Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi
İQTİSADİ İSLAHATLAR
ELMİ TƏDQİQAT İNSTİTUTU
YE
KU
N H
ES
AB
AT
2014
«Azərbaycanda beynəlxalq təcrübə
əsasında texnoloji innovasiya məqsədli
Texnopark və Aqroparkların
yaradılması üzrə təklif və tövsiyyələrin
hazırlanması»
mövzusunda elmi-tədqiqat işi üzrə
MÜNDƏRİCAT
GİRİŞ
FƏSİL 1. İNNOVASİYA İNFRASTRUKTURUNUN ƏSASLARI
1.1. Azərbaycanda innovasiya infrastrukturunun qurulması üzrə
regionların imkanlarının təhlili
1.2. Nəticə
FƏSİL 2. TEXNOPARK ANLAYIŞI və TEXNOPARKLARIN ÖLKƏ
İNKİŞAFINDAKI ROLU
2.1. İnnovasiya infrasturukutunun yaradılmasının zəmini
2.2. İnnovasiya mərkəzlərinin ümumiləşdirilmiş inkişaf sxemi
2.3. İnnovasiya mərkəzlərinin inkişaf qanunauyğunluğu
2.4. İnnovasiya mərkəzlərinin tipologiyası
2.5. İnnovasiya infrastrukturunun tərkib hissəsi olan texnoparklar
2.6. Dünyada və Türkiyədə texnoparkların tətbiqi
2.7. Azərbaycan iqtisadiyyatında innovasiya infrastrukturunun inkişafı
FƏSİL 3. AQROPARKLAR və ONLARIN İNKİŞAF MODELLƏRİ
3.1. Aqroparklar haqqında ümumi məlumat
3.2. İnnovativ kənd təsərrüfatı fəaliyyətləri və yüksək məhsul keyfiyyəti
3.3. Aqroparkalrın qurulması
3.4. Aqroparkların tipləri
NƏTİCƏ və TƏKLİFLƏR
ƏDƏBİYYAT
GİRİŞ
Müasir dövrdə Azərbaycan Respublikasının dövlət siyasətinin vacib prioritetlərindən
biri iqtisadiyyatın yeni inkişaf yoluna-innovasiya yönümlü iqtisadiyyatına keçiddir. Bunun
üçün rəqabət qabiliyyətinin, müvəffəqiyyətin, iqtisadi artımın, həyat səviyyəsinin
yüksəldilməsinin, digər milli üstünlüklərin həyata keçməsinin təmin edilməsinin əsas şərti
elmi-tədqiqat və işləmlərin nəticələrinin səmərəli istifadəsidir. Bu şəraitdə texniki, istehsal,
təşkilati, marketinq, maliyyə əməliyyatlarının məcmusu olan və səmərəli yeniliklərin
iqtisadiyyat və sosial sahələrə tətbiqini təmin edən innovasiya infrastrukturunun inkişafı
daha böyük məna kəsb edir.
Elmə ayrılan vəsaitlərin azlığı, innovasiya məhsulunun xüsusi çəkisinin aşağı olması,
elmi nailiyyətlərin istehsalata zəif tətbiqi və s. innovasiya yönümlü iqtisadiyyatın inkişafına
mane olur.
Dünyanın ayrı-ayrı ölkələrində və regionlarda innovativ məhsullardan istifadə
səviyyəsi müxtəlifdir və innovasiya potensialı MİS-in formalaşma səviyyəsindən asılıdır.
İnkişaf etmiş ölkələrdə innovasiya potensialından istifadə səviyyəsi yüksəkdir.
Yaponiyanın innovasiya potensialı 85%, ABŞ-da 60%, Azərbaycanda isə 5% istifadə
olunur. Bununla əlaqədar olaraq Azərbaycanın dünya innovasiya bölgüsünə aktiv daxil
olmasını təmin etmək üçün bir çox işlər görülür.
Azərbaycanda iqtisadi inkişafın innovasiya modelinin başlıca istiqamətləri
“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında öz əksini tapmışdır.
Konsepsiyada iqtisadiyyatın texnoloji müasirləşdirilməsi, elmi və elmi-texniki
fəaliyyətin tətbiqi nəticələrinin keyfiyyətinin yüksəldilməsi ilə innovativ inkişaf yoluna
keçilməsi, innovativ fəaliyyətin səmərəliliyinin artırılması kimi bir-sıra vacib məsələlər ön
plana çəkilmişdir. Qeyd olunanlara nail olunması məqsədilə ölkənin bütün imkanlarından,
mövcud iqtisadi, sosial və siyasi ehtiyatlardan tam və maksimal səmərəli istifadə, respub-
lika potensialının gücləndirilməsi üçün şəraitin yaradılması vacib şərtlərdir. İnnovasiya
infrastrukturunun inkişafı, regionların inkişafına daimi diqqət, hər bir regionun rəqabət
üstünlüklərini nəzərə alaraq, müxtəlif inkişaf mərkəzlərinin formalaşdırılması, şəhər və
kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişafı nəzərdə tutulmuşdur ki, bu da
respublikanın elmi və innovasiya siyasətinin inkişaf etdirilməsi və yenidən təşkili
deməkdir.
Azərbaycanda innovasiya sistemi yeni formalaşır. İnnovasiya sisteminin inkişafı üçün
innovasiya infrastrukturunun formalaşması və idarə edilməsi prosesinin maksimal
səmərəliliyini təmin etmək üçün innovasiya fəaliyyətinin idarə edilməsinin mütərəqqi üsul
və mexanizmlər sisteminin yaradılması vacibdir.
İnkişaf etmiş dövlətlərin təcrübəsinə əsasən innovasiya yönümlü iqtisadiyyata keçid
innovasiya siyasətinin elmi-texniki, maliyyələşmə, sənaye və xarici ticarət siyasətinin
uyğunlaşması (razılaşması) şəraitində mümkündür. İnnovasiya yönümlü iqtisadiyyata
keçiddə vahid marağa nail olmalı və cəmiyyət, dövlət, biznes, elm və s. təşkilatlar arasında
möhkəm münasibətlər olmalıdır.
Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətli olması üçün innovasiya yönümlü
iqtisadiyyatının inkişafı üçün aparıcı sahələrdə geridə qalan idarəetmə sistemini yenidən
qurmalıdır. Azərbaycan bazarında biliyə olan tələb və təklif əsasında onun keyfiyyəti
artırılmalı, bunun üçün isə ilk növbədə təhsilin keyfiyyəti və elmi tədqiqat xərcləri
yüksəldilməli, mütəxəssislərin ölkədən getmələrinin (beyin axının) qarşısı alınmalı, sənaye
müəssisələri və elmi təşkilatların innovasiya aktivliyi artırılmalıdır.
Son illər respublikada xeyli işlər görülmüşdür. 2014-cü il Azərbaycanda “Sənaye ili”
elan edilmişdir və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123 min yeni iş yeri
açılmışdır ki, onlardan təxminən 100 mini daimi iş yeridir.
Eyni zamanda həyata keçirilən tədbirlər nəticəsində müasir infrastruktur təmin
olunmuş, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə çoxsaylı layihələr icra edilmiş, biznes və
investisiya mühiti davamlı olaraq yaxşılaşdırılmış, sahibkarlığın inkişafında mühüm
uğurlara nail olunmuşdur. Həmçinin regionların inkişafı strategiyası plana uyğun olaraq
həyata keçirilməkdədir. Bütün bunlar isə dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl
formalaşdırmışdır.
2014-cü il sənayenin inkişafında mühüm mərhələ olmuşdur. “Azərbaycan Polad
İstehsalı Kompleksi” Səhmdar Cəmiyyəti formalaşdırılmış, “Daşkəsənfilizsaflaşdırma”
müəssisəsinin fasiləsiz fəaliyyəti təmin edilmişdir.
Sumqayıt Texnologiyalar Parkının, Alüminium İstehsalı Kompleksinin və
Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Bakıda Gəmiqayırma zavodunun
fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması,
Sumqayıtda neft-kimya sənayesində modernizasiya işlərinə başlanılması və Karbamid
Zavodunun inşası, Qaradağda Sement Zavodunun istehsal gücünün artırılması və yeni
zavodun inşası, Qazaxda, Naxçıvanda yeni sement zavodlarının tikilib istifadəyə verilməsi
qeyri-neft sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirilməsi üçün geniş imkanlar
yaradır.
Ötən dövrdə ölkədə qeyri-neft sənayesinin əsas həlqələrini formalaşdıran
maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı
sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılmış, o cümlədən Gəncədə traktor və
kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar,
Sumqayıtda günəş panelləri, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik
plitələr istehsalı müəssisələri qurulmuşdur. Bununla yanaşı, son illərdə güclü müdafiə
sənayesinin qurulması istiqamətində mühüm layihələr icra olunmuş, qısa müddətdə bu
sahədə 50-yə yaxın yeni istehsal sahəsi yaradılmışdır. Müdafiə sənayesi müəssisələri
tərəfindən hərbi təyinatlı məhsullarla yanaşı, mülki məmulatların da istehsalı təşkil
olunmuşdur ki, onların həcmi son illərdə 2 dəfə artırılmışdır.
Ötən ilin sonlarında cənab Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”
sözsüz ki, qarşıdakı illərdə sənayenin inkişafına təkan verəcəkdir.
Məhz bu vəziyyətdə gözlənilir ki, Azərbaycanda sənaye parklarının yaradılması daha
geniş vüsət alsın. Belə parkların yaradılması isə xaricdən müvafiq məhsul idxalının
azalmasında da mühüm rol oynamaq iqtidarındadır. Qeyd edək ki, Azərbaycanda sənaye
parklarının yaradılmasına başlanılması bəzi parametrlər baxımından mühüm önəm kəsb
edir. Belə ki, xarici ölkələrin təcrübəsi göstərir ki, sənaye parkları sahibkarlığı
dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal
sahəsində məşğulluğunu artırmaq imkanına sahibdir. Buna görə də müxtəlif sənaye
sahələrini inkişaf etdirmək istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan
dövlətlər iqtisadi siyasətlərində sənaye parklarının yaradılmasına xüsusi önəm verir.
Türkiyə, Almaniya, Polşa, Latviya, Rusiya, Çin və Cənubi Koreya təcrübələri göstərir ki,
sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin idxalını
əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini,
investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata
keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Ekspertlər də bu mənada ölkəmizdə qeyd
edilən istiqamətdə atılan addımları yüksək qiymətləndirir.
Sənaye parkları həm də qeyri-neft sahəsinin sürətli inkişafını şərtləndirəcək. Rəsmi
proqnozlara görə, bu il qeyri-neft sektorunun ÜDM-də payı 62%-ə, büdcə gəlirlərində isə
35%-ə faizə çatdırılacaqdır. Digər tərəfdən, iqtisadiyyatın şaxələnməsi üçün isə təbii ki,
xüsusən də qeyri-neft sektorunda sənayenin dəstəklənməsi qaçınılmazdır. Aparılan ekspert
araşdırmalarından da məlum olduğu kimi 2010-cu ildən başlayaraq neft hasilatının
azaldığını və son illər ümumi daxili məhsuldakı artımın daha çox qeyri-neft sektorunun
üzərinə düşdüyünü nəzərə aldıqda, enerji sferasında sənayeləşmənin inkişaf etdirilməsinin
və emaledici sektorun genişləndirilməsinin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir.
Ekspertlər onu da vurğulayır ki, innovasiya infrastrukturu kiçik və orta müəssisələrin
inkişafı, bazara çıxması üçün əlverişli mühit formalaşdıra bilər. Bütün bunlar bir daha
innovasiya infrastrukturunun həqiqətən də böyük əhəmiyyətə malik olduğunu üzə çıxarır.
FƏSİL 1. İNNOVASİYA İNFRASTRUKTURUNUN ƏSASLARI
1.1 Azərbaycanda innovasiya infrastrukturunun qurulması üzrə regionların
imkanlarının təhlili
Ölkənin regionlarında innovasiya infrastrukturunun subyektlərinin yerləşdirilməsi
istiqamətlərinin aşkar edilməsi məqsədilə birinci növbədə bu subyektlərin əsas rəqabət
üstünlüklərini tədqiq etmək və regional (həm iqtisadi rayonlar, həm də inzibati rayonlar)
səviyyədə potensial imkanları təhlil etmək zəruridir.
Beləliklə, böyük miqdarda investorların cəlb edilməsi üçün innovasiya infrastrukturu
subyektləri aşağıdakı rəqabət üstünlüklərinə malik olmalıdır: satış bazarlarının coğrafi
yaxınlığı, əmək ehtiyatlarının mövcudluğu, müvafiq peşəkar səviyyəsi və dəyəri, maliyyə
tərəfdaşlarının mövcudluğu, nəqliyyat mümkünlüyü, əsas nəqliyyat növlərinin
(avtomagistrallar, dəmir yolu, aeroportlar, dəniz limanları, çay kanalları, boru kəmərləri)
yaxınlığı və inteqrasiyası, enerji ehtiyatları ilə təmin olunma, zəruri kommunikasiyaların
çəkilmə imkanı, rezidentlərin inzibati və icazə prosedurlarının keçməsinin sadələşdirilmiş
qaydası, xammal mənbələrinə yaxınlığı, istehlakçıya yaxınlığı, yaşayış və sosial
infrastrukturun yaxınlığı, istehsalı genişləndirmə və (və ya) şaxələndirmə imkanı, qabaqcıl
mühəndislik qərarları və s. [4, 3].
İqtisadiyyatın inkişafında kiçik və orta müəssisələrin rolunu nəzərə alaraq bu
üstünlüklərə kiçik sahibkarlıq subyektlərinin göstəriciləri də əlavə edilmişdir. Qeyd edək
ki, nəqliyyat imkanlarına dair məlumatlar http://www.gomap.az [6] internet-mənbəyinə
əsasən, digər məlumatlar isə (statistik göstəricilər və enerji ehtiyatlarla təmin olunma
göstəriciləri) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
(http://www.stat.gov.az/) [9] məlumatlarının istifadə və təhlil edilməsi əsasında verilmişdir.
Regionların innovasiya infrastrukturunun formalaşdırılması üçün istehsal gücləri cədvəl
şəklində qruplaşdırılmışdır ki, onun əsasında subyektlərin ixtisaslaşmasına dair təkliflər
verilmişdir.
İnnovasiya infrastrukturunun subyektlərinin yaradılması perspektivi
2.1. Bakı şəhəri
Cədvəl 1.1.
Bakı şəhərinin istehsal gücləri
İxtisaslaşma
(xammal
mədən çıxarma sənayesi (çınqıl, qırmadaş, xırda çaydaşı – 2012-ci ildə ölkə
üzrə istehsalı - 65,8%, əhəngdaşı – yalnız burada istehsal edilir),
yeyinti sənayesi (duz – 80%, kolbasa məmulatı – 54,7%; hisə verilmiş, qaxac
və duzlu balıq – 91,3%; bitki yağları – 97,4%; kərə yağı – 77,4%; pendir və
kəsmik – 19,7%; un – 50,1%; təzə şirniyyat məmulatı və pirojnalar – 92,5%;
makaron məmulatı – 40,3%; təbii çay – 96,6%)
içki istehsalı (brendi (konyak) – 19,2%; araq – 42,1%; səməni pivəsi – 6%;
mineral və qazlı sular – 3%; alkoqolsuz içkilər – 99,9%)
tütün məmulatların istehsalı (papiros və siqaretlər – 98,5%),
toxuculuq sənayesi (satış üçün qablaşdırılmamış pambıq iplik – 56,5%; hazır
pambıq parçalar – 21,5%; pambıq yataq ağları – 29,9%; pambıq yeməkxana
ağları – 100%; xalça və xalça məmulatları – 32,5%)
geyim istehsalı (trikotaj corab məmulatı – 34,9%)
ağac emalı və ağac məmulatları (taxta pəncərə və qapı blokları – 41,8%)
məişət kimya məhsulların istehsalı (yuyucu və təmizləyici vasitələr -19,4%)
rezin və plastik məmulatlar (plastik qapı və pəncərə blokları – 25,1%; bərk
bazası) polietilen borular, şlanqlar və s.– 34,4%)
tikinti materialların istehsalı (sement – 94,2%; tikinti gipsi – 91,6%; hörmə
üçün hazır beton qarışığı – 51,8%; asfalt, bitum, bitum əsaslı qarışıqlar –
68,6%; inşaat üçün digər daş, qum daşları – 11,9%; əhəng – 99,4%)
maşın və avadanlıqdan başqa hazır metal məmulatların istehsalı (alüminium
qapı və pəncərə blokları – 69,3%; qara metallardan tikinti taxta bəndləri üçün
dirəklər və oxşar avadanlıqlar – 100% 2011-ci ildə, 2012-ci ildə isə ölkə üzrə
istehsal ümumiyyətlə olunmamışdır)
kompyuter və digər elektron avadanlıqların istehsalı (kassa aparatları– 100%)
maşın və avadanlıqların istehsalı (ştanqlı quyu nasosları – 100%; mancanaq
dəzgahları – 100%; məişət soyuducuları – 54,9%)
mebel istehsalı (taxta karkaslı oturmaq üçün üz çəkilmiş mebel – 4,3%; ofis
tipli taxta mebel – 16,6%)
energetika (elektrik enerjisinin istehsalı – 21,9%; istilik enerjisi – 84,6%)
Kadr potensialı
(2009-cu il
əhalinin
siyahıya
alınması
məlumatları
əsasında)
3,7% ali təhsillidir
11,5% orta ixtisas təhsillidir
bir işçinin orta aylıq əmək haqqı – 800,5 manat
Kiçik
sahibkarlıq
subyektləri
(kss)
kss - 35,7%, 34,7% isə ölkə üzrə fiziki şəxslər-fərdi sahibkarlardır. 2012-ci ildə
ölkə üzrə kss-nın məhsul buraxılışı - 63%.
ölkə sənayesi üzrə kss sayı - 35,4% və ölkə sənayesi üzrə kss-nın buraxılmış
məhsulun həcmi - 40%
Nəqliyyat
mümkünlüyü
dəmir yol vağzalları (700.18 m, Biləcəri isə 7.43 km)
dəmir yol stansiyaları (710.61 m, Bülbülə - 12.64 km, Bakıxanov - 11.03 km,
Dövlət Dəmiryolu Bakı yük stansiyası - 6.29 km)
aeroport (Heydər Əliyev Beynəlxalq Aeroportu – 19.77 km)
aerodrom (Sanqaçal Qəsəbə Aerodromu - 43.20 km)
vertolyot meydançası (35.88 km, Pirallahı - 43.33 km)
limanlar (Bakı limanı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı - 1.23 km,
Hövsanı - 20.01 km, Bərə terminalı - 1.14 km)
Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi – dəmir yolu
Bakı-Tbilisi-Qars dəmir yolu
Enerji
ehtiyatlarla
təmin olunma
Modul tipli elektrik stansiyalar (306 MVt və 104.4 MVt)
Şimal DRES-də buxar-qaz turbinli elektrik stansiyası (400 MVt)
İstilik Elektrik Mərkəz-1 (qaz turbinli istilik elektrik qurğusu - 53.5 min KVt və
buxar istehsalı qurğusu – saatda buxar istehsalı 200 ton)
Bakı istilik mərkəzində yeni qaz-turbin qurğusu (53.5 MVt və saatda buxar
istehsalı 200 ton)
35 KVt və ondan yuxarı gücü olan aşağı gərginlikli transformator
yarımstansiyaları (40 min KVA, 45 MVt və 86.3 min KVA)
Mənbə: cədvəl müəllif tərəfindən tərtib edilmişdir
Universal subyektlərin yaradılması vasitəsilə şəhərin qəsəbə zonasının inkişaf
təmayülünün davam etdirilməsini təklif edirik. Burada istehsalların lokallaşdırılmasının
əsas amili ekoloji təmizlik nöqteyi-nəzərdən uyğunluqdur. Bir variant olaraq fəaliyyət
istiqamətləri mədən çıxarma sənayesi, tikinti sektoru, maşın və avadanlıq və hazır metal
məmulatların istehsalı, ağac emalı və ağac məmulatları, məişət kimya məhsullarının
istehsalı, rezin və plastik məmulatlar, kompyuter və digər elektron avadanlıqların istehsalı,
mebel istehsalı ola bilən universal sənaye parkı ilə təmsil olunur.
Yalnız bu ərazidə əhəngdaşının istehsalı kimya sənayesində texnoloji xammal kimi,
metallurgiya sənayesində flüslar kimi əhəngi, yol tikintisi və beton istehsalında istifadə
edilən əhəngdaşından olan çınqılı istehsal etmək məqsədilə müəssisələrin təşkilini
şərtləndirir, topa texnoloji əhəng parçalanmış şəkildə tikintidə, turş axarların
neytrallaşdırılması, torpaqların turşulanması (payız və yaz şumlanmasında) məqsədilə və
ev heyvanları və quşları üçün yemə əlavə kimi tətbiq edilir, əhəngdaşının xırda dənəli
növləri heykəllərin yaradılmasında tətbiq edilir, soda istehsalında istifadə edilir [8].
Yaxud fəaliyyəti yeyinti məhsulları (həmçinin balıq yetişdirmə və balıq emalı),
yeyinti inqrediyentləri, içkiləri, tütün məhsulları, toxuculuq sənayesi, geyim, yeyinti
qablaşdırmanın istehsalında fokuslaşa bilən digər universal sənaye parkının yaradılması.
Əlavə olaraq ərazinin zonalaşdırılmasını aparmaq olar: yeyinti istehsallarını yerləşdirmək
üçün zonanı yüngül (toxuculuq) sənaye və logistika zonasından ayırmaq.
2.2. Abşeron rayonu
Cədvəl 1.2.
Abşeron rayonun istehsal gücləri
İxtisaslaşma
(xammal bazası)
mədən çıxarma sənayesi (bentonit – 1.09%)
yeyinti sənayesi (kolbasa məmulatı – 38,9%; dondurulmuş bütöv dəniz
balığı – 87,6%; hisə verilmiş, qaxac və duzlu balıq – 8,7%; nərə kürüsü –
2009-2011-ci illərdə payına 100% düşmüşdür (2012-ci ildə isə ölkə üzrə
istehsal ümumiyyətlə olunmamışdır); kərə yağı – 4%; pendir və kəsmik –
0,9%)
içki istehsalı (brendi (konyak) – 38,8%; araq – 0,4%; üzum şərabı – 10,1%;
səməni pivəsi – 90,5%; mineral və qazlı sular – 0,1%)
ağac emalı və ağac məmulatları (taxta pəncərə və qapı blokları – 4,1%)
məişət kimya məhsulların istehsalı (yuyucu və təmizləyici vasitələr – 79,4%)
rezin və plastik məmulatlar (plastik qapı və pəncərə blokları – 2,5%)
tikinti materialların istehsalı (sement – 5,4%; əhəng – 0,4%; tikinti gipsi–
0,7%)
Kadr potensialı
(2009-cu il
əhalinin siyahıya
alınması
məlumatları
əsasında)
14,5% ali təhsillidir
10% orta ixtisas təhsillidir
işçilərin orta aylıq əmək haqqı – 372,2 manat
Kiçik sahibkarlıq
subyektləri (kss)
- kss - 2,1%, 2,114% isə ölkə üzrə fiziki şəxslər-fərdi sahibkarlardır. 2012-ci
ildə ölkə üzrə kss-nın məhsul buraxılışı - 1,4%. Həmin göstəricilər Abşeron
iqtisadi rayonu üzrə - müvafiq olaraq 26,9%, 26,5% və 29,4%.
ölkə sənayesi üzrə kss sayı - 3,1% və ölkə sənayesi üzrə kss-nın buraxılmış
məhsulun həcmi - 3,6%. Analoji göstəricilər Abşeron iqtisadi rayonu üzrə -
müvafiq olaraq 25,8% və 59%
Nəqliyyat
mümkünlüyü dəmir yol stansiyaları (Goradil, Təpə, Güzdək, Xırdalan, Sarıca, Sarıqaya)
Mənbə: cədvəl müəllif tərəfindən tərtib edilmişdir
2007, 2008 və 2009-cu illərdə Abşeron rayonunda müvafiq olaraq 32,2%, 42,5% və
36,4% ofis tipli taxta mebel istehsal olunmuşdur. 2010-2012-ci illərdə isə istehsal yox idi.
Bu regionda yeyinti sənayesinin (həmçinin balıq yetişdirmə və balıq emalı) müasir
obyektləri və onlara mənfi təsiri olmayan istehsal obyektlərinin yerləşdirilməsinə yönələn
sənaye parkı təşkil etməyi təklif edirik. Bu əczaçılıq istehsalı (preparat və materiallar),
yeyinti inqrediyentləri, yeyinti qablaşdırmasının istehsalı ola bilər.
2.3. Sumqayıt şəhəri
Cədvəl 1.3.
Sumqayıt şəhərində istehsal gücləri
İxtisaslaşma
(xammal bazası)
yeyinti sənayesi (un – 0,5%; yarma – 93,2%; təzə şirniyyat məmulatı və
pirojnalar – 2,4%; makaron məmulatı – 34%)
ağac emalı və ağac məmulatları (taxta pəncərə və qapı blokları – 26,1%;
taxta lövhə parket – 65%)
kimya sənayesi (kaustik soda, etilen, propilen, izopropil spirti – yalnız
burada istehsal olunmuşdur; məişət kimya məhsulların istehsalı (yuyucu və
təmizləyici vasitələr – 1,2%))
rezin və plastik məmulatlar (bərk polietilen borular, şlanqlar və s. – 64,1%;
plastik qapı və pəncərə blokları – 2,9%)
tikinti materialların istehsalı (hörmə üçün hazır beton qarışığı – 0,3%)
mebel istehsalı (taxta karkaslı oturmaq üçün üz çəkilmiş mebel – 7,8%; ofis
tipli taxta mebel – 1,1%)
energetika (elektrik enerjisinin istehsalı – 9,7%; istilik enerjisi– 4,7%)
Kadr potensialı
(2009-cu il əhalinin
siyahıyaalınması
məlumatları
əsasında)
15,8% ali təhsillidir
11,8% orta ixtisas təhsillidir
bir işçinin orta aylıq əmək haqqısı – 389,1 manat
Kiçik sahibkarlıq
subyektləri (kss)
kss - 5,6%, 5,7% isə ölkə üzrə fiziki şəxslər-fərdi sahibkarlardır. 2012-ci ildə
ölkə üzrə kss-nın məhsul buraxılışı - 3,1%. Həmin göstəricilər Abşeron
iqtisadi rayonu üzrə - müvafiq olaraq 71%, 71,4% və 67,9% ölkə sənayesi
üzrə kss sayı - 8,9% və ölkə sənayesi üzrə kss-nın buraxılmış məhsulun
həcmi - 2,4%.
Analoji göstəricilər Abşeron iqtisadi rayonu üzrə - müvafiq olaraq 73,5% və
39,9%
Nəqliyyat
mümkünlüyü - dəmir yol stansiyaları (Sumqayıt - 3.91 km, Sumqayıtçay - 6.53 km)
Enerji ehtiyatlarla
təmin olunma Elektrik stansiya (525 MVt)
220/110/10 КV yüksək gərginlikli transformator yarım stansiyası
yarımstansiya bərpa edilmişdir (400 MVt)
Mənbə: cədvəl müəllif tərəfindən tərtib edilmişdir
2005-2006-cı illərdə Sumqayıt şəhərində ölkə üzrə müvafiq olaraq 57% və 22%
pambıq yeməkxana ağları, 2005-2007-ci illərdə isə 100% tikinti şüşə istehsal olunmuşdur.
Burada ağac emalında (yüksək texnoloji ağac emalı, taxta-şalban, yönümlü yonqar
plitə, pellet və s. istehsalında), rezin və plastik məmulatlar, mebel və furniturun
istehsalında ixtisaslaşan universal sənaye parkının yaradılmasını (və ya mövcud sənaye
parkının ixtisaslaşmasına sadalanmış istiqamətlərin əlavə edilməsini) təklif edirik.
Cədvəl 1.4.
Naxçıvan iqtisadi rayonunda istehsal gücləri
İxtisaslaşma
(xammal bazası)
mədən çıxarma sənayesi (çınqıl, qırmadaş, xırda çaydaşı – 0,5%)
yeyinti sənayesi (duz – 19,9%, kolbasa məmulatı –1,7%; pendir və kəsmik–
1,1%; un – 1,2%; təzə şirniyyat məmulatı və pirojnalar – 5,1%; makaron
məmulatı –1,4%)
içki istehsalı (ara – 9,7%; səməni pivəsi–0,9%; mineral və qazlı sular –
73,3%)
tütün məmulatların istehsalı (papiros və siqaretlər – 1,5%)
toxuculuq sənayesi (xalça və xalça məmulatları – 16,3%)
ağac emalı və ağac məmulatları (taxta pəncərə və qapı blokları – 20,3%)
rezin və plastik məmulatlar (plastik qapı və pəncərə blokları – 12,5%)
tikinti materialların istehsalı (tikinti şüşəsi – 100%; hörmə üçün hazır beton
qarışığı – 44,8%)
maşın və avadanlıqdan başqa hazır metal məmulatların istehsalı (alüminium
qapı və pəncərə blokları – 20,6%)
mebel istehsalı (metal karkaslı oturmaq üçün üzlənməmiş mebel – 100%)
energetika (elektrik enerjisinin istehsalı – 3,5%; istilik enerjisi – 7,2%)
Kadr potensialı
(2009-cu il əhalinin
siyahıyaalınması
məlumatları
əsasında)
12% ali təhsillidir
5,1% orta ixtisas təhsillidir
işçilərin orta aylıq əmək haqqı – 347,8 manat
Kiçik sahibkarlıq
subyektləri (kss)
kss - 4,1%,4,2% isə ölkə üzrə fiziki şəxslər-fərdi sahibkarlardır. 2012-ci ildə
ölkə üzrə kss-nın məhsul buraxılışı - 6,1%.
ölkə sənayesi üzrə kss sayı - 6,4% və ölkə sənayesi üzrə kss-nın buraxılmış
məhsulun həcmi - 28%
Nəqliyyat
mümkünlüyü
dəmir yol vağzalları(Naxçıvan şəhəri, Şərur rayonu)
beynəlxalq aeroport (Babək rayonu)
Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi – dəmir və yol
Enerji ehtiyatlarla
təmin olunma
Vayxır su elektrik stansiyası (Naxçıvan MR, 4.5 MVt)
Modul tipli elektrik stansiya (Naxçıvan şəhəri, 87 MVt)
110 КVт-lıq yarımstansiya (Culfa rayonu)
10-35 КVт-lıq yarımstansiyalar (Sədərək rayonu – 250 KVA və Kəngərli
rayonu – 6300 KVA)
Mənbə: cədvəl müəllif tərəfindən tərtib edilmişdir
2005-2006-cı illərdə burada ölkə üzrə 55,9% və 46,8% pambıq yataq ağları, 2011-ci
ildə isə 39,6% taxta lövhə parket istehsal olunmuşdur.
Son iki ildə məhz bu ərazidə tikinti şüşənin istehsalının mövcudluğu mineral
pambığın istehsalı üzrə müəssisənin yaradılmasını şərtləndirir. Mineral pambıqdan istilik
keçirməyən və səsi izolə edən məmulatlar istehsal edirlər, həmçinin onu +700°C-dək
temperaturlu üzləri izolyasiya etmək üçün tikintidə və sənayedə istilik keçirməyən material
kimi istifadə edirlər [8]. Bundan əlavə mineral pambıq sendviç-panellər üçün hal-hazırda
daha çox tələb olunan qızdırıcılardan biridir [8].
Sənaye inkişafının perspektivli mərkəzləri qismində həmçinin Gəncə şəhəri, Şirvan
şəhəri, Mingəçevir şəhəri və İmişli rayonu baxılmışdır.
2.5. Gəncə şəhəri
Cədvəl 1.5.
Gəncə şəhərində istehsal gücləri
İxtisaslaşma
(xammal bazası)
mədən çıxarma sənayesi (bentonit – 44.4%)
yeyinti sənayesi (kolbasa məmulatı – 4%; un – 14%; makaron məmulatı –
24,4%)
içki istehsalı (brendi (konyak)– 5,6%; araq – 36%; üzum şərabı – 63,2%)
toxuculuq sənayesi (satış üçün qablaşdırılmamış pambıq iplik– 30,4%;
hazır pambıq parçalar – 45,1%)
geyim istehsalı (trikotaj corab məmulatı – 65,1%)
kimya sənayesi (alüminium oksidi – yalnız burada istehsal olunur)
rezin və plastik məmulatlar (plastik qapı və pəncərə blokları – 3,4%)
tikinti materialların istehsalı (sement – 0,3%; tikinti gipsi – 5,8%; hörmə
üçün hazır beton qarışığı – 0,01%)
mebel istehsalı (taxta karkaslı oturmaq üçün üz çəkilmiş mebel– 0,2%)
Kadr potensialı
(2009-cu il əhalinin
siyahıyaalınması
məlumatları
18% ali təhsillidir
11% orta ixtisas təhsillidir
bir işçinin orta aylıq əmək haqqı – 272,6 manat
əsasında)
Kiçik sahibkarlıq
subyektləri (kss)
kss - 4,1%, 4,2% isə ölkə üzrə fiziki şəxslər-fərdi sahibkarlardır. 2012-ci
ildə ölkə üzrə kss-nın məhsul buraxılışı -1,9%. Həmin göstəricilər Gəncə-
Qazax iqtisadi rayonu üzrə - müvafiq olaraq 33,3%, 33,1% və 30,9%.
ölkə sənayesi üzrə kss sayı - 4,8% və ölkə sənayesi üzrə kss-nın buraxılmış
məhsulun həcmi - 1,9%. Analoji göstəricilər Gəncə-Qazax iqtisadi rayonu
üzrə - müvafiq olaraq 41,7% və 33,2%
Nəqliyyat
mümkünlüyü
dəmir yol vağzalları (3.04 km)
dəmir yol stansiyaları (Qırıqlı - 7.55 km və Saray- 1.29 km)
dəmir yol anbarları (3.25 km-dən çox)
aeroport (7.96 km)
Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi–dəmir, yaxınlıqda isə yol
Bakı-Tbilisi-Qars dəmir yolu
Mənbə: cədvəl müəllif tərəfindən tərtib edilmişdir
2005-2006-cı illərdə burada ölkə üzrə 32,2% və 30,6% xalça və xalça məmulatları,
2009-2010-cu illərdə isə 34,2% və 23% alüminium qapı və pəncərə blokları istehsal
olunmuşdur. 2009-2012-ci illər ərzində ölkə üzrə yalnız burada istehsal olunan təbaşirin
istehsalı olmamışdır.
“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına əsasən Gəncə şəhərində
metal (alümin) məmulatların istehsalı üzrə sənaye şəhərciyinin yaradılması nəzərdə tutulur
[1].
Bentonitin emalı üzrə müəssisənin təşkil edilməsini təklif edirik. Bentonitin əsas
komponenti olan montmorillonitin modifikasiyasından sonra onu neft-qaz, yeyinti,
kosmetik, farmakologiya və tikinti sənayesində tətbiq edirlər. Beləliklə, bentonit yeyinti
sənayesində yeyinti əlavəsi qismində (yaprıxmaq və kəsəkliyə mane olur), buruq məhlulun
hazırlanması üçün, tökmə işində, neft məhsulları və dəmir filizin emalında, keramika
istehsalında, məhlulların şəffaflaşdırılması üçün tətbiq edilir. Həmçinin bentonit bioloji
aktiv maddədir ki, onun yem və gübrələrlə torpağa əlavə edilməsi heyvani və kənd
təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır. Bentonit filtrasiya ilə mübarizə üçün
hidrotikintidə istifadə edilir, kanalları ekranlayırlar; suda-quruda yaşayan heyvanlar və
digər su ünsürləri nümayəndələrinin ev şəraitində saxlanması üçün müxtəlif növ terrarium,
palüdarium, arvarium və digər cihazların bəzədilməsi üçün istifadə edilir. Şərabçılıqda
üzüm şirəsinin, şərab materiallarının şəffaflığının sürətləndirilməsi və şərabların zülali
bulanmaya qarşı sabitləşdirilməsi üçün istifadə edilir. Bentoniti həmçinin şampan
istehsalında remüaj şəraitlərinin yaxşılaşdırılması üçün tiraj qarışığına əlavə edirlər [8].
Qeyd edək ki, 2012-ci ildə ölkədə istehsal edilmiş bentonitin 54,5%-i həmin Gəncə-
Qazax iqtisadi rayonunun Qazax rayonunun payına düşür (Gəncə şəhərindən Qazax
rayonuna qədər məsafə 95,06 km təşkil edir).
2.6. Şirvan şəhəri
Cədvəl 1.6.
Şirvan şəhərində istehsal gücləri
İxtisaslaşma
(xammal bazası)
yeyinti sənayesi (bitki yağları – 2,5%)
toxuculuq sənayesi (pambıq lifi (kardo və daraqla daranmış) – 15,8%)
rezin və plastik məmulatlar (plastik qapı və pəncərə blokları – 1,3%)
tikinti materialların istehsalı (hörmə üçün hazır beton qarışığı – 0,07%)
maşın və avadanlıqdan başqa hazır metal məmulatların istehsalı
(alüminium qapı və pəncərə blokları - 10,1%)
energetika (elektrik enerjisinin istehsalı – 12,7%; istilik enerjisi –
0,1%)
Kadr potensialı
(2009-cu il əhalinin
siyahıya alınması
məlumatları əsasında)
8,1% ali təhsillidir
10,4% orta ixtisas təhsillidir
bir işçinin orta aylıq əmək haqqı – 530,6 manat
Kiçik sahibkarlıq
subyektləri (kss)
kss - 1,2%, 1,2% isə ölkə üzrə fiziki şəxslər-fərdi sahibkarlardır. 2012-
ci ildə ölkə üzrə kss-nın məhsul buraxılışı - 0,9%. Həmin göstəricilər
Aran iqtisadi rayonu üzrə - müvafiq olaraq 6,5%, 6,4% və 8,8%.
ölkə sənayesi üzrə kss sayı - 1,3% və ölkə sənayesi üzrə kss-nın
buraxılmış məhsulun həcmi - 3,5%. Analoji göstəricilər Aran iqtisadi
rayonu üzrə - müvafiq olaraq 10,6% və 30,8%
Nəqliyyat
mümkünlüyü dəmir yol stansiyası (216.45 m)
Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi – dəmir və yol
Mənbə: cədvəl müəllif tərəfindən tərtib edilmişdir
2005-ci ildə ölkə üzrə 14,3% trikotaj corab məmulatı, həmçinin 93,2% əhəng burada
istehsal olunmuşdur.
Regionun sahəvi ixtisaslaşması ya yeyinti və toxuculuq istehsalları sahələri, ya da
rezin və plastik məmulatlar, tikinti materialları, maşın və avadanlıqdan başqa hazır metal
məmulatların istehsalı və energetika sahələrində müəssisələri birləşdirən universal sənaye
parkları yaratmağa imkan verir.
2.7. Mingəçevir şəhəri
Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti yekun nitqində sənaye
mərkəzi olduğuna görə Mingəçevir şəhərinin də sənaye parkları yaradılan mərkəzlər
siyahısına əlavə edilməsini vurğulamışdır. Bu məqsədlə və həmçinin üstünlük təşkil edən
sənaye məhsulunun xüsusi çəkisinə dair təhlildə qeyd edildiyi üçün Mingəçevir şəhərinə də
sənaye parkının yaradılması və inkişafı üzrə potensial mərkəz qismində baxılmışdır.
Cədvəl 1.7.
Mingəçevir şəhərində istehsal gücləri
İxtisaslaşma
(xammal bazası)
içki istehsalı (səməni pivəsi – 0,12%)
rezin və plastik məmulatlar (plastik qapı və pəncərə blokları –
0,29%; bərk polietilen borular, şlanqlar və s. – 1,48%)
mebel istehsalı (taxta karkaslı oturmaq üçün üz çəkilmiş mebel –
0,28%; ofis tipli taxta mebel – 0,07%)
energetika (istilik enerjisinin istehsalı– 0,53%)
Kadr potensialı
(2009-cu il əhalinin
siyahıya alınması
məlumatları
əsasında)
12% ali təhsillidir
14% orta ixtisas təhsillidir
işçilərin orta aylıq əmək haqqısı – 324,5 manat
Kiçik sahibkarlıq
subyektləri (kss)
kss - 1,6%, 1,7% isə ölkə üzrə fiziki şəxslər-fərdi sahibkarlardır.
2012-ci ildə ölkə üzrə kss-nın məhsul buraxılışı - 0,5%. Həmin
göstəricilər Aran iqtisadi rayonu üzrə - müvafiq olaraq 9%, 9,1% və
5%.
ölkə sənayesi üzrə kss sayı - 2,1% və ölkə sənayesi üzrə kss-nın
buraxılmış məhsulun həcmi - 0,8%. Analoji göstəricilər Aran iqtisadi
rayonu üzrə - müvafiq olaraq 17% və 7,3%
Nəqliyyat
mümkünlüyü
dəmir yol vağzalı (1.80 km)
dəmir yol stansiyası (15.18 km)
dəmir yol keçidi
Yevlax aeroportu (9.17 km)
Enerji ehtiyatlarla
təmin olunma
İstilik elektrik stansiyanın dördüncü enerji bloku yenidən
qurulmuşdur (330 MVt)
Generatorlar (30 MVt, 106 MVt)
Mingəçevir su elektrik stansiyasında generator (70.4 MVt)
Mənbə: cədvəl müəllif tərəfindən tərtib edilmişdir
Lakin 2005-2012-ci illər çərçivəsində (məhsuldan asılı olaraq) mədənçıxarma
sənayesi son 6 ildə, emal sənayesi üzrə isə yüngül sənaye istehsalı - toxuculuq son 3-5 ildə,
ağac emalı və ağacdan məmulatları son 4 ildə, tikinti materialları son 5-7 ildə, bəzi qida
məhsulları son 3-5 ildə olmamışdır.
Qeyd edək ki, ölkə üzrə 2005-ci ildə Mingəçevir şəhərinin payına istehsal edilmiş
satış üçün qablaşdırılmamış pambıq ipliyin 78,76%-i və hazır pambıq parçaların 73,61%-i,
pambıq yeməkxana ağların 2008-ci ildə 100%-i düşürdüsə, 2010-cu ildə istehsal edilmiş
qara metallardan tikinti taxta bəndləri üçün dirəklər və oxşar avadanlıqların 89,51%
düşmüşdür (nəzərə alaraq ki, 2005-ci ildə payı 0,03% təşkil etmişdir).
Bu formalaşan klaster çərçivəsində sahəvi xüsusiyyətə malik olan ixtisaslaşdırılmış
sənaye parkı ola bilər ki, bura sənaye bazasını tamamlayan və ya inkişaf etdirən investorlar
dəvət edilə bilərlər.
Mingəçevir şəhərində vaxtilə toxuculuq sənayesinin mövcudluğu və hal-hazırda
kompyuter, digər elektron avadanlıqlar və elektrik enerjisinin istehsalının, həmçinin
ixtisaslı kadrların mövcudluğunu nəzərə alaraq Rusiyanın Yaroslav vilayətində fəaliyyət
göstərən “Sinerji” İnnovasiya parkının analogiyası üzrə sənaye-innovasiya parkını
yaratmaq təklif edirik. Bu parkın əsas istiqamətlərinə aşağıdakılar daxildir: 1. texniki
parçalar klasteri (texniki toxuma mallar (parçalar) istehsalı müəssisələri; texniki təyinatlı
yüksək möhkəm yüngülləşdirilmiş konstruksiyalar üçün yeni çox funksionallı tekstil
kompozisiya materialların yaradılması; toxuculuq sənayesi üçün xammal və avadanlıq
təchizatçıları), 2. informasiya texnologiyaları sahəsinin inkişafı, 3. perspektiv alternativ
energetika, 4. digər istiqamətlər. Parkın rezidentlərinin 2013-cü ilin yanvar ayına olan
məlumatına əsasən 22 faiz reklam məhsulu, 18 faiz mebel, 14 faiz innovasiyalı istehsal, 14
faiz tikiş, 14 faiz tikinti və naxış materialları, 18 faiz isə digər istehsal fəaliyyəti ilə məşğul
olmuşlar [2]. Əlavə olaraq milli sənaye-innovasiya parkına spesifiklik vermək üçün ağac
emalı və ağac məmulatları, mebel, tikinti materialları və metal avadanlıqların istehsalı
sahələrini də daxil etmək təklif edirik.
Sənaye parkının yerləşdirilməsinə dair isə Rusiya Federasiyasının Moskva vilayətində
yerləşən “Deqa Klaster Noginsk” sənaye parkının təcrübəsindən nəticələnərək, hansında ki,
istilik-elektrik mərkəzinin mövcudluğuna görə “Meqafon” şirkəti öz data-mərkəzini
yerləşdirmişdir [5], sənaye parkının Mingəçevir şəhərində elektrik stansiyaların
yaxınlığında yerləşdirilməsini məqsədə uyğun hesab edirik.
Cədvəl 1.8.
İmişli rayonunda istehsal gücləri
İxtisaslaşma
(xammal bazası)
mədən çıxarma sənayesi (çınqıl, qırmadaş, xırda çaydaşı – 13,8%)
toxuculuq sənayesi (pambıq lifi (kardo və daraqla daranmış) – 4,8%)
rezin və plastik məmulatlar (plastik qapı və pəncərə blokları – 0,3%)
tikinti materialların istehsalı (hörmə üçün hazır beton qarışığı – 1,1%;
asfalt, bitum, əsaslı bitumlu qarışıqlar – 29%)
energetika (elektrik enerjisinin istehsalı– 0,2%)
Kadr potensialı
(2009-cu il əhalinin
siyahıya alınması
5,6% ali təhsillidir
3,6% orta ixtisas təhsillidir
işçilərin orta aylıq əmək haqqı – 350,8 manat
məlumatları
əsasında)
Kiçik sahibkarlıq
subyektləri (kss)
kss - 1% смп, təqribən 1% isə ölkə üzrə fiziki
şəxslər-fərdi sahibkarlardır. 2012-ci ildə ölkə üzrə kss-nın məhsul
buraxılışı - 0,7%. Həmin göstəricilər Aran iqtisadi rayonu üzrə -
müvafiq olaraq 5,6%, 5,4% və 6,7%.
ölkə sənayesi üzrə kss sayı - 1,1% və ölkə sənayesi üzrə kss-nın
buraxılmış məhsulun həcmi - 1%. Analoji göstəricilər Aran iqtisadi
rayonu üzrə - müvafiq olaraq 8,7% və 8,8%
Nəqliyyat
mümkünlüyü dəmir yol vağzalı (734.57 km)
dəmir yol stansiyaları (Vətəqə - 14.79 km və Becarə - 14.83 km)
Ağcabədi aeroportu (55 km-dən çox)
Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi – dəmir, yaxınlıqda isə
yol
Enerji ehtiyatlarla
təmin olunma 35 KVt və çox gücü ilə yarımstansiya
Mənbə: cədvəl müəllif tərəfindən tərtib edilmişdir
Yaradılacaq sənaye parkının ixtisaslaşmasını pambıq lifinin emalı vasitəsilə
toxuculuq materiallarının hazırlanmasında müəyyənləşdirməyi təklif edirik. Bu geyim
istehsal etmək, yataq ləvazimatları, dəsmalları hazırlamaq məqsədilə istifadə edilən
müxtəlif yumşaq canına çəkən (hopduran) parçaların istehsalı, yorğanlar üçün aşqarlar
(doldurucu) qismində tətbiqidir. Həm də 2012-ci ildə ölkə üzrə istehsal edilən pambıq
lifinin 31,2% İmişli rayonunun yaxınlığında yerləşən Saatlı rayonunun payına düşmüşdür.
Qeyd edək ki, pambıq lifi yeni nəslin ən ekoloji təmiz hipoallergen doldurucusudur ki, son
zamanlar onun bu qismində məşhurluğu xeyli artmışdır [7]. Həmçinin asfalt döşəmələr, lak
və boya materiallar (bitumlu laklar, bitumlu minalar), hidroizolyasiya üçün mastikalar,
bitum əsasında elastik kirəmitdən yumşaq damlar (dam üçün maliyyə cəhətdən ən sərfəli
materiallardan birini), rulon taxtapuş materialların hazırlanması.
1.2. Nəticə
Beləliklə, müəyyən edilmiş ölkənin potensial regionlarında - Bakı şəhərində, Abşeron
iqtisadi rayonu üzrə Abşeron rayonu və Sumqayıt şəhərində, Naxçıvan iqtisadi rayonunda,
Gəncə-Qazax iqtisadi rayonu üzrə Gəncə şəhərində, Aran iqtisadi rayonu üzrə Şirvan
şəhəri, Mingəçevir şəhəri və İmişli rayonunda - sənayenin zəruri rəqabət üstünlüklərinin
mövcudluğuna baxılaraq onların yaradılması imkanları tədqiq edilmiş və seçilmiş regionlar
üzrə sahəvi ixtisaslaşmasına dair təkliflər verilmişdir.
FƏSİL 2. TEXNOPARK ANLAYIŞI və TEXNOPARKLARIN ÖLKƏ
İNKİŞAFINDAKI ROLU
2.1 İnnovasiya infrastrukturunun yaradılmasının zəmini
XX əsrin sonları cəmiyyətin həyatına ciddi dəyişikliklərlə həkk olub. Bu dövrdə
elektronika, radiofizika, lazer texnikası, kimya, aviasiya, kosmonavtika və s. sahələrdə bir
sıra texnoloji və fundamental kəşflər olundu. İnformasiya texnologiyaları, mikro və
nanoelektronika sahələri görünməmiş sürətlə inkişaf etdi. Bu da iqtisadi inkişafa gətirən
elmtutumlu texnologiyalı yeni məhsulların istehsalının inkişafına təkan verdi, elmi biliklə
istehsalatın texniki mükəmməlliyi arasında rəqabət yaratdı. Başqa sözlə, istehsalat yeni
elmi ideyalar əsasında inkişaf etdirilməyə başladı. Nəticədə elmlə istehsalat arasında
qarşılıqlı əlaqə dəyişildi: əvvəl texnika və istehsalat təcrübə yolu ilə inkişaf edirdi, indi isə
biliyə əsaslanaraq elmtutumlu texnologiyalar şəklində inkişaf edir. Bu gün elm və
elmtutumlu istehsalatın daha qabaqcıl formaları axtarılır. Elmtutumlu sahələr üçün elmi-
texniki inkişafın yüksək tempi xarakterikdir.
Bu gün elm və texnologiyanın sürətli inkişafı texnika və texnologiyaların az
müddətdə mənəvi köhnəlməsinə, rəqabətliliyin aşağı düşməsinə səbəb olur. Ona görə də
istehsalçıların elmi biliklərə, elm ilə təmasa maraqları artmalıdır. Digər tərəfdən
elmtutumlu texnologiyalar bir-birləri ilə bağlıdırlar. Onların kompleks istifadəsi, yeni
proses, ideya və prinsiplərin tətbiqi üçün yeni sahələr açan fundamental işləmələr lazımdır.
Rəqabət qabiliyyətinin, müvəffəqiyyətin, iqtisadi artımın, həyat səviyyəsinin
yüksəldilməsi, digər milli üstünlüklərin həyata keçməsinin-təmin edilməsinin əsas şərti
elmi-tədqiqat və işləmələrin nəticələrinin səmərəli istifadəsidir. Bu şəraitdə texniki,
istehsal, təşkilati, marketinq, maliyyə əməliyyatlarının məcmusu olan və səmərəli
yeniliklərin iqtisadiyyat və sosial sahələrə tətbiqini təmin edən innovasiya sisteminin
inkişafı daha böyük məna kəsb edir. Elmə ayrılan vəsaitlərin azlığı, innovasiya məhsulunun
xüsusi çəkisinin aşağı olması, elmi nailiyyətlərin istehsalata zəif tətbiqi və s. milli
innovasiya sisteminin inkişafına mane olur.
Müasir dövrdə Azərbaycan Respublikasının dövlət siyasətinin vacib prioritetlərindən
biri iqtisadiyyatın yeni inkişaf yoluna - innovasiya iqtisadiyyatına keçiddir. Dövlətin
innovasiya və iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri Azərbaycanın qeyri-neft
sektorunun inkişaf etdirilməsi, biliyə əsaslanan sahələrin inkişafı, elmtutumlu
texnologiyaların inkişaf etdirilməsidir.
İnnovasiya potensialının təhlili sosial-iqtisadi siyasətin aparılması, idarəetmə
orqanlarının fəaliyyəti və tədbirlərinin müəyyən edilməsi, innovasiya inkişafı və investisiya
mühitinin formalaşması üçün vacibdir. Azərbaycanda innovasiya sistemi yeni formalaşır.
İnnovasiya sisteminin inkişafı üçün innovasiya potensialının formalaşması və idarə
edilməsi prosesinin maksimal səmərəliliyini təmin etmək üçün innovasiya fəaliyyətinin
idarə edilməsinin mütərəqqi üsul və mexanizmlər sisteminin yaradılması vacibdir.
İnnovasiya iqtisadiyyatına keçid fundamental və tətbiqi elm arasında innovasiya
məhsulu və istehsal arasında qarşılıqlı əlaqənin gücləndirilməsi zamanı mümkün ola bilər.
İnnovasiya sisteminin inkişafının prioritet istiqaməti sivil əqli və sənaye mülkiyyəti
bazarının inkişaf mexanizmlərinin yaradılmasıdır.
Bu müddət ərzində elmi işlərin istehsala tətbiqinin müxtəlif formalarından istifadə
edilib: texnoparklar, texnoloji mərkəzlər, biznes inkubatorları, texnopolislər, startuplar,
azad iqtisadi zonalar və s. Bütün bunlar innovasiya infrastrukturunun tərkib hissəsi olaraq,
bu və ya digər formada fəaliyyət göstərirlər. Onları necə adlandırdığımızdan asılı
olmayaraq bunlar bir məqsədə xidmət edirlər: biliklərin və ixtiraların texnologiyalara
çevrilməsi; həmin texnologiyanın kommersiya məhsuluna çevrilməsi və bu səbəbdən,
tədqiqatlara olan milli xərclərin səmərəliliyinin yüksəlməsi; kiçik elmtutumlu sahibkarlıq
sektoru vasitəsilə texnologiyaların sənayeyə ötürülməsi; elmtutumlu firmaların
formalaşması və onların bazarda təşəkkülü; elmtutumlu biznes sahəsində müəssisələrin
dəstəklənməsi, sənayenin strukturunun yenidən qurulması, regional qeyri-mütənasib inkişaf
səviyyəsinin azalması; məşğulluq probleminin qismən həlli, yüksək texnologiyalar
sahəsində elmi-texniki nailiyyətlərin sürətli tətbiqi.
2.2 İnnovasiya mərkəzlərinin ümumiləşdirilmiş inkişaf sxemi
Beynəlxalq təcrübəni nəzərdən keçirdikdə, görünür ki, innovasiya mərkəzlərinin
tarixçəsi fərqlidir. Onların inkişafına bir çox amillər təsir edir: tarixi xüsüsiyyətlər, işgüzar
mühit, əhalinin təhsil səviyyəsi, sənayenin vəziyyəti, dövlət siyasəti və s. beynəlxalq
təcrübə öyrənildikdə belə nəticəyə gələ bilərik ki, xüsusiyyətlərinə görə qoyulan məqsədə
uyğun, ruhuna görə dövlətin siyasətinə yaxın innovasiya mərkəzləri qurulmalıdır. Hamı
üçün xarici görünüşünə görə bir-birinə oxşar və aydın olan (texnoparklar, biznes-
inkubatorlar, qrantlar, biznes mələkləri, açıq innovasiyalar, texnopolislər və s.) quruluşlar,
əslində müxtəlif mexanizm və prosesləri birləşdirir.
Ümumilikdə onlar arasında oxşarlıqlar var.
İlkin olaraq innovasiya mərkəzlərinin lahiyələri əsasən böhrandan çıxış və çətinlikləri
aradan qaldırma məqsədi ilə işlənilir.
İkincisi praktiki olaraq bütün innovasiya mərkəzlərinin qarşılaşdığı müəyyən ümumi
problemlər var. Müvafiq olaraq bu problemlərin həlli üçün texnologiyalar işlənmişdir:
biznes inkubatorlar; maliyyələrin lahiyələşməsi; innovasiya mərkəzlərinin iştirakçıları
arasında üfüqi əlaqələr; texnoparkın infrastrukturu; ictimai əlaqələrin qurulması və
hörmətin qazanılması; idarəetmə. Bu texnologiyaların hər biri daha sadə texnologiyalara
bölünür. Ümumuilikdə daha uğurlu innovasiya mərkəzləri elementar texnologiyaların
birləşməsinin nəticəsidir.
Əsasən innovasiya mərkəzlərinin inkişafı ciddi müəyyən ardıcıllıqla baş verir (şəkil
1):
I. Ehtiyatların (resursların) cəmləşməsi.
Bu mərhələ üçün elmi-tədqiqat potensialının güclənməsi, kiçik və başlayan
sahibkarlıq mühitinin formalaşması xarakterikdir.
II. İnnovasiya ekosisteminin formalaşması.
Bu mərhələ üçün texnoloji startup, kiçik müəssisələr, böyük yüksək texnoloji
biznesin müştərək işləməsi; elmtutumlu şirkətlərin sabit klasterlərinin formalaşması;
innovasiya infrastrukturunun və sahibkarlığın dəstəklənməsi siyasətinin aparılması;
reklam və marketinq işlərinin aparılması (PR) xarakterikdir.
Ehtiyatların
cəmləşməsi İnnovasiya
ekosisteminin
formalaşması
Sıçrayış Yetkin inkişaf
I mərhələ II mərhələ III
mərhələ
IV
mərhələ
Şəkil 2.1 İnnovasiya mərkəzlərinin inkişaf sxemi
88
III. Sıçrayış.
Bu mərhələ üçün böyük şirkətlərin dövriyyəsinin çox sürətlə inkişafı; texnoloji
startup-ların sayının xeyli artması; vençur investisiya bazarının formalaşması
xarakterikdir.
IV. Yetkin inkişaf.
Bu mərhələdə innovasiya müəssisələrinin yaradılan infrastrukturu səmərəli işləyir.
O daha texnoloji və həcmli olur, innovasiya mərkəzlərinin şəxsi brendi inkişaf edir,
beynəlxalq kooperasiyalar əsasında texnoloji zəncirlər qurulur.
Bu ardıcıllığın gözlənilməməsi, hər hansı mərhələnin üstündən keçilməsi, gözlənilən
nəticəni almağa imkan vermir və ən yaxşı halda durğunluğa səbəb olur. Buna misal olaraq
Texasda yerləşən OSTİN innovasiya mərkəzini gətirə bilərik. Bu mərkəzdə ilkin iki
mərhələ buraxılmışdı. Onlar diqqətlərini kiçik innovasiya müəssisələrinə zərər olaraq
böyük şirkətlərin ETTKİ-bölmələrini cəlb etməyə yönəltmişdi. Nəticədə OSTİN-də
yaranmış ekosistem-startupların yaradılması və inkişafı üçün çox vaxt və güc sərf etməli
oldu.
Bu mərhələlər ümumilləşdirilmiş xarakter daşıyır və onları mütləq hesab etmək
olmaz. Lakin bu eyni şəraitdə yaradılan innovasiya mərkəzlərinin layihələrində faydalı ola
bilər. İnovasiya mərkəzlərinin inkişaf mərhələlərinin hər birində müəyyən prioritet
idarəetmə məsələləri həll edilir. Ona görə də əvvəlki mərhələyə aid məsələlər həll
edilmədən digər mərhələyə keçid ardıcıllığı pozur və idarəetmədə bir sıra yeni problemlərə
səbəb olur.
Hər mərhələnin aktual idarəetmə məsələləri cədvəl 1-də verilmişdir.
Cədvəl 2.1
İnnovasiya mərkəzlərinin inkişaf mərhələlərinin ən
aktual idarəetmə məsələləri
Mərhələlər İdarəetmə məsələləri
I mərhələ
- yüksək ixtisaslı tədqiqatçıların və mühəndislərin yeni tədqiqat mərkəzlərinə cəlb
edilməsi;
- tədqiqat mərkəzləri ilə sənaye arasında məsafənin götürülməsi;
- yüksək texnoloji şirkətlərin və əsasən də ETTKİ bölmələrindən olan investorların cəlb
edilməsi;
- yaxşı sahibkarlıq mühitinin formalaşması.
II mərhələ
- yeni işə başlayan texnoloji şirkətlər üçün səmərəli işləyən xidmətlər sistemi yaratmaq,
əsasən də biznes-təlim xidmətlərini;
- innovasiya startup-larının investisiya öncə mərhələsində maliyyə dəstəyi sistemi
yaratmaq;
- elmi əməkdaşları startup yaratmağa cəlb edən stimullaşdırma mexanizmləri işləmək;
- innovasiya mərkəzlərinin yerli və beynəlxalq aləmdə tanınmasını və güclü brendinin
yaradılmasına istiqamətləndirən reklam və PR kampaniyasının aparılması;
- texnologiyaların transfer sisteminin inkişafı;
- həyat səviyyəsinin yüksəldilməsinin təmin edilməsi;
- innovasiya biznesinin dəstəklənmə infrastrukturunun qurulması üçün investorların
cəlb edilməsi;
- dövlət, universitet və özəl investorlardan asılı olmayan dəstəklənmə infrastrukturunun
idarəetmə orqanının yaradılması.
III
mərhələ
- İnnovasiya biznesinin dəstəklənmə infrastrukturunun vaxtında genişlənməsi; əvvəlki
mərhələdə yaradılan xidmətlər sisteminin həcminin böyüməsi və tirajlanması;
- özəl vençur investorlarının, əsasən də özəl-ictimai, özəl-dövlət vençur fondlarının
risklərinin bölünməsi mexanizmlərinin yaradılması.
IV
mərhələ
- yeni şirkətlərin cəlb edilməsi;
- öz brendinin dəstəklənməsi və inkişafı;
- mövcud texnoloji zəncirin düzülməsi və beynəlxalq şirkətlər əsasında yenilərinin
yaradılması.
Asiya ölkələrinin innovasiya mərkəzlərinin özlərinə məxsus müəyyən xüsusiyyətləri
var. Bu əsasən dövlətin rolu və fundamental elmin zəifliyi ilə xarakterizə edilir. Buna
baxmayaraq Asiya ölkələrində göstərilən sxemi pozmamağa çalışırlar. Digər tərəfdən
innovasiya mərkəzi şöhrət tapmışsa, bu o demək deyil ki, o bu pillələrin hamısını keçib.
İndi isə innovasiya mərkəzlərinin inkişaf qanunauyğunluğuna və inkişafının baza
texnalogiyalarına daha geniş nəzər salaq.
2.3 İnnovasiya mərkəzlərinin inkişaf qanunauyğunluğu
Bu gün dünyada innovasiya biznesinin təmərküzləşən innovasiya mərkəzlərinin sayı
minə yaxınlaşır və gündən-günə artır. Lakin bu mərkəzlərdən heç də hamısı özünün
səmərəliliyini isbat edib. Beynəlxalq təcrübəyə və bu sahədə tanınmış menecerlərin
fikirlərinə əsasən [ədəbiyyat] İnnovasiya mərkəzlərinin qiymətləndirmə meyarları
aşağıdakılardır:
1. Mütərəqqi inkişaf:
innovasiya mərkəzinin iqtisadiyyatın inkişafına töhfəsi;
tanınmışlığı və sitat gətirməsi;
mərkəzdə işləyən şirkətlərin səviyyəsi və əhəmiyyəti;
innovasiya mərkəzinin həcmi;
vençur kapitalının mümkünlüyü (açıqlığı);
informasiyanın açıqlığı.
Digər tərəfdən innovasiya mərkəzlərinin inkişafı yolları təhlilinə əsasən belə nəticəyə
gəlirik ki, innovasiya mərkəzlərinin uğur qazanmasına aşağıdakı amillər təsir göstərir:
universitetlərin yaxınlığı və elmi- tədqiqat potensialının yüksək olması;
innnovasiya sisteminin iştirakçıları arasında şaquli və üfüqi əlaqələrin
formalaşması;
səmərəli PR-dəstəklənmə, innovasiya mərkəzinin güclü brendi;
siyasi iradə;
innovasiya mərkəzinin dövlətin həyata keçirməyə hazır olduğu uzunmüddətli
inkişaf strategiyasının olması;
idarə edən şirkətin dayanıqlı biznes-modeli;
idarə edən şirkətin maliyyə təminatını təmin etmək və gəlir əldə etmək
bacarığı;
idarə edən şirkətin qərar qəbul etdikdə innovasiya mərkəzinin təmsilçilərindən
(dövlət, universitet) asılı olmaması;
innovasiya mərkəzinin idarəetmə orqanlarını biznes təcrübəsi olan
peşəkarlardan formalaşması;
digər innovasiya mərkəzlərinə nisbətən rəqabət davamlılığın düzgün müəyyən
edilməsi;
innovasiya ekosisteminin və əsas investorların tərkib hissəsi kimi böyük
yüksək texnoloji şirkətlərin cəlb edilməsi;
yerli şəraiti və üstünlükləri nəzərə alaraq fəaliyyətin prioritet istiqamətlərini
(texnoloji inkişafın prioritet sahələrini) düzgün müəyyən edilməsi.
Dünyada tanınmış TOP-30 innovasiya menecerlərin fikrinə görə innovasiya
mərkəzlərinin inkişafına mane olan amillər aşağıdakılardır:
diqqətin maddi infrastruktura daha çox verilməsi. Bu güclü kadrların və
layihələrin cəlb edilməsinə, qeyri-maddi xidmətlərin inkişafına ziyan vurur;
idarə edən şirkətin işinə cəlb edilən işçilərin peşakar səviyyələrinin lazımi
qədər yuxarı olmaması;
PR (reklam və marketinq) və güclü brendin yaradılmasına lazımi diqqətin
olmaması;
elmi işçilərin və tələbələrin biznes-təhsilinə lazımi diqqətin olmaması;
elm və universitet mərkəzlərinin sahibkarlığa lazımı qədər cəlb edilməməsi;
ehtiyatların istehlakçının tələbatını ödəməyən və problemlərini həll etməyən
layihələrə cəmləşməsi;
rezident şirkətlərin biznesinin və biznes mühitin inkişafına ziyan olaraq
texnologiyaların və ETTKİ-nin inkişafına həddən artıq diqqətin olması;
innovasiya mərkəzlərinin ixtisaslaşma və prioritetlərin müəyyən edilməsində
olan səhvləri;
innovasiya infrastrukturunu qurduqda rezident şirkətlərinin real tələbatlarının
nəzərə alınmaması, infrastrukturun şirkətin sorğularına uyğunlaşmağının aşağı
olması;
innovasiya mərkəzinin idarə edilməsinə dövlətin, universitetin və elmi-
tədqiqat institutlarının güclü təsiri.
2.4 İnnovasiya mərkəzlərinin tipologiyası
İnkişaf etmiş innovasiya mərkəzlərinin bu növlərini nəzərdən keçirək:
maliyyə təminatı olan və gəlir gətirən özəl kapitalın iştirakı ilə böyük (nəhəng)
texnoparklar. Adətən belə innovasiya mərkəzləri dövlətin təşəbbüsü ilə
yaradılır və yavaş-yavaş özəl investorların mülkiyyətinə keçirlər;
dövlət innovasiya mərkəzləri. Belə mərkəzlər dövlətin təşəbbüsü ilə və dövlət
investisyası hesabına yaradılır. Onların cari fəaliyyəti dövlət tərəfindən
maliyyələşir və onların idarə edilməsinə dövlətin təsiri müxtəlif olur;
universitetlərin gəlir mənbəyi olan texnoparklar. Belə mərkəzlərin məqsədi
universitetin işləmələrini kommersiyalaşdırmaq, universitetin elmtutumlu
şirkətlərə göstərə biləcəyi bəzi xidmətlərin satışıdır.
2.5 İnnovasiya infrastrukturunun tərkib hissəsi olan teknoparklar
2.5.1. Tərif, məqsəd və funksiyaları
Hər ölkədə müxtəlif Texnopark strukturu mövcuddur, buna görə də teknoparkın
ümumi bir tərifini vermək çətindir.
Beynəlxalq Elm Parkları Birliyinin (IASP) tərifinə görə "Texnoparklar universitet,
sənaye, araşdırma mərkəzləri, sahibkarlar və bazarlar arasındakı əməkdaşlığı artırmaq,
bilik və texnologiya transferini asanlaşdırmaq məqsədilə yüksək əlavə dəyərli tədqiqat və
inkişafa söykənən qabaqcıl texnologiyalı məhsul və xidmətlərin istehsalına uyğun
infrastruktur, üstqurum və xidmətlər ilə təsir edən təşkilatlardır.
2.5.2. Texnoparklar və onların işləmə prinsipləri
Texnopark müasir iqtisadiyyatın vacib elementləridir. Texnoparkları müxtəlif
aspektlərdən nəzərdən keçirmək olar:
1) Texnoparka iqtisadi elmtutumlu məhsul istehsal edən ərazinin xüsusi növü kimi;
2) Texnopark elmə əsaslanan kiçik sahibkarlığın dəstəklənmə forması kimi;
3) Elm texnoparkda maliyyə və digər dəstəklər alır. Bununla da elmin dövlətdən
asılılığı azalır. Beləliklə, texnoparklar milli elmin dəstəklənmə forması olur.
Texnoparkların yaradılması və inkişafı prosesləri Azərbaycandan yan keçmir.
Texnoparkların inkişafı milli elm və elmtutumlu istehsalata dayaq olur.
Əgər biz “Texnopark” nədir? sualına cavab vermək istəsək labirintə düşmüş olarıq.
Çünki ədəbiyyatlarda və TOP-30 innovasiya menecmentləri arasında bu anlayışın izahı
müxtəlif verilir. Məsələn: Finlandiyanın Otaniem texnoparkının banisi Mervi Kekiyə görə:
“Texnoparklar – məkan deyil, prosesdir və texnoparkların əsas məqsədi şirkətlərə kömək
etməkdir.” Texnopolis şirkətinin direktorlar şurasının sədri Pertti Xuuskonen açıqlamasına
görə: “ Siyasətçilərin gözəl binaların təntənəli açılışı xoşlarına gəlir, ancaq gözəl bina–bu
hələ texnopark deyil. Texnoparklar onların daxili qurluşudur. Bir çox texnoparklar heç də
cəlbedici görünmürlər, ancaq onların içliyi sadəcə çox gözəldi və onların fantastik
məhsulları var. Bu texnoparkların binaları yox, məhsulları və xidmətləri müştərilər
tərəfindən tələb edilirlər ...”
Texnopark-vahid infrastruktur sərhədlərində elm və texniki fəaliyyətlə məşğul olan
şirkətlər birliyidir. Bir sözlə:
Texnopark-spesifik yerli şərait və bazarın tələbatının təsiri altında formalaşan
mürəkkəb ekosistemdir. Texnopark bir tərəfdən rezident və müştərilərin görüşdüyü və
təmasda olduqları ofis, digər tərəfdən rezidentlərə göstərilən müxtəlif xidmətlər dəstidir.
Əslində texnopark tədqiqatçı qruplar və texnoloji işləmələrə sorğu verən şirkətlər
arasında qarşılıqlı fəaliyyət və informasiya mübadiləsi prosesini sürətləndirən vasitəçi bir
qurumdur.
E
T
T
K
İ
Regional İnnovasiya
S
ə
n
a
y
e
İNSAN RESURSLARI
Elm Parkı
Texnologiya Parkı
Tədqiqat Parkı
İnnovasiyaMərkəzi
İş İnkubatoru
Azərbaycan Respublikasının prezidentinin 2014-cü il 15 may tarixli fərmanı ilə təsdiq
edilmiş “Texnologiyalar parkı haqqında nümunəvi Əsasnaməyə görə ...“ texnologiyalar
parkı (bundan sonra – texnopark) – innovasiya məhsulunun və yüksək texnologiyaların
hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-
konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə
tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və
idarəetmə qurumları olan ərazi” dir.
Texnoparkların daha çox yayılmış 3 iş sxemini qeyd etmək olar:
1. Öz innovasiya lahiyələrini realizə etmək istəyən sərbəst tədqiqat və lahiyə
qruplarına kömək (yardım);
2. Ali məktəb və elmi-tədqiqat qruplarında toplanan elmi biliklərin
kommersiylaşdırılmasına kömək;
3. İnnovasiyanın sərbəst bazarından texnoloji qərarların importu yolu ilə
istehsalçıların texnoloji məsələlərinin həlli. Texnoparkların bu zəncir üzrə hərəkəti
hər iki istiqaməti təmin edir. Hər dəfə texnologiyaların alıcıları müxtəlif şirkətlər
ola bilər.
Qeyd edək ki, texnopark birbaşa texnologiyaların satışı məsələlərində iştirak etmir,
ancaq innovasiyaların mübadiləsi prosesinə vasitəçilik edir, başqa sözlə mübadilə üçün
əlverişli şərait yaradır. Elə hallar da ola bilər ki, texnopark həmtəsisçi ola bilər.
Şəraitindən asılı olaraq texnoparklar idarəetmə strukturu və inkişaf modelləri ilə
fərqlənirlər. Məsələn: Şəkil 2-də bir neçə sxem verilmişdir.
Texnoparklar texnologiya daşıyıcıları ilə alıcıları arasında əlaqə yaratmaq üçün
yaranan sərbəst qurum və ya universitet və şirkət daxilində bir struktur ola bilər.
Texnoparkların əsas rolu tədqiqatçılar cəmiyyəti daxilində və ya müxtəlif texnoloji məhsul
istehsalçıları arsında kommunikasiyanın təmin edilməsində ola bilər. Texnoparkların
yaradılmasında əsas motiv texnologiyaların təhcizatçısında və ya istifadəsində də ola bilər.
Digər tərəfdən texnoparklar yerli və ya dövlət orqanları tərəfindən yaradıla bilər. Bu halda
texnoparkların yaradılmasında məqsəd əraziyə yeni fəaliyyət növünün cəlb edilməsidir.
Şəkil 2.3. İdarəetmənin struktur və İnkişaf modelləri
Şəkil 2.3. İdarəetmənin strukturu və İnkişaf modelləri
T
Tİ Tİ
Texnologiyaların mübadiləsinə (import)
şəraitin yaradılması
təmin edir.
T
TD Tİ
Toplanan elmi potensialın
kommersiyalaşdırılması
Şirkətlər üçün texnoloji qərarların
axtarışı.
T
TD Tİ
Tədqiqatçılar cəmiyyətinin
kommunikasiyalarının təmin edilməsi.
T
TD Tİ
TD
T
TD Tİ
Texnopark texnologiya daşıyıcıları ilə
istifadəçiləri arasında qarşılıqlı fəailiyyəti təmin
edir.
T-Texnopark; TD-Texnologiya daşıyıcıları; Tİ-
Texnologiya istifadəçiləri.
2.5.3 Texnoparkların növləri
Biz əsasən 6 əsas növ texnoloji parkları nəzərdən keçirək:
Cədvəl 2.2.
Texnoparkların növləri Texnoparkların
növü
Açıqlanması
Universitet
texnoparkları
Belə texnoparklar ali məktəblərin əsasında yaradılırlar. Bəzən isə universitet
ilə sənaye müəssisəsinin strateji əməkdaşlığının nəticəsində yaradılırlar.
Universitet texnoparklarının yaradılmasının 3 əsas məqəsdi olur: toplanmış
elmi biliklərin kommersiyalaşdırılması, ali məktəbdə elmi işlərin
cəlbediciliyini artırmağı və praktiki məsələlərin nəticəsi olan yeni biliklərin
axınının təmin edilməsi. Universitet texnoparklarının inkişafına mane olan
qanunvericilikdə olan məhdudiyyətlərdir.
Regional sahə
texnoparkları
Belə texnoparklar regional iqtisadiyyatın hər hansı bir sektorunda innovasiya
prosesinin aktivləşdirilməsi məqsədi ilə yaradılır. Regional sahə texnoparkları
çoxlu xidmətlər göstərə bilərlər: layihənin hüquqi müşayət etmək, biznes
məsləhət, sertifikatlaşma, tədqiqat təşkilatlarına laboratoriyalar təqdim etmək,
seminarların təşkili və s. Adətən bu növ texnoparklar texnologiyaların regional
sənaye müəssisələrinə importunu təmin etmək və ya ayrıca götürülmüş şirkətin
texnoloji məsələlərini həll etmək üçün yaradılır. Bu halda texnopark istehsal
şirkətləti ilə sıx əlaqə yaradır, bununla da rezident və ya ortağın texnoloji
məsələlərini həll edəcək kiçik innovasiya şirkətlərinin yerləşməsinə şərait
yaradır.
Başqa sözlə, texnopark istehsal şirkətlərinə elmtutumlu və bahalı prosesləri
kənarda sərbəst kiçik innovasiya müəssisələrinə ötürməyə (autsorsinq etməyə)
kömək edir (autsorsinq - 2 təşkilat arasında müqavilə əsasında birinin digərinə
bəzi funksiyalarının, biznes proseslərin və tədbirlərin ötürülməsidir). Regional
sahə texnoparklarının əsas gəlir mənbəyi ərazinin icarəyə verilməsi və istehsal
şirkətləri üçün texnoloji həllərin axtarışı üzrə xidmətlərin göstərilməsidir.
Sənaye
texnoparkları
Belə texnoparklar mahiyyət etibarı ilə texnoloji park deyil. Bu növ texnopark
əsasən yeni istehsalın təşkili üçün fiziki infrastruktur obyektlərinin
kompleksidir. Burda daha çox ərazilər müxtəlif fəaliyyət növləri üçün icarəyə
verilir.
İndustrial texnoparkların yaradılması innovasiya mühitinin inkişaf və sıxlıq
səviyyəsindən asılı deyil, əsasən onlar texnologiya mübadiləsi üçün nəzərdə
tutulmayıblar, daha çox yeni iqtisadi fəaliyyətin növlərinin təşkili üçün müasir
infrastrukturun yaradılmasına istiqamətlənirlər. İstehsalat texnoparkının
yerləşdirilməsi şərtləri və onun obyektlərinə tələbat əsas rezidentlərin istəyi
əsasında və ya sahə sənayesinə uyğun istehsal komplekslərinin yerləşdirilməsi
təcrübəsinin təhlili nəticəsində müəyyənedilir. Çox vaxt əlavə nəqliyyat və
logistika, mənzil tikintisində ixtisaslaşma tələb edir.
Texnoloji
inkubatorlar
vəya
innovasiya
biznesi
inkubatorları
Belə texnoparklar kiçik innovasiya şirkətlərinə formalaşmalarının ilkin
mərhələsində kömək etmək üçün nəzərdə tutulurlar (start-up, seed). Bu növ
texnoparklar innovasiya şirkətlərinin inkişafı üçün bütün lazımı ehtiyat və
xidmətləri təmin edirlər. İnkubatorlar öz mahiyyətinə görə gəlir əldə etmək
üçün nəzərdə tutulmayıblar, biznesin inkişaf etdirilməsi üçün imtiyazların
təmin edilməsinə istiqamətlənirlər. Ona görə də inkubatorların yaradılmasına
sərbəst biznes kimi baxmaq olmaz, onların yaradılmasına daha çox sosial
istiqamət kimi baxılaa bilər. Onun müvəffəqiyyəti daha çox kiçik müəssisələrin
axını və müəyyən həcmdə icarəyə verilən sahələrdən asılıdır.
Şəbəkə
texnoparkları
Şəbəkə strukturları texnoparklar tərəfindən öz imkanlarını genişləndirmək üçün
yaradılır. Şəbəkə texnoparklarının tikintisi əsasən yerli hakimiyyətin təşəbbüsü
olur. Onlar bu obyektin köməyi ilə yaradılan texnoparkdan əldə olunan iqtisadi
və sosial xeyri paylaşdırmaq istəyirlər. Şəbəkə texnoparklarının yaradılması
üçün iqtisadi zəmin olmalıdır: müxtəlif şəhərlərdə yaşayan və işləyən
tədqiqatçıların cəlb olunmasının təmin edilməsi, texnoparkların saxlanılması
xərclərinə qənaət (texnoparkın tərkibinə əvvəl yaradılan tədqiqat mərkəzlərinin
salınması) və s. Şəbəkə strukturu texnoparkların imkanlarını artırır, onların
xidmətlərinin sayını çoxaldır, səmərəlilik göstəricilərinin yaxşılaşmasına imkan
yaradır, texnopark üçün əhəmiyyətli olan şəhər və digər ərazilərdə fiziki
iştirakları təmin edilir. Şəbəkə texnoparkları regional, sahə və ya universitet
texnoparklarının qollarındandır.
Kovorkinq
Belə mərkəzlər bir növ tədqiqat cəmiyyətlərinin ənənəvi texnoparkların
xidmət haqqının artmasına, işgüzar infrastrukturun çatışmazlığına və
informasiya texnologiyalarının inkişafına olan cavabdır. Bu ofis
mərkəzləridir, burda sərbəst insanlar bir ərazidə işləyirlər. Belə model daha
çox əqli əməklə məşğul olanlara yarayır. Kovorkinq mərkəzlərinin
müvəffəqiyyəti onların tədqiqatçılar cəmiyyətinə daxil olmaqları, bilik
axınlarını və informasiya mübadiləsini formalaşdırmaqları, başlayanlara şərait
yaratmaqlarıdır. Bu mərkəzlərin başlıca funksiyaları tədqiqatçılara
innovasiyanın qlobal bazarına “giriş”-in təmin edilməsi və yerli tədqiqatçılar
cəmiyyətlərinə dəstəkdir. Klassik texnopark fəaliyyətindən fərqli olaraq
kovorkinq mərkəzlərini fəailiyyəti fiziki infrastruktur ilə işləməkdən
kommunikasiya yaratmaq və peşəkar cəmiyyətlərlə işlərə (fərdi məsləhət,
səmərəli layihə qruplarının formalaşması və s.) yönəldilir. Bu halda az
müddət ərzində aşağı qiymətə yeni iş yerləri yaratmağa və ərazidə işgüzar
mühitin yaradılmasına gətirir
Şəbəkə texnologiyalarına əsaslanan texnopark xüsusi quruluşdur. Belə texnopark
quruluşu regionun innovasiya imkanlarının rasional istifadə əsasında informasiya
mübadiləsinin köməyi ilə səmərəli innovasiya prosesini təşkil etməyə qadirdir. Regionun
malik olduğu innovasiya ehtiyatlarının sayı və keyfiyyətindən asılı olaraq innovasiya
dövrünün həyata keçməsində öz aralarında müəyyən funksiyaları, mümkün riskləri və
gələcək gəliri paylaşdıran müxtəlif idarə və təşkilatlar iştirak edə bilər. Belə vəziyyətdə
texnoparkın menecerlərinin vəzifəsi regionda innovasiya prosesinin bütün üzvlərini
əlaqələndirən informasiya fəaliyyətinin təşkili və informasiya axınının əlaqələndirilməsidir.
Bu regionda və Azərbaycanın digər regionlarında yerləşən innovasiya potensialını
http://www.diziizle.net/resimler/ekran_orta.gif birləşdirməyə, xarici mütəxəssislərin və
elmi-tədqiqat bazalarından istifadə etməyə imkan verir.
Regionun xüsusiyyətlərini nəzərə alaraq bu və ya digər funksiyalara
istiqamətlənərək texnoparkları digər növlərə bölə bilərik: innovasiya, marketinq,
investisiya, istehsalat, paylaşmış və kompleks (cədvəl 1.3)
Cədvəl 2.3.
Regionun xüsusiyyətlərini nəzərə alan texnoparkların növü
Növ Əsas funksiyaları Regionun tipi
İnnovasiya
Texnoparkı
İnnovasiya fəaliyyəti sahəsində hakimiyyət
orqanları ilə birgə region üçün innovasiya
proqramının işlənməsi, innovasiya
ideyalarının və layihələrinin işlənməsi və
mütəxəssislərin hazırlanması
İnnovasiya məhsulunun
yaradılması və onun
kommersiyalaşdırması üçün
sərbəst istehsalat və maliyyə
ehtiyatlarına malikdir
Marketinq
Texnoparkı
İnnovasiya məhsullarının sertifikatlaşması,
patentləşməsi və hərəkəti kommersləşmə
prosesində dəstəklənmə
İnnovasiya ideyalarını generasiya
edən quruluş üstünlük təşkil edir və
innovasiya məhsulunun hazır
nümunələrinin hazırlanması
İnvestisiya
Texnoparkı
İnnovasiya layihələrinin maliyyələşməsi,
maliyyə mənbələrinin axtarışı, investisiya
layihələrinin hazırlanmasına kömək
Elmi və istehsalat quruluşu üstünlük
təşkil edir, həmçinin yaradıcı
kollektivlər
2.5.4. Texnoparkların Quruluş Modelləri
Struktur və funksional şəkildə Texnopark modelləri araşdırıldığında ölkədən ölkəyə
hətta eyni ölkənin içindəki bir texnoparkdan digərinə fərqliliklər göstərdiyi görülməkdədir.
Texnopark modellərini beş qrupa bölmək olar:
1. Dövlət əsaslı:
texnoparkın quruluşunu birbaşa dövlət öz üzərinə götürür;
2. Universitet əsaslı:
Universitetlərin öz başlarına ya da dövlətdən dəstək alaraq qurduqları, idarə
edərək faydalandıqları texnoparklardır;
3. Özəl sektor Əsasında:
Universitetlər və maliyyə strukturu güclü firmalar tərəfindən əməkdaşlıq ilə
qurulan texnoparklardır;
4. Yerli rəhbərliyə dayalı:
Bəzi böyük şəhərlərdə bölgənin iqtisadi inkişafına töhfə vermək məqsədiylə yerli
rəhbərliklər tərəfindən qurulub dəstəklənən parkları;
5. Qarışıq Model:
Dövlət və özəl sektorun birlikdə qurduğu texnoparklardır.
2.5.5. Texnoparkların inşaat modelləri
Dünyada olan 600-ə yaxın texnoparkların arasından arxitekturasına görə 3 modeli
ayıra bilərik:
Nöqtəvi - maksimal kompakt kompozisiya, funksiyalar dəstəsi məhdud.
Kompleks – böyük faiz yaşıllaşma və sosial ərazisi olan binalar və tikililər qrupu.
Tərkibində və ya yaxınlığında universitet olur.
Meqa (İmkanlı) – geniş funksiyaya (sosial, yaşayı, təhsil, istehsal) malik, əraziyə görə
nəhəng model. Universitet ərazidə yerləşə bilər.
Beynəlxalq təcrübənin təhlilinə görə texnoparkın 3 tipinin açıqlanmasını verək:
Nöqtəvi model
İstehsalat
Texnoparkı
Təcrübə konstruktor işlərinin aparılması,
innovasiya məhsullarının təcrübi
nümunələrinin yaradılması
İnnovasiya fəaliyyətinin təcrübi
istehsalat bazası olmayan
subyektləri üstünlük təşkil edir
Vertual
Texnopark
Regionda innovasiya prosesinin bütün
iştirakçıları arasında informasiya fəaliyyəti
və əlaqələrinin təşkili
Vahid informasiya
infrastrukturunda inteqrasiya oluna
bilən paylanmış innovasiya
ehtiyatlarına malikdir
Kompleks
Texnoparkı
Bütün innovasiya dövrünün
həyata keçməsi
Pis inkişaf etmiş innovasiya
potensialına malik region
Nöqtəvi Texnopark-şəhərdə kiçik sahədə yerləşir (şək. 2.4). Adətən onu əhatə edən
şəhər infrastrukturu yaxşı inkişaf etməlidir. Funksional quruluşun tərkibi əsas element
qrupları ilə kifayətlənə bilər: kommunikasiya, elmi-tədris, təbiət-park, adminstirativ-
xidməti və işgüzar ofis və s.
Nöqtəvi modelin əsas üstünlüyü kompaktlığıdır ki, bu da işçilərin üzvləri və ətrafda
yerləşən universitet və ya elmi-tədqiqat institutları, tələbə, xidmət şirkətləri ilə intensiv
əlaqə imkanı verir. Nöqtəvi texnopark modeli bazası əsasında inkubator növ texnopark
yayılmağa başlamışdır.
Bu modelin çatışmazlığı, həcminin kiçik olması, ərazi məhdudiyyəti və genişlənmə
imkanının olmaması, inkişaf etmiş funksional quruluşun olmamasıdır.
Texnoparkın nöqtəvi modelinin dinamik xüsusiyyətləri yalnız təşkilat səviyyəsində
özünü göstərir: texnopark idarəçilərinin dəyişməsi, interyerin dəyişməsi.
Kompleks model
Kompleks Texnopark (şəkil 2.5) - şəhərin tərkibində kifayət qədər sərbəst sahədə
yerləşir. Nöqtəvi modeldən fərqli olaraq bu model ərazisində geniş funksiyalara malik bina
və tikililərin yerləşməsinə geniş-tam park zonasının salınmasına imkan verir.
Texnoparkların kompleks modelində yaşıllaşmadan tam istifadə etmək olur.
Texnoparkın kompleks modelinin inkişafında, nöqtəvidən fərqli olaraq bir neçə
mərhələ yaradılır. Bu modeldə ilk növbədə texnoparkın nüvəsi təşkil edilir. Texnoparkın
nüvəsinin tərkibinə elmi-tədris, administratr və inkubator biznesi, laboratoriya- istehsalat
zonaları aiddir.
Nüvənin işə salınmasından sonra hər 3-5 il orta ölçülü uyğun şəraitin təşkilini tələb
edən şirkət yaradılır. Paralel olaraq ərazi elmtutumlu şirkətlərin inkişafına təkan verən
ərazilərlə (şirkətlərin texnologiyası və elmtutumlu məhsullarını təqdim etmək üçün ticarət-
sərgi kompleksi, sosial obyektlər, satış və kommersiya obyektləri)
Meqa (imkanlı) model
Şəkil 2.6
Meqa Texnopark-şəhərdən müəyyən məsafədə, ilkin infrastrukturu və
kommunikasiyası olmayan ərazidə yerləşir. Ona görə də ərazidə çox elementləri “sıfırdan”
başlamalıdır.
Texnoparkın salınmasının ilkin mərhələsində məsrəflər tələb edir, lakin sonralar
inkişaf üçün geniş ehtiyatlara malik olur.
Bura digər zonalar daxil ola bilər:
1) İstehsal - anbar obyektləri və loqistik kompleks zonası. Bu zona nəqliyat vasitələri
ilə təmin edilməlidir. Bura tədqiqat - laboratoriya kompleksi, məlumat-mərkəzləri,
elektroenerji zonaları
2) İri şirkətlər zonası. Bu zona texnoparkla avtodayanacaq və laboratoriya platforma
sistemi ilə birləşən ofis binalarından ibarət olur.
3) İdman əyləncə mərkəzi
4) Ticarət - sərgi mərkəzi, mehmanxana
5) Orta şirkətlərin yerləşmə zonaları, sosial təminat təşkilatları
6) Yaşayış zonası
7) Elmi-tədris, mədəni və texnoparkın administrativ nüvə zonası (universitet, elmi-
tədqiqat təşkilatı, müəllim və alimlərin yaşayış binaları, texnologiya muzeyi,
kitabxana, mədəni mərkəz, banklar, administrativ və xidməti müəssisələr)
8) Konqress - mehmanxana, universal zal
9) Biznes - inkubator, kiçik şirkətlər işçilərin yaşayış yerləri və əhalinin xidmət
sistemləri quruluşu zonaları
Texnoparkın meqa modeli böyük şəhər tikinti formasıdır. Ona görə də ərazi müxtəlif
qarşılıqlı əlaqəli funksiyalara malik zonalarla doldurulmalıdır. Ərazinin ixtisaslaşması
daxili və xarici şəraitin dəyişməsi nəticəsində quruluşun fəaliyyət mexanizminin dayanması
risklərinin artmasına gətirə bilər.
Meqa modelin inkişaf modeli 20 ildən çox çəkə bilər, bu proses ərazinin ölçülərindən
və artım dinamikasından aslıdır. Bu modeldə də inkişaf mərhələlərlə gedir və nüvələrin
təşkili ilə başlayır.
2.5.6. Texnoparkların inkişaf meyilləri
Texnoparkların yaradılması təcrübəsinin təhlili “Texnopark” hərəkatının 3 əsas
mərhələyə bölməyə imkan verir (şəkil 2.3).
Şəkil 3-dən göründüyü kimi hər 15-20 ildən bir texnoparkların yeni formatlarının
yüksəliş dövrü baş verirdi. Bu da bazar və iqtisadiyyatın dəyişkən inkişaf tendesiyası və
ümumilikdə cəmiyyətin transformasiyası ilə izah edilir.
Qeyd edək ki, bu gün texnopark hərəkatının inkişaf cərəyanının növbəti qırılması baş
verir. Texnoparkların inkişafına təsir edən əsas meyllər bunlardır:
- fiziki infrastrukturun qiymətinin (dəyərinin) artması (həm tikinti qiymətlərinin,
həm də istismar xərcləri).
- informasiya texnologiyalarının və informasiya hüdudlarının inkişafı (məsafədə
yerləşən subyektlər arasında informasiya mübadiləsinə imkanı).
- innovasiya şirkətlərinin maliyyə imkanlarının azalması (tələbin sıxılması və
innovasiya məhsulunun maya dəyərinin azalması).
Cədvəl 2.4
Texnoparkların inkişaf təsnifatı
I mərhələ
(50-70—ci illər) II mərhələ
(80-90—ci illər) I mərhələ
(2000—ci illər) ?
Universitet
texnoparkı
“elmi şəhərciklər
texnopolis
“Texnopark” hərəkatı
Regional texnoparkları
Sahə texnoparkları
Texnoloji-biznes
inkubatorları
“meqatexnoparklar”
Texnoparkların
kommunikasiya
meydançası
Texnoparklar
assosiyası
Vertual şəbəkələr
Şəkil 2.7. Texnopark” hərəkatı
Texnoparklar 50-70-ci illər 80- 90-cı illər 90- 2000-ci illər
Geniş yayılan
növləri
Universitet
texnoparkları;
Regional sahə
texnoparklar;
Elmi şəhərcik.
Texnoloji inqubatorlar;
İxtisaslaşmış
texnoparklar;
Texnologiyaların
transfer mərkəzi.
Şəbəkə texnoparkları;
Kovorkinq-mərkəzlər;
Texnoparklar
cəmiyyəti.
Əsas
prosesləri
Elmi tədqiqat
işlərinin tətbiqi
Elmi tədqiqat işlərinin
kommersləşdirilməsi
İnformasiya
mübadiləsi mühitinin
yaradılması (Future
knowledge Ecosystems-
gələcək bilik
ekosistemləri)
Nüvə
Universitet
laboratoriyaları;
kompleks layihə və
tədqiqat büroları;
transmilli şirkətlər
Texnoloji biznes-
inkubatorlarının ofis
kompleksi
Virtual şəbəkə;
texnoparkların şəbəkə
bölmələri
Maraqlı
tərəflər
Universitetlər;
transmilli şirkətlər
Ölkə, region
hakimiyyətləri
İnnovasiya brokerləri
və arentləri;
vençur şirkətləri və
investisiya fondları
Məhsul İnnovasiya məhsulları Texnologiya və texnoloji
qərarlar (nəticələr)
Tədqiqat potensialı
Texnoparkın
əsas xidməti
Bilik mənbələrinə
(universitet) və ya
praktiki məsələ
mənbələrinə (şirkətlərə)
keçid
Xeyirli icarə,
genişlənmiş xidmətlər
şəraiti
Cəmiyyətə çıxış
Lider ölkələr ABŞ, İngiltərə Avropa ölkələri və Asiya
ölkələri ABŞ
Cədvəl 2.5
Texnopark, sənaye parklarının, klasterlərin müqayisəsi
Fərqləndirici
Xüsiyyətlər Texnopark Sənaye Texnoparkı Klaster və Texnoloji sahə Texnopolis
1
İqtisadi
məzmun
İdeya, kəşfi kapital və sahibkarla
birləşdirilməsi, şirkətin ilkin
dövrünün təmini üçün ictimai və
özəl fondların cəlb edilməsi
Kiçik və orta biznesdən olan
xüsusi təhcizatçıların iri şirkət
ətrafında birləşməsi
Ümumi fəaliyyət mühiti ilə bağlı olan, bir-
birini tamamlayan, ümumi infrastrukturu,
işçi bazarını, xidmətləri bölən, oxşar
imkanlar və təhlükə ilə məşğul olan, ümumi
şəbəkəyə malik coğrafi qonşu olan
təşkilatlar qrupu
Öz sənaye fəaliyyətinin təşkili
pirinsipləri olan
ümumiləşdirilmiş ərazi
sərhədlərində xüsusi iqtisadi
zonanın növü
2
Funksiyalar Yeni məhsulun təcrübi
istehsaldan kommersiyaya
keçməyinin stimullaşdırılması
Sahə müəssisəsində elm və
texniki nailiyyətlərin tətbiqi
əsasında yeni iş yerlərinin
artırılması, kiçik və orta
biznesin inkişafı
Yeni tam istehsal sistemlərinin inkişafı,
texnologiyaların yaradılması, tətbiqi və
yayılması, sənayenin formalaşması və
məhsul satışı
Qabaqcıl elm tutumlu sənaye
istehsal sahələri ilə elmi
tədqiqatların birləşdirilməsi
3
İştirakçılar
və onların
qarşılıqlı
fəaliyyət
şərtləri
İstehsalat, elmi, infrastruktur
müəssisələri yığcam yerləşmiş,
nəzarət altında idarəetmə heyəti
və məsləhətçilərlə əlaqədə işləyir.
Tədrislə məşğul olurlar
Sənaye müəssisələri və
inkişaf etmiş bu ərazidə
birləşən güclü texniki və
sosial infrastruktur
Bir-birini tamamlayan şirkətlər kompleksi
(istehsalat, elmi-tədqiqat, avadanlıq
təhcizatçısı və müxtəlif xidmətlər) klaster
iştirakçıları və infrastruktur şirkətləri,
onların xidmət sahələri bir yerdə işləyir
Tədris təşkilatları, tədqiqat
laboratoriyaları, istehsalat
sexləri, nəqliyyat infrastrukturu,
turist agentliyi, öz polisi daxil
edilir
4
Təsisçilər İnnovasiya müəssisələri, ali
məktəblər, dövlət hakimiyyət
orqanları
Yoxdur. Təşəbbüskarlar və
investorlar-dövlət hakimiyyət
orqanları, innovasiya
müəssisələri, xarici ortaqlar
Yoxdur. Təşəbbüskarlar və investorlar-
dövlət hakimiyyət orqanları, innovasiya
müəssisələri
Bir neçə təsisçi-yəni dövlət
hakimiyyəti və idarəetmə
orqanları, elm və istehsalat
5 Sosial şərait Sosial infrastruktur olmaya bilər Ərazidə olan Ərazidə olan Yüksək səviyyədə şərait
6
Məqsəd Tədqiqat fəaliyyətinin
kommersiyalaşması
Hər müəssisənin son
məhsulunun rəqabət
üstünlüklərini gücləndirmək,
xərclərin azaldılması,
xidmətlərin keyfiyyətinin və
səmərəsinin artırılması
Yeni texnologiyaların tətbiqi hesabına
iştirakçıların rəqabət qabiliyyətini artırmaq.
Sinergiya səmərəsi hesabına uyğun elm
tutumlu xidmətlərin xərclərinin azalması və
keyfiyyətinin artırılması. İri müəssisələrin
reformu hesabına məşğulluğu
təmin etmək. Klaster iştirakçılarının
Elmi araşdırmaların, tətbiqi
tədqiqatların nəticələrini
kommersləşdirmək məqsədi ilə
fundamental tədqiqatların
aparılması
Fərqləndirici
Xüsiyyətlər Texnopark Sənaye Texnoparkı Klaster və Texnoloji sahə Texnopolis
maraqlarını müxtəlif hakimiyyət orqanları
qarşısında birləşdirmək
7
Yerləşmə
ərazisi
Ali məktəb, elmi tədqiqat
institutu, sənaye müəssisələri,
istehsal sahəsi yaxınlığında
Bir və ya bir neçə təhsil
sərhədlərində, böyük
müəssisələrin sahəsində
Region, ölkə sərhədlərində - texnologiyalar
yaradılan və yayılan coğrafi ərazi
Müxtəlif istiqamətli bir neçə
texnopark və təhsil ocaqları
daxil ola biləcək şəhər və ya
elmi şəhər. Mərkəzdən uzaq,
lakin nəqliyyat magistralına
yaxın
8 Dövlətin rolu Mütləq dövlət dəstəyi: infrastrukturun inkişafına və s. layihələrə birbaşa investisya, vergi güzəştləri
9
İnkişafın
iqtisadi
bazası
İdarəetmə infrastrukturu,
telekommunikasiya mühəndis və
informasiya xidmətləri, hüquqi
müşayiətə qənaət
Yeni infrastruktur
obyektlərini yaratmağa
qənaət. Yeni istehsalatın
yaradılması əsasında qarşılıqlı
fəaliyyətin birləşməsi
Həcm səmərəsi hesabına yeni
texnologiyaların tətbiqi xərclərini azaldır.
Yeni vergi və korporsiya üzvlük haqları
Yeli vergi və iştirakçı
müəssisələrin üzvlük haqqı
Texnopark yaradılmasında məqsədlər aşağıdakı göstəricilərdir:
- Texnoparka daxil olan şirkətlərdə elmi, texniki, və texnoloji idarəetmə yolu ilə
elmtutumlu texnologiyaların dinamik inkişafına şərait yaratmaq;
- Tədqiqat və işləmələrin perspektiv istiqamətlərini inkişaf etdirmək;
- Yüksək və elmtutumlu texnologiya sahəsində məsələlərin həlli üçün paylaşmış
şirkətlərin inteqrasiyası;
- İdeya, işləmə, kəşf və lazımı modellərin, texnologiyaların marketinqi
- “Beyin axınının” qarşısını almağa şərait yaratmaq;
- Ölkənin informasiya infrastrukturunun inkişafı;
- Patent və müəllif hüquqlarının alınması və ötürülməsinin hüquqi tərəflərinin
təşkili;
- Əqli mülkiyyətin təhlükəsizliyi
Texnopakların vəzifələri
Texnoparkın əsas vəzifəsi yeni texnologiya yaratmaqla məşğul olan sahibkarlıq
kollektivinin dəstəklənməsindədir. Texnoparkın digər vəzifələri:
- Yeni elmtutumlu texnologiyaların işlənməsi və tətbiqi
- Yeni texnologiyaların işlənməsi və qlobal bazara çıxarılması;
- Layihələrin inteqrasiyası nanoüzrə ixtisaslaşdırılmış kadrların hazırlanması;
- İnvestisiyanın cəlb edilməsi;
- Elmtutumlu və informasiya texnologiyalarının inkişafının dünya tendesiyasının
monitorinqi;
- İşləmələrin prioritet istiqamətlərinin təyin edilməsi;
- Kompleks marketiq tədqiqatlarının aparılması;
- Potensial, partner, və sifarişçilərin axtarılması;
- Texnopark şirkətlərinin informasiya dəstəyi
Təklif edilən xidmətlər
Texnopark aşağıdakı xidmətləri göstərməlidir:
- Ofis üçün yerlərin təqdim edilməsi (tam infrastruktur);
- Şirkətlərdə olmayan xidmətlərin göstərilməsi (hüquq, mühasibat, tərcümə və s.);
- Danışıqların aparılması üçün konfrans zalı və ərazilər
- Xarici nümayəndələrin dəvət olunması;
- Tədbirlərin keçirilməsi;
- İnvestorların axtarılması
Lazım olan ehtiyatlar
- Ofis üçün otaqlar
- Danışıqlar aparmaq üçün otaqlar və konfrans zalı
- Kompyuter və kommunikasiya avadanlığı
- İnsan resursları
- Nəqliyyat
- İnformasiya
Şirkətlərin seçim kriteriyaları
Texnopark ehtiyatlarından daha səmərəli istifadəsi üçün şirkətlər aşağıdakı
kriteryalarla seçilməlidir:
- Fəaliyyət növünə görə
- Təşkilati səviyyəyə görə
- İqtisadi göstəricilərinə görə (dövriyyəsi və maliyyə vəziyyəti).
Texnoparkın idarə edilməsi
Şirkətin texnoparka daxil olması ikitərəfli müqavilə əsasında olmalıdır. Müqavilədə
tərəflərin vəzifələri və şirkətin texnopark strukturuna daxil olması, çıxması şərtləri nəzərə
alınmalıdır və müqavilə şərtləri pozulduqda görülən tədbirlər nəzərə alınmalıdır.
Texnoparkın maliyyələşməsi
Maliyyələşmə texnopark fəaliyyətinin əsas elementlərindəndir. Vəsait cəlb edilməsi
üçün aşağıdakı ehtiyatlar cəlb edilməlidir:
- Qrantlar
- Kommersiya fəaliyyəti
- Konfrans, sərgi, seminar keçirilməsi
- Texnologiyaların satışı
- Marketinq tədqiqatlarının satışı və s.
- Dövlət maliyyələşməsi
- İnvestisiyanın cəlb edilməsi
Texnoparkların obyektləri
Texnoparkın tərkibinə digər obyektlər daxil olmalıdır:
- Ofis ərazisi (sahəsi);
- Biznes-inkubatorları;
- Kollektiv istifadə mərkəzləri;
- Laboratoriya sahəsi;
- Anbar kompleksi
- Sosial infrastruktur (Yaşayış və əyləncə infrastrukturu) (yaşayış evləri,
mehmanxana, məktəb və uşaq bağçası, tibb ocaqları, əyləncə, ticarət mərkəzləri
və s.)
Cədvəl 2.6
Klaster, zona və parkların yaradılması səbəbləri və məqsədləri:
Parklar Klasterlər XİZ-lər
İqtisadi səmərəliliyin və rəqabətliliyin
gücləndirilməsi
İnnovasiyalara dəstək, rəqabətliliyin
gücləndirilməsi
İxracatın təşviqi
İnnovasiyaların və yenilənmənin
dəstəklənməsi (texnoloji park)
Əlaqə qurulması, biliyin paylaşması və
yenilənmənin sövq edilməsi
Yeni siyasətlərin və tədbirlərin sınaqdan
keçirilməsi
İnvestisiyaların cəlb edilməsi Start-ap, genişlənmə və investisiyalar Xarici investisiyaların cəlb edilməsi
İş yerlərinin yaradılması İş yerlərinin yaradılması İş yerlərinin yaradılması
Ərazi inkişafı Struktur transformasiya və ərazi inkişafı Ərazi inkişafı
Sənaye infrastrukturunun təkmilləşdirilməsi Təlimlər, bacarıqların inkişafı Xarici valyuta gəlirləri
Cədvəl 2.7
Texnopark yaratmağın məqsədləri
Qiymətləndirmə
səviyyəsi Gözləmə hədəfləri
Texnoparkın
rezident-müəssisələri - Strateji işgüzar ortaqla biznesin stabil inkişafı
- Əqli mülkiyyətin, istehsal bazasının, texnologiya, infrastrukturun mövcudluğu, baza müəssisəsinin ”Know-How”-su
- Texnopark iştirakçıları ilə davamlı, uzun müddətli təsərrüfat əlaqələri üçün əlverişli şəraitin yaradılması
- Texnoparkın təsərrüfat subyektlərinin əsas kütləsinin vahid ərazidə yerləşməsi hesabına istehsalat xərclərinin azalması
- Texnopark iri müəssisələrinin azad olmuş yüksək ixtisaslı, elm tutumlu istehsala adaptasiya etmiş kadrlarının kiçik innovasiya
firmalarında istifadəsi
Texnoparkın baza
müəssisələri - Gücün əsas inkişaf istiqamətinə yönəltmək
- Sahəyə aid olmayan istehsalatdan azad olmaq hesabına kapital xərclərə qənaət
- İstehsalatın cari xərclərini azaltmaq
- İstehsalat gücünün məşğulluğunu, istehsalın çevikliyini artırmaq
- İdarəetmə sistemini sadələşdirmək, qərarların keçidini sürətləndirmək
Ərazi birliyi - Məşğulluq səviyyəsini artırmaq
- Bütün səviyyələrdə büdcə gəlirini artırmaq
- Yeni texnologiyaların yayılması, ETTKİ nəticələrinin kommersləşməsi prosesini sürətləndirmək
- Kadrların hazırlanması, təkminləşməsi və ixtisası artırması yolları
- Əhalinin biliklərinin artırılması
- Sosial infrastrukturun inkişafı
Cədvəl 2.8
Texnoparkın əsas iştirakçıları ilə idarəetmə orqanları arasında funksiyaların paylanması
İdarəetmə orqanı,
Texnoparkın iştirakçı tipi
Əsas funksiyalar
Texnoparkın idarəetmə
təşkilatı
- Texnopark fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsi
- Texnopark assosiyalarında iştirak haqqında qərarın qəbul edilməsi
- Uzun müddətli texnopark strategiyasının təsdiqlənməsi
- Texnoparkın daxili fəaliyyətini və rezidentlərini tənzimləyən sənədlərin təsdiqlənməsi
- İş planı, büdcənin, hesabatların razılaşdırılması
- Direktorlar şurasının üzvlərinin seçimi
- Texnoparkların yeni iştirakçılarının qəbulu, digərilərinin çıxarılması haqqında qərar qəbul edilməsi
İdarəedici təşkilatın
direktorlar şurası, başda
sədr
olmaqla
- Sədr və müavinin seçilməsi
- İcra edici müdirin təyini və çıxarılması
- Qərarların hazırlanması və onlara nəzarət
İcraedici müdriyyət, başda
direktor olmaqla
- Texnoparkların rezident müəssisələrinin fəaliyyətini əlaqələndirmək
- Səlahiyyətləri daxilində kadr siyasəti aparmaq
- İşlər planının, hesabatların, daxili sənədlərin, texnopark büdcəsinin və onun hesabatının, biznes-planın və s. hazırlanması
Texnoparkın rezident
müəssisəsi
- Region işçilərinə müxtəlif xidmətlərin göstərilməsi
Texnoparkların baza
müəssisələri
- Təmir, rekonstruksiya, yeni infrastrukturun tikilməsi
- Enerji resursları ilə təminat
- Ətraf mühitin qorunması üçün ona ziyan verən texnoloji proseslərin azaldılması
- Məişət ərazilərinin olması
- Ümumi tikinti, nəqliyyat avadanlığının saxlanması və təmiri
- Yanğın, informasiya təhlükəsizliyi və və əlaqə
- Ərazinin qorunması
- Personalın əməyinin qorunması və sosial sualların həlli
İdarəedici şirkət,
texnoparkın infrastruktur
təşkilatı kimi
- Texnopark təşkilatlarına əqli xidmətin göstərilməsi
- Fəaliyyətin hüquqi, gömrük müşayiəti
- Kadrlarla iş və personalın seçilməsi
- İdarəetmə nəazrətinin avtomatlaşdırılması
- Maliyyə ehtiyatlarının cəlb edilməsi
- Strateji planlaşdırmanın təşkili
İdarəetmə orqanı,
Texnoparkın iştirakçı tipi
Əsas funksiyalar
- İnformasiya sisteminin müşayiəti
- Marketinq fəaliyyəti
Bir başqa tərif Beynəlxalq Elm Parkları və İnnovasiya Sahələri İttifaqına
(International Association of Science Parks and Areas of Innovation-IASP) görə elm və
texnologiya parkları, dinamik və innovativ siyasət qarışıqları, proqramlar, yüksək əlavə
dəyərli xidmətlərlə aşağıdakı məqsədlərə xidmət edirlər:
• universitetlər ilə firmalar arasındakı informasiya və texnologiya axınını hərəkətə
gətirmək və idarə etmək;
firmalar, sahibkarlar və mühəndislərarası ünsiyyəti asanlaşdırmaq;
• innovasiya və keyfiyyətə bağlı dəyərlərin inkişafına kömək edəcək mühit
yaratmaq;
• firmalar və tədqiqat institutları qədər insanlara da (sahibkarlar və "informasiya
işçiləri") diqqət yetirmək;
• inkubator və "spin-off" mexanizmləri ilə yeni müəssisələrin qurulmasını
asanlaşdırmaq və kiçik və orta müəssisələrin böyümələrini sürətləndirmək;
• dünyada minlərlə innovasiya firmalarını və Araşdırma İnstitutunu bir araya
gətirən qlobal bir şəbəkə içində fəaliyyət göstərərək oturaq firmaların beynəlxalq
səviyyəyə çatmasını asanlaşdırmaq.
2013-ci ilin mart ayı məlumatlarına görə IASP-yə üzv 69 ölkədən cəmi 388 elm
parkında 128.000-dən çox şirkət var.
Yaranma məqsədlərinə görə dəyişik terminlərlə ifadə edilən texnoparklar ABŞ-da
Araşdırma Parkı (Research Park), İngiltərədə Elm Parkı (Science Park), Fransa və
Yaponiyada Texnologiya Şəhəri (Technopole, Technopolis) kimi adlandırılır. Ayrıca
Teknopark yerinə Təşəbbüskar Mərkəzi (Enterprice Center), Yenilik (İnnovasiya)
Mərkəzi, Sənaye Park (Industrial Park), İş Mərkəzi (Business Center) kimi adlardan da
istifadə edilməkdədir.
Babacan teknoparkları aşağıda maddələr halında sadalanan məqsədlər əsasında
qurulan yerlər olarak bildirmişdir.
Yeni texnologiya əsaslı müəssisələrin yaradılması və inkişaf etdirilməsi,
Araşdırma və inkişaf etdirmə fəaliyyətlərini investisiyaya çevirmək,
sahibkarlığı təşviq etmək,
Bölgədə iqtisadi fəaliyyətlərin sayını və tiplərini artırma,
Texnologiya transferini dəstəkləmək,
Universitetdəki yaradıcılıq və informasiyanı kommersiyalaşdırmaq,
Təhsil gücünü artırmaq,
Regionda qalan universitet məzunlarına iş imkanları yaratmaq,
Texnoparkdan qazanc əldə etmək,
Daha yüksək maaş ödəyən iş imkanı yaratmaq,
İşçilərin bacarığını inkişaf etdirmək və yeni şanslar vermək
OECD-nin 1986-ci ildə təşkil etdiyi "Science Parks, and Technology Complexes in
Relation to Regional Development" mövzulu seminarındakı təqdim edilən təbliğə görə
Texnoparkların quruluş məqsədləri aşağıdakılardı: [65, 282, 285]
Şəhər ətrafının canlandırılması,
Qabaqcıl texnologiyadan istifadə olunan sektorlarda məşğulluğun böyüməsini
təmin etmək
Uzun dövrlü məşğulluğun artımını və yenilik mənbəyi olarak texnologiya
mənşəli kiçik müəssisələrin və ortaqlıqların ortaya çıxarılmasını təmin etmək.
Regionlar arası inkişaf fərqini azaltmaq
Yerli rəhbərlikləri texnolojik inkişafda aktiv hala gətirmək
Araşdırma və İnkişaf etdirmə səylərinin regional və yerli iqtisadiyyatda
yenidən qurulmasının təmin edilməsi
Regional yenilik yaratma səyləri üçün infrastrukturun yaradılmasını təmin
etmək
Regional resursları ilə bölgənin araşdırma gücü və yüksək təhsil müəssisələri
arasında daha məhsuldar və aktiv əlaqələr qurmaq
Məhsul yeniliyinin meydana gəlməsinə şərait yaradaraq yerli sənayenin
canlandırılmasını və modernizasyonunun təşviq etmək
Yüksək texnologiyalı firmaları bölgəyə qazandırmaq məqsədiylə qurulan
mərkəzlər olarak adlandırılır.
Beləliklə, Texnoparkların təşkili və fəaliyyəti üzrə beynəlxalq təcrübə göstərir ki,
şirkətlər aşağıda göstərilən məqsədlərə görə birləşə bilər:
- Milli elmi-texniki təcrübənin və potensialın toplanması
- Ölkə iqtisadiyyatında sənayeni inkişaf etdirməsi
- İnvestorların cəlb edilməsi
2.5.7 Texnoparklar və onun verdiyi töhvələr
Texnoparklar: ona daxil olan firmalara üstünlük verməklə yanaşı, sahibkarlara,
universitetlərə, bölgəyə və ölkəyə fayda verməkdədir. Bu fəaliyyətlər aşağıda
göstərilmişdir.
Sahibkarlara olan faydaları:
Texnoparklar firma və akademik təşkilat arasında sinerji meydana gətirər.
İnformasiyanın, məlumatların və hətta texnologiyanın partnyorlar arasında
qarşılıqlı mübadiləsinin olması xəbərdar edilir və inkişaf edir.
Firmalar, universitet və sənaye arasındakı əlaqələrin çox yaxşı dərk edir.
Universitetlər elmi, bilik və təcrübəni firmalara çatdırırlar.
Texnoparklar firmalara önəmli bir resurs şəbəkəsi təmin edir.
Firma və universitetlər arasındakı yaxınlıq, formal (lisenziya və əməkdaşlıq
ortaqlıqları) və informal (elm adamı hərəkətliliyi, yığıncaq və müzakirələr)
şəbəkələrdən təbii bir dəyişmə imkanı yaradır.
Firmaları vergi imtiyaz ilə təmin edilir.
Firmalar qarşılıqlı əlaqəyə təşviq edilir.
Texnopark firmalara imic və etibarlılıq verir.
Firmalar Texnopark və universitet tərəfindən məsləhət xidməti alır.
Texnoparklar, işə götürənlərə ünsiyyət, fotokopiya və digər katiblik xidmətləri
təqdim edərək əsl hədəflərinə daha çox zaman ayırmalarını təmin edir.
Texnoparklar firmaların yaşama və böyümə məqsədlərinə xidmət etmək üçün
aşağı icarə xidməti, uyğun fiziki mühit, inkubator və yerli iqtisadiyyatdakı
firmalarla əlaqə imkanlarını təqdim edir.
Firmalar ayrıca texnoparklardan maliyyə, marketinq və idarəetmə sahələrində
kömək alırlar.
İstehlakçı araşdırma xərclərini azaldır.
Firmalar müştəri yönümlü və əlavə dəyəri daha çox olan yeni məhsul istehsal
edir.
Universitetə olan faydaları:
Universitetlər dövlətdən əlavə maliyyə vəsaiti alırlar.
Firmaların elm və texnologiya ilə əlaqədar tələbləriylə bağlı sahələrdə
universitetlərin araşdırma gündəliyini inkişaf etdirməsi və yenilənməsi müsbət
amildir.
Texnoparklar universitetin elm və texnologiya sahəsindəki kəşflərini cəmiyyətə
çatdırırlır.
Texnoparkların universitet ilə olan qarşılıqlı əlaqəsi innovasiya qabiliyyəti və
həcminə müsbət istiqamətdə təsiri təmin edir, beləcə rəqabət performansı da
inkişaf etmiş olur.
Texnoparklardan əldə edilən texnoloji ixtiralar, araşdırmanın istehsala çatdırıldığı
katalitik inkubator mühiti meydana gətirir.
Texnoparklar akademik mühitə araşdırmanın kommersiyalaşması üçün bir iş
başlatma imkanı verir. Texnoparklar olmadan bir çox akademik mənşəli
firmaların qurulması qeyri-mümkün olardı.
Texnoparkla universitet arasındakı məsafə ilə akademik tədris planının tətbiqli
araşdırmaya əsaslanması arasında tərs mütənasiblik vardır.
Regiona aid olan faydaları:
Texnoparklar iqtisadi inkişaf ilə regional fərqlilikləri aradan qaldırmaq və
bununla da ixtisaslaşmaların üstünlüyündən faydalanmaq üçün istifadə edə bilər.
Bir texnopark regional iqtisadiyyata yenidən adaptasiya olmaq, ya da yenidən
tarazlıq yaratmaq üçün katalizator kimi də iş görə bilir;
sənaye və texnoloji inkişaf ilə maraqlanan dövlət və digər təşkilatlar ,məhrum
olan bölgələrdəki iqtisadi inkişafı dəstəkləmək, uyğun bir fiziki məkan yaratmaq
üçün regional məqsədli tədbirlər görülür, texnopark da bunlardan biridir;
texnoparklar qurulduqları bölgədə məşğulluq imkanlarını artırırlar;
texnoparklar ətrafında yaşayan insanların gəlir səviyyəsinə müsbət təsir edə bilər;
texnoparkların qurulduğu bölgələrdə yenidən sənayeləşmə meydana gəlir;
texnoparkların olduğu yerlərdə regional inkişaf baş verir;
regionun təhsil səviyyəsi arta bilər
Ölkəyə olan faydaları:
Universitet və sənayelərin yaxın əlaqəsi yalnız qarşılıqlı fayda verməz, eyni
zamanda da ölkənin sənaye rəqabətinə kömək edir.
Yüksək təşkilat əlaqələrinin inkişafı, ölkənin innovasiya və istehsal gücünün
artmasına imkan yaradır.
Ölkənin işsizlik nisbətini azaldır.
Ölkənin dünyadakı imicini və hörmətini artırır.
Ölkənin elm və texnologiya səviyyəsi yüksəlir.
İxtisaslaşmış əmək inkişaf edir.
Beynəlxalq bazara çıxış yaranır.
2.5.8. Texnoparkların hədəfləri və uğur meyarları
Dünyadakı uğurlu texnoparkların təməl hədəflərinə baxıldığında ortaq nöqtələr
olduğu görüləcəkdir. Teknoparkların olduğu regionun və ölkənin texnoloji və iqtisadi
inkişafına əhəmiyyətli töhfələr verdiyini söyləyə bilərik. Texnoparklar quruluş
mərhələsindən ancaq 5-10 il sonra hədəflənən nəticələrini verməyə başlayırlar.
Texnoparkların uğurlarının ölçülməsi üçün əvvəlcə müəyyən bir zaman kəsiyinin
keçməsi, daha sonra qiymətləndirmə aparılması məqsədə müvafiqdir.
Texnoparkların uğurlu fəaliyyəti nəticəsində əldə edilən naliyyətlər iki başlıq
altında araşdırıla bilər.
İnfrastrukturundan tutmuş xidmət dəstəyinə qədər bir çox peşəkar şəbəkələr
texnoparkların uğur qazanmasında əsas rol oynayır. Daha çox texnoparkları quran,
investisiya qoyan və işlədən təşkilatların imkanları və resursları ilə əlaqəli olan
texnoparkların uğurlarının ölçülməsində istifadə olunan meyarlar aşağıda maddələr
halında verilmişdir:
Texnopark nəzdindəki Tədqiqat - İnkişaf heyətinin ümumi işçi heyətinin sayına
nisbəti
Texnoparka qoyulmuş investisiyanın gəlir gətirməsi
Fəaliyyətilərin davamlılığı və gəlirliliyi
Texnoparka cəlb edilən xarici investisiya miqdarı
Milli və beynəlxalq universitetlər, teknoparklar və əlaqədar digər təşkilatlarla
qurulan formal və qeyri-formal əməkdaşlıq mexanizmləri
Təqdim edilən iş və həyat səviyyəsinin keyfiyyəti
Texnoparkda fəaliyyət göstərən işçi heyətin ümumi sayı
Regionda təqdim edilən xidmətlər, ümumi sahələr və digər imkanlardan
istifadənin nisbəti
Regionun milli və beynəlxalq sahədə tanınması və prestiji
Təqdim edilən infrastruktur və xidmətlərin keyfiyyəti ilə bağlı tutarlı qiymətlər
Firmaların texnoparkın təqdim etdiyi xidmətlər və təmin etdiyi imkanlarla
əlaqədar məmnuniyyəti
Texnoparkların doluluq nisbəti
Texnopark tərkibinə daxil edilən yerli və xarici şirkətlər
Texnoparkın yaradılması üçün lazımi maliyyə mənbələrinə giriş (təmin edilən
uyğun şərti qrant və maliyyə ehtiyatları)
Təsisçi universitet ilə təşkilatlar yüksək keyfiyyətli dəstək xidmətləri və maliyyə
mənbələri (fond və qrant mənbələrə giriş, risk kapitalı, əqli mülkiyyət hüquqları,
maliyyə, hüquqi mövzularda dəstək, inkubator xidmətləri, ixracatın inkişaf
etdirilməsi, iş dünyası ilə inteqrasiyanın təmin edilməsi, iş planı hazırlanması,
investorun tapılması və s.)
Texnoparkların diqqət mərkəzində saxladığı texnologiyanı sahələrinin tərkibinə
çəkməsi üçün regionda həyata keçirilən fəaliyyətlərin bölgə hədəflərinə olan
uyğunluğu
Yaradılan üst qurum (ofis sahəsi, sənaye sahəsində, anbar sahəsi) və keyfiyyəti
Yaradılan infrastruktur və keyfiyyəti (yüksək sürətli internet kimi)
Yaradılan yüksək keyfiyyətli ortaq məkanlar (yığıncaq, konfrans salonları,
ümumi iş və tədqiqat sahələri, təhsil sinifləri, restoran, ictimai sahələr, və s.)
Texnopark rəhbərliyinin uğuruna söykənən faktorların yanında, teknoparkların
nəzdindəki firmaların etmiş olduqları fəaliyyətlər nəticəsində əldə etdikləri uğurların
ölçülməsi aşağıda vurğulanmışdır:
Regionda həyata keçirilən texnologiya transferləri
Regionda istehsal olunan yeni məhsul və istehsal texnologiyaları
Tədqiqat – İnkişaf və proqram təminatı sahəsində çalışan yeni firmaların
qurulması
Regionda aparılan Tədqiqat – İnkişafa söykənən ixracat
Tədqiqat – İnkişaf xərclərinin ümumi satışlara nisbəti
Tədqiqat – İnkişaf xərclərinin geri dönüş sürəti
Start-up (yeni qurulmuş şirkətlər) firma sayı
Spin-off (universitet və ya təşkilati araşdırma qrupunun fəaliyyətlərini
ticariləşdirmək üçün qurduqları şirkət) firma sayı
Bölgədəki texnologiya fəaliyyətlərinin çeşitlənməsi, yeni sahədə işlərin artması
Yeni qurulan şirkətlər yolu ilə yaradılan əlavə məşğulluq
Firmaların fəaliyyətlərindəki artım, böyümə səbəbiylə əlavə iş gücünə ehtiyac
yaranması nəticəsində yaradılan əlavə məşğulluq
Bölgədəki işlər nəticəsində alınan patent və digər əqli mülkiyyət hüquqları
Regionda çıxarılan prototiplər
İstehsala keçilən və kommersiyalaşdırılan məhsullar
Bölgədəki fəaliyyətlər nəticəsində çıxarılan araşdırma nəşrləri
Regionda çalışan alim və tətqiqatçı sayı
Regionda çalışan (staj və yarı zamanlı) tələbə sayı
Yerli və beynəlxalq bazarda satılan yeni məhsul və ya istehsal texnologiyaları
Regionda yaradılan əlavə dəyər (satışdan əldə edilən gəlir / ümumi xərc)
Regionda istehsal edilən məhsul və xidmətlər nəticəsində əldə edilən idxal
iqaməsi
Xarici firmalarla qurulan ortaqlıq sayı
Universitet ilə araşdırma təşkilatları Texnopark firmalarının icra etdiyi ümumi
layihə sayı
Bölgədəki fəaliyyətlər nəticəsində ticari tətbiqə keçirilən elmi iş sayı
Texnopark firmaları arasında inkişaf etdirilən ümumi layihə və əməkdaşlıq sayı
Texnoparkdaki şirkətlər ilə texnologiya bölgesi xaricindəki Araşdırma-İnkişaf
mərkəzləri və digər texnologiya bölgələrində olan şirkətlər arasındakı əlaqə
Universitet mənbələrinin istifadəsindəki artım (kitabxana, laboratoriya, araşdırma
mərkəzləri, ictimai obyektlər, və s)
texnoparkın yerləşən yerli xarici çalışan sayı
2.5.9 Texnoparkın (aqroparkların) formalaşması mərhələləri:
Texnoparkların yaradılması üzrə ümumi sxemi 3 mərhələyə bölmək olar:
1. İlkin mərhələ
Texnopark yaradılmasında maraqlı olan təşkilatın işçilərindən insiativ qrup
formalaşır. Bura dövlət nümayəndələri, universitet, təşkilat, elmi-tədqiqat institutları,
şirkət və s. nümayəndələri daxil olur.
Qrupun vəzifələrinə aiddir:
- Texnopark yaradılacaq region, şəhər, ərazinin innovasiya potensialının
öyrənilməsi
- Kiçik və orta sahibkarlığ vasitəsi ilə ərazi problemlərinin, sosial-iqtisadi və
texnoloji inkişafın üstünlüklərinin öyrənilməsi
- Ərazidə onun inkişaf üstünlüyünə uyğun olaraq sahibkarlıq aktivliyinin
inkişafının dinamikasının öyrənilməsi
- Ərazinin mümkün sahibkarlıq potensialının, onun sosial və demoqrafik
strukturunun müəyyən edilməsi
- Sahibkarlığın elmi və elmi-xidməti sahəsində elmtutumlu biznesin amillərinin
müəyyən edilməsi
- Elmtutumlu biznesin tələb və təkliflərinin müəyyən edilməsi
- Ərazidən asılı olaraq texnoparkın əsas istiqamətlərinin müəyyən edilməsi
- Elmtutumlu bizneslə başlayan sahibkarların xidmətlərin, texnoparkın kollektiv
istifadə mənbələrinin müəyyən edilməsi
- Texnoparkda fəaliyyət göstərən kiçik elmtutumlu şirkət və yeni fəaliyyətə
başlayan sahibkarların maliyyələşmə mənbələrinin müəyyən edilməsi
- Texnoparkın təşkili və inkişafı üçün minimum maliyyə vəsaitinin cəlb
edilməsi şərti ilə yerin seçilməsi
Regionda vəziyyətin öyrənilməsi əsasında texnoparkın konsepsiyası işlənilir. Bu
konsepsiyada elmtutumlu biznesin formalaşması üçün şəraitin yaradılması, əraziyə yerli
və xarici elmtutumlu şirkətlərin cəlb edilməsi, təhsil, elm, istehsalat və hakimiyyətin
ərazi inteqrasiyasının səmərəli mexanizmi, kiçik elmtutumlu sahibkarlığın inkişafı ilə
sosial-iqtisadi problemlərin həlli öz əksini tapmalıdır.
Hazırlanan konsepsiya əsasında texnoparkın yaradılması təklifi hazırlanır.
İşçi qrupu 5 əsas istiqamətdə fəaliyyət göstərir:
1. Texnoparkın fəaliyyətini təmin edən sənədlərin işlənməsi
2. Sahələrin fondunun formalaşması
3. Texnoparkın gələcək inkişafını təmin edən torpaq fondunun formalaşması
4. Texnoparkın infrastrukturunun formalaşması
5. Texnopark üçün sahibkarların və arendatorların axtarışı, onların məhsullarının
marketinqi.
Texnoparkın ilkin mərhələsində onun potensial müştərilərinin seçimi və onların
məhsullarının istifadəçilərinin axtarışı
2. Təşkilati mərhələ
Texnoparkların təşkilati mərhələsində digər vəzifələr həll edilir:
- Əsasnamə və normativ sənədlərin işlənməsi bitir
- Texniki- iqtisadi əsasnamə təsdiq edilir
- İşin əməli və perspektiv planı təsdiqlənir
- Texnoparkın işinin maliyyə planı təsdiqlənir
- Texnoparkın idarə heyyəti, rəhbəri, ekspert şurası, məsləhət şurası və s. seçilir.
- Texnopark hüquqi şəxs kimi qeydiyyatdan keçirir
- Kollektiv istifadə xidmətləri yaradılır
- Texnoparkın göstərəcəyi xidmətlər təsdiqlənir, texnoparkın menecer komandası
formalaşır.
3. Qurulma mərhələsi
Bu mərhələ 5 ildən 10 ilə kimi uzana bilər, onun inkubatorunun doldurulması
prosesi gedir; ərazilər kirayəyə verilir; yeni binalar layihələnir və tikilir; kollektiv
istifadə xidmətləri inkişaf edir; insan resursları hazırlanır; investisiya problemləri həll
edilir. Bu mərhələdə texnoparkın yaradıcı müəssisəsinin imkanlarından maksimal
istifadə edilir.
İlk növbədə texnoparkın vəzifəsi: dəstəkləmə mühitinin yaradılması üzrə məqsədli
iş aparmaq, texnoparkın ilk sadələşmiş quruluşunu müəyyən etmək, 2-3 həftədən sonra
ilk xidmətlər kataloqunu nəşr etmək. Texnoparkda yerləşən kiçik şirkətlərin məhsulları
kataloqu isə texnoparkın vizit kartı olmalıdır.
Texnoparkın formalaşmasının ilk mərhələsində perspektiv müştərilərin seçimi
üçün innovasiya layihələrinin, elmi tədqiqatların nəticəsinin “inventarizasiya
mexanizmi” işlənməlidir.
Texnoparka razılaşma yolou ilə müxtəlif yerlərdə hətta xaricdə fəaliyyət göstərən
şirkətlər dəvət oluna bilərlər. Ona görə də texnopark yerləşdiyi ərazinin iqtisadi, elmi-
texniki və əqli potensialını, yüksək texnologiyalar sahəsində imkanlarını açıqlamalıdır.
Beləliklə, texnopark yaratmağın daha qəbul olunan yolu taktiki məsələlərin
seçimi, təsisçilərin texnoparkın təşkili üzrə aktiv praktiki fəaliyyəti və eyni zamanda
strateji məqsədə çatmağa can atma.
Bu dövrdə əsas məsələ qısa zamanda təşkilati işləri bitirmək və texnoparkın
fəaliyyətini təşkil etməkdir.
Texnoparkın fəaliyyəti - ərazi səviyyəsində kiçik elmtutumlu biznesin
dəstəklənməsi formaları haqqında aşağıdakı vacib istiqamətlər üzrə qərar qəbul edilib:
- Torpaq, bina, tikinti, avadanlığın kirayə verilməsi
- Maliyyə kredit siyasəti
- Mülkiyyət və özəlləşdirmə münasibətləri
- Vergi siyasəti
- Texnopark yaratma layihəsinə regionun sosial-iqtisadi inkişafının prioriteti
statusu vermək.
İstənilən texnoparkın müvəffəqiyətinin əsas amili texnopark idarə heyəti və
rezidentlərinin rəhbərliyinin biznesi idarəetmə mədəniyyətini mənimsəmə səviyyəsindən
asılıdır.
Texnopark kiçik elmtutumlu şirkətin idarə edilməsi – risk, qeyri-müəyyənlik, çox
istiqamətli kollektivin idarəedilməsi, innovasiya prosesi iştirakçılarının, maliyyə,
investisiya təşkilatları, elmi müəssisə və sənaye müəssisələrinin qarşılıqlı münasibətinin
təşkili və əlaqələndirmə bacarığıdır.
Texnoparkı administrativ üsulla idarə etmək mümkün deyil, bu halda orqanik
idarəetmə prinsipləri münasibdir.
2.6. Dünyada və Türkiyədə Texnoparkların tətbiqi
2.6.1 Fərqli ölkələrdə texnoparkın tətbiqi
ABŞ nümunəsində - Silikon Vadisi (Silicon Valley) teknoparkı ilk olaraq 1950-ci
illərdə ABŞ-da yaranmışdır. 1952-ci ildə Stanford Universiteti tərəfindən ilk qurulan
"Silikon Vadisi" dünyanın ilk texnoparkı ünvanını daşımaqdadır. Silikon Vadisinin
memarı olan Stanford Universiteti 1891-ci ildə Stanford Ailəsi tərəfindən qurulmuşdur.
1939-cu ildə Stanford Universiteti professoru Frederick Terman tərəfindən təşviq edilən
Stanford Universiteti məzunları David Packard and William Hewlett Palo Altoda bir
qarajda kiçik bir elektron şirkəti qurdular. O şirkət HP olaraq adlandırıldı (Hewlett
Packard). Bu qaraj əslində Silikon Vadisinin yarandığı yer oldu.
O tarixindən Stanford Universiteti Silikon Vadisi ekosisteminin ən vacib və əsas
komponenti və təbii hərəkətvericisi olmuşdur. Stanford Universiteti nəzdində
reallaşdırılan araşdırma çalışmaları bir çox əsas şirkət, təşkilat və təşəbbüsün təməli və
aparıcı gücü olmuşdur. Bu mənada təşəbbüskar universitet olaraq bilinməkdədir. Həm
elmi araşdırmalar reallaşmaqda, həm də elmin tətbiqə çevrilməsini təmin edən
sahibkarlar yetişdirməkdə və beləcə innovativ proqramları istehsal edən bir mexanizm
yaratmaqdadır. Bu şəkildə bir çox böyük müəssisə və innovasiya bu universitet
bünyəsindən çıxmışdır: Google, Yahoo, Cisco Systems, Sun Mikrosistemlər Stanford
Universiteti tələbələri tərəfindən inkişaf etdirilən müəssisələr arasındadır.
ABŞ-dakı Silikon Vadisi olaraq bilinən Stanford texnoparkı günümüzdə komputer,
elektron informasiya və kommunikasiya texnologiyalarının inkişafı baxımından mühüm
yer tutur. 1983-ci ildə qabaqcıl texnologiya firmalarının sayı 8.000 civarında olan
Silikon Vadisindəki firmalar, fərqli zamanlarda Nobel elm mükafatının 60%-nin sahibi
olmuşdur.
Dünyanın ən böyük texnologiya təməlli olaraq bilinən Silikon Vadisi 300 min
işçisi, 8 mindən çox şirkəti və milyardlarla dollarlıq pul axışıyla gələcəyi əlində
tutmaqdadır. Müasir idarəetmə modelləri inkişaf etdirən Silikon Vadisi 100 min
hektarlıq sahə üzərində qurulmuş nəhəng bir İnformasiya fabriki şəklindədir. Bu böyük
texnologiya şəhərində 8 mindən çox şirkət araşdırma və inkişaf etdirmə fəaliyyətləri
həyata keçirir. Bu şirkətlərə bağlı olan 6 min doktorant, 300 min texniki işçi
çalışmaqdadır.
Silikon Vadisindəki qabaqcıl texnologiya işçilərinin məşğulluq nisbəti hər 1000
özəl sektor çalışanı başına 285.9 olub, 144.800 ABŞ dollarlıq ortalama maaş nisbəti ilə
dünyada bu sahədə ən qabaqcıl texnoparkdır.
Qabaqcıl Texnoloji baxımdan bütün zənginlikləri öz bünyəsində saxlayan 70
yaşındakı Silikon Vadisinin bu gününə aid məlumatları ilk qurulduğu gündən etibarən
qət edilən mərhələni gözlər önünə sərməkdədir.
Regiondakı şirkətlərdə 1 milyon 381 min nəfər şəxs çalışır
Bu regionda işçilərin 44%-i universitet məzunu (bunların 55%-i immiqrant və
ABŞ ortalamasından 3 qat daha çox)
Bu bölgədə işçilərin 48%-i iki və ya daha çox dil bilir (ABŞ ortalaması isə
19%)
Firmaların 53%-i immiqrant mənşəlilərdən qurulmuş (California ortalaması
39%, ABŞ ortalaması isə 25%)
Silikon Vadisi ABŞ milli gəlirinin 2,1%-ini, California milli gəlirinin isə 16%-
ni istehsal edir
Qısa olaraq Silikon Vadisinin ABŞ-da bu cür uğurlu olmasının ən mühüm 6
faktoru aşağıdakılardır:
Texniki Ekspertlərə yetişmə (keçid)
İnfrastruktur
Quruluş Sərmayəsi
İş Gücü Dövranı
İnformasiya Paylaşım networkləri
Mövcud firmalardan Yeni Firmaların meydana gəlməsi (Mushrooming,
Göbələk kimi inkişaf etmə)
Uzaq şərq nümunəsində:
Yaponiyanın elm və texnologiya siyasəti "2025-ci ildə yaşamaq üçün ən ideal ölkə
olma" hədəfinə bağlıdır. Yaponiyanın universitet-sənaye əməkdaşlığı çərçivəsinə etdiyi
diqqət və teknopark qurma qərarları 1960-cı ilin əvvəllərinə qədər uzanır. Yapon
Yeninin (pul vahidi) dəyər qazanması və Asiyadakı bir çox iqtisadi inkişafa
başlamasıyla Yaponiyanın ixracatında bir durğunluq yaşanmağa başlamışdır. Buna görə
Yaponiya beynəlxalq bazardakı yerini itirməmək üçün texnopolislərə önəm vermişdir.
Yaponiya da digər bəzi Asiya ölkələri kimi texnoparklarını qurarkən uğurlu Amerika
texnoparklarını nümunə almışdır. Yaponiyada texnologiya inkişaf etdirmə mövzusunda
ən önəmli addım Tsukubadaki texnologiya inkişaf bölgəsidir. Qurulmasına 1963-cü ildə
qərar verilən mərkəz 1974-cü ildə fəaliyyətə başlamışdır. Yaponiyada texnoparklara
dövlət dəstəyi artırılmış, milyard dollarlar universitet və texnoparklara yatırılmışdır.
Nəticədə, ölkə bir texnostate/texnodövlət xüsusiyyətini qazanmışdır. Bu gün Yapon
Sənaye Nazirliyi Avstraliyadakı texnoparkların qurulmasında qabaqcıl mövqedədir.
Yaponiyada texnoparklar xüsusilə Böyük Okean sahillərində sıxlaşan sənaye
texnologiya mərkəzlərini digər bölgələrə yayaraq yeni Texnoparklar yaratmaq və
regional inkişafı təmin etmək məqsədli bir vasitə olaraq istifadə edilməkdədir.
Tsukuba, Higashi Hiroshima və Osaka Texnoparkları kimi strateji texnoparkları
olan Yaponiyada Tokio Texnologiya İnstitutu 1997-ci ilin məlumatlarına görə 158
texnopark olduğuna dair hesabat vermişdir.
Çində texnoparklar
Çin Texnologiya parkları daxilində sürətlə inkişaf edən ölkələr arasında iştirak
edən və iqtisadi güc baxımından dünyanın ən böyüyü olmağa namizəd ölkədir. Çin
hökuməti tərəfindən qurulan texnoparkların inkişafının başlanğıcı 1980-ci illərin
sonlarına doğru ilk dəfə qurulan inkubatorlara əsaslanır.
Çində qurulmuş olan inqubatorların sahibkarlığın önündəki maneələri qaldırmaq,
risk almaq və sahibkarlığın ictimai dəyərlərə çevrilməsini təmin etmək kimi bir çox
missiyası var. Buna görə inqubatorlar Elm və Texnologiya Nazirliyi nəzdindəki
Qabaqcıl Texnologiya Sənaye İnkişaf Mərkəzi və hökumət tərəfindən dəstəklənmişdir.
Çin hökuməti texnoloji inkişafa təsir edən kiçik və yeni texnologiya mərkəzli firmaların
edəcəkləri Tədqiqat – İnkişaf etdirmə və innovasiya xərcləri üçün toxum sərmayələr
təmin etməklə birlikdə firmalara təmin edilən aşağı icarə və infrastruktur güzəştləri kimi
bazarın 50%-dən aşağı maliyyətli bir çox xidmətlər təqdim etməyə başlamışdır.
Xüsusilə hökumət tərəfindən təmin edilən əhəmiyyətli dəstəklər sayəsində yüksək
texnologiya firmalarının inkişafına resurs təşkil edən inqubatorlar sayəsində qabaqcıl
texnologiya cəhdlərinin nisbəti 30%-dən 80%-ə yüksəldilmişdir. Qabaqcıl Texnoloji
inkişaflar ətrafında iqtisadi inkişafını sürətləndirərək dünya və iqtisadi inteqrasiyaya
yönəlməyə qərarlı olan Çin rəhbərliyi texnologiyaya üstünlük verməyə başlamışdır. Çin
hökuməti tərəfindən texnoloji sahədə atılan ən əhəmiyyətli addım isə Zhongguancun
bölgəsində qurulan texnoparkdır. 1980-ci illərin əvvəllərində təməlləri atılan
Zhongguancun bölgəsi keçmişdə paytaxt Pekinin şəhər etraflarından biridir. Çinin
infrastruktur çatışmazlığı ilə bölgədə inkişaf etmiş olan müstəqil ekspertiza (təcrübə)
mərkəzlərinin daşınmasının çətinlikləri səbəbləri birləşərək bölgənin hamısı
Texnologiya və Elm Bölgəsi elan edilmişdir. Bu gün Zhongguancun dünyanın ən yaxşı
qabaqcıl texnologiya liderlərindən biri olmaqdadır. Çin hökumətinin Qərbi Pekin
bölgəsində yerləşən Zhongguancun ABŞ-dakı Silikon Vadisindən ilham alınaraq
qurulmuş Çinin "Silikon Vadisi"dir. Ölkənin ən böyük qabaqcıl texnologiya parkı
Zhongguancun, Lenovo, Baidu və Sohu.com kimi strateji yerli firmaların yanında,
dünya tərəfindən məşhur Google, Microsoft, İntel kimi şirkətlərə də ev sahibliyi
etməkdədir.
Dövrümüzdə Zhongguancun Texnologiya Bölgəsi damı altında 7 ədəd teknoparkı
olan əhəmiyyətli bir şəhər halına gəlmişdir. Region 2008-ci ildə illik təxminən 60
milyard ABŞ dollarından ixracat edən və 50.000-dən çox adama da məşğulluq imkanı
təmin edən əhəmiyyətli bir cazibə mərkəzi olmuşdur. 2008-ci ildə Zhongguancun ZBP-
dəki ümumi şirkət sayının 68%-i informasiya texnologiyaları sahəsində, 10%-i isə optik-
maşın-elektron inteqrasiya sahəsində və 12%-i ətraf mühit texnologiyaları sahəsində
fəaliyyət göstərməkdədir. ZBP damı altındakı yeddi texnologiya parkında olan 12.000
ticarət müəssisənin beşdə biri xarici ortağa sahibdir. Bölgədəki qlobal diametrdəki
firmalar tərəfindən qurulan 1.500 ətrafında Araşdırma inkişaf etdirmə mərkəzi var [248].
Çində texnologiyası və akademiyanın yaxınlaşması Zhongguancun Texnologiya
Bölgəsi kimi ölkənin başqa heç bir yerində bu səviyyədə olmamışdır. Çində 1980-ci
illərdə tətbiq edilmiş iqtisadi islahatlardan sonar texnologiyanın
kommersiyalaşdırılmasının təşviq edilməsi ilə Zhongguancunun inkişafında önəmli
imkanlar olmuşdu. Bu sayədə Çinin ən effektiv innovasiya mərkəzi halına gəlməsinə
zəmin hazırlamışdır. Bir müddət sonra hökumət tərəfindən Zhongguancun texnologiya
bölgəsi tanındı. Zhongguancun o vaxtkı sərt planlaşdırma sisteminə qarşı bazar
güclərinin unikal bir nəticəsi olduğu vurğulanır. Daha sonra bu bölgəyə "Pekin-High-
Tech Sənaye İnkişaf və Təcrübə Bölgəsi" adı verildi və sonradan bölgədəki xidmət
şirkətləri arasındakı əlaqələrin koordinasiyası inzibati komitəyə həvalə olunmuşdur.
İnzibati komitə tərəfindən xidmət verən şirkətlərə qarışmamaq kimi bir yol izlənildi. Çin
hökuməti tərəfindən Zhongguancunda olan şirkətlər üçün vergi istisnaları və araşdırma
subsidiyaları kimi müxtəlif güzəştli siyasətlər təqdim edilmişdir. Hətta inzibati komitə
tərəfindən bölgədəki sahibkarlar ilə uşaqları üçün kiralıq (icarə) ev kimi problemləri də
daxil olmaqla, bütün problemlərini qarşılamaq mövzusunda istəkli olduqlarını ifadə
etmişlər.
Bütün bu inkişaflar işığında Zhongguancun texnologiya bölgəsi gec sənayeləşmiş
Çin hökuməti tərəfindən tətbiqə qoyulan cəsur bir sınaqda Çin nə yalnız xarici çox
millətli firmaların bir əmək-intensiv istehsalat atelyesi, nə də Cənub-Şərqi Asiya
ölkələrinin etdiyi kimi ixrac əmtəə zənciri vasitəsilə texnologiya satın alaraq, məmnun
edərək mərhələli olaraq yüksələn bir mövqedə olmuşdur. Bu müddətdə Çin öz dərsini
yaxşı çalışaraq, böyük və sürətli inkişaf edən daxili bazarı ilə investisiya və rəqabətə
açıq, innovativ yaxşı təchiz edilmiş texnologiya bölgələrinə yönəlmişdir.
İnnovativ bir iqtisadi inkişaf inşa edə bilmək üçün Çin hökuməti tərəfindən qısa
müddət əvvəl inkişaf planı olaraq adlandırılan bölgədəki qabaqcıl texnoloji firmaların
təcrübələrinin sınaqlarını etmələrini ortaya qoyacaq və 2011-2020-ci illərini əhatə edən
Zhongguancun Milli İnnovasiya Nümayiş bölgəsinin qurulması təsdiqləndi. Məhz bu
plan sayəsində Zhongguancunun 2010-ci ildə 1,55 trilyon yuan, 2020-ci ildə isə 10
trilyon yuanlıq (1.04 trilyon avro) gəlirə çatılması nəzərdə tutulmuşdur. Beləcə
Zhongguancunun 20 il içərisində dünyanın ən böyük sahibkarlarını qruplandıran ən
böyük üç sənayedən biri olması hədəflənmişdir.
Çin digər inkişaf etməkdə olan ölkələrə nisbətən xüsusilə proqram sektorunda
böyük bir daxili bazara sahib olub, istehsalının böyük əksəriyyətini daxili bazara sövq
edib satır. Proqram sektorunda Çinin ən önəmli üstünlüyü bir viziona sahib olması, bu
vizyon çərçivəsində proqram sektoruna vergi dəstəkləri təmin edilməsidir. Xüsusilə
ucuz sərmayə tədarük edilmiş və xaricə əmək çıxışı ilə əlaqədar qaydalar
yumuşaldılmışdır. Güclü telekommunikasiya infrastrukturunun olması, ucuz iş gücü
təmininə imkan tanıyan bir təhsil sistemi olması, sahib olduğu bir çox proqram vadisi,
ölkə xaricindəki Çinlilər və Çində şöbə açan çox millətli şirkətlər vasitəsilə yaradılan
ticarət əlaqələri Çinin sektordakı digər önəmli üstünlük meydana gətirərkən, Hong Kong
xaricində İngilis istifadəsinin və qərb iş mədəniyyətinə yaxınlığın məhdud olmasına
görə, pirat proqram təminatının olması, siyasi qeyri-sabitlik, maliyyənin məhdud olması,
qanuni sistemin zəifliyi və həddindən artıq bürokratiya ilə korrupsiya Çinin sektordakı
problemləri meydana gətirməkdədir.
Sinqapur nümunəsi Əhəmiyyətli sayıla biləcək heç bir təbii resursu olmayan və 650 km2-lik kiçik bir
şəhərdən ibarət olan Sinqapur iqtisadiyyatını inkişaf etdirmək üçün bəzi qanuni
tənzimləmələri reallaşdırıb beynəlxalq ticarət, maliyyə və turizmin yanında Tədqiqat –
İnkişaf etdirmə fəaliyyətlərinin dəstəklənməsi və ölkənin bir tədqiqat və texnologiya
inkişaf etdirmə mərkəzi halına gətirilməsi strategiyası ilə elektron və IT sektorlarında
önə çıxmışdır. Ucuz işgücünə söykənən istehsal sahəsində digər Asiya ölkələri ilə
rəqabət edə bilməsi mümkün olmayan Sinqapurda Araşdırma-inkişaf etdirmə və
texnologiyanın inkişaf etdirilməsi mövzusu 1970-ci illərin ikinci yarısından etibarən
hökumət tərəfindən diqqət mərkəzində olmuş və ilk elm parkı olan Singapore Science
Parkın quruluş işlərinə 1980-ci ildə başlanmışdır.
Singapurun Araşdırma-inkişaf etdirmə fəaliyyətlərinə ayırdığı pay 1984-də ÜDM
0,54%-ə bu nisbət 1997-ci ildə 1,47%-yə, 2000-ci ildə 1,89 %-a və 2006-ci ildə 2,39-a
çatmışdır. Bu xərclərin üçdə ikisi özəl sektor tərəfindən həyata keçirilir. Ölkədə
Araşdırma-inkişaf etdirmə xərclərinin ÜDM-nin ən az 2%-i qədər olması və bu xərclərin
əksəriyyətinin də özəl sektor tərəfindən həyata keçirilməsi dövlət siyasəti halına gəlmiş
vəziyyətdədir. Ölkədə elm və texnologiya siyasəti Elm Texnologiya və Tədqiqat
Agentliyi (Agency for Science Technology and Research tərəfindən həyata keçirilir.
Singapurdaki elm parkları, şəhər planlaması çərçivəsində qurulur.1991-ci ildə
Strateji İqtisadi Plan və uyğun şəkildə hazırlanan Milli Texnologiya Planı ilə ölkənin
cənub-qərb bölgəsində bir texnologiya dəhlizi yaradılmışdır.
Texnologiya koridorunun içərisində ökənin ən əhəmiyyətli iki universiteti, tədqiqat
xəstəxanası, elm parkının üç etabı (Nanyang Texniki Universiteti İnnovasiya Mərkəzi,
Biopolis və Fusionopolis) və One-North layihəsi iştirak etməkdədir.
Şəkil 2.8
Singapurdaki bu inkişafların xronoloji inkişafına baxıldığında illər etibarilə
aşağıdakı sıralama əldə edilmişdir.
1980: Dövlət Sinqapur Elm Parkı üçün ilk razılığı vermişdir (Park 3 qisimidə
meydana gələcək).
2000: Park Fransız Sophia Antipolis Elm Parkı ilə əməkdaşlıq imkanlarını
inkişaf etdirmək üçün partnyorluq etməyə başladı.
2001: Sinqapur Elm Parkı Almaniyanın qabaqda gələn biyoparkı Heidelberg
Tech Park ilə əməkdaşlıq və networking strategiyaları daxilində partnyorluq
etdi.
2002: Ascendas Real Estate Investment Trust (A-REIT) ilk dəfə Sinqapur
Birjasına iş və sənaye daşınmaz əmlakların arasına daxil olmağı bacardı. Elm
parkı binalarında REIT portfelində olan binalar Alpha, Gemini, Aries və
Capricorndur. Elm Parkı 3-dəki ilk bina tamamlandı. Ascendas və Sinqapur
Universiteti ortaqları "Bir Park Eksport" layihəsi çərçivəsində 47 hektarlıq bir
park sahəsi Elm Parkına çevrildi və əlavə olundu. İqtisadi İnkişaf Nazirliyi
tərəfindən koordinasiya edilən Texnotəşəbbüs proqramı çərçivəsində
Ascendasın inkubator mərkəzi olan iAxil Elm Parkına daxil edildi.
2010: Ascendas, Chaennai Hindistanda təşkil edilən The Emerson Cup 2010-
cu il fəaliyyətində yaşıl səylərində (yaxşı fəaliyyət) görə mükafata layiq
görüldü və tanındı.
2011: Sinqapur Elm Parkındaki Galen, 2011 ASEAN Energy Awards
mükafatlarında Enerji Fəaliyyəti üçün Retrofit kateqoriyasında birinci oldu.
Galen, Sinqapurda ən az enerji ilə işləyən soyuducuya sahib fabrikadır.
Sinqapur Elm Parkı Strategiyaları sayəsində 1990–1999-cu illəri arasında
Araşdırma-inkişaf etdirmə 570 milyon dollardan 2,8 milyard dollara, Araşdırma-inkişaf
etdirmə çalışan sayı 4.300-dən 13.600-ə, yüksək texnologiyalı məhsul nisbəti
bilinməyən bir səviyyədən 65,3%-ə yüksəlmişdir.
Steven Goh, mig33: "Sinqapurda Şimali Asiyalılar (Çin/Yapon) Cənub-Şərqi
Asiya bölgəsində təşkilati olaraq Silikon Vadisi firmalarından daha çox olmaqdadırlar.
Google, Yahoo, Microsoft, Yahoo kimi firmalardan çox Dena, greek, Rakuten, Tencent
kimi şirkətlər Cənub-Şərqi Asiyada digər böyük Amerikalılara görə daha çox investisiya
qoymaqdadırlar ".
Asiyadakı satın almalara nəzər yetirdikdə:
18
8
6
46
4
9
9
0 20 40 60
Digər
Telekommunikasiya
Təbii Elmlər
İnformasiya…
Qida
Elektron
Kimya
Steven Goh, mig33: "Silikon Vadisində satın almalar vardır, ancaq bu digər
bazarlarda diqqətə çarpan deyil. Bu o deməkdir ki, əgər Silikon Vadisində mükəmməl
bir qrup meydana gətirə biləcək qədər peşəkarsanızsa ortaqlara mənfəət payı paylaya
bilərsiniz. Halbuki Çin və Asiya bölgələrindəkilərin mövqeyi şirkəti parçalamaq və
işçiləri işə götürmək şəklindədir ".
Malayziya-Multimedia Super Corridor isə,
Malayziyada Multimedia Super Corridor (MSC) adıyla qurulmuş olan yaşayış
bölməsi Asiyadakı yeni bir Silikon Vadisi olaraq göstərilməkdədir. Bölgədəki elm və
araşdırma mərkəzlərindən ən əhəmiyyətlisi Putrajaye Texnoparkı əyalətin paytaxtıdır.
Eyni bölgə içərisində ağıllı şəhər xüsusiyyətində bir başqa şəhər Cyberjava
qurulmuşdur. MSC-nin qurulma müddətinin bitirilməsi üçün təxminən 40 milyard dollar
xərclənməsi planlaşdırılır. Bu layihə paralelində Malayziya iqtisadiyyatının əmək
ağırlıqlı Kənd Təsərrüfatı və sənaye sektorlarında daha yüksək əlavə dəyər gətirən
qabaqcıl texnoloji məzmunlu məhsul və xidmətlərə keçirilməsi planlaşdırılır. MSC
2020-ci ilin vizyonundaki hədəfində İnformasiya iqtisadiyyatında lider olmaqdır. 2011–
2020-ci illəri əhatə edəcək iqtisadi inkişafda Malayziya bir elm cəmiyyətinə çevriləcək,
yeni inkişaf etdirilən multimedia və informasiya proqramları üçün bir test mərkəzi
olacaq, dünya reytinqində 500 şirkətdən ibarət önəmli bir çoxluq qurulmuş olacaq,
dünya səviyyəsindəki 12 ağıllı şəhərdən biri ünvanı alınacaq və beynəlxalq kiber hüquq
platforması halına gəlinəcək şəklində hədəflər qoyulmuşdur. MSC-nin planlamış olduğu
qabaqcıl texnologiya məhsullarında; tele-medicine, distant təhsil, ağıllı kartlar və
uzaqdan istehsalat nəzərdə tutulur.
Hindistan nümunəsi:
Bangalorenin yaranması tarixinə baxdığımızda onun müdafiə və akademik
sahəsindəki təşkilat və qurumların bölgənin inkişafına liderlik etdiyi görülməkdədir.
Bunlardan bəziləri National Aerospace Laboratories, Hindistan Space Research etc.,
Hindistan Institute of Science (IISc) 1909 by Tata və digər elm və texnologiya
üniversitetləri olmuşdur (26 ədəd). İnformasiya qrupunun keçmişinə baxıldığında isə
1986-ci ildə proqram Tədqiqat – İnkişafı etdirməsi üçün texnologiya investisiyaları ilə
başladığı görülməkdədir. Daha sonra Motorola, IBM, Intel, HP və Siemens kimi
firmalar 90-cı illərə qədər regiona gəlmişdir. 1981-ci ildə qurulan Infosys Technologies
adlı firma 1993-ci ildə NASDAQ bazarına daxil olmağı bacarmışdır. 1994-ci ildə
Sinqapur ilə əməkdaşlıq halında International Technology Park qurulmuşdur. 2002-ci
ildən etibarən 130 mindən çox Tədqiqat – İnkişaf etdirmə işçisi mövcuddur.
Cənubi Koreyanın Teknopark təcrübəsi Avropa və ABŞ-a nisbətən daha yenidir.
Cənubi Koreya Teknopark quruluşlanmasının ən önəmli ünsürü Regional İnnovasiya
Sistemi olmasıdır (Regional Innovation System-RIS). Dövlət quruluşlanmasında da bu
istiqamətdə bir dəyişikliyə gedilmiş, Ticarət, Sənaye və Enerji Nazirliyi, İnformasiya
İqtisadiyyatı Nazirliyinə çevrilmişdir. Digər tərəfdən texnoparkların funksional olaraq
davamlı bir inkişaf müddətində olduğu görülməkdədir. Cənubi Koreya tenoparkları hal-
hazırda etibarlı iş və müəssisə rəhbərliyi, əmlak, əqli mülkiyyət hüquqları, tədqiqat-
inkişaf etdirmə, texnologiya transferi və marketinq mövzularında müşavirlik
etməkdədir. Cənubi Koreyada texnoparklara regional inkişaf, kiçik və orta miqyaslı
müəssisələrə yönəlik yeni dövlət siyasəti meydana gətirmə barəsində də önəm
verilməkdədir. Daedeok Innopolis və Gyeonggi texnoparkı mövcuddur.
İsrail Elm və texnologiya parklarının oxşar təşkilatları İsraildə sənaye parkları
olaraq adlandırılmaqdadır. İsraildə müasir mənada sənaye parkları İsrailli məşhur
sənayeçi Stef Wertheimerin yeni baxış bucağı sənaye bölgələri qurma prinsipinin tətbiqi
olaraq qurulmuşdur. Bu çərçivədə 1985-ci ildə İsrailin Şimali Galillee bölgəsində
qurulmuş və "Tefen Modeli" olaraq bilinən ilk sənaye parkı ardından daha dörd park
qurulmuşdur.
Bu parkları nəzdindəki 160 şirkət, 4.000 nəfərdən çox insan işlətməkdə olub
bunların 500 Milyon dolları aşmış olan gəlirin 80%-i ixracata istiqamətlidir. İsrailin
ətrafında iştirak edən Ərəb ölkələrin neft gəlirlərinə asılılığı və İsrailin qıt təbii resursları
bölgə üçün texnologiyanın əhəmiyyətini də artırmaqdadır. Sənaye parkları ixracata
dönük sənayenin inkişafı üçün dəstəkləyici və təşviq edici iş mühitinin təsis edilməsi
məqsədi ilə qurulmuşdur. Ayrıca yeni qurulan təşəbbüslərin məhsullarının inkişaf
etdirilməsi və satışa çıxarılması diqqəti təmin edən sənaye parkları bu firmalar üçün
inkübator vəzifəsi də görməkdədir. Tefen Parkı tək başına İsrailin ixracatının 10'%-ni
həyata keçirir.
Tefen modeli ixrac, təhsil, yaşayış sahələri, sənət və ortaq iş etmə mədəniyyəti
üzərinə qurulmuşdur. Tefen modelində ixracata dönük sənaye, sənaye parkında fəaliyyət
göstərən firmalara infrastruktur təmin edəcək təhsil müəssisələri, çalışanlar üçün yaşayış
sahələri, mədəni obyektlər və fərqli etnik qrupların bir arada var ola biləcəyi iş sahələri
təmin edilərək dəstəklənilməkdədir.
2.6. 2. Türkiyədə Texnoparkın tətbiqi
Türkiyədə texnoparkların inkişafı
Türkiyədə Texnopark anlayışının gündəmə gəlməsi və hazırlıq işləri çox gec
başlamışdır. Amerikada bu cərəyan 1950-ci illərdə başladığı halda, Qərb Avropada
1970-ci illərdə başlamış, uzaq şərq ölkələrində isə ancaq 1980-ci illərdə mümkün ola
bilmişdir. Türkiyədə isə Texnopark hərəkatının sürətlənməsi ancaq 2000-ci illərin
əvvəlində mümkün ola bilmişdir.
Türkiyədə Texnopark qurmaq fikri 1980-ci illərin əvvəllərində meydana gəlməyə
başlamış və Dövlət Planlaşdırma Təşkilatının müraciəti ilə əlaqədar dövlət nazirliyi,
17.01.1989 tarixində Dövlət Planlaşdırma Təşkilatını lazımlı alt struktur çalışmaları
aparmaqla vəzifələndirmişdir. Türkiyədə Texnopark mövzusunun rəsmi başlanğıc tarixi
olaraq bu tarix qəbul edilə bilər [255]. Türk iqtisadiyyatının 1980-ci illərdə açıq bazar
iqtisadiyyatına keçə bilməsi üçün dünya bazar iqtisadiyyatı baxımından lazım olan
təşkilati mexanizmləri meydana gətirməsi lazım idi. Türkiyədə 1980-ci ilin ortalarında
Dövlət Planlaşdırma Təşkilatının (DPT) aldığı qərarlar nəticəsində təşkilati mexanizmlər
inkişaf etdirilməyə başlanılmışdır.
Əsas sektorlar olan Bio-texnologiya, Kosmos araşdırmaları və peyk texnologiyası,
elektron, yenilənəbilən-enerji resursları, yeni vəsaitlər, dəniz elmləri, dəmir və kömür
texnologiyası, heyvan və bitki inkişaf ilə qida texnologiyası sahələrində çalışacaq
texnoparkların qurulması nəzərdə tutulur.
Türkiyədə qurulması planlaşdırılan texnoparklar layihəsindən sənaye, ticarət, elm
və texnologiya sahələrində fayda və strategiyalar bu şəkildə müəyyən edilmişdir:
• Dünya bazarı üçün qlobal rəqabət potensialına və daxili bazarda strateji
əhəmiyyətə sahib texnologiyaya əsaslanan sənayeləri qurma,
• Daxili investisiyaları və xarici kapital qoyuluşuna təşviq etmə,
• Universitet, dövlət və özəl sektor sənayeləri arasında təsirli qarşılıqlı əlaqələr
meydana gətirmə,
• Xüsusilə yerli xammal, bacarıqlı işgücü və kapital üçün daha yüksək əlavə
dəyərə sahib ixrac məhsullarının təşviqi və inkişaf etdirilməsi,
• Yüksək iqtisadiyyat təsirinə sahib qabaqcıl texnologiyalara investisiya
edilməsi və dolayı yolla məşğulluğu artırmaq,
• Qabaqcıl texnika və təhsilin tətbiqi ilə məhsul keyfiyyəti və məhsuldarlığını
artırma,
• Universitetin tətqiqat nəticələrini məhsuldar sektorlara ötürülməsi hədəflərini
texnoparklar vasitəsilə reallaşdırma palanları vardır.
Orta Şərq Texniki Universiteti (ODTÜ) Texnoparkı
Bu hissədə 1956-ci ildə qurulan Orta Şərq Teknik Universiteti Türkiyə və Orta
Şərq ölkələrinin inkişafında iştirak etmək, xüsusilə fən elmləri və ictimai elmlər
sahələrində işçi yetişdirmək üçün “15” noyabr 1956-cı il tarixində "Orta ŞərqYüksək
Texnologiya İnstitutu" adıyla təhsil verməyə başlamışdı. Universitetdə aparılan
araşdırma işlərinin iqtisadi dəyərə çevrilməsi üçün öz nəzdindəki əhəmiyyətli bir
quruluş olan ODTÜ Texnopark Türkiyənin ilk ən böyük və ən innovativ texnoparkdır.
ODTÜ Düşərgəsi içərisində şəhərin əsas böyümə əksi olan qərb dəhlizində iştirak edən
ODTÜ Texnopark 114 hektarlıq sahə üzərində qurulmuş, təxminən 93.700 m2 qapalı
sahədə fəaliyyətlərini icra etməkdədir.
ODTÜ Türkiyənin ilk düşərgə universiteti olub; 23.000 tələbə, 40% məzun tələbə
(MS, Ph.D), 6300 magistratura, 2300 doktorluq, 2000 akademik personal, 40 araşdırma
mərkəzi, 365 laboratoriya, 100-dən çox beynəlxalq layihə, FP6, FP7, Leonardo, və s.
işləri mövcuddur. Nəzdindəki ODTÜ Texnoparkın təşkilatı quruluşu, iştirak edən
təşkilatlar və ortaya qoyduğu fəaliyyətlər haqqında məlumatlar yer almaqdadır.
ODTU texnoparklarının yuxarı qrumu 12 nəfərdən ibarət “Ali Məsləhət Şurası”-
dır. Bu şuranın 50%-ni ODTÜ universitetinin nümayəndələri, digər 50%-ini dövlət
institutları, TUBİAK, KOSGEB təşkil edilmiş sənaye zonasının biznesmenləri (OİZ),
Ankara sənaye palatası və təşkilatlar (Milli və Beynəlxalq Əməkdaşlıq) təşkil edir.
İdarəedici şirkət məsləhətçilər və biznes tərəfdaşlarla əlaqədə işləyirlər.
ODTÜ texnoparkının idarəedici şirkətinin fəaliyyətinə aşağıdakılar aiddir:
- Daşınmaz əmlakın idarəedilməsi
- Monitorinq və qiymətləndirmə
- Texnoloji əməkdaşlıq - Texnoloji transfer
Texnoloji əməkdaşlıq – Texnoloji transfer fəaliyyətinə isə digərlər aiddir:
- Sahibkarlıq proqramları
- Universitet sənaye və əməkdaşlığı
- Şirkətlər arası əməkdaşlıq
- Beynəlxalq əməkdaşlıq
ODTÜ texnoparkın nəzarəti altında olan işlər:
1. Texnoloji transfer ofisi;
2. Koordinasiya şurası
3. Sahibkarlıq və innovasiya platforması
4. Metotex-bank
5. Texnoparkın texnoloji investorların assosiyasiyaı
6. Klasterlər; Müdafiə sənayesi, İKT Telekommunikasiya, istehlakçı, elektronika,
təbii elmlər
Bu qanuna əsasən texnoparklara aşağıdakı dəstək və güzəştlər verilir:
ETTKİ işçiləri üçün gəlir vergisindən azad olma
Şirkətlər üçün mənfəət vergisindən azad olma
Texnoparkın şirkətləri üçün işləyən akademik personal üçün stimullar.
Texnoparkın nəzdində fəaliyyət göstərən şirkətlər əsasən elmi fəailiyyətlə məşğul
olmalıdır. Texnoparkın nəzdində 300 şirkət fəaliyyət göstərir. Onlardan 70-İ ODTU
texnoparkının start-upı, 90-nı start-up-dan çıxan şirkətlər, 120-si KOS şirkətləri, 20-si
böyük şirkətlərin nümayəndələridir. ODTU texnoparkının əsas siyasəti yaranan
texnoparklara dəstək verməkdir. Bu gün o ABŞ-da şirkətlərin təşviqatı üçün ofislər
açmağa hazırlaşır. Bu ofislər Türkiyə şirkətlərinin xaricdə tanınması üçün böyük işdir.
ODTU texnoparkının idarəedici şirkətin maliyyə mənbələri icarə haqları, xidmətlə,
investisya şirkətləri, əsasən də yerinə yetirilən layihələr qrantlardır.
İdarəedici şirkət maliyyə dəstəyini itirməməsi üçün, daima yeniliklər tətbiq etməli,
yenilənməli, yeni ideyalara yol açmalıdır.
Texnopark nəzdində olan şirkətlər hər 3 ayda bir dəfə yerinə yetirdikləri
tədqiqatlar haqqında hesabat verməli, hər ayda bir dəfə isə personal haqqında hesabat
verilməlidir. Bu şirkətlərin vergidən yayınmalarının qarşısını alır. Bu qaydalara əməl
etməyən şirkətlər texnoparkdan kənar edilirlər.
Yeni fikir müsabiqələrinin və biznes-inkubasiya müsabiqələrinin qalibləri 1 il pre-
inkubasiya dövrü keçirlər. Bu il ərzində onlar idarəedici şirkərtin dəstəyi ilə öz
fikirlərini tamamlayaraq şirkt yaradırlar və güzəştli şərtlərlə 2-3 il fəaliyyət göstərirlər.
Bu müddət ərzində hər şirkətə bir işçi (investor) bərkidilir. Bu şirkətlər özlərini
doğrultduqda inkubasiya məzunlara dönürlər. Bu məzunların sayı çox aşağı olur (dünya
təcrübəsinə əsasən).
İnkubasiya layihələri əsasən 3 akademik exspertlər tərəfindən qiymətləndirilirlər.
Bu qiymətlənmə əsasında texnoparkda şirkətlərə yer verilir və investisiya təmin edilir.
Bu qiymətləndirmə amilləri isə özəl olur.
ODTU texnoparkının əsas spesifikliyi texnoloji patentlərin alınması və
kommersiyalaşdırılmasıdır.
Şəkil 2.9
Texniki transfer direktorluğu
Kommeriyalaşma Patent Tətqiqat
Beynəlxalq standarta görə əgər tədqiqat işinin nəticələri elmi məqalə şəklində çap
edilibsə, onda bu tədqiqata patent verilmir. Ona görə də texnoloji patent alınması üçün
tədqiqata patent alınmalı və sonra çap edilməlidir. Kommersiyalaşma üçün də patent
əsas amillərdəndir.
ODTÜ Texnoparkın məqsədləri;
• Türkiyənin Tədqiqat – İnkişaf etdirmə potensialına və texnologiya istehsal
edəbilmə qabiliyyətinə töhfə vermək
• Sektor üstünlükləri ilə Türkiyənin texnologiya istehsalının və təcrübəsinin
istiqamətləndirilməsində rol oynamaq
• Universitet-Sənaye əməkdaşlığını səmərəli və davamlı etmək,
• Universitetdəki araşdırma infrastrukturunun və informasiya təcrübəsinin iqtisadi
dəyərə çevrilməsinə təsir etmək
• Təşəbbüskarlığı və innovasiyanı təşviq etmək və dəstəkləmək
• Seçilmiş sektorlarda qlobal ölçüdə rəqabət edə bilən xüsusiyyətdəki şirkətlərə
üstünlük vermək
• Dünya bazarlarına yönəlmiş qabaqcıl texnologiyalı məhsul və xidmət istehsalını
dəstəkləmək
• Regional davamlı inkişafın ünsürlərindən biri olmaq
• Başda Avropa Birliyinin üzv ölkələri olmaqla beynəlxalq əməkdaşlığı
gücləndirmək
• Texnologiya transferi üçün uyğun mühit yaratmaq
• Təcrübəli işçi qüvvəsini işlə təmin etmək
Türkiyə sahib olduğu iqtisadi informasiya və təcrübələri, dövlət və özəl təşəbbüs
olaraq Azərbaycan ilə paylaşmağa davam etməkdədir. Türkiyə-Azərbaycan əlaqələri
iqtisadiyyat, ticarət, təhsil, nəqliyyat, telekommunikasiya, səhiyyə, elm, mədəniyyət və
turizm kimi bir çox sahədə inkişafı davam etdirməkdədir.
Qardaş Türkiyənin sənayeləşmə sahəsindəki geniş təcrübəsi, 185 dünya dövləti
içərisində 16-cı, ərazi böyüklüyünə görə 32-ci, milli gəlirin həcminə görə 20-dir.
Beynəlxalq ticarətin 90%-ni sənaye məhsulları təşkil etməkdədir. Dünyada ən çox
sürətlə inkişaf edən 10 ölkədən biri olan Türkiyə qabaqcıl texnologiyalar təcrübəsinin
öyrənilməsi və transfer edilməsi imkanları içərisində Azərbaycan üçün ən gözəl
nümunədir.
“Azərbaycanda Universitet–Sənaye əməkdaşlığı çərçivəsində texnosahibkarlığın
potensialının artırılması yolu ilə inkişaf etdirilərək iqtisadi inkişafa dəstək verilməsi”
üçün Türkiyə, eyni zamanda sahib olduğu qabaqcıl texnologiyanın inkişafında Türkiyə
və Orta Şərq ölkələrinin ən əhəmiyyətli və dünyanın ən etibarlı 100 universiteti arasına
daxil olmağı bacaran Orta Şərq texniki Universitetinin (ODTÜ) texnoparkı olan ODTÜ
Teknopark modeli əsas götürülərək Azərbaycanda qurulacaq teknoparklar üçün
əhəmiyyətli nümunələrdəndir.
ODTÜ və texnoparkın model seçilməsində məqsəd:
• Orta Şərq Texniki Universiteti (ODTÜ) İngiltərə mərkəzli Times Higher
Education təşkilatı tərəfindən 10 aprel 2013-cü il tarixində elan edilən "Asia
University Rankings 2013" siyahısında Asiya qitəsinin Ən Yaxşı 22-ci
Universiteti olmuşdur;
• 2013-cü ilin mart ayında açıqlanan "World Reputation Rankings 2013" reytinqdə
51-60-cı sıralarda yer alaraq dünyanın ən etibarlı 100 universiteti arasına daxil
olmağı bacaran ilk və tək Türk universiteti olan ODTÜ Asiya universitetləri
müvəffəqiyyət sıralamasında da Türkiyəni ən yüksək səviyyədə təmsil edən
universitetdir;
• “Asia University Rankings 2013" siyahısında Yaponiya, Çin, Cənubi Koreya,
Honq-Konq, Sinqapur, Hindistan, İsrail və İranı əhatə edən Asiya bölgəsindəki
universitetlərin nailiyyət sıralaması təhsil keyfiyyəti, araşdırma fəaliyyətləri, elmi
nəşrlərə istinadlar, sənaye gəlirləri və beynəlxalq xüsusiyyətlərini əks etdirən 13
fərqli performans meyarına əsaslanır;
• Türkiyədə universitetlərarası “Sahibkarlıq və yenilikçilik (innovasiya) indeksi
2013” reytinqdə ODTÜ birinciliyi əldə etmişdir;
• Türkiyə və Yaxın Şərq ölkələrində Universitet-sənaye əməkdaşlığına müsbət
təsiri olan ODTÜ Teknoparkın quruluş məqsədi indiki vaxtda qlobal rəqabət
qabiliyyətin və inkişafın ən əhəmiyyətli ünsürü olan "yeni informasiya" istehsal
edəbilmə prosesinə universitet sənaye əməkdaşlığını təşviq edərək töhvə
verməkdir.
ODTÜ Texnopark universitet və özəl sektorun birgə tədqiqat layihələri nəticəsində
yeni informasiya ortaya çıxaran, bu yeniliyi innovasiya prosesilə yeni mal və xidmətlərə
çevirən, mal və xidmətlərin yüksək əlavə dəyərlə qlobal bazarlara satılmasını təmin edən
ekosistemdir. Bu çərçivədə akademik məlumat infrastrukturu ilə sənaye ixtisaslı və əsas
işçi qüvvəsinin bir araya gəldiyi ODTÜ Texnoparkda iştirak edən firmaların bu günə
qədər araşdırma və inkişafdan əldə etdikləri gəlir və Türkiyə iqtisadiyyatına təsiri 1.5
milyard TL-dır.
Bu işlərdən əldə edilən ixrac gəliri isə 200 milyon dollara çatmışdır. Bu miqdar
firmaların yalnız ODTÜ Texoparkın tərkibində icra etdikləri araşdırma və inkişaf
işlərindən əldə olunan gəlirləri ifadə etsə də ardıcıl istehsaldan əldə edilən gəlir və
ixracat miqdarı bu dəyərlərin içərisinə daxil deyildir. Ayrılıqda ÖDTÜ Texnopark
firmalarının almış olduqları araşdırma və inkişaf qeydləri (Patent, Marka və s.) isə
nəticədə 200-dən çoxdur.
ODTÜ Texnoparkdan araşdırma və inkişaf işlərinin 56%-i informasiya sektoruna
aiddir. İnformasiya, elektron, müdafiə sənayesi, telekommunikasiya və biotexnologiya
ODTÜ Texnoparkının prioritetli sektorlarıdır. Şirkətlərin 56%-i informasiya, 22%-i
elektron, 6%-i telekommunikasiya, 4%-i tibbi, bio-tibbi, biotexnologiya, 12%-i isə
qabaqcıl vəsait, kosmos-aviasiya, enerji, avtomobil, ətraf mühit kimi digər sahələrdə
araşdırma və inkişafı icra etməkdədir.
Təyyarə/helikopter sistemləri dinamik modelini inkişaf etdirmək və simulyasiya
layihələri, təyyarə/helikopter nəzarət sistemlərinin inkişaf etdirilməsi işləri, peyk,
alternativ enerji və alternativ yanacaq layihələri, külək və su turbini dizaynı, aparat
sistemi, test və ölçü sistemlərinin hazırlanması, güc resursları və enerji hasil etmə
sistemləri, lazer proqramları, sensor texnologiyaları, toxuma və gen araşdırmaları, e-
dövlət, e-ticarət, distant təhsil, e-öyrənmə və e-təhsil proqramları, ERP-MRP həlləri,
təhsil idarəetmə sistemləri, coğrafi informasiya sistemi proqramları, formatlı mesaj
idarəetmə sistemləri, xəstəxana proqramları, fərqli sahələrin tətbiqləri olan qabaqcıl
vəsait işləri və mikroelektron mexaniki sistem tətbiqləri ODTÜ Texnopark strukturunda
icra edilən araşdırma və inkişaf işlərinin bəziləridir.
ODTÜ Texnopark şirkətlərinin informasiya və texnologiyaya dair xaricə ixrac
etdikləri lahiyələrə aid bir neçə nümunə:
• Chicago Bulls (ABD), UCLA (ABD) ve Wingate Institute (İsrail) kimi
təşkilatlara ixrac etdiyi performans test sistemi;
• Rolls&Royce ilə birlikdə həyata keçirilən alternativ yanacaqla çalışan
mühərrik;
• Skorksky helikopterlərə aid proqramlar;
• Airbus və Boeing təyyarələri üçün hazırlanmış elektron sistemlər və
proqramlar.
ODTÜ Texnoparkın digər beynəlxalq əməkdaşlıqları:
• Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Pakistan, Monqolustan, Ukrayna,
Belarus-Texnoparklarının qurulmasına dair işlər;
• FP 6, FP7, CIP və Leonardo Lahiyələri – AB Əməkdaşlığı;
• European Investment Fund (EIF) – Təşkilat Fondu;
• European Investment Bank (EIB) – Distant təhsil lahiyələri, İnfrastruktur
lahiyələr;
• Səudiyyə Ərəbistanı ilə texnoparkların qurulması;
• European Bank for Reconstruction and Development (EBRD) - Texnoparkının
qurulması ilə əlaqədar maliyyələşdirmə.
Bütün bu müsbət əks olunmalar işığında Azərbaycanda qurulması nəzərdə tutulan
texnoparklara model olaraq ODTÜ (Orta Şərq Texniki Universiteti) Texnopark
modelinin seçilməsi 2014-cü ilin Azərbaycanda Sənaye ili adı altında, Azərbaycanın
qabaqcıl texnologiya və innovasiya yönümlü iqtisadiyyatının ortaya qoyulmasında
faydalı olacaq.
OSTİM sənaye parkı
1967-ci ildən fəaliyyət göstərir. Sahəsi 500 min hektardır. OSTİM-də 5200
müəssisə, 60000 çalışan insanlar var. Bu gündə OSTİM böyüməkdədir.
OSTİM idarəçilik hissəsi 24 bölümdən (şirkətdən) ibarətdir. OSTİM idarəçiliyinin
tərkibində olan müəssisələrin tələb–təklifini, standartlar, avadanlıqlar, problemlər,
onların ixracatını və digər problemlərini öyrənmək üçün anket sorğuları aparır. Bunu
aparmaq üçün öz tərkibində olan proqramlaşdırma ilə məşğul olan firmaya program
sifariş vermiş, məlumatları toplamışdır. Toplanmış informasiya əsasında xüsusi tədqiqat
firmasına sorğuların nəticələrini emal etmək üçün müraciət etmişdır.
OSTİM sənaye bölgəsində bir sahəyə qulluq edən müəssisələri bir-birilə
əlaqələndirirlər.
OSTİM-də insanların çalışması üçün hər şərait,sosial obyektlər, məktəb, bank,
yaşayış binaları var. Günün tələblərini öyrənmək üçün OSTİM tərkibində “enerji parkı”
açmağı planlaşdırır (ecopark). Bu daha çox alternativ enerji üzrə işləyən firmalar üçün
nəzərdə tutulub, hətta dövlət qurumlarının nümayəndəlikləri də var.
OSTİM sənaye istiqamətləri çox genişdir. O bu gunkü gündə universitetləri cəlb
edir.6 universitet OSTİM-lə iş birliyinə malikdir.
OSTİM bu gün tədqiqat tələbi olan müəssisələri ODTU Texnoparkıilə
əlaqələndirir. Bu əlaqələndirici ODTU-OSTİM texnolojidir. Burda sənaye tədqiqatları
aparılır, bəzi firmalar kiçik istehsalı təşkil edir.
Bu daha çox inkubasiya mərkəzidir.
ODTU OSTİM Texnoloji OSTİM
OSTİM Texnoloji firmaları ya sənayeyə gəlir ya da texnoparka dönür. Bugün
OSTİM sənaye parkı tərkibində texnoparkın olmasını görür. Beləliklə əgər ODTU
universitet texnoparkdırsa, OSTİM tərkibində sənaye tipli araşdırma aparan firmaları
birləşdirən texnopark yaradılır. Əsasəndə bu sənaye tipli texnoparklar mərkəzləri
yaradır. Bu mərkəzlərdən çıxan müəssisələr sənayeyə qatılır. Daha doğrusu yeni sənaye
müəssisələri inkubasiya edir.
OSTİM ilə ODTU birləşməsi gedir. ODTU layihələri OSTİM-də
kommersiyalaşdırılır. Bu gun OSTİM klaster siyasəti irəli sürür. Bölgədə olan əsas 6
klaster götürülüb. Bu klasterlərə daxil olan müəssisələr ərazi yerləşməsindən çıxırlar. Bu
klasterlərə OSTİM-dən kənarda olan müəssisələrdə daxil olur. Bu siyasət gələcəyə
yönəlib. Müəssisələrin rəqabət qabiliyyətini artırmaq üçün nəzərdə tutulur. Klasterlər
halında dövlət ilə əlaqələndirmə koordinatorlar tərəfindən aparılır.
Beləliklə, OSTİM-in siyasəti dövlət, müəssisə, universitet, sənaye birliyi
yaratmaqdır. Tələb və təklif öyrənilir, qarşı-qarşıya qoyulur, iş birliyi yaradılır.
OSTİM idarəetmə bölümündə 130 işçi var. Gəlir mənbəyi hər müəssisədən 40%
alır, xidmətlər haqqı alır və digər mənbələr. OSTİM dövlət tərəfindən maliyyələşmir.
Sənaye müəssisələri üçün sahibkarlıq üzrə kurslar təşkil edir.
OSTİM-in əsas şərti; istehsal müəssisəsi olmalıdır və xarici bazara çıxmağa hazır
olmalıdır. OSTİM müəssisələrə qaz, işıq və digər kommunal xidmətləri paylaşdırır.
Əlavə pul almır. OSTİM özəl şirkət olsa da dövlət siyasətini dəstəkləyir.
OSTİN siyasətinin əsasını təşkil edir.
OSTİN:
Hər tərəfin tələb və təklifi öyrənilir, müqayisə olunur və iş birliyi yaradılır.
OSTİN ərazi bütövlüyündən çıxır. Şirkətlər klasterləri birləşdirir, güzəştlər,
əlavə dövlət dəstəyi verilir.
Əsas prinsiplər
1. Ayrı-ayrı müəssisələr (texnoparkların) birləşdirilmə - assosasiya, agentlik
yaradılmalıdır;
2. Türkiyə klaster siyasətinə gəlir;
3. Koordinasiya məsələləri görə gəlir.
Dövlət
Unversitet Sənaye
Şirkət
Ankara təcrübəsinə görə iki texnopark modeli baxılmışdır:
Azərbaycanda isə AMEA tərkibində olan texnopark da ola bilər.
Swot təhlil
ODTÜ Texnoparkında və OSTİN-də yerləşən şirkətlərlə görüş nəticəsində
aşağıdakı texnoparkda yerləşmənin Swot təhlili aparılmışdır.
Texnopark 2 modeli
Unversitet daxili
Sənaye parkı daxili
İnkubasiya mərkəzləri
Cədvəl 2.9
ODTÜ Texnoparklarda yerləşən şirkətlərin fikirləri:
GÜCLÜ TƏRƏFLƏR ZƏİF TƏRƏFLƏR
ODTU teknoparkının markasının olması
Yeni kadrlar
Gəlir
Sahibkarlığın aparılması üsulları öyrədilir.
Dövlət dəstəyi
Layihələrin dövlət dəstəyi
TUBİTAİK layihələri
Toplantılar aparılır. Toplantılar hesabına
işbirliyi yaradır.
Sorğulara cavab verir
Beynəlxalq tədbirlər haqqında məlumatlanma
Tələbələr üçün iş yerləri
Universitetlər üçün təcrübə yeri
Beynəlxalq təcrubənin öyrənilməsi
üçün layihələr təşkil edilir.
Şirkət nümayəndəsi xaricə göndərilir.
Şirkətlərə investorlarınaxıtarışına
şərait yaradır.
Xarici şırkətlərlə əlaqələr yaradılır.
Sərgi və konfranslara şirkətlərin
nümayəndələri göndərilir.
Sənaye ilə əlaqələr yaradır.
Texnalogiyaların kommersiyalaşdırılmasına
kömək edir.
Patentə və investisiya kömək edir
Tətqiqat aparılması
Alimlərlə əlaqə
Tələbələrin diplom işləri araşdırılır
Tələbələrə diplom işi tətbiq edilir
Laboratoriyalar yoxdur
Sınaq aparmaq üçün “sınaq zavodları” yoxdur.
Şirkətlər arası məlumat paylaşması yoxdur
İnformasiya çatışmazlığı var
Eyni sahə şirkətlər kompuslara toplanmalıdır və
birgə laboratoriyalar olmalıdır.
Dövlət tərəfindən verilən layihələrin
nəticələri hesabat verməklə bitir, ümumi
dəyərləndirilmə aparılmır.
Layihələrin nəticələrinin
kommersiyalaşdırılmasına çalışılmır.
Firmaların tələb və təklifi öyrənilmir.
Bazarın tələb və təklifi öyrənilməsi üçün
araşdırılma aparılmır
Texnopark daxilində firmalara bir-birinin
məhsulları haqqında məlumat yayılmır
Bir sahənin müxtəlif elementlərini buraxan
şirkətlər əlaqələndirilmir. Onların bir-birinin
məhsullarından istifadə etmək tələbi qoyulmur.
Məcburiyyət olduqca şirkətlər maraqlanacaq.
Tez-tez ümumi toplantılar keçir. Bəzən adiyyəti
olmayan toplantı vaxt alır.
Toplantıların məqsəd və obyektlərinə əsasən
firmalar dəvət edilməlidir.
Texnopark Patentin sahibkarı olur.
Qanun boşluğu var.
Hesabatlar araşdırılmır
Mələklərin (investorların) söz verib geri
çəkilməsi, onların cəzalanma prinsipi yoxdur.
Sosial infrastruktur yoxdur.
Məkan planlaşdırılmayıb.
2.7. Azərbaycan iqtisadiyyatında innovasiya infrastrunun inkişafı
Azərbaycanın coğrafi baxımından əlverişli olması, böyük enerji təsisləri, neft və
neft avadanlığı sənayesi, yanacaq-enerji, kimya, maşınqayırma, qida, metallurgiya,
yüngül və digər sənaye qollarını əhatə edir. Neft çıxarma texnologiyaları, emalat sənaye
və tekstil sektoru da Azərbaycan sənayesinin əhəmiyyətli bir hissəsini təşkil etməkdədir.
Bütün bu xammal resursları baxımından çox zəngin olmasına baxmayaraq texnologiya
potensialı zəif qalmışdır. Texnologiya istehsal maşınlarında, istehsal üsullarında,
məhsullarda "yenilik" ortaya qoya; bu yeniliklərdə, istehsalı artırmağı, məhsuldarlığı
yüksəltmənin yanında, rəqabət üstünlüyünü və gəliri artırmağı təmin edən açar olması,
eyni zamanda Azərbaycan səmərəlilik baxımından da həyati bir əhəmiyyətə sahib olması
və göstərdiyi təsir baxımından inkişaf və ya inkişaf etməmişlik səviyyələrində təyin
edici rol oynamaqdadır.
SUMQAYIT KİMYA SƏNAYE PARKI (SKSP)
Sumqayıt Kimya Sənaye Parkı (SKSP) Azərbaycan Respublikası Prezidenti Cənab
İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli 548 saylı Fərmanı ilə yaradılmışdır. Parkın
idarəedici təşkilatı İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat və Sənaye
Nazirliyi) tabeçiliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir.
SKSP-nin yaradılmasında məqsəd:
- ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye
istehsalının inkişafı üçün münbit şərait yaratmaq;
- bu sahədə sahibkarlığı dəstəkləmək;
- qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək;
- əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.
Ümumilikdə, SKSP-nin yaradılmasında əsas məqsəd Azərbaycanın iqtisadi
inkişafının daha da sürətləndirilməsi, innovativ sənayenin inkişafı üzrə öndə olan digər
ölkələrlə müqayisədə rəqabət qabiliyyətliliyin artırılmasıdır.
Nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisi 167,66
hektar (ha) təşkil edir. SKSP-nin Baş Planına əsasən Parkın Sənaye Zonası 114 ha təşkil
edəcək. Burada aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası,
elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının
istehsalı üçün nəzərdə tutulmuş ərazilər yerləşəcək.
Müasir üslubda dizayn edilmiş və 21 ha təşkil edəcək sosial zonada Parkın
rezidentləri üçün böyük imkanlar yaradılacaq. Burada 16 və 20 mərtəbəli inzibati
binalar, Sərgi-Konfrans Kompleksi, Peşə Təhsil Mərkəzi, Laboratoriya binası,
emalatxanalar, Uşaq Baxım Mərkəzi, açıq və qapalı idman meydançaları, Sağlamlıq
Mərkəzi, Yataqxana Kompleksi, həmçinin rezidentlər və işçilərə xidmət edəcək digər
obyektlər fəaliyyət göstərəcək.
QAFQAZ UNİVERSİTETİ TEXNOPARKI
Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz
Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Bu məqsədlə
Azərbaycanda ilk dəfə universitet daxilində texnopark fəaliyyətlərinə başlandı.
Universitet-sənaye əməkdaşlığında ciddi layihələri mövcud olan Qafqaz
Universiteti texnopark fəaliyyətləri ilə də Azərbaycanın və regionun inkişafında öz
töhfəsini verməyi hədəfləyir.
Qafqaz Universiteti Texnoparkı formalaşdırılarkən ABŞ, İsveç, Türkiyə və RF-nın
təcrübəsi öyrənilmişdir. Türkiyədə fəaliyyət göstərən ODTU (Orta Doğu Texniki
Universiteti), İTU (İstanbul Texniki Universiteti) və YTU-nun (Yıldız Texniki
Universiteti) Texnopark nümunələri əsas götürülərək Qafqaz Universiteti Texnoparkı
təsis edilmişdir.
2013-cü ilin yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis
edilən Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırıldı.
QUTechnopark hazırda formalaşdırmağa davam etdiyi ekosistemdə universitet-
sənaye əməkdaşlığının səmərəliliyini artırmaqdadır. Bununla da, QUTechnoparkdı
fəaliyyətlər istər kadr hazılığı işində, istərsə də sosial-iqtisadi inkişafa səbəb olan elmi
tədqiqatların aparılmasında şirkətlərlə əməkdaşlığın daha da genişlənməsini və səmərəli
nəticələrini təmin edir.
Hazırda QUTechnopark Qafqaz Univrsitetində xüsusi ayrılmış 1000 m2-ə yaxın
ərazisi olan, 20 ayrı ofisdən ibarətdir. QUTechnopark-da İnkubasiya Mərkəzi ilə yanaşı,
11 şirkətin fəaliyyəti üçün ofis yeri ayrılmışdır ki onlardan 5-i xeyli vaxtdır ki, burada
fəaliyyət göstərirlər. Hazırda yeni texnopark binasının tikilməsi üzərində iş aparılır.
Texnoparkın hədəfləri
Universitetlərin təhsil, tədris və araşdırma fəaliyyətlərini dəstəkləyərək daha
səmərəli nəticələr əldə etmək,
• Sənayenin rəqabət gücünü artırmaq,
• Yüksək texnologiyalara əsaslanan regional və iqtisadi inkişafı sürətlənməsinə
dəstək vermək.
• Texnoparkalrın qurulmasının əsas məqsədi aşağıdakılardır
• Yüksək texnologiyalarla əsaslanaraq inkişaf etdirilən sənaye sahələrinin
gücləndirilməsi,
• Yeni bölgələrdə sənayenin inkişafının dəsətklənməsi,
• İnnovativ fəaliyyətlərin həyata keçirilməsi,
• Təhsil və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət sahələri ilə
səmərəliliyin artırılması,
• Beynəlxalq arenada rəqabət gücünün yüksəldilməsi.
Missiya
• Elmi tədqiqatlar tətbiq olunaraq yüksək texnoloji əhəmiyyətli məhsulların
istehsalı
• Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı
inkişafının dəstək vermək
• İş dünyası ilə Universitetin professor-müəllim və tələbə heyəti arasında əlaqələrin
inkişaf etdirilməsi
• Dünyada sürətlə inkişaf edən yüksək texnoloji yeniliklərin mənimsənilməsi və
istehsalında iştirak etmək
Azərbaycan üçün Swot təhlilin nəticəsi:
Cədvəl 2.10
Azərbaycan üçün Swot təhlil
Güclü tərəfləri İmkan
Nümunəvi əsasnamə
Dövlət dəstəyi (maliyyə)
Vergi güzəştləri
Təcrübə var (QAFQAZ)
Gələcəyə baxış konsepsiyası
Vencur kapitalı
formalaşdırılır
Qanunvericilik hazırlanır
Zəif tərəfləri Təhlükə
Sumqayıt texnologiya parkı (elmi araşdırma yoxdur)
Türkiyədə OSTİM bir çoxlarının sənaye müəssisələrinin
texnokənddən xəbəri yoxdur. Onlar özləri alimlərlə əlaqə
saxlayırlar.
Bazarın formalaşmaması
Tələb-təklifin olmaması
Cədvəl 2.11
Göstərilən sorğu nəticəsində Swot təhlil
Güclü Tərəflər
Korporativ idarəetmə sahəsində
Korporativ idarəetmə sistemlərinin qurulması
İdarəetmə şurasının olması
Strateji plan və strukturun müəyyən formada
olması
İnsan resursları
Komandanın əhval-ruhiyyəsi
Menecmentin işgüzarlığı
Treninqlərin keçirilməsi
Marketinq və satış
Xidmətin keyfiyyəti
Portfelinin müxtəlifliyi və onların statusu
Baş ofis və filialların yerləşməsi
Reklam
Məhsulların çeşidi və bazara çıxış
Maliyyə vəziyyəti
Likvidlik
gəlirlik tendensiyası
Digər
Dövlət dəstəyi
Texniki təhlükəsizlik sistemi
Dövlət orqanları və maliyyə institutları ilə
əlaqələri
Sosial infrastrukturun olması
Zəif Tərəflər
Korporativ idarəetmə
Təşkilati strukturun təkmilləşdirilməsinə
ehtiyac olması
Təlimat kitabının dolğun olmaması
Nəzarət sistemlərinin təkmilləşməyə
ehtiyacının olması
Risklərin idarə edilməsində təkmilləşməyə
ehtiyacın olması
Planlaşma sisteminin təkmil olmaması
Tələb-təklifin öyrənilməməsi
İnsan resursları
Motivasiya sisteminin təkmil olmaması
HR Strategiyasının təkmil olmaması
İşçilər arasında vəzifə bölgüsünün dolğun
olmaması
Əməyin qiymətləndirilməsi sisteminin
təkmil olmaması
Marketinq və satış
Marketinq strategiyasının müntəzəm
olmaması
iş standartlarının müntəzəm olaraq
yeniləşdirilməməsi
Yeni məhsulların hazırlanması sisteminin
ləng aparilması
Maliyyə menecmenti və maliyyə vəziyyəti
Məhsul və xidmətilərin maya dəyərinin
tam dəqiq olaraq hesablanmaması
Texnologiya
MİS-in təkmil olmaması
Məlumat təhlükəsizliyi sisteminin adekvat
olmaması
Proqram təminatının tam təmin
olunmaması
Digər
Şirkətlər arası əlaqələrin zəifliyi
Şirkətlərin və investorların Çəzalandırma
prinsiplərinin olmaması
İşlənən layihələrin tətbiqinə tələb
qoyulmaması
İmkanlar
Qanunverici və normativ mühit
Stimullaşma, vergi qanunvericiliyinin getdikcə
təkmilləşməsi
Rəqabət
Yeni şirkətlərin cəlb edilməsi
İmici və bazar təcrübəsi
Kiçik və orta biznesin inkişafına Dövlət qayğısı
Xarici bazarlara çıxış
Bazar
Şirkətlərin cəlb edilməsi
gəlirlərin artması
Filial şəbəkəsinin inkişafı
bazarında boşluq, şirkətlərin bir-birinin
məhsullarının hamısından istifadə etməsi
Şirkətlərin pul gəlirlərinin artım tempi
Yeni məhsul və xidmətlərə ehtiyac
Yeni şirkətlərin cəlb etmək
Hökümətin qeyri-neft sektorunun inkişafına
diqqəti
Regional inkişafa Hökümətin diqqətinin artması
Kiçik və orta müəssisələrlə iş
Məhsullardan istifadəyə maraq və texnoparklara
inam
Biznes mühitinin yaxşılaşması
Beynəlxalq bazara çıxış
Xarici tərəfdaşların tapılması
Ölkənin artmaqda olan reytinqi nəticəsində
xarici maliyyə institutlarına çıxış
Dövlət-unversitet-sənaye iş birliyinin
yaradılması
ETTKİ kommersiyalaşması
Yeni texnologiyaların tətbiqi
Təhlükələr
Qanunverici və normativ mühit
Texnoparklar haqqında qanuna tələblər
qoyması
Ciddi rəqiblərin ortaya çıxmasına gətirib
çıxarması
Rəqabət
Xarici şirkətlərin bazara gəlməsi ilə
əlaqədar rəqabətin şiddətlənməsi
2.8 Texnoparkların yaradılması və səmərəli fəaliyyətinin dövlət dəstəyi tədbirlər
sistemi
Azərbaycan Respublikası iqlim şəraiti və ehtiyatları ilə tanınır. Respublikanın çox
istiqamətli iqtisadiyyatı bir çox sahələrdə innovasiya texnologiyalarının inkişafına imkan
verir. Bu gün Azərbaycanın enerjitutumunun azaldılması və ekoloji istehsalatın
artırılması məsələlərində texnoloji geriləməsi zamanı iqtisadiyyatın yeni yüksək
texnoloji avadanlıq və əqli işləmələrə əasaslanan innovasiya yönümlü iqtisadiyyata
yönəldilməsi çox aktualdır. İnkişaf etmiş dövlətlərdə də rəqabətqabiliyyətliliyin əsas
amili innovasiyadır (innovasiya-yeni elmi biliklərin, məhsulların, texnologiyaların,
xidmətlərin, avadanlıqların, kadrların ixtisaslaşdırılması, istehsalatın təşkilidir).
Texnologiyaların təkminləşdirilməsi pul vasitələrinə qənaət etməyə, maliyyə və
qapalı texnoloji zəncirin formalaşmasına imkan yaradır. Bu da təbii ehtiyatların səmərəli
mənimsənməsinə, istehsalatın rəqabətqabiliyyətinin artırılmasına böyük imkanlar verir.
İstehsalatın (sənayenin) qapalı dövriyyəsi mexanizminin həyata keçməsinin
nəticəsi infrastrukturun inkişafı, işsizliyin artımının azalmasına, vergi ödənişlərinin
dəyişilməsinə və investisiya cəlb ediciliyinə gətirir.
Beləliklə, belə yanaşma bir tərəfdən rəqabət üstünlüklərin istifadəsinə, digər
tərəfdən isə ölkə iqtisadiyyatında innovasiya aktivliyinin stimullaşdırılmasına yönəldilib.
Bu da yeni innovasiya yönümlü iqtisadiyyatın yaradılmasına imkan verir.
Bu gün Azərbaycanda innovasiya sisteminin yaradılması üzrə aktiv işlər gedir. Bu
isə ölkənin intensiv inkişafını stimullaşdıracaq və innovasiya inkişafına gətirəcək. Bu
gün sabit iqtisadi artımı əsas məsələlərin həlli üçün Azərbaycanın ehtiyat və imkanlarını
birləşdirmək lazımdır. Bu isə bir tərəfdən fundamental və tətbiqi elmlərin arasında
əlaqələrin güclənməsi, digər tərəfdən isə innovasiya məhsulunun istehsalı və bazarın
zəbt edilməsi halında mümkündür. Ölkənin innovasiya sisteminin inkişafının prioritet
istiqamətləri əqli və sənaye mülkiyyəti bazarının inkişaf mexanizminin yaradılmasıdır.
Respublikada innovasiya proseslərinin təmin edilməsi üçün təşkilatlarda
innovasiya menecmentinə öyrədilməsi innovasiyaların informasiya bazasının
yaradılması lazımdır.
İnnovasiya sahəsində strateji və taktiki siyasət aşağıdakıları nəzərə almalıdır:
- normativ-hüquqi bazanın təkminləşdirilməsi
- innovasiya tətbiqinin üsullarının təkminləşdirilməsi
- dövlət tərəfindən maliyyə dəstəyi
- vençur maliyyələşmə sisteminin inkişaf etdirilməsi
- innovasiya sahəsində kiçik, orta və iri biznesin subyektlərinin qarşılıqlı
faəliyyətinin dəstəklənməsi və fəaliyyətinin stimullaşdırılması
- innovasiya infrastrukturunun inkişafı: texnoparklar, nanotexnoloji mərkəzlər və
biznes-unkubatorlar və s.
Bunlar respublikada innovasiya fəaliyyətinin kompleks sisteminin yaradılmasının
vacibliyini şərtləndirir. Digər tərəfdən müasir dövrdə elm və elmtutumlu istehsalın
inkişafının daha yeni formaları axtarılır. Bu məsələlərin həll istiqamətlərindən biri
texnoparkların yaradılması və inkişafıdır.
Yuxarıda göstərilən amilləri nəzərə alaraq innovasiya faəliyyətinin inkişaf
infrastrukturu olan texnopark şəbəkəsi konsepsiyasının yaradılması lazımdır.
İnnovasiya iqtisadiyyatının yaradılması Azərbaycan Respublikasının inkişafının
prioritetlərindəndir. Bu gün təbii ehtiyatlar ocağı olan Azərbaycan qeyri-neft sahələrinin
inkişafına istiqamətlənir. Bu da respublikada elmi-təhsil kompleksinin, sənayenin
inkişafını sürətləndirməyi tələb edir. Azərbaycanda biliyə əsaslanan yeni innovasiya
biznesinin yaradılması imkanları inkişaf etdirilməlidir.
Respublikanın iqtisadiyyatının diversifikasiyasının məqsədi yeni növ məhsul və
xidmətlərin istehsalı hesabına ÜDM-un artırılması, yerli və dünya bazarında yüksək
texnoloji məhsulun rəqabətqabiliyyətliyinin artırılması, istehsal səmərəliliyinin
artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb
edilməsi, elmtutumlu sahələrin artırılmasıdır.
Buna görə də texnoparklar şəbəkəsinin konsepsiyası elmə əsaslanan biznesin
(sahibkarlıq fəailliyətinə) inkişafına yönəldilir.
Texnoparkın yaradılması və səmərəli fəaliyyətinə təsir edən 2 əsas halı qeyd edək:
1) Fəaliyyət göstərən normativ-hüquqi baza demək olar ki, yox dərəcəsindədir
2) Dövlət dəstəklənməsinin səmərəli tədbirlər sistemi tam işlənməyib
Aparılan tədqiqatlara əsasən, texnoparkın səmərəli fəaliyyəti yalnız idarəetmənin
müxtəlif səviyyələrində tədbirlər sistemini nəzərə alaraq, onun yaradılması və
fəaliyyətinin bütün mərhələlərində səmərəli dövlət dəstəyi mexanizminin yaradılması
şəraitində mümkündür (cədvəl 2.12.).
Texnoparkların dəstəklənməsi tədbirləri selektiv xüsusiyyətə malik olmalıdır. Bu
tədbirlər dövlət və regional səviyyədə məqsədi, göstərilən nəticəni və ixtisaslaşdırılmış
texnoparkların inkişafının əsas göstəricilərini müəyyən edən uyğun proqramların qəbul
edildikdə maksimal realizə edilir. Qərarın proqram üsulunun seçilməsinə əsas, bütün
səviyyədə aparılan dəyişikliklərin mərkəzləşmiş qaydada planlaşdırılması lazımdır.
Tədbirlərin həyata keçməsinə istiqamətlənmiş ehtiyatların istifadəsinə səmərəli
idarəetmə və nəzarət vacibdir. Belə proqramların üstünlüyü ondadır ki, onlar bir
tərəfdən dəqiq nəticələrə bağlanır, digər tərəfdən isə regional siyasətin əsas istiqamətini
həyata keçirir.
Cədvəl 2.12.
Texnoparkın yaradılması və fəaliyyəti üçün dövlət dəstəyi tədbirləri
Həyat dövrü
mərhələləri
İdarəetmə
səviyyələri
Yaradılması İnkişafı Stabillik Durğunluq
Respublika Normativ-hüquqi bazanın təkminləşməsi (Texnopark
iştirakçılarına kirayə hüququ ilə istehsal sahələrinin
ayrılması). Texnoparkın həyat dövrü mərhələlərində özəl-
dövlət əməkdaşılğının forma və şərtlərinin normativ
müəyyən edilməsi. Texnoparkların inkişaf proqramının
işlənməsi. Sahə inkişafının elmi-texniki siyasətinin
işlənməsi. Dövlət büdcəsindən parkların infrastrukturunun
inkişafının və binaların tikilməsinin dəstəklənməsi
(dəstəklənmə yolları: vergi güzəştlərinin, güzəştli
kreditlərin verilməsi, birbaşa subsidiyalar və s.) Yüksək
texnoloji məhsulların istehsalının inkişafı üzrə fundamental
və tətbiqi ETTKİ-nin inkişafı
Bəzi kredit xərclərinin
faizlərinin dövlət büdcəsindən
ödənilməsi üzrə
qanunvericiliyin işlənməsi;
a) məhsul və materiallar
b) texnoloji avadanlıq və ona
ehtiyat hissələri
Texnopark
müəssisələrinin
innovasiya və
investisya
fəaliyyətinin
stimullaşdırması
üzrə qanunverici
tədbirlərin işlənməsi
və təkminləşməsi
Stimullaşma xüsusiyyətli
vergi rejiminin qəbul edilməsi
(ETTKİ inkişafı).
Avadanlığın lizinqi üzrə
güzəştli maliyyələşmə. Yeni
istehsalın təşkili üzrə dövlət
dəstəyi tədbirlərinin
işlənməsi.
ETTKİ dövlət
subsidiyalarının və
müqavilələrinin təqdim
edilməsi.
Region Texnoparklara verilən xidmətlər üzrə məlumat bazalarının
yaradılması. Səhmlərin əvəzinə girov götürməyən xüsusi
ixtisaslaşdırılmış maliyyə müəssisələrinin açılması.
Texnoparkda innovasiya proseslərinin məqsədyönlü
dəstəklənməsi. Kiçik müəssisələrə ödənişsiz istehsal
sahələrinin verilməsi, hüquqi və maliyyə məsləhətlərinin
verilməsi. Texnoparkların gələcək inkişafını nəzərə alaraq
innovasiya mərkəzlərinin (texnoloji mərkəz, biznes-
inkubator, texnopark və s.), mühəndis və nəqliyyat
infrastrukturunun, yaşayış binalarının tikintisinin və s.
inkişafına dəstək. Texnoparklara məlumat-reklam dəstəyi.
Ayrıca götürülmüş müəssisə bazasında texnoparkların
elmi-metedoloji və normativ bazasının işlənməsi.
Yeni məhsula sifarişin
formalaşması. Texnoparkların
inkişafına büdcədən məqsədli
kreditlərin ayrılması. Büdcədən
məqsədli kreditlərin
ödənişlərinin bəzi hissələrinin
büdcə hesabına bağlanması.
Texnopark iştirakçıları arasında
stimullaşdırma tədbirlərinin
həyata keçməsi
(konfransların,seminar və s.
təşkili) Texnoparklar üçün
kadrların hazırlanması və
ixtisasların artırılması.
Əmlak vergisinə,
gəlir vergisinə,
kommunal
ödənişlərə güzəşt
məqsədli dövlət
proqramlarının
monitorinqi,
texnoparkların
layihələrinin daxil
edilməsi
Texnoparkların
ixtisaslaşdırılması sahələr
üzrə məqsədyönümlü inkişaf
proqramı. Güzəştli şərtlərlə
kreditlərin verilməsi. Yeni
növ yüksək texnoloji,
innovasiya məhsulunun
işlənməsi və mənimsənilməsi
üzrə subsidiyaların verilməsi.
Vencur investisiyası
Ümumilikdə, aparılan araşdırmalarda belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan
Respublikasında innovasiya infrastrukturunun bütün subyektlərinə (sənaye parkları,
texnoparklar, aqroparklar, sənaye məhəllələri və s.) dövlət dəstəyinin və güzəştlərərin şamil
edilməsi üçün bu subyektlər haqqında ümümi dövlət qanunvericiliyinin və innovasiya
fəaliyyəti ilə məşğul olan subyektləri əlaqələndirən qurumun olması məqsədəuyğun olardı.
Belə bir əlaqələndirici sisteminin olması innovasiya infrastrukturunun bütün subyektlərinin
fəaliyyət sahəsinə, yerləşməsinə və tərkibinə, istiqamətinə, eləcə də digər məsələlərə dair
mərkəzləşmiş qeydiyyatının və monitorinqinin aparılmasına, onlar haqqında məlumatların
daim yeniləməsinə, müəyyən edilmiş hallarda və qaydada dövlət və yerli özünü idarəetmə
orqanlarını, habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək, innovasiya
infrastrukturu subyektləri üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı
fəaliyyətinin səmərəliliyini artırmaq üçün vahid dövlət reyestrinin də yaradılması
məqsədəuyğundur (qanunvericilik layihələri əlavədə verilmişdir).
FƏSİL 3. AQROPARKLAR və ONLARIN İNKİŞAF MODELLƏRİ
Dünya iqtisadiyyatının sürətlə qloballaşması, eləcə də milli iqtisadiyyatın sürətlə
dünya iqtisadi sisteminə inteqrasiyası şəraitində həm beynəlxalq, həm regional, həm də
daxili bazarlarda istehsalçıların üzləşdiyi kəskin rəqabət aqrar sahədə, xüsusən də kənd
təsərrüfatında yeni texnologiyaların, informasiya–kommunikasiya texnologiyalarının,
müasir tələblərə uyğun idarəetmə və marketinq üsullarının tətbiqini, eləcə də modern
istehsal subyektlərinin yaradılmasını zəruri etmişdir.
Yaxın onillikdə Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda
karbohidrogen ehtiyatlarının ixracından asılılığı aradan qaldırmaq və iqtisadi artımın
lokomotivi kimi neftdənkənar sahələrin, xüsusilə də qeyri-neft sektorunun aparıcı bölməsi
hesab olunan aqrar-sənaye sektorunun inkişafını təmin etməkdir.
Hökumət qeyri-neft sektorunun inkişaf bazalarından biri kimi aqrar-sənaye sektoruna
daha böyük üstünlük verir. Ölkənin inkişafının əsas sütunlarından biri aqrar sektor hesab
olunur. İnnovativ iqtisadiyyatda aqrar sektorun modernləşdirilməsi başlıca prinsiplərdəndir.
Bu məqsədlə aqrar sektorun innovativ meyarlara uyğun qurulması, aqrar texnoparkların
(aqropark) yaradılması əsas hədəflərdən hesab olunur.
Məlum olduğu kimi, 90–cı illərin ortalarından başlanan aqrar islahatlar nəticəsində iri
ictimai kənd təsərrüfatı istehsalı subyektləri və dövlət mülkiyyətində olan emal müəssisələri
özəlləşdirildikdən sonra, demək olar ki, aqrar–sənaye kompleksində istehsal–emal zənciri
(dövrilik) pozulmuşdur. Nəticədə kənd təsərrüfatında fərdiçilik, xırda ailə təsərrüfatları
geniş yayılmış, regionlarda fəaliyyət göstərən emal müəssisələrinin isə əksəriyyəti müasir
tələblərə və rəqabətə tab gətirməyərək sıradan çıxmışlar. Beləliklə də istehsal sahələri ilə
emal sənayesi müəssisələri arasında kooperasiya əlaqələri zəifləmiş, müasir
texnologiyaların tətbiqi, marketinq, mütəxəssis və kadr hazırlığı, istehsalın idarə edilməsi
məsələləri dövrün tələblərindən geri qalmış, nəticədə mövcud olan istehsal resurslarından,
dövlət tərəfindən ayrılan külli miqdarda vəsaitlərdən istifadənin səmərəliliyi qənaətbəxş
səviyyədə olmamışdır.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar–sənaye
kompleksinin modernləşdirilməsi istiqamətində cənab Prezident tamamilə yeni yanaşma—
aqrar sahədə aqroparkların yaradılması konsepsiyasını irəli sürmüşdür. Aqrar–sənaye
kompleksində aqroparkların yaradılması konsepsiyası nəinki postsovet respublikaları,
hətta Avropa ölkələri üçün də yeni bir mexanizmdir. İndiyə kimi mövcud olan
təsərrüfatçılıq formaları dünyanın bir çox ölkələrində ərzaq təhlükəsizliyi sahəsində yaranan
problemləri həll etmək və çağırışlara cavab vermək üçün yetərli imkanlara malik olmadığına
görə, ölkə başçısının irəli sürdüyü bu konsepsiya Azərbaycanda həyata keçirildikdən sonra
digər ölkələr üçün də bir nümunə olacaqdır.
Aqropark dedikdə kənd təsərrüfatı istehsalının qeyri–kənd təsərrüfatı fəaliyyətləri ilə
bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və yaxud həmin fəaliyyətlərin
kombinasiyasıdır: yəni kənd təsərrüfatı məhsullarının istehsalı ilə emal proseslərinin,
aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və digər xidmətlərin vahid
məkanda, eyni istehsal ərazisində, elə bir tərzdə kombinasiyasıdır ki, həm xammal istehsalı,
həm də emal prosesləri yüksək rentabelli olsun, ətraf mühitin qorunması, torpaq və su
resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin olunsun, həm bitkiçiliyin, həm
də heyvandarlığın və bunlarla yanaşı emal sənayesinin inkişafı üçün möhkəm əsaslar
yaransın.
3.1 Aqroparklar haqqında ümumi məlumat
Aqropark nədir?
Aqropark–kənd təsərrüfatına aid olan və olmayan fəaliyyət sahələrinin sənaye
ekologiya prinsiplərinə bağlı olaraq bir araya gəlməsidir. Aqroparklarda kənd təsərrüffatə
fəaliyyətləri və istehsalı yüksək texnologiyadan istifadə etməklə və ətraf mühitə həssas
yanaşılmaqla aparılır.1Sənaye ekoloji anlayışı 1990-ci illərdə Yaponiyada meydana
gəlmişdir. Bu anlayış ekoloji prinsiplərinin sənaye səviyyəsində tətbiqini izah edən praktik
bir anlayışdır və maddə, enerji və istehsal anlayışlarını özündə birləşdirir.
Aqroparklar ətraf mühitə uyğun, çətin iqlim şərtlərinə qarşı dözümlü, davamlı
infrastruktur istifadə olunan və müasir istifadə qaydaları ilə işləyə biləcək bir şəkildə
qurulur. Bu isə davamlı inkişafın 3 əsas prinsipi olan planet, insan və mənfəət (PPP– Planet
People Profit) hallarını təmsil edən planlaşdırma formasıdır. Aqroparkların əsas məqsədi
planet, insan və mənfəət məqsədlərini bir nöqtədə birləşdirməkdir. Planetin marağı enerji
və maddə çevrilməsinə diqqət etməkdir. İnsanın əsas hədəfi təkcə texnoloji sistemlərə deyil,
təhsil, məlumat, təşkilat, idarəetmə və münasibətləri diqqət mərkəzində saxlamaqdır.
Mənfəət isə bütünləşmiş bir şəkildə istehsal xərclərinin azaldılması və keyfiyyətin idarə
edilməsi ilə yaxşı gəlir əldə etməkdir (P.Smeets, M.Mansfeld, C.Zhang, R.O.Loohuis 2007).
Aqropark anlayışı yeni bir anlayış olmaqla yanaşı, 2000-ci illərdə kənd təsərrüfatında
müasirliyə dəstək olmaq üçün bir metod kimi meydana çıxmışdır. Aqroparklar Hindistan,
Hollandiya və Çində geniş inkişaf etmişdir.
“Aqropark”ın dünya ədəbiyyatında “Kənd təsərrüfatı İstehsal Parkı”, “Kənd
Təsərrüfatı İdarəetmə Parkı”, “Kənd Təsərrüfatı Kompleksi” və ya “Kənd Təsərrüfatı
Sənaye Parkı” adlarına da rast gəlinir.
Aqroparklar nə üçün lazımdır?
Dünyada zaman keçdikcə get-gedə cəmiyyət şəhərləşməkdədir. Yaxın bir zamanda
şəhərdə yaşayan insanların sayı ümumi sayın 50%-dən çoxunu təşkil edəcək. Bu dəyişmə
dövründə insanlar həmişə əlverişli kənd təsərrüfatı torpaqlarına sahib olublar. Bu səbəblə də
bu əlverişli torpaqlar həmişə yüksək qiymətə, iqtisadi artıma və ticari dəyərə malik olub.
Beləcə get-gedə şəhərləşən mövcud kənd təsərrüfatı sahələrinin əlverişini artırmaq və
keyfiyyətli kənd təsərrüfatı məhsullarına olan tələbi ödəyə bilmək üçün yeni bir strategiyaya
ehtiyac yaranmışdır.
Lakin müasir dövrdə bunları həyata keçirməyə mane olan bəzi faktorlar var. Əlverişli
istifadəyə yararlı yerlərin olmaması, kənd-şəhər münasibətlərinin şəhərin daimi təzyiqi
nəticəsində dəyişməsi, iqlim dəyişmələri nəticəsində su istifadəsinin dəyişməsi bu mane
olan faktorlara misal ola bilər.
Metropoliten kənd təsərrüfat bu çətinliklərin kənd təsərrüfatı ilə bağlı hissəsini az da
olsa azalda bilər. Metropoliten kənd təsərrüfatını ənənəvi kənd təsərrüfatdan ayrı olan kənd-
şəhər fəaliyyətlərinin şəhərlərin böyümə sahələrində bir yerdə birləşdiyi təsərrüfat
formasıdır. Bu təsərrüaft kənd-şəhər münasibətləri arasında tarazlıq yaradır, eyni zamanda
onlar arasındakı iqtisadi və sosial fərqləri aradan qaldırır (P.Smeets, M.Mansfeld,
C.Zhang, R.O.Loohuis 2007, p21).
Təzə məhsullar sata bilmək üçün qurulan yerlər xüsusi strateji əhəmiyyətə malikdir.
Çünki istehlakçının yüksək keyfiyyətli məhsul, inkişaf etmiş istehsal metodları tələb etməsi
istehsalçıları sağlamlıq, etik və keyfiyyətə nəzarət məsələlərində rəqabətə cəlb etmişdir.
Nəticə olaraq inkişaf etmiş ölkələrdə öz-özünü təmin edən və texnoloji cəhətdən müasirliyə,
yeniliyə açıq olan davamlı təsərrüfata qarşı böyük bir ehtiyac var (P.Smeets, M.Mansfeld,
C.Zhang, R.O.Loohuis 2007, p6). Buna görə də aqroparklar istehsal, satış, yenilik, reklam
və sağlamlıq baxımından əlverişli olacaq və bu ehtiyacları ödəyəcək quruluşlardır.
Yaranması
Aqroparkların yaradılması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət
qabiliyyətli aqrar və aqrar-sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu
sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və
əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi daşıyır.
Aqroparkların məqsədləri
Yüksək keyfiyyətdə müasir və sağlam məhsulların əldə edilməsi
Məhsullarda standartlaşma
Kənd təsərrüfatı məhsullarının nümayiş etdirilməsi
Fərqli fəaliyyətlər arasında təhsil və məlumat mübadiləsi
Kənd təsərrüaftı turizminə insanların cəlb edilməsi
İnsanlara təbii şəraitlərdə vaxt keçirmə imkanının verilməsi
Məhdud sahələri əlverişli şəkildə istifadə etmək
Təkrar çevrilmə (emal) ilə sərfəli enerji istifadəsi
Suyun təmizlənməsi və çənlərə yığılması ilə sərfəli su istifadəsi
Nəqliyyat xərclərinin ən aşağı səviyyəyə endirilməsi.
Aqroparklar eyni zamanda marketinqə malik, istehsal edilmiş məhsulların bazarı
olacaq: Bu baxımdan aqroparkların yaradılmasına təhsil müəssisələrinin cəlb edilməsi
vacibdir. Əhəmiyyətli məqamlardan biri də, aqroparkların innovativ məhsul istehsalını
həyata keçirən qurum olması və burada ixtisaslı kadrlara ehtiyacın yaranmasıdır. Kadr
olmadığı halda aqroparkların yaradılmasına da ehtiyac yoxdur. Ona görə ki, aqroparkların
yaradılmasında məqsəd elmi bilgini fermerlərə, kəndlilərə ötürməkdən, yeni texnologiyanı
tətbiq edib onları maarifləndirməkdən ibarətdir. Deməli, aqroparklar bir növ elmlə bağlı
sahədir. Hazırkı vəziyyətdə aqroparkların Gəncə və Lənkəran şəhərlərində yaradılması daha
məqsədə uyğun hesab edilir. Çünki hazırda yalnız bu ərazilərdə aqroparkların yaradılması
imkanları var. Gəncə və Lənkəran Dövlət Universitetlərində aqrar sahə üzrə kadrların
hazırlanması da burada aqroparkların yaradılması üçün əsas səbəblərdən biridir.
Müasir texnologiyaların və informasiya–kommunikasiya texnologiyalarının kənd
təsərrüfatına gətirilməsi və kənd təsərrüfatında istehsal münasibətlərinin modernləşdirilməsi
üçün hazırda sahədə mövcud olan fərdiçilik tendensiyasının aradan qaldırılması, beləliklə də
xırda ailə–kəndli təsərrüfatlarının təmərküzləşməsi yolları araşdırılmalı, habelə fermerlərin
kooperasiya əlaqələrinin genişləndirilməsi, əmək bölgüsü, regionlar üzrə ixtisaslaşma
prinsiplərinin yer almasına əsaslar yaradan və bu prosesləri stimullaşdıran normativ hüquqi
baza yaradılmalıdır. Bunun üçün ərzağa dair qanunvericilik təkmilləşdirilərək Avropa
İttifaqının qanunvericiliyinə, standartlar isə beynəlxalq tələblərə uyğunlaşdırılmalı, ərzaq
məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin idarə edilməsi, ərzağa dövlət nəzarəti
qaydaları müasirləşdirilməlidir. Həmçinin fermerlərin məlumatlandırılması və
təlimləndirilməsi sistemi yenidən qurulmalı, fermerlər üçün təlim kursları təşkil edilməli,
informasiya, təlimat–təşviqat materialları hazırlanaraq yayılmalıdır. Bu yöndə kütləvi
informasiya vasitələrinin olduqca böyük rolu var və bundan bəhrələnmək vacibdir.
İlk dəfə olaraq respublika Prezidenti tərəfindən irəliyə sürülən aqropark konsepsiyası
yeni bir yanaşmadır və cənab Prezidentin qeyd etdiyi kimi, bu sahədə layihə təklifləri
hazırlanarkən ciddi tədqiqatlar aparılmalıdır. Bununla əlaqədar hər hansı bir xarici ölkədə
qabaqcıl təcrübə varsa öyrənilməli, texniki–iqtisadi üstünlükləri əsaslandırılmaqla onların
yaradılması haqqında yekun fikir söylənilməlidir. Belə böyük və ciddi, külli miqdarda vəsait
tələb edən layihələrin reallaşdırılması üçün yaradılması nəzərdə tutulan hər bir aqropark
üzrə hərtərəfli hesablamalar aparılmalı, onun iqtisadi və praktiki səmərəliliyi
dəqiqləşdirilməlidir. Məlum məsələdir ki, aqroparkların yaradılması ancaq və ancaq özəl
əsaslarla həyata keçirilməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, burada dövlət ancaq
müxtəlif vasitələr və yollarla özəl aqroparkların yaradılmasına dəstək verə və onları
istiqamətləndirə bilər.
Aqroparklar mürəkkəb istehsal vahidləridir. Ona görə də onların forması, həcmi və
əhatə dairəsi hesablamalar əsasında elə seçilməlidir ki, yaradılacaq hər bir aqropark həm
iqtisadi, həm də praktiki cəhətdən rəqabətqabiliyyətli olsun, davamlı olaraq inkişaf etsin və
yüksək səmərəliliyi ilə seçilsin. Ancaq belə olduğu halda respublika Prezidentinin bu məsələ
ilə əlaqədar qarşıya qoyduğu tapşırıqların uğurla icra olunduğuna və aqroparkların ölkənin
ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacağına əmin olmaq olar.
Aqrar parkların yaradılması ilə qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi
əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının emalına xüsusi
diqqət yetiriləcək, mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi
nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrin yaradılması istiqamətində
kompleks tədbirlər həyata keçiriləcək. Yeni strategiyaya uyğun olaraq, elm və istehsal
arasındakı əlaqələr gücləndiriləcək, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq
olaraq aparılması üçün zəruri mexanizmlər yaradılacaq.
Hədəfləri Aqroparklar kənd təsərrüfatının, emal və aqrar sənayenin tamamilə yenidən
qurulmasını əhatə edir. Aqrar sektorun sahibkarlıq potensialının inkişaf etdirilməsi və yeni
fəaliyyət növlərinin və məhsullarının inkişafına əlverişli mühitin formalaşdırılması ilə
yanaşı, qabaqcıl texnologiyaların tətbiqi və mənimsənilməsi istiqamətində tədbirlərin
gücləndirilməsi, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün
texnoparkların və innovasiya zonalarının yaradılması da nəzərdə tutulur.
Aqroparkların əsas hədəflərindən biri ərzaq təhlükəsizliyi ilə bağlı daha güclü
mexanizmlərin tətbiqinın həyata keçirilməsidir. Respublikamızda ərzaq təhlükəsizliyi
sahəsində beynəlxalq standartların qəbul edilməsi və yeni milli standartların inkişaf
etdirilməsi nəzərdə tutulur. Bunun üçün dövlət proqramına daxil olan meyarlara uyğun
tədbirlər görüləcək, özəl qurumların təşəbbüsü ilə ərzaq təminatının gücləndirilməsinə dair
mikrolayihələr həyata keçiriləcək. Məqsəd Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən
və xüsusilə də aqrar biznesdə rəqabətin artırılmasına, ərzaq məhsullarının keyfiyyət və
təhlükəsizlik standartlarına cavab verməsinə şərait yaratmaq, yeni məhsulların istehsalını və
bazar əlaqələrini inkişaf etdirmək, mülkiyyətçilərin maliyyə xidmətlərinə çıxışını
artırmaqdır.
Üstünlükləri
Müasir dövrdə aqroparklar bir sıra səbəblərə görə digər təsərrüfatçılq formalarına
nəzərən üstünlüklərə malikdir:
- aqroparklarda istehsal–emal–logistika–marketinq qapalı zənciri yaranır və qurumun
hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında çalışır ki,
nəticədə ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə müəssisənin
rəqabətə davamlılıq qabiliyyəti təmin olunur;
- müasir texnika və texnologiyaların,informasiya–kommunikasiya texnologiyalarının
tətbiqi üçün şərait yaranır, texnikalardan istifadə əmsalı yüksək olur, ortaq xərclər
minimuma endirilir;
- nəqliyyat xərcləri və enerji sərfi azalır;
- kənd ərazilərinin inkişafına, kənd yerlərində informasiya–kommunikasiya
texnologiyalarının genişlənməsinə şərait yaranır;
- ətraf mühitin qorunması, su və torpaq resurslarından səmərəli istifadə və onların
mühafizəsi təmin edilir;
- peşəkar kadrlara tələbat yaratmaqla kənd təəsrrüfatı və ərzaq sənayesi üzrə kadr
hazırlığı stimullaşdırılır;
- heyvanların bəslənmə şəraitini mexanikləşdirməklə və saxlanma yerlərini
genişləndirərək onların sərbəst hərəkət imkanlarını artırmaqla intensiv heyvandarlıq
praktikasına əməl edilir;
- ehtimal olunan hər hansı bir xəstəliyin yayılması məhdudlaşdırılır;
- istehsalçılarla istehlakçılar arasında olan boşluq üzərindən “körpü” salınır;
- iqtisadi və sosial fayda yuksək olur və beləliklə də urbanizasiyanın azaldılmasına
dəstək verilir.
Göründüyü kimi, aqroparklar ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişaf etdirilməsi
ilə əlaqədar müasir zamanda qarşıda duran bir sıra problemlərin həlli üçün modern
təsərrüfatçılıq mexanizmidir və əbəs deyildir ki, cənab Prezident belə qurumların
yaradılması istiqamətində tapşırıqlar vermişdir.
Aqroparkların faydaları
Aqroparklar kənd təsərrüfatı islahatı və inkişaf sahəsində çoxlu fürsətlər verir. Eyni
bir məkanda müxtəlif funksiyaların bir yerdə birləşməsi aqroparkların ən mühüm
xüsusiyyətidir. Təcrübədə isə bu birləşmələr kənd təsərrüfatına aid olan və olmayan
fəaliyyətlərin fərqli kombinasiyalarını yaradır. Burada 8 növü fərqləndirmək olar:
3.2. İnnovativ kənd təsərrüfatı fəaliyyətləri və yüksək məhsul keyfiyyəti
Aqro sahədə elmi tədqiqatlarla məşğul olan müəssisələrdə innovativ kənd təsərrüaftı
fəaliyyəti ilə bağlı tədqiqatlar aparılır. Bu tədqiqatlar istər mənbələrin əlverişli istifadə
edilməsi, istər marketinq, istərsə dəkeyfiyyətli istehsal haqqında ola bilər. Nəticədə su,
enerji və maddə istifadəsini ən aza endirəcək metod və üsullar inkişaf etdirilir. Bütövlükdə
isə parkda məhsul və təhlükəsizlik nəzarəti aparılacağı üçün məhsulun keyfiyyəti yüksək
olacaq. Parkın bütün məhsulları tək bir marka altında satışa buraxılacaq. Tətbiqetmə və
nümayiş mərkəzində məhsulların necə əldə edildiyinin göstərilməsi ilə bu məhsulların
yüksək keyfiyyət şəkli də güclənəcək. Məhsulun keyfiyyət nəzarəti və təhlükəsizlik
sertifikatı həm idxal edilən, həm də ixrac edilən məhsullar üçün istifadə olunur.
- Xaricə çıxış (inteqrasiya)
Beynəlxalq kənd təsərrüaftı aqroparklarının verdiyi imkanlar ilə qida sektorundakı iş
adamlarını özünə cəlb edə bilir. İş adamları, ixtisaslaşmış xidmət təminatçılar, reklamçılar,
vəkillər, mühasiblər ilə birgə münasibətlər ticarəti hərəkətli etməklə parkı istehsalçılar
tərəfindən dünyaya açılan bir qapı halına gətirir. Aqroparklarda markalaşdırma və aktiv
marketinq təşkil olunacağı üçün məhsulların ixracatı daha asanlaşır.
- Geri çevrilmə (dönmə)
Bir çox kənd təsərrüfatı fəaliyyətləri bir araya gələrək yeni bir dövrə; yeni bir
ekosistem yaradıla bilər. Bu fərqli fəaliyyətlərin tullantıları və məhsulları təkrar emalla, geri
çevrilmə ilə istifadə oluna bilər. Bu həm sahəyə, həm enerjiyə qənaət etmək, həm də ətraf
mühitə veriləcək zərəri azaltmaq deməkdir. Bu geri çevrilmə həm kiçik, həm də böyük
ölçülü aqroparklarda istifadə oluna bilər. Böyük ölçülü aqroparklarda daha yetərli miqdarda
investisiya qayıdışı mövcuddur. Həmçinin, böyük ölçülü parklardakı kənd təsərrüfatı
fəaliyyəti sənaye fəaliyyətləri ilə eyni məkanda mövcud ola bilər və bəzi əlaqələrin daha tez
qurulmasını təmin edə bilər (istilik, enerji və s.).
- Nəqliyyat ehtiyaclarının azaldılması
Məkanda bir yerdə yerləşmənin verdiyi digər bir üstünlük isə nəqliyyat xərclərinin az
olmasıdır. Bir neçə min km-ə qədər uzanan ağır daşımaların 40%-i məhsulların istehsal,
emal, paketlənmə və paylanması üçün istifadə oluna bilər. Aqroparklar lazımsız nəqliyyat
xərclərini mühüm bir miqdarda azaldır. Xüsusilə, əgər park sahəsi yaxşı seçilmiş olarsa,
limana , əsas magistral xətlərinə və ya dəmiryol xəttinə yaxın olması əhəmiyyətli dərəcədə
xam maddələrin və məhsulların çatdırılmasını asanlaşdırır.
- Çöllərin qorunması
Bir çox kənd təsərrüfatı fəaliyyətləri hər nə qədər sənayeləşmiş olsa belə, bu sahələrin
çoxu çöllük ərazilərdə yerləşir. Bu cür çöllük ərazilər təsərrüfatın sənayeləşdiyi ərazilərə
çevrilən zaman təbiət, istirahət arxa planda qalır. Aqroparklar isə ətraf mühitə qarşı daha
həssas olduğu üçün əlverişliliyin yüksək olduğu şəhər sahələrində qurula bilər. Çöllük
ərazilər isə yenə də təbiət, istirahət kimi başqa fəaliyyətlər üçün istifadə oluna bilər.
- Heyvanlar üçün yaşam şəraitinin təşkil edilməsi
Yaxşı təşkil olunmuş bir aqropark heyvanlar üçün bir çox fermalardan daha çox
hərəkət sərbəstliyi, daha çox gün işığı və daha yaxşı təbii şərtlər təmin edir. Heyvanların bir
yerdən başqa yerə köçürülməsi onlar üçün çox təhlükəlidir. Aqroparklar vasitəsi ilə daha
qapalı və öz-özünə yetərli bir sistem təşkil olunur. Heyvanlar burada doğulur, böyüyür və
onlardan məhsul alınır.
- Yoluxucu xəstəliklərin qarşısının alınması
Son zamanlar heyvanlarda yoluxucu xəstəliklər geniş yayılmış, nəticələri isə ağır
olmuşdu. Bunun əsas səbəbi isə bir çox fermaların bir-biri ilə əlaqəli olması idi. Aqroparklar
isə qapalı sistem olduğundan bura heç bir yad heyvan girə bilmir. Beləliklə, mikrobun
yayılma ehtimalı əhəmiyyətli dərəcədə azalır. Parkın içərisində isə heyvanlar cinslərinə görə
ayrı saxlanılır. Nəticədə xəstəlik olsa belə izolyasiya edilməsi və yaxşılaşdırılması daha asan
və tez olur.
- İstehsalçı və istehlakçı arasında körpü (əlaqə) olması
Hal-hazırda mövcud təsərrüfat fəaliyyətləri istehlakçıdan kənarda həyata keçirilir.
Buna görə istehlakçı bu prosesdən xəbərdar olmur. Aqroparklar istehsalçı ilə istehlakçı
arasındakı bu əlaqəsizliyi aradan qaldıra bilər. İstehlakçı məhsulun necə istehsal edildiyini
və haradan alındığını daha dəqiq bilir. Beləliklə, aqroparklarda sadəcə burada istehsal
olunan məhsullara yadda qalan marka verilir. Xüsusilə, uşaqlar və yaşlılar üçün istehsal
edilən xüsusi məhsullar daha çox nəzarət olunan aqroparklarda istehsal oluna bilər. Daha
yaxşı bir dizayn ilə aqroparklar həm xüsusiləşmiş hissələri olan, həm də diqqət çəkici bir
şəkildə qurula bilər.
Aqroparkların əsas Planlaşdırma Strategiyasi
Əsas planlaşdırma strategiyası fərqli fəaliyyətlərin ən yaxşı şəkildə bir yerdə
birləşməsini təmin edir. Bununla yanaşı, aqroparklar çox böyük ölçülü parklar olaraq, ya da
sadəcə təsərrüfat üçün istifadə olunan parklar şəklində mövcud ola bilər.
Aqroparkların qurulmasında 2 əsas fərqli istiqamət (yanaşma) istifadə oluna bilər.
Birinci yanaşmada ən mühüm cəhət texnoloji cəhətdən tərəfdaşların tullantı və məhsulları
ən yaxşı şəkildə dövriyyəli olaraq istifadə edə bilmələrini təmin etməkdir. İkinci yanaşmada
regional vəziyyətlər və inkişaf strategiyası quruluşda vacib faktor hesab olunur. Mühüm
olan isə bu 2 yanaşma arasında balansı qurmaq və əlverişli bir quruluş yaratmaqdır. Yəni
bir tərəfdən fəaliyyətlərarası ən yaxşı kombinasiyaları təmin edərkən, digər tərəfdən mövcud
infrastrukturları ən yaxşı şəkildə yerləşdirmək də vacibdir. Eyni zamanda iştirakçıların da
fikirləri nəzərə alınmalıdır.
Aqroparklarda görünən və görünməyən quruluşlar mövcuddur. Görünməyən
quruluşlar funksiyaların birləşməsidir. Bir fəaliyyətin digər fəaliyyətə mane olmadan
qurulmasıdır. Görünən quruluşlar isə parkların özüdür. Bu quruluşların əsas məqsədi
mənfəətli şəkildə birləşmək, yəni iqtisadi, sosial və ekoloji cəhətdən mənfəətli fəaliyyətlər
qurmaqdır.
Maraqli tərəfdaşların rolları
Sənayedən ticarətə, dövlət qurumlarından sosial təşkilatlara kimi fərqli dünya
görüşünə malik tərəfdaşların bir yerdə çalışması və parkın yaradılmasında aktiv rol
oynamaları vacibdir. Hər bir tərəfdaşın bu inkişafda ayrı bir rolu var.
İctimai (dövlət) qurumlar
İctimai qurumlar aqroparkların inkişafında çox mühüm bir faktordur. Xüsusilə, sosial
xüsusiyyətlərə sahib qərarlara nəzarət etməkdə və yerli qərar və qanunlar ilə bağlı əsas
amildir. Aqroparklara dəstək olmaq və uyğun şəraitin yaradılması üçün ictimai qurumların
aşağıdakı vəzifələri yerinə yetirməsi vacibdir:
1. İlk növbədə kənd təsərrüfatı sektoru əsas tutularaq qaydalar, əsas amillər və
qərarlarla bağlı sosial müzakirələr aparmaq lazımdır. Bu müzakirələrə istehsala
birbaşa qoşulan tərəfdaşlarla bərabər xalqın və sosial təşkilatların da qoşulması
vacibdir.
2. İctimaiyyətin fərqli qurumlarının uyğun kənd təsərrüfatı istehsal parkını yaratması
üçün ortaq bir baxış nöqtəsi tapılmasını təşkil etmək lazımdır.
3. Bu ortaq görüş açıq bir şəkildə yerli siyasətdə və qanunlarda da əks etdirilməlidir.
4. Aqroparkların elmi institutlar vasitəsilə inkişaf etdirilməsinə təkan vermək,
aqroparklara əsas dəstək olan qurumları müəyyən etmək və bura yeni şirkət
qruplarının qoşulmasını təmin etmək lazımdır.
Təşəbbüskarlar (Özəl sektor)
Kənd təsərrüfatı istehsal parkları investorların ortaq şəkildə birliyidir. Bu şirkətlərdən
biri daha önə çıxır və əsas əmrləri verir. Parkı qura bilmək üçün əsas məqamlardan biri
investorların təkanverici və aktiv olmasıdır. Bu təşəbbüskarlar həm ticarət, həm də sənaye
xarakterli ola bilər.
1. Parkın şirkətləri öz potensiallarını tədqiqat (kəşf) məqsədli istifadə edə bilmək üçün
çalışmalara qabaqcıl və ya təşəbbüskar kimi qoşulmalı və burada öz potensial
ortaqlarını tapmalıdırlar.
2. Digər şirkətlər ilə geri çevrilmə və ortaq mexanizmlər üçün öz aralarında şəbəkələr
qurmalıdırlar.
Elmi institutlar
Aqroparkların əsas xüsusiyyəti texnoloji, idarəedici və təşkilati məsələlərə dair
yeniliklərə təkan verməkdir. Elmi institutlar bu müasir anlayışlar üçün mühüm bir tutuma
malikdir. Burada əsas çətinlik texnoloji, yerli idarəedici məsələlərə dair fikirləri,
məlumatları bir yerə toplamağı bacarmaqdır. Bunun elmi institutlar və tərəfdşlarla birlikdə
təmin edilməsi parkın bazarda daha çox tələb görməsini təmin edəcəkdir. Bu halda
institutlar aşağıdakıları etməlidirlər:
1. Ticarət və sənaye sahəsində güclü ortaqlar tapmaq və onların digər tərəfdaşlarla
ortaq Tədqiqat - İnkişaf etdirmə layihələri çərçivəsində işləməsini təmin etmək.
2. Tədqiqatçılar və tərəfdaşlar arasında ortaqlıq qurulmasını təmin etmək.
Sosial təşkilatlar
Ətraf mühiti qoruyanlar, qeyri-hökumət təşkilatları, istehlakçılar və heyvan
hüquqlarını qoruyanlar aqroparklar üçün xüsusi qurucu faktorlardır. Müxtəlif
dünyagörüşlərini təmsil etdikləri üçün parkın sosial tənqidlərə qarşı dura bilməsinə dəstək
olur. Ən mühüm rolları isə cəmiyyəti məlumatlandırmaqdır. Nəticə olaraq onlar parkın
sosial inkişafında aktiv rol oynayırlar.
Kənd Təsərrüfatı Nazirliyi ilə Ətraf Mühit (Ekologiya) və Meşə Nazirliyi
Sistemin qarışıqlığı və sosial müzakirələrin olması nəzərə alınaraq hökumətin təşviq
edici rol oynaması vacibdir. Dövlətin aqroparklarla bağlı sosial müzakirələri davam
etdirməsi ilə eyni zamanda təcrübə edərək öyrənmə, texniki-iqtisadi əsaslandırma işləri,
rəhbər və məlumat paylanması mövzularında da fürsətlər yaratması vacibdir. Bu sahədəki
sistem yenilikləri təsərrüfat istehsal sistemi üçün imkanları təmin etməlidir. Buna isə Kənd
Təsərrüfatı Nazirliyi ilə Ətraf Mühit və Meşə Nazirliyinin başçılıq etməsi məsləhət görülür.
Bununla bağlı aşağıdakı işlər görülməlidir:
1. Aqroparklarla bağlı qanunlara uyğun qərar və seçim etmək üçün aparılan sosial
müzakirələrə başçılıq etmək. Bu isə qərarların xeyir və zərərlərini sağlamlıq, təbiət,
bioloji müxtəliflik, məşğulluq baxımından araşdırılmasını, bu qərarların verə
biləcəyi risklərin düşünülməsini vacib edir.
2. Digər nazirliklər ilə aqroparklar yenilənmə layihəsini ticarət və sənaye qurumları,
elmi institutlar, sosial təşkilatlar ilə həyata keçirmək üçün ortaq çalışmalar
aparılmalıdır. Proqrama eyni zamanda parkın uğur və uğursuzluqlarını təyin edəcək
analizlər də daxildir. Bu analiz tərəfdaşların bir yerə toplanması və görüş təşkil
edilməsi ilə aparılmalıdır.
Bu işlərin həyata keçirilməsi üçün vasitəçi təşkilatların köməyindən istifadə oluna
bilər. Bu ikili gedişat (müzakirə və yenilik) siyasətçilərin və dövlətin kənd təsərrüfatı
sektoru ilə bağlı qərar vermələrinə hec bir təsir etmir.
3.3. Aqroparkların qurulması
1. Başlanğıc
Parkın qurulmasında rol oynayacaq universitet, dövlət bağlı və ya özəl qurum və
şirkətlərin fikirlərini dəyərləndirmək ikinci mühüm addımdır. Burada əsas olan ortaq bir
fikir formalaşdırmaqdır. Ortaq fikir yarandıqdan sonra münasibətlər əsas tutularaq baş
verəcək bu proses 3 əsas mərhələdən ibarətdir:
- İşçi planı hazırlamaq
- Tətbiq etmə (əsas infrastrukturun qurulması, ilk investisiyaların alınması)
- Əməliyyat
(i) Əsas (işçi) Plan:
Zaman və iştirakçılar
Planın qurulması da müəyyən bir çalışma müddəti tələb edir. Ən önəmli nöqtə isə
təşəbbüskar, dövlətə bağlı və elmi ortaqlar bu müddət ərzində prosesin hər bir addımına
təsir edəcək bir şəkildə iştirak etməlidirlər. Planlaşdırma müddətində bir çox mütəxəssislər
tapılmalıdır. Mütəxəssislərin kənd təsərrüfatı, istehsal, ətraf mühit, şəhər və bölgə
planlaşdırma, dizayn, kommunikasiya və biznes kimi bir çox sahələrdən olması vacibdir.
Planı yazmağa başlamadan öncə strategiyanı müəyyən edərkən SWOT analizin
aparılması məqsədəuyğundur.
Yer seçimi və münasibətlər
Park qurularkən nəzərdə tutulmalı olan digər bir mühüm amil də parkın 4 əsas
əlaqəsidir. Bunlar beynəlxalq, milli(ölkə daxili)regional və şəhərlə olan əlaqələrdir.
Beynəlxalq əlaqələr; marketinq, ixracat, reklam və elmə əsaslanır. Milli (ölkə
daxili)əlaqələr; kənd təsərrüfatı istehsalı, standartlar və təhsilə əsaslanır. Regional əlaqələr;
nəqliyyat, infrastruktur və region əlaqələrinə əsaslanır. Xüsusilə, şəhər və region əlaqələrinə
baxdığımızda aqroparklar qurulduqdan sonra park ətrafında nüfus sayının artmasını,
şəhərləşmə və sənayeləşməni də nəzərə almaq lazımdır.
Aqroparkların qurulacağı yer seçildikdən sonra bu bölgənin və ya şəhərin mövcud və
tövsiyə edilən təsərrüfat fəaliyyətlərini araşdırmaq lazımdır. Çünki aqroparklar təkcə kənd
təsərrüfatı ilə məşğul olan sənaye sahəsi deyil. O eyni zamanda regional inkişafın da
mərkəzini təşkil edir. Buna görə də diqqəti təkcə ya təsərrüfata, ya da sənaye istehsalına
yönəltmək olmaz. Eyni zamanda seçilən sahələrdə bu yeni fəaliyyətlərin necə aparılacağını
nəzərə almaq lazımdır.
Sahələr aşağıdakı kriteriyalar nəzərdə tutularaq tədqiq edilməlidir.
Topoqrafiya:
Seçiləcək sahə çoxmaili və ya kələ-kötür olmamalıdır. Mailliliyin 20 dərəcədən çox
olması məsləhət deyil.
Əlverişli sahənin böyüklüyü:
Dünyadakı aqropark modellərinə baxılan zaman onların ən az 50 ha böyüklüyündə
olduğu görünür. Ona görə də seçiləcək sahənin ölçüsünün ən az 50 ha olması tövsiyə edilir.
Nəqliyyat:
Əsas magistral yollarına, dəmiryolu xəttinə yaxın olması ilə yanaşı, eyni zamanda
beynəlxalq havalimanı və ya dəniz limanına yaxın yerlərdə aqroparkların qurulması
məsləhət görülür.
Torpağın keyfiyyəti:
Torpaq suyu uda biləcək yumşaqlıqda və məsaməli olmalıdır.
İnfrastruktur keyfiyyəti:
Rabitə, elektrik xətlərinə yaxın olmalıdır.
Su keyfiyyəti:
Park ərazisi mümkün qədər su mənbələrinə yaxın olmalıdır. Su mənbələrdən axan
suyun yavaş sürətlə axması və suyun yumşaq olması daha çox üstünlük təşkil edir. Suyun
duzluluq dərəcəsi isə becəriləcək məhsula görə dəyişə bilər. Buna görə də hər bir məhsul
üçün lazım olan torpaq tipi yer seçilərkən analiz aparılaraq tədqiq olunmalıdır.
İqlim:
Ərazi seçilərkən becəriləcək məhsulların yetişmə şərtlərinə uyğun əlverişli iqlimə
sahib ərazilər seçilməlidir. Müxtəlif məhsullar becəriləcək parklarda hər 4 fəslə də uyğun,
m2-ə düşən yağışın miqdarı yetərli olan ərazilər seçilməlidir.
Bölgədə təsərrüfatın xüsusiyyətləri:
Seçiləcək sahədə əvvəlcədən nə qədər təsərrüfat aparıldığı ilk əvvəl araşdırılmalı olan
mövzudur. Bu istər torpağın məhsuldarlığına, istərsə də torpaq, su, havada ola biləcək
zəhərli maddə miqdarına təsir edir.
Planlaşdırma
Əsas iş planı hazırlanarkən həm strateji, həm də sənaye planı nəzərə alınmalıdır.
Aqropark qurularkən nəzarət xarakterli planlaşdırma deyil inkişaf xarakterli
planlaşdırmadan istifadə olunmalıdır. Bunun səbəbi parkın planı qurulduqdan sonra onu
həyata keçirəcək təşəbbüskarların bura nə dərəcədə investisiya yatırması ilə bağlıdır. Əsas iş
planı qurulduqdan sonra onu bir kitabça şəklində investorlara göstərmək lazımdır. Müsbət
cavab alındıqdan sonra növbəti mərhələlərə keçmək olar. Yəni investorlara aqroparkların
mənfəəti artıracaq, riskləri azaldacaq və istehsalın davamlı və etibarlı olmasını təmin edəcək
bir qurum olduğunu planda göstərmək lazımdır.
(ii) Qiymətləndirmə sistemi
Qiymətləndirmə sistemi aqroparkların strateji keyfiyyətini əks etdirir. Strateji
keyfiyyət dedikdə, parkın kənd-şəhərarası tarazlığı təmin edə bilməsi, davamlı inkişafa qarşı
həssaslığı və ya yüksək keyfiyyətdə məhsul istehsal edə bilməsini təmin etməsi başa
düşülür. Qiymətləndirmə sistemi 3 hissədən ibarətdir:
Meyar və göstəricilər
Su infrastrukturu, ətraf mühit və fəaliyyətlərlə bağlı qanunlar
Məkanda yerləşmənin (məskunlaşmanın) struktur amilləri
Aqroparkın əlverişli bir şəkildə fəaliyyətini davam etdirə bilməsi üçün müstəqil bir
orqan tərəfindən ona uyğun qiymətləndirmə sisteminin qurulması lazımdır. Bu sistem fərqli
məqsədlərə cavab verir və zaman, qərar ilə bağlı yoxlamanı (nəzarəti) təmin edir.
Aqroparklarda davamlı təsərrüfat istehsalını təmin etmək üçün qiymətləndirmə sistemi
qurularkən uyğun vəziyyət, meyar və göstəricilər nəzərə alınmalıdır.
(iii) Yerli dizayn
Əsas işçi plan metropoliten təsərrüfat üçün davamlı inkişafa uyğun bütövləşmiş bir
dizayn, yüksək texnoloji infrastruktur və mənfəətli bir investisiya təmin etməlidir. Əsas plan
ənənəvi nəzarət yanaşmasından müasir inkişaf siyasətinə keçidi təmin etməlidir. Bunun
üçün bir tərəfdən sturktur elementləri və əsas dizayn qanunları, digər tərəfdən isə elastik
tətbiqetmə variantları nəzərə alınmalıdır.
Əsas dizayn elementlərinin bəziləri aşağıdakılardır:
- Sıxlığa görə regionlara ayırma
- əsas inkişaf xətti
- ekoloji şəbəkələr
- infrastruktur (nəqliyyat, su, elektrik, kanalizasiya və s.)
- fokus (mərkəzləşmə nöqtələri)
(iv) Aqroparkların əsas bölmələri və quruluşu
Aqroparklar əsasən aşağıdakı bölmələrdən ibarətdir:
Tətbiqetmə və Nümayiş Mərkəzi, Ticarət Mərkəzi, İdarəetmə Mərkəzi, Əsas
Əməliyyat Bölməsi, Sənaye İstehsal Bölməsi.
Tətbiqetmə və Təşviq Mərkəzi
Kənd təsərrüfatı istehsal parkı yüksək keyfiyyətdə məhsul əldə etməyi qarşısına
məqsəd qoyan davamlı təsərrüfatın necə işlədiyini göstərməyi planlaşdırır. Bu mərkəzə
aşağıdakı fəaliyyətlər daxildir:
Məhsulun keyfiyyət standartlarını və necə əldə edildiyini göstərmək
Əsas emal bölməsinin məhsuldarlığını artırmaq
Xəstəliklərin qarşısının necə alındığını göstərmək
Aqroparkların içində insanlar alış-veriş edə bilər və ya restoranlarda yemek yeyə bilər.
Tətbiqetmə və Təşviq Mərkəzi bu məqsədlə məhsulların yüksək keyfiyyət göstəricisini
gücləndirəcək.
Texnologiya Mərkəzi
- Texnoloji Transfer Mərkəzi
Yenilikçilərə (innovasiya) tədqiqat, patent məlumatı, maliyyə dəstəyi təmin etməyi,
şərikləri tapmağı, yeni məhsullarını marketə çıxarma imkanlarını araşdırmağı, istehsal və
xidmət məlumatlarını təqdim etməyi və universitet ilə əməkdaşlıq edə biləcək sahələri
müəyyən edərək firmalar və universitetlər arasında əməkdaşlıq yaratmağı təmin edir. Bu
mərkəz həmçinin texnologiyaya asan girişi də təmin edir.
- Texnoloji layihələrin idarəetmə elementləri
Bu bölmənin vəzifələri ekosənaye parkındakı firmalara milli və beynəlxalq
ortaqlıqlar tapmaq, layihələri planlaşdırmaq, qrafik təyin etmək və nəzarət etmək, istifadəçi
və satıcıları tənqid edən aralıq bölmələri idarə etmək, baş verən inkişaf və dəyişmələri
sistemləşdirərək tarazlamaq, məsləhət vermək, layihənin idarəetmə həllərini təmin etməkdir.
Tapılan həllər quruluşun ehtiyaclarına uyğunlaşdırılır. Yanaşma sənaye məlumatını,
funksional iş təcrübəsini şirkətlərin kritik tərəflərinə nəzarət etmək üçün kömək olaraq
təqdim edir.
- İnkubator Mərkəzi
Yeni quruluşların fəaliyyətə başlamasını katalizə edir. Bu yeni quruluşları inkişaf
etdirmə (yetişdirmə) və onlara dəstək olmaq bölməsidir. Gənc və yeni şirkətlərin özlərini
sürətlə istehsal, tədqiqat və məsləhət sahələrində inkişaf etdirmələri üçün imkanlar təqdim
edir. Yeni şirkətlər adətən maliyyə çatışmazlığına görə deyil, uyğun bazar məlumatları və
ixtisaslaşma əksikliyinə görə inkişaf edə bilməz. İnkubator sistemi ehtiyac yaranmış iqtisadi
dəstəyi təmin edəcək uyğun texnologiyalar və ixtisas bölməsidir və yeni şirkətlərin
performanslarına böyük dəstək olur. Park məlumatı yeni şirkətlərin bu məlumatı asan əldə
edə bilmələri və buradakı mənbələrdən istifadə edə bilmələri üçün lazımi professionallıqla
hazırlanmalıdır. İnkubator mərkəzində işləyənlərin ekosənaye parklarının strateji inkişafı,
təşkilati quruluşu, mühəndislik və sənaye əməliyyatları, büdcə, finans və idarəetmə
mövzularında yaxşı təhsil almaları lazımdır.
- Təhsil Mərkəzi
Bu yeni şirkətləri park haqqında məlumatlandırır. Sənaye üçün təhsil proqramları
hazırlayır. Parkdan kənarda olan şirkətlər üçün də məlumatlandırma proqramları hazırlayır.
- Tədqiqat (araşdırma)-inkişaf etdirmə (AR-GE) ofisləri isə firmalar üçün belə
tədqiqat fəaliyyətlərini davam etdirə biləcək ərazilərdir.
- Laboratoriya və Tədqiqat Mərkəzləri: Universitetin dəstəyi ilə firmaların öz
tədqiqatlarını apara biləcəyi sahələrin məsləhət bölməsinin yerləşdiyi mərkəzdir.
Beləliklə, davamlı təsərrüfat üçün məlumat istehsalı, sənaye ekoloji təşkilatçılıq,
ətraf mühitə qarşı həssalıq kimi imkanları təmin edir.
Ticarət Mərkəzi
Aqroparkın 2-ci əsas istiqaməti ticarətlə əlaqəli olmasıdır. Ticarət mərkəzinin 2 əsas
funksiyası var:
1. İş mərkəzi: iş adamları və tacirlər burada görüşür.
2. Ticarət mərkəzi: məhsul, xidmət və elm alqı-satqısı burada həyata keçirilir.
- Ticarət mərkəzi ilə tətbiqetmə və nümayiş mərkəzi tədqiqat, elm, ünsiyyət və
təhsil fəaliyyətlərini bölüşə bilmələri üçün yaxından bir-biri ilə əlaqəli olmalıdır.
- Ticarət mərkəzi təmin etdikləri imkanlar ilə beynəlxalq kənd təsərrüfatı qida
sektorundakı iş adamlarının diqqətini özünə çəkəcək.
- Ticarət mərkəzində park ilə dünya arasında qurulmuş bir məlumat və əlaqə
mərkəzi olacaqdır.
- Ticarət mərkəzində otel, restoran və pərakəndə satış da mövcud ola bilər.
- Satılan məhsullar son və ya aralıq məhsullar ola bilər. Bütün istehsal zənciri
məhsullarının parkda satışa təqdim edilməsi qarışıq market şəraitindən daha
əlverişli olacaq.
- Ticarət sadəcə məhsul satışından ibarət deyil. Bununla yanaşı
məhsullarla bağlı məlumatlar
davamlı bir şəraitdə necə istehsal aparılması ilə bağlı məlumatlar
tullantılar və biokütlə də satışa təqdim oluna bilər.
- Ticarət mərkəzində markalaşdırma və aktiv marketinq də təşkil oluna bilər.
- Məhsul keyfiyyəti və təhlükəsizlik sertifikasiyası da burada aparıla bilər. Bu həm
idxal, həm də ixrac edilən məhsullar üçün tətəbiq edilə bilər.
Əsas əməliyyat bölməsi
Sadəcə bir təsərrüfat fəaliyyətindən ibarət kiçik ölçülü geri çevrilmə zənciri texnoloji
baxımdan imkansız və iqtisadi baxımdan çox bahalıdır. Bir neçə böyük ölçülü təsərrüaft
fəaliyyətini bir yerə gətirmək geri çevrilməni daha əhəmiyyətli edir. Yəni əsas əməliyyat
bölməsi böyük ölçülü təsərrüaft fəaliyyəti və təsərrüaft-sənaye fəaliyyətləri ilə
birləşdirilməlidir.
Geri çevrilmə ilə həm tullantı, həm də nəqliyyat problemi azaldıla bilər. Belə ki, bu
bölmə vasitəsilə tullantıların təkrar emalı və təsərrüfatın davamlılığı təmin edilir.
Əsas əməliyyat bölməsinin fəaliyyət istiqamətləri bunlardır:
Bioqaz istehsalı (gübrə və ya bioloji tullantıların yandırılması yolu ilə)
Bioqazdan istilik və enerji əldə edilməsi
Su təmizlənməsi və yığılması
Üzvi gübrə və torpaq zənginləşdirici maddələr istehsal etmək
CO2 çevrilməsini təmin etmək.
Əsas əməliyyat bölməsi parkdan kənardakı təşkilatlara da xidmət edə bilər.
Tullantılardan əldə edilən enerji parkdan kənara verilə bilər.
Əsas əməliyyat bölməsi aqroparkın mərkəzini təşkil edir. İstehsal və əməliyyatların
bütövləşməsi isə Əsas Əməliyyat Bölməsini təşkil edir. Bu mərkəz təsərrüfatda davamlı
yeniliklərə imkanlar yaradır. Aqroparkın bu bölməsi biokütlə tullantılarını toplayıb emal
edərək maddəyə və ya enerjiyə çevirir. Beləliklə, bir fəaliyyətin tullantısı digər bir fəaliyyət
üçün istifadə oluna bilər. Əsas əməliyyat mərkəzi sayəsində həm istifadə olunacaq maddə
və enerjidə, həm də tullantı olaraq ortaya çıxan maddə və enerjidə sadələşmə (azalma) olur.
Bu isə əsas əməliyyat bölməsinin park içində qapalı enerji və maddə çevrilməsi yaratması
deməkdir. Əsas əməliyyat bölməsində enerji isitmə, soyutma, nəm ehtiyacını ödəmək üçün
istifadə oluna bilər. Beləliklə, qapalı təsərrüfat sahələri yaradılıb istifadə edilə bilər. Belə
iqliminə nəzarət edilən sistemlər ilə xəstəliklərin qarşısı alına bilər (sadələşdirilə bilər) və
kimyəvi dərman istifadəsi azaldıla bilər. Eyni zamanda, yüksək keyfiyyətdə istehsal təmin
edilir. Nəticə olaraq həm xərclərdə azalma, həm də mhəsulun keyfiyyətində artım təmin
edilir. Mərkəz qida, su, enerji və tullantıların geri çevrilməsini təmin edir. Eyni zamanda
texnologiya mərkəzi, ticarət mərkəzi, tətbiqetmə və nümayiş mərkəzləri arasında əlaqələri
təmin edir.
Əsas Əməliyyat Bölməsinin vəzifələri
- Aqroparkdakı ekoloji və iqtisadi zəncirlərin inteqrasiyasını quraşdırma və inkişaf
etdirmə
- Parkdakı istehsalla məşğul olan və olmayan bütün bölmələrdən tullantıların
idarəedilməsi haqqında məlumat istəmək
- Parkdakı tullantıların idarə edilməsində ortaq iştirakçılar ilə əlaqələr qurmaq
- Park içində çıxan tullantı maddələrin qeydini aparmaq.
Dizayn təsərrüfatın davamlılığına və aşağıdakı maddələr ilə paralel istehsal aparan
variantlarına
- təsərrüfat sistemləri, qida əməliyyatları və ticarətə
- yerli və regional əsaslı əlaqələrə
- əsas əməliyyat mərkəzi ilə əlaqəli olan sistemlərə (tullantı, enerji, su və s.
baxımından)
- qida istehsalının nümayişinə əlavələr etməlidir.
Bununla yanaşı bəzi xüsusiyyətlərin olması da vacibdir:
- Ekoloji inkişaf üçün bir prioritet olmalıdır. Ətraf mühitə verilən yük
azaldılmalıdır.
- Dizayn böyük ölçüdə sənayeləşdirilməli və insanların ehtiyaclarını qarşılamağı
bacarmalıdır.
- Fərqli məhsul zəncirləri kombinasiya edilməlidir. Bu məqsədlə sistem elastik və
adaptasiyaya açıq olmalıdır.
- Bir istehsal zəncirinin ilkin məhsulunun məhdud məhsul olması risklidir. Bu
məqsədlə dünyada və ölkədə tapılan (mövcud olan) bir məhsula bağlı olmaq bu
riski azaldır.
- Təsərrüfat tullantılarının əlverişli şəkildə istifadəsi dövlət tərəfindən təşviq
edilməlidir.
- Əvvəlcə ölkəyə, sonra dünyaya satış nəzərə alınmalıdır. Ölkənin qida ehtiyacına
hər zaman nəzarət olunmalıdır.
- Parkın bütün məhsulları yüksək keyfiyyətli məlum bir marka altında bazara
çıxarılmalıdır.
- Park müasir bir kənd göstəricisidir. Bu isə ziyarət edənlərin sayını artırır. Buna
görə də ətraf mühitlə bağlı istehsal, fəaliyyətlər və landşafta əhəmiyyət
verilməlidir.
Aqroparklar bütövləşmiş bir dizayn təqdim edir. İstehlakçılar həm tətbiqetmə və
nümayiş mərkəzi, həm də ticarət mərkəzi ilə əlaqədə olacaqlar. Bütün istehsal zəncirləri isə
birbaşa əsas əməliyyat bölməsi ilə əlaqəlidir.
Gözlənilən (ümid edilən) məhsullar və qidalar
Məlum olduğu kimi aqroparklar üçün qida məhsullarının seçilməsi hər parka görə
dəyişir. İnvestisiya qoymaq və istehsal aparmaq istəyən investorların seçimləri bir təsərrüfat
sahəsindəki torpaq və su amillərinə, sahənin iqliminə və əsas xüsusiyyətləri ilə uyğunluq
içində olmamaqdan irəli gələn risklərlə bağlıdır. Əsas əməliyyat bölməsi əkin və qida
məhsulu seçimində böyük azadlıqlar verir, ancaq istehsal fəaliyyətlərində bir tarazlığa da
ehtiyac var. Parklardakı gözlənilən (ümid edilən) təsərrüfat qida istehsal zəncirləri siyahısı
daim nəzərdə tutulmalıdır.
Qida istehsalı təhlükəsizliyi
Davamlı təsərrüfatın inkişafı prosesində tullantıları ciddi dərəcədə zərərli olan və daha
çox enerji istifadəsi lazım olan maddələrin, antibiotiklərin və kimyəvi maddələrin
istifadəsinin azaldılması əsas qanundur. Bu məqsədlə də ənənəvi metodların yerini kirliliyin
qarşısını alan sistemlər almalıdır. Bunun üçün aşağıdakı müddəalar məsləhət görülə bilər:
- Qapalı axır, istixana, balıq hovuzları kimi imkanlardan istifadə edilərək ətraf mühiti
kirlilik, yabani ot və ya zərərli böcəklərdən qorumaq olar.
- Qapalı istixanalarda bioloji zərərli böcək testi aparıla bilər.
- Nəmdən qorunma metodu ilə soyutma metodları eyni anda istifadə edilərək qapalı
sahələr nəmləndirilə bilər.
- Antibiotik kimi zərərli qatqı maddələri yerinə istehsal edilən müasir alternativlər
istifadə edilməlidir.
- Gigiyena nəzarəti bütün aqroparkda həm qidalara, həm də tullantılara tətbiq
olunmalıdır.
Aqroparkın bu bölməsi təhlükəsizlik qaydalarını tətbiq etməyi də təmin edir. Çünki
bu bölmə digər bölmələrin mərkəzi sistemidir və aşağıdakı əməliyyatları özündə birləşdirir:
- Məhsul və təhlükəsizlik nəzarəti
- ISO standartlaşdırma
- qızdırma və soyutma.
İstilik sistem daxilində istehsal olunduğu və sistem daxilində paylandığı üçün
yanacaq istifadəsinin və xərclərin azaldılması təmin edilir.
Park İçərisindəki Fəaliyyətləri Tarazlaşdırma
Əsas əməliyyat bölməsinin gəlir və xərclərinin müəyyən edilməsi parkdakı istehsal
fəaliyyətlərinin ölçülməsində əsas nöqtədir. Aqroparklar qurularkən bəlli istehsal
fəaliyyətlərinin ölçülərinin təşkil edilməsi işçi heyəti və təşəbbüskarlar tərəfindən aparılır.
Onların dünyagörüşünə görə əsas nöqtə isə məhsulu təqdim edəcəkləri ilkin bazarlardır.
Bununla birlikdə əsas əməliyyat bölməsi fəaliyyətləri məhsulun işlənməsi nəticəsində əldə
etdiyi dəyərə təsir göstərir. Çünki tullantı məhsulları geri çevrilə bilər, enerji istehsal edilə
bilər və nəqliyyat xərclərini ən aza endirə bilər. Əsas əməliyyat bölməsinin gəlir və
xərclərinin müəyyən edilməsi ən uyğun çevrilmə zəncirlərini tapmağa kömək edir.
İdarəetmə mərkəzi
Parkın əsas strategiyasını, maliyyə fəaliyyətlərini, park üçün gərəkli olan şirkətləri
müəyyən edir və onalara nəzraət edir. Digər qurumların xarici əlaqələrini qurmaq,
layihələrini həyata keçirmək də bu qurumun əsas vəzifəsidir. Beynəlxalq şirkətlərlə
ortaqlıq, məlumat mübadiləsi, daim inkişafda olmaq parkın nailiyyəti üçün əhəmiyyətlidir.
Bütün bunlar isə idarəetmə mərkəzi ilə təmin edilir. Nəticə olaraq Ticarət mərkəzi,
tətbiqetmə və nümayiş mərkəzi, əsas əməliyyat mərkəzi və sənaye istehsal vahidləri bura
bağlıdır.
Sənaye istehsal vahidləri
Təsərrüfat istehsalları aparılan vahidlər əsas əməliyyat bölməsinə bağlı fəaliyyət
göstərir.
3.4. Aqroparklarin tipləri
Aqroparklar müxtəlif formalarda: ixtisaslaşmış və qarışıq aqroparklar formasında
fəaliyyət göstərə bilər.
Aqroparklar qurularkən əsas olan fərqli sektor və fəaliyyətlərin fərqli şəkillərdə
mövcud olmasıdır. Bunun nəticəsində də 4 fərqli aqropark modeli mövcuddur. Aqroparklar
fərqli böyüklüklərdə ola bilər. Məs, Delta Park 30-100 ha arası, Yaşıl Park 30.000 ha
böyüklüyündə ola bilər.
Delta Park
o Dizayn (quruluş) prinsipləri
Delta Parkda kənd təsərrüfatı ilə kimya sənayesi bir yerdə çalışır. Limana yaxud
yüksək hərəkətli ərazilərə yaxın yerdə qurulur. Burada sektorlararası: gübrə, üzvi tullantı,
metan, karbondioksid və istilik çevrilməsi təmin edilir. Limanda qurulması enerji
baxımından əhəmiyyətlidir. Ərazidə insanların ən çox olduğu yer marketdir. Burada
çatdırılma problemi olmadan hər gün istehlakçılara təzə məhsullar təqdim etmək olar.
Ərazinin ən əlverişli şəkildə istifadəsi fəaliyyətlərin bir yerə cəmləşməsi ilə təmin edilir.
Şəkil 3.1
Parkın təmin etdiyi fəaliyyətlər:
- istixana
- digər qapalı əkin növləri
- protein istehsalı (ət, balıq və s.)
- kəsim yerləri
- ət istehsalı
- tullantıları sinifləndirmə və geri çevrilmə
- məhsulları son vəziyyətə gətirmə
- bioloji təmizləmə
- üzvi gübrə istehsalı
- dəstək olan fəaliyyətlər: paketləmə, depolama (saxlama) və s.
Parkın limanda olması və suya yaxın yerləşməsi xammaddələrin və eləcə də son
məhsulların gəmilərlə daşına bilməsini təmin edir. Liman ərazisi həmçinin saxlama tankları
və güc modulu kimi böyük quruluş bloklarının inşaatına da uyğundur. Bitki və heyvan
yetişdirmə bölmələri içində açık sahələri olanlar uzun bir blokda yerləşir. Bu içəriyə lazımi
qədər işıq və hava daxil olmasını təmin edir. Bununla yanaşı heyvanların çölə çıxa bilməsi
üçün də açıq ərazilər də mövcuddur. Balıqçılıq təsərrüfatları ən alt qatda hətta yarısı yerin
altında olacaq şəkildə qurulur. Ən üst qatlarda isə sıx gün işığı lazım olan istixanalar
qurulur. Quruluş 1 km-dən uzun və təxminən 400 m enində, 20 m yüksəkliyindədir.
o Reaksiyalar
- Delta Park fermaları və istixanaları kənd ərazilərindən ayırıb tək bir sahədə
toplamağı bacarmışdır. Fermalar, istixanalar və sənaye artıq kənd ərazilərində
olmamalıdır.
- Bu cəsarət tələb edən dizayn hər nə qədər uzun bir müddət ərzində təsərrüfat
dünyası üçün yaxşı bir potensial təşkil etsə də hələ ki tətbiq olunmayıb.
- İstehlakçılara heyvanların bir quruluşda yerləşdirilməsinin heyvan hüquqlarına
uyğun olduğunu başa salmaq çətin olacaq.
- İstehlakçılar təsərrüfatın ənənəvi metodlarla aparılmasının lazımlı olduğunu
düşünürlər. Ancaq hal-hazırda təsərrüfat məhsulları böyük ölçülü sənayelərdə
istehsal edilir. Bu məqsədlə park haqqında məlumatlandırma və şüurlandırma
önəmli bir rol oynayır.
- Çoxlu sayda heyvana belə bir quruluşda baxmaq heyvanların sağlamlığı
baxımından risklidir. Bu ancaq çox yaxşı qulluq edilə biləcək metodlar ilə təmin
edilə bilər. Ancaq bu qədər inkişaf etmiş sistemlər hələ ki yoxdur.
Şəkil 3.2
Aqro İxtisas Parkı
o Dizayn (quruluş) prinsipləri
Aqro İxtisas parkında təsərrüfatın xammaddələri toplanıb qida və qeyri-qida
məhsullarına çevrilir. Bu xammaddələr həm təsərrüfat sahələrindən, həm də ərazinin
ətrafındakı bölgələrdən toplana bilər. Burada həm istehsala gedən maddələr, həm də yarım
hazır və son məhsullar ayrı-ayrı anbarlarda toplanır. Aqro İxtisas Parkı bir-biri ilə əlaqəsi
olmayan 3 sənaye sektorundan ibarətdir:
İdxal edilən məhsul
Yem istehsalı
İxracat
Ət məhsulları istehsalı
Üzvi gübrə
istehsalı
Gübrə
Tez xarab olmayanlar
Gübrə
Chemical
industries oil
refinery
Xammadə
CO2 və
İstilik
İstixana
Enerji
Gübr
ə
CO2 və
İstilik
Tullantı
Zibil ayırma
Üzvi
tullantılar
Təzə məhsullar Təzə
m
ə
h
s
u
l
l
a
r
Yerli istehlakçılar
Şəkil 3.3
Şəkər fabriki, alkoqol fabriki, biorafinə fabriki.
Firmalar, servislər və s. üçün ortaq şəkildə uzun müddətli müqavilələr imzalanır.
Təsərrüfat sahələrinin yaxın olması xüsusilə tez xarab olan məhsulların istehsalına öz
təsirini göstərir.
o Reaksiyalar
- Topdan şəkildə məhsul ilə təmin etmək bahalı bir işdir. Bu məqsədlə xammaddəni
deyil, aralıq maddəni daşımaq daha məntiqlidir. Buna görə başlanğıc nöqtə olaraq
kompleksi inşa etmək yox, ucuz nəqliyyat şəbəkələrini gözdən keçirmək lazımdır.
Beləliklə, istehsalın hər mərhələsinin ən mənfəətli şəkildə həyata keçirilməsi təmin
olunmalıdır.
- Əsas problem könüllü və tutuma sahib, eyni zamanda təşviq edəbiləcək şirkətlərin
tapılmasıdır. Bir çox fərqli xammaddə və son məhsulun olması prosesləri daha
qarışıq hala gətirir. Bu məqsədlə bəzi fabrik və ya fəaliyyətlərin firmalarla ortaq
şəkildə işləməsi işi daha da asanlaşdırır. Ancaq bunu edə biləcək firmalar çox çətin
tapılır. Bu prosesi tək başına apara biləcək çox az sayda firma var. Buna görə də
ortaq olub hər şeyi bölüşəcək firmalar tapmaq çox önəmli bir faktordur.
- Limanda yerləşməsi çox önəmli bir amildir. Çünki yerli xammaddə və aralıq maddə
ilə təmin etməkdən əlavə beynəlxalq ticarətə də əhəmiyyət verilməlidir.
- Bu model 3 fabrik üzərində qurulmuşdur. Bəs firmalardan biri bu müqaviləni
pozarsa? Belə vəziyyətlər üçün güclü təşəbbüskar (inisiator) olması lazımdır. Bu
əsas xammaddəni təmin edən firma ola bilər. Fermerlərin də kooperativ ya fərdi
şəkildə qoşulacağı da önəmli bir mövzudur.
- Belə bir fəaliyyətin strateji plana keçirilməsi vacibdir. Aqropark qurulacağı yerin
iqtisadiyyatına əhəmiyyətli bir itələyici qüvvə olacaqdır.
Yaşıl Park
o Dizayn (quruluş) prinsipləri
Bu aqropark təsərrüfat ərazilərinin 100 km2-lərlə sahəsinin əhatə edir. İstehsal və
əməliyyat bölmələrinin bir yerdə olması xammaddə və aralıq maddələrin çatdırılmasını daha
da asanlaşdırır. Bir neçə fərqli məhsul eyni anda istehsal olunur, beləliklə, tək növ
təsərrüfatda məhsulların xəstəlik riski azaldılır. Məqsəd yuxarı temperaturlu komponentləri
çıxarmaq və aşağı temperaturlu komponentlərdən faydalanmaqdır. Bunun üçün ayırma
texnologiyasından istifadə olunur. Bununla bərabər, digər məqsədlər – tullantıları
təmizləmək, üzvi gübrə əldə etmək və enerji istehsal etməkdir. Yeni tətbiq etmə və son
məhsul üçün yeni istehsal formalarını tapmaq bu mərkəzin vəzifələridir.
Şəkil 3.4
Şəkil 3.5
Bu modelləşmədə park təxminən 30.000 ha-lıq bir ərazidə yerləşmişdir. Ərazi
bütünlüklə yenidən qurulmuşdur. Sadəcə maşın yolları və su kanalları qorunmuşdur. Yeni
quruluşda fərqli məhsullar üçün bir çox bağlamalar (parsel) ayrılmışdır. Fermerlər üçün
evlər tikilmiş və onlar qəsəbəyə yerləşdirilmişdir. Enerji və istehsal bölmələri ayrı bir
sahədə qurulmuşdur.
o Reaksiyalar
- Parkda təsərrüfat sahələrinin olması ətraf mühit baxımından yaxşıdır, ancaq bu
sahələr hələ də fermerlərin əlində olacaq. Bu zaman fermerlərin istehsal
metodlarına bağlı qalacaqlarından əmin olmaq lazımdır.
- Təsərrüfat üçün çox böyük bir sahə ayrıldığından bunun ərazi qiymətlərinin yüksək
olduğu yerlərdə qurulması çox əlverişli deyildir.
- Bu quruluş müstəqil ortaqlar üçün çox az imkan təmin edəcəkdir.
- Yaxşı şərtlərdə fermalara sahib olan torpaq sahibləri torpaqlarını bölüşmək və ya
ortaq olmaq istəməyəcəklər.
- Bu model turistik və bioloji müxtəliflik baxımından çox əlverişli olmayan
sahələrdir.
- Bu quruluşa görə fermerlər ya bura qoşulacaq, ya da torpaqlarını satacaqlar. 30.000
ha-lıq ərazidə hamını razı salmaq mümkün olmayacaq. Bütün fermerlər bura
qoşulmazsa ərazi bölünmüş və parçalanmış olacaq.
İxtisaslaşmış aqropark Dizayn (quruluş) prinsipləri
Hər hansı bir növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və onların marketinqi
ilə əlaqədar fəaliyyətlərin bir yerdə qruplaşdığı təsərrüfatçılıq subyektidir. Məsələn,
tərəvəzçilik, bağçılıq, üzümçülük və s. üzrə aqroparklar ixtisaslaşdırılımış aqroparklar
formasında fəaliyyət göstərə bilərlər.
Möhtərəm Prezident tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri də rayonlar üzrə
ixtisaslaşma layihələrinin həyata keçirilməsidir. İxtisaslaşmış aqroparkların yaradılması üzrə
layihələrin hazırlanıb həyata keçirilməsi məhz bu tapşırığın icrası üçün böyük töhfələr verə
bilər.
Məlum olduğu kimi, respublikanın cənub bölgəsinin torpaq–iqlim şəraiti, mövcud olan
ənənə və təcrübələr, burada yaşayan insanların vərdiş və bacarıqları tərəvəzçilik və
bostançılığın bu ərazilərdə geniş yayılmasına səbəb olmuşdur. Bunlar nəzərə alınaraq,
Lənkəran İqtisadi Rayonunda tərəvəzçilik üzrə ixtisaslaşmış aqroparkların yaradılması,
düşünürəm ki, çox faydalı ola bilər və bununla da bu regionda davamlı inkişafın təmin
edilməsinə yaxşı əsaslar yaranar.
Respublikanın Quba–Xaçmaz İqtisadi Rayonunda, misal üçün, Quba və digər ətraf
rayonlarda bağçılıq, Gəncə–Qazax İqtisadi Rayonunda, məsələn, Tovuz və digər rayonlarda
üzümçülük üzrə ixtisaslaşmış aqroparkların yaradılması nəzərdən keçirilə bilər.
Qarışıq (Multi) Parklar
o Dizayn (quruluş) prinsipləri
Multi parkların əsas fərqi təsərrüfat parklarının yüksək keyfiyyətdə təşkil olunmasıdır.
Bu isə təsərrüfat istehsalının yanında meşələr, istirahət yerləri və yaşayış yeri kimi sosial
istifadələrin olmasıdır. Bu təsərrüfatın əsas xüsusiyyəti fermer təsərrüfatlarının sıx şəkildə
yerləşməsidir.
Parkın təmin etdiyi fəaliyyətlər bunlardır:
Açıq və qapalı formalı fermer təsərrüfatları
tərəvəz istehsalı
meşəçilik
enerji istehsalı
təsərrüfat turizmi
Bütün bu fəaliyyətlər eyni sahədə rahat tətbiq oluna bilər, çünki yeni texnologiya ilə
qapalı fermer fəaliyyətləri iysiz bir şəraitdə aparıla bilər. Bu quruluşun əsas məqsədi
xüsusilə çox az fəaliyyət olan kənd sahələrində çox məqsədli bir sahə yaratmaqdır. Sahənin
şimalında yaşıl bir bufer (tampon) bölgə qurulmuşdur. Bu tampon bölgədə və cənubdakı
ərazilərdə heyvandarlığa mane olunmuş və bütün fermalar mərkəzdə toplanmışdır. Gübrə
istehsalı da mərkəzin ortasında yerləşir.
o Reaksiyalar
- Gübrə istehsal edilərək aparılan böyük ölçülü enerji istehsalı öyrənilməlidir. Enerji
qiymətləri nəzərə alınmalıdır.
- Bu quruluşun məqsədi fermer ilə kəndli arasında güclü əlaqə qurmaqdır.
- Bu quruluşda fermalar bir yerdə toplanmışdır. Yenə də fermaların daşınması
lazımdır. Ancaq köçəcək ferma sahibləri a
- yrılan sahə yerinə başqa sahələri seçə bilərlər.
- Bu təsərrüfatın ən vacib elementi kənd təsərrüfatı turizmidir.
Qarışıq aqropark — bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və
onların marketinqi ilə əlaqədar fəaliyyətlər vahid istehsal məkanında, bir ərazidə
kombinasiya olunmuş təsərrüfatçılıq subyektidir. Qarışıq aqroparklarda həm bitkiçilik, həm
də heyvandarlıq məhsullarının istehsalı, habelə onların emalı, logistika, marketinq və
xidmət sahələri üzrə zəruri olan fəaliyyətləri bir ərazidə yerləşən təsərrüfatçılıq subyektində
qruplaşdırılmalıdır. Belə aqroparklarda qapalı istehsal–emal zəncirinin qurulması və
tullantısız texnologiyaların tətbiqi vasitəsi ilə həm ərzaq təhlükəsizliyinə töhfələr vermək,
həm də ətraf mühitin qorunmasını təmin etmək olar.
Qarışıq aqroparklar ixtisaslaşmış aqroparklara nəzərən həm təşkilati strukturu, həm
təsərrüfatçılıq fəaliyyətləri, həm də idarəetmə baxımından daha böyükdür və mürəkkəbdir.
Onlar müxtəlif məhsulların istehsalını, daha sonra isə həmin məhsulların emalı nəticəsində
əldə olunan digər məhsulların satışını həyata keçirir. Bu da bazara daha çox məhsulun
çıxarılmasını imkan verir. Bu baxımdan Azərbaycanda aqroparkların yaradılması zamanı
bölgələr seçilərkən həm ixtisaslaşmış, həm də qarışıq məhsul istehsalı nəzərə alınmalıdır.
Çünki elə bölgələrimiz var ki, burada ərazi bir məhsul üzrə ixtisaslaşıb. Deməli burada
ixtisaslaşmış aqropark yaradılmalıdır. Lakin elə bölgələrimiz də var ki, burada ərazi bir neçə
məhsul üzrə ixtisaslaşıb və bu bölgədə qarışıq aqroparkların yaradılması daha
məqsədəuyğun hesab edilir. Ona görə də qarışıq aqroparkların yaradılması üçün geniş
araşdırmalar və iqtisadi hesablamalar aparılmalıdır ki, Azərbaycan şəraitində qarışıq
aqroparkların optimal forması müəyyən edilsin. Aran İqtisadi Rayonu qarışıq aqroparkların
yaradılması üşün daha əlverişlidir. Misal üçün Bərdə, Yevlax, İmişli və digər bu kimi
rayonlarda taxılçılıq və heyvandarlıq məhsullarının istehsalı və emalı üzrə aqroparkların
yaradılması məqsədəuyğun hesab edilə bilər.
Nəticə
Aqrar sahəyə maliyyə dəstəyi və özəl bankların bu istiqamətdə kapitallaşmanı
gücləndirməsi yeni qəbul edilmiş “Aqropark” inkişafi konsepsiyasında yer alan əsas
meyarlardandır. Kənd təsərrüfatının maliyyələşdirilməsinə dəstək verən maliyyə
qurumlarının rolunun artırılması üçün yeni kredit və bank tədbirlərinin həyata keçirilməsi
nəzərdə tutulur. Proqnozlara görə, yaxın 10 ildə aqrar sahəyə maliyyə dəstəyi 2000-2010-cu
illərlə nisbətdə üç dəfəyə yaxın artacaq. Maliyyələşmə siyasəti aqrar biznesdə rəqabətliliyin
təmin edilməsinə, yeni texnologiyalara çıxışın artırılmasına, qida təhlükəsizliyinə zəmin
yaradan avadanlıqların və proseslərin təkmilləşdirilməsinə və bazarlara çıxışın
yaxşılaşdırılmasına, həmçinin məhsulun keyfiyyət və təhlükəsizliyinə dəstək verən,
innovasiyalara yol açan investisiyalara imkan yaradacaq.
Aqroparkların yaradılması zamanı kənd təsərrüfatında intensiv və ekstensiv amillər
nəzərə alınacaq. Kənd təsərrüfatında maddi-texniki resursların yeniləşdirilməsi geniş təkrar
istehsal prosesinin əsas motivini təşkil etməklə istehsalın intensivləşdirilməsi ilə sıx
əlaqədardır. Maddi-texniki resursların iqtisadi mahiyyəti, əslində, əsas etibarilə əsas və
dövriyyə fondlarının yenidən qurulmasını özündə əks etdirir. Kənd təsərrüfatında geniş
təkrar istehsal prosesi də məhz əsas və dövriyyə fondlarının kəmiyyət və keyfiyyət
xarakteristikalarının yüksəldilməsini özündə birləşdirir. Kənd təsərrüfatı məhsulları
istehsalının artırılması davamlı inkişafın başlıca ilkin şərti kimi çıxış etməklə ərzaq
bazarında yerli istehsalın xüsusi çəkisinin yüksəldilməsinə zəmanət yaradır.
Bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının
genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ
qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı
sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında
inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında,
aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında
əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, “Şəmkir aqropark”la “Zəyəm Texnologiyalar
Parkı” arasında işgüzar münasibətlərin yaradılması və fermerlər üçün istixana
konstruksiyalarının, damla, yağışyağdırma və çiləmə üsulu ilə müasir suvarma
avadanlıqlarının istehsalı və quraşdırılması həyata keçiriləcək.
Bununla yanaşı, aqropark kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar
sənaye istehsalına keçidin və xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait
yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda
davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcək.
Bu yeni xidmət müəssisəsi regionda fermerlərin sahibkarlıq fəaliyyətini
gücləndirməklə onlara məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin
göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına şərait yaradacaq.
Aqroparkın təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə
olunması və düzgün aqrotexniki qulluq göstərilməsi üzrə treninqlər keçiriləcək. Aqroparkda
müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə,
qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və
fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd
təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq.
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Əminliklə deyə bilərik ki, gələcəkdə texnoparkların müvəffəqiyyətliliyi və
rəqabətqabiliyyətliliyi onların səmərəli peşəkar cəmiyyətlər formalaşdırmaq imkanlarını,
yeni texnologiyalar bazarında onların mövqeyini (yeni bazarların inkişafına istiqamətlənmə;
ekologiya, enerji qənaəti, biotexnologiya və s.) texnoparkların qlobal tədqiqat cəmiyyətləri
ilə əlaqələrinin sıxlığını müəyyən edəcək.
Bu gün iqtisadi şərait və bazar imkanları dəyişilib. Bazarlarda məhsulun hərəkət
şəraitinin dəyişməsi, innovasiyaları sərbəst yayılan məhsul olmasına gətirdi. İndi texnoloji
nəticənin (qərarın) daşıyıcısı sahə ali məktəbləri və elmi-tədqiqat institutları deyil, ayrı-ayrı
götürülmüş tədqiqatçılardı.
Formatların dəyişməsi innovasiya məhsul və xidmətlər bazarının yenidən qurulması
prosesini əks etdirir. İASP və İnstitute for the Future təhlillərinə görə bu gün texnoloji
inkişaf cərəyanlarənda dəyişikliklər baş verir. Bu gün yalnız texnoparkların formatı
dəyişmir, onların cəmiyyətin və iqtisadiyyatın inkişafında rolu da dəyişilir. Köhnə nəsil
texnoparkların rəqabətqabiliyyətliyi və gəliri sürətli şəkildə düşür.
Azərbaycan texnoparklarının problemi ənənəvi texnoparkların təcrübələrini həyata
keçirməyə çalışırlar, yerli mühiti və təlabtı öyrənmirlər, ənənəvi səhvləri edirlər. İnnovasiya
mərkəzlərinin ilkin inkişaf mərhələlərini keçmədən sonuncu mərhələyə can atırlar. Bu da
onların səmərəliliyini azaldır və inkişaf etmədən durğunluğa gətirir. Dövlət tərəfindən
innovasiya fəaliyyətinə verilən dəstək innovasiya xidmətlərinin və infrastrukturun lazım
olan səviyyədə inkişaf etməməsinə görə çox vaxt öz səmərəsini vermir.
İnnovasiya sahəsində strateji və taktiki siyasətdə aşağıdakılar nəzərə almalıdır:
(i) normativ-hüquqi bazanın təkminləşdirilməsi
(ii) innovasiya tətbiqinin üsullarının təkminləşdirilməsi
(iii) dövlət tərəfindən maliyyə dəstəyi
(iv) vençur maliyyələşmə sisteminin inkişaf etdirilməsi
(v) innovasiya sahəsində kiçik, orta və iri biznesin subyektlərinin qarşılıqlı
faəliyyətinin dəstəklənməsi və fəaliyyətinin stimullaşdırılması
(vi) innovasiya infrastrukturunun inkişafı: texnoparklar, nanotexnoloji mərkəzlər və
biznes-unkubatorlar və s.
Bunlar respublikada innovasiya fəaliyyətinin kompleks sisteminin yaradılmasının
vacibliyini şərtləndirir. Digər tərəfdən müasir dövrdə elm və elmtutumlu istehsalın
inkişafının daha yeni formaları axtarılır. Bu məsələlərin həll istiqamətlərindən biri
texnoparkların yaradılması və inkişafıdır.
İnnovasiya iqtisadiyyatının yaradılması Azərbaycan Respublikasının iqtisadi inkişaf
siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün təbii ehtiyatlar ocağı olan Azərbaycan
qeyri-neft sahələrinin inkişafına istiqamətlənir. Bu da respublikada elmi-təhsil
kompleksinin, sənayenin inkişafını sürətləndirməyi tələb edir. Azərbaycanda biliyə
əsaslanan yeni innovasiya biznesinin yaradılması imkanları inkişaf etdirilməlidir.
Respublikanın iqtisadiyyatının diversifikasiyasının məqsədi yeni növ məhsul və
xidmətlərin istehsalı hesabına ÜDM-un artırılması, yerli və dünya bazarında yüksək
texnoloji məhsulun rəqabətqabiliyyətliyinin artırılması, istehsal səmərəliliyinin artırılması
üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi,
elmtutumlu sahələrin artırılmasıdır.
Buna görə də innovasiya infrastrukturu elmə əsaslanan biznesin (sahibkarlıq
fəailliyətinə) inkişafına yönəldilir.
Tədqiqatın nəticəsi olaraq aşağıdakı nəticələr alınıb:
1. Respublikada MİS-in inkişafına sistem yanaşmanın olmasına ehtijac vardır.
Azərbaycan Respublikasında innovasiya infrastrukturunun bütün subyektlərinə
(sənaye parkları, texnoparklar, aqroparklar, sənaye məhəllələri və s.) dövlət dəstəyinin
və güzəştlərərin şamil edilməsi üçün bu subyektlər haqqında ümümi dövlət
qanunvericiliyinin və innovasiya fəaliyyəti ilə məşğul olan subyektləri əlaqələndirən
qurumun olması məqsədəuyğun olardı. Belə bir əlaqələndirici sisteminin olması
innovasiya infrastrukturunun bütün subyektlərinin fəaliyyət sahəsinə, yerləşməsinə və
tərkibinə, istiqamətinə, eləcə də digər məsələlərə dair mərkəzləşmiş qeydiyyatının və
monitorinqinin aparılmasına, onlar haqqında məlumatların daim yeniləmək, müəyyən
edilmiş hallarda və qaydada dövlət və yerli özünüidarəetmə orqanlarını, habelə fiziki
şəxsləri həmin məlumatlarla təmin etmək, innovasiya infrastrukturu subyektləri üzrə
informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin
səmərəliliyini artırmaq üçün vahid dövlət reyestrinin də yaradılması
məqsədəuyğundur.
Azərbaycan Respublikasında innovasiya infrastrukturunun subyektləri üçün
ümumi qanunvericiliyin hazırlanması;
İnnovasiya infrastrukturu subyektlərinin vahid dövlət reyestrinin yaradılması və
aparılması;
İnnovasiya fəaliyyəti ilə məşğul olan subyektləri əlaqələndirən qurumun
yaradılması;
İnnovasiya infrastrukturunun subyektləri üçün ümumi dövlət dəstəyi və vergi
güzəştlərin hazırlanması;
İnnovasiya subyektlrinin rezidentlərinin subyekt tərkibində qalmasını
stimullaşdırmaq üçün xüsusi vergi güzəştlərinin tədbiq edilməsi (məsələn: ƏDV
faizlərinin azadılması və s.).
2 İnnovasiya bazarının uzun müddətli təşəkkülü dövründə şirkətlər innovasiyaların
axtarış, işlənməsi və tətbiqi proseslərini sərbəst idarəetməyi öyrəndilər. Beləliklə, yeni
nəsil texnoparklar bir sahəyə aid peşəkaları birləşdirən mərkəz simasından çıxırlar.
3 Yeni nəsil texnoparkların əhəmiyyəti birbaşa tədqiqat potensialının müxtəlifliyindən
asılıdır. Müasir texnopark texnologiyaların sərbəst mübadilə bazarında işləyən
texnologiya daşıyıcılarının və istifadəçilərinin “yaradıcı sinif” kommunikasiyaları və
sərbəst ünsiyyət yerinə çevrilir.
4 OSTİN-ODTÜ təcrübəsinə əsasən elmi şirkətlərin sənaye bölgəsinə yaxınlığı onların
texnologiyalarının sənayeyə tətbiqini sürətləndirir. Digər tərəfdən də sənaye
müəssisələri də yaxınlıqlarında olan elmi şirkətlərə sifarışlər verirlər,
texnologiyalarını təzələnməyə şərait yaranır. Xarici təcrübə və Azərbaycanın
infrastrukturunu nəzərə alaraq və SWOT təhlilin nəticələrinə görə deyə bilərik ki,
respublikada elmi nəticələrin istehsal imkanlarını realizə etmək üçün, “unversitet-
elm-sənaye” zəncirini yaratmaq üçün:
texnoparkları sənaye parklarının yaxınlığında formalaşdırmaq lazımdır
onların ümumi sosial infrastrukturunun qurulması
ərazi yaxınlığında təhsil oçaqlarının olması
tələb və təklifin öyrənilməsi
Sənaye ilə elm arasında çeviklik
Kommunal infrastrukturun olması
Ümumi laboratoriyaların olması
Rəqabətqabiliyyətliliyinin artımı
Təklif edilən “Azərbaycan Respublikasında innovasiya infrastrukturunun
formalaşması və inkişafı haqqında Qanun” və “Azərbaycan Respublikasının
İnnovasiya infrastrukturu subyektlərinin vahid dövlət reyestrinin aparılması qaydası
haqqında Əsasnamə” layihələri əlavədə verilib.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası
2. Инновационный парк «Синергия». Доступно на:
http://www.yarinvestportal.ru/area/sinergia/
3. Как попасть в промышленный парк? // Федеральный портал малого и среднего
предпринимательства. Доступно на:
http://smb.gov.ru/content/guide/doingbusiness/bisplace_db/ind_park/
4. Обзор//ООО «РжевАгроСнаб». 2012. Доступно на:
http://www.rzhevagrosnab.com/review.aspx
5. Парки для новой промышленности. «Эксперт» № 48 (830). Доступно на:
http://m.expert.ru/expert/2012/48/parki-dlya-novoj-promyishlennosti/
6. Etzkowitz H. Thetriple helix of university-ındustry-government ımplications for policy
and evaluation. Working paper 2002-11. Stockholm, 2002.
7. Etzkowitz H., Networks of innovation: Science, technology, and development ın the
triple helix era. International Journal of Technology Management And Sustainable
Development. 2002, 1(1), 7-20.
8. Executive Office of The President, National Economic Council, Office Of Science And
technology Policy, 2009, “A Strategy for American Innovation: Driving Sustainable
Growth and Quality Jobs, Aktaran: (Üniversite-Sanayi İşbirliğinde Önemli Bir Araç;
Teknoloji Transfer Arayüzleri, TTGV, 2010: S.42).
9. Fan, Q., K. Li, D. Z. Zeng, Y. Dong, R. Peng., “Innovationfor Development and the
Role of Government: A Perspective from the East Asia and Pacific Region”,
Washington: The World Bank, (Aktaran: Ünlükaplan İLKER, “Avrupa Birliği Üyesi
Ülkelerde İktisadi Kalkınma, Rekabetçilik, ve İnovasyon İlişkilerinin Kanonik
Korelasyon Analizi ile Belirlenmesi, Maliye Dergisi, Sayı.157, 2009.
10. Felsenstein D., University Related Science Parks-‘seedbeds’ or Enclaves of Innovation?
Technovation, 1994, 14 (2) 93-110.
11. Fisher M., Innovation, Knowledge Creation and Systems of Innovation. The Annals of
Regional Science, 2001, 35, 2, 199-216.
12. http://www.gomap.az
13. http://www.odeialo.ru/hlopkovoe_volokno_napolnitel_dlia_odeiala/
14. http://ru.wikipedia.org
15. http://www.stat.gov.az
16. http://www.theglobaljournals.com/ijar/file.php?val=November_2013_1383225515_b0fa
7_44.pdf
17. http://www.topbeijingtravel.com/beijing-economy-technology/beijing-zhongguancun-
science-park.htm#.U04u1Pl_tlw
18. http://www.tsi.lv/sites/default/files/editor/science/Publikacii/RelStat_12/session_1_kost
alova_ok.pdf
19. http://www.ttgv.org.tr/tr/odtu-teknokent-universite-sanayi-isbirligine-buyuk-katki-
sagliyor
20. http://www.ukspa.org.uk/about_ukspa/history_of_ukspa/
21. http://www.yenilesim.org
22. www.capital.com.tr/dunyanin-ceolari-inovasyon-pesinde.../18960.aspx
23. www.odtuteknokent.com
Top Related