MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya...

15
MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili formaları Tələbə: Etiram Əlizadə Milli Aviasiya Akademiyası Dünya İqtisadiyyatı Qrup 1313a Bakı - 2016 Fənn: İnnovasiya texnologiyaları .

Transcript of MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya...

Page 1: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

MÖVZU üzrə QEYDLƏR:

İnnovasiya menecmenti və onun təşkili formaları

Tələbə: Etiram Əlizadə Milli Aviasiya Akademiyası

Dünya İqtisadiyyatı Qrup 1313a Bakı - 2016

Fənn: İnnovasiya texnologiyaları

.

Page 2: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

Copyright © 2016 Etiram Əlizadə. NAA

Slide 1-2

Giriş

Müasir şəraitdə iri firmalarda elmi-texniki fəaliyyətin idarə edilməsinin sabit mexanizmi yaranmışdır. Bu mexanizm elm və istehsalın inteqrasiyası prosesinin xüsusiyyətlərini; tədqiqatların və işlərin bazar münasibətlərinə daha çox oriyentasiya edilməsini; firmanın strateji mövqelərinin müəyyən edilməsinə bazar amillərinin təsirinin güclənməsini əks etdirir. Yeni vəzifələr həm üfüqi (idarəetmənin bütün səviyyələri arasında) və həm də şaquli (elm-istehsal-satış zənciri bölmələri arasında) əlaqələr sistemində dəyişikliklərə gətirib çıxardı..

Page 3: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

Copyright © 2016 Etiram Əlizadə. NAA

Slide 1-3

XX əsrin 80-cı illərindəki yeniliklərdən biri istehsal və ənənəvi məhsullar buraxılışının idarə edilməsinin, ümumi sistemindən ayrılan innovasiya prosesinin idarə edilməsinin birləşmiş sisteminin meydana çıxması və inkişafı oldu. Yeniliklərin işlənib hazırlanması və tətbiq edilməsi fasiləsiz idarə edilən bir prosesə çevrildi.

Yeniliklərin idarə edilməsinin yeni sistemi «İBM», «Ceneral

elektrik», «Matsusita», «Mitsubisi», «Soni» və digər bu kimi iri maşınqayırma kompaniyaları tərəfindən qəbul edildi. Onların vəzifəsi yeniliklərlə və firmanın inkişafının perespektiv istiqamətləri ilə məşğul olan bölmələri qərarların qəbulu prosesinin sadələşdirilməsinə, ixtisaslaşdırma hesabına yeni məhsullar işlənib hazırlanmasına və tətbiqinin sürətləndirilməsinə uyğunlaşdırmaqdır.

GİRİŞ

Page 4: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

“İnnovasiya menecmenti” anlayışı

İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər sahəsində və digər novator fəaliyyətindəki əsaslı dəyişiklikləri»n elmi idarəedilməsi bacarığı kimi başa düşürük.

Y.Şumpeter bu cür dəyişikliklərin beş tipini fərqləndirirdi. 1) yeni texnika yeni texnoloji proseslərdən və ya istehsalın yeni bazar

təminatından istifadə edilməsini; 2) yeni xassələrə malik məhsulun tətbiqini; 3) yeni xammaldan istifadə edilməsini; 4) istehsalın təşkilində və onun material-texniki təminatında

dəyişikliklər edilməsini; 5) Yeni satış bazarının meydana çıxmasını.

Copyright © 2003 Pearson Education, Inc.

Slide 1-4

Page 5: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

Elmi – texniki innovasiyanın məqsədləri

Elmi-texniki innovasiya aşağıdakıları təmin etməyə borcludur:

- yeniliyə malik olmağa; - bazar tələbini ödəməyə; - istehsalçıya mənfəət gətirməyə;

Müasir dövrdə innovasiya sahibkarlığı yeni idarəetmə düşüncəsi ilə, səmərəli təsərrüfatçılıq haqqında ənənəvi təsəvvürləri aşılamaqla və böyük bazar orientasiyası ilə bağlıdır. Məhz yeniləşdirmə bacarığı hesabına dünyanın ən yaxşı şirkətləri uğura nail olurlar və «öz sahələrinin digər şirkətlərinə əziyyət verən böhranlara üstün gələrək hər dəfə güclü olurlar»

Slide 1-5

Page 6: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

Yeniliyin yaradılması prosesi Yeniliyin yaradılması prosesi daima bərpa olunandır və qeyri-sabit

xüsusiyyətlərə malik bazara istiqamətlənir. Bu birincisi, yeni elmi ideyaların və perespektivli məhsulların işlənib hazırlanması axtarışının daima dəstəklənməsini, və ikincisi isə inteqrasiya əlaqələrini saxlamaqla idarəetmə səlahiyyətlərinin maksimum qeyri-mərkəzləşdirilməsinin səmərəli və çevik şəkildə idarə edilməsini özündə ifadə edir.

Firmanın təşkilatı strukturunun layihələşdirilməsi zamanı mueyyənedici rol qeyri-mərkəzləşdirməyə məxsus olmalıdır. Konkret yeniliyin yaradılması prosesinin rəhbəri lazimi səlahiyyətlər və uyğun məsuliyyətlə təmin olunur. Uzun illər ərzində belə hesab edilib ki, elmin və texnikanın inkişafının dəqiq planlaşdırılması proqnozlaşdırılan nəticələrin alınması ehtimalını əhəmiyyətli dərəcədə artırır. Buna əsaslanan mütəxəssislər innovasiya proseslərinin idarə edilməsinin təşkilati sistemini formalaşdırmışlar.

Copyright © 2003 Pearson Education, Inc.

Slide 1-6

Page 7: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

Günümüzdə.... Bu gün menecmentin nəzəriyyəçiləri və praktikləri belə qənaətə gəlirlər ki,

bazarda yeni məhsulların çeşidinin və sayının çoxaldılması, həmçinin onların artırılması üçün onların həyat tsiklini ixtisarı ilə əlaqədar olaraq firmada novator ideyaların yüksək sıxlığı vacibdir. İdarəetmənin innovasiya üslubunun tərəfdarları hesab edirlər ki, yaxşı yenilikçilik mühitinin yaradılması üçün həll edici rola firmaların müxtəlif bölmələrində qabaqcıl təcrübənin həvəsləndirilməsi, entuziastlara onların ideyalarının reallaşdırılması imkanlarının yaradılması zəruridir. Bununla yanaşı qeyd etmək lazımdır ki, innovasiyaların yayılması elə bir prosesdir ki onun forması və surəti komunikasiya kanallarının güclü olmasından, informasiyanın təsərrüfat subyektləri tərəfindən qavranılması xüsusiyyətlərindən və s-dən asılıdır. İnnovasiyanın nüfuz etməsi isə yeniliyin kommunikasiya kanalları ilə müəyyən zaman çərçivəsində sosial sistemin üzvləri arasında ötürülməsi prosesidir. Ötürülmənin və diffuziyanın (nüfuzetmənin) vəzifəsi isə informasiya menecmenti kimi hər hansı bir elm sahəsi hüdudlarından nəzərdən keçirilə bilər.

Slide 1-7

Page 8: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

Copyright © 2016 Etiram Əlizadə. NAA .

Slide 1-8

İnnovasiya proseslərinin idarə edilməsinin daha çevik və kompleks sisteminin yaradılması, perspektivli məhsullar işlənib hazırlanmasına istiqamətlənmiş idarəetmənin təşkilati forma və funksiyalarının, həmçinin idarəetmə üslubunun yenidən qurulmasına istiqamətlənmiş yeni təsərrüfat mexanizmi yaradılması, yeniliklər yaradılması və tətbiqini stimullaşdırır və ideyanın meydana çıxmasından onun tətbiqinə qədər olan innovasiya prosesinin hər tərəfli idarə edilməsini təmin edir. Təşkilati nöqteyi-nəzərdən belə mexanizm yeniliklərin idarə edilməsi texniki siyasətin reallaşdırılması ilə məşğul olan şöbə və xidmətlərin idarəetmə strukturunun müxtəlif səviyyələrində cəmlənməsini nəzərdə tutur. Eyni zamanda bunlar arasında qarşılıqlı təsirlərin və kordinasiyanın qaydaya salınmış sistemi fəaliyyət göstərir.

İnnovasiya menecmentinin təşkili formaları

Page 9: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

XX əsrin 80-ci illərdə elmi-texniki tərəqqinin elm tutumlu sahələrdə coşqun inkişafı innovasiyanın idarə edilməsi prosesini müstəqil idarəetmə obyekti kimi ayrılmasını nəzərdə tutan yeni idarəetmə sisteminə keçilməsini şərtləndirdi. Nəticədə ET vəTKİ istehsal və satış bölmələri arasındakı şaquli əlaqələrdən istifadə edən innovasiya fəaliyyətinin hər tərəfli idarə edilməsinin çevik strukturu meydana gəldi. Beləliklə, istehsal bölmələrinin ET və TKİ, istehsal və satış şöbələri arasında olduğu kimi idarəetmənin müxtəlif səviyyələrindəki, funksional şöbələr arasındakı razılaşdırılmış fəaliyyətin gücləndirilməsi tələb olunurdu.

Slide 1-9

İnnovasiya menecmentinin təşkili formaları

Page 10: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

Copyright © 2016 Etiram Əlizadə. NAA .

Slide 1-10

1)-yüksək səviyyədə ixtisaslaşdırılmış bölmələr yaradılmasını (Şuralar, Komitələr və ya texniki siyasətin işlənib hazırlanması üzrə işçi qrupları);

2)-İnnovasiya fəaliyyətini əlaqələndirmək üçün ayrı-ayrı məhsullar üzrə mərkəzi xidmətin yaradılmasını;

3)-yeni məhsulların işlənib hazırlanması üzrə mərkəzlər və ya məqsədli layihə qruplarının ayrılmasını;

4)-istehsal bölmələrinin tərkibində innovasiya fəaliyyəti ilə məşğul olan ET və TKİ şöbələrinin, laboratoriyalarının, elmi mərkəzlərin rolunun yüksəldilməsini;

5)-vençur bölmələrin və innovasiya fəaliyyətini stimullaşdıran xüsusi fondların yaradılmasını;

6)-yeniliklər sahəsində məsləhət xidməti köməyinin təşkilini; 7)-yeni texnologiyanın mənimsənilməsi üzrə xüsusi sahə laboratoriyalarının

yaradılmasını.

XX əsrin 80-ci illərində təşəkkül tapmış innovasiya prosesinin idarə edilməsi sistemi aşağıdakıları nəzərdə

tuturdu:

Page 11: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

.

Slide 1-11

İxtisaslaşdırılmış bölmələr- texniki siyasətin işlənib hazırlanması üzrə şuralar, komitələr və işçi qrupları əsasən elm tutumlu məhsullar isitehsal edən iri firmalarda yaradılır. Onların vəzifəsi innovasiya prosesinin həlledici istiqamətlərini müəyyən etməkdən və qərarlar qəbul etmək üçün direktor şurasına konkret təkliflər verməkdən ibarətdir. Adətən belə bölmələrə istehsal şöbələrinin rəhbərləri, mərkəzi xidməti aparatının, elm-tədqiqat və təcrübə-konstruktor işləri şöbələrinin və satış xidməti şöbələrinin nümayəndələri daxil olur.

İxtisaslaşdırılmış bölmələr

Copyright © 2016 Etiram Əlizadə. NAA .

Page 12: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

Copyright © 2016 Etiram Əlizadə. NAA .

Slide 1-12

Məsələn, yeni məhsulun planlaşdırılması komitəsinə marketinq ETTKİ, maliyyə, satış şöbələrinin rəhbərləri, həmçinin istehsal bölmələrini rəhbərləri daxil olurlar. Planlaşdırma üzrə komitə müxtəlif bölmələrin elmi-texniki fəaliyyətini, koordinasiyasını yeniliklər sahəsində vahid strategiyasının aparılmasını həyata keçirir və idarəetmənin yuxarı səviyyəsində qəbul edilən yeniliklərin planlaşdırılması məsələləri üzrə qərarlar işləyib hazırlayırlar. Eyni zamanda qabaqcıl texnologiya üzrə koordinasiya komitəsi də bu işdə vacib rol oynayır.

.

Məsələn:

Page 13: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

Slide 1-13

İnnovasiya fəaliyətinin koordinasiyasını həyata keçirən ayrı-ayrı məhsulların inkişafı üzrə yaradılan mərkəzi xidmət belə fəaliyyətə kompleks yanaşmanı təmin edərək, vahid texniki siyasət, işləyib hazırlayır və müxtəlif istehsal bölmələrində, həmçinin digər mərkəzi xidmətlərdə həyata keçirilən innovasiya fəaliyyətini koordinasiya edir və ona nəzarət edir. Bir çox qabaqcıl şirkətlərdə («Ceneral Motors», «ATT»,

«Nissan», «Toşiba»)və s. belə vəzifələri mühəndis xidməti və ya texniki mərkəzlər və regional şöbələrlə əlaqə üzrə xidmətlər həyata keçirirlər.

Page 14: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

Slide 1-14

ETTKİ şöbələrinin mərkəzi xidmətləri ilə istehsal bölmələrinin maraqlarının razılaşdırılması ideyaların birgə müzakirəsi elmi-texniki layihələrin planlaşdırılması və qiymətləndirilməsi yolları ilə həyata keçirilir. Müxtəlif xidmətlərin nümayəndələrinin təqdim etdiyi yeni layihələrin birgə müzakirəsi Yapon şirkətlərində xüsusilə geniş yayılmışdır. Onlar tədqiqatlar və işləmələrin istehsal bölmələrinə verilməsi prosesini yüngülləşdirməklə bərabər yeniliyini tətbiqi və mənimsnilməsi mərhələlərinin effektliyini yüksəldir. Yeni məhsullar bölməsi- bu müstəqil təsərrüfat bölməsi olaraq

bütövlükdə firma çərçivəsində innovasiya fəaliyyətinin koordinasiyasını, məqsəd və texniki inkişaf istiqamətlərinin razılaşdırılmasını innovasiya fəaliyyətinin plan və proqramının işlənib hazırlanmasını, tətbiqi gedişinə nəzarət edilməsini; yeni məhsullar yaradılması layihələrinə baxılmasını həyata keçirir.

Page 15: MÖVZU üzrə QEYDLƏR: İnnovasiya menecmenti və onun təşkili ... · anlayışı İnnovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər

Slide 1-15

Yeni məhsullar üzrə işlənib hazırlanmaları və elmi tədqiqatlar aparan, istehsalı həyata keçirən layihə-məqsədli qruplar müstəqil təsərrüfat bölmələri olub konkret məmulat və ya layihənin ideyadan seriyalı istehsalına qədər olan innovasiya prosesini kompleks şəkildə həyata keçirmək üçün yaradılır. Onlar firmaların idarə edilməsinin orta səviyyəsində yaradılır və bilavasitə ali rəhbərliyə tabe olur. Belə qruplar marketinq, ETTKİ, mühəndis-konstruktor və planlaşdırma kimi mərkəzi xidmətlərin birinin tərkibində də yaradıla bilər. Müvəqqəti və daimi əsasda yaradılan məqsədli qruplar yaradıcı axtarışların effektli təşkilinə, perspektivli məhsulların işlənib hazırlanması və onların bazara çatdırılmasına kömək edir. Məqsədli ( axtarışlı ) qruplar müxtəlif müddətlərə: 2-3 ildən 10 ilə qədər və bir sıra hallarda daha uzun müddətə yaradılır.