Təsnifatda yeri:

16
Təsnifatda yeri: Qrammənfi aerob çubuqlar və kokklar bölməsi, Pseudomonaceae fəsiləsi, Xanthomonas cinsi Bioloji qrupu: Hemibiotrof 7.5 Kələm bitkisinin bakteriya və virus mənşəli xəstəlikləri Kələmin damarlı bakteriozu – Xanthomonas campestris pv. campestris Dowson.

description

7.5 Kələm bitkisinin bakteriya və virus mənşəli xəstəlikləri. Kələmin damarlı bakteriozu – Xanthomonas campestris pv. campestris Dowson. Təsnifatda yeri: Qrammənfi aerob çubuqlar və kokklar bölməsi, Pseudomonaceae fəsiləsi, Xanthomonas cinsi Bioloji qrupu : Hemibiotrof. - PowerPoint PPT Presentation

Transcript of Təsnifatda yeri:

Page 1: Təsnifatda yeri:

Təsnifatda yeri:

Qrammənfi aerob çubuqlar və

kokklar bölməsi, Pseudomonaceae

fəsiləsi, Xanthomonas cinsi

Bioloji qrupu:

Hemibiotrof

7.5 Kələm bitkisinin bakteriya və virus mənşəli xəstəlikləri

Kələmin damarlı bakteriozu – Xanthomonas campestrispv. campestris Dowson.

Page 2: Təsnifatda yeri:

Patogenin morfologiya və biologiyası. Xəstəliyə müxtəlif kələm bitkilərinin bütün inkişaf fazalarında rast gəlinir. Cücərtilərdə xəstəlik az hallarda müşahidə edilir, filqə yarpaqların şəffaflaşması və bitkilərin soluxması ilə xarakterizələnir. Daha yaşlı yarpaqlarda damar bakteriozu soluxmaya səbəb olur, yarpaqların kənarı saralır və onlarda qaralmış damar tozları görünür. Yarpaq damarlarının və xəstə bitkilərin özəyinin kəsiyində nöqtə və ya zolaq şəklində damar yığımı yaxşı görünür. Erkən yoluxma zamanı bitki inkişafdan qalır, baş bağlamadan, bəzən bitki tamamilə ölür.

Lakin əksər hallarda birinci il bitkilərinə bakteriyanın vurduğu zərər əhəmiyyətsizdir. Xəstəlik toxumluqlarda daha şiddətli inkişaf edir. Anaclıq bitkilər hətta zəif sirayətlənmə zamanı adətən yaza qədər həyatiliyini itirir. Sahəyə köçürülmüş anaclıqların yarpaq-larının damarları tezliklə qaralır, gövdə inkişafdan qalır, onların səthində tünd xətlər görünür, qınlarda müxtəlif forma və ölçülü şəffaf qara parıltılı ləkələr meydana çıxır. Şiddətli sirayətlənmiş qınlarda toxumlar inkişaf etmirlər.

Page 3: Təsnifatda yeri:
Page 4: Təsnifatda yeri:
Page 5: Təsnifatda yeri:
Page 6: Təsnifatda yeri:

Yayılması. Xəstəlik demək olar ki, dünyanın əksər ölkələrində ge-niş yayılmışdır. Bu xəstəlik ilk dəfə Smolensk və Xarkov quber-niyalarında qeydə alınmış, müəyyən zaman kəsiyində kələm, turp, turpca və Brassicaceae fəsiləsinə daxil olan digər bitkilər becərilən ərazilərdə yayılmışdır (Axatov A.K., Cəlilov F.S. və başqaları, 2002).

Ekologiyası. Damarlı bakteriozun kütləvi inkişafınavegetasiya dövrü isti rütubətli hava, habelə bitkilərin həşəratlar tərəfindən zədələnməsi təsir göstərir. Bu adətən torpaq rütubətlə zəngin olduqda baş verir. 27-300C temperturda xəstəliyin simptomları yoluxmadan 10-12 gün sonra baş verir.

Təsərrüfat əhəmiyyəti. Kələmin xəstəliklə yoluxması vegetasiya dövrü bitkinin bütün inkişaf mərhələlərində baş verir, cücərtilər, şitillər, yaşlı bitkilər yoluxurlar. Xəstəlik nəticəsində baş kələm məhsulu azalır, onun qidalıq keyfiyyətləri aşağı düşür. Sirayətlənmiş başlarda şəkərin miqdarı 1,5 dəfə, askarbin turşularının miqdarı 11-17% sağlamlara nisbətən azdır (Cəlilov, 1999).

Page 7: Təsnifatda yeri:

• Sağlam toxum materialı• Parniklərin təmizlənməsi və

dərmanlanması• Torpağı dezinfeksiya üçün- karbation,

xlorpikrin, formalin sönmüş əhəngdən istifadə

• Dezinfeksiya payızda havanın temperaturu -8-10ºC-də

• Yazda toxum səpininə 25-30 gün qalmış• Karbation 1:10 nisbətində 1 m²-də 2-

2,5 litr• Xlorpikrin -60 qram• Formalin məhlulu 1:5 nisbətində 9 litr• Sönməmiş əhəng 1,5 kq

BA

RİZ

Ə

DB

İRL

ƏR

İ

Page 8: Təsnifatda yeri:

Təsnifatda yeri:

Qrammənfi fakültətiv aerob

çubuqlar qrupu, Enterobacteriaeae

fəsiləsi, Erwinia cinsi

Bioloji qrupu:

Hemibiotrof

Kələmin selikli bakteriozu – Erwinia carotovora Holland. pv. carotovora

Bergey et al.

Page 9: Təsnifatda yeri:

Patogenin morfologiya və biologiyası. Ağbaş və gül kələm bitkiləri sirayətlənir. Xəstəlik adətən başın və gül kələmdə başcığın əmələ gəlməsinin başlanğıcında meydana çıxır. Şitillər yoluxan zaman filqə yarpaqlarda və həqiqi yarpaqlarda yağlıtəhər ləkələr əmələ gəlir, bu isə bitkilərin inkişafdan qalması və ya tamamilə məhv olması ilə nəticələnir.

Başlar bağlanarkən ətraf yarpaqlar qonurlaşır, rütubətli havada onlar seliklənir və çürüyürlər, bununla əlaqədar xəstəliyi bəzən yaş çürümə adlandırırlar. Quru havada yarpaqların yoluxmuş hissələri quruyur, nazilir və şəffaf görünür. Xəstəlik nəticəsində çox vaxt başın daxili hissəsi çürüyür, özəklərdə boşluqlar əmələ gəlir. Belə kələm başları adətən yetişənə qədər özəkdən ayrılır və çox pis üfinətli iyli olur.

Kələmin saxlanmaya qoyulan baş hissəsinin daxili hətta zəif yoluxma zamanı yüksək temperaturda tez və şiddətli çürüyür, habelə üfunətli iy verir. Saxlanma zamanı yoluxmuş kələmdən xəstəlik sağlamlara da keçir.

Page 10: Təsnifatda yeri:
Page 11: Təsnifatda yeri:

Yayılması. Xəstəlik hər yerdə yayılmışdır. Bu patogen bütün tə-

rəvəz bitkilərini o cümələdən kələm növlərini sirayətləndirir. Tran-

sportlaşma və saxlama zamanı rejimə əməl etmədikdə yoluxma az

müddətdə böyük partiya tərəvəz və kələm növlərini sirayətləndirir.

Ekologiyası. Selikli bakteriozun inkişafı üçün əlverişli tem-

peratur şəraiti 20-250C və havanın 50%-lik nisbi rütubətlidir. Güclü

yağmurlu illərdə selikli bakteriozun inkişafı yüksək həddə çatır.

Təsərrüfat əhəmiyyəti. Xəstəliyin zərəri kələm başlarının

vaxtından əvvəl çürüməsi, gül kələmdə başcığın seqmentlərə ayrıl-

ması elə bunun da nəticəsində yarpaqların turqoru itirməsi və

tökülməsi ilə xarakterizə olunur.

Mübarizə tədbirləri. Kələmin damarlı bakteriozunda olduğu

kimidir.

Page 12: Təsnifatda yeri:

Y.İ.Vlasovun (1973) məlumatlarına əsasən bu virus xəstəliyi Azərbaycanda, Orta Asiyada, Krasnodar diyarında yayılmışdır. Xəstəlik ən çoxu gül kələmdə rast gəlinir. Bununla bərabər virus ağbaş və yemlik kələmdə, kolrabi, turp və Brassicaceae fəsiləsinə daxil olan digər alaqlarda da müşahidə edilmişdir.

Sirayətlənmiş bitkilərin yarpaqlarında əvvəlcə parıltılı damar müşahidə olunur, sonra onun ətrafında tünd yaşıl haşiyələr əmələ gəlir. Yarpaqlar cırtdan forma ala bilir. Şiddətli yoluxmuş gül kələm bitkilərinin çiçəkdaşıyanları adətən formalaşmır.

Xəstəlik törədicinin virionları spesifik formalı, 50 mm-ə yaxın diametrlidir. Xəstə bitkilərin hüceyrələrində

X bədən birləşmələrinə təsadüf edilir. Virus sıxılmış şirədə otaq temperaturunda 7-14 gün saxlanılır, inaktivasiya temperaturu 70-750C-dir. Tarla şəraitində virus mənənələrin köməyi ilə xüsusilə kələm mənənəsi–Bravicoryne brassicae L. vasitəsilə ötürülür.

Kələmin mozaikası – Cabbage mosaic virus

Page 13: Təsnifatda yeri:
Page 14: Təsnifatda yeri:

Dünyanın əksər ölkələrində geniş yayılmışdır. Turpdan əlavə digər xaççiçəklilər fəsiləsinə daxil olan bitkilər də yoluxur. Son illər respublikamızda bu da mozaika növünə turp, turpça, şalğam əkinlərində təsadüf edilir. Turpda çoxşəkilli forması əmələ gəlir. Yarpaqlarda xlorotik həlqələr görünür, sonra tipik mozaika inkişaf edir. Yarpaq ayəsinin damarları deformasiyaya uğrayır, çox zaman yarpaq qırışıqlı olur. Toxumluqlar xüsusilə güclü surətdə yoluxur. Bu zaman xəstə bitkilər böyümədən qalır. Yarpaqlar mozaik və deformasiyalı olur. Damarlarda zəif nekroz müşahidə edilir.

Patogen mənənələr (Lipaphis erysimi), uzunburun (Epitrix hertipennis) və şirə vasitəsi ilə ötürülür. Virusun daşıyıcıları bir sıra alaq otları da ola bilir.

Mübarizə tədbirləri. Yüksək aqrofon yaradılmalı, alaq otları və sorucu ağız aparatı olan mənənə və digər həşəratlara qarşı müntəzəm mübarizə tədbirləri aparılmalıdır.

Turp mozaikası – Radisch mosaic virus

Page 15: Təsnifatda yeri:
Page 16: Təsnifatda yeri:

Diqqətinizə görə təşəkkür edirəm