bextiyartuncay.files.wordpress.com  · Web viewBu sxemə e.ə. VI əsrin əvvəllərinə aid...

13
Bəxtiyar Tuncay Şimali Qafqazın skif öncəsi və erkən skif dövrü kurqanlarının tarixinə dair. Turan xaqanı Madisin məzarı haradadır? Ən qədim yazılı mənbələr skiflərdən Azərbaycan və Ön Asiya sakinləri kimi söz açsa da sonrakı dövrlərə aid mənbələrdə onlardan Şərqi Avropadan Hindistan və Çinə qədər geniş ərazidə yaşayan xalq kimi söz açılmaqdadır. Bu məlumatın doğruluğunu Karpatlardan Altaylara qədər uzanan geniş ərazinin hər tərəfində rast gəlinən saysız- hesabsız skif kurqanları da sübut etməkdədir. Onlardan ən qədiminin – Ziviyə kurqanının Cənubi Azərbaycan ərazisində olması isə Herodot və Siciliyalı Diadorun sözlərini təsdiq edir. Diador belə yazır: «İndi də (hindlilərlə) qonşu olan skiflərə keçək. Onlar əvvəllər o qədər də böyük olmayan bölgədə yaşayırdı, lakin sonralar tədricən özlərinin artan qoçaqlığı, hərbi gücü sayəsində böyük ərazilər zəbt edib öz boylarını böyük şöhrət və iqtidar sahibi etdilər. 1

Transcript of bextiyartuncay.files.wordpress.com  · Web viewBu sxemə e.ə. VI əsrin əvvəllərinə aid...

Page 1: bextiyartuncay.files.wordpress.com  · Web viewBu sxemə e.ə. VI əsrin əvvəllərinə aid edilən ... Stokholm, 1871. Перевод на русский язык: Античная

Bəxtiyar Tuncay

Şimali Qafqazın skif öncəsi və erkən skif dövrü kurqanlarının tarixinə dair.

Turan xaqanı Madisin məzarı haradadır?

Ən qədim yazılı mənbələr skiflərdən Azərbaycan və Ön Asiya sakinləri kimi söz açsa da sonrakı dövrlərə aid mənbələrdə onlardan Şərqi Avropadan Hindistan və Çinə qədər geniş ərazidə yaşayan xalq kimi söz açılmaqdadır. Bu məlumatın doğruluğunu Karpatlardan Altaylara qədər uzanan geniş ərazinin hər tərəfində rast gəlinən saysız-hesabsız skif kurqanları da sübut etməkdədir. Onlardan ən qədiminin – Ziviyə kurqanının Cənubi Azərbaycan ərazisində olması isə Herodot və Siciliyalı Diadorun sözlərini təsdiq edir.

Diador belə yazır: «İndi də (hindlilərlə) qonşu olan skiflərə keçək. Onlar əvvəllər o qədər də böyük olmayan bölgədə yaşayırdı, lakin sonralar tədricən özlərinin artan qoçaqlığı, hərbi gücü sayəsində böyük ərazilər zəbt edib öz boylarını böyük şöhrət və iqtidar sahibi etdilər. Əvvəllər onlar azsaylı idi və Araz qırağında yaşayırdılar, onda şöhrətsiz olduqları üçün onlara həqarətlə baxılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən başçılarının rəhbərliyi altında onlar Qafqaza qədər dağlarda , okean və Meotiy (Azov) dənizi sahillərindəki düzlərdə və sair bölgələrdə özlərinə ölkə əldə etdilər... Xeyli vaxt keçəndən sonra Tanais çayından o tərəfdə Trakiyaya qədər əraziləri də özlərinə tabe edib, yürüşlərini başqa istiqamətə yönəltdilər. Nil çayına qədər özlərinin hökmranlığını yaydılar» (Ağasıoğlu F., s. 2005, s.101).

Yuxarıdakı sitatdan da göründüyü kimi, sonrakı dövrlərdə skiflərin, yəni işquzların (İç Oğuzluların) hakim olduqları ərazilər Nil çayının şərq və Qara dənizin

1

Page 2: bextiyartuncay.files.wordpress.com  · Web viewBu sxemə e.ə. VI əsrin əvvəllərinə aid edilən ... Stokholm, 1871. Перевод на русский язык: Античная

qərb sahillərindən Hindistana qədər uzanırmış. Onların hökmlərini Asiyanın ən uzaq nöqtələinə qədər yaydıqları barədə məlumata Pomponiy Melada (l əsr) rast gəlirik: «Asiya şərqə doğru geniş sahil boyu uzanır. Onun şərqinə qədər olan məsafə Afrikanın ən cənub nöqtəsindən Avropanın ən şimal nöqtəsinə qədər olan və üstəgəl Ağ dənizin eninə bərabər məsafə qədər böyükdür...

Burada şərqdən başlayaraq ilk insanlar, görəcəyimiz kimi, hindlilər, serlər və skiflərdir. Serlər Eoy dənizinin şərq sahillərinin tam ortasında, hindlilər və skiflər isə onların ətrafında yaşayırlar. Sonunci iki xalq cöx geniş ərazilərdə yaşayırllar və onların əraziləri təkcə Eoy dənizinin sahilləri ilə yuyulmur. Hindlilərin əraisi oradan cənuba, istidən yaşamağın mümkün olmadığı yerlərə və Hind dənizinə qədər uzanır. Skiflərin torpaqları isə şimala Skif dənizinə qədər uzanır və soyuqdan yaşamağın mümkün olmadığı ərazilərdən başqa, Xəzər sahillərinədək əraziləri əhatə edir...

Buradan (yerin şimal sahillərindən) yol Eoy dənizinə, yəni yerin şərqinə tərəf dönür. Bu yol Skif burnundan Kolida burnuna qədərdir. Amma ora öncə dözülməz soyuqlara, sonra isə oralarda yaşayanlarıın vəhşiliyi üzündən keçilməzdir. Daha sonra skiflər: androfaqlar və saklar yaşayır. Onları vəhşi heyvanların yaşadığı ərazi ayırır və həmin ərazdə elə bu səbəbdən də yaşayış yoxdur» (Pomponil Melae.., 1871, s.176-237).

Skif dövrünə aid qızıl bəzək əşyası. Kelermes

Yola Azərbaycandan çıxan skiflərin ilk öncə Tanais (Don) çayına qədər bütün Qafqazları hakimiyyəti altına aldıqları, daha sonra Tarkiyaya qədər Qara dənizin şimalında və qərbində möhkəmləndikləri, bundan sonra isə Hindistan və Çinə qədər bütün ərazilərin hakiminə çevrildikləri bildirilir. Bu prosesin hansı əsrləri əhatə etdiyini isə skif kurqanlarının tarixini dəqiqləşdirməklə öyrənmək mümkündür. Bu məsələ mövzumuz baxımından o qədər önəmlidir ki, onun üzərində bir qədər müfəssəl dayanmağa ehtiyac var. Nəzərə alsaq ki, skiflərin nüfuz dairəsinə daxil olan

2

Page 3: bextiyartuncay.files.wordpress.com  · Web viewBu sxemə e.ə. VI əsrin əvvəllərinə aid edilən ... Stokholm, 1871. Перевод на русский язык: Античная

ilk ərazi Qafqaz dağlarından Don çayına qədər olan ərazi olub, ilk öncə Şimali Qafqazın erkən klassik dövr skif kurqanlarından başlamamız lazımdır.

Skif öncəsi və erkən skif dövrü abidələri içərisində ən önəmlilərindən biri 1980-ci illərdə A. Leskov tərəfindən tədqiq edilmiş Uaşxitu kurqanı hesab edilir. Qafqaz dağlarının şimal-qərbində yerləşən bu kurqanın əsas özəlliklərindən biri odur ki, o, tiploji baxımdan skif arxeoloji mədəniyyətinə deyil, özündən əvvəlki kimmerlər dövrünün son «Novoçerkassk» mədəniyyətinə aiddir, amma xronoloji baxımdan erkən skif kurqanları dövrünün abidəsidir. V. Erlix kurqandan tapılan bəzi əşyalara, o cümlədən at üzəngilərinə əsasən onu e.ə. VIII əsrin sonları – VII əsrin əvvəllərinə aid etmişdir (Эрлих, 1994). Lakin sonrakı dövrdə abidənin ağac konstruksiyasından götürülmüş nümunələrin radiokarbon analizi nəticəsində iki tarix müəyyən edilmişdir: 2510±50 BP, 2570±50 BP. Bu isə aşağıdakı tarixi intervallara uyğun gəlir: 800–750, 690–660, 640–590, 580–550 (1 σ); 810–740, 730–520 (2 σ).

Beləliklə, arxeoloji təqvim kalibrlənmiş intervalların son hissəsinə uyğun gəlir, lakin onun tam qətiyyətlə dəqiqləşdirilməsi mümkün deyil. Bu intervallardan biri - 1 σ (e.ə. 690−660) intervalı V. Erlixin təklif etdiyi dövrə çox yaxındır. Amma onun doğru olma ehtimalı digər intervallarla (e.ə. 800−750 və ya e.ə. 640−590) müqayisədə çox azdır. 2 σ -yə geniş interval (e.ə. 730−520) uyğundur və bu, həqiqətə daha yaxındır, e.ə. 810−740 intervalının haqiqət olma ehtimalı da az deyil və təqribən 30%-dir.

Skif dövrünə aid qızıl bəzək əşyası. Kelermes

Şimali Qafqazın erkən skif kurqanları Kelermes məzarlığında qeydə alınmışdır. Bu məzarlıq Adıgeydə, Kuban çayı vadisində, Ayrum çayının sağ sahilindədir. O, ilk dəfə 1903-1904-cü illərdə D. Şults və N. Veselovski tərəfindən tədqiq edilmişdir.

3

Page 4: bextiyartuncay.files.wordpress.com  · Web viewBu sxemə e.ə. VI əsrin əvvəllərinə aid edilən ... Stokholm, 1871. Перевод на русский язык: Античная

Onların başladığı işi 1981-1995-ci illərdə Ermitajın Kelermes ekspedisiyası davam etdirmişdir (Галанина, 1997). Ekspedisiyaya L. Qalanina və A. Alekseyev başçılıq edirdi. 1989-1990-cı illərdə qazıntı işlərində bu ekspedisiya ilə yanaşı T. Kuznetsovanın başçılıq etdiyi Rusiya EA Arxeologiya İnstitutunun Qiaqin ekspedisiyası da yaxından iştirak etmişdir.

Geniş əraziyə sahib kurqan məzarlığının şimal hissəsində tunc-erkən dəmir dövrünə aid 33 kurqan qeydə alınıb. Onlardan 4 erkən skif kurqanı qazılaraq tədqiq edilmişdir. 31 №-li kurqanın N. Vesilovskinin 2 №-li kurqan kimi qeyd etdiyi abidə olduğu artıq dəqiqləşdirilmişdir. Arxeoloji material və topoqrafiyasına görə bu Kelermes qrupu kurqanlarının ən qədimidir.

Mütəxəssislər 24 №-li kurqanı Şultsun 3 və ya 4 №-li kurqanları ilə eyniləşdirirlər. Onların fikrincə, bu, qrupun ən cavan abidəsidir. 31 və 24 №-li, eləcə də digər skif kurqanlarında aşkar edilmiş arxeoloji materialı müqayisə edən arxeoloqlar 31 №-li kurqanın təqribən e.ə. 660-640-cı, 24№-li də daxil olmaqla digər kurqanların isə 640-600-cı illərə aid olduğunu ehtimal etmişlər (Алексеев 1992; 2003). Lakin bu fikirlə razılaşmayan və başqa tarix söyləyən alimlər də var. Məsələn, İ. Medvedskayanın fikrincə, Kelermes kurqanları e.ə. 700-650-ci (Медведская, 1992), T. Kuznetsova və V. Korenyakonun fikrincə isə, e.ə. VI əsrin əvvəllərinə aiddirlər (Кузнецова Т. М., 1998; Кореняко В. А., 1981; 1990; 2001).

Kelermes məzarlığından götürülmüş nümunələrin radiokarbaon tarixləri əsasən 2689-2380 BP arasında müəyyən edilmişdir ki, bu da e.ə. IX-VI əsrlər deməkdir. Məsələn məzarlığın ən qədim kurqanı olan 31№-li kurqandan (Алексеев, Кузнецова 2001; Алексеев 2003) götürülmüş 5 nümunə (ağac, sümük və s.) əsasında əldə edilmiş orta nəticə 2557±25 BP-dir. Bu nəticə e.ə. 800−760, e.ə. 680−660, e.ə. 610−600 Cal BC (1σ; terminus ante quem – e.ə. 600), e.ə. 810−750, e.ə. 690−660, e.ə. 640−540 Cal BC (2σ) təqvimi tarixlərə uyğun gəlir. Bu halda kombinə edilmiş təqvim tapılmış arxeoloji materiallar içində daha çox yaşa malik olan heyvan sümükləri əsasında hesablanıb və ortada gözəgəlimli fərq çıxmayıb. Bu isə e.ə. 810−750 və e.ə. 700−540 Cal BC tarixlərinin üzərində durmağın daha doğru olacağını göstərir.

Məzarlıqdakı dəfn abidələri içərisində ən cavanı olan (Галанина, Алексеев 1990; Алексеев 2003, c 107) 24 №-li kurqan üçün kombinə edilmiş tarix 2400±41 BP-dir ki, bu da çox geniş intervala sahib olan e.ə. 760−680, e.ə. 670−630, e.ə. 600−570, e.ə. 560−390 Cal BC (2σ) təqvimi tarixlərinə uyğun gəlir. Bu nəticələr bu və ya digər abidənin dəqiq yaşını müəyyən etməyə imkan vermir. Onların əsasında sadəcə bunu demək mükündür ki, 31 №-li kurqan 24 №-li kurqandan daha qədimdir (Алексеев А. Ю. и др., 2005, c. 148).

Şimali Qafqazdakı erkən skif dövrü kurqanlarının qeydə alındığı məzarlıqlardan biri də Novozavedennoye-2 məzarlığıdır. Bu abidələr kompleksi Şimali Qafqazın mərkəzi hissəsində, Kuma çayının orta axarının sol sahilində yerləşir.

Məzarlıq 1985-ci ildə Rusiya EA Tarix İnstitutunun Krasnoznamennaya əkspedisiyası tərəfindən tədqiq edilmişdir. Ekspedisiyaya V. Petrenki başçılıq edirdi.

4

Page 5: bextiyartuncay.files.wordpress.com  · Web viewBu sxemə e.ə. VI əsrin əvvəllərinə aid edilən ... Stokholm, 1871. Перевод на русский язык: Античная

Aparılan tədqiqatla nəticəsində burada 22 kurqan örtüyü müəyyən edilmişdir (Медникова, 2000, şək. 1). V. Petrnko və V. Maslovun yazdığına görə, məzarlıqda əvvəlcə hündürlükləri 2.5-8 m olan 16 və örtükləri əkin-biçin işləri zamanı bütünlüklə dağıdılmış daha 2 kurqan müəyyən edilmişdi (Маслов, Петренко 1998).

Xaqan taxtının qoşabaşlı aslan formalı bəzək elementi. Kelermes

Məzarlıqdakı dəfn abidələrindən mərkəzi hissədə yerləşən 7, 12, 13, 14 və 16 №-li kurqanların strukturu, dəfn adətləri və materialı (Маслов, Петренко 1998; Петренко, Маслов, Канторович 2000; Петренко, Маслов, Канторович 2004), eləcə də 2 və 5№-li kurqanlardan tapılmış ox ucluqları (Петренко, 1990, şək. 1−3 Л, 2−3 Л) daha ətraflı təsvir edilmişdir. Eyni zamanda 17 №-li kurqan barədə də qısa qeydlər dərc edilmişdir (Петренко, Маслов, Канторович 2004).

Sözügedən kurqanların hərtərəfli analizindən (Петренко, Маслов, Канторович 2000) belə aydın olur ki, onlar tarix baxımından bir-birilərinə çox yaxındırlar və e.ə. VII əsrin son onilliklərinə və VI əsrin əvvəllərinə aiddirlər. 16 №-li kurqanın tarixi isə oradan tapılan və e.ə. VII əsrin sonları-VI əsrin əvvəllərinə aid olan Şimali İoniya mənşəli qabın fraqmentləri sayəsində çox düzgün müəyyən edilmiş və kurqan e.ə. VI əsrin əvvəllərinə aid edilmişdir.

13 və 14 №-li kurqanlar, ola bilsin ki, bir qədər daha qədimdir və e.ə. VII əsrin sonlarına aid edilə bilər. Maraqlıdır ki, kurqanlar bir xətt üzərində düzülüblər. A. Alekseyevin və digər həmmüəlliflərin yazdığına görə, əgər bu topoqrafik xüsusiyyət kurqanların ucaldılma zamanlarına uyğundursa, o zaman həmin kurqanların bu ardıcıllıqla qurulduğunu ehtimal etmək olar: № 14, № 12, № 13, № 16 (Алексеев А. Ю. и др., 2005, c. 149). Bu sxemə e.ə. VI əsrin əvvəllərinə aid edilən (Петренко, Маслов, Канторович 2004) 17 №-li kurqan da tam uyğun gəlir. 2 və 5 №-li kurqanlara gəlincə, onlar məzarlığın müqabil olaraq, cənub və şimal hissələrində yerləşir.

Kelermes kurqanlarında olduğu kimi Novozavedennoye-2 məzarlığındakı kurqanların da radiokarbon analizi çox geniş Cal BC tarixi interval ortaya qoymuşdur ki, bu da ±200 və ±140 il qədər səhv deməkdir. Bununla belə hər iki məzarlığın kurqanlarının müqayisəsi ilkin nəticələrə gəlməyə imkan verir. Şimali Qafqazın erkən

5

Page 6: bextiyartuncay.files.wordpress.com  · Web viewBu sxemə e.ə. VI əsrin əvvəllərinə aid edilən ... Stokholm, 1871. Перевод на русский язык: Античная

kurqanları e.ə. VII əsrin sonları - VI əsrin əvvəllərinə aiddirlər və Ziviyə kurqanından daha cavandırlar. Bu nəticə Diadorun məlumatını tam təsdiq edir.

Qızıl qılınc. Kelermes

Kelermes kurqanlarından tapılan maddi mədəniyyət nümunələri skif incəsənətinin, eləcə də skiflərin özlərinin Ön Asiya ilə bağlı olduğunu birmənalı şəkildə sübut edir.

Bu baxımdan hökmdar taxtının qızıldan çox ustalıqla düzəldilmiş qoşa aslan başlı dekorativ elementi diqqət çəkir. Bu tip elementlər Ön Asiya, o cümlədən Assur, Babil, Manna və Midiya hökmdarlarının taxtları üçün xarakterik olub.

Şübhəsiz ki, taxt kimi mebellərlə köçəri həyat tərzi üst-üstə düşən məsələlər deyil və bu fakt skiflərin köçərililiyi barədə söylənilənlərin həddən artıq şişirtmə olduğunu sübut edir.

Skiprtrin qızılla işlənmiş gümüş ucluğu. 2 №-li Kelermes kurqanı

6

Page 7: bextiyartuncay.files.wordpress.com  · Web viewBu sxemə e.ə. VI əsrin əvvəllərinə aid edilən ... Stokholm, 1871. Перевод на русский язык: Античная

Skiflərin güclü dövlətçilik ənənələrinə sahib olduğunu sübut edən əsas elementlərdən biri də Kelermes kurqanlarının birindən tapılan skipeterdir. Onun sadəcə qızılla işlənmiş qızıl ucluğu qorunub saxlanmışdır.

Şübhəsiz ki, ən maraqlı tapıntılardan biri qızıl tacdır. Onun alın hissəsində qrifonun təsvir edilməsi, eyni mifoloji varlığın Böyük Tatarıstanın (Turanın) dövlət bayrağında da təsvir edilməsi qrifonun ən axı e.ə. VII-VI əsrlərdən b.e. XVIII əsrinə qədər Turanın ali hakimiyyət rəmzi olmasından xəbər verir

Bütün bu əşyaların Alp Ər Tonqadan sonra onun taxtına sahib olmuş oğlu, ikinci böyük işquz (İç oğuz, skif) xaqnı, Herodotun Madis adlandırdığı (Batı ?) hökmdara aid olma ehtimalı çox böyükdür. Fikrimizcə, Madisin qəbrini Kelermesdə axtarmaq lazımdır və o, çox güman ki, 2 №-li kurqanda dəfn edilmişdir.

Qeyd edək ki, çoxu hələ qədim zamanlarda qarət edilən Kelermes kurqanlarının qəbir kameraları düzbucaqlı formada idi və çadır formasında qurulmuş ağac konstruksiya ilə örtülmüşdü. Kelermesdə arabalarda dəfn adətinin və at dəfnin izlərinə də rast gəlinmişdir. Burada 24 atın basdırıldığı məlumdur.

Qaynaqça

1. Ağasıoğlu F. Azər xalqı, B.2005.2. Pomponil Melae de chorographia libri tres. Ed.G. Ranstrand. Stokholm, 1871.

Перевод на русский язык: Античная география. М.,1953.3. Алексеев А. Ю. Скифская хроника (Скифы в VII-IV вв. до н. э., историко-

археологический очерк). СПб, 1992. 210 с.4. Алексеев А. Ю. Хронография Европейской Скифии VII-IV вв. до н. э.

СПб, 2003. 410 с.5. Алексеев А. Ю. и др. Еврвзия в скифскую эпоху. Радиоуглеродная и

археологическая датировка. Санкт Петербург, 2005.6. Алексеев А. Ю., Кузнецова Т. М. Келермесс (1990 г. – курган № 31) //

Северный Кавказ: историко-археологические очерки и заметки (МИАР. № 3). 2001, с. 71-85.

7. Галанина Л. К. Келермесские курганы. «Царские» погребения раннескифской эпохи (Степные народы Евразии. Т. 1). М., 1997. 279 с.

8. Галанина Л. К., Алексеев А. Ю. Новые материалы к истории Закубанья в раннескифское время // АСГЭ. Вып. 30, 1990, с. 34-55.

9. Кореняко В. А. Раннескифский курган у с. Новозаведенное на Ставрополье // Культурное взаимодействие народов Северной Азии и Кавказа с окружаюшим миром в древности и средние века. Тез. докл. конф. М., 1981, с. 67-68.

7

Page 8: bextiyartuncay.files.wordpress.com  · Web viewBu sxemə e.ə. VI əsrin əvvəllərinə aid edilən ... Stokholm, 1871. Перевод на русский язык: Античная

10. Кореняко В. А. О времени появления раннескифских памятников на Северном Кавказе // Дон и Северный Кавказ в древности и средние века. Ростов – на – Дону,1990, с. 4-17.

11. Кореняко В. А. 2001. Курган раннескифского времени у с. Новозаведенное на Ставрополье // Северный Кавказ: историко-археологические очерки и заметки (МИАР № 3) М., 2001, с. 52-64.

12. Кузнецова Т. М., Скифы в период архаики // Юбилейные международные ХХ «Крупновские чтения» по археологии Северного Кавказа. Тез. Докл. Железноводск, 1998.

13. Маслов В. Е., Петренко В. Г. Курган № 12 могильника Новозаведенное-II // Материалы по изучению историко-культурного наследия Северного Кавказа. Вып. 1. Археология, Ставрополь, 1998, с. 210-226.

14. Медникова М. Б. Жизнь ранних скифов; реконструкция по антропологическим материалам // Скифы и сарматы в VII-III вв. до н. э. Палеоэкология, антропология и археология. М., 2000, с. 51-58.

15. Петренко В. Г. К вопросу хронологии раннескифских курганов Центрального Предкавказья // Проблемы скифо-сарматской археологии. М., 1990, с. 60-80.

16. Петренко В. Г., Маслов В. Е., Канторович А. Р. Хронология центральной группы курганов могильника Новозаведенное-II // Скифы и сарматы в VII-III вв. до н. э. Палеоэкология, антропология и археология. М., 2000, с. 238-248.

17. Петренко В. Г., Маслов В. Е., Канторович А. Р. Погребение знатной скифиянки из могильника Новозаведенное-II // Археологические памятники раннего железного века юга России. М., 2004, с. 179-210.

18. Эрлих В. Р. У истоков раннескифского комплекса. М., 1994. 196 с.

8