Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və...

55
D230 saylı Blok üzrə Seysmik Tədqiqat Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi Fəsil 5 Ətraf Mühitin v Sahənin Təsviri 5 Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1 Giriş..............................................................5-2 5.2 Məlumat mənbələri..................................................5-2 5.3 Biofiziki mühit....................................................5-3 5.3.1 Geologiya və seysmiklik.........................................5-3 5.3.2 Meteorologiya və iqlim..........................................5-4 5.3.3 Batimetriya və okeanoqrafiya....................................5-5 5.3.4 Dəniz dibinin fiziki və kimyəvi mühiti..........................5-9 5.3.5 Dəniz dibinin bioloji mühiti...................................5-11 5.3.6 Su sütunun fiziki və kimyəvi mühiti............................5-11 5.3.7 Su sütununun bioloji mühiti....................................5-14 5.3.8 Xəzər suitiləri................................................5-25 5.3.9 Qışlayan, köçəri və yuvalayan quşlar...........................5-28 5.3.10................Təbiətin mühafizəsi üçün əhəmiyyət daşıyan sahələr 5-33 5.4 Sosial-iqtisadi mühit.............................................5-33 5.4.1 Qısa məlumat...................................................5-33 5.4.2 Balıqçılıq təsərrüfatları......................................5-34 5.4.3 Gəmiçilik və naviqasiya........................................5-37 5.4.4 Dəniz infrastrukturu...........................................5-37 5.4.5 Turizm və əyləncə məkanları....................................5-37 Şəkillərin siyahısı Şəkil 5.1:. Xəzər dənizinin Şimal, Mərkəzi və Cənub Hövzələrinin yerləşdiyi ərazi 5-6 Şəkil 5.2:..Mart, aprel, iyun, iyul, sentyabr, oktyabr və noyabr aylarında qeydə alınmış səthdəki axınlar..........................................5-8 Şəkil 5.3:.....................Xəzər dənizi boyu çöküntünün çirklənməsi 26 5-10 Şəkil 5.4:......................Xəzər dənizi boyu səthdə orta temperatur 5-12 Şəkil 5.5:............Xəzər dənizində dəniz səthinin duzluluq səviyyələri 5-13 Şəkil 5.6:...2007-ci ildə Xəzər dənizi boyu aylıq Xlorofil A konsentrasiyaları 5-15 Şəkil 5.7:...Siyənək/şişqarın, kefal, nərə və kilkə balıqlarının miqrasiya marşrutları............................................................5-21 Şəkil 5.8:.....................Xəzər suitisinin yaz və payız miqrasiyası 5-27 Şəkil 5.9: Cənub-qərbi Xəzər sahilində yerləşən Mühafizə Olunan Ərazilər və Mühüm Ornitoloji Ərazilər və Quşların Miqrasiya Marşrutları............5-32 Şəkil 5.10:.Lisenziyalı balıq ovu sahəsi və Tədqiqat Sahəsinin yaxınlığında balıq vətəgələri.......................................................5-36 Dekabr 2018-ci il Yekun variant

Transcript of Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və...

Page 1: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

5 Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri

Mündəricat

5.1 Giriş.......................................................................................................................................... 5-25.2 Məlumat mənbələri................................................................................................................... 5-25.3 Biofiziki mühit............................................................................................................................ 5-3

5.3.1 Geologiya və seysmiklik......................................................................................................5-35.3.2 Meteorologiya və iqlim........................................................................................................5-45.3.3 Batimetriya və okeanoqrafiya..............................................................................................5-55.3.4 Dəniz dibinin fiziki və kimyəvi mühiti...................................................................................5-95.3.5 Dəniz dibinin bioloji mühiti.................................................................................................5-115.3.6 Su sütunun fiziki və kimyəvi mühiti...................................................................................5-115.3.7 Su sütununun bioloji mühiti...............................................................................................5-145.3.8 Xəzər suitiləri.................................................................................................................... 5-255.3.9 Qışlayan, köçəri və yuvalayan quşlar................................................................................5-285.3.10 Təbiətin mühafizəsi üçün əhəmiyyət daşıyan sahələr.......................................................5-33

5.4 Sosial-iqtisadi mühit................................................................................................................5-335.4.1 Qısa məlumat...................................................................................................................5-335.4.2 Balıqçılıq təsərrüfatları......................................................................................................5-345.4.3 Gəmiçilik və naviqasiya.....................................................................................................5-375.4.4 Dəniz infrastrukturu...........................................................................................................5-375.4.5 Turizm və əyləncə məkanları............................................................................................5-37

Şəkillərin siyahısı

Şəkil 5.1: Xəzər dənizinin Şimal, Mərkəzi və Cənub Hövzələrinin yerləşdiyi ərazi .........................5-6Şəkil 5.2: Mart, aprel, iyun, iyul, sentyabr, oktyabr və noyabr aylarında qeydə alınmış səthdəki axınlar 5-8Şəkil 5.3: Xəzər dənizi boyu çöküntünün çirklənməsi26.................................................................5-10Şəkil 5.4: Xəzər dənizi boyu səthdə orta temperatur....................................................................5-12Şəkil 5.5: Xəzər dənizində dəniz səthinin duzluluq səviyyələri.....................................................5-13Şəkil 5.6: 2007-ci ildə Xəzər dənizi boyu aylıq Xlorofil A konsentrasiyaları....................................5-15Şəkil 5.7: Siyənək/şişqarın, kefal, nərə və kilkə balıqlarının miqrasiya marşrutları.......................5-21Şəkil 5.8: Xəzər suitisinin yaz və payız miqrasiyası......................................................................5-27Şəkil 5.9: Cənub-qərbi Xəzər sahilində yerləşən Mühafizə Olunan Ərazilər və Mühüm Ornitoloji Ərazilər və Quşların Miqrasiya Marşrutları.......................................................................................5-32Şəkil 5.10: Lisenziyalı balıq ovu sahəsi və Tədqiqat Sahəsinin yaxınlığında balıq vətəgələri.....5-36Şəkil 5.11: Gəmiçilik marşrutları və dəniz infrastrukturları..........................................................5-38Şəkil 5.12: Tədqiqat Sahəsinin daxilində və ya yaxınlığında istirahət və əyləncə yerləri............5-39

Cədvəllərin siyahısı

Cədvəl 5.1: Mərkəzi və Cənubi Xəzər dənizində tədqiqatlar zamanı müşahidə olunmuş fitoplankton növləri 5-16Cədvəl 5.2: Mərkəzi və Cənubi Xəzər dənizində müşahidə olunmuş zooplankton növləri...........5-17Cədvəl 5.3: Mərkəzi Xəzərdə mövcud olacağı gözlənilən balıq növlərinin xülasəsi.....................5-22Cədvəl 5.4: Azərbaycanın sahilyanı zonası boyu yerləşmiş MOS-lar..........................................5-28Cədvəl 5.5: Tədqiqat Sahəsinə ən yaxın MOS-larda mövcud olan quş növləri............................5-30

Dekabr 2018-ci ilYekun variant

Page 2: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

5.1 Giriş

Bu Fəsildə Layihə və seysmik tədqiqat əməliyyatlarının təsirinə məruz qala bilən daha geniş sahə (Fəsil 3-də müəyyənləşdirildiyi kimi “Layihənin Təsir Sahəsi” və ya “Tədqiqat Sahəsi”) ilə əlaqədar ətraf mühitin və sosial-iqtisadi sahənin ilkin vəziyyəti təsvir edilir. Fəsilin məqsədi Layihə fəaliyyətlərinin potensial təsirlərinin 3-cü fəslində müəyyənləşdirilmiş qiymətləndirmə metodologiyasına müvafiq olaraq qiymətləndirilməsinə şərait yaratmaq üçün kifayət qədər məlumatı təchiz etməkdir. Buna görə, hazırki Fəslin tətbiq sahəsi və mündəricatı iş həcminin müəyyənləşdirilməsi prosesi ərzində təyin edilmiş gözlənilən qarşılıqlı ekoloji və sosial-iqtisadi təsirlərin əsasında müəyyən olunmuşdur.

Abşeron yarımadasına və Abşeron regionuna, Bakı şəhərinə, süni şəkildə yaradılmış sənaye qəsəbəsi olan Neft Daşlarına və digər əsas sahilyanı sahələrə, o cümlədən, qəsəbələrə nisbətdə D230 saylı Blok üzrə Seysmik Tədqiqat Sahəsinin yerləşdiyi sahə Şəkil 1.1-də təqdim edilmişdir. Şəkil 1.1-də həmçinin, digər neft və qaz yataqları və beynəlxalq təyinatlı Müstəsna İqtisadi Zonanın (MİZ) sərhədləri təsvir edilmişdir.

5.2 Məlumat mənbələri

Bu Fəsil aşağıdakıların əsasında hazırlanmışdır:

Xəzər dənizinin Azərbaycan sektorunda Tədqiqat Sahəsinin daxilində və və ya ona yaxın məsafədə aparılmış layihələr üçün tamamlanmış BP-nin və üçüncü tərəfin digər mövcud ƏMSSTQ sənədlərinin, o cümlədən, aşağıdakıların nəzərdən keçirilməsi:

o Azəri, Çıraq və Günəşli (AÇG) üzrə ƏMSSTQ sənədləri və Ekoloji Texniki Sənədlər (ETS). AÇG Kontrakt Sahəsi D230 saylı Blok üzrə Seysmik Tədqiqat Sahəsindən təxminən 75km cənubda yerləşir. AÇG Sualtı ixrac boru kəmərləri dənizdəki AÇG Kontrakt Sahəsində olan beş hasilat platformasını qurudakı Səngəçal Terminalına birləşdirir. Nəzərdən keçirilmiş AÇG üzrə ƏMSSTQ və ETS-lərə aşağıdakılar daxildir:

Azəri Mərkəzi Şərqi üzrə ƏMSSTQ1

AÇG Regional Seysmik Tədqiqat üzrə ƏMTQ, 20152 Şərqi Azəridə 4Ö Seysmik Tədqiqat üzrə ƏMTQ, 20113

Çıraq Neft Layihəsi üzrə ƏMSSTQ, 20104

AÇG Faza 1-3 üzrə ƏMSSTQ sənədləri, 2002 - 20045,6,7

o D222 saylı Blok Yalama üzrə ƏMSSTQ. Yalama Bloku D230 saylı Blokdan təxminən 80km şimal-qərbdə yerləşir. Seysmik tədqiqat 2004 və 2008-ci illərdə tamamlanmış və bir sıra kəşfiyyat quyuları üçün ƏMTQ sənədi hazırlanmışdır; quyulardan ikisi 2009-cu ilədək qazılmışdır8.o Abşeron Yarımadasının Dayazsulu Sahəsində (AYDS) 2Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ. AYDS Kontrakt Sahəsi D230 saylı Blokdan təxminən 50km cənub-qərbdə yerləşir və sahilyanı ərazidən suyun dərinliyinin təxminən 40m təşkil etdiyi sahələrə qədər uzanır. 2Ö

1 AECOM, 2018, Azəri Mərkəzi Şərqi üzrə Ətraf Mühitə və Sosial-Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ)

2 AECOM, 2015, AÇG Regional Seysmik Tədqiqatı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ)

3 Azərbaycanın Ekologiya və Texnologiya Mərkəzi (AETM), 2011. Şərqi Azəri üzrə 4Ö Seysmik Tədqiqat üçün ƏMTQ

4 URS, 2010, Çıraq Neft Layihəsi üçün Ətraf Mühitə və Sosial-Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ)

5 URS, 2002. Azəri, Çıraq və Günəşli Yataqlarının Tammiqyaslı İşlənməsi, Faza 1 ƏMSSTQ.

6 RSK, 2002. Azəri, Çıraq və Günəşli Yataqlarının Tammiqyaslı İşlənməsi, Faza 2 ƏMSSTQ.

7 URS, 2004, Azəri, Çıraq və Günəşli Yataqlarının Tammiqyaslı İşlənməsi, Faza 3 ƏMSSTQ.

8 Blok D-222 Yalama üzrə ƏMSSTQ, 2008

Dekabr 2018-ci ilYekun variant

2

Page 3: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

seysmik tədqiqat zamanı AYDS Kontrakt sahəsinin daha dərin sularına və suyun dərinliyinin təxminən 10m-dən artıq olduğu ətrafdakı sahələrə diqqət yetirilmişdir9.o AYDS 3Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ. 3Ö seysmik tədqiqat zamanı AYDS Kontrakt Sahəsinin daha dayaz (dərinliyi təxminən 25m-dən az olan) sularına və ətrafdakı sahilyanı və quru sahələrə diqqət yetirilmiş və qurudakı tədqiqat sahələri də buraya daxil olmuşdur10.o Şahdəniz (ŞD) 2 Layihəsi üzrə ƏMSSTQ. ŞD Kontrakt Sahəsi D230 saylı Blokdan təxminən 100km cənub-qərbdə yerləşir və hazırda istismarda olan bir platformadan ibarətdir. ŞD2 Layihəsi yeni platforma kompleksindən, boru kəmərlərindən və atqı xətlərindən ibarət olacaqdır11.o Bahar Qum Dəniz üzrə ƏMSSTQ. Bahar Qum Dəniz Kontrakt Sahəsi D230 saylı Blokdan təxminən 100km cənub-qərbdə yerləşir. Kəşfiyyat xarakterli fəaliyyətləri (məsələn, seysmik tədqiqatı, kəşfiyyat quyusunun qazılmasını və geotexniki tədqiqatları) həyata keçirmək məqsədilə icazə almaq üçün ƏMSSTQ hazırlanmış və toplanmış əsas məlumatlar oraya daxil edilmişdir12.o AÇG və ŞD Kontrakt Sahələrində və AÇG Kontrakt sahəsindən sahilədək AÇG boru kəməri dəhlizi boyu həyata keçirilən Regional Ekoloji Monitorinq Proqramının (EMP) tərkib hissəsi kimi BP tərəfindən toplanmış məlumatlar.

Yerli mütəxəssislərlə məsləhətləşərək toplanılmış ikinci dərəcəli məlumatlar, o cümlədən:

o D230 saylı Blokun Seysmik Tədqiqat Sahəsi ilə əlaqədar başlıqlara və balıqçılıq təsərrüfatlarına aid mövcud məlumatların balıqlar və balıq təsərrüfatları üzrə yerli mütəxəssis olan Tamara Zərbəliyeva tərəfindən nəzərdən keçirilməsi; vəo Xəzər suitilərinə aid ən son mövcud məlumatların Milli Tarix Muzeyinin suitilər üzrə tanınmış mütəxəssisi Tariyel Eybətov tərəfindən nəzərdən keçirilməsi.

İkinci dərəcəli məlumatlar və internetdə ictimaiyyətin açıq istifadə edə biləcəyi ədəbiyyat, o cümlədən, Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN); Birləşmiş Millətlər Təşkilatının Ekologiya Proqramı Qlobal Beynəlxalq Suların Qiymətləndirilməsi (UNEP / GIWA), BirdLife International; Qoruq Ərazilər Barədə Ümumdünya Məlumat Bazası (WDPA) və Casp Info tərəfindən nəşr edilmiş hesabatlar.

Hazırda D230 saylı Blok üçün əsas tədqiqat məlumatları mövcud deyil.

5.3 Biofiziki mühit

5.3.1 Geologiya və seysmiklik

5.3.1.1 Tektonik vəziyyət

Xəzərə regionunda üstünlük təşkil edən geoloji strukturlar Qafqaz sıra dağlarının, Xəzər və qurudakı qonşu regionları əmələ gətirmiş əlaqədar hövzə və yayla strukturların formalaşması ilə nəticələnmiş Ərəbistan və Hindistan kontinental plitələrinin arasında tektonik hərəkət müddətində əmələ gəlmişdir. Sonrakı (əsasən Son Pliosen dövründə) tektonik sıxılma müddətləri bir neçə antiklinal (yuxarı istiqamətdə qalxmış qırışıqlar) əmələ gətirərək bir neçə qırışıq strukturu yaranması ilə nəticələnmişdir5.

Xəzər hövzəsi dünyada ən böyük kontinental göl sistemlərindən biridir. Cənubi və Mərkəzi Xəzər hövzələrini bir-birindən ayıran Abşeron qılıcı Mərkəzi Xəzər hövzəsi boyunca uzanaraq onun cənub hüdudunu müəyyənləşdirən Abşeron-Prebalkan 2-ci qalxım zonasının13 dəniz dibindəki təzahürü hesab edilir.

9 AECOM, 2015, AYDS 2Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ

10 AECOM, 2015, AYDS 3Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ

11 URS, 2013, ŞD2 Layihəsi üzrə ƏMSSTQ

12 Bahar Energy Ltd şirkətinin adından Ekol, 2012, Bahar Qum dəniz layihəsi üzrə ƏMTQ

13 Azərbaycan Ekologiya və Texnologiya Mərkəzi (AETC), 2011. Şərqi Azəri 4Ö Seysmik Tədqiqat üzrə ƏMTQ

Dekabr 2018-ci ilYekun variant

3

Page 4: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

5.3.1.2 Regional geologiya və seysmiklik

Son dövr geoloji ardıcıllığı allüvial delta qumdaşı və göl şistinin çökməsi ilə xarakterizə olunur. Altı milyon ildən on milyon ilə qədər müddətdə baş vermiş 8km çökmənin sürəti yüksək olmuşdur. Az maili, göl hövzəsində pliosen çöküntüsü regional miqyasda yayılan qumdaşı təbəqələri əmələ gətirmişdir. Əsasən iqlim dəyişikliyinin səbəb olduğu gölün səviyyəsindəki dəyişkənliklərin nəticəsində Volqa deltası sürətlə irimiqyaslı eroziyaya məruz qalaraq yerini dəyişmiş və eninə uzanan göl şist və qum qatları aşağı qradiyentli göl hövzəsinə çökmüşdür. Mərkəzi Xəzərin struktur geologiyası qərbdə və cənub-qərbdə Böyük Qafqazın qırışıq qurşağı və şərqdə və cənub-şərqdə Qaraboğaz regional özül çıxıntısı ilə sərhədlənir. Hövzənin şimal sərhədi Karpinski qılıcı və Manqışlaq qırışıq zolağı boyu uzanır14. Mərkəzi Xəzərin əsas xüsusiyyəti D230 saylı Blokdan şimalda yerləşən təcrid olunmuş Dərbənd çökəkliyidir.

Avrasiya kontinental şelfinin bir hissəsi olan Xəzər regionunun Ərəbistan və Hindistan kontinental plitələri ilə toqquşan tava sərhədinə malik olması regionunun, bir qayda olaraq, zəlzələlər və vulkanik proseslər ilə müşayiət olunan nisbətən yüksək səviyyəli seysmik aktivliyə məruz qalması ilə nəticələnir. Xəzər dənizində tektonik fəaliyyət çoxlu sayda regional mikroplitələrin və daha kiçik plitələrin qovuşduğu Abşeron qılıcı boyu mərkəzləşmişdir. Cari neotektonik (daha yaxın dövrə aid) proseslər Xəzər regionunda bu plitələrin ildə 1,8sm sıxılan hərəkətlərinə gətirib çıxarır15.

1996-cı ildə region üçün aparılmış seysmik qiymətləndirmə zamanı e.ə. 650-ci ildən 1996-cı ilədək 565 zəlzələnin baş verdiyi müəyyən edilmiş və 1668-ci ildən bəri baş vermiş doqquz mühüm zəlzələnin (maqnitudası16 6-7,7 bal) parametrləri daxil edilmişdir. Tarixi göstəricilərinə və seysmik aktivliyinin yüksək səviyyədə olmasına baxmayaraq, seysmik episentrlərin əksəriyyəti sərhədlərə yaxın ərazilərdə qeydə alındığından, Xəzər hövzəsində seysmik aktivliyin orta səviyyədə olması barədə məlumat verilmişdir17. Peyk kommunikasiya sistemləri olan müasir telemetrik stansiyalardan istifadə etməklə 2000-ci ilin əvvəllərindən bəri regionun seysmik monitorinqi davam etdirilir. 1996-cı ildə aparılmış tədqiqatdan sonra 2000-ci ildə 6,8 maqnitudalı zəlzələ də daxil olmaqla, Azərbaycan ərazisində maqnitudası >5 olan əlavə yeddi zəlzələ baş vermişdir18.

5.3.2 Meteorologiya və iqlim

5.3.2.1 Temperatur və yağıntı

Xəzər dənizi regionu iqlim baxımından müxtəlif bir regiondur və şərqdə Qazaxıstan və Türkmənistanın nəhəng yarımquraq və isti quraq düzlərinin hövzələrini və cənub-qərbdə rütubətli Qafqaz və Elbrus dağlarını əhatə edir. Xəzər dənizi atmosfer proseslərində, regional su balansı və mikroiqlimdə əhəmiyyətli rol oynayır. Xəzər regionunda iqlim şəraitləri temperatur, rütubətlilik və yağıntıda dəyişikliklərə təsir göstərən Şimal Atlantik dəyişməsi (atmosfer havasının təzyiqində dəyişikliklər) ilə əlaqəlidir.

Kosarev və Yablonskayaya görə19, Xəzər üçün orta hava temperaturu yay fəsli ərzində adətən 25,50C-dək yüksəlir və qışda 00C-yə düşür. Cənubi Xəzərin Azərbaycanın yerləşdiyi qərb hissəsində temperatur rejimində illik dəyişikliklər xeyli olur, amma ümumiyyətlə hava temperaturlarının donma temperaturundan aşağı olması qeyri-adi hal sayılır.

14 http://www.cgg.com/technicalDocuments/cggv_0000022202.pdf 24 avqust 2016-cı ildə ildə istifadə olunmuşdur

15 Karabanov, Geologiya İnstitutu, şəxsi yazışma.

16 Maqnituda zəlzələnin nisbi ölçüsünü xarakterizə edən rəqəmdir. Maqnituda seysmoqrafın qeydə aldığı maksimum hərəkətin ölçülməsinə əsaslanır.

17 Əziz Zəncani, Asiyə və Qüds, Abdülrza və Sübuti, Fərhad və Berqman, Erik və Mürtəzanejad, Qulamrza və Pristli, Keyt və Mədənipur, Səid və Rzaiyan, Mahnaz (2013-cü il). Cənubi Xəzər hövzəsinin qərb sahilində və Talış dağlarında seysmiklik. Beynəlxalq geofizika jurnalı. 10.1093/gji/ggt299.

18 https://earthquaketrack.com/r/caspian-sea-offshore-azerbaijan/

19 Kosarev A.N. və Yablonskaya E.A. 1994. Xəzər dənizi. SPB nəşriyyatı, Haaqa. AETC-də qeyd olunub,2011

Dekabr 2018-ci ilYekun variant

4

Page 5: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Yağıntının miqdarı Xəzər regionunun hər tərəfində yüksək dərəcədə fərqlidir. Ən yüksək yağıntı ayları sentyabr və aprel arasındadır və ən yüksək aylıq orta yağıntının miqdarı 35 mm-ə qədər ola bilər. Ən quru aylar olan iyul – avqust aylarında aylıq orta yağıntının miqdarı 7 – 8 mm arasında dəyişir2. Azərbaycanın açıq dəniz sahəsində illik orta yağıntının miqdarı təxminən 300-400 mm təşkil edir.

5.3.2.2 Külək

Xəzərdə külək rejimi üç faktorla müəyyənləşdirilir; atmosfer havasının sirkulyasiyası, temperatur sahəsinin qradiyenti və sahilyanı relyef.

Xəzər dənizində küləyin orta illik sürəti təxminən5-6m/san civarındadır. 6-7 m/san həddində ən böyük orta sürətlər Mərkəzi Xəzərdə müşahidə olunur20. 8-9 m/san civarında ən yüksək illik orta külək sürətləri Abşeron yarımadası ətrafında müşahidə olunur və eyni zamanda burada 60-80 gün/il olmaqla ən çox küləkli günlər (küləyin sürəti 15 m/san-dən artıq olan) olur. Güclü küləklər və qasırğalar ilin istənilən vaxtında qalxa bilər, amma belə küləklər və qasırğalar qış ayları ərzində daha ümumi xarakter daşıyır. Ümumiyyətlə, 5 m/s-dən daha böyük küləklər Abşeron yarımadası rayonunda ilin 37%-i üçün baş verir. 10 m/s-dən daha böyük küləklər ilin 18%-i üçün baş verir və bununla belə 20 m/s-dən artıq güclü küləklər nadir hallarda baş verən küləklər deyil12.

5.3.2.3 Görünmə dərəcəsi

Rütubətlə doymuş hava qış ayları ərzində cənub-qərbi Xəzərdə bir nöqtəyə toplanaraq dumanlı vəziyyətlərin yaranmasına səbəb olur. İlin təxminən 10%-i ərzində əsasən də oktyabr və may ayları arasında belə vəziyyətlərin baş verməsi ehtimalı çox olur21

5.3.3 Batimetriya və okeanoqrafiya

Xəzər dənizi yerüstü səthi təxminən 371,000km2 olan yer üzərində ən iri qapalı su hövzəsidir. O çoxlu sayda çaylardan qidalanır; bunlardan ən irisi şimalda yerləşən Volqadır. Dəniz üç hövzədən təşkil olunmuşdur: şimal, mərkəzi və cənub hövzələri (Şəkil 5.1-ə baxın). Şimal hövzəsi kiçikdir (ümumi yerüstü sahənin təxminən 25%-ni təşkil edir) və çox dayazdır. Mərkəzi və cənub hövzələrinin də yerüstü sahələri eynidir. Lakin cənub hövzəsi daha dərindir və suyun həcmi mərkəzi hövzədəki suyun həcminin iki misli qədərdir. Cənub hövzəsində qeydə alınmış ən böyük dərinlik sadəcə 1000m-dən bir qədər artıqdır.

Mərkəzi və cənub hövzələri ayıran Abşeron qılıcı Abşeron yarımadasından Türkmənistanın şərq sahillərindəki Xəzər yarımadasına qədər uzanan nisbətən dayaz sulu (50metrdən 300 metrədək dərinliyi olan) ensiz hissədir. Tədqiqat Sahəsi Mərkəzi Hövzənin cənubunda yerləşmişdir.

20 http://www.caspinfo.net/content/content.asp?menu=0140000_000000. Sentyabr 2016-cı ildə ildə istifadə olunmuşdur

21 Vei Şi və Menqhua Vanq, 2010, ‘Orta həlletmə qabiliyyətli təsvir alan spektroradiometr ilə okeanın rənginin müşahidələri əsasında qlobal okean bulanıqlığının xarakterizasiyası’

Dekabr 2018-ci ilYekun variant

5

Page 6: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Şəkil 5.1: Xəzər dənizinin Şimal, Mərkəzi və Cənub Hövzələrinin yerləşdiyi ərazi 22

5.3.3.1 Dənizin səviyyəsi

Son bir neçə onilliklər boyu bir neçə metr hündürlüyündə dəyişikliklər də daxil olmaqla, son bir neçə yüz il ərzində Xəzər dənizində suyun səviyyəsində əhəmiyyətli enib-qalxmalar baş vermişdir. Xəzər dənizi suyunun səviyyəsi dünya okeanlarının qlobal orta dəniz səviyyəsindən aşağı olan dünyanın az sayda su hövzələrindən biridir. Dənizin səviyyəsində enib-qalxma çayların (əsasən, ümumi axının 70%-ni təşkil edən Volqa çayının) su axınında dəyişikliklərin, yağıntının, buxarlanma nəticəsində itkinin, Türkmənistanda Qara-Boğazgölə tullantıların nəticəsidir. Son tədqiqat zamanı 1979–1995-ci il müddəti ərzində Xəzər dənizində suyun səviyyələrinin təxminən 12,74 sm/il artdığı və 1996–2015-ci il müddəti ərzində təxminən 6,72 sm/il azaldığı müəyyən edilmişdir23. Tədqiqat zamanı Xəzərdə son buxarlanma intensivliyinin son illərdə dəniz səviyyəsinin aşağı düşməsinə əhəmiyyətli təsir göstərdiyi müəyyənləşdirilmiş və Xəzər dənizində buxarlanma intensivliyinin artmasının yaxın gələcəkdə dəniz 22 Aladin, N. və Plotnikov I., 2004, Xəzər dənizi. Göl hövzəsinin idarə edilməsi təşəbbüsü, Tematik sənəd

23 Çen, J. L., T. Pekker, C. R. Uilson, B. D. Tapli, A. G. Kostianoy, J.-F. Kreto, və E. S. Səfərov (2017), Xəzər dənizinin səviyyəsində uzunmüddətli dəyişiklik, Geofiz. Rez. Lett., 44, 6993–7001, doi:10.1002/2017GL073958

Dekabr 2018-ci ilYekun variant

6

Şimalı Xəzər

Mərkəzi Xəzər

Cənubi Xəzər

Page 7: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

səviyyəsinin daha da azalmasına gətirib çıxaracağı proqnozlaşdırılmışdır. Hazırda Xəzər dənizinin səviyyəsi dəniz səviyyəsindən təxminən 28m aşağıdır.

5.3.3.2 Dalğa və cərəyan rejimi

Xəzər dənizinin əsas fərqli xüsusiyyətləri onun dünya okeanlarından təcrid olunması və kontinent daxilində yerləşməsidir. Xəzər qabarmalar/çəkilmələr olmayan dənizdir və burada axınlara əsasən külək, dənizdibi relyef, suyun sıxlığı və Şimali, Orta və Cənubi Xəzər sahələri arasında bir qədər izolyasiyaya gətirib çıxaran temperatur dəyişiklikləri təsir göstərir16. Nəticədə yaranan böyük miqyaslı atmosfer sirkulyasiya konfiqurasiyasına Şimali və Orta Xəzərdə saat əqrəbinin əksinə hərəkət edən iki axın və Cənubi Xəzərdə qərbi antisiklon və şərqi siklon dairələri daxildir. Kosarev və Yablonskayaya görə16, Xəzər dənizinə axan çaylar axın rejiminə təsir göstərərək Orta Xəzərin qərb sahili boyunca aşağı istiqamətli cənub axını yaradır və şərq sahilinə doğru əks axın, o cümlədən Xəzər dənizinin cənub-qərb istiqamətində kiçik qalıq axınlar əmələ gətirir.

Xəzər dənizində üstünlük təşkil edən dalğa hündürlükləri nisbətən aşağıdır və kiçik qabarmalar yaradır və bu, dənizin qapalı xarakteri və qabarmaların olmaması ilə bağlıdır. Ümumiyyətlə, dalğa rejimi üstünlük təşkil edən külək rejimlərinə riayət edir. Ən böyük dalğanın inkişafı Orta Xəzər hövzəsinin qərb hissəsində və Abşeron silsiləsinin mərkəzi hissəsində baş verir. Abşeron yarımadasının sahil və sahilyanı morfologiyasının təsiri altında güclü şimal-qərb küləkləri şərqi sahilyanı sahəyə və dənizin şimal-qərbinə istiqamətlənən dalğalar yaradır.

Ümumiyyətlə, Abşeron regionunda dalğaların hündürlüyü 2m-dən azdır24. Qasırğa şəraitlərində Neft Daşları ərazisində (Abşeron yarımadasının qərbində) dalğanın hündürlüyü 8-9m-ə çata bilər. Xəzər regionunda qasırğalar şimal-qərb / şimal ox boyunca əsə bilər. Daha böyük dalğaların əmələ gəldiyi sahə Mərkəzi Xəzər hövzəsinin qərb hissəsindən aşağıya doğru və Abşeron qılıcının mərkəzi hissəsi boyu uzanır.

Cərəyanı əmələ gətirən mexanizm geriyə Şimali Xəzər hövzəsinə qədər izlənilə bilər. Burada, çox soyuq qış hava temperaturu, dayaz sular və çayların iri allüvial təsirləri sürətlə buzun əmələ gəlməsinə və Mərkəzi Xəzər hövzəsi ilə sərhəddə soyuq, sıx su kollektorunun formalaşmasına gətirib çıxarır.Soyuq su qış zamanı aşağı təzyiq muldası ilə əlaqədar siklon küləklərin təsiri altında Mərkəzi Xəzər hövzəsinin qərbi boyu nəql olunur. Komponent çökür və Mərkəzi Xəzər hövzəsinin dib sularını yuyur, lakin normal illərdə Abşeron kandarının qərb hissəsi boyu və qarışdığı və çökdüyü görünən Cənubi Xəzər hövzəsinə doğru iri həcm özünə yol açır. Abşeron kandarının şərq hissəsi boyu Cənubi Xəzər hövzəsinin nisbətən ilıq olan əks axını soyuq su axınını tarazlaşdırır10.

Abşeron şelfinin qeyri-müntəzəm dərinliyə malik olması qış mövsümi axınını əlavə olaraq çətinləşdirir. (Dərinliyin adətən 150m-dən az olduğu) şərq tərəfi ilə müqayisədə (maksimum dərinliyin 200m-dən artıq olduğu) qərb tərəfdə şelf daha dərindir. Buna görə, soyuq su giriş axını ilıq su çıxış axınının səviyyəsinin altına nüfuz edir. Bunun qərb istiqamətində axın üçün şərq şelfinin kontinental yamacı boyu cərəyanlara səbəb olduğu güman edilir10.

Tədqiqatı Sahəsində səth axınlarının istiqaməti və sürəti il ərzində dəyişir. Abşeron yarımadasının yaxınlığında mart, aprel, iyun, iyul, sentyabr, oktyabr və noyabr ayları ərzində gözlənilən sirkulyasiya dəyişkənliyi Şəkil 5.2-də təsvir edilir25. Mart ayının əvvəlində şimal istiqamətində güclü axınlar müşahidə edilə bilər, daha sonra isə yay mövsümündə bu axınlar sahilə yaxın yerlərdə daha kiçik saat əqrəbinin əksinə olan sirkulyasiya sahələri ilə əvəz edilir. Cənub istiqamətində güclü axınlar Noyabr ayında, qış mövsümünün başlanğıcında yenidən başlayır.

5.3.3.3 Qasırğa zamanı qabarmalar

Qasırğa zamanı Xəzər dənizində baş verən qabarmalar dəniz səviyyəsinin müvəqqəti olaraq qalxıb enməsinə səbəb olur. Mərkəzi Xəzər hövzəsində dəniz səviyyəsində əhəmiyyətli dəyişikliklər baş verir. Bu hadisələr davamlı güclü küləklər, ələlxüsus, şimal və şimal-qərb və ya cənub və cənub-şərq istiqamətindən Xəzər dənizinin oxu boyu əsən üstünlük təşkil edən regional küləklər ilə əlaqədardır.

24 İqor S. Zonn, Aleksey N Kosarev, Michael H. Glantz, Andrey G. Kostyanoy Xəzər dənizinin ensiklopediyası, 201025 London İmperial Kollecindən əldə edilən məlumat, 2007-ci il ReEMS məlumat toplusu

Dekabr 2018-ci ilYekun variant

7

Page 8: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Şimal istiqamətindən əsən güclü küləklər cənub istiqamətindən əsən küləklərə nisbətən daha tez-tez baş verir və daha intensivdir. Xəzər dənizində dalğaları külək əmələ gətirir və nəticədə, ən küləkli aylarda dalğanın ən böyük hərəkəti müşahidə olunur.

Dekabr 2018-ci ilYekun variant

8

Page 9: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Şəkil 5.2: Mart, aprel, iyun, iyul, sentyabr, oktyabr və noyabr aylarında qeydə alınmış səthdəki axınlar

Dekabr 2016-cı ilFinal

9

NoyabrOktyabrSentyabrİyul

İyunAprelMart

Page 10: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

5.3.4 Dəniz dibinin fiziki və kimyəvi mühiti

Ümumiyyətlə, Xəzər dənizinin çöküntüləri balıqqulağı qırıntılarından, qumdan, həmçinin, geoloji və allüvial mənşəli alevrit, gil və çınqıl daşlarından ibarətdir.

1995-ci ildən bəri AÇG Kontrakt Sahəsində aparılmış ilkin vəziyyətin tədqiqi və monitorinq tədqiqatları nəticəsində Abşeron yarımadasının dənizdəki çöküntülərinin əsasən iki növdən ibarət olduğu müəyyənləşdirilmişdir26,27:

Xüsusilə, şimal-qərbdəki dayaz sularda müxtəlif cinsli, müxtəlif dənəvərliyə malik lil, qum və balıqqulağı tərkibli çınqıl daşlarının qarışıqları üstünlük təşkil etmişdir; və

Cənub-şərqdə daha dərin sularda qeydə alınmış daha lilli, üzvi maddələr cəhətdən daha zəngin çöküntülərdən ibarət olan bir cinsli, yaxşı çeşidlənmiş alevritlər.

Xəzər dənizinin dibi quruda və dənizdə həyata keçirilən işlər ilə bağlı müxtəlif antropogen təsirlərə məruz qalmışdır. Xəzər regionunda ən əhəmiyyətli çirklənmə formaları kimyəvi və karbohidrogen xarakterli və ya bataqlaşmaya səbəb olan artıq boigen maddə yükünün nəticəsində yaranan çirklənmələrdir. Bu çirkləndiricilər əsasən çirkab sulardan, kənd təsərrüfatı axarlarından və neft hasilatı ilə bağlı işlərdən yaranır28. Azərbaycanın ən çox çirklənmiş sahil suları Sumqayıt yaxınlığında Abşeron Yarımadasının şimal tərəfində və Bakı Buxtasındadır6,29. Pestisidlər və ağır metalların yüksək səviyyələri Xəzər Ekologiya Proqramı tərəfindən Xəzərin bir neçə sahəsində, o cümlədən Azərbaycanın ərazi sularında müəyyənləşdirilmişdir30. Şəkil 5.3-də göstərildiyi kimi çirklənmə zonaları D230 saylı Blokun yaxınlığında Abşeron yarımadasının dəniz hissəsinə bir qədər məsafə boyunca uzanır.

Müxtəlif miqdarda qum, alevrit, gil və balıqqulaqlı çöküntülərdən ibarət olaraq, Yalama Blokunda 7 və AÇG Kontrakt Sahəsində3,4,5,6 dəniz dibinin növü Xəzər dənizi üçün xarakterik hesab edilir. AYDS Tədqiqat Sahəsində aparılmış tədqiqatlarda çöküntülərin eyni növdən ibarət olduğu, lakin komponent çöküntü növlərinin nisbətlərinin qeyri-həmcins şəkildə yayıldığı müəyyənləşdirilmişdir9.

26 BP, 2002. Azəri, Çıraq, Günəşli Kontrakt Sahəsi. Regional Seysmik Tədqiqat üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi

27 Akvamiljø Caspian, 2010. AÇG-də Su və Bentik Flora və Fauna üçün Regional Ekoloji Tədqiqat, Hesabat 10401-R2

28 GIWA UNEP 2006. Regional Qiymətləndirmə Hesabatı 23 – Xəzər dənizi. Qlobal Beynəlxalq Suların Qiymətləndirilməsi Proqramı, UNEP

29 http://www.grida.no/graphicslib/detail/heavy-metals-in-sediments_1bd5. 18 avqust 2016-cı ildə istifadə olunmuşdur

30 http://www.grida.no/graphicslib/detail/pesticides-and-heavy-metals-in-sediments_b447. 18 avqust 2016-cı ildə istifadə olunmuşdur

Dekabr 2018-ci ilYekun variant

10

Page 11: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Şəkil 5.3: Xəzər dənizi boyu çöküntünün çirklənməsi26

5.3.5 Dəniz dibinin bioloji mühiti

Xəzər dənizinin bentos flora və fauna birlikləri bunun endemik növlərin çox yüksək nisbəti ilə yer kürəsində (sahəsinə görə) ən iri daxili su hövzəsi olması faktını əks etdirir. Xəzər dənizində ümumi

Dekabr 2018-ci ilYekun variant

11

Page 12: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

420 makrobentos növü31 qeydə alınmışdır ki, növlərin əksəriyyətinin Aralıq dənizi mənşəli olduğuna baxmayaraq, bunların əksəriyyəti Xəzər və Qara dəniz hövzələri üçün endemikdir. İkitaylı Mytilaster lineatus və bığayaqlı Balanus improvisus kimi bentik növlər daxil olmaqla, son 60-70 il ərzində Xəzər dənizinə bir sıra yerli olmayan növlər gətirilmişdir. Şimali Xəzər əsasən içməli suya aid növlər tutduğu halda mərkəzi və cənubi sahələrdə duzlu suya aid növlər məskunlaşmışdır32. Xəzər dənizinin bentik flora və faunası əsasən ikitaylı molyuskların, çoxqıllı qurdların və çox az sayda yırtıcı onurğasızlar ilə yanüzən xərçəngkimilərin ayrı-ayrı yerlərdə yüksək səviyyədə yayılması ilə xarakterizə edilir.

Bir qayda olaraq, daha sıx bentik populyasiyalar dərinliyi 50m-dən 75m-ə qədər dəyişən sahilyanı regionlarda aşkar edilir. Suyun dərinliyinin 200m-dən artıq olduğu sahələrdə bentik flora və faunanın biokütləsi çox aşağı olmaqla25, suyun dərinliyi artdıqca, müxtəliflik və bolluq ümumiyyətlə, azalır13. Bentik faunanın ən aşağı biokütləsi cənubi Xəzərin daha böyük hissəsi və dərin sulu sahələrin yaxınlığındakı mərkəzi hissələr boyu müşahidə edilir. Bentik faunanın yayılması da il boyu dəyişir; yaz və yayda (aprel ayından avqusta qədər) bentik fauna və floranın məhsuldarlığı pik səviyyəyə çatır və sonradan qışda aşağı düşür33.

Tədqiqat sahəsinin daxilində bentik birləşmələr barədə spesifik məlumat mövcud deyil. Bununla belə, ən yaxın tədqiqat sahələrindən (Yalama Blokundan və AÇG Kontrakt Sahəsindən34) əldə edilmiş məlumatlar mərkəzi Xəzər hövzəsinə xas növlərin mövcud olduğunu göstərir.

Yalama Blokunda aparılmış tədqiqatın nəticələri suyun dərinliyinin təxminən 50m təşkil etdiyi sahələrdə bentik makroonurğasızların biokütləsinin və bolluğunun pik səviyyəyə çatdığını göstərmişdir. Ən aşağı səviyyələr 250m dərinlikdə qeydə alınmaqla, bolluq dərinliyə uyğun olaraq əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Dəyişkən miqdarda qumdan, alevritdən, gildən və balıqqulağı tərkibli çöküntülərdən ibarət olaraq, Yalama Bloku sahəsində çöküntülər Xəzər dənizinin dibi üçün xarakterik hesab olunur. Suyun dərinliyinin 650 – 700m arasında olduğu sahələrdə müşahidə edilən əsas növlər biokütlələri çox aşağı səviyyələrdə olan çoxqıllı və azqıllı qurdlardan ibarət olmuşdur8.

2012-ci ildə AÇG Kontrakt Sahəsində suyun dərinliyinin 124m və 386m arasında dəyişdiyi 12 məntəqə boyu aparılmış tədqiqatların nəticələri ən bol makrofaunanın azqıllılardan, çoxqıllılardan və yanüzənlərdən ibarət olduğunu göstərmişdir. Qarınayaqlılar və ikitaylılar da mövcud olmuşdur. Dayaz məntəqələrdə yanüzənlərin bolluq göstəricilərinin daha yüksək olduğu müəyyən edilmişdir. Dərinlik artdıqca, növlərin sayı və fərdlərin sıxlığı da azalmışdır.

Tədqiqat sahəsində dənizdibi çöküntünün AÇG Kontrakt Sahəsində aşkar edilənlər ilə müqayisə oluna biləcəyinin gözləndiyini güman edərək, makrofaunanın oxşar bentik növlərdən ibarət olacağı qənaətinə gəlmək olar. Xüsusilə, çöküntülərin çoxqıllıları, azqıllıları, yanüzənləri, ikitaylıları və qarınayaqlıları müəyyən dərəcədə dəqiq çöküntü növü, suyun dərinliyi və yerli sahədə çöküntüdə hər hansı çirklənmənin olması əsasında müəyyənləşdirilən nisbətdə dəstəkləyəcəyi gözləniləcəkdir.

5.3.6 Su sütunun fiziki və kimyəvi mühiti

5.3.6.1 Suyun temperaturu və şorluluq

Xəzər hövzələrinin arasında iqlim şəraitlərinin fərqlənməsi dəniz səthindəki temperaturda iri eninə dəyişikliklərə səbəb olacaqdır (Şəkil 5.4). Mərkəzi və Cənubi Xəzər Hövzələrində temperatur donma temperaturundan yuxarı (10 - 11°C) qaldığı halda kəskin qış ayları ərzində müəyyən buzlaşmanın baş verə biləcəyinə baxmayaraq, qış ayları ərzində Şimali Xəzər Hövzəsi donur.

Yay ayları ərzində Mərkəzi Xəzər Hövzəsinin sularında temperatur təbəqələşir və 15m-dən 60m-dək olan dərinliklərdə şaquli qarışmanın qarşısını alan güclü termoklin əmələ gəlir22. Yay aylarında suyun səthindəki temperatur 230C - 260C, qışda 60C - 70C arasında dəyişir35. Yay və payız ayları ərzində

31 Qasımov, A.G. 1994. Xəzər dənizinin ekologiyası. Azərbaycan Nəşriyyat Evi, Bakı. BP-də istinad edilib, 2002

32 Karpinski, 2010. İcmal: Xəzər dənizinin bentik flora və faunası: Güclü otlaq yükü əsasında formalaşmış nadir fauna və birlik. Dənizin Çirklənmə Bülleteni, 61, 156-161.

33 BP, 2002. Azəri, Çıraq, Günəşli Kontrakt Sahəsi. Regional Seysmik Tədqiqat üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi

34 BP Ekoloji Monitorinq Proqramının tərkib hissəsi kimi AÇG Kontrakt Sahəsində müntəzəm tədqiqatlar aparır

35 http://www.Azərbaycan.az/_Geography/_Caspian/_caspian_e.html?caspian_05 24 avqust 2016-cı ildə istifadə olunub

Dekabr 2018-ci ilYekun variant

12

Page 13: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

termoklin yerüstü suları qızdıran günəş enerjisinin artımını əks etdirərək və daha sıx soyuq suyun çökməsinə səbəb olaraq, daha dərinliklərə hərəkət edir. Termoklin dərinləşdikcə, payızın son ayları və qış ayları ərzində nəhayət, termoklin parçalananadək, temperaturun təbəqələşməsinin əhəmiyyəti azalır3.

Xəzər dənizinin duzluluğu onun qədim dəniz kimi Tetus adlanan və əlli-altmış milyon il bundan öncə Atlantik və Sakit okeanlara birləşən mənşəyi ilə bağlıdır. Kontinental şelflərin tədrici yerdəyişməsi onu tədricən təcrid etdiyinə görə çaylardan, əriyən buzlardan və yağıntılardan axıb dənizə tökülən təmiz sular Xəzərin duzluluğunu azaltmışdır. Cari duzluluq səviyyələri demək olar ki, dünya okeanındakından üç dəfə aşağıdır və orta hesabla 12,8 – 12,9 q/l təşkil edir.

Xəzər dənizinin səthində duzluluq səviyyələri, təmiz su mənbələrinə qədər məsafə və su axınları və daha az miqdarda buxarlanma sürətlərinə təsir göstərən su temperaturu ilə əlaqədar olaraq dəyişir. Duzluluq Şimali Xəzərdə Volqa və Ural çaylarının deltaları yaxınlığında 0,1– 0,2 q/l-dən 10-11 q/l-ə qədər dəyişir və cənub=şərqdə Orta Xəzərlə həmsərhəd olan şelfin qurtaracağında 13,5 q/l-ə çatır (Şəkil 5-5) 16. Xəzər dənizinin cənub-şərqinə axan təmiz çay sularının azlığı bu sahədə aşkarlanmış ən yüksək duzluluq səviyyələrinin səbəbini izah edir

Şəkil 5.4: Xəzər dənizi boyu səthdə orta temperatur36

36 http://www.grida.no/graphicslib/detail/mean-sea-surface-temperature_eeff 19 avqust 2016-cı ildə istifadə olunub

Dekabr 2018-ci ilYekun variant

13

Qış Yay

Qışda suyun səthində orta temperatur (0C) Yayda suyun səthində orta temperatur (0C)

Page 14: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Şəkil 5.5: Xəzər dənizində dəniz səthinin duzluluq səviyyələri37

5.3.6.2 Suyun keyfiyyəti

D230 saylı Blok üçün suyun keyfiyyətinin monitorinqi aparılmamışdır. AÇG Kontrakt Sahəsi üçün ən son AÇG regional monitorinq tədqiqatında38 Layihənin Tədqiqat Sahəsi ilə əlaqədar suyun keyfiyyət məlumatları təqdim edilir. Tədqiqatın nəticələrinə görə 350m nümunə götürmə dərinliyi boyu konsentrasiyalar oxşar qaldığı halda AÇG Kontrakt Sahəsi boyu səthdə Həll Olmuş Oksigenin (HOO) səviyyələri 7,11 və 8,22 mq/l arasında dəyişmişdir. Azərbaycanda balıq vətəgələri üçün suyun keyfiyyət standartları 6 mq/l-dən çox həll olmuş oksigen səviyyəsi tələb edir; səth suları və 350 metr dərinlik arasında götürülmüş bütün nümunələrdə bu səviyyə tövsiyə edilən səviyyədən yuxarı olmuşdur. AÇG Müqavilə Sahəsinin yaxınlığında tipik həll olmuş oksigen səviyyələri Hidrometeorologiya idarəsinin İllik Sorğu Kitabında qeyd olunmuş ölçmələrə uyğun olaraq yay fəsli ərzində səthdə 12,3 mq/l və 500 metr dərinlikdə 4 mq/l arasında dəyişir39.

AÇG regional monitorinq tədqiqatının nəticələri səth sularında qeyri-üzvi boigen maddələrin, Oksigenə Bioloji Tələbat (OBT), Oksigenə Kimyəvi Tələbat (OKT) və Ümumi Asılı Bərk Hissəciklər (ÜABH) konsentrasiyalarının aşağı səviyyədə olduğunu göstərmişdir. Nitrat, ümumi Azot, fosfat, ümumi P və silikat konsentrasiyaları daha böyük su dərinliklərində daha yüksək olmuşdur. Əvvəlki AÇG regional tədqiqatlarda oxşar tendensiyalar müşahidə olunmuşdur. Eyni tədqiqatın nəticələri Ümumi Karbohidrogen Konsentrasiyaları (ÜKK) və fenolların konsentrasiyası bütüm nümunələrdə aşkarlanma limitindən aşağı olduğunu göstərmişdir. Eyni zamanda aşağı karbohidrogen konsentrasiyaları 2008 və 2010-cu il tədqiqatları ərzində müşahidə olunmuşdur, halbuki 2008-ci ilə qədər aparılmış tədqiqatlar zamanı daha yüksək konsentrasiyalar mövcud olmuşdur. Metal konsentrasiyaları Azərbaycanın tələblərinə görə ümumiyyətlə aşağı olmuş və konsentrasiyalarda yer və ya dərinliklə bağlı az dəyişiklik

37 http://www.grida.no/graphicslib/detail/sea-surface-salinity_14a1 25 avqust 2016-cı ildə istifadə olunmuşdur

38 BP ABƏŞ, 2012. AÇG Regional Tədqiqatı 2012 – Təfsiri Hesabat

39 AETC, 2011 – Şərqi Azəri 4Ö Seysmik Tədqiqat üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi

Dekabr 2018-ci ilYekun variant

14

Qış Yay

Page 15: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

müşahidə edilmişdir40. Balıq vətəgələri suları üçün suyun keyfiyyəti ilə bağlı bütün parametrlərə dair nəticələr Azərbaycanın suyun keyfiyyət standartları (maksimum yolverilən konsentrasiyalar (MYK) çərçivəsində olmuşdur.

5.3.7 Su sütununun bioloji mühiti

5.3.7.1 Plankton

Plankton su sütununda sərbəst yaşayan və su cərəyanları ilə yerini dəyişən bitkilərdən (fitoplankton) və heyvanlardan (zooplankton) ibarətdir. Fəsil, suyun dərinliyi, cərəyanlar, şorluluq, temperatur və qidalanma elementlərinin konsentrasiyası plankton birliyinin tərkibinə, çoxalmasına və dövretmə qabiliyyətinə təsir göstərir.

5.3.7.2 Fitoplankton

Cənubi Xəzərin fitoplankton növlərinə Şimalı Xəzərdə olduğu kimi içməli suyun təsirlərinə əhəmiyyətli dərəcədə az məruz qalmış dəniz, evriqalin və az duzlu sularda yaşayan formalar daxildir . Fitoplankton birliyi, bir qayda olaraq, diatom yosunlar, xlorofitlər, sianofitlər, dinoflaqellatlar və az dərəcədə evqlenofitlər və xrizofitlər tərəfindən təmsil olunur. Növlərin bolluğu və zənginliyi şimaldan cənuba doğru əhəmiyyətli dərəcədə azalmışdır. Bu fərq cənubda temperaturun daha həmcins və ilıq olması və işığın daha çox nüfuz etməsi ilə müqayisədə Xəzər dənizinin şimalında suların daha az təbəqələşməsi və daha dayaz olması ilə izah edilə bilər. Buz örtüyünün azalmasından sonra xlorofil A konsentrasiya kimi ifadə olunan fotosintezin sürəti də şimalı Xəzərdə daha yüksək olur (Şəkil 5.6). Fitoplankton payız və yaz aylarında pik biokütlənin iki mərhələsini nümayiş etdirən mövsümi dövr üzrə artır. Suyun temperaturunun azalmasına və günəş şüalarının az düşməsinə görə qış fəsli ərzində fitoplanktonun artımı aşağı səviyyədə olur. Yaz aylarında dramatik artım olur. Yay ayları boyu fitoplanktonun çoxalması yüksək səviyyədə qalır, lakin dənizin temperaturu artdıqca, Propocentrumspp, kimi dinoflaqellat birliyinin artımı ilə birlikdə ümumiyyətlə, diatom artımı zəifləyir. Fitoplankton kütləsinin yenidən qış aylarında azalmağa başlamasından qabaq payız ayları boyu ilıq sular yüksək məhsuldarlığa malik olmaqda davam edir11. Günəş enerjisinə əlavə olaraq, təbəqələşmiş suda qidalandırcı elementlərin olması bu dövrə təsir göstərəcəkdir; yaz ayları ərzində qidalandırıcı elementlər sərbəst şəkildə mövcuddur və yay ayları ərzində azalacaqdır. Payızda dərin soyuq su təbəqələrindən qidalandırıcı elementləri buraxaraq, termoklin parçalanır.

Yuxarıda qeyd edilən amillərdən başqa digər ekoloji və xarici şəraitlər Xəzər dənizində fitoplanktonun yayılmasında və bolluğunda əhəmiyyətli rol oynayır. Mnemiopsisleidyi kənardan gəlmiş invaziv daraqlıların növləri Xəzər dənizinin ərzaq zəncirində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmışdır (Zooplanktonbölməsinə baxın).Mnemiopsisleidyiyüksək yırıtıcılıq dərəcələri vasitəsilə zooplankton populyasiyalarını azaldan növlər kimi tanınır. Müvafiq qaydada,zooplanktonun sayı azaldıqca, onların əsas ovu olan fitoplanktonlar anormal artıma məruz qalırlar41. Dinoflaqellatlardan və sianofitlərdən (mavi-yaşıl yosunlardan) sonra say və takson nöqteyi-nəzərdən Cənubi Xəzərdə fitoplanktonların əksəriyyəti diatomlardır. Diatomların arasında əsasən Pseudosolenia calcar-avis ilə təmsil olunan Rhizosolenia və Pseudosolenia ən bol yayılmış növlərdir. (Əvvəllər artıq qəbul olunmayan Rhizosolenia calcar-avis adı ilə tanınmış) Qara dənizə aid olan invaziv diatomdur və indi ümumiyyətlə, il boyu mövcud olduğu müəyyənləşdirilmişdir. Növlərin hüceyrələri müstəsna dərəcədə böyükdür və bolluq göstəriciləri ilə birlikdə ümumi fitoplankton biokütləsinin 90%-nə qədərini təşkil etməsi ilə nəticələnə bilər13.

Tədqiqat Sahəsində fitoplankton birlikləri barədə spesifik məlumatın olmamasına baxmayaraq, Mərkəzi Xəzər dənizində aparılmış digər tədqiqatlara dair məlumatlar mövcuddur. Fitoplanktonun bu qruplarının Tədqiqat Sahəsində də mövcud olacağı güman edilir. Yalama Blokunda, AÇG, AYDS və Bahar Qum Dəniz Kontrakt Sahələrində aparılmış tədqiqatlarda fitoplanktonlara aid nəticələr Cədvəl 5.1-də təqdim edilir.

40 BP ABƏŞ, 2012a. AÇG Regional və Boru Kəməri Sahəsinin Su və Plankton Tədqiqatı 2012 – Təfsiri Hesabat

41 Kideys, A.E. və M. Moghim. 2003. 2001-ci ilin avqust ayında Xəzər dənizində kənar Mnemiopsis leidyi daraqlılar növünün yayılması. Dəniz biologiyası 142:163-171.AETM-də istinad edilmişdir,2011

Dekabr 2018-ci ilYekun variant

15

Page 16: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Yamal Blokunda aparılmış qış mövsümü tədqiqatının nəticələri (Cədvəl 5.1) fitoplankton birliyinin 8 diatom növündən (diatom yosunundan); 4 mavi-yaşıl yosundan (sianofita) və 4 dinoflaqellatdan (dinofitadan) ibarət olduğunu göstərir. Bolluq göstəricilərində mavi-yaşıl yosunlar və daha az miqdarda dinoflagellatlar üstünlük təşkil etmişdir və qış ayları ərzində diatomların artımı çox aşağı olduğundan, bunun ilin dövrü ilə əlaqəli ola biləcəyi ehtimal edilir (Şəkil 5.6). Bununla belə, biokütlədə diatomlar, ələlxüsus, Pseudosolenia calcar-avis10,2 üstünlük təşkil etmişdir. Səthdəki sularda fitoplanktonun müxtəlifliyi, bolluğu və biokütləsi ən yüksək səviyyədə olmuşdur (25 – 50m və 50 – 100m ilə müqayisədə 0 - 25m).

Şəkil 5.6: 2007-ci ildə Xəzər dənizi boyu aylıq Xlorofil A konsentrasiyaları42

42 Avropa Komissiyası, Oceancolour Portalı, http://oceancolour.jrc.ec.europa.eu. 2014-cü ildə istifadə edilib

Dekabr 2018-ci ilYekun variant

16

January March May

July September November

Yanvar Mart May

İyul Sentyabr Noyabr

Page 17: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Dekabr 2018-ci ilYekun variant

17

Page 18: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Cədvəl 5.1: Mərkəzi və Cənubi Xəzər dənizində tədqiqatlar zamanı müşahidə olunmuş fitoplankton növləri

NövlərYalama

Tədqiqat Sahəsi (2008)8

AÇG Regional Tədqiqatı

(2012)

Bahar Qum Dəniz

(2011)12

3Ö AYDS Tədqiqatı (2015)10

DiatomlarActinocyclus spp. Amphiprora paludosa Amphora ovalis Chaetoceros spp. Coscinodiscus spp. Cyclotella caspia Cyclotella meneghiniana Cymbella spp. Diploneis spp. Fragilaria capucina Gyrosigma balticum Navicula spp. Nitzschia spp. Pleurosigma spp. Pseudosolenia calcar-avis Rhizosolenia fragilissima Sceletonema costatum Synedra spp. Tabellaria fenestrata v. intermedia Thallasionema nitzschioides Thallassiosira decipiens DinoflagellatlarExuviaella spp. Glenodinium danicum Goniaulax polyedra Goniaulax digitale Goniaulax polyedra Peridinium conicum Prorocentrum spp. XlorofitlərAnkistrodesmus spp. Binuclearia spp. Chlamydomonas sp. Pediastrum spp. Ulotrix zonata SianofitlərAnabaenopsis cunningtonii Gamphosphaeria spp. Lyngbya limnetica Merismopedia pynktata Microcystis spp. Oscillatoria spp.

AÇG Kontrakt Sahəsində 2012-ci ilin iyul və avqust aylarında nümunə götürülmüş fitoplankton birliklərində diatom və dinoflagellat növləri sayca üstünlük təşkil etmişdir. 25 diatom, 13 dinoflagellat, 6 mavi-yaşıl yosun və 5 yaşıl yosun mövcud olmuşdur. Bolluq və biokütləsinə görə diatomlar, ələlxüsus, yerli olmayan diatom növü Pseudosolenia calcar-avis üstünlük təşkil etmişdir.

Tədqiqatların nəticələrinin xülasəsinə əsasən Tədqiqat Sahəsində birliklərin il boyu dəyişkən nisbətlərdə diatomlardan, dinoflagellatlardan, mavi-yaşıl yosunlardan və yaşıl yosunlardan ibarət olacağı gözlənilir.

Dekabr 2018-ci ilYekun variant

18

Page 19: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

5.3.7.3 Zooplankton

Kənardan gəlmiş invaziv daraqlıların (Mnemiopsisleidyi) nəticəsində 2000-ci ildən bəri Xəzər dənizi boyu zooplanktonun müxtəlifliyi kəskin şəkildə azalmışdır. Mnemiopsisnövlərin sürətlə yayılması və yerli növləri sıxışdırması ilə əlaqədar olaraq, bu Xəzərin ekosistemi üçün ən dağıdıcı hadisə hesab edilir. Mnemiopsiszooplankton (o cümlədən, meroplankton, bentik heyvanların sürfələri), balıq kürüləri və sürfələri ilə qidalanan yırtıcıdır. O, tez-tez normadan artıq qidalanır, udduğu artıq ərzağı geri qaytarır və gün ərzində öz çəkisindən on dəfəyə qədər artıq yeyə bilir. Qara dənizdə mikrozooplanktonun bu invaziv növlərinin gündəlik otlaması onların gündəlik biokütlələrindən 23-25% artıq olmuşdur43. Azərbaycanda və İranda müəyyənləşdirilmiş monitorinq proqramları bu növlərin geniş yayılmasının nəticəsində zooplanktonun Xəzər dənizinin ekosisteminin ən pis təsirə məruz qalmış komponent olduğunu göstərmişdir39. Aşağı qidalanma səviyyələrinə olan təsir yuxarı qidalanma səviyyələrində də ös əksini tapmışdır. Digər invaziv növ olan kürəkayaqlı Acartia tonsa zooplankton birliyinin bolluğunda üstünlük təşkil etməyə başlamışdır.

Tədqiqat Sahəsində zooplankton birlikləri barədə spesifik məlumat mövcud deyil; bununla belə, suyun dərinliyi kimi amilləri nəzərə alaraq, Mərkəzi və Cənubi Xəzər dənizi boyu birliklərin müqayisə edilə biləcəyi gözlənilir. Yalama Bloku8, AÇG Kontrakt Sahəsi və Bahar Qum Dəniz34 kimi ən yaxın sahələrdə aparılmış tədqiqatların məlumatları Mərkəzi və Cənubi Xəzər dənizində oxşar növlərin müəyyənləşdirildiyini göstərir. Tədqiqat Sahəsində gözlənilən zooplankton birlikləri barədə məlumatların xülasəsi Cədvəl 5.2-də təqdim edilmişdir.

Cədvəl 5.2: Mərkəzi və Cənubi Xəzər dənizində müşahidə olunmuş zooplankton növləri

Zooplankton taksonlarıYalama Tədqiqat Sahəsi(2008)8

AÇG Regional Tədqiqatı(2012)

Bahar Qum Dəniz(2011)12

KürəkayaqlılarAcartia clausi Acartia tonsa Eurytemora grimmi Eurytemora minor Halicyclops sarsi Limnocalanus grimaldi ŞaxbığcıqlılarPodon polyphemoides Polyphemus exiguous Evadne anonyx typical Podoevadne trigona intermedia Podoevadne camptonyx podonoides Cercopagis pengoi Cercopagis prolongata DigərləriMolyusk sürfələri Bığayaqlıların sürfələri Kürəkayaqlıların sürfələri

Zooplanktona həmçinin, həyat dövrlərinin yalnız bir hissəsində plankton olan, ixtioplankton termini verilmiş balıqların yumurtaları və sürfələri daxildir. Bir neçə növ, o cümlədən, Mərkəzi və Cənubi Xəzərdə təxminən 500m-dən 750m-ə qədər dərinliyi olan sahələrdə qışlayan Clupeonella engrauliformis və C. grimmi kilkə növləri yazda kürü tökür. Beləliklə, yaz aylarında və yayın əvvəllərində (apreldən maya/iyunadək) Tədqiqat Sahəsində bu növlərin yumurtaları və sürfələri ola bilər44. Eynilə, kefal balığı (L. saliens) da iyun ayından iyul ayınadək olan müddətdə Cənubi və Orta Xəzərdə 5-700m arasındakı dərinliklərdə kürü tökür. Orta Xəzərdən daha dayaz sahilyanı sahələr

43 Finenko, G.A et.al. 2006. Invasive ctenophore, Mnemiopsis leidyi, in theCaspian Sea: feeding, respiration, reproduction andpredatory impact on the zooplankton community. Marine Ecology Progress Series. Vol. 314: 171–185

44 Quliyev,Z. və Qasımov,A.,1999. Zəfər Məşəl perspektiv sahəsinin balıqçılıq xüsusiyyətləri. Nəşr olunmamış hesabat. AETM-də istinad edilmişdir, 2011

Dekabr 2018-ci ilYekun variant

19

Page 20: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

istiqamətində miqrasiya edə bilənədək sürfəyəqədər və sürfə mərhələlərində olan növlər 10-40m dərinliklərdə toplaşır 45. Xulukimilər kimi (Gobiidae)qeyri-kommersiya əhəmiyyətli növlərin yumurtaları və sürfələri dəniz sahəsində nisbətən bol olan növlər kimi tanınır . Kütləvi kürütökmə yumurtaların suyun 5-100m dərinliklərində toplandığı Cənubi və Mərkəzi Xəzərin mərkəzi sahələrində iyun-iyul ayları ərzində baş verir.

Beləliklə, ilin vaxtından asılı olaraq, Tədqiqat Sahəsindəki su sütununda ixtioplankton ola bilər.

5.3.7.4 Balıqlar

Xəzər dənizinin nadir coğrafi, klimatoloji və hidroloji xüsusiyyətləri onun geniş müxtəlifliyə malik balıq növləri üçün bir sıra dəyişkən təbii mühitlərini əmələ gətirir. Dayaz sahələrin, dərin çökəkliklərin və geniş diapazonda şorluluğun olması növlərin müxtəlifliyi üçün müxtəlif əlverişli ekoloji şəraiti təmin edir. Nəzərdən keçirilmiş ən son nəşrlərə müvafiq olaraq, Xəzərdə və onunla əlaqədar olan çayların deltasında təxminən 151 balıq növlərinə və yarımnövlərinə rast gəlmək olar46. Xəzər dənizinin digər su hövzələrindən təcrid olunması ilə əlaqədar olaraq, dəniz endemik növlərin mövcudluğu ilə xarakterizə olunur və 54 endemik balıq növləri üçün sığınacağı təmin edir 47.

Xəzər Dənizinin cənubunda tez-tez rast gəlinən balıqlar aşağıdakı üç növlərə bölünə bilər:

Miqrasiya edən növlər: Buraya kürütökmə sahələri Cənubi Xəzərdə Kür çayında və Mərkəzi Xəzərə tökülən Terek və Samur çaylarında yerləşən nərə və siyənək növləri daxildir. Bu növlər məlumatın toplanması üçün təklif edilən sahənin periferiyasında dərinliyi 50-100m arasında olan sularda miqrasiya edir. Nərəkimilərin bəzi növləri (yəni, ağ balıq) yazı və yayı əsasən Şimali və Mərkəzi Xəzərdə keçirir və payızda qışlamaq üçün cənuba miqrasiya edir48;

Digər növlər (qismən miqrasiya edən): Qış ayları ərzində Tədqiqat Sahəsinin bəzi hissələrinin də daxil olacağı ehtimal edilən Cənubi və Mərkəzi Xəzər Dənizinin əhəmiyyətli sahələrdə kilkə geniş yayılmışdır. Kilkə həmçinin, nərə, qızılbalıq və Xəzər suitisi kimi digər növlər üçün əhəmiyyətli ovdur. Kefal 1930-cu illərdə Qara dənizdən gətirilmişdir və bir qayda olaraq. qışı Cənubi Xəzərdə keçirir. Onlar yaz aylarında Mərkəzi və Şimalı Xəzərdəki qidalanma sahələrinə miqrasiya edir. Əsas kürütökmə müddəti avqustun sonu və sentyabrın əvvəlləri arasında, bir qayda olaraq, dərinliyi 300-600m arasında dəyişən sularda baş verir; və

Rezident növlər: Xəzər dənizinin bütün regionlarında çömçə xulu kimi bir neçə qeyri-kommersiya əhəmiyyətli balıqlar aşkar edilmişdir. Onlar daha dayaz sahələrdə (yaz və yy aylarında 30-70m-ə qədər dərinliklərdə) üstünlük təşkil edir, qış aylarında daha dərin sahələrə miqrasiya edir. Xəzər dənizində olan sayına görə siyənəklərdən sonra ikinci yerdə çömçə xulularıdır.

Xəzər dənizində ən çox yayılmış balıq növü həm də kommersiya cəhətdən əhəmiyyətli olan kilkədir. Bununla belə, balıqların normadan artıq ovlanması və balıq növlərinin əksəriyyətinin ovladığı zooplankton növləri ilə qidalanan invaziv daraqlıların (Mnemiopsis leidyi) mövcudluğu da daxil olmaqla, bir sıra amillərə cavab olaraq son illər ərzində kilkələrin yayılması və bolluğunda dəyişiklik baş vermişdir. Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin (SHBRAMD) məlumatları Xəzər Dənizinin Azərbaycan sektorunda (ənənəvi olaraq balıqçılıq sənayesi üçün ən mühüm növ olan) kilkələrin ümumi miqdarının 2002-ci ildən (10950 ton) 2011-ci ilədək (485 ton) ardıcıl olaraq 96%-ə qədər azaldığını göstərir11. Bundan əlavə, 2001-ci ilin aprel və may aylarında Mərkəzi və Cənubi Xəzər dənizində 166 000 ton kilkənin (əsasən ançous kilkənin) kütləvi tələfatı qeydə alınmışdır. Zəlzələlərə dair məlumatlar göstərir ki, 2001-ci ilin birinci rübündə yerli Abşeron seysmik plitəsinin aktiv olması, torpaqda su və qaz sistemlərinin sabit olmaması əhəmiyyətli həcmdə

45 AETC, 1999. Zəfər-Məşəl Seysmik Tədqiqatı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi. Hesabat Azərbaycan Ekologiya və Texnologiya Mərkəzi (AETM) tərəfindən Ekson Azərbaycan Əməliyyat Şirkəti MMC üçün hazırlanmışdır. Noyabr 1999-cu il. AETC-də istinad edilmişdir, 2011

46 İvanov V.P., Komarova G.V. Xəzər dənizinin balıqları (sistematika, biologiya, sənaye). Həştərxan, 2008, Səh.224. AECOM və BP-də qeyd olunub, 2013

47 GIWA UNEP 2006. Regional Qiymətləndirmə Hesabatı 23 – Xəzər dənizi. Qlobal Beynəlxalq Suların Qiymətləndirilməsi Proqramı

48 Qesner, J., Çebanov, M. və Freyhof, J. 2010. Huso huso. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin siyahısı, 2010: e.T10269A3187455. Bu saytdan əldə oluna bilər: http://dx.doi.org/10.2305/IUCN.UK.2010-1.RLTS.T10269A3187455.en [07/11/16 tarixində istifadə olunub]

Dekabr 2018-ci ilYekun variant

20

Page 21: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

qaz və zəhərli maddələrin su sütununa yayılması ilə nəticələnən təbii hidro-vulkanik hadisələr silsiləsinin baş verdiyini deməyə əsas verir. Belə hesab edilir ki, kütləvi tələfatın əhəmiyyətli amillərindən biri bu hadisə olmuşdur49.

Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentindən (SHBRAMD) əldə edilmiş məlumatlarda Xəzər dənizinin Azərbaycan sektorunda (ənənəvi olaraq balıqçılıq sənayesinin ən əhəmiyyətli növü olan) kilkənin ümumi miqdarının 1999-cu ildən (271 000 ton) 2016-cı ilədək (316 ton) 99%-ə qədər azaldığı göstərilir. Son 10-15 il ərzində kommersiya balıqçılıq donanması tərəfindən ovlanmış kilkə növlərinin azalması ümumiyyətlə, 2001-ci ildən bəri xüsusi olaraq müşahidə olunmağa başlamış M. leidyi növünün artımının təsiri ilə əlaqələndirilir. Bu yaxınlarda kilkənin Acartia zooplanktonu ilə qidalanmağa başladığını deməyə əsas verən sübut əldə edilmişdir. Cari zooplankton birliklərinin strukturunun daxilində Eurythemora, Limnocalanus and Calanipeda növlərinin əvəzinə Acartia (clause və tonsa) növünün üstünlük təşkil etməsi kilkənin (əsasən ançous kilkənin) qidasının tərkibində dəyişikliyə gətirib çıxarır.

Ovlanan balıq növlərinin arasında üstünlük ançous kilkədən (Clupeonella engrauliformis) adi Xəzər kilkəsinə (Clupeonella cultriventris) dəyişməklə, ovlanan balıqların ölçüsü də onların növlərinə mütənasib olaraq azalmışdır. Bundan əlavə, kilkə balıqlarının əsas sürüləri ənənəvi balıqçılıq bankalarının dərin sularından daha çox Neft Daşları kimi dərinliyi 50m-dən az olan sahilyanı zonalarda müşahidə olunmuşdur11. Xəzər dənizində kilkədən sonra ən çox yayılmış balıq növü kefaldır.

Ümumi ekosistemin sağlamlığı ilə əlaqədar olaraq, ağır metalların canlı orqanizmlər üçün toksik olması və onların canlı orqanizmlərdə toplanması qəbul edilir və buna görə, balıq nümunələrindən tez-tez ümumdünya səviyyəsində ekosistemlərin keyfiyyətinin monitorinqinin aparılması üçün istifadə edilir50. Xəzər dənizindəki ağır metal konsentrasiyaların əsasən Volqa çayından toplandığı güman edilir və sahilyanı çöküntü nümunələrində kiçik miqdarda mikroqarışıqların yüksək konsentrasiyalarının olması barədə məlumat verilmişdir51. Bununla belə, nəşr edilmiş ən son tədqiqatda kommersiya məqsədilə ovlanan üç kilkə növündə ağır metalların (xrom, kadmium, kobalt və qurğuşun) konsentrasiyalarının beynəlxalq standartlardan aşağı olduğu aşkar edilmişdir52.

Həyati dövrləri boyu balıqlar kürütökmə, qidalanma və qışlama sahələrindən istifadə edir. Məhdud miqrasiya diapazonu olan balıq növlərində bu üç təbii mühit tez-tez üst-üstə düşür. Balıq növlərindən bəziləri vaxtlarının müəyyən hissəsini dənizdə keçirir, lakin qışlama və kürütökmə fəsilləri ərzində çaylara hərəkət edirlər. Dəniz balıqlarının bəziləri dəniz boyu əhəmiyyətli miqrasiyalar edə bildiyi halda digərləri dənizin nisbətən məhdud sahələrində məskunlaşır.

Tədqiqat Sahəsində balıq növlərinə dair spesifik məlumat mövcud deyil. Ümumiyyətlə, Cənubi Xəzər dənizində balıq növləri əsasən dayaz suların şelf sahələrinin daxilində yayılmışdır. Daha dərin sulara yalnız qışlama və kürütökmə məqsədilə mövsümi miqrasiyalar olmaqla, balıqların maksimum konsentrasiyalarına, bir qayda olaraq, ilin əksər hissələri boyu suyun 50m-dən 75m-ə qədər olan dərinliklərində rast gəlinir. Bununla belə, dərinlik və ümumi miqrasiya marşrutları və Xəzər dənizinin mərkəzində müəyyən növlərin kürü tökdüyü məlum olan dərinliklər barədə cari məlumatlara əsasən Tədqiqat Sahəsində balıq növlərinin ehtimal olunan mövcudluğunu qiymətləndirmək olar.

Ümumiyyətlə, suyun dərinliyinin 75m-ə çatdığı sahələrdə cəmləşərək, Abşeron yarımadasının şimalındakı sahənin kürütökmə, qidalanma və miqrasiya üçün əhəmiyyət daşıdığı başa düşülür.

49 Daskalov, G. M., və Mamedov, E. V. 2007. Balıqçılıq təsərrüfatlarının kompleks qiymətləndirilməsi və Xəzər dənizində ançous kilkənin azalmasının mümkün səbəbləri. Beynəlxalq Dəniz Tədqiqatları Şurasının (BDTŞ) dəniz elmi jurnalı, 64-cü cild, 3-cü buraxılış, 1 aprel 2007-ci il, 503–511-ci səhifələr, https://doi.org/10.1093/icesjms/fsl047

50 Devier, M.H., Augagneur, S., Budzinski, H., Le Menach, K., Mora, P., Narbonne, J.F., və Garrigues, P., 2005. Fransanın Arkaşon körfəzində mavi midiyalarda üzvi birləşmələrin (PAK, PXB, TBT-lərin), ağır metalların və biomarkerlərin birillik monitorinq tədqiqatı. Ekoloji monitorinq jurnalı, 7, 224–240.

51 Mora, S., Sheikholeslami, M.R., Wyse, E., Azemard, S. və Cassi, R., 2004. Xəzər dənizinin sahilyanı çöküntülərində metal çirklənməsinin qiymətləndirilməsi. Dəniz çirklənmə bülleteni, 48, 61–77

52 Tağavi Celodar, Həsən və Fəzli, Həsən və Salman Mahini, Abdülrəsul. (2016). Xəzər dənizinin cənubunda üç dəniz kilkə növündə (Genus Clupeonella) ağır metalların (xrom, cadmium, kobalt və qurğuşun) konsentrasiyasının tədqiqi. İranın balıq təsərrüfatı elmləri jurnalı. 15. 567-574.

Dekabr 2018-ci ilYekun variant

21

Page 22: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Mərkəzi Xəzərdən keçən balıq növlərinin miqrasiya marşrutları və kürütökmə sahələri Şəkil 5.7-də təsvir edilmişdir və balıqların mövcud olacağı ehtimal edilən dərinliklər Cədvəl 5.3-də verilmişdir53.

İlin müəyyən vaxtlarında Abşeron yarımadasından şimalda Mərkəzi Xəzərdə 50-yə yaxın balıq növünün (o cümlədən, 20 çömçə xulu növünün) ola biləcəyi yekunlaşdırıla bilər. Cədvəl 5.3-də təqdim edilmiş məlumatlar müxtəlif səbəblərdən (kürütökmə və qışlama məqsədilə miqrasiyalar, kürütökmə, piylənmə və qış yuxusuna getmə) bütün fəsillər ərzində Tədqiqat Sahəsində bir neçə pelagik balıqların, o cümlədən, (ançous, iri sardinalar, kefal və nərə) və doqquz bentik balıq növlərinin (dərinlik xulu, iribaş çömçə xulu, Qrimm çömçə xulu, şəffaf çömçə xul, Svetovidov çömçə xulu, İlin xulu, ensizbaş çömçə xulu, ensizburun çömçə xulu, ördəkburun çömçə xulu) ola biləcəyi ehtimalını göstərir.

Xəzər dənizinin bu hissəsində aşkar edilən növlərin əksəriyyəti adətən sahilyanı ərazilərdə (suyun dərinliyi 75m-ə çatan sahələrdə) qalır, lakin Xəzər balıqlarının daha dərin sahələrə miqrasiya etməsi adi haldır. Məsələn, bəzən siyənək 100m-ə, ançous və irigöz kilkə 40-400m dərinliyə miqrasiya edir və kilkənin sürfələri 350-450m dərinliklərdə yaşayır.

Miqrasiya yazda cənubdan şimala, payızda şimaldan cənuba baş verir. Kefal və qızılı kefal müvafiq qaydada, iyundan iyula və avqustun sonundan sentyabrın əvvəlinə qədər Mərkəzi və Cənubi Xəzərdə kürü tökür. Xulu növlərinə tez-tez rast gəlinir və onlar Xəzər dənizində geniş yayılmışdır. Çömçə xulu növlərinin çoxu adətən dayaz (20m-dən 100m-ə qədər) sularda qalır və nadir hallarda daha dərin (200-300m-dən 500m-dək) sulara miqrasiya edir. Onlar əsasən Mərkəzi və Cənubi Xəzərdə yayılmışdır və növlərin əksəriyyəti çay axıntılarının şirinləşdirdiyi sahilyanı ərazilərdən uzaqlaşır. Yuxarıdakı məlumata və Cədvəl 5.3-ə əsasən belə qənaətə gəlmək olar ki, Tədqiqat Sahəsində endemik çömçə xulu növlərinə (Xvalın çömçə xulu, dərinlik çömçə xulu, iribaş çömçə xulu. İlin xulu) və digər çömçə xulu növlərinə (şəffaf çömçə xulu, dənəvər çömçə xulunun, ensizbaş çömçə xulunun, ensizburun çömçə xulunun, Ber çömə xulunun, ördəkburun çömçə xulunun) rast gəlmə ehtimalı var.

Əsas kürütökmə və miqrasiya müddətlərindən kənarda qış aylarında daha kiçik saylarda rast gələ biləcəyinə baxmayaraq, kilkə kimi pelagik növlərə Mərkəzi Xəzərdə il boyu rast gəlinəcəyi ehtimal edilir. Bundan əlavə yaz və payız aylarında (dərinliyi 100m-ə qədər olan sularda) nərələrin; aprel və sentyabr ayları arasında kefalların mövsümi miqrasiyaları baş verir və dərin sularda qış miqrasiyası zamanı və noyabr-fevral ayları arasında qışlama ərzində bəzi çömçə xulu növlərinə rast gəlinir.

Buna görə, Tədqiqat Sahəsində bir sıra balıq növlərinə, o cümlədən, kefala, kilkəyə və çömçə xulularına rast gəlmə ehtimalı mövcuddur və daha dərin sularda (təxminən 100m dərinlik konturunun ətrafında) miqrasiya edən hər hansı nərə balıqları kiçik seksiyadan keçib gedə bilər.

53 Mehman Axundov ilə şəxsi yazışma, sentyabr 2016-cı il

Dekabr 2018-ci ilYekun variant

22

Page 23: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Şəkil 5.7: Siyənək/şişqarın, kefal, nərə və kilkə balıqlarının miqrasiya marşrutları

Dekabr 2018-ci ilYekun variant

23

Ançous kilkəsi İrigöz kilkə Kilkə

Şərti işarəD230 Bloku Yaz Yay Payız Qış

D230 Bloku

Şərti işarə

Siyənək – qış/yaz Siyənək – yay/payız Nərə Kefal

Qidalanma sahələri

Qışlama sahələri

Kürütökmə sahələriYaz Yay

Payız Qış

Page 24: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Cədvəl 5.3: Mərkəzi Xəzərdə mövcud olacağı gözlənilən balıq növlərinin xülasəsi

Növlərin adları Ümumi adı Eşitmə qrupu

IUCN qırmızı siyahıda yeri

Kürü tökdüyü yer Tədqiqat Sahəsində olmasının səbəbi

NƏRƏ (Acipenseridae dəstəsi)

Huso huso Bölgə SB EN Volqa çayı, Ural, Kür, Səfidrud

Yaz və payız aylarında miqrasiya dövrləri ərzində nərənin mövcud ola və yay ayları ərzində dərinliyi 100m-ə qədər olan sahilyanı sularda qidalana biləcəyi ehtimal olunur.

Acipenser guldenstadti Rusiya nərəsi SB EN Volqa çayı və UralAcipenser güldenstädtii persicus natio cyrensis Kür (İran) nərəsi SB EN

Volqa çayı, Ural, Kür, SəfidrudAcipenser nudiventris Kələmo SB ENAsipenser stellatus stellatus natio cyrensis Kür uzunburunu SB EN

KİLKƏ (növü Clupeonella, Clupeidae – siyənəklər dəstəsi)

Clupeonella engrauliformis Ançous kilkə SB/HS LV

Mərkəzi və Cənubi Xəzərin şərq hissəsində səthdən ən azı 15-20m-dən azolmayan dərinlikdə suyun üst təbəqələrində 50m-dən 200m-dək dərinliklərdə dairəvi axınlar baş verən sahədə

Mərkəzi və Cənubi Xəzərin dərin mərkəzi və şərq hissələri istiqamətində kürütökmə məqsədilə miqrasiya və kürütökmə üçün suyun 200m-dən 700m-dək dəyişən dərinliklərində aprel ayından avqust ayınadək mövcud ola bilər.

Clupeonella grimmi İrigöz kilkə SB/HS LV

Mərkəzi və Cənubi Xəzərin şərq hissəsində səthdən ən azı 15-20m-dən azolmayan dərinlikdə suyun üst təbəqələrində 350m-dən 450m-dək dərinliklərdə dairəvi axınlar baş verən sahədə

Mərkəzi və Cənubi Xəzərin dərin mərkəzi və şərq hissələri istiqamətində kürütökmə məqsədilə miqrasiya və kürütökmə üçün suyun 200m-dən 700m-dək dəyişən dərinliklərində aprel ayından may ayınadək mövcud ola bilər

Clupeonella delicatula caspia Adi kilkə SB/HS LVŞimali Xəzərdə və Mərkəzi və Cənubi Xəzər dənizinin qərb sahillərində dərinliyi 10m-dək olan dayaz sularda

Mövcud deyil

SİYƏNƏK (növü Alosa Cuvier, Clupeidae – siyənəklər dəstəsi)

Alosa caspia caspia Xəzər şişqarını SB/HS LC Şimali Xəzər

Mövcud deyil

Alosa braschnikowii braschnikowii Dolgin siyənəyi SB/HS LC Şimali XəzərAlosa saposchnikowii İrigöz şişqarın SB/HS LC Şimali Xəzər

Alosa brashnikovi autumnalis İrigöz siyənək SB/HS LC Cənubi Xəzərin qərb və şərq sahilyanı əraziləri

Alosa kessleri volgensis Volqa siyənəyi SB/HS LC Volqa, Ural və Terek çaylarıAlosa kessleri kessleri Qarabel siyənək SB LC Volqa və Ural çayları

ÇƏKİ (Cyprinidae dəstəsi)

Dekabr 2018-ci ilYekun variant

24

Page 25: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Növlərin adları Ümumi adı Eşitmə qrupu

IUCN qırmızı siyahıda yeri

Kürü tökdüyü yer Tədqiqat Sahəsində olmasının səbəbi

Rutilus frisii kutum Kütüm/ziyad SB LC

Dənizə tökülən çaylar Mövcud deyil

Rutilus rutilus caspicus Xəzər çapaq balığı /Kulma SB LCAbramis brama orientalis Şərq çapağı SB LCChalcalburnus chalcoides Şamayı SB LCVimba vimba persa Qarasol SB LCCyprinus carpio Linnaeus Çəki SB VU

KEFAL (Mugilidae dəstəsi)

Lisa auratus Qızılı kefal SB LC Bütöv Mərkəzi Xəzər (300 - 600m dərinlik)

Mərkəzi Xəzərin dərinsulu hissəsi istiqamətində kürütökmə məqsədilə miqrasiya zamanı suyun 5m-dən 600m-dək dəyişən dəriniklərində və kürütökmə üçün suyun 300m-dən 600m-dək dəyişən dərinliklərində avqust və sentyabr aylarında mövcud ola bilər.

Lisa saliens Sivriburun kefal SB LC Bütöv Cənubi və Mərkəzi Xəzər (5 - 700m dərinlik)

Mərkəzi və Cənubi Xəzərin dərinsulu hissəsi istiqamətində kürütökmə məqsədilə miqrasiya və kürütökmə üçün suyun 5m-dən 700m-dək dəyişən dərinliklərində iyun ayından iyul ayınadək mövcud ola bilər.

DİGƏRLƏRİAtherina mochon pontica nation caspia* Xəzər aterinası SB - Dənizin büün dayaz regionlarında,

əsasən Alder körfəzində

Mövcud deyil

Gasterosteus aculeatus Üçiynəli tikanbalığı SB LC Xəzər dənizinə tökülən çayların aşağı hissələri (mənsəblər)

Salmo trutta caspius Qızılbalıq SB ENMərkəzi və Cənubi Xəzər dənizinin qərb sahilindəki çaylar, nadir hallarda Volqa və Ural çayları

Stenodus leucichthys Ağ qızılbalıq SB EN Volqa çayı, nadir hallarda Ural çayı

Syngnathus nigrolineatus caspius Xəzər iynəbalığı/ iynəbalığı SB LC Zostera bitkilərinin yetişdiyi dənizin bütün dayaz hissələrində

Sander marinus Cuvier Dəniz sıfı SB/HS EN Mərkəzi və Cənubi Xəzər və Abşeronun adaları

ÇÖMÇƏ XULU (Gobiidae dəstəsi)

Neogobius bathybius Dərinlik xulu Qeyri-SB LC

Mərkəzi və Cənubi Xəzər, qərb sahili Mərkəzi və Cənubi Xəzərin dərin mərkəzi hissəsinə doğru şərq istiqamətində qışlama məqsədilə miqrasiya və qışlama üçün suyun 300m-dək dərinliyində noyabr ayından fevral ayınadək mövcud ola bilər

Knipowitschia Iljini İlin xulu SB LC Mərkəzi və Cənubi Xəzərin sahilyanı hissəsinə doğru qərb istiqamətində

Dekabr 2018-ci ilYekun variant

25

Page 26: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Növlərin adları Ümumi adı Eşitmə qrupu

IUCN qırmızı siyahıda yeri

Kürü tökdüyü yer Tədqiqat Sahəsində olmasının səbəbi

kürütökmə məqsədilə miqrasiya suyun 100m-dən 300m-dək dəyişən dərinliyində mart ayından oktyabr ayınadək mövcud ola bilər

Mərkəzi və Cənubi Xəzərin dərin mərkəzi hissəsində qışlama üçün suyun 300m-dən 500m-dək dəyişən dərinliklərində noyabr və fevral ayları arasında mövcud ola bilər

Mesogobius nonultimus - SB LC

Mərkəzi və Cənubi Xəzərin dərin mərkəzi hissəsinə doğru şərq istiqamətində qışlama məqsədilə miqrasiya və qışlama üçün suyun 300m-dək dərinliyində noyabr ayından fevral ayınadək mövcud ola bilər

Benthophilus grimmi Qrimm çömçə xulu Qeyri-SB LC

Mərkəzi və Cənubi Xəzər, qərb sahili

Mərkəzi və Cənubi Xəzərin dərin mərkəzi hissəsinə doğru şərq istiqamətində qışlama məqsədilə miqrasiya və qışlama üçün suyun 300m-dək dərinliyində noyabr ayından fevral ayınadək mövcud ola bilər

Benthophilus ctenolepidus Tikanlı çömçə xulu Qeyri-SB LC

Benthophilus svetovidovi Svetovidov çömçə xulu Qeyri-SB LC

Benthophilus leptocephalus Ensizburun çömçə xulu Qeyri-SB LC Mərkəzi və Cənubi Xəzərin sahilyanı hissəsinə doğru qərb istiqamətində kürütökmə məqsədilə miqrasiya üçün suyun 100m-dən 300m-dək dərinliklərində mart ayından oktyabr ayınadək mövcud ola bilər

Həmçinin, Mərkəzi və Cənubi Xəzər dənizinin dərin mərkəzi hissəsində qışlama üçün suyun 300m-dən 500m-dək dəyişən dərinliklərində noyabr-fevral ayları arasında mövcud ola bilər

Benthophilus leptorhynchus Ensizburun çömçə xulu Qeyri-SB LC

Anatrirostrum profundurum Ördəkburun çömçə xulu SB LC

Benthophilus stellatus leobergius Iljin Əbdürrəhmanov çömçə xulu Qeyri-SB LC

Şimali, Mərkəzi, Cənubi Xəzər, 1-10m dərinliyədək qərb sahili, Volqa, Terek və Kür çaylarının deltaları Mövcud deyil

Neogobius melanostomus affinis Girdə xulu Qeyri-SB LCNeogobius syrman eurystomus Şirman xulu Qeyri-SB LCNeogobius fluviatilis Qumluq xulu Qeyri-SB LCKnipowitschia longicaudata Knipoviç xulu SB LCNeogobius kessleri gorlap Kessler xulu Qeyri-SB LCNeogobius ratan goebeli Ratan xulu Qeyri-SB LC Mərkəzi, Cənubi Xəzər, suyun

dərinliyinin 1m-dən 10m-dək dəyişdiyi qərb sahili

Benthophilus macrocephalus Pallas İribaş çömçə xulu Qeyri-SB LC

Mövcud deyilNeogobius caspius Xəzər xulu Qeyri-SB LCBenthophilus granulosus Dənəvər çömçə xulu Qeyri-SB LC Mərkəzi Xəzər, suyun dərinliyinin 1m-

dən 10m-dək dəyişdiyi qərb və şərq sahilləriBenthophilus Baeri Ber çömçə xulu Qeyri-SB LC

Dekabr 2018-ci ilYekun variant

26

Page 27: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

5.3.8 Xəzər suitiləri

Xəzər suitisi (Phoca caspica) Xəzər Dənizində mövcud olan yeganə dəniz məməlisidir. Suiti növləri Xəzər Dənizi üçün endemikdir və 2008-ci ilin oktyabr ayından bəri IUCN Nəsli Kəsilmə Təhlükəsinə Yaxın Olan Növlərin Qırmızı Siyahısında [1][1] nəsli kəsilmə təhlükəsi olanlar” kimi sadalanmışdır.20-ci əsrin əvvəllərindən bəri Xəzər suitisinin populyasiyası 90%-dən artıq azalmışdır və azalmaqda davam edir. Bunun kommersiyaməqsədilə ovlama, (invaziv növlərin gətirilməsi vasitəsilə) təbii mühitin deqradasiyası, xəstəlik, sənayenin inkişafı. Çirklənmə və torlardan istifadə edilərək balıqçılıq əməliyyatları ilə əlaqədar olduğu hesab edilir.54 Suitilərin populyasiyaları çoxlu sayda müxtəlif metodlardan istifadə edilərək hesablanmışdır. 1867 və 2005-ci illər arasındakı müddətdə yaş strukturu əsasında layihələndirmə metodundan və suitilərin hər il qeydə alınan normalarından istifadə edilmiş 2012-ci ilin elmi-tədqiqat sənədində55 2005-ci ildə suiti populyasiyasının 104 000 olduğu hesablanmışdır. Müqayisə üçün Qazaxıstanda havadan aparılmış tədqiqatlar və dənizin buz bağlamış hissələrində aparılmış tədqiqatlar zamanı toplanmış məlumatlar 100 000 və 170 000 arasında hesablamalar ilə nəticələnmişdir56.

Xəzər dənizində Xəzər suitilərinin yayılmasının və populyasiyasının sayının başa düşülmə imkanını yaxşılaşdırmaq üçün bir sıra tədqiqat / elmi-tədqiqat proqramları həyata keçirilmişdir. Toplanmış məlumatlara aşağıdakılar daxil edilmişdir:

1980 – bu günədək: Tələf olmuş suitilərin təsadüfi monitorinqinin aparılması və müşahidə olunan suitilərin balıqçılar və vertolyot pilotları tərəfindən təsdiqlənməsi;

2005 - 2012: Çoxalmanın ümumi paylanmasını müəyyənləşdirmək üçün fevralın 18-dən 27-dək Şimali Xəzərdə qışda buz bağlayan sahələrdə çoxalma populyasiyası ilə əlaqədar havadan illik tədqiqatların aparılması; və

2009 - 2012: Birkalanmış heyvanların telemetriya üsulu ilə tədqiq edilməsi. Bu zaman 75 suiti birkalanmış və onların Xəzər dənizi boyu hərəkətləri nəzarətdə saxlanmışdır. Toplanmış məlumatlara dalma dərinliyi də daxil edilmişdir.

Fəsildən asılı olaraq, Xəzər suitiləri Xəzər dənizinin regionlarının çoxunda müşahidə olunmuşdur. Bir qayda olaraq, onların il boyu yaz ayları ərzində (buz üzərində balaladıqları və cütləşdikləri) şimaldakı çoxalma sahələrindən Mərkəzi və Cənubi Xəzərdəki yemlənmə sahələrinə miqrasiya etdikləri düşünülürdü [2][2] (Dr. Tariyel Heybətov tərəfindən tərtib edilmiş Şəkil 5.8). Bununla belə, bu yaxınlarda 2009 və 2012-ci illərin arasında aparılmış elmi-tədqiqat [3][3] bu miqrasiya nümunəsinin əvvəllər başa düşüldüyü kimi müəyyənləşdirilmədiyini göstərmişdir. Elmi-tədqiqat hər iki cinsə aid 75 yetkin suitinin birkalanmasına əsaslanmışdır. Müəyyən edilmişdir ki, suitilər (dəyişkən hidrometeoroloji şəraitdən asılı olaraq) payız-qış ayları ərzində çoxalmaq üçün Şimali Xəzərdə buz bağlamış sahəyə miqrasiya etdiyi halda yazda onların hamısı cənuba miqrasiya etməmişdir – 2011-ci ildə birkalanmış suitilərin 40%-i Şimali Xəzərdə qalmış və “miqrasiya etməyən” hesab olunmuşdur. Suitilərin yerdə qalan 60%-i yazda qidalanma üçün Mərkəzi və Cənubi Xəzərə miqrasiya etmiş və istifadə edilmiş marşrutlar suitilərin sürü halında çıxdıqları sahələrə yaxınlığı ilə məhdudlaşmamışdır. Bəzi suitilərin hələ avqust ayının əvvəllərində şimala miqrasiya etdiyinə baxmayaraq, yaz miqrasiyası aprel-may, payız miqrasiyası oktyabr-dekabr ayları arasında baş vermişdir.

[1][1] ETSN, Azərbaycanın Qırmızı Kitabı (2015). Bu saytdan əldə edilə bilər: http://www.redbook.az/ 2015-ci ilin dekabr ayında istifadə edilib

54 Xəzər Suiti Layihəsi. Bu saytdan əldə edilə bilər: http://www.caspianseal.org/info. 2016-cı ilin noyabrında istifadə olunub.

55 Harkonen T, Harding KC, Uilson S, Baimukanov M, Dmitriyeva L, və başqaları. (2012) İnsan təsirlərinin altında dənizdə məməli növlərinin azalması. PLoS ONE 7(9): e43130. doi:10.1371/journal.pone.0043130

56 Arziqulov, J.A. və başqaları, (2017). Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyasının Bitki Biologiyası və Biotexnologiya İnstitutunun xəbərləri, Biologiya və tibbi xəbərlər seriyası, 6-cı cild (324), ISSN 2518-1629.

[2][2] Heybətov, T. M., 2015, Zərdabi Təbiət Tarixi Muzeyində suiti üzrə elmi-tədqiqat qrupu tərəfindən suiti populyasiyalarının sayı və miqrasiya nümunələri ilə əlaqədar uzunmüddətli müşahidələr

[3][3] Dmitriyeva L., Jüssi M., Jüssi I., Qasımbəyov Y., Verevkin M., Baymukanov M., Wilson S., Simon J. Goodman S.J – Quru ilə əhatə olunmuş, buz bağlamış sahələrdə kürəkayaqlıların mövsümi hərəkətlərində və qidalanma strategiyalarında fərdi dəyişiklik. Dənizdə Ekoloji İnkişaf Seriyaları 554: 241-256 (2016)

Dekabr 2018-ci ilYekun variant

27

Page 28: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Elmi-tədqiqatın nəticələrinin daha geniş populyasiyanı təmsil etdiyini güman edərək, miqrasiya edən suitilərin Mərkəzi Xəzərdən, o cümlədən, Tədqiqat Sahəsindən keçmə ehtimalı mövcuddur. Miqrasiya müddətində suitilərin olmasından əlavə, iyul ayında kilkələrin sayı ən yüksək səviyyəyə çatdığından sayı ən yüksək səviyyədə olan, cənubi Xəzərə miqrasiya etməmiş suitilərin may ayından sentyabr ayına qədər müddətdə qidalanma üçün ərazidə olacağı ehtimal edilir. Hava şəraitindən asılı olaraq, bunun bir aya qədər dəyişə biləcəyinə baxmayaraq, suitilər balalamaq və cütləşmək üçün Şimali Xəzərdə olduqda, yanvar və mart ayları arasında Tədqiqat Sahəsində daha az sayda suitilərin olacağı gözlənilir.

Elmi rəyə əsasən suitilər antropogen pozuntulara uyğunlaşma əlamətləri nümayiş etdirir.  Başa düşülür ki, Rusiyanın Dağıstan sahilyanı ərazisində pozuntuların artmasından (o cümlədən, məlumat verilmiş kütləvi qanunsuz ovlardan) sonra suitilər payız və yaz miqrasiyaları ərzində sahilyanı zonalardan uzaqlaşmağa və sahildən mümkün qədər uzaqda yerləşmiş marşrutlardan istifadə etməyə meyl edir. Ən son elmi-tədqiqat göstərmişdir ki, suitilərin həmişə əvvəlcədən müəyyənləşdirilmiş marşrutlardan istifadə edəcəyini güman etmək mümkün deyil (Şəkil 5.8). Buna görə, Tədqiqat Sahəsi də daxil olmaqla, daha dərin sularda miqrasiya edən suitilərin sayı dəyişə bilər.

Bu bölmədə Xəzər dənizində suitilərin gözlənilən mövsümi paylanmasının xülasəsi təqdim edidiyi halda bu mövzunun hərtərəfli şəkildə başa düşülməsini təmin etmir. Mövcud məlumatlar ilə əlaqədar bir sıra məhdudiyyətlər mövcuddur:

Birkalamadan ibarət elmi-tədqiqatın 3 illik müddəti (2009-2012) olmuşdur; Xəzər dənizi boyu uzunmüddətli paylanma təmayüllərinin monitorinqi üçün cari tədqiqat proqramı mövcuddur. 2009-cu ildən qabaq tarixi paylanma məlumatları gəmilərin və vertolyot pilotlarının tərəfindən canlı suiti müşahidələrinə, cari elmi proqramın tərkib hissəsi kimi toplanmış təsadüfi qeydlərə əsaslanmışdır; və

Elmi-tədqiqat proqramı çərçivəsində 75 suiti birkalanmışdır. Bu Xəzər dənizi boyu suitilərin paylanması ilə əlaqədar dəqiq nəticəyə gəlməyə imkan verən göstərici rəqəm hesab olunmur57.

57 Şəxsi yazışmalar, Dr Simon Goodman, 2016-cı il

Dekabr 2018-ci ilYekun variant

28

Page 29: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Şəkil 5.8: Xəzər suitisinin yaz və payız miqrasiyası58

58 Dr. Tariyel Heybətov tərəfindən tərtib edilib

Dekabr 2018-ci ilYekun variant

29

YayQidalanma və piylənmə

QışÇoxalma və balalama

D230 saylı Blok3Ö seysmik profillər (əsas)3Ö seysmik profillər (digərləri)Payız miqrasiya marşrutuYazda əsas miqrasiya marşrutuYazda ikinci miqrasiya marşrutuSuitilərin miqrasiyası

Şərti işarə

Page 30: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

5.3.9 Qışlayan, köçəri və yuvalayan quşlar

İri sayda endemik növlər mövcud olmaqla, Xəzər regionunda quş növləri yüksək müxtəlifliyə malikdir. Miqrasiya edən və qışlayan quşlar Xəzərin sahili boyu geniş zolaqla hərəkət etməyə meyllidir. Nəticədə, beynəlxalq və yerli səviyyədə əhəmiyyətli sayda miqrasiya edən və qışlayan quşları dəstəkləyərək, regional səviyyədə, Xəzərə dənizinin sahilyanı zonası ornitoloji əhəmiyyətə malik sahə kimi müəyyənləşdirilmişdir.

Quruda və dənizdə olan sahələr dəniz quşlarının 31 növü daxil olmaqla, 349 avifauna növü üçün təbii mühitləri təmin etməklə, iri sayda quş növləri qeydə alınmışdır59. Ələlxüsus, Abşeron yarımadasından Qobustana qədər Tədqiqat Sahəsinin cənub-qərb istiqamətində uzanan sahə çoxalan, yuvalayan, miqrasiya edən və qışlayan quşlar üçün təbii mühiti təmin edərək beynəlxalq və regional əhəmiyyətə malikdir. Bu regionda təxminən 128 su quşu və sahilyanı quş növü, o cümlədən, mühafizə əhəmiyyətli çox növlər qeydə alınmışdır. Bu növlərdən təxminən 21-i Azərbaycanın Qırmızı Kitabına (AzQK) və IUCN  Nəsli kəsilmə təhlükəsinə yaxın olan Növlərin Qırmızı Siyahısına daxil edilmişdir 60.

Tədqiqat Sahəsinə ən yaxın sahilyanı ərazidə quşlara dair mövcud məlumatlar məhduddur və dənizdə Tədqiqat Sahəsinin özünə dair spesifik məlumat yoxdur. Bununla belə, Azərbaycanda sahil boyu Mühüm Ornitoloji Sahələr və Biomüxtəliflik Sahələri (MOS) barədə məlumat mövcuddur (Şəkil 5.9). 61 Cədvəl 5.4-də təsvir edilən MOS-larda Layihənin təsirinə (yəni, yanacağın təsadüfən dağılmasına) məruz qalacağı ehtimal oluna bilən sahilyanı və dəniz sahələrindən istifadə edən quş növləri barədə məlumat təqdim edilir.

Cədvəl 5.4: Azərbaycanın sahilyanı zonası boyu yerləşmiş MOS-lar

MOS TəsviriSamur çayının deltası Bu sahə Bakıdan təxminən 200km şimal-qərbdə yerləşir və təxminən 6000 hektar

ərazini əhatə edir.Dəvəçi limanı (və ya Akzibir gölü)

Xaçmaz sahilyanı ovalığında qərb tərəfində geniş qamışlıqlar olan dayaz (suyun dərinliyi 0,5-1,2m olan) göldən ibarət 700 hektarlıq sahədir62. Sahə 70000 – 80000 su quşlarının payız miqrasiyası, həmçinin, təxminən 5000 qışlayan ördək və 5000 qaşqaldaq (Fulica atra) üçün xüsusi əhəmiyyət daşıyır60

Yaşma adası Abşeron yarımadasından bir qədər şimalda yerləşən alçaq qumlu adadır. 250 ha MOS seyrək qamışlıq sahələri olan dayaz, sahilyanı ərazilərdən ibarətdir. Körfəz və sahilyanı elementlər ümumi ərazinin 20%-ni təşkil edir63. Su quşlarının bir neçə növü ərazidən dayanma və qışlama sahəsi kimi istifadə edir.

Abşeron arxipelaqı (şimal) və Pirallahı körfəzi

Qışlayan, köçəri və çoxalan quşlar üçün əhəmiyyət daşıyan bir neçə müxtəlif adalardan ibarət geniş ərazidir.

Şahdili burnu Bakı şəhərinin yaxınlığında, Abşeron yarımadasının qurtaracağında yerləşən bu MOS (ira qarabattağın, qutanın və digər su quşlarının daxil olduğu) qutankimilərin və leyləkkimilərin (iri dan quşu və vağ daxil olmaqla, leyləkkimilərin) ötüb keçməsi və qışlaması ilə tanınır.

Qırmızı göl Sahə Bakıdan təxminən 20km cənub-cənub-qərbdə yerləşmişdir və qlobal miqyasda nəsli kəsilmə təhlükəsi ilə üzləşən quş növlərinin əhəmiyyətli populyasiyaları mövcuddur. Ərazi çoxalan quş növləri üçün əhəmiyyətlidir.

Sahil qəsəbəsi Təxminən 50000 ha sahəni əhatə edən bu ərazi Bakıdan təxminən 25km cənub-cənub-qərbdə yerləşmişdir və qlobal miqyasda nəsli kəsilmə təhlükəsi ilə üzləşən quş növlərinin əhəmiyyətli populyasiyaları mövcuddur. Ərazi qışlayan və köçəri quş növləri üçün əhəmiyyətlidir.

59 BirdLife International, 2014, Ölkənin profili: Azərbaycan. Bu saytdan əldə edilə bilər: http://www.birdlife.org/datazone/country/Azerbaijan 2016-cı ilin sentyabrında istifadə olunub

60 http://www.iucnredlist.org/

61 Qidalanma üçün dəniz mühitindən istifadə edə bilən quş təbii mühitlərinin mövcudluğunu göstərmək üçün sahilyanı əraziyə çox yaxın məsafədə yerləşən qurudakı MOS-ların bəzisi buraya daxil edilib.

62 BirdLife International (2016) Mühüm Ornitoloji Sahəyə və Biomüxtəliflik Sahəsinə dair informasiya bülleteni: Dəvəçi limanı (və ya Akzibir gölü). 06/09/2016 tarixində http://www.birdlife.org saytından yüklənib

63 BirdLife International (2016) Mühüm Ornitoloji Sahəyə və Biomüxtəliflik Sahəsinə dair informasiya bülleteni: Yaşma adası. 06/09/2016 tarixində http://www.birdlife.org saytından yüklənib

Dekabr 2018-ci ilYekun variant

30

Page 31: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

MOS TəsviriSəngəçal körfəzi Bakıdan 40km cənub-cənub-qərbdə yerləşən bu sahə qışlayan və miqrasiya edən

quş növləri üçün əhəmiyyətlidir.Gil adası Bakı arxipelaqının ən iri adası olan, Bakıdan 62km cənub-cənub-qərbdə yerləşən

200 ha sahədir. Buraya Azərbaycanın ən iri Xəzər qağayısı (Larus cachinnans) koloniyası daxildir64.

Pirsaat adaları və Lök adası

Bakıdan təxminən 73km cənub-cənub-qərbə yerləşən bu 250 ha sahəyə Bakı arxipelaqının tərkib hissəsi olan bir neçə adalar daxildir. Sahə Xəzər dənizində yeganə koloniya olan Qarabaş qağayı (Larus melanocephalus) və müxtəlif digər çoxalan sternalar ilə tanınır65.

Şorgöl gölləri / Şirvan qoruğu

Xəzər dənizindən quruya doğru uzanan 22,000 ha allüvial düzənlik Bakıdan təxminən 80km cənub-cənub-qərbdə yerləşmişdir. Buraya qışlayan ov quşları da daxil olmaqla, bir sıra çoxalan quş növləri daxildir66.

Kür çayının deltası Bakıdan 120km cənub-cənub-qərbdə yerləşən bu 15000 ha sahəyə qamışlıqlar, bataqlıqlar, kolluqlar və dayazsulu ərazilər daxildir. Sahədə su quşları üçün əla qida mənbələri və qoruyucu şərait mövcuddur. Bu Azərbaycanda qışlayan qutanlar (Pelecanus) üçün iki ən əhəmiyyətli sahələrdən biridir və qırmızıdimdik dalğıcın (dalğıc ördəyin) ən iri qış populyasiyalarından biri burada yerləşir67;

Qızılağac Dövlət Qoruğu Xəzər dənizinə birləşmiş açıq körfəz olan Qızılağac körfəzinin daxil olduğu, Bakıdan 145km cənub-cənub-şərqdə yerləşən 132500 ha sahədir. Avropada ən iri leyləkkimilər koloniyaları bu MOS-da yerləşir68.

Quşlar qidalanma, çoxalma və qışlama sahələrinin arasında hərəkət etdiyindən, bu MOS-ların ətrafındakı sahilyanı regionda quşların paylanmasının və bolluğunun xüsusilə, yaz və payız miqrasiya müddətləri ərzində mühüm mövsümi dəyişikliklərə məruz qalacağı ehtimal edilir. Miqrasiya müddətləri ərzində növlərin tərkibində qəfil dəyişikliklər qışlama və miqrasiya müddətləri ərzində sahilyanı ərazinin həddən artıq həssas olmasına gətirib çıxarır.

Hər hansı iri yanacaq dağılması zamanı riskə məruz qalacağına baxmayaraq, bu MOS-ların daxilində mövcud olan hər hansı bataqlıq quşlarının standart layihə fəaliyyətlərinin təsirinə məruz qalacağı ehtimal edilmir. Layihə ərazisinə daxil olan sularda qidalanan müəyyən köçəri və qışlayan dəniz quşu növləri ola bilər, lakin sayların minimum səviyyədə olacağı gözlənilir. Ümumiyyətlə, dəniz quşları əsasən dənizdə qidalanan quş növləri kimi müəyyənləşdirilir və buraya qağayılar və suya dalan sternalar daxildir.

5.3.9.1 Köçəri quşlar

Azərbaycanın sahilyanı əraziləri Avropanın, Asiyanın və Yaxın Şərqin quşlarının miqrasiya dövrəsinə daxildir.

Payız aylarında qərbi Rusiyada, Sibirdə və şimal-qərbi Qazaxıstanda yuvalayan quşlar cənubi Xəzərdə, cənub-qərbi Asiyada və Afrikada qışlamaq üçün cənuba uçurlar. Məlumatlar quşların təxminən 12%-nin Abşeron yarımadasından cənub-şərqə uçduğu halda, onların sadəcə yarıdan çoxunun Xəzər dənizinin sahili ilə cənuba, təxminən 37%-nin cənub-qərbə uçduğunu deməyə əsas verir. Hava şəraitindən asılı olaraq yanvar ayınadək uzana biləcəyinə baxmayaraq, ən aktiv miqrasiya müddəti avqust ayının ortalarından dekabr ayının ortalarınadək baş verir. Ümumiyyətlə, ən aktiv miqrasiya müddəti noyabr ayıdır. Payız miqrasiyasından sonra quşlar həm quruda, həm dənizdə sahilyanı zona boyu geniş yayılır. Ümumiyyətlə, miqrasiya edən quşlar sahilyanı ərazi ilə hərəkət etdiyindən, dənizə qədər məsafədən asılı olaraq saylarının da azalacağı gözlənilir.

64 BirdLife International (2016) Mühüm Ornitoloji Sahəyə və Biomüxtəliflik Sahəsinə dair informasiya bülleteni: Gil adası. 07/11/2016 tarixində http://www.birdlife.org saytından yüklənmişdir.

65 BirdLife International (2016) Mühüm Ornitoloji Sahəyə və Biomüxtəliflik Sahəsinə dair informasiya bülleteni: Pirsaat adaları və Lök adası. 07/11/2016 tarixində http://www.birdlife.org saytından yüklənmişdir.

66 BirdLife International (2016) Mühüm Ornitoloji Sahəyə və Biomüxtəliflik Sahəsinə dair informasiya bülleteni: Şorgöl gölləri/Sşirvan qoruğu. 07/11/2016 tarixində http://www.birdlife.org saytından yüklənmişdir

67 BirdLife International (2016) Mühüm Ornitoloji Sahəyə və Biomüxtəliflik Sahəsinə dair informasiya bülleteni: Kür çayının deltası. 07/11/2016 tarixində http://www.birdlife.org saytından yüklənmişdir

68 BirdLife International (2016) Mühüm Ornitoloji Sahəyə və Biomüxtəliflik Sahəsinə dair informasiya bülleteni: Gizilagach State Reserve. 07/11/2016 tarixində http://www.birdlife.org saytından yüklənmişdir

Dekabr 2018-ci ilYekun variant

31

Page 32: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Yaz miqrasiyası fevral ayının ikinci yarısında başlayır və mart ən fəal müddət olmaqla, aprel ayında başa çatır 69,70. Mərkəzi Xəzərin Azərbaycan sahili boyu miqrasiya marşrutları Şəkil 5.9-da təsvir edilmişdir. Quşlar bu marşrutlardan əsasən qışlamaq üçün Xəzər dənizinin cənub sahilinə, Kür-Araz ovalığına, Türkmənistana, cənub-qərbi Asiyaya və Afrikaya miqrasiya etmək üçün istifadə edir və sonradan yaz aylarında eyni marşrut boyunca şimala uçur (Şəkil 5.9).

Tədqiqat Sahəsinin həm şimalı, həm də cənubi istiqamətlərində yerləşmiş ərazilərdə bir neçə köçəri quş növləri barədə məlumat verilmişdir. Miqrasiya müddəti ərzində Tədqiqat Sahəsindən keçə bilən növləri hesablamaq üçün bu məlumatlardan istifadə edilmişdir. Tədqiqat Sahəsinə ən yazın olan dörd MOS-da mövcud olan quş növləri Cədvəl 5.5-də göstərilir. Birdlife International vasitsilə əldə edilmiş məlumatlar bəzi növlərin (kiçik qarabattağın, ələlxüsus, Microcarbo pygmaeus növünün) Yaşma adasında qışlamaq üçün Dəvəçi limanı MOS vasitəsilə miqrasiya edə biləcəyini deməyə əsas verir.

Cədvəl 5.5: Tədqiqat Sahəsinə ən yaxın MOS-larda mövcud olan quş növləri

Növlərin latınca adı Növlərin ümumi adı Yaşma adası

Dəvəçi limanı

Pirallahının sahilyanı

zonası

Şahdilinin sahilyanı

zonasıGlareola pratincola Çəmən haçaquyruğu

Fulica atra Qaşqaldaq

Sterna hirundo Adi sterna Pelecanus crispus Qıvrımlələk qutan

Platalea leucorodia Ərsindimdik

Himantopus himantopus Caydaq cüllüt

Tringa stagnatilis Çau cüllütü

Recurvirostra avosetta Bizdimdik

Microcarbo pygmaeus Kiçik qarabattaq

Thalasseus sandvicensis Alaburun sterna

Numenius tenuirostris Kiçik kronşnep

Xenus cinereus Morodun

Aythya fuligula Kəkilli dalğıc

Oxyura leucocephala Göydimdik

Cygnus cygnus Harayçı ququşu

5.3.9.2 Qışlayan quşlar

Xəzər sahilində, ələlxüsus, Abşeron yarımadasının və Şahdili brununun ətrafındakı bir neçə ərazi qışlayan quşlar üçün əhəmiyyətlidir. Bunların əksəriyyəti ördəklər (Anas, Netta və Aythya növləri) və qaşqaldaqdır (Fulica atra), lakin miqrasiya edən (Larus dəstəsinə aid olan bütün) gümüşü, boz, adi, qarabaş güləyən qağayılar bu ərazidə qışlayır. Cənubda yerləşən iki MOS ilə müqayisədə sayının daha aşağı olduğuna baxmayaraq, Tədqiqat Sahəsindən şimalda yerləşən Yaşma Adası MOS da quşların, ələlxüsus, ördəklərin və az sayda qaşqaldaq və qarabattaqların qışlamasına yardım edir. Dəvəçi limanı MOS üçün qışlayan quşlar barədə məlumat verilməmişdir.

Dənizdibində və ya dənizdibinə yaxın sularda kiçik balıqlar və bentik onurğasızlar ilə qidalanmaq üçün suya baş vuran, sayı ən bol olan qışlayan quşlara, ələlxüsus, ördəklərə və bataqlıq quşlarına yalnız dayaz sahilyanı ərazilərdə rast gəlinəcəkdir. Qağayılar kimi bəzi növlər bəzi vaxtlar dənizdə qidalandığı halda, Tədqiqat Sahəsi daxilində müşahidə edilən qışlayan quşlarda əhəmiyyətli sıxlığın olacağı ehtimal edilmir.

5.3.9.3 Yuvalayan quşlar

Yuvalayan quşlar üçün ən əhəmiyyətli sahə olan Abşeron yarımadası və əlaqədar adalar D230 saylı Blokdan 80km-dən artıq uzaqlıqda yerləşmişdir. Bu ərazi köçəri dəniz quşları, ələlxüsus, qarabaş 69 Mustafayev G. T., Sadıqova N. A., 2005, Azərbaycanın quşları (monoqrafiya) Bakı, “Çaşoğlu” Nəşriyyat Evi.

70 Tugayev D. G., 2000, Azərbaycan quşlarının kataloqu. Elm, Bakı.

Dekabr 2018-ci ilYekun variant

32

Page 33: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

qağayı (Larus melanocephalus) (AzQK-ya slınıb) və dəniz göyərçini (Larus genei), (Sterna, Chlidonius and Hydroprogne dəstələrinə aid olan) bir neçə sterna növləri və qarabattaqlar üçün əhəmiyyətlidir. Bataqlıq quşlarının, o cümlədən, Xəzər bozcasının, bozdimdiyin, vağların, batağanların və qaşqaldaqların da burada yuvaladığı aşkar edilmişdir. Kiçik sayda olduğuna və müxtəliliyinin aşağı olduğuna baxmayaraq, Yaşma adası və Dəvəçi limanı MOS-larda çoxalan quşlar mövcuddur (sternalar və çəmən haçaquyruğu).

Yuvalayan quşların əsas təbii mühitlərinə açıq, quru torpaq, nəm qumlu sahələr, qamışlıqlar və bataqlıqlar, açıq bataqlaşmış sahələr, balıqqulağı qalaqları, qayalıqlar və istifadəsiz qalmış neft platformaları daxildir. Bu növlərdən bəziləri, xüsusilə, dəniz quşları və yüksəklikdən suya şığıyaraq tez hərəkət edən canlını ovlayaraq yaxşı suya dalan (Sterna dəstəsinə aid) sternalar dənizdə qidalanır. Qağayılar kimi qidalanmaq üçün suya dalmağı yaxşı bacarmayan quşlar da qida üçün suya baş vura bilər, lakin bu quşların dalma bacarıqları zəifdir və onlar alçaq məsafədən suya baş vurur. Bununla belə, belə dəniz quşları seyrək yayılmışdır və tez-tez az sayda rast gəlinir.

Dekabr 2018-ci ilYekun variant

33

Page 34: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Şəkil 5.9: Cənub-qərbi Xəzər sahilində yerləşən Mühafizə Olunan Ərazilər və Mühüm Ornitoloji Ərazilər və Quşların Miqrasiya Marşrutları

Dekabr 2016-cı ilSon variant

34

D230 saylı Blok3Ö seysmik profillər (əsas)3Ö seysmik profillər (digərləri)İqtisadi Qadağa Zonasının SərhədiBatimetriya konturlarıQuşların miqrasiya marşrutuMilli parkRamsar sahəsiTəbiət yasaqlığıTəbiət qoruğu (TQ)Mühüm Ornitoloji Sahə (MOS)

Şərti işarə

Page 35: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

5.3.10 Təbiətin mühafizəsi üçün əhəmiyyət daşıyan sahələr

Təbiətin mühafizəsi üçün əhəmiyyət daşıyan əsas sahələr 5.3.9 bölməsində müzakirə edilən sahilyanı MOS-lar və Şəkil 5.9-da təsvir edilən aşağıdakı milli parklar / təbiət qoruqlarıdır:

Samur-Yalama Milli Parkı – 2012-ci ildə yaradılmış park təxminən 1800 hektar ərazini əhatə edir və buraya nərə və kütüm balıqlarına rast gəlinən sahilyanı sular daxildir;

Abşeron Milli Parkı mövcud Abşeron Dövlət Təbiət Yasaqlığının daxilində 2005-ci ilin 8 fevral tarixində yaradılmışdır. Parkın ərazisi 783 hektardır və burada (dincəlmək üçün sahilə çıxan) Xəzər suitiləri və çoxalan və miqrasiya edən quşların çox növü daxil olmaqla, konservasiya əhəmiyyətli bəzi növlər məskunlaşmışdır. Duz bataqlıqları və dəniz yosunları olan çəmənliklər də bir neçə balıq növü üçün əhəmiyyətlidir;

Şirvan Milli Parkı – Bakıdan təxminən 100km cənub-qərbdə yerləşir, Kür çayının deltasından şimalda və Bəndovan yasaqlığının ətrafında 54 373 hektar sahədə 2003-cü ilin iyul ayında yaradılmışdır (MOS). Onun bataqlıqlarında (Qızılağac gölündə) və dəniz sahilində 65-ə qədər quş növü yaşayır;

Qızılağac Dövlət Qoruğu – 1929-cu ildə yaradılmış qoruq quşlar üçün təbii mühiti təmin etmək üçün Qızılağac körfəzində təxminən 884 km² ərazini əhatə edir;

Gil Adası Təbiət Yasaqlığı – Bakıdan təxminən 60km cənub-qərbdə yerləşən, təxminən 400ha sahəni əhatə edən sahədə mühafizə olunan quş növləri, o cümlədən, gümüşü qağayı (Chroicocephalus novaehollandiae) mövcuddur;

Bəndovan Dövlət Təbiət Yasaqlığı – 4930 hektar ərazini əhatə edən yasaqlıq ceyran (Gazella sulgutturosa), bəzgək (Otis tetrax) və su quşlarının mühafizəsi məqsədilə 1961-ci ildə təyin edilmişdir; və

Kiçik Qızılağac Təbiət Qoruğu – 10700 hektar ərazini əhatə edən qoruq 1978-ci ildə köçəri və yerli quşlar tərəfindən istifadə olunan bataqlıqların və yerüstü sahələrin mühafizəsi üçün təyin edilmişdir.

5.4 Sosial-iqtisadi mühit

5.4.1 Qısa məlumat

Azərbaycan 11 şəhər rayonunun daxil olduğu 77 inzibati rayondan ibarətdir. Əhalinin 22%-i 71

Azərbaycanın paytaxtı Bakı şəhərində yaşamaqla, Azərbaycanın böyük qəsəbələrinin əksəriyyəti sahilyanı ərazidədir. 2018-ci ildə cins fərqi 49,9%-i kişi və 50,1%-i qadın olmaqla, Azərbaycanda əhalinin sayı 9 898 100 nəfər olmuşdur. Şəhər zonalarında məskunlaşmış əhalinin nisbəti son 20 il ərzində 50% civarında nisbətən dəyişməz qalmıdşır53. 2016-cı ildə orta yaşayış müddətinin 73 il (kişilər üçün 70, qadınlar üçün 7672) olması orta yaşayış müddətinin 71,1 il (kişilər üçün 67,0, qadınlar üçün 74,8) olduğu 1990-cı ildən bəri əhəmiyyətli, müsbət dəyişikliklərin olduğunu göstərir.

Ümumi ixracın 90%-dən çoxu neft və qazın payına düşməklə Azərbaycanın iqtisadiyyatı onun enerji ixracından çox asılıdır 73. 2008-ci ildə balıqçılıq təsərrüfatlarında 1400 nəfər yerli sakinlərin işlədiyi barədə məlumat verilməklə, bütövlükdə, balıqçılıq sənayesinin Azərbaycanın iqtisadiyyatına yardımı aşağı hesab edilir74. Buna görə, balıqçılıq təsərrüfatlarının milli ərzaq təminatına və yoxsulluğun azaldılmasına ümumi yardımı da aşağıdır; bununla belə, balıqçılıq təsərrüfatlarının kənd iqtisadiyyatı və sahilyan icmaların dolanışığı üçün əhəmiyyət daşıdığı yerli sahələr mövcuddur75.

71Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bu saytdan əldə oluna bilər: http://www.stat.gov.az/source/demoqraphy/indexen.php 2015-ci ilin avqust ayında istifadə olunub.

72 Ümumdünya Səhiyyə Təşkilatı, Qlobal Səhiyyə Müşahidə Məntəqəsi. Bu veb-səhifədən əldə edilə bilər: https://www.who.int/countries/aze/en/

73 ABŞ-ın Energetika Barədə Məlumat Administrasiyası (EIA), 2014. Ölkənin analizinə dair qısa məlumatlar: Azərbaycan. Bu saytdan əldə edilə bilər: http://www.eia.gov/countries/cab.cfm?fips=AJ 2015-ci ilin avqust ayında istifadə edilib.

74 Xüsusi mülkiyyət olduğundan, emal sənayesinin işçiləri bu rəqəmlərə daxil deyil.

75 Salmanov, Z., Qasımov, A., Fersoy, H. və van Anrooy, R., 2013. Azərbaycan Respublikasında balıqçılıq və balıqyetişdirmə təsərrüfatları: Xülasə. FAO Balıqçılıq və balıqyetişdirmə təsərrüfatları barədə təmimnamə № 1030/4. Ankara, FAO. 42 səh. Bu saytdan əldə edilə bilər: http://www.fao.org/docrep/017/i3113e/i3113e00.htm 2015-ci ilin avqust ayında istifadə olunub

Dekabr 2018-ci ilYekun variant

35

Page 36: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

5.4.2 Balıqçılıq təsərrüfatları

Xəzər dənizinin Azərbaycan sektorunda balıqçılığın sahilyanı ərazilərdə kommersiya məqsədilə kiçik miqyaslı və açıq dənizdə iri miqyaslı balıq ovundan ibarət olduğu məlumdur. 2014-cü ildə (balıqçılıq sektorunun da daxil olduğu) kənd təsərrüfatı və meşə sənayesi Azərbaycanda ümumi ÜDM-in 5,7%-ni təşkil etmişdir76. Tarixən kilkə Azərbaycanda ovlanan əsas kommersiya növlərindən biri olmuşdur. 2012-ci ilədək kilkə kommersiya məqsədilə ovlanmasına icazə verilən yeganə növ olmuşdur. 2001-ci ildən etibarən kilkə ehtiyatlarının azalmasına görə son 12-15 il ərzində ançous kilkəsinin kommersiya məqsədilə ovlanması tədricən azalmışdır. Ançous kilkə ehtiyatlarının azalmasına görə ETSN tərəfindən kommersiya məqsədilə balıq ovlamaq üçün son dövrdə (2012-2016-cı illər arasında) təqdim edilmiş lisenziyalarda dəyişiklik olmuşdur. Təqdim edilmiş lisenziyaların sayı, kilkə ovlayan iri gəmilərin sayı azalmışdır. Bununla bərabər digər balıq növləri və kiçik qayıqlar üçün təqdim edilmiş lisenziyaların sayı da azalmışdır.

Balıqların mühafizəsi barədə qanunvericilikdə qeydə alınmış bir sıra pozuntulara görə Azərbaycanda da azalma müşahidə edilmişdir. Bu dəyişikliyin ehtimal edilən səbəbi 5-7 il ərzində nərəkimilərin (o cümlədən, beluqanın, nərənin, uzunburunun, kələmonun) təbii ehtiyatlarının azalması ilə birlikdə pozuntu hallarına yol verən tərəflərin məsuliyyətə cəlb edilməsi üçün son ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin (SHBRAMD) fəaliyyətinin azalması və bu qeyd edilən balıq növlərinin qanunsuz ovunun müvafıq qaydada aşağı düşməsidir.

Əvvəlki illər (2005-2010) ilə müqayisədə son illər ərzində (2011-2016) balıqçılıq üçün verilmiş lisenziyaların sayı artmışdır. Bu artım kiçik balıqların (siyənək, külmə, çəki, kiçik balıqlar, çapaq, qızılı kefal, şamayka) ovlanması üçün əlavə lisenziyaların verilməsi və kiçik tutumlu donanmaların (qayıqların) lisenziyalarının sayının artması ilə əlaqədardır. Kommersiya məqsədilə ovlanan balıq növlərinin çəkisinin azalması (bu son illər ərzində bütöv Xəzər dənizi üçün müşahidə edilən ümumi təmayüldür) kilkənin miqdarının azalması ilə əlaqədardır. Ovlanan kiçik balıqların miqdarı artdığı halda kilkə ovunun həcminin azalması daha əhəmiyyətli hala çevrilir. Beləliklə, 2005-2010-cu illər ilə müqayisədə son illərin təmayülü (2011-2016) kommersiya məqsədilə balıq ovunun kilkədən digər kiçik balıq növlərinə dəyişdiyini göstərir. Kiçik balıqların ovlanması və kiçik tutumlu gəmilərin (qayıqların) istifadəsi üçün verilən lisenziyaların sayı artdığı halda ovlanan kilkənin miqdarı aşağı düşdüyünə görə balıq ovlamaq üçün iri tutumlu kilkə ovlayan gəmilərə verilən lisenziyaların sayı azalmışdır.

5.4.2.1 Kommersiya məqsədilə balıq ovu

Balıqçılıq fəaliyyətinin (2018-ci ildə aparılmış) son yoxlaması zamanı müəyyən edilmişdir ki, kommersiya əhəmiyyətli balıq növlərinin ovlanması üçün lazım olan avadanlıqlar ilə təchiz edilmiş 10 balıqçı gəmisi Azərbaycan bayrağı altında fəaliyyət göstərir. Bu gəmilərdən doqquzu liman kimi Lənkəran şəhərindən istifadə etdiyi halda yerdə qalan bir gəmi əvvəllər Pirallahı adasından, sonralar Bakı şəhərinin Bibiheybət limanından istifadə etmişdir. Balıq ovu adətən kilkə kütlələrinə tez-tez rast gəlinən dayaz sularda aparılır.

Tədqiqat Sahəsinin daxilində və ya yaxınlığında balıq ovu rayonları mövcud deyil və Mərkəzi Xəzər dənizinin əlverişsiz ekoloji şəraitinə (güclü şimal küləklərinə) görə bu kommersiya gəmilərinin istismar ediləcəyi yer deyil. Buna görə, Tədqiqat Sahəsinin daxilində və ya yaxınlığında kommersiya məqsədilə balıq ovlanmır77.

5.4.2.2 Lisenziyasız balıqçılıq fəaliyyəti

Lisenziyasız balıqçılıq fəaliyyətləri kvotadan artıq balıqların ovlanması və tənzimləyici orqanlar tərəfindən icazə verilməmiş balıq növlərinin ovlanması, həmçinin, hər hansı lisenziyasız, yəni, lisenziyasız gəmilər və ya balıqçılar tərəfindən balıqların ovlanması ilə əlaqədardır.

İcazəsiz avadanlıqlar, qayıqlar, gəmilər və ya növlər qadağandır və əks halda müvafiq orqanlar tərəfindən müsadirə edilir. Hər il balıqçılıq fəaliyyəti barədə qanunvericilik pozuntulara, həmçinin, balıq ovu ləvazimatlarının və ovlanmış balıqların müsadirəsinə dair sübutlar mövcuddur. Məsələn, 2017-ci ildə balıqçılıq fəaliyyəti barədə qanunvericilik ilə əlaqədar 272 pozuntu baş vermiş və 122 şəxs

76

77 Mehman Axundov ilə şəxsi yazışma, sentyabr 2016-cı il

Dekabr 2018-ci ilYekun variant

36

Page 37: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

məsuliyyətə cəlb edilmişdir. Müsadirə edilmiş avadanlıqlara 57 balıqçı qayığı, qanunsuz balıq ovu ləvazimatları (5550 ədəd) və müxtəlif balıq növləri daxil olmuşdur. Bu müddət ərzində tətbiq edilmiş cərimələrin ümumi məbləği 51229 AZN təşkil etmişdir78.

5.4.2.3 Kiçik miqyaslı balıq ovu

Sahilyanı ərazilərdə kiçik miqyaslı balıqçılıq üçün orta ölçülü, kiçik tonnajlı gəmilərdən istifadə edilir. 16 iyun 2007-ci il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş “Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən kiçik tonnajlı gəmilərin təsnifatına dair” 073 saylı əmrdə və Ədliyyə Nazirliyinin 26 iyun 2007-ci il tarixli, 3350 saylı sertifikatında nəzərdə tutulur ki, kiçik tonnajlı gəmilərin balıq ovu ilə məşğul ola biləcəyi ərazi sahil xəttindən 2-3 dəniz mili (5km) məsafəyə qədər məhdudlaşdırılır. Şəkil 5.10-da 3 dəniz mili bufer məsafə göstərilmişdir.

78 Elmi-Tədqiqat Balıq Təsərrüfatı Institutunun məlumatları, 2018-ci il.

Dekabr 2018-ci ilYekun variant

37

Page 38: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Şəkil 5.10: Lisenziyalı balıq ovu sahəsi və Tədqiqat Sahəsinin yaxınlığında balıq vətəgələri

December 2018-ci ilYekun variant

38

D230 saylı Blok3Ö seysmik profillər (əsas)3Ö seysmik profillər (digərləri)İqtisadi Qadağa Zonasının SərhədiBatimetriya konturlarıBalıqçılıq sahəsiKiçik miqyaslı balıq ovuna icazə verilmiş təxmini sahə

Şərti işarə

Page 39: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

5.4.3 Gəmiçilik və naviqasiya

Azərbaycanın başlıca kommersiya limanları Abşeron yarımadasında və Bakı şəhərinin yaxınlığında yerləşmişdir. Mərkəzi Xəzər dənizinin sularında gəmiçilik fəaliyyətlərinə yük daşımalar, sərnişin gəmiləri, elmi tədqiqatlar, həmçinin, neft və qaz sənayesinə dəstək məqsədi daşıyan digər gəmi hərəkətləri daxildir.

Mərkəzi Xəzər dənizi boyu Bakı limanı, Türkmənbaşı (Türkmənistan), Aktau (Qazaxıstan) və Olya (Rusiya) daxil olmaqla, bir sıra kommersiya limanları tərəfindən dəstəklənən sıx naviqasiya marşrutları şəbəkəsi mövcuddur (Şəkil 5.11). Bakı / Ələt və Aktau və Bakı / Ələt və Türkmənbaşı və Olya və Türkmənbaşı arasında yük və sərnişin bərələrinin fəaliyyət göstərdiyi məlumdur. Onlar vaxt cədvəli əsasında fəaliyyət göstərmir; əməliyyatlar daha çox sərnişin və yük tələbatı, həmçinin, hava şəraiti əsasında müəyyənləşdirilir.79

Seysmik tədqiqatın aparılması üçün təklif edilmiş sahədən (o cümlədən, tədqiqat gəmisinin manevr zonasından) hərəkət statistikası naməlum olan ən azı 4 gəmiçilik marşrutu keçir.

5.4.4 Dəniz infrastrukturu

Tədqiqat Sahəsi və qonşu ərazilər bir neçə onilliklər boyu geniş neft və qaz hasilatı və kəşfiyyatı fəaliyyətlərinə məruz qalmışdır. Qonşu sahələrdəki Kontrakt Sahələr aşağıda yekunlaşdırılmış və Şəkil 5.11-də təsvir edilmişdirŞəkil 5.11:

Dan Ulduzu-Əşrəfi Kontrakt Sahəsi – D230 saylı Blokdan təxminən 30km cənubda yerləşir və suyun dərinliyinin 160m-dən 180m-ə qədər dəyişdiyi ərazidə təxminən 453km2 sahəni əhatə edir. Bu kontrakt sahəsində sement körpüsü qoyulmuş və ləğv olunmuş bir kəşfiyyat quyusunun olduğu məlumdur;

Neft Daşları – Bakıdan təxminən 100km şərqdə yerləşən dəniz sahəsi 1950-ci illərdə işlənmişdir və buraya istismarda olan və ləğv edilmiş 1000-dən artıq platforma daxildir;

Qarabağ neft və qaz yatağı – Bakıdan təxminən 130km şərqdə Abşeron arxipelaqının şimal hissəsində yerləşmişdir;

AÇG Kontrakt Sahəsi – Abşeron yarımadasından təxminən 75km şərqdə suyun dərinliyinin 150-400m arasında dəyişdiyi sahələrdə yerləşmişdir;

AYDS Kontrakt Sahəsi – təxminən 1900km2 sahəni əhatə edir və həm quruda. Həm də dənizdə yerləşən elementlərdən ibarətdir. Bu sahilyanı ərazidən suyun dərinliyinin təxminən 25m-ə çatdığı sahəyə qədər uzanır; və

Yalama Bloku D-222 – Rusiya, Dağıstan Respublikasının sahillərindən təxminən 50km məsafədə suyun dərinliyinin 80m-dən 700m-ədək dəyişdiyi sahədə yerləşir.

5.4.5 Turizm və əyləncə məkanları

Abşeron yarımadasının sahili boyu (dalğıc, üzmə və kaytsörfinq daxil olmaqla) istirahət və əyləncə və su idmanı növləri üçün istifadə edilən bir sıra sahələr mövcuddur və xüsusilə çimərlik klublarında və mehmanxanalarda çimərik istifadəçilərinin istifadəsinə verilmişdir.

Xəzər dənizinin Azərbaycan sektorunda əyləncə məqsədilə suya dalmanın istirahət üçün yayılmış fəaliyyət olması məlum olmadığına baxmayaraq, Abşeron regionunda Şəkil 5.12-də göstərilən sahələrdə suya dalma ilə məşğul olan üç dalğıc klubu fəaliyyət göstərir. Dalğıc fəaliyyətləri (Bakı körfəzindən bir qədər cənubda) Böyük Zirə adasının və Çilov və Yanan Tava adalarının yaxınlığında aparılır. Abşeron yarımadasının şərqində yerləşən sahələrlə müqayisədə Böyük Zirə adasına daha az baş çəkildiyi və ümumiyyətlə, adaya motorlu qayıq ilə səfər edən təcrübəli dalğıclar tərəfindən istifadə edildiyi başa düşülür. Qış ayları ərzində daha az populyar olduğuna, küləkli və ya qasırğalı hava şəraitlərində həyata keçirilmədiyinə baxmayaraq, il ərzində dalğıc əməliyyatlarının həyata keçirildiyi məlumdur.

79Ələt limanının rəhbərliyi ilə şəxsi yazışma, 13 avqust 2018-ci il.

Dekabr 2018-ci ilYekun variant

39

Page 40: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Şəkil 5.11: Gəmiçilik marşrutları və dəniz infrastrukturları

Dekabr 2018-ci ilYekun variant

40

D230 saylı Blok3Ö seysmik profillər (əsas)3Ö seysmik profillər (digərləri)Ölkənin sərhədiBatimetriya konturlarıGəmiçilik marşrutu

Şərti işarə

Qonşuluqdakı Kontrakt Sahələri və bloklar

Azəri-Çıraq-GünəşliDan Ulduzu – ƏşrəfiQarabağŞahdənizAbşeron Yarımadasının Dayazsulu HissəsiYalama D-222

Page 41: Ətraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri - BP · Web viewƏtraf Mühitin və Sosial-İqtisadi Sahənin Təsviri Mündəricat 5.1Giriş5-2 5.2Məlumat mənbələri5-2

D230 saylı Blok üzrə Seysmik TədqiqatƏtraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 5Ətraf Mühitin və Sosial Sahənin Təsviri

Şəkil 5.12: Tədqiqat Sahəsinin daxilində və ya yaxınlığında istirahət və əyləncə yerləri

Dekabr 2018-ci ilYekun variant

41

D230 saylı Blok3Ö seysmik profillər (əsas)3Ö seysmik profillər (digərləri)İqtisadi Qadağa Zonasının sərhədiBatimetriya konturlarıDalğıc sahəsiSu idmanı sahəsiİstirahət-əyləncə üçün çimərlikİstirahət yerləri

Şərti işarə