Post on 20-Oct-2021
1
Qanunvericilik
Tərtib etdi: Məhbubə Tağıyeva
2
Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
SƏRƏNCAMI
Bu il ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə Azərbaycanın dövlət müstəqilliyinin 10-illik
yubileyi geniş qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 mart tarixli fərmanı ilə Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümünə həsr edilən tədbirlər planı təsdiq olunmuş və onun həyata
keçirilməsi üçün ölkəmizin bütün guşələrində əməli işlər aparılır. Azərbaycanın onillik müstəqil inkişaf yolunun
təhlilinə həsr olunmuş elmi simpozium və konfranslar keçirilir, bu müddət ərzində əldə olunmuş nailiyyətləri əks
etdirən sərgilər, kinofilmlər nümayiş etdirilir, çap məmulatı hazırlanır, müxtəlif kütləvi tədbirlər təşkil edilir.
Bütün obyektiv çətinliklərə, bu və ya digər problemlərə baxmayaraq, tarixi baxımdan olduqca qısa bir
müddət on il ərzində xalqımızın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunub möhkəmləndirilməsi, demokratik
hüquqi, dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin yaradılması,ölkədə
ictimai-siyasi sabitliyin bərqərar edilməsi, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi sahələrində
qazanılmış nailiyyətlər Azərbaycanın intensiv inkişaf dövrünə qədəm qoymasına imkan yaratmışdır. Bu gün
qətiyyətlə demək olar ki, Azərbaycanda artıq sosial-iqtisadi inkişafın yeni mərhələsinin möhkəm təməli qoyulmuş
və ölkəmiz müstəqil inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və
dünya birliyində öz layiqli yerini tutur. Müstəqilliyimiz sarsılmaz, dönməz xarakter almışdır.
Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil
Azərbaycanın xoşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa ruhlandırır, ona yeni güc, qüvvət verir.
Azərbaycan Respublikasının hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün
həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Bütün dünya azərbaycanlılarının əcdadlarının
məskəni, tarixi vətəni olan Azərbaycan soydaşlarımızın daim diqqət mərkəzindədir.
Ölkəmizin inkişaf və tərəqqi yolundakı nailiyyətlərində dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində
Azərbaycan amalını daşıyan bütün həmvətənlərimizin də öz payı var. Müstəqil Azərbaycan Respublikası dünyanın
ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımıza doğma atalıq duyğuları bəsləyir, öz övladlıq borclarmı layiqincə
yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir,
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya
sivilizasıyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif
ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından
didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə
doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar
tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hal-hazırda onlar dünyanın bir çox ölkələrində
yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada,
Amerikada. Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
Öz doğma yurdunda yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə həmişə
maraqlanmış, onlarla əlaqələr yaratmaq arzusu ilə yaşamışlar. Lakin keçmiş sovet dövlətinin qadağaları bu arzunun
həyata keçirilməsinə imkan verməmişdir. Sovet rejiminin zəifləməyə başladığı 80-ci illərin sonlarında Azərbaycan
xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 16 dekabr tarixli qərarı ilə həmin səylərin
böyük əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu
bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi.
Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Bu bayramı ayrı-ayrı ölkələrdə yaşayan
azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Müstəqil
Azərbaycan Respublikasının daxili və xarici siyasət sahələrində fəaliyyəti, əldə etdiyi uğurlar bütün dünya
azərbaycanlılarının milli şüurunu, özünüdərkini, ana torpağı Azərbaycana bağlılığını günü-gündən möhkəmləndirir.
Azərbaycan icmalarının ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətləri, klub və dərnəkləri soydaşlarımızın və
həmvətənlərimizin təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi
yolunda faydalı iş aparır, məskunlaşdıqları ölkələrdə Azərbaycanı daha yaxından tanıtmaq üçün müxtəlif tədbirlər
görür. Bu qurumlar bir-biri ilə, habelə Azərbaycan Respublikasının hökumət və qeyri-hökumət təşkilatları ilə
əlaqələr yaradır, əməkdaşlıq etməyə səy göstərirlər. Müstəqil Azərbaycan Respublikası isə bütün dünya
azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün öz üzərinə tarixi missiyanı yerinə yetirməyə çalışır. Həmin yolda
bu vaxta kimi atılmış addımların nəticələrinin təhlili göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından
geniş istifadə olunması, sanballı bir qüvvəyə çevrilməsi yolunda hələ çox iş görülməlidir.
3
Belə bir işin məqsədyönlü və uğurlu yerinə yetirilməsi isə ilk növbədə həmin sahədə toplanmış təcrübənin
hərtərəfli müzakirə və təhlil edilib müvafiq strateji proqramın hazırlanmasını tələb edir. Xaricdə yaşayan
soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da
möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan
icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə
edilməsi zərurətini nəzərə alaraq qərara alıram:
1. 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayı keçirilsin.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi
məqsədilə işçi qrupu yaratsın, iş planı hazırlayıb təsdiq etsin və onun yerinə yetirilməsinə nəzarət etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti Bakı şəhəri, 23 may 2001-ci il
4
Qurultayın qəbul etdiyi sənədlər
Dünya Azərbaycanlılarının I Qurultayının
Qətnaməsi
Biz-dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları təmsil edən qurultay nümayəndələri Dünya
Azərbaycanlılarının I Qurultayının müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində çağırılmasından
böyük qürur hissi keçiririk. Qurultayın Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 10-cu
ildönümü günlərinə təsadüf etməsi bizi sevindirir. Bu yüksək forumun çağırılması qərarı, onun səmərəli keçirilməsi,
bütün dünya azərbaycanlılarının nümayəndələrinə tale yüklü məsələlər ətrafında geniş, sərbəst fikir mübadiləsi
aparmaq fürsətinin verilməsi müstəqil Azərbaycan dövləti və onun Prezidenti cənab Heydər Əliyevin tarixi
xidmətlərindən biri kimi qiymətləndirilməlidir. Bu fürsəti bizə verdiklərinə görə Azərbaycan dövləti və onun
Prezidentinə, Azərbaycan hökumətinə, Qurultayın hazırlanmasında zəhməti olan bütün insanlara dərin
minnətdarlığımızı bildiririk. Qurultay qeyd edir ki, XX əsrin son onilliyi dünyanın geosiyasi xəritəsində əhəmiyyətli
dəyişikliklərin baş verməsi, dünya siyasətində yeni üfüqlərin açılması ilə əlamətdar olmuşdur. Beynəlxalq aləmdə
gedən qlobal hadisələr nəticəsində Azərbaycan xalqı əsrlərlə arzuladığı müstəqilliyinə yenidən qovuşmuş və son
illər ərzində aparılan uzaqgörən, məqsədyönlü siyasət nəticəsində öz müstəqilliyini möhkəmləndirmişdir.
Dünya mədəniyyəti xəzinəsinə böyük dühalar bəxş etmiş Azərbaycan xalqı artıq başa çatmış XX əsrin
əvvəlində öz zəngin dövlətçilik ənənələrini inkişaf etdirərək Şərqdə ilk demokratik parlamentli respublika yaratmış,
əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş və XXI əsrə Avropa xalqları ailəsinin bərabərhüquqlu üzvü kimi
qədəm qoymuşdur. Azərbaycan xalqı inkişaf etmiş müasir sivilizasiyalı xalqlarla birgə, demokratiyanın hakim
olduğu cəmiyyətdə yaşamaq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Müstəqil Azərbaycan Respublikası qısa bir
müddətdə əsrlərə bərabər şərəfli yol keçmişdir. Bütün çətinliklərə baxmayaraq xalqımızın misilsiz milli sərvəti olan
müstəqilliyin qorunub möhkəmləndirilməsi, milli vəvətəndaş birliyinin təmin edilməsi, demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğunun həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin yaradılması, ölkədə ictimai-siyasi
sabitliyin bərqərar edilməsi, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi sahəsində qazanılmış nailiyyətlər
Azərbaycanın intensive inkişaf dövrünə qədəm qoymasına imkan vermişdir.
Azərbaycan müstəqil inkişaf yolu ilə inamla irəliləyir və tam qətiyyətlə demək olar ki, heç bir qüvvə onu bu
yoldan döndərə bilməz. Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçıları Azərbaycan Respublikasının, onun
Prezidenti Heydər Əliyevin Azərbaycanın tərəqqisi, xalqımızın firavan həyatı naminə yeritdiyi xarici və daxili
siyasətin bütün dünya azərbaycanlılarının mənafeyinə uyğun gəldiyini bildirir, onu ürəkdən bəyənir və dəstəkləyir.
Qurultay iftixar hissi ilə bəyan edir ki, bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar
Azərbaycan Respublikasının tərəqqisi, çiçəklənməsi naminə əllərindən gələni əsirgəmirlər.
Azərbaycan Respublikasının iqtisadi, siyasi və mədəni inkişafı, beynəlxalq münasibətlərin bərabərhüquqlu
üzvü kimi çıxış etməsi nüfuzlu iqtisadi və siyasi qurumlara inteqrasiyası, bəşər sivilizasiyasında layiqli yer tutması
yolunda atılan addımlar dünya azərbaycanlılarının birgə maraqlarına cavab verir və tərəfimizdən daim
dəstəklənəcəkdir. Qurultay hesab edir ki, bu gün Azərbaycanın demokratik inkişafına mane olan ən başlıca
problemlərdən biri Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsidir. Ermənistanın Azərbaycana qarşı
təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bunun nəticəsi kimi bir milyonadək soydaşımızın qaçqın-
köçkün vəziyyətinə düşməsi Azərbaycanın müstəqil inkişafı yolunda ciddi maneəyə çevrilib. Azərbaycan xalqı
sülhsevər xalqdır. O, regionda vəziyyəti gərginləşdirməyə çalışan qüvvələrin bütün təxribatlarına təmkinlə,
beynəlxalq hüququn tələblərinə uyğun cavab verir. Lakin, Azərbaycanın haqq işinin qələbəsinə hərtərəfli yardım
olmalıdır ki, problemin sülh yolundan başqa həllinə yer qalmasın. Bu işdə respublikadan kənarda yaşayan
soydaşlarımızın da fəal olmasına, ümumiyyətlə onların daha mütəşəkkil şəkildə təşkilatlanaraq bu və ya digər
məsələnin həllində fəal mövqe tutmasına ehtiyac duyulur. Azərbaycanlıların ayrı-ayrı ölkələrə mühacirət tarixi XX
əsrin əvvəlindən başlasa da, Azərbaycan diasporunun formalaşması işi xeyli gecikmişdir.
Təəssüf hissi ilə qeyd edilməlidir ki, onun formalaşması Azərbaycan Respublikasının dövlət müstəqilliyini
bərpa etməsindən sonrakı illərə, daha dəqiq desək, 1993-cü ildən sonrakı dövrə təsadüf edir. Məhz bu dövrdən
etibarən Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdəki Azərbaycan
icmaları nümayəndələri ilə keçirdiyi görüşlərdə Azərbaycan diasporu- nun formalaşması və təşkilatlanması zərurəti
bir vəzifə kimi qarşıya qoyuldu. Azərbaycan Respublikası Prezidentinin çıxış və nitqlərində, imzaladığı sənədlərdə,
hər il dekabrın 31-də dünya azərbaycanlılarına müraciətlərində Azərbaycan diasporunun məqsəd və vəzifələri, onun
formalaşmasının ideya zəmini azərbaycançılıq ideologiyası yaradılmışdır. Beləliklə, müstəqil Azərbaycan
Respublikasının simasında istinad ediləsi möhkəm dayaq və azərbaycançılıq kimi möhkəm ideya zəmini əldə
etməklə Azərbaycan diasporunun yaradılması yolunda konkret tədbirlər həyata keçirilməyə başlandı. Dünyanın
indiki inkişaf mərhələsində diasporun əhəmiyyəti danılmazdır. Bu baxımdan Azərbaycanında xarici ölkələrdə
mütəşəkkil və güclü diasporu olmalıdır. Güclü diasporun mövcudluğu dogma Vətənin güclənməsinə xidmət etməklə
bərabər, həm də dünya Azərbaycanlıları arasında geniş əlaqələrin yaradılmasına, onların milli və vətəndaş
hüquqlarının qorunmasında səylərin birləşdirilməsinə zəmin yaradır.
5
Diasporun Vətənlə və bir-biri ilə əlaqələrinin möhkəmliyi diasporun saflığına və milli birliyinə xidmət edən
amil, Vətənindən ayrı düşmüş insanların milli-mənəvi dəyərlərə bağlılığını qoruyub artıran vasitədir. Diaspor öz
vətəni ilə mövcud olduğu ölkələr arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərinin bərqərar olmasında da
müstəsna əhəmiyyətə malikdir. Diaspor bu gün Azərbaycan üçün çox vacib olan lobbiçilik fəaliyyətinin
formalaşdırılmasında və onun Azərbaycanın həyati maraqlarına yönəldilməsində də mühüm rol oynaya bilər. Buna
görə də Qurultay müstəqil Azərbaycan Respublikasının diasporla bağlı xüsusi siyasət yeritməsini, onun dövlət
səviyyəsinə qaldırılmasını dəstəkləyir və bu istiqamətdə işlərin davam etdirilməsini zəruri hesab edir. Dünya
azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I
Qurultayının başlıca məqsədləri ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların həmrəyliyinin möhkəmləndirilməsi,
müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin genişləndirilməsi, onların ictimai təşkilatlarının fəaliyyətinin
əlaqələndirilməsindən ibarətdir. Qurultay dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin mülahizələrini,
çoxsaylı təkliflərini, eləcə də azərbaycanlıların müasir dünyadakı sosial-siyasi, iqtisadi, mədəni və s. mövqeyini,
azərbaycançılıq platformasına söykənən maraqlarını, tarixən yaranmış mənəvi birlik ehtiyacım nəzərə alaraq qərara
alır:
1.Dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının on il ərzində müxtəlif sahələrdə əldə etdiyi
nailiyyətləri yüksək qiymətləndirir, Azərbaycan dövlətinin daxili və xarici siyasətini tam dəstəkləyirlər.
2.Azərbaycanlıların müstəqil Azərbaycan dövləti ilə mədəni, ictimai-siyasi, iqtisadi və s. əlaqələri daha da
gücləndirilsin və bu zaman nəzərə alınsın ki, müstəqil Azərbaycan Respublikası dünyanın harasında
məskunlaşmasından asılı olmayaraq, bütün azərbaycanlıların mənəvi dayağı, milli-mədəni maraqlarının ifadəçisidir.
Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil respublikaya hər hansı formada, daxildən,
yaxud xaricdən göstərilən təcavüzün qarşısının alınması, onun demokratik, dünyəvi, hüquqi, milli bir dövlət
olaraq inkişaf edib möhkəmlənməsi, yalnız respublika vətəndaşlarının deyil, habelə dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın, hər bir azərbaycanlının müqəddəs işidir.
3.Azərbaycanlılar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, iqtisadi-təsərrüfat, mədəni-mənəvi həyatında
fəal iştirak etməklə yanaşı onların etnik-tarixi dəyərlərə, milli ənənələrə sədaqət naminə xüsusi diaspor
yaratmalarına, lobbiçilik fəaliyyəti ilə məşğul olmalarına böyük ehtiyac vardır.
4.Azərbaycan dilinin, milli-əxlaqi dəyərlərin, azərbaycanlıların bir xalq, millət kimi formalaşdığı tarixi
Vətənin şərəfini qorumaq, harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan icmasının, hər bir
azərbaycanlının müqəddəs vəzifəsidir.
5.Müasir dünya bir inteqrasiya, intensive millətlərarası əlaqələr, qlobal münasibətlər, milli sərhədləri aşıb
keçən hadisələr dünyası olduğundan müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlarda təmsil
olunmağa, milli maraqları müdafiə etməyə səy göstərməlidirlər.
6.Azərbaycanda uzun əsrlər boyu ümumbəşəri dəyərlərə hörmətlə yanaşılaraq, yüksək tolerantlıq,
dözümlülük nümayiş etdirilmiş və ölkədə bu zəmində formalaşmış milli-mənəvi mühit böyük nailiyyət sayılmışdır.
Gələcəkdə də bunların qorunub saxlanılması ən ümdə vəzifələrdən biri hesab olunmalıdır.
7.Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların təşkilatlanması, onların hüquqlarının
müdafiəsi, milli-mənəvi dəyərlərin birgə qorunması məqsədi ilə xüsusi koordinasiya mərkəzi-Dünya
Azərbaycanlılarının Əlaqələndirmə Şurası yaradılsın.
8.Dünya azərbaycanlılarının qurultayı hər üç ildən bir keçirilsin. Qurultay əmin olduğunu bildirir ki, müxtəlif
ölkələrdə yaşayan azərbaycanlılar həmrəylik nümayiş etdirərək Qurultayın qərar və tövsiyələrinin yerinə yetirilməsi
işində var qüvvələrini sərf edəcəklər.
Qətnamə Dünya Azərbaycanlılarının I Qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 10 noyabr 2001-ci il
6
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə,
Azərbaycan Respublikası Konstitusiyasının109-cu maddəsinin yeddinci bəndinə uyğun olaraq qərara alıram:
1.Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılsın.
2.Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı10 gün müddətində Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə DövlətKomitəsinin Əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
3.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz səlahiyyətləri çərçivəsində Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin qurulması üçün zəruri olan köməyin
göstərilməsini təmin etsin.
4.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin
Bakı şəhəri, 5 iyul 2002-ci il
7
N.H.İbrahimovun Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri təyin
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin beşinci bəndini rəhbər tutaraq qərara
alıram:
Nazim Hüseyn oğlu İbrahimov Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin
sədri təyin edilsin
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyul 2002-ci il
8
Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin
fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1.Azərbaycan RespublikasınınXarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi
haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.Bir ay müddətində Xarici ÖlkələrdəYaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin xərclər
smetasını və işçilərinin say həddini təsdiq etsin, onun fəaliyyətinin təmin olunması ilə bağlı maddi-texniki
təchizat məsələlərini həll etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2002-ci il
9
Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə
I. ÜMUMİ MÜDDƏALAR
1.Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi
(bundan sonra–Komitə) Azərbaycan Respublikası Prezidentinin2002-ci il 5 iyul tarixli 730 nömrəli Fərmanı ilə
yaradılmışdır.
Komitə xaricdə yaşayanazərbaycanlılarla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini onlarla
əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini dövlət orqanlarının və qeyri-hökumət təşkilatların bu sahə
ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
2.Komitə öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyə orqanları, Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, xaricdə yaşayan Azərbaycanlılarla
iş aparan qeyri-hökumət təşkilatları, eləcə də fiziki şəxslərlə əlaqəli şəkildə həyata keçirir.
3.Komitə xaricdə yaşayan Azərbaycanlılara, onların yaratdıqları qurumlara, kütləvi informasiya
vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-
mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək məqsədi ilə müxtəlif yönlü təşkilati, informasiya,
maddi və mənəvi yardım göstərir.
4.Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının
qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
5.Komitə müstəqil balansa, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka müvafiq bank
hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq
ştamplara və blanklara malikdir.
6.Komitənin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına
həyata keçirilir.
7. Komitə Bakı şəhərində yerləşir.
II. KOMİTƏNİN ƏSAS VƏZİFƏLƏRİ
8. Komitənin əsas vəzifələri aşağıdakılardır:
8.1.Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, habelə
müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və
azadlıqlarının qorunmasına, onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə
və tətbiqinin genişləndirilməsinə köməklik göstərmək;
8.2.Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri
hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə, Azərbaycan Respublikasının daxili və
xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında həqiqi informasiya almasına şərait yaratmaq;
8.3.Xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafına,
cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı
surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb etmək;
8.4.Beynəlxalq hüquq normalarına uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların milli-mədəni
muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərmək;
8.5.Dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən Ümummilli ideyaları, milli-
mənəvi dəyərləri sistemləşdirmək, onların Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan
soydaşlarımız arasında yayılmasını təmin etmək;
8.6.Xaricdə yaşayan Azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına,
kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına, musiqi ansambllarına və yaradıcı kollektivlərinə digər
dövlət orqanları ilə birgə yardım göstərmək;
8.7. Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi və dünyəvi dövlət, demokratik
cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xarici ölkələrdə yaşayan
həmvətənlər arasında zəruri məlumatlar yaymaq;
8.8.Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, milli dövlətçiliyinin möhkəmləndirilməsi və
dünyada geniş təbliğ edilməsi işinə xarici ölkələrdə yaşayan Azərbaycanlılar, və digər soydaşlarımızı cəlb etmək,
onların mövcud imkanlarından istifadə etmək;
8.9.Xaricdə yaşayan həmvətənliləri Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar
prosesinə yaxından cəlb etmək, onların Azərbaycana investisiya qoyması və ölkə hüdudlarında sərbəst fəaliyyət
göstərməsi üçün əlverişli şərait yaratmaq;
10
8.10.Xaricdə yaşayan Azərbaycanlıların Azərbaycan Respublikası ərazisində hüquqlarını və vəzifələrini
müəyyənləşdirən normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
8.11.Xaricdə yaşayan Azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması işinə dəstək
vermək, yaradılan ictimai, mədəni və digər birliklərin Azərbaycan Respublikası ilə əlaqələrinə kömək
göstərmək;
8.12.Xaricdə yaşayan Azərbaycanlıların öz milli və vətəndaşlıq hüquqlarının təmin edilməsi ilə bağlı
həyata keçirdikləri fəaliyyətə beynəlxalq sənədlərdə təsbit olunmuş insan haqlarının müdafiəsi və qorunması
prinsipinə uyğun olaraq dəstək vermək, bu məqsədlə Azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyəti
strukturları ilə səmərəli iş mexanizmi qurmaq və problemlərin həllinə kömək göstərmək;
8.13.Xaricdə yaşayan Azərbaycanlıların keçirdikləri mühüm tədbirlərdə Azərbaycan Respublikasının
müvafiq dövlətvə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakına kömək göstərmək;
8.14.Azərbaycan Respublikasının beynəlxalq aləmdə təbliğ olunması və mənafelərinin müdafiəsi işində
Azərbaycana ənənəvi müsbət münasibəti olan diasporların imkanlarından istifadə etmək;
8.15.Diasporla işin təşkil olunması və aparılması sahəsində digər ölkələrin təcrübəsini öyrənmək,
ümumiləşdirmək və tətbiq olunmasını təmin etmək.
III.KOMİTƏNİN ƏSAS FUNKSİYALARI
9.Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq, aşağıdakı funksiyaları yerinə
yetirir:
9.l.Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə dair
təkliflər hazırlayır və bu sahədə qəbul olunmuş qərarları həyata keçirir;
9.2.Müəyyən olunmuş qaydada Komitənin fəaliyyət sahəsinə daxil olan məsələlər üzrə normativ-hüquqi
aktların layihələrini hazırlayır və müvafiq dövlət orqanlarına təqdim edir;
9.3.Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət proqramlarının işlənib hazırlanmasında və həyata
keçirilməsində iştirak edir;
9.4.Xaricdə yaşayan azərbaycanlılarla bağlı qanunvericiliyin tələblərinə riayət olunmasına və dövlət
qurumları tərəfindən yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarət edir;
9.5.Xaricdə yaşayan azərbaycanlıların vəziyyəti və onlarla aparılan iş haqqında vaxtaşırı hesabatlar,
illik məruzələr hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
9.6.Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə
yardım edir, Azərbaycanlıların ayrı-ayrı beynəlxalq təşkilatlarda təmsil olunmasına, lobbiçilik fəaliyyətinin
gücləndirilməsinə kömək göstərir;
9.7.Dünya azərbaycanlılarının koordinasiya mərkəzi–Dünya Azərbaycanlılarının əlaqələndirmə şurası ilə
sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir;
9.8.Xaricdə yaşayan Azərbaycanlıların problemləri ilə bağlı dəyirmi masalar, seminarlar və beynəlxalq
konfranslar keçirir;
9.9. Xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlər
həyata keçirir, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərini öyrənir və həllinə dair
Azərbaycan Respublikasının dövlət strukturları, eləcə də Xarici İşlər Nazirliyinin vasitəsi ilə müvafiq xarici
dövlətlər qarşısında təkliflər irəli sürur;
9.10.Azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə vəregi onlarda Azərbaycan Respublikasının xarici
ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birgə ana dilində məktəblərin və Azərbaycan mədəniyyət
mərkəzlərinin açılmasını və fəaliyyətini təşkil edir;
9.11.Xaricdə yaşayan Azərbaycanlıların Azərbaycan dövlətinə və onun vətəndaşlarına maddi, mənəvi və
humanitar yardımını təşkil edir və aidiyyəti üzrə istiqamətləndirir;
9.12.Xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə xarici
dövlətlərin müvafiq orqanları, beynəlxalq və ictimai təşkilatlarla əməkdaşlıq edir;
9.13. Müvafiq beynəlxalq tədbirlərdə müəyyən edilmiş qaydada iştirak edir və öz səlahiyyətləri
çərçivəsində Azərbaycan Respublikasını təmsil edir;
9.14.Respublika və beynəlxalq əhəmiyyətli tədbirlər də xarici ölkələrdə yaşayan azərbaycanlıların və
onların ictimai birliklərinin iştirakına kömək göstərir;
9.15.Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının tədris müəssisələrində təhsil
almasına, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmasına yardım edir;
9.16.Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komitəyə həvalə edilmiş vəzifələrin həyata
keçirilməsi üçün digər funksiyaları yerinə yetirir.
11
IV. KOMİTƏNİN HÜQUQLARI
10.Komitə öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
10.1.Xaricdə yaşayan azərbaycanlılarla bağlı normativ-hüquqi aktların hazırlanmasına və
təkmilləşdirilməsinə dair təkliflərlə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə müraciət etmək;
10.2.Komitənin səlahiyyətlərinə aid alan məsələlərin həll edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti
orqanlarından, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərindən
zəruri məlumat və arayışlar almaq;
10.3. Səlahiyyətləri daxilində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları,
bələdiyyə orqanları, fizikivə hüquqi şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək;
10.4.Komitəyə həvalə edilmiş vəzifələrə aid məsələlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada
xarici ölkələrin müvafiq orqanları ilə və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq;
10.5. Səlahiyyətləri çərçivəsində konfranslar, müşavirələr, seminarlar keçirmək, sərgilər və digər tədbirlər
təşkil etmək;
10.6.Xaricdə yaşayan azərbaycanlılarla bağlı informasiya və nəşr fəaliyyətini həyata keçirmək;
10.7.Öz vəzifələrini yerinə yetirmək məqsədi ilə qanunvericiliklə müəyyən olunmuş qaydada Komitənin
nəzdində müvafiq qurumlar yaratmaq, onları yenidən təşkil etmək və ləğv etmək;
10.8. Müvafiq ölkələrdə azərbaycanlılarla bağlı iş aparmaq məqsədi ilə Azərbaycan Respublikasının xarici
ölkələrdəki diplomatik nümayəndəliklərinə Xarici İşlər Nazirliyi tərəfindən təyin olunan işçilər haqqında təqdimat
vermək;
10.9.Komitənin səlahiyyətinə aid problemlərin öyrənilməsi üçün qanunvericiliyə uyğun olaraq müqavilə
əsasında mütəxəssislər və ekspertlər cəlb etmək;
10.10.Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə komissiyalar, kooordinasiya və ekspert şuraları, işçi
qrupları yaratmaq;
10.11.Qanunvericiliklə müəyyən edilmiş qaydada kütləvi informasiya vasitələri təsis etmək, xüsusi
bülletenlər və digər nəşrlər buraxmaq;
10.12. Xaricdə yaşayan azərbaycanlılar, onların məktəb və digər mərkəzləri üçün ana dili dərsliklərinin,
müvafiq tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında iştirak etmək;
10.13.Səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli göstərişlər məsləhət və izahatlar
vermək;
10.14.Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
11.Komitənin fəaliyyətinə sədr rəhbərlik edir;
12.Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən
Komitə sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsivə onun funksiyalarının həyata keçirilməsi
üçün şəxsən məsuliyyət daşıyır;
13.Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və
vəzifədən azad edilən birinci müavini və müavini vardır;
14.Komitənin sədri:
14.1.Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əməyin ödənilməsi fondu və işçilərin
son say həddi daxilində Komitə aparatının strukturunu və ştat cədvəlini, struktur bölmələrinin
əsasnamələrini, habelə aparatın iş planını təsdiq edir;
14.3.Səlahiyyətləri çərçivəsində Komitənin aparatının və tabeliyində olan qurumların fəaliyyətinə dair
icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarət edir;
14.4.Komitənin işçilərini Azərbaycan Respublikası əmək qanunvericiliyinə müvafiq olaraq vəzifəyə təyin
edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirlərini tətbiq edir;
14.5.Komitə sədrinin müavinlərinin vəzifə səlahiyyətlərini müəyyən edir;
14.6.Öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq, dövlətlərarası və
hökumətlərarası danışıqlarda iştirak edir;
14.7. Öz səlahiyyətləri daxilində dövlət sirri təşkil edən məlumatların siyahısını müəyyənləşdirir;
14.8.Komitənin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə
mütəmadi olaraq hesabatlar və məlumatlar verir;
14.9.Komitənin maliyyə vəsaitlərivə əmlakı barəsində sərəncam verir;
14.10. Qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
12
15.Komitədə Komitənin sədrindən (Kollegiya sədri), onun müavinlərindən, habelə Komitənin idarə
rəislərindən və digər rəhbər işçilərindən ibarət Kollegiya yaradılır.
16.Kollegiya üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq edilir.
17.Komitənin Kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar
haqqında müvafiq qərarlar qəbul edir.
18.Kollegiyanın iclasları Kollegiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
19. Kollegiyanın qərarlarıonun üzvlərinin sadə səsçoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarları
protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, sədrin əmrləri və ya sərəncamları ilə həyata keçirilir.
20.Zəruri hallarda Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə
əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, mütəxəssislər, habelə xaricdə
yaşayan azərbaycanlıların və onların ictimai birliklərinin nümayəndələri dəvət edilə bilər.
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 28 avqust tarixli 780 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir
13
Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin
məqsəd və prinsiplərini və bu siyasətin həyata Keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin
əsaslarını müəyyən edir.
Maddə 1. "Xaricdə yaşayan azərbaycanlılar"anlayışı 1.1.Bu Qanunun məqsədləri üçün "Xaricdə yaşayan azərbaycanlılar"dedikdə, Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaşayan və özünü azərbaycanlı hesab edən aşağıdakı şəxslər başa düşülür:
1.1.1. Azərbaycan Respublikasının vətəndaşları və onların övladları;
1.1.2.Əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş şəxslər və
onların övladları;
1.2. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı həmçinin bu Qanunun1.1.1 və 1.1.2-ci maddələrində
göstərilmiş Kateqoriyalara aid olmayan, lakin etnik dil,mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü
azərbaycanlı hesab edən şəxslərə və onların övladlarına da şamil olunur.
Maddə 2. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri 2.0.Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri aşağıdakılardan ibarətdir:
2.0.1.Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə
yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli öz günlüyünü
qoruyub saxlamasına və inkişaf etdirilməsinə kömək göstərmək;
2.0.2.Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də Qeyri-
Hökumət Təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirilməsinə, Azərbaycan Respublikasının daxili və
xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şərait yaratmaq;
2.0.3.Xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və
suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına,
cəmiyyətinvədövlətinsiyasihəyatına,habeləAzərbaycanRespublikasıilədigərdövlətlərarasındaqarşılıqlı surətdə
faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb etmək;
2.0.4.Beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq, xaricdə
yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata
keçirilməsinə yardım göstərmək.
Maddə 3. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin prinsipləri 3.1.Azərbaycan Respublikası xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini həyata keçirərkən
beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə, o cümlədən insan hüquq və azadlıqlarına hörmət və
digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.
3.2.Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti Azərbaycan Respublikasının daxili və xarici
siyasətinin ayrılmaz tərkib hissəsidir.
Maddə 4. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin əsasları 4.1.Azərbaycan Respublikası onun vətəndaşı olan və onun ərazisindən Kənarda müvəqqəti və ya daimi
yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.
4.2.Azərbaycan Respublikasının vətəndaşı olan və onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan
azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə bərabər
hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar.
4.3.Azərbaycan Respublikası digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan
azərbaycanlılarla bütün sahələrdə əlaqələrin saxlanmasına və inkişaf etdirilməsinə kömək göstərir, onların əsas
hüquq və azadlıqlarının müdafiəsi üçün müvafiq tədbirlər görür.
4.4.Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin hissəsinə uyğun olaraq, digər dövlətin
vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində
olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə
tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün
vəzifələri yerinə yetirməlidirlər.
Maddə 5. Xaricdə yaşayan azərbaycanlılarla bağlı vətəndaşlıq məsələləri
5.1.Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası
vətəndaşlığının xitamına səbəb olmur.
14
5.2.DigərdövlətinvətəndaşıolanvəyavətəndaşlığıolmayanxaricdəyaşayanazərbaycanlılarınAzərbaycan
RespublikasıvətəndaşlığınıəldəetməsivəAzərbaycanRespublİKasıvətəndaşlığınabərpaedilməsiqaydası
"AzərbaycanRespublikasınınvətəndaşlığıhaqqında"AzərbaycanRespublikasınınQanunuilətənzimlənir.
5.3. Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsadət qaldıran xaricdə yaşayan
azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir.
Maddə 6. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının iqtisadi və sosial siyasəti 6.1. Xaricdə yaşayan azərbaycanlılarla bağlı iqtisadi sahədə dövlət siyasətinin reallaşması məqsədi ilə
Azərbaycan Respublikasının dövlət orqanları aşağıdakı tədbirləri həyata keçirir:
6.1.1.Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Kommersiya təşkilatları ilə xaricdə yaşayan
azərbaycanlıların Kommersiya təşkilatları arasında əməkdaşlığı təşviq edir;
6.1.2.Xaricdə yaşayan azərbaycanlıların iştirak etdiyi birgə müəssisələrin yaradılmasına kömək göstərir;
6.1.3.Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının iqtisadiyyatına investisiya qoymaları
və Azərbaycan Respublikasının ərazisində sərbəst surətdə fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şərait yaradır.
6.2.Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı
azərbaycanlılara sosial yardım göstərə bilirlər.
6.3.Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsədləri üçün,
xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımı edən fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq vergi, gömrük güzəştləri və digər güzəştlər verilə bilər.
6.4.Təbii fəlakətlər, ekoloji və digər qəzalar baş vermiş yerlərdə yaşayan azərbaycanlılara Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada humanitar yardım göstərilə bilər.
Maddə7.Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının mədəniyyət, dil və təhsil
siyasəti 7.1.Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və
dilinin qorunub saxlanmasında və inkişaf etdirilməsində, öz ana dilində təhsil almaq imkanını həyata keçirilməsində
yardım göstərir və bu məqsədlə zəruri tədbirlər görür.
7.2.Azərbaycan Respublikasının dövlət orqanları digər dövlətlərdə yaşayan azərbaycanlıların milli-mədəni
muxtariyyəti ilə hərtərəfli əməkdaşlıq həyata keçirir.
7.3.Xaricdə yaşayan azərbaycanlılara öz mədəni, elmi və informasiya tələbatını ödəməküçün Azərbaycan
Respublikasının digər dövlətlərdə olan elm və mədəniyyət mərkəzlərindən istifadə etmək imkanı verilir.
7.4.Xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin qorunub saxlanmasında və inkişaf etdirilməsində
yardım məqsədi ilə Azərbaycan Respublikasının dövlət orqanları aşağıdakı tədbirləri həyata keçirir:
7.4.1.Xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına,
kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına, musiqi ansambllarına və digər yaradıcı kollektivlərinə
yardım göstərir;
7.4.2.Xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin tədris-metodik və maddi-texniki
təminatına və inkişafına, eləcə də həmin məktəblər üçün kadrların hazırlanmasına yardım göstərir;
7.4.3.Xaricdə yaşayan azərbaycanlıların mədəni irsinin öyrənilməsinə kömək göstərir;
7.4.4.Xaricdə yaşayan azərbaycanlılara öz ana dilini qoruyub saxlamaqda, ana dilinin öyrənilməsinə, təhsil
almaq və informasiya əldə etməküçün bu dildən istifadəyə şərait yaradılmasında kömək göstərir;
7.4.5.Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan tarixini və Azərbaycan mədəni irsinin öyrənilməsinə
şərait yaradılmasında onlara kömək göstərir;
7.4.6.Xaricdə yaşayan azərbaycanlılara Azərbaycan Respublikasında təhsil almaq, elmi və digər yaradıcılıq
fəaliyyəti ilə məşğul olmaq üçün güzəştlişərtlərlə yardım göstərir.
Maddə 8.İnformasiya sahəsində xaricdəyaşayan azərbaycanlılara kömək göstərilməsi 8.0.Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan azərbaycanlılara informasiya sahəsində
kömək məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirir:
8.0.1.Xaricdə yaşayan azərbaycanlılara ana dilində informasiya almaqla və yaymaqla, informasiya vasitələri
yaratmaqda, müvafiq xaricidövlətlərlə Azərbaycan Respublikası arasında informasiya əlaqələrinin qurulmasında və
inkişaf etdirilməsində yardım göstərir;
8.0.2.Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasəti haqqında və
yaşadıqları dövlətlərdə azərbaycanlıların vəziyyəti haqqında informasiyanın yayılmasını təmin edir;
8.0.3.Azərbaycan Respublikasından ana dilində televiziya, radio, dövrü mətbuat, internet və digər vasitələrlə
informasiyanın yayılması üçün zəruri şərait yaradır;
8.0.4.Xaricdə yaşayan azərbaycanlıların məlumatlandırılmasını həyata keçirən Azərbaycan Respublikasının
kütləvi informasiya vasitələrinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maliyyə və maddi-
texniki vəsaitlər verir;
8.0.5.Xaricdə yaşayan azərbaycanlılara məxsus olan kütləvi informasiya vasitələri yardım göstərir;
15
8.0.6.Diaspora ilə işin təşkil olunması və aparılması sahəsində digər ölkələrin təcrübəsinin öyrənilməsinə və
tətbiq olunmasına yardım göstərir.
Maddə 9. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikası dövlət orqanlarının fəaliyyətinin
maliyyələşdirilməsi 9.1.Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikası dövlət orqanlarının fəaliyyəti dövlət
büdcəsindən maliyyələşdirilir. Bu vəsaitlərdən istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.2.Azərbaycan Respublikasının yerli özünüidarə orqanları xaricdə yaşayan azərbaycanlılarla bağlı həyata
keçirdikləri tədbirlərin maliyyələşdirilməsi üçün zəruri olan vəsaitlərin həcmini və onlardan istifadə qaydalarını
müstəqil müəyyən edir.
9.3.Xaricdə yaşayan azərbaycanlılara və onların təşkilatlarına maddi yardım edilməsi məqsədi ilə dövlətin,
fiziki və hüquqi şəxslərin ödəmələri hesabına təşkil olunan dövlət fondları və ya ictimai fondlar yaradıla bilər. Dövlət
fondlarının vəsaitlərindən istifadə qaydaları.
9.4.Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan
Respublikasının və digər dövlətlərin fiziki və hüquqi şəxslərinin xeyriyyəçilik fəaliyyəti həvəsləndirilir.
Maddə 10.Xaricdə yaşayan azərbaycanlılarla bağlımonitorinqinaparılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı xaricdə yaşayan azərbaycanlıların vəziyyəti
haqqında informasiyanın toplanmasını, təhlilini və qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının
yaradılmasını təmin edir.
Maddə11.Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsi ilə əlaqədar
Azərbaycan Respublikası dövlət orqanlarının vəzifələri Azərbaycan Respublikasının dövlət orqanları öz səlahiyyətləri daxilində bu Qanunda göstərilmiş tədbirləri
həyata keçirirlər.
Bakı şəhəri, 27 dekabr 2002-ci il N413-IIQ
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti
16
"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqmda" Azərbaycan RespublİKası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsinin təmin edilməsini təmin etməK məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında"
Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin
Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikanın Prezidentinə məlumat
versin;
- "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun
9.3-cü maddəsində nəzərdə tutulmuş xaricdə yaşayan azərbaycanlılara və onların təşkilatlarına maddi yardım
edilməsi məqsədi ilə yaradılan dövlət fondlarının vəsaitlərindən istifadə qaydalarını müəyyən etsin;
- hənıin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra haKİmiyyəti orqanları"na dair
təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- öz səlahiyyətləri daxilində "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan
Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin: ki
- "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan RespublİKası Qanununun
9.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
- Həmin Qanununun 6.4-cü və 9.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan RespublİKasının Xarici ÖlKələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi
həyata Keçirir.
Bakı şəhəri, 21 fevral 2003-cü il N 859
Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
17
Dünya Azərbaycanlılarının II Qurultayının Keçirilməsi Haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Müstəqillik dövründə Azərbaycan Respublikası milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə
etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf
səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir.
Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında
həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Ölkəmizin irəliyə doğru atdığı hər bir addım, qazandığı nailiyyət
dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, onların müstəqil dövlətimizə inamını,
milli hisslərini və gələcəyə ümidlərini artırmış, Azərbaycan Respublikasının milli maraqları ətrafında sıx birləşmələri
üçün zəmin yaratmışdır.
Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi
ümummilli liderimiz Heydər Əliyev olmuşdur. O, xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması
məsələsini daim diqqət mərkəzində saxlamış, müxtəlif xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə Azərbaycan
diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır. Heydər
Əliyevin Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı
xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət
kəsb etmiş, diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur.
Qurultaydan bir neçə ay sonra, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, 2002-ci il dekabr ayının 27-də isə “Xaricdə
yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Dünyada fəaliyyət göstərən Azərbaycan icmaları ilə məşğul olan dövlət orqanının yaradılması və müvafiq qanunun
qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirmiş, soydaşlarımızın öz
tarixi Vətəni ilə əlaqələrinin genişləndirilməsini təmin etmiş, ölkəmizin tarixi və müasir həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasına stimul vermişdir.
Azərbaycan Respublikası xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələri dövlət siyasətinin prioritet
istiqamətlərindən biri elan etmişdir. Diaspor quruculuğu konkret bir dövrlə məhdudlaşmayan, strateji əhəmiyyətə
malik, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli prosesdir. Elə buna görə də bu sahədə qazanılmış nailiyyətləri
və qarşıda duran vəzifələri vaxtaşırı müzakirə etməyə ehtiyac yaranır.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki
mövcud vəziyyəti təhlil etmək, Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran
vəzifələri müzakirə etmək məqsədi ilə qərara alıram:
2006-cı il mart ayının 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı keçirilsin.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi ilə birlikdə qurultayın keçirilməsi məqsədi ilə iş planı hazırlayıb təsdiq etsin və onun yerinə yetirilməsini
təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 Fevral 2006-cı il.
18
Dünya Azərbaycanlılarının II Qurultayının
Qətnaməsi
Qurultay məmnunluqla bildirir ki, son illər Azərbaycan Respublikası iqtisadi inkişaf yolu ilə inamla
irəliləmiş, ümumi daxili məhsulun və sənaye istehsalının artım tempinə görə dünyanın lider dövlətinə çevrilmişdir.
Həyata keçirilən iqtisadi islahatlar və qlobal əhəmiyyətli transregional layihələr ölkəyə investisiya axınını
sürətləndirmiş, adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycanı MDB və Şərqi Avropa
məkanında ön mövqelərə çıxarmışdır. Qısa vaxt ərzində respublikanın əksər şəhər və rayonlarının, xüsusən Bakı
şəhərinin siması kökündən dəyişmiş, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində təsirli tədbirlər
görülmüşdür.
Ölkənin hərbi qüdrəti ildən-ilə artmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində görülən tədbirlər davam etdirilmişdir.
Aparılan hüquqi və siyasi islahatlar Azərbaycanın demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu yolu
ilə inamla addımladığını təsdiqləmiş, onun beynəlxalq nüfuzunu yüksəltmişdir. 2003-cü ilin prezident və 2005-
ci ilin parlament seçkiləri Azərbaycan dövlətinin və onun vətəndaşlarının demokratik ənənələrə sadiqliyini bir
daha sübut etmişdir. BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi
nüfuzlu təşkilatların bərabərhüquqlu üzvü olan Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində
özünə layiqli yer tutmuş, dünya birliyinə daha sıx inteqrasiya olunmuşdur.
Qazanılan uğurlar ölkədə milli birliyin təmin olunmasına öz töhfəsini vermiş, dünyanın müxtəlif guşələrində
yaşayan azərbaycanlıların daxili inamını və qürur hissini gücləndirmiş, tarixi Vətənin maraqları naminə daha sıx
birləşərək fəaliyyət göstərmələri üçün zəmin yaratmışdır.
Qurultay nümayəndələri dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının
ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürüldüyünü bir daha dərin minnətdarlıq hissi ilə qeyd edirlər.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 1991-ci ilin sonunda 31 dekabrı dünya
azərbaycanlılarının həmrəylik və birlik günü elan etmiş, onun bütün ölkə miqyasında dövlət bayramı kimi qeyd
olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırmışdı. 1993-cü ildə yenidən ali
siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları
ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməsi, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi məsələlərini
daim diqqət mərkəzində saxlamış, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün
dövlətin imkanlarını səfərbər etmişdir.
Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I
qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda
mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur.
Qurultay nümayəndələrinin çoxsaylı təkliflərini nəzərə alan ümummilli liderimiz diasporla iş sahəsində dövlət
siyasətinin həyata keçirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı
fəaliyyətinin əlaqələndirilməsini təmin etmək üçün 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamışdır. Həmin ilin dekabrında
qəbul edilmiş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun isə bu sahədə
həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərini və hüquqi prinsiplərini müəyyən etmişdir.
Bilavasitə diaspor problemləri ilə məşğul olan dövlət orqanının təsis edilməsi və müvafiq qanunun
qəbulu dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da sürətləndirmiş, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması üçün yeni imkanlar yaratmışdır. Təqdirəlayiq haldır ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə
sadiq qalaraq dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, güclü Azərbaycan diasporunun və
lobbisinin yaradılması məsələlərinə xüsusi diqqət yetirir, bu prosesin təkmilləşdirilməsi istiqamətində zəruri
tədbirlərin görülməsini təmin edir. Prezident İlham Əliyevin xarici səfərləri zamanı diasporumuzun nümayəndələri
ilə keçirdiyi çoxsaylı görüşlərdə, azərbaycanlı icmalarının təşkil etdiyi forum və konfranslara təbrik
məktublarında, dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə müraciətlərində öz əksini tapan fikirlər
azərbaycançılıq ideyalarının davam etdirildiyini və uğurla həyata keçirildiyini təsdiq edir.
Son illər Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsində apardığı ardıcıl və məqsədyönlü işin
nəticəsində Amerika, Avropa, Asiya və Şimali Afrikanın ayrı-ayrı ölkələrində 80-dan çox yeni azərbaycanlı icması
yaradılmış, bununla da xaricdəki soydaşlarımızı birləşdirən qurumların sayı 300-ü ötmüşdür. Hazırda bir ölkə
daxilində fəaliyyət göstərən ayrı-ayrı icma və qurumların tədricən vahid mərkəzdə birləşməsi prosesi başlanmışdır.
Ukrayna (1997-ci il) və Rusiyanın (2000-ci il) ardınca 2004-cü ilin mayında 18 icma və təşkilatı birləşdirən
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı keçirilmiş, 2005-ci ilin aprelində Kanadada
Azərbaycan Təşkilatları Federasiyası yaradılmışdır. 2004-cü ilin aprelində Avropa Azərbaycanlıları Konqresinin
təsis edilməsi isə soydaşlarımızın artıq qitə miqyasında təşkilatlanmağa başladıqlarını nümayiş etdirmişdir.
19
Görülmüş tədbirləri qənaətbəxş sayan qurultay bu istiqamətdə aparılan işlərin digər ölkə və qitələr üzrə də
davam etdirilməsini, proses qitələr üzrə başa çatdıqdan sonra isə dünya azərbaycanlılarının vahid təşkilatının
yaradılması üçün müvafiq addımların atılmasını tövsiyə edir. Qurultay təşkilatlanmış azərbaycanlı cəmiyyətlərinin
fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmələrini diaspor quruculuğu
işinin ən mühüm istiqamətlərindən biri hesab edir. Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti və yerli
özünüidarə orqanlarında soydaşlarımızın təmsil olunması, onların yığcam yaşadıqları ərazilərdə "Bazar günü"
məktəblərinin açılması, müxtəlif icma və birliklərin nəzdində 27 qəzet, 10 jurnal, 3 radio və 1 televiziyanın
fəaliyyət göstərməsi, Azərbaycan evlərinin, hüquq müdafiə mərkəzlərinin yaradılması, tanınmış elm, ədəbiyyat,
mədəniyyət və dövlət xadimlərinin yubileylərinin keçirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması məqsədilə müxtəlif tədbirlərin (yürüş, piket, nümayiş, imzatoplama kampaniyası, elmi konfrans,
dəyirmi masa və s.) təşkil edilməsi həmvətənlərimizin ictimai-siyasi fəallığının artmasının göstəricisi kimi
dəyərləndirilə bilər. Bu istiqamətdə görülmüş işləri yüksək qiymətləndirən qurultay soydaşlarımızın yaşadıqları
ölkələrin ictimai-siyasi və mədəni həyatına daha sıx inteqrasiya olunmalarını alqışlayır və bu işə mütəmadi dəstək
verilməsini zəruri sayır.
Son illər dünyadakı türk diaspor təşkilatları ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müəyyən
addımlar atılmış, bir sıra məsələlərdə Azərbaycan və türk diasporlarının eyni mövqedən çıxış etməsi, birgə
aksiyalar keçirməsi təmin edilmişdir. Azərbaycana dost münasibətdə olan digər millətlərin nümayəndələri,
dövlət, elm və mədəniyyət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə əlaqələr davam etdirilmiş,
Vətənimiz haqqında həqiqətlərin dünyaya çatdırılması, Azərbaycan Respublikasının maraqlarının ayrı-ayrı
ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiə edilməsi üçün onların potensialından istifadə olunmuşdur.
Qurultay bu sahədə aparılan işlərin davam etdirilməsini, birgə fəaliyyət strategiyasının hazırlanması üçün türk
və Azərbaycan diaspor təşkilatlarının birgə forumunun keçirilməsini, Azərbaycan lobbisinin təşkilinə yardım
edə biləcək şəxslərlə məqsədyönlü iş aparılmasını tövsiyə edir.
Son illər xaricdə yaşayan soydaşlarımız, o cümlədən iş adamları Azərbaycan Respublikasının sosial- iqtisadi
inkişafına öz töhfələrini verməyə çalışır, iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar qoyur, doğulduqları
bölgələrdə infrastrukturun yeniləşməsinə, abadlıq və quruculuq işlərinə müəyyən kömək göstərirlər. Qurultay
sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsinə xaricdə yaşayan azərbaycanlı iş adamlarını geniş cəlb
etmək məqsədilə onlar üçün hərtərəfli şərait yaradılmasını məqsədəuyğun hesab edir, yaxın gələcəkdə onların
forumunun keçirilməsini tövsiyə edir.
Qeyd edilənləri nəzərə alaraq Dünya azərbaycanlılarının II qurultayı
Qərara alır:
1. I qurultaydan ötən dövr ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların
ictimai-siyasi fəallığının artırılması və yaşadıqları cəmiyyətlərə inteqrasiyası, diaspor təşkilatları arasında
əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi sahəsində aparılmış işlər qənaətbəxş hesab edilsin.
2. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesini keyfiyyətcə təkmilləşdirmək,
diaspor təşkilatlarının fəaliyyətini daha səmərəli şəkildə əlaqələndirmək, Azərbaycanla bağlı həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması işinin müasir tələblər səviyyəsində qurulmasını təmin etmək, soydaşlarımız arasında
ideya birliyinin möhkəmləndirilməsinə və onların tarixi Vətənlə əlaqələrinin gücləndirilməsinə nail olmaq
məqsədilə Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması məqsədəuyğun hesab edilsin.
3. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına və diaspor təşkilatlarına tövsiyə edilsin ki,
Dünya azərbaycanlılarının III qurultayına qədərki dövrdə aşağıdakı məsələlərə xüsusi diqqət yetirsinlər:
- bir ölkə daxilində ayrı-ayrılıqda fəaliyyət göstərən icma və qurumların vahid mərkəzdə birləşdirilməsi;
- diaspor təşkilatlarının qitələr üzrə birləşdirilməsi prosesinin davam etdirilməsi, Amerika Azərbaycanlıları
Konqresinin və Asiya Azərbaycanlıları Konqresinin təsis edilməsi;
- qitələr üzrə diaspor təşkilatlarının birləşdirilməsi prosesi başa çatdıqdan sonra dünya azərbaycanlılarının
vahid təşkilatının yaradılması istiqamətində iş aparılması;
- Azərbaycan və türk diasporlarının birgə fəaliyyət strategiyasını müəyyənləşdirmək məqsədilə iki ölkənin
diaspor təşkilatlarının forumunun keçirilməsi;
- xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş
təmsil olunmaları üçün tədbirlərin görülməsi;
- azərbaycanlı icmalarının fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələrinin
yaxşılaşdırılması, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması
prosesinin davam etdirilməsi;
- soydaşlarımızın öz dilinə, mədəniyyətinə, tarixi köklərinə və milli-mənəvi dəyərlərinə bağlılığını qoruyub
saxlamaları üçün "Bazar günü" məktəblərinin, teatrların, kitabxanaların açılması, Azərbaycanın elm, ədəbiyyat və
incəsənət xadimlərinin iştirakı ilə xarici ölkələrdə ədəbi-bədii gecələrin, konsertlərin və digər tədbirlərin müntəzəm
olaraq təşkil edilməsi;
20
- xaricdə yaşayan iş adamlarının imkanlarından istifadə etməklə icma üzvləri içərisində elm, təhsil,
mədəniyyət, incəsənət, idman və digər sahələrdə istedadı olan uşaq, yeniyetmə və gənclərin aşkar edilməsi, onların
öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün şəraitin yaradılması məqsədilə xüsusi proqramların hazırlanıb
həyata keçirilməsi, müvafiq fondların yaradılması;
- dünyanın ayrı-ayrı bölgələrində yaşayan azərbaycanlı uşaq və gənclərin ana dilini dərindən öyrənmələri, öz
Vətənlərinin təbiəti, tarixi, mədəniyyəti, Azərbaycan xalqının adət-ənənələri və məişəti ilə yaxından tanış
olmaları üçün kompleks tədbirlərin görülməsi, onların Azərbaycana səfərlərinin təşkil olunması, yay istirahət
düşərgələrində dincəlmələri üçün şəraitin yaradılması;
- bir sıra ölkələrdə yaşayan azərbaycanlıların, habelə əmək miqrasiyası ilə bağlı müvəqqəti olaraq həmin
ölkələrə getmiş Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması, zəruri hallarda onlara hüquqi yardımın
göstərilməsi məqsədilə hüquq müdafiə mərkəzlərinin yaradılması;
- ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən və Azərbaycan lobbisinin
təşkilinə yardım göstərə biləcək insanlarla, soydaşlarımızın yaşadıqları ölkələrin və digər dövlətlərin qeyri-
hökumət təşkilatlarının təmsilçiləri ilə sıx əlaqələrin qurulması, onlarla ardıcıl və məqsədyönlü iş aparılması;
- xaricdə yaşayan azərbaycanlı iş adamlarının respublikanın sosial-iqtisadi inkişaf proqramlarına geniş
cəlb olunması.
4. Redaksiya komissiyasına tapşırılsın ki, qurultayda səslənmiş fikir və təklifləri ümumiləşdirərək
Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına və diaspor təşkilatlarına təqdim etsin.
5. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən xahiş edilsin ki, qurultayın
materiallarının ayrıca kitab halında nəşr olunmasını və bütün qurultay nümayəndələrinə göndərilməsini təmin etsin.
6. Dünya azərbaycanlılarının növbəti qurultayları hər beş ildən bir Bakı şəhərində keçirilsin. Dünya
Azərbaycanlılarını Əlaqələndirmə Şurası ildə bir dəfədən az olmayaraq öz hesabat yığıncağını keçirsin.
Qurultay qəbul olunmuş qərarların yerinə yetirilməsi üçün azərbaycanlıların icma və təşkilatlarının bütün səy
və bacarıqlarını əsirgəməyəcəklərinə, dünya azərbaycanlılarının birliyi ideyasının həyata keçirilməsi üçün öz
qüvvələrini birləşdirəcəklərinə, Azərbaycan dövlətinin milli maraqlarını ləyaqətlə müdafiə edəcəklərinə əminliyini
ifadə edir.
Qətnamə Dünya azərbaycanlılarının II qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 16 Mart 2006-cı il
21
Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının
hazırlanmasına dair razılıq protokolu imzalanmışdır
İyunun 7-də Türkiyənin Antalya şəhərində işini davam etdirən Dünya azərbaycanlıları ziyalılarının forumu
çərçivəsində Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının hazırlanması ilə bağlı
konfrans keçirildi. Konfransı giriş sözü ilə açan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin sədri Nazim İbrahimov bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi, "Bir
millət, iki dövlət" olan Azərbaycan və Türkiyənin vahid diaspor təşkilatının yaradılması artıq bir zərurətə
çevrilmişdir.
Prezident İlham Əliyevin türk diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsini vacib vəzifə kimi
qarşıya qoyduğunu vurğulayan komitə sədri, bu məqsədlə vahid fəaliyyət proqramı hazırlandığını və müvafiq
razılıq protokolu imzalanacağını diqqətə çatdırdı. Türkiyənin millət vəkili, Ədalət və İnkişaf Partiyası sədrinin
xarici əlaqələr üzrə müavini Şaban Dişli qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını
tədbir iştirakçılarına çatdıraraq, türk və Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyətlərinin təşkili məqsədi ilə
dövlət və hökumət səviyyəsində də tədbirlər həyata keçiriləcəyini söylədi.
Ölkələrimizin qarşılaşdığı problemlər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qondarma
"erməni soyqırımı" ilə bağlı məsələlərin BMT, AŞPA və digər beynəlxalq qurumlarda müzakirəsi zamanı nüma-
yəndə heyətlərimizin arasında sıx əməkdaşlığın olduğunu qeyd edən Şaban Dişli, diaspor təşkilatlarımızın da bu
sahədə ortaq fəaliyyət proqramının hazırlanmasının zəruriliyini vurğuladı, bununla əlaqədar Türkiyə parla-
mentində xüsusi qrup və vahid internet şəbəkəsi yaradılacağım bildirdi. Böyük Atatürkün "Sevinci və kədəri bir
olan" və ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" müdrik kəlam
larına və Dünya azərbaycanlılarının II qurultayının qərarlarına müvafiq olaraq, Azərbaycan və türk
diaspor təşkilatlarının birgə fəaliyyət mərhələsinə qədəm qoyduğunu bildirən Azərbaycan Prezidenti İcra
Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, bu tədbirin sonunda imzalanacaq razılıq
protokolunun qardaş xalqlarımızın mənafeyi baxımından əhəmiyyətli olduğunu söylədi, ölkələrimizin qarşılaşdığı
problemlərin həllində diaspor təşkilatları ilə yanaşı, dövlət strukturlarının, QHT-lərin, ziyalıların da səylərinin
gücləndirilməsinin zəruriliyini vurğuladı. Türkiyənin millət vəkili Yücel Artantaş da diaspor təşkilatlarımızın
fəaliyyətinin gücləndirilməsindən danışaraq qeyd etdi ki, xarici ölkələrdə yaşayan türklər və azərbaycanlılar
yuxarıda qeyd olunan problemlərlə yanaşı, eyni zamanda, ötən əsrin müxtəlif illərində indiki Ermənistan
ərazisindən yüz minlərlə azərbaycanlı və türkün deportasiya edilməsi və onların hüquqlarının bərpası məsələlərini
də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdırlar. Sonra dünyanın müxtəlif ölkələrindəki Azərbaycan və türk
diaspor təşkilatlarının rəhbərləri müzakirə olunan məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar, təkliflərini
bildirdilər. Tədbirin sonunda "Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası"nın
hazırlanması ilə bağlı razılıq protokolu imzalandı. Həmin gün Dünya azərbaycanlılarının II qurultayına həsr
edilmiş "Biz 50 milyonluq xalqıq" filminin və "Dünya azərbaycanlılarının II qurultayı" kitabının təqdimat
mərasimi keçirildi.
Forumun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Prezidenti Əhməd Necdət Sezərə
müraciətlər və bəyanat qəbul etmişlər.
Forum işini davam etdirir.
Oqtay BAYRAMOV
AzərTAc-ın xüsusi müxbiri
Antalya
“Xalq qəzeti”, 8 İyun, 2006-cı il
22
Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının
problemlərinin həlli haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Rusiya Federasiyası hökumətinin 15 noyabr 2006-cı il tarixli 683 nömrəli qərarına əsasən, 2007-ci il yanvarın
15-dən ölkə ərazisində miqrantların ticarətlə məşğul olmasına məhdudiyyət qoyulur. Qərar müvafiq olaran bu ölkədə
ticarətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarına da şamil olunacaqdır.
Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının rastlaşacağı problemlərin həlli
məqsədilə qərara alıram:
1. Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin öyrənilməsi və həlli
ilə bağlı aşağıdakı tərkibdə dövlət komissiyası yaradılsın:
Komissiyanın sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
Füzuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
İsmət Abbasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Nazim İbrahimov - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Əli Həsənov - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri
Novruz Məmmədov - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri
Polad Bülbüloğlu - Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
Məmməd Əliyev - Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri
2. Komissiya bir ay müddətində tədbirlər planı hazırlayıb təsdiq etsin və onun həyata keçirilməsini təmin etsin.
Görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 Noyabr 2006-cı il
nömrə 1788
23
Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin
əsasında Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
2.1. Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinin layihəsini, komitənin
strukturunu, xərclər smetasını və işçilərin ümumi say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 19 Noyabr 2008-ci il.
24
ABŞ-ın Nevada ştatının qubernatoru martin 31-ni azərbaycanlıların soyqırımı günü elan etmişdir
AzərTAc xəbər verir ki, ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni soyqırımına məruz qalmış
azərbaycanlıları anma günü elan etmişdir. Artıq ikinci dəfədir ki, Nevada ştatının qubernatoru martın 31-ni 1918-ci
ildə kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıları anma günü kimi tanıyır. İlk dəfə 2009-cu ildə Nevada
qubernatorunun verdiyi sərəncama əsasən 31 Mart - soyqırımı qurbanı azərbaycanlıları rəsmi anma günü elan
olunmuşdur.
Bu sərəncam martın 31-ni azərbaycanlıların milli faciəsi kimi Azərbaycanın hüdudlarından kənarda tanıyan
ilk rəsmi sənədlərdən biridir. Sənəddə Bakı və digər şəhərlərdə on minlərlə dinc azərbaycanlının qətlə yetirildiyi qeyd
edilir. Qubernatorun sərəncamında Birləşmiş Ştatlar vətəndaşlarının Azərbaycan Respublikasının ərazi bütövlüyünü,
suverenliyini və müstəqilliyini dəstəklədikləri də vurğulanır.
04 yanvar 2009
25
Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının son variantı tezliklə hazır olacaqdır
Bu günlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının son variantı hazır olacaqdır. Diaspor
ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, sənədin son variantında alimlərin və əlaqədar
təşkilatların təklif və rəyləri nəzərə alınmışdır. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının 2008-ci il
dekabrın 18-də Bakıda keçirilən iclasında təklif edilən əlavə və düzəlişlər də Xartiyanın son variantında əksini
tapmışdır. Diaspor siyasəti sahəsində gələcəkdə görüləcək işlərin proqramı olan Həmrəylik Xartiyasının yekun
variantının Bakıda alimlərin, ziyalıların və mətbuatın iştirakı ilə geniş ictimai müzakirəsi təşkil olunacaqdır. Bu
məqsədlə keçiriləcək “dəyirmi masa”da ən son dəqiqləşdirmələr aparıldıqdan sonra sənəd çap olunacaq və Avropa
Azərbaycanlıları Konqresinin 3-cü qurultayında iştirak edən diaspor təşkilatlarının rəhbərləri və fəallarına
paylanacaqdır.
Daha sonra Niderlandda Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları
Konqresinin birgə təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan diasporunun
tarixində yeni mərhələnin əsası kimi” mövzusunda konfrans keçiriləcəkdir. Sənədi hazırlayan alimlərin də
iştirak edəcəyi bu tədbirdə soydaşlarımızı maraqlandıran məqamlara aydınlıq gətiriləcək, suallar
cavablandırılacaqdır. Bu tədbirlər Xartiyada nəzərdə tutulan məqsəd və vəzifələrin həyata keçirilməsinin konkret
mexanizmlərini tətbiq etmək məqsədi daşıyır.
Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan Konstitusiyasına, “Xaricdə yaşayan
azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanuna, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına,
BMT-nin “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməsinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi
haqqında” Avropa Konvensiyasına, BMT-nin “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması
haqqında” Konvensiyasına, Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasına,
insan hüquqları və əsas azadlıqların, etno-mədəni müxtəlifliyin, milli dəyərlərin qorunması və inkişafı üzrə
digər yerli və beynəlxalq hüquqi aktlara əsaslanır.
Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan xalqının və dövlətinin milli
maraqlarının müdafiəsində dünya azərbaycanlılarının fəal iştirakını təmin etməyi qarşıya məqsəd qoyan, xarici
ölkələrdə yaşayan azərbaycanlıların tarixi Vətənin mənafeləri naminə vahid amal ətrafında birləşmək əzmini və
iradəsini ifadə edən, bu birliyin ideoloji, sosial-fəlsəfi, siyasi və mənəvi aspektlərini müəyyənləşdirən, dünyəvi-
humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini özündə
birləşdirən ideoloji konsepsiyadır. Azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, cəmiyyətə
inteqrasiya prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması, milli-mənəvi dəyərlərin qorunub
saxlanılması və təbliği metodologiyasını müəyyən etmək də Xartiyanın məqsədlərindəndir. Bu sənəd xarici
ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətçiliyi və tarixi Vətənin milli maraqları ətrafında daha sıx
birliyinə nail olunmasını, diasporumuzun digər xalqların diasporları ilə əməkdaşlıq imkanlarının
genişləndirilməsini, güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün real zəminin hazırlanmasını tənzimləyən
sənəddir. Xartiyada xarici ölkələrdəki Azərbaycan diasporunun ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas
istiqamətləri də əksini tapıb.
Yeni dünya düzəni, xüsusilə də qloballaşma prosesləri dünya xalqlarının müxtəlif ölkələrə
səpələnmiş nümayəndələrinin öz milli köklərinə və Vətənlərinə bağlılığını daha da möhkəmləndirməsini
gündəmə çıxardığı bir vaxtda dünya azərbaycanlılarını bir araya gətirmək Azərbaycan dövlətinin əsas
məqsədlərindən biridir. Bu prosesə davamlı dəstək verən və xüsusi diqqət ayıran Azərbaycan Prezidenti İlham
Əliyev xarici ölkələrdə yaşayan soydaşlarımızın dünyada baş verən qloballaşma, inteqrasiya, sivilizasiyaların
dialoqu kimi yeni reallıqların fəal tərkib hissəsinə çevrilməsini aktual saymaqla yanaşı, onların öz mədəniyyətinin,
tarixinin, dilinin, milli-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi, həmçinin dünya intellektual
potensialına, eyni zamanda, yaşadıqları ölkənin ictimai-siyasi həyatına öz töhfələrini verməsi kimi meyarları da
aktual sayır. Onu da qeyd edək ki, bu məsələlər 2007-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi “Milli
Təhlükəsizlik Konsepsiyası”nda da əksini tapmış müddəalarda yer almışdır. Konsepsiyanın mahiyyəti Dünya
Azərbaycanlılarının Həmrəylik Xartiyasında qarşıya qoyulan vəzifələrə mühüm dəstəkdir. Yeni yüzillikdə bütün
dünyanın əsas informasiya mənbəyi və ünsiyyət vasitəsi olan virtual məkanda da Azərbaycanı tanıtmaq, onun
dəyərlərini və gerçəkliklərini təbliğ etmək və azərbaycanlıları bir-birinə daha da yaxınlaşdırmaq məqsədi ilə
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu konkret təkliflər hazırlayıb ki, bu
da Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında nəzərdə tutulmuş məsələlərdən biridir. Bu təkliflər
reallaşdıqca dünya azərbaycanlılarının daha da həmrəy olmasına, yeni inkişaf perspektivlərinə qədəm qoymasına
imkan yaranacaqdır. Belə ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların maneəsiz və vaxt
itirmədən bəhrələnəcəyi, ölkəmizin milli maraqlarına xidmət edən virtual məkan formalaşdırılması
soydaşlarımızı vahid informasiya mühiti ilə təmin edə biləcək zəruri bir addımdır. İnformasiya Texnologiyaları
İnstitutu dünya azərbaycanlılarının vahid veb-portalının yaradılmasını təklif edir. Bu, soydaşlarımızın harada
yaşamalarından asılı olmayaraq, onlara Azərbaycanı tanımaları üçün bələdçilik edə bilər.
26
Bu və digər təkliflərin həyata keçirilməsi məqsədi ilə fəaliyyət planı hazırlamaq ərəfəsində olan institut
rəhbərliyinin fikrincə, “virtual dünya”nın diktə etdiyi reallıqlar diaspor quruculuğu işinin keyfiyyətcə yeni prinsiplər
əsasında həyata keçirilməsini tələb edir. Bu baxımdan Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının
qarşısında duran əsas vəzifələrdən biri də qlobal informasiya cəmiyyətinin təzahürü kimi meydana çıxan virtual
dünyanın tərkib hissəsi olan Virtual Azərbaycanın formalaşdırılması və inkişaf etdirilməsidir.
Çünki bu yolla soydaşlarımız arasında həmrəyliyin təmin olunması istiqamətində ən mühüm vəzifələrdən
biri milli informasiya məkanını genişləndirmək və qloballaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya
mühiti formalaşdırmaq, milli-mənəvi dəyərlərin daşıyıcısı informasiya resurslarına çıxışı təmin etmək və bu sahədə
mövcud olan problemləri həll etmək mümkündür. Virtual Azərbaycan layihəsi gerçəkləşərsə, müxtəlif ölkələrdəki
soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında nəzərdə tutulan müddəa və prinsiplərlə birbaşa
virtual məkanda tanış ola və fikir mübadiləsi apara biləcəklər.
AzərTAc.
“Xalq qəzeti ”- 2009 -5 Fevral - N 27.-S.1.
27
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Haqqında Əsasnamənin və Komitənin
Strukturunun Təsdiq Edilməsi Barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin normativ hüquqi əsaslarını
təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə
olunur).
2. “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
3.3. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin aparatının işçilərinin say həddini
müəyyən etsin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. “Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi haqqında
Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 780
nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No 8, maddə 500; 2005-ci il, No
10, maddə 910; 2008-ci il, No 11, maddə 970) qüvvədən düşmüş hesab edilsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 May 2009-cu il.
28
AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ HAQQINDA
ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
I. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında yaradılmışdır.
Komitə diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə
də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları
ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu
sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının
qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu
Əsasnaməni rəhbər tutur.
3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları,
yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası,
Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, xaricdə yaşayan azərbaycanlılar, eləcə
də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları
ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank
hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara
və blanklara malikdir.
5. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə
nəzərdə tutulan mənbələr hesabına maliyyələşdirilir.
6. Komitə Bakı şəhərində yerləşir.
II. KOMİTƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
7. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata
keçirilməsini təmin edir;
7.2 diasporla iş sahəsinin inkişafını təmin edir;
7.3. beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici
dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata
keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqinin
genişləndirilməsinə, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmasına
və inkişaf etdirməsinə köməklik göstərir;
7.4. xaricdə yaşayan azərbaycanlıların, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının, habelə Azərbaycana
dost münasibət bəsləyən digər xalqların diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-
hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının daxili və xarici
siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır;
7.5. xaricdə yaşayan azərbaycanlıları, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarını, habelə Azərbaycana
dost münasibət bəsləyən digər xalqların diasporlarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və
suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin
siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin
qurulması və inkişaf etdirilməsi işinə cəlb edir;
7.6. beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan
azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım
göstərir;
7.7. xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini,
qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir;
7.8. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
29
III. KOMİTƏNİN VƏZİFƏLƏRİ
8. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri
yerinə yetirir:
8.1. xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, kütləvi informasiya vasitələrinə
beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri
mənimsəmək, yaşatmaq və inkişaf etdirmək, eləcə də Azərbaycana dost münasibət bəsləyən digər xalqların
diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini öyrənmək məqsədi ilə müxtəlif yönlü təşkilati, informasiya,
maddi və mənəvi yardım göstərmək;
8.2. Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi və dünyəvi dövlət, demokratik
cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xarici ölkələrdə yaşayan
həmvətənləri, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını məlumatlandırmaq;
8.3. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində
təmin etmək;
8.4. digər icra hakimiyyəti orqanlarının diaspor işi ilə bağlı fəaliyyətini əlaqələndirmək;
8.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz
səlahiyyətləri daxilində təmin etmək;
8.6. dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-
mənəvi dəyərləri sistemləşdirmək, onların Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan
soydaşlarımız arasında yayılmasını təmin etmək;
8.7. xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxana,
arxiv, muzey, teatr, musiqi ansambllarına və yaradıcı kollektivlərinə digər dövlət orqanları ilə birgə yardım
göstərmək;
8.8. xaricdə yaşayan həmvətənləri Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar
prosesinə yaxından cəlb etmək, onların Azərbaycanın iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində
sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şərait yaratmaq;
8.9. xaricdə yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması işinə dəstək vermək,
yaradılan ictimai, mədəni və digər birliklərin, habelə onların əməkdaşlıq etdiyi digər diaspor təşkilatlarının
Azərbaycan Respublikası ilə əlaqələrinin qurulmasına və inkişafına kömək göstərmək;
8.10. xaricdə yaşayan azərbaycanlıların öz milli və vətəndaşlıq hüquqlarının təmin edilməsi ilə bağlı həyata
keçirdikləri fəaliyyətə beynəlxalq sənədlərdə təsbit olunmuş insan haqlarının müdafiəsi və qorunması prinsipinə
uyğun olaraq dəstək vermək, bu məqsədlə azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyəti strukturları ilə
səmərəli iş mexanizmi qurmaq və problemlərin həllinə kömək göstərmək;
8.11. xaricdə yaşayan azərbaycanlıların keçirdikləri mühüm tədbirlərdə Azərbaycan Respublikasının
müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakına kömək göstərmək;
8.12. Azərbaycan Respublikasının beynəlxalq aləmdə təbliğ edilməsi və mənafelərinin müdafiəsi işində
Azərbaycana ənənəvi müsbət münasibəti olan diasporların imkanlarından istifadə etmək;
8.13. diasporla iş sahəsinə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən
təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.14. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər,
habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
8.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
8.16. diaspor işinin təşkili sahəsində kadr hazırlığını təmin etmək;
8.17. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində
tədbirlər görmək;
8.18. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən
edilmiş qaydada tədbirlər görmək;
8.19. xaricdə yaşayan azərbaycanlıların vəziyyəti və onlarla aparılan iş, Azərbaycan diaspor təşkilatlarının
fəaliyyəti, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor qurumları ilə əməkdaşlığın
inkişafı sahəsində görülmüş işlər haqqında vaxtaşırı hesabatlar, illik məruzələr hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək;
8.20. xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə
yardım etmək, azərbaycanlıların ayrı-ayrı beynəlxalq təşkilatlarda təmsil olunmasına, lobbiçilik fəaliyyətinin
gücləndirilməsinə, Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin
genişləndirilməsinə kömək etmək;
30
8.21. xaricdə yaşayan azərbaycanlıların problemləri, eləcə də Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti
ilə bağlı dəyirmi masalar, seminarlar və konfranslar keçirmək;
8.22. xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlər
həyata keçirmək, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərini öyrənmək və həllinə dair
Azərbaycan Respublikasının dövlət strukturları, eləcə də Xarici İşlər Nazirliyinin vasitəsi ilə müvafiq xarici
dövlətlər qarşısında təkliflər irəli sürmək;
8.23. azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə və regionlarda Azərbaycan Respublikasının xarici
ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birgə ana dilində məktəblərin və Azərbaycan mədəniyyət
mərkəzlərinin açılmasını və fəaliyyətini təşkil etmək;
8.24. xaricdə yaşayan azərbaycanlıların, eləcə də Azərbaycana dost münasibət bəsləyən digər xalqların
diaspor nümayəndələrinin Azərbaycan dövlətinə və onun vətəndaşlarına maddi, mənəvi və humanitar yardımını
təşkil etmək və aidiyyəti üzrə istiqamətləndirmək;
8.25. respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə xarici ölkələrdə yaşayan azərbaycanlıların və onların
ictimai birliklərinin, habelə zərurət yarandıqda, Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor
qurumlarının iştirakına kömək etmək;
8.26. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının tədris müəssisələrində təhsil almasına,
elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmasına yardım etmək;
8.27. xaricdə yaşayan azərbaycanlılar, onların məktəb və digər mərkəzləri üçün ana dili dərsliklərinin,
müvafiq tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında iştirak etmək;
8.28. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə
yetirmək.
IV. KOMİTƏNİN HÜQUQLARI
9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. diasporla iş sahəsinə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və onların hazırlanmasında
iştirak etmək;
9.2. diasporla iş sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə
təşəbbüs irəli sürmək;
9.3. diasporla iş sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.4. xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları)
ilə əməkdaşlıq etmək;
9.5. xarici dövlətlərin diasporla işin təşkili və aparılması sahəsində təcrübəsini öyrənmək, ümumiləşdirmək
və qabaqcıl təcrübənin tətbiq olunmasını təmin etmək;
9.6. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
9.7. xaricdə yaşayan azərbaycanlılar, onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost
münasibət bəsləyən digər xalqların diasporları ilə bağlı informasiya və nəşr fəaliyyətini həyata keçirmək, internet
saytı yaratmaq və ondan istifadə etmək;
9.8. diasporla iş aparmaq məqsədi ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik
nümayəndəliklərinə Xarici İşlər Nazirliyi tərəfindən təyin olunan işçilər haqqında təqdimat vermək;
9.9. xaricdə yaşayan azərbaycanlılar, onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost
münasibət bəsləyən digər xalqların diasporları ilə iş üzrə komissiyalar, koordinasiya və ekspert şuraları, işçi
qrupları yaratmaq;
9.10. diasporla iş sahəsində mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
9.11. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb
etmək;
9.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
V. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
10. Komitənin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi
şəxslər, təşkilatlar və sair) Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin
qurumlar vasitəsilə həyata keçirir.
31
11. Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin
strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını, həmçinin
Komitənin aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin say həddini Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən
azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi
və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad
edilən birinci müavini və müavini vardır. Komitə sədrinin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş
vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
14. Komitənin sədri:
14.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Komitənin aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların və tabeliyində olan
digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) əsasnamələrini (nizamnamələrini) təsdiq edir;
14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin yerli və digər
qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
14.4. Komitənin aparatının işçilərini və strukturuna daxil olan qurumların və tabeliyində olan digər
qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin
digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh
tədbirləri görür;
14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları
təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
14.6. Komitənin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə mütəmadi olaraq hesabatlar və məlumatlar təqdim edir;
14.7. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.8. Komitəni təmsil edir;
14.9. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
15. Komitədə Komitə sədrindən (kollegiyanın sədri), onun müavinlərindən və Komitənin digər rəhbər
işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə
bilər.
16. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilir.
17. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq
qərarlar qəbul edir.
18. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının
qərarları qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
19. Komitənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.
20. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, Komitənin sədri bu barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Komitənin
kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Komitənin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların,
həmçinin xaricdə yaşayan azərbaycanlıların və onların ictimai birliklərinin nümayəndələri dəvət edilə bilər.
22. Diasporla iş sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Komitədə ictimai
əsaslarla fəaliyyət göstərən elmi-metodiki şura yaradıla bilər. Elmi-metodiki şura haqqında əsasnamə Komitənin
sədri tərəfindən təsdiq edilir.
Bakı şəhəri, 14 May 2009-cu il.
32
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Yaradılması ilə Əlaqədar
Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında və Sərəncamlarında dəyişikliklər edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. «Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 859 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, No 2, maddə 91) 2-ci bəndinin dördüncü
abzasında «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.
2. «Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun
icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 925 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, No 9, maddə 476) «Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No 7, maddə 540; 2006-cı il, No 9, maddə 743; 2007-ci il, No
2, maddə 87, No 10, maddə 1011; 2008-ci il, No 3, maddə 168) ilə təsdiq edilmiş «Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın 3.7-ci
bəndinin «İcraçılar» sütununda «Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.
4. «Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-
texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən
tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 977 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No 8, maddə 770; 2007-ci il, No 11,
maddə 1134) 1-ci bəndinin «Komissiyanın üzvləri» bölməsinin ikinci abzasında «Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 982 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No 8, maddə 775; 2006-cı il, No 9, maddə 743; 2007-ci il, No
5, maddə 459) ilə təsdiq edilmiş «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)» üzrə həyata
keçiriləcək Tədbirlərin 3.9-cu, 7.2-ci, 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.12-ci və 7.13-cü bəndlərinin «İcraçılar» sütununda
«Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.
6. «Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası
komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, No 7, maddə 602) 1-ci bəndinin «Komissiyanın üzvləri» bölməsinin on ikinci abzasında
«Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.
7. «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə
hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-
cı il, No 8, maddə 723) 1-ci bəndinin «Komissiyanın üzvləri» bölməsinin dördüncü abzasında «Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.
8. «Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli
haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1788 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No 11, maddə 977) 1-ci bəndinin «Komissiyanın
üzvləri» bölməsinin səkkizinci abzasında «Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz
edilsin.
9. «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası
komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, No 3, maddə 248) 1-ci bəndinin «Komissiyanın üzvləri» bölməsinin on yeddinci
abzasında «Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No 4, maddə 346) ilə təsdiq edilmiş «2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının
8.6.2-ci və 8.6.3-cü bəndlərinin «İcraçılar» sütununda «Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla»
sözü ilə əvəz edilsin.
33
11. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No 5, maddə 504) ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)» həyata
keçirilməsi üzrə Tədbirlər Planının 3.13-cü bəndinin «İcraçılar» sütununda «Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.
12. «Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə
əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında»
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No 6, maddə 650) 1-ci bəndinin «Komissiyanın üzvləri»
bölməsinin on ikinci abzasında «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz
edilsin.
13. «Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası
komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, No 11, maddə 1148) 1-ci bəndinin «Birgə komissiyanın üzvləri» bölməsinin
altıncı abzasında «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, No 10, maddə 901) ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın həyata
keçirilməsi üzrə Tədbirlər Planının 2.8.3-cü bəndində «XÖYAİDK» akronimi «DİDK» akronimi ilə, «Akronimlər»
bölməsində isə «XÖYAİDK Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «DİDK Diasporla» sözləri ilə
əvəz edilsin.
15. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 İyun 2009-cu il.
34
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı
Azərbaycan Respublikasının son illərdə qazandığı yüksək iqtisadi nailiyyətlər, milli dövlətçilik
ənənələrinin möhkəmlənməsi, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, siyasi
nüfuzunun artması bəzi qüvvələrin ciddi narahatlığına səbəb olmaqdadır.
Ölkəmizin artan hərbi qüdrəti, böyük iqtisadi potensialı, demokratik ənənələrin təşəkkülü istiqamətində
atdığı qətiyyətli addımlar həmin qüvvələri daha çirkin üsullara əl atmağa vadar edir. Vətən xaini, separatçı
Əlikram Hümbətovun oğlu və qohumlarının bu günlərdə Niderland Krallığının Den Haaqa şəhərində
Avropadakı bəzi siyasi dairələrdən aldığı qrantlar hesabına Azərbaycan dövləti əleyhinə təşkil etdiyi aksiya bunun
bariz nümunəsidir.
Məkrli siyasi iddialarını həyata keçirə bilmədiklərinə görə bütün varlığı ilə Azərbaycana nifrət edən, onun
uğurlarını gözü götürməyən bu adamlar yenə də öz xislətlərinə uyğun üsul seçərək əsl simalarını nümayiş
etdirmişlər. Acı təəssüf hissi ilə qeyd edirik ki, aksiyada iştirak edənlər hələ də özlərini "azərbaycanlı"
adlandırmağa cəsarət edirlər.
Azərbaycanı bölünmüş və parçalanmış görmək istəyən, bu mənfur arzunun həyata keçirilməsi naminə hər
kəslə əməkdaşlığa hazır olan separatçılar getdikcə daha böyük pessimizmə və ümidsizliyə qapılaraq
aqressivləşir və adi etik qaydaları kobud şəkildə belə tapdalamaqdan çəkinmirlər. Azərbaycan dövlətinin
beynəlxalq imicinə zərbə vurmağa, onun nüfuzunu aşağılamağa çalışan bu qüvvələr hələ də dərk etmirlər ki, bu
cür təşəbbüslər əbəsdir, Azərbaycan xalqının milli birliyinə və həmrəyliyinə, onun bütövlüyünə, dövlətimizin
möhkəmliyinə, dövlətçiliyimizin qüdrətinə xələl gətirə bilməz.
Niderlandda və digər Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından daxil
olan müraciətləri nəzərə alaraq Dövlət Komitəsi Əlikram Hümbətovun oğlu Tural Hümbətov və onun yaxın
ətrafı tərəfindən təşkil olunmuş bu cür aksiyaları separatçılıq, bölücülük və xəyanət kimi qiymətləndirir, xarici
ölkələrdə yaşayan bütün soydaşlarımızı bu çirkin hərəkətlərə layiqli cavab verməyə çağırır. Əminik ki,
vətəndaşlıq mənsubiyyətindən, siyasi baxışlarından və əqidəsindən asılı olmayaraq, hər bir azərbaycanlı
bölücülüyü və separatçılığı təşviq edən bu təşəbbüslərə öz qəti münasibətini bildirəcəkdir.
10 noyabr 2010-cu il
“Xalq qəzeti”.-2010.-12 Noyabr.-N 250.-S.6.
35
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə
Azərbaycan Respublikası Milli Məclisinin müraciəti
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Uca və qüdrətli millətimiz üçün sonsuz qürur hissi ilə qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəylik
Günündə hər birinizi ürəkdən salamlayırıq.
On doqquz il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü
ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx
birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün
Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş
on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan
diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə
dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün
möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan
qüdrətli bir dövlətə çevriləcəkdir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdudur. Odur ki, Asiyada,
Avropada, Amerikada və digər qitələrdə məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi
prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla
fəxr edirlər.
Dövlət müstəqilliyinin iyirminci ilini yaşayan Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr
ərzində qərinələrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən
dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti
yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan
hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır. Bu
ilin noyabr ayında Milli Məclisə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında
yeni bir mərhələ açmışdır. Elmi əsaslar üzərində qurulmuş xarici siyasət xətti ölkəmizin beynəlxalq aləmdə
mövqelərinin möhkəmlənməsini təmin edir. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata
keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici
ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur.
Azərbaycanın uğurlarını öz uğurları, problemlərini isə öz problemləri sayan soydaşlarımız Qarabağ dərdinin
sağalacağı, 1 milyondan çox qaçqın və köçkünlərimizin doğma yurdlarına dönəcəyi günü intizarla gözləyirlər.
Şübhə yoxdur ki, dövlət rəhbərliyinin həyata keçirdiyi uzaqgörən siyasətin köməyi ilə bu problemin də nizama
salınmasına nail olacağıq. Ancaq bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, problemin həllini daha da
yaxınlaşdıra bilərlər. Soydaşlarımız və həmvətənlərimiz Azərbaycanın dünyaya daha yaxından tanıdılması,
xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də çox iş görə bilərlər.
Əziz bacı və qardaşlarımız!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə
çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə
möhkəm cansağlığı, ailə səadəti, Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!
Hörmətlə,
Azərbaycan Respublikasının Milli Məclisi
(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 30 dekabr tarixli iclasında qəbul
edilmişdir.)
“Xalq qəzeti”.-2010.-31 Dekabr.-N 289.-S.
36
Azərbaycan diasporu nümayəndələrinin bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Elm, mədəniyyət, incəsənət, jurnalistika, bədən tərbiyəsi və idman sahəsindəki nailiyyətlərinə, Azərbaycan
diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilsin:
“Əməkdar Elm Xadimi”
Natiq Məmməd oğlu Atakişiyev
Eldar İsmayıl oğlu Vəliyev
Tofiq Davud oğlu Məlikli
“Əməkdar İncəsənət Xadimi”
Cahangir Mütəllib oğlu Novruzov
Ebrahim Ehrari
“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”
Məmməd Həşimoviç Cəfərov
“Əməkdar Artist”
Arif Abdulla oğlu Mirzəyev
Mərdan Əhmədiyyə oğlu Feyzullayev
“Əməkdar Rəssam”
Teymur Rəsul oğlu Rzayev
“Əməkdar Jurnalist”
Mahir Canmirzə oğlu Həmzəyev
“Əməkdar Mədəniyyət İşçisi”
Gülşən Lətif qızı Kazımova
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyul 2011-ci il.
37
Dünya azərbaycanlılarının III qurultayının
Qətnaməsi
Dünya azərbaycanlılarının III qurultayının dogma Vətənimizdə-müstəqil dövlət kimi iyirminci ildönümünü
yaşayan Azərbaycan Respublikasında keçirilməsi hər birimizin qəlbini qürur hissi ilə doldurur. XX yüzilliyin
əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fədakarlığı sayəsində tarix səhnəsinə çıxmış, əsrin
sonlarında isə görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə öz
layiqli yerini yenidən bərpa etmiş Azərbaycan bu gün tərəqqi və modernləşmə yolu ilə irəliləyir. Dünya
azərbaycanlılarının II qurultayından keçən dövrdə ölkə həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlər
hamımızı sevindirir. Bu illər ərzində Azərbaycanın keçdiyi yol xalqımızın şərəfli dövlətçilik tarixinə, zəngin
mədəniyyətə və insan potensialına, yüksək milli şüura və saf mənəviyyata malik olduğunu bir daha təsdiq etmişdir.
Ötən 5 il ərzində Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının qorunmasına təminat verən
demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlərə imza atmışdır. Ölkədə qanunların
icrası mexanizmlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı sahəsində atılmış addımlar dövlətin
sosial və siyasi dayaqlarını daha da möhkəmləndirmişdir.
Azərbaycan dövləti cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu uğurla davam
etdirmiş, etnik və dini tolerantlıq mühitinin qorunmasına nail olmuş, əsl vətəndaş həmrəyliyini təmin etmişdir.
Məhz buna görədir ki, inancından və etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin hər bir vətəndaşı
Azərbaycanı eyni dərəcədə sevir, ona xidmət etməyi özünün müqəddəs borcu hesab edir. Azərbaycanda yaşayan
bir çox milli azlıqların xarici ölkələrə miqrasiya etmiş nümayəndələrinin doğma Vətənlə daim əlaqə saxlaması,
onun maraqlarının müdafiəsi ilə bağlı bütün təşəbbüslərə dəstək verməsi buna parlaq sübutdur. Son 5 ildə
Azərbaycan Respublikasında milli mədəniyyətin özünəməxsusluğunun qorunub saxlanmasına, elmin və təhsilin
inkişafına xidmət edən dövlət proqramları həyata keçirilmişdir. Bu proqramlar çərçivəsində yüzlərlə gənc
dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanmışdır. Onların bir çoxu diaspor quruculuğu
işinin fəal iştirakçılarıdır.
Ötən dövrdə əhalinin rifahının daha da yaxşılaşdırılması, aztəminatlı ailələrə dövlət qayğısının artırılması,
cəmiyyətdə sosial ədalətin bərqərar edilməsi dövlətin diqqət yetirdiyi prioritet məsələlər sırasında olmuşdur.
İqtisadi azadlıqların təmin olunmasına və sahibkarlığın inkişafına xidmət edən mühüm islahatlar həyata
keçirilmiş, iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət yetirilmişdir. Aparılan iqtisadi siyasət nəticəsində
ölkəmizin bütün bölgələrinin mövcud potensialından səmərəli istifadə etməklə qeyri-neft sahələrinin inkişafına,
əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə gənclərin məşğulluğunun
artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olunmuşdur.
Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan Respublikası bütün dövlətlərlə
suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi
beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost münasibətlərinin qurulması
yönündə ardıcıl səy göstərir. Dünyanın bütün ölkələri ilə münasibətlərini məhz bu prinsiplər əsasında qurmuş
dövlətimiz beynəlxalq birliyin dərin etimadını qazanmağa müvəffəq olmuşdur. Azərbaycan Respublikası sülhün
və sabitliyin qorunub saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və regional
təhlükəsizliyə töhfə verməyə çalışır. Beynəlxalq ictimaiyyətin terrorçuluğa qarşı mübarizəsini tam dəstəkləyən
dövlətimiz istənilən pərdə altında həyata keçirilən terror fəaliyyəti əleyhinə mühüm addımlar atmış, bu məqsədlə
qəbul edilmiş müxtəlif konvensiyalara qoşulmuşdur. Ötən dövrdə Azərbaycan Respublikasının müdafiə qüdrəti
daha da artmış, Silahlı Qüvvələr ən müasir texnika ilə təchiz edilmişdir. Bu gün Azərbaycan ordusu dövlət
müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və bütün sərhədlər üzərində nəzarətin təmin
olunması kimi vəzifələrin öhdəsindən gəlməyə qadirdir.
Son illərin ən mühüm hadisələrindən biri, şübhəsiz ki, “Evrovizion–2011” müsabiqəsində Azərbaycan
təmsilçilərinin qazandığı tarixi qələbədir. Bu, xalqımızın zəngin mədəniyyətə malik olduğunu təsdiqləməklə
yanaşı, həm də gənclərimizin böyük potensialının, yüksək istedadının ifadəsi kimi qiymətləndirilə bilər.
Təqdirəlayiq haldır ki, ötən illər ərzində Azərbaycan diasporu da öz gücünü artırmış, xaricdə yaşayan
soydaşlarımızın təşkilatlanması prosesi daha geniş vüsət almış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Milli-mədəni irsimizin təbliği,
soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının
gücləndirilməsi istiqamətində təşəbbüslərin sayı artmış, azərbaycanlı icmaları yaşadıqları ölkələrdə ictimai rəyə
real təsir imkanları əldə etmişlər. 2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı
iclasında qəbul olunmuş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” diasporun fəaliyyətinin başlıca
istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Xartiya dünya azərbaycanlılarının
birlik və həmrəyliyinin təmin olunması, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından
mühüm əhəmiyyətə malikdir.
38
Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-
mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilmiş, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə
inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşası və digər məsələlərlə bağlı
diasporun üzərinə düşən vəzifələr öz əksini tapmışdır. Son illər Dağlıq Qarabağ münaqişəsinə, tarixin müxtəlif
mərhələlərində xalqımızın məruz qaldığı terror və soyqırımı aktlarına dair faktlara beynəlxalq aləmin diqqətinin
cəlb olunması sahəsində atılan addımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tövsiyələrinə uyğun olaraq diasporumuzun hücum taktikasına keçdiyini nümayiş etdirir.
Təqdirəlayiq haldır ki, xaricdə yaşayan soydaşlarımız digər xalqların diaspor təşkilatları ilə də sıx əməkdaşlıq
əlaqələri qurmağa müvəffəq olmuşlar. Dünyanın müxtəlif ölkələrində güclü mövqelərə malik olan
qardaş türk diaspor qurumları ilə fəaliyyətin əlaqələndirilməsi hər iki icmanın gücünü xeyli artırır, onların
ictimai rəyə daha çox təsir imkanları qazanmasına şərait yaradır.
Ötən 5 il Azərbaycanın türk dünyasının mədəni və siyasi mərkəzlərindən birinə çevrilməsi ilə də əlamətdar
olmuşdur. 2007-ci ildə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I
forumu, habelə Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı bütün türkdilli
xalqların həyatında mühüm hadisə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü ilə keçirilmiş bu toplantılarda qəbul olunmuş sənədlər türkdilli xalqların diaspor təşkilatları arasında
səmərəli əməkdaşlıq mexanizmlərinin qurulmasının istiqamətlərini müəyyənləşdirmişdir.
Qeyd edilənləri nəzərə alaraq, Dünya azərbaycanlılarının III qurultayı
QƏRARA ALIR:
1. Dünya azərbaycanlılarının II qurultayından ötən dövr ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması, cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərinin qorunması,
ictimai-siyasi fəallığının artırılması, eləcə də diaspor təşkilatları tərəfindən xalqımızın mədəni irsinin təbliği,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələri ilə
əlaqələrin yaradılması, lobbi quruculuğu istiqamətində görülmüş işlər qənaətbəxş hesab edilsin.
2. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının tərkibi 115 nəfərdən ibarət müəyyən edilsin.
3.Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının fəaliyyətinin təkmilləşdirilməsi, təşkilati və
əlaqələndirmə funksiyalarının səmərəli həyata keçirilməsi məqsədi ilə Dünya Azərbaycanlılarını Əlaqələndirmə
Şurasının İcra Katibliyi təsis olunsun.
4. Azərbaycan diaspor təşkilatlarına tövsiyə olunsun ki:
2008-ci ilin dekabrında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclasında qəbul olunmuş “Dünya
Azərbaycanlılarının Həmrəylik Xartiyası”ndan irəli gələn müddəaların yerinə yetirilməsi istiqamətində daha fəal
iş aparsınlar;
xarici ölkələrdə yaşayan azərbaycanlıların daha sıx birləşməsi, Azərbaycan diaspor təşkilatları arasında
birliyin və həmrəyliyin daha da gücləndirilməsi üçün zəruri tədbirlər görsünlər;
xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində
görülən işləri daha da gücləndirsinlər;
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və digər diplomatik nümayəndəlikləri ilə əlaqələri
gücləndirsinlər, birgə fəaliyyətin daha yaxşı uzlaşdırılmasına nail olmaq üçün səyləri artırsınlar;
Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünün təntənəli şəkildə qeyd edilməsi məqsədilə tədbirlər
hazırlayıb həyata keçirsinlər;
xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, habelə digər
ölkələrin vətəndaşı olan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması ilə bağlı müvafiq mexanizmlərin
hazırlanması və həyata keçirilməsi istiqamətində səylərini artırsınlar;
xarici ölkələrin parlamentlərində və digər dövlət orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmaları
üçün müvafiq tədbirlərin görülməsi istiqamətində səylərini gücləndirsinlər;
lobbiçilik fəaliyyətinin gücləndirilməsi məqsədilə xarici ölkələrin dövlət orqanları, parlament və hökumət
üzvləri, siyasi partiya və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin
qurulması istiqamətində fəaliyyəti genişləndirsinlər;
işğal olunmuş Azərbaycan ərazilərində, habelə hazırkı Ermənistan ərazisində yerləşən tarixi Azərbaycan
torpaqlarında Azərbaycan xalqının milli-mədəni irsinin talan edilməsi və mənimsənilməsi, tarixi abidələrinin
dağıdılması ilə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan
Respublikasının müvafiq dövlət orqanları ilə əlaqələndirilmiş tədbirlər həyata keçirsinlər;
39
qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün digər xalqların diaspor təşkilatları ilə, xüsusən türk
diasporu ilə əməkdaşlığın genişləndirilməsini, iki qardaş ölkənin maraqlarının müdafiəsi yönündə həyata keçirilən
tədbirlərin daha sıx əlaqələndirilməsini təmin etsinlər.
5. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasına tövsiyə olunsun ki:
xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin diaspor quruculuğu işində daha fəal iştirakına
nail olmaq məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr əsasında
müvafiq fəaliyyət konsepsiyasının hazırlanmasını və həyata keçirilməsini təmin etsin;
xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının artırılması, siyasi partiya və hərəkatlarda
təmsil olunması məqsədilə kompleks tədbirlər hazırlayıb həyata keçirsin;
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktları barədə beynəlxalq təbliğat kampaniyalarının təşkili
istiqamətində fəaliyyətin daha səmərəli koordinasiya olunmasını təmin etsin.
6. Dünya azərbaycanlı gənclərinin I konqresində qəbul olunmuş qərara uyğun olaraq, Dünya Azərbaycanlı
Gəncləri Birliyinin yaradılması təşəbbüsü bəyənilsin, xaricdə yaşayan azərbaycanlı gənclərin bu prosesdə fəal
iştirakının təmin edilməsi üçün tədbirlər görülsün.
7. 2012-ci il Evrovizion müsabiqəsinin Bakı şəhərində keçiriləcəyini nəzərə alaraq, Diasporla İş üzrə
Dövlət Komitəsinə tövsiyə edilsin ki, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası və Azərbaycan
Respublikasının müvafiq dövlət orqanları ilə məsləhətləşmələr əsasında Azərbaycanın mədəniyyətini, turizm
imkanlarını, tarixi-mədəni abidələrini təbliğ etmək məqsədilə Tədbirlər Planı hazırlasın və onun icrası ilə bağlı
diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etsin.
8. Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarından xahiş edilsin ki:
xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi
inkişaf proqramlarına daha geniş cəlb olunması ilə bağlı tədbirlər görsünlər;
diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsinə və müvafiq sahədə fəaliyyətin koordinasiya edilməsinə
diqqəti artırsınlar.
9. Media yayımı və informasiya texnologiyaları sahəsində əməkdaşlıq, azərbaycanlı jurnalistlərin
forumlarının təşkili, soydaşlarımızın yaşadıqları ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələrinin
genişləndirilməsi, habelə qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması kimi
məsələlərə diqqət daha da artırılsın.
10. Qurultayın Redaksiya komissiyasına tapşırılsın ki, qurultayda səslənmiş fikir və təklifləri
ümumiləşdirərək, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına və diaspor təşkilatlarına təqdim etsin.
11. Diasporla İş üzrə Dövlət Komitəsindən xahiş edilsin ki, qurultayın materiallarının ayrıca kitab halında
nəşr olunmasını və qurultay nümayəndələrinə göndərilməsini təmin etsin.
Dünya azərbaycanlılarının III qurultayı Azərbaycan diaspor təşkilatlarına və xarici ölkələrdə yaşayan bütün
azərbaycanlılara müraciət edərək onları bu Qətnamədən irəli gələn müddəaların yerinə yetirilməsində fəal iştirak
etməyə, doğma Vətənin milli maraqlarının müdafiəsi naminə öz səy və bacarıqlarını əsirgəməməyə, birliyə və
həmrəyliyə çağırır.
Qətnamə Dünya azərbaycanlılarının III qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 5 iyul 2011-ci il.
AzərTAc
5 İyul 2011-ci il
40
Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
(6 iyul 2012-ci il)
Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra xaricdəki soydaşlarımızın
təşkilatlanması, Azərbaycan icmalarının fəaliyyətinin əlaqələndirilməsi və onların digər diaspor təşkilatları ilə
əməkdaşlığının dərinləşdirilməsi sahəsində mühüm addımlar atılmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Dünya Azərbaycanlılarının
Bakı şəhərində 2001-ci ildə keçirilən birinci qurultayı ölkəmizin və xaricdə yaşayan həmvətənlərimizin həyatında
xüsusi ictimai-siyasi əhəmiyyətə malik hadisə olmaqla, diaspor təşkilatlarımızın təşəkkül tapmasına sanballı töhfələr
vermişdir. Diasporumuzun daha mütəşəkkil qüvvəyə çevrilməsində və yeni mərhələdə onun fəaliyyətinin başlıca
istiqamətlərinin müəyyənləşdirilməsində Dünya Azərbaycanlılarının respublikamızın paytaxtında keçirilmiş ikinci
və üçüncü qurultaylarının müstəsna rolu vardır.
Bu gün ayrı-ayrı ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin
mədəni irsinin, misilsiz tarixi nailiyyətlərinin təbliğinin genişləndirilməsi üçün çox sayda tədbirlər gerçəkləşdirilir.
Azərbaycan dövlətinin milli inkişaf strategiyasının əsas prinsiplərini rəhbər tutmaqla hazırda respublikamızın
hüdudlarından kənarda yaşayan soydaşlarımızın problemlərinin həllinə yönələn iri miqyaslı layihələr həyata
keçirilməkdədir. Görülən bütün bu işlərin uğurla davam etdirilməsi və diaspor quruculuğunun müasir reallıqlara
uyğun şəkildə aparılmasının təmin olunması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci
il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2012-ci il.
41
Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan diasporu quruculuğu sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Hacıyev Valeh Tofiq oğlu
Qurbanov Nəriman Əhmədağa oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Qasımov Kavus Səfa oğlu
Məmmədov İlham Hacı oğlu
Məmmədov Ramin Ələmşah oğlu
Miraləm Elşad Mircavad oğlu
Nəcəfov Füzuli Tanrıverdi oğlu
Sultanova Səbinə Ələddin qızı
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2012-ci il.
42
Diasparla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrapa Azərbaycanlıları Konqresinin təşkilatçılığı
ilə Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr”
mövzusunda diaspor nümayəndələrinin müşavirəsində Avropa Azərbaycanlıarı Konqresinin bəyanatı
qəbul olunub
Martın 8-də Diasparla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrapa Azərbaycanlıları Konqresinin
təşkilatçılığı ilə Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran
vəzifələr” mövzusunda diaspor nümayəndələrinin müşavirəsində Avropa Azərbaycanlıarı Konqresinin bəyanatı
qəbul olunub. Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasında yürüdülən uğurlu xarici və daxili siyasət,
həyata keçirilən islahatlar və irimiqyaslı layihələr əsasında iqtisadi və sosial-siyasi sahələrdə sürətli inkişafa nail
olunmuşdur. Sənəddə bu uğurların diaspor quruculuğu işinə də müsbət təsir göstərdiyi, ötən dövrdə Azərbaycan
diasporunun güclənməsinə xidmət edən bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyi vurğulanmışdır.
Bəyanatda Azərbaycanın daxili siysətinə aid məsələlərin xarici ölkələrdə yaşayan bəzi soydaşlarımız
tərəfindən müzakirə obyektinə çevrilməsindən də narahatlıq ifadə olunmuşdur. “Lakin bəzən Azərbaycanın daxili
siyasəti ilə bağlı məsələləri ölkənin hüdudlarından kənara çıxarmağa çalışan, məqsədi və məramı aydın olmayan
diaspor təşkilatları bütöv Azərbaycan diasporunun parlaq fəaliyyətinə kölgə salmağa çalışır. Bu cür təşəbbüslər
Azərbaycan dövlətçiliyinə və ölkəmizin milli maraqlarına ziddir və belə cəhdlərin perspektivi yoxdur”.
Bəyanatda qeyd olunur ki, xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti Azərbaycanın tutduğu yolun
düzgün və uğurlu olduğuna inanır: “Biz inanırıq ki, bu il keçiriləcək Prezident seçkiləri, Azərbaycanda
demokratiyanın inkişafına xidmət edən tarixi proses kimi yadda qalacaq və xalqımız bu dəfə də düzgün seçim edərək,
ölkənini iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası, regionda və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi
istiqamatində böyük naiilyyətlərə imza atmış cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəkdir. Biz bu siyasətin
müasir dövrün mürəkkəb geosiyasi və qlobal iqtisadi şərtləri fonunda Azərbaycanın alternativsiz inkişaf yolu
olduğuna qəti şəkildə əmin olduğumuzu xüsusi vurğulamaq istəyirik”.
14 mart 2013
43
ABŞ-ın Kannektikut ştatının Danburi şəhərinin meri Mark Bouqton 28 May - Respublika günü
münasibətilə qətnamə qəbul edib
Azərbaycan Respublikasının 1918-ci il 28 may tarixində yaranmasını və dünya azərbaycanlılarının bu günü
dövlət bayramı günü kimi qeyd etməsini nəzərə alaraq, ABŞ-ın Kannektikut ştatının Danburi şəhərinin meri Mark
Bouqton 28 May - Respublika günü münasibətilə qətnamə qəbul edib.
Qətnamədə, Azərbaycanın Qafqazda güclü ölkə olması, Qərbi Asiya ilə Şərqi Avropanın yolayrıcında
yerləşməsi və müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olması qeyd edilir. Sənəddə respublikanın hələ ilk
illərində regionda azadlıq və demokratiyanın bərqərar olması üçün azərbaycanlıların verdiyi töhfələr yüksək
qiymətləndirilib. Sənəddə həmçinin Amerika Azərbaycanlılar Şəbəkəsinin (USAN) və Nyu-York Azərbaycan
Assosiasiyasının Azərbaycanın tarixi, mədəniyyətini yerli əhaliyə tanıtma səyləri, diaspora fəaliyyəti də xüsusi
vurğulanır.
23 may 2014
44
Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsinin qəbul etdiyi sənəddə 1992-ci ilin
fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən
törədilmiş qətliam soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb
Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsinin qəbul etdiyi sənəddə 1992-ci ilin
fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş
qətliam soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, sənəddə Xocalıda mülki insanların
öldürülməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874
və 884 saylı qətnamələrinə istinad olunaraq, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən
dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Sənəddə Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək
ifadə olunaraq, güc tətbiq etmək yolu ilə ərazi əldə edilməsinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd
olduğu bir daha vurğulanır.
Sənəddə Xocalı soyqırımı qurbanlarının və onların qohumlarının onlara vurulmuş mənəvi və maddi itkilərə
görə ədalətli və hüquqi əsasda təzminat almaq hüququ da tanınır. Xocalı soyqırımının dünya miqyasında
tanıtdırılması istiqamətində ardıcıl fəaliyyət bundan sonra da davam etdiriləcək.
Sənədin mətni ilə bu linkdən tanış olmaq olar: http://mfa.gov.az/files/file/Sudan.pdf
09 sentyabr 2014
45
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı mövcud olan qarşılıqlı əlaqələri və iki
ölkənin rayonları və şəhərləri arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə Nyu-York şəhərinin Bruklin
Boro inzibati rayonu və Bakı şəhərinin Səbail rayonu arasında Tərəfdaşlıq və Əməkdaşlıq
Protokolu imzalanıb
Noyabrın 18-də Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı mövcud olan qarşılıqlı
əlaqələri və iki ölkənin rayonları və şəhərləri arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə Nyu-York şəhərinin
Bruklin Boro inzibati rayonu və Bakı şəhərinin Səbail rayonu arasında Tərəfdaşlıq və Əməkdaşlıq Protokolu
imzalanıb.
Protokolu Bruklin Boro inzibati rayonunun Prezidenti Erik Adams və Səbail rayon İcra hakimiyyətinin
başçısı Asif Əsgərov imzalayıblar. Tədbirdə Bruklində yaşayan azərbaycanlılar və Azərbaycan diasporunun fəal
nümayəndələri iştirak ediblər.
Protokolda əsasən tərəflər şəhərlər arasında əlaqələrin inkişaf etdirilməsi, həmçinin mədəniyyət, turizm və
iqtisadi sahələrdə birgə əməkdaşlığa dair öhdəliklər götürüblər.
Qeyd edək ki, protokol Nyu-York şəhərinin Boro rayonunda Azərbaycan və ingilis
dillərində imzalanmışdır.Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə Azərbaycan diasporunun fəal üzvü
Marietta Roziental məlumat verib.
18 noyabr 2014
46
Baş nazir Artur Rəsizadə Diasporla İş üzrə Dövlət Komitəsinin
kollegiyasının tərkibi haqqında qərar verib
“A24.az” məlumat verir ki, qərar Diasporla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alınaraq verilib və
bununla Komitənin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib. Kollegiyanın sədri İbrahimov
Nazim Hüseyn oğlu (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri) təsdiqlənib. Eyni zamanda, qərarla Kollegiyanın
üzvləri müəyyən edilib.
17 yanvar 2015-ci il
47
Sofiya konfransının yekununda deklarasiya qəbul olunub
Bolqarıstan Prezidentinin himayəsi altında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə, Sofiyada keçirilən konfrans bu gün işini yekunlaşdırıb. İyirmi
iki siyasi liderin iştirak etdiyi iki günlük konfransda Avropada əməkdaşlıq və qonşuluğa dair yeni baxışlar
müzakirə edilib.
Bugünkü panel iclasda Bosniya və Herseqovinanın Baş nazirinin müavini, xarici işlər naziri Zlatko
Laqumciya, Albaniyanın keçmiş Prezidenti Recep Meydani, Serbiyanın esk-prezidenti Boris Tadiç, Bolqarıstanın
sabiq dövlət başçısı Petar Stoyanov, Uktaynanın eks-prezidenti Viktor Yuşşenko, Türkiyənin keçmiş xarici
işlər naziri Hikmət Çətin çıxış edib. Müzakirələrdə Avropadakı humanitar problemlər, Yaxın Şərqdən gələn
qaçqınlarla əlaqədar yaranmış böhran, Balkan ölkələrinin qarşılaşdığı iqtisadi çətinliklərə dair geniş fikir
mübadiləsi aparılıb. Siyasi liderlərin problemlərin həlli istiqamətində bir sıra təkliflər səsləndirərək vəziyyətdən
çıxış yolları axtarmağa çalışıblar.
Müzakirələrin sonunda iştirakçıların ümumi fikrini əks etdirən deklarasiya qəbul edilib. Sənəddə qeyd
olunur ki, 25 il bundan öncə Berlin divarının sökülməsi Avropadakı dəyişikliklərin əsasıını qoydu və Avropa
hələ də böyük böhran dövrünün maliyyə, həmçinin iqtisadi gərginliyin stresini yaşayır. Deklarasiya müəllifləri
hesab edir ki, BMT və Avropa İttifaqı, eləcə də regional aktorların da daxil olduğu beynəlxalq cəmiyyət əsas
münaqişələrin öhdəsindən gəlməkdə və onların nəticələrinin aradan qaldırılmasında acizdir: “XXI əsrin
problemləri milli maraqlar və qısamüddətli böhranlarla yaddaqalan XX əsr yanaşmaları ilə həll edilə bilməz.
Bunun əvəzinə, beynəlxalq ictimaiyyət konfliktlər və onların kökündə duran əsas səbəbləri aradan qaldırılması
üçün siyasi iradə və öhdəliklərini səfərbər etməlidir. Avropa əsas dəyərlərə dair açıq debatlara ehtiyac duyur,
həmçinin, adekvat siyasi həll yolları tapmaq üçün Cənubi Aralıq dənizi və Yaxın Şərqdəki konfliktlərin
konstruktiv həllinə şərait yaradan müştərək dəyərlərə önəm verməlidir”.
Liderlər dünya ictimaiyyətini ağır itkilərlə nəticələnən II Dünya müharibəsi və Balkan müharibələrinin
acı nəticələrini unutmamağa çağırır və bildirir ki, hazırkı qaçqın böhranı şəraitində qaçqınlar sığınacaqla təmin
edilməli, onların təhlükəsiz şəraitdə öz doğma ölkələrinə qayıtmasına qədər qayğı göstərilməlidir.
Sənəddə münaqişəli bölgələrdəki vəziyyət, Avropa dövlətlərindəki tolerantlıq sahəsində əldə olunmuş
uğurlara da toxunulub.
Deklarasiyanın sonunda konfrans iştirakçıları Bolqarıstan Prezidentinə Cənub-Şərqi Avropa liderlərinin
bir araya toplaşmasına imkan yaratdığı üçün minnətdarlıq bildiriblər.
Qeyd edək ki, konfransda üç ölkənin hazırkı dövlət başçısı - Bolqarıstan Prezidenti Rosen Plevneliyev,
Makedoniya Prezidenti George İvanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç,
həmçinin Latviya, Macarıstan, Rumıniya, Serbiya, Albaniya, Moldova, Polşa, Slovakiya, Ukrayna, Belarusun
sabiq dövlət və hökumət başçıları iştirak edib. Tədbirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü,
eyni zamanda mərkəzin Qəyyumlar Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimov da qatılıb.
AZƏRTAC
10 sentyabr 2015-ci il
48
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti arasında qarşılıqlı
əməkdaşlıq memorandumu imzalanıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti arasında qarşılıqlı
əməkdaşlıq memorandumu imzalanıb.
Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti 1944-cü ildə İtaliyanın Xarici İşlər Nazirliyinin himayəsində
təsis edilib və Birləşmiş Millətlər Assosiasiyalarının Ümumdünya Federasiyasının təsisçi qurumlarındandır. Hazırda
təşkilatın rəhbəri İtaliyanın sabiq xarici işlər naziri (2002-2004; 2008-2011) və Avropa Birliyinin ədalət, azadlıq və
təhlükəsizlik üzrə Avropa komissarı (2004-2008) Franko Frattinidir.
Əməkdaşlıq memorandumu çərçivəsində hər iki qurum multikulturalizm, dialoq, anlaşma, konfliktlərin
həlli, dinlər və mədəniyyətlərarası dialoqun qurulması üçün birgə fəaliyyət göstərəcəklər.
Razılaşmaya əsasən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti
2016-cı ilin yanvar ayında İtaliyanın paytaxtı Romada dinlərarası dialoq mövzusunda beynəlxalq konfrans təşkil
edəcək. Qeyd edək ki, Nizami Gəncəvə Beynəlxalq Mərkəzinin bütün tədbirləri Diasporla İş üzrə dövlət Komitəsinin
dəstəyi ilə ilə keçirilir.
23 noyabr 2015
49
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
(1 iyun 2016-cı il)
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram: Elm, mədəniyyət, incəsənət və jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun
inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar elm xadimi” Məmmədov Əmirullah Məmmədəli oğlu
“Əməkdar jurnalist”
Bağıyeva Mətanət Nəbi qızı
Məmmədov Nizami Zilli oğlu
“Əməkdar rəssam” Zeynalov Yaşar Ələkbər oğlu
Səmədov Asim Rəsul oğlu
“Əməkdar artist” İsmayilova Elnarə Telman qızı
Manafov İslam Atabala oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2016-cı il
50
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
(1 iyun 2016-cı il)
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara
alıram: Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki
xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Attar Aygün
Bayramov Elman Bayram oğlu
Fətəliyeva Mirvari Mətləb qızı
Xəlilov İsgəndər Ağasəlim oğlu
Nisanov Qod Semyonoviç
Patzеr-İsmailоva Samirə Telman qızı
Rzayev Teymur Rəsul oğlu
“Tərəqqi” medalı ilə
Abdullayeva Svetlana Əli qızı
Axundov İlham Sənan oğlu
Axundova İradə İbrahim qızı
Aşkin İlhan İbrahim oğlu
Babayev Ağahüseyn Nadir oğlu
Babayev Mehrac Yusif oğlu
Babayev Şahverdi Ağadadaş oğlu
Bayramov Vaqif Deyruş oğlu
Bədirov Əziz Məhərrəm oğlu
Cavadov Hikmət Əlövsət oğlu
Əliyev Sayad İsbar oğlu
Fərtaş Səməd Ələskər oğlu
Hacıyev Emin Məcid oğlu
Hollenbrand Nadir Təvəkkül oğlu
Xamedov Əbilfas Müslüm oğlu
İsmayılov İlham Surxay oğlu
Karakoyunlu Səfər Fərman oğlu
Kaya Bahattin
Kravets Leonid Markoviç
Qarayev Tofiq Hüseyn oğlu
Qasımov İmaməddin Xanbaba oğlu
Qəhrəmanov İdris İsrafil oğlu
Quliyev Arif Cəmil oğlu
Qurbanov Zümrüd Hacı oğlu
Məmmədov Elsevər Məmməd oğlu
Məmmədov Mehdi Bahadur oğlu
Məmmədov Mobil Yaqub oğlu
Millnitts Yaşar Yadulla oğlu
Mirişov İrahid Hacıverdi oğlu
Musayev Elmar Rasim oğlu
Nəzərova Təranə Xanmirzə qızı
Novruzov Mərdan Nəriman oğlu
Sadiqi Səfər Məmi oğlu
Salman Yana
51
Seyidov Azad Ramazan oğlu
Spivak Lev
Süleymanov Azər Mirzə oğlu
Tağıyev Rövşən Surxay oğlu
Tağıyeva Təranə Tağı qızı
Turanlı Fərhad Qardaşxan oğlu
Zaxaryayev German Raşbiloviç
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Quliyev Ruslan Namiq oğlu
Kərimov Fuad Qalib oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2016-cı il.
52
Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
(2 iyun 2016-cı il)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bu gün
dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla həmvətənimizi ümumi məqsəd və vahid amal ətrafında
birləşdirən milli məfkurə kimi qəbul olunur. 2001-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən
Dünya Azərbaycanlılarının I qurultayından sonra qısa müddət ərzində xaricdə yaşayan azərbaycanlılarla bağlı
dövlət siyasətinin hüquqi əsasları müəyyənləşdirildi, yüzlərlə yeni diaspor təşkilatı təsis edildi, ölkənin milli
maraqlarının müdafiəsinə xidmət edən layihələr həyata keçirildi, diaspor təşkilatlarının fəaliyyət strategiyasını
müəyyən edən konseptual sənəd - Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi.
Dəyişən dünyanın yeni reallıqları şəraitində Azərbaycan diasporunun potensialından daha səmərəli
istifadə olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə müasir informasiya texnologiyaları vasitəsilə
çatdırılması, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, soydaşlarımızın hüquq və
azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyasının sürətləndirilməsinə xidmət edən layihələrə dövlət
dəstəyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının
2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyun 2016-cı il
53
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif
olunmuş şəxslərə iyunun 3-də mükafatlar təqdim edilib
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif
olunmuş şəxslərə iyunun 3-də mükafatlar təqdim edilib. “Gülüstan” sarayında keçirilən mükafatlandırma
mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri
iştirak ediblər. Mükafatları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.
Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və
Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”
ordeni, 41 nəfər “Tərəqqi” medalı, iki nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Azərbaycan Prezidentinin imzaladığı digər Sərəncama əsasən isə elm, mədəniyyət, incəsənət və jurnalistika
sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir nəfər “Əməkdar elm
xadimi”, iki nəfər “Əməkdar jurnalist”, iki nəfər “Əməkdar artist” adına layiq görülüb.
Son illərdə diaspor quruculuğu sahəsində mühüm uğurlar qazanılıb. Bu sahədə uğurların əsası ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə, Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər
Əliyev tarixi, dərin məzmunlu nitq söyləyib. Məhz bu qurultaydan sonra Azərbaycan diasporu mütəşəkkil bir
qüvvəyə çevrilməyə başlayıb. Bu gün dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlı ümumi amallar
naminə vahid qüvvəyə çevrilib. Diasporumuz dünyada Azərbaycanın haqq səsinin eşidilməsində, ölkəmizlə bağlı
həqiqətlərin yayılmasında əlindən gələni etməlidir. Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham
Əliyevin tarixi nitqi hər bir diaspor üzvü üçün proqram xarakterli oldu.
Dövlətimizin başçısının Sərəncamı ilə təltif edilən Azərbaycan diasporunun üzvləri ölkəmiz naminə daha da
fəal olacaqlarını, Azərbaycan həqiqətlərinin yaşadıqları ölkələrdə yayılması üçün gələcəkdə də maksimum səylə
çalışacaqlarını bildiriblər.
Mərasim bədii hissə ilə davam edib.
03 iyun 2016 Bakı, 3 iyun, AZƏRTAC
54
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə mükafatlar təqdim edilib
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş
şəxslərə iyunun 3-də mükafatlar təqdim edilmişdir.
“Gülüstan” sarayında keçirilən mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələri, Milli
Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak etmişlər.
Mükafatları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim etmişdir.
Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və
Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”
ordeni, 41 nəfər “Tərəqqi” medalı, iki nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Azərbaycan Prezidentinin imzaladığı digər Sərəncama əsasən isə elm, mədəniyyət, incəsənət və jurnalistika
sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir nəfər “Əməkdar elm
xadimi”, iki nəfər “Əməkdar jurnalist”, iki nəfər “Əməkdar artist” adına layiq görülmüşdür.
Dövlətimizin başçısının Sərəncamı ilə təltif edilən Azərbaycan diasporunun üzvləri ölkəmiz naminə daha da fəal
olacaqlarını, Azərbaycan həqiqətlərinin yaşadıqları ölkələrdə yayılması üçün gələcəkdə də maksimum səylə
çalışacaqlarını bildirmişlər.
Siyahı:
“Əməkdar elm xadimi” Məmmədov Əmirullah Məmmədəli oğlu
“Əməkdar jurnalist” Bağıyeva Mətanət Nəbi qızı
Məmmədov Nizami Zilli oğlu
“Əməkdar rəssam” Zeynalov Yaşar Ələkbər oğlu
Səmədov Asim Rəsul oğlu
“Əməkdar artist” İsmayilova Elnarə Telman qızı
Manafov İslam Atabala oğlu.
Dövlət başçısı həmçinin Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif
edilməsi haqqında sərəncam imzalayıb. Sənədlə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan
diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Attar Aygün
Bayramov Elman Bayram oğlu
Fətəliyeva Mirvari Mətləb qızı
Xəlilov İsgəndər Ağasəlim oğlu
Nisanov Qod Semyonoviç
Patzеr-İsmailоva Samirə Telman qızı
Rzayev Teymur Rəsul oğlu
“Tərəqqi” medalı ilə
Abdullayeva Svetlana Əli qızı
Axundov İlham Sənan oğlu
Axundova İradə İbrahim qızı
Aşkin İlhan İbrahim oğlu
Babayev Ağahüseyn Nadir oğlu
Babayev Mehrac Yusif oğlu
Babayev Şahverdi Ağadadaş oğlu
55
Bayramov Vaqif Deyruş oğlu
Bədirov Əziz Məhərrəm oğlu
Cavadov Hikmət Əlövsət oğlu
Əliyev Sayad İsbar oğlu
Fərtaş Səməd Ələskər oğlu
Hacıyev Emin Məcid oğlu
Hollenbrand Nadir Təvəkkül oğlu
Xamedov Əbilfas Müslüm oğlu
İsmayılov İlham Surxay oğlu
Karakoyunlu Səfər Fərman oğlu
Kaya Bahattin
Kravets Leonid Markoviç
Qarayev Tofiq Hüseyn oğlu
Qasımov İmaməddin Xanbaba oğlu
Qəhrəmanov İdris İsrafil oğlu
Quliyev Arif Cəmil oğlu
Qurbanov Zümrüd Hacı oğlu
Məmmədov Elsevər Məmməd oğlu
Məmmədov Mehdi Bahadur oğlu
Məmmədov Mobil Yaqub oğlu
Millnitts Yaşar Yadulla oğlu
Mirişov İrahid Hacıverdi oğlu
Musayev Elmar Rasim oğlu
Nəzərova Təranə Xanmirzə qızı
Novruzov Mərdan Nəriman oğlu
Sadiqi Səfər Məmi oğlu
Salman Yana
Seyidov Azad Ramazan oğlu
Spivak Lev
Süleymanov Azər Mirzə oğlu
Tağıyev Rövşən Surxay oğlu
Tağıyeva Təranə Tağı qızı
Turanlı Fərhad Qardaşxan oğlu
Zaxaryayev German Raşbiloviç
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Quliyev Ruslan Namiq oğlu
Kərimov Fuad Qalib oğlu
***
04 iyun 2016
56
Dünya Azərbaycanlılarının IV Qurultayında qəbul olunmuş sənədlər
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti Zati-
aliləri cənab İlham Əliyevə MÜRACİƏTİ
Zati-aliləri!
Dünya Azərbaycanlılarının IV Qurultayının təşkilinə göstərdiyiniz yüksək diqqət və dəstəyə görə Sizə bütün
qurultay iştirakçıları adından dərin minnətdarlığımızı bildiririk. İlk dəfə on beş il öncə keçirilmiş dünya
azərbaycanlılarının qurultayı çoxmilyonlu Azərbaycan xalqı və dövlətinin həyatında mühüm ictimai-siyasi məzmun
kəsb edən tarixi ənənəyə çevrilmişdir. Əminik ki, bu qurultay Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin
əsasını qoyacaq, milli birlik və həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Biz - xaricdə yaşayan
azərbaycanlılar dünyada gərginliyin və böhranların artdığı bir dövrdə Sizin ardıcıl fəaliyyətiniz sayəsində
Azərbaycanın siyasi, iqtisadi və sosial sahədə qazandığı mühüm uğurları alqışlayırıq. Qlobal miqyaslı təlatümlərin
geniş vüsət aldığı zamanda ölkəmiz müstəqillik, davamlı və sabit inkişaf yolu ilə inamla irəliləyir. Doğma
Vətənimizin bütün sahələrdə əldə etdiyi uğurlar hər birimizin qəlbində böyük iftixar hissi doğurur, xalqımızın işıqlı
gələcəyinə ümidlərimizi daha da artırır. Dünya Azərbaycanlılarının III Qurultayından ötən dövr ərzində
diasporumuzun fəaliyyətində də bir sıra mühüm keyfiyyət dəyişiklikləri baş vermiş, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması,
hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində uğurlu layihələr həyata keçirilmişdir.
Azərbaycanla bağlı anti-təbliğat kampaniyalarının qarşısının alınmasında “hücum taktikası”na keçən diaspor
təşkilatlarımız bu sahədə yeni təbliğat mexanizmlərindən geniş istifadə edir, yaşadıqları ölkələrin ictimai-siyasi
həyatında daha fəal iştirak etməyə, kütləvi informasiya vasitələri ilə əlaqələr qurmağa çalışır. Azərbaycana dost
münasibəti bəsləyən bir sıra xalqların müxtəlif ölkələrdəki milli icmaları, o cümlədən türkdilli xalqların diaspor
təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin fəaliyyətin daha mütəşəkkil koordinasiya olunması
məqsədilə ortaq strategiya müəyyənləşdirilmiş, bir sıra əhəmiyyətli görüşlər və forumlar keçirilmişdir.
Cənab Prezident!
Qurultay nümayəndələri Zati-alinizin yürütdüyü çoxşaxəli siyasət nəticəsində Azərbaycanın qısa müddət
ərzində modern ölkəyə çevrilməsindən qürur hissi duyur. Bu gün dövlət müstəqilliyinin 25-ci ildönümündə olan
Azərbaycan dünyanın siyasi xəritəsində öz layiqli yerini tutmuş, regionun lider dövlətinə çevrilmiş, beynəlxalq
aləmdə yeni dostlar qazanmış və etibarlı, dayanıqlı tərəfdaş kimi tanınmışdır. Məhz bunun nəticəsidir ki, dünya
birliyi ilə əməkdaşlıq yolunda inamla irəliləyən Azərbaycanla sıx münasibətlər qurmağa çalışan ölkələrin sayı ildən-
ilə artır. 2015-ci ildə ilk Avropa Oyunlarının ölkəmizdə müvəffəqiyyətlə keçirilməsi bütün dünyada geniş ictimai
rezonans doğurdu. Bununla yanaşı, hər il ölkəmizdə keçirilən Qlobal Bakı Forumu, 2016-cı ildə təşkil olunmuş
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və s. tədbirlər təhlükəsizliyin, sabitliyin, sülhün tərəfdarı
kimi Azərbaycanın artıq beynəlxalq aləmi narahat edən aktual məsələlərin müzakirə olunduğu mühüm məkana
çevrildiyinin bariz göstəricisidir. Biz Zati-alinizin beynəlxalq miqyasda ölkəmizin yüksək imicinin
formalaşdırılması, Azərbaycan Respublikasının milli mənafeyinin təmin olunması, doğma Vətənimizin inkişafı,
milli birlik və həmrəyliyimizin möhkəmlənməsinə yönəlmiş siyasətini qətiyyətlə dəstəkləyirik. Torpaqlarımızın
iyirmi faizinin Ermənistanın işğalı altında olması və dünya birliyi tərəfindən təcavüzkar dövlətə qarşı qəti addımların
atılmaması hər bir azərbaycanlını narahat edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və onun
ətrafındakı yeddi rayonda oyuncaq rejim yaradan Ermənistan rəhbərliyinin qoşunların təmas xəttində törətdiyi
diversiya aktları, dinc əhalinin qətlə yetirilməsi təcavüzkar dövlətə qarşı qəti cavab tədbirləri görülməsinin
vacibliyini bir daha ortaya qoyur. Cari il aprelin ilk günlərində düşmənin hərbi təxribatlarının qarşısını qətiyyətlə
alaraq, əks-həmlə ilə onu geri oturdan Azərbaycan Ordusunun döyüş qabiliyyəti ölkəmizin yüksək hərbi-iqtisadi
potensialının və vətənpərvərlik ruhunun göstəricisi kimi bizi çox sevindirir. Dünya Azərbaycanlılarının IV
Qurultayının nümayəndələri problemin həlli istiqamətində göstərdiyiniz səy və təşəbbüsləri birmənalı şəkildə
dəstəkləyir. Biz inanırıq ki, münaqişənin ədalətli həlli sahəsində atdığınız addımlar Azərbaycanın ərazi bütövlüyü
və suverenliyinin bərpa olunması ilə nəticələnəcək. Bu gün hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş
torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Bu yolda hər an Sizin yanınızda
olduğumuzu bir daha bəyan edirik.
Cənab Prezident!
Dünya azərbaycanlıları Sizin inamlı siyasətiniz nəticəsində Azərbaycanın müstəqil bir dövlət kimi dünya siyasi
səhnəsində öz yerini daha da möhkəmləndirməsi üçün qlobal proseslərin fəal iştirakçısına çevrilməsindən qürur hissi
duyur. Sizi əmin edirik ki, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması, mili-mədəni irsimizin yaşadılması
və təbliği, həmçinin doğma Vətənin milli maraqlarının təmin olunması naminə dünya azərbaycanlılarının daha
mütəşəkkil qaydada təşkilatlanmaları istiqamətində bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik.
Müraciət Dünya Azərbaycanlılarının IV Qurultayında qəbul edilmişdir.
Azərbaycan Respublikası, Bakı şəhəri, 4 iyun 2016-cı il.
57
Dünya Azərbaycanlılarının IV Qurultayının QƏTNAMƏSİ
Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dərin
məzmunlu nitqini, plenar iclaslarda və panellərdə aparılmış müzakirələri dinləyərək qeyd edir ki, dövlətimizin
diaspor quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı sayəsində son illər xaricdə yaşayan soydaşlarımızın ictimai-
siyasi fəallığı artmış, doğma Vətənə, tarix və mədəniyyətimizə bağlılığı güclənmiş, əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası ətrafında birləşməsi prosesi geniş vüsət almışdır.
Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycan Respublikasını dinamik inkişaf edən, güclü
vətəndaş cəmiyyətinin formalaşdığı, insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin edildiyi bir ölkəyə
çevirmişdir. Dünya Azərbaycanlılarının III Qurultayından ötən müddətdə respublikamızda müxtəlif dövlət
proqramları və irimiqyaslı layihələr icra edilmiş, təhsil, səhiyyə, elm, texnologiya, mədəniyyət, sosial müdafiə, ordu
quruculuğu sahəsində böyük uğurlar əldə olunmuşdur. Qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dövlət dəstəyinin
artırılması, yeni iş yerlərinin açılması iqtisadi siyasət konsepsiyasının prioritet istiqamətlərini təşkil etmişdir. Qlobal
güclərin diqqət mərkəzində olan Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin əsas komponentlərini təşkil edən
“Şahdəniz–2”, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) kimi
nəhəng transmilli layihələrdə iştirakı onun beynəlxalq münasibətlər sistemindəki yerini daha da
möhkəmləndirmişdir. İlk telekommunikasiya peykinin orbitə buraxılması ölkəmizdə yeni bir sahənin - kosmik
sənayenin inkişafının parlaq nümunəsi kimi tariximizə həkk olunmuşdur.
“Avroviziya” musiqi yarışması və birinci Avropa Oyunları Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ən
yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu nümayiş etdirmişdir. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə
ənənəvi olaraq keçirilən Qlobal Bakı forumları, Beynəlxalq Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq
forumları, 2016-cı ildə təşkil olunmuş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu doğma Vətənimizin
dünya birliyində böyük siyasi nüfuza malik olduğunu, tolerantlıq və multikulturalizm məkanı kimi tanındığını
təsdiqləyən danılmaz faktlardır.
Azərbaycan dövlətinin qüdrətinin artması, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi xaricdə yaşayan
azərbaycanlılara da əlavə stimul verir, diaspor təşkilatlarının daha inamla fəaliyyət göstərməsi üçün yeni imkanlar
yaradır. Məhz bunun nəticəsidir ki, Dünya Azərbaycanlılarının III Qurultayından sonra xarici ölkələrdə yaşayan
soydaşlarımızın təşkilatlanması, yaşadıqları cəmiyyətə inteqrasiyası, diaspor qurumlarının fəaliyyətinin
koordinasiyası, tariximizin və milli-mədəni irsimizin təbliği istiqamətində bir sıra yaddaqalan layihələr icra
edilmişdir. Təqdirəlayiq haldır ki, xaricdə yaşayan və ya təhsil alan gənclərimiz diaspor quruculuğunda xüsusi
fəallıqları ilə seçilmişlər.
Ötən dövr ərzində türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, türk
dövlətlərinin mədəni, iqtisadi və siyasi inteqrasiyasının dərinləşdirilməsi sahəsində də təsirli tədbirlər görülmüşdür.
Qurultay təəssüf hissi ilə bildirir ki, dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd etməyə hazırlaşan
Azərbaycan Respublikası bütün sahələrdə böyük nailiyyətlərə imza atsa da, Vətənimizin taleyüklü problemi olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmamışdır. Son dövrlər Ermənistan silahlı
qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində dinc sakinlərin öldürülməsi, yaşayış evlərinin və sosial
obyektlərin dağıdılması etnik separatizm və davakar millətçiliyin regionda sülhə və əmin-amanlığa ən ciddi təhdid
olduğunu bir daha sübut etmişdir. Dünya azərbaycanlıları ordumuzun bu təxribatlara qarşı atdığı qətiyyətli addımları
yüksək qiymətləndirir, vətəndaşların təhlükəsizliyinin qorunması və ölkənin ərazi bütövlüyünün bərpası
istiqamətində həyata keçirilən bütün tədbirləri sonadək dəstəkləyəcəklərini bəyan edirlər.
Qeyd edilənləri nəzərə alaraq, Dünya Azərbaycanlılarının IV Qurultayı qərara alır:
1. Dünya Azərbaycanlılarının III Qurultayından ötən dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələri ilə
əlaqələrin yaradılması istiqamətində görülmüş işlər qənaətbəxş hesab olunsun.
2. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının tərkibi 109 nəfərdən ibarət müəyyən edilsin.
3. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının icraçı katibi Nazim İbrahimov təsdiq olunsun.
4. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İcraçı Katibliyinə tövsiyə olunsun ki:
- Azərbaycan Respublikası Prezidentinin Qurultaydakı nitqində əksini tapmış tövsiyələrə uyğun olaraq, xarici
ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, Azərbaycan haqqında obyektiv
materialların yayılması, habelə xarici KİV nümayəndələrinin Azərbaycana səfərlərinin təşkili məqsədinə xidmət
edən xüsusi fəaliyyət planı hazırlasın və onun həyata keçirilməsi istiqamətində tədbirlər görsün;
- Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə məsləhətləşmələr əsasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri və nizamlanma prosesi ilə bağlı bütün məlumatların, sənədlərin,
elektron informasiya ehtiyatlarının, elmi araşdırmaların, tədqiqatların, nəşrlərin və filmlərin toplandığı, həmçinin
belə məhsulları istehsal edən, ayrıca büdcə ilə təmin olunmuş xüsusi mərkəz və ya fondun yaradılmasını təmin etsin;
58
- Müasir dövrdə virtual informasiya məkanında daha çevik və məqsədyönlü fəaliyyətin əhəmiyyətini nəzərə
alaraq, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin bu sahədəki potensialından səmərəli istifadə etmək məqsədilə
internet media və sosial şəbəkələrdə aparılan işin vahid mərkəzdən koordinasiyasını təmin edən koalisiyanın
yaradılması üçün lazımi tədbirlər görsün;
- Dünyada və regionda baş verən prosesləri, diaspor hərəkatı və lobbi quruculuğunun yeni ictimai-siyasi
məzmun kəsb etməsini, xaricdə yaşayan icmaların təmsil etdikləri ölkələrin daxili həyatına və xarici siyasətinə təsir
imkanlarının artırılması zərurətini nəzərə alaraq, Azərbaycan diaspor təşkilatlarının regional koordinasiya
mərkəzlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirsin;
- Qurultayda səslənən tövsiyələri nəzərə alaraq, 2016-cı il ərzində Dünya Azərbaycanlı İş Adamları Birliyinin
təsis toplantısını təşkil etsin;
- Xarici ölkələrdə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olmayan soydaşlarımızın gəlişi və gedişi,
müvəqqəti və ya daimi yaşayış hüququ alması, Azərbaycan Respublikası vətəndaşlığının verilməsi və ya bərpası ilə
bağlı hüquqi prosedurların sadələşdirilməsi üçün aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırsın.
5. Diaspor təşkilatlarına tövsiyə olunsun ki:
- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə informasiya texnologiyalarının və
virtual məkanın imkanlarından daha geniş istifadə olunmasının zəruriliyini nəzərə alaraq, müasir informasiya
portallarının və virtual kommunikasiya layihələrinin hazırlanmasını, bu sahədə fəaliyyətin təkmilləşdirilməsini
təmin etsinlər;
- Azərbaycanlıların ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması, siyasi təşkilatlarda, dövlət və
hökumət strukturlarında təmsilçilik imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirsinlər;
- Ötən müddət ərzində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilmiş genişmiqyaslı
tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək və 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümünün qeyd
olunacağını nəzərə alaraq, bu kampaniyanın davam etdirilməsi və genişləndirilməsi istiqamətində səylərini
artırsınlar.
6. Qurultay xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarını Vətənimizin maraqlarının qorunması,
soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, tariximizin və mədəni irsimizin təbliği, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində daha fəal olmağa, bu məqsədlə irəli sürülən təşəbbüs və
layihələri dəstəkləməyə çağırır.
7. Qurultay Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin II
forumunun 2016-cı ildə Türkiyə Respublikasında keçirilməsi barədə qərarı alqışlayır, türk xalqları arasında birlik və
həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından onun əhəmiyyətini yüksək qiymətləndirir.
8. Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları Almaniya Federativ Respublikası Bundestaqının
1915-ci il hadisələrini hər hansı bir əsası olmadan “erməni soyqırımı” kimi qiymətləndirən qərarından dərin
narahatlığını bildirir və beynəlxalq aləmi, dünya birliyini tarixdə heç zaman baş verməmiş bu cür uydurma və yalançı
“soyqırımı”larından siyasi məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırır.
9. Qurultay Redaksiya Komissiyasına tövsiyə edir ki, səslənmiş fikir və təklifləri ümumiləşdirərək, Azərbaycan
Respublikasının müvafiq dövlət orqanlarına və diaspor təşkilatlarına təqdim etsin.
10. Qurultay Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən xahiş edir ki, qurultayın
materiallarının ayrıca kitab halında nəşr olunmasını və nümayəndələrə göndərilməsini təmin etsin.
11. Dünya Azərbaycanlılarının IV Qurultayı bütün dünya azərbaycanlılarına müraciət edərək, milli
maraqlarımızın qorunması naminə səy və bacarıqlarını səfərbər etməyə, müstəqil Azərbaycan dövlətinin ətrafında
daha sıx birləşməyə çağırır.
Qətnamə Dünya Azərbaycanlılarının
IV Qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 4 iyun 2016-cı il
59
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının tərkibi
təsdiqləndi - SİYAHI Şuranın tərkibində ATXƏM sədri İlham İsmayılov da
təmsil olunur
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının tərkibini təsdiqləyib. Bu barədə
Modern.az saytının sorğusuna cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Azərbaycan
prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarını IV Qurultayında yenidən Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının sədri, Nazim İbrahimov isə yenidən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının
icraçı katibi seçilib. Qeyd edək ki, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının budəfəki tərkibində
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov da təmsil olunur.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında çıxış edən Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Nazim İbrahimov Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının ildə bir dəfə
iclasının keçiriləcəyini bildirib. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Dünya Azərbaycanlılarının IV
Qurultayında seçilmiş və Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş tərkibinin siyahısı təqdim edirik.
Adı Soyadı Vəzifəsi
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti (Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının Sədri)
Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru, аkаdеmik
Azay Quliyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikası
Prеzidеnti yаnındа Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurаsının sədri
Adil Bağırov Аmеrikа Аzərbаycаnlılаrı Şəbəkəsinin (USАN) icraçı direktoru, Ohayo ştatının
Dayton şəhər Təhsil Şurasının rəhbəri, siyаsi еlmlər dоktоru
Anar Rzayev Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Anar Ələkbərov Heydər Əliyev Mərkəzinin direktoru
Aslan Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyi – AzərTAc-ın Baş direktoru
Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Arif Paşayev Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik
Arye Qut
İsrail Dövlətində "Justice for Khojaly" beynəlxalq kampaniyasının rəsmi
əlaqələndiricisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” İsrail QHT rəhbəri,
Beynəlxalq əlaqələr üzrə ekspert, Hayfa Unversitetinin doktorantı
Aygün Attar Türkiyənin Giresun Universitetinin professoru, tarix elmləri doktoru
Аzаd Rəhimоv Аzərbаycаn Rеspublikаsının Gənclər və idmаn nаziri
Başar Kömür Avropa Azərbaycanlıları Konqresinin fəхri prezidenti
Bahar Muradova Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini
Bilal Dündar Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev
Azərbaycan Kültür Evinin sədri, “Azərbaycanın səsi” jurnalının baş redaktoru
Çingiz Аbdullаyеv Azərbaycan Respublikası Yazıçılar Birliyinin kаtibi, Xalq Yazıçısı
Elçin Əfəndiyev Azərbaycan Respublikası Baş nazirinin müavini
Elman Bayramov Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti
Etibar Qəniyev Hannover “Xəzər” Cəmiyyətinin sədri (Almaniya)
Eldar Əfəndiyev Estoniya Parlamentinin deputatı, “Bakı” klubunun həmsədri
Elmar Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri
Elman Nəsirov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının
Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar
İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor
Əli Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası
sədrinin müavini
Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin
deputatı
60
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri
Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri
Əbülfəs Xamedov Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri, Qazaxıstan
Xalqları Assambleyası Şurasının üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru
Əlizaman Rəhimov Ümumrusiyа Аzərbаycаn Kоnqrеsinin Moskva vilayəti üzrə regional bölməsinin
sədri
Əli Hüseynli Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri
Əzizağa Əliyev “Azəri” İctimai Birliyinin sədri, Qırğız Respublikasının əməkdar hüquqşünası
Fatma Abdullazadə Azərbaycan Respublikası Prezidenti Аdministrаsiyаsının Humanitar siyasət
məsələləri şöbəsinin müdiri
Fazil Həsənov Gürcüstаn Azərbaycanlılаrının Mədəniyyət Mərkəzinin sədri
Fəttаh Hеydərоv Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Respublika Ağsaqqallar
Şurasının sədri
Fərhаd Bədəlbəyli Аzərbаycаn Dövlət Musiqi Аkаdеmiyаsının rеktоru, Xаlq artisti
Firəngiz Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti
Fidаn Qаsımоvа SSRİ Xаlq Artisti, Dövlət Mükаfаtı lаureаtı, Аzərbаycаn Musiqi Аkаdеmiyаsının
prоfеssоru
Firudin Nəbiyev Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Hаfiz Pаşаyеv Azərbaycan Diplоmаtiyа Аkаdеmiyаsının rеktоru, хаrici işlər nаzirinin müаvini
Havar Məmmədov Azərbaycan Texniki Universitetinin rektoru
Hidayət Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli
səfiri
Hikmət Cavadov
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, Türk Şurası
Türkdilli Diasporların Ukrayna Regional Mərkəzinin icra katibi, hüquq elmləri
üzrə fəlsəfə doktoru
Xəlil Kələntər Yaponiyanın “Global Optical Solutions” (Beynəlxalq optik həllər) Şirkətinin baş
tədqiqatçısı, fizika elmləri doktoru, professor
İsa Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
İlham Axundov Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Vaterlo Universitetinin
professoru
İlham İsmayılov Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM)
İctimai Birliyinin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
İlhan Aşkın Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin sədri
İqbal Hacıyev Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri, fəlsəfə
dоktоru
İmаdəddin Qаsımоv Avstraliya Azərbaycan-Türk Dostluq Birliyinin sədri
İradə Axundova “Hyuston - Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası”nın sədri
İlqar Hacıyev Ümumrusiyа Azərbаycаn Kоnqrеsinin icraçı direktoru
Kamal Abdullayev Azərbaycan Respublikasının Millətlərarası Multikulturalizm və Dini Məsələlər
üzrə Dövlət müşaviri
Qənirə Paşayeva Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Qüdrət Həsənquliyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Leyla Əliyeva Hеydər Əliyеv Fоndunun vitse-prezidenti, Rusiyаnın Аzərbаycаnlı Gənclər
Təşkilаtının sədri
61
Mahir Həmzəyev Litva Azərbaycanlıları Cəmiyyətinin sədri
Mayisə Ağamirzəyeva Niderland “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri
Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Mehrac Babayev “Verso-M” tikinti şirkətinin Direktorlar Şurasının sədri (Rusiya)
Mehdi Məmmədov Qazaxıstan "İnvest-mərkəz" Şirkətinin rəhbəri
Məmmədbağır Əliyev Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, Rusiyа Dövlət Mükаfаtı
lаurеаtı, Rusiyа Tibb Аkаdеmiyаsının həqiqi üzvü, аkаdеmik
Mikayıl Cabbarov Azərbaycan Respublikasının Təhsil naziri
Mirvari Fətəliyeva Paris Azərbaycan Evinin sədri, “Azərbaycanın Dostları Cəmiyyəti”nin icraçı
direktoru
Mobil Məmmədov Özbəkistan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri
Musа Qаsımlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın Qafqazşünaslıq
İnstitutunun direktoru, tаriх еlmləri dоktоru, prоfеssоr
Musа Əhmədоv
(Pünhаn)
Bеnilüks Аzərbаycаnlılаrı Kоnqrеsi Gənclərin Əlaqələndirmə Şurаsının sədri,
Bеlçikа Gənclər Pаrlаmеntinin üzvü
Musa Mərcanlı “İrs” jurnalının baş redaktoru
Murаd Ömərоv Хаrkоv Milli Rаdiоеlеktrоnikа Univеrsitеtinin prorektoru, tехniki еlmlər
dоktоru, prоfеssоr, Ukrаynа-Аzərbаycаn “Dоstluq” Cəmiyyətinin sədri
Natiq Bağırov Belarus-Azərbaycan İcmaları Konqresinin sədri
Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının icraçı katibi
Nadir Hollenbrand “Azərbaycan naminə” cəmiyyətin sədri (İsveç)
Niyazi Hacıyev “Аydаn” Аzərbаycаn-Еstоn Cəmiyyətinin sədri, Аvrоpа Аzərbаycаnlılаrı
Kоnqrеsi nəzаrət-təftiş kоmissiyаsının sədri
Novruz Məmmədov
Azərbaycan Respublikası Prezidenti Аdministrаsiyаsı rəhbərinin müavini,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr
şöbəsinin müdiri
Nəriman Qurbanov Diasporla İş üzrə Dövlət Komitəsinin aparatının rəhbəri
Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidenti Аdministrаsiyаsının rəhbəri
Rasim Əliquliyev Azərbaycan Milli Elmlər Аkаdеmiyаsının akademik katibi, AMEA-nın
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü
Rauf Zeyni Аzərbаycаn Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri
Ramil Əliyev Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri
Roman Əliyev “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri
Rafaeltd> Hüseynov
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri,
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Muzeyinin
direktoru, AMEA-nın həqiqi üzvü
Rövşən Tağıyev Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin sədri, Ukrayna Millətlər
Assambleyasının sədri
Sabir Rüstəmxanlı Xalq şairi
Samirə Patzer-
İsmayılova Avropa Azərbaycanlıları Konqresinin prezidenti
Sahil Qasımov Benilüks Azərbaycanlıları Konqresinin sədri, Аvrоpа Аzərbаycаnlılаrı
Kоnqrеsinin birinci vitsе-prеzidеnti
Səməd Seyidov
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri, АŞPА-dа Аzərbаycаn nümаyəndə
hеyətinin rəhbəri
Səməd Qurbanov Ümumrusiya Azərbaycan Konqresinin Rəyasət heyətinin üzvü
Seyran Rəhimov Ümumrusiyа Аzərbаycаn Kоnqrеsinin Dağıstan Regional bölməsinin sədri
62
Səttar Sevigin Azərbaycan Federasiyası İsveçin (AFİ) sədri
Səttar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı
Səfər Karakoyunlu (İSTAD) İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri
Səfər Sadiqi Danimarka “Vətən” cəmiyyətinin sədri, “Azərbaycan Evi”nin rəhbəri
Səftər Rəhimli “Qafqaz” Beynəlxalq Hüquq İnstitutunun təsisçisi, AMEA-nın İnsan Hüquqları
İnistitutunun doktorantı
Sinan Oğan Türkiyə Strаtеji Аnаlizlər və Bеynəlхаlq Münаsibətlər Mərkəzinin sədri,
TBMM-in sabiq millət vəkili, Türkiyə-Azərbaycan dərnəyinin təsisçisi,/td>
Svetlana Abdullayeva Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
Şahin Şıxlinskiy Ümumrusiyа Аzərbаycаn Kоnqrеsinin Ural Federal dairəsi üzrə regional
bölməsinin sədri
Tale Heydərov Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri
Tеymur Rzаyеv
Türkiyə Respublikası Yеdditəpə Univеrsitеtinin incəsənət kаfеdrаsının dosenti,
fəlsəfə dоktоru, Azərbaycan Respublikasının əməkdar rəssamı, Хаrici Ölkələrdə
Yаşаyаn Аzərbаycаnlı Rəssаmlаr Birliyinin sədri
Tofiq Qarayev Berlin Azərbaycan Evinin sədri, Avropa Azərbaycanlıları Konqresinin İH üzvü
Təranə Nəzərova Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin sədri
Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Yаqub Еyyubоv Аzərbаycаn Rеspublikаsı Bаş nаzirinin birinci müаvini
Yaqub Mahmudov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, АMЕА Tаriх İnstitutunun
dirеktоru, аkаdеmik
Yana Salman “Аzİz” Аzərbаycаn-İsrаil Bеynəlхаlq Assosiasiyası nəzdində Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru
Vidadi Salahov
Qazaxıstan Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri, Beynəlxalq
Avrasiya Ekoloji Akademiyasının müxbir üzvü, “Turan-Ekspress” qəzetinin baş
redaktoru
Vüqar Novruzov Moldova Azərbaycanlıları Konqresinin sədri, hüquq elmləri doktoru
Ziyafət Əsgərov Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini
Zeynəb Xanlarova Azərbaycan Respublikası Milli Məclisinin deputatı, xalq artisti
Zümrüd Qurbanov “Qeyrət” Xalq hərəkatı ictimai birliyin sədr müavini, “Qеyrət” qəzetinin baş
redaktoru (Gürcüstan)
63
Referendumda iştirak hər bir azərbaycanlının vətəndaş borcudur
Referendumda iştirak hər bir azərbaycanlının vətəndaş borcudur.
Bu fikri Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar keçirilən referendumda
səs vermək üçün Helsinkidən Stokholma gələn Finlandiyadakı Azərbaycan diasporunun rəhbəri, “Dostluq” Azəri-
Finn Cəmiyyətinin sədri Təranə Nəzərova AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.
Diaspor təşkilatının rəhbəri bildirib ki, səs vermək üçün Finlandiyadan Stokholma çoxlu sayda həmyerlimiz
də səfər edib. Hər kəs bu referendumda iştirak etməyi özünə borc bilir. Seçki məntəqəsində yaradılan şəraitdən
məmnunluğunu vurğulayan diaspor fəalı bildirib ki, səsvermə prosesi çox yüksək səviyyədə təşkil edilib, səs
verənlərin hüquqlarının və rahatlığının təmin edilməsi üçün səfirlik lazım olan bütün zəruri işlər görüb.
“Dostluq” Azəri-Finn cəmiyyətinin sədri Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ölkəmizin
rifahına və daha da inkişafına gətirib çıxaracağına əmin olduğunu vurğulayıb.
Stokholm, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
64
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ölkəmizin Rusiya
Federasiyasındakı səfirliyində keçirilən ümumxalq səsverməsi – referendum yerli
vaxtla saat 19:00-da başa çatıb
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ölkəmizin Rusiya Federasiyasındakı
səfirliyində keçirilən ümumxalq səsverməsi – referendum yerli vaxtla saat 19:00-da başa çatıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yüksək seçici
fəallığı ilə baş tutmuş səsverməyə Rusiya ərazisində daimi yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşları,
o cümlədən Rusiyanın Ryazan vilayətindəki Federal Cəzaların İcrası Xidmətinin Hüquq və İdarəetmə
Akademiyasında təhsil alan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin kursantları,
Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin
Mülki Müdafiə Akademiyasında müdavim olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin zabitləri qatılıblar.
Həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri xüsusi fəallıq göstəriblər. Bununla yanaşı,
referendumda ən yaşlı seçici -“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının ağsaqqallar şurasının sədri,
professor Mixail Aqarunov xanımı ilə və ilk dəfə seçkilərdə iştirak edən ən gənc seçici Leyla Bülbül səsvermə
hüquqlarından istifadə ediblər.
Səfirlikdə yaradılmış 17 saylı Yasamal III seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində konsulluq
uçotunda olan 1500 Azərbaycan vətəndaşından 1498 nəfəri səs verib. Bu da ümumi seçici hüququna malik
vətəndaşlarımızın 99,86 faizini təşkil edir.
Referendumun gedişini izləyən MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər tərəfindən
səsvermə zamanı heç bir nöqsana, qanun pozuntusuna rast gəlinmədiyi vurğulanıb, referendumun yüksək səviyyədə
təşkil olunduğu qeyd edilib.
Moskva, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
65
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq
səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda
təşkil edilən səsvermə Ankara vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə 20.00) başa çatıb
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə
əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda təşkil edilən səsvermə Ankara vaxtı ilə saat 19.00-da (Bakı
vaxtı ilə 20.00) başa çatıb.
Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 51 saylı referendum məntəqəsi
fəaliyyət göstərib. Məntəqədə 956 nəfər seçici qeydiyyatda olub.
Bu məntəqədə 805 nəfər Azərbaycan vətəndaşı səsvermə hüququndan istifadə edib. Seçicilərin azad şəraitdə
səs vermələri üçün qanunvericilikdə tələb olunan bütün hallara riayət edilib. Səsvermə prosesində heç bir qanun
pozuntusu baş verməyib.
İstanbul, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
66
Referendumla əlaqədar Fransadakı səfirliyimizdə yaradılan məntəqədə yerli vaxtla
saat 19:00-da səsverməyə yekun vurulub
Referendumla əlaqədar Fransadakı səfirliyimizdə yaradılan məntəqədə yerli vaxtla saat 19:00-da
səsverməyə yekun vurulub.
Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və digər müvafiq qanunvericilik aktlarına uyğun keçirilən
ümumxalq səsverməsi yüksək seçici fəallığı ilə başa çatıb.
Xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə
üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində
iştirakının və seçki hüququnun təmin olunması məqsədilə Fransada 17 saylı Yasamal üçüncü seçki dairəsinin
tərkibində yaradılmış 38 nömrəli seçki məntəqəsi fəaliyyət göstərib.
Səsvermənin azad və şəffaf keçirilməsi üçün zəruri olan bütün şərait yaradılıb.
Məntəqə seçki komissiyası səsvermə günü müxtəlif səbəblərə görə qısamüddətli səfər zamanı Fransada olan
və müvafiq dairə komissiyasından qeydiyyatdan çıxma vəsiqəsi almış vətəndaşlarımızın da ümumxalq
səsverməsində iştirakını təmin edib. Komissiyaya hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.
Paris, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
67
Referendum ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılmış
məntəqədə səsvermə başa çatıb
Referendum ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılmış məntəqədə səsvermə başa
çatıb. Səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 45 saylı məntəqədə 137 seçici səs
verib. Seçici fəallığı 93 faiz olub.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin digər diplomatları və bu qurumun nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları ilk olaraq səs veriblər.
Daşkənd, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
68
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq
səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Avstriyadakı səfirliyində yaradılan seçki məntəqəsində yerli
vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00-da) səsverməyə yekun vurulub
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq
səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Avstriyadakı səfirliyində yaradılan seçki məntəqəsində yerli vaxtla
saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00-da) səsverməyə yekun vurulub. Səsvermə zamanı məntəqədə bütün
prosedurlara tam riayət olunub, vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün bütün şərait yaradılıb.
Səsvermədə Avstriya, Sloveniya və Slovakiya ilə yanaşı, Macarıstan və Xorvatiyada yaşayan soydaşlarımız, eləcə
də qısamüddətli səfərlə əlaqədar Vyanada olan Azərbaycan vətəndaşları iştirak ediblər.
Seçicilərin refenduma çıxarılmış məsələlərə fəal şəkildə münasibət bildirdiyi səsvermə prosesi mütəşəkkil
şəkildə keçirilib, heç bir hansı qanun pozuntusu qeydə alınmayıb.
Vyana, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
69
Referendumla əlaqədar Azərbaycanın Ankaradakı səfirliyində keçirilən səsvermə
Türkiyə vaxtı ilə saat 19.00-da başa çatıb
Referendumla əlaqədar Azərbaycanın Ankaradakı səfirliyində keçirilən səsvermə Türkiyə vaxtı ilə saat
19.00-da başa çatıb.
Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 30 saylı seçki məntəqəsi fəaliyyət
göstərib. Məntəqədə səsvermə hüququ olan vətəndaşlarımızın 76,7 faizi öz iradələrini ifadə ediblər. Səsvermə
prosesində heç bir qanun pozuntusuna yol verilməyib. Səsvermənin azad və şəffaf keçirilməsi təmin edilib.
Ankara, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
70
Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə
əlaqədar ümumxalq səsverməsi (referendum) ilə bağlı Azərbaycanın Qırğızıstandakı
səfirliyində yaradılmış 16 saylı Yasamal üçüncü seçki dairəsinin 33 saylı seçki
məntəqəsində səsvermə başa çatıb
Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq
səsverməsi (referendum) ilə bağlı Azərbaycanın Qırğızıstandakı səfirliyində yaradılmış 16 saylı Yasamal üçüncü
seçki dairəsinin 33 saylı seçki məntəqəsində səsvermə başa çatıb. Səsvermədə Bişkekdə yaşayan və işləyən,
konsulluqda qeydiyyata alınan, həmçinin bu şəhərdə ezamiyyətdə olan vətəndaşlarımız iştirak ediblər.
Məntəqədə keçirilən səsvermə prosesini Qırğızıstanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Seçki
Komissiyasının nümayəndəsi Lyudmila Kutuyeva, beynəlxalq müşahidəçilər və yerli kütləvi informasiya
vasitələrinin nümayəndələri izləyiblər.
Bişkek, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
71
Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulu, 16 saylı Yasamal II seçki dairəsinin tərkibində
yaradılmış 42 nömrəli səsvermə məntəqəsinin sədri Pəzviz İsmayılzadə referendum üzrə ümumxalq
səsverməsinin başa çatdığını bildirib
Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulu, 16 saylı Yasamal II seçki dairəsinin tərkibində
yaradılmış 42 nömrəli səsvermə məntəqəsinin sədri Pəzviz İsmayılzadə referendum üzrə ümumxalq səsverməsinin
başa çatdığını bildirib.
Dubay və Şimal əmirliklərində yaşayan vətəndaşlarımız Azərbaycan Respublikasının Konstitusiyasına təklif
olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində böyük ruh yüksəkliyi ilə iştirak ediblər. İlk saatlardan
baş konsulluğun əməkdaşları ailə üzvləri ilə birlikdə və digər vətəndaşlarımız referendumda iştirak ediblər.
Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar Dubaydakı baş
konsulluqda yaradılan seçki məntəqəsində yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub. Komissiya sədrinin
bildirdiyinə görə, səsvermə zamanı hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb. Azərbaycan
Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılan
ümumxalq səsverməsi 99 faiz seçici fəallığı ilə başa çatıb. Baş konsulluqda yaradılan seçki məntəqəsi üzrə adları
seçici siyahısına daxil edilmiş 197 seçicidən 196-sı səsvermədə iştirak edib.
Dubay, 26 sentyabr, АZƏRTAC2016-cı il.
72
Ümumxalq səsverməsi ilə əlaqədar Böyük Britaniyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində
səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb
Ümumxalq səsverməsi ilə əlaqədar Böyük Britaniyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində
səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb. Seçicilərin ümumi fəallığı 92 faiz təşkil edib.
Xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə
üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində
iştirakının və seçki hüququnun təmin olunması üçün 38 məntəqə yaradılıb. Böyük Britaniyadakı səfirliyimizdə
səsvermədə iştirak edən həmvətənlərimiz öz iradələrini sərbəst şəkildə ifadə etmək üçün yaradılmış şəraitdən
məmnunluqlarını ifadə ediblər.
Məntəqə seçki komissiyasında heç bir qanun pozuntusu qeydə alınmayıb.
London, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
73
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı Azərbaycanda keçirilən ümumxalq səsverməsi
(referendum) ilə əlaqədar ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində keçirilən səsvermə Ər-
Riyad vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə 20.00) başa çatıb
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı Azərbaycanda keçirilən ümumxalq səsverməsi
(referendum) ilə əlaqədar ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində keçirilən səsvermə Ər-Riyad
vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə 20.00) başa çatıb.
Burada 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində yaradılmış 35 saylı seçki məntəqəsi seçicilərə
xidmət göstərib. Bu məntəqədə konsulluq qeydiyyatında olan 74 nəfərdən 60-ı, yəni, seçicilərin 81,8 faizi
səsvermədə iştirak edib.
Məntəqədən AZƏRTAC-a verilən məlumata görə, səsvermə prosesində heç bir qanun pozuntusu baş
verməyib. Səsvermənin azad və şəffaf keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün tələblərə əməl
olunub. Azərbaycan Respublikası vətəndaşları siyasi iradələrini azad şəkildə ifadə ediblər. Səsvermə yüksək seçici
fəallığı ilə başa çatıb.
Ər-Riyad, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
74
Azərbaycan Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar
ölkəmizin Qazaxıstandakı səfirliyində, Almatı və Aktau şəhərlərində yaradılan seçki məntəqələrində
səsvermə başa çatıb
Azərbaycan Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar
ölkəmizin Qazaxıstandakı səfirliyində, Almatı və Aktau şəhərlərində yaradılan seçki məntəqələrində səsvermə başa
çatıb. Məntəqədə komissiya üzvləri nəzarətçilərin və müşahidəçilərin iştirakı ilə seçki qutularını açıb bülletenləri
hesablayaraq protokollaşdırıblar.
Bülletenlərin sayı və hesablamanın nəticələri haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verilib.
Astana, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
75
Referendumla əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində yaradılan seçki məntəqəsində də səsvermə
başa çatıb
Referendumla əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində yaradılan seçki məntəqəsində də səsvermə
başa çatıb.
Səfirlikdə yaradılmış 16 saylı Yasamal II seçki dairəsinin tərkibində daxil olan 37-ci seçki məntəqəsində
komissiya üzvləri tərəfindən müşahidəçilərin iştirakı ilə seçki qutuları açılıb, bülletenlər sayılıb və nəticələr Mərkəzi
Seçki Komissiyasına göndərilib.
Seçki məntəqəsində heç bir pozuntu halı qeydə alınmayıb.
Riqa, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
76
Referendumla əlaqədar Azərbaycanın Litvadakı səfirliyində yaradılan seçki məntəqəsində keçirilən
səsvermədə seçici fəallığı 100 faiz olub
Referendumla əlaqədar Azərbaycanın Litvadakı səfirliyində yaradılan seçki məntəqəsində keçirilən
səsvermədə seçici fəallığı 100 faiz olub.
Səfirlikdən bildirilib ki, 16 saylı Yasamal II seçki dairəsinin tərkibində yaradılmış 38-ci seçki məntəqəsində
komissiya üzvləri tərəfindən müşahidəçilərin iştirakı ilə seçki qutuları açılıb, bülletenlər sayılıb və nəticələr Mərkəzi
Seçki Komissiyasına göndərilib. Səfirlikdəki seçki məntəqəsindən yerli “alkas.lt” internet portalı canlı yayım aparıb.
Vilnüs, 26 sentyabr, AZƏRTAC 2016-cı il.
77
Azərbaycanda ümumxalq səsverməsi olduqca şəffaf keçdi
Azərbaycanda ümumxalq səsverməsi olduqca şəffaf keçdi. Hər dəfə Azərbaycana gələndə məcburi
köçkünlərə baş çəkirəm. AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 26-da ölkəmizdə keçirilən ümumxalq
səsverməsində müşahidəçi qismində iştirak edən Fransa Senatının üzvü Natali Qule jurnalistlərə açıqlamasında
deyib.
Natali Qule deyib: “Azərbaycanda görülən işlər məni çox sevindirir. Hər dəfə Bakıya gələndə yeniliklərin
şahidi oluram. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Bilirəm ki, ölkənizin
uğurlarında birinci xanım Mehriban Əliyevanın da xidmətləri çoxdur”.
Bakı, 27 sentyabr, AZƏRTAC 2016-cı il.
78
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycanda və onun hüdudlarından kənarda
iqtisadiyyat, elm, təhsil və mədəniyyətin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Abdolbari Goozal
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Qasımov Sahil Məmmədyar oğlu
Rəhimov Əlzaman Sabir oğlu
“Tərəqqi” medalı ilə
Ağakişiyev İsmayıl Əlövsət oğlu
Gündoğdu Maisə Faiq qızı
Hüseynov Afil Qurban oğlu
İsayev Çingiz Mikayıl oğlu
Kərimov Qasım Xanbala oğlu
Kiani Leyla Cavid qızı
Qəniyev Etibar Əbdül oğlu
Quliyev Rafail Rəsul oğlu
Qurbanov Elxan Şubay oğlu
Məmmədov Elbrus Fərman oğlu
Mirzəyev Emil Davud oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2016-cı il.
79
N.Ə. Qurbanova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə Nəriman Əhmədağa oğlu Qurbanova
“Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul 2017-ci il.
80
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Hümbətov Surəddin Məmmədhüseyn oğlu
Qasımov Kyavus Safa oğlu
Məmmədov İlham Hacı oğlu
Vəliyev Cavanşir İnqlab oğlu.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Kərimova Nüşabə Rəhim qızı
Təbrizli Arzu Sirus qızı
Zahidova Ladən Vahab qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul 2017-ci il.
81
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2017,
№ 5, maddə 769) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə”nin 13-cü hissəsinin birinci cümləsində “birinci müavini və” sözləri “bir birinci müavini və iki” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç
ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2017-ci il.
82
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara
alıram: Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi
və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif
edilsinlər:
Ali Tekin Atalar
Allahverdiyeva İlhamə Kəmənd qızı
Babayeva Ofelya Rəhim qızı
Boçarov Yuri Borisoviç
Demirçi Ayhan Yunus oğlu
Əhmədov Eldar Məmməd oğlu
Əliyev Yunus Dəmir oğlu
Əsgərov Məhəmməd Xəlil oğlu
Hacıyev Qüdrət Əli oğlu
Qarayev Ələkbər Qara oğlu
Muradlı Arzu Oqtay qızı
Nəsirov Seymur Rahim oğlu
Osman Əsli Əli qızı
Rəhimli Səftər Mikayıl oğlu
Rəhman Vaqif Yusuf oğlu
Rüstəmxanlı Tənzilə Yolçu qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2017-ci il.
83
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram: Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycan diasporunun inkişafındakı
xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan
Respublikasının fəxri adları verilsin:
“Əməkdar rəssam”
Qurbanov Seyfəddin Əli oğlu
Məmmədov Rəhim Əliağa oğlu.
“Əməkdar artist”
Manafzadə Turan İslam qızı
Məmmədova Elnarə Tofiq qızı
Nuriyev Mais Şükür oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2017-ci il.
84
M.Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna
Vardinoyannis “Dostluq” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2017-ci il.
85
R.V.İlatovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:
Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç
İlatov “Dostluq” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2017-ci il.
86
Bəyanat və Müraciətlər
87
Dünya Azərbaycanlılarının I Qurultayı nümayəndələrinin bütün
Dünya Azərbaycanlılarına müraciəti
Əziz həmvətənlər!
Biz-Dünya Azərbaycanlılarının 2001-ci ilin 9-10 noyabrında Azərbaycan Respublikasının paytaxtı Bakı
şəhərində keçirilən Qurultayının iştirakçıları Sizə müraciət edərək bildiririk ki, hər bir xalqın milli varlığının əsas
şərtlərindən biri onun həmrəyliyi, etnik-siyasi mütəşəkkilliyidir. Tarix dönə-dönə sübut etmişdir kı, həmrəylikdən,
etnik-siyasi mütəşəkkillikdən məhrum olan xalqlar tez-gec güclü millətlərin təsiri altına düşərək assimilyasiya
olunur və öz milli simasını itirir. Müasir dünyanın qabaqcıl xalqlarından, millətlərindən biri olmaq üçünsə güclü
milli əzm, siyasi iradə nümayiş etdirmək, bir millət kimi beynəlxalq nüfuz qazanmaq lazım gəlir. Odur ki, həm öz
tarixi Vətənində-Azərbaycanda yaşayan, həm də bu və ya digər səbəbdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş
azərbaycanlılar xalqımızın, millətimizin gələcəyi naminə möhkəm həmrəylik və mütəşəkkillik nümayiş etdirməlidir.
Azərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli, Mirzə Fətəli Axundov,
Hüseyn Cavid, Səməd Vurğun kimi böyük mütəfəkkirləri tarixin ayrı-ayrı dövrlərində mənsub olduqları xalqın
istedadını bütün dünyaya nümayiş etdirmişlər. Azərbaycanlılar XX əsrin əvvəllərində qədim və tarixi dövlətçilik
ənənəsinə söykənərək Şərqdə ilk demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyəti ya- ratmışdır. XX əsrin sonunda
müstəqil Azərbaycan Respublikasıda həmin möhtəşəm dövlətçilik təcrübəsi əsasında yaranmış və tarixən
azərbaycanlılara xas olan dövlətçilik ənənələrini müasir şəraitdə bütün dünyada sübut etmişdir. Dünya
azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm, ən müqəddəs vəzifələrindən biri
Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan
müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində özünəməxsus yer tutmasına
çalışmaqdan ibarətdir.
Unutmaq olmaz ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğu, onun demokratik, dünyəvi, hüquqi dövlət
quruculuğu yolu ilə inamla irəliləməsi yalnız Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya
azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların həmrəyliyinə təkan verir,
Azərbaycan xalqına mədəni bir etnos kimi beynəlxalq nüfuz gətirir. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş
azərbaycanlıların mədəni-siyasi birliyi, həmrəyliyi müstəqil Azərbaycan Respublikasının və bütün dünya
azərbaycanlılarının mənafeyinə uyğundur və onun əsas strateji məqsədlərindən biridir. Ona görə də vətəndən ayrı
düşmüş hər bir azərbaycanlı əmin olmalıdır ki, onun nüfuzunu, şərəfmi qorumağa həmişə hazır olan bir dövlət-
Azərbaycan Respublikası vardır. Azərbaycan dövləti Azərbaycan xalqının tarixən dünya mədəniyyətinə verdiyi
zəngin maddi, mənəvi-əxlaqi, ideoloji sərvətlərin, Azərbaycan adının etibarlı müdafiəçisi və sahibidir. Yer üzərində
mövcud olan milyonlarla azərbaycanlının əsas ünsiyyət vasitəsi olan Azərbaycan dili-Azərbaycan Respublikasının
dövlət dilidir.
Odur ki, azərbaycançılıq amalı və müstəqil dövlətçilik ətrafında yaranan milli birlik, milli həmrəylik harada
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının mənafeyinə tam uyğundur. İndi hər bir dünya
azərbaycanlısının üz tutmağa, sevgisini, məhəbbətini bildirməyə Azərbaycan adında bir doğma, müqəddəs ocaq,
sözünü deməyə, qayğılarını, dərdlərini bölüşməyə isti bir yurd var. Hər bir azərbaycanlı bu ocağa ərklə üz tutduğu
kimi, eyni zamanda məsuliyyətlə dərk etməlidir ki, Vətən sevgisini işdə sübut etmək, Vətənin problemlərindən
xəbərdar olmaq, bunları aradan qaldırmaq üçün yollar aramaq, Vətənlə nəfəs almaq, onun təəssübünü çəkmək və
qayğıları ilə yaşamaq lazımdır. Dünya Azərbaycanlılarının I Qurultayı məhz bu danılmaz həqiqəti, tarixi zərurəti
əyani ifadə etdi. Azərbaycan Respublikasının vətəndaşları olan qardaş və bacılarımız kimi, Vətəndən kənarda
yaşayan dünya azərbaycanlılarının da öz ölkəsi, vətəndaşı olduğu öz dövləti vardır. Biz hərəmiz bir ölkənin
vətəndaşıyıq. Lakin bizim hamımızı azərbaycanlı olmaq kimi böyük bir məsuliyyətli hiss, amal birləşdirir.
Vətəndaşlıq borcu bizi yaşadığımız ölkə qarşısında hansı məsuliyyətə sövq edirsə, milli mənsubluq hissi,
Azərbaycançılıq amalı bizim hər birimizi müstəqil Azərbaycan dövləti, ata-baba yurdu qarşısında eyni məsuliyyətə
sövq edir.
Odur ki, Azərbaycanlı adını biz həm öz ölkəmiz qarşısında, həm də müstəqil Azərbaycan qarşısında
layiqincə doğrultmalıyıq. Elə bu məqsədlə də biz həm müstəqil Azərbaycan dövləti ətrafında, həm də öz aramızda
sıx birləşməyə, təşkilatlanmağa çalışmalı, mütəşəkkil qüvvəyə çevrilməliyik. Bugünkü qurultay Azərbaycan
diasporunun yaranması və mütəşəkkil bir qüvvəyə çevrilməsi mərhələsinin başlanğıcını qoydu. Bu gün dünyanın
hər yerində yaşayan azərbaycanlılar müxtəlif dövrlərdə mühacirət etmiş insanların övladların, nəsillərini və
Azərbaycandan kənarda yaşayan digər soydaşlarımızı təmsil edir.
Soydaşlarımızın əksəriyyəti özgə millətlər içərisində azərbaycançılığı, milli xüsusiyyətlərimizi, adət-
ənənələrimizi, dilimizi qoruyub-saxlaya bilmiş və övladlarına ötürmüşlər. Amma bir həqiqət qeyd olunmalıdır ki,
ayrı-ayrı cəhdlərə baxmayaraq, uzun bir tarixi əhatə edən dövr ərzində dünya azərbaycanlıları yaşadıqları dövlətlərdə
bir-biri ilə birlik nümayiş etdirə bilməmiş, təşkilatlanmamış, icmalar, diaspor şəklində təmsil olunmamış, dağınıq
şəkildə yaşamışlar.
88
Bu da sözsüz ki, milli əlaqələrin və müvafiq olaraq milli varlığın zəifləməsinə şərait yaratmışdır. On il əvvəl
müstəqil Azərbaycan Respublikasının yaranması bütövlükdə Azərbaycan xalqının, o cümlədən dünya
azərbaycanlılarının taleyində dönüş nöqtəsi olmuşdur. Bütün dünya azərbaycanlıların tarixi Vətənin, Azərbaycan
xalqının ayrılmaz hissəsi hesab edən Azərbaycan dövləti və onun Prezidenti cənab Heydər Əliyev dünya
azərbaycanlılarının milli birlik və həmrəylik problemini dövlət siyasəti səviyyəsinə qaldırmış, Azər- baycan
diasporunun formalaşdırılması, dünya azərbaycanlılarının bir-biri ilə və Vətənlə əlaqələrinin yaradılması və
möhkəmləndirilməsi məsələlərini bilavasitə gündəmə gətirmişdir. Bu gün dünya azərbaycanlılarının əsl milli
özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli -mənəvi dəyərlər ətrafında birləşməsi
prosesi başlanmışdır. Azərbaycan Respublikasının müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi -onun
mövqeyinin dünya müstəvisində gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış Azərbaycan xalqının haqq
səsinin dünyaya çatdırılması, DağlıqQarabağ probleminin ədalətli həllinə nail olunması və digər ümummilli
məsələlərin həlli dünyada yaşayan bütün soydaşlarımızın birliyini və həmrəyliyini daha zəruri edir. Bundan başqa
dünya azərbaycanlılarının birliyi, həmrəyliyi onların yaşadığı ölkələrdə və bütün dünyada güclü və monolit bir qüvvə
kimi çıxış etmələrinə, öz milli və vətəndaş haqlarını daha dolğun qorumalarına da əhəmiyyətli təsir göstərə bilər.
Əziz həmvətənlərimiz! Azərbaycan adlı müstəqil dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, XX
yüzilliyə bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir. Xalqımız nəinki ata-babalarımızın yolunu davam
etdirərək müstəqil dövlətçiliyimizi bərpa etmiş, həmçinin on il ərzində onu qoruyaraq hərtərəfli möhkəmləndirmiş,
iqtisadi, hüquqi, siyasi, mənəvi baxımdan inkişaf etdirmişdir. Bu gün dünya birliyinə daxil olan müstəqil, suveren
Azərbaycan Respublikası millətimizin dünyada yeganə dövləti olub bütün dünya azərbaycanlılarının həm mənəvi
pənahı, həm də məbədgahıdır. Odur ki, hər bir Azərbaycanlı tarixi Vətəninin, Azərbaycan dövlətinin taleyində iştirak
etməli, onun müstəqilliyi, inkişafı yolunda durmadan çalışmalı, fəaliyyət göstərməlidir. Azad, firavan, qüdrətli
Azərbaycan Respublikası bütün dünya Azərbaycanlıları üçün cazibə mərkəzidir. Hər bir azərbaycanlı onu da
bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi azad, müstəqil dövlət durur. Azərbaycanı özlərinin
tarixi Vətəni hesab edən insanlar Azərbaycan dövlətçiliyi ideyaları ətrafında birləşməli, ümummilli məsələlərdə
sarsılmaz həmrəylik nümayiş etdirməlidirlər. Xarici ölkələrdə təşkilatlanma prosesinin ilk mərhələsini yaşayan
azərbaycanlı icmalarının, mədəniyyət mərkəzlərinin və dostluq cəmiyyətlərinin imkanlarından geniş istifadə
olunmalıdır. Yaxın-uzaq ölkələrin tarixi əyani şəkildə sübut edir ki, mütəşəkkil icmalar halında dünyanın müxtəlif
ölkələrində yaşayan, məqsədyönlü fəaliyyət göstərən soydaşlar öz ölkələrinə böyük kömək göstərir, yaşadıqları
ölkələrlə tarixi Vətən arasında münasibətlərdə güclü amil kimi çıxış edirlər.
Bu sahədə bizim istifadə olunmamış zəngin potensialımız vardır və bu potensial mütləq hərəkətə
gətirilməlidir. Müstəqil Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal altındadır. Bir milyonadək soydaşımız öz
doğma yurdundan didərgin düşərək ağır qaçqın həyatı yaşamaqdadır. Qarabağ torpağı müqəddəs vətənimizin sadəcə
olaraq bir parçası deyil, eyni zamanda milli mədəniyyətimizin incilərini yaşadan mühüm mədəni-tarixi bölgədir. Bu
ərazidə cəmləşən nadir mədəniyyət, tarixi abidələrimiz, təkrarsız təbiət incilərimiz erməni işğalçıları tərəfindən
vəhşicəsinə dağıdılır, məhv edilir. Hər bir Azərbaycanlı xalqımıza qarşı erməni təcavüzü və Dağlıq Qarabağ
probleminin ədalətli həlli yolunda haqq səsini ən yüksək beynəlxalq kürsülərə ucaltmalı, yorulmadan çalışmalı,
yaşadığı dövlətin parlamentinə, hökumətinə, ictimaiyyətinə həqiqəti çatdırmalıdır. Yalnız bütün Azərbaycan
xalqının birgə səyi ilə münaqişənin ədalətli v əbeynəlxalq hüquq prinsipləri əsasında həllinə nail olmaq olar. Bu gün
Azərbaycan diasporunun formalaşması, təşəkkül tapması bilavasitə Azərbaycan dövləti və onun Prezidenti cənab
Heydər Əliyev tərəfindən dövlət səviyyəsində həyata keçirilir. 1991-ci ildən başlayaraq ilk dəfə onun təşəbbüsü ilə
Naxçıvanda sonra isə bütün Azərbaycan miqyasında hər il 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü
kimi xüsusi qeyd edilir. Bu bayram ərəfəsində bütün dünya azərbaycanlıları üçün xüsusi tədbirlər təşkil olunur,
qəbullar keçirilir və ölkə başçısının müraciəti səsləndirilir. 1994-cü ildən başlayaraq xarici ölkələrə səfərlər zamanı
- Fransada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da, Almaniyada, Rusiyada, Ukraynada, Polşada, Rumınyada,
Belçikada, Norveçdə, Bolqarıstanda və bir çox digər ölkələrdə yaşayan soydaşlarımızla maraqlanan, görüşlər keçirən
Azərbaycan Prezidenti cənab Heydər Əliyev xaricdə yaşayan həmvətənlərimizi daim milli ideya ətraftnda
birləşməyə, təşkilatlanmağa, icmalar, milli-mədəni cəmiyyətlər yaratmağa səsləyir. İnanırıq ki, 1993-cü ildən
başlayaraq bu günə qədər davam edən ardıcıl, məqsədyönlü, getdikcə genişlənən milli diaspor hərəkatı Dünya
Azərbaycanlılarının I Qurultayından sonra daha da güclənəcək, bu hərəkatın gerçək nəticələri, təşkilatlanma
səviyyəsi yüksələcəkdir.
Əziz soydaşlarımız!
Dünya azərbaycanlılarının qarşısında duran tarixi vəzifələr hər bir azərbaycanlım tarixi Vətəni-müstəqil
Azərbaycan Respublikası ilə fəxr etmək, onun həyatında yaxından iştirak etmək, sıx əlaqə saxlamaqla yanaşı,
yaşadığı ölkədə azərbaycançılığı ehtiva edən milli dəyərləri qorumaq, tanıtmaq, yaşatmaq, inkişaf etdirmək kimi
məsuliyyətə səsləyir. Bu, hər şeydən əvvəl, Azərbaycan dilinin qorunması, yaşadılması, soydaşlarımız arasında
təbliğ olunmasına aiddir. Dünya azərbaycanlıları buna yaşadıqları ərazilərdə məktəblər, təhsil və tərbiyə ocaqları,
mədəniyyət mərkəzləri açmaqla nail ola bilərlər.
89
Bundan başqa harada yaşamasından asılı olmayaraq sağlam milli adət və ənənələrin, mədəni dəyərlərin
qorunub saxlanılması, yeni nəsillərə ötürülməsi dünya azərbaycanlılarının mənəvi borcudur. Qurultayın gedişindən
və ölkə Prezidenti cənab Heydər Əliyevin nitqindən də göründü ki, müstəqil Azərbaycan Respublikası bu sahədə
dünya azərbaycanlılarına hər cür yardım göstərməyə bundan sonar da hazırdır.
Dünya Azərbaycanlılarının I Qurultayı sübut etdi ki, hər bir xalq, millət, yalnız mütəşəkkil olanda, birlik
nümayiş etdirəndə, həmrəy olanda güclüdür. Ümumi məqsədlər ətrafında birləşmək, təşkilatlanmaq, yaşadığı
dövlətdə icmalar, qurumlar, cəmiyyətlər şəklində bir-biri ilə sıx təmas qurmaq, siyasi və mədəni həyatda fəal iştirak
etmək dünya azərbaycanlılarının bundan sonrakı fəaliyyətində ən ümdə məsələ olmalıdır. Həm tarixi Vətənlə, həm
də özləri arasında qırılmaz əlaqələr yaratmaq, xaricdə yaşayan azərbaycanlıların və bütövlükdə Azərbaycan
diasporunun qarşısında duran tarixi vəzifələrdir. Harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı
olmayaraq bütün dünya azərbaycanlıları vahid bir xalqı, bir milləti, bir vətəni təmsil edir.
Əziz həmvətənlərimiz! Gəlin ümummilli ideya-müstəqil Azərbaycan dövlətçiliyi, vahid milli-mənəvi
dəyərlər, Azərbaycançılıq ideyası ətrafında daha da sıx birləşək! Yaşasın dünya azərbaycanlılarının sarsılmaz
həmrəyliyi və birliyi!
Müraciət Dünya Azərbaycanlılarının I Qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 10 noyabr 2001-ci il
90
Dünya Azərbaycanlılarının I qurultayının nümayəndələrinin
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə
MÜRACİƏTİ
Zati aliləri!
Dünya Azərbaycanlılarının I Qurultayının nümayəndələri dərin minnətdarlıq duyğularıyla Sizə müraciət
edirlər. Dünyanın hər tərəfindən bu tarixi məclisə yığılmış dünya azərbaycanlılarının nümayəndələri bugünkü
qurultayı Sizin tarixi xidmətiniz, xalqımız, millətimiz, Vətənimiz yolunda göstərdiyiniz növbəti fədakarlıq nümunəsi
hesab edir. Sizin təşəbbüsünüz sayəsində təşəkkül tapmış diaspor hərəkatı getdikcə genişlənərək, bu gün öz gerçək
bəhrələrini verməkdədir.
Bu gün müstəqil Azərbaycan Respublikasında yeridilən müdrik daxili və xarici siyasət nəticəsində dünya
birliyində layiqli yerini tutmuş, beynəlxalq aləmdə tanınmış, ölkənin iqtisadi və mənəvi-intellektual imkanları
Dünyaya açılmış, beynəlxalq sistemə inteqrasiya olunmuşdur. Qurultay münasibəti ilə dogma Azərbaycana səfər
müddətində tarixən az bir zaman kəsiyi-on il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərin bir çoxu ilə əyani
şəkildə tanış olduq. Biz burada möhkəm siyasi sabitliyin, demokratik, sivil, hüquqi dövlət quruculuğunun, intensive
iqtisadi inkişafın, düşünülmüş investisiya siyasətinin bəhrələrini öz gözlərimizlə gördük. Bütün bunlar bizi
sevindirir, qəlbimizdə müstəqil Azərbaycan üçün böyük iftixar və qürur hissi doğurur. Biz – dünya azərbaycanlıları
Azərbaycan Respublikasının yeritdiyi rəsmi daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik.
Möhtərəm Prezident! Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə aparılan iqtisadi və
hüquqi islahatlar, demokratikləşmə prosesləri, Azərbaycanın Qafqazda və bütün regionda mühüm siyasi qüvvəyə,
beynəlxalq iqtisadi layihələrin mərkəzinə çevrilməsi və qüdrətinin getdikcə artması Azərbaycanın dünya
sivilizasiyasına inteqrasiyasının sübutudur. Bu dünya azərbaycanlılarının da mütəşəkkilliyinin və həm- rəyliyinin
artmasına, onların Azərbaycan xalqına mənsubluq hissinin güclənməsinə və azərbaycançılıq ideyaları ətrafında daha
sıx birləşməsinə güclü təkan verəcəkdir. Biz əmin olduğumuzu bildiririk ki, Azərbaycan Respublikası həmişə bütün
dünya azərbaycanlılarının ümid və məhəbbətlə üz tutduğu müqəddəs məkan, onların layiqli təmsilçisi, beynəlxalq
hüquq normalarında əks olunmuş əsas insan hüquqları və azadlıqlarının müdafiəçisi və ifadəçisi olacaqdır.
Dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının dərdlərini, problemlərini öz dərdi kimi qəbul
edir. Biz Azərbaycan torpaqlarının 20 faizinin erməni qəsbkarları tərəfindən işğalı, bir milyonadək qaçqının ağır
şəraitdə yaşaması faktı ilə heç cür barışmır və buna qəti etirazımızı bildiririk. Erməni millətçilərinin Azərbaycan
xalqına qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti Azərbaycandövlətinin ardıcıl siyasi fəaliyyəti
sayəsində beynəlxalqaləmə çatdırılmış, təcavüzkar erməni millətçiləri ifşa olunmuşdur. Yaxın zamanda münaqişənin
ədalətli həllinə nail olunacağına da şübhə yoxdur. Bununla belə, dünya azərbaycanlıları bütün mümkün vasitələrdən
istifadə etməklə Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsi işində öz səylərini daim artıracaqlar. Möhtərəm
Prezident! Qurultay dünya azərbaycanlılarının fəaliyyətində yeni bir mərhələ açdı. Dünya azərbaycanlıları
Azərbaycan dövlətini qəti əmin edir ki, dəfələrlə bəyan olunan və qurultayın təsbit etdiyi məqsəd və vəzifələr -
ümumbəşəri dəyərləri mənimsəməklə yanaşı milli dəyərlərin qorunub-saxlanılması, Azərbaycan dilinin, adət və
ənənələrin, milli mədəniyyət və incəsənətin yaşadılması, inkişaf etdirilməsi, təbliğ olunması yolunda yorulmadan
çalışacaq, onların gələcək nəsillərə ötürülməsi üçün öz səylərini əsirgəməyəcəklər.
Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icmalarına zərbaycançılıq ideyaları ətrafında birləşməsini, onların
həmrəyliyinin möhkəmləndirilməsini, müstəqil AzərbaycanRespublikasıiləəlaqələrinin genişləndirilməsini,
Azərbaycan diasporunun daha mütəşəkkil qüvvəyə çevrilməsini dünya azərbaycanlıları özünün amalı, vətəndaşlıq
borcu hesab edir. Möhtərəm Prezident! Biz-Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçıları müstəqil
Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir, onun beynəlxalq aləmdə qazandığı
nüfuzundan böyük qürur və iftixar hissi duyaraq bəyan edirik ki, müstəqillik, milli birlik, həmrəylik amallarına,
ümumbəşəri və milli dəyərlərə əsaslanan azərbaycançılıq ideyalarının bərqərar olması naminə bütün səylərimizi
səfərbər edəcəyik.
Müraciət Dünya Azərbaycanlılarının I Qurultayında qəbul olunmuşdur
Bakı şəhəri, 10 noyabr 2001-ci il
91
Rusiyadakı Azərbaycan ictimai təşkilatlarının bəyanatı
Rusiyadakı Azərbaycan diasporunu öz şəxsi məqsədləri naminə daxildən parçalamağa çalışan və Ayaz
Mütəllibovun ətrafına toplaşan antiazərbaycan dairələrin bir qrup nümayəndəsi üzdəniraq “Həmyerlilər birliyi”
yaratmaq məqsədi ilə mayın 12-də Moskvada “qurultay” keçirmişlər. Bu, Rusiya Federasiyasında yaşayan həqiqi
vətənpərvər soydaşlarımızı təmsil edən ictimai təşkilatlar tərəfindən haqlı olaraq kəskin etirazla qarşılanmışdır.
Həmin təşkilatların bununla bağlı bəyanatını oxuculara təqdim edirik.
RUSİYADAKI AZƏRBAYCAN İCTİMAİ TƏŞKİLATLARININ BƏYANATI
“Rusiya Azərbaycanlılarının Həmyerlilər Birliyi” deyilən “Ümumrusiya ictimai təşkilatı”nın mayın 12-də
Moskvada təsis qurultayının keçirilməsi ilə əlaqədar Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlılarının
Federal Milli-Mədəni Muxtariyyəti (FMMM), “Ocaq” Azərbaycan mədəniyyəti cəmiyyəti, Moskvadakı
“Azərbaycan” təşkilatı aşağıdakıları bəyan etməyi zəruri bilir:
Hazırda təşkilatlarımız Rusiya Federasiyasının 80 subyektində fəaliyyət göstərən və səylərini Azərbaycan
diasporunu sıx birləşdirməyə və təşkilati cəhətdən möhkəmlətməyə yönəldən 100-dən artıq Azərbaycan ictimai
təşkilatını birləşdirir.
Konqres və FMMM özlərini əsl ümumrusiya təşkilatları kimi göstərmiş və Azərbaycan diasporu üçün adət
halını almış ikitirəlik və ziddiyyətlər əvəzinə, Rusiya azərbaycanlılarının hüquq və azadlıqlarının qorunmasına,
Rusiya dövlətçiliyinin möhkəmlənməsi işində onların rolunun yüksəldilməsinə dair əməli proqram təklif etmiş və
onu həyata keçirməyə başlamışlar.
Belə bir şəraitdə ayrı-ayrı dairələrin Rusiya azərbaycanlılarının ictimai-siyasi təşkilatı olmaq iddiasına düşən
üzdəniraq “Həmyerlilər birliyi” yaratmaq üçün göstərdiyi səylər haqlı olaraq təəssüf doğurmaya bilməz. Azərbaycan
diasporunun təşəkkül tapmaqda olduğu indiki mürəkkəb şəraitdə, ümumi mənafelərimiz Rusiyadakı bütün
Azərbaycan cəmiyyətləri və təşkilatlarını vahid fəaliyyət proqramının həyata keçirilməsi çərçivəsində həqiqətən sıx
birləşdirməyi, onların fəal surətdə əlbir işləməsini tələb etdiyi bir vaxtda azərbaycanlıların birliyi yolunda maneələr
yaradılır. Üzdəniraq “Həmyerlilər birliyi” yaratmaq cəhdini ancaq belə qiymətləndirmək olar. Ondan cürbəcür siyasi
avantüristlər mütləq öz şəxsi niyyətlərini həyata keçirmək üçün və nəticə etibarilə azərbaycanlıların birliyi ideyasının
özünü gözdən salmaq üçün istifadə edəcəklər.
Bununla əlaqədar Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni
Muxtariyyəti, “Ocaq” Azərbaycan mədəniyyəti cəmiyyəti, Moskvadakı “Azərbaycan” təşkilatı vahid və güclü
Azərbaycan diasporu yaradılmasını ürəkdən istəyən bütün həmvətənləri, o cümlədən üzdəniraq “təsis qurultayı”nın
iştirakçılarını həmrəylik və sıx birlik ideyası əsasında birləşməyə, Azərbaycan diasporu qarşısında duran mürəkkəb
vəzifələri və problemləri həll etməyə qadir olduqlarını öz konkret işləri ilə sübuta yetirməyə çağırırlar.
M.Əliyev
Ümumrusiya Azərbaycan Konqresinin
prezidenti
S.Sadıqov
Rusiya Azərbaycanlılarının Federal Milli-
Mədəni Muxtariyyətinin sədri
T.Məlikov
“Ocaq” Azərbaycan mədəniyyəti cəmiyyətinin
sədri
O.Hüseynov
Moskvadakı “Azərbaycan” təşkilatının
sədri16.05.2002
14 may 2002
92
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti
soydaşlarımızı ruhlandırmışdır
Kanada-Azərbaycan əməkdaşlığı təşkilatı bu ölkədə yaşayan soydaşlarımız adından Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə müraciət göndərmişdir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Kanadadakı həmvətənlərimiz dövlətimizin başçısı İlham
Əliyevin dünya azərbaycanlılarına ünvanladığı müraciətdən çox məmnundurlar. Soydaşlarımız müraciətdə səslənən
fikirlərin və ideyaların onların gələcək fəaliyyətlərinə stimul verdiyini bildirirlər. Kanadanın Mak Master
Universitetinin riyaziyyat və statistika departamentinin professoru İlham Axundov komitəyə göndərdiyi müraciətdə
yazır ki, bu ölkədə yaşayan soydaşlarımız ümummilli liderimiz Heydər Əliyevin yolunu inamla davam etdirən
Prezident İlham Əliyevi dəstəkləyirlər.
Kanadada yaşayan soydaşlarımız Dövlət Komitəsi vasitəsilə təkcə tarixi Vətənləri olan Azərbaycanda deyil,
bütün dünya ölkələrindəki azərbaycanlıları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə
təbrik etdiklərini yazırlar.
30 dekabr 2003
93
Dünya Azərbaycanlıları Konqresi BMT-yə müraciət etdi
Qurum dünya birliyini Azərbaycanın güneyində baş verənlərə və erməni işğalına göz yummamağa çağırır.
Xəbər verdiyimiz kimi, fevralın 27-dən 29-dək Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları
Konqresinin (DAK) VII qurultayı keçirilib. Qurultayda iştirak edən qurumun köhnə və yeni İdarə Heyətinin
üzvü Vaqif Sultanlı artıq Bakıya qayıdıb. V.Sultanlı qurultayın yüksək səviyyədə keçdiyini deyib: "Hətta mən
deyərdim ki, bu, DAK-ın indiyədək keçirilən ən möhtəşəm qurultaylarından biri oldu. Qurultay çox yüksək
səviyyədə təşkil olunmuşdu". Qurultayda dünyanın bir sıra ölkələrində yaşayan soydaşlarımız, eləcə də
Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi qurumların nümayəndələri, ziyalılar, Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və digərləri iştirak ediblər. V.Sultanlının
sözlərinə görə, qurultayda əsasən dörd məsələ müzakirə olunub. Qurultayda güneydə baş verənlər, Dağlıq Qarabağ
problemi, Azərbaycanda baş verən ictimai-siyasi proseslər, Azərbaycan diasporunun təşkilatlanması, eləcə də türk
dünyası ilə əlaqə və inteqrasiya məsələləri müzakirəyə çıxarılıb. O bildirib ki, ilk dəfə olaraq DAK müzakirəyə
çıxarılan hər bir məsələ ilə bağlı ayrıca qətnamə qəbul edib. Qurultayda həmçinin Xocalı faciəsinin ermənilər
tərəfindən törədilməsi, faciə ilə bağlı həqiqətlərin dünya ictiamiyyətinə çatdırılması ilə bağlı da qətnamə qəbul
olunub. V.Sultanlı deyib ki, ən önəmli məsələlərdən biri DAK-ın adından güney məsələsi və Dağlıq Qarabağ
problemi ilə bağlı müraciət qəbul edilməsidir. DAK-ın BMT-yə ünvanladığı müraciətdə Azərbaycanın
güneyində yaşayan soydaşlarımızın hüquqlarının İran rejimi tərəfindən tapdandığı, onların öz ana dillərində
oxuyub-yazmaq hüququndan məhrum edildikləri öz əksini tapıb. Qurultay iştirakçıları bildiriblər ki, dünya
birliyi İran rejiminin bu əməllərinə göz yummamalıdır. Müraciətdə həmçinin qeyd olunub ki, Azərbaycan
torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub və ermənilərin işğalçı siyasəti nəticəsində 1 milyona
yaxın azərbaycanlı öz yurd-yuvalarından didərgin düşüb. Müraciət müəllifləri həmçinin Ermənistanın Dağlıq
Qarabağ probleminin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1992-ci ildə qəbul etdiyi qətnaməyə məhəl
qoymadığını vurğulayıblar. Qurultay iştirakçıları qeyd ediblər ki, BMT Ermənistanın qeyd-şərtsiz həmin
qətnamələrdən irəli gələn tələbləri yerinə yetirməsini təmin etməlidir. Onlar həmçinin Azərbaycanda baş verən
ictimai-siyasi proseslərlə bağlı bəyanat qəbul ediblər.
V.Sultanlının sözlərinə görə, daha sonra qurumun rəhbər orqanlarına seçkilər keçirilib. DAK İdarə Heyətinə
regional prinsip əsasında keçirilən seçkilərdə Azərbaycana üç yer ayrılıb. Ümumilikdə isə İdarə Heyətinə 13
nəfər seçilib. Qeyd edək ki, qurultaya qədər də DAK İdarə Heyəti 13 nəfərdən ibarət idi. Qurumun köhnə
üzvləri yenidən İdarə Heyətinə üzv seçiliblər. Cavad Derəxti isə yenidən DAK İdarə Heyətinin sədri olub.
"525-ci" qəzet 03 mart 2004
94
«Avropa Azərbaycanlıları Konqresi»nin təsis toplantısı iştirakçılarının prezident İlham Əliyevə müraciəti
Zati aliləri, cənab Prezident!
Biz, «Avropa Azərbaycanlıları Konqresi»nin (AAK) təsis toplantısının iştirakçıları 2004-cü il 17 aprel
tarixində Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində toplanaraq Azərbaycan diaspor
quruculuğunun çağdaş durumunu və gələcək perspektivlərini geniş müzakirə etdik. Bütün toplantı iştirakçılarının
fikri bir məsələdə tam yekdil oldu ki, bu gün dünya azərbaycanlılarının ümummilli ideya – azərbaycançılıq,
müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi uğurla davam edir. Biz, xarici ölkələrdə
yaşayan azərbaycanlılar, doğma vətənimizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin, iqtisadi yüksəlişin,
başlanmış siyasi kursun davamlı olmasını istəyir, hər sahədə Azərbaycana xidmət etməyə və Sizin fəaliyyətinizi
dəstəkləməyə hazır olduğumuzu bəyan edirik.
Möhtərəm Prezident!
Toplantı iştirakçıları hesab edir ki, dünyanın müxtəlif güşələrində fəaliyyət göstərən Azərbaycan
cəmiyyətlərinin təşkilatlanma prosesinin geniş vüsət alması və birgə iş birliyi naminə icma və birliklərin
Azərbaycan federasiyaları şəklində formalaşdırılması artıq günün tələbinə çevrilmişdir. Toplantı iştirakçıları
Avropada fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin mövcud imkanlarını, qayğı və problemlərini də
geniş müzakirə edərək, belə bir ortaq fikrə gəldilər ki, Avropa ölkələrində məskunlaşmış soydaşlarımızın
tarixi Vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi
birliyin və həmrəyliyin təmin olunması, onların milli, sosial və vətəndaş hüquqlarının müdafiəsi, milli-mənəvi
dəyərlərin birgə qorunması və Azərbaycan icma və birliklərinin regionda fəaliyyətlərinin əlaqələndirilməsi
məqsədi ilə «Avropa Azərbaycanlıları Konqresi»ni təsis etsinlər. Toplantı iştirakçıları əminliklə qeyd etdilər ki,
vətənin hüdudlarından kənarda olan Azərbaycan icmalarının birliyi ideyasının gerçəkləşməsi yalnız Ümummilli
liderimiz Heydər Əliyevin milləti və dövləti dirçəltmək naminə apardığı böyük və müqəddəs işə ürəkdən inamları
sayəsində mümkün olmuşdur.
Sizi əmin edirik ki, «Avropa Azərbaycanlıları Konqresi» doğma Vətənimizin şərəf və ləyaqətini həmişə
yüksək tutacaq və quruma daxil olan Azərbaycan icma və birliklərinin xətti ilə Azərbaycan həqiqətlərini,
müxtəlif sahələrdə əldə etdikləri uğurları, təmsil etdikləri ölkə əhalisinə və eləcə də dünya ictimayyətinə
çatdıracaq, Azərbaycanın iqtisadi qüdrətinin inkişaf etməsi yolunda fəal iştirak edəcəklər. «Avropa
Azərbaycanlıları Konqresi» bütün azərbaycanlıları bir araya gətirmək istiqamətində öz fəaliyyətlərini bundan
sonra daha da genişləndirəcək və soydaşlarımızın həyatında mühüm əhəmiyyət kəsb edən digər problemlərin
həllinə öz töhfəsini verəcəklər
AzərTAc
26 aprel 2004
95
Amsterdamda Azərbaycan diasporunun konfransı keçirilib
Konfransda Ermənistanın təcavüzkar siyasəti ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
Niderland Krallığının Amsterdam şəhərində bu ölkədəki Azərbaycan icma və birliklərinin fəaliyyəti, müasir
durumu, qayğı və perspektivlərinə həsr edilmiş konfrans keçirilib. Konfrans Azərbaycan-Niderland Dostluq
Cəmiyyətinin təşəbbüsü ilə baş tutub. Toplantıda Avropa ölkələrində fəaliyyət göstərən bir sıra Azərbaycan
diaspor təşkilatlarının rəhbərləri də iştirak ediblər. Azərbaycanın Dövlət Himni səsləndikdən və Xocalı soyqırımı
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra diaspor quruculuğunun problem və perspektivləri
ətrafında müzakirələr aparılıb. Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin təsisçisi Sahil Qasımov giriş nitqi ilə
çıxış edərək konfransın məqsəd və məramı barədə ətraflı məlumat verib. Avropa Azərbaycanlıları Konqresinin
prezidenti Bahəddin Kaya, "Belçika-Azərbaycan Evi"nin sədri Bülənt Gürcam, Azərbaycan Türk Kültür
Mərkəzinin sədri Cəlal Qaragöz, həmin mərkəzin nümayəndəsi İlham Aşqın, Azərbaycan-Niderland Dostluq
Cəmiyyətinin mədəniyyət şöbəsinin müdiri Sultan Mustafayev, Avropa Qafqaz Elm və Mədəniyyət Mərkəzinin
sədri Gülşən Kazımova, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Ofelya Babayeva, "Roterdam Azeri-
United" təşkilatının sədri Tofiq Hacılı və Avropa-Azərbaycan Mərkəzinin sədri Fatma Əliyeva məruzə ilə çıxış
ediblər.
Azərbaycan diasporunun problem və perspektivlərinə həsr olunmuş praktik konfransda erməni diasporunun və
lobbisinin ölkəmiz əleyhinə apardığı təbliğatın qarşısının alınması istiqamətində görüləcək işlər barəsində də
ətraflı müzakirə aparılıb. Avropa ölkələrində, o cümlədən Niderland Krallığında Azərbaycanla bağlı dolğun
təsəvvürlərin formalaşdırılması, Ermənistanın ölkəmizə təcavüzü barədə Avropa ictimaiyyətinin obyektiv şəkildə
məlumatlandırılması məsələləri də diqqət mərkəzində saxlanılıb.
Çıxış edənlər Azərbaycan həqiqətlərinin bütün Avropa ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq
siyasətinin beynəlxalq miqyasda ifşa olunması üçün diaspor təşkilatlarımızın vahid ideya ətrafında
birləşdirilməsinin zəruriliyini qeyd ediblər. Xocalı soyqırımının 13-cü ildönümünün yaxınlaşması ilə əlaqədar
Azərbaycan icma və birliklərinin həyata keçirəcəyi tədbirlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Azərbaycan diaspor təşkilatlarının eyni vaxtda bir neçə tədbir keçirməsi planlaşdırılan
aksiyaların effektliliyini aşağı sala bilər və buna görə də bu cür etiraz tədbirlərinin koordinasiya edilmiş
formada, sistemli şəkildə keçirilməsi istiqamətində müəyyən işlər aparmaq lazımdır.
Konfransda iştirak edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri
Nazim İbrahimov bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəyini
qeyd edib və Azərbaycan hökumətinin xaricdəki diaspor təşkilatlarının fəallığını artırmaq üçün tələb olunan bütün
zəruri addımları atmağa, hər cür kömək göstərməyə hazır olduğunu bildirib. Dövlət Komitəsinin sədri son illərdə
diaspor təşkilatlarının fəaliyyətində müşahidə edilən canlanmanı yüksək qiymətləndirdiyini vurğulayaraq,
həmvətənlərimizin vahid ideya və məqsəd ətrafında təşkilatlanmasının böyük əhəmiyyət kəsb etdiyini deyib. O,
Qarabağ probleminin bütün dünya Azərbaycanlıları üçün ümummilli əhəmiyyət daşıdığını xüsusi vurğulayaraq bu
məsələnin həllində hər bir həmvətənimizin fəal iştirakının vacib olduğunu söyləyib. Konfransın sonunda Benülüks
ölkələrindəki Azərbaycan icma və birlikləri adından Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bəyanat qəbul
olunub. Qeyd edək ki, həmin bəyanat Avropa ölkələrində yerləşən bütün beynəlxalq təşkilatlara göndəriləcək.
Bundan başqa konfrans iştirakçıları Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatlarına müraciət də ünvanlayıb. Həmin müraciətdə diasporun yalnız milli maraqlara xidmət etməsinin
vacibliyi önə çəkilir.
N. Bayramlı
“Yeni Azərbaycan”, 24 Fevral 2005-ci il
96
İstanbulda təsis edilmiş Türkiyə-Azərbaycan Zəngəzur türklərinin həmrəylik və mədəniyyət dərnəyi
Azərbaycan Prezidentinə və Türkiyənin Baş Nazirinə müraciət qəbul etmişdir
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İstanbulda Türkiyə-Azərbaycan Zəngəzur Türkləri Həmrəylik
və Mədəniyyət Dərnəyinin təsis yığıncağı olmuşdur.
Əslən qədim Azərbaycanın Zəngəzur mahalından olan ziyalıların – professorlar Cəlal Erbay, Əlikram
Ələkbərov, Mehmet Zeki Ulusoyun və digərlərinin iştirak etdiyi yığıncaqda Azərbaycan Prezidenti İlham
Əliyevə və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət qəbul olunmuşdur.
Müraciətdə bildirilir ki, dərnək Anadolunun türk dünyasına əsas keçidi olan Zəngəzur torpaqları,
ermənilərin və onların havadarlarının xalqımızın başına gətirdikləri müsibətlər haqqında həqiqətləri dünya
ictimaiyyətinə çatdıracaqdır.
AzərTAc
12 Oktyabr, 2006
97
Dünya Azərbaycanlılarının II Qurultayının bütün
Dünya Azərbaycanlılarına müraciəti
Əziz həmvətənlər!
Hörmətli soydaşlarımız!
Xalqımız bütün tarixi boyu milli birlik və həmrəylik arzuları ilə yaşamışdır. Lakin dünya
azərbaycanlılarının təşkilatlanması, onların həmrəyliyinin güclənməsi müstəqil Azərbaycan Respublikası və
ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların milli
birlik və həmrəylik hisslərinin güclənməsi, onların ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında sıx
birləşməsi üçün daim geniş fəaliyyət göstərmiş, özünün bütün bilik və bacarığını sərf etmişdir. O, hələ Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, 1991-ci il dekabrın 16-da ilk dəfə rəsmi olaraq 31 dekabrı
dünya azərbaycanlılarının həmrəylik və milli birlik günü elan etmiş, sonrakı illərdə isə Azərbaycan xalqının,
bütün dünya azərbaycanlılarının milli bayramına çevrilməsi üçün xüsusi səy göstərmişdir. Bir toplum kimi dünya
azərbaycanlıları qarşısında duran vəzifələr Heydər Əliyev tərəfindən aydın və dəqiq müəyyənləşdirilmişdir.
Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, ilk növbədə, öz milli kimliklərini dərk və hifz etməli, Azərbaycanın
dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmalı və inkişaf etdirməlidirlər. Bu, bütün dünyada
yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərtidir. Digər mühüm istiqamət dünya
azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, bu əlaqələrin hüquqi, siyasi,
ictimai və mədəni əsaslarının gücləndirilməsidir.
Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin,
cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət hiss etməlidir. Eyni zamanda,
Azərbaycan hökuməti də Vətənimizin getdikcə artan maddi və mənəvi gücündən, siyasi nüfuzundan bütün dünya
azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların hüquqlarının qorunması üçün istifadə etməlidir.
Azərbaycan diasporunun təşkilatlanması, Vətənlə əlaqələrinin möhkəmlənməsi üçün Heydər Əliyev sözün tam
mənasında coşqun fəaliyyət göstərmişdir. Azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və
arzulardan əməli iş səviyyəsinə qaldırılmış, dövlət siyasətinin ən mühüm istiqamətlərindən birinə çevrilmişdir.
2001-ci ilin noyabrında Dünya azərbaycanlılarının I qurultayının yüksək səviyyədə keçirilməsi və Azərbaycan
rəhbərliyinin sonrakı məqsədyönlü siyasəti müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və
fəallığının artmasına, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə gətirib çıxarmışdır. I qurultaydan ötən
dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin məzmunca zənginləşdirilməsi, təşkilati-hüquqi əsaslarının
təkmilləşdirilməsi üçün çox iş görülmüşdür. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi
yaradılmış, soydaşlarımızla bağlı dövlət siyasətini tənzimləyən ayrıca qanun qəbul edilmişdir. Azərbaycanlıların
təşkilatlanması işi daha da güclənmiş, milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən,
Azərbaycan xalqına və dövlətinə bağlılıq hissinə əsaslanan azərbaycançılıq ideyası bütün dünyada yaşayan
həmvətənlərimiz arasında geniş yayılmışdır. İndi xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin
həyata keçirilməsində, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələ
yaşanmaqdadır. Bu, bir tərəfdən, Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclənməsi, onun regionda lider
dövlətə çevrilməsi, beynəlxalq nüfuzunun artması ilə, digər tərəfdən isə, xaricdə yaşayan azərbaycanlılarla işin
keyfiyyətinin yüksəlməsi, qarşıya yeni vəzifələrin qoyulması ilə əlaqədardır. Müxtəlif ölkələrdə fəaliyyət
göstərən icma və qurumlar tədricən vahid mərkəzlərdə birləşir, soydaşlarımız artıq qitələr üzrə təşkilatlanmağa
başlayırlar. Hazırda Azərbaycan dövləti öz qarşısına həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi,
yaşadıqları ölkələrdə təsirli qüvvəyə çevrilməsi, dünya azərbaycanlılarının taleyi üçün məsuliyyət daşıması kimi
vəzifələr qoyur. Buna görə də azərbaycanlı icmalarının yaşadıqları ölkələrin müxtəlif hakimiyyət və ictimai
strukturlarında layiqli təmsil olunması və aparıcı dövlətlərdə nüfuzlu Azərbaycan lobbisinin formalaşdırılması
Azərbaycan Respublikasının və xaricdə yaşayan soydaşlarımızın qarşısında duran mühüm vəzifələrdəndir.
Azərbaycanın milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin qorunub saxlanması və təbliğ edilməsi,
mədəniyyət, hüquq-müdafiə mərkəzlərinin yaradılması və onların səmərəli fəaliyyət göstərməsi üçün
məqsədyönlü, müntəzəm tədbirlər həyata keçirilməlidir. Azərbaycanlı icmalarının yaşadıqları ölkələrin kütləvi
informasiya vasitələri ilə əlaqələri gücləndirilməli, soydaşlarımız üçün müntəzəm surətdə kütləvi-mədəni tədbirlər
təşkil olunmalıdır. Eyni zamanda, soydaşlarımızın Azərbaycanın iqtisadi və ictimai-mədəni həyatında real
iştirakı təmin edilməli, məskunlaşdıqları ölkələrlə tarixi Vətən arasında əlaqə və münasibətlərin
möhkəmləndirilməsində onların rolu artırılmalıdır. Azərbaycana dost münasibətdə olan icmalar, ayrı-ayrı dövlət,
elm və mədəniyyət adamları, ictimai təşkilatların nümayəndələri ilə əlaqələr yeni səviyyəyə qaldırılmalı,
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın maraqlarının ayrı-ayrı ölkələrdə
və beynəlxalq qurumlarda müdafiəsi üçün bu əlaqələrdən bacarıqla istifadə edilməlidir.
98
Xaricdə yaşayan azərbaycanlılar həmçinin məkrli erməni təbliğatının planlarını və fitnə-fəsadlarını vaxtında
ifşa etməli, tariximizi və mədəni irsimizi saxtalaşdırmaq, dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin
qarşısını daha qətiyyətlə almalıdırlar. Onlar bu məsələdə fəal mövqe tutmalı, öz fəaliyyətlərini Azərbaycanın
müvafiq təşkilatları ilə əlaqələndirməlidirlər.
Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir, ölkələrin ictimai- siyasi
həyatına onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edilməlidir ki, Müstəqil Dövlətlər
Birliyi ölkələrində, Avropada, Asiyada, Amerikada çoxsaylı azərbaycanlı icmaları və cəmiyyətləri əvvəlki
dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları,
istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq
lazımdır.
İndi dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, onların ümummilli
ideyalar ətrafında sıx birləşməsi üçün daha əlverişli şərait yaranmışdır. Azərbaycan Respublikası beynəlxalq
münasibətlər sistemində layiqli yer tutur, dünya birliyinə qəti şəkildə inteqrasiya olunur, həyatın bütün
sahələrini qabaqcıl dünya meyarlarına uyğunlaşdırır. 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkiləri
Azərbaycan cəmiyyətinin demokratik inkişaf yolu ilə inamla irəlilədiyini bir daha sübut etmişdir.
2005-ci ildə Azərbaycan iqtisadiyyatı ən yüksək inkişaf templərinə malik olmuşdur. Ümumi daxili məhsulun
həcmi 26 faizdən çox artmış və bu göstəriciyə görə ölkəmiz dünyada birinci yeri tutmuşdur. Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli istiqamətində
səylər gücləndirilmişdir, bu istiqamətdə yeni imkanlar axtarılır. Dövrümüzün nəhəng enerji layihələri olan Bakı-
Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin 2006-cı ildə istismara verilməsi,
Qars-Tbilisi-Bakı dəmir yolunun reallaşdırılmaqda olan çəkilişi bütün regionun simasını dəyişəcək və dünya
azərbaycanlıları qarşısında yeni imkanlar açacaqdır. Qazanılan uğurlar həm ölkə daxilində, həm də xaricdə
yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə əlverişli şərait yaratmış, onların tarixi
Vətənlə bağlılığına yeni stimul vermişdir.
Bütün bu nailiyyətlər göstərir ki, Azərbaycan düz yoldadır, onun daxili və xarici siyasəti davamlı və
dayanıqlı inkişaf üçün başlıca şərtdir. Azərbaycanın sürətlə artan potensialı bütün problemlərimizin həllində, o
cümlədən dünya azərbaycanlıları ilə bağlı vəzifələrin həyata keçirilməsində güclü amil olacaqdır.
Əziz azərbaycanlılar!
Hörmətli soydaşlar!
Qurultay sizə müraciət edərək qəbul olunmuş qərarların yerinə yetirilməsi üçün bütün imkanlarınızdan
istifadə etməyə, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının həyata keçirilməsi üçün öz
qüvvələrinizi birləşdirməyə çağırır, hər birinizə cansağlığı, firavanlıq, əmin-amanlıq və Vətənimizin tərəqqisi
yolunda uğurlar arzulayır.
Müraciət Dünya azərbaycanlılarının II qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 16 Mart 2006-cı il
99
Dünya Azərbaycanlılarının II Qurultayı nümayəndələrinin
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti
Zati-aliləri!
Dünya azərbaycanlılarının I qurultayında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə qiymət vermək,
gələcək fəaliyyətimizin yeni istiqamətlərini müəyyənləşdirmək məqsədilə növbəti ali məclisimizin
keçirilməsinə yüksək səviyyədə dəstək verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Görülmüş işləri təhlil etdikdə bir daha əmin oluruq ki, qloballaşan dünyada ümumbəşəri dəyərlərə
yiyələnməklə yanaşı, milli varlığımızı qoruyub saxlamaq, mədəniyyətimizi, dilimizi və adət-ənənələrimizi gələcək
nəsillərə ötürmək, azərbaycançılıq ideyası ətrafında sıx birləşərək güclü diaspor hərəkatı formalaşdırmaq üçün
başlıca şərt müstəqil dövlətimizin - Azərbaycan Respublikasının qorunması və daha da gücləndirilməsidir. Bu
baxımdan Sizin rəhbərliyiniz altında Vətənimizin qazandığı uğurlar hər birimizin qəlbində böyük iftixar hissi
doğurur, xalqımızın işıqlı gələcəyinə ümidlərimizi artırır.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin uğurla davam
etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf yoluna çıxaraq Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmişdir.
Ölkədə hökm sürən ictimai-siyasi sabitlik və demokratiyanın inkişafı sosial-iqtisadi və hüquqi islahatların
dərinləşdirilməsinə əlverişli imkan yaratmışdır.
Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəyə daxil olan vəsaitlərin şəffaf şəkildə idarə
olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkə infrastrukturlarının yenidən qurulması, vətəndaşların
hüquq və azadlıqlarının ardıcıl təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qüdrətini artırmaqla yanaşı,
beynəlxalq nüfuzunu da yüksəltmişdir. İndi Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuş, insan hüquq və
azadlıqlarına dönmədən əməl edən, aydın inkişaf perspektivlərinə malik ölkə imicini qazanmışdır.
Sosial-iqtisadi və ictimai-siyasi sahədə qazanılmış uğurlar ölkə daxilində milli birliyin möhkəmlənməsinə
təkan vermiş, xaricdə fəaliyyət göstərən azərbaycanlı icmalarının potensialını milli maraqlarımızın müdafiəsinə
cəlb etmək üçün əlverişli şərait yaratmışdır.
Möhtərəm Prezident!
Qurultay nümayəndələri xaricdə yaşayan azərbaycanlıların birliyinin təmin olunması, onların hüquq və
mənafelərinin qorunması istiqamətində Sizin gördüyünüz işləri yüksək qiymətləndirir və müdafiə edirlər.
Qurultay nümayəndələri Sizin səsləndirdiyiniz "Azərbaycanın qarşısında bu gün Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir ciddi problem qalmamışdır" fikri ilə tam razıdırlar. Biz bu
problemin həlli yönündə atdığınız addımları dəstəkləyir və bəyan edirik ki, heç vaxt torpaqlarımızın Ermənistan
tərəfindən işğal olunması, bir milyona qədər soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşaması faktı ilə
barışmayacaq, bundan dövlətimizə qarşı təzyiq vasitəsi kimi istifadə olunmasına yol verməyəcəyik.
Təqdirəlayiq haldır ki, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti sayəsində son illər dünya ictimaiyyəti
və beynəlxalq təşkilatlar ölkəmizlə bağlı bəzi həqiqətləri anlamağa və etiraf etməyə başlamışlar. İslam
Konfransı Təşkilatı və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən işğalı faktının tanınması, bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, ATƏT-
in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq məskunlaşdırılmasını
təsdiqləməsi Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik
nailiyyətlərdir.
Biz münaqişəni sülh yolu ilə nizama salmaq üçün ATƏT-in Minsk qrupu və Praqa prosesi çərçivəsində
aparılan danışıqlara böyük ümidlər bəsləyirdik. Lakin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqe tutması
ucbatından danışıqlar prosesinin indiyədək heç bir nəticə verməməsi hər birimizi dərindən narahat edir. Qurultay
nümayəndələri yaranmış vəziyyətdə Sizin ən doğru qərar verəcəyinizə inanır və zati-alilərinizi əmin edirlər ki,
dünya azərbaycanlılarını bu qərarın dəstəklənməsinə səfərbər edəcəklər.
Cənab Prezident!
Sizin çıxışınızda səslənən fikir və tövsiyələr, II qurultayın qəbul etdiyi qərarlar Azərbaycan diaspor
hərəkatının gələcək inkişafına mühüm təsir göstərəcəkdir. Biz qurultayın irəli sürdüyü vəzifələrə uyğun olaraq
milli mənafelərimizin qorunması üçün bütün səylərimizi birləşdirəcəyik. Ümidvarıq ki, bu vəzifələrin
gerçəkləşdirilməsi yolunda Siz, həmişə olduğu kimi, bundan sonra da Azərbaycan dövlətinin imkanlarından
geniş istifadə edəcəksiniz. Möhtərəm Prezident! Dünya azərbaycanlılarının II qurultayının bütün iştirakçıları
müstəqil Azərbaycan Respublikasının nail olduğu uğurları yüksək qiymətləndirir, Azərbaycan diasporunun
gücləndirilməsi üçün gördüyünüz işləri alqışlayır, azərbaycançılıq ideyalarının daim yaşaması və hər bir
azərbaycanlının həyat normasına çevrilməsi naminə səylərini əsirgəməyəcəklərini bəyan edirlər. Müraciət Dünya
azərbaycanlılarının II qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 16 Mart 2006-cı il
100
Dünya Azərbaycanlılarının II Qurultayının Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciəti
Dünya azərbaycanlılarının II qurultayının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət
başçılarına müraciəti
Hörmətli xanımlar və cənablar!
Biz - Dünya azərbaycanlılarının II qurultayının nümayəndələri böyük inam və ehtiram hissi ilə sizə müraciət
edərək bildiririk ki, qonşu Ermənistanın Azərbaycana qarşı 18 il əvvəl başlanmış və bu günədək davam
edən hərbi təcavüzü Qafqaz regionunda sülh və sabitlik üçün böyük təhlükəyə çevrilmiş, münaqişə nəticəsində
Azərbaycan ərazilərinin 20 faizi işğal olunmuş, 1 milyona yaxın insan doğma torpaqlarından didərgin salınaraq
qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.
Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan
Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam edir, öz silahlı
qüvvələrini işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmaq istəmir. Təcavüzkarın aqressiv separatizmi
dəstəkləməsi və davakar millətçilik siyasətindən əl çəkməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə nizamlanması yolunda başlıca maneədir. "Böyük Ermənistan" xülyası ilə yaşayan
erməni millətçilərinin qəsbkarlıq planlarının, azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımı
siyasətinin yüz illərlə ölçülən tarixi vardır. XIX əsrin əvvəllərindən etibarən ermənilər bəzi xarici dövlətlər
tərəfindən məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına köçürülmüş, soydaşlarımızın həmin ərazilərdən
sıxışdırılıb çıxarılması prosesi başlanmışdır.
Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti Sovet İttifaqının dağıldığı illərdə daha da güclənmişdir.
1988-ci ildən etibarən açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın hərbi təcavüzünün
miqyası sürətlə genişlənmiş, Dağlıq Qarabağın inzibati hüdudlarından kənara çıxaraq Azərbaycanın digər
ərazilərinin işğalı ilə nəticələnmişdir.
Ermənistanın Azərbaycana hərbi təcavüzü böyük insan tələfatı, ağır maddi və mənəvi itkilərə səbəb
olmuşdur. 1992-ci ilin fevralında azərbaycanlıların ən qədim tarixi məskənlərindən biri olan Xocalı şəhəri
erməni silahlı qüvvələri tərəfindən amansızlıqla dağıdılmış, qocalar, qadınlar və uşaqlar da daxil olmaqla, 600
nəfərdən çox insan işgəncələrlə qətlə yetirilmişdir. Xocalı soyqırımı daim özlərini dünya ictimaiyyətinə məzlum
göstərməyə çalışan erməni millətçilərinin riyakarlığını, insanlıq və bəşəriyyət əleyhinə cinayətlərini bir daha
açıb göstərmişdir.
Ümumiyyətlə, hərbi təcavüz zamanı 20 minədək azərbaycanlı həlak olmuş, 50 mindən çox insan yaralanmış
və ya əlil olmuşdur. 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695
sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 tarixi yer, 464 tarixi abidə və muzey, 40 min muzey
eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 km su kəməri, 2000 km qaz kəməri, 15
min km elektrik xətti, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi, 1200 km irriqasiya sistemi dağıdılaraq
məhv edilmişdir. Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş ərazilər nəzarətsiz zonaya və transmilli
cinayətkar qruplar üçün əlverişli dayaq nöqtəsinə çevrilmişdir.
Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın və Ermənistanın müstəqil dövlət kimi Birləşmiş
Millətlər Təşkilatına üzv olması ilə Dağlıq Qarabağ problemi regional çərçivəni aşaraq beynəlxalq müstəviyə
çıxmışdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 822, 853, 874 və 884 saylı
qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət ifadə
edilmiş, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi qeyd olunmuşdur. Bu sənədlərdə silahlı
əməliyyatlara və düşmənçilik hərəkətlərinə son qoyulması, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal
olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.
Son bir ildə bəzi nüfuzlu beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində
müəyyən qərarlar qəbul etmişlər. Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 1416 saylı qətnaməsində
Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə
nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının
qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən
çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞ PA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də öz əksini
tapmışdır. ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal
olunmuş ərazilərinə səfəri zamanı orada ermənilərin kütləvi şəkildə qeyri-qanuni məskunlaşdırıldığı təsdiq
olunmuş və bu fakt təşkilatın yekun hesabatında özünə yer almışdır.
101
Təəssüf ki, münaqişənin nizamlanması üçün xeyli səylər göstərilməsinə baxmayaraq, indiyədək bu sahədə
əsaslı irəliləyişə nail olunmamışdır. Münaqişənin aradan qaldırılması üçün yaradılmış ATƏT-in Minsk qrupunun
fəaliyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən səmərə verməmiş, Azərbaycan və Ermənistan
prezidentlərinin görüşlərində prinsipial məsələlər üzrə razılıq əldə etmək mümkün olmamışdır. Beynəlxalq
təşkilatların, vasitəçi dövlətlərin siyasi iradə nümayiş etdirməməsi, qətiyyətsiz mövqe tutması, bəzən də ikili
standartlardan çıxış edib işğalçı ilə təcavüzə məruz qalmış tərəf arasında tarazlıq yaratmaq cəhdləri
münaqişənin tezliklə və dinc yolla nizamlanmasını çətinləşdirmişdir. Bütün millətlərlə səmimi dostluq və
mehribanlıq şəraitində yaşamaq, digər xalqların milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə hörmətlə yanaşmaq
Azərbaycan xalqına xas olan əsas keyfiyyətlərdəndir. Azərbaycan xalqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsində də böyük səbir və təmkin nümayiş etdirir, problemin
aradan qaldırılması, regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün davamlı səylər göstərir.
Bu gün Azərbaycan müstəqil dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, iqtisadi
potensialına, demokratik inkişaf səviyyəsinə və beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider
dövlətinə çevrilmişdir. Lakin münaqişənin indiyədək həllini tapmaması, xalqımızın hələ də "nə müharibə, nə də
sülh" şəraitində yaşaması, ərazilərin beşdə birinin işğal altında, əhalinin səkkizdə birinin qaçqın və məcburi
köçkün vəziyyətində olması respublikamızın öz iqtisadi potensialından, maddi və mənəvi resurslarından daha
səmərəli istifadə etməsinə böyük maneçilik törədir.
Dünya azərbaycanlılarının II qurultayının iştirakçıları beynəlxalq təşkilatların rəhbərlərinə, ayrı-ayrı
ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, bütün tərəqqipərvər insanlara müraciət edərək
Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizliyin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsi üçün ardıcıl səylər göstərməyə
çağırırlar.
Hörmətli xanımlar və cənablar!
Sizi regionda milli düşmənçilik və ədavət yaradan təcavüzkar erməni separatçılığının, erməni diasporu və
lobbisi tərəfindən irəli sürülən əsassız iddiaların və tarixi saxtakarlıqların əsl mahiyyətinə bələd olmaq üçün
problemlə daha yaxından tanış olmağa çağırırıq. İnanırıq ki, dünyada sülhün və təhlükəsizliyin təmin
olunmasına, xalqların mehriban dostluq və qonşuluq şəraitində yaşamasına böyük töhfələr vermiş beynəlxalq
təşkilatlar və ayrı-ayrı dövlətlər dünya azərbaycanlılarının çağırışlarını dəstəkləyəcək, münaqişənin beynəlxalq
hüququn tələblərinə uyğun nizama salınması üçün qətiyyətli və prinsipial mövqe tutacaqlar.
Müraciət Dünya azərbaycanlılarının II qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 16 Mart 2006-cı il
102
Dünya Azərbaycanlılarının II Qurultayının Təhsil, Elm və
Mədəniyyət məsələləri üzrə təşkilata (YUNESKO) müraciəti
Dünya azərbaycanlılarının II qurultayının nümayəndələri dərin ehtiram və ümid hissi ilə sizə müraciət
edərək diqqətinizə çatdırırlar ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiaları xalqımız üçün
ağır humanitar faciələrə gətirib çıxarmışdır.
Ermənistan ərazisində yığcam yaşayan 250 min azərbaycanlı 1988-ci ildən başlanmış etnik təmizləmələr
və zorakılıq hərəkətləri nəticəsində deportasiya edilmiş, onların yaşadıqları bölgələrdə toponimlər süni şəkildə
erməniləşdirilmiş, maddi mədəniyyət abidələri məhv edilmişdir. Ermənistan Respublikası silahlı qüvvələrinin
Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini işğal etməsi həmin torpaqlarda yaşayan
700 minədək azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə, 20 mindən çox insanın həlak olmasına,
50 min nəfərin xəsarət almasına səbəb olmuşdur. Erməni əsirliyində saxlanılan 783 azərbaycanlının taleyi
haqqında isə hələ də heç bir məlumat verilmir.
Ermənistan terroru dövlət siyasəti səviyyəsinə qaldıraraq xüsusi xidmət orqanları vasitəsilə hərbi
əməliyyatların keçirilmədiyi Azərbaycan şəhərlərində də böyük insan tələfatı ilə nəticələnən terror aktları
törətmişdir.
Təcavüzün Azərbaycan xalqına vurduğu ən ağır zərbələrdən biri də onun zəngin mədəni irsinə dəymişdir.
Xalqımızın qədim tarixi izlərinin məhvinə yönəlmiş məqsədli vandalizm aksiyaları nəticəsində işğal olunmuş
ərazilərdə bəşər sivilizasiyasının tərkib hissəsi olan memarlıq abidələri, o cümlədən Kəlbəcər, Şuşa və Ağdam
rayonlarının tarix-diyarşünaslıq muzeyləri, Zəngilandakı daş abidələr muzeyi dağıdılmış, Şuşadakı XVIII əsrə
aid ikiminarəli "Gövhər ağa" məscidi zədələnmiş, digər məscidlər isə yandırılaraq yerlə yeksan edilmişdir.
Xocalıda tunc dövrünə aid 100-dən çox abidə yer üzündən silinmiş, qiymətli kitablar və əlyazmalar oğurlanmışdır.
Ümumilikdə işğal altında olan rayonlarda 442 tarixi memarlıq abidəsi, 22 muzey, 927 kitabxana, 85 uşaq musiqi
məktəbi, 4 teatr, 4 incəsənət qalereyası, 2 konsert salonu, 1852 mədəniyyət və incəsənət mərkəzi və başqa
mədəniyyət ocaqları dağıdılmışdır. Muzeylərdəki 40 minədək eksponatın bir hissəsi məhv edilmiş, digər hissəsi
isə oğurlanaraq qanunsuz yollarla xarici ölkələrə daşınmışdır. Nadir incəsənət nümunələri olan eksponatlar
hazırda müxtəlif ölkələrin, o cümlədən Ermənistanın muzeylərində "erməni xalqına məxsus sənət inciləri" kimi
nümayiş etdirilməkdədir. Ermənilərin Dağlıq Qarabağın tarixini saxtalaşdırmaq, özlərinin guya Qarabağın yerli
əhalisi olduğunu əsaslandırmaq məqsədilə işğal etdikləri Şuşa şəhəri ətrafında qanunsuz arxeoloji qazıntılar
aparmaq planları böyük narahatlıq doğurur.
Biz işğal edilmiş ərazilərdə mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasını və oğurlanmasını insanlığa
yaraşmayan, bəşəriyyətin mənəvi sərvətlərinə qarşı törədilən cinayət aktı kimi qiymətləndirir, Ermənistanın
hərəkətlərinin beynəlxalq hüquq normalarına, o cümlədən 1954-cü ildə qəbul edilmiş "Silahlı münaqişələr
zamanı mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasının müddəalarına zidd olduğunu sizin
nəzərinizə çatdırırıq. Min illər boyu yaradılmış mədəni irsin yalnız konkret bir xalqa və ya ölkəyə deyil, bütün
bəşəriyyətə məxsus olduğunu bir daha vurğulayaraq YUNESKO-nu erməni millətçilərinin və separatçı dairələrinin
törətdiyi vandalizm aktlarına son qoyulması üçün səy göstərməyə, işğal olunmuş Azərbaycan ərazilərindəki
tarixi abidələrin məhvinə və ya saxtalaşdırılmasına yönəlmiş hərəkətlərə qəti və birmənalı münasibət bildirməyə
çağırırıq.
Müraciət Dünya azərbaycanlılarının II qurultayında qəbul edilmişdir.
Bakı şəhəri, 16 Mart 2006-cı il
103
Dünya Azərbaycanlılarının II Qurultayının Azərbaycan və türk
diaspor təşkilatlarına müraciət
Biz - Dünya azərbaycanlılarının II qurultayının nümayəndələri eyni soykökə, müştərək milli-mənəvi
dəyərlərə malik olan Azərbaycan və türk diaspor təşkilatlarının üzvlərinə müraciət edərək bildiririk ki, qardaş
xalqlarımız öz tarixlərinin məsul anlarında bir-birinə dayaq olmuş, tarixi irslərini qoruyaraq zənginləşdirmiş,
müstəqil dövlətləri olan Türkiyə Cümhuriyyətini və Azərbaycan Respublikasını yaşatmaqla ulu əcdadlarımızın
bizə miras qoyduğu maddi-mədəni sərvətləri gələcək nəsillərə ötürmək üçün əlverişli imkan qazanmışlar. Bu gün
Azərbaycan xalqı istər 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətini, istərsə də 1991-ci ildə dövlət
müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını tanıyan və onun müstəqilliyinin möhkəmlənməsinə əməli
kömək göstərən ilk dövlətin qardaş Türkiyə olduğunu böyük minnətdarlıq hissi ilə xatırlayır.
Tarixi taleləri bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımız çətin məqamlarda çiyin-çiyinə verərək
qardaş köməyini bir-birindən əsirgəməmişlər. Türkiyənin azadlığını qoruyaraq Çanaqqala döyüşlərində canından
keçən azərbaycanlı könüllülər, 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda gedən mübarizədə şəhid olan türk
əsgərləri xalqlarımızın tarixi yaddaşında yaşayaraq, sonrakı nəsillərə örnək olmuşlar. Türk dünyasının iki böyük
şəxsiyyətinin - ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim
kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamları qarşılıqlı əlaqələrimizin
dərin tarixi köklərini ifadə edərək siyasi, iqtisadi və mədəni əməkdaşlığımızın təməl prinsiplərini
müəyyənləşdirmişdir. Müasir dövrdə müstəqil dövlət kimi inkişaf dövrünü yaşayan Azərbaycan Respublikası və
Türkiyə Cümhuriyyəti tarixi ənənələrə sadiq qalaraq siyasi müttəfiqlik münasibətlərinin, iqtisadi əməkdaşlığın
və mədəni əlaqələrin dərinləşməsinə hərtərəfli səy göstərir, beynəlxalq təşkilatlarda ümumi mənafelərin birgə
müdafiəsi üçün qüvvələrini əsirgəmirlər.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş nəhəng beynəlxalq enerji layihələrinin - Bakı-
Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasının uğurla həyata keçirilməsi, Qars-Tbilisi-
Bakı dəmir yolunun reallaşmaqda olan çəkilişi qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmış, onların sosial
rifahının yaxşılaşması, siyasi-strateji maraqlarının uzlaşdırılması və birgə qorunması üçün yeni perspektivlər
açmışdır.
Müstəqil dövlətlərimizin regionun aparıcı qüvvəsinə çevrilməsi, qlobal inteqrasiya proseslərinə fəal şəkildə
qoşulması, xalqlarımızın öz milli-mənəvi dəyərlərini və mədəni sərvətlərini qoruyaraq inkişaf etdirməsi bir sıra
bədxah qüvvələrin, xüsusən erməni millətçilərinin əsassız iddialarının və təxribatçı fəaliyyətinin güclənməsinə
səbəb olmuşdur. Beynəlxalq ictimaiyyəti çaşdırmaqla Azərbaycan və Türkiyəni gözdən salmağa, öz xəbis
niyyətlərini həyata keçirməyə çalışan məkrli erməni təbliğatının ifşa edilməsi zərurəti dünyanın müxtəlif
bölgələrində mövcud olan diaspor təşkilatlarımızın birgə səylərinin artırılmasını və əməkdaşlığının
möhkəmləndirilməsini şərtləndirir.
Bu gün azərbaycanlı və türk icmaları yaşadıqları ölkələrdə birgə mədəni-kütləvi tədbirlər, müxtəlif aksiyalar
keçirir, həmrəylik nümayiş etdirərək vahid mövqedən çıxış edirlər. Bununla belə, qloballaşan dünyanın
gerçəklikləri bu əməkdaşlığın dərinləşdirilməsini, azərbaycanlı və türk icmalarının vahid fəaliyyət
konsepsiyasının hazırlanmasını tələb edir.
Dünya azərbaycanlılarının II qurultayı azərbaycanlı və türk icmalarının birgə fəaliyyət imkanlarını
araşdırmaq və onun səmərəsinin artırılması ilə bağlı müzakirələr aparmaq məqsədilə Azərbaycan və türk diaspor
təşkilatları rəhbərlərinin forumunu keçirməyi məqsədəuyğun hesab edir və onları bu toplantının işində fəal
iştirak etməyə çağırır.
Qurultay nümayəndələri əmin olduqlarını bildirirlər ki, birgə forumun keçirilməsi Azərbaycan və türk
diasporlarının əməkdaşlığını daha da gücləndirəcək, qarşılıqlı əlaqələri yeni inkişaf səviyyəsinə qaldıracaq və
xalqlarımızın mənafelərinin qorunmasında mühüm rol oynayacaqdır.
Müraciət Dünya azərbaycanlılarının II qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 16 Mart 2006-cı il
104
Xarkovda fəaliyyət göstərən Azərbaycan icmaları bir təşkilatda
birləşmişlər
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki,
Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov regional təşkilatının, “Azərbaycan”, “Azərbaycan diasporu”,
“Dostluq”, “Yeni Azərbaycan” və “Nur Azərbaycan” icmalarının birgə iclası keçirilmişdir. Toplantıda, Dünya
azərbaycanlılarının II qurultayının tövsiyələrinə uyğun olaraq, Xarkovda fəaliyyət göstərən Azərbaycan
icmalarının vahid mərkəzdə birləşməsi məsələsi müzakirə olunmuşdur.
Bildirilir ki, Xarkovda yaşayan bir qrup azərbaycanlı vahid mərkəzdə birləşmək təşəbbüsü ilə Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə, respublikamızın Ukraynadakı səfirliyinə və
Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədrinə müraciət etmişdir. Səfirliyin, Dövlət Komitəsi
əməkdaşlarının və UAK rəhbərliyinin iştirak etdiyi toplantıda təşəbbüs qrupunun üzvü Malik Dursunov müraciətlə
bağlı məruzə etmişdir. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bu müraciətin Prezident İlham Əliyevin
Dünya azərbaycanlılarının II qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə və Qurultayın
tövsiyələrinə uyğun olduğunu vurğulamış və təşəbbüsü alqışlamışdır. Dövlət Komitəsinin şöbə müdiri Nazim
Qaraxanov II qurultayın müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesinə təkan verdiyini
diqqətə çatdırmış və Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan icmalarının təşəbbüsünü bu prosesin
təzahürü kimi qiymətləndirmişdir. UAK-ın sədri Oqtay Əfəndiyev Xarkovda xeyli sayda azərbaycanlı
ziyalının, iş adamının yaşadığını nəzərə çarpdırmış və bu birliyin soydaşlarımız arasında həmrəyliyin
möhkəmlənməsinə zəmin yaradacağını qeyd etmişdir. Müzakirələrdən sonra Xarkovda fəaliyyət göstərən
Azərbaycan icmalarının UAK-ın yerli təşkilatında birləşməsi barədə qərar qəbul olunmuşdur.
Yaxın günlərdə Dnepropetrovsk vilayətindəki Azərbaycan icmalarının da vahid təşkilatda birləşəcəyi
gözlənilir.
AzərTAc
27 Aprel, 2006
105
Diaspor təşkilatlarımız Azərbaycan haqda həqiqətlərin geniş ictimaiyyətə
çatdırılmasında mühüm işlər görürlər
2007-ci ilin iyulunda İsveçdə fəaliyyət göstərən Yöteburq-Azərbaycan Sterateji Araşdırmalar Mərkəzi
Dağlıq Qarabağdakı erməni separatçılarının qondarma “prezident seçkiləri”ni pisləyən bəyanat yaymışdır. Sənəddə
deyilir ki, Azərbaycanın işğal olunmuş ərazisində -Dağlıq Qarabağda separatçıların keçirdikləri “prezident seçkiləri”
beynəlxalq hüquqa ziddir və bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, eləcə də vasitəçilik missiyasını
yerinə yetirən ATƏT ölkələrinə qarşı yönəlmiş açıq hörmətsizlikdir. Yöteburq-Azərbaycan Strateji Araşdırmalar
Mərkəzi İsveç rəsmilərindən, ermənilərin işğal etdikləri Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin ölkə
parlamentində müzakirəyə çıxarılmasını və bu cür qondarma “seçkilərin” sülh prosesinə təsirinin araşdırılmasını
tələb etmişdir. Eyni zamanda təşkilat İsveç dövlətindən və parlamentindən Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində indiyədək qəbul olunmuş beynəlxalq sənədlərin yerinə yetirilməsi istiqamətdə görülən işlərlə tanış
olmaq üçün parlamentin arxivinə buraxılmalarını xahiş etmişlər. Müraciət İsveç parlamentinə və ölkənin Baş
nazirinə ünvanlanmışdır.
Dünya Azərbaycanlıları Konqresi də işğal olunmuş Dağlıq Qarabağda erməni separatçılarının keçirdikləri
qondarma “prezident seçkiləri”ni pisləyən bəyanat yaymışdır.
Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlılar Konqresi Azərbaycan həqiqətlərini Benilüks
ölkələrində yaymaq üçün “Açıq qapı” günləri keçirmək qərarına gəlmişdir. Məqsəd Belçika, Hollandiya,
Lüksemburq və Avropanın digər ölkələrində yaşayan soydaşlarımızın bu barədə fikirlərini öyrənmək, onları narahat
edən problemləri müzakirə etməkdir. Üç aydan bir keçiriləcək “Açıq qapı” günlərində qürbətdə yaşayan
azərbaycanlıların diaspor birliklərinin təşkilatlanaraq, ölkəmiz ətrafında daha sıx birləşmələri, fəaliyyətlərinin
genişləndirilməsi və bu istiqamətdə daha səmərəli işlər görülməsi ilə bağlı rəy və təkliflər öyrəniləcəkdir.
Hesabat ili ərzində Azərbaycan diaspor təşkilatları xalqımızın zəngin mədəni irsinin təbliği sahəsində də bir
sıra mühüm tədbirlər həyata keçirmişlər. Belə ki, Benilüks Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə iyulun 29-da
qurumun Rotterdam şəhərindəki qərargahında bu ölkədə yaşayıb yaradan azərbaycanlı rejissor Ramiz Hindarxlının
(Əliyevin) çəkdiyi “Azərbaycan: dünən və bu gün”, ”Azadlığa gedən yol”, “Vətən mənə oğul desə...” sənədli filmləri
nümayiş etdirilmişdir. Tamaşaçıların - yerli ictimaiyyətin nümayəndələrinin, Hollandiyada yaşayan soydaşlarımızın
və türk diasporu təmsilçilərinin xahişi ilə filmlərin nümayişi bir neçə dəfə təkrar edilmişdir.
İyul 2007-ci il
106
DAK-ın Azərbaycan nümayəndəliyi ABŞ Konqresi nümayəndələr palatası xarici
əlaqələr komitəsinin ədalətsiz qərarı ilə bağlı etiraz bəyanatı yaymışdır
AzərTAc xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyi ABŞ
Konqresi Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin qondarma “erməni soyqırımı”nı müzakirə etməsi
ilə əlaqədar etiraz bəyanatı yaymışdır.
Bəyanatda deyilir ki, ermənilərin zaman-zaman törətdikləri vəhşiliklər göz qabağında olmasına
baxmayaraq Azərbaycana, eləcə də bütövlükdə türk dünyasına təzyiqlər bu gün də davam etməkdədir. Ötən
əsrin əvvəllərindən başlayaraq bu günədək millətimiz dəhşətli faciələr yaşayır. Bu azmış kimi ABŞ Konqresinin
Nümayəndələr Palatası da Buş administrasiyasının etirazına baxmayaraq qondarma “erməni soyqırımı”nı
müzakirə etmək niyyətindədir. Demokratik prinsiplərə söykənən, daim insan haqlarının qorunmasından danışan
və dünya dövlətlərini onu müdafiə etməyə çağıran ABŞ kimi nüfuzlu bir dövlətin belə bir ədalətsiz qətnaməni
müzakirə etməsi heç bir beynəlxalq konvensiyaya uyğun deyil. Azərbaycanın Quba və Neftçala rayonlarında
aşkarlanmış 1918-ci ildə erməni daşnakları tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc əhalinin basdırıldığı
kütləvi məzarlıqlar və əsrin faciəsi olan Xocalı soyqırımı erməniliyin mahiyyətini sübut edən təkzibolunmaz
faktlardır. Ermənilər təkcə türkləri, azərbaycanlıları deyil, yəhudiləri və başqa millətlərə mənsub günahsız
insanları da belə vəhşiliklə qətlə yetirmişlər. Bildirilir ki, Azərbaycan torpaqlarının 20 faizdən çoxu Ermənistan
tərəfindən işğal olunmuş, bu işğal nəticəsində bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin
düşmüş, minlərlə dinc əhali qətlə yetirilmiş, yüzlərlə insan itkin düşmüş, girov götürülmüşdür.
Təəssüf ki, fövqəldövlətlər və bütövlükdə dünya birliyi hələ də bu haqsızlıqlara göz yumur, təcavüzkara
qarşı heç bir tədbir görmür. Amma qondarma, tarixdə olmayan “erməni soyqırımı” məsələsini müzakirəyə
çıxarıb, qərarlar qəbul edirlər. Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyi bu ədalətsiz
qətnaməni qətiyyətlə pisləyir və bütün dünya birliklərini Azərbaycana, ümumilikdə türk millətinə qarşı
erməni daşnaklarının törətdikləri ağlasığmaz vəhşiliklərə göz yummamağa çağırır.
AzərTAc
18 Oktyabr 2007-ci il
107
Dünya Azərbaycanlıları Konqresinin
Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədova
M Ü R A C İ Ə T İ
Hörmətli sədr!
1997-ci ilin oktyabr ayında ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan xalqının haqq səsini dünyaya
çatdırmaq, güneyli-quzeyli soydaşlarımızın üzləşdikləri problemlərin çözülməsi üçün yollar axtarmaq, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri beynəlxalq müstəvidə bəyan etmək və sair məsələləri gündəmə
gətirmək məqsədi ilə yaradılan Dünya Azərbaycanlıları Konqresi adından özünü Kürd Fəhlə Partiyası - PKK
adlandıran təşkilatın terrorçu kimi tanınması üçün sizə müraciət edirik.
Məlumdur ki, Azərbaycan xalqı tarixən ən böyük ədalətsizliklərlə üzləşmiş, müstəqilliyi əlindən
alınmış, torpağı yağmalanmışdır. Terrora ən çox məruz qalan ölkə olaraq bu gün də 20 faizdən çox ərazisi
erməni işğalı altındadır. Faktlar sübut edir ki, Qarabağda ermənilərlə birgə dinc azərbaycanlıları qətlə yetirənlər
içərisində öz qəddarlığı ilə seçilən PKK terror təşkilatının üzvləri də olmuşlar. Azərbaycan və qardaş Türkiyə
ərazisində minlərlə günahsız insanın qanına əli bulaşan PKK terrorçuları dünyanın müxtəlif bölgələrində
düşmən ermənilərlə birgə iki dövlətə qarşı ən çirkin vasitələrlə iş aparır və öz məqsədlərinə çatmaqdan ötrü
insanları qətlə yetirməkdən belə çəkinmirlər. Belə siyasətin qurbanları arasında türk xalqları ilə yanaşı digər
millətlərin nümayəndələri də vardır.
Hörmətli sədr!
Xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyev Azərbaycan və Türkiyəni "Bir millət - iki
dövlət "adlandırmışdır. Bu çağırış 50 milyonluq Azərbaycan türkü ilə yanaşı dünyada sayı 300 milyondan çox
olan dünya türklərinin qəlbində yer tutmuş və türk xalqlarının şüarına çevrilmişdir. Biz dünyanın müxtəlif
ölkələrində türk qardaşlarımızla birgə Türk dünyasına qarşı yönələn terrora qarşı sivil yolla mübarizə aparırıq.
Bu gün qardaş Türkiyə türk xalqını məhv etməyi qarşısına məqsəd qoyan PKK terroruna qarşı mübarizə aparır.
Biz belə çətin gündə qardaş ölkənin yanındayıq. Dünya Azərbaycanlıları Konqresi gücü və imkanları daxilində,
beynəlxalq hüquq çərçivəsində Türkiyəyə öz dəstəyini göstərir. Bunun üçün biz 50 milyonluq dünya azər-
baycanlıları adından Milli Məclisdən xahiş edirik: PKK terrorçu təşkilat kimi tanınsın. Türk xalqlarına qarşı
düşmən mövqedə duran PKK terroruna hüquqi qiymət verilsin.
Hörmətli sədr!
Biz Dünya Azərbaycanlıları Konqresi olaraq hər zaman Azərbaycan dövlətinin başçısı cənab İlham
Heydər oğlu Əliyevin yeritdiyi siyasətin yanındayıq və inanırıq ki, 50 milyonluq dünya azərbaycanlılarının
Milli Məclisi haqqa və ədalətə səs verəcək və PKK terrorçu təşkilat kimi öz hüquqi qiymətini alacaq.
Hörmətlə,
Qulamrza Səbri TƏBRİZİ Dünya Azərbaycanlıları Konqresinin sədri
“Xalq qəzeti”, 9 Noyabr 2007-ci il
108
1915-ci il hadisələri ilə əlaqədar “erməni soyqırımı” iddiaları ilə bağlı türk dövlət və cəmiyyətlərinin XI
dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı iştirakçılarının bəyanatı
Dünyada sülh və təhlükəsizliyin təmin olunması, qlobal problemlərin həlli istiqamətində qarşılıqlı
əməkdaşlığın genişləndirilməsi bu gün bəşəriyyətin qarşısında duran ən mühüm vəzifələrdəndir. Türkdilli
xalqlar tarixən sülhün və əmin-amanlığın tərəfdarı kimi çıxış etmiş, millətlərarası münasibətlərin dostluq, qarşılıqlı
surətdə faydalı əməkdaşlıq prinsipləri çərçivəsində inkişafına çalışmış, öz imkan və potensialını regionda davamlı
sabitliyin qorunub saxlanılmasına yönəltmişlər.
Lakin son dövrlərdə baş verən məlum hadisələr - türk dövlətlərinin şanlı keçmişini saxtalaşdırmaq,
ona kölgə salmaq səyləri xalqlar və dövlətlər arasında münasibətlərin normal inkişafına xələl gətirməklə, məkrli
siyasi məqsədlərə xidmət edir. Heç bir fakta söykənməyən saxta “erməni soyqırımı” mövzusu ətrafında
məqsədli və qərəzli kampaniyanın vüsət alması, yalançı iddiaların bəzi dövlətlərin parlamentlərində müzakirəyə
çıxarılması və beynəlxalq hüquqazidd qərarların qəbul edilməsi bütün türk dünyasında hiddət və təəssüf
doğurmaqdadır. Bu fəaliyyət birmənalı şəkildə xalqlar arasında uçurumun dərinləşməsinə, regionda sülhə və
sabitliyə qarşı təhdidlərin şiddətlənməsinə, separatizm, terrorçuluq meyillərinin süni olaraq genişləndirilməsinə,
milli ədavətin qızışdırılmasına yönəlmişdir.
Biz - 2007-ci il noyabr ayının 17-19-da Bakı şəhərində keçirilmiş Türk dövlət və cəmiyyətlərinin XI
dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının iştirakçıları bəzi ölkələrin parlamentlərinin tarixi hadisələrə yalnış
münasibət bildirmək cəhdlərini bütün türk dünyasına qarşı qərəzli yanaşma kimi dəyərləndiririk. Biz həmin
ölkələri region xalqları arasında səmimi qonşuluq, əməkdaşlıq əlaqələrinin inkişafına yönəlmiş səylərə mənfi
təsir göstərən, nəinki beynəlxalq hüququn normaları, demokratiya və söz azadlığı prinsiplərinə, eyni zamanda
tarixi həqiqətlərə və sağlam məntiqə zidd olan bu cür addımlardan çəkinməyə çağırırıq.
Bir daha xatırlatmağı vacib bilirik ki, 1915-1918-ci illərdə Türkiyə ərazisində baş vermiş olayları
araşdıran bitərəf tədqiqatçılar “erməni soyqırımı” iddiasının tarixi həqiqətə söykənmədiyini, siyasi məqsədlər
güdən saxtakarlıq nümunəsi olduğunu birmənalı şəkildə sübuta yetirmişlər. Gerçəkliyin real mənzərəsinin
yaradılması üçün Türkiyə Cümhuriyyətinin öz arxivlərini tədqiqatçıların üzünə açdığını rəsmən bəyan etməsinə,
Ermənistanla birgə araşdırma komissiyası yaratmaq təşəbbüsünə baxmayaraq, qarşı tərəfin bu müraciəti
cavabsız qoyması «soyqırımı» iddialarının əsassız olduğuna daha bir sübutdur.
Bu gün Türkiyəni bir milyon ermənini guya “soyqırıma” məruz qoymaqda ittiham edərək, yüz il bundan
öncə baş verdiyi iddia edilən olaylar haqqında hökm çıxaranlar niyə unudurlar ki, həmin dövrdə Türkiyə ərazisində
cəmi 150 min erməni yaşayırdı. Bu müqayisənin özü saxta “soyqırımı” iddialarının əslində böyük bir geosiyasi
oyunun tərkib hissəsi olduğunun təsdiqi deyilmi? Tarixi faktlar, sənədlər, şahid ifadələri isə göstərir ki, 1915-
1918-ci illərdə baş verənlər ölkənin azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan Türkiyəyə bəzi Qərb
dövlətlərinin və Rusiyanın fitvasına uyaraq, arxadan zərbə vuran erməni silahlı birləşmələri ilə Türk ordusu
arasında hərbi əməliyyatlarla bağlı olmuşdur. Bu dövrdə Rusiya ordusunun tərkibində döyüşən erməni silahlı
birləşmələri Türkiyənin müxtəlif vilayətlərində yerli sakinlərə qarşı xüsusi amansızlıqla qətliamlar törətmişdir.
Erməni silahlı birləşmələrinin hücumları nəticəsində 2 milyondan çox türk xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
“Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədi ilə 1918-ci ilin mart ayında əksinqilabi ünsürlərlə
mübarizə adı altında erməni silahlıları tərəfindən Azərbaycanın müxtəlif bölgələrində on minlərlə dinc sakin,
o cümlədən azərbaycanlılar, ləzgilər, avarlar, talışlar, kürdlər, dağ yəhudiləri qətlə yetirilmişdir. XX əsrin
sonlarında-1992-ci ilin fevral ayının 26-da erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının Xocalı
şəhərində törətdiyi, tarixdə analoqu olmayan cinayət, əslində, kimin soyqırıma məruz qaldığını anlamağa imkan
verir. Həmin gün Xocalı şəhərində 623 nəfər dinc sakin vəhşicəsinə öldürülmüş, 487 nəfər ömürlük əlil olmuş,
1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu dəhşətli cinayət nəticəsində Xocalı şəhəri
tamamilə yerlə-yeksan edilmişdir. Ümumilikdə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 minədək
azərbaycanlı qətlə yetirilmiş, 50 mindən çox insan yaralanmış və əlil olmuşdur. Biz bu faktları dünya
ictimaiyyətinin diqqətinə çatdırmaqla bir daha bəyan edirik ki, tarixi mübahisələri araşdırmaq siyasətçilərin
deyil, tarixçilərin vəzifəsidir. Biz bütün dünya ölkələrini, beynəlxalq təşkilatları regionda sülhə və sabitliyə
təhlükə yarada biləcək qərarlardan çəkinməyə, bu cür məsələlərə ədalət hissi, diqqət və həssaslıqla yanaşmağa
çağırırıq. İnanırıq ki, region xalqlarının dostluq və mehriban qonşuluq şəraitində yaşamasında maraqlı olan dünya
ictimaiyyəti bizim çağırışımıza cavab verərək, belə həssas məsələlərə münasibətdə obyektiv və ədalətli mövqedən
çıxış edəcəkdir. Bəyanat Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında
qəbul edilmişdir.
Bakı şəhəri,
AzərTac
19 Noyabr 2007-ci il
109
Diasporamız da narahatdır
Türkiyə-Ermənistan münasibətləri xaricdə yaşayan soydaşlarımızın bəyanat yaymasına səbəb olub
Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin gündəmə gəlməsi xarici ölkələrdəki Azərbaycan
diaspor təşkilatları tərəfindən də narazılıqla qarşılanıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində
fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti dünən Türkiyə prezidenti Abdullah Gülə və baş nazir Rəcəb Tayyib
Ərdoğana bəyanat ünvanlayıblar.
Diaspora ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, son günlərdə
Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşacağına dair xəbərlər Azərbaycan diasporası
tərəfindən narahatçılıqla qarşılanıb. "Bu addım bəlkə gələcəkdə regionun inkişafına səbəb ola bilər, amma
ermənilərin tarix boyu türk xalqına qarşı törətdiyi soyqırım və digər faciələri unutdura bilməz" - deyə bəyanatda
vurğulanıb. Bəyanat müəllifləri həmçinin onu da bildiriblər ki, Türkiyə dövləti ermənilərin tarix boyu türk
xalqının başına gətirdiyi müsibətləri, həmçinin Azərbaycanla Türkiyəni bir-birinə sıx bağlayan dostluq, qardaşlıq
tellərini nəzərə alaraq Ermənistanla sərhədlərin açılması məsələsinə daha həssas yanaşmalı və bunun
yolverilməzliyini bütün dünyaya nümayiş etdirməlidir.
Dubaydakı Azərbaycan Cəmiyyətinin bəyanatında bildirilir ki, erməni hərbi birləşmələri işğal etdikləri
Azərbaycan torpaqlarını tərk etmədikləri halda Türkiyənin Ermənistanla sərhədləri açmasını təkcə Azərbaycan
və türk xalqları deyil, dünya ictimaiyyəti də Türkiyənin Azərbaycan xalqına xəyanəti kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, ötən gün Türkiyə prezidentinə daha bir müraciət Almaniyada yaşayan azərbaycanlılar tərəfindən
edilib. Almaniyada yaşayan soydaşlarımız da Türkiyə- Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan
müzakirələrdən narahatçılıqlarını bəyan ediblər. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin
bəyanatında tarixi köklərlə bir-birinə sıx bağlı olan iki qardaş ölkənin münasibətlərində belə bir məsələnin
ortaya çıxmasının azərbaycanlılara mənəvi cəhətdən mənfi təsir etdiyi qeyd edilib. "Ermənistan tarixin bütün
dövrlərində Azərbaycan ərazilərinə iddialı olub və sonuncu dəfə 1988-ci ildə başlanan etnik təmizləmə
əməliyyatlarının nəticəsi artıq 20 ilədək həllini tapmayan Qarabağ münaqişəsinin faciələri, DQ və onun
ətrafındakı 7 rayonun işğalı, bir milyona qədər insanın öz torpaqlarından didərgin salınması faktları göz
önündədir.
Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə qardaş bir ölkə kimi Azərbaycanın yanında olub və
bütün məsələlərdə Azərbaycanı dəstəkləyib. Dəfələrlə Azərbaycanın ərazi bütövlüyü təmin edilməyincə,
Ermənistanla əlaqələrin qurulmayacağı bəyan edilib. Belə bəyanatlardan imtina edilməsi haqlı olaraq
Azərbaycan xalqını narahat edir və bu cür addımlar Türkiyə-Azərbaycan münasibətlərinə vurulan zərbə kimi
qiymətləndirilir", deyə Almaniyadakı soydaşlarımız Türkiyə rəhbərliyinə ünvanladıqları müraciətdə bildiriblər.
Almaniyadakı azərbaycanlılar həmçinin türk xalqını və cəmiyyətini də AKP hökumətinin apardığı bu yanlış
siyasətə qarşı öz etiraz səslərini ucaltmağa çağırıb.
Vüsalə
“Şərq ”. -2009 - 9 Aprel - N.61.-S.6.
110
Diaspor təşkilatlarının protokollara etirazları davam edir
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından Türkiyə ilə Ermənistan
arasında münasibətlərin normallaşması və sərhədlərin açılmasını nəzərdə tutan protokolların
imzalanmasına dair etirazlar gəlməkdə davam edir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzindən Diasporla İş üzrə Dövlət Komitəsinə daxil
olan bəyanatda deyilir ki, Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması Azərbaycan ictimaiyyəti
kimi, xaricdə yaşayan soydaşlarımızın da narahatlığına səbəb olub. Mövcud vəziyyətdə Türkiyə ilə Ermənistan
arasında barışıq münasibətlərinin bərqərar olması Azərbaycanın maraqlarına ziddir. Mərkəz Dağlıq Qarabağ
münaqişəsi həll edilmədən sərhədlərin açılmasının indiki vəziyyətdə regionda sülhün bərqərar olmasına deyil,
əksinə, durumun gərginləşməsinə, ictimaiyyət arasında narahatlığa gətirib çıxaracağına əminliyini bildirib.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birlikdə Alman-Azərbaycan Həmrəylik
Cəmiyyəti, Azərbaycan Evi, Almaniya Azərbaycan Cəmiyyətləri Federasiyası, Alman-Azərbaycan Akademiklər
Birliyi, Köln Vahid Azərbaycan Cəmiyyəti, Frankfurt Azərbaycan Cəmiyyəti, Mayns Azərbaycan Cəmiyyəti,
Drezden Alman-Azərbaycan Cəmiyyəti, Alman-Azərbaycan Mərkəzi, Hamburq Alman-Azərbaycan Mədəniyyət
Cəmiyyəti, Alman-Azərbaycan Mədəniyyət Dostları Cəmiyyəti və Almaniyadakı digər qurumlar da Türkiyə və
Ermənistan arasında imzalanan protokollara öz etirazlarını bildiriblər.
Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi isə bəyan edib ki, protokollar vətənpərvər
azərbaycanlılar olaraq, qurumun bütün üzvlərini dərindən narahat edir: «Dağlıq Qarabağ münaqişəsi
nizamlanmadan Türkiyənin Ermənistanla sərhədlərini açması hər birimizin bu günədək gördüyümüz işlərin, türk
və Azərbaycan diasporunun birgə fəaliyyətinin, həmçinin, Türkiyə ilə olan qardaş əlaqələrimizin üzərindən xətt
çəkir».
Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Türk Məzunlar Dərnəyi (Türk-UNİD) Türkiyənin
prezidentinə, baş nazirinə, parlamentinə, eləcə də hakim AKP-yə, habelə müxalifətçi Milliyyətçi Hərəkat
Partiyasına, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyaya müraciət ünvanlayıb. Müraciətdə deyilir
ki, Türkiyənin Ermənistanla imzaladığı iki protokol və onların TBMM-də təsdiqlənəcəyi barədə bilgilər xaricdə
yaşayan Türkiyə vətəndaşları arasında da narahatlıq yaradıb.
“Mərkəz”. - 2009 - 17 Oktyabr - N.183.-S.5.
111
Almaniyadan Azərbaycan və Türkiyə prezidentlərinə müraciət ünvanlanıb
"Ermənistanla imzalanan protokollar Azərbaycan və Türkiyə ictimaiyyətinin, xaricdə yaşayan yüz
minlərlə türkün ciddi narahatlığına səbəb olub"
Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki "İnterkontinental" otelində Avropa Azərbaycanlıları
Konqresi (AAK) və Azərbaycan-Türkiyə Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib.
Tədbiri AAK prezidenti Başar Kömür açaraq bildirib ki, Türkiyə ilə Ermənistan arasında bu il oktyabrın
10-da imzalanmış protokollar dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla türkü narahat edir: "Azərbaycan
ərazilərinin 20 faizinin işğal altında olduğu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün kimi
yaşadığı bir vaxtda bu məsələnin gündəmə çıxması bizi narahat etməyə bilməz. İnanırıq ki, Türkiyə
hökumətinin münaqişə nizamlanmayınca protokolların ratifikasiya olunmayacağı barədə bəyanatları sonadək öz
qüvvəsində qalacaq. Biz prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək olduğumuzu
bəyanlayır və Azərbaycana, onun rəhbərinə hər zaman yanlarında olduğumuzu çatdırırıq".
"Azərbaycanla Türkiyənin yaxınlaşmasını istəməyən dövlətlərin olduğu aydındır"
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, dövlətlərimizin, millətlərimizin birliyi bu gün
daha ciddi şəkildə qarşımızda durur: "Azərbaycanla Türkiyənin yaxınlaşmasını, birliyini istəməyən, mənafeləri
bizim birgə maraqlarımızla toqquşan dövlətlərin olduğu aydındır. Azərbaycan Türkiyə üçün Mərkəzi Asiyaya açar
rolunu oynayır. Qafqazın siyasi, geosiyasi baxımdan dünyadakı mövqeyi iki ölkənin qarşılıqlı maraqlarını
şərtləndirən amillərdəndir. Regionda beynəlxalq əhəmiyyətli layihələrin reallaşması Azərbaycan və Türkiyənin
iştirakı olmadan mümkün deyil. İnanırıq ki, "erməni açılımı"nın baş tutması Azərbaycanla Türkiyənin əsrlərə
söykənən dostluğunu, ortaqlığını pozmayacaq və biz bu gərginliyin öhdəsindən birlikdə gələ biləcəyik.
İmzalanan protokollar təkcə Türkiyənin Azərbaycanla deyil, bütövlükdə qardaş ölkənin maraqlarının əleyhinə
yönəlmiş bir məsələdir. Türkiyəni bu yolda hər hansı səhv addımdan çəkinməyə çağırırıq".
"Dağlıq Qarabağ münaqişəsi bütün Türk Dünyasına qarşı yönəlib"
Türkiyə Böyük Millət Məclisinin üzvü, CHP sədrinin müavini Yılmaz Atəş vurğulayıb ki, Türkiyənin
Azərbaycana inamını itirməsi düşünülə bilməz: "Ermənistanla sərhədlərin açılması yalnız Azərbaycan
torpaqlarının işğaldan azad olunduqdan sonra mümkündür. Azərbaycan Qafqazın ən böyük və strateji ölkəsi,
dünyanın isə neft və qazla ən zəngin dövlətlərindəndir. Azərbaycan Türkiyənin Orta Asiya ilə əlaqə qurmasında
əvəzolunmaz tərəfdaşdır. Azərbaycan olmadan Türkiyəyə Asiyaya baxa bilməz".
Bakı Dövlət Universitetinin professoru, tarixçi alim Musa Qasımlı deyib ki, Dağlıq Qarabağ münaqişəsi
təkcə Azərbaycana deyil, Türkiyəyə və bütün Türk Dünyasına qarşı yönəlib. Ona görə də Azərbaycanla yanaşı,
Türkiyənin də xarici siyasətinin prioriteti olmalıdır: "Türkiyənin Ermənistanla sərhədlərini açması iqtisadi və
mənəvi cəhətdən gücləndirəcək "Türkiyənin gücləndirdiyi Ermənistan torpaqları azad etməyəcək, Dağlıq
Qarabağa dair danışıqlarda mövqeyini sərtləşdirəcək, Türkiyəni Azərbaycanda və Türk Dünyasında nüfuzdan
salacaq, Azərbaycan və Türkiyə arasında ixtilaf yaradacaq, Ermənistana ayaq açan türk biznesi dolayı yolla
Azərbaycana və Türkiyəyə qarşı yönələcək. Türkiyə ilə sərhədlərin açılmasıyla Ermənistanı uydurma
soyqırımdan imtina etməyəcək, çünki "soyqırım" siyasi mənsubiyyətindən asılı olmayaraq bütün erməniləri
birləşdirən ideologiyaya çevrilib. Ermənistan yenidən Türkiyəyə qarşı əsassız iddialar irəli sürəcək. Eyni zamanda
bu, Axısxa türklərinin Gürcüstanda tarixi vətənlərinə dönüşünü əngəlləyəcək".
"Ermənistanın Azərbaycan torpaqlarını işğalı həm də Türkiyəyə təcavüzdür"
TBMM-in MHP-dən olan üzvü Atilla Kaya iki qardaş xalqın qırılmaz tarixi bağlarından danışıb və rəsmi
Ankaranı tələskən və düşünülməmiş addımlardan çəkinməyə çağırıb: "Ermənistanın Azərbaycan torpaqlarına
təcavüzü həm də Türkiyəyə təcavüzdür, bizim hökumət bunu anlamalı və Dağlıq Qarabağ münaqişəsi çözülmədən
Ermənistanla yaxınlaşmağa yönəlik heç bir addım atmamalıdır. İndiki ölkə rəhbərliyi Türkiyənin gələcək
nəsillərini utandırmayacaq şəkildə hərəkət etməlidir". TBMM-in digər üzvü Osman Kaptan bəyanlayıb ki, Türkiyə
rəhbərliyi Ermənistanla münasibətləri yaxşılaşdırmağa doğru addımlar atarkən Azərbaycanla tarixi dostluğa,
qardaşlığa önəm verməli, Bakıda yatan yüzlərlə türk şəhidinin ruhuna hörmət göstərməli, Azərbaycandan alınan
qazın qiyməti də daxil olmaqla keçmişi və gələcəyi aid hər məqamı düşünməlidir.
112
Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər namizədi Elman
Nəsirov bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində "ciddi irəliləyiş"lərin olmayacağı
təqdirdə protokolların ratifikasiyasının mümkün olmayacağını bəyanlayır: "Burada "ciddi irəliləyiş" ifadəsinə
xüsusi diqqət yetirmək lazımdır. Bu iki söz birləşməsinin "siyasi yükü"nün "kütləsi" müəyyən olunmalıdır.
Məsələn, Azərbaycanın heç bir halda bu şərtlə razılaşmayacağını qabaqcadan bilərək, Ermənistan Dağlıq
Qarabağ ətrafındakı 7 rayonun deyil, 2 və ya 3 rayonun işğaldan azad edilməsinə rəsmi razılığını verməklə
münaqişənin tənzimlənməsi prosesində "ciddi irəliləyiş" fonu yaratmış olar. Əvəzində isə beynəlxalq güclərin
Türkiyəyə təzyiqləri daha da artmış olar. Nəticədə rəsmi Ankaranın ratifikasiya məsələsində tutduğu sərt mövqenin
yumşalması reallığa çevrilər".
"Erməni soyqırımı" məsələsi gündəmə gələndə Azərbaycan hər dəfə öz səsini ucaldıb
TBMM-nin MHP-çi millət vəkili Mətin Ərgün deyib ki, Türkiyə ictimaiyyəti, xalq düzgün
məlumatlandırılsa, hökumət sərhədlərin açılması istiqamətində addım ata bilməz.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov vurğulayıb ki, Azərbaycanın Türkiyənin
regional qüvvəyə çevrilməsi məqsədilə gördüyü işlərlə qardaş ölkənin indiki rəhbərliyinin bugünkü
siyasətindəki bəzi məqamlar rəsmi Bakını ciddi şəkildə narahat edir: "Azərbaycan hər zaman Türkiyənin
qarşılaşdığı qondarma soyqırım məsələsini öz problemi sayıb, Azərbaycan türklərinin sayca Türkiyə
türklərindən daha çox olduğu ölkələrdə "erməni soyqırımı" məsələsi gündəmə gələndə Azərbaycan diasporu hər
dəfə öz səsini ucaldıb. Azərbaycanın zəiflədilməsi Türkiyənin zəiflədilməsi deməkdir. Eyni zamanda Ermənistanla
sərhədləri açılması Azərbaycanım, eləcə də Türkiyənin regional, həmçinin dünya siyasətindəki mövqeyinin ciddi
şəkildə ziyanına ola bilər".
TBMM-in CHP-dən olan üzvü Canan Arıtman Türkiyədə Azərbaycanla bağlı təbliğatın gücləndirilməsinin,
ictimaiyyətin daha da dərindən bilgiləndirilməsinin zəruri olduğunu vurğulayıb.
Milli Məclisinin deputatı, DAK həmsədri Sabir Rüstəmxanlı Türkiyə mediasındakı anti-Azərbaycan
kampaniyasına toxunub: "İndiki şəraitdə həm Azərbaycan, həm də Türkiyə cəmiyyətlərində təbliğatın
gücləndirilməsinə ehtiyac var. Kənar qüvvələrin Türk Dünyasının güclənməsinə, türk birliyinin sarsılmasına qarşı
yönəlmiş fəaliyyətinin və bu fəaliyyətin Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolların
imzalanması kimi nəticələrinin qarşısını almaq üçün çıxış yolu Türk Dövlətləri Birliyinin yaradılmasıdır".
"Əminik ki, TBMM Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla imzalanmış protokolları
təsdiqləməyəcək"
Toplantının yekununda Azərbaycan və Türkiyə prezidentlərinə, eləcə də hər iki ölkənin parlamentlərinə
müraciət qəbul olunub: "2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan arasında "Diplomatik münasibətlərin
qurulmasına dair" və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair" protokolların imzalanması Azərbaycan və
Türkiyə ictimaiyyətinin, habelə xarici ölkələrdə yaşayan yüz minlərlə türkün ciddi narahatlığına səbəb olub. Hesab
edirik ki, bu razılaşmanın mümkün nəticələri iki qardaş ölkə arasında münasibətlərə mənfi təsir etməklə yanaşı,
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlliylə bağlı danışıqlarda qeyri-konstruktiv fəaliyyətini
sərtləşdirməsinə səbəb olacaq". Sənəddə qeyd olunur ki, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında qaldığı,
bir milyondan çox azərbaycanlının məcburi köçkün kimi yaşadığı bir vaxtda bu protokolların imzalanması Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həllinə olan ümidləri xeyli dərəcədə azaldır: "Biz inanırıq ki, Türkiyə
Cümhuriyyəti və onun rəhbərliyi bu prinsipə, xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinə yenə də sadiq
qalacaq. Eyni zamanda əminik ki, Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün və baş nazir Rəcəb
Tayyib Ərdoğanın Azərbaycan xalqına verdikləri vədlər qüvvədə qalacaq, Türkiyə Böyük Millət Məclisi Dağlıq
Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla imzalanmış protokolları təsdiqləməyəcək". Müraciətdə
vurğulanır ki, Ermənistanla sərhədlərin açılması nəinki hər iki ölkənin, bütövlükdə Türk Dünyasının mənafelərini,
habelə regional təhlükəsizliyi təhdid altına qoya bilər: "Biz Azərbaycan əraziləri işğaldan azad edilmədən, bir
milyona yaxın soydaşımızın öz doğma torpaqlarına qayıdışı mümkün olmadan, eyni zamanda Türkiyəyə qarşı
"soyqırım" və ərazi iddiaları ortadan qalxmadan Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların
təsdiqlənməsinin qəti əleyhinə olduğumuzu bildiririk. Biz əminik ki, zəngin dövlətçilik ənənələrinə malik
Türkiyə dövləti tarixin bu sınağından da üzüağ çıxacaq, qardaş və dost ölkə olan Azərbaycanın maraqlarına
zidd heç bir addım atmayacaq".
Turqut
“Xalq cəbhəsi ” -. 2009 – 24 Noyabr - № 215. - S.
113
Diasporumuz etiraz edir
İki mindən artıq məktub hazırlanacaq
İsveç Krallığında fəaliyyət göstərən bir neçə Azərbaycan diaspor təşkilatının üzvləri dünən toplantı
keçiriblər. Onlar İsveç Riksdaqının (parlament) uydurma erməni «soyqırımı» ilə bağlı martın 11-də çıxardığı
məlum qərarına etiraz əlaməti olaraq yaxın günlərdə aksiya keçirməyi qərara alıblar. Bu barədə «Mərkəz»ə
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. İsveçdəki «Azərbaycan Naminə»
cəmiyyətinin sədri, «Qarabağ üzrə iş Komitəsi»nin üzvü Nadir Hollenbrand dövlət komitəsinə bildirib ki,
parlamentin çıxardığı qərar hələ də protokollaşdırılmayıb.
Belçikada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Birliyi (DAB) isə ABŞ Konqresinin Nümayəndələr
Palatasının Xarici Əlaqələr Komitəsində və İsveç Riksdaqında qəbul edilən qərarlara etiraz etmək və
ermənilərin əsl kimliyini dünya ictimaiyyətinə çatdırmaq üçün böyük bir məktub kampaniyası keçirməyi
planlaşdırıb. DAB-ın sədri Ədalət Quliyevin qəzetimizə verdiyi məlumata görə, ABŞ prezidenti Barak
Obamaya, vitse-prezident Cozef Baydenə, dövlət katibi Hillari Klintona, ABŞ-ın Belçikadakı səfirinə,
beynəlxalq təşkilatlara, BMT-nin baş katibi Pan Ki Muna və bu qərarları dəstəkləyən hər bir ABŞ konqresmeninə,
senatoruna, İsveç parlamentinin deputatına ayrı-ayrılıqda məktublar hazırlayırlar: «Qondarma soyqırımı
məsələsini Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin müzakirəsinə çıxaran demokrat konqresmen
Adam Şiffə və onu dəstəkləyən 136 konqresmenə, layihəni Senatın Xarici Əlaqələr Komitəsinə çıxarmağa çalışan
demokrat senator Robert Menendezə və onu dəstəkləyən 13 senatora xüsusi müraciətlər hazırlanır. Hazırladığımız
məktubları Azərbaycan Prezidenti İlham Əliyevə, xarici işlər naziri Elmar Məmmədyarova, Türkiyə prezidenti
Abdullah Gülə, xarici işlər naziri Əhməd Davudoğluna və Türkiyənin Belçikadakı səfiri Nazif Murat Ərsavcıya
da gondərəcəyik. Bundan əlavə hazırladığımız etiraz məktubları xarici media orqanlarına təqdim olunacaq».
Ə. Quliyev onu da qeyd edib ki, məktublar fərdi qaydada 2 mindən artıq fiziki və hüquqi şəxsə göndəriləcək.
Məktublarda ABŞ Konqresində qəbul edilmiş qətnaməyə indiyədək Türkiyə və Azərbaycanda bildirilən
münasibətlər və Azərbaycanın zəbt olunmuş torpaqları ilə bağlı BMT və Avropa Şurasında qəbul olunmuş
qətnamələr öz əksini tapıb. Məktublarda Xocalı soyqırımı məsələsinə də xüsusi yer ayrılıb.
Azəri-Türk Qadınlar Birliyi də həm ABŞ, həm də İsveç qanunverici orqanlarında «erməni soyqırımı» ilə
bağlı qəbul edilən sənədləri pisləyən bəyanatla çıxış edib. Bəyanatda deyilir: «Yüz ildən artıqdır türklər,
xüsusilə Azərbaycan türkləri ermənilər, onların terror təşkilatları tərəfindən soyqırıma məruz qaldıqları və öz
ata-baba torpaqlarından didərgin salındıqları halda dünya dövlətləri yenə də terrorçuların «məzlum», «qırılan
xalq» olduqlarını təsdiqləməkdə davam edir. Halbuki, Azərbaycan türklərinin Ermənistan adlanan tarixi
Azərbaycan torpaqlarından didərgin salındıqları, bir milyondan artıq soydaşımızın köçkün olduğu, ermənilərin
türklərə qarşı bir əsrdir etnik təmizləmə siyasəti apardığı beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Azərbaycan
türklərinin 1905, 1918, 1947, 1953-cü illərdə və nəhayət, 1988-ci ildən başlayaraq bu günə kimi erməni hərbi
birləşmələri tərəfindən soyqırıma məruz qalması, Quba, Bakı, Şamaxı, Zəngəzur, Naxçıvan, Gəncə, bütövlükdə
Qərbi Azərbaycan torpaqları və İrəvanda azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər, 1992-ci ildə
baş vermiş Xocalı qətliamı haqqında dünya dövlətlərinin çox geniş bilgisi var. Ermənistanın Azərbaycana qarşı
ərazi iddiası və ölkəmizin 20 faizdən artıq torpağının işğal olunması isə günümüzün reallığıdır. Beynəlxalq
güclər işğalçı bir dövlətin həyata keçirdiyi vandalizmə baxmayaraq, yenə də qondarma erməni soyqırımını
tanımaqda davam edirsə, bu artıq ədalətin deyil, ədalətsizliyin, ikili standartların təzahürüdür».
Bəyanatda qeyd olunur ki, bu qərarlar təkcə Türkiyə-ABŞ və Türkiyə-İsveç deyil, həm də Azərbaycan- ABŞ
və Azərbaycan-İsveç münasibətlərinə öz mənfi təsirini göstərəcək. Birlik bu ölkələrin təzyiq mexanizmi üzərində
qurulan xarici siyasətinə qarşı olduğunu bəyan edib.
Səxavət HƏMİD
“Mərkəz” – 2010 - 13 Mart -N.46.-S.13.
114
Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyanın baş naziri Qordon Braunun
rəsmi internet saytında müraciətlə çıxış edib
Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyanın baş naziri Qordon Braunun rəsmi internet
saytında müraciətlə çıxış edib. Cəmiyyətdən APA-ya daxil olan məlumata görə, Böyük Britaniya vətəndaşlarının da
imzalamağa çağırıldığı müraciətdə Xocalı qətliamının qınanılmasına çağırış edilib. Müraciətdə həmçinin Ermənistan
hökumətindən BMT Təhlükəsiz Şurasının 4 qətnaməsinə uyğun olaraq suveren Azərbaycan ərazisindən öz ordusunu
çıxartmaq tələb edilib. Müraciətdə həmçinin bildirilib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə tez-tez
“dondurulmuş münaqişə” kimi təqdim olunsa da, “təmas xəttində” mütəmadi olaraq atəşkəs rejimi pozulur: “Elə
ötən həftələr ərzində Azərbaycan Ordusunun üç əsgəri cəbhə xəttində baş vermiş atışma nəticəsində şəhid olub”.
Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Böyük Britaniyanın parlamentlərinin klubu olan Erkən Gün
Hərəkatı da (EGH) (Early Day Motion (EDM)) Xocalı faciəsi ilə bağlı müzakirələr aparıb. Qeyd edək ki, EGH –də
müzakirə olunan məsələlər daha sonra burda təmsil olunan parlament üzvləri tərəfindən rəsmi iclaslarda da gündəliyə
gətirilir. EGH-da Xocalı soyqırımı ilə bağlı aparılan müzakirələr nəticəsində Böyük Britaniya hökuməti Xocalı
soyqırımının 17-ci ildönümünü tanımağa, bundan istifadə etməklə yeni beynəlxalq sülh səylərinə başlamağa
çağırılıb. Həmçinin bu münaqişənin həllini tapmadığı müddətdə bütün Qafqaz bölgəsinə, o cümlədən Böyük
Britaniyanın Azərbaycandakı maliyyə yatırımlarına təhlükə yarandığı qeyd edilib.
Müraciətdə həmçinin münaqişənin sülh yolu ilə həll olunması, Ermənistan Ordusunun Azərbaycanın işğal
olunmuş ərazilərindən çıxarılması və bir milyon Azərbaycan vətəndaşının öz evinə geri qaytarılmasını tələb etmək,
BMT Təhlükəsiz Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin Ermənistan tərəfindən icra olunmaması
səbəbindən iflasa uğradığını qeyd etməklə bağlı da hökumətə çağırışlar səslənib. Həmçinin Böyük Britaniyanın
Azərbaycanda ən böyük maliyyə yatırımçısı olduğu, bu ölkənin Azərbaycanda 5000 vətəndaşının yaşadığı,
sərmayəsi olduğu xüsusilə qeyd edilib. Qeyd edək ki, müraciətdə 1992-ci ilin fevral ayında Ermənistan Silahlı
Qüvvələrinin işğalı nəticəsində Xocalı şəhərinin 613 sakini – kişilər, qadınlar və uşaqların vəhşicəsinə qətlə
yetirildiyi, ümumilikdə, Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğalı nəticəsində, 25.000-ni
azərbaycanlı olmaqla, 30.000-dən artıq insan öldürüldüyü də qeyd olunub. Müraciəti Böyük Britaniya parlamentinin
və Erkən Gün Hərəkatının üzvü olan 32 parlamentari imzalayıb.
25 Mart 2010
115
Amerikada yaşayan azərbaycanlılar Şuşa şəhərinin ermənilər
tərəfindən işğal olunmasının 18-ci ildönümü ilə bağlı bəyanat yayıblar
Amerikada yaşayan azərbaycanlılar Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının 18-ci ildönümü
ilə bağlı bəyanat yayıblar.APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Azərbaycan-Amerika Şurasının
yaydığı bəyanatda qeyd olunur ki, 18-ci əsrdə Pənahəli Xan Cavanşir Ziyadoğlu tərəfindən müstəqil Qarabağ
xanlığının paytaxtı kimi əsası qoyulan Şuşa Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və musiqisinin beşiyinə
çevrilib. Şura Azərbaycanın bütün dostlarını, ABŞ dövlət rəsmilərini və medianı Şuşa və Azərbaycanın digər
rayonlarının işğalını və oradakı etnik təmizləmə siyasətini pisləməyə çağırıb. Qarabağın ermənilər tərəfindən
işğalının nəinki Qafqazın zəngin mədəni irsini, həm də regionda hər hansı sülh perspektivini təhlükə altına aldığını
bildirən Azərbaycan-Amerika Şurası təkcə Azərbaycanda yox, bütün regionda sülhə səsləyib.
10 May 2010
116
ABŞ-dakı Azərbaycan diasporu Kaliforniyanın Beynəlxalq Məsələlər Şurasına
(WAC) məktub göndərmişdir
ABŞ-dakı Azərbaycan diasporu Kaliforniyanın Beynəlxalq Məsələlər Şurasına (WAC) məktub göndərərək,
gələn həftə Şurada Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın iştirakı ilə keçiriləcək tədbirlə bağlı
təəssüf və etirazını bildirib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, WAC-ın saytında noyabrın 19-da
“Qafqazda çaxnaşma: millətin öz müqəddəratını təyinetmə hüququ və regional sabitliyin perspektivləri”
mövzusunda konfrans keçiriləcəyi barədə xəbər yerləşdirilib.
“Bako Saakyan hər hansı respublikanın prezidenti deyil, o, Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınmış ərazisində, işğal olunmuş Qarabağda Ermənistan hakimiyyətinin yaratdığı marionet separatçı rejimin
lideridir. O, hansısa mövcud olmayan “Artsax-Dağlıq Qarabağ Respublikası” pasportu ilə deyil, məhz Ermənistan
pasportu ilə səfərə çıxır və ABŞ vizası alır. Bu rejimi heç kim, o cümlədən ABŞ hökuməti də tanımayıb. Bütün
dünyada Qarabağ bölgəsi Azərbaycanın “de-jure” hissəsi kimi tanınır”, - deyə ABŞ Azərbaycanlıları Şəbəkəsinin
(USAN) WAC sədri Timor Rafiqə göndərdiyi məktubda bildirilir.
Məktubda qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında müharibə “Azərbaycandan azad olmaq” üçün
aparılmayıb, bu, suveren Azərbaycana, onun müharibədən əvvəl və müharibə gedişində evindən didərgin salınmış
əhalisinə qarşı açıq təcavüzdür. Bu, etnik təmizləmə və insanlığa qarşı cinayətlərlə, 1992-ci ildə Xocalı qətliamı ilə
nəticələnən bir müharibədir. “Azərbaycan terrorizmə qarşı müharibədə ABŞ-ın strateji müttəfiqi və enerji
sektorunda etibarlı tərəfdaşıdır.
Onun Ermənistanın potensialından bir neçə dəfə böyük, müstəqil və inkişaf edən iqtisadiyyatı var.
Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı separatçı rejim isə ləng inkişaf, batmış iqtisadiyyat,
geniş miqyaslı emiqrasiya və böyük həcmli borclara malikdir, çünki Azərbaycan ərazisinin hərbi işğalı onun
iqtisadiyyatını əldən salıb”, - deyə məktubda bildirilir. Azərbaycan diasporu WAC-ı konfransı təxirə salmağa
çağırıb: “Çünki bu, Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş insanların xatirəsinə təhqir olardı”.
Diaspor, həmçinin Şuranı B. Saakyanı mövcud olmayan psevdo-dövlətin -“Artsax-Dağlıq Qarabağ Respublikası”nın
“prezidenti” kimi təqdim etməməyə və tanımamağa çağırıb. “Bu tədbir ABŞ hökumətinin də vasitəçilik etdiyi
münaqişənin həlli prosesinə heç nə verməyəcək, çünki bu cür tədbirlər ABŞ hökumətinin rəsmi siyasətinə ziddir”, -
deyə müraciətdə vurğulanır.
12 Noyabr 2010
117
Benilüks Azərbaycanlıları Konqresi bəyanat yayıb
Mərkəzi iqamətgahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, vətən xaini, separatçı Əlikram və oğlu Tural Hümbətovların, onların yaxın qohumlarının
heç bir məntiqə sığışmayan, fakta söykənməyən, böhtan xarakterli guya Azərbaycanda etnik qruplara qarşı təzyiqlər
edildiyini, onların sıxışdırıldığını bəhanə gətirərərk Niderland Krallığının inzibati mərkəzi Haaqadakı ölkəmizin
səfirliyinin qarşısında etriraz aksiya keçirmələri Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Hollandiyada yaşayan
və damarlarında əsl azərbaycanlı qanı axan soydaşalrımız tərəfindən qəzəb hissi ilə qarşılanmışdır. Krallıqda yaşayan
azərbaycanlıların əksəriyyətini öz ətrafında birləşdirən, ölkəmizlə bağlı həqiqətləri olduğu kimi Benilüks ölkələrinın
vətəndaşlarına çatdıran Benilüks Azərbaycanlıalrı Konqresi bir daha Azərbaycana qayıtmayacağını başa düşərək
ona böhtanlar atan Əlikram və onun təsiri altına düşmüş, sapı özümüzdən olub, düşmən dəyirmanına su tökən
üzdəniraq beş-altı nəfərin keçirdiyi aksiyaya münasibət bildirərək xüsusi bəyənat qəbul etmişdir. Bəyanatda deyilir:
Hələ keçən əsrin əvvəllərindən müstəqil Azərbaycan dövləti qurmaq uğrunda mübarizəyə qalxmış xalqımız 1918-ci
ildə müstəqillik qazanmışdır. Amma bolşeviklərin hakimiyyətə gəlişi onun varlığına son qoymuşdur. Əsrin
sonlarında isə xalqımız itirdiyi müstəqilliyini yenidən qazanmış və öz dövlətini qurmuşdur. Ümummilli liderimiz
Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında gənc və
müstəqil Azərbaycan dövləti iqtisadiyyatda, sözün əsil mənasında, əsrin sıçrayışını etmiş, böyük nailiyyətlər
qazanmış, Cənubi Qafqaz bölgəsində aparıcı dövlətə çevrilmişdir. Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkənin
sürətli inkişafı, əhalinin maddi vəziyyətinin ildən-ilə yaxşılaşması beynəlxlaq aləmdə onun imicinin artmasına səbəb
olmuşdur. Daim yeniləşərək bu gün öz simasını tamam dəyişmiş Azərbaycanın əldə etdiyi uğurlara istər daxildə,
istərsə də onun hüdudlarından kənarda yaşayan Əlikram Hümbətov kimi qüvvələr hər vəchlə qara yaxmağa çalışırlar.
Azərbaycanın ən ağır və çətin vaxtlarından öz xeyrinə istifadə etməyə, onu parçalamağa cəhd göstərmiş
Ə.Hümbətovun azərbaycanlılar adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı vardır. Onun Azərbaycanda milli
azlıqlarla bağlı yürütdüyü fikirlər heç bir məntiqə sığışımır. Azərbaycanda bütün milli azlıqlar tarix boyu yerli
sakinlərlə mehriban və dostluq şəraitində yaşamış, onlar arasında heç bir ayrı-seçkiliyə yol verilməmişdir. Dünyada
başqa xalqlarla münasibətdə tolerant bir ölkə kimi tanınmış Azərbaycanda dövlət milli azlıqların mədəniyyətininin,
incəsənətininin, dillərinin və dinlərinin inkişafına hər cür qayğı göstərir. Avropanın bəzi siyasi dairələrindən qrant
alan, ölkəmizə və xalqımıza gizli düşmən kəsilmiş qara qüvvələr tərəfindən maliyyələşdirilən vətən xaini, separatçı
Əlikram Hümbətov və onun ətrafındakı beş-altı nankorun qədim və zəngin bir tarixə malik, hümanist ideyalarını
Hizami dühası ilə bəşəriyyətə tanıdan böyük bir xalqın ünvanına böhtan demələri Azərbaycanın hüdudlarından
kənarda yaşamalarına baxmayaraq qəlbləri daim Vətən həsrəti ilə döyünən hər bir azərbaycanlını qəzəbləndirmişdir.
Xaricdə yaşayan Azərbaycanın hər bir layiqli övladı üzünü onlara tutaraq deyir: Vətən xainlərinə ar olsun! Bəyanatın
sonunda qeyd olunur: Vətən xaini, separatçı Əlikram Hümbətov və onun oğlu ilə əlbir olub Vətənimizin və
xalqımızın ünvanına qara yaxanların hərəkəti qətiyyətlə pislənilsin.
Belə şəxslər Holladiyada və ona qonşu ölkələrdə fəaliyyət göstərən Azərbaycan təşkilatları tərəfindən ictimai
qınağa çəkilsin. Bu hadisəyə münasibət bildirməyən və gözləmə mövqeyi tutan təşkilatların hərəkətləri separatçı
Əlikram Hümbətova dəstək kimi qiymətləndirilsin. Nəhayət, Ə.Hümbətov və onun tərəfdarlarının hərəkəti birbaşa
Azərbaycana və xalqımıza xəyanət kimi dəyərləndirilsin.
Benilüks Azərbaycanlıları Konqresi harada yaşamalarından asılı olmayaraq bütün həmvətənlərimizi
Azərbaycan dövlətçiliyini və Azərbaycan xalqını hər cür böhtandan, iftiradan qorumaq uğrunda sağlam mübarizəyə,
ölkəmizə qarşı şər qüvvələrin hərəkətlərinə vaxtında layiqli cavab verməyə çağırır. Qeyd edək ki, Niderlandda
fəaliyyət göstərən ANA VƏTƏN Avropa Azərbaycanlı Qadınlar Birliyi də bu aksiyanı pisləmiş, onu təşkil edənləri
“xain” adlandırmışdır.
18 Noyabr 2010
118
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müraciəti
RAGT-nin sədri Leyla Əliyevanın Dünya Azərbaycanlı Gənclərinin I Konqresinə müraciətini qurumun idarə
heyətinin üzvü Emin Haciyev səsləndirib. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın
müraciətində deyilir:
“Əziz dostlar!
Bu gün siz mühüm bir hadisənin – Dunya Azərbaycanli Gəncləri I Konqresinin iştirakçılarısınız. Bu
forumun əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Avropa, Amerika, dünyanın fərqli qitələrində və
ölkələrində, Vətənin hüdudlarından uzaqlarda yaşayan gənc həmvətənlərimiz mənəvi birliyi daha dolğun hiss
edə biləcəklər. Ümumi məqsədlərə nail olmaq əzmi ilə çalışan insanlarla tanış olmaq imkanı əldə edəcəklər.
Yaşadığımız yerdən asılı olmayaraq bizim hamımızı ümumi vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir.
Frankfurtda keçirilən Dunya Azərbaycanli Gənclərinin I Konqresi həmvətənlərimiz arasında yalniz
dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan deyil, həmçinin Vətənlə əlaqələrin möhkəmlənməsi,
gənc insanların ictimai-siyasi fəallığının güclənməsi üçün unikal, nadir bir imkandır. Bundan əlavə, Kongres
dünya miqyasında fəaliyyət göstərən Azərbaycan diasporu daxilində əlaqələrin formalaşması və güclənməsi üçün
yeni qüvvələrin cəlb edilməsinə şərait yaradır. Azərbaycan dövlətinin bu məsələyə böyük önəm verməsi bizim
üçün vacib dəstəkdir. Bu bir daha bizim doğru yolda olduğumuzu və bu yolla uğurla irəlilədiyimizi sübut edir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı – AMOR rəsmi olaraq iki ilə yaxındır ki, fəaliyyət göstərir və
bu müddət ərzində gənc həmvətənlərimizin təşəbbüslərinin geniş mənada dəstəklənməsinə çalışmışdır. AMOR
öten dövrdə öz fealiyyet coğrafiyasını xeyli genişləndirmişdir. İndi bizim bölmələrimiz Rusiya Federasiyasının
demək olar ki, bütün regionlarında yaradılıb. Tədbirlərimizin hamısı gənclərimizin birliyinə istiqametlenib, biz
onlara təhsil almasına kömək edir, sağlam həyat tərzinin geniş yayılması, mədəni və tarixi dəyərlərimizə diqqətin
artırılması, gənclərimizin ana dilimizi, ədəbiyyatımızı və milli ənənələrimizi öyrənmək istəyini dəstəkləyirik.
Bunların hamısı olduqca vacibdir.
Dünyanın bir sıra ölkəsini təmsil edən yüzlərlə gəncin konqresdə iştirakı Azərbaycan gənclərinin
həmyaşıdları ilə ünsiyyətdə olmasının vacibliyini bir daha sübut edir. Əminəm ki, toplanti istirakcilarinin hamısı
istedadlı, kamil, parlaq və yaradıcı insanlardır. Sizin hamınız keyfiyyətli ali təhsil almaq üçün dünyanın nüfuzlu
ali məktəblərində çalışır, qarşınıza ciddi məqsəd qoyaraq, ona nail olmaqdan çəkinmirsiniz. Bu isə o deməkdir
ki, siz Azərbaycanın gələcəyinin inam və dayağısınız. Sizin gələcəyiniz isə - ölkəmizin gələcəyidir. Əminəm ki,
iştirakçısı olduğumuz gənclər kongresi çərçivəsində Azərbaycan Gənclərinin Dünya Birliyinin yaradılması bizim
gənclər diasporunun möhkəmlənməsi yolunda növbəti və çox vacib addım olacaqdır. Qarşıda isə bizi bu yolda
mühüm vəzifələr gözləyir. Sizə yeni-yeni uğurlar və kongresin işinə isə müvəffəqiyyətlər arzu edirəm!”
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın konqresə müraciəti oxunduqdan
sonra TürkPA-nın baş katibi Ramil Həsənov, İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Türkiyənin
Frankfurtdakı baş konsulu İlhan Sayqılı, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov təbrik nitqi ilə çıxış
edib, konqresin əhəmiyyəti barədə fikirlərini çatdırıblar.
Sonra Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib. “Bu gün biz xalqımız üçün önəmli olan bir gündə
tarixi bir hadisənin iştirakçılarıyıq. Əminəm ki, Dünya Azərbaycanlı Gənclərinin I Konqresi Azərbaycanın zəngin
ictimai – siyasi tarixinin layiqli səhifələrindən birinə çevriləcək. İnanıram ki, bu tarixi tədbirin iştirakçısı olmaq
qismətini əldə etmiş hər bir şəxs ömür boyu bununla qürur hissi duyacaq və müasir tariximizdə üzərinə düşən
məsuliyyəti düzgün dərk edəcək.” deyə nazir bildirib. Azad Rəhimov bildirib ki, zaman-zaman müstəqilliyindən
məhrum edilən Azərbaycan xalqı bu gün artıq öz taleyinin sahibinə çevrilib. Tarixin gedişatı nəticəsində bütün
dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə geniş imkanlar yaranıb. O əlavə edib
ki. Indi Azərbaycan dövləti öz tarixinin şanlı səhifələrini yaşayır.
Ulu öndər Heydər Əliyevin nüfuzu, mübarizliyi, əzimkarlığı və güclü iradəsi nəticəsində yaranan möhkəm
sütünlar üzərində Azərbaycan dövləti inişaf etməkdədir. “Bilirsiz ki, Ümummili Liderimiz gənclərə daim xüsusi
diqqət və qayğı göstərib. Ulu öndərmizin təşəbbüsü və rəhbərliyi altında reallaşan dövlət quruculuğu strategiyasının
əsas istiqamətlərindən biri məhz gənclər siyasəti olub. Mənəvi cəhətdən saf, geniş dünyagörüşünə malik, fiziki
cəhətdən sağlam, intellektual, milli dəyərlərə sadiq, vətənpərvər gənc nəslin tərbiyə edilməsi - milli gənclər
siyasətimizin əsas vəzifəsi kimi qoyulub. Milli liderimiz daim öz çıxışlarında gənclərin ictimai fəallığına şəraitin
yaradılması və gənc peşəkarların müxtəlif məsul vəzifələrə irəli çəkilməsini aidiyyəti dövlət qurumları qarşısında
vəzifə kimi qoyub”. Azad Rəhimov belə deyib.
Gənclər və idman naziri qeyd edib ki, bu illər ərzində gənclərin inkişafına yönəlmiş normativ-hüquqi baza
formalaşdırılmış, bir sıra dövlət proqramları icra edilib. 200-dən artıq qeyri-hökumət gənclər təşkilatları yaranıb.
Gənclər bu təşkilatlarda birləşərək ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında fəal iştirak edir və müxtəlif sosial
və mədəni layihələr həyata keçirirlər.
119
Ümumilikdə, son 5 il ərzində hökumət tərəfindən gənclər təşkilatlarının 350-dən artıq layihəsinin
dəstəklənmsəi üçün dövlət büdcəsindən 3.800.000 manat vəsait ayrılıb. “Qeyd edim ki, gənclərin ölkənin dövlət
idarəetmə və seçkili orqanlarında təmsilçiliyi ildən-ilə artmaqdadır. Hazırda bələdiyyə üzvlərinin təxminən 30%-ə
yaxını gənclərdir, onlardan 326-sı bələdiyyə sədridir. Gənclərlə aparılan iş 2003-cü ildən yeni mərhələyə qədəm
qoyub. Təməli Ulu Öndərmiz tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin
müdrik rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissələrindən biridir.
Gənclər və İdman nazirinin sözlərinə görə, indi Azərbaycan gəncləri 30-a yaxın nüfuzlu beynəlxalq
təşkilatlarda təmsil olunur, bir neçə beynəlxalq gənclər platformalarının yaradılması təşəbbüsü ilə çıxış edirlər. Misal
olaraq İslam Konfransı Təşkilatının Gənclər Forumunu, GUAM ölkələri Gənclər Forumunu və digərlərini qeyd
etmək olar. Son dörd ildə Azərbaycan Avropa Gənclər Fondu tərəfindən ayrılmış qrantları əldə edən gənclər
təşkilatlarının sayına görə Avropa miqyasında lider ölkədir. Son beş il ərzində 8 mindən artıq gənc (buraya müxtəlif
ölkələrdən gələn gənclər və Azərbaycanda müxtəlif ölkələrə gedən gənclər aiddir) Gənclər və İdman Nazirliyinin
xətti ilə keçirilən layihələr çərçivəsində beynəlxalq mübadilələrdə iştirak ediblər.
“Son illər ərzində xaricdə təhsil alan azərbaycanlı gənclərinin diaspor və lobbiçilik sahəsində fəaliyyəti
güclənməkdədir. Bu işdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın xüsusi rolu var. Proqram çərçivəsində hər
il Azərbaycan gəncləri müxtəlif ölkələrin nüfüzlu universitetlərində təhsil almağa göndərilirlər. Bu proqramın icrası
Vətənimizin gələcək intellektual potensialının möhkəmlənməsinə, elmin və biznesin, eyni zamanda mədəniyyətin
inkişafında gənclərin iştirakına yeni imkanlar yaradır”. Sitat Azad Rəhimovdandır. Nazirin sözlərinə görə, təbii ki,
bu cür şərait gənclik enerjisinin səmərəli istiqamətə yönləndirilməsini və mədəniyyətlərarası dialoqun
formalaşmasını zəruri edir. Çünki, əldə edilən bilik və bacarığın düzgün və lazımi şəkildə tətbiqi də vacib məsələdir.
Bir sıra ölkələrdə xaricdə yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirən qeyri hökumət gənclər təşkilatları
yaranmaqdadır. “Bunların içərisində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətini xüsusilə qeyd etmək
istəyirəm. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın sədrlik etdiyi bu
təşkilat Rusiyada fəaliyyət göstərən azərbaycanlı gənclər klublarını və təşəbbüs qruplarını birləşdirən və Rusiya
Federasiyanın bütün subyektlərində təmsil olunan vahid bir platformaya çevrilib” deyən Azad Rəhimov əlavə edib
ki, təşkilatın keçirdiyi layihələr Azərbaycanın mədəni irsinin və həqiqətlərinin Rusiyada təbliğ edilməsinə və iki ölkə
gəncləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. Son bir neçə il ərzində Almaniyada, Fransada,
Yunanıstanda, Avstriyada, Belçikada, Böyük Britaniyada və digər ölkələrdə xaricdə təhsil alan azərbaycanlı
gənclərin forumları keçirilib. Forumlarda həmin ölkələrin parlament üzvləri, siyasət və iş adamları iştirak ediblər.
Bununla yanaşı, ənənəvi olaraq hər yay tətili zamanı Azərbaycanda xaricdə təhsil alan azərbaycanlı gənclərin
forumları keçirilir. Artıq 8 forum keçirilib və bu il avqust ayında Xaricdə Təhsil alan və Məzun Olmuş Azərbaycanlı
Tələbələrin Beynəlxalq Forumu adlı təşkilat təsis edilib. Azad Rəhimov onu da deiyb ki, XXI əsr qloballaşma ilə
yanaşı digər bir çağırışı da gündəmə gətirib – güclü rəqabət. Bu gün güclü və artan rəqabət gənclərin biliyinin,
bacarığının, təşəbbüsünün, iradəsinin çox yüksək olmasını tələb edir. Bütün bu keyfiyyətlər o qədər möhkəm və
rəqabətli olmalıdır ki, gələcəkdə siz nəinki Azərbaycanın iqtisadiyyatına, elminə, mədəniyyətinə yeni biliklər və
bacarıqlar tətbiq edəsiniz. Məhz bu səbəbdən dövlətimiz ölkəmizin təbii sərvəti olan neft və qazdan əldə olunan
kapitalın ən səmərəli xərclər istiqamətlərindən biri - gənclər müəyyən edilib. Nazir belə deyib.
Gənclər və İdman nazirinin sözlərinə görə, gənclər Azərbaycanın ərazi bütövlüyünün bərpası və Dağlıq
Qarabağ probleminin ədalətli həlli istiqamətində fəaliyyətlərini daha da artırmalıdırlar. Bu istiqamətdə bütün səylər
səfərbər edilməlidir. Belə ki, gənclər yaşadıqları ölkələrdə Azərbaycan haqqında həqiqətləri olduğu kimi təqdim
etməli, bunun üçün ən effektiv təqdimat formalarından istifadə etməli və uzunmüddətli ictimai layihələrin həyata
keçirilməsi istiqamətində təşəbbüslərini artırmalıdırlar. Azad Rəhimov çıxışını bu fikirlərlə bitirib: “Düşünürəm ki,
Dünya Azərbaycanlı Gənclərinin I Konqresi gənclərin Azərbaycan naminə fəaliyyətini daha da əlaqələndirilməsinə,
gücləndirilməsinə və təşkilatlanmasına təkan verəcək. İnanıram ki, aparılacaq müzakirələr və qarşılıqlı fikir
mübadilələri hər birimizi yeni ideyalarla zəngiləşdirəcək və Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin
nəticələri gələcək üçün faydalı olacaq.
Prezident Administrasiyasi ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz çıxışında Azərbaycan
dövlətinin gənclər siyasəti barədə geniş məlumat verib. O bildirib ki, dünyanın bütün xalqları və dövlətləri hər zaman
gənclərlə bağlı xüsusi siyasət yürüdüb. “Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur” misalını
xatırladan Əli Həsənov deiyb ki, hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin
ötürüləcəyi nəsli hazırlamaqdır. “Diaspor siyasətimizin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı
gənclərlə iş, gənclər siyasətimizin əsas istiqaməti ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin
qurulması, təhsil siyasətimizn əsas hissəsi isə yeni, saglam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli
təhsili olan gənclərin yetişdirilməsidir” deyən Əli Həsənov bəyan edib ki, gənclər siyasəti hər bir dövlətin onurğa
sütununu təşkil edir.
120
Azərbaycanda gənclər siyasətinin tarixinə diqqət çəkən Prezident Administrasiyasının rəsmisi xatırladıb ki,
ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının ilk yaddaqalan addımlarından biri məhz 1994-də
Gənclər və İdman Nazirliyinin yaradılması olub. “Cəmiyyətin siyasi həyatının tam iflasa uğradığı bir zamanda atdığı
bu addımla, məhz gənclər siyasətindən başlamaqla milli liderimiz bu gunləri düşünürdü, gənclərin gələcəyini və
bununla da dövlətimizin sabahını fikirləşirdi. Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla
dövlətin təməlini saglam qoyub”. Əli Həsənov belə deyib. O, həm Azərbaycanda, həm da ölkəmizdən kənarda
yaşayan və təhsil alan gənclərin dqarşısında duran qarşısında duran vəzifələr barədə də danışıb. O gənclərə
müraciətlə deiyb ki, qarşınızda duran ən mühüm vəzifələrdən biri həm milli, həm də bəşəri dəyərlərə yiyələnmək,
mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək, amma heç bir zaman milli köklərimizi unutmamaqdır.
“Sizin gücünüz, sizin intellektiniz Vətənin, dövlətin millətin gücü və intellektidir. Prezident İlham Əliyevin
yürütdüyü siyasətin əsas vəzifələrdən biri də məhz sağlam və təhsilli gənclik yetışdirməkdir. Amma harada
yaşamağınızdan asılı olmayaraq Vətənimizi, dilimizi, milli dəyər və adətlərimizi unutmayın. Yaşadığınız ölkədə
xalqımızı və dövlətimizi necə təmsil etsəniz, hər kəs də bizi məhz bunun əsasında tanıya, sevə, hörmət edə və dəstək
verəcək” deyən Əli Həsənov dünya virtual məkanındakı unsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin geniş
təbliği məqsədilə səmərəli bəhrələnməyin, həmçinin bu virtual məkandan dünya azərbaycanlı gənclərinin ünsiyyət
imkanlarını genişləndirmək üçün istifadə olunmasının vacibliyini də qeyd edib. Prezident Administrasiyasının şöbə
müdiri Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycan dövlətinə, xalqına vurduğu ziyan barədə da gənclərə
məlumat verib və bildirib ki, gənclərimizin qarşısında duran məsələlərdən biri də milli varlığımızı erməni
qəsbkarlarından qorumaq, ermənilərin yalan və uydurmalarla dolu təbliğatının qarşısında dayana bilməkdir. Əli
Həsənov çıxışını bu fikirlərlə yekunlaşdırıb: “Siz yaşadığınız ölkələrdə elə bir önəmli faktora, gücə çevrilməlisiniz
ki, sizinlə hesablaşsınlar. Yaşadığınız və təhsil aldığınız dövlətlərin ictimai-siyasi mühitinə, cəmiyyətinə nə dərəcədə
inteqrasiya etsəniz, nə dərəcədə söz sahibinə çevrilsəniz, bunun Azərbaycan dövlətinin haqq səsinin dünyaya
yaymaqda böyük əhəmiyyəti olar. Bu istiqamətdə hər bir ölkədə fəaliyyətn göstərən türk diasporu ilə birlikdə hərəkət
etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini birgə həll etməyə çalışmalısınız. Və eyni zamanda dünyanın
müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər olaraq bir-birinizi yaxşı tanımalısınız, çünki bir-birinizi
tanımadan dünyada Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə də bu tədbirin verdiyi ünsiyyət imkanında yaxşı
faydalanmaq lazımdır”. Sitat Əli Həsənovdandır.
Açılışdan sonra 4 paneldən ibarət konqresin «AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN TƏBLİĞİ VƏ
DİASPOR QURUCULUĞUNDA GƏNCLİYİN ROLU» mövzusunda ilk panel iclası keçirilib. Bu paneldə
Türkiyə Azərbaycan Dərnəyinin sədri, Türkiyə Strateji Analizlər və Beynəlxalq Əlaqələr Mərkəzinin (TÜRKSAM)
başqanı Sinan Oğan «Gəncliyin diaspor quruculuğu və lobbiçilik fəaliyyətində rolu və yeri», “Bizim Nəsil”
Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nürəddin Mehdiyev «Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması və zəngin milli-mədəni irsimizin təbliğində xarici ölkələrdə yaşayan azərbaycanlı
gənclərin yeri», Azərbaycan Diplomatiya Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə «Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan gəncliyi», Böyük Britaniyanın York Universitetinin
məzunu Səbuhi Rzayev «Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi,
onların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi», gənc iş adamı Anar Məmmədov “Azərbaycan və
qloballaşan dünyanın reallıqları-gənclərin gözü ilə”, Amerika Azərbaycanlıları Şurasının prezidenti, Amerika
Azərbaycanlıları Şəbəkəsi “USAN”-nın Los-Anceles və Kaliforniya regionu üzrə icraçı direktoru Cavid Hüseynov
«Azərbaycan həqiqətlərinin təbliği, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişafı və beynəlxalq
əlaqələrinin genişləndirilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi: mövcud təcrübə və gələcək
perspektivlər» mövzularında məruzələr təqdim ediblər.
26 Noyabr 2010
121
Benilüks Azərbaycanlıları Konqresinin dünya azərbaycanlılarına müraciəti
Mərkəzi ofisi Hollandiyanın paytaxtı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK)
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dinc yolla həllini tapmadığı təqdirdə işğal olunmuş ərazilərimizin
digər vasitələrlə azad ediləcəyi barədə söylədiyi fikirlər erməniləri əməlli-başlı qorxuya salmışdır. Bunu istər
Ermənistanda, istərsə də erməni lobbisinin yardımı ilə xarici ölkələrdə nəşr edilən erməni qəzet və jurnallarında
işıq üzü görmüş məqalələrdə aydınca görmək olar.
Azərbaycanın hərbi qüdrətinin ildən-ilə artmasından, müdafiə xərclərinə ayrılan büdcə vəsaitinin az qala
Ermənistan büdcəsinə bərabər olmasından təşviş hissi keçirən erməni rəsmiləri öz xalqını sakitləşdirmək
məqsədi ilə psixoloji hücuma üstünlük verməyə başlamışlar. Onlar dərc etdirdikləri yazılarda müharibə
başladığı təqdirdə Rusiyada, Fransada, Amerika Birləşmiş Ştatlarında, Uruqvayda yaşayan daha imkanlı
ermənilərin pulu hesabına cinayətkarlardan və muzdlu veteranlardan ibarət dəstənin Azərbaycanla vuruşmaq
üçün İranın hava məkanından keçirməklə döyüş nöqtələrinə göndəriləcəyi kimi sərsəm fikirləri ortaya atmışlar.
Bəzi məqalələrdə isə hətta döyüşçülərin sayı belə göstərilmişdir. Dünyanın 38 ölkəsindən 200 min erməninin
döyüşlərdə iştirak edəcəyi bildirilmişdir.
Benilüks Azərbaycanlıları Konqresi belə materiallara münasibət bildirərək qeyd edir ki, tarixin müxtəlif
dönəmlərində xalqımız öz torpaqlarını yadelli işğalçılardan qorumaq məcburiyyətində qalmışdır. Sülhsevər
azərbaycanlılar qonşuları ilə hər zaman dinc və mehriban dostluq əlaqələrinin saxlanılmasına və inkişafına
üstünlük
vermişlər.
Lakin XX əsrin sonlarına doğru Azərbaycan böyük bir haqsızlıqla üzləşmişdir. Tarixi ərazilərimin 20 faizi
mənfur qonşularımız ermənilər tərəfindən işğal olunmuş, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü
pozulmuş, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan tərəfindən zəbt edilmiş, minlərlə soydaşımız
amansızlıqla qətlə yetirilmiş və əsir götürülmüşdür.
Artıq 20 ilə yaxındır ki, torpaqlarımızın azad edilməsi istiqamətində danışıqlar aparan Azərbaycan dövləti
münaqişənin beynəlxalq hüquq normalarına uyğun sülh yolu ilə həllinə çalışır. BMT, Avropa Şurası, Avropa
İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz
azad edilməsi barədəki qərar və qətnamələrinə məhəl qoymayan işğalçı Ermənistan, siyasi və iqtisadi girdabda
boğulmasına baxmayaraq, mənfur niyyətindən əl çəkmir, sülh danışıqlarını pozur, konstruktiv mövqe nümayiş
etdirmir. Bütün bunlar beynəlxalq qurumların gözü qarşısında baş verir, onlar isə susur, ikili standartlara yol
verirlər. Mənfur düşmənlərimizə xatırlatmaq istəyirik ki, müharibə başladığı təqdirdə, dünya azərbaycanlıları
müsəlləh əsgər kimi zəbt olunmuş torpaqlarımızın azad edilməsi üçün Vətənə dönəcək və işğalçılara aman
verməyəcəklər.
Benilüks Azərbaycanlıları Konqresi ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, tarixi torpaqlarımızı düşmən
işğalından azad etmək və suveren hüquqlarımızı qorumaq məqsədi ilə dünya azərbaycanlılarına müraciət edir və
onları Vətənimiz və Prezidentimiz ətrafında daha sıx birləşməyə, səfərbər olmağa çağırır.
BAK-ın dünya azərbaycanlılarına müraciətində deyilir: "Müqəddəs borcumuzu yerinə yetirmək uğrunda
çağırışımıza hay verin. İşğal olunmuş ərazilərimizin tezliklə azad edilməsi doğma Vətən qarşısında bizim hər
birimizin borcudur. Qaytaraq Vətən borcunu!"
Əsgər ƏLİYEV.
“Azərbaycan”.-2011.-8 Mart.-N 53.-S.2.
122
Azərbaycan diasporundan BMT baş katibinə müraciət
Erməni snayperinin 9 yaşlı Fariz Bədəlovu qətlə yetirməsi Danimarka və İsveç parlamentlərinin də
diqqətinə çatdırılıb
Danimarka azərbaycanlılarının "Vətən" Cəmiyyəti 9 yaşlı Ağdam rayon sakini Fariz Bədəlovu Ermənistan
silahlı qüvvələrin qətlə yetirməsilə bağlı BMT-nin baş katibi Pan Gi Muna və Danimarka parlamentinə
məktubla müraciət ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, sənəddə 9 yaşlı
Fariz Bədəlovun öz evinin həyətində oynadığı vaxt Ağdam rayonunun ermənilərin işğalı altındakı Şıxlar
kəndindən Ermənistan silahlı qüvvələrinin snayperinin başından gülləylə vurduğu, xəstəxanaya çatdırılmasına
baxmayaraq, onun həyatını qurtarmağın mümkün olmadığı bildirilir. Müraciətdə qeyd olunur ki, Cənubi Qafqazın
iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən
sonra başlanıb. 1992-ci ildən Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və daha 7 rayon daxil olmaqla
Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. Azərbaycan və Ermənistan arasında 1994-cü ildə atəşkəs
haqqında saziş imzalanıb və hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, Fransa və ABŞ-ın
vasitəçiliyi ilə sülh danışıqları aparılır. Məktubda Ermənistanın Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların
azad edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyi vurğulanır. Müraciət
müəllifləri bildirirlər ki, erməni tərəfinin atəşkəsi pozması artıq heç kəsdə təəccüb doğurmur: "Təkcə ötən
ay ərzində Ermənistan hərbi birləşmələri atəşkəs rejimini 50 dəfədən artıq pozub, bunun nəticəsində iki nəfər
Azərbaycan əsgəri həlak olub, iki nəfər də yaralanıb. Yanvarda da eyni sayda əsgər həlak olmuş və yaralanıb.
Nə qədər acınacaqlı olsa da, cəbhə xəttində əsgərlərin həlak olması gözləniləndir, amma uşağı snayperin
öldürməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki durumdan asılı
olmayaraq, yolverilməzdir. Biz BMT-dən xahiş edirik ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4
qətnaməsinə əməl etməsi və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxması üçün Ermənistana təzyiq
göstərsin". Bundan əlavə, İsveçdəki Azərbaycan diaspor təşkilatları bu ölkənin bir il əvvəl martın 11-də
qondarma erməni genosidini tanımasının ildönümüylə əlaqədar Stokholm şəhərində parlament binasının
qarşısında etiraz aksiyası keçiriblər. Piketdə bildirilib ki, 9 yaşlı Ağdam rayonu, Orta Qərvənd kənd sakini Bədəlov
Fariz Arif oğlunun Ermənistan silahlı qüvvələrinin snayperinin öldürməsi ermənilərin Azərbaycan xalqına qarşı
apardığı soyqırımı siyasətini daha qəddar üsullarla davam etdirdiyini göstərir. Aksiyada İsveç Azərbaycan
Federasiyası, İsveç Azərbaycanlıları Konqresi, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, türk icmasının
nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları İsveç parlamentini qondarma erməni soyqırımını tanıdığına görə
qınadıqlarını qeyd edərək əslində soyqırıma Azərbaycan xalqının məruz qaldığını, və ermənilərin törətdikləri
əməllərə görə cəzasız qalmaları səbəbindən azərbaycanlılara qarşı soyqırımın bu gün də davam etdirildiyini
vurğulayıblar. Parlamentin məhkəmə olmadığını diqqətə çatdıran nümayişçilər bildiriblər ki, əslində ötən əsrin
əvvəllərində ermənilərin guya soyqırıma məruz qalmaları ermənilərin özlərinin uydurmasıdır və bu məsələnin
aydınlaşdırılması tarixçilərin öhdəsinə buraxılmalıdır. Piket iştirakçılarının 5 nəfərdən ibarət nümayəndə heyətini
İsveç parlamentinin vitse-spikeri Ulf Kristersson qəbul edib. Görüşdə İsveç parlamentinin qondarma erməni
soyqırımını tanımasına etiraz bildirilib. İsveç Azərbaycan Federasiyasının sədri Səttar Sevigin Fariz Bədəlovu
Ermənistan snayperinin öldürməsi barədə məlumat verib və bildirib ki, əsl soyqırım qurbanları azərbaycanlılardır,
ermənilər isə soyqırımı törədənlərdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgəsində 12 may
1994-cü il tarixindən atəşkəs rejiminin hökm sürməsinə baxmayaraq, Ermənistanın mütəmadi olaraq atəşkəsi
pozması nəticəsində yüzlərlə dinc azərbaycanlının düşmən gülləsindən həlak olduğunu və yaralandığını bildirib:
"ATƏT-in Minsk qrupunun, ATƏT sədrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi
nümayəndəsinin və digər nüfuzlu beynəlxalq təşkilatların və onların nümayəndələrinin cəbhə xəttində atəşkəs
rejiminə əməl olunması barədə tələblərinə məhəl qoymayan Ermənistan atəşkəs rejiminin hökm sürdüyü təqribən
17 il ərzində elə gün olmayıb ki, atəşkəsi pozmasın. Ən dəhşətlisi isə budur ki, atəşkəsi pozan ermənilərin əsas
hədəfi dinc sakinlər, qocalar, qadınlar, uşaqlar olur". Federasiya sədri 9 yaşlı azərbaycanlı uşağın öldürülməsinin
insan haqlarının, eləcə də müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasını kobud
surətdə pozduğunu İsveç parlamentinin vitse- spikerinin diqqətinə çatdırıb. O bildirib ki, dünya birliyinin bu
vəhşiliyə göz yumması Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qalması onun Azərbaycan xalqına qarşı
soyqırımı davam etdirməsinə şərait yaradır. Səttar Sevigin İsveçi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi bölgəsində Azərbaycanın dinc sakinləri-körpə uşaqların, qoca və qadınların Ermənistan snayperlərinin
qurbanı olmalarına biganə qalmamağa və erməni tərəfini atəşkəs rejiminə əməl etməyə inandırmağa çağırıb.
Turqut. “Xalq Cəbhəsi”.-2011.-15 Mart.-N 47.-S.4.
123
Azərbaycan diasporundan mafiya ilə bağlı çağırış
SOYDAŞLARIMIZ ERMƏNİ MAFİYASININ TİBBİ SIĞORTA
FIRILDAQLARININ ARAŞDIRILMASI ÜÇÜN KONQRESMENLƏRƏ
MÜRACİƏT EDİB
ABŞ-dakı Azərbaycan diasporu Konqres üzvlərinə və yerli mediaya erməni mafiyasının tibbi sığorta
fırıldaqları ilə bağlı məktublar göndərib. Bu barədə APA-nın Vaşinqton müxbiri məlumat verir. “Arsen Bedjanyan
və Sarkis Tadevosyan Qərbi Virciniyada tibbi sığorta fırıldaqları ilə məşğul olduqları üçün 2011-ci ilin mayında
ABŞ xüsusi xidmət orqanları və Qərbi Virciniya polisi tərəfindən həbs olunublar. 2011-ci il fevralın 16-da Los-
Ancelesdə, Mayamidə və Denverdə reket, bank fırıldaqları, şəxsi məlumatların oğurlanması, adam oğurluğu və
narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan erməni cinayətkar qrupunun 100-ə yaxın üzvü həbs olunub”.
Məktub müəlliflərinin dediyinə görə, cinayətkarlar kredit kartlarının surətinin çıxarılması, kredit və
ödəniş kartları ilə bağlı informasiyanın oğurlanması məqsədilə saxta çeklərdən istifadə olunması kimi
fırıldaqlarla məşğul olub, pərakəndə satış mərkəzlərində yüzlərlə müştərinin hesabını boşaldıblar. Onlar yaşlı
ABŞ vətəndaşlarının bank hesabından 10 milyon dollara yaxın pul oğurlayıblar.
“Bu, son bir ildə erməni-Amerika cinayətkar qrupları tərəfindən törədilən üçüncü belə cinayətdir. Bu
cinayətlər ABŞ hökumətinə, biznesinə və yaşlı vətəndaşlara qarşı yönəldilib. 2010-cu ilin oktyabrında Federal
Təhqiqat Bürosu, Daxili Gəlirlər Xidməti və yerli hüquq-mühafizə orqanları tərəfindən 52 etnik erməni həbs
olunub. Onlar az gəlirli vətəndaşlara tibbi xidmət göstərmək üçün həyata keçirilən Medicaid proqramından 163
milyon dollar pul oğurlayıblar. Bu erməni qanqsterlərinin ABŞ ərazisində törətdikləri ilk cinayət deyil. İki il əvvəl,
2008-ci ildə 6 erməni FTB tərəfindən 2 milyon dollarlıq fırıldaqda ittiham olunub. 1999-cu ildə ermənilər
Kaliforniyanın Medicaid proqramından bir milyard dollar oğurlayıblar. Bu dünya tarixində tibb sahəsində baş
vermiş ən böyük fırıldaq idi”.
“ABŞ Ermənistana və Dağlıq Qarabağdakı cinayətkar rejimə hər il göstərilən maliyyə yardımını
dayandırmalıdır. Biz erməni canilərin asanlıqla ABŞ-a gəlib fırıldaqla məşğul olmasına və bizim pullarımızı
oğurlamasına imkan verməməliyik. Onlar Ermənistana arxayındırlar, bu ölkənin prezidentinin himayəsi
altındadırlar. Ermənistan prezidenti bizdən maliyyə yardımı alır, sonra isə İraqda əsgərlərimizin ölümünə səbəb
olan silahların satışı ilə məşğul olur”.
“Bu fırıldaqlar, reket və yaşlı vətəndaşların hesablarının qarət olunması halları bizi – ABŞ-ın vergi
ödəyicilərini narahat edir. Sizi, ABŞ-dakı erməni fırıldaqçıları ilə əlaqədar olan Ermənistan hökumətinə maliyyə
yardımı göstərəndə ehtiyatlı olmağa, bunun əvəzində bizim hüquq-mühafizə orqanlarımızın maliyyələşdirilməsini
gücləndirməyə çağırırıq”.
“525-ci qəzet”.-2011.-2 İyun.-№97.-S.1, 3.
124
Dünya azərbaycanlılarının III qurultayının Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciəti
Zati-aliləri!
Dünya azərbaycanlılarının III qurultayının Bakı şəhərində keçirilməsinə verdiyiniz yüksək dəstəyə görə
Sizə dərin minnətdarlığımızı bildiririk. Bu qurultay əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
azərbaycançılıq ideologiyasının təşəkkülünün, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin parlaq
təcəssümüdür.
Böyük məmnuniyyət hissi ilə vurğulamaq istərdik ki, II qurultaydan ötən müddət ərzində Azərbaycan
dövlətinin iqtisadi qüdrəti daha da artmış, siyasi münasibətlər sistemi təkmilləşmiş, demokratik, hüquqi dövlət
quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmiş, dünya birliyinə inteqrasiya yolunda əhəmiyyətli uğurlar
qazanılmışdır. Zati-alinizin rəhbərliyi ilə aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər Azərbaycanın
regionda və bütün dünyada siyasi nüfuzunun daha da yüksəlməsinə, söz sahibinə çevrilməsinə, müstəqil siyasət
yürüdən dövlət kimi özünütəsdiqinə şərait yaratmışdır. Biz əminik ki, doğma Vətənimizin çiçəklənməsi və inkişafı
naminə atılacaq növbəti addımlar xalqımızın çoxəsrlik tarixinə yeni şanlı səhifələr yazacaqdır. Möhtərəm
cənab Prezident!
Sizin dəfələrlə vurğuladığınız kimi, bu gün müstəqil Azərbaycan dövlətinin və xalqımızın yalnız bir problemi
var: Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması və yüz minlərlə soydaşımızın öz
doğma torpaqlarından didərgin düşməsi. İnanırıq ki, apardığınız siyasət bu taleyüklü məsələnin ədalətli həlli ilə
nəticələnəcək, dövlətimiz bütün ərazilərində öz suveren hüquqlarını bərpa edəcəkdir. Biz problemin sülh yolu
ilə və danışıqlar masası arxasında həlli istiqamətində göstərdiyiniz səy və təşəbbüsləri birmənalı şəkildə
dəstəkləyirik. Eyni zamanda bəyan edirik ki, dünya azərbaycanlıları Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ali Baş Komandanı kimi Zati-alinizin qəbul edəcəyi hər bir qərarın yerinə yetirilməsi üçün canından
və qanından keçməyə də hər an hazırdır.
Cənab Prezident!
Azərbaycan dövlətinin davamlı dəstəyi sayəsində diasporumuz bu gün yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, mədəni
irsimizin və tariximizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, lobbi quruculuğu
sahəsində əldə olunmuş uğurlar bu mərhələni səciyyələndirən əsas keyfiyyət göstəriciləridir. Təqdirəlayiq haldır
ki, son dövrlər xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallıq səviyyəsi də xeyli yüksəlmişdir. Bu gün
azərbaycanlı icmaları yaşadıqları ölkələrdə baş verən mühüm hadisələrə dair öz mövqeyini bildirir, seçkilərdə
fəal iştirak edir, siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunur, bir sıra ölkələrdə isə parlament
üzvlüyünə seçilirlər. Bütün bu uğurların əsasında doğma Vətənə sevgi, Azərbaycana layiqincə xidmət arzusu
dayanır. Bu, eyni zamanda, dövlətimizin xaricdə yaşayan azərbaycanlılarla bağlı siyasətinin kifayət qədər
praqmatik və düşünülmüş bir strategiyaya əsaslandığını göstərir.
Möhtərəm cənab Prezident!
Biz, Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları xaricdə yaşayan azərbaycanlılara və diaspor
təşkilatlarına göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin
rəhbərliyinizlə xalqımız qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, dövlətimiz dünyanın
siyasi səhnəsində öz mövqeyini daha da möhkəmləndirəcəkdir.
Bir daha bəyan edirik ki, dünya azərbaycanlıları Zati-alinizin Azərbaycan Respublikasının milli maraq və
mənafelərinin qorunmasına, doğma Vətənimizin tərəqqisinə, milli birlik və həmrəyliyimizin möhkəmlənməsinə
yönəlmiş siyasətini qətiyyətlə dəstəkləyirlər. Biz bu siyasətin Azərbaycanı dinamik inkişaf yolu ilə irəli
aparacağına əminik və bu müqəddəs yolda Sizə daha böyük uğurlar arzulayırıq.
Müraciət Dünya azərbaycanlılarının
III qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 5 İyul 2011-ci il.
AzərTAc
5 İyul 2011-ci il
125
Dünya azərbaycanlılarının III qurultayının Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq
təşkilatlara, xarici ölkələrin parlamentlərinə,
dövlət və hökumət başçılarına
Müraciəti
Biz – Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları narahat dünyamızda sağlam düşüncənin, haqq
və ədalətin əvvəl-axır qalib gələcəyinə inamımızı ifadə edərək, bütün xalqların sülh və əmin-amanlıq, mehriban
qonşuluq və dostluq şəraitində yaşamaq haqqına dərin ehtiramımızı bildirərək, mütərəqqi beynəlxalq ictimaiyyətə
müraciət edirik.
Bu gün planetimizdə beynəlxalq təhlükəsizliyə və barışa, sivilizasiyalararası dialoq çağırışlarına, xalqların
dinc yanaşı yaşayışının və əmin-amanlığının təminatına ciddi ehtiyac duyulur. Çünki qloballaşma prosesinin vüsət
aldığı müasir mərhələdə dövlətlərin suverenliyini və bütövlükdə bəşəriyyəti təhdid edən aqressiv etnik
separatçılıq, terrorizm, milli, dini və irqi ayrı-seçkilik kimi mənfi meyillər həyatımızın acı gerçəkliyinə
çevrilmişdir. Təəssüf hissi ilə nəzərinizə çatdırırıq ki, zəmanəmizin ən qanlı faciələrinə rəvac vermiş Ermənistan
– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 23 ildir ki, davam etməkdə, regionda sülh və əmin-amanlıq
üçün böyük təhlükə mənbəyi olaraq qalmaqdadır.
Son iki əsrə yaxın bir dövrdə erməni millətçilərinin əli ilə Azərbaycana qarşı mərhələ-mərhələ işğalçılıq
siyasəti həyata keçirilmiş, xalqımız çoxsaylı kütləvi qırğınlara, etnik təmizləmə və deportasiyalara, soyqırımı
aksiyalarına məruz qalmışdır. Təkcə XX əsrdə on minlərlə azərbaycanlı etnik və dini amilə görə qətlə yetirilmiş,
milyonlarla soydaşımız öz tarixi torpaqlarından didərgin salınmışdır.
1988-ci ildən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları yenidən baş qaldırmış, işğalçılıq
niyyətlərini həyata keçirmək üçün Dağlıq Qarabağda heç bir tarixi, siyasi, etnik əsası olmayan erməni
separatizminə rəvac verilmişdir. Artıq 20 ildən çoxdur ki, Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq
Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və ötən əsrin 90-cı illərinin əvvəllərinədək bütünlüklə
azərbaycanlıların yaşadığı 7 inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1 milyona
yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin salınmış, 20 mindən çox azərbaycanlı qətlə
yetirilmiş, 50 mindən artıq insan əlil olmuşdur. Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində ağlasığmaz
təhqir və işgəncələrdən əziyyət çəkən 4 mindən artıq azərbaycanlının taleyi barədə indiyədək dəqiq məlumat almaq
mümkün olmamışdır. 90-cı illərin əvvəllərində erməni silahlıları Qarabağın azərbaycanlılar yaşayan qəsəbə
və kəndlərində kütləvi qırğınlar, Bakıda və digər şəhərlərimizdə qanlı terror aksiyaları həyata keçirmiş, 1992-ci
ilin fevralında XX əsrin ən dəhşətli faciəsini – Xocalı soyqırımını törətmişlər. Öz qəddarlığına və amansızlığına
görə dünyada bənzəri olmayan bu qanlı aksiyada 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qocalar
olmaqla 613 Xocalı sakini bir gecənin içində qətlə yetirilmiş, 1000 nəfərdən artıq mülki əhali, o cümlədən 76
nəfər yetkinlik yaşına çatmamış oğlan və qız şikəst edilmiş, 1275 nəfər ermənilər tərəfindən girov götürülərək
ağlasığmaz təhqir və həqarətlərə məruz qalmışdır. Amansızlıqla qətlə yetirilənlərdən 56 nəfəri diri-diri
yandırılmış, başları kəsilmiş, gözləri çıxarılmış, qafa taslarının dərisi soyulmuşdur.
1988-ci ilin sonlarında Ermənistanda öz tarixi dədə-baba yurdlarında yaşayan 250 mindən artıq azərbaycanlı
yüzlərlə insanın qətli ilə müşayiət olunan kütləvi deportasiyaya məruz qalmış, nəticədə Ermənistan dünyada
analoqu olmayan monoetnik dövlətə çevrilmişdir. XIX əsrin əvvəllərində bu gün Ermənistan deyilən ərazidə 2
mindən çox azərbaycanlı yaşayış məntəqəsi olduğu halda, hazırda orada bir nəfər də olsun, azərbaycanlı
qalmamış, minlərlə Azərbaycan-türk toponimləri, tarixi yer adları açıq-aşkar saxtakarlıqla erməniləşdirilmiş və
xəritədən silinmişdir.
Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində azərbaycanlılara məxsus tarixi-mədəni
abidələr, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Bu antibəşəri
proses indi də davam etməkdədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 890 yaşayış məntəqəsi, 150
min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9
məscid, 9 etnoqrafik əhəmiyyətli tarixi yer, 464 tarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye
və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 km su kəməri, 2 min km qaz kəməri, 15 min km elektrik xətti,
1200 km irriqasiya sistemi dağıdılmış, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi məhv edilmişdir.
On illər boyu Azərbaycan xalqına qarşı ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilmiş təcavüzkar siyasət,
kütləvi zorakılıq aksiyaları və bu cinayətlərin XX yüzilliyin sonlarında müasir dünyanın gözü qarşısında
yenidən təkrarlanması, beynəlxalq hüququn tələbləri baxımından soyqırımı kimi qiymətləndirilməlidir. Təəssüf ki,
istər regiondakı tarixi-siyasi proseslərə, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bu gün
dünyada ikili standartlarla yanaşma halları mövcuddur.
126
Qurultay iştirakçıları Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağla bağlı
1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin hələ də təcavüzkar Ermənistan tərəfindən
yerinə yetirilməməsinə beynəlxalq birliyin laqeyd münasibətindən dərin məyusluq hissi keçirirlər. 2005-ci ildə
Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsində Azərbaycan
ərazilərinin işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi qeyd olunmuş,
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi vurğulanmışdır. BMT Baş Məclisinin
“Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı 2006-cı il 7 sentyabr tarixli 60/285 saylı və 14 mart
2008-ci il tarixli 62/243 saylı qətnamələri, 2006-cı ilin dekabrında qəbul olunmuş “ATƏT-in Nazirlər
Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı”, ATƏT-in 2005-ci və 2010-cu illərdə faktaraşdırıcı
və sahə qiymətləndirmə missiyalarının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata
keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu
ərazilərin viran edilməsini təsdiq edən rəyləri, “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb” adlı
2010-cu il 20 may tarixli qətnamə və digər beynəlxalq sənədlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi
faktı öz təsdiqini tapmış və bu ərazilərin azad olunması tələb edilmişdir. Bütün bunlara baxmayaraq, Ermənistan
hələ də Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir, beynəlxalq birliyin tələb və tövsiyələrinə
etinasızlıq göstərir. Sülhün və təhlükəsizliyin təminatçısı olan beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin
Ermənistanın bu təcavüzkar hərəkətlərinə qarşı təsirli tədbirlər görməməsi dünyada ədalətin mövcudluğuna olan
inamı sarsıdır və beynəlxalq hüquqa etimadsızlıq kimi mənfi tendensiyalara yol açır.
Biz, eyni zamanda narahatlıq hissi ilə bildiririk ki, Azərbaycan tərəfinin xoşməramlı təşəbbüslərinə,
münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək niyyətinə baxmayaraq, Ermənistanın nümayiş etdirdiyi qeyri-
konstruktiv mövqe və qonşulara qarşı əsassız ərazi iddiaları sülhyaratma prosesində böhran yaradır, regionda
sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərin uğursuzluqla nəticələnməsinə səbəb olur.
Ermənistanın bu mövqeyi problemin dinc yolla həllini çətinləşdirir, müharibənin yenidən alovlanması
təhlükəsini artırır.
Dünya azərbaycanlılarının III qurultayı beynəlxalq ictimaiyyəti Cənubi Qafqazda sülhün və əmin- amanlığın
təmin olunması, insanların rahat və təhlükəsiz şəraitdə yaşaması naminə konkret addımlar atmağa, təcavüzkarı
sağlam düşüncəyə və davakar qarşıdurma mövqeyindən geri çəkilməyə vadar edəcək qətiyyətli tədbirlər görməyə
çağırır. Bir daha nəzərinizə çatdırmağı zəruri sayırıq ki, bu münaqişənin davam etməsi və mövcud status-kvonun
saxlanması bölgə xalqlarının maraqlarına cavab verməməklə yanaşı, təkcə regionda deyil, bütün dünyada
sülhə və təhlükəsizliyə ciddi maneədir. Biz qəti şəkildə inanırıq ki, münaqişənin həlli nəinki Azərbaycan və
erməni xalqlarının, eləcə də bütün regionun həyatında yeni bir dövrün – dostluq, əməkdaşlıq və tərəqqi
mərhələsinin başlanğıcı olacaqdır.
Müraciət Dünya azərbaycanlılarının III qurultayında qəbul
olunmuşdur. Bakı şəhəri, 5 iyul 2011-ci il.
AzərTAc
5 İyul 2011-ci il
127
Dünya azərbaycanlılarının III qurultayının Dünya azərbaycanlılarına müraciəti
Əziz həmvətənlər!
Hörmətli soydaşlarımız!
Dünya öz tarixi inkişafının olduqca mühüm və mürəkkəb mərhələlərindən birini yaşayır. Qloballaşma
prosesinin geniş vüsət aldığı, sivilizasiyalararası dialoqun tarixi zərurətə çevrildiyi bu mərhələdə hər bir millət
öz varlığını qoruyub saxlamaqla bərabər, bəşəriyyətin gələcəyi üçün də məsuliyyət daşıyır. Belə bir şəraitdə
Azərbaycan dövləti hadisələrə seyrçi mövqe tutmur, müxtəlif mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun
və etimadın möhkəmləndirilməsinə öz dəyərli töhfəsini verir. Son illər Vətənimiz mütəmadi olaraq dinlərarası
və mədəniyyətlərarası dialoqa həsr olunmuş nüfuzlu tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis
edilməsi və Azərbaycan xalqının mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədi
ilə 2011-ci ildən başlayaraq hər iki ildən bir Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
keçirilməsi barədə fərman imzalamışdır.
Son illər Azərbaycan xalqı da keyfiyyətcə yeni, daha yüksək tarixi inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bu, milli ideologiyanın tamamilə formalaşdığı, hüquqi və demokratik dövlət quruculuğu prosesinin sürətləndiyi
bir mərhələdir. Azərbaycan dövlətinin ilbəil artan iqtisadi və siyasi qüdrəti dünya azərbaycanlıları arasında
birlik və həmrəyliyin daha da möhkəmlənməsinə, diaspor hərəkatının güclənməsinə, soydaşlarımızın tarixi
Vətənlə əlaqələrinin genişlənməsinə əlverişl şərait yaratmışdır. Bu gün dünyanın hansı hissəsində yaşamasından,
dünyagörüşündən və siyasi əqidəsindən asılı olmayaraq, hər bir soydaşımız özünü doğma Azərbaycanın bir hissəsi
hesab edir, Vətənin maraq və mənafelərinin qorunması naminə əlindən gələni əsirgəmir. Dünya
azərbaycanlılarının II qurultayından keçən 5 il ərzində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, doğma
Vətənimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli mənəvi dəyərlərimizin qorunması,
həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində mühüm işlər
görülmüşdür. 2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş
“Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” həmvətənlərimiz qarşısında qoyulan vəzifələrin
müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində əhəmiyyətli rol oynamışdır. İndi azərbaycanlıların
müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və qurumları vahid mərkəzlərdə birləşmiş, soydaşlarımızın qitələr üzrə
təşkilatlanması prosesi, demək olar ki, başa çatmışdır. Görülmüş işlərə, qazanılmış nailiyyətlərə nəzər salarkən
ümummilli lider Heydər Əliyevi minnətdarlıqla xatırlayır, diaspor quruculuğu məsələlərinə dövlət səviyyəsində
qayğı göstərilməsini bu dahi şəxsiyyətin tarixi xidmətləri hesab edirik.
Əldə olunmuş uğurlar üzərimizə həm də böyük məsuliyyət qoyur. Bu uğurları qorumaq və eyni zamanda
daha böyük nailiyyətlər qazanmaq üçün hər birimizdən durmadan çalışmaq tələb olunur. İndi 50 milyonluq
Azərbaycan xalqının əsas məqsədi Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həllinə nail olmaqdan ibarətdir. Azərbaycan diasporunun bütün potensialı, əzmi və iradəsi bu məqsədə
çatmaq üçün zəruri olan vəzifələrin həllinə səfərbər edilməlidir.
Soydaşlarımızın qarşısında duran ən mühüm vəzifələr sırasına yaşadıqları ölkələrdə fəaliyyət göstərən
siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin inkişaf
etdirilməsi də daxildir. Hər bir azərbaycanlı icması milli mənəvi dəyərlərini, dilini, milli kimliyini qorumaqla
yanaşı, cəmiyyətə daha yaxından inteqrasiya etməli, baş verən hadisələrə prinsipial münasibət bildirməli,
ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilməlidir.
Bu gün dünyanın müxtəlif ölkələrində ictimai etimad qazanmış minlərlə azərbaycanlı mədəniyyət xadimi,
elm adamı, jurnalist yaşayır. Onların, demək olar ki, hamısı vətənpərvər ziyalılar, Azərbaycan uğrunda hər cür
fədakarlığa hazır olan insanlardır. Azərbaycanlı ziyalıların doğma Vətənin milli maraqlarının müdafiəsi işinə daha
çox cəlb olunması, onların daha geniş kontingentinin diaspor təşkilatlarında təmsil olunması müasir dövrün
reallıqları baxımından olduqca vacibdir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, ölkəmizin və
xalqımızın əleyhinə yönəlmiş təxribatlarının qarşısını vaxtında almaq bütün soydaşlarımızın əsas vəzifələrindən
biridir. Bu sahədə işimizi gücləndirmək üçün əlavə tədbirlər görülməli, müasir informasiya texnologiyalarından
və yeni metodlardan səmərəli istifadə olunmalıdır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan
informasiya mərkəzlərinin şəbəkəsi genişləndirilməli, xarici kütləvi informasiya vasitələri ilə daha sıx
əməkdaşlıq əlaqələri qurulmalıdır.
Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün digər xalqların diaspor təşkilatları ilə, xüsusən türk diasporu
ilə əməkdaşlığı genişləndirmək, iki qardaş ölkənin maraqlarının müdafiəsi ilə bağlı həyata keçirilən layihə və
tədbirləri daha sıx əlaqələndirmək zəruridir.
128
Xaricdə yaşayan azərbaycanlı gənclərin potensialından daha səmərəli istifadə etmək üçün tədbirlərin həyata
keçirilməsi günün vacib tələblərindəndir. Gənclərimizin intellektual imkanları, müasir dünyagörüşü, yüksək
vətənpərvərliyi bizim gələcəyə olan ümidlərimizi artırır. Əminik ki, bu böyük potensialın düzgün
istiqamətləndirilməsi yeni tarixi nailiyyətlərə imza atmağa zəmin yaradacaqdır.
Əziz soydaşlar!
Azərbaycan diasporu ötən qısa vaxt ərzində böyük inkişaf yolu keçmişdir. İndi xaricdəki soydaşlarımız
əvvəlki illərlə müqayisədə daha mütəşəkkil və çevik fəaliyyət imkanlarına malikdirlər. Biz bütün gücümüz və
qəlbimizlə bu imkanlardan istifadə etməli, Azərbaycanın maraqlarını qətiyyətlə qorumaq əzmimizi dünyaya
nümayiş etdirməliyik. Bu yolda ürəyi daim doğma Vətənlə döyünən hər bir azərbaycanlıya uğurlar arzulayırıq.
Müraciət Dünya azərbaycanlılarının
III qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 5 iyul 2011-ci il.
AzərTAc
5 İyul 2011-ci il
129
Avropa Azərbaycanlıları Konqresi Fransa prezidenti Nikola Sarkoziya etiraz müraciəti ünvanlandı
Avropa Azərbaycanlıları Konqresinin (AAK) Fransa prezidenti Nikola Sarkoziya ünvanlandığı etiraz
müraciətində bu ölkənin Milli Assambleyasının qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət
məsuliyyəti nəzərdə tutan qanun layihəsi qəbul etməsini söz və ifadə azadlığını kobud surətdə pozduğu bəyan
edilmişdir.
“Bu qanunla birinci növbədə fransız xalqının söz və fikir azadlığına son qoyulmuşdur. Bu qanunla Fransa
dövlətinin prinsipləri ayaqlar altına atılmışdır. Biz Avropa Azərbaycanlıları Konqresi olaraq bu qanunun qəbul
edilməsini kəskin şəkildə pisləyir və buna etirazımızı bildiririk”, - deyə müraciətdə qeyd olunmuşdur.
“Bu qanunun qəbul edilməsi ilə tarix saxtalaşdırılmış, xalqlar arasında kin, nifrət, intiqam və düşmənçilik
toxumu səpilmiş, xalqların anlaşmalarına və dünyada əmin-amanlığın bərqərar olunmasına ağır zərbə vurulmuşdur.
Bu qanun nə Ermənistana, nə Türkiyəyə, nə də Azərbaycana fayda gətirəcəkdir. Bu yolla Qafqazda sülh əldə
olunmayacaqdır”, - deyə müraciətdə vurğulanmışdır.
Müraciət müəllifləri Fransa prezidentinə 20 il əvvəl bütün dünyanın gözləri önündə baş vermiş və faktları,
şahidləri olan və işğal və soyqırımını xatırlatmışlar. “Ermənistanın hazırkı prezidenti Serj Sarqsyanın bilavasitə
özünün iştirakı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı qətliyam törədilmişdir.
Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi göçkün
olmuşdur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı BMT və Avropa Şurası
bir sıra qətnamə qəbul etsə də bu günədək onlara əməl olunmamışdır. Fransanın da üzv olduğu ATƏT-in Minsk qrupu
məsələni sülh yolu ilə həll etmək üçün fəaliyyət göstərsə də bu günə qədər nə işğal sona çatmış, nə də qatillər
cəzalandırılmışdır”, - deyə müraciətdə bildirilmişdir.
“Avropa Azərbaycanlıları Konqresi olaraq Sizdən və ATƏT-in Minsk qrupunun üzvü olan Fransa
dövlətindən Azadlıq, Bərabərlik və Qardaşlıq naminə Xocalıya ədalətin təmin olunmasını tələb edirik. Sülh
ədalətsizlik və hüquqsuzluq üzərində qurula bilməz”, - müraciətdə vurğulanmışdır.
Avropa Azərbaycanlıları Konqresi müraciətin sonunda bird aha Fransa parlamentinin qondarma “erməni
soyqırımı” iddialarının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul etməsini kəskin şəkildə
qınadığını və yanlış yoldan dönməyi tələb etmişdir.
26 dekabr 2011
130
Diasparla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrapa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə
Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr”
mövzusunda diaspor nümayəndələrinin müşavirəsində Avropa Azərbaycanlıarı Konqresinin
bəyanatı qəbul olunub
Martın 8-də Diasparla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrapa Azərbaycanlıları Konqresinin
təşkilatçılığı ilə Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr”
mövzusunda diaspor nümayəndələrinin müşavirəsində Avropa Azərbaycanlıarı Konqresinin bəyanatı qəbul olunub.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasında yürüdülən uğurlu xarici və daxili siyasət, həyata keçirilən
islahatlar və irimiqyaslı layihələr əsasında iqtisadi və sosial-siyasi sahələrdə sürətli inkişafa nail olunmuşdur. Sənəddə
bu uğurların diaspor quruculuğu işinə də müsbət təsir göstərdiyi, ötən dövrdə Azərbaycan diasporunun güclənməsinə
xidmət edən bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyi vurğulanmışdır.
Bəyanatda Azərbaycanın daxili siysətinə aid məsələlərin xarici ölkələrdə yaşayan bəzi soydaşlarımız
tərəfindən müzakirə obyektinə çevrilməsindən də narahatlıq ifadə olunmuşdur. “Lakin bəzən Azərbaycanın daxili
siyasəti ilə bağlı məsələləri ölkənin hüdudlarından kənara çıxarmağa çalışan, məqsədi və məramı aydın olmayan
diaspor təşkilatları bütöv Azərbaycan diasporunun parlaq fəaliyyətinə kölgə salmağa çalışır. Bu cür təşəbbüslər
Azərbaycan dövlətçiliyinə və ölkəmizin milli maraqlarına ziddir və belə cəhdlərin perspektivi yoxdur”.
Bəyanatda qeyd olunur ki, xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti Azərbaycanın tutduğu yolun
düzgün və uğurlu olduğuna inanır: “Biz inanırıq ki, bu il keçiriləcək Prezident seçkiləri, Azərbaycanda
demokratiyanın inkişafına xidmət edən tarixi proses kimi yadda qalacaq və xalqımız bu dəfə də düzgün seçim edərək,
ölkənini iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası, regionda və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi
istiqamatində böyük naiilyyətlərə imza atmış cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəkdir. Biz bu siyasətin
müasir dövrün mürəkkəb geosiyasi və qlobal iqtisadi şərtləri fonunda Azərbaycanın alternativsiz inkişaf yolu
olduğuna qəti şəkildə əmin olduğumuzu xüsusi vurğulamaq istəyirik”.
14 mart 2013
131
Almaniyada fəaliyyət göstərən “Almaniya Azərbaycanlı Gənclər Birliyi” 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar BMT-nin Baş Katibi Pan Ki-Moona ünvanlanan bəyanat qəbul edib
Almaniyada fəaliyyət göstərən “Almaniya Azərbaycanlı Gənclər Birliyi” 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar BMT-nin Baş Katibi Pan Ki-Moona ünvanlanan bəyanat qəbul edib. Bəyanatda
ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi aramsız soyqırım və deportasiya siyasəti, 1918-1920-ci illərdə
Azərbaycan xalqını yer üzündən silmək niyyəti ilə törətdiyi qırğınlar – 700 mindən çox insanın amansızlıqla qətlə
yetirilməsi, bütöv şəhər və kəndlərin talan edilməsi haqqında məlumat verilir. “Almaniya Azərbaycanlı Gənclər
Birliyi” BMT və Beynəlxalq təşkilatları bu soyqırım faktına göz yummamağa, ikili standartlara yol vermədən
Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır.
Bəyanatda həmçinin bu qurumlardan ədalətin tezliklə öz yerini tapması, soyqırımı dövlət siyasətinin tərkib
hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunması,
Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpası,
əsir və girovlar azad olunması tələb edilir.
18 mart 2013
132
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası 31 Mart soyqırımı ilə əlaqədar Almaniya
Bundestaqının spikeri, professor Norbert Lammert-e ünvanlanmış bəyanat qəbul edib
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası 31 Mart soyqırımı ilə əlaqədar Almaniya
Bundestaqının spikeri, professor Norbert Lammert-e ünvanlanmış bəyanat qəbul edib.
Bəyanatda 1918-ci ilin mart-aprel aylarında ermənilərin Azərbaycanın bir çox şəhərlərində törətdiyi
qırğınlar, kütləvi və amansız qətllər, 700 mindən çox insanın öldürülməsi haqqında məlumat verilir, ermənilərin
azərbaycanlılara qarşı bir əsrdir həyata keçirdiyi soyqırım və deportasiya siyasəti pislənilir.
Bəyanatda deyilir ki, 31 mart soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə
müşayiət olunur və Almaniya dövləti, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini
dəstəkləməli, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini
almalı və cinayətkarlar cəzasız qalmamalıdırlar.
19 mart 2013
133
Mahir Həmzəyev və “Litva-Azərbaycan” Assosiasiyasının prezidenti İmantas Melyanas Moldova
Respublikasının Ombudsmanı Aurelia Qriqoriuya təşəkkür məktubu göndərmişlər
Bu ilin iyul ayında Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev və “Litva-Azərbaycan”
Assosiasiyasının prezidenti İmantas Melyanas Moldova Respublikasının Ombudsmanı Aurelia Qriqoriuya təşəkkür
məktubu göndərmişlər. Məktubda Aurelia Qriqoriun iyulun 4-də Ermənistan parlamentindəki çıxışı zamanı
Ermənistanım Azərbaycana qarşı təcavüzünü, insanlığa zidd cinayətlər törətdiyini bəyan etməklə göstərdiyi cəsarət
və prinsipiallığına görə təşəkkür bildirilmişdir.
İyul 2013
134
“Vətən” Cəmiyyəti Danimarka Parlamentinə etiraz məktubu göndərimişdir
Cari ilin sentyabr ayında Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti bir qrup danimarkalı
parlamentarinin Azərbaycanın işğal altındakı torpaqlarına səfər etməsi və qondarma rejimin rəhbərliyi ilə
görüşlər keçirməsinə etiraz olaraq Danimarka Parlamentinə məktub göndərimişdir. Danimarkadakı
Azərbaycan icması adından Parlamentin Xarici Siyasət Komitəsinin sədri Mette Gjerskova ünvanlanan etiraz
məktubunda ölkə parlamentinin iki üzvünün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər
etməsi haqda Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən narahatlıq bildirilir.
Məktubda Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilərək, 1992-ci ildən bəri Ermənistan
silahlı qüvvələrinin işğalı altında olan bölgənin Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması və
bu faktın beynəlxalq hüquqla təsbit edildiyi, Azərbaycanın ərazi bütövlüyünün BMT və digər qurumlar, eləcə
də Danimarka hökuməti tərəfindən tanındığı diqqətə çatdırılmışdır.
Sentyabr
2013
135
Benilüks Azərbaycanlıları Konqresi (BAK) son günlər Moskvadakı hadisələrlə əlaqədar Rusiyada
azərbaycanlılara qarşı yürüdülən diskriminasiya siyasətinə etiraz bəyanatı qəbul edib
Benilüks Azərbaycanlıları Konqresi (BAK) son günlər Moskvadakı hadisələrlə əlaqədar
Rusiyada azərbaycanlılara qarşı yürüdülən diskriminasiya siyasətinə etiraz bəyanatı qəbul edib. Bəyanatda
deyilir: "Tarixdə "xalqlar həbsxanası" kimi tanınan Çar Rusiyasının, sonralar isə özünü Sovet İmperiyasının
varisi elan etmiş Rusiya bu missiyanı indi də davam etdirir”.
Daha sonra bəyanatda bildirilir ki, Rusiya Federasiyasında yaşayan qeyri-rus xalqlar daim qatı
millətçi və şovinist ünsürlərlə üz-üzə gəliblər: "Artıq bu hal bir dövlət siyasətinə çevrilib desək, daha doğru
olardı. Bütün qeyri-rus xalqlara kəskin münasibətilə seçilən Y.Jirinovski, hazırda azərbaycanlıların
Rusiyadan deportasiya olunması üçün imzatoplama kampaniyasına başlamış müxalifət lideri, qatı şovinist
A.Novalninin hərəkətləri şovinist rejimin bariz nümunəsidir. Məhz bunun nəticəsidir ki, ölkə boyu kriminal
mühit fəallaşır, qeyri-rus xalqlara qarşı dözülməz münasibət, diskriminasiya, qatı milliyyətçilik, irqçilik daha
da intensivləşir". Qeyd olunur ki, son günlər Orxan Zeynalovla Yuri Şerbakov arasında baş vermiş və
Y.Şerbakovun ölümü ilə nəticələnən adi bir məişət insidentindən bir bəhanə kimi istifadə olunur: "Belə
hadisələr dünyanın hər bir ölkəsində, hətta eyni millətdən olan fərdlər arasında yüzlərlə və minlərlə baş verir.
Əlbəttə ki, istənilən halda ortada bir ölüm hadisəsi, bir cinayət var və cinayətkar cəzasını almalıdır. BAK hər
cür qanun və hüquq pozğunluğunu, cinayətkarlığı, eyni zamanda rus rəsmilərin xüsusən də azərbaycanlılara
qarşı apardığı siyasi kampaniyanı qəti şəkildə pisləyir. Dünyanın heç bir hüquqi dövlətində bir nəfərə görə
bütün xalq günahlandırılmır və diskriminasiyaya uğramır. Avropa və Amerikanın müxtəlif ölkə və
şəhərlərində rus millətinin nümayəndələrindən ibarət yüzlərlə kriminal qruplaşma mövcuddur. Bu
qruplaşmaların törətdikləri cinayətlərə görə heç bir vaxt rusların digər nümayəndələri cavab vermir, onlara
qarşı antipatiya hiss olunmur, hücumlara və diskriminasiyaya məruz qalmırlar". Bəyanatda deyilir ki,
Moskvanın "Biryuzova" ticarət mərkəzinə və "Pokrovka" meyvə-tərəvəz bazasına "skinhedlər"in hücumları,
Tverdə 100-dən çox azərbaycanlının saxlanılması və həbsi, 27 yaşlı günahsız bir azərbaycanlının məhz
azərbaycanlı olduğuna görə öldürülməsi faktı Rusiya kimi böyük bir dövlətə başucalığı gətirmir.
BAK özünü Rusiyaya varis hesab etdiyinə görə asağıdakı tarixi faktları xatırlatmağı borc bilir:
"Azərbaycanın II Dünya müharibəsində verdiyi şəhidlər milliyətcə azərbaycanlılar idilər. Böyük Vətən
müharibəsi zamanı sovet texnikasını yanacaqla təmin edən, arxa cəbhədə yarıac, yarıtox, gecə-gündüz çalışan
məhz indi deportasiyaya məruz qalan azərbaycanlıların ata-anaları, baba və nənələri olublar. Müharibəni
yanacaqla təmin edən məhz Qəhrəman Bakı olub. Halbuki indinin özündə belə bu şəhər Qəhrəman Şəhərlər
siyahısına daxil edilməyib. Sovet Rusiyası üçün vuruşan yüzlərlə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını
alıb: General Həzi Aslanov, "Mixaylo" ləqəbli əfsanəvi Mehdi Hüseynzadə, Leninqrad göylərini faşist
bombardmanından qoruyan Hüseynbala Əliyev, sinəsini məhz rus komandiri üçün sipər edərək onu ölümdən
qurtaran, lakin özü şəhid olan Qafur Məmmədov və minlərlə döyüşçü də Azərbaycan xalqının nümayəndələri
idilər. Rusiyaya xatırlatmaq istəyirik ki, 444-cü Diviziyada vuruşan və qəhrəmanlıqlar göstərənlər də
azərbaycanlılardan ibarət diviziya olub. Müharibədə on minlərlə həlak olan, itkin düşən və şikəst olan da
azərbaycanlılar idilər".
Bəyanatın sonunda bildirilir ki, bu yaxınlarda Niderlandın Haaqa şəhərində rus diplomatın etdiyi
qanun pozuntusuna görə polislər tərəfindən saxlanılması Rusiyada böyük səs-küyə səbəb olmuşdu: "Rəsmi
Moskvanın təkidi ilə Niderland XİN bu insidentə görə Rusiyadan üzr istəmişdi, lakin Moskva daha irəli
gedərək həmin polislərin həbs olunmasını hələ də tələb etməkdədir. Görəsən, Prezident Putin dünən
Moskvada naməlum şəxslər tərəfindən öz evində döyülmüş Niderland diplomatı və küçədə qətlə yetirilmiş
27 yaşlı günahsız azərbaycanlı üçün Niderland və Azərbaycan dövlətlərindən üzr istəyəcəkmi, cinayətkarları
həbs edəcəkmi?"
BAK, eyni zamanda, Rusiyada fəaliyyət göstərən azərbaycanlı icma və təşkilatların, həmçinin
uzun illər Rusiyada yasayıb yaradan ayrı-ayrı ictimai şəxslərin səslərinin eşidilməməsindən çox təəssüf hissi
keçirir: "BAK bütün bunları nəzərə alaraq, Rusiyanın bu cür şovinist addımlarını qətiyyətlə pisləyir və bunun
beynəlxalq gərginliyə səbəb ola biləcəyindən narahat olduğunu dilə gətirir və baş verənləri Azərbaycan
dövlətinə qarşı siyasi təzyiq kimi qiymətləndirir".
18 oktyabr 2013
136
Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevə məktub ünvanlamışdır
Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzinin Prezident İlham Əliyevə ünvanlandığı məktubda
deyilir: “Hörmətli cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz
münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik.
İnanırıq ki, bu qələbə dünyaya dahi Nizami Gəncəvi kimi filosof bəxş etmək fəxarətinə sahib və
bizim üçün olduqca dəyərli bir ölkə olan Azərbaycanda demokratiya, dünyəvilik və vətəndaş azadlıqları
institutlarını daha da gücləndirəcəkdir. Zati-alinizə ən dərin ehtiramımızla bərabər, Sizə möhkəm cansağlığı
və Azərbaycanın daha da çiçəklənməsi və inkişafında böyük uğurlar arzulayırıq. Əminik ki, Sizin davamlı
dəstəyinizlə Azərbaycanın mədəni irsini dünyaya uğurla tanıtdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzi elm,
maarif və beynəlxalq dialoqu təbliğ edən əsas regional mərkəzlərdən birinə çevriləcəkdir. Hörmətli Prezident,
Sizə ən dərin ehtiramımızı, möhkəm cansağlığı arzumuzu və Azərbaycanın daha da çiçəklənməsi və davamlı
inkişafına yönəlmiş səylərinizdə uğurlar diləyimizi qəbul etməyinizi xahiş edirik”. Təbrik məktubu Nizami
Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədri Vayra Vike-Freyberqa, Nizami Gəncəvi adına Beynəlxalq
Mərkəzin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Nizami Gəncəvi adına
Beynəlxalq Mərkəzin İdarə heyətinin üzvü Tarja Halonen, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə
heyətinin üzvü Petar Stoyanov, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin üzvü Giuli
Alasaniya, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin üzvü Valter Füst və digərilərinin
adından ünvanlanıb.
21 oktyabr 2013
137
Benilüks Azərbaycanlıları Konqresi qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako
Sahakyanin Brüsseldə "Avropa Birliyi və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq" mövzusunda
keçirilən görüşdə iştirakı ilə əlaqədar bəyanat yayıb
Benilüks Azərbaycanlıları Konqresi qondarma Dağlıq Qarabağ Respublikasının
prezidenti Bako Sahakyanin Brüsseldə "Avropa Birliyi və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq"
mövzusunda keçirilən görüşdə iştirakı ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “2013-cü il oktyabrın
15-də Brüsseldə baş tutan görüşün gündəliyinə salınmış "Soyqırım və beynəlxalq hüquq", "Avropa Birliyi
və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq" mövzularının adlarından bəlli olur ki, işğalçı Ermənistan həm
Türkiyəyə, həm də Azərbaycana qarşı tutduğu destruktiv və işğalçı mövqeyini davam etdirməkdə israrlıdır”.
Benilüks Azərbaycanlıları Konqresi bəyan edir ki, Avropa Birliyi qondarma Dağlıq
Qarabağ Respublikasının qondarma prezidenti ilə görüşmək əvəzinə Ermənistana təzyiqlər göstərməli,
BMT qətnamələrinə qeyd-şərtsiz əməl edərək işğala son qoymağa məcbur etməlidir. Benilüks
Azərbaycanlılar Konqresi bildirir ki, Avropa Parlamentinin üzvləri işğal nəticəsində öz ərazisindən qaçqın
və məcburi köçkün düşmüş bir milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün fəaliyyətə
keçməlidir.
Benilüks Azərbaycanlıları Konqresi 2013-cu il oktyabrın 15-də Avropa Parlamentində
qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanla görüşlər zamanı bəzi deputatların
ermənipərəst çıxışlarını pisləyir və birmənalı şəkildə BMT-nin Beynəlxalq Ədalət Şurasının təmsilçisinin
qərəzli çıxışına və anti-Azərbaycan mövqeyinə qətiyyətlə etiraz edir: “Görüşdə Bako Sahakyanın Xankəndi
əməliyyatı ilə Drezdenin bombalanmasını müqayisə etməsi və ərazi bütövlüyü prinsipini yanlış şərh etməyə
çalışması, Qarabağın Azərbaycana Stalin tərəfindən verilməsi bəyanatını səsləndirməsi ən azından tarixi
saxtalaşdırmaq məqsədi daşıyır. Dağlıq Qarabağa sərnişin təyyarələrinin uçuşuna Azərbaycanın imkan
verməməsinin beynəlxalq terror adlandırılması isə bütün sərhədləri aşmaq və ermənipərəst siyasət
yürütməkdən başqa bir şey deyildir”. Benilüks Azərbaycanlıları Konqresi bütün bunları nəzərə alaraq bildirir
ki, bu cür qərəzli çıxışlar bizə BMT-nin Beynəlxalq Ədalət Şurasının bəzi üzvlərinin ermənipərəst mövqe
tutduğunu, ikili standartlardan çıxış etdiyini və beynəlxalq ictimaiyyəti aldatmaqla məşğul olduğunu deməyə
əsas verir. Benilüks Azərbaycanlılar Konqresi qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti ilə
Avropa Parlamentinin görüş keçirməsini şiddətlə qınayır, ermənipərəst millət vəkillərinin və siyasətçilərin
anti-Azərbaycan mövqeyini pisləyir və onları haqq-ədalətin yanında olmağa çağırır.
BAK bəyan edir ki, bu səpkidə görüşlər və müzakirələr, düşünülmüş şəkildə səslənən fikirlər
Azərbaycan Dövlətçiliyinə qarşı siyasi təxribat, təzyiq vasitəsi kimi qəbul olunur, sülh danışıqlarına mane
olur və münaqişənin həllini dalana dirəyir. “Bu qəbildən olan beynəlxalq görüşlər Azərbaycanın ərazi
bütövlüyünə hörmət çərçivəsində keçirilməlidir” bəyanatda belə deyilir.
23 oktyabr 2013
138
Benilüks Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Avropa
Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına müraciət ünvanlayıb
Benilüks Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq
Avropa Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına müraciət ünvanlayıb.
Konqresdən Dövlət Komitəsinə daxil olmuş məlumata görə müraciətdə deyilir ki, 1990-cı il 20
Yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin
sona çatmasının başlanğıcı olub. Benilüks Azərbaycanlıları Konqresi müraciətində Avropa Parlamentini və
Benilüks ölkələri qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə
çağırıb. Konqres üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin
Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd ediblər.
17 yanvar 2014
139
Avropa Azərbaycanlıları Konqresi (AAK) və Almaniyadakı Azərbaycanlıların Koordinasiya
Mərkəzi (AAKM) Ermənistan silahlı qüvvələrinin Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və
Şahbaz Quliyevi Kəlbəcər rayonu ərazisində girov götürməsi ilə bağlı Avropanın ictmai, siyasi və
humanitar təşkilatlarına bəyanat ünvanlayıb
Avropa Azərbaycanlıları Konqresi (AAK) və Almaniyadakı Azərbaycanlıların Koordinasiya
Mərkəzi (AAKM) Ermənistan silahlı qüvvələrinin Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz
Quliyevi Kəlbəcər rayonu ərazisində girov götürməsi ilə bağlı Avropanın ictmai, siyasi və humanitar
təşkilatlarına bəyanat ünvanlayıb. Müraciətdə öz doğma torpağında erməni işğalçıları tərəfindən girov
götürülmüş Dilqəm Əhmədov və Şahbaz Quliyevin vəziyyətinin ağır olduğu bildirilir və beynəlxalq
qurumları həmvətənlərimizin taleyinə biganə qalmamağa çağırır, erməni işğalçılarının işgəncə siyasətinə son
qoymasını tələb edir.
Bəyanatda Kəlbəcərdəki hadisələrlə yanaşı, Dağlıq Qarabağ və yeddi ətraf rayonunun ermənilər
tərəfindən işğal edilməsi, bir milyon qaçqın və məcburi köçkünün acınacaqlı taleyi barədə bir daha məlumat
verilir. AAK və AAKM-in vətəndaşlarımızın müdafiəsinə dair yaydığı bəyanatda ən bəsit insan hüquqlarının
– Vətəndə yaşamaq hüququnun pozulmasının yolverilməzliyi vurğulanır və bu hüququn bərqərar olunması
tələb olunur. AAK və AAKM-in bəyanatı Avropa Parlamentinə, Alman Bundestaqına və eyni zamanda
« Human Rigths », « Amnesty İnternational », « Qırmızı xaç » kimi beynəlxalq qurumlara təqdim olunub.
25 iyul 2014
140
Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) sədr Rövşən Tağıyevin imzası ilə beynəlxalq təşkilatlara
müraciət ünvanlanıb
Ukraynada yaşayan azərbaycanlılar son günlər Azərbaycanın işğal olunmuş torpaqlarındakı təmas
xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatdan ciddi narahat olduqlarını bildiriblər.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) sədr Rövşən Tağıyevin imzası ilə beynəlxalq
təşkilatlara müraciət ünvanlanıb.
Müraciətdə Ukraynada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlardan Ermənistanın silahlı
qüvvələrinin təmas xəttində insan tələfatına səbəb olan təxribatları ilə əlaqədar ciddi ölçü götürülməsinin
vacibliyi qeyd olunub. Müraciətdə həmçinin deyilir ki, son günlər baş verən hadisələr xüsusilə də, Ermənistan
tərəfindən 1994-cü ildə əldə olunmuş atəşkəs razılığının pozulması insan tələfatına, xüsusilə dinc sakinlərin
öldürülməsinə səbəb olmaqdadır. Ukrayna azərbaycanlıları münaqişənin artıq davam etməsinin yolverilməz
olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində də göstərildiyi kimi Azərbaycanın
ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə,
təcavüzkara qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin müraciətində bildirilir ki, bütün beynəlxalq
təşkilatlar- BMT, Avropa İttifaqı, Avropa Şurası, xüsusən də ATƏT işğal olunmuş Dağlıq Qarabağın və ətraf
rayonların azad olunması barədə qəbul edilmiş qətnamələrinin yerinə yetirilməsi üçün konkret addımlar
atmalıdır. “Ukrayna azərbaycanlıları Azərbaycan dövlətinin regionda sülhün təmin olunmasına yönəlmiş
siyasətini dəstəkləyir, münaqişənin dinc yolla həll olunmasının, yüksək səviyyədə razılığın əldə edilməsinin
tərəfdarıdır”- deyə müraciətdə qeyd olunub.
05 avqust 2014
141
“Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləri ilə başlayan bəyanatda
bu günlərdə cəbhə xəttində yaşanan dəhşətli hadisələrə toxunulmuş, Ermənistanın işğalçı siyasəti
pislənmişdir
“Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləri ilə başlayan bəyanatda bu
günlərdə cəbhə xəttində yaşanan dəhşətli hadisələrə toxunulmuş, Ermənistanın işğalçı siyasəti pislənmişdir.
Bəyanatda deyilir: “Bu işğalçı qurum bilməlidir ki, yeni "Xocalı"lar yaşanmayacaq. 1990-cı illərdə işğal
etdikləri torpaqlar əsla daimi onlarda qalmayacaq. Azərbaycan dövləti güclü, suveren bir dövlətdir. Özünü
müdafiə edəcək hərbi qüvvələrə malikdir. Azərbaycan əsgəri döyüşü keçmişində aldığı əxlaqi dəyərlərlə edər,
əsla sadə vətəndaşları hədəf almaz və uşaqlara qarşı silah istifadə etməz”.
Həmçinin qeyd edilir ki, sülhü təmin etmək bir yana, atəşkəsi təmin etmək iqtidarında olmayan,
müharibəni, qətliamı dəstəkləyən bir rəhbərlik heç zaman sərhədlərin açılmasını tələb edə bilməz. Hər zaman
olduğu kimi Erməni xalqına da deyirik ki, sizi sonu görünməyən bir tunelin içinə sürükləyən bu faşist, irqçi,
daşnak rəhbərliyindən xilas olmağa çağırırıq. Çünki, Qafqazda sülhün qarşısında ən böyük maneə bu daşnak
rəhbərliyidir.
Bəyanat Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının üzvləri-İstanbul Azərbaycanla
Həmrəylik Dərnəyi, Ankara Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Muğla Azərbaycan Mədəniyyət
və Həmrəylik Dərnəyi, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Yalova Azərbaycan
Mədəniyyət və Həmrəylik Dərnəyi, Qars Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Azərbaycan
Mədəniyyət və Həmrəylik Dərnəkləri, İğdır Azərbaycan Evi Dərnəyi, Beynəlxalq Azərbaycan Mədəniyyət Dil-
Tarix Araşdırma Mərkəzi və Kuşadası Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən
imzalanmışdır.
05 avqust 2014
142
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) son günlər cəbhədəki gərginliklə əlaqədar
beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul edib
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) son günlər cəbhədəki gərginliklə əlaqədar
beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul edib.Bəyanatda Ermənistanın Azərbaycan torpaqlarını işğal
etməsi, azərbacanlılara qarşı həyata keçirdiyi qətliam və soyqırımlara beynəlxalq təşkilatlar və qeyri-hökumət
təşkilatları tərəfindən heç bir siyasi, hüquqi qiymət verilməməsi və dünya ictimaiyyətinin hələ də bu məsələyə
laqeyd qalması pislənilir.
"1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853,
874, 884 saylı qətnamələrində Azərbaycanın ərazi toxunulmazlığı təsdiq olunsa da, işğalçı qüvvələr Azərbaycan
Respublikası ərazisində qalmaqda davam edir"- deyə bəyanatda bildirilir.Sənəddə həmçinin atəşkəs haqqında
sazişin müddəalarını kobud surətdə tapdalayan Ermənistan Respublikasının Silahlı Qüvvələrinin atəşkəs
rejimini planlı şəkildə pozması nəticəsində Azərbaycan hərbçiləri və dinc sakinlərinin şəhid olduğu vurğulanır.
“TADEF olaraq atəşkəs rejimində baş verən bu hadisəni pisləyir və bunu dəstəkləyən qüvvələri hiddətlə
qınayırıq.”-deyə bəyanatın sonunda qeyd edilir.
05 avqust 2014
143
Avropa Azərbaycanlıları Konqresi Avropanın beynəlxalq təşklatlarına müraciət edərək,
Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən
gərginləşdirməyə, müharibənin alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirib və
dünya ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa çağırıb
Avropa Azərbaycanlıları Konqresi Avropanın beynəlxalq təşklatlarına müraciət edərək, Ermənistan silahlı
qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə, müharibənin
alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirib və dünya ictimaiyyətini baş verənlərə laqeyd
qalmamağa çağırıb.
Müraciətdə, Ermənistan tərəfindən intensiv şəkildə atəşkəsin pozulduğu və ermənilərin təcavüzü
nəticəsində Azərbaycanın 13 hərbçisinin, eyni zamanda sülhsevər sakinlərinin şəhid olduğu qeyd edilir.
Bəyanatda həmçinin Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki işğal altında olduğu, işğal olunmuş
torpaqların qeyd şərtsiz azad edilməsinə dair BMT-nin 822, 853, 874 ve 884 saylı qətnamələrinin hələ də icra
olunmamasına baxmayaraq Azərbaycanın hər zaman regionda sülhsevər siyasətin tərəfdarı kimi çıxış etməsi
vurğulanır. AAK Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar suyasətinə qarşı
zəruri addımlar atmağa, münaqişənin yenidən alovlanması təhlükəsinin regionda sülhə və sabitliyə diddi təhlükə
yaratdığını nəzərə almağa çağırıb.
Qeyd edək ki, Ermənistanın işğalçılıq siyasətini pisləyən Bəyanat ATƏT-in Minsk qrupunun üzvlərinə,
Almaniya Federativ Respublikasının Parlamentinə (Bundestaq), Avropa Parlamentinin Xarici Əlaqələr və İnsan
Hüquqları Komitələrinə, həmçinin "Human Rights Watch" beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatının
və "Amnesty International" təşkilatınının Almaniyadakı nümayəndəliklərinə göndərilmişdir.
05 avqust 2014
144
Ümumrusiya Azərbaycan Konqresi son günlərdə cəbhə xəttdində yaranmış gərgin vəziyyətlə
əlaqədar bəyanatla çıxış edib
Ümumrusiya Azərbaycan Konqresi son günlərdə cəbhə xəttdində yaranmış gərgin vəziyyətlə
əlaqədar bəyanatla çıxış edib.Bəyanatda bildirilir ki, “Nə qədər ki, Ermənistan beynəlxalq hüquq çərçivəsində
təcavüzkarlıq siyasətinə görə layiqli şəkildə cəzalandırılmır, regionda sülhdən və sabitlikdən danışmaq
yersizdir. Ona görə də, biz bir daha beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna üz tutaraq yaranmış
vəziyyətə təcili müdaxilə etməyə və təcavüzkarın dayandırılması üçün təxirəsalınmaz tədbirlər görməyə
çağırırıq”.
Bəyanatda BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə
yetirilməsinin zəruriliyi də vurğulanıb.
Ümumrusiya Azərbaycan Konqresi bəyanatda Ermənistanın atəşkəs haqqında sazişin müddəalarını kobud
şəkildə pozaraq insan təlafatına, o cümədən dinc sakinlərin ölümünə səbəb olan təxribatlarının dərin narahatlıq
doğurduğunu ifadə edib.
06 avqust 2014
145
Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri ATƏT-in Minsk qrupuna müraciət
edərək, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən
gərginləşdirməyə yönələn cəhdlərindən dərin narahatlığını bildirib
Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri ATƏT-in Minsk qrupuna müraciət edərək,
Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə
yönələn cəhdlərindən dərin narahatlığını bildirib. Müraciətdə qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin
son günlər həyata keçirdiyi təxribatlar Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələdə həll
olunmamasının nə dərəcədə təhlükəli olduğunu bir daha nümayiş etdirir.
“Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri beynəlxalq qurumları Ermənistan
Respublikasına atəşkəs sazişinə və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul
etdiyi qətnamələrə əməl etmədiyinə görə ciddi sanksiyalar tətbiq etməyə çağırır.” - deyə sənəddə vurğulanır.
06 avqust 2014
146
Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələri - Samara Azərbaycanlıları Liqası, Perm
vilayəti, Volqoqradvilayəti, Çuvaş Respublikası, Sverdlov vilayəti, Stavropol diyarı və Xantı-Mansı
muxtar dairəsində fəaliyyət göstərən diaspor təşkilatlarımız son günlər cəbhədə baş verən dəhşətli
hadisələrlə əlaqədar ATƏT-in Minsk qrupuna ünvanlanmış birgə bəyanat qəbul etmişdir
Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələri - Samara Azərbaycanlıları Liqası, Perm vilayəti,
Volqoqradvilayəti, Çuvaş Respublikası, Sverdlov vilayəti, Stavropol diyarı və Xantı-Mansı muxtar dairəsində
fəaliyyət göstərən diaspor təşkilatlarımız son günlər cəbhədə baş verən dəhşətli hadisələrlə əlaqədar ATƏT-in
Minsk qrupuna ünvanlanmış birgə bəyanat qəbul etmişdir.
Bəyanatda qeyd olunur ki, son günlər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində
Ermənistan tərəfindən atəşkəsin mütəmadi olaraq pozulmasından dərin narahatlıq duyur. Ümumrusiya
Azərbaycan Konqresinin regional bölmələri Azərbaycanın 20 faiz torpaqlarımızın işğal altında olduğunu
xatırladaraq, BMT-nin 822, 853, 874 ve 884 saylı qətnamələrinin hələ də icra olunmamasının regionda sabitliyə
ciddi təhlükə yaratdığını qeyd ediblər.
06 avqust 2014
147
Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Polşa dövlət və hökumət
nümayəndələrinə Azərbaycan-Ermənistan təmas xəttindəki mövcud vəziyyət barədə narahatlığını
ifadə edən məktubla müraciət edib
Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Polşa dövlət və hökumət nümayəndələrinə
Azərbaycan-Ermənistan təmas xəttindəki mövcud vəziyyət barədə narahatlığını ifadə edən məktubla müraciət
edib.
Müraciət Polşa Prezidentinin icra aparatına, Baş nazirin, Polşa Parlamentinin üzvlərinə, həmçinin, Avropa
Şurası, ATƏT və BMT-nin baş ofisinin, eyni zamanda ATƏT-in Minsk qrupu həmsədrlərinin elektron poçt
ünvanlarına göndərilib.
Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi, nəticədə bir milyona yaxın qaçqın
və məcburi köçkünün öz doğma yurdundan didərgin düşməsi kimi faktların yer aldığı məktubda Ermənistanın
təxribatlarının qarşısının alınması üçün beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırış da öz əksini tapıb. "1994-
cü il mayın 8-i əldə edilmiş atəşkəsə baxmayaraq hələ də Ermənistan dövləti öz terrorçu əməllərindən əl çəkmir.
Ermənistan silahlı qüvvələrinin basqını nəticəsində iyul ayının sonundan bu günədək Azərbaycan ordusu 13
hərbçisini itirmişdir. Bundan başqa, cəbhə xəttinə yaxın yaşayan mülki əhali davamlı atəş altındadır və bu terror
dinc vətəndaşların da ölümünə səbəb olur . Biz onların ailə və yaxınlarına baş sağlığı diləyir, beynəlxalq
təşkilatları isə bu təcavüzü dayandırmağa çağırırıq. Dünya, baş verən hadisələrə biganə qalmamamlıdır!”
06 avqust 2014
148
Qırğızıstanda fəaliyyət göstərən “Azəri” İctimai Birliyi İdarə Heyəti üzvləri və Ağsaqqallar
Şurasının ümumi yığıncağı keçirilib
Qırğızıstanda fəaliyyət göstərən “Azəri” İctimai Birliyi İdarə Heyəti üzvləri və Ağsaqqallar Şurasının
ümumi yığıncağı keçirilib. Tədbirdə Birliyin sədri, Qırğızıstan Respublikasının əməkdar hüquqçusu Əzizağa
Əliyev, əməkdar inşaatçı, II dünya mühariəbəsinin iştirakçısı Əsəd Həsənov , professorlar, Arif Qəmərli, Akif
Rəfibəyov, tanınmış hüquqçu Xaris Turna, “Türkel” Fonudunun prezidenti, jurnalist-filoloq Hökümə Xəlilova,
“Türkel” qəzetinin baş redoktoru, elmlər namizədi Ramiz Məşədihəsənli, pedaqoq Alla Qurbanova və başqaları
çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkarlıq siyasəti və
törətdiyi təxribatlar barədə məlumat veriblər.
Tədbriin sonunda “Azəri” İctimai Birliyi Qırğızıstanda yaşayan azərbaycanlılar adından beynəlxalq
təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat ünvanlayıblar. Bəyanatda deyilir: “Son günlər
Ermənistan-Azərbaycan qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində vəziyyətin gərginləşməsi,
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq Azərbaycan qarşı təxribat törətmələri Qırğızıstanda yaşayan
həmvətənlərimizi ciddi narahat edir.”
“Azəri” İctimai Birliyinin bəyanatında vurğulanır ki, Ermənistanın BMT Təhlükəsizlik Şuasının müvafiq
qətnamələrinə əməl etməməsi və bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq təşkilatlar
tərəfindən ciddi sanksiyaların tətbiq edilməsinin vacib olduğunu göstərir. "Biz Beynəlxalq təşkilatları regionda
sülhün və sabitliyin bərpa olunmasında təsiredici addımlar atmağa çağırırıq” - deyə bəyanatda bildirilir.
07 avqust 2014
149
Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən
Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Avstraliya hakimiyyət orqanlarına,
ölkədəki tanınmış kütləvi informasiya vasitələrinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə
müraciət edib
Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən
Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Avstraliya hakimiyyət orqanlarına, ölkədəki
tanınmış kütləvi informasiya vasitələrinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət edib.
Müraciətdə Ermənistan Silahlı Qüvvələri və Ermənistanın dəstəklədiyi separatçı silahlı qruplar tərəfindən
mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə edilib.
“Son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozmaları
nəticəsində Azərbaycan Silahlı qüvvələrinin 13 hərbçisi şəhid olub, sərhəd bölgələrində yaşayan dinc əhaliyə,
o cümlədən uşaqlara odlu silahlardan atəş açılması davam edir. Ermənistan ATƏT-in Minsk Qrupunun
vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin pozulmasına və
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisində qondarma “Dağlıq Qarabağ Respublikası”nın
tanıdılmasına çalışır.”-deyə müraciətdə qeyd olunub.
Müraciətdə beynəlxalq ictimaiyyətə regionda sabitliyin və sülh danışıqları prosesinə inamın qorunub
saxlanılması naminə, separatizmin bütün hallarına eyni yanaşma göstərilməsi, bütün növ qanunsuz işğal
faktlarının pislənməsi, münaqişənin alovlanmaması üçün Ermənistan hökumətinə təzyiqlərin artırılması və
müvafiq sanksiyalar tətbiq edilməsi tələb edilib.
07 avqust 2014
150
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Danimarka parlamentinə müraciət edərək,
Azərbaycanın işğal olunmuş ərazilərindəki cari vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Danimarka parlamentinə müraciət edərək,
Azərbaycanın işğal olunmuş ərazilərindəki cari vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.
Ermənistan təxribatçı hərəkətlərinə, Ermənistanın Silahlı Qüvvələri tərəfindən edilmiş silahlı hücum
nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 13 nəfər hərbçisinin və dinc sakinlərin qətlinə etirazın yer aldığı
məktub Danimarka Parlamentinin spikeri Mogens Lykketofta, Danimarka Parlamentinin Xarici Siyasət
Komitəsinin sədri xanım Mette Gjerskova və Danimarka Parlamentinin üzvlərinə ünvanlanıb.
Məktubda qeyd olunur ki, Ermənistanın Azərbaycanla 1988-ci ildə başladığı müharibə nəticəsində
Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. "Bir milyona yaxın
Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin salınmış, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş,
50 mindən artıq insan əlil olmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti beynəlxalq təşkilatlar,
ictimaiyyət tərəfindən dəfələrlə pislənsə də, işğalçı ölkə dünya birliyinin tələb və çağırışlarına, beynəlxalq
hüququn norma və prinsiplərinə etinasız yanaşır".
Məktubda Azərbaycan dövlətinin hər zaman regionda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş
siyasət yürütdüyü xatırladılır və dünya birliyindən Ermənistanın son addımları ilə bağlı konkret, obyektiv
qiymət verilməsi tələb olunur.
Qeyd edək ki, Danimarka Parlamentinin Xarici Siyasət Komitəsinin sədri xanım Mette Gjerskova “Vətən”
Cəmiyyətinə ünvanladığı cavab məktubunda müraciətlə tanış olduğunu və təqdim olunan məlumatlardan
parlamentdəki fəaliyyətində istifadə edəcəyini bildirib.
07 avqust 2014
151
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası son vaxtlar təxribatçı fəaliyyətini
intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya
Prezidentinin Administrasiyasına, digər hakimiyyət strukturlarına, ölkədəki nüfuzlu mətbuat
orqanlarına və beynəlxalq təşkilatların nümayəndəliklərinə açıq məktubla müraciət edib
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası son vaxtlar təxribatçı fəaliyyətini
intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya Prezidentinin
Administrasiyasına, digər hakimiyyət strukturlarına, ölkədəki nüfuzlu mətbuat orqanlarına və beynəlxalq
təşkilatların nümayəndəliklərinə açıq məktubla müraciət edib. Müraciətdə Ermənistan silahlı qüvvələri
tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin
narahatlıq ifadə olunur.
Bildirilir ki, son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi
pozmaları nəticəsində Azərbaycan hərbçiləri öldürülür, sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən
uşaqlara odlu silahlardan atəş açılır. Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
tarixindən bəhs edilir, Azərbaycan ərazilərinin 20 faizinin artıq 20 ildən çoxdur ki, Ermənistanın işğalı altında
olduğu, bir milyondan çox qaçqının və məcburi köçkünün öz yurdlarını itirməsi, zəbt olunmuş torpaqların qeyd-
şərtsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də
icra olunmadığı vurğulanır. Müraciətin sonunda təcavüzkar Ermənistana qarşı təzyiqlərin artırılmasına çağırış
edilir. Müraciət Rumıniya Milli Xəbər Agentliyinin ("Agerpres") rəsmi internet səhifəsində yerləşdirilmişdir.
http://www.agerpres.ro/comunicate/2014/08/07/comunicat-de-presa-asociatia-culturala-a-tineretului-din-
romania-si-azerbaidjan-11-05-35
İqbal Hacıyev
AzərTAc-ın xüsusi müxbiri
Buxarest07 avqust 2014
152
Azərbaycan Federasiyası İsveç son günlərdə cəbhədə baş verən hadisələrlə əlaqədar olaraq İsveçin
Xarici İşlər Nazirliyinə ünvanlanan bəyanat qəbul edib
Azərbaycan Federasiyası İsveç son günlərdə cəbhədə baş verən hadisələrlə əlaqədar olaraq İsveçin
Xarici İşlər Nazirliyinə ünvanlanan bəyanat qəbul edib.Bəyanatda Ermənistan silahlı qüvvələrinin işğal edilmiş
Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə yönələn cəhdlərindən dərin narahatlıq bildirilib.
Bəyanatda qeyd edilir ki, Azərbaycan Respublikası illərdir ərazi bütövlüyünün pozulmasına, torpaqlarının 20
faizinin Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilməsinə, müharibə və işğalın ağır nəticələrindən əziyyət
çəkən bir ölkə olmasına baxmayaraq hər zaman regionda sülhün bərqərar olmasına çalışıb. Bəyanatda deyilir:
“Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmasına çalışsa
da Ermənistan tərəfi bu prinsiplərə heç bir məhəl qoymur. Azərbaycanla Ermənistan arasında 20 il bundan
əvvəl atəşkəs elan olunsa da, qarşı tərəf mütəmadi olaraq bu rejimi pozur, Azərbaycanın dinc sakinləri atəşə
məruz qalırlar”.
Federasiya nümayəndələrinin bəyanatında Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı bir
sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən də, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul
olunmuş 4 qətnamənin hələ də icra olunmaması məsələsinə də toxunulub.
07 avqust 2014
153
Benilüks Azərbaycanlıları Konqresi Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana qarşı
törədilən təxribatların qarşısının alınması və təcavüzkarın cəzalandırılması üçün beynəlxalq
təşkilatlara ünvanlanmış bəyanat yayıb
Benilüks Azərbaycanlıları Konqresi Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən
təxribatların qarşısının alınması və təcavüzkarın cəzalandırılması üçün beynəlxalq təşkilatlara ünvanlanmış
bəyanat yayıb. Bəyanatda deyilir: “Benilüks Azərbaycanlıları Konqresi Niderlandda yaşayan soydaşlarımız
adından son günlər Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən
gərginləşdirməyə, müharibənin alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirir və dünya
ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa çağırır.”
Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı bir sıra nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi
sənədlərin, o cümlədən də, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 4 qətnamənin
(822, 853, 874 və 884 saylı) hələ də icra olunmadığı da bəyanatda öz əksini tapıb. “Bu qətnamələrin hər birində
Ermənistanın təcavüzkar siyasəti pislənilsə də və Ermənistan hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan
torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər indiyə qədər də yerinə
yetirilməyib”-deyə bəyanatda bildirilir.
Bununla yanaşı, Ermənistan rəhbərliyinin bilavasitə göstərişi ilə həyata keçirilən son hərbi
əməliyyatların regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğu və münaqişənin sülh yolu ilə həllinə olan
ümidləri aradan qaldırdığı da sənəddə qeyd olunub.
Benilüks Azərbaycanlıları Konqresi Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün
işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsi və sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, bəyanat Avropa Parlamentinə, Avropa Komissiyasının prezidenti cənab Joze
Manuel Barrozu və Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Ştefan Füle, Avropa
İttifaqının Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbəri xanım Ketrin Eşton və Avropa İttifaqının (Nazirlər)
Şurasının prezidenti cənab Van Rompuya ünvanlanıb.
07 avqust 2014
154
Niderlandın Assen şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti Ermənistan silahlı
qüvvələrinin Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərindən dərin narahatlığını bildirib
Niderlandın Assen şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin
Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərindən dərin narahatlığını bildirib.
Belə ki, Cəmiyyət Avropa Ombudsmanına və Avropa Parlamentinə məktubla müraciət edərək, Ermənistan
silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın 13 hərbçisi şəhid olmasına etirazını
bildirib və işğalçı Ermənistanın diversiya əməliyyatlarına biganə qalmamağa çağırıb. “Dünya ictimaiyyəti
nəhayət ki, Ermənistanın son addımlarının bölgədə sülh və əminamanlıq üçün nə qədər təhlükəli olduğunu
anlamalı və ədalətli mövqe nümayiş etdirərək Ermənistanın 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinin
müddəalarını kobud şəkildə pozmasını və Azərbaycana qarşı təxribatlarını ciddi şəkildə pisləməlidir”.
Sonda bir milyona yaxın Azərbaycan vətəndaşının hələ də qaçqın və məcburi köçkün həyatı yaşadığı
xatırladılmış, Avropa Ombudsmanı və Parlamentindən təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün
işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsi xahiş edilmişdir.
07 avqust 2014
155
Almaniyanın Saksen-Anhalt əyaləti üzrə Alman - Azərbaycan Mədəniyyət Cəmiyyəti son günlərdə
cəbhədə baş verən dəhşətli hadisələrlə əlaqədar bir çox ünvanlara müraciət edib
Almaniyanın Saksen-Anhalt əyaləti üzrə Alman - Azərbaycan Mədəniyyət Cəmiyyəti son günlərdə
cəbhədə baş verən dəhşətli hadisələrlə əlaqədar Almaniya Parlamentinin Vətəndaşların Şikayətləri üzrə
Komitəsi, Xarici İşlər Komitəsi, Avropa Birliyi məsələləri üzrə Komitə və İnsan Haqları üzrə Komitəsinə,
ATƏT-in baş ofisinə, Avropa Şurasının mətbuat xidmətinə, BMT-nin Almaniyadakı daimi nümayəndəliyinə,
Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Baş İdarəsinə və Almaniyanın Saksen-Anhalt əyalət
məhkəməsinə müraciət edib. Cəmiyyətin müraciətində qeyd olunur ki, cəbhədə Ermənistan silahlı qüvvələri
tərəfindən keçirilən son hərbi əməliyyatlar regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir və münaqişənin sülh
yolu ilə həllinə olan ümidləri aradan qaldırır.
08 avqust 2014
156
İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyəti son bir neçə
gün ərzində özünün ənənəvi təxribatçı fəaliyyətini daha da intensivləşdirərək Ermənistanın
təcavüzkar siyasəti və onun regiona təsiri barədə İsveç hökumətinə ünvanlanmış
bəyanatla çıxış edib
İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyəti son bir neçə gün
ərzində özünün ənənəvi təxribatçı fəaliyyətini daha da intensivləşdirərək Ermənistanın təcavüzkar siyasəti və
onun regiona təsiri barədə İsveç hökumətinə ünvanlanmış bəyanatla çıxış edib.Erməni vəhşiliklərini əks etdirən
Bəyanat İsveç Krallığı Baş nazirinin mətbuat katibi Markus Friberq, İsveç Xarici İşlər Nazirliyinin mətbuat
katibi Per Sjörsberq, İsveç Parlamentində təmsil edilən 8 siyasi partiyanın mətbuat katiblərinə təqdim edilib.
Bəyanatda, Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki erməni işğalı altında qaldığı, işğal olunmuş
torpaqların qeyd şərtsiz geri qaytarılmasına dair BMT-nin 822, 853, 874 ve 884 saylı qətnamələrinin hələ də
icra edilmədiyi vurğulanıb. Sənəddə ərazisinin 20 faizinin işğal edilməsinə baxmayaraq Azərbaycanın hər
zaman sülhü və təhlükəsizliyi dəstəkləyən ölkə olduğu qeyd edilib.
Azərbaycan Naminə Cəmiyyəti İsveçdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə də
müraciət edib. Belə ki, Bəyanat BMT-nin İsveçdəki daimi nümayəndəliyinin koordinatoru Josefin Ydringer və
Stokholmda yerləşən Avropa Komissiyasının (European Commission) rəsmisi, Media və Rabitə qovşağı üzrə
səlahiyyətli şəxs Johan Wullta da təqdim edilib.
Məsələ ilə əlaqədar olaraq Azərbaycan Naminə Cəmiyyətinin sədri Nadir Hollenbrand Stokholmda
yerləşən Avropa Komissiyasının (European Commission) rəsmisi, Media və Rabitə qovşağı üzrə səlahiyyətli
şəxs Johan Wullt ilə şəxsən görüşüb. O, görüş zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən mövcud atəşkəs
rejiminin intensiv pozulmasından İsveçdə yaşayan azərbaycanlıların dərin narahatlıq keçirdiyini diqqətə
çatdırıb.
Avropa Komissiyasının rəsmisi Johan Wullt bəyanatı Komissiyanın mərkəzi qərargahına göndərəcəyini
bildirib.
08 avqust 2014
157
Misir Ərəb Respublikasındakı Azərbaycan diasporu Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında erməni silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməsi ilə əlaqədar Misirdəki
yerli və xarici qurumlara bəyanat ünvanlayıb
Misir Ərəb Respublikasındakı Azərbaycan diasporu Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında erməni silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməsi ilə əlaqədar Misirdəki yerli və
xarici qurumlara bəyanat ünvanlayıb.
Bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud
atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə olunur. Bildirilir ki, son günlər Ermənistan
silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozması nəticəsində Azərbaycanın 13 hərbçisi
həlakolub. Müraciətdə Ermənistan silahlı qüvələrinin sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən
uşaqlara atəş açması və bir nəfər yerli sakinin qətlə yetirilməsi xüsusi qeyd edilir.
Misirdəki Azərbaycan Diasporu dünya ictimaiyyətini baş verənlərə, Ermənistanın yenidən
müharibəni alovlandırmaq cəhdlərinə biganə qalmamağa, təcavüzkar ölkəyə qarşı təzyiqləri artırmağa çağırıb.
Bəyanat Misirdə fəaliyyət göstərən yerli ve beynəlxalq təşkilatlara, səfirliklərə, Misirin müvafiq dövlət
qurumlarına göndərilib.
11 avqust 2014
158
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti son
vaxtlar Ermənistanın Silahlı Qüvvələrinin fəallaşması və bölgədə gərginliyin artması ilə əlaqədar bir
sıra beynəlxalq təşkilatlara məktubla müraciət edib
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti
son vaxtlar Ermənistanın Silahlı Qüvvələrinin fəallaşması və bölgədə gərginliyin artması ilə əlaqədar bir sıra
beynəlxalq təşkilatlara məktubla müraciət edib. Cəmiyyətin sədri Yaşar Niftəliyev bildirib ki, məktubda
Ermənistanın təcavüzkar və çirkin əməllərinin Azərbaycan xalqını narahat etdiyi qədər Avropa
azərbaycanlılarının da sakitliyini pozduğu qeyd olunub.
Avropa azərbaycanlılarının müraciətində işğalçı Ermənistan ordusunun cəbhə xətti boyunca
mütəmadi olaraq atəşkəs rejimini pozması, nəticədə xeyli sayda Azərbaycan əsgərinin həlak olması və bölgənin
dinc əhalisini atəşə tutması, onları girov götürməsi haqda məlumat verilir: “Biz Avropa azərbaycanlıları
Qarabağa öz doğma torpaqlarına gəzmək niyyəti ilə getmiş və işğalçı erməni silahlı qüvvələri tərəfindən girov
götürülmüş Dilqəm Əhmədov və Şahbaz Quliyevin tezliklə azadlığa buraxılmasını, digər həmyerlimiz Həsən
Həsənovun qatillərinin isə beynəlxalq ictimaiyyət qarşısında cavab verməsini tələb edir, dünya ölkələrini bu
haqsızlıqlara biganə qalmamağa, təcavüzkar Ermənistana qarşı təzyiqləri artırmağa çağırırıq”.
Qeyd edək ki, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin bəyanatı ATƏT-in ofisinə, Avropa
Şurasına, BMT-nin Almaniyadakı ofisinə, Avropa Birliyinin xarici siyasət idarəsinə və insan haqları
komitəsinə göndərilib.
12 avqust 2014
159
Rusiya Federasiyasında yaşayan, bu ölkədə Azərbaycan və azərbaycanlılar haqqında müsbət fikir
formalaşdıran insanlardan biri, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə
nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyevə xüsusi təşəkkür məktubu təqdim edilib
Rusiya Federasiyasında yaşayan, bu ölkədə Azərbaycan və azərbaycanlılar haqqında müsbət fikir
formalaşdıran insanlardan biri, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin
icraçı direktoru Araz Mürsəliyevə xüsusi təşəkkür məktubu təqdim edilib. ÜAK-ın Moskva vilayəti üzrə
regional nümayəndəliyi Azərbaycan diasporu üçün deyil, eyni zamanda yerli əhali üçün böyük işlər görür.
Belə ki, Domodedovo şəhərindəki Azərbaycan diasporu cəmiyyətin iqtisadi, siyasi və sosial
həyatında aktiv iştirak edir və şəhərin inkişafında əhəmiyyətli rola malikdir. Bu səbəbdən həm Azərbaycan
diasporunun ayrı-ayrı təmsilçiləri, həm də Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə
nümayəndəliyinin rəhbərliyi dəfələrlə şəhər rəhbərliyinin mükafat və fəxri diplomlarına layiq görülüb.
Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin rəhbəri, özəl inşaat firmasının
kommersiya direktoru Araz Mürsəliyev isə Rusiya inşaatçılar günündə mükafatlandırılıb. Araz Mürsəliyevə
vilayətin inkişafına və çiçəklənməsinə verdiyi töhfələrə görə Moskva vilayətinin tikinti naziri Marina
Oqlobinanın adından xüsusi təşəkkürnamə təqdim edilib.
18 avqust 2014
160
Macar-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı Macarıstan Parlamentinə müraciət ünvanlayıb
Macar-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı Macarıstan Parlamentinə müraciət ünvanlayıb. Müraciətdə münaqişə haqqında məlumat
verilərək bildirilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə başlayıb
və 1991-1994 illərdə aktiv fazaya keçən müharibə nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi
- Dağlıq Qarabağ və ona bitişik yeddi inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub,
bölgədə yaşayan bir milyon insan məcburi köçkün düşüb. “...890 şəhər, kənd və qəsəbə erməni silahlı qüvvələri
tərəfindən zəbt edilib. Müharibədə 30 min azərbaycanlı şəhid olub, 100 min nəfər yaralanıb, 50 min insan əlil
olub. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4 min 852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın,
54 uşaq və 410 qoca əsir və girov götürülüb”.
Müraciətdə Xocalı faciəsi də xatırladılır və bildirilir ki, erməni silahlı birləşmələri tərəfindən 1992-
ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində XX əsrin ən böyük faciəsi “Xocalı soyqırımı” törədilib:
63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 nəfər Xocalı sakini bir gecədə qətlə yetirilib.
Macarıstan Parlamentinə ünvanlanmış müraciətdə daha sonra deyilir: “...BMT Təhlükəsizlik
Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsinə dair 822, 853, 874,
884 saylı qətnamələri hələ də yerinə yetirilməyib. Bu gün Qarabağ münaqişəsində atəşkəs rejimi tətbiq olunsa
da, hər il qarşı tərəfin atəşkəsi pozması nəticəsində onlarla insan həyatını itirir. Artıq 1995-ci ildən keçən atəşkəs
dövrü ərzində Azərbaycan beş mindən artıq hərbiçisini itirib. 2014-cü ilin səkkiz ayı ərzində Ermənistan silahlı
qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycan ordusunun 23 hərbçisi və onlarla dinc sakin həlak olub.
İyul ayının sonundan başlayaraq Ermənistan tərəfindən atəşkəsin pozulması halları daha da
intensivləşib. Ermənistanın təcavüzkar ordusu cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun
müdafiənin ön xəttində yerləşən mövqelərindəki postlara bir neçə dəfə basqın etməyə cəhd göstəriblər.
Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən 13 Azərbaycan əsgəri həlak olub. Erməni ordusu
Azərbaycanın dinc sakinlərinin yaşadığı ərazilər də şiddətli atəşə məruz qoyub və nəticədə bir nəfər mülki şəxs
həyatını itirib, bir nəfər isə ağır yaralanıb”. Macar-Azərbaycan Dostluq Cəmiyyəti Macarıstan Parlamentinin
üzvlərini və ölkə ictimaiyyətini bütün bunlara biganə qalmamağa çağırır.
26 avqust 2014
161
Litva Azərbaycanlıları Cəmiyyəti Litva Prezidentinə və seyminə müraciət edib
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev və təşkilatın üzvləri Seymin deputatı
Dalya Kuodite və Litvadan olan digər şəxslərin bu günlərində əvvəlcə Ermənistana, oradan isə erməni
separatçılarının nəzarətində olan Azərbaycan torpaqlarında yaradılan qondarma Dağlıq Qarabağ
respublikasına qanunsuz səfərinə və ümumiyyətlə, D.Kuoditenin antiazərbaycan fəaliyyətinə siyasi qiymət
verilməsi üçün Prezident xanım Dalya Gribauskayteyə və Seymin sədri Loreta Graujineneyə rəsmi müraciət
edib.Litva Respublikası Seyminin üzvü Dalya Kuoditenin 2014-cü ilin 29 avqust–04 sentyabr tarixlərində
Ermənistana və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılan qondarma Dağlıq
Qarabağ respuspublikasına qanunsuz səfərini pisləyən müraciətdə bəzi siyasətçilərin məsuliyyətsiz və təxribatçı
hərəklətlərinin işğala məruz qalmış ölkələrin ərazi bütövlüyünü dəstəkləyən, heç bir vəchlə qondarma separatçı
qurumları tanımayan Litva dövlətinin xarici siyasət kursuna kölgə salması təəssüflə vurğulanır. Xatırladaq ki,
səfər zamanı D.Kuodite Serj Sarqsyan və digər rəsmilərlə, eləcə qondarma Dağlıq Qarabağ respublikasının
„rəhbərləri“ ilə bir sıra görüşlər keçirib.
Görüşlər zamanı D. Kuodite Litva dövlətinin adından qondarma Dağlıq Qarabağ respublikası ilə
„iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi“ barədə danışıqlar aparıb, hətta orada „Qarabağ hərəkatının 25
illiyinə həsr edilmiş“ medalla da təltif olunub. Litvadakı Azərbaycan icmasının müraciətində Seymdə
qeydiyyatdan keçməmiş „Dağlıq Qarabağla parlament dostluq qrupu“nu yaradan D. Kuoditenin uzun
müddətdir Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı məqsədyönlü fəaliyyəti ölkə prezidenti və parlament
sədrinin diqqətinə çatdırılır. Müraciətdə daha sonra bildirilir ki, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanın
ərazi bütövlüyünün Litva Respublikası tərəfindən ardıcıl olaraq dəstəkləndiyi bir vaxtda ayrı-ayrı Litva
parlamentarilərin belə üzdəniraq fəaliyyəti dövlətin xarici siyasətini nüfuzdan salmağa xidmət edir. Müraciətdə
Litva prezidentindən Seymin deputatı D. Kuoditenin antiazərbaycan fəaliyyətinə siyasi qiymət verməsi, eyni
zamanda Seymin rəsmi internet saytında „Dağlıq Qarabağla parlament dostluq qrupu“ haqqında yerləşdirilmiş
məlumatların oradan çıxarılması üçün siyasi yardım göstərməsi xahiş olunur: „Belə ki, həmin qrup xarici
dövlətlərlə parlamentlərarası əlaqələr saxlamaq statusuna malik deyil, həmçinin Litvaya dost dövlət olan
Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərir və bu yolla Litva dövlətinin xarici siyasətini nüfuzdan
salır“ – müraciətdə belə deyilir.
10 sentyabr 2014
162
Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Ukrayna Azərbaycanlıları Birləşmiş
Konqresinin sədri Rövşən Tağıyev ATƏT-in milli azlıqlar üzrə Ali komissarı Astrid Tors, NATO-nu
sabiq Baş katibi, Avropa Birliyinin keçmiş Ali komissarı Havyer Solana və təşkilatın digər təmsilçiləri
ilə görüşlər keçirib
Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Ukrayna Azərbaycanlıları Birləşmiş
Konqresinin sədri Rövşən Tağıyev ATƏT-in milli azlıqlar üzrə Ali komissarı Astrid Tors, NATO-nu sabiq Baş
katibi, Avropa Birliyinin keçmiş Ali komissarı Havyer Solana və təşkilatın digər təmsilçiləri ilə görüşlər
keçirib. Görüşlərdə onlarla millətin nümayəndəsini birləşdirən Ukrayna Millətlər Assambleyası adından
Ukraynadakı hadisələr, o cümlədən Azərbaycan, Moldova və Gürcüstanın məruz qaldığı münaqişələrin nəticəsi
olaraq insanların hüquqlarının pozulması ilə bağlı müraciət təqdim olunub. R.Tağıyev Ermənistanın təcavüzü
nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüquqlarının bərpa
olunmaması, Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasından Avropada yaşayan azərbaycanlılarının
narahatlığını diqqətə çatdırıb.
Konfransda etdiyi çıxışında da R.Tağıyev bölgədə millətlərarası münasibətlər, xalqların
hüquqlarının qorunması, o cümlədən münaqişə bölgələrində təcavüzə məruz qalmış insanların hüquqlarının
bərpasının vacibliyindən danışıb. Diaspor rəhbəri işğal olunmuş Azərbaycan torpaqlarının qaçqın düşən bir
milyon azərbaycanlının pozulmuş hüquqlarını bərpa etmək üçün beynəlxalq təşkilatları konkret addımlar
atmağa çağırıb.
Qeyd edək ki, ATƏT–in 56 üzv ölkəsinin iştirak etdiyi konfransda milli azlıqların hüquqları, insan
haqları, irqi ayrıseçkilik, millətlərarası nifrətin azaldılması, müxtəlif münaqişə bölgələrində xalqların
hüquqlarının pozulması və digər məsələlər müzakirə mövzusu olub.
02 oktyabr 2014
163
Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi etiraz bəyanatı yaymışdır
Türkiyədəki erməni lobbisinin Ankarada Ermənistanla sərhədlərin açılmasına həsr olunmuş konfrans
keçirməsi bu ölkədəki Azərbaycan diasporunun etirazına səbəb olub. Türkiyə Azərbaycan Həmrəylik və
Mədəniyyət Dərnəyinin yaydığı bəyanatda Türkiyədə yaşayan ermənilərin Ankarada "Möhürlü Qapı: Türkiyə-
Ermənistan sərhədinin Gələcəyi Konfransı" adlı tədbir keçirilməsi pislənilir.
Bəyanatda Ermənistanın Azərbaycana təcavüzü, 1993-cü ildən bəri Dağlıq Qarabağ və yeddi rayonu
işğal altında saxladığını, Xocalıda törətdiyi soyqırımı, ermənilərin Türkiyə torpaqlarını işğal xəyalı ilə
yaşadıqları, Ermənistan prezidenti S.Sarkisyanın bir erməni şagirdə söylədiyi “Qarabağı biz aldıq, Ağrını sizə
qoyduq” sözləri xatırladılır və bütün bunların ermənilərin niyyətini acıq şəkildə bəlli etdiyi vurğulanır.
Bəyanatda həmçinin, türklərə beş dəfə soyqırım və deportasiya aktı həyata keçirən, türk diplomatlarını
şəhid edib əməllərilə qürur duyan, bütün bunlardan sonra isə sülhdən, sərhədlərin açılmasından danışmağın
yolverilməz olduğu qeyd olunur. Ermənilərin Qarabağda, Xocalıda və Anadoluda törətdiyi vəhşiliklərə görə
cavab verməli olduqları, türklər heç bir zaman hər hansı millətə qarşı soyqırım etmədiyi, əksinə 1915-ci ildə
türklərin bir neçə cəbhədə döyüşməsindən istifadə ermənilər türklərə qarşı kütləvi qətllər törətməsi də bəyanatda
bildirlir.
“Təəssüf ki, Ermənistanın etdiyi səhvlərin cəzasını başda erməni xalqı olmaqla bölgənin digər xalqları
çəkməli olur. Ermənilər öz səhvlərini etiraf edib, geri çəkildiyi zaman bölgədə sülh və sabitlik bərqərar olacaq.
Əks halda sərhədlərin açılması müzakirə mövzusu ola bilməz” - Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət
Dərnəyinin mətbuat üçün açıqlamasında belə deyilir.
Xatırladaq ki, bu günlərdə Ankarada keçirilmiş iki günlük konfrans Hrant Dink Vəqfi və Ankara
Universiteti Siyasi Elmlər Fakültəsi tərəfindən təşkil olunub.
28 noyabr 2014
164
Ukrayna Millətlər Assambleyası Ukraynanın “1+1” telekanalının rəhbərliyinə, Dövlət Teleradio
Komitəsinə, Xarici İşlər Nazirliyinə, Prezident Administrasiyasına etiraz məktubu ünvanlayıb
Ukraynada yaşayan etnik qrupları təmsil edən Ukrayna Millətlər Assambleyası noyabrın 23-də
ölkənin “1+1” telekanalı əməkdaşlarının Azərbaycandan icazəsiz Dağlıq Qarabağa səfər etməsi və qeyri-
obyektiv proqram hazırlaması ilə əlaqədar telekanal rəhbərliyinə, Dövlət Teleradio Komitəsinə, Xarici İşlər
Nazirliyinə, Prezident Administrasiyasına etiraz məktubu ünvanlayıb.
Assambleyada cəmləşən azərbaycanlı, yəhudi, tatar, qaqauz, gürcü, moldovan, polyak, latış, özbək,
türkmən, qırğız, qazax, rus və Şimali Qafqaz xalqlarının təşkilatları adından ünvanlanan məktubda telekanalın
bu addımı ciddi pislənilib və proqramın separatizmi təbliğ etdiyi vurğulanaraq ölkədə yaşayan xalqların bundan
narahat olduqları bəyan edilib.
Məktubda Ukraynada yaşayan azsaylı xalqlar “1 +1” telekanalının “15 respublika” adlı verilişində
Dağlıq Qarabağ münaqişəsi haqqında faktların təhrif olunmasına və Azərbaycan Respublikasının imicinin
neqativ şəkildə əks etdirilməsinə qarşı etiraz bildirilərək, vətəndaşı olduqları ölkənin jurnalistlərinin separatçı
rejimlə işbirliyi, belə bir rejimi dəstəkləməsi tənqid olunur: “Bu, Ukraynada yaşayan etnik qruplar üçün də ciddi
narahatlıq doğurur. Biz Ukrayna rəhbərliyindən və KİV rəhbərlərindən bir daha belə hala yol verilməməsi üçün
təminat istəyirik və buna birdəfəlik son qoyulmasını tələb edirik".
02 dekabr 2014
165
Benilüks Azərbaycanlıları Konqresi (BAK) Fransanın Benilüks ölkələrindəki diplomatik korpuslarının
başçılarına Parisdə baş verən terror aktlarını pisləyən məktub göndərib
Benilüks Azərbaycanlıları Konqresi (BAK) Fransanın Benilüks ölkələrindəki diplomatik
korpuslarının başçılarına Parisdə baş verən terror aktlarını pisləyən məktub göndərib. Məktubda deyilir ki,
"Charlie Hebdo" jurnalının redaksiyasına hücum zamanı 12 jurnalistin həlak olması və 30 nəfərin yaralanması,
Vənsən darvazasında terror aktında isə 5 sakinin dünyasını dəyişməsi Benilüks Azərbaycanlıları Konqresi
üzvlərinin hədsiz narahatlığına səbəb olub. Bu terror aktları təkcə fransız xalqına deyil, bütövlükdə insanlığa
qarşı həyata keçirilən vandalizm aktlarıdır.
Məktubda qeyd olunur ki, Azərbaycan xalqı da ermənilər tərəfindən dəfələrlə terror aktlarına
məruz qalıb, yüzlərlə günahsız azərbaycanlı həyatını itirib. Ölkəmiz də belə anlar yaşayıb. Məhz bu səbəbdən
BAK-ın üzvləri bu ağır günlərdə fransız xalqı ilə birlikdə eyni hissləri keçirir, kədərli anları birgə yaşayır. BAK
terror aktları zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, fransız xalqının dərdinə şərik
olduğunu bildirir.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri Paris
12 yanvar 2015
166
Fransadakı Azərbaycan diasporu "Çarli Hebdo" jurnalının redaksiyasına edilmiş terror aktını
pisləyən bəyanatla çıxış edib
Fransadakı Azərbaycan diasporu "Çarli Hebdo" jurnalının redaksiyasına edilmiş terror aktını
pisləyən bəyanatla çıxış edib. Paris Azərbaycan Evinin yaydığı bəyanatda bildirilir ki, Fransadakı Azərbaycan
icması 2015-ci il yanvarın 7-də “Çarli Hebdo” (Charlie Hebdo) satirik jurnalın əməkdaşlarına qarşı törədilmiş
terror aktını pisləyir və bu hərəkəti insanlığa zidd addım kimi qiymətləndirir.
Hadisə nəticəsində həlak olanların ailəsinə başsağlığı verən və onların ağrı-acısını bölüşdüyünü
bildirən bəyanat müəllifləri eyni zamanda insanların dini inanclarına hörmətlə yanaşmağa, tolerantlıq nümayiş
etdirməyə və terrora, aqressiyaya qarşı mübarizədə birləşməyə çağırır. Bəyanatda həmçinin, Azərbaycan icması
adından bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir. Bəyanat “Çarli Hebdo”
jurnalının redaksiyasına, Fransa parlamentinə, Yelisey sarayına və yerli mətbuata göndərilib.
12 yanvar 2015
167
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) etiraz bəyanatı yayıb
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) Azərbaycanın Kəlbəcər rayonunda
Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev
üzərində qurulan “məhkəmə prosesi” və barələrində çıxarılan “hökm”lə bağlı etiraz bəyanatı yayıb. Bəyanat
BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının və ATƏT-in Ukrayna nümayəndəliyinə, həmçinin, ATƏT-
in Minsk qrupunda təmsil olunan ölkələrin Kiyevdəki səfirliklərinə göndərilib.
Bəyanatda Dilqəm Əsgərov və Şahbaz Quliyevin “məhkəmə prosesi”nə və barələrində çıxarılan
“hökm”ə etiraz edən UADB Ermənistanın işğal etdiyi Azərbaycanın torpaqlarında olan bu insanların guya
sərhədləri pozmaqda ittiham edilərək heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesinə cəlb edildiyini
vurğulayır. Bildirir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürüldüyü torpaqlar Ermənistan tərəfindən
işğal edilmiş Azərbaycan ərazisidir, onlar doğulub böyüdükləri torpaqlarda yaxınlarının məzarlarını ziyarət
etməyə gediblər və heç bir gizli planları, təxribatçı niyyətləri olmayıb.
Bəyanatda daha sonra deyilir ki, doğulduqları torpaqların həsrəti ilə Ermənistanın işğal altında
saxladığı ərazilərə keçərkən girov götürülən Həsən Həsənovun işgəncələrlə öldürülməsi, Dilqəm Əsgərov və
Şahbaz Quliyevin girov götürülməsi beynəlxalq norma və insan haqlarının qorunması prinsiplərinə ziddir.
BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını nəzərdə
tutan 822-ci qətnaməsini xatırladan bəyanat müəllifləri yazır ki, həmin sənəddə Kəlbəcər rayonunun
Azərbaycan ərazisi olması təsdiqlənir, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti ilə əlaqədar
regionda, xüsusən də Kəlbəcərdə yaranmış fövqəladə humanitar vəziyyətdən BMT-nin ciddi narahatlığı ifadə
edilir: “İşğaldan 20 ildən artıq müddət keçsə də, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu, habelə digər üç
qətnaməsinə məhəl qoymamaqda davam edir, Ermənistan silahlı qüvvələrinin hələ də Azərbaycan, o cümlədən
Kəlbəcər ərazisində olması isə qanunsuz işğalın davam etdiyini təsdiqləyir”.
Bəyanatın sonunda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu beynəlxalq təşkilatları
vicdanlarına söykənərək məsələyə hüquqi norma və prinsiplər çərçivəsində yanaşmağa çağırır.
12 yanvar 2015
168
Misirdəki Azərbaycan Diasporu dünya ictimaiyyətini təcavüzkar ölkəyə qarşı təzyiqləri
artırmağa çağırıb
İsgəndəriyyə şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, mütəfəkkir Nizami
Gəncəvinin büstü qoyulacaq
Afrika qitəsində məskunlaşan azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə,
Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika
Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə
təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
Misir Ərəb Respublikasındakı Azərbaycan diasporu Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında erməni silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməsi ilə əlaqədar Misirdəki yerli və
xarici qurumlara bəyanat ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
məlumat verilib. Bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında
mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə olunur. Bildirilir ki, s on günlər
Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozması nəticəsində
Azərbaycanın 13 hərbçisi həlak olub. Müraciətdə Ermənistan silahlı qüvələrinin sərhəd bölgələrində yaşayan
dinc əhaliyə, o cümlədən uşaqlara atəş açması və bir nəfər yerli sakinin qətlə yetirilməsi xüsusi qeyd edilir.
Misirdəki Azərbaycan Diasporu dünya ictimaiyyətini baş verənlərə, Ermənistanın yenidən müharibəni
alovlandırmaq cəhdlərinə biganə qalmamağa, təcavüzkar ölkəyə qarşı təzyiqləri artırmağa çağırıb. Bəyanat
Misirdə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlara, səfirliklərə, Misirin müvafiq dövlət qurumlarına
göndərilib. Misirin İsgəndəriyyə şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, mütəfəkkir
Nizami Gəncəvinin büstü qoyulacaq.
Məlumata görə, bu il aprelin 20-də büstün təntənəli açılış mərasimi keçiriləcək. Açılış mərasimində
Latviya, Polşa, Boliviya, Rumıniya, Serbiya, Bolqarıstan və Beninin sabiq prezident və baş nazirlərinin
iştirakı nəzərdə tutulub. Bundan başqa, həmin tarixdə Misir Ərəb Respublikası baş nazirinin xüsusi müşaviri,
İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail
Seragəldinin Nizami Gəncəvi haqqında ərəbcə nəşr edilmiş kitabının təqdimatı da olacaq. Hər iki layihə
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və İsgəndəriyyə
Kitabxanası tərəfindən gerçəkləşdiriləcək. AR-ın Misirdəki səfirliyi 20 yanvar faciəsinin 25-ci ildönümü ilə
əlaqədar tədbir təşkil edib. Tədbirdə Misirin siyasi-ictimai xadimləri, Qahirə və Ayn Şəms universitetlərinin
tələbələri, Azərbaycan diasporu üzvləri və tələbələri iştirak ediblər. Tədbirdə çıxış edən səfir Şahin
Abdullayev 1990-cı il 20 yanvar hadisələri barədə məlumat verərək, 20 yanvar tarixinin Azərbaycan
xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edib.
Səfir Sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc
etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulayıb və 20 yanvar
əməliyyatı nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın yaralandığı barədə
məlumat verib. Təbdir zamanı qanlı 20 yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilib,
Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq,
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 yanvar faciəsinə aparan yol haqqında bəhs edilib, SSRİ
prezidenti Mixail Qarbaçovun əmri ilə Sovet qoşunları tərəfindən 1990-cı ilin 20 yanvar tarixində Bakıda
törədilən qanlı hadisələr barəsində tədbir iştirakçılarına ətraflı məlumat verilib. 90-cı illərdə Misir
parlamentinin üzvü olmuş, o zamanlar Misir parlamentində çıxış edərək, Sovet hakimiyyətinin Azərbaycan
xalqına qarşı törətdiyi cinayətlərə görə SSRİ-yə etirazını bildirən, tanınmış hüquqşünas Dəmirdaş Əl-Uqali
səfirliyin təşkil etdiyi tədbirdə iştirak edib və tədbirdə çıxışı zamanı Sovet ordusunun həyata keçirdiyi
vəhşiliklərdən danışıb, 20 yanvar hadisələri ilə bağlı Misir xalqının o zamanlar göstərdiyi həssaslıqdan söz
açıb. Səfir Ş.Abdullayev qanlı 20 yanvar hadisələrinin o zamanlar Misir ictimaiyyəti tərəfindən həssasısla
qarşılanmasının Azərbaycan xalqı üçün yeni məlumatlar olduğunu deyərək, Azərbaycan xalqına göstərdiyi
mənəvi dəstəyinə görə Misir xalqına təşəkkürünü bildirib.
Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən
Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "VI Beynəlxalq Səmaa Dini Musiqi Festival"-ı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, Azərbaycanın da iştirak etdiyi festivalda12
ölkə təmsil olunub. Festivalın açılış günüdə 3 nəfərdən 2-i erməni olmaqla Rusiyanı təmsil edən iştirakçıların
çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanıb. Buna səbəb, Avetis Manukyan tərəfindən ifa
olunan milli musiqi alətimiz olan balabanın Ermənistanın nəfəs musiqi aləti kimi təqdim edilməsi olub.
169
Bununla yanaşı, Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan xüsusi proqram kitabçasında
Rusiya Federasiyasını təmsil edən iştirakçıdan birinin doğulduğu yer kimi Xankəndinin Ermənistan ərazisi
kimi qeyd olunması, Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri, Akademik Ziya Bünyadov
adına Şərqşünaslıq institutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin kiçik elmi işçisi Pərvin
Əfəndiyevanın, Misirdəki Azərbaycan Diasporu təşkilatının sədri, Dünya Azərbaycanlı Gənclər Birliyinin
Mərkəzi Şurasının üzvü Ramil Nifəliyevin və Misirdəki Azərbaycan Diasporu təşkilatının beynəlxalq əlaqələr
şöbəsinin rəhbəri Rəşad Əliyevin kəskin etirazına səbəb olub.
Diaspor nümayəndələri bu barədə misirli festival təşkilatçılarına və iştirakçılara məlumat verib,
bu məsələ ilə bağlı öz etiraz və iradlarını bildiriblər. Nəticədə ermənilərin yekun bağlanış konsertində iştirakı
qadağan olunub. Uydurma erməni soyqırımının yüzilliyi yaxınlaşdıqca, erməni diaspor təşkilatları da aktivləşib.
Hətta onların fəaliyyətləri qeyri-müsəlman cəmiyyətlərin sərhədlərini aşaraq islam ölkələri və Türkiyə ilə yaxın
tarixi və iqtisadi əlaqələri olan Yaxın Şərq ölkələrində də genişlənib. Regionda baş verən hadisələrin yaratdığı
yeni şəraitdən istifadə etməyə çalışan erməni təşkilatları kilsə ilə birlikdə ərəb və islam dünyasının nüfuzlu
dövlətlərindən biri olan Misir Ərəb Respublikasında fəallaşaraq onu öz tarixi yalanlarına inandırmağa çalışırlar.
Misir erməni diasporunun geniş fəaliyyət göstərdiyi ərəb dövlətlərindən biridir. Sayları təxminən
altı minə çatan erməni diasporunun nümayəndələri Misirin, əsasən Qahirə və İskəndəriyyə şəhərlərində
məskunlaşıblar. Qahirədə onlar "Erif", "Hosaper" və "Tşahager" qəzetlərini və "Arik" (Ərəb erməni
mədəniyyətləri divanı) ədəbi jurnalını nəşr etdirirlər. Misirdə katolik və ortodoks erməni patriarxlığı fəaliyyət
göstərir. Qahirədə Erməni Xeyriyyə Cəmiyyəti, Qahirə Universitetindəki Erməni Araşdırmaları Mərkəzi də
diasporun işində yaxından iştirak edib. Erməni təşkilatları uydurma soyqırımın yüzilliyi ərəfəsində onu qəbul
etdirmə iddialarını həyata keçirmək üçün hələ bir neçə il bundan qabaq fəaliyyətə keçiblər. Ermənistanın
mühacirət məsələləri üzrə naziri Hiranuş Hakopyan Misirin "əl-Vatan" internet xəbər portalına 16 noyabr 2014-
cü ildə verdiyi müsahibəsində soyqırımın yüzilliyini təntənəli qeyd etmək üçün hazırlıqlara hələ 2011-ci
ildən başlandığını bildirib. Nazirin müsahibəsindən o da aydın olur ki, bu məqsədlə dünyanın 50 ölkəsində
komitələr yaradılıb, onların hər birinə fəaliyyət göstərdikləri ölkələrdə tez-tez iclaslar, dəyirmi masalar,
konfranslar keçirməklə cəmiyyəti uydurma iddialarına inandırmaq, həmin ölkələrin parlamentlərində uydurma
"soyqırım"ı tanıyan qərarların qəbul edilməsinə nail olmaq tapşırığı verilib. Bu komitələr altı bölmədən ibarətdir
və siyasi, mədəni, ədəbi, media və s. sahələrdə tədbirlər həyata keçirir.
Komitələrin bölmələri siyasi elita ilə işləyərək "erməni soyqırımı"nın xeyrinə siyasi qərarların qəbul
edilməsinə nail olmalı, mediada mütəmadi çıxış edərək sadə insanları, nəyin bahasına olursa-olsun, ermənilərin
osmanlılar tərəfindən kütləvi şəkildə qırılması mifinə inandırmalıdır. Komitələrin vəzifələri sırasında aprelin
24-də planlaşdırılan "yüzillik" şousuna xidmət edən mədəni tədbirlərin, incəsənət sərgilərinin, konfransların,
elmi simpoziumların və kitab sərgilərinin təşkil edilməsi də var. Bu komitələrdən biri də "Erməni soyqırımı"nı
anma Qahirə komitəsidir. Son hadisələr nəticəsində Misirlə Türkiyə arasında yaranan müvəqqəti soyuqluqdan
məharətlə istifadə etməyi qarşısına məqsəd qoyan bu komitə, artıq bu günədək bu sahədə müəyyən işlər görüb.
Komitə, ilk növbədə Misirin yeni seçilmiş hakimiyyətinin, xüsusilə prezident Əbdülfəttah Sisinin rəğbətini
qazanmaqla, Misirin "Erməni soyqırımı"nı tanımasına nail olmağa can atır.
Bu istək Ermənistanın rəsmi şəxslərinin dilindən də səslənir. Ermənistanın mühacirət məsələləri
üzrə naziri Heranuş Hakopyan Misirin "əl-Vatan" internet xəbər portalına 2014-cü ilin 26 sentyabrında
verdiyi müsahibəsində bildirir: "Misirdən ermənilərə qarşı törədilən soyqırımları tanımasını gözləyirik. Çünki
Misirin ərəb regionunda, o cümlədən beynəlxalq müstəvidə çəkisini və aparıcı rolunu dərk edirik". Erməni
diasporu Misirin belə bir addım atmasına nail olmaqla digər ərəb və islam dövlətləri üçün ilk presedent ola
biləcəyinə bel bağlayırlar.
Təbii ki, bu hadisə baş verərsə, siyasi və iqtisadi, hətta mədəni sahələrdə mənfi nəticələr törədə
bilər. Erməni məsələsi komitəsinin üzvü dr. Armen Mazlumyan "əl-Vatan" internet xəbər portalına 2014-cü il
4 aprelində verdiyi müsahibəsində Misirdəki ermənilərin prezident Hüsni Mübarəkin devrilməsi və Mursinin
prezident seçilməsi ilə nəticələnən 25 yanvar, eyni zamanda prezident Mursinin devrilməsi və Əbdülfəttah
Sisinin prezident seçilməsi ilə nəticələnən 30 iyun inqilablarında yaxından iştirak etmələrini vurğulamaqla
onların vəziyyətdən məharətlə öz xeyirlərinə istifadə etmək bacarıqlarını ortaya qoymaqla yanaşı, ölkə başçısı
Sisiyə yarınmaq, onun rəğbətini qazanmaq məqsədi güddüklərini izhar edir.
Misirdə fəaliyyət göstərən xristian icmaları ilə avqustun 14-də keçirilən görüşdə katolik və ortodoks
erməni kilsələrinin rəhbərləri prezident Sisiyə "Ermənilər Misirdə" və "Erməni xalqının qısa tarixi" kitablarını
hədiyyə ediblər. Bir neçə ay sonra isə (noyabrda) erməni nazir Hiranuş Hakopyan müsahibələrinin birində
prezident Sisini də soyqırımın anım tədbirlərində görmək istədiyini dilə gətirərək, "Əgər Sisi anım tədbirimizə
gəlsə, başlarımızı dik tutarıq" deyib. Bəlkə də bununla "kitabımızı" oxuyub yekun rəy bildirməyin vaxtının
çatdığına işarə edilir.
170
Hətta son vaxtlar mediada erməni məsələsini Fələstin probleminə oxşatmaq cəhdlərinin artdığının
şahidi oluruq ki, bununla da ərəb və islam dünyasının ağrılı və həll edilməyən problemlərindən birinin adı ilə
spekulyasiya məqsədi aydın hiss edilir. Lakin tarix Fələstin Azadlıq Təşkilatı daxilindəki fikir ayrılıqlarının
dərinləşərək silahlı münaqişəyə keçməsində Fələstin mübarizəsinin fəaliyyətinə ağır zərbə vuran Əbu Nidal -
Asala erməni terror təşkilatının yaradıcılarından Monte Melkonyan tandeminin fəaliyyətini hələ unutmayıb.
“Paralel”in Araşdırma Qrupu Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunub
“Paralel”.-2015.-20-29 mart.-N 52.-S.10.
171
Avropa Komissiyası Benilüks Azərbaycanlılar Konqresinin (BAK) Xocalı soyqırımı ilə əlaqədar
müraciətinə cavab verib
BAK dünya ictimaiyyətinə müraciət edərək Xocalı soyqırımını tanımağı və günahkarların
cəzalandırılmasını tələb etmişdi
Niderland xüsusi statusa malik Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil
edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" adlı sənədlə
tənzimlənir. "Niderland" sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bəzən Niderlandı Hollandiya da
adlandırırlar. Əslində bu adın ölkə üçün istifadə edilməsi düzgün deyil. Çünki ölkənin 12 inzibati bölgəsindən ikisi
Hollandiya adlanır: Şimali və Cənubi Hollandiya. Hollandiya adı, əslində yalnız ölkənin şimal-qərb qismindən
Birləşmiş Hollandiya Krallığının əhəmiyyətli hissəsi olan Hollandiya əyalətindən gəlir. Bu əyalət qısaca olaraq
Hollandiyi adlandırılır. 19-cu yüzilliyin ikinci yarısından etibarən isə bu əyalət iki hissəyə bölünmüş
vəziyyətdədir. Niderland Krallığı Azərbaycan diaspora təşkilatlarının fəal olduqları Avropa ölkələrindən biridir. Bir
müddət əvvəl ölkənin "NPO 2" televiziya kanalında Xocalı soyqırımına həsr olunmuş proqram yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, kanalın müsəlmanlar üçün təsis edilən yayım
qurumunda efirə gedən 10 dəqiqəlik proqramda Benilüks Azərbaycan Konqresinin (BAK) Xocalı soyqırımı ilə
bağlı anım tədbirlərinə geniş yer verilib.
Telekanalın əməkdaşı Burhanettin Çarlakın hazırladığı proqramda Ermənistanın Azərbaycana təcavüzü, 20 faiz
torpağımızı işğal altında saxlaması, bir milyondan artıq insanın öz torpağından didərgin düşməsi, Ermənistan silahlı
qüvvələrinin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı, insanların ağlasığmaz işgəncələrlə
öldürülməsi, azərbaycanlı və türk müsahiblərin dili ilə tamaşaçıların diqqətinə çatdırılıb. Verilişdə Azərbaycan
və Türkiyə türkləri ilə yanaşı, hollandların çıxışlarına da yer ayrılıb. Holland jurnalist Jak Kroes öz müsahibəsində
23 il əvvəl Xocalıda törədilən faciəni heç bir bəraəti olmayan cinayət adlandırıb. Avropa Şurası, Avropa Parlamenti,
Beynəlxalq Ədalət Məhkəməsi kimi beynəlxalq qurumları Xocalı faciəsinə ədalətli qiymət verməyə, günahkarların
cəzalandırılması üçün konkret addımlar atmağa çağıran J. Kroes bu istiqamətdə Azərbaycanın səylərini daha da
gücləndirməsinin vacib olduğunu bildirib. Niderland televiziyasında yayımlanan proqramda bu ölkədə yaşayan
azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, BAK və təşkilatın nəzdində fəaliyyət göstərən Ana dili
məktəblərinin fəaliyyətinə də toxunulub.
Qeyd edək ki, bu, yerli telekanalda Azərbaycan haqqında ilk veriliş deyil. Jurnalist B.Çarlak daha əvvəl də
Niderland televiziyaları üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Azərbaycan
mədəniyyəti və digər mövzularda geniş reportajlar, proqramlar hazırlayıb. "Ana Vətən" Niderland Azərbaycanlı
Qadınlar Birliyi Hollandiyada 80 ilə yaxındır fəaliyyət göstərən "NivonY İctimai Birliyi ilə birgə tədbir keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin məlumata görə, tədbirdə Azərbaycan həqiqətləri foto, video və şifahi
məlumatlarla yerli ictimaiyyətin diqqətinə çatdırılıb və maraqla qarşılanıb. Əvvəlcə "Nivon" təşkilatının rəhbəri
İnqeborq Barnhorn tədbir iştirakçılarına "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi haqqında qısa
məlumat verib. Daha sonra iştirakçılara holland dilində Azərbaycan haqqında ətraflı məlumat verib, Azərbaycan
tarixinin maraqlı və şanlı səhifələri ilə yanaşı, qanlı məqamlarını da faktlar və fotolarla təqdim ediblər. Bir müddət
əvvəl 25 illiyi qeyd edilən 20 Yanvar hadisələri isə xüsusi vurğulanıb. Hadisənin səbəbləri, siyasi motivləri,
xalqın başına gətirilən qanlı olaylar, eləcə də bu illər ərzində Azərbaycan xalqının və hökumətinin öz şəhidlərinə,
azadlıq qurbanlarına göstərdiyi hörmət və ehtiram, bu hadisələrdən çıxarılan nəticələr haqqında geniş bəhs
olunub.
Gənc diaspor nümayəndələri Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı, Azərbaycanın 20
faiz torpağının hələ də işğal altında qalması kimi faktları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. "Ana Vətən"
Birliyinin dəvəti ilə tədbirə qatılan müstəqil holland jurnalist Xert van Dam Azərbaycana səfərindən sonra
qaçqınların üzləşdiyi çətinlikləri, yaşadıqları əzab-əziyyətləri və əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə
çatdırmaq məqsədilə yerli mətbuatda dərc etdirdiyi yazıları ilə tanınır. Tədbirdə çıxış edən X. Dam Azərbaycan və
azərbaycanlılar, onların başına gətirilən bəlalardan danışıb, Azərbaycanda olarkən görüb yaşadıqları barədə
təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin digər iştirakçısı, azərbaycanlı jurnalistlərə təlim keçmək məqsədilə dəfələrlə ölkəmizdə olan yazıçı-
jurnalist Jak Kruz isə Azərbaycan haqqında kitab yazdığını və yaxın vaxtlarda həmin kitabın təqdimatını
keçirəcəyini bildirib. Bakı, Qobustan, Şamaxı, Quba, İsmayıllı, Qəbələ, Şəki, Lahıc, Kişdəki tarixi abidələrimizdən,
palçıq vulkanlarından, hətta Naftalanın möcüzəvi neftindən söhbət açan yazıçı- jurnalist azərbaycanlıların
mehriban, modern, təhsilli, qonaqpərvər və sülhsevər xalq olduğunu vurğulayıb. J. Kruz, eləcə də Dağlıq Qarabağ
probleminin hər iki xalqa vurduğu maddi-mənəvi, psixoloji zərbələrdən danışıb və hər zaman haqqın qalib
gələcəyinə inamını qeyd edərək xalqımızı səbirli olmağa çağırıb. Tədbirdə Azərbaycandakı iqtisadi, sosial inkişaf,
quruculuq işlərindən bəhs edən sənədli film nümayiş etdirilib.
172
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycanın Niderland Krallığındakı səfirliyində "20
Yanvar - tarixin qanlı səhifəsi" adlı fotosərgi təşkil olunub. Səfirlikdən verilən məlumata görə, faciədən bəhs
edən fotoşəkillər Niderland ictimaiyyətinin diqqətinə təqdim olunub. Bununla yanaşı, səfirlikdə faciə ilə bağlı
anım mərasimi təşkil olunub. Mərasimi giriş sözü ilə açan səfir Mir-Həmzə Əfəndiyev xalqımızın müstəqillik
mübarizəsi tarixində həkk olunmuş 20 Yanvar faciəsindən bəhs edərək, həmin tarixin həm şəhidlərin anım günü,
həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günü olduğunu
bildirib. Həmçinin, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 25-ci ildönümü
ilə əlaqədar bəyanatı, eləcə də səfirliyin hazırladığı press-reliz Niderlandda fəaliyyət göstərən Azərbaycanın diaspor
təşkilatları, eləcə də aidiyyəti təsisatlara göndərilib. Daha sonra toplantı iştirakçıları faciə ilə bağlı xatirələrini
bölüşüb, 20 yanvarla bağlı sənədli film nümayiş etdirilib. Tədbirdə Niderland ictimaiyyətinin təmsilçiləri tərəfindən
təsis edilmiş Niderland-Azərbaycan Əməkdaşlıq Platformasının, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar
Birliyinin, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin və digər diaspor təşkilatlarının təmsilçiləri, eləcə də yerli
ictimaiyyətin nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat
xidmətindən əldə etdiyimiz məlumata görə, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi Xocalı faciəsinin
23-cü ildönümü ilə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi institut və təşkilatlara, eləcə də Niderland
Krallığı Parlamentinin Xarici İşlər üzrə komissiyasının rəhbəri xanım A. Eijsink və qurumun digər üzvlərinə
petisiya ilə müraciət edib. Niderland Krallığında yaşayan azərbaycanlı və digər türk soydaşlarımızın imzaladığı
bu petisiya, həmçinin BMT, ATƏT, Avropa Şurası, Beynəlxalq Ombudsman qurumu və digər beynəlxalq
təşkilatların üzvlərinə, həmçinin Azərbaycanın xaricdəki səfirliklərinə göndərilib.
Petisiyada qeyd olunur ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti insan haqları və
azadlıqlarının kütləvi şəkildə pozulmasının bariz nümunəsidir. Petisiyada Xocalı soyqırımına görə Ermənistanın
heç bir beynəlxalq səviyyəli təşkilatlar tərəfindən məsuliyyətə cəlb edilməməsi təəssüflə qeyd olunur. Müraciətdə
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı, eləcə də Dağlıq Qarabağ
münaqişəsi haqqında ətraflı məlumat verilir. Petisiyada daha sonra beynəlxalq hüquqa görə soyqırımının sülhə və
insanlığa qarşı törədilən cinayət kimi qiymətləndirilir. Qeyd olunur ki, Xocalı faciəsinin əvvəlcədən
planlaşdırılması, etnik təmizləmə siyasətinə əsaslanması bu cinayətin beynəlxalq normalara görə soyqırımı
olduğunu bir daha təsdiqləyir. Petisiya müəllifləri dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələri tərəfindən
Xocalıda törədilən vandalizm və zorakılıq cinayətlərini soyqırımı kimi tanımağa çağırır. Avropa Komissiyasında
Xocalı soyqırımı ilə bağlı müraciətə baxılacaq. Onu da qeyd edək ki, Avropa Komissiyası Benilüks
Azərbaycanlılar Konqresinin (BAK) Xocalı soyqırımı ilə əlaqədar müraciətinə cavab verib. Qurumdan diaspor
təşkilatına ünvanlanan rəsmi məktubda Avropa Komissiyasında BAK-ın 13.02.2015-ci il tarixli müraciətinə
baxılacağı bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, Avropa Komissiyasının prezidenti Yan Klod Yunker Aİ-nin
xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi xanım Federika Moqereniyə BAK-ın Avropa institutlarına
ünvanlanan müraciətinə baxılmasını tövsiyə edib.
Xatırladaq ki, Benilüks Azərbaycanlılar Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa
institutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanan bəyannamə qəbul etmişdi.
Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilən kütləvi qırğınla bağlı faktlar Avropa parlamentarilərinin,
beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. BAK dünya ictimaiyyətinə müraciət edərək
insanlığa qarşı törədilən Xocalı soyqırımını tanımağı və günahkarların cəzalandırılmasını tələb edib. Müraciətdə,
həmçinin Avropanın beynəlxalq təşkilatları və parlamentariləri öz nüfuzundan istifadə edərək bir milyondan çox
azərbaycanlı məcburi köçkün və qaçqının öz torpağına təhlükəsiz qayıtmasını təmin etməyə çağırılıb. Bəyannamə
Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının prezidentlərinə, Birləşmiş Millətlər Təşkilatına,
Niderland, Belçika, Lüksemburq parlamentlərinə və bir sıra beynəlxalq təşkilatlara göndərilib.
“Paralel”.-2015.-3 aprel.-№ 57.-S.10.
173
"AzərRos" prezident İlham Əliyevə müraciət ünvanlayıb
“FMMM: birləşmənin və böhrandan çıxışın problemləri” mövzusunda dəyirmi masanın iştirakçıları ilə
Rusiyanın Azərbaycan təşkilatlarının rəhbərləri və üzvləri tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə müraciət
ünvanlanıb. “AzərRos” Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətindən APA-ya verilən
məlumata görə, müraciətdə deyilir:
”Hörmətli İlham Heydər oğlu!
Müraciətimizin əsas səbəbi Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti (AzərRos FMMM)
ətrafında son zamanlar yaranmış və təşkilatın tam bölgüsü ilə nəticələnə biləcək dramatik vəziyyətdir. Azərbaycan
vətəndaşı, Azərbaycan Respublikasının baş nazirinin sabiq müavini Abbas Abbasov və ondan maddi cəhətdən
asılı olan tərəfdaşları Rusiya Federasiyasının "Milli-mədəni muxtariyyət haqqında" və “Xarici agentlər haqqında”
qanunları kobud şəkildə pozaraq AzərRos FMMM ictimai təşkilatına basqın edib ələ keçirməyə çalışırlar.
Biz, Rusiya azərbaycanlıları, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığımıza baxmayaraq,
tarixi Vətənimizlə bağlı bütün məsələlərə hər zaman böyük hörmət və diqqətlə yanaşırıq, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin vəsiyyətinə riayət edərək, Azərbaycanın milli adət-ənənələrinin, həmçinin Rusiya
və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı anlaşma mühitinin inkişaf etdirilməsi üçün çalışırıq.
2013-cü ildə Azərbaycan Respublikasının vətəndaşı Abbas Abbasov tərəfinizdən Rusiyada AzərRos FMMM-nin
rəhbəri vəzifəsinə təyin olunmuş adam qismində çıxış edərək bizi aldatdı. Azərbaycanı və Azərbaycan xalqını
Rusiyada 15 il ərzində uğurla təmsil edən ən böyük federal təşkilatlardan biri olan AzərRos FMMM-ni ona etibar
etdik.
AzərRos FMMM 1999-cu ildə Rusiyada təsis edilib. Fəaliyyət göstərdiyi illər ərzində sözügedən təşkilat
Rusiyada Azərbaycan icmasını gücləndirə və vahid mərkəz ətrafında birləşdirə bilib. Lakin Abbas Abbasov verdiyi
sözləri yerinə yetirməyib. Rusiya azərbaycanlılarını birləşdirilməsi və AzərRos FMMM ilə digər Azərbaycan
təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin gücləndirilməsi əvəzinə o, şəxsi siyasi məqsədləri naminə
fitnəkarlıq vasitəsilə təşkilatı parçalanma və münaqişə vəziyyətinə gətirib. Şəxsi maraqlarını rəhbər tutaraq ictimai
təşkilatı siyasi bəyanatlar üçün platformaya çevirən A. Abbasov Rusiya azərbaycanlılarını Sizə etimadsızlıq
göstərməyə çağırır. Onun bütün hərəkətləri Azərbaycanda yaşayan soydaşlarımızın AzərRos FMMM-yə və bizə,
bu təşkilatın üzvlərinə, qarşı nifrət yaradırdı. Azərbaycan Respublikasının hakimiyyət orqanlarına müxalif
qüvvə kimi Azərbaycanda yaşayan qohumlarımız və ictimaiyyətin münasibətini biz anlamama və təəssüf hissləri
ilə qəbul edirik. Yeni rəhbərliklə AzərRos FMMM üzvlərinin dialoq qurmaq cəhdləri A.Abbasovun mövqeyi
üzündən heç bir nəticə verməyib. O, təşkilatda avtoritar idarəçilik sistemi yaradıb, rəhbərliyin mövqeyindən
fərqli mövqe tutan hamını qovub və AzərRos FMMM-ni “cib” ictimai təşkilatına çevirib. 28 fevral 2014-cü il
tarixində RF Ədliyyə Nazirliyini aldadaraq, A.Abbasov tərəfdaşları ilə birgə “kağız üzərində” AzərRos FMMM-
nin qurultayını keçirib. Həmin qurultay zamanı bütün “xoşa gəlməyən” və “sözə baxmayan” regional təşkilatlar
AzərRos FMMM-dən çıxarılıb. 2015-ci ilin əvvəlində tərkibində 40-dan çox təşkilatdan cəmi 4-ü qalıb. İctimai
təşkilatımızın şəxsi maraqlar nöqteyi-nəzərindən özəlləşdirilməsinə və istifadə edilməsinə rahat baxa bilmirdik.
Əvvəlki adını bərpa etmək, böhranı uğurla addımlamaq və AzərRos FMMM-ni qorumaq məqsədilə 17 yanvar
2015-ci il tarixində Rusiyadan 120-dən çox nümayəndənin iştirakı ilə təşkilatın Federal Şura üzvləri və regional
liderləri FMMM-nin Ümumrusiya növbədənkənar qurultayını keçirdilər. Qurultayda muxtariyyətin son iki il
ərzində gördüyü işləri qeyri-qənaətbəxş sayıldı, nümayəndələr AzərRos FMMM-nin sabiq sədri Asif
Məhərrəmova etimadsızlıq göstərdilər və A.Abbasovun başçılıq etdiyi Ağsaqqallar Şurası ləğv olundu. Təşkilatın
birləşməsi məqsədilə nümayəndələr tərəfindən bu ilin 6 mart tarixinə qədər qurultayın işində fasilə elan edildi.
Lakin A. Abbasov Ümumrusiya azərbaycanlıları qurultayının qərarını saymayaraq və Azərbaycan diasporunun bəzi
nümayəndələrini aldadaraq, 20 fevralda tələsik, bağlı qapılar arxasında yalnız 4 regional təşkilatın iştirakı ilə öz
“qurultayını” keçirib. Azərbaycanlıları özündən ayırıb Dağıstan döyüşçüləri və polis arxasında gizlənərək, o,
AzərRos Federal Şurasının digər üzvlərini, o cümlədən regional və yerli milli-mədəni təşkilatlar nümayəndələrini
“qurultaya” buraxmayıb. Öz hərəkətləri ilə o, Rusiya azərbaycanlılarına və Azərbaycana qarşı nifrətini bir daha
təsdiq etdi.
Hörmətli İlham Heydər oğlu
Regionda hər gün sürətlə dəyişən mürəkkəb geosiyasi vəziyyətdə, Rusiya və ətrafında olan postsovet ölkələrinə
bir sıra Qərb ölkələri tərəfindən ciddi təzyiq göstərildiyi zaman biz, Rusiya azərbaycanlıları, millətlərarası sülh və
dözümlüyü təmin etmək üçün çalışırıq. 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
yaşadıqları yerindən asılı olmayaraq Azərbaycanı bütün dünya azərbaycanlılarının Vətəni adlandırıb.
174
2011-ci ildə Dünya azərbaycanlılarının III qurultayında çıxış edərək Siz bütün azərbaycanlıları birlik,
sülh və öz tarixi Vətəninin milli maraqlarının qorunmasına çağırdınız. Biz həmişə Heydər Əliyevin vəsiyyətinə
riayət edirdik və edirik, Sizin bizə qarşı qayğınızı və diqqətinizi yüksək qiymətləndiririk. Təəssüf ki, A. Abbasov
adınızdan istifadə edərək Azərbaycan icmasının nümayəndələrini aldadır və Azərbaycan hakimiyyətinə qarşı
etimadsızlıq yaradır.
Rusiya Federasiyasının qanunlarını pozaraq Rusiya ictimai təşkilatını əlinə almağa çalışan və dağıdıcı
hərəkətləri ilə Rusiyanın Azərbaycan icmasını parçalayan Azərbaycan Respublikasının vətəndaşı A. Abbasovla
bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına tədbirlərin görülməsinə dair göstəriş verməyinizi
Sizdən xahiş edirik.
Dərin hörmətlə,
Abdullayeva M.S., AzərRos FMMM-in üzvü
Abdullayeva E., AzərRos FMMM-in Gənclər birliyi
Abdurəşidov Ş. “Kontinent” MMC
Əvəzov Eldəniz, Moskva vil., Lenin r-nu üzrə MMM
Ağayev Q., Moskva vilayəti üzrə RMMM
Ağamirova L., AzərRos FMMM-in Gənclər birliyi
Əlcanova A., AzərRos FMMM-in Gənclər birliyi
Əliyev Q.M. AzərRos FMMM FŞ-ın üzvü
Allahveridyev T.,
Alıyev A., şair ƏİB “Şəhriyar”
Amanov E.A., RMMM Kaluqa vilayəti
Aslan M., “Kontinetnt” MMC
Əhmədov Q.M. AzərRos FMMM-in üzvü
Əhmədov T.N
Babayev T.E.
Bəkirova Ş., AzərRos FMMM-in Gənclər birliyi
Hacıyev T.S.,AzərRos FMMM-in üzvü
Qəmbərov R.A. MMM İvanovo şəhəri
Qarayev İlqar “Kontinent” MMC Həsənov
E.R.
Həsənova Z., AzərRos FMMM-in Gənclər birliyi
Qasımov A., şair ƏİB “Şəhriyar”
Quliyev V., AzərRos FMMM-in Gənclər birliyi
Qurbanov D.B.
Qurbanov S.M. MMMM Luberes r-nu Moskva vil-ti
Hüseynov A., tarix elmləri doktoru, professor
Hüseynov A.İ., RMMM Yaroslav vilayəti.
Hüseynov R.İ., Ulyanovsk şəhəri
Hüseynov F.A., “Kontinetnt” MMC
Gəncəliyev N., RMMM Astraxan vilayəti
Cavadov Ş.D. RMMM Kaluq avilayəti
Cəlalov Ş.D., “Kontinent” MMC
Cəfərli X., AzərRos FMMM-in Gənclər birliyi Cəfərov
Ş., RÜAK Fondu, Moskva şəhəri. Dövlətov A.
AzərRos FMMM-in Gənclər birliyi Zeynalov A.,
AzərRos FMMM-in Gənclər birliyi Zeynalov E.İ.,
AzərRos FMMM-in Gənclər birliyi İsrafilov A. N.
Qəlbiyev U.İ.
Məhərrəmov Ə.Y.
Məmmədov A.İ. Krasnoyarsk şəhəri
Məmmədov A. A.
Məmmədov V., publisist ƏİB “Şəhriyar”
Məmmədov R., AzərRos FMMM-in Gənclər birliyi
Məmmədov S., şair ƏİB “Şəhriyar”
Məmmədov E.A.
Məmmədov S.A. MMMM İvanovo şəhəri
175
Məcidov Y., AzərRos FMMM-in Gənclər birliyi
Mehdiyev A., jurnalist
Mustafayev V.R., RMMM Rostov vilayəti
Rəhimov R.F.
Sadıxov S.K., AzərRos FMMM-in fəxri prezidenti
Səfərov A. S.
Səfərov İ., MMMM Moskva vil-nin Şelkov r-nu
Seyidov A.R. RMMM Surqut şəhəri (XMVD)
Surxayev Z.B., MMMM Mtişi r-nu, Moskva vil-ti
Tağıyev Ş., RÜAK Fondu, Moskva şəhəri. Xanbabayev
E., RÜAK Fondu, Moskva şəhəri. Xıdırov Y.Y.,
AzərRos FMMM-in vitse-prezidenti Şamilov V.,
AzərRos FMMM-in Gənclər birliyi Şamilova İ.,
AzərRos FMMM-in Gənclər birliyi Yaqubov A.N.
MMMM İvanovo şəhəri.”
“İki sahil”.-2015.-9 aprel.-№ 61.-S.11.
176
Beniluks Azərbaycanlıları Konqresi (BAK) Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı
qətnaməsinə etiraz bəyanatı qəbul edib
Beniluks Azərbaycanlıları Konqresi (BAK) Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı
qətnaməsinə etiraz bəyanatı qəbul edib. Bəyanatda bildirilir ki, aprelin 15-də Avropa Parlamentinin erməni
uydurmasını dəstəkləyərək bununla bağlı qətnamə qəbul etməsi 24 aprel tarixinin Avropada “erməni soyqırımı” kimi
qeyd olunmasını təşviq edir və bu, Azərbaycanla Türkiyəyə qarşı planlaşdırılmış təxribatdır.
Bəyanatda daha sonra qeyd olunur ki, həmişə insan hüquqlarının müdafiəçisi, sülhün təbliğatçısı kimi
çıxış edən Avropa Parlamenti ikili standartlara yol verərək tarixi təhrif edib: “İllərdir Xocalı soyqırımına siyasi və
hüquqi qiymətin verilməsini Avropa Parlamenti və digər Avropa institutlarından tələb edən Benilüks
Azərbaycanlıları Konqresində birləşən azərbaycanlılar 15 aprel qətnaməsindən çox sarsılıblar. Biz bu qətnamənin
lehinə səs verən parlamentarilərin addımından təəssüflənir və qəbuledilməz hesab edirik”. Bəyanatın mətni Avropa
Parlamentinə, Avropa Komissiyasına və eyni zamanda Avropa Parlamentinin 751 üzvünə rəsmi məktub olaraq
göndərilib.
17 aprel 2015
177
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə heyətinin üzvlərindən
Zati-aliləri,
Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi
barədə xəbər bizi son dərəcə sarsıtdı. Sizin kədərinizi bölüşür və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə
Heyətinin üzvləri adından Sizə, həlak olanların ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə
başsağlığı veririk.
Həmsədrlər:
Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa (1999-2007) İsgəndəriyyə Kitabxanasının direktoru
İsmail Serageldin İdarə heyətinin üzvləri:
Bolqarıstanın Prezidenti Petar Stoyanov (1997-2002)
Rumıniyanın Prezidenti Emil Konstantinesku (1996-2000)
Serbiyanın prezidenti Boris Tadiç (2004-2012)
Ukraynanın prezidenti Viktor Yuşşenko (2005-2010)
21 may 2015
178
Avropada fəaliyyət göstərən diaspor təşkilatlarımız fəallaşır
Fransadakı Azərbaycan icması Bako Saakyan və onu müşayiət edən şəxslərin mayın 17-19-da
Fransaya səfərini pisləyən bəyanat yayıb
Fransadakı Azərbaycan icması Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində
qanunsuz yaradılan, heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma rejimin nümayəndəsi
Bako Saakyan və onu müşayiət edən şəxslərin mayın 17-19-da Fransaya səfərini pisləyən bəyanat yayıb.
Bəyanatda eyni zamanda Drom departamentinin Villörbann və Sarsel şəhərləri ilə hazırda işğal altında olan
Azərbaycanın mədəniyyət beşiyi Şuşa və Ağdərə şəhərləri arasında "dostluq və qardaşlıq xartiyası"nın
imzalanmasına qarşı etiraz ifadə olunur. Bəyanatda bildirilir ki, Azərbaycanın qədim şəhərləri olan Şuşa və
Ağdərə 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. İstər separatçı rejimin "prezidenti"nin Fransaya
səfərinin, istərsə də işğal altında olan Azərbaycanın iki şəhəri ilə "dostluq və qardaşlıq xartiyası"na dair sənədin
imzalanmasının heç bir beynəlxalq hüquqi əsası yoxdur. Bu, yalnız Azərbaycanla Fransa arasında inkişaf
etməkdə olan dostluq əlaqələrinə xələl gətirə bilər. Sənəddə vurğulanır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü
və suverenliyini tanıyıb.
Buna görə də Azərbaycanın işğal altındakı Şuşa və Ağdərə şəhərləri ilə Fransanın Drom departamentinin
Villörbann və Sarsel şəhərləri arasında "əməkdaşlıq və dostluq xartiyası"na dair sənədin imzalanması beynəlxalq
hüquq prinsiplərinə tamamilə ziddir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin
işğal edildiyi, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından silah gücünə çıxarıldığı, əsir və girov
götürülən günahsız soydaşlarımızın erməni düşərgələrində insanlığa yaraşmayan işgəncələrə məruz qaldığı və
onların taleyindən heç bir xəbər olmadığı bəyanatda öz əksini tapıb. Bəyanatda həmçinin Ermənistanın işğalı
altında olan Azərbaycan ərazilərində minlərlə evin və inzibati binanın, məktəblərin, tibb müəssisələrinin,
mədəniyyət saraylarının, kitabxanaların, tarixi abidələrin, muzeylərin, kənd təsərrüfatı və sənaye obyektlərinin, su
hövzələrinin vəhşicəsinə yerlə-yeksan edildiyi qeyd olunub. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
yeridən ermənilərin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan şəhəri Xocalıda törətdiyi
vəhşiliklər, qəddarlıqla həyata keçirilən soyqırımı zamanı hətta dinc sakinlərə belə aman verilmədiyi, qadınların
və uşaqların amansızlıqla qətlə yetirildiyi bəyanatda diqqətə çatdırılıb. Daha sonra bəyanatda qeyd olunur ki,
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini heç bir şərt qoymadan azad etməsi barədə BMT-nin
qətnamələrinə baxmayaraq, bu təcavüzkar ölkə öz işğalçılıq siyasətini indi də davam etdirir, işğal etdiyi ərazilərdə
qanunsuz məskunlaşma aparılır. "Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədri
olan Fransa münaqişənin ədalətli və düzgün həllinin axtarışında, Azərbaycan ərazisinin bütövlüyünün təmin
edilməsində öz səylərini əsirgəməyəcək"- Fransanın Azərbaycan icmasının bəyanatında belə deyilir.
Bəyanat Drom departamentinin, Sarsel və Villörbann şəhərlərinin rəhbərlərinə, senator və deputatlarına və
digər rəsmi təşkilatlara göndərilib. Osloda keçirilən "Bələdiyyə günü"ndə azərbaycanlılar da təmsil olunub Norveç
Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) Oslo şəhərinin Saqene bələdiyyəsində keçirilən "Bələdiyyə günü"
tədbirində iştirak edib. Hər il minlərlə ziyarətçinin iştirak etdiyi tədbir Oslonun mərkəzi rayonlarından biri
hesab olunan Saqene bələdiyyəsinin ən fəal siyasi, ictimai, mədəni təşkilatları ilə görüşmək, əlaqələr qurmaq
baxımından çox böyük əhəmiyyətə malikdir. "Bələdiyyə günü"ndə Saqenedə fəaliyyət göstərən Norveçin bütün
siyasi partiyalarının nümayəndələrinə, bu ilin sentyabr ayında keçiriləcək bələdiyyə seçkilərində namizədliyini
irəli sürmüş siyasətçilərə və rayon administrasiyasının təmsilçilərinə Azərbaycan həqiqətləri barədə geniş
məlumat verilib. "Bələdiyyə günü"ndə informasiya baxımından digərlərindən fərqlənən NAYO-nun stendində
Azərbaycan həqiqətlərini əks etdirən kitablar, jurnallar, həmçinin suvenirlər, xalçalar nümayiş etdirilib. Tədbir
çərçivəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasəsi Könül Qocayevanın
milli geyimdə Azərbaycan rəqsini ifa etməsi ziyarətçilərin böyük marağına səbəb olub. Təşkilatın tədbirdə iştirakı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi "Dağlıq Qarabağ münaqişəsinin
və Azərbaycan həqiqətlərinin Skandinaviya ölkələrinə çatdırılması və təbliği" layihəsi çərçivəsində baş tutub.
Avropalı gənclər "Bakı-2015" İlk Avropa Oyunları ilə əlaqədar çağırış edib Böyük Britaniyanın Solent
Universitetində təhsil alan Kənan Rzayev "Bakı-2015" İlk Avropa Oyunları ilə əlaqədar maraqlı videoçarx
hazırlayıb. Videoçarxda dünyanın müxtəlif ölkələrindən olan və Böyük Britaniyada təhsil alan gənclər avropalıları
iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunlarında iştirak etməyə və izləməyə dəvət edir. Avropanın 12
ölkəsindən olan gənclər hər biri öz dilində, ən sonda isə Azərbaycanın xalq artisti Faiq Ağayev azərbaycanca
insanları İlk Avropa Oyunlarını dəstəkləməyə dəvət edir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə
məlumat verən videoçarxın müəllifi Kənan Rzayev hesab edir ki, hər bir ölkənin vətəndaşının yalnız öz dilində
diqqətini cəlb etmək və Bakıya - Avropa Oyunlarına dəvət etmək maraqlı olar. Qeyd edək ki, videonun ideyası
və çəkilişi Kənan Rzayevə, videoçarxın montajı və hazırlanması isə "ArtBakers" şirkətinə məxsusdur.
179
Macarıstan mediası "Bakı-2015" Olimpiya Oyunları haqda yazır Macarıstan-Azərbaycan Gənclər Birliyi
ölkənin aparıcı xəbər portallarından biri olan metropol.hu saytında "Bakı-2015" İlk Avropa Oyunlarına həsr
olunmuş bir neçə yazı dərc etdirib. "Bakının siması" və "Bakı hazırdır" başlıqları ilə yerləşdirilən məqalələrdə
Azərbaycan, onun iqtisadiyyatı, neft sənayesi, eləcə də Bakının tarixi, görməli yerləri, inkişafı haqqında
geniş məlumat verilir. Yazıda bir müddət əvvəl istifadəyə verilmiş Heydər Əliyev Beynəlxalq Hava Limanının
yeni terminalı, qeyri-adi müasir memarlıq üslubuna malik Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Xalça Muzeyi,
"İçərişəhər" Tarix Memarlıq Qoruğu və digər tikililər barədə geniş bəhs olunub. Məqalələrdə əsas diqqət isə
Bakının ev sahibliyi edəcəyi İlk Avropa Oyunlarına ayrılıb. "Bakı hazırdır" sərlövhəli yazıda bildirilir ki,
Azərbaycanın paytaxtı dünyanın onlarla ölkəsindən minlərlə idmançını qəbul etmək üçün hazırdır və yeni tikilən
möhtəşəm idman arenaları artıq azarkeşləri gözləyir. İyunun 12-də Oyunların təntənəli açılış mərasiminin
olacağı, Olimpiya məşəlinin 61 rayondan keçməklə 5500 km qət edərək iyunun 12-də Bakıya çatdırılacağı
da yazıda əksini tapıb.
İlk Avropa Oyunları barədə macar oxucuları ətraflı məlumatlandıran yazıda daha sonra qeyd olunub ki,
Oyunlarda 6 min idmançı 239 dəst medal uğrunda mübarizə aparacaq, ümumilikdə isə idmanın 19 növü üzrə
yarışlar keçiriləcək, idmanın 8 növü üzrə 2016-cı ildə Rio de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına
lisenziya veriləcək. Birinci Avropa Oyunlarını işıqlandırmaq və izləmək üçün 750 nəfərdən çox jurnalistin, min
nəfər rəsmi şəxsin, eləcə də minlərlə azarkeşin Bakıya gələcəyi bildirilib. Yazıda həmçinin, Macarıstandan 200
nəfəri idmançı olmaqla 300 nəfərlik nümayəndə heyətinin Bakıya yollanacağı da qeyd olunub. Nyu-Yorkda
keçirilən Türk yürüşündə "Bakı-2015" stendi nümayiş etdirilib ABŞ-ın Nyu-York şəhərində keçirilən ənənəvi
34-cü Türk Günü Yürüşündə "Bakı-2015" İlk Avropa Oyunları təbliğ olunub. Nyu-Yorkun Mahnetten səmtində
minlərlə insanın iştirakı ilə baş tutan yürüşdə Azərbaycan diasporu "Bakı-2015" Birinci Avropa Oyunlarını Nyu-
York sakinlərinə və şəhərin qonaqlarına təqdim edib. Belə ki, Oyunların loqosu əks olunmuş mobil stend yürüş
boyu bir neçə saat ərzində şəhərin mərkəzi prospekti ilə hərəkət etdirilib. 34-cü Türk Günü Yürüşünə Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı
daimi nümayəndəsi Halit Çevik və bu ölkənin Nyu-Yorkdakı Baş konsulu Ertan Yalçın, o cümlədən
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan nümayəndələr qatılıb. Yürüşdə
türkdilli xalqların diaspor təşkilatları, o cümlədən Azərbaycan Nyu-York Assosiasiyası fəal iştirak edib.
Yürüşə, əsasən milli geyimdə qatılan diaspor fəalları əllərində Azərbaycan, Türkiyə, ABŞ bayraqları və
Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən şüalarla yürüş ediblər.
Türk Günü Yürüşündə türk milli rəqs qrupları və musiqiçiləri maraqlı çıxışlar edib. Qeyd edək ki, hər il Türk
Günü Yürüşünə qatılmaq üçün ABŞ-ın müxtəlif ştatlarında yaşayan türkdilli xalqların minlərlə nümayəndəsi
Nyu-York şəhərinə gəlir. Azərbaycan Hollandiya Mədəniyyət Festivalında təmsil olunub Mayın 14-dən 17-dək
Niderland Krallığının Utrext şəhərində keçirilən Hollandiyada yaşayan xalqların böyük Mədəniyyət Festivalında
"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi də iştirak edib. Birliyin sədri Mayisə Ağamirzəyevanın
verdiyi məlumata görə, artıq üçüncü dəfə keçirilən festivalda Azərbaycana həsr olunmuş böyük stend qurulub.
Stenddə Azərbaycanın dövlət atributlarını, mədəniyyət və tarixini əks etdirən eksponat və suvenirlər, milli
geyimlərimiz, yeməklərimiz, Azərbaycan haqqında kitab və açıqçalar nümayiş etdirilib. Festivalın böyük
paradından keçəndən sonra Azərbaycan təmsilçiləri səhnədə yer alıb. "Ana Vətən" Niderland Azərbaycanlı
Qadınlar Birliyinin Bakıdan dəvət etdiyi "Azərbaycan inciləri" uşaq rəqs qrupunun "Qaytağı", "Məzəli rəqs",
"Nəlbəki" kimi milli rəqsləri və "Azərbaycan" kompozisiyası festival iştirakçılarının böyük marağına səbəb
olub. Festivalda gənc rəssam Nərmin Abdullayevanın "Bahar" sərgi-kompozisiyası da nümayiş etdirilib. Onun
"batika" üslubunda hazırladığı əsərlərində bahar və çərşənbələr, kəlağayı kimi atributlarımız festival
iştirakçılarının diqqətini cəlb edib. Bundan başqa, Hollandiyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının
rəhbəri müğənni- bəstəkar Firəngiz Bağırova da Azərbaycanın xalq və bəstəkar musiqiləri ilə çıxış edib.
“Paralel”.-2015.-22 may.-№ 89.-S.10.
180
Avropa Azərbaycanlıları Konqresi (AAK) Azərbaycan diasporu adından bəyanatla çıxış edib
Avropa Azərbaycanlıları Konqresi (AAK) Azərbaycan diasporu adından bəyanatla çıxış edib. Avropa
Parlamentinin bir sıra komitə sədrlərinə ünvanlanmış bəyanatda Bakı 2015 I Avropa Oyunlarının önəmi
vurğulanaraq, Azərbaycan diasporunun Avropanın siyasi dairələrinin və media qurumlarının qərəzli çıxışlarına
qarşı kəskin etirazı bildirilib.
Bəyanatada qeyd olunur ki, iyunun 12-də Azərbaycan böyük bir hadisənin gerçəkləşməsinə ev sahibliyi
etdi, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün dünya idmançılarına qonaqpərvərlik göstərməkdədir.
Bakıda baş verən bu tarixi hadisə dünya azərbaycanlıları və o cümlədən Avropada yaşayan
azərbaycanlılar üçün qürurvericidir. AAK Avropa Parlamenitinin diqqətinə çatdırır ki, 2011-ci ildə „Eurovision“
mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi bəlli olduqdan sonra ikili standartlarla üzləşən Azərbaycan, bu
dəfə də ona qarşı aparılan ədalətsiz kampaniyanın, əks-təbliğatın şahidi olub: „Azərbaycanın iqtisadi inkişafı,
müstəqil siyasət yürütməsi bəzi dairələri narahat edir.
Dünyanın diqqətini Dağlıq Qarabağ probleminin həllinə, bir milyondan artıq Azərbaycan vətəndaşının
pozulmuş hüquqlarının bərpasına, Azərbaycan vətəndaşlarının öz torpağında qanunsuz girov götürülməsinə,
Xocalı soyqırımının acı nəticələrinə cəlb etmək yerinə, müzakirə edilən mövzular qeyri-dəqiq məlumatlar
əsasında qurulan tənqidlə əvəz edilir”. AAK bəyan edir ki, Bakıda keçirilən bu möhtəşəm idman tədbiri
siyasiləşdirilməməli, əksinə bütün Avropanın uğuru kimi qiymətləndirilməlidir. AAK Avropa Parlamentini
ədalətli olmağa çaqırır, Azərbaycana qarşı ermənilərin təsiri ilə formalaşmış qərəzli mövqeyindən çəkinməyi tələb
edir.
17 iyun 2015
181
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyi Avropanın bəzi dairələrinin
Azərbaycana qarşı qərəzli mövqeyinə dair bəyanat qəbul edib
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyi Avropanın bəzi
dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyinə dair bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Avropanın bəzi
dairələri tərəfindən zaman-zaman ölkəmizə qarşı səsləndirilən qərəzli və ikili standartlara söykənən böhtan dolu
fikirlər Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar daha da intensivləşib: “Ölkəmizin dünyada artan nüfuzunu
həzm edə bilməyən həmin dairələr qərəzli mövqedən çıxış edərək Azərbaycanla bağlı həqiqəti əks etdirməyən
məlumatlar yayır, bütün vasitələrlə ölkəni beynəlxalq ictimaiyyətin gözündən salmağa cəhd edirlər”. Bəyanat
müəllifləri hesab edir ki, bu təşkilatların fəaliyyəti, keçirdiyi aksiya və tədbirlər sırf müəyyən siyasi dairələrin
maraqlarlarına xidmət edir və Azərbaycanla bağlı konkret sifarişləri yerinə yetirirlər. Təşkilat üzvləri belə
qurumları beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmağın ozünü insan haqlarına hörmətsizlik kimi
qiymətləndirir. Onlar hesab edir ki, insan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilatlar, əslində öz məkrli
fəaliyyətləri ilə insan hüquqlarının təmin edilməsinə böyük zərbə vurur.
“Biz, Azərbaycan-Türk Kültür Dərnəyi olaraq sözügedən dairələrin qərəzli, böhtan dolu fikirlərini
və məkrli kampaniyalarını qəti şəkildə pisləyir və bildiririk ki, həmin dairələrin ikili standartlara söykənən,
qarayaxma xarakterli fəaliyyətini nə sadə Niderland vətəndaşları, nə də bu ölkədə yaşayan Azərbaycan, Türk
diasporu dəstəkləyir” – təşkilatın qəbul etdiyi bəyanatda belə deyilir.
Bəyanatın sonunda Azərbaycan-Türk Kültür Dərnəyinin Bakı 2015 Birinci Avropa Oyunlarına
dəstəyi və yarışın sonadək yüksək səviyyədə keçiriləcəyinə əminliyi ifadə olunur.
17 iyun 2015
182
Benilüks Azərbaycanlıları Konqresi Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Böyük
Britaniyaya səfəri ilə bağlı bəyanat yayıb
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako
Saakyanın Böyük Britaniyaya səfəri ilə bağlı yaydığı bəyanatda deyilir ki, müstəqillik əldə etdiyi gündən erməni
separatizmindən əziyyət çəkən Azərbaycan dövləti hər dəfə erməni təxribatını dəf etməkdə, Qərb dövlətlərinin,
eləcə də bəzi beynəlxalq təşkilat və qurumların ikili standartları ilə üz-üzə gəlməkdədir: “20 ildən artıq bir
muddətdə Azərbaycanın işğalçı Ermənistanla apardığı sülh danışıqları ATƏT-in Minsk qrupunun yarıtmaz
fəaliyyəti ucbatından dalana dirənib”.
Bəyanatda vurğulanır ki, dünyaya demokratiya dərsi keçən, özlərini hüquq müdafiəçiləri sayan
ölkələrin ikili standartlar mövqeyində durması onsuz da gərgin olan beynəlxalq durumu bir az da gərginləşdirir.
BAK separatçı rejimin rəhbəri Bako Saakyanın Böyük Britaniyaya səfərini, parlamentdə və Beynəlxalq
münasibətlər üzrə Kral Institutunda çıxışını qəti şəkildə pisləyir və bunun yolverilməz olduğunu İngiltərə
hökumətinin nəzərinə çatdırır. Benilüks Azərbaycanlıları Konqresi təəssüflə qeyd edir ki, bu, Böyük
Britaniya hökumətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edir və hökumət beynəlxalq
hüquq normalarını pozur. “Bu azmış kimi hökumətin Bako Saakyanın çıxışını yumşaltmaq istəməsi bir daha sübut
edir ki, ikili standartlara yol vermək bu hökumət üçün adi haldır” – BAK-ın bəyanatında belə deyilir.
Təşkilat belə münasibətə qəti etirazını bildirir və bu insidenti Azərbaycan dövlətinə, xalqına qarşı
hörmətsizlik kimi qiymətləndirir. BAK dunyanın siyasi xəritəsini dəyişdirməyə çalışanları bu mövqedən əl
çəkməyə, ikili standartlara yol verməməyə və bu dövlətləri BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktına
hörmət etməyə çağırır. Bəyanat Böyük Britaniya Parlamentinə, Böyük Britaniyanin Benilüks ölkələrindəki -
Belçika, Niderland və Lüskemburqdakı səfirliklərinə göndərilib.
09 iyul 2015
183
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin Azərbaycana qarşı yönəlmiş 10 sentyabr 2015-
ci il tarixli olan qətnaməsi ilə bağlı bəyanat yayıb
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin Azərbaycana qarşı yönəlmiş 10 sentyabr
2015-ci il tarixli olan qətnaməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Avropa Azərbaycanlıları Konqresinin Avropa
Parlamentinin qətnaməsinə dair kəskin narazılığı və böyük narahatlığı ifadə olunur, qətnamənin Azərbaycana
qarşı qərəzli və birtərəfli, xüsusilə də “hədələyən barmaq” üslubunda tərtib edildiyi vurğulanır, Azərbaycanın
müstəqillik illərində əldə etdiyi yüksək nailiyyətlərin nəzərdən qaçırıldığı bildirilir. Etiraz bəyanatında Avropa
Parlamentinə bir sıra suallar ünvanlanıb: Necə olur ki, Avropa Parlamenti Azərbaycandakı insan haqları ilə bu
dərəcədə maraqlanaraq, bu məsələyə “həssas” və “qayğıkeş” hisslərlə yanaşır, ancaq digər azərbaycanlıların
taleyinə biganə qalır? Necə olur ki, Avropada dəfələrlə müzakirə edilən Dağlıq-Qarabağ məsələsində Azərbaycan
torpaqlarını işğal edən Ermənistana və işğal edilmiş ərazilərdə qurulmuş separatçı rejimə qarşı heç bir sanksiyalar
qəbul edilmir? Nədən Xocalı faciəsinin nəticəsində öldürülən insanların, öz yurd-yuvalarından didərgin düşmüş
insanların hüquqları Avropa Parlamentini narahat etmir? Bəyanatda həmçinin bildirilir ki, Ermənistan Avropa
Parlamentinin Dağlıq Qarabağa dair qətnamələrini yerinə yetirməyərək işğalı hələ də davam etdirir,
onların törətdikləri dəhşətlər hələ də beynəlxalq birlik tərəfindən öz hüquqi qiymətini almayıb. "1992-ci il fevral
ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək
dinc əhaliyə amansız divan tutmuşlar. Avropa Parlamenti əslində Ermənistan dövlətinə sanksiyalar tətbiq etməli,
Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa
edilməsinə çalışmalıdır." - deyə bəyanatda vurğulanır.
AAK hesab edir ki, Avropa Birliyi özü hal-hazırda bir sıra insan hüquqları problemləri qarşısındadır.
"Belə ki, Avropa Birliyinin bir sıra ölkələrində bu günə qədər insan hüquqları pozulur, insanlar rasizm və millətçi
basqınlara məruz qalırlar. Belə bir halda Avropa Parlamentinin başqa dövlətlərə “dərs keçməyi” qeyri-ciddi və
yolverilməzdir. Alman cəmiyyətində belə bir kəlam vardır: “şüşəbənd evdə oturan, daş atmaz”.
Bəyanatın sonunda qeyd edilir ki, Azərbaycan demokratik inkişaf yolunda olan bir ölkədir və Avropa
bu prosesə yalnız dəstək verə bilər, Azərbaycanın daxili siyasətinə müdaxilə xarakteri daşıyan addımlar
yolverilməzdir. AAK Avropa Parlamentini konstruktiv dialoq aparmağa çağırır, Avropa Parlamentindən
Azərbaycana qarşı münasibətdə ədalətli mövqe nümayiş etdirməyi tələb edir.
14 sentyabr 2015
184
Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı
rejimin "yerli idarəetme orqanlarına" keçirdiyi "seçkilər"lə əlaqədar etiraz bəyənnaməsi qəbul edib
Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində
separatçı rejimin "yerli idarəetme orqanlarına" keçirdiyi "seçkilər"lə əlaqədar etiraz bəyənnaməsi qəbul edib.
Bəyannamədə bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən "seçkilər" əsassız və qeyri-
legitimdir. BAK heç bir beynəlxalq qurum tərəfindən legitimliyi tanınmayan separatçı rejimin təşkil etdiyi bu
"seçkilərin" həm beynəlxalq hüquq normalarına, həm də Azərbaycan Respublikasının Konstitusiyasına zidd
olduğunu bildirir.
Bəyanatda vurğulanır ki, cəbhədə atəşkəs rejiminin intensiv şəkildə pozulması, dinc əhalinin yaşadığı
kəndlərin Ermənistan ordusu tərəfindən atəşə tutulması münaqişənin sülh yolu ilə nizamlanması prosesinə nə
qədər ciddi təhlükə yaradırsa, işğalçı rejimin təşkil etdiyi bu "seçki" oyunu da problemin danışıqlar masası
arxasında həllinə mane olmağa yönəlmiş növbəti siyasi təxribatdır. BAK bütün beynəlxalq təşkilatlara müraciət
edərək bu cür təxribatlara qarşı qəti və aydın mövqe nümayiş etdirməyə çağırır.
Bəyanatın sonunda BAK dünya ictimaiyyətinin, ATƏT-in Minsk Qrupunun, BMT-nin Ermənistanın
işğalçılıq siyasətinə son qoymaq üçün təcili tədbirlər görəcəyinə ümid etdiyini bildirib.
14 sentyabr 2015
185
Avropa Demokratiya və İnsan Haqları Fondu Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi
qərəzli qətnamə ilə əlaqədar etiraz bəyanatı yayıb
Avropa Demokratiya və İnsan Haqları Fondu Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi
qərəzli qətnamə ilə əlaqədar etiraz bəyanatı yayıb. Bəyanatda Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı
ciddi narazılıq və narahatlıq ifadə olunur, sənədin Azərbaycana əleyninə qərəzli və birtərəfli olduğu vurğulanır,
Azərbaycanın müstəqillik illərində əldə etdiyi yüksək nailiyyətlərin nəzərdən qaçırıldığı bildirilir.
Avropa Demokratiya və İnsan Haqları Fondu həmçinin Azərbaycana münasibətdə ikili standartlara
qarşı çıxdığını bəyan edir və Avropa strukturların beynəlxalq hüquq normalarına hörmət etməyə çağırır.
Bəyanatın sonunda qeyd edilir ki, Azərbaycan demokratik inkişaf yolunda olan bir ölkədir və Avropa
bu prosesə yalnız dəstək verə bilər. Fond Avropa Parlamentini dialoqa dəvət edir, Azərbaycana qarşı münasibətdə
ədalətli mövqe nümayiş etdirməyi çağırır.
15 sentyabr 2015
186
Ümumrusiya Azərbaycan Konqresi Rəyasət Heyəti adından yayılan bəyanatda deyilir...
Ümumrusiya Azərbaycan Konqresi Rəyasət Heyəti adından yayılan bəyanatda deyilir ki, təşkilat
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması fonunda Avropa Parlamentinin qəbul
etdiyi qətnaməni siyasi təxribat hesab edir, bunu yalan, böhtan və qərəzli münasibət kimi qiymətləndirir.
Bəyanat müəllifləri dünyanın Ermənistan tərəfindən etnik təmizləmə siyasəti nəticəsində öz ata-baba
yurdlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlının taleyinə və əzabına biganə qaldığını xatırladaraq
vurğulayır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun işğalı hələ də davam edir.
Müraciətdə həmçinin bildirilir ki, beynəlxalq vasitəçilərin işğal edilmiş torpaqların azad edilməsinə dair
çağırışlarını İrəvanın rədd etməsi davamlı ola bilməz, sözdən işə keçməyin vaxtı gəlib çatıb.
Bəyanatda vurğulanır ki, Azərbaycan müstəqil və suveren dövlətdir, heç bir suveren dövlət özünə
münasibətdə diktə və siyasi təzyiq fomasını qəbul edə bilməz: “Biz dəyərlər haqqında danışan Avropa
Parlamentinə qitənin daha vacib problemləri ilə, o cümlədən, milli ayrıseçkilik, ksenofobiya, şovinizm,
islamofobiya, radikalizm, ekstremizm və miqrantlara qarşı qeyri-insani münasibətin yoluna qoyulması kimi
məsələlərlə məşğul olmağı tövsiyə edirik”.
18 sentyabr 2015
187
İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin təşəbbüsü ilə Stokholmda yerləşən Avropa
Parlamentinin ofisində görüş keçirdib
İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin təşəbbüsü ilə Stokholmda yerləşən
Avropa Parlamentinin ofisində görüş keçirdib. Görüşdə “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir
Hollenbrand Avropa Parlamentinin Stokholm ofisinin mətbuatla iş üzrə departamentinin rəhbəri Cohan Vullt
iştirak ediblər.
Söhbət zamanı Nadir Hollenbrand həmsöhbətinə Azərbaycan həqiqətləri haqqında ətraflı məlumat
verib, İsveçdəki Azərbaycan diasporasının Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnamə ilə
bağlı narahatlığını bildirib.
Vurğulanıb ki, adı çəkilən qətnamədə Azərbaycan ilə bağlı qeyd olunan iddialar əsassızdır, eyni
zamanda, bu fakt ölkəmizə qarşı yürüdülən siyasətin qərəzli xarakter almasının göstəricisidir. Sonda “Azərbaycan
naminə” Cəmiyyəti tərəfindən Avropa Parlamentinə ünvanlanan qətnamə Cohan Vullta təqdim edilib.
21 sentyabr 2015
188
İğdırın Tuzluca rayonunun girişində türk və kürdcədən əlavə erməni dilində də “Xoş gəlmisiz” yazılmasına
etirazlar davam edir
İğdırın Tuzluca rayonunun girişində türk və kürdcədən əlavə erməni dilində də “Xoş gəlmisiz” yazılmasına
etirazlar davam edir. Mərkəzi İstanbulda yerləşən İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət
Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu İğdır Valisi Davut Haneyi ilə görüşərək məsələ ilə bağlı öz etirazını
bildirib. Bu işdə məsuliyyət daşıyan şəxslər haqqında qanun çərçivəsində tədbirlərin görülməsini tələb edən diaspor
rəhbəri təşkilatın etiraz məktubunu valiyə çatdırıb.
Etiraz məktubunda bildirilir ki, tarix boyu türklərə qarşı törədilmiş soyqırımlar unudulub, yaxın
keçmişimizdə qardaş Azərbaycanın Qarabağ bölgəsi işğal edilərək, on minlərlə soydaşımız qətlə yetirilib, Xocalı
şəhərində bir gecədə 613 dinc sakin soyqırıma məruz qalıb, bir milyondan çox insan öz torpağından didərgin düşüb.
Avropa və dünya ictimaiyyətinin bu soyqırıma, insanlıq əleyhinə cinayətinə biganə münasibətini vurğulayan
S.Qaraqoyunlu Türkiyə Respublikası və türk xalqının bu haqsızlığa qarşı səssiz qalmadığını, münaqişə həllini
tapanadək Ermənistanla sərhədləri bağladığını xatırladıb. Diaspor rəhbəri belə bir həssas məsələnin ardınca
Tuzlucada edilmiş hərəkəti yanlış hesab edir və bu səhvin düzəldilməsi üçün konkret addımların atılmasını tələb
edir.
06 oktyabr 2015
189
Azərbaycan-Türk Kültür Mərkəzi Niderland Krallığının paytaxtındakı Amsterdam Azad Universitetində
erməni lobbisinin planlaşdırıdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib
Azərbaycan-Türk Kültür Mərkəzi Niderland Krallığının paytaxtındakı Amsterdam Azad Universitetində
erməni lobbisinin planlaşdırıdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib. Bu ölkədəki
erməni diasporu noyabrın 7-də adı çəkilən universitetdə qondarma “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş
“Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminar keçirməyi, tədbirə separatçı rejimin “millət
vəkili” Armen Sarkisyanı dəvət etməyi planlaşdırır.
Azərbaycan-Türk Kültür Mərkəzi isə seminarın keçiriləcəyi Amsterdam Azad Universitetinin rəhbərliyinə
etiraz məktubu ünvanlayaraq qondarma “Dağlıq Qarabağ Respublikası”nın Ermənistan Silahlı Qüvvələrinin
Azərbaycan ərazisini işğalı nəticəsində, Azərbaycan torpaqlarında yaradıldığını onların diqqətinə çatdırıb. Bildirilib
ki, “respublikaının” yaradılması üçün Azərbaycanın 7 rayonu işğal edilib, minlərlə insanlar öldürülüb, bir milyon
azərbaycanlı doğma yurdundan qovulub. Bəyanat müəllifləri əlləri qana batan separatçı kriminal rejimin
nümayəndəsinin Amsterdam Azad Universitetində çıxışını Niderland Krallığında yaşayan azərbaycanlılarda dərin
təəssüf və qəzəb hissi doğurduğunu bildiriblər.
Yerli ictimaiyyəti Dağlıq Qarabağdakı separatçı rejimə qucaq açmamağa çağıran Azərabycan diaspor
nümayəndələri ümid edir ki, universitetin müəllim və professor heyəti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə
yanaşaraq, işğalçı rejimin nümayəndələrinə çıxış etmək üçün şərait yaratmayacaq.
03 noyabr 2015
190
Fransadakı Azərbaycan diasporu Parisdə baş vermis terror aktlarını pisləyən bəyanatla çıxış edib
Fransadakı Azərbaycan diasporu Parisdə baş vermis terror aktlarını pisləyən bəyanatla çıxış edib. Paris
Azərbaycan Evinin yaydığı bəyanatda bildirilir ki, Fransadakı Azərbaycan icması 2015-ci il noyabr ayının 13-də
Paris sakinlərinə qarşı törədilmiş terror aktını pisləyir və bu hərəkəti insanlığa zidd addım kimi qiymətləndirir.
Hadisə nəticəsində həlak olanların ailəsinə başsağlığı verən və onların ağrı-acısını bölüşdüyünü bildirən
bəyanat müəllifləri eyni zamanda insanların dini inanclarına hörmətlə yanaşmağa, tolerantlıq nümayiş etdirməyə və
terrora, aqressiyaya qarşı mübarizədə birləşməyə çağırır. Bəyanatda həmçinin, Azərbaycan icması adından bu
dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir. Bəyanat Fransa parlamentinə, Yelisey sarayına
və yerli mətbuata göndərilib.
16 noyabr 2015
191
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri tərəfindən qəbul edilən qətnamədə noyabrın
13-də Fransanın paytaxtı Parisdə bir-birinin ardınca törədilən və yüzlərlə insanın ölümü, eləcə də
yaralanması ilə nəticələnən terror aktları pislənilir
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri tərəfindən qəbul edilən qətnamədə noyabrın
13-də Fransanın paytaxtı Parisdə bir-birinin ardınca törədilən və yüzlərlə insanın ölümü, eləcə də yaralanması ilə
nəticələnən terror aktları pislənilir. Sənəddə deyilir ki, Fransanı sarsıtmış qanlı hadisə ərəb və müsəlman
dünyasındakı çox sayda ölkələri böyük qorxu içində saxlayan dəhşətli hadisələrin davamıdır və bu, bir daha sübüt
etdi ki, sərhəd tanımayan terrorizmlə hər yerdə amansız mübarizə aparılmalıdır. Qətnamə müəlliflərinin fikrincə,
vətəndaşların təhlükəsizliyinin təminatı üçün hərbi vasitələrin istifadəsi, həmçinin müharibə qurbanlarına humanitar
yarıdımın göstərilməsi ilə yanaşı, islamın əsl dəyərlərinin düzgün anlaşılması, plüralizm və qarşılıqlı anlaşmanın
təmin edilməsi istiqamətində də önəmli işlər görülməlidir. Təşkilatın üzvləri hesab edir ki, YUNESKO-nun
nizamnaməsində qeyd edildiyi kimi, sülhün təməli insanların şüurunda formalaşır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bəyan edir ki, qlobal terrorun fəlakətli nəticələrinə qarşı mübarizə
çərçivəsində təşkilat cəmiyyətin yaşamalı olduğu bəşəri dəyərlərin təbliğini yorulmadan davam etdirəcək: “Biz
zərərçəkənlərin və günahkarın kimliyindən asılı olmayaraq, ekstrimizm, zorakılıq və terrorizmə qarşıyıq. İnanırıq
ki, cinsindən, dilindən, dinindən, irqindən və milliyətindən asılı olmayaraq, insanların düşüncələrini ədalət, ləyaqət
və bərabərlik kimi anlayışlarla qidalandırmaq öz töhfəsini verəcək. Biz fəaliyyətimizin önəmli bir hissəsini
mədəniyyətlər və dinlərarası dialoqun, qarşılıqlı anlaşmanın inkişafına həsr etməkdə davam edəcəyik”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından yayılan qətnaməni mərkəzin həmsədrləri - Vayra Vike-
Frayberqa, İsmail Serageldin; təşkilatın üzvləri - Boris Tadic, Olusequn Obasanjo, Viktor Yuşşenko, Emil
Konstantinesku, Petar Stoyanov, İvo Josopovic, Stepan Mesic, Rexhep Meydani, Valdis Zatlers, Çandrika
Kumaratunqa, Petru Luçinski, Zlatko Laqumdjiya, İveta Radicova, Peter Medqyessy, Franko Frattini və Hikmet
Çetin imzalayıb.
18 noyabr 2015
192
Fransada yaşayan azərbaycanlılar “Hayastan” ümumerməni fondunun təşkil etdiyi XVI Avropa
telemarafonuna Paris meri Ann İdalqonun dəstək verməsi barədə xəbəri dərin təəssüf hissi ilə qarşılayıb
Fransada yaşayan azərbaycanlılar “Hayastan” ümumerməni fondunun təşkil etdiyi XVI Avropa
telemarafonuna Paris meri Ann İdalqonun dəstək verməsi barədə xəbəri dərin təəssüf hissi ilə qarşılayıb. Bu barədə
Paris Azərbaycan Evinin yaydığı etiraz bəyanatında bildirilir. Bəyanat müəllifləri yazır ki, 27 ildir davam edən, bir
milyondan çox azərbaycanlının məcburi köçkünə çevrilməsinə, on minlərlə azərbaycanlının ölümünə və Xocalı
soyqırımı kimi dəhşətli bir cinayətə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll
olunmadığı bir vaxtda Fransanın rəsmi şəxslərinin bu cür təşəbbüsləri anlaşılmazdır: “Fransa münaqişənin
nizamlanmasına vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu
baxımdan diaspor nümayəndələri Paris merinin Azərbaycanın işğal altındakı ərazilərində qurulmuş separatçı rejimə
dəstək ifadə edən belə layihələrə himayədarlıq etməsi Azərbaycan ictimaiyyətində Fransanın ədalətli həmsədr
olmasına ciddi şübhələr yarada bilər”.
Fransadakı Azərbaycan diasporu etiraz bəyanatında “Hayastan” fondunun topladığı vəsaitin terrorçu bir
rejimin planlaşdırdığı layihələrin dəstəklənməsinə sərf olunduğunu da diqqətə çatdırır və bildirir ki, terrordan əziyyət
çəkən bir ölkənin rəsmi şəxsinin terror, işğalçılıq prinsipləri əsasında qurulmuş bir rejimlə bu cür yaxından
əməkdaşlıq etməsi olduqca təəccüblüdür.
Paris Azərbaycan Evinin bəyanatında həmçinin "Hayastan" fondunun kifayət qədər qeyri-şəffaf qurum
olması da xanım Ann İdalqonun diqqətinə çatdırılır. ABŞ-da yaşayan erməni icmasının bir neçə dəfə fondu boykot
etmək üçün etiraz aksiyaları təşkil etməsi, eləcə də fondun dəfələrlə Qarabağdakı rejimə yardım adı altında maliyyə
maxinasiyalarına dair iddiaların bu gün də erməni diasporunun müzakirə etdiyi mövzulardan biri olması vurğulanır.
Bəyanatda qeyd edilir ki, vergidən yayınma, çirkli pulların yuyulması, ermənilərə yardım adı altında fonda toplanan
vəsaitlərin mənimsənilməsi haqqında elə erməni jurnalistlərin özlərinin yazdığı araşdırmalar xeyli saydadır: “Belə
bir qeyri-şəffaf imicə malik bir quruma Paris merinin dəstək verməsi təəccüb doğurmaya bilməz”.
Fransadakı azərbaycanlılar separatçı rejimə, qeyri-şəffaf fəaliyyəti ilə tanınan "Hayastan" fonduna dəstək
verilməsinə görə öz narahatlığını bildirir və Fransanın bütün rəsmi şəxslərini ölkələrinin üzərinə götürdüyü
missiyaya sadiq olmağa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutaraq münaqişə
tərəflərinə bərabər məsafədə dayanmağa çağırırır.
23 noyabr 2015
193
Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi (AAKM) ölkənin məşhur "Di Velt" ("Die Welt")
qəzetində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən qərəzli yazı ilə əlaqədar etiraz bəyanatı yayıb
Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi (AAKM) ölkənin məşhur "Di Velt" ("Die Welt")
qəzetində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən qərəzli yazı ilə əlaqədar etiraz bəyanatı yayıb. Qəzetin
əməkdaşı, jurnalist Elian Erenraix Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib. Jurnalist səfərin
nəticəsi olaraq 2015-ci il noyabrın 19-da adı çəkilən qəzetdə münaqişə ilə bağlı həqiqətdən uzaq, qərəzli material
dərc etdirib. Alman jurnalistin səfəri beynəlxalq hüquq qaydalarına zidd olaraq Azərbaycan tərəfi
məlumatlandırılmadan həyata keçirilib.
AAKM dərc olunmuş materialla bağlı etiraz bəyanatında bildirir ki, məqalənin mətni və tonu Dağlıq
Qarabağ münaqişəsinin səbəblərini yanlış istiqamətə yönəltməklə Almaniya ictimaiyyətində düzgün olmayan
təsəvvür yaradır. Məktubda səfərin Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə əvvəlcədən
razılaşdırılmaması və səfərin nəticəsi olaraq qərəzli materialın dərci pislənilir.
AAKM-in bu ölkədəki Azərbaycan diasporu adından hazırladığı etiraz bəyanatı məqalənin dərc olunduğu
“Di Velt” ("Die Welt") qəzetinin və eləcə də digər yerli media qurumlarının redaksiyasına göndərilib.
27 noyabr 2015
194
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına
müraciət ünvanlayıb
Avropa Azərbaycanlıları Konqresi (AAK) 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar
Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına müraciət ünvanlayıb. Diasporla İş üzrə Dövlət
Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Konqres dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində
və ikili standartlara yol vermədən Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirməyə, insanların pozulmuş
hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırıb.
Müraciətdə Qarabağdan didərgin düşmüş insanların taleyi və vətəndə yaşamaq hüquqlarından məhrum
olmuş ailələrin aqibəti barədə məlumat verilir, Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğal
olunması, BMT-nin bununla bağlı qəbul etdiyi qətnamələr xatırladılır. Avropa Azərbaycanlıları Konqresi
Beynəlxalq İnsan Hüquqları Günündə Avropa ictimaiyyətini köçkün düşmüş yüz minlərlə azərbaycanlının
hüquqlarının pozulmasına biganə qalmamağa səsləyib.
Sənəddə qeyd edilir ki, bu gün Avropanın minlərlə qaçqının taleyi ilə məşğul olması, evlərini itirmiş
insanlara yardım haqqında müzakirələr aparılması AAK tərəfindən müsbət dəyərləndirilsə də, azərbaycanlı
qaçqın və məcburi köçkünlərin vəziyyətinə laqeyd yanaşılması yolverilməzdir. Həmçinin vurğulanır ki,
qaçqınların sayının artması Avropa ölkələrini sözün əsl mənasında qorxu və təlaşa salır, lakin Azərbaycan artıq
20 ildən çoxdur bu problemlə qarşı-qarşıya qalıb.
Müraciətdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın erməni işğalından azad
edilməsi və bu torpaqlardan köçkün düşən insanların doğma yurdlarına qaytarılması tələb olunur.
AZƏRTAC
9 dekabr 2015-ci il
195
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə
Milli Məclisin Müraciəti
(29 dekabr 2015-ci il)
Əziz həmvətənlər, dəyərli soydaşlar!
Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqlarından biri olan Azərbaycan xalqının söz, əqidə
və əməl birliyini təcəssüm etdirən həmrəylik günü ərəfəsində hər birinizi hörmətlə salamlayırıq.
Xalqımızın milli-mənəvi bütövlüyünə nail olmaq üçün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə iyirmi dörd
il bundan əvvəl başlanmış hərəkat ildən-ilə daha geniş vüsət almaqdadır. Bu gün azərbaycanlılar milli mənlik şüuru
əsasında sıx birləşməyin zəruriliyini daha aydın dərk edirlər. Azərbaycan diasporu və icmaları inkişaf edib
möhkəmlənir, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb
olunurlar. Müasir dünyada cərəyan edən qlobal proseslər ciddi problemlərin yaranmasına səbəb olur, bir sıra
hallarda xalqların tarix səhnəsində oynadıqları rolun yenidən dəyərləndirilməsinə gətirib çıxarır. Həyat sübut edir
ki, yalnız öz gücünü bir yerə toplamağı bacaran xalqlar etnik-siyasi hüquqlarını həyata keçirmək və milli
mənafelərini müdafiə etmək imkanlarını qoruyub artıra bilirlər. Bəşər sivilizasiyasının inkişafına əvəzsiz töhfələr
vermiş Azərbaycan xalqının davamlı yüksəlişinin yolu on milyonlarla soydaşımızın və həmvətənimizin məhz
mütəşəkkil qüvvə kimi formalaşmasından keçir. Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi
və doğma Vətəni, ümid və istinad yeridir. Odur ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir
azərbaycanlı Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın ardıcıl və dinamik inkişaf etməsini, ildən-ilə daha güclü dövlətə çevrilməsini
qeyd edir. Azərbaycanın beynəlxalq nüfuzunun ildən-ilə daha da yüksəlməsi, yerləşdiyi bölgədə və onun
hüdudlarından kənarda söz sahibi olması isə soydaşlarımızın və həmvətənlərimizin qəlbini qürur hissi ilə doldurur.
Dünya ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın əldə etdiyi nailiyyətlərə öz uğurları kimi sevinir, eyni
zamanda, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyinə, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa
olunacağına, bir milyondan çox qaçqın və köçkünümüzün doğma yurd-yuvasına dönəcəyinə qətiyyətlə inanırlar.
Qarabağ dərdi bütün millətimizin ağrılı yeridir, odur ki, bu problemin həllinə elliklə kömək göstərilməsi
zəruridir. Yalnız dünya azərbaycanlılarının birgə səyləri dövlətimizin və xalqımızın inkişafı yolundakı bu
maneənin aradan qaldırılmasına öz müsbət təsirini göstərə bilər. Yer kürəsinin hansı guşəsində yaşayıb-
işləməsindən asılı olmayaraq bütün soydaşlarımızın Vətən qarşısında övladlıq borcu Ermənistanın ölkəmizə
təcavüzünün nəticələrinin aradan qaldırılması naminə qüvvələri birləşdirməkdən, Azərbaycanın haqq işini müdafiə
etməkdən ibarətdir.
Azərbaycanlıların bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaq, hər sahədə
bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam
etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.
Əziz həmvətənlərimiz! Dəyərli soydaşlarımız!
Sizi milli-mənəvi birliyimizi daha da möhkəmləndirməyə çağırır, xalqımızın hüquq və mənafelərinin
qorunması uğrunda mübarizədə səyləri artırmağa səsləyirik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü
münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza
əmin-amanlıq, qələbə sevincləri və nurlu gələcək arzulayırıq!
Hörmətlə,
Azərbaycan Respublikasının Milli Məclisi
Bu Müraciət Azərbaycan Respublikası Milli Məclisinin
2015-ci il 29 dekabr tarixli iclasında
qəbul edilib.
Azərbaycan.-2015.-30 dekabr.-N 289.-S.2.
196
Avropa Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa
Parlamentinin İnsan Hüqüqları idarəsinə, Avropanın müxtəlif ictimai-siyasi qurumlarına, hökümət və
qeyri-hökümət təşkilatlarına müraciət ünvanlayıb
Avropa Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa
Parlamentinin İnsan Hüqüqları idarəsinə, Avropanın müxtəlif ictimai-siyasi qurumlarına, hökümət və qeyri-
hökümət təşkilatlarına müraciət ünvanlayıb.
Alman və ingilis dilində yayımlanan müraciətdə 98 il bundan əvvəl 1918-ci il mart-aprel aylarında erməni
millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım haqqında ətraflı məlumat verilib və bildirilib ki,
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən 31 mart tarixi Azərbaycanda
Soyqırım günü kimi qeyd olunur.
Müraciətdə Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilərin
azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, eləcə də Qərbi Azərbaycan ərazilərində qəbiristanlıqların,
tariхi və mədəni abidələrin, məktəb, хəstəхana və digər binaların ermənilər tərəfindən darmadağın edilməsinə dair
məlumat verilib.
Açıqlamada bildirilib ki, 1918-ci il mart soyqırımından 98 il keçməsinə baxmayaraq erməni millətçilərinin
törətdikləri bu aktlar hələ də öz hüquqi qiymətini almayıb. Cəzasızlıq erməni millətçilərini Azərbaycan xalqına qarşı
yeni soyqırımlar törətməyə ruhlandırıb və 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələri
Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutub.
Müraciətdə dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv
siyasi hüquqi qiymət vermək tələb edilib və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini
dəstəkləməyə, soyqırımını dövlət siyasətinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, qaçqın və
məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarına biganə yanaşmamağa çağırılıb. Müraciətdə dünya
ictimaiyyətinin və nüfuzlu qurumların Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsi
üçün bütün imkanlarını səfərbər edəcəyinə ümid edildiyi vurğulanıb.
31 mart 2016
197
Diaspor təşkilatlarımız Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı vəziyyətlə bağlı
önəmli addımlar atmışlar
Ümumrusiya Azərbaycan Konqresi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı vəziyyətlə
bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Ümumrusiya Azərbaycan Konqresi bütün Azərbaycan xalqı kimi
Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı narahatlıq keçirir.
“Münaqişənin həllindən ötrü üçüncü tərəflərin iştirakı ilə sülh danışıqları ilə bağlı bütün cəhdlərə, BMT
Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların Ermənistanın işğalçı ordusunun
Azərbaycan ərazisindən çıxarılmasını tələb edən sənədlərin olmasına baxmayaraq vəziyyət dəyişilməz olaraq qalır.
Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı doğma yurdlarını tərk etmək
məcburiyyətində qalıb”- deyə bəyanatda bildirilir. Bəyanatda vurğulanır ki, Dağlıq Qarabağda döyüşlərin yenidən
başlanması tamamilə Ermənistan tərəfindən törədilmiş təxribatdır. “Bu situasiya uzun müddət davam edə bilməz.
Biz ümid edirik ki, erməni xalqı və Ermənistan rəhbərliyi qonşu dövlətlərə qarşı aqressiv siyasətdən imtina
edəcək. Azərbaycan torpaqlarının azad olunmasının kökündə regionda sabitliyin bəqrərar olunması dayanır”- deyə
bəyanatda bildirilir. Ümumrusiya Azərbaycan Konqresi hərbi təxribatlar zamanı düşmənlə döyüşdə həlak olanların
ailələrinə başsağlığı verib və bildirib ki, Rusiya azərbaycanlıları Azərbaycan prezidentinin işğal altındakı
torpaqlarımızı azad etməsi ilə bağlı bütün qəraralarını dəstəkləyəcək.
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-ləri Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi
təxribatlarla əlaqədar bəyanat yayıb. Bəyanatı Gürcüstan Azərbaycan Evi və Qeyrət Hərəkatı imzalayıblar.
Bəyanatda deyilir ki, Gürcüstan azərbaycanlıları Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatları qəti
şəkildə pisləyir və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.Həmçinin, bildirilir ki, aprelin 2-ə keçən gecə
Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycan dövləti və xalqına qarşı silahlı təxribat törədərək yaşayış
məntəqələrini və dinc sakinləri ağır hərbi texnikalardan atəşə tutub. Azərbaycan bu addıma cavab olaraq əks-hücuma
keçib və düşməni geri çəkilməyə məcbur edib. “Bu gün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycana
ərazi bütövlüyünü bərpa etmək hüququ verir. Ermənistan işğalçı qoşunlarının Azərbaycan torpaqlarından qeyd-
şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı çağırışlarına baxmayaraq işğalı davam etdirir və təmas
xəttində təxribatlar törədir”-deyə bəyanatda vurğulanıb. Gürcüstan azərbaycanlıları bildirir ki, dünya ictimaiyyəti
Ermənistanın son təxribatçı fəaliyyətini qəti şəkildə pisləməli və Azərbaycanın əzəli torpaqlarını boşaltmağı tələb
etməlidir. Dağlıq Qarabağ münaqişəsi dinc yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. “İşğal
və separatizmə məruz qalan Gürcüstan da eyni problemlə üzləşib, ölkənin yüz minlərlə qaçqın ağrısı var. Bu gün
Azərbaycan xalqı ədalətin bərqərar olması, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması yolunda
əvvəlkindən daha vahid mövqedən çıxış edirlər”- deyə bəyanatda bildirilir.
Bəyanatı imzalayanlar Gürcüstan azərbaycanlıları adından Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
mövqelərinə hücum nəticəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan oğullarının və mülki şəxslərin ailələrinə
dərin hüznlə başsağlığı verib və ailələrinə səbr diləyib.Onlar bildirir ki, Gürcüstanda yaşayan hər bir azərbaycanlı
Azərbaycanın haqq işinə dəstək verməyə hər an hazırdır. Benilüks Azərbaycanlıları Konqresi Ermənistan silahlı
bölmələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilir ki, aprelin 1-
dən 2-ə keçən gecə Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan
Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində Azərbaycan Ordusunun mövqelerini iriçapli silahlardan, artilleriya
ve tanklardan atəşə tutması faktı dünyada yaşayan bütün azərbaycanlıları hiddətləndirib. Benilüks Azərbaycanlıları
Konqresi kənd və yaşayış obyektlərinin Ermənistan ordusu tərəfindən intensiv atəşə tutulması, məktəb binalarının
mərmilərlə dağıdılması, dinc əhalinin həyatlarını itirməsi faktından narahatlıq ifadə edərək bildirir ki, son hadisələrlə
əlaqədar dünya ictimaiyyəti Ermənistan dövlətinin həyata keçirdiyi siyasəti qəti şəkildə pisləməldir. BAK son
vəziyyətlə bağlı bir çox Avropa təşkilatlarını və Beynəlxalq Qurumları Azərbaycana qarşı ikili standartlar tətbiq
etməməyə, ATƏT və digər qurumları Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğalı aktına göz
yummamağa çağırıb. Həmçinin, bəyanatda BMT-nin işğalçı Ermənistanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də
yerinə yetirilmədiyi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət tərəfindən qınağa çəkilmədiyi vurğulanır. “Regionda
sülhün, sabitliyin tərəfdarı olanlar bilməlidirlər ki, bölgədə sülh yalnız ermənilərin Azərbaycan torpaqlarını qeyd-
şərtsiz tərk etdikləri vaxtı mümkündür. Azərbaycan xalqı Ermənistanın işğalçı siyasəti ilə heç bir zaman
barışmayacaqdır!”- deyə bəyanatda bildirilir. BAK Beynəlxalq qurumları Azərbaycanın haqq işini dəstəkləməyə,
ikili standartlara yol verməməyə, BMT qətnamələrinin icrasının həyata keçirilməsinə yardımçı olmağa çağırır.
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi
vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda Ukrayna Azərbaycanlıları adından Azərbaycanın
dinc sakinlərin həyatlarını itirməsi ilə nəticələnən hadisələrlə bağlı ciddi narahatlıq ifadə edilir. “Son günlər baş
verən hadisələr 1994-cü ildə əldə edilmiş atəşkəs danışıqlarının Ermənistan tərəfindən ciddi şəkildə pozulmasıdır.
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi münaqişənin daha da dərinləşməsini yolverilməz hesab edir. Biz
Azərbaycan torpaqlarının işğalını pisləyir və ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasına tam dəstəyimizi
ifadə edirik”-deyə bəyanatda bildirilir .
198
UABK bütün beynəlxalq təşkilatları BMT-nin Təhlükəszilik Şurası tərəfindən qəbul edilmiş Dağlıq
Qarabağ və ətraf rayonların azad olunması bağlı 4 qətnamənin yerinə yetirilməsi ilə əlaqədar mümkün tədbirlər
görməyə çağırır. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi münaqişənin sülh yolu ilə həll edilməsini və
danışıqların yüksək səviyyədə aparılmasını dəstəkləyir. Təşkilat Azərbaycan Silahlı qüvvələrinin şəhid olmuş hərbi
qulluqçusunun ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyir.
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü
ilə əlaqədar BMT-nin Baş katibi Pan Gi Muna , Danimarkanın Xarici İşlər naziri Kristian Censenə, Danimarka Xarici
Siyasət Komitəsinin sədri Soren Espersenə, həmçininin, Danimarka parlamentinin deputatlarına etiraz məktubu
ünvanlayıb. Məktubda “Vətən” cəmiyyəti Azərbaycanın işğal olunmuş ərazilərdə mövcud vəziyyətlə bağlı dərin
narahatlığını ifadə edib. Etiraz məktubunda bildirilir ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlaması
üçün səylər göstərir. “Aprelin 2-ə keçən gecə erməni hərbi birləşmələri cəbhə bölgəsində dinc əhalini atəşə
tutaraq atəşkəsi pozublar. Ermənilər tərəfindən ağır hərbi texnikanın istifadə edilməsi nəticəsində mülki vətəndaşlar
arasında ölən və ağır yaralananlar olub”.
Etiraz məktubunda bildirilir ki, uzun illər ərzində ermənilər tərəfindən törədilən hərbi təxribatlar, hücumlar
nəticəsində xeyli sayda hərbi qulluqçular və dinc sakinlər həlak olub. “Azərbaycanın əsas məqsədi sülhün və əhalinin
təhlükəsizliyinin təmin olunmasıdır. Artıq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı təcavüzkarlıq siyasəti
apararaq torpaqlarımızın 20 faizini işğal altında saxlayır . Bunun nəticəsi olaraq bir milyondan artıq insan evsiz və
torpaqsız qalıb. Bu faktlara baxmayaraq, Azərbaycan sülhə nail olmağa və əhalinin təhlükəsizliyini qorumağa
çalışır”-deyə məktubda vurğulanır. Məktubda Ermənistan dövlətinin Birləşmiş Millətlər Təşkilatların Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələrə əməl etmədiyi diqqətə çatdırılır. Dünya icitmaiyyətindən isə tələb edilir
ki, erməni qəsbkarlarını işğal etdikləri əraziləri qeyd-şərtsiz boşaltmağa və BMT-nin Təhlükəsizlik Şurasının
qətnamələrinə və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə vadar etsinlər. Türkiyə Azərbaycan
Dərnəkləri Federasiyası Ermənistan Silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi son hərbi təxribatı pisləyən
bəyanat verib. Bəyanatda Ermənistan Silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində dinc sakinlərin və
hərbçilərin şəhid olduğu bildirilib, dünya ictimaiyyətinin bu təxribatlara göz yumması pislənilib. Bəyanatda
həmçinin, Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi
atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulduğu da qeyd edilib.
Regionda sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan dövlətindən fərqli olaraq, Ermənistanın münaqişənin
beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə həll olunmasına çalışmaması və beynəlxaq qurumların,
xüsusilə ilə də BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə məhəl
qoymaması da bəyanatda öz əksini tapıb.
Avropa Azərbaycanlıların Konqresi Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs
rejiminin pozulması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, erməni hərbi birləşmələri atəşkəs rejimini və
beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu yaşayış məntəqələrini və mülki
obyektlərin atəşə məruz qoyaraq dinc insanları öldürüb. “Baş verən hadisələrə son qoymaq məqsədilə, BMT
Təhlükəsizlik Şurasının, və BMT Baş Assambleyasının qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə
yetirilməli və işğalçı respublika silahlı qüvvələrini təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarmalıdır”-deyə
bəyanatda vurğulanıb. Həmçinin, qeyd olunur ki, Ermənistanın törətdiyi təxribata qarşı Azərbaycan Silahlı
Qüvvələrinin atdığı addımlar özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalisinin
təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. “Azərbaycan ərazisinin 20 faizi, o cümlədən, Dağlıq Qarabağ
inzibati-ərazi bölgüsünə daxil olmayan və ötən əsrin 90-cı illərinin əvvəllərinədək bütünlüklə azərbaycanlıların
yaşadığı 7 inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1 milyona yaxın Azərbaycan
vətəndaşı öz doğma torpaqlarından didərgin salınmış, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 50 mindən artıq
insan əlil olmuşdur. Azərbaycanın mülkiyyətində olan 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693
məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 etnoqrafik əhəmiyyətli
tarixi yer, 464 tarixi abidə və muzey məhv edilmişdir”-deyə bəyanatda bildirilib.
Bəyanatın sonunda Azərbaycan diasporu beynəlxalq ictimaiyyəti Ermənistanı dinc və günahsız insanların
qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırıb. Litva Azərbaycanlıları Cəmiyyəti
aprelin 2-ə keçən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində həyata keçirdiyi hərbi təxribatlar Litvada
yaşayan azərbaycanlıların da ciddi narahatlığına səbəb olub. Mülki əhaliyə qarşı həyata keçirilən silahlı hücumu
pisləyən Litva Azərbaycanlıları Cəmiyyəti Baltik ölkələrində yaşayan soydaşlarımız xalqımızın haqq səsini Litva
ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni etməyə həmişə hazır olduğunu bəyan edib. “Azərbaycan diasporunu,
xaricdə yaşayan bütün həmvətənləri, eləcə də hər bir azərbaycanlını bu həlledici tarixi mərhələdə öz milli-mənəvi
məsuliyyətini dərk etməyə və Azərbaycan Xalqı ilə həmrəylik nümayiş etdirməyə çağırırıq”-deyə bəyanatda
bildirilib. Ermənistan ordusunun Azərbaycanla təmas xəttinə hərbi həmlələri zamanı ərazi bütövlüyümüz uğrunda
şəhid olmuş hərbi qulluqçuların ailələrinə və yaxınlarına Litva Azərbaycanlıları adından dərin hüznlə başsağlığı
verilib.
199
İstanbul-Azərbaycan Mədəniyyət Evi erməni silahlı bölmələrinin Azərbaycanın dinc əhalisinə qarşı cəbhə
xəttində həyata keçirdiyi təxribatlarla əlaqədar bəyanat yayıb. Ermənilərin uzun illərdir Azərbaycan türklərinə qarşı
həyata keçirdiyi təcavüzkarlıq siyasətini pisləyən bəyanatda bildirilir ki, Ermənistan işğal etdiyi Azərbaycan
torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Bəyanatda beynəlxalq hüquq normalarına və BMT-nin işğal olunmuş
Azərbaycan torpaqları ilə bağlı qətnamələrinə məhəl qoymayan Ermənistanın ordusunun cəbhə xəttində
Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi təxribatlar pislənilib, erməni silahlı birləşmələrinin atəşkəs
prinsiplərinə əməl etməməsi qınanılıb. Həmçinin, bəyanatda dünya ictimaiyyəti və beynəlxalq qurumlar baş verən
hadisələrə biganə qalmamağa, Ermənistan dövlətinin apardığı təcavüzkarlıq siyasətinə son qoymaq üçün tədbirlər
görməyə çağırılıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın bir çox bölgələrində ermənilər tərəfindən həyata
keçirilən cinayət aktlarına hüquqi qiymət verilməsi tələb edilib. Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının
Rusiya nümayəndəliyi cəbhədə baş verən son hadisələrlə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıb.
Bəyanatda Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə həmvətənimiz
adından Azərbaycanın cəbhəboyu rayonlarında erməni təxribatının qarşısının alınması və dinc əhalinin qətlə
yetirilməsinə son qoyulması tələb olunub. Bununla yanaşı bəyanatda deyilir: “Düşmənin qarşısının alınması,
əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən
həyata keçirilən cavab tədbirlərini dəstəyləyir, qısa müddətdə bir neçə yüksəklik və yaşayış məntəqələrinin
düşməndən tam azad olunması xəbərinə sevinirik. Vətən qarşısında xidməti borcunu yerinə yetirərkən şəhid olan
əsgərlərimizə isə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.”
Sonda isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yürüdülən uğurlu xarici siyasəti dəstəklədikləri
bəyan edən gənc həmvətənlərimiz Azərbaycandan kənarda yaşamalarına baxmayaraq böyük bir diaspor ordusunun
Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Nyu York Azərbaycan Evi Ermənistanın Azərbaycana qarşı
törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. Bəyanatda ermənilərin uzun illərdir azərbaycanlılara qarşı
həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib və bildirilib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından
qeyd-şərtsiz çıxarılmalıdır. Bəyanatda həmçinin, Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı
Qüvvələri ilə təmas xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına
ciddi ziyan vurulduğu da diqqətə çatdırılıb. O cümlədən, Ermənistanın Azərbaycan ərazilərində tarixən törətdiyi
soyqırımlar və təcavüzkarlıq aktları haqqında da məlumat verilib. Bəyanatda BMT-nin işğalçı Ermənistanla bağlı
qəbul etdiyi 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət tərəfindən qınağa
çəkilmədiyi vurğulanıb.Həmçinin, Nyu York azərbaycanlıları adından Azərbaycan xalqına dəstək ifadə olunub. Ali
Baş Komandanının əmrini gözlədiyini vurğulayıblar. Fransada fəaliyyət göstərən Paris Azərbaycan Evi beynəlxalq
təşkilatlara Azərbaycan və Ermənistanın təmas xəttindəki hərbi vəziyyətlə bağlı bəyanat göndərib. Bəyanatda
bildirilir ki, aprelin 1-dən 2-ə keçən gecə Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun mövqelerini
iriçapli silahlardan, artilleriya və tanklardan atəşə tutması faktı dünyada yaşayan bütün azərbaycanlıları
hiddətləndirib.
“Baş verən hadisələrə son qoymaq məqsədilə, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan
tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir. İşğalçı respublikanın silahlı qüvvələrinin təcili şəkildə işğal olunmuş
ərazilərdən çıxarılmasını tələb edirik”- deyə bəyanatda bildirilir. Təşkilat son hərbi vəziyyətlə bağlı bir çox Avropa
təşkilatlarını və beynəlxalq qurumları Azərbaycana qarşı ikili standartlar tətbiq etməməyə, ATƏT və digər qurumları
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğalı aktına göz yummamağa çağırıb. Fransa azərbaycanlıları
adından bildirilib ki, beynəlxalq ictimaiyyət Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan
təxribatlardan çəkindirmək üçün tədbirlər görməlidir. Qırğızıstan Respublikasında fəaliyyət göstərən Türkdilli
Dövlətlərin Siyasətinə Dəstək Fondu Ermənistan Silahlı Qüvvələrinin təmas xətti boyunca Azərbaycanın dinc
əhalisini ağır silahlardan intensiv atəşə tutması faktı ilə əlaqədar diplomatik korpuslara və beynəlxalq qurumlara
bəyanat ünvanlayıb. Bəyanatda Ermənistan ordusunun artilleriya hücumları nəticəsində bir neçə mülki şəxsin həlak
olması və ciddi yaralanması, həmçinin, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulması barədə məlumat verilib.
“Son illər ərzində minaatan, iriçaplı pulemyot və artilleriyadan istifadə etməklə Azərbaycanın hərbi qulluqçuları,
eləcə də mülki əhalisinə qarşı Ermənistan tərəfindən həyata keçirilən bu kimi zorakılıq və hərbi təxribatlar daha
intensiv və aqressiv hal alıb. Cəbhə xəttində gərginliyin artmasına görə Ermənistanın Azərbaycanı günahlandırmaq
cəhdləri onun öz vətəndaşlarını və beynəlxalq ictimaiyyəti aldatmasına xidmət edir”-deyə bəyanatda bildirilir.
Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni
mövcudluğu gərginliyin artmasına əsas səbəbdir və bu da regionda sülh və sabitliyə təhlükə yaratmaqda davam edir.
Həmçinin, Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquq
normalarına əməl etməyə çağırılıb. Aprelin 6-da Almaniyanın paytaxtı Berlində bu ölkədə yaşayan azərbaycanlılar
tərəfindən Ermənistan Silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlara etiraz əlaməti olaraq
aksiya keçiriləcək. Aksiyanın əsas məqsədi erməni hərbi birləşmələrinin atəşkəs rejimini və beynəlxalq hüquq
normalarını kobud şəkildə pozmasına etiraz etmək, beynəlxalq birliyi Ermənistanı dinc və günahsız insanların qətlinə
səbəb olan təxribatlardan çəkindirməyə çağırmaqdır. Aksiyada azərbaycanlılarla yanaşı, Almaniyada fəaliyyət
göstərən türk diaspor təşkilatlarının nümayəndələrinin də iştirakı gözlənilir.
200
İştirakçıların Ermənistanın təcavüzkarlığa son qoymasını, beynəlxalq qurumların, xüsusilə ilə də BMT-nin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə əməl etməsini, o cümlədən
beynəlxalq birlik tərəfindən münaqişəyə ədalətli yanaşma tələb edən şüarlarla yürüşü nəzərdə tutulub. Aksiya
iştirakçıları bu çətin günlərdə Azərbaycan xalqının yanında olduqlarını, hər zaman olduğu kimi Azərbaycana dəstək
olduqlarını ifadə edəcəklər. Hyuston Bakı-Qardaşlaşmış Şəhərlər Assosiasiyası Texasda yaşayan və fəaliyyət
göstərən Azərbaycan cəmiyyəti adından Texasın qanunverici orqanlarına və konqresmenlərə müraciət ünvanlayıb.
Məktubda aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq erməni hərbi qüvvələrinin Ermənistan və Azərbaycan
qoşunlarının təmas xəttində azərbaycanlıların yaşadığı kəndləri iri çaplı artilleriya mərmiləri ilə atəşə tutması faktı
barədə məlumat verilib. “Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) Ermənistan tərəfi hələ də riayət etmir. Biz Ermənistan
dövlətini işğal olunmuş Azərbaycan ərazilərindən çıxmağa , tarixi binaları məhv etməməyə çağırırıq”- deyə
müraciətdə deyilir. Məktubda Texas azərbaycanlıları adından Azərbaycan xalqında dəstək ifadə olunub. Belarusun
Azərbaycan İcmaları Konqresi Belarusda yaşayan minlərlə azərbaycanlının adından Ermənistanın Azərbaycana
qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. Bəyanatda erməni silahlı birləşmələri tərəfindən mülki
əhalinin atəşə tutulması və ermənilərin atəşkəsi pozması faktı pislənilib. Bəyanatda vurğulanır ki, beynəlxalq
ictimaiyyət Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını
Ermənistandan tələb etməli və Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz olaraq təmin olunmalıdır. Təşkilat son
vəziyyətlə bağlı beynəlxalq qurumları Azərbaycana qarşı ikili standartlar tətbiq etməməyə, ATƏT və digər
qurumları Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğalı aktına göz yummamağa çağırıb. Bəyanatda
Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq siyasətinə qarşı Azərbaycan dövlətinin atdığı addımlar alqışlanıb,
Azərbaycan xalqına dəstək ifadə olunub. Tbilisidə keçirilən “dəyirmi masa”da gənclər təşkilatlarının üzvləri
Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərində törətdiyi təxribatları qətiyyətlə pisləyiblər.
Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının (GAHA) sədri Əli Bədirov və “Borçalı İrəli” İB-
nin sədri Məhəbbət İmanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ermənilərin
azərbaycanlılara, gürcülərə və Cənubi Qafqazda yaşayan digər millətlərə qarşı törətdiyi cinayətlər, terror aktları
barədə ətraflı məlumat veriblər. Dəyirmi masada Azərbaycanın ərazilərinin işğal olunmasına baxmayaraq sülhsevər
siyasətinə sadiq qaldığı, Azərbaycana qarşı əsassız ərazi iddiası irəli sürən Ermənistan rəhbərliyi və siyasətçilərinin
bölgədə sabitliyi pozmağa çalışdığı kimi fikirlər səsləndirilib. “Lakin son günlər cəbhə xəttində baş verən hadisələr
bir daha göstərdi ki, sülhün bərqərar olması üçün güclü olduğunu da sübut etməlisən. Azərbaycan ordusu da bunu
göstərdi”-deyə tədbir iştirakçıları bildirib. “Novatorlar Birliyi”nin sədri Vako Pajava və “Gürcüstanın İslahatçı
Gənclər Alyansı”nın (GİGA) rəhbəri Daçı Çitaya çıxışlarında imperiya qüvvələrinin əlində vasitə olan Ermənistanın
təkcə Azərbaycanda deyil, Gürcüstanda da misli görünməmiş cinayətlər törətdiklərini, Gürcüstan ərazilərinin işğal
olunmasında onların da rolu olduğunu bildiriblər. Azərbaycan-Gürcüstan dostluğundan bəhs edən gənc siyasətçilər
münasibətlərimizin daha da möhkəmlənməsində gənclərin rolunu xüsusi qeyd ediblər. Bildirilib ki, Gürcüstanın ağır
günlərində Azərbaycan rəhbərliyi və xalqı daim gürcü xalqının yanında olub, dost köməyini əsirgəməyib.
Gürcü gənclər bunu unutmurlar və azərbaycanlı həmyaşıdlarının yanındadırlar. Sonda gənclər təşkilatları
adından bəyanat qəbul olunub. Sənəddə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsinin
vacibliyi, son günlər Dağlıq Qarabağ və ona bitişik digər Azərbaycan torpaqlarında baş verən təxribatlarda, atəşkəsin
pozulmasında ermənilərin günahkar olduğu qeyd edilir. Almaniyadakı Maynz Azərbaycan Cəmiyyəti Ermənistan
Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması,
həmçinin, Azərbaycanın dinc sakinlərinin öldürülməsindən narahatlıq ifadə edən müraciət yayıb. Birləşmiş
Millətlər Təşkilatına, Avropa Birliyinə, ATƏT-in Minsk qrupuna, ABŞ Prezidentinə, Almaniya Federativ
Respublikasının Kanslerinə, Fransa, Rusiya və Türkiyə Prezidentlərinə ünvanlanmış müraciətdə aprelin 1-dən 2-ə
keçən gecədən başlayaraq Ermənistanla Azərbaycanın təmas xəddində ermənilərin həyata keçirdiyi hərbi
təxribatların nəticələri ilə bağlı məlumat verilib. Bildirilib ki, Ermənistanın törətdiyi təxribata qarşı Azərbaycan
Silahlı Qüvvələrinin atdığı addımlar özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalisinin
təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. “Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilmiş, 1 milyona yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin salınmış, 20
mindən çox azərbaycanlı qətlə yetirilmiş, 50 mindən artıq insan əlil olmuşdur. Azərbaycanın münaqişəni sülh və
danışıqlar yolu ilə həll etmək istəsə də Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe qarşıdurmanın sülh
yolu ilə həllinə imkan vermir”-deyə müraciətdə vurğulanıb. Azərbaycan Macar Gənclər Birliyinin sədri İbrahim
Səfərlinin Macarıstanın “Daily News Hungary” qəzetinə etdiyi müraciətdə Macarıstandakı Azərbaycan cəmiyyətinin
Azərbaycanın Dağlıq Qarabağ regionunda baş verən zorakılıqla bağlı narahatlığı ifadə edilib. Müraciətdə son 3
gündə Ermənistan Silahlı qüvvələrinin atəşkəsi pozaraq, cəbhə bölgəsində 100 dəfədən artıq müxtəlif istiqamətlərdə
atəş açmasını və nəticədə Azərbaycan mülki əhalisinin və hərbi qulluqçularının həlak olması qeyd edilib. Müraciətdə
bildirilib ki, aprelin 2-də cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən
Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə məruz
qalıb.
201
“Ermənistan silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs həlak olub və ciddi
yaralanıb. Eyni zamanda, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulub”-deyə müraciətdə bildirilib. Həmçinin,
müraciətdə Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884, həmçinin BMT Baş Assambleyasının
2008-ci ildə qəbul edilmiş 62/243 saylı qətnamələrinə əməl etməməsi öz əksini tapıb. “Belə ki, bu qətnamələrdə
Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğal edilməsi pislənilib, eləcə də Azərbaycanın suverenliyi,
ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib. Sözügedən
qətnamələrdə BMT Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiq edib və
Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonlardan qeyd-şərtsiz çıxarılmasını tələb edilib”-deyə
müraciətdə bildirilir. Müraciətin sonunda Macarıstandakı Azərbaycan cəmiyyətinin beynəlxalq ictimaiyyəti
Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının işğalını dayandırmağı, bütün işğal olunmuş ərazilərdən öz
qoşunlarını çıxartmağı və münaqişənin həlli prosesində konstruktivlik göstərməyi tələb etməyə çağırdığı qeyd edilib.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal
edilmiş ərazilərində atəşkəsin kobud şəkildə pozulmasına etirazını bildirib. Təşkilat tərəfindən yayılan bəyanatda
bildirilir ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycanın cəbhəboyu ərazilərini atəşə məruz
qoyub və nəticədə dinc sakinlər öldürülüb. Baş verənlərlə bağlı narahatlığını ifadə edən diaspor təşkilatı vurğulayıb
ki, hazırki status-kvonun saxlanması bölgə xalqlarının maraqlarına cavab verməməklə yanaşı, təkcə regionda deyil,
bütün dünyada sülhə və təhlükəsizliyə ciddi təhdid olaraq qalır. “Baş verən hadisələrə son qoymaq məqsədilə, BMT
Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının müvafiq qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz
yerinə yetirilməli və işğalçı respublika silahlı qüvvələrini təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarmalıdır”-deyə
bəyanatda bildirilir. Bəyanatda, həmçinin Ermənistan dövlətinin Azərbaycan torpaqlarını işğal etməsi və Azərbaycan
dövlətinə vurulan maddi və mənəvi ziyanla bağlı faktlar diqqətə çatdırılıb. Həmçinin, Ermənistan dövləti qeyri-
konstruktiv mövqeyindən əl çəkməyə və Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməyə çağırılıb. “İsrailin
səsi” dövlət radiostansiyasının israillilər arasında tanınan “Günün aktual hadisələri” verilişində Ermənistan-
Azərbaycan sərhədində, habelə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən hadisələr
geniş şərh edilib. AZƏRTAC xəbər verir ki, İsrail radiosunun aparıcısı İqor Moldavskinin suallarını “İsrailin səsi”
radiostansiyasının daimi şərhçisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri,
beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut cavablandırıb. O bildirib ki, nizama salınmamış və
dondurulmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir daha sübut edir ki, Cənubi Qafqaz regionu
sülhdən uzaqdır. İsrailli ekspert deyib: “İndiki qarşıdurma və eskalasiya hər şeydən əvvəl erməni silahlı
birləşmələrinin sərhədyanı ərazidə provokasiyası ilə əlaqədardır.
Təəssüf ki, Ermənistan tərəfi Azərbaycanla sülh prosesini pozmaq istəyini yenidən nümayiş etdirib,
Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən qoşunların təmas xəttinə çoxsaylı hərbi qüvvə və müxtəlif
texnika növlərini cəlb etməklə provokasiya törədir. Ermənistan silahlı qüvvələri aprelin 2-nə keçən gecədən
başlayaraq Azərbaycan kəndlərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub, Azərbaycanın hərbi
mövqelərinə ardıcıl zərbələr endiriblər. Rəsmi Bakı dəfələrlə Ermənistana bildirib və onu xəbərdar edib ki, mövcud
status-kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistanın provokasiyasının qarşısının alınması, mülki əhalinin
təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli
istiqamətlərində sərt və qəti cavab tədbirləri görmək barədə qərar qəbul edib. Azərbaycan ordusu vətəndaşların
təhlükəsizliyinin və öz mövqelərinin qorunması üçün Ermənistan silahlı qüvvələrinə lazımi və sarsıdıcı cavab verib
və onları geri çəkilməyə məcbur edib. Azərbaycan Silahlı Qüvvələrinin əks-əməliyyatı nəticəsində Ermənistanın 6
tankı, 15-dək artilleriya qurğusu, möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, həmçinin yüzdən çox hərbi
qulluqçusu ölüb və yaralanıb”.
Radio aparıcısının regional dövlətlərin Ermənistanla Azərbaycan arasında münaqişənin eskalasiyasına təsir
göstərə bilərmi sualına cavab verən israilli ekspert qeyd edib ki, çoxvektorlu xarici siyasət aparan güclü və müstəqil
Azərbaycandan fərqli olaraq, Ermənistan Respublikası bəzi regional dövlətlərin ambisiyalarından tamamilə asılıdır.
“İsrailin səsi” radiostansiyasının daimi şərhçisi Arye Qut vurğulayıb: “Bu gün Prezident İlham Əliyevin uğurlu
geosiyasi və geoiqtisadi təşəbbüsləri nəticəsində Azərbaycan regionun qüdrətli dövlətinə və liderinə çevrilib, bu
dövlətin iştirakı və razılığı olmadan dünyanın bu strateji regionunda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsi həll
edilə bilməz. Ermənistan əhalisi 1,5 milyon olan kiçik ölkədir və son illər geosiyasi təcrid vəziyyətindədir. Bu faktdır
ki, Serj Sarkisyanın sözlərinə görə, müstəqil Ermənistanın əhalisini aclıqdan varlı erməni diasporu və ABŞ
konqresinin sponsor yardımı xilas edir. Təəssüf ki, Ermənistan rəhbərlərinin çoxu “Böyük Ermənistan” xülyası ilə
yaşamaqda davam edir. Azərbaycan torpaqlarını işğal etdiyi üçün Cənubi Qafqaz regionunda təcrid edilmiş
Ermənistan Xəzər dənizinin neft və qaz ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb.
Bu, danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı ölkədir”. Arye Qutun sözlərinə görə, rəsmi Bakı
tamamilə haqlı olaraq Qarabağ münaqişəsini rəsmi Yerevanın ərazi iddiası kontekstində nəzərdən keçirir və bu
səbəbdən də münaqişəyə Azərbaycanın 1992-ci ildə BMT-yə qəbul edilən zaman beynəlxalq birlik tərəfindən təsbit
edilmiş sərhədlərdə “dövlət ərazi bütövlüyü prinsipləri” çərçivəsində baxılmasını təkid edir.
202
“İsrailin səsi” radiostansiyasının daimi şərhçisi Arye Qut sonda deyib: “Dünən Avropa Şurası Parlament
Assambleyasının Prezidenti Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə və BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş
torpaqlarından çıxarmağa çağırıb. Son hadisələr, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan
torpaqlarında provokasiyası və aldığı sarsıdıcı zərbə bir daha sübut etdi ki, rəsmi Yerevan anlamalıdır: Azərbaycanın
səbri daha tükənib. Qoşunların təmas xətti boyu Azərbaycan mövqelərinin ağır silahdan, o cümlədən artilleriyadan
atəşə tutulması davam edir. Ermənistan işğal edilmiş ərazilərdə əlavə raket və artilleriya qüvvələrini yerləşdirərək
öz ağır artilleriyasının imkanlarını artırmağa çalışır, bu ölkənin hərbi helikopterləri isə işğal edilmiş ərazilər və
Ermənistan arasında intensiv uçuşlar həyata keçirir. Bakı beynəlxalq hüquq normalarına əsasən təkcə özünümüdafiə
deyil, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını da azad etmək hüququna malikdir. Təəssüf ki,
beynəlxalq münasibətlərdəki bugünkü reallıq sübut edir ki, güc faktoru dünyada effektiv təsirə malikdir. Bugünkü
Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi proseslərin danılmaz
lideridir. Onun güclü və qüdrətli ordusu var və öz gücünü nümayiş etdirmək üçün əsl məqamın yetişməsini
gözləyirdi”.
Avropa Azərbaycanlıları Konqresi Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar
Almaniya Kansleri Angela Merkele məktub ünvanlayıb. Məktubda AAK Azərbaycanın işğal olunmuş ərazilərdə
mövcud vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib. Etiraz məktubunda qeyd edilib ki, Ermənistan hərbi qüvvələri
müharibənin yenidən başlaması üçün təxribat aktları ilə çıxış ediblər. Bu təxribat nəticəsində Azərbaycanın dinc
əhalisindən ölən və yaralananlar olub, xeyli sayda ailələrin əmlakına ziyan dəyib. Daha sonra məktubda Dağlıq
Qarabağ münaqişəsinə dair tarixi və statistik məlumat verilərək, bu münaqişənin həll edilməsinin bütün regionun
inkişafı üçün əhəmiyyətli olacağı qeyd edilib. Məktubda Angela Merkelin dünyəvi dövlət başçısı, tolerant şəxsiyyət
olduğu qeyd olunub, onun mürəkkəb böhran nöqtələrində nümayiş etdirdiyi prinsipal mövqe yüksək dəyərləndirilib.
Eyni zamanda Merkelə açıq sual ünvanlanıb: “Bəs niyə azərbaycanlılar müstəsnadır, niyə azərbaycanlıların taleyi
Sizi biganə qoyur?”. Məktubda qeyd edilib ki, Ermənistan işğalçılıq siyasətini dayandırmalı və Birləşmiş Millətlər
Təşkilatların Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etməlidir. AAK Angela Merkelə Avropada
yaşayan azərbaycanlıların adından Azərbaycanın ərazi bütövlüyü məsələsində ədalətli münasibət tələb edib.
Niderland Krallığında fəaliyyət göstərən“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Ermənistanın
Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycanın
cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrinin və mülki obyektlərin atəşə məruz qalması
nəticəsində dinc insanların öldürülməsi Hollandiya azərbaycanlılarında ciddi narahatlıq doğurur. “Ermənistanın
törətdiyi təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımlar özünün beynəlxalq səviyyədə tanınmış
sərhədləri daxilində mülki əhalisinin təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır.
BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir”- deyə
bəyanatda bildirilir. Həmçinin, bildirilir ki, dünya ictimaiyyəti Ermənistanın son təxribatçı fəaliyyətini qəti şəkildə
pisləməli və Azərbaycan torpaqlarını tərk etməyi tələb etməlidir. Bəyanatda deyilir : “Dağlıq Qarabağ münaqişəsi
dinc yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Kanadada fəaliyyət göstərən Azərbaycan Kvebek Assosiasiyası, Kanada Azərbaycan Əməkdaşlıq
Assosiasiyası , Ontario Azərbaycan Cəmiyyəti, Kanada Azərbaycan Ticarət Palatası, Kanada-Azərbaycan Tələbələr
Assosiasiyası, Kanada Azərbaycan Qadınlar Assosiasiyası, Kanada Azərbaycan Gənclər Assosiasiyası, Ottava
Azərbaycan Cəmiyyəti və Azərbaycan-Türkiyə Dünya Qadınları Cəmiyyəti Kanadanın qanunverici orqanlarına
bəyanat göndərib. Bəyanatda Kanada azərbaycanlıları adından Dağlıq Qarabağda və Azərbaycanın digər işğal
olunmuş torpaqlarındakı hərbi vəziyyətin son günlərdə gərginləşməsindən dərin narahatlıq hissi keçirildiyi
bildirilib. Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində dinc
Azərbaycan əhalisinin atəşə tutulması qınanılıb, beynəlxalq ictimaiyyət baş verənlərlərə biganə yanaşmamağa
çağırılıb.
“Biz beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Dağlıq Qarabağ
münaqişəsinin həllinə yardım etməyə çağırırıq. Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayon (ümumilikdə
Azərbaycan torpaqlarının 20%-i) Erməni Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Biz inanırıq ki, Kanada BMT
Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə dəstək verir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Kanadadan
və dünya ictimaiyyətindəm xahiş edirik ki, Ermənistana BMT TŞ-nın qətnamələrini yerinə yetirmək və beynəlxalq
hüquq normalarına riayət etmək üçun təzyiq etsinlər”. Eskişehir Azərbaycanlıları Dərnəyi Ermənistanın son
təxribatlarına etiraz etmək üçün aksiya təşkil edib. “Qarabağ Azərbaycanın çırpınan ürəyidir!”, “Qatil erməni,
Qarabağdan rədd ol!, “Qarabağ Azərbaycanındır, Azərbaycanın da qalacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz””
şüarları səsləndirilən aksiyada türk və azərbaycanlı gənclər, KİV nümayandələri iştirak edib. Daha sonra Eskişehir
azərbaycanlıları adından etiraz bəyanatı səsləndirilib. Bəyanatda Ermənistan ordusunun cəbhəboyu bölgələrdə
Azərbaycanın mülki əhalisinə atəş açması pislənilib, beynəlxalq ictimaiyyətdən baş verən hadisələrə göz yummamaq
tələb edilib. “Azərbaycan Ordusu son 3 gündə Qarabağı işğaldan azad etməyə qadir olduğunu və Ermənistan
ordusunun layiq olduqları cavabı alacaqlarını bütün dünya ictimaiyyətinə göstərmiş oldu”-deyə bəyanatda bildirilib.
203
Aksiya zamanı səslənidirilən çıxışlarda ermənilərin tarixən azərbaycanlılara və türklərə qarşı həyata
keçirdiyi işğalçılıq və vandalizm aktları barədə məlumat verilib. Türkiyə dövlətinin və xalqının Azərbaycanın haqlı
mövqeyini hər zaman dəstəkləyəcəyini bildiriblər. Azərbaycan Türk Kültür Dərnəyi Hollandiyada yaşayan
azərbaycanlılar adından bəyanat yayıb. Bəyanatda aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq erməni hərbi
qüvvələrinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində azərbaycanlıların yaşadığı kəndləri iri çaplı
artilleriya ilə atəşə tutması nəticəsində dinc sakinlərin həlak olması faktı pislənilib.
Bəyanatda ermənilərin 24 ildən çoxdur ki, azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti
qınanılıb və bildirilib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. “Azərbaycan
ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1 milyona yaxın Azərbaycan vətəndaşı öz
doğma torpaqlarından didərgin salınmış, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 50 mindən artıq insan əlil
olmuşdur. Azərbaycanın mülkiyyətində olan 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb,
855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 etnoqrafik əhəmiyyətli tarixi yer,
464 tarixi abidə və muzey məhv edilmişdir. Azərbaycanın münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək istəyinə
baxmayaraq, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe qarşıdurmanın sülh yolu ilə həllinə imkan
vermir”-deyə bəyanatda bildirilir. Azərbaycan Türk Kültür Dərnəyi beynəlxalq ictimaiyyəti Ermənistanı dinc və
günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırır. Finlandiyada
fəaliyyət göstərən Finlandiya-Azərbaycan Assosiasiyası Finlandiya Parlamentinə Ermənistan Silahlı Qüvvələri
tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması, həmçinin, Azərbaycanın
dinc sakinlərinin öldürülməsindən narahatlıq ifadə edən müraciət göndərib.
Müraciətdə baş verən hadisələrə son qoymaq məqsədilə BMT Təhlükəsizlik Şurası və BMT Baş
Assambleyasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsinin zəruriliyi,
Ermənistan silahlı qüvvələrinin təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarılması tələbi qeyd edilib. “24 ildən artıq
müddətdə Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi
atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulub”-deyə müraciətdə
qeyd edilib. Müraciətin sonunda Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor nümaynədələri beynəlxalq
ictimaiyyəti baş verənlərə göz yummamağa, Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan
təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırıb.
Aprelin 6-da Berlində Almaniya Federativ Respublikasının Federal Kanslerinin Qərargahının qarşısında
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), “Berlin” Azərbaycan Evinin, Azərbaycan Tələbə Şəbəkəsinin (ASN)
və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ermənistanın Prezidenti Serj
Sarkisyanın Almaniya Federativ Respublikasına səfəri ilə əlaqədar etiraz aksiyası keçirilib. Aksiyada Azərbaycan
və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.Etiraz aksiyasında AAK-ın prezidenti Samira
Patzer İsmayılova,Bielefeld Azərbaycan Alman Mədəniyyət Cəmiyyəti, Maqdeburq Alman Azərbaycan Cəmiyyəti,
Drezdendən Alm.az cəmiyyəti, Hannover xəzər cəmiyyəti, Hamburqdan Buta cəmiyyətinin üzvləri də iştirak
etmişlər. Aksiya iştirakçıları ilk olaraq Azərbaycan Respublikasının dövlət himnini və “Əsgər marşı”nı oxuyublar.
Daha sonra isə alman ictimaiyyətinin nümayəndələri Matias Volf və Verner Volter, azərbaycanlı fəal Elxan Aslanov,
həmçinin Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer İsmayılova və Alman-Azərbaycan
Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva etiraz aksiyasında çıxış ediblər. Aksiyada çıxış edənlər
son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud
şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini və dinc əhalinin qətlə
yetirilməsini kəskin şəkildə pisləyiblər. Bununla yanaşı, əllərində Azərbaycan, Türkiyə, Almaniya bayraqları və
müxtəlif plakatlar tutan aksiya iştirakçıları da öz növbəsində insan hüquqlarının müdafiəsini prioritet vəzifələri kimi
təqdim edən beynəlxalq qurumlardan və dövlətlərdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli
mövqe nümayiş etdirməyi tələb ediblər. Aksiya zamanı Ermənistanın əleyhinə “Ermənistan təcavüzkarlığı
dayandırılsın”, “Dinc və günahsız azərbaycanlılara toxunmayın”, “Torpaqlarımızı tərk edin”, “Qarabağ bizimdir,
bizim olacaq”, “Zorakılığa son!”, "Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır" kimi müxtəlif şüarlar
səsləndirilib. Azərbaycan Nyu York Assosiasiyası son günlər Ermənistanın həyata keçirdiyi hərbi təxribatlarla bağlı
ABŞ Prezidenti Barak Obamaya məktub ünvanlayıb. Məktubda ABŞ Prezidentinə Ermənistan və Azərbaycan
qoşunlarının təmas xəttində Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlərin həlak
olması barədə məlumat verilib. “Cənubi Qafqaz regionundakı dövlətlər sülh şəraitində yaşadığı halda Ermənistanın
bu ərazidə yaratdığı münaqişə bütün region dövlətləri üçün böyük təhdid yaradır. Ermənistanın işğalçılıq siyasəti
Azərbaycan ərazisinin 20 faizinin işğal altında qalmasına və bir milyona yaxın azərbaycanlının öz torpaqlarından
didərgin düşməsinə səbəb olub”-deyə məktubda vurğulanıb. Həmçinin bildirilib ki, BMT tərəfindən qəbul edilmiş
dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı tələb edilsə də işğalçı
ölkə silahlı qüvvələrini zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarmır. “Beynəlxalq təşkilatlar tərəfində qəbul
edilmiş qətnamələrə baxmayaraq, Ermənistan hələ də öz öhdəliklərini yerinə yetirmir. Amerikada yaşayan
azərbaycanlılar adından Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş ərazilərinə təcavüzünü və apardığı hərbi
əməliyyatları qətiyyətlə pisləyirik”-deyə məktubda qeyd olunub.
204
Məktubda Birləşmiş Ştatların Prezidentinə bildirilib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və Amerika
azərbaycanlıları inanır ki, ABŞ Ermənistan dövlətinin təcavüzkar siyasətini davam etdirməsinə laqeyd qalmayacaq.
Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdiyi hərbi
təxribatlarla əlaqədar Almaniyanın kütləvi informasiya vasitələrinə bəyanat göndərib. Bəyanatda bildirilir ki, aprelin
1-dən 2-ə keçən gecədən başlayaraq Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun mövqelerini iriçapli
silahlardan, artilleriya və tanklardan atəşə tutması Almaniyada yaşayan azərbaycanlıların ciddi narahatlığına səbəb
olub. Həmçinin qeyd olunub ki, Azərbaycanın dinc sakinləri arasında tələfatla nəticələn təxribat zamanı cəbhəyə
yaxın ərazilərdə əhalinin əmlakına da böyük miqyasda ziyan dəyib. Bəyanatda həmçinin, ermənilərin uzun illərdir
azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib və bildirilib ki, BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi 4 qətnaməyə əməl etməyən Ermənistan hərbi birləşmələri işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-
şərtsiz çıxarılmalıdır. Bəyanatda Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri barədə məlumat verilib,
Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqenin dünya azərbaycanlıları tərəfindən qəti şəkildə
pislənildiyi deyilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tərəfdaşı olan Madrid Klubu erməni hərbi qüvvələrinin Ermənistan
və Azərbaycan qoşunlarının təmas xəttində azərbaycanlıların yaşadığı kəndləri atəşə tutması nəticəsində dinc
sakinlərin həlak olması barədə bəyanat yayıb. Bəyanatda Azərbaycanın Dağlıq Qarabağ regionunda baş verən
hadisələrlə bağlı narahatlıq ifadə olunur, insident zamanı həlak olan və yaralanan şəxslərin ailələrinə başsağlığı
verilir. Madrid Klubu tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə, gələcəkdə vəziyyətin kəskinləşməsinə səbəb ola
biləcək istənilən növ fəaliyyətdən çəkinməyə çağırır. “ABŞ Dövlət Katibinin də söylədiyi kimi, təmas xəttində
mövcud qeyri-stabil vəziyyət onu göstərir ki, tərəflər münaqişənin hərtərəfli həlli üçün dərhal ATƏT-in Minsk Qrupu
həmsədrlərinin himayəsi altında danışıqlar aparmalıdır”-deyə bəyanatda bildirilir. Madrid Klubu hesab edir ki,
münaqişənin hərbi yolla həlli yoxdur, o cümlədən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali
Nümayəndəsinin də dediyi kimi, münaqişənin sülh yolu ilə həllinin Avropa İttifaqının prioritet məsələsi
olmasını müsbət qiymətləndirir və hər iki tərəfin münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri və Madrid
prinsipləri əsasında sülh yolu ilə həlli istiqamətində səylərinin yenilənməsinə ümid edir
Aprelin 7-də Ermənistan Respublikasının Niderland Krallığındakı Səfirliyinin önündə Ermənistan
ordusunun son hərbi təxribatlarına etiraz məqsədi ilə aksiya keçirilib. Aksiya Hollandiya-Azərbaycan Türk Kültür
Dərnəyinin təşkilatçılığı, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Ana Vətən Cəmiyyətinin dəstəyi ilə baş
tutub. Etiraz aksiyasında Den Haaq Türk İslam Kültür Vəqfi, Holandiya "Turan gəncliyi" dərnəyi, Niderlandın
"Odlar Yurdu", "Azərbaycan Evi", Brabant Azərbaycanlıları Cəmiyyəti, Almaniyanın Biefeld Alman Azərbaycan
Mədəniyyət Cəmiyyətinin üzvləri, həmçinin, Niderlandda yaşayan Azərbaycan və türk diaspor nümayəndələri iştirak
edib. Bundan başqa, aksiyaya uyğur, noyqar və türkmən diasporunun nümayəndələri də qoşulub. Ümumilikdə,
aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib. Aksiyada Niderland
Azərbaycan Türk Kültür Dərnəyinin başçısı İlhan Aşqın, BAK-ın vitse-prezidenti Elsevər Məmmədov, Ana Vətən
Cəmiyyətinin sədri Maisə Ağamirzəyeva, Den Haaq Türk İslam Kültür Vəqfinin başçısı Tahsin Çətinkaya və
Azərbaycan diasporunun digər fəalları çıxış edərək son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs
rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı
cəhdlərin törədilməsini pisləyib. İştirakçılar, eyni zamanda, qəhrəmancasına vuruşan əsgərlərə dəstək verdiklərini
ifadə edib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb ediblər.
Səfirlik əməkdaşları aksiya iştirakçılarının bəyanatını qəbul etməkdən imtina ediblər. Lakin diaspor fəalları
çətinliklə də olsa bəyanatı səfirliyin poçt qutusuna atıblar. Aksiyanın sonunda iştirakçılar Ermənistan səfirliyinin
önünə qara çələng qoyublar. Vaşinqtonda yaşayan azərbaycanlılar son günlər cəbhə xəttində baş verən hadisələrlə
bağlı Ermənistan dövlətinə etiraz olaraq Ağ Ev qarşısında aksiya keçirib. Mitinqdə Azərbaycan diaspor
nümayəndələri ilə yanaşı, türk diasporunun da üzvləri iştirak edib. Aksiya iştirakçıları əllərində Azərbaycan və ABŞ
bayraqları tutmaqla yanaşı, “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm”, “Erməni , Azərbaycan
torpaqlarını tərk et”, “Ermənistan etnik təmizləmədə günahkardır” kimi şüarlar səsləndiriblər. Çıxış edən aksiya
iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatları qınayıb,
Ermənistan tərəfindən atəşə məruz qalan dinc sakinlərin tələfatı və əmlaklarına dəyən ziyanla müşayiət olunan
hadisələrdən narahatlıq ifadə ediblər. Aksiyada iştirak edən Amerika Azərbaycanlıları Şəbəkəsinin rəhbəri Adil
Bağırov çıxışında bildirib ki, bu gün Azərbaycan diasporu erməni lobbisindən daha fəaldır və müxtəlif ölkələrdə
yaşamasından asılı olmayaraq hər zaman birlik nümayiş etdirir. Çıxışçılar Ermənistan dövlətindən təcavüzkarlıq
siyasətindən əl çəkməyi, Azərbaycandan işğal etdikləri torpaqları geri qaytarmağı tələb ediblər. Həmçinin,
Ermənistanın BMT-nin müvafiq qətnamələrini yerinə yetirməsi üçün dünya ictimaiyyətini işğalçı dövlətə təzyiq
göstərməyə çağrıblar. Türkiyənin bir sıra universitetlərinin professor və müəllim heyəti, həmçinin, Türkiyədə
yaşayan və fəaliyyət göstərən azərbaycanlı elm və incəsənət nümayəndələri Ermənistanın hərbi təxribatları ilə
əlaqədar bəyanatlarla çıxış ediblər. Bu universitetlərə Qars Qafqaz Unvisersiteti Dövlət Konservatoriyası, Selçuk
Univeristeti Konservatoriyası, Atatürk Universiteti, Qaziosmanpaşa Universiteti, Karadeniz Texniki Universiteti,
Ağdeniz Universiteti daxildir.
205
Bəyanatlar Teymur Rzayev, Nigar İsmayılqızı,İslam Manafav da daxil olmaqla ümumilikdə 27 nəfər elm və
incəsənət adamı tərəfindən imzalanıb. Bəyanatlarda Ermənistan ordusunun aprelin 1-dən 2-ə keçən gecə cəbhəboyu
ərazilərdə atəşkəsi pozaraq yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki əhalinin öldürülməsi faktı
pislənilib. Həmçinin, bildirilir ki, 1988-ci ildən 1994-cü ilə qədər Ermənistan hərbi birləşmələri Dağlıq Qarabağ və
ətraf 7 rayonu da daxil olmaqla Azərbaycanın 20 faiz torpağını işğal edib. Nəticədə , bir milyon əhali öz doğma
yurdlarından didərgin düşüb, 20.000 insan həlak olub, 50. 000 nəfər yaralanıb və ya əlil olub və Azərbaycan
Respublikasının təxminən 5 000 vətəndaşı indiyədək itkin düşüb. 1994-cü ilin 12 mayında Ermənistanla Azərbaycan
arasında atəşkəs haqqında saziş imzalansa da, son 22 il ərzində Ermənistan dövləti mütəmadi olaraq atəşkəs rejimini
pozur, mülki əhalinin və Azərbaycan Silahlı Qüvvələrinin heyəti üzvlərinin həyatlarına təhlükə yaradır. Türkiyə
ziyalıları Ermənistanın son günlər həyata keçirdiyi hərbi təxribatları qınayır, dünya ictimaiyyətini baş verənlərə
biganə yanaşmamağa çağırır. Bəyanatlarda həmçinin, Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz
tərk etmək tələb edilib. Qeyd edək ki, bəyanatlar Türkiyədə yaşayan elm və incəsənət adamları (Teymur Rzayev,
Nigar İsmayılqızı,İslam Manafav) da daxil olmaqla 27 nəfər professor və müəllim tərəfindən imzalanıb. Bu gün
Ukraynada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının fəal üzvlərinin təşəbbüsü ilə Ermənistanın
Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası təşkil olunub. Aksiyanın məqsədi son günlər Azərbaycan və
Ermənistan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən hərbi təxribatlara etiraz
etmək olub. Aksiya iştirakçıları “ Qarabağ Azərbaycanındır” , “Qarabağ bizimdir” “ Ermənilər, Qarabağdan rədd
olun!” kimi şüarlar səsləndiriblər.Həmçinin, əllərində 3 dildə (Azərbaycan, ukrayna və ingilis) “Erməni
aqressiyasına son!” , “Mən Qarabağa- evimə qayıtmaq istəyirəm!” plakatları tutublar. Mitinqdə çıxış edən gənclər
Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinə dəstəklərini ifadə ediblər
. Onlar 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin
öldürülməsini qətiyyətlə pisləyib,Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyi tələb
ediblər. Nümayişçilər Ermənistan səfirliyi binasının giriş qapısının qarşısında üzərində “artıq İşğal olunmuş
torpaqlardan qaçmağın vaxtıdır”” sözləri yazılmış çantalar qoyublar. Aprelin 9-da Ermənistanın Parisdəki
səfirliyinin önündə Ermənistan ordusunun Azərbaycan qoşunları ilə təmas xəttində atəşkəsi pozması və
törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədilə aksiya keçirilib. Aksiya Paris Azərbaycan Evinin təşkilatçılığı,
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutub. Etiraz mitinqinə Nant şəhərində fəaliyyət göstərən
Azərbaycan Fransa Mədəniyyət Təşkilatının(ACAF) üzvləri, Tur, Bezanson, Dol, Lion, Miluz, Paris və ətraf
şəhərlərdən Azərbaycan və türk diaspor nümayəndələriqatılıb. Ümumilikdə, aksiyada Azərbaycan və türk diaspor
təşkilatlarının .....-dən çox nümayəndəsi iştirak edib. Azərbaycan Respublikasının Dövlət himni ilə başlan aksiyada
Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter,
Nant şəhərində fəaliyyət göstərən Azərbaycan-Fransa Mədəniyyət Təşkitının sədri Toğrul Zeynalovu və Azərbaycan
diasporunun digər fəalları çıxış ediblər. Çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs
rejiminin pozulmasını, dinc Azərbaycan əhalisinin atəşə tutulmasını qəti şəkildə pisləyib.Çıxışçılar həmçinin,
Ermənistan dövlətini BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsini yerinə yetirməyə, Azərbaycan
torpaqlarını qeyd-şərtsiz tərk etməyə çağırıb. Mitinqdə həmçinin, Qarabağın və işğal edilmiş digər rayonların
Azərbaycan torpağı olduğunu bildirən və Xocalının dinc sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşilikləri
pisləyən şüarlar səsələndirilib. Azərbaycan icmasının sülhpərvər aksiyası zamanı Fransada fəaliyyət göstərən radikal
erməni qrupu, daşnak partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının təqribən 15 üzvü əllərində terrorçu
təşkilat ASALA və PKK-nın bayraqları ilə aksiya yerinə yaxınlaşaraq təxribat törədib. Onlar, aksiya iştirakçılarına
qarşı zor tətbiq edərək, onların üzərinə daşlar, şüşə və gözyaşardıcı qazlar atıb.
Nəticədə bir neçə aksiya iştirakçısı xəsarət alıb. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin müdaxiləsi
ilə hücum edənlərin bir qrupu saxlanılıb. Təxribata baxmayaraq, aksiya nəzərdə tutulduğu plana uyğun davam edib
və tədbirin sonunda aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılıb. Kanadanın Ontario
əyalətinin paytaxtı Torontonun mərkəzində erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan
mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib. Azərbaycan Respublikasının
Kanadadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, aksiyada Toronto və onun ətraf rayonlarında yaşayan
soydaşlarımız, o cümlədən azərbaycanlı tələbələr və türk icmasının üzvləri iştirak ediblər. Əllərində Azərbaycan,
Türkiyə və Kanada bayraqlarını dalğalandıran aksiya iştirakçıları Kanada Hökumətini və beynəlxalq təşkilatları
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına biganə qalmamağa və Ermənistan silahlı qüvvələrinin
Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməyə çağırıblar. Aksiyada “Qarabağ Azərbaycanın ayrılmaz
hissəsidir”, “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm” kimi şüarlar səsləndirilib, Ermənistan
tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulması tələb olunub. Aprelin 9-da Azərbaycan Evinin
təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Parisdə Ermənistan səfirliyinin qarşısında
erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini
hədəfə alan son hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib.
206
Etiraz aksiyasında Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Fransa mədəniyyət təşkilatının
(ACAF) üzvləri, Tur, Bezanson, Dol, Lion, Miluz, Paris ətrafı şəhərlərindən gələn azərbaycanlı və türk diaspor
nümayəndələri iştirak ediblər. 200-dən çox iştirakçının ifasında Azərbaycan dövlət himninin səsləndirilməsi ilə
başlayan aksiya Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, Avropa Azərbaycan cəmiyyətinin direktoru
Lionel Zetter, Nant şəhərində fəaliyyət göstərən Azərbaycan-Fransa mədəniyyət təşkilatının sədri Toğrul Zeynalov
və Azərbaycan diasporunun digər fəallarının çıxışı ilə davam edib. Çıxışlarda son günlər Ermənistan silahlı qüvvələri
tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, təmas xətti yaxınlığında
dinc əhalini hədəf alan təxribatçı cəhdlərin törədilməsi pislənilib, Ermənistan silahlı qüvvələrinin BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycan torpaqlarından qeyri-şərtsiz və dərhal
çıxarılması tələb edilib. Meydana toplaşan yüzlərlə soydaşımız Azərbaycan və Fransa bayraqlarını, beynəlxalq
təşkilatları və Minsk qrupunu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyri qanuni işğalına biganə
qalmamağa səsləyən, erməni qaniçənliyini pisləyən plakatlar tutmuş, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı
olduğunu, Xocalının dinc sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şüarlar səsləndiriblər.
Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva Fransa hökumətinə və ölkə ictimaiyyətinə ünvanlanan müraciətin
mətnini oxuyub. Azərbaycan icmasının sülhpərvər aksiyası zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu,
daşnak partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının təqribən 15 üzvü əllərində terrorçu təşkilat ASALA
və PKK-nın bayraqları ilə aksiya yerinə yaxınlaşaraq təxribat törədib. Onlar, aksiya iştirakçılarına qarşı zor tətbiq
edərək, onların üzərinə daşlar, şüşə və gözyaşardıcı qazlar atıb. Nəticədə bir neçə aksiya iştirakçısı xəsarət alıb.
Hüquq-mühafizə orqanlarının nümayəndələrinin müdaxiləsi ilə hücum edənlərin bir qrupu saxlanılıb. Təxribata
baxmayaraq, aksiya nəzərdə tutulduğu plana uyğun davam edib və tədbirin sonunda aksiya iştirakçılarının bəyanatı
Ermənistan səfirliyinin poçt qutusuna atılıb. Polşada yaşayan azərbaycanlılar paytaxt Varşava Ermənistan
Respublikasının səfirliyi önündə son günlər Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması və cəbhədə
törətdikləri hərbi təxribatlara etiraz etmək məqsədi ilə aksiya keçiriblər. Aksiyaya Polşanın Vrotslav, Lodz, Krakov,
Qroets və digər şəhərlərində yaşayan azərbaycanlılar da daxil olmaqla ümumilikdə 100-ə yaxın adam qatılıb.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan mitinqdə iştirakçılar “İşğalçı Ermənistan, Azərbaycan
torpaqlarından çıx!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”- kimi şüarlar səsləndiriblər.
Çıxış edən gənclər Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə
tərəfdar çıxdıqlarını, lakin müharibə olacağı təqdirdə ordu sıralarına qatılmağa hər an hazır olduqlarını bildiriblər.
Aksiyanın sonunda Polşada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şurası adından Polşa parlamentinə müraciət
ünvanlanıb. Həmçinin, Şura adından Polşa mətbuatı vasitəsi ilə Polşa xalqına da müraciət ünvanlanıb və onlardan
ədalətin tərəfində olmaları xahiş olunub. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki təxribatı nəticəsində
yaranmış vəziyyətlə əlaqədar Koreya Respublikasinda yaşayan azərbaycanlılar, o cümlədən “Buta” Azərbaycan-
Koreya Tələbə Təşkilatının üzvləri paytaxt Seulda dinc etiraz aksiyası keçiriblər. Aksiyanın əsas məqsədi son günlər
Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə
pozulması, eləcə də, Azərbaycanla təmas xəttində Ermənistan işğalçı qüvvələrinin təxribatçı cəhdləri və dinc
əhalinin qətlə yetirməsi ilə əlaqədar baş vermiş hadisələrə Koreya ictimaiyyətinin diqqətini yönəltmək olub. Seul
şəhərinin mərkəzi rayonu olan Youido ərazisində keçirilmiş aksiyada 40-a yaxın azərbaycanlı, türk, malayziyalı və
koreyalı tələbə iştirak edib. Tədbirdə “Ermənistan təcavüzkar ölkədir”, “Torpaqlarımızı tərk edin”, “Qarabağ
bizimdir, bizim olacaq”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır” kimi şüarlar səsləndirilib. Son
günlərdə Ermənistan-Azərbaycan cəbhə xəttində erməni təxribatlarına və torpaqlarımızın 20 ildən çoxdur düşmən
tapdağı altında qalmasına etiraz olaraq, aprelin 9-da ABŞ-ın Texas ştatının azərbaycanlı və türk icmalarının üzvləri
Hyuston şəhərinin mərkəzində Azərbaycan əsgərinə dəstək aksiyası keçiriblər. Təxribatçı düşmənə sarsıdıcı zərbə
vuran və bir neçə strateji məntəqə və yüksəkliyi azad edən Azərbaycan Ordusuna dəstək olaraq nümayişçilər
“Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağa ədalət!”, “Vətən biz səninləyik!”, “Ermənistan işğalçıdır!” şüarlarını
səsləndiriblər. Çıxış edən aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanla təmas xəttində törətdiyi
hərbi təxribatları qınayıb, Ermənistan tərəfindən atəşə məruz qalan dinc sakinlərin həlak olmasından, onların
əmlaklarına dəyən ziyanla müşayiət olunan hadisələrdən narahatlıq ifadə ediblər. Bundan əlavə, onlar ABŞ dövlət
icraedici qurumlarını Ermənistanın təcavüzünü qətiyyətlə pisləməyə və BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin Ermənistan tərəfindən icra olunmasını tələb etməyə çağırıblar. Aksiyada 70-dən çox nümayişçi
iştirak edib. İki saat davam edən aksiya zamanı Hyuston şəhərinin sakinləri nümayişçilərin plakatlarında
Ermənistanın təcavüzünü əks etdirən faktlarla tanış olublar. Aksiyanın sonunda nümayişçilər torpaqlarımızın
bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı ABŞ-ın digər şəhərlərində də analoji etiraz aksiyaları keçirilib.
Amerikanın Azərbaycan icmasının üzvləri Çikaqo, Nyu-York və Boston şəhərlərində Amerika ictimaiyyətini
məlumatlandıran tədbirlər təşkil ediblər. Həmyerlilərimiz bu şəhərlərin mərkəzi küçələrində Ermənistanın işğalçı
siyasətini pisləyən şüarlar səsləndirib, Azərbaycanın himnini ifa ediblər.
04-11 aprel 2016
207
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvləri Bosniya və Herseqovinanın sabiq Baş naziri,
NGBM İdarə Heyətinin üzvü Zlatko Laqumciya və İtaliyanın sabiq Xarici işlər naziri Franko Frattini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvləri Bosniya və Herseqovinanın sabiq Baş naziri,
NGBM İdarə Heyətinin üzvü Zlatko Laqumciya və İtaliyanın sabiq Xarici işlər naziri Franko Frattini Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib. Müraciətdə bildirilir ki, sabiq nazirlər Dağlıq Qarabağ
regionunda baş verən son hadisələrdən kədərlənir, körpələr də daxil olmaqla, insan tələfatına görə təəssüf hissi
keçirirlər.
“NGBM adından hazırkı vəziyyətə görə narahatlığımızı ifadə edir, həlak olanların yaxınlarına dərin hüznlə
başsağlığı veririk”- deyə müraciətdə qeyd edilir.
Müraciətdə eyni zamanda, Azərbaycan tərəfinin atəşkəsin əldə edilməsi üçün tətbiq etdiyi diplomatik
üsulların, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli yolunda danışıqların aparılması
istiqamətində səylərinin dəstəkləndiyi vurğulanıb.
Mərkəz üzvləri lazım olduğu təqdirdə, münaqişənin sülh yolu ilə həllində öz təcrübələri ilə dəstək olmağa
hazır olduqlarını diqqətə çatdırıb. Onlar hesab edir ki, belə vəziyyətdə dialoqların aparılmasına böyük ehtiyac var.
Müraciəti Bosniya və Herseqovinanın sabiq Baş naziri, NGBM İdarə Heyətinin üzvü Zlatko Laqumciya və İtaliyanın
sabiq Xarici işlər naziri Franko Frattini imzalayıb.
04 aprel 2016
208
Azərbaycan diasporunun nümayəndələri Finlandiya Parlamentinə müraciət ediblər
Samirə ƏLİYEVA
Finlandiyada fəaliyyət göstərən Finlandiya-Azərbaycan Assosiasiyası Finlandiya Parlamentinə Ermənistan
Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması,
həmçinin, Azərbaycanın dinc sakinlərinin öldürülməsindən narahatlıq ifadə edən müraciət göndərib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti bildirir ki, müraciətdə baş verən hadisələrə son
qoymaq məqsədilə BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələrinin Ermənistan
tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsinin zəruriliyi diqqətə çatdırılır və Ermənistan silahlı qüvvələrinin təcili
şəkildə işğal olunmuş ərazilərdən çıxarılması tələb olunur. Diaspor təşkilatı bildirib ki, 24 ildən artıq müddətdə
Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi atəşkəs
rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulub.
Müraciətdə qeyd olunur ki, beynəlxalq ictimaiyyət baş verənlərə göz yummamalı, Ermənistanı dinc və
günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməlidir.
Xalq qəzeti.-2016.-8 aprel.-№73.-S.6.
209
Dünya Azərbaycanlılarının IV Qurultayında qəbul olunmuş sənədlər
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti Zati-
aliləri cənab İlham Əliyevə MÜRACİƏTİ
Zati-aliləri!
Dünya Azərbaycanlılarının IV Qurultayının təşkilinə göstərdiyiniz yüksək diqqət və dəstəyə görə Sizə bütün
qurultay iştirakçıları adından dərin minnətdarlığımızı bildiririk. İlk dəfə on beş il öncə keçirilmiş dünya
azərbaycanlılarının qurultayı çoxmilyonlu Azərbaycan xalqı və dövlətinin həyatında mühüm ictimai-siyasi məzmun
kəsb edən tarixi ənənəyə çevrilmişdir. Əminik ki, bu qurultay Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin
əsasını qoyacaq, milli birlik və həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Biz - xaricdə yaşayan
azərbaycanlılar dünyada gərginliyin və böhranların artdığı bir dövrdə Sizin ardıcıl fəaliyyətiniz sayəsində
Azərbaycanın siyasi, iqtisadi və sosial sahədə qazandığı mühüm uğurları alqışlayırıq.
Qlobal miqyaslı təlatümlərin geniş vüsət aldığı zamanda ölkəmiz müstəqillik, davamlı və sabit inkişaf yolu ilə
inamla irəliləyir. Doğma Vətənimizin bütün sahələrdə əldə etdiyi uğurlar hər birimizin qəlbində böyük iftixar hissi
doğurur, xalqımızın işıqlı gələcəyinə ümidlərimizi daha da artırır. Dünya Azərbaycanlılarının III Qurultayından ötən
dövr ərzində diasporumuzun fəaliyyətində də bir sıra mühüm keyfiyyət dəyişiklikləri baş vermiş, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının
artırılması, hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində uğurlu layihələr həyata
keçirilmişdir.
Azərbaycanla bağlı anti-təbliğat kampaniyalarının qarşısının alınmasında “hücum taktikası”na keçən diaspor
təşkilatlarımız bu sahədə yeni təbliğat mexanizmlərindən geniş istifadə edir, yaşadıqları ölkələrin ictimai-siyasi
həyatında daha fəal iştirak etməyə, kütləvi informasiya vasitələri ilə əlaqələr qurmağa çalışır. Azərbaycana dost
münasibəti bəsləyən bir sıra xalqların müxtəlif ölkələrdəki milli icmaları, o cümlədən türkdilli xalqların diaspor
təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin fəaliyyətin daha mütəşəkkil koordinasiya olunması
məqsədilə ortaq strategiya müəyyənləşdirilmiş, bir sıra əhəmiyyətli görüşlər və forumlar keçirilmişdir.
Cənab Prezident!
Qurultay nümayəndələri Zati-alinizin yürütdüyü çoxşaxəli siyasət nəticəsində Azərbaycanın qısa müddət
ərzində modern ölkəyə çevrilməsindən qürur hissi duyur. Bu gün dövlət müstəqilliyinin 25-ci ildönümündə olan
Azərbaycan dünyanın siyasi xəritəsində öz layiqli yerini tutmuş, regionun lider dövlətinə çevrilmiş, beynəlxalq
aləmdə yeni dostlar qazanmış və etibarlı, dayanıqlı tərəfdaş kimi tanınmışdır. Məhz bunun nəticəsidir ki, dünya
birliyi ilə əməkdaşlıq yolunda inamla irəliləyən Azərbaycanla sıx münasibətlər qurmağa çalışan ölkələrin sayı ildən-
ilə artır. 2015-ci ildə ilk Avropa Oyunlarının ölkəmizdə müvəffəqiyyətlə keçirilməsi bütün dünyada geniş ictimai
rezonans doğurdu.
Bununla yanaşı, hər il ölkəmizdə keçirilən Qlobal Bakı Forumu, 2016-cı ildə təşkil olunmuş BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və s. tədbirlər təhlükəsizliyin, sabitliyin, sülhün tərəfdarı kimi
Azərbaycanın artıq beynəlxalq aləmi narahat edən aktual məsələlərin müzakirə olunduğu mühüm məkana
çevrildiyinin bariz göstəricisidir.
Biz Zati-alinizin beynəlxalq miqyasda ölkəmizin yüksək imicinin formalaşdırılması, Azərbaycan
Respublikasının milli mənafeyinin təmin olunması, doğma Vətənimizin inkişafı, milli birlik və həmrəyliyimizin
möhkəmlənməsinə yönəlmiş siyasətini qətiyyətlə dəstəkləyirik. Torpaqlarımızın iyirmi faizinin Ermənistanın işğalı
altında olması və dünya birliyi tərəfindən təcavüzkar dövlətə qarşı qəti addımların atılmaması hər bir azərbaycanlını
narahat edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonda oyuncaq
rejim yaradan Ermənistan rəhbərliyinin qoşunların təmas xəttində törətdiyi diversiya aktları, dinc əhalinin qətlə
yetirilməsi təcavüzkar dövlətə qarşı qəti cavab tədbirləri görülməsinin vacibliyini bir daha ortaya qoyur.
Cari il aprelin ilk günlərində düşmənin hərbi təxribatlarının qarşısını qətiyyətlə alaraq, əks-həmlə ilə onu geri
oturdan Azərbaycan Ordusunun döyüş qabiliyyəti ölkəmizin yüksək hərbi-iqtisadi potensialının və vətənpərvərlik
ruhunun göstəricisi kimi bizi çox sevindirir. Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri problemin
həlli istiqamətində göstərdiyiniz səy və təşəbbüsləri birmənalı şəkildə dəstəkləyir. Biz inanırıq ki, münaqişənin
ədalətli həlli sahəsində atdığınız addımlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə
nəticələnəcək. Bu gün hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın
geri qaytarılması, azad olunmasıdır. Bu yolda hər an Sizin yanınızda olduğumuzu bir daha bəyan edirik.
Cənab Prezident!
Dünya azərbaycanlıları Sizin inamlı siyasətiniz nəticəsində Azərbaycanın müstəqil bir dövlət kimi dünya siyasi
səhnəsində öz yerini daha da möhkəmləndirməsi üçün qlobal proseslərin fəal iştirakçısına çevrilməsindən qürur hissi
duyur.
210
Sizi əmin edirik ki, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması, mili-mədəni irsimizin yaşadılması
və təbliği, həmçinin doğma Vətənin milli maraqlarının təmin olunması naminə dünya azərbaycanlılarının daha
mütəşəkkil qaydada təşkilatlanmaları istiqamətində bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik.
Müraciət Dünya Azərbaycanlılarının
IV Qurultayında qəbul edilmişdir.
Azərbaycan Respublikası, Bakı şəhəri,
4 iyun 2016-cı il.
211
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə
və parlamentlərinə MÜRACİƏTİ
Biz - Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri planetimizdə sülhü və təhlükəsizliyi təhdid
edən terrorçuluq, etnik separatizm, milli, dini və irqi ayrı-seçkilik, hərbi təcavüzkarlıq meyillərinin artmasından dərin
narahatlığımızı ifadə edirik. Sivilizasiyalararası dialoqun, xalqların dinc və yanaşı yaşaması kimi ümumbəşəri
ideyaların, dövlətlər arasında qarşılıqlı hörmət və etimadın gücləndirilməsinə heç vaxt olmadığı qədər böyük ehtiyac
yarandığına əminliyimizi bildiririk. Biz inanırıq ki, heç bir münaqişə və ya mübahisə güc və zorakılıq yolu ilə həll
olunmamalı, eyni zamanda, kiçik və böyüklüyündən asılı olmayaraq hər bir dövlətin suveren hüquqlarına hörmətlə
yanaşılmalı, sülhün və təhlükəsizliyin təmin olunması üçün dünya dövlətləri öz səylərini səfərbər etməlidir.
Biz, eyni zamanda, 28 ildir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll
edilməməsindən dərin narahatlığımızı ifadə etməyi vacib bilirik. Azərbaycan ərazilərini işğal altında saxlayan
Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində törədilən hərbi təxribatlar nəticəsində günahsız
mülki şəxslər həlak olur, yaşayış məskənləri, təhsil ocaqları, ictimai obyektlər dağıdılır, münaqişə bölgəsində
yerləşən tarixi abidələr, habelə ərazinin flora və faunası qəddarcasına məhv edilir. Təəssüf ki, beynəlxalq ictimaiyyət
uzun illərdir münaqişənin aradan qaldırılması ilə bağlı Azərbaycanın çoxsaylı müraciət və çağırışlarına biganə
yanaşmış, nəticədə bütün regionun inkişafına və təhlükəsizliyinə təhdid olaraq qalan bu problem daha mürəkkəb
xarakter almışdır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü çoxsaylı insan tələfatına, ağır maddi və mənəvi itkilərə səbəb
olmuşdur. Bir milyondan çox soydaşımızın doğma torpağından didərgin düşməsi və hələ də öz evlərinə qayıda
bilməməsi insan hüquqlarının kobud şəkildə pozulmasının əyani sübutudur.
Münaqişənin ilk mərhələsində - 1988-ci ildə Ermənistanda öz tarixi dədə-baba yurdlarında yaşayan 250 mindən
çox azərbaycanlı deportasiya edilmişdir. Ermənistanın monoetnik dövlətə çevrilməsi ilə nəticələnən bu kütləvi
deportasiya zamanı yüzlərlə dinc azərbaycanlı qətlə yetirilmiş, onlara aid iki mindən çox yaşayış məntəqəsindən
bütün əhali zorla çıxarılmış, minillikləri əhatə edən tarixə malik Azərbaycan toponimləri saxtakarlıqla
dəyişdirilmişdir. Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində azərbaycanlılara məxsus tarixi-
mədəni abidələr, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar tamamilə dağıdılmışdır. Münaqişə
başladığı dövrdən indiyədək yalnız Azərbaycanda 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693
məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 etnoqrafik əhəmiyyətli
tarixi yer, 464 tarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160
körpü, 2300 kilometr su kəməri, 2 min kilometr qaz kəməri, 15 min kilometr elektrik xətti, 1200 kilometr irriqasiya
sistemi dağıdılmış, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi tamamilə məhv edilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində
dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan cinayət aktı erməni terrorunun ən dəhşətli nümunəsidir. 366-
cı motoatıcı alayı ilə birgə Ermənistan silahlı birləşmələrinin törətdiyi bu dəhşətli soyqırımı zamanı 613 nəfər
öldürülmüş, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı nəticəsində 63 uşaq, 106 qadın,
70 qoca həlak olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini
itirmişdir. Xocalıya hücum zamanı 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Münaqişənin həlli ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı
qətnamələrində, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 1416 saylı qətnaməsində və 2005-ci il 1690
saylı tövsiyəsində Ermənistan dövlətinin silahlı əməliyyatlara və düşmənçilik hərəkətlərinə son qoyulması, onun
ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilmiş,
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi göstərilmişdir. BMT Baş Məclisinin
“Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı 2006-cı il 7 sentyabr tarixli 60/285 saylı və 14 mart 2008-
ci il tarixli 62/243 saylı qətnamələri, 2006-cı ilin dekabrında qəbul olunmuş “ATƏT-in Nazirlər Şurasının Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı”, ATƏT-in 2005-ci və 2010-cu illərdə faktaraşdırıcı və sahə
qiymətləndirmə missiyalarının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən
qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran
edilməsini təsdiq edən rəylərində, “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb” adlı 2010-cu il 20 may
tarixli qətnaməsində və digər beynəlxalq sənədlərdə də Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi tələbi
öz əksini tapmışdır. Lakin beynəlxalq hüququn prinsiplərini, xüsusilə də insan hüquqlarını kobud və kütləvi şəkildə
pozan Ermənistan dövləti qəbul olunmuş hüquqi sənədlərin heç birinə əməl etməməklə yanaşı, işğal altındakı
Azərbaycan torpaqlarında oyuncaq rejim yaradaraq, müntəzəm olaraq atəşkəs rejimini pozur. Beynəlxalq
ictimaiyyətin, o cümlədən münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in
Minsk qrupunun sülh danışıqlarının sürətləndirilməsi ilə bağlı tələb və çağırışlarının intensivləşdiyi vaxtlarda
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində fəallaşması bu ölkənin sülhün əldə olunmasında maraqlı olmadığını
aydın şəkildə təsdiq edir.
212
Biz - Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri beynəlxalq təşkilatlara, xarici ölkələrin dövlət
və hökumət başçılarına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edərək, Azərbaycan torpaqlarının
işğaldan azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması üçün Ermənistan rəhbərliyinə təzyiq göstərməyə,
problemin beynəlxalq hüququn normaları əsasında ədalətli həlli naminə səylərini birləşdirməyə dəvət edirik. Biz
əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli nəinki regionda sabitliyə və inkişafa təkan
verəcək, eyni zamanda, bütün dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə olacaqdır. Biz çoxmilyonlu
Azərbaycan xalqı adından dünya xalqlarına müraciət edərək planetimizin birgəyaşayış, qarşılıqlı inam və hörmət
vəd edən sülh və sabitlik məkanına çevrilməsi üçün bütün imkanları səfərbər etməyə çağırırıq.
Müraciət Dünya Azərbaycanlılarının
IV Qurultayında qəbul edilmişdir.
Azərbaycan Respublikası, Bakı şəhəri,
4 iyun 2016-cı il.
213
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin
dünya azərbaycanlılarına MÜRACİƏTİ
Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Müstəqilliyinin iyirmi beşinci ilini yaşayan Azərbaycan Respublikası ötən dövrdə böyük inkişaf yolu keçərək
güclü dövlətə çevrilmişdir. Ölkənin dayanıqlı sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi,
işsizliyin və yoxsulluğun aradan qaldırılması, habelə ictimai-siyasi münasibətlər sisteminin demokratik prinsiplər
əsasında qurulması və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər
inkişaf yolunu səciyyələndirən əsas amillər olmuşdur. Hazırda qlobal iqtisadi böhranın Azərbaycana neqativ
təsirlərinin qarşısının alınması üçün çevik addımlar atılır. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı,
idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm qərarlar qəbul edilir, iqtisadi və struktur islahatları həyata
keçirilir.
Regionda reallaşdırılan transmilli layihələrə, sülh və sabitliyin bərqərar olunmasına xidmət edən təşəbbüslərə
sanballı töhfələr verən Azərbaycan dünya ölkələri arasında etibarlı tərəfdaş kimi tanınır. Hazırda karbohidrogen
ehtiyatlarını müxtəlif istiqamətlərə nəql edən geniş neft və qaz kəməri şəbəkəsinə malik olan ölkəmiz “Cənub Qaz
Dəhlizi” çərçivəsində “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin də ən iri
səhmdarlarından biri kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha mühüm
rol oynayır. Azərbaycan tarixi İpək Yolunun bərpası, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin
yaradılması ilə bağlı layihələrdə də əsas söz sahiblərindən biridir.
Universal bəşəri dəyərlərin təbliği, müxtəlif mədəniyyət və sivilizasiyalar arasında dialoq, tolerantlıq və
əməkdaşlıq mühitinin yaradılması sahəsində Azərbaycan nümunəvi ölkə sayıla bilər. Təsadüfi deyil ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkədə “Multikulturalizm ili” elan
edilmişdir. 2016-cı il aprelin 26-27-də Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal
Forumu, nüfuzlu siyasətçilərin və dövlət xadimlərinin qatıldığı Qlobal Bakı Forumu kimi tədbirlərin ölkəmizdə
keçirilməsi dünya dövlətlərinin Azərbaycandakı multikultural mühitə olan rəğbətinin əyani təzahürüdür.
Milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı, eyni zamanda, xaricdə yaşayan
həmvətənlərimiz davamlı inkişaf edən bir dövlətin himayəsində olduqlarına inanırlar. Cari ilin aprel ayında
Ermənistanın törətdiyi hərbi təxribatların qarşısının uğurla alınması, ərazilərimizin bir hissəsinin işğalçılardan azad
olunması bu inamı daha da möhkəmləndirmişdir.
Xaricdə yaşayan həmvətənlərimizin mütəşəkkil və təsirli qüvvəyə çevrilməsi, doğma vətənimizlə dünya
ölkələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, erməni lobbisinin ölkəmizə qarşı həyata keçirdiyi ideoloji təxribatların ifşa olunması diasporumuzun
başlıca vəzifələridir. Dünya Azərbaycanlılarının III Qurultayından keçən dövr ərzində diaspor qurumlarımız bu
sahədə xeyli nailiyyət əldə etmişlər. Lakin qloballaşan dünyamızda cərəyan edən mürəkkəb proseslər, sürətlə
dəyişən reallıqlar diaspor qurumlarının işinin effektivliyinin artırılmasını tələb edir. Ermənistanın Azərbaycana
təcavüzünün davam etdiyi, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda yeni şəraitin yarandığı bir dövrdə bütün
dünya azərbaycanlılarının mütəşəkkil və koordinasiyalı fəaliyyətinin əhəmiyyəti hər zaman olduğundan daha
yüksəkdir. Bu sahədə keyfiyyət dəyişikliyinə nail olmaq üçün yeni texnologiyaların, çevik mexanizmlərin,
innovativ metodların tətbiqi qaçılmaz zərurətə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, “Bizim gücümüz
birliyimizdədir!”. Biz Dünya Azərbaycanlılarının IV Qurultayı adından bütün soydaşlarımıza müraciət edərək, hər
birinizi birliyə, həmrəyliyə və doğma Azərbaycanın mənafeləri naminə fədakarlığa çağırırıq.
Müraciət Dünya Azərbaycanlılarının
IV Qurultayında qəbul edilmişdir.
Bakı şəhəri, 4 iyun 2016-cı il.
214
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistanda yerləşən Metsamor Atom
Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa
İttifaqına və dünya ictimaiyyətinə MÜRACİƏTİ
Müasir dövrdə bəşəriyyəti və bütün planetimizin gələcəyini təhdid edən qlobal problemlərdən biri də nüvə
təhlükəsizliyi qaydalarının etibarlı şəkildə təmin olunmamasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, belə real
təhlükə mənbələrindən biri Azərbaycan sərhədlərinin yaxınlığında - Ermənistan ərazisində yerləşən Metsamor
Atom Elektrik Stansiyasıdır (AES). Bir sıra beynəlxalq təşkilatların hesabatlarında, habelə tanınmış ekspertlərin
rəylərində bu stansiyanın hazırkı durumu ilə fəaliyyətinin regionlarda qlobal fəlakətlərə səbəb olacağına dair ciddi
narahatlıq ifadə olunsa da Ermənistan hökuməti 1979-cu ildə istismara verilmiş, İrəvan şəhərindən təxminən 40
kilometr qərbdəki Metsamor yaşayış məntəqəsində yerləşən stansiyanın fəaliyyətinin dayandırılması barədə
çağırışlara, AES-in müasir standartlara cavab verməməsi ilə əlaqədar beynəlxalq səviyyədə çalınan həyəcan
təbilinə məhəl qoymur. 1988-ci il dekabrın 7-də baş vermiş və 25 min insanın ölümü ilə nəticələnmiş Spitak
zəlzələsinin episentri Metsamor stansiyasından 75 kilometr məsafədə yerləşmişdir. Zəlzələdən sonra böyük zərər
görən stansiya bağlanmış, lakin Ermənistanın enerji ehtiyacının 40 faizini qarşıladığına görə ətraf ərazilərdə 5
tektonik çatın mövcudluğu qulaqardına vurularaq 1995-ci ildən etibarən yenidən işə salınmışdır. Şərqi Avropa və
postsovet məkanında inşa edilmiş 66 nüvə reaktorunun köhnə və etibarsız olmasına dair məsələ Avropa qurumları
tərəfindən dəfələrlə qaldırılmış və Metsamor AES təhlükə mənbəyi olan həmin obyektlər sırasına aid edilmişdir.
2004-cü ilin fevralında Avropa Parlamenti tərəfindən yayılan Cənubi Qafqaz məruzəsində stansiyanın
bağlanmasının vacibliyi açıq şəkildə bildirilmişdir. 2004-cü il iyunun 21-də Avropa Şurasının Parlament
Assambleyasına (AŞPA) təqdim olunmuş qətnamə layihəsində göstərilmişdir ki, Metsamor AES dünyadakı atom
elektrik stansiyaları arasında ən köhnə texnologiyalarla işləyən stansiyalardan biridir və seysmik cəhətdən çox
aktiv olan bölgədə yerləşməkdədir. Bununla əlaqədar, Avropa İttifaqı tərəfindən bütün bölgə üçün təhlükə
adlandırılan AES-in fəaliyyətinin dayandırılması məqsədilə 2004-cü ildə Ermənistan hökumətinə 200 milyon avro
kredit ayrılması nəzərdən keçirilsə də, bu təklif 1 milyard avro vəsait tələb edən rəsmi İrəvan tərəfindən rədd
edilmişdir. 2006-cı ildə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən təqdim edilən qətnamədə Cənubi
Qafqazın əksər hissəsində həyatı məhv etmək gücündə olan Metsamor AES-in 11 ballıq zəlzələ riski olan ərazidə
yerləşməsi və qəza baş verəcəyi təqdirdə Azərbaycan hökumətinin təxliyə üçün 24 saatdan az vaxtının qalacağı
qeyd edilmişdir. Gürcüstan sərhədindən 120 kilometr, İran sərhədindən 60 kilometr, Türkiyə sərhədindən isə cəmi
16 kilometr uzaqlıqda yerləşən Metsamor AES-də baş verə biləcək fəlakətin bütün region dövlətləri üçün hansı
dəhşətli nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyildir. İstər dünya, istərsə də Ermənistanın bir çox
ekspertləri stansiyanın regionda ciddi nüvə, ekoloji və iqtisadi təhlükə mənbəyi olması ilə bağlı dəfələrlə
açıqlamalar vermiş, Metsamor və qonşu ərazilərdə yaşayan Ermənistan vətəndaşları BMT-nin Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyinə şikayət məktubu ünvanlayaraq AES-in fəaliyyətinin dayandırılmasını və BMT-dən təcili
tədbirlər görülməsini istəmişlər. Lakin Ermənistan dünya ictimaiyyətinin və öz vətəndaşlarının tələblərini
qulaqardına vuraraq stansiyanın istifadə müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul etmişdir.
Narahatlıq doğuran əsas məsələlərdən biri də bundan ibarətdir ki, Metsamor Atom Elektrik Stansiyasının nüvə
tullantılarının Azərbaycan ərazisindən keçən çaylara axıdıldığına, habelə işğal olunmuş Azərbaycan ərazilərində
basdırıldığına dair tutarlı faktlar var. Bundan başqa, son illərdə bir sıra kütləvi informasiya vasitələrində
Ermənistan tərəfindən nüvə və radioaktiv materiallarının gizli satışının təşkil edildiyinə dair məlumatlar dərc
olunmuşdur. Digər bir narahatlıq doğuran məqam isə Ermənistanın bəzi rəsmi şəxslərinin “çirkli bomba”
adlandırılan nüvə silahına malik olduğuna dair bəyanatlarıdır. Bu bəyanatlar vəziyyətin nə dərəcədə təhlükəli
olduğunu bir daha nümayiş etdirir. Bu isə öz növbəsində, nəinki Ermənistan, eləcə də bütövlükdə region dövlətləri,
o cümlədən BMT Baş Məclisi tərəfindən 2005-ci il aprelin 13-də qəbul olunmuş “Nüvə terrorçuluğu əməlləri ilə
mübarizə haqqında” Beynəlxalq Konvensiyanın tələblərinin kobud şəkildə pozulmasıdır. Biz - dünya
azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə və
Avropa İttifaqına müraciət edərək dünyada sülhün və təhlükəsizliyin təmin olunması, bu məqsədlə də Ermənistan
ərazisində yerləşən Metsamor AES-in fəaliyyətinin dayandırılması istiqamətində təcili tədbirlərin görülməsinə
çağırırıq. Bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmağı vacib bilirik ki, bu stansiyanın fəaliyyəti bütün
region üçün olduqca təhlükəlidir və ən qısa müddətdə ciddi addımların atılmasına ehtiyac var. Ümid edirik ki,
beynəlxalq birlik regionda baş verə biləcək fəlakətin qarşısının əvvəlcədən alınması üçün öz səylərini
əsirgəməyəcək. Biz dünya dövlətlərinin Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərinə sadiq qalaraq regionda
və planetdə təhlükəsizliyin təminatı, insanların qorxusuz və rahat şəkildə yaşaması üçün bütün gücünü səfərbər
edəcəyinə inanırıq!
Müraciət Dünya Azərbaycanlılarının
IV Qurultayında qəbul edilmişdir.
Bakı şəhəri, 4 iyun 2016-cı il
215
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin
hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti
(4 iyun 2016-cı il)
Biz - Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri planetimizdə sülhü və təhlükəsizliyi
təhdid edən terrorçuluq, etnik separatizm, milli, dini və irqi ayrı-seçkilik, hərbi təcavüzkarlıq meyillərinin
artmasından dərin narahatlığımızı ifadə edirik. Sivilizasiyalararası dialoqun, xalqların dinc və yanaşı yaşaması
kimi ümumbəşəri ideyaların, dövlətlər arasında qarşılıqlı hörmət və etimadın gücləndirilməsinə heç vaxt olmadığı
qədər böyük ehtiyac yarandığına əminliyimizi bildiririk. Biz inanırıq ki, heç bir münaqişə və ya mübahisə
güc və zorakılıq yolu ilə həll olunmamalı, eyni zamanda, kiçik və böyüklüyündən asılı olmayaraq hər bir
dövlətin suveren hüquqlarına hörmətlə yanaşılmalı, sülhün və təhlükəsizliyin təmin olunması üçün dünya
dövlətləri öz səylərini səfərbər etməlidir.
Biz, eyni zamanda, 28 ildir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ
də həll edilməməsindən dərin narahatlığımızı ifadə etməyi vacib bilirik. Azərbaycan ərazilərini işğal altında
saxlayan Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində
törədilən hərbi təxribatlar nəticəsində günahsız mülki şəxslər həlak olur, yaşayış məskənləri, təhsil ocaqları,
ictimai obyektlər dağıdılır, münaqişə bölgəsində yerləşən tarixi abidələr, habelə ərazinin flora və faunası
qəddarcasına məhv edilir. Təəssüf ki, beynəlxalq ictimaiyyət uzun illərdir münaqişənin aradan qaldırılması ilə
bağlı Azərbaycanın çoxsaylı müraciət və çağırışlarına biganə yanaşmış, nəticədə bütün regionun inkişafına və
təhlükəsizliyinə təhdid olaraq qalan bu problem daha mürəkkəb xarakter almışdır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü çoxsaylı insan tələfatına, ağır maddi və mənəvi itkilərə
səbəb olmuşdur. Bir milyondan çox soydaşımızın doğma torpağından didərgin düşməsi və hələ də öz evlərinə
qayıda bilməməsi insan hüquqlarının kobud şəkildə pozulmasının əyani sübutudur. Münaqişənin ilk mərhələsində
- 1988-ci ildə Ermənistanda öz tarixi dədə-baba yurdlarında yaşayan 250 mindən çox azərbaycanlı deportasiya
edilmişdir. Ermənistanın monoetnik dövlətə çevrilməsi ilə nəticələnən bu kütləvi deportasiya zamanı yüzlərlə
dinc azərbaycanlı qətlə yetirilmiş, onlara aid iki mindən çox yaşayış məntəqəsindən bütün əhali zorla çıxarılmış,
minillikləri əhatə edən tarixə malik Azərbaycan toponimləri saxtakarlıqla dəyişdirilmişdir. Ermənistanda və
Azərbaycanın işğal altında olan ərazilərində azərbaycanlılara məxsus tarixi-mədəni abidələr, muzeylər,
məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar tamamilə dağıdılmışdır. Münaqişə başladığı dövrdən
indiyədək yalnız Azərbaycanda 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq
bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 etnoqrafik əhəmiyyətli tarixi yer, 464
tarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300
kilometr su kəməri, 2 min kilometr qaz kəməri, 15 min kilometr elektrik xətti, 1200 kilometr irriqasiya sistemi
dağıdılmış, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi tamamilə məhv edilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində
dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan cinayət aktı erməni terrorunun ən dəhşətli nümunəsidir.
366-cı motoatıcı alayı ilə birgə Ermənistan silahlı birləşmələrinin törətdiyi bu dəhşətli soyqırımı zamanı 613
nəfər öldürülmüş, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı nəticəsində 63 uşaq, 106
qadın, 70 qoca həlak olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə
valideynlərindən birini itirmişdir. Xocalıya hücum zamanı 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin
düşmüşdür. Münaqişənin həlli ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və
884 saylı qətnamələrində, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 1416 saylı qətnaməsində və 2005-
ci il 1690 saylı tövsiyəsində Ermənistan dövlətinin silahlı əməliyyatlara və düşmənçilik hərəkətlərinə son
qoyulması, onun ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz
çıxarılması tələb edilmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi
göstərilmişdir.
BMT Baş Məclisinin “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı 2006-cı il 7 sentyabr
tarixli 60/285 saylı və 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnamələri, 2006-cı ilin dekabrında qəbul olunmuş
“ATƏT-in Nazirlər Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı”, ATƏT-in 2005-ci və 2010-cu
illərdə faktaraşdırıcı və sahə qiymətləndirmə missiyalarının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan
tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi
istismar və bu ərazilərin viran edilməsini təsdiq edən rəylərində, “Avropa İttifaqının Cənubi Qafqazda
strategiyasına tələb” adlı 2010-cu il 20 may tarixli qətnaməsində və digər beynəlxalq sənədlərdə də Azərbaycanın
işğal olunmuş ərazilərinin azad edilməsi tələbi öz əksini tapmışdır.
216
Lakin beynəlxalq hüququn prinsiplərini, xüsusilə də insan hüquqlarını kobud və kütləvi şəkildə pozan
Ermənistan dövləti qəbul olunmuş hüquqi sənədlərin heç birinə əməl etməməklə yanaşı, işğal altındakı
Azərbaycan torpaqlarında oyuncaq rejim yaradaraq, müntəzəm olaraq atəşkəs rejimini pozur. Beynəlxalq
ictimaiyyətin, o cümlədən münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in
Minsk qrupunun sülh danışıqlarının sürətləndirilməsi ilə bağlı tələb və çağırışlarının intensivləşdiyi vaxtlarda
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində fəallaşması bu ölkənin sülhün əldə olunmasında maraqlı olmadığını
aydın şəkildə təsdiq edir.
Biz - Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri beynəlxalq təşkilatlara, xarici ölkələrin
dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edərək, Azərbaycan
torpaqlarının işğaldan azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması üçün Ermənistan rəhbərliyinə təzyiq
göstərməyə, problemin beynəlxalq hüququn normaları əsasında ədalətli həlli naminə səylərini birləşdirməyə dəvət
edirik. Biz əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli nəinki regionda sabitliyə və
inkişafa təkan verəcək, eyni zamanda, bütün dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə olacaqdır.
Biz çoxmilyonlu Azərbaycan xalqı adından dünya xalqlarına müraciət edərək planetimizin birgəyaşayış, qarşılıqlı
inam və hörmət vəd edən sülh və sabitlik məkanına çevrilməsi üçün bütün imkanları səfərbər etməyə çağırırıq.
Müraciət Dünya Azərbaycanlılarının IV Qurultayında qəbul edilmişdir.
Azərbaycan Respublikası, Bakı şəhəri, 4 iyun 2016 Azərbaycan.-2016.-9 iyun.-№123.-S.7.
217
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistanda yerləşən Metsamor Atom
Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə,
Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciəti
(4 iyun 2016-cı il)
Müasir dövrdə bəşəriyyəti və bütün planetimizin gələcəyini təhdid edən qlobal problemlərdən biri də nüvə
təhlükəsizliyi qaydalarının etibarlı şəkildə təmin olunmamasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, belə
real təhlükə mənbələrindən biri Azərbaycan sərhədlərinin yaxınlığında - Ermənistan ərazisində yerləşən Metsamor
Atom Elektrik Stansiyasıdır (AES). Bir sıra beynəlxalq təşkilatların hesabatlarında, habelə tanınmış ekspertlərin
rəylərində bu stansiyanın hazırkı durumu ilə fəaliyyətinin regionlarda qlobal fəlakətlərə səbəb olacağına dair
ciddi narahatlıq ifadə olunsa da Ermənistan hökuməti 1979-cu ildə istismara verilmiş, İrəvan şəhərindən təxminən
40 kilometr qərbdəki Metsamor yaşayış məntəqəsində yerləşən stansiyanın fəaliyyətinin dayandırılması barədə
çağırışlara, AES-in müasir standartlara cavab verməməsi ilə əlaqədar beynəlxalq səviyyədə çalınan həyəcan
təbilinə məhəl qoymur.
1988-ci il dekabrın 7-də baş vermiş və 25 min insanın ölümü ilə nəticələnmiş Spitak zəlzələsinin episentri
Metsamor stansiyasından 75 kilometr məsafədə yerləşmişdir. Zəlzələdən sonra böyük zərər görən stansiya
bağlanmış, lakin Ermənistanın enerji ehtiyacının 40 faizini qarşıladığına görə ətraf ərazilərdə 5 tektonik çatın
mövcudluğu qulaqardına vurularaq 1995-ci ildən etibarən yenidən işə salınmışdır. Şərqi Avropa və postsovet
məkanında inşa edilmiş 66 nüvə reaktorunun köhnə və etibarsız olmasına dair məsələ Avropa qurumları
tərəfindən dəfələrlə qaldırılmış və Metsamor AES təhlükə mənbəyi olan həmin obyektlər sırasına aid
edilmişdir.
2004-cü ilin fevralında Avropa Parlamenti tərəfindən yayılan Cənubi Qafqaz məruzəsində stansiyanın
bağlanmasının vacibliyi açıq şəkildə bildirilmişdir. 2004-cü il iyunun 21-də Avropa Şurasının Parlament
Assambleyasına (AŞPA) təqdim olunmuş qətnamə layihəsində göstərilmişdir ki, Metsamor AES dünyadakı
atom elektrik stansiyaları arasında ən köhnə texnologiyalarla işləyən stansiyalardan biridir və seysmik cəhətdən
çox aktiv olan bölgədə yerləşməkdədir.
Bununla əlaqədar, Avropa İttifaqı tərəfindən bütün bölgə üçün təhlükə adlandırılan AES-in fəaliyyətinin
dayandırılması məqsədilə 2004-cü ildə Ermənistan hökumətinə 200 milyon avro kredit ayrılması nəzərdən
keçirilsə də, bu təklif 1 milyard avro vəsait tələb edən rəsmi İrəvan tərəfindən rədd edilmişdir. 2006-cı ildə
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən təqdim edilən qətnamədə Cənubi Qafqazın əksər
hissəsində həyatı məhv etmək gücündə olan Metsamor AES-in 11 ballıq zəlzələ riski olan ərazidə yerləşməsi və
qəza baş verəcəyi təqdirdə Azərbaycan hökumətinin təxliyə üçün 24 saatdan az vaxtının qalacağı qeyd edilmişdir.
Gürcüstan sərhədindən 120 kilometr, İran sərhədindən 60 kilometr, Türkiyə sərhədindən isə cəmi 16 kilometr
uzaqlıqda yerləşən Metsamor AES-də baş verə biləcək fəlakətin bütün region dövlətləri üçün hansı dəhşətli
nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyildir.
İstər dünya, istərsə də Ermənistanın bir çox ekspertləri stansiyanın regionda ciddi nüvə, ekoloji və iqtisadi
təhlükə mənbəyi olması ilə bağlı dəfələrlə açıqlamalar vermiş, Metsamor və qonşu ərazilərdə yaşayan Ermənistan
vətəndaşları BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə şikayət məktubu ünvanlayaraq AES-in
fəaliyyətinin dayandırılmasını və BMT-dən təcili tədbirlər görülməsini istəmişlər.
Lakin Ermənistan dünya ictimaiyyətinin və öz vətəndaşlarının tələblərini qulaqardına vuraraq stansiyanın
istifadə müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul etmişdir. Narahatlıq doğuran əsas məsələlərdən
biri də bundan ibarətdir ki, Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının Azərbaycan ərazisindən
keçən çaylara axıdıldığına, habelə işğal olunmuş Azərbaycan ərazilərində basdırıldığına dair tutarlı faktlar
var. Bundan başqa, son illərdə bir sıra kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən nüvə və
radioaktiv materiallarının gizli satışının təşkil edildiyinə dair məlumatlar dərc olunmuşdur.
Digər bir narahatlıq doğuran məqam isə Ermənistanın bəzi rəsmi şəxslərinin “çirkli bomba” adlandırılan
nüvə silahına malik olduğuna dair bəyanatlarıdır. Bu bəyanatlar vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bir
daha nümayiş etdirir.
Bu isə öz növbəsində, nəinki Ermənistan, eləcə də bütövlükdə region dövlətləri, o cümlədən BMT Baş
Məclisi tərəfindən 2005-ci il aprelin 13-də qəbul olunmuş “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında”
Beynəlxalq Konvensiyanın tələblərinin kobud şəkildə pozulmasıdır.
Biz - dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT-nin Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyinə və Avropa İttifaqına müraciət edərək dünyada sülhün və təhlükəsizliyin təmin
olunması, bu məqsədlə də Ermənistan ərazisində yerləşən Metsamor AES-in fəaliyyətinin dayandırılması
istiqamətində təcili tədbirlərin görülməsinə çağırırıq.
218
Bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmağı vacib bilirik ki, bu stansiyanın fəaliyyəti bütün region
üçün olduqca təhlükəlidir və ən qısa müddətdə ciddi addımların atılmasına ehtiyac var. Ümid edirik ki,
beynəlxalq birlik regionda baş verə biləcək fəlakətin qarşısının əvvəlcədən alınması üçün öz səylərini
əsirgəməyəcək.
Biz dünya dövlətlərinin Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərinə sadiq qalaraq regionda və
planetdə təhlükəsizliyin təminatı, insanların qorxusuz və rahat şəkildə yaşaması üçün bütün gücünü səfərbər
edəcəyinə inanırıq!
Müraciət Dünya Azərbaycanlılarının IV Qurultayında qəbul edilmişdir.
Bakı şəhəri, 4 iyun 2016-cı il
Azərbaycan.-2016.-9 iyun.-№123.-S.7.
219
Avropa Azərbaycanlıları Konqresi Hitlerin əlaltılarından olmuş, İkinci Dünya Müharibəsi zamanı
nasist Almaniyasının hərbi rəhbərləri ilə əməkdaşlıq etmiş “general Njde” kimi tanınan Qaregin Ter-
Arutunyana Ermənistan paytaxtında abidə ucaldılması ilə bağlı etiraz bəyanatı yayıb
Avropa Azərbaycanlıları Konqresi Hitlerin əlaltılarından olmuş, İkinci Dünya Müharibəsi zamanı nasist
Almaniyasının hərbi rəhbərləri ilə əməkdaşlıq etmiş “general Njde” kimi tanınan Qaregin Ter-Arutunyana
Ermənistan paytaxtında abidə ucaldılması ilə bağlı etiraz bəyanatı yayıb. Avropa Parlamentinə və Almaniya
Budestaqına ünvalanan müraciətdə qondarma faktlara əsaslanan abidənin demontaj edilməsi üçün Ermənistan
dövlətinə və rəsmilərinə beynəlxalq təzyiqin göstərilməsinin zəruriliyi bildirilir. Avropa Azərbaycanlıları Konqresi
Avropa ictimaiyyətini faşizm və ekstremizmin təzahürünə və ideallaşdırılmasına göz yummamağa çağırır.
Müraciətdə vurğulanır ki, Ermənistanın bu «milli qəhrəmanı» Ukrayna və Polşada on minlərlə dinc insanın
qırğınına, yəhudilərə və nasist ideologiyasına «uyğun gəlməyən» digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin
ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyır. “Erməni legionunun
öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur. Qaregin Njde
Azərbaycanın Naxçıvan və Zəngəzurda bölgəsində saysız-hesabsız cinayətlər törətmiş Ermənistanın “milli lideri”
hesab edilir” – deyə müraciətdə bildirilir.
Avropa ictimaiyyətinə ünvanlanan müraciətdə xatırladılır ki, müharibənin sonunda Qaregin Njde hərbi
cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilərək Moskvaya göndərilib, 1946-cı ildə Lyubankadan Yerevan
həbsxanasına keçirilib.
Avropa Azərbaycanlıları Konqresi hesab edir ki, məhz bu səbəblərə görə, Ermənistanda nasizmin təzahürü və
yenidən bərpa olunma cəhdləri dayandırılmalıdır.
24 iyun 2016
220
İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" təşkilatı faşist generalı, Njde kimi tanınan Qaregin
Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz bəyanatı yayıb
İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" təşkilatı faşist generalı, Njde kimi tanınan Qaregin Ter-
Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz bəyanatı yayıb. İsveç Baş nazirinə, Xarici
İşlər Nazirliyinə, İsveç Parlamentinə, İsveçdəki Avropa Evinə və bir neçə yəhudi cəmiyyətinə göndərilən
bəyanatda Ermənistanın bu addımı nasist ideologiyasının yenidən dirçəldilməsi kimi qiymətləndirilir.
Müraciətdə bildirilir ki, Ermənistan dövləti və onun prezidenti Serj Sarkisyan Hitler nasizminin əlaltıları
haqqında qəhrəman imici yaratmağa cəhd göstərir: “Rəsmi Yerevan və dünya erməniləri Hitler və onun yaxın
adamları olan erməni generalları Njde ilə Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün
imkanlardan istifadə edir. Halbuki Ermənistanın bu «milli qəhrəman»ları Ukrayna və Polşada on minlərlə dinc
insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına «uyğun gəlməyən» digər xalqlara qarşı qanlı cinayətlərə,
Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyır”. Sənəddə
həmçinin qeyd olunur ki, erməni legionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin
qətlə yetirildiyi etiraf olunur.
Müraciətdə dünya birliyinin faşizmin bütün təzahürlərini pislədiyi bir vaxtda Ermənistanın dünyaya açıq-
aşkar meydan oxuduğu İsveç rəhbərliyinin diqqətinə çatdırılır. Müraciət müəllifləri hesab edir ki, nasist
cinayətkarları Dro və Njdenin şərəfinə xatirə sikkələri buraxılması, filmlər çəkilməsi, onların adına küçə verilməsi
və nəhayət, Yerevanın tam mərkəzində Njdeyə heykəl qoyulması İkinci Dünya Müharibəsində həlak olan
insanların xatirəsinə həqarət, faşizm qurbanlarının ruhunun həyasızcasına təhqir olunmasıdır.
İsveçdə yaşayan azərbaycanlılar ölkə ictimiyyətini və rəhbərliyini Ermənistanın nasist cinayətkarlarına bəraət
qazandırmaq cəhdlərinin qarşısını almağa və bu istiqamətdə Ermənistan dövlətinə təzyiq göstərməyə çağırıb.
28 iyun 2016
221
Danimarkada fəaliyyət göstərən “Vətən” və “Odlar yurdu” cəmiyyətləri bu ölkədəki azərbaycanlılar
adından faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl
qoyulması ilə bağlı bir sıra qurumlara etiraz məktubu göndərib
Danimarkada fəaliyyət göstərən “Vətən” və “Odlar yurdu” cəmiyyətləri bu ölkədəki azərbaycanlılar adından
faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı bir
sıra qurumlara etiraz məktubu göndərib. BMT Baş katibinə, Danimarka Xarici İşlər Nazirliyinə, Parlament
rəhbərinə və millət vəkillərinə ünvanlanan məktubda Ermənistanda faşist generalına heykəl qoyulması pislənilir
və bu, nasist cinayətkara bəraət qazandırmaq cəhdi kimi qiymətləndirilir.
Məktubda Njde haqqında geniş məlumat verilərək bildirilir ki, nasist ideologiyasına xidmət edən faşist general
Hitlerin ölüm düşərgəsində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyət daşıyır. 1948-ci ildə
hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilən və 1957-ci ildə Vladimir şəhərində ölən Njde hətta
ölümündən sonra da bəraət ala bilməyib.
Məktubda BMT-nin nasizimin qərhərmanlaşdırılmasına qarşı mübarizə ilə bağlı qəbul etdiyi qətnamə
xatırladılır və bütün bunların fonunda Yerevanın mərkəzində faşist generala heykəl qoyulmasını Ermənistanın
dünyaya meydan oxuması kimi qiymətləndirilir.
Danimarka azərbaycanlıları hesab edir ki, rəsmi Yerevanın bu addımı eyni zamanda İkinci Dünya müharibəsi
qurbanlarının ruhunun təhqir olunmasıdır və dünya ictimaiyyəti nasizmin təbliği, nasist “qəhrəmanlara” bəraət
qazandırmaq cəhdlərinin qarşısını almalıdır.
29 iyun 2016
222
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi Rusiya Federasiyasının
prezidenti Vladimir Putinə, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Rusiya
Federasiyası Dövlət Dumasının deputatı Genadiy Zyuqanova, Rusiya Veteranlar Şurası Təşkilatına,
"Rusiya zabitləri" Ümumrusiya ictimai təşkilatına məktub ünvanlayıb
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi Rusiya Federasiyasının prezidenti
Vladimir Putinə, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Rusiya Federasiyası Dövlət
Dumasının deputatı Genadiy Zyuqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, "Rusiya zabitləri" Ümumrusiya
ictimai təşkilatına məktub ünvanlayıb. Məktubda faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana
Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz ifadə olunub.
“1948-ci ildə Njde Qaregin hərbi cinayətkar kimi 25 illik həbs cəzası alıb və 1957-ci ildə “Vladimirovski
sentral”da ölüb. O, bəraət almayıb və məhkəmə daha öncə çıxarılan hökmü qüvvədə saxlayıb. Bütün bunlara
baxmayaraq, Rusiyada erməni diasporu nümayəndələrinin nümayişkaranə şəkildə Knyaz-Vladimirovsk
məzarlığına gedərək, faşist cəlladı Njdenin qəbrini ziyarət edir. Həmçinin, adıçəkilən məzarlıqda faşist əlaltısının
xatirəsinə memorial kompleksin ucaldılması tələbləri də səsləndirilir”-deyə məktubda bildirilir.
Məktubda Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Assambleyasının qəbul etdiyi nasizm, irqçilik,
ksenofobiya və dözümsüzlüyü pisləyən qətnamələri xatırladılıb və bildirilib ki, Rusiyanın strateji tərəfdaşı kimi
mövcud qətnaməyə qoşulan Ermənistan, faşist rejiminə sədaqət andı içən şəxsi qəhrəmana çevirir, onun böyük
miqyaslı təbliğatını aparır.
“Biz Ermənistanın bu kimi fəaliyyətindən, faşizmə qalib gəlmək uğrunda həlak olan insanların xatirələrinə
göstərdikləri hörmətsizlikdən hiddətlənirik. Ümid edirik ki, siz bu işi öz nəzarətinizə götürəcəsiniz və hər zaman
olduğu kimi Böyük Vətən Müharibəsində həlak olan insanların əziz xatirəsinə hörmət göstərərək, Ermənistanın
təbliğ etdiyi faşizm ideologiyasına qarşı mübarizə aparacaqsınız"-deyə məktubda qeyd olunub.
05 iyul 2016
223
Ukrayna Qeyri -Hökümət Təşkilatları Assosiasiyası faşist generalı Njde kimi tanınan Qaregin Ter
Arutunyana Ermənistanın paytaxtı Yerevan şəhərində heykəl ucaldılması ilə bağlı
etiraz bəyanatı yayıb
Ukrayna Qeyri -Hökümət Təşkilatları Assosiasiyası faşist generalı Njde kimi tanınan Qaregin Ter Arutunyana
Ermənistanın paytaxtı Yerevan şəhərində heykəl ucaldılması ilə bağlı etiraz bəyanatı yayıb. Bəyanatda Qaregin
Njdenin faşist ordusu sıralarında fəaliyyəti barədə məlumat verilib və bildirilib ki, Ermənistan Parlamentinin sədr
müavini Eduard Şarmazanov Njdeni Ermənistanın müstəqilliyi yolunda mübarizə aparan milli qəhraman və
vətənpərvər şəxs kimi təqdim etmişdir.
“Nasist ideologiyasını və Holokos faciəsini araşdırmış professor Efraim Zurov “The Jerusalem Post”
qəzetində Njdenin həqiqətən nasistlərlə əməkdaşlıq etdiyini, Krımda və Qafqazda erməni legionunun
komandirlərindən biri olduğunu qeyd etmişdir. O bildirmişdir ki, nasistlərlə birgə II Dünya Müharibəsinin
gedişində kütləvi qırğınlarda iştirak etmiş Njdeyə heykəl qoyulmasını qınamalı, nasistlərlə əlbir olan və 3-cü reyxə
kömək edənlərə qarşı çıxış etməliyik.Yerevanda Njdenin adını daşıyan, prospekt, meydan, metro stansiyası və
həmçinin Sunik rayonunda bir kənd mövcuddur. Bu da nasistlərə qarşı mübarizə aparmış və həlak olmuş müharibə
iştirakçılarının xatirəsinə təhqirdir”-deyə bəyanatda bildirilir.
Bəyanatda Ukrayna Qeyri- Hökümət Təşkilatları Assosiasiyası nasist ideologiyasının təmsilçisi olmuş
Nidenin erməni xalqının qəhrəmanı kimi təbliğ edilməsini pisləyib, eləcə də Ukrayna ictimaiyyətini bu məsələyə
münasibət bildirməyə çağırıb.
19 iyul 2016
224
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İyulun 15-də Türkiyədə baş vermiş hərbi
çevriliş cəhdini qınayan bəyanat yayıb
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İyulun 15-də Türkiyədə baş vermiş hərbi çevriliş
cəhdini qınayan bəyanat yayıb. Bəyanatda bildirilir ki, Türkiyə dövləti hər zaman terrorla mübarizə aparsa da,
dəfələrlə terror hücumlarına məruz qalıb.
"Türkiyənin çevrilişlərə və qiyamlara deyil, demokratiyaya ehtiyacı var. Keçmişdə baş verən çevrilişlərin
hansı nəticələrə gətirdiyini Türk xalqı yaxşı xatırlayır" - bəyanatda vurğulanır Bəyanatda həmçinin bildirilir ki,
Türkiyə və Azərbaycan qardaş ölkə kimi terrora qarşı hər zaman çiyin-çiyinə mübarizə aparmağa hazırdır. TADEF
Türkiyədə yaşayan bütün azərbaycanlıların Türkiyə xalqının və dövlətinin demokratiya uğrunda mübarizəsini
dəstəklədiyini bildirərək, həmvətənlərimizi dövlət çevrilişi cəhdinə etiraz məqsədilə keçirilən aksiyalarda fəal
iştirak etməyə çağırıb.
27 iyul 2016
225
"Bizim İttifaqımız heç vaxt siyasətə qarışmayıb"
Fizuli Məmmədov Azərbaycan və Rusiya prezidentlərinə müraciət etdi
"Dünya Azərbaycanlıları İttifaqı”nın (DAİ) Sədri Fizuli Məmmədov Azərbaycan və Rusiya
prezidentlərinə müraciət ünvanlayıb.
DAİ-dən Modern.az-a göndərilən müraciətdə deyilir:
Çox hörmətli İlham Heydər oğlu Əliyev!
Çox hörmətli Vladimir Vladimiroviç!
Sizə müraciət etməyə məni təşkilatımızın - Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları
İttifaqı” nın (‘’DAİ’’) bağlanması təhlükəsi vadar etdi. İttifaqımız təxminən 12 yaşındadır. Bu müddət ərzində biz
öz işimizi vicdanla yerinə yetirərək bir çox Rusiya və Azərbaycan vətəndaşlarının, eyni zamanda digər ölkələrdəki
çoxsaylı Azərbaycan diasporunun rəğbət və hörmətini qazanmışıq. Beynəlxalq statusa malik İttifaqımızı məhz
Rusiyada yaradaraq qarşımıza ən xoş məqsəd və vəzifələri qoymuşuq: bəşəri münasibətlər səviyyəsində ‘’xalq
diplomatiyası’’ yolu ilə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və Azərbaycan diasporunun
Rusiya cəmiyyətinə sıx inteqrasiyasına kömək etmək. Mən hesab edirəm ki, bu gün Rusiya və Azərbaycan
arasındakı dostluq münasibətləri digər ölkələr üçün, ilk növbədə də bəzi postsovet ölkələri və rusofobiyanın ağır
formasından əziyyət çəkən və Rusiyanın hər xeyirxah niyyətində pis məna axtaran Qərbi Avropa ölkələri üçün
gözəl nümunə olmalıdır.
Bu gün Rusiya və Azərbaycan dövlətləri arasındakı yüksək dostluq və isti münasibətlər müttəfiqlik və strateji
xarakter daşıyır. Azərbaycan rəhbərliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun layiqli
oğlu - hazırkı Azərbaycan prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Rusiyanın milli
maraqlarını nəzərə alaraq və onlara hörmət edərək sözün əsl mənasında müstəqil və çoxşaxəli siyasət yeridir.
Ölkələrimiz arasındakı əlaqələr adi insani münasibətlər səviyyəsində də uğurla inkişaf edir. Rusiya ərazisində
yaşayan və işləyən Azərbaycan vətəndaşları Rusiyanı özlərinin ikinci doğma evi hesab edirlər, RF vətəndaşı
olan azərbaycanlılar isə əsl Rusiya vətənpərvərliyi nümayiş etdirərək rus dövləti və xalqı naminə Rusiyaya olan
sədaqətlərini və sevgilərini öz dürüst və inadkar zəhmətləri ilə sübut etməyə çalışırlar. Bizim həmvətənlərimiz
öz bilik, əmək və maliyyə resurslarını Rusiya iqtisadiyyatının inkişafına qoyaraq iqtisadi cəhətdən Rusiyanı
dünyanın ən çiçəklənən ölkəsi kimi görmək istəyirlər.
Biz Rusiyaya olan sevgimizi Rusiya şəhərlərində ticarət sahəsində çalışan azərbaycanlı iş adamlarına da
aşılamağa çalışırıq. Bununla əlaqədar olaraq "Dünya Azərbaycanlıları İttifaqı” yarandığı ilk gündən
həmyerlilərimiz üçün belə bir tezis irəli sürüb: “Rusiyanı sevirsənsə, onun qanunlarına əməl et və nümunəvi vergi
ödəyicisi ol”.
Bizim İttifaqımız heç vaxt siyasətə qarışmayıb və ictimai-humanitar məsələlərlə məşğul olur. Biz hər zaman
Azərbaycan və Rusiya prezidentlərinin siyasətlərinə hərtərəfli dəstək olmuşuq və olmağa davam edirik. Biz heç
zaman "Dünya Azərbaycanlıları İttifaqı” nın Rusiya və Azərbaycan hakimiyyətlərinə siyasi etimadsızlığı
kimi qiymətləndiriləcək kiçik bir səhvə də yol verməmişik. Ölkələrimizin Prezidentləri Vladimir Putin və İlham
Əliyev tərəfindən aparılan siyasəti tam dəstəkləyərək Rusiyada və Azərbaycanda ictimai-siyasi sabitlik
tərəfdarıyıq. Prezident İlham Əliyevin siyasəti göstərdi ki, Azərbaycan Rusiyanın yalnızca postsovet məkanında
yox, həm də bütün dünyada ən etibarlı və iqtisadi cəhətdən ən sərfəli strateji tərəfdaşıdır. Ondan başqa,
prezidentlər Heydər Əliyevin və İlham Əliyevin hərtərəfli dəstəyi, eyni zamanda Azərbaycan sərhədçilərinin və
xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı sayəsində qardaş Rusiya Şimali Qafqazda vəziyyəti sabitləşdirməyə
nail ola bildi. Lakin, son zamanlar Rusiya Fedarasiyasının Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bizim təşkilatımız
ətrafında baş verən dram heç cür Rusiya və Azərbaycan arasındakı dostluq və müttəfiqlik münasibətləri
salnaməsinə sığmır. Bu ilin yanvar-fevral aylarında "Dünya Azərbaycanlıları İttifaqında” RF Ədliyyə Nazirliyi
tərəfindən aparılan son ‘’planlı yoxlama’’ təşkilatımız üçün çox pis nəticələr yaratdı. RF Ədliyyə Nazirliyi
bu yoxlamanın yekunu olaraq Rusiya Ali Məhkəməsinə "Dünya Azərbaycanlıları İttifaqı’’ nın ləğv edilməsi
tələbilə inzibati iddia göndərib. Rusiya Ali Məhkəməsi isə öz növbəsində RF Ədliyyə Nazirliyinin müraciətinə
gözlənilmədən baxmaq qərarı verib və "Dünya Azərbaycanlıları İttifaqı’’ nın işi ilə əlaqədar bu ilin 1 dekabr
tarixinə məhkəmə iclası təyin edib. Adətən Rusiya Ali Məhkəməsi kimi yüksək məhkəmə instansiyalarında belə
inzibati işlər aylarla öz növbəsini gözləyir. İttifaqımızın işi ilə bağlı RF Ədliyyə Nazirliyinin sərt mövqeyi,
həmçinin təşkilatımızın taleyini tez- tələsik həll etmək üçün Rusiya Ali Məhkəməsinin hazırlığı bizə belə
düşünməyə əsas verir ki, Rusiyanın müvafiq hakimiyyət strukturları ‘’DAİ’’ yə münasibətdə ədalətsiz mövqe
tutublar.
226
"Dünya Azərbaycanlıları İttifaqı’’ nın bundan sonrakı taleyi ilə bağlı narahatçılığımız bir neçə halla bağlıdır
ki, bu hallar dolayısı ilə RF Ədliyyə Nazirliyinin bizim İttifaqı bağlamağa çalışması qərarının ədalətsiz və qəribə
olmasına dəlalət edir. Birincisi, keçmiş planlı və digər yoxlamalardan fərqli olaraq son planlı yoxlama
başlanğıcdan daha miqyaslı idi. Və yoxlamanın tələbləri də bu dəfə çox sərt idi. Yoxlamanın gedişatında RF
Ədliyyə Nazirliyinin nümayəndələrinin İttifaqımızı bağlamaq, bizə isə qeyd edilən pozuntuları aradan qaldırmaq
üçün imkan verməmək istəyi açıq-aşkar hiss olunurdu. Bununla belə biz bütün çatışmazlıqları operativ olaraq
aradan qaldırdıq və bütün zəruri sənədləri tez bir zamanda RF Ədliyyə Nazirliyinə təqdim etdik.
İkincisi, təşkilatımızdakı son yoxlama zamanı ortaya çıxan pozuntular kritik deyildi, Rusiya Ali Məhkəməsində
baxılan ‘’DAİ’’ işinin inzibati xarakterli olması da əslində bunu göstərir. Bizim İttifaqımız heç vaxt ciddi hüquq
pozuntularına yol verməyib. Bizim işimizlə tanış olan hüquqşünaslar deyirlər ki, təşkilatımız tərəfindən yol
verilən həmin pozuntular standartdır və onlara demək olar ki, yoxlama zamanı digər təşkilatların mütləq
əksəriyyətində də rast gəlinir. Arqumentimin dəlilsiz olmaması üçün yoxlama zamanı ortaya çıxan pozuntulara
misal göstərirəm. Məsələn, bizi ‘’RF qanunvericiliyini və öz Əsasnaməmizin müddəalarını kobud surətdə
pozmaqda’’ ittiham etdilər. Ədliyyə Nazirliyinin hüquqşünaslarının ‘’kobud’’ hesab etdikləri pozuntuların məğzi
ondadır ki, İttifaqın adında onun fəaliyyətinin xarakteri göstərilməyib, İttifaqın Əsasnaməsində isə sadalanan
fəaliyyət növləri arasında yazılıb ki, o qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növləri ilə də məşğul
ola bilər, eyni zamanda Əsasnamədə həddən artıq məqsəd və vəzifələr müəyyən edilib. Halbuki, Rusiya dövlət
orqanlarında qeydiyyat zamanı ictimai təşkilatların və digər qurumların əsasnamələrində bu qədər həcmdə
fəaliyyət növlərinin, məqsəd və vəzifələrin yazılması adi haldır. Bundan başqa, RF Ədliyyə Nazirliyində ‘’DAİ’’
nin Əsasnaməsini sərt tənqid edərək, həm də bildirdilər ki, burada İttifaqın rəmzləri təsvir edilməyib.
Amma, ‘’DAİ’’ nin Əsasnaməsində ortaya çıxan bütün bu çatışmazlıqlar onunla bağlıdır ki, həmin əsasnaməni
11 il əvvəl elə həmin Ədliyyə Nazirliyi qəbul edib. Ötən müddət ərzində ictimai təşkilatların fəaliyyətini
tənzimləyən Rusiya qanunvericiliyi mütəmadi olaraq dəyişib və biz bu dəyişikliklərə heç də həmişə vaxtında
çatdırıb reaksiya verə bilməmişik. Son yoxlamadan sonra biz ‘’DAİ’’ nin Rusiya qanunvericiliyindəki bütün
yenilikləri nəzərə alan və bütün müasir tələblərə cavab verən Əsasnaməsini RF Ədliyyə Nazirliyinə təqdim
etdik. Buna baxmayaraq Ədliyyə Nazirliyində Əsasnaməmizin yeni redaksiyasına heç ümumiyyətlə baxmadılar.
Bu arada qeyd edim ki, ‘’DAİ’’ nin fəaliyyəti barədə bütün zəruri hesabatlar tərəfimizdən tam həcmdə və
vaxtında müvafiq Rusiya dövlət orqanlarına verilib. Mövcud olduğu 11 il ərzində təşkilatımızı demək olar ki, hər
il bütün səlahiyyətli dövlət orqanları, o cümlədən Ədliyyə Nazirliyi yoxlamış və "Dünya Azərbaycanlıları İttifaqı”
nın fəaliyyətinə dair onların heç birinin ciddi iradları olmamışdır. Rusiyanın bütün səlahiyyətli orqanları müəyyən
etmişlər ki, ‘’DAİ’’ mütəmadi olaraq maliyyə uçotunu aparıb, aylıq və rüblük olaraq bütün zəruri hesabatları vergi
müfəttişliyinə və digər dövlət orqanlarına təqdim edib. Lakin, Ədliyyə Nazirliyi tərəfindən bu il aparılan belə
‘’sərt’’ yoxlama ilə biz ilk dəfə qarşılaşırıq. Həm də, həmin idarənin ‘’DAİ’’ barəsində hər bir yeni qərarı hətta
bizim ən bədbin gözləntilərimizi də aşır. İcazənizlə, təşkilatımız haqqında qısa məlumatı diqqətinizə çatdırmaq
istəyirəm. Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” 09 mart 2005 ci ildə mən -
Fizuli Məmməd oğlu Məmmədov tərəfindən bir sıra digər regional ictimai təşkilatlarla və diasporla birgə
təsis edilib. Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” hüquqi şəxs - ictimai
təşkilatların beynəlxalq ittifaqıdır. Eyni zamanda ‘’DAİ’’ beynəlxalq statusa malik ictimai təşkilatdır. Bu gün
İttifaqımız ‘’DAİ’’ üzvlərinin olduğu və ya filial və nümayəndəliklərinin açıldığı bütün ölkələrin ərazisində
fəaliyyət göstərir. Xüsusilə hal-hazırda ‘’DAİ’’ Rusiyada, Türkiyədə və çoxsaylı Azərbaycan diasporunun olduğu
bir sıra Avropa və MDB ölkələrində öz nümayəndəliklərini açıb.
İndi bizə Rusiya Ali Məhkəməsinin qərarını gözləmək qalır. Biz qətiyyən Rusiya məhkəmə instansiyalarının
qərarlarının ədalətliliyinə və qanuniliyinə şübhə etmirik. Ancaq, RF Ədliyyə Nazirliyinin təşkilatımıza qarşı
gözlənilməz və olduqca sərt münasibəti qorxmağa əsas verir ki, RF Ali Məhkəməsində də tale bizdən üz döndərə
bilər. Bununla əlaqədar olaraq, Sizdən çox xahiş edirəm ki, "Dünya Azərbaycanlıları İttifaqı” na münasibətdə
ədalətin bərqərar olmasında və Rusiya və Azərbaycan xalqları naminə bundan sonrakı fəaliyyətimizdə də öz
dəstəyinizi göstərəsiniz.
Paralel.-2016.-29 noyabr-№ 214.-S.7
227
Dekabrın 15-də İstanbul Türkiyə -Azərbaycan Dərnəyi (İSTAD) və Qars-Ərdahan İqdır Dərnəkləri
Platformasının üzvləri Beşiktaş stadionu yaxınlığındakı Şəhidlər Təpəsinə yığışaraq İstanbulda 44 nəfər
polis və vətəndaşın ölümü ilə nəticələn terror aktını pisləyən bəyanat yayıblar
Dekabrın 15-də İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) və Qars-Ərdahan İqdır Dərnəkləri
Platformasının üzvləri Beşiktaş stadionu yaxınlığındakı Şəhidlər Təpəsinə yığışaraq İstanbulda 44 nəfər polis və
vətəndaşın ölümü ilə nəticələn terror aktını pisləyən bəyanat yayıblar.
Çıxışlarında terrorizmi insanlığa zidd addım kimi qiymətləndirən tədbir iştirakçıları hadisə nəticəsində şəhid
olanların ailələrinə başsağlığı verib, onların ağrı-acısını bölüşdüyünü bildiriblər. İSTAD sədri Səfər Qaraqoyunlu
çıxışında Azərbaycan xalqının hər zaman qardaş Türkiyə dövlətinin yanında olduğunu bildirib, çətin günlərdə türk
xalqını həmrəy olmağa çağırıb.
Dərnəklərin rəhbərləri və üzvlərinin iştirak etdiyi yürüş “İstiqlal marşı”nın səsləndirilməsi ilə sona çatıb.
15 dekabr 2016
228
Ümumrusiya Azərbaycan Konqresinin bəyanatı
Ümumrusiya Azərbaycan Konqresi yanvarın 10-da Rusiya Federasiyasının Soçi şəhərində start götürən
28-ci Beynəlxalq KVN festivalına Dağlıq Qarabağ separatçı rejimini təmsil edən komandanın dəvət edilməsi ilə
bağlı Rusiyadakı Azərbaycan diasporu adından bəyanat yayıb. Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ
Azərbaycanın ayrılmaz hissəsidir, dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ Respublikası" adlı ölkə tanımır və
buna görə də festivala qondarma respublikanın komandasının dəvət olunması Azərbaycanda olduğu kimi,
Rusiyada yaşayan azərbaycanlıların da kəskin narazılığına səbəb olub.
“Rusiya Federasiyası dünyanın ən böyük çoxmillətli dövlətlərindən biridir. Onun ərazisində 193 millətin
nümayəndəsi yaşayır. Rusiyanın milli siyasətinin məqsədlərindən biri də etnik və millətlərarası münasibətlərin
harmoniyasını təmin etməkdir. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə öz çıxışında bildirib ki, tarixən yüzlərlə
millət və etnik qrupların ümumi evi sayılan Rusiya üçün millətlərarası anlaşma dövlətin mövcudluğu üçün prioritet
və ən vacib şərt sayılır. Rusiya Prezidentinin bu fikirləri bizlərdə böyük ümidlər yaradır, lakin indi biz bir daha
Azərbaycana qarşı təxribatın şahidi olduq”- deyə bəyanatda bildirilir.
Həmçinin vurğulanır ki, qondarma respublikadan olan komandanın KVN festivalında iştirak etmək üçün
Rusiya Federasiyasının sərhəddini keçməsi özü “Rusiya Federasiyasının dövlət sərhədləri haqqında” qanunun
kobud şəkildə pozulması deməkdir. Bununla əlaqədar, Ümumrusiya Azərbaycan Konqresi etnik zəmində
qarşıdurmaya yol verilməməsi üçün aidiyyatı qurumları müvafiq tədbirlər görməyə, həmçinin, Rusiya
Federasiyasının bütün dövlət və ictimai təşkilatlarını Rusiyada millətlərarası münasibətlərin gərginləşməsinə səbəb
ola bilən hər hansı bir addımların atılmasının qarşısını almağa çağırıb.
13 yanvar 2017
229
Azərbaycan diaspor təşkilatı etiraz bayanatı yayıb
İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyi (İS-TAD) Türkiyə Böyük Millət Məclisində
Türkiyə Konstitusiyası ilə bağlı müzakirələr zamanı qondarma 'erməni soyqırımı' iddialarını müdafiə edən erməni
əsilli deputat Qaro Paylanla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Qaro Paylan təxribatçıdır, onun səsləndiridiyi fikirlər həqiqəti əks etdirmir, türklər
tarixin heç bir mərhələsində soyqırımı törətməyib, əksinə yaşadıqları ərazilərdə tolerantlıq və sülhün, birgəyaşayış
prinsiplərinin təminatçısı olublar. Ermənilərin xarici havadarlarının dəstəyi ilə türklərə qarşı dəfələrlə soyqırımı
törətdiyini xatırladan İS-TAD rəhbəri səfər Qaraqoyunlu bu gün türklərə münasibətdə eyni siyasətin davam
etdirildiyini, dinc insanların, türk diplomatların öldürüldüyünü vurğulayıb. Bəyanatda türklərin qədim və əzəli
torpağı olan və hazırda ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağda bir nəfər azərbaycanlının, türkün
yaşamadığını xatırladılır, bu ərazilərdə türklərə məxsus yüzlərlə tarixi abidənin, məscidlərin və digər əhəmiyyətli
tikililərin yox edildiyini, Azərbaycan adlarının tarixdən silindiyi qeyd olunur.
Tarix boyunca soyqırımı ermənilərin türklərə qarşı həyata keçirdiyini Qaro Paylanın diqqətinə çatdıran
bəyanat müəllifləri soyqırımın əsl izini görmək üçün Türkiyə və Azərbaycandakı kütləvi məzarlarlıqlara, bir
gecədə 613 sakini ilə məhv edilən Xocalı şəhərinə baxmağı tövsiyə edir. “Türklərin ermənilərə qarşı soyqırımı
törətsəydi, bu gün qaro paylanlar Türkiyə Böyük Millət Məclisində otura, minlərlə erməni isə Türkiyədə azad və
xoşbəxt yaşaya bilməzdi. Bu gün Türk xalqının vergisi hesabına Türkiyə dövlətindən maaş alan Qaro Paylan və
onun həmfikirlərinin türkləri soyrıqımı törətmək iddiları ilə suçlaması yolverilməzdir” - İstanbul Türkiyə
Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin bəyanatında belə deyilir.
17 yanvar 2017
230
Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi bəyanat yayıb
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi bəyanat
yayıb. Bəyanatda 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günü kimi qiymətləndirilir.
“Həmin gün küçələrdə axan şəhid qanı milli şüurun oyanan günəşinin qırmızı şəfəqinin rəmzidir. Həmin
gün xalqımız ona təcavüz edən dəhşətli kabusa, Sovet ordusunun qorxunc hücumuna qarşı sinə gərməyi, öz
kimliyini və mətanətini qorumağı bacardı” – bəyanatda belə deyilir.
Təşkilat üzvləri 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının istiqlalı yolunda ilk şəhidlik zirvəsi
adlandırır: “O gün 137 nəfər öldürülüb, 700 nəfər yaralanıb və 800-dən çox insan həbs olunub. Azərbaycan
türklərinin müstəqillik mübarizəsinin qarşısını vəhşicəsinə qırğınlarla almağa çalışan Sovet rejimini şiddətlə
qınayır, bir daha belə bir insanlı cinayətinin yaşanmamasını arzulayırıq” – deyə Hollandiya Azərbaycan Türk
Kültür Dərnəyi bəyanatında qeyd olunur.
23 yanvar 2017
231
Martın 5-də Polşanın paytaxtı Varşava şəhərində "Park Lajenkovski Hoteldə" Polşada Azərbaycanlı
Gənclər Şurasının (PAGŞ) 1-ci Forumu keçiriləcək. Forumda Krakov, Lodz, Vroclav, Poznan və başqa
şəhərlərində yaşayan gənclər də daxil olmaqla 150-yə yaxın qonağın iştirakı gözlənilir
Martın 5-də Polşanın paytaxtı Varşava şəhərində "Park Lajenkovski Hoteldə" Polşada Azərbaycanlı
Gənclər Şurasının (PAGŞ) 1-ci Forumu keçiriləcək. Forumda Krakov, Lodz, Vroclav, Poznan və başqa
şəhərlərində yaşayan gənclər də daxil olmaqla 150-yə yaxın qonağın iştirakı gözlənilir.
Forumun məqsədi Polşadakı azərbaycanlı gəncləri bir araya toplamaqla onlar arasında şəbəkə
yaratmaq və onu gücləndirmək, diaspor işində gəcnlərin fəaliyyətini artırmaq, soydaşlarımızın yerli cəmiyyətə
inteqrasiyası prosesində qarşıya çıxan problemləri müzakirə etmək, təkliflər vermək, eləcə də bu məsələləri
tədbirdə iştirak edəcək dövlət rəsmilərinin diqqətinə çatdırmaqdır.
Forumun birinci hissəsində qonaqların çıxışları, ikinci hissəsində isə gənclər və dövlət rəsmilərinin
iştirakı ilə panel müzakirələrin təşkil edilməsi planlaşdırılıb. Sonda tədbir iştirakçıları adından Polşa Parlamentinə
Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanacaq.
23 fevral 2017
232
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Tbilisidə etiraz aksiyası keçirilib
"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı
soyqırımının 25-ci ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib. Aksiya iştirakçıları Rustaveli
metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısınadək yürüş edib.
Yürüş boyu “Qarabağa azadlıq”, “Xocalıya ədalət”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun” kimi
şüarlar səsləndirilib, Azərbaycan və Gürcüstan bayraqları dalğalanıb.
"Borçalı-İrəli" İctimai Birliyi tərəfindən Xocalı soyqırımının tanıtımı və təbliğatı üçün gürcü dilində cap
etdirilən 5 min ədəd buklet yolboyu Tbilsi sakinlərinə və qonaqlarına paylanılıb. Yürüş parlamentin qarşısında
Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.
Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar
Assosiasiyasının sədri Əli Bədirov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, İ.Javaxişivili
adına Tbilisi Dövlət Universitetinin Azərbaycan otağının koordinatoru Leyla Əmrahova, fəal gənclər, tələbələr və
KİV nümayəndələri iştirak edib.
"Borçalı-İrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov mediyaya açıqlama verərək bildirib ki, aksiyanın
keçirilməsində məqsəd əsrin ən dəhşətli soyqırımı olan Xocalını qətliamını gürcü ictimayyətinə, gürcü gənclərinə
və paytaxt sakinlərinə çatdırmaqdır. “Tədbirdə beynəlxalq hüquq təşkilatlarını Xocalı soyqırımına hüquqi qiymət
verməyə çağırdıq, Gürcüstan və Azərbaycanın işğal olunan torpaqlarının azad olunmasını tələb etdik” – deyə
M.İmanov bildirib.
Aksiya iştirakçıları sonda NATO və Avropa İttifaqının Gürcüstandakı İnformasiya Mərkəzinə, Gürcüstan
Qızıl Xaç Komitəsinə müraciət təqdim ediblər.
Yürüş-aksiya Gürcüstan mediasında geniş işıqlandırılıb.
27 fevral 2017
233
Azərbaycanın Rus İcması Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğv edilməsi niyyəti ilə əlaqədar
etirazını bildirib
Azərbaycanın Rus İcması Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlılar
Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması barədə iddia ilə Ali Məhkəməyə müraciəti ilə bağlı bəyanatla
çıxış edib. Bəyanatda deyilir: “Azərbaycanın Rus İcması Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya
Azərbaycanlılar Konqresinin ləğv edilməsi haqqında bu ölkənin müəyyən dövlət qurumlarının qərarına qəti
etirazını bildirir və hesab edir ki, bu siyasi provokasiyanın arxasında Rusiya ilə Azərbaycan, rus və Azərbaycan
xalqları arasında dostluq və tərəfdaşlıq münasibətlərini pozmağa çalışan müəyyən qüvvələr dayanıb.
Ümumrusiya Azərbaycanlılar Konqresi həmişə Rusiya Federasiyasının qanunları çərçivəsində fəaliyyət
göstərib. İctimai-siyasi sabitlik, Rusiyanın siyasi quruluşuna loyal münasibət həmişə ÜAK-ın fəaliyyətinin
dəyişməz prioriteti olub.
Azərbaycanın Rus İcmasının möhkəm işgüzar münasibətlərlə, rus və Azərbaycan xalqları arasında mədəni
və mənəvi əlaqələrin inkişafı üzrə birgə fəaliyyətlə bağlı olduğu “Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai
Təşkilatının ləğv edilməsi Azərbaycan Respublikasının rus əhalisini də narahat etməyə bilməz.
“Azərbaycanın Rus İcması” İctimai Təşkilatı respublikada fəaliyyətində Azərbaycanın ali rəhbərliyi,
respublikanın hökumət və dövlət orqanları tərəfindən dəstək və hərtərəfli diqqət hiss edir.
Rus dilinin və rus mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanda hərtərəfli
dəstəklənir, rus dilində 350 məktəb fəaliyyət göstərir, bütün ali məktəblərdə rus dilində fakültələr var, həmin
fakültələrdə 16 mindən çox tələbə təhsil alır, rus pravoslav kilsəsinə dövlət dəstəyi göstərilir.
Rusiyada nüfuzlu və çoxsaylı Azərbaycan diasporuna və onun ən iri təşkilatına – Ümumrusiya
Azərbaycanlılar Konqresinə bu ölkənin dövlət qurumlarının saymazyana, qərəzli münasibəti “Azərbaycanın Rus
İcması” İctimai Təşkilatının fəaliyyətinin Azərbaycan tərəfindən fəal dəstəklənməsi fonunda qəribə görünür.
Azərbaycanın Rus İcması ÜAK-ın ləğv edilməsini Rusiyanın bəzi dövlət məmurlarının ciddi siyasi və
strateji səhvi sayır və ümid edir ki, Rusiya Federasiyasının hökuməti bu ölkənin böyük ictimai təşkilatı olan
Ümumrusiya Azərbaycanlılar Konqresinin saxlanılmasına kömək etmək üçün bütün tədbirləri görəcək”.
Xalq qəzeti-2017-5 aprel-№69.-S.3.
234
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat yayıb
Avropa Azərbaycanlıları Konqresi (AAK) təşkilatın təsisçilərindən biri olan Ümümrusiya Azərbaycan
Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılmasına dair yayılmış məlumatlarla bağlı verdiyi bəyanatda narahatlığını
ifadə edib. Bəyanatda bildirilir ki, bu addım ümumi tarixə və mədəniyyətə malik olan Rusiya ilə Azərbaycanın
əsrlərə söykənmiş dostluq münasibətlərinin möhkəmlənməsinə qarşı yönəlib.
ÜAK-n Rusiya-Azərbaycan dostluğunun rəmzi olmaqla yanaşı, eyni zamanda Rusiyadakı Azərbaycan
diasporunu birləşdirən bir qurum olduğunu vurğulayan bəyanat müəllifləri bu təşkilatın sadəcə Azərbaycan
diasporunun təşəbbüsü ilə yox, Rusiya və Azərbaycan prezidentlərinin razılığı əsasında, Azərbaycan xalqının
ümummilli lideri, Azərbaycan Respublikasının (AR) Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin martında
təsis olunduğu xatırladır.
AAK-ın bəyanatında daha sonra qeyd olunur ki, bu günlərdə RF Xarici İşlər Nazirliyinin saytında iki ölkə
arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı məqalə yerləşdirilib. Bəyanat müəllifləri
məqalədə göstərilən çox sayda amildən bir neçəsinə diqqəti çəkərək bildirir: “İkitərəfli münasibətlərin prinsip və
prioritetlərini müəyyən edən əsas sənədlər 1997-ci il iyulun 3-də imzalanmış RF və AR arasında dostluq, əməkdaşlıq
və təhlükəsizlik haqqında Müqavilə, 2008-ci il iyulun 3-də imzalanmış RF və AR arasında dostluq və strateji
partnyorluq haqqında Bəyannamədir”.
Bəyanatda Azərbaycanla Rusiyanın bir çox mühüm beynəlxalq məsələlərdə mövqeyinin üst-üstə düşdüyü
və hər iki ölkənin bir-birinə dəstək göstərdiyi vurğulanır. Bildirilir ki, bütün bunlardan çıxış edərək, Rusiya ilə
Azərbaycanı birləşdirən bu qədər ortaq cəhətin olduğu halda, ÜAK-ın ləğvi məsələsindən söhbət gedə bilməz. Son
16 ildə ÜAK fəaliyyəti hər iki ölkənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və hər zaman gördüyü nəcib
işlərə görə təşəkkür məktubları alıb. Avropa Azərbaycanlıları Konqresi hesab edir ki, bu ÜAK-la bağlı qərar qeyri-
obyektivdir və probemin hər iki ölkənin maraqlarına uyğun şəkildə ədalətli həllinə, Rusiyadakı ən böyük ictimai
təşkilatın fəaliyyətini davam etdirəcəyinə ümid edir.
06 aprel 2017
235
Belarus azərbaycanlıları Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb
Belarus Respublikasında fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı yayılmış məlumatlara görə narahatlığını
bildirir. Belarus azərbaycanlıları hesab edir ki, bunun arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən
müəyyən insanlar və təşkilatlar dayanır. Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.
Uzun illərdir ÜAK-la əməkdaşlıq etdiyini diqqətə çatdıran təşkilat üzvləri bildirir ki, ÜAK on ildən artıqdı
iki qardaş xalq arasında özünəməxsus körpü və xalq diplomatiyası rolunu oynayaraq ikitərəfli əlaqələrin
möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
“Hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK Rusiyadan kənarda da tanınır. Nəzərə almaq lazımdı
ki, diaspor təşkilatları ictimai əsaslarla fəaliyyət göstərir və yaşadıqları ölkələrin ictimaiyyətini Vətəninin milli,
mədəni, mənəvi dəyərləri ilə tanış olmasına kömək edir” –deyə Belarus azərbaycanlıları qeyd edir.
Bəyanatda deyilir: “Belarusda yaşayan azərbaycanlılar digər ölkələrin diaspor təşkilatları, eləcə də rus
icması ilə yaxşı münasibətlərimiz var və birlikdə çox sayda aksiya və tədbirlər keçiririk. Heç nə bizim dost və qardaş
münasibətlərimizə xələl gətirə bilməz”.
“Azərbaycan İcmaları Konqresi” ümid edir ki, məsələ ilə bağlı düzgün qərar veriləcək və ÜAK bundan sonra
da fəaliyyətini davam etdirəcək.
06 aprel 2017
236
Moldova Azərbaycanlıları Konqresi müraciət yayıb
Moldova Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin
(ÜAK) ləğvinə dair yayılmış xəbərlərlə əlaqədar müraciət qəbul edib. Müraciətdə ÜAK-la bağlı yaranmış vəziyyətə
görə Moldova azərbaycanlılarının narahatlığı bildirilir. Qeyd olunur ki, 2001-ci ildə Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılan ÜAK bu illər
ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verib. Müraciətdə eyni zamanda ÜAK-ın Rusyada
yaşayan azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası
istiqamətində böyük işlər gördüyü vurğulanır: “16 ildir ki, Ümumrusiya Azərbaycan Konqresinin əsas məqsədi
Rusiyada millətlərarası anlaşmanı möhkəmləndirmək və Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni
əməkdaşlığı inkişafına dəstək göstərməkdir”.
Moldova Azərbaycanlıları Konqresi əminliklə qeyd edir ki, ÜAK Rusiya qanunları çərçivəsində fəaliyyət
göstərərək dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, millətlərarası dostluğun və mədəniyyətlər arasında
dialoqun dərinləşıməsinə öz töhfələrini verib.
Moldovanın çoxminli Azərbaycan icması Rusiya Federasiyasının müfaviq qurumlarının hər iki ölkənin milli
maraqlarına uyğun olaraq obyektiv və ədalətli qərar verəcəyinə ümid edir. Moldova Azərbaycanlıları Konqresi inanır
ki, ÜAK-la bağlı veriləcək doğru qərar iki ölkənin strateji partnyorluq əlaqələrinin daha da dərinləşməsinə xidmət
edəcək.
06 aprel 2017
237
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat yayıb
“Rusiyadakı onlarla Azərbaycan diaspor təşkilatının özündə birləşdirən Ümümrusiya Azərbaycan Konqresi
(ÜAK) ilə bağlı yayılmış məlumatlar bizi dərindən sarsıdıb” - Azərbaycan Slavyan Gənclər Assosiasiyasının
(ASGA) Rusiya nümayəndəliyinin yaydığı bəyanatda belə deyilir.
Azərbaycan Slavyan Gənclər Assosiasiyası hesab edir ki, bu addım ümumi tarixə və mədəniyyətə malik olan
Rusiya ilə Azərbaycan xalqları arasında əsrlərə dayanan dostluq münasibətlərinin möhkəmlənməsinə qarşıdır:
“Rusiya və Azərbaycan prezidentlərinin razılığı və dəstəyi ilə yaradılan ÜAK Rusiya-Azərbaycan dostluğunun
möhkəmləndirilməsində böyük xidmətləri olan, eyni zamanda Rusiyadakı azərbaycanlıları bir araya gətirən ən
böyük diaspor təşkilatlarından biridir. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü
ərəfəsində bu kimi xoşagəlməz hadisənin baş verməsi bizi dərindən sarsıdıb”.
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanatında deyilir ki, Azərbaycanla
Rusiyanın bir çox mühüm beynəlxalq məsələlərdə mövqeyinin üst-üstə düşdüyü və hər iki ölkənin bir-birinə dəstək
göstərdiyi bir zamanda bu məsələnin gündəmə gətirilməsi iki ölkə arasında münasibətlərin soyuqlaşmasına xidmət
edir.
Azərbaycan Slavyan Gənclər Assosiasiyası hesab edir ki, ÜAK-la bağlı yaranmış vəziyyət qeyri-obyektivdir
və problemin gündəmə gətirilməsi Azərbaycanla Rusiya qardaşlığına qarşı qısqanclıq meyllərinin nəticəsidir: “Biz,
ASGA Rusiya nümayəndəliyi olaraq ümid edirik ki, problem hər iki ölkənin maraqlarına uyğun, ədalətli şəkildə həll
ediləcək və Rusiyadakı ən böyük ictimai təşkilatlardan biri olaraq fəaliyyətini davam etdirəcək”.
06 aprel 2017
238
Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib
Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası Ümumrusiya Azərbaycan
Konqresi ilə bağlı Rusiya Federasiyasının (RF) ədliyyə naziri Aleksandr Konovalova müraciət edib. Müraciətdə
deyilir: “Hörmətli Aleksandr Vladimiroviç, biz, Qazaxıstan Respublikasında yaşayan azərbaycanlılar Ümumrusiya
Azərbaycan Konqresinin fəaliyyəti ilə bağlı yayılmış xəbələrə görə çox narahatıq. Məsələnin səbəblərinin aydın
olmaması isə bizi daha çox məyus edir”.
Mövcud olduğu bu illər ərzində ÜAK-la sıx əməkdaşlıq etdiklərini xatırladan Qazaxıstandakı soydaşlarımız
təşkilatın iki dost ölkənin - Rusiya və Azərbaycanın mənafeyi üçün çox səmərəli xidmət göstərdiyini vurğulayır:
“ÜAK uzun illər ərzində dostluq və həmrəylik münasibətlərində olan iki ölkənin mədəni, mənəvi dəyərlərinin
mübadiləsində vacib rol oynayıb və oynayır”.
Rusiya ədliyyə nazirinə ünvanlanmış müraciətdə daha sonra deyilir: “Bu gün, Azərbaycan Respublikası və
onun Prezidenti İlham Əliyevin tolerantlıq və anlaşma siyasəti yürütdüyü bir vaxtda ÜAK-la bağlı yayılmış xəbərlər
narahatlıq doğurur. Biz, Qazaxıstanda yaşayan azərbaycanlılar Sizdən xahiş edirik ki, bizim narahatlığımızı Rusiya
Federasiyasının Prezidenti cənab Vladimir Putinə çatdırasınız və ÜAK-ın qorunub saxlanılması ilə bağlı həmrəylik
nümayiş etdirəsiniz".
Qazaxıstanda yaşayan azərbaycanlılar A.Konovalovun diqqətinə çatdırır ki, ÜAK-ın ləğvi iki dost ölkənin
prezidentləri İlham Əliyevlə Vladimir Putinin sayəsində uzun illərdir qorunan, inkişaf edən münasibətlərə xələl
gətirə bilər.
Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası müraciətin sonunda Rusiya
Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovun yaranmış vəziyyətlə bağlı anlayış nümayiş etdirəcəyinə və
problemin həllinə yardım göstərəcəyinə ümid etdiyini bildirir.
07 aprel 2017
239
Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə bağlı Paris Azərbaycan Evinin bəyanatı
Fransada fəaliyyət göstərən Paris Azərbaycan Evi Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə bağlı bəyanat
yayıb. Bəyanatda bildirilir ki, Azərbaycan mədəniyyətinin tarixi beşiyi olan Şuşa şəhəri 25 il əvvəl Ermənistan
ordusu tərəfindən işğal olunub. Tarixi abidələrlə zəngin olan Şuşa dünyaya bir çox görkəmli şəxsiyyətlər-yazıçılar,
şairlər, Azərbaycan mədəni irsini dünyaya tanıdan musiqiçilər bəxş edib.
Bəyanatda deyilir: “Şuşanın müdafiəsi zamanı 195 nəfər azərbaycanlı öldürülüb, 165 nəfərdən çoxu
yaralanıb, 68 nəfər isə əsir düşüb. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq hüququn norma və
və insan hüquqları prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir. Şuşanın 24 min 9 yüz nəfər sakini bu
gün məcburi köçkün kimi yaşayır. Lakin bu təcavüzün faciəli nəticələri təkcə Azərbaycan torpaqlarının işğalı ilə
məhdudlaşmır. 5000-ə yaxın eksponatı olan Şuşa tarixi muzeyi, Dövlət Xalçaçılıq və Tətbiqi incəsənət muzeyinin
yerli filialı, Qarabağ etnoqrafik muzeyi, o cümlədən Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın sarayı,
Ağabəyim ağanın qəsri, İbrahim Xəlil xanın tikdirdiyi mədrəsə kompleksi, digər mədəniyyət mərkəzləri və təsviri
qalereyalar dağıdılmış, viran edilmiş, kitabxanalar yandırılmışdır.”
Bəyanatda qeyd edilir ki, Ermənistan dövlətinin Azərbaycanın mədəni irsinə təcavüzü bu gün də davam
edir. “Biz -Fransa azərbaycanlıları beynəlxalq təşkilatları Şuşa da daxil olmaqla Azərbaycan torpaqlarının geri
qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, bir milyon məcburi köçkünün, əsir düşmüş və girov
götürülmüş azərbaycanlıların hüquqlarının qorunması üçün Azərbaycana dəstək olmağa çağırırıq”- deyə bəyanatda
vurğulanıb.
Bəyanatda beynəlxalq təşkilatların, sülhü dəstəkləyənlərin tolerantlıq məkanı olan Azərbaycanda sülhün və
əmin-amanlığın bərpasına çalışacaqlarına, Azərbaycana qarşı mövcud davamlı işğalçılıq siyasətinin dayandırılması
üçün öz səylərini əsirgəməyəcəklərinə ümid ifadə olunub.
08 may 2017
240
Jan-Fransua Mansel Şuşanın işğalının ildönümü ilə bağlı bəyanat yayıb
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua
Mansel 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Şuşa şəhəri ilə bağlı bəyanat yayıb.
Fransalı deputat 8 may tarixinin Avropada faşizm üzərində qələbə günü kimi qeyd olunduğunu xatırladaraq,
həmin tarixin onun azərbaycanlı dostları üçün kədərli gün - Şuşanın işğalı günü olduğunu bildirir və Şuşanı
unutmamağa səsləyir.
Bəyanatda qeyd edilir ki, Şuşa Azərbaycan mədəniyyətinin ən gözəl səhifələrinin yazıldığı məkan,
Azərbaycan musiqisinin, xüsusilə də muğamının beşiyidir. Aleksandr Düma Qafqaza səfəri zamanı Qarabağ xanının
qızı, dövrünün ən məşhur şairəsi Xurşidbanu Natəvanla məhz Şuşada görüşüb.
Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan günədək - mayın 8-dək Azərbaycan
mədəniyyətinin döyünən ürəyi olub. Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı ilə Şuşa şəhəri də işğal olunub və 480 nəfər qətlə yetirilib, 600 nəfər yaralanıb, 552 uşaq valideynsiz
qalıb. Məktəblər, tarixi, dini və mədəniyyət abidələri dağıdılıb, Azərbaycan mədəniyyət irsinin bütün elementləri
yerlə-yeksan edilib. Bildirilir ki, erməni dağıdıcı maşını azərbaycanlıları doğma yurdundan didərgin salıb. Qədim
Azərbaycan torpaqlarında bu gün saxta öz müqəddəratını təyinetmə iddiası ilə işğalçılar məskunlaşıb. İntellektual
və bədii təxəyyülün birliyini təcəssüm etdirən əfsanəvi Şuşa işğaldan sonra kabusa çevrilib.
“Fransada faşizm üzərində Qələbənin 72-ci ildönümünü bayram etdiyimiz 8 may günündə 25 il əvvəl
torpaqlarını itirmiş, doğma yurdlarından didərgin düşmüş azərbaycanlı dostlarımızı və işğal olunmuş Şuşanı
unutmayaq.
Arzu edirik ki, Fransanın yeni seçiləcək prezidenti Minsk qrupu çərçivəsində dərhal və fəal şəkildə
həmsədrlik roluna başlasın, Ermənistan və Azərbaycan arasında barışığa, işğal olunmuş ərazilərin azad olunmasına
və qaçqınların, məcburi köçkünlərin hüquqlarının tanınmasına əsaslanan ədalətli və davamlı sülhə öz töhfəsini
versin”, - deyə bəyanatda qeyd edilir.
08 may 2017
241
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin müraciəti əsasında Ümumrusiya Azərbaycan Konqresinin ləğv
edilməsi ilə bağlı başlamış məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlı icmasının, digər xarici ölkələrdə
məskunlaşmış soydaşlarımızın, eləcə də bütün Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olmuşdur.
Təəssüf hissi ilə bildiririk ki, son dövrlərdə daxil olmuş məlumatlar Rusiya Federasiyasında müəyyən anti-
Azərbaycan qrupların ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərdiyini, may ayının 15-
nə təyin olunmuş məhkəmə prosesinə təşkilatın bağlanması üçün təzyiq etmək cəhdlərinin intensivləşdiyini
söyləməyə əsas verir.
Dövlət Komitəsi bəzi qüvvələrin bilavasitə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmiş
məqsədyönlü fəaliyyətindən dərin narahatlıq hissi keçirdiyini bir daha bəyan edərək, məhkəmənin ədalətli qərar
verəcəyinə inandığını ifadə edir. ÜAK Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış, fəaliyyət göstərdiyi müddət ərzində
soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi,
xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliğinə xidmət edən bir sıra uğurlu layihələr
həyata keçirmişdir. İki milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat millətlərarası barışın və qarşılıqlı
anlaşmanın tərəfdarı kimi çıxış etmiş, ölkədə mövcud olan dini və etnik tolerantlığın daha da gücləndirilməsinə töhfə
verməyə çalışmışdır.
Bir daha vurğulamağı vacib hesab edirik ki, ÜAK ictimai rəydə yalnız milyonlarla azərbaycanlını təmsil
edən təşkilat deyil, eyni zamanda xalqlarımızın dərin tarixi köklərə malik çoxəsrlik dostluq münasibətlərinin,
ölkələrimizin bir çox sahələri əhatə edən strateji tərəfdaşlığının simvolu kimi qəbul olunmaqdadır. Bu gün
beynəlxalq münasibətlər sistemində mühüm yerə malik Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında
xüsusi rol oynayan yüzlərlə azərbaycanlının adını çəkmək olar. Rusiyada yaşayan azərbaycanlılar bu ölkəni özünün
ikinci vətəni kimi qəbul edir, onun tərəqqisi və rifahı naminə səy və bacarığını əsirgəmirlər.
ÜAK-ın fəaliyyətinin başlıca qayəsi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların cəmiyyətə
inteqrasiyasına dəstək vermək, onların xalqlarımız arasındakı əlaqələrin güclənməsinə, ölkələrimizin iqtisadi, siyasi
və digər sahələrdə münasibətlərinin inkişafına cəlb etməkdən ibarət olmuşdur. ÜAK və onun üzvləri heç zaman
Rusiya Federasiyasının qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmamış, ölkənin, dövlətin
maraqlarını yüksək əzmlə qorumağa, müdafiə etməyə çalışmışdır. Bütün bunlara baxmayaraq, bəzi qüvvələrin ÜAK-
ın fəaliyyətinin dayandırılmasına yönəlmiş israrlı cəhdləri onların Rusiyanın ümumi mənafelərinə xidmət etdiyinə
şübhə yaradır, eyni zamanda erməni diasporu ilə əlaqələrinə dair məlumatların həqiqətə uyğun olma ehtimalını
artırır, habelə azərbaycanlı icmasının Rusiyanın milli siyasətinə inamının sarsılmasına səbəb ola bilər. Bu cür
təşəbbüslər, eyni zamanda Rusiya Federasiyasının milli və etnik azlıqlarla bağlı siyasətinin məzmununa,
prinsiplərinə qəti şəkildə ziddir.
Dövlət Komitəsi bütün Azərbaycan ictimaiyyətinin və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 460-
dan çox diaspor təşkilatında birləşmiş azərbaycanlıların ÜAK-ın fəaliyyəti ilə bağlı başlamış məhkəmə prosesində
iki ölkənin maraqlarına, xalqlarımızın dostluq ənənələrinin, dövlətlərimizin strateji tərəfdaşlıq münasibətlərinin
ruhuna zidd qərar qəbul olunması istiqamətində təşəbbüslərdən dərin narahatlığını ifadə edir. Ümid edirik ki,
məhkəmə bu narahatlığı nəzərə alaraq, milyonlarla azərbaycanlını təmsil edən ÜAK-ın fəaliyyəti ilə bağlı tam
ədalətli, obyektiv və heç bir siyasi motivə əsaslanmayan qərar qəbul edəcəkdir. Bir daha xüsusi vurğulamağı vacib
hesab edirik ki, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin dayandırılması iki ölkənin ümumi mənafelərinə
tamamilə ziddir və yalnız Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmlənməsini istəməyən qüvvələrin
maraqlarına xidmət edə bilər.
12 may 2017
242
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı
2017-ci il mayın 15-də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiasına əsasən bu ölkənin Ali
Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi bütün Azərbaycan
ictimaiyyəti, Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən dərin təəssüf hissi və ciddi
narahatlıqla qaşılanmışdır.
Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının, ayrı-ayrı təşkilatların, habelə ÜAK rəhbərliyinin
bütün səylərinə baxmayaraq, Rusiya Ali Məhkəməsi bu ölkədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatlardan
birinin ləğvi barədə iddianı təmin etmiş və bununla da ədalətsizliyə yol vermişdir.
Dövlət Komitəsi Rusiyada və dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın çoxsaylı müraciətlərinə
əsaslanaraq, bir daha bəyan edir ki, bu qərar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna,
xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir.
Azərbaycan və Rusiya arasında faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi, xalqlarımızın və
dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında
uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər.
Azərbaycan ictimaiyyəti və diaspor nümayəndələrinin narahatlığını nəzərə alaraq, bir daha vurğulamağı
vacib bilirik ki, ÜAK ətrafında bir neçə aydır davam edən proseslərin təhlili, müxtəlif mənbələrdən əldə olunmuş
informasiyalar təşkilatın fəaliyyətinin dayandırılması barədə qərarın arxasında Azərbaycan-Rusiya strateji
tərəfdaşlığını öz maraqlarına təhlükə kimi görən müəyyən qüvvələrin məqsədyönlü fəaliyyətinin dayandığı şübhəsini
yaratmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik missiyasını
həyata keçirən və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyada ən böyük Azərbaycan diaspor
təşkilatının qeydiyyatının ləğvi Azərbaycan ictimaiyyətində bu ölkənin tərəfsizliyinə olan inama xələl gətirə bilər.
Dövlət Komitəsi ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələri, habelə diaspor fəallarının
etirazını anlayışla qarşılayır, indiki həssas məqamda qərarın məsuliyyətinin ayrı-ayrı şəxslərin, dövlət qurumlarının,
habelə ÜAK rəhbərliyinin üzərinə qoyulmasının doğru olmadığını diqqətə çatdırmağı vacib hesab edir. Ümumrusiya
Azərbaycan Konqresinin bütün qurultayları, toplantıları Rusiya Federasiyasının müvafiq dövlət qurumları ilə
razılaşdırılmış şəkildə həyata keçirilmişdir. ÜAK-ın rəhbərliyinə bütün seçkilərdə Rusiya ictimaiyyətinin, siyasi
elitasının tanıdığı, qəbul etdiyi nüfuzlu şəxslərin namizədliyi irəli sürülmüşdür. Buna görə də məhkəmənin qərarında
göstərilən əsasların tam subyektiv və qeyri-adekvat olması barədə rəy bildirmək üçün ciddi əsaslar vardır.
Məhkəmənin qərarına hörmətlə yanaşmağın zəruriliyini nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqresi
Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət edəcək və ədalətin bərpa
olunmasına çalışacaqdır. ÜAK-ın ləğvi ilə bağlı məhkəmə qərarına qanunvericiliyə uyğun şəkildə yenidən baxılması,
tam obyektiv, ədalətli, ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edən hüquqi nəticənin əldə olunması
istiqamətində bütün zəruri addımlar atılacaqdır.
16 may 2017
243
Rusiyadakı qazax diasporu ÜAK-la bağlı bəyanat yayıb
Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən “Qazax diasporu”nun Moskva Fondu Ümumrusiya
Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Məsələ ilə bağlı öz fikrini bildirməyi
vacib sayan bəyanat müəllifləri bildirir ki, Rusiyada nüfuzlü ictimai təşkilatlardan biri kimi ÜAK-la yarandığı
gündən əməkdaşlıq edilib: “Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin və Rusiya,
eləcə də keçmiş ittifaqın digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanımlasında, dövlətlər
arasında konsrtuktiv əməkdaşlığın inkişafında maraqlı olub”.
Rusiya Federasiyasının Ali Məhkləməsində təşkilatın qeydiyyatının ləğvinin təəssüf doğurduğunu
vurğulayan qazax diasporunun nümayəndələri qeyd edir ki, baş verənlərin arxasında postsovet məkanındakı
dövlətlər arasında anlayışın qorunmasında maraqlı olmayan və Rusiya ilə Azərbaycan, ruslarla, azərbaycanlılar
arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır.
Rusiyadakı qazax diasporunun nümayəndələri hesab edir ki, Rusiya vətəndaş cəmiyyətinin subyekti olaraq
ÜAK-ın ləğvi məsələsi vətəndaş sektorunda əməkdaşlığa və xalqlar arasında anlaşmanın, dostluğun
möhkəmlənməsinə kölgə sala bilər.
19 may 2017
244
Moldova azərbaycanlıları ÜAK-ın ləğvindən narahatdır
Moldova Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin
(ÜAK) ləğvi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda ÜAK-la bağlı yaranmış vəziyyətə görə Moldova
azərbaycanlılarının narahatlığı ifadə olunur. Bildirilir ki, 2001-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir
Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılan ÜAK bu illər ərzində ikitərəfli
əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verib. Bəyanatda həmçinin, ÜAK-ın Rusyada yaşayan
azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası istiqamətində
böyük işlər gördüyü vurğulanır: “16 ildir ki, Ümumrusiya Azərbaycan Konqresinin əsas məqsədi Rusiyada
millətlərarası anlaşmanı möhkəmləndirmək və Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığı
inkişafına dəstək göstərməkdir. ÜAK Rusiya qanunları çərçivəsində fəaliyyət göstərərək dini və etnik tolerantlığın
möhkəmləndirilməsinə, millətlərarası dostluğun və mədəniyyətlər arasında dialoqun dərinləşıməsinə öz töhfələrini
verib” – bəyanatda belə deyilir.
Moldovanın çoxminli Azərbaycan icması Rusiya Federasiyası Ali Məhkəməsinin ÜAK-ın ləğvinə dair
qərarından təəssüfləndiyni və narahatlığını bildirir. Moldovadakı Azərbaycan diasporu hesab edir ki, bu qərar strateji
partnyorluq əlaqələrinin olduğu Rusiya ilə Azərbaycanın milli maraqlarına uyğun deyil.
19 may 2017
245
Belarus Azərbaycan İcmaları Konqresi Rusiyanın dövlət orqanlarına müraciət ünvanlayıb
Belarus Respublikasındakı Azərbaycan İcmaları Konqresi Rusiya Federasiyası Prezidentinin
Administrasiyası, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi, Rusiya Federasiyasının Ali Məhkəməsinə bəyanat
ünvanlayıb.
“Azərbaycan İcmalar Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK)
ləğvi ilə əlaqədar dərin narahatlığını ifadə edib. Bəyanatda bildirilir: “Bizim üçün sirr deyil kİ, bütün bu təxribat
xarakterli fəaliyyətin arxasında Rusiya və Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl gətirən insanlar və
təşkilatlar dayanır. Azərbaycan İcmalar Konqresi uzun illərdir ÜAK ilə əməkdaşlıq edir. On ildən artıqdır fəaliyyət
göstərən təşkilat ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işində özünəməxsus körpü rolunu oynayır”.
Bəyanatda həmçinin vurğulanır ki, ÜAK öz fəaliyyətini hər zaman Rusiya Federasiyası qanunvericiliyi
çərçivəsində qurub. Öz fəaliyyəti çərçivəsində ictimaiyyəti doğma vətənin milli, mədəni və mənəvi dəyərləri ilə
yaxından tanış edib.
“Biz, Belarus azərbaycanlıları respublikamızın müxtəlif diaspor nümayəndələri ilə birgə rus diasporu ilə
dostluq münasibətləri saxlayır və birlikdə çoxsaylı aksiyalar həyata keçirirk. Heç bir şey bizim qardaşlıq
münasibətlərimizə təsir edə bilməz” – deyə bəyanatda qeyd edilir.
19 may 2017
246
Almaniyadakı Azərbaycan diasporu Rusiya Prezidentinə müraciət edib
Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları – Drezdendəki Alm.Az Cəmiyyəti,
Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Avropa Əməkdaşlıq Forumu Təşkilatı İdarə
Heyətinin üzvləri Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin qeydiyyatı ilə əlaqədar Rusiya Federasiyası
Prezidenti Vladimir Putinə müraciət qəbul edib.
Almaniyadakı Azərbaycan diasporunun bəyanatında deyilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər
hər zaman yüksək səviyyədə olub və bütün sahələrdə səmərəli əməkdaşlıq mövcuddur: “Bu münasibətlərin qorunub
saxlanılmasına iki ölkə prezidentinin qarşılıqlı anlaşması öz töhfəsini verməkdədir. Azərbaycan beynəlxalq
təşkilatlar çərçivəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirərək bu ölkənin bölgədəki strateji maraqlarını hər zaman
nəzərə alıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin daxili siyasəti nəticəsində
Azərbaycan Respublikası ərazisində rus icmasının, rus təhsil mərkəzlərinin fəaliyyəti, rus dili və mədəniyyəti
qorunub saxlanılıb, rus əhalinin tam hüquqlarının qorunması üçün bütün şərait yaradılıb”.
Almaniyada yaşayan azərbaycanlılar hesab edir ki, bütün bunlara baxmayaraq, Rusiyadakı Azərbaycan
əleyhinə olan qüvvələr təxribatçı fəaliyyətlərini gücləndirərək münasibətlərə kölgə salmaq üçün əlindən gələni edir.
“Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə verdiyi
qərarı subyektiv xatakterlidir və göstərilən dəlillər qeydiyyatın ləğvi üçün kifayət deyil”.
Almaniyadakı Azərbaycan diasporu Rusiya dövlət başçısından xahiş edir ki, ədaləti bərpa edərək ÜAK-ın
qeydiyyatının bərpasına dəstək göstərsin. Bu, Rusiya və Azərbaycan əlaqələrinə böyük töhfə ola bilər. Sonda diaspor
təşkilatları kütləvi informasiya vasitələrini və ictimai təşkilatları tələsik adımlar atmamağa, Rusiyanın bəzi dövlət
orqanlarını isə anti-Azərbaycan qüvvələrinin təsirinə düşməməyə çağırır.
22 may 2017
247
Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb
Kanada Azərbaycan Tədqiqatları İnstitutu Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğvi ilə
bağlı Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrova məktub ünvanlayıb.
Məktubda Kanada Azərbaycan Tədqiqatları İnstitutunun Azərbaycanın ən böyük diaspor təşkilatı olan
Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinin 15 may 2017-ci il tarixli
qərarı ilə bağlı dərin narahatlığı ifadə olunub. “Rusiya və Azərbaycan arasında dərin dostluq münasibətləri və geniş
əməkdaşlıq mövcuddur. Rusiyadakı azərbaycanlıların meydana çıxan yeni situasiyaların və qlobal problemlərin
öhdəsindən gəlmək üçün Rusiyada belə bir Konqres təşkil etməsi vacib bir faktdır. Konqresin fəaliyyəti ilə
Azərbaycan-Rusiya dostluğu və qarşılıqlı səmərəli əməkdaşlığı daha da güclənir və inkişaf edir. Konqres hər iki
ölkəyə dostluq əlaqələrinin daha da irəliləməsi, Rusiya və Azərbaycanda sülh və inkişafın daha da yüksəlməsi üçün
stimul verib” - deyə məktubda bildirilib.
Məktubda qeyd olunub ki, Ali Məhkəmənin bu qərarı olduqca ədalətsizdir və iki ölkə arasındakı strateji
əməkdaşlığaziddir. “Biz Rusiya hökumətini bu məsələyə müdaxilə etməyə çağırırıq” - deyə məktubda vurğulanıb.
22 may 2017
248
İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
İsveçrədə Azərbaycanlıların Mədəniyyəti Dərnəyi Rusiya Federasiyasının Preizdenti, Rusiya
Federasiyasının Ali Məhkəməsi, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə Ümumrusiya Azərbaycan Konqresinin
qeydiyyatının ləğvi ilə bağlı bəyanat ünvanlayıb.
Bəyanatda ÜAK-ın qeydiyyatının ləğvi məsələsi ilə bağlı dərin təəssüf hissi ifadə olunub. “İsveçrədə
yaşayan azərbaycanlıları birləşdirən böyük bir təşkilat kimi bilirik ki, diasporla işin qurulması, vətənlə mədəni
əlaqələrin qorunub saxlanılması çətindir. Ümumrusiya Azərbaycan Konqresinin də işinin necə çətin olduğunu
bilirik”.
Müraiəctdə daha sonra deyilir: “İnsanların ruh yüksəkliyi ilə yaradılan, öz mədəni əlaqələrini qoruyub
saxlayan və ölkənin qanunları ilə cəmiyyətdə harmoniya şəklində yaşamağı arzulayan bir təşkilat kimi sizi bu qərarın
nəticələri barədə düşünməyə çağırırıq. Bu qərarla siz Rusiya Federasiyasının ərazisində yaşayan insanları dilini və
mədəniyyətini öyrənməkdən, bayramlarını qeyd etməkdən və tarixi vətənlə mədəni əlaqələrini qoruyub saxlamaqdan
məhrum edə bilərsiniz”.
Bəyanatda Rusiya Federasiyasının dövlət strukturlarının bütün millətlərə və etnik qruplara tolerant
münasibətini bilərək bu anlaşılmazlığın tezliklə həll olunacağına, Ümumrusiya Azərbaycan Konqresinin yenə də
Rusiyada Azərbaycan diasporunu fəxrlə təmsil edəcəyinə inam ifadə olunub.
22 may 2017
249
Rusiya Dövlət Sosial Universiteti ÜAK-la bağlı bəyanatı
Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə
bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə ünvanlanmış müraciət yayıb. Bəyanatda bildirilir ki, Rusiya
Dövlət Sosial Universiteti 10 ildən artıqdır Ümumrusiya Azərbaycan Konqresi ilə əməkdaşlıq edir. Bu illər ərzində
sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la
birgə xeyli işlər görülüb.
Bəyanatda həmçinin vurğulanır ki, ictimai təşkilat olan ÜAK-ın yaradılması Azərbaycan xalqının ümumilli
lideri Heydər Əliyevin adı ilə bağlıdır, 2004-cü ildə ÜAK-ın II Qurultayında Rusiya Federasiyasinin Prezidenti
Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
“ÜAK-ın qeydiyyatı, təşkilatın gələcək taleyi ilə əlaqədar öz narahatlığımızı ifadə edirik. Belə təşkilatların
fəaliyyəti Rusiya və Azərbaycan xalqı arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan
diasporunun Rusiyanın ictimai həyatında layiqli iştirakı üçün zəruridir” - deyə bəyanatda bildirilir.
23 may 2017
250
"Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib
"Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı
Rusiya Federal Məclisinə müraciət edib. Müraciətdə bildirilir ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələr
üzə uzun tarixə malik yaxın əlaqələr mövcuddur. Bu əlaqələr tək iqtisadi maraqlara deyil, həm də mənəvi və mədəni
bağlara əsaslanır. Lakin bu münasibətləri qəbul etməyən qüvvələr - ermənilər daim xalqlarımız arasındakı dostluq
əlaqələrinin inkişafına mane olmağa çalışıblar.
“Ölkələrimiz arasındakı qarşılıqlı dostluq münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəlib.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus icmasının hüquqlarının, mədəni
irsinin, rus dilinin, rus təşkilatlarının müdafiəsi üçün çox vacib addımlar atıb. Azərbaycanın ən böyük diaspor
təşkilatının qeydiyyatının ləğvi multikultural və çoxmillətli Rusiya cəmiyyətinin xarakterinə ziddir. Bu təşkilatda
təmsil olunan azərbaycanlılar Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu təşkilat həm də sizin təşkilatdır”.
Bəyanatda daha sonra deyilir ki, ÜAK ümummilli lider Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin
dəstəyi ilə yaradılıb və qeydiyyatın ləğvi iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərə bilər. Şimali Kiprdəki
Azərbaycan diasporu ümid edir ki, iki xalqın dostluq və qardaşlıq münasibətlərinə kölgə sala biləcək bu qərara
yenidən baxılacaq və ədalətli addım atılacaq.
24 may 2017
251
İsveç azərbaycanlıları Rusiya Prezidentinə müraciət edib
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə əlaqədar İsveç Azərbaycanlıları
Konqresi Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Müraciətdə təşkilatın bağlanmasından dərin narahatlıq
ifadə olunaraq bildirilir ki, 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin dəstəyi ilə yaradılan ÜAK bu illər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz
töhfələrini verib. Müraciətdə həmçinin, ÜAK-ın Rusyada yaşayan azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin
qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası istiqamətində böyük işlər gördüyü vurğulanır.
Müraciətdə Ümumrusiya Azərbaycan Konqresinin 16 ildir Rusiya qanunları çərçivəsində fəaliyyət
göstərərək millətlərarası dostluğun, dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, mədəniyyətlər arasında
dialoqun dərinləşıməsinə, eləcə də Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafına
dəstək göstərməsi qeyd edilir.
İsveç Azərbaycanlıları Konqresi Rusiya Federasiyası Ali Məhkəməsinin ÜAK-ın ləğvinə dair qərarından
təəssüfləndiyni bildirir və hesab edir ki, bu qərar strateji tərəfdaşlıq əlaqələrinin olduğu Rusiya ilə Azərbaycanın
milli maraqlarına uyğun deyil. Konqres üzvləri Rusiyanın bəzi dövlət orqanlarını erməni lobbisinin təsirinə
düşməməyə, ÜAK-la bağlı qərarın ləğvinə kömək göstərməyə çağırır.
24 may 2017
252
Danimarkadakı Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət edib
Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyəti iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən
Füzuli rayonunun Alxanlı kəndinin iri çaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində mülki şəxslərin
öldürülməsi ilə bağlı müxtəlif qurumlara məktub ünvanlayıb.
BMT-nin baş katibi Antonio Quterreşə, Avropa Parlamentinin baş ofisinə, İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinə, Danimarka parlamentinin spikeri Mogens Likketofta, habelə parlamentin xarici siyasət komitəsinin
sədri Mette Gyerskova və ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilən məktubda diqqətə çatdırılıb ki, baş
verən hadisə nəticəsində mülki şəxslər - Quliyeva (Allahverdiyeva) Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva
Zəhra Elnur qızılı öldürülüb, Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Bu qanlı cinayətin qəti şəkildə pisləndiyi məktubda belə halların Azərbaycan ərazilərinin işğalı ilə birlikdə
beynəlxalq hüquq normalarına tam zidd olduğu xüsusi vurğulanıb. Bütün bu vəhşiliklərin azərbaycanlılara qarşı
aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olduğunun qeyd edildiyi məktubda bunun Ermənistan hakimiyyətinin
terrorist mahiyyətini göstərdiyi bildirilib.
“Vətən” cəmiyyəti dünya birliyini və beynəlxalq təşkilatları baş verən hadisəyə biganə qalmamağa və
Ermənistan tərəfinin əl atdığı digər qanunsuz addımlara və Azərbaycan ərazilərini işğal etməsi faktı ilə bağlı daha
sərt reaksiya verməyə çağırıb.
06 iyul 2017
253
Paris Azərbaycan evi Alxanlı hadisələri ilə bağlı bəyanat yayıb
Paris Azərbaycan evi Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində
törədilmiş hərbi təxribatla əlaqədar bəyanat yayıb. Bəyanatda Fransada yaşayan azərbaycanlılar adından iyulun 4-ü
axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik
minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris
qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi aktı qəti şəkildə pislənilib, həlak
olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verilib.
Bəyanatda həmçinin Ermənistan dövlətinin ötən əsrin sonlarına doğru Azərbaycan xalqına qarşı törətdiyi
təcavüz aktları qeyd edilib və bildirilib ki, 1 milyondan çox Azərbaycan əhalisi öz ölkəsində məcburi köçkün kimi
yaşayır.
“Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən qınanılsa da
Ermənistan dövləti beynəlxalq təşkilatların çağırış və qərarlarına laqeyd yanaşır. BMT Təhlükəsizlik Şurasının 822,
853, 874, 884 saylı qətnamələri Azərbaycan ərazilərinini dərhal azad edilməsini və məcburi köçkünlərin öz
ölkələrinə qaytarılmasını tələb etsə də bu qətnamələr hələ hələ də yerinə yetirilməmiş qalır”.
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni yerləşdirilməsi
münaqişə zonasında vəziyyətin pisləşməsinin, baş verən hadisələrin əsas səbəbidir və münaqişənin siyasi həllinə
mane olur. Hər bir azərbaycanlı məcburi köçkünün arzusu öz vətəninə qayıtmaqdır, bu işğal davam edə bilməz”-
deyə bəyanatda vurğulanır.
Paris Azərbaycan Evi Fransadakı azərbaycanlılar adından ATƏT-in Minsk qrupunun həmsədri kimi
Fransanı və bütün dünya icitmaiyyətini Azərbaycanın ərazi bötövlüyünün bərpası üçünErmənistana təzyiq
göstərməyə çağırıb.
06 iyul 2017
254
Avropa Azərbaycanlıları Konqresi Ermənistanın növbəti təxribatı ilə əlaqədar aksiya keçirəcək
Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı
kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan Səfirliyi
qarşısında etiraz aksiyası keçirəcək. Aksiyada beynəlxalq ictimaiyyətdən işğalçı ölkənin cinayətkar əməllərinə
lazımi qiymət verilməsini tələb edən şüarlar səsləndiriləcək. Aksiyanın keçirilməsi ilə bağlı artıq yerli orqanlara
müraciət göndərilib.
Qeyd edək ki, artıq Avropa Azərbaycanlıları Konqresi (AAK) tərəfindən Avropa İnstitutlarına, beynəlxalq
təşkilatlara, Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə etiraz məktubları ünvanlanıb, bəyanatlar
göndərilib. Bu qanlı cinayətin qəti şəkildə pisləndiyi məktub və bəyanatlarda Avropa azərbaycanlılarının baş verən
hadisələrdən dərin narahatlıq hissi keçirdikləri ifadə olunub, belə halların beynəlxalq hüquq normalarına tam zidd
olduğu vurğulanıb.
Eyni zamanda, erməni vəhşiliklərinin azərbaycanlılara qarşı aparılan məqsədyönlü siyasətin tərkib hissəsi
olduğu qeyd edilib və bunun Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini göstərdiyi bildirilib. AAK dünya
birliyini və beynəlxalq təşkilatları baş verən hadisəyə biganə qalmamağa və Ermənistan tərəfinin həyata keçirdiyi
digər qanunsuz əməllər və Azərbaycan ərazilərini işğal etməsi faktı ilə bağlı daha sərt reaksiya verməyə çağırıb.
06 iyul 2017
255
Finlandiyadakı Azərbaycan diaspor təşkilatları bəyanat yayıb
Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Yeniyetmə Gənclər Təşkilatı və
Azər-Türk Gənclər Təşkilatı 4 iyul 2017-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı
kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra
Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı birgə bəyanat yayıb.
Bəyanat Finlandiya Parlamentinə, Finlandiya Xarici İşlər Nazirliyinə, İnsan Hüquqları Komitəsinə, BMT, ATƏT,
AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popova, amerikalı
həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib.
”Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya
zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək,
beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə,
həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı
ciddi şəkildə pozmaqda davam edir. Biz, dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa
Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün nəhayət ki,
biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur
edilməsi üçün qəti addımlar atmağa çağırırıq. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının
yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır” - deyə bəyanatda
bildirilir.
06 iyul 2017
256
Azərbaycan diaspor təşkilatları Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən
bəyanat yayıblar
Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), İstanbul Türkiyə
Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD), Eskişəhər Azərbaycanlılar Dərnəyi (ESAZDER), İzmir
Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyi (AKİDER), Azərbaycan Türkləri və Dost Dərnəklər Assosiasiyası
Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi,
Yaponiyada fəaliyyət göstərən Azərbaycan - Yaponiya Dostluq Mərkəzi, Şimali Kipr Türk Respublikasında
fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan
Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıblar.
Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı
qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il
təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetirilməsini pisləyən etiraz bəyanatları insan hüquqlarının müdafiəsi ilə
məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb.
“Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə
olduğunu, eyni zamanda Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Dünya
ictimaiyyəti atəşkəs dövründə baş verən təxribatların, hücumların və mülkü şəxslərin qətlə yetirilməsinə lazımi
reaksiya versinlər, bütün bu ədalətsizliklərə seyrçi qalmasınlar” - deyə bəyanatda qeyd olunur.
Bəyanatda, həmçinin, 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın indiki
prezidenti Sarkisyanın Azərbaycan xalqına dünyanın gözləri qarşısında eyni soyqırımı siyasətini davam etdirdiyi
diqqətə çatdırılır. Sonda isə qeyd olunur ki, bu hadisənin baş verməsi bir daha Ermənistanın bölgədə sabitlik və
əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə maneə olduğunu göstərir.
Bu gün isə İzmir- Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə İzmir şəhərindəki Azərbaycan Dostluq
Parkında mətbuat üçün brifinq və dinc aksiya planlaşdırılır.
06 iyul 2017
257
Qazaxıstanın Azərbaycanlı gəncləri BMT və ATƏT-ə müraciət ediblər
Qazaxıstan Respublikasının Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı iyulun 4-də Ermənistan silahlı
qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində mülki
şəxslərin öldürülməsi ilə bağlı BMT və ATƏT-ə yazılı müraciət ediblər. Müraciətdə Azərbaycan torpaqlarını işğal
etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatı pislənilib.
Eyni zamanda, baş verən hadisənin beynəlxalq birlik və xaricdəki azərbaycanlılar tərəfindən narahatlığa
səbəb olduğu vurğulanıb və bildirilib ki, Qazaxıstandakı Azərbaycan diasporu bu hadisəni insanlıq əleyhinə
yönəlmiş dəhşətli cinayət hesab edir.
Müraciətin sonunda Gənclər təşkilatının nümayəndələri BMT və ATƏT rəsmilərini baş verən hadisəyə
biganə qalmamağa və Ermənistanın bu əməllərinə sərt reaksiya verməyə çağırıb.
06 iyul 2017
258
Rusiya və Ukraynadakı diaspor təşkilatları Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb
Ümumrusiya Azərbaycan Konqresi, “AzerRos” azərbaycanlıların milli-mədəni muxtariyyəti və Ukrayna
Azərbaycanlıları Gənclər Birliyi 4 iyul 2017-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun
Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı
Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat
yayıb.
Bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in Minsk Qrupunun Rusiyalı
həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa
Parlamentinə göndərilib.
Ermənistan Silahlı Qüvvələrinin təxribatını pisləyən bəyanatda deyilir: ”Azərbaycanın dinc əhalisinə və
mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq
hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il
Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi
və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir. Bəyanat müəllifləri dünyanın
aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların,
qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın
işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırır: ”Regionda
sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan
torpaqlarının işğaldan azad olunmasıdır” - deyə bəyanatda bildirilir.
Ümumrusiya Azərbaycan Konqresi, “AzerRos” azərbaycanlıların milli-mədəni muxtariyyəti və Ukrayna
Azərbaycanlıları Gənclər Birliyi Alxanlı hadisələri ilə əlaqədar Rusya, Ukrayna, Moldova və Ukraynanın kütləvi
informasiya vasitəlrində Alxanlı hadisəsi ilə bağlı çıxışlar etməyi də planlaşdırır.
06 iyul 2017
259
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən 2012-2017-ci illərdə Bolqarıstan Respublikasının
Prezidenti Rosen Plevnelievdən 1997-2002-ci illərdə Albaniya Respublikasının Prezidenti Recep
Meydanidən 2007-2011-ci illərdə Latviya Respublikasının
Prezidenti Valdis Zatlersdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində atəşkəsin növbəti dəfə pozulması və günahsız insanların, xüsusən
də körpə qızın qətlə yetirilməsi və mülki əhaliyə dəyən ziyan bizi hədsiz dərəcədə kədərləndirdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından Sizə dərin hüznlə başsağlığı verir və həmçinin cəbhə
bölgəsində vəziyyətin gərginləşməsindən dərin narahatlığımızı bildiririk. Ermənistanın 1994-cü ildə əldə olunmuş
atəşkəs rejimini tez-tez pozması azərbaycanlı uşaqlar da daxil olmaqla mülki əhalinin ölümünə səbəb olur.
Ermənistan ordusunun azərbaycanlı mülki əhaliyə və obyektlərə qarşı bu hücumları beynəlxalq humanitar hüququn
və insan haqlarının ciddi şəkildə pozulması deməkdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təcrübəli və peşəkar üzvləri kimi münaqişənin davamlı sülh və
dialoq yolu ilə həlli məsələsində Sizə dəstək olmağa hazırıq.
Cənab Prezident, xahiş edirik başsağlığı diləyimizlə bərabər, ən yüksək ehtiramımızı qəbul edin.
Hörmətlə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri:
Rosen Plevneliev,
2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti
Recep Meydani,
1997-2002-ci illərdə Albaniya Respublikasının Prezidenti
Valdis Zatlers,
2007-2011-ci illərdə Latviya Respublikasının Prezidenti
07 iyul 2017
260
2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti, Xorvatiya-Azərbaycan Dostluq
Cəmiyyətinin sədri Stepan Mesiçdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin kəşkinləşməsi ilə
bağlı dərin narahatlığımı ifadə edim.
Münaqişə zonasında mülki şəxslərin – iki yaşlı Zəhranın və onun nənəsinin həlak olması xəbəri ilə bağlı
Sizə dərin hüznlə başsağlığı verirəm.
Tezliklə atəşkəs rejiminin bərpa olunmasına, həlli uzanmış bu münaqişənin beynəlxalq hüququn norma və
prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində və BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə uyğun olaraq həllinə ümid edirəm.
Hörmətlə,
Stepan Mesiç
2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti,
Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
07 iyul 2017
261
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri
Dalia İtzikdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Bu kədərli günlərdə Sizə dəstəyimizi bildirməyi və ölkələrimiz arasındakı möhkəm dostluğu vurğulamağı
vacib hesab etdim.
Zati-aliləri, icazə verin son günlərdə həyatlarını itirənlərlə bağlı başsağlığımı çatdırım və yaralananların
tezliklə şəfa tapmalarını diləyim.
Təəssüf ki, mənim xalqım da münaqişə və itkilərin ağrısını yaxşı bilir. Bu illər ərzində xalqlarımız
əsgərlərinin və mülki əhalisinin canı və qanı bahasına əsas problemlərin öhdəsindən gəlməyi öyrənib.
İndi, Sizin gözəl ölkəniz yeni çağırışla üzləşməyə məruz qalır. Lakin təcrübəmiz bizə inamlı olmağı və heç
vaxt qorxmamağı öyrədib. Heç şübhəm yoxdur ki, Siz güclü rəhbərliyiniz və zəkanızla xalqınızı daha uzun illər hər
kəs üçün sülh və rifah təmin edəcək doğru yolla irəli aparacaqsınız.
İcazə verin, dostlarınız kimi Sizə bir daha həqiqi dəstəyimizi və fikirlərimizi bildirim. Hər zaman Sizə kömək
etməyə hazıram.
Hörmətlə,
Dalia İtzik
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü,
İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri
07 iyul 2017
262
Gürcüstan Azərbaycanlılarının Milli Konqresi bəyanat yayıb
Gürcüstan Azərbaycanlılarının Milli Konqresi Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı
kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra
Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb.
Bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk Qrupunun Rusiyalı
həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə
göndərilib. Bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən
narahatçlılığa səbəb olduğu bildirilib.
Bəyanatda deyilir: ”Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut
edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyərək,
beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə,
həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı
ciddi şəkildə pozmaqda davam edir.
Qeyd olunub ki, dünyanın aparıcı, sülhpərvər dövlətləri, beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası,
Avropa Birliyi dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün təcavüzkar
Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmalıdır.
”Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi,
Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır” - deyə bəyanatın sonunda bildirilir.
07 iyul 2017
263
Avstraliya Azərbaycanlıları Xarici İşlər nazirinə müraciət ünvanlayıb
Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası Ermənistan ordusunun
Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın və
nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın isə yaralanması faktları ilə bağlı Avstraliyanın Xarici
İşlər naziri xanım Culi Bişopa müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər
ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu və işğalçı mahiyyətini bir daha ortaya qoyur.
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya
zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarını, beynəlxalq
humanitar hüququ və insan haqlarını, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarını və ona 1 saylı Əlavəni, həmçinin
uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi
şəkildə pozmaqda davam edir” –deyə müraciətdə bildirilir.
Müraciətdə diqqətə çatdırılıb ki, beynəlxalq təşkilatlar, o cümlədən dünya ictimaiyyəti bu faciəyə biganə
qalmamalı, beynəlxalq hüququn tələblərinə uyğun olaraq təcavüzkar Ermənistana qarşı sərt tədbirlər görməlidir.
07 iyul 2017
264
Türkiyə QHT-ləri Ermənistanın təxribatını pisləyən birgə bəyanat yayıb
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə Türkiyədə fəaliyyət göstərən qeyri
hökumət təşkilatları 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı
kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın və nəvəsi 2 yaşlı Zəhranın həlak olması ilə bağlı
bəyanat qəbul edib.
Bəyanat insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara göndərilib. Sənəddə bildirilir
ki, Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal edən, Xocalı soyqırmı da daxil olmaqla dəfələrə
soyqırımı törətmiş əliqanlı bir dövlətdir, günahsız, müdafiəsiz, mülkü şəxsləri öldürməyi adət edib. Qeyd olunub ki,
Ermənistan dövləti işğal etdikləri topraqlardan qeyd-şərtsiz çıxarılmayınca bölgədə sülh və sabitlyin bərqərar olması
mümkün olmayacaq.
Bəyanatda ikili standartlı siyasət yürüdən dövlətlərin Ermənistana havadarlıq etməsi pislənilib, dünyanın
sivil, sülhpərvər dövlətlərindən baş vermiş bu faciəyə ədalətli qiymət verməsi tələb olunub.
Qətnaməni Türkiyənin 40- yaxın QHT-si imzalayıb.
07 iyul 2017
265
Türkiyənin Mərmərə Vəqfi Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi ilə
bağlı bəyanat yayıb
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi Ermənistan silahlı qüvvələrinin iyulun 4-
də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyevanı və nənəsini vəhşicəsinə qətlə
yetirməsi ilə bağlı etiraz bəyanatı yayıb.
“Ermənistan ordusunun mülki insanları qətlə yetirməsi insanlıq əleyhinə cinayətidir” sərlövhəsi ilə ölkə
KİV-lərinə yayılan bəyanatın mətni Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəsmi saytında da yer
alıb.
Bəyanatda qeyd olunur ki, “Ermənistanın təcavüzkar ordusunun Azərbaycanın dinc sakinlərini qətlə
yetirməsi və mülki obyektlərinin dağıdılması ilk dəfə deyil. Bütün türk dünyası bu cinayəti unutmamalıdır”.
07 iyul 2017
266
Qırğızıstandakı Azərbaycan diaspor təşkilatları beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və "Xəzər" İssık Kul
Azərbaycanlıları İctimai Birliyi Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi
təxribat ilə əlaqədar keçirdiyi tədbirdə beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinin liderlərinə müraciət
ünvanlayıblar.
Müraciətdə bildirilib ki, Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad
olunması ilə bağlı BMT-nin 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçı siyasəti bu gün də
davam etməkdədir. "Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəfə alaraq bölgədə
gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli fəaliyyətlərini davam etdirir.”-deyə müraciətdə qeyd
olunub.
Müraciət müəllifləri Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatı
qətiyyətlə pisləyərək və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in
Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünyanın aparıcı dövlətlərinin liderlərini mülki şəxsləri, məsum
körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması
istiqamətində səylərini birləşdirməyə çağırıblar.
Müraciətdə həmçinin bildirilib: “Ötən ilin aprel ayında təmas xəttində baş verən təxribatlar zamanı Ali Baş
Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu və dövlətlə birliyini,
qalibiyyət əzmini, haqq-ədalətin bərpası, Vətən torpağı uğrunda hər an şəhid olmağa hazır olduğunu bütün dünya
gördü. Biz indi də Ali Baş komandan Prezident İlham Əliyevin yanındayıq, istənilən vaxt əlimizə silah alıb qisas
almağa, işğal altındakı torpaqlarımızı azad etməyə hazırıq.”
07 iyul 2017
267
Niderlandda fəaliyyət göstərən diaspor təşkilatları beynəlxalq qurumlara etiraz
məktubları göndərib
Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azəbaycanlı Qadınlar Birliyi və “Odlar
yurdu” Cəmiyyəti Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən
bəyanat yayıblar.
Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı
qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il
təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetirilməsini pisləyən etiraz bəyanatları insan hüquqlarının müdafiəsi ilə
məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb.
Bəyanatda bu faciənin Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi
təhlükə olması, eyni zamanda Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha açması vurğulanır. Niderlanndakı
soydaşlarımız dünya ictimaiyyətini atəşkəs dövründə baş verən təxribatlara, hücumlara və dinc əhalinin qətlə
yetirilməsinə lazımi reaksiya verməyə, bütün bu ədalətsizliklərə biganə qalmamağa çağırıb.
Etiraz məktubunda, həmçinin, 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın
indiki prezidenti Sarkisyanın Azərbaycan xalqına qarşı dünyanın gözləri qarşısında eyni soyqırımı siyasətini davam
etdirdiyi diqqətə çatdırılır. Müraciətin sonunda qeyd olunur ki, bu hadisənin baş verməsi bir daha Ermənistan
bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə maneə
olduğunu göstərir.
Bəyanat BMT-yə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinə, Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına göndərilib.
07 iyul 2017
268
Acariyadakı Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin təxribatlarını
qətiyyətlə pisləyir
Azərbaycanın Batumidəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, Acariyada yaşayan
azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki
şəxslərin öldürülməsindən ciddi narahatdırlar.
Acarıstan Muxtar Respublikasında fəaliyyət göstərən Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti
Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin
öldürülməsi faktı ilə bağlı bəyanat yayıb.
Bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanın qərbində, Acarıstan Muxtar
Respublikasında yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğu bildirilir.
Bəyanatda deyilir: “Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönələn artilleriya zərbələri sübut
edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmir. Əksinə,
beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə BMT-nin, 1949-cu il Cenevrə konvensiyalarının,
həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı
ciddi şəkildə pozmaqda davam edir”.
Bəyanatda qeyd olunur ki, Acariyada yaşayan azərbaycanlılar Azərbaycan dövlətinin, Ali Baş Komandan,
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti dəstəkləyir və daim tarixi Vətənləri Azərbaycanla bir
yerdədirlər. Bəyanat gürcü mətbuatında da geniş işıqlandırlıb. “Adjara” PS qəzeti məlum hadisələrlə bağlı məlumat
dərc edib.
07 iyul 2017
269
Münhendə etiraz aksiyası keçirilib
İyulun 7-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına
etiraz olaraq, Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib.
Aksiyadan öncə azərbaycanlı və türk icmasının nümayəndələri Münhenin mərkəzi məscidində Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin çağırışına uyğun olaraq cümə namazı
zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini yad edib, onların
şəninə Quran oxuyub, ruhları üçün dualar ediblər.
Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Bavariya Türk Dərnəkləri Federasiyası birgə təşkilatçılığı
ilə şəhərin mərkəzində keçirilmiş etiraz aksiyasında Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin
hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya
birliyinin diqqətinə çatdırılıb. Aksiyada çıxış edən Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar
Kərimov və Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir Zeytinoğlu dünya dövlətlərini, beynəlxalq
təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar. Qeyd edək ki, aksiya Almaniyada
nəşr olunan türkdilli qəzetlər tərəfindən də geniş işıqlandırılıb.
Aksiyanın sonunda Münhen şəhərinin azərbaycanlı və türk icması adında beynəlxalq təşkilatlara
ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə dünya birliyindən Ermənistanın işğalçılıq siyasətinə son qoyulması
üçün qəti tədbirlər görülməsi tələb edlib, beynəlxalq ictimaiyyətin baş verənlərə laqeyd qalmasının Ermənistanın
daha ağır cinayətlər törətməsinə səbəb olacağından narahatlıq ifadə olunub.
07 iyul 2017
270
Türkiyədən və Azərbaycandan olan tanınmış ziyalılar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar
Ankarada Türkiyə və Azərbaycandan olan bir qrup ziyalı Füzuli rayonunun Alxanlı kəndinin sakinləri
Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın erməni hərbçiləri tərəfindən vəhşicəsinə qətlə
yetirilməsi faktı ilə bağlı mətbuat konfransı keçirib.
Yeni Türkiyə Strateji Araşdırmaları Mərkəzində təşkil olunan mətbuat konfransında iştirak edən tanınmış
alimlər və siyasətçilər Füzuli rayonunun Alxanlı kəndində törədilən qanlı hadisə ilə bağlı beynəlxalq ictimaiyyətə
ünvanlanan bəyanat imzalayıblar. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Əttar
media təmsilçilərini ziyalılar adından beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatın mətni ilə tanış edib.
Bəyanatda diqqətə çatdırılır ki, Alxanlı kəndində baş vermiş qanlı hadisə ermənilərin Xocalı soyqırımı da
daxil olmaqla, Azərbaycan xalqına qarşı törətdikləri amansız cinayətlərin davamıdır. Bu, Ermənistanın dövlət
səviyyəsində həyata keçirdiyi daha bir terror aktıdır.
Müraciətdə deyilir: “Biz, dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT-ni, Avropa İttifaqını, Avropa
Şurasını və ATƏT-i dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün, nəhayət,
biganəliyə son qoymağa, təcavüzkar Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarından silahlı qüvvələrini
çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin
olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”.
İyulun 20-dək imza üçün açıq olan bəyanatın mətni BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, o
cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Türkiyədəki diplomatik nümayəndəliklərinə
göndəriləcək.
İstanbul, 8 iyul, АZƏRTAC
271
Azərbaycanlılar Berlində etiraz aksiyası keçirdi
Berlin Azərbaycan Evinin və Azərbaycanlı Tələbələr və Elmi İşçiləri Birliyinin təşkilatçılığı ilə Berlin
şəhərinin Branderburq qapıları meydanında Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonun Alxanlı kəndində
törətdiyi hərbi təxribatla əlaqədar piket keçirib.
Aksiyada Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq ictimaiyyətdən qəti addımlar
atmağı tələb edilib. Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı
qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü
Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət olduğunu vurğulayan soydaşlarımız
Ermənistana qarşı sərt sanksiyalar tətbiq edilməsinin zəruriliyini vurğulayıblar.
Aksiya iştirakçıları dünya azərbaycanlılarının torpaqların işğaldan azad olunması üçün Azərbaycan
dövlətinin atdığı bütün addımları dəstəklədiyini ifadə ediblər. Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan
azad olunması regionda davamlı sülhün və sabitliyin təmin olunmasının yeganə yoludur.
Piketin sonunda iştirakçılar adından dünya ictimaiyyətinə ünvanlanmış müraciət qəbul olunub.
08 iyul 2017
272
Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi Ermənistan ordusunun Alxanlıda mülki insanları
qətlə yetirməsi ilə bağlı bəyanat yayıb
Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi iyulun 4-də Ermənistan silahlı
qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Azərbaycanın mülki əhalisinin qətlə
yetirilməsi ilə əlaqədar bəyanat yayıb. Azərbaycanın Serbiyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bəyanatda
Alxanlı kəndinin atəşə tutulması nəticəsində ikiyaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın
qətlə yetirildiyi, Sərvinaz Quliyevanın yaralandığı, mülki obyektlərə ciddi ziyan dəydiyi qeyd olunub. Bu hücumun
Ermənistanın Azərbaycana qarşı təcavüz etdiyi 1980-ci illərin sonundan bəri Azərbaycanın mülki əhalisinə - uşaq,
qadın, ahıl insanlara və mülki obyektlərə edilən yeganə hücum olmadığı bildirilib.
Buna misal olaraq 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin bölgədə yerləşən 366-cı sovet motoatıcı
alayının dəstəyi ilə Xocalıya hücumu və günahsız insanların qətlə yetirilməsi və şəhəri yerlə-yeksan edilməsi qeyd
olunub. 1994-cü ildə atəşkəs rejiminin rəsmən qüvvəyə minməsinə baxmayaraq, Ermənistan ordusunun dinc
Azərbaycan əhalisinə qarşı zorakılıq siyasətini davam etdirdiyi, bunun nəticəsində 2011-ci ilin mart ayında snayper
atəşi ilə Ağdam rayonunun Orta Qərvənd kənd sakini 10 yaşlı Fariz Bədəlovun, 2011-ci ilin iyul ayında isə
Ermənistan tərəfindən uşaq oyuncağına quraşdıraraq Tovuz çayına atılmış bombanın partlaması nəticəsində 13 yaşlı
Aygün Şahmalıyevanın qətlə yetirilməsi, onun anası Elnarə Şahmalıyevanın yaralandığı da qeyd olunub.
Diqqətə çatdırılıb ki, bu qanlı hadisələr Ermənistanın təcavüzkar siyasətini və Azərbaycanın suverenliyi,
ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən və işğalçı qüvvələrin
Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT TŞ-nin 1993-cü il tarixli 822, 853,
874, 884 saylı qətnamələrə məhəl qoymadığını sübuta yetirir. Ermənistanın BMT Baş Məclisinin “Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli, AŞ PA-nın 2005-ci il tarixli 1416 saylı
qətnamələrinə və digər sənədlərə məhəl qoymadığı da bildirilib. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki
obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il
Cenevrə konvensiyasının və ona 1 saylı Əlavənin, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi
və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulması kimi dəyərləndirilib.
Bəyanatın sonunda Azərbaycan Mədəniyyət Mərkəzi bütün dünya ictimaiyyətini və beynəlxalq təşkilatları,
o cümlədən münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunu Ermənistanın qeyd olunan hərəkətlərini
pisləməyə, Ermənistandan silahlı qüvvələrini dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb
etməyə və Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə tənzimlənməsi üçün qətiyyətli addımlar
atmağa çağırıb.
Bakı, 8 iyul, AZƏRTAC
273
Polşadakı azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçirib
İyulun 8-də Polşada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şurası tərəfindən Ermənistanın Varşavadakı
səfirliyi qarşısında aksiya keçirilib. Ermənistan silahlı qüvvələrinin iki Azərbaycan mülki şəxsini öldürməsi və
Azərbaycanın Dağlıq Qarabağ regionunda təcavüzü davam etdirməsinə etiraz məqsədilə keçirilən aksiyada Polşada
yaşayan Azərbaycanlı gənclər iştirak edib.
Aksiyada çıxış edənlər xarici ölkələrdə, o cümlədən Polşada yaşayan azərbaycanlıların baş vermiş hadisədən
sarsıldığını, dünya birliyindən bu faciəyə ədalətli qiymət verilməsini gözlədiklərini bildiriblər. Bildirilib ki, bu
hüznlü hadisə bütün dünya azərbaycanlılarının kədər və hiddətinə səbəb olmuşdur. Etirazçılar Füzulinin Alıxanlı
kənd sakinləri - 50 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi,
Ermənistanın təcavüzü və Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilən etnik təmizləmə ilə bağlı məlumatların
əks olunduğu bukletləri şəhər sakinlərinə paylayıblar.
İştirakçılar Ermənistan ordusunun işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, dövlətlərin ərazi
bütövlüyünə hörmətlə yanaşılması, girovların dərhal azad edilməsi üçün beynəlxalq birliyi Ermənistan dövlətinə
təzyiq göstərməyə çağırıblar.
Aksiyanın sonunda Polşadakı azərbaycanlı gənclər adından etiraz bəyanatı səfirliyin poçt qutusuna atılıb.
08 iyul 2017
274
Azərbaycanlılar Ermənistanın Almaniyadakı səfirliyi qarşısında etiraz aksiyası təşkil edib
İyulun 9-da azərbaycanlılar Ermənistanın Almaniyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlılar Assambleyası və Alman-Azərbaycan Mədəniyyət Evinin
təşkilatçılığı ilə reallaşan aksiyada iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin və mülki
obyektlərinin atəşə tutulması nəticəsində Sahibə Allahverdiyeva və nəvəsi 2 yaşlı Zəhranın həlak olması insanlığa
qarşı cinayət kimi qiymətləndirilib. Soydaşlarımız bu hadisəni Ermənistan dövlətinin təcavüzkar və terrorçu
mahiyyətini əks etdiridiyini vurğulayıblar.
Aksiyada Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz ifadə edən şüarlar səsləndirilib, 4 iyul
təxribatı zamanı həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın fotoşəkillərindən ibarət plakatlar nümayiş etdirilib. Çıxış
edənlər xarici ölkələrdə, o cümlədən Almaniyada yaşayan azərbaycanlıların baş vermiş hadisədən sarsıldığını, dünya
birliyindən bu faciəyə ədalətli qiymət verilməsini gözlədiklərini bildiriblər. Qeyd olunub ki, dinc sakinlərin həlak
olması faktlarının təkrarlanması bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə
mövcudluğu regionda sülhün təmin olunmasına, münaqişənin danışıqlar masası arxasında həll edilməsinə maneə
yaradan başlıca amildir. Soydaşlarımız Azərbaycan dövlətinin ölkənin ərazi bütövlüyünün bərpası yönündə bütün
addımlarını dəstəklədiklərini ifadə ediblər. Bildirilib ki, bu hüznlü hadisə bütün dünya azərbaycanlılarının kədər və
hiddətinə səbəb olmuşdur. Daha sonra işğalçı ordunun bugünə qədər dəfələrlə uşaq ölümlərinə səbəbkar olması və
yüzlərcə uşağı qətl etməsinə etiraz olaraq səfirliyin giriş qapısına gəlincik buraxılmışdır. Bu addımın simvolik
mənası həm də ondan ibarətdir ki, bu gün Ermənistan cinayətkar hakimiyyəti oyuncaqları ilə oynamalı olan körpələri
qətl edir. Piketin sonunda iştirakçılar adından səfirliyin poçt qutusuna Ermənistan hakimiyyətinə etiraz bəyanatı
atılıb.
Bakı, 9 iyul, AZƏRTAC
275
Özbəkistandaki Azərbaycan Milli Mədəniyyət Mərkəzi ermənilərin Alxanlı kəndindəki təxribatları ilə bağlı
bəyanat yayıb
Özbəkistandaki Azərbaycan Milli Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan azərbaycanlılar adından
Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndindəki təxribatları ilə bağlı Birləşmiş Millətlər Təşkilatı,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa Parlamentinə, ATƏT-in Minsk qrupunun
həmsədr ölkələrinə bəyanat ünvanlayıb. Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı
bütün dünyada yaşayan azərbaycanlılar kimi Özbəkistandakı azərbaycanlıları da dərindən sarsıdıb. Ermənistan
silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra qətlə
yetirilib, Sərvinaz Quliyeva isə ağır yaralanıb. Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanmasının region
üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya
qoyur.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya
zərbələri sübut edir ki, Ermənistan dövləti öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini
pozur, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı
əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair
Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir. Bəyanatda beynəlxalq qurumlar təcavüzkara qarşı konkret
addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə çağırılır. “Biz bu ağır və çətin
günlərdə sonsuz kədər və hiddətimizi ifadə edərək, həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına
dərin hüznlə başsağlığı veririk. Bəyan edirik ki, Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması,
təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəkləyirik. Əminik ki, Azərbaycan dövləti bu
qanlı cinayəti törədənlərin layiqli cəzalarını alması üçün bütün zəruri tədbirləri görəcək. Regionda sülhün, sabitliyin,
əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan
azad olunmasıdır”,-deyə bəyanatda vurğulanır.
Daşkənd, 10 iyul AZƏRTAC
276
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Almaniya Bundestaqına müraciət edib
Almaniyanin Bonn şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri
Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı Almaniya Bundestaqına müraciət ediblər. Müraciətdə bildirilib ki,
Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu zamanı Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi
Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın ağır yaralanması ilə nəticələnən bu hadisə Bonn şəhərindəki
azərbaycanlıların narahatlığına səbəb olub. “Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də,
münaqişə çərçivəsində ağır silahlarla mülki əhaliyə qarşı hücumlar edilməsi, beynəlxalq humanitar hüquqa və insani
dəyərlərə ziddir. Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə səssiz
qalmamalıdır. Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, hücum zaman həyatlarını itirənlərə Allahdan
rəhmət, yaralılara şəfa diləyirik”,-deyə müraciətdə bildirilib.
Müraciətdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, 2016-cı
il aprel ayında təcavüzkar dövlətin təmas xəttindəki təxribatları haqda məlumat verilib. Qeyd edilib ki, bu əməllərlə
Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyini bir daha sübut edir.
Müraciətdə, həmçinin Xocalı soyqırımına da toxunulub. "Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə
zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən
insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu",-Ermənistan prezidenti Serj Sarkisyanın 2000-
ci ildə Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla verdiyi müsahibə zamanı işlətdiyi bu ifadələr
Ermənistan hakimiyyətinin yürütdüyü işğalçı siyasətin bariz nümunəsidir. Bu siyasət bu gün də Sarkisyanın
rəhbərliyi altında davam etdirilir”- deyə bildirilib.
10 iyul 2007
277
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Viktor Yuşşenkodan və Leonid Kravçukdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident, əzizimiz İlham Heydər oğlu!
İcazə verin, Azərbaycan üçün bu ağır günlərdə, Dağlıq Qarabağda yenə də dinc azərbaycanlı sakinlərin həlak
olduğu, münaqişənin isə yenidən qızışdığı bir vaxtda Sizə və xalqınıza möhkəm dəstəyimizi ifadə edək.
Təcavüzkarın və onun mütəffiqlərinin belə addımları bütün sivil dünya üçün təhlükəyə çevrilir. Biz ümid edirik ki,
dünya birliyi bu faciəli hadisələrin lazımınca qiymətləndirilməsində həmrəylik nümayiş etdirəcək. Əziz İlham
Heydər oğlu, Qarabağ yarası və ölkənizin hər bir sakininin hiss etdiyi ağrı-acı biz ukraynalılara hər kəsdən daha
aydın və yaxındır. Azərbaycan kimi, Ukrayna da ərazisində növbəti dondurulmuş münaqişə və anklav yaradılması
üçün bütün cəhdlərə baxmayaraq, var gücü ilə öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Odur ki, Azərbaycanın
ərazi bütövlüyü və müstəqilliyi Ukrayna üçün və şəxsən bizim üçün həmişə müasir geosiyasətin dəyişməz
postulatlarından biri olub və bundan sonra da olacaq. Sizin əsası atanız, Prezident Heydər Əliyev tərəfindən
qoyulmuş müdrik dövlət siyasətiniz sayəsində Azərbaycan dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dinc yanaşı
mövcud olduğu dövlət nümunəsidir, tolerantlıq və multikulturalizm isə uğurlu dövlət siyasətinə çevrilib. Belə
quruculuq siyasəti Azərbaycanın Qərb ilə yanaşı, bütün dünya ilə yaxınlaşmasına hər vəchlə mane olan ölkələrdə
həsəd hissi və müqavimət doğurmaya bilməz.
Hörmətli cənab Prezident, bizə yaxşı məlumdur ki, bugünkü vəziyyətdə hadisələrin inkişafı təkcə
Azərbaycan xalqının və Azərbaycan Ordusunun gücündən və mütəşəkkilliyindən deyil, həm də başqa ölkələrin dəqiq
mövqeyindən asılıdır. Biz inanırıq ki, Sizin ölkə tezliklə yenə də öz torpaqlarına və sərhədlərinə nəzarət etmək,
düşmən tərəfindən işğal olunmuş və dağıdılmış əraziləri bərpa etmək imkanı əldə edəcək. Möhtərəm cənab
Prezident, icazə verin, çoxillik əməkdaşlığa, bizim üçün prinsipial olan bütün məsələlərdə, o cümlədən Ukraynanın
ərazi bütövlüyü, onun Avropaya istiqamətlənmiş gələcəyi və müstəqilliyi məsələlərində dəstəyinizə və nöqteyi-
nəzərinizə görə Sizə bir daha sonsuz təşəkkürümüzü bildirək. Bizə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işində
fəal iştirak etmək imkanı yaratdığınıza görə də Sizə minnətdarıq. İcazə verin, Sizə öz ehtiramımızı və ən xoş
arzularımızı ifadə edək, gözəl ölkənizə davamlı inkişaf və firavanlıq diləklərimizi çatdıraq.
Hörmətlə, Viktor Yuşşenko Ukraynanın prezidenti (2005-2010),
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Leonid Kravçuk
Ukraynanın prezidenti (1991-1994) Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
Bakı, 10 iyul, AZƏRTAC
278
İsveç Azərbaycanlıları Konqresi Ermənistan səfirliyinə məktub göndərib
İsveç Azərbaycanlıları Konqresi iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri
tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və nənəsi 50 yaşlı Sahibə Allahverdiyevanın həlak
olması ilə bağlı İsveç Krallığının Resytaqına, parlament üzvlərinə, Baş nazirə, Xarici İşlər Departamentinə,
jurnalistlər birliyi olan – Svenska Pen təşkilatına məktub ünvanlayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı
qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı uşaq olmaqla 2
dinc sakinin həlak olması və daha birinin yaralanması faktı məktubda geniş qeyd olunub. Bununla yanaşı, məktubda
bildirilib ki, Azərbaycanın torpaqlarını işğal etməklə kifayətlənməyən Ermənistan dövləti müxtəlif təxribatlar
törədərək beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Sonda isə İsveç Krallığının qanunverici və
icraedici orqanlarından baş verən hadisəyə obyektiv qiymət verilməsi və rəy bildirilməsi xahiş olunub.
İsveç Azərbaycanlıları Konqresi Alxanlı kəndində törədilən hərbi təxribata etiraz olaraq Ermənistanın bu
ölkədəki səfirliyinə də etiraz məktubu ünvanlayıb.
Məktubda deyilir: “Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması
nəticəsində kəndin dinc sakinləri qətlə yetirilib. Biz-İsveç Azərbaycanlıları Konqresi bu ölkədə yaşayan
azərbaycanlılar adından günahsız dinc əhaliyə qarşı törədilən bu cinayət aktına etirazımı bildiririk”.
Sonda isə vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı vandalizm aktıdır və bu, bir daha
Ermənistan dövlətinin terrorçu mahiyyətini təsdiqləyir.
Bakı, 10 iyul, AZƏRTAC
279
Nant şəhərində yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət göndərib
Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar tərəfindən Ermənistan ordusunun Füzuli rayonunun
Alxanlı kəndində törətdiyi növbəti təxribata etiraz əlaməti olaraq toplantı keçirilib. Toplantıdan öncə tədbir
iştirakçıları məsciddə 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini
yad edib, onların şəninə Quran oxuyub, ruhları üçün dualar ediblər.
Nant şəhərində yerləşən Türk mədəniyyət mərkəzində keçirilən toplantıda Ermənistan Silahlı Qüvvələrinin
Alxanlı kəndinə hücumu nəticəsində mülki şəxslərin həlak olmasının Fransada yaşayan azərbaycanlıların
narahatlığına səbəb olduğu vurğulanıb və bildirilib ki, bu hadisə işğalçı Ermənistanın beynəlxalq hüququ, insan
haqlarını kobud şəkildə pozmasını bir daha nümayiş etdirir.
Tədbirin sonunda baş vermiş hadisə ilə əlaqədar Fransada yaşayan azərbaycanlılar adından müraciət qəbul
edilib. Müraciət İnsan Hüquqları komitəsinə, BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in
Minsk Qrupunun həmsədrlərinə və Avropa Parlamentinə göndərilib.
Müraciətdə beynəlxalq birlikdən işğalçı Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunması tələb edilib.
11 iyul 2007
280
Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi etiraz bəyanatı yayıb
Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi Füzuli rayonunun Alxanlı kəndinin sakinləri
Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın Ermənistan Silahlı qüvvələri tərəfindən vəhşicəsinə
qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən Ermənistanın bilərəkdən və sistemli şəkildə
beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki insanları, xüsusilə qadın və uşaqları hədəf aldığı bu
vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən araşdırılmasına, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən
qeyd-şərtsiz çəkilməsi üçün zəruri sanksiyaların tətbiq edilməsinə çağırılıb.
Bəyanatında Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarının
hiddətlə qarşılandığı vurğulanıb. Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi mülki əhali, o cümlədən
uşaqların qətlə yetirilməsinə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan sərt mövqe nümayiş etdirməyi tələb
edib.
11 iyul 2007
281
Qazaxıstanda fəaliyyət göstərən beynəlxalq qurumlar Alxanlıda mülki insanları qətlə yetirməsi ilə
bağlı bəyanat yayıb
Qazaxıstanda fəaliyyət göstərən beynəlxalq qurumlar, araşdırma mərkəzləri, qeyri-hökumət təşkilatları,
Azərbaycan diasporu iyulun 4-də Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndinin sakinlərini qətlə
yetirməsi ilə bağlı bəyanatlarla çıxış ediblər. Dünya Axıska Türkləri İctimai Birliyinin, uyğurların “Turan dünyası”
Beynəlxalq Fondunun, “Xəzər” İctimai Birliyinin, eləcə də “Ozan” Təşkilatının bəyanatlarında vurğulanır ki,
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki
şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması qəbul edilməzdir. Mənzil-qərargahı Almatı şəhərində olan
Türk Xalqları Mədəniyyət Vəqfinin bəyanatında bildirilir ki, mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən
hücumlar, beynəlxalq humanitar hüquqa və insan haqlarına, xüsusilə Cenevrə konvensiyalarına və uşaqların
hüquqlarına ziddir.
Qazaxıstanda akkreditə olunmuş Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinə, “Qırmızı Xaç”
“UNICEF” Beynəlxalq uşaq təşkilatına, ATƏT-in Astana ofisinə ünvanlanmış bəyanatda deyilir ki, baş vermiş
hadisənin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Ermənistanın növbəti hərbi
təxribatı Qazaxıstan mətbuatı tərəfindən də geniş işıqlandırılıb. “Kazinform” İnformasiya agentliyində Azərbaycan
Xarici İşlər Nazirliyinin bəyanatına geniş yer verilib. Vurğulanıb ki, azyaşlı uşağın öldürülməsi Ermənistanın işğalçı
siyasətinin iç üzünü göstərir. Beynəlxalq ictimaiyyət bu hadisələrdən dərhal nəticə çıxarmalı, təcavüzkar tərəfi sülh
prosesinə ciddi maneə yaradan əməllərdən çəkindirməlidir.
Astana, 12 iyul, АZƏRTAC
282
Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyət dairəsi genişdir
Diaspora Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında
önəmli rol oynayır Avropa Azərbaycan Cəmiyyəti Azərbaycanın diaspora təşkilatlatları arasında öz fəaliyyəti ilə seçilir. Avropa
Azərbaycan Cəmiyyəti 2008-ci ilin noyabr ayında işə başlayıb. Ondan dörd il öncə isə London Azərbaycan
Cəmiyyəti kimi fəaliyyət göstərib. Təşkilatın Birləşmiş Krallıq, Belçika, Fransa, Almaniya və Türkiyədə ofisləri,
Azərbaycanda isə nümayəndəliyi vardır. Təşkilatın missiyasının bir hissəsi olaraq, Avropa Azərbaycan Cəmiyyəti
mütəmadi olaraq sərgilər, konsertlər, kitab nəşrləri və təqdimatların daxil edildiyi çoxistiqamətli mədəniyyət
layihəsini həyata keçirir. Bu layihələr Azərbaycan mədəni irsinin, Azərbaycan milli-mədəni dəyərlərinin
qorunmasını, Avropa cəmiyyətinin mədəni həyatına Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyasını, təhsilin
inkişaf etdirilməsini, dostluq, etimad və xalqlar arasında anlaşmanı təşviq edir. Dünya ictimaiyyəti incəsənət,
memarlıq, ədəbiyyat, teatr, kino, rəqs və musiqi sahələri də daxil olmaqla, Azərbaycanın bütün növ mədəniyyət
sahələri barədə məlumatlandırılır. Bundan başqa Avropa Azərbaycan Cəmiyyəti Azərbaycanı Avropada siyasi,
iqtisadi və mədəni aspektdən də tanıdır.
Cəmiyyətin xətti ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün
çoxsaylı kitablar, jurnal və qəzetlər nəşr edilib. Bir sözlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropada
insanlara çatdırilmasında cəmiyyət önəmli rol oynayır. Füzuli rayonunun Alxanlı kəndində yaşlı qadının və onun
ikiyaşlı nəvəsinin qətlə yetirilməsi ilə bağlı hadisə, erməni vəhşiliyinin iç üzünün açılmasında Avropa Azərbaycan
Cəmiyyəti fəaliyyəti öz nəticələrini verir. Azərbaycan Cəmiyyətinin Berlin ofisi tərəfindən verilən sorğuya cavab
olaraq Almaniya Bundestaqındakı CDU/CSU parlament qrupunun üzvü Stefan Mayer bəyanatı bunu aydın göstərir.
Sovet İttifaqının süqutu zamanı Ermənistan və Azərbaycan arasında mütəmadi olaraq zorakılıq halların baş verdiyini
bildirən Stefan Mayer qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi iki ölkənin silahlı qüvvələri arasında qanlı döyüşlərə
səbəb olub.
Bəyanatda deyilir: Bu münaqişə hər iki tərəf üçün köçkün axınının yaranması və minlərlə günahsız insanın
ölümü ilə yadda qalıb. Bu qanlı savaşda iyirmi beş minə yaxın insan həlak olub, bir milyona yaxın dinc sakin isə
didərgin düşüb. Müharibə nəticəsində Ermənistan nəinki Dağlıq Qarabağı, həmçinin ətrafdakı yeddi rayonu işğal
edib. 1993-cü ildə Azərbaycan ərazisinin bir hissəsinin hərbi işğalı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurası tərəfindən pislənilib. Almaniya Federativ Respublikası tərəfindən dəstəklənən bu tələb indiyədək qüvvədədir.
Stefan Mayer vurğulayıb ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz
hissəsi kimi tanıyır. Avropa İttifaqı və Almaniya bu münaqişənin yalnız sülh yolu ilə həll ola biləciyinə əmindirlər.
2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş parlament seçkiləri nə Avropa İttifaqı, nə də Almaniya tərəfindən tanınıb.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində fəaliyyət göstərən Minsk Qrupu 1992-ci ildən
bu günədək regionda sülh yaratmağa çalışır. Dağlıq Qarabağın işğalı beynəlxalq hüquq üzrə öhdəlikləri pozur.
BMT Xartiyasının II maddəsinin 3 və 4-cü bəndlərinə əsasən, bütün ölkələr öz aralarındakı mübahisələri elə
həll etməlidir ki, beynəlxalq hüquq, təhlükəsizlik və ədalət prinsipləri pozulmasın. BMT-nin hər bir üzvü digər
ölkənin ərazi bütövlüyünə təhlükə altına ala biləcək və təşkilatın məramına zidd hərəkətlərdən çəkinməlidir.
Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, məcburi köçkünlər öz vətənlərinə qayıtmalıdırlar. Göründüyü kimi
Azərbaycanın ərazi bütövlüyü Almaniya tərəfindən dəstəkləndiyi deputatın dilindən bir də səslənir.
Bəyanatda daha sonra deyilir: 2012-ci ildə Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsinin 20
illiyinə həsr olunmuş toplantıda CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu münaqişənin həlli
yollarına dair müzakirələr keçirib və öz təkliflərini verib. Bundestaq deputatının fikrincə, münaqişənin sülh yolu ilə
həlli və münasibətlərin normallaşması bütün regionda sosial və iqtisadi impulslar yaradacaq. Bu baxımdan Almaniya
Bundestaqında fəaliyyət göstərən CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu, BMT, NATO və
ATƏT kimi qurumlar münaqişə tərəflərinə bir daha müraciət edərək Dağlıq Qarabağ məsələsinin həlli üçün səyləri
artırmağa çağırıblar. Tərəflər arasında aparılan danışıqlarda ilk növbədə təmas xəttinə yaxın ərazidə yaşayan dinc
sakinlərin təhlükəsizlik məsələləri müzakirə predmetinə çevrilməli və öz həllini tapmalıdır. Bundan başqa,
Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri və iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı
kəndinin sakini - 2 yaşlı Zəhra Quliyevanın qətli ilə bağlı Almaniya Xarici İşlər Nazirliyində (XİN) müzakirələr
aparılıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın
Səfixanlı və bir qrup əməkdaşın Almaniyaya səfəri çərçivəsində bu ölkənin XİN departament rəhbəri Ekart Blaurok
ilə görüş keçirilib. Görüşdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində insanların fundamental hüquqlarının
pozulması haqqında geniş məlumat verilib, habelə 4 iyulda Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin erməni
silahlı birləşmələri tərəfindən atəşə tutulduğu, 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın qətlə
yetirildiyi bildirilib. Həmçinin, Azərbaycan Ombudsmanın bu hadisə ilə bağlı qəbul etdiyi Bəyanat Almaniya XİN-
ə təqdim edilib. Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyət sahəsinə bunlarla yanaşı Avropa və Azərbaycan arasında
biznes əlaqələrini dəstəklənməsi də daxildir. O təşkilatların əməkdaşlıq əlaqələri qurması və mövcud biznes
əlaqələrinin region boyu genişlənməsi üçün platform yaradır.
283
Bundan başqa, əsas fikir yaradıcıları, qərar qəbul edənlər və digər siyasi, akademik dairlər və vətəndaş
cəmiyyətilə əlaqəli şəxslərin Azərbaycan barədə məlumatını artırmaq üçün çalışır. Öz məqsədləri çərçivəsində
Avropa Azərbaycan Cəmiyyəti maraqlanan tərəflər, fikir formalaşdıran və qərar qəbul edən tərəflərlə görüşlər təşkil
edir, siyasətçilər, jurnalistlər və biznes adamlarının tanışlıq məqsədilə keçirilən iş səyahətlərini təşkil edir. Eyni
zamanda dəyirmi masalar, seminarlar, mühazirələr və konfranslara təşkilatçılıq edir, hesabatlar, bülletenlər və
kitablar hazırlayır. Həmçinin Azərbaycan barəsində «100 suala cavab» kitabı nəşr olunub. Avropa Azərbaycan
Cəmiyyətinin hər ay işıq üzü görən qəzeti bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Cəmiyyətin
Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab da dünyanın müxtəlif universitet və institutlarına paylanıb.
Göründüyü kimi Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyət dairəsi genişdir. Bu isə öz-özlüyündə onu
deməyə əsas verir ki, dövlət tərəfindən lazımı səviyyədə dəstəklənən diaspor təşkilatlarının qazanacağı uğurlar və
Azərbaycan naminə görəcəyi təqdirəlayiq işlər öz bəhrəsini verir və bu fəaliyyət qarşıdakı illərdə Azərbaycanın
xaricdə tanıdılmasında daha böyük uğurlara səbəb olacaq.
Üç nöqtə-2017- 15 iyul - № 123. - S. 5.
284
Lobbi maraqlarının sifarişçisi olan təşkilatın Azərbaycana qarşı kampaniyasını soydaşlarımız
etirazla qarşılayıblar
Lobbi maraqlarının sifarişçisi olan təşkilatın Azərbaycana qarşı kampaniyasını soydaşlarımız etirazla
qarşılayıblar. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropada
fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyası “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı”
(OCCRP) layihəsinin “hesabatı” ilə bağlı etiraz bəyanatı yayıb.
Bəyanatda qeyd edilir ki, beynəlxalq hüququ, bütün beynəlxalq təşkilatların qətnamə, qərar, bəyanatlarını
ayaqlar altına atan işğalçı Ermənistan hakimiyyətini müxtəlif adlar altında qorumağa çalışan bəzi qüvvələr hədəfi
saptırmağa, diqqəti digər istiqamətlərə yönəltməyə cəhdlər edirlər. Avropadakı soydaşlarımız hesab edirlər ki,
OCCRP adlanan təşkilatın növbəti addımının da məhz bu səylərin tərkib hissəsi olduğunu hazırlanan bu tipli
“araşdırma”lardan görməmək mümkün deyil. Assambleya üzvlərinin fikrincə, bu gün Arakanda dünyanın gözü
önündə insanlıq dramı yaşanırkən, Yəməndə, Somalidə insanlar su, qida, tibbi ehtiyaclarını qarşılaya bilmədiyindən
fəlakətlə üz-üzəykən, Suriya, İraq, Əfqanıstanda günahsız sivil insanlar qətl edilirkən, dünyanın gözü qarşısında
Dağlıq Qarabağ problemi kimi haqsızlıq varkən müxtəlif qurumların bu tipli “araşdırma”larının məqsədi aydındır:
“Bu tip “araşdırma”ların erməni lobbisi tərəfindən idarə olunduğunu sadə bir faktla sübut etmək mümkündür.
Təsadüfi deyil ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir, eyni
zamanda, “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasında Dina Naqapetyan adlı erməni əsilli
şəxs də var”.
Diaspor təşkilatı hesab edir ki, bu cür qərəzli kampaniyalar Azərbaycanı öz prinsipial mövqeyindən
çəkindirməyəcək: “Özlərini demokrat, ədalət carçısı, hüquq müdafiəçisi elan edən bəzi dövlətlərin alovlandırdığı,
Tunis, Misir, Liviya, Suriya, İraq, Əfqanıstan və bir çox ölkələrdə bərqərar etdikləri “demokratiya” sizlərə dərs
olmadımı?! Unutmaq lazım deyil ki, bu “yazı” çap olunan ölkələrdən birinin (Danimarka) mətbu orqanları bir neçə
il öncə milyonlarla inanclı insanların sevgi və hörmət bəslədiyi Məhəmməd peyğəmbəri təhqir etməkdən, inanclı
insanların hissiyyatı ilə oynamaqdan belə çəkinməmişdilər. Bununla bağlı yüz minlərlə insan etiraz etsə də yazıların
müəllifləri “söz azadlığı” pərdəsi altında dəstəklənmişdilər.
Diaspor təşkilatı hansısa qaranlıq dairələr tərəfindən maliyyələşdirilən bu cür qurumların “araşdırmasını”
mənfur erməni lobbisinin növbəti gedişi hesab etdiyini vurğulayıb. “Dünyanın müxtəlif ölkələrinə səpələnmiş
azərbaycanlılar adından narahatlığını bildirərək bəyan edirik ki, bu təşkilatla bağlı araşdırmalara başlayıb belə
addımların əsl sifarişçilərini ortaya çıxaracağıq”, - deyə bəyanatda bildirilir.
Bakı, 7 sentyabr, AZƏRTAC
285
Serbiyadakı Azərbaycan diaspor təşkilatı bəyanat yayıb
Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi son dövrlər bəzi xarici kütləvi informasiya
vasitələrində, o cümlədən “The Guardian” və “The Washington Post” qəzetlərində Azərbaycan əleyhinə dərc edilmiş
məqalələrlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu məqalələr ölkəmizə qarşı aparılan qarayaxma
kampaniyasının tərkib hissəsidir və məqsəd Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır. Məqalələrdə əksini
tapmış böhtan xarakterli məlumatların Corc Soros və erməni dairələri tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf
məqsədlər üçün yaradılmış “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatına istinadən
verilməsi kampaniyanın kifayət qədər qərəzli olduğunu bir daha təsdiqləyir.
“Azərbaycan regionun yeganə ölkəsidir ki, müstəqil siyasət yürüdərək regional təhlükəsizliyin təmin
olunmasına öz töhfəsini verir, eyni zamanda iqtisadiyyatını, hərbi qüdrətini artıraraq regionda aparıcı dövlətə
çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin
uğurlu nəticəsidir ki, ölkəmizdə dünya standartlarına uyğun azad, plüralist media formalaşıb. Diqqətə çatdırılır ki,
ölkəmizin sürətli inkişafı, Azərbaycanın uğurlu dövlət kimi özünü təsdiq etməsi, modern, tolerant cəmiyyət imici
antiazərbaycan və islamofob dairələri narahat edir. “Biz, Serbiyada yaşayan azərbaycanlılar, Azərbaycan
Respublikası Prezidentinin uğurlu daxili və xarici siyasətini alqışlayır, ölkəmizin beynəlxalq aləmdə qazandığı
uğurlara kölgə salmaq istəyən siyasi qüvvələrə qarşı mübarizədə səylərimizi əsirgəməyəcəyik”- deyə bəyanatın
sonunda bildirilir.
11 sentyabr 2017
286
ÜAK Azərbaycan əleyhinə yayılmış məlumatla bağlı bəyanat yayıb
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) xarici kütləvi informasiya vasitələrində ölkəmiz əleyhinə
yayılmış məlumatla bağlı bəyanat yayıb. Bəyanatda “The Organized Crime and Corruption Reporting Project”
(OCCRP) təşkilatına istinadən yayılmış materialların tamamilə əsassız, qərəzli və təxribat xarakterli olduğu qeyd
edilib. “Burada əsas məqsəd Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə xələl gətirməkdir. Məhz bu təşkilat
əvvəllər də Azərbaycan əleyhinə yalançı və qərəzli materialları hazırlayaraq ABŞ, Böyük Britaniya, Almaniya,
Danimarka və digər ölkələrin kütləvi informasiya vasitələrində yayılmasını təmin edib”- deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, Azərbaycana qarşı dərc edilmiş məqalənin müəlliflərindən birinin Dina
Naqapetyan adlı erməni əsilli şəxsin olması bir daha sübut edir ki, bu çirkin ittihamların arxasında erməni lobbisi
dayanır.
“Biz, Rusiyada yaşayan azərbaycanlılar Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uğurlu
daxili və xarici siyasətini alqışlayır, ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara kölgə salmaq istəyən siyasi
qüvvələrə qarşı mübarizədə səylərimizi əsirgəməyəcəyimizi bəyan edirik”- deyə bəyanatın sonunda bildirilir.
12 sentyabr 2017
287
Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayıb
Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəklər Federasiyası “Mütəşəkkil Cinayətkarlıq və
Korrupsiya Hesabatı” (OCCRP) layihəsinin “hesabatı” ilə bağlı etiraz bəyanatı yayıb.
Bəyanatda qeyd edilir ki, son günlər bəzi xarici ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan
haqqında əsası olmayan materialların yayılması ölkəmiz əleyhinə qarayaxma kampaniyasının tərkib hissəsidir: “The
Guardian” və “The Vaşiqnton Post” qəzetlərində dərc edilən məqalələrin hamısı uydurmadır, qərəzli düşüncənin
məhsuludur.
Bunların arxasında beynəlxalq aləmdə saxtakar, fırıldaqçı, yalançı imicini qazanan qüvvələr dayanır. Belə
qüvvələrlə əlbir olan erməni lobbisi Azərbaycana qarşı mütəmadi olaraq çirkin kampaniya aparır. Azərbaycan
əleyhinə dərc edilmiş məqalənin müəlliflərindən birinin erməni əsilli şəxs olması kampaniyanın erməni lobbisinin
dəstəyi ilə həyata keçirildiyini göstərir.
“Azərbaycan gənc dövlət olmasına baxmayaraq, müstəqil xarici və daxili siyasət aparır. Ərazisinin iyirmi
faizi Ermənilər tərəfindən işğal edilmiş və bunun nəticəsində 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüşdür. Baş verənlərə dünya ictimaiyyəti eləcə də, “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya
Hesabatı” (OCCRP) adlanan təşkilat heç bir formada reaksiya verməyib”- deyə bəyanatda vurğulanır.
TADEF üzvləri bəyanatda Azərbaycan Prezidentinin siyasətini dəstəklədiklərini, doğma Vətənin milli
maraqlarının müdafiəsi üçün hər cür fədakarlığa hazır olduqlarını vurğulayıblar.
12 sentyabr 2017
288
Rumıniya azərbaycanlıları bəyanat yayıb
Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası Azərbaycan əleyhinə xarici mediada yayılmış
məqaləyə etiraz əlaməti olaraq bəyanat yayıb. Bəyanatda bildirilir: ”Son zamanlar Azərbaycana qarşı bəzi xarici
mətbuat orqanlarında, o cümlədən “The Guardian” və “The Washington Post” qəzetlərində dərc edilmiş məqalələr
vasitəsi ilə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının məqsədi Azərbaycanın imicini zədələmək və onun
haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır. Məqalələrdə əksini tapmış məlumat böhtan xarakterlidir”.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət
nəticəsində vətəndaş cəmiyyəti quruculuğunu inkişaf modeli seçən Azərbaycan mətbuatı demokratiya və aşkarlığın
mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi rolunu oynayır. Bildirilir ki,
Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə
Ermənistan və erməni lobbisini ciddi narahat edir. Bu kampaniyanın geniş yayılmasında da erməni lobbisi, onun
təsiri altında olan anti-Azərbaycan qüvvələri yaxından iştirak edirlər.
"Biz, Rumıniyada yaşayan azərbaycanlılar bir daha bəyan edirik ki, ölkəmizə qarşı qarayaxma
kampaniyasının tərkib hissəsi kimi xarici KİV-də dərc edilmiş məqalələr qərəzlidir, əsassızdır, təxribat xarakterlidir
və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunub." - deyə Rumıniya azərbaycanlılarının yaydığı bəyanatda
vyrğulanır.
12 sentyabr 2017
289
Belarus azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
Belarusda fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresi xarici mediada Azərbaycan haqqinda yayılmış
materallarla bağlı bəyanat yayaraq narahatlığını və etirazını bildirib. Bəyanatda qeyd edilir ki, “The Organized Crime
and Corruption Reporting Project” təşkilatının hesabatı əsasında Azərbaycanın əleyhinə hazırlanmış və ”
Washington Post”, “The Guardian”, eləcə də digər Avropa qəzetlərində dərc olunmuş yazılar qərəzli xarakter daşıyır.
“Məlumdur ki, bu yazıların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı çıxan beynəlxalq aləmdə
fırıldaqçı, yalançı, saxtakar imici ilə tanınmış Corc Soros və onunla birgə fəaliyyət göstərən, Azərbaycan əleyhinə
çirkin kampaniya aparan erməni lobbisi dayanır” – bəyanatda belə deyilir.
Bəyanatda daha sonra deyilir ki, Azərbaycan əleyhinə olan bu qüvvələrin cəhdləri heç bir nəticə verməyib:
““The Guardian” qəzetindəki məqalənin müəlliflərindən birinin erməni Dina Naqapetyan olması bir daha bu
iftiraların ermənipərəst qüvvələrin növbəti iyrənc əməli olduğunu sübut edir”.
Belarus azərbaycanlıları icması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətini
dəstəklədiyini bəyan edərək bildirir ki, ölkəmizin uğurlarını beynəlxalq aləmdə kiçiltməyə çalışan siyasi qüvvələrlə
mübarizədə səylərini əsirgəməyəcəklər.
12 sentyabr 2017
290
Niderland Krallığında yaşayan soydaşlarımız etiraz bəyanat ilə çıxış ediblər
"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi və “Odlar yurdu” cəmiyyəti bəzi xarici kütləvi
informasiya vasitələrində, o cümlədən “The Guardian” və “The Washington Post” qəzetlərində Azərbaycan əleyhinə
yazıların dərc olunmasını pisləyən bəyanatla çıxış ediblər. Ayrı-ayrılıqda bəyanat yayan hər iki təşkilat hesab edir
ki, bu yazılar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının və informasiya müharibəsinin tərkib hissəsidir və
məqsəd Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır.
“Azərbaycanla bağlı eyni mövqedən çıxış edən Corc Soros və erməni lobbisinin birgə məhsulu bu
yazılar tamamilə əsassız, qərəzli və böhtan xarakterlidir. Düşünürük ki, bu məqalələrin hazırlanması Azərbaycanın
regionda və dünyada artan nüfuzu və inkişafına qısqanc münasibətin nəticəsidir. Belə ki, bu gün müstəqil siyasət
yürüdən Azərbaycan regional təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir, eyni zamanda iqtisadiyyatını,
hərbi qüdrətini artıraraq bölgənin aparıcı dövlətinə çevrilib. Bundan başqa, Cənubi Qafqazda davamlı sülhün və
sabitliyin yaradılmasında, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan əvəzsiz rol oynayır.
Bütün bunlar isə ölkəmizə düşmən mövqe sərgiləyən bəzi siyasi dairələri narahat edir və onları Azərbaycana qarşı
qərəzli və təxribat xarakterli kampaniyalar aparmağa sövq edir” – bəyanatda belə deyilir.
Sonda Niderlandda yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin uğurlu daxili və xarici
siyasətini alqışladığını bildirir, ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara kölgə salmaq istəyən siyasi
qüvvələrə qarşı mübarizədə səylərini əsirgəməyəcəyini bəyan edir.
12 sentyabr 2017
291
Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyəti son vaxtlar xarici mediada ölkəmizə
qarşı aparılan kampaniyaya etiraz olaraq bəyanat yayıb. Bəyanatda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyən soydaşlarımız məhz bunun nəticəsində ölkəmizdə davamlı,
dayanıqlı inkişafa əsaslanan iqtisadiyyatın, dünya standartlarına uyğun azad medianın formalaşdığını, azad və
sağlam rəqabətə əsaslanan biznes mühitinin bərqərar olduğunu bildirir. Onların fikrincə, bəzi xarici kütləvi
informasiya vasitələrində Azərbaycana qarşı aparılan kampaniya ölkəmizin inkişafı, beynəlxalq aləmdə artan nüfuzu
ilə bağlıdır.
Bəyanat deyilir: “Son zamanlar Azərbaycan əleyhinə bəzi xarici KİV-lərdə, o cümlədən “The Guardian” və
“The Washington Post” qəzetlərində dərc edilmiş məqalələr vasitəsi ilə ölkəmizə qarşı aparılan qarayaxma
kampaniyasının məqsədi Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmaqdır. Məqalələrdə əksini tapmış böhtan
xarakterli məlumatların Corc Soros və erməni dairələri tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf məqsədlər üçün
yaradılmış “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatına istinadən verilməsi
kampaniyanın kifayət qədər qərəzli olduğunu bir daha təsdiqləyir”.
Litvada yaşayan soydaşlarımız hesab edir ki, Azərbaycan əleyhinə dərc edilmiş məqalənin müəllifləri
sırasında Dina Naqapetyan adlı erməni əsilli şəxs olması faktı da bir daha bu çirkin ittihamların arxasında erməni
lobbisinin dayandığını sübut edir. Bəyanatda təəssüflə vurğulanır ki, bəzi siyasi mərkəzlər Azərbaycanı "kənardan
idarə olunan dövlətə" çevirmək cəhdlərindən əl çəkmir: “Bu kampaniya həmin cəhdlərin davamı olmaqla
Azərbaycanın öz müstəqilliyini nə qədər çətin və mürəkkəb geosiyasi şərtlər altında qurduğunu bir daha nümayiş
etdirir”.
Bəyanatın sonunda soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin uğurlu daxili və xarici siyasətini
alqışladığını, ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara kölgə salmaq istəyən siyasi qüvvələrə qarşı
mübarizədə səylərini əsirgəməyəcəyini bəyan edir.
15 sentyabr 2017
292
Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
Moldova Azərbaycanlıları Konqresi xarici mediada Azərbaycan haqqında yayılmış materallarla bağlı
bəyanat yayaraq narahatlığını və etirazını bildirib. Bəyanatda qeyd edilir ki, “The Organized Crime and Corruption
Reporting Project” təşkilatının hesabatı əsasında Azərbaycanın əleyhinə hazırlanmış və ” Washington Post”, “The
Guardian”, eləcə də digər Avropa qəzetlərində dərc olunmuş yazılar qərəzli xarakter daşıyır.
“Məlumdur ki, bu yazıların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı çıxan beynəlxalq aləmdə
fırıldaqçı, yalançı, saxtakar imici ilə tanınmış Corc Soros və onunla birgə fəaliyyət göstərən, Azərbaycan əleyhinə
çirkin kampaniya aparan erməni lobbisi dayanır” – bəyanatda belə deyilir.
Bəyanatda daha sonra deyilir ki, Azərbaycan əleyhinə olan bu qüvvələrin cəhdləri heç bir nəticə verməyib:
“The Guardian” qəzetindəki məqalənin müəlliflərindən birinin erməni Dina Naqapetyan olması bir daha bu iftiraların
ermənipərəst qüvvələrin növbəti iyrənc əməli olduğunu sübut edir”.
Moldova azərbaycanlıları icması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətini
dəstəklədiyini bəyan edərək bildirir ki, ölkəmizin uğurlarını beynəlxalq aləmdə kiçiltməyə çalışan siyasi qüvvələrlə
mübarizədə səylərini əsirgəməyəcəklər.
20 sentyabr 2017
293
MÜNDƏRİCAT
Qanunvericilik..............................................................................................................................................................1
Dünya Azərbaycanlılarının I qurultayı-Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI...............................................................................................2
Qurultayın qəbul etdiyi sənədlər Dünya Azərbaycanlılarının I Qurultayının Qətnaməsi..............................................4
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI........................................................................................................6
N.H.İbrahimovun Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi
haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI...........................................................7
Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi haqqında
Əsasnamənin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI……....….8
Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə......................................................................................................................................................................9
Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU..................................................................................................................................................................13
"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə-AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI...............................................16
Dünya Azərbaycanlılarının II Qurultayının Keçirilməsi Haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı...................................................................................................................................................................17
Dünya Azərbaycanlılarının II Qurultayının Qətnaməsi...............................................................................................18
Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının hazırlanmasına dair razılıq protokolu
imzalanmışdır.............................................................................................................................................................21
Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı....................................................................................................22
Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı.........................................................................................................................23
ABŞ-ın Nevada ştatının qubernatoru martin 31-ni azərbaycanlıların soyqırımı günü elan etmişdir............................24
Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının son variantı tezliklə hazır olacaqdır...........................................25
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Haqqında Əsasnamənin və Komitənin
Strukturunun Təsdiq Edilməsi Barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı...........................................27
AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ HAQQINDA
ƏSASNAMƏ..............................................................................................................................................................28
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Yaradılması ilə Əlaqədar Azərbaycan
Respublikası Prezidentinin bəzi Fərmanlarında və Sərəncamlarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı........................................................................................................32
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı………………….........................……….34
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin
müraciəti.....................................................................................................................................................................35
Azərbaycan diasporu nümayəndələrinin bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı.............................................................................................................................................36
Dünya azərbaycanlılarının III qurultayının Qətnaməsi...............................................................................................37
Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər Haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı (6 iyul 2012-ci il)............................................................................................40
Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı..........41
Diasparla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrapa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə
Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr”
Mövzusunda diaspor nümayəndələrinin müşavirəsində Avropa Azərbaycanlıarı Konqresinin bəyanatı qəbul
olunub.........................................................................................................................................................................42
ABŞ-ın Kannektikut ştatının Danburi şəhərinin meri Mark Bouqton 28 May - Respublika günü münasibətilə
qətnamə qəbul edib.....................................................................................................................................................43
Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsinin qəbul etdiyi sənəddə 1992-ci ilin
fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən
törədilmiş qətliam soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb....................................................................44
294
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı mövcud olan qarşılıqlı əlaqələri və iki
ölkənin rayonları və şəhərləri arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə Nyu-York şəhərinin Bruklin
Boro inzibati rayonu və Bakı şəhərinin Səbail rayonu arasında Tərəfdaşlıq və Əməkdaşlıq Protokolu
imzalanıb....................................................................................................................................................................45
Baş nazir Artur Rəsizadə Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında qərar verib.............46
Sofiya konfransının yekununda deklarasiya qəbul olunub..........................................................................................47
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti arasında qarşılıqlı
əməkdaşlıq memorandumu imzalanıb………………………….............................................................……………48
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (1 iyun 2016-cı il)……………………………..……………….49
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı (1 iyun 2016-cı il)………………………………………………………...…50
Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı (2 iyun 2016-cı il)...........................................................................................52
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş
şəxslərə iyunun 3-də mükafatlar təqdim edilib…………………………………..................................................…..53
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə mükafatlar təqdim edilib..............54
Dünya Azərbaycanlılarının IV Qurultayında qəbul olunmuş sənədlər........................................................................56
Dünya Azərbaycanlılarının IV Qurultayının QƏTNAMƏSİ......................................................................................57
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının tərkibi təsdiqləndi - SİYAHI Şuranın tərkibində ATXƏM
sədri İlham İsmayılov da təmsil olunur.......................................................................................................................59
Referendumda iştirak hər bir azərbaycanlının vətəndaş borcudur...............................................................................63
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ölkəmizin Rusiya Federasiyasındakı
səfirliyində keçirilən ümumxalq səsverməsi – referendum yerli vaxtla saat 19:00-da başa çatıb................................64
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə
əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda təşkil edilən səsvermə Ankara vaxtı ilə saat 19.00-da
(Bakı vaxtı ilə 20.00) başa çatıb..................................................................................................................................65
Referendumla əlaqədar Fransadakı səfirliyimizdə yaradılan məntəqədə yerli vaxtla saat 19:00-da səsverməyə
yekun vurulub.............................................................................................................................................................66
Referendum ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılmış məntəqədə səsvermə başa çatıb......67
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi
(referendum) ilə əlaqədar ölkəmizin Avstriyadakı səfirliyində yaradılan seçki məntəqəsində yerli vaxtla saat
19:00-da (Bakı vaxtı ilə saat 21:00-da) səsverməyə yekun vurulub............................................................................68
Referendumla əlaqədar Azərbaycanın Ankaradakı səfirliyində keçirilən səsvermə Türkiyə vaxtı ilə saat 19.00-da
başa çatıb.....................................................................................................................................................................69
Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi
(referendum) ilə bağlı Azərbaycanın Qırğızıstandakı səfirliyində yaradılmış 16 saylı Yasamal üçüncü seçki
dairəsinin 33 saylı seçki məntəqəsində səsvermə başa çatıb........................................................................................70
Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulu, 16 saylı Yasamal II seçki dairəsinin tərkibində
yaradılmış 42 nömrəli səsvermə məntəqəsinin sədri Pəzviz İsmayılzadə referendum üzrə ümumxalq
səsverməsinin başa çatdığını bildirib..........................................................................................................................71
Ümumxalq səsverməsi ilə əlaqədar Böyük Britaniyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində səsvermə
yerli vaxtla saat 19:00-da başa çatıb............................................................................................................................72
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı Azərbaycanda keçirilən ümumxalq səsverməsi
(referendum) ilə əlaqədar ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində keçirilən səsvermə
Ər-Riyad vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə 20.00) başa çatıb...............................................................................73
Azərbaycan Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar
ölkəmizin Qazaxıstandakı səfirliyində, Almatı və Aktau şəhərlərində yaradılan seçki məntəqələrində səsvermə
başa çatıb.....................................................................................................................................................................74
Referendumla əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində yaradılan seçki məntəqəsində də səsvermə başa
çatıb............................................................................................................................................................................75
Referendumla əlaqədar Azərbaycanın Litvadakı səfirliyində yaradılan seçki məntəqəsində keçirilən
səsvermədə seçici fəallığı 100 faiz olub......................................................................................................................76
Azərbaycanda ümumxalq səsverməsi olduqca şəffaf keçdi.........................................................................................77
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı........................................................................................................................78
295
N.Ə.Qurbanova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı.............................................................................................................................................79
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı....................................................................................................80
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ………………………...................................................…81
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi
Haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı....................................................................................82
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı....................................................................................................83
M.Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı...................................................................................................................................................................84
R.V.İlatovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı……..................................................................................................................................................…….85
Bəyanat və müraciətlər…………......................................................................................................………………..86
Dünya Azərbaycanlılarının I Qurultayı nümayəndələrinin bütün Dünya Azərbaycanlılarına müraciəti....................87
Dünya Azərbaycanlılarının I qurultayının nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab
Heydər Əliyevə MÜRACİƏTİ………………………………………...............................………………………….90
Rusiyadakı Azərbaycan ictimai təşkilatlarının bəyanatı.............................................................................................91
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti soydaşlarımızı
ruhlandırmışdır...........................................................................................................................................................92
Dünya Azərbaycanlıları Konqresi BMT-yə müraciət etdi...........................................................................................93
«Avropa Azərbaycanlıları Konqresi»nin təsis toplantısı iştirakçılarının prezident İlham Əliyevə müraciəti..............94
Amsterdamda Azərbaycan diasporunun konfransı keçirilib…………………………………………………….…..95
İstanbulda təsis edilmiş Türkiyə-Azərbaycan Zəngəzur türklərinin həmrəylik və mədəniyyət dərnəyi
Azərbaycan Prezidentinə və Türkiyənin Baş Nazirinə müraciət qəbul etmişdir……………………….…………….96
Dünya Azərbaycanlılarının II Qurultayının bütün Dünya Azərbaycanlılarına müraciəti…………………………....97
Dünya Azərbaycanlılarının II Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə müraciəti……………………………………………………………………………………………...…….99
Dünya Azərbaycanlılarının II Qurultayının Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
dünya ictimaiyyətinə müraciəti…………………………………………………………………………………….100
Dünya Azərbaycanlılarının II Qurultayının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilata (YUNESKO)
müraciəti………………………………………………………………………………………………………...…102
Dünya Azərbaycanlılarının II Qurultayının Azərbaycan və türk diaspor təşkilatlarına müraciət………………….103
Xarkovda fəaliyyət göstərən Azərbaycan icmaları bir təşkilatda birləşmişlər...........................................................104
Diaspor təşkilatlarımız Azərbaycan haqda həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında mühüm işlər
görürlər.....................................................................................................................................................................105
DAK-ın Azərbaycan nümayəndəliyi ABŞ Konqresi nümayəndələr palatası xarici əlaqələr komitəsinin ədalətsiz
qərarı ilə bağlı etiraz bəyanatı yaymışdır...................................................................................................................106
Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədova........107
1915-ci il hadisələri ilə əlaqədar “erməni soyqırımı” iddiaları ilə bağlı türk dövlət və cəmiyyətlərinin XI
dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı iştirakçılarının bəyanatı……………....................…………………….108
Diasporamız da narahatdır………………………................................................................................................…109
Diaspor təşkilatlarının protokollara etirazları davam edir.........................................................................................110
Almaniyadan Azərbaycan və Türkiyə prezidentlərinə müraciət ünvanlanıb…………….........……………………111
Diasporumuz etiraz edir………………………………………...........................................................................….113
Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyanın baş naziri Qordon Braunun rəsmi internet saytında
müraciətlə çıxış edib…………………………............................................................................................……….114
Amerikada yaşayan azərbaycanlılar Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının 18-ci ildönümü ilə
bağlı bəyanat yayıblar…………………………..................................................................................…………….115
ABŞ-dakı Azərbaycan diasporu Kaliforniyanın Beynəlxalq Məsələlər Şurasına (WAC) məktub göndərmişdir......116
Benilüks Azərbaycanlıları Konqresi bəyanat yayıb..................................................................................................117
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müraciəti......................................................118
Benilüks Azərbaycanlıları Konqresinin dünya azərbaycanlılarına müraciəti.............................................................121
Azərbaycan diasporundan BMT baş katibinə müraciət.............................................................................................122
Azərbaycan diasporundan mafiya ilə bağlı çağırış....................................................................................................123
296
Dünya azərbaycanlılarının III qurultayının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Müraciəti......................................................................................................................................................................124
Dünya azərbaycanlılarının III qurultayının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına
Müraciəti......................................................................................................................................................................125
Dünya azərbaycanlılarının III qurultayının Dünya azərbaycanlılarına müraciəti.......................................................127
Avropa Azərbaycanlıları Konqresi Fransa prezidenti Nikola Sarkoziya etiraz müraciəti ünvanlandı.......................129
Diasparla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrapa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə
Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr”
Mövzusunda diaspor nümayəndələrinin müşavirəsində Avropa Azərbaycanlıarı Konqresinin bəyanatı qəbul
olunub.......................................................................................................................................................................130
Almaniyada fəaliyyət göstərən “Almaniya Azərbaycanlı Gənclər Birliyi” 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar BMT-nin Baş Katibi Pan Ki-Moona ünvanlanan bəyanat qəbul edib..........................131
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası 31 Mart soyqırımı ilə əlaqədar Almaniya
Bundestaqının spikeri, professor Norbert Lammert-e ünvanlanmış bəyanat qəbul edib...........................................132
Mahir Həmzəyev və “Litva-Azərbaycan” Assosiasiyasının prezidenti İmantas Melyanas Moldova
Respublikasının Ombudsmanı Aurelia Qriqoriuya təşəkkür məktubu göndərmişlər................................................133
“Vətən” Cəmiyyəti Danimarka Parlamentinə etiraz məktubu göndərimişdir............................................................134
Benilüks Azərbaycanlıları Konqresi (BAK) son günlər Moskvadakı hadisələrlə əlaqədar Rusiyada
azərbaycanlılara qarşı yürüdülən diskriminasiya siyasətinə etiraz bəyanatı qəbul edib.............................................135
Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevə məktub ünvanlamışdır…………..........……136
Benilüks Azərbaycanlıları Konqresi qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanin
Brüsseldə "Avropa Birliyi və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq" mövzusunda keçirilən görüşdə iştirakı
ilə əlaqədar bəyanat yayıb.........................................................................................................................................137
Benilüks Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Avropa
Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına müraciət ünvanlayıb..............................................138
Avropa Azərbaycanlıları Konqresi (AAK) və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcər rayonu
ərazisində girov götürməsi ilə bağlı Avropanın ictmai, siyasi və humanitar təşkilatlarına bəyanat ünvanlayıb.........139
Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) sədr Rövşən Tağıyevin imzası ilə beynəlxalq təşkilatlara
müraciət ünvanlanıb..................................................................................................................................................140
“Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləri ilə başlayan bəyanatda bu
günlərdə cəbhə xəttində yaşanan dəhşətli hadisələrə toxunulmuş, Ermənistanın işğalçı siyasəti pislənmişdir..........141
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) son günlər cəbhədəki gərginliklə əlaqədar beynəlxalq
təşkilatlara ünvanlanmış bəyanat qəbul edib.............................................................................................................142
Avropa Azərbaycanlıları Konqresi Avropanın beynəlxalq təşklatlarına müraciət edərək, Ermənistan silahlı
qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə, müharibənin
alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirib və dünya ictimaiyyətini baş verənlərə laqeyd
qalmamağa çağırıb....................................................................................................................................................143
Ümumrusiya Azərbaycan Konqresi son günlərdə cəbhə xəttdində yaranmış gərgin vəziyyətlə əlaqədar
bəyanatla çıxış edib...................................................................................................................................................144
Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri ATƏT-in Minsk qrupuna müraciət edərək,
Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə
yönələn cəhdlərindən dərin narahatlığını bildirib......................................................................................................145
Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələri - Samara Azərbaycanlıları Liqası, Perm vilayəti,
Volqoqradvilayəti, Çuvaş Respublikası, Sverdlov vilayəti, Stavropol diyarı və Xantı-Mansı muxtar dairəsində
fəaliyyət göstərən diaspor təşkilatlarımız son günlər cəbhədə baş verən dəhşətli hadisələrlə əlaqədar ATƏT-in
Minsk qrupuna ünvanlanmış birgə bəyanat qəbul etmişdir.......................................................................................146
Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Polşa dövlət və hökumət nümayəndələrinə
Azərbaycan-Ermənistan təmas xəttindəki mövcud vəziyyət barədə narahatlığını ifadə edən məktubla müraciət
edib...........................................................................................................................................................................147
Qırğızıstanda fəaliyyət göstərən “Azəri” İctimai Birliyi İdarə Heyəti üzvləri və Ağsaqqallar Şurasının
ümumi yığıncağı keçirilib.........................................................................................................................................148
Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən
Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Avstraliya hakimiyyət orqanlarına, ölkədəki
tanınmış kütləvi informasiya vasitələrinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət edib................149
297
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Danimarka parlamentinə müraciət edərək, Azərbaycanın
işğal olunmuş ərazilərindəki cari vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib......................................................150
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən
Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya Prezidentinin Administrasiyasına,
digər hakimiyyət strukturlarına, ölkədəki nüfuzlu mətbuat orqanlarına və beynəlxalq təşkilatların
nümayəndəliklərinə açıq məktubla müraciət edib.....................................................................................................151
Azərbaycan Federasiyası İsveç son günlərdə cəbhədə baş verən hadisələrlə əlaqədar olaraq İsveçin Xarici
İşlər Nazirliyinə ünvanlanan bəyanat qəbul edib.......................................................................................................152
Benilüks Azərbaycanlıları Konqresi Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən
təxribatların qarşısının alınması və təcavüzkarın cəzalandırılması üçün beynəlxalq təşkilatlara ünvanlanmış
bəyanat yayıb…………........................................................................................................................................…153
Niderlandın Assen şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin
Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərindən dərin narahatlığını bildirib.....................................................154
Almaniyanın Saksen-Anhalt əyaləti üzrə Alman - Azərbaycan Mədəniyyət Cəmiyyəti son günlərdə cəbhədə
baş verən dəhşətli hadisələrlə əlaqədar bir çox ünvanlara müraciət edib...................................................................155
İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyəti son bir neçə gün
ərzində özünün ənənəvi təxribatçı fəaliyyətini daha da intensivləşdirərək Ermənistanın təcavüzkar siyasəti və
onun regiona təsiri barədə İsveç hökumətinə ünvanlanmış bəyanatla çıxış edib.......................................................156
Misir Ərəb Respublikasındakı Azərbaycan diasporu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında
erməni silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməsi ilə əlaqədar Misirdəki yerli və xarici qurumlara
bəyanat ünvanlayıb...................................................................................................................................................157
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti son vaxtlar
Ermənistanın Silahlı Qüvvələrinin fəallaşması və bölgədə gərginliyin artması ilə əlaqədar bir sıra beynəlxalq
təşkilatlara məktubla müraciət edib...........................................................................................................................158
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti son vaxtlar
Ermənistanın Silahlı Qüvvələrinin fəallaşması və bölgədə gərginliyin artması ilə əlaqədar bir sıra beynəlxalq
təşkilatlara məktubla müraciət edib...........................................................................................................................159
Macar-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Macarıstan Parlamentinə müraciət ünvanlayıb.................................................................................................160
Litva Azərbaycanlıları Cəmiyyəti Litva Prezidentinə və seyminə müraciət edib......................................................161
Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri
Rövşən Tağıyev ATƏT-in milli azlıqlar üzrə Ali komissarı Astrid Tors, NATO-nu sabiq Baş katibi, Avropa
Birliyinin keçmiş Ali komissarı Havyer Solana və təşkilatın digər təmsilçiləri ilə görüşlər keçirib..........................162
Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi etiraz bəyanatı yaymışdır.................................................163
Ukrayna Millətlər Assambleyası Ukraynanın “1+1” telekanalının rəhbərliyinə, Dövlət Teleradio Komitəsinə,
Xarici İşlər Nazirliyinə, Prezident Administrasiyasına etiraz məktubu ünvanlayıb..................................................164
Benilüks Azərbaycanlıları Konqresi (BAK) Fransanın Benilüks ölkələrindəki diplomatik korpuslarının
başçılarına Parisdə baş verən terror aktlarını pisləyən məktub göndərib...................................................................165
Fransadakı Azərbaycan diasporu "Çarli Hebdo" jurnalının redaksiyasına edilmiş terror aktını pisləyən
bəyanatla çıxış edib...................................................................................................................................................166
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) etiraz bəyanatı yayıb.........................................................167
Misirdəki Azərbaycan Diasporu dünya ictimaiyyətini təcavüzkar ölkəyə qarşı təzyiqləri artırmağa çağırıb............168
Avropa Komissiyası Benilüks Azərbaycanlılar Konqresinin (BAK) Xocalı soyqırımı ilə əlaqədar müraciətinə
cavab verib................................................................................................................................................................171
"AzərRos" prezident İlham Əliyevə müraciət ünvanlayıb.........................................................................................173
Beniluks Azərbaycanlıları Konqresi (BAK) Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qətnaməsinə
etiraz bəyanatı qəbul edib…………….................................................................................……………………….176
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə heyətinin üzvlərindən..............................................177
Avropada fəaliyyət göstərən diaspora təşkilatlarımız fəallaşır..................................................................................178
Avropa Azərbaycanlıları Konqresi (AAK) Azərbaycan diasporu adından bəyanatla çıxış edib...............................180
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyi Avropanın bəzi dairələrinin
Azərbaycana qarşı qərəzli mövqeyinə dair bəyanat qəbul edib.................................................................................181
Benilüks Azərbaycanlıları Konqresi Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Böyük Britaniyaya
səfəri ilə bağlı bəyanat yayıb.....................................................................................................................................182
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin Azərbaycana qarşı yönəlmiş 10 sentyabr 2015-ci il
tarixli olan qətnaməsi ilə bağlı bəyanat yayıb............................................................................................................183
298
Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı
rejimin "yerli idarəetme orqanlarına" keçirdiyi "seçkilər"lə əlaqədar etiraz bəyənnaməsi qəbul edib.....................184
Avropa Demokratiya və İnsan Haqları Fondu Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli
qətnamə ilə əlaqədar etiraz bəyanatı yayıb................................................................................................................185
Ümumrusiya Azərbaycan Konqresi Rəyasət Heyəti adından yayılan bəyanatda deyilir... .......................................186
İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin təşəbbüsü ilə Stokholmda yerləşən Avropa
Parlamentinin ofisində görüş keçirdib.......................................................................................................................187
İğdırın Tuzluca rayonunun girişində türk və kürdcədən əlavə erməni dilində də “Xoş gəlmisiz” yazılmasına
etirazlar davam edir...................................................................................................................................................188
Azərbaycan-Türk Kültür Mərkəzi Niderland Krallığının paytaxtındakı Amsterdam Azad Universitetində
erməni lobbisinin planlaşdırıdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib………….....189
Fransadakı Azərbaycan diasporu Parisdə baş vermis terror aktlarını pisləyən bəyanatla çıxış edib……………......190
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri tərəfindən qəbul edilən qətnamədə noyabrın
13-də Fransanın paytaxtı Parisdə bir-birinin ardınca törədilən və yüzlərlə insanın ölümü, eləcə də yaralanması
ilə nəticələnən terror aktları pislənilir........................................................................................................................191
Fransada yaşayan azərbaycanlılar “Hayastan” ümumerməni fondunun təşkil etdiyi XVI Avropa
telemarafonuna Paris meri Ann İdalqonun dəstək verməsi barədə xəbəri dərin təəssüf hissi ilə qarşılayıb...............192
Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi (AAKM) ölkənin məşhur "Di Velt" ("Die Welt")
qəzetində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən qərəzli yazı ilə əlaqədar etiraz bəyanatı yayıb......................193
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına müraciət
ünvanlayıb………....................................................................................................................................................194
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin Müraciəti (29 dekabr 2015-ci il)............195
Avropa Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa Parlamentinin
İnsan Hüqüqları idarəsinə, Avropanın müxtəlif ictimai-siyasi qurumlarına, hökümət və qeyri-hökümət
təşkilatlarına müraciət ünvanlayıb………........................................................................…………………………196
Diaspor təşkilatlarımız Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı vəziyyətlə bağlı önəmli
addımlar atmışlar......................................................................................................................................................197
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvləri Bosniya və Herseqovinanın sabiq Baş naziri,
NGBM İdarə Heyətinin üzvü Zlatko Laqumciya və İtaliyanın sabiq Xarici işlər naziri Franko Frattini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb...........................................................207
Azərbaycan diasporunun nümayəndələri Finlandiya Parlamentinə müraciət ediblər................................................208
Dünya Azərbaycanlılarının IV Qurultayında qəbul olunmuş sənədlər…………………….................................….209
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə
və parlamentlərinə MÜRACİƏTİ…….............................................................................................................……211
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına MÜRACİƏTİ....................213
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistanda yerləşən Metsamor Atom Elektrik
Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və
dünya ictimaiyyətinə MÜRACİƏTİ……...........................................................................………………………..214
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə
və parlamentlərinə müraciəti.......................................................................................................................................215
Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistanda yerləşən Metsamor Atom Elektrik
Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və
dünya ictimaiyyətinə müraciəti (4 iyun 2016-cı il)…………………………………........................………………217
Avropa Azərbaycanlıları Konqresi Hitlerin əlaltılarından olmuş, İkinci Dünya Müharibəsi zamanı nasist
Almaniyasının hərbi rəhbərləri ilə əməkdaşlıq etmiş “general Njde” kimi tanınan Qaregin Ter-Arutunyana
Ermənistan paytaxtında abidə ucaldılması ilə bağlı etiraz bəyanatı yayıb.................................................................219
İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" təşkilatı faşist generalı, Njde kimi tanınan Qaregin
Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz bəyanatı yayıb......................................220
Danimarkada fəaliyyət göstərən “Vətən” və “Odlar yurdu” cəmiyyətləri bu ölkədəki azərbaycanlılar adından
faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı
bir sıra qurumlara etiraz məktubu göndərib………………………………...................................................………221
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi Rusiya Federasiyasının prezidenti
Vladimir Putinə, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Rusiya Federasiyası
Dövlət Dumasının deputatı Genadiy Zyuqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, "Rusiya zabitləri"
Ümumrusiya ictimai təşkilatına məktub ünvanlayıb.................................................................................................222
299
Ukrayna Qeyri -Hökümət Təşkilatları Assosiasiyası faşist generalı Njde kimi tanınan Qaregin Ter Arutunyana
Ermənistanın paytaxtı Yerevan şəhərində heykəl ucaldılması ilə bağlı etiraz bəyanatı yayıb..................................223
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İyulun 15-də Türkiyədə baş vermiş hərbi çevriliş
cəhdini qınayan bəyanat yayıb..................................................................................................................................224
"Bizim İttifaqımız heç vaxt siyasətə qarışmayıb"......................................................................................................225
Dekabrın 15-də İstanbul Türkiyə -Azərbaycan Dərnəyi (İSTAD) və Qars-Ərdahan İqdır Dərnəkləri
Platformasının üzvləri Beşiktaş stadionu yaxınlığındakı Şəhidlər Təpəsinə yığışaraq İstanbulda 44 nəfər polis
və vətəndaşın ölümü ilə nəticələn terror aktını pisləyən bəyanat yayıblar………………....................…………….227
Ümumrusiya Azərbaycan Konqresinin bəyanatı.......................................................................................................228
Azərbaycan diaspor təşkilatı etiraz bayanatı yayıb....................................................................................................229
Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi bəyanat yayıb....................................................................................230
Martın 5-də Polşanın paytaxtı Varşava şəhərində "Park Lajenkovski Hoteldə" Polşada Azərbaycanlı Gənclər
Şurasının (PAGŞ) 1-ci Forumu keçiriləcək. Forumda Krakov, Lodz, Vroclav, Poznan və başqa şəhərlərində
yaşayan gənclər də daxil olmaqla 150-yə yaxın qonağın iştirakı gözlənilir...............................................................231
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Tbilisidə etiraz aksiyası keçirilib..................................................232
Azərbaycanın Rus İcması Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğv edilməsi niyyəti ilə əlaqədar
etirazını bildirib.........................................................................................................................................................233
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat yayıb...................................................234
Belarus azərbaycanlıları Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb...............................................235
Moldova Azərbaycanlıları Konqresi müraciət yayıb.................................................................................................236
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat yayıb.............................................237
Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib.......................................................238
Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə bağlı Paris Azərbaycan Evinin bəyanatı................................................239
Jan-Fransua Mansel Şuşanın işğalının ildönümü ilə bağlı bəyanat yayıb..................................................................240
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı.........................................................................................................241
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı.........................................................................................................242
Rusiyadakı qazax diasporu ÜAK-la bağlı bəyanat yayıb..........................................................................................243
Moldova azərbaycanlıları ÜAK-ın ləğvindən narahatdır………………….........................................…………….244
Belarus Azərbaycan İcmaları Konqresi Rusiyanın dövlət orqanlarına müraciət ünvanlayıb.....................................245
Almaniyadakı Azərbaycan diasporu Rusiya Prezidentinə müraciət edib..................................................................246
Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb..........................247
İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib………………………………….248
Rusiya Dövlət Sosial Universiteti ÜAK-la bağlı bəyanatı……………………………………………………….....249
"Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib………………..……………….250
İsveç azərbaycanlıları Rusiya Prezidentinə müraciət edib………………………………………………………….251
Danimarkadakı Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət edib……………………………..……….252
Paris Azərbaycan evi Alxanlı hadisələri ilə bağlı bəyanat yayıb…………………………………………………...253
Avropa Azərbaycanlıları Konqresi Ermənistanın növbəti təxribatı ilə əlaqədar aksiya keçirəcək………………...254
Finlandiyadakı Azərbaycan diaspor təşkilatları bəyanat yayıb………………………………………...…………..255
Azərbaycan diaspor təşkilatları Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıblar…..256
Qazaxıstanın Azərbaycanlı gəncləri BMT və ATƏT-ə müraciət ediblər...................................................................257
Rusiya və Ukraynadakı diaspor təşkilatları Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb..................................258
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən 2012-2017-ci illərdə Bolqarıstan Respublikasının
Prezidenti Rosen Plevnelievdən 1997-2002-ci illərdə Albaniya Respublikasının Prezidenti Recep Meydanidən
2007-2011-ci illərdə Latviya Respublikasının Prezidenti Valdis Zatlersdən............................................................259
2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin
sədri Stepan Mesiçdən...............................................................................................................................................260
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri Dalia
İtzikdən…….............................................................................................................................................................261
Gürcüstan Azərbaycanlılarının Milli Konqresi bəyanat yayıb……………..............................……………………262
Avstraliya Azərbaycanlıları Xarici İşlər nazirinə müraciət ünvanlayıb.....................................................................263
Türkiyə QHT-ləri Ermənistanın təxribatını pisləyən birgə bəyanat yayıb.................................................................264
Türkiyənin Mərmərə Vəqfi Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi ilə bağlı
bəyanat yayıb............................................................................................................................................................265
Qırğızıstandakı Azərbaycan diaspor təşkilatları beynəlxalq təşkilatlara müraciət ünvanlayıb..................................266
Niderlandda fəaliyyət göstərən diaspor təşkilatları beynəlxalq qurumlara etiraz məktubları göndərib.....................267
300
Acariyadakı Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin təxribatlarını
qətiyyətlə pisləyir......................................................................................................................................................268
Münhendə etiraz aksiyası keçirilib............................................................................................................................269
Türkiyədən və Azərbaycandan olan tanınmış ziyalılar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar.................270
Azərbaycanlılar Berlində etiraz aksiyası keçirdi.......................................................................................................271
Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi Ermənistan ordusunun Alxanlıda mülki insanları qətlə yetirməsi
ilə bağlı bəyanat yayıb...............................................................................................................................................272
Polşadakı azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçirib.........................................................273
Azərbaycanlılar Ermənistanın Almaniyadakı səfirliyi qarşısında etiraz aksiyası təşkil edib.....................................274
Özbəkistandaki Azərbaycan Milli Mədəniyyət Mərkəzi ermənilərin Alxanlı kəndindəki təxribatları ilə bağlı
bəyanat yayıb............................................................................................................................................................275
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Almaniya Bundestaqına müraciət edib......................................276
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Viktor Yuşşenkodan və Leonid Kravçukdan................................277
İsveç Azərbaycanlıları Konqresi Ermənistan səfirliyinə məktub göndərib...............................................................278
Nant şəhərində yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət göndərib.................................................279
Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi etiraz bəyanatı yayıb.................................................................280
Qazaxıstanda fəaliyyət göstərən beynəlxalq qurumlar Alxanlıda mülki insanları qətlə yetirməsi ilə bağlı
bəyanat yayıb……....................................................................................................................................................281
Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyət dairəsi genişdir Diaspora Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayır......................................................................282
Lobbi maraqlarının sifarişçisi olan təşkilatın Azərbaycana qarşı kampaniyasını soydaşlarımız etirazla
qarşılayıblar..............................................................................................................................................................284
Serbiyadakı Azərbaycan diaspor təşkilatı bəyanat yayıb...........................................................................................285
ÜAK Azərbaycan əleyhinə yayılmış məlumatla bağlı bəyanat yayıb........................................................................286
Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayıb......................................................................................287
Rumıniya azərbaycanlıları bəyanat yayıb.................................................................................................................288
Belarus azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib.............................................289
Niderland Krallığında yaşayan soydaşlarımız etiraz bəyanat ilə çıxış ediblər...........................................................290
Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir.............................................................291
Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib……………………...........292