Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə...

33

Transcript of Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə...

Page 1: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb
Page 2: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

MündəricatGiriş....................................................................................................................2

1-Cİ TİP ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİNİN QİDALANMASI.......3

Pəhriz lazımdırmı?............................................................................................3

Zülallar və yağlar...............................................................................................4

Karbohidratlar...................................................................................................5

Sadə və mürəkkəb karbohidratlar......................................................................6

Sadə və mürəkkəb karbohidratların quruluşu ..................................................6

Çörək vahidi sistemi...........................................................................................6

Hər hansı ərzağa üstünlük vermək lazımdırmı?...............................................7

Asanlıqla mənimsənilən karbohidratlar...........................................................8

Qidalanmada məhdudiyyət...............................................................................8

Qida rejimi..........................................................................................................9

Normal çəkinin düsturu.....................................................................................9

Əgər artıq çəkiniz varsa ...................................................................................10

Şəkərəvəzedicilər................................................................................................11

Alkoqol.............................................................................................................12

FİZİKİ İŞ.........................................................................................................14

Fiziki işin ağırlığının diabetə təsiri .................................................................14

Fiziki işin ağırlığına görə qanda şəkərin miqdarı.............................................14

Fiziki işin müddəti ..........................................................................................15

İnsulin dozasının azaldılması qaydaları ........................................................16

İdman və diabet ...............................................................................................17

ÇÖRƏK VAHİDLƏRİ..............................................................................18-32

Page 3: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

2

GirişHələ qədim və orta əsrlərin alimləri hər hansı bir xəstəliyin müalicəsində başqa tibbi tədbirlərlə yanaşı qidalanmanın (pəhrizin) doğru aparılmasına müstəsna əhəmiyyət vermişlər. Bu məsələ şəkərli diabet xəstəliyinin müalicəsində isə xüsusi diqqət tələb edir. Çünki qəbul edilən qidanın tərkibinə daxil olan maddələr (karbohidratlar, yağlar və zülallar) qanda şəkərin səviyyəsinə bilavasitə təsir edir və xəstəliyin gedişini şərtləndirir.Artıq bütün bunlar aydın məsələdir. O da məlumdur ki, indiyədək belə xəstələr üçün qidalanma bir çox məhdudiyyətlər və qida növlərinin məxsusi seçilməsini tələb edən ənənələrə malik idi. Belə məhdudiyyətlər isə bir çox xəstələrdə mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı.Lakin son vaxtlar tibb elmində şəkərli diabet xəstəliyinin müalicəsində fərqli yanaşma baş vermiş, bu sahədə əhəmiyyətli nəticələr əldə edilmişdir. Bu xüsusilə 1-ci tip şəkərli diabet xəstəliyinin müalicəsində özünü göstərir. Belə ki, əgər 2-ci tip şəkərli diabetin müalicəsində əsas üsul azkalorili pəhriz və fiziki fəallığın artırılması ilə təşkil edilirsə, 1-ci tip şəkərli diabet xəstəliyinin müalicəsində mədəaltı vəzidəki insulin hasil edən beta hüceyrələrinin məhvi nəticəsində baş verən insulin çatışmazlığı ancaq insulin müalicəsi ilə aradan qaldırıla bilər. Pəhriz məhdudiyyətləri isə müasir nöqteyi-nəzərlərə görə köməkçi xarakter daşıyır. Bununla belə qidalanmanın doğru aparılması heç də əhəmiyyətini itirmir, əksinə xəstəliyin müalicəsinə və həyat keyfiyyətinin yaxşılaşdırılmasına öz təsirini göstərir.Məlumdur ki, fiziki işin ağırlığı hipoqlikemiyanı yaradan səbəblərdən biridir. Əgər vurulan insulinin ölçüsü və qəbul edilən karbohidratın miqdarı əvvəlki kimi olubsa və fiziki fəallıq həmişəkindən artıqdırsa, onda hipoqlikemiyanın yaranması baş verə bilər. Buradan aydın olur ki, qanda şəkərin səviyyəsini azaldan fiziki işin ağırlığı deyil, insulindir. Odur ki, 1-ci tip şəkərli diabetin müalicəsində fiziki işin ağırlığı özlüyündə şəkərsalıcı vasitə kimi istifadə edilməməlidir, onu hipoqlikemiya yaranmaması üçün nəzərə almaq lazımdır.

Page 4: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

3

1-Cİ TİP ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİNİN QİDALANMASI

Pəhriz lazımdırmı?Bir sıra ümumi məqsədlər olduğu halda (qanda yüksək şəkərin ləğvi, hipoqlikemiya riskinin minimuma salınması, fəsadların profilaktikası) 1-ci və 2-ci tip şəkərli diabetinin müalicə üsulları əhəmiyyətli dərəcədə fərqlənir. 2-ci tip şəkərli diabetin əsas müalicə üsulu aşağı kalorili pəhrizin və fiziki fəallığın artırılması hesabına bədən kütləsinin normaya gətirilməsidir. Mədəaltı vəzidəki beta hüceyrələrinin məhvi və insulin çatışmazlığından yaranan 1-ci tip şəkərli diabetdə isə, əsas müalicə üsulu əvəzedici insulin müalicəsidir. Pəhriz məhdudiyyətləri isə müasir nöqteyi-nəzərlərə görə köməkçi xarakter daşıyır. Insulin müalicəsi sağlam insanın insulini hasil etməsindən fərqləndiyi kimi, pəhriz məhdudiyyəti də şəkərli diabet xəstəsinə o dərəcədə tətbiq edilməlidir. 1-ci tip şəkərli diabetin ənənəvi pəhriz müalicəsinin əsas prinsipləri son illərdə tənqidi olaraq yenidən gözdən kecirilməyə məruz qalıb. Ənənəvi pəhrizin əsas prinsiplərindən biri budur ki, hər gün müəyyən edilmiş eyni miqdardakı kalorinin qəbul edilməsi tövsiyə olunur. Hər bir xəstəyə onun “ideal çəkisi” nəzərə alınmaqla bir günlük kalorinin qəbul edilməsi təyin edilirdi. Bunun isə mənası yoxdur və aşağıda göstərilən səbəblərə görə mümkün deyil: a) çəkisi normal olan sağlam adamlarda qəbul və sərf etdikləri enerji arasında balans müxtəlif günlərdə əhəmiyyətli dərəcədə fərqlənir. Sağlam adamların enerji sərfi onların fiziki fəallıqlarının dəyişkənliyinə görə sabit deyil. Deməli, əgər 1-ci tip şəkərli diabet xəstəsinə hər gün müəyyən edilmiş eyni kalorili xörəklər verilirsə, onun çəkisinin normal saxlanılması üçün hər gün o qədər də ciddi, eyni fiziki fəallığın yerinə yetirilməsi tələb olunmalıdır ki, bu isə qeyri-realdır. b) 1-ci tip normal çəkili şəkərli diabet xəstəsinin iştah tənzimlənməsi eyni çəkili sağlam adamın iştah tənzimlənməsindən fərqlənmir. Bəzi hallarda iştahı olmadıqda belə hipoqlikemiyanın qarşısını almaq məqsədilə onların qida qəbul etmələri heç də insulin müalicəsinə uyğun hal kimi hesab edilməməlidir.

Page 5: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

4

İnsulin müalicəsinə və qanda şəkərin səviyyəsi ilə maddələr mübadiləsinə özünənəzarət üsullarının təkmilləşdirilməsi, xəstəyə aclıq və toxluq hissiyyatlarından asılı olaraq sağlam insanlar kimi qida qəbul etmələrini tənzimləmə imkanı yaradır. Beləliklə, 1-ci tip şəkərli diabet xəstəsinin tam qidalanması (rasion- qida payı) mükəmməl sağlam qidalanmaya (rasiona) uyğun gəlir (kalori və əsas qida maddələrinin balanslaşdırılması ilə). Ancaq bir fərq var ki, vurulan insulin sizin nə vaxt və nə qədər yediyinizi bilmir. Ona görə də insulinin təsirinin qidalanmaya uyğun olmasını siz özünüz nəzərə almalısınız. Deməli, hansı qidanin qanda şəkəri artırdığını bilməlisiniz .

Zülallar və yağlarBütün qida məhsulları üç komponentdən ibarətdir: zülallar, yağlar və karbohidratlar. Onların hamısı kaloriyə malik olsalar da, heç də hamısı qanda şəkəri artırmır. Ancaq xəstələr çox vaxt bu anlayışı səhv salırlar. Ənənəvi olaraq 1-ci tip şəkərli diabet xəstələrinin pəhrizində yağlara məhdudiyyət qoyulması qəbul edilib, guya bununla kompensasiyanın (şəkərin normada olması) vəziyyəti yaxşılaşır. Lakin qidanın kaloriliyinin insulinə olan tələbata təsirinin öyrənilməsi göstərmişdir ki, yağların miqdarının azaldılması hesabına kalorinin kəskin azalması insulinə olan tələbatda əksini tapmır. Bu dəlillər sübut edir ki, bir çox fikirlər icində yer alan qidadakı yağların şəkəri artırma təsirinə malik olması haqqındakı fikir doğru deyil. Xüsusilə “asetonun əmələ gəlməməsi üçün” yağların məhdudiyyəti barədə verilən tövsiyə savadlı səslənmir. Şəkərli diabet xəstəsində asetonun yaranma mexanizmi ancaq insulinin çatışmazlığı ilə bağlıdır. Eynilə zülalların da şəkərin artırmasında elə bir təsiredici qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərdən bəlli olur ki, 1-ci tip şəkərli diabet xəstəsi də özünün iştahası və adəti üzrə, bədən çəkisi normada olmaq şərtiylə zülal və yağları sağlam adamın qəbul etdiyi miqdarda qəbul edə bilər. Çəki çox olduğu halda xəstənin nə etməli olması ilə əlaqədar məlumat aşağıda veriləcək.

Page 6: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

5

KarbohidratlarAncaq karbohidratlar real şəkər artırma təsirinə malikdirlər. Lakin bu o demək deyil ki, onları məhdudlaşdırmaq lazımdır. Sadəcə qısa təsirli insulinin ölçüsünü düzgün hesablamaq üçün karbohidratları nəzərə almaq lazımdır. Hansı qidaların tərkibində karbohidratlar var? Bunu yadda saxlamaq asandır: bitki məhsullarının əksəriyyəti və heyvanlardan alınan maye süd məhsulları . Bu və ya digər ərzaqlardan qanda şəkərin artmasını bilmək sizin üçün mühümdür. Bu ərzaqlar şəkərin miqdarını artırırmı? Artırırsa nə qədər? Elə karbohidratlı ərzaq növləri var ki, onların qəbulundan sonra qanda şəkər ya artmır, ya da cüzi səviyyədə artır. Başqa qidalar isə qanda şəkəri çox və uzun müddətə artırır. Bundan asılı olaraq ərzaqlar aşağıdakı şəkildə bölünür:1) “Sərbəst” karbohidrat tərkibli ərzaqlar;2) Hesablanması lazım olan karbohidrat tərkibli ərzaqlar.“Sərbəst”, yəni qanda şəkəri zəif miqdarda artıran ərzaqlara demək olar ki, bütün adi tərəvəzlər daxildir. Ancaq kartof və qarğıdalını hesablamaq lazımdır. Beləliklə hesablamadan kələmi, kahını, cəfərini, şüyüdü, qırmızı turpu, kökü, badımcanı, balqabağı, bibəri və s. yemək olar. Bu qrup tərəvəzlər arasında ən çox karbohidrat paxlalılar fəsiləsinə aid olanların (lobya, paxla, noxud) tərkibində olur, ancaq onların qəbulundan sonra qanda şəkərin miqdarı çox da artmır. Ona görə də əgər siz bunlardan az miqdarda yesəniz (məs: 200 qramdan çox olmamaq şərtiylə qarnir -bişmiş halında) onları hesaba almaya bilərsiniz.Hesablanması tələb olunan karbohidratlar 5 əsas qrupa bölünür:1. dənli (taxıl) – çörək və bulka məmulatları, makaron, yarma, qarğıdalı.2. meyvələr3. bəzi tərəvəzlər (kartof)4. süd və maye süd məhsulları5. tərkibində təmiz şəkər olan ərzaq

Page 7: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

6

Sadə və mürəkkəb karbohidratlar Quruluşuna görə karbohidratlar sadə (şəkər) və mürəkkəb (nişasta) olur. Birincilər çox sadə kimyəvi düstura malikdirlər, ona görə onlar bağırsağa tez sorulur və artıq 10 dəqiqədən sonra qanda şəkəri artırır.Sadə karbohidrata aiddir:1) qlükoza (və ya üzüm şəkəri) – tibbi dərman kimi meyvələrdə, balda var. 2) fruktoza (və ya meyvə şəkəri) - meyvələrdə, balda şəkər əvəzləyici şəklində var.3) Saxaroza (və ya qida şəkəri) – adi şəkərdə və onun əlavəsi olan məmulatlarda, meyvələrdə var. 4) laktoza (və ya süd şəkəri) – süd məhsullarında var.5) maltoza (və ya səməni şəkəri) – pivədə var.

Sadə və mürəkkəb karbohidratların quruluşuSadə karbohidratların tez sorulma qabiliyyəti olduğu halda, onlardan hazırlanan bəzi məhsullar heç də şəkəri dərhal artırmır. Məsələ bundadır ki, karbohidratların sorulma prosesi belə məhsullarda bitki qabığı, lifi (məs: meyvələrdə) və ya yağ (məs: süd məhsullarında) olduğu ücün ləngiyə bilər. Beləliklə, alma qanda şəkərin miqdarını yavaş artırdığı halda ondan çəkilən şirə tez artırır. Ona görə də əsasən tez sorulan karbohidratlara adi şəkər və onun əlavə edildiyi bəzi məmulatlar (məs. içkilər) aiddir.Nişasta (kraxmal) – çoxlu qlükoza molekullarından ibarət uzun zəncirvarı quruluşa malikdir. Qlükozanın bağırsağa sorulması üçün nişasta parçalanmalıdır. Məhz buna görə də, belə karbohidratlar şəkəri gec, təxminən 30 dəqiqədən sonra artırır. Mürəkkəb karbohidratlar bütün taxıl mənşəli ərzaqlarda və kartofda olur.

Çörək vahidi sistemiSiz müxtəlif cür qidalanmaq istəyirsinizmi? Bunun üçün qanda şəkərin miqdarı azca fərqlənmək şərti ilə karbohidrat tərkibli bir xörəyi başqası ilə əvəz etməyi

Page 8: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

7

öyrənmək lazımdır. Belə dəyişməni çörək vahidi (ÇV) sisteminin köməyi ilə asanlıqla etmək mümkündür. Bir çörək vahidi tərkibi 10-12 qram karbohidrat olan ərzağın çəkisinə bərabərdir (məsələn: çəkisi 20-30 qr olan çörək parçası). Kitabçanın arxasında çörək vahidləri ilə tanış ola bilərsiniz. Şərti olaraq “çörək” vahidi adlansa da bununla təkcə çörəyin miqdarını yox, həmçinin karbohidrat tərkibli istənilən ərzağın miqdarını da hesablamaq olar. Bir ərzaqda nə qədər ÇV (çörək vahidi) olduğunu öyrəndikdə onu asanlıqla başqa bir ərzaqla dəyişə bilərsiniz.( ancaq həmin ərzaqda da eyni miqdarda ÇV olmaq şərti ilə) Məsələn, 1 ÇV bir ədəd orta ölçülü portağal, bir stəkan süd, və ya 2 dolu xörək qaşığı sıyığın tərkibində var. ÇV sisteminin əlverişli çəhəti ondan ibarətdir ki, xəstə üçün ərzaqlardakı karbohidratın miqdarını 1 qram dəqiqliyi ilə hesablamaq üçün tərəzidə çəkmək zərurəti yaranmır, gözlə qavranılması asan olan ölçülərin köməyi ilə bu miqdarı (tikə, stəkan, ədəd, qaşıq və s.) ölçmək kifayətdir. Müxtəlif ədəbiyyatlarda eyni ərzaqların tərkibi fərqli göstərilə bilər. Ümumiyyətlə hər hansı bir cədvəldə bu və ya digər ərzağın tərkibindəki 1 ÇV təxmini verilir. Deyilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, vurulan insulinin ölçüsünə uyğun yeyilən qida qanda şəkərin yaxşı göstəriciliyinə xidmət edən ən ali təcrübi meyardır. Əvvəlcədən nə qədər ÇV yeməyi nəzərdə tutursunuzsa, yeməkdən əvvəl qanda şəkəri ölçüb, qısa təsirli insulinin müvafiq dozasını qana yeritməklə, yeməkdən sonra qanda şəkəri yoxlayın.

Hansısa ərzağa üstünlük vermək lazımdırmı?Bu bölmədə istərdik ki, xəstələr arasında yayılan bu və ya digər ərzağın qanda şəkərə təsiri barədə fikirlərə aydınlıq gətirək. Belə ki, xəstələr hesab edirlər ki, ancaq qara çörək yemək olar. ÇV cədvəlindən görürsünüz ki, ağ və qara çörəyin tərkibindəki karbohidratın miqdarında elə bir əhəmiyyətli fərq yoxdur. Eyni sözü qarabaşaq (qreçka) sıyığı haqqında da demək olar, çünki bu ərzaq on illər ərzində, diabetli xəstələr üçün müalicəvi məhsul sayılırdı. Cədvələ baxmaqla qarabaşağın başqa yarmalardan heç də əhəmiyyətli dərəcədə fərqlənmədiyini görə bilərsiniz. Onun tərkibində bəzi əhəmiyyətli elementlərin (dəmir,

Page 9: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

8

vitaminlər) olması şəkərli diabetə heç bir aidiyyatı yoxdur. Buradan aydın olur ki, xəstə pəhriz gözlədiyinə inandığı halda qarabaşaq sıyığı yeyir və təəccüb edir ki, qanda şəkərin miqdarı yuxarı olaraq qalır. Eyni hallar meyvələrin qəbulu zamanı da baş verirdi: müxtəlif çeşidli alma növlərində karbohidratların miqdarı təxminən eyni olduğu halda, xəstəyə ancaq göy, turş almaların yeyilməsi məsləhət görülürdü. Beləliklə, 1-ci tip şəkərli diabet xəstəsi insulin müalicəsini düzgün yerinə yetirirsə onun üçün ərzağın növü deyil, ondakı karbohidratların düzgün hesablanması daha vacibdir. Diabetli xəstə ücün istənilən xörəklər hazırlana bilər. Hətta xəstəyə zövqünə görə ədviyyat da istifadə etməyə icazə verilir. Yeməkləri buxarda hazırlamaq, qızardılmış, kəskin və s. qida növlərindən cəkinmək o xəstələrə məsləhət görülür ki, onlarda diabetdən əlavə mədə-bağırsaq yollarının problemi və ya uzun müddət şəkərin kompensasiyasının (şəkərin sabitliyi) pozulması nəticəsində qaraciyərin zədələnməsi əlaməti ortaya çıxır. Şəkərin kompensasiyası bərpa edildikdə və qaraciyərin vəziyyəti normaya gətirildikdə əlavə pəhriz məhdudiyyətləri aradan qaldırılır.

Asanlıqla mənimsənilən karbohidratlarİnsulinlə müalicə olunan xəstəyə şirniyyat yemək olarmı? Əvvəllər diabet pəhrizinin əsas tərkib hissəsi kimi şirniyatın qadağan olunması əslində böyük əhəmiyyət kəsb etmir. Əgər siz hər hansı yeməkdən öncə insulin vurursunuzsa, onda yemək yeməzdən əvvəl qanınızda kifayət qədər insulin var. Belə olduqda siz bir qədər dondurma və ya çərəz kimi bir dilim tort yeyə bilərsiniz. Artıq çoxdan sübut olunub ki, gün ərzində bir neçə dəfə qandakı şəkərin miqdarını ölçən və insulin dozasını doğru dəyişə bilən, yaxşı təlim keçmiş diabetli xəstə çörək vahidini hesablayaraq bir qədər şirin qida qəbul edə bilər.

Qidalanmada məhdudiyyət 1-ci tip şəkərli diabet xəstəsinin qidalanmasında hansı məhdudiyyətlər var:1) hər dəfə qida qəbulunun 7-10 ÇV-dən artıq olması tövsiyə edilmir;

Page 10: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

9

2) Şirniyyatın maye halı (limonad, şirin çay, meyvə şirələri) tövsiyə edilmir. Ancaq bu çətinlik şəkərəvəzedicilərin istifadəsi ilə asanlıqla həll edilir.3) Əvvəlcədən çörək vahidi planlaşdırılır, çünki insulin yeməkdən əvvəl vurulur.

Qida rejimi 1-ci tip şəkərli diabetin pəhriz müalicəsində ənənəyə uyğun olaraq qəbul edilmiş ümumi qaydaya görə gün ərzində böyük olmayan hissələrlə 5-6 dəfə qida qəbul edilməsi nəzərdə tutulur. Bu zərurət qidalanmanı uzun təsirli insulinin təsirinə uyğunlaşdırmaq ücün yaranıb. Çünki qida qəbulunu buraxdıqda hipoqlikemiya (şəkər azlığı) yarana bilər, karbohidratların çox miqdarda istifadəsi zamanı isə qanda şəkər yüksək həddə çata bilər. Əgər əsas qida qəbulundan əvvəl qısa təsirli insulin vurularsa, ona uyğun olaraq uzun təsirli insulininin ölçüsünü azaltmaqla, qida qəbulu saylarını ixtisara salmaq və yeməklər arası hipoqlikemiya (şəkər azlığı) təhlükəsini azaltmaq olar. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, 1-ci tip şəkərli diabet xəstəsi lazımi təlim keçdikdə öz qidalanmasını sağlam adamın qidalanmasına yaxınlaşdıra bilər. Bir tərəfdən xəstədə öz xəstəlıyinə qarşi mənfi münasibətlər yaradaraq, indiyədək formalaşmış vərdiş və dadların, həyat tərzinin dəyişdirilməsini tələb edən, digər tərəfdən də yerinə yetirilməsi son dərəcə çətin olan ənənəvi pəhriz qaydaları qadağanedici xarakter daşıyır. Qida məsələsindəki qadağaların aradan qaldırılması “həyat keyfiyyətini” əhəmiyyətli dərəcədə artırır. Bir daha xatırlatmaq istəyirik ki, belə qidalanmanı ancaq təlim görmüş, özünənəzarət aparan və çoxsaylı insulin vuran xəstə həyata keçirə bilər.

Normal çəkinin düsturu “Sərbəst” qida barədəki yuxarıda göstərilən qaydalar ancaq normal çəkinin olması şərtilə mümkündür. Bəs normal çəkini necə hesablamaq olar? Bir neçə hesablama üsulları vardır ki, onlardan da daha çox istifadə edilən bədən kütləsinin indeksi (BKİ) adlanan üsuldur. BKİ-ni hesablamaq üçün öz çəki göstəricisini (kiloqramla) boy ölçüsünün göstəricisinə (metrlə) bölüb kvadrata

Page 11: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

10

yüksəltmək lazımdır: BKİ (kq/m2) = [Çəki (kq) : Boya (m)]2• Əgər Sizin BKİ, 18-25 arasında yerləşərsə, onda çəkiniz normaldır.• Əgər bu 25-30 həddindədirsə, onda çəkiniz artıqdır.• Əgər BKİ 30-u keçirsə, onda siz piylənmə kateqoriyasına düşürsünüz.Əlavə çəkilər piy toxumalarının artıq olmasına dəlalət edir. Çəkiniz nə qədər çox olarsa sağlamlığınıza bir o qədər böyük təhlükə yaradar. Artıq çəkinin, yəni piy toxumalarının bədən kütləsində yayılması da əhəmiyyət kəsb edir. Piy bədəndə nisbətən bərabər vəziyyətdə yerləşə bilər. Ola bilər ki, piy əsasən bud və baldır hissələrdə bölünsün. Sağlamlıq üçün ən xoşagəlməz hal isə “abdominal” adlanan (latınca abdomen – qarın) piy bölünməsidir ki, bu zaman piy toxuması əsasən qarın nahiyəsində toplanır. Irəli çıxan qarın forması dərialtı piydən daha çox daxildə- qarın boşluğunda yığılan piy hesabına alınır ki, bu da daha çox ziyan gətirən məsələlərdən biridir. Məhz ürək-damar xəstəliklərinin böyük bir hissəsi də abdominal piyləşmə ilə əlaqədardır. Abdominal piyləşməni belin dairəsini ölçərək bilmək olar. Bu göstərici kişilərdə 94-dən, qadınlarda isə 80-dən az olmalıdır.

Əgər artıq çəkiniz varsa Əgər sizdə çəkinizlə əlaqədar narahatlıq yaranarsa, onda qidalanma qaydasında bir qədər dəyişiklik etməlisiniz. Çəkinin azaldılmasına və gələcəkdə onun saxlanılmasına necə nail olmaq olar? Arıqlamaq üçün az yemək lazımdır. Bəllidir ki, bunu kim bilmir? Ancaq bir çoxları özləri üçün bu problemi başqa cür formalaşdırır: nə yemək lazımdır ki, arıqlanma baş versin? Qeyd etməliyik ki, arıqlamaq üçün hər hansı xüsusi bir ərzaq mövcud deyil. Hazırda pəhrizi gözləmədən yüksək nəticəli və çəkinin tam təhlükəsiz azalmasını təmin edən tibbi dərmanlar mövcud deyil. Tək ümidverici yol orqanizmə daxil olan enerjinin (bu kalorilərlə hesablanır) məhdudlaşdırılmasıdır, yəni az kalorili pəhrizə əməl etmək lazımdır. Nəticədə enerji çatışmazlığı ona gətirir ki, çəkidə artıq kiloqramları təşkil edən bədəndəki piy toxumalarında yığılmış enerji

Page 12: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

11

ehtiyatı orqanizmin müxtəlif ehtiyaclarına sərf olunur və bu da mütləq çəkinin azalmasına səbəb olur. Qidamızda enerji daşıyıcısı kimi onun üç tərkib hissəsi vardır: zülallar, yağlar və karbohidratlar. Bunlardan ən kalorili yağlardır. Onlarda (9 kkal 1 qr), zülal və karbohidratlarda (4 kkal 1 qr), nisbətən iki dəfədən az enerji var. Ancaq hər bir ərzağın tam doğru kalorisini hesablamaq heç də vacib deyil. Bütün qida ərzaqların üç əsas qrupa bölmək kifayətdir:1)Ən çox kalorili ərzaqları kənar etmək və ya maksimum dərəcədə məhdudlaşdırmaq. Bu qrupa tərkibində çoxlu yağ olan ərzaqlar daxildir (yağ, o cümlədən bitki yağı, yağlı ət, balıq, hisə verilmiş məhsullar, kolbasa məmulatları, quşun dərisi, konservlər, yağlılığı 30%-dən çox olan pendirlər, qaymaq, xama, mayonez, qoz, tum), qənd və şirniyyatlar (qənnadı məmulatları, konfetlər, şokolad, mürəbbə, cem, bal, şirin içkilər, dondurma), həmçinin alkoqollu içkilər (1 qr təmiz spirtdə 7 kkal var).2) Tərkibində çoxlu su olan ərzaqları məhdudiyyətsiz istifadə etmək olar (onlarda kalori yoxdur). Bu qrupa kartof istisna olunmaqla bütün tərəvəzlər daxildir (yağsız hazırlanmaq şərti ilə) Buraya həmçinin çay, kofe və şəkər əvəzedicilərlə hazırlanmış içkilər də aid edilir. 3)Orta kalorili ərzaqlardır. Bu qrupa yağsız ət, yağsız balıq, yağsız süd məhsulları, yağlılığı 30%-dən az olan pendirlər, kartof, qarğıdalı, yetişmiş paxla, çörək və çörək məmulatları, makaron, yarmalar, meyvə, yumurta daxildir. Bu ərzaqlardan da nisbi orta miqdarda istifadə etmək lazımdır.Bütün bunlarla yanaşı bilməlisiniz ki, gün ərzində (rasionda- qida payında) çörək vahidinin azaldılması vurulan insulin ölçüsünün azalmasına gətirib çıxarır.

Şəkər əvəzedicilərQanda şəkərin miqdarını artırmadan şirinlik tamını ona şəkər əvəzedicilər verə bilir. Söhbət burada ancaq kalorisi olmayan şəkər salıcılardan gedir: saxarin, aspartam, siklamat, asesulfam K. Bu beynəlxalq adlardır (kimyəvi), onların tərkibindəki maddələri göstərir. Eyni şəkər əvəzedicilərin ticarət (kommersiya)

Page 13: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

12

adları isə müxtəlif ola bilər. Qablaşdırmada mütləq dərmanın beynəlxalq adı olmalıdır. Buna diqqət yetirmək lazımdır. Belə şəkər salıcılardan qazlaşdırılmış içkilər düzəldilir. (onun adında layt və ya diet sözü ola bilər).Kalorisiz şəkər salıcılar ilə yanaşı satışda şəkərin ksilit, sorbit, izomalt, fruktoza kimi oxşarları da ola bilər. Bunlar adi istifadə olunan şəkərə nisbətən qanda şəkəri az artırmasına baxmayaraq, öz kaloriləri ilə adi karbohidratlara yaxın olduğu üçün çəkisi çox olan xəstələrə tövsiyə edilmir. Bu sıradan olan xəstələr “pəhriz” yazılan ərzaqları da qəbul etməməlidirlər, çünki onların əksəriyyəti kalorili şəkər əvəzedicilərdən hazırlanıb (məsələn: şokolad, peçenye, vafli, cem). Bütün bu hallarda bilmək lazımdır ki, onların tərkibində həm də adi karbohidratlar (un, meyvə kütləsi və s.) var. Ona görə də bu qidaları qəbul edərkən vurulan insulinin ona uyğun olması üçün mütləq ÇV-ni hesablamaq lazımdır.

AlkoqolAlkoqolun özünəməxsus təsir əlaməti var, əgər xəstə hər hansı şəkər salıcı dərman o cümlədən insulin qəbul edirsə, bunu bilməlidir. Bu əlamətlər ondan ibarətdir ki, qanda şəkərin miqdarını normadan aşağı salır – hipoqlikemiya yaradaraq həyat üçün təhlükəli olur. Bu hadisə o zaman baş verir ki, spirt qaraciyərdən şəkər ehtiyatının çıxmasının qarşısını alır və bu vaxt insulinin adi ölçüsü artıq olur. Bundan başqa sərxoşluq vəziyyətində hipoqlikemiyanın (şəkər azlığı) ilkin əlamətlərinə diqqət yetirilməyə bilər və onun aradan götürülməsi üçün vaxtında lazımi tədbirlər görülməz. Ona görə də hər bir şəkərli diabet xəstəsi alkoqollu içkilər qəbul edərkən bir neçə müəyyən edilmiş qaydaları bilməlidir.Alkoqol içkiləri ancaq şəkərli diabetin yaxşı kompensasiyası halında (qanda şəkərin normal vəziyyətində) qəbul etmək olar. Çəkisi çox olan kök adamlar alkoqol içkiləri qəbul etməməlidirlər, çünki belə içkilər böyük kaloriyə malikdir.

Page 14: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

13

Bütün içkilər şərti olaraq iki əsas qrupa bölünür. Birinci qrupa tərkibində 40% spirt olan, şəkəri olmayan (araq, konyak, viski) sərt (tünd) alkoqol içkilər daxildir, və “Təhlükə ölçüsü” deyilən bir hədd var ki, onu keçdikdə hipoqlikemiyanın inkişafı üçün təhlükə yaranır. Bu qrup içkilər üçün doza 50-100 ml-dir. Süfrədə mütləq qəlyanaltı qismində karbohidrat tərkibli ərzaqların olmasını bilmək lazımdır. (çörək, kartof və s.).İkinci qrupa tərkibində spirti az, amma şəkər ola bilən içkilər aiddir. Bu qrup içkilərdən şəkərli diabet xəstələrinə tərkibində şəkəri 3-5% dən yüksək olmayan turş (quru-suxie) içkilər, tövsiyə edilir. Bura müxtəlif çaxırlar, turş şampan aiddir. Bu içkilərin isə “təhlükə dozası” 200-250 ml-dir. Ona görə də mütləq şüşənin etiketində olan məlumata diqqət etmək lazımdır. Diabetdə xüsusilə şəkəri əhəmiyyətli dərəcədə artıran içkilərin qəbulu arzuedilməzdir. Bunlar çərəz (desert) və tündləşdirilmiş çaxırlar, likörlər, şirin şampanlardır. Pivə haqqında isə ayrıca məlumat vermək lazımdır. Əgər pivə az miqdarda (300 ml-dən çox olmayaraq) qəbul edilərsə, onda onu “icazə verilən” içkilər qrupuna aid etmək olar, çünki onun tərkibindəki karbohidrat alkoqolun təsirinin qarşını alır. Ona görə də insulinin ölçüsü hesablanarkən buradakı karbohidrat hesaba alınmamalıdır, əks təqdirdə hipoqlikemiya yarana bilər. Alkoqol hipoqlikemiyasının gecikmə kimi bir xüsusiyyətini yadda saxlamaq lazımdır. Belə ki, əgər siz axşam xeyli spirtli içki qəbul etmisinizsə, gecə hipoqlikemiya ağır formada yarana bilər. Ona görə də yatmazdan əvvəl qanda şəkəri müəyyən etmək lazımdır və onun səviyyəsi normal olduqda əlavə olaraq karbohidrat tərkibli qida qəbul edilməlidir. Sonda qeyd etməliyik ki, alkoqolun hipoqlikemiya təsirinə əsaslanaraq heç bir halda onunla insulini əvəz etmək olmaz. Bu doğru deyil və ağır nəticələrə gətirib çıxara bilər. Yuxarıda aydınlaşdırıldığı kimi alkoqol hipoqlikemiyası 1-ci tip şəkərli diabetdə çatmayan insulini heç vaxt əvəz edib özbaşına qanda şəkəri sala bilməz. Ona görə də, əvvəlcədən yüksək olan və qida qəbulundan sonra artan şəkəri insulinsiz heç bir alkoqol aşağı sala bilməz. Həmçinin onun qara ciyərə və digər orqanlara olan təsiri bütünlüklə mənfi nəticələrə gətirib çıxarır.

Page 15: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

14

FİZİKİ İŞ

Fiziki işin ağırlığının diabetə təsiri Təkzibedilməz bir faktdır ki, fiziki işin ağırlığı hipoqlikemiya yaradan səbəblərdən biridir. Bu aşağıda göstərilən səbəbdən yaranır: fəal işləyən əzələlər qandan qlükozanın sorulması üçün az miqdarda insulin tələb edir, yəni onların insulinə olan həssaslığı artır (hüceyrələr – “qıfıl gözləri” insulinlə, yəni “açarla” yaxşı açılır). Əzələlər insan orqanizmində kifayət qədər böyük həcmə malikdir. Ona görə də böyük miqdarda qlükoza, əgər eyni vaxtda çoxlu əzələ qrupları fəal işləyərsə qısa vaxt ərzində qan dövranında yox ola bilər. Buna cavab olaraq, sağlam adamda mədəaltı vəzidə insulin hasilatı azalır və qaraciyərdən şəkərin ixracı artır, amma qanda şəkərin səviyyəsi normal həddə qalır. Diabetli xəstədə isə qanın tərkibində insulinin azalması avtomatik olaraq baş vermir. Ona görə ki, o dəri altından sorulmağa başlayır. Beləliklə, əgər insulinin ölçüsü və qidanın tərkibində karbohidratın miqdarı əvvəlki kimi qalarsa, amma fiziki fəallıq adi vaxtda olduğundan daha yüksək olarsa, onda hipoqlikemiya yarana bilər. Buradan aydın olur ki, qanda şəkərin miqdarını fiziki işin ağırlığı deyil, insulin azaldır. Ona görə də 1-ci tip şəkərli diabetin müalicəsində iş ağırlığı özlüyündə heç də şəkər salıcı vasitə kimi istifadə edilməməlidir. Onu hipoqlikemiyadan qacmaq üçün hesaba almaq lazımdır.Fiziki işlə məşğul olduqda hansı amilləri nəzərə almaq lazımdır? Hər şeydən əvvəl qanda şəkərin ilkin göstəricisi, fiziki işin ağırlığının intensivliyi və müddəti nəzərə alınır.

Fiziki işin ağırlığından əvvəl qanda şəkərin miqdarıFiziki işdən əvvəl qanda şəkər 5 mmol/l olarsa, onda 30 dəqiqəlik fiziki işin ağırlığından sonra (idman, velosipedlə gəzinti və s.) hipoqlikemiyanın yaranma ehtimalı çox yüksək olacaq. Əgər qanda şəkər 8 mmol/l olarsa, onda belə bir ağırlıqdan sonra bəzi adamlarda hipoqlikemiya yarana bilər, bəzilərində isə şəkərin miqdarı sadəcə olaraq 4 mmoll/l düşər. Fiziki işdən öncə qanda şəkər 10

Page 16: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

15

mmol/l olarsa, hipoqlikemiyanın yaranma ehtimalı aşağıdır. Bu zaman ən yaxşı halda şəkər 7 mmol/l-ə qədər düşə bilər. Amma əgər şəkər 18 mmol/l olarsa, hətta qanda şəkər arta bilər və keton hissəcikləri (aseton) yaranar. Bu aşağıda göstərildiyi kimi baş verir. Əzələlərə az miqdarda insulin çatmayacaq (18 mmol/l şəkər bundan xəbər verir). Qlükozanın qanda sorulması üçün bu vacibdir. Bu vəziyyətdə əzələlərin enerjisini təmin etmək üçün qaraciyər şəkər hasilatını artırır, ancaq o insulin çatışmazlığı şəraitində əzələlər tərəfindən mənimsənilməyəcək və beləliklə qanda şəkər daha da artacaq.Bununla əlaqədar olaraq, diabetin sabit saxlanılması pozularsa (dekompensasiya), xüsusən də qanda şəkər 14-15 mmol/l-dən yuxarı qalxarsa fiziki iş tövsiyə edilmir.

Fiziki işin müddəti Müddətinə görə fiziki işin ağırlığı qısa müddətli (1 saata qədər) və uzunmüddətli (1 saatdan çox) olaraq fərqlənir. Fiziki işin ağırlığına təkcə göstərilən müddət ərzində idmanla yox, həm də ev işləri (otaqların təmizlənməsi, paltar yumaq, bağda işləmək və s.) aid edilir.Qısamüddətli fiziki işdə hipoqlikemiyanın qarşısını almaq üçün nə etmək lazımdır? Qısa müddətli iş çox vaxt planlaşdırmadığından insulinin dozası əvvəlcədən hesablanmır. Ona görə də bu işdən əvvəl 1-2 çörək vahidli, gec həzm olunan ərzaq (çörək, meyvə) qəbul edilməlidir. Bəzi hallarda, məsələn daha intensiv ağırlıqlı idman zamanı tez həzm olunan karbohidratdan, hətta onları maye halında istifadə etmək lazımdır. (yarışa başlamazdan əvvəl bir stəkan şirə qəbul etmək)

Page 17: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

16

İnsulinin ölçüsünün azaldılması qaydalarıUzun sürən fiziki işdən sonra bir qayda olaraq orqanizmin insulinə olan tələbatı azalır. Vaxtında insulinin ölçüsünü aşağı salmaq üçün işin ağırlığı əvvəlcədən planlaşdırılır. Əgər xəstə əvvəlki miqdarda çörək vahidi qəbul edərsə, onda həm qısa, həm də uzun təsirli insulinin miqdarını 30-50% azaltmaq olar. Həmçinin qeyd etməliyik ki, uzun sürən fiziki işin ağırlığından sonra (məs: bütün gün ərzində davam edərsə) onun “hipoqlikemiya” təsiri hələ bir müddət, 12-24 saat ərzində müşahidə ediləcək (gecə, sonrakı günün səhəri). Deməli, işdən əvvəl və sonra vurulan insulinlərin dozası aşağı salınmalıdır (bəzən qeyd olunduğu kimi 30-50%). Aşağıda, xəstənin uzun müddət fiziki məşq zamanı insulinin ölçüsünü azaltmaq üçün necə davranması barədə məlumat verilir. (məs: gün ərzində xizəklə dağlara səyahət edərsə): 4.02-də xəstə bütün gün ərzində dağlara səyahət (gəzinti) etməyə hazırlaşır, bu gəzinti səhər yeməyindən sonra başlayır. Bir halda ki, o, adi halda olduğundan artıq yemək istəmir, səhər o həm qısa təsirli insulinin (12-dən 6 vahidədək), həm də uzun təsirli insulinin ölçüsünü (12-dən 6 vahidədək) iki dəfəyə qədər azaldır. Nahar yeməyindən əvvəl (özü ilə buterbrod və meyvə götürüb) o, yenə də qısa təsirli insulin ölçüsünü 50% azaldır (10-dan 5 vahidədək). Şam yeməyi zamanı evə qayıdanda qısa təsirli insulinin ölçüsünü yeməkdən əvvəl yarıyadək (8-dən 4 vahidədək), demək olar ki, o qədər də axşam vurulacaq uzun təsirli insulinin miqdarı (14-dən 8 vahidədək) azaldır. Növbəti gün səhər, yəni 5.02-də o yenə də adi günlərinə nisbətən həm qısa, həm də uzun təsirli insulinin dozasını azaldır (12-dən 10 vahidədək). Nahar yeməyində isə o, səyahətdən (gəzintidən) əvvəl vuruduğu insulin miqdarını istifadə edir. Təəssüf ki, belə və ya başqa növ fiziki işin ağırlığından sonra qanda şəkərin nə qədər azalacağı barədə qəti şəkildə düzgün fikir yürütmək mümkün deyil. Insulinin ölçüsünü azaltmaq və ya əlavə karbohidrat qəbul etməklə hipoqlikemiyanın qarşısının alınacağına tam əmin olmaq olmaz. Ona görə də

Page 18: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

17

mütləq özünüzlə kifayət qədər tez həzm olunan karbohidratlı ərzaq götürün, uzun sürən işin ağırlığı nəticəsində tək bir hipoqlikemiyanın (qanda şəkərin azlığı) baş verəcəyini nəzərdə tutmayın.

İdman və diabetŞəkərli diabet xəstəsinə peşəkərcasına idmanla məşğul olmaq və yarışlarda iştirak etmək olarmı? Şəkərli diabet xəstələrinə idmanın əksər növləri ilə məşğul olmağa icazə verilir. Hətta 1-ci tip şəkər xəstəsi olimpiya çempionu olmuşdur. İdmanın hipoqlikemiya baş verdikdə həyat üçün təhlükə yaradan ekstremal növləri tövsiyə edilmir (məsələn paraşurtla tullanma, alpinizm, təkbaşına sualtı üzgüçülük və s.). Həmçinin, diabetin fəsadlarının olmasını mütləq nəzərə almaq lazımdır. Əgər göz, ayaq tərəfdən fəsad varsa və ya arterial təzyiqin yüksək həddi müşahidə edilirsə, onda xəstə mütləq idmanın hansı növü ilə məşğul olması barədə həkimlə məsləhətləşməlidir. Qeyri-bərabər iş ağırlığında belə vəziyyətdə olan xəstənin halı daha da pisləşə bilər. Məsələn, göz zədələndikdə xəstəyə ağır atletika ilə məşğul olmaq əks göstəricidir. Əgər siz idmanla və ya digər fiziki işlə müntəzəm məşğul olursunuzsa, onda hər dəfə insulinin ölçüsünü azaltmaq haqda fikirləşməyəcəksiniz. Təcrübə qazandıqdan sonra siz artıq belə günlərdə nə qədər insulin vurulacağını biləcəksiniz. Diabet xəstəsi əgər yaxınları ilə birlikdə idmanla məşğul olarsa o, özünü çətinliklərdən xeyli uzaqlaşdırmış olar. Çünki yaxınları diabetin əlamətləri ilə tanışdırlar və xəstədə hipoqlikemiya baş verdikdə nə etmək lazım olduğunu bilirlər.

Page 19: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

18

ÇÖRƏK VAHİDLƏRİ(1Ç/V=10-12qr karbohidrat)

SÜD VƏ SÜD MƏHSULLARI 1Ç/V

1st SÜD 250 ml

1st QATIQ 250 ml

1st XAMA 250 ml (qaymaq)

YOGURT 200 qr

Page 20: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

19

UN MƏHSULLARI * 1Ç/V

1dilim AĞ ÇÖRƏK 20qr

1dilim QARA ÇÖRƏK 25qr

QURUDULMUŞ ÇÖRƏK 15qr

KREKER (quru peçenye) 15qr

1x/q ÜYÜDÜLMÜŞ QURU ÇÖRƏK 15qr

*-bəzi qidalar hansı ki, adları yuxarıda qeyd olunmayıb(məs. düşbərə, perajki, bilini və başqa un məhsulları) onların da tərkibi karbohidrat var. Və bu qidaların Ç/V miqdari onlarin ölçüsünə və reçeptinə görə dəyişir.

Page 21: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

20

MAKARON MƏMULATLARI (bişmiş halda)

2x/q VERMİŞEL,MAKARON, * 15 qr

ƏRİŞTƏ,XƏNGƏL 15 qr

*-bişməmiş halda qeyd olunur, bişmiş halda 2-4 x/q(50qr) = 1Ç/V. Yenədə qidanin ölçüsündən asılıdı.

YARMA MƏHSULLARI

1x/q QARABAŞAQ* 15 qr

Page 22: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

21

0,5 QARĞIDALI 100 qr

3x/q QARĞIDALI 60 qr KONSERVASI

4x/q QARĞIDALI 15 qr

10x/q QARĞIDALI POPKORNI 15 qr

1x/q MANNA* 15 qr

1x/q UN(istənilən) 15 qr

Page 23: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

22

1x/q YULAF (OVSANKA)* 15qr

2x/q OVSYANKA DƏNƏLƏRİ* 20qr

1x/q ARPA YARMASI * 15qr (PERLOVKA)

1x/q DARI (PŞENO) 15qr

1x/q DÜYÜ* 15qr

*-bişməmiş halda qeyd olunur, bişmiş halda 2 x/q(50qr) = 1Ç/V.

Page 24: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

23

KARTOF 1Ç/V

1ədəd orta ölçüdə KARTOF 75qr

2x/q KARTOF 90qr PÜRESİ

2x/q QIZARMIŞ 90qr KARTOF

2x/q KARTOF 25qr ÇİPSİ

Page 25: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

24

MEYVƏLƏR 1Ç/V

2-3 ƏDƏD ƏRİK 110 qr

15ədəd GİLAS 100 qr

1 ədəd böyük HEYVA 140 qr

1 dilim ANANAS 140 qr

1 dilim QARPIZ 270 qr

Page 26: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

25

1 ədəd orta PORTAĞAL 150 qr

1/2 ədəd orta BANAN 70 qr

12 ədəd orta ÜZÜM 70 qr

15 ədəd ALBALI 90 qr

1 ədəd orta NAR 170 qr

1/2 ədəd iri QREYFRUT 170 qr

1 ədəd kiçik ARMUD 90 qr

Page 27: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

26

1 dilim YEMİŞ 100 qr

8x/q BÖYÜRTİKAN 140 qr

1 ədəd ƏNCİR 80 qr

1 ədəd iri KİVİ 110 qr

10 ədəd orta ÇİYƏLƏK 160 qr

6x/q KRİJOVNİK 120 qr

Page 28: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

27

8x/q MORUQ 160 qr

2-3 ədəd orta MANDARİN 150 qr

1 ədəd orta ŞAFTALI 120 qr

3-4 ədəd orta GAVALI 90 qr

7 ç/q QARAĞAT 120 qr

Page 29: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

28

1/2 ədəd orta XURMA 70 qr

7 çay qaşığı QARAGİLƏ 90 qr ÇERNİKA

1 ədəd kiçik ALMA 90 qr

1/2 stəkan MEYVƏ SOKU 100ml

MEYVƏ QURUSU 20 qr

Page 30: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

29

TƏRƏVƏZ, PAXLALAILAR VƏ QOZ 1Ç/V

3ədəd orta KÖK 200 qr

1ədəd orta ÇUĞUNDUR 150 qr

1x/q quru PAXLALI 20 qr

7x/q təzə NOXUD 100 qr

Page 31: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

30

3x/q LOBYA 50 qr

QOZ 60-90 qr**-növündən asilidi

Ət məhsulları 1Ç/V

2-3dilim KOLBASA 100qr

2-3dənə SOSİSKA 100qr

Page 32: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

31

1ədəd orta KOTLET 100qr

BAŞQA QİDALAR 1Ç/V

2x/q ŞƏKƏR TOZU 10 qr

2dənə QƏND 10 qr

1st KVAS 250 ml

DONDURMA 65 qr

Page 33: Mündəricat - Life for a Child · mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında uyğunsuzluq yaradırdı. Lakin son vaxtlar tibb

32

ŞOKOLAD 20 qr

BAL 12 qr

1 Çörək vahidinin tərkibində (Ç/V) 10-12 qr karbohidrat (k/h) var. Qida məhsullarının tərkibində k/h olduğu üçün Ç/V ilə hesablanır. Hər bir şəkərli diabetlə xəstə olan insan fərdi qidalanma planın sutkalıq kaloriyə və karbohidrat vahidinə (çörək vahidinə) görə hesablamağı bacarmalıdır. Bir dəfəyə qəbul olunacaq qidanın ümumi dəyəri 7Ç/V dən artıq olmamalıdır. Fərdi olaraq Insulinə təlabat sutka ərzində müxtəlif dəyişkənlikdə olur.