baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8...
Transcript of baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8...
![Page 1: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/1.jpg)
Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və
digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi
Azərbaycan Respublikasının
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Ümumtəhsil məktəblərində istifadədə olan “Riyaziyyat-8”
dərslik komplektində verilmiş materiallara dair
İlkin rəy
![Page 2: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/2.jpg)
Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə olan dərslik, dərs
vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi meyarları
1) Məzmunun işlənməsi
2) Dil və yazı üslubu
3) Dizayn və bədii tərtibat
4) Tapşırıqların elmi-metodiki uyğunluğu
5) MMV-nin məzmununun işlənməsi
![Page 3: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/3.jpg)
RESPUBLİKANIN ÜMUMTƏHSİL
MƏKTƏBLƏRİNİN 8-Cİ SİNİFLƏRİ
ÜÇÜN “RİYAZİYYAT” DƏRSLİYİ
Müəlliflər: Nayma QəhrəmanovaMəhəmməd Kərimov
İlham Hüseynov
Bakı, “Radius”-2015
![Page 4: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/4.jpg)
Məzmunun işlənməsi baxımından
Dərslik komplekti yeni təhsil proqramı (kurikulum) əsasında
yazılmışdır. Dərslik 5 bölmə üzrə 11 tədris vahidinə ayrılaraq 88
mövzunu əhatə etməklə 224 səhifədən ibarətdir. Bölmələr üzrə
tədris vahidləri:
3.1. Kvadrat tənliklər. 3.2. Fiqurların sahəsi.
1.1. Rasional ifadələr. 1.2. Dördbucaqlılar.
2.1. İrrasional ədədlər. 2.2. Pifaqor teoremi.
4.1. Rasional tənliklər. 4.2. Fiqurların oxşarlığı.
5.1. Bərabərsizliklər. 5.2. Triqonometrik nisbətlər.
5.3. Məlumatın toplanması və təqdimatı.
![Page 5: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/5.jpg)
Dərslik komplektindəki materiallar yeni təhsil proqramına
əsasən (kurikulum) 5 məzmun xətti üzrə 12 standarta aid 34
alt standartın reallaşdırılmasını nəzərdə tutmuşdur.
Məzmun xətləri
1. Ədədlər və əməllər
2. Cəbr və funksiyalar
3. Ölçmə
5. Statistika və ehtimal
4. Həndəsə
![Page 6: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/6.jpg)
Dərslikdə hər bölmənin əvvəlində “Siz bu fəsildə
öyrənəcəksiniz”, “Bu maraqlıdır”, bölmələrin sonunda
“Ümumiləşdirici tapşırıqlar”, sonda isə bəzi tapşırıqların cavabları
verilmişdir.
Dərslik komplektində alt standartların tələblərinə uyğun təlim
nəticələri əsasən reallaşdırılmışdır. Təlim materiallarının və
faktlarının elmiliyi, dəqiqliyi, mövzulardakı didaktik tələblər və
fəsillərin sadədən mürəkkəbə doğru ardıcıllığı əsasən gözlənilmişdir.
Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə
əsasən dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə
göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə
alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər
zamanı isə yeni səhvlərə yol verilmişdir.
![Page 7: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/7.jpg)
I BÖLMƏ
1.1. Rasional ifadələr
1.2. Dördbucaqlılar
Cəmi: 35 saat (Həndəsə-14 saat)
![Page 8: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/8.jpg)
Səhifə 8
Rasional ifadə üçün verilmiş tərif qüsurludur. Verilmiş izahat və tərifə
əsasən belə səhv fikir çıxır ki, kimi ifadə “Rasional
ifadə” deyil. Bu tip tapşırıqlar 24 və 25-ci səhifələrdə verilmişdir.
x z
y t
z t
![Page 9: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/9.jpg)
Səhifə 24
![Page 10: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/10.jpg)
Səhifə 25
![Page 11: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/11.jpg)
Səhifə 8
Sonuncu sətirdə ifadə edilmiş fikir ziddiyyətlidir. Çünki rasional
ifadədə dəyişən olmaya bilər. Ona görə “Kəsr rasional ifadə”
anlayışı verilməli idi.
![Page 12: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/12.jpg)
Səhifə 11
“Rasional ifadələrin sadələşdirilməsi” mövzusunda ilk iki sətirdə verilən fikir
anlaşılmazdır. Çünki burada qeyd edilənlərə görə düşünmək olar ki, istənilən rasional
ifadəni sadələşdirmək üçün onun surət və məxrəcini vuruqlara ayırmaq, ortaq vuruğu
mötərizə xaricinə çıxarmaq və s. lazımdır. Lakin hər bir rasional ifadədə kəsr olmur, olsa da
surət və məxrəcdə ortaq vuruq olmur. Həmçinin rasional ifadələrin sadələşdirilməsi yalnız
kəsr rasional ifadələrin ixtisarından ibarət deyil. Ona görə də yarımbaşlıq “Rasional
kəsrlərin ixtisarı” kimi verilməlidir.
![Page 13: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/13.jpg)
“Rasional ifadələrin vurulması, bölünməsi və qüvvətə
yüksəldilməsi” mövzusunda “qüvvətə yüksəldilməsi” əvəzinə
“natural üstlü qüvvətə yüksəldilməsi” yazılmalıdır.
Səhifə 15
![Page 14: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/14.jpg)
“Rasional ifadələrin toplanması və çıxılması” mövzusunda
“Məxrəcləri müxtəlif olan kəsrlər üçün ən sadə ortaq məxrəc
taparkən əvvəlcə hər bir kəsrin məxrəcini vuruqlara ayırmaq
lazımdır” təklifinin hökm şəklində verilməsi elmi baxımdan düzgün
hesab edilmir.
Səhifə 20
![Page 15: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/15.jpg)
II BÖLMƏ
2.1. İrrasional ifadələr
2.2. Pifaqor teoremi
Cəmi: 25 saat (Həndəsə-9 saat)
![Page 16: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/16.jpg)
“Qüvvətin kvadrat kökü” mövzusunun izahında verilmiş “a˂0
olduqda isə ” ifadəsində “a˂0” əvəzinə “a≤0” yazılmalıdır.aa
2
Səhifə 65
Səhifə 66
“Kvadrat kök daxil olan ifadələrin çevrilməsi” mövzusunun
izahında “Nümunə 3”-də verilmiş “a˃0” və “a˂0” yazılışları uyğun
olaraq “a≥0” və “a≤0” kimi yazılmalıdır.
![Page 17: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/17.jpg)
Səhifə 69
“Məxrəcin irrasionallıqdan azad edilməsi” yarımbaşlığında
verilmiş izahat tam deyil. Burada “İrrasional ədədin qoşması” anlayışı
verilməmişdir. Kəsrin məxrəcinin irrasionallıqdan azad edilməsi qaydası
qüsurludur.
![Page 18: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/18.jpg)
III BÖLMƏ
3.1. Kvadrat tənliklər
3.2. Fiqurların sahəsi
Cəmi: 29 saat (Həndəsə-12 saat)
![Page 19: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/19.jpg)
Səhifə 83
“a≠0” şərti əvvəlcədən qeyd edilməlidir.
“Nümunə 1”-də “x=0” əvəzinə “x1=x2=0” yazılmalıdır.
![Page 20: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/20.jpg)
“ax2+bx+c=0 tənliklərinin vuruqlara ayırma üsulu ilə həlli”
mövzusunda birinci abzasda verilmiş ifadə “elə iki m və n ədədləri
tapmaq lazımdır ki, mn=ac, m+n=b olsun. Bu halda verilmiş tənliyi
şəklində yazaraq həll etmək olar ” kimi
yazılmalıdır.
0
a
nxmax
Səhifə 87
![Page 21: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/21.jpg)
Səhifə 94
Səhifə 100
2-ci bənddə verilənlər elmi baxımdan düzgün deyil. Çünki kvadrat tənliyin heç
vaxt bir kökü ola bilməz. 11-ci tapşırığın şərti 2-ci bəndlə ziddiyət təşkil edir.
![Page 22: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/22.jpg)
Viyet teoreminin isbatının sonunda “ ” ifadəsi
“ ” kimi yazılmalıdır.
Səhifə 98
4
22qpp
2 2 4
4
p p q
![Page 23: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/23.jpg)
Səhifə 104
“Kvadrat tənliklər” bölməsinə aid verilmiş bu tapşırıq elmi
cəhətdən səhvdir.
![Page 24: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/24.jpg)
I V BÖLMƏ
4.1. Rasional tənliklər
4.2. Fiqurların oxşarlığı
Cəmi: 29 saat (Həndəsə-18 saat)
![Page 25: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/25.jpg)
Səhifə 118
“Siz bu fəsildə öyrənəcəksiniz” rubrikasında “rasional tənliklər
qurmaqla müxtəlif məsələləri həll etməyi” ifadəsi “rasional tənlikləri
və rasional tənliklər qurmaqla müxtəlif məsələləri həll etməyi” kimi
yazılmalıdır.
![Page 26: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/26.jpg)
Səhifə 130
“Nisbət, tənasüb” mövzusu
6-cı sinifdə tədris edildiyindən,
burada təkrar verilməsi məqsə-
dəuyğun deyil. Bu irad Səhifə
132-də verilmiş “Miqyas”
mövzusuna da aiddir.
Səhifə 132
![Page 27: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/27.jpg)
Səhifə 135
İzahda verilmiş “Uyğun bucaqları konqruyent, uyğun tərəfləri
mütənasib olan üçbucaqlara oxşar üçbucaqlar deyilir” tərifi “Uyğun
tərəfləri mütənasib olan üçbucaqlara oxşar üçbucaqlar deyilir” kimi
yazılmalıdır. Bunu nəzərə alaraq mövzunun izahının elmi-metodiki
baxımdan qüsurlu olması qənaətinə gəlinir. Ona görə də bu mövzunun
yenidən işlənməsi tövsiyə olunur.
![Page 28: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/28.jpg)
Səhifə 135
Bu izaha əsasən ABC və MNK üçbucaqlarının oxşarlığının isbatının
tərəflərin nisbətinə görə və ya bucaqların bərabər olmasına görə, yoxsa
hər iki əlamətə görə verilməsi aydın deyil.
![Page 29: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/29.jpg)
Burada verilmiş nisbətlər “ “
kimi verilməlidir.
Səhifə 136
kGEDA
HGCD
FHBC
EFAB
GEHGFHEF
DACDBCAB
![Page 30: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/30.jpg)
V BÖLMƏ
5.1. Bərabərsizliklər
5.2. Triqonometrik nisbətlər
5.3. Məlumatların toplanması və təqdimi
Cəmi: 46 saat (Həndəsə-11 saat)
![Page 31: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/31.jpg)
Səhifə 157
“Bərabərsizliklər” mövzusunun izahında “Koordinat düz xətti üzərində böyük
ədəd sağda yerləşən nöqtə ilə, kiçik ədəd isə solda yerləşən nöqtə ilə təsvir olunur”
şəklində verilmiş ifadəyə əsasən nöqtələrin nəyin sağında və ya nəyin solunda
yerləşməsi müəyyən deyil. Ona görə də belə ifadənin verilməsinə ehtiyac yoxdur. Çünki
bundan sonrakı sətirdən başlayaraq verilmiş ifadədə nəzərdə tutulan fikir qeyd
edilmişdir.
![Page 32: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/32.jpg)
Dərslikdə verilmiş mövzuların izahı, tapşırıqların məzmunu dil və üslub cəhətdən qüsurlu
olmaqla, şagirdin yaş səviyyəsinə uyğunluğu tam şəkildə gözlənilməmiş, dil qaydalarına qismən
əməl edilmişdir.
Bununla yanaşı, digər qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:
Dərsliyin tərtibatı qənaətbəxş deyil. Belə ki, bütün mövzularda fikirlərin bir-birindən
fərqləndirilməsi üçün abzaslardan istifadə edilməmişdir.
Səhifə 28. “Ədədin standart şəkli” mövzusunda “yerin həcmi” ifadəsi “Yerin həcmi” kimi
yazılmalıdır.
Səhifə 43. 2-ci tapşırıqda “Venn diaqramı” əvəzinə “Eyler-Venn
diaqramı” yazılmalıdır.
Səhifə 60. 6-cı tapşırığın “Aralarında aşağıdakı ədəd yerləşən iki ardıcıl tam ədədi tapın”
şərtinin “Ədədlərin hansı iki ardıcıl tam ədəd arasında yerləşdiyini müəyyən edin” kimi verilməsi
məqsədəuyğundur.
Səhifə 84. 8-ci tapşırıqda “kvatratı” sözü “kvadratı” kimi yazılmalıdır.
Səhifə 94. “Kvadrat tənliyin kökləri düsturu” mövzusunda sonuncu abzasda “x2+px+q=0
tənliyində a=1 b=p c=q olduğundan çevrilmiş tənliyin diskriminantı D=p2–4q düsturu ilə
hesablanır” cümləsi “x2+px+q=0 tənliyində a=1, b=p, c=q olduğundan, çevrilmiş kvadrat tənliyin
diskriminantı D=p2–4q düsturu ilə hesablanır” kimi yazılmalıdır.
Səhifə 100. 16-cı tapşırıqda “Diskriminantı hesablamaqla tənliklərin həqiqi kökü olub-
olmadığını müəyyən edin. Tənliyin həqiqi kökü varsa, onların işarələrini müəyyən edin”
cümləsinin “Diskriminantı hesablamaqla tənliklərin həqiqi köklərinin olub-olmadığını müəyyən edin
və həqiqi kökləri varsa, onların işarələrini müəyyən edin” kimi yazılması tövsiyə edilir.
![Page 33: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/33.jpg)
Səhifə 105. 18-ci tapşırığın a) bəndinin “2x2+bx–10=0 tənliyinin 5-ə bərabər kökü olarsa,
b-ni tapın və tənliyi həll edin” şərtinin
“2x2+bx–10=0 tənliyinin köklərindən biri 5 olarsa, digər kökü və b əmsalını tapın” kimi verilməsi
məqsədəuyğundur. Bu irad b) bəndinə də aiddir.
Səhifə 122. “İş məsələləri” yarımbaşlığının sonunda “Cavab” hissəsində verilmiş “2-ci fəhlə
işi 20 günə, 1-ci fəhlə x+10=20+10=30 günə yerinə yetirər” ifadəsi “2-ci fəhlə işi 20 günə, 1-ci
fəhlə 30 günə yerinə yetirər” kimi verilməlidir.
Səhifə 125. 10-cu tapşırığın şərtinin “Kvadrat üçhədlini vuruqlara ayırma üsulundan istifadə
edərək tənlikləri həll edin” kimi verilməsi tövsiyə edilir.
Yenə həmin səhifədə 11-ci tapşırıqda “çəni neçə saata doldurarlar?” əvəzinə, “çən neçə
saata dolar?” yazılmalıdır.
Səhifə 130. “Nisbət. Tənasüb” mövzusunda tənasübün xassələrində verilmiş “olar” sözü
artıqdır, ya da qalan üç münasibətin hər birinin sonunda “olar” sözünü yazmaq lazımdır.
Səhifə 140. 14-cü tapşırığın şərtində “düzbucaqlıların uzun tərəfinin qısa tərəfinə olan
nisbəti” ifadəsi “düzbucaqlıların uzunluğunun eninə nisbəti” kimi yazılmalıdır.
Səhifə 141. “Araşdırma” bölməsinin 2-ci bəndində “düzbucaq”
ifadəsi, “düz bucaq” kimi, “Nəticə 2”-də verilmiş “hipetonuz” sözüisə “hipotenuz” kimi
yazılmalıdır.
Səhifə 144-147. Mövzunun adı “Üçbucaqların oxşarlıqlarının tətbiqi” əvəzinə,
“Üçbucaqların oxşarlığının tətbiqi” yazılsa daha məqsədəuyğun olar.
![Page 34: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/34.jpg)
Səhifə 147. 17-ci tapşırığın mətnində “Şəkil 2” ifadəsi “Şəkil 1” kimi yazılmalıdır.
Səhifə 151. “Oxşarlıq çevrilməsi” mövzusunun adı “Oxşarlıq çevirməsi” kimi verilməlidir.
Səhifə 154. 2-ci tapşırığın b) bəndində “düzbucaq” ifadəsi “düz bucaq” kimi yazılmalıdır.
Səhifə 158. 4-cü tapşırığın “Dəyişənləri sol tərəfdə olmaqla bərabərsizliyi yenidən yazın” şərti
“Dəyişəni sol tərəfdə olmaqla bərabərsizlikləri yenidən yazın” kimi yazılmalıdır.
Səhifə 159. 10-cu tapşırığın “a>b olduğu məlumdursa, a–b fərqi: –4,3; 0; 5,2 ədədləri ilə ifadə
edilə bilərmi?” şərti “a>b olduğu məlumdursa, a–b fərqi:–4,3; 0; 5,2 ədədlərindən hansı ilə ifadə
edilə bilər?” kimi verilməlidir.
Qeyd: Tapşırıqların şərtinin eyni tərkibli tapşırıqlar üçün bəzən cəm, bəzən də tək halda verilməsi
düzgün deyil. Məsələn, səhifə 158-də verilmiş 5, 6, 7-ci tapşırıqlarda olan bir neçə bənd üçün göstəriş
cəm şəklində, səhifə 159-da verilmiş 14, 15, 18-ci tapşırıqların şərtində isə göstəriş tək halda
yazılmışdır. Yazılışların eyniləşdirilməsi təklif edilir.
Səhifə 160. “Bərabərsizliklərin xassələri” yarımbaşlığı “Bərabərsizliklərin xassəsi” kimi
verilməlidir. Çünki burada yalnız bir xassə verilmişdir.
Yenə həmin səhifədə 3-cü tapşırığın “a>b olduğuna görə müqayisə edin” şərti, “a>b olarsa,
ifadələri müqayisə edin” kimi yazılmalıdır.
Səhifə 161. “Nümunə” bölməsində verilmiş “yazın” və “çıxın” ifadələri uyğun olaraq “yazaq”
və “çıxaq” kimi olmalıdır.
Yenə həmin səhifədə 6-cı tapşırığın şərtindəki “Eminin məqsədinə çatmaq üçün” ifadəsinin
“Eminin məqsədinə çatması üçün” kimi yazılması tövsiyə edilir.
![Page 35: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/35.jpg)
Səhifə 170. 4-cü tapşırığın a) bəndinin “x-in hansı qiymətində 2x–7 ifadəsi müsbət qiymətlər
alar?” şərtində “x-in hansı qiymətində” ifadəsi “x-in hansı qiymətlərində” yazılmalıdır.
Səhifə 178. 3-cü tapşırığın a) bəndindəki “Femur sümüyünün uzunluğu 30,25 olan qadının
boyu hansı intervalda ola bilər” şərti “Femur sümüyünün uzunluğu f=30,25 sm olan qadının boyu
hansı intervalda ola bilər” kimi verilməlidir.
Səhifə 179. 7-ci tapşırığın “ bərabərsizliyini doğru edən ən böyük tam ədədlə, ən kiçik
tam ədədin hasilini tapın” şərtinin
“ bərabərsizliyinin ən böyük və ən kiçik tam həllərinin hasilini tapın” kimi yazılması
məqsədəuyğundur.
Səhifə 182. 11-ci tapşırığın şərtində “üçbucağın verilməyən tərəfini və bucağını” ifadəsi
“üçbucağın naməlum (məlum olmayan, bilinməyən) tərəflərini və bucağını” kimi yazılmalıdır.
Səhifə 183. 3-cü tapşırığın şərtində “x və y tərəflərinin” ifadəsi əvəzinə “x və y məsafələrinin”
yazılmalıdır.
Yenə həmin səhifədə 5-ci tapşırığın şərtində “birbaşa məsafə” ifadəsinin “məsafə” kimi
yazılması məqsədəuyğundur.
Səhifə 186. 17-ci tapşırığın 2-ci bəndində “elə dəyişdirin ki” ifadəsi əvəzinə “elə dəyişin ki”
yazılması məqsədəuyğundur.
Yenə həmin səhifədə 19-cu tapşırığın şərtində verilmiş “Hazır qutuların ölçüsü” ifadəsi “Hazır
qutuların ölçüləri” kimi yazılması məqsədəuyğundur. Ümumiyyətlə, məsələnin şərtinin “Əhməd
uzunluğu 24 sm olan taxta çubuğu ölçüləri 12sm 20sm 24sm olan qutuya yerləşdirmək istəyir. Bu
mümkündürmü?” kimi verilməsi tövsiyə edilir.
3 2 5x
3 2 5x
![Page 36: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/36.jpg)
Dərsliyin maketi dizayn və bədii tərtibat baxımından qənaətbəxşdir. Burada vahid dizayn üslubu,
mətnə görə şəkillərin uyğun yerləşdirilməsi və həcm nisbəti əsasən gözlənilmişdir. Bununla yanaşı,
müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:
Səhifə 42. “Rombun xassələri” yarımbaşlığında tərifdən sonrakı iki cümlənin qara şriftlə verilməsi
dizayn baxımından məqsədəuyğun deyil.
Səhifə 77. 14-cü tapşırığa uyğun verilmiş şəkildə iki təpənin “E” hərfi ilə işarə edilməsi düzgün
deyil.
Səhifə 128. “Araşdırın, dəftərinizə çəkin” başlığında verilmiş 2-ci və 3-cü şəkillərdə O nöqtəsini
1-ci şəkildəki kimi yazmaq, yəni onları bir az sola sürüşdürmək lazımdır. Bu irad 6-cı və 7-ci
tapşırıqlara da aiddir.
Səhifə 130. 3-cü tapşırığın 1-4-cü bəndlərində sürüşmə var. Məsələn,
yazılış kimi yazılmalıdır. Bu irad 4 və 5-ci tapşırıqlara da aiddir.
Səhifə 132. 1-ci tapşırıqda “mənzilin planı”nda yazılmış “mm”-ləri 1 probel sağa sürüşdürmək
lazımdır.
Səhifə 139. 5-ci tapşırığın 1-ci bəndi üçün verilmiş şəkil qüsurludur. Belə ki, şəkil elə çəkilməlidir
ki, “ ” olsun. 2-ci bənddə isə “x” ST parçasının üzərində yazılmalıdır.
Səhifə 140. 11-ci tapşırıq üçün verilmiş şəkil elə çəkilməlidir ki, üçbucaqların uyğun iki tərəfi
qarşılıqlı bucaq əmələ gətirsin.
Yenə həmin səhifədə 13-cü tapşırıq üçün verilmiş ABCD trapesiyasının şəkli tam deyil.
Səhifə 148. “Qurma 1”-də 4-cü şəkildə verilmiş D hərfinin ölçüsü digər hərflərin ölçüsü ilə eyni
olmalıdır.
362
1892 )1
x
xx
PLMJLK
![Page 37: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/37.jpg)
Səhifə 150. “Nümunə 2”-də verilmiş şəkildə dizayn baxımından düzəliş edilməlidir. L1-in indeksi
qırıq xəttin üzərindədir, onu bir az kənara sürüşdürmək lazımdır. Bu irad M1 nöqtəsinə də aiddir. Bu
düzəlişlər MMV-də səhifə 150-də verilmiş uyğun şəkil üçün də aparılmalıdır.
Yenə həmin səhifədə 2-ci tapşırıq üçün verilmiş birinci şəkildə J-nin yerinə S, S1-in yerinə S1, M1-
in yerinə M1, K1-in yerinə K1 yazmaq, y-i də bir az sola sürüşdürmək lazımdır. Eyni qayda ilə ikinci
şəkildə də A1-in yerinə A1, B1-in yerinə B1, D1-in yerinə D1, E1-in yerinə E1 yazılması tövsiyə edilir.
Səhifə 151. 6-cı tapşırıqda verilənlərlə şəkil arasında uyğunsuzluq var. C(3;1) və A1(6;2) (Burada
“A1” əvəzinə “C1” olmalıdır) nöqtələri şəkildə başqa koordinatlarla verilmişdir. Bundan başqa
düzbucaqlı koordinat sistemində x və y qeyd olunmalı və axırıncı sütun 2 dəfə böyüdülməlidir.
Səhifə 173. “İkiqat bərabərsizliklərin həlli” mövzusunda qrafik təsvirlərinin hər birində oxun
ucunda x yazılmalıdır.
Səhifə 188. “İki nöqtədən keçən düz xəttin tənliyi” mövzusunun araşdırma bölməsində yazılmış
“(4; 5)” ifadəsi əvəzinə “B(4; 5)” yazılmalıdır.
![Page 38: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/38.jpg)
Tapşırıq və çalışmalarda yaradıcılıq, rəngarənglik və yaş səviyyəsinə uyğunluq əsasən
gözlənilmişdir. Burada istifadə olunan materiallar müstəqil, interaktiv təlimə əsasən şərait və imkan
yaradır. Qapalı, açıq və yarımaçıq tipli tapşırıqların sayının mütənasibliyi qismən qorunmuş, nəzəri
məlumatlarla praktik tapşırıqlar arasında vəhdət və mütənasiblik əsasən gözlənilmişdir. Bununla
yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:
Səhifə 17. 16-cı tapşırıqda “Nümunə”nin sonunda verilmiş “x≠±3, x≠4, x≠1”, ifadələri tapşırığın
ikinci tələbinə uyğun deyil. Belə ki, tapşırıqda dəyişənin ifadəni mənasız edən qiymətlərinin qeyd
edilməsi tələb olunur, cavabda isə bunun əksi verilmişdir.
Yenə həmin səhifədə 18-ci tapşırıq şagirdlərin yaş səviyyəsinə uyğun deyil, çünki çoxüzlünün
daxilinə çəkilmiş silindr anlayışının tədrisi yuxarı siniflərdə nəzərdə tutulmuşdur.
Səhifə 23. 29-cu tapşırığın b) bəndinin dərsliyin sonunda verilmiş cavabı “6” deyil, “5”
yazılmalıdır.
Yenə həmin səhifədə 33-cü tapşırığın1-ci və 2-ci cümləsində verilən məlumatların (“Yeni
tikiləcək bina üçün inşaat sahəsindəki tullantılar təmizlənməli və sahə təməl qoyulması üçün
hazırlanmalıdır. Tullantılar şəkildə göstərildiyi kimi yük maşını ilə daşınmalıdır”) məsələnin
mahiyyətinə heç bir aidiyyatı yoxdur. Ona görə də bu məlumatların çıxarılması tövsiyə edilir.
![Page 39: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/39.jpg)
Səhifə 34. 20-ci tapşırığın həm mətni böyükdür, həm də mətndə fizika fənnindən şagirdlərə məlum
olmayan anlayışlar verilmişdir. Bu anlayışlar daha yuxarı siniflərdə tədris ediləcəkdir. Ona görə də
tapşırığın dəyişdirilməsi məqsədəuyğundur.
Səhifə 37. 8-ci tapşırığın mətninin “İsbat edin ki, qabarıq dördbucaqlıda iki qonşu bucağın
tənbölənlərinin əmələ gətirdiyi bucaqlardan birinin ölçüsü digər iki daxili bucağın ölçüləri cəminin
yarısına bərabərdir” şəkildə verilməsi elmi baxımdan daha doğrudur. Həm bu, həm də 10-cu
məsələdə dördbucaqlının qonşu bucaqları səhvən “qonşu təpə bucaqları” kimi adlandırılmışdır.
Səhifə 65. 5-ci və 6-cı tapşırıqlar sadədən mürəkkəbə prinsipinə əsasən 3-cü tapşırıqdan əvvəl
verilməlidir.
Səhifə 66. 5-ci və 6-cı tapşırıqlar sadədən mürəkkəbə prinsipinə əsasən 3-cü tapşırıqdan sonra
verilməlidir.
Səhifə 82. 4-cü tapşırıqda “sahəsi 21 kvadrat vahiddir” ifadəsi “sahəsi 21 sahə vahididir” və ya
“sahəsi 21 sm2-dir” kimi yazılmalıdır.
Səhifə 84. 11-ci tapşırıqda “a) iki həlli olsun”, “b) bir həlli olsun”, “c) həlli olmasın” ifadələri
uyğun olaraq “a) iki müxtəlif kökü olsun”, “b) iki bərabər kökü olsun”, “c) həqiqi kökü olmasın” kimi
yazılmalıdır.
Səhifə 86. 7-ci tapşırığın şərti dəqiq deyil. Çünki 28 m2=2800 dm2 = =280000 sm 2 və s.
olduğundan, axtarılan tam ədədlərin ölçü vahidi verilməlidir.
Yenə həmin səhifədə 9-cu tapşırığın 1-ci bəndi aydın deyil. Çünki şəkildə verilmiş sarı hissənin
sahəsini göstərən ifadə ab olur ki, bunu da vuruqlara ayırmaq olmur.
Səhifə 93. 6-cı tapşırıq korrekt deyil. Burada şəkillə mətn uyğun deyil, şaquli yuxarı atılmış cisim
irəli getmir, atıldığı yerə düşür və s. Həmçinin bu tip məsələlərdə “–4,9t2” əvəzinə “–5t2” yazılması
daha məqsədəuyğundur.
![Page 40: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/40.jpg)
Yenə həmin səhifədə 25-ci tapşırığın dərsliyin sonunda verilmiş cavabına “a=10, b=30,
” halı da əlavə edilməlidir.
Səhifə 100. 10-cu tapşırığın şərti korrekt deyil. Çünki bir kökə görə nə kvadrat tənliyi, nə də
onun digər kökünü bərpa etmək mümkündür.
Səhifə 103. 9-cu tapşırıqda “yan üzlərinin sahəsindən” ifadəsi “yan səthindən” kimi
yazılmalıdır.
Səhifə 123. 4-cü tapşırığın dərsliyin sonunda verilmiş “15 km/saat, 20 km/saat” cavabı “3
km/saat” kimi yazılmalıdır.
Səhifə 125. 14-cü tapşırığın dərsliyin sonunda verilmiş “1) ” cavabı
“ 1) ” kimi yazılmalıdır.
Səhifə 129. 14-cü tapşırığın 4-cü bəndində “y=x düz xəttinə nəzərən” əvəzinə, “y=–x düz
xəttinə nəzərən” yazılması daha məqsədəuyğundur.
Səhifə 132. 1-ci tapşırığın həllində verilmiş “ ” ifadəsində nisbətlərdə müxtəlif
adlı kəmiyyətlərin yazılması metodiki baxımdan düzgün deyil.
Səhifə 133. 2-ci tapşırığın 2-ci bəndinin dərsliyin sonunda verilmiş “x=3, y=1,5” cavabı “x=1,
y=1,5” kimi yazılmalıdır.
Səhifə 140. 12-ci tapşırığın dərsliyin sonunda verilmiş “45” cavabı “9 m” kimi yazılmalıdır.
35
48
xx
3
10c
)3(5
96
xx
xm
sm
m
sm 2,5
3
1
![Page 41: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/41.jpg)
Səhifə 172. 23-cü tapşırığın dərsliyin sonunda verilmiş “6-dan çox olmayaraq” cavabı “10-dan
çox olmayaraq” kimi yazılmalıdır.
Səhifə 186. 22-ci tapşırığın şərti korrekt deyil. Çünki verilən şərtlərlə tapşırığı həll etmək mümkün
deyil.
Səhifə 192. 8-ci tapşırıqda I və III hallara uyğun birqiymətli həll yoxdur.
Yenə həmin səhifədə 10-cu tapşırığın birinci cümləsində yazılmış “Bütün bucaqları düz bucaq
olan paraleloqrama düzbucaqlı deyilir” tərifinə ehtiyac yoxdur. Çünki şagirdlər düzbucaqlıya
verilmiş bu tərifi səhifə 41-də “Düzbucaqlı” mövzusundan bilirlər.
![Page 42: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/42.jpg)
Müəllim üçün metodik vəsait 224 səhifədən ibarətdir. Vəsaitin əvvəlində
“Mündəricat” və dərsliyin strukturu haqqında məlumat verilməklə, hər bölmə üzrə
olan mövzular, onların hansı məzmun xətlərini əhatə etməsi qeyd edilmişdir. Burada
həmçinin “Qiymətləndirmə”, “Təlim nəticələri və internet ünvanları”
göstərilmişdir. Əksər mövzulara uyğun “İşçi vərəq”, bölmələrin sonunda “Bölmə üzrə
summativ qiymətləndirmə tapşırıqları” verilmişdir.
![Page 43: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/43.jpg)
MMV-də fənn kurikulumunun reallaşma mexanizmlərinin şərhi və
əsaslandırılması, dərsliyin hazırlanması prinsiplərinin izahı qismən
verilmişdir. Təlim məqsədlərinin məzmun standartlarına uyğunluğu, tətbiq
olunan metod və üsulların məzmun standartlarının reallaşdırılmasında rolu
əsasən gözlənilmişdir. Dərs zamanı əlavə vəsaitlərə istiqamətləndirmə yerinə
yetirilmişdir. Təlim məqsədinin reallaşdırılması ilə bağlı daha çox diqqət
yetirilməli olan məsələlər əsasən qeyd edilmişdir. Qiymətləndirmənin
müxtəlif növlərinə aid vasitələr qismən verilmişdir. Mənbələrin və resursların
təqdimolunma səviyyəsi qənaətbəxşdir.
Bununla yanaşı, digər qüsurlara da rast gəlinir.
MMV-də geniş şəkildə “Gündəlik planlaşdırma və dərsin icmalı”na aid
nümunələr verilməmişdir. Burada sadə tapşırıqların həllinin verilməsi
əvəzinə, bir neçə “Gündəlik planlaşdırma nümunəsi”nin verilməsi müəllimlər
üçün daha vacib və əhəmiyyətlidir. Çünki MMV dərsin təşkili, onun
strukturunun müəyyən edilməsi, mərhələləri, təlim nəticələri və
qiymətləndirmə barədə göstəriş və istiqamət verən əsas vəsaitdir.
![Page 44: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/44.jpg)
“Rasional ifadələrin vurulması, bölünməsi və qüvvətə yüksəldilməsi”ndə tövsiyələr, göstərişlər
verilmişdir. Lakin bu, tövsiyə və göstərişlər dərsin metodiki baxımdan ənənəvi dərsdən fərqli
strukturda düzgün qurulması üçün heç bir nəzəri bilik vermir. Burada əsas məqsəd aydın deyil (hansı
rasional ifadə?). MMV-də dərsin qeyd olunan tələblər səviyyəsində təşkili üçün heç bir gündəlik plan
və ya icmal nümunəsi verilməmişdir. MMV-nin müəllimlərə göstərəcəyi metodiki köməklərdən ən
vacib olanı isə budur. Burada sadə tapşırıqların həllinin verilməsi əvəzinə bir neçə «Gündəlik
planlaşdırma nümunəsi»nin verilməsi müəllimlər üçün daha vacib və əhəmiyyətlidir. Çünki MMV
dərsin təşkili, onun strukturu barədə göstəriş və istiqamət verən əsas vəsaitdir. MMV-də verilmiş
bundan sonrakı tövsiyə və göstərişlər də ümumiyyətlə, eyni bu dərsdə verilmiş tövsiyə və göstərişlərə
uyğun şəkildə verildiyi üçün belə göstərişlər kurikulum tələbləri səviyyəsində dərsin təşkili zamanı
müəllimin metodiki baxımdan tələblərinin ödənilməsini bütövlükdə təmin etmir.
Səhifə 22
![Page 45: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/45.jpg)
Səhifə 25
“Öyrənmə tapşırıqları” bölməsində demək olar ki, müəllimə aid olan yararlı
tövsiyə verilməmişdir. Motivasiya qoyulmamışdır.Verilmiş tövsiyə və göstərişlər söz
yığınından ibarət olub, heç bir metodiki tövsiyə xarakteri daşımır.
![Page 46: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/46.jpg)
“ ” bərabərliyi “ ” kimi verilməlidir.
Həmçinin “Yoxlanması” hissəsi “ ” kimi
yazılmalıdır.
52
x 22
5x
415125
Səhifə 65
![Page 47: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/47.jpg)
Burada verilmiş məzmun standartları və şagird
bacarıqları mövzuya uyğun deyil.
Səhifə 67
![Page 48: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/48.jpg)
bərabərliyinin doğru olması səbəbinin, isbatın “Əsası”
hissəsində “5. Kökün tərifinə görə” ifadəsinin fakt kimi verilməsi
düzgün deyil. İsbatın “Təklif” hissəsində “5.( )2=ab” və
“6. ” yazılmalıdır. “Əsası” hissəsində “ 5.( )2=a
eyniliyinə əsasən ” kimi veriilməlidir. Həmçinin burada 4-cü bənd dil və
üslub cəhətdən qüsurlu verilmişdir.
baab
ab
abaab
Səhifə 69
![Page 49: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/49.jpg)
Səhifə 84. 1-ci və 2-ci tapşırıqlardakı üçlüklər “( )” deyil, “{ }”
işarəsi daxilində yazılmalıdır.
Səhifə 98. 25-ci tapşırığın izahına “a=10, b=30” halı da əlavə
edilməlidir.
Səhifə 100. “İşçi vərəq № 1”-də 1-ci tapşırıqda verilmiş “iki həqiqi
kökü olan” və “bir həqiqi kökü olan” ifadələri uyğun olaraq “iki
müxtəlif həqiqi kökü var”, “iki bərabər həqiqi kökü var” kimi
yazılması məqsədəuyğundur.
![Page 50: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/50.jpg)
Səhifə 102
4-cü tapşırığın həllində 2-ci bənddə verilmiş “kvadrat tənliyin
bir kökü olması üçün onun diskriminantı sıfır olmalıdır” fikri
elmi baxımdan səhvdir. Çünki bu halda kvadrat tənliyin iki bərabər
kökü var.
![Page 51: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/51.jpg)
4-cü tapşırığın izahı üçün verilmiş şəkildə N və M nöqtələri yerində
deyil. Yenə həmin səhifədə sahə vahidinin “kvadrat vahid” kimi qeyd
edilməsi başa düşülmür. Sahə vahidləri uzunluq vahidlərinin kvadratı kimi
verilir, adətən 5 s.v., 6 s.v (sahə vahidi) kimi yazılır. Dərslikdə və MMV-də
sahə vahidlərinin bir-biri ilə ifadə olunmasına aid tapşırıqlara və izahatlara
yer verilməmişdir. Buna əsasən də 4. 1. “Ölçü vahidlərinin mənasını başa
düşür, müvafiq ölçü alətlərindən istifadə edir” əsas standartının qismən
reallaşdırıldığını demək olar.
Səhifə 107
![Page 52: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/52.jpg)
“İşçi vərəq № 1”-də 1-ci tapşırıqda paraleloqramın üzərində artıq
verilənlərin nəyə xidmət etdiyi aydın deyil. Yaxşı olardı ki, bu tapşırıqda
əlavə olaraq “Məsələdə artıq şərt varmı?” və “Bu əlavə şərtə görə hansı
kəmiyyətləri tapmaq olar” suallarını qoymaqla şagirdlərin yaradıcı
tətbiqetmələrini, ümumiləşdirmə bacarığını inkişaf etdirmək, mövzunu
daha dərindən öyrənmək məqsədinə nail olunsun. Bu irad səhifə 113-də
verilmiş “İşçi vərəq № 2”-də 2-6-cı tapşırıqlara da aiddir.
Səhifə 110
![Page 53: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/53.jpg)
11-ci tapşırığın dördüncü şəklinə uyğun həllində səhvlər var.
Əvvəla, “d=2R=20, R=10 sm” yazılışları başlanğıcda verilməlidir.
Hesablamada isə trapesiyanın böyük oturacağının uzunluğunun
qiyməti yerinə “10” deyil, “20” yazılmalıdır. Həmçinin burada
bəndlərin nömrələnməsi düzgün verilməmişdir. “2)” və “3)”
yazılışları dərsliyə uyğun olaraq “3)” və “4)” kimi yazılmalıdır.
Səhifə 126
![Page 54: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/54.jpg)
15-ci tapşırığın həllində müəyyən səhvlər var. Belə ki, şəkildə M
və N nöqtələri qeyd edilməmişdir. Həmçinin burada verilmiş
“S∆CMN=S∆ABCD–S∆CBM–S∆DN” əvəzinə
“S∆CMN=S∆ABCD–S∆MBC–S∆NCD–S∆AMN”,
“S∆NCD = ” əvəzinə isə
“S∆NCD = ” yazılmalıdır.ba
22
1
bab
22
Səhifə 126
![Page 55: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/55.jpg)
Səhifə 124. 1-ci tapşırığın izahında “Təklif” hissəsinin 5-ci sətrində
“ ” əvəzinə “ ” yazılmalıdır.
Səhifə 135. 1-ci abzasda “Dönmə bucağı və dönmə mərkəzi (bu
halda koordinat başlanğıcıdır) düzgün nəzərə alınması şagirdlərin
nəzərinə çatdırılır” cümləsi əvəzinə “Dönmə bucağı və dönmə
mərkəzinin düzgün nəzərə alınması şagirdlərin nəzərinə çatdırılır”
yazılmalıdır.
Yenə həmin səhifədə 9-cu tapşırığın həlli sona qədər verilməmişdir.
Belə ki, sonda “ ” cavabı yazılmalıdır.
Səhifə 136. 1-ci abzasda iki yerdə verilmiş “man” ifadəsi “man.” və
ya “manat” kimi yazılmalıdır.
Səhifə 137. 3-cü şəklin altındakı yazılışda bucaq işarəsi silinməlidir.
ΔABCSABDS
404080
![Page 56: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/56.jpg)
Səhifə 157. “Summativ qiymətləndirmə tapşırıqları” bölməsində
4-cü tapşırıqda “saat əqrəbi istiqamətində” ifadəsi “saat əqrəbinin
hərəkəti istiqamətində” kimi yazılmalıdır.
Yenə həmin səhifədə 6-cı tapşırığın şərtində “koordinatlarının”
sözünün əvəzinə “nöqtəsinin” verilməlidir.
Səhifə 160. “Bərabərsizliklər” mövzusunda “x≤–1”, “x<–1”,
“x>2” bərabərsizliklərinin uyğun olaraq, “x≥–1”, “x>1”, “x<–2” kimi
yazılmalıdır.
Səhifə 167. 6-cı tapşırığın a) bəndində “4” ədədi əvəzinə “–4”
yazılmalıdır.
![Page 57: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/57.jpg)
“Dərs 134, 135”-də “Şagird bacarıqlarında” verilmiş “dəyişəni
modul işarəsi daxilində olan bərabərsizliyi həll etmə qaydasını
bilir” fikri 2.2.3. “Modul işarəsi daxilində dəyişəni olan və xətti
bərabərsizliyə gətirilən bərabərsizlikləri həll edir” alt standartın
məzmununun təkrarıdır. Burada qarşıya qoyulan məqsəd “Şagird
bacarıqları”nda açıqlanmamışdır. Məqsəd dəyişəni modul işarəsi
daxilində olan sadə bərabərsizliklərin xətti bərabərsizliklər şəklində
göstərməyi bacarmaq və onu həll etməkdən ibarətdir.
Səhifə 175
![Page 58: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün](https://reader033.fdocument.pub/reader033/viewer/2022041804/5e5377344b034d1bcd131a16/html5/thumbnails/58.jpg)
Səhifə 176. 3-cü tapşırığın “d)” bəndi dərsliyə (D. səh. 177) uyğun
olaraq “e)” hərfi ilə verilməlidir.
Səhifə 180. 15-ci tapşırıqda “tənliyin kökü yoxdur” ifadəsi
“tənliyin həqiqi kökü yoxdur” kimi yazılmalıdır.
Səhifə 182. 7-ci tapşırığın izahında yazılmış “tangensi isə 1-dən
böyük, 1-dən kiçik və 1-ə bərabər ola bilər” cümləsi “tangensi
istənilən müsbət ədədə bərabər ola bilər” kimi verilməlidir.
Yenə həmin səhifədə 9-cu tapşırığın həllində “tgβ=1,333” ifadəsi
əvəzinə “tgβ≈1,333” yazılmalıdır.
Səhifə 189. 2-ci tapşırığın 2-ci bəndində “sinA = ” deyil,
“sinA = ” kimi yazılmalıdır.
Səhifə 217. 32-ci tapşırığın həllində “ ” ifadəsi “ ”
kimi verilməlidir. Həmçinin həldə verilmiş şəkil dərsliyə
uyğunlaşdırılmalıdır.
10c
a
c
a
10a
a
c
a
82
1a 7
2
1a