Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu

2
VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTU Vergi nəzarətini həyata keçirmək məqsədilə hər bir vergi ödəyicisinə Azərbaycan Respublikasının ərazisində vahid olan və vergi ödəyicisi tərəfindən mühasibat, statistika, vergi və digər sənədlərdə hökmən göstərilməli olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi uçotuna hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haq- qında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), Azərbaycan mənbəyindən gəlir əldə edən və bu gəlirdən ödəmə yerində vergi ödəməyən qeyri-rezidentlər həmin gəlirin alındığı yer üzrə, rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə faliyyət göstərdiyi yer üzrə alınırlar. Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olarsa, həmin təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alınır və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin sərbəst balansa, cari və ya başqa hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və müvafiq olaraq onlara VÖEN verilir. Büdcə və qeyri-kommersiya təşkilatlarının olduğu yerdən kənar- da yerləşən bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər. E-qeydiyyat Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron formada vergi uçotuna alınması (E- qeydiyyatı) məqsədilə Vergilər Nazirliyinin wwww.taxes.gov.az internet səhifəsinin “E-xidmətlər” bölməsinin müvafiq olaraq “Fərdi sahibkarın onlayn qeydiyyatı” və “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” xidmətlərindən istifadə edilə bilər. Fiziki şəxslərin e-qeydiyyatı: Tələb olunan sənəd: şəxsiyyət vəsiqəsi, gücləndirilmiş elektron imza Prosedur: Fərdi sahibkarın e-qeydiyyatı yeni istifadəçi kodunun alınması şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu (yeni istifadəçi kodu almaq üçün açılan qeydiyyat ərizəsindəki bütün əlaqə məlumatları mütləq əks olunur və sonra “Qeyd” seçilir) “İnternet Vergi İdarəsi”nin “Onlayn kargüzarlıq” alt bölməsindən əldə edilmiş yeni istifadəçi kodu vasitəsilə “F/Ş qeydiyyat ərizəsi” tam tərtib edilir, “İcra” düyməsi sıxıldıqda sonra F/Ş e-qeydiyyatı sistem tərəfindən həyata keçirilir. Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı: Tələb olunanlar: “Mobil imza”, elektron imza kartı və kart oxuyucu qurğu. Prosedur: “İnternet Vergi İdarəsi”nin “Giriş” alt bölməsindən “Onlayn kargüzarlıq” seçilir elektron forma doldurulur “Elektron ərizə”, “Nizamnamə” və “Qərar" Sistem tərəfindən avto- matik generasiya olunur, gələnlər qovluğuna düşür “Elektron ərizə”, “Nizamnamə” və “Qərar" e-imzalayıcı proqram vasitəsilə imzalanır imzalanmış sənədlər “Onlayn kargüzarlıqda” “Ərizə- nin göndərilməsi” bölməsindən sistemə daxil edilir, “H/Ş elektron qeydiyyatı” seçilir sonra Qəbuldüyməsi sıxılmaqla H/Ş e-qeydiyyatı sistem tərəfindən həyata keçirilir. VERGİ UÇOTUNA ALINMAQ ÜZRƏ ÖHDƏLİYİN YARANMASI Kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüqu- qi şəxslərinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında həm də şəhadətnamə həm də vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiqedən şəhadətnamə hesab edilir. Naxçıvan MR ərazisi istisna olmaqla, Azərbaycan Respublikası- nın ərazisində təsis edilən xarici investisiyalı kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayən- dəliklərinin, habelə maliyyə-sənaye qruplarının, bankların, investisiya fondlarının, sığorta, auditor təşkilatlarının dövlət qeydiyyatı mütləq qaydada Bakı şəhərində yerləşən Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində aparılmalıdır. Vergi orqanlarında uçota alınmaq üçün qeyri-kommersiya hüqu- qi şəxsləri, habelə xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları tərəfindən onların olduğu, fiziki şəxslər tərəfindən yaşadığı, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respub- likasında fəaliyyətə başladıqdan, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər isə idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə verməlidirlər. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTA ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR Dövlət qeydiyyatına və müvafiq olaraq vergi uçotuna alınmaq üçün kommersiya hüquqi şəxslər və xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri təsisçi (təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanmış və notariat qaydasında təsdiq olunmuş “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”yə aşağıda qeyd olunan sənədləri əlavə etməklə vergi orqanına müraciət etməlidirlər: Yerli investisiyalı kommersiya hüquqi şəxslər: hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsis-çiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə; hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında təsisçi (təsisçilər və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmış qərarlar; - dövlət rüsumunun ödənilməsi haqqında sənəd (hüquqi şəxslə rin elektron döv lət qeydiyyatı rüsumsuz aparılır); - təqdim edilən ərizənin təsisçilər barədə əlavəsi (hüquqi və fiziki şəxs olan təsisçilər barədə ayrı-ayrılıqda məlumat verilir, təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, təsisçi fiziki şəxs olduqda isə onun şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilir); ərizə vergi orqanına təqdim edilən tarixə cəmiyyətin müşa- hidə şurası seçildiyi halda təqdim olunan ərizənin müvafiq əlavəsində onun üzvləri barədə məlumatlar müşahidə şurası üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surətləri ərizəyə əlavə olunur); təsisçilər tərəfindən qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti (qanuni təmsilçinin və ya rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə olunur); hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd; məhdud məsuliyyətli cəmiyyət ya səhmdar cəmiyyəti, fond- lar, bank və ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd ((bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)-(məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə, yəni 3 aydan çox olmayan müddətdə ödənilməsi nəzərdə tutulmayıbsa), habelə nizamnamə kapitalına pul formasında ödənilməyən əmlak qoyulduqda əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi əlavə edilməlidir). qeydiyyata alınan qurum xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəyi halda, bu barədə ərizəyə əlavə edilən müvafiq məlumat; ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur. Banklar və sığorta şirkətləri, yaradıldıqda həmçinin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyəti orqanın ilkin razılığı barədə sənəd tələb olunur. Xarici investisiyalı kommersiya hüquqi şəxslər, habelə müştərək kommersiya qurumları qeyd olunan sənədlərdən əlavə olaraq aşağıdakı sənədləri də təqdim etməlidirlər: təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər - qeydiyyat şəhadətnaməsinin (ticarət reyestrindən çıxarışın) və nizamnaməsinin (əsasnaməsinin) notarial qaydada təsdiq olunmuş surəti. (Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Az rbaycan Respublikasının diplomatik ə nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən) qanunvericilikdə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır); təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun vətəndaş olmasını və ya daimi yaşamasını, yaxud hər hansı üçüncü ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış sənəd. Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları dövlət qeydiyyatına alınmaq üçün müvafiq ərizə ilə aşağıdakı sənədləri vergi orqanına təqdim etməlidilər: nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə 2 nüsxədə; nümayəndəliyin və ya filialın yaradılması barədə həmin nüma- yəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının a əsli və y notariat qaydada təsdiq edilmiş surəti, nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydi- yyat şəhadətnaməsi və s.). Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayən- dəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən) qanunvericiliklə nə- zərdə tutulmuş qaydada leqallaşdırılmalıdır; nümayəndəliyin ya filialın hüquqi ünvanını təsdiq edən sənəd; nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfin- dən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (notariat qaydasında təsdiq edilmiş surəti təqdim olunduqda qanunvericliklə müəyyən edilmiş qaydada leqallaşdırl- malıdır); nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti(notariat qaydasında təsdiq edilmiş surəti təqdim olunduqda qanunvericliklə müəyyən edilmiş qaydada leqallaşdırlmalıdır; Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəyi halda, bu barədə ərizəyə əlavə edilən müvafiq məlumat; ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur. Xarici bankların və sığorta şirkətlərinin, xarici ali və orta təhsil müəssisələrinin nümayəndəlikləri və ya filialları yaradıldıqda həmçi- nin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyəti orqanın ilkin razılığı barədə sənəd tələb olunur. Qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatı Ədli- yyə Nazirliyində həyata keçirildiyindən sonra həmin şəxslər vergi orqanına ərizə ilə müraciət etdikdə aşağıdakı sənədləri təqdim edirlər: dövlət qeydiyyatına alınma haqqında şəhadətnamənin və nizamnamənin (və ya əsasnamənin) surəti; rəhbərin təyin olunmasını təsdiq edən sənədlərin surəti; hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin surəti; rəhbərin təyin olunmasını təsdiq edən sənədlərin surəti;

Transcript of Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu

Page 1: Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu

VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTUVergi nəzarətini həyata keçirmək məqsədilə hər bir vergi

ödəyicisinə Azərbaycan Respublikasının ərazisində vahid olan və vergi ödəyicisi tərəfindən mühasibat, statistika, vergi və digər sənədlərdə hökmən göstərilməli olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi uçotuna hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haq-qında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), Azərbaycan mənbəyindən gəlir əldə edən və bu gəlirdən ödəmə yerində vergi ödəməyən qeyri-rezidentlər həmin gəlirin alındığı yer üzrə, rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə faliyyət göstərdiyi yer üzrə alınırlar. Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olarsa, həmin təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alınır və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin sərbəst balansa, cari və ya başqa hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və müvafiq olaraq onlara VÖEN verilir. Büdcə və qeyri-kommersiya təşkilatlarının olduğu yerdən kənar-da yerləşən bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər.

E-qeydiyyatAzərbaycan Respublikası vətəndaşlarının, əcnəbi və vətəndaşlığı

olmayan şəxslərin və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron formada vergi uçotuna alınması (E-qeydiyyatı) məqsədilə Vergilər Nazirliyinin wwww.taxes.gov.az internet səhifəsinin “E-xidmətlər” bölməsinin müvafiq olaraq “Fərdi sahibkarın onlayn qeydiyyatı” və “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” xidmətlərindən istifadə edilə bilər.

Fiziki şəxslərin e-qeydiyyatı:

Tələb olunan sənəd: şəxsiyyət vəsiqəsi, gücləndirilmiş elektron imza

Prosedur: Fərdi sahibkarın e-qeydiyyatı yeni istifadəçi kodunun alınması şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu (yeni istifadəçi kodu almaq üçün açılan qeydiyyat ərizəsindəki bütün əlaqə məlumatları mütləq əks olunur və sonra “Qeyd” seçilir) “İnternet Vergi İdarəsi”nin “Onlayn kargüzarlıq” alt bölməsindən əldə edilmiş yeni istifadəçi kodu vasitəsilə “F/Ş qeydiyyat ərizəsi” tam tərtib edilir, “İcra” düyməsi sıxıldıqda sonra F/Ş e-qeydiyyatı sistem tərəfindən həyata keçirilir.

Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı:

Tələb olunanlar: “Mobil imza”, elektron imza kartı və kart oxuyucu qurğu.

Prosedur: “İnternet Vergi İdarəsi”nin “Giriş” alt bölməsindən

“Onlayn kargüzarlıq” seçilir elektron forma doldurulur “Elektron ərizə”, “Nizamnamə” və “Qərar" Sistem tərəfindən avto-

matik generasiya olunur, gələnlər qovluğuna düşür “Elektron ərizə”, “Nizamnamə” və “Qərar" e-imzalayıcı proqram vasitəsilə imzalanır imzalanmış sənədlər “Onlayn kargüzarlıqda” “Ərizə-nin göndərilməsi” bölməsindən sistemə daxil edilir, “H/Ş elektron qeydiyyatı” seçilir sonra “Qəbul” düyməsi sıxılmaqla H/Ş e-qeydiyyatı sistem tərəfindən həyata keçirilir.

VERGİ UÇOTUNA ALINMAQ ÜZRƏ ÖHDƏLİYİN YARANMASI Kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüqu-qi şəxslərinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında həm də şəhadətnamə həm də vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiqedən şəhadətnamə hesab edilir. Naxçıvan MR ərazisi istisna olmaqla, Azərbaycan Respublikası-nın ərazisində təsis edilən xarici investisiyalı kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayən-dəliklərinin, habelə maliyyə-sənaye qruplarının, bankların, investisiya fondlarının, sığorta, auditor təşkilatlarının dövlət qeydiyyatı mütləq qaydada Bakı şəhərində yerləşən Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində aparılmalıdır. Vergi orqanlarında uçota alınmaq üçün qeyri-kommersiya hüqu-qi şəxsləri, habelə xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları tərəfindən onların olduğu, fiziki şəxslər tərəfindən yaşadığı, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respub-likasında fəaliyyətə başladıqdan, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər isə idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə verməlidirlər.

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTA ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR Dövlət qeydiyyatına və müvafiq olaraq vergi uçotuna alınmaq üçün kommersiya hüquqi şəxslər və xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri təsisçi (təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanmış və notariat qaydasında təsdiq olunmuş “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”yə aşağıda qeyd olunan sənədləri əlavə etməklə vergi orqanına müraciət etməlidirlər:

Yerli investisiyalı kommersiya hüquqi şəxslər: hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsis-çiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə; ● ● hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında təsisçi (təsisçilər və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmış qərarlar; -dövlət rüsumunun ödənilməsi haqqında sənəd (hüquqi şəxslərin elektron döv lət qeydiyyatı rüsumsuz aparılır); - təqdim edilən ərizənin təsisçilər barədə əlavəsi (hüquqi və fiziki şəxs olan təsisçilər barədə ayrı-ayrılıqda məlumat verilir, təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, təsisçi fiziki şəxs olduqda isə onun şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilir);� � � � � � � � � ərizə vergi orqanına təqdim edilən tarixə cəmiyyətin müşa-hidə şurası seçildiyi halda təqdim olunan ərizənin müvafiq əlavəsində onun üzvləri barədə məlumatlar müşahidə şurası üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surətləri ərizəyə əlavə olunur); ������� təsisçilər tərəfindən qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti (qanuni təmsilçinin və ya rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə olunur); hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd; ����� məhdud�məsuliyyətli�cəmiyyət�və ya səhmdar cəmiyyəti, fond-lar, bank və ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd ((bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)-(məhdud�məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə, yəni 3 aydan çox olmayan müddətdə ödənilməsi nəzərdə tutulmayıbsa), habelə nizamnamə kapitalına pul formasında ödənilməyən əmlak qoyulduqda əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi əlavə edilməlidir). qeydiyyata alınan qurum xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəyi halda, bu barədə ərizəyə əlavə edilən müvafiq məlumat; ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur. Banklar və sığorta şirkətləri, yaradıldıqda həmçinin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyəti orqanın ilkin razılığı barədə sənəd tələb olunur. Xarici investisiyalı kommersiya hüquqi şəxslər, habelə müştərək kommersiya qurumları qeyd olunan sənədlərdən əlavə olaraq aşağıdakı sənədləri də təqdim etməlidirlər: təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər - qeydiyyat şəhadətnaməsinin (ticarət reyestrindən çıxarışın) və nizamnaməsinin (əsasnaməsinin) notarial qaydada təsdiq olunmuş surəti. (Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Az rbaycan Respublikasının diplomatik ənümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən) qanunvericilikdə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır);

təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun vətəndaş olmasını və ya daimi yaşamasını, yaxud hər hansı üçüncü ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış sənəd. Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları dövlət qeydiyyatına alınmaq üçün müvafiq ərizə ilə aşağıdakı sənədləri vergi orqanına təqdim etməlidilər: nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə 2 nüsxədə; nümayəndəliyin və ya filialın yaradılması barədə həmin nüma-yəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının a əsli və ynotariat qaydada təsdiq edilmiş surəti, nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydi-yyat şəhadətnaməsi və s.). Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayən-dəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən) qanunvericiliklə nə-zərdə tutulmuş qaydada leqallaşdırılmalıdır; nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd; nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfin-dən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (notariat qaydasında təsdiq edilmiş surəti təqdim olunduqda qanunvericliklə müəyyən edilmiş qaydada leqallaşdırl-malıdır); nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti(notariat qaydasında təsdiq edilmiş surəti təqdim olunduqda qanunvericliklə müəyyən edilmiş qaydada leqallaşdırlmalıdır; Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəyi halda, bu barədə ərizəyə əlavə edilən müvafiq məlumat; ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur. Xarici bankların və sığorta şirkətlərinin, xarici ali və orta təhsil müəssisələrinin nümayəndəlikləri və ya filialları yaradıldıqda həmçi-nin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyəti orqanın ilkin razılığı barədə sənəd tələb olunur. Qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatı Ədli-yyə Nazirliyində həyata keçirildiyindən sonra həmin şəxslər vergi orqanına ərizə ilə müraciət etdikdə aşağıdakı sənədləri təqdim edirlər: dövlət qeydiyyatına alınma haqqında şəhadətnamənin və nizamnamənin (və ya əsasnamənin) surəti; rəhbərin təyin olunmasını təsdiq edən sənədlərin surəti; hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin surəti; rəhbərin təyin olunmasını təsdiq edən sənədlərin surəti;

Page 2: Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu

uçotunda dayanmışdırsa, vergi şəhadətnaməsi, səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin arayışı, hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə isə onun ləğvetmə qərarı, ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd və möhür, hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində “ləğv prosesindədir” yazılmış möhür, səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin arayışı ilə birlikdə təhvil aktı və ya bölünmə balansı, qeydiyyat və ya vergi şəhadətnaməsi, nizamnaməsi (əsasnaməsi) və ya möhürü itmişdirsə, itmiş sənədin və ya möhürün etibarsız hesab edilməsi barədə mətbuatda dərc edilmiş müvafiq elan təhvil verilməlidir.

Dövlət qeydiyyatını həyata keçirən orqanına təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanılaraq, çatışmamazlıqlar aşkar edilmədikdə sənədlərin təhvil alındığı tarixdən 7 gün müddətində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması təmin edilir.

Ləğvetmə komissiyası (təsviyəçi) müəyyən edilmiş müddətdə vergi orqanına ləğv bəyannaməsini də verməyə borcludur.

Ləğvetmə proseduru vergi ödəyicisi tərəfindən büdcəyə və büdcədənkənar fondlara olan borclar tam ödənildikdən sonra başa çatmış hesab olunur və o, uçotdan çıxarılır.

Fiziki şəxsin VÖEN-nin ləğvi onun vəfatı zamanı, fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda mümkündür. Fəaliyyətinin dayandırılması onların uçotdan çıxarılmasına əsas vermir.

MALİYYƏ SANKSİYALARI VƏ İNZİBATİ CƏRİMƏLƏR

Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinə vergi uçotu ilə bağlı qanun pozuntularına, yəni qanunla müəyyən edilmiş müddətdə vergi orqanlarında uçota alınma və olduğu yer barədə ərizə verilməməsinə və uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 200-3-cü maddəsinə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş müddətdə və qaydada müraciət olunmamasına görə vəzifəli şəxslərə 1000 manatdan 2000 manatadək, hüquqi şəxslərə 2500 manatdan 3000 manatadək miqdarda inzibati cərimə tətbiq edilir.

Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər, maliyyə sanksiyaları üzrə borcu olmadıqda verilir.

Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanlarında uçota alınması haqqında şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla).

Bank hesabları yalnız şəhadətnamə-dublikatda göstərilən banklarda (bankın filialında) açılır.

VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTDAN ÇIXARILMASI Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs

tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma vergi ödəyicisinin (bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində) müraciətinə əsasən həyata keçirilir.

Hüquqi şəxsin VÖEN-nin tamamilə ləğv olunması aşağıdakı hallarda həyata keçirilir: a) qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul olunduqda;

b) hüquqi şəxsin təşkilati–hüquqi forması dəyişdikdə; c) hüquqi şəxsin mülkiyyət mənsubiyyəti dəyişdikdə. Hüquqi şəxsin, filial və ya nümayəndəliyin ləğvi və ya yenidən təşkili haqqında qərar qəbul edildikdə (bu qərardan ən çoxu 20 gün əvvəl 12 ay ərzində bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən qəbul rəsmi bəyanatedilir) ləğvetmə komissiyası (təsviyəçi) təyin edilməli, həmin gündən sonra müvafiq mətbu nəşrdə onun ləğv edilməsi 10 gün müddətindəvə kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumat dərc edilməli, həmin hüquqi şəxsin ləğv prosesində olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün qeyd edilən gündən sonra bu 15 gün müddətində hüquqi şəxsin dövlət qeydiyyatını həyata keçirən orqana ərizə təqdim edilməli, ərizəyə isə ləğvetmə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat, ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd və möhür əlavə etməlidir. Təqdim edilmiş sənədlərdə çatışmamazlıqlar aşkar edilmədikdə hüquqi şəxsin ləğvetmə prosesində 5 gün müddətindəolması barədə qeyd reyestrə daxil edilir.

Ləğvetmə komissiyası (təsviyəçi) qalıq əmlakının bölüşdürülməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün həmin hüquqi şəxsin dövlət qeydiyyatını həyata keçirən orqana ləğvetmə balansı, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd, onun nizamnaməsinin (əsasnaməsinin) və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əsli, üzərində “ləğv prosesindədir” yazılmış möhürü, 2008-ci il 1 yanvar tarixədək vergi

hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin surəti; rəhbərin�şəxsiyyətini təsdiq edən sənədin surəti; hüquqi şəxsin olduğu yer (ünvanı) haqqında məlumat. Vergi ödəyiciləri olan qeyri-kommersiya hüquqi şəxslər onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Fiziki şəxslər vergi orqanında uçota alınmaq üçün aşağıdakı sənədləri təqdim edirlər: ərizə; şəxsiyyəti təsdiq edən sənədin surəti; Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin vəsiqəsi (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər). Qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fiziki şəxslərin vergi orqanında vergi uçotuna alınması, habelə kommersiya hüquqi şəxslə- rin xarici kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filiallarının vergi orqanında dövlət qeydiyyatına və mü vafiq olaraq vergi uçotuna alınması 2 gündən gec olmayaraq həyata keçirilir. “İnternet Vergi İdarəsi” vasitəsilə fiziki şəxslərin e-qeydiyyatı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı dərhal, adi elektron dövlət qeydiyyatı is 1 gündən gec əolmayaraq həyata keçirilir. Vergi ödəyicisinə onun vergi uçotuna alınmasını təsdiq edən sənəd kimi şəhadətnamə verilir və bu sənəd vergi ödəyicisinə bir dəfə verilir, həmin şəxsin ödəyici olduğu dövr ərzində onda saxlanı lır. Yalnız şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə, ödəyici vergi orqanına müraciət edərək üzərində müvafiq qeyd aparılan yeni nüsxə ala bilər. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cü r dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi orqanına uçota alınmaq üçün təqdim etdiyi ərizədəki məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi ödəyicisi vergi orqanına məlumat verməlidir. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Xatırladaq ki, uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

VERGİ ÖDƏYİCİSİNİN BANK HESABLARININ AÇILMASI Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılma-sı üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir və vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır.

BAKI - 2016www.taxes.gov.az

Azərbaycan Respublikası�Vergilər Nazirliyi