XƏSTƏLİYİN YAYILMA AREALI
description
Transcript of XƏSTƏLİYİN YAYILMA AREALI
AZƏRBAY-CAN
• NAXÇIVAN MR• GƏNCƏ-QAZAX• ŞİRVAN• DÜZƏN QARABAĞ
MDB
• BELORUS• UKRAYNA• RUSİYA• QAZAXISTAN
XƏSTƏLİYİN YAYILMA AREALI
• Yüksək rütubət 90-100%• Havanın gündəlik orta
temperaturu 24-28ºCEKOLOGİYASI
• Dərmanlanmamış toxumlarda yoluxma həddi -70-80%
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ
• Alto super – 0,7 l/ha• Skor – 0,5 l/haMÜBARİZƏ
TƏDBİRLƏRİ
Təsnifatda yeri:
Qrammənfi aerob çuğuqlar qrupu,
Rhizobiaceae fəsiləsi, Agrobacterium cinsi
Müasir adı:
Rhizobium radiobacter
Bioloji qrupu:
Hemibiotrof
7.2 Çuğundurun bakteriya mənşəli xəstəlikləri
Çuğundur köklərinin xərçəngi və ya çinədanlığı –Agrobacterium tumefaciens (E.F.Sm. et Town.)
Patogenin morfologiya və biologiyası. Törədici ilə şəkər çuğunduru sirayətlənir. Xəstəlik zamanı kökümeyvənin səthində şiş əmələ gəlir. Belə şişlər böyük ölçülü ola bilir, hətta şişin ölçüləri yumrunun ölçülərindən iri görünür. Ədəbiyyat məlumatlarına görə 1979-cu ildə Krasnodar diyarında anaclıq çuğundurun bəzi kökü-meyvələrində kökümeyvənin kütləsi 240 qr olduğu halda xərçəng şişləri 220 qram təşkil edirdi. Adətən şişlər kökboğazı zonasında, kökmeyvənin aşağı hissələrində əmələ gəlir.
Şişlər acacıq dəyirmi formalı, hamar və ya ziyilcikli, kələ-kötür səhtli, yaxşı inkişaf etmiş qabıq toxumalıdır. Onlar tünd-boz və ya qonurtəhər rənglidir. Şiş toxumasından kəsik etdikdə ağ rənglidir. Şişlər hiperplaziya nəticəsində baş verir. Yəni bu proses zamanı bakteriyanın təsiri altında hüceyrələr güclü surətdə çoxalır. İnkişaf edən şişlərdə bakteriya demək olar ki, qeydə alınmır. Belə ki, bu xəstəlik zamanı bakteriyaların təsiri altında lizis baş verir. Lakin hüceyrələrin çoxalması və şiş hüceyrələrinin ölçülərinin yüksəlməsi xəstəlik törədici itəndən sonra da davam edir.
Yayılması. Xəstəlik dünyanın şəkər çuğunduru becərilən bütün ölkələrində, o cümlədən MDB məkanında qeydə alınmışdır. Lakin xərçəng şişli kökümeyvələr məhsul toplanışı dövrü tək-tək nümunələrdə rast gəlinir.
Ekologiyası. Çubuqşəkilli hüceyrələrdir, ölçüləri 0,6-1,0 x 1,5-3,0 mkm, spor əmələ gətirmirlər. Qrammənfidir, qamçıların hesabına hərəkətlidir. Xəstəlik törədicinin inkişafı üçün optimal temperatur 25-280C-dir.
Təsərrüfat əhəmiyyəti. Yüksək zərərlə xarakterizə edilmir. Kö-kümeyvələrdə xərçəng tipli şişlərə nadir hallarda rast gəlindiyindən iqtisadi əhəmiyyət kəsb etmir.
Mübarizə tədbirləri. Sahədə aqrotexniki tədbirlər kompleksinə dönmədən əməl edilməlidir.
Sarılıq - Beta virus 4 (Roland et Guanyer) Smith.
7.3 Çuğundurun virus mənşəli xəstəlikləri
Bəzi çuğundur becərilən rayonlarda ən zərərli xəstəliklərdəndir. Müxtəlif ədəbiyyat mənbələrindən alınan məlumatlara görə sarılıq xəstəliyinin təsirindən kökümeyvələrin itkisi 50-65%, toxum məhsulu 40% və daha artıq ola bilir. Patogen obliqat parazit olmaqla çuğundur bitkisinin yalnız canlı hüceyrə şirəsi hesabına qidalanır. Xəstəliyin yüksək zərəri də bununla izah olunur. Virionlar sapaoxşar olub, şirədə inaktivasiya temperaturu 50-550C-dir.
Birinci il becərilən bitkiləri və toxumları yoluxur. Xəstəliyin əlamətləri nisbətən yaşlı yarpaqlarda müşahidə edilir. Yarpaqlar saralır, təpə hissədən başlayaraq aşağıya doğru yönəlir. Belə orqanlar cırtdanlaşır, onların damarları büzüşür.
Sarılıq virusunun daşıyıcıları müxtəlif növ mənənələridir. İnfeksiya mənbəyi əsasən alaq otlarıdır: sirkən, zincirotu və s.
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi,
Chytridiomycota şöbəsi,
Chytridiomycetes sinfi, Chytridioales
sırası, Olpidia fəsiləsi Olpidium cinsi
Bioloji qrupu:
Hemibiotrof
7.4 Kələm bitkisinin göbələk mənşəli (yalançı unlu şeh, qara ayaq, kila, fomoz, alternarioz
və s.) xəstəlikləri
Kələmin qara ayağı – Olpidium brassicae (Woronin) P.A.Daug., Pythium debarianum R.Hesse,
Rhizoctonia solani I.G.Kuehn.
Patogenin morfologiya və biologiyası. Olpidium göbələyinin vegetativ bədəni- amebioddir. O, qidalandığı bitkinin hüceyrələ-rində zərif rəngsiz örtüklü zoosporangiyə çevrilir.
Zoosporangilər şarşəkilli, 12-120 mkm diametrlidir. Bitkinin toxumasında 1-dən 12-yə qədər zoosporangi yerləşə bilir. Yazda zoosporlar aerotropik kanalcıq vasitəsilə qidalandığı bitkinin səthinə çıxır. Zoosporlar şarşəkillidir, 3 mkm diametrli olmaqla bir qamçılıdır. Qamçını çəkərək zoospor örtüklə bağlanır və öz möhtəviyyatını bir nüvəli protoplazma topası formasında bitkinin epidermal hüceyrəsinə axıdır. Beləliklə bitkiəlrin yenidən yolux-ması baş verir. Bu qeyri-cinsi çoxalma tsikli bir neçə gün çəkir. Cinsi çoxalma zamanı müxtəlif zoosporangilərdən çıxan zoosporlar cüt-cüt mayalanır, ikiqamçılı ziqota əmələ gətirir, istirahət dövrün-dən sonra həmin ziqota sahib bitkinin hüceyrəsinin səthinə bərkiyir, örtüklə bağlanır və sistaya çevrilir.
Kələm və başqa Brassicaceae fəsiləsi bitkilərindən əlavə xiyar, yulaf, pomidor, tütün və başqa bitki növlərini yoluxur.
POLŞA
ALMANİYA
SERBİYA
ŞİMALİ AMERİKA
MDB
GƏNCƏ-QAZAX
ŞİRVAN
DÜZƏN QARABAĞ
XƏSTƏLİYİN YAYILMA AREALI
EKOLOGİYASI
Temperatur -13ºC-dən aşağı
Torpaqda rütubətlilik – 80%-dən çox
Havanın nisbi rütubəti 90-95%
Torpağın pH – 5,0-7,6
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ
Məhsuldarlıq – 30-40% aşağı düşür
Cücərtilər 50-60% məhv olur
MÜBARİZƏ TƏDBİRLƏRİ
• Torpaq yumşaldılmalı, dezinfeksiya edilməli;
• Parnik havalandırılmalı;• Səpin normasına əməl edilməli;• Mineral gübrələr verilməli;• Pikirovka aparılmalı;• Xəstə bitkilər çıxdaş edilməli;• Parnikdə optimal temperatur 12-15ºC;• Rütubət 75%-dən çox olmamalıdır
Təsnifatda yeri:
Chromista aləmi, Oomycota şöbəsi,
Oomycetes sinfi, Peronosporales
sırası, Peronosporaceae fəsiləsi,
Peronospora cinsi
Bioloji qrupu:
Biotrof
Kələmin peronosporozu və ya yalançı unlu şehi –Peronospora brassicae Gaum.
Patogenin morfologiya və biologiyası. Xəstəlik bitkilərin inkişafının bütün dövrlərində meydana çıxır, lakin xüsusilə şitillər və toxumluqlar daha güclü yoluxurlar. Ləpələrdə və şitilin yarpaqlarında boztəhər ağ örtük zühur edir. Bu örtük yarpağın alt tərəfində ayrı-ayrı və ya birləşən ləkələrdən ibarət olmaqla konidispor mərhələsindən ibarətdir. Yarpaqların üst səthində solğun-sarı səpələnmiş ləkələr müşahidə edilir. Xəstə yarpaqlar saralır və güclü yoluxma zamanı ölüşgəyir. Toxumluq sahələrdə bitkinin yarpaq, gövdə, çiçəkayaqcığı və paxlaları sirayətlənir, onların səthində ağ unlu örtük əmələ gəlir, örtük altında olan toxuma basılır və tündləşir. Yoluxmuş paxlalarda toxumlar cılızdır, yüngül çəkilidir. Bitkinin toxumasının hüceyrəaralarında yerləşən göbələk konidi spormərhələsi əmələ gətirir və onlar səthə ağızcıqla çıxırlar. Konididaşıyanlar 1-2-dir, ölçüləri 250-450 x 6-9 mkm olmaqla dixotamik budaqlanandır. Konidilər birhüceyrəli, elliptik, 12-18 x11-23 mkm ölçülü, nazik, rəngsiz örtüklüdür. Çox zaman bitkinin toxumalarında 25-30 mkm diametrli şarabənzər oosporlar əmələ gəlir.
AZƏRBAY-CANUKRAYNAÖZBƏKİSTANŞİMALİ AMERİKARUSİYAQƏRBİ AVROPA
EKOLOGİYASI• Oosporun cücərməsi üçün
optimal temperatur 8-12ºC• Xəstəliyin inkişafı üçün 10-
15ºC• Gündəlik orta temperatur 19-
23ºC• Havanın nisbi rütubəti 75%-
dən çox
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Xəstəliyin inkişafı üçün
əlverişli illərdə toxumların yoluxması 50-60% olur
• Məhsul 16-20% azalır• Anaclıqda kələm itkisi 30-
60 s/ha təşkil edir• Xəstəliklə şitilliyin yoluxması
30-100%
• Sağlam toxum tədarük etmək
• Səpindən qabaq toxumların dezinfeksiyası
• Şitillərin parnikdə və tarlada dərmanlanması
• Səpində normal sıxlıq• Məhsul toplanışından
sonra bütün qalıqların məhv edilməsi
• Növbəli əkin• Davamlı sortlardan
istifadə
MÜBARİZƏ TƏDBİRLƏR
İ
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Anamorfic
fungi şöbəsi, Coelomycetes sinfi,
Sphaeropsidales sırası, Dematiaceae
fəsiləsi, Phoma cinsi
Bioloji qrupu:
Hemibiotrof
Kələmin fomozu və ya quru çürüməsi – Phoma lingam (Tode) Desm.
Patogenin morfologiya və biologiyası. Fomoz şitilləri, yaşlı bitkiləri və kələmin toxumluqlarını yoluxur. Şitillərin ləpələrində (filqə yarpaqlar) solğun, göbələyin qara piknidlərindən ibarət dağınıq ləkələr meydana çıxır. Gövdənin aşağı hissəsinin qabığı şəffaflaşır, boz rəng alır. Qurumuş boz toxumada zaman keçdikcə xəstəlik törədicinin piknidləri yaxşı görünən qara nöqtə şəklində əmələ gəlir. Gövdə quruyur, çürüyür və bitki məhv olur. Xəstə şitili tarlaya köçürdükdə xəstəliyin inkişafı davam edir. Belə bitkilər böyümədən qalır, görkəminə görə onlar xlorotikdirlər, aşağı yarpaqlar qırmızı-bənövşəyi və ya göytəhər rəng alır. Yaşlı bitkilərin yoluxması zamanı xəstəlik gövdənin kök boğazı hissəsində meydana çıxır, əsas və yan köklərdə boztəhər, yüngülcə basıq ləkələr mövcuddur. Müəyyən zaman kəsiyində ləkələr tündləşir, onların səthində çoxsaylı kiçik qara, qabarıq göbələk piknidləri zühur edir. Gövdənin və köklərin sirayətlənmiş toxumaları tədricən dağılır, nəticədə çürümə əmələ gəlir.