2-derslik.edu.az/monitoring/level2/Neshreqeder maket PDF... · 2014-06-30 · “Alqoritm”,...

12
Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün “İnformatika” dərslik komplekti Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: Bakı Nəşr, 2014. RƏY

Transcript of 2-derslik.edu.az/monitoring/level2/Neshreqeder maket PDF... · 2014-06-30 · “Alqoritm”,...

Respublikanın ümumtəhsil məktəblərinin

2-ci sinifləri üçün “İnformatika” dərslik komplekti

Müəlliflər: Ramin Mahmudzadə

İsmayıl Sadıqov

Naidə İsayeva

Bakı: Bakı Nəşr, 2014.

RƏY

2

Rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi

baxımından.

1. Məzmunun işlənməsi baxımından

Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarət

olmaqla, 4 tədris vahidi üzrə (“Obyekt və obyektlər qrupu”, “İnformasiya”,

“Alqoritm”, “İnformasiya texnologiyaları”) 25 mövzunu əhatə edir.

Fənn üzrə kurikulumun məzmun xətlərinin formalaşdırılmasında nəzərdə tutulan

fəaliyyətin inkişafı və texnoloji bacarıqlara yiyələnmək üçün verilən mövzular

məzmun xətti ilə uyğunluq təşkil edir.

Dərslik komplektinin ötən ilki monitorinqi nəticəsində hazırlanmış yekun rəydə

qeyd edilən irad və təkliflərin bəziləri bu maketdə nəzərə alınmışdır. Bununla yanaşı,

bəzi iradlar olduğu kimi qalıb. Həmçinin, maketdə yeni qüsurlara da rast gəlinir.

Bunlar aşağıdakılardır:

Səhifə 18. “Taktil” sözü 2-ci sinif şagirdləri üçün mürəkkəbdir. Onun mənasına

uyğun olaraq “toxunma” kimi göstərilməsi tövsiyə olunur. Məsələn, “Toxunma

informasiyası dəri vasitəsilə alınan informasiyadır”.

Səhifə 21. 2-ci tapşırığın sonuncu bəndində səs informasiya mənbəyi üçün daha

uyğun nümunənin verilməsi tövsiyə edilir.

Səhifə 24. 1-ci abzasda verilmiş cümlənin dərsliyin rus dilinə olan variantına

uyğun olaraq “Qədim zamanlarda insanlar informasiyanı daşlarda yonmaqla, gil

lövhələrdə cızmaqla və qurudulmuş heyvan dərisi–perqament üzərində yazmaqla

saxlayırdılar” kimi verilməsi tövsiyə edilir.

Yenə həmin səhifədə 2-ci abzasın 2-ci cümləsinin “İnformasiyanı saxlamaq və

ötürmək üçün istifadə olunan obyektlər–daş, taxta, lövhə, kağız və s. informasiya

daşıyıcıları adlanır” kimi verilməsi tövsiyə edilir.

Yenə həmin səhifədə sonda maqnit diski kimi verilmiş şəkil müasirliyini itirdiyi

üçün çıxarılması tövsiyə edilir.

3

Səhifə 27. 3-cü tapşırığın c) bəndində şəkildə siqaret çəkən Nəriman baba

2-ci sinif uşaqları üçün pis nümunə olduğu üçün bu şəklin dəyişdirilməsi tövsiyə

edilir.

Səhifə 30. 2-ci abzasda verilmiş cümlənin dərsliyin rus dilinə olan variantına

uyğun olaraq “Bəzi hallarda hərəkətlər ardıcıllığını dəyişməklə nəticələri də

dəyişmək olar” kimi verilməsi məqsədəuyğundur.

Səhifə 32. 1-ci abzasda alqoritmin plan kimi adlandırılması yanlış fikirdir.

Səhifə 35. 1-ci abzasda “itlər müəyyən alqoritmləri icra edə bilir” fikri doğru

deyil. Bu fikrin “İtlər müəyyən alqoritm üzrə əmrləri icra etməyə təlimlənirlər” kimi

verilməsi daha doğrudur. Çünki alqoritm başa düşülüb, icra ediləndir.

Səhifə 37. 1-ci abzasda verilmiş cümlənin “Hər hansı fikri inkar etmək üçün

“deyil” sözünü əlavə etmək və ya çıxartmaq olar” kimi verilməsi tövsiyə edilir.

Səhifə 44. 1-ci şəkildə verilmiş ədədlər bu sinif üçün nəzərdə tutulmuş

standartlarda yoxdur. Elə həmin səhifədə ikinci abzası “əldə etmək olur” kimi

tamamlamaq tövsiyə edilir (Rus dilində olan variantda daha düzgün göstərilib).

Səhifə 48. Shift klavişi üçün yuxarı işarələrin daxil edilməsini göstərmək

tövsiyə edilir.

Səhifə 50. “Çıqqıltı” haqqında izahda siçanın yalnız sol düyməsinin basılması

qeyd olunub. Onda belə bir sual yaranır - siçanın sağ düyməsinin basılmasına nə

deyilir?

Yenə həmin səhifədə siçanla işləmə vərdişləri arasında sol düymənin 2 qat

(qoşa) çıqqıldadılması haqqında heç bir izahat verilməyib. Lakin sonrakı mövzularda

proqramların başladılması üçün siçanın sol düyməsinin qoşa çıqqıldadılması verilib.

Səhifə 54. 2-ci abzasın 2-ci cümləsinin “... klavişin üzərində yazılmış simvol

daxil edilir” əvəzinə “... klavişə uyğun simvol daxil edilir” kimi verilməsi tövsiyə

edilir.

Səhifə 55. Vergül qoymaq üçün göstərilən əməliyyatlar ardıcıllığının dərsliyin

rus dilində olan variantına uyğun olaraq “Vergül qoymaq üçün Shift klavişini sıxıb

saxlamaqla nöqtə klavişi basılmalıdır” kimi verilməsi tövsiyə edilir. Bu səbəbdən

nöqtə klavişinin üzərində vergül işarəsinin də əks olunması məqsədəuyğundur.

Səhifə 56. Sonuncu cümlədə fikir yanlışdır. Çünki şəkildə verilmiş Windows

XP-nin WordPad proqramında yeni alətlərin alətlər zolaqlarına əlavə olunması

nəzərdə tutulmayıb.

4

Səhifə 58. “Çoxbucaqlı fiqurlar ...” abzasının sonuncu cümləsinin “Fiquru

qapamaq üçün sonuncu nöqtənin üzərində siçanın sol düyməsini qoşa çıqqıldatmaq

lazımdır” kimi verilməsi tövsiyə edilir.

Səhifə 60. Şrift haqqında verilmiş informasiyanın səhifə 56-da “Mətnin

formatlanması” mövzusunda verilməsi tövsiyə edilir.

2. Dil və yazı üslubu baxımından

Təlim materiallarının seçimində dil və yazı üslubu baxımından şagirdlərin yaş

xüsusiyyətləri nəzərə alınmışdır. Mövzular sadə və anlaşıqlı şəkildə işlənmişdir. Yeni

termin və sözlər izahı ilə verilmişdir. Dərslikdə qrammatik və orfoqrafik qaydalara

əməl olunması nəzərə alınsa da, müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır:

Səhifə 11. 4-cü tapşırıqda 1-ci qutunun üzərinə “yumru” sözü əvəzinə “dairəvi”

sözü yazılmalıdır.

Səhifə 15. 1-ci tapşırıqda verilmiş 2-ci tapmacada “Dişləyir, ilan deyil” əvəzinə

“Sancır, ilan deyil” olmalıdır.

Səhifə 18. Duyğu üzvlərinə uyğun olaraq informasiyaların ayrıldığı növlərdən

5-cisi “taktil” əvəzinə “daktil” olmalıdır.

Səhifə 31. Dərsliyin rus dilində olan variantında 3-cü tapşırıqda “… ни одной

из них не осталось на руках?” əvəzinə “… ни одна из них не осталась на

руках?” olmalıdır.

Səhifə 33. Dərsliyin rus dilində olan variantında 2-ci tapşırıqda 2-ci və 4-cü

addımların yerini dəyişdikdə heç bir mənası olmayan “КУОЛН” sözü alınır.

Səhifə 42. Dərsliyin rus dilində olan variantında verilmiş 2-ci sualın в) və г)

bəndlərinin dərsliyin Azərbaycan dilində olan variantı ilə uyğunlaşdırılması tövsiyə

edilir.

Səhifə 50. 1-ci abzasın dərsliyin rus dilində olan variantına uyğunlaşdırılması

tövsiyə edilir.

Səhifə 51. Vəsaitin rus dilində olan variantında 2-ci abzasın Azərbaycan dilində

olan variantına uyğunlaşdırılması tövsiyə edilir.

Səhifə 53. Dərsliyin rus dilində olan variantında 2-ci abzasın 2-ci cümləsində

“Эти” əvəzinə “Этот” olmalıdır.

5

Səhifə 54. Dərsliyin rus dilində variantında verilmiş 2-ci cümlədə “... и на

экране монитора” olmalıdır.

Səhifə 56. Dərsliyin rus dilində olan variantında verilmiş 1-ci cümlənin dərsliyin

Azərbaycan dilində olan variantına uyğunlaşdırılması tövsiyə edilir.

3. Dizayn və bədii tərtibat baxımından

Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. İstifadə edilən şriftlər

müvafiq yaş qrupuna uyğundur. Bununla yanaşı, dərslikdə müəyyən qüsurlara rast

gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 30. Sonuncu şəkildə “Ruslan dərs danışdı” kimi bəndin verilməsi tövsiyə

edilir.

Səhifə 35. Həm əsgər, həm də sərhəd pozucusu rəsmi uğursuzdur. Hər ikisi

uşağa oxşayır.

Səhifə 45. Verilmiş şəkli müasir kompüter dəstinin şəkli ilə əvəz etmək tövsiyə

edilir.

Səhifə 48-49. Şəkildə Azərbaycan dilli klaviaturanın verilməsi tövsiyə edilir.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Dərslikdəki tapşırıqlar elmi-metodiki baxımdan məzmuna uyğundur. Burada,

biliklərin tətbiqini tələb edən, müqayisəli təhlil üzərində qurulmuş, idrakı bacarıqların

formalaşdırılmasına yönəlmiş tapşırıqlara üstünlük verilmişdir.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Vəsaitdə dərslik komplekti haqqında məlumat, dərsliyin strukturu və İKT-dən

istifadə imkanları, reallaşdırılması nəzərdə tutulan fənn standartları, dərslik

komplektinin mövzular üzrə strukturu, fənn standartlarının reallaşdırılma, illik

planlaşdırma, dərslər üzrə təlim məqsədləri, fənlərarası inteqrasiya cədvəlləri və təlim

materialları ilə iş texnologiyasının şərhi verilmişdir. Bütün bunlar dərslərin

6

qurulmasında müəllim üçün böyük köməkdir. Bununla yanaşı, MMV-də müəyyən

qüsurlar var. Bunlar aşağıdakılardır:

Vəsaitin 3-cü səhifəsində dərslik komplektinin dərslik və müəllim üçün metodik

vəsaitdən ibarət olduğu qeyd olunub. Lakin vəsaitdə bütün mövzularda “İş dəftəri”nə

istinad olunur.

Vəsaitdə (səh. 6, 7, 9, 68, 69 və s.) “siçan” sözü bəzi yerlərdə “siçan qurğusu”

kimi verilmişdir.

Vəsaitdə “təlim nəticələri” söz birləşməsi dərsliyin rus dilində olan variantında

“цели обучения” kimi verilmişdir. Tərcümə səhvdir.

Səhifə 1. Vəsaitin təsdiqlənmə tarixi düzgün verilməmişdir.

Səhifə 2. “Şagird nailiyyətlərinin qiymətləndirilməsi” cümləsi vəsaitin rus

dilində olan variantına düzgün tərcümə edilməmişdir.

Səhifə 3. Vəsaitin rus dilində olan variantında qara şriftlərlə verilmiş 5-ci, 7-ci

və 10-cu bəndlər vəsaitin Azərbaycan dilində olan variantı ilə üst-üstə düşmür. Bu

fərqin aradan qaldırılması tövsiyə edilir.

Səhifə 4. “2-ci sinif üzrə informatika fənn kurikullumu”nda “Komputerdə

əməliyyatları icra edir” cümləsinin “Kompüterdə konkret əməliyyatları icra edir”

kimi yazılması məqsədəuyğundur.

Səhifə 5. Vəsaitin rus dilində olan variantında verilmiş “Планирование

обучения по предмету” başlığı ilə mətn arasında məsafə qoyulması tövsiyə edilir.

Səhifə 6. Vəsaitin rus dilində olan variantında sxemdə verilmiş mətnin şriftinin

dəyişdirilməsi məqsədəuyğun hesab edilir.

Səhifə 8. Vəsaitin rus dilində olan variantında verilmiş ilk cümlə vəsaitin

Azərbaycan dilində olan variantında yoxdur.

Yenə həmin səhifədə şəkildən sonra verilmiş 1, 2 və 3-cü abzaslar vəsaitin rus

dilində olan variantı ilə üst-üstə düşmür.

Həmin səhifədə vəsaitin rus dilində olan variantında verilmiş

“Внутрипредметная и межпредметная интеграция” başlığı ilə mətn arasında

olan artıq simvol çıxarılmalıdır.

Səhifə 10. 1-ci abzasda verilmiş cümlələrin bəziləri vəsaitin rus dilində olan

variantı ilə üst-üstə düşmür.

Yenə həmin səhifədə verilmiş sonuncu cümlənin abzasdan başlanması tövsiyə

edilir.

7

Həmin səhifədə vəsaitin rus dilində olan variantında verilmiş sonuncu abzasın

əvvəlki abzaslara uyğun düzləndirilməsi tövsiyə edilir.

Səhifə 11. Cədvəldə verilmiş 2 və 3-cü bəndlərin yerinin dəyişdirilməsi tövsiyə

edilir.

Yenə həmin səhifədə 4-cü abzas vəsaitin rus dilində olan variantı ilə üst-üstə

düşmür.

Səhifə 12. 3-cü, 4-cü, 5-ci və 7-ci abzaslar vəsaitin rus dilində olan variantından

fərqlidir.

Səhifə 13. “Müəllimlər üçün rubriklərin üstün cəhətləri” cümləsinin qalın

şriftlə verilməsi tövsiyə edilir.

Səhifə 14. Vəsaitin rus dilində olan variantında 10-cu abzasdakı 7-ci cümlənin

abzasdan verilməsi məqsəduyğun hesab edilir.

Səhifə 17. “Ümumiləşdirmə və nəticə” vəsaitin rus dilində olan variantı ilə

üst-üstə düşmür.

Yenə həmin səhifədə “I qrup” əvəzinə “II qrup” verilməlidir.

Həmin səhifədə vəsaitin rus dilində olan variantında “Творческое

применение” yarımbaşlığının növbəti səhifəyə keçirilməsi tövsiyə edilir.

Səhifə 18. Buradakı 1-ci cədvəl vəsaitin rus dilində olan variantında verilmiş

cədvəldən fərqlidir.

Səhifə 22. Vəsaitin rus dilində olan variantında “корова” meşədə yaşayan

heyvanlar qrupuna aid edilmişdir. Bu səhv fikirdir.

Səhifə 24. Vəsaitin rus dilində olan variantında “Обмен информацией и

обсуждение” yarımbaşlığı altında verilmiş 4-cü cümlənin abzasdan başlanması

tövsiyə edilir.

Səhifə 25, 34. Vəsaitin rus dilində olan variantında sxemdə verilmiş mətnin

şriftinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir.

Səhifə 28. 10-cu sualda çəngəl şəklinin iynə ilə əvəz edilməsi tövsiyə edilir.

Vəsaitin rus dilində olan variantına uyğunlaşdırılmalıdır.

Səhifə 31. “Nə üçün bəzi obyektlərə baxmaq olmaz? (parlaqlığı çox yüksək ola

bilər)” nümunəsinin də verilməsi tövsiyə edilir.

Səhifə 33. “İnformasiyanın təqdim olunması” mövzusunun növbəti səhifəyə

keçirilməsi tövsiyə edilir.

8

Yenə həmin səhifədə “Düzgün cavab söylənmədiyi halda,...” başlığı ilə

verilmiş cümlənin yeni abzasdan başlanması tövsiyə edilir.

Səhifə 35. Son bölmədə “kartoçka” sözünün Azərbaycan dilində verilməsi

tövsiyə edilir.

Səhifə 36. Vəsaitin rus dilində olan variantında “При необходимости

учитель может заменить….” başlığı ilə verilmiş cümlənin cədvəldən sonra

abzasda verilməsi tövsiyə edilir.

Səhifə 37. “Məlumat mübadiləsi və müzakirəsi” bölməsində verilmiş 5-ci

cümlənin yeni abzasdan başlanması tövsiyə edilir.

Yenə həmin səhifədə “Ümumiləşdirmə və nəticə” bölməsində verilmiş 3-cü

cümlənin qarşısındakı “–” işarəsi artıqdır. Bu bölmədə verilmiş 4-cü abzasın son 4

cümləsi və 5-ci abzas vəsaitin rus dilində olan variantı ilə üst-üstə düşmür.

Səhifə 38. Vəsaitin rus dilində olan variantında verilmiş “Обобщение и

выводы” bölməsində verilmiş “Информасия на носителях не привязана…”,

“Предположим, вы – известный ученый….”, “Вы хотите поздравить…”,

“Летом вы побывали..” başlığı ilə verilmiş cümlələrin yeni abzasdan başlanması

tövsiyə edilir.

Səhifə 39. Vəsaitin rus dilində olan variantında “Как вы можете передать

другу любимую музуку?...” başlığı ilə verilmiş cümlənin yeni abzasdan

başlanması tövsiyə edilir.

Səhifə 40. “Məlumatın mübadiləsi və müzakirəsi” yarımbaşlığının növbəti

səhifəyə keçirilməsi tövsiyə edilir.

Səhifə 41. Vəsaitin rus dilində olan variantında “Обобщение и выводы”

bölməsində “Если от какого-либо…” başlığı ilə verilmiş cümlənin yeni abzasdan

başlanması tövsiyə edilir.

Yenə həmin səhifədə vəsaitin rus dilində olan variantında “Для чего служит

передача информации?...” başlığı ilə verilmiş cümlənin yeni abzasdan başlanması

məqsədəuyğundur.

Səhifə 41. Vəsaitin rus dilində olan variantında “Обобщение и выводы”

bölməsində “Если от какого-либо…” başlığı ilə verilmiş cümlənin yeni abzasdan

başlanması tövsiyə edilir.

9

Yenə həmin səhifədə vəsaitin rus dilində olan variantında “Для чего служит

передача информации?...” başlığı ilə verilmiş cümlənin yeni abzasdan başlanması

məqsədəuyğundur.

Səhifə 42. 11-ci mövzunun adında “öyun” əvəzinə “oyun” olmalıdır.

Səhifə 43. Vəsaitin rus dilində olan variantında sonuncu cədvəldən sonra

verilmiş abzas vəsaitin Azərbaycan dilində olan variantı ilə üst-üstə düşmür.

Səhifə 44. 7-ci sualda cavab variantlarının içərisində verilmiş “poçt” sözü

“məktub” sözü ilə əvəz edilməlidir.

Yenə həmin səhifədə 10-cu sualın düzgün cavabı olaraq verilən B) bəndindəki

fotoaparat informasiyanı ötürən obyekt deyil. Ona görə də sualın “Hansı obyektlər

vasitəsilə vizual informasiya əks etdirilir?” kimi verilməsi tövsiyə edilir və

“fotoaparat” əvəzinə “fotokameranın” göstərilməsi daha düzgün olar.

Səhifə 46. Vəsaitin rus dilində olan variantında sxemdə verilmiş sözlərin

şriftinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir.

Səhifə 47. Vəsaitin rus dilində olan variantında sxemdə verilmiş sözlərin

şriftinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir.

Yenə həmin səhifədə vəsaitin rus dilində olan variantında “ Как показали

наши с вами исслeдования ,…” başlığı ilə verilmiş cümlənin yeni abzasdan

başlanması tövsiyə edilir.

Səhifə 48. “Tədqiqatın aparılması” bölməsində III qrup üçün verilmiş

“Videokassetdə filmə baxılması” ifadəsinin “Diskdə filmə baxılması” kimi verilməsi

daha müasir olar.

Səhifə 49. “Ümumiləşdirmə və nəticə” bölməsində “Alqoritmə hərəkətlər

planı da demək olar” cümləsi yanlışdır.

Həmin səhifədə vəsaitin rus dilində olan variantında sxemdə verilmiş sözlərin

şriftinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir.

Səhifə 49-50. “Ümumiləşdirmə və nəticə”də 3-cü abzasdakı 2-cü cümlədə

verilmiş “Alqoritmə hərəkətlər planı demək olar” fikri düzgün deyil.

Səhifə 51. “Ümumiləşdirmə və nəticə” yarımbaşlığının növbəti səhifəyə

keçirilməsi tövsiyə edilir.

Səhifə 53-54. “Ümumiləşdirmə və nəticə”də verilmiş 3 bənddəki

“Mülahizənin doğru və yalan olması haqqında heç bir şey demək olmursa, bu

10

qeyri-müəyyən mülahizə adlanır” fikri sonrakı bölümün mövzusu olduğundan

buradan çıxarılması məsləhətdir.

Səhifə 55. “Творческое применение” yarımbaşlığının növbəti səhifəyə

keçirilməsi tövsiyə edilir.

Səhifə 59. “Ümumiləşdirmə və nəticə” bölməsində verilmiş “Qraf” anlayışı 2-

ci sinif şagirdlərinin yaş səviyyəsinə uyğun deyil. Bu bölmədə verilmiş cümlələr

vəsaitin rus dilində olan variantı ilə üst-üstə düşmür.

Səhifə 61. “Tədris vahidi 4” başlığı altında verilmiş alt standartlar vəsaitin rus

dilində olan variantı ilə fərqlilik təşkil edir.

Səhifə 62. Təlim nəticələrində verilmiş bəndlərin sayı vəsaitin rus dilində olan

variantında göstərilən bəndlərin sayı ilə üst-üstə düşmür.

Səhifə 64. “İstifadə olunan üsullar” bölməsində verilmiş üsullar vəsaitin rus

dilində olan variantı ilə üst-üstə düşmür.

Səhifə 65. “Yaradıcı tətbiqetmə”də qarşısında “–” işarəsi olan cümlələrin

abzasdan yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Diskussiya” hissəsi vəsaitin rus dilində variantı ilə üst-

üstə düşmür.

Səhifə 66. “Обмен информацией и обсуждение” yarımbaşlığının növbəti

səhifəyə keçirilməsi tövsiyə edilir.

Səhifə 66-67. Verilmiş “Klaviş” sözlərinin “düymə” ilə əvəz olunması tövsiyə

edilir.

Səhifə 67. “Məlumat mübadiləsi və müzakirəsi”ində 2-ci bənddə verilmiş

“müxtəlif” sözünün “xüsusi” ilə əvəz olunması tövsiyə edilir.

Həmin səhifədə vəsaitin rus dilində olan variantında göstərilən “Обобщение и

выводы” yarımbaşlığı vəsaitin Azərbaycan dilində olan variantında verilməmişdir.

Səhifə 68. Təlim nəticələrində verilmiş bəndlər vəsaitin rus dilində olan variantı

ilə üst-üstə düşmür

Yenə həmin səhifədə “Motivasiya” yarımbaşlığının növbəti səhifəyə

keçirilməsi məqsədəuyğundur.

Səhifə 69. “Qiymətləndirmə” yarımbaşlığının növbəti səhifəyə keçirilməsi

tövsiyə edilir.

Səhifə 70. “Tədqiqatın aparılması” yarımbaşlığı altında verilmiş son iki cümlə

vəsaitin rus dilində olan variantında qeyd edilməyib.

11

Səhifə 71. Cədvəldə 3-cü addımda verilməli olan düymənin şəkli 4-cü addımda

verilib. 6-cı addımda isə “Proqram qapandı” əvəzinə “Proqram və pəncərəsi

qapandı” ifadəsinin verilməsi tövsiyə edilir.

Həmin səhifədə vəsaitin rus dilində olan variantında “Tədqiqat sualı”nda qeyd

edilən “(Выслушиваются мнение учеников)” cümləsi vəsaitin Azərbaycan dilində

olan variantında verilməmişdir.

Yenə həmin səhifədə vəsaitin rus dilində olan variantında “по-яв-ляется”

sözünün “появляется”, “выс-тупает” sözünün isə “выступает” kimi yazılması

tövsiyə edilir.

Səhifə 71-72. Proqram pəncərəsini qapamaq üçün təsvir edilən düymə qırmızı

fonda verilməlidir.

Səhifə 72. “Yaradıcı tətbiqetmə” bölməsində WordPad pəncərəsinin

bağlanmasından sonrakı addımın siyahının əvvəlinə keçirilməsi təkrarlanmanı aradan

qaldırar və daha anlaşıqlı olar.

Səhifə 72-73. Qiymətləndirmənin necə aparılması aydın deyil. Cədvəldən əvvəl

olan abzas səhifə 73-də sonda verilən abzasla əvəz edilməlidir.

Səhifə 75. Vəsaitin rus dilində olan variantında “на-вы-ки” sözünün “навыки”

kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Bunun üçün ya siçanın göstəricisini lazımı yerə

gətirib çıqqıldatmaq, ya da kursoru idarə edən klavişlər vasitəsilə kursoru

lazımi yerə gətirmək olar” cümləsini “Bunun üçün ya siçanın göstəricisini lazımı

yerə gətirib çıqqıldatmaq, ya da klavişlər vasitəsilə kursoru lazımi yerə gətirmək

olar” kimi yazmaq məqsədəuyğun hesab edilir.

Səhifə 80. Vəsaitin rus dilində olan variantında göstərilən “Обобщение и

выводы” yarımbaşlığı vəsaitin Azərbaycan dilində olan variantında verilməmişdir.

Səhifə 82. “Ümumiləşdirmə və nəticə” yarımbaşlığı verilməmişdir.

Səhifə 87. Sonuncu “Gimnastikanı bitirib, şagirdlər işini davam edə

bilərlər” cümləsi vəsaitin rus dilində olan variantında verilməmişdir.

Qeyd. Rəsmi olaraq iş dəftəri dərslik komplektinə daxil edilməmişdir. Buna

baxmayaraq, MMV-də verilmiş illik planlaşdırma cədvəlində və əksər dərs

nümunələrində iş dəftərinə istinad edilmişdir ki (bütün mövzular üzrə “Yaradıcı

tətbiqetmə” və “Ev tapşırığı” bölmələrində), bu da bir çox hallarda şagirdin dərsi tam

12

mənimsəməsi üçün iş dəftərindən istifadə etməsini qaçılmaz edir. İş dəftərinin

alınmasının könüllü olması sinifdəki şagirdlərin hamısının onu əldə etməsinə zəmanət

vermir. Bu da ayrıseçkilik yaradır və ədalətlilik prinsipinin pozulmasına gətirib

çıxarır.