Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir...
Transcript of Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir...
![Page 1: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/1.jpg)
~ 1 ~
Ə Ə
Ə
Ə Ə
![Page 2: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/2.jpg)
~ 2 ~
ROSE AUSLÄNDER
1901 - 1988
![Page 3: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/3.jpg)
~ 3 ~
1941-ci ildə, yəhudi olduğuna görə Almaniya aşıstlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu. O illərdə yaşadıqları, ölüm kölgəsi kimi ömrünün sonuna dək onu izlədi və dondurucu nəfəsini onun bir çox şeirlərinə yaydı:
Yox unutmaram o yanmış illəri unutmaram göyqurşağını əzən o çəkmələri onların birləşməsi çevirsinlər deyə bizi oddan qızılgülə oddan kəpənəyə oddan qanada
O ölümlü, dəhşətli illər dünyanı onun gözündə bir qorxu dünyasına çevirdi; bir qorxu ki, ondan qaçmaq, ondan gizlənmək mümküm deyildi; bir qorxu ki, hava kimi insanın içinə dolur və hava kimi onun hər anında varlığı duyulmaqdadır:
Arxamda dünyanın nəfəsi Arayıram üzünü O durmuş aynada yanaqlarında qorxu var baxışı itmiş hardasa
![Page 4: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/4.jpg)
~ 4 ~
tükənməz bir qorxu içində yaşayan bir insan bu gündə, indidə yaşamır, nə zamansa baş verəcək bir fəlakəti, bir dəhşəti gözləyir. R. Ausländer-in bir çox şeirlərində də belə bir ruh vardır:
Gözləyirik dünyanın kənarında oddan olayları Ayın parçaları caynağında tikanların
İldırımın heroqlifi Gözləyirik o sözü
Şairin göylərlə, ulduzlarla, ayla dərin bağlılığını yerin dəhşətindən qaçmaq, qurtulmaq kimi də anlamq olar. Torpağı saran qorxunun vara bilməyəcəyi ayın, ulduzların uzaq işıqları onun bir çox şeirlərini isti və toxtaqlıq verən bir dost yaxınlığı kimi bürümüşdür:
Ulduzların göylərin qarasından tökülməsi Ayın mahnısının könlümə enməsi Gecə söndürdü
![Page 5: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/5.jpg)
~ 5 ~
qorxumu Gözləyirəm sevinclə gündüzü
Gəmilər əylənmək və rahatlanmaq üçün torpağın sularına lövbər atırlar. Torpaqda qorxu hökm sürərsə, insanın ruhu göylərə lövbər atmalı olacaqdır:
Qucaqlayır quzey küləyi qorxumu Lövbər atmışam göylərə mən Yer verir qoynunda mənə ulduzların yosunları ömür boyu
“Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir insan üçün, bir kiçik qayıq kimi; fırtınada yol azan bir yolçu üçün, qayalara söykənmiş bir koma kimi. Həm də o, bilir ki, dünyanı, həyatı və hər nəyi qavrayıb dillə anlatmaq üçün ancaq sözlərdən yardım almalıdır; ürkək, yüyənsiz və çətin ələ keçən sözlərdən:
Düşünür dünya məni və sorur
![Page 6: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/6.jpg)
~ 6 ~
Məni harada arayırsan məni harada tapacaqsan Mən minmişəm sözlərdən bir buluda deyiləm burada
Artıq hər nə sözlərdədir. Qaranlıq da sözlərdədir, işıq da, bütün görünənlər və ruhumuzdan çox uzaqlarda olan və onu gecə-gündüz səsləyən gizli yaşama sirrləri də sözlərdədir:
Sözlər var işıqlıdır sözlər var qara bir sehirlə Süzər məni Çıxarıb onlardan gizlənmiş işığı qoyaram qaranlıq bağrıma yaşamaq böyləcə
Dünya bir yerdə durmayıbsa, sözlərdən bir buluda minib də küləklərlə bilinməzliklərə gedirsə, onu qavramaq üçün biz də sözlərə minərək onun ardınca getməliyik və hər gediş bir sirrin ardınca getmək deməkdir:
Oxuyuram düşüncə işığında yazdığını o Gizlin-in gedirəm yeraltı çaylar ardınca dünyanın yollarında Yaralar alıram dəydiyim daşlardan
![Page 7: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/7.jpg)
~ 7 ~
yırtıcı heyvanlarla çarpışıram
Belə olmalı söyləyir ardınca getdiyim səs
Rose Ausländer torpaq kimidir. İnsanın yaraladığı, zəhərlədiyi torpaq bir zamandan sonra insana çörək və çiçək verir. Torpaqda nifrət yoxdur, torpaq öc almır. Torpaq ulu həyatdır, həyatın ürəyinin döyüntüsü bəsləmək, çiçəkləndirmək, cücərtmək üzərində köklənmişdir və bütün bunların canında sevmək var; yaratmaq istəyi var. Və R. Ausländer-in ruhunun kökləri torpaqdadır:
Yanması sönməsi firtınanın buludlar şişədən dans edən oynayan quşlar pəncərədə Bir uyum hər yerdə Unut sərt olanı bağışla yamanlığı Sev ölənləri
![Page 8: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/8.jpg)
~ 8 ~
*** Bu kitabda gedən bəzi şeirlərə şair ad qoymamışdır. Oxucunun zehnində yer alıb qalsın deyə onlara ad verməyi üstün tutdum. Şairin dil və söz qurma özəlliyini dilimizə gətirməyə çalışdım. Haradasa bir yanlış varsa, bildirəni ürəkdən səlamlayıram. 2014
![Page 9: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/9.jpg)
~ 9 ~
www.aziz-salami.info
İÇİNDƏKİLƏR:
UŞAĞIM 12
DUZ 13
HEYKƏLTƏRAŞ 14
KAĞIZ 15
NƏFƏS 16
SƏNİN RƏNGİN 17
AÇILMAQ 18
SÖYLƏ 19
YOL TAPMAQ 20
BELƏ 21
ÜMİD 22
YAŞAMA İSTƏYİ 23
GİZLİ İŞIQ 24
YADDAŞ 25
YOLLAR 26
HARDA 27
SUÇLU 28
KƏŞF ETMƏK 29
ZİNDANDA 30
ŞƏN SƏHƏR 31
SONBAHAR 32
BURADA 33
![Page 10: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/10.jpg)
~ 10 ~
QALAN YOXDUR 34
BAL TORTUSU 35
MUTLULUQ 36
ARXAMDA 37
MƏN VARKƏN 38
QALDIRIR ZAMAN MƏNİ BÖYLƏCƏ 39
GİZLİ OLANLAR 40
DİNCƏLMƏK 41
AÇIQ PƏNCƏRƏ 42
QARATOYUQ 43
BELƏ OLMALI 44
QUŞ 45
BİR YENİYETMƏNİN RÖYALARI 46
HƏR ZAMAN YENİDƏN 47
QARDAŞIM QUŞ 48
GƏNCLİK 49
ARAYIRSAN ÖZÜNÜ 50
RƏNGLƏR 51
LUNA 52
SƏNDƏ OLAN MƏLƏK 53
AXAN ULDUZ 54
TİKANAR 55
AĞACLAR ÜZƏRİNƏ 56
MƏKTUBLAR 57
UNUTMARAM 58
![Page 11: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/11.jpg)
~ 11 ~
RÖYAMIZ 59
BİR OD QALA 60
AXŞAM 61
BİLDİR ÖZÜNÜ 62
FIRTINASI SƏSİNİN 63
GÖZLƏYİRİK 64
ÖLKƏM 65
GECƏ 66
YOX ONDA TƏSƏLLİMİZ 67
SƏHRADA 68
KÖRPÜ 69
DOSTLUQ 70
UNUT ANA 71
YAYIN AD GÜNÜ 72
EŞİDİRMİSƏN 73
QIRILMIŞ ARTIQ 74
MUTLULUQ ULDUZU 75
SÖNƏN QORXU 76
ULDUZDAN ULDUZA 77
ÖMÜR BOYU 78
BİR DAHA 79
BURADA 80
YUVARLANIR GÜNƏŞ 81
DÜŞƏN ULDUZ 82
SEV 83
![Page 12: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/12.jpg)
~ 12 ~
UŞAĞIM
Gömdüm torpağa hələ doğmadığım uşağı Tam bir uşaqdı o
![Page 13: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/13.jpg)
~ 13 ~
DUZ
Bir dənəcik duzdur qarışmış gerçəyə Gözyaşları duzudur kədərin Yelləmiş torpağın duzunu suyun yelləncəyi Sürtmüş ana dəniz duzu canına
![Page 14: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/14.jpg)
~ 14 ~
HEYKƏLTƏRAŞ
Yon bir daşdan ruhunun heykəlini Bir gövdə ki ruhunun sonu yox
![Page 15: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/15.jpg)
~ 15 ~
KAĞIZ
Kağızdır kağız və həm də ki bir yoldur ulduzlara rəmzlərə duyğulara görünməyən sirrlərə və bir də ki insanlara
![Page 16: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/16.jpg)
~ 16 ~
NƏFƏS
Yaşayırıq nəfəsdən nəfəsə Döyünür ürəyi nəfəsdən nəfəsə bütün bitkilərlə heyvanların Biz ona bağlıyıq və qarışırıq onunla nəfəsinə torpağın
![Page 17: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/17.jpg)
~ 17 ~
SƏNİN RƏNGİN
Ağdır mənim rəngim onda bütün rənglər var Yaz mənə sən də rəngini Mavi olsun istərəm yaşıl olsun ya qırmızı
![Page 18: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/18.jpg)
~ 18 ~
AÇILMAQ
Artıq ağaclar da dolur tumurcuqla Qucaqlayır hava ana qollarıyla səni Uyumaq istəyir kədərin də Danışmaq olar indi qonşularla çiçəklərlə və gümüş yağışlarla Artıq aşmaq olar dünya ilə sənin aranda olan sınırı və aça bilərsən özünü sınırı olmayana
![Page 19: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/19.jpg)
~ 19 ~
SÖYLƏ
Söylə sevimli dost bilirəm sehirləyə bildiyini Tək bir sözə çevir dünyanı Bir dünyadır sənin sözün
![Page 20: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/20.jpg)
~ 20 ~
YOL TAPMAQ
Üzürəm ulduzların irmağında gecələri röyalarında mən varam Uzanıram tətil günlərində ormanın kölgəsində özləyirəm aydınladan bir işığı Tapım deyə sənin yoluna qovuşan yolumu
![Page 21: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/21.jpg)
~ 21 ~
BELƏ
Belə olmalı olmamış kimi heç zaman Olmayacaq kimi heç zaman
![Page 22: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/22.jpg)
~ 22 ~
ÜMİD
Xatırlamaq keçmişdə bir evi Axsayır qırılmış bu günün ümidə uğradıqda Bəlkə bir gün bir daha sığıncağı bir insanın
![Page 23: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/23.jpg)
~ 23 ~
YAŞAMA İSTƏYİ
Buraxıb getməmiş bizi Mänade-lər İnsan olmuş gizlicə beynimizdə Onlardır yürüdən bizi yolumuzda qovmaq olmaz ki onları
Mänade: Yunan mitolojisində şərab tanrısı Dionysos-un qulluqçusu. Son dərəcə həyatdan zövq alan bir qadın
![Page 24: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/24.jpg)
~ 24 ~
GİZLİ İŞIQ
Sözlər var işıqlıdır sözlər var qara bir sehirlə süzər məni Çıxarıb onlardan gizlənmiş işığı qoyaram qaranlıq bağrıma yaşamaq böyləcə
![Page 25: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/25.jpg)
~ 25 ~
YADDAŞ
Daşlar sayır addımlarını Onların yaddaşıdır yolun sənin Gedir səni qaynaqdan zirvəyə
![Page 26: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/26.jpg)
~ 26 ~
YOLLAR
Gedilmək istərlər “bir söz boyda” yeri sən də Dümdüz çarpaz eniş yoxuş Tap ulduzlar ormanında addımını Sarar səni kölgələrdə aydınlıqlar Get sözlərin yarğanında
![Page 27: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/27.jpg)
~ 27 ~
HARDA
Hardadır cənəttim mənim Evim idi gecə ikən yoxsa gördümmü röyada Açılır gözlərim səhrada qapanır gözlərim burada qumdur artıq mənim yerim
![Page 28: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/28.jpg)
~ 28 ~
SUÇLU
Unudulmamış büsbütün o cənnət ki suçumuz yoxdu orada Gözəl idi alması şirin idi görmək öyrətdi bizə onun suyu Suçlu yaşayaq dünyada sevək yasaq sözləri insanları bu qorxulu göy altında
![Page 29: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/29.jpg)
~ 29 ~
KƏŞF ETMƏK
Bu gün səhər kəşf etdim özümü Mən mənəm soruram mən özümdən nə etməli Kəşf etmək istəyirəm dünyanı nəsnələri sözləri sənin sevdanı
![Page 30: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/30.jpg)
~ 30 ~
ZİNDANDA
Gətirdilər məni zindana bilmirəm nə üçün Siz nəsiniz bir heçdir şair olan siz nəsiniz doğrudan Hüceyrəmdə oxuyurdum gənc qadına əfsanə şeirləri öyrənirdi o rahatca Şahmat fiquru düzəldirdik əzilmiş çörək qırığından oynayarkən dəlikdən baxırdı göz: yasaqdır oynamaq yasaqdır yazmaq oxumaq da Həyətdə on dəqiqə ola bilmək və göyüzü mavi bir nağıl idi əl edirdi bir ağ bulud: gözləyir anan səni
![Page 31: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/31.jpg)
~ 31 ~
ŞƏN SƏHƏR
Girirəm içinə gözlərimin yenidir evi dünyanın gizlidir örtülü bağçalara və çaylara açılan qapıları Döşəyirəm içini çiçəklənən gözlərimin geyinirəm sevdiyim adları yuyuram addımımı sözlərin bulağında
![Page 32: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/32.jpg)
~ 32 ~
SONBAHAR
Çəkilir bir yana yaşıl maska görünür artıq tutqun üz Köçmək rənglərlə keçmişin ölkəsinə ağlamaq kədərli göylərlə Tökülən paslı yarpaqları qaldırır külək bükərək dumanın örtüyünə Başlayır köçməyə hər kəsin gedəcəyi ölkəyə
![Page 33: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/33.jpg)
~ 33 ~
BURADA
Düşünür dünya məni və sorur Məni harada arayırsan məni harada tapacaqsan Mən minmişəm sözlərdən bir buluda deyiləm burada
![Page 34: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/34.jpg)
~ 34 ~
QALAN YOXDUR
Günlər gəlir keçib gedir hər nə qalır olduğu tək Heç nə qalmır olduğu tək hər nə sınır çinilər tək Yapışdırıb qırıqları bir-birinə bir qab olsun çalışırsan olmur ancaq ağlayırsan
![Page 35: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/35.jpg)
~ 35 ~
BAL TORTUSU
Bal tortusu bişirir bir dost mənə Onda anamın qoxusu uşaqlığımın dadı var Çiçəklənir məndə hələ Arılar içir çiçəklərin özsuyunu ölmüş anam əski laylalar çalaraq yelləyir beşiyimi Dəyişir bircə dilim bal tortusu dünyanı
![Page 36: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/36.jpg)
~ 36 ~
MUTLULUQ
Mutluluq röyası qaçır məndən onu görmək istəyirkən Çox oldu röyalarım qaranlıq şeylərdən Bəzən bir ulduz gəlib durdu röyamın göylərində yalnız bir anlığa sonra qopdu ağappaq düşdü saçlarıma
![Page 37: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/37.jpg)
~ 37 ~
ARXAMDA
Arxamda dünyanın nəfəsi Arayıram üzünü O durmuş aynada yanaqlarında qorxu var
baxışı itmiş hardasa
![Page 38: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/38.jpg)
~ 38 ~
MƏN VARKƏN
Oxuyur su şırnağı: mənəm yaşam qalxıram enirəm istəyimcə Gedərək bir insan gülümsünür: nədir bir su şırnağı öyünür də mən varkən Gecələri röyasında: dünyanın hökmdarıdır kimsənin yenə bilmədiyi Bir ulduz süzür onu gülümsünür: bir abdaldır o röyada mən varkən
![Page 39: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/39.jpg)
~ 39 ~
QALDIRIR ZAMAN MƏNİ BÖYLƏCƏ
Çıxıram ayaqsız yansımış dünyamın seyrinə Uçuram uşaqlıqda olduğu tək ulduzdan ulduza gətirirəm onlardan yatağa Dostum oldu artıq mənim ayda yaşayan o adam prenslə prenses oyunu oynayırıq Qaldırır böyləcə zaman məni ildən ilə bu ruhsuz yəhərin üzərindən
![Page 40: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/40.jpg)
~ 40 ~
GİZLİ OLANLAR
Bitməz gücü sevgimin gizli olanlara Üzülər məndə sevinər məndə Kimsəsiz bir ölkənin Kıraliçəsiyəm sənə sığınım deyə gəlirəm ey kim olduğunu bilmədiyim
![Page 41: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/41.jpg)
~ 41 ~
DİNCƏLMƏK
Aradım səni hər zaman Bəzən sığındım bir anlığa qoynuna ana köksünə uşaq kimi yırğalandım qoynunun istisində qorundum kölgəndə Ey min bir röyaların ən gözəl nağılı
![Page 42: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/42.jpg)
~ 42 ~
AÇIQ PƏNCƏRƏ
Açıram pəncərəni doğma bir qəribə Gözümün suyunda çimir günəş Sevgili dostumdur hava bölüşürük nəfəsi
![Page 43: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/43.jpg)
~ 43 ~
QARATOYUQ
Oxuyur ağacda qaratoyuq Sanki hər nə keçmişdəki kimidir Çiçəklənməkdə böyük şəhər sanki yoxdur döyüşçülər və marşları sanki qurmaq olar yenə də yaşıl zamandan çadırı Oxuyur ağacda qaratoyuq
![Page 44: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/44.jpg)
~ 44 ~
BELƏ OLMALI
Oxuyuram düşüncə işığında yazdığını o Gizlin-in gedirəm yeraltı çaylar ardınca dünyanın yollarında Yaralar alıram dəydiyim daşlardan yırtıcı heyvanlarla çarpışıram Belə olmalı söyləyir ardınca getdiyim səs
![Page 45: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/45.jpg)
~ 45 ~
QUŞ
Səslənir yavaşca qanadları pəncərəmdə bu quşun Uzaqdır röya kimi yaxındır tük kimi bir səlamdır yay günündən Vurğundur mənim kimi Sevirəm mən onu sormadan sevirmi o da məni
![Page 46: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/46.jpg)
~ 46 ~
BİR YENİYETMƏNİN RÖYALARI
Artıq böyüdüm böyüyəcəm daha da Saraylar tikəcəm mərmərdən yuvarlaq günəş kimi Mahnılar biçəcəm odlardan Ulduzlar əkəcəm torpaqda parıl-parıl Bir kral olacam verəcəm tacımı küləklərə dolaşsın onlarla dünyanı ovutsun yaslı uşaqları
![Page 47: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/47.jpg)
~ 47 ~
HƏR ZAMAN YENİDƏN
Hər zaman ölmək yenidən və dirilmək bir daha Qürbətdir vətənim özgədir bacı-qardaşım Mən bir ölüyəm yaşayan və sevən həyatı
![Page 48: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/48.jpg)
~ 48 ~
QARDAŞIM QUŞ
Çatmır göylərə gözyaşlarım Kim saldı məni bu qaranlıq odaya Həsrətəm torpağın çılpaq gövdəsinə Yalnızam təkcə bir quşdur gələn arabir pəncərəmə Qardaşım quş özünlə apar məni
![Page 49: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/49.jpg)
~ 49 ~
GƏNCLİK
Gənc yaşımdayam bu qoca dünya kimi Qocalmaz mənim yaşım
![Page 50: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/50.jpg)
~ 50 ~
ARAYIRSAN ÖZÜNÜ
Arayırsan özünü sevincdə Tükənir durmadan Tükənir kədər də keçdikdə bir zaman Arayırsan özünü və tapırsan sözlərdə
![Page 51: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/51.jpg)
~ 51 ~
RƏNGLƏR
Yenə yumrulanır qızılgüllər aparır yeni başlanış aparır səni özüylə Düşür suya yaşın sənin çiçəklənir barmaqlarının ucları Yaşıl sözlərlə danışır bitkilər mavi sözlərlə göyüzü günəş tutur qızıla addımlarını Gəlir səninlə kölgən də uzun qara
![Page 52: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/52.jpg)
~ 52 ~
LUNA
Luna ölmüş tanrıça ay və danılmış Dirilər yenə də gizlicə şairdə tükənərkən nəfəsi aradıqca itkin gözəlliyi
![Page 53: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/53.jpg)
~ 53 ~
SƏNDƏ OLAN MƏLƏK
Sevinir içindəki mələk, səndəki işığa Ağlayır səndəki qaranlığa Sevda sözləridir qanadlarının səslənişi şeirlərdir və oxşamalar Qoruyur sənin yolunu Qoy getsin mələyə doğru, addımın
![Page 54: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/54.jpg)
~ 54 ~
AXAN ULDUZ
Get sənin olan öz ulduzuna gecə söylədi Dünən düşdü başqa bir yolda üstümə ölmüş ulduzum
![Page 55: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/55.jpg)
~ 55 ~
TİKANAR
Tikan oldu əkdiyimiz qızılgüllər bağbanın sözləri təsəllidir bizə yatır hələ qızılgüllər sevmək gərək tikan vaxtını da
![Page 56: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/56.jpg)
~ 56 ~
AĞACLAR ÜZƏRİNƏ
Yoxdur sonu ağaclardan söyləməyin Nə qədər ki sözlər vardır nə qədər ki ağaclar var Kim yaşayar ağaclardan təsəlli almadan tanıyan olmadı mərifət ağacını
![Page 57: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/57.jpg)
~ 57 ~
MƏKTUBLAR
Qızılgüllərdən gələn məktub alır nəfəsimi qoynuna Astra çiçəklərindən gələn məktub: əlvida sonbaharcasına rəng-rəng
![Page 58: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/58.jpg)
~ 58 ~
UNUTMARAM
Yen də qızılgüllər yay boyunca kəpənəklər qağayıların qanadları çay üzərində Yox unutmaram o yanmış illəri unutmaram göyqurşağını əzən o çəkmələri onların birləşməsi çevirsinlər deyə bizi oddan qızılgülə oddan kəpənəyə oddan qanada Yenə də yay boyunca bu xoş qoxu qanadlar qoşa-qoşa çay üzərində və qızıl dərimin üstündə və bir də ki gecədən sonra qalan ölmüş qızılgüllər
![Page 59: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/59.jpg)
~ 59 ~
RÖYAMIZ
Röyamızdır ləzzətlər ölkəsi Uyğular şəkillər bütün rənglərdə bizimkidir mənim olan Saraylar qururuq kağızlardan əkirik söz ormanları ovlaqlarda Ovumuzdur havadan olan quşlar
![Page 60: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/60.jpg)
~ 60 ~
BİR OD QALA
Çoxalır qaranlıqlar işığın içində də üşüyürük soyuqda Bir qığılcım çal günəşdən bir od qala samandan bir küçədə Qızındır sözlərini
![Page 61: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/61.jpg)
~ 61 ~
AXŞAM
Axşam qızıllığında sönür izi qorxuların Bir şeir yazırsan sən üfüqün göbəsində Başqa halı hər anın başqa rəngləri
![Page 62: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/62.jpg)
~ 62 ~
BİLDİR ÖZÜNÜ
Acgözlüklə səsləyirəm ruhunu tuturam ölümünü əllərimdə qarışıqsız dəyərli bir daş kimi Bildir özünü Əriyib qarışaq iç içə Qırmızı ipəklə qovaq özümüzdən qorxunu
![Page 63: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/63.jpg)
~ 63 ~
FIRTINASI SƏSİNİN
Barmağımın ucuyla qarışdırıram ruhunu dumduru su göstərən mənə röyamdakı şəkili Qırmızımtul göyüzündə uzaqlaşır al-əlvan yanan o top Gözləmək fırtınasını səsinin mutluluq içində boğan məni
![Page 64: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/64.jpg)
~ 64 ~
GÖZLƏYİRİK
Gözləyirik dünyanın kənarında oddan olayları Ayın parçaları caynağında tikanların İldırımın heroqlifi Gözləyirik o sözü Oturmuşuq boşluqda yerlə ayın arasında Və gözləyirik.
![Page 65: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/65.jpg)
~ 65 ~
ÖLKƏM
Qırmızı bir düyünlə bağlayıram ölkəmi parça-parça bir-birinə qalmış kölgələrdə sarmış çevrəsini röyalarımın tuturam əllərimlə soyuq göyü donmuşdur ulduzları Yalnız uşaqlığımdan o kiçik o qırmızı köpəkdir sevən məni.
![Page 66: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/66.jpg)
~ 66 ~
GECƏ
Uzanmışam bir oraqdır ay nəfəsimdə qonaq etmiş böyləcə göylər məni gurlayır qapqara ulduzsuz yaslı röyamda gecə
![Page 67: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/67.jpg)
~ 67 ~
YOX ONDA TƏSƏLLİMİZ
Ulduzlar qaraldımı varar sonuna saatlarım Susar min-min göylərdəki dostlarım İçərik işığın şərabını acıdır qaranlıq bir meyvədir o yox onda təsəllimiz
![Page 68: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/68.jpg)
~ 68 ~
SƏHRADA
Mən Musa-nın qızıyam dolaşıram səhrada bir mahnı dinləyirəm aclıqdan ağlayaraq qumlardandır daşlardan
![Page 69: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/69.jpg)
~ 69 ~
KÖRPÜ
Bir körpü qururam ahımdan aparır məni doğma şəhərimdə atamın məzarına üzüntülər xatirələr Yanan bir astra çiçəyi əkirəm qarla söndürürəm ağlayaraq
![Page 70: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/70.jpg)
~ 70 ~
DOSTLUQ
Yumşaq ipək kimi işığıyla səlamlayır məni ay dost olmuşuq ikmiz nağıl deyir o mənə bir şeirlə təşəkkür edirəm mən də ona
![Page 71: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/71.jpg)
~ 71 ~
UNUT ANA
Ölülər adasında yaşayıram qurdlardır ailəm əmirəm südlərini çörəyimdir meyvəsi ağacların Unut ana! ki itirdik bir-birimizi hər gecə röyamda görünürsən hər dəfə azalır mənim yaşım
![Page 72: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/72.jpg)
~ 72 ~
YAYIN AD GÜNÜ
Ad günüdür bu gün yayın Əynində ildırımdan billurdan paltarı Götür onu röyalar evinə
![Page 73: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/73.jpg)
~ 73 ~
EŞİDİRMİSƏN
Eşidirmisən uca səslə ötür torağay uyğumda mahnılarını Gözləyirəm qoxusunu xatirələrin Çalır hava nəfəsimdəki havanı Mən uşağam yenə də qarışdırıram rəngləri boyamqçın topumu
![Page 74: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/74.jpg)
~ 74 ~
QIRILMIŞ ARTIQ
Soyuq gecələrdə yerimizdir qarnı torpağın göstəbəklərlə kirpilərlə başbaşa İsti gecələrdə dalırıq daha da dərinlərə enirik suların qanının irmağına Burda ilişib qalmışıq içində köklərin orda köpəkbalıqlarının dişlərinin arasında Göylər yaxşı deyil buradan pozur uyğunsuzluq orqanını havanın qırılmış artıq musiqi orqan: çalğı aləti
![Page 75: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/75.jpg)
~ 75 ~
MUTLULUQ ULDUZU
Axaraq yayılır ayparadan sisli gecə Ayıq ol ağıllı ol ey mutluluğun yaşıl ulduzu var gücü varmağa bu körpünün işıqdan susqunluqdan olan ölkənə Yox bir təhlükə
![Page 76: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/76.jpg)
~ 76 ~
SÖNƏN QORXU
Ulduzların göylərin qarasından tökülməsi Ayın mahnısının könlümə enməsi Gecə söndürdü qorxumu Gözləyirəm sevinclə gündüzü
![Page 77: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/77.jpg)
~ 77 ~
ULDUZDAN ULDUZA
Mən hər Sən ilə qohumam İçindəyəm sözlər ölkəsindən olan sirrin Ulduzdan ulduzadır yankısı səsinin İncə bir mahnıdır oxuyur susqunluğun
![Page 78: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/78.jpg)
~ 78 ~
ÖMÜR BOYU
Qucaqlayır quzey küləyi qorxumu Lövbər atmışam göylərə mən Yer verir qoynunda mənə ulduzların yosunları Ömür boyu
![Page 79: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/79.jpg)
~ 79 ~
BİR DAHA
Bir daha görsəm səni aydakı çəmənlikdə üçcə söz deyəcəksən Üçcə söz o zaman dediyin tək Bir möcizə biz öldüksə dirildik də Röyası uşaqlığın dirilmək bir daha
![Page 80: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/80.jpg)
~ 80 ~
BURADA
Qumlar qırmızıdır qurudur nəfəsim qurşun tək Yorumçu dalmışdır sonsuz bir yuxuya Palçıqda uzanmışıq iflicdir qanadlarımız qaçırır bizi burdan ulduzlar və gecə Burdayıq baxırıq gözləyirik gələcək olanı
![Page 81: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/81.jpg)
~ 81 ~
YUVARLANIR GÜNƏŞ
Tüstüdən olan yerlər olmadan nəfəsi işığı Kaman çalır bir qaraçı çəpərin o tayında yaşıl döşəmənin üstündə Yuvarlanır günəş kül olmuş ulduzların arasında kölgəsi unudulmuş adların üstündə
![Page 82: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/82.jpg)
~ 82 ~
DÜŞƏN ULDUZ
Ulduzları açıqlayan bilgə adam arayır mənim mutluluq ulduzumu Tapır onun işıltısını qurtarıcı parıltısını Düşür sönür Tüstü və qum
![Page 83: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir](https://reader033.fdocument.pub/reader033/viewer/2022051921/600ef03aae53287d8a19ab48/html5/thumbnails/83.jpg)
~ 83 ~
SEV
Yanması sönməsi firtınanın buludlar şişədən dans edən oynayan quşlar pəncərədə Bir uyum hər yerdə Unut sərt olanı bağışla yamanlığı Sev ölənləri