsiyasına əsaslanaraq olduğu kimi (adekvat) dərk edilə bilər; bu nəzəriyyəyə görə təzahür formasından asılı olmayaraq maddi və mənəvi əzəli və daimi vəhdətdədirlər.

Transcript of XXI əsr. Mənəvi məd niyy t tarixinin t...

Page 1: XXI əsr. Mənəvi məd niyy t tarixinin t rinisamveri.org/pdfdrg/D01996/2014_19/2014_19_KULUZADEZ.pdfBu təsnifat İslam dünyası mənəvi mədəniyyətinin çoxəsrlik tarixində

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

12

Z Ü M R Ü D Q U L U Z A D Ə

XXI əsr. Mənəvi mədəniyyət tarixinin tədqiqi zamanı prioritetlərin

seçimi

Məqalənin əlaqəli və bir – birini tamamlayan bölmələri diqqəti XXI əsrin

əvvəlində mədəniyyət tarixinin tədqiq və təqdimində

bəzi prioritetlərə yönəldir

Açar sözlər: mənəvi mədəniyyət tarixi, Şərq – Qərb, tədqiqat prioritetləri.

Keywords: History of spiritual culture, East - West, research priorities.

Ключевые слова: история духовной культуры, Восток – Запад,

приоритеты исследования.

§.1. XXI əsr. Fənlərarası elmi tədqiqatların metodologiyası olan fəlsəfənin

kateqorial anlamlarının məzmunları haqqında təsəvvürlərin müasir dövrün elmi

kəşf və fərziyyələri ilə uzlaşdırılması.

Rasional idrakın imkanlarının məlum olan məhdudluğu və varlığın

mürəkkəbliyi tarixən müxtəlif fəlsəfi konsepsiyaların yaranmasına, elm və

fəlsəfənin əsas anlayışlarının məzmununun təşəkkülünə, o cümlədən “xaos”,

“dərkedilməz”, “paranormal” və s. kimi anlayışların ortaya çıxmasına səbəb

oldu.

Hazırda təbiət və dəqiq elmlər (astronomiya, fizika, kimya, genetika, tibb,

psixologiya və s.) sahəsində son kəşflər və fərziyyələr, kodlanmış maddə, Xiksın

bozonu, plazmoidlər, “qan xəritəsi” və s. və i.a., həmçinin mənəvi mədəniyyət

tarixi sahəsində kəşflər, kəsrətin (çoxluğun) vəhdətdə təmsili sistemi olan

varlıq və onun idrakı haqqında fundamental təsəvvür və anlayışların

Fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin aparıcı elmi işçisi, “Şərq fəlsəfəsi məsələləri” jurnalının Baş redaktoru. [email protected] “Mədəniyyət tarixi”anlayışı keçmiş kimi hazırki zamanı da ehtiva edir; belə ki, dünənki gün bu gün

artıq tarixdir.

Müasir elmin varlığın idrakı sahəsindəki məlumatları elmi və fəlsəfi təsəvvür və anlamların

qarşılıqlı bir-birini təshihi, universallıq və rasional-irrasional idrakın hazırki vəziyyətindən çıxış edərək bəlkə də, əzəldən real-irreal, maddi-ideal, dərk edilən-dərkedilməz varlıq materialist, idealist, dualist fəlsəfi konsepsiyalarla deyil, vəhdət və (vəhdətin çoxluqda, çoxluğun isə vəhdətdə təzahürünü nəzərə alaraq) ümumvəhdət konsepsiyasına əsaslanaraq olduğu kimi (adekvat) dərk edilə bilər; bu nəzəriyyəyə görə təzahür formasından asılı olmayaraq maddi və mənəvi əzəli və daimi vəhdətdədirlər.

Page 2: XXI əsr. Mənəvi məd niyy t tarixinin t rinisamveri.org/pdfdrg/D01996/2014_19/2014_19_KULUZADEZ.pdfBu təsnifat İslam dünyası mənəvi mədəniyyətinin çoxəsrlik tarixində

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

13

məzmununun köklü şəkildə yenidən nəzərdən keçirilməsi zərurətini yaradır.

“Varlıq”, “yoxluq”, “maddi”, “ideal”, “obyektiv”, “subyektiv”, “xaos”,

“paranormal”, “inkişaf”, “etnos”, “tarix”, əxlaqi və hüquqi kateqoriyalar və s.

kimi dünyagörüşünü müəyyən edən anlayışların məzmunlarına keyfiyyətcə

yeni baxış tələb edilir.

Deyilənlərə əsasən, mümkün ki, hazırda varlıq haqqında təlim və

fənlərarası tədqiqatların ümumnəzəri metodologiyası olan fəlsəfi konsepsiya

kimi təzahür formasından (Allah, Ruh, ideya, iradə və s. və maddinin müxtəlif

formaları) asılı olmayaraq maddə və ideal başlanğıcın əzəli vəhdətini qəbul

edən ümumvəhdət fəlsəfi konsepsiya ilə bahəm dialektika, komparativistika və

idrak prosesində birmənalılıq və radikalizmdən uzaqlaşdıran Lütfi Zadənin

məşhur “qeyri səlis” məntiqindən ümumi tədqiqat metodologiyası kimi istifadə

xüsusi elmi aktuallıq kəsb edir.

Ümumvəhdət fəlsəfəsinin göstərilən təqdimatda prioritet kimi seçilməsi

onun müasir dövr də daxil olmaqla qlobal mənəvi mədəniyyət tarixində

müxtəlif formalarda özünü təzahür və təsdiq etməsi ilə bərabər müasir elmin

ixtira və fərziyyələri və həmin metodoloji konsepsiyanın idrakın inkişafına

təkan verən amil olması ilə əsaslandırıla bilər.

Əsasında yeni fəlsəfi dünyagörüşünün formalaşdığı çağdaş elmin inkişafı

alimlərdən insanpərvərliyə zidd nəticələrə gətirib çıxaran, “zərər verməmə”

prinsipinə uyğun gəlməyən kəşfləri ilə əlaqədar əxlaqi və hüquqi məsuliyyətləri

barədə düşünməyi tələb edir. Mümkün ki, XXI əsrdə beynəlxalq hüquq və

məhkəmə institutlarına alimlər üçün analoji qadağalar ehtiva edən əxlaqi –

mənəvi beynəlxalq senzura institutuna ehtiyac vardır.

Diqqətinizi yönəltdiyimiz ümümvəhdət konsepsiyası 2010 – cu il mart və

may aylarında AMEA-nın elmi-nəzəri seminarlarında geniş müzakirə edilmiş və

həmin müzakirələri əks etdirən mətnlər internetdə

www.orientalphilosophy.org saytında dünyanın müxtəlif ölkələrindən

600000-dən çox baxış toplamışlar. 2011-ci ildə “Rusiya Fəlsəfə Cəmiyyətinin

bülleteni”ində (“Вестник Российского Философского Общества”, № 1)

“Müasir elmin işığında ümumvəhdət fəlsəfi konsepsiyası haqqında

(metodologiyanın axtarışı)” adlı məqaləmiz dərc edilib. Bu konsepsiya barədə

2012-ci ildə IV Ümumrusiya Fəlsəfə qurultayında fəl.ü.f.d. G.Seyidova “Müasir

Azərbaycan alimlərinin tədqiqatlarında ümumvəhdət fəlsəfə konsepsiyası” adlı

məruzə ilə çıxış edib.

Bu konsepsiyanın müzakirəsi haqqında məlumat 2012-ci il tarixli

jurnalımızda da öz inikasını tapmşdıır.

Page 3: XXI əsr. Mənəvi məd niyy t tarixinin t rinisamveri.org/pdfdrg/D01996/2014_19/2014_19_KULUZADEZ.pdfBu təsnifat İslam dünyası mənəvi mədəniyyətinin çoxəsrlik tarixində

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

14

Jurnalın növbəti nömrələrində mütəxəssislərin ümumvəhdət

konsepsiyasının varlığın idrak konsepsiyası və fənlərarası ümumfəlsəfi

tədqiqat metodologiyası kimi qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı

barədə fikirləri əks etdirmək istərdik.

§.2. Humanizm və tolerantlıq mənəvi mədəniyyət tarixinin prioritetləri

kimi.

Qlobal sosio-mədəni inkişafın indiki mərhələsində iqtisadi, siyası və

ideoloji böhranlar və qarşıdurmaların xüsusiyyətlərini nəzərə alaraq, müxtəlif

bölgələrin keçmiş və müasir mənəvi mədəniyyət tarixlərinin işıqlandırılması

zamanı onların ehtiva etdikləri və bəşəriyyətin yaşamasını təmin edən

humanizm və tolerantlıq üzə çıxarılacaq prioritet təşkil etməlidirlər.

Bu uca məqsədə nail olmaq üçün dünya mənəvi mədəniyyət tarixinin və

xüsusilə özünün çoxsaylı təzahürlərində mahiyyət etibarilə oxşarlıq və vəhdət

təmsil edən fəlsəfə tarixinin öyrənilməsinə yeni konseptual yanaşmalar

düşünülməlidir. Deyilən baxımdan qlobal mənəvi mədəniyyət tarixinin və

ümumdünya fəlsəfə tarixinin yaradılmasına təşəbbüs göstərmək və XIII əsrdə

Fransada kilsə tərəfindən latın averroizminin “bütün insanların əqli eynidir”

birinci tezisinin lənətləndirilməsinin səbəbini dərk etmək zamanı çatıb.

Yuxarıda bəhs etdiyimiz məqsədlərə çatmaq üçün zəruri olan bəzi

problem və prioritetlərin üzərində dayanaq.

Bizə elə gəlir ki, ilk növbədə fəlsəfə tarixi də daxil olmaqla müaisr

mədəniyyətşünaslıqda mövcud və genişlənməyə təmayüllü qərbmərkəzçiliyi

mövqeyinə münasibət köklü surətdə dəyişməlidir. Bu mövqe müxtəlif elmi və

mədəni cəhətlərdən məqbul olmayan formalarda Şərq və ilk növbədə İslam

aləmi xalqlarının fəlsəfə tarixlərində və ümumiyyətlə “fəlsəfə tarixi” adı altında

mövcud tədqiqatların nəşrlərində özünü göstərməkdədir. Həmin mövqe müaisr

fəlsəfə təhsili sistemində də müəyyən dərəcədə mövcud olaraq, ictimai şüuru

istiqamətləndirir, Şərq, xüsusən Islam bölgəsi mədəniyyəti daşıyıcılarına qeyri-

adekvat münasibətin formalaşmasına; bir sıra müasir Qərb ölkələrində müxtəlif

qarşıdurmalara və multikulturalizmin təxribat məzmunlu eybəcər

təzahürlərinə səbəb olur.

Söylənilənlərin işığında mümkünki aşağıdakı prioritetlərin seçimi

aktuallıq kəsb edir:

1.Fəlsəfə tarixi də daxil olmaqla dünya mənəvi mədəniyyət tarixinin

tədqiqat konsepsiyasında bu tarixi təşkil edən lokal, regional və milli fəlsəfə və

mədəniyyət tarixlərinin ümumi cəhətlərinin vurğulanması prioritet təşkil

etməlidir.

Page 4: XXI əsr. Mənəvi məd niyy t tarixinin t rinisamveri.org/pdfdrg/D01996/2014_19/2014_19_KULUZADEZ.pdfBu təsnifat İslam dünyası mənəvi mədəniyyətinin çoxəsrlik tarixində

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

15

2.Müxtəlif mədəniyyətlərdə mahiyyətcə analoji hadisələrin elmi

dəyərləndirilməsinin dəyər meyarları düşünülməlidir, Şərq və Qərb xalqları və

onların fəlsəfə də daxil olmaqla mədəniyyət tarixlərinə, demokratik cəmiyyət

və dövlətlərin siyasi və mənəvi prinsiplərinə sığmayan sərt fərqli

münasibətdən imtina yeni dövrün aktual problemlərindən olmalıdır.

3.Müxtəlif bölgələrin fəlsəfi təcrübəsi və elmin nailiyyətlərinə

əsaslanaraq müasir postsovet humanitar elmlər üçün fənlərarası tədqiqat

metodologiyasının, o cümlədən axtarış və seçimi və mədəniyyətşünaslıq və

fəlsəfənin anlam-kateqorial aparatının təshihi (korrektəsi) aktual, öncül

problemlər sırasına daxil olmalıdır.

Prioritetlərin sırasına digər anlamlarla yanaşı “etnos”, “etnik

mədəniyyət”, “etnik ərazi” və s. anlayışların məzmununun təshihi də aid

edilməlidir, çünki hal-hazırda bunlardan yalnız elmi və ideoloji deyil, həm də

qanlı etno-siyasi münaqişələrdə istifadə edilir.

Bəhs edilən problemlə əlaqədar Azərbaycan tədqiqatçıları tərəfindən:

Ümumvəhdət fəlsəfə konsepsiyasının yeni formada təqdimi fənlərarası

tədqiqat metodologiyası kimi təklif edilib.

Müasir təhsil sistemində fəlsəfə tarixi proqramlarının korrektəsi və bu

proqramlarda Şərq və xüsusən islam bölgəsi xalqlarının fəlsəfə tarixinin yerinin

sərf-nəzər edilməsinin zəruriliyinə diqqət yetirilir.

“Şərq fəlsəfəsi problemləri” (www.orientalpilosophy.org) adlı beynəlxalq

elmi-nəzəri jurnal nəşr olunur. (Jurnal 1996-cı ildən xülasələri ərəb, fars, türk,

ingilis, alman və fransız dillərində olmaqla Azərbaycan və rus dillərində nəşr

olunur; 2010-cu ildən isə internetdə dünyanın yüzə yaxın ölkəsinin

nümayəndələrinin baxışsayı 3000000 xeyli yuxarıdır).

Islam bölgəsi xalqlarının ümumi fəlsəfə tarixinin gələcəkdə yazılmasına

hazırlıq məqsədilə onlayn forum (www.forum.orientalpilosophy.org)

yaradılmışdır.

§.3. Ümumdünya fəlsəfə tarixi kontekstində İslam bölgəsi xalqlarının fəlsəfə

tarixinin işıqlandırılmasına dair, XXI əsr Prioritetlərin seçimi: ümumilik ya

qarşıdurma.

Təşəkkülünün başlanğıcından bu günədək Islam bölgəsi xalqlarının

fəlsəfə tarixi ümumdünya fəlsəfi fikrinin üzvi bir hissəsidir. XXI əsr fəlsəfə tarixi

elmində də məhz bu şəkildə – ümumdünya fəlsəfi fikrinin üzvi tərkib hissəsi

kimi təqdim edilməlidir.

Mümkün ki, elmi məlumatın çatışmazlığı, qərbmərkəzçilərin və

şərqmərkəzçilərin İslam bölgəsi xalqlarının fəlsəfə tarixinə yanaşmasında

siyasiləşmə və ideolojiləşmə tarixən və hazırda qlobal fəlsəfə tarixi elmində

Page 5: XXI əsr. Mənəvi məd niyy t tarixinin t rinisamveri.org/pdfdrg/D01996/2014_19/2014_19_KULUZADEZ.pdfBu təsnifat İslam dünyası mənəvi mədəniyyətinin çoxəsrlik tarixində

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

16

İslam dünyası xalqlarının fəlsəfəsinin qeyri-adekvat və çox zaman qısaldılmış,

təhrif olunmuş şəkildə işıqlandırılmasına, islam bölgəsi xalqlarının fəlsəfəsinin

bəşər fəlsəfi fikir tarixinin hüdudlarından kənara çıxarılmasına səbəb olur ki,

bu da mənəvi və siyası cəhətdən yolverilməzdir.

Nəticədə İslam bölgəsinin çoxsaylı əhalisi özünün mənəvi mədəniyyət

tarixinin məhvəri olan fəlsəfəsindən qismən və tam surətdə məhrum edilir. Bu

isə İslam dünyası xalqlarının özünüdərkinin təhrifinə və özünütəsdiqinə

neqativ təsir edir, digər tərəfdən, dünya elmi ictimaiyyətinin bu bölgənin əhalisi

barədə təsəvvürlərinin təhrifinə gətirib çıxarar, bu xalqların guya əsrlərlə

fəlsəfədən məhrum olması və bu baxımdan digər bölgələrin, xüsusilə xristian

bölgəsi xalqlarından fərqlənməsi qənaətini yaradır.

Əlbəttə, belə bir vəziyyət sözsüz ki, müasir dünyada tolerantlığa qarşı

yönəldilib, regional mədəniyyətlər və onların nümayəndələri arasında ideoloji

və digər formalarda qarşıdurmalara istiqamətlənmişdir.

Müxtəlif bölgələrin fəlsəfi mədəniyyətlərinin şərh və

qiymətləndirilməsində bölgə mədəniyyətləri arasında ümumilik və ya

parçalanmanın vurğulanmasının prioritet olması məsələsi, qlobal mənəvi

mədəni prosesin təsvir və dəyərləndirilməsinin aktual məsələlərindəndir.

Müxtəlif bölgələrin fəlsəfi mədəniyyətlərinə, xüsusilə Islam dünyasının

fəlsəfi mədəniyyətinə müraciət zamanı göstərilən prioritetlərdən birinin seçimi

müasir dünya mədəniyyətində qloballaşma tendensiyası ilə əlaqədar Qərb və

ya Şərq yönümlü radikalizmə, Qərb multikulturalizmində, Şərq mədəniyyətinə

münasibətə həmçinin bölgələrarası qarşılıqlı mədəni əlaqələrə təsir göstərə

bilər.

P.S. Müasir elmdə Islam bölgəsi fəlsəfəsinə münasibət müəyyən

dərəcədə İslam mənəvi mədəniyyəti tarixində bu fəlsəfənin kəlam, hikmət,

irfan, təsəvvüf, fəlsəfə kimi təqdimi və bu fenomenlərin məzmun baxımından

sezilən qeyri-dəqiqliyi ilə də şərtlənir. Bu təsnifat İslam dünyası mənəvi

mədəniyyətinin çoxəsrlik tarixində fəlsəfənin mövcuduğu barədə düzgün

olmayan təsəvvürlər yaradır. Adı çəkilən məsələ istər Şərq, istərsə də Qərb

müasir fəlsəfə və mənəvi mədəniyyət tarixlərinin araşdırılması zamanı tədqiqat

obyektləri kimi diqqətə layiqdirlər.

§.4. XXI əsrin əvvəllərində şərqşünaslığın bəzi prioritet problemləri.

Məlumdur ki, Şərq anlayışı şərqşünaslığın tədqiqat obyekti kimi,

çoxmənalı və müəyyən dərəcə qeyri-dəqiq amorf bir anlayışdır. Mahiyyət

etibarı ilə şərqşünaslıq Qərbin elmi və iqtisadi siyasi (imperialist

müstəmləkəçilik) maraqları ilə dəstəklənərək Şərq haqqında tarixən

təşəkkül tapmış elmi, daha dəqiq elmlər kompleksidir. Bu elmdə təfsir və dəyər

Page 6: XXI əsr. Mənəvi məd niyy t tarixinin t rinisamveri.org/pdfdrg/D01996/2014_19/2014_19_KULUZADEZ.pdfBu təsnifat İslam dünyası mənəvi mədəniyyətinin çoxəsrlik tarixində

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

17

meyarları tədqiqatçıların maraqlarının elmiliyi və merkantilliyin səviyyəsi ilə

müəyyən edilir və edilməkdədir. Başqa sözlə, digər elmlər kimi, şərqşünaslıq da

varlığın subyektiv – obyektiv inikası ilə fərqlənir. Və bu elmin də obyektivlik

dərəcəsi onun siyasi ideolojiləşməsindən asılıdır. Bu baxımdan mənəvi

mədəniyyət tarixini xüsusən şərqşünaslıq tarixini tədqiq edərkən burada

qərbmərkəzçiliyinin təsirinə xüsusi diqqət tələb edilir.

O da məlumdur ki, şərqşünaslıq, xüsusilə Qərb, Rusiya və Sovet

şərqşünaslığı Şərqin yalnız Qərb deyil, Şərq tərəfindən də elmi baxımdan

obyektiv dərk olunmasında, o cümlədən Şərq ölkələri xalqlarının Şərq

haqqındakı elmi fikrində əhəmiyyətli dərəcədə müsbət rol oynamışdır.

Hazırkı – XXI əsrin əvvəli və III minilliyin başlanğıcında bir tərəfdən,

sosial – mədəni inkişaf və onun məlum birqütblü iqtisadiyyata təmayülü,

müxtəlif simalı qloballaşma və getdikcə kəskinləşən iqtisadi-siyasi və ideoloji

ziddiyyətlər, etnomilli və regional qarşıdurmalar, arasıkəsilməz böhranların

dərinləşməsi və genişlənməsində təkanverici rol oynaması, digər tərəfdən,

müasir dəqiq və təbiət elmlərinin, o cümlədən genetikanın nailiyyətləri,

şərqşünaslıq da daxil olmaqla elm qarşısında bəşər tarixinə yeni nəzərlə

baxılmasını tələb edir. Bu şəraitdə şərqşünaslılğın elm kimi vəzifə və

dəyərlərinə münasibətin sərf-nəzəri tələb olunur.

Adı çəkilən məsələlərin, xüsusən Şərq mənəvi mədəniyyət tarixinin

dünya mədəniyyət tarixi sistemi kontekstində obyektiv elmi

işıqlandırılmasında qərbmərkəzçiliyin və şərqmərkəzçiliyin yeri və rolunun

aşkar edilməsi müasir şərqşünaslığın bir elm kimi qarşısında duran aktual

məsələlərdəndir.

XXI əsrin əvvəlində şərqşünaslığın bir elm kimi qarşısında duran ən əsas

məsələlər isə ilk növbədə zənnimizcə aşağıdakılardır:

Şərqşünaslığın bir elm kimi, predmetinin hüdudlarını imkan daxilində

dəqiqləşdirilməsi;

Aparılan tədqiqatların ümumfəlsəfi metodologiyasının və konkret

metodlarının elmi müzakirələr və koordinasiya yolu ilə imkan daxilində

müəyyən edilməsi və elmi əsaslandırılması:

Tədqiqat prosesində prioritetlərin müəyyən edilməsi:

a) Şərq qlobal sistemin üzvi hissəsi, yoxsa qlobaldan tam təcrid edilmiş

lokal fenomen kimi tədqiq ediləcək;

b) Komparativistika yolu ilə Şərq və Qərb arasında ictimai şüurda

humanizm və tolerantlıq formalaşdıran ümumilik axtarılacaqmı ya əsas diqqət

qarşıdurmaya apara bilən xüsusiliklərə yönəldiləcək.

Page 7: XXI əsr. Mənəvi məd niyy t tarixinin t rinisamveri.org/pdfdrg/D01996/2014_19/2014_19_KULUZADEZ.pdfBu təsnifat İslam dünyası mənəvi mədəniyyətinin çoxəsrlik tarixində

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

18

Əsas anlamların və dəyər meyarlarının məzmun baxımından nisbi də

olsa unifikasiyasına nail olmaq. Bu, xüsusən Şərq və Qərb mədəniyyət

tarixlərində mistisizm və dinilik fenomenlərinin təyini, şərhi və

dəyərləndirilməsi üçün əhəmiyyətə malikdir.

Postsovet şərqşünaslığı da daxil olmaqla, müasir şərqşünaslığın

qarşısında duran aktual məsələlərdən biri də Qərb aləmində multikulturalizmin

mahiyyətcə radikal transformasiyasına, onun Şərq xalqlarının

mədəniyyətlərinə və bir çox hallarda mədəniyyətləri ilə əlaqədar bu

mədəniyyətlərin daşıyıcılarına olan neqativ yanaşmasına münasibət

bildirməkdir.

Müəllif və jurnalın redaksiya heyəti məqalədə qaldırılan məsələlər

haqqında jurnala göndərilən yazıları məmnuniyyətlə çap etməyə hazırdır

(www.orientalphilosophy.org).