Uşaq xoru və onunla işin...

52
AZƏRBAYCAN RESPUBLİKAS I MƏDƏNİYYƏ T TURİZM NAZİRLİYİ MƏDƏNİYYƏ TŞ ÜNASLIQ ÜZRƏ ELMİ - METODİKİ MƏRKƏZ Uşaq xoru və onunla işin mahiyyəti (Metodiki və sait) BAKI - 2016

Transcript of Uşaq xoru və onunla işin...

AZƏRBAYCAN RESPUBLİKAS I MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

MƏDƏNİYYƏTŞ ÜNASLIQ ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ

Uşaq xoru və onunla işin mahiyyəti

(Metodiki vəsait)

BAKI - 2016

2

Tərtibçi: Məhin Orucova

Bakı şəhəri C.Hacıyev adına 3 nömrəli

onbirillik musiqi məktəbinin direktoru,

xormeyster

Rəyçilər: Gülbacı İmanova

Azərbaycan Dövlət Xor kapellasının

bədii rəhbəri, dirijoru, Respublikanın

xalq artisti, professor

Dilarə Əliyeva

Uşaq xor kapellasının bədii rəhbəri,

Azərbaycan Respublikasının Əməkdar

incəsənət xadimi

Redaktor: Leyla Rzayeva

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki

Mərkəzin Bədii təhsil şöbəsinin metodisti

Bu vəsait uşaq musiqi və incəsənət məktəblərinin

gənc xormeysterləri üçün nəzərdə tutulmuşdur.

Vəsaitdə Rusiya Federasiyasının Moskva şəhərində

fəaliyyət göstərən “Vesna” uşaq musiqi (xor)

məktəbinin direktoru ,sənətşünaslıq namizədi

N.V.Averinanın məqalələrinə istinad edilmişdir.

3

M Ü N D Ə R İ C A T

1. Giriş..............................................................................................4

2. Professional uşaq xor kollektivini necə yaratmalı?......................7

3. Xor ifaçılarının tərbiyə edilməsi................................................ .9

4. Birinci məşğələ...........................................................................13

5. Xorda konsertmeysterin rolu haqqında......................................22

6. Bu Bizik!......................................................................................23

7. Uşaq xorunun həyatı...................................................................30

8. Xorda fərdi məşğələlər...............................................................31

9. Xorun ifa fəaliyyəti.....................................................................32

10. İlk addımlar................................................................................34

11. İfa vəziyyəti və işlərin təşkili.......................................................36

12. Musiqi əsəri üzərində iş..............................................................42

13. Valideynlərlə iş...........................................................................48

4

G İ R İ Ş

Xor - qədim incəsənət növlərindən biridir. Bütün dünya mədəniyyəti tarixi ifaçılıq sirri ilə qırılmaz əlaqədədir. İnsan mahiyyəti, insan təbiətinin özü xor ifasında, insanların vokal

istedadını izahedilməz dərəcədə dərin və təbii şəkildə əks etdirir. Xor ifası həyatın özü ilə sıx birləşir, onun ayrılmaz hissəsi kimi daxil olur. O hissləri, xəyalları oxuyan insanların iradələrini birləşdirir,

onların zövqlərini və qəlblərini tərbiyələndirir. Xor ifası - dünya musiqisinin zirvələrinə, şəxsiyyətin estetik təkmilləşməsinə,

mənəviyyat yüksəkliklərinə çatmaq üçün zəngin imkan və etibarlı yoldur.

Uşaq xoru - xor ifaçılığının ən qiymətli budağıdır, səslənmə

miqyasında daha kiçik, daha incə, emosional cəhətdən daha açıq, daha şairanə və səmimidir. Məşhur amerika musiqiçisi və pedaqoqu

C.Bets düzgün vurğulamışdır, "uşaq səslərinin məlahətinin böyük hissəsi, bu səslərin arxasında canlı məxluqun olmasının hiss edilməsindən asılı olmasındadır, onlar tək düzgün deyil, həm də

düşüncəli oxuyanda, bu musiqi ilə dünyanın digər başqa bir musiqisi müqayisə olunmazdır".

Əsrlər boyu xor incəsənəti yayıldıqca uşaq səslərini öz ürəyində qoruyub bəsləmişdir. Xor səslənməsi və onun qanunları dahi Avropa musiqi mədəniyyətinin laylası olaraq həlledici musiqi

anlayışında - səsşünaslıqda həmişəlik həkk olunmuşdur. Bütün dövrlərin ustadlarının dahi mənəvi və rəssam kəşflərinə

uşaq səslərinin "mələk saflığı" və müdrikliyi hopmuşdur: musiqi mədəniyyəti uşaq istedadlılığını, təkrarolunmazlılığını, səmimiliyini, əbədiliyin hiss edilməməsinin oxuma ləyaqətini tamamilə

mənimsəmişdir. Bütün bu əsrlər boyunca davam edən prosesin arxasında görkəmli musiqiçi- pedaqoqların - dahi Josken de Pre,

Lasso, Şüts, Monteverdi, Cezualdo, Bax, Hendel, Vyana klassikləri,

5

IX və XX əsrlərin korifeylərinə kimi hamısının uşaqlarla apardıqları

çox böyük, səbrli, təmənnasız əməyi durur. Xor ifası musiqi bacarıqlarının, musiqi istedadının, musiqi intuisiyasının, musiqi dünyagörüşünün yaranmasının və

formalaşmasının ənənəvi forması deyil - həm də hər cür musiqi inkişafının mütləq, əvəzolunmaz bünövrəsidir. Onu da qeyd etmək

lazımdır ki, musiqi dünyasının rəhbərləri bunu sözsüz ki, təmənnasız, həvəslə, ehtirasla konkret müəllimliklə anlayırdılar. Bortnyanski, Berezovski, Qlinka, Balakirev, Çaykovski, Rimski-

Korsakov, Raxmaninov kimi görkəmli bəstəkarların bilavasitə xüsusi töhfələri - rus mədəniyyətinin parlaq səhifələridir. Rusiya xor işi

bəşəriyyətə dahi xor dirijorlarını, misilsiz xor ahəngdarlığı yaradıcılarını bəxş etmişdir. Peterburq kapellası və Moskva Sinodal xoru həmişə rus xor mədəniyyətinin ali dərketmə sıralarında

olmuşdur. Lomakin, Orlov, Danilin, Çesnokov, Klimov, Qolovanov, Kastalski və digərlərinin adları - xor incəsənətinin yaradıcı nəfəsinə

hələ uzun zaman təkan verəcək. Bu məşhur fədakarların musiqi fəaliyyətinə diqqətlə baxdıqda, ehtimal olunur ki, hər şeydən əvvəl onlar - uşaqların müəllimi, uşaq musiqi təhsilini təşkil edən, sadəcə

olaraq, tədris müəssisələrinin zəhmətkeş pedaqoqları idilər. Onlar həmişə xorda nəğmənin rolunun məsuliyyətli mənasının

musiqi tərbiyəsində uşaq yaşlarından olmasını təkidlə qeyd edirdilər. Rus xor incəsənətinin ən görkəmli bəstəkarı və pedaqoqu A.D.Kastalskiyə bu müdrik səmimi sözlər məxsusdur: "Uşaqlara

musiqi ifa etmək öz səsi ilə daha asandır, bunun üçün uşaqların özlərinin musiqi ifa etməsində birinci yeri xor nəğməsi tutmalıdır,

harada ki, ifaçılar ifa zamanı bütün vücudları ilə çıxış edirlər". Bütün dünyada xorun səslənməsi məkanında musiqi qabiliyyətinin inkişafı problemi musiqi təhsilində ən vacib

problemlər hesab olunur. Ən görkəmli bəstəkarlar və musiqi xadimləri bütün öz yaradıcılıq həyatlarını buna həsr edirlər. Onlar

6

tərəfindən xor nəğmələri əsasında musiqi təhsil sistemlərinin

yaradılması dünya tərəfindən qəbul edilirdi. Xor sənəti zəngin Azərbaycan musiqisinin də ayrılmaz qollarından biridir. Doğma Azərbaycanımızda xor sənətinin ilkin

elementləri hələ qədim zamanlarda el şənliklərində, tarlalarda, əkin-biçin işlərində, məclislərdə, nənə-babalarımızın oxuduqları

mahnılarda, bayatılarda özünü göstərmişdir. Amma ümumilikdə xorun inkişafı, professional səviyyədə tədris və təbliği ötən əsrin 20-ci illərindən vüsət almışdır.Elə həmin dövrdə Azərbaycanda xor

ifaçılığına xeyli maraq oyanır. Dahi Azərbaycan bəstəkarı, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli milli musiqi

mədəniyyətinə xor ifaçılığı sənətini daxil edir. Peşəkar xor kollektivini yaratmaq məqsədilə 1921-ci ildə Üzeyir bəy Konservatoriyanın bütün tələbələri üçün xorla oxuma fənninin

tədrisini vacib hesab edir və çalışır ki, Azərbaycan gənclərində xorla oxuma sənətinə maraq oyatsın. Elə bu məqsədlə də kiçik həcmli xor

əsərlərini yazır və özünün məşhur melodiyalarını ikisəsli xor üçün işləyir. 1928-1929-cu tədris ilində Konservatoriyanın nəzdində xüsusi xor sinfi açılır. 1936-cı ildə isə Azərbaycan Dövlət Filarmoniyasının

nəzdində Azərbaycan Dövlət xoru yaranır və Üzeyir bəy onun bədii rəhbəri və dirijoru təyin edilir. Demək olar ki, Üzeyir Hacıbəyli həm

də ilk azərbaycanlı xormeyster oldu. O ilk növbədə xor sənətini məhz milli mühitdə yaymaq məqsədini güdürdü və xorun ifasında xalq mahnılarını fəal şəkildə təbliğ etməyi nəzərdə tuturdu.

Xor incəsənətinin meydana gəlməsi, onun daxili təzələnməsi, ancaq uşaq yaşlarından xor mədəniyyətinin təməli qoyulduqda

mümkündür. Uşaq yaşlarından xor mədəniyyətinin təməli qoyulsa, uşaq xor nəğmələri musiqi incəsənətində ləyaqətli yer tuta bilər...

7

PROFESSİONAL UŞAQ XOR KOLLEKTİVİNİ NECƏ

YARATMALI ?

Uşaq xorunun xəyali ideal obrazını təsəvvürümüzə gətirək:

sizə dikilən həyəcanlı intizar dolu alışan gözlər; vahid emosional coşgunluqla birləşməyə hazır olan açıq, həssas ürəklər; canlandırıcı

şövqlə və harmoniya ilə dinləyicilərə həzz verən "mələk" səsləri. Uşaq xoru - canlı orqanizmdir, daim böyüyən, dəyişən və həmişə cavan olan, cavanlıq energetikasını, optimistliyi və şairanə

lətafəti vəcdlə daşıyan qəribə məxluqdur; insan hisslərinin ən dərinliklərini bilavasitə ifadə edən səmimilik, kövrəklik və incəlik

ifadə edən xüsusi alətdir. Lakin bu aləti hazır əldə etmək mümkün deyil. Onu yetişdirmək, bəsləmək, öyrətmək, tərbiyələndirmək lazımdır...

Uşaqlarla məşğul olan xormeysteri böyük və əyləncəli iş gözləyir. Çox çətinliklərin öhdəsindən gəlmək lazımdır, bu kimi sadə

görünən sualları cavablandırmaq üçün xormeyster özü bir çox şeyləri daha dəqiq bilməlidir: - Uşaq səslərini itaətli və gözəl etmək üçün nə etmək

lazımdır? - Balaca ifaçını eşitməyə və diqqətlə qulaq asmağa, anlamağa

və başa düşməyə, qiymətləndirməyə və hiss etməyə necə öyrətmək lazımdır? - Onun qarşısında sehirli musiqi dünyasını necə açmaq

lazımdır ki, bu dünya bütün ömür boyu onun üçün sevimli olaraq qalsın?

Və, nəhayət başlıca sual: əsl professional uşaq xor

kollektivini necə yaratmalı?

Bu suala birmənalı cavab mövcud deyil. Axtarmaq və sınamaq,

eksperiment aparmaq və yanılmaq, düşünmək və təhlil etmək lazımdır. Lakin hər zaman yadda saxlamaq lazımdır ki, uşaq xoru ilə

işdə əsas xüsusiyyət - tədrislə (musiqi qabiliyyətinin, oxumaq

8

bacarıqlarının, səs aparatlarının, savadlılığın inkişafı) musiqi

tərbiyəsini (incəsənətə şüurlu yanaşma, musiqiyə, nəğməyə məhəbbət, görüş dairəsinin genişləndirilməsi) və bilavasitə ifaçılığın

bacarıqla birləşdirilməsinin olmasıdır. Belə yanaşma xorun

inkişafının mükəmməlliyini və hər bir uşağın qabiliyyətlərinin maksimal dərəcədə meydana çıxmasını təmin edir. Bu çətin və

zəhmətli işin əsasını uşaq xorunun yetişdiyi musiqinin özü, onların öyrəndikləri əsərlər təşkil edir. Hamıya məlumdur ki, musiqi insan qavramasının emosional

mühitinə daha çox təsir göstərir, o hisslərin və emosiyaların formalaşmasında fəal iştirak edir. Əsərlərin öyrənilməsi və ifası

uşaqların musiqi mədəniyyətinin bünövrəsini qoyur. Bu proses uşaq psixikasına hərtərəfli təsir göstərir, onun diqqətini, yaddaşını inkişaf etdirir, müşahidə aparmaq və ümumi nəticə çıxarmaq qabiliyyətini

şiddətləndirir, musiqini düzgün qavrama qabiliyyətini həssas və istedadlı edir. Uşaqlar tərəfindən musiqi incəsənətini təşkil edən tam

və hissələrin əlaqəsi, hər bir elementin ifadəli mənası, başa düşülür, formaları, gözəllikləri və harmoniyanı hiss etmək qabiliyyəti tərbiyələnir...

Xor tərəfindən ifa olunan əsərlər məcmusu, repertuar, onun bütün fəaliyyətinin əsasını təşkil edir, kollektivin iştirakçılarının bədii

fəallığının inkişafına imkan yaradır, məşq və ya konsert olmasına baxmayaraq, onun yaradıcılıq yo lunun əvvəlində və ya axırında olmasına baxmayaraq, xorun işinin müxtəlif forma və mərhələsinin

bilavasitə əlaqəsində ifadə olunur. Repertuar bütün tədris-tərbiyə prosesinə təsir göstərir, onun

bazasında musiqi-nəzəri biliklər toplanır, vokal-xor bacarıqları təkmilləşir. O estetik zövqün tərbiyəsinə, uşaqlarda bədii baxışların və təsəvvürlərin formalaşmasına təsir göstərir. "Repertuar

siyasətində" güzgüdə olduğu kimi rəhbərin xor incəsənətinin anlayışına baxışları əks olunur, bu da son nəticədə uşaq kollektivinin

bədii ifaçılıq simasını müəyyən edir.

9

Repertuar seçimi - bu bir anlıq akt deyil, bu xormeysterin

gündəlik fəaliyyətinə məhdud şəkildə daxil olan uzunmüddətli bir prosesdir və bu ondan çox bilik və bacarıq tələb edir. Məsələn, bu və ya digər musiqi əsərlərinin, ayrı-ayrılıqda olduğu kimi, həmçinin

qarşılıqlı əlaqəli və uyğunlaşmış formada, mənimsənməsinin qanunlarını bilmək lazımdır. Hər bir məşğələ və çıxış üçün musiqi

materiallarının yeni "komplekslərini" modelləşdirməyi bacarmaq lazımdır. Uşaqların musiqi - oxuma inkişafının qanunauyğunluqlarını bilmək və seçilmiş repertuarın təsiri ilə bu inkişafın dinamikasını

duymaq bacarığı vacibdir. Tədris-tərbiyə planında müasir musiqi həyatının yeni dəyişikliklərini mahirliklə yanaşmağı bacarmaq

lazımdır. Dirijorun prinsipial metodiki məqsədlərinin də, həmçinin bu və ya digər musiqi əsərlərinin yaradıcı reallaşma imkanlarını görmək bacarığının da əhəmiyyəti var.

Əfsus ki, uşaq xoru üçün not nəşriyyatları, məsələn fortepiano ədəbiyyatı olduğu qədər də həcmli və müxtəlif deyil. Baxmayaraq

ki, axırıncı illər yeni maraqlı xor məcmuələri meydana gəlməkdədir, daim belə adlandırılan "repertuar aclığı", əsər çatışmamazlığı duyulur, hansılarda ki, danılmaz musiqi-məzmun dəyərli və pedaqoji

məqsədəuyğunluq birləşir. Əsasən, ən balaca ifaçılar üçün və yeni başlayan xorlar üçün bu kimi ədəbiyyatlar çox azdır. Klassik musiqi,

həmçinin rus və xarici əsərlərin nəşr olunması dairəsi məhduddur. Uşaqlar tərəfindən ifa olunan müasir repertuar, çox vaxt səthi xidmət göstərir və ifaçıların zövqünün və ruhi həssaslığının inkişafına imkan

yaratmır.

XOR İFAÇILARININ TƏRBİYƏ EDİLMƏSİ

Xor məşğələsinin başlanması... Dirijor zala daxil olur, onlarla

sualedici uşaq gözləri ona dikilmişdir. Bu gözlərdə məhəbbət, səbrsizlik, intizar var ... Uşaqlar öz sevimli işləri ilə məşgul olmağa

10

(dərsə deyil), öz sevimli dirijorlarının yanına, öz seviml i musiqiləri

ilə görüşə gəlmişdilər. Həmişə bu cür olmasını necə də arzulayırlar... Bütün xor məşğələsinin sonrakı gedişatı müəllimin başladığı birinci sözündən, intonasiyasından, jestdən və mimikadan çox

asılıdır. Məşğələdə mühit nə qədər təbii olsa, onun bütün iştirakçılarının ümumi işdə maraqlılığı, münasibətlərin

mehribanlılığı, açıqlılığı və bununla bərabər həqiqi peşəkarlıq bir o qədər çox olacaq, belə birgə əməyin nəticələri də daha təəcübləndirici və məhsuldar olur.

Belə də olur ki, xormeysterin həmin günü işləri yaxşı alınmayıb - əhvalı yoxdur, güzəran problemləri onu yorub, özünü pis

hiss edir və s., amma işləmək, yaratmaq, hazırlamaq, öyrətmək .... lazımdır. Uşaqlar da müxtəlif cür gəlirlər və çox vaxt - məktəbdən sonra yorulmuş, üzülmüş, bəzən acqarına.... Məşğələyə başlayırıq.

Qısa bir vaxtdan sonra problemlər ikinci plana keçirlər, yeni qüvvələr, emosiyalar gəlir, hamı tam vahid bir yerdə birləşir, xor

həssas və xeyirxah bir alətə çevrilir. Hər bir xor məşğələsi bir növ təkrarlanan hərəkətlərlə kamilləşir: salamlaşma, oxumaq, repertuar üzərində iş, elanlar,

sağollaşma. Lakin onu canlı hisslərlə, emosiyalarla doldurmaq, sxem və şablonların olmaması uşaqlarla hər bir görüşü təkrarolunmaz və

yadda qalan edir. Uşaqların asudə vaxtlarını qorumağa çalışmaq və onların digər maraqlarına hörmət etmək lazımdır. Lakin xor məşğələləri hamı

üçün müqəddəsdir (həm müəllimlər, həm də uşaqlar ücün). Məşğələyə gecikmək mümkün deyil, üzürsüz səbəblərə görə onları

buraxmaq olmaz, üzürlü səbəb isə yalnız uşağın xəstəliyi ilə əlaqədar ola bilər. Onu da qeyd etmək lazımdır ki, bu tələblər xorun rəhbəri tərəfindən verilən əmrlər deyil. Bu tələblər çoxdan bəri dərk edilmiş

daxili zərurətdir və xorun hər bir uşağı, valideynlər və məktəbin digər müəllimləri ciddi kollektiv əməyinə anlayışla yanaşırlar, xor

tərəfdarı olmağa çalışırlar. Bununla belə məktəbdə heç vaxt xəstəlik

11

haqqında arayış tələb olunmur, lakin hər xəstələnən məktəbə zəng

vurub məşğələni buraxmağı haqqında məlumat verməlidir. Bununla uşaqların tərəfindən öz işlərinə, müəllimlərə hörmət və doğruluq göstərilir, digər tərəfdən isə - onlara qarşı bizim tam inamımız

göstərilir. Beləliklə, dirijor, xormeyster, konsertmeyster düz təyin

olunan vaxt sinfə daxil olur - burada xor tamaşası üçün artıq hər şey hazırdır: uşaqlar stullarda rahat yerləşmişlər (dəyişək ayaqqabı və səliqəli görünüş mütləqdir), hər birinin əlində cari repertuar olan xor

qovluğu var, otaq təmizdir, işıqlıdır, açıq piano parıldayır, bu məşğələ üçün lazım olan digər alətlər hazırdır, dirijorun pultu

hazırdır. Başlamaq olar ... Bizim ümumi işimizə uşaqların belə münasibəti, hər bir xor məşğələsinin vacib təşkilati məsələləri üzrə onların xüsusi qayğısı,

həqiqi maraqlılıq yalnız öz əməyini son nəticəsində deyil, gündəlik adi "əmək" günlərində də vacibdir və bu qohumluq, ailə

münasibətləri hisslərini verir, burada hamı bir nəfər üçün və bir nəfər hamı üçündür və bu da kollektivdə həqiqi məsləkdaşların tərbiyəsinə kömək edir. Uşaqlar təyin olunan vaxtda yalnız gəlib getmirlər, onlar

həvəslə sevimli əsərlərini oxuyurlar (bu da əsasdır), onlar bütün daxili təşkilati proseslərdə iştirak edərək, bu saatları birlikdə

keçirirlər, onlar öz hərəkətlərinin (o cümlədən oxumağın) digər uşaqların qarşısında cavabdehliyini, özlərinin zəruriliklərini, əhəmiyyətliliklərini hiss edirlər. Gənc xor ifaçılarının belə anlayışları

müəllimlərin hər bir uşağa tam inamı və məhəbbəti həmin yaradıcı intizamı verir.

Xor ifaçılarının tərbiyələndirilməsi... Bu haqda yəqin ki, hər bir xor rəhbəri arzu edir. Axı ancaq belə kollektiv əhəmiyyətli nəticələr əldə edə bilər, yalnız belə mühit iştirakçılara həyat və azadlığı hiss

etməyə imkan yaradır. Uşaq xorunda sadəcə olaraq dərs vermək deyil, həqiqətən bədii yaradıcılıqla məşğul olmağa imkan yaranır.

12

Kollektivdə ifaçıların tərbiyələndirilməsi - xor məşğələsinin

öz obrazında yaranmış və kollektivin üzvlərinin fəaliyyətini müşayiət edən uzunmüddətli, çətin prosesdir. Xor məşğələsində hər bir şagirddə xor notlarının qalın

qovluğu olmalıdır. Notlar - bizim "çörəyimizdir", o xorun adi günlərinin və bir çox konsertlərinin həyatı üçün vacibdir (axı iri

formalı əsərləri biz notlarla ifa edirik). Xorun effektliliyi partituraya hazırlığa və onun keyfiyyətinə peşəkar yanaşmadan asılıdır. Notlara qayğılı münasibət göstərməklə də uşaqlarda bizim ümumi işimizə

məhəbbət yaranır. Xor məşğələsi yaradıcı tamaşa kimi qəbul edilsə, aydın olur

ki, onun gedişatı və dolğun olması birinci dəqiqədən axırıncı dəqiqəyə kimi baş verir. Xor işi təbii, sıxışdırma və gücləndirmə olmadan getməlidir. Emosiyaların bolluğu, darıxdırıcılığın olduğu

kimi ciddi, dərin fikirli yaradıcılığa ziyandır. Uşaqlarla münasibətdə düzgün intonasiyanın, düzgün iş tempinin tapılması, əsərlərin bir

birini əvəzləməsi,onların hazırlanmasının müxtəlif mərhələləri - xormeysterin gündəlik və təkrarolunmaz əməyində vacibdir. Xor məşğələlərini yaxşı tamaşa ilə müqayisə etmək olar, harada ki,

əhvalat tədricən inkişaf edir, harada ki, proloq və epiloq, giriş və son, emosional yüksəliş və eniş, dramatik anlar və məzəli hallar,

kulminasiya və sözardı var. Hər bir xor məşğələsini musiqi və yaradıcılıqla dolu tamaşaya çevirmək arzuolunandır. Uşaqları yalnız oxumağa və repertuarı öyrətməyə deyil, həm də bu dəqiqələri

birlikdə, sevgi və sevinc ilə yaşamaq lazımdır. Bir qayda olaraq, xor məşğələsi oxumaqla başlayır. Nə üçün

həmişə yox, "bir qayda olaraq"? Ona görə ki, uşaqlarla musiqi ilə, yaradıcılıqla məşğul olmaq prosesini müəyyən olunmuş, bir dəfə və həmişə bir yerdə duran sxemə çevirmək olmaz. Qabaqcadan

müəyyən olunmamış improvizasiyalar nə qədər çox olsa - uşaqlara bir o qədər maraqlı olar, onların diqqətləri bir o qədər artar.

13

Məsələn, məşğələnin əvvəlində bir az bu günki işlərin

planları haqqında, qarşıda görüləcək birgə işlər haqqında danışmaq olar, axırıncı çıxışı təhlil etmək və xüsusilə fərqlənənləri təbrik etmək (konsertin aparıcılarını, solistlərini, ilk dəfə çıxış edən uşaqları və s.),

ən mühüm təşkilati və tərbiyəvi problemləri müzakirə etmək və s. olar. Uşaqlarla belə xeyirxah, lakin çox qısavaxtlı münasibət musiqi

ilə birgə məşğul olmanın sonrakı məhsuldarlığı üçün etibarlı atmosfer yaradır. Lakin, əlbəttə ki, xor işi ilkin ifa səslərindən başlayır. Bunun isə mütləq məşq olması vacib deyil. Hərdən biz bu və ya digər əsərin

oxunmasından başlayırıq, lakin bu bütün münasibətlərdə hələ "qızışmamış" xor üçün rahat olmalıdır. Səs və emosiyalar tədricən işə

düşəcək və açılacaq, musiqi isə birinci dəqiqələrdən səslənəcək. Birinci məşğələ

Xorun birinci məşğələsi mülayim təntənəli atmosferdə

olmalıdır. Diqqət edin - bu məşq deyil, məşğələdir. Uşaqların, valideynlərin və müəllimlərin sevincli, şən əhvalı insanlara lazım olan birgə əməyin başlanması hissi ilə ruhlandırılmalı və

bəzənməlidir (tək oxuyanlar üçün deyil, hamı üçün), - çünki biz öyrəndikdən sonra, bizim dinləyicilərə incəsənət sevinci gətirəcəyik!

Bax onda, çıxışdan əvvəl, konsertdən əvvəl biz məşq keçirəcəyik, hələlik isə məşğələlər, məşğələlər, iş, iş və. s... Elə etmək lazımdır ki, məhz iş prosesi uşaqları cəlb etsin və

onları məmnun etsin. Xorun yaş tərkibi metodiki dərinliklərdə bir çox düzəlişlər edir hansı ki, biz xormeysterlər bəzən elmin

olmamasını və təhsilin çatışmamazlığını əvəz edən intuisiyaların köməyi ilə cıxış yolu tapmağa cəhd göstəririk. Xorun rəhbəri və uşaqlar məşğələlərə vahid müqəddəs

münasibətlə yanaşmalıdırlar. Bu xormeysterlərin və xorun üzvlərinin birgə əməyi prosesi nəticəsində yaranır. Xorun rəhbəri əmək sərf

edir, uşaqlardan da çox əmək sərf edir, uşaqlar bunu görür və bütün

14

uşaq səmimiliyi ilə, ürəkdən reaksiya verirlər. Onlar əməkdə

müəllimlərinə çatmaq istəyirlər, birgə işlərində müvəffəqiyyətsizliklərdən irəli gələn kədərləri onunla bölmək istəyirlər, əgər yaradıcılığın ən kiçik uğuruna belə sevinirsə - onlarla

və onlar kimi sevinirlər. Müntəzəmlik, daha doğrusu, cədvəl üzrə məşğələlərin

mütləqliyi - ən vacib şərtlərdəndir. Hər bir məşğələyə həm müəllimlər həm də şagirdlər əsaslı surətdə hazırlaşmalıdırlar. "Xora hazırlıq" nə deməkdir? Bəzi uşaqlar üçün sadəcə olaraq məşğələni

unutmamaq – artıq pis deyil. Axı unutmamaq - azdır. Bu günə hazırlıq üçün öz qüvvələrini nəzərə almalıdırlar: vaxtlı-vaxtında

məktəb dərslərini hazırlamalıdırlar, mümkün qədər, sabahın, o biri günün də, əvvəlcədən xor notlarının qovluqlarını və lazımi ləvazimatları hazırlamalıdırlar, bu onun üçün lazımdır ki, məktəblə

xorun arasında bu işləri tələsik görməsinlər, əksinə, paltarlarını rahatca dəyişməyə vaxt tapsınlar, rahat yemək yesinlər və məşğələ

başlamamışdan 10-15 dəqiqə əvvəl xora gəlməlidirlər, ondan ötrü ki, dəyişək ayaqqabılarını dəyişməyə imkanları olsun (bu mütləqdir), dostları ilə danışmağa, xor lövhəsində elanları oxumağa, fikirlərini

toplamağa imkanları olsun. Əlbəttə ki, rəhbərin xüsusi tapşırıqlarını evdə yerinə yetirmək də mütləqdir: şeirləri öyrənmək (əsərlərin

mətnini), hər hansı bir mövzuda valideynlərlə söhbət etmək (məsələn, səfər haqqında, xorun geyim forması haqqında, konsert, müsabiqə haqqında - o qədər mövzu var ki), yoldaşlarının məşğələni

buraxmasının səbəblərini müəyyənləşdirmək, notları yapışdırmaq və ya üzləmək,qələmləri, kitabları, oyuncaqları və s. gətirməyi yaddan

çıxarmamaq. Müəllimin dərsə hazırlaşması məşğələnin məqsədinin və mövzusunun özü üçün müəyyən edilməsində tamamlanır. "Yığışdıq -

oxuyaq" prinsipində iş peşəkarlıqdan xəbər vermir, uşaqları alçaldır və bəzən maraqsızlıq gətirir və müəllimin nəzakətsizliyini göstərir.

Müəllim, uşaqlar ücün musiqiyə münasibətin özünəməxsus etalonu

15

olmalıdır, buna görə o məşğələlərə hazırlıqsız gəlməməlidir, onun işi

solğun, laqeyd və başdansovdu olmamalıdır. Təbii ki, məşğələnin məqsədi indiki zamanda xor işinin proqramı ilə, həmin anda onun hazırlığının səviyyəsi ilə təyin olunur.

Konkret məşğələ üçün konkret proqram hazırlanmalıdır: oxuma və məşq - həmin mərhələdə xorun inkişafında vokal

tapşırıqları ilə bağlı, məşğələlərin səhər və ya axşam olması ilə əlaqədar, onun davamı ilə, bu günkü işdə nəzərdə tutulmuş əsərlərin çətinliyi ilə, otağın vəziyyəti ilə (soyuq, bürkü, darısqallıq, məlum

olmayan səhnə) əlaqədar; əsərlərin üzərində işin qaydası, məşğələdə fasilənin yeri,

sonrakı əsərlərin vəziyyətinin dəyişdirilməsi (və ya əksinə, başlanılan işin davamı); əsərlərin özü: yenisinin seçilməsi, əvvəl öyrənilənlərin texniki

tərəfləri üzərində iş, öyrənilənlərin oxunması, konsert anlarının məşqi (səhnəyə çıxış, səhnədən çıxış, təzim və s.) - nə və nə vaxt?! Bir çox

faktorları qabaqcadan nəzərdə tutmaq vacibdir: məşğələnin konkret vaxtında yorğunluğun səviyyəsi, notların uşaqlara paylanmasının yeri və vaxtı, zalın və ya xormeysterin köməkçilərinin ( ən fəal

şagirdlər) mövcudluğu ilə əlaqədar partiyalara və ya qruplara ayrılmasının vaxtı, lent yazılarının istifadəsi, dinləyişlər, danışıqlar

və söhbətlər, elanlar, təbriklər və s. Mən hələ iş üçün təyin olunan repertuarın müəllim və konsertmeyster tərəfindən müfəssəl şəkildə öyrənilməli olması

haqqında danışmıram: çünki onun uşaqlara mümkün qədər cəlbedici çatdırılması və yaradıcı mənimsəmə prosesində və cəlbetməni

saxlamağı bacarmaq vacibdir. İndi isə sizin diqqətinizi uşaqlarla yaradıcı birləşmənin səmərəli imkanlarına cəlb etmək istəyirəm. Onları bu gün və gələcək

üçün olan yaradıcı planlara həsr etmək istəyirəm, məşğələnin qurulması, sizin metodiki, bədii, pedaqoji üsullarınızın motivlərinin

izahını göstərmək istəyirəm, siz əməkdə və yaradıcılıqda xorun

16

üzvlərini yalnız bir musiqiçi kimi böyütmürsünüz, bəlkə də gələcək

xormeysteri, müəllimi, öz biliklərini, bacarıqlarını, sevincini digərləri ilə bölüşməyi bacaran və buna can atan insanı öyrədirsiniz.

Mən inanıram ki, ədalətlilik prinsipinin təbii olaraq həyata keçirilməsi ümumi və mütləqdir. Heç vaxt uşaqların beyninə

yeritmək lazım deyil ki, "müəllim həmişə düzdür". Əksinə, uşaqların qarşısında öz səhvini etiraf etmək və onların qarşısında üzr istəmək, onlarda həyatın düzgünlüyü haqqında fikirləşməyə, itirilmiş

optimistliyi, normal, bəlkə də sevincli əhvallarını qaytarmağa həvəs oyadar, özün rahat nəfəs alarsan və ..., fikirləşərsən.

Xorda heç bir insanın hüquqları tapdalanmamalıdır və ya yaş səbəblərinə, xorda "ictimai" yerə, staja görə və s. biri o birindən seçilməməlidir. Böyük xorda yuxarı sinif şagirdləri ilə aşağı sinif

şagirləri eyni dərəcədə dostluq edirlər, müəllimlərin qarşısında bərabər hüquqludurlar, onların münasibətlərində heç vaxt təklifsizlik

və lovğalıq ola bilməz. Bütün bunlar, hər halda, yaxşı kollektivdə böyüklərin səriştəsinə və xidmətinə hörməti inkar etmir. Kiçik xorlarda çalışın ki, məşğələlərdə nə isə alınmayanda

uşaqlar öz yoldaşlarına gülməsinlər. Onların gülüşü kinli deyil, lakin düşünülməmişdir və ona görə də ziyandır. Hamısından yaxşısı, onlar

qoy özlərini uğursuzluqdan müdafiə etsinlər və kömək etməyə səy göstərsinlər, hətta bunu onlardan xahiş edən olmasa belə. Digər məsələ isə əgər hamı üçün gülməlidirsə - səhvi edən üçün də, rəhbər

üçün də bu zaman hamımız gülürük. Əgər yoldaşınız kədərlidirsə, narahatdırsa, öz qərəzsiz səhvinə görə utanırsa, ona xorda qayğı

göstərilməlidir, buna uşaqları səbrlə, ən əsası isə səmimi öyrətmək lazımdır. Bu o qədər də asan deyil. Təkrar edirəm: əziyyətli, səbrli və səmimi.

Yaradıcı kollektivdə həqiqət və ədalət hissi kəskindir. Rəhbər, əgər özünü pis hiss edirsə və onun həyatında pis hadisə baş veribsə,

heç vaxt özünü yalandan şad göstərməməlidir, riyakarlıq

17

etməməlidir. Uşaqların da həyatında pis hadisə baş verə bilər. Başa

düşərlər. Böyüklərin süni surətdə "milçəkdən fil düzəltməsi", uşağın hər hansı bir hərəkətini "tərbiyə məqsədilə" az qala cinayətə çevirməsi daha pisdir. Əgər bununla bərabər təmtəraqlı, ehtiraslı

sözlər də deyirsə, onda ... Hər halda ən təhlükəli yalan – “improvizə etməkdir”. Əgər siz

musiqini mənasız, şeiri fərsiz, ifadəni primitiv, mövzunu qədim hesab edirsinizsə, onda siz qeyri-səmimi natiqliklə normal inkişaf etmiş uşaqların beyninə yeritmək istəyirsinizsə ki, musiqi "məşhur müəllif

tərəfindən yazılmışdır", şeir "vətənpərvərdir", ifadə "kollektiv ifa üçün əlverişli", mövzu "irəliyə çağırır"... bu sizdə alınmayacaq, siz

onları aldada bilməyəcəksiniz. Onlar bunu sizə deməyəcəklər, bəlkə özlərinə də deməyəcəklər, lakin əvvəlki səmimilik və açıqlıq sizin yaradıcı əməkdaşlığınızda olmayacaq və onlar səmimi olmayacaqlar.

Beləliklə, birinci məşğələ. Budur mənim tezis tərzli

məsləhətlərim:

1. Özünə tapşırıq: əvvəldən axıra qədər "əməkdən həzz" şəraitini saxlamaq, ünsiyyət dili - başa düşülən və aydın, tapşırıqlar -

çətin olmayan və maraqlı, xorun ünvanına tərif demək olar ki, istisnadır, növbəti tapşırıq-məşqlər uşaqlar üçün yeni və gözlənilməz

olmalıdır, hər bir mikroişin nəticələri uşaqlara və müəllimlərə məmnunluq gətirməlidir (bu onların və digərlərinin simalarında və gözlərində əks olunacaq).

2. Birinci məşğələ - qarşıda duran xor həyatı ilə görüşün, birinci tanışlığın xarakteri qarşılıqlı anlayışdan, qayğıdan,

intizamdan, qarşılıqlı asılılıqdan, dostluqdan, cavabdehlikdən, təşəbbüsdən, "insanlara sevinc bağışlamaq" tələbatından təşkil olunur.

Yaradıcılıq həyatının tərkibi: məşğələlər, məşqlər, konsertlər, musiqiçilərlə, bəstəkarlarla, məşhur və maraqlı insanlarla görüşlər,

konsertlərə, tamaşalara, sərgilərə, ekskursiyalara birgə getmələr -

18

bütün bunlar görüş dairəsinin genişlənməsi, şagirdlərin tərbiyəsi üçün

olduqca vacibdir. Adi iş günlərinin rejimi haqqında: cədvələ münasibət (onun möhkəmliyi və mütləqliyi), məşğələlərdə geyim (dəyişək ayaqqabı,

ədəbli, bayramsayağı olmayan geyim, səliqəli, lakin ciddi saç düzümü), xəstələndiyi zaman məşğələni buraxması haqqında

əvvəlcədən xəbərdarlıq (telefonla, yoldaşları vasitəsilə və ya digər üsulla), valideynlər üçün qaydalar (qarderobdan, tualetdən istifadə, uşaqları gözləmə yeri, bu zaman onların məşğul olduqları iş, ola

bilsin ki, xor məşğələlərində iştirak etmək üçün icazə və s.), şagirdlər üçün məşğələ günü qaydalar (məşğələdən əvvəl və sonra, fasilədə).

Buna və bir çox digərlərinə bütün uşaqlar cəlb olunmalıdırlar, bu ondan ötrüdür ki, onlar ilk gündən hiss etsinlər ki, xor və onunla bağlı olan hər şey onlara aiddir, xor- onların qayğıları ilə

saxlanılacaq, bu onlardan asılıdır, onların təşəbbüsü ilə həyata keçiriləcək. Bunlar haqqında uşaqlarla bir dəfəyə danışmaq, praktiki

olaraq mümkün deyil, xüsusən də birinci görüşdə. Bəs nə etməli? Bu zəruridir! Onları gələcək həyatınn mövzusu ilə tanış edin, lakin müəyyən olunmuş "lazımdır- lazım deyil, olar- olmaz" kimi

qaydalarla yox, iş və ünsiyyət prosesində uyğun vaxt və ya bəhanə taparaq. Onların şüuruna və ya hisslərinə bu yaradıcı kollektivin

həyat əlifbasını və şəraiti çatdırın. Əlbəttə, vaxt keçdikcə lazımi vərdişlər və adətlər yaranacaq, hələlik isə - ən cüzi miqdarda ən ümumi tanışlıq.

3. Həqiqi oxuma. Hər bir kəsə yer müəyyən etməklə xoru yerləşdirmək.

Mütəşəkkil şəkildə oturan və ya ayaq üstündə duran xorun zahiri görünüşünün gözəlliyini nümayiş etdirmək, özünə diqqət cəlb etmədən və uşaqların və rəhbərin işinə maneçilik törətmədən, səssiz

və tələsmədən (təbii!) stullardan qalxmaq və yenidən oturmaq, vacib hallarda xora daxil olmaq və çıxmaq bacarıqlarını göstərmək.

19

Əsərin ifa olunmasının sxemi haqqında: dirijor əlini qaldırır

(başlanğıc) - fortepianonun çıxışı - xorun oxuması - fortepianonun tamamlanması - axırıncı səsdən sonra fasilə - dirijor əllərini aşağı salır (son). Bu sxemin hər elementində hər bir ifaçı iştirak edir - fitri

mənimsəmə tələb edən vacib vərdiş. Xor işində oxuma, onun təyinatı, yeri. Ahəngin gözəlliyi.

Nümunə məşqlər: qısa, get-gedə zəifləyən sekvensiya frazaları, hər birində birinci və axırıncı səslərə əsasən diqqət ayırmaq (intonasiya, bir vaxtda səslənmə, yeksənək səsçıxarma), frazirovka,

frazaların ayrılma üsulu (frazanin zirvəsi), ştrix (axarlı, rəvan, ayrıca, təkanlı, vurğulu, yüngül, ağır, işıqlı və s.).

Digər məşqlərin nümunələri (uzun fraza, yüksək və alçaq səslər, dinamik çalarlarla qeyd olunan, reaksiya, yaddaş, təqlid və s.) Xor əsəri - incəsənət əsəri üzərində işin başlanması.

Məşğələnin sonu, bəlkə də ev işi (məsələn, notların surətini çıxarmaq, onları üzləmək, qovluq almaq və s.)

Vacib hallarda məşğələnin başa çatmasını gözləyən valideynlərlə görüşmək, onlarla iş prosesində baş verənlər haqqında danışmaq, bununla belə birgə yaradıcı və pedaqoji əməyin

başlanması münasibəti ilə onları təbrik etməyi unutmamaq. Mən öz oxucularımın nəzərinə bir şeyi də çatdırmaq

istəyirəm. Bütün deyilən fikirlər eyni dərəcədə uşaqlarla ilkin iş görüşünə aid olduğu kimi, həm də sonrakı məşğələlərə də aiddir, burada yeni üsullar daxil edilə bilər və onun qaydalarını və

xüsusiyyətlərini saxlamaq və inkişaf etdirmək lazımdır (tək xormeysterin deyil, həm də məktəbin bütün kollektivinin gündəlik

qayğıları, hansından ki, yeni yaradıcı orqanizm yaşamağa başlayır). Bu qaydalar və xüsusiyyətlər hər bir xor üzvü üçün borc deyil, tələbat olmalıdır, xor işinin bütün tərkibi - təbii ehtiyacdır.

Mən başa düşürəm ki, xor rəhbərinin xüsusi təhsili, ehtimal var ki, təcrübəsi olur, o həyatı fərdi qavrayan şəxsiyyət olur - əks

təqdirdə onun bu işdə işləmək hüququ yoxdur. Bunun üçün musiqi

20

məktəblərində və konservatoriyada öyrənilən suallara toxunmağa

lüzum yoxdur. Bununla belə, mən sizə öz praktiki işimdə mənə kömək olan mülahizələrimi təklif etmək istəyirəm. Cədvəl üzrə xor məşğələlərinin iki günündən biri - bazar günü

səhər. Açıq beyinlə, adi günlərdə olduğu kimi vaxt sərt məhdudlanmayıb, küçələr işıqlıdır, könüllər sakitdir.

Valideynlərin narahatlığından qorxmaq lazım deyil. Xor - çox gözəl işdir, lakin könüllü işdir. Uşaqlara da, valideynlərə də həmişə nəyi isə qurban vermək lazımdır. Bəs biz, müəllimlər? Biz də bazar

günümüzlə, qonaqlarımızla, ailələrimizlə qurban veririk. Lakin biz ora könüllü gedirik və bilirik ki, bu uşaqlara və xora lazımdır. Bəli

uşaqlar bazar günü məşğul olurlar, lakin nə ilə? Onlar incəsənətlə təmasda olurlar. Onlar ancaq yorulmurlar, onlar zənginləşirlər və saflaşırlar. Bunu anlamayan valideynlər xorun dostları ola bilməzlər,

onlar bizim xoş niyyətlərimizə yalnız maneə ola bilərlər. Ona görə də belələri ilə söhbətdə izah sərhəddindən keçərək, dilə tutmağa və

alçaltmağa keçmək olmaz. Bazar günü məşğələni 10.30-dan gec başlamayın. Yaxşısı tez qurtarmaqdır, çünki, uşaqların (həm də valideynlərin) başqa işləri

üçün günün ikinci yarısı asudə olmalıdır. İkinci məşğələni adi iş günü keçirtmək lazım gəlir. Əlbəttə,

ümumtəhsil məktəblərindəki növbələrə uyğun olaraq, iki qrupa ayırmaq olar, məsələn, I növbə saat 10.00-dan və II növbə saat 14.00-dan. Bu yalnız bu hallarda mümkündür: 1) xor kifayət qədər

çoxsaylıdır və təxminən bərabər hissələrə bölünür 2) hər qrupda tərkib təxminən eyni sopranoya və alta bölünür. Əgər bu qaydaları

yerinə yetirmək mümkün deyilsə, onda təəssüf ki, məşğələləri bütün xorla birlikdə axşam vaxtına salmalı oluruq, məsələn, saat 18.30-dan 20.00-a qədər. Bu halda uşaqlara həvalə edilən ictimai işlər, bazar

gününə keçirilir. Uşaqlara musiqi savadını öyrətmək, mən hesab edirəm ki,

mütləqdir. Bu məşğələlərin təşkilatına ən ciddi əhəmiyyət vermək

21

lazımdır. Məşğələlərin məqsədi - xoru notlar üzrə oxumağa

öyrətməkdir. Uşaqları bu elmlə tanış etmək xorla işin birinci günündən başlamalıdır. Tədricən, mütləq başa düşülən həddə not partiyalarının oxunması tətbiq olunur, klassik terminlərdən istifadə

olunur. Uşaqları not yazmağa öyrətmək də mütləqdir, lakin

peşəkarcasına hazırlanmış not partiyaları ilə işləmək lazımdır. Adətən əllə köçürülmüş partiyaları çoxaltmaq lazım gəlir. Məşğələdə şagirdin hər birinin əlində eyni notlar olmalıdır, çünki eyni vaxtda ora

lazımi düzəlişlər əlavə etmək lazım gəlir - sezuralar, nəfəs işarələri, çalarlar və s. Yeri gəlmişkən, yaxşı və faydalı vərdişlər - hər bir

şagirdin məşğələ zamanı qələmi hazır olmalıdır, o bundan daim istifadə edir, dirijorun rəyini qeyd edir. Çoxsəsli oxumaya keçmək üçün tələsməyin. Sadəcə olaraq,

sonradan onları formal birləşdirmək üçün müxtəlif otaqlarda partiyalarla əsəri əzbərləmək düzgün deyil, bu zaman partiyalar

"çaşmamaq üçün" cəhd edəcəklər, ona görə də bir- birilərinə qulaq asmayacaqlar (!). Ən sadə birsəsli əsərlərin üzərində işləyərkən, uşaqları öz partiyasını və müşayiətin partiyasını ayrılmaz bir hissə

kimi eşitməyi və hiss etməyi öyrətmək lazımdır. Ayrıca olaraq, fortepiano partiyasını onlara göstərmək və izah etmək çox faydalıdır,

sonradan isə tam birləşdirmək, fortepianonun müşayiəti ilə sadəcə olaraq oxumaq deyil. Bu tam birisinin ayrılmaz elementi kimi eşitmək bacarığıdır və çoxsəsli oxumanın yaxın gələcəkdə təbii

surətdə asan mənimsənilməsində bu "elementdə" öz rolunun anlanılmasına gətirib çıxarır. Yalnız çoxsəsliliyə şüurlu və azad malik

olmaq, uşaqlara və dinləyicilərə əhəmiyyətli və gözəl yaranışda iştirak etmək sevinci bəxş edə bilər.

22

Xorda konsertmeysterin rolu

Xorun konsertmeysterinin işi xormeysterin işindən asan deyil. Hər pianoçu uşaq xorunun konsermeyteri ola bilməz, hər kəs buna

layiq deyil. Hərdən onu tapmaq çox çətin olur. Mənim fikrimcə, konsertmeyster – müəllimdir. O xorda bütün işi ilə uşaqları öyrədir.

Hər şeydən əvvəl, onun ifası çox peşəkarcasına olmalıdır - o musiqi qabiliyyətinin, savadlılığın və ... həssaslığın nümunəsidir. Alətdə öz çalğısı ilə konsertmeyster xora sirayət etməlidir, onu aparmalıdır;

musiqidə o həmişə xordan yüksəkdə qalmalıdır, ondan heç vaxt ayrılmamalıdır, traktovkanın yaradılmasında ona kömək etməlidir,

verilmiş əsərin musiqisinin uşaqlar tərəfindən mənimsənilməsində xorun həmin anda ifadəliliyinin çalarlarını incəliklə duymalıdır, bununla belə yaxşı zövq hüdudlarını keçməməlidir. Konsertmeyster -

xormeysterin köməkçisi və silahdaşıdır, onun məqsədlərini, tələblərini, işə və uşaqlara münasibətini bölüşdürən birisi olmalıdır.

Şübhəsiz ki, o həmişə xorla birlikdədir, o uşaqları və onların problemlərini tanıyır. O uşaqlar üçün musiqiyə münasibətin özü nəməxsus etalonu olmalıdır, buna görə o məşğələlərə hazırlıqsız

gəlməməlidir, onun ifası solğun, laqeyd və başdansovdu olmamalıdır. Konsertmeysterin vəzifəsi xora dəstək verərək, müşayiətin gözəlliyini

aşkara çıxarmaqdır, əsərin ümumi formasının yaranmasına kömək etməkdir, ifaçıları musiqinin təqdim etmələrinin düzgün xarakterinə kökləməkdir.

Partiyanın özünün müşayiət olunmasının da böyük əhəmiyyəti vardır. Bu yalnız xora dəstək deyil, müstəqil musiqi partiyasıdır,

hansı demək olar ki, tam mükəmməl olmayan uşaq səslərini orkestrin səslənməsi ilə tamamlayır. Bunun üçün konsertmeysterə birinci plana çıxmaqdan qorxaraq, xorun arxasında gizlənmək lazım

deyil. Yalnız musiqi məsələsi onun hərəkətlərinə rəhbərlik edə bilər. Uşaqlarla ünsiyyətdə özünüzə nəzarət edin.

Məşğələyə gecikmək olmaz, əgər olsa - səmimiyyətlə üzr istəyin.

23

Paltar, saç düzümü, kosmetika, bəzək əşyaları - hər şey son dərəcə

səliqəli və sadə olmalıdır.Bilavasitə məşğələdən əvvəl, xüsusən də onun gedişatı zamanı heç kəsə icazə verməyin ki, sizi yayındırsın və ya zaldan çağırsın. Əgər belə bir hal olsa (hər şey sizdən asılı deyil),

məşğələni dayandırdığınız üçün xordan öz narazılığınızı gizlətməyin.Ədalətlilik mövqeyindən uşaqlara, konsertmeysterə və

özünüzə qarşı bərabər tələblər qoyun. Lakin yaddan çıxarmayın ki, siz - rəhbərsiniz, birinci müəllimsiniz və ali instansiyasınız. İstənilən halda siz hamı kimi sadə insan olmalısınız, lakin bütün hallarda siz

yüksəkdə qalmalısınız. Xorda oxuyan bütün uşaqlar xoru bir ailə olaraq qəbul etməlidir: xormeyster xor ailəsinin valideyni,

konsertmeyster həmin ailənin böyük övladı, xorun ifaçıları isə ailənin kiçik üzvləri hesab olunmalıdır. Əlbəttə ailənin təməli nə qədər möhkəm olarsa gələcəkdə bir o qədər uğur qazanmış olarıq.Kollektiv

ifaçılıq fəaliyyəti olan- xor, şagirdlərin ümumi təfəkkürünün zənginləşməsi və inkişaf etməsi üsullarından biri kimi, onları musiqi

hadisəsini təhlil edib qiymətləndirməyə, problem situasiyaların quruluşu və həllinə alışdırır. Hər bir musiqi əsərinin kollektivdə həm ifa, həm də təhlil olunması şagirdlərin təxəyyülünü estetik və mənəvi

cəhətdən zənginləşdirir, onlarda yaddaşın və diqqətin artırılmasına kömək edir, musiqi haqqında düzgün fikir söyləmək qabiliyyəti

aşılayır.

BU BİZİK !

Doğma Azərbaycanımızın zəngin musiqisinin ayrılmaz

qollarından olan çoxsəsli oxu mədəniyyəti --- xor sənəti hal hazırda özünün hərtərəfli inkişaf mərhələsindədir. 2000-ci ildən başlayaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

tərəfindən keçirilən uşaq musiqi və incəsənət məktəblərinin uşaq xor kollektivlərinin respublika müsabiqəsi, respublikada xor

mədəniyyətinin inkişafına yönəlmiş bir addımdır. Bu müsabiqənin

24

keçirilməsi artıq ənənəvi hal alıb. Məktəbimizin xor kollektivi də

ənənəvi keçirilən bu müsabiqədə həmişə uğurlu çıxışlar edərək həvəsləndirici mükafata, fəxri fərman və diplomlara layiq görülmüşdür.

Ümumiyyətlə məktəbimizdə xor sənətinin inkişafına daha çox diqqət yetirilir. 2011-ci ildə keçirilən, uşaq xor kollektivlərinin

VII respublika müsabiqəsində birləşmiş xor I yerə layiq görülərək müsabiqənin laureatı adını qazanmış, Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif edilmişdir.

Məktəbin xor sahəsindəki yüksək nəticələri və xor üzrə tədrisin yüksək səviyyəsi nəzərə alınaraq, Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309s nömrəli Sərəncamı təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin

fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı”na əsasən Bakı şəhərində ixtisaslaşdırılmış uşaq xor məktəbinin yaradılması

zərurətini nəzərə alaraq Nazirliyin 2012-ci il 15 may tarixli 298 nömrəli Əmri ilə 2012/2013-cü tədris ilində məktəbimizin bazasında xor məktəbinin yaradılması məqsədilə “ xor şöbəsi”

açılmışdır. 2012-2013-cü tədris ilindən Nazirliyin müvafiq əmrinə əsasən

məktəbdə “ xor şöbəsi” nin fəaliyyətə başlaması kollektiv üçün yeni bir təkan oldu. VIII respublika xor müsabiqəsindəki uğurlu çıxışına görə “Renessans” xoru münsiflər heyətinin qərarı ilə 178 xor

kollektivinin iştirak etdiyi bu müsabiqənin “Qran pri” mükafatına layiq görüldü.

Ümumiyyətlə, 2012-2013-cü tədris ilindən məktəbimizdə aşağı sinif şagirdlərimdən ibarət “Cırtdan” xoru, oğlanlardan ibarət “Atəşgah” xoru, yuxarı sinif şagirdlərindən ibarət “Renessans”

xoru,müəllimlər xoru və birləşmiş xor fəaliyyət göstərir.

25

Xor kollektivinin müsabiqələrdə ifa etdiyi proqram:

Ü. Hacıbəyli “Zəfər himni” Ü. Hacıbəyli “ Ey, vətən”

Q.Qarayev “Xoşbəxtlik mahnısı” Q.Qarayev “Gənclik mahnısı”

Q.Qarayev “Doğma Azərbaycan”. C.Cahangirov “Xəzər” C.Cahangirov “Azərbaycan”

A.Əlizadə “Ana torpaq” H.Qurbanov “Dahilər dühası”

F.Əmirov “1001 gecə” baletindən Mərcanın rəqsi

P.Bülbüloğlu “Şən Azərbaycan”

R.Şəfəq “Bu gözəl ana torpaq” Q.Məmmədov “La den brenne”

A.Ağasiyev “Sən ellərin İlhamı” A.Ağasiyev “Sarı bülbülün harayı” F.Sücəddinov “Heydərlə Azərbaycanım”

M.Maqomayev “Odlar yurdu” T. Quliyev “Badamlı “

Ə.Cavanşirov “Kəhərim” Ə.Cavanşirov “Cavan aşıq” Ə.Cavanşirov “Xəzərin yaraşığı”

Ə.Cavanşirov “Vətən haqqında mahnı” T.Quliyev “Sevinc mahnısı”

N.Əliverdibəyov “Sən-sən” S.Kərimi “Uşaqlıq himni” Azərbaycan xalq mahnısı “Oyna yar” –işləyəni M.Orucova

Azərbaycan xalq mahnısı “Vətənə qurban”–işləyəni Y.Xəlilov Azərbaycan xalq mahnısı “Sevgili yar” –işləyəni M.Orucova

26

Azərbaycan xalq mahnısı “ Ay, sallanıb gedən yar”

-işləyəni V.Allahverdiyev Azərbaycan xalq mahnısı “Bəli, bəli can”

-İşləyəni M.Orucova

İ.S.Bax “Payız” İ.S.Bax “Yaz mahnısı”

İ.S.Bax Xoral “Die könge” G.Hendel “Ombra mai fu” V.A.Motsart “Azbuka”

V.A.Motsart “Svetlıy den” V.A.Motsart “Poxişeniye iz Seralya”

operasından “Mı poyom veselya pesni”

R.Şuman “ Lastoçki”

C.Perqolezi “Stabat mater” kantatasından Duet №№ 11,12

C.Perqolezi “Salve Regina” İ.Haydn “Vida mahnısı” S.Küi “Cırk kota Mordanki”

A.Varlamov “Anqel” A.Varlamov “Tı ne poy solovey”

D. Şostakoviç “Pesnya mira” D. Kabalevski “Məktəb illəri” Tulikov “Mı za mir”

H.Arlen “Over the rainbow” Spiritual “Sometimes I ful” və. s.

E.Daniel “Voydi v vodu” L.Kerubini “Qamma vovse ne trudna “ M.Royterşteyn “Poltorı minutı solfecio “

H.Hendel “Ombra mai fu “ işləyəni Y.Podqayts

27

Azərbaycan xalq mahnısı “ Nə baxırsan “

işləyəni N.Məlikov R.Rodgeys “Edelveys” S.Mütəllibzadə “Bakı”

F.Mendelson “Na krılyax pesni “ X.Lumis “ Lady Moon “

İ.Stole and Del Roma “ I Will follow him “ F.Sücəddinov “Yenə o bağ olaydı “ K.Heizmann “Die Blatter fallen Leise von

den Baumen “ M.A.Şarpantye “Svinq stilində Prelüd “

R.Hacıyev “Bahar gəlir” A.Vivaldi “Laudamus te” R.Xorava “Yumoreska”

T.Voşakidze “Vesna”

Kollektivimizin ifa etdiyi əsərlərin məzmunu, sözsüz ki, ciddidir və böyüklərin qavraması üçün nəzərdə tutulmuşdur. Lakin, onların uşaqlar tərəfindən ifa olunması məncə buna maneə

deyil.Vətənə məhəbbət, dostluq, təbiət mövzuları, uşaq mahnıları, laylalar - bu həmin mövzulardır ki, onlarsız bizim övladlarımızın

həqiqətən böyümələrini təsvir etmək çox çətindir. Uşaqlarla "böyüklərin" mövzusunda danışmağa qorxmayın. Sadəcə olaraq, onlara bu məzmunu bacarıqla çatdırmaq lazımdır. Çox vaxt onlar

bunu yaşlılardan daha dərin və dolğun başa düşürlər. Bu və ya digər əsərin mənasını və əhvalını hiss etdikdə isə, öz uşaq saflıqlarına,

ədalətlərinə və səmimiliklərinə görə onu daha səmimi çatdıra bilirlər. Onu da qeyd etmək lazımdır ki, klassik vokal musiqisinin yenidən yaradılmış mətnlərinin arasında, əvvəldən uşaqlara ünvanlanmamış

gözəl musiqi ilə uşaqları tanış etmək üçün imkan yaradan layiqli nümunələr var. Məsələn, Y.Haydnın "Vida mahnısı"na

P.Sinyavskinin yazdığı yeni sözlər onun məzmununu tamamilə

28

dəyişmişdi, lakin miniatür əhvalını saxlamışdı. "Çayın o tayında

fleyta çalır" musiqili rus şeiri baxmayaraq ki, original stilistikasına uyğun gəlmir, lakin ən əsası - qayıtmaz ötən günlər üçün kədər və qüssə vəziyyəti ifadə edir. Musiqiçi - bülbülün obrazı əsərin zərif

melodiyası ilə səslənir. Bəzən rus bəstəkarlarının əsərlərinin mətnini azərbaycan dilinə tərcümə edərək həmin əsəri doğma dilimizdə ifa

edirik.və s. İfa etdiyimiz əsərlərdən görünür ki, doğma dilimiz olan azərbaycan dilindən başqa kollektivimiz rus

,ingilis,fransiz,norvec,alman,gürcü,ispan və italyan dillərində də əsərlər ifa etmişdir.

Xarici dillərin original əsərlərini ifa etmək qərarına gələn xormeysterə, hər şeydən əvvəl ifa olunanın mahiyyətini dərk etmək və anlamaq lazımdır. Xarici mətni yaxşı öyrənmək lazımdır - onu

düzgün oxumaq, tələffüzün əsaslarını və dilin fonetik mühitini anlamaq lazımdır. Hər bir sözün, ifadənin, fikirlərin dəqiq

tərcüməsini bilmək vacibdir, musiqinin və şeirin mətninin qovuşmasını hiss etməyə çalışmaq lazımdır. Ancaq bundan sonra xorla əsərin üzərində işləməyə başlamaq olar. Əsərlə tanışlığın ilk

anından uşaqları bu musiqinin surətlərinin dairəsi ilə tanış etmək lazımdır. Sonradan bu tanışlıq genişlənəcək və dərinləşəcək, əsərləri

solfecio və vokalizasiya zamanı onun məzmununu duymaq və emosional qaydalarını dərk etmək lazımdır. Adətən ilk məşğələlərdə notların araşdırılması ilə paralel, biz

əsərlərin mətni ilə tanış oluruq. Hər il latın əlifbasını, latın sözlərinin oxunma qaydalarını öyrənməkdən başlayaraq, uşaqlar digər dilləri

daha asan mənimsəyirlər, əsasən də italyan və alman dillərini. Hər məşğələdə biz bir az tanımadığımız xarici mətn oxuyuruq. Mən heç vaxt xarici sözlərin transkripsiyasını latın dilində yazmıram və

uşaqlar tanımadıqları sözləri latın hərfləri ilə qeyd etmirlər. Bizim məqsədimiz - oxumağı öyrənməkdir və imkan olduqca orijinal şeir

mətnini anlamaqdır.Xarici dildə olan əsərlə ilk təmasda mən

29

şagirdlərə təfsilatı ilə verilmiş dilin oxunması qaydalarını izah

edirəm, onun əsas leksik və fonetik əsaslarına diqqəti cəlb edirəm. Sonra isə biz oxumağa cəhd göstəririk, məhz oxumağa, mənasız olaraq, tutuquşu kimi təkrar etmək yox. "Əks-səda" prinsipi ilə

oxuyuruq; sözləri müəllim tələffüz edir, elə onu da uşaqlar xorla oxuyurlar. Növbəti dəfə əksinə - uşaqlar oxuyurlar, sonra isə

müəllimin düzgün tələffüzünə qulaq asırlar. Bu işlə paralel, tədricən, sözlərin tərcüməsi deyilir, əvvəlcə daha mənalı və vaciblərin, sonra isə qalanlarının. Əlbəttə ki,

müəllimin izahları və şərhləri ilə. Xor tərəfindən təxminən mətn mənimsənildikdən sonra bir-bir, zəncirvari oxumağa başlayırıq.

Beləliklə, hər bir şagird tərəfindən xarici sözlərin mənimsənilməsinin səviyyəsini nəzarətdə saxlamaq olar, qalan uşaqlar isə öz səhvlərini və yoldaşlarının səhvlərini düzəldə bilərlər.

Həmişə sözləri oxuyuruq - onda uşaqlar mətndə sözlərin düzülüşünü görməyi öyrənirlər. Bu asan alındığı zaman, bənzər şəkildə ifadələri

oxuyuruq və onun ifadəlilik mənasını axtarırıq. Xarici mətn üzərində belə, olduqca çətin iş zamanı, onun musiqi ilə birləşməsi çox təbii alınır. Uşaqlar melodiyanı tanış

olmayan sözlərlə intonasiya ilə ifa etməyi dərk edirlər, ifa etdiklərinin gözəlliyini və həqiqi mənasını anlayırlar. Bir əsər

üzərində işdən əldə edilən təcrübə digərlərinə keçir və onun daha asan və tez mənimsənilməsi prosesi baş verir.İfa edilənin məzmununun dərindən anlanılması və nüfuz edilməsi ifa

interpretasiyasında öz izini qoyur: səs rəngarəngliyinin tapılması, səsşünaslığın xüsusiyyətləri, əsaslı frazirovka, dinamika, sürət əsası,

formanın kristallaşdırılması. Son nəticədə bu, əsərin mənalı və onun interpretasiyasının doğruluğunu, maksimal dərəcədə ifa edilməsini təmin edəcək.

30

Uşaq xorunun həyatı

"Uşaq xorunun həyatı" - "Vesna" Uşaq xor uşaq

məktəbinin Böyük xorunun iş prinsipləri və əsas adətlər

haqqında A.S.Ponomaryovun məqalələr seriyasının adıdır, hansı

ki 1988-1990-cı illərdə "Məktəbdə musiqi" jurnalında nəşr

olunmuşdur, sonradan isə "Musiqi ilə tərbiyə" kitabına daxil

olunmuşdur .

Həqiqətən də, xorda uşaqların böyüməsi prosesində baş verən

çoxsaylı hadisələrə müxtəlif təzahürlərə daha həcmli və əhatəedici ad vermək çox çətindir. Bəli, bu prosesin özü - çətinlikləri və

şübhələri, daim qayğıları və yorulmadan axtarışları, səhvləri və məyusluğu, sevincləri və müvəffəqiyyətləri ilə həyatın özüdür. Axı həqiqi uşaq xor kollektivi, yəqin ki, istənilən kollektiv kimi yalnız o

zaman baş tuta bilər ki, onun bütün iştirakçıları ilə - həm uşaqlar, həm də böyüklərlə onun bütün fəaliyyəti mənimsənilsin və

süzgəcdən keçirilsin. Yəqin ki, yalnız seçilmiş peşədə özünü tapmaq hissləri həqiqətən reallaşır, ciddi musiqi-pedaqoji nailiyyətlər əldə edilir.

Uşaqlarla, uşaq kollektivi ilə iş sadəcə olaraq dərs, məşğələdə müəyyən olunmuş saatların formal surətdə bitirilməsi ola bilməz.

Belə iş daim uşaqların aləminə dalmağı tələb edir və bununla bərabər musiqiyə inadlı xidmət tələb edir. Müəllim-xormeysterin gündəlik əməyi öz biliklərini, uşaqların xor incəsənətinə məhəbbəti, qəlbinin

səmimi tələbatı ilə çatdırmaqla qeyd edilir. Bir çox uşaqlar üçün xorda ifa, onların gündəlik həyatlarının

musiqi ilə, biliklə, əziyyətli əməklə, sevincli açılışlarla, ünsiyyətlə, birgə konsertlərlə, səfərlərlə dolu, əsas hissəsinə çevrilir... Böyüyəndə isə, onlardan bir çoxu xorda keçirdikləri illəri, uşaq

həyatlarının ən parlaq və xoşbəxt illəri kimi yada salırlar. Qeyd etmək istəyərdim ki, ifa prosesinin özü - özünəməxsus

həyatdır. Xor musiqisinin öyrənilməsi və anlanılması prosesində biz

31

uşaqlarla əsərin xüsusiyyətlərinə alışmağa, nüfuz etməyə çalışırıq,

onun bütün gözəlliklərini dərk etməyə və ifadə etməyə çalışırıq. Əsərləri dinləyicilərin mühakiməsinə çıxaranda, onu camaat qarşısında ifa etdikdə isə hər dəfə əsəri yenidən yaşayırıq, hər dəfə

onda yeni-yeni rəng açılışları, xüsusiyyətləri və detalları tapırıq.

Xorda fərdi məşğələlər

Xormeysterin uşaqlarla işində fərdi yanaşma çox vacibdir.

Axı xor - simasız oxuyanlar kütləsi deyil, müxtəlif xarakterlərin, parlaq və bənzərsiz fərdiliyin rəngarəng gül dəstəsidir. Xorla işləməyi

öyrənməyi insan necə də istəyir - hər bir uşağı görməyi, hiss etməyi; xor ustalığını təkmilləşdirmək - və hər bir kəsin şəxsi bacarıqları! Hər bir xor iştirakçısının bütün kollektivin yaradıcılıq həyatı, ifa etdiyi

musiqinin keyfiyyəti üçün müəyyən cavabdehlik daşımasını insan necə də istəyir! Lakin xor üçün ayrılan qısa zaman ərzində hər

uşağın vokal oxumaq əsaslarını öyrətmək olarmı? Oxumaq çatışmamazlığından xilas olmağa necə kömək etmək olar? Fəaliyyətsizliyi, süstlüyü, həddən artıq təvazökarlığı necə aradan

qaldırmaq olar? Hər xor musiqisini ifa edəni necə cəlb etmək olar? İndi isə aşağı sinif şagirdlərilə fərdi məşğələlərə müraciət edərək,

bir daha qeyd edirəm ki, əsas oxuma vərdişləri müxtəlif musiqi əsərlərinin ətraflı öyrənilməsi və qazanılması sayəsində, xor məşğələlərində qoyulur.

Bəzi xormeysterlər xorla öz praktiki işlərində xüsusi vokal məşğələlərindən istifadə edirlər. Onlardan ən geniş yayılmışları - V.

Yemelyanovun fonopedik məşqlər kompleksi və D.Oqorodnovun musiqi-nitq məşqləridir. Bu kimi məşğələlər sistematik aparıldığı zaman bu və ya digər bacarıqların formalaşmasında müəyyən fayda

verir. Lakin vokal-xor qabiliyyətlərinin bütün kompleksini öyrənmək üçün universal məşqlər hələlik ki, mövcud deyildir. Mücərrəd, çox

vaxt az estetik təlimlər xorun dəyərli vaxtının kifayət qədər hissəsini

32

tutur. Onların yerinə yetirilməsində müəyyən öyrətmə yaradıcılıqla

və incəsənətə həyəcanlı münasibətlə pis uzlaşır. Xorun ifasının yeksənəkliyi ifaçılığın yeksənəkliyini, xor kollektivinin simasızlığını, nəticədə isə sünilik və cansızlıq doğurur.

Uşaqlarla fərdi vokal məşğələlərə böyük ehtiyatla yanaşmaq lazımdır. Bu qədər kiçik yaşlı uşaqlarla savadlı iş üçün, həqiqi

peşəkar lazımdır. Formal aparılan metodika möhkəmlənməmiş, hələ formalaşmamış uşaq səsinə və bütün kollektivə ziyan verir. Belə məşğələlər, adətən, səsin parlaq fərdi tembrini formalaşdırır, hansı

ki, xorda keyfiyyətli ansambl yaranmasına maneçilik törədir. Solist adətən digər oxuyanları dinləməyi bacarmır, uşaqların təvazökar

səslərini örtür, "kəsir", onların inkişafına və meydana çıxmasına maneçilik edir. Bundan əlavə, onda adətən, özünəməxsus solist psixologiyası yaranır: öz təkəbbürü, iddiaları, "ulduz xəstəliyi" və s.

Vokal ansamblı ilə əlavə məşğələlər, şübhəsiz ki, uşaqların qabiliyyətlərinin inkişafına faydalıdır. Duet oxumaları, trio və kvartet

- vokal ustalığın əla məktəbidir.

Xorun ifa fəaliyyəti

Uşaq xorunun yaradıcılıq kulminasiyası konsert çıxışlarıdır.

Uşaqların ifa fəaliyyəti - mükəmməl xor həyatının və tədris prosesinin ayrılmaz hissəsidir. Arzu olunur ki, kütlə qarşısında çıxışları bütün tədris ili ərzində, heç olmasa hər yarımildə bir dəfə

keçirilsin. Belə olduqda, müəyyən səhnə təcrübəsi yaranır, onlar çıxış etməyi sevəcəklər və yeni konsertləri gözləyəcəklər, səhnədən

qorxmayacaqlar, utanmayacaqlar, sıxılmayacaqlar. Lakin sıx konsert çıxışları həmişə fayda vermir, çünki kiçik yaşlı uşaqlar üçün bu adi işə çevrilə bilər, onun iştirakçılarını bayram intizarından məhrum

edə bilər. ( Xor şöbəsinin ilk konsertini belə adlandırdıq ; “ Xor musiqisinin bayramı”. Və hər ilin aprel ayının əvvəlində bu bayramı

keçirməyi qərara almışıq.)

33

Konsertin "siması" çox vacibdir. Vacibdir ki, bu pis akustikalı

zalda laqeyd dinləyicilər qarşısında sadəcə formal ifa deyil, minnətdar kütlə qarşısında dəyərli çıxış olsun. Arzu olunur ki, hər bir çıxış uşaqlarda böyük incəsənətə aidiyyat, məşğul olduqları işlərinin

dəyərliliyi hissi yaratsın. Həmçinin xorun konsertə hazırlılığının səviyyəsi, seçilmiş

əsərlərin keyfiyyəti də çox vacibdir. Çalışın ki, uğursuz çıxışlar olmasın, belə hallardan sonra uşaqlarda da, xorun rəhbərində də, özündən məmmuniyyətsizlik hissi yaranır. Əlbəttə ki, bu şagirdlərdən

dahi müvəffəqiyyət gözləmək çətindir, ifa edilənə məhəbbətlə keyfiyyətli oxuma kütlə qarşısında çıxış zamanı mütləq olmalıdır.

Yalnız belə konsert xorun yaranmasında və inkişafında əsas mərhələ olacaq. Arzu olunur ki, uşaqlar yalnız öz proqramlarını ifa etməsinlər,

həm də digər iştirakçıları dinləsinlər. Çalışırıq ki, kiçik xorun üzvləri böyükləri, böyük xorun üzvləri isə kiçikləri dinləsin. Axı tədris,

təhsil, digərlərini dinləmək, təhlil etmək - xorda tərbiyə məsələlərindən az əhəmiyyətli deyildir. Kütlə qarşısında xorun istənilən çıxışı müəyyən səhnə

tamaşasıdır, çoxsaylı iştirakçı - artistlərin özünəməxsus musiqi tamaşasıdır. İstənlən tamaşada olduğu kimi, burada da şərait,

uşaqların düzülüşü, onların zahiri görünüşü və hərəkətlərin ətraflı düşünülmüş proqramı vacibdir: çıxış, giriş, səhnədə yerləşdirilmə, təzim, aparıcılar və əlbəttə ki, çıxış proqramının özü.

Konsert proqramının savadlı tərtib olunması xorun gələcək çıxışının hazırlığında ən ciddi məsələlərdən biridir. Çox vaxt

konsertin müvəffəqiyyəti yalnız ifanın məharətindən asılı deyil, xor əsərinin düzgün seçilməsindən və düzülmüş ardıcıllığından da asılıdır. Mənim fikrimcə, proqramın tərtib olunmasında əsas oriyentr

aşağıdakılardır: - onun üslub istiqaməti,

- əsərlərin tonallıq uyğunluğu,

34

- əsərlərin öz aralarında kontrastlılığı,

- konsertin inkişafının daxili dinamikası. Məlum olduğu kimi, inkişafın prinsiplərinin ən əsası - təzaddır. Proqramın təzadları müxtəlif mövzulu, əhvallı, major və

minor növbələşməsi, templəri, səs xarakterləri, xor və fortepiano fakturalı əsərlərin mahir birləşməsi və əvəzlənməsidir.

Konsertin obrazı üçün onun başlanğıcı və sonu çox vacibdir - axı bu özünəməxsus səhnə tamaşasının proloqu və epiloqudur. Çıxışın əvvəlində uşaqlara, dirijora konsertmeysterlə birlikdə

sakitləşmək lazımdır, yaradıcılıq vəziyyətinə daxil olmaq lazımdır. Bu səbəbdən, əsərlər çox çətin olmamalıdırlar, oxumaq üçün rahat,

komfortlu olmalıdırlar, digər tərəfdən - kütləni cəlb etmək üçün parlaq olmalıdırlar. Konsertin sonrakı gedişatı müxtəlif planlı musiqinin göstərilməsi ilə onun daxili dinamikasının şiddətlənməsini

özündə birləşdirir. Konsertin kulminasiyası - xorun repertuarının daha əhəmiyyətli, çətin və ifadəli əsərləridir. Konsertin sonunda

qavrayış üçün daha yüngül, lakin əhəmiyyətli əsərlər ifa etmək olar, beləliklə, çıxışın öhdəsinə götürdüyü obrazı məharətlə başa vurmaq olar.

Xorla iş üçün bir illik repertuar hazırlayarkən, arzu olunur ki, gələcək konsert proqramının kontekstində bu və ya digər əsərlərin

yerini dərhal görəsiniz. Bu cür yanaşma əsərlərin məqsədəuyğun seçilməsinə, müxtəlif və maraqlı repertuarın formalaşdırılmasına imkan yaradır

.

İLK ADDIMLAR

Başlanğıc - uşaq xorunun yaranmasında ən vacib və

məsuliyyətli mərhələdir. Uşaqların xor ifasına gələcək münasibətlərinin ən həlledicisi və müəyyənedicisidir. Məhz bu yaş

dövründə uşaqlara musiqinin yaxın və aydın olması üçün onları

35

musiqiyə cəlb etmək asandır. Həmçinin onu bu sevincdən asan və

həmişəlik məhrum etmək, yaradıcılıq prosesini vaxt keçirməyə və ya darıxdırıcı əzbərçiliyə çevirmək çox asandır. Bunun üçün ilk addımlardan, məhz incəsənətə öyrətmək

lazımdır, məşğələlərdə həqiqi musiqi mühiti yaratmaq lazımdır, gözəlliklə təmasdan gələn sevinci hər cür saxlamaq lazımdır. Digər

tərəfdən uşaqların qarşısında aydın təlim tapşırıqları qoyaraq, adət etdikləri uşaq həyatından ayırmadan təbii yolla onları tanış etmək, uşaqlarda oyun əhvalını saxlamaq, nağıl və musiqi fantaziyasını

birləşdirərək onlarda təxəyyülü oyatmaq lazımdır. Musiqi dilinə yiyələnmək arzusunu, onun üçün zəhmət

çəkmək arzusunu hər bir uşaqda alovlandırmaq, "sirayət etmək" -

xormeysterin ilkin vəzifələrindən ən əsasıdır. Xorla birinci məşğələlərdə uşaqların maraqlılığını əldə etdikdən sonra, onları

tədricən, peşəkar bacarıq və qabiliyyətin daha məhdud dairəsinə daxil etmək lazımdır. Belə ilkin, başlıca bacarıq və qabiliyyətlər

hansılardır? Dirijorun obrazı və dirijorluq anlayışı. Xorun rəhbəri sehrbaz rolunda çıxış edir, hansı ki, sözsüz, yalnız jestlət (və əlbəttə

ki, mimika) ilə bütün oxuma prosesini və musiqinin özünün yaradılması prosesini idarə edir.

İlk məşğələlərdə uşaqlar yalnız dirijorun əsas göstərdikləri ilə tanış olurlar - diqqət, nəfəsin alınması, nəfəsin buraxılması, ifanın başlanması və sonu, səsin uzunluğu və qısalığı, fasiləli səs, zəncirvari

nəfəsalma və s. Bu mərhələdə yenidən onların diqqətini dirijorun əllərinin təəccüblü, sehrli xüsusiyyətlərinə cəlb etmək lazımdır.

Uşaqların ünsiyyətin qəribə üsullarına tez öyrənməsi üçün məşğələlərin prosesində tez-tez "hiylə işlətmək" və "aldatmaq" lazım olur. Məsələn, nəfəs almanı göstərmək, əl bu zaman havada donur.

Diqqətsiz uşaqlar oxumağa başlayacaqlar və həmin an anlayacaqlar ki, yalqız qalıblar. Növbəti dəfə belə hiyləyə düşməməyə

çalışacaqlar. Və yaxud, nəfəsin çatdığı qədər bu jesti "anlayanları"

36

qeyd edərək, əsərin son səsini uzun-uzadı uzadırıq. Bir az keçəndən

sonra belə gözlənilmədən dayanmaqları - fermataları əsərin ortasında və ya frazaların ortasında etmək olar, oxumanı dayandırmaq, sonra yenidən başlamaq olar, gözlənilməz dinamikanı və cizgiləri

göstərmək olar... Uşaqlar sevinirlər, onlara gülməlidir, lakin məqsədə nail oluruq - onlar diqqətlidirlər və daha çox anlayışla dirijorun

jestlərində kiçik nüanslara reaksiya verirlər. Bu bacarıqları təkmilləşdirməyə və dərinləşdirməyə davam edərək, əsərin musiqi obrazıyla və onun mövzusunun çatdırılması ilə

jestin ifadəliliyini birləşdirərək, biz xoru peşəkar xor ifaçıları kimi

və vokalçı - musiqiçilər kimi tərbiyələndiririk. Onu da qeyd etmək

lazımdır ki, dirijor jestinin xarakteri, onun müxtəlifliyi və ifa olunan musiqinin uyğunluğu, aktivliyi və passivliyi, amplitudası və məqsədəuyğunluğu uşaq səslərinin tərzində əks olunur, onların

ifadəliliyinə imkan yaradır və ya mane olur."Əllə" xorun mahir,

həssas ifası təəccüblü ifa azadlığı hissi yaradır, xor məşğələləri

prosesində və çıxışlarda yaradıcılıqla məşğul olmağa və həzzlə

musiqi ilə məşğul olmağa imkan yaradır. / Sənətşünaslıq namizədi N.V.Averinanın məqaləsindən/

İfa vəziyyəti və işlərin təşkili

Düzgün oturmaq, durmaq qabiliyyəti, xor məşğələsində özünü

aparma, vokal-xor işinin effektivliyi üçün, kiçik ifaçıların diqqətinin konsentrasiyası üçün, onların maksimal dərəcədə fikirlərini

cəmləmək üçün vacibdir. Bundan əlavə düzgün səslənmə gövdənin və başın vəziyyətindən çox asılıdır. Xor məşğələlərində uşaqlar əsasən, oturmuş vəziyyətdə

oxuyurlar, yalnız əsərlərin "konsert" oxunmasının yekun anlarında bunu ayaq üstə etmək faydalıdır. Uşaqlarda fiziki yorğunluğun

olmaması üçün hər zaman ayaq üstündə olmaq vacib deyil. Axı xor

37

məşğələsi - hər şeydən əvvəl musiqinin anlanmasının ciddi,

intellektual və yaradıcı prosesidir. Oxuma zamanı gövdənin və başın vəziyyəti düz olmalıdır, lakin gərgin olmamalıdır, əllər sərbəst olmalıdır. Əgər oturmuşuqsa,

onda stulun ucunda, ayaqların altını döşəməyə dayaq verərək oturmalıyıq. Lakin kiçik yaşlı uşaqlar bir vəziyyətdə uzun müddət

qala bilmirlər, uzun müddət oturmaq onlar üçün darıxdırıcıdır. Bunun üçün oturub və durub oxumağı növbələşdiririk, bundan əlavə digər hərəkət fəaliyyətlərini də fikirləşmək lazımdır. Məsələn,

melodiyanın hərəkətinin istiqamətini əlimizlə göstəririk, frazirovkanı jestlərlə göstəririk, metrik döyünməni "hiss etməyə" çalışırıq,

öyrənilən əsərlərin ritmik şəklini əl çalmaqla göstəririk və s. Uşaqlarla ilk görüşlərdən biz onlara bir-birinə, müəllimə, sakitliyə, musiqiyə hörmətlə yanaşmağı öyrədirik. Müəllim-

xormeyster məşğələlərdə avtoritar "hökmranlıq etməməlidir", axı xor

ifası - kollektiv tamaşadır, uşaqlar isə bu böyük maşında

"vintçiklər" deyillər, kiçik şəxsiyyətlərdir və ümumi müvəffəqiyyət onların hər birinin nəticəsindən asılıdır. Bunun üçün məşğələdə şərait xeyirxah, lakin işgüzar mühitdə olmalıdır. Şadyana, asan,

emosional, daim təəccübləndirərək və cəlb edərək, hər bir əsərin musiqi mühitinə daxil olmaqla, öyrətmək lazımdır.

Oxuma zamanı nəfəs, vokal tərbiyələndirmədə ən vacib komponentlərdən biridir. Düzgün nəfəsalma yalnız yaxşı səsin yaradılmasına, dəqiq intonasiya ilə ifa etməyə deyil, həm də ifanın

ifadəliliyində birinci dərəcəli rol oynayır. Tənəffüs prosesinin aktivliyi, frazada öz tənəffüsünün paylanması, səsin hava ilə

doldurulması, səsi tədricən gücləndirib sonra yavaş-yavaş zəiflədərək uzatmaq, nəfəs alan anda təsbit edilməsi, onun yubadılması və uyğun buraxılması - ən ilkin məşğələlərdən

xormeysterin daimi qayğısıdır. Oxuma prosesinin texnologiyalarına xüsusən toxunmayaraq

onu qeyd etmək lazımdır ki, bütün bu vəzifələr bilavasitə, musiqi

38

əsərinin üzərində, onun xarakteri, obrazı və əhvalı ilə əlaqədar olaraq

işlə həll olunur. Xor ahəngi - gənc ifa kollektivinin ən çətin problemlərindən biridir. Xorda uşaqların əla qavrama qabiliyyətinin olması və dəqiq

intonasiya bacarığı varsa, bu çox yaxşıdır. Əfsuslar olsun ki, bu yalnız fərziyəyə əsaslanan bir ehtimaldır. Lakin bu şərtlərlə həqiqi

ahəngin qaydaya salınması üçün oxuma tərzinin vahid birləşməsi və tək özünün deyil digər ifaçı-qonşuların səsini eşitmək qabiliyyətinin olması və maksimal ansamblın (dinamik, templi, ritmik, orfoepik,

vokal və s.) mövcudluğu tələb olunur. Məhz bunun üçün tədrisin ilkin mərhələsində hamımız birsəsli oxuyuruq və ikisəsliliyə keçməyə

tələsmirik. Xorda ahəng üzərində işləyəndə, ən əvvəl hər ifaçının dəqiq intonasiyasına mümkün qədər nail olmaq lazımdır. Uşaqların saxta

oxumalarınn əsas səbəbi səs və qavrama arasında uyğunlaşmanın pis olmasından irəli gəlir. Uyğunlaşmanın qaydaya salınması üçün əsas

ilk şərt emosional təhkimlikdən azad olmaqdır: oxumanın azad və fəal olmasıdır. Melodiyanın intonasiyasını daha detallı dinləmək üçün

uşaqlara gözlərini yummağı, yalnız dodaqları ilə oxumağı, xorun konsertmeysterinin ifadəli çalmasının altında oxumanın səslənməsini

xəyalən təsəvvür etməyi təklif etmək olar. Uşaqların çox xoşlarına gəlir ki, onlar oxuduqları zaman dirijor "onların əvəzinə ağzını açır", sonra isə hamısı rollarını dəyişirlər.

Uşaqların əsərin birinci səsindən dəqiq duymaq bacarığına əsasən diqqətli yanaşmaq lazımdır. Bunun üçün nəfəs alındığı an və

onun saxlanıldığı an gələn səsin yüksəkliyini eşitməyi öyrənmək lazımdır, belə adlandırılan birinci notu əvvəlcədən eşitmək vərdişini təkmilləşdirmək lazımdır. Burada da qeyd etmək lazımdır ki, əsərin

son səsinin ifa olunması da çox vacibdir. İlkin məşğələlərdən uşaqların diqqətini intonasiya dəqiqliyinə, xarakterin saxlanılmasına

və axırıncı notu mütləq dinləməyə yönəldin.

39

Yalnız uşaqların öz oxumalarına anlayışlı münasibətləri,

daimi diqqətləri və nəzarətləri, yoldaşlarının oxumalarını və müəllimi dinləməkləri xor sırasının tədricən yaxşılaşmasına imkan yaradır. Bu bacarığı sonradan inkişaf etdirmək və dərinləşdirməklə uşaqlarda

səs, sözlərin savadlı təqdim olunması, böyük ansamblın yaradılmasına kömək edər.

Kiçik xorda intonasiyanın davamlı vərdişə çevrilməsi üçün əsas əsərlərin ifasının rahat tessiturada və məhdud diapazonda olmasıdır. Balacalar üçün kvintalı diapazon parçası (mi-si) - optimal

səs mühitidir. Uşaqlara oxumağı öyrətməyin ən birinci mərhələsində

intonasiyanın dəqiqliyini qaydaya salmaq və ilkin vərdişlər üçün kiçik əsərlər böyük fayda gətirə bilər. Onların melodik sadəliyi, yığcamlığı və oyun xarakterləri uşaqların səslərinin "köklənməsinə",

qavranmasına və diqqətinə kömək edir və bu nəticədə xor məşğələlərinə emosional "tonus" verəcək. Əsərlərin ifasında səsin

keyfiyyətinə, yüngüllüyünə və oxuyanların səslərinin gözəlliyinə nəzarət etmək lazımdır. Belə əsərlərlə, həmçinin xorun repertuarının əsasını təşkil edən əsərlərlə kiçik yaşlı ifaçılarin diapazonlarının

hüdudları genişlənir, ahəng hissləri tərbiyələndirilir. Xorda nəfəsin, ahəngin və dəqiq intonasiyanın üzərində iş

frazirovka ilə birbaşa bağlıdır. Fraza anlayışı ilkin təhsildə iki müxtəlif səviyyədə aparılır. Birinci özünə müəyyən edilmə , qısa motivlərin və kiçik musiqi fikirlərinin düzgün ifa olunmasını daxil

edir. İkinci - daha çətindir, bu musiqi fikirlərinin ifadəli oxunmasını, mövzuya anlayışlı münasibəti və onun savadlı təqdim olunmasını

özündə birləşdirir. Frazirovka hissləri, musiqi formalarının özəyi kimi - oxumağın ilkin təhsilinin əsasını təşkil edir. Bu bacarıq uzun müddət

və əsaslı surətdə təkmilləşdirilir. Bununla belə ilkin məşğələlərdə frazalar kiçik olmalıdırlar, daha doğrusu onlar fraza deyil, motivlər

40

olmalıdılar, hansıları ki, dinləməyi və öz nəfəsini onlara paylamağı

öyrənmək lazımdır. Yenicə başlayan xorla vokal işindən danışdıqda, səsşünaslığın xarakteri haqqında da danışmaq lazımdır. Ahəngdar səsə cəhd

göstərdikdə, kontilena xormeysterin daim qayğısı olmalıdır. Axan, duru rəvan oxuma tənəffüsə, sözlərin savadlı deyilməsinə yaxşı

yiyələnməyə imkan yaradacaq. Ən əsası isə repertuarın düzgün seçilməsidir. Marş əsərləri ilə, kütləvi "gümrah" mahnılar ilə heç vaxt xoru həqiqi vokala öyrətmək olmaz. Uşaq xorunun əsas

repertuarı lirik, asta, davamlı, dalğın mahnılar olmalıdır. Bilavasitə hisslərin dərinliklərini tərbiyələndirən "sakit" mahnını hiss etməyi və

sevməyi uşaqlara öyrətmək lazımdır. Bu cür əsərlərdən beşik mahnıları ola bilər. Əsərlərin üzərində kontrast səslərlə işləmək faydalıdır, bu

onun üçündür ki, uşaqlar müxtəlif ifa cizgilərinin arasındakı fərqləri hiss etsinlər, ən əsası isə birinci növbədə legato və staccato. Bundan

əlavə, fasiləli, fəal oxumaq pis intonasiyası olan uşaqlarda səs yüksəkliyini tənzimləməyə kömək edir, tənəffüsü möhkəmləndirir, bununla da xorun kantilenasının keyfiyyətinə təsir edir.

Gözəl vokal ifasına əsəri hecalarla oxumaq səbəb olur. Bu cür üslubun ən yaxşı misalı - V.Kalinnikovun "Pişikcik" laylasıdır.

Sadə nəğmədir, kvinta diapazonunda beş notdan ibarətdir, çevik, yüngül melodiyaya malikdir. Hecalar yalnız iki notla oxunmur, hətta üç, dörd notla oxunur. Maraqlıdır ki, sait hərflər oxunma zamanı

növbələşirlər: daha rahat "a", "o" digər "u", "i" ilə əvəzlənirlər. Möhtəşəm fortepiano partiyası öz dəyişən inkişafı ilə əsas mövzunu

saxlayır, ona müxtəlif daxili və dinamik tamamlama verir, sadə laylanı açılmış musiqi əsərinə, özünəməxsus lirik balladaya - hekayəyə çevirir.

Bu və ya bu kimi əsərlər balacalar üçün sadə tapşırıq deyil, lakin öz ustalığını daim təkmilləşdirərək, onlar saitləri uzatmağı,

kənar əlavə səslərsiz onları səlis birləşdirməyi öyrənməlidirlər.

41

Kiçik yaşlı ifaçıların musiqi savadı haqqında bir neçə söz.

Uşaqların hansı səviyyədə hazırlıqlı olmalarından asılı olmayaraq, yadda saxlamaq lazımdır ki, əgər biz professional xor kollektivi

yaratmaq istəyiriksə və həqiqi incəsənətlə məşğul olmaq istəyiriksə,

ilk addımlardan uşaqlarla peşəkarcasına işləmək lazımdır.

Əsərləri uşaqlarla sadəcə əzbərləmək lazım deyil, bu onların

mənimsəməsini daha da kütləşdirir, qavramalarının inkişafını dayandırır, onların yaddaşı üçün kifayət qədər musiqi informasiyası vermir, xor məşğələlərini kədərli və darıxdırıcı prosesə çevirir. Notla

oxumaya tez keçmək arzuolunandır. Bu mərhələdə isə, notaqədər müddətdə, müxtəlif üsullarla xor partiturasına şüurlu yiyələnmək

üçün baza hazırlamaq lazımdır. Mənim fikrimcə, birinci sinfə yenicə qədəm qoyan və notları hələ bilməyən uşaqları bu məfhumlarla tanış etmək lazımdır (yalnız

nəzəriyyə ilə deyil, həmçinin praktiki sınaqlarla). Müəyyən olunmuş forma: fraza, cümlə, sezura, təkrar,

dəyişmə. Səs yüksəkliyi: melodiyanın hərəkəti istiqaməti, səslərin təkrarı, irəliləyiş, sıçrama qabiliyyəti, nisbi yüksəklik (yüksək, orta,

alçaq səs). Musiqinin, uzunluğun, pauzanın ritmik təşkili.Sürət,

temp.Cizgilər (legato, staccato). Dinamik çalarlar, nüanslar (f,p, crescendo, di minuendo). Bundan əlavə - ahəng (unison), müşayiət, major, minor,

orkestr, bəzi musiqi alətlərinin adı, bəstəkar, şair, mahnının başlanğıcı, nəqarət və s.

Sonunda qeyd etmək istəyirəm ki, hər xor məşğələsində mümkün qədər müxtəlif əsərlər oxumaq lazımdır. Bunlar xalq və klassik musiqi, lirik və rəqs, kədərli və şən, oyun və ciddi, çətin və

sadə mahnılar olmalıdırlar... Bütün il ərzində xoru imkan daxilində, daha həcmli repertuarla tanış etmək lazımdır. Tədricən miqdar

42

keyfiyyətə keçəcək, uşaqlar isə gözəl və çoxşəkilli musiqini dərindən

qəbul etməyi öyrənəcəklər. Kiçik uşaqlar üçün xor məşğələsi maraqlı tamaşa olmalıdır, tempin, əhvalın, fəaliyyətin növlərinin dəyişməsi ilə əyləncəli oyun

olmalıdır. Bu cür məşğələlər uşaqlarda bayram hissi yaradacaq, zəifləməyə qoymayacaq, burada uşaqlar darıxmayacaqlar, deməli,

həm də yorulmayacaqlar. Belə məşğələlərdən sonra onlar evlərinə qanadlanmış gedəcəklər və musiqi ilə növbəti görüşü səbirsizliklə gözləyəcəklər.

MUSİQİ ƏSƏRİ ÜZƏRİNDƏ İŞ

Yeni başlayan xor kollektivinin tədris məsələlərində, kiçik

şagirdlərin tədricən mənimsədikləri bacarıq və qabiliyyətlərində təfsilatı ilə dayandıqdan sonra, bir daha qeyd edim ki, iş bizim

məşğələlərin əsas məqsədindən ayrılmazdır - musiqi əsərinin "yaradılması", onun bədii obrazının təcəssümü. "Əsərin üzərində işi, rəssamın və heykəltəraşın işi ilə

müqayisə etmək olar: kətanın və ya qaya parçası üzərində çətinliklə seçilən mənzərə və ya portret meydana gəlir, lakin onun ölçüsü və

miqyası, əşyaların və detalların yerləşməsi, əsas və ikinci dərəcəli olmaları, ön tərəf və fon müəyyən olunmuşdur"

(A.S.Ponomaryovun "Uşaq xorunun həyatı" məqaləsindən).

Gündən-günə, məşğələdən-məşğələyə əsərin musiqi siması görünməyə başlayır, detallar cilalanır, texnikası təkmilləşir.

Əsərlə birinci tanışlıqdan xorla əsərin araşdırılması müddətində, onun əsaslı ifa konsepsiyalarının axtarışı başlayır. Belə yanaşmada uşaqlar üçün ifadəlilik, cizgilər, dinamika, detallar

üzərində iş tam təbii olur, çətin hissələrin çoxsaylı təkrarlanması o qədər də bezdirici olmur. Ayrı-ayrı fraqmentlərin təkmilləşdirilməsi

prosesi vaxtın çox hissəsini aparır və bu uşaqların şüurunda tam

43

əsərin ideya və əhvalından təcrid edilə bilər, formal məşq və təlimə

çevrilə bilər, bu isə bizim yaradıcı kollektivi böyütməmizdə yolverilməzdir. Əsərin musiqi - bədii obrazlı bütövlüyünün yaradılması - ən

çətin və gözəl, ən romantik, ən incə və heç vaxt axıra qədər anlaşılmayan, ustalıq tələb edən və heç zaman mükəmməl olmayan,

uşaq xorunun bədii kollektiv kimi tərbiyələndirilməsi üzrə işin ən əsas hissəsidir. Onun əsas tərkibi mövzunun açılması, uyğun səs rəngarəngliyinin tapılması və əsərin bütöv formasının yaradılmasıdır.

Gözəllik və təbilik - insan səsinin səslənməsinin əsas

meyarlardır. Xor ifasının gözəlliyinin əsasında səslənmənin təbiliyi

ilə həyəcanlı ifadəliliyinin birləşməsi olmalıdır, daha doğrusu, səs əsərin mövzusu ilə uyğun şəkildə təqdim olunmalıdır. Əgər uşaqlara nəyi ifadə etmək lazım olduğunu izah etməyə nail olmusunuzsa, onda

onların özləri düzgün səsin seçilməsinə yol tapacaqlar. İlk məşğələlərdən uşaqların vokal qavrama qabiliyyətini daha

həssas və incə etməliyik. Bu abstrakt məşqlərin çoxsaylı təkrarlanması yolu ilə baş verməməlidir, əsərin hazırlanması prosesində oxuyanların ifadəliliyə daimi diqqətin olması, xor

səslərinin məzmunlu tamamlanmasıdır. Səs - xorun mal-dövlətidir. O rəngarəng, müxtəlif xarakterli,

iradəli, şairanə, konkret, həyəcanlı, sezilməyən, mənəvi olmalıdır. Uşaq xorunun əsərlərində səs ifadəliliyinin bir çox imkanları gizlənir. Yalnız şagirdlərin bu əyləncəli işə marağını oyatmaq lazımdır. Və bu

zaman uşaqların zəif səsləri tembr ansamblı ilə çoxsimalı çalarların vahidliyində birləşəcəklər. Səs açıq və tünd, qalın və şəffaf, isti və

soyuq, gümüşü və məxməri, cingiltili və kar, həm də məğrur, yumşaq, fərəhli, zarafatçıl, fikirli, rahat, uca, sevincli ola bilər... Əlbəttə, yeni başlayan xorun qarşısında daha asan məsələlər

dayanır. Birinci növbədə daha keyfiyyətli ahəngin olması üçün ümumi xor səslənməsi axtarmaq lazımdır, balaca ifaçıların vokal

qavramalarını inkişaf etdirmək, onların pərakəndə tembrlərini vahid

44

bütov səs palitrasında birləşdirmək lazımdır. Beş-yeddi yaşlı uşağın

diapazonu o qədər də böyük olmasa da, onların səsə, onun rəngarəng imkanlarına münasibətləri məzmun və obraz vasitəsilə verilməsi, məhz indi - oxumağa öyrənməyin birinci mərhələsində baş verir.

Detalların ifadəliliyi üzərində işləyərkən, konkret səs palitrasında məzmunun təcəssüm edilməsi, incəliklərlə və nüanslarla,

bütövlük, tamamlama, əsərin sıraya düzəlmiş siması, daha doğrusu onun formaları duyğularını itirmək olmaz. Forma - musiqi əsərinin əsasıdır, onun dərinliyidir,

karkasıdır, hansında ki, biz bədii obrazı daxil edirik. O bu obrazı yaratmağa kömək edir, onu bütöv, qabarıq, parlaq və yadda qalan

edir. Dahi müasir dirijor K.Kondraşın demişdir ki, "son nəticədə formanın yaradılması - əsərin dramaturgiyasının meydana çıxarılmasıdır, zirvəni tapmağı bacarmaq lazımdır və onun ətrafında

qalanları birləşdirmək lazımdır ki, bütövlüyün arxitektonikasını hiss edəsən".

Nə üçünsə, bizim müasir bəstəkarların yaratdıqları uşaqlar üçün musiqi ədəbiyyatının böyük hissəsi kuplet formasında yazılmışdır. Yəqin belə hesab olunur ki, bu cür əsərləri təcrübəsiz

müğənnilərin ifa etməsi daha asandır - bir kupletin melodiyasını yadda saxlamaq, sonraya isə yalnız digər sözləri yerinə qoymaq

lazımdır. Ola bilsin ki, belə əsərləri öyrənmək asandır, lakin onu ifa etmək - daha çətindir. Axı kupletlilik, onun musiqi obrazlarının ümumiləşdirilməsi ilə, asan, müşayiətin fakturası ilə uşaqları tez

bezdirir. Yekrənglik onlarda zəhmət çəkmək arzusunu öldürür, sıxıntı tənbəllik gətirir, ən əsası isə gözəlliyə məhəbbətlə tərbiyələndirilmir,

incəsənətə yaradıcı münasibət olmur. Maraqlıdır,İ.S. Bax, V.A. Motsart, R. Şuman, F. Şubert, İ. Brams və s. bu kimi bəstəkarların bir çox gözəl əsərləri kuplet

formasında yazılmışdır. Lakin dahi bəstəkar-klassiklərin musiqisində kupletin özü-özünü bədii əsər kimi təqdim edir, harada ki, onun

təkrarlanması musiqi nitqinin intonasiya ifadəliliyini zənginləşdirir.

45

Bunun üçün belə əsərlər özlərinə həm ifaçıların, həm də dirijorun

xüsusi diqqət və zövqünü tələb edir. Əgər rus bəstəkarlarından A.Lyadov, S.Küi, V.Kalinnikov, A.Qreçaninov tərəfindən yazılan birinci uşaq mahnılarına müraciət

etsək - onların arasında sadə kuplet formasında olan əsərləri tapmaq çətindir. Mənalı melodiya, müfəssəl, rəngarəng fortepiano partiyası,

parlaq, obrazlı mətn, dinamik düzülmüş forma uşaq musiqisinin bu dəyərli nümunələrini fərqləndirir. Xorun və hər ifaçının musiqi inkişafının qayğısına qalmaq

üçün inkişaf etmiş, ifadəli, tamamlanmış formalı əsərlərə üstünlük

verməyə çalışın. Əsərin ifa konsepsiyasının üzərində işləyərkən,

ikinci dərəcəli diqqəti mükəmməl və qaneedici bütövlüyə ayırın.

İstənilən uşaq xorunun repertuarında, həmçinin yeni başlayanların, irihəcmli əsərlər olmalıdır. Dövri əsərlərin ifası xoru

yeni səviyyəyə qaldırır, uşaqlar özlərini "böyük", həqiqi, ciddi musiqinin ifaçıları kimi hiss edirlər. Özünə irihəcmli əsərlər daxil

edən konsertin özü də, qısa müxtəlif əsərlərin yığılması ilə olan sadə çıxışlardan əhəmiyyətli dərəcədə fərqlənir. İri formalı əsərlər kiçik ifaçılar üçün o qədər də çox

yaradılmamışdır, bunun üçün yaradıcılıq praktikasında xor rəhbərləri özləri böyük olmayan silsilələr tərtib etməli olurlar.

Əsərlərin ifasında musiqi alətlərinin rolu haqqında bir neçə söz. Uşaq xorunda, əsasən də onun əmələ gəlməsi mərhələsində, fortepiano partiyasının çox böyük əhəmiyyəti var. Bu sadəcə olaraq,

dəyişkən uşaq səslərini dəstəkləmək üçün xidmət edən simasız fon deyil, yaradılan musiqini ifa edən tam hüquqlu iştirakçıdır.

Əlbəttə, bir çox əsərlərdə fortepiano müşayiəti xorun intonasiya və ritmik çətinliklərində "nəzakətlə kömək edir", birbaşa və ya vasitəli üsulla xor səslərini əvəz edir, sabit metroritmik əsas

verir. Çox vaxt müfəssəl fortepiano partiyası xorun səslənməsini harmonik çalarlarla zənginləşdirir, müəyyən emosional və obrazlı

46

mühit yaradır, vacib təsviri rol oynayır, əsərin formasının yaradılması

prosesində fəal iştirak edir. Yeni başlayan xor üçün repertuar seçərkən, bir çox xormeysterlər tez-tez elə əsərlər axtarırlar ki, müşayiət partiyası

şagirdlərə "maneçilik törətməsin", konsertmeysterlərdən xahiş edirlər ki, bir az yavaş, ciddi çalsınlar, bəstəkar fakturalarını asanlaşdırsınlar

və hətta, xor melodiyasına yavaşdan dəm tutsunlar. Mənim fikrimcə, konsertmeyster nə qədər mənalı çalsa, uşaqlar da bir o qədər mənalı və musiqili oxuyurlar, əsərin üzərində

iş bir o qədər tez və effektli gedir. Fortepiano partiyası nə qədər parlaq və müstəqil olsa, bir o qədər əsərdən bədii təəssürat almaq

olur. Belə müşayiət uşaqları "azdırmasın" deyə, ilk addımlardan onları ümumi səslənməyi, əsərin səslənmə mühitini dinləməyi öyrətmək lazımdır. Birgə yaradıcılıq axtarışları - xorun dirijorunun,

konsertmeysterinin və uşaqların əsas vəzifələridir. Uşaqların təhsilində və ifasinda əsas rolu müxtəlif musiqi

alətləri, ən əsası isə zərb musiqi alətləri oynayır. Avstriya musiqiçisi, bəstəkar K.Orf tərəfindən yaradılmış və hazırlanmış ümumtanınmış musiqi tərbiyəsi sistemi uşaqların musiqiləşdirilməsində ən sadə və

mümkün alətlərdən istifadəyə əsaslanmışdır. Alətlərdə ifa uşaqların çox xoşuna gəlir (axı onlar özlərini solist hiss edirlər), sevinc və həzz

mənbəyi olurlar, bundan əlavə, xorun proqramını müxtəlifləşdirirlər. Təssüflər olsun ki, bəstəkarlar öz əsərlərini əlavə musiqi alətləri ilə bəzəmirlər, bunun üçün özümüz sadə orkestrovkalar etməli

oluruq, uşaqları imkanın və alətlərin mövcudluğuna uyğunlaşdırırıq. Əlbəttə ki, bunları nəzakətlə və zövqlə yerinə yetirmək lazımdır ki

musiqiyə "zərər vurmasın". Səhnələşdirmə elementlərindən istifadə etmək, əsərlərin ifaçılıq təcəssümünə, parlaqlığına, konsert-tamaşanın təmtəraqlığına

imkan yaradır. Uşaq xorunda musiqili-səhnələşdirilmiş yaradıcılıq mühüm

əhəmiyyət kəsb edir. O uşaqları təhkimlikdən qurtarır, ifa edilənin

47

mahiyyətinə daha dərindən daxil olmağa imkan yaradır, özlərini artist

kimi hiss etməyə imkan yaradır və öz fərdiliklərini göstərməyə imkan verir. Bu işin formaları olduqca müxtəlifdir - oxuma zamanı ən sadə hərəkətlərdən, böyük və ciddi uşaq operalarının tamaşaya

qoyulmasına qədər! Yeni başlayan xorla iş haqqında söhbəti bitirərkən ifa

fəaliyyətinin əhəmiyyəti və müxtəlif formalarında dayanmaq

istəyirəm.

Xorun kütlə qarşısında çıxışı, konsertlər uşaq xorunun

həyatının tərkib hissələrindəndir. Bu öz üzərində işdir. Lakin özün üçün deyil. Kollektivin ifa fəaliyyəti, insanların qarşısına çıxmaq,

səhnədən danışmaq, bölüşmək, birlikdə həyəcanlanmaq, sevinmək -

yaradıcı şəxsiyyət üçün təbii ehtiyacdır və zərurətdir. Onun üçün dinləyicilərin minnətdarlığından başqa heç bir sevinc yoxdur.

Konsert - xorun həyatında ən məsuliyyətli anlardan biridir, bu dirijor və xorun üzvlərinin gərgin işlərinin nəticəsidir, bu xor

kollektivinin sonrakı inkişafını stimullaşdıran yaradıcılıq tamaşasıdır, bu xorun uşaqlarının və rəhbərinin musiqi imkanlarının konsentrasiyasıdır, bu müştərək yaradıcılıqdır, hansı ki, ifaçıları və

dinləyiciləri bədii əsərin anlanmasında vahid təşəbbüslə birləşdirir. Əlbəttə ki, bizim şagirdlər mükəmməl konsertlərdə, çətin və

davamlı proqramlarda çıxış etməyə hazır deyillər, lakin ifaçılıq fəaliyyəti onlar üçün vacibdir. Bununla bərabər, ustalıq səviyyəsi, məhz, çıxışdan çıxışa daha da artır, daha doğrusu uşaqlar öz

bacarıqlarını və qabiliyyətlərini yalnız məqsədlərinə çatmaq üçün fəal təkmilləşdirmirlər, həm də tədricən onlarda vacib səhnə artistizmi və

azadlığı yetişəcək. Konsert proqramının savadlı tərtib olunması, konsertin inkişafının məntiqli düşünülməsi, onun dramaturgiyası, əsərlərinin

arasında daxili əlaqə - onun müvəffəqiyyətlə keçirilməsini təmin edir. Şagirdlər isə ustalığın daha bir pilləsinə qalxacaqlar, bir neçə dəfə ifa

etdikləri əsərlərin yeni çalarlarını tapacaqlar, böyük, gözəl və ciddi

48

xor incəsənətini anlamağa və ona olan məhəbbətə daha bir addım

yaxınlaşacaqlar. Valideynlərlə iş haqqında

Uşaqlar - pedaqoqlar, valideynlər. Və həqiqətən də, belə üçlü

ittifaq xor kollektivinin və bütünlüklə məktəbin mükəmməl yaradıcılıq həyatının təminatıdır. Valideynlərin öz uşaqlarının qayğılarına nüfuz etmələri, onların köməyi, dayaq olmaları və onlarla

şərik olmaları uşaqlara çox vacibdir və lazımdır, əsasən kiçik və orta yaşlı uşaqlara. Evdə musiqi şəraitinin yaradılması, uşağın məşğul

olduğu işə ciddi münasibət, uşaqların öz təhsil vəzifələrinə münasibəti daha ciddi və cavabdeh edir. Bütün valideynlər dərhal anlamırlar ki, musiqinin

öyrənilməsi, xorda ifa, musiqi alətində ifa etmək - daimi və sistematik məşğələlər tələb edən çox vacib və çətin bir işdir. Bəzən

valideynlər musiqi məktəbinə və xora kifayət qədər səthi münasibət bəsləyirlər. Valideylərdən uşaqları hiss etmələri və onların sevdiyi və öyrənmək istədikləri işi sevmələri üçün müəyyən məqsədə

yönəldilmiş işlər tələb olunur. Mənim fikrimcə, bu işdə üç əsas məqama diqqət yetirmək

lazımdır: 1. ünsiyyət üslubu və məşğələnin keçirildiyi məkanın özünün mühiti;

2. uşaqlarla peşəkar iş; 3. valideynlərlə daimi ünsiyyət.

Məktəbdə yaradılmış şərait - təmizlik, rahatlıq, sakitlik, xadimədən başlayaraq direktora qədər hamının xeyirxahlığı, valideynlərlə şagirdlərin arasında ünsiyyətin düzgün təşkil olunması -

işin əsas tərkib hissəsidir. Arzu olunur ki, valideynlər, öz uşaqları kimi, məktəbdə olduqları ilk dəqiqədən, onları əhatə edən hər şeyin

xüsusi gözəlliklərini hiss etsinlər və onların qayğısını çəksinlər.

49

Peşəkarlıq anlayışı özündə bir çox tərkib hissələrini

birləşdirir, onlardan əsasları bunlardır: - müəllimin savadlı işi, hansının ki, nəticəsi uşaqların

müvəffəqiyyətlərində özünü göstərir

- hər kəsə qayğılı və düşüncəli münasibət. Uşaqların məşğul olduqları sənətə, müəllimə, fənnə

məhəbbətləri - bu peşəkarlığın əsas göstəriciləridir. Valideynlər daim hiss etməlidirlər ki, müəllim hər bir uşağı öyrətməyə çalışır, hər birinin inkişafında maraqlıdır, onların əhvalları, özlərini musiqiçi

kimi hiss etmələri, maraqları, dünyagörüşləri və s. müəllim üçün əhəmiyyətsiz deyildir. Böyük uşaq kollektivləri ilə işdə bu cür fərdi

yanaşma kifayət qədər mürəkkəbdir, elə burada da xormeysterin pedaqoji istedadı görünür - öz şagirdlərinin hər birini hiss etmək, görmək və sevmək bacarığı.

Uşaqların məşğuliyyətlərinin vacibliyinə valideynlərin diqqətini cəlb etmək istəyərkən, onları hər cür maarifləndirməyə,

yüksək incəsənət təbliğatı aparmağa çalışmaq lazımdır. Məhz buna görə layiq olmayan musiqini, əsərləri oxumaq olmaz. Xorun repertuarına kütləvi mədəniyyət və dəbli istiqamətdə olan əsərləri

ehtiyyatla daxil etmək lazımdır. Xorda oxumağı valideynlər tərəfindən əyləncə və ya asan asudə vaxt kimi qəbul etmələrinə yol

vermək olmaz, axı bu - uşaqların qəlblərinin və onların mədəniyyətinin tərbiyələndirilməsi üzrə ciddi işdir. Arzu olunur ki, uşaqların məktəbdə, xorda, bütün tədris ili

ərzində valideynlərlə daimi ünsiyyəti baş tutsun. Məktəbimizdə xüsusi valideyn iclası az hallarda keçirilir, adətən belə iclaslar ildə iki

dəfə - hər yarımilin başlanğıcında keçirilir. Orada əsas suallar vurğulanır; – bu, xorun tərbiyəvi vəzifələri, məktəbin adətləri, tədris prosesinin xüsusiyyətləridir. Lakin valideynlərin əsasən uşaqların

maraq dairəsinə, onların musiqi dünyasına cəlb edilmələri xorun və məktəbin çoxsaylı yaradıcılıq işlərində baş verir - konsertlərdə,

gecələrdə, müsabiqələrdə, bayramlarda, açıq dərslərdə və s. belə

50

tədbirlər bütün tədris prosesində baş verir və burada hökmən

valideynlər iştirak edirlər, bununla belə yalnız dinləyici qismində deyil, həm də fəal iştirakçı kimi iştirak edirlər. Məktəbdə keçirilən bütün tədbirlərinin hazırlanmasında və keçirilməsində, həmçinin

xorun təşkilati işlərində dəstək olmağa kömək - bunlar valideynlərin daimi fəaliyyət sahəsidir.

Xorun həyatına maraqlı münasibət müəllim-xormeysterin işini asanlaşdırır, onun üzərindən gündəlik qayğıların bir hissəsini götürür və uşaqların düzgün tərbiyələndirilməsində əsas amil olur.

Valideynlərlə sıx kontaktda işləyərkən qarşılıqlı anlaşmanın bir çox problemləri öz-özündən itir. Xorun işlərində imkan daxilində iştirak

etməklə valideynlərin özləri, onların dediyinə görə, öz həyatlarının uşaqlarla ən maraqlı illərini yaşayırlar, özləri üçün bir çox yeniliklər və maraqlı şeylər öyrənirlər. Onlar müəllimlərin əməyinə hörmətlə

yanaşır və öz uşaqlarına gözəlliyi dərk etməyə kömək edirlər.

*** Beləliklə, məşğələdən məşğələyə, əsərdən əsərə, konsertdən konsertə kövrək və çətin orqanizm - uşaq xoru yaşayır və inkişaf

edir. Bu fasiləsiz və irəliləyən inkişaf, xorun rəhbərindən daimi yaradıcılıq qüvvəsi və sadə insan diqqəti tələb edir, lakin həyatını

həqiqi xoşbəxtlik hissi, həqiqi musiqi və açıq uşaq qəlbləri ilə ünsiyyətlə təmasdan irəli gələn xoşbəxtlik dəqiqələri ilə doldurur. Kiməsə elə gələ bilər ki, məktəbimizdə xor işinin təşkili öz-

özündən asanlıqla alınır, burada bütün problemlər həll olunmuşdur, Əlbəttə ki, bu belə deyil. Uşaqlarla iş səmimi, maraqlı, peşəkar

aparılır, uşaqlar isə sevinclə, həzzlə, maraqla oxuyurlar. Yorulmadan pedaqoji və musiqi axtarışlarının aparılması, həmçinin əbədi özündən məmmuniyyətsizlik və əldə edilən nəticələr məktəbin yorulmaq

bilməyən inkişafında əsas hərəkətverici qüvvələrdir. Burada hər şey və həmişə alınmır, lakin belə də olmalıdır - axı bu həyatın özüdür.

51

52