ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi...

264
Novruz Məmmədov XARİCİ SİYASƏT: REALLIQLAR VƏ GƏLƏCƏYƏ BAXIŞ Bakı – 2013

Transcript of ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi...

Page 1: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Novruz Məmmədov

XARİCİ SİYASƏT:REALLIQLAR VƏ

GƏLƏCƏYƏ BAXIŞ

Bakı – 2013

Page 2: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin
Page 3: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Kitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü

nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin formalaşdırdığı

xarici siyasət kursu qlobal və regional dəyişikliklər kontekstində təhlil

edilir. “Sərt güc” konsepsiyasından “yumşaq güc” anlayışına keçidin siyasi

və geosiyasi xüsusiyyətləri dəqiqləşdirilir. Azərbaycanın xarici siyasətinin

əsas istiqamətləri və prioritetləri yeni dünya nizamına keçid aspektində

analiz edilir. Balanslaşdırılmış siyasətin mahiyyəti güclü dövlət quruculuğu

və regional lider statusu arasındakı sıx əlaqə müstəvisində təqdim olunur.

Xarici siyasətin transformasiyası Azərbaycanın modernləşməsi kursunun

mərhələləri ilə əlaqəli şəkildə verilir. Müasir tarixi mərhələdə “yumşaq

güc” siyasətinin formalaşmasının müxtəlif aspektləri araşdırılır. Bu prosesin

fonunda xarici siyasətdə müdafiə mövqeyindən hücum strategiyasına keçid

mexanizmi tədqiq olunur.

Kitab tələbələr, doktorantlar, ali məktəb müəllimləri, beynəlxalq müna-

sibətlər problemlərini öyrənən tədqiqatçılar, habelə geniş oxucu auditoriyası

üçün nəzərdə tutulmuşdur.

Page 4: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Novruz MəmmədovXARİCİ SİYASƏT: REALLIQLAR VƏ GƏLƏCƏYƏ BAXIŞ Bakı, Qanun Nəşriyyatı, 2013264 səh. 350 tiraj

Redaktor: K.Ə.AdıgözəlovRəyçi: Ə.İ.Həbibbəyli

Qanun NəşriyyatıBakı, AZ 1102, Tbilisi pros., II Alatava 9Tel: (+994 12) 431-16-62; 431-38-18Mobil: (+994 55) 212 42 37e-mail: [email protected]

ISBN 978-9952-26-519-4

© Qanun Nəşriyyatı, 2013© Novruz Məmmədov, 2013

Page 5: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Kitab dahi siyasi və dövlət xadimi, Ulu öndərHEYDƏR ƏLİYEVİN

90 illik yubileyinə həsr olunur.

Page 6: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin
Page 7: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanınmənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xaricisiyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xaricisiyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyəyönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qar-şılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdənhəm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətməküçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişafetdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir.

Heydər ƏLİYEV

Ümummilli lider

Biz beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi həmişə olduğukimi ifadə edirik. Hər bir məsələ ilə bağlı bizim prinsipial, birmənalı möv-qeyimiz vardır. Bu mövqe ədalətə, beynəlxalq hüquqa və Azərbaycanxalqının milli maraqlarına əsaslanır. Azərbaycan tərəfindən aparılan xaricisiyasət nəticəsində bu gün dünya miqyasında bizə çox böyük inam vəhörmət vardır.

İlham ƏLİYEVAzərbaycan Respublikasının Prezidenti

Page 8: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin
Page 9: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

MÜNDƏRİCAT

Giriş .......................................................................................................11Metodoloji qeydlər ...............................................................................14

I Fəsil. GEOSİYASİ KONSEPSİYALARIN İDEYA TRANSFORMASİYALARI

1.1. Müasir tarixi dövrün çağırışları.......................................................161.2. Geosiyasətdə ideya transformasiyaları: “sərt güc”dən “yumşaq güc”ə keçid..............................................................................231.3. Güclü dövlətin təşəkkülü: sabit cəmiyyət və dinamik xarici siyasət ...........................................................................................39Nəzəri ümumiləşdirmələr.......................................................................55

II Fəsil. XARİCİ SİYASƏTİN ÜFÜQLƏRİ:PRİORİTET İSTİQAMƏTLƏRİN UZLAŞMA SAHƏSİ

2.1. Dünyanın “ikiqütblülük”dən “birqütblülü”yə keçidi:yeni balanslaşma modeli axtarışında .....................................................582.2. Risklər və böhranlar: çevik xarici siyasət .......................................632.3. Uçurumun kənarından qayıdış: yeni xarici siyasət kursunun yüksəlişi..................................................................................................70Nəzəri ümumiləşdirmələr.......................................................................93

III Fəsil. GÜCLÜ DÖVLƏT KONSEPTİ VƏ REGİONAL LİDERLİK

3.1. Müasir xarici siyasətə aid bəzi qeydlər ...........................................963.2.Xarici siyasətin əsas istiqamətləri: aşırımlı yollarla zirvəyə doğru.......................................................................................................1013.3. Regionun “böyük üçbucağı” və Heydər Əliyevin siyasi balans modeli..........................................................................................1103.4. Gürcüstan və Ermənistan: bir paradoksdan iki çıxış yolu...............1233.5. ABŞ və Avropa: Qərb istiqamətində diplomatik fəallıq..................1323.6. Uzaq Şərq: müdrikliklə ehtiyatlılığın yanaşı durduğu məkan.........158Nəzəri ümumiləşdirmələr.......................................................................169

9

Page 10: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

IV Fəsil. XARİCİ SİYASƏTİN PRİORİTETLƏRİ: ƏSAS HƏDƏFLƏR VƏ İNKİŞAF TENDENSİYALARI

4.1. Xarici siyasətin prioritetlərinin təsnifi.............................................1764.2. Cəmiyyətin demokratikləşməsi və iqtisadi amillərlə xarici siyasətin əlaqəsi............................................................................1814.3. Böhranlı situasiyaların həlli: ərazi bütövlüyünün təmini və regional təhlükəsizlik .............................................................1884. 4. Beynəlxalq təhdidlər şəraitində əməkdaşlıq imkanları ..................1994.5. Azərbaycanın modernləşməsi və xarici siyasətin transformasiyası 220Nəzəri ümumiləşdirmələr.......................................................................229

Yekun......................................................................................................233Ədəbiyyat siyahısı ..................................................................................240Adlar göstəricisi .....................................................................................255Summary ................................................................................................259Резюме ...................................................................................................260Müəllif haqqında ....................................................................................262

10

Page 11: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

GİRİŞ

Qədim Şərq kəlamlarından birində deyilir: “Düşüncə lərinizədiqqət edin – onlar davranışlarınızın başlanğıcıdır”. Bu fikir həyatfəlsəfəsidir. Onun siyasət və diplomatiyaya da aidiyyəti var. BəlkəUinston Çörçill ona görə xatırladırdı ki, “diplomat heç nə deməməküçün gərək iki dəfə fikirləşsin”. Mənim bu kitabda dediklərim de-mədiklərimin cüzi bir qismidir...

1997-ci il həyatımda dönüş nöqtəsi oldu. Böyük dövlət xadimiHeydər Əliyev məni məsul bir vəzifəyə təyin etdi. O vaxtdan çətin,mürəkkəb və olduqca məsuliyyətli bir sahə olan xarici siyasətdə ça-lışıram. Kitabda bu sahədə fəaliyyət göstərdiyim dövrdə bilavasitəmüşahidə etdiyim beynəlxalq münasibətlərə təhlili yanaşma tətbiqedilmişdir. Mənim üçün çox çətin və məsuliyyətli bir prosesdir...

Azərbaycanın xarici siyasət kursu faktiki olaraq, 1993-cü ilinikinci yarısından formalaşmağa başladı. Həmin dövr çox ziddiyyətlitendensiyalarla dolu idi. Dünya səviyyəsində cərəyan edən siyasi,iqtisadi, mədəni, geosiyasi, hərbi və ideoloji proseslər müstəqilliyiniyeni əldə etmiş ölkələrə güclü təsir göstərirdi. Qərbin Samuel Han-tinqton, Alvin Toffler, Zbiqnev Bjezinski, Henri Kissincer, Sol Kohen,Pyer-Mari Qallua, Frensis Fukuyama, Cozef Nay və b. kimi nəhənggeosiyasi konsepsiyalar yaradan siyasətşünasları yetişmişdi. Qərb

11

Page 12: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

dövlətləri çox güclü idilər. Sosialist düşərgəsi dağıldığından yenimüstəqil ölkələr taleyin hökmü ilə güclülərin təsir sahəsinə atılmışmüdafiəsiz məkanlara, yelkənsiz qayıqlara çevrilmişdi. Belə bir mü-rəkkəb vəziyyətdə Azərbaycanı müstəqil, suveren və demokratikdövlət quruculuğu kursuna çıxara biləcək böyük şəxsiyyətə ehtiyacvar idi. Azərbaycan xalqı belə bir şəxsiyyəti yetişdirmişdi. Bu,Heydər Əlirza oğlu Əliyev idi!

Mahiyyət etibarilə bir kitab çərçivəsində ölkənin xarici siyasətkursunun bütün incəlikləri ilə təhlilini vermək mümkün deyil. Ümum-milli liderin əsasını qoyduğu, Prezident İlham Əliyevin yaradıcılıqladavam etdirdiyi bu kurs 20 il müddətində səmərəli işləyən mürəkkəbbir sistem kimi özünü tam təsdiq etdi. Ötən müddətdə ölkəmiz göz-lənilməz ziddiyyətli məqamlarla üzləşdi. Müxtəlif tərəflərdən təzyiqləroldu. Daxildə ölkəni parçalamaq planları quranlar da tapıldı. Bütünbu sınaqlardan uğurla çıxan və dövlət quruculuğunu inkişaf etdirməküçün əlverişli geosiyasi mühit formalaşdıran xarici siyasət kursuyarandı. Qlobal miqyasda geosiyasi vəziyyətin dəyişməsinə praktik-əməli səviyyədə adekvat reaksiya verə bilən siyasi fəaliyyət xəttiişləndi. Bu kitabda olduqca çətin və müəyyən məqamlarda dramatikdinamizmlə dolu həmin prosesin təhlilinə cəhd edilmişdir. Müasirgeosiyasi nəzəriyyələrdə irəli sürülən baza ideyaların təhlili işığındaölkənin xarici siyasət kursuna nəzər salınmış, əldə edilən nəzəri qə-naətlərlə real vəziyyət arasında qarşılıqlı əlaqələrə ayrıca diqqət ye-tirilmişdir.

Əsərin ideya təkamülü aşağıdakı kimidir. Birinci fəsil geosiyasinəzəriyyələrin XX əsrdəki transformasiyasına həsr edilmişdir. Həminideya təkamülü prizmasından müasir geosiyasi konsepsiyalar təhliledilir.

İkinci fəsildə Azərbaycanın xarici siyasətinə qlobal və regionalgeosiyasi tendensiyaların qarşılıqlı əlaqəsi müstəvisində nəzər yeti-rilmişdir. Ölkənin xarici siyasət kursunun prioritetlərinin bir-biri iləsıx bağlı olan konkret vəzifələri reallaşdırmaq imkanları əsaslandı-rılmışdır. Güclü dövlət konsepti ilə regional liderliyin uzlaşması mə -sələsi həmin aspektdə təhlil olunur.

12

Page 13: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Üçüncü fəsildə güclü dövlət konsepti və regional liderlik arasındakıəlaqəyə bölgə səviyyəsində geosiyasi oyunçu kimi formalaşmaimkanları müstəvisində baxılmışdır. Problem yeni dünya nizamınıntəşəkkül tapdığı bir dövrdə geosiyasi təsiri olan çoxlu sayda ölkələrinmeydana çıxmasından ibarətdir. Azərbaycanın bu prosesin harasındaola biləcəyi məsələsi aktualdır. Biz həmin istiqamətdə mümkün ye-niləşmə tendensiyalarına hazır olmalıyıq. Həmin kontekstdə bir sıramülahizələrimizi oxucularla bölüşmək qərarına gəldik. Onu da qeydedim ki, təhlillər ölkəmizin imkanlarının geniş olduğunu təsdiqləyir.

Nəhayət, sonuncu fəsildə xarici siyasətin prioritetləri bir-biri iləqarşılıqlı əlaqədə və qlobal miqyasda geosiyasi dəyişmələrin işığındanəzərdən keçirilmişdir. Burada Azərbaycan rəhbərliyinin ardıcılolaraq həyata keçirdiyi modernləşmə kursu ilə xarici siyasətin trans-formasiyası arasındakı daxili bağlılıq araşdırılmışdır. Həmin əsasdaproqnostik xarakterli müddəalar irəli sürülmüşdür. Müasir diploma-tiyanın bir sıra xüsusiyyətlərinin təhlili əsasında onun gələcəkdəoynaya biləcəyi rol haqqında tezislər təqdim edilir. Kitabın yekunhissəsində gəldiyimiz qənaətlər ümumiləşdirilmiş və bu mövzu iləbağlı aktual hesab etdiyimiz gələcək tədqiqat istiqamətləri müəy-yənləşdirilmişdir.

Kitabın iki fərqli cəhətini vurğulamaq istərdik. Mövzuya yanaş-mamızın qısa səciyyəsini ayrıca vermək məqsədilə “Metodolojiqeyd lər” bölməsində hansı metodoloji yanaşmaya üstünlük verdiyimizişərh etmişik. Hesab edirik ki, hər bir tədqiqatda aydın metodolojiya naşma olmalıdır.

İkinci fərqli cəhət hər bir fəslin sonunda nəzəri ümumiləşdirmələrinaparılmasından ibarətdir. Bu cür ümumiləşdirmələr irəli sürülən fi -kirlərin daha konkret və dəqiq başa düşülməsinə və oxucunun əsərinideya inkişafını aydın görməsinə xidmət edir.

13

Page 14: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

METODOLOJİ QEYDLƏR

Kitabda konkret elmi-metodoloji yanaşma əsasında təhlil aparılır,bu məqsədlə müasir elmdə olan bir sıra yanaşmalara nəzər salınır.Ümumiyyətlə, siyasətçilər, diplomatlar və analitiklər geosiyasi vəsiyasi nəzəriyyələrin hazırlanmasında elmi metodologiyadan istifadəedirlər ki, bu da Qərb və Rusiyada işlənən geosiyasi konsepsiyalardaözünü daha aydın şəkildə büruzə verir.

Beləliklə, kitabda müasir fəlsəfi-elmi yanaşmalar əsasında konkretmetodoloji mövqe müəyyənləşdirilmiş, əsasən, XX əsrin tədqiqatçılarıEdqar Morin (1), Niklas Luman (2) və Danilo Zolonun (3) yanaşma-larından, həmçinin Rusiyada elmlərin inteqrasiyasını tədqiq edənalimlərin metodoloji yanaşmalarından istifadə edilmişdir. Fəlsəfi-elmi səviyyədə olan metodoloji müddəaları siyasi nəzəriyyə üçünyararlı məzmuna gətirmək məqsədilə müasir italyan siyasi nəzəriyyəçisiD.Zolonun gəldiyi nəticələrə müraciət edilmişdir. Əldə edilənmetodoloji qənaətləri qısaca aşağıdakı kimi təqdim etmək olar:

1. Hər bir ölkənin xarici siyasətini dünya siyasi sisteminin alt -sistemi kimi nəzərdən keçirmək mümkündür. Bu zaman konkret öl -kənin xarici siyasətinin istifadə etdiyi əsas alət və dəyərlər ilə beynəl -xalq münasibətlər sisteminin ümumi alət və dəyərləri daim qarşılıqlıəlaqədə olur. Ona görə də müasir ölkələrin müstəqilliyi və suverenliyinəbu konsepsiyadan kənarda baxılması elmi meyarlara uyğun deyil.

2. Ölkənin xarici siyasət kursunun avtonomluq dərəcəsi artdıqca, digərölkələrin xarici siyasət sistemləri ilə qarşılıqlı əlaqə tendensiyası da güc -lənir. Bu, dövlətlərin xarici siyasət sahəsində başqaları ilə dialoqa, əmək -daşlığa və təcrübə mübadiləsinə daha çox diqqət yetirməsi ehtiyacınımeydana çıxarır.

14

Page 15: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

3. Açıq sistem kimi səciyyələndirdiyimiz xarici siyasət sahəsihəm daxili siyasətdən, həm də qlobal siyasi sistemdən daima təsirlərəməruz qalır. Xarici siyasət kursunun gücü bu təsirləri nə dərəcədə“öz maraqlarına” uyğunlaşdıra bilməsi ilə müəyyən olunur. Bununlayanaşı, mühüm məqamlardan biri də xarici siyasətdə atılan hər biraddımın müsbət və ya mənfi əks-əlaqə formasında özünə qayıtmasıdır.Yəni xarici siyasətdə atılan addım ümumi kursa uyğun olduqda,müsbət amil kimi “özünə qayıdır” və onun gücünü artırır, əks haldaisə, mənfi təsir qismində geri qayıdaraq sistemi zəiflədir.

Sonuncu müddəa mürəkkəb mexanizmlə bağlıdır. Lakin biz onumüasir beynəlxalq münasibətlər sisteminin mürəkkəbliyinə və çox-funksiyalılığına görə vacib hesab edirik. Dolayısı ilə həmin məqammüstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlərin milli suverenliyinintəmini probleminin nəzəri tədqiqində əsas rol oynaya bilər. Müasirtarixi dövrdə ətraf aləmdən gələn təsirləri ciddi surətdə nəzərəalmadan milli dövlət quruculuğu prosesini uğurla həyata keçirməkmümkün deyil.

Yuxarıda göstərdiyimiz metodoloji prinsiplər mövzuya ölkəninxarici siyasət kursunu bütöv proses kimi nəzərdən keçirən kompleksyanaşmanı ifadə edir. Bu keyfiyyətdə onu sistem kimi təsəvvür et -mək olur. Qeyd olunan metodoloji prinsiplər həmin sistemin avto-nomluğunu qoruması şərti ilə, digər sistemlərlə qarşılıqlı əlaqədətədqiq edilməsi üçün imkanlar açır.

15

Page 16: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

I FəsilGEOSİYASİ KONSEPSİYALARINİDEYA TRANSFORMASİYALARI

1.1. Müasir tarixi dövrün çağırışları

XX əsr bəşəriyyətin yaddaşında üç böyük hadisə ilə qaldı. Bunlariki dünya müharibəsi və sosialist düşərgəsinin dağılmasıdır. Buhadisələr tarixi missiyaları və xarakteri ilə fərqlənsələr də, geosiyasinəticələri mahiyyət etibarilə bir-birinə yaxındır. Birinci Dünya mü-haribəsi Osmanlı imperiyasının varlığına, İkinci Dünya müharibəsiAlmaniyanın imperialist planlarına, sosialist düşərgəsinin dağılmasıisə SSRİ və Mərkəz və Şərq Avropanın sosialist dövlətlərinin siyasi-hərbi, sosial-mədəni birliyinə son qoydu. 100 il ərzində dünyanınqlobal miqyasda üç dəfə silkələnməsi onun bütün sahələrdə strukturunavə fəaliyyətinə ciddi təsir göstərdi. Hər üç hadisə dünya miqyasındaböhran vəziyyətinin yaranmasından sonra baş verdi.

Tarixi təcrübə göstərir ki, bu cür silkələnmələrdən sonra insanlarındüşüncələrindən tutmuş, böyük dövlətlərin daxili və xarici siyasətinədəkbütün sahələrdə köklü dəyişikliklər baş verir. O cümlədən fəlsəfi,elmi, siyasi, mədəni və iqtisadi təfəkkürdə əsaslı yeniləşmələr inten-sivləşir. Birinci Dünya müharibəsi ərəfəsi və ondan dərhal sonra fəl-səfədə yeni cərəyanlar və konsepsiyalar meydana gəldi. Köhnə mək-təbləri tənqid edən yeni fəlsəfi sistemlər yarandı. Məsələn, ekzisten-sializm, həyat fəlsəfəsi, praqmatizm və s. Geosiyasi nəzəriyyələrdədə əvvəlkiləri (məsələn, coğrafi determinizmə və gücə əsaslanangeosiyasi nəzəriyyəni) tənqid edən yeni konsepsiyalar (bihevioristgeosiyasi təlim, açıq cəmiyyət nəzəriyyəsi və s.) formalaşmağabaşladı. Elmdə (məsələn, təbiətşünaslıqda) və ədəbiyyatda da yeniyanaşmalar meydana gəldi. İkinci Dünya müharibəsindən sonra(əsasən, 1950-ci ildən başlayaraq) elmdə, ədəbiyyatda, fəlsəfədə,siyasi nəzəriyyələrdə yeni konsepsiyaların sayı artdı və intensivləşdi.

16

Page 17: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Nəhayət, sosialist düşərgəsinin dağılması da geosiyasi nəzəriyyələrdəfərqli anlayışların meydana gəlməsi ilə müşayiət olundu.

Üç tarixi hadisənin fərdlərin və bütövlükdə cəmiyyətlərin həyatındaetdiyi bu dəyişikliklərin fövqündə bizi maraqlandıran problem baxı-mından diqqəti çəkən bir qanunauyğunluq da var. Məsələ ondanibarətdir ki, hər üç hadisə zəruri olaraq dünyanın siyasi xəritəsindəəsaslı dəyişikliklər etdi və bu keyfiyyətdə də insan övladı qarşısındadaha mürəkkəb məsələlər qoydu. XX əsr boyu sosial-mədəni,geosiyasi, hərbi və iqtisadi mühitin ardıcıl olaraq mürəkkəbləşdiyinimüxtəlif kontekstlərdə hər bir ciddi tədqiqatçı təsdiq edir. Lakin mü-rəkkəbləşməni bəşəriyyət üçün ümumi tendensiya kimi qəbul etməkləyanaşı, onun ayrı-ayrı mərhələlərdə ön sıraya fərqli prosesləri də çı-xardığını vurğulamaq lazımdır. Məhz bu kontekstdə demək olar ki,sosialist düşərgəsinin dağılması iki mühüm olayı dünya siyasətinin,geosiyasi və humanitar-elmi nəzəriyyələrin diqqət mərkəzinə gətirdi.Onları “postsovet məkanı” və “yeni müstəqil dövlətlər” terminləriilə ifadə etmək olar. Hər iki termin böyük siyasi, hərbi, mədəni, geo -siyasi və iqtisadi birliyin sürətlə parçalanması nəticəsində yenəhəmin məkanın birliyinə aid olan proseslərin ifadə edilməsi məqsədiilə formalaşdırıldı. Bu cür yanaşma tarixin tələbi idi. Çünki sosialistdüşərgəsinin dağılması ilə ölkələr mövcud olduqları coğrafi məkandansilinib atılmadı. Onların mövcudluğunun iki yolu var idi – ya bir-birinə düşmən olub, sonu bilinməyən müharibələrə yuvarlanmaq, yada qloballaşan dünyada birgəmövcudluğun sivil yollarını tapmaq.“Postsovet məkanı” ifadəsi həm də bu məkana daxil olmayanlarınona münasibətini əks etdirir. “Yeni müstəqil dövlətlər” termini isəpostsovet məkanında yaranmış yeni geosiyasi və siyasi reallığınetiraf edilməsi anlamına gəlir.

20 ildən çox keçən müddət göstərdi ki, hər iki termin ən azı budövr üçün yaşamaq hüququ qazanmışdır. Artıq nə “postsovet məkanı”,nə də “yeni müstəqil dövlətlər” ifadələri heç kəsi təəccübləndirmir.Əvəzində, bu məkanda yaranmış yeni müstəqil dövlətlərin milliqurum olaraq inkişafı, onların demokratik dünyaya inteqrasiyası vəxarici siyasətlərinin prioritetləri ciddi maraq doğuran məsələyə çev-

17

Page 18: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

rilmişdir. Doğrudan da, sosialist düşərgəsi cəmiyyətləri eyni “birşineli atandan” sonra daha aydın dərk etdilər ki, “ölçüləri fərqlidir”.Yollar ayrıldı, fərqli siyasi kurslar seçildi və hər kəs öz yolunda uğurqazanmağın modellərinin axtarışına başladı. Ötən müddət ərzindəqət edilmiş yola nəzər saldıqda hər kəsin öz tarixi trayektoriyasınınformalaşdığını görürük. İllər bəzi ölkələr üçün uğurlu olmuş,digərlərinin problemləri isə heç azalmaq bilməmişdir. Bəziləri köhnədüşüncə tərzindən əl çəkib, yeni modelləri qəbul etmək istəmirlər...

Əslində, biz XX əsrdə cəmiyyətlərin taleyində baş vermiş köklüdəyişikliklərin ümumnəzəri təhlilini aparmaq niyyətində deyilik.Keçən əsrin 90-cı illərində Azərbaycanın bir əsrin ərzində ikincidəfə müstəqilliyə qovuşmasının hansı qlobal silkələnmələr fövqündəbaş verdiyinə qısa nəzər salmaq istərdik. Dünyada baş vermiş üçsiyasi, geosiyasi, hərbi və mədəni-iqtisadi silkələnmələr xalqımızıntaleyində iki dəfə ciddi dəyişikliklər etmişdi. Keçən əsrin əvvəllərində“demokratiya və azadlıq” sədaları Şərqdə ilk dəfə olaraq CənubQaf qazın incisi adlandırılan Azərbaycanda yüksəldi.

1988-ci ildən başlayaraq Azərbaycan yenidən azadlıq və demokratiyauğrunda gərgin və ağır mübarizənin mərkəzinə çevrildi. Bu dəfə onatorpaqlarının bir qismini işğal etməklə zərbə vurdular. Sonra ümu-miyyətlə, Azərbaycan adlı dövləti yer üzündən silmək planları ortayaqoyuldu. Azərbaycan xalqı öz mədəniyyəti, dövlətçilik ənənəsi,ideyası və ideologiyası ilə bu sınaqdan da üzüağ çıxdı. Azərbaycanmüstəqil dövlət kimi bir əsrdə ikinci dəfə bayrağını qaldırdı! İndiCənub Qafqazda ən böyük və ən uca bayraq Azərbaycanındır.

Düşündürücüdür ki,100 ildə üç dəfə “sökülüb yenidən özünübərpa edən” dünyada Azərbaycan niyə iki dəfə “söküldüsə də, yeni -dən toparlana bildi”? Bu suala hələ tam cavab verilməyib. Məsələilk baxışda bəsit görünə bilər. Lakin XX əsrin böyük filosof, sosioloq,politoloq və başqa qabaqcıl təfəkkür sahibləri elə suallar qaldırırlarki, situasiyanın ciddiliyi və mürəkkəbliyi dərhal aydın olur. Məsələn,müasir dövrün tanınmış filosofu və futuroloqu Frensis Fukuyamagüclü dövlətin formalaşması məsələlərini birbaşa XXI əsrdə dünya ni-zamının təmini və idarəetmə ilə əlaqələndirir (bax: 1.1.1). O yazır ki,

18

Page 19: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

bizim dövlət quruculuğu haqqında çox düşünməyimizə baxmayaraq,anlamadığımız çox şeylər vardır (1.1.1, s.5). F.Fukuyama həminçətin məsələlər sırasında “güclü strukturları (dövlət strukturlarınəzərdə tutulur – N.M.) inkişaf etməkdə olan ölkələrə necə köçürməyi”(1.1.1, s.5) ayrıca qeyd edir. Yəni bir rejimin sürətlə dağılması nəti-cəsində cəmiyyətin tamamilə fərqli sosial-siyasi, hərbi və iqtisadimühitə düşməsi, onun bütövlüyünü saxlamaq şərti ilə transformasiyasıçox mürəkkəb problemdir. Həmin şərtlər daxilində Azərbaycanlabağlı qoyduğumuz sualın cavabı trivial ola bilməz. Bizim fikrimizcə,sualın cavabı Azərbaycanın geosiyasi mövqeyi və təbii sərvətlərindənçox cəmiyyətimizin zəngin və özünəməxsus mədəniyyətə, dövlətçilikənənəsinə və yüksək passionarlığa sahib olmasındadır. Həminpotensial sayəsində Azərbaycan zaman-zaman qəhrəman liderləriniyetişdirib. Azərbaycanlılar XX əsr boyu tarixin çağırışlarına məhzbu potensialla cavab verib. Bir neçə dəfə repressiyalara, deportasiyalaraməruz qalmalarına baxmayaraq, onlar öz müstəqilliklərini heç nəyədəyişməmişlər. Azərbaycanın ABŞ-dakı ilk səfiri Hafiz Paşayevinobrazlı ifadəsinə görə, Azərbaycan “G üçlüyü” (Geography, Geology,Geopolitics) ölkəsi (1.1.2, s.12-15) olaraq bölgənin aparıcı dövlətinəçevrildi.

1988-ci ildən başlayıb, 1993-cü ili iyun ayınadək isə Azərbaycanınperspektivləri ilə bağlı ziddiyyətli mövqelər var idi. Ümumiyyətlə,söhbət dövlətin qalıb-qalmaması məsələsindən gedirdi. O zaman ha-kimiyyətdə olan qruplar emosional vətənpərvərlikdə ola bilsin ki,nəyəsə qadir idilər, lakin mürəkkəb bir tarixi şəraitdə dövlətin müs-təqilliyini və cəmiyyətin bütövlüyünü təmin etmək üçün bu keyfiyyətyetərli deyildi. F.Fukuyamanın haqqında bəhs etdiyi güclü dövlətstrukturlarını formalaşdırmadan müstəqilliyi qoruyub saxlamaqmümkün deyildi. Bunun üçün isə strateji düşüncəli, uzaqgörən,soyuqqanlı və qətiyyətli siyasətçi-lider lazım idi. Azərbaycan xalqı1993-cü ildə həmin liderini meydana çıxardı. Bu, bir xalqın birəsrdə ikinci dəfə qəhrəmanlıq göstərməsi, uzaqgörənlik və dövlətqurmaq qüdrətini nümayiş etdirməsi idi. Ulu öndər Heydər ƏliyevAzərbaycanın müstəqil dövlətini və xalqını zamanın ziddiyyətləri

19

Page 20: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

məngənəsindən sözün həqiqi mənasında xilas edərək, onu real inkişafxəttinə istiqamətləndirdi.

Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan mədəniyyəti vətarixinin əhəmiyyətini xüsusi qeyd edirdi. Bütövlükdə Azərbaycanınmüstəqil dövlətçilik kursu bu məqam üzərində quruldu. Faktiki olaraq,Ümummilli lider qısa müddət ərzində xalqın quruculuq enerjisinidövlətin maraqlarının təmin olunması istiqamətində səfərbər edə bildi.Heydər Əliyev cəmiyyətin mədəni-intellektual potensialını və mənəvidəyərlərini milli ideyanın reallaşdırılmasına yönəltdi.

Problemin bu aspekti elmi baxımdan böyük əhəmiyyət kəsb edir.Sosialist düşərgəsinin dağılmasından sonra meydana gələn müstəqildövlətlərin daxili və xarici siyasətinin təməlinə hansı prinsipi qoy-masından onların gələcək dövlətçiliyinin taleyi asılıdır. O zaman buməqamı hər kəs dərk edə bilmirdi. Azərbaycan üçün seçim anı dahaçətin amillərlə bağlı idi. Ölkəyə təcavüz vardı, müxtəlif istiqamətlərdəntəzyiqlər ara vermir, daxildə qeyri-müəyyənlik hökm sürürdü. Məhzbelə bir mürəkkəb və ziddiyyətli şəraitdə mədəniyyəttutumlu suverenlikstrategiyasına üstünlüyün verilməsi strateji təfəkkürlə yanaşı, siyasixadim müdrikliyi də tələb edirdi. Heydər Əliyev dövlət idarəçiliyindəklassik və müasir anlamda dövlət quruculuğunun baza prinsiplərinəəsaslanırdı. Ulu öndər həm də zəngin şəxsi təcrübəsindən genişistifadə edirdi. Bu, görkəmli dövlət xadiminə çevik siyasi qərarlarqəbul etməyə imkan verirdi. O, hər bir böhranlı vəziyyətdən düzgünçıxış yolu tapa bilirdi. Heydər Əliyev strateji hədəfləri daxili vəxarici amilləri kompleks şəkildə nəzərə almaqla, dünyada gedənmürəkkəb geosiyasi prosesləri dərindən və hərtərəfli təhlil edərəkmüəyyənləşdirirdi. Bütün bunlar Ulu öndərin dövlətçilik məfkurəsininbaşlıca siyasi, ideoloji və nəzəri əsaslarının zənginliyini nümayişetdirir. Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik kursu seçimitarixi əhəmiyyətə malikdir. Bu kursda daxili siyasətlə xarici siyasətinincə harmoniyası təmin edilir. Böhranlı situasiyalarda çevik qərarlarınqəbul edilməsi müasir siyasi idarəçiliyin əsas məğzini təşkil edir.Bununla bağlı müasir elmi nəzəriyyələrdə müxtəlif yanaşmalar möv-cuddur (bax: məs., 1.1.3 və 1.1.4).

20

Page 21: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Müasir tarixi mərhələdə siyasi sahədə çevik və düzgün qərarlarqəbul etmək daha çətindir. Çünki bu zaman çoxlu sayda amillərinəzərə almaq lazım gəlir. O cümlədən insanların və ayrı-ayrı qruplarınsiyasi məqsədlərinin mövcudluğu amili də nəzərə alınmalıdır. Böhranlıməqamlarda situasiya daha da mürəkkəbləşir. Azərbaycanın 1993-cü ildə düşdüyü vəziyyət siyasi, sosial və geosiyasi baxımdan olduqcamürəkkəb idi. Ona görə də belə bir şəraitdə çevikliklə düzgün kursseçmək siyasi dahilik tələb edirdi. Ümummilli lider Azərbaycanıngələcəyinə görə məsuliyyəti öz üzərinə götürdü və “hədsiz gərginzəhmət bahasına 1993-2003-cü illərdə yeni milli inkişaf strategiyasınıformalaşdırmağa müvəffəq oldu” (1.1.5). Təcrübə göstərir ki, beləfürsət heç də hər cəmiyyətə nəsib olmur.

Beləliklə, Azərbaycanın milli inkişaf strategiyası mədəniyyəttutumlusuverenlik ideyasına əsaslanırdı. Bu mənada mədəniyyəttutumlu su-verenliyin Azərbaycan Respublikasının daxili və xarici siyasətininözəyi olması fikrini qəbul etmək lazım gəlib. Postsovet məkanı üçünbu kurs kifayət qədər yeni olmaqla kreativ siyasi təfəkkür tələb edir.Problemin mahiyyəti də məhz bundadır. Çünki müstəqilliyinə yenicəqovuşan və hər tərəfdən əsassız ittihamlara məruz qalan gənc birdövlətin xarici siyasətinin möhtəşəm binasının bünövrəsinə bədxahlarıngözünə ox kimi batan zəngin milli mədəniyyəti qoyub, demokratikdövlət qurmaq olduqca mürəkkəb bir iş idi. Başqa geosiyasi şərtlərləyanaşı, həm də ona görə ki, Azərbaycana qarşı olan əsassız hiddətinkökündə məhz zəngin, təkrarolunmaz milli mədəniyyət və dövlətçilikənənələrimizin varlığını bəzilərinin qəbul etmək istəmədiyi dururdu.Heydər Əliyev bütün risklərə sinə gərərək dövlətçilik kursununəsasına milli mədəniyyət amilini qoydu. Mədəniyyəttutumlu suverenlikideyası qlobal kontekstdə Azərbaycan üçün çox əhəmiyyətli idi.

Keçən əsrin ikinci yarısından başlayaraq, cəmiyyətin inkişaf mo-delinin təməlində hansı ideyanın qoyulması müzakirə obyektinəçevrildi. Hərbi qüdrət, yoxsa iqtisadi güc, güclü ideologiya, yaxudmütərəqqi mədəniyyət sistemi və s. kimi variantlar müxtəlif formalardamüzakirəyə çıxarıldı. O cümlədən geosiyasi nəzəriyyələrdə ciddiideya transformasiyaları baş verdi. Onlar haqqında ayrıca paraqrafda

21

Page 22: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ətraflı danışacağıq. İndi isə onu qeyd edək ki, XX əsrin 90-cıillərindən başlayaraq qabaqcıl düşüncəli insanlar mədəniyyətə istinadedən inkişafın daha dayanıqlı və davamlı olduğunu ümumi əsaslarlavurğulayırlar. Məhz bu səbəbdən də XXI əsr “humanitar əsr” adlan-dırılmağa başlayır. Bu əsrdə silahlar və ya iqtisadi sistemlər deyil,mədəniyyət sistemləri, ideologiyalar, konsepsiyalar yarışırlar.

XXI əsr informasiya əsri də adlandırılır. Bu əsrdə informasiyanınMənası və Təyinatı yeniləşir. Hələ 1998-ci ildə professor PiterDraker yazırdı: “The next information revolution is well underway... It is a revolution in CONCEPTS... It asks “What is the MEA-NING of information and what is its PURPOSE?” (1.1.6, s.47).Yəni “Növbəti informasiya inqilabı artıq başlamışdır... Bu, KON-SEPSİYALAR inqilabıdır... Bu inqilab fərqli məsələ qaldırır: “İn-formasiyanın MƏNASI nədir və onun TƏYİNATI nədən ibarətdir?”Qeyd etmək lazımdır ki, dünyanın heç də bütün qabaqcıl alimləriP.Drakerin vurğuladığı dəyişikliyi duya bilmirdilər. “Yeni informasiyainqilabı” anlayışını məhdud mənada başa düşmək doğru deyil. Birsıra tədqiqatçılar ona daha çox sosioloji məzmun verirlər.

XX əsrin 90-cı illərinin sonlarında alimlərin haqqında bəhsetdikləri inqilabın nəfəsini Heydər Əliyev ən azı 5 il öncə siyasimühitdə hiss etməyə başlamışdı. Ona görə də Ulu öndər yeni müstəqildövlətin inkişaf modelinin təməlinə İNFORMASİYA-nı (mədəniyyəti)qoydu. O, siyasi mübarizədə, dövlət quruculuğunda iqtisadiyyat,hərbi inkişaf, texnoloji tərəqqi və s. kimi bütün başqa amillərlə mü-qayisədə KONSEPSİYA-nın daha çox əhəmiyyət daşıdığını bilirdi.

Tarixi şəraitin çağırışlarına XX əsrin 90-cı illərində Azərbaycanbu şəkildə cavab verdi. Problemin XX əsrin əsas geosiyasi nəzəriy-yələrinin işığında təhlili nəzəri-siyasi aspektlə yanaşı, konkret de-mokratik dövlət quruculuğu, daxili və xarici siyasətin bir-birinə uy-ğunluğu kimi mühüm məsələlər baxımından da xüsusi maraq doğurur.Çünki bu təhlillərə əsaslanaraq Azərbaycanın xarici siyasətininprioritet istiqamətlərinə və onların həyata keçirilməsi mərhələlərinənəzər salmaq mümkün olacaqdır.

22

Page 23: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

1.2. Geosiyasətdə ideya transformasiyaları:“sərt güc”dən “yumşaq güc”ə keçid

Biz “Geosiyasətə giriş” kitabında geosiyasi nəzəriyyələrin təkamülüilə bağlı geniş təhlil vermişik (bax: 1.2.1, s.422-484). Geosiyasi nə-zəriyyələrin əsas ideyalarına və bütövlükdə məzmununa təkamül as-pektində diqqət yetirilmişdir. İndi isə qarşımızda daha konkret vəzifədurur. Geosiyasi nəzəriyyələrin ideya transformasiyalarına müstəqilliyinikeçən əsrin 90-cı illərində əldə etmiş postsovet məkanı ölkələrininxarici siyasətinin formalaşması prizmasından nəzər salmağa ehtiyacduyulur. Əvvəlcə ümumnəzəri səviyyədə bir neçə mühüm məqamaaydınlıq gətirək.

Bu kitabın metodoloji qeydlər hissəsində vurğulamışdıq ki, elmiyanaşmamız insan fəaliyyətinin bütün sahələri arasında sıx qarşılıqlıbağlılığın olmasına əsaslanacaqdır. Həmin yanaşma çərçivəsindəcəmiyyətin siyasi, iqtisadi, elmi, mədəni, geosiyasi və başqa sahələribütöv, açıq, qeyri-xətti və mürəkkəb sistemin tərkib hissələri kimitəsəvvür edilir. Geosiyasi nəzəriyyələrin XX əsrdə ideya transfor-masiyalarına həmin yanaşmanın işığında nəzər yetirdikdə, ənənəilə müasirliyin maraqlı əlaqəsini görmüş oluruq. Belə ki, hər birgeosiyasi nəzəriyyənin əsas ideyasının məzmununa dövrün fəlsə-fi-elmi idrakının çox ciddi təsiri olur. Fəlsəfi-elmi təfəkkürlə siyasişüurun ümumi səviyyədə bir-biri ilə sıx əlaqədə olması çoxdan mə-lumdur. Burada söhbət konkret geosiyasi nəzəriyyənin ideyaməzmunu ilə dövrün fəlsəfi dünyagörüşü və elmi paradiqmasıarasında paralelliyin mövcudluğundan gedir. Fizikada Nyutonmexanikasının, biologiyada darvinizmin əsas elmi paradiqma kimiqəbul edildiyi dövrlərdə geosiyasi nəzəriyyələrin əsasını coğrafi de-terminizm (geodeterminizm) təşkil edirdi. F.Ratsel (1.2.2), H.Makinder(1.2.3), K.Haushofer (1.2.4) və başqaları həmin paradiqmaya daxilolan geosiyasi nəzəriyyələrin müəllifi idilər. Təbii ki, fizika vəbiologiya sahəsində formalaşmış elmi təsəvvürləri birbaşa geosiyasətətətbiq etmək çox risklidir. Bu, fəlsəfədə reduksionizm (lat. reductio -“qayıtma”, “geriyə dönmə”) adlanır. Reduksiya mürəkkəb hadisələrinsadə hadisələrdə işləyən qanunauyğunluqlarla izah edilməsi deməkdir.

23

Page 24: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Məsələn, sosial hadisələrin biologiyanın qanunları ilə izah edilməsibu qəbildəndir. Sosial-darvinizm Çarlz Darvinin təbiət hadisələrindəaşkarladığı təbii seçim və mübarizə qanununu insan cəmiyyətinə dəşamil edən sosial nəzəriyyədir. Nyuton fizikası və darvinizmdə de-terminizm prinsipi (lat. determinare - “müəyyən etmək”, “məhdud-laşdırmaq”) ciddi yer tutur. Determinizm səbəb-nəticə əlaqələrininuniversal xarakterliyi haqqında təlimdir. Bu təlimə görə, dünyahadisələri bir-birindən qarşılıqlı asılıdır. Təbiətşünaslıqda hökm sürənbu ideyanı, idrak qanunauyğunluğu və prinsiplərini dövlətlərarasımünasibətlər sahəsinə necə tətbiq etmək olar? Coğrafi determinizmadlandırılan geosiyasi nəzəriyyənin tərəfdarları bunu reduksionistmövqedən həyata keçirirdilər. Problemin ideya qaynaqlarına birqədər geniş nəzər salmaqla, bir sıra vacib məqamlara aydınlıq gətirəbilərik.

İnsanların təbii-coğrafi təsəvvürləri qədimdən formalaşmağa baş-lamışdır. Qlobal miqyasda tarixi şərait dəyişdikcə, həmin təsəvvürlərdə transformasiyaya uğrayırdı. Qədim dövr, orta əsrlər, yeni dövr vəXX əsrin coğrafi təsəvvürləri bir-birindən fərqlənir. Məsələn, bəzən“orta əsrin rəmzi coğrafiyası” (1.2.5, s.10) ifadəsi işlədilir. Bu ifadəniişlədən C.K.Rayt orta əsrlərdə “ticarətçi ilə kilsə xadiminin” coğrafi-yasının fərqləndiyini yazırdı (1.2.5, c.16). Ancaq bütün hallarda ortaəsr coğrafi təsəvvürlərinin bir qaynağı antik dövr tarixçiləri vəfilosofları, ikinci qaynağı isə Bibliya olub (1.2.5, s.18-47). Bunabaxmayaraq, orta əsr coğrafi təsəvvürlərinin formalaşmasına dövrünsosial-mədəni mühiti ciddi təsir göstərib. Bu qayda bəşəriyyətin tə-kamülünün bütün mərhələlərində özünü büruzə verib. XIX əsrinsonu – XX əsrin əvvəllərində formalaşmış təbii-coğrafi amillərəəsaslanan ənənəvi geosiyasi nəzəriyyələrin mahiyyətinin dərkindəbu məqamı mütləq nəzərə almaq lazımdır. C.K.Rayt, D.Harvey,H.H.Simpson və b. kimi fikir sahiblərinin əsərlərinin təhlili göstərirki, İntibahdan Yeni dövrə keçid zamanı coğrafi təsəvvürlər dəyişib.Həmin dəyişikliklər həmişə cəmiyyətin sosial təşkilində baş verənyeniləşmələrə uyğun olub. Misal olaraq, alman tarixçisi G.Voiqtin“orta əsr kollektivçiliyinin” dağılmasını və yeni sosial təşkilin ya-

24

Page 25: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ranmasını necə təsvir etdiyini göstərmək olar. Tarixçi XIX əsrin son-larında yazırdı: “Bütövlükdə orta əsr mühitinə heç nə korporativlikkimi nüfuz edib, onu xarakterizə etmir. Xalqların yerdəyişməsi nəti-cəsində yaranan xaosdan sonra yeniləşmiş bəşəriyyət qruplarda,nizamlı strukturlarda, sistemlərdə kristallaşdı... Bəşəriyyətin aparıcıqüvvələri kütlələri özlərinə ruhən tabe etdirən fərdlər yox, fərdi yal -nız müəyyən norma (standart) kimi təsəvvür edən təbəqə və korpo-rasiyalar idi” (1.2.6, s.131). G.Voiqt orta əsrlərə xas olan bu cür sosi-al-mədəni xüsusiyyətin traybalist sosial təşkili və feodal dövlət tipiniyaratdığını vurğulayır. Müvafiq olaraq, feodal dövlətlər xarici siya-sətlərini təbii-coğrafi amillərlə zəif əlaqələndirirdilər. Onlar üçünəsas olan məhdud dairəni qane edən xarici siyasət idi. Kollektivçiliyinlokal (traybalist) üsulunun dağılması ilə ictimai təşkilatlanmanındaha universal formaları meydana gəldi. Həmin prosesin nəticəsikimi millətlər formalaşdı. Avropada milli dövlətlər tarixin səhnəsinəXVII əsrdə çıxmağa başladı. Klassik milli dövlət forması 1648-ci ilVestfal sazişi ilə özünü tam təsdiq etdi. Avropanın “gecikən xalqları”(məsələn, almanlar və italyanlar) isə millət formalaşdıqdan sonramilli dövlət qura bildilər (bax: 1.2.7, s.197).

Milli dövlətlərin formalaşması təbiətşünaslığın inkişafı ilə müşayiətolundu. Elm birmənalı və determinləşmiş (səbəb-nəticə) əlaqələrintapılmasını əsas hədəf olaraq seçdi. Zaman-zaman bu cür baxış döv -lət idarəçiliyinə və dövlətlərarası münasibətlərin məzmununa sirayətetməyə başladı. Dövlət milli maraqlara tabe etdirildi. Milli maraqlarisə təbiətşünaslığın idraki qaydalarının təsiri altında coğrafi amillərləsıx qarşılıqlı əlaqədə götürüldü. Təbii amillər insanlara “təbiətinsifarişi” ilə milli dövlətin başqaları üzərində hegemonluğunu əsas-landırmaq üçün lazım idi. Bunun üçün daha universal məfhum kimitəbiət çıxış etməli idi. Beləliklə, Yeni dövrdə cəmiyyətin “elmləşməsi”bütün sahələrdə, o cümlədən xarici siyasətdə və dövlətlərarası mü-nasibətlərdə elmi düşüncə tərzinin hakim olmasına səbəb oldu. Bumexanizm vasitəsi ilə Nyuton mexanikası və Darvinin təkamül nə-zəriyyəsi siyasi şüurlara hakim kəsildi. Hadisələrin bu cür inkişafıcoğrafi determinizmin cəmiyyətin bütün sahələrinə şamil edilməsinə

25

Page 26: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

əsas verdi. Sırf sosial amil arxa plana keçdi. Ənənəvi geosiyasət dəXIX-XX əsrlərdə humanitar və sosial elmlərdə hökm sürən coğrafideterminizm əsasında meydana gəldi. Coğrafi determinizmə görə,ölkənin yerləşdiyi ərazi, onun təbii-iqlim şəraiti, dəniz və okeanlarayaxınlığı və ya uzaqlığı və s. bu kimi amillər xalqların ictimai-tarixiinkişafının xarakterini müəyyənləşdirir, həmçinin onun beynəlxalqmühitdə davranışını və statusunu da dəqiqləşdirir. Onu deyək ki,ətraf mühitin cəmiyyətə təsiri barədə ideyalar hələ qədim dövrlərdəmövcud idi. Qədim yunan filosofları (Aristotel, Demokrit, Platon vəb.) bu haqda fikirlər söyləyiblər.

Orta əsr dahi müsəlman filosofu İbn Xəldunun da bununla bağlıfikirləri var. O, təbiətin bədənə, insanın əxlaqi keyfiyyətlərinə və xa-rakterinə ciddi təsir etdiyini yazırdı (bax: məs., 1.2.8 və 1.2.9).Xəldunun nəzəriyyəsinə görə, cəmiyyətin həyatında başlıca amil iq-limdir. Belə ki, mülayim iqlimli ölkənin insanları mədəni fəaliyyətləməşğul olmağa çalışırlar, isti iqlimdə yaşayanların isə buna meyli azolur. Çünki inkişafa stimul yoxdur – təbiətdən çox şey hazır şəkildəalınır. İbn Xəldunun ideyaları XVI əsr fransız mütəfəkkiri JanBodenə, o da öz növbəsində XVIII əsr fransız filosofu və siyasi nə-zəriyyəçisi Şarl Lui Monteskyönün təsəvvürlərinin formalaşmasınaböyük təsir göstərmişdi. Ş.L.Monteskyö yazırdı: “İsti iqlimlərdə...adətən, despotizm hökm sürür” (1.2.10, s.215). XIX əsrdə coğrafideterminizmi ingilis tarixçisi Henri Tomas Bokl, fransız coğrafiyaşünasıElize Reklyu, amerikalı tədqiqatçı Elsuort Hantinqton və başqalarıinkişaf etdirmişdilər. Hegelə görə isə, coğrafi amillər Qərb xalqlarını“tarixi”, Şərq xalqlarını isə “tarixdənkənar” etmişdir.

Bütün bunlar onu təsdiq edirdi ki, coğrafi determinizm prinsipifaktiki olaraq, daha güclü dövlətlərə başqalarına qarşı aqressiv dav-ranmağa, onları zəbt etməyə, özlərinə tabe etdirməyə əsas verən geosiyasiyanaşmanın təməl prinsipi olmağa hazır idi. Həmin əsasda dünyanı müxtəlifstatuslu və bir-birinə qarşı duran regionların cəmi kimi də təsəvvür etməkolardı. XIX əsrin sonu – XX əsrin əvvəllərində ənənəvi geosiyasətinyaranması bu təsəvvürlərin formalaşmasından birbaşa asılı idi.

26

Page 27: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Nəhayət, Birinci Dünya müharibəsinin gedişində isveçli R.Çellen“geosiyasət” anlayışını elmə gətirdi. Lakin o, alman F.Ratselin ide-yalarından bəhrələnirdi. R.Çellen geosiyasətə verdiyi tərifdə coğrafiamili nəzərə alaraq, dövlət siyasətini yeritməyi təklif edirdi. XXəsrdə “dövlət siyasəti” dedikdə, “milli dövlət siyasəti” nəzərdətutulurdu. Bu məqamı qeyd etmək vacibdir, çünki bəşər tarixindəmilli dövlətlərə qədər imperiyalar mövcud olmuşdu və onlar dahaçox ərazi ələ keçirməyə diqqət yetirirdilər. Müasir tarixi mərhələdəisə geosiyasət əsasən, milli dövlətin fəaliyyətinə aid edilir. Bubaxımdan tanınmış Amerika politoloqu Corc Modelskinin bir təsnifatıüzərində qısaca dayanmaq faydalı olar (bax: 1.2.11).

C.Modelski dünya siyasətinin uzun mərhələlərini və ya liderlikmərhələlərini işləyib hazırlamışdır. Bu mərhələlərin vaxtaşırı bir-birini əvəz etməsi dünyanın geosiyasi strukturunu (dünya nizamını)dəyişir, yeni böyük dövlətlərin və onların təsir zonalarının üzəçıxmasına şərait yaradır. Dünya siyasətinin hər uzun dövrəsi təxminən100 il davam edir. Modelski qlobal siyasətin təkamülünü 4 fazayabölüb. Onun fikrincə, geosiyasi proses, bir qayda olaraq, aşağıdakışəkildə gedir: planetdə bu və ya digər böyük gücün yüksəliş mərhələsi“əsas dünya problemlərinin müəyyənləşdirilməsi” və “müttəfiqlərkoalisiyasının təşkili” fazalarından keçir. Daha sonra “makrosəviyyədəqərarların qəbul edilməsi” və “onların həyata keçirilməsi” mərhələsigerçəkləşir. Müəllif bu qənaətdədir ki, XIX əsrin ortalarından ehti -barən qlobal təşkilatlanma mərhələsi başlayır. Bu mərhələ dünyasiyasi sisteminin formalaşması ilə xarakterizə olunur (1.2.11, s.127).Qlobal siyasi sistem milli dövlətlərin mövcudluğu şəraitində forma-laşdığından başlanğıcdan özündə bir sıra ziddiyyətli məqamlarıehtiva etmişdir. Yürgen Habermasa görə, milli dövlət dünyadasavaşla özünə yer etməyə meyllidir. Bu səbəbdən milli azadlıq birsıra hallarda imperiya həvəsinin təzahür etməsinə gətirib çıxarır(1.2.7, s.213). Ona görə də “nə qədər kədərli olsa da, XX əsrininteqral milliyyətçiliyi” (Y.Habermas) “qarşıya qoyulan məqsədlərəçatmaq üçün daha çox kütlələrin səfərbər edilməsinə xidmət etdi”(1.2.7, s. 213). Bu, ənənəvi geosiyasətin ideya sistemi kimi anlaşılması

27

Page 28: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

üçün mühüm məqamdır. İdeyanın təməlində bir və ya bir neçəmilləti təbii şəkildə başqalarına qarşı radikal əhval-ruhiyyəyə kökləməkməqsədi dururdu. Bu isə ənənəvi geosiyasi nəzəriyyələrin aqressivvə davakar mövqeyə üstünlük verməsi mənasını verir. Məhz həminərəfədə güc siyasətinin nəzəri əsaslarının işlənib hazırlanmağa baş-lanması təsadüfi deyil. Bunun bir neçə konkret qaynağı var. Birincisi,qlobal bazarın formalaşması tendensiyası meydana gəlmişdi.Bu, dünya məkanının “bağlanması”, yəni ərazi bölgüsü prosesininbaşa çatması fonunda baş verirdi. Milli dövlət isə öz təsir dairəsinigenişləndirməli idi. Deməli, bunun üçün o, “bağlı geosiyasi mə-kanda” mövcudluğunu saxlamağa çalışmalı idi. İkincisi, artıqbölünmüş dünyanı yenidən bölüşdürmək meylləri güclənməkdəidi. Üçüncüsü, Avropa dövlətləri formalaşmış dayanıqsız balansı“qapalı” dünyanın başqa qitələrinə ötürməyə çalışırdılar. Dör-düncüsü, tarix yalnız Avropanın tarixi olmaq çərçivəsindənkənara çıxaraq, həqiqi mənada ümumdünya tarixinə çevrilməkdəidi. Bütün bu səbəblər güc siyasətinin nəzəri əsaslarının yaradılmasıilə nəticələndi ki, bu da sonralar siyasi realizmin məhək daşınaçevrildi. Burada bir daha qeyd edək ki, geosiyasət o dövrün elmifikrinin təkamülü məcrasında inkişaf edirdi. Bu səbəbdən də təbiət-şünaslıq, sosial və humanitar elm sahələrindəki ideya və konsepsiyalarınbeynəlxalq münasibətlər sferasına tətbiq edilməsi faydalı oldu. De-terminizm, təbii-tarixi qanunlar, sosial-darvinizm kimi ideyalargeosiyasi nəzəriyyələrə gətirildi.

Ənənəvi geosiyasətin ümumi mahiyyəti yuxarıda təsvir etdiyimizməqamları özündə birləşdirir. Onun baniləri əmin idilər ki, dövlətlərarasımünasibətləri təbiətin qanunlarına uyğun tənzimləmək olar. Siyasivə geosiyasi proseslərin təbiətinə uyğun olaraq, F.Ratsel, R.Çellen,H.Makinder, K.Haushofer və klassik geosiyasətin digər nümayəndələribütün proseslərin kökünə birmənalı qəbul edilən təməl meyarqoyublar. Bu keyfiyyətdə konkret dövlətin təbii-coğrafi səciyyəsiolan məkan çıxış edirdi. Yəni geosiyasi mənada götürülən “məkan”fiziki “məkan” anlayışının sinonimi deyil. Lakin coğrafi determinizmmövqeyindən “geosiyasi məkan” anlayışı hansısa dövlətin beynəlxalq

28

Page 29: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

münasibətlər sistemində üstünlüyünü və aliliyini əsaslandırmaq üçünlazım idi. F.Ratsel və R.Çellenin ideyaları timsalında bu incəməqamlara nəzər salaq.

“Geosiyasətin atası” sayılan F.Ratsel Amerika və Almaniyanınkontinental dövlətlər kimi gələcəyini müəyyən etməyə çalışırdı (bax:1.2.1, s.172). Bunun üçün o, nəzəri sistem yaratmalı idi. Həminnəzəri sistem Darvinin təkamül nəzəriyyəsinin sosial-siyasi sahəyəreduksiyasına əsaslanırdı. F.Ratsel insanları və cəmiyyəti təbiətətam uyğunlaşmalı olan varlıqlar kimi təsəvvür edirdi. Bu isə özlüyündəxalqların varlığında və mental xüsusiyyətlərinin formalaşmasındalandşaftın xüsusi rolunun olması ideyasına gətirib çıxarmalı idi.Geosiyasi nəzəriyyə müstəvisində dövlətlər və xalqlar arasındafərqləri də bu bölgü əsasında müəyyən etmək lazım gəlirdi. Bunagörə də coğrafi amillərə deterministik yanaşmanın tətbiqi zərurətəçevrilirdi. Dövlət və xalqların geosiyasi əhəmiyyəti bu prinsipəsasında qiymətlən di ril dikdə, birinci və ikinci dərəcəli dövlətlərbölgüsü yaranır. Coğrafi determinizm konsepsiyasının ideya tə-məlində bir mütləqlik, radikallıq, ayrı-seçkilik və öz iradəsinibaşqalarına zorla qəbul etdirmək meyli özünü büruzə verir. Tə-sadüfi deyil ki, F.Ratselin bu yanaşması almanpərəst R.Çelleninbaxışlarının formalaşmasına təkan verdi (1.2.1, s.185). Ratseliözünün müəllimi hesab edən R.Çellenə görə, “dövlətin mövcudluğunusaxlamaq üçün güc qanundan daha vacibdir, çünki qanununözü yalnız güc vasitəsi ilə təmin edilə bilər” (1.2.1, s.185). Təbiiki, bu yanaşma diplomatik fəaliyyətdə, daxili və xarici siyasətdəvə dövlətlərarası münasibətlərdə bu və ya digər dərəcədə öz tə-cəssümünü tapmalı idi. Bu aspektdə məqsədlərə çatmaq üçündövlətin hansısa gücə sahib olması gərək idi. Coğrafi determinizmnəzəriyyəsinin tərəfdarları üçün belə bir güc qismində hərbi qüdrətçıxış edirdi. Bu, artıq siyasətçiləri konkret istiqamətə yönləndirməkdemək, dünyanı fəth etmək, bütün dövlətləri özünə tabe etdirməkkimi təcavüzkar siyasi mövqenin formalaşmasına rəvac vermək idi.Burada bəzilərinə yuxarıdan aşağı baxmaq, digərlərini “ali irq” kimitəqdim etmək istəklərinin özünü göstərməsi də təbii sayılmalıdır.

29

Page 30: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Hesab edirik ki, bəşəriyyət bu geosiyasi kursun vurduğu ziyanıBirinci və İkinci dünya müharibəsi vasitəsi ilə ödəməli oldu. Özünühərbi cəhətdən qüdrətli sayan dövlətlər hesab edirdilər ki, dünyayaağalıq etməyə haqları vardır. Lakin İkinci Dünya müharibəsindəSSRİ sübut etdi ki, hərbi silahdan daha güclü amillər də mövcuddur.

Bütün bunların fonunda İkinci Dünya müharibəsindən sonra geo-siyasi nəzəriyyələrin məzmununda ciddi təftişlərin olacağını, fərqligeosiyasi strategiya təklif edən yanaşmaların meydana çıxacağınıgözləmək məntiqli idi. İkinci Dünya müharibəsindən dərhal sonrayeni geosiyasət (geoiqtisadiyyat) deyilən konsepsiya sürətlə inkişafetməyə başladı. Bu konsepsiya, əsasən, ABŞ-da formalaşırdı, lakinAvropa dövlət lərində də həmin proses gedirdi (bax: 1.2.12). Konsepsiyakimi geoiqtisadiyyat S.Kohenin, S.Hantinqtonun, N.Spaykmenin,C.Kifferin, C.K.Helbreytin, P.F.Drakerin, L.K.Turounun, M.Qoldmanın,F.Fukuyamanın, F.Brodelin, J.Attalinin və başqalarının əsərlərindəinkişaf etdirilib. Geoiqtisadiyyat qısaca olaraq, əsasən iqtisadiyolla dünya və ya regional gücə sahib olmağı nəzərdə tutandövlət strategiyası kimi xarakterizə edilir (1.2.12, s.5-6). Bu kon-tekstdə geoiqtisadiyyat müasir geosiyasi yanaşma modelini kəsbedir. Geoiqtisadiyyat dünya dövlətlərinin vahid iqtisadi sistemdə in-teqrasiyasını daha məqbul hesab edir. Bu zaman təsərrüfatçılığın rə-qabətədavamlı regional şəraitinin yaradılması əhəmiyyətli hesabedilir. Bu cür yanaşma özlüyündə uzunmüddətli iqtisadi proqramlarınhazırlanmasını tələb edir ki, onun vasitəsi ilə də siyasi məqsədlərəçatmaq üçün imkan yaranır. Bütövlükdə yeni geosiyasi model kimigeoiqtisadiyyat hərbi qüdrəti iqtisadi güclə əvəz etdi. Ənənəvi geo-siyasətdə təbii-coğrafi amillər siyasi məqsədi müəyyənləşdirməyintəməl sahəsi idisə, İkinci Dünya müharibəsindən sonra geosiyasətdə“qurğuşun çörəklə” əvəz olundu. İqtisadi gücə sahib olmaq hərbiqüdrət sahibi olmaqdan məqsəd baxımından fərq lənmirdi. Öncəkidövrdə olduğu kimi, yeni geosiyasətdə də qarşıya konkret dövlətlərinvə ya regionun başqaları üzərində hegemonluğunu təmin etməkməqsədi qoyulmuşdu. Sadəcə, iqtisadi güc insan öldürməyi nəzərdətutan hərbi gücdən “daha mədəni” və rəqibləri qıcıqlandırmayan,

30

Page 31: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

onları şir nik ləndirən amil kimi görünür. Bu mənada ideya olaraqyeni geosiyasət bəşəriyyətin bir qədər “yumşaq” təsir metodlarınakeçidində hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər. Lakinproseslər göstərdi ki, nəzəriyyədə sivillik təsiri bağışlayanideyaların praktikada tətbiqi bir sıra hallarda sərtlik tələb edir.Geoiqtisadiyyat da güclü döv lət lərin başqalarına qarşı iqtisadiekspansiyasına imkan verdi. Transmilli şirkətlərin inkişafı buaspektdə daha böyük miqyasda dəyişikliklərə gətirib çıxardı.Hələ 1970-ci illərdə ABŞ Dövlət Departamenti siyasətinin planlaş-dırılması şurasının xarici münasibətlər üzrə əməkdaşı olmuş MeriamKemps deyirdi ki, “biz transmilli şirkətlərin fəaliyyətinin dünyanıhansı duruma gətirəcəyini bilmirik” (1.2.13, s.168). Onu da deyəkki, M.Kemps yeni geosiyasi nəzəriyyənin “qarşılıqlı asılılıq” kon-sepsiyasının əsas nümayəndələrindən biridir. Bunlar geoiqtisadiyyatınqloballaşma prosesi ilə sıx bağlı olduğunu təsdiq edən faktlardır.

XX əsrin ikinci yarısında dünya dövlətləri arasında iqtisadiəlaqələrin inkişafının qloballaşma kimi də təqdim edilməsitəsadüfi deyil. Sual oluna bilər: qloballaşmanı kimlərinsə geosiyasimaraqlarının təmin edilməsinə xidmət edən proses kimi təsəvvüretmək olarmı? Əgər yuxarıda apardığımız təhlilləri, iqtibaslardaifadə olunan fikirləri nəzərə alsaq və İkinci Dünya müharibəsindənsonra böyük dövlətlərin xarici siyasətinin məzmununa diqqətyetirsək, onda bu suala müsbət cavab vermək olar. Qərbdə həmindövrdə formalaşmış geosiyasi konsepsiyaların məzmun və məqsədinintəhlili də bu tezisi təsdiqləyir. Qısaca həmin konsepsiyalara diqqətyetirək.

İkinci Dünya müharibəsindən sonra böyük siyasət meydanındaABŞ, SSRİ, Böyük Britaniya, Fransa və Qərb Almaniya var idi.Uzaq Şərqdə Yaponiya sürətlə inkişaf edirdi. ABŞ və Avropa iqtisadiinkişafda aparıcı rol oynamaqda davam edirdilər. Artıq XX əsrin 50-ci illərində Qərbdə informasiya cəmiyyətinin formalaşdığından bəhsolunurdu. Eyni zamanda, ABŞ və SSRİ-nin hərbi potensialı dünyanıbir neçə dəfə məhv etmək üçün yetərli idi. Ona görə də, beynəlxalqmünasibətlərdə diqqət hərbi gücdən iqtisadi amilə doğru dəyişməyə

31

Page 32: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

başladı. Artıq qeyd etdiyimiz kimi, bu prosesdə transmilli iqtisadiəlaqələr ciddi rol oynayırdı. Bununla da dünyanın bütün dövlətləribir-birindən daha çox asılı vəziyyətə düşdü. Müvafiq olaraq,geosiyasətin və təhlükəsizliyin də yeni modellərinin işlənməsinəböyük ehtiyac yarandı. Etiraf etmək lazımdır ki, bu çağırışa ABŞdaha fəal reaksiya verdi. Yeni geosiyasi nəzəriyyələr məhz ABŞ-daformalaşmağa başladı. Avropa dövlətləri də bu problemə böyükdiqqət yetirməyə başladılar və həmin məqsədlə bir neçə elmi mər -kəzlər yaratdılar. Bununla da qlobal siyasi və sosial-iqtisadi prob -lemlərin öyrənilməsində yeni mərhələ başladı. Həmin mərhələdəbey nəlxalq münasibətlərin tədqiqində aşağıdakı iki cərəyan formalaşdı:“ənənəvi” və “modernist”.

“Ənənəçilər”ə görə, dövlətlər milli maraqlarını təmin etməyə canatırlar. Bu mübarizədə onlar hərbi-diplomatik vasitələrdən istifadəedirlər. Milli maraqların təmin edilməsində “qüvvələr balansı” xüsusirol oynayır. Qüvvələr tarazlığını təmin etmək üçün hər hansı biramilə, məsələn, təbii-coğrafi amillərə istinad etmək yetərli deyil. Bumüddəada “ənənəçilər” “geosiyasətçilər”dən fərqlənirdilər. Ancaqmahiyyət etibarilə “ənənəçilər” də milli maraqların təmin edilməsindəaqressiv üsullara üstünlük verirdilər. Onların nümayəndələrindənH.Morqentaunu, S.Hoffmanı, H.Kissinceri, R.Osqudu və b. göstərməkolar. H.Morqentau “milli güc”ü xarakterizə edən doqquz amil göstərir.Onlardan üçü – coğrafi mövqe, təbii ehtiyatlar və demoqrafiya –coğrafi amillərdəndir (1.2.14., s.106-144). Göründüyü kimi, “ənənəçilər”ənənəvi geo si ya sətdən elə də fərqli mövqedə deyillər. Onların nə -zəriyyəsində müharibənin olması labüddür. Bu, qüvvələr balansı po-zulduqda baş verir. Digər tərəfdən, qüvvələr balansının olması bir-birinə qarşı duran “güc mərkəzləri”nin mövcudluğunu tələb edir.“Güc mərkəzləri” öz nüfuzları uğrunda bir-biri ilə mübarizə aparırlar.H.Kissincer özünün məşhur “Diplomatiya” kitabında yazır ki,“meydana gələn yeni dünya nizamında milliyyətçiliyin sanki ikincinəfəsi açıldı” (1.2.15, s.11). H.Kissincerə görə, “ikinci nəfəsin”açılması millətlərin öz maraqları uğrunda daha gərgin mübarizəaparması deməkdir ki, bu da “millətlərin yarışı”nın “millətlərin

32

Page 33: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

mübarizəsi” ilə əvəz olunduğuna bir işarədir (1.2.15, s.11). Buyanaşmada beynəlxalq münasibətlərin tənzimlənməsində qüvvələrbalansının saxlanmasına yönəlmiş müxtəlif siyasi-diplomatik kom-binasiyalar əsas rol oynamalı idi. “Ənənəçilər” “güc mərkəzləri”ninmünasibətlərini əks etdirən anlayışları tətbiq etməli idilər. “Soyuqmüharibə”, “güc mərkəzləri”, “strateji çəkindirmə gücləri” və s. bukimi anlayışlar meydana gəldi. Bütün bunlar “ənənəçilər”in güclüdövlətlərin və ya dövlətlər ittifaqının öz maraqlarını təmin etməküçün hərbi-iqtisadi vasitələrdən istifadə etməli olduğunu əsaslandırmağaçalışdığını göstərir. Bu keyfiyyətdə həmin cərəyan kifayət qədəraqressiv mövqeni nümayiş etdirir.

“Modernistlər” beynəlxalq münasibətlərə “əsl elmi” yanaşmanıntətbiqinə üstünlük verirdilər. Onlar elmin müxtəlif sahələrində istifadəolunan metodlardan yararlanırdılar. Modernist D.Bobrou yazırdı ki,“köhnə yanaşmalar indiki zamanda nəyə görə bu cür beynəlxalqmünasibətlərin formalaşdığını kifayət qədər izah edən metodlardanyararlanırdılar. Onlar qabaqgörməni təmin edən metodlardan istifadəetmirlər...” (1.2.16, s.15). Bu yanaşma siyasətçilərdən çox, tədqiqatçılararasında daha geniş yayıldı. Həmin tədqiqatlarda ölkələr arasındaqarşılıqlı əlaqələrə və inteqrasiyaya yeni yanaşmalar hazırlandı,strateji tədqiqatlar həyata keçirildi. İnteqrasiya prosesləri, münaqişəlivə böhranlı situasiyalar, qərar qəbul edilməsinin qanunauyğunluqları,ittifaqların yaranması və fəaliyyəti, sivilizasiyalararası münasibətləringeosiyasətə təsiri və başqa məsələlər araşdırıldı. Nəticədə bir neçəkonsepsiya meydana gəldi. Onlardan “stimul və reaksiya” (R.Nort),“qərarların qəbulu” (R.Snayder), “sistem nəzəriyyəsi” (D.Mak-Klelland, C.Modelski) və s. qeyd etmək olar. Adlarından da göründüyükimi, bu nəzəriyyələri birləşdirən ortaq cəhət dünyanın vahid sistemkimi təsəvvür edilməsidir. Bu sistem daxilində dövlətlərarası müna-sibətlərə çoxlu sayda amillər təsir edir ki, onların da hamısını nəzərəalmaq lazım gəlir. Nə qədər elmi görünsə də, bu yanaşma siyasipraktikada bir və ya bir neçə dövlətin başqaları üzərində üstünlü-yünün təmin edilməsinə xidmət edirdi. Bu baxımdan “ənənəçilər”lə“modernist lər”in yanaşma strategiyasında oxşarlıq var.

33

Page 34: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

“Ənənəçi” və “modernist” yanaşmalar keçən əsrin 60-90-cıillərində Qərbdə beynəlxalq münasibətləri tənzimləyən bir neçəmodelin formalaşmasına təkan verdi. Onların sırasında “çoxqütblüdünya”, “üçtərəfli əməkdaşlıq”, “poliarxiya” və “qarşılıqlı asılılıq”konsepsiyalarını qeyd edə bilərik (1.2.17, s. 101-175). Burada birməqama aydınlıq gətirməyə ehtiyac var. Yeni geosiyasətdə iqtisadiamil beynəlxalq münasibətlərdə mərkəzi yerdə dururdu. İqtisadigücün geosiyasi təsirini təmin etmək üçün hərbi-diplomatikamildən yararlanmaq lazım idi. Dünyada bir neçə güc mərkəzininformalaşması və bir sıra gənc dövlətlərin başqalarının diktəsi iləyaşamaq istəməməsi situasiyanı daha da mürəkkəbləşdirirdi.Ona görə də politoloqlar, analitiklər, siyasətçilər və elm adamlarıdünyanı çoxparametrli mürəkkəb sistem kimi tanımağa məcburidilər. Məhz həmin dövrdə elmi metod və anlayışlar geosiyasətə“kütləvi şəkildə miqrasiya” etməyə başladı. Siyasətçilər üçünmürəkkəb sistemin dərkinin elmi üsulları maraqlı olmasından əlavə,həm də ümid yeri idi. Yuxarıda sadaladığımız nəzəriyyələrin adlarındanelmdə işlənən “sistem yanaşma”nın nəfəsi duyulur. Adından asılı ol-mayaraq (“çoxqütblü”, “üçtərəfli”, “beştərəfli”, “qarşılıqlı asılı” vəs.) onlar dünyaya sistem yanaşmanı ifadə edirlər. Bu mürəkkəbsistemin aparıcı altsistemini ayırmaq meyli həmin dövrün bütünkonsepsiyalarında özünə yer almışdı. Məsələn, “çoxqütblü dünya”modelində H.Kissincer aşağıdakı 5 geosiyasi gücü digərlərindənfərqləndirir – ABŞ, SSRİ, Avropa İttifaqı, Yaponiya və Çin. Lakinhərbi-strateji baxımdan ABŞ və SSRİ liderdirlər. Bu nöqteyi-nəzərdəndünya biopolyardır (ikiqütblüdür). Beş əsas geosiyasi güc arasındabalansı saxlamaq üçün, ilk növbədə, ABŞ-SSRİ münasibətlərindəbalans olmalıdır (1.2.17, s.585-614). H.Kissincerə görə, dünyasiyasi aspektdə çoxqütblü, hərbi-strateji nöqteyi-nəzərdən isəikiqütblüdür. Dünyada sətiraltı güc balansını saxlamaq üçünburada “birinci skripkaçı” ABŞ və SSRİ olmalı, yerdə qalan üçgüc isə “yunan xoru”nu təşkil etməlidirlər. Təbii ki, dünyanınbu qruplardan kənarda olan dövlətləri üçün də “orkestrdə” aşa-

34

Page 35: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ğıdakı funksiya müəyyən olunub – liderlərin iradəsini qəbuletmək. Bunun adını “demokratikləşmə” də, “inteqrasiya” daqoya bilərsiniz – mahiyyət dəyişmir.

Beləliklə, “çoxqütblü dünya” modelində sistemyaradıcı amil iqti-sadiyyatdırsa, sistemin təmin edilməsi üçün hərbi-diplomatik amillərəsas götürülür. Belə bir bölgüdə dünya dövlətlərini birinci, ikinci,üçüncü və s. dərəcəli kateqoriyalara bölmək həmin yanaşmanın ma-hiyyətində özünə irəlicədən yer almışdır. Hətta H.Kissincer lidersaydığı qrupun daxilində də ayrı-seçkilikdən danışırdı. O yazırdı ki,Qərb Avropa ilə münasibətlərdə ABŞ “formal hüquqi öhdəliklərdənçox, ortaq maraqların inkişafına” (1.2.17, s.596) əsaslanmalıdır.

Eyni məntiqi yanaşma və strateji hədəf digər geosiyasi konsepsi-yalarda da özünü göstərirdi. Onlar zahirən alternativ, bir-birindənfərqli təsir bağışlasa da, ideyaca analoji idilər. Fərq dünyada ABŞvə bütövlükdə Qərbin maraqlarını təmin etmək üçün siyasi-dip-lomatik, hərbi-strateji və iqtisadi kombinasiyalarda özünü gös-tərirdi. H.Kissincer “beşqütblü modelə”, S.Hoffman “iki regionalaltsistem” modelinə (Şərqdə - ABŞ, SSRİ, Çin, Yaponiya, Qərbdə -SSRİ, Qərb Avropa, ABŞ), Z.Bjezinski “üçtərəfli bloklara” (iki “üç-bucaq”: SSRİ, ABŞ və Çinin daxil olduğu “rəqabət üçbucağı” vəYaponiya, Aİ və ABŞ-ın daxil olduğu “əməkdaşlıq üçbucağı” nəzərdətutulur), S.Braun “poliarxik modelə”, M.Kemps “qarşılıqlı asılılıq”modelinə üstünlük versələr də, başlıca ideyada bir-birindən fərqlən-mirdilər. Lakin geosiyasi konsept olaraq bu yanaşmalar arasındaqlobal səviyyədə maraqlı bir fərq özünü göstərirdi. Bu konsepsiyalardanbir qismi beynəlxalq münasibətlərin inkişafını konkret güclərlə əla-qələndirir (məsələn, H.Kissincer, S.Hoffman və Z.Bjezinski), digərləriisə belə konkretləşməni qəbul etməyərək, ümumiyyətlə, “beynəlxalqmünasibətlər sisteminin daha mürəkkəb, poliarxik sistemə” (1.2.18,s.93) çevrildiyini vurğulayırdı (məsələn, S.Braun və M.Kemps).“Qarşılıqlı asılılıq” konsepsiyasının əsas nümayəndələrindən biriolan M.Kemps yazırdı: “Biz çoxqütblü dünyada yaşayırıq və çoxgüman ki, belə bir dünyada yaşamaqda davam edəcəyik. Ancaqqütblər və ya güc mərkəzləri bir-biri ilə müqayisəolunmazdır. Əsas

35

Page 36: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

güc mərkəzləri arasında münasibətlər isə asimmetrikdir... Dünyanınbir neçə regionunda lokal güclər (məsələn, Çin, Hindistan, İndoneziya,Braziliya), görünür, beş başlıca güc mərkəzlərinə nisbətən daha əhə-miyyətli olacaqlar” (1.2.19, s.11). Yəni ikinci qrup siyasətşünaslarbey nəlxalq münasibətlərdə aktiv subyektlərin daha çox olacağını,onların maraqlarında ortaq sahələrin yaranacağını proqnozlaşdırırdı.Onlar belə bir sistemdə hansısa əsas qrupları axtarmağın mənasız ol-duğuna inanırdılar.

Beynəlxalq münasibətlər sisteminin mürəkkəb və poliarxik sistemkimi qəbul edilməsi XX əsrdə geosiyasi ideyanın transformasiyasınınçox mühüm bir cəhətini ifadə edir. Qərb XX əsrin sonu – XXIəsrin əvvəllərində geo siyasi aspektdə dünyanın son dərəcədəmürəkkəbləş diyini, hansısa amilə görə dövlətlərarası münasibətlərinziddiyyətsiz tənzimlənməsinin mümkünsüzlüyünü dərk etməyəbaşladı. Bu cür yanaşmanın özü tədricən tarixin arxivinəatılmalıdır. Bu konsepsiyaları yaradanların məntiqi nə qədərgüclü, ritorikası isə nə dərəcədə cəlbedici və orijinal olsa da,dünyanın geosiyasi mənzərəsinin üfüqlərində başqa intellektualsistemlərin yaradılmasına ehtiyac aydın hiss olunurdu. Geosiyasikonsepsiyaların “nəhəngləri” ən azından iqtisadi və hərbi amillərdəndaha incə, mədəni və bu mənada “yumşaq” güclərə arxalanmalıidilər. Digər tərəfdən, fəlsəfi və elmi idrakda da sosial-mədəniamillərin cəmiyyətin həyatında əsas rol oynadığına dair ideyalaryayılmaqda idi. Obrazlı desək, “dünya mədəniləşirdi”, insan təfəkküründə“daha incə, mədəni və bu mənada yaradıcı düşüncəyə” keçid baş verirdi.Elmi-fəlsəfi terminologiyada buna “kreativ düşüncə” də deyilir.

Bu prizmadan XXI əsrin əvvəllərində yaranmış geosiyasikonsepsiyaların daha çox “sivilizasiya geosiyasəti” adlandırılmasıtəsadüfi görünmür. Sivilizasiya geosiyasəti cəmiyyətlərin mədə-ni-mənəvi dəyərlərinin əhəmiyyətinin siyasi fəaliyyətdə qəbuledilməsini nəzərdə tutur. Yəni dövlətlərarası münasibətlərdəhərbi və ya iqtisadi yarışma deyil, mədəniyyətlərin, mənəvi də-yərlərin, ideologiyaların yarışı əsas götürülməlidir. Sivilizasiyageosiyasəti etnosların mədəniyyət sistemlərinin, arxetiplərinin, mə-

36

Page 37: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

nəvi-əxlaqi dəyərlərinin dayanıqlığını qəbul edir. Bu yanaşma infor-masiya anlayışının vacibliyini bir daha önə çəkir. İnformasiya isəkommunikasiya anlayışının geosiyasətdə yeni status alması zərurətinitələb edir. Çünki yeni geosiyasi konsepsiyalarda “çoxölçülü kom-munikasiya sahəsi”, “sərhəd energetikası” kimi terminlərdən genişistifadə edilir (bax: məs., 1.2.12, s.97-117). Aşağıda sivilizasiyageo siyasətinin müxtəlif aspektlərinə müraciət edəcəyimizə görə onunüzərində geniş dayanmağa ehtiyac görmürük. Burada geosiyasi nə-zəriyyələrin ideya transformasiyası baxımından əhəmiyyətli saydığımızbəzi məqamlara diqqət yetirəcəyik.

İqtisadi amildən mədəniyyətə keçidi ifadə edən ideal konstruksiyakimi “sivilizasiya geosiyasəti” fərqli cəhətlərə malikdir. Təbii ki,mədəniyyət güc qismində hərbi və iqtisadi gücdən daha sivil vəhumanist bir məfhumdur. XXI əsri “humanizm əsri” adlandıranlarbu məqamı nəzərdə tuturlar. Lakin geosiyasətdə mədəniyyətinhansı məqsədlərlə istifadə edilməsi məsələsi də önəmlidir. Təəssüfki, hələlik “sivilizasiya geosiyasəti” termini daha çox söz olaraqqalmaqdadır. Dünyanın böyük gücləri mədəniyyətdən başqalarınıtəsir altında saxlamaq, onun mədəni məkanına müdaxilə vənəzarət etməklə öz siyasi, hərbi və geosiyasi məqsədlərinə çatmaqüçün istifadə edirlər. Əvvəlki dövrlərdə dünya hərbi və ya iqtisadigüclə zəbt edilirdisə, indi mədəniyyət, texnologiyalar, incəsənətvə ideologiya ilə işğal olunmaqdadır. Cozef Nayın “yumşaq güc”anlayışı bunun bariz nümunəsidir. O, bu anlayışı 1990-cı ildədaxil edib (bax: 1.2.20 və 1.2.21). C.Nay “yumşaq güc” (Soft Power)dedikdə, dövlətlərin öz geosiyasi təsirini hərbi və iqtisadi gücə görədeyil, mədəniyyətə, siyasi ideala və proqramlara görə təmin etməyəçalışdığını nəzərdə tutur. Onun fikrincə, “sərt güc” məcburetməyəəsaslanırsa, “yumşaq güc” könüllü iştirakı nəzərdə tutur. Ancaq“könüllü iştirak”da da son məqsəd lider dövlətin mədəni meyar-larını qəbul etməkdən ibarətdir. Bu mənada söhbət məcburiyyətinnövünün dəyişməsindən gedə bilər. Bir sözlə, geosiyasətdə ter-minologiya dəyişsə də, təməl ideya və strateji məqsəd dəyişməyib.XIX əsrin sonu – XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrin əv-

37

Page 38: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

vəllərində də bir sıra dövlətlər digər dövlətləri öz təsiri altına almağıbeynəlxalq münasibətlər sistemində əsas məqsəd sayırlar. Onda beləçıxır ki, geosiyasətdə ideya transformasiyası dedikdə, əsasən, təsirvasitələrinin dəyişməsini nəzərdə tutmalıyıq. Bu aspektdə ideyatransformasiyası hərbi güc-iqtisadi güc-mədəni güc kimi təsəvvüredilə bilər. Fəlsəfi terminlərlə ifadə etsək, maddi amillərdən mənəviamillərə keçidin baş verdiyini deyə bilərik. Geosiyasətdə işlənənterminologiya ilə desək, “sərt güc”dən “yumşaq güc”ə keçid başvermişdir. Bu zaman strateji məqsəd dəyişməmişdir – güclülərbaşqalarına diktə etməlidirlər! XX əsrin sonlarında Z.Bjezinskiyazırdı: “Amerika siyasətinin son məqsədi xeyirxah və yüksəkolmalıdır: həqiqətən əməkdaşlığa hazır olan dünya sisteminiyaratmaq...Ancaq həyati vacibdir ki, siyasi səhnədə Avrasiyada hökmranlığaqadir olan Amerikaya “əlcək ata biləcək” rəqib meydana gəlmə-məlidir...” (1.2.22, s.2). Hər şey aydın yazılıb. ABŞ siyasətinin “xe-yirxahlığı və yüksəkliyi” öz maraqlarını təmin etməkdən ibarətdirki, bu məqsədlə də Avrasiya məkanında özünə rəqib yetişməsinəimkan verməməlidir. Hansı üsulla? Bu, artıq ikinci dərəcəli sualdır.

Bunlarla yanaşı, geosiyasətdə “yumşaq güc”ə keçid, hər halda,pozitiv tarixi hadisə kimi qiymətləndirilməlidir. “Yumşaq güc”anlayışı özündə dialoqa hazırlıq, mədəniyyətlərarası əlaqələrininkişafı, humanitar əməkdaşlıq kimi prosesləri də nəzərdə tutur.Müasir beynəlxalq münasibətlər sistemində həmin məqamlarınrolunun artırılması gözlənilir. Əks halda, bəşəriyyət növbəti totalfəlakətə düçar ola bilər. Zaman nəzəriyyəçilərin qeyd etdiyi (məs.,bax: 1.2.12, s.375-381) üçüncü dünya müharibəsi gerçəkləşə bilər.

Beləliklə, beynəlxalq münasibətlər Qərbin müasir geosiyasinəzəriyyələri üçün “eyni vaxtda bir neçə şahmat taxtasında oy-namaq qabiliyyətidir” (S.Hoffman). Dünyanın özü isə çoxparametrliqeyri-xətti münasibətlərlə dolu açıq sistemdir. Bu cür mürəkkəbsistemdə xarici siyasətin aparılması çoxməchullu riyazi tənliyinhəllinə bərabərdir. Xüsusilə xarici siyasətin uğurlu olması milli ma-raqların təmin edilməsindən ibarətdirsə, onda kifayət qədər dolaşıqvəziyyət yaranır. Bu kontekstdə postsovet məkanı üçün vacib olandaha bir nəzəri geosiyasi problemə diqqət yetirməyə ehtiyac görürük.

38

Page 39: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

1.3. Güclü dövlətin təşəkkülü:sabit cəmiyyət və dinamik xarici siyasət

Frensis Fukuyama “Güclü dövlət” əsərində yazır: “Bu kitabdamən göstərirəm ki, güclü dövlət quruculuğu dünya ictimaiyyətininən vacib problemlərindən biridir. Belə ki, dövlətlərin zəifləməsi vədağılması bir çox daha ciddi dünya problemlərinin mənbəyidir...”(1.1.1, s.5). F.Fukuyamanın yazdıqları normal düşüncə üçün qəbule-diləndir. Ancaq güclü dövlət quruculuğu məsələsi dünyanın inkişafetmiş dövlətləri üçün heç də birmənalı, aydın olan proses deyildir.Bizim əvvəlki paraqrafda təhlil etdiyimiz geosiyasi konsepsiyalarınümumi ruhundan da bu məqamı sezmək olar. F.Fukuyama isə konkretyazır: “Biz dövlət quruculuğu haqqında çox düşünürük, lakin hələlikbaşa düşə bilmədiyimiz çoxlu sayda məsələlər də var. Xüsusiləinkişaf edən ölkələrə güclü strukturların köçürülməsi məsələsi aydındeyil” (1.1.1, s.5). Siyasətşünas bunun səbəblərindən biri kimi ictimaiqurumların fəaliyyətinin yerli əhalinin mentalitetinə uyğun təşkiledilmədiyini, kompleks tədbirlərin həyata keçirilmədiyini göstərir.F.Fukuyama belə nəticəyə gəlir ki, “zəif dövlət birinci dərəcəli prob-lemlərin həm milli, həm də beynəlxalq mənbəyidir” (1.1.1, s.8).

Təbii ki, F.Fukuyama kimi böyük bir alim, futuroloq və siyasət-şünasın əsərindən bir-birinin ardınca bir neçə iqtibas vermək normaldır.Lakin burada bizim məqsədimiz bir qədər fərqli məqamla bağlıdır.Məsələ ondan ibarətdir ki, Qərbdə müstəqilliyini yaxın keçmişdəəldə etmiş ölkələrdə güclü dövlət quruculuğuna birmənalı münasibətyoxdur. Hətta bəzi tədqiqatçılar Qərbin postsovet məkanındakıdövlətlərin zəifləməsində maraqlı olduğunu qeyd edirlər. Buradaməqsəd zaman yetişəndə yeni müstəqil dövlətləri “qlobal dövlətin”bir hissəsinə çevirməkdir. Məsələn, Rusiyanın Geosiyasi problemlərakademiyasının vitse-prezidenti K.Sokolov “Dünyanın sonunun geo-siyasəti” məqaləsində birmənalı qeyd edir ki, “qlobal dəyişikliklərdəməqsəd məhdud yeni dünya elitasının başçılığı ilə vahid dünyadövləti yaratmaqdan ibarətdir” (1.3.1). Məsələnin başqa tərəfi F.Fu-kuyamanın özünün “güclü dövlət” anlayışı ilə bağlıdır. Yuxarıdakı

39

Page 40: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

iqtibaslardan duyulur ki, birincisi, güclü dövlət dedikdə, F.Fukuyamadaha çox beynəlxalq miqyasda ciddi problemlərin meydana gəlməsininqarşısını almağa qadir yerli hakimiyyət strukturlarının formalaşmasınınəzərdə tutur, ikincisi, güclü dövlətin yaranmasını, əsasən, Qərbdəkigüclü dövlət strukturlarının “inkişaf etməkdə olan ölkələrə transferi”kimi başa düşür. İkinci məqamda mövcud olan problemləri Fu-kuyama dərhal qeyd edir. Burada belə təəssürat yaranır ki, əsasməqsəd Qərb modelinə uyğun “güclü dövlət”in qurulmasındanibarətdir. Bu dövlət quruculuğunun yerli xalqın suverenliyinə,maraqlarına və tarixi ənənəsinə nə dərəcədə uyğun olmasıməsələsi F.Fukuyama üçün ikinci dərəcəli məsələdir. Özününqeyd etdiyi kimi, əsas məsələ dünya miqyasında problemlərinyaranmamasıdır. Bu mövqeyə görə, güclü dövlət quruculuğufaktiki olaraq, XX əsrin sonu – XXI əsrin əvvəllərində Qərbdəyaranmış sivilizasiya geosiyasəti konsepsiyalarının çərçivəsindənkənara çıxmır. Ona görə də, milli dövlətlərin taleyi ilə bağlıfaciəvi nəticələr çıxaran K.Sokolov kimi alimlər az deyil.

Hər bir halda F.Fukuyama zəif dövlətin milli problemlərin dəqaynağı olduğunu qəbul edir. Bu məqamda Fukuyamanı tam haqlıgörürük. Keçən əsrin 90-cı illərində postsovet məkanında, o cümlədənAzərbaycanda cərəyan edən siyasi proseslər müstəvisində həminamil olduqca böyük əhəmiyyət kəsb edir. Bəli, o zaman keçmişsovet respublikalarının hamısının qarşısında “hansı yolu seçməli?”,“necə bir cəmiyyət və dövlət qurmalı?” kimi suallar dururdu.Problemin bir tərəfi sosialist düşərgəsinin dağılması ilə dünyadakıgeosiyasi balansın Qərbin xeyrinə kəskin dəyişməsi ilə bağlı idi.Digər tərəfdən isə, müstəqilliyə zaman baxımından qısa müddətdə“atılmış”, totalitar rejimin “tırtılları” altında əzilmiş, tarixi və mədə-niyyəti zədələnmiş, dövlət strukturları, demək olar ki, dağılmış cə-miyyətlərdə nizam-intizam yaratmaq lazım idi.

Eyni zamanda, sovetlər ölkəsi dağıldıqdan sonra Qərbin keçirdiyieyforiya və özündənrazılıq beynəlxalq münasibət lərdə təhlükəli və-ziyyətə gətirib çıxara bilərdi. Ən azından, Azərbaycan kimi kiçik öl-kələrin problemlərinə kifayət qədər həssaslıq göstərilməz, onun millimaraqları nəzərə alınmazdı. Proseslər göstərdi ki, belə də oldu.

40

Page 41: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

1988-1995-ci illərdə Azərbaycanda və onun ətrafında baş verən ha-disələrin hətta sadə xronoloji statistikası belə fikirlərimizi təsdiqedir. Dünyanın bir sıra mərkəzlərində (bəzilərində Azərbaycanı heçxəritədə də göstərə bilmirdilər) bu zəngin Qafqaz incisini ələ keçirməküçün müxtəlif məkrli planlar qurulurdu. Bu planlar Azərbaycandagüclü dövlətin formalaşmasına maneələr yaratmağa xidmət edirdi.Tarixi baxımdan qısa bir zamanda – 1991-1995-ci illərdə birbaşaAzərbaycan dövlətçiliyinə qarşı yönələn və bəzi xarici qüvvələr tə-rəfindən dəstəklənən sui-qəsdlər törədildi. Azərbaycan beynəlxalqterrorun qurbanı oldu, ərazisində separatçı qurumlar yaradıldı, dövlətadamları, ziyalılar qətlə yetirildi, bəzi siyasi qruplaşmaların naşılığındanistifadə edilərək, siyasi qüvvələr bir-birinə qarşı qoyuldu, ölkəvətəndaş müharibəsinin alovuna atıldı. Bunları seyr edən və Azər-baycana ən azından dost olmayan bəzi xarici qüvvələr ölkənin dağı-lacağını güman edirdilər.

Lakin çoxlarının artıq dağılmış kimi təsəvvür etdikləri Azərbaycandadövlət quruculuğu başladı. Kiçik bir dövlətə bu güc haradan gəldi?Necə oldu ki, bəzi xarici dairələrin onu dağıtmağa çalışdığı tarixi birmərhələdə zaman Azərbaycanın xeyrinə işləməyə başladı? Bu suallaracavab cəmiyyətdə güclü dövlət quruculuğu konsepsiyasının, güclüxarici siyasət kursunun həyata keçirilməsi ilə verildi. Nəzəriyyə özyerində, ancaq praktik cəhətdən çox mürəkkəb xarici və daxili situa-siyada dövlət qurmaq tarixi hadisədir. Biz bu tarixi hadisənin izi iləkeçən əsrin 90-cı illərinin əvvəllərindən bu günə qədər baş verənlərənəzər salmaq istərdik.

SSRİ dağılana qədər bütün geosiyasi konsepsiyalarda dünyadaqüvvələr balansının saxlanmasında bu dövlət iki gücdən biri hesabolunurdu. Balansın bir tərəfi yox olandan sonra meydanda birsupergüc qaldı – ABŞ! Geosiyasi situasiya bir andaca çoxməchulluriyazi tənlik qədər mürəkkəbləşdi. Sovet məkanında əsl xaos hökmsürməyə başladı. Təbii ki, bu məkanı təsir altına almaq uğrundaaman sız yarış da özünü çox gözlətmədi. Dünyanın böyük dövlətləriCənub Qafqaza, ilk növbədə, daha çox enerji payı almağa imkan

41

Page 42: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

verən xammal yeri kimi baxırdılar. Qısa bir zamanda Ermənistanahavadarlıq edilməsi nəticəsində torpaqlarımızın bir qismi işğal edildivə Azərbaycana güclü təzyiq vasitəsi yarandı. Bundan sonra Ermə-nistanla münaqişəni müxtəlif üsullarla uzadaraq, Azərbaycanı çoxşeyə məcbur etmək taktikası seçildi. Rusiya tədqiqatçısı S.İ.Çernyavski“Azərbaycanın yeni yolu” adlı kitabında həmin dövrü yaxşı təsviredir (bax: 1.3.2). Bəzi çatışmazlıqlara baxmayaraq, həmin kitabdaAzərbaycana qarşı qurulan amansız geosiyasi oyunların arxasındaduran məqamlara işıq salınır.

Sözün həqiqi mənasında ölkə parçalanma astanasında dayanmışdı,xarici təcavüz sistemli xarakter almışdı, daxildə böyük xaos hökmsürürdü. Azərbaycan üçün bu vəziyyətdən yeganə optimal çıxış yolusabitlik yaradıb, dövlət qurmaqdan ibarət ola bilərdi. Cəmiyyəti vədövləti xilas etmək məqsədi digər bütün maraqlardan üstün tutulmalıidi. Burada F.Fukuyamanın belə bir situasiya üçün təklif etdiyiideyanı xatırlatmaq yerinə düşər.

F.Fukuyama yazır ki, Böyük səhradan cənubda yerləşən Afrikaölkələrində milli dövlət qurmaq cəhdləri yerli institusional potensialıntam məhvinə gətirib çıxardı (1.1.1, s.169). Başqa nümunələr dəanaloji nəticənin alındığını göstərirdi. Bu, Qərbin yeni milli dövlətlərqurmaq işinə bədbin yanaşmasına səbəb olmuşdu. Lakin tarixi ger-çəklik milli dövlət quruculuğunu tələb edirdi. F.Fukuyama buprosesin üç mərhələdə həyata keçirilməsini doğru sayır. Birincimərhələni o, münaqişədən sonrakı yenidənqurma adlandırır.Bu mərhələ ölkənin münaqişəli vəziyyətdən çıxmasından sonrabaşlayır. İkinci mərhələ cəmiyyətdə sabitlik bərqərar olunduqdansonra işlək dövlət strukturlarının yaradılmasını nəzərdə tutur.Xarici təcavüz sona çatandan sonra bu proses özünün mükəmməlsəviyyəsinə çatmalıdır. Üçüncü mərhələ hakimiyyətin böyükölçüdə sabitləşməsindən başlayır və zəif dövlətdən güclü dövlətəkeçidi əhatə edir. Bunun əlamətləri sırasında dövlətin öz vətəndaşlarınınhüquqlarını, xüsusi mülkiyyətini, təhsil haqlarını və s. qoruyabilməsini göstərmək olar. Bir sözlə, üçüncü mərhələdə dövlətstrukturları lazımi qədər səmərəli işləməlidir (bax: 1.1.1, s.169-174).

42

Page 43: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

F.Fukuyamanın təklif etdiyi modelin ana xəttini cəmiyyətdə sabitliyinyaradılması və dövlət strukturlarının səmərəliliyi təşkil edir. Bəsbunu necə təmin etməli? Afrika və ya Əfqanıstan mo deli postsovetməkanına aid edilə bilərmi? Təcrübə göstərdi ki, bu məsələdə çoxehtiyatlı davranmaq lazımdır. Hər bir cəmiyyətin öz tarixi yolu,təcrübəsi, xalqın men tal xüsu siyyətləri və konkret yerli sosial-siyasi, mənəvi, iqtisadi və mədəni şərtləri var. Bütün bunlara görə,vacib məsə lələrdən biri 1993-cü ildən başlayaraq Azərbaycandagüclü dövlət quruculuğunun əsas cəhətlərinin dərk edilməsidir.

Əvvəlcə Azərbaycanın 1993-cü ilin əvvəllərində düşdüyü vəziyyətəbaxaq. O zaman cəmiyyətin bütün sahələrində də rin böhran hökmsürürdü. Ermənistan havadarlarının yar dımı ilə təcavüzü davametdirir, torpaqlar işğal altına düşürdü. Daxildə hakimiyyət iddiasındaolan bir neçə silahlı qruplaşma yaranmışdı. Onlar yalnız hakimiyyətiələ keçirmək haqqında düşünürdülər. Çoxlu sayda siyasi partiya varidi, ancaq onların hansı qüvvələrə xidmət etdiyi məlum deyildi. Ha-kimiyyət ölkədə vəziyyətə nəzarət edə bilmir, qanun pozuntuları,məsələləri “cinayət aləminin qanunları” ilə həll etmək cəhdləri baş alıbgedirdi. İnsanlar küçəyə çıxmağa qorxurdular. Təbii ki, belə bir vəziyyətihəmin dövrün ha ki miyyəti qəsdən yaratmamışdı, sadəcə bu hakimiyyətdövrün meydana gətirdiyi problemləri həll edə bilmirdi. Bu vəziyyətAzərbaycanın müxtəlif bölgələrində separatçılığa yol açırdı. Qanunsuzsilahlı birləşmələrin radikal davranışları isə əhalini cana gətirmişdi.Siyasi qüvvələr arasında münasibət qeyri-sağ lam və gərgin idi. Bir sözlə,Azərbaycan daxildən idarə edilmir, xaricdən baxanda isə “sifarişlərməkanı” təsiri bağışlayırdı.

Bütün bunlar Azərbaycan üçün iki problemi aktuallaşdırmışdı.Birincisi, ölkədə sabitliyi necə təmin etməli? İkincisi, müstəqil dövlətquruculuğunu uğurla aparmaq üçün hansı kursu seçməli? Bu aspektlərreallıqda bir-biri ilə sıx bağlı idi. Hər ikisi üçün də düzgün ideologiyanınmüəyyənləşdirilməsi həyati əhəmiyyət daşıyırdı. Çünki seçiləcəkideoloji konsepsiya Azərbaycanın strateji yolunu müəyyənləşdirəcək,dövlət quruculuğunun fəlsəfəsini aydınlaşdıracaq və cəmiyyətin bir-ləşməsi xəttini ortaya qoyacaqdı. Söhbət Azərbaycanda müstəqildövlət quruculuğunun gerçək fəlsəfəsini formalaşdırmaqdan gedirdi.

43

Page 44: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

1993-cü ilə qədər belə fəlsəfə yox idi. Siyasətçilərin istəklərisəmimi və çox olsa da, həmin dövrün mürəkkəbliyi şəraitindəpraqmatik səmərə verə biləcək kursun seçilməsi xüsusi keyfiyyətlərtələb edirdi. Tarix Azərbaycanın siyasi səhnəsinə həmin keyfiyyətlərəmalik Heydər Əliyevi yenidən gətirdi və faktiki olaraq, xalq fəlakətdənqurtuldu. 1993-cü ildə Heydər Əliyevin prosesləri necə bir siyasiuzaqgörənlik, təmkin, səbir və zəhmətlə Azərbaycanda dövlətçiliyinxilasına yönəltməsi siyasətə aid klassik əsərlərin gözəl mövzusudur.Bunları kitabında qısaca təsvir edən S.İ.Çernyavski Heydər ƏliyevinS.Hüseynovla olan danışıqlarını və atdığı addımları təhlil edir (1.3.2,s.125-133). Onların təhlilini növbəti fəsildə verəcəyik, burada isəonu qeyd edək ki, faktiki olaraq, o günlərdə Azərbaycan dövlətçiliyinintaleyi həll olunurdu.

Mahir siyasət ustası şahmat taxtasında bir neçə rəqibi ilə oynamalıvə qalib gəlməli idi. Heydər Əliyev bunu ba cardı. Ümumi beynəlxalqvə daxili vəziyyət isə nə onun, nə də Azərbaycanın xeyrinə deyildi.Siyasətçi dövlət quruculuğunun fəlsəfəsini sürətlə, ölkənin ziddiyyətliproblemlərini həll edə-edə yaratmalı idi. Dövlət quruculuğunda ənböyük maneələrdən biri həmin ərəfədə xaricdən idxal edilmiş vəbütün postsovet məkanı üçün şirnikdirici görünən ideologiyanınqafalara hakim kəsilməsi idi. Müxtəlif istiqamətlərdən gələn gözqa-maşdırıcı, şirnikdirici və bəzən təhrikedici ideoloji konsepsiyalar in-sanlarda əməlli-başlı çaşqınlıq yaratmışdı. Burada həm radikal mil-liyyətçiliyin avantürist cəzbetmə sahəsinə, həm də liberal demokra-tiyanın azadlıq xülyasına düşmək ehtimalı var idi. Bu ifrat tendensiyalarınhər ikisi, əslində, 1993-cü ilə qədər özünü büruzə verirdi. Qərbdəngələn təsirlərin arxasında hansı məqsədlərin durduğunu müəyyənetmək asan məsələ deyildi. Çünki Qərb məhz liberalizm, azadlıq, de-mokratiya kəlmələri ilə gerçək geosiyasi maraqlarını gizlədə bilirdi.İnsanlar bu cəlbedici və ümidverici terminlərlə dolu ideoloji sisteminçarxına düşür və oradan çıxa bilmirdilər.

Əvvəlki paraqrafda apardığımız təhlil də göstərir ki, əslində məhzQərbdə işlənmiş geosiyasi konsepsiyalar dünyada qüvvələr balansını

44

Page 45: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

yerli xalqların xəbəri və iradəsi olmadan pozdu (burada sovet cə-miyyətinin daxili ziddiyyətləri də unudulmamalıdır), bununla daböyük bir geosiyasi məkanda xaos yarandı. Yəni xaricdən gələnideoloji konsepsiyalarda əsas yeri yerli cəmiyyətlərin tarixi vədövlətçilik maraqları yox, Qərbin böyük geosiyasi konsepsiyalardaöz əksini tapmış strateji maraqları tuturdu. Bu prizmadan da çıxışedərək, eyni məzmunlu hadisəyə fərqli reaksiya verilirdi. Məsələn,Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən danışılmır,ancaq Moldovada (Dnestryanı) və Gürcüstanda (Cənub Osetiya vəAbxaziya) baş verənlərə başqa meyarlar əsasında yanaşılırdı. Keçənəsrin 90-cı illərində Qərb dövlətlərini Azərbaycan torpaqlarının iş-ğalından çox, ölkəmizdəki enerji ehtiyatları və “milli azlıqlar məsələsi”maraqlandırırdı. Bir tərəfdən də sovet ideologiyasının uğursuzluğufonunda cəmiyyətimizdə ideologiyaya nihilist bir münasibət forma-laşmaqda idi. Lakin konkret ideoloji konsepsiya seçilməli idi. Bəshansı ideologiya Azərbaycanı düşdüyü vəziyyətdən qurtarıb, müstəqildövlətçiliyinə və azadlığına tam qovuşdurar, sonrakı mərhələdə isəAzər baycanın güclü dövlət kimi dünyada geosiyasi statusunu hərkəsə qəbul etdirərdi? Seçim etmək üçün variantlar vardı.

XX əsrin sonlarında beynəlxalq aləmdə güclü ideoloji sistemlərolan liberalizmlə neokonservatizm arasında rəqabət gedirdi. Azərbaycanbu iki sistem arasında seçim etməli idi. Kommunist ideoloji sistemindəntəzə azad olduğumuzdan, ona qayıdış ehtimalı yox idi. Postsovetməkanı üçün liberalizm o zaman çox cəlbedici görünürdü. Anlayanda, anlamayan da “azadlıq” sözünün şirnikdirici və təhrikedici cazi-bədarlığı qarşısında təslim olurdu. Liberalizmin fərdi azadlıq vəhüquqa üstünlük verməsi totalitar cəmiyyətin buxovlarından azadolanlar üçün çox cazibədar görünürdü. Lakin o zaman bütövlükdəcəmiyyətin təkamül şərtləri ilə eyforik ideoloji vədlər arasındakıfərqləri çox az adam görə bilirdi. Çünki güclü dövlət və sabitcəmiyyət olmayan yerdə fərdi azadlığın özbaşınalığa, xaosa, hərc-mərcliyə və başqasının hüquqlarını tapdalayan qrupların meydan su-lamasına rəvac verdiyini dərk etmək lazım idi. Bunun üçün isətənqidi siyasi təfəkkür gərək idi.

45

Page 46: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Əslində, XX əsrin ortalarında liberalizmin görkəmli nümayəndələriAvropada gözlənilən təhlükələrdən və buraxılan səhvlərin acısındandanışırdılar. Fridrix Avqust fon Hayek qeyd edirdi ki, beynəlxalqmünasibətlər sahəsində liberalizm ideyalarından geriçəkilmələrinbədəlini dünya çox ağır ödədi. Ancaq “biz (yəni avropalılar – N.M.)bu təcrübənin verdiyi dərsləri tam öyrənə bilmədik” (1.3.3, s.171).Eyni səhvin liberalizmi kortəbii qəbul edən postsovet məkanı ölkələritərəfindən buraxılmayacağına heç bir təminat yoxdur. Yəni probleminmahiyyəti gözəl təsir bağışlayan, pozitiv ideyalarla dolu hər hansıideoloji konsepsiyanı mexaniki şəkildə qəbul etməkdə deyildi. Prob-lemin düzgün həlli ölkənin tarixi təkamülünü, coğrafi mövqeyini,qlobal dünyada mövcud olan geosiyasi konsepsiyaların ümumiruhunu və məqsədlərini nəzərə alaraq cəmiyyətin maraqlarına,müstəqil dövlət quruculuğunun tələblərinə cavab verən ideolojikursun seçilməsində idi.

Azərbaycan üçün situasiyanı çətinləşdirən başqa məqam cəmiyyətietnik mənsubluğun məhdud dairəsinə sürükləyə bilən, qlobal səviyyədəcərəyan edən hadisələrə zidd ultramillətçi ideologiyanın mövcudluğuidi. Bu tendensiyanın ideoloji konsepsiya kimi möhkəmlənməsi gə-ləcəkdə cəmiyyəti olduqca mürəkkəb vəziyyətə sala, ona qarşı itti-hamlara əsas verə bilərdi. Bir sıra geosiyasi qüvvələrin Azərbaycanaqarşı çoxəsrlik qərəzli münasibətinin fonunda bu tendensiya da sondərəcə təhlükəli görünürdü.

Hər iki ifratçılığın ideoloji səviyyədə rəqabəti müəyyən mənada li-beralizmlə konservatizmin mübarizəsində əks olunurdu. Bu ideolojicərəyanların özlərinin daxilində parçalanmaların olması əlavə çətinlikləryaradırdı. XVIII əsrdən başlayaraq liberalizmin Qərbin inkişaf etmişölkələri üçün aparıcı ideologiyaya çevrilməsinə baxmayaraq, XXəsrdə onun fəsadları alimlərin araşdırdığı məsələlərdən biri oldu. Bunamisal olaraq F.Hayekin yuxarıda göstərdiyimiz fikrini gətirə bilərik.

Digər bir problem sosial ədalət məsələsi ilə bağlı idi. Sosialədalət müxtəlif cür izah edilirdi (bax: 1.3.4). Sosial ədalət mövzusuliberalizmi digər ideoloji sistemlərlə (məsələn, konservatizm,millətçilik, neokonservatizm, sosializm və s.) toqquşduran əsas

46

Page 47: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

məsələ oldu (1.3.5, 1.3.6 və 1.3.7). Liberalizmə qarşı iddialar əsassızdeyildi. Çünki doğrudan da müasir cəmiyyət üçün sosial ədalətolduqca həssas bir mövzu olmaqla demokratik həyat tərzinin mühümtərkib hissəsini təşkil edir. Bu məsələdə liberalizmin qüsurları onatənqidi yanaşmağı tələb edirdi. Amma sosial ədalətlə yanaşı, müstə-qilliyini yaxın keçmişdə əldə etmiş cəmiyyətlər üçün sabitlik və təh-lükəsizlik də həyati əhəmiyyətli məsələlərdən idi. Bu məqam neo-konservatizmi xeyli cəlbedici edirdi. Neokonservatorlar “hüquqisosial dövlət” konsepsiyasına üstünlük verirdilər. Bu da avtomatikolaraq güclü dövlət konseptini aktuallaşdırırdı. Güclü dövlət cəmiyyətdənizam-intizamı təmin edə, sabitliyi saxlaya və təhlükəsizliyi qoruyabilərdi (1.3.8).

Dövlət quruculuğuna yenicə başlayan cəmiyyətlər üçün bu ideyaçox maraqlı idi. Lakin onu kor-koranə qəbul etmək də riskli idi.Çünki hər bir cəmiyyətin öz təkamül yolu var. Heydər Əliyevpostsovet məkanında bütün bu kimi məqamları nəzərə alaraq,Azərbaycan üçün neokonser vatizmə çox yaxın olan, lakin liberaldemokratiyanın əsas müddəalarını da özündə ehtiva edən ideolojikonsepsiya formalaşdırdı. Akademik Ramiz Mehdiyev yazır ki, bukontekstdə ideya-nəzəri və siyasi baxımdan azərbaycançılıqla neokon-servatizm arasında əlaqə olduğunu demək olar (bax: məs.,1.3.9, s.22).

Liberalizmlə neokonservatizmin təhlili üzərində ətraflı dayanmaqməqsədimiz yoxdur. Bizi maraqlandıran müstəqilliyin ilk illərindəHeydər Əliyevin ideologiya seçimində hansı amillərə üstünlükverdiyini aydınlaşdırmaqdır. Liberalizmlə neokonservatizmi əsasideoloji məsələlərə görə müqayisə etdikdə, bir tərəfdə sosial-hüquqidövlət, digər tərəfdə fərdin azadlığı dururdu. Hər ikisi müasircəmiyyət üçün vacib şərtlərdir. Lakin yaranmış vəziyyətdə optimalvariant seçmək lazım gəlirdi. Ulu öndər hər iki aspekti özündəbirləşdirən, lakin dövlət quruculuğuna daha çox üstünlük verənideoloji kursu seçdi. Tarix sübut edir ki, o zaman üçün bu, əndoğru seçim idi.

Məsələnin mahiyyəti bundadır ki, fərdin azadlıqları yalnız güclüdövlətlə güclü cəmiyyətin harmonik mövcudluğu şəraitində təmin

47

Page 48: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

edilə bilər. Qanunsuzluq, hərc-mərclik və idarəsizlik şəraitində heçkəsin hüquqları təmin edilə bilməz və ümumiyyətlə, cəmiyyətqarşılıqlı ittihamlar girdabına düşər. Ona görə də bütün sahələri iflichalına düşmüş cəmiyyətdə birbaşa liberal dəyərlərdən pafosladanışmaq çox təhlükəli nəticələr verə bilərdi. Azərbaycanın çıxışyolu güclü dövlət konseptində idi. Azərbaycançılıq ideologiyasınabu vəzifələrin işığında nəzər saldıqda, dövlət müstəqilliyinin təminivə demokratik cəmiyyət quruculuğunun reallaşması prosesininmöhkəm ideya təməli aydın görünür. Azərbaycan çılıq ideologiyasınahər iki ifrat qanaddan kənarda, dövlətçilik və real demokratiyasahəsində məzmun verməklə Heydər Əliyev tarixi missiya yerinəyetirdi.

Bu aspektdə Mehriban Əliyevanın bir fikri çox maraqlıdır.Mehriban Əliyeva “Həyat dərsi” əsərində qeyd edir: “Heydər Əliyevtarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı,yaradıcısı, aparıcısıdır” (1.3.10). Dəqiq və lakonik ifadə edilmişdir.Görkəmli dövlət xadimi elə bir ideoloji mövqe seçdi ki, həm qlobalsəviyyənin aparıcı trendləri ilə uzlaşma təmin edildi, həm dəcəmiyyətin daxili potensialını maksimum səmərəliliklə müstəqildövlət və demokratik cəmiyyət quruculuğuna yönəltmək imkanıyarandı. Özü də bu seçim dünyada güclü ideoloji sistemlərin rəqabətişə raitində edildi. Bu mənada Ulu öndər XX əsrdə taleyüklü məsələlərinhəllində aparıcı rol oynayan, yaradıcı fəaliyyət göstərən nadir şəxsiy-yətdir.

Beləliklə, ümummilli lider güclü dövlət konseptini Azərbaycanınmüstəqilliyi fəlsəfəsinin təməlinə qoya bildi. Ancaq bu konseptin re-allaşması müasir tarixi şəraitdə kifayət qədər sanballı və ölçülü-biçili yanaşma tələb edirdi. Konsepsiyanı həyata keçirmək üçüngüclü dövlət quruculuğunun konkret mexanizmlərini işləyib hazırlamaqlazım idi. Dövlətin bütün fəaliyyət istiqamətlərini bu məqsəd ətrafındasistemləşdirmək lazım gəlirdi. Unutmaq olmazdı ki, Azərbaycantarixin hökmü ilə son 300 ildə mürəkkəb təkamül yolu keçib.Müstəqil dövlətçiliyindən uzaq düşmüş xalqın psixologiyasında özü-nəinamı qaytarmaq mühüm şərt idi. Böyük dövlətçilik ənənəsinin

48

Page 49: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

olması, təbii ki, Azərbaycanı daha şanslı göstərirdi. Lakin müasirdünyada üstünlük təşkil edən geosiyasi proseslərin məzmun və ma-hiyyəti Azərbaycanın qarşısında çətin problemlərin durduğunu həran anladırdı.

Güclü dövlət qurmaq öncə cəmiyyətdə sabitliyə nail olmağı tələbedirdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətdə sabitliyipozan çoxlu sayda amillərin olduğunu qeyd etmişdik. Həmin dağıdıcıamillər havadarları tərəfindən üstümüzə qısqırdılan Ermənistanın tə-cavüzkar davranışları ilə daha da aqressiv xarakter alırdı. Azərbaycanın90-cı illərdə sui-qəsd planlarına, dövlətçiliyə qarşı çıxışlara səhnəolması təsadüfi deyildi. Bu səbəbdən də Heydər Əliyevin dövlət qu-ruculuğu prosesində ictimai-siyasi sabitliyə nail olması stratejixarakter daşıyırdı. Bunu hətta erməni alimləri də etiraf etməli ol-muşdular. Çikaqo Universitetinin professoru, erməni əsilli RonaldSüni 1997-ci ildə yazırdı: “Heydər Əliyev dağılma ərəfəsində olanölkədə (Azərbaycanda – N.M.) böyük sabitlik və nizam-intizam ya-ratdığına görə, hörmətə layiqdir. Onun nailiyyəti daha çox qəbuledilən siyasi sistemə doğru atılan addım kimi dövlət quruculuğundanibarət idi” (1.3.11).

Nəticədə, Ermənistandan fərqli olaraq, Azərbaycan fundamenta-lizmdən uzaq olan, mütərəqqi dünyəvi dövlət perspektivini aydındərk edən ölkəyə çevrildi. Bu kursun Azərbaycana İslam dünyasıüçün mədəni inkişaf nümunəsi olmaq şansını verdiyini çəkinmədəndemək olar. Heydər Əliyevin güclü dövlət konseptində mədəniyyətinyeri və rolu bu strateji məqsəddə öz əksini tapmışdır. Azərbaycanmahiyyət etibarilə dünyəvi dövlət kimi inkişaf etməlidir, lakin o,eyni zamanda, güclü mədəniyyət ənənəsini özündə ehtiva etməlidir.Mədəniyyət mənsubluğu bütövlükdə cəmiyyətin kimliyini müəy-yənləşdirməklə yanaşı, dövlətçiliyin əsas komponentlərindənbirinə çevrilməlidir. Ulu öndər dövlət quruculuğu üçün vacib olanbu müddəanı azərbaycançılıq ideologiyasının mühüm prinsiplərindənolan islamlaşma ilə müasirləşmənin sintezindən nəticə olaraq çıxar-mışdır. Bu sintez ənənədən gələn mədəni amillərin tədrici transfor-

49

Page 50: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

masiyalar yolu ilə müasir bəşəri-mədəni elementlərlə harmoniyasınanail olmağı nəzərdə tutur. Dövlət quruculuğu kursunda mədəniyyətamilinin idarəetmə sistemini yaradan parametrlərdən biri kimi yeralması, cəmiyyətin daxili bütünlüyünü təmin edir və dünyayainteqrasiya üçün geniş fəaliyyət sahəsi yaradır.

Azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən birikimi milli olanla bəşəri olanın vəhdətinin dövlət quruculuğuprosesində səmərəli-praktik tətbiqi müasir dövlətçilik tarixindəyenilikdir. Azərbaycançılıq ideologiyasının qayəsində mövcud olanmədəniyyətlərarası dialoq imkanları məhz həmin prinsip əsasındaindi də dövlət quruculuğu siyasətinin vacib istiqamətlərindən birikimi öz təsdiqini tapır. Azərbaycan dövlət səviyyəsində mədəniy -yətlər və dinlərarası dialoqu təşkil edən, cəmiyyətdə onu praktikşəkildə həyata keçirən yeganə Qafqaz ölkəsidir. Dünyanın müxtəlifguşələrindən ölkəmizə gələn fərqli mədəniyyətlərin nümayəndələrininqatıldığı həmin tədbirlər Azərbaycanda dövlət quruculuğunun ma-hiyyətində mədəni və dini tolerantlığın varlığını sübut edən konkretfaktlardandır. Bu xüsusda uğurlu proqramlardan biri kimi Bakı Bey-nəlxalq Humanitar Forumunun (10-11 oktyabr 2011-ci il, 4-5 oktyabr2012-ci il) təşkilini qeyd edə bilərik. Humanitar Forumda dünyanınhər yerindən görkəmli siyasət və dövlət adamları, mədəniyyətxadimləri, filosoflar, yazıçılar, Nobel mükafatı laureatları və alimləriştirak edirdilər. Onlar Azərbaycan dövlətinin real simasını, buradahəyata keçirilən quruculuq işlərini görürlər.

Eyni sözləri müxtəlif dinlərə mənsub adamların toplaşdıqları si-vilizasiyalararası və dinlərarası dialoqa xidmət edən tədbirlər haqqındadeyə bilərik. Azərbaycan artıq islamlaşma ilə müasirləşməninsəmərəli sintezini reallaşdıran ölkə olaraq tanınır. İndi bu istiqa-mətdə Azərbaycan modelinin nümunə kimi öyrənilməsi haqqındayüksək səviyyələrdən təkliflər eşidilməkdədir. Bütün bunlarınkökündə ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideo logiyasındanəzəri şəkildə yer almış prinsiplərin dövlət quruculuğuna tətbiqimexanizmlərinin işlənməsi durur.

50

Page 51: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Güclü dövlət quruculuğunun təməlində güclü iqtisadi infrastrukturunformalaşdırılması durur. Ümummilli lider bu aspektə çox böyükdiqqət yetirirdi. O, iqtisadi gücü bü tün digər məsələlərin təməlinəqoydu. Beynəlxalq enerji layihələri, xarici sərmayələrin ölkəyə cəlbedilməsi, qabaqcıl texnologiyaların mənimsənilməsi, yeni istehsalsahələrinin yaradılması və iş yerlərinin açılması Azərbaycanda ardıcılsurətdə həyata keçirilir.

Artıq 2003-cü ildə iqtisadi islahatlarda çox böyük uğurlar əldəetmiş bir Azərbaycan vardı. Vətəndaş cəmiyyəti quruculuğunun təməlihazırlanmışdı. Bunun sayəsində Azərbaycan modernləşmənin yenimərhələsinə keçə bilərdi. Bunun üçün xarici sərmayələrin cəlb edil-məsinə əsaslanan mo dern ləşmə cəmiyyətin daxili potensialına əsas-lanan müa sirləşmə kursu ilə əvəz olunmalı idi. Əgər Heydər Əliyev1993-2003-cü illər ərzində səbir, inam və qətiyyətlə və ardıcıl olaraqdövlət quruculuğu siyasətini həyata keçir mə səydi, modernləşməninbirinci mərhələsi başa çatmayacaqdı. Həmin illərdə Azərbaycan iqti-sadiyyatının bütün sahələrində sistemli islahatlar həyata keçirildi.Qeyri-neft sektorunun inkişafı üçün ayrıca proqramlar reallaşdırıldı.

Enerji layihələrinin həyata keçirilməsi bu prosesdə xüsusi yertuturdu. Azərbaycan enerji siyasətini o dərəcədə səmərəli apardıki, tarixi baxımdan qısa bir zamanda dünyanın aparıcı geosiyasigücləri Bakını regionun lideri kimi qəbul etməli oldu. Azərbaycanartıq enerji təhlükəsizliyi sahəsində sözünü deyən, müstəqil ma-raqları ilə çıxış edən, regionun lideri qismində geosiyasi statusunufəaliyyəti ilə təsdiqləyən bir dövlətdir. Güclü dövlət konseptininhəyata keçirilməsinin birbaşa nəticəsi olan bu nailiyyət tarixiəhəmiyyət daşıyır. Güclü dövlət kon septinin iqtisadi aspektinin dəsıx bağlı olduğu başqa bir məqamı qeyd etmək gərəkdir.

Müasir tarixi mərhələdə güclü dövlət və güclü cəmiyyət anlayışlarısıx bağlıdır. Fərdlərin və cəmiyyətin gücünün bir tərəfi iqtisadiamillə bağlıdırsa, digər tərəfi mənəviyyatla əlaqəlidir. Bu səbəbdənHeydər Əliyev milli-mənəvi dəyərlərin qorunması və inkişaf et-dirilməsinə ciddi önəm verirdi. Azərbaycan dilinin inkişafı, adət-

51

Page 52: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ənənələrin qorunması, mədəni-tarixi abidələrin saxlanması vətəbliği, mənəvi irsin öyrənilməsi, tariximizin tədqiqi və təşviqi kimiməsələlər onun siyasətinin mərkəzində duran məqamlardan idi.Öz milli-mənəvi dəyərlərinə sadiq qalan cəmiyyət həqiqi mənadamüasirləşə bilər. 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarınınI qurultayında Ulu Öndər deyirdi: “Hər bir azərbaycanlı öz millimənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı– Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini,adət-ənənələrini yaşatmalıyıq” (1.3.12).

Milli-mənəvi dəyərlər cəmiyyətin gücünü qidalandıran mən-bədirsə, müasirləşmə onun daim dəyişən ətraf aləmə adaptasiyasınıtəmin edən prosesdir. Müasir tarixi mərhələdə cəmiyyətin yeniləşməyəaçıq olması inkişafın mühüm amili sayılır. Bu mənada azərbaycançılıqdayer almış müasirləşmə prinsipi ciddi fəlsəfi məzmuna malikdir.Güclü dövlətin demokratik cəmiyyətlə harmoniyasının əsas qayəsiniməhz müasirləşmə təşkil edir. Azərbaycan cəmiyyətinin müasirləş -məsi konkret olaraq modernləşmə proqramında öz ifadəsini tapır.Dövlət quruculuğu çərçivəsində müasirləşməyə diqqət yetirsək,burada demokratik təsisatların formalaşmasının mühüm yer tutduğunugörərik. Demokratik institutlar cə miyyətdə sosial-siyasi münasi-bətləri tənzimləyən əsas mexanizmdir.

Azərbaycan demokratik təsisatların formalaşması məsələsindəpostsovet məkanında öncül yerdə olan ölkələrdəndir. Təbii ki,cəmiyyətin yeniləşməsi prosesi heç zaman dayanmamalıdır. Tək-milləşmənin, daha yüksək demokratik yaşam tərzinə sahibolmanın sonu yoxdur. Azərbaycan cəmiyyətinin müasirləşməsidə fasiləsiz gedən prosesdir. Dövlətin gücü ilə cəmiyyətin gücününuzlaşdığı müasirləşmə prosesi özündə varislik prinsipini də ehtivaedir. Bu mənada inkişafda olan güclü dövlətin uğurlu xarici siyasətininformalaşması məsələsi müasir geosiyasət üçün tədqiqinə ehtiyac duyulanproblemdir.

Dövlət quruculuğunun inkişafı ilə xarici siyasət kursu arasındakıbağlılıq haqqında professor Əli Həsənovun aşağıdakı fikri maraqlıdır.O yazır: “...ölkə daxilində gedən proseslərdən və qarşıya qoyulan

52

Page 53: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

vəzifələrdən irəli gələn siyasi xətt dövlətin beynəlxalq münasibətlərsahəsində mövqeyini və xarici siyasətinin istiqamətlərini, xarakterini,prinsiplərini müəyyənləşdirir və şərtləndirir. Bu mənada xarici siyasətidövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkəninmilli mənafeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayışqaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış mü-nasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyətnövü kimi xarakterizə etmək olar” (1.3.13, s.219-220). Bu iqtibasdanda görünür ki, güclü dövlət qurmaq üçün xüsusi xarici siyasət kursuformalaşdırmaq lazımdır. Güclü dövlətin təşəkkülü prosesi ilə xaricisiyasətin uyğunluğu məsələsi elmi baxımdan sistemin (bizim misaldaAzərbaycanın) ətraf aləmlə (bizim misalda dünya dövlətləri ilə)qarşılıqlı uzlaşmasını təmin edən əlaqələr sisteminin formalaşdırılmasıdeməkdir. Metodoloji aspektdə problem sistem-ətraf mühit münasi-bətlərini tənzimləyən mexanizmlərin səmərəliliyini təmin etməkdənibarətdir. Xarici siyasət bu cür tənzimləmədə əsas fəaliyyət sahəsinitəşkil edir. Diplomatiya isə bu fəaliyyətin başlıca vasitəsidir. Deməli,sürətlə dəyişən dünyada uğurlu xarici siyasət dinamik olmalıdır.Güclü dövlətin təşəkkül dinamikası ilə xarici siyasətin çevikliyi bir-birinə uyğun olmalıdır. Təbii ki, həmin prosesdə diplomatiyanın dafərqli metodlarından yararlanmaq lazım gəlir. Bununla bağlı aşağıdafikir yürüdəcəyik. Burada isə onu qeyd edək ki, güclü dövlətinxarici siyasətinin təməl prinsipi müəyyənləşməlidir. Heydər Əliyevmilli inkişaf strategiyasının təməlinə mədəniyyət tu tumlu suverenlikprinsipini qoymuşdur. Niyə məhz mə dəniyyəttutumlu suverenlik?

Bu kontekstdə müasir geosiyasi konsepsiyalarda mühüm yerlərdənbirini tutan “sivilizasiya” anlayışına nəzər salaq. Sivilizasiya geosiyasətimədəni kodlara və arxetiplərə yönəlir. Problemə böyük dövlətlərinmaraqları müstəvisindən baxdıqda yerli mədəniyyət sistemlərinitəhdid edə bilən təhlükələri nəzərə almaq lazım gəlir. S.Hantinqtonməşhur əsərində vurğulayır: “...qlobal siyasət – sivilizasiya siyasətidir.Fövqəldövlətlərin rəqabəti sivilizasiyaların toqquşması ilə əvəzolunub” (1.3.14, s.18). Digər ABŞ siyasətşünası və ideoloquH.Kissincer deyir ki, “...üçüncü dünyaya münasibətdə Amerika xarici

53

Page 54: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

siyasətinin ali prioriteti depopulyasiya olmalıdır” (1.3.15). Xatırladaqki, H.Kissincer 1975-ci ildə Prezident C.Karter üçün depolulyasiyahaqqında “GLOBAL 2000” adlı sənəd hazırlamışdı (1.3.15).

ABŞ siyasi isteblişmentində özünəməxsus yeri olan bu iki şəxsindedikləri nəyi ifadə edir? Hər şeydən əvvəl, bu, müasir sivilizasiyageosiyasətində əsas hədəfin insan beyni, qəlbi və xalqların mədə-niyyətləri olduğuna işarədir. Əsas təsir vasitəsi mədəniyyətlərintranziti kanalları, yəni mediadır. Media vasitəsi ilə milyonlarınşüurunu manipulyasiya etmək olar. Sosialist düşərgəsinin dağılmasıilə həmin tendensiya daha da güclənmişdir. Təsadüfi deyil ki, məhzkeçən əsrin 90-cı illərinin əvvəllərində qlobal miqyasda fəaliyyətgöstərən bir neçə informasiya vasitəsi formalaşdı. Onlardan CNBC(1989-cu il), ВВС World News (1991-ci il), Euronews (1993-cü il),Bloomberg TV (1994-cü il), Al-Jazeera (1996-cı il) və başqalarınıgöstərə bilərik. Həmin prosesin vüsət almasının geosiyasi şərtləriaydındır. Qloballaşan dünyada informasiyanın sürətli və genişmiqyaslıyayılması zərurətə çevrilir. Eyni zamanda, müxtəlif sahələrdə çalışaninsanların anında informasiya almaq ehtiyacı ödənməlidir. Deyək ki,bizneslə məşğul olan adamın daha çox uğur qazanması informasiyatəminatı ilə sıx bağlıdır. O cümlədən transmilli şirkətlərin dünyamiqyasında fəaliyyəti qlobal səviyyədə informasiya vasitələrininfəaliyyətindən birbaşa asılıdır. Beləliklə, media vasitələri qlobalmiqyasda insanların həyat tərzinə, düşüncəsinə, siyasi və iqtisadiproseslərə və mədəniyyətə ciddi təsir edirlər. Dünyanın demək olarki, bütün regionlarını əhatə edən qlobal informasiya vasitələri konkretməsələlər haqqında rəy yaratmağa qadirdir. Bu üsuldan Qərb ictimairəyi idarə etməkdə geniş miqyasda yararlanır. Beləliklə, müasirtəbliğat və təşviqat vasitələri ilə bütöv bir cəmiyyətin “beyninivə qəlbini yumaq” mümkündür. Sivilizasiyaların toqquşma xəttiniməhz burada görürlər. Ona görə də müxtəlif ad altında həyatakeçirilən ideoloji və informasiya təsirləri faktiki olaraq, yerli cəmiy-yətlərin mədəni baxımdan “aşılanmasına” xidmət edir. Belə çıxır ki,milli dövlət üçün mədəniyyət sistemini qorumaq və inkişaf etdirmək,ilk növbədə, siyasi məsələdir. Bu amili dövlət quruculuğu fəlsəfəsinin

54

Page 55: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

əsasına qoymaq isə artıq konkret geosiyasi kurs götürmək anlamınıverir. Heydər Əliyevin mədəniyyəttutumlu suverenlik prinsipi müasirtələblərə cavab verən dövlətçilik kursunun seçildiyinə işarə edir. Buməqam xarici siyasətin üzərinə düşən vəzifənin mahiyyət və məqsədiniaydın göstərir. Biz ikinci fəsildə bu məsələni təhlil edəcəyik.

Nəzəri ümumiləşdirmələr

XX əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini bərpa etdiyibir dövrdə dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasiproseslər cərəyan edirdi. Bu şərtlər daxilində müstəqil dövlətquruculuğu yaradıcı yanaşma tələb edirdi. Müstəqillik və suverenlikanlayışları yeni məzmun çalarları kəsb etməyə başlamışdı. Hər hansıölkənin müstəqilliyi onun ətraf aləmlə qarşılıqlı münasibətlərininxarakteri və məzmunu ilə sıx bağlıdır. Qlobal güclərin dünyanı bir-birindən “qarşılıqlı asılı olan” dövlətlər sistemi kimi qəbul etməsibir tərəfdən, əməkdaşlıq imkanlarını artırırdısa, digər tərəfdən, birsıra siyasi-ideoloji və geosiyasi modellərin ixracı üçün zəmin hazır-layırdı. Bu səbəbdən müstəqilliyinə qovuşmuş cəmiyyətlər xarici tə-sirlərlə daxili potensiallarını uyğunlaşdırmaq məcburiyyəti qarşısındaqalmışdılar. Müstəqil dövlət quruculuğunun uğurlu olması üçünbunun mühüm əhəmiyyəti var idi. O cümlədən daxili siyasətlə xaricisiyasət bir-birini tamamlamalı idi. Yuxarıdakı təhlillərimiz göstərirki, 1993-cü ildən etibarən Azərbaycan bu vəzifənin öhdəsindənyüksək səviyyədə gələ bilmişdir. Burada bir neçə məqamı ayrıcavurğulamaq istərdik.

Əvvəla, Qərbdə formalaşmış müasir geosiyasi nəzəriyyələrdəbeynəlxalq münasibətlər sistemində mədəniyyət amilinə daha çoxönəm verilməsi ideyası hökm sürürdü. Bu, ümumilikdə, XX əsr geo-siyasi ideyasında növbəti transformasiyanı ifadə edirdi. Yeniləşməninəsas məğzi dövlət lərarası münasibətlərdə “yumşaq və ya ağıllı güc”əüstünlük verməkdən ibarət idi. Yəni artıq əsas mübarizə insan beynivə qəlbi uğrunda getməkdə idi. Xarici siyasətdə bu, “könüllüəməkdaşlıq” formulu ilə ifadə olunurdu. Hər bir “könüllülüyün”

55

Page 56: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

arxasında isə böyük geosiyasi güclərin maraqlarının təminiməsələsi dururdu. XX əsrin sonu dünyanın bu prinsiplər əsasındabirləşdirilməsi kursunun geniş vüsət alması ilə yadda qaldı. XXIəsrin əvvəllərində isə bu prosesin daxili ziddiyyətləri daha qabarıqşəkildə özünü büruzə verdi.

Postsovet məkanı ölkələrində hadisələrin bu cür inkişafı milli döv-lətçiliyin optimal təkamül modelinin tapılması məsələsini son dərəcəaktuallaşdırdı. Ön plana müstəqil dövlətçilik, demokratik cəmiyyət,inteqrasiyaya aparan geosiyasi amillər çıxdı. Bu prosesdə xaricisiyasətin rolu böyük əhəmiyyət daşımağa başladı. Çünki inteqrativproseslərin intensivləşməsi müxtəlif dövlətlərin “təmas sahəsi”,“qarşılıqlı təsir zonasının ön cəbhəsi” olan xarici siyasətin rolunu da -ha da artırdı. Diplomatiya həmin prosesdə əsas fəaliyyət mexanizmikimi daha çox diqqət mərkəzinə gəldi. “İnteqrativ diplomatiya”, “çox-vektorlu diplomatiya” və s. terminlər for malaşdı.

İkincisi, postsovet məkanında müstəqillik əldə etmiş ölkələrqlobal miqyasda formalaşmış geosiyasi situasiyanı fərqli dəyərlən-dirdilər. Onların hər biri öz yolunu seçdi. Bu, müasir tarixi şəraitdəgeosiyasi reallıqların hər bir cəmiyyətin həyatına çox ciddi təsir gös-tərdiyini təsdiqləyirdi. Postsovet məkanı ölkələri öz inkişaf modellərinəuyğun xarici siyasət yeritməyə başladılar. Burada aqressiv vətəcavüzkar mövqedən (məsələn, Ermənistan) tutmuş birtərəfli qərbçi(məsələn, Gürcüstan) istiqamətə qədər fərqli kurslara rast gəlməkolar. Bəzi ölkələr isə sovet dövrünün mövqeyindən elə də uzaqlaşmaqistəmir və zahirən özlərini bitərəf göstərməyə çalışırdılar. Əslindəisə, müstəqil dövlət quruculuğu ilə bağlı tam aydın inkişaf modelinəmalik olmadıqlarına görə, onlar tərəddüd edirdilər. Bu məqam həmdə əsaslı xarici siyasət yeritməməkdə öz ifadəsini tapırdı.

Üçüncüsü, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycankonkret xarici siyasət kursu seçdi. Bu siyasət güclü dövlət quruculuğukonseptinə əsaslanırdı. Onun əsas istiqamətləri Ümummilli liderHeydər Əliyev tərəfindən dəqiq müəyyənləşdirildi. Xarici siyasətkursu Azərbaycanın güclü dövlət, demokratik və sülhpərvər ölkəimicinin formalaşmasına xidmət edir. Bu məqamların hər biri Azər -

56

Page 57: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

baycanın xarici siyasətinin məqsəd və vəzifələrində, onun başlıcaprioritet istiqamətlərinin məzmununda öz yerini tutmuşdur.

Nəhayət, keçən əsrin 90-cı illərində Azərbaycan milli, regionalvə qlobal maraqları uzlaşdıran inkişaf strategiyasını formalaşdırabildi. Bu strategiya həm müstəqil demokratik dövlət quruculuğununuğurla həyata keçirilməsi, həm Azərbaycanın Cənub Qafqazın aparıcıdövlətinə, həm də regional liderə çevrilməsi üçün imkan yaratdı.Həyata keçirilən xarici siyasətin işığında bu istiqamətlərin hər birininüzərində geniş dayanmağa ehtiyac var.

57

Page 58: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

II FəsilXARİCİ SİYASƏTİN ÜFÜQLƏRİ:PRİORİTET İSTİQAMƏTLƏRİN

UZLAŞMA SAHƏSİ

2.1. Dünyanın “ikiqütblülük”dən “birqütblülüy”ə keçidi: yeni balanslaşma

modeli axtarışında

XX əsrin ikinci yarısı iki “geosiyasi qladiator”un – ABŞ və SSRİ-nin qarşıdurması ilə yadda qaldı. Dünya bu iki “güclü əl”in bir-birinitarazlaşdırması fövqündə varlığını saxlayırdı. Həmin əsrin sonlarındaonlardan biri “sındı” – SSRİ geosiyasi səhnədən çəkildi. Bununla da“bir qolu sın mış” dünyanın yeni “geosiyasi iztirabları” başladı.Beynəl xalq münasibətlərin dəyişmə dinamikasından az-çox xəbərdarolanlar bununla dünyanın nə dərəcədə mürəkkəb bir geosiyasivəziyyətlə üzləşdiyini yaxşı bilirlər. Elmi ədəbiyyatlarda bu durum“bipolyar-ikiqütblü strukturun dağılması” kimi sə ciyyələndirilir (bax:2.1.1). “Bipolyar struktur” termininin geosiyasi mənası haqqındaəvvəlki paraqrafda yazmışıq.

Mütəxəssislər hesab edirlər ki, “bipolyar struktur”un dağılması1991-1996-cı illəri əhatə edir (2.1.1). Həmin illərdə Qərb bir vaxtlarSSRİ-nin nüfuz dairəsində olmuş geosiyasi məkanları bir-birininardınca öz təsiri altına aldı. Şərq Avropa ölkələri ABŞ və QərbAvropa ilə yaxınlaşdı. Qafqazda etnik zəmində yaradılmış münaqişələrregionu qeyri-müəyyənlik girdabına saldı. Baltikyanı ölkələr Avropailə əməkdaşlığı gücləndirdilər. Paralel olaraq, NATO-nun Şərqədoğru genişlənmə planları ortaya çıxdı. 1992-ci ildə imzalananMaastrixt sazişindən sonra Avropa İttifaqının beynəlxalq münasibətlərinsubyekti kimi postsovet məkanına təsir imkanları artdı. SSRİ-ninvarisi olan Rusiyanın itirdiyi nüfuzunu bərpa etmək cəhdləri müsbətnəticə vermədi. ABŞ isə cəlbedici konsepsiyalarla daha da fəallaşdı.

58

Page 59: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

1993-cü il sentyabrın 21-də ABŞ Prezidentinin milli təhlükəsizliküzrə müşaviri Entoni Leyk Cons Hopkins Universitetində çıxışızamanı “demokratiyanın genişlənməsi” konsepsiyasından danışdı.Bununla geosiyasi mühitdə ciddi dəyişikliyi nəzərdə tutan birkonsepsiya səsləndirildi.

Bu konsepsiyanın mahiyyəti Avrasiyadakı keçmiş sosialist sisteminədaxil olan ölkələrin demokratikləşməsinə yardım etməkdən ibarətidi. ABŞ bu istiqaməti xarici siyasətinin prioriteti elan etdi. 1994-cüildə isə E.Leykin ideyaları ABŞ-ın “Cəlbetmə və genişlənmə vasitəsiilə milli təhlükəsizlik strategiyası” (A National Security Strategy ofEngagement and Enlargement) adlı sənədinin əsasını təşkil etdi. Busənəddə söhbət Şərq Avropa ölkələri və keçmiş SSRİ respublikalarınınümumi demokratik model vasitəsi ilə transformasiyalarını nəzərdətuturdu. İdeyanın arxasında duran məqsəd “postkommunist” məkanınıABŞ-ın “strateji ehtiyatına” çevirmək idi. Bu “ehtiyat məkanın” he -sabına Amerika dünyadakı mövqelərini saxlamalı idi. “Demokratiyanıngenişlənməsi” ideyası 1993-2000-ci illərdə ABŞ-ın beynəlxalq-siyasifəaliyyətinin əsasını təşkil etdi. Əvvəlcə postsovet məkanı ölkələrindəbu konsepsiyanın əsl mahiyyətini anlaya bilmədilər. Maraqlıdır ki,E.Leykin konsepsiyası hərbi-siyasi aspektə də malik idi. “Demokra-tiyanın genişlənməsi”, “demokratik tranzit” mərhələsini keçmişölkələr Qərbin hərbi-siyasi və iqtisadi strukturlarına daxil edilməliidi (2.1.1). Başqa sözlə, postsovet məkanında NATO-nun nəfəsi du-yulmağa başladı.

Dünyanın yeni geosiyasi nizama doğru getdiyi aydın görünürdü.1997-ci ildə artıq Rusiyanın ABŞ-a bərabər statusda alternativgeosiyasi güc ola bilmək imkanının yoxluğu müəyyən olundu. Həminzamandan “birqütblü dünya” modelindən danışılmağa başlandı.Lakin artıq dünyanın bir nəhəng blokda yaşaması da mümkündeyildi. Çünki çoxlu sayda müstəqil dövlətlər meydana gəlmişdi vəonlar BMT-nin üzvü idilər. BMT qurulanda 50 üzvü vardı. Keçənəsrin 90-cı illərində bu quruma üzv ölkələrin sayı 150-dən çox oldu,indi isə 200-ə yaxındır. Onların hər biri söz sahibi idi.

59

Page 60: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Doğrudur, “birqütblü dünya” modelinə keçid, geosiyasi problemlərinhəllində BMT-nin zəifliyini də ortaya qoymuşdu. Təsadüfi deyil ki,bu qurumda islahatların aparılması məsələsi məhz həmin dövrdəmeydana gəldi. ABŞ və Rusiya qeyri-rəsmi razılığa gəldilər ki,BMT-nin islahatı dayandırılsın. Görünür, burada bu dövlətlərin hərbirinin öz marağı vardı. İlk növbədə, dünya yeni nizama tam keçmə-diyindən qeyri-müəyyən məqamlar çox idi və Amerika ilə Rusiya“bulanıq suda balıq tutmaq” istəmədilər. Paralel olaraq, Avropaİttifaqı güclü geosiyasi məkana çevrilməkdə idi, NATO genişlənirdivə postsovet məkanı ölkələrinin Qərb həyat tərzinə meyli artırdı.Buna görə də Rusiya ABŞ-la birbaşa mübarizə aparmaq taktikasındanimtina etməli oldu.

Dünyada isə dövlətlərarası əməkdaşlıqda maraqlı proseslər gedirdi.Müxtəlif regionlarda bir neçə dövlət inteqrativ təşkilatlaryaradırdı. “İnteqrasiya” anlayışı keçən əsrin 20-ci illərində siyasitermin kimi leksikona daxil oldu. Bu termini alman alimləri R.Şmed,H.Kelzen və D.Şindler işlətməyə başlamışdılar. Bu müəlliflərinteqrasiya anlayışını siyasi mənada dövlətlərin sosial-siyasi birlikyaratması kimi başa düşürdülər. Ancaq siyasi sahədə real inteqrasiyaprosesləri yalnız XX əsrin ikinci yarısından, daha intensiv şəkildəisə 80-90-cı illərdən başlandı.

XX əsrin 80-ci illərinin axırında dövlətlər tərəfindən yaradılankoordinasiya xarakterli beynəlxalq təşkilatların sayı 400-ə yaxın idi.Beynəlxalq qeyri-hökumət təşkilatlarının sayı isə 4676 idi (2.1.2).XX əsrin sonuna artıq bir neçə siyasi-iqtisadi inteqrasiya modellərivardı: Avropa İttifaqı, And qrupu (Latın Amerikası, 1969-cu il),Karib “ümumi bazarı” (Latın Amerikası, 1973-cü il), ASEAN (UzaqŞərq, 1967-ci il), MERKOSUR (Latın Amerikası, sosial, siyasi,iqtisadi inteqrasiya, 1991-ci il), MAİS (Ümumdünya Əqli MülkiyyətAlyansı, Mərkəz Amerika, 1991-ci il), NAFTA (Şimal Amerika azadticarət sazişi, Şimal Amerika, 1994-cü il), FTAA (Ümumamerikaazad ticarət zonası, 1994-cü il). Paralel olaraq, siyasi ittifaqlar vəhərbi bloklar da yaranmışdı: Avropa Şurası, Afrika Birliyi Təşkilatı

60

Page 61: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

(ABT), NATO. Bu təşkilatların hər biri 1990-cı ildən sonra özününtəkamülünün yeni mərhələsinə qədəm qoydu. Eyni zamanda, dünyadayeni siyasi, hərbi və sosial-iqtisadi birliklər formalaşmağa başladı.Postsovet məkanında MDB, GUAM və s. qurumlar meydana gəldi.Bütün bunlar “birqütblü dünya”da tamamilə fərqli geosiyasi mənzərəninyaranmaqda olduğunu təsdiq edirdi. Mütəxəssislər 1997-2003-cüilləri “birqütblü plüralistik dünya modeli” kimi xarakterizə edirlər(bax: 2.1.1). Bu modelin formalaşmasını nəzəri-geosiyasi aspektdənecə izah etmək olar?

Yuxarıdakı fikirlərdən görünür ki, beynəlxalq aləmin keçən əsrin90-cı illərində “ikiqütblü” bloklara əsaslanan geosiyasi modeldən“birqütblü plüralistik” modelə keçidi baş verdi. Bu keçid bir tə rəf -dən, dünyada yalnız bir fövqəldövlətin qaldığını ifadə edirdisə,digər tərəfdən, bütün geosiyasi problemləri bu fövqəlgücün həlledə bilməyəciyini də göstərirdi. Çünki “birqütblü dünya”nınözü müxtəlif regional inteqrativ qurumlarla zəngin idi və onlarınhər birinin proseslərə geosiyasi təsiri vardı. Faktiki olaraq, dünyamüxtəlif inteqrativ qurumların açıq sisteminə çevrilmişdi. Beləsistemdə istənilən an yeni inteqrasiya proseslərinin və birliklərin ya-ranmasını gözləmək olardı. Eyni zamanda, heç kəs hansısa qurumundayanıqlığına təminat verə bilməzdi – hər an qüvvələr balansı pozulabilərdi. Belə şəraitdə konkret bir dövlətin mütləq hakimliyindənsöhbət gedə bilməzdi. Dünya dinamik, açıq və qeyri-xətti proseslərləzəngin olan böyük bir sistemi xatırladırdı. Bu cür sistemlərin möv-cudluğu dinamik (və ya mütəhərrik) tarazlaşdırma mexanizminin iş-lənməsini tələb edir. BMT təkbaşına bunun öhdəsindən gələ bilməzdi.Çıxış yolu müxtəlif inteqrativ strukturlar və tənzimləmə mexanizmlərivasitəsilə çevik balanslaşma sisteminin yaradılmasında idi.

Dünyanın müxtəlif regionlarında sürətlə yaranan inteqrativqurumlar, XX əsr boyu fövqəldövlətlərin güc balansı yaratmasıhesabına mövcud olan dünyada, balanslaşmanın lokal və ya regionalsəviyyədə əhəmiyyətini göstərirdi. Yəni iyerarxik şəkildə ayrı-ayrıregionlarda güc balansı yaranmalı idi ki, bütövlükdə qlobal dünyamiqyasında ortaq balanslaşma sistemi qurula bilsin. Bu, bir tərəfdən,

61

Page 62: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

regional inteqrativ qurumlar arasında əməkdaşlıq məsələsini, digərtərəfdən isə, çoxtərəfli balansı təmin edə biləcək yeni diplomatik-siyasi üsulların hazırlanmasını tələb edirdi. Bu işlər paralel aparılmalıidi. Həmin dövrlərdə siyasi leksikona yeni terminlərin daxil olmasıbununla bağlıdır. Məsələn, “inteqrativ diplomatiya”, “məkik diplo-matiyası”, “paradiplomatiya” kimi anlayışlar siyasi-diplomatik fəa-liyyətin gündəminə gətirildi (ətraflı bax: 2.1.3, 2.1.4, 2.1.5). Müvafiqolaraq, diplomatik xidmətin vasitə, üsul, metod və texnologiyalarındada yeniliklər ortaya çıxdı. Bu barədə sonrakı bölmələrdə söhbət aça-cağıq. İndi isə diqqətimizi regional balanslaşma mexanizmləri mə-sələsinə yönəldək.

Göründüyü kimi, Qərbin siyasi-elmi mühitinin formalaşdırdığıyeni geosiyasi konsepsiyaların təsiri real siyasətdə ciddi dəyişiklikləretdi. Zahirən nə qədər humanist və xeyirxah görünsə də, həminkonsepsiyaların təsiri ilə dünya “birqütblü plüralistik” modeləkeçid etdi. Deməli, sadəcə olaraq, təsir vasitələri daha incə, mürəkkəbvə “mədəni” olmuşdu. Bu təsirlər yeni texnologiyalara əsaslanırdı.Onların təhlili ayrıca mövzudur, fəqət bizim üçün əsas odur ki,regional miqyasda balans yaratmaq yerli dövlətlərin xarici siyasətləriqarşısında çox ciddi vəzifələr qoyurdu. Birincisi, dünya miqyasındaəsən geosiyasi küləklərin istiqamətini və “hərarətini” dəqiqmüəyyənləşdirmək lazım idi. İkincisi, yerli şəraiti nəzərə alaraq,ziddiyyətlərlə dolu geosiyasi məkanda balans yaradıb saxlamağınsiyasi-diplomatik üsullarını tapmaq zərurətə çevrilmişdi. Buradahərbi mexanizmlərə əsaslanmaq riskli idi, çünki bütövlükdə dünyanıngeosiyasi məzmunu dəyişmişdi. Hərbi güc artıq əsas təsir vasitəsikimi yararsız idi – insanları qurğuşunla öldürmək beynəlxalq cinayətsayılırdı. Regional geosiyasi balansı yalnız “yumşaq və ya ağıllıgüc”lə yaratmaq olardı. Deməli, dövlət quruculuğunda əsas məsələyerli şəraiti nəzərə alıb balans yarada biləcək xarici siyasət kursunuhazırlamaqdan ibarət idi. Bütün bunları nəzərə almadan uğurlu xaricisiyasət yeritmək mümkün deyildi.

Məhz həmin məqamları nəzərə almadıqlarından, çoxları Azər-baycanın balanslaşmış xarici siyasət kursunun əsas qayəsini tam

62

Page 63: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

dərk edə bilmirdilər, bəziləri isə hələ də onu təhrif olunmuş haldaanlayır. Regional miqyasda siyasi və geosiyasi balans yaratmaq, hərgələnə “hə” demək və ya ona istədiyini vermək deyil. Bu yanaşmaçox primitiv və yanlışdır. Birincisi, burada konkret dövlətin nəyibalans kimi nəzərdə tutduğu önəmlidir. İkincisi, regionda heç birölkə təcrid vəziyyətində deyil, ona görə də söhbət balansdan gedirsə,maraqlar qarşılıqlı surətdə nəzərə alınmalıdır. Mövzu konkret olaraqbir dövlətlə bağlıdırsa (məsələn, Azərbaycanla), məsələ lokal geosiyasiməkanda (bizim misalda Cənub Qafqazda) həmin dövlətin maraqlarınauyğun qüvvələr balansının yaradılmasından ibarətdir. Eyni zamanda,qlobal miqyasda mövcud geosiyasi qüvvələr nisbətini nəzərə alan vəonunla uzlaşa bilən balanslaşma kursu formalaşdırmaq lazım gəlir.

Başqa sözlə, balanslaşma üç səviyyədə – konkret dövlətin ma-raqları sahəsi, regional geosiyasi məkanın tarazlığı və qlobalgeosiyasi mühitdə qüvvələr nisbəti ilə uzlaşmanı nəzərdə tutmalıdır.Aydındır ki, bu cür mürəkkəb iyerarxik siyasi kurs son dərəcə incə,dinamik və müasir yanaşma tələb edir. Cənub Qafqazda bu vəzifəninöhdəsindən gələn ilk ölkə Azərbaycan oldu. Azərbaycanın keçənəsrin 90-cı illərində hazırladığı xarici siyasət kursunun üfüqlərindəyuxarıda qeyd etdiyimiz hər bir səviyyədə balanslaşmanın harmoniyasıgörünürdü. Tarix bu tezisin doğruluğunu təsdiqlədi. Bu tezisinüzərində geniş dayanmağa ehtiyac vardır.

2.2. Risklər və böhranlar: çevik xarici siyasət

XX əsrin sonu – XXI əsrin əvvəlləri dünya haqqında təsəv-vürlərin ciddi surətdə dəyişməsi ilə xarakterizə olunur. Geosiyasikonsepsiyalarda baş verən ideya transformasiyalarından dabunu aydın görmək mümkündür. Müasir dövr üçün siyasətdə vəgeosiyasətdə artıq mütləq həqiqətdən danışmaq doğru deyil. İn-formasiya geosiyasəti zamana uyğun çevik siyasi fəaliyyət me-yarlarının seçilməsini tələb edir. Uinston Çörçill deyirdi ki, “in-formasiyaya sahib olan dünyaya sahibdir”. Ancaq çox uzağa

63

Page 64: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

baxmaq da uzaqgörənlik əlaməti deyil. Yəni hər bir addımıkonkret zamanında atmaq, dövrün nəbzini tutmaq lazımdır.Xüsusilə siyasətdə bu, qızıl qayda sayıla bilər. Ona görə də dövrünümumi təkamül tendensiyasını, baş verən proseslərin mahiyyətinivə zaman amilini nəzərə almadan səmərəli xarici siyasət qurmaqmümkün deyildir. Onu qeyd edim ki, birgə işlədiyimiz müddətdə si-yasətin incəliklərini Heydər Əliyevdən öyrənməyə çalışırdım. Onunqeyri-adi strateji düşüncə sahibi olduğunu görürdüm. Lakin HeydərƏliyev bir dəfə də olsun, vaxtından əvvəl addım at maz və tələsməzdi.Məncə, bu keyfiyyəti ona həmişə yenilik etməyə imkan verərdi.Heydər Əliyev həmişə ölkənin gələcəyi haqqında düşünərdi. U.Çörçillinbir sözü var: “Dövlət xadimlərini siyasətçilərdən fərqləndirənodur ki, birincilər ölkənin gələcəyi haqqında, ikincilər isə qarşıdakıseçki barədə düşünürlər”. Doğrudan da, ölkənin gələcəyinidüşünənlər yaşadıqları dövrün nəbzini tutmağa, hansı işləri görməyinzəruri olduğunu dəqiq müəyyən ləş dirməyə çalışırlar. Müasir xaricisiyasətin yalnız bu prinsiplər əsasında səmərəli modelini tapmaqmümkündür.

İndi “risk” və “böhran” terminləri elmin bir çox sahələrində iş -lənir. Bu anlayışların siyasətə də aidiyyəti var. Əslində, risk anlayışınınmənşəyi haqqında dəqiq məlumat yoxdur. Onun haqqında ilkin tə-səvvürlərin Qədim Şərqdə yaranmasından yazılır. Maraqlısı odur ki,orta əsrlərdə gəmiçilər “risigio” sözündən istifadə ediblər ki, bu da“sıldırımlı qayalar” deməkdir. Siyasətə risk sözünün bu anlamı dahauyğun gəlir. Siyasət yürütmək “sıldırımlı qayalar” arasından “dövlətgəmisini” salamat qurtarmağa bənzəyir. Siyasətdə risk etməyən isəheç nəyə nail ola bilmir. Biz “risk” anlayışı üzərində geniş dayanmaqistəməsək də, onun bəzi məqamlarına nəzər salmaq niyyətindəyik.

Müasir tədqiqatçıların fikrinə görə, elmi iddialara tam cavab verəbiləcək risk anlayışı yoxdur (2.2.1, s.138 və 2.2.2). Bu anlayışın ilkelmi izahı ehtimal nəzəriyyəsi ilə bağlıdır. Risk bu bağlılıqda uğurəldə etmək şansı ilə əlaqələndirilir. XIX əsrdə risk iqtisadiyyat vəpsixologiya sahəsində daha çox tədqiq olunurdu. XX əsrdə isə riskbir çox sahələr, o cümlədən siyasətlə sıx əlaqədə öyrənildi. XX əsrin

64

Page 65: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ikinci yarısından etibarən dünya miqyasında müxtəlif təbiətliproseslərin intensivləşməsi, inteqrasiya proseslərinin sürətlənməsivə qarşılıqlı əlaqələrin cəmiyyətin bütün sahələrini əhatə etməsi riskanlayışını daha da aktuallaşdırdı. Müasir elmi nəzəriyyələrin hərbirində bu anlayışdan geniş istifadə olunur. Ancaq artıq vurğuladığımızkimi, risk anlayışı ilə bağlı hələ ki, vahid elmi mövqe yoxdur. Bizcə,siyasi fəaliyyət baxımından riskin Robert Kates və Rocer Kaspersontərəfindən verilən tərifi daha cəlbedicidir. Onlar riski “gözlənilməztəhlükə” ifadəsi ilə əlaqələndirirlər. Bu yanaşmada riski insanlaravə onlar üçün dəyər kəsb edən siyasi amillərə olan təhdid kimi mə-nalandırmaq olar. Yəni “risk gözlənilməz təhlükənin ölçüsüdür”(2.2.1, s.139).

Ümumilikdə götürdükdə, riski arzu olunmayan nəticələrin reallaşmapotensialı kimi təsəvvür etmək olar. O zaman risk təhlükə anlayışıilə əlaqəlidir. Risk etmək mümkün təhlükəni nəzərə almaq deməkdir.Təhlükənin o biri tərəfi isə təhlükəsizlikdir. Risk anlayışının siyasimühit üçün əhəmiyyətli cəhəti də məhz təhlükəsizlik anlayışı iləbağlıdır. Müasir dünyanın qlobal problemlərinin həlli baxımındanriskin təhlükə və təhlükəsizlik anlayışları ilə bir bucaq altındanəzərdən keçirilməsini konstruktiv yanaşma hesab etmək olar. Buaspektdə alman alimi Ulrix Bekin tədqiqatları diqqəti daha çox çəkir.O, elmə “risk cəmiyyəti” anlayışını daxil etmişdir (2.2.3). U.Bekhesab edirdi ki, postindustrial cəmiyyətdən risk cəmiyyətinə keçidbaş verir (2.2.3). U.Bek müasir dövrün riskləri sırasında siyasi vəgeosiyasi riskləri ayrıca vurğulayır. Hətta bir az da qabağa gedərəkbütövlükdə bəşəriyyətin mövcudluğunun risk altında olduğunu iddiaedir. U.Bek bununla bağlı yazır: “Genetik, kimyəvi, ekoloji, nüvətəhlükələrinin başlıca sosial-tarixi və siyasi potensialı inzibatisistemin, elmi-texniki və hüquqi rasionallığın çöküşündə gizlənib”(2.2.4, s.167).

Beləliklə, dünyanın bir sistem kimi növbəti vəziyyətə transfor-masiyasında risk amilini nəzərə almaq, həmin prizmadan müasirgeosiyasi mühitin dəyişməsi prosesində risklərin oynadığı rola diqqətetmək gərəkdir. Beynəlxalq münasibətlər sisteminə mürəkkəb obyekt

65

Page 66: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

kimi yanaşsaq, onda xüsusi kəskinləşmiş situasiyalarda riskin təsirinədiqqət yetirmək lazım gələr. Bu aspektdə risklə qeyri-müəyyənlik,təhlükə, plüralizm və proqnozlaşdırmanın sərhədləri anlayışlarınınmüqayisəsi məsələsi aktuallıq kəsb edir.

Siyasi mühit üçün risk sayıla bilən və təhlükə törədən çoxlusayda amilləri yuxarıdakı mülahizələr kontekstindən qiymətlən-dirmək mümkündür. İndi beynəlxalq terrorçu qruplaşmalar, se-paratçı hərəkatlar, etnik və dini ekstremizm, qeyri-qanuni miq-rasiya, kütləvi qırğın silahlarının yayılması və başqa məqamlarbeynəlxalq münasibətlərə ciddi təsir göstərir. Strateji əhəmiyyətiolan enerji və nəqliyyat infrastrukturlarını təhdid edən təhlükəriski siyasətçilər tərəfindən ciddiyyətlə qarşılanır. Bu kimitəhdidlər şəraitində dövlətin xarici siyasət kursunu müəyyənləş-dirmək və həyata keçirmək çox çevik xarakterli və strateji ma-hiyyətli təfəkkür tələb edir. Risk və böhran təhlükələri ilə doluolan zəmanəmizin tələblərinə uyğun xarici siyasət formalaşdır-madan güclü dövlət qurmaq mümkün deyildir. Müasir dünyanınmürəkkəblikləri qarşısında qorxu hissinin keçirilməsi müsbətheç nə vermir. Qarşısında məqsədi olan siyasətçi bütün faktorlarınəzərə alaraq hərəkət edirsə, məqsədinə həmişə çatır. U.Çörçilldeyirdi ki, “Gələcəkdən qorxmayın... Gəmi niyə dalğalara qalibgəlir? Başa düşdüm ki, səbəb gəminin məqsədinin olmasındadır,dalğalarda isə o yoxdur. Əgər məqsədimiz varsa, həmişə istədiyimizyerə qədər gedə bilərik”. Məqsədli siyasətçi üçün hər bir böhranhəm də yeni imkan deməkdir. Müasir elmi təsəvvürlərə görə, is-tənilən mürəkkəb sistemin inkişaf yolu böhranlardan keçir.Təcrübə qlobal maliyyə böhranından güclənərək çıxa bilən döv-lətlərin olduğunu göstərir. Azərbaycan belə dövlətlərdəndir. Birçox inkişaf etmiş ölkələrin iqtisadiyyatını böhran zərbələrinin titrətdiyibir vaxtda Azərbaycan iqtisadiyyatı inamla inkişafdadır. Deməli,risk, böhran, təhdid, qeyri-müəyyənlik kimi məqamları konsepsiyalardarasional şəkildə nəzərə aldıqda müsbət nəticələr əldə etmək olur. Eyniləxarici siyasət kursunu formalaşdırarkən bütün bu amillərə diqqətyetirmək lazımdır.

66

Page 67: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Müasir dövrdə xarici siyasət müəyyən mənada geosiyasirisklərin idarə edilməsi vasitələrindən biridir. İstənilən dövlətdaim ətraf aləmlə qarşılıqlı təsirlərdə olur. Mürəkkəb geosiyasisituasiyada bu təsirlər zamanı gözlənilməz amillər meydana çıxabilir. Məsələn, dövlətin xarici qüvvələr tərəfindən işğalına cəhdoluna bilər. Daxili dağıdıcı qüvvələrin təsiri altında dövlətinçökməsi ehtimalı yaranar. Beynəlxalq münasibətlər sistemindəölkənin suverenlik dərəcəsi aşağı düşə bilər. Dövlətin öz maraqlarınılazımi səviyyədə qorumaq imkanı məhdud laşar. Bu cür hallardageosiyasi risklərin idarə edilməsi strategiyası özünü doğruldur.Belə bir strategiyanın uğurla həyata keçirilməsi isə sistemli vəkonkret məqsədləri olan xarici siyasət kursunun formalaşdırıl-masını tələb edir. Azərbaycan üçün bu siyasətin əsasını Uluöndər Heydər Əliyev qoymuşdur. İndi də onun müəyyən etdiyikurs qətiyyətlə davam etdirilir. Bununla yanaşı, dəyişən geosiyasimühitdə meydana gələn riskləri və təhdidləri nəzərə alan dinamikxarici siyasət yeritmək lazımdır. Biz Azərbaycanın xarici siyasətininəsas vəzifələri və prioritetlərinə həsr edəcəyimiz hissələrdə buməsələnin üzərində geniş dayanacağıq. Burada isə xarici siyasətinmüasir geosiyasi şərtlər çərçivəsində bəzi nəzəri-konseptual aspektlərinədiqqət yetirmək istərdik.

Aydındır ki, sürətlə dəyişən ətraf mühit, yəni beynəlxalq aləmeyni dərəcədə çevik xarici siyasət yeritməyi aktuallaşdırır. Geosiyasiriskləri idarə etmək üçün həm mövcud beynəlxalq münasibətlər sis-temini diqqətlə izləmək, həm də daxilən mükəmməl olan xaricisiyasət formalaşdırmaq gərəkdir. İnformasiya anlayışının ciddi roloynadığı tarixi mərhələdə bu problemin çoxsaylı parametrlərdənasılılığını qəbul etmək gərəkdir. Burada birtərəfli düşünmək, bütünamilləri nəzərə almadan siyasi mövqe müəyyənləşdirmək uğur gətirəbilməz. Geosiyasi mühitdə qeyri-xətti təsir amilləri üstünlük təşkiledir. Məsələn, zəif bir təsir sonda güclü effekt verə bilir. İndi məcazimənada “kəpənək effekti” deyilən bir hadisədən müxtəlif bağlılıqda(elmi, iqtisadi, hərbi, siyasi, mədəni, ekoloji və s.) çox danışılır.

67

Page 68: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Bunun geosiyasi mənası ondan ibarətdir ki, dünyanın kiçik birölkəsi ilə bağlı baş verən və əhəmiyyətsiz sayılan hadisə, zəncirvarıreaksiya ilə bütövlükdə dünya üçün qlobal problem yaradır.Obrazlı desək, müəyyən bir ölkədə kəpənəyin qanadlarının havanıdalğalandırması (burada nəzəri ehtimaldan söhbət gedir) başqa ölkədətufan törədə bildiyi kimi, hər hansı bir siyasi hadisə planeti təhlükəqarşısında qoyur.

Müasir dünyada ölkələr və cəmiyyətlər arasında əlaqələr o dərəcədəinkişaf edib ki, bir-birindən min kilometrlərlə uzaqda olan dövlətlərinqarşılıqlı təsirini nəzərə almaq lazım gəlir. Dağlıq Qarabağı Ermənistanınişğal etməsi müasir dünya üçün ciddi geosiyasi problemlər yaradıb.Faktiki olaraq, bu münaqişə Cənub Qafqazda sabitliyin qarşısınıalıb. Azərbaycan öz haqlarını təmin etmək üçün regionla bağlı bütünbeynəlxalq layihələrdən Ermənistanı təcrid edib. İndi beynəlxalqmiqyasda enerji təhlükəsizliyi sisteminin qurulmasına kiçik Ermə-nistanın təcavüzkar siyasəti ciddi mane olur. Zəncirvarı olaraq bü-tövlükdə Avrasiya geosiyasi məkanında hər an hərbi-siyasi partlayışınbaş verməsi təhlükəsi yaranıb.

Müasir geosiyasi mühitin yuxarıda sadaladığımız xüsusiyyətlərixarici siyasətə təsir edən məqamları ciddi surətdə nəzərə almaq ehti-yacını qarşıya çıxarır. Mümkün müxtəlif variantlardan optimal olanınıseçmək lazım gəlir. Burada əbədi və dəyişməz xarici siyasətsistemindən danışmaq səmərəli görünmür. Sürətlə dəyişən situasiyayaadekvat reaksiya verə bilən siyasət gərəkdir.

Ölkənin ətraf aləmlə qarşılıqlı təsirləri bir-biri ilə kəsişənçoxlu sayda amillərlə xarakterizə olunur. Onları yerli, regionalvə qlobal səviyyələrə bölmək olar. Qlobal proseslər beynəlxalqmünasibətlər sistemində iki məqamı önə çəkir.

Birincisi, qeyri-dövlət aktorlarının dünya siyasətində roluartıb. Bura transmilli korporasiyalar, qeyri-hökumət təşkilatları,beynəlxalq qurumlar və s. daxildir. Məcazi mənada “siyasətinqeyri-dövlətləşməsi” tədricən fərqli geosiyasi mühit yaradır.Deyək ki, “ictimai diplomatiya” və yaxud “paradiplomatiya”kimi anlayışlar meydana çıxır.

68

Page 69: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

İkincisi, informasiya texnologiyalarının sürətli inkişafı “daxili”və “xarici” anlayışları arasında olan ənənəvi sərhədi dəyişib.Cəmi bir neçə il öncə daxili sayıla bilən hər hansı amil artıqqarşılıqlı təsirlərin genişlənməsi və cəmiyyətin dərinliklərinənüfuz etməsi nəticəsində “xariciləşib”. Məsələn, insan haqlarıindi heç bir dövlətin yalnız daxili məsələsi sayılmır. Transmillikorporasiyalar yerli iqtisadi infrastrukturda o dərəcədə yer alıbki, iqtisadiyyat sırf daxili hadisə olmaq statusundan uzaqlaşıb.O cümlədən daxili siyasət bütün parametrləri üzrə toxunulmazdeyil. Daxili siyasətlə xarici siyasətin münasibəti bu kontekstdəxeyli dəyişmişdir.

Qlobal proseslərin təsiri ilə regional və qlobal təhlükəsizlikmühiti transformasiyaya uğrayır. Bu transformasiya “birqütblüplüralistik” modellə “çoxqütblü” modelin ziddiyyətlərlə müşayiətolunan açıq və gizli rəqabəti fonunda yeni çalarlar kəsb etməyəbaşlayır. Dünyanın əsas güc mərkəzləri hələ də qarşılıqlı müna-sibətlərdə sabit meyarlar sistemi qura bilmirlər. Məsələn, CənubQafqaz regionunda Qərblə Rusiyanın rəqabəti zaman-zamankəskin xarakter alır.

Regional güclər olan İran və Türkiyənin təsirləri də özünü göstərir.Son zamanlar ABŞ-Rusiya münasibətlərinə Raketdənmüdafiə sis-temlərinin (RMS) yerləşdirilməsi ciddi təsir edir. ABŞ Türkiyə vəAvropanın bir neçə ölkəsində həmin sistemləri quraşdırma planınıhəyata keçirir. Rusiya buna “asimmetrik” cavab verəcəyini bəyanedir. Bu proseslər, əslində “ikiqütblü” dünya konsepsiyasının yenidənaktuallaşa biləcəyinə işarədir. “Çoxqütblülük” konsepsiyası ilə di-gərlərinin faktiki olaraq, toqquşması dünya miqyasında gərginliyiartırır və gözlənilməzlik amilini önə çəkir. Təbii ki, belə olan haldaqlobal və regional təhlükəsizlik sistemlərinin formalaşması kifayətqədər problemli görünür.

Xarici siyasət bu şərtlər daxilində son dərəcə çevik strukturavə funksiyalara malik olmalıdır. Onun iki qrup amil arasındaharmoniya yaratması zəruridir. Birinci qrupa müstəqillik və su-verenliyin gücləndirilməsini, ərazi bütövlüyünün bərpasını və

69

Page 70: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

milli maraqların təmin olunmasını aid etmək olar. İkinci qrupdaqlobal və regional aktorların ziddiyyətli siyasətləri cəmləşmişdir.Azərbaycanın xarici siyasətinin çevikliyi bu iki qrup arasındadayanıqlı uzlaşma nöqtələrini tapmasından ibarətdir. Diplomatikterminlə desək, qlobal və regional aktorlarla “modus vivendi”-nin1 ta-pılması (2.2.5, s.26) Azərbaycan xarici siyasətinin əsas xüsusiyyətlərindənbiri olmalıdır. Seneka demişkən, “zərurət bütün qanunları sındırır”.

Göründüyü kimi, qlobal miqyasda geosiyasi konsepsiyaların trans-formasiyası davam edir. Xarici siyasətin formalaşmasında bu məqamnəzərə alınmalıdır. “Modus vivendi” bu mərhələdə xarici siyasətinçevikliyini və intensiv yeniləşmə imkanının saxlanmasını təminedən vasitələrdən biridir. Azərbaycanın xarici siyasətinin vəzifələrivə prioritet istiqamətləri bu kimi şərtlər daxilində formalaşdırılmışdır.Onların təhlili göstərir ki, ölkəmiz kifayət qədər əsaslandırılmışxarici siyasət kursuna malikdir.

2.3. Uçurumun kənarından qayıdış:yeni xarici siyasət kursunun yüksəlişi

Dünya miqyasında yuxarıda təsvir etdiyimiz gərgin, dinamik vəsürətli geosiyasi proseslərə 1991-1993-cü ilin birinci yarısında Azər-baycan necə reaksiya verirdi? Etiraf edək ki, Azərbaycan həminmərhələdə geosiyasi baxımdan təcrid olunmuş bir siyasi həyatyaşayırdı. Yerli siyasi qrupların məhdud maraqları bütün digəramilləri kölgədə qoymuşdu. Hətta Böyük Britaniya kimi dövlətitəmsil edən Marqaret Tetçerlə görüşdə siyasi-diplomatik etiketəuyğun gəlməyən səhvlərə yol verilmişdi.

Təbii ki, təcrübəli siyasətçi və diplomatlar dərhal kimlərlə danışıqapardıqlarını anladılar. Azərbaycana, nə qədər acı da olsa, ciddi mü-nasibət göstərilmirdi. 1991-ci ildə Ayaz Mütəllibov sırf rusiyayönlü

70

1 Modus vivendi latıncadan tərcümədə “həyat tərzi”, “mövcudluq üsulu” deməkdir.Bu diplomatik termin müvəqqəti və ya ilkin sazişləri ifadə edir. Həmin sazişlərinsonradan daha dəqiq və daimi xarakterli müqa vilələrlə əvəz edilməsi nəzərdə tu-tulur.

Page 71: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

siyasət yeridirdi. Bu o halda baş verirdi ki, qlobal miqyasda Rusiyageosiyasi mövqelərini bir-bir itirir və özü Qərblə əməkdaşlıq xəttinəkeçirdi, Azərbaycanın o vaxtkı rəhbərliyi isə ölkənin inkişafını Rus -iya ilə ittifaqda görməkdə davam edirdi. Həm də bu səbəbdən AXC-nin təzyiqləri qarşısında A.Mütəllibov iqtidarı çökdü. Bu dəfə AXCölkəni başqa ifrat geosiyasi xəttə atmağa başladı. Sırf Türkiyə xəttiniseçən AXC iqtidarı ölkəni bir neçə istiqamətdən zərbə altında qoydu.

Türkiyənin özündə isə bir türk birliyi eyforiyası yaranmışdı. Birneçə il sonra Almaniyanın “Der Spiegel” dərgisi yazacaqdı ki, Tür-kiyənin Qafqaz siyasətində ən böyük səhvi Rusiya amilini nəzərə al-maması idi. O zaman türk dövlətlərinin birliyi məsələsini regionungeosiyasi özəlliyini, tarixi təkamül şərtlərini və qlobal miqyasda for-malaşmış qüvvələr nisbətini nəzərə almadan qəti gündəmə gətirməkqeyri-real addım idi. Nəticəsi o oldu ki, Türkiyə və Azərbaycanzərbələr aldı, itkilər verdi. Azərbaycan dövlət və cəmiyyət kimidərin böhran zolağına düşdü. Müxtəlif qüvvələr Ermənistan vasitəsilə1993-cü ilin əvvəlində Qarabağda işğal əməliyyatlarını genişləndirir,Azərbaycanın içərilərinə doğru ekspansiya əməliyyatlarına əl atırdılar.Azərbaycandakı hərbi qruplaşmalar isə döyüş meydanını tərk edib,Bakıda hakimiyyətə öz “liderlərini” gətirmək işinə girişmişdilər. Busırada daha təhlükəli olanı S.Hüseynovun hərbi qruplaşması, R.Cava-dovun XTPD-si və Ə.Hümbətovun separatçı qrupu idi. Bunlar başdaolmaqla digər kiçik hərbi-cinayətkar qruplaşmalar ölkəni sağa-solatalayırdılar. Düşmən isə təcavüzkarlığını daha da genişləndirirdi.

Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, dövlət öz maraqlarını qo-rumaq imkanlarını itirmişdi. 1993-cü il iyunun 15-dən situasiya də-yişməyə başladı. Bu, xalqın iradəsinə uyğun olaraq, Heydər ƏliyevinNaxçıvandan Bakıya dəvət edildiyi gün idi. Heydər Əliyevin həmingündən fəaliyyətinin bir xüsusiyyəti vardı – o, yalnız siyasi-diplomatikmetoda üstünlük verirdi. Bir neçə dəfə elə şərait yaranmışdı ki, birhərbi qruplaşmadan (məsələn, R.Cavadovun dəstəsindən) digərinin(məsələn, S.Hüseynovun qruplaşmasının) dağıdılmasında istifadəetmək olardı. Lakin ən çətin anlarda belə Heydər Əliyev danışıqlar,diplomatik məharət yolunu seçdi. Bununla o, birincisi, Azərbaycanın

71

Page 72: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerinimöhkəmlən dirdi; ikincisi, cəmiyyətimizin fərqli cəhətlərini nəzərəalaraq, gələcək düşmənçiliyin yaranmasına imkan vermədi;üçüncüsü, xarici düşmənlərin bundan yararlanmaq şansını əldəetməsinin qarşısını aldı; dördüncüsü, siya sətçilərin növbəti nəslinənümunə oldu.

S.İ.Çernyavski yazır: “Bakıya gəlişinin ilk günlərində HeydərƏliyevi R.Cavadovun adamları qoruyurdu. Ancaq o, R.Cavadovuntabe olduğu AXC və Milli İstiqlal Partiyasının hərbi dəstələrinəborclu qalmaq istəmirdi. Ona görə də S.Hüseynova qarşı Əliyev əsaskartını – on illərlə oddan-alovdan keçmiş... siyasətçi təcrübəsiniqoydu” (2.3.1, s.126). Rusiyalı bir tarixçi, beynəlxalq münasibətlərüzrə mütəxəssisin Heydər Əliyevin bu cür davranışının əsas motivinigörməməsi təbiidir. Onun sadaladığı məqamların da həmin dövrdəözünəməxsus yeri vardı. Lakin əsas səbəb yuxarıda qeyd etdiyimizsiyasi mədəniyyət, doğma ölkənin siyasi mühitinə dialoq, sivildanışıq qaydası və dövlətin taleyi üçün hər kəsin məsuliyyət da-şıması vərdişini aşılamaq istəyi idi. Heydər Əliyevi müdafiə etməkistəyənlər çox idi, lakin o, əsl siyasətçi ustalığı ilə vətənpərvərliyinsintezində addımlar atırdı – o, problemləri həll edə-edə gənc si-yasətçiləri də öyrədirdi.

Bu bir faktdır ki, Heydər Əliyev onunla sırf siyasi üsullarlamübarizə aparanların heç birinə qarşı sərt davranmadı. HəttaS.Hüseynov proseslərin bir mərhələsində Heydər Əliyevi güc tətbiqetməklə hədələyəndə belə, sözlə cavab vermədi, ağır və ibrətvericibaxışları ilə gənc rəqibinə çox şeyləri anlatdı. Şübhəsiz, əgər bukimi jestlər olmasa idi, Azərbaycanın siyasi səhnəsi hər an partlayabilərdi və ondan sonra vətəndaş müharibəsinin girdabından qurtulmaqolmazdı.

Heydər Əliyev bu kimi gedişlərlə faktiki olaraq, xarici siyasətində ümumi cizgilərini və əsas metodlarını formalaşdırırdı. O, daxiliproblemlərin həlli üçün tətbiq etdiyi dinc və diplomatik məharətə ar-xalanan üsulları xarici siyasi fəaliyyətə proyeksiya etdi. İndi hərkəsin eşitdiyi “balanslaşdırılmış xarici siyasət kursu”nun rüşeymləri

72

Page 73: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

o vaxtlarda formalaşdı. Xarici siyasətin konkret məzmununa keçmədənbir sıra nəzəri qeydlər edək.

Heydər Əliyev Azərbaycanın düşdüyü konkret geosiyasi və tarixişəraiti nəzərə alaraq, xarici siyasət kursunun əsas ruhunu formalaş-dırmağa başlamışdı. Əvvələn, nəzərə alınırdı ki, qlobal səviyyədəgeosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişib. İkincisi,Rusiya ilə əlaqələri kəsmək çox təhlükəli və tarixi gerçəklik ba-xımından perspektivsizdir. Üçüncüsü, məlum səbəblərdən Türkiyəbölgədə strateji tərəfdaş olmalıdır, lakin rəsmi Ankara “böyükqardaş” fəlsəfəsindən imtina etməlidir. Dördüncüsü, İran böyükqonşumuz və ortaq tarixə malik olduğumuz cəmiyyət kimi xaricisiyasətdə ciddi yer almalıdır. İranla dostluq və sıx əməkdaşlıqxətti seçilməlidir. Beşincisi, strateji istiqamət olaraq Qərbə in-teqrasiya xətti götürülməlidir. Çünki proseslər göstərirdi ki,yaxın perspektivdə dünya miqyasında geosiyasi, hərbi, mədəni,iqtisadi və siyasi inkişaf baxımından Qərbə alternativi bir müddətgözləmək lazımdır.

Bu konsepsiyanın fonunda Heydər Əliyev Azərbaycanın regiondaolan digər dövlətlərə yönəlik xarici siyasət kursunu müəyyənləşdirdi.Bununla da balanslaşdırılmış xarici siyasət dərin təhlil əsasındadəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq qurulurdu. Busiyasətin mərkəzində güclü Azərbaycan dövləti və demokratikcəmiyyət yaratmaq məqsədi dururdu. Əsas vəzifələrdən biri ölkəninərazi bütövlüyünü təmin etmək idi. Çünki ərazi bütövlüyü bərpaolunmayan dövlətin davamlı inkişafına həmişə problem yaratmaqehtimalı var. Münaqişə qalırsa, hər an ondan istifadə edib, Azərbaycanaistədiklərini qəbul etdirməyə cəhdlər edə bilərlər. Bunu böyük güclərdaha yaxşı bilirlər, buna görə də Azərbaycanın cidd-cəhdlərinə bax-mayaraq, keçən əsrin 90-cı illərinin ortalarından Dağlıq Qarabağmünaqişəsi donduruldu. Nə BMT-nin qətnamələri yerinə yetirildi,nə də Ermənistanı sözdə deyil, əməldə işğalçı dövlət bəyan edib,müvafiq addımlar atıldı. Əksinə, təcrübə göstərdi ki, böyük güclərzaman-zaman Ermənistanın başına sığal çəkmək, ona silah satmaqla

73

Page 74: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

sürətlə inkişaf edən Azərbaycan üçün təhlükə mənbəyinin qaldığınınümayiş etdirdilər.

1993-1995-ci illərdə Ermənistan qoşunlarının Azərbaycan ərazi-lərindən çıxarılmasına çalışmaq əvəzinə, Bakıda dövlət çevrilişiplanları hazırlayaraq, ölkəni yenidən xaosa sürükləməyə cəhd olundu.Bu çevrilişlərin ssenariləri xaricdə hazırlanırdı. Özü də maraqlıdırki, Azərbaycana dost olan da, olmayan da öz maraqları naminə buişə girişmişdi. Sual olunur: ölkədə sabitlik yaratmağa, dövlət qu-rumlarının normal işini bərpa etməyə çalışan Heydər Əliyevəniyə mane olurdular? Dünyanın siyasi səhnələrində, möhtəşəmsalonlarında sülhdən, əməkdaşlıqdan, qardaşlıqdan, inteqrasi-yadan, mehriban qonşuluqdan, plüralist siyasi-ideoloji yanaş-malardan, sabitlikdən, demokratik genişlənmədən, yeni siyasiittifaqların zəruriliyindən və s. gəlişigözəl epitetlərdən söz salanlarıAzərbaycanda qane etməyən nə idi?

Təcavüzkarı təsir altına alıb, onu cilovlamaq əvəzinə, torpağıişğal edilmiş gənc bir dövləti diz çökdürməyi, onu təsir altında sax-lamağa çalışmağı müasir geosiyasi konsepsiyalar necə izah edir?Biz burada “ədalət”, “hüquq”, “bərabərlik” kimi ifadələri işlətmirik,çünki bu anlayışlar siyasətdə başqa “missiyaların” həyata keçirilməsiüçün işlədilir. Lakin müasir geosiyasi konsepsiyalarda balanslaşmadan,inteqrasiyadan və sülh naminə əməkdaşlıqdan bol-bol danışılır.Görünür, hələ keçən əsrin 50-ci illərində F.Hayekin dediyi “biz (av-ropalılar) etiraf etməliyik ki, çox səhvlər buraxmışıq və davranışımızıdəyişməliyik” tövsiyəsini nəzərə almayanlar az deyil. Bəziləri hələdə öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq vər-dişindən əl çəkmək istəmirlər. Hər bir halda Azərbaycanın üstünədüşüb, burada sözəbaxan hakimiyyət formalaşdırmaq işi heç birsiyasi əxlaq normasına sığmır.

Lakin Azərbaycanı əhatə edən böyük dövlətlərin, hətta min kilo-metrlərlə uzaqda olanların öz arqumentləri vardı. Onlar bilirdilər ki,Azərbaycana nəzarət etmək bütövlükdə Cənub Qafqaza nəzarətetmək demək idi. Bunun səbəbi, Hafiz Paşayevin fikri ilə ifadə et -sək, Azərbaycanın “3G” ölkəsi olmasıdır. “3G” müasir tarixi şə rait -

74

Page 75: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

də ölkənin coğrafi yerinə, geoloji zənginliyinə və geosiyasi mövqeyinəuyğun olaraq, çox əhəmiyyətli olduğunu ifadə edir. Lap qədimdənhəmin xarakteristikaya görə Azərbaycan böyük dövlətlərin diqqətmərkəzində olub. Bu fikir Heydər Əliyevin XXI əsrin və üçüncü mi-nilliyin gəlişi ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətdə elmi-nəzəri-praktiki cəhətdən dəqiq əsaslandırılıb (bax: 2.3.2). Azərbaycanmüxtəlif sivilizasiyaların kəsişmə məkanı, fərqli dinlərin və mədə-niyyətlərin yanaşı yaşadığı yer olub.

Müasir tarixi mərhələdə enerji daşıyıcılarının əhəmiyyətini nəzərəalsaq, böyük dövlətlərin ölkəmizə marağını tam təsəvvür edə bilərik.Məlumdur ki, enerji siyasəti XX əsrin ikinci yarısından dünya geosi-yasətinin əsas prioritet istiqamətlərindən biri və bəzən birincisi hesabolunur. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olmasıböyük dövlətlərin diqqətini çox çəkirdi. Lakin onların bir səhvivardı – bu zəngin likdən yararlanmaq üçün onun sahibi olan Azər-baycanın müstəqilliyini, sərbəst qərar vermək, kiminlə istəsə onunlaəməkdaşlıq etmək haqqını tanımaq istəmirdilər. Görünür, tarixdəbaş verən bəzi hadisələr də onlarda müəyyən dərəcədə yanlış təsəvvürformalaşdırmışdı. Çünki 300 il əvvəl Azərbaycan parçalanandansonra burada fəaliyyət göstərmək üçün Bakıdan heç nə soruşmurdular.Nə Nobel qardaşları, nə də onlardan əvvəl və sonra gələnlər neft çı-xarmaq icazəsini azərbaycanlılardan almadılar. Bununla da belətəəssürat yarana bilərdi ki, kim bacarırsa, Azərbaycanın sərvətlərinitalan edə bilər, Azərbaycandan razılıq almağa isə ehtiyac yoxdur.Geosiyasi müstəvidə cərəyan edən proseslərin ümumi istiqaməti dəburada vəziyyəti qəlizləşdirirdi.

Məsələnin mahiyyəti, Z.Bjezinskinin qeyd etdiyi kimi, geosiyasi“qravitasiya mərkəzinin Qərbdən Şərqə meyllən məsi” (2.3.3) prosesiilə bağlıdır. Deyirlər ki, Hitlerdən ad günündə dünyanın xəritəsi olantortun hansı hissəsindən pay istədiyini soruşanda, barmağı ilə Azərbaycanıgöstəribmiş. İndi də Azərbaycan bu marşrutda çox mühüm məntəqədir.O, Cənub Qafqazda həlledici geosiyasi oyunçudur. Azərbaycan həmdə Mərkəz Asiyaya açılan “geosiyasi pəncərə”dir. Cənub Qafqazınbaşqa bir ölkəsinin coğrafi, geoloji və geosiyasi xarakteristikalarınagörə bu funksiyanı yerinə yetirməsi imkanı yox dərəcəsindədir.

75

Page 76: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Bütün bunlar onu göstərir ki, qlobal səviyyədə gedən geosiyasiproseslərin ümumi məntiqi, postsovet məkanının geosiyasi xüsusiy-yətləri, Cənub Qafqazda yaranmış ümumi vəziyyət və Azərbaycanınöz daxili siyasi mühitinin ziddiyyətləri sistem halında ölkənin stratejiseçimini xeyli çətinləşdirmişdi. Bu cür iyerarxik maraqlar sistemininəzərə almadan ümumi inkişaf strategiyası və onun tərkib hissəsiolan xarici siyasət kursu seçilə bilməzdi. Heydər Əliyev bu mürəkkəbvəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prio-ritetlərini dəqiq müəyyənləşdirdi.

Həmin vəzifələr barədə yığcam şəkildə Ulu öndər 1993-cü iloktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən andiçməmərasimində danışmışdır. Ulu öndər bə yan edirdi: “Respublikamızınqarşısında duran əsas vəzi fələrdən biri Azərbaycanın mənafeyinidünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətinyeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimizbirinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyəyönəldilməlidir” (2.3.4, s.220). Bunun üçün önəmli vəzifə kimiÜmummilli lider bərabərhüquqlu əlaqələr yaratmağı qarşıya qoyurdu.Bu tezisin geosiyasi mənası dərindir. Mərkəzə dövlətin müstəqilliyinintəmin edilməsi gətirilir. Bu o deməkdir ki, Azərbaycan bundan sonramüstəqilliyini heç kimə güzəştə getməyəcək.

Müstəqil dövlət olmağın müasir şərtləri barədə çox yazılıb. Lakinəgər bir ölkə dünyanın bütün dövlətləri ilə əlaqələr qurmaq və onlarıinkişaf etdirmək istəyirsə, burada bizim metodoloji qeydlərdə vur-ğuladığımız mürəkkəb situasiya yaranır. Yəni ətraf aləmlə intensivvə genişlənən əlaqələr qurmaqla müstəqilliyi necə təmin etmək olar?Bunun yeganə yolu güclü dövlət və güclü cəmiyyət modellərini uy-ğunlaşdırmaqdan ibarətdir. Belə çıxır ki, Azərbaycanın xarici siyasətison məqsəddə güclü dövlətlə güclü cəmiyyət modellərinin harmoni-yasını təmin etməkdən ibarətdir. Bu yolda bütün xarici tərəfdaşlarınbalansını qoruyub saxlamaq heç də həmişə mümkün olmaya bilər.

Lakin müasir tarixi mərhələdə bu, əsas şərt deyildir. Çünkigeosiyasi və geoiqtisadi proseslər o dərəcədə sürətlə dəyişir ki, hərhansı statik durumun formalaşaraq uzun müddət qalması hələlikqeyri-mümkün. Bu məntiqlə dayanıqlı balans modeli də yeniləşməlidir.

76

Page 77: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Burada əsas şərt əməkdaşlığa daim açıq olmaq və əlaqələr sisteminisivil qaydalar daxilində formalaşdırmaqdan ibarətdir. Həmin mənadabalans dinamik, çevik və tarazlı münasibətlər sisteminin qurulmasıanlamına gəlir. Güclü dövlətlə güclü cəmiy yətin bir-birini tamamlamasıməhz bu dinamizmdə öz təsdiqini tapır. Olduqca maraqlı, aktual vəvacib bir müddəadır. Bu, xarici siyasəti dövlət quruculuğu vəcəmiyyətin inkişaf fəlsəfəsi ilə mükəmməl əlaqələndirməyin nümu-nəsidir. Qarşıya bu vəzifə qoyulursa, qətiyyətlə Azərbaycanındiplomatik xidmət sahəsini, onun fəaliyyət metodlarını inkişafetdirmək və daxili inkişafın tempinə uyğunlaşdırmaq lazım gəlirdi.Bunun üçün ilk növbədə xarici siyasətin daha konkret səviyyədə və-zifələrini aydınlaşdırmaq lazım idi.

Bu vəzifələr içərisində ilk sırada Azərbaycanın müstəqilliyinə vəsuverenliyinə təminat almaq dururdu. Münaqişələr və Dövlət Quru-culuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) icraçı direktoruDennis Sammut qeyd edir ki, 1990-cı illərin ortalarında xaricisiyasətin iki əsas məqsədindən biri Azərbaycana suveren dövlət ki -mi təminatlar almaqdan ibarət idi (bax: 2.3.5, s.145). 1993-1995-ciillərdə Azərbaycanda baş verən siyasi hadisələrə nəzər yetirsək, buvəzifənin nə qədər çətin olduğunu anlaya bilərik. O zaman daxildəqanunsuz hərbi qruplaşmalar xaricdən aldıqları dəstək sayəsindəAzərbaycanın müstəqilliyinə və suverenliyinə ciddi ziyan vurmaqyolunu seçdilər. Bir-birinin ardınca dövlət çevrilişinə cəhdlər oldu.Bu hadisələrin arxasında Azərbaycanın “Əsrin müqaviləsi”niimzalaması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə qərarverməsinin durduğu indi hər kəsə məlumdur.

Həmin dövrü Azərbaycanın suverenliyi və müstəqilliyinin təminininən böhranlı mərhələsi adlandırmaq olar. Ölkəmiz müəyyən mənada“suverenlik və müstəqillik imtahanı verirdi”. Bu məqamda HeydərƏliyevin siyasi-diplomatik peşəkarlığı ilə bir insan kimi güclü iradəsihəlledici rol oynadı. Azərbaycanı yolundan döndərmək mümkünolmadı. Ölkə beynəlxalq aləmdən suverenliyinə və müstəqilliyinətəminat ala bildi və iki istiqamətdə strateji dividend əldə etdi.Birincisi, Qərblə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırdı.

77

Page 78: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq, öz iq-tisadiyyatının gələcək inkişafını təmin etmək şansı qazandı. 1995-ciilin martında növbəti dövlət çevrilişi cəhdinin qarşısı alınandansonra Qərblə əməkdaşlıq sazişlərinin bağlanması yolları tam açıldı.1995-1998-ci illərdə Heydər Əliyev Avropa İttifaqının böyük dövlətləri,o cümlədən Böyük Britaniya ilə (1997-ci il) strateji xarakterli sazişlərimzaladı. Həmin sazişlərdə iqtisadi əməkdaşlıq şərtləri Azərbaycandasiyasi islahatlar və demokratik təsisatların yaradılmasına yardımproqramları ilə yanaşı dururdu. Yəni Ulu öndər peşəkar səviyyədəiqtisadi infrastrukturun yaradılmasını siyasi islahatlar proseslərinindinamikası ilə uyğunlaşdırdı.

Biz qeyd etmişik ki, həmin illərdə neft müqavilələri sahəsindədanışıqlar prosesinə o zaman ARDNŞ-in birinci vitse-prezidentiİlham Əliyev rəhbərlik edirdi. Sonralar o günləri xatırlayan İlhamƏliyev deyirdi ki, “...neft müqavilələrini imzalayarkən mən, ilknövbədə, geosiyasi məsələləri qaldırır, yalnız bu sahədə anlaşmaəldə olunandan sonra texniki-iqtisadi problemlərin təhlilinə keçir,hər bir məsələni konkretləşdirməyə başlayırdım” (2.3.6, s.18). Azər-baycan rəhbərliyinin bu gedişləri yalnız taktiki xarakter daşımırdı.Bu, həmin dövr üçün mühüm əhəmiyyəti olan maliyyə gəliri ilə mü-qayisədə, gələcək üçün geosiyasi mənası olan tərəfdaş kimi etimadqazanmaq baxımından daha önəmli idi.

Beləliklə, Azərbaycan həmin illərdə peşəkar diplomatik və siya-si-iqtisadi gedişləri ilə etibarlı tərəfdaş imicini qazandı. İndi Ermənistansiyasətçiləri və diasporu Azərbaycanın enerji siyasətinin DağlıqQarabağı ermənilərin əlindən almaqda olduğunu açıq deyirlər.Məsələn, Avropanın erməni assosiasiyalarının Forumunun rəhbəriAşot Qriqoryan 2012-ci il mayın 22-də keçirdiyi mətbuat konfransındabu haqda birmənalı fikir söyləyib. O, bir məqamda özünü saxlayabilməyərək, təşvişlə deyib: “Təəssüf ki, Azərbaycanın neft amiligetdikcə daha həlledici rol oynayır və bunun fonunda biz məhv ol-duğumuzu görürük...” (2.3.7). 1993-1995-ci illərdə atılan addımlar,formalaşdırılan xarici siyasət və diplomatik gedişlər bu gününuğurları naminə edilirdi.

78

Page 79: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Enerji amilini xarici siyasətin aktual məsələsinə çevirməklə, Azər-baycan özünün təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizliksistemi ilə sıx əlaqələndirirdi. Həmin bağlantını yaratmaq Azərbaycanınxarici siyasəti üçün olduqca əhəmiyyətli idi. Çünki torpaqlarınınmüəyyən hissəsi işğal edilmiş ölkənin ərazi bütövlüyünü təminetmək şansı əldə etməsi üçün bütövlükdə dövlət kimi təhlükəsizliyinətəminat lazım idi. Bu təminatı yalnız regional və beynəlxalqtəhlükəsizlik sistemində Azərbaycanın yerini dəqiq müəyyənləşdirməkləəldə etmək mümkün idi.

Bu dövrdə konkret mexanizm çərçivəsində enerji amilindənistifadə etmək əvvəlcədən düşünülmüş qərar idi. Çünki dünyanınbütün inkişaf etmiş ölkələrinin enerjiyə böyük ehtiyacı vardır və onudaha etibarlı yolla nəql etmək zərurəti keçən əsrin 90-cı illərindədaha aydın dərk edilirdi. Azərbaycan enerji amilini xarici siyasətininəsas elementlə rindən birinə çevirməklə, regional və qlobal səviyyədəcərəyan edən geosiyasi və geoiqtisadi proseslərin mahiyyətini dəqiqanladığını sübuta yetirdi. Bu məqam indi də xarici siyasətdə güclü birvasitə kimi öz pozitiv rolunu oynamaqdadır.

Yuxarıdakı mülahizələrdən duyulur ki, Azərbaycan suverenliyinivə təhlükəsizliyini təmin etmək üçün xarici siyasət vasitəsi iləregional və qlobal səviyyədə uyğun siyasi mühit yaratmalı idi. Buməqsəd geniş spektrli və şaxəli xarici siyasət yeritməyi qarşıyavəzifə kimi qoyurdu. Xarici siyasətin vəzifələrini həmin bucaqaltında bir neçə qrupda birləşdirmək olar. Birinci qrupa Azərbaycanınbeynəlxalq və regional təşkilatlarda təmsil olunmasını, dünyanınbütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqəlaqələri yaratmasını, dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik mü-nasibətləri qurmasını aid etmək olar. İkinci qrupa ölkənin azadbazar iqtisadiyyatı yolu ilə irəliləməsi üçün müvafiq beynəlxalqşəraitin yaradılmasını, Azərbaycanın bütün beynəlxalq təşkilat-larda, o cümlədən iqtisadi təşkilatlarda fəal iştirakının təminedilməsini, ölkənin mənafeyinə tabe edilmiş xarici iqtisadi siyasətyeridilməsini, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə in-teqrasiyasının təmin edilməsini aid edə bilərik. Nəhayət, üçüncü

79

Page 80: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

qrupa əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmişbeynəlxalq normaların həyata keçirilməsinə şərait yaradılması,regionda mehriban qonşuluq münasibətlərinə üstünlük verilməsi,Azərbaycana qarşı xarici təzyiqlərin qarşısını alan beynəlxalqhimayənin və xarici ölkələrlə geniş informasiya mübadiləsininmexanizmlərinin formalaşdırılması daxildir.

Təbii ki, bu bölgü şərtidir, çünki reallıqda xarici siyasət vahid sis-temdir, onun komponentləri bir-birini tamamlayır. Belə bir təsnifatbizə güclü dövlət quruculuğu prosesində Azərbaycanın xaricisiyasətinin önəmli istiqamətlərini aydın təsəvvür etmək üçün lazımdır.Göründüyü kimi, 1993-cü ilin ikinci yarısından Azərbaycan sistemlibir xarici siyasət kursu götürmüşdür. Onun tərkibində qlobal geosiyasimühitin nəbzini tutan, beynəlxalq münasibətlər sistemində dövlətimizüçün əlverişli şərait yaradan, ölkənin bütün regionlarda yerləşəndövlətlərlə əməkdaşlığını təmin edən istiqamətlər var. Bununlayanaşı, həmin kursda bazar iqtisadiyyatına keçid qarşısında yaradılanəngəlləri aradan qaldırmağı və insan haqlarına əməl olunmasınıtəmin edəcək istiqamətlər də yer alıb.

Bu istiqamətlər sistem halında Azərbaycanda güclü dövlət və de-mokratik cəmiyyət quruculuğu prosesini uğurla başa çatdırmaq üçünlazım olan xarici və daxili şərait yaratmalıdır. Bu vəzifələrin fövqündəölkənin ərazi bütövlüyünün təmini, Ermənistan-Azərbaycan, DağlıqQarabağ münaqişəsinin ədalətli həlli xarici siyasətin başlıca vəzifəsiolduğu təəssüratı yaranır. Bu münaqişə həll edilməsə, başqa məsələlərintam həllinə təminat yoxdur. Faktiki olaraq, bu problemin həlli Azər-baycanın güclü müstəqil dövlət olaraq tarixi sınağıdır. Çünki ərazibütövlüyü təmin edilməyən ölkənin davamlı və təminatlı inkişafıson dərəcə çətin vəzifədir. Münaqişə qaldıqca hətta dövlətin varlığıbelə təh lü kədə olur. Buna görə də Azərbaycanın ərazi bütövlüyününtəmini hər üç qrupun hər bir bəndində öz ifadəsini tapır. Bütövlükdəxarici siyasət kursu bu problemi özündə əks etdirir.

İndi xarici siyasətin istiqamətləri üzərində bir qədər geniş dayanaq.Birinci qrup müasir geosiyasi şəraitdə qlobal dəstəyə nail olmağınəzərdə tutur. Bunun üçün dünyanın bütün dövlətləri ilə (idealda)bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq vacibdir.

80

Page 81: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Burada birtərəfli qaydada öz xeyrinə addım atmaq siyasi və geosiyasibaxımdan uğurlu hesab edilə bilməzdi. Çünki dünyanın geosiyasixəritəsi plüralizm prinsipi üzrə formalaşır və orada hər kəsin bir-birinə hörmətlə yanaşması əsas şərtdir. Müxtəlif regional inteqrativtəşkilatlarla sıx əlaqə faktiki olaraq, həmin regionun bütün dövlətləriilə sistemli əməkdaşlığa nail olmaq deməkdir. Məsələn, Azərbaycankeçən əsrin 90-cı illərinin ortalarından Avropa İttifaqı ilə çoxsaylıəməkdaşlıq sazişləri imzaladı. Bu sazişlər ayrılıqda iqtisadi, humanitar,insan haqları, nəqliyyat, enerji və s. sahələrə aid idi. Lakin ümumilikdəsöhbət vahid bir qurum kimi Avropa İttifaqı ilə əməkdaşlığınqurulması və onun strateji inkişaf yolunun müəyyənləşdirilməsindəngedirdi. Avropanın bir çox dövləti ilə bu cür əməkdaşlığı müxtəlifbeynəlxalq qurumlar çərçivəsində inkişaf etdirməklə, Azərbaycanqarşısına qoyduğu əlverişli beynəlxalq mühit yaratmaq vəzifəsiniyerinə yetirmiş oldu. Eyni qayda ilə GUAM ölkələri ilə əməkdaşlıqquruldu. Gürcüstan, Ukrayna və Moldova ilə enerji sahəsindəyaradılan əməkdaşlıq lokal geosiyasi məkanda Azərbaycan üçünəlverişli mühitin formalaşmasına gətirib çıxardı. Hazırda həminölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq xətti davam etdirilir. GürcüstanAzərbaycanı bölgədə strateji tərəfdaşı kimi qəbul edib, Ukraynanınölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıqda çox maraqlı olduğuməlumdur, Moldova da Azərbaycanla iqtisadi və enerji tranzitisahələri üzrə daha yaxından əlaqələr qurmağa çalışır. Azərbaycanınpostsovet məkanında yeritdiyi xarici siyasət başda Rusiya olmaqla,Baltikyanı ölkələr də daxil olmaqla (Ermənistan istisnadır), hər birdövlətin rəsmi Bakı ilə konstruktiv əməkdaşlığa hazır olmasınaşərait yaratdı.

Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlıfaydalı əməkdaşlıq əlaqələri yaratmasının ən optimal mexanizmibey nəlxalq və regional təşkilatlarda təmsil olunması idi. Müasirdövrün xüsusiyyəti bundadır ki, əsas geosiyasi və geoiqtisadi prob-lemlərin həlli məhz bu cür təşkilatlardakı fəaliyyət zamanı reallaşabilər. Azərbaycanın BMT, ATƏT, Avropa Şurası, YUNESKO, İƏT,MDB, GUAM, QDİƏT və başqa beynəlxalq qurumlara üzvlüyü,

81

Page 82: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

onun təsir imkanlarını xeyli artırdı. Sirr deyil ki, Azərbaycan keçənəsrin 90-cı illərində dünyada az tanınırdı. Ölkəmizin həqiqi simasınıntanınmasına nail olunmalı idi. Qeyd edək ki, bir neçə təşkilatdaparalel fəaliyyət diplomatiya sahəsində yeni metodlara yiyələnməyiqəti tələb edirdi.

O dövrdə “kreativ diplomatiya” adlanan üsuldan geniş istifadəedilməli idi. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyəti“kreativ diplomatiya”nın bariz nümunəsi idi. Azərbaycan bu qurumaüzv olmaq üçün ciddi addımlar atdı. Əvvəlcə ölkəmizə “xüsusidəvət olunmuş qonaq” statusu verildi. 1996-cı ilin sentyabrındaAzərbaycanın AŞ-yə qəbul olunmasını nəzərdə tutan qətnamə qəbuledildi. Artıq 1997-ci ilin yazında AŞPA Cənub Qafqazdakı münaqi-şələrin həlli imkanlarını müzakirə etdi. Həmin ilin oktyabrında isəPrezident Heydər Əliyev Strasburqda AŞ üzvü olan ölkələrin dövlətvə hökumət başçılarının 2-ci zirvə toplantısında iştirak etdi. Buhadisə ilə Azərbaycanın AŞPA-da diplomatik fəallığının əsası qoyuldu.2000-ci ilin iyununda isə AŞPA Azərbaycanın AŞ-yə tamhüquqluüzv kimi qəbul edilməsi ilə bağlı müsbət rəy verdi. Nəhayət,Azərbaycan Ulu öndərin böyük səyləri hesabına 2001-ci ilin yanvarındaAŞ-nin tamhüquqlu üzvü oldu. Yanvarın 25-də Strasburqda buhadisəyə həsr edilmiş təntənəli mərasim keçirildi.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə geniştərkibli nümayəndəheyətində mən də vardım. Bu tarixi hadisənin qürurunu indiyə qədəryaşayıram. Ümummilli liderin orada söylədiyi nitq Azərbaycan döv-lətçiliyinin tarixində ayrıca bir hadisə idi. Həmin nitqdə çox aydın,dəqiq və inandırıcı formada Ulu öndər Azərbaycanın xarici siyasətininmahiyyətini bir daha izah etdi. Ulu öndərin nitqində söylədiyi fikirlərindiyə qədər qulaqlarımda səslənir. Prezident deyirdi: “...Bu günAvropa parlamentarizminin mərkəzində – Strasburqda, AvropaŞurasının bu möhtəşəm sarayında həm Azərbaycan Respublikası,həm də Avropa üçün çox mühüm əhəmiyyətə malik olan bir hadisəbaş verir – Azərbaycan Avropa ailəsinə qəbul edilir. Bununla da Av-ropanın yalnız tarixi və mədəni baxımdan deyil, siyasi baxımdan datamlaşması, bütövləşməsi başa çatır. 1991-ci ildə Sovet İttifaqınındağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi.

82

Page 83: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycan yalnız son on ildə deyil, tarixinin son iki əsri ərzindəardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərəcan atmışdır. Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi nöqtədəyerləşən Azərbaycan dinlərin, tarixlərin və mədəniyyətlərin qovuşduğumərkəzə, iki qitə və iki sivilizasiya arasında körpüyə çevrilmişdir.Azərbaycan xalqı öz Şərq köklərindən ayrılmayaraq, Qərb siviliza-siyasının sintezinə əsaslanan nadir bir mədəniyyət yaratmış, Qərbinmütərəqqi dəyərlərini Qafqazda, Yaxın və Orta Şərqdə yaymışdır”(2.3.8). Çıxışın təkcə bu hissəsində peşəkar siyasətçi faktiki olaraqhəm dövlətimizin xarici siyasətinin təməlində duran əsas prinsipi(mədəniyyəttutumlu suverenliyin təmin edilməsi), həm qarşıda duranbaşlıca vəzifələri (Azərbaycan Avropaya, Qərb mədəniyyətinə, ümum-bəşəri dəyərlərə can atır), həm də onları həyata keçirməyin əsas me-xanizmini (Azərbaycan geomədəni məkan kimi Şərqlə Qərbinsintezini təmin edəcək, iki qitə, iki sivilizasiya arasında körpü rolunuoynamaqda davam edəcəkdir) dolğun ifadə etmişdi.

Yuxarıda xarici siyasətin başlıca vəzifəsinin “Azərbay canın müs-təqilliyini və suverenliyini təmin etməkdən” ibarət olduğunu vurğu-layanda, bu kimi dərin məqamları nəzərdə tuturduq. Ulu öndər özkonkret fəaliyyəti ilə siyasi-diplomatik incəliklə həmin vəzifəninöhdəsindən necə gəlməyin nümunəsini göstərmişdir. Bütövlükdə buolayı Azərbaycan diplomatiyasının beynəlxalq qurumlarda xarici si-yasətin hər bir xəttini reallaşdırma mexanizmlərindən biri kimi dəqəbul etmək olar. Geosiyasi baxımdan əhəmiyyətlisi odur ki, Azər-baycanın iki sivilizasiya və iki qitə arasında körpü olduğu dünyayaçatdırılırdı. Qərbin siyasətçi, analitik və politoloqlarının dəyərlən-dirmələri göstərir ki, Heydər Əliyevin Azərbaycana verdiyi bugeosiyasi qiymət özünü doğruldub.

Qeyd etdiyimiz hadisə ilə Qərbin ən böyük və mötəbər qurumla-rından birində Azərbaycanın siyasi-diplomatik fəaliyyəti yenimərhələyə keçdi. Bu fəaliyyət dövlətimizin AŞPA-dakı nümayəndəheyətinə İlham Əliyevin rəhbərlik etdiyi müddətdə daha da intensivləşdivə yeni məzmun aldı (2001-2003-cü illər). AŞPA-da Azərbaycan tə-

83

Page 84: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

rəfinin qaldırdığı məsələlər bir neçə istiqamətdə ortaq diplomatikfəaliyyət sayəsində diqqətə çatdırılırdı. Ermənistan nümayəndə heyətietiraf etməli oldu ki, Azərbaycan diplomatiyası həmin dövrdə dahafəal oldu və səmərəli nəticələr əldə etdi. AŞPA-dakı intensiv fəaliyyətErmənistan diplomatiyasının fəaliyyətini kölgədə qoydu. Həminfəallığın nəticəsi olaraq, 2005-ci ildə AŞPA Ermənistanın təcavüz-karlığını təsdiqləyən sənəd qəbul etdi.

Bütün bu uğurların əldə edilməsində yuxarıda qeyd etdiyimiz“kreativ diplomatiya” üsulu ciddi rol oynadı. Bu metod, eyni zamanda,bütün beynəlxalq təşkilatlardakı fəa liyyəti vahid məqsədə uyğunlaş-dırmağı və bir-birini tamamlayan addımlar atmağı təmin etdi. Unut-mayaq ki, dövlətin beynəlxalq və regional təşkilatlarda mövqeyimöhkəmləndikcə, onun geosiyasi statusu da yüksəlir. Bu yol ardıcıldavam etdirildikdə, dövlətin regional və qlobal səviyyədə geosiyasioyunçuya çevrilməsi prosesi uğurla nəticələnir.

Azərbaycanın AŞPA-ya üzv olmaq və sonra orada fəallaşmaq is-tiqamətində atdığı addımların qısa xülasəsi göstərir ki, Azərbaycandiplomatiyası böyük səylər hesabına beynəlxalq təşkilatlarda mövqeyinimöhkəmləndirir. Xarici siyasətin ardıcıl və sistemli aparılması buprosesdə həlledici rol oynayır. Prezident Heydər Əliyev xarici siyasətinardıcıl yeridilməsi və səmərəliliyinə daim diqqət yetirirdi. Proses dəqiqmexanizmlə həyata keçirilirdi. Ona görədir ki, qısa zamanda Azərbaycandiplomatiyası AŞPA-da ölkəmizə olan münasibəti müsbətə doğrudəyişdi, Ermənistanın təcavüzkarlığı tam sübuta yetirildi. AŞPA-nın buproblemlə bağlı qəbul etdiyi sənədlər dediyimiz fikri sübut edir.

AŞPA Azərbaycanın beynəlxalq qurumlarda fəaliyyətini xarakterizəedən istiqamətlərdən biridir. Ölkəmiz demək olar ki, bütün beynəlxalqqurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsindədünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşmış vəbu təsəvvür artıq oturuşmuşdur. Hesab etmək olar ki, bu, Azərbaycanınxarici siyasətinin ən sanballı uğurlarından biridir.

Dövlətin beynəlxalq geosiyasi mühitdə dayanıqlı yer tutması vəuğurlu siyasət aparması üçün dünya iqtisadi sisteminə inteqrasiya

84

Page 85: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

mühüm şərtdir. Bunun üçün isə Azərbaycan dünyanın nüfuzlu iqtisaditəşkilatları ilə əlaqələr qurmalı idi. Xarici siyasətin ikinci istiqamətinədaxil olan vəzifələrin öhdəsindən bu yolla gəlmək olardı. Azərbaycanbazar iqtisadiyyatı yolu ilə getməyi qərara almışdı. Bu istiqamətolduqca vacib sayılır. Dövlətin iqtisadi gücü olmasa, onun güclüdövlət kimi formalaşması mümkün deyildir. Güclü dövlətin təşəkkülüilə güclü xarici siyasətin formalaşması problemi daha çox bu sahədəbir-birini tamamlamalıdır. Onu nəzərə almalıyıq ki, intensiv vəhərtərəfli xarici siyasət yeritmək üçün lazımi iqtisadi təminat olmalıdır.Dövlətin maliyyə gücü və informasiya təminatının səviyyəsi xaricisiyasətin səmərəliliyinin əsas şərtlərindən biridir. Azərbaycan hələ1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, AvropaYenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına üzvolmuşdu. Lakin ölkəmiz yalnız 1993-cü ilin ikinci yarısından etibarənxarici siyasətdə azad bazar iqtisadiyyatı sisteminə keçidin təminedilməsi yönündə ciddi addımlar atmağa başladı. Burada əsas məqsədölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasını təminetməkdən ibarət idi.

Bunun üçün Azərbaycan xarici siyasətində lazımi addımlar atmalıidi. Hər şeydən əvvəl, neft strategiyasının verə biləcəyi geosiyasi vəgeoiqtisadi dividendlərdən xarici siyasətdə maksimum yararlanmaqgərəkdi. Bu sahədə 1993-1995-ci illərdə görülən ciddi işlərinnəticəsində iqtisadi tənəzzülün qarşısı alındı. 1995-ci ildən isə yenimərhələ – bərpa və dinamik inkişaf dövrü başladı. Burada bəzi gös-təricilərə diqqət yetirməyə ehtiyac görürük. 1994-2000-ci illərdəxarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğindəbonus verdilər. 1995-2003-cü illərdə isə bütövlükdə iqtisadiyyata 20milyard ABŞ dollarından çox sərmayə qoyuldu. Azərbaycanın neftsektorunda 30 mindən artıq iş yeri açıldı.

Bərpa və dinamik inkişaf mərhələsinin iki əsas hədəfi vardı.Birincisi, diversifikasiya olunmuş iqtisadi infrastruktur yaratmaq.İkincisi, Azərbaycan iqtisadiyyatını dünya iqtisadi sisteminə inteqrasiyaetmək. Hər iki hədəf reallaşdı və artıq XXI əsrin əvvəllərində Azər-baycan müasir iqtisadi infrastruktur yarada bildi. Beynəlxalq iqtisadi

85

Page 86: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

təşkilatların reytinq cədvəllərində bu göstərici üzrə AzərbaycanMDB-də lider idi. Əslində, bərpa və dinamik inkişaf proqramı Azər-baycanın modernləşmə siyasətinin birinci mərhələsinin mahiyyətindənqaynaqlanırdı. Bu mərhələ 1995-2008-ci illəri əhatə edir. Onun əsasxüsusiyyəti xarici sərmayələrin daha çox cəlb edilməsi hesabınaölkə iqtisadiyyatını inkişaf etdirməkdən ibarətdir. Azərbaycan üçünbu mərhələnin keçilməsi çox vacib idi. Çünki o zaman daxilipotensialla həmin hədəfə çatmaq imkanı məhdud idi. Ona görə dəxarici siyasətin əsas vəzifələrindən biri Azərbaycanın beynəlxalqiqtisadi qurumlar və şirkətlərlə əlaqələrini maksimum intensivləş -dirmək və bu əsasda dünya iqtisadi sisteminə daxil olmaq idi. Tarixibaxımdan qısa bir müddətdə ölkə iqtisadiyyatına 20 milyard ABŞdolları həcmində sərmayə qoyuluşuna məhz xarici siyasətdə neftstrategiyasının dividendləri ilə dövlət maraqlarının sintezi sayəsindənail olundu.

2000-ci ildən sonra enerji daşıyıcılarının nəqli marşrutlarının di-versifikasiyası yeni mərhələyə qədəm qoydu. Beynəlxalq təşkilatlarlabirgə Azərbaycan öz enerji ehtiyatlarının müxtəlif istiqamətlərdədünyaya çıxarılmasına nail oldu. Bununla enerji siyasəti çox mühümuğura imza atmış oldu. Azərbaycan regional oyunçudan qlobal sə-viyyədə geosiyasi oyunçuya çevrildi. 1997-ci ildə Z.Bjezinski Azər-baycanı Şərq Avropa ilə Mərkəz Asiyanı birləşdirən “geosiyasi dayaqnöqtələri”ndən biri adlandırmışdı (2.3.9). Həmin dövrdə bu cür də-yərləndirmə üçün əsas var idi. Azərbaycan Qərblə enerji sahəsindəəməkdaşlığını tam genişləndirməmişdi və təbii ki, ölkənin coğrafimövqeyi maraq doğururdu. Lakin Azərbaycanın enerji siyasəti o də-rəcədə səmərəli oldu ki, ölkə XXI əsrin birinci onilliyində “geosiyasidayaq nöqtəsi” statusundan “geosiyasi oyunçu” statusuna yüksələbildi. Prezident İlham Əliyev bu barədə 2010-cu ildəki çıxışında bir-mənalı demişdir. Azərbaycanın geosiyasi oyunçuya çevrilməsi onunxarici siyasətində mühüm bir mərhələni adlaması deməkdir. Təbiiolaraq, xarici siyasətin özündə növbəti keyfiyyət dəyişikliyi baş ver-məlidir. Qlobal səviyyədə geosiyasi oyunçu olmağın məsuliyyətidaha çoxdur.

86

Page 87: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Bu haqda növbəti fəsillərdə ətraflı danışacağıq. Onu vurğulayaqki, indi söhbət açdığımız geosiyasi uğurlarda Azərbaycanın beynəlxalqiqtisadi qurumlardakı fəaliyyət kursu böyük rol oynadı. Bu kursunmühüm tərkib hissəsini ölkəmizin beynəlxalq iqtisadi təşkilatlaraüzvlüyü təşkil edir. Hazırda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının(İƏT, 1991-ci il), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO, 1992-ciil), Beynəlxalq Valyuta Fondunun (BVF, 1992-ci il), Beynəlxalq Ye-nidənqurma və İnkişaf Bankının (BYİB, 1992-ci il), Qara Dənizİqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT, 1993-cü il), ÜmumdünyaTicarət Təşkilatının (ÜTT, müşahidəçi statusunda, 1993-cü il),Müstəqil Dövlətlər Birliyinin (MDB, 1993-cü il) və digər qurumların(AŞ, 2001-ci il) üzvüdür.

Həmin kursun başqa mühüm tərəfi beynəlxalq standartlara uyğunhüquqi sənədlərin hazırlanmasından ibarətdir. “Azərbaycan Respub-likasında xarici ticarətin səmərəliliyinin artırılması tədbirləri haqqında”(1994-cü il), “Azərbaycan Respublikasında xarici ticarətin sərbəst-ləşdirilməsi haqqında” (1994-cü il), “Azərbaycan Respublikasındaxarici ticarətin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında” (1996-cı il) və s. sənədlər bu qəbildəndir. Bunlarla yanaşı, Azərbaycanabeynəlxalq təşkilatların yardımı da təşkil edilirdi. Bu sırada AvropaKomissiyasının (AK) yardımlarını, “TACIS” proqramı üzrə ediləntexniki yardımları və başqalarını göstərmək olar.

Xarici siyasətin bu aspektində əldə edilən uğurlar nüfuzlubeynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Məsələn,Dünya (Davos) İqtisadi Forumu tərəfindən hazırlanan və dünya öl-kələrinin rəqabətqabiliyyətliliyini xarakterizə edən “Qlobal RəqabətlilikHesabatı”nda Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə göstərilib.Dünya Bankı tərəfindən dərc edilən “Doing Business” hesabatındaisə Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişlişəraitin yaradılması və inkişafı üçün tədbirlər həyata keçirən ölkəkimi təqdir edilir. “Standard and Poor’s” beynəlxalq reytinq agentliyiölkə iqtisadiyyatının hazırkı real vəziyyətini “pozitiv” kimi qiymət-ləndirib. “Moody’s” agentliyi 2012-ci ildə Azərbaycanın uzunmüddətliyerli və xarici valyutada reytinqini investisiya səviyyəsinə yüksəldib.

87

Page 88: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

“Fitch” agentliyi isə ölkənin investisiya səviyyəli reytinqini təsdiq-ləyib.

Bütün bunlar Azərbaycanın xarici siyasətinin ölkə iqtisadiyyatınındünya iqtisadi sisteminə inteqrasiyası üçün səmərəli fəaliyyət gös-tərdiyini təsdiq edir. Faktiki olaraq, ölkənin azad bazar iqtisadiyyatıyolu ilə irəliləməsi üçün müvafiq beynəlxalq şəraitin yaradılmasınanail olunur. Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, o cümlədəniqtisadi yönümlü təşkilatlarda fəal iştirakı təmin edilir. Dövlətin mə-nafeyinə uyğun olan xarici iqtisadi siyasətin yeridilməsi reallaşır.Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının təminedilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlinir.

Azərbaycanın xarici siyasətinin qarşısında duran və üçüncü isti-qamətə aid etdiyimiz vəzifələr də inamla yerinə yetirilir. Bunlarınarasında əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmişbeynəlxalq normaların həyata keçirilməsi xüsusi yer tutur. Azərbaycanınərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xaricisiyasət kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təminiməsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır. Bu mənada beynəlxalqnormaların həyata keçirilməsi məsələsi ərazi bütövlüyünün təminedilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir.

Situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdəsəmərəli fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin olmasıdır.Burada müəyyən mənada qapalı dairə yaratmaq cəhdləri hiss olunur:bir tərəfdən, Azərbaycandan əhalinin əsas hüquq azadlıqlarının təminedilməsi tələb edilir, digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalqmühit yaratmaq cəhdlərimizə əngəl yaradılır. Müstəqillik əldəetdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığınınşahidi olmuşuq. Onların sırasında “Azadlığa Dəstək Aktı”na olanməlum 907-ci düzəlişi, Ticarət Aktına edilən Cekson-Venik düzəlişini,Avropa Şurasının söz azadlığı və “siyasi məhbuslar”la bağlı dahaçox keçən əsrin 90-cı illərinin ikinci yarısında apardığı kampaniyanı,milli azlıqlarla əlaqəli sayı bitməyən monitorinqlərin təşkilini (CənubQafqazın digər ölkələrinə bu cür münasibət bəslənilmir) və başqalarınımisal gətirə bilərik.

88

Page 89: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Bu proseslərin fonunda Azərbaycana qarşı xarici təzyiqlərin qar-şısının alınmasına yönəlmiş beynəlxalq mexanizmin yaradılmasınaehtiyac aydın hiss edilirdi. Həmin məqam xarici siyasət kursundaxüsusi yer tutmalı idi. Özlüyündə bu məsələ strateji xarakterlidir. O,müxtəlif aspektləri özündə birləşdirir, o cümlədən azərbaycanlılarındiaspor fəaliyyətini də əhatə edir. Həmin sahəyə Heydər Əliyevinçox böyük diqqət yetirdiyini bilirik. Mən Ulu öndəri xarici səfərlərdəmüşayiət edən şəxs kimi deyə bilərəm ki, Ulu öndər diaspor məsələsinəson dərəcə diqqətlə yanaşırdı. Diaspor məsələsi müasir dövrdə bey-nəlxalq himayə mexanizmlərinin yaradılmasında iki aspektdə prinsipialrol oynaya bilər. Birincisi, diaspor Vətəndən kənarda xalqın mədə-niyyətini təmsil edir. Azərbaycanlılar yaşadıqları ölkələrdə yerlimədəni mühitə uyğunlaşmaqla yanaşı, öz milli-mənəvi dəyərləriniqorumalı və təbliğ etməlidirlər. İkincisi, diaspor mövcud olduğuölkədə cəmiyyətin yüksək təbəqələri ilə münasibətləri inkişaf etdirməlivə rəsmi orqanlarda nümayəndələrlə təmsil olunmalıdır.

Bütün bunları nəzərə alaraq, 2001-ci ilin mayın 23-də HeydərƏliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqındasərəncam imzaladı. Həmin il noyabrın 9-10-da Bakıda Dünya Azər-baycanlılarının I Qurultayı keçirildi. Qurultayda 36 xarici ölkədəyaşayan azərbaycanlıların təmsilçiləri iştirak edirdi. O dövrdə xaricdəazərbaycanlıların artıq 200-dən çox təşkilatı vardı. Həmin təşkilatlarqurultaya 406 nümayəndə göndərmişdi. Əlavə olaraq 63 qonaqiştirak edirdi. Heydər Əliyev qurultaydakı nitqində deyirdi: “Bizistəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar... öz milliköklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azər-baycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir,milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir... İnsan hansıölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyubsaxlasın” (2.3.10). Ulu öndər sözlərinə davam edərək probleminikinci mühüm tərəfini açmışdır: “Dünyada eyni zamanda assimilyasiyaprosesi də var. İnsanlar – mən azər baycanlılar haqqında danışıram –gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək,orada özləri üçün yaxşı mövqelər tutsunlar” (2.3.10). Bu fikirlərdə

89

Page 90: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycan diasporu qarşısında duran vəzifələr konkret ifadəedilmişdir. Azərbaycanlılar xaricdə Vətənin və dövlətin pozitivimicini yaratmalı, ölkəmiz üçün əlverişli beynəlxalq himayə mexa-nizminin formalaşmasına dəstək verməlidirlər. Dünyanın hər bir gu-şəsində yaşayan azərbaycanlılar monolit qüvvə kimi dövlətimiz üçünaktual problemlərlə bağlı iradələrini ortaya qoysalar, beynəlxalqmiqyasda Azərbaycanın mövqeyi daha da möhkəmlənmiş olar.

Keçən müddət xarici siyasət kursunun bu aspektinin nə dərəcədəsəmərəli olduğunu tam təsdiq etdi. 2002-ci il iyulun 5-də AzərbaycanRespublikasının Prezidenti Heydər Əliyev “Xaricdə Yaşayan Azər-baycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında”fərman imzaladı. Həmin il dekabrın 27-də isə Ulu öndər “XaricdəYaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” AzərbaycanRespublikasının qanununu imzaladı.

Bu addımlar diaspor məsələsinin dövlətin xarici siyasətinin çoxmühüm tərkib hissəsi kimi qəbul edildiyini təsdiqləyirdi. Azərbaycanınxarici siyasətində bu istiqamətdə ardıcıl və sistemli işlərin görülməsiüçün geniş perspektivlər yaranmışdı. 2004-cü ilin aprel ayının 17-dəBerlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin təsis konfransıkeçirildi. Həmin ilin mayında Türkiyənin İskəndərun şəhərində Tür-kiyə-Azərbaycan Dərnəkləri Federasiyası yaradıldı. Federasiya Tür-kiyədə fəaliyyət göstərən 18 Azərbaycan icma və birliklərini birləşdirir.2004-cü ilin oktyabr ayında Ümumrusiya Azərbaycan KonqresininII Qurultayı keçirildi. 2005-ci ilin aprel ayında Kanadanın Torontoşəhərində Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransıoldu. 2005-ci ildə Ukrayna Azərbaycanlıları Konqresi gənclərbirliklərini yaratdı.

2006-cı ilin mart ayının 16-da isə Azərbaycan Respublikası Pre-zidentinin sərəncamı ilə Bakı şəhərində Dünya AzərbaycanlılarınınII Qurultayı keçirildi. Qurultaya dünyanın müxtəlif ölkələrindənümumilikdə 1231 nümayəndə seçilmişdi. Tədbirdə 49 xarici ölkədən593 nümayəndə və 388 nəfər qonaq iştirak etdi.

Dünya Azərbaycanlılarının növbəti, III Qurultayı “Dünya Azər-baycanlılarının III Qurultayının keçirilməsi haqqında” Azərbaycan

90

Page 91: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli sərəncamı ilətəsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyininbərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı”na əsasən2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirildi. Ali tədbirdədünyanın 42 ölkəsindən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaqiştirak etdi. Qurultayın yekununda bir sıra qərarlar qəbul edildi.

Son illərdə xaricdə yaşayan azərbaycanlı gənclərin sürətlə təşki-latlanması prosesinin şahidiyik. Bu prosesdə Heydə Əliyev FondununRusiya üzrə nümayəndəsi Leyla xanım Əliyevanın rolu çox böyükdür.Azərbaycanlı gənclər vahid təşkilat altında daha sıx birləşdikcə,dövlətimizin maraqlarını beynəlxalq miqyasda müdafiə etməkimkanları da genişlənir. Məsələn, son iki ildə Xocalı soyqırımınındünya ölkələrində təbliğində gənclərimiz fəal iştirak ediblər. İslamƏməkdaşlıq Təşkilatının (İƏT) gənclər qurumu ilə birgə müxtəliftədbirlər keçirilib. Ermənilərin təxribatçı fəaliyyətlərinin qarşısınınalınmasında gənclərimiz fəal iştirak edirlər. Artıq ermənilər əvvəlkikimi sərbəst və səmərəli fəaliyyət göstərə bilmirlər. Fransa Senatının“erməni soyqırımı” ilə bağlı 2011-ci ildə qəbul etmək istədiyi qanunlayihəsinin əleyhinə bu ölkədəki diasporumuz ciddi aksiyalar təşkiletdi. Bununla yanaşı, Azərbaycanın maraqlarının dünyanın qabaqcılölkələrinin rəsmi orqanlarına ictimai yolla çatdırılması istiqamətindəgənclər təşkilatlarının böyük rolu olub.

Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın hüquqlarınınqorunması ilə bağlı ciddi işlər görür. Diasporla İş üzrə DövlətKomitəsi bu yöndə fəaliyyətini getdikcə genişləndirir. Prosesləringedişatı göstərir ki, artıq dünyanın müxtəlif ölkələrində Azərbaycanxalqı və dövlətinin maraqlarını müdafiə edə biləcək beynəlxalqhimayə mexanizmi yaranıb. Dövlətin xarici siyasətində indi də buprosesi inkişaf etdirmək mühüm yer tutur. Qlobal geosiyasi miqyasdaqüdrətli Azərbaycan dövlətinin formalaşmasına geniş imkanlaryaratmaq kursu davam edir.

Beynəlxalq himayə mexanizminin yaradılmasının başqa mühümtərəfini dünyanın müxtəlif ölkələrində yerli qurumlarla fəal işin apa-

91

Page 92: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

rılması təşkil edir. Bu qurumlar hökumət və ya qeyri-hökumət təşki-latları, rəsmi orqanlar, media ola bilər. Müasir dövrdə informasiyadanmaksimum yararlanmaq prinsipi adi qaydaya çevrilmişdir. O cümlədəndövlətlər ehtiyac yarandıqda xaricdə lobbiçilik fəaliyyəti ilə məşğulolurlar. Bu isə müəyyən həssas məqamlarda Azərbaycanın maraqlarınınqorunması, ona ədalətli mövqe formalaşdırılması baxımından çoxəhəmiyyətlidir. Məsələn, son zamanlar erməni siyasətçiləri və rəsmişəxsləri Azərbaycanın ABŞ Konqresində və Avropa parlamentlərindəlobbiçiliklə bağlı fəaliyyətini genişləndirdiyindən narahatlıq keçir-diklərini dilə gətirirlər.

Artıq dünyanın böyük dövlətlərinin əksəriyyətinin qanunvericiorqanlarında Azərbaycanı himayə edən qruplar mövcuddur. ABŞKonqresində bu işin daha sürətlə getdiyini etiraf edənlər az deyildir.Məhz buna görədir ki, son illər Konqresdə Ermənistanın xeyrinəqərar çıxarmağın çətinləşməsi göz qabağındadır. Müxtəlif ölkələrdəfəaliyyət göstərən erməni diplomatları artıq əvvəlki kimi maneəsizanti-Azərbaycan təbliğatı apara bilmədiklərini açıq qeyd edirlər.Rəsmi orqanlar əvvəlki dövrlərdə olduğu qədər erməni planlarınadəstək vermirlər.

Təbii ki, bu məsələdə eyforiyaya uymaq olmaz. Dərk etməklazımdır ki, bizə hətta ən yaxın dost sayılan ölkələrdə belə Azərbaycanaqarşı müəmmalı davranışlar ola bilər. Son vaxtlar Avropanın bəzidövlətlərinin media qurumları, beynəlxalq təşkilatlardakı nümayəndələriAzərbaycana qarşı təzyiq üsulundan istifadə etməyə çalışırlar. Onlarbir növ “qara piar”a əl atırlar. Bir sıra dövlətin parlamentlərində öl-kəmizin əleyhinə əsassız qərarlar da çıxarıla bilər. Lakin məsələbundan ibarət deyil – Azərbaycan dövlət kimi hər şeyi göz önünəalır. Bizim üçün vacib odur ki, artıq beynəlxalq miqyasda Azərbaycanıhimayə edə bilən mexanizm var və lazım olanda həmin mexanizməks-təsir göstərə bilir.

Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrin qısatəhlili bu sahədə ciddi uğurların əldə edildiyini göstərir. Keçənmüddət ərzində xarici siyasət güclü dövlətin yaradılması işində üzə -rinə düşənləri yerinə yetirib. Onu demək lazımdır ki, dünyada geosi -

92

Page 93: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

yasi situasiya sürətlə dəyişdiyindən xarici siyasətin metodlarında dayeniləşmələr baş verir. Artıq qeyd etdiyimiz kimi, XXI əsrin başlanğıcırisklərin və böhranların yaranması ehtimalının artması ilə xarakterizəolunur. Buna uyğun olaraq, mümkün təhlükə və riskləri nəzərə alançevik xarici siyasət strategiyasının daha da inkişaf etdirilməsinəehtiyac yaranır. Azərbaycan Prezidenti İlham Əliyev məsələnin buaspektinə daim ciddi diqqət yetirir və ölkəmizin son vaxtlar beynəlxalqmiqyasda əldə etdiyi böyük uğurlar çevik xarici siyasət kursununinkişaf etdiyini təsdiqləyir. Xarici siyasətin prioritet istiqamətlərinintəhlili mövcud situasiyanın daha konkret mənzərəsini yaratmaqdayardım edə bilər.

Nəzəri ümumiləşdirmələr

1991-1993-cü ilin birinci yarısında Azərbaycanın daxili və xaricisiyasəti ölkəni uçurum qarşısında qoymuşdu. Müstəqilliyini yenicəəldə etmiş gənc dövləti bəzi xarici qüvvələr, ümumiyyətlə, dünyanıngeosiyasi xəritəsindən silmək niyyətində idilər. Xarici siyasətin gahbu, gah da o biri ifrat mövqelərə varması çox ciddi problemlər yarat-mışdı. Proseslər ölkənin bir neçə hissəyə parçalanmasına aparırdı.

Sovet İttifaqının dağılmasından sonra bütövlükdə postsovet məkanıgeosiyasi baxımdan qeyri-müəyyən idi. Azərbaycan kimi ölkələrikimlərinsə xilas edə biləcəyi absurd görünürdü. Faktiki olaraq, uçu-rumun kənarına gəlmiş dövləti yalnız öz daxilində yetişdirdiyi liderxilas edə bilərdi. Xalqın o liderə inamı möhkəm idi və o Azərbaycanıfəlakətdən qurtara bildi. 1993-cü ilin ikinci yarısında ölkənin dağılmasıprosesi dayandı. Bir-birinin ardınca qanunsuz hərbi birləşmələr ləğvedildi ki, bu da xarici qüvvələrin əl-qolunu bağladı.

Buna paralel olaraq dövlətin sistemli xarici siyasəti formalaşdırılırdı.1995-ci ildən başlayaraq xarici siyasət sahəsində aktiv fəaliyyətmərhələsi başladı. Azərbaycan Prezidenti Heydər Əliyev müxtəlifdövlət və beynəlxalq təşkilatlarla intensiv surətdə əlaqələr qurdu.Azərbaycanın xarici siyasəti bir çox istiqamətdə ölkənin əməkdaşlıq

93

Page 94: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

imkanlarını xeyli artırdı. Bu zaman qlobal səviyyədə cərəyan edəngeosiyasi proseslərin daxili məntiqi ciddi surətdə nəzərə alındı.Regional səviyyədə formalaşmış geosiyasi vəziyyətə uyğun xaricisiyasət kursu formalaşdı. Burada Azərbaycan üçün əsas vəzifə ərazibütövlüyünün bərpasına imkan verəcək Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışmaqdı. Bu prosesölkənin xarici siyasətinin ən mühüm istiqamətinə çevrildi.

Sistemli surətdə həyata keçirilən tədbirlərdən sonra Azərbaycanınxarici siyasətində yüksəliş başladı. Qısa müddətdə Heydər Əliyev buprosesin dönməzliyini təmin etdi. Nəticədə, Azərbaycanın xaricisiyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə,regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurul -ması dinamikasına çevik reaksiya verən sistem kimi daxil oldu. Busistem daim özünü yeniləşdirir, meydana çıxan gözlənilməz situasiyalarakonstruktiv reaksiya verir.

Azərbaycanın xarici siyasəti müasir dövr üçün səciyyəvi olanrisk və böhranları nəzərə alan mexanizmlərə malikdir. Həmin mexa-nizmlər böhranlı situasiyalarda müxtəlif variantlardan ölkənin ma-raqlarına cavab verən daha optimalının seçilməsinə əsaslanır. Xaricisiyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənub Qafqazınlider dövləti səviyyəsinə qaldırıb. Ölkənin xarici siyasəti regionallider strategiyasına istiqamətləndiyindən, bu mövqenin daha da möh -kəmləndirilə cəyinə şübhə yoxdur.

Apardığımız təhlil göstərir ki, Azərbaycanın xarici siyasətininvəzi fələri bir-birini tamamlayan və vahid sistem əmələ gətirən müd-dəalardan ibarətdir. Onları şərti olaraq üç qrupa ayırdıq. Onlarınəsasında Azərbaycanın dövlət suverenliyi və müstəqilliyinin təminedilməsi prinsipi durur. Yəni başlıca məqsəd tam aydındır. Təməlprinsipi bütün dünyaya Azərbaycanın dövlət quruculuğu strategiyasınınmahiyyətini çatdırır. Ölkəmiz heç zaman müstəqilliyini kimsəyəgüzəştə getməyəcək. Müstəqillik daxili siyasətlə xarici siyasətin uz-laşdığı əsas sahədir. Dövlətin siyasi kursunun hər iki aspekti bir-birini tamamlayır. Onlar vəhdət təşkil edirlər. Daxili siyasətdə həyatakeçirilən bütün proqramlar xarici siyasətin məzmununun formalaş-dırılmasında mühüm rol oynayır. Xarici siyasətin uğurları isə daxilisiya sətdə islahatların aparılması üçün yeni imkanlar yaradır.

94

Page 95: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrin yerinəyetirilməsi nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasigüclərin maraqlarının tarazlaşdırılması addım-addım reallaşır. HəttaCənub Qafqazın ən böhranlı dövrlərində belə, Azərbaycan çevik re-aksiyalar hesabına həmin tarazlığı saxlaya bilib. Bu da xarici siyasətinqlobal təhlükəsizlik meyarları ilə regional təhlükəsizlik meyarlarıarasında uzlaşma nöqtələrini tapa bildiyini sübut edir. Problemin butərəfi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərinin məz-munundan aydın görünür. Növbəti fəsil bu problemin təhlilinə həsredilib.

95

Page 96: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

III FəsilGÜCLÜ DÖVLƏT KONSEPTİ VƏ

REGİONAL LİDERLİK

3.1. Müasir xarici siyasətə aid bəzi qeydlər

Müasir tarixi dövrdə uğurlu xarici siyasət kursu müəyyənləşdirməkvə həyata keçirmək olduqca çətindir. Burada həm dövrün geosiyasi,iqtisadi, mədəni, sivilizasiya mürəkkəblikləri və ziddiyyətlərini, həmregionun özəlliklərini, həm də konkret ölkənin tarixi təkamül xüsu-siyyətlərini nəzərə almaq lazım gəlir. Lakin bu da kifayət etmir. Sa-dalanan sahələrin hər biri özlüyündə mürəkkəb sistem təşkil edib vəçoxlu amillərdən asılıdır.

Xarici siyasət kursunu formalaşdırmaq prosesində isə bu mürəkkəbsistemləri daha geniş sistemdə birləşdirmək lazımdır. Elmdə bunametasistem deyilir. Mürəkkəb sistemlərə daxil olan yüzlərlə elementarasında metasistem miqyaslı qanunauyğunluqlar tapmaq, onları uz-laşdırmaq böyük hazırlıq və təcrübə tələb edir. Başlıca məqam vahidməqsədi müəyyənləşdirmək və çoxlu sayda elementdən ibarət nəhəngsistemi həmin məqsədə xidmət istiqamətində çalışdırmaqdır. Lakinbaşqa yol yoxdur. Obrazlı desək, xarici siyasətlə məşğul olan adamıniki yolu var. Birincisi, çalışıb qalib gəlmək. İkincisi, çalışıb yenə dəqalib gəlmək. Böyük siyasətçi və dövlət xadimi Uinston Çörçill ma -raqlı deyib: “Heç zaman, heç zaman, heç zaman, heç zaman təs limolmayın...”.

Xarici siyasət mücərrəd bir məkanda həyata keçirilmir. Siyasətkonkret məkan və zaman şəraitində həyata keçirilir. Bu sahədə uğurqazanmaq həmin şərtlərin verdiyi imkanlardan ağılla və reallıqlarınəzərə alaraq dövlətin maraqlarına uyğun faydalanmaq deməkdir.Müqayisə bir qədər kobud da olsa, xarici siyasət beynəlxalq münasi-bətlər sahəsində “şahmat oyunu”nu xatırladır. Amma çox zaman buoyunu bir neçə şahmat taxtası üzərində aparmaq lazım gəlir.

96

Page 97: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Beynəlxalq münasibətlər xalqlar, dövlətlər və dövlətlər ittifaqıarasında müxtəlif sahələr üzrə əlaqə və qarşılıqlı münasibətlərin top-lusudur. Buraya siyasət, iqtisadiyyat, diplomatiya, hərb, mədəniyyətvə digər müxtəlif sahələr daxildir. Beynəlxalq münasibətləri mürəkkəbvə bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə sahənin sistemi kimi tə-səvvür etmək olar. Bu sistemdə isə mühitə təsir edən daha bir amil,yəni dünya siyasəti də olmalıdır.

Dünya siyasəti anlayışı beynəlxalq siyasət anlayışını diqqətəgətirir. Dünya siyasəti və beynəlxalq münasibətlərin təhlili geosiyasətvə siyasi qlobalistika çərçivəsində aparılır. Lakin dünya siyasəti,beynəlxalq münasibətlər və beynəlxalq siyasət anlayışlarının qarşılıqlıəlaqələrinin nəzəri təhlili hələ araşdırılmalıdır. Praktiki olaraq isəbeynəlxalq siyasəti beynəlxalq münasibətlərin subyektlərinin fəaliyyətsahəsi kimi başa düşmək olar. Buraya xarici siyasətin üsul vəvasitələrini də daxil etmək məntiqli görünür. Hər halda beynəlxalqmünasibətlər sahəsinin müxtəlif amillər və qurumların mürəkkəbqarşılıqlı təsirlərin mühiti olması qəbul edilməlidir.

Müasir tarixi şəraitdə beynəlxalq münasibətlər sahəsinin tərkibhissələri bir-biri ilə sıx bağlıdır və üç qrupa ayrılır. Birinci qrupa döv-lətlərarası münasibətlər daxildir. İkinci qrupa regional dövlətlərarasıbirliklər arasındakı münasibətlər aiddir. Üçüncü qrupu isə ümum-dünya hökumət və qeyri-hökumət təşkilatlarının formalaşdırdığımünasibətlər təşkil edir. Göründüyü kimi, beynəlxalq münasibətlərsahəsi çoxpilləli struktur-funksional xüsusiy yətlərə malikdir.

Dövlətlərin həyata keçirdikləri xarici siyasətin ümumi ruhu,istifadə etdikləri üsul və vasitələr dərhal beynəlxalq münasibətlərsisteminə öz təsirini göstərir. Bəzən bu təsir elə güclü olur ki, bü -tövlükdə beynəlxalq münasibətlər sistemi dəyişir. Belə olarsa, geo -siyasi statusundan asılı olmayaraq, hər bir dövlətin xarici siyasətininümumi beynəlxalq vəziyyətə təsir etmək imkanını qəbul etməliyik.Belə bir həssas şəraitdə müstəqilliyini yaxın keçmişdə əldə etmişdövlətlər xarici siyasət kursunu çox incəliklə seçməli idilər. Əlbəttə,əgər dövlət müstəqil və suveren olmaq, inkişaf etmək istəyirsə, bunuetməlidir.

97

Page 98: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Təcrübə göstərir ki, nəzəri olaraq hamının qəbul etdiyi məsələlərinpraktiki reallaşmasında problemlər yaranır. Siyasətçi nəzəri hazırlığabaxmayaraq, xarici siyasət kursunu formalaşdırmaqda idealizmə yu-varlanır. Real şərtləri lazımi qədər nəzərə ala bilmir. A.Mütəllibov1991-1992-ci illərdə reallığı nəzərə ala bilmədiyindən, yanlış xaricisiyasət kursu yeritdi. Ona görə də, siyasi olimpdən birdəfəlik aşağıyuvarlandı. Ə.Elçibəy isə sələfinin səhvini başqa ifrat geosiyasi isti-qamətdə təkrarladı. Onun da siyasi aqibəti məlumdur. Ona görə də,dövlət rəhbəri xarici siyasət kursunu formalaşdıranda, reallıq hissiniitirməməli, əsassız bəyanatlarla başqalarını qıcıqlandırmamalı, praktikisəmərə verə biləcək mövqe seçməlidir.

Bütün bunlar xarici siyasətin əsas istiqamətlərinin və prioritetlərininmüəyyənləşdirilməsinin nə dərəcədə mürəkkəb bir məsələ olduğunuəyani sübut edir. U.Çörçill demişkən, “yanğınla yanğınsöndürəninkomandası arasında bərabərlik işarəsi” qoyanda, dövlətin xarici si-yasətinin özü “yanır”. Gerçək xarici siyasət dövlətin iqtisadi, de-moqrafik, hərbi, elmi-texniki və mədəni potensialına əsaslanır. Buamillərin nəzərə alınması dövlətin bu və ya digər istiqamətlərdəxarici siyasətinin imkanlarını müəyyənləşdirməkdə köməklik edir.O cümlədən, xarici siyasətdə məqsədlərin aydınlaşdırılması və onlaranail olma prioritetlərinin müəyyənləşdirilməsində həmin amillərciddi rol oynayır. Bu prioritetlər, bir qayda olaraq, çoxpilləli olur. Buzamanda və bu məkanda nəyin prioritet olmasının dəqiq müəyyən-ləşdirilməsi xarici siyasətin prinsipial məsələlərindəndir.

Xarici siyasətin əsas istiqamətləri və prioritetlərinin müəyyənləş-dirilməsində bir sıra amillər qrupunu da diqqətdə saxlamaq gərəkdir.Xarici siyasətin həyata keçirilməsi formaları bu qrupa aiddir. Həminformalar aşağıdakılardır:

– dövlətlər arasında diplomatik münasibətlərin qurulması;– regional və dünya miqyaslı beynəlxalq təşkilatlarda dövlətin

nümayəndəliklərinin açılması və ya dövlətlərin iştirakı;– dövlətə dost olan xarici siyasi partiya və başqa ictimai təşkilatlarla

əməkdaşlıq;– dövlətlərarası diplomatik münasibətlərin olmadığı ölkələrin nü-

98

Page 99: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

mayəndələri, siyasi partiyaları və hərəkatları ilə müntəzəm təmaslarınqurulması.

Bu formalardan görünür ki, xarici siyasət müxtəlif sahələri əhatəedən və çoxpilləli struktura malik olan sistemli fəaliyyətdir. Dövlətorqanları ilə əlaqələrdən tutmuş, beynəlxalq təşkilat, siyasi partiyalar,ictimai hərəkatlar, qeyri-hökumət təşkilatlarınadək bütün qurumlarlaiş aparılması tələb olunur. Belə çıxır ki, xarici siyasətin həyata keçi-rilməsi formalarının səmərəliliyi dayanıqlı əlaqələr kanallarınınolması ilə bilavasitə bağlıdır. Bu, xarici siyasi fəaliyyətin metod vəvasitələrini uzlaşdırmağa imkan verir. Müxtəlif metod və vasitələrinbir-biri ilə uzlaşdırılması xarici siyasi fəaliyyətin səmərəliliyindəçox mühüm rol oynayır. Həmin metod və vasitələr aşağıdakılardır:

– müxtəlif səviyyələrdə nümayəndə heyətləri və informasiya mü-badiləsi;

– geniş çeşidli məsələlər üzrə ikitərəfli və çoxtərəfli müqavilə vəsazişlərin bağlanması;

– dövlətin daxili və xarici siyasi fəaliyyət imkanlarının inkişafınayardım, başqalarının isə analoji imkanlarının məhdudlaşdırılması;

– nüvə müharibəsinin qarşısının alınması;– lokal münaqişələrin aradan qaldırılması və onların lokallaşması

üzrə önləyici tədbirlərin görülməsi;– texnogen fəlakətlərin və onların nəticələrinin aradan qaldırılması

sahəsində əməkdaşlıq;– aclıq və xəstəliklərlə mübarizə, ətraf mühitin qorunması və s.Xarici siyasi fəaliyyətdə adətən bu metod və vasitələrin kombina-

siyasından istifadə etmək lazım gəlir. Metod və vasitələrdən səmərəliistifadə edilmədiyi təqdirdə, hətta ən güclü siyasi kurs belə, gözlənilənnəticəni vermir. Ona görə də, müasir dövlətlər daim xarici siyasətinformaları ilə onları reallaşdırmağın metod və vasitələri arasında uy-ğunluğun təmin edilməsi məsələsinə ciddi diqqət yetirirlər. Məsələn,XXI əsrin başlanğıcından xarici siyasətdə humanitar amilə diqqətartıb. Yerli cəmiyyətlərdə narazılığın olmaması üçün böyük döv-lətlər siyasətdə humanitar məqamları önə çəkməyə çalışırlar.Dolayısı ilə insan amilinə diqqət artır. Bu da təbii ki, xarici siyasətin

99

Page 100: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

reallaşdırılması formalarının, eləcə də metod və vasitələrinin dahada inkişaf etdirilməsini tələb edir.

Nəhayət, xarici siyasəti həyata keçirmək məqsədilə xüsusi dövlətstrukturları vardır. Dünyanın əksər dövlətlərində bunlara aşağıdakılaraiddir:

– xarici siyasəti həyata keçirmək və ona nəzarət etmək üçün ixti-saslaşmış orqanlar – xarici işlər nazirlikləri və xarici siyasət məsələləriüzrə parlament komitələri;

– səfirliklər və nümayəndəliklər (burada hərbi və iqtisadi məsələlər,mədəni əməkdaşlıq üzrə mütəxəssislər çalışır);

– xaricdə nisbi müstəqil proqramlar üzrə səfirlik və nümayəndə-liklərin nəzarəti altında çalışan elmi və mədəni mərkəzlər;

– rəsmi və yarımrəsmi missiyalar və b.Deyilənləri indi bir baxış bucağı altına gətirək. Gördüyümüz

kimi, xarici siyasət nəhəng və çoxtərkibli mürəkkəb sistemdir. Buradaxarici siyasətin nəzəri kursu, onu həyata keçirən xüsusi qurumlar,siyasəti reallaşdırma formaları, metod və vasitələri vahid orqanizmdəbirləşməlidir. Yəni xarici siyasət canlı orqanizm kimi özünü qorumaqlayanaşı, özünü inkişaf etdirməyi də bacarmalıdır. Əks halda, dəyişənşərtlər altında əzilə bilər.

Əgər xarici siyasətin əsas istiqamətlərinin və prioritet lərininmüəyyənləşdirilməsinə göstərilən xüsusiyyətlər prizmasından nəzərsalsaq, onda aydın olar ki, bu iş nəzəri fəaliyyətlə praktiki fəaliyyətinsintezindən ibarətdir. Təcrübə bu məqamın çox önəmli olduğunugöstərir. Xarici siyasətin əsas istiqamətləri reallığa uyğun olmadıqda,onun fəsadlarını aradan qaldırmaq çox çətin olur. Eynilə, konkretməkan və zamana uyğun prioritetlər və onların pillələrini müəyyən-ləşdirmədikdə, siyasi fiasko qaçılmaz olur. Burada xarici siyasətinəsas istiqamətləri ilə prioritetləri arasında fərqi görmək lazımdır.Əslində, bunlar bir-biri ilə sıx bağlı olan məfhumlardır. Prioritetlərəsas istiqamətlərin bazasında müəyyənləşdirilir. Daha doğrusu, prio-ritetlərin çeşidini əsas istiqamətlər formalaşdırır. Xüsusi hallardaonlar üst-üstə də düşə bilər. Xarici siyasətin əsas istiqamətləri priori-tetlərin iyerarxiyasını da müəyyən edir. Hansı prioritetin hansıməqamda aktuallaşması əsas istiqamətlərin məzmunundan asılıdır.

100

Page 101: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Məsələn, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın xaricisiyasətinin ən aktual prioriteti olması konkret zaman və məkandaxarici siyasətin əsas istiqamətlə rinin ümumi məzmunundan qaynaqlanır.Azərbaycanın “uzaq” və “yaxın xaric” ölkələri ilə münasibətlərininməc musu ərazi bütövlüyünün bərpası məsələsini önə çıxarır ki, bunada nail olmağın yolu Dağlıq Qarabağ probleminin həllindən keçir.

Məsələyə Rusiya ilə münasibətlərin inkişaf perspektivləri priz-masından baxdıqda, xarici siyasətin əsas istiqaməti ilə prioritetininüst-üstə düşdüyünü görmək olur. Yaxın və böyük qonşumuz olduğuna,tarixin müəyyən mərhələsində eyni dövlətin tərkibində olduğumuzavə qlobal siyasətdəki yüksək mövqeyinə görə Rusiya ilə əlaqələrAzərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Eynizamanda, hazırkı tarixi şəraitdə Azərbaycanın ərazi bütövlüyünün bər pasında, sosial-mədəni inkişafında və başqa məsələlərdə önəmlirol oynadığından Rusiya istiqaməti həm də prioritetdir.

Bu növ müqayisələrin sayını artırmaq olar. Lakin hər halda xaricisiyasətin əsas istiqamətləri ilə prioritetlərinin sıx əlaqədə olmasıaydın görünür. Ancaq onları eyniləşdirmək də düzgün deyildir. Bütünbunları nəzərə alaraq, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərivə prioritetlərinin təhlilinə ehtiyacın olduğunu görürük.

3.2. Xarici siyasətin əsas istiqamətləri: aşırımlı yollarla zirvəyə doğru

Siyasətə hamar yol kimi baxmaq bəri başdan mübarizəni uduzmaqdeməkdir. Dünya siyasətində bir neçə dəfə siyasi olimpə yüksəlmişadamların sürətlə “aşağı düşməsindən” çoxlu misallar çəkmək olar.İradəli və qətiyyətli siyasətçi yenidən “kül içindən dirilə” bilir.Siyasətdə aşırımlı yollarla zirvəyə doğru getməyi bacarmaq lazımdır.Xarici siyasətin əsas istiqamətlərini də çətinliklər və dolanbaclarladolu yollarla irəlilətmək gərəkdir. Azərbaycan 20 ildən çoxdur ki,müstəqilliyi naminə xarici siyasətini bütün əsas istiqamətlərdə

101

Page 102: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

çətinlikləri dəf edərək inkişaf etdirir. Heydər Əliyev xarici siyasətkursunu qlobal güc qütblərinin gərginlik sahələrinə salmadan,çevik manevrlərlə formalaşdırdı. Prezident İlham Əliyev bukursu davam et di rir. Ətrafında “çoxkombinasiyalı siyasi oyunlar”gedən Azərbaycan “dəyişən geosiyasi kart olmayıb, olmayacaqda” (İlham Əliyev) (sitat: 3.2.1, s.19-20). Azər baycanın xa ricisiyasətinin əsas istiqamətlərinin müəyyən ləşdirilməsi fəlsəfəsinə bufikirlərin işığında nəzər salmaq faydalı olardı.

Əvvəla, Azərbaycan öz ətrafında aparılan çoxkombinasiyalı siyasioyunların fərqindədir. Bu oyunun aktorları məlumdur. Onların belədavranmasının səbəbləri də çoxlarına aydındır. Bir tərəfdən, onlarAzərbaycanın zənginliklərindən məhrum olmaq istəmirlər, digərtərəfdən isə, onu (Azərbaycanı) müstəqil tərəfdaş kimi də qəbuletməkdə çətinlik çəkirlər. Görünür, tarixin hökmü ilə Azərbaycanınmüvəqqəti olaraq dövlətçiliyini itirməsi bir çoxlarında yanlış fikirformalaşdırıb. Bu cür çoxpilləli siyasi və geosiyasi mürəkkəbliklərşəraitində xarici siyasətin əsas istiqamətləri iki hədəfi birdən vurmağaimkan yaratmalı idi. Azərbaycanın ətrafında aparılan siyasi oyunlarınneytrallaşdırılması fonunda əməkdaşlığa qapının açıq olduğunu gös-tərmək lazım idi. Paralel olaraq, Bakının heç bir vaxt kiminsəyedəyində get məyəcəyini, geosiyasi mühitdə regional lider qismindəmüstəqil oyunçu olacağını sübut etməli idik.

Bu prinsipləri əsas götürərək, Azərbaycanın xarici siyasətinin üçmühüm aspektini qeyd edə bilərik. Birincisi, region dövlətləri iləmünasibətlərin tənzimlənməsi. İkincisi, Azərbaycanın qonşu dövlətlərləmünasibətlərinin qurulması. Üçüncüsü, coğrafi baxımdan uzaq olanölkələrlə müna si bət lərin formalaşdırılması. Bu istiqamətlər Rusiya,İran və Türkiyəni, Gürcüstan, Ermənistan və Mərkəz Asiya ölkələrini,ABŞ və Avropa dövlətlərini, Yaxın və Uzaq Şərqi əhatə edir.

Xarici siyasətdə beynəlxalq və regional təşkilatlarla sıx əlaqələrinyaradılması və əməkdaşlıq edilməsi ayrıca istiqamət kimi götürülür.BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB, İƏT, ECO,QDİƏT, GUAM, NATO, Qoşulmama Hərəkatı və başqa təşkilatlarlahərtərəfli münasibətlərin qurulmasına böyük diqqət yetirilir.

102

Page 103: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Sosial-mədəni və siyasi həyatda qeyri-dövlət və qeyri-hökuməttəşkilatlarının rolunun artması ilə əlaqədar xarici siyasətdə onlarınyeri daha da genişlənir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində aparılan fəal diplomatikvə ideoloji iş sayəsində Xocalı soyqırımı bir neçə dövlətin parlamentindəmüzakirə edildi. Bu addımı ilə Azərbaycan diplomatiyası 57 ölkə iləmünasibətlərinə ye ni müsbət çalar gətirdi. Regional və qlobalmiqyasda bey nəl xalq təşkilatlarda diplomatik fəaliyyət qlobal geosiyasimühitə sistemli şəkildə təsir etmək imkanı yaradır. Bəzi hallardakonkret bir dövlət Azərbaycana qarşı qərəzli mövqe tuta bilər. Beləhallarda həmin dövlətin üzv olduğu beynəlxalq təşkilat vasitəsiləanlaşılmazlığı aradan qaldırmaq və ya onu minimuma endirməkmümkün olur.

Təbii ki, dövlətlərin elə strateji maraqlar dairəsi var ki, burayabeynəlxalq təşkilatlar çərçivəsində nüfuz etmək çətindir. Bu haldaikitərəfli dialoq və ya dost dövlətlərin siyasi-diplomatik dəstəyi iləhərəkət etmək lazım gəlir. Məsələn, Dağlıq Qarabağ münaqişəsi iləbağlı böhranlı situasiyalarda Türkiyə və Pakistan Azərbaycana daimdəstək verirlər. Bu cür manevrlərlə qlobal miqyasda Azərbaycanınmaraqlarının gözlənilməsinə və xarici siyasətdə balansın saxlanmasınanail olunur.

Azərbaycanın BMT və AŞPA çərçivəsində siyasi fəallığı xeylinəticələr əldə etməyə imkan verib. BMT-nin Dağlıq Qarabağla bağlı4 qətnamə qəbul etməsi, Azərbaycanın 2012-ci ildə TəhlükəsizlikŞurasına üzv seçilməsi və Prezident İlham Əliyevin TŞ-nin iclasınasədrlik etməsi beynəlxalq təşkilatlarda aparılan siyasətin konkretbəhrələrindəndir. Azərbaycan yeritdiyi xarici siyasətin əsl mahiyyətiniyüksək tribunalardan izah edir, dövlətin sülhpərvər obrazını tamaçıqlayır, xalqımızın gerçək mənəvi-əxlaqi keyfiyyətləri haqqındageniş məlumatlar verir.

Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti xarici si-yasətin uğurlarından biri kimi qəbul edilməlidir. İlham ƏliyevinAzərbaycanın həmin təşkilatdakı nümayəndə heyətinə başçılıq etdiyi

103

Page 104: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

zaman ciddi uğurlar əldə edildi. Bu təşkilat rəsmən Ermənistanı təcavüzkarkimi tanıdı. Bununla bağlı AŞPA-nın sənəd tərtib etməsindən sonra Er-mənistan xarici siyasətinin nizamı pozuldu. Həmin hadisəni bir beynəlxalqtəşkilat çərçivəsində dünya miqyasında tanına biləcək geosiyasi dəyişikliyinkonkret nümunələrindən biri kimi qəbul etmək olar.

Qoşulmama Hərəkatının nisbətən yeni üzvləri sırasında olanAzərbaycan təşkilat daxilində siyasi məsləhətləşmələrdə fəal iştirakedir. Hərəkata üzvlük sayəsində Azərbaycan bu qurumun digər 119üzvü ilə siyasi əlaqələr qurmaq və onları möhkəmləndirmək üçünəvəzsiz imkan əldə etmişdir. Əlamətdar hadisədir ki, digər nüfuzlubeynəlxalq təşkilatlar kimi, Qoşulmama Hərəkatı da öz qərar və yekunbəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.

Azərbaycan MDB çərçivəsində də fəaldır. Ölkəmizin bu qurumadaxil olması və burada fəal iş aparması ilə Ermənistanın bir çoxmənfur planlarının qarşısı alındı. Çünki Azərbaycanın razılığı olmadan,MDB onun maraqlarına zidd heç bir ciddi sənədi qəbul edə bilməz. Öl-kəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmini üçün bunun nədərəcədə əhəmiyyətli olduğunu anlamaq çətin deyil. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq veto qoyabilib. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizinmüstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərinicilovlamağa imkan verir. Yeritdiyi çevik siyasət nəticəsində Azərbaycanhəm MDB-yə daxil olan dövlətlərlə sıx əməkdaşlıq edir, həm də özünəqarşı qəbul oluna biləcək təhlükəli qərarları neytrallaşdırır.

Gətirdiyimiz misallar istər-istəməz belə bir sual doğurur: xaricisiyasət beynəlxalq təşkilatlar çərçivəsində daha çox uğur qazanmağaimkan verirsə, onda ikitərəfli əlaqələrin əhəmiyyəti azalmırmı? Etirafedək ki, qloballaşan dünyada bir neçə dövlətin daxil olduğu qurumlaəməkdaşlıq daha perspektivli görünür. Sosial, mədəni, elmi, iqtisadi,ekoloji və s. sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarvasitəsi ilə də geosiyasi münasibətlərə ciddi təsir etmək mümkündür.Bu kimi amillər müasir siyasət dünyasının gündəminə ümumilikdədiplomatiyanın gələcəyi məsələsini gətirib. Bu haqda biz kitabın sonrakıhissələrində danışacağıq.

104

Page 105: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Ümumilikdə isə ehtimal etmək olar ki, ikitərəfli münasibətləridiplomatiyanın heç bir forması əvəz edə bilməyəcəkdir. Nə qədər ki,dünyada dövlətlər var, ikitərəfli münasibətlər xarici siyasətin prioritetiolaraq qalacaqdır. Mümkündür ki, dünya dövlətlərinin qarşılıqlı ası-lılığının daha yüksək mərhələsində ikitərəfli münasibətlər sistemindəyeni çalarlar meydana gəlsin. Onda xarici siyasətin müxtəlif aspektləriarasında daha rəngarəng və sistemli münasibətlər qurula bilər. Həminməsələləri yalnız konkret olaraq yeni situasiya yaranandan sonra nə-zərdən keçirmək olar. Hazırda xarici siyasətin əsas istiqamətlərisırasında ikitərəfli əlaqələr əhəmiyyətini saxlamaqdadır. Bu zamanqarşılıqlı anlaşma prinsipi əsas götürülür. Bu əsasda dövlətlərlə bə-rabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurmaq səmərə verir.Beynəlxalq təhlükəsizlik baxımından həmin prinsip əhəmiyyətlidir.Bu prizmadan yanaşdıqda, siyasi təhlükəsizliyin təmini aktual problemkimi qəbul edilir. Çünki siyasi təhlükəsizlik dövlət quruculuğu mə-sələlərinin müstəqil həlli üçün cəmiyyətin imkan və qabiliyyətləriniifadə edir. Siyasi təhlükəsizlik şəraitində dayanıqlı siyasi suverenlikmövqeyindən daxili və xarici siyasəti vətəndaş və cəmiyyətinmaraqları çərçivəsində həyata keçirmək şansı əldə edilir. Buradamaraqlı bir əlaqəni görmək olar.

Biz beynəlxalq təhlükəsizliklə konkret dövlətin siyasi təhlükəsizliyiarasındakı bağlılığı nəzərdə tuturuq. Bəzən müasir geosiyasi kon-sepsiyalarda məsələnin bu tərəfinə az diqqət yetirilir. Bəzi hallarda(məsələn, fövqəldövlətçiliyi tərənnüm edən geosiyasi konsepsiyalarda)siyasi təhlükəsizlik beynəlxalq təhlükəsizliyin kölgəsində qalır, digərhallarda (məsələn, milli dövlətçiliyi mütləqləşdirən geosiyasi baxışlarda)isə bunun əksi olur. Müasir tarixi dövrün bir xüsusiyyəti situasiyanıdaha da mürəkkəbləşdirir. Həmin məqam Henri Kissincerin “Diplo-matiya” əsərində dəqiq təsvir edilib. H.Kissincer yazır: “Beləliklə,yeni dünya nizamını qurmalı olan aparıcı dövlətlərin heç birinin ya-ranmaqda olan çoxdövlətli və çoxpilləli sistemdə mövcud olmaqtəcrübəsi yoxdur. Ötən mərhələlərdəki dünya nizamı qlobal miqyasda,bu qədər müxtəlif təsəvvürlərin mövcudluğu şəraitində qurulmayıb.

105

Page 106: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Əvvəlki dövrlərdə güc tarazlığının tarixi sistemlərinin atributları iləümumdünya demokratik təfəkkürü, həmçinin sürətlə inkişaf edənmüasir texnologiyanı özünə uyğunlaşdırmalı olan nizam mövcud ol-mayıb” (3.2.2, s.18).

H.Kissincerin “yeni dünya nizamını qurmalı olan aparıcı dövlətlər”(yəni dünyanı öncədən əsas və qeyri-əsas dövlətlərə bölmək konkretyanaşmadır və onu hamı qəbul etməyə də bilər – N.M.) ifadəsini birkənara qoyub, geosiyasi mühitin mahiyyətinə toxunan əsas məqamlaradiqqət yetirək. H.Kissincer müasir tarixi mərhələdə çoxlu saydadövlətlərin bir sistem əmələ gətirdiyini və bu hadisənin tamamiləyeni geosiyasi keyfiyyətləri formalaşdırdığını qeyd edir. Doğrudanda, hazırda dünya bir-biri ilə çoxtərəfli əlaqədə olan dövlətlərsistemidir. Bu, bəşəriyyət üçün yeni bir haldır. Təbii ki, bu vəziyyətdədünya nizamının hansı modelə görə yaradılması da kreativ yanaşmatələb edir. İkinci tərəfdən, dünya nizamı haqqında müxtəlif təsəvvürlərvardır və sürətlə inkişaf edən texnologiyalar şəraitində onların sayıarta bilər. Hətta keyfiyyətcə yeni təsəvvürlər də formalaşa bilər.Şübhəsiz ki, həmin proses də dünya nizamının səmərəli modelinintapılması işini çətinləşdirir. Onda beynəlxalq təhlükəsizlik sistemininformalaşması məsələsi də qeyri-müəyyən amillərdən xeyli asılı olur.

Bu baxımdan konkret dövlətin siyasi təhlükəsizliyinin beynəlxalqtəhlükəsizlik sistemi ilə uyğunlaşdırılması praktiki cəhətdən mürəkkəbbir prosedur kəsb edir.

Görünür, bu şərtlər daxilində dünya miqyasında siyasi və geosiyasiziddiyyətlər qalacaqdır. Bəşəriyyət bir neçə dövlətlər sistemininmövcudluğu şəraitində müxtəlif dünya nizamı modellərinin sintezinənail ola bilməsə, həmişə münaqişələrlə üzləşəcəkdir. Dünya siyasətçilərimüəyyən mənada Bernard Şounun dediyi dilemma qarşısındadırlar.Məşhur yazıçı həmin dilemmanı belə formulə etmişdi: “Həyatdaiki faciə mövcuddur. Onlardan birincisi ən böyük arzuya çatma-maqdır. İkincisi, bu arzuya çatmaqdır”. Yəni yeni dünya nizamınınsəmərəli fəlsəfəsini tapa bilməmək də, tapmaq da faciədir. Ancaqbəşəriyyət əl-qolunu bağlayıb, süqutunu gözləyə bilməz. Situasiyanə dərəcədə mürəkkəb olsa da, çıxış yolu vardır. Hər şeydən öncə,

106

Page 107: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

yeni dünya nizamından danışanlar beyinlərindən özlərinin müstəs-nalılığına olan inamı çıxarmalıdırlar. Bütün faciələr buradan başlayır.Onlar öncədən aksiom kimi qəbul edirlər ki, dövlət güclüdürsə, bey-nəlxalq təhlükəsizlik sistemi bu gücü saxlamağa xidmət etməlidir.Belə düşünənlər üçün təbii ki, bir neçə güclü dövlətin eyni zamandamövcud olması, üstəlik, digərlərinin də sürətlə inkişaf etməsi təhlükəlivə risklidir. Bu dövlətlər beynəlxalq təhlükəsizlik sisteminin bütünmeyarlarının məhz onların təhlükəsizliyinə xidmət etmədiyi dünyanıqarışıq adlandıracaqlar.

Müasir italyan siyasi nəzəriyyəçisi Danilo Zolo bu prosesin fəlsəfivə psixoloji mahiyyətini gözəl açmışdır (bax: 3.2.3). İtalyan siyasət-şünası ətraf mühitin mürəkkəbliyini subyektin dünyaya idraki mü-nasibətinin xarakteri ilə əlaqələndirir. Dünyanın mürəkkəbliyi beyindəsubyektin özünü istiqamətləndirmək, ətrafda nizam yaratmaq, proq-nozlaşdırmaq, planlamaq məqsədi ilə yaratdığı obrazları ətraf mühitənecə proyeksiya etməsindən asılıdır. Yəni əgər subyekt (məsələn,dövlət) bütün dünyanı əhatə edən nizam yaratmaq istəyirsə, is-tər-istəməz çoxlu sayda amillərlə üz-üzə qalacaq. Üstəlik, bufəaliyyətini öz maraqlarının təmini üzərində qurduqda, situasiyadaha da mürəkkəbləşir. Çünki avtomatik olaraq, o, başqalarınınmaraqlarına toxunmalı olacaq. Belə çıxır ki, müasir dünyanıngeosiyasi mənzərəsini mürəkkəbləşdirən əsasən böyük dövlətlərinhakimlik iddiasıdır. Bu, dünyanın mütləq mənada çıxılmaz və-ziyyətdə olması demək deyil. D.Zolonun yanaşmasından da bunuaydın görmək mümkündür. Dünya dövlətləri bərabərhüquqlutərəfdaşlar kimi səmimiyyətlə siyasi dialoq təşkil etsələr, dünyasadələşər. Hər hansı bir dövlət bu başdan özünü hakim kimi təsəvvüredib, maraqlarını başqalarının qarşısına açıq və ya gizli, kobud və yadiplomatik incəliklə qoymasa, pro seslər tamamilə başqa məzmunkəsb edər. D.Zolo metodoloji müstəvidə mürəkkəbliyin sadələşdirilməsiməsələsini qoymuşdur. Bəşəriyyətin həmin mövqeyə praktikada necəvə nə vaxt gələcəyi isə başqa problemdir. Lakin bəşəriyyətin başqayolu yoxdur – dialoq siyasəti bərqərar olmalıdır!

Dövlətlərin xarici siyasətinə strateji aspektdə dialoq prizmasındanyanaşılması perspektivlidir, lakin bu günün reallıqları bir qədər fərqli

107

Page 108: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

yanaşma tələb edir. Müasir tarixi şəraitin tələblərini nəzərə alaraq,xarici siyasət kursunu formalaşdırmaq lazım gəlir. Bu baxımdanbeynəlxalq təhlükəsizlik məsələsi ilə konkret bir dövlətin siyasi təh-lükəsizlik problemi arasındakı əlaqənin praktiki gerçəkləşməsindəsuverenliyin təmin olunması meyarları da nəzərə alınmalıdır.

Siyasi suverenliyin tarixi Vestfal müqaviləsindən başlayır (XVIIəsr). Bu termin fransızca souveraineté-dən yaranıb və “ali hakimiyyət”,“hakimlik” mənasını verir. Dövlətin suverenliyi hər hansı xariciqüvvədən asılı olmayan azad hökmranlıq kimi qəbul edilib. Vestfalsistemi beynəlxalq hüquqda başqa suveren dövlətlərin daxili işlərinəqarışmamaq prinsipini təsdiq edib. Bu prinsip XVI əsr fransız filosofuJan Bodenin “dövlət suverenliyi” anlayışına əsasən formalaşdırılıb.J.Bodenin bu məsələdə əsas ideyası aşağıdakından ibarət idi: “Su -verenlik rəiyyət və vətəndaşlar üzərində dövlətin mütləq və daimihakimiyyətidir”. Müvafiq olaraq, Vestfal sazişində bir-birinin daxiliişlərinə qarışmamaq dövlətlərarası münasibətlərdə əsas qayda kimiqəbul edildi.

Bu günün geosiyasi reallıqları prizmasından yanaşdıqda, Vestfalsisteminin böhran keçirdiyini demək olar. Bu, qəbul edilmiş bir sırabeynəlxalq sənədlərdən aydın görünür. 2000-ci ildə BMT-nin himayəsialtında “Dövlət suverenliyi və müdaxilə məsələləri üzrə beynəlxalqkomissiya” yaradıldı. Komissiya tərtib etdiyi məruzədə göstərir ki,suverenlik dövlətlərə yalnız öz daxili işlərinə nəzarət etmək ixtiyarıvermir: o sərhədləri daxilində yaşayan insanların təhlükəsiz liyinitəmin etmək məsuliyyətini də dövlətin üzərinə qoyur (bax: 3.2.4).Məruzədə həmçinin qeyd olunur ki, dövlət insanları müdafiə etməkiqtidarında olmadıqda, məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinədüşür (3.2.4). Bu məqamlar beynəlxalq hüququn yeni normasında –“müdafiə etmək öhdəliyi”ndə öz əksini tapmışdır.

Bununla da Vestfal sazişi ilə tənzimlənən və 300 ildir ki, beynəlxalqmünasibətlər sistemində yer almış olan suverenlik prinsipi yeniməzmun kəsb etməyə başlayır. İnsan haqlarının qorunması məsələsininyuxarıda şərh etdiyimiz məzmunda beynəlxalq hüququn elementinəçevrilməsi dünyada mütləq mənada toxunulmaz dövlətin qalmadığını

108

Page 109: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

göstərir. Bəzi müəlliflər mütləq toxunulmazlığa yalnız ABŞ,Rusiya, Hindistan və İranın iddialı olduğunu qeyd edirlər (3.2.5).Lakin burada birmənalı fikir söyləmək çətindir. Çünki prinsipcəistənilən dövlət mütləq suverenliyə can atır, lakin biz ciddi beynəlxalqprinsiplərə söykənən münasibətlərin tənzimlənməsindən danışırıqsa,ayrı-ayrı dövlətlərdə kimin nə düşündüyü elə də vacib olmur.

Təcrübə göstərir ki, bəyanat vermək asan bir şeydir, onun yerinəyetirilməsi prosesində isə beynəlxalq meyarlar sisteminə istinadetmək zəruridir. Bu baxımdan deyə bilərik ki, Vestfal sistemi köklüdəyişikliyə uğrayır. Dövlətin suverenliyinin təmini məsələsi artıqyalnız onun daxili işi deyil.

Belə şəraitdə dövlətin siyasi təhlükəsizliyi məsələsi çoxlu saydaamillərin nəzərə alınmasını tələb edir. Bu mənada siyasi təhlükəsizlikləbeynəlxalq təhlükəsizliyin uyğunlaşdırılmasında xarici siyasətinçevik bir mexanizm kimi hədsiz əhəmiyyətə malik olması göz önün-dədir. Müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlər üçün buməsələ ikiqat vacibdir. Bütün bu şərtləri nəzərə alaraq, Azərbaycanxarici siyasətin əsas istiqamətlərini üç səviyyədə sistemləşdirmişdir.Birinci səviyyə Azərbaycanla coğrafi baxımdan qonşu olan böyükdövlətləri əhatə edir. Burada konkret olaraq Rusiya, Türkiyə və İrannəzərdə tutulur. İkinci səviyyə region dövlətləri Gürcüstan, Ermənistanvə Mərkəz Asiya dövlətləri ilə olan münasibətlərdən ibarətdir. Üçüncüsəviyyə isə Avropa, ABŞ və Uzaq Şərqin böyük dövlətləri istiqamətindəaparılan siyasətdən ibarətdir. Bunların fonunda dünyanın bütündövlətləri ilə siyasi əlaqələr qurmaq xətti də yeridilir. Beynəlxalqtəşkilatlarla (buraya məhəlli və qlobal miqyaslı təşkilatlar daxildir)əməkdaşlıq istiqaməti hər üç səviyyəni əhatə edir.

Bütün bu istiqamətləri birləşdirən əsas prinsip dəyişkən beynəlxalqmünasibətlər şəraitində Azərbaycanın milli suverenliyini maksimumtəmin etməkdir. Bu məqsədin reallaşmasında neft strategiyası vəmədəniyyətlərarası münasi bətlərin inkişaf etdirilməsi prinsipi əsasyer tutur. Keçən müddət göstərdi ki, Azərbaycan neft strategiyasınıölkənin milli suverenliyinin təmin edilməsi üçün uğurla tətbiq edəbilib. Həmin strategiyanı Ulu öndər Heydər Əliyev hazırladı. Dünyanın

109

Page 110: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

inkişaf etmiş ölkələrinin Azərbaycanın karbohidrogen ehtiyatlarınamarağını düzgün qiymətləndirən Heydər Əliyev dövlətin millimarağına xidmət edən çoxkombinasiyalı siyasi-diplomatik xətt işlədi.Bu xətt üçün “açıq qapı” və balanslaşmış siyasət prinsipləri səciyyəviidi. Azərbaycan rəhbərliyi bilirdi ki, “böyük neftin müsbət tərəfləriolduğu kimi, mənfi tərəfləri də vardır” (3.2.1, s.20). Ona görə də,ölkə rəhbərliyi neft siyasətində hər addımını dəqiq hesablanmışplana uyğun atırdı. Çəkilən zəhmət hədər getmədi.

Azərbaycan xarici siyasətin əsas istiqamətləri üzrə bir-birininardınca hiss ediləcək uğurlar qazandı. Prezident İlham Əliyev bununlabağlı belə bir dolğun fikir söyləmişdir: “Biz Azərbaycan xalqının tə-ləbatlarına və maraqlarına uyğun siyasət aparırıq. Siyasətimiz müs-təqildir. Siyasi, iqtisadi münasibətlərdə, o cümlədən dünya iqtisadiyyatıilə qurduğumuz əlaqələrdə siyasətimiz müstəqildir. ...Bu siyasətözünü doğruldur. Bizim ABŞ-la da strateji əməkdaşlıq mü na si -bətlərimiz mövcuddur. Eyni zamanda, bizim İƏT-ə üzv olan ölkələrlədə yaxşı münasibətlərimiz var. Bizim qonşularla olan münasibətlərimizmüsbətdir. Rusiyadan başqa, bizim İranla da münasibətlərimiz var.Bir sözlə, bütün bunlar mümkündür. Həmin amillər regionda təhlükə -sizliyin və sabitliyin bərqərar olmasına xidmət edir. Çünki bizimyerləş diyimiz region mürəkkəbdir” (3.2.1, s.21-22).

Mürəkkəb bir regionda Azərbaycanın xarici siyasət sahə sindəböyük uğurlar qazanması, həqiqətən, zirvəyə yüksəlmək deməkdir.Bu yolda aşırımlardan inamla keçən, qarşıya çıxan maneələri qorx -madan dəf edən gənc müstəqil dövlət indi regionda liderdir. Onuzirvəyə aparan xarici siyasətin əsas istiqamətləri üzərində geniş da-yanmaq istərdik.

3.3. Regionun “böyük üçbucağı” və Heydər Əliyevin siyasi balans modeli

Henri Kissincer “Diplomatiya” kitabında yazır: “Tarix boyu Ru -siya həmişə fərqli olub” (3.2.2, s.16). Zbiqnev Bjezinski isə “Böyükşahmat taxtası” əsərində Rusiyanı “proqnozlaşdırıla bilinməyən ölkə”

110

Page 111: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

(3.3.1, s.24) kimi xarakterizə edib. Rusiyanın dünya siyasət meydanınadaxil olması geosiyasi nizama ciddi təsir göstərmişdir. Rusiyaimperiyası isə uzun müddət qlobal geosiyasətdə aparıcı rollardanbirini oynayıb.

Sosialist düşərgəsinin dağılması ilə bəzi qüvvələr Rusiyanın dünyasiyasətində rolunu kiçiltmək fikrinə düşdülər. Bu dalğanın təsirialtında bu böyük dövlətə qonşu olan bəzi ölkələr yanlış geosiyasikurs götürdülər. 1992-1993-cü ilin birinci yarısında Azərbaycan daxarici siyasətində Rusiya amilini yetərincə nəzərə almamışdı.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu məsələ tam həllinitapdı. İnamla demək olar ki, Ulu öndərin təcrübəsi və siyasi uzaqgörənliyiRusiyanın rəhbərlərini Azərbaycana qarşı sağlam mövqe tut mağa isti-qamətləndirirdi. 1993-cü ilin sentyabrında Azərbaycan Prezidenti Mosk-vada Rusiya Prezidenti Boris Yeltsinlə görüşüb, əməkdaşlıq məsələlərinimüzakirə etdi. Elə həmin ay Azərbaycan MDB-yə daxil oldu.

MDB məsələsi Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Bu,faktiki olaraq, Rusiyanın böyük bir geosiyasi məkanda aparıcı rolunuqəbul etmək deməkdir.

Rusiya MDB məsələsinə həm də yeni bir inteqrasiyanın başlanğıcıkimi baxırdı. Bu səbəblərdən Azərbaycanın MDB-yə daxil olmasıxarici siyasətdə ciddi strateji addım oldu. Lakin Azərbaycan-Rusiyamünasibətlərini tam real xəttə çıxarmaq üçün hələ çox çalışmaqlazım idi. Heydər Əliyev həmin istiqamətdə fəal işləyirdi. Onun ko-mandasında olmaq çox məsuliyyətli və maraqlı bir mövqe tutmaqlabərabər, Azərbaycanın tarixinin ən mühüm mərhələsini yaşamaqdemək idi. Biz Rusiya ilə münasibətlərin qarşılıqlı faydalı və bəra-bərhüquqlu tərəfdaşlıq səviyyəsinə qalxması üçün ulu öndərinrəhbərliyi altında yorulmadan çalışdıq.

Keçən əsrin 90-cı illərində Şimal Qafqazda baş verən hadisələrdənRusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün istifadəetməyə çalışan qüvvələr daha fəal idilər. O gərgin dövrdə HeydərƏliyev həm qafqazlı, həm də siyasətçi kimi müdrik mövqe tutdu vəAzərbaycanı kimsənin ittiham etməsinə imkan vermədi. AzərbaycanRusiyanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını həmişə bildirirdi.

111

Page 112: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Ölkəmizin ərazisindən separatçıların Rusiyaya keçməsi ilə bağlı de-yilənlərin şayiə olduğunu faktlarla sübut edirdi. Xüsusilə, Azərbaycandaprezident və parlament seçkiləri ərəfəsi böhtançı təbliğat kampaniyasıbaşlayırdı. Azərbaycanda sabitliyin hökm sürməsindən narahat olanbəzi qüvvələr Rusiya kimi nəhəng bir dövləti ölkəmizə düşmənetmək istəyirdilər.

İlham Əliyev ulu öndərin əsasını qoyduğu siyasəti uğurla davametdirdi. Rusiya amilinə ciddi diqqət yetirildi. Əlbəttə, Azərbaycanrəhbərliyi şimal qonşumuzla olan münasibətlərin çətinliklərlə doluzamanlarını da unutmur. İlham Əliyev Rusiya ilə münasibətlərdəmövcud olmuş bəzi çətinliklər haqqında demişdi: “...Təqribən 10 ilbundan əvvəl (2000-ci il nəzərdə tutulur – N.M.) Rusiya ilə Azərbaycanarasında olan əlaqələr çox pis idi. Həmin vaxt Rusiya açıq şəkildəerməni separatçılarını dəstəkləyirdi. Rusiya bir milyard dollarhəcmində hərbi avadanlıq və texnikanı qeyri-qanuni olaraq Ermənistanaötürmüşdü. Bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasında böyükqalmaqal yarandı və bizim Rusiya ilə münasibətlərimiz çox gərginxarakter aldı” (3.2.1, s.35). Təbii ki, Rusiya böyük dövlət kimi Azər-baycana həmin illərdə bir çox problemlər yarada bilərdi.

“Əsrin müqaviləsi” imzalanandan sonra Qərbin təhlükəsizlik mə-sələsində Azərbaycana ciddi dəstək verməsi öz təsirini göstərdi.B.Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putin reallığı düzgünqiymətləndirib, Azərbaycanla münasibətlərdə düzəlişlər etməyəbaşladı. Əminliklə deyə bilərəm ki, Heydər Əliyev bu məsələdəyüksək qətiyyət, inam və praqmatik siyasi mövqe nümayiş etdirməsəydi,Rusiya siyasətçiləri Azərbaycana münasibətdə qeyri-konstruktivmövqedə uzun müddət qalacaqdılar. V.Putin Azərbaycana ilk səfərindəheyrətini belə ifadə etdi: “Heydər Əliyev siyasətin qayasıdır”.

Mən bu fikirləri yalnız memuarlarda yer ala biləcək cümlələrkimi görmürəm. Bunları real siyasətdə, ən çətin anlarda belə doğrunuyalandan, həqiqəti xəyaldan ayıra bilən bir siyasətçi-dövlət adamınınmüstəqil və güclü dövlət qurmaq üçün xarici siyasət kursunu hansımüdrik addımlarla gücləndirdiyini anlatmaq üçün yazıram. Ulu

112

Page 113: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

öndər hər şeyi ölçüb-biçərək, xarici siyasətdə Rusiya amilinə ayrıcayer ayırdı.

Bu siyasət nəticəsində artıq keçən əsrin 90-cı illərinin sonundaRusiya-Azərbaycan əlaqələri strateji xarakter almağa başladı. Azər-baycanın enerji siyasətindən əvvəllər narazı olan Moskva getdikcəbaşa düşürdü ki, müasir tarixi dövrdə təcrid siyasəti səmərəsizdir.Ona görə də, Rusiya iqtisadi sahədə Azərbaycanla əlaqələrini dahada genişləndirməyə qərar verdi. Doğrudur, “Əsrin müqaviləsi”ndənRusiyanın “Lukoyl” şirkəti çıxdı, ancaq bununla müsbət heç nəyənail ola bilmədi. Azərbaycan neftinin bir qismini Rusiya ərazisindənQərbə nəql edə biləcəyini sübut etdi. Aparılan danışıqlar nəticəsindəNovorossiysk istiqamətində Azərbaycan neftinin nəqlinə başlandı.Bu istiqamətdə neftin ixracı zaman-zaman artırılır. Sonra RusiyaAzərbaycan qazını almaq üçün fəaliyyətə başladı. Bu sahədə dəmüsbət nəticələr əldə edilib və hazırda Rusiya Azərbaycandan qazalır. Həyata keçirilən praqmatik siyasət nəticəsində 2006-cı ildəRusiya Azərbaycanı xarici siyasətinin prioritet istiqamətlərindən biriolduğunu bəyan etdi. 2008-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi2 milyard dollara yaxınlaşdı. Bu göstərici hər il artmaqda davamedir. 2009-cu ilin yayında isə Rusiya ilə Azərbaycan arasında Dostluqvə Strateji Tərəfdaşlıq Müqaviləsi imzalandı. 2009-cu ildə RusiyaPrezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı AzərbaycanPrezidenti İlham Əliyev bildirdi: “Bizim ölkələr arasında heç birproblem yoxdur... Həm ikitərəfli əməkdaşlıqda, həm də regional məsə-lələrdə Rusiyanın və Azərbaycanın baxışları bir çox cəhətdən üst-üstədüşür... Bizim münasibətlərimizi məhz strateji tərəfdaşlıq termini iləifadə etmək olar” (3.2.1, s.37).

Doğrudan da, son illər Rusiya-Azərbaycan münasibətləri dinamikinkişaf edir. İqtisadi və humanitar sahələrdə əməkdaşlıq yüksək sə-viyyəyə qalxmışdır. Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllindədə Rusiyaya böyük önəm verir. D.Medvedev prezidentliyi müddətindəAzərbaycan və Ermənistan prezidentlərinin görüşlərini təşkil etmişdir.Təəssüf ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində

113

Page 114: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

bu görüşlərdə elə bir irəliləyiş əldə olunmamışdır. Lakin bu faktınmühüm geosiyasi mənası vardır. Rusiya Cənub Qafqazda Azərbaycanməsələsinə daha çox önəm verməyə başlamışdır. Moskva Azərbaycanınərazi bütövlüyünün təmin olunması zərurətini qəbul etmişdir.

Rusiya-Azərbaycan münasibətlərinin getdikcə daha konstruktivxarakter alacağı ölkə rəhbərliyinin çoxvektorlu xarici siyasət yeritməsiilə izah edilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ilmayın 5-də Bakıda keçirilən “Xəzərin neft və qazı, neft emalı vəneft kimyası” adlı beynəlxalq sərgi və konfransın açılışında bəyanetdi: “Azər baycan tam müstəqil siyasət yeridir. Bunun əsasındaiqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi durur” (3.3.2).

İlham Əliyev Azərbaycanın 7 istiqamətdə enerji ixrac etdiyinibildirib. Enerji ixracı marşrutlarının şaxələnməsi müasir tarixi dövrüçün ciddi geosiyasi əhəmiyyət kəsb edir. Prezident ona görəbirmənalı qeyd edir ki, “Azərbaycanın müstəqilliyi tam və qeyd-şərtsizdir” (3.3.2). Bütün bunlar Azərbaycanın uzunmüddətli qazstrategiyasını reallaşdırmağa hazır olduğunu göstərir. O cümlədən,Rusiya ilə münasibətlərdə ölkəmizin tam müstəqil mövqe nümayişetdirəcəyinə şübhə yoxdur. Şimal qonşumuz öz növbəsində Azər-baycanla əməkdaşlığı dərinləşdirmək və genişləndirməkdə maraqlıdır.Cənub Qafqazda Rusiya-Azərbaycan münasibət lərinin bütövlükdəbölgənin geosiyasi mənzərəsində həlledici rol oynayacağını proq-nozlaşdırmaq olar.

Cənub Qafqazın enerji ehtiyatlarının 85 faizinə, insan ehtiyatlarınınisə 65 faizinə malik olan Azərbaycan təbii olaraq, bu bölgəninaparıcı dövlətidir. Yaxın perspektivdə Azərbaycan regionun geosiyasimənzərəsinin dəyişməsində həlledici rol oynayan dövlət kimi qəbulediləcək. Rusiya Cənub Qafqazın geosiyasi simasını müəyyənləşdirənAzərbaycanla münasibətlərini təbii ki, Ermənistan və ya Gürcüstanlaolan münasibətlərdən fərqli meyarlar üzərində qurmalıdır. Gözləməkolar ki, həmin amil Cənub Qafqazda tarixi geosiyasi dəyişikliklərinyeni mərhələsinin qayəsini təşkil edəcəkdir.

114

Page 115: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycanın Türkiyə və İranla münasibətlərinin inkişafına dahəmin bucaq altında baxmaq lazım gəlir. Türkiyə Azərbaycana həmetnik, həm də mədəni-tarixi baxımdan yaxın dövlətdir. HeydərƏliyevin məşhur “bir millət, iki dövlət” prinsipi bu yaxınlığı dolğunəks etdirir. Lakin əksər hallarda insanlar bu deyimin ikinci hissəsininmənası və əhəmiyyətini arzu olunan səviyyədə dərk etmirlər. Türkiyəvə Azərbaycan etnik baxımdan eyni olsalar da, iki fərqli dövlətlərdir.Buna görə də, milli hiss və duyğularla dövlət siyasətini ayıran xəttiqəbul etmək gərəkdir. Yəni iki qardaş dövlət hər şeydən öncə bir-birlərinin müstəqil dövlət olaraq inkişafında və güclənməsindəmaraqlı olmalıdırlar. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azər-baycanda Türkiyəyə iki ifrat münasibət vardı. Əvvəlcə A.Mütəlliboviqtidarı Türkiyəni lazımi dərəcədə qiymətləndirə bilmədi. Sonra isəƏ.Elçibəy ifrat dərəcədə Türkiyə amilinə önəm verdi. Hər iki yanaşmao zaman dünyada gedən prosesləri nəzərə almadan, müxtəlif addımlarınatılması ilə müşayiət olunurdu. Yalnız Heydər Əliyev hakimiyyətəqayıdandan sonra qardaş ölkə ilə iki müstəqil dövlət səviyyəsindəmünasibətlər qurulmağa başlandı. Nəticədə, qısa bir zamanda Türkiyəilə Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf etdi.

Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. 2010-cu il sentyabrın 15-də “Azərbaycan Respublikası və Türkiyə Res-publikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasınınqurulması haqqında Birgə Bəyannamə” imzalandı. Bəyannamə ikidövlət arasındakı əlaqələrin dünyada mövcud olan ən yüksəksəviyyəsini nümayiş etdirir. İki qardaş ölkənin rəhbərlərinin yaratdığıYüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası daimi toplantılarınıkeçirir və əməkdaşlığın inkişaf templəri saxlanılır.

1993-cü ildən başlayaraq, Azərbaycanla Türkiyə demək olar ki,bütün sahələr üzrə əməkdaşlıq sazişləri imzalayıblar. Onlarınsıralanması uzun bir siyahını təşkil edərdi. Burada əsas məqamondan ibarətdir ki, iki ölkə siyasət, iqtisadiyyat, mədəniyyət, orduquruculuğu və başqa sahələr üzrə əməkdaşlığı ilbəil gücləndirir.Türkiyə və Azərbaycan rəhbərləri vaxtaşırı qarşılıqlı səfərlər edirlər.

115

Page 116: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycanın təhlükəsizliyi məsələsinə Türkiyə həmişə xüsusihəssaslıqla yanaşıb. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimiErmənistanın Azərbaycana təcavüzünü daim pisləyib və işğal olunmuşərazilərdən erməni qoşunlarının çıxarılmasını tələb edib. Son illər Tür-kiyənin bu məsələdə daha da fəallaşdığı müşahidə edilir. Qafqazda sa-bitliyin və inkişafın təmin edilməsi üçün rəsmi Ankara təşəbbüslərinidavam etdirir. Burada bir neçə məqamın üzərində dayanmaq istərdik.

Türkiyə Cənub Qafqazda barışın bərqərar olmasında maraqlıdır.Bunun üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiədalətli həll edilməlidir. Lakin Türkiyə regionun böyük dövlətlərindənolsa da, proseslərə həlledici təsir göstərmək gücünə malik deyil.Ona görə də, münaqişə lərin həlli məsələsində bir qədər arxa plandadurmağa məcburdur. Buna baxmayaraq, Türkiyənin geosiyasi çəkisiartır və yaxın perspektivdə vəziyyət tamamilə dəyişə bilər.

Başqa bir məqam regionun beynəlxalq enerji layihələrində Türki-yənin iştirakı məsələsi ilə bağlıdır. Türkiyə bu aspektdə xeyli fəaldır.XXI əsrin əvvəllərindən rəsmi Ankara müxtəlif enerji layihələrindəyaxından iştirak etmək üçün diplomatik fəallıq nümayiş etdirir. Bü-tövlükdə, Türkiyə Avropanı neft və qazla təmin edən əsas enerjimarşrutlarının üstündə olan ölkə kimi geosiyasi çəkisini xeyliartırmışdır. Bu proses indi də davam edir. Lakin o, böyük birlayihənin reallaşması ilə sıx bağlıdır.

Ümummilli lider Heydər Əliyevin böyük iradəsi və siyasi səylərinəticəsində Bakı-Tbilisi-Ceyhan neft layihəsi reallığa çevrildi. Bulayihə həm Türkiyə-Azərbaycan münasibətlərinin konkret məzmunkəsb etməsində, həm də bütün regionun geosiyasi mənzərəsinin də-yişməsində ciddi rol oynadı. Heydər Əliyev həmişə Bakı-Ceyhan la-yihəsinin iqtisadi mahiyyətindən çox, verəcəyi siyasi və geosiyasidividendlərindən danışardı.

Layihə ətrafında keçən əsrin 90-cı illərində aparılan proseslərçoxlarının yadında olar. Heydər Əliyev neft strategiyasını dərin əsas-landırmışdı və seçdiyi kursdan dönmək fikri yox idi. Bütün maneələrəbaxmayaraq (biz o maneələr haqqında əvvəlki paraqraflarda qeydetmişik) Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Ondan sonra Bakı-

116

Page 117: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu layihələrihəyata keçirilir. Bu layihələr Azərbaycanın Qərblə əlaqələrininmüxtəlif sahələr və marşrutlar üzərində qurulması kimi qlobalsiyasətin konkret elementləridir. Məhz həmin illərdə həyata keçirilənsistemli tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan Prezidenti ölkəiqtisadiyyatının diversifikasiyası və müstəqilliyinin dönməzliyi barədəəminliklə danışa bilir. Ulu öndər Azərbaycan-Türkiyə münasibətlərininümumilikdə regionda yeni geosiyasi mənzərənin yaranmasına təkanverəcəyini deyəndə bu günləri nəzərdə tuturdu.

Azərbaycanın Türkiyə siyasətində 1993-cü ildən başlayaraq hansıistiqamətdə dəyişikliklərin getdiyi yuxarıda deyilənlərdən aydın olur.Birincisi, bu münasibətlər etnik tarix, mədəniyyət və geosiyasistrategiya baxımından çox yaxın olan iki dövlətin sıx əməkdaşlığınaəsaslanır. İkincisi, Azərbaycan dünyanın hər bir ölkəsi ilə olduğukimi, Türkiyə ilə də bərabərhüquqlu əməkdaşlıq qurdu. Azərbaycanınmilli suverenliyi tam gözlənildi. İndi Azərbaycan Türkiyə iqtisadiyyatınamilyardlarla dollar sərmayə qoyan dövlətlərdən biridir. Proqnozlaragörə, təkcə ARDNŞ-in Türkiyə iqtisadiyyatına qoyacağı sərmayə2018-ci ildə 17 milyard ABŞ dolları həcmində olmalıdır (3.3.3). Nə-hayət, Azərbaycan-Türkiyə münasibətləri bütövlükdə regionungeosiyasi mənzərəsinin yeniləşməsinin aparıcı xəttinə çevrildi. Xaricisiyasət kursunun həyata keçirilməsi baxımından bunu əsas məqamhesab etmək olar. Tarixdə ilk dəfə olaraq, iki qardaş ölkə böyük birgeosiyasi məkanda konstruktiv əməkdaşlıq və sülhpərvər fəaliyyətkursu əsasında dövlətlərin inteqrasiyası, iqtisadi əməkdaşlıq, mədə-niyyətlərarası əlaqələr, enerji təhlükəsizliyi kimi sahələr üzrə ciddirol oynamağa başladılar. Bu baxımdan, Türkiyə-Azərbaycan əmək-daşlığı Cənub Qafqazda barış, inkişaf və inteqrasiya proseslərininəsas təminatçısıdır. Təcrübə tezisin doğruluğunu təsdiq edir.

Türkiyə-Azərbaycan münasibətlərinin sadaladığımız istiqamətlərüzrə strateji xarakter daşıması Azərbaycan xarici siyasətinin regionun“böyük üçbucağı”nda əldə etdiyi ciddi uğurlardan biridir. Çünkimüasir tarixi mərhələdə hər bir dövlətin inkişaf potensialı onun ətrafölkələrlə qurduğu münasibətlərinin xarakterindən çox asılıdır. Burada

117

Page 118: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

geosiyasi aspektdə bir tarazlaşma olmalıdır. Sirr deyil ki, Azərbay-can-Türkiyə münasibətlərinə bəzi dövlətlər qısqanclıqla yanaşır. Buqısqanclığın olmaması üçün münasibətləri müasir beynəlxalq hüququntələblərinə tam uyğun qurmaq lazım idi. Eyni zamanda, tarixi ənənəvə mənəvi-mədəni amilləri nəzərə almaq gərəkdi. Bu çətin situasiyadanhər iki dövləti Heydər Əliyevin siyasətçi bacarığı çıxardı. ArtıqAzərbaycanla Türkiyənin əməkdaşlığına bölgənin enerji təhlükəsiz-liyinin başlıca qarantı kimi baxılır.

Nəhayət, Azərbaycanın regionun üçüncü böyük dövləti olan İranlamünasibətlərinin inkişaf dinamikası bütövlükdə bölgə üçün prinsipialəhəmiyyət daşıyır. 1992-1993-cü illərdə bu dövlətlə münasibətlərdəbir çox ziddiyyətlər yaşandı. Əsas ziddiyyət siyasi-ideoloji aspektdəidi. Hakimiyyətə qayıdandan dərhal sonra Heydər Əliyev İranla mü-nasibətlərin konstruktiv əməkdaşlıq müstəvisinə gətirilməsi üçüngeniş fəaliyyətə başladı. Hələ Naxçıvanda olarkən, 1992-ci ildə uluöndər Tehrana səfər etmiş və Naxçıvana yardım, nəzərdə tutansənədlər imzalamışdı. 1993-cü ilin oktyabrında İran Prezidenti ƏliƏkbər Haşimi Rəfsəncani Bakıya səfərə gəldi. Bu, münasibətlərinistiləşməsində rol oynadı. 1994-cü ildə isə Heydər Əliyev İran İslamRespublikasına ilk rəsmi səfər etdi. İki ölkə arasında bir sıraəməkdaşlıq sazişləri imzalandı. O cümlədən, Haşimi RəfsəncaniAzərbaycan Prezidenti ilə imzaladığı birgə bəyanatda Ermənistanınölkəmizə qarşı hərbi təcavüzünü pislədi. Bununla Azərbaycan-İranmünasibətlərində yeni bir səhifə açıldı. 1996-cı ildə Heydər Əliyevİranın Məşhəd şəhərində Haşimi Rəfsəncani ilə görüşdü. 1997-ciilin dekabrında isə Ümummilli lider İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Tehranda keçirilən zirvə toplantısında iştirak etdi. Həminsəfər zamanı Azərbaycan Prezidenti İran rəhbərliyi ilə ayrıca görüşkeçirdi. Prezident Heydər Əliyevin 2002-ci ilin mayında İrananövbəti səfəri qarşılıqlı münasibətlərdə dönüş nöqtəsi hesab edilir.

Keçirdiyi hər bir görüşdə Ulu öndər İranla bütün sahələrdə əmək-daşlığa diqqət yetirirdi. Əsas məsələ isə Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həllində İranla konstruktiv əlaqələrinqurulması ilə bağlı idi. Eyni zamanda, Xəzərin statusu məsələsi də

118

Page 119: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Heydər Əliyevin müzakirələrində geniş yer alırdı. Xüsusilə, dənizinbeynəlxalq-hüquqi statusu ilə bağlı Azərbaycanın Rusiya və Qaza-xıstanla müqavilələr imzalaması İran istiqamətində daha da fəalolmağı tələb edirdi.

Azərbaycan diplomatiyası Heydər Əliyevin müəyyənləş dirdiyiprinsiplər əsasında İranla əməkdaşlığı inkişaf etdirir. Rəsmi Bakıqarşılıqlı faydalı münasibətlərin davam etdirilməsində maraqlı vəqərəzsiz olduğunu daim nümayiş etdirib. Təəssüf ki, son vaxtlar İranAzərbaycana qarşı lazımi dərəcədə konstruktiv mövqe nümayişetdirmir. Xüsusilə, Qərbin İranın nüvə proqramı ilə bağlı yeritdiyisiyasətin yaratdığı gərginlik fonunda Azərbaycanı əsassız ittihametmək cəhdləri və “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı İran me-diasının apardığı böhtan kampaniyası böyük təəssüflər doğurdu.Azərbaycan ərazisindən İrana qarşı müharibədə istifadə ediləcəyihaqda bəzi Qərb agentlik və media orqanlarının, eləcə də bunutəkrar edən İsrail qəzetlə rinin məkrli niyyətlərinə cavab olaraq,Prezident İlham Əliyev dəfələrlə bəyan etdi ki, buna qətiyyən yolverməyəcək dir. Azərbaycan müstəqil dövlətdir və heç kəsin diktəsiilə hərəkət etmir. O cümlədən, İranın kiminlə və ne cə əməkdaşlıq et-məklə bağlı Azərbaycana göstərişlər verməyə cəhd göstərməsininmənası yoxdur. Əksinə, İranın Azərbaycanla bağlı siyasətinə müəyyəndüzəlişlər etməsinə ehtiyac görünür. Tehran artıq formalaşmış kons-truktiv əmək daşlıq sistemini pozmağa çalışmamalıdır. Bu siyasəthəm Azərbaycanın, həm də İranın maraqlarına ziddir.

Bütün bunlara baxmayaraq, Azərbaycan İranla münasi bətləriniqarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətindədir.Şübhə yoxdur ki, siyasət həmişə real vəziyyəti, konkret situasiyalarınəzərə almalıdır. Belə ki, nə tamamilə ümumnəzəri müddəalara alu-dəçiliyin praktiki faydası var, nə də yalnız konkret situasiyalarımütləqləşdir məyin. Siyasətin bir tərəfi ümumnəzəri yanaşmayaəsaslan malıdırsa, digər tərəfində mövcud reallığın tələbləri durmalıdır.İranla bağlı Qərbin yeritdiyi müasir siyasətin yaratdığı vəziyyət təbiiki, region dövlətlərinin hər birinin müəyyən amilləri nəzərə almasınasəbəb olur. Sürətlə dəyişən geosiyasi situasiyalarda xarici siyasət

119

Page 120: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

kifayət qədər çevik olmalıdır. Lakin müstəqil dövlət öz ümumi kur-sundan kənara çıxmamalıdır. Azərbaycan isə İran ətrafında geosiyasisituasiyanın və qüvvələr nisbətinin necə dəyişməsindən asılı olmayaraq,İranın daxili işlərinə qarışmamaq siyasətinə sadiq qalacaqdır.Azərbaycan heç zaman öz ərazisindən qonşularına qarşı hərbi təcavüzüçün bu və ya digər şəkildə istifadə olunmasına icazə verməyəcəkdir.Ümumiyyətlə, Azərbaycan dünyanın bütün dövlətləri ilə münasibətlərinibeynəlxalq hüquq normaları çərçivəsində qurmaqda davam edəcək.Bu mövqedən rəsmi Bakı heç zaman çəkilməyəcək.

Azərbaycanın İran siyasətində mehriban qonşuluq mövqeyindəolması bütövlükdə ölkənin xarici siyasət kur sunun mahiyyətindənirəli gəlir. Bu, məsələnin çox incə və əhəmiyyətli tərəfidir. Çünkisöhbət dövlətin xarici siyasət kur sunun mahiyyətindən gedir.Ermənistan haqqında onu deyə bilərik ki, onun xarici siyasətinin məz-mununda qonşu dövlətlərə qarşı aqressivlik özünü açıq göstərir. Buölkənin konstitusiyasında belə başqa dövləti ittiham məqamı vardır. Er-mənistan rəsmiləri dəfələrlə qonşu dövlətlərin ərazisinə və mədəniyyətnümunələrinə iddialarını bəyan ediblər. Bu iddiaları nə qədər “tarixi,elmi, siyasi” və s. “arqumentlərlə” əsaslandırmağa çalışsalar da, mənasıbirdir – təcavüzkar si ya sət!

Azərbaycan isə xarici siyasətini tamamilə fərqli prinsiplər əsasındaqurub. Bizim dövlət quruculuğumuzun mahiyyətini qonşu ölkələrindaxili işlərinə qarışmamaq, sülhpərvər olmaq, regionda inteqrasiyavə mədəniyyət əsasında inkişaf prinsipləri təşkil edir. Azərbaycanınheç bir ölkənin ərazisinə iddiası yoxdur. İranda 30 milyona yaxınsoydaşımızın yaşamasına baxmayaraq, bu ölkənin ərazi bütövlüyünədaim hörmətlə yanaşılıb. Qonşu Gürcüstan, Rusiya və Türkiyəyəmünasibətdə də eyni prinsiplərə dəqiq əməl edilir.

Müasir tarixi dövrdə dövlətin xarici siyasətinin hansı prinsiplərüzərində qurulması, bir çox mənalarda onun (dövlətin) mahiyyətiniifadə edir. Azərbaycanın İran siyasətində hər şeydən əvvəl buməqamın nəzərə alındığı qəbul edilməlidir. Yəni dövlətimizin sülh-pərvərliyi İranla olan əlaqələrin daha da inkişaf edəcəyinə təminat

120

Page 121: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

verir. Buna görə də, İran amili Azərbaycan üçün həmişə önəmli ola-caqdır. Qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində beynəlxalq hüquqnormalarına tam əməl etməklə, bir-birinin daxili işlərinə qarışmamaqlaböyük uğurlar əldə etmək mümkündür.

Beləliklə, Azərbaycan 1993-cü ilin ikinci yarısından qonşuərazilərdə yerləşən üç böyük dövlətlə münasibətlərini konstruktivlikvə qarşılıqlı faydalılıq prinsipləri əsasında qura bildi. Heydər ƏliyevinCənub Qafqazın “böyük geosiyasi üçbucağı”nda Azərbaycanın dövlətmaraqlarına cavab verən və başqa ölkələrin maraqlarına zərərvurmayan tarazlaşdırıcı siyasət modeli tarixin sınaqlarından uğurlaçıxdı.

Müasir tarixi şərtlər çərçivəsində kifayət qədər çevik fəaliyyətmexanizminə əsaslanan bu xarici siyasət kursu dəyişkən situasiyalardasəmərəsini itirmir. Əksinə, Azərbaycan diplomatiyası “kəndir üzərindəyeriş”ində büdrəmir. Regionda xaosla nizam daim yanaşı mövcuddur.Bəzi qüvvələrin pozucu və qeyri-konstruktiv fəaliyyəti nəticəsindəzaman-zaman gərginlik artır.

Təsadüfi deyil ki, analitiklər Qafqazı dünyanın ən dəyişkən vəriskli regionlarından biri kimi səciyyələndirirlər. Əgər bu cür mürəkkəbsituasiyada belə Azərbaycanın xarici siyasəti uğurlar əldə edirsə,deməli, gələcəyə ümidimiz çoxdur. Azərbaycan Rusiya, Türkiyə vəİranın regiondakı maraqlarını nəzərə almaqla onları öz xaricisiyasətinin fəaliyyət sahəsində tarazlaşdıra bildi. Burada neft strate-giyasının oynadığı rolu ayrıca qeyd etməliyik. Bununla yanaşı, bü-tövlükdə dövlətimizin sülhpərvər mahiyyətini ifadə edən məqamlarındüşünülmüş surətdə dünyaya çatdırılması önəmli əhəmiyyətə malikdir.Həmin mövqenin təsdiqi üçün isə müxtəlif aspektlərin qarşılıqlı uy-ğunlaşdırılmasına (məsələn, mədəniyyətin təbliği, diaspor quruculuğu,dövlətin imicinin formalaşdırılması üsulları, beynəlxalq təşkilatlarçərçivəsində xüsusi təbliğat və təşviqat prosesinin təşkili və s.)əsaslanan siyasətin yeridilməsi çox vacibdir.

Azərbaycanın üç böyük qonşusu ilə münasibətlərini qura bilməsitarixi hadisədir. İstənilən dövlət əhatəsində olduğu güclü ölkələrlə

121

Page 122: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ümumi dil tapmalıdır. Geosiyasi nəzəriyyələrdə göstərilir ki, həttaliderlik iddiasında olan dövlətin belə formalaşması prosesində onuəhatə edən ölkələrin rolu böyük olur. Henri Kissincer özünün məşhur“Diplomatiya” əsərində ABŞ-ın lider dövlət kimi xüsusiyyətləri iləAvropanın lider dövlətlərinin özəlliklərini müqayisə edir (bax: 3.2.2,s.11-13). Məsələn, ABŞ geosiyasətdə “güclərin tarazlığı” modeliniqəbul edə bilmir. H.Kissincerə görə, bunun səbəbi tarixən ABŞ-ınhər tərəfdən okeanla güclü dövlətlərdən təcrid olunmasındadır. ABŞ-ı əhatə edən dövlətlər isə ondan xeyli zəif olublar (3.2.2, s.12).

Avropada isə tamamilə fərqli durum olub. Orta əsrlərdə avropalılarınvahid imperiya yaratmaq cəhdi iflasa uğradıqdan sonra onun yerindəeyni gücə malik bir neçə dövlət formalaşdı. Həmin vəziyyət avtomatikolaraq, güclərin tarazlaşdırılması modelini qəbul etmək ehtiyacıyaratdı (3.2.2, s.12-13). Buna görə də, ABŞ beynəlxalq münasibətlərdədemokratiya, söz azadlığı, millətlərin öz müqəddəratını təyin etməsivə s. özünün başa düşdüyü tərzdə qəbul edilməsini istəyir. Amerikaözünün missiyasını dünyanın hər yerində bu dəyərləri bərqəraretməkdə görür və təəssüflər olsun ki, tez-tez bu amillərdən siyasiməqsədləri üçün həm özü istifadə edir, həm də müttəfiqlərini bunaməcbur edir. Avropa dövlətləri isə indi də güc tarazlığı modelinə üs-tünlük verirlər.

Azərbaycanın yerləşdiyi coğrafi regionda həmişə çox güclüdövlətlər olub. Bu amili nəzərə almadan amerikasayağı xarici siyasətkursu seçilərsə, iflas qaçılmaz olar. Avropadakı güc tarazlığı modelinikor-koranə qəbul etsək, tarixi gerçəkliklərimiz ilə müasir geosiyasişərtlər arasında ciddi ziddiyyətin qurbanı ola bilərik.

Bəzilərinin bu gerçəkliklərin fonunda Azərbaycanın balanslaşmasiyasətinə sadəlövhcəsinə izah verməyə çalışması qeyri-ciddi görünür.Balanslaşma siyasəti Azərbaycanın regional liderliyini təmin etməliidi. Heydər Əliyevin strateji təfəkkürü və siyasi peşəkarlığı dövlətçi-liyimiz üçün tarixi əhəmiyyətli həmin vəzifənin öhdəsindən gəldi.Keçən müddət ərzində Azərbaycanın Rusiya, Türkiyə və İranla mü-nasibətlərini dövrün ziddiyyətlərinin cəngindən qurtarıb, konstruktivmüstəviyə gətirməsini təmin edən praktik addımlar göz qabağındadır.

122

Page 123: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Bu faktın işığında Azərbaycanın Rusiya, Türkiyə və İran siyasətininbir-birini tamamladığı aydın görünür. Çünki belə olmasaydı, Azər-baycanı bu gün Cənub Qafqazın lider dövləti kimi qəbul etməzdilər.

Regionun üç böyük dövləti ilə qurulan münasibətlərin fonunda,Cənub Qafqazın iki kiçik ölkəsi – Gürcüstan və Ermənistan istiqa-mətində aparılan siyasət də az əhəmiyyətli deyil. Bunun həm tarixi,həm regional, həm də geosiyasi səbəbləri vardır.

3. 4. Gürcüstan və Ermənistan: bir paradoksdan iki çıxış yolu

Cənub Qafqaz geosiyasi baxımdan dünyanın ən mürəkkəb regi-onlarından biridir. Əsrlərlə burada güclü dövlətlərin geosiyasimaraqları toqquşur. Dövlətlər arasında münasibətlər mürəkkəbxarakter daşıyır. Xüsusilə, Cənub Qafqazda ermənilərin dövləti ya-radıldıqdan sonra bölgədə qanlı toqquşmaların sayı artıb. Henri Kis-sincerin təbirincə desək, yerli xalqlar nə vaxtsa Cənub Qafqazda“savaşan çarlıqlar” dövrünün sona çatması (3.2.2, s.13) ümidi ilə ya-şamışlar. SSRİ-nin dağılmasından sonra Ermənistanın işğalçı siyasətinəticəsində Cənub Qafqazın geosiyasi durumu pozuldu. ErmənistanAzərbaycanın torpaqlarının 20 faizini işğal edərək, regionda dağıdıcımövqe tutdu. Uzun müddət siyasi və geosiyasi baxımdan sakitregion hesab edilən Cənub Qafqaz yenidən qaynadı. Hazırda buvəziyyət davam edir.

Lakin Azərbaycan xarici siyasətində Cənub Qafqazın iki ölkəsinəçox diqqət yetirir. Ermənistanın təcavüzkarlığının aradan qaldırılmasıxarici siyasətin əsas istiqamətlərindən biri olaraq qalır. Gürcüstanayönəlik siyasətdə isə daha sıx əməkdaşlıq xətti seçilmişdir. Ermənistanınişğalçı siyasəti Azərbaycanı bir regionun iki kiçik dövlətinə münasibətdətamamilə fərqli siyasi xətt seçmək məcburiyyətində qoymuşdur.Dünya miqyasında coğrafi baxımdan kiçik olan bir region üçün buparçalanma çox ağır siyasi, sosial, demoqrafik, iqtisadi və mədəninəticələr vermişdir. Bəzi xarici qüvvələr isə həmin vəziyyətdənistifadə edərək, regionda öz maraqlarının təmin edilməsinə çalışırlar.

123

Page 124: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Bununla da qədim tarixə və mədəniyyətə malik olan bir bölgədə Er-mənistanın qeyri-konstruktiv və dövrün ruhuna uyğun olmayan tə-cavüzkar siyasəti çoxlu sayda süni geosiyasi problemlər yaratmışdır.Azərbaycan regional xarici siyasətini bu reallığı nəzərə almadan for-malaşdıra bilməzdi.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın işğalçı

siyasəti davam etdiyindən Azərbaycan Gürcüstanla da münasibətlərinə

aydınlıq gətirməkdə çətinlik çəkirdi. 1991-1993-cü illərdə Gürcüstanda

radikal millətçi qüvvələrin hakimiyyətdə olması da iki ölkə arasında

münasibətlərin normal məcraya düşməsinə süni əngəllər yaradırdı.

Həmin illərdə Gürcüstanda yaşayan soydaşlarımızın yurd-yuvalarını

tərk edərək, Azərbaycana üz tutması yaddan çıxmayıb. Bu proses

Z.Qamsaxurdiya iqtidarının ultramillətçi davranışları ilə sürətlənir

və genişlənirdi. Nəticədə, Borçalı bölgəsindən minlərlə azərbaycanlı

sıxışdırıldı. Azərbaycanlıların təhlükəsizliyi üçün təminat yox idi.

Yalnız Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra soydaş-

larımızın “səssiz deportasiyası”na son qoyuldu.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik mü-

nasibətlərin 1992-ci il noyabrın 18-də qurulmasına baxmayaraq,

1993-cü ilin ikinci yarısına qədər həmin əlaqələr demək olar ki, yox

dərəcəsində idi. Yalnız 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan

səfirliyi, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi

açıldı. İki ölkə arasında ilk müqavilə 1995-ci ildə bağlandı. Müqavilədə

siyasi, iqtisadi, hərbi və kommunikasiya sahələri üzrə əməkdaşlıq öz

əksini tapdı (3.4.1). Azərbaycanla Gürcüstan arasında əlaqələrin

intensiv inkişaf dövrü məhz həmin vaxtlardan başlayır. HeydərƏliyev 1996-cı ildə Tbilisiyə səfər etdi. Həmin səfərdə 2 bəyannamə

imzalandı. Onlardan biri “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükə-

sizlik” (3.4.1), digəri isə “Qafqaz regionunda sülh, təhlükəsizlik və

əməkdaşlıq” (3.4.2) haqqındadır. Göründüyü kimi, tərəfləri daha

çox təhlükəsizlik və sülh məsələləri düşündürürdü.

124

Page 125: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycan o zaman “Ümumqafqaz evi” təşəbbüsü ilə çıxış et -mişdi. Bu təşəbbüslər təsadüfi deyildi. Azərbaycanın xarici siyasətindəCənub Qafqazda sülh və sabitlik əsas xətti təşkil edirdi. Bölgədə in-teqrasiyaya nail olmaq ölkəmizin xarici siyasətinin strateji məqsəd-lərindən biri idi. 1997-ci ildə E.Şevardnadze Bakıya səfər etdi vəstrateji xarakterli növbəti saziş imzalandı. Bundan sonra AzərbaycanlaGürcüstan arasında strateji tərəfdaşlıq dərinləşməyə və genişlənməyəbaşladı. Bir-birinin ardınca iqtisadi, enerji, təhlükəsizlik və qarşılıqlıəməkdaşlıqla bağlı müqavilələr imzalandı. Bu proses Cənub Qafqazıngeosiyasi taleyində ciddi rol oynayan bir neçə beynəlxalq enerji vənəqliyyat-kommunikasiya sahələri üzrə müqavilələrin imzalanmasıilə daha çox diqqəti çəkir.

1999-cu ildən başlayaraq, Bakı-Supsa neft kəməri işləyir. 2005-ciildə Bakı-Tbilisi-Ceyhan boru kəməri işə başladı. Bundan başqa,Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TRACECA – Tarixi İpəkYolunun bərpası layihələri həyata keçirildi. 2007-ci ildə isə Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə başlanıldı. Azərbaycan və Gür-cüstan prezidentləri tez-tez əlaqə saxlayıb və əməkdaşlığı inkişaf et-diriblər. Bu layihələrin hər birinin ciddi geosiyasi əhəmiyyəti vardır.Onların regionun sabit və davamlı inkişaf edən məkana çevrilməsiüçün böyük rol oynadığını təcrübə sübut edir. Bütün bu layihələrinmemarı Heydər Əliyev idi. Ulu öndər regionun təhlükəsizlik sistemininformalaşmasına böyük diqqət yetirirdi.

2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə “Trabzonrazılaşması”nı imzaladılar. Bununla da üç dost ölkə strateji tərəfdaşlığırəsmiləşdirdi. Onlar terrorizm və separatizmə qarşı birgə mübarizəaparmaqla bağlı razılığa gəldilər. Həmin sənəd regionun təhlükəsizliksisteminin formalaşması yolunda mühüm addım kimi qiymətləndiril -məlidir.

Azərbaycan və Gürcüstan regional miqyaslı qurumlarda əməkdaşlığadiqqət yetirirlər. GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı(QDİƏT) və başqa təşkilatlarda qarşılıqlı əlaqələr dərinləşir. İki ölkə

125

Page 126: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

arasında 100-dən çox hüquqi-normativ sənəd imzalanıb. HazırdaAzərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı inkişaf edir. Beləliklə,Azərbaycanın Gürcüstan siyasəti qarşılıqlı əməkdaşlığa, regiondasabitliyin təmin edilməsinə, regional inteqrasiyanın inkişafına vətəhlükəsizlik sisteminin formalaşdırılmasına əsaslanır.

Ermənistan istiqamətində isə tamamilə başqa mənzərə ilə üzləşirik.Bu dövlətin təcavüzkar siyasət yeritməsi Cənub Qafqazda paradoksalsituasiya yaratmışdır. Regionun sürətlə inkişaf etmək potensialı yük-səkdir. Dünyanın böyük dövlətləri məhz bu səbəbdən bölgə iləyaxından maraqlanırlar. Normal halda regionun imkanlarından ilknövbədə burada yaşayan xalqlar bəhrələnməlidirlər. Lakin Ermənistanqonşu ölkənin torpaqlarını işğal etməklə özünü bölgənin təbiizənginliklə rindən məhrum edibdir. Bununla həm Cənub Qafqa zıninkişafına əngəl törədir, həm də özü yoxsulluq içində sürünür, vətən-daşları ağır həyat sürürlər. Ermənistanı hər il on min lərlə insan tərkedir. Bu proses o dərəcədə intensivləşib və genişlənib ki, artıq Ermə-nistanda yaşayan ermənilərin sayı kənarda yaşayanlardan 3 dəfə azdır(bax: 3.4.3). Sağlam dü şün cə bir dövlətin öz vətəndaşlarına qarşı buqədər aman sız olmasını qəbul etməkdə çətinlik çəkir. Bu, əsl para-doksdur.

Ermənistanın qeyri-konstruktiv xarici siyasəti Cənub Qafqazıçoxsaylı geosiyasi risklərlə qarşı-qarşıya qoyub. Azərbaycan buşəraitdə daha çevik olmaq məcburiyyətindədir. Ölkənin regional si-yasətinin məzmunu həmin tələbə tam cavab verir. Onu təsdiq edənəsas fakt Azərbaycanın regional liderliyə yüksəlməsidir. Regiondadestruktiv qüvvənin mövcudluğuna rəğmən, bu uğura nail olmaqdəqiq işlənmiş xarici siyasət kursunu müəyyənləşdirməyi tələb edir.Azərbaycanın region siyasətinin əsas xüsusiyyəti həmin məqamlabağlıdır. Ölkəmiz bölgənin böyük dövlətləri istiqamətində yeritdiyisiyasətini ustalıqla ABŞ və Avropa siyasəti ilə uzlaşdıra bilib. Rusiya,Türkiyə və İrana yönəlik siyasət bu dövlətlərin regiona sərmayə qo-yuluşuna maneə törətməsinə şərait yaratmadı. Zaman-zaman Rusiyavə İran tərəfdən narazılıq bildirilsə də və bəzi hallarda konkretmaneələr olsa da, Azərbaycan Türkiyə və Qərb siyasəti ilə onları

126

Page 127: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

neytrallaşdıra bildi. Dövlətimizin xarici siyasətində bu, mühüm mə-qamdır. Daha konkret desək, Azərbaycanın regional siyasətinin düz-günlüyünü təsdiq edən amildir.

Məsələ bundadır ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq,Azərbaycan həm regionun böyük dövlətlərinin, həm də Qərbin regi-ondakı maraqlarını uzlaşdıra bildi. Bir-birinin ardınca həyata keçirilənbeynəlxalq layihələr Azərbaycanı etibarlı tərəfdaşa çevirirdi. Buproses Cənub Qafqazın iqtisadi infrastrukturunu modernləşdirməyəgeniş imkanlar yaratdı. Lakin Ermənistan ondan kənarda qaldı.Bununla da, faktiki olaraq, bölgə inkişaf tempi və istiqamətibaxımından iki yerə parçalandı. Geosiyasi vəziyyətə bu tendensiyanınmənfi təsiri həmişə hiss edilmişdir. Xüsusilə, Cənub Qafqazı öztəsiri altında saxlamağa çalışan qüvvələr həmişə həmin məqamdanistifadə edirlər.

Bütün bunlara rəğmən, Azərbaycan Cənub Qafqazda regionallider strategiyasına uyğun siyasətini davam etdirir. Tədricən Ermə-nistanın nüfuz dairəsi kiçilir və son zamanlar bunu siyasətçilər etirafedirlər. Azərbaycanın güclü informasiya fəaliyyəti və düşünülmüşsiyasəti nəticəsində Ermənistan siyasi dairələrinin ölkəmizlə bağlıyaydıqları yalan informasiyaların təsiri minimuma enib. Ermənistanişğal etdiyi Azərbaycan torpaqlarını tərk edənə qədər bu prosesdavam edəcəkdir. Bu kontekstdə Azərbaycanın regional siyasətindəmövcud olan iki fərqli cəhəti vurğulamaq yerinə düşərdi.

Əvvəla, Azərbaycan regional siyasətində enerji və kommunikasi-ya-nəqliyyat amillərindən geniş istifadə edir. Azərbaycanın enerjisiyasəti bölgənin sabitliyinə və inkişafına xidmət edir. Burada CənubQafqaz ölkələrinin bir-birinin ərazi bütövlüyünü tanıması mühümşərtdir. Əks halda, qarşılıqlı əməkdaşlığın əsas prinsipi olan qarşılıqlıhörmət prinsipi pozulmuş olur. Beynəlxalq hüquqda dövlətin suve-renliyini təmin edən şərtlərdən biri məhz ərazi toxunulmazlığıdır.Bir dövlət başqasının ərazi toxunulmazlığına hörmətlə yanaşmırsa,həmin dövlətlərin əməkdaşlıq etməsi mümkün deyildir.

Bu səbəbdən də, Azərbaycan neft və qaz layihələrindən Ermənistanıhəmişə kənarda saxlayır. Heç bir təsir Azərbaycanı bu mövqeyindən

127

Page 128: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

çəkindirə bilmədi. Sirr deyil ki, 1994-cü ildə “Əsrin müqaviləsi” im-zalanandan bu yana dünyanın bəzi böyük gücləri Ermənistanın daregionda həyata keçirilən beynəlxalq layihələrdə iştirakını təminetməyə çalışırdılar. Hətta Dağlıq Qarabağın və ətraf rayonlarınişğalının enerji məsələsindən ayrı olduğunu sübut etməyə çalışırdılar.Onlar bəzən “əvvəlcə əməkdaşlıq, sonra münaqişənin həlli” kimi al-dadıcı təkliflər də edirdilər. Guya Azərbaycanın xoşniyyətli olduğunaəminliyi yaranandan sonra Ermənistan işğal etdiyi torpaqlardan çə-kiləcək. Ancaq Ulu öndər Heydər Əliyev neft ixracı marşrutlarınınheç bir halda Ermənistan ərazisindən keçməyəcəyini qətiyyətlə bəyanetdi. Bu məsələyə yalnız Azərbaycanın torpaqları işğaldan azad edil-dikdən sonra baxıla bilərdi. Bu səbəbdən Azərbaycan Prezidenti neftixracını Gürcüstan ərazisindən həyata keçirmək üzərində möhkəmdayandı. Doğrudur, Gürcüstanda bəzi dairələr bundan sui-istifadəetməyə cəhdlər etdilər. Heydər Əliyevin siyasi ustalığı və qonşudövlətə dost münasibəti həmin böhranlı situasiyaları aradan qaldırdı.

Azərbaycanın enerji daşıyıcılarının Gürcüstan ərazisindən ikixətlə ixracı regionda geosiyasi mənzərəni kökündən dəyişdi. Buprosesə Azərbaycanın kommunikasiya-nəqliyyat sahəsində əhəmiyyətlilayihələri həyata keçirməsi ciddi təsirini göstərir. Bakı-Tbilisi-Qarsdəmiryolu xəttinin çəkilişi, Tarixi İpək Yolunun bərpası bu sırada ilkyada düşən layihələrdir.

Qeyd etmək lazımdır ki, Ermənistan Bakı-Tbilisi-Qars dəmiryolununçəkilişini əngəlləmək üçün çox çalışdı. Rəsmi İrəvan Ermənistandanyan keçən bu marşrutun regionun birliyinə ziyan verəcəyini arqumentkimi ortaya atırdı. Hətta ABŞ Konqresi Ermənistanın mövqeyinidəstəkləyən addım atdı: ABŞ və Avropa şirkətləri bu layihənimaliyyələşdirmək dən imtina etdi. Ermənistana bu da kömək edəbilmədi – bütün xərcləri Azərbaycan və Türkiyə öz üzərinə götürdü.Ayrıca Azərbaycan Gürcüstanın xərclərini ödəməyə hazır olduğunubildirdi. Dövlətimizin bu addımı Azərbaycanın regionun inkişafıüçün mümkün olan hər şeyi etməyə qadir olduğunu nümayiş etdirdi.

Bundan başqa, Azərbaycan özünü əsl dost və strateji tərəfdaşkimi apardı. Göründü ki, Ermənistanın düşmənçiliyi onu çətin

128

Page 129: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

vəziyyətə salıb. Azərbaycan tərəfdaşlarına həmişə yardım edir. Gür-cüstan rəsmiləri dəfələrlə Azərbaycan rəhbərliyinə ən ağır günlərindəonlara yardım etdiklərinə görə minnətdarlıqlarını bildiriblər. Faktikiolaraq, Azərbaycan Cənub Qafqazın ayağa qalxmasını təmin etdi,onu kənar qüvvələrdən asılı vəziyyətə düşməyə qoymadı. Əgər Er-mənistan konstruktiv siyasət yeritsə və Azərbaycan torpaqlarını işğaletməsə idi, onun bugünkü vəziyyəti tamamilə başqa cür olardı. Ümu-miyyətlə, Cənub Qafqazın geosiyasi mənzərəsi xeyli yaxşılaşardı.

İkincisi, Azərbaycan regional siyasətində bərabərhüquqlu tərəfdaşlığaüstünlük verir. Yəni Azərbaycan region dövlətləri ilə münasibətlərindəöz üstünlüklərindən süni istifadəyə çalışmır. Milli və dövlət maraqlarınıntəmin edilməsi başqa məsələdir. Söhbət burada bütün situasiyalarda tə-rəfdaşla beynəlxalq hüquq qaydalarının imkan verdiyi çərçivədə dav-ranmaqdan gedir. Yəni dövlətimizin geosiyasi məqsədi qarşılıqlı əmək-daşlığa əsaslanan və inkişaf edən məkan formalaşdırmaqdan ibarətdir.Həmin prosesdə Azərbaycan regional təşkilatların imkanlarından genişistifadə etməyə çalışır.

GUAM çərçivəsində ölkəmizin fəaliyyəti bunu təsdiq edir. Butəşkilat 1997-ci ildə yaradılıb. Azərbaycan bu qurum çərçivəsindəGürcüstan və Ukrayna ilə əməkdaşlığı yüksək qiymətləndirir. O, həriki ölkənin enerji problemlərinin həllinə böyük yardımlar etdi. Sonillər GUAM bir qurum kimi gözlənildiyi qədər səmərəli fəaliyyətgöstərmir. Lakin Azərbaycan yenə də GUAM formatında əməkdaşlığaböyük diqqət yetirir.

Başqa bir regional təşkilat – Qara Dəniz İqtisadi ƏməkdaşlıqTəşkilatında (QDİƏT) da Azərbaycan fəal işti rak edir. Bu təşkilat1992-ci ildən fəaliyyət göstərir. 2009-cu ildə ilk dəfə olaraq QDİƏT-də sədrlik Azərbaycana keçəndə, regionda əməkdaşlığa mane olanhəll edilməmiş münaqişələrə xüsusi önəm verilməyə başlandı. Azər-baycan təşkilat üzvləri arasında informasiya-kommunikasiya sahəsindəəməkdaşlığın dərinləşməsi istiqamətində ciddi işlər gördü. Ölkəmizbununla regional təşkilatlar daxilində bölgədə sülh və inkişafa xidmətedən addımlar atdığını nümayiş etdirmiş oldu.

129

Page 130: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycanın regional siyasəti kontekstində bir məqamı da vur-ğulamaq lazımdır. Hələlik Cənub Qafqazda yerli inteqrativ qurumlarazdır. Onların təsir dairəsi yaxşılaşdırılmalıdır. Burada əsasən Qərbtəşkilatları fəaliyyət göstərirlər. Həmin təşkilatların regionun inteq-rasiyasına xidmət göstərməsi məsələsi hələ tam aydın deyil. Çünkiproseslər göstərir ki, bəzi hallarda insan haqları, siyasi məhbus və s.kimi amillər dən süni istifadə edilir. Bir sıra hallarda isə birtərəfliyanaş malar müşahidə olunur. Odur ki, hazırkı mərhələdə regionaltəşkilatların bölgənin siyasi, iqtisadi və mədəni həyatına lazımidərəcədə təsir edə bilmədiyini deyə bilərik. Bu çatışmazlıq Azərbaycanınregional siyasətinə bir sıra maneələr törədir. Məsələn, regionda mü-naqişələrin həlli gecikir. Ermənistanın konstruktiv mövqe tutmasıüçün lazım olan addımlar atılmır.

Beynəlxalq təşkilatların Cənub Qafqazda fəaliyyəti genişlənir.BMT, ATƏT, Avropa Şurası və başqaları regionda fəaliyyətlərinidavam etdirirlər. ATƏT-in əsas missiyası münaqişələrin həlli olsada, hələlik ATƏT Cənub Qafqazda münaqişələrin nizamlanması isti-qamətində üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməmişdir.Bütövlükdə götürdükdə, regionda münaqişələrin (Dağlıq Qarabağ,Abxaziya və Cənub Osetiya) həlli ilə bağlı heç bir beynəlxalqtəşkilat kifayət qədər səmərəli fəaliyyət göstərmir. BMT-nin Təhlü-kəsizlik Şurasının Ermənistan işğalçı qoşunlarının Azərbaycan əra-zisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 823 (1993-cüilin apreli), 853 (1993-cü ilin iyulu), 874 (1993-cü ilin oktyabrı) və884 (1993-cü ilin noyabrı) saylı qətnamələr hamıya məlumdur. Qət-namələrin hər birində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəndərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Lakin indiyə qədərbu qətnamələrin heç biri yerinə yetirilməyib.

ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bir irəliləyişənail ola bilməməsi də faktdır. Ermənis tanın sözdə işğalçı adlandırıl-masının praktiki nəticəsi yoxdur. BMT və ATƏT qlobal miqyasdakifayət qədər nüfuzlu beynəlxalq təşkilatlardır. Onların Cənub Qaf-qazdakı münaqi şələrin həllində konkret nəticə əldə edə bilməmələri

130

Page 131: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

nəyi ifa də edir? Belə bir şəraitdə Azərbaycan regional xarici siya -sətində hansı məqamlara üstünlük verməlidir? Bu suallara cavabtapmaq çox vacibdir.

Görünür, beynəlxalq təşkilatların Cənub Qafqazda münaqişələrihəll edə bilməməsi böyük geosiyasi güclərin hələ bölgədə özmaraqlarını hər şeydən üstün tutması ilə bağlıdır. Belə isə yabeynəlxalq təşkilatların fəaliyyət mexanizmlərində islahatlar aparılmalı,ya da böyük geosiyasi güclər ortaq qərara gəlməlidirlər. Bunlardanheç biri hələlik baş vermədiyindən, Cənub Qafqazda inteqrativ qu-rumların səmərəli fəaliyyətindən danışa bilmirik. Ona görə də, Azər-baycan xarici siyasətində özünün imkanlarına üstünlük vermək məc-buriyyətindədir. Həmin sırada Azərbaycan region dövlətlərinin daxilolduğu müxtəlif təşkilatların formalaşmasına diqqət yetirir.

İndiyə qədər Cənub Qafqaz ölkələrinin daxil olduğu bir neçəinteqrativ model təklif edilib. “Ümumi Qafqaz evi”, “Ümumi Qafqazbazarı”, “Cənub Qafqaz Ştatları Birliyi”, “Qafqaz evi” və s. Bu mo-dellərdə iştirakçı dövlətlərin sayı ikidən (Azərbaycan və Gürcüstan)səkkizə qədər (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya,İran, ABŞ və Avropa İttifaqı) dəyişir. “Qafqaz dördlüyü” deyilənmodel (Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan) MDB çərçivəsindəfəaliyyət göstərir. Bu model münaqişələrin həlli üçün yaradılıb, ancaqheç bir effekti yoxdur. 1999-cu ildə ATƏT-in İstanbul sammitində3+3+2 (Azərbaycan, Gürcüstan, Ermənistan+Rusiya, Türkiyə, İran+ABŞvə Avropa İttifaqı) modeli təklif edildi, ancaq həyata keçmədi.Rusiyanın xarici işlər naziri S.Lavrov Türkiyənin təklif etdiyi “Qafqazevi” modelinin konkret məzmuna malik olmadığını bildirib.

Göründüyü kimi, Qafqazda inteqrasiya ilə bağlı təklif edilən mo-

dellərdən heç biri hələ reallaşmayıb. Bizcə, bunun iki mühüm səbəbi

var. Birinci səbəb bölgədə münaqişələrin həll edilməməsidir. İkincisi

isə təklif edilən modellərdə yerli ölkələrdən çox, böyük geosiyasi

güclərin maraqlarının nəzərə alınmasıdır. Hər iki amil bütövlükdə

vəziyyəti qeyri-müəyyən edir. Azərbaycan regional siyasətində həmin

amilləri ciddi surətdə nəzərə alır. Onların mənfi təsirini minimuma

131

Page 132: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

endirmək üçün enerji və “açıq qapı” siyasətindən istifadə edir. Azər-

baycan rəhbərliyi xarici şirkətlərin ölkə iqtisadiyyatına sərmayə

qoyması üçün əlverişli şərait yaradır. Onun müsbət nəticələri özünü

göstərmişdir. Həmin məqamlarla bağlı növbəti fəsillərdə geniş təhlil

aparacağıq. Burada isə bəhs edək ki, Azərbaycan regional siyasətində

yuxarıda qeyd etdiyimiz bütün amilləri nəzərə alaraq, onların balansını

yaratmağa çalışır.Beləliklə, regionda yaranan durum bütövlükdə cərəyan edən pro-

seslərin qarşıdurmaya aparmasına imkan vermir. Təbii ki, bu cürmodeldə qeyri-müəyyənlik yaradan elementlər qalır, lakin onlarıntam aradan qaldırılması regionun bir dövlətinin imkanı xaricindədir.Burada əsas olan iki prinsipdir. Əvvələn, müxtəlif geosiyasi alyanslararasında çevik manevrlər etmək imkanını saxlamaq. İkincisi, Azər-baycanı bu alyanslardan heç birinin təsiri altına salmamaq. Dövlətimizinmüstəqillik illərində yeritdiyi regional xarici siyasətin mahiyyətindəbu iki prinsip həmişə mühüm yer tutmuşdur. Gürcüstanla strateji tə-rəfdaşlıq edərək, Ermənistanın təcavüzünün nəticələrini aradan qal-dırmaqla ərazi bütövlüyünü təmin etmək xətti məhz bu prinsipəəsasən ardıcıl olaraq yeridilir. Buradan Azərbaycanın xarici siyasətininüçüncü səviyyəsi adlandırdığımız və çox vacib sayılan ABŞ və Av -ropa ilə əlaqələrə çıxış vardır.

3.5. ABŞ və Avropa: Qərb istiqamətində diplomatik fəallıq

Amerika və Avropa hazırda dünya siyasətində aparıcı rol oynayangeosiyasi güclərdir. Avropa hələlik tam mənası ilə müstəqil qüvvəkimi çıxış edə bilmir – ABŞ-ın ona təsiri böyükdür. Lakin Avropaİttifaqı Maastrixt (1992-ci il) və Amsterdam (1997-ci il) sazişlərindənsonra qlobal miqyasda müstəqil güc kimi çıxış etmək kursunugötürüb. Son illərin böhranı onun qarşısını hiss ediləcək dərəcədəkəsdi.

132

Page 133: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Dünya ictimaiyyəti Aİ-ni həmişə ABŞ-ın yanında görməyə adətedib. ABŞ və Avropa istiqamətləri bu baxımdan çox məqamlardabir-birindən ayrı təsəvvür edilmir. Nəzərə almaq lazımdır ki, ABŞ-ınbeynəlxalq təşkilatlarda təsiri o qədər güclüdür ki, onunla münasibətlərəbir qədər geniş spektrdə baxmaq lazım gəlir. Yəni ABŞ-ı yalnızdövlət olaraq yox, həm də dünyanın bütün guşələrinə müxtəlif təşki -latlar vasitəsi ilə “qolları uzanan” nəhəng qüvvə kimi qəbul etməkgərəkdir. BMT, NATO, Aİ, ATƏT və başqa qurumlarda Vaşinqtonunsözünü dinləyirlər.

Azərbaycanın xarici siyasətində ABŞ və Avropa istiqaməti priori-tetlərdən biridir. Keçən əsrin 90-cı illərinin əvvəllərindən Amerikavə Avropanın postsovet məkanına, o cümlədən Cənub Qafqaza təsiriçox güclü olub. Xüsusilə, ABŞ daha fəal və təsiredici siyasət yeridib.Onu nəzərə alaq ki, sosialist düşərgəsinin dağılmasında Qərbin əsasrol oynaması ideyası, müstəqilliyini yeni əldə etmiş ölkələrin üzünüavtomatik olaraq ABŞ və Avropaya tərəf çevirməsini şərtləndirirdi.Azadlıq, demokratiya, insan haqları kimi dəyərlərin təbliğatçısı Qərbdövlətləri idi. Əsas amillər isə ABŞ və Avropa ölkə lərinin iqtisadi vəhərbi qüdrətə malik olmasından ibarətdir. Dünya siyasətində heç birməsələ Qərbin iştirakı olmadan həll edilmir. Ona görə də, postsovetməkanı ölkələri də xa ri ci siyasətlərində Qərb amilini böyük ölçüdənəzərə almalı idilər.

1992-ci ildə ABŞ-ın dövlət katibi Ceyms Beyker Bakıya səfəretdi. O, iki ölkə arasında rəsmi münasibətlər yaratmaq məqsədi iləgəlmişdi. Həmin ilin martında isə ABŞ Bakıda səfirliyini açdı.Bundan sonra davamlı əlaqələr yarandı. Lakin ovaxtkı Azərbaycanrəhbərliyi əməkdaşlığı yüksək səviyyəyə qaldıra bilmədi. 1992-ciilin oktyabrında isə ABŞ Konqresi “Azadlığa Dəstək Aktı”na “907-cidüzəliş” deyilən sənəd qəbul etdi. Bununla Azərbaycanın ABŞ siyasəticiddi zərbə aldı. Aydın görünürdü ki, Azərbaycan Qərb istiqamətindəxarici siyasətinə düzəlişlər etməlidir. Bunu Heydər Əliyev edə bildi.

1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanın ABŞsiyasəti praqmatik xarakter almağa başladı. Heydər Əliyevin ABŞ-a

133

Page 134: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ilk səfəri bu prosesin başlanğıcı oldu. Bu səfər 1994-cü ilin sentyabrındaoldu. Həmin tarixdə BMT Baş Məclisinin 49-cu sessiyası keçirilirdi.Sessiyadakı çıxışında Azərbaycan Prezidenti vurğuladı: “Şübhəsiz,yeni dünya nizamının formalaşmasında aparıcı rol Birləşmiş Millətlərəməxsusdur...” (3.5.1, s.160).

Ulu öndər çıxışının başqa hissəsində isə ABŞ, Avropa və Rusiyanındünya siyasətində oynadıqları böyük rolu vurğulamışdı. Xüsusilə,Dağlıq Qarabağ məsələsinin həllində Qərblə Rusiya arasındakı fikirayrılığına baxmayaraq, ortaq mövqeyə gəlinməsi imkanlarının tü-kənmədiyini demişdi. Heydər Əliyevin bu fikirlərlə yanaşı, BMT-nin dünyanın yeni geosiyasi mənzərəsinin formalaşmasında aparıcırol oynadığını vurğulaması Azərbaycanın xarici siyasətinin çoxmühüm cəhətinə işarə idi. Yəni Azərbaycan hər bir böyük geosiyasigüclə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır, lakin beynəlxalqmünasibətlərin tənzimlənməsi prosesi ayrı-ayrı dövlətlərin deyil,BMT-nin ixtiyarında olmalıdır. Eyni zamanda, Azərbaycan xarici si-yasətində Qərb istiqamətini prioritet kimi qəbul edirsə, bu o deməkdeyil ki, taleyini ABŞ və Avropaya tapşırmaq fikrindədir. Yəni Azər-baycan Rusiya ilə yaxın əməkdaşlıqda maraqlıdır, lakin ondan asılıolmaq da istəmir.

Heydər Əliyevin bu cür kurs seçməsinin arxasında iki amildururdu. Birincisi, Azərbaycan dünyanın böyük güclərinin toqquşmameydanına çevrilməməlidir. Əksinə, dünyanın qüdrətli dövlətləriməhz Azərbaycanda əməkdaşlıq imkanı qazanmalıdırlar. İkincisi,Azərbaycan hər hansı geosiyasi gücün təsiri altına düşməmək üçün“çevik alyanslar” xətti seçməlidir. “Çevik alyanslar” həm ölkəniqlobal güc qütblərinin məngənəsindən kənara çəkir, həm də sürətlədəyişən situasiyalarda dövlətin maraqlarına uyğun mövqe seçməkimkanı verir.

Bu kurs Azərbaycanın hər hansı bir geosiyasi güc qarşısındaöhdəlik götürməsinə rəvac vermir. Həmin kontekstdə Rusiya PostsənayeCəmiyyətinin Tədqiqi Mərkəzinin direktoru Vladislav İnozemtsevinbir qiymətləndirməsi maraqlı görünür. Rusiyalı professor yazır:“Azərbaycan özünün “lazımi zamanda və lazımi yerdə” olduğunugöstərən yeganə kiçik dövlətdir. Onun indiki və gələcək liderləri

134

Page 135: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

böyük islahatçılara çevrilirlər. Azərbaycanın Sinqapur və yaTayvanın Qafqazdakı ekvivalenti olmaq üçün bütün şansları vardır”(3.5.2, s.70).

Qeyd etmək lazımdır ki, Vladislav İnozemtsev gənc olmasınabaxmayaraq (o, 1968-ci ildə anadan olub), artıq maraqlı geosiyasinəzəriyyənin müəllifidir (“parçalanmış sivilizasiya” nəzəriyyəsi,bax: 3.5.3) və “postsənaye (informasiya) cəmiyyəti” konsepsiyasınınmüəllifi, ABŞ sosioloqu Daniel Böllə birgə kitab yazıb (3.5.4). Ma-raqlıdır ki, D.Böll özünü “iqtisadiyyatda sosialist, siyasətdə liberalvə mədəniyyətdə mühafizəkar” adlandırıb. O, 2011-ci ildə 93 yaşındaKembricdə vəfat edib. D.Böll hesab edir ki, qloballaşma mərhələsindəgeosiyasət yeni məzmun kəsb edir. Ayrı-ayrı dövlət və regionlarındünyada rolunu, onların coğrafi mövqeyinin müsbət və mənficəhətlərini maddi tərəqqi müəyyən edir. Maddi tərəqqini texnologi-yaların intensiv və geniş yayılması şərtləndirir (3.5.4, s.12). Deməli,V.İnozemtsev Azərbaycanı “lazımi zamanda və lazımi yerdə olabilən” ölkə kimi sözgəlişi xarakterizə etmir. O, problemə müasirgeosiyasi konsepsiyaların meyarları prizmasından yanaşır və təhliledərək nəticə çıxarır. D.Böllün yuxarıda misal gətirdiyimiz fikrinəəsaslansaq, Azərbaycanın qloballaşma dövründə uğurlu xarici siyasətapardığını deyə bilərik. Onun yaradıcısı isə Heydər Əliyevdir.

Azərbaycanın ABŞ və Avropa siyasətinin məzmununa qlobalmiqyasda ciddi təsir göstərən bir amili vurğulamağa ehtiyac vardır.Tanınmış siyasətşünas və dövlət xadimi Zbiqnev Bjezinski Azər-baycanı Avrasiyanın ən mühüm “geosiyasi dayaq nöqtələrindənbiri” kimi qiymətləndirib (3.3.1). Z.Bjezinskinin geosiyasi konsep-siyasında “geosiyasi dayaq nöqtələri” ABŞ-ın əsas geosiyasi rəqiblərinətəsiretmə “nöqtələri” funksiyasını yerinə yetirməlidir. Məsələn,Türkiyə və ya Azərbaycan ABŞ-ın Rusiya siyasətində Qafqaz məka-nında “dayaq nöqtəsi” funksiyasını yerinə yetirə bilər. Burada birnöv konkret ölkənin başqasına təsir vasitəsi kimi istifadəsi məqsədivardır.

Azərbaycan məhz bu funksiyanı qəbul etməyən müstəqil dövlətdir.Onun xarici siyasətinin “çevik alyanslar” formalaşdırmaq cəhəti və

135

Page 136: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

böyük dövlətlərə deyil, beynəlxalq təşkilatlara (əsasən BMT-yə)istinad etməsi həmin məqsədin reallaşdırılmasına xidmət edir. Busiyasət Azərbaycanı hər hansı bir böyük dövlətin aləti olmadanCənub Qafqazın liderinə və qlobal miqyasda geosiyasi oyunçuyaçevirib. Prezident İlham Əliyevin aşağıdakı fikri dövlətimizin həminmövqeyini lakonik ifadə edir: “Azərbaycan heç vaxt özünün bəziqonşuları kimi dəyişən geosiyasi kart olmayıb və olmayacaq da”(3.2.1, s.20).

Obrazlı desək, Azərbaycan Avrasiyanın “geosiyasi dayaq nöqtəsi”ölkəsindən, bu məkanın geosiyasi oyunçusu statusuna transformasiyaedə bilmişdir. Bunu Azərbaycanın müstəqilliyin 21 ilində əldə etdiyiən böyük uğuru kimi qəbul etmək gərəkdir. Ölkəmizin ABŞ vəAvropa istiqamətində yeritdiyi siyasətin məzmununa bu uğurunişığında baxmağı daha konstruktiv hesab edirik.

ABŞ-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin1997-ci ilin yayında bu ölkəyə etdiyi ilk rəsmi səfərin böyük roluoldu. Hələ 1994-cü ildə Heydər Əliyev BMT Baş Məclisinin 49-cusessiyasında iştirak etmək üçün Nyu-Yorkda olarkən ABŞ PrezidentiBill Klintonla görüşmüşdü. Həmin görüşdə Heydər Əliyev Azərbaycanhaqqında geniş məlumat vermiş, regionda sülhün bərpa olunması,təhlükəsizliyin təmin edilməsi ilə bağlı Azərbaycan rəhbərliyininmövqeyini çatdırmışdı. Onda ABŞ Prezidenti Heydər Əliyevin arqu-mentlərini yüksək qiymətləndirmiş və iki ölkə arasında əməkdaşlığınperspektivinə inandığını ifadə etmişdi. B.Klinton “Əsrin müqaviləsi”ninböyük tarixi hadisə olduğunu vurğulamışdı.

1997-ci ildə isə artıq iki dövlət arasındakı münasibətlər konkretməzmun kəsb etməyə başladı. ABŞ Prezidenti B.Klinton Azərbaycanlamünasibətlərdə üç aspektə daha çox önəm verdiklərini bildirdi.Bunlar regionda sülh və təhlükəsizliyin təmini, Azərbaycanın suve-renliyinin qorunması və ərazi bütövlüyünün bərpası və demokratiyanıninkişafı məsələləri idi. B.Klinton bu məsələlərə diqqət yetirməsininsəbəbini Azərbaycanın böyük strateji əhəmiyyəti olan regionda yer-ləşməsi, inkişafda uğurlar qazanması və davamlı sabitliyə nail olmaq

136

Page 137: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

üçün Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətindəciddi cəhdlər etməsi ilə izah etdi (bax: 3.5.5).

Prezidentlərin geniş tərkibli danışıqlarından sonra Amerika-Azər-baycan münasibətləri haqqında birgə bəyanat və sərmayə qoyuluşununqarşılıqlı qorunması və təşviq edilməsi haqqında Azərbaycan Res-publikası və ABŞ hökumətləri arasında müqavilə imzalandı. İmzalamamərasimində Heydər Əliyev iki ölkə arasında əməkdaşlığın inkişafistiqamətlərini yığcam ifadə edən bəyanat verdi. Bəyanatda deyilirdi:“Azərbaycan öz dövlət müstəqilliyini böyük tarixi nailiyyət hesabedir və bu müstəqilliyi qoruyub saxlamağı özünün şərəfli vəzifəsisayır. Bizim xalqımız dövlət müstəqilliyinə və milli azadlığa sadiqdirvə bundan sonra da sadiq olacaqdır. Bunun üçün Amerika BirləşmişŞtatları ilə əməkdaşlıq etmək, tərəfdaşlıq əlaqələri yaratmaq və buəlaqələri daha da genişləndirmək, inkişaf etdirmək bizdən ötrü çoxvacib, əhəmiyyətlidir” (3.5.5).

Azərbaycan Prezidentinin hər bir sözünün arxasında böyük mənadurur. Bununla ABŞ-a Azərbaycanın öz müstəqilliyi və suverenliyinihər şeydən üstün tutduğu çatdırılırdı. Amerika da daxil olmaqla,kimsə buna xələl gətirmək istəsə, Azərbaycan dövlət kimi müqavimətgöstərəcək. ABŞ-la Azərbaycanın iqtisadi və enerji sahəsindəkiəməkdaşlığının taleyi də həmin prinsipə əməl edilməsindən asılıolacaq. Heydər Əliyev bu məqamlara işarə etməklə yanaşı, vurğulayırki, Azərbaycan ABŞ-la əməkdaşlığı inkişaf etdirməyi və genişləndirməyiçox vacib sayır.

Situasiya hər iki tərəf üçün tam aydın idi. Azərbaycan suverenliyinəxələl gətirə biləcək heç bir şərti qəbul etməyəcəkdi. Ərazisinin işğaledilməsi ilə barışmayacaqdı. Demokratik dövlət qurmaqda qərarlıdır.Qərblə hərtərəfli əlaqələri bərabərhüquqlu tərəfdaş kimi inkişaf etdirməkəzmindədir. Nəhayət, regionda təhlükəsizliyin təmin edilməsi və sülhünbərqərar olması üçün əlindən gələni edəcəkdir. Rəsmi Vaşinqton bumesajları təbii ki, qəbul etdi və yuxarıda adını çəkdiyimiz sənədimzalandı. Sənədin çox mühüm bir fərqli cəhətini vurğulamaq istərdik.

Azərbaycan Prezidenti iqtisadi-energetik əməkdaşlığı məharətləgeosiyasi amillərlə əlaqədə təqdim etdi. Qarşılıqlı sərmayə qoyuluşuna

137

Page 138: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

təminat almaq bütövlükdə Azərbaycanın suverenliyi və müstəqilliyinətəminat almaq demək idi. Qərb Cənub Qafqazdakı layihələrə böyükmiqdarda sərmayə qoyurdusa, onun təhlükəsizliyinin təmininə dəciddi diqqət yetirməli idi. Sərmayənin təhlükəsizliyi birbaşa Azərbay -candakı sabitlikdən asılıdır. Deməli, Azərbaycanın daxili sabitliyi iləəlaqəli olan bütün proseslərdə Qərbin də marağı vardır. Bu baxımdan,Dağlıq Qarabağ məsələsi, Azərbaycanın tədrici demokratikləşməsi,qoyulan sərmayələrin qorunması kimi məsələlər Vaşinqtonun damaraq dairəsində qalır.

Heydər Əliyev Vaşinqtona ilk səfəri ilə strateji nəticə əldə etdi.Sonrakı proseslər Ulu öndərin uzaqgörənliyini tam təsdiqlədi.Birincisi, bölgədəki beynəlxalq enerji layihə lərinin təhlükəsizliyiməsələsi Ermənistan və onun havadarlarını geniş təxribat planlarındançəkindirdi. İkincisi, Ru siya ilə Gürcüstan arasında məlum 2008-ci il8 avqust hadisələri göstərdi ki, enerji layihələrinin təhlükəsizliyiqlobal geosiyasi güclər səviyyəsində qorunur. Həmin layihələrə qarşıtəhlükə yox dərəcəsindədir. Hər bir halda bu vaxta qədər belə olub.

B.Klintonun yuxarıda verdiyimiz fikrindən görünür ki, ABŞ-ınAzərbaycanla münasibətlərinə məzmun verən mühüm amillər daxilisabitlik və inkişafda uğurlar qazanılmasından ibarətdir. Yəni HeydərƏliyev yenidən ölkə başçısı seçiləndən sonra ilk növbədə daxilisabitliyə nail oldu, paralel olaraq sosial-iqtisadi inkişafa da təkan vəyön verdi. Daxili sabitlik bir-birinin ardınca baş verən dövlət çevrilişlərinəcəhdləri aradan qaldırmaq hesabına mümkün oldu. Sosial-iqtisadiinkişafın aparıcı amili isə “Əsrin müqaviləsi”nin imzalanması idi.

Azərbaycan Prezidenti bu iki uğura nail olandan sonra Vaşinqtonarəsmi səfər etmişdi. Bu, gələcəyə hesablanmış gediş idi. Müqayisəüçün deyək ki, bir sıra postsovet ölkələrinin başçıları Vaşinqtonaxahiş etməyə, yardım ummağa, hakimiyyətini saxlamaq üçün siyasibazarlıq etməyə gedirdi. Azərbaycan Prezidenti isə Vaşinqtona ağırtəcavüz hadisəsi ilə qarşılaşmasına baxmayaraq daxili sabitliyə nailolmuş, Qərblə strateji iqtisadi müqavilə (“Əsrin müqaviləsi”) imzalamışmüstəqil dövlətin rəhbəri kimi səfər edirdi.

138

Page 139: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Beləliklə, Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri iki ölkə arasındamünasibətlərin strategiyasını və konkret inkişaf istiqamətlərini müəy-yənləşdirdi. ABŞ tərəfi göstərdi ki, Azərbaycanla münasibətlərindəCənub Qafqazın strateji region olduğunu nəzərə alır. Sonra, buradasülh və təhlükəsizliyin təmininə ciddi fikir verir. Nəhayət, bukontekstdə Azərbaycanın dövlət suverenliyinin qorunması və ərazibütövlüyünün bərpası Amerika üçün əhəmiyyət daşıyır. Bu üç aspektiiki ideya ətrafında birləşdirmək olar. Birincisi, ABŞ xarici siyasətindəCənub Qafqazın təhlükə siz liyinə böyük önəm verir. İkincisi, CənubQafqaz dövlət lərinin suverenliyi onun üçün prinsipial əhəmiyyətdaşıyır. Bu fikirlərin arxasında regionun ABŞ-dan başqa böyükgeosiyasi güclərin təsiri altına düşməməsi istəyinin durduğunu hissetmək çətin deyildi. ABŞ qlobal güc kimi regionda hegemonluğunutəmin etmək haqqında düşünürdü.

ABŞ-Azərbaycan münasibətlərinin bu əsas prinsipləri iki ölkəarasında sonrakı illərdə əməkdaşlığı istiqamətləndirdi. Bu günə qədərhəmin prinsiplər əməkdaşlıq prosesinin sərhədini və məzmununumüəyyən edir. Ən əsası isə ondan ibarətdir ki, Azərbaycan verdiyisözə sadiq qalır. Beləliklə, 1998-ci il sentyabrın 8-9-da Bakıda TarixiBöyük İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi.

1999-cu il aprelin 17-də Azərbaycan, Ukrayna və Gürcüstandövlət başçılarının iştirakı ilə Bakı-Supsa neft kəmərinin təntənəliaçılış mərasimi oldu. ABŞ Prezidenti B.Klintonun iştirakı ilə 1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində“Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə AzərbaycanRespublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xamneftin nəqli haqqında” saziş imzalandı. Bu, region ölkələrinin stratejiəməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi.2005-ci il mayın 24-25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhanəsas ixrac neft kəmərinin Azərbaycan hissəsi istifadəyə verildi.Həmin il oktyabrın 12-də isə neft kəmərinin Gürcüstan hissəsinin is-tifadəyə verilməsi mərasimi keçirildi.

139

Page 140: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Enerji sahəsi ilə yanaşı, Azərbaycan ABŞ-ın antiterror və sülhyaratmaproqramlarında iştirak edir. Azərbaycan əsgərləri beynəlxalq qüvvələrintərkibində dünyanın müxtəlif bölgələrində öz vəzifələrini yerinə ye-tirirlər. Azərbaycanla ABŞ arasında təhlükəsizlik, silahlara nəzarət,müdafiə və s. sahələrdə əlaqələrin inkişafında ölkəmiz üzərinə düşənhər şeyi edir. Avro-Atlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülhnaminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığın genişləndi-rilməsi prosesi davam edir. Sonuncu məsələ Prezident HeydərƏliyevin 1997-ci il sentyabrın 2-də verdiyi sərəncamda ayrıca bəndkimi göstərilmişdir (bax: 3.5.6). Bütövlükdə, təhlükəsizlik məsələləriilə bağlı ABŞ-la Azərbaycan həmişə yaxından əməkdaşlıq etmişdir.Müxtəlif proqramlarda iştirak edən ölkəmiz, üzərinə düşən bütünvəzifələri yerinə yetirmişdir və indi də bunu etməkdədir.

Keçən müddət ərzində Azərbaycan Qərbin Cənub Qafqazla bağlıbeynəlxalq layihələrində fəal iştirak etmişdir. Qərbin enerji təhlükə-sizliyinə ciddi təsir edə bilən qlobal əhəmiyyətli bütün layihələridəstəkləmişdir. “Nabukko”, “Cənub dəhlizi”, “Transxəzər”... Buenerji layihələrini ABŞ Azərbaycansız təsəvvür etmir. ABŞ Prezidentininenerji məsələləri üzrə xüsusi nümayəndəsi olmuş Riçard MorninqstarınCənub Qafqaza çoxsaylı səfərləri zamanı aparılan danışıqlarıniştirakçısı kimi deyə bilərəm ki, Amerika tərəfi Azərbaycanı enerjitəhlükəsizliyinin təmini prosesində postsovet məkanının ən vacibölkəsi olaraq görür.

Yaddaşımda 1998-ci ilin dekabrın 16-da Bakıda Heydər ƏliyevləRiçard Morninqstarın görüşündə səslənən bəzi fikirlər canlanır.R.Morninqstar o vaxt ABŞ Prezidentinin və Dövlət katibinin xüsusimüşaviri, səfir idi. Azərbaycana gələn Amerika nümayəndə heyətinəbaşçılıq edirdi. Prezident sarayında keçirilən görüşdə R.MorninqstarPrezident Heydər Əliyevə enerji sahəsindəki əməkdaşlığı nəzərdətutaraq dedi: “Siz bu sahədə dönüş nöqtəsi yaratmaqda xüsusi,müstəsna rol oynamısınız” (bax: 3.5.7). Heydər Əliyev onda bir mə-sələyə incə işarə etdi. O, ABŞ KİV-ində iki ölkə arasındakı əməkdaşlığıntəhrifinə yönəlmiş məlumatların getdiyini xatırlatdı. Həmin məlumatları

140

Page 141: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Amerikanın Azərbaycanda dəstəklədiyi bəzi siyasi qruplar yayırdılar.Heydər Əliyevin R.Morninqstara dediyi informasiya məhz bununlabağlı bir televiziya verilişində gedən süjetə aid idi. Heydər Əliyevdərhal sözünə davam edərək, R.Morninqstarı sakitləşdirici fikirbildirdi. O, Azərbaycan rəhbərliyinin bütün təxribatlara baxmayaraq,seçdiyi enerji siyasətindən dönməyəcəyini bəyan etdi (3.5.7). AncaqAzərbaycan Prezidenti tarixi bir gediş etmişdi: ABŞ-ın rəsmi nüma-yəndəsinə ölkəsinin siyasi dairələrində ikili oyun aparanların olduğunaişarə vermişdi. Bütövlükdə, bu, ABŞ-ın ikili standartlar siyasətinəeyham idi. Sonrakı mərhələdə bu siyasət daha da gücləndi ki, bu daABŞ-Azərbaycan münasibətlərinə bəzi mürəkkəbliklər gətirdi.Onlardan bir qədər sonra bəhs edəcəyik.

Həmin görüşdə Ulu öndər Qərbin enerji ilə təminatında Xəzərinbundan sonra da xüsusi əhəmiyyət daşıyacağını maraqlı aspektdəqonağın diqqətinə çatdırdı: “Bilirsiniz, Xəzər dənizinin tarixinin nəqədər olduğunu heç kəs deyə bilməz. Yer kürəsinin tarixi nə qədərdirsə,Xəzər dənizinin də tarixi o qədərdir. Ancaq XX əsrin sonunda vəXXI əsrin əvvəlində Xəzər dənizinin mineral ehtiyatlarında böyükbir inqilab baş verir. Biz də bu inqilabın iştirakçılarıyıq. Hesab edirəmki, bu inqilab da bütün xalqlar, o cümlədən Azərbaycan xalqı üçün çoxböyük bəhrə verəcəkdir. Ancaq biz gərək bunun üçün çox işləyək”(3.5.7). R.Morninqstar təcrübəli diplomat kimi hər şeyi anladı və beləbir fikir söylədi: “Biz Transxəzər layihəsinə Sizin davamlı dəstəyinizəöz hörmətimizi və ehtiramımızı bildirmək istəyirik. Məlumdur ki, Sizsiyasi xadim kimi bu regionda müstəsna rol oynayırsınız” (3.5.7).

Heydər Əliyev-Riçard Morninqstar görüşünün bəzi məqamlarınıtəsadüfən xatırlatmadım. Burada Azərbaycanın öhdəsinə götürdükləriniqətiyyət və inamla yerinə yetirdiyi və ABŞ-ın siyasi dairələrindəbizim ölkəmizə qarşı ikili siyasətin elementlərinin olduğu aydınduyulur. İndi də “Cənub dəhlizi” adlanan və regiona qonşu olan bəziböyük dövlətlərin narazılığına səbəb olan layihənin həyata keçməsiüçün Azərbaycan önəmli rol oynayır. Bəzi Qərb şirkətləri həminlayihəni maliyyələşdirməkdən imtina edəndə Azərbaycan öz təklifiniverərək, bu işi Türkiyə ilə birgə öz öhdəsinə götürdü.

141

Page 142: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Bütün bunların fonunda son zamanlar Amerika tərəfdən sualdoğuran bəzi hərəkətlər müşahidə edilir. ABŞ və Avropanın bəzimedia orqanları anti-Azərbaycan kampaniyası aparır. Bu prosesqəribə şəkildə İranın təbliğat kampaniyası ilə uzlaşır. Paralel olaraq,rəsmi Vaşinqton Türkiyə-Ermənistan münasibətlərinin normallaşdı-rılması məsələsini Dağlıq Qarabağ probleminin həlli ilə bağlamaqistəmir. ABŞ-ın Dövlət katibi Hillari Klinton Cənub Qafqaza 2012-ci ilin iyun ayının əvvəllərindəki səfəri zamanı İrəvanda bildirdi ki,rəsmi Vaşinqton Türkiyə-Ermənistan məsələsi ilə Dağlıq Qarabağmünaqişəsinin həlli arasında əlaqə görmür (3.5.8). Məsələ yalnız buproblemlə məhdudlaşmır.

Təbii, ABŞ başa düşür ki, Azərbaycan tam müstəqil xarici siyasətyeridir. Azərbaycan xaricə 7 marşrut üzrə neft və qazını ixrac edir.Daxili sabitlik yüksək səviyyədədir. Ölkə iqtisadiyyatı yüksəlişdədir.Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvüdür. Beynəlxalqenerji layihələrində əsas iştirakçılardan biridir. Analitiklər AzərbaycanınQərbin enerji təminatında ciddi yer tutduğunu vurğulayırlar. Eyni za-manda, Azərbaycan postsovet məkanı ölkələrinin enerji təchizatındaəhəmiyyətli rol oynayır. Bütün bunların fonunda da demokratikcəmiyyət quruculuğu uğurla davam edir.

Azərbaycan məsələsinin Qərb üçün əhəmiyyətinin bir cəhətinianalitik Ariel Kohen “The National Interest” dərgisində dərc edilənməqaləsində qeyd edib. O yazır ki, “Qarabağın işğalı Cənub Qafqazıpartlada biləcək barıt çəlləyidir... Bu baş versə... Ermənistanın başqabir müttəfiqi olan İranın region işlərinə cəlb edilməsi ehtimalıartacaq. Bunlar ABŞ-ın milli maraqlarına cavab vermir” (3.5.9).

1992-ci ildən ABŞ-ın Azərbaycan siyasətində özünü göstərən birziddiyyətin fonunda misal gətirdiyimiz faktlar düşündürücü görünür.Biz nəyi nəzərdə tuturuq?

1992-ci ildə ABŞ Konqresi “Azadlığa Dəstək Aktı”na 907-ci dü -zəlişi qəbul etdi. Bu düzəliş ABŞ hökumətinin Azərbaycana birbaşayardımını qadağan edir. Səbəb kimi Azərbaycanın Dağlıq Qarabağıvə Ermənistanı blokadada saxlaması göstərilir. Qəribəsi odur ki, bu

142

Page 143: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

bədnam düzəliş Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyivaxtlarda qəbul edilib. Konqresmenlər, əslində, proseslərdən xəbərsizolduqlarını nümayiş etdiriblər, ədalətsiz qərar qəbul edərək, həqiqətidanıblar. “Qaynar nöqtəyə” “soyuq başla” yanaşmaq əvəzinə, odunüzərinə yanacaq atıblar. Bu yerdə Franklin Ruzveltin məşhur birfikrini yada salmaq yerinə düşər: “Həqiqət insanların onu axtarmaqazadlığı olanda tapılır”. ABŞ Konqresində kimsə (məsələn, senatorRiçard Luqar kimi) həqiqət axtarışına çıxsa, dərhal erməni lobbisionunla mübarizəyə qalxır.

Başqa bir məqam ABŞ Konqresinin Ticarət Aktına 1974-cü ildəetdiyi Cekson-Venik düzəlişi ilə bağlıdır. Bu düzəlişə görə, BirləşmişŞtatlar Azərbaycanla normal ticarət münasibətləri qura bilməz. Bu,ümumiyyətlə, absurd bir addımdır. Birincisi, həmin düzəliş mühacirətazadlığına məhdudiyyət qoyulmasına görə daxil edilib. Özü dəsovet dövründə yəhudilərin mühacirətinə qoyulan məhdudiyyətlərləbağlı qəbul olunmuşdu. Azərbaycanda isə mühacirətə heç birməhdudiyyət yoxdur və heç vaxt olmayıb. İkincisi, ABŞ enerjisahəsində Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. Birtərəfdən öz marağına uyğun olan sahədə əməkdaşlığa heç birqadağa qoyulmur, digər tərəfdən isə müstəqil Azərbaycana heçbir aidiyyəti olmayan absurd məsələyə görə normal ticarətaparmaq yasaq edilir. ABŞ siyasəti bu daxili ziddiyyətdən hələdə yaxa qurtara bilməyib.

1992-ci ildən dəyişməyən başqa bir məqam da var. ABŞ KonqresiDağlıq Qarabağdakı qanunsuz rejimə hər il milyonlarla yardımayırır. Hazırda həmin yardımı 2 milyondan 5 milyona qədər artırmaqhaqqında düşünürlər. ABŞ-da “Dağlıq Qarabağ RespublikasınınOfisi” açılıb. “Ofis” Ədliyyə Nazirliyində lobbiçilik qanunu çərçivəsindəqeydiyyata alınıb. Birləşmiş Ştatlar “DQR” nümayəndələrinə Ermə-nistan pasportu vasitəsi ilə vizalar da verir. Onlar da ABŞ-a rahatsəfər edir və oradan əliboş dönmürlər. Bu, 20 ilə yaxındır ki, ABŞ-ınErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindəvasitəçilik etməsi fonunda baş verir. ABŞ Fransa və Rusiya iləbirlikdə ATƏT-in Minsk qrupunda həmsədrdir. Yaranmış münaqişəni

143

Page 144: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

həll etməkdə vasitəçi olan bir dövlətin işğalçıya hər il maliyyə yar -dımı ayırması sağlam məntiqlə izah edilən məsələ deyil. Bu, sözdəvasitəçi olmaq anlamına gəlmirmi? Hesab edirik ki, bu sual üzərindədüşünməyə dəyər.

Bədbinliyə əsas varmı? Yoxdur, qeyd etdiyimiz ziddiyyətli mə -qamlar müasir dövrdə geosiyasi mühitin mürəkkəbliyindən qaynaqlanır.Hazırda dünya dövlətləri bir-birindən yüksək səviyyədə qarşılıqlıasılılıq vəziyyətinə gəliblər. Qloballaşma beynəlxalq münasibətlərsistemini keyfiyyətcə dəyişib. Müstəqil dövlət xarici siyasətini heçbir maneəyə baxmadan aparmalıdır. Hər bir mürəkkəb şəraitdə özyolundan dönməməlidir. Təbii ki, bəzi məqamlarda taktiki addımlar,geriçəkilmələr, manevrlər ola bilər. Lakin Bencamin Dizraelinin birkəlamını unutmamaq gərəkdir: “Heç zaman şikayət etməyin vəkimsəyə bir şey izah etməyin”. Bunu təkəbbür kimi qəbul etməkyanlışlıqdır. İngilis dövlət xadimi sadəcə siyasət aparanda reallığıhəmişə nəzərə almağı, onu sakit qəbul etməyi, ancaq öz yolundandönməməyi tövsiyə edir. ABŞ və ya başqa bir böyük dövlət Azər-baycana münasibətdə bir-biri ilə uyğun gəlməyən siyasi addımlarata bilər. Lakin Azərbaycan öz xarici siyasət kursundan heç zamanimtina edə bilməz. Prezident İlham Əliyevin bir fikri bu aspektdəibrətamizdir: “...bizim əsas istiqamətimiz ondan ibarətdir ki, özxarici siyasi fəaliyyətimizlə qarşıya qoyduğumuz məqsədlərinəldə olunmasına, Azərbaycanın dünya birliyindəki yerinin möh-kəmlənməsinə, həmçinin dünya ölkələri ilə qarşılıqlı faydalıəməkdaşlıq yolu ilə bizim iqtisadi inkişafımıza kömək edək. Busiyasət bu vaxta qədər həyata keçirilib və bundan sonra dadavam etdiriləcək” (3.2.1, s.20).

Beləliklə, Azərbaycanın xarici siyasətində ABŞ çox önəmli yertutur. Okeanın o tayında Azərbaycana da böyük diqqət vardır. ABŞüçün Azərbaycan Cənub Qafqazda xüsusi geostrateji əhəmiyyətiolan ölkədir. Dövlət katibi H.Klintonun regiona 2012-ci ilin iyunundaolan rəsmi səfəri bu fikri bir daha təsdiqlədi. Xanım Klinton regionaltəhlükəsizliyin təmin edilməsi üçün ABŞ-ın Azərbaycanla sıx əmək-daşlıqda maraqlı olduğunu vurğulayıb. Amerika Azərbaycanı qlobal

144

Page 145: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

geosiyasi məsələlərin həllində tərəfdaş kimi görür. Yaxın və OrtaŞərqdə baş verən siyasi və geosiyasi prosesləri rəsmi Bakı iləmüzakirə edir. İki dövlət sıx tərəfdaşlıq münasibətlərini daha da ge-nişləndirmək iradəsini nümayiş etdirib. Bakıda aparılan danışıqlardabu istiqamətdə ABŞ və Azərbaycanın bundan sonra hansı işləri görəbiləcəyi müzakirə edilib.

Xatırladaq ki, H.Klintonun regiona səfəri öncəsi məsələnin bu tərəfiilə bağlı analitiklər proqnoz verirdilər. Rusiyalı təhlilçilər hesab edirdilərki, H.Klintonun səfəri böyük bir geosiyasi məkanda əks-reaksiyadoğuracaq. “The New York Times” qəzeti və “Associated Press”agentliyi isə ABŞ dövlət katibinin Cənub Qafqaz səfərinin qlobalgeosiyasi proseslərlə bağlılığına diqqəti çəkirdi. Bu dərəcədə qlobalməsələlərin müzakirəsini qarşısına qoyan H.Klintonun rəsmi Bakı iləmünasibətlərin inkişaf etdirilməsi imkanlarından danışması təbiidir.

Danışıqlarda hər iki tərəf öz mövqeyini açıq ifadə edib. Yəni da-nışıqlar bərabərhüquqlu tərəfdaşlar arasında aparılıb. ABŞ yaxşıbilir ki, Azərbaycan müstəqil siyasət yeridir. Ona təzyiq etməyinmənası yoxdur. Əslində, Azərbaycanla təzyiq dilində danışmaq heçkəsə sərf etmir. Çünki ölkənin potensialı yüksək, həyata keçirdiyi la-yihələr böyükdür. Azərbaycan regionun ən dinamik inkişaf edəndövlətidir. Onunla yalnız bərabərhüquqlu tərəfdaş kimi danışmaqolar. ABŞ rəsmiləri Qərb üçün prinsipial əhəmiyyəti olan yeni enerjilayihələrində Azərbaycanın çox mühüm rol oynadığını etiraf edirlər.Məsələn, R.Morninqstar “Cənub dəhlizi” layihəsinin Azərbaycansızreallaşmasının mümkün olmadığını qeyd edib. ABŞ bu layihəyəönəm verdiyini bəyan edib.

Yuxarıda qeyd edilənlər ABŞ-Azərbaycan münasibətlə rinin pers-pektivini ortaya qoyur. Fraqmentar olaraq müşahidə edilən bəzi zid-diyyətlərə baxmayaraq, bütövlükdə, iki dövlət arasında əlaqələrgetdikcə daha da genişlənir və dərinləşir. Azərbaycan ABŞ-ın CənubQafqazda tərəfdaşına çevrilir.

Qərb istiqamətində ABŞ-la yanaşı Avropa dövlətləri də Azərbaycanüçün böyük geosiyasi əhəmiyyət kəsb edir. Azərbaycan Avropa iləhəm Avropa İttifaqı, həm də ayrı-ayrı dövlətlərlə ikitərəfli əməkdaşlıq

145

Page 146: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

formatında münasibət qurur. Bu münasibətlər müstəqilliyin ilkillərindən başlamışdır. 1991-1992-ci illərdə Azərbaycanı bir neçəAvropa dövləti tanıdı. 1992-ci ilin yanvarında Azərbaycan ATƏT-ə(ATƏM adlanırdı) üzv qəbul edildi, martda isə Minsk qrupu yaradıldı.Lakin onda Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlıqla bağlırəsmi müqavilələri yox idi. Əməkdaşlığın konkret istiqamətlərimüəyyən edilməmişdi. 1991-1993-cü illərdə əsasən TACİS proqramıçərçivəsində Azərbaycana qrantlar ayrılırdı. 1993-cü ilin may ayındaTACİS çərçivəsində MDB ölkələrinə yardımı nəzərdə tutan TRACECAlayihəsi qəbul edildi. İki il sonra isə INOGATE adlı proqram qəbuledildi. Bu proqram enerji sahəsində Aİ, Türkiyə və MDB ölkələrininəməkdaşlığını nəzərdə tutur.

Aİ-nin dəstəyi ilə bir neçə layihənin hazırlanmasını təsadüfən xa-tırlamadıq. Bu, keçən əsrin 90-cı illərində Avropa İttifaqının MDBölkələri siyasətinin mahiyyətini ifadə edir. Sovetlər ölkəsi dağılandansonra Avropa həmin məkanda yaranmış müstəqil dövlətlərlə ilkzamanlar daha çox iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığaüstünlük verirdi. Müxtəlif yardım proqramları vasitəsi ilə həmindövlətlərlə əməkdaşlıq edirdi.

Lakin bu proses uzun sürmədi. Aİ-nin özünün struktur-funksionalsəciyyəsi dəyişdi. Amsterdam sazişi ilə Aİ beynəlxalq münasibətlərinmüstəqil subyekti olmaq iddiasına düşdü. Analitiklər bu qurumundövlət və yaxud ümumiyyətlə, birlik olduğunu müzakirə edərkən,Aİ konkret xarici siyasət yeritməyə başladı. Təbii olaraq, Aİ-ninpostsovet məkanı ilə bağlı planlarında düzəlişlər baş verməli idi. Budüzəlişlər yığcam formada 2001-ci il Nitsa müqaviləsində əks olundu.Həmin müqavilədə göstərilirdi ki, 1) Aİ-nin bütövlüyü, müstəqilliyi,fundamental prinsipləri, ümumi dəyərlərin müdafiəsi; 2) Aİ-nin təh-lükəsizliyinin təmini; 3) İttifaqın xarici sərhədlərində sülh və beynəlxalqtəhlükəsizliyin təmini; 4) beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;5) demokratiyanın yayılması, hüquqi dövlət sisteminin, insan haqlarınahörmətin və azadlığın təməl prinsiplərinin bərqərar olması ümumixarici və təhlükəsizlik siyasətinin əsas məqsədidir (3.5.10).

146

Page 147: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Göründüyü kimi, Aİ üçün təhlükəsizlik, müstəqillik, demokratiyavə insan haqları məsələləri birinci sıraya çıxarılmışdır. Bunun fonundaAvropanın enerji təhlükəsizliyinin təmini strateji xarakter kəsb edir.Azərbaycan Avropa siyasətində Aİ-nin bu cür transformasiyalarınınəzərə alıb.

Tarix elə gətirdi ki, müstəqil Azərbaycanın Avropa İttifaqı ilə ilk“təması” ATƏT çərçivəsində oldu. Ermənistanın torpaqlarımızı işğaletməsi Azərbaycan-Aİ münasibətlərinin istiqaməti və məzmununatəsir etdi. Müstəqilliyin ilk illərindən Azərbaycana Avropadan qrantlargəlsə də, əsas məsələ kölgədə qalırdı. Yəni Azərbaycanın millidəyərləri və maraqları nəzərə alınmalı idi. Azərbaycan bəzi postsovetdövlətləri kimi yardımlar və qrantlar hesabına yaşayan oyuncaq ölkəola bilməzdi. O, Aİ ilə bərabərhüquqluluq prinsipi əsasında münasibətlərqura bilərdi. Bu iş gərgin əmək və davamlı siyasət tələb edirdi.Heydər Əliyev həmin prosesə 1993-cü ildən başladı.

Azərbaycan Prezidenti 1993-cü ilin dekabrında Fransaya rəsmisəfər etdi. Səfər zamanı “Azərbaycan Respublikası ilə Fransa Res-publikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında”müqavilə imzalandı. 1994-cü ilin fevralında Heydər Əliyevin BöyükBritaniyaya səfəri oldu. Analoji müqavilə Böyük Britaniya iləimzalandı. Həmin ilin may ayında isə Azərbaycan NATO-nun “Sülhnaminə tərəfdaşlıq” proqramına qoşuldu. Bütün bunlar “Əsrin mü-qaviləsi”nin siyasi-diplomatik təməllərini hazırlamağa imkan yaratdı.1994-cü ili Azərbaycan-Avropa münasibətlə rinin transformasiyasındadönüş nöqtəsi hesab edə bilərik.

Ondan sonra Heydər Əliyevin Avropanın müxtəlif ölkələrinəintensiv səfərləri başladı. Bolqarıstan, Rumıniya, Norveç, Almaniya,Polşa, İtaliya və başqa Avropa ölkələri ilə əlaqələr quruldu. Fransavə Britaniyaya təkrar səfərlər edildi. 1996-cı il Almaniya, 1997-ci ilFransa və 1998-ci il Britaniya səfərlərinin qarşılıqlı münasibətlərininkişafında ayrıca yeri oldu.

Azərbaycan paralel olaraq, Avropa İttifaqı ilə də münasibət qurdu.1996-cı il aprelin 22-də Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və

147

Page 148: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Əməkdaşlıq haqqında Saziş (TƏS) imzalandı (3.5.11). Saziş 1999-cu ildə qüvvəyə mindi. TƏS-ə uyğun olaraq, Əməkdaşlıq Şurası ya-radıldı və onun çərçivəsində hər il müzakirələr aparılması qəraraalındı. Parlamentlərarası əlaqələr, ticarət və iqtisadi sahələrdə əmək-daşlıqla bağlı konkret addımlar atıldı.

Aİ-Azərbaycan əlaqələrinin əsas məzmunu Hans Van den Brukunbir fikrində konkret ifadə olunub. Van den Bruk 1998-ci ildə Aİ-ninkomissarı kimi Bakıya gəlmişdi. O, Bakıda belə bir fikir bildirdi: “Aİ-nin Azərbaycanla əlaqələri bizə onun enerji ehtiyatlarına əlimizinçatmasından daha önəmlidir. Azərbaycanla münasibətlərimizMərkəz Asiya ölkələri ilə qarşılıqlı əlaqələr qurulması planlarımızdaciddi rol oynayır. Bundan başqa, bu əlaqələr Qafqaz regionundasabitliyi saxlamağa imkan verir” (3.5.12, s.123).

Bu cümlələrdə Azərbaycan-Aİ əlaqələrinin əsas istiqamətləri qısaifadə olunub. Birincisi, regional təhlükəsizliyin təmini istiqamətindəəməkdaşlıq. İkincisi, enerji sahəsində əlaqələr. Üçüncüsü, MərkəzAsiya ilə Avropanın əlaqələrinin qurulmasında Azərbaycanınböyük rol oynamasının təmini.

Keçən müddət ərzində Azərbaycanla Avropa arasındakı əlaqələrininkişaf tendensiyaları bu fikri təsdiq edir. Həmin istiqamətlərə birneçə amil da daxildir. Onlardan Cənub Qafqazda münaqişələrinhəllində Aİ-nin imkanlarından istifadəni, Azərbaycana müxtəlif proq-ramlar vasitəsi ilə yardımların edilməsini, beynəlxalq enerji layihələrindəölkəmizin əsas iştirakçı rolunun təmini, NATO çərçivəsində müxtəliflayihələrdə iştirakı qeyd edə bilərik. Həmin istiqamətlərdə əməkdaşlıq2004-cü ilin iyununda Cənub Qafqaz ölkələrinin Avropa QonşuluqSiyasəti (AQS) layihəsinə daxil edilməsi ilə yeni məzmun kəsbetməyə başladı. Bu hadisədən iki ay əvvəl Azərbaycan Prezidentiİlham Əliyev AŞPA-dakı çıxışında qeyd etmişdi ki, “bizim bugünküstrateji seçimimiz Avropaya inteqrasiyadır...” (3.5.13).

Bununla da Azərbaycanın xarici siyasətində Avropanın tutduğuyer dəqiq ifadə edildi. AQS çərçivəsində həyata keçirilən proqramlarAzərbaycanın strateji inkişaf xəttinə uyğun aparılırdı. Qarşılıqlı əla-

148

Page 149: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

qələrin inkişaf etdirilməsinə aid konkret addımlar 2005-ci ilinmartında Azərbaycanın hesabatı əsasında müəyyənləşdirildi (3.5.14).Həmin hesabata uyğun olaraq, AQS çərçivəsində Azərbaycan-Aİfəaliyyət planı tərtib edildi. Plan müzakirədən sonra 2006-cı ildəqəbul edildi (3.5.15). Bu sənədlərdən irəli gələn məqsədlərə nailolmaq zərurəti ölkənin 2007-2013-cü illəri əhatə edən strategiyasıhaqqında sənəddə əks olunub (3.5.16).

Fəaliyyət Planı çərçivəsində demokratikləşmə, insan haqları, yox-sulluğun azaldılması, münaqişələrin həlli və başqa məsələlərə diqqətyetirilmişdir. 2012-ci ildə planın müzakirəsindən sonra Aİ-yə assosiativüzvlüyə dair danışıqlara hazırlıqla bağlı razılığa gəlinmişdir. BununlaAzərbaycan-Aİ münasibətlərində yeni bir mərhələ başlamış olur.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinə aid bir neçə sənəditəsadüfən nəzərdən keçirmədik. Burada əsas məqsəd AzərbaycanınAvropa istiqamətində siyasətinin təkamülü və əməkdaşlıq sahələrihaqqında konkret təsəvvür yaratmaqdır. Məsələ ondan ibarətdir ki,yuxarıda qeyd etdiyimiz sənədlər Azərbaycanın düzgün xarici siyasətkursunun birbaşa bəhrələridir. Əgər ölkəmiz Avropa istiqamətindədoğru siyasət yeritməsəydi, həmin nəticələri əldə etmək mümkündeyildi. Onu nəzərə alaq ki, Azərbaycan-Avropa əlaqələri mürəkkəbbir tarixi dövrdə start götürdü. Bu əlaqələri bir neçə mərhələyəbölmək olar.

Birinci mərhələ 1991-1993-cü illəri əhatə edir. Bu illərdə Azər-baycan-Avropa əlaqələri daha çox birinin digərinə maliyyə və ərzaqyardımı etməsi ilə xarakterizə olunur. Yuxarıdakı sənədlərin qısaməzmunundan da görünür ki, həmin dövrdə Azərbaycan bir növ“yardım üçün xahiş edən dövlət” vəziyyətində idi. Müstəqil dövlətqurmağı qarşısına məqsəd qoymuş bir ölkə üçün belə mövqe qətiyyənqəbuledilməzdir. Əsas səbəb isə Azərbaycanın düşünülmüş və reallığınəzərə alan xarici siyasət kursunun müəyyənləşdirilməməsi idi.

Əvvəlcə A.Mütəllibov, sonra isə Ə.Elçibəy hakimiyyəti sistemlivə balanslaşdırılmış xarici siyasət kursu hazırlaya bilmədilər. Nəticədə,Azərbaycan Avropa istiqamətində bəzi səhvlərə yol verdi. Avropanın

149

Page 150: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

böyük dövlətlərindən olan İngiltərə, Fransa və Almaniya ilə normaləlaqələr qurulmadı. Həmin illərdə Azərbaycan Qərbdən müxtəlif sə-viyyələrdə təzyiqlərə məruz qaldı. Ən çox narahatlıq doğuran isə oidi ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraqbeynəlxalq aləm təcavüzkarı müdafiə edirdi. Azərbaycan öz mövqeyinidünyaya çatdıra bilmirdi. Xarici siyasət sahəsində ardıcıllıq, vahidkonsepsiya və başqa dövlət orqanları ilə koordinasiyalı hərəkət yoxdərəcəsində idi.

Azərbaycanın ozamankı rəhbərliyinin Dağlıq Qarabağla bağlı ye-ritdiyi siyasətlə xarici işlər naziri T.Qasımovun bu məsələnin həlliyolu haqqındakı mövqeyi bir-birinə uyğun gəlmirdi. Bundan istifadəedən ABŞ və Avropa Azərbaycana hərbi əməliyyatları təcili dayan-dırması üçün müxtəlif təsirlər etdilər. Azərbaycanın xarici siyasətininsistemsizliyi və qeyri-ardıcıllığı ölkəni 1993-cü ilin əvvəlində çoxağır vəziyyətə gətirib çıxardı.

ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT adlandırıldı) vasitəçilikfəaliyyəti tamamilə səmərəsiz idi. 1992-ci ilin martında yaradılmışMinsk qrupunda isə bir qeyri-müəyyənlik var idi. Minsk qrupunahəmsədrlik məsələsi Ermənistan və onun havadarlarının qeyri-kons-truktiv mövqeyi ucbatından həll edilmirdi. Bu məsələ yalnız 1997-ciildə həllini tapdı – ABŞ, Fransa və Rusiya Minsk qrupuna həmsədrseçildilər. 1991-1993-cü illərin birinci yarısında ATƏM-in müna-qişənin həlli ilə bağlı mövqeyi hiss edilmirdi. 1992-ci ilin martındatəşkilatın Dağlıq Qarabağla bağlı keçirdiyi iclasın yekun sənədindəErmənistan və Azərbaycana çağırışdan başqa bir təsirli maddə yoxidi (bax: 3.5.17).

Azərbaycanın xarici siyasətindəki bu cür qarışıqlıqlar 1993-cüilin ikinci yarısına qədər davam etdi. Həmin vaxtdan Ulu öndərHeydər Əliyev Avropanın böyük dövlətləri ilə ikitərəfli münasibətləriqurmağa başladı. Bu dövr Azərbaycanın Avropa siyasətində ikincimərhələ hesab edilə bilər. Fransa və Böyük Britaniyaya edilənsəfərlərdə Azərbaycan Prezidenti çox uğurlu danışıqlar apardı. Həminsəfərlərdən sonra Azərbaycan “Əsrin müqaviləsi”ni imzalamaqladiplomatik fəaliyyətdə güclü arqument əldə etdi.

150

Page 151: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Artıq Heydər Əliyev avropalı siyasətçilərlə görüşə əlinin altındagüclü və hərtərəfli hazırlanmış “neft strategiyası” ilə gedə bilərdi.Paralel olaraq, Heydər Əliyev ABŞ-la münasibətlərini Avropa siyasətiilə uyğun şəkildə formalaşdırırdı. Məhz bu diplomatik fəallıq vəustalıq nəticəsində ATƏT-in Minsk qrupuna həmsədr dövlətlər olaraqyalnız Fransa və Rusiya deyil, həm də ABŞ seçildi.

1994-cü ilin payızından Azərbaycan-Avropa münasibət lərindəkeyfiyyət dəyişikliyi başladı. Lakin o dövrdə münasibətlər daha çoxAİ-nin müxtəlif proqramlarında iştirakla məhdudlaşırdı. 1995-ci ildəAzərbaycanda növbəti dövlət çevrilişinin qarşısı alınandan sonra isəsituasiya xeyli aydınlaşdı. Azərbaycan TACİS proqramı çərçivəsindədaha geniş əməkdaşlıq qurmağa başladı. Bu mərhələdə Azərbaycanxarici siyasətinin bir cəhəti də özünü göstərdi. Heydər Əliyev Aİ-ninbütün proqramlarına Azərbaycanda inzibati, ictimai, demokratik is-lahatların aparılmasına dəstək verilməsi şərti ilə qoşulurdu. Həminşərtlər sırasında Azərbaycanda dövlət orqanlarının səmərəli fəaliyyəti,idarəetmənin təkmilləşdirilməsi məsələləri də yer alırdı.

Bununla da Azərbaycan iki hədəfinə birdən çatmaq strategiyasınıortaya qoydu. Birincisi, Avropanın zəngin təcrübəsi və təkmilidarəetmə sistemini öyrənib Azərbaycan şəraitinə uyğunlaşdırmaqimkanı əldə edildi. Bu, Azərbaycanda müstəqil və demokratik dövlətquruculuğu üçün çox vacib idi. İkincisi, Qərb əmin oldu ki, Azər-baycanın inkişaf strategiyası Avropaya, Avro-Atlantik məkana in-teqrasiyadan ibarətdir. Azərbaycan tərəfinin həmin dövrdə genişdiplomatik fəaliyyətinin ən mühüm nəticəsi TƏS-in imzalanmasıoldu (1996-cı il). Bununla tərəflər arasında münasibətlərin konkretistiqaməti və məzmunu müəyyən edildi.

Azərbaycan-Avropa münasibətlərinin ikinci mərhələsinin məz-mununu müəyyən edən yalnız ölkəmizin xarici siyasətinin ümumiruhu və detalları deyildi. Bu münasibətlər həm də Aİ-nin struktur vəfunksional özəllikləri ilə sərhədlənirdi. Aİ o dövrdə inteqrasiyaböhranı keçirirdi. Qurumda bəzi dövlətlər daha yüksək səviyyədəbirləşməyi vacib sayırdılar. Aİ-də dövlətüstü universal idarəetməmexanizmlərinin tətbiqi məsələsi gündəmə gəlmişdi. Aİ beynəlxalq

151

Page 152: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

münasibətlər sistemində müstəqil güc kimi iştirak etmək niyyətindəidi. Ona görə də, qurumu ümumi səviyyədə təmsil edən strukturlarformalaşdırılmalıydı.

Deməli, Aİ-yə üzv olan dövlətlər müəyyən məsələlərdə milli sə-viyyədə işləyən qanunlardan çox, bütövlükdə təşkilat miqyasındaqüvvəyə minmiş qanunlara əməl etməli idilər. Burada milli suverenliyinbir hissəsindən imtina etmək məqamı var. Avropa İttifaqına daxilolan dövlətlər üçün bir tərəfdən daha dərin və geniş inteqrasiyavacib idi. Çünki dünya miqyasında inteqrasiya sürətlənirdi. Bununlabağlı təhlükəsizliyin təminində bir sıra problemlər meydana çıxırdı.Terror, qanunsuz miqrasiya, informasiya müharibəsi, demoqrafikproblemlərin kəskinləşməsi, ətraf mühitin çirklənməsi, radikal dinigörüşlərin geniş yayılması, etnik münaqişələrin artması və s. kimiməsələlər Avropanı narahat edirdi. Avropa bu kimi təhlükələrə qarşıdaha sıx inteqrasiya olunmaqla durmağı planlaşdırdı. Digər tərəfdən,sosialist düşərgəsinin çöküşü ilə dünyada tək fövqəlgüc olaraq ABŞqalırdı. Avropa həmişə Amerikanın əmrlərini yerinə yetirmək istəmirdi.Bunun kifayət qədər səbəbləri vardı.

İkinci dünya müharibəsindən sonra ABŞ Avropadan çəkilmədi.Onun hərbi hissələri qitədə qaldı. Amerika iqtisadiyyatı və mədəniyyətiilə Avropaya təsirini davam etdirdi, 1949-cu ildə isə gizli sazişlə Al-maniyanın qızıl ehtiyatına əl qoydu, onun media qurumlarına nəzarətetmək hüququ əldə etdi. Bütövlükdə, Almaniyanın yenidən kontinentalgüc olmaması üçün onu nəzarətdə saxlaya bilən mexanizm yaratdı.

Yalnız Almaniya deyil, bütövlükdə Qərb Avropa ABŞ-ın geosiyasitəsiri altında yaşamalı oldu. Sosialist düşərgəsinin dağılması ilə ABŞbütün Avropada hökmranlıq etmək imkanı qazanırdı. Avropa bunaimkan versə, sonra ABŞ-ın nəzarətindən çıxması müşkül olacaqdı.Onun üçün də Aİ müstəqil geosiyasi güc kimi dünya siyasətindəyerini tutmağa çalışır. S.Hantinqton yazır ki, “Avropanın vəzifəsiçoxqütblü dünyada ABŞ-ın hökmranlığına qarşı güc yaratmaqdanibarətdir” (3.5.18).

XX əsrin tanınmış simalarından olan S.Hantinqton bu qənaətinəbütövlükdə dünya miqyasında gedən geosiyasi proseslərin təhlili

152

Page 153: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

əsasında gəlib. S.Hantinqtona görə, “...soyuq müharibə”dən sonratarixdə ilk dəfə olaraq, dünya siyasəti həm çoxqütblü, həm dəçoxsivilizasiyalı oldu” (3.5.18, s.5). Bunun fonunda “Qərbin uni-versallıq iddiaları” (S.Hantinqton) başqa sivilizasiyalarla müna-qişələrə gətirib çıxardı. Bu səbəbdən Qərb universallığa yox,unikal olduğunu qəbul etməyə can atmalıdır (3.5.18, s.5). Dünyapolisivilizasiya şəraitində yaşamağı bacarmalıdır.

Bu cür fikirlərin işığında Avropanın müstəqil güc kimi formalaşmasızərurət kimi görünür. Tarixi aspektdə ABŞ-ın hökmranlığından qur-tulmaq duyğusu ilə, bütövlükdə, dünya geosiyasi mühitində gedənproseslərin məntiqi avropalıları bu qənaətə gətirmişdir. Avropa uni-kallığını nümayiş etdirməlidir. Fransızlar və almanlar siyasətdə“ingilis ləhcəsi” ilə danışmaq istəmirlər. Avropanın digər xalqlarıarasında unikallığa üstünlük verənlər az deyil.

Bu fikirlərin işığında Böyük Britaniyanın nəyə görə Aİ-ninmüstəqil güc olmasına ehtiyatla yanaşdığı aydın olur. Hər bir halda1997-ci il Amsterdam sazişi imzalandı. Aİ-nin dünya siyasətininəsas problemlərinə və təhlükələrə baxışı 2003-cü ilin dekabrındaqəbul edilən “Avropa Təhlükəsizliyi Strategiyası” adlı sənəddə özəksini tapdı (3.5.19). Bu sənəddə Aİ üzvlərinin daha sıx əməkdaşlıqetməsi zərurəti vurğulanırdı. Qurum üçün başlıca vəzifə kimi böhransituasiyalarının tənzimlənməsi qəbul edildi.

Beynəlxalq miqyasda Aİ üçün əsas təhlükələr sırasında qloballaş-manın təsiri altında Aİ-nin enerji, nəqliyyat və informasiya sahələrindəasılılığının artması göstərilirdi. Bu, qurumun zəif cəhəti kimi qiy-mətləndirildi. Aİ sadalanan sahələrdə kimlərdən asılı idi? Avropaenerji sahəsində Rusiyadan, nəqliyyat sahəsində bir çox böyükgeosiyasi güclərdən, informasiya sahəsində daha çox ABŞ-dan (1949-cu ildə imzalanan sənədi yada salaq) asılıdır. Sənəddə enerji mənbələrivə təbii ehtiyatlarla təminat məsələsində rəqabətin kəskinləşdiyivurğulanırdı.

Bu məqamlar İttifaqa daxil olan ölkələrin daha sıx birləşməsininlazım olduğunu göstərirdi. Hər bir halda Aİ-də bu fikirdə olanlar az

153

Page 154: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

deyildi. Nəticədə, 2004-cü ildə Av ropa üçün konstitusiya təsis edənmüqavilə sənədi meydana çıxdı (3.5.20). 2007-ci ildə isə Lissabonmüqaviləsi imzalandı ki, bununla da Aİ-nin müstəqil geosiyasi gücmərkəzi olmaq iddiasına konkretlik gətirildi. Lissabon müqaviləsikonstitusiya müqaviləsi əsasında hazırlanmışdı.

Aİ-nin təşkilat olaraq transformasiyasının istiqamətini və məz-mununu qısaca əks etdirən bu proseslər Azərbaycanın Avropasiyasətinin mühüm məqamlarını dərk etməyə imkan verir. ÖlkəmizinAvropa siyasətinin ikinci mərhələsində daha çox iqtisadi və dövlətidarəetməsindəki islahatlara, insan haqları məsələsinə, siyasi plüralizmintəmin edilməsinə diqqət yetirməsinin səbəbləri aydınlaşmış olur. Aİdaha sıx birləşmək və dünya siyasətində müstəqil güc kimi çıxışetmək istiqamətində islahatları dərinləşdirdikcə, Azərbaycanın daAvropa siyasəti transformasiyaya uğradı.

2003-cü ildən Azərbaycanın Avropa siyasətinin üçüncü mərhələsibaşlayır. Bu mərhələdə iki mühüm istiqamət önə çıxır. Birincisi,enerji-nəqliyyat sahəsində əməkdaşlığın təhlükəsizlik elementi iləbirləşməsi. İkincisi, münaqişələrin həllində Aİ-nin daha yaxındaniştirakı. Bu istiqamətlərin fonunda Aİ-nin qonşuluq siyasəti proqramıçərçivəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələsi aktual-laşmışdır. Fəaliyyət Planının yerinə yetirilmə müddəti başa çatandansonra (2011-ci ilin sonu) Aİ Azərbaycanla assosiativ üzvlüyə hazırlıqlabağlı danışıqlara başlayıb. Bu, tərəflər arasında əməkdaşlığın müsbətistiqamətdə inkişaf etdiyini göstərir. Lakin mənzərə heç də tamaydın deyil.

Göründüyü kimi, “soyuq müharibə”nin bitməsindən sonra “sivi-lizasiya” anlayışının Qərb siyasi təfəkküründə ciddi yer tutması Av-ropanın postsovet məkanı siyasətində bəzi çətinliklər törədir. O cüm-lədən, Aİ-nin Cənub Qafqaz istiqamətində obyektiv siyasət yeritməsinəbəzi əngəllər yaradır. Biz Van den Brukun yuxarıda gətirdiyimiz,“bizi enerji ehtiyatlarından çox Aİ-Azərbaycan münasibətləri ma-raqlandırır”, fikrinin arxasında duran məqamlardan birincisinin məhzsivilizasiya məsələsi olduğuna inanırıq.

154

Page 155: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Qərbdə sivilizasiyanı dil və mədəniyyətlə sıx bağlayırlar. Bubaxış keçən əsrin ikinci yarısından sonra Qərb təfəkküründə möh-kəmlənib (bax: 3.5.21). Postsovet məkanında yerləşən ölkələrə dədil, din və mədəniyyət mənsubluğu prizmasından yanaşılır. Busəbəbdən təcavüzkar xristian Ermənistana Azərbaycandan fərqli mü-nasibət göstərilir. Bunu təsdiq edən faktlar dünya KİV-də kifayət qə-dərdir. Onların üzərində dayanmayacağıq. Demək istədiyimiz odurki, Aİ üçün təhlükəsizlik, enerji təminatı və informasiya məsələsinindaha da aktuallaşması Azərbaycanın xarici siyasətinə öz təsirinigöstərir. Aİ-nin bir sıra hallarda haqsız iradlarına və ölkəmizdə süniproblem axtarışına baxmayaraq, Azərbaycan bu qurumla əlaqələriinkişaf etdirmək xəttinə sadiqdir. Üçüncü mərhələdə enerji təhlükəsizliyivə münaqişələrin həlli ən aktiv qarşılıqlı əlaqələr sahəsi olub.

Avropa enerji təhlükəsizliyinin təmini məsələsində Azərbaycanaböyük önəm verir. XXI əsrin əvvəllərindən başlayaraq, Avropanınhəyata keçirməyi planlaşdırdığı bütün böyük enerji layihələrindəAzərbaycan ciddi yer tutur. Son illər “Nabukko” və “Cənub axını”layihələri ətrafında baş verənlər bunu bir daha təsdiq edir. Avropa“Nabukko”-nun Azərbaycanın dəstəyi olmadan reallaşa biləcəyinəinanmır. Haqlıdır. Lakin proseslər göstərdi ki, Qərbin özündə bu la-yihənin həyata keçməsinə əngəl olan qüvvələr vardır.

Onlar Azərbaycanda insan haqları, “siyasi məhbus”, demokratikislahatlar, dini radikalizm, bir sözlə, yuxarıda qeyd etdiyimizsivilizasiya anlayışına daxil olan amilləri bəhanə edirlər. HalbukiAzərbaycan Cənub Qafqazda yeganə dövlətdir ki, mədəniyyətlərarasıəlaqələr, dini tolerantlıq, sivilizasiyalararası dialoq və humanitarproblemlər mövzusunda tez-tez beynəlxalq tədbirlər (konfranslar,dəyirmi masalar, seminarlar, müsabiqələr və s.) təşkil edir.

Azərbaycanın real siyasi, sosial-mədəni həyatı cəmiyyətimizin tole-rantlığını, fərqli dinlərə səbirlə yanaşdığını, müxtəlif mədəniyyətlərininkişafı üçün lazımi şərait yaratdığını sübut edir. Avropalı siyasətçilərinözləri belə dəfələrlə bunu etiraf ediblər. Buna baxmayaraq, Aİ CənubQafqaz siyasətində hələ də düzgün diferensiasiya apara bilməyib. Dinimən subluğu önə çəkib, real situasiyanı təhrif olunmuş şəkildə qiymət-

155

Page 156: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ləndirmək heç vaxt Avropanın təhlükəsizliyini təmin etməyə xidmətetməyəcək. Bunun fonunda Azərbaycanla enerji təhlükəsizliyi məsələsininecə və hansı meyarlar əsasında müzakirə etmək daha aktual görünür.

Məsələ ondan ibarətdir ki, Azərbaycan enerji təhlükəsizliyi prob-lemini münaqişələrin həlli ilə sıx bağlılıqda nəzərdən keçirir. ÇünkiAzərbaycanın torpaqlarının 20 faizini Ermənistan işğal edib vəoradan çıxmaq istəmir. Ölkəmiz bu problemin həllinə zərər gətirəbilən heç bir layihədə iştirak etməz. Ona görə də, ABŞ və Avropanınrəsmi dairələri enerji təhlükəsiz liyinin təmini ilə bağlı sözdə Azər-baycana nə qədər çox önəm versələr də, rəsmi Bakı real atılanaddımlara uyğun hərəkət edir. Azərbaycanın Avropa siyasətində buməqam əsas yeri tutur. Hazırda Azərbaycan 7 istiqamətdə öz enerjidaşıyıcılarını ixrac etmək imkanına malikdir. Həmin məsələdədünyada heç bir dövlət ölkəmizə təzyiq edə bilməz. Avropanın da nə“Nabukko”, nə də “Cənub axını” layihələri ilə bağlı Azər baycanagüclə nəyisə qəbul etdirməsi mümkün deyil. Son vaxtlar baş verənbəzi hadisələr bunu bir daha təsdiq etdi.

Biz Avropa mediasında Azərbaycana qarşı kampaniya aparılmasınınəzərdə tuturuq. Bu proses Azərbaycanın BMT TŞ-yə üzv olması,üstəlik, onun iclaslarının birinə sədrlik etməsi və “Avroviziya” bey-nəlxalq mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərəfəsində daha daşiddətləndi. Azərbay canın xarici siyasəti bu uğurları ilə ölkəmizinCənub Qaf qazda daha sivil, müxtəlif mədəniyyətlərə mənsub insanlarınyanaşı yaşadığı və dinlərarası dialoqun hökm sürdüyü məkan olduğunusübut etdi. Avropada bəzilərinin bu prosesə emosional reaksiyaverməsi təsadüfi təsir bağışlamır. Görünür, Qərbdə bəzi dairələriCənub Qafqazda lider dövlətin “öz xristian ölkələrindən” birininyox, müsəlman dövlətinin olması narahat edir. Öz işləridir. Lakin bucür düşüncə ilə necə təhlükəsizlik sistemi qurmaq olar? Hansımeyarlarla ölkələri və regionları inteqrasiya etmək mümkün olar?

Bütün bunlara baxmayaraq, Azərbaycanın enerji siya sətindəAvropa çox ciddi yer tutmaqda davam edir. Ölkəmiz müxtəlifbeynəlxalq enerji layihələrində iştirak etmək kursundan dönməmişdir.Aİ ilə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi demokratik

156

Page 157: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

dövlət quruculuğu sahəsində Avropanın təcrübəsindən yararlanmaqimkanlarını artırır. Lakin bir çox məsələlərin gələcəyi münaqişələrinhəllində Qər bin nə dərəcədə fəal olacağından asılıdır. Azər baycanüçün ərazi bütövlüyünün təmini prioritet məsələdir. Bu məsələ iləbağlı növbəti fəsildə geniş təhlil aparacağımız üçün onun üzərindəətraflı dayanmırıq. Qeyd edək ki, rəsmi Bakı Ermənistanın təcavüzününnəticələrinin aradan qaldırılması problemini heç bir şeyə güzəştə get-məyəcək. Bu problem xarici siyasətin prioriteti olaraq qalacaq. YalnızErmə nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll ediləndənsonra müəyyən məsələləri yenidən nəzərdən keçirmək olar.

Beləliklə, Azərbaycanın xarici siyasətində Avropa əsas istiqamət-lərdən biri kimi çox ciddi yer tutur. Müasir mərhələdə Aİ ilə ölkəmizarasındakı münasibətlər dinamik inkişaf edir. Azərbaycanın Avropayainteqrasiya siyasəti dəyişməmişdir. Lakin bu kursun dayanıqlı vədavamlı olması təkcə rəsmi Bakının iradəsindən asılı deyil. Sürətləyeniləşən dünyada qarşıya gözlənilməyən situasiyalar çıxa bilər.

Geosiyasi güc mərkəzinin Şərqə tərəf dəyişdiyini də unutmaqolmaz. Bu prosesin cərəyan etdiyini Qərbin aparıcı analitik və siya-sətçiləri təsdiqləyirlər (məsələn, Z.Bjezinski, H.Kissincer, S.Hantinqton).Azərbaycan Şərqlə Qərb arasında “geosiyasi körpü” olaraq, təbii ki,bu prosesdən kənarda qala bilməz. Ona görə də, dövlətimizin xaricisiyasətinin əsas istiqamətləri yalnız Qərblə bağlı deyil. AzərbaycanQərb istiqaməti ilə yanaşı, Şərq dövlətləri ilə də əməkdaşlığa diqqətyetirməlidir. Hazırda bu siyasət aparılır. Biz növbəti paraqrafda buistiqamətdə atılan addımları təhlil edəcəyik.

Onu qeyd edim ki, Avro-Atlantik və Asiya-Sakit okean məkanıistiqamətlərindəki siyasəti bir-biri ilə əlaqələndirən yalnız Azərbaycandeyil. Bütövlükdə, Avrasiya məkanında yerləşən dövlətlərin xaricisiyasətində Avro-Atlantik və Asiya-Sakit okean məkanları bir-biriilə sıx bağlılıqda nəzərə alınır. Məsələn, Rusiya Prezidenti V.Putin2012-ci ilin may ayında “Rusiya Federasiyasının xarici siyasətkursunun reallaşması tədbirləri haqqında” sərəncam imzalayıb(3.5.22). Həmin sərəncamda Rusiyanın Avro-Atlantika və Asiya-Sakit okean məkanları istiqamətlərində yeritdiyi siyasətin bir-birini

157

Page 158: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

tamamlaması öz əksini tapıb. Rusiya Avropa İttifaqı ilə yanaşı,ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə də əlaqələriinkişaf etdirməyi planlaşdırıb. Təsadüfi deyil ki, bu ölkənin xaricisiyasət konsepsiyasında Asiya-Sakit okean regionu “ən dinamikinkişaf edən geosiyasi məkan” kimi bəyan edilib. Dünya iqtisadiyyatıvə siyasətinin əsas ağırlıq mərkəzinin məhz həmin bölgə olacağıvurğulanıb.

Nəhayət, Aİ-Azərbaycan münasibətlərinin perspektivindən danı-şarkən, bir məqamı da nəzərə almalıyıq. Müasir elmi nəzəriyyələrdəgeosiyasi risklərin dünya proseslərinə təsirinin artmasına ciddi yerverilir. Odur ki, Azərbaycan geosiyasi risklərin mümkün təsirininəzərə almalıdır. Qarşılıqlı dəstəyin mövcudluğu şəraitində bu əmək-daşlığın çox perspektivli olduğunu düşünürük. Azərbaycan bu mənadaüzərinə düşən öhdəliklərə tam əməl edir.

3.6. Uzaq Şərq: müdrikliklə ehtiyatlılığın yanaşı durduğu məkan

XX əsrin ikinci yarısında Qərbin qabaqcıl analitik və siyasətşü-naslarının hər birinin əsərində Uzaq Şərq regionu və ayrıca Çinxüsusi yer tutub. O cümlədən, S.Hantinqton, Z.Bjezinski, H.Kissincer,F.Zəkəriyyə kimi ABŞ-ın böyük politoloqları Çinin müasir dünya si-yasətində oynadığı rolla bağlı çoxlu sayda fikirlər irəli sürmüşlər.Onların həmin fikirlərini birləşdirən bir tezis vardır – Çin müasirgeo siyasi mühitdə ABŞ-a rəqib ola biləcək dövlətə çevrilmişdir.

Əslində, Çin məsələsi yaxın keçmişdə aktuallaşmayıb. Onuntarixi kökləri qədimdir. İkinci dünya müharibəsindən sonra da həminməsələ aktual olaraq qaldı. Onda İ.Stalin Çinin gələcək perspektivlərinigörürdü. Ona görə də, SSRİ ilə Çin arasında yaxın münasibətlərinqurulmasına çalışırdı. Eyni həssaslığı dövrün böyük siyasətçisihesab edilən U.Çörçill göstərə bilməmişdi. Hələ 1943-cü ildəTehran görüşündə İ.Stalin ABŞ Prezidenti F.Ruzveltə Hind-Çinməkanını fransızlardan alıb, Amerikaya verməyi təklif etmişdi (3.6.1).Bu, U.Çörçillin görüşdə iştirak etmədiyi zaman baş vermişdi.

158

Page 159: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

İ.Stalinin şəxsi tərcüməçisi olmuş Valentin Berejkov xatırlayır ki,İ.Stalin F.Ruzveltə qəfil Hind-Çin məkanına nəzarət təklifini verdivə gülümsədi (bax: 3.6.1). Təklif ABŞ Prezidentinin xoşuna gəlmişdi.Yalta konfransında (1945) isə İ.Stalin Port-Artur və Şərq-Çindəmiryolu xəttinə nəzarətin SSRİ-yə verilməsinə nail olmuşdu.Deyilənə görə, sonralar U.Çörçill bu işlərinə görə İ.Stalin haqqında“Qafqaz keşişi ingilis lordunu aldatdı”, - deyib.

Ancaq Çin məsələsi qlobal geosiyasi amil kimi “soyuq müharibə”dənsonra Qərb üçün aktuallaşdı. Napoleonun Çinin gələcəyi ilə bağlıproqnozu özünü doğrultdu. Böyük imperator Çini “yatan nəhəng”adlandırmışdı. Napoleon onu da demişdi ki, Çin “yuxudan ayılanda”bütün dünyanı silkələyəcək. Budur, keçən əsrin 90-cı illərində ABŞ-da formalaşan bütün geosiyasi konsepsiyalarda Çin yeni böyük gückimi xarakterizə olunurdu. H.Kissincer Çini yeni dünya nizamınıquracaq beş əsas gücdən (ABŞ, Avropa, Rusiya, Yaponiya və Çin)biri hesab edir (3.2.2, s.15). Ancaq bu vəziyyət tarixi baxımdan Çinüçün bir qədər qeyri-adidir. H.Kissincer vurğulayır: “Çin özü üçünyeni olan dünya nizamı ilə üz-üzə qalıb” (3.2.2., s.12). Çünki tarixənÇinin ətrafında güclü dövlətlər olmayıb. Pekin çoxqütblü dünyadaqlobal güclərlə mübarizəyə ilk dəfədir ki, rast gəlir. H.Kissincerəgörə, Çin İkinci dünya müharibəsindən sonra özünü çoxqütblüdünyada hiss etdi ki, bu da onun tarixində görünməmiş hadisə idi(3.2.2, s.17).

Bu vəziyyət Çini dünyanın əsas geosiyasi güclərindən birinə çe-virməkdədir. Çin amilini hətta ABŞ ehtiyatla nəzərə almalıdır. H.Kis-sincer 2012-ci ildə “Россия в глобальной политике” jurnalındadərc etdirdiyi “ABŞ-Çin münasibət lərinin gələcəyi” adlı məqaləsindəkonkret ideya irəli sürür. O yazır ki, “...mən Sakit okean birliyi kon-sepsiyasını dəstəkləyirəm və ümid edirəm ki, Çin və ABŞ qlobalmiqyaslı məsələlər üzrə ortaq mövqe formalaşdıra bilərlər” (3.6.2).Amerikalı siyasətşünas iki böyük dövlətin münaqişəyə deyil, əmək-daşlığa üstünlük verməsi tezisini irəli sürür. Bu, o deməkdir ki,H.Kissincer Çinin dünya miqyasında söz sahibi olmaq imkanlarınıyüksək qiymətləndirir.

159

Page 160: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

H.Kissincerin qənaətləri doğrudursa, Çinin XXI əsrdə daha fəalsiyasət yeridərək, dünyanın böyük gücü olmağa çalışacağına şübhəyoxdur. Rəsmi Pekin özü üçün yeni olan bu situasiyadan müdrikliyivə ehtiyatlılığı ilə çıxmaq imkanına sahibdir. Üstəlik, XX əsrin sonu– XXI əsrin əvvəlləri onun sürətli inkişafı ilə xarakterizə olunur.

Lakin hazırda ABŞ-da Çinə münasibətdə politoloqlar arasındafikir ayrılığı müşahidə edilir. Kolumbiya universitetinin professoruEndrü Natan keçmiş dövlət katibi H.Kissincerlə D.Çeyninin məsləhətçisiolmuş politoloq A.Fridberqin Çinə münasibətdə tam əks mövqedəolduqlarını qeyd edir. O, “Foreign Affairs” dərgisində nəşr edilən“Çin nə istəyir” adlı məqaləsində yazır: “Diplomatiyanın mahir bili -cisi Henri Kissincer Çini göylərə qaldırmaq üçün çoxlu sayda səbəbtapır. Onun bu ölkənin xarici siyasətinə həsr edilmiş yeni kitabındaÇin xarici siyasətinin 1949-cu ildən bu yana bütün çalarları izlənir...Bu kitabın məqsədi Çinin yüksələn gücü qarşısında ciddi münaqişədənqaçmaq üçün Birləşmiş Ştatları incəliklə kölgəyə çəkilməyə inandır-maqdan ibarətdir” (3.6.3).

Aaron Fridberq tam əks mövqedən məsləhət verir... O, 1990-cıildən başlayaraq Çinin yeritdiyi siyasəti təhlil edir və bu ölkəningələcək onilliklər üçün planları haqqında proqnoz verməyə çalışır. A.Frid-berqin fikrincə, ABŞ Çinlə maraqlarının toqquşduğu sahələrdə Pekininartan iddiaları və gücünə qarşı sərt mövqe tutmalıdır” (3.6.4, s.153).

Qeyd edək ki, E.Natan təhlilini H.Kissincerin son “On China”(“Çin haqqında”) (3.6.5) kitabı və A.Fridberqin “A Contest for Sup-remacy: China, America, and the Struggle for Mastery in Asia”(“Üstünlük uğrunda savaş: Çin, Amerika və Asiyada məharət yarışı”)(3.6.4) adlı əsərindəki fikirlər əsasında aparıb. H.Kissincer kitabındaÇinlə ABŞ-ın ortaq dil tapmalı olduqlarını əsaslandırmağa çalışır,A.Fridbelq isə ABŞ-ın Çin strategiyasının məqsədinin orada inqilabyetişdirib, “birpartiyalı avtoritar sistemi dağıtmaqdan və əvəzindəliberal demokratiya yaratmaqdan ibarət olduğunu” vurğulayır(3.6.4, s.18).

ABŞ-Çin münasibətləri ilə bağlı Z.Bjezinskinin də fikirlərimaraqlıdır. Z.Bjezinski “Böyük şahmat taxtası” əsərində yazır: “Şüb-

160

Page 161: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

həsiz, Rusiya və Çin kimi böyük dövlətlər ABŞ-ın hegemonluğunuağrılı qəbul edirlər (3.3.1, s.17). Ona görə də, beynəlxalq miqyasdabu güclər arasında mübarizə amansız və kəskin xarakter ala bilər.H.Kissincerdən fərqli olaraq, Z.Bjezinski kənardan təsir etməklə vəətraf dövlətlərin (ilk növbədə Yaponiya və Hindistanın) Qərb həyattərzinə keçməsi ilə Çini “tədricən demokratikləşdirmənin mümkünolduğuna” inanır (3.3.1, s.136). Bu məqamda Z.Bjezinski ilə A.Frid-berqin mövqelərində bir yaxınlıq hiss edilir.

ABŞ-da Çinlə münasibətlərə dair fərqli mövqelərin olması bü-tövlükdə bu problemin amerikanlar üçün aktuallığını və mürəkkəbliyinigöstərir. Amerika Çini dünyanın perspektivli geosiyasi gücü kimiqəbul edir. Aydındır ki, Uzaq Şərqdə güclü geosiyasi enerji cəmlənir.Çinlə bərabər regionun Hindistan, Yaponiya, Sinqapur, Koreya, Vyetnam,Tayvan, Ma layziya və s. kimi ölkələri sürətlə inkişaf edirlər. Bu prosesəAvrasiya və Amerikada heç bir böyük dövlət laqeyd qala bil mir. ABŞ-layanaşı Avropa, Rusiya və Türkiyə də Uzaq Şərq öl kələrinə xüsusimaraq göstərirlər. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Çini“Asiyanın şərqində parlayan ul duz” adlandırıb. Bunlar müasir geosiyasimühitdə Uzaq Şərq amilinin dünya üçün böyük əhəmiyyət daşıdığınısübut edir.

Bütün bunların fonunda Pekinin hansı xarici siyasi kurs yeritməsiməsələsi çox aktual görünür. ABŞ tərəfdən bir qədər aqressiv vəəsəbi ideyalar ifadə edilir. Bu ideyaların hər birində Amerikanın he-gemonluğu əsas məqsəd kimi ifadə olunur. Fərq yalnız həmin məq -sədə necə çatmaqda özünü göstərir.

Bəs Çin necə, dünya liderliyi haqqında nə düşünür? Bəzi mütə-xəssislər hesab edirlər ki, “Çin özünün inkişaf etmiş ölkələrə, üstəlik,fövqəldövlətlərə aid olduğunu qəti inkar edir. O, özünü inkişaf edənölkələrin sıradan bir dövləti kimi göstərməkdə davam edir” (3.6.6, s.2-3). Çin bunun iki səbəbini göstərir. Birincisi, Çinin obyektiv sosi-al-iqtisadi reallıqlarıdır. İkincisi, rəsmi Pekinin “Çin islahatlarınınatası” sayılan Den Syaopinin aşağıdakı tövsiyəsini heç zaman unut-mayacağını deyirlər. D.Syaopin belə deyib: “Lider olarsan – işləri

161

Page 162: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

korlayarsan. Hegemonların çox pis imici var. Üçüncü dünya liderininimici də ondan yaxşı olmayacaq. Bu, gəlişigözəl söz deyil, sırf siya -si hesabdır” (3.6.7). Bizcə, Çin siyasi fikir tarixinə və hazırkı inkişafstrategiyasına tam uyğun olan mövqedir. Yəni liderlik rəqabətinəhəvəsli olan Amerikaya qarşı Çin Şərq müdrikliyi ilə ehtiyatlılığınıyanaşı qoyur.

Rəsmi Pekinin real məqsədinin nə olduğu təbii ki, yuxarıdakı fi-kirlərdə ifadə edilməyib. Lakin çinlilər çox ehtiyatlıdırlar. Onlar rə-qiblərini qiymətləndirməyi bacarırlar – səbir və ağılla hərəkət edirlər.Eyni zamanda, etiraf etmək lazımdır ki, Çin xarici siyasətində realvəziyyəti və imkanlarını daim nəzərə alır. Rəsmi Pekinin “üçüncüdünya” ölkələrinə yönəlik siyasətində bu, aydın görünür. Çin rəsmisənədlərində “harmonik dünya” konsepsiyası təqdim olunur (bax:3.6.8 və 3.6.9).

Bu konsepsiyaya görə, 1980-ci illərdən başlayaraq “üçüncü dünya”ölkələrinin geosiyasi çəkisi artır. Çinin əsas vəzifəsi “üçüncü dünya”ilə sıx əməkdaşlıq qurub, ümumilikdə harmonik inkişafa nail olmaqdır.Lakin Çin “üçüncü dünya” ölkələrinin geosiyasi təsirini onların bey-nəlxalq təşkilatlarda birləşərək, vahid “antihegemonçu mövqedən”(yəni bir dövlətin və ya dövlətlər blokunun hegemonluğuna qarşıdurmaq) çıxış etməsində görür. Ona görədir ki, son zamanlar Çinbeynəlxalq təşkilatlar formalaşdırmaqdadır. “Çin-Afrika”, “Çin-LatınAmerikası”, BRİKS və başqa təşkilatların yaradılması buna misaldır.Buradan Çinin “harmonik dünya” konsepsiyasına əsaslanan geosiyasistrategiyasının mahiyyəti aydın olur.

Maraqlıdır ki, ABŞ və Çinin geosiyasi strategiyasının müqayisəsihəm də Qərb və Şərq dünyagörüşü arasındakı fərqləri aydın göstərir.Çin qələbəni harmoniyada, ABŞ isə rəqabətdə, öz üstünlüyünü təminetməkdə axtarır.

Çinin geosiyasi strategiyasında diqqəti çəkən başqa bir məqamCənub yarımkürəsində yerləşən dövlətlərin əmək daşlığını genişlən-dirməyə çalışmasıdır. Bu cür siyasət Çinin Rusiya və Avropaya daehtiyatla yanaşdığı fikrini formalaşdıra bilər. Lakin Moskva iləPekinin son vaxtlar qarşılıqlı münasibətlərə xüsusi əhəmiyyət verməsi

162

Page 163: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

situasiyanın daha mürəkkəb olduğunu göstərir. Doğrudan da, Rusiyailə Çinin bir-birindən ehtiyatlandığı hiss edilir. Rusiya ABŞ-Çin mü-barizəsində heç bir tərəfə dəstək vermək istəmir. Eyni zamanda, Asi-ya-Sakit okean regionunda inteqrasiya proseslərinə yardım etməyiözünün xarici siyasətinin prioritetləri sırasına daxil edir (bax: 3.5.22).“Cənub”a üstünlük verməklə isə Çin ABŞ-ın daha geniş miqyasdamaraqlarına xidmət edən təşkilatların yaranmasının qarşısını almağaçalışır.

Rəsmi Pekin çoxqütblü dünya modeli formalaşdırmağa cəhd edir.Bu məsələdə onun Rusiya ilə müəyyən istiqamətlər üzrə ortaqhərəkət etmək imkanı vardır. Moskva da bundan istifadə edərək, birneçə geosiyasi güc mərkəzinin formalaşması xəttinə dəstək verir.Təbii ki, Rusiya özü Avrasiyada geosiyasi güc mərkəzi yaradıb,onun lideri olmaq planlarından imtina etmir. Bu səbəblərdən Çininyeni prezidenti Si Cinpinin ilk xarici səfərini Rusiyaya etməsi Qərbinsiyasi dairələrində həssaslıqla qarşılandı. Məlumdur ki, hər iki döv -lətin qlobal geosiyasətə aid ortaq maraqları vardır. Bu mənada Mosk -va ilə Pekinin əməkdaşlığa davam edəcəklərini proqnozlaşdırmaqolar. Bununla belə, Rusiya ilə Çinin hansı məqama qədər müttəfiqola biləcəklərini gələcək göstərəcəkdir.

V.Putinin Çinə son səfəri zamanı (5-7 iyun 2012-ci il) bəzi fikirayrılığı özünü göstərib. Rusiya Çinin ortaq qurumlar yaratmaq(maliyyə, azad ticarət zonası və iqtisadi əməkdaşlıqla bağlı) təklifləriniqəbul etməyib. Məsələn, Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatı(ŞƏT) çərçivəsində azad ticarət zonasına daxil olmasına Rusiya im -kan vermədi. Rəsmi Pekinin ortaq maliyyə qurumu yaratmaq təklifinidə Moskva qəbul etmədi. Rusiya-Çin münasibətlərində fikir ayrılığınasəbəb olan digər faktor birgə inkişaf bankı yaratmaqla bağlıdır.Əslində, hər iki dövlətə dollara alternativ ola bilən valyutanı dövriy -yəyə buraxmaq sərf edir. Lakin bu pul vahidinin kimə aid olmasıməsələsində ciddi mövqe fərqi vardır. İqtisadiyyatı daha güc lü olanÇin öz pul vahidi olan yuanı BRİKS və ŞƏT daxilində əsas valyutayaçevirmək niyyətindədir. Beləliklə, Rusiya-Çin əməkdaşlığının bir

163

Page 164: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

həddi var. Hələlik tərəflər o həddi genişləndirməyə ehtiyatla yana-şırlar.

Bunlar onu göstərir ki, Çinin xarici siyasətində liderlik iddialarıŞərq müdrikliyi pərdəsi ilə örtülsə də, atılan addımlar başqa məqam-lardan xəbər verir. “Harmonik dünya” konsepsiyası Çinin prosesləriöz maraqlarına uyğun idarəetməsi üçün imkanlar yarada bilər. Yəni“harmoniyanın ritmi” Çinin maraqlarına cavab verən dərəcədə ol-malıdır.

Yuxarıda təhlil etdiyimiz şərtlər daxilində Azərbaycan Uzaq Şərqamilini, o cümlədən Çini xarici siyasətində nə dərəcədə nəzərəalmalıdır? Hələ keçən əsrin 90-cı illərinin əvvəllərindən AzərbaycanÇin və Yaponiya ilə əməkdaşlığa başladı. Çinlə Azərbaycan arasındadiplomatik münasibətlər 1992-ci ilin aprelində quruldu. Lakin həmindövrdə Azərbaycana rəhbərlik edən şəxslərin bəzi millətçi çıxışlarırəsmi Pekinlə münasibətlərin inkişafına əngəl törətdi. Demək olarki, Çin kimi böyük bir dövlətlə az qala düşmən olmaq vəziyyəti ya-ranmışdı.

Bu, Azərbaycanın dövlət maraqlarına cavab vermirdi. Müasirtarixi şəraitə uyğun gəlməyən bir mövqe idi. Azərbaycan rəhbərliyinəzərə almalı idi ki, Çin sürətlə inkişaf edən, geniş islahatlar həyatakeçirən böyük bir dövlətdir. Onunla münasibətlərdə problem yaratmaqəlavə çətinliklərdən başqa bir nəticə verməyəcək. Təsəvvür edək ki,keçən əsrin 90-cı illərində ABŞ nəzəri səviyyədə Çinlə münasibətləriniqurmağın variantlarını axtarırdı, Azərbaycan rəhbərliyi isə əlaqələrisərinlədən bəyanatlar verirdi. Təbii ki, bu, uzun müddət davam edəbilməzdi.

Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Çinlə əlaqələrinqurulmasına ciddi diqqət yetirildi. İlk olaraq, Azərbaycanın Çindəsəfiri təyin edildi. Azərbaycan Prezidentinin Çinə səfəri 1994-cü ilmartın 7-10-da oldu. Səfər zamanı ÇXR-in Sədri Tszyan Tszeminqeyd etdi ki, “Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinəböyük əhəmiyyət verir və bütün sahələrdə onunla dostcasına əmək-daşlığın genişləndirilməsinə hazırdır” (3.5.1, s.112). Heydər Əliyev

164

Page 165: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Çinin iqtisadi sahədə apardığı islahatları yüksək qiymətləndirdi. O,Azərbaycanın Çin təcrübəsindən yararlana biləcəyini vurğuladı. Uluöndərin Çində islahatların aparılması təcrübəsi ilə maraqlanmasıtəsadüfi deyildi. Burada bir qədər geniş aspektdə problemə nəzərsalmağa ehtiyac görürük.

Məsələ postsovet məkanı ölkələrində uyğun sosial-siyasi və iqti-sadi-mədəni inkişaf modelini tapmaqdan ibarət idi. Bəzi keçmişsovet respublikaları dərhal ifrat siyasi liberalizmə meyl etdilər. Onlarsiyasi islahatları intensivləşdirdilər, iqtisadi sahə isə geridə qaldı.Nəticədə, həmin cəmiyyətlərdə xaos yarandı, əhalinin ağır iqtisadivəziyyəti siyasi qarşıdurmaları daha da kəskinləşdirdi. Belə görünürdüki, siyasi liberalizm ölkənin xüsusiyyətlərini nəzərə almaqla həyatakeçirilməlidir.

Heydər Əliyev bunları çox yaxşı bilirdi. Ulu öndər əvvəlcə iqtisadiislahatlara üstünlük vermək kursunu seçdi. Siyasi islahatları datədricən apardı. İqtisadi infrastrukturun yeniləşməsi cəmiyyətdəsabitliyin yaradılmasına çox kömək etdi. Bu yolu artıq keçmiş birdövlət kimi Çin Heydər Əliyevi əlbəttə, maraqlandırırdı. İlk səfərindəümummilli lider Çində həyata keçirilən iqtisadi islahatlarla dərindəntanış olmağa üstünlük verdi. Ulu öndər Azərbaycan cəmiyyətinin mo-dernləşməsi prosesində Çin təcrübəsindən istifadə etməyə çalışırdı.

Onu deyək ki, Latın Amerikası ölkələrinin bəzilərində modern-ləşmənin mənfi nəticələr verməsi, müstəqilliyini yeni əldə etmişdövlətlər üçün də bir xəbərdarlıq idi. Çin ənənə ilə müasirləşməninmaraqlı sintezini yarada bilən ölkə olaraq Azərbaycan rəhbərliyinindiqqətini çəkirdi. Bütövlükdə Heydər Əliyevin Çinlə əlaqələr qurmağaüstünlük verməsi, onun həmişə strateji maraqları nəzərə alaraq addımatdığının göstərirdi.

ÇXR rəhbəri T.Tszemin Heydər Əliyevlə görüşündə AzərbaycanlaBMT çərçivəsində əməkdaşlığı genişləndirmək istədiklərini də vur-ğuladı. Dağlıq Qarabağ məsələsində Çinin ehtiyatlı mövqe tutduğuhiss edilirdi. T.Tszemin bu problemin yaranmasından narahatlığınıifadə etdi. Eyni zamanda, Azərbaycan və Ermənistana problemi həlletməkdə uğurlar arzuladı. Bu problemin hər iki tərəfə zərər verdiyini

165

Page 166: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

söylədi. Çinin dövlət başçısı Azərbaycanın ərazi bütövlüyününbərpasını, öz növbəsində Azərbaycan Prezidenti də Tayvan məsələsindəÇinin mövqeyini dəstəklədiyini bildirdi.

Bunlarla yanaşı, Çin Azərbaycana Cənub Qafqaz regionu müstə-visində ölkələr arasında fərq qoymadan yanaşır. Çin Azərbaycanı“üçüncü dünya”nın tərkibində görməklə bərabər, onu bütövlükdəCənub Qafqaz kontekstindən ayırmaq fik rində deyildi. Yəni CənubQafqazın hər bir ölkəsinə layiq ol duğu aspektdə yanaşmaq xətti ozaman rəsmi Pekinin hərəkətlərindən hiss olunmurdu. Həmin dövrüçün bu cür yanaşma ümumiyyətlə, dünyanın əksər böyük dövlətlərindəmüşahidə edilirdi. Rəsmi Bakı bundan problem yaratmaq fikrindədeyildi. Hesab edirik ki, Azərbaycan rəhbərliyinin məsələyə yanaşmasıreallığa söykənirdi.

Nəzərə alaq ki, o illərdə Çin Azərbaycana iqtisadi və mədəni as-pektlərdə nüfuz etməyə çalışırdı. Böyük bir dövlətin bu marağınalaqeyd qalmaq olmazdı. Eyni zamanda, əlaqələr inkişaf etdikcəqarşılıqlı anlaşma ehtimalı da yüksəlir. Doğrudur, burada Çinin Qərbölkələrinin Azərbaycanda nüfuz sahibi olmasını əngəlləmək məqsədiolduğu unudulmamalıdır. Bununla yanaşı, ölkəmizin enerji daşıyıcılarıilə zəngin olması Çinin Azərbaycana marağını artırırdı.

Azərbaycan bu amillərdən istifadə edərək, Çinlə iqtisadi vəmədəni əlaqələri inkişaf etdirə bilərdi. Ona görə də, rəsmi BakıÇinlə münasibətlərin genişlənməsinə həmişə müsbət yanaşıb. Beləliklə,iki ölkə arasında iqtisadi-ticari, texniki və mədəni əlaqələr genişləndi.2002-ci ildə Heydər Əliyev Çinin Azərbaycana yeni təyin edilmişsəfirinin etimadnaməsini qəbul edərkən, belə bir fikir söylədi: “Bizimdiplomatik münasibətlərimiz elə qurulan andan yaxşıdır və belə dəqalacaqdır, çünki Azərbaycanın Çinlə mübahisə etməli bir məsələsiyoxdur, aramızda da heç bir problem yoxdur” (3.6.10).

Ulu öndərin Çin siyasətini Prezident İlham Əliyev uğurla davametdirir. İlham Əliyevin Çinə ilk səfəri 2005-ci il martın 17-19-daoldu. ÇXR-in sədri Hu Szintao bu səfərə böyük əhəmiyyət verdikləriniaçıq dedi. Rəsmi Pekin Azərbaycana Cənub Qafqazın lider dövlətikimi münasibət göstərdi. Çin rəhbərləri bu haqda fikirlərini bildirdilər.

166

Page 167: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Onlar ölkəmizin Cənub Qafqazda liderlik mövqeyinin möhkəmlən -mə sindən məmnun olduqlarını söylədilər. Prezident İlham Əliyevçinli iş adamlarının Azərbaycana sərmayə qoymaları üçün hər cürşərait yaradılacağını vurğuladı (3.6.11).

Aydın oldu ki, Azərbaycan Çinlə münasibətlərinə konkret məzmunverir. O cümlədən, iqtisadi münasibətlərin inkişafına daha çox maraqgöstərir. Bu, tamamilə praqmatik bir siyasətdir. Çünki Azərbaycanüçün qarşılıqlı faydalı əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Ölkəmizheç bir dövlətin daxili işinə qarışmaq niyyətində olmayıb. İqtisadiyyatısürətlə inkişaf edən Çin ilə də əlaqələrin genişlənməsi və dərinləşməsivacib məsələdir.

Azərbaycan-Çin münasibətlərində iqtisadi və mədəni aspektlərinüstünlük təşkil etməsi, mövcud geosiyasi reallığa uyğundur. Onudeyək ki, enerji sahəsində Çin daha çox Mərkəz Asiya ölkələri iləəlaqələrə üstünlük verir. Rəsmi Pekin Türkmənistan, Özbəkistan vəQazaxıstanla enerji sahəsində bir neçə iri layihələr həyata keçirir.Hətta bu məsələ ilə bağlı Qərblə Çin arasında müəyyən mübahisəlivəziyyət yaranıb.

Belə görünür ki, Çin Mərkəz Asiyanın enerji ehtiyatlarından dahaçox istifadə etmək kursunu seçib. O, həmin regionda hasil edilənneft və qazın daşınma marşrutlarının Şərq istiqamətində olmasınaçalışır. Lakin Azərbaycan bu proseslərə müdaxilə etmir. Çin də dərkedir ki, Azərbaycanla enerji məsələsində hər hansı anlaşılmazlıqQərblə münasibətlərində problemləri dərinləşdirər. Bundan başqa,ölkəmizin müstəqil siyasət yeritdiyini də rəsmi Pekin başa düşür.

Beləliklə, Azərbaycanın Çin siyasəti praqmatik mahiyyət daşıyır.Ölkəmiz Uzaq Şərqin sürətlə inkişaf edən dövləti ilə qarşılıqlı faydalıəməkdaşlığı inkişaf etdirir. Azərbaycan daha çox iqtisadi və mədənisahələrə üstünlük verir. Azərbaycan Çinin “üçüncü dünya”ya müna-sibətdə yeritdiyi siyasətindən bir qədər kənarda dayanır. ÖlkəmizÇinin təşəbbüsü ilə yaradılan regional təşkilatlara üzv deyil. AzərbaycanUzaq Şərqin bütün ölkələri ilə də bərabərhüquqlu əlaqələr qurmağaüstünlük verir. Onların sırasında Yaponiya ayrıca yer tutur.

167

Page 168: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Yaponiya Cənub Qafqazda Azərbaycana xüsusi əhəmiyyət verəndövlətdir. Ölkəmizə ən çox yardım edən dövlətlərdən biridir. TokioAzərbaycanın iqtisadi-texniki inkişafına, istehsal sahələrinin mo-dernləşməsinə yaxından kömək edir. Onu deyək ki, Yaponiyanınbizim regiona marağı təsadüfi deyil. Burada əsas amil Yaxın və OrtaŞərqdə sabitsizliyin hökm sürməsi nəticəsində Yaponiyanın enerjiyəolan ehtiyacını Xəzər hövzəsi vasitəsi ilə ödəməyə çalışmasıdır.

Hələ 1997-ci ildə Yaponiyanın Baş naziri Ryutaro Haşimoto “Av-rasiya diplomatiyası” konsepsiyasını irəli sürmüşdü. Konsepsiyada“Böyük İpək Yolu”nun bərpasına xüsusi diqqət yetirilib. RəsmiTokio “Böyük İpək Yolu”nun üzərində olan bütün dövlətlərlə yaxınəlaqələr qurmaq kursunu seçib. Azərbaycan Prezidenti HeydərƏliyevin 1998-ci ildə Yaponiyaya etdiyi səfərdə qarşılıqlı əməkdaşlığınperspektivləri geniş müzakirə edildi. Həmin səfər zamanı səkkizsənəd imzalandı. Bununla da Azərbaycan-Yaponiya münasibətlərikonkret istiqamət və məzmun aldı. Xüsusilə, “İpək Yolu”nun bərpasıməsələsində Bakı ilə Tokionun maraqları tam üst-üstə düşür. Bunagörə, Azərbaycanın xarici siyasətində Yaponiyanın prioritet təşkiletməsi tam başadüşüləndir. Coğrafi baxımdan bu ölkə Qafqazdançox uzaq olsa da, “İpək Yolu”nun şərq sərhədini təşkil edir. Əsasamil isə ondan iba rətdir ki, Yaponiya dünyanın ən güclü iqtisadisistem lərindən birinə malikdir. Yüksək inkişaf etmiş texnologiyalarasahib olan Yaponiyadan çox şeyləri öyrənmək mümkündür.

Yaponiyanın Azərbaycana xoşməramlı münasibətini də diqqətəalmaq lazımdır. İki ölkə arasında əlaqələrin inkişaf etməsi üçün bö -yük perspektivlər var. Prezident İlham Əliyevin 2006-cı ildə Yaponiyayarəsmi səfəri qarşılıqlı əlaqələrin inkişafında yeni səhifə açdı.Azərbaycan tərəfi Yaponiya şirkətlərinin ölkəmizdə fəaliyyətini ge-nişləndirmələri üçün lazım olan hər bir şəraiti yaratdı. Yaponiyadanyüksək texnologiyaların gətirilməsi mühüm vəzifələrdən biri kimiqəbul edildi. Yüksək səviyyəli yapon mütəxəssislərinin Azərbaycanacəlb edilməsi vacib məsələlərdən sayılır.

Azərbaycan-Yaponiya münasibətlərinin inkişafında enerji amiliciddi rol oynayır. Yaponiya şirkətləri Cənub Qafqazdakı beynəlxalq

168

Page 169: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

layihələrdə iştirak edirlər. Bu baxımdan Yaponiya Uzaq Şərqin digərölkələrindən fərqlənir. Yaponiyanın yeritdiyi “Avrasiya diplomatiyası”konsepsiyasının məqsədlərini nəzərə alsaq, rəsmi Tokionun Azər-baycanla bağlı planlarının ciddi olduğuna əmin olarıq.

“Avrasiya diplomatiyası” ABŞ-ın “qarşılıqlı asılılıq”, Rusiyanin“çoxqütblü dünya” və Çinin “harmonik dünya” konsepsiyaları kimigeniş geosiyasi məqsədlər güdən bir kursdur. Bu konsepsiyalarAvrasiya məkanında müəyyən mənada rəqabət aparırlar. Lakin ya-ponların yanaşması bir qədər fərqlidir. Onlar Avrasiya məkanındadaha çox Çinlə yarışırlar. Bunun da səbəbi çox güman ki, coğrafi ya-xınlıq və tarixi məqamlarla bağlıdır. Lakin bütün bunların Azərbaycanməsələsində Yaponiya ilə Çinin ciddi rəqabətə girəcəyinə səbəb ol-mayacağını düşünürük. Bu dövlətlərin Rusiya və ABŞ-la da Azər-baycanla bağlı qarşıdurmalara getməsi ehtimalı azdır. ÖlkəmizinUzaq Şərqin hər iki dövləti ilə əlaqələri inkişaf etdirməsi istiqamətindəmaneənin yarana biləcəyini düşünmürük.

Azərbaycan Uzaq Şərq siyasətində İndoneziya, Sinqapur, Malayziya,Tailand və bölgənin başqa dövlətləri ilə də əlaqələri genişləndirməyiplanlaşdırır. Hazırda bu ölkələrlə münasibətlər inkişaf edir. Hesabedirik ki, həmin əlaqələr yüksələn xətlə davam edəcəkdir. Bu prosesəqlobal geosiyasi güclərin müəyyən dərəcədə təsir edə biləcəyini istisnaetmirik. Lakin həmin təsirin əhəmiyyətli dərəcədə olacağı gözlənilmir.

Dünyanın geosiyasi ağırlıq mərkəzinin Şərqə dəyişməsi ilə Azər-baycanın Uzaq Şərq ölkələri ilə əlaqələrinin daha geniş və dərin olabil məsi mümkündür. Hər bir halda bu proses Azərbaycanın xaricisiyasətdə balanslaşma prinsipinə əməl etməsində ciddi dəyişiklik et-məyəcək. Azərbaycan üçün hər şeydən önəmli olanı milli suverenlikvə müstəqilliyin tə minidir. Bütün digər amillər bu strateji məqsədə xid -mət edir.

Uzaq Şərq ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi AzərbaycanınQərb və Şərq arasında “geosiyasi körpü” rolunu daha yüksəksəviyyədə yerinə yetirməsinə yardım edəcəkdir. Bu mənada ölkəmizvə xalqımız dünyanın müxtəlif mədəniyyətlərini birləşdirmək kimitarixi rol oynayacaqdır. Azərbaycan minilliklərdən gələn sivilizasi-

169

Page 170: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

yalararası əlaqələrə xidmət etmək kimi mühüm missiyasını davametdirəcəkdir. Qərb-Uzaq Şərq münasibətlərində Azərbaycanın “geosiyasikörpü” rolu oynaması, ölkənin beynəlxalq aləmdə müstəqil siyasətyeritməsi imkanlarını daha da genişləndirəcək. Tarixi İpək Yolununbərpası burada əsas rol oynaya bilər. Şübhəsiz ki, Azərbaycan üçündaha önəmli olanı iqtisadi-mədəni əlaqələrin inkişaf etdirilməsidir.Ölkə geosiyasi rəqabət meydanına çevrilməməlidir.

Nəzəri ümumiləşdirmələr

Azərbaycanın xarici siyasətinin təhlili özlüyündə mürəkkəb birişdir. Müasir tarixi mərhələnin beynəlxalq miqyasda hər an gözlənilməzsituasiya yarada biləcəyi nəzərə alınmalıdır. Xarici siyasət haqqındafikir yürütmək çoxlu riskləri, bir sıra incə məsələləri və ehtimalları gözönünə almağı tələb edir. Buna baxmayaraq, yuxarıda toxun duğumuzməqamlar ölkəmizin xarici siyasətinin konseptual aspektlərini ifadəedir. Yəni xarici siyasətin elə prinsipləri var ki, dövlət beynəlxalqaləmdəki fəaliyyətində daim onları nəzərə alır. Həmin kontekstdə bizAzərbaycanın xarici siyasətinin əsas istiqamətlərinin qısa təhlilini ver -məyə çalışdıq.

Ölkəmizin xarici siyasət kursunu Ulu öndər Heydər Əliyev for-malaşdırıb. Təhlildən də göründüyü kimi, Heydər Əliyev xaricisiyasət konsepsiyasında müasir geosiyasi nəzəriyyələrin əsas müddəalarıilə tarixi reallığı üzvi şəkildə uyğunlaşdıra bilib. Azərbaycanın dövlətmaraqlarının təmin edilməsi bu konsepsiyanın ana xəttini təşkil edir.Müasir tarixi mərhələdə Azərbaycan dövlətçiliyinin möhkəmləndiril -məsi, demokratik və güclü dövlətin qurulması bu konsepsiyanınəsas strateji hədəfləridir. Güclü dövlət quruculuğu ilə balanslaşmışxarici siyasət bu məqamlarda bir-birini tamamlayır. Heydər Əliyevbu problemi praktik aspektdə ustalıqla həll edən görkəmli siyasətçivə dövlət xadimi kimi tarixdə qalacaq.

Azərbaycanın xarici siyasətinin üç mərhələsi bir-biri ilə sıx bağ -lıdır. Burada həm vahid daxili siyasətin beynəlxalq aləmdə mərhələ-liliyinin təsdiq edilməsi, həm də strukturca iyerarxik (pilləvarı) ol -

170

Page 171: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ma sı nəzərdə tutulur. Struktur iyerarxikliyi aşağıdakı üç səviyyədənibarətdir – region dövlətlərinə yönəlik siyasət, regiona qonşu olanböyük dövlətlərə istiqamətlənmiş siyasət və Avro-Atlantika-Asiya-Sakit okean siyasəti.

Birinci və ikinci səviyyə regional siyasətin strukturunu və məz-mununu müəyyən edir. Çünki birbaşa regionda yerləşən dövlətlərləyanaşı, bölgəyə qonşu olan və ciddi təsir gücünə malik dövlətlər dənəzərə alınmalıdır.

Rusiya, Türkiyə və İran Cənub Qafqazda bəzi aspektlərdə regiondövlətlərindən daha güclü və xüsusi təsir vasitələrinə malikdirlər.Ona görə də, Azərbaycanın kifayət qədər mürəkkəb struktura malikolan regional siyasəti çoxlu sayda amilləri diqqətə almalıdır. Burada“çevik alyanslar” strategiyası meydana çıxan maneələri dəf etməyəimkan verir.

Yuxarıdakı təhlil göstərir ki, Azərbaycanın regional siyasəti çevikmanevrlər hesabına uğur qazanmaq imkanı əldə etmişdir. Ölkəmüxtəlif dövlətlərin maraqlarını balanslaşma prinsipi əsasında tən-zimləməyi bacarır. Bu tənzimləmə ayrılıqda həmin dövlətlərin heçbirinin təsiri altına düşmədən, Azərbaycanın dövlət maraqlarını təminetmək şansı verir.

Müasir mərhələdə regional siyasət üçün səciyyəvi olan bir məqamıqeyd etmək lazımdır. Azərbaycanın regional siyasəti eyni bir dövlətiniki səviyyədə ölkəyə təsir edə bilmək imkanlarını nəzərə almaqlafor malaşdırılıb. Məsələn, Rusiya həm regiona qonşu olan böyükdöv lət, həm də qlo bal səviyyədə kifayət qədər təsiri olan ölkə qis -mində Azər baycanın xarici siyasət kursunda xüsusi yer tutur. Üstəlik,Rusiya coğrafi olaraq məhdud dairədə Qafqaza aid olan ölkədir.Deməli, şimal qonşumuzu xarici siyasətin hər üç səviyyəsində diq -qətə almalıyıq. 1993-cü ilin ikinci yarısından xarici siyasətimizdəRu siya faktik olaraq, hər üç mərhələdə nəzərə alınmışdır.

Bu, regiona qonşu olan digər dövlətləri, ABŞ-ı, Avropa və UzaqŞərq ölkələrini qətiyyən arxa plana atmaq demək deyil. Azərbaycanınxarici siyasətinin balanslaşma prinsipi bu mənada vacib olan bütünsiyasi məqamları uyğunlaşdırmağa imkan verir. Sadəcə olaraq,

171

Page 172: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

müasir tarixi mərhələ belədir ki, Rusiya kimi böyük bir dövlətimüxtəlif səviyyələrdə nəzərə almaq lazım gəlir. Bu, Azərbaycanındövlət və milli maraqlarının tələblərindən irəli gəlir. Məsələnin bucür qoyuluşunun zəruriliyini təsdiq edən konkret nümunələri növbətifəsildəki təhlillərimizdə təqdim edəcəyik.

Xarici siyasəti üç səviyyəyə ayırmaq bir səviyyədən digərinəkeçid mexanizmi məsələsini aktuallaşdırır. Region ölkələri ilə bölgəyəqonşu olan böyük dövlətlər istiqamətində aparılan siyasətlər bir-birini tamamlamalıdır. Hər iki istiqamət isə qlobal miqyasda həyatakeçirilən siyasi kursa uyğunlaşdırılmalıdır. Azərbaycanın xarici si-yasətində bu, müxtəlif konkret problemlər timsalında təmin edilir.Məsələn, münaqişələrin həlli məsələsində regional siyasətlə Avro-Atlantika və ya Asiya-Sakit okean məkanı siyasəti bir-birini tamamlayır.Bunu bütün səviyyələrdə yeridilən siyasətdə eyni prinsiplərə söykənməkstrategiyası təmin edir. Konkret olaraq, Azərbaycan heç bir dövlətindaxili işlərinə qarışmamaq, bərabərhüquqluluq əsasında əlaqələrqurmaq, yalnız dinc vasitələrdən (siyasi-diplomatik) istifadə edərəkmünasibətlər formalaşdırmaq, ölkələrin ərazi bütövlüyünə hörmətetmək və bu kimi başqa prinsiplərə əməl edir.

Bəzən Azərbaycanın tarixən qısa bir müddətdə xarici siyasətdəbu qədər uğur qazanmasının müxtəlif səbəblərini axtarırlar. Məsələn,Ermənistanın apardığı informasiya təbliğatının təsirini Azərbaycanqısa bir zamanda xeyli zəiflədə bildi. Erməni siyasətçilər və analitiklərbunu Azərbaycanın neft amilindən ustalıqla istifadə etməsi ilə bağ-layırlar. Bu, həqiqətin az bir hissəsidir. Çünki siyasətdə əsas məsələəldə olan imkanlardan necə yararlanmaqdan ibarətdir. Azərbaycanxarici siyasətində konkret meyarları gözləməyə üstünlük vermişdir.Həmin meyarlar (onlara prinsiplər də demək olar) isə ədalət, sə -mimiyyət, etibarlı tərəfdaşlıq və sülhsevərliyə əsaslanır. Qədim Şərqmüdriklərindən biri deyib ki, “öz fikirlərinizə diqqətli olun –onlar davranışınızın başlanğıcıdır”. Yəni insanın davranışınındüzgünlüyü fikirlərinin, hisslərinin təmizli yindən qaynaqlanır.Böyük siyasət həqiqətlərə söykənən siyasətdir. Azərbaycanınxarici siyasətdə uğurlarının əsas mənbəyi onun ədalətli, sülhsevərolması və həqiqətə söykənməsindədir.

172

Page 173: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Ölkənin xarici siyasətinin əsas istiqamətlərindən danışarkən, birmühüm məqamı da qeyd etmək gərəkdir. Azərbaycan qlobal miqyasdaaparılan geosiyasətin iştirakçısına çevrilmişdir. Artıq o, siyasi ter -minlərlə ifadə etsək, geosiyasi oyunçu kimi qəbul edilir. Bu irəliləyişintarixi əhəmiyyətini anlamağımız lazımdır. Ona görə ki, SSRİ dağılandaAzərbaycan siyasi, geosiyasi, hərbi və iqtisadi cəhətdən ən çox zərərgörən respublika idi.

Azərbaycanı az qala parçalayacaqdılar. Daxildə formalaşmışsilahlı qruplar isə əhali arasında düşmənçiliyi, qarşıdurmanı alov-landırırdılar. Bütün bunlara 1991-1993-cü ilin birinci yarısı Azərbaycanarəhbərlik edən şəxslərin əsaslandırılmamış daxili və xarici siyasətyeritməsi nəticəsində ölkədə yaranmış böhranlı vəziyyət də əlavəolundu. Belə ağır vəziyyətdən cəmiyyətdə sabitliyə nail olub, sonrada beynəlxalq miqyasda müstəqil geosiyasi oyunçu səviyyəsinə yük-səlmək tarixi sıçrayışdır.

Beynəlxalq rəqabətin getdikcə kəskinləşdiyi bir şəraitdə bu cüruğur əldə etmək həqiqi mənada böyük tarixi-siyasi əhəmiyyət daşıyır.Onu da nəzərə alaq ki, beynəlxalq mü na sibətlərdə rəqabətin mövcudluğuşəraitində Azərbaycan kimi ölkələrin nailiyyətləri hətta inkişaf etmişQərbdə bəzi dairələri qıcıqlandırır. Belə hadisələr – yəni Azərbaycanınnailiyyətləri – istəsək də, istəməsək də beynəlxalq münasibət lərin pred-metidir və onlara təsir göstərir. Bu təsirin fəsadları isə özünü tam başqaformalarda və proseslərdə nümayiş etdirir.

Bəli, nailiyyətlər çoxdur. Onlardan dünya ictimaiyyətinin diqqətinidaha çox çəkən və açığı, çoxlarında böyük qısqanclıq yaradan birnecəsini qeyd etmək istərdim. Məlumdur ki, Azərbaycan 2011-ciildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində qələbə qazandı.2012-ci ildə gənc və ərazicə kiçik müsəlman dövləti “xristian klu -bu”nun müsabiqəsini çox yüksək səviyyədə təşkil etdi, uğurla keçirdivə gözəl nümunə göstərdi. Məhz bu, bəzi dairələri narahat etdi.Çünki “Avroviziya” Avropanın müsabiqəsidir və onilliklər ərzindəAvropanın monopoliyasında olub. Qərb mədəniyyətini nümayiş et-dirmək məqsədi daşıyır. Ona görə də, Azərbaycan bir növ Avropanınmaraqlarına müdaxilə etmiş oldu.

173

Page 174: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Şübhəsiz, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsixarici siyasətin ən böyük qələbələrindən biri dir. Bu prosesdə Azər -bay can dünyanın ən qüdrətli dövlətləri ilə mübarizə aparmalı olduvə qalib gəldi. Tarixdə ilk dəfə olaraq, Azərbaycanın dövlət başçısıBMT TŞ-nin iclasına sədrlik etdi. Ancaq bu, asan başa gələn iş ol -madı. Ölkənin BMT TŞ-yə üzv olması çətin, böyük zəhmət və aktivdiplomatik fəaliyyət tələb edən proses idi. Azərbaycan 17 turdansonra Avropanın iddia etdiyi bir yerə sahib oldu və dünyanın 155ölkəsi Azərbaycana etimad göstərdi. Dünyada gedən mürəkkəb pro-seslərdə Azərbaycanın verə biləcəyi töhfələrə ümid bağlandı. Avropanınnamizədi Azərbaycan deyildi.

Doğrudur, biz Avropa ölkəsiyik və Avropa strukturları ilə sıxəməkdaşlıq edirik. Düşünürəm ki, əlaqələrimiz daha da inkişafetməlidir. Lakin o da faktdır ki, Avropanın öz maraqları var. Deməli,Azərbaycanın BMT TŞ-yə üzvlük iddiası belə, Avropanın maraqlarınamüdaxilə demək idi. Normal şəraitdə burada qeyri-adi bir şey yoxdur.Sadəcə, bəzi dairələr kiçik müsəlman dövlətinin sürətli inkişafını vəbeynəlxalq nüfuzunun yüksəlməsini həzm etməkdə çətinlik çəkirlər.Azərbaycan isə bütün bunlara baxmayaraq, öz uğurlarını və nailiy-yətlərini davam etdirməkdə qərarlıdır.

“Avroviziya”yada qələbəyə və BMT TŞ-yə üzvlüyə olan qısqan-clıqlar arasında əlaqə vardır. Çünki, əvvəla, onla rın mənbəyi eynidir,ikincisi, Azərbaycan dövlət olaraq qazandığı uğurlara görə özünügöstərib. Burada başqa bir mühüm məqamı da vurğulamaq istərdim.Məsələ ondan ibarətdir ki, qeyd etdiyimiz hadisələrlə bağlı ənmaraqlı və mühüm məqam odur ki, hər bir halda seçimi beynəlxalqicti maiyyət və qurumlar edib.

Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərarınqəbul edilməsini bu fikrin təsdiqi kimi qəbul edə bilərik. Həminoyun ların Bakıda keçirilməsi haqqında qərarı Avropa OlimpiyaKomitəsi verib! Etiraf edək ki, bu, tarixi hadisədir. Avropa tarixindəilk dəfə olaraq, öz Olimpiya Oyunlarını müsəlman ölkəsi olan Azər-baycanda keçirəcək. Olimpiya Oyunları 2015-ci ildə olmalıdır. Heç

174

Page 175: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

bir şübhə yoxdur ki, Avropa Olimpiya Oyunları da “Avroviziya”kimi möhtəşəm və uğurlu olacaq.

Regionda məhz Azərbaycan əsaslı və sistemli siyasət yeridə bilir.Sosial-iqtisadi və mədəni inkişafın səmərəli konsepsiyasını uğurlahəyata keçirir. O, Cənub Qafqazda mədəniyyətlərarası və dinlərarasıdialoqun təşkil edilməsi istiqamətində ciddi fəallıq göstərir, bununlabağlı beynəlxalq tədbirlər keçirir. Azərbaycan həm ölkənin davamlıinkişafını təmin edir, həm də regional inteqrasiya və beynəlxalqəməkdaşlıq layihələrini uğurla həyata keçirir.

Beləliklə, Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasətkursu, eyni zamanda beynəlxalq münasibətlərə öz töhfəsini verir. Bubaxımdan, Azərbaycan, sözün həqiqi mənasında, yeni dövrdə geosiyasimaraqların kəsişdiyi və toqquşduğu regionda Avropa ilə Asiyanın,Şərqlə Qərbin, Şimalla Cənubun, Xristian aləmi ilə İslamın qarşılıqlıhörmət və anlaşma şəraitində qonşuluq, dostluq və faydalı əməkdaşlıqprinsiplərinin yeganə yol olduğunu, alternativinin olmadığını nümayişetdirir.

Təbii ki, burada ölkə rəhbərliyinin düşünülmüş xarici siyasət kur -sunu qətiyyətlə həyata keçirməsi əsas rol oynadı. Xarici siyasət kon -kret və real amillərə əsaslanan milli inkişaf strategiyasına uyğun for-malaşdırıldı. Dünyanın böyük güclərinin hər biri ilə əlaqələr qurmağıbacaran Azərbaycan ətrafında gedən mürəkkəb geosiyasi oyunlarıngirdabına düşmədən öz maraqlarını qoruya bildi. Prezident İlhamƏliyevin bu mənada dediyi, “böyük neftin müsbət tərəfləri olduğu kimi,mənfi tərəfləri də var”, fikrində həqiqət ifadə olunub. Bəzilərinin xaricisiyasətdəki uğurları yalnız “böyük neft”lə əlaqələndirməsi çox səthi ya-naşmadır. Azərbaycan xarici siyasətinin əsas istiqamətləri ilə yanaşı,onun priori tet lərini də düzgün müəyyənləşdirdi. Siyasi təcrübə, uzaq gö -rənlik, diplomatik məharət, xarici siyasətin istiqamətləri ilə prioritetlərininbir-birini tamamlaması uğurlarımızın əsa sını təşkil etdi. Növbəti fəsildəproblemin bu aspekti üzərində ətraflı dayanacağıq.

175

Page 176: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

IV FəsilXARİCİ SİYASƏTİN PRİORİTETLƏRİ:

ƏSAS HƏDƏFLƏR VƏ İNKİŞAF TENDENSİYALARI

4.1. Xarici siyasətin prioritetlərinin təsnifi

Hər bir dövlət strateji fəaliyyət konsepsiyasına malik olmalıdır.Bu konsepsiya çərçivəsində uzunmüddətli fəaliyyət proqramı tərtibedilir. Dövlətin uzun müddət ərzində fəaliyyət göstərməsi başqaşərtlərlə yanaşı, beynəlxalq münasibətlər sisteminin bütövlükdəinkişaf variantlarının proqnozlaşdırılmasını tələb edir. Həmin proqnozaregional miqyasda münasibətlərin inkişafı və konkret dövlətin başqadövlətlərlə əlaqələrinin qurulması daxildir. Bu zaman beynəlxalqmünasibətlər sisteminin bu və ya digər elementinin dəyişmə istiqa-mətlərini düzgün təyin etmək lazım gəlir.

Bu, mürəkkəb prosesdir. Onun tərkibində dövlətin müxtəlif isti-qamətlərdə xarici siyasəti qarşısında duran birinci dərəcəli vəzifələrinmüəyyənləşdirilməsi məsələsi də vardır. Həmin vəzifələr ölkəninsiyasi və iqtisadi maraqlarına uyğun müəyyənləşdirilir. Yəni xaricisiyasət milli maraqlar əsasında formalaşmalıdır. Konkret zaman vəməkan daxilində milli maraqların prioritetləri xarici siyasətin istiqa-mətlərinə və məzmununa ciddi təsir edir. O cümlədən, konkret situa-siyalarda xarici siyasətin prioritetlərini müəyyənləşdirməyin meyarlarıkimi çıxış edir.

Beləliklə, mövcud zaman və məkanda xarici siyasətdə reallaşmasıönəmli olan vəzifələrin müəyyənləşdirilməsi müstəqil dövlət üçünprinsipial əhəmiyyət daşıyır. Bu vəzifələrin aydınlaşdırılması realsosial-siyasi, hərbi, iqtisadi, geosiyasi, regional və beynəlxalq şəraitinnəzərə alınmasını tələb edir. Nəticədə, xarici siyasətin prioritetləriformalaşdırılır.

176

Page 177: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Bir xüsusiyyəti qeyd edək. Xarici siyasət həmişə daxili siyasətindavamıdır və dövlətin ümumi fəaliyyətinin bu iki əsas tərkib hissəsibir-birini tamamlayır. Həyata keçirdiyi siyasətlə dövlət cəmiyyətinvarlığını, təhlükəsizliyini və inkişafını təmin etməyə çalışır. Buməqsədə çatmaq üçün əlverişli daxili və xarici mühit yaradılmalıdır.Məsələnin bir tərəfi daxili siyasətə, digər tərəfi isə xarici siyasətəbağ lı dır. Onlar bir-birini tamamladıqda, dövlətin siyasəti güclü olur.Bu məqam xarici siyasətin prioritetlərində bu və ya digər dərəcədə özəksini tapmalıdır. Müasir tarixi mərhələdə dövlətlərarası əlaqələr odərəcədə genişlənib və inkişaf edib ki, daxili və xarici siyasətarasındakı klassik sərhədlər dəyişib.

Yuxarıda qeyd etdiyimiz məqamlar bir çox mənalarda Azərbaycanınxarici siyasətinin prioritetlərinin sistemliliyini və praqmatikliyinigörməyə imkan verir. Biz həmin prioritetləri sahələrə uyğun qrup-laşdırmışıq. Hərçənd, fərqli təsnifatın mümkünlüyünü istisna etmirik.Hesab edirik ki, xarici siyasətin prioritetlərini aşağıdakı kimi təsnifetmək olar:

a) daxili siyasi və iqtisadi amillərlə birbaşa bağlı olan sahə:– bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist de-

mokratiyanın inkişaf etdirilməsi;b) münaqişəli situasiyaların həlli və ərazi bütövlüyünün bər-

pası:– Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa

edilməsi məqsədi ilə müstəqil xarici siyasət yeridilməsi;– Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və

ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması;– ATƏT-in Lissabon sammitində qəbul edilən prinsiplər əsasında

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-inMinsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi;

– Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrininaradan qaldırılması;

c) regional təhlükəsizliyin təmini və sabitliyin qorunması:– qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb

edən münasibətlərin inkişaf etdirilməsi;

177

Page 178: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

– regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;– bölgədə qanunsuz silah, narkotrafik və digər qanunsuz daşımaların

qarşısının alınması;– Xəzər dənizi hövzəsinin demilitarizasiyası (hərbsizləş dirilməsi);ç) beynəlxalq miqyasda olan təhdidlərin qarşısının alınması:– nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud

olan qlobal prinsiplərə sadiqlik və Cənub Qafqazda nüvə silahlarındanazad zonanın yaradılması;

– beynəlxalq terrorizmlə mübarizədə iştirak;d) beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına in-

teqrasiya:– NATO, Avropa İttifaqı, ATƏT və Avropa Şurası da da xil olmaqla,

Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturları iləsıx əməkdaşlıq;

– Azərbaycanın Qərb və Şərqin qovşağında mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlifsahələrinin inkişafının sürətləndirilməsi;

– Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizinininkişaf etdirilməsi.

Bu təsnifatdan görünür ki, Azərbaycanın xarici siyasətinin prio ri -tetləri daxildə demokratik həyat tərzinin bərqərar olması mə sələsiilə regional və qlobal miqyasda böhranlı situasiyaların həlli, təhlü-kəsizliyin təmini, beynəlxalq təhlükəsizlik və iqtisadi-enerji struk-turlarına inteqrasiyanı uyğunlaşdırmağı nəzərdə tutur. Bu, təsadüfideyil. Çünki müasir tarixi mərhələdə hər bir dövlətin suve renliyi vədaxili inkişaf imkanları, onun yerləşdiyi region və qlobal miqyasdacərəyan edən siyasi, geosiyasi, iqtisadi, hərbi və mədəni proseslərləsıx bağlıdır. Ona görə də, xarici siyasətdə təhlükəsizlik, əməkdaşlıqvə daxili sosial-iqtisadi inkişaf aspektləri tarixdə görünməmiş dərəcədəbir-biri ilə bağlı hala gəlmişdir. Məhz buna görədir ki, AzərbaycanPrezidenti Heydər Əliyev bütün xarici səfərlərində ölkəmizin demo -kratikləşməsini, sosial-iqtisadi və mədəni inkişaf mo delini birbaşaregiondakı münaqişələrin həlli, beynəlxalq miqyasda təhlükəsizliyə

178

Page 179: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

olan təhdidlərin aradan qaldırılması ilə əlaqələndirirdi. Heydər Əliyevbu məqamları təkrar-təkrar vurğulayırdı.

Prezident İlham Əliyev həmin xətti dəqiqliklə, meydana çıxanyeni geosiyasi və iqtisadi-hərbi şərtləri nəzərə almaqla yaradıcısurətdə davam etdirir. Ölkənin xarici siyasətinin prioritetləri də bumilli maraqlara uyğun reallaşdırılır.

Azərbaycanın xarici siyasətinin prioritetlərində regional təhlükə-sizliklə inteqrasiya prosesi əlaqəli şəkildə ifadə olunmuşdur. Bunuölkənin xarici siyasətinin prinsipial məqamı kimi qəbul etməkgərəkdir. Azərbaycan regional miqyasda yaranmış təşkilatlardakıfəaliyyətində və enerji layihələri ətrafında formalaşan beynəlxalqkonsorsiumlarda problemin bu tərəfini həmişə önə çəkir. Regionalinteqrasiyaya çağıran beynəlxalq qurumlar və böyük dövlətlər Azər-baycanın bu kursu ilə razılaşmalıdırlar. Çünki həmin məsələ birbaşaərazi bütövlüyünün təmini və regional təhdidlərin neytrallaşdırılmasıilə əlaqəlidir.

Regional miqyasda təhlükəsizlik təmin edilməsə, heç bir inteqra-siyadan söhbət gedə bilməz. Dünyanın hər bir müstəqil dövləti buprinsipdən çıxış edir. ABŞ, Rusiya, Av ro pa ölkələri, Türkiyə, İran vəbaşqa dövlətlərin xarici siya sət prioritetlərinə adi gözlə belə nəzərsalsaq, bunu görə rik. Azərbaycanın xarici siyasət prioritetləri sırasındaregional təhlükəsizlik və əməkdaşlığın sıx əlaqədə göstərilməsiningeniş təhlilə, demokratik inkişaf konsepsiyasına əsaslandığını deyəbilərik.

Təqdim etdiyimiz təsnifatda xarici siyasətin əsas istiqamətlərihansı dərəcədə nəzərə alınıb? Biz bu məsələyə əvvəlki fəsildə qısatoxunmuşduq. Ona daha geniş aspektdə nəzər salaq. Ümumigötürdükdə, xarici siyasətin əsas istiqamətləri və prioritetləri bir-biriilə sıx əlaqəlidir. Əsas istiqamətlər coğrafi və geosiyasi amilləriunutmamaq şərti ilə xarici siyasətin birinci dərəcəli əhəmiyyəti olanfəaliyyət vektorlarını ifadə edir. Lakin bu, yalnız coğrafi və geosiyasiamilləri nəzərə almaqla məhdudlaşmır. Xarici siyasətin əsas istiqamətlərikonkret zaman və məkanda milli maraqların optimal təmin edilməsi

179

Page 180: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

amilindən birbaşa asılıdır. Həmin bağlılıqda prioritetlər əsas istiqamətlərüzrə nəzərdə tutulan məqsədlərə nail olmağa xidmət edən təminedicitədbirlər kompleksidir. Məsələn, regional təhlükəsizliyin təmini mə-sələsinə xarici siyasətin prioriteti kimi nəzər salaq. Bu, xarici siyasətinəsas istiqamətlərindən olan region dövlətləri və bölgəyə qonşu olanböyük dövlətlərlə münasibətləri tənzimləmənin mürəkkəb tədbirlər(və ya addımlar, proqramlar) kompleksini ifadə edir. Regiona yönəliksiyasi fəaliyyətdə başlıca məqsəd prioritetdə əks olunur. Bizim bax-dığımız misalda bu, təhlükəsizliyin təmin edilməsindən ibarətdir.Prioritet kimi təhlükəsizliyin təmin edilməsi seçilirsə, region istiqa-mətində həyata keçirilən bütün diplomatik-siyasi fəaliyyət onun re-allaşmasına xidmət etməlidir. Deməli, əsas istiqamət xarici siyasətinoriyentirini göstərirsə, prioritet o istiqamətdə qarşıya qoyulan başlıcaməqsədi bildirir. Onu deyək ki, konkret bir prioritet bir neçə əsas is-tiqaməti əhatə edə bilər.

Regional təhlükəsizlik həm region dövlətlərini, həm bölgəyəqonşu olan böyük dövlətləri, həm də Cənub Qafqaza ciddi təsirəmalik başqa güclü dövlətlərlə münasibətləri əhatə edir. Həmin kon-tekstdə ABŞ və Avropa İttifaqı ilə münasibətlər Rusiya və ya İranlaolan münasibətlər qədər nəzərə alınır. Yəni xarici siyasətin əsas isti-qaməti konkret bir xətti ifadə edirsə, prioritet bir və ya bir neçəfəaliyyət vektorunu əhatə edə bilər. Prioritet üçün coğrafi amil birqədər arxa plana çəkilir. Ancaq coğrafi amilin prioritetdə nəzərəalın madığını demək olmaz. Bütün hallarda bu məqam geosiyasimühitə və dövlətlərarası münasibətlərin məzmununa təsir göstərir.Burada söhbət prioritetləri müəyyən edərkən aparıcı amillərin seçil-məsindən gedir. Bu mənada prioritetlər dövlətin milli maraqlarınıtəmin edən uyğun geosiyasi, siyasi, iqtisadi, mədəni və hərbi şəraitinyaradılması üçün göstərilən fəaliyyət-məqsəddir. Yuxarıda təqdimetdiyimiz prioritetlərin hər birinin təhlili nəticəsində problemin buaspektini daha aydın təsəvvür etmək imkanı əldə edəcəyik.

180

Page 181: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

4.2. Cəmiyyətin demokratikləşməsi və iqtisadi amillərlə xarici siyasətin əlaqəsi

Sosialist düşərgəsi dağılandan sonra aydın oldu ki, müstəqilliyinəqovuşmuş ölkələrin sosial-iqtisadi inkişaf modelinin seçimi yalnızonların daxili işi deyil. Dünyanın inkişaf etmiş ölkələrində bazar iq-tisadiyyatı sistemi işləyir. Qloballaşma prosesi bütün ölkələri bir-birinə çox yaxınlaşdırdığından, onların iqtisadi sistemlərinin uyğunluğuprinsipial əhəmiyyət kəsb edir. Ona görə də, Azərbaycan bazar iqti-sadiyyatı sisteminə keçməyi qarşısına məqsəd qoydu. Ancaq bu,asan proses deyil. Bazar iqtisadiyyatı ölkənin sovetlərdən qalma in-frastrukturu çərçivəsində reallaşa bilməzdi. Heydər Əliyev ilk olaraqiqtisadi sahədə ciddi islahatlar apardı. Bununla ölkə daxilində bazariqtisadiyyatının bərqərar olması üçün uyğun şəraitin yaradılmasınabaşlanıldı.

Azərbaycan təkamül yolu ilə bazar iqtisadiyyatına keçid kursunugötürüb. Burada 1991-1993-cü ilin birinci yarısında buraxılan səhvlərçətinliklər törədir. Lakin həyata keçirdiyi düşünülmüş siyasətnəticəsində Azərbaycan bu sahədə böyük irəliləyişlər əldə etdi. Müs-təqilliyin ilk illərində müşahidə olunan kapital çatışmazlığı HeydərƏliyevin həyata keçirdiyi “neft siyasəti” nəticəsində aradan qaldırıldı.Paralel olaraq, iqtisadiyyatın müxtəlif sahələrinə xarici sərmayə qo-yuluşu prosesi intensivləşdi.

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olmasıeyni zamanda, birbaşa beynəlxalq mühitdə əlverişli şəraitin yaradıl-masına bağlıdır. Bunun üçün həm ikitərəfli əlaqələrdə, həm də bey-nəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətdə müvafiq addımlarıatmaq lazım gəlirdi. Qərb dövlətlərinin iqtisadi sistemini dərindənöyrənməklə Azərbaycan özünə uyğun iqtisadi inkişaf modelini müəy-yənləşdirdi. Bunun üçün “açıq qapı” prinsipinə ciddi əhəmiyyətverildi. Həmin prinsip xarici sərmayədarların ölkəyə maneəsiz in-vestisiya yerləşdirmələrinə imkan verir. Bu proses təbii ki, Azərbaycanıniqtisadi sistemində köklü yeniləşmələrlə müşayiət olunmalı idi. Ölkərəhbərliyi bazar iqtisadiyyatının hüquqi tənzimlənməsinə şərait

181

Page 182: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

yaradan tədbirlər həyata keçirdi, beynəlxalq təcrübəni diqqətlə öyrə-nərək, uyğun yeniləşmələrə nail oldu. Bununla da xarici şirkətlərinAzərbaycanda fəaliyyət göstərməsi üçün lazım olan hüquqi baza ya-radıldı.

Bazar iqtisadiyyatına keçid xarici siyasətdə beynəlxalq iqtisaditəşkilatlarla əlaqələrin qurulmasına böyük diqqət yetirməyi tələbedir. Azərbaycan diplomatiyası bu istiqamətdə ciddi işlər görüb vəbu tendensiya - inkişaf davam edir. Siyasətin bu aspekti olmasa,ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası məsələsireallaşa bilməz.

Bazar iqtisadiyyatını inkişaf etdirmək dövlətin suverenliyi, müs-təqilliyi və iqtisadi-sosial tərəqqisi üçün çox vacib şərtdir. Xaricisiyasət daxildə iqtisadi islahatları məhz bazar iqtisadiyyatı istiqamətindəaparmaq üçün əlverişli beynəlxalq mühit yaratmalıdır. Eyni zamanda,xarici siyasət elə qurulmalıdır ki, onun iqtisadi bəhrələri mümkünqədər tez müddətdə hiss edilsin.

Heydər Əliyev “neft siyasəti”ni məhz bu prinsipə görə formalaş-dırmışdı. Biz artıq qeyd etmişik ki, Prezident İlham Əliyev dünyanınböyük neft şirkətləri ilə apardığı danışıqlarda hər şeydən öncə Azər-baycanın yeni iqtisadi sistemə keçidinə imkan yaradan amillərəxüsusi əhəmiyyət verirdi. İlham Əliyev müzakirələrdə ölkənin suve-renliyini, milli maraqlarını, geosiyasi dividendlərini nəzərə çatdırmaqla,iqtisadiyyatın liberallaşdırılmasına imkan yaradan şəraitin formalaş-masına diqqət yetirirdi. Çünki daxili bazar güclü və müstəqilolmayanda, onun transformasiyasını həyata keçirmək çoxlu saydaxarici amillərdən asılı olur. Bu, bazar iqtisadiyyatını yox, kənardanasılı olan bazar sistemini formalaşdırır. Əsasən xaricdən gətirilənmalların hesabına yaşayan iqtisadi sistemdə qiymətləri sərbəstləş-dirməklə, iqtisadiyyatı inhisarsızlaşdırmaqla, maliyyəni stabilləşdirməkləvə əhalinin sosial tələbatını ödəməklə belə davamlı fəaliyyət göstərəndayanıqlı iqtisadi sistem qurmaq imkansızdır. Bunun təsdiqini dünyamaliyyə böhranına müxtəlif ölkələrin iqtisadi sisteminin necə reaksiyaverməsində görə bilərik. Yunanıstan kimi dövlətin iqtisadi sistemidərin böhran içərisindədir, bir çox ölkələr ağır zamanlarını yaşayırlar.

182

Page 183: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycanın iqtisadiyyatı isə qlobal maliyyə böhranına çox davamlıolduğunu sübut etdi.

Nəzəriyyələr və konsepsiyalar ideya baxımından gözəl olabilər. Ancaq iqtisadiyyata real vəziyyətinə görə qiymət verməklazımdır. Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti onundaha düşünülmüş və təkmil model əsasında fəaliyyət göstərdiyinitəsdiq edir. Buna xarici siyasətdə bazar iqtisadiyyatına tədrici keçiditəmin etmək üçün atılan addımlar birbaşa təsirini göstərmişdir.

Xarici siyasətdə plüralistik demokratiyanın inkişaf etdirilməsiməsələsi də ciddi surətdə əksini tapmalıdır. Mə lumdur ki, demokratikhəyat tərzi müasir dünyanın tələblərindən biridir. Ancaq demokratiyahardansa ixrac edilən bir proses ola bilməz. O, cəmiyyətin daxilitəkamülünün birbaşa nəticəsi olmalıdır. Həmin proses isəözlüyündə mürəkkəb struktura malikdir. Onun gerçəkləşməsiüçün zaman tələb olunur. Yəni demokratiyanın bərqərar olmasıdövlətin fəaliyyətindən, cəmiyyətin inkişafından və hakimiyyət-cə-miyyət münasibətlərinin necə formalaşmasından birbaşa asılıdır.

Xarici siyasət də bu prosesdən kənarda təsəvvür edilə bilməz.Əslində, xarici siyasət cəmiyyətin varlığını, tərəqqisini, yeniləşməsinitəmin edən əlverişli beynəlxalq mühit formalaşdırmaqla məşğuldur.Totalitar rejimdən demokratiyaya keçid edən dövlətlərdə bu məsələdaha da aktuallaşır. Yəni Azərbaycan dövlət səviyyəsində yeniləşməvə demokratik ləşmə kursunu sistemli olaraq həyata keçirir. Xaricisiyasət ölkədə demokratikləşmənin inkişaf etməsinə mühüm töhfələrverir. Bir neçə misalla bunu aydınlaşdıra bilərik.

Təcrübə göstərir ki, demokratikləşmə adı altında kənardancəmiyyətə müxtəlif istiqamətlərdən dağıdıcı təsirlər olur. Onlarıntəhlükəli cəhəti öz maraqlarına uyğun olan dəyərlərin demokratik-ləşmənin elementləri kimi insanların şüuruna yeridilməsindədir. Mə-sələn, iqtisadiyyatın ölkənin milli maraqlarına cavab verməyən sa-hələrinin süni inkişaf etdirilməsinə cəhdlər olur. Yaxud milli azlıqlarınhüququnun qorunması adı altında separatizmi alovlandıran təbliğataparır, müəyyən qeyri-hökumət qurumları yaratmağa çalışırlar. İnsanhaqlarının qorunması və yaxud “siyasi məhbusların” hüquqlarının

183

Page 184: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

təmini təşəbbüsü ilə cəmiyyət parçalayıcı, radikallaşdırıcı işlərgörməyə təhrik edilir.

XX əsrin sonu – XXI əsrin əvvəlindən dini amildən süni istifadəhalları daha təhlükəli vəziyyətə gətirib çıxarmışdı. Müxtəlif dini tə-riqətlər qanunsuz fəaliyyət göstərərək, əhalini səhv yola sürükləməyəçalışırlar. Xüsusilə, yeniyetmələr və gənclər bu təxribatların qurbanıolurlar. Onları həmin dini təriqətlərin sıralarına müxtəlif şirnikdiriciyolla qatandan sonra öz vətənlərinə və dövlətlərinə qarşı istifadəedirlər.

Ən təhlükəlisi odur ki, bu dağıdıcı hərəkətləri demokratiya nümu -nəsi, onların qarşısının alınmasını isə insan haqlarının pozulmasıkimi təqdim etməyə çalışırlar. Bununla bağlı çox lu sayda misallargöstərə bilərik. Azərbaycanın hüquq-mühafizə orqanlarının hesabat-larında həmin faktlar öz ifadəsini tapmışdır. Cəmiyyətin bunlardançox zərər gördüyünü bilirik.

Bütün bunlar ölkədə demokratiyanın bərqərar olması prosesininmürəkkəb olmaqla yanaşı, həm də ziddiyyətli məqamlarla müşayiətolunduğunu göstərir. İnformasiya mübadiləsi və ölkələr arasındamüxtəlif sahələrdə qarşılıqlı əlaqələr sürətlə inkişaf etdikcə, ziddiyyətliməqamlar da arta bilər. Bunun hansısa qadağalarla qarşısını almaqmümkün deyil. Cəmiyyətin daxildən demokratik həyat tərzinə hazırolması kənardan olan dağıdıcı təsirləri neytrallaşdıra bilir. Buna yar -dım edən vasitələrdən biri qanunun aliliyidir. Ona görə də, daxili vəxarici siyasətində Azərbaycan qanunun aliliyinin bərqərar olmasınaciddi əhəmiyyət verir.

Bu məsələnin iki tərəfi vardır. Əvvəla, Azərbaycan cəmiyyəti qa-nunlarla idarə olunur. Qanunlarla idarə olunan cəmiyyətdə demokratikhəmrəylik mövcud olur. Demokratik həmrəylik hər kəsin eyni cürdüşünməsi anlamını daşımır. Əksinə, cəmiyyət fərqli düşünənlərin(plüralizmin) birli yindən ibarətdir. Vətəndaşlar söz azadlığınasahib dirlər. Müxtəlif dinlərin nümayəndələri bir-birlərinə dözümlülükləyanaşırlar. Belə mühit üçün çoxlu sayda vətəndaş birlikləri, qeyri-hökumət təşkilatları (QHT) formalaşdırmaq lazım gəlir. Bu təşkilatlarcəmiyyətdə şəffaflığa yardım edirlər. Bu plüralist demokratiyanın

184

Page 185: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

mühüm şərtlərindən biridir. İctimai təşkilatların yaradılması təkcəölkədaxili şərtlərdən qaynaqlanan proses deyil. Çünki həmin təşkilatlarxarici dövlətlərdəki müvafiq qurumlarla daim qarşılıqlı əlaqədə olur.Onların arasında təcrübə, bilik, informasiya və başqa növ mübadilələraparılır. Lakin bu prosesin Azərbaycanın milli maraqlarına uyğungəlməyən tendensiyaya çevrilməsinə imkan verilməməlidir. Çünkidemokratikləşmə antimilli olmaq, vətəndaşı olduğun dövləti zəiflətməkmənasını vermir. Əksinə, demokratiya və liberalizmin banilərindənsayılan C.Lokk və İ.Kant vətəndaşların cəmiyyətin qanunlarınamütləq əməl etməsi şərtini çox vacib sayırdılar. Onların fikirlərinəgörə, vətəndaş qanunlara, ictimai qaydalara əməl etməyin əhəmiyyətinidərk etmədikdə, demokratik qaydaların bərqərar olması mümkünsüzolur.

Bəziləri problemin bu tərəfini qəbul etmək istəmir və özbaşınalığıdemokratiya kimi anlayırlar. Özbaşınalıq olan yerdə hərc-mərclikolar. Demokratiya isə hər şeydən öncə vətəndaş məsuliyyəti de-məkdir. Məsələnin bu aspekti müasir Azərbaycan filosoflarının əsər-lərində təhlil edilmişdir. Deməli, yuxarıda qeyd etdiyimiz probleminbaşqa tərəfi xarici ölkələrlə qarşılıqlı əlaqələrə bağlıdır.

İkincisi, hər bir müstəqil dövlət beynəlxalq aləmdə özü üçünəlverişli mühit formalaşdırmağa çalışır. Azərbaycan plüralistik de-mokratiyanın inkişafı istiqamətində dünyanın müxtəlif ölkələri iləqarşılıqlı əlaqələri qurarkən, bu məqamı nəzərə alır. Bir tərəfdən,ölkədə formalaşan ictimai qurumların beynəlxalq aləmə çıxışınıasanlaşdırır, müvafiq qanuni mühit yaradır. Digər tərəfdən isə,kənardan ola biləcək dağıdıcı təsirləri aradan qaldırır.

Xarici siyasi-diplomatik fəaliyyətdə bu məqam ciddi yer tutmalıdır.Çünki yuxarıda vurğuladığımız kimi, müxtəlif adlarla beynəlxalqəlaqə kanallarından istifadə edərək, dövlətin əleyhinə çalışanlar azdeyil. İlk baxışdan demokratik görünən, insan haqlarının müdafiəsimənasını verən elə layihələri həyata keçirmək istəyirlər ki, nəticəsiölkənin təh lükəsizliyi, mənəvi-əxlaqi inkişafı üçün çox ağır ola bilir.

Bir neçə il bundan əvvəl Azərbaycan ordusunun hərbi sirləriniKİV-ə ötürməyə, əsgərlərimizin mənəvi durumunu pozmağa və xalq-

185

Page 186: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ordu ziddiyyəti yaratmağa çalışanlar da oldu. Hərbi hissələrdəmüxtəlif səbəblərdən baş verən faciəli hadisələri anti-Azərbaycankampaniyası yaratmaq üçün qərəzli üsulla təqdim etməyə çalışdılar.2008-2012-ci illər Azərbaycan mətbuatında bununla bağlı xeyli mə-lumatlar dərc olunub. Düşündürücü hal ondan ibarətdir ki, bukampaniyanı Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər aparırdı.Əslində, xaricdəki bəzi qüvvələr onların vasitəsi ilə ordunu xalqaqarşı qoymağa çalışırdılar. İctimaiyyət və dövlət orqanları bu pozucufəaliyyəti zərərsizləşdirə bildi. Əks halda, Azərbaycanda nələr ola bi-ləcəyini təsəvvür etmək çətin deyil. Təbii ki, QHT-lər yuxarıda təsviretdiyimiz istiqamətdə fəaliyyət göstərirsə, bunun demokratiyaya vəsöz azadlığına heç bir aidiyyəti yoxdur. Xarici siyasət bu kimi fəaliy-yətlərin kənardakı mənbəyini müəyyənləşdirib ifşa etməlidir.

Başqa misal olaraq, “siyasi məhbus” və insan haqları ilə bağlıaparılan bir sıra kampaniyaları göstərə bilərik. Bu məsələlərindərinliyinə varmadan onu deyək ki, beynəlxalq qurumların həminproseslərdən istifadə edərək, Azərbaycana nə qədər təzyiqlər etməyəçalışdıqları unudulmayıb. AŞPA-da bununla bağlı xeyli debatlaroldu. Azərbaycanın diplomatik fəaliyyəti bu kimi cəhdləri puçaçıxardı. Əgər həmin prosesin qarşısı alınmasaydı, Azərbaycanda de-mokratiyadan əsər-əlamət qalmazdı. Ölkəni özbaşınalıq, qanunsuzluqvə hərc-mərclik bürüyərdi. Bu da Azərbaycanı müstəqil dövlət kimiqısqananların dəyirmanına su tökmək demək olardı.

Azərbaycan beynəlxalq qurumlarda özünün hökumət və qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək istiqamətində fəallıqgöstərir. Həmin istiqamətdə qarşılıqlı təmaslar genişləndikcə vəortaq layihələr reallaşdıqca, Azərbaycan həqiqətləri dünyaya məlumolur. Eyni zamanda, yerli şəraitə uyğunlaşdırmaqla, beynəlxalqtəcrübəni Azərbaycanda yaymaq imkanı yaranır. Demokratik cəmiyyətinformalaşdırılması üçün bunlar olduqca vacibdir.

Azərbaycan təşkilatlarının insan haqları və gənclərin ictimai fəallığısahələrində xarici qurumlarla əməkdaşlığı bir çox məsələlərə dəaydınlıq gətirir. Azərbaycanın diplomatik korpusları bu prosesdəyaxından iştirak edir. Məsələn, azərbaycanlı gənclərin İslam Əməkdaşlıq

186

Page 187: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Təşkilatı (İƏT) çərçivəsində fəallığı, Avropanın bir çox qurumları iləəlaqələrin genişlənməsi demokratik mühitin inkişafına böyük köməklikedir. Bu cür qarşılıqlı əlaqələrin genişlənməsi Azərbaycan xaricisiyasət idarəsinin birbaşa fəaliyyəti ilə bağlıdır.

Bütövlükdə, Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlardaölkənin mənfi imicinin yaradılmasına qarşı mübarizə əsas yerlərdənbirini tutur. Əsassız ittihamlarla Azərbaycana qarşı sənədlər hazırlayıb,burada pozucu fəaliyyət göstərmək istəyənlərin qarşısını ilk növbədədiplomatik addımlarla almaq lazımdır. Azərbaycanda “Avroviziya”beynəlxalq mahnı müsabiqəsi keçirilən ərəfədə AŞPA-da bəzi qruplaranti-Azərbaycan kampaniyası təşkil etməyə çalışdılar. Onlar Azər-baycanda insan haqları və “siyasi məhbus” məsələsi ilə bağlı əsassızittihamlar yaymağa başladılar, ölkədə monitorinqlər keçirməkiddiasında oldular. Azərbaycan diplomatiyası bunların qarşısını qə-tiyyətlə aldı.

Aydındır ki, Azərbaycan haqqında mənfi təsəvvür yaradanlarölkədə demokratiyanın inkişaf etmədiyini nümayiş etdirmək istəyirlər.Azərbaycan xalqının ümumiyyətlə, demokratik təbiətə malik olmadığıtəəssüratını yaratmağa çalışırlar. Burada isə əsas məqsəd Azərbaycandabütövlükdə demokratik dövlətin yaranmayacağını beyinlərə yeritməkdir.Aydın olur ki, bu kimi təxribatçı hərəkətlərin arxasında, həmçinin,Dağlıq Qarabağı Azərbaycandan qoparmaq niyyətləri durur. Guyaermənilərin haqlarını Azərbaycan dövlət və cəmiyyət olaraq təminedə bilməz. Ona görə də, “mədəni” ermənilər “vəhşi” azərbaycanlılarlabir dövlətdə yaşamalı deyillər.

Bu müqayisələr aydın göstərir ki, Azərbaycanda demokratik cə-miyyət quruculuğu təkcə daxili əhəmiyyət daşımır, bu, həm də bey-nəlxalq miqyasda dövlətin və xalqın imici ilə bağlı olan məsələdir.Xarici siyasətin prioritetləri sırasında plüralistik demokratiyanıninkişafı məsələsinin ayrıca yeri vardır. Təbii ki, həmin aspekt xaricisiyasətin digər prioritetləri ilə sıx əlaqəlidir. Onları bir-birindənayırmaq olmaz. Diplomatik və siyasi fəaliyyətdə cəmiyyətdə demo-kratiyanın inkişafı ilə təhlükəsizliyin təmini, beynəlxalq qurumlarlaəməkdaşlığın genişlənməsi, ərazi bütövlüyünün bərpası və Ermənistanın

187

Page 188: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

təcavüzünün nəticələrinin aradan qaldırılması paralel aparılır. Yekundabütün bu aspektlərin hamısı Azərbaycanın milli suverenliyinintəmininə, demokratik və güclü dövlət quruculuğuna xidmət edir.

4.3. Böhranlı situasiyaların həlli:ərazi bütövlüyünün təmini və regional təhlükəsizlik

Rusiyanın keçmiş xarici işlər naziri, 2004-2007-ci illərdə buölkənin Təhlükəsizlik Şurasının katibi olmuş İqor İvanov yazır ki,dünya sisteminin keçən əsrin 80-ci illərindən başlayan yenidənqurulması prosesi başa çatmayıb. Bir çox dəyişikliklərin təsirinionilliklərdən sonra hiss edəcəyik. Lakin bu keçid hələ də ağrılıproseslərlə müşayiət olunur (4.3.1).

İ.İvanovun işarə etdiyi ağrılı proseslər sırasında böhranlı situasiyalarınyaranması xüsusi yer tutur. Bir vaxtlar BMT Baş katibinin köməkçisiişləmiş kanadalı beynəlxalq münasibətlər professoru Rameş Takurhesab edir ki, BMT “aralarında fikir ayrılıqları dərin olan dövlətlərarasında milli maraqları uyğunlaşdırma mərkəzi və onları barışdıranvasitəçi ola bilməyəcək” (4.3.2). Dünyanın tanınmış siyasət şünaslarıZ.Bjezinski, H.Kissincer, F.Zəkəriyyə və başqaları da böhranlı situa-siyaların həllinin mürəkkəb bir proses olduğunu vurğulayırlar. Rusiya2012-ci ildə qəbul etdiyi “Rusiya Federasiyasının xarici siyasətkursunu reallaşdırmaq tədbirləri haqqında” sənədə ayrıca bənd kimi“böhranlı situasiyaların tənzimlənməsini” salmışdır (bax: 4.3.3).

Göründüyü kimi, XX əsrin ikinci yarısından başlayaraq, böhranlısituasiyaların, müxtəlif təbiətli münaqişələrin yaranması dünya icti-maiyyətini narahat edən əsas problemlərdəndir.

Azərbaycan da 1988-ci ildən başlayaraq, özünün istəmədiyi haldamünaqişəyə cəlb edildi. Ermənistan tərəfdən dəstəklənən DağlıqQarabağda yaşayan bir qrup erməni millətçiləri separatçı fəaliyyətəbaşladılar. SSRİ-nin dağılması ilə bu münaqişə ErmənistanlaAzərbaycan arasında müharibəyə çevrildi. Xaricdən güclü dəstəkalan Ermənistan silahlı qüv vələri Azərbaycan ərazilərinin 20 faizini

188

Page 189: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

işğal etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beləbaşladı.

Sonrakı proseslər göstərdi ki, bu münaqişəyə kənar qüvvələrinciddi təsiri var və onlar təcavüzkara geniş dəstək verməklə Azərbaycanınərazi bütövlüyünü bərpa etməsinə maneə törədirlər.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra ölkəninərazi bütövlüyünün təmini xarici siyasətin başlıca prioriteti, millistrategiyanın əsas müddəası kimi qəbul edildi. Heydər Əliyev buməsələni həmişə diqqətə çatdırırdı. Onun beynəlxalq tədbirlərdə çı-xışında münaqişənin həlli və ərazi bütövlüyünün təmini mütləq yeralırdı.

Hər kəs yaxşı başa düşürdü ki, Dağlıq Qarabağ münaqişəsi CənubQafqazda təhlükəsizliyin və sabitliyin təmin olunması yolunda ciddimaneədir. Lakin məhz sovetlərin dağılması ilə bu problem dahagərgin xarakter aldı. Münaqişənin beynəlxalq müzakirə mövzusunaçevrilməsi, onun həll edilməsi imkanlarını xeyli çətinləşdirdi. Yəniməsələ faktiki olaraq, dünya üzrə böhranlı situasiyaları həll etməyinetibarlı mexanizminin olmaması ilə sıx bağlıdır. BMT-nin özü bunöv problemlərin həllində acizlik göstərir. Bu baxımdan Azərbaycanrəhbərliyinin problemi daim gündəmdə saxlaması, onu milli stratejiməqsəd səviyyəsinə qaldırması olduqca təqdirəlayiqdir.

BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əmək-daşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar və qurumlar çərçivəsindəAzərbaycan bu münaqişənin həll edilməsi zərurətini təkid edir.Xarici siyasətin bu fəallığı hə min təşkilatlarda Azərbaycanın ərazibütövlüyünün təmin edilməsi ilə bağlı çoxlu sayda sənəd qəbul edil-məsinə gətirib çıxarmışdır. Məsələn, BMT Təhlükəsizlik Şurası mü-naqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. BMT TŞ-nin sədrləri isə 7dəfə həmin məsələ ilə bağlı bəyanat vermişdir (bax: 4.3.4, s.100-111). Bundan başqa, BMT-nin Baş Məclisi tərəfindən sənədlər qəbuledilib. 2008-ci il martın 14-də “Azərbaycanın işğal olunmuş ərazilərindəvəziyyət” adlı sənəd qəbul edilib. Həmin sənədin 2-ci bəndindəyazılıb: “BMT Baş Məclisi... Ermənistanın bütün qüvvələrininAzərbaycan Respublikasının işğal altında olan bütün ərazilərini

189

Page 190: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

dərhal, tam və qeyd-şərtsiz tərk etmələrini tələb edir” (4.3.4,s.111). 5-ci bənddə isə qeyd olunur ki, BMT Baş Məclisi... “birdaha təsdiq edir ki, heç bir dövlət Azərbaycan Respublikasınınərazilərinin işğalının nəticələrindən gələn vəziyyəti hüquqi olaraqtanımamalı, eləcə də bu vəziyyətin saxlanması üçün hər hansıyardım və dəstək göstərmə məlidir” (4.3.4, s.111). Bu iki bəndinmüddəaları nəyi ifadə edir? Birincisi, Ermənistan hələ də işğal etdiyiAzərbaycan ərazilərini tərk etməyib. Azərbaycanın dəfələrlə buməsələni beynəlxalq təşkilatlarda qaldırmasına, bir çox sənədinqəbul edilməsinə baxmayaraq, kiçik bir dövlət olan Ermənistanbunların heç birinə əməl etmir. Səbəb nədir? Bunu həmin sənədin 5-ci bəndində BMT dolayısı ilə etiraf edir. Yəni Birləşmiş MillətlərTəşkilatı bir daha xəbərdarlıq edir ki, heç bir dövlət bu vəziyyətinsaxlanması üçün hər hansı yardım və dəstək göstərməməlidir!

Baş Məclisin hansı dövlətlərə işarə etdiyi aydındır. Er mənistanasilah satanlar, onu hər vəchlə qoruyanlar, hər il Dağlıq Qarabağdakıseparatçılara milyonlarla maliyyə yardımı ayıranlar, oraya deputatlarınıgöndərənlər, rəsmi İrəvana külli miqdarda maliyyə və hərbi-texnikiyardım edənlər hamıya məlumdur. Bunlar məlum olduğu halda,təca vüzkar Ermənistanın işğal etdiyi ərazilərdən çıxması təminedil mir. Bununla da Cənub Qafqazda münaqişələri həll etməkmümkün olmur, regional təhlükəsizliyə təhdidlər qalır. Hətta bəzənbu təhdidlər Ermənistanın qeyri-konstruktiv mövqeyini saxlamasıucbatından daha kəskin xarakter alır. Bölgə müharibənin astanasınagəlir.

ATƏT münaqişənin həlli ilə bağlı 1992-2002-ci illərdə 7 sənədqəbul edib! Avropa İttifaqı da həmin dövr ərzində problemlə əlaqəli 7sənəd hazırlayıb. AŞPA-nın 1992-2005-ci illərdə münaqişənin həlliilə bağlı qəbul etdiyi sənədlərin sayı 11-dir! İslam Əməkdaşlıq Təşkilatı(İƏT) isə 1993-2008-ci illərdə Ermənistanın Azərbaycana təcavüzünəticəsində yaranmış vəziyyətlə əlaqəli 15 sənəd hazırlayıb! NATO-nun da münaqişə ilə bağlı mövqeyini nümayiş etdirən qərarları var.

İƏT-i hesaba almasaq, beynəlxalq təşkilatlar münaqişə ilə bağlı43 sənəd qəbul edib! İƏT ilə birlikdə isə onların sayı 58-dir! Buraya

190

Page 191: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçılarının mütəmadiolaraq verdikləri bəyanatları (məsələn, 2009-cu il L’Akuila, 2010-cuil Muskoka, Dovil və 2012-ci il Los-Kabos bəyanatlarını) və müna-qişənin həlli vəzifəsinin tapşırıldığı həmsədrlərin özlərinin verdikləribəyanatları əlavə etmək olar. Eyni zamanda, Azərbaycan və Ermənistanprezidentlərinin görüş lərindən sonra verilən bəyanatları, ayrı-ayrıbeynəlxalq toplantılarda və konfranslarda aparılan müzakirələri vəqəbul edilən sənədləri, NATO-nun, Avropa Şurasının və digərqurumların hazırladığı müraciətləri də nəzərə alsaq, onda eti raf etməliolarıq ki, Ermənistanın dövlət kimi bütün sahələrdəki gücünü birneçə dəfə üstələyən gücə sahib sə nədlər arxivi yaranmışdır. Bütünbunlar çox məqamlardan xəbər verir.

Əvvələn, Azərbaycan diplomatiyası çox aktiv surətdə münaqişəninhəlli və ölkənin ərazi bütövlüyünün təmini məsələsini dünya siyasətiningündəminə gətirib. Demək olar ki, hər bir ciddi beynəlxalq toplantıdaErmənistanın Azərbaycana təcavüzünün nəticələri diqqətə çatdırılır.

Ulu öndər Heydər Əliyev xəritədə konkret göstərmək və izahetməklə həmişə insanlara problemin mahiyyətini anladırdı. Bu, in-formasiya blokadasını qırmaqda Azərbaycana çox yardım etdi. Xaricisiyasətimizdə Dağlıq Qarabağ probleminin həllinin əsas prioritetolması diplomatik fəaliyyətdə öz əksini tapır. Azərbaycan yorulmadanbu məsələnin aktuallığını dünya ictimaiyyətinə çatdırmaqdadır.

İkincisi, beynəlxalq miqyasda böhranlı situasiyaların həllinin bey-nəlxalq hüquqa əsaslanan konkret mexanizminin olmaması Ermə-nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini çətinliklərəsalmışdır. Bu mənada beynəlxalq təşkilatların qəbul etdiklərisənədlər, təəssüf ki, real təsir gücünə malik deyildir, bu sənədlərdəgöstərilən mövqenin reallaşması üçün dünyanın aparıcı dövlətlərimaraqlı görünmürlər. Bu sənədlər hazırda daha çox arxiv material-larına bənzəyir.

Üçüncüsü, beynəlxalq təşkilatlar münaqişə ilə əlaqəli qəbuletdikləri sənədlərin həyata keçirilməsini təmin edə bilmədiklərindən,Ermənistan özünü cəzasız hiss edir və daha da barışmaz mövqetutur. Qəbul edilən onlarla sənədə Ermənistan rəhbərliyi adi kağız

191

Page 192: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

parçası kimi baxmağa vərdiş etmişdir. Bu, bütövlükdə regionda vəelə dünyada da çox təhlükəli tendensiyanın inkişaf etməsinə səbəbolur.

Dördüncüsü, beynəlxalq təşkilatların məsələyə aid çoxlu saydasənəd qəbul etməsinə rəğmən, Ermənistan kiçik bir dövlət olaraqproblemin həllini bu qədər uzada bilməzdi. Reallıq ondan ibarətdirki, dünyanın böyük dövlətləri sırasında və həmin sənədləri qəbuledən beynəlxalq təşkilatlarda Ermənistanı müxtəlif səbəblərə görədəstəkləyən xeyli qüvvələr vardır. Onlar sözdə münaqişənin ədalətlihəllini qəbul etdiklərini deyirlər, sənədlər qəbul edirlər, ancaq bu sə-nədlərin yerinə yetirilməsi üçün heç bir addım atmırlar.

Yəni beynəlxalq aləmdə müsəlman ölkələrinin gözündən düşməməkvə ziddiyyətlər yaratmamaq üçün ədalətin Azərbaycan tərəfində ol-duğunu etiraf edirlər. Lakin bunu real olaraq həyata keçirmirlər vəAzərbaycanın da qarşısını almağa çalışırlar. Bu, onların müxtəlifşərtlər qoymasından hiss edilir. Təhlükəsizliyin təmin edilməsi vəsabitliyin saxlanmasını bəhanə edərək, müəyyən məhdudiyyətlərirəli sürmələrindən aydın olur. Bir tərəfdən, Ermənistanın Azərbaycanatəcavüzü nəticəsində yaranmış vəziyyətin bu cür qalmasının müm-künsüzlüyünü qeyd edirlər, digər tərəfdən isə, “bu mümkünsüzlüksindromundan qurtulmaq” üçün heç bir təsirli addım atmırlar.

Bizim bu qənaətimiz üçün əsas arqumentlərdən biri İraq, İran,Əfqanıstan, Liviya, Misir, Suriya məsələlərində qəbul edilən sənədlərindərhal yerinə yetirilməsi faktlarıdır. Sadalanan dövlətlərin hər biriErmənistandan dəfələrlə qüdrətli ölkələrdir.

İraq Küveyti işğal edəndə onlara “problemi öz aranızda həlledin”, demədilər. Dərhal hadisəyə reaksiya verib, İraqa qarşı hərbiəməliyyatlara başladılar. Təbii ki, öncə BMT-nin müvafiq mandatınıaldılar. Əfqanıstan və Liviya da eyni ssenarinin hədəfi oldu. Yəni budövlətlərə təsir etmək vasitəsi, üsulu və yollarını çox tez tapdılar.

Ermənistana qarşı isə nədənsə “heç bir üsul tapa bilmirlər”.Müxtəlif bəhanələr gətirirlər. Gah erməni diasporunun qüdrətindən,gah regionda baş verə biləcək fəlakətlərdən, gah da Cənub Qafqazdövlətlərinin müstəqilliyini itirmək təhlükəsinin yaranmasından da-

192

Page 193: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

nışırlar. Təbii ki, bu fikirlərin müəyyən əsası vardır. Lakin bu əsaslaryalnız böyük dövlətlər təcavüzkarla təcavüzə məruz qalanı fərqlən-dirmədikdə yaranır. Hazırkı qeyri-müəyyən vəziyyət məhz bundanqaynaqlanır.

Beynəlxalq təşkilatların hazırladıqları sənədlərin taleyi haqqındadaha aydın təsəvvür əldə etmək üçün AŞPA-nın 2005-ci ildə qəbuletdiyi qətnaməyə nəzər salaq. Həmin qət namə Azərbaycan diploma-tiyasının, başda Prezident İlham Əliyev olmaqla, çox böyük fəallığınəticəsində qəbul edilmişdi. Həmin hadisəyə qədər Azərbaycanın butəşkilatdakı nümayəndə heyəti geniş diplomatik fəaliyyət göstərmişdi.2005-ci ilin yanvarında AŞPA “ATƏT-in Minsk Konfransının məşğulolduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 saylıqətnamə qəbul etdi (bax: 4.3.5). Qətnamənin 3-cü bəndində yazılıb:“Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinixatırladır və əlaqədar tərəflərin, xüsusilə silahlı əməliyyatlardançəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələriçıxarmaqla, onlara riayət etməsini təkid edir. Assambleya BirləşmişMillətlər Təşkilatının Təhlükəsizlik Şurasının 853 (1993) saylı qət-naməsində ifadə olunmuş tələbə tərəfdar çıxır və beləliklə, bütünüzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazininişğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchiza-tından çəkinməsində təkid edir” (4.3.5).

Göründüyü kimi, AŞPA Ermənistandan işğal olunmuş ərazilərdənsilahlı qüvvələrini çıxarmağı tələb edir. Eyni zamanda, AŞPA BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetiril-məsində israrlıdır. Həmin bağlılıqda üzv dövlətləri münaqişənin in-tensivləşməsinə gətirib çıxara bilən davranışlara yol verməməyəçağırır. Aydın ifadə olunmuş fikirlərdir. AŞPA sonrakı bənddəmövqeyini daha konkret ifadə edir və münaqişə edən tərəflərdənüzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrini tələb edir. 4-cü bənddə deyilir: “Assambleya xatırladır ki, həm Ermənistan, həmdə Azərbaycan 2001-ci ilin yanvarında Avro pa Şurasına daxil olarkən,

193

Page 194: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

öz qonşularına qarşı zor tətbiq etmək hədəsindən çəkinməklə, müna-qişəni yalnız dinc vasitələrlə həll etmək öhdəliyini götürmüşlər.Eyni zamanda, Ermənistan münaqişənin həllini təşviq etmək üçünDağlıq Qarabağ üzərində əhəmiyyətli təsirindən istifadə etməyi özüzərinə götürmüşdür. Assambleya hər iki ölkənin hökumət lərinin buöhdəliklərə əməl etməsini, eləcə də bir-birinə qarşı silahlı qüvvələrdənistifadə etməkdən və hərbi əməliyyatları təbliğ etməkdən çəkinməsinitəkid edir” (4.3.5).

Ermənistan Dağlıq Qarabağdakı qanunsuz rejimi nəinki problemihəll etməyə təşviq etdi, hətta onun daha radikal mövqe tutmasınayeni imkanlar yaratdı və bunu Dağlıq Qarabağdakı separatçılara hərcür yardımları artırmaqla etdi.

Qeyd etmək lazımdır ki, Ermənistana bu işdə bir neçə böyükdövlət də yardım göstərir. Bütün bunların hansı nəticələr verməsi iləbağlı AŞPA-nın sədri olmuş Mövlud Çavuşoğlu 2011-ci ilin yanvarındaverdiyi bir müsahibədə mövqeyini bildirib. M.Çavuşoğlu AŞPA-daDağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini bərpa etmək istədiklərinisöyləmişdi (4.3.6). O, məqsədin “AŞPA-nın 2005-ci ildə münaqişəyədair qəbul etdiyi 1416 saylı qətnaməni həyata keçirmək”dən ibarətolduğunu vurğulamışdı. Yəni AŞPA 6 il müddətində qətnamədəqoyduğu tələblərin heç birinin yerinə yetirilməsinə nail ola bil-məmişdi. Ermənistan rəhbərliyi isə Dağlıq Qarabağ üzrə alt ko-mitələrin yaradılmasını AŞPA sədrinin şəxsi fikri adlandırmışdı(bax: 4.3.6). Rəsmi İrəvan cəzalandırılmayacağından arxayınolduğu üçün Avropanın rəsmi qurumunun qəbul etdiyi qəraraistehza ilə yanaşır.

AŞPA kimi, digər beynəlxalq qurumlar da qəbul etdikləri qərarlaraəməl olunmasının vacibliyini vurğulayırlar. Lakin real olaraq heç birdəyişiklik baş vermir. Bunlar münaqişələrin həlli və ərazi bütövlüyününtəmini ilə bağlı Azərbaycan diplomatiyasının qarşısında nə qədərçətin bir vəzifənin durduğunu göstərir. Bu vəzifənin çətinliyini ikisəviyyədə nəzərdən keçirmək olar.

Birinci səviyyə qlobal miqyasda böhranlı situasiyaların tən-zimlənməsi mexanizmlərinin səmərəsizliyini ifadə edir. Obrazlı

194

Page 195: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

desək, böhranlı situasiyaları həll etməli olan mexanizmlərinözləri böhran keçirir. Dünyanın əsas güc mərkəzlərinin öz aralarındarazılığa gələ bilməməsi regionda sağlam münasibətlər sistemiyaratmağa mane olur. Aqressiv xarici siyasət yeridən dövlətlər də buqeyri-müəyyənlikdən istifadə edərək, münaqişələri həll edilməzproblemə çevirir, çıxılmaz vəziyyətə salırlar.

İkinci səviyyə regional təhlükəsizliyin müxtəlif elementləri arasındauyğunluğun təmin edilməsinin mürəkkəbliyindən ibarətdir. Biz DağlıqQarabağ münaqişəsi ilə yanaşı, qanun suz silah və digər daşımaları vəXəzər dənizi hövzəsinin hərb sizləşdirilməsi məsələsini nəzərdə tuturuq.Bu prob lem lərin hər biri çətin həll ediləndir. Onları birləşdirən or taqməqam beynəlxalq miqyasda baş verən proseslərlə bağlılıqlarıdır.

Xəzər dənizi hövzəsinin hərbsizləşdirilməsi məsələsi ABŞ, Avropa,Rusiya və İran arasında gedən geosiyasi mübarizənin güclənməsifonunda həll edilməlidir. Region dövlətləri Azərbaycan, Qazaxıstan,Türkmənistan, Rusiya və İran Xəzərin təhlükəsizliyi ilə bağlı ortaqmövqeyə hələlik gələ bilməyiblər.

Məsələnin kökü Xəzərin statusu ilə bağlı razılığın əldə olunma-masındadır. 1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasındaXəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi ilə bağlı razılaşmaəldə edildi. 2001-ci il noyabrın 29-da isə Azərbaycanla Qazaxıstanarasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı müqaviləimzalandı. 2003-cü il mayın 14-də Rusiya, Qazaxıstan və Azərbaycanarasında Xəzərin dibinin bölünməsi üzrə üçtərəfli saziş bağlandı.İran bu sazişlərin heç birini qəbul etmir və SSRİ ilə imzaladığımüqa vilənin şərtlərini yada salır. İran yalnız 2003-cü ildə digər Xə-zəryanı ölkələrlə (Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan)birlikdə dəniz mühitinin qorunması ilə bağlı çərçivə sazişi imzalayıb.Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı həll edilməmişçoxlu məsələlər isə hələ də qalır. Azərbaycanın xarici işlər nazirininmüavini 2012-ci ilin aprelində həmin problemin Astanadakı müza -kirəsindən sonra vurğulamışdı: “Hesab edirəm ki, 2013-cü ildə dəbu proses davam edəcək, belə ki, başa çatdırılmasına ehtiyac olan

195

Page 196: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

çoxlu sayda məsələlər var” (4.3.7). Mütəxəssislər bu probleminyaxın zamanlarda həllini tapacağına elə də inanmırlar.

Bununla bir tərəfdən, Xəzərin hüquqi statusu müəyyən edilməmişqalır, digər tərəfdən isə, Qərb regionda yeni enerji layihələrini real-laşdırmağa çalışır. İki problemin məngənəsində qalan Xəzər hövzəsindərisk amili artır. Xəzəryanı hövzənin böyük dövlətləri olan Rusiya vəİran dənizdə hərbi gücünü artırır. Qazaxıstan da bu istiqamətdəaddımlar atır. Türkmənistanın dənizdə hərbi gücünü artırmaqla bağlıtədbirlər gördüyü barədə mediada məlumatlar gedib.

Proseslər cəm halında Xəzərin hüquqi statusunun müəyyənləşməsiilə beynəlxalq enerji layihələri və silahlanmanın sürətlənməsi arasındabir əlaqənin olduğunu göstərir.

Bunlardan əlavə, həmin prosesləri Dağlıq Qarabağ problemi iləəlaqələndirmək cəhdləri də düşündürücüdür. Faktiki olaraq, regionuntəhlükəsizliyi problemi ətrafında “geosiyasi blokada” qurulub.Qanunsuz silah satışları bu vəziyyəti da ha da kəskinləşdirir. Azərbaycandəfələrlə Ermənistana qanunsuz silahların satıldığı haqqında dünyaictimaiyyətini məlumatlandırıb. Azərbaycan diplomatiyası bu prosesinqar şısını almaq üçün lazım olan fəallığı göstərir.

Azərbaycan xarici siyasətinin Ermənistan-Azərbaycan, DağlıqQarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün regiondasabitliyin və təhlükəsizliyin təmini məsələlərini bir-biri ilə əlaqələn-dirməsi başadüşüləndir. Regionda vəziyyət nə qədər çox qarışıqolsa, Ermənistanın əl-qolu da bir o qədər açılar.

Rəsmi İrəvan yaxşı bilir ki, münaqişənin ədalətli həlli üçünbölgədə beynəlxalq hüquqa riayət edilməlidir. Ədalət, hüquq isəAzərbaycanın tərəfindədir. Ona görə də, vəziyyəti qeyri-müəyyənsaxlamaq, müxtəlif geosiyasi qüvvələri qarşı-qarşıya qoymaq vəbölgədə geosiyasi riskləri artırmaqla Ermənistan təcavüzkar siyasətininömrünü bir qədər də uzatmağa çalışır. Azərbaycan qanunsuz silahsatışı ilə mübarizə aparır, Ermənistan isə bu prosesə təkan verir.Azərbaycan regionda sabitliyin təmin edilməsi üçün addımlar atır,rəsmi İrəvan isə vəziyyəti daha da kəskinləşdirən hərəkətlər edir.Xəzər hövzəsində silahların toplanması Ermənistana sərf edərdi.

196

Page 197: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Çünki bu halda beynəlxalq enerji layihələri təhlükə altına düşmüşolur ki, bundan da erməni təbliğat maşını istifadə etməyə çalışacaqdı.Bununla Ermənistan Azərbaycanın sosial-iqtisadi inkişafına əngəltörətmək üçün əlavə fürsət əldə etmiş olardı.

Azərbaycan Xəzər hövzəsinin tam silahsızlaşdırılmasında maraqlıdır.Region zəngin neft-qaz ehtiyatlarına malikdir. Onlardan istifadə et -mək üçün sabit geosiyasi vəziyyət yaranmalıdır. Azərbaycan yalnızözünü yox, həm də bütövlükdə regionun gələcəyini düşünür. Lakintəəssüf ki, dünyada baş verən geosiyasi proseslər dövlətimizi əlavəmüdafiə tədbirləri görməyə məcbur edir. Bölgədə sabitliyin təminedilməsi üçün Azərbaycanın güclü ordusu olmalıdır.

Prezident İlham Əliyev Bakıda Heydər Əliyev adına Azərbaycan AliHərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ciil buraxılışına həsr olunmuş mərasimdəki nitqində deyib: “...əfsuslarolsun ki, müasir dünyada beynəlxalq hüquq normaları pozulur.Biz bu mənzərəni görürük. Bu pozuntular getdikcə daha da genişvüsət alır. Belə olan halda, əlbəttə, biz də görürük ki, güclü olmasansənin hüquqların tapdanacaqdır. Biz bu güclənmə prosesini, ocümlədən hərbi potensialımızın gücləndirilməsini artıq bir neçəildir ki, uğurla aparırıq. Bəzi hallarda belə bəyanatlar səslənir ki, nəüçün Azərbaycan öz hərbi potensialını gücləndirir? Bu, bölgədə təhlükəyarada bilər. Buna müəyyən şərhlər də verilir. Ancaq mən tam əmi nəmki, bu gün Azərbaycan bölgədə sabitləşdirici amildir. Azərbaycanıngüclü ordusu bölgədə sabitliyin keşiyində dayanır” (4.3.8).

Azərbaycanın dövlət başçısı beynəlxalq təşkilatların Ermənistanınişğalçı siyasət yeritdiyini təsdiqləyən bir neçə sənəd qəbul etdiyinivurğulayıb. Bunlara baxmayaraq, münaqişə həll edilməyib. Deməli,beynəlxalq hüquq normaları pozulub. O cümlədən, əks tərəf qanunsuzyolla silah almaqdadır. Ermənistan bu hərəkətləri ilə Avropada adisilahların məhdudlaşdırılmasına aid məlum müqavilənin şərtlərinəəməl etmir. Məhz bu kimi şərtlər altında Azərbaycan diplomatiyasıregionda qanunsuz silah satışı, Xəzərin demilitarizasiyası və bütövlükdə,münaqişələrin həllinə çalışır. Siyasi-diplomatik fəaliyyətin dahatəsirli və səmərəli olması üçün güclü ordumuz olmalıdır.

197

Page 198: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycan Prezidenti əsas vəzifənin Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi olduğunu qeyd edib.Ölkəmiz bu münaqişəni danışıqlar yolu ilə həll etməkdə qərarlıdır.Eyni zamanda, ordumuzun güclü olması lazımdır. Prezident İlhamƏliyev bu məqamı dəqiq ifadə edib: “Hazırda biz öz gücümüzü ar-tırırıq və eyni zamanda, danışıqlar prosesində də iştirak edirik.Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa, danışıqlarprosesində mövqeyimiz o qədər güclənər. Bu iki amil arasındabirbaşa bağlantı vardır” (4.3.8).

Yuxarıda qeyd edilənlər münaqişələrin həlli və ərazi bütövlüyününbərpasının regional təhlükəsizliyin təmini və sabitliyin qorunmasıilə bağlı olduğunu göstərir. Qlobal miq yasda yeni qüvvələr balansınınformalaşması fonunda həmin bağlantı yeni məzmun çalarları alır.Azərbaycanın regional siyasətinin mahiyyətinin dərki üçün bu məqamçox əhəmiyyətlidir. Cənub Qafqazda regional təhlükəsizlik şərtləriilə münaqişələri həll etməyin dinc yolunu uyğunlaşdırmaq bölgədövlətlərindən Azərbaycana xas olan haldır. Qlobal miqyasda yeniqüvvələr balansının formalaşması prosesi regional səviyyədə dəanaloji dəyişikliklərə səbəb olmalıdır. Yeni dünya nizamının forma-laşması başa çatmadığından burada böhranlı situasiyaların yaratdığırisk amilini mütləq nəzərə almaq lazım gəlir. Bu baxımdan Azərbaycanınmünaqişələri həll etməyə yönələn diplomatik fəaliyyəti ilə regiondatəhlükəsizliyi və sabitliyi təmin etmək istiqamətində apardığı tarazlısiyasəti bir-birini tamamlamalıdır.

Bunun geosiyasi modeli Ulu öndər Heydər Əliyev tərəfindən for-malaşdırılmışdır. Böhranlı situasiyalarda tarazlı siyasət kursuprinsipcə, bütün dünya üçün yeni modeldir. Qlobal güclər hazırkıvəziyyətdən çıxış yollarını axtarırlar. Yalnız praktik nəticələr hansıvariantın daha səmərəli olduğunu göstərir. Azərbaycanın keçdiyiyol Hey dər Əliyev modelinin tam işlək olduğunu dünyaya nümayişetdirir. Ölkəmiz bölgədə lider dövlətdir. Böyük qonşuları ilə tarazlımünasibətlər qurmuşdur. Regional inteqrasiyada aparıcı rol oynayır.Təkcə bölgənin deyil, həm də dünyanın enerji təhlükəsizliyinintəmini məsələsində ciddi yer tutur. Azərbaycanın xarici siyasətində

198

Page 199: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

regionda təhlükəsizlik və sabitliyin bərqərar olması aspekti böyükəhəmiyyət daşıyır.

Azərbaycanın regional siyasətində nəzəri səviyyədə diqqəti dahaçox çəkən məqam isə, artıq qeyd etdiyimiz kimi, münaqişələrin həlliistiqamətində diplomatik fəaliyyətlə bölgənin təhlükəsizlik və sabitliyiüçün aparılan işlər arasında əlaqənin olmasından ibarətdir. Məsələninbir tərəfi beynəlxalq miqyasda olan təhdidlərin qarşısının alınmasına,digər tərəf isə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarınainteqrasiyaya bağlıdır. Bunlar da öz növbəsində xarici siyasətin prio-ritetlərinə daxildir.

4.4. Beynəlxalq təhdidlər şəraitində əməkdaşlıq imkanları

Dünyada regionlar üzrə təşkilatlanma prosesi getdikcə sürətlənir.Ayrı-ayrı regionlar geosiyasi məsələlərdə daha çox müstəqil mövqetutmağa çalışır. Qloballaşma proseslərinin genişləndiyi və dərinləşdiyibir mərhələdə bu qənaət əsassız görünə bilər. Lakin dünyanın qabaqcılalimləri “unikallaşma” deyilən bir tendensiyanı qeyd edirlər (məsələn,bax: 4.4.1, və 4.4.2).

Burada ziddiyyətli məqam yoxdur. Regionlararası əlaqələrin in-tensivləşməsi və dərinləşməsi, eyni zamanda, onların öz muxtarlığınısaxlaması məsələsini aktuallaşdırır. Ona görə də, geosiyasətdə bü-tövlükdə qlobal təhlükəsizliklə yanaşı, regional təhlükəsizliyin təminidə aktual problem hesab olunur. Lakin regional təhlükəsizliyin təminedilməsi məsələsində beynəlxalq miqyaslı təhdidləri mütləq nəzərəalmaq lazım gəlir. Yəni burada söhbət hansısa regionun tam muxta-riyyətindən gedə bilməz. Əksinə, konkret bir regionun muxtarlığıonun qlobal miqyasda baş verən hadisələrlə qarşılıqlı əlaqəsinəticəsində mümkün olur.

Dünyanın həssas bölgələri üçün bu məsələ daha aktualdır.Beynəlxalq miqyaslı təhdidlərin iki növü Cənub Qafqazdakı vəziyyətəciddi təsir göstərir. Onlardan biri nüvə silahlarının yayılmasıdır.Digəri isə beynəlxalq terrorizmin genişlənməsidir. Hər iki məsələ

199

Page 200: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

qlobal səviyyədə olduqca aktual hesab edilir. Hələ keçən əsrin 60-cıillərində dünyanın böyük dövlətləri başa düşdülər ki, nüvə silahınınyayılması qarşısıalınmaz təhlükələr törədə bilər. 1968-ci ildə SSRİ,ABŞ və İngiltərə arasında nüvə silahının yayılmaması haqqında mü-qavilə imzalandı. Bunu dünya ictimaiyyətinin nüvə silahlarının ya-yılmasına qarşı ilk ciddi addımı hesab etmək olar.

Sakit okeanın cənubunda yerləşən 13 dövlət 1985-ci ildə bu re -gionun nüvəsiz zona elan edilməsi haqqında razılaşmaya nail oldular.1994-cü ildə nüvə təhlükəsizliyi haq qın da bəyannamə qəbul edildi(4.4.3). Sənəddə nüvə enerjisindən təhlükəsiz istifadənin aktuallaşdığıqeyd olundu. Nüvə təhlükəsizliyini təmin etmək üçün 35 maddədənibarət bəyannamə hazırlamaqla diqqət bu problemin həll edilməsizərurətinə cəlb edilmiş oldu. 1996-cı ildə isə BMT çərçivəsində bü -tün növ nüvə silahlarının tətbiqinin qadağan edilməsinə dair müqaviləimzalandı.

Nüvə silahlarının yayılmaması ilə bağlı 1968-ci il müqaviləsindənsonra hələ 1957-ci ildə yaradılmış Atom Enerjisi üzrə BeynəlxalqAgentlik – MAQATE-nin fəaliyyəti xüsusi əhəmiyyət kəsb etdi.Belə ki, artıq nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsiməsələsi ön plana çıxarıldı. MAQATE dünyada nüvə enerjisindənhərbi məqsədlərlə istifadə olunmamasına nəzarət edir.

2006-cı ildə ABŞ və Rusiya prezidentləri tərəfindən “Nüvə Ter-rorizmi ilə Mübarizədə Beynəlxalq Təşəbbüslər” (NTMBT) irəli sü-rüldü. 2010-cu ildə isə Vaşinqtonda qlobal nüvə təhlükəsizliyinəhəsr edilmiş sammit keçirildi. Nəhayət, 2012-ci il martın 26-27-dəSeulda nüvə təhlükəsizliyinə aid növbəti zirvə toplantısı təşkil edildi.Toplantıda dünyanın 55 ölkəsinin rəhbərləri iştirak edirdi. Bu,problemin miqyasının geniş olduğunu göstərən amillərdən biridir.Lakin məsələ yalnız daha çox dövlətin nüvə təhlükəsizliyinin təminedilməsində deyil. Dünyanın böyük dövlətləri etiraf edirlər ki, nüvətəhlükəsizliyi məsələsi bir tərəfdən, nüvə qaçaqmalçılığı, digərtərəfdən isə, beynəlxalq terrorizmlə sıx bağlı hala gəlib.

Hazırda beynəlxalq terror təşkilatlarının nüvə silahına malikolması ehtimalı artıb. Bir çox ölkələrdən qaçaqmalçılıq yolu ilə

200

Page 201: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

nüvə silahı komponentlərinin çıxarıldığı haqqında faktlar vardır. Ocümlədən, Cənub Qafqazda bu hallara rast gəlinir. Əsasən Rusiyadanİrana Ermənistan üzərindən qanunsuz olaraq radioaktiv maddələrinkeçirildiyi barədə məlumatlar yayılmışdır. Həmin məsələyə görəABŞ bəzi şirkətlərə qarşı sanksiya tətbiq edib.

Bundan başqa, mediada Ermənistanın işğal etdiyi Dağlıq Qa-rabağ ərazisində nüvə tullantılarını basdırdığı haqqında məlu-matlar yer alıb. Bir neçə il bundan əvvəl Gürcüstanın Cavaxetiyabölgəsində polis iki ermənidən qaçaqmal radioaktiv maddə tutmuşdu.Bu haqda Gürcüstan mediası məlumat vermişdi. Qeyd edək ki,BMT-nin Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan QaldırılmasıKonvensiyasının 3-cü maddəsinə görə, bu kimi əməllər cinayətsayılır (bax: 4.4.4).

Ermənistan dövlət səviyyəsində də region üçün nüvə təhlükəsitörədir. Azərbaycan Prezidenti Seulda nüvə təhlükəsizliyi sammitindəçıxışı zamanı bununla bağlı aşağıdakıları qeyd etmişdi: “AzərbaycanErmənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmişMetsamor Atom Elektrik Stansiyasından (AES) olduqca narahatdır.Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşularüçün potensial fəlakət mənbəyidir. O, son illərini yaşayanreaktorun soyudulması üçün zəruri olan su resurslarının çatış-madığı yüksək dərəcəli seysmik zonada yerləşir. Avropa İttifaqıŞərq Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoruarasında Metsamor reaktorunu “ən köhnəlmiş və ən etibarsız”hesab etmişdir. Hesabatda Metsamor “bütöv region üçün təhlükə”adlandırılır” (4.4.5).

Azərbaycan Metsamor AES-in region üçün ciddi nüvə təhlükəsiyaratdığına görə, onunla bağlı konkret tədbirlərin görülməsini tələbetməkdə tam haqlıdır. Çünki Çernobıl və Fukusimada nüvə reaktorundansızmaların nəticəsində böyük bir məkanın hansı təhlükələrlə üz-üzəqaldığını dünya yaxşı gördü. Ermənistandakı AES-in müasir texnolojitələblərə cavab verməməsi Cənub Qafqazın hər an böyük nüvətəhlükəsi ilə qarşı-qarşıya qalması anlamına gəlir. Lakin nədənsəMAQATE bu məsələdə lazım olan qətiyyəti göstərmir.

201

Page 202: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

İranın nüvə proqramı ətrafında isə dünya miqyasında son dərəcəgeniş siyasi-diplomatik proseslər gedir. Təbii ki, bu məsələ də regionüçün aktualdır. Nüvə enerjisindən dinc məqsədlərlə və təhlükəsizlikşərtlərini gözləməklə istifadə etmək vacibdir. Bununla yanaşı, İranlaErmənistan qonşudur. Qonşunun birinin nüvə proqramına çox sərtyanaşma var, digərinin törətdiyi təhlükə ilə bağlı məlumat verilir,ancaq heç bir konkret addım atılmır. İran hələ nüvə silahı hazırlamayıb,bu, nə vaxtsa ola bilər. Ermənistan isə bu gün region üçün realtəhlükə olan nüvə obyektinə sahibdir.

MAQATE-nin monitorinqləri də göstərir ki, Metsamor bölgəüçün ciddi nüvə təhlükəsi yaradır. Bəs nəyə görə Ermənistanın Met-samorla bağlı hansısa addım atması üçün ciddi siyasi-diplomatiktədbirlər görülmür? İranın nüvə proqramı ilə əlaqəli “altılar” deyilənbeynəlxalq qrup formalaşdırılıb (ABŞ, Rusiya, Böyük Britaniya,Fransa, Almaniya və Çin). “Altılar” mütəmadi olaraq İranla danı-şıqlar aparır, problemi diplomatiya vasitəsi ilə həll etməyinyollarını axtarır. Bunun fonunda real təhlükə olan Metsamorlabağlı heç bir beynəlxalq qurumun formalaşdırılmaması xeyli dü-şündürücü görünür. Əksinə, Metsamorun fəaliyyətinin uzadılmasıilə əlaqədar qərarlar da qəbul edilir.

Mütəxəssislər Metsamorun nüvə tullantılarının ekoloji mühit üçünciddi təhlükə törətdiyini deyirlər. Bəzi məlumatlara görə, həmin tul-lantılar Azərbaycanın işğal edilmiş ərazilərində basdırılır. Əgər buməlumat doğrudursa (Ermənistan həmin ərazilərdə monitorinqaparmağa imkan vermədiyindən, real vəziyyət haqqında konkretfikir söyləmək çətindir), onda Cənub Qafqazda gələcək nəsillər üçünekoloji problemlər kifayət qədər olacaq. Ermənistanın Araz çayınada zəhərli maddələr atması faktı ilə bərabər bu məsələ bütövlükdəregionun təhlükəsizliyinə ciddi təhdid yaradır.

Göründüyü kimi, Azərbaycan qlobal miqyasda nüvə təhlükəsizliyinintəmin edilməsinə böyük əhəmiyyət verir. Ölkə Beynəlxalq NüvəTerrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyasına qoşul-muşdur. Bu Konvensiya BMT-nin Baş Məclisində 2005-ci il aprelin13-də qəbul edilib. 28 maddədən ibarət olan həmin sənəddə BMT

202

Page 203: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

nüvə terrorçuluğunun beynəlxalq terrorizmin təhlükəli növlərindənbirinə çevrildiyini qeyd edir. Bura dövlət miqyasında nüvə silahlarınınhazırlanmasından yaranan təhlükələr, qanunsuz olaraq radioaktivmaddələrin təşkilat və ya fərdi qaydada dövriyyəsinin formalaşdırdığıtəhdidlər və nüvə silahının terrorçu təşkilatların əlinə keçməsi ehti-malının artması daxil edilir. Bundan əlavə, radioaktiv maddələrinqaçaqmalçılığı ilə narkotiklərin qanunsuz dövriyyəsi arasında daəlaqələr vardır.

Bu iki qanunsuz fəaliyyətin birləşməsi bütün dünya üçün cidditəhlükələr yaradır. Məlumdur ki, beynəlxalq terror təşkilatları nar-koticarətdən külli miqdarda gəlir əldə edirlər. Onlar Əfqanıstandaəldə etdikləri narkotik vasitələri müxtəlif yollarla dünyaya çıxarırlar.Müasir terror təşkilatlarının əksəriyyəti həmin prosesdə iştirak edir.Ona görə də, dünya dövlətləri nüvə qaçaqmalçılığı, beynəlxalq terrorvə narkotik maddələrin qanunsuz dövriyyəsi arasında yaranmış əla-qələrdən çox narahatdır.

Eyni zamanda, Cənub Qafqaz üçün nüvə terrorçuluğu təhlükəsinibirbaşa beynəlxalq terror və narkoticarətlə əlaqədə qiymətləndirməklazımdır. Bunun əsas səbəbi işğal altında olan Dağlıq Qarabağda se-paratçıların beynəlxalq terror təşkilatlarının bazalarını yerləşdirmələrivə narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olmalarıdır.Məsələn, Dağlıq Qarabağda PKK düşərgələrinin olması haqqındaməlumatlar vardır. Erməni terror təşkilatlarının da Dağlıq Qarabağdavə Ermənistanda təmsilçilikləri mövcuddur. Dağlıq Qarabağdakı se-paratçı və qanunsuz rejimin nümayəndələrinin İranda fəaliyyətgöstərən narkoticarətçilərlə sıx əlaqələri haqqında media məlumatlarverib. Azərbaycan bir neçə dəfə məsələni beynəlxalq təşkilatlarınmüzakirəsinə çıxarıb.

Bütün bunlar regionda aşağıdakı üç növ qlobal təhdidin bir-biriilə sıx əlaqədə olduğunu təsdiq edir – nüvə qaçaqmalçılığı, beynəlxalqterror və narkotiklərin qanunsuz ticarəti. Azərbaycan bu təhdidlərəqarşı siyasi-diplomatik kanallarla aktiv mübarizəsini davam etdirir.Ölkəmiz beynəlxalq birliyin terrora qarşı apardığı mübarizədə dəfəal iştirak edir. Belə ki, bizim əsgərlər BMT-nin himayəsi altındadünyanın müxtəlif regionlarında antiterror tədbirlərinin iştirakçısıdır.

203

Page 204: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Eyni üsulun Cənub Qafqazda sabitliyi və təhlükəsizliyi təhdid edənünsürlərə qarşı tətbiq edilməsinə ehtiyac yaranmışdır. Azərbaycanındiplomatiyası dünya ictimaiyyətinin bu həqiqəti qəbul etməsi üçünfəallıq göstərir. Təəssüf ki, hələlik bu istiqamətdə lazımi qətiyyət vəkonkretlik nümayiş etdirilmir. Əfqanıstan, İraq, Somali və Balkanlardaqətiyyətli hərəkət edənlər Cənub Qafqazda terror və qaçaqmalçılıqmənbəyi olan erməni separatizminə qarşı çox yumşaq davranırlar.Nəticədə, bütün bölgə terror və nüvə qaçaqmalçılığı təhlükəsi ilə ya-şamaqda davam edir.

Azərbaycan nüvə materiallarının fiziki qorunması haqqında bey-nəlxalq sazişə də qoşulmuşdur. Həmin sənəddə qeyd edilir ki, “...nüvəmaterialları ilə bağlı qanun pozuntuları ciddi narahatlıq törədir və bukimi halların üzə çıxarılması, aradan qaldırılması, günahkarların cə-zalandırılması üçün səmərəli tədbirlərin görülməsinə kəskin ehtiyacvardır...” (4.4.6). Ölkə bu məsələdə üzərinə düşən bütün öhdəliklərədəqiq əməl edir. Yuxarıdakı misallar göstərir ki, Ermənistanın nüvəmateriallarının fiziki qorunması aspektində ciddi problemləri vardır.Həmin problemləri Ermənistan rəhbərliyi həll etməyib. AzərbaycanNüvə Materiallarının Fiziki Qorunması üzrə Bəyannamənin üzvükimi bu vəziyyətdən narahatlıq keçirir. Nüvə materiallarının lazımisəviyyədə qorunmaması Cənub Qafqazın ekologiyasını böhran halınagətirə bilər. Hesab edirik ki, beynəlxalq aləm bu haqda ciddi qərarlarqəbul etməlidir.

Azərbaycan rəhbərliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik(MAQATE) ilə əməkdaşlığa böyük önəm verir. Ölkəmiz həminAgentliklə əlaqələrini 2008-ci ildə təsis etdiyi Nüvə və RadiolojiFəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə xeyligenişləndirmişdir. Dövlət Agentliyi nüvə təhlükəsizliyinin müxtəlifaspektləri üzrə beynəlxalq atom enerjisi agentliyi ilə yaxından əmək-daşlıq edir. Gələcəkdə həmin istiqamətdə fəaliyyətin daha da geniş-ləndirilməsi nəzərdə tutulur.

Bu bağlılıqda Azərbaycan Prezidentinin Seulda keçirilən nüvəsammitində verdiyi bir təklif diqqətləri çox çəkmişdir. İlham Əliyevhəmin tədbirdəki çıxışında dedi: “...Biz nüvə enerjisi qurğusunu

204

Page 205: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

tikməyi arzulayan tərəfə səlahiyyətləri verəcək regional nüvə təhlü-kəsizliyini və etibarlılığını müəyyənləşdirən rejimlərin tətbiq edilməsinitəklif edirik. Bu halda öz qonşularından razılığın alınması, həminsahələrin etibarlılığı və təhlükəsizliyi barədə məlumatların şəffafşəkildə mübadiləsi, yoxlamaların qəbulu və risklərə görə kompensa-siyanın ödənilməsi kimi prosedurlar nəzərdə tutula bilər” (4.4.5).

Bu təklifin aktuallığı ondan ibarətdir ki, regionda nüvə obyektitikmək istəyən hər bir dövlət qonşularının təhlükəsizliyinin təmin edil-məsində məsuliyyət daşıyır. Nüvə obyekti tikmək istəyən hər hansıölkə onun etibarlılığı, təhlükəsizliyi və mümkün risklərə görə konkretməsuliyyət daşısa, vəziyyət müsbətə doğru kəskin surətdə dəyişər.Həmin üsulla Cənub Qafqazda nüvə təhdidlərinin qarşısını almaqmümkün olar. Paralel olaraq, region dövlətləri arasında informasiyamübadiləsi məsələsində də şəffaflıq və qarşılıqlı etimad yüksələr.

Regional inteqrasiya üçün bunun olduqca ciddi əhəmiyyətini heçkəs inkar edə bilməz. Qarşılıqlı etimad və etibar olan yerdə isə təh-lükəsizliyi təmin etmək üçün böyük şanslar yaranır. AzərbaycanPrezidentinin Seulda verdiyi təklifi Cənub Qafqazın təhlükəsizliksisteminin qurulması aspektində hazırkı vəziyyətə tam uyğun olanmodel hesab edirik. Təklifdə nəzəri meyarlarla bərabər praktikfəaliyyət mexanizmi də öz əksini tapmışdır. Qeyd edək ki, həminmeyarla İranın nüvə proqramı ilə bağlı yaranmış gərgin vəziyyətiaradan qaldırmaq mümkündür.

Bütün bunlar Beynəlxalq Atom Enerjisi Agentliyinin himayəsialtında həyata keçirilsə, perspektivdə daha geniş geosiyasi miqyasdanüvə təhlükəsizliyi sistemi qurmaq üçün baza model rolunu oynayabilər. 2010-cu ilin aprelində Vaşinqtonda nüvə təhlükəsizliyi iləbağlı keçirilmiş sammitdə müzakirə edilən problemlər işığında buməsələ xeyli aktual görünür. Həmin sammitdə 47 dövlətin başçısıiştirak edirdi. Tədbirin əsas müzakirə mövzusu nüvə materiallarınınterrorçuların əlinə keçməsinə imkan verilməməsi məsələsi idi. İşti-rakçılar heç olmasa, yaxın dörd ildə nüvə materiallarının təhlükəsizliyinitəmin etməyin yollarını müəyyənləşdirməyə çalışdılar (bax: 4.4.7).

205

Page 206: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Regional səviyyədə dövlətlər nüvə obyektlərinin tikilməsi və isti-fadəsi ilə bağlı qarşılıqlı öhdəlik götürməklə nüvə materiallarınıntəhlükəsizliyinin təmini məsələsində möhkəm hüquqi baza yaratmışolurlar. Təbii ki, burada müxtəlif vaxtlarda beynəlxalq miqyasdanüvə təhlükəsizliyi ilə əlaqəli imzalanmış digər sənədləri də nəzərəalmaq lazımdır. Prezident İlham Əliyevin verdiyi təklif isə dahageniş əsasda problemi həll etməyə imkan verir. Çünki həmin vasitəilə dünyanın bütün dövlətlərini məsələnin həllinə konkret mexanizməsasında cəlb etmək şansı yaranır. Hər bir regionda yerləşən ölkələrnüvə təhlükəsizliyi ilə bağlı qarşılıqlı öhdəlik götürüb, aktiv informasiyamübadiləsi aparsalar, qlobal səviyyədə vəziyyəti nəzarət altına almaqmümkün olar. Bu çərçivədə nüvə silahlarının sınaqlarının qarşısınıalmaq məsələsi ilə beynəlxalq terrorizmlə mübarizə arasında optimaləlaqə yaratmaq olar. Bu, kütləvi qırğın silahları əldə etməyə çalışanbəzi dövlətləri də müəyyən dərəcədə çəkindirə bilər. Daha genişcoğrafiyada nüvə silahlarının yayılması təhlükəsini aradan qaldırar.O cümlədən, Cənub Qafqazın nüvə silahlarından azad zonayaçevrilməsi üçün real şans yaranmış olar.

Azərbaycanın regional siyasətində həmin məsələ mühüm yer tut-duğundan İlham Əliyevin təklifini bu istiqamətdə atılmış konkretaddım olaraq qiymətləndirmək lazımdır. Azərbaycan diplomatik fəa-liyyətində regionun təhlükəsiz məkan halına gəlməsi üçün bütün im-kanlardan istifadə edir. Beynəlxalq terrorizmin qarşısının alınmasıüçün ölkə rəhbərliyi siyasi-diplomatik fəallığını daha da genişləndirir.Beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiyabu prosesdə mühüm yer tutur.

Artıq qeyd etdiyimiz kimi, Azərbaycan ərazi bütövlüyünün bərpaedilməsini özünün milli strategiyasının mühüm tərkib hissəsi kimigörür. Müasir tarixi şəraitdə beynəlxalq təhlükəsizlik və əməkdaşlıqstrukturlarına inteqrasiya etmədən buna nail olmaq olduqca çətindir.Bəlkə də mümkün deyil. Çünki Cənub Qafqazda böyük geosiyasigüclər aktiv surətdə öz maraqlarını təmin etməyə çalışırlar. Onların

206

Page 207: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

mübarizəsi fonunda yerli dövlətlərin heç biri təklikdə milli suverenliyini,ərazi bütövlüyünü təminatlı olaraq qoruya bilmir.

Digər tərəfdən, qloballaşma prosesi dünya dövlətlərini getdikcədaha böyük ölçüdə bir-birindən asılı vəziyyətə gətirməkdədir. Kiçikdövlətlər üçün isə bu, daha böyük fəsadlar törədir. Müstəqil siyasətyeridən dövlət həm böyük geosiyasi güclərin maraqlarını gözləməyə,həm də qarşılıqlı asılılıq prinsipindən səmərəli istifadə edərək, millisuverenliyini qorumağa çalışır.

Azərbaycanın xarici siyasətində NATO, Avropa İttifaqı, AvropaŞurası da daxil olmaqla, Avropa və Transatlantik təhlükəsizlik vəəməkdaşlıq strukturlarına inteqrasiya mühüm yer tutur. Ancaq buprosesin rəvan getdiyini düşünmək o qədər də real yanaşma deyil.Hər şeydən öncə, Avro-Atlantik birliyin özünün daxilində mövqefərqi hələ kifayət qədərdir. Bu prosesin zəifləməsinə dəlalət edənəlamətlər isə hələ müşahidə edilmir (bax: məs., 4.4.8, s.22-62).

Henri Kissincer Avro-Atlantik əməkdaşlıqda özünü göstərən fikirayrılığının ABŞ-Avropa münasibətlərinin transformasiyasından qay-naqlandığını iddia edir. İkinci dünya müharibəsindən sonra Avropanınböyük dövlətlərinin geosiyasi maraqlarının dəyişməsini H.Kissincersubyektiv amilə bağlamır (4.4.8, s.21). Onun fikrincə, bu, dördvacib dəyişikliyə olan reaksiya ilə bağlıdır: “Sovet İttifaqınındağılması, Almaniyanın birləşməsi, xarici siyasətə daxili siyasətinvasitəsi kimi baxmaq tendensiyası və Avropa özünüdərkinin artması”(4.4.8, s.21).

Avro-Atlantik məkanda gedən transformasiyaların bu cür prinsipialgeosiyasi dəyişikliyə səbəb olması, başqa proseslərlə yanaşı, ümumitəhlükəsizlik strukturlarının da yeniləşməsini tələb edir. H.Kissincerbu haqda açıq yazır. Belə bir vəziyyətdə Avro-Atlantik məkanınıngeosiyasi birli yi haqqında danışmaq bir qədər risklidir. Lakin müasirtarixi şəraitdə bu məkanda yerləşən dövlətlərin dünya siyasətinətəsiri olduqca güclüdür. Ona görə də, yalnız Azərbaycan deyil,dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərin xarici siyasətindəAvro-Atlantik təhlükəsizlik və əməkdaşlıq strukturları ilə münasibətlərəxüsusi diqqət yetirilir.

207

Page 208: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycan isə həmin istiqamətdə yeritdiyi siyasətdə Rusiyaamilini xüsusi nəzərə alır. Rusiya postsovet məkanında nüfuzunusaxlayır və onu artırmaq üçün addımlar atır. Bu kontekstdə RusiyaFederasiyasının postsovet məkanında xarici siyasətinin mütləqprioriteti inteqrasiyaya nail olmaq kimi müəyyənləşib. Burada MDB,Gömrük İttifaqı, AvroAzES, KTMT və RF ilə Belarus İttifaq dövlətinəböyük diqqət yetirilir.

Müəyyən mənada postsovet məkanı ölkələri Qərblə Rusiyaarasında seçim etmək dileması qarşısında qalırlar. Burada H.Kissincerlərazılaşmaq lazım gəlir ki, “çox şey Rusiyanın gələcəyindən, onundaxili inkişafından və formalaşmaqda olan beynəlxalq nizama mü-nasibətindən asılı olacaq” (4.4.8, s. 42). Odur ki, Azərbaycan tarazlısiyasətin prinsiplərini gözləməklə beynəlxalq təhlükəsizlik və əmək-daşlıq strukturlarına inteqrasiya kursunu həyata keçirir.

Biz əvvəlki fəsillərdə Azərbaycanın beynəlxalq təşkilatlarla əla-qələrinin inkişafına nəzər saldıq. İndi siyasi-nəzəri aspektdə buəlaqələrin transformasiya imkanlarına diqqət yetirək. Azərbaycanınhəmin strukturlarla əməkdaşlığı əsasən üç aspekti əhatə edir: təhlü-kəsizlik, iqtisadi əməkdaşlıq və enerji-nəqliyyat əməkdaşlığı. Buprosesin əsası sistemli şəkildə 1993-cü ilin ikinci yarısından qoyulub.Azərbaycanın beynəlxalq təhlükəsizlik strukturları sırasında ATƏT-lə əməkdaşlığı ayrıca əhəmiyyət kəsb edir.

Bunun əsas səbəbi Ermənistanın Azərbaycana təcavü zünün nəti-cələrinin aradan qaldırılmasının Azərbaycan üçün mühüm stratejiməsələ olmasındadır. ATƏT-in fəaliyyətində 1975-ci il HelsinkiYekun Aktı və 1990-cı il Paris Xartiyası mühüm yer tutur. HelsinkiYekun Aktı fərqli geosiyasi məkanda yerləşən ölkələrin əməkdaşlığınınvə təhlükəsiz birgəyaşayışının əsas prinsiplərini müəyyən etdi (4.4.9,s.3-59). Paris Xartiyası isə əsas diqqəti dövlətlərarası münasibətlərəyönəltməklə ATƏT-in fəaliyyətinə konkretlik gətirdi (4.4.10). Nəhayət,1994-cü ildə ATƏT-in Budapeşt sammiti bu təşkilatın həqiqi mənadaümumavropa təşkilatına çevrilməsini təsdiqlədi. O vaxta qədər ATƏM(Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanan buqurum ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) ad-landırıldı.

208

Page 209: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Beləliklə, ATƏT-in təhlükəsizlik və əməkdaşlıq təşkilatı kimifəaliyyətinin əsas prinsipləri, konkret mexanizmləri müəyyənləşdi.Avro-Atlantika məkanında təhlükəsizlik və əməkdaşlıq prinsipləriniuzlaşdırmaq məsələsinə ATƏT-in öz fəlsəfi yanaşması var. Buradahər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin to-xunulmazlığına hörmət əsasında dinc yanaşı yaşamağa ciddi diqqətyetirilir. Əməkdaşlığın perspektivlərinə də bu prinsiplər əsasındaqiymət verilir.

Belə ki, hər hansı bir ölkə başqa dövlətlərlə əməkdaşlıq etmək ar-zusundadırsa, mütləq ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı,suveren bərabərlik prinsiplərinə hörmət etməlidir. Faktiki olaraq,ATƏT istənilən formada əməkdaşlığı deyil, yalnız konkret prin-siplərə söykənən əlaqələri təqdir edir. Azərbaycan qonşuları iləmünasibətlərində ATƏT-in həmin prinsiplərini rəhbər tutur. Er-mənistanla əməkdaşlığın olmaması da məhz ATƏT-in yuxarıdaqeyd etdiyimiz prinsiplərinə görə mümkün deyildir. ErmənistanAzərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxu-nulmazlığına hörmətlə yanaşıb, qoşunlarını işğal etdiyi ərazilərdənçıxarandan sonra, əməkdaşlıq barədə düşünmək olar. Göründüyükimi, məsələ təkcə Azərbaycanın dövlət maraqlarına bağlı deyil.Əgər ATƏT-in qoyduğu prinsiplərə əməl etməyən dövlətlə əməkdaşlıqqurularsa, bütün Avro-Atlantika geosiyasi məkanının təhlükəsizliksistemi çökə bilər. Bütün dünyada yeni münaqişələrin yaranması vəmüharibələrin başlaması təhlükəsi meydana çıxar. Azərbaycan bunayol verə bilməz və Ermənistan işğal etdiyi əraziləri tərk etməyənəqədər onunla hər hansı əməkdaşlıq mümkün deyildir.

Bütün bunlara görə, Azərbaycanın xarici siyasətində ATƏT-inMinsk qrupu ilə əməkdaşlıq böyük önəm daşıyır. Minsk qrupu Er-mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğulolur. Lakin indiyə qədər heç bir tutarlı nəticə əldə edə bilməmişdir.Minsk qrupunun üç həmsədr dövləti – ABŞ, Rusiya və Fransadünyanın ən güclüləri sırasına daxildirlər. Onların münaqişəninhəll edilməsi ilə bağlı konkret nəticəyə nail ola bilməmələri Avro-Atlantika məkanında təhlükəsizliyə fərqli baxışların mövcudlu-

209

Page 210: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ğunun nəticəsidir. Bununla yanaşı, münaqişə ətrafında yaranmışvəziyyət ATƏT-in bu cür situasiyalarda daha səmərəli fəaliyyətgöstərməsi üçün yeni mexanizmlər hazırlamasına ehtiyac olduğunutəsdiq edir. SSRİ-nin süqutu Cənub Qafqazdan başladığı kimi,Avropanın təhlükəsizlik sisteminin çöküşü də buradan startgötürə bilər. Avropa Təhlükəsizlik Xartiyasının əsas prinsipləribunun real ola biləcəyini təsdiqləyir.

ATƏT-in 1999-cu il İstanbul sammitində qəbul edilən həminsənədin təməlini iki prinsip təşkil edir (4.4.11). Birincisi kollektiv-çilikdir. Bu prinsipə görə, hər bir iştirakçı dövlətin təhlükəsizliyiqalan digər iştirakçıların təhlükəsizliyi ilə sıx bağlıdır. İkinciprinsip BMT-nin beynəlxalq sülhün saxlanmasında ilk növbədəBMT TŞ-nin məsuliyyət daşımasından ibarətdir. Həmin sənədəəsasən, ATƏT regionda mübahisəli məsələləri həll etmək üçünəsas təşkilatlardan biri kimi qəbul edilir. O, həmçinin münaqişələriəvvəlcədən xəbərdar etmənin və aradan qaldırmanın başlıcaalətlərindən biridir. Bu prinsiplərə əsasən, Azərbaycanın təhlü-kəsizliyi ATƏT üzvlərinin hər birinin təhlükəsizliyi ilə sıx bağlıdır.Əgər Azərbaycanın ərazi bütövlüyünün pozulması nəticəsindəmünaqişə yaranıbsa, deməli, bunun ATƏT-in hər bir üzvü üçüntəhlükə olduğunu qəbul etmək gərəkdir.

Məsələnin digər tərəfi BMT TŞ-nin üzərinə düşən məsuliyyətləbağlıdır. BMT və ATƏT nəhayət ki, Ermənistanın Azərbaycanatəcavüzünün nəticələrinin aradan qaldırılmasında özlərinin for-malaşdırdığı və bəyan etdiyi prinsiplərin həyata keçirilməsi üçünciddi addım atmalıdırlar. Əks halda, bu beynəlxalq təşkilatlarınnüfuzu, onlara olan inam kritik dərəcədə azalmaqdadır. Azər-baycan-ATƏT münasibətlərinin əsas məzmununu münaqişənindinc yolla həlli məsələsi təşkil edir.

Azərbaycanın Avropa İttifaqı (Aİ) siyasəti həm təhlükəsizlik,həm də əməkdaşlıq aspektində əhəmiyyət kəsb edir. Aİ ilə münasi-bətlərdə Avropa Qonşuluq Siyasəti (AQS) proqramı mühüm yertutur. Aİ-nin postsovet məkanı ölkələrinə, o cümlədən Cənub Qafqazaböyük diqqət yetirdiyi məlumdur. Bu haqda əvvəlki fəsillərdə

210

Page 211: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

yazmışıq. Azərbaycan Aİ ilə iqtisadi, enerji, humanitar və təhlükəsizliksahələri üzrə əməkdaşlığını inkişaf etdirir. Avropaya inteqrasiya pro-sesində bu, mühüm məqamdır. Aİ Azərbaycanı enerji sahəsində əsastərəfdaşlarından biri kimi görür. Bu sahədə əməkdaşlığı yeni səviyyəyəqaldırmaq üçün 2011-ci il yanvarın 13-də Aİ ilə Azərbaycan arasındaCənub qaz dəhlizinin təsis edilməsinə dair birgə bəyannamə (4.4.12)imzalanmışdır. Cənub qaz dəhlizi üzrə işçi qrupu yaradılmışdır.

Bütövlükdə, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrinhüquqi çərçivəsi yuxarıda qeyd etdiyimiz sahələrin hər birini əhatəedir. 1996-cı ilin aprelində Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi(4.4.13) imzalanmışdır. 2006-cı ildə Aİ-Azərbaycan Fəaliyyət Planı(4.4.14) hazırlanmışdır. Həmin ilin noyabrında Aİ və Azərbaycanarasında Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memo-randumu (4.4.15) imzalanmışdır. 2008-ci ildə isə Azərbaycan Res-publikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasındaÇərçivə Sazişi (4.4.16) tərtib edilmişdir. Bir il sonra Şərq TərəfdaşlığıBəyannaməsi (4.4.17), 2011-ci ilin yanvarında Şərq Tərəfdaşlığıçərçivəsində Azərbaycan Respublikası və Aİ arasında Hərtərəfli İns-titusional Quruculuq (HİQ) Proqramının Çərçivə Sənədinə dairAnlaşma Memorandumu (4.4.18) imzalanmışdır. Tərəfdaşlıq vəƏməkdaşlıq Sazişi hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıqformalarının çərçivələrini müəyyən edir. Fəaliyyət Planında isəAvropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın 10 prioritet is-tiqaməti müəyyən edilmişdir:

1) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tən zimlənməsi;2) Demokratiyanın gücləndirilməsi;3) Qanunun aliliyinin, insan hüquqlarının və əsas azadlıqların

müdafiəsinin gücləndirilməsi;4) Sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması;5) Gömrük xidməti işinin yaxşılaşdırılması;6) Tarazlı və davamlı iqtisadi inkişafa dəstək;7) İqtisadi qanunvericiliyin və inzibati praktikanın yaxşılaşdırıl-

ması;

211

Page 212: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

8) Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyatəməkdaşlığının gücləndirilməsi;

9) Məhkəmə, azadlıq və təhlükəsizlik sahələrində, o cümlədənsərhəd işində əməkdaşlığın dərinləşməsi;

10) Regional əməkdaşlığın gücləndirilməsi.Göründüyü kimi, Azərbaycanın Avropa ilə əməkdaşlığı təhlükəsizlik,

münaqişələrin həlli, iqtisadi, enerji və nəqliyyat-kommunikasiya sa-hələrini tam əhatə edir.

Burada enerji sahəsi mühüm yer tutur. Tərəflər üçün bunun stratejiəhəmiyyəti vardır. Ümumilikdə, Azərbaycan Avropa ilə təhlükəsizlikməsələlərində geniş əməkdaşlıq edir. Ölkəmiz həm regional və bey-nəlxalq təhlükəsizlik təşki latlarının üzvü kimi, həm də özünü təminedən, müstəqil dövlət olaraq bu proseslərə xüsusi önəm verir.Məsələn, Azərbaycan Aİ və NATO-nun Qara dəniz-Xəzər hövzəsiregionu ilə bağlı təhlükəsizlik proqramlarında aktiv iştirakçıdır (bax:məs., 4.4.17 və 4.4.19). Bu sırada “Qara dənizin siner jisi” adlıproqramı qeyd etmək olar (4.4.20). Bu layihə AQS-ə bir əlavə kimiqəbul edilə bilər. Qara dəniz hövzəsində enerji təhlükəsizliyi, nəq-liyyat-kommunikasiya və ətraf mühitin qorunması istiqamətlərindəəməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur (4.4.20). “Qara dənizinsinerjisi” sənədində qeyd olunur ki, Azərbaycan Qara dəniz sahilidövləti olmasa da, “tarix, coğrafi yaxınlıq və sıx əlaqələr” onu təbiiregional oyunçu edir (4.4.20). Azərbaycanın Qara dəniz-Xəzərhövzəsi məkanında həyata keçirdiyi xarici siyasət bu qiymətləndirmənitam təsdiq edir (4.4.21).

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)çərçivəsindəki fəaliyyəti həmin aspektdə diqqəti çox çəkir. AzərbaycanPrezidenti 2012-ci ilin iyununda QDİƏT-in 20 illik yubileyinə həsredilmiş sammitində ayrıca qeyd etdi ki, “QDİƏT regionda iqtisadiəməkdaşlıq vasitəsi ilə sülhə, sabitliyə və tərəqqiyə yardım etməkməqsədi ilə yaradılıb. Bu məqsəd və vəzifələr Azərbaycanla, onunxalqı və hökuməti ilə sıx bağlıdır... Tariximiz, mədəniyyətimiz vəinkişafımızın prioritetləri Azərbaycanın QDİƏT-in üzvləri ilə birlikdəbu məqsədlərə çatmasına əsas verir... Bizim ölkəmiz, geniş mənada

212

Page 213: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Qara dəniz regionunun bir hissəsi olmaqla QDİƏT çərçivəsində re-gionlararası əməkdaşlığın inkişafında çox maraqlıdır” (4.4.22).

Bütün bunlar Azərbaycanın xarici siyasətində Aİ ilə əməkdaşlığınçox mühüm bir yer tutduğunu təsdiq edir. Hazırda xüsusilə münaqi-şələrin həlli və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa ayrıcadiqqət yetirilir. Bu kitabın müxtəlif hissələrində gətirilən faktlar vəaparılan təhlillər göstərir ki, Azərbaycan Avropaya inteqrasiya siya -sətini ardıcıl aparır. Qarşılıqlı əlaqələr demək olar ki, bütün sahələriəhatə edir. Bundan başqa, Azərbaycan Aİ ilə təhlükəsizlik, iqtisadiyyat,energetika və digər sahələrdə beynəlxalq miqyasda qurulan əməkdaşlığınbir növ mərkəzində durur. Bu mənada NATO ilə əlaqələr, iqtisadi-enerji və nəqliyyat-kommunikasiya sahəsindəki əməkdaşlığın daAv ropa ilə münasibətlərə aidiyyəti vardır.

Henri Kissincer NATO-da baş verən transformasiyaların ziddiyyətliolduğunu yazır (bax: 4.4.8, s.26-32). O, bütövlükdə NATO-nun ma-hiyyətinə bir qeyri-müəyyənliyin hakim olmağa başladığını vurğulayır(4.4.8, s.31-32). “NATO-nun sərhədi haradan keçir?” sualını verənməşhur alim və siyasi xadim onun genişlənməsinin sadəcə üzvlərinsayının artması ilə məhdudlaşmadığına işarə edir (4.4.8, s.32). NATObir növ hərbi alyansdan “kiçik BMT”yə çevrilir. Lakin NATO hərbialyansdır, BMT isə kollektiv təhlükəsizlik sistemidir (4.4.8, s.30-31).

H.Kissincer NATO-nun funksiyasının bu cür transformasiyasınıdoğru saymır. O hesab edir ki, NATO islahatlarına bu istiqamətdədavam etsə, “çoxfunksiyalı kokteylə çevriləcək” (4.4.8, s.31). H.Kis-sincer bütün iradları ilə yanaşı, onu vurğulayır ki, həmin proses geo-siyasətdə köklü dəyişikliklərdən qaynaqlanır. O cümlədən, sosialistdüşərgəsinin və Varşava müqaviləsi təşkilatının çöküşündən sonradünya miqyasında çox şey dəyişdi. Bu prosesə uyğun olaraq NATOdünyadakı roluna yenidən baxmağa məcbur oldu. Deməli, məsələNATO-nun yeni şərtlər daxilində hansı rolu oynamasından ibarətdir.Bu aspektdə H.Kissincer Amerika və Atlantikanın nüfuzunu başqatəşkilatların digər regionlara yaymasının daha konstruktiv addım olabiləcəyini düşünür.

213

Page 214: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Bu kimi nəzəri-geosiyasi müzakirələrə baxmayaraq, NATO Avro-Atlantika məkanında ciddi rol oynayır. O, nüfuzunu Şərqə doğru ge-nişləndirir və bir növ “mövcud sərhədləri silməkdə” (H.Kissincer)davam edir. Bütün bunlara görə, Azərbaycanın xarici siyasətindəNATO ilə əlaqələr məsələsinin prioritet olması tamamilə təbiidir.

1991-ci ildə NATO-nun Roma sammitində yeni strateji konsepsiyavə sülh və əməkdaşlığa dair bəyannamə qəbul edildi. Orada ŞimalAtlantika Əməkdaşlıq Şurası (ŞAƏS) yaradıldı. Azərbaycan 1992-ciildən ŞAƏS-ə qoşulmuşdur. Həyata keçirdiyi xarici siyasət kursundanbəlli olduğu kimi, Azərbaycan hansısa hərbi bloka qoşulmaq niyyətindədeyil, ancaq təhlükəsizlik məsələlərində əməkdaşlığa üstünlük verir.Bu strategiya daha konstruktivdir. Birincisi, Azərbaycanın ərazisininbir hissəsi işğal edilib. İlk növbədə bu problem həll edilməlidir.İkincisi, hərbi bloklaşma mərhələsi arxada qalmışdır. İndi daha vacibolanı münaqişəsiz dünya qurmaq, əməkdaşlığı inkişaf etdirmək,mehriban qonşuluq şəraitində yaşamaqdır.

Azərbaycanın NATO ilə əlaqələri müsbət nəticələrini verir. 1994-cü ildə NATO ərazi ələ keçirmək məqsədi ilə güc tətbiqini pislədi,Cənub Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinəvə suverenliyinə hörmət göstərməyin zəruriliyini vurğuladı.Həmin ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” (SNT)proqramına qoşuldu. Bununla bağlı hazırlanmış çərçivə sazişini1994-cü il mayın 4-də Heydər Əliyev NATO-nun Brüsseldəki mən-zil-qərargahında imzaladı. 1997-ci ildə ŞAƏŞ Avro-Atlantika Tərəf-daşlıq Şurası (AATŞ) ilə əvəz edildi. 1997-ci ilin noyabrında PrezidentHeydər Əliyev NATO ilə əməkdaşlığı daha da gücləndirmək tədbirlərihaqqında sərəncam imzaladı.

2000-ci ildə Bakıda NATO/AATŞ çərçivəsində “Qafqazda enerjitəhlükəsizliyi” adı altında konfrans keçirildi. Əsasən regionda enerjitəhlükəsizliyi məsələsi müzakirə edildi. İki il sonra isə həminçərçivədə “Cənub Qafqazda regional əməkdaşlığa təhdidlər” adıaltında seminar təşkil edildi. Həmin il Azərbaycan PrezidentininNATO ilə əməkdaşlığı daha da gücləndirməklə bağlı 1997-ci il 14

214

Page 215: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

noyabr tarixli sərəncamına dəyişikliklər edildi. Bununla AzərbaycanNATO ilə əməkdaşlıq sahəsini bir qədər də genişləndirmiş oldu.

2003-cü ildə Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əmə-liyyat Planına (FTƏP) qoşulmaq üçün rəsmi müraciət etdi. 2004-cüilin martında NATO-nun növbəti genişlənməsi baş verdi. Üç aysonra NATO-nun İstanbulda keçirilən zirvə toplantısında Prezidentİlham Əliyev iştirak etdi. Azərbaycan Şimal Atlantika Alyansı iləəməkdaşlığı daha da inkişaf etdirərək, böhranların idarə edilməsi,makroiqtisadi sabitləşmənin təhlükəsizlik aspektləri və müdafiə üçünmövcud olan resursların idarə olunması kimi mövzularda birgətədbirlər həyata keçirdi.

NATO-nun 2012-ci il Çikaqo sammitinin yekun bə yannaməsinin47-ci maddəsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Həminmaddədə yazılıb: “Biz regional sabitliyi poza biləcək addımlardanqaçmağa çağırırıq, Azərbaycan, Gürcüstan, Ermənistan və Mol-dovanın ərazi bütövlüyünü, suverenliyini, həmçinin mövcud mü-naqişələrin beynəlxalq hüquq norma və prinsipləri əsasında,BMT Xartiyası, Helsinki yekun aktı çərçivəsində həllinə dairdinc səyləri dəstəkləyirik” (4.4.23).

Yuxarıda xronoloji ardıcıllıqla sadaladığımız Azərbaycan-NATOəlaqələrinə aid olan bir sıra məqamlar əməkdaşlığın istiqamətlərini vəməzmununu əks etdirir. Azərbaycanın xa rici siyasətində NATO iləmünasibətlərin dəqiq və konkret yeri vardır. Heydər Əliyev ŞimalAtlantika Alyansı ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqətyetirirdi. Prezident İlham Əliyev həmin tendensiyanı inamla inkişafetdirir. Əməkdaşlıq əsasən təhlükəsizlik sahəsini əhatə edir. Bununlayanaşı, elmi-texniki, iqtisadi, müdafiə, regional inteqrasiya və s. kimisahələrdə də qarşılıqlı əməkdaşlıq inkişaf etdirilir.

Bütün bunlara rəğmən, Azərbaycanın NATO ilə əməkdaşlığınınstrategiyasında bu təşkilata üzv olmaq niyyəti yoxdur. Ölkəmiz hərbibloklara qoşulmama hərəkatının üzvüdür. Bunun daha konstruktivbir seçim olduğunu təsdiqləyən amillər vardır. Əvvəla, qlobalsəviyyədə NATO-nun özünün hansı funksiyanı yerinə yetirməliolduğu haqqında hətta üzvlər arasında birmənalı mövqe yoxdur. Bubarədə Henri Kissincerin apardığı təhlillərə diqqət etmək kifayətdir.

215

Page 216: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

İkincisi, müasir tarixi mərhələdə, ümumiyyətlə, hərbi bloklaşmaqlobal miqyasda təhlükəsizlik problemlərinin səmərəli həlli üçünyararlı deyil. İndi münaqişələrin yaranmaması, yalnız dinc yolla an-laşılmazlığı həll etmək, qlobal əməkdaşlıq və inteqrasiya tendensiyalarıdaha aktualdır. Üçüncüsü, Azərbaycan regionda yaranmış mürəkkəbgeosiyasi vəziyyəti nəzərə alır. Dördüncüsü, Ermənistanın təcavüzününnəticələri aradan qaldırılmadan Azərbaycanın hansısa hərbi blokaqoşulması xeyli riskli olardı. Beşincisi, Azərbaycanın xarici siyasətidövlətlər arasında ayrı-seçkilik salmadan qlobal miqyasda inteqrasiyayaciddi diqqət yetirir.

Azərbaycanın xarici siyasətində NATO ilə əməkdaşlıq bütün buməqamlarda Avropa İttifaqı, Avropa Şurası, BMT və digər beynəlxalqtəşkilatlarla əlaqələrin mahiyyəti ilə uzlaşır. Bu cür uzlaşmanın Qərbvə Şərqin qovşağında yer lə şən ölkəmizin iqtisadiyyatının müxtəlifsahələrinin inkişaf etdirilməsi prosesinə ciddi təsiri vardır. Hərşeydən öncə, Azərbaycanı sülhsevər və etibarlı tərəfdaş kimi qəbuledirlər. Onun xarici siyasətinin regional inteqrasiya, təhlükəsizliyinvə sabitliyin təmininə yönəldiyinə şübhə yeri qalmır. Dövlətimizinmədəniyyətlərarası əlaqələrin güclənməsinə xidmət edən konkretaddımlarını görürlər. Dünya Azərbaycanın Avrasiya nəqliyyat dəhliziniinkişaf etdirmək üçün səmərəli siyasət yeritdiyinə tam əmindir.Prezident İlham Əliyev 2012-ci il iyunun 29-da Krans Montana Fo-rumunun rəsmi açılışında söylədiyi nitqdə vurğuladı: “TransanadoluQaz Boru Kəmərinin inşasına dair Türkiyə ilə Azərbaycan arasındabu yaxınlarda imzalanmış müqavilə bunun bariz nümunəsidir. Bizbu layihənin həyata keçirilməsi ilə Xəzər dənizi, Qara dəniz vəAralıq dənizi arasında dəhliz açmış olacağıq. Bu, həm bizim üçün,həm də qonşularımız üçün bir enerji layihəsidir. Bu dəhlizdən artıqnəqliyyat infrastrukturu kimi istifadə olunmuşdur. Bu, tarixən Azər-baycan, Gürcüstan və Türkiyə arasında əlaqə yaratmaq üçün istifadəedilən bir dəhliz olmuşdur. Bu, eyni zamanda, İpək Yolunun bərpaolunmasına da öz töhfəsini verəcəkdir. Bütün bu layihələr Azərbaycanın

216

Page 217: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

qonşularına da fayda verəcəkdir. Biz bununla həm regionda, həm dəümumiyyətlə qitədə enerji xəritəsini dəyişmiş olacağıq” (4.4.24).

Azərbaycan Prezidentinin bu fikirləri ölkəmizin Avrasiya enerji-nəqliyyat dəhlizindəki strateji rolunu aydın ifadə edir. Ərazisi kiçikolan dövlət ağıllı siyasəti ilə ciddi geosiyasi oyunçu ola bilər. Geosi-yasətdə oyunçu olmağın mühüm şərtlərindən biri də dövlətin xaricisiyasətdə simasını saxlaya bilməsidir. Azərbaycan 1993-cü ilin ikinciyarısından bu yana xarici siyasətində məhz bu prinsipi əsas götürür.Av rasiya enerji-nəqliyyat dəhlizini inkişaf etdirmək bu prosesdə çoxmühüm yer tutur. Bunun iki səbəbini qeyd etmək olar.

Birincisi, Avropa maliyyə böhranı keçirir. “Böyük iyirmiliy”in(G20) Los-Kabos (Meksika) sammitinin gündəliyinin əsas mövzusuAvropa İttifaqını maliyyə böhranından xilas etməkdən ibarət idi(4.4.25). Bunun fonunda Qərb üçün enerji təhlükəsizliyi məsələsi sondərəcə aktuallaşıb. İkincisi, ABŞ Uzaq Şərqdə Çinlə açıq və gizliolaraq enerji resursları uğrunda ciddi mübarizəyə başlayıb. Çin-Vyetnam, Çin-Filippin və Çin-Koreya münasibətlərində gərginlikartır. Paralel olaraq, ABŞ hərbi-dəniz donanması həmin bölgəyə əlavəqüvvələr göndərir. Bəzi məlumatlara görə, ABŞ hərbi-dəniz qüvvələrinin80 faizi Sakit okean regionunda yerləşdiriləcək. Özbəkistanın KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) imtinasını da buproseslərlə əlaqələndirirlər. Eyni zamanda, Çin Mərkəz Asiya dövlətləriilə enerji sahəsində əməkdaşlığı genişləndirməkdədir.

Qlobal miqyasda ABŞ-Rusiya münasibətləri gərgindir. Suriya vəİran məsələsində onlar anlaşa bilmirlər. ABŞ-ın Çinlə Uzaq Şərqdəapardığı mübarizəyə Rusiya kənardan baxsa da, rəsmi Pekinə istimünasibəti şübhə doğurmur. 2013-cü ilin martında ÇXR-in yenisədrinin Rusiya Federasiyasına sədr kimi ilk səfəri, aparılan danışıqlar,keçirilən görüşlər və imzalanan sənədlər bu münasibətlərə xüsusiçalarlar gətirdi. Rusiyanın Mərkəz Asiyada enerji sahəsində Qərbdənçox, Çinlə əməkdaşlığa üstünlük verməsi də qlobal səviyyədə mənadaşıyan hadisə hesab edilməlidir. Deməli, Rusiyanın Qərbin Qafqazvə Mərkəz Asiyada nəzərdə tutduğu enerji layihələrinə hələ uzunmüddət müsbət yanaşmayacağı aydındır.

217

Page 218: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Suriya və İran məsələsi böyük geosiyasi məkan üçün təhlükəolaraq qalır. Bu prosesin necə nəticələcəyini heç kəs dəqiq proqnoz-laşdıra bilmir. Qərbin bu kimi ölkələrdə atdığı addımlar, həyatakeçirdiyi planlar hərtərəfli hazırlanmadığından, daha çox geosiyasiməzmun daşıdığından növbəti mərhələlərdə yeni problemlər ya-radır. Çinin Mərkəz Asiya ilə yanaşı, İran neftinə də iddialıolması Qərb üçün əlavə risk amilinə çevrilir. Aydındır ki, Qərbİrana etibarlı enerji mənbəyi kimi baxa bilmir.

Avrasiya məkanında “yeni enerji kartları”nın masanın üzərindəolduğu müşahidə olunur. Azərbaycan Prezidenti 2012-ci il martayının 2-də Türkiyənin TRT kanalına verdiyi müsahibənin bir yerindəvurğulamışdı: “...bu gün Türkiyə-Azərbaycan enerji işbirliyi nəinkibölgə üçün, dünya üçün əhəmiyyətlidir. Birgə təşəbbüslərimiz –Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Tran-sanadolu qaz layihəsi, bütün bunlar bizim birliyimizi daha da sıxedəcək, eyni zamanda, bölgədə və dünyada təsir imkanlarımızı dahada artıracaqdır” (4.4.26).

Bu fikirlər strateji gələcəyi xarakterizə edir. Azərbaycan və Türkiyəkonkret enerji layihələri ilə “Avropanın enerji xəritəsini dəyişirlər”(İlham Əliyev). Əsas məsələ ondan ibarətdir ki, bu tarixi missiyanıreallaşdırmaq üçün iki qardaş ölkənin siyasi iradəsi, iqtisadi gücü vəenerji diplomatiyası lazımi səviyyədədir.

Həmin məqam bütövlükdə Avrasiya geosiyasi məkanının yeni mühümamilidir. Prezident İlham Əliyev bu yeniliyi aşağıdakı kimi təqdim edir:“Türkiyə ərazisindən keçən Azərbaycan nefti və qazı həm Türkiyəninenerji təhlükəsizliyi ni təmin edəcək, eyni zamanda, başqa ölkələrəTürkiyə vasitəsilə bizim resurslarımız nəql ediləcəkdir. Biz bu qaynaqları,tranzit imkanlarını, iqtisadi gücü birləşdirərək istənilən məsələdə möv-qeyimizi müdafiə edə biləcəyik. Çünki bu gün dünya və Avropa üçünenerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Biz yaxşı bilirik ki,gələcəkdə Xəzər hövzəsində yerləşən qaynaqlar böyük rol oynayacaqdırvə bu məsələdə birinci sırada yenə Azərbaycandır” (4.4.26).

Burada söhbət dəqiq təhlil əsasında verilən strateji proqnozdangedir. Xəzər hövzəsinin enerji qaynaqları yuxarıda təsvir etdiyimiz

218

Page 219: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

səbəblərdən dünya üçün daha çox əhəmiyyət kəsb edəcək. Azərbaycanhəmin prosesə hazırdır və konkret fəaliyyəti ilə bunu sübut edir.

Transanadolu layihəsi bu baxımdan strateji məna daşıyır. Ancaqbu layihəni Azərbaycan və Türkiyə bu gün müstəqil olaraq reallaşdır-maqla, əslində, gələcəyə addım atdıqlarını nümayiş etdirirlər. TürkiyəninBaş naziri R.T.Ərdoğan bununla bağlı deyib: “Türkiyə və AzərbaycanTANAP layi həsi ilə Avropanın enerji təhlükəsizliyində strateji mövqeqazanmaq yolunda mühüm bir addım atmışlar” (4.4.27).

Göründüyü kimi, Azərbaycan qısa müddət ərzində enerji-nəqliyyatsahəsində regionlar arasında dəhlizlər açmışdır. Bu proses Bakı-Supsa (1999-cu il), Bakı-Ceyhan (2006-cı il), Bakı-Ərzurum (2007-ci il) layihələri ilə başladı, Bakı-Qars dəmiryolu və Transanadoluqaz marşrutları ilə davam edir. Bundan başqa, geosiyasi aspektdə öl-kəmiz faktiki olaraq iki qitəni – Avropa və Asiyanı birləşdirir. Bizimölkənin neft kəmərləri Qara və Aralıq dənizlərinə çıxır. Xəzər dəni-zi-Qara dəniz-Aralıq dənizi bu kəmərlərin sayəsində bütövləşir.

QDİƏT-in 20 illik yubileyinə həsr edilmiş İstanbul sammitindəPrezident İlham Əliyev ayrıca vurğulamışdı: “Biz bu ilin sonundanövbəti böyük layihənin başa çatmasını gözləyirik. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində biz qədim İpəkYolunu bərpa etmiş oluruq. Bu layihə təkcə iştirak edən üç ölkənideyil, geniş mənada Asiya və Avropa qitələrini birləşdirən birlayihədir” (4.4.28). Yəni artıq Azərbaycan sadəcə mühüm geosiyasiməkan deyil, həm də qlobal enerji xəritəsinə təsir edən aktordur. Bu,geosiyasi baxımdan ciddi təkamül yolu keçmək deməkdir. Dünya miq-yasında strateji oyunçu olmağa doğru atılmış vacib addımdır. Avropailə Asiyanın, Şərqlə Qərbin, Şimalla Cənubun, Xristianlıqla İslamınkəsişdiyi məkanda yerləşərək geosiyasi körpü rolunu oynayan gənc,müstəqil Azərbaycanın, həmçinin, bir çox böyük dövlətin maraqlarınınqovuşuğunda yeni güc mərkəzinin təməlini qoyması tarixi hadisədir.

Azərbaycan Avrasiya enerji-nəqliyyat dəhlizinin inkişafı üçünbundan sonra da əlindən gələni edəcəkdir. Bu istiqamətdə xaricisiyasətin əsas məqsədi regional və qlobal səviyyədə əməkdaşlığı ge-nişləndirməkdən ibarətdir. Ölkəmiz üçün bu yol prioritetlərdən biriolaraq qalacaqdır.

219

Page 220: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

4.5. Azərbaycanın modernləşməsi və xarici siyasətin transformasiyası

Modernləşmə müstəqilliyini keçən əsrin 90-cı illərində əldə etmişhər bir ölkə üçün aktual sayılır. Qloballaşma prosesi dünya dövlətlərininiqtisadi inteqrasiyası problemini ortaya qoyur. Mondializasiya isəmüasir anlamda cəmiyyətlərin həmrəyliyi məsələsinə diqqət çəkir.Bunların fonunda milli dövlətçiliyin taleyi və vətəndaş cəmiyyətininformalaşması son dərəcə vacib görünür. Şübhə yoxdur ki, müstəqilcəmiyyətlər yeniləşməli, inkişaf etmiş ölkələrin təcrübələrindən bəh-rələnməlidirlər. Qlobal miqyasda cərəyan edən hadisələrin təsirinənecə reaksiya verilməsi məsələsi üzərində düşünməlidirlər. Bütövlükdə,XXI əsr üçün inkişaf strategiyasını müəyyənləşdirməlidirlər.

Azərbaycan XX əsrin 90-cı illərindən strateji inkişaf modelinimüəyyənləşdirib. Modernləşmə bu aspektdə ölkə rəhbərliyinin diqqətyetirdiyi əsas məsələlərdən biridir. Azərbaycanın modernləşməsiniiki mərhələyə bölmək olar. Birinci mərhələ 1993-2003-cü illəri əhatəedir. Həmin dövrdə əsasən xarici sərmayələrin qoyuluşu hesabınaölkənin sosial-iqtisadi yeniləşməsi həyata keçirildi, iqtisadi keçidprosesi faktiki olaraq başa çatdı.

2003-cü ildən başlayan ikinci mərhələdə ölkənin daxili potensialıhesabına cəmiyyətin yeniləşməsi həyata keçirilir. Bu mərhələdəxarici maliyyə mənbələrindən asılılıq minimuma endirilib. Nəticədə,Azərbaycana dünya maliyyə böhranı demək olar ki, təsir etmədi.Modernləşmənin indiki mərhələsində ölkəmiz müstəqil geosiyasisəviyyəsinə qalxdı. Güclü dövlət konsepti ilə regional lider vəmüstəqil geosiyasi oyunçu statusu bu mərhələdə üzvi surətdə bir-birini tamamlamış oldu. Bu şərtlər özlüyündə Azərbaycanın xaricisiyasətində transformasiyanı zəruri edir.

Henri Kissincer xarici siyasətin daxili siyasətin davamı olduğutendensiyasının və özünüdərk prosesinin intensivləş məsinin müasirdünyanın geosiyasi nizamına ciddi təsir etdiyini vurğulayır (4.4.8,s.26). Hər iki amil xarici siyasətin transformasiyasını şərtləndirir.Onların üzərində ayrıca dayanmaq lazımdır.

220

Page 221: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycan rəhbərliyi keçən əsrin 90-cı illərinin ortalarındamüstəqil dövlət qurmağa yönəlmiş sosial-siyasi və iqtisadi yeniləşmələrətəkan verdi. Həmin mərhələ milli dövlət quruculuğuna etatist yanaş-manın əsası oldu. Bu yanaşmanın təməl konsepti isə Realpolitik idi.Burada əsas məqsəd Azərbaycanın regional proseslərdə rəqabətə da-vamlılığını təmin etməkdən və onu Cənub Qafqazın lider dövlətinəçevirməkdən ibarət idi. Xarici siyasət kursunda bütün bunları nəzərəalaraq, regional və qlobal miqyasda sağlam əməkdaşlıq sistemi for-malaşdırmaq ön plana çəkilmişdi.

Heydər Əliyevin aktiv diplomatik fəaliyyəti nəticəsində 2003-cüilə qədər Azərbaycan regiona qonşu olan böyük dövlətlər, ABŞ,Avropa İttifaqı və Uzaq Şərq ölkələri ilə etibarlı əlaqələr qurdu.Bununla Realpolitik yanaşmaya əsaslanan xarici siyasət daxildəaparılan islahatlar proqramı ilə ahəngdar şəkildə Azərbaycanıninkişafını təmin etdi. İki məqsədə nail olundu. Birincisi, Azərbaycanbeynəlxalq miq yasda rəqabət apara biləcək dövlətə çevrildi. İkincisi,ölkə Cənub Qafqazın lideri oldu.

Bu prosesdə əsas məqamlardan biri ondan ibarət idi ki, siyasi vəiqtisadi modernləşmə prosesi sosial-mədəni transformasiyalarımüəyyən etdi. Həmin mənada Azərbaycanın daxili siyasəti ilə xaricisiyasəti arasında sıx bağlılıq təmin edilmiş oldu. Bu mərhələnin əsasyekunu Azərbaycanda güclü dövlət konsepti ilə regional liderstatusunun tam uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir. Xaricisiyasət bu prosesdə əsas təminedici amil rolunu oynadı. Buradamüasir tarixi dövr üçün səciyyəvi olan bir sıra səbəblərin təsirininəzərə almaq lazım gəlir.

Dünyanın aparıcı dövlətləri güclüdürlər. Onların sayı az deyil.Faktiki olaraq, həmin dövlətlər dünya miqyasında öz şərtlərini diktəedirlər. Qloballaşma prosesi qarşılıqlı asılılığı gücləndirdiyindən, buproses getdikcə sürətlənir. Ona görə də, müstəqilliyini keçən əsrin90-cı illərində əldə etmiş ölkələrdə milli dövlət quruculuğu asanbaşa gələn proses olmadı. Güclü dövlət qurmaq üçün həmin ölkələrxüsusi konsepsiya hazırlamalı və onları tədricən həyata keçirməli-dirlər.

221

Page 222: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Ancaq Azərbaycan üçün problemlər yalnız bununla məhdudlaşmır.Cənub Qafqaz regionu mürəkkəb geosiyasi vəziyyətdədir. ErmənistanAzərbaycan torpaqlarının bir qismini işğal altında saxlayır. Təcavüzkarmövqeyində qalmaqla bölgədə geosiyasi situasiyanı gərginləşdirməkdədavam edir. Bəzi böyük dövlətlərin Ermənistana havadarlıq etmələriregiona əlavə gərginlik gətirir. Belə vəziyyət Azərbaycanda dövlətquruculuğu prosesi qarşısında iki çətinlik yaradır.

Birincisi, dünyanın artıq oturuşmuş, güclü dövlətçiliyə sahibolan ölkələri yeni güclü dövlətlərin formalaşmasına qısqanclıqlayanaşır. İkincisi, regionda təcavüzkar siyasət yeridən ölkə vəona dəstək verən qüvvələr sabitliyin hər an pozulmasına səbəbola bilən riskləri artırır. Azərbaycan rəhbərliyi həmin çətinlikləriaşmaq üçün güclü dövlət quruculuğu konsepti çərçivəsində regionallider olmağa imkan verən xarici siyasət kursu hazırladı. Bu cüryanaşma sayəsində regional lider statusu strateji mahiyyət daşıyangüclü dövlət konsepti ilə tam uzlaşdı.

Prezident İlham Əliyev 2005-ci il oktyabrın 2-də Milli Məclisinpayız sessiyasının açılışında bu bağlılıqda dedi: “Bizim təcrübəmizsübut edir ki, seçdiyimiz yol düzgündür. İqtisadi, siyasi və sosial is-lahatların paralel aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir.Ölkəmiz üçün çox vacib olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir edir” (4.5.1). Bir neçə sahədə islahatlarınparalel aparılması güclü dövlət quruculuğu konseptinin mühümtərkib hissəsidir. Prezident İlham Əliyev bu prosesi daxili sabitliyənail olmaqla əlaqələndirir. 2007-ci ildə Qazax Olimpiya-idmankompleksinin açılışında etdiyi çıxışda Prezident konkret ifadəetdi ki, “bizim məqsədimiz müasir, güclü dövlət qurmaqdır”(4.5.2, s.178). Yəni ölkədə həyata keçirilən bütün islahatlardaəsas məqsəd güclü və müasir dövlət qurmaqdan ibarətdir.

Təbii ki, məsələnin bir tərəfi xarici siyasətə bağlıdır. Hər şeydənəvvəl, aktiv diplomatiya lazımdır. Bu, regional və qlobal problemlərinhəllində iştirak etmək üçün zəruridir. Baxmayaraq ki, Qərb fərqli baxışıçətinliklə qəbul edir, konstruktiv təkliflərin axtarışı vacibdir. Qlobal əhə-miyyəti olan proseslərdə bütün dövlətlər bərabər iştirak etməlidirlər.

222

Page 223: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Beləliklə, modernləşmənin birinci mərhələsində ölkənin iqtisadiinkişafına nail olundu. Cəmiyyətdə davamlı siyasi sabitlik bərqəraroldu. Yeni dünya nizamı çərçivəsində Azərbaycanın regional vəqlobal proseslərdə aktiv iştirakı təmin edildi. Bunlar isə müdafiəxarakterli xarici siyasət konsepsiyasından hücum mahiyyətlixarici siyasət strategiyasına keçməyə imkan yaratdı. Həminkeçidin nəticələrindən biri beynəlxalq təşkilatların Azərbaycanınproblemlərinə daha çox diqqət yetirmələri oldu. Bunu müstəqillikdövründə Azərbaycanın xarici siyasətinin birinci transformasiyasıadlandırmaq olar. Xarici siyasətdə müdafiə mövqeyindən hücumstrategiyasına keçid diplomatik və ideoloji fəaliyyətdə keyfiyyət də-yişiklikləri ilə müşayiət olundu.

XXI əsrdə diplomatiyanın sürətli dəyişikliklərə məruz qalacağıhaqqında fikirlər mövcuddur (məsələn, bax: 4.5.3). Rusiya Xariciİşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun(MDBMİ) “Diplomatiya” kafedrasının professoru Tatyana Zonovadiplomatiyanın gələcəyi ilə bağlı yazır ki, “diplomatiya gözlərimizönündə radikal surətdə transformasiyaya uğrayır” (4.5.3). Bu dəyişiklikartıq başlayıb. Səbəbini isə professor XXI əsrin çağırışlarında görür.Müasir tarixi dövrün şərtləri diplomatiyanın strukturunu və metodlarınıdəyişir. İnteqrasiya diplomatiyası və paradiplomatiya yeni modellərtəklif edir. T.Zonova bir qədər də irəli baxaraq, belə bir fikir yürüdürki, “XXII əsrdə indi mövcud olan diplomatik modellərdən istifadəedilməyə bilər”. Professor diplomatiyanın yalnız münaqişələrin dincyolla həlli vasitəsi kimi qalacağına əmindir (4.5.3).

XXII əsrin diplomatiyası ilə bağlı proqnoz vermək xeyli riskli məş-ğuliyyətdir. Lakin diplomatiyanın münaqi şələrin dinc yolla həlli vasitəsikimi qalacağına ümid etmək olar. Keçən əsrin 90-cı illərindən etibarəndiplomatiyanın bu funksiyası daha da artmışdır. Azərbaycanın xaricisiyasə tinin müdafiə mövqeyindən hücum xarakterli konsepsiyaya trans-formasiyası da bu baxımdan çox maraqlıdır. Çünki bizim xarici siyasə-timizin əsas prioriteti münaqişələri dinc yolla həll etməkdən ibarətdir.

Azərbaycanın xarici siyasətində diplomatik fəallığın yeni sə-viyyəyə qalxması təcavüzkarın pozucu fəaliyyətinin qarşısınıvaxtında almağa, imkan daxilində onu önləməyə xidmət edir.

223

Page 224: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycana qarşı siyasi, ideoloji, mədəni, humanitar, ekoloji,hərbi və s. təxribatların davam etdiyi şəraitdə hücum taktikasınınseçilməsi tamamilə təbiidir. Ölkəmiz təcavüzkarın regional vəqlobal miqyasda sabitliyi pozmasına, xalqlar arasında düşmənçilikyaratmasına diplomatik fəaliyyətlə mane olaraq, əslində, dünya sə-viyyəsində xidmət göstərmiş olur.

Son bir neçə ildə Azərbaycanın beynəlxalq aləmdə apardığı fəaldiplomatik-ideoloji işlər nəticəsində Ermənistanın informasiya təx-ribatlarının qarşısı alınmışdır. Artıq Azərbaycanın xarici siyasətibütün parametrlərə görə, Ermənistanın xarici siyasət kursunu üstələyir.Bu uğura ölkəmiz məhz xarici siyasətdə hücum konsepsiyasına keç-məklə nail olmuşdur.

Bütün bunların əsasında demək olar ki, Azərbaycanın xaricisiyasəti diplomatiyanın inkişafına ciddi töhfələr verir. Diplomatiyanınpatriarxlarından sayılan ser Harold Nikolson hələ keçən əsrin əvvəl-lərində yazırdı ki, “dövlətin xarici siyasətinin vasitəsi kimi diploma-tiyanın rolu həmişə müstəsna dərəcədə böyük olmuşdur” (4.5.4,s.5). Görkəmli diplomat və tarixçi fikirlərini inkişaf etdirərəkvurğulayır ki, diplomatiya dövlətlərin taleyinə əhəmiyyətli dərəcədətəsir edir. Onun bu xüsusda bir qeydinin müasir dövrün diplomatlarıüçün də çox qiymətli olduğunu düşünürük. H.Nikolson “Diplomatiya”əsərində yazır: “Çoxlu sayda beynəlxalq fəlakətlər müxtəlif səbəblərdənpis diplomatiya ilə müşayiət olunub” (4.5.4, s.5). Yəni pis diploma-tiyanın nəticəsi yalnız bir ölkənin mənfi imicinin formalaşmasındanibarət olmur – bütövlükdə, beynəlxalq münasibətlər sistemi böhranadüşə bilir.

Müasir dövrdə dağıdıcı, təcavüzkar siyasət yeritmək məhzpis diplomatiyanın əlamətidir. Bu hallara qarşı bütün dünyadövlətləri mübarizə aparmalıdırlar. Hazırda bəşəriyyəti narahatedən bir çox münaqişələr, dünya dövlətlərinin “pis diplomatiya”ilə məşğul olan təcavüzkar ölkələrə qarşı təsirli tədbir görməməsiilə bağlıdır. İkili standartlar siyasəti diplomatiyanı gözdən salır.Dünyanı böyük fəlakətlərlə qarşı-qarşıya qoyur. XXI əsrin əv-

224

Page 225: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

vəllərində xarici siyasətin çox fəallaşdığı bir zamanda bu tendensiyabəşəriyyəti ciddi təhlükələrə atır.

İndi geosiyasi nəzəriyyələrdə eyni şərtlər daxilində fəaliyyətgöstərən, oxşar parametrlərə malik dövlətlərin nəyə görə beynəlxalqarenada özlərini fərqli aparmasının səbəbləri ilə bağlı təhlillərə rastgəlinir. Neoklassik realizm hesab edir ki, burada dövlətlə cəmiyyətinbir-biri ilə uzlaşması mühüm rol oynayır (4.5.5). Başqa sözlə,dövlətin obyektiv imkanları ilə liderlərin onu subyektiv qiymətlən-dirmələri arasındakı əlaqələrin müasir xarici siyasətdə əhəmiyyətiartır. Bununla xarici siyasət çox mütəhərrik hala gəlir. Vahid qiymət-ləndirmə meyarlarından danışmaq mümkün olmur. Liderlərin ölkəninobyektiv imkanlarını düzgün dəyərləndirməməsi dövləti fəlakətəapara bilər. Lakin bu vəziyyətdən çıxış yolunu yenə də dövlətlə cə-miyyətin bir-biri ilə uzlaşma dərəcəsi müəyyənləşdirir. Buradan eynişərtlər daxilində mövcud olan və oxşar imkanlara sahib dövlətlərinnəyə görə beynəlxalq aləmdə özlərini fərqli aparması aydın olur.Əgər dövlətlə cəmiyyət aqressivlikdə uzlaşırlarsa və liderlər ölkəninobyektiv imkanlarını düzgün qiymətləndirə bilmirlərsə, təcavüzkarsiyasət yürüdüləcək. Ermənistanın separatçı, avantürist rəhbərlərininsiyasəti buna misaldır.

Azərbaycanın xarici siyasətinin məzmunu isə dövlətlə cəmiyyətinsosial-mədəni və iqtisadi inkişaf məsələsində uzlaşdığını tam sübutedir. Azərbaycan rəhbərliyi ölkənin sosial rifah dövləti modeli üzrəinkişafa qadir olduğunu obyektiv qiymətləndirmə əsasında müəy-yənləşdirib. Yəni Azərbaycanın xarici siyasət kursunun transformasiyasıdüşünülmüş siyasi kursun reallaşdırılmasının birbaşa nəticəsidir.Burada sülhsevərlik, sosial-mədəni və iqtisadi inkişaf məsələlərindəAzərbaycan dövləti ilə cəmiyyətinin uzlaşması əsas rol oynayır.Azərbaycan cəmiyyəti ölkə başçısının mövqeyini tam dəstəkləyir.

Azərbaycanın modernləşməsinin ikinci mərhələsində xaricisiyasətdə yeni transformasiya baş verir. Modernləşmənin bu mərhə-ləsinin fərqli cəhətləri var. Bütövlükdə, XXI əsrin postsənayecəmiyyəti kontekstində modernləşmə ideyasını zamanın çağırışıkimi qiymətləndirmək olar (bax: məs., 4.5.6). Bu fikir modernləşmənin

225

Page 226: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

yeni mərhələsinin əsas məzmununu ifadə edir. Yəni indiki mərhələdəmodernləşmənin başlıca məqsədi postsənaye cəmiyyətinin forma-laşdırılmasına nail olmaqdır. Modernləşmə proses olaraq cəmiyyətinbütün sahələrini əhatə edir. Siyasi, iqtisadi, mədəni, hərbi, ekoloji,elmi və başqa sahələr üzrə sistemli və ardıcıl islahatlar aparmaqlazım gəlir. Çünki XXI əsrin birinci onilliyində dünya xalqlarınınhəyatının bütün sahələrini əhatə edən transformasiyalar müşahidəedilir. Güclü inkişafa stimul verən yeni innovativ metodlar vəmənbələr tələb olunur (bax:4.5.6). Burada millətin intellektualsəviyyəsi və yaradıcı qabiliyyəti daha çox aktuallıq kəsb etməyəbaşlayır. Azərbaycanın sənaye cəmiyyətindən postsənaye cəmiy -yətinə keçid mərhələsində olması bu problemə xüsusi məzmunverir. Cəmiyyətdə yaradıcı (kreativ) zümrənin formalaşdırılmasımilli səviyyədə strateji məqsədə çevrilir.

Şübhə yoxdur ki, bunların xarici siyasəti həyata keçirən strukturlarabirbaşa aidiyyəti vardır. Diqqəti çəkən cəhət bundan ibarətdir ki, si-yasətçilər və diplomatların kreativ zümrənin üzvləri kimi hazırlıqlarıyeni yanaşmalar tələb edir. Təbii ki, postsənaye cəmiyyətinə keçidmərhələsi bunlarla yanaşı, xarici siyasət kursunun transformasiyasınıda şərtləndirir. Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrinməzmunundan aydın görünür ki, ölkəmizin xarici siyasətində insanamilinin, ağıl, intellekt və yeni informasiya texnologiyalarındanistifadənin daha geniş əsasda yeri vardır.

Modernləşmənin bu mərhələsində xarici siyasətin transformasiyası“ağıllı güc” və ya “yumşaq güc”ə (ing. soft power) tam keçid istiqa-mətində olmalıdır. Məsələ bundadır ki, dünyanın böyük dövlətləri“yumşaq güc” siyasətinə getdikcə daha çox üstünlük verirlər. Buanlayış dövlətin daxili potensialının cəlbediciliyinə əsaslanır. Mədə-niyyət, tarix, intellekt, daxili siyasət və başqa amillər üzrə dövlət nəqədər çox cəlbedici olarsa, xarici siyasətində də bir o qədər uğurluolar. Dövlətin daxili cəlbediciliyinin mərkəzində xalqın mədəniyyətidurur.

Biz artıq Azərbaycanın milli inkişaf strategiyasının mədəniyyət-tutumlu suverenliyə əsaslandığını qeyd etmişik. Deməli, ölkəmizin

226

Page 227: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

“ağıllı güc” siyasətinə tam keçidi milli inkişaf strategiyasının ma-hiyyətində əks olunmuşdur. Ona görə də, kreativ insanların millətiolmaq strateji uğurun təməlidir. Cəmiyyətin kreativ zümrəsi nə qədərçox olsa, daxili və xarici siyasətdə “ağıllı güc” konsepsiyasınıntətbiqi üçün də bir o qədər əlverişli sosial-mədəni baza hazırlanmışolacaqdır. Modernləşmənin ikinci mərhələsində “ağıllı güc” və ya“yumşaq güc” konsepsiyası bərqərar ola bilər. Bu mənada deməkolar ki, xarici siyasətin yeni transformasiyası onun daxili siyasətləəlaqəsinin yeni səviyyəyə qalxmasına imkan verəcəkdir. Təbii ki,bu, artıq yeni məzmun və məqsəd kəsb edən bağlılıq olacaqdır. Buməqamda çox vacib bir amili qeyd etmək lazımdır.

Problemin başqa mühüm tərəfi xarici siyasət konsepsiyasınınmahiyyəti ilə bağlıdır. “Ağıllı güc” konseptinin reallaşması üçünxarici siyasət bütövlükdə bəşəriyyətin tərəqqisinə xidmət etməlidir.Yəni dövlətin xarici siyasəti ölkələr və regionlar arasında əməkdaşlığıngenişlənməsinə xidmət edirsə, onun “ağıllı güc” konsepsiyasınakeçid imkanı yaranır. Xarici siyasət kursunun yalnız sözdə deyil,əməldə əməkdaşlığa istiqamətləndiyi təsdiqini tapmalıdır. Azərbaycanbu sahədə özünü artıq tam təsdiq edir. Belə ki, ölkə mütəmadi olaraqmədəniyyətlər və dinlərarası əməkdaşlığa həsr edilmiş beynəlxalqtədbirlər keçirir. Azərbaycan Krans Montana Forumu çərçivəsində“Bakı prosesi” adlanan layihəni həyata keçirməyə başlayıb.

“Bakı prosesi” ideyasını Azərbaycan Prezidenti İlham Əliyevqonşu regionların və Avropanın mədəniyyət nazirlərinin 2008-ci ildekabrın 2-3-də Bakıda keçirilən konfransında irəli sürdü. Bu ideyamüxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafetdirilməsini nəzərdə tutur. 2009-cu ilin oktyabrında İslam ölkələrininmədəniyyət nazirlərinin Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq”mövzusuna həsr edilmiş dəyirmi masasında “Bakı prosesi – siviliza-siyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edildi.

Qeyd edək ki, Krans Montana Forumu 1986-cı ildə İsveçrənineyniadlı şəhərində yaranmış beynəlxalq təşkilatdır. Onun təsisçisiisə “Ümumdünya forumu” fondudur. Bu foruma bir çox inkişafetmiş dövlətin görkəmli siyasi xadimləri daxildir. “Ümumdünya fo-rumu” BMT, Avropa Şurası və Avropa İttifaqı ilə sıx əlaqədə işləyir.

227

Page 228: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Avropanın işgüzar dairələri ona dəstək verir. Fondun əsas vəzifəsiişgüzar dairələrin təmsilçiləri, dövlət və siyasi xadimlərlə əlaqə ya-ratmaqdan ibarətdir. Onlar arasında dialoq qurmaq üçün konkretproqramlar həyata keçirilir.

Bunlar göstərir ki, Azərbaycan ən yüksək səviyyədə beynəlxalqmiqyasda həyata keçirilən əməkdaşlıqda iştirak edir. Üstəlik, “Bakıprosesi”ni başlamaqla ölkəmiz konkret layihə vasitəsi ilə mədəniy-yətlərarası dialoqun baş tutmasına öz töhfəsini verir. Azərbaycanınmüxtəlif mədəniyyətlər və dinlər arasında dialoq qurmaq istiqamətindəatdığı addımlar yalnız Krans Montana Forumu ilə məhdudlaşmır.Biz əvvəlki fəsillərdə də qeyd etmişik ki, Beynəlxalq Bakı HumanitarForumu mütəmadi olaraq keçirilir. Bu Forum çərçivəsində dünyanınmüxtəlif regionlarından gələn keçmiş prezidentlər, alimlər, filosoflar,siyasətçilər, Nobel mükafatı laureatları, iqtisadçılar, mədəniyyət xa-dimləri və s. mühüm qlobal problemlərlə bağlı müzakirələr aparırlar.Bu müzakirələr çox geniş sahələri əhatə edir.

2011-ci ilin aprel ayında Bakıda BMT, Avropa Şurası, YUNESKO,İSESKO və “Avronyus”un dəstəyi ilə Ümumdünya MədəniyyətlərarasıDialoq Forumu keçirilmişdir. Forumda mədəniyyətlərarası dialoqunkonseptual, idarəçilik, siyasi və praktik aspektləri müzakirə olunmuş,təcrübə mübadiləsi aparılmışdır.

Azərbaycan həm də mədəniyyətlərarası əlaqələrin inkişafınaxidmət edən beynəlxalq konfranslar təşkil edir. Ulu öndər HeydərƏliyevin xatirəsinə həsr edilmiş “Mədəniyyətlərarası dialoq” adlısilsilə xarakterli beynəlxalq konfranslar buna gözəl nümunədir.Həmin konfranslar Moskvada və Bakıda keçirilib. Onun coğrafiyasınındaha da genişləndirilməsi nəzərdə tutulur.

Bütün bu layihələr ümumilikdə Azərbaycanda həyata keçirilənmodernləşmənin ikinci mərhələsinin mahiyyətinə tam uyğundur.Dövlətimiz daxili və xarici siyasətdə mədəniyyətə, intellektə, huma-nizmə və sülhə əsaslanan addımlar atır. Bunlar sənaye cəmiyyəti qu-ruculuğunu tam başa çatdırmadan postsənaye cəmiyyətinin kreativzümrəsini yetişdirməyə imkan verir. Paralel olaraq, xarici siyasətdə

228

Page 229: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

postsənaye cəmiyyəti üçün daha çox səciyyəvi olan “ağıl gücü”konsepsiyasına keçid üçün şans yaranır. Düşünürük ki, xarici siyasətinbu transformasiyası da uğurla başa çatacaqdır.

Beləliklə, müstəqilliyimizin ilk 20 ili müddətində xarici siyasətiki mərhələdə transformasiyaya uğrayıb. Müdafiə siyasətindənhücum diplomatiyasına, oradan da “ağıl gücü” konsepsiyasınakeçid baş verir. Birinci transformasiya tam başa çatıb, ikinci isəhələ davam edir. Azərbaycan yeni mərhələdə regional liderstatusu ilə qlobal geosiyasi oyunçu olmaq məqsədini uzlaşdırır.Artıq ölkəmiz müstəqil geosiyasi oyunçu kimi özünü təsdiq edib.Bu səviyyədən qlobal geosiyasi çəkisi olan dövlətə çevrilmək isti-qamətində inamlı addımlar atılır. Azərbaycan daim inkişaf edir,daha da qüdrətlənir. Ona indi yalnız coğrafi ərazisinə görə“kiçik” demək olar.

Nəzəri ümumiləşdirmələr

Xarici siyasətin prioritetlərinin düzgün müəyyənləşdiril məsi millidövlətçiliyin inkişaf etdirilməsinin mühüm şərtlərindəndir. Təhlillərgöstərir ki, Azərbaycan yalnız 1993-cü ilin ikinci yarısından xaricisiyasətini sistemli, düşünülmüş və ardıcıl olaraq aparmağa nailolmuşdur. Ulu ön dər Heydər Əliyev mükəmməl xarici siyasət kursuhazırlamışdır. Müstəqilliyimizin 21 ili ərzində toplanan təcrübə sübutedir ki, ölkəmizin xarici siyasət kursu böhranlı situasiyalarda beləkifayət qədər səmərəlidir.

Xarici siyasətin istiqamətləri ilə prioritetləri arasında daxili əlaqəvardır. Əsas istiqamətlər zaman və məkan çərçivəsində xarici siyasətindövlətin maraqlarına uyğun olan başlıca fəaliyyət vektorlarıdır. Prio-ritetlər isə konkret zaman və məkan çərçivəsində dövlətin qarşısınaqoyduğu əsas geosiyasi məqsədlərə çatmaq üçün üstünlük verdiyivəzifələrdir. Prioritetlər xarici siyasətin əsas istiqamətlərinin hər biriüzrə həyata keçirilir. Deyək ki, ərazi bütövlüyünün təmini xaricisiyasətin prioriteti kimi əsas istiqamətlərin bütün spektrini əhatəedir. Bu zaman xarici siyasətin əsas istiqamətləri sırasında

229

Page 230: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

geosiyasi situasiyanın dəyişməsi ilə yeniliklər ola, prioritetlər isəolduğu kimi qala bilər. Məsələn, qlobal səviyyədə geosiyasi və-ziyyətin yeniləşməsi sayəsində Azərbaycanın xarici siyasətininəsas istiqamət lərində müəyyən düzəliş edilə bilər, ancaq müna-qişələrin dinc yolla həlli prioritetdir. Müəyyən hallarda bununəksi də mümkündür. Qərbə inteqrasiya prioritetini Avrasiyaməkanındakı inteqrasiya əvəz edə bilər.

Son vaxtlar Avrasiya məkanında inteqrasiya modellərindən tez-tez danışılır. Rusiya və Türkiyənin bununla bağlı yanaşmaları var.Avrasiyada hansı inteqrasiya modelinin reallaşacağından asılıolmayaraq, bu məkanda ölkələr arasında əlaqələrin inkişafı birzərurətdir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Stratejidərinlik” kitabında yazır ki, Türkiyə Almaniya, Rusiya və ya Yaponiyakimi hərəkət etməlidir. Yəni o, özünə yaxın olan regionlarda aktivsiyasət yeritməli, sonra dünya miqyasında söz sahibi olmalıdır (4.6.1,s.6). Bu şərtlər daxilində ərazi bütövlüyünün təmini prioritetdir.

Müqayisələr göstərir ki, müasir geosiyasi mühitin son dərəcə mü-təhərrik olması xarici siyasətdə manevrlər etmək imkanlarını geniş-ləndirir. Situasiyanın dəyişmə dinamikası xarici siyasət kursundaəsas istiqamətlər və prioritetlərdə düzəlişlərə səbəb ola bilir. Təbiiki, bu cür vəziyyət bütövlükdə xarici siyasət məsələsini mürəkkəb-ləşdirir, diplomatik fəaliyyətin məzmununda yeniləşmələri aktuallaşdırır.İnteqrativ, kreativ diplomatiya və paradiplomatiya kimi yeni terminlərinmeydana gəlməsi bu proseslərlə bağlıdır.

Biz sonuncu fəsildə dünyanın bir neçə tanınmış diplomat vəanalitiklərinin qlobal geosiyasi mühitin transformasiyaları haq-qında fikirlərini təhlil etmişik. Onlar bütövlükdə dünyanın yenigeosiyasi nizamının yaranmaqda olduğunu vurğulayırlar. Yəniqlobal miqyasda köklü yeniləşmələrdən söhbət gedir. Lakin buproses hələ başa çatmayıb. Məhz bu məqam müstəqil milli dövlətlərindünyadakı geosiyasi mövqeyinə xeyli qeyri-müəyyənliklər verir.Qlobal güclərin öz aralarında müna sibətləri tam aydınlaşdır-maması, geosiyasi mübarizənin daha da kəskinləşməsi və regionalmiqyasda özünü göstərən ziddiyyətlər kompleks halda beynəlxalq

230

Page 231: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

müna sibətlər sistemində çətinliklər yaradır. Rusiyanın xarici işlərnaziri və Təhlükəsizlik Şurasının katibi olmuş İqor İvanovun bubağlılıqda fikirlərini sonuncu fəsildə qeyd et mişik. İ.İvanov dünyada“ağıllı” xarici siyasətin yalnız yaranmaqda olduğunu vurğulayır(4.3.1). Özü də bu, “hələ siyasi praktika və hətta bütöv layihə deyil”(İ.İvanov). “Ağıl lı” xarici siyasət innovativ ideyaların sistemli top-lusudur. Ancaq gec və ya tez beynəlxalq sistemi məhz onlar dəyişəcək(4.3.1). Düşündürücü və eyni zamanda, obyektiv qiymətlən dirmədir.

Müasir qlobal geosiyasi mühit yeni səviyyəyə transformasiyasınıbaşa çatdırmayınca, beynəlxalq münasibətlər sisteminin konkretməzmununda qeyri-müəyyənliklər qalacaqdır. Bununla yanaşı, “ya-ranmaqda olan” “ağıllı” xarici siyasət inkişaf etdirilməlidir. Hesabedirik ki, ümumiyyətlə, geosiyasətin gələcəyində bu ideya müsbətrol oynaya bilər. Dünyanı ağıl, sülh və insanlara sevgi xilasedəcək. Mədəniyyətlər və dinlər arasında dialoq yeni səviyyəyəqaldırılmalıdır. Azərbaycanın xarici siyasətinin “ağıllı güc” kon-sepsiyasına keçməsi dövlətin strateji maraqlarına tam cavab verir.Ölkəmiz müxtəlif mədəniyyətlər və din lər arasında dialoq qurmağı,əməkdaşlığı genişlən dirməyi xarici siyasətinin çox mühüm aspektikimi inkişaf etdirir. Bu mənada xarici siyasətin əsas istiqamətlərivə prioritetləri də transformasiyaya uğraya bilər.

Xarici siyasəti dünya sisteminin yenidən qurulması prosesindənkənarda təsəvvür etmək mümkün deyildir. Azərbaycan qlobal miqyasdagedən dəyişiklikləri öz üzərində hiss edir. Bu təsirlər regionalsəviyyədə özünü göstərən müxtəlif tendensiyalarla (siyasi, geosiyasi,iqtisadi, hərbi, ekoloji və mədəni xarakterli) uzlaşdırılmalıdır. Buzaman əsas meyar xarici siyasətin prioritetləridir. Deyək ki, 2008-ciilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən hadisələrregionda geosiyasi mənzərəyə ciddi təsir etdi. Azərbaycan bu hadisəyəərazi bütövlüyünün təminini, münaqişələrin dinc yolla həllini vəregional əməkdaşlığa yardım etmək zərurətini nəzərə alaraq reaksiyaverdi. Bu, ölkəmizin Rusiya və Gürcüstanla əməkdaşlığına xələl gə-tirməyən bir mövqe idi. Eyni zamanda, Azərbaycan xarici siyasətininprioritetlərini gözləyərək hərəkət etdi. Ona görə də, Prezident İlham

231

Page 232: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Əliyevin həmin mərhələdə tutduğu mövqeyini beynəlxalq aləmyüksək qiymətləndirdi.

Azərbaycan xarici siyasətinin prioritetlərini qətiyyət və inamlareallaşdırır. Təcrübə göstərir ki, ölkəmizin xarici siyasət kursu regionsəviyyəsində pozitiv geosiyasi dəyişiklikləri həvəsləndirir. AzərbaycanCənub Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq və inteqrasiyaistiqamətində fəaliyyət göstərir. Dövlətimiz yeni beynəlxalq enerjilayihələri, iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərarasıdialoqa xidmət edən tədbirlər həyata keçirdikcə, bəzi qüvvələrintəxribatçı hərəkətləri artır. Cəbhə xəttində atəşkəsi pozur, bəzi mediaorqanlarında ölkəmizə qarşı şər-böhtanla dolu yazılar dərc edir,müxtəlif beynəlxalq dairələrdən təzyiqlər etməyə çalışırlar. Bütünbunlar mahiy yətcə sürətlə inkişaf edən Azərbaycanın əl-ayağına do-laşmaq xarakteri daşıyır. Lakin Prezident İlham Əliyevin vurğuladığıkimi, Azərbaycan artıq keçən əsrin 90-cı illərinin ölkəsi deyil – o,güclü, sülhsevər və zəngindir! Azərbaycan Cənub Qafqazın aparıcıdövləti olaraq, bundan sonra da üzərinə düşən missiyanı yerinə yeti-rəcəkdir!

232

Page 233: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

YEKUN

Bu kitabda Azərbaycanın xarici siyasət kursunun əsrlərin qovşağındaformalaşması və transformasiyasını təhlil etməyə çalışdıq. Ölkəmizmüstəqilliyinə çox mürəkkəb geosiyasi proseslərin baş verdiyi dövrdəqovuşdu. Onun suverenliyini təmin etmək məqsədilə dəqiq işlənmişxarici siyasət kursu formalaşdırmaq tələb olunurdu. Ulu öndərHeydər Əliyev bunun öhdəsindən ustalıqla gələ bildi.

Qlobal və regional səviyyədə cərəyan edən proseslərin qarşılıqlıtəsiri nəticəsində Cənub Qafqazda mürəkkəb geosiyasi situasiya ya-randığından, uğurlu xarici siyasət konsepsiyasının müəyyənləşdirilməsiasan məsələ deyildi. Bundan başqa, 1991-1993-cü illərdə Azərbaycanınxarici siyasətində çoxlu sayda səhvlərə yol verilmişdi. Azərbaycanınbeynəlxalq imicinə güclü zərbə vurulmuşdu. Daxildə separatçı qüv -vələr fəallaşmışdı. Ermənistanın təcavüzkar siyasəti nəticəsində əra-zimizin 20 faizi işğal edilmişdi. Təcavüzkara kənardan dəstək verənlərdə var idi.

Bütün bu amillər kompleks halında Azərbaycan dövlətçiliyinətəhlükələr yaradırdı. Bu böhrandan ölkəni yalnız düşünülmüş vəmüa sir dövrün tələblərinə cavab verən siyasət çıxara bilərdi. Bununlaəlaqədar, əsərdə bir neçə mühüm məqam nəzərə alınaraq, Azərbaycanınxarici siyasəti təhlil edilmişdir.

Müasir dünyanın özünəməxsus geosiyasi təkamül xüsusiyyətlərivar. Onları təhlil edən mütəxəssislərin yanaşmaları fərqli olsa da, hərbiri müasir geosiyasi mənzərənin mütəhərrik və mürəkkəb olduğunuqeyd edir (bax: məs., 1, 2 və 3).

Biz imkan daxilində məsələnin bu aspektinə diqqət yetirməyə ça-lışdıq. Çünki Azərbaycanın xarici siyasət kursunun mahiyyətini qlo -bal səviyyədə baş verən dəyişiklikləri dərk etmədən anlamaq mümkündeyil. Apardığımız təhlillər göstərdi ki, qlobal geosiyasi proseslərinnəzəri cəhətdən birmənalı qiymətləndirilməsi mürəkkəb bir işdir.

233

Page 234: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Burada bir çox hadisələrin təkamül ssenarilərindən danışmaq lazımgəlir. Aydın olur ki, çoxvariantlı təkamül modeli geosiyasi mühitdəböhran zonaları ilə inkişaf tendensiyalarının bir-birini əvəzləməsindənqaynaqlanır. Bu təzahürlərin fonunda isə dünya dövlətlərinin qarşılıqlıasılılığı artır. Müasir geosiyasi nəzəriyyələrin məzmununa bu cüramillər ciddi təsir göstərir. Kitabda nəzərdən keçirilən yeni geosiyasikonsepsiyalarda həmin tezisin doğruluğu öz təsdiqini tapır.

Yuxarıda irəli sürülən fikirlərin fonunda geosiyasi konsepsiyalarıntransformasiyasının maraqlı cəhətləri üzə çıxır. Bu proses ilə elmiidrakın yeniləşmələri arasında heyrətedici paralellik aşkar etdik. Həriki tendensiya isə qlobal səviyyədə baş verən sosial-iqtisadi, siyasivə mədəni yeniləşmələrlə sıx əlaqədə özünü büruzə verir. Keçənəsrin əvvəllərində elmi idrakda ciddi dəyişikliklər baş verdi. Paralelolaraq, geosiyasi konsepsiyalar da transformasiyaya uğradı. XXəsrin 50-60-cı illəri yeni elmi nəzəriyyələrin meydana gəlməsi iləxarakterizə olundu. Həmin dövrdə bir neçə yeni geosiyasi konsepsiyanınbaza ideyaları formalaşdı.

Nəhayət, keçən əsrin 90-cı illərində elm və fəlsəfə ilə yanaşı,siyasi nəzəriyyələrdə də köklü ideya transformasiyaları baş verdi.Bu proses sadaladığımız sahələrin hər birində indi də davam edir.Elmi idrakda mütəxəssislər daha çox çoxvariantlılıqdan, qeyri-müəy-yənlikdən, risklərdən danışır. Qlobal geosiyasi prosesləri xarakterizəedərkən də buna oxşar terminlərdən istifadə edilir. “Böhran”, “xaos”,“qarşılıqlı asılılıq”, “sistemli yeniləşmələr”, “qeyri-müəyyənlik” vəbaşqa anlayışlar elmdə, fəlsəfədə və geosiyasətdə tez-tez işlənir.Onların məna oxşarlığı ilə bağlı mövqe bildirmək üçün isə əlavətədqiqat tələb olunur.

Biz “sivilizasiyaların toqquşması”, “böyük şahmat taxtası”, “he-gemonsuz dünya”, “informasiya geosiyasəti”, “çoxkommunikasiyalıdünya” və s. kimi terminlərin dəbdə olduğu tarixi mərhələdə Azər-baycanın xarici siyasətinin keçdiyi 21 illik yolu təhlil etməyə çalışdıq.Problemin mürəkkəbliyi, bizcə, şübhə doğurmur. Ancaq həm buprosesin iştirakçısı olmaq, həm də onu obyektiv təhlil etmək olduqcamaraqlı bir işdir. Girişdə bunun metodoloji çətinliklərini qeyd etmişik.

234

Page 235: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Prosesin canlı iştirakçısı olmaqla onu kənardan obyektiv təhlil etməkfərqli şeylərdir. Burada mənəviyyatla obyektivlik arasında uyğunluqtapmaq lazım gəlir.

Buna baxmayaraq, xarici siyasət elə bir sahədir ki, onun müəyyənözəlliklərini kənardan müşahidə etməklə dərk etmək çox çətindir.Ona görə də, bir sıra məqamlarda mənim ölkənin xarici siyasəti iləuzun müddət məşğul olmağım təhlildə köməyimə çatdı. Xüsusilə,qlobal səviyyədə geosiyasi mühitdə baş verən proseslərin əsl mənasınınaydınlaşdırılması aspektində bunun olduqca böyük əhəmiyyəti oldu.

Məsələ bundadır ki, keçən əsrin 90-cı illərində keçmiş sovet res-publikalarında meydana çıxan gənc siyasətçilər əksər hallarda ifratavarır, psevdoazadlıq təsəvvürlərinin təsiri altında ölkənin xarici siyasətiniuçuruma aparırdılar. Xalq kütlələri isə real vəziyyəti bilmirdilər. Beləbir şəraitdə qlobal geosiyasətin real tərəfinin dərki prinsipial məna da-şıyırdı. Kitabda problemin bu tərəfinə ciddi diqqət yetirilib.

Qlobal miqyasda baş verən köklü geosiyasi dəyişikliklər prosesihələ başa çatmayıb. Beynəlxalq münasibətlər sistemi yenidən qurulur(4). Buna müvafiq olaraq, xarici siyasət konsepsiyalarında da ciddidəyişikliklər həyata keçirilməlidir. Bir neçə dövlətin aparıcı rol oy-namağa başladığı müasir tarixi mərhələdə həmin proses xüsusiyanaşma tələb edir. Görünür, burada qüvvələr balansının yeni optimalnisbətini tapmaq lazımdır. Bu şərtlər daxilində müəyyən regionunkonkret ölkəsi üçün səmərəli ola bilən xarici siyasət kursundandanışmaq daha doğru olar. Çünki regional səviyyədə geosiyasi mü -hitin öz tələbləri var.

Digər tərəfdən, “hegemonsuz dünya”da (Anton Levin) çoxvektorluxarici siyasət kursu formalaşdırmaq zərurəti də yaranıb. KitabdaAzərbaycanın xarici siyasətinin əsas istiqamətlərinə və prioritetlərinəməhz bu özəlliklərin prizmasından nəzər yetirdik. Həmin aspektdədiqqəti çəkən güclü dövlət konsepti ilə regional liderliyin bir-biri iləuzlaşması məsələsidir.

Güclü dövlət quruculuğu mücərrəd məsələ deyil. Güclü dövlətkonseptini yalnız konkret zaman və məkanda qlobal və regional

235

Page 236: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

şəraiti nəzərə almaqla hazırlamaq olar. Azərbaycanın yerləşdiyiCənub Qafqaz regionu tarixən mürəkkəb geosiyasi mənzərəsi iləfərqlənib. XX əsrin sonu – XXI əsrin əvvəllərində isə burada dahamürəkkəb bir vəziyyət yarandı. Böyük dövlətlərin regiondakı ma-raqlarını təmin etmək üçün güzəştsiz mübarizə aparması ilə yanaşı,yerli dövlətlərdən birinin işğalçı siyasət yeritməsi müstəqil Azərbaycandövlətçiliyi üçün ciddi problemlər yaratdı.

Azərbaycanın güclü dövlət konseptini seçməsi və onu ardıcılolaraq həyata keçirməsi tarixi bir prosesdir. Bir tərəfdən, təcavüzkarlamübarizə aparmaq, digər tərəfdən isə, böyük dövlətlərin maraqlarınıtarazlaşdırmaq müdrik addımlar, gərgin zəhmət, böyük səylər vəikiqat fəallıq tələb edirdi. Məhz bu səbəbdən güclü dövlət konseptiilə regional liderlik arasında uzlaşmanı dəqiq düşünülmüş xaricisiyasət kursu təmin edə bilərdi.

İndi analitiklər, politoloqlar və diplomatlar Azərbaycanın bu məq -sədə necə çatmasını araşdırırlar. Bizim təhlillərdə güclü dövlətkonsepti ilə regional liderliyin uzlaşmasının mühüm cəhətlərigöstərilmişdir.

Birincisi, güclü dövlət konsepti və regional liderlik strategiyasıazərbaycançılıq ideologiyasının baza prinsiplərinə əsaslanır. Onlarayrılıqda hazırlanmış iki fərqli konsepsiya yox, vahid siyasi-ideolojisistemin tərkib hissələridir.

İkincisi, güclü dövlət konseptində mədəniyyəttutumlu suverenlikmühüm yer tutur. Bu isə güclü dövlətin ilk növbədə iqtisadi,mədəni, elmi və sosial amillərə əsaslandığını nümayiş etdirir.Yəni Azərbaycan mahiyyət etibarilə əməkdaşlıq, mədəniyyətlərvə dinlərarası dialoq, bərabərhüquqlu tərəfdaşlıq, başqalarınındaxili işlərinə qarışmayan güclü dövlət qurur. Təbii ki, onunhərbi qüvvələri də elə səviyyədə olmalıdır ki, bu dəyərləriqorumaq mümkün olsun. Fəaliyyətində sülhsevərlik, barış, əməkdaşlıqvə mədəniyyətlərin dialoquna böyük diqqət yetirən dövlət, regionalinteqrasiyaya ciddi önəm verməlidir. Bu mənada öz potensialınagörə regionun aparıcı dövləti olmaq iddiası tamamilə təbii görünür.

236

Page 237: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Üçüncüsü, regional liderlik Azərbaycanın Avropa ilə Asiya,Şərqlə Qərb, Şimalla Cənub, Xristianlıqla İslam arasında“geosiyasi körpü” rolunu oynamaq imkanlarından qaynaqlanır.Təcrübə göstərdi ki, ölkəmiz enerji-nəqliyyat dəhlizlərini açmaq vəinkişaf etdirmək qüdrətinə malikdir. Cənub Qafqazda yalnız Azərbaycanbu missiyanı yerinə yetirə bilir. İndi Azərbaycan müstəqil olaraq Av-ropanın enerji təhlükəsizliyində strateji rol oynayan beynəlxalq enerjilayihələrini reallaşdırır. Qonşu dövlətlər bu reallığı etiraf edirlər.Yalnız güclü dövlət iki qitəni birləşdirən “geosiyasi körpü” rolunuoynamağa qadirdir.

Dördüncüsü, regional liderlik missiyasını yerinə yetirməkləAzərbaycan qlobal miqyasda sabitliyin bərqərar olmasına xidmətedir. Tarazlaşmış xarici siyasəti ilə Azərbaycan dünyanın böyükdövlətlərinin Cənub Qafqazda əməkdaşlığı üçün şərait yaradır.Bu proses getdikcə daha geniş geosiyasi məkanı əhatə edir. Buradanbelə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın güclü dövlət kimidaha çox inkişaf etməsi regionlararası əməkdaşlıq imkanlarını artı-racaqdır.

Azərbaycanın xarici siyasətinin qlobal və regional səviyyədə başverən geosiyasi proseslər kontekstində təhlili bizi bir neçə aktualməsələ üzərində düşünməyə sövq edir. Hər şeydən öncə, cəmiyyətinmodernləşməsi ilə xarici siyasətin transformasiyaları arasındakıəlaqələr maraq doğurur. Cəmiyyətin modernləşməsi daxili və xaricisiyasəti də əhatə edir. Cəmiyyətin sosial, mədəni, iqtisadi, mənəvi-əxlaqi yeniləşmələri tamamilə yeni mühit yaradır. Burada fərdlərindavranışı, təhsili, sosiallaşması, maddi təminatı, ideoloji hazırlığı vəbaşqa göstəricilər dəyişir. Bütövlükdə, cəmiyyətin dəyişməsi siyasikursun da yeniləşməsinə gətirməlidir. Buna görə də, modernləşməninxarici siyasətin transformasiyasına verə biləcəyi məzmun mühüməhəmiyyət kəsb edir. Biz bu kitabda həmin məsələnin bir sıraaspektinə toxunmağa çalışdıq. “Yumşaq güc”ə istinad edən xarici si-yasətə transformasiya imkanları üzərində dayandıq. Düşünürük ki,bu istiqamətdə tədqiqatların davam etdirilməsinə ehtiyac var.

237

Page 238: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Təhlilinə ehtiyac duyulan başqa bir aktual məsələ diplomatiyanıninkişaf istiqamətləridir. Bəzi analitiklər bununla bağlı müəyyən proq-nozlar verir (5, 6 və 7). Lakin yeni dünya nizamına keçid başa çat-madığından, diplomatiyanın transformasiyasına konkret məzmunvermək çətindir. Ümumi halda “ağıl gücü” konsepsiyasından danışmaqmümkündür. Yaxın perspektiv üçün “ağıl gücü” konsepsiyasını təminedə biləcək diplomatiya haqqında dəqiq bir fikir söyləmək isə riskliişdir. İnteqrativ diplomatiya və paradiplomatiyanın müəyyən pers-pektivləri haqqında danışmaq olar. Bu kitabda ayrıca “çoxvektorludiplomatiya” ilə bağlı bəzi fikirlərimizi bildirmişik. Diplomatiyanınbu növlərinin hər birinin perspektivi ola bilər. Lakin onların hansınınyaxın perspektivdə daha səmərəli ola biləcəyi barədə proqnoz verməkçətindir. Bu sahədə də araşdırmalar davam etdirilməlidir.

Bütün əsər boyu risk və böhranlı situasiyalar diqqətlə nəzərə alın-mışdır ki, bu da səbəbsiz deyil. Müasir elmi təhlillər risk və ehtimalnəzərə alınmadan aparılmır. Geosiyasi risklər haqqında az yazılmayıb.Xarici siyasətin formalaşmasında və proseslərin proqnozunun veril-məsində hər iki amildən istifadə edilir.

Hesab edirik ki, Azərbaycanda da siyasi təhlillərdə risk, böhranvə ehtimal kimi amillər ciddi surətdə nəzərə alınmalıdır. Çoxvektorluxarici siyasət, çoxvariantlı inkişaf modeli, “risk cəmiyyəti” (Böll),qlobal böhran ssenariləri və s. kimi anlayışları siyasi təhlillərdə get dikcə daha çox nəzərə almaq lazımdır (daha ətraflı bax: 8, 9, 10və 11). Ölkənin xarici siyasətinin növbəti transformasiyasının əslmahiyyətini dərk etmək üçün bu cür yanaşmanın prinsipial əhəmiyyətivardır.

Azərbaycanın 2020-ci ilə qədərki strateji inkişaf konsepsiyasını(12) başa düşmək üçün də məhz belə yanaşmaya ehtiyac duyulur. Bizmüxtəlif inkişaf modellərini nəzəri müqayisə etməyi, onlardan dövlətimizüçün daha səmərəli olanını müəyyənləşdirməyi bacarmalıyıq.

Nəhayət, onu qeyd edim ki, hər bir əsər insan həyatının, düşüncəsininvə dünyagörüşünün, xüsusilə dünyada gedən proseslərə münasibətininifadəsidir. Kitablarda həmişə deyilməyən nələrsə olur. Əsas odur ki,tədqiqatın ruhu oxucuya düşünmək üçün mənəvi qida versin.

238

Page 239: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Bu əsər sadəcə elmi düşüncələrimin məhsulu deyil – burada öm-rümün böyük hissəsini həsr etdiyim xarici siyasətdə yaşadığım mə-qamlar da öz əksini tapmışdır. Keçirdiyim hisslərin, qürurlandığımanların, açığını deyim, yorulduğum, yuxusuz qaldığım zamanlarınizləri var. Dahi siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevinkomandasında çalışmağın şərəfini və məsuliyyətini hiss və dərkedərək kitab üzərində işləmək mənim üçün xüsusi mənası və məsuliyyətiolan bir hadisədir. Prezident İlham Əliyevlə bu şərəfli yolu davametmək daha çox qürur verir. Çünki məhz onun daxili və xarici siyasətkonsepsiyasının tələbləri səviyyəsinə layiqli şəkildə çalışmaq zərurətiməni həmişə təqib etmişdir.

Geosiyasət isə XXI əsrdə daha çox əhəmiyyət kəsb edərək, döv-lətlərin taleyində əsas rolu üzərinə götürməyə çalışır. Sanki o, özəbə diliyini sübut etmək üçün “dünya meydanında at oynadır”!

239

Page 240: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ƏDƏBİYYAT

Metodoloji qeydlər

1. Morin E. La Méthode, tome 1: La Nature de la nature. Paris: LeSeuil, 1977, 399 pp.; Morin E. Les Sept Savoirs nécessaires à l’éducationdu futur. Paris: UNESCO-Le Seuil, 1999, 71 pp.; Morin E. La Méthode,tome 5: L’identité humaine. Paris: Le Seuil, 300 pp.

2. Luhmann N. The Differentiation of Society. New York: ColumbiaUniversity Press, 1982, 512 pp.

3. Zolo D. Democracy and Complexity: A Realist Approach. Oxford:Polity Press, 1992, 220 pp.

I Fəsil

1.1.1. Фукуяма Ф. Сильное государство: Управление и мировойпорядок в ХХI веке: [пер. с англ.]. М.: АСТ; Вла димир: ВКТ, 2010,222 с.

1.1.2. Paşayev H.M. Bir səfirin manifesti. Bakı: Şərq-Qərb, 2007, 248 s.1.1.3. Беллман Р., Заде Л. Принятие решений в рас плывчатых

условиях. М.: Мир, 1976, 46 с.1.1.4. Хакен Г. Принцип работы головного мозга. М.: ПЕР СЭ,

2001, 608 с.1.1.5. Məmmədov N.İ. Uğurlu xarici siyasətin banisi / “Azər baycan”

qəzeti, 26 aprel 2012-ci il.1.1.6. Drucker P.F. The Next Information Revolution / Forbes ASAP.

Aug. 24, 1998, p. 47-58.1.2.1.Məmmədov N.İ. Geosiyasətə giriş (iki cilddə. I cild). Bakı, “Azər-

baycan” nəşriyyatı, 2011, 576 s.1.2.2. Ratzel F. Politische Geographie oder die Geographie der Staaten,

des Verkehrs und des Krieges. Leipzig, 1897 // Политическая географияпо Ратцелю. Землеведение, Спб., 1898, № 1-2, № 3.; Ратцель Ф. Земляи жизнь. Сравнительное землеведение. Спб., 1906.

240

Page 241: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

1.2.3. Mackinder H.J. Democratic Ideals and Reality. New York, 1919.;Mackinder H.J. The geographical pivot of history // The GeographicalJournal, 1904, №23.; Mackinder H.J. The Round World and the Winningof the Peace // Foreign Affairs, 1943, №4.

1.2.4. Haushofer K.E. Geopolitik des Pazifischen Ozeans. Berlin, 1925.;Haushofer K.E. Geopolitik der Pan-Ideen. Berlin: Zentral-Verlag, 1931.;Haushofer K.E. Grenzen in ihrer geographischen und politischen Bedeutung,Heidelberg; Berlin; Magdeburg: Vowinckel, 1939.; Haushofer K.E. DerKontinentalblock: Mitteleuropa, Eurasien, Japan. Berlin: Eher, 1941.

1.2.5. Райт Дж.К. Географические представления в эпоху крестовыхпоходов: Исследование средневековой науки и традиции в ЗападнойЕвропе. Пер. с англ. М.А.Кабанова. М.: Наука, 1988, 478 с.

1.2.6. Voiqt G. Die Wiederbelebunq des klassischen Altertums, Berlin,1880, Bd.1

1.2.7. Хабермас Ю. Вовлечение другого: очерки поли тическойтеории / Пер. с нем. Медведева Ю. С. под ред. Скляднева Д. А. М.:Нау ка, 2001, 417 с.

1.2.8. Mehdioğlu A. İbn Haldun və başqaları. Bakı: Nurlan, 2007, 266 s.1.2.9. Бациева С.М. Географический фактор в историко-

социологической концепции Ибн Халдуна // Письменные памятникии проблемы истории культуры народов Востока. 12-й год. Сессия ЛОИВАН СССР, Ленинград, 1977, с.45-53.

1.2.10. Монтескье Ш.-Л. Избранные произведения. М.: Наука, 1955,512 с.

1.2.11. Модельский Дж. Эволюция глобальной политики (II) /Полис, 2005, №4, с.124-141.

1.2.12. Дергачев В. Геоэкономика. Учебник для вузов. M: ЮНИТИ-ДАНА, 2004, 526 с.

1.2.13. Богданов Р.Г., Кокошин А.А. США: инфор мация и внешняяполитика. М.: Наука, 1979, 310 с.

1.2.14. Morgenthau H. Politics Among Nations. The Struggle for Powerand Peace. N.Y., 1967, 420p.

1.2.15. Киссинджер Г. Дипломатия. Пер. с англ. В.В. Львова / Послесл.Г.А. Арбатова. М.: Ладомир, 1997, 847 с.

1.2.16. Bobrow D. The New Approaches to International Relations.N.Y., 1972, 353 p.

241

Page 242: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

1.2.17. Kissinger H. Central Issues of American Foreign Policy // Agendafor the Nation. Washington, 1968, p.585-614.

1.2.18. Brown S. The Emerging World Polygarchy // The Next 25Years. Washington, 1975, 250 p.

1.2.19. Kemps M. The Management of Interdependence. N.Y., 1974,312 p.

1.2.20. Nye J.S. Bound to Lead: The Changing Nature of AmericanPower, 1990.

1.2.21. Nye J.S. Soft Power: The Means to Success in World Politics, 2004.1.2.22. Бжезинский З.К. Великая шахматная доска. Господство

Америки и его геостратегические императивы. М.: Международныеотношения, 1998, 137 с.

1.3.1. Соколов К. Геополитика конца света // Nexus, 18 сентября2011 г. URL: http://nexusrus.com/index.php?-option=com_ content&task=view&id=38&Itemid=66.

1.3.2. Чернявский С.И. Новый путь Азербайджана. М.: Азер-Медиа,Книга и бизнес, 2002, 352 с.

1.3.3. Хайек Ф.А. Дорога к рабству: Пер. с англ. / Предисл. Н.Я.Петракова. М.: “Экономика”, 1992, 176 с.

1.3.4. Волкова Т.П. Проблема мультикультурализма в философииЮ. Хабермаса. Вестник МГТУ, том 9, №1, 2006, с.21-26.

1.3.5. Хайек Ф.А. Пагубная самонадеянность. Ошибки социализма/ Ф. Хайек; пер. с англ. Е.Осиповой, под ред. Е. Гордеевой. М.: Но вос -ти, 1992, 304 с.

1.3.6. Хайек Ф.А. Индивидуализм и экономический порядок / Ф.Хайек; пер. англ. О.А.Дмитриевой. М.: Изограф, 2000, 254 с.

1.3.7. Хабермас Ю. Философский дискурс о модерне / Ю. Хабермас;пер. с нем. под ред Б. Петренко. М.: Весь Мир”, 2003, 416 с.

1.3.8. Согрин В.В. Этапы Американского консер ватизма // Новая иновейшая история. 1991, № 5, c.47-64.

1.3.9. Mehdiyev R.Ə. Heydər Əliyev təlimi: dövlətçilik və azərbaycançılıq// Fəlsəfə və Sosial-Siyasi elmlər. Elmi-nəzəri jurnal. Bakı, 2008, № 2(20), s.11-29.

1.3.10. Əliyeva M.A. Həyat dərsi. URL: http://www.mehriban-aliyeva.org/az/article/item/1578.

242

Page 243: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

1.3.11. Сюни Р. Живя с другими: конфликт и сотрудни чество междукавказскими народами // Кавказские регио нальные исследования. Том2, Выпуск 1, 1997 г.

1.3.12. Dünya azərbaycanlılarının I qurultayı ilə bağlı sənədlər. Preslib.az,URL: http://files.preslib.az/site/ diaspora/gl2.pdf.

1.3.13. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanınxarici siyasəti. Dərslik. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005, 752 s.

1.3.14. Хантингтон С. Столкновение цивилизаций. М.: ООО«Издательство АСТ», 2003, 603 с.

1.3.15. Kиссинджер Г. Депопуляция есть высший приоритетамериканской внешней политики. insiderblog.info, URL:http://insiderblog.info/2011/kissinger-est-vysshij-prioritet-amerikanskoj-vneshnej-politiky/.

II Fəsil

2.1.1. Cистемная история международных отношений в четырехтомах. 1918-2003. События и документы / Под ред. А.Д. Богатурова.Том I (520 с.), том II (247 с.). М.: Московский рабочий, 2000. Том III(720 с.), том IV (600 с.). М.: НОФМО, 2003-2004.

2.1.2. Овчаренко Н.Е. Модели современных интеграцион ныхпроцессов. М.: Проспект, 2003, 451 с.

2.1.3. Hocking B., Melissen J. Riordan S., Sharp P. Futures forDiplomacy: Integrative Diplomacy in the 21st Century. “Clingendael”,Netherlands Institute of International Relations, Report № 1. October 22,2012.

2.1.4. Criekemans D. Regional Sub-State Diplomacy Today, MartinusNijhoff Publishers, Leiden, Boston, 2010.

2.1.5. Economic diplomacy, Brian Hocking and Donna Lee, in: R.A.Denemark (ed): The International Studies Encyclopaedia Vol II 2010.;Non-state actors and the transformation of diplomacy, Brian Hocking, in:Bob Reinalda (ed): The Ashgate Research Companion to Non-State Actors,Farnham, Ashgate, 2010.; Diplomacy and the European Union, BrianHocking and Jozef Batora (guest eds.) Journal in The Hague Journal ofDiplomacy, 2009.; Reconfiguring public diplomacy from competition to

243

Page 244: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

collaboration, Brian Hocking, in: Engagement: public diplomacy in a glo-balised world. London, Foreign and Commonwealth Office, July 2008, pp.63-75.; Bilateral Diplomacy in the European Union, Towards ‘post-modern’patterns?, Jozef Bátora and Brian Hocking. Clingendael Discussion Paperin Diplomacy 111, The Hague, Clingendael Institute, April 2008, 37 pp.

2.2.1. Луман Н. Понятие риска / Пер. с. нем. А.Ф.Филип пова.THESIS, 1994, вып.5, с. 135-160.

2.2.2. Риск, неопределенность, случайность / THESIS. Вып. 5,1994. 288 с.

2.2.3. Бек У. Общество риска. На пути к новому модерну. М.:Прогресс-Традиция,. 2000, 384 с.

2.2.4. Бек У. От индустриального общества к обществу риска /THESIS. Вып. 5, 1994, с. 161-168.

2.2.5. Məmmədyarov E.M. Kəndir üzərində yeriş: dəyişən mühitdəAzərbaycanın xarici siyasət strategiyası // Azerbaijan Focus, 2009, №1(1), s. 17-27.

2.3.1. Чернявский С.И. Новый путь Азербайджана. М.: Азер-Медиа,Книга и бизнес, 2002, 352 с.

2.3.2. Əliyev H.Ə. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında.Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycanxalqına müraciət // “Azərbaycan” qəzeti, 30 dekabr 2000-ci il, № 300(2712).

2.3.3. Colloquy with Zbigniew Brzezinski: Is the West turning its back onTurkey? // Caucasus International 2012, №3.

2.3.4. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanınxarici siyasəti. Dərslik. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005, 752 s.

2.3.5. Sammut D. Müstəqillik əldə edəndən sonra Azərbaycanın xaricisiyasəti: maraq, prioritet və taktikaların tənzimlənməsi // Azerbaijan Focus,2009, №1 (1), s. 143-149.

2.3.6. Məmmədov N.İ. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərihaqqında // Azerbaijan Focus, 2010, №2 (2), s. 17-50.

2.3.7. Провал сотрудничества Армения-Диаспора может привестик потере Карабаха – FAAE. URL: http:// www.regnum.ru/news/1533762.html

2.3.8. “Azərbaycan” qəzeti, 2001-ci il, 27 yanvar.

244

Page 245: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

2.3.9. Brzezinski Z. The Grand Chessboard. American Primacy and ItsGeostrategic Imperatives, Basic Books, NY, 1997.

2.3.10. Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycan Respub-likasının Prezidenti Heydər Əliyevin nitqi // “Azərbaycan” qəzeti, 11noyabr 2001-ci il.

III Fəsil

3.2.1. Məmmədov N. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərihaqqında // Azerbaijan Focus, 2010, №2 (2), s. 17-50.

3.2.2. Киссинджер Г. Дипломатия. Пер. с англ. В.В. Львова / Послесл.Г.А. Арбатова. М.: Ладомир, 1997, 847 с.

3.2.3. Syria and the UN: Libya bitten, Syria shy» (The Economist) Jan31st 2012

3.2.4. «Уроки Руанды» (Публикация ООН).3.2.5. Кортунов С.В. Крушение Вестфальской системы и становление

нового мирового порядка // http://www.wpec.ru/ text/200708310905.htm3.3.1. Brzezinski Z. The Grand Chessboard. American Pri macy and Its

Geostrategic Imperatives, Basic Books, NY, 1997.3.3.2. Ильхам Алиев: «С 1995 года в экономику Азер байджана

инвестировано $120 млрд» // http://1news.az/chronicle/20120605121744834.html

3.3.3.http://1news.az/economy/oil_n_gas/20120605013032936.html3.4.1.Azərbaycanla Gürsütan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı

təhlükəsizlik” müqaviləsi.1996-cı il.3.4.2.Azərbaycanla Gürcüstan “Qafqaz regionunda sülh, təhlükəsizlik

və əməkdaşlıq” müqaviləsi imzalayıb. 1996-cı il.3.4.3.Акопян В. Армяне и Армения – когда нация шире государства.

URL: http://www.regnum.ru/ news/ 1505505.html.3.5.1. Гейдар Алиев открывает миру Азербайджан / Состовители: Ибрагимов

Н., Шукуров И. Баку, Издательство «Азербайджан», 1994, 174 с.3.5.2. İnozemtsev V.L. Kiçik məkanda böyük siyasətlər: Azərbaycanın

geosiyasi arenada gələcək planları nədir? // Azerbaijan Focus, 2009, №1(1),s. 59-70.

3.5.3. Иноземцев В.Л. Расколотая цивилизация: Наличествующиепредпосылки и возможные последствия постэкономической революции/ В. Л. Иноземцев. М.: Academia: Наука, 1999, 703 с.

245

Page 246: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

3.5.4. Белл Д., Иноземцев В. Л. Эпоха разобщенности: размышленияо мире XXI века / Даниел Белл, Владислав Иноземцев. Москва:Свободная мысль: Центр исслед. постиндустриального о-ва, 2007,303 с.

3.5.5. Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanatın vəsərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqındaAzərbaycan Respublikasının hökuməti və ABŞ hökuməti arasında müqaviləninimzalanması mərasimində Azərbaycan Respublikası Prezidenti HeydərƏliyevin bəyanatı / “Azərbaycan” qəzeti, 3 avqust 1997-ci il.

3.5.6. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındapartnyorluq münasibətlərinin genişləndirilməsi tədbirləri haqqında. AzərbaycanRespublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 2 sentyabr 1997-ci il,№ 657. URL: http://e-qanun.az/files/framework/data/4/f_4250.htm.

3.5.7. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞPrezidentinin və Dövlət Katibinin xüsusi müşaviri, səfir Riçard Morninqstarınbaşçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən – Bakı, 16dekabr 1998-ci il. “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası,URL: http://library.aliyev-heritage.org/ az/86084273.html.

3.5.8. Corboy D., Courtney W., Yalowitz K. Calming the RoilingCaucasus / “The New York Times”, June 3, 2012. URL:http://www.nytimes.com/2012/06/04/opinion/clinton-in-the-roiling-caucasus.html?_r=1.; Waal T. Mrs. Clinton Goes to Georgia // “TheNational Interest”, June 4, 2012 URL: http:// nationalinterest.org/ com-mentary/mrs-clinton-goes-georgia-7000; Herszenhorn D.M. Iran and Azer-baijan, Already Wary Neighbors, Find Even Less to Agree On / “The NewYork Times”, June 5, 2012. URL: http://www.nytimes.com/ 2012/06/06/world/middleeast/iran-and-azerbaijan-wary-neighbors-find-less-to-agree-on.html; Визит Клинтон предопределит дальнейшую судьбу Закавказья/ Информационное агентство “Regnum”, 2 июня 2012. URL:http://www.regnum.su/news/1537836.html.

3.5.9. Cohen A. The Secretary’s Daunting Agenda // “The National In-terest”. June 4, 2012 http://nationalinterest.org/commentary/the-secretarys-daunting-agenda-7001.

3.5.10. Treaty of Nice. European Union on the EUR-Lex website,URL: http//eur-lex.europa.eu/en/treaties/dat/ 12001C/pdf/ 12001C_EN.pdf.

246

Page 247: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

3.5.11. EU-Azerbaijan Partnership and Cooperation Agreement. EuorpeanCommision’s site / http://ec.europa.eu/ external_relations/ index_en.htm.

3.5.12. Перспективы мира и стабильности на Южном Кавказе //Центральная Азия и Кавказ. – 2006. – № 4. – С. 118-127.

3.5.13. Выступление президента Азербайджана Ильхама Алиева29 апреля 2004 года на заседании Парламентской Ассамблеи СоветаЕвропы / http//president.az /articles.php? item_id= 20070810111004392&sec_id=11

3.5.14. Azerbaijan Country Report. European Comission’s site/ http://ec.eu-ropa.eu/ world/enp/pdf/country/ azerbaijan_country_report_2005_en.pdf

3.5.15. EU-Azerbaijan/Action Plan. European Comission’s site/http:ec.eu-ropa.eu/ world/enp/pdf/ action_plans/azerbaijan_ enp_ap_final_en.pdf

3.5.16. European Neighbourhood and partnership instrument. Azerbaijan.Country Strategy Paper 2007-2013. European Comission’ssite/http:ec.europa.eu/world/ enp/pdf/country/ enpi_csp_azerbaijan_ en.pdf

3.5.17. Avropada Təhlükəsizlik və Əməkdaşliq Müşavirəsi. Şuraninbirinci əlavə görüşü// Helsinki, nəticələrin xülasəsi, mart 1992-ciil//http://www.azerbaijan.az/_ Karabakh/_Documents/ Documents/ docu-ment_32_a.html

3.5.18. Хантингтон С. Столкновение цивилизаций. М.: ООО«Издательство АСТ», 2003, 603, [5] с.

3.5.19. A Secure Europe in a Better World. European Security Strategy(Brussels, 12 December 2003) / http:www.consilium.europa.eu/uedocs/cmsUp-load/78367.pdf

3.5.20. Constituion for Europe (2004/C310/55). Official Journal of theEuropean Union, December 16, 2004.

3.5.21. Fernand Braudel. Ecrits sur l’Histoire, т. 1,1969; Гарт Б. Л.Вторая Мировая война. СПб. TF, M: ACT, 1999.

3.5.22. Указ «О мерах по реализации внешнепо литического курсаРоссийской Федерации». Официальный сайт Президента России, 7мая 2012. URL: http://kremlin.ru/acts/15256.

3.6.1. Бережков В.М. Я мог убить Сталина // Вестник, 1998, №12(193).

3.6.2. Киссинджер Г. Будущее американо-китайских отношений:Конфликт – это выбор, а не необходимость // Россия в глобальнойполитике, 2012, № 2, c. 84-95.

247

Page 248: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

3.6.3. Nathan A.J. What China Wants. Bargaining With Beijing //Foreign Affairs, 90 (4), 2011, pp. 153-158.

3.6.4. Friedberg A. A Contest for Supremacy: China, America, and theStruggle for Mastery in Asia. Norton, 2011, 352 pp.

3.6.5. Kissinger H. On China. Penguin Press, 2011, 608 pp.3.6.6. Сафронова Е.И. Пекин и «третий мир»: брак по расчету //

Азия и Африка сегодня, 2012, № 5, с.2-5 3.6.7. http://russian.china.org.cn/ china/archive/dxp/txt/ 2004_08/13/

content_2126185.htm3.6.8. ÇXR-in Azərbaycandakı səfirliyinin saytı3.6.9. Rəsmi Çin saytı - china.org.cn. ÇXR-in Dövlət Şurasının tabeçi-

liyindədir - http://russian.china.org.cn/ china/archive/ dxp/txt/2004_08/13/con-tent_2126185.htm

3.6.10. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ÇinXalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Çjan Siyununetimadnaməsini qəbul edərkən söhbətindən – Bakı, 30 mart 2002-ci il.“Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası, URL: http://library.ali-yev-heritage.org/az/7664346.html.

3.6.11. http://library.aliyev-heritage.org/az/1418807.html.

IV Fəsil

4.3.1. Иванов И.С. Какая дипломатия нужна России в XXI веке? //Россия в глобальной политике, 2011, № 6, c. 17-27.

4.3.2. Такур Р. Объединенные нации и Соединенные Штаты:изменение баланса сил и полномочий во имя международнойбезопасности // Россия в глобальной политике, 2011, № 6, c. 157-167.

4.3.3. Указ «О мерах по реализации внешнепо литического курсаРоссийской Федерации». Официальный сайт Президента России, 7мая 2012. URL: http://kremlin.ru/acts/15256.

4.3.4. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Preslib.az,185 s. URL: http://files.preslib.az/ projects/azerbaijan/ gl8.pdf.

4.3.5. ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağbölgəsi üzərində münaqişə. 1416 saylı Qətnamə / http://www.mfa.gov.az/az/in-ternational/ organizations/ avropa/ 09.shtml, 25 yanvar 2005-ci il.

248

Page 249: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

4.3.6. AŞPA Dağlıq Qarabağ alt komitəsinin fəaliyyətini bərpa edəcək:Mövlud Çavuşoğlu: “Məqsədimiz münaqişəyə dair 1416 saylı qətnaməninhəyata keçirilməsidir” // 525-ci qəzet. - 2011. -25 yanvar. - №13. - S. 1, 4.

4.3.7. Статус Каспия определится нескоро / http://vestikavkaza.ru/news/politika/geo/55566.html, 06.04.2012

4.3.8. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusitəyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəlimərasim keçirilmişdir: Azərbaycan Prezidenti, Ali Baş Komandan İlhamƏliyev mərasimdə iştirak etmişdir: Prezident, Ali Baş Komandan İlhamƏliyevin nitqi (25 iyun 2012-ci il) // Xalq qəzeti. - 2012.-26 iyun. - № 139.

4.4.1. Луман Н.Общество обществ I том.4.4.2.Белл Д., Иноземцев В. Л. Эпоха разобщенности: размышления

о мире XXI века / Даниел Белл, Владислав Иноземцев. Москва: Свободнаямысль : Центр исслед. постиндустриального о-ва, 2007, 303 с.

4.4.3.Конвенция о ядерной безопасности. Вена, 17 июня 1994 года/ http://www.bellona.ru/Casefiles/vienna94.

4.4.4.Международная конвенция о борьбе с актами ядерноготерроризма // http:/веб-сайт ООН//www.un.org/ru/ documents/ decl_conv/con-ventions/nucl_ ter.shtml.

4.4.5.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin KoreyaRespublikasına işgüzar səfəri: Azərbaycan Prezidenti İlham Əliyev SeulNüvə Təhlükəsizliyi Sammitində nitq söyləmişdir: Azərbaycan Prezidentiİlham Əliyevin nitqi (27 mart 2012-ci il). Xalq qəzeti. - 2012. - 29 mart. -№ 66. - S.1.

4.4.6.Конвенция о физической защите ядерного мате риала/ Вена,26 октября 1979 года.

4.4.7.Communiqué of the Washington Nuclear Security Summit. April13, 2010 The White House, Office of the Press Secretary/http://www.whi-tehouse.gov/the-press-office/communiqu-washington-nuclear-security-summit.

4.4.8. Киссинджер Г. Нужна ли Америке внешняя политика? / Пер.с англ. под ред. В.Л. Иноземцева. М.: Ладо мир, 2002, 352 с.

4.4.9. Conference on security and co-operation in Europe final act.Helsinki, 1975, 62 p.

4.4.10. Charter of Paris for a new Europe. Paris 1990, 24 p.

249

Page 250: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

4.4.11. Charter for European security. OSCE. Istanbul, November 1999, 20 p.4.4.12. “Xalq qəzeti”, 14 yanvar 2011-ci il.4.4.13. Partnership and Cooperation Agreement between the European

Communities and their Member States, of the one part, and the Republicof Azerbaijan, of the other part - Protocol on mutual assistance betweenauthorities in customs matters - Final Act - Joint Declarations - Exchange ofLetters in relation to the establishment of companies - Declaration of theFrench Government. url: http://eur- lex.europa.eu/Lex UriServ/LexUriServ.do?uri=CELEX:21999A0917(01):EN:NOT.

4.4.14. EU-Azerbaijan Action Plan. “EU Press Release”. Brussels.2006, 14 November. H.1-2.

4.4.15. Memorandum of Understanding on a Strategic Partnershipbetween the European Union and the Republic of Azerbaijan in the Fieldof Energy / European Commission´s site // http :// ec. europa. eu/ dgs/energy_transport/ international/ regional/caucasus_ central_asia/memorandum/doc/mou_azerbaijan_ en.pdf

4.4.16. Fischer S. “European Policy towards the South Caucasus afterthe Georgia Crisis” in the Caucasus Analytical Digest №1. http://www.la-ender-analysen.de/cad/pdf/Caucasus Analytical Digest01.pdf

4.4.17. Joint Declaration of the Prague Eastern Partnership Summit.Prague, 7 may 2009/European Commission´s site // http://www.consilium.eu-ropa.eu/uedocs/cms_ data/docs/ pressdata/ en/er/107589.pdf

4.4.18. http://eeas.europa.eu/azerbaijan/index_en.htm4.4.19. Communication from the Comission to the Council and the Eu-

ropean Parliament – Black Sea Synergy-Anew regional cooperationinitiative. Brussels, 11.04.2007. COM (2007)160 final. European Comission’ssite / http:ec.europa.eu/world/ enp/pdf/com07_160_en.pdf.

4.4.20. Black Sea Synergy. Brussels, MEMO/10/78. 15 March 2010.European Comission’s site / http:ec.europa.eu/ rapid/press ReleasesAction.do?reference=IP/10/27/279&format=HTML&aged=0&language=EN&guiLanguage=en

4.4.21. Дарабади П. Кавказ и Каспий в мировой истории и геополитикеXXI века. М. Весь Мир. 2010г. 216 с.

4.4.22. Президент Ильхам Алиев: «Экономический аспектсотрудничества в Черноморском регионе является очень пер -

250

Page 251: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

спективным»//1news.az.az/ file://localhost/ C:/Users/Acer/ Desk -top/Президент Ильхам Алиев_ «Экономический аспект сотрудничествав Черноморском регионе является очень перспективным» -1NEWS.AZ.mht 26.06.2012

4.4.23. Chicago Summit Declaration. Issued by the Heads of State andGovernment participating in the meeting of the North Atlantic Council inChicago on 20 May 2012/http:// www.nato.int/cps/en/ natolive/official_texts_ 87593.htm? mode=pressrelease

4.4.24. İlham Əliyev Krans Montana Forumunun rəsmi açılışında iştiraketmişdir / http://president.az/articles/5278, 29.06.2012.

4.4.25. G20 Leaders Declaration. Los Cabos, Mexico, 2012, 14 p. 4.4.26. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin TRT televiziya

kanalına müsahibəsi. Bakı, AzərTAc, 02.03.2012.4.4.27. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan

mətbuata birgə bəyanatlarla çıxış etmişlər. AzərTAc. İstanbul, 26.06.2012. 4.4.28. Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Qara Dəniz

İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubiley sammitində iştiraketmişdir. AzərTAc. İstanbul, 26.06.2012.

4.5.1. Prezident İlham Əliyevin Milli Məclisin payız sessiyasınınaçılışında çıxışı. 2 oktyabr 2005-ci il.

4.5.2. Qazax Olimpiya-İdman Kompleksinin açılışı. Azərbaycan Prezidentiİlham Əliyevin nitqi (30 may 2007-ci il) / Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları, 2007-ci il, s.176-178.

4.5.3. Çîíîâà Ò.Â. Äèïëîìàòèÿ áóäóùåãî // Ðîññèéñêèé ñîâåò ïîìåæäóíàðîäíûì äåëàì. 20 àïðåëÿ 2012. URL: http://russiancouncil.ru/in-ner/?id_4=334

4.5.4. Íèêîëüñîí Ã. Äèïëîìàòèÿ. Ì.: ÎÃÈÇ, Ãîñó äàð ñòâåííîå èçä-àòåëüñòâî ïîëèòè÷åñêîé ëèòåðàòóðû, 1941, 156 ñ.

4.5.5.Ðîìàíîâà Ò.À. Î íåîêëàññè÷åñêîì ðåàëèçìå è ñîâðåìåííîéÐîññèè // Ðîññèÿ â ãëîáàëüíîé ïîëèòèêå, 2012, 3, c. 8-21.

4.5.6. Mehdiyev R.Ə. XXI əsrdə Azərbaycan ideyası kreativ millətkontekstində // Dövlət idarəçiliyi: Nəzəriyyə və təcrübə, 2012, № 2, s.114-152.

4.6.1. Davutoğlu A. Stratejik derinlik. Türkiyenin uluslararası konumu.İstanbul, Küre Yayınları, 2011, 584 s.

251

Page 252: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Yekun

1. Kissinger H. The limits of universalism // “The New Criterion”, İyun2012.

2. Məmmədov N.İ. Geosiyasətə giriş (İki cilddə. I cild). Bakı,“Azərbaycan” nəşriyyatı, 2011, 576 s.

3. Brzezinski Z. U.S. Fate Is in U.S. Hands // The National Interest, 22avqust 2012.

4. Nye J.S. The World in 2030. www.project-syndicate.org, 9 yanvar2013.

5. Davutoğlu A. Turkey’s Zero-Problems // Foreign Policy, 20 may2010.

6. Global Trends 2030: Alternative Worlds. ABŞ Milli KəşfiyyatŞurasının hesabatı, 12 dekabr 2012.

7. Hocking B., Melissen J. Riordan S., Sharp P. Futures for Diplomacy:Integrative Diplomacy in the 21st Century. “Clingendael”, NetherlandsInstitute of International Relations, Report №1. October 22, 2012. URL:http://www2.lse.ac.uk/internationalRelations/dinamfellow/conf2012/HOC-KING-Futures-of-Diplomacy.pdf.

8. Friedman G. Beyond the Post-Cold War World // “Stratfor”, 2 aprel2013.

9. U.S. and Iranian Strategic Competition: Turkey and the SouthCaucasus // Center for Strategic and International Studies (CSIS), 6 fevral2013.

10. Zakaria F. Can America Be Fixed? The New Crisis of Democracy //“Foreign Affairs”, №1, 2013.

11. Nye J.S. The Information Revolution Gets Political. // “Project-Syndicate”, 7 fevral 2013.

12. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası. URL:http://www.president.az/files/future_az.pdf.

252

Page 253: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

ADLAR GÖSTƏRİCİSİ

AristotelAttali Jak

Bek UlrixBerejkov Valentin MixayloviçBeyker CeymsBjezinski ZbiqnevBobrou D.Boden JanBokl Henri TomasBöll DanielBraun S.Brodel Fernan

Cavadov Rövşən

Çavuşoğlu MövludÇellen RudolfÇernyavski Stanislav İvanoviçÇeyni DikÇörçill Uinston Leonard Spenser

Darvin Çarlz RobertDavudoğlu ƏhmədDemokritDizraeli BencaminDraker Piter

Elçibəy ƏbülfəzƏliyev HeydərƏliyev İlhamƏliyeva LeylaƏliyeva MehribanƏrdoğan Rəcəb Tayyib

253

Page 254: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Fridberq AaronFukuyama Frensis

Habermas YürgenHans Van den BrukHantinqton ElsuortHantinqton SamuelHarvey DavidHaushofer KarlHaşimoto RyutaroHayek Fridrix Avqust fonHegel Georq Vilhelm FridrixHelbreyt Con KennetHəsənov ƏliHitler (Şiklqruber) AdolfHoffman S.Hümbətov ƏlikramHüseynov Surət

İbn Xəldunİnozemtsev Vladislav Leonidoviçİvanov İqor Sergeyeviç

Kant İmmanuilKarter Ceyms (Cimmi) ErlKasperson RocerKates RobertKelzen HansKemps M.Kiffer Con E.Kissincer Henri AlfredKlinton BillKlinton HillariKohen ArielKohen Saul Bernard

Qallua Pyer-MariQaltunq Yohan

254

Page 255: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Qamsaxurdiya Zviyad KonstantinoviçQasımov TofiqQeyts Bill Qoldman M. Qriqoryan Aşot

Lavrov Sergey ViktoroviçLevin AntonLeyk EntoniLokk ConLuqar RiçardLuman Niklas

Makinder Helford ConMak-Klelland DevidMedvedev Dmitri AnatolyeviçMehdiyev RamizMeriam KempsMəmmədyarov ElmarModelski CorcMonteskyö Şarl LuiMorin EdqarMorqentau HansMorninqstar RiçardMütəllibov Ayaz

Napoleon I BonapartNatan EndrüNay Cozef SamuelNikolson HaroldNobel qardaşlarıNort R.Nyuton İsaak

Osqud R.

Paşayev HafizPlaton

255

Page 256: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Putin Vladimir Vladimiroviç Ratsel FridrixRayt C.K. Reklyu Elize Rəfsəncani Əli Əkbər Haşimi Ruzvelt Franklin Delano

Sammut DennisSeneka Lutsi AnneySimpson H.H.Snayder R.Sokolov K.Spaykmen Nikolas ConStalin İosif VissarionoviçSüni RonaldSyaopin Den

Şevardnadze Eduard Amvrosiyeviç Şindler D. Şmed RiçardŞou Bernard

Takur RameşTetçer Marqaret HildaToffler AlvinTszemin Tszyan Tszintao Hu Turoun L.K.

Voiqt Georq

Yeltsin Boris Nikolayeviç

Zəkəriyyə FəridZolo DaniloZonova Tatyana Vladimirovna

256

Page 257: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Summary

FOREİGN POLİCY: REALİTİES AND FUTURE OUTLOOK

This work is dedicated to the analysis of crucial aspects of theforeign policy of independent Azerbaijan. The issue is researchedfrom the perspective of the idea of evolution of main geopoliticalconcepts. Thus, it extensively addresses foreign policy shaped bythe national leader Heydar Aliyev in the context of global andregional changes.

The book evaluates correlation of theoretical and practical aspectsof the geopolitics, including special emphasis on the geopolitical pe-culiarities of the transition from the concept of “hard power” to anotion of “soft power”. It is in light of this problem that the changesmonitored in the modern diplomacy are scrutinized.

Analysis of key directions and priorities of Azerbaijan’s foreignpolicy from the perspective of transition to the new world orderconstitutes a main theme of this work. Essence of balanced policy isresearched in the context of close bond between the strong statebuilding and the status of a regional leader. Role played by Azerbaijanin the regional integration is evaluated. Options for resolution ofexisting conflicts in the region are reviewed from the standpoint offoreign policy priorities.

Transformation of Azerbaijan’s foreign policy is studied in equi-valence with the stages of modernization course. This side of theissue bears principal significance from theoretical point of view,because such an approach enables identification of impact ofgeopolitical factors upon the process of renewal of the society.

In the book significant attention is attached to the research ofvarious aspects of shaping the “soft power” policy. Undoubtedly,this issue currently has more theoretical substance. However, takinginto account Azerbaijan’s rapid development, preferences in theforeign policy have to be given to more nimble action models. In

257

Page 258: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

this regard, serious need arises to analyze modern geopoliticalconcepts. Mechanism of transition from the defensive posture to theoffensive strategy in the foreign policy of Azerbaijan is researchedand reciprocal connection of the priority directions is scrutinized.

The book targets the scholarly community of students, doctoralcandidates, university professors, researchers in the field of problemsof international relations as well as greater reader audience.

258

Page 259: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Резюме

ВНЕШНЯЯ ПОЛИТИКА: РЕАЛИИ И ВЗГЛЯД В БУДУЩЕЕ

Книга посвящена анализу важных моментов внешней политикинезависимого Азербайджана. Этот вопрос исследуется в плоскостиидейной эволюции главных геополитических концепций XX века.В этом аспекте широкое место отводится анализу в контекстеглобальных и региональных изменений выработанного общенацио -нальным лидером Гейдаром Алиевым внешнеполитичес кого курса.

Теоретические и практические стороны геополитикирассматриваются в книге во взаимосвязи. Особое внимание, вчастности, уделяется политическим и геополитическим особенностямперехода от концепции «жесткой силы» к понятию «мягкой силы».Основные изменения, наблюдаемые в современном мире,рассматриваются в свете этих проблем.

Стержнем произведения является анализ основных направленийи приоритетов внешней политики Азербайджана в контекстеперехода к новому миро порядку. Сущность сбалансированнойвнешней политики исследуется в контексте тесной связи междусильным государственным строительством и статусом региональ -ного лидера. В этом аспекте анализируется роль Азербайджана врегиональной интеграции. Возможности урегулированиясуществующих в регионе конфликтов рассматриваются сквозьпризму приоритетов внешней политики.

Трансформация внешней политики Азербайджанаанализируется в книге в тесной связи с этапами курсамодернизации. В теоретическом плане эта сторона вопросаимеет принципиальное значение, так как такой подход позволяетопределить влияние геополитических факторов на модернизациюобщества.

В книге серьезное внимание уделяется исследованию различныхаспектов формирования политики «мягкой силы» на современном

259

Page 260: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

историческом этапе. Несомненно, этот вопрос в настоящее времяимеет очень важное теоретическое значение. Однако в связи синтенсивным развитием Азербайджана и во внешней политикепредпочтение должно отдаваться более мобильным моделямдеятельности. В этом смысле есть потребность в анализесовременных геополитических концепций. На фоне этого процессаисследуется механизм перехода Азербайджана в своей внешнейполитике от оборо ни тельной позиции к стратегии нападения.Автор подробно останавливается на вопросе взаимосвязиприоритетных направлений.

Книга предназначена для студентов, докторантов, пре -подавателей высших учебных заведений, исследователей проблеммеждународных отношений, а также для широкого кругачитателей.

260

Page 261: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Müəllif haqqında

NOVRUZ İSMAYIL OĞLU MƏMMƏDOV

1947-ci il martın 15-də anadan olmuşdur. 1964-cü ildə orta

məktəbi bitirərək, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun

Avropa dilləri fakültəsinin fransız dili şöbəsinə daxil olmuşdur.

1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş və Azər-

baycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə İnstitutda müəllim

kimi saxlanılmışdır. 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü

illərdə Qvineyada, 1978-1981-ci illərdə Əlcəzairdə hərbi tərcüməçi,

baş hərbi tərcüməçi işləmişdir. 1991-ci ildə dissertasiya müdafiə

edərək, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1992-

1993-cü illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun hazırlıq, 1993-

1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində

çalışmışdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin

fransız dili üzrə tərcüməçisi olmuş və dəfələrlə dövlət başçısını

Fransaya, Avropa Şurasına səfərlərində müşayiət etmişdir. 1997-ci

ilin aprelində Prezident Heydər Əliyev tərəfindən Azərbaycan Res-

publikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin

müdiri təyin olunmuşdur. 2012-ci ilin noyabrında Azərbaycan

Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyası

rəhbərinin müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin sentyab-

rından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissi-

yasının üzvüdür. Birinci dərəcəli dövlət müşaviri və Yeni Azərbaycan

Partiyası Siyasi Şurasının üzvüdür.

261

Page 262: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri, habelə müxtəlif

sammit və beynəlxalq konfranslarda iştirakı zamanı rəsmi nümayəndə

heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak

etmişdir. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycanın

“Şöhrət” ordeni ilə təltif edilmişdir. Eyni zamanda, Azərbaycan-

Fran sa və Azərbaycan-Polşa dostluq əlaqələrinin möhkəmləndiril-

məsində xidmətlərinə görə 1998-ci ildə Fransanın, 2009-cu ildə isə

Polşanın “Fəxri Legion” ordenləri ilə təltif olunmuşdur.

30-dan çox elmi məqalənin və bir neçə kitabın, o cümlədən siyasi

və ictimai-siyasi mövzuya həsr olunmuş çoxsaylı məqalələrin, yerli

və beynəlxalq mətbuatda çap edilən analitik siyasi şərhlərin və

icmalların müəllifidir.

Azərbaycan Dillər Universitetinin professoru, fransız dilinin leksi-

kologiyası və üslubiyyatı kafedrasının müdiridir.

Fransız, ingilis, türk və rus dillərini mükəmməl bilir.

Ailəlidir. İki qızı, bir oğlu və nəvələri var.

262

Page 263: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

QEYD ÜÇÜN

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

Page 264: ebooks.azlibnet.azebooks.azlibnet.az/book/zM0kX5Oh.pdfKitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin

QEYD ÜÇÜN

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________

___________________________________________________