British Transnational Corporations

27
Böyük Britaniyanın Transmilli korporasiyaları Tarixən formalaşan insanın qarşısında duran ən başlıca məqsəd özünün iqtisadi göstəricilərini inkişaf etdirmək olub. Hələ XVII əsrdə ingiltərədə sənayenin görünməmiş inkişafı bütün dünyanın sənayesinin inkişafına təkan verdi. XVIII əsrin 70-ci illərində İngiltərədə sənaye çevrilişi başlandı və bununlada istehsalat əl əməyinə əsaslanan manufakturadan maşınlı istehsala əsaslanan fabrik sənayesinə keçdi. Əlbəttə ki, maşınlı istehsal əl əməyini geridə qoydu və məhsul istehsalı tempini sürətləndirdi. Maşınlı istehsal əvvəlcə pambıq-pamrça istehsalında baş verdi. Ingilis ixtiraçıları 70-ci illər ərzində durmadan dəzgahlar, avadanlıqlar ixtira edir və Böyük Britaniyanın müxtəlif bölgələrində kiçik fabriklərini qururdular. Sənayenin bu cür inkişafı XIX əsrin ortalarında İngiltərədə fabrik və zavodların bütün sənaye sahələrində təmsil olunmasına təkan verdi. Artıq dünya bazarında rəqibi olmayan İngiltərə bütün dünyaya maşın ixrac edirdi. XIX əsrin ortalarında dəzgah və avadanlıqların özlərinin maşınla istehsalı, artıq sənaye çevrilişinin başa 1

Transcript of British Transnational Corporations

Page 1: British Transnational Corporations

Böyük Britaniyanın

Transmilli korporasiyaları

Tarixən formalaşan insanın qarşısında duran ən başlıca məqsəd özünün

iqtisadi göstəricilərini inkişaf etdirmək olub. Hələ XVII əsrdə ingiltərədə

sənayenin görünməmiş inkişafı bütün dünyanın sənayesinin inkişafına təkan verdi.

XVIII əsrin 70-ci illərində İngiltərədə sənaye çevrilişi başlandı və bununlada

istehsalat əl əməyinə əsaslanan manufakturadan maşınlı istehsala əsaslanan fabrik

sənayesinə keçdi. Əlbəttə ki, maşınlı istehsal əl əməyini geridə qoydu və məhsul

istehsalı tempini sürətləndirdi. Maşınlı istehsal əvvəlcə pambıq-pamrça

istehsalında baş verdi. Ingilis ixtiraçıları 70-ci illər ərzində durmadan dəzgahlar,

avadanlıqlar ixtira edir və Böyük Britaniyanın müxtəlif bölgələrində kiçik

fabriklərini qururdular. Sənayenin bu cür inkişafı XIX əsrin ortalarında İngiltərədə

fabrik və zavodların bütün sənaye sahələrində təmsil olunmasına təkan verdi. Artıq

dünya bazarında rəqibi olmayan İngiltərə bütün dünyaya maşın ixrac edirdi. XIX

əsrin ortalarında dəzgah və avadanlıqların özlərinin maşınla istehsalı, artıq sənaye

çevrilişinin başa çatması demək idi. Bununla da kiçik fabrik və zavodlar böyüyərək

iri şirkət və korparasiyalara çevrildi. Bu korporasiyalar hal-hazırda bütün dünyaya

yayılaraq “transmilli” adını almışdır. Transmilli korporasiyalar əvvəlkindən fərqli

olaraq, dünyanın istənilən yerində işçi tutaraq fəaliyyət göstərərir.

Ikinci dünya müharibəsi nəticəsində korparasiyaların inkişafının ləngiməsinə

baxmayaraq onlar daima inkişaf etmiş və fəaliyyət dairələrini genişləndirmişlər.

“Standard Oil” şirkətinin –“mümkün deyil sözünü unudun” devizinə əməl etməklə,

hər bir korporasiyanı inkişaf etdirə və uğura sahib olmaq mümkündür. Mən bu gün

Böyük Britaniyanın bir neçə korporasiyalarından danışacağam.

1

Page 2: British Transnational Corporations

Royal Dutch Shell.

1907-ci ildə Amerikanın “Standard oil” şirkətini genişləndirmək üçün Royal

Dutch Petroleum və “Shell” Nəqliyyat və Ticarət şirkəti birləşdi. 2005-ci ilə qədər

şirkətin strukturunu orjinal ikili xarakter daşıyırdı. Səhmlərin 60 %-i Royal Dutch,

40 %-i isə Shell Nəqliyyat və Ticarət şirkətinə məxsus idi. 2005-ci ildə səhmdarlar

bu iki şirkəti bir qərərgahda birləşməsini təsdiq etmişdilər. Qeyd etmək lazımdır ki,

bu iki şirkət Böyük britaniya və Hollandiyada investisyanı ələ alıb.

2010-cu il iyul ayına kimi bu şirkətin 100 % sərbəst dövriyyəsi 159.4

milyard oldu. Shell şirkəti dünyanın 40-ölkəsində neft və qaz geoloji kəşfiyyat

işlərini aparır.

2009-cu ildə onun neft ehtiyatları 5.69 milyard barel,qaz ehtiyatları isə 49.1

trilyon m3 oldu.Bundan əlavə Shell şirkəti 50-dən çox emaledici zavodlara

malikdir.Xüsusilə şirkət sutkada 10 min ton neft emal edən, Niderlandda yerləşən

Penniz zavoduna, ildə 12 milyon ton neft emal edən, Britaniyanın Stenlou

şirkətinə, gün ərzində 40.790 ton neft emalı gücünə malik Fransanın 3-zavoduna

sahibdir. Bundan əlavə Shell kimyəvi zavodlara malikdir. Bu şirkət günəş panelləri

eləcədə, digər alternativ enerji mənbələrinin istehsalçısıdır.

Hal-hazırda şirkətdə 101 min insan çalışır. Şirkətin illik dövriyyəsi 278.19

milyard ,xalis gəliri 12.72 milyard təşkil edir. Şirkətin idarə heyətinin sədri Kim

Jhonson, baş icraedici direktor isə Peter Vozerdir.

Deviz:”mümkün deyil” sözünü unudun.

2

Page 3: British Transnational Corporations

British Petroleum.

Bu şirkətin banisi Viliam Knox De Arx olmuşdur. O, 1901-ci ildə İran

dövlətinin razılığı ilə neft axtarışına başlayır. Bu işdə isə ona Corc Reynold kömək

edir. İlk illərdə elədə nəticə əldə olunmur. Bunun əsas səbəbi yerli əhali ilə olan

narazıçılıq, İran hökümətindən dəstək alınmaması və başqa səbəblər var idi. Lakin

1905-ci ildə “Burmah” neft şirkəti axtarış üçün vəsait ayırır.

İlk uğurlu neft sahələri Maşid və Süleyman əraziləri İranın cənub-qərbində

1908-ci ildə tapılır. Bunun ardınca 1909-cu ildə “Anqlo-fars” neft şirkəti yaradılır.

Lakin bu şirkət De Arxın direktorluğu dövründə əhəmiyyətli dərəcədə inkişaf

etmir. Bundan sonra axtarış işlərini Charlz Grinvey tapşırılır. O,1910-cu ildə

direktor, 1914-cu ildə isə sədr vəzifəsində çalışır. Həmin illərdə şirkət mülisləşmə

astanasında idi. Əsas çətinliklər neft məhsullarının satışında yaranmışdı. Belə bir

vəziyyətdə Grinvey “Royal Dutch Shell” şirkətinin təsiri ilə Anglo-fars

kampaniyasından əl çəkir və Britaniya höküməti ilə qarşılıqlı razılaşma imzalayır.

BP- birinci Dünya Müharibəsindən sonra 10-il ərzində inkişaf edir. Şirkət

1926-cı ildən aviasiya yanacaq satışına başlamışdır. 1925-ci ildə BP loqosu altında

qaz stansiyalarının sayı 6 minə çatmışdır. Şirkət hal-hazırda həm quruda, həm də

suda axtarışlar aparır. 2009-cu ildə BP-nin maye karbohidrogen ehtiyatları 1.26

trilyon m3 -a çatmışdır. Eyni zamanda şirkət “Castrol” loqosu altında neft də

istehsal edir.

Şirkət 10 boru kəmərinə və Şimal dənizində 5 terminala malikdir.BP Solar

bölgüsü istehsalında və turbinlərin quraşdırılmasında dünya lideridir.BP hidrogen

enerjisinin əsas istehsalçısıdır və müxtəlif hidrogen nümayiş layihələrində iştirak

edir. 2009-cu ildə şirkətin gəliri 239.9 milyar dollar, xalis mənfəəti isə 16.58

milyard dollar olmuşdur.

3

Page 4: British Transnational Corporations

Hal-hazırda şirkətin 80 min işçisi var. Şirkətin idarə heyətinin sədri Karl-

Henrik Svanberq,baş icraedici isə Robert Dadlidir.

BRİTOİL

Şirkətin ilk neft boru xətləri Britaniya Milli Neft Korporasiyası tərəfindən

milliləşdirilmişdir. Şirkət 1975-ci ildə yaranmışdır. 1982-ci ilin avqustunda

BMMK- nın ticarət işləri BRİTOİL Company –yə həvalə edilmişdir. Sonradan

şirkətin səhmləri 1982-1985-ci illərdə London Fond birjasına buraxılmışdır.

Britoil 1988-ci ildə BP tərəfindən alınıb.

4

Page 5: British Transnational Corporations

Aston Martin Lagonda Ltd. ən müasir idman və lüks maşınlar istehsal edir.

Şirkət 1914-cü ildə Lionel Martin və Robert Bamford tərəfindən yaradılmışdır.

Şirkət öz adını Lionelinin soy adından və şirkətin qurluduğu Bukinghemşir

şəhərinin yaxınlığında yerləşən Aston qayalığından götürmüşdür. Lionel və Robert

maşınlarının Aston qayalığında sürdüklərindən, bu qayanın adını da maşına

verdilər. Şirkətin İngiltərədə yaradılıb fəaliyyətə başlamasına baxmayaraq,

müəyyən dövr ərzində maşınlar Avstriyada istehsal olunmuşdur. Yaradıldığından

bir müddət sonra Birinci Dünya müharibəsinin başlaması, onların istehsalını

dayandırdı və buna səbəb olaraq onlar şirkəti Sopviz Aviasiya kompaniyasına

satdılar. 1994-cü ildə isə Şirkətdə yaranan müəyyən böhranla əlaqədar Aston

Martinin səhmlərini Ford korporasiyası alır və 2007-ci ilə qədər şirkət Ford

Corporation Ltd. tərəfindən idarə olunmuşdur. 2007-ci ildən sonra şirkətin

səhimləri Ford şirkətindən, həmçinin müəyyən dərəcədə paya sahib olan Küveyt

əmrlərindən (Dar və Adəm İnvestment Co.) 474.3 milyon funt sterlinqə David

Ricards tərəfindən alınır. Bundan sonra Aston Martin maşınlarının istehsalında

sıçrayış baş verir. İlbəil öz istehsalını artıraraq böyük bazarlara çıxışı qazanır. Əgər

şirkət 2008-ci ildə 4000 maşın sata bildisə, 2010-cu ildə bu rəqəm artıq 6000-ni

keçmişdi və bu rəqəm ilbə il artır. Qeyd etmək lazımdır ki, Aston Martin maşınları

İngilis ənənəsinə uyğun olaraq eleqant və lüks düzəldilir. İdman və lüks stilində

olan bu maşınlar əl ilə yığılır. Əl ilə yığılma istehsal sürətini azaltsada, maşınların

qiymətində özünü göstərir. Məslən Aston Martinin sonuncu maşın seriyaları olan

Aston Martin Vanquish və Aston Martin One – 77 maşınlarının qiyməti təqibən

yarım milyon və 1.2 milyon funt arasında dəyişir.

5

Page 6: British Transnational Corporations

UNİLEVER

Unilever şirkəti Britaniyalı sabun düzəldən Lingi qardaşlarının, Unie

marqarin istehsalçılarının 1930-cu ildə birləşməsi ilə yaranıb. Bu birləşmənin əsas

səbəbi palma yağının həm marqarin, həm də sabunlar üçün əsas xammal bazası

olması idi. 1930-cu illərdə “Unilever” biznesi böyütdü və yeni işlər Latın

Amerikasında başladı.

1972-ci ildə “A&W” restoranlarının Kanada bölməsi, həmçinin Cefferson

Murinin “A&W” Qida Xidmətlərini satın aldı.1984-cü ildə isə şirkət “Brooke

Bron”çay istehsalçısının markasını aldı.

1989-cu ildə Unilever “Calvin Klein”, “Faberdji” və “Elizabeth Arden”

cosmetics-ləri aldı. Lakin 2000-ci ildə “FFI Fragrances” -ə satdı.

1996-cı ildə Unilever şirkəti “United States shampoo and deodarant

market”-də güclü mövqeə malik olan Helen Curtis şirkətini aldı. Saça qulluq üçün

məhsul markalarını və dezodarantları şirkət aldıqdan sonra daha da təkmilləşdirdi.

2000-2008 –ci illərdə baş verən qlobal vəziyyət Unilever –in öz işçilərinin

40 % -ni təxirə salmasına səbəb oldu. Işçilərin sayı 295-mindən 174-minə endi.

Şirkətin Antarktida qitəsindən başqa bütün qitələrdə təmsil olunur. Qara rəng

Avropanı, açıq boz Amerikanı, tünd boz Asiyanı, Afrikanı və Yaxın Şərqi təmsil

edir.

Şirkət Şimali Amerikada qida məhsulları istehsalçısıdır və 2000-ci ildən

başlayaraq sorğuya əsasən məhsulların keyfiyyəti artırılır.

Şirkət 1998-ci ildən kənd təsərrüfatı proqramına başlamışdır. 2007-ci il may

ayında şirkət davamlı şəkildə çay satın alınmasına görə birinci oldu. 2008-ci ildə

6

Page 7: British Transnational Corporations

Unilever hazırladığı “AXE” proqramına görə “Technology & Engineering Emmy”

mükafatına laiq görülmüşdür.

9 avqust 2010- Diplom-Danimarka fəaliyyətini almaq üçün Norveç süd

qrupu ilə saziş imzaladı.

24 sentyabr 2010- Unilever “Cargill” üçün braziliya istehlak pomidor

məhsullarını satmaq üçün saziş imzaladı.

27 sentyabr 2010- Unilever “Alberto- Culven”, “VO5”, “Nexxus”,

“TRESemme” və “Mrs. Dash” kimi ev məhsullarını $ 3.7 milyard -a satın aldı.

28 sentyabr 2010- Unilever və “EVGA” dondurma istehsal edəcəklərinə dair

müqavilə imzaladılar.

Unilever alışları nəticəsində 400-dən çox markalara sahibdir və bu

məhsulların 70 % -i müxtəlif kateqoriyalara bölünür. Məsələn, ərzaq və içkilər, ev

və personal care və s.

Məhsulları: AXE/Lynx Lipton

Dove Omo

Knorr Rexona

Hellman`s Sunsilk və s.

Şirkətdə 163 min işçi var. Şirkətin 2009-cu il hesablamalarına görə gəliri 39

milyondur. Şirkətin sədri Maykl Treskov, müavin Lord Saymon və Paul

Polmandır.

7

Page 8: British Transnational Corporations

British Midland Airways.

Şirkət 16 fevral 1949-cu ildə Derby Aviation Limited şirkəti yaranan zaman

əsası qoyulub. Derby Aviation 1983-cü ildə yaradılmış Airschools Limitedin

bölməsi idi və bu bölmədə pilotlar hazırlıq keçirdi. 1949-cu ildə Derby Aviation –a

daxil olan şirkət Burnastoun, Pendeferd və Wolverhampton –da bazarlarını yaratdı.

Bununlada şirkət nizamlı uçuşlar, yük daşınması, aviasiya saxlanılması, habelə

dəllal xidmətlərini həyata keçirmişdir. Şirkət yük daşınmalarını De Haviland

Dragon Rapid təyyaraələri ilə həyata keçirirdi.

1953-cü ildə pilotların təlim keçməsi başa çatdı və bununla da Cersi Derby

və Chester –dən müntəzəm uçuşlar başladı. 1955-ci ildə Duglas DC-3 əldə

olunduqdan sonra “Vorhempton Aviation” tədricən fəaliyyətini dayandırdı və

yeganə baza “Burnastoun Airport” qaldı.

Beynəlxalq reyslər, həmçinin avropa qitəsinin ucqarlarına uçuşlar 1956-cı

ildə başladı.

Kompaniya həmçinin “Rolls-Royce” mühərriklərinin quraşdırılmasın dair

müqavilə də imzaladı. 1959-cu ildə “Derby Airways” şirkətin adı dəyişdirilərək,

“British Midland Airways” olur.

1 oktyabr 1964-cü ildə şirkət Mançesterdə “Mecury Airlines” avia bazasını

yaradandan sonra, bütün uçuşlar Burnastoundan –yenicə açılmış aeroporta –Şərqi

Midlanda köçürülür. Elə bu vaxt şirkət ilk pərli təyyarələri “Handley Page Herold”

təyyarə şirkətindən aldı və kompaniyanın təyyarələri və emblemi mavi və ağ rəng

oldu.

Londonun investisya və maliyə qrupu 1968-ci ildə şirkəti aldı, 1969-cu ildə

şirkətdə baş direktor vəzifəsi “Mecury” aviakompaniyasının meneceri Maykl

Bişopa verildi. Bu vaxtdan etibarən Bişop yerli və Avropa yolları şəbəkəsini

artırmaq üçün əhəmiyyətli səylər göstərdi, 1970-ci ildə British Midlend ilk qırıcı

təyyarə BAC-1-11, 1971-ci ildə Boinq 707 təyyarələrini havaya buraxdı. Lakin

8

Page 9: British Transnational Corporations

1972-ci ildə baş direktor Bişop qərar qəbul etdi ki, qırıcı təyyarənin əməliyyatı

dayansın, Boinq 707 isə digər aviakompaniyalara icarəyə verilsin.

BMA əməliyyata turbavintli “Vickers Viscont” təyyarələrini göndərdi, hansı

ki, 1967-ci ildən fəaliyyətdə idi və bu təyyarələr 1980-ci ilin ortalarına qədər

qüvvədə qaldı. Boinq 707-nin sərnişin tutumunun böyük olmasına baxmayarq,

onlar müntəzəm uçuşlarda istifadə olunmurdu. 1981-ci ilə kimi Boinq 707

təyyarələri başqa şirkətlərə kirayəyə verilmişdi. 1976-cı ildən başlayaraq Douglas-

DC-9 təyyarələri həm yerli, həm də Avropa uçuşlarında qabaqcıl yerləri tuturdu.

1978-ci ildə Assets Ministery şirkəti satmaq haqqında qərar qəbul etdi.

Lakin Kaliforniyalı stomatoloqun köməyi ilə Bişop MBO əməliyyatları üçün 2.5

milyon funt sterlinq toplaya bildi və bununla da o, sədr təyin edildi. Bişop vəzifəyə

seçilərkən demişdi: ”Mən məcbur idim ki, amerikalı vətəndaşdan pul alım. Əksər

kapitalist müəssisələri 40 % gəlir hesablamışdılar və həmçinin bundan çıxış yolunu

tapmağa çalışırdılar”. Bu sözlərlə Bişop özünə haqq qazandırmışdı.

Elə bu illərdə British Midland və British Airways marşrut xətlərinin

dəyişilməsi barədə razılığa gəldilər. Nəticədə British Midland Brimingem, Brüssel,

Frankfurt marşrutlarını British Airways şirkətinə həvalə etdi. British Airways

şirkəti də öz növbəsində Liverpul, Xitrou, Belfast, Dublin və Djersi şehərlərində,

Men və Qlazqo adalarında yerləşən marşrut xətlərini British Midland –a satdı.

1979-cu ildə sərnişin dövriyyəsi 1mln.-a çatdı.

1981-ci ildə Britaniya vətəndaş müvəkilləri Hitrou, Qlazqo və Edinburq

uçuşlarını qanun çərçivəsində ləğv etdi. BMA və BA bu uçuşların tətbiqindən

sonra bir-birlərinə rəqib oldular. 1982-ci ildə BMA “Britaniya və Commonwealth

Shipping” ilə birlikdə “Manx Airlines yaratdı. Sonrakı il isə Qlazqoda 75 %

bazarlaşdırılmış avia kompaniya “Loganoir” –i əldə etdi. British Miland 1982-ci il

dekabrın 24-də “KLM” şirkətindən Douglas-DC-9-15 təyyarələrini aldı. Təyyarə

ilk uçuşunu 1965-ci il dekabrn 16-da etmişdi, lakin BMA təyyarəni 1983-cü il

fevralın 1-də “Almaz və Nassaka”adı altında qeydiyyata almışdı. Şirkət bu

təyyarələri 1995-ci il martın 22-dək istifadə etdikdən sonra, onu “Intercontinental

9

Page 10: British Transnational Corporations

of Columbia” şirkətinə icarəyə verdi. 2002/2003-cü ildə isə şirkət təyyarələri

meksikan aviakompaniyası –“TEASA” –ya satdı.

1987-ci ilin mart ayında “Airlines of Britain Holdings”(ABH)-in əsası

qoyuldu, hansı ki sonralar “British Midland və British Midland Aviation Services”

şirkətlərini idarə edən oldu. “ABH” 1997-ci ildə yenidənqurma nəticəsində British

Miland oldu.

1992-ci ildə British Miland Böyük Britaniyanın bir nömrəli aviakompaniyası

oldu. British Miland yeganə avia şirkətdir ki, ilk dəfə olaraq sərnişinlərə

vegeteriyan yeməkləri təklif etmişdi. 1990-cı ildən şirkət “Airbus” və “Embraer”

istehsalı olan təyyarələrdə donanmanın bərpasına başladı.

1999-cu ildə Scandinavian Airlines (SAS), 1987-ci ildə isə BMA öz

payından Luthansaya satdılar ki, “Star Alliance” –a qoşulsunlar. BMI 2000-ci ildə

ittifaqa daxil oldu, 2001-ci ildə isə rebrendinq başladı. Bununlada şirkətin adı BMİ

adlandırıldı, lakin yenə də şirkətin bu cür adlandırılması rəsmi deyildi. Şirkəri həm

British Midland International və ya sadəcə olaraq British Midland adlandırırdılar.

Şirkətin yeni rəngi boz/ağ yerinə, açıq mavi və ağ rəng oldu həmçini təyyarənin

quyruğunda Britaniyanın bayrağı, bunun da üstündə “bmı” yazısı həkk olundu.

2003-cü ildən şirkətin British Midland adlandırılması dayandırıldı və yeganə

abreviatura BMI oldu.

2002-ci ildə BMI Group 7.9 milyon sərnişin daşıdı, 2005-ci ildə isə mu

rəqəm 10.1 milyon oldu. Bu isə BMI-ın britaniya avia korporasiyalar arasında 3-

cü yer tutmasına səbəb oldu. Britaniya yerli müntəzəm uçuşları son onillikdə

açılıb.

10

Page 11: British Transnational Corporations

Rio Tinto Zink

“Rio Tinto” qrupu Londonda və Melbrunda yerləşən və Britaniyalılara

məxsus Avstraliya dağ-mədən sənayesi və resursları qrupları qərargahından

ibarətdir. Şirkətin əsası 1873-cü ildə qoyuldu. Nə vaxt ki, investorlar çoxmillətli

konsoriumu Rio Tinto çayında, Uelvada, İspan hökumətindən şaxta kompleksini

aldı. O vaxtdan şirkət çoxlu malın istehsalatında dünya liderləri arasında yer

tutmağa başladı. Baxmayaraq ki, şirkət əvvəl mineralların (yəni faydalı

qazıntıların) çıxarılmasında iştirak edirdi. Lakin sonralar bütün növ məhsullar

istehsal etməyə başladı. Alüminium, dəmir filizi, mis, uran, kömür hətta brilyant da

istehsal edirdi. Şirkət xüsusilə gil torpaq və dəmir təmizləmək üçün 6 qitə üzrə

əməliyyatlar aparır. Lakin əsas əməliyyatlar Avstraliya və Kanadada cəmləşmişdir.

Ümumiyyətlə şirkət sahib tərəfindən 81 milyon qiymətləndirilmişdir. Lakin

şirkətin Birləşmiş Krallıqda olan baş bürosu 142 milyon qiymətləndirilib. Şirkətin

baş ofisi Böyük Britniyada –Londonda, Vesrminsterdə və Avstraliyada –Melborn

şəhərlərində yerləşir.

“Rio Tinto” şirkəti dağ-mədən sahəsində ən çox gəlir götürən şirkət kimi

dördüncü yeri tutur. 1870-ci ildən 1925-ci ilə qədər Tinto Rio mədənini tamamilə

istismar etməkdə fikrini cəmləşdirdi, öz diqqətini İspaniyanın xaricində

genişləndirməyə və araşdırmaya yönəltdi. Şirkət 1914-cu ilə kimi maliyyəsini

gücləndirmək üçün, həmçinin qiymətləri idarə etmək üçün müxtəlif istehsalçılarla

əməkdaşlıq edirdi.

Birinci Dünya müharibəsindən sonra dünya bazarlarında dəyişikliklər

yarandı. Bu dövr ərzində şirkəti hərtərəfli inkişaf etdirmək əvəzinə, şirkətdəki

işçilərin müvəffəqiyyətsizliyi, beynəlxalq dağ-mədən şirkətləri arasında Rio

Tintonun zəifləməsinə və yavaş-yavaş alçalmasın gətirib çıxartdı.

Buna baxmayaraq, bu vəziyyət 1925-ci ildə dəyişdi. Nə vaxt ki, Ser Aukland

Geddes sədr təyin edildi. Geddes yeni texnologiyaların inkişafında, müştərilərlə

birgə əməkdaşlığın inkişafında, habelə İspaniyadan kənarda kəşfiyyat işlərinə

11

Page 12: British Transnational Corporations

rəhbərlik etmişdi. əksər mədən şirkətləri kimi Rio Tinto şirkəti də tarixən inkişaf

etmişdir. Şirkətin ilk böyük investisya qoyuluşu 1930-cu ilin sonunda baş verdi.

Ispaniyada baş verən vətəndaş müharibəsi, II Dünya müharibəsi və

Frankonun milli siyasətində Rio Tinto şirkətinə təsiri az olmadı.1950-ci ildə siyasi

vəziyyət daha da çətin oldu. Fransa və Britaniya sahibləri İspan əməliyyatlarından

mənfəət qazanmaq üçün şirkətin adını satın aldılar.

Ümumiyyətlə Rio Tintonun 1968-ci ildən ən əsas təşkilatçısı ABŞ-ın Boraks

istehsalçısıdır. Şirkət 2008/2009-cu illər ərzində istehsalını daim artıraraq,

liderliyini qoruyub saxladı. Həmçinin şirkət 2009-cu ildə Corumba dəmir və

Yakob Ranx kömür mədəni ilə satış müqavilələri, Çinlə alüminium və potaş

əməliyyatlarının aparılmasına dair razılıqa da gəlib. Şirkətin gəliri 2009-cu il

hesablamalarına əsasən 44 milyon, əməliyyat gəlirləri 7 milyon təşkil edir. “Rio

Tinto”nun 35 min işçisi vardır. Şirkətin sədrləri Jan Du Plessi, Tom Albanes,

maliyyə rəisi isə Guy Elliotdur.

12

Page 13: British Transnational Corporations

British Broadcasting Corporation.

Kanal tarixini 1922-ci ildən başlayır. 1929-cu ildən Londondan yayım

TV başlayır, 1930-cu ildə Brookmanks Park antennalarının quraşdırılması ilə

müntəzəm yayım başlayır. Indi BBC One kimi tanınan Baird`s company 1932-ci il

avqustun 2-dən televiziya istehsalına başlamışdı. II Dünya müharibəsi

başlamazdan əvvəl, kanalın auditoriyası 20-25 min ev təşkil edirdi. Müharibə

ərzində kanal fəaliyyətini müharibəyə tərəf yönəltdi. Bunu da qeyd etmək lazımdı

ki, müharibə illərində kanal üçün hərbi məqsədlər üçün istifadə olunaqcaq

mütəxəssislər hazırlayırdılar.

1946-cı ildən kanal yayımı Alexandra Palace-dən başlamışdır. BBC

Television Services geniş auditoriyanı əhatə edən televiziya proqramları

hazırlayırdı. BBC2 yayıma başladıqdan sonra, 1964-cü ildə BBC TV-nin adı

dəyişilərək BBC1 oldu. 1964-cü il aprelin 20-də Battersea elektrik stansiyasında

baş verən yanğın nəticəsində bütün Londonda işıqlar söndürüldü. Bu da BBC-nin

işini ləngitdi. Fəaliyyətdə olan kanal şam işığında da belə işini saxlamadı. BBC2

Britaniyada yeganə kanaldır ki, ilk dəfə ultra tezliklərin aralığında yayıma

başlamışdır.

Alexandra Palace teleqülləsi 1936-cı ildən BBC tərəfindən idarə

olunur.1967-ci ildə BBC2 Avropada yeganə kanal idiki PAL rəngli sxemində

proqramlar yayımlayırdı. BBC1 və ITV rəngli sxemə yalnız 1969-cu ildən

keçmişdi. BBC2 sabun operası və adi xəbərlər yayımlamırdı.

Teleaparıcı Devid Attenborq BBC-də 1950-ci ilə kimi yayımlanan

“Təbiət tarixi” verlişini aparmaq üçün BBC2 kanalını tərk edib. Bütün dünya

David Attenborgu hazırladığı verlişlərə görə tanıyırdı: “Həyat və yer”, “Mavi

Planet”, “Yer Kürəsi” və s.

13

Page 14: British Transnational Corporations

BBC-də ilk telefaksı 1974-cü ildə Ceefax təqdim etdi. 2003-cü ilin iyul

ayından BBC yayımını 85 milyon fund sterlinqə başa gələn Astra 2D sputniki ilə

davam etdirdi.

BBC-nin 2 efir və 3 kabel/sputnik/rəqəmsal telekanalı, 14 milli rəqəmsal

radiostansiyası, bir neçə website-ı, 40-dan çox jurnalı vardır. BBC Worldwide

BBC Prime, BBC America və BBC Britaniyaya məxsusdur. Hal-hazırda kanal 35-

dildə dünyaya məlumat çatdırır. 2005-ci il hesablamalarına görə korporasiyanın

gəliri 7.205 milyard dollar olmuşdur.

Böyük Britaniya daxilində BBC 20-dən çox programlar, həmçinin bütün

gün ərzində durmayan xəbərlər yayımlayr. Radio-televiziyada idman, əyləncə,

musiqi programları və b. proqramlar yayımlanır.

BBC şirkəti evində Böyük Britaniyada bbc kabeli qurulmuş evlərdən

xüsusi pul toplamaq qaydası var. Hər il yığılan pulun miqdarı 2.8 milyard £ (5.6

milyard $) olur. BBC öz fəaliyyətini BBC Nizamnaməsi çərçivəsində həyata

keçirir. BBC Xartiyası 1927-ci ildən qüvvəyə minmişdir və bu hər 10 ildən bir

yenilənir.

BBC-nin dünyəvi fəaliyyəti 1932-ci ildən fəaliyyət göstərir. 1932-ci ilə

qədər imperiya daxilində fəaliyyət göstərirdi. Bu gün kanalın auditoriyası 150

milyon izləyiciyə sahibdir. BBC-nin baş qərərgahına, Buş House-yə, ad, ABŞ-ın

sabiq prezidenti Corc Buş tərəfindən verilib.

Soyuq müharibə və dünyanın terrorizmlə mübarizə apardığı dövrdə

BBC-öz prioritetlərini dəyişdi. 2007-ci ildə BBC World olan radioyayımını

dayandırdı.Services 10 dildə

Kanal 2007-ci ildə dünyada ilk dəfə olaraq xarici dildə kanal yaratdı. Ilk

olaraq qeyd olunurdu ki, kanal 12 saat fəaliyyət göstərsin, lakin sonradan qərar

qəbul olundu ki , bütün gün ərzində yayımlansın. Kanal getdikcə taylan, braziliya,

hind dilində olan verlişləri danyandırır. Bu təxirə salmalar 2006-cı ilə kimi

tamamlanacaq.

Korporasiya Birləşmiş Krallıqda, Londonda yerləşir. Kanalın sədri Sir

Michael Lyons, direktoru isə Mark Thompsondur.

14

Page 15: British Transnational Corporations

Bentley

Birinci dünya müharibəsindən əvvəl, 1919-cu ildə Bentley maşını Valter

Oven Bentley tərəfindən yaradılmış və onun adını daşımışdır. Şirkəti qurmamışdan

qabaq qardaşı Horas Milner Bentley ilə birlikdə frans DFP maşınlarını satmaqla

məşğuldular. Lakin Bentley həmişə öz maşınını istehsal etmək istəyində

olduğundan bunu 1919-cu il avqust ayında edə bildi. Şirkət yarandığı gündən artıq

uğurlara imza atırdı.1920-ci ildə Londonda keçirilən maşın şousunda Bentley-in

mühərriki nümaiş olunur. Bundan bir il sonra maşın yarışlarında iştirak edən

Bentley saatda 80 mil sürət toplamaqla birinciliyə sahib olmuşdur. Şirkət 1929-cu

ilə qədər güclü istehsalla yadda qalmışdı. Lakin 1929-cu ildə baş verən böhran

(Wall Street Crash) Bentley Motor Ltd.-dən də yan ötmədi. Şirkətin dağılmaq

təhlükəsi ilə üzləşdiyi bir vaxtda Roll Roys şirkəti 1931-ci iləd Bentley şirkətini

alır və istehsalda nəzarəti əlinə götürür. Bununla da Bentley maşınları 1998-ci ilə

qədər Rolls Roys şirkətinin nəzarəti (şirkətin sahibi kimi) altında istehsal olunur.

Lakin 1998-ci ildə Bentley şirkətinin səhmlərini Volsvagen şirkəti alır və bu gün

də onun nəzarətindədir. Bentley maşınları bu gün də İngiltərədə istehsal olunur və

ən böyük bazarı Çin hesab olunur. Bentley maşınlarında da ənənəvi İngilis elit

görünüşünü, həddindən artıq lüks, müasir və idman üslubunu görə bilərsiniz.

15

Page 16: British Transnational Corporations

Mənbə :

1. Nəriman Paşayev- Böyük Britaniyanın Coğrafiyası

2. http://en.wikipedia.org/wiki/Royal_Dutch_Shell

3. http://en.wikipedia.org/wiki/BP

4. http://en.wikipedia.org/wiki/Britoil

5. http://www.astonmartin.com/racing/history

6. http://en.wikipedia.org/wiki/Aston_Martin

7. http://en.wikipedia.org/wiki/Unilever

8. http://www.unilever.com/aboutus/introductiontounilever/

9. http://en.wikipedia.org/wiki/British_Midland_International

10.http://www.riotinto.com/annualreport2010/additional_information/

history.html

11.http://en.wikipedia.org/wiki/Rio_Tinto_Group

12.http://en.wikipedia.org/wiki/BBC

13.http://www.theautochannel.com/news/writers/bhagin/2001/fs0129.html

14.http://en.wikipedia.org/wiki/Bentley

16