Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci...

27

Transcript of Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci...

Page 1: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə
Page 2: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

2

Respublikanın ümumtəhsil məktəblərinin

7-ci sinifləri üçün “Riyaziyyat” dərslik komplekti

Müəllif: Sevda İsmayılova

Bakı: “Şərq-Qərb”, 2014

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında

hazırlanmış

YEKUN RƏY

Page 3: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

3

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından

2. Dil və yazı üslubu baxımından

3. Dizayn və bədii tərtibat baxımından

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

5. “Müəllim üçün metodik vəsait”in (MMV) məzmununun işlənməsi

baxımından

1. Məzmunun işlənməsi baxımından

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik

5 fəsil üzrə (“Rasional ədədlər. Üçbucağın elementləri”, “Natural üstlü qüvvət.

Üçbucaqların konqruyentliyi”, “Çoxhədli. Orta perpendikulyar”, “Müxtəsər

vurma düsturları. Paralellik əlamətləri”, “Tənliklər sistemi. Üçbucağın tərəfləri

və bucaqları. Statistika və ehtimal”) 78 mövzunu əhatə etməklə, 224 səhifədən

ibarətdir. Mövzular üzrə “Fəaliyyət”, “Nümunə” və “Çalışmalar” rubrikaları,

fəsillərin sonunda isə “Özünüzü yoxlayın” tapşırıqları verilmişdir. Dərsliyin

sonunda əksər tapşırıqların cavabı verilmişdir. “Mündəricat” 5 fəslə ayrılmış və

mövzular üzrə nömrələnmişdir.

Dərslik komplektindəki materiallar yeni təhsil proqramına (kurikulum) əsasən 5

məzmun xətti üzrə (Ədədlər və əməllər, Cəbr və funksiyalar, Həndəsə, Ölçmə,

Statistika və ehtimal) 12 əsas və 34 alt standartların reallaşdırılmasına yönəlmişdir.

Dərslikdə verilmiş bəzi təlim materiallarının və faktlarının elmiliyi, dəqiqliyi

əksər halda gözlənilmiş, bəzi hallarda isə qüsurlu şəkildə verilmişdir. Mövzulardakı

didaktik tələblər, tədris vahidlərinin sadədən mürəkkəbə doğru ardıcıllığı əsasən

gözlənilmişdir. Fəndaxili və fənlərarası inteqrasiya qismən aparılmışdır. Burada

istifadə olunan materiallar müstəqil, interaktiv təlimə əsasən şərait və imkan yaradır.

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 6. “Rasional ədədlərin yazılışı və oxunuşu” mövzusunda “Fəaliyyət”

bölməsinin 3-cü bəndində verilmiş “2,7 ədədinin hansı tam ədədlər arasında

yerləşdiyini deyin” tələbinin cavabı birqiymətli deyil. Ona görə də burada “2,7

ədədinin hansı iki ardıcıl tam ədədlər arasında yerləşdiyini deyin” yazılmalıdır. 4-cü

və 5-ci bəndlərdə də “–2,7 ədədindən böyük və ona ən yaxın olan tam ədədi

müəyyən edin” və “–2,7 ədədindən kiçik və ona ən yaxın olan tam ədədi

müəyyən edin” kimi tapşırıqların verilməsi metodiki baxımdan düzgün deyil. Çünki

Page 4: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

4

burada məntiqi ardıcıllıq pozulmuşdur. Belə ki, mənfi kəsr ədədlər hələ məlum

olmadığı halda onların müqayisəsinin fəaliyyət kimi verilməsi məqsədəuyğun deyil.

Yenə həmin səhifədə rasional ədədlərə verilmiş “n

a şəklində göstərilə bilən

ədədə rasional ədəd deyilir. Burada a – tam ədəd, n isə natural ədəddir.

NnZ,a ” tərifi “b

a şəklində göstərilə bilən ədədə rasional ədəd deyilir. Burada

0,, bZbZa olmalıdır” kimi yazılmalıdır.

Səhifə 7 və 8. 6-12-ci tapşırıqlar mövzuya uyğun olmadığından

dəyişdirilməlidir. Çünki mövzu “Rasional ədədlərin yazılışı və oxunuşu” olduğu

halda bu tapşırıqlar “Rasional ədədlər üzərində əməllər”ə aiddir.

Səhifə 12. “Sonsuz dövri onluq kəsr” mövzusunda “Dövr”ün tərifi

verilməmişdir. Tərif “Təkrarlanan rəqəmlərdən ibarət ədəd kəsrin dövrü adlanır”

kimi qeyd edilməlidir.

Səhifə 16. 1-ci abzasda “vergüldən sonrakı ədəddən dövrə qədərki ədəd

çıxılır” ifadəsi əvəzinə “vergüldən sonrakı ədəddən vergüldən dövrə qədərki ədəd

çıxılır” yazılmalıdır.

Yenə həmin səhifədə “Dövri onluq kəsrin adi kəsrə çevrilməsi” mövzusuna

aid olan tapşırıqların dərsliyin sonunda cavablarının verilməsi tövsiyə edilir.

Səhifə 18. “Rasional ədədlərin müqayisəsi” mövzusunda “Fəaliyyət”

bölməsinin 3-cü bəndində “koordinat başlanğıcının müxtəlif tərəflərində yerləşir”

ifadəsi “koordinat başlanğıcından müxtəlif tərəflərdə yerləşir” kimi verilməlidir.

Yenə həmin səhifədə 1-ci “Nümunə” bölməsindəki “15

2 və

21

5” kəsrləri

“15

2 və

21

2 ” kimi verilməlidir.

Ümumiyyətlə, mövzunun izahında rasional ədədlərin müqayisəsi üçün qayda

verilməlidir.

Səhifə 21. “Bərabərsizlik” mövzusunda boz fonda verilmiş “Dəyişənin

bərabərsizliyi doğru bərabərsizliyə çevirən qiymətlərinə bərabərsizliyin həlli

deyilir” tərifi “Dəyişənin bərabərsizliyi doğru ədədi bərabərsizliyə çevirən

qiymətlərinə bərabərsizliyin həlli deyilir” kimi yazılmalıdır. Sonrakı cümlədəki

“Bərabərsizliyin birdən çox həlli ola bilər” fikri isə çaşdırıcıdır. Çünki buradan

belə nəticəyə gəlmək olar ki, bərabərsizliyin əsasən bir həlli olur, xüsusi halda isə

birdən çox da həlli ola bilər. Hansı ki, bərabərsizliyin həlli haqqında bu fikrin əksini

demək olar. Daha sonra verilmiş “Bu həllər çoxluğu bərabərsizliyin həllər çoxluğu

Page 5: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

5

adlanır” ifadəsi də qeyri-müəyyəndir. Çünki bu fikrin hansı çoxluğa aid olduğu

məlum deyil.

Səhifə 29. Aksiomların bir mövzuda verilməsi düzgün deyil. Onların uyğun

mövzularla birgə verilməsi elmi-metodiki baxımdan daha məqsədəuyğundur.

Səhifə 32. Birinci “Fəaliyyət” bölməsinin 3-cü bəndində verilmiş “Sonu cüt

rəqəmlə və sıfırla qurtaran” ifadəsi “Sonu cüt rəqəmlə qurtaran” kimi yazılmalıdır.

Səhifə 34. “Bucağın tənböləninin qurulması” mövzusu “Üçbucaqların

konqruyentlik əlamətləri”ndən sonra verilməlidir. Əks halda qurmanın isbatı

mümkün deyil.

Yenə həmin səhifədə boz fonda sonuncu abzasda verilmiş “Pərgarla bucağın

tənbölənini qurmaq üçün” ifadəsi “Pərgar və xətkeşlə bucağın tənbölənini qurmaq

üçün” kimi yazılmalıdır.

Yenə həmin səhifədə ikinci “Fəaliyyət” bölməsinin 2-ci bəndində yazılmış

“Pərgar vasitəsilə mərkəzi O nöqtəsində, radiusu OA və OB tərəflərindən kiçik

olan çevrə çəkin” cümləsi “Pərgar vasitəsilə mərkəzi O nöqtəsində olan və bucağın

tərəflərini kəsən çevrə çəkin” kimi verilməlidir.

Səhifə 35. İzahın 3-cü və 4-cü bəndlərində “çevrə çəkin” ifadəsi verilməsinə

baxmayaraq, uyğun şəkillərdə qövs verilmişdir. Həmçinin 5-ci bənddə də “düz xətt

keçirin” tapşırığı verilsə də, şəkildə şüa verilmişdir. Bu kimi tapşırıq və göstərişlər

elmi səhvdir.

Səhifə 36. “Üçbucağın tənbölənləri” mövzusunda verilmiş “Üçbucağın hər

hansı bucağının tənböləni qarşı tərəflə birləşdirən parçaya üçbucağın tənböləni

deyilir” tərifi “Üçbucağın təpəsini qarşı tərəfin nöqtəsi ilə birləşdirən bucaq

tənböləninin parçasına üçbucağın tənböləni deyilir” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 1-ci, 2-ci və 3-cü tapşırıqların hər birində “Tənbölənlərin

kəsişmə nöqtəsinin daxildə və ya xaricdə yerləşdiyini müəyyən edin” ifadəsinin

eyni məzmunlu tapşırıqda təkrarlanması düzgün deyil. Çünki hər üç qurma zamanı

tənbölənlərin kəsişmə nöqtəsinin üçbucağın daxilində olması aydın olacaq. Ona görə

də burada “və ya xaricdə” ifadəsinin işlənməsinə ehtiyac yoxdur, çünki qurma

zamanı bu vəziyyətə rast gəlinmir. Ona görə də burada üç tapşırıq əvəzinə “Pərgar və

xətkeş vasitəsi ilə itibucaqlı, düzbucaqlı və korbucaqlı üçbucaqların tənbölənlərini

qurun. Tənbölənlərin kəsişmə nöqtəsinin nə üçün üçbucağın daxilində yerləşdiyini

araşdırın” kimi tapşırığın verilməsi elmi-metodiki baxımdan daha məqsədəuyğundur.

Səhifə 38. “Üçbucağın hündürlükləri” mövzusunun 1-ci “Fəaliyyət”

bölməsində 4-cü bənddə verilmiş “AKB və AKC necə bucaqlardır?” sualından

Page 6: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

6

sonra 5-ci bənddəki “Günyənin kiçik tərəfləri arasındakı bucaq neçə dərəcədir”

sualının verilməsi məqsədəuyğun deyil. Belə çıxır ki, ölçü alətinin dəqiqliyi haqqında

məlumat bilmədən ölçmə işi aparılır, sonra isə alətin özünün ölçüsü təyin edilir. Ona

görə də 5-ci bəndin 2-ci bənddən sonra verilməsi məqsədəuyğundur. Həmçinin

izahda “üçbucağın hündürlüyü”nə verilmiş tərifdə “düz xəttə çəkilmiş

perpendikulyar” anlayışından istifadə edildiyi üçün varislik prinsipi pozulmuşdur.

Çünki “Perpendikulyar və maillər” mövzusu səhifə 103-də verilmişdir. Bu nəzərə

alınaraq “Perpendikulyar və maillər” mövzusunun “Üçbucağın medianları”

mövzusundan əvvəl verilməsi məqsədəuyğun hesab edilir.

Səhifə 42. “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin

1-ci bəndində yazılmış “Verilmiş ədədləri sadə vuruqlarına ayırın” şərti “125

343”

kəsri üçün ödənilmir. Çünki kəsrin “sadə vuruqlara ayrılışı” anlayışı yoxdur.

Səhifə 43. Ədədin standart şəkli üçün verilmiş izahın 1-ci cümləsindən “tam”

sözü çıxarılmalıdır.

Səhifə 45. Boz fonda “Göstəriş”də verilmiş “əsası qalıqda alınan ədəd qədər

qüvvətə yüksəldin” ifadəsində “qədər” əvəzinə “dərəcədən” yazılması

məqsədəuyğundur.

Səhifə 46. “Eyni əsaslı qüvvətlərin hasili” mövzusunun izahında sonuncu

abzasdakı “a) 812+7

=812

·86” ifadəsi “a) 8

12+7=8

12·8

7” kimi verilməlidir.

Səhifə 51. “Qüvvətin qüvvətə yüksəldilməsi” mövzusunda boz fonda verilmiş

“bərabər olan qüvvətə bərabər olan ifadədir” fikri “bərabər olan qüvvətdir” kimi

yazılmalıdır.

Səhifə 55. “Birhədli və onun standart şəkli” mövzusunda boz fonda verilmiş

“Əgər birhədlidə birinci yerdə ədədi vuruq, sonra isə hər biri bir dəfə iştirak

etməklə hərfi vuruqlar və ya onların müxtəlif qüvvətləri yazılırsa, belə yazılışa

birhədlinin standart şəkli deyilir” tərifi qüsurludur. Çünki hər bir “hərfi vuruq” da

dərəcəsi vahidə bərabər olan qüvvətdir.

Səhifə 56. Boz fonda verilmiş “Birhədlinin dəyişənlərinin qüvvət üstlərinin

cəminə birhədlinin qüvvət üstü (dərəcəsi) deyilir” tərifi “Birhədlinin

dəyişənlərinin qüvvətlərinin cəminə birhədlinin qüvvəti (dərəcəsi) deyilir” kimi

yazılmalıdır.

Səhifə 63. Boz fonda verilmiş “Fəaliyyətdə alınan düsturu” ifadəsi yanlışdır.

Çünki “Fəaliyyət”də “düstur” deyil, “ədədi ifadə” vardır. Həmçinin bu abzasın

sonunda yazılmış “n-məbləğin qoyulduğu müddətdir” ifadəsi anlaşılan deyil. Eyni

Page 7: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

7

zamanda, burada sadə faiz artımı düsturunun “ )100

(10

nrSSn

” kimi verilməsi

məqsədəuyğundur. Burada verilmiş “r – illik faiz artımını göstərən ədəd” ifadəsi

elmi baxımdan səhvdir. Çünki r – müəyyən dövr üçün faiz artımını göstərən ədəddir.

Bu irad səhifə 66-da verilmiş mürəkkəb faiz artımı düsturuna da aiddir.

Yenə həmin səhifədə “Qeyd” bölməsində “son məbləğ (S) başlanğıc

məbləğdən (S0) kiçik olarsa” əvəzinə “azalma xarakterinə görə (Sn<S0)” yazılmalı

və düsturda “–” işarəsi qeyd edilməlidir.

Səhifə 66. Boz fonda verilmiş “n

rSS

10010

”mürəkkəb faiz artımı düsturu

əvəzinə ənənəvi olaraq “ n

n

rSS )

1001(0 ” yazılması məqsədəuyğundur.

Səhifə 70. “Üçbucaqların konqruyentliyinin birinci əlaməti” mövzusunda

çərçivədə verilmiş ikinci cümlədəki “bir neçə elementlərinin” ifadəsi “bir neçə əsas

elementinin” kimi yazılmalıdır.

Səhifə 70, 73 və 82. “Üçbucağın konqruyentliyinin əlamətlər”i elə klassik

“bərabərlik əlamətləri” ilə eyniləşdirilir. Bunun isə səbəbi konqruyentlik anlayışının

düzgün verilməməsidir. Bunun üçün əvvəlcə “konqruyent parçalar” və “konqruyent

bucaqlar” anlayışları verilməli, sonra təkliflər və hökmlər bu terminlərlə ifadə

edilməlidir. Eyni irad səhifə 76-da “Bərabəryanlı üçbucağın xassələri” mövzusuna

da aiddir.

Səhifə 77. “Fəaliyyət” bölməsinin 4-cü bəndinin ikinci sətrində “BD medianı

həm də üçbucağın” ifadəsi olmalıdır.

Səhifə 87. “Çoxhədli və onun standart şəkli” mövzusunun 1-ci “Fəaliyyət”

bölməsinin 1-ci bəndi elmi cəhətdən düzgün verilməmişdir. Çünki oradakı göstərişə

əsasən müxtəlif ölçü vahidlərinin miqdarını bildirən ifadələrin cəmi tapılır.

Məlumdur ki, müxtəlif adlı vahidləri toplamaq, çıxmaq olmaz. Ona görə də orada

verilmiş kubdan başqa digər üç şəklin əvəzinə üç ədəd düzbucaqlı paralelepiped

aşağıdakı kimi verilməlidir:

2

x

x 1,5

1

x

1,5

1

2

Səhifə 97. “Çoxhədlinin vuruqlara ayrılması” mövzusunun “Nümunə”

bölməsində verilmiş misalın həlli zamanı “bd–ad” ifadəsində ortaq vuruğun niyə “d”

deyil, “–d” götürüldüyü izah olunmamışdır. Burada ortaq vuruq “d” götürülməli və

Page 8: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

8

bundan sonra hansı addımın atılacağı izah edilməlidir. Digər tərəfdən verilmiş izah

əsasında nəzərdə tutulan təlim nəticəsini reallaşdırmaq mümkün deyil. Bu izahdan

sonra heç bir şagird bu mövzuya aid 5-ci, 6-cı, 7-ci, 8-ci, 10-cu, 14-cü tapşırıqları və

13-cü tapşırığın ç), d), e) bəndlərini yerinə yetirə bilməz. Çünki şagirdlər “x2+xy,

a4+2a

3, b

6–2b

4” tipli ifadələrdən ortaq vuruğu mötərizə xaricinə çıxarmanı bilmirlər.

Verilmiş tapşırıqlar isə həmin tip tapşırıqlardır. Ona görə də bu mövzudan əvvəl

“Ortaq vuruğun mötərizə xaricinə çıxarılması” mövzusu dərsliyə daxil edilməlidir.

Səhifə 100. “Parçanın yarıya bölünməsi” mövzusunun “Fəaliyyət”

bölməsində 6-cı bəndin 2-ci sualı “Bu üçbucaqlar bərabərdirmi?” əvəzinə “Bu

üçbucaqlar konqruyentdirmi?” kimi verilməlidir.

Səhifə 101. 6-cı tapşırığın “Verilmiş parçanı 3 bərabər yerə necə bölmək

olar?” şərtinin “Tək ikitərəfli xətkeşlə verilmiş parçanı 3 bərabər hissəyə bölün” və

ya “Tək pərgardan istifadə etməklə parçanı 3 bərabər hissəyə bölün” kimi verilməsi

məqsədəuyğundur.

Səhifə 102. “Parçanın orta perpendikulyarı” mövzusunun “Fəaliyyət”

bölməsində 2-ci bəndi “AB parçasının orta nöqtəsini qurun” kimi verilməlidir.

Səhifə 103. “Perpendikulyar və maillər” mövzusunun izahının 1-ci abzasında

verilmiş “A nöqtəsindən a düz xətinə AH perpendikulyarı və AB parçası çəkilib”

cümləsinin “A nöqtəsindən a düz xətinə AH perpendikulyarı və düz xəttin hər hansı B

nöqtəsini birləşdirən AB parçası çəkilib” kimi verilməsi daha düzgündür. Həmçinin

2-ci abzasda nöqtədən düz xəttə qədər məsafə anlayışının “AH parçası A

nöqtəsindən a düz xəttinə qədər olan məsafədir” kimi verilməsi düzgün deyil.

Çünki məsafə AH parçasının uzunluğuna bərabərdir. Bu qüsur 4-cü abzasda doğru

verilmişdir.

Yenə həmin səhifədə “Perpendikulyar və maillər” mövzusunda

perpendikulyarın və mailin tərifləri daxil edilməlidir.

Səhifə 104. “Mərkəzi simmetriya” mövzusunda “Fəaliyyət” bölməsinin 2-ci

bəndində verilmiş “A nöqtəsindən əks tərəfdə eyni ölçüdə parça ayırın” ifadəsi

anlaşılan deyil. Çünki əks tərəf anlayışı müəyyən edilməmişdir. Həmçinin nöqtədən

əks tərəf anlayışı yoxdur.

Səhifə 107. “Eynilik. Eynilik çevrilmələri” mövzusunun izahında boz fonda

sonuncu abzasda verilmiş “Bir ifadənin ona bərabər digər ifadəyə çevrilməsi

ifadənin eyniliklə çevrilməsi adlanır” cümləsi “Bir ifadənin ona bərabər olan digər

ifadəyə çevrilməsi ifadənin eynilik çevrilməsi adlanır” kimi yazılmalıdır.

Page 9: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

9

Yenə həmin səhifədə “Nümunə” bölməsində verilmiş eynilik düzgün deyil.

Çünki bərabərliyin sol tərəfində “x2+x–8”, sağ tərəfində isə “x

2+x–12” alınır. Lakin

burada səhv olaraq sağ tərəfdəki ifadənin də “x2+x–8” olduğu verilmişdir.

Səhifə 109. “Birdəyişənli xətti tənlik” mövzusunda “Fəaliyyət” bölməsinin 4-

cü bəndində verilmiş “Oxşar birhədliləri bərabərliyin eyni tərəfinə keçirdikdə

birhədlinin qarşısındakı işarə necə dəyişər?” cümləsində “oxşar” sözü yerində

işlənməmişdir. Çünki buradan yanlış nəticəyə gəlinə bilər ki, işarənin dəyişməsi

yalnız oxşar birhədlilərə aiddir. Ona görə də burada “Oxşar birhədliləri” əvəzinə

“Tənliyin hər hansı həddini” yazılmalıdır. Həmçinin mövzuda xətti tənliyin

köklərinin varlığı araşdırılmamışdır.

Səhifə 110. Dəyişəni modul işarəsi daxilində olan tənliklərin ayrıca mövzu kimi

izah edilməsi məqsədəuyğundur.

Səhifə 111. “Mütləq xəta” mövzusunun izahında boz fonda sonuncu abzasda

verilmiş “a b olarsa, kəmiyyətin dəqiq qiyməti üçün baaba ikiqat

bərabərsizliyi ödənir” fikri həmişə doğru deyil. Çünki bu bərabərsizlik a<0 olduqda,

doğru deyil.

Yenə həmin səhifədə 2-ci “Nümunə” bölməsində verilmiş “mərtəbəyə qədər

yuvarlaqlaşdırın” ifadəsi əvəzinə “mərtəbə vahidi dəqiqliyi ilə yuvarlaqlaşdırın”

yazılmalıdır.

Səhifə 114. “Nisbi xəta” mövzusunda “Nümunə” bölməsində verilmiş

tapşırığın şərtində “500 m” və “384000 km” qeyd edildiyi halda, həldə “500 km” və

“348000 km” yazılmışdır. Həmçinin burada verilmiş məsələlərin həlli ilə nisbi

xətanın tərifi arasında uyğunsuzluq var. Çünki tərifdə nisbi xətanın tapılması üçün

mütləq xətanın dəqiq qiymətə nisbəti verildiyi halda, həldə mütləq xətanın təqribi

qiymətə nisbəti verilmişdir.

Səhifə 117. “İki ifadə cəminin və fərqinin kvadratı” mövzusunun 1-ci

“Fəaliyyət” bölməsində verilənlər vaxt və metodiki baxımdan əlverişli deyil. Çünki

şagirdlər artıq çoxhədlinin çoxhədliyə vurulması qaydasını bilirlər. Bu qaydadan

istifadə etmək əvəzinə dərslikdə daha çətin üsuldan istifadə edilmişdir. Bu irad səhifə

118-də 1-ci tapşırığa, səhifə 121-də “İki ifadə cəminin kvadratı və fərqinin

kvadratı düsturlarından istifadə etməklə vuruqlara ayırma” mövzusunun

“Fəaliyyət” bölməsinin 1-ci bəndinə, səhifə 122-də 1-ci və 2-ci, səhifə 125-də 4-cü

tapşırığa da aiddir.

Page 10: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

10

Səhifə 137. “İfadələrin çevrilməsi” mövzusundakı tövsiyələrin alqoritm

şəklində verilməsi məqsədəuyğundur.

Səhifə 142. Boz fonda qeyd edilmiş “Uyğun bucaqlar”ın sonda verilməsi

tövsiyə edilir.

Səhifə 150. İndiyə qədər trapesiya anlayışı məlum olmadığından, 14-cü

tapşırığın verilməsi düzgün deyil.

Səhifə 160. “Xətti funksiya və onun qrafiki” mövzusunda 4 hala – “1) k>0,

b>0; 2) k>0, b<0; 3) k<0, b>0; 4) k<0; b<0” baxılması tövsiyə edilir. Həmçinin

burada xətti funksiyanın, yəni y=kx+b-nin (0; b) nöqtəsindən keçdiyi, y=b düz

xəttinin (0; b) nöqtəsindən keçən və Ox oxuna paralel olan düz xətt, x=a düz xəttinin

isə (a; 0) nöqtəsindən keçən və Oy oxuna paralel olan düz xətt olması qeyd

edilməlidir.

Ümumiyyətlə, mövzuda 3.2.3. “y=kx+b tənliyi ilə verilmiş düz xəttin qrafikini

qurur, bu düz xəttin koordinat oxları ilə kəsişmə nöqtələrini müəyyən edir” alt

standartının 2-ci hissəsi reallaşdırılmamışdır. Belə ki, mövzuda düz xəttin koordinat

oxları ilə kəsişmə nöqtələrinin koordinatlarının tapılması qaydaları verilməmişdir.

Buna görə də səhifə 161-də 5-ci tapşırığın “b” bəndinin həlli çətinlik yaradır.

Səhifə 166. “Xətti funksiyaların qrafiklərinin qarşılıqlı vəziyyəti”

mövzusunda heç bir izah verilmədən boz fonda yalnız şərtlərin verilməsi metodiki

baxımdan düzgün deyil.

Yenə həmin səhifədə sonuncu abzasda “düz xətlər paraleldir və ya üst-üstə

düşür” ifadəsi ayrı olaraq “düz xətlər paraleldir” və “düz xətlər üst-üstə düşür” kimi

verilməlidir.

Səhifə 168. “Məsafə, zaman, sürət” mövzusunun “Fəaliyyət” bölməsindən

sonra boz fonda verilmiş fikirlər tamamilə qüsurludur. Çünki məsafə, zaman və sürət

kəmiyyətlərindən hər biri şəraitdən asılı olaraq həm asılı, həm də asılı olmayan

dəyişən ola bilər. Burada verilmiş 1-ci tapşırıq buna nümunədir.

Yenə həmin səhifədə izahda “asılı olmayan” ifadəsi əvəzinə “sərbəst dəyişən”

yazılmalıdır. Həmçinin “Funksional asılılıq” burada deyil, “Funksiya” mövzusunda

verilməlidir.

Səhifə 172. “İkidəyişənli xətti tənlik və onun qrafiki” mövzusunun izahında

boz fonda verilmiş “Həllər çoxluğu eyni olan tənliklərə eynigüclü tənliklər

deyilir” tərifi elmi baxımdan düzgün deyil. Burada “həllər çoxluğu” əvəzinə

Page 11: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

11

“kökləri çoxluğu” verilməlidir. Çünki “tənliyin kökü” və “tənliyin həlli” ayrı-ayrı

anlayışlardır. Həmçinin izahda qrafik təsvirlər verilməlidir.

Səhifə 173. Boz fonda b) bəndində verilmiş “Bu halda onun kökü boş

çoxluqdur” ifadəsi elmi baxımdan düzgün deyil. Çünki kök çoxluq deyil, çoxluğun

bir elementidir. Ona görə də həmin ifadə “Bu halda onun kökləri çoxluğu boş

çoxluqdur” kimi verilməlidir. Həmçinin c) bəndində qeyd edilmiş “onun kökü

bütün nöqtələr çoxluğudur” ifadəsi də elmi baxımdan qüsurludur. Çünki tənliyin

kökü nöqtə deyil, nöqtənin koordinatlarıdır.

Səhifə 179. “İkidəyişənli xətti tənliklər sisteminin əvəzetmə üsulu ilə həlli”

mövzusunda boz fonda 2-ci bənddə verilmiş “Əvəz edilmiş dəyişənin qiyməti ikinci

tənlikdə yerinə yazılır” cümləsində “qiyməti” əvəzində “ifadəsi” yazılmalıdır.

Həmçinin burada həlli olmayan sistemə aid nümunənin verilməsi tövsiyə edilir.

Səhifə 182. “İkidəyişənli xətti tənliklər sisteminin toplama üsulu ilə həlli”

mövzusunda boz fonda 2-ci bənddə verilmiş “dəyişənlər” sözü “eyni dəyişənlər”

kimi yazılmalıdır.

Səhifə 183. “Misal 2”-də verilmiş sistemin ikinci tənliyi “5a–3b=4” əvəzinə

“5a–2b=4” yazılmalıdır.

Səhifə 191. İzahda verilmiş “yəni ΔАВD bərabərtərəflidir” ifadəsi əvəzinə

“yəni ΔСВD bərabərtərəflidir” yazılmalıdır.

Səhifə 207. “Nisbətən mürəkkəb hadisə üçün əlverişli halların sayı”

mövzusunda “Misal 2”-nin sonunda boz fonda verilmiş “hasil qaydası” ifadəsi

“vurma prinsipi” kimi yazılmalıdır.

Səhifə 210. “Hadisənin ehtimalı” mövzusunda “qəpik pul” əvəzinə “metal

pul” yazılmalıdır. Burada düşən üzlər ənənəvi olaraq “rəqəm (R)” və “gerb (G)”

adlandırılmalıdır.

Səhifə 216. “Dərs 1.10.” başlığı ilə verilmiş tapşırıqların doğru cavabları

müvafiq mövzuda olan tapşırıqlara uyğun deyil.

Səhifə 217. “Dərs 2.14.”-dən əvvəlki sətirdə verilmiş cavabların hansı mövzuya

və tapşırıqlara aid olduğu məlum deyil.

Səhifə 221. “Dərs 5.9”-un sonuncu abzasında verilmiş cavablar bu mövzuya

uyğun tapşırıqlara aid deyil.

Dərsliyin rus dilində olan variantında da bəzi qüsurlar var. Bunlar

aşağıdakılardır:

Page 12: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

12

Səhifə 12. Boz fonda 1-ci abzasda verilmiş “то такую десятичную дробь”

əvəzinə “то такую дробь” yazılmalıdır.

Səhifə 29. Birinci abzasda verilmiş 3-cü aksiomda “из любых трѐх точек

прямой” ifadəsi “из трѐх различных точек прямой” kimi, 8-ci aksiomda isə

“началами” əvəzinə “началом” yazılmalıdır.

Səhifə 32. Haşiyədə verilmiş “Используйте свойство развернутого угла и

аксиому деления угла” cümləsi “Используйте свойство смежных углов” kimi

yazılmalıdır.

Səhifə 36. “Биссектрисы треугольника” mövzusunda tənbölənin tərifində

“соединяющий вершину этого угла с противоположной стороной” ifadəsi

“соединяющий вершину этого угла с точкой на противоположной стороне”

kimi verilməlidir.

Səhifə 37. “Медианы треугольника” mövzusunda haşiyədə verilmiş birinci

cümlədə “на разъединенных медианой равных отрезках на стороне

треугольника равными по количеству линиями отмечены равные

отрезки” əvəzinə “равные отрезки, полученные на стороне треугольника,

отмечаются одинаковыми по количеству линиями” yazılmalıdır.

Səhifə 43. “Образец” bölməsindən əvvəlki cümlədə “а называется

значением числа” əvəzinə “а называется значащаяся часть” yazılmalıdır.

Səhifə 55. “Одночлен и его стандартный вид” mövzusunda boz fonda 1-ci

cümlədə “степеней” və “степени” sözləri yazılmamalıdır.

Səhifə 56. Boz fonda ikinci cümlədə verilmiş “умножения и деления” ifadəsi

“умножения, возведения в степень и деления” kimi, üçüncü cümlədə verilmiş

“переменные же остаются неизменными” ifadəsi “и результат умножается

на общее буквенное выражение” kimi yazılmalıdır. Həmçinin burada “сумма и

разность подобных одночленов” fikri qeyd olunmalıdır. Sonuncu cümlədə verilmiş

“Сумму показателей степеней одночлена” ifadəsi “Сумму показателей

степеней переменных одночлена” kimi verilməlidir.

Yenə həmin səhifədə “Образец” bölməsinin 4-cü bəndindən sonra verilmiş

“его показатель степени равен нулю” ifadəsi “то его показатель равен нулю”

kimi qeyd edilməlidir.

Səhifə 59. “Возведение частного в степень” mövzusunun adı “Возведение

частного (дроби) в степень” kimi yazılmalıdır.

Səhifə 68. Haşiyədə “ MNKABC ” yazılmalıdır.

Page 13: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

13

Səhifə 70. Haşiyədə verilmiş “нескольких” əvəzinə “трѐх” yazılması daha

məqsədəuyğundur.

Səhifə 73. Üçbucaqların konqruyentliyinin ikinci əlaməti – “Если сторона

одного треугольника и прилежащие к ней два угла равны стороне другого

треугольника и прилежащим к ней двум углам, эти два треугольника

конгруэнтны” əvəzinə “Если сторона и прилежащие к ней два угла одного

треугольника равны соответственно стороне и прилежащим к ней двум углам

другого треугольника, то эти два треугольника конгруэнтны” kimi verilməlidir.

Səhifə 76. “Свойства равнобедренных треугольников” mövzusunun adı

“Свойства равнобедренного треугольника” kimi yazılmalıdır. Həmçinin izahın

ikinci cümləsində verilmiş “боковыми” ifadəsi “боковыми сторонами” kimi,

ikinci abzasda verilmiş “особый тип” ifadəsi “частный вид” kimi yazılmalıdır.

Həmçinin “рис. 1” hissəsində verilmiş bərabəryanlı üçbucağın “təpə bucağı” ifadəsi

düzgün tərcümə edilməmişdir.

Səhifə 88. Boz fonda ikinci abzasda çoxhədlinin dərəcəsinə verilmiş tərifdə

“Степень одночлена, являющегося одночленом с самым высоким

показателем степени среди членов многочлена” ifadəsi “Одночлен с

наибольшим показателем, входящий в стандартный вид многочлена, также

является степенью многочлена” kimi yazılmalıdır.

Səhifə 95. Boz fonda “следует каждый член первого многочлена”

ifadəsinin “следует каждый член одного многочлена” kimi yazılması daha

məqsədəuyğundur.

Səhifə 103. “Перпендикуляр и наклонные” mövzusunda 1-ci abzasda “Из

точки А на прямую а опущен перпендикуляр АН и проведѐн отрезок АB”

cümləsi əvəzinə “Из точки А на прямую а проведены перпендикуляр АН и

отрезок АB”, 3-cü cümlədə “до прямой а” əvəzinə “к прямой а” və ya “на

прямой а”, “и точка B называется основанием наклонной АB” əvəzinə “и

точка B расположенная на прямой а называется основанием наклонной”

yazılmalıdır.

Yenə həmin səhifədə 2-ci abzasda “Отрезок АН-расстояние между точкой

А и прямой а” cümləsi “Длина перпендикуляра АН является расстоянием от

тогки А до прямой а” kimi verilməlidir.

Yenə həmin səhifədə 3-cü abzasda “Длина перпендикулярного отрезка”

ifadəsinin əvəzinə “Длина перпендикуляра” yazılması məqsədəuyğundur.

Page 14: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

14

Səhifə 109. “Линейное уравнение с одной переменной” mövzusunda boz

fonda 1-ci bənddə verilmiş “или с каждой стороны уравнения можно

прибавить или вычесть одно и то же выражение” cümləsi əvəzinə “или к

обеим частям уравнения можно прибавить или отнять одно и то же

выражение” yazılmalıdır.

Səhifə 111. Boz fonda mütləq xətanın tərifində verilmiş “абсолютной

погрешностью приближения” ifadəsi “абсолютной погрешностью

приближенного значения” kimi yazılmalıdır.

Səhifə 117. Boz fonda verilmiş “подобных выражений” ifadəsi “первого

выражения на второе” kimi qeyd edilməlidir.

Səhifə 135. Boz fonda “Это равентсво – формула разности кубов двух

выражений” cümləsi əvəzinə “Это равентсво является формулой разложения

разности кубов двух выражений” yazılmalıdır.

Səhifə 138. “Деятельность” bölməsinin “Подготовка стратегии

решения” hissəsində 1-ci cümləsində “приведѐнное” sözü “данное” sözü ilə əvəz

edilməlidir.

Səhifə 147. “Деятельность” bölməsində 1-ci bənddə qeyd edilmiş

“пересекающую ее прямую” ifadəsi elmi baxımdan qüsurludur.

Səhifə 152. Boz fonda 3-cü abzasda verilmiş “Если углы с соответственно

параллельными сторонами являются оба прямыми” ifadəsi “Если каждый

из углов с соответственно параллельными сторонами прямые” kimi

yazılmalıdır.

Səhifə 154. Birinci abzasda qeyd edilmiş “параллельны” sözü əvəzinə

“перпендикулярны” yazılmalıdır.

Səhifə 160. Boz fonda dərsliyin Azərbaycan dilində olan variantında qeyd

edilmiş b=0 olduqda, y=kx; k=0 olduqda, y=b və k>0, k<0 halları dərsliyin rus dilində

olan variantında verilməmişdir.

Səhifə 164. “Деятельность” bölməsinin 1-ci bəndində “передаѐтся” sözü

“задаѐтся” kimi yazılmalıdır.

Səhifə 173. Boz fonda sonuncu abzasda “его корень-множество всех точек”

ifadəsi “его график-множество всех точек плокости” kimi verilməlidir.

Page 15: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

15

2. Dil və yazı üslubu baxımından

Dərslikdəki təlim materialları dil və yazı üslubu baxımından şagirdlərin yaş

səviyyəsinə əsasən uyğundur. Burada xeyli yeni söz və terminlərdən istifadə olunmuş

və onların izahı əsasən verilmişdir. Söz ehtiyatı və nitqin inkişafı nəzərə alınmışdır.

Bununla yanaşı müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

Səhifə 9. “Ədəd oxu. İki nöqtə arasındakı məsafə” mövzusunun “Fəaliyyət”

bölməsində 2-ci bənddə verilmiş “yerləşdirin” sözü əvəzinə “qeyd edin” yazılması

məqsədəuyğundur.

Səhifə 13. 5-ci abzasda “İxtisar olunmayan kəsrin məxrəcindəki ədədin sadə

vuruqları içərisində 2 və 5-dən fərqli sadə vuruq varsa da, bu kəsri onluq kəsrə

çevirdikdə dövri onluq kəsr alınır” yazılışı dil və üslub baxımdan qüsurludur. Belə

ki, ixtisar olunmayan kəsrin hansı halda sonlu onluq kəsr şəklində göstərilməsinin

mümkünlüyü verilmədən onun mümkünsüzlüyü barədə anlaşılmayan ifadə verilir.

Həmçinin burada verilmiş “da” bağlayıcısı, ümumiyyətlə, yersiz işlənmişdir.

Yenə həmin səhifədə 1-ci tapşırığın şərtində “təxmin edin” əvəzinə “müəyyən

edin” yazılmalıdır.

Yenə həmin səhifədə 2-ci tapşırığın “Elementləri onluq və dövri onluq

kəsrlər olan A çoxluğunun elə alt çoxluğunu yazın ki, onun elementləri: a) dövri

onluq kəsrlər; b) saf dövri onluq kəsrlər; c) qarışıq dövri onluq kəsrlər olsun:

A={3,4; 0,(7); 2,003; 5,333...; 32,(56); 0,444; 6,98(3); 0,(345); 11,43(12); 0,5;

8,111; 2,0(7)}” şərtinin “A={3,4; 0,(7); 2,003; 5,333...; 32,(56); 0,444; 6,98(3);

0,(345); 11,43(12); 0,5; 8,111; 2,0(7)} çoxluğunun elə alt çoxluğunu yazın ki, onun

elementləri: a) dövri onluq kəsrlər; b) saf dövri onluq kəsrlər; c) qarışıq dövri onluq

kəsrlər olsun” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə 4-cü tapşırığa aid verilmiş cədvəlin IV sütununda “Dövr

edən rəqəmlər” əvəzinə “Dövr edən rəqəmlər qrupu” yazılmalıdır.

Səhifə 14. 9-cu tapşırığın şərtində verilmiş “Yer üzündən” ifadəsi “Yerin

səthindən” kimi yazılmalıdır.

Səhifə 15. “Dövri onluq kəsrin adi kəsrə çevrilməsi” mövzusunun izahında

boz fonda “dövr edən ədəd” ifadəsi “dövrdəki ədəd” kimi verilməlidir.

Səhifə 26. “Çoxluqlar” mövzusunda “Fəaliyyət” bölməsinin 4-cü bəndində

verilmiş “çoxluqların yerini təsvir edin” ifadəsi “çoxluqları təsvir edin” kimi

yazılmalıdır.

Page 16: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

16

Səhifə 29. Sonuncu aksiomda verilmiş “bir və yalnız bir” ifadəsi “yalnız bir”

kimi qeyd edilməlidir.

Səhifə 31. Mavi fonda 2-ci bənddə verilmiş “Hökmün əksini fərz etməklə

isbat olunur. Bu zaman teoremin hökmünün səhv olduğu fərz edilir və şərtə zidd

nəticə alınır” fikrinin “Əksini fərz etmə üsulu ilə isbat zamanı şərtə və ya məlum

riyazi fakta zidd nəticə alınarsa, teorem isbat olunar” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 39. 1-ci tapşırığın şərtində a), b) və c) bəndlərinin uyğun olaraq “a)

median; b) tənbölən; c) hündürlük çəkin” kimi yazılması tövsiyə edilir.

Səhifə 40. 6-cı tapşırığın şərtində verilmiş “ BAC=?; AB=?; BHC=?”

yazılışları “BAC-ni; AB-ni; BHC-ni” kimi verilməlidir.

Səhifə 65. “Mürəkkəb faiz artımı düsturu” mövzusunun “Fəaliyyət”

bölməsində verilmiş “Müştəri hər il əvvəlki ildəki məbləğin 3% artıq pul

ödəyərsə” ifadəsi dil-üslub baxımından qüsurludur.

Səhifə 66. 2-ci tapşırığın şərtində sondan ikinci sətirdə verilmiş “olan” sözü

yazılmamalıdır.

Səhifə 72. 6-cı tapşırığın şərtində “göstərmək olarmı” ifadəsi əvəzinə

“söyləmək olarmı” yazılması məqsədəuyğundur.

Səhifə 160. Sondan dördüncü abzasda verilmiş “k=0 olduqda y=b olar ki, belə

funksiyalar sabit funksiya adlanır” cümləsində “funksiyalar” əvəzinə “funksiya”

yazılmalıdır.

Səhifə 172. “İkidəyişənli xətti tənlik və onun qrafiki” mövzusunda boz fonda

“Verilmiş a, b və c ədədləri üçün ax+by=c şəklində olan tənliyə ikidəyişənli xətti

tənlik deyilir. Burada x və y dəyişənlərdir” tərifinin əvəzinə “a, b və c verilmiş

ədədlər, x və y dəyişənlər olduqda, ax+by=c şəklində olan tənliyə ikidəyişənli xətti

tənlik deyilir” kimi yazılması tövsiyə edilir.

Səhifə 181. Həll nümunəsinin sonunda verilmiş “sistem tənliyin” ifadəsi

“tənliklər sisteminin” kimi yazılmalıdır. Bu irad səhifə 182-də “İkidəyişənli xətti

tənliklər sisteminin toplama üsulu ilə həlli” mövzusunda boz fonda verilmiş izahın

2-ci bəndinə də aiddir.

Dərsliyin rus dilində olan variantında da müəyyən qüsurlar var. Bunlar

aşağıdakılardır:

Səhifə 13. Saf və dövri onluq kəsrə verilən təriflərdə “в написании” ifadəsi

əvəzinə “в записи” yazılmalıdır.

Page 17: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

17

Səhifə 15. Mövzu başlığında verilmiş “простую дробь” əvəzinə

“обыкновенную дробь” yazılmalıdır.

Səhifə 16. Boz fonda verilmiş qarışıq dövri onluq kəsrin adi kəsrə çevrilməsi

qaydası dil və yazı üslubu baxımından qüsurludur. Belə ki, 1-ci cümlənin sonunda

“до периода” ifadəsindən sonra “после запятой”, 2-ci cümlənin sonunda isə

“стоящим перед периодом” ifadəsindən sonra isə “стоящим между запятой и

периодом” yazılmalıdır.

Səhifə 28. Boz fonda aksioma verilən tərifdə “математическое выражение”

ifadəsi “математическое утверждение” kimi yazılmalıdır.

Səhifə 31. Boz fonda 4-cü cümlədə verilmiş “утверждение” əvəzinə

“заключение” yazılması daha məqsədəuyğundur. Qırmızı şriftlə verilmiş “путями”

sözü “способом”, “из условий” ifadəsi isə “из еѐ условий” kimi yazılmalıdır.

Səhifə 38. İkinci “Деятельность” bölməsindən əvvəlki cümlədə “снаружи”

ifadəsi “вне” kimi verilməlidir.

Səhifə 39. Boz fonda verilmiş cümlələr dil-üslub baxımından qüsurludur. Belə

ki, 1-ci bənddə verilmiş “располагается” əvəzinə “лежит”, 2-ci bənddə

“располагается в вершине прямого угла” əvəzinə “совпадает с вершиной

прямого угла”, 3-cü bənddə “располагается за пределами треугольника”

əvəzinə “лежит вне треугольника” yazılmalıdır.

Səhifə 42. İkinci “Деятельность” bölməsinin birinci bəndində “разделите”

əvəzinə “разложите” olmalıdır.

Səhifə 64. 8-ci tapşırığın şərtində “n–срок хранения вложенной суммы”

cümləsində n özündən əvvəl verilmiş düsturdan aralı yazılmalıdır. Əks halda

n-vuruq kimi görünür.

Səhifə 90. “Деятельность” bölməsinin 2-ci bəndində verilmiş “сведите”

ifadəsi “приведите” kimi yazılmalıdır.

Səhifə 94. 4-cü tapşırığın şərtində “ширина–b, высота–(a+2b+c)”

ifadələrindəki “–” işarəsinin yazılması məqsədəuyğun deyil. Bu irad 10-cu tapşırıqda

verilmiş “–44 см” ifadəsinə də aiddir. Ümumiyyətlə, bu şəkildə qüsurlar dərslikdə

təkrarlanır.

Səhifə 97. “Разложение многочлена на множители” mövzusunun adının

“Разложение многочлена на множители способом группировки” kimi yazılması

məqsədəuyğundur.

Yenə həmin səhifədə boz fonda verilmiş “путѐм группировки” ifadəsinin

əvəzinə “способом группировки” yazılması məqsədəuyğundur.

Page 18: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

18

Səhifə 103. “Перпендикуляр и наклонные” mövzusunun adının

“Перпендикуляр и наклонная” kimi yazılması məqsədəuyğundur.

Səhifə 104. Axırdan ikinci abzasda verilmiş “то такая фигура называется

симметричной” ifadəsi əvəzinə “то такая фигура называется центрально

симметричной” yazılmalıdır.

Səhifə 107. Boz fonda 1-ci cümlədə verilmiş “при любых значениях” ifadəsi

əvəzinə “при любых допустимых значениях”, 3-cü cümlədə “равное” əvəzinə

“тождественно равное”, 4-cü cümlədə isə “При любых значениях

переменной” ifadəsi əvəzinə “При любых допустимых значениях переменной”

yazılmalıdır.

Səhifə 124. Boz fonda ikinci abzasda verilmiş “квадрату разности” ifadəsi

“разности квадратов” kimi yazılmalıdır.

Səhifə 130. 5-ci tapşırığın mətnində verilmiş “примерное” sözü əvəzinə

“приблизительное” qeyd edilməlidir.

Səhifə 140. 6-cı tapşırığın şərtində qeyd edilmiş “так” sözü “чтобы” sözündən

əvvəl yazılmalıdır.

Səhifə 141. 11-ci tapşırıqda yazılmış “полностью выделив квадрат”

ifadəsinin “выделив полный квадрат” kimi verilməsi tövsiyə edilir.

Səhifə 142. “Деятельность” bölməsində yaşıl fonda qeyd edilmiş “лежащие

накрест” ifadəsinin “накрест лежащие” kimi, 1-ci cümlədə “получаемые”

sözünün əvəzinə “образованные” yazılması məqsədəuyğundur.

Səhifə 143. 4-cü tapşırığın şərtində qeyd edilmiş “возникшие” sözünün

“образованные” kimi verilməsi məqsədəuyğundur.

Səhifə 144. “Деятельность” bölməsinin 2-ci bəndində “секущей” sözündən

sonra “с” hərfi qeyd edilməlidir.

Yenə həmin səhifədə teoremdə qeyd edilmiş “эти две прямые

параллельны” ifadəsinin “то эти две прямые параллельны” kimi verilməsi

məqsədəuyğundur.

Səhifə 160. “Образец” bölməsində 2-ci bəndin son cümləsinin tərcüməsi

qüsurludur. Cümlə “Эта прямая образует с положительным направлением оси

ОХ острый угол” kimi verilməlidir.

Səhifə 172. Boz fonda sonuncu abzasda verilmiş “получится равносильное

уравнение” ifadəsi “получится равносильное ему уравнение” kimi yazılmalıdır.

Səhifə 175. Boz fonda 2-ci abzasda verilmiş “преобразующих” sözü əvəzinə

“обращаюших” yazılmalıdır.

Page 19: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

19

Səhifə 182. Boz fonda verilmiş 1-ci və 2-ci bəndlərdə “обратные” sözü

“противоположные” ilə əvəz edilməlidir.

Yenə həmin səhifədə “Пример 1” bölməsində verilmiş sistemin həllində

“Умножим каждую сторону на 2” cümləsi ortada yazıldığından onun hansı

tənliyə aid olduğu aydın deyil.

Səhifə 188. “Деятельность” bölməsinin 2-ci bənddə verilmiş “признаком”

əvəzinə “свойством” yazılmalıdır.

Səhifə 191. Teoremin isbatında verilmiş “по причине равенства катетов

этих треугольников” cümləsi əvəzinə “по двум равным соответствующим

катетам этих треугольников” yazılmalıdır.

3. Dizayn və bədii tərtibat baxımından

Dərslik dizayn və bədii tərtibat baxımından qənaətbəxşdir. Burada vahid dizayn

üslubu, mətnə görə şəkillərin uyğun yerləşdirilməsi və həcm nisbəti gözlənilmişdir.

Üz qabığının tərtibatı dərsliyin məzmununa əsasən uyğundur.

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

Səhifə 24. 3-cü abzasın əvvəlində “=” işarəsi yazılmalıdır.

Səhifə 37. “Üçbucağın medianları” mövzusunun “Fəaliyyət” bölməsində

verilmiş şəkildə AB tərəfi üzərində K nöqtəsi qeyd edilməlidir.

Səhifə 38. “Üçbucağın hündürlükləri” mövzusunda “Şəkil 1”-də F nöqtəsi

qeyd edilməlidir.

Səhifə 131. 9-cu tapşırıq üçün verilmiş cədvəlin sonuncu sütununda “=” işarələri

yazılmamalıdır.

Səhifə 150. 11-ci tapşırığa uyğun şəkillərdə “(2x+75o)” tipli ifadələr (2x+75)

o

kimi verilməlidir.

Yenə həmin səhifədə 15-ci tapşırıqdakı şəkillərdə “x” bucağı qövslə

göstərilməlidir. Həmçinin bu tapşırığa üçün verilmiş şəkillər dizayn baxımından

qüsurludur. Belə ki, 20o-li bucaq 30

o-li bucaqdan, 110

o-li bucaq isə 140

o-li bucaqdan

böyük görünür.

Səhifə 155. “Özünüzü yoxlayın” bölməsində 9-cu tapşırığa uyğun şəkildə “x”

bucağı qövslə göstərilməlidir.

Səhifə 168. 1-ci tapşırıq üçün verilmiş şəkil düzbucaqlı koordinat sisteminin

qurulması prinsiplərinə ziddir. Çünki asılı olmayan dəyişənin (arqumentin) qiymətləri

üfüqi ox (absis oxu), asılı dəyişənin (funksiyanın) qiymətləri isə şaquli ox (ordinat

Page 20: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

20

oxu) üzrə dəyişir. Burada isə tərsinə verilib ki, bu da elmi-metodiki baxımdan düzgün

deyil.

Səhifə 184. 4-cü tapşırığa uyğun şəkillərdə bucaqlar qövslə göstərilməlidir. Bu

irad səhifə 189-da verilmiş 5-ci və 8-ci tapşırıqlara da aiddir.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Tapşırıq və çalışmalarda yaradıcılıq, rəngarənglik və yaş səviyyəsinə uyğunluq

əsasən gözlənilmişdir. Burada istifadə olunan materiallar müstəqil, interaktiv təlimə

əsasən şərait və imkan yaradır. Qapalı, açıq və yarımaçıq tipli tapşırıqların sayının

mütənasibliyi qismən qorunmuş, nəzəri məlumatlarla praktik tapşırıqlar arasında

vəhdət və mütənasiblik əsasən gözlənilmişdir.

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 7. 4-cü tapşırığın a) bəndində verilmiş “həm tam, həm də rasional ədəd

olsun” tələbinin verilməsi məqsədəuyğun deyil. Çünki tam ədəd onsuz da rasional

ədəddir.

Səhifə 8. 9-cu tapşırığın a) bəndinin dərsliyin sonunda verilmiş “0,5” cavabı

“–0,5” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 11-ci tapşırığın şərti qüsurludur. Belə ki, birinci cümlənin

sonuna “və bu ifadənin qiymətini tapın” ifadəsi əlavə edilməlidir.

Səhifə 19. 1-ci tapşırıq üçün verilmiş cədvəldə a), b), ç) və d) bəndlərində olan

ədədlərin tərsi düzgün verilməmişdir. e) bəndində isə verilmiş ədədin həm əksi, həm

də tərsi düzgün qeyd edilməmişdir.

Səhifə 25. 9-cu tapşırıqda “hesablamaq üçün proqram yazın” ifadəsinin

“hesablamaq üçün alqoritm yazın” kimi verilməsi məqsədəuyğundur.

Səhifə 27. 8-ci tapşırığın şərti anlaşılan deyil. Şərtdən belə çıxır ki, şagirdlər

tamaşaların hər birinə 25, 23 və 12 dəfə tamaşa ediblər. Əslində isə 25 şagirdin A, 23

şagirdin B və 12 şagirdin C tamaşasına baxması nəzərdə tutulur. Tapşırığın şərtindən

isə bu alınmadığına görə şərt düzəldilməlidir.

Səhifə 30. 9-cu tapşırığın “a və b düz xətləri M nöqtəsində kəsişir. Başlanğıcı

M nöqtəsində olan şüaları adlandırın. Alınmış əks şüaları, düz xətləri müəyyən

edin” şərtində ikinci cümlədə verilmiş “düz xətləri” ifadəsi yerində işlədilməmişdir.

Çünki burada düz xətlər yalnız verilmiş a və b düz xətləridir.

Yenə həmin səhifədə 11-ci tapşırığın “Sizcə, “2+2=4” təklifinin isbata

ehtiyacı varmı? Bu təklifə aksiom demək olarmı? Elə təklif söyləyin ki, onun

Page 21: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

21

isbata ehtiyacı a) olmasın; b) olsun” şərti korrekt deyil. Belə ki, istənilən təklifin

isbata ehtiyacı var. Sadəcə olaraq, qəbul olunan (aksiomlar), isbat olunan təkliflər

(teorem, lemma) vardır.

Səhifə 32. 3-cü tapşırığın “Üçbucağın təpələrindən keçməyən düz xətt onun

bir tərəfini kəsir. Bu düz xətt üçbucağın digər iki tərəfindən neçəsini kəsər?

Cavabınızı əsaslandırın” şərtində “Tusi-Paş” aksiomunun adının çəkilməsi tövsiyə

edilir.

Səhifə 33. 6-cı tapşırığın ““Kəsr şəklində göstərilə bilən hər bir ədəd rasional

ədəddir” təklifinin tərsi olan təklif yazın. Həmin təklifin doğru olub-olmadığını

araşdırın” şərti çaşqınlıq yaradır. Belə ki, verilən təklifin özü doğru olmaya bilər.

Məsələn; 7

,3

və s. kəsr şəklindədir, lakin rasional ədəd deyil. Ona görə də “Kəsr

şəklində göstərilə bilən” ifadəsi “İki tam ədədin nisbəti kimi göstərilə bilən” kimi

yazılmalıdır.

Səhifə 35. 3-cü tapşırığın şərti “xətkeş, pərgar və transportirlə qurun” deyil,

“pərgar və xətkeşin köməyi ilə, həm də transportirlə qurun” kimi verilməlidir.

Səhifə 40. 3-cü tapşırığın şərti qüsurludur. Çünki bucağın təpəsində median,

tənbölən, hündürlük olmur. Bucağın təpəsindən çəkilmiş median, tənbölən,

hündürlük olur.

Yenə həmin səhifədə 4-cü tapşırığın “Bucaqlarından biri 150o olan üçbucaq

çəkin. Onun iti bucaqlarının hündürlüyünü təsvir edin” şərti korrekt deyil. Çünki

bucağın hündürlüyü olmur.

Yenə həmin səhifədə 8-ci tapşırığın şərtində verilmiş sonuncu tələb 3-cü

tapşırığın tələbinə uyğun olduğuna görə, burada onun təkrar verilməsinə ehtiyac

yoxdur.

Səhifə 41. 1-ci tapşırığın şərti korrekt deyil. Çünki şərtdə verilmiş mənfi

ədədlərin adi kəsr şəklində göstərilməsi mümkün deyil.

Səhifə 43. 1-ci tapşırığın f) bəndi şərtə uyğun deyil. Çünki orada verilmiş hasilin

natural üstlü qüvvət şəklində göstərilməsi mümkün deyil.

Səhifə 47. 3-cü tapşırığın ç) bəndinin dərsliyin sonunda verilmiş “54049

1024” cavabı

“9765625

1024” kimi yazılmalıdır. Həmçinin bu səhifədə 10-cu tapşırıq olmadığı halda,

dərsliyin sonunda 10-cu tapşırıq üçün “1,2∙106” cavabı verilmişdir.

Page 22: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

22

Səhifə 58. 13-cü tapşırığın şərtində verilmiş “qüvvət üstünü” ifadəsi

“qüvvətini” kimi yazılmalıdır.

Səhifə 60. 8-ci tapşırığın a) bəndinin dərsliyin sonunda verilmiş “4” cavabı

əvəzinə “2” yazılmalıdır.

Səhifə 75. 12-ci tapşırığın b) bəndinin dərsliyin sonunda verilmiş cavabları

təqribi qiymətlə göstərilmişdir. Ona görə də tapşırığın şərtində bu qiymətin hansı

dəqiqliklə götürüləcəyi qeyd edilməlidir.

Səhifə 90. 1-ci tapşırığın dərsliyin sonunda verilmiş “5x3–12x–7” cavabı

“5x3–13x–7” kimi yazılmalıdır.

Səhifə 92. 10-cu tapşırığın b) bəndinin dərsliyin sonunda verilmiş “8x3+2x–4x”

cavabı “8x3+2x

2–4x” kimi yazılmalıdır.

Səhifə 94. 7-ci tapşırığın h) bəndinin dərsliyin sonunda verilmiş

“–2a3y

7+a

4by

5+a

5y

5” cavabı “–2a

3y

7+

5

1a

4by

5+

3

1a

5y

5” kimi yazılmalıdır.

Səhifə 96. 9-cu tapşırığın dərsliyin sonunda verilmiş “a) a+9; b) a–9; c) –2

2a;

ç) 4–a” cavabları “a) x–9; b) x+9; c) –2x–2; ç) 4–x” kimi yazılmalıdır.

Səhifə 103. 5-ci tapşırığın şərtində mötərizə içərisində yazılan “mümkün olanı”

ifadəsi anlaşılmazdır.

Səhifə 109. 2-ci tapşırığın ç) bəndinin dərsliyin sonunda verilmiş “92

27” cavabı

“2

1” kimi yazılmalıdır.

Səhifə 110. 8-ci tapşırığın ç) bəndinin dərsliyin sonunda verilmiş “–7 və 9”

cavabı “–1 və 3” kimi yazılmalıdır.

Səhifə 118. 2-ci tapşırığın tələbinin “Verilmiş ikihədlilərin kvadratını model

qurmaqla çoxhədliyə çevirin” şəklində qoyulması şagirdlər üçün əlavə vaxt

itkisidir. Ona görə də tapşırığın tələbi “Verilmiş ikihədlilərin kvadratını çoxhədliyə

çevirin” kimi yazılmalıdır.

Səhifə 120. 11-ci tapşırıqda verilmiş şəkillərin heç biri tapşırığın tələbinə uyğun

deyil. Belə səhv “modellər” əsasında nəzərdə tutulan təlim nəticələrini reallaşdırmaq

qeyri-mümkündür.

Səhifə 123. 9-cu tapşırığın e) bəndi “9x2+4–6xy+4y

2” əvəzinə

“9x2+4–12xy+4y

2” yazılmalıdır.

Page 23: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

23

Səhifə 126. 9-cu tapşırığın dərsliyin sonunda verilmiş “c) b2–2ab+a

2; c) c

2–b

2;

ç) –x2–2xy–y

2; d) –x

2+2xy–y

2” cavabları “b) –x

2–2xy–y

2; c) b

2–2ab+a

2

ç) –x2+2xy–y

2; d) c

2–b

2” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 10-cu tapşırığın c) bəndi üçün dərsliyin sonunda verilmiş

“b) 4a4b

2–9” cavabı “c) 4a

4b

2–9” kimi yazılmalıdır.

Səhifə 130. 4-cü tapşırığın a) bəndinin dərsliyin sonundakı “40275” cavabı

“42875” kimi verilməlidir.

Səhifə 133. 3-cü tapşırığın b) bəndində verilmiş “(3n+m2)(9n

3–3m

2n+m

4)”

ifadəsi “(3n+m2)(9n

2–3m

2n+m

4)” kimi, d) bəndində isə “5m

2n

2” əvəzinə “25m

2n

2”

yazılmalıdır. Həmçinin dərsliyin sonunda 3-cü və 4-cü tapşırıqların cavablarının yeri

dəyişdirilməlidir.

Yenə həmin səhifədə 8-ci tapşırığın a) bəndində “–26” əvəzinə “26”

yazılmalıdır.

Səhifə 134. 9-cu tapşırığın g) bəndinin dərsliyin sonunda verilmiş

22

25

16

15

4

19

1

5

4

3

1yxyxyx ” cavabı “

22

25

16

15

4

9

1

5

4

3

1yxyxyx ” kimi

yazılmalıdır.

Səhifə 140. 4-cü tapşırığın a) bəndində “3y2” əvəzinə “3y

3” , g) bəndində “y

2”

əvəzinə “y3” verilməlidir. Həmçinin x) bəndinin dərsliyin sonunda verilmiş

“(2p2–5q–6) (2p

2–5q+6)” cavabı “(2p–5q–6) (2p–5q+6)” kimi yazılmalıdır.

Səhifə 158. 3-cü tapşırığın b) bəndində dərsliyin sonundakı “9” cavabı

“–9” kimi verilməlidir.

Yenə həmin səhifədə 4-cü tapşırığa uyğun “şəkil 3a”da y dəyişəni üçün

verilmiş “–1; 1; 3; 3” ədədləri “–1; 1; 2; 3” kimi qeyd edilməlidir.

Səhifə 174. 12-ci tapşırığın b) bəndinin dərsliyin sonunda verilmiş “(5; 1)”

cavabı “(1; 5)” kimi yazılmalıdır.

Səhifə 180. 4-cü tapşırığın c) bəndinin “

15

8;

21

21 ” cavabı əvəzinə “

2 521 ;

21 63

verilməlidir.

Səhifə 189. 5-ci tapşırığın şərti korrekt deyil. Çünki D təpəsindən keçən düz

xəttin üçbucağın AB tərəfinə paralel olduğu şərtdə verilməmişdir.

Səhifə 191. 1-ci tapşırığın b) bəndində “Onun bucaqlarını tapın” əvəzinə

“Onun iti bucaqlarını tapın” yazılmalıdır.

Page 24: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

24

Səhifə 198. 7-9-cu tapşırıqlar şagirdlərin yaş xüsusiyyətinə uyğun deyil. Çünki

tapşırıqların həlli ikiqat bərabərsizliklər üzərində aparılan əməllər əsasında yerinə

yetirilir. Bu əməllər isə yuxarı siniflərdə tədris olunacaq.

Səhifə 208. 1-ci tapşırığın “Cədvəllər üsulundan istifadə etməklə aşağıdakı

rəqəmlərdən düzəldilmiş bütün ikirəqəmli ədədləri yazın” şərti “Cədvəllər

üsulundan istifadə etməklə verilmiş rəqəmlərdən düzəldilmiş bütün iki rəqəmli

ədədləri yazın və sayını tapın” kimi verilməlidir. Çünki dərsliyin sonunda verilmiş

cavab bu şərtə uyğundur.

Yenə həmin səhifədə 2-ci tapşırığın şərti dəqiqləşdirilməlidir. Çünki tapşırıqda

iki müxtəlif rəngli topun alınması şərti qeyd edilmir. Bu şərt verilmədiyinə görə

tapşırığın dərsliyin sonunda verilmiş “6” cavabı “9” kimi yazılmalıdır.

Səhifə 209. 10-cu tapşırığın dərsliyin sonunda verilmiş “20” cavabı əvəzinə

“10”, 13-cü tapşırığın cavabında isə “16” əvəzinə “25” yazılmalıdır.

Dərsliyin rus dilində olan variantında da bəzi qüsurlar var. Bunlar

aşağıdakılardır:

Səhifə 40. 8-ci tapşırığın son cümləsində “из одной вершины

треугольника” ifadəsi “проведенные из одной вершины треугольника” kimi

yazılmalıdır.

Səhifə 47. 6-cı (7-ci) tapşırıqda verilmiş “используйте степень с двумя

(тремя) основаниями” ifadəsi “используйте степень с основаниями 2 (3)” kimi

yazılmalıdır.

Səhifə 64. 8-ci tapşırığın şərtində verilmiş “S=S0(1+r%∙n)” düsturu

“S=S0(1–r%∙n)” kimi yazılmalıdır.

Səhifə 72. 11-ci tapşırıqda “приблизительно” əvəzinə “на глаз” yazılması

daha məqsədəuyğundur.

Səhifə 90. 5-ci tapşırığın dərsliyin sonunda verilmiş “4n+6, делится на 4”

cavabı “4n+6, не делится на 4” kimi yazılmalıdır.

Səhifə 103. 3-cü tapşırığın şərtində “Найдите” əvəzinə “Укажите”

yazılmalıdır.

Səhifə 120. 12-ci tapşırığın “Сократите выражения” şərti “Упростите

выражения” yazılmalıdır. Bu irad 13-cü və səhifə 127-də 18-ci tapşırığa da aiddir.

Səhifə 122. 3-cü tapşırığa uyğun cədvəldə verilmiş “Множители” ifadəsi

“Произведение” kimi yazılmalıdır.

Səhifə 128. 25-ci tapşırığın k) bəndinin dərsliyin sonunda verilmiş cavabı

səhvən “й)” kimi işarə edilmişdir.

Page 25: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

25

Səhifə 131. 11-ci tapşırığın 1-ci və 2-ci cümlələrində verilmiş “выражены”

sözü dərsliyin Azərbaycan dilində olan variantına uyğun olmadığından çıxarılması

məqsədəuyğundur.

Səhifə 136. 9-cu tapşırıqda verilmiş “разности кубов” ifadəsi “куб разности”

kimi yazılmalıdır.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Müəllim üçün metodik vəsait 224 səhifədən ibarətdir. Vəsaitin əvvəlində

“Dərsliklə tanışlıq”da dərslikdə istifadə edilmiş bölmələrin işarələri və açıqlaması

verilmişdir. Daha sonra “Məzmun xətləri üzrə əsas və alt standartlar”, “VII sinfin

Riyaziyyat fənni üzrə illik planlaşdırma nümunəsi” təqdim edilmişdir. Hər fəslin

sonunda “Kiçik summativ qiymətləndirmə nümunəsi”, yarımilliklərin sonunda

“Böyük summativ qiymətləndirmə nümunəsi” sonda isə “Mündəricat”

verilmişdir.

MMV-də fənn kurikulumunun reallaşma mexanizmlərinin şərhi və

əsaslandırılması, dərsliyin hazırlanması prinsiplərinin şərhi verilmişdir. Təlim

məqsədlərinin standartlara uyğunluğu, tətbiq olunan metod və üsulların məzmun

standartlarının reallaşdırılmasında rolu qənaətbəxşdir. Dərs zamanı əlavə vəsaitlərə

istiqamətləndirmə yerinə yetirilmişdir. Fənn üzrə məzmun standartlarının

reallaşdırılma cədvəli, illik və gündəlik planlaşdırma nümunəsi verilmişdir. Dərsliyin

hər paraqrafı üzrə materiallar xarakterinə görə qruplaşdırılmış, qruplaşdırılmış təlim

materialları üzrə işin texnologiyası əsasən şərh edilmişdir. Qiymətləndirmənin

müxtəlif növlərinə aid vasitələr qismən verilmişdir. Mənbələrin və resursların

təqdimolunma səviyyəsi qənaətbəxşdir.

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 15. Birinci sətirdəki “2

12 ədədinə uyğun nöqtəni müəyyən edərkən

həmin ədədin hansı iki tam ədədlərin arasında yerləşdiyini söyləyir” cümləsi

“1

22

ədədinə uyğun nöqtəni müəyyən edərkən həmin ədədin hansı iki ardıcıl tam

ədədlərin arasında yerləşdiyini söyləyir” kimi yazılmalıdır.

Səhifə 46. “Kiçik summativ qiymətləndirmə nümunəsi №2”-də 4-cü

tapşırığın “Şəkillərə əsasən AOB-nin dərəcə ölçüsünü təyin edin” şərti b) bəndi

Page 26: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

26

üçün düzgün deyil. Çünki bu bənd üçün verilmiş şəkildə AOB-nin qiyməti

verilmişdir.

Səhifə 116. “Çalışma № 4”-ün izahında 1-ci bənddə verilmiş “|4,375–4,8|”

ifadəsi “|4,375–4,38|” kimi yazılmalıdır.

Səhifə 147. “Çalışma № 5”-in c) bəndinin izahında verilmiş ədədlər (10; 30;

180) üzərində dərəcə işarələri yazılmalıdır.

Səhifə 177. “Kiçik summativ qiymətləndirmə nümunəsi №8”-də 6-cı

tapşırığın şərti düzgün deyil. Çünki orada verilən şərtə görə elə bir funksiyanın

düsturunu yazmaq tələb olunur ki, onun qrafiki eyni bir düz xəttə həm paralel olsun,

həm də onu kəssin. Bu isə mümkün deyil. Ona görə də şərtdə “və” bağlayıcısı “və

ya” ilə əvəz edilməlidir.

Səhifə 178. “Çalışma № 5”-in a) bəndinin həlli üçün verilmiş “Bu bənddəki

şəklə əsasən daxili çarpaz bucaqların bərabərliyi verilmişdir (qövslərlə)” izahı

düzgün deyil. Çünki D təpəsindən keçən düz xəttin üçbucağın AB tərəfinə paralel

olduğu şərtdə verilməmişdir.

Səhifə 179. “Çalışma № 8”-in həlli üçün verilmiş izah şərtə uyğun deyil. Çünki

şərtdə nəzərdə tutulur ki, əgər üçbucağın bucaqları eyni sayda qövslə işarə

edilmişdirsə, bu bucaqlar bərabərdir. Bu isə ümumiyyətlə, elmi baxımdan əsassız

fikirdir. Ona görə də verilmiş məsələnin şərti düzgün hesab edilə bilməz. Həmçinin

tapşırıq üçün verilmiş şəkildə D nöqtəsi qeyd edilməmişdir.

Səhifə 183. “Üçbucağın xarici bucağı və onun xassəsi” mövzusunda “Diqqət

edilməli məqamlar”da verilmiş “Müəllim üçbucağın hər təpəsində bir xarici

bucağının və ya dərəcə ölçüləri bərabər olan iki xarici bucağının olduğunu

şagirdlərin diqqətinə çatdırmalıdır” fikri yanlışdır. Çünki üçbucağın hər bir

təpəsindəki daxili bucağına qonşu olan iki bərabər bucaq var. Ona görə verilmiş ifadə

“Müəllim üçbucağın hər təpəsində iki bərabər xarici bucağın olduğunu şagirdlərin

diqqətinə çatdırmalıdır” şəklində verilməlidir.

Səhifə 184. “Çalışma № 5”-də “5x=80, x=160” əvəzinə “5x=80o, x=16

o”

yazılmalıdır.

Səhifə 185. “Çalışma № 8”-in a) bəndinin izahında “350” əvəzinə “35o”

olmalıdır.

Səhifə 188. “Üçbucaq bərabərsizliyi” mövzusunda “Problemin qoyuluşu”nda

verilmiş şərt qüsurludur. Məsələn, orada “a) AB+AC və BC ifadələrinin qiymətini

müqayisə edir” tapşırığında “BC”-yə ifadə deyilməsi səhvdir. Bu irad digər bəndlərə

Page 27: Respublikanın ümumtə - derslik.edu.az · “Natural üstlü qüvvət” mövzusunda ikinci “Fəaliyyət” bölməsinin 1-ci bəndində yazılmıú “Verilmiú ə d ə dl ə

27

də aiddir. Sonrakı cümlədə “hesablamalar düz aparıldıqda” ifadəsi əvəzinə

“hesablamalar düzgün aparıldıqda” yazılmalıdır.