TƏHSİL MÜƏSSİSƏLƏRİNİN KİTABXANALARINDA KÜTLƏVİ … · Müəllif: Məmmədova...
Transcript of TƏHSİL MÜƏSSİSƏLƏRİNİN KİTABXANALARINDA KÜTLƏVİ … · Müəllif: Məmmədova...
Səyyarə Məmmədova
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN
KİTABXANALARINDA KÜTLƏVİ TƏDBİRLƏR
VƏ TƏBLİĞAT FORMALARI
(Metodik vəsait)
-BAKI-2015
Müəllif: Məmmədova Səyyarə Nazim qızı
Redaktor: İsmixanova Tamilla Əşrəf qızı
Səyyarə Məmmədova. Təhsil müəssisələrinin kitabxanalarında kütləvi tədbirlər və
təbliğat formaları.- Bakı: Nərgiz, nəşriyyatı.- 2015. - 112 s.
Kitabxana cəmiyyətdə elmin və mədəniyyətin inkişafında,
təhsil və tərbiyənin keyfiyyətinin müasir tələblər səviyyəsinə
yüksəldilməsində müstəsna əhəmiyyət kəsb edir.
Məktəb kitabxanaları təlim-tərbiyə və təhsil mərkəzidir.
Özündə universal, elmi, tədris funksiyalarını birləşdirən
məktəb kitabxanaları tədris müəssisələrinin struktur bölməsi
olmaqla təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsinə,
böyüməkdə olan nəslin fəal həyata hazırlanmasına xidmət
edir.
Tərtib etdiyimiz bu vəsait məktəb kitabxanasının iş
planında icrası nəzərdə tutulan əsas tədbirlər haqqındadır.
2015850079
742000000T
© «Нярэиз», 2015
Kitabxanada həyata keçirilən fərdi və
kütləvi tədbirlər
Şagirdlərə, müəllimlərə, bütövlükdə məktəb kollektivinə
kitabla xidmət etmək ümumtəhsil məktəbi kitabxanasının
əsas iş prinsipidir. Tədris edilən fənlərin daha yaxşı
mənimsənilməsi və biliklərin əlavə olaraq möhkəmləndiril-
məsi məqsədi ilə kitabxana şagirdlərin sistemli və məqsədli
mütaliəsinin təşkil edilməsində əsas rol oynayır.
Məktəb kitabxanası ilkin olaraq şagirdlərin yaş xüsusiy-
yətlərini nəzərə almaqla onların oxu maraqlarını öyrənib,
mütaliəsini istiqamətləndirməli, onlarda tədris olunan fənn
proqramına uyğun kitabı sevmək və ona qayğıkeş münasibət
bəsləmək hissini aşılamalıdır. Kitabxanaçının pedaqoji
fəaliyyətinin müvəffəqiyyəti onun oxucu marağına uyğun
fəaliyyətindən çox asılıdır. Kitabın təbliğ və tövsiyəsinə
yaşlarından asılı olmayaraq bütün oxucuların ehtiyacı vardır.
Buna həm ilk dövrlərdə kitab seçməkdə nisbətən aciz olan
kiçik yaşlı məktəblilər, həm də mütaliə dairələri daha geniş
olan orta və yuxarı yaşlı şagirdlərin də ehtiyacı vardır.
Kitabxanaçı öz işində bunları nəzərə almalıdır.
Mütaliənin geniş ictimai məzmun kəsb etdiyi bir şəraitdə
ədəbiyyatın kütləvi təbliğat formasına müraciət etmək daha
vacib sayılır. Bu baxımdan müxtəlif yaş qruplarına bölünən
oxucuların daha çox müraciət etdiyi məktəb kitabxanalarında
ədəbiyyatın kütləvi təbliğatına geniş yer verilir. Kütləvi
təbliğat işlərinin əsas məqsədi istifadəçilərə mütaliənin
gözəlliyini göstərmək, onlara kitabı sevməyi öyrətməkdir.
Çünki, məhz kütləvi tədbirlər vasitəsilə ədəbi əsərlərin
məzmunu və hadisələrin emosional əhəmiyyəti oxucular üçün
açılır. Biz kütləvi tədbirlər vasitəsilə sübut etməliyik ki,
mütaliə estetik zövq verə bilər, kitabla ünsiyyət insanın
qarşısında geniş ənginliklər açmağa qadirdir. Kitab və
mütaliə əvəzolunmaz bilik və məlumat mənbəyidir və kitab
həqiqətən də tez-tez insanın dostuna və məsləhətçisinə çevrilə
bilir. Kütləvi tədbirlərin təşkili kitabxanaçıdan yaradıcı və
qeyri-standart yanaşma tələb edir. Kütləvi tədbirlər kitab-
ların, elektron nəşrlərin və digər çap məhsullarının oxucuya
çatdırılmasında böyük rol oynayır. Hər bir kütləvi işin
məzmununda kitab durur. Kitabxanada həyata keçirilən fərdi
və kütləvi işlər 2 əsas funksiya daşıyır: 1.Məlumat
funksiyası-oxuculara müəyyən biliklərin verilməsi;
2.Tərbiyəvi funksiya-oxucularda yaradıcılıq vərdişləri, təşəb-
büskarlıq, təşkilatçılıq, kollektiv fəaliyyətdə iştiraka maraq
yaradılması və bu cəhətlərin inkişaf etdirilməsi.
Məktəb kitabxanalarında kütləvi tədbirlərin keçirilməsinə
hazırlıq zamanı yadda saxlamaq lazımdır ki, qarşıya
qoyulmuş məqsədə çatmaq üçün müəyyən olunmuş tələblər
mövcuddur və onlara mütləq əməl etmək lazımdır.
Məqsəd istiqaməti - konkret məsələlərin qoyuluşu,
müəyyən olunmuş oxucu qrupu ilə işin məqsədinin təyin
olunması şərtləri, tədbirin məzmunlu idarə olunması.
Oxucu istiqaməti - gözlənilən auditoriyanın nəzərə
alınması, tədbirin əhəmiyyətlilik dərəcəsi, onun keçirilməsinə
iştirakçıların cəlb olunması, iştirakçıların əməkdaşlığı və s.
Ad seçilməsi - kütləvi tədbirinin adının seçilməsi, onun
formasının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbirin adı oxucular üçün mövzu haqqında ilkin təsəvvür
yaradır, reklam əhəmiyyəti daşıyır (tədbirdə iştiraka təşviq
edir), metodik xüsusiyyətləri haqqında məlumat çatdırır. Ad
seçilən zaman sitatlardan, pafoslu sözlərdən və s. istifadə
edilir.
Yer, vaxt və keçirilmə müddəti - ən ideal variant
kitabxananın kütləvi tədbirin keçirilməsi üçün xüsusi binaya
sahib olmasıdır. Belə imkan olmadıqda tədbir oxucuların və
iştirakçıların sayı nəzərə alınaraq məktəbin digər otaqlarında
və ya akt zalında həyata keçirilir.Tədbirin həyata keçirilmə
zamanı iştirakçılar və qonaqlarla razılaşdırılır. Sistemli
kütləvi tədbirin təşkili oxucu qruplarının yaş və hazırlıq
səviyyəsindən tədbirin formasından, çatdırılacaq mövzuların
xarakterindən asılı olaraq müəyyən edilir. Məsələn, orta və
yeniyetmə yaşlı oxucular üçün keçirilən mühazirə 45-50
dəqiqə, söhbətlər15-20 dəqiqədən çox aparılmamalıdır.
İllüstrasiyalı kitab sərgilərinin müddəti 2-3 həftədən artıq
olmamamlıdır. Tematik gecə və bu qəbildən olan tədbirlər
1,5-2 saat uzadıla bilər. Kütləvi tədbirin aparıcısını, iştirakçı
və qonaqları proqramın gedişatı haqqında qabaqcadan
xəbərdar etmək azımdır.
Çıxış edənlər və təşkilatçılar - kitabxanada təşkil olunan
kütləvi tədbirlərin təşkilatçıları və çıxış edənlər əsasən
kitabxanaçı, fənn müəllimləri və şagirdlər olur. Onların
köməyi ilə kütləvi tədbirə hazırlıq və oxucu maraqlarının
öyrənilməsi həyata keçirilir. İri miqyaslı tədbirlərin
keçirilməsi zamanı təhsil və mədəniyyət işçiləri, məktəbdə
tərbiyə işləri üzrə müavin (təşkilatçı), uşaq və gənclər
birliyinin rəhbəri, valideyinlər, pedaqoji kollketivin digər
üzvləri də işə cəlb olunur.
Təbliğat reklamı – kütləvi tədbirin uğurla həyata
keçirilməsi təbliğatsız mümkün deyil. Təbliğat formaları –
reklam, elan, dəvətnamələr, afişa, divar qəzeti ilə
məlumatlandırma və s.-dir. Məlumat və elanlar lakonik, eyni
zamanda yetərincə informasiyalı, aydın və əhatəli olmalıdır.
Həmçinin, onlar təlim-tərbiyə və mütaliə mədəniyyəti
çərçivəsində yazılmalıdır. Dəvətnamələrin üzərində tədbirin
həsr olunduğu mövzuya aid tövsiyə olunan ədəbiyyat
siyahıları və ya tədbir həsr olunmuş müəllifin yaradıcılığı
haqqında məlumat verilə bilər. Eyni zamanda seçilmiş
mövzunu kitabxananın görünən yerlərində də oxşar
məlumatlar yerləşdirilməsi məqsədə uyğun hesab olunur.
Oxucu auditoriyasının formalaşdırılması - kitabxanada
keçirilən kütləvi tədbirlər hazırlıq səviyyəsinə və aktivlik
dərəcəsinə görə müxtəlif qruplardan olan oxucuları fərqli
maraqlar ətrafında toplaya bilir. Son dövrlərdə sərbəst
ünsiyyət yönümlü kütləvi tədbirlərin əhəmiyyəti artmaqdadır.
Buna görə də belə tədbirlərin gedişatında oxucu hazırlığı
əhəmiyyətli rol oynayır. Bu baxımdan iştirakçı seçimində
onun şəxsi keyfiyyətlərini və potensialını, ünsiyyət
səviyyəsini, mədəni nitq qabiliyyətini, bədii zövqünü nəzərə
almaq lazımdır.
Kütləvi tədbir keçirilən zaman istifadə olunan materiallar
əhval ruhiyyəyə təsir etməli, həyəcanlandırmalı, ünvanlı və
müəyyən olunmuş mövcud şərtlərə uyğun formada həyata
keçirilməlidir. Çalışmaq lazımdır ki, geniş oxucu kütləsi cəlb
edilsin və hər kəs aktiv iştirak etsin. Kütləvi tədbir təşkil
olunarkən oxucuların yaş və psixoloji xüsuisyyətləri də
nəzərə alınmalıdır. Məsələn, məktəblilərə həyatı oyunla
tanıtmağa çalışmaq xüsusi əhəmiyyət daşıyır. Bu zaman
kiçik yaşlı uşaqların yaddaşının möhkəmləndirilməsi, diqqət
və qavrayışın, emosiyaların inkişaf etdirilməsi, yaşıdlarıyla
yarış mühitinin yaradılmasına və s. diqqət etmək vacibdir.
Nəhayət onu demək olar ki, kitabxanada keçirilən kütləvi
tədbirin əsas mahiyyəti onun mütaliə və mütaliənin təbliği ilə
bağlılığıdır. Ona görə də hansı mövzuda və formada
keçirilməsindən asılı olmayaraq hər bir kütləvi tədbir ilk
növbədə kitabın və mütaliənin təbliği istiqamətində
aparılmalıdır.
Kütləvi tədbirin keçirilməsinə hazırlıq mərhələsi. Kütləvi
tədbirə hazırlıq və keçirilməsi onun formasından asılı
olmayaraq bir neçə mərhələdən və əməliyyatdan ibarət olur.
Kitabxanaçı mövzunu seçməli, auditoriyanın tərkibini,
tədbirin keçirilmə məqsədini təyin etməlidir. Bundan sonra
işin bütün mərhələlərini və istiqamətini əhatə edən plan
tutulur. Bura daxildir:
-Vaxt seçilməsi, ssenarinin yazılması, komandanın
formalaşdırılması, iştirak edənlərlə görüş, tədbir haqqında
informasiyanın hazırlanması.
- hazırlıq mərhələsi:
- kitab sərgilərinin təşkili, ədəbiyyat xülasələrinin keçiril-
məsi, iştirak edənlərlə hazırlıq, rekvizitlərin hazırlanması.
-tədbirin keçirilməsi:
-yekun mərhələ: məktəblilərlə və müəllimlərlə tədbirin
müzakirə edilməsi, çıxışların yazılması, hesabat, albom və
çağırışların hazırlanması.
Kütləvi tədbirin keçirilmə texnologiyası.
Kütləvi tədbirlər kitabxana işinin effektiv formalarından
hesab olunur. Məhz tədbirlər sayəsində kitabxanaçı özünü
yaradıcı şəxs və öz işinin peşəkarı kimi göstərir, kitab və
mütaliəyə cəlb edərək oxucuya təsir edir. Kütləvi tədbirlərin
keçirilməsi sayəsində qazandığı təcrübə kitabxanaçıya
kommunikativ və konstruktiv təcrübə və bacarıqlarını, peşə
ustalığını inkişaf etdirməyə imkan verir. Açıq kütləvi tədbir
metodik tədbirlərdə, seminar və kurslarda təcrübə mübadiləsi
zamanı kitabxanaçının peşə ustalığının və təcrübəsinin
yoxlanılmasında mühüm rol oynayır. Onu da qeyd etmək
lazımdır ki, kütləvi tədbirin təşkili və hazırlanması o qədər də
asan iş deyil. Bu işin uğurla həyata keçirilməsi bir çox
amillərdən asılıdır və bunları hər bir kitabxanaçı mütləq
bilməli, nəzərə almalı və əməl etməlidir. Məsələn, hər bir
seçilmiş tədbir forması mütləq keçirilən tədbirin məzmununa
cavab verməlidir.
Kütləvi tədbirin tərtibatında hazırlıq zamanı istifadə
olunan üsul və vasitələr, keçirilmə forması, mövzu istiqaməti,
yaş həddi, əhatəlilik də vacib şərtlər sayılır. Kütləvi tədbirin
keçirilməsinin təşkili və hazırlığı üç əsas mərhələdə
planlaşdırılarsa o zaman daha uğurlu olar:
1.Hazırlıq mərhələsi
Mövzunun seçilməsi, məqsəd qoyuluşu, auditoriyanın
təyin edilməsi.
Planın tutulması.
Tədbirin quruluşunun və məzmununun müəyyən
edilməsi.
Ədəbiyyatın seçilməsi və əldə olunması (lazım gələrsə
digər kitabxanalardan alınması)
Tövsiyə siyahısının tərtib edilməsi
Metod və üsulların müəyyən olunması
Ssenarinin hazırlanması
Didaktik və çağırış materiallarının hazırlanması, atribut
və rekvizitlər.
Əyani vəsaitlərin, plakat və s. hazırlanması
Mövzu üzrə, söhbət, icmal, mühazirə keçirilməsi.
İştirakçıların müəyyən olunması
Tapşırıqların hazırlanması və bölgüsü, şərtlərin və
qaydaların izahı və ya rolların bölüşdürülməsi.
Mükafat və prizlərin müəyyənləşdirilməsi
Yerin, vaxtın və keçirilmə tarixinin təyin olunması
Rəhbərliklə razılaşdırmaq
Təşkilati məsələlərin həlli
2. Korreksiya (düzəliş) mərhələsi
Kitab sərgisinin təşkili
Tərtibatın hazırlanması
Avadanlığın və texniki vasitələrin yoxlanılması və
hazırlanması
Məşq, ssenaridə düzəlişlər, böyük məşq
Elan
Tamaşaçıların və qonaqların dəvət olunması
3.Əsas mərhələ
Otaq və ya zalın tərtibatı
Avadanlıqların və texnikanın qurulması
Tədbirin keçirilməsi
Bağlanışın keçirilməsi (elan edilməsi) .
Kütləvin tədbirin əvvəlcədən təhlil olunması, ssenarinin,
rolların, sualların və s. məktəb kollektivi ilə, əməkdaşlar və
qonaqlarla müzakirələr aparılması da tədbirin uğurlu
olmasında əhəmiyyətli hesab olunur.
Ssenarinin hazırlanması və tərtibi: Tədbirin keçirilməsin-
də ssenarinin hazırlanması çox vacib yer tutur. O bütün mər-
hələləri dəqiqliklə planlaşdırmağa və onların məntiqi əla-
qəsini, qoyulmuş məqsədin əldə olunması üçün üsul və yol-
ların düşünülməsini, kitabxana sisteminin effektiv istifadə-
sinə, səhvləri və yanlışları göz önündə tutmağa imkan verir.
Ssenari hazırlanarkən aşağıdakı sxemdən istifadə etmək
lazımdır.
Başlıq. Epiqraf. Forma. Tema. Kontingent. (kimə
ünvanlanıb) İştirakçılar. Aparıcı.
Tədbirin quruluşu:
I Hissə. Giriş
Açılış sözü; mövzudakı əsas fikrin açılması; tədbirin
məqsədi; şərtlər, iştirakçıların, qonaqların və münsiflərin
təqdimatı.
II Hissə. Əsas
Mövzunun (problemin) aktuallığının və auditoriyanın
məlumatlılıq dərəcəsinin yoxlanılması; iştirakçılarla qısa
sorğu.
Məlumatın çatdırılması və dərk etmənin stimullaşdırılması
( hekayə, çıxış, söhbət və s.)
Quruluşa görə aparıcının tapşırıqlarını yerinə yetirməklə
iştirakçıların nəzəri və təcrübi biliklərini tətbiq etmək.
III Hissə. Bağlanış.
Yekun söz; müzakirə, refleksiya, nəticə, yekun və
mükafatlandırma.
Tədbirin ssenarisi A4 vərəqində, 1,5 intervalla,
yazılmalıdır. Vərəqin bir üzündə yazılır. Titul vərəqində
kitabxananın tabe olduğu əsas müəssisənin adı, mövzu və ya
ad, epiqraf, hazırlayanın adı, soyadı, atasının adı və vəzifəsi,
il, lazım olduqda ünvan və telefon yazılır. İstənilən halda
möhür qoyula bilər. Sonda əlifba sırası ilə istifadə olunmuş
ədəbiyyat siyahısı verilir.
Kütləvi təbliğatın formaları
Məktəb kitabxanasında keçirilən tədbirin forması qoyul-
muş məqsədin həyata keçirilməsində az əhəmiyyət daşımır.
Son dövrlər kitabla aparılan ənənəvi təbliğat formaları daha
yeni daha canlı və interaktiv iş formaları ilə: breyn-rinq,
KVN, əyləncəli oyunlar, virtual səyahət və s. əvəz
olunmuşdur. Ancaq ucadan oxu, viktorina, ədəbi-bədii gecə,
ədəbiyyat xülasəsi, səhərcik, disput və s. kimi tədbirlər bu
gün də məktəb kitabxanalarında öz papulyarlığını qoruyur.
Məktəb kitabxanasında kütləvi tədbirlər şifahi, əyani və
yazılı (mətbuat, çap) formalarda həyat keçirilir.
Şifahi təbliğat formaları: Şifahi təbliğat özünün
fərqləndirici xüsusiyyətləri, üstünlükləri ilə seçilir ki, bu da
onu təbliğatın daha səfərbəredici və fəal vasitəsinə çevirir.
Onun əsas üstünlüyü auditoriya ilə canlı ünsiyyətin olmasıdır.
Oxucularla canlı ünsiyyət, konkret auditoriyanı, onun
intellektual səviyyəsini, marağını, həvəsini nəzərə almaqla
istənilən nəticəni verəcək tədbir keçirməyə imkan verir.
Şifahi üsullar oxucu qruplarına eyni vaxtda təbliğat təsiri
göstərmək məqsədilə canlı sözdən istifadəyə əsaslanır. Bu
zaman həm kitab və onun məzmunu ilə oxucuların tanışlığı
təmin edilir, həm də onlara şəxsi təhsil, mütaliə vərdişləri və
bacarıqları aşılanır.
Ədəbiyyatın şifahi təbliği öz istiqamətinə və imkan
dairəsinə görə 4 metoda, daha doğrusu 3 əsas və 1 köməkçi
metoda bölünür:
Oxucuların tənqidi-təhlili fəallığının inkişafına təsir
göstərən metod və ya qısaca olaraq tənqidi-təhlil metodu;
oxucuların müzakirə olunan kitablara maraqlı münasibətini
və söhbət mövzusu olan ədəbiyyatla ilkin tanışlığı təmin edir.
Aparıcının istiqamətləndirdiyi fikir mübadiləsi nəticəsində
əsər və onun dəyəri haqqında düzgün ictimai fikir formalaşır.
Bu metodun əsas növləri bunlardır:- Sahəvi və bədii
ədəbiyyat nümunələrinin müzakirəsi;- Müxtəlif aktual
problemlərə dair oxucu konfransları; bəzən əsər (hazırlanan
mövzu ilə bağlı) və onun motivləri əsasında çəkilmiş film
eyni vaxtda müzakirə və müqayisə olunur. Bu oxucu -
tamaşaçı konfransı adlanır;- Ucadan oxular (nağıllar,
hekayələr, romanlardan parçalar və ya qəzet materialları da
ola bilər) - bu zaman mütaliəçi şəhrlər verir, dinləyicilərin
suallarını cavablandırır və çox vaxt tədbir oxunmuş mətnin
müzakirəsi ilə başa çatır:- Sual-cavab gecələri;- Disputlar
(belə gecələrdə müzakirə obyekti ən aktual mövzular,
problemlər, eləcə də hamını düşündürən məsələlərdən bəhs
edən kitab və digər materiallar olmalıdır).
Pozitiv-illüstrativ metod - buraya oxucuları çap
əsərlərində təsvir edilən real, həyati faktlarla, hadisələrlə, bu
əsərlərin müəlliflərinin həyat və fəaliyyətləri ilə tanış olmağa
imkan yaradan üsullar daxildir: - Kitab müəllifləri ilə görüş;-
Ədəbi-bədii gecələr;- Musiqili ədəbi gecələr. Bu metodların
uğuru istifadə olunan yeniliklərdən, əsərlərin oxuculara
məlum olmayan cəhətlərinin açılmasından asılıdır.
Oxucuların maraq dairələrini nəzərə alaraq kitabxanaçı tədbir
başlamazdan öncə mövzu ilə bağlı ədəbiyyatı təbliğ edir.
Tövsiyə-məlumat metoduna aşağıdakılar daxildir: -
biblioqrafik icmallar;- şifahi icmallar; Bu tədbirlərin
keçirilməsinin məqsədi oxucularda tövsiyə olunan əsərlərə
maraq oyatmaq, onları həmin əsərləri oxumağa sövq
etməkdir. Ədəbiyyat təbliğinin vasitəli metodu əsasən 2
üsulla həyata keçirilir: - Kitabxanaların fəaliyyətini işıqlan-
dıran oxucu konfransları;- Fəal oxucular cəlb etməklə
keçirilən kitabxana müşavirələri. Kitabxanada hər bir
metodun vaxtaşırı səmərəli şəkildə istifadə edilən özünə-
məxsus üsulları vardır.
Ucadan oxu və qiraət. Müasir dövrdə məktəb kitabxana-
larında pedaqoji kollektivlə keçirilən qiraət işi kütləvi mütaliə
formalarının ən əlverişlisidir. Məktəb kitabхanalarında ifadəli
охu və nəqlеtmə üsullarından istifadə еdilir ki, bunlar kiçik
yaşlı məktəblilərin marağına səbəb оlur. İfadəli охu balacalar
arasında bədii ədəbiyyatın ən yaхşı tövsiyə forması, təbliğatın
özəyi оlub, kitaba və mütaliəyə dərin məhəbbət оyadır.
Kitabхanalarda təbliğat işinin şifahi üsulları kütləvi
kоmmunikasiya vasitələrinin ağlagəlməz inkişafı dövründə
bеlə öz üstünlüyünü qоruyub saхlayır. Ən əsası isə budur ki,
bu zaman охucularla birbaşa əlaqə saхlayan və üzbəüz
ünsiyyətdə оlan kitabxanaçı oxucunun rеaksiyasını dərhal
öyrənmək və məsələni dəqiqləşdirərək onun diqqətini lazımi
istiqamətə yönəltmək imkanına malik olur. Burada kitabxana-
çının nitq mədəniyyəti, ifadə vasitələrinin zənginliyi mühüm
əhəmiyyət kəsb еdir. Оna görə də hər bir kitabxanaçı öz
ünsiyyət mədəniyyəti ilə yanaşı, nitq mədəniyyətinə də fikir
vеrməlidir. Müşahidələr göstərir ki, məktəblilərin əksəriyyəti
bu və ya digər mətni məntiqi vurğulara riayət etmədən,
yeknəsək və qüsurlu oxuyur və beləliklə, məzmununu
dinləyiciyə dolğun çatdıra bilmir. Ona görə də düzgün qiraət
aşılamaq üçün kiçik yaşlı şagirdlərlə uzun müddət və ardıcıl
işləmək lazımdır. Qiraətin məzmunca - izahlı qiraət, ifadəli
qiraət və ucadan oxu növlərindən istifadə olunur. Məktəb
kitabxanalarında qiraət təlimə kömək etmək məqsədilə
müəyyən tədbirlərlə əlaqədar geniş istifadə olunur.
Ucadan oxu müəyyən mətn və əsərlərin fonetik, orfoepik
və sintaktik qaydalara riayət edilməklə oxunuşudur. Burada
məqsəd orfoepiya qaydalarını mənimsətmək və həmçinin
mətnin məzmununu izahsız öyrətməkdir. Ucadan oxunun I-II
sinif şagirdləri üçün keçirilməsi daha məqəsədəuyğun hesab
olunur. Bu I sinif şagirdlərinə oxu texnikasına yiyələnməkdə
kömək etmiş olur. Həmçinin, onların oxuduğu söz, ifadə və
cümlələri yadda saxlamaqlarına kömək edir. Ona görə də
aşağı sinif şagirdlərinin sinifdənxaric qiraətlə oxu texnikasını
inkişaf etdirmək və təkmilləşdirmək lazımdır. Ucadan oxu
təkcə ibtidai siniflərdə deyil, orta və yuxarı sinif şagirdləri
arasında da müzakirə və konfranslar zamanı mütaliə
mədəniyyətini təkmilləşdirmək məqsədilə keçirilir.
İfadəli qiraət ədəbi qiraət normalarına riayət edib, ucadan
(əzbər və ya kitabdan) oxumaqla mətnin ideya – obraz
məzmununu vermək üsuludur. Pedaqoji nöqteyi –nəzərdən
qiraət I-II siniflərdə 20-25 dəqiqə, III-IV siniflərdə 30-35
dəqiqə çəkməlidir. Bu vaxt ərzində seçilmiş əsər və ya mətn
tam oxunmalıdır. Lakin böyük həcmli mətn və ya əsərin bu
vaxt ərzində oxunuşu başa çatmırsa, onda o hissələr bölünüb
ardıcıllıqla oxunmalıdır. Həmçinin çətin başa düşülən və ya
yorucu olan hissələr şifahi formada çatdırılmalıdır ki, mətnin
məzmununu uşaqlar başa düşsün. Qiraət üçün seçilmiş mətn
şagirdlərin yaş və bilik səviyyəsinə, idrak imkanlarına uyğun
olmalı, öz bədiiliyi, məzmun gözəlliyi, dilinin sadəliyi və
zənginliyi ilə fərqlənməlidir. İfadəli qiraətin aparıcısının
nümunəvi oxusu əsərin məzmununun şagirdlər tərəfindən
dərk edilməsini qabaqlayır. Şagirdin ifadəli oxusu isə əsərin
dərk və tədqiq etmə prosesini tamamlayır, təhlilini
yekunlaşdırır. Qiraətin mövzusunun düzgün seçilməsi
xüsusilə böyük əhəmiyyət daşıyır. Seçilmiş kitab yüksək
bədiiliyi, parlaq və dinamik məzmunu, ədəbi dili, böyük
tərbiyəvi qüvvəsi ilə fərqlənməli, şagirdlərin diqqət və
marağını özünə cəlb etməlidir. I-IV sinif şagirdləri üçün kiçik
hekayələrin, nağılların, dastanlardan müəyyən parçaların
ifadəli qiraətini keçirmək məsləhət görülür və burada ancaq
praktiki vərdişlər yaradılmasına üstünlük verilməlidir.
Görüntülü qəhrəmanların uşaqların yaddaşında daha yaxşı
qaldığını nəzərə alaraq ucadan oxuya cizgi filmlərindən
parçalar da daxil etmək olar. Əgər ucadan oxu videofraq-
mentlərlə müşayət olunarsa onları sonda nümayiş etdirmək
lazımdır. Çünki, görüntü vasitələri şagirdlərə daha emosional
təsir edir və bunlardan sonra auditoriyanın diqqətini yığmaq
və sakitləşdirmək çətin olur. Əgər kitabxanaçı oxu zamanı
sakitliyi pozan hallarla qarşılaşarsa oxunu dayandırmaq və
irad tutmaq olmaz. Qaydanı pozanların diqqətini cəlb etməyə
çalışmaq lazımdır ki, digərləri üçün də effekt pozulmasın.
İfadəli bədii qiraət pedaqoji nöqteyi nəzərdən
düşünülmüş, qabaqcadan tərtib edilmiş plan əsasında oxunan
əsər və mətnin öyrədilməsinin elə bir əyani və konkret
formasıdır ki, arada giriş və yekun söhbəti, oxu prosesində
bəzən izahat, oxunmuş materialın nağıl edilməsi və digər
əyani işlər nəzərdə tutulur.
V-VIII siniflərdə oxuyan şagirdlərin psixi inkişaf
səviyyəsi xeyli yüksək olur. Onların təfəkkürü, nitqi, iradi
yaddaşı, diqqəti, qavrayışı yüksək inkişaf etmişdir və
ədəbiyyat proqramı üzrə müxtəlif ədəbi janr nümunələri ilə
tanışdırlar. Onlar üçün kitabxanalarda sinifdənxaric oxularda
hekayə, povest və romanlardan parçaların, dram və poetik
əsər nümunələrinin izahlı, ifadəli və dramatik oxusu keçirilir.
VIII siniflərdə şagirdlər nəsr və nəzm əsərlərinin ifadəli
oxusunu, nəzm əsərlərinin ritm (vəzn), dram əsərlərində isə
personajların nitqinin dramatik ifa xüsusiyyətlərini ifa etməyi
bacarmalıdırlar. Bu dövrdə yalnız ifadəli qiraət bacarığını
yüksək səviyyədə inkişaf etdirmək və təkmilləşdirmək lazım
gəlir.Qiraət saatları ardıcıl və siniflər üzrə aparılmalıdır.
Ardıcıllığı təmin etmək üçün dünləyicilərin həmişəlik audito-
riyasını təşkil etmək –silsilə qiraətlər keçirmək məqsədə-
uyğundur. Bu zaman bir əsərin oxusu yox, bir mövzu üzrə bir
neçə əsərdən ibarət ssenari hazırlanır, uşaqlar arasında bölüş-
dürülür və müəyyən məşqlərdən, hazırlıqdan sonra keçirilir.
İzahlı qiraət isə hər bir söz, abzas və cümlələrin leksik,
fonetik, morfoloji, sintaktik baxımdan izah edilməsi ilə mətn
və əsərlərin oxunuşudur. İzahlı oxuda qiraətin bədiiliyi
nəzərə alınmır.
Qiraət prosesində giriş və yekun söhbəti böyük əhəmiyyət
daşıyır. Kitabxanaçı söhbət edərkən oxunacaq əsər haqqında
qısa söhbət edir, çətin sözləri aydınlaşdırır, müəllif, hadisə və
faktlar haqqında məlumat verir. Bununla da dinləyicilərdə
oxuya maraq yaradır. Qiraətin sonunda dinləyicilərlə qısa
yekun söhbəti aparılır. Onu da nəzərə almaq lazımdır ki,
mətnin məzmunu haqqında qısa qeydlər yazmaq uşaqların
oxu prosesindən daha çox uzaqlaşmasına səbəb olur. Mətn
haqqında şəkil çəkməklərini istəsəniz bu iştirakçıların işə
marağını daha çox artıracaqdır. Bu zaman şagirdlərin
oxunmuş materialı nə dərəcədə mənimsədikləri və anladıqları
aydınlaşdırılır.
Bu işlərdə didaktik prinsiplərdən olan əyanilik başlıca rol
oynayır. Qiraət zamanı əyani vasitələr- müəllifin portreti,
şəkillər, foto sərgilər, xəritələr, plakatlar, rəsmlər,
“multimedia elektron resurlar”dan istifadə də çox əhəmiyyətli
hesab olunur. Texniki vasitələr içərisində “multimedia
elektron resurslar” adlandırılan resurslar daha əhəmiyyətlidir.
Bunlar, təhsil üçün yaradılan ən güclü və maraqlı
məhsullardır ki, bura mətn, şəkillər, video, audio və digər
rəqəmsal funksiyalar daxildir. Multimedia resurslar, qiraət
olunan mövzunun müxtəlif yollarla, yəni qrafika, foto, video,
animasiya və səslə təqdim olunmasıdır. Başqa sözlə, bu
məlumatlar, şagirdlərin gözlə və eşitmə orqanı vasitəsilə asan
qəbul edə biləcəyi məlumatlardır. Məsələn, tanınmış media
player, şəkil, video, audio və mətnləri növbəli şəkildə
nümayiş etdirə bilir. Media pleyer iki məqsədlə istifadə
olunur: xüsusi hazır yazıların, audio kitabların dinlənilməsi;
digəri isə qabaqcadan hazırlanmış işin gedişində izahat
aparmaq üçün mətn və şəkillərin nümayişi. Hər ikisi paralel
aparılarsa ifadəli qiraətin daha maraqlı keçməsinə səbəb olur.
Bunlar şagirdlərdə müstəqilliyin və yaradıcılığın inkişafına
səmərəli imkan yaradır.
Həmçinin məktəblərdə “Qiraət günləri”, “Qiraət həftələri”,
“Qiraət yarışları” adlı tədbirlər də keçirilə bilər. Bu tədbirlər
hər hansı ictimai-siyasi məsələlərə, yeni əsər və kitablara,
yubileylərə həsr edilərək siniflər üzrə şagirdlər arasında yarış
formasında təşkil edilir. Belə qiraətlər prosesində ədəbiyyat
təbliği güclənir və şagirdlərdə mütaliəyə maraq artır.
Mühazirə: Mühazirə - problemin dərindən və hərtərəfli
izah edilməsi, təbliği metodudur. Mühazirə müxtəlif aktual
mövzulara həsr edilməlidir. Mühazirənin mövzusunu
seçərkən hazırki dövrdə izah edilməsi zəruri olan əsas vəzifə
və məsələlərdən çıxış etməli, hansı yaş qrupu üçün təşkil
edilməsi mütləq nəzərə alınmalıdır. Mühazirəçi ilə
mühazirənin adını müəyyənləşdirmək, aydın və ifadəli ad
tapmaq üçün məsləhətləşmək lazımdır. Mühazirəçi bəzi
məsələləri, mühazirənin əsas planını, mövzu üzrə ədəbiyyat
mənbələrini müəyyən edir. Hansı xəritə, kinofilm və başqa
əyani vasitələr, illüstrasiya materiallarını hazırlamaq barədə
də mühazirəçi ilə məsləhətləşmək zəruridir.
Söhbətlər: kütləvi-şifahi işin ən təsirli və geniş yayılmış
metodu söhbətlərdir. Yaş qrupları ilə (siniflər üzrə) və ayrı-
ayrı (fərdi) keçirilir və onu hər bir şəraitdə keçirməyə imkan
verir. Söhbətin əsas xüsusiyyəti qarşılıqlı danışıq, məsələnin
birgə müzakirəsidir. Söhbətin müvəffəqiyyəti mövzunun
aktuallığından, oxucuların həmin mövzuya olan marağından,
söhbət aparanın savad və hazırlığından, problemin kollektiv
müzakirəsinə iştirakçıları cəlb etmək bacarığından asılıdır.
Söhbətin əsas məqsədi şagirlədrin mürəkkəb, bəzən qarışıq
və ziddiyətli hadisələrdən ibarət olan əsərlərdən müstəqil baş
çıxarmasına kömək etməkdir. Söhbətə hazırlıq metodikası
onun məqsədinin müəyyən edilməsindən, mövzunun seçilmə-
sindən, planın işlənməsindən, materialın seçilib öyrənil-
məsindən, əyani materialların toplanmasından ibarətdir.
Söhbəti qəzet və ya jurnal məqaləsinin oxunuşundan və ya
kiçik söhbətdən, hər hansı bir sualın qoyuluşundan başlamaq
olar. Mövzunun müzakirəsinə daha çox dinləyici cəlb etmək
üçün oxuculara veriləcək suallar diqqətlə düşünülməlidir.
Nəinki sualın xarakterinin, eləcə də onun qoyuluşunun, aydın
ifadəsinin böyük əhəmiyyəti vardır. Söhbəti istiqamətlən-
dirərkən söhbət aparan şəxs mövzunun bütün məsələlərini
əhatə etməli, aydın, yadda qalan misallar gətirməli, inandırıcı
sübutlar göstərməli, onu müasir dövrlə əlaqələndirməlidir.
Müzakirənin vaxtında yekunlaşdırılmasının, çıxış edənlərin
hamısına diqqətlə yanaşılmasının, meydana çıxan suallar üzrə
tədbir görülməsinin söhbətin səmərəli keçirilməsində böyük
əhəmiyyəti vardır. Mühazirə və söhbətlər zamanı texniki
vasitələrdən - video çəkilişlərdən, sənədli filmlərdən və
internet səhifələrində olan məlumatlardan istifadə etmək
məqsədəuyğundur.
Kitab müzakirəsi: Oxucular arasında bədii ədəbiyyatı
təbliğ etməyin ən geniş yayılmış şifahi üsulu kitab
müzakirəsidir. Kitab müzakirəsi adətən hər hansı bir kitaba,
oxucu konfransı isə müəyyən bir mövzuya və ya problemə
(məsələn, ictimai-siyasi və tarixi hadisələrə, beynəlxalq
həyata və s. məsələlərə dair kitablar haqqında müxtəlif oxucu
fikirləri) həsr edilir. Kitab müzakirələri məktəblilərin oxucu
fəallığının artmasına, bədii-estetik zövqlərin formalaşmasına,
kitab üzərində müstəqil işləmək, oxuduqları çap əsərləri
haqqında sərbəst fikir yürütmə bacarığının yaranmasına təsir
göstərir. Müzakirələrdə yüzlərlə adam-gənclər, yaşlılar,
ziyalılar, şagirdlər, tələbələr və başqa oxucular fəal iştirak
edirlər. Yazıçı və şairlərlə oxucular arasında ünsiyyətin
yaradılmasında, bədii ədəbiyyata meylin yaranmasında belə
müzakirələr böyük əhəmiyyət kəsb edir. Kitab müzakirəsi
heç bir halda formal xarakter daşımamalıdır. Hər hansı bədii
əsərin müzakirəsi ciddi hazırlıq tələb edir. Bir qayda olaraq
müzakirəyə həyat həqiqətini düzgün əks etdirən, geniş
ictimaiyyəti həyəcanlandıran problemlərlə səsləşən, vətən-
pərvərlik hissləri aşılayan bədii əsərlər çıxarılmalıdır. Kitab
müzakirəsi üçün bədii ədəbiyyat nümunəsi seçərkən məktəb
proqramı, yaş qrupları, onların maraq və sorğuları nəzərə
alınır. Bədii əsər seçiləndən sonra plan tərtib olunur, həmin
hazırlıq planını bir qayda olaraq kitabxana fəalları müzakirə
edirlər. Müzakirə üç mərhələdə həyata keçirilir:
1) Müzakirə olunacaq mövzunun və ya kitabın seçilməsi
və işin planlaşdırılması; 2) Müzakirəyə hazırılıq; 3)
Müzakirənin keçirilməsi və yekunu.
Hazırlıq dövründə şagirdlərin mütaliəsinə ardıcıl nəzarət
etmək, mütaliənin keyfiyyətini yoxlayıb, onlara metodik
cəhətdən kömək göstərmək daha faydalıdır. Kömək zamanı
əsərin necə mütaliə olunmasına nəzarət edilməlidir. Bu
zaman plakatlar, kitabın cildinin surəti, kitab haqqında rəylər
və nəhayət, müzakirə üçün suallar tərtib edilib nümayiş
etdirilməlidir. Bundan başqa kitabxananın divar qəzetində
kitab haqqında materiallar nümayiş etdirilməlidir. Həmçinin
müzakirə olunacaq kitab haqqında məktəbin saytında
məlumat yerləşdirmək, internet vasitəsilə sual-cavab keçir-
mək, müzakirələr aparmaq əhəmiyyətli rol oynayır. Müzakirə
üçün çıxışların mövzusu və məruzə olunacaq məsələlər
ədəbiyyat müəllimi ilə birlikdə hazırlanmalı və fəal oxuculara
tapşırılmalıdır. Bədii əsərin müzakirəsi zamanı aşağıdakı
məsələlərə diqqət yetirmək lazımdır:
1.Obrazlar səciyyələndirilsin, qəhrəmanların əxlaqi
keyfiyyətləri araşdırılsın və hadisənin tarixi şəraiti dərk
edilsin; 2.Yazıçının təbliğ etdiyi ideyalar, fikirlər aydınlaş-
dırılsın; 3.Əsərin bədii dəyəri (süjet xətti, kompozisiyası, dili,
sənətkarlıq xüsusiyyətləri və dil üslubu) qiymətləndirilsin; 4.
Əsər haqqında şagirdlərin şəxsi mülahizələri öyrənilsin.
Kitab müzakirəsi aparıcının 5-10 dəqiqəlik giriş sözü ilə
açılır. Aparıcının vəzifəsi qısaca olaraq müəllifin yaradıcı-
lığının əsas cəhətlərini nəzərə çatdırmaqdan, müzakirə olunan
əsərin mühüm məqamlarını qeyd etməkdən, çıxışlara ümumi
istiqamət verməkdən ibarət olmalıdır. Müzakirə prosesində
əvvəlcə müzakirənin məqsəd və vəzifəsi haqqında qısa
məlumat verilir, sonra sualların şərhinə keçilir, əsəri mütaliə
edən şagirdlər verilmiş suallara uyğun olaraq çıxışlar edirlər;
müzakirənin sonunda çıxışlar təhlil olunaraq yekunlaşdırılır.
Müzakirə zamanı tənqidi yanaşmaq, mübahisə yaratmaq və
müasir həyatla əlaqələndirmək vacib şərtdir. Əsərin yazıldığı
dövr, kitabın təsvir etdiyi dövr və müasir dövr üçün
əhəmiyyəti burada ayrı ayrılıqda təhlil olunur.
Kitab təqdimatı: Kitab təqdimatı bütün kitablara deyil,
geniş ictimaiyyət, müxtəlif yaş qrupları üçün maraq obyekti
olan, ölkənin ictimai-siyasi həyatına, iqtisadiyyatına, təhsil və
mədəniyyətinə, xalqın, dövlətin həyatında böyük xidmətləri
olan, ictimai-siyasi və dövlət, elm, maarif, mədəniyyət,
ədəbiyyat və incəsənət xadimlərinin həyat və fəaliyyətlərini
əks etdirən kitablara həsr olunur. Kitab təqdimatı hazırlan-
ması və təşkili baxımından kitab müzakirəsinə oxşayır. Lakin
kitab təqdimatı mahiyyətcə və məqsədinə görə kitab
müzakirəsindən fərqlənir. Kitab müzakirələrində başlıca
məqsəd müzakirə obyekti olan kitab haqqında oxucuların
fikirlərini bilmək, onun nə dərəcədə maraqla oxunduğunu
müəyyənləşdirməkdirsə, kitab təqdimatının başlıca məqsədi
təqdimata yığışanları yeni kitab haqqında məlumatlandırmaq,
onun əhəmiyyəti haqqında təsəvvür yaratmaqla geniş təbliğ
olunmasına çağırış xarakteri daşıyır.
Kitabların təqdimat mərasimi aparıcının 3-5 dəqiqəlik giriş
sözü ilə başlayır. O, iştirakçıları salamlayaraq, kitabın möv-
zusu, təqdimatın məqsədi haqqında məlumat verir. Aparıcı
təqdim olunan kitabın ya özunu, ya da fotoşəklini nümayiş
etdirir. İnformasiya mərkəzi olan məktəb kitabxanalarında
proyektorun köməyilə ekranda kitabın elektron variantı
göstərilir. 10-15 dəqiqə ərzində kitabın kimlər üçün nəzərdə
tutulduğu haqqında danışılır və elektron variantda kitabın
içindəkilər (mündəricatı) göstərilir. İştirakçılara kitabın
yerləşdiyi İnternet ünvanlar çatdırılır. 10-15 dəqiqə
oxucularla dialoq aparılır. Kitabın əhəmiyyəti haqqında rəy
və mülahizələr öyrənilir və mövzuya uyğun suallar verilir. 5-
10 dəqiqəlik son sözdə kitabın əhəmiyyətindən bir daha
danışılır, kitabın qiyməti, haradan almağın mümkünlüyü
haqqında məlumat verilir. Mərasimdə müəllifin iştirak etməsi
daha yaxşı olar, çünki ortaya çıxan bir çox sualları yalnız o
cavablandıra bilər. Tədbirdən əvvəl elan hazırlanmalıdır.
Elanda kitabın müəllifi və annotasiyası yazılmalı, oxucuların
rəylərini yazmaq üçün “sorğu arayışı” paylanmalıdır. Bundan
başqa imkan daxilində kitab haqqında buklet və dəvətnamələr
hazırlamaq olar. Müəllif və kitab haqqında qısa məlumat,
tədbirin keçirilmə yeri və vaxtı göstərilmiş dəvətnamələr
əlaqədar təşkilatlara göndərilməlidir.
Oxucu konfransları: Təbliğatın şifahi formalarından biri
də oxucu konfranslarıdır. Konfrans (latınca conferentia-
müzakirə) xüsusi məsələlərin müzakirəsi üçün toplanmış
oxucu yığıncağıdır. Konfranslar məktəblərdə ən təsirli kütləvi
kitab təbliği metodlarıdır. Oxucu konfransları 3 mərhələdə
keçirilir:
mövzunun seçilməsi;
hazırlıq;
konfransın keçirilməsi.
Oxucu konfranslarının səmərəliliyi onun hazırlığından çox
asılıdır. Hazırlıq isə seçilmiş mövzudan asılıdr. Bir qayda
olaraq 1-2 ay davam edən hazırlıqda kitabxanaçı, müəllim və
şagirdlər fəal iştirak edirlər. Seçilən mövzu oxucuların zövq,
maraq və arzularına uyğun olmalıdır. Bunun üçün isə həm
şagird, həm də pedaqoji kollektiv arasında sorğu və müsahibə
aparmaq lazımdır. Oxucu konfranslarını şagirdlərin yaş
dərəcələrinə uyğun (I-IV siniflər, V-IX siniflər, X-XI siniflər
) olaraq keçirilməsi daha doğru sayılır. Konfransın adı
mövzunun məzmununu əks etdirməlidir. Mövzu ilə yanaşı
mütaliə olunacaq ədəbiyyatın sayı və həcmi də
unudulmamalıdır. Mövzuya aid seçilmiş ədəbiyyat 5-6-dan
artıq olmamalıdır. Əks halda oxucu bezir və mütaliəni
dayandırır. Oxucu konfransı o zaman səmərli olur ki, bütün
iştirakçılar müzakirə olunacaq ədəbiyyatı oxumuş və
müzakirə olunacaq məsələlərlə tanış olurlar. Konfrans üçün
hazırlanan məruzələr sadə, səlis və qısa məzmunlu olmalıdır.
Mövzu müəyyənləşdirikdən sonra konfrans üçün ayrıca iş
planı tutulur. İş planı əsasən aşağıdakı məzmunu əhatə
etməlidir:
Konfransın adını müəyyənləşdirmək üçün pedaqoji
kollektiv və oxucular arasında sorğu keçirmək.
Konfransın keçirilməsi üçün əyani və texniki vəsaitin,
otağın hazırlanması.
Konfransla əlaqədar sərgi təşkil etmək, qəzet və
büllüten buraxmaq.
Məruzəçilər və çıxış edənləri müəyyən etmək və
onlarla məşğələ keçirmək.
Konfransa dəvət ediləcək şəxslərə dəvətnamələr
göndərmək və iştirakını təmin etmək. 6.Konfrans keçiriləcək
günü elan etmək.
Konfransın obrazlılığı məruzə və çıxışların diqqətli
dinlənilməsidir. Ona görə də konfransda müzakirə ediləcək
məsələlərin elmi və ya bədii ədəbiyyatı ilə dinləyicilər
məlumatlandırılmalıdır. Konfransın obrazlılığını təmin edən
məsələlərdən biri də əyani təbliğat və təşviqat işləridir. Zalın
bəzədilməsi, ədəbi və bədii qəhrəmanların böyüdülmüş
portretlərinin, mütaliəsi vacib olan kitabların böyüdülmüş
şəkillərinin hazırlanması, asılması və s. mühüm hesab hesab
olunur. Oxucu konfransının keçirilməsində konfrans
rəhbərinin rolu böyükdür. Konfransın rəhbəri mövzunun
ixtisasçılarından olmalıdır. Konfrans bədii əsərə aiddirsə fənn
müəlliminin iştirakı vacibdir. Konfrans 3 mərhələdə keçirilir:
Rəsmi hissə. Bu hissə girişdən, məruzələrdən və
çıxışlardan ibarət olur.
Bədii hissə. Buraya deklamasiyalar, qiraətlər, mahnı və
çalğıçılar, müzakirə olunan əsərin müəyyən səhnələşmiş
hissəsinin verilişi və s. daxildir.
Yekun. Sonda mükafatlar verilir və direktorun
təşəkkürü oxunur. Konfransın gedişinə dair protokol yazmaq,
orada şagird mütaliəsi ilə əlaqədar qərarlar qəbul etmək,
həmçinin fəal oxucuların adlarını protokolda qeyd etmək
vacibdir.
Konfranslar məzmun və məqsədinə görə 3 növ olur:
məsləhət konfransları;
tematik konfranslar;
hesabat konfransları.
Məsləhət konfransları şagirdlərin mütaliəsinə rəhbərlik
etmək və istiqamət vermək məqsədi daşıyan, dərs ilinin
müəyyən dövrlərində şagirdlər üçün mütaliəsi zəruri olan
əsərlərin təbliğini və mütaliə qaydalarını aşılayan oxucu
yığıncağıdır. Məsləhət konfransının məqsədi şagirdləri
nəzərdə tutulan elmi-siyasi, bədii və s. kitabların mütaliəsinə
alışdırmaqdır. Bunun üçün konfransda şagirdlərə məqsədə-
uyğun kitabların mütaliə edilməsi, mütaliə mədəniyyəti və
qaydaları haqqında məsləhətlər verilir. Həmin konfransda
mütaliə ediləcək kitablar, həmçinin mütaliə üsulları haqqında
məlumat verilir. Kitab tövsiyəsi məqsədilə keçirilən bu cür
konfranslar dərs ilinin əvvəlində, ortasında və axırında
müxtəlif mövzularla bağlı keçirilə bilər. Dərs ilinin əvvəlində
keçiriləcək konfransa hazırlıq mərhələsində oxucular arasında
anket sorğusu keçirilir. Anket sorğusunun məzmunu
aşağıdakı kimi ola bilər:
Yay tətili zamanı hansı tövsiyə olunmuş ədəbiyyatı
oxudunuz?
Tətildə başqa hansı kitabları oxumusunuz?
Oxuduğunuz kitablardan hansını daha çox bəyənirsiniz
və nə üçün?
Kitabı oxuyarkən qeydlər aparırsınızmı?
Aparılan sorğu nəticəsində şagirdlərin oxu mədəniyyəti,
mütaliə vərdişləri, kitabla davranış qaydaları, oxucu
maraqları və s. haqqında fikir formalaşır. Sonra müəllimlərin
iştirakı ilə konfransın proqramı hazırlanır. Proqramda “nəyi
oxumalıyıq”; “kitab oxumaq mədəniyyəti”; “kitabla rəftar
mədəniyyəti”; “kiçik yaşlı məktəblilərin mütaliəsinə kömək”;
və s. mövzulara yer verilməlidir. dərs ilinin əvvəlində
keçirilən məsləhət konfransında xüsusilə şagirdləri mütaliə
üçün tövsiyə ounan yeni ədəbiyyatın adları və onların qısa
məzmunu ilə tanış etmək lazımdır.
Tematik konfranslar hər hansı müasir siyasi, elmi,
tərbiyəvi problemlərə həsr edilir. Konfrans bir kitaba, hər
hansı bir müəllifin yaradıcılığına, yaxud mövzu və ideyaca
bağlı olan bir neçə müəllifin kitablarına və s. tərbiyəvi məsələ
və problemlərə həsr edilə bilər. Tematik konfranslar digər
konfranslarla müqayisədə əhatəlidir və onların təşkili və
keçirilməsi də gərgin iş tələb edir. Tematik konfranslar
məzmunca aşağıdakı növlərə bölünür:
elmi-praktik konfranslar;
elmi-nəzəri konfranslar;
elmi-metodik konfranslar.
Elmi-praktik konfranslarda elmi və publisistik kitablar,
görkəmli elm və mədəniyyət xadimlərinin həyat və
yaradıcılıqları müzakirə edilir. Müzakirədə aktual problemlər
və məsələlər praktiki işlərlə əlaqələndirilir. Yəni müzakirə
prosesində həm elmi, həm də praktiki işlər müqayisə edilir,
tənqidi yanaşılır, nöqsanlar, çatışmazlıqlar aşkar edilir.
Elmi nəzəri konfranslarda şagirdlər mütaliə prosesində
müəyyən praktik biliklərə yiyələnməklə bərabər, əsərlərə öz
münasibətlərini bildirir, müəyyən nəzəri problem və
məsələlərlə bağlı təklif və arzularını söyləyirlər. Elmi
metodik konfransların məzmunu və forması məsləhət
konfranslarını xatırladır. Ancaq bunlar bir-birindən
fərqlənirlər. Belə ki, elmi-metodik konfransları böyük
yaşlılar-maarif, mədəniyyət işçiləri, istehsalat qabaqcılları,
ictimai və siyasi təşkilatlar təşkil edirlər. Həmin konfrans-
larda onlar öz iş üsullarından, metodik və pedaqoji fəaliyyət-
lərindən danışırlar. Belə konfranslar qabaqcıl təcrübənin
yayılmasında, gənc nəslin təlim-tərbiyəsində mühüm rol
oynayır. Bu cür konfranslar yuxarı sinif şagirdləri üçün
nəzərdə tutulur.
Hesabat konfransları yarım ildə bir dəfə, ilin ortasında və
ilin sonunda keçirilir. Bu cür konfranslarda şagirdlər
oxuduqları kitablar, əldə etdikləri bilik, bacarıq və vərdişlər,
onların faydası və s. haqqında çıxışlar edirlər. Hesabat
konfransları məktəblərdə müxtəlif formalarda aparılır.
Kitabxanaçı oxucuların mütaliəsinin vəziyyətini öyrənir,
konfransı yekunlaşdırır, qüsurları qeyd edir, oxuculara
məsləhətlər verir və nəhayət, gələcəkdə oxucu mütaliəsinə
necə rəhbərlik etmək üçün müəyyən nəticələr çıxarır. İlk
olaraq kitabxanaçı oxuculara sual-cavab anketləri doldurtdu-
rur, nümunəvi və məhsuldar oxucuları müəyyənləşdirir,
mütaliə gündəlikləri ilə tanış olur, nümunəvi oxuculardan
bəzilərinə hansı kitabları oxuduğuna, şəxsitəhsilə, öz üzərin-
də işləməsinə dair çıxarışlar tapşırır. Suallar düşündürücü
olmalı və il ərzində şagirdlərin mütaliə bilik, bacarıq və
vərdişlərinin kəmiyyət və keyfiyyətini nümayiş etdirməlidir.
Konfrans şagirdlərin qiraətləri, deklomasiyaları, musiqi
nömrələri ilə başa çatır.
Görüşlər: Kitab müəllifləri ilə keçirilən görüşlər çox
əhəmiyyətlidir. Görüş zamanı oxucu bilavasitə müəlliflə
canlı ünsiyyətdə olur, kitab haqqında fikirlərini müəlliflə
bölüşür. Görüş iki cəhətdən əhəmiyyət kəsb edir. Birincisi,
görüş zamanı oxucu ilə yaradıcı-müəllif arasında canlı
ünsiyyət yaranır və ikincisi, bu canlı ünsiyyət zamanı kitab
haqqında yazılmamış, mətbuatda açıqlanmamış fikirlər üzə
çıxır. Bu iki cəhət nəticəsində həm üzbəüz dialoq üçün şərait
yaranır, həm müəllifin fikri ilə oxucu fikrinin qarşılıqlı
uzlaşması baş verir, həm də natiqlik məharəti vasitəsilə
mənəvi tərbiyə sahəsindəki bir çox məsələlərə aydınlıq
gətirilir. Görüşdə iştirak edəcək yaradıcı ziyalılar, mühazirə-
çilər, çıxışçılar həm də natiqlik məharətlərinə görə seçilməli-
dirlər. İştirakçıların diqqətini cəlb etmək, mənəviyyatımızın
sirlərinə hərtərəfli bələd olmaqdan ötrü tarixi, mənəvi
zənginliyimiz haqqında maraqlı məlumatları yüksək natiqlik
məharəti ilə çatdırmaq, sözün qiymətini artırmaq,
iştirakçılarda dərin təəssürat yaratmaq böyük əhəmiyyət kəsb
edir. Görüşlərin səmərəli və keyfiyyətli təşkilində müasir
texniki vasitələrin gücündən, indiyə qədər çap olunmuş
materiallardan bəhs edən lent yazılarından, audio-video
materiallardan istifadə olunmalıdır. Təəssüratların uzun illər
yaşamasında görüşlərdə iştirak edən maraqlı şəxsiyyətlərin
çıxışları mühüm əhəmiyyət kəsb edir. Məktəblilər ideallaş-
dırdıqları, əlçatmaz bildikləri həmin şəxsiyyətlərlə üzbəüz
təmasda olduqdan sonra özləri də bu zirvəni fəth etmək
arzusunda olurlar, onlarda müsbət keyfiyyətlər formalaşır,
inkişaf edir. Oxucuları yazıçı və şairlərin, müharibə
iştirakçılarının, deputatların və digər görkəmli şəxslərin həyat
və yaradıcılığı ilə daha yaxından tanış etmək üçün keçiriləcək
görüşlər qabaqcadan planlaşdırılmış şəkildə hazırlanmalıdır.
Gecəni aparıcının giriş sözü ilə başlamaq olar. Aparıcı gecəyə
dəvət olunanları tədbirin iştirakçıları ilə tanış edir, qısaca
həyat və yaradıcılıqlarından danışır, sonra sözü onlara verir.
Bundan sonra tədbir iştirakçıları suallar verir, bəzən isə təklif
və rəylərlə çıxış edirlər. Bir çox hallarda görüşü keçirilən şair
və yazıçının əsərlərinin mövzusunda klubun bədii özfəaliyyət
üzvlərinin xüsusi konsert çıxışları təşkil edilir. Sonda
oxucular çıxış edə və görüşə çağırılmış şəxsə suallarla
müraciət edə bilərlər. Tədbirin sonunda kitabxanaçı
oxucuların, eləcə də kitabxana işçilərinin adından görüşə
gələn şəxsə təşəkkürünü bildirməlidir
Ədəbi-bədii gecə: Məktəb kitabxanalarında təbliğat
ədəbi-bədii gecələr vasitəsilə də həyata keçirilir. Ədəbi-bədii
gеcələr tanınmış şair və yazıçılardan birinin yaradıcılığına,
habеlə bir və ya bir nеçə ədəbi əsərə həsr оluna bilər. Bu
tədbirlər böyük təhsil və tərbiyə əhəmiyyəti kəsb еdir, bədii
əsərə sеvgi оyadır, bədii zövqü fоrmalaşdırır, ciddi mütaliəyə
maraq yaradır. Keçiriləcək tədbirin kompozisiyasından asılı
olaraq xüsusi proqram, ssenari tərtib edərək, teatrlaşdırılmış
səhnəcik qurmaq olar. Gecəyə hazırlaşmaq yaradıcılıq
qabiliyyəti tələb edir. Kitabxanaçı gecənin əvvəlindən sonuna
kimi bütün elementləri (çıxış, rəy, qonaqlara söz vermə,
musiqi nömrə- lərini) ssenaridə əks etdirir. Ssenari tərtib
edilərkən seçilən şeir parçalarının, çıxışların, diktor replika-
larının məzmununun iştirakçıların ideya-siyasi tərbiyəsinə
müsbət təsiri diqqət mərkəzində saxlanmalıdır. İştirakçıların
yerləşdirilməsi, diktorların yeri, qonaqların qarşılanması,
ədəbi-bədii gecə keçiriləcək zalın mövzuya uyğun bəzədil-
məsi, lazımi stend, sərgi, ədəbi bülleten və albomların hazır-
lanması əvvəlcədən planlaşdırılmalıdır. Gecədə müəllifin
əsərlərinin tərcümələrindən də istifadə olunmalıdır. Adından
məlum olduğu kimi ədəbi-bədii gecə iki hissəyə bölünür. Hər
bir ədəbi gеcənin əsasını məruzə təşkil еdir. İkinci hissə isə
tədbirin mövzusu ilə bağlı şeir, bədii qiraət, ədəbi
kоmpozisiya və səhnəciklərlə tamamlanır. Gеcənin mövzu-
suna uyğun ədəbiyyat sərgisi, viktоrina, ədəbi оyunlar
hazırlana bilər. Yerləşdiyi ərazidəki məktəbdə rəssamlığa,
memarlığa maraq göstərən şagirdlərin rəssamlıq, memarlıq
qabilliyyətlərini aşkara çıxarmaq və maraqlarını təmin etmək
üçün ədibin əsərlərinə çəkiləcək ən yaxşı illüstrasiyalar,
hazırlanacaq maketlər üçün müsabiqə elan edilə bilər.
Müəllifin həyat və yaradıcılığına aid tərtib edilmiş maraqlı
ədəbi viktorinanın da ssenariyə əlavə edilməsi məqsədəuyğun
olardı. Sənətkarın dram əsəri varsa, kitabxanaçı şagirdlərin
ifasında tamaşa üçün səhnəcik hazırlamalı, yazıçının belə bir
əsəri yoxdursa, onun hekayə, povest, yaxud romanından bir
parçanın səhnələşdirilməsini nəzərdə tutmalıdır. Gecələrin
keçirilməsində proyektorlardan, dekorasiya, aktyor geyimləri,
audiovizual materiallardan məharətlə istifadə edilməlidir.
Ədəbi-bədii gecələr aşağıdakı estetik tələblərə cavab
verməlidir: Musiqi və poeziyanın vəhdəti nümayiş
etdirilməli; - Sənət əsərinin ifaçılarına, natiqlərin nitqinə,
aparıcıların- çıxışına yüksək tələbkarlıqla yanaşılmalı; poetik
parçalar həm ideya-siyasi, həm də emosionallıq- cəhətdən
kamil olmalı; emosionallığı artırmaq üçün video
görüntülərdən,- dekorasiya, aktyor geyimlərindən istifadə
edilməli; müəyyən mövzu ilə əlaqədar şagirdlər tərəfindən-
çəkilmiş illüstrasiyalar, portretlər, hazırlanmış maketlər,
albomlar, stend və sərgi materialları yüksək zövq meyarı ilə
qiymətləndirilməli və seçilməlidir.
Tematik gecələr: Digər bir kütləvi tədbir forması tematik
gecələrdir. Mövzu müəyyən edildikdən sonra kitabxanaçı
mövzu ilə yaxından tanış olmalı, sənədli materiallar, maraqlı
faktlar əsasında tədbirin ssenarisini tərtib etməlidir. İştirakçı-
ların yaş həddi nəzərə alınmalı, onların dünyagörüşünün
formalaşmasına, ölkəmizin tarixi keçmişinə yaxından bələd
olmasına, milli mənəvi dəyərlərimizə hörmət hisslərinin
aşılanmasına diqqət yetirilməlidir. Adətən belə gecələr kiçik
məruzə və mühazirə ilə başlayır. Gecə tədbirdə iştirak edən
ziyalı fəalların çıxışları ilə başa çatır. Tədbir keçirilən zal
gecənin mövzusunu əks etdirən xüsusi şüarlar, plakatlar,
fotomontajlar ilə bəzədilir. Çox vaxt gecədə kitab sərgiləri,
ədəbiyyat siyahıları nümayiş etdirirlər.
Disput: Şagirdlərin humanist, estetik, vətənpərvərlik və
hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasında disputların
keçirilməsinin çox böyük tərbiyəvi və tədrisi əhəmiyyəti
vardır. Disput digər kütləvi tədbirlərdən onunla fərqlənir ki,
bu tədbirdə gənclər qarşısında onları maraqlandıran müəyyən
əxlaqi-etik problemlər və məsələlər qoyulur. Həmin problem-
lər müəyyən məqsədlər əsasında müzakirə edilir, şagirdlər
düzgün və məqsədəuyğun istiqamət alırlar. Disputun canlı və
maraqlı keçməsi üçün mövzuların seçilməsi başlıca şərtdir.
Elə mövzu seçmək lazımdır ki, şagirdlər onun hazırlıq və
müzakirəsi prosesində demokratiya quruculuğunun əxlaq
kodeksinin tələblərini mənimsəyə bilsinlər. Disputlar 3
problemi əhatə edə bilər.
əxlaqi-etik;
estetika və estetik zövq;
siyasi və beynəlxalq hadisələr.
- Əxlaqi–etik problemlər üzrə: “Qəhrəman necə olmalı-
dır?”, “Əsil vətəndaş kimdir?”, “Mən böyüyəndə kim olmaq
istərdim?” , “İş insanın cövhəridir”, “Dostluq nədir?” və s.
- Estetika və estetik zövq problemləri üzrə: “Ən çox
sevdiyim ədəbi qəhrəman”, Dünyanı gözəllik xilas edəcək”,
“Təbiəti necə qorumalıyıq?” və s.
- Siyasi və beynəlxalq hadisələr üzrə “ Qarabağı necə xilas
edək?”, “ Bir millət iki dövlət”, “ Oğuzlar kimdir?” və s.
Həmçinin, disput müəyyən problem əsasında bədii
ədəbiyyatın, jurnal və qəzet məqalələrinin, radio və televiziya
verilişlərinin, teatr tamaşalarının, kinofilmlərin müzakirəsi ilə
də keçirilə bilər. Belə hallarda qarşıya qoyulmuş problem
müzakirənin süjet xəttini təşkil edir, tənqidi aparılır,
mübahisə yaranır və nəticə müasir həyatla əlaqələndirilir.
Disputun mövzusu məktəb kollektivinin rəyi ilə müəyyən-
ləşib elan edilməlidir. Mövzu seçilərkən şagirdlərin arzu və
tələbatı, yaş və maraqları da nəzərə alınmalıdır. Mövzunun
adı mübahisə və onda iştirak etmək həvəsi oyatmalıdır.
Mövzunu atalar sözlərindən, klassiklərin müdrik sözlərindən
istifadə edərək şüar və sual şəkilində adlandırmaq olar.
Disputun keçirilməsi üçün iş planı tərtib olunur və kitabxana
müdiri tərəfindən təsdiq olunur. Disputun mövzusu müəyyən
edildikdən sonra mövzunun məzmununa uyğun ədəbiyyat
seçilir və mütaliəsi təşkil olunur. Disputun müvəffəqiyyəti
onun aparıcısından asılıdır. Aparıcı disputun iştirakçıları
arasında canlı fikir mübadiləsinin yaranmasına, düzgün nəticə
çıxarılmasına nail olmalıdır. Disputun suallarını müəyyən
etmək aparıcının vəzifəsidir. Disputun mövzusuyla bağlı
şagirdlər arasında sorğu keçirilir. Mövzu ətrafında 4-6 sualla
kifayətlənmək olar. Şagirləri ən çox maraqlandıran suallar
qruplaşdırılır, iştirakçılar arasında paylanılır və disputda
müzakirə olunur. Təşkilatı məsələləri həll etdikdən sonra
aparıcı giriş sözü söyləməlidir. Giriş sözündə problem
haqqında ziddiyətli fikirlər olduğunu söyləmək, oxucuları bu
mövzu və qoyulan suallar ətrafında fəal çıxış etməyə
çağırmaq lazımdır.
Müsabiqə: Şagirdlərin təşəbbüskarlığına stimul verən və
onlara öz yaradıcılığını inkişaf etdirmək imkanı yaradan
kütləvi tədbir formalarından biri də müxtəlif mövzularda
təşkil olunan müsabiqələrdir. Müsabiqələr ən yaxşı kitab
illüstrasiyası, seçilmiş mövzu üzrə ən yaxşı hazırlanmış
kitabı, ən yaxşı şeir və ya hər hansı müəllifə görə yaradıcı iş
və s. mövzularda həyata keçirilə bilər. Müsabiqənin təşkili
bir neçə mərhələdə həyata keçirilir. Müsabiqə keçirilməzdən
əvvəl onun məqsədi və təşkil şərtləri, istifadəçilərin yaş
xüsusiyyətləri və imkanları dəqiq nəzərə alınmalıdır. Bundan
sonra iştirakçıların siyahısı, müsabiqə işlərinin formaları,
müsabiqənin keçirilmə müddəti və müsabiqə şərtlərinin
nizamnaməsi müəyyənləşdirilir. Bundan başqa nizamnaməyə
müsabiqə nominasiyaları, müsabiqənin mərhələləri, münsiflər
heyəti, qaliblərin mükafatlandırılması məsələləri də daxil
edilir. Nizamnamə məktəb direktoru tərəfindən təsdiqlənir.
Bunun üçün yalnız kitabxanada deyil, məktəbin əsas görünən
yerlərində, divar qəzetində və məktəb saytında da rəngli
elanlar yerləşdirmək olar. Müsabiqənin yekun nəticələrinin
keçirilməsi üçün münsiflər heyəti yığılır. Münsiflər heyətinin
tərkibinə mədəniyyət işçiləri, məktəb rəhbərlərliyi, digər
təşkilatların təlim və tərbiyə işləri üzrə təmsilçiləri seçilə
bilər. Qaliblər müəyyən edildikdən sonra son mərhələdə
qaliblərin mükafatlandırılması həyata keçirilir. Bu bütöv
keçirilən tədbirin ən vacib mərhələsidir, geniş, hər kəsə açıq,
əgər mümkünsə bayram formasında təşkil olunmalıdır.
Mənəvi cəhətdən rəğbətləndirmə bəzən, hətta maddi
rəğbətləndirmədən daha artıq təsir göstərir. Buna görə də
təntənəli mükafatlandırılma müsabiqə qaliblərinin yüksək
qiymətləndirmə səviyyəsində təşkil olunmalıdır.
Ədəbiyyat xülasələri: Xülasə zamanı tədbirin təsirli
alınması üçün ilk və əsas olaraq xülasənin maraqlı və canlı
keçməsinə diqqət yetirmək lazımdır. Quru annotasiya və
qısaldılmış məzmun hətta böyük yaşlı oxucular üçün maraqlı
olmadığı bir halda yeniyetmə və ya uşaqlar üçün də heç bir
təsir gücünə malik olmur. Bundan başqa fərqli yaş qrupları
üçün müxtəlif formalı xülasələr keçirilir. Məsələn,
məktəblilər hekayəni söhbət şəklində qurduqda, maraqlı
açıqlamalar, izahlar verildikdə və parlaq illüstrasiyalar
nümayiş etdirildikdə materialı daha yaxşı mənimsəyirlər.
Buna görə də xülasənin ən yaxşı növü söhbət –xülasə və ya
kitab sərgisi önündə hazırlanan xülasədir. Xülasənin
aparılmasında əsas məqsəd kitaba diqqət çəkmək, oxucunu
maraqlandırmaqdır.
Xülasə qəbul olunmuş qaydada keçirilir: Xülasə giriş, əsas
hissə və yekundan ibarət olur. Xülasədə kitabxanaçı tövsiyə
olunan ədəbiyyatın qısa məzmununu açmalıdır. Onu da qeyd
etmək lazımdır ki, məzmunu açmaq kitabı nağıl etmək demək
deyil. Xülasədə işin məzmunu kitabdan çıxış edərək, seçilmiş
mövzu üzrə illüstrasiyalı materiala cəb etməklə mühazirə
söyləməkdir. Xülasədə müxtəlif - çətin və asan, ciddi və
əyləncəli üsullardan istifadə etmək lazımdır. Əgər xülasənin
mövzusu dinləyiciləri yorarsa kitabxanaçı tədbirin sonuna
qədər daha canlandırıcı üsullara müraciət edərək auditoriyanı
əyləndirə bilər. Məsələn, maraqlandırıcı suallar verə bilər,
maraqlı illüstrativ materiallar göstərə bilər və ya kitabdan
maraqlı bir parçanı ifadəli oxuya edə bilər.
Biblioqrafik icmallar: Geniş yayılmış şifahi təbliğat
üsullarından biri də biblioqrafik icmallardır. Məqsəd və
vəzifələrinə görə biblioqrafik icmallar iki növdən: elmi-
köməkçi və tövsiyə icmalından ibarətdir. Elmi-köməkçi
icmallar əsasən mütəxəssis oxucular üçün təşkil edilir ki,
burada da əsas məqsəd onları müvafiq sahəyə dair yeni
ədəbiyyatla tanış etməkdir. Tövsiyə icmallarının məqsədi isə
geniş oxucu kütlələrinin diqqətini bu və ya digər sahəyə dair,
xüsusən ictimai-siyasi məzmunlu, ədəbiyyat və incəsənət
sahəsində yaranan yeni əsərlərə cəlb etməkdən ibarətdir.
Bibliоqrafik icmal keçirməkdə məqsəd охucuları müvafiq
bədii ədəbiyyatla tanış еtmək və həmin kitabları təbliğ
еtməkdir. İstər elmi-köməkçi və istərsə də tövsiyə icmalları
universal, sahəvi, mövzu və şəxsi (personal) xarakter daşıya
bilərlər.
Universal və sahəvi icmallar əksər hallarda kitabxanaya
yeni daxil olmuş bir neçə kitaba həsr edilir. Belə icmallar
vaxtaşırı olaraq qiraət zalında təşkil edilir və kitabxana işçisi
25-30 dəqiqə ərzində 15-25 adda kitab haqqında danışa bilər.
Şəxsi icmallar bir qayda olaraq hər hansı bir şəxsə (şair,
yazıçı, ictimai xadim, müəyyən bir sahənin mütəxəssisi) həsr
olunur, onun əsərlərini, həyat və yaradıcılığına aid əsərləri
əhatə edir. Məktəb kitabxanalarında bibliоqrafik icmalı yеni
alınan bədii kitabların sərgisi, охucu kоnfransı, görüşlər və
başqa tədbirlərlə bir vaхtda kеçirmək məqsədəuyğundur,
çünki icmal hər hansı bir tədbiri tamamlayır. Təcrübə göstərir
ki, kitab sərgisi ətrafında keçirilən icmallar daha maraqlı оlur
və daha çох охucu tоplayır. Həm də bu zaman охucu kitabı
görməklə yanaşı, оnun qısa məzmunu ilə də tanış оlur. İcmal
keçirilərkən охucu qrupu, mövzunun aktuallığı mütləq nəzərə
alınmalıdır. Kitabların icmalında müəyyən ardıcıllıq
gözlənilməlidir. Yeni kitabların icmalı çox kitabı əhatə
etdikdə onları ümumi mövzular üzrə qruplaşdırıb qısa
annotasiya ilə kifayətlənmək olar. İcmal zamanı bədii kitab
haqqında gеniş danışmaq məsləhət dеyil. Barəsində söhbət
açılan kitablardan еlə dеtallar və ya faktlar seçilməlidir ki,
hər bir охucu tеzliklə həmin kitabı охumağa tələssin.
Mövzu icmallarında hər hansı bir problem və ya aktual
məsələyə həsr edilmiş ədəbiyyat barədə danışılır. Mövzu
icmallarında müvafiq məsələ ilə əlaqədar son illərdə nəşr
olunmuş müxtəlif tipli kitablar (elmi-kütləvi ədəbiyyat, dərs
vəsaitləri və s.) seçilir. Mövzu icmalı keçirilərkən hər kitaba
geniş xarakteristika verilməlidir. Ona görə də nəzərdən
keçirmək üçün icmala yalnız mövzu ilə bilavasitə əlaqəsi
olan bir neçə kitab daxil edilməlidir. İcmalın əvvəlində
mövzunun adı, sonra məqsədi qeyd edilməlidir. Bu prosesdə
təkcə biblioqrafik təsvir və müəllif haqqında məlumat deyil,
həm də kitabın məzmunu, onun keyfiyyətləri və
nöqsanlarından da yığcam danışılmalıdır. Mövzu icmallarının
ətraflı planını, mətnini işçilər və kitabxana işinə cəlb edilmiş
fəallarla əvvəlcədən müzakirə etmək məqsədəuyğun olardı
Şəxsi icmallar bir qayda olaraq hər hansı bir şəxsə (şair,
yazıçı, ictimai xadim, müəyyən bir sahənin mütəxəssisi) həsr
olunur, onun əsərlərini, həyat və yaradıcılığına aid əsərləri
əhatə edir. Məktəb kitabxanalarında biblioqrafik icmalı yeni
alınan bədii kitabların sərgisi, oxucu konfransı, görüşlər və
başqa tədbirlərlə bir vaxtda keçirmək məqsədəuyğundur,
çünki icmal hər hansı bir tədbiri tamamlayır. Təcrübə göstərir
ki, kitab sərgisi ətrafında keçirilən icmallar daha maraqlı olur
və daha çox oxucu toplayır. Həm də bu zaman oxucu kitabı
görməklə yanaşı, onun qısa məzmunu ilə də tanış olur. İcmal
keçirilərkən oxucu qrupu, mövzunun aktuallığı müəyyən
ardıcıllıq gözlənilməlidir. Yeni kitabların icmalı çox kitabı
əhatə etdikdə onları ümumi mövzular üzrə qruplaşdırıb qısa
annotasiya ilə kifayətlənmək olar. İcmal zamanı bədii kitab
haqqında geniş danışmaq məsləhət deyil. Barəsində söhbət
açılan kitablardan elə detallar və ya faktlar seçilməlidir ki,
hər bir oxucu tezliklə həmin kitabı oxumağa tələssin. Mövzu
icmallarında hər hansı bir problem və ya aktual məsələyə həsr
edilmiş ədəbiyyat barədə danışılır. Mövzu icmallarında
müvafiq məsələ ilə əlaqədar son illərdə nəşr olunmuş
müxtəlif tipli kitablar (elmi-kütləvi ədəbiyyat, dərs vəsaitləri
və s.) seçilir.
Viktorinalar: Bu kütləvi tədbir formaları yaddaşı
gücləndirir, təfəkkürü inkişaf etdirir, özünü şagird kimi təsdiq
etməyə imkan verir. Viktorinalar- bədii əsərin məzmununa,
müəlliflərin bioqrafiyasına aid faktlar, kitab və ədəbiyyat
tarixinə adi əlamətdar hadisələr haqqında düşündürücü
suallar vasitəsilə təşkil olunur. Viktorinalarda şagirdlərə
süurlu, diqqətli və səriştəli mütaliə tələb edən müxtəlif
rəngarəng suallar, tapmacalar verilir. Əksər məktəblərdə
xüsusi lövhələr və sual-cavab qutuları (orada suallar yazılır,
cavabları qutuya salınır) təşkil edilir. Cavabların qutuya
salınma vaxtı və müzakirə vaxtı qeyd edilir. Viktorinaların
sualları ayrı-ayrı yaş dərəcələri üzrə tərtib edilir. Şagirdlər
arasında viktorinaların keçirilməsi pedaqoji kollektivlə sıx
əlaqə şəraitində keçirilir. Pedaqoji kollektiv tədbirdə istirak
edərək şagirdlər arasında tədrisin keyfiyyətinə kömək edən
işlərin səviyyəsini, şagirdlərin maraqlarını, tədris prosesində
meydana çıxan nöqsanları və s. öyrənir. Məsələn: Yuxarı
sinif şagirdləri üçün daha fərqli düşünülmüş oyunlar tətbiq
etmək lazımdır. X-XI sinif şagirdləri arasında intellektual
yarışlar keçirmək olar. Bu kimi oyunlar iştirk edən uşaqlarda
daha çox öyrənmək və bilmək rəqabəti onları mütaliə etməyə
sövq edə bilər. Bundan başqa uşaqlar üçün müxtəlif fənnlər
üzrə bilik yarışmaları da təşkil etmək mümkündür. Bununla
da şagirdlər müxtəlif fənnlərlə əlaqədar olan kitablarla
maraqlanır, onları əldə etməyə çalışırlar.
Oyunlar: - Ədəbi oyunlar- əsərin və müəllifin kitabdan
bir parça, illüstrasiya, müəllifin portreti və s. əsasında
tapılmasıdır. Təsadüfü deyil ki, bu cür tədbirlər uşaqlar
arasında böyük müvəffəqiyyət qazanırlar. Çünki, burada
uşaqlar həqiqətən də öz bilikərini nümayiş etdirə bilirlər ki,
bunu onlar çox sevirlər. Bu tədbirlər bayramsayağı
elementləri, qeyri-adiliyi, qeyri-rəsmiliyi ilə fərqlənir ki, bu
da materialı daha emosional mənimsəməyə imkan verir. Biz
bilirik ki, məhz emosialar şəxsi marağın istiqamətlərini
müəyyən edir. Ədəbi oyunların sırasına bal, breyn-rinq, KVN
(Şən və hazırcavablar klubu), auksion, press-konfrans,
məşhur oyunların ssenarisinə uyğun hazırlanmış teleoyun və
s. daxil etmək olar. Bu iş formaları emosional qavramanı
inkişaf etdirir, iştirakçılara yaradıcılıq potensialını aktiv
istifadə etməyə imkan yaradır, tədbirə canlı – qeyri-rəsmi
xarakter verir. Onlar dünyagörüşünü genişləndirir və biliklərə
olan maraqları aktivləşdirir. Oyun formaları sistemli şəkildə
keçirildikdə daha təsirli olur. Oyunlar eyni mövzuya həsr
olunmuş ədəbiyyat xülasəsi keçirildikdən sonra növbəti
mərhələ və ya kütləvi tədbir sisteminin bir hissəsi kimi
keçirilə bilər. Keçirilmə metodikasının tələblərinə görə, ədəbi
oyunun mövzusunu kitabxanaçı hazırlıq zamanı məsləhət
görür, kitab sərgisi ilə eyni zamanda nümayiş etdirir və ya
ədəbiyyat xülasəsi zamanı təklif edir. Hazırlıq müddəti
seçilmiş mövzudan və materialın həcmindən asılı olaraq qısa,
10-15 gün ola bilər. Oyunları uşaq və gənclər üçün sevimli
nağılların qəhrəmanlarını canlandırmaq qabiliyyətinə malik
oxucuların iştirakı ilə hazırlamaq daha maraqlı olar. Əgər
oyunda ədəbi qəhrəman iştirak edirsə emosional qavrayış
daha çox inkişaf edir. Məlumdur ki, bu halda uşaqlar
materialı daha yaxşı mənimsəyir və maraqları artır. Breyn-
rinq və KVN-lər gənc nəslin maraqlandırılmasında
əvəzolunmaz vasitədir. Bu oyunların mahiyyəti ondan
ibarədir ki, onlar yarışma xüsusiyyətlərinə malikdir, qeyri-
formal şəraitdə keçir, şagirdə özünü və biliyini göstərmək
imkanı yaradır. Onlar kollektiv düşünmə təcrübəsinin
formalaşmasına imkan yaradır, cəld reaksiya qabiliyyətini
inkişaf etdirir, bütün sinfin hazırılıq və bilik səviyyəsini
yoxlamağa imkan verir. Breyn-rinqlərlə yanaşı əhəmiyyətli
və lazımlı məlumatları əhatə edən sərbəst tapşırıqlar verilən
fərqli oyunlar da keçirmək lazımdır. Bu oyunlar şagirdlərdə
öyrənmə həvəsini stimullaşdırır.
Ədəbi oyunların və yarışların keçirilməsinə hazırlıq
metodikası. Əvvəlcə nəzərdə tutulmuş auditoriyadan asılı
olaraq oyunun məqsədi, mövzusu və forması düşünülür.
Kitabxanaçı müstəqil və ya fənn müəllimi ilə birlikdə sualları
hazırlayır, şərtləri düşünür, keçiriləcək oyunun ssenarisini
yazır. Sonra kitab sərgisi hazırlanır və ədəbiyyat xülasəsi
keçirilir. Seçilmiş iştirakçıları keçiriləcək oyunun
istiqamətləri ilə əvvəlcədən tanış etmək olar. Nəzərdə
tutulmuş vaxtdan bir-iki həftə əvvəl tamaşaçılar üçün rəngli
elanlar asılır. Münsiflər heyəti müəyyən edilir. Oyunun
keçirilməsi zamanı bayram əhvalı yaratmaq məqsədilə
xalların məyyən olunması, pauzaların doldurulması və s.
istifadə etmək üçün musiqi seçilməlidir.
Əgər yarışmanın şərtlərinə görə yazılı tapşırıqlar yerinə
yetiriləcəksə əvvəlcədən kağız və karandaş üçün tədbir
görmək lazımdır. Başlanğıcdan əvvəl aparıcı yarışın
qaydaları və şərtləri, cavabların ardıcıllığı, onların düşünülmə
müddəti haqqında qısa məlumat verir. Qaliblərə
həvəsləndirici mükafatlar verilərsə bu daha yaxşı olar. Əgər
priz yoxdursa müsabiqənin yekunları haqqında plakat da
hazırlayıb asmaq olar. Bu udmuş kamandanı sevindirəcəkdir
və kitabxanada keçirilən tədbirin səviyyəsini qaldıracaqdır.
Ən nəhayət bu, kitabxananın mədəni mərkəz kimi işini
göstərəcəkdir. İntellektual oyunlar zamanı iştirakçılara
verəcəyiniz təxmini suallardan nümunələri sizə təqdim edirik.
1. Seneqalda Dakar, İranda Təbriz, İraqda Bəsrə, Bosniya
və Hersoqovinada Sarayevo, Türkiyədə İzmir, bəs İtaliyada?
Cavab. Neapol Bakı ilə qardaşlaşmış şəhərdir.
2. O, bir çox ölkələrdə müvəqqəti olaraq məhdudlaşdırıl-
mışdı. Lakin çox vaxt bu az davam edirdi. Hazırda isə Çinin
materik hissəsində, İran, Liviya, Tunis, Türkiyə və Türk-
mənistanda məhdudlaşdırılıb. Kayzendə ondan çox istifadə
edilir. Söhbət nədən gedir? Cavab: Youtube.
3. "Gəlin qayası" Şərqdə ilk .... Cavab. müəllifi qadın olan
ilk operadır. Müəllifi isə Şəfiqə Axundova.
4. O ilk dəfə e.ə. 45-ci ildə Yuli Sezarın sayəsində peyda
oldu. Sonralar isə o hər dörd ildən bir peyda olurdu. Biz onu
1600-cü və 2000-ci illərdə də görmüşdük, lakin 1800-cü və
1900-cü illərdə onu görən olmamışdı. Siz isə onun son dəfə
nə zaman gözə dəydiyini tapın. Cavab: 2008-ci ildə (o 29
fevraldır.)
5. “Kişilər şəhəri” və “kişilər birliyi” hansı şəhəri təmsil
edir? Cavab. Mançester. “Man United” və “Man City”
Manchester şəhərinin komandalarıdır.
6. Cənub qütbündə neçə ölkənin sərhədi var: Cavab: heç
bir ölkənin 7. Rusiyada Novqorod (Новгород) , İtaliyada ...
Cavab: Neapol
8. 1968-ci ildə İsveçin Dövlət Bankı bu mükafatı təsis
etdi? Cavab: İqtisadiyyat üzrə Nobel mükafatı və s.
Bu cür tədbirlərdə uşaqlar cavab vermək üçün yarışır və
bəzən bir-birini itələyərək aparıcının yanına çatmağa
çalışırlar.
Viktorina və oyunlar aparılarkən bir şərtə diqqət etmək
lazımdır. Sual-cavab sistemi çox dəqiqliklə təşkil edilməlidir.
Ona görə ki, sual-cavab diqqətlə hazırlanmadıqda hamı
birdən cavab verməyə çalışacaq. Bu zaman səs-küy və
çaxnaşma qaçılmazdır və bu da yolverilməz incikliklərə,
qeyri-obyektiv qiymətləndirməyə səbəb ola bilər.
Səhərciklər: Kiçik yaşlı şagirdlərə yaradıcılıq imkanları
aşılayan kütləvi tədbirlərdən biri də səhərciklərdir. Ədəbi
səhərciklər adətən tematik olur. Onlar əlamətdar yubileylərə
və tarixi günlərə, müxtəlif ədəbi simaların yaradıcılığına həsr
oluna bilər. Səhərciklərin hazırlanması və keçirilməsində
çoxlu oxucu kütləsi iştirak edir, hazırlıq dövründə onlar öz
mütaliə mədəniyyətlərini yüksəldir. Hətta mütaliə həvəsi
olmayan şagirdlər də işə cəlb olunurlar. Belə tədbirlərin
təşkili şagirdlər arasında kitabı təbliğ etmək, proqram
materialını hərtərəfli zənginləşdirmək, möhkəmləndirmək,
şagirdlərə yeni bilik, bacarıq və vərdişlər aşılamaq məqsədi
daşıyır. Səhərciyin keçirilməsinə 20-30 gün vaxt sərf olunur.
Kitabxanaçı oxucularla mövzu ilə bağlı deklamasiyalar,
şerlər, musiqi nömrələri və s. təşkil edir. Səhərcik keçirilən
zaman kitab sərgisi, rəsmlər, rəylər, annotasiyalar və s. tərtib
olunmalıdır. Kiçik məktəblilər üçün təşkil olunan bu
tədbirlərin proqramı böyük olmamalı, bir saatlıq vaxt üçün
nəzərdə tutulmalıdır. Proqramın rəngarəng olması- bədii
qiraət və deklamasiyalar, nağıl etmələr, slaydlar nümayiş
etdirmək və s. şagirdlərin diqqətinin mərkəzləşməsinə kömək
edir. Səhərciyin proqramı üç hissədən ibarət olur:
Giriş sözü.
Bədii hissə.
Ədəbi oyunlar və viktorinalar.
Giriş sözü 5-6 dəqiqədən artıq vaxt aparmamalıdır. Onu
yuxarı sinif şagirdlərinə həvalə etmək lazımdır.
Bədii hissədə şagirdlər fəal iştirak edir, onlar şerlər,
deklomasiyalar deyil, səhnələşdirilmiş təmsil tamaşa göstərir,
musiqi nömrələri təqdim edirlər.
Ədəbi oyunların səhərciklərə cəlb olunmasının didaktik və
tərbiyəvi rolu xüsusilə əhəmiyyətlidir. Belə oyunlar tədbiri
canlandırır, oxucuları düşündürür və kitab mütaliə etməyə
məcbur edir. Şagirdlər ədəbi oyunlarda iştirak etmək üçün
daha çox atalar sözü, tapmaca, bayatı, qoşma və s. öyrənirlər.
Bədii əsərin müəllifinin şəkli, bədii əsərdən bir parça, hər
hansı əsərin qəhrəmanlarının sadalanması və s. suallar
üzərində ədəbi oyunlar keçirmək olar.
Müxtəlif mövzulara aid böyük tədbirlərin keçirilməsi
zamanı orta yaşlı şagirdlər üçün ədəbi oyunlar keçirilir.
Kitablar aləminə səyahət, doğma ölkəmizə səyahət, bədii
əsərlərdə ideal insan surəti və s. mövzularda ədəbi oyunların
keçirilməsi üçün qabaqcadan geniş hazırlıq aparılır.
Dərnəklər və maraq klubları: Dərnək üzvləri olan
məktəblilər kitabxanaçıya kömək məqsədilə gördükləri bu və
ya digər müstəqil işləri xüsusən sevirlər. Onlar səhərciklərdə,
ədəbi oyun və söhbətlərdə fəal içtirak edirlər. Kitabxanalarda
kiçik məktəb yaşlı oxucu fəalları ilə müntəzəm dərnəklər
təşkil edilir. Məktəb kitabxanalarında geniş yayılmış belə
dərnəklər “Kitabxananın dostları”, yaxud “Kitab dostları”
dərnəkləri adlanır. Məktəb kitabxanalarında “ədəbi dərnək”,
“nağıl teatrı dərnəyi” də fəaliyyət göstərir. Şagirdlər həvəslə
dərnəklərə üzv yazılır və burada çoxlu dostlar tapırlar. I-IV
sinif şagirdləri tez-tez özləri şer, hekayə, nağıl yazırlar. Onlar
kiminləsə məsləhətləşmək, fikirlərini bölüşmək istəyirlər. Bu
baxımdan dənəklərdə şagirdlər öz əsərlərini oxumaq imkanı
tapırlar, burada öz yoldaşlarının və dərnək rəhbərlərinin fikir
təkliflərini eşidirlər. Dərənəklərin təşkilində həm də məqsəd
odur ki, şagirdlərin ədəbi hissləri və ədəbi yaradıcılığa (şer,
hekayə, nağıl yazmağa) marağı artsın. “Ədəbi dərnəkdə”
yalnız ədəbi yaradıcılıq yer tutmur, həmçinin rəsm, çəkmək,
model yonma, təbiətdə həyatın müşahidə edilməsi və s. işlərə
də yer verilir.
“Nağıl teatrı dərnəyi” kiçik məktəblilər üçün daha maraqlı
olur. Bu cür dərnəklərin məşğələlərində oxucular kukla
hazırlayırlar, kitabxanaçı ilə birlikdə sevdikləri nağıl üzrə
ssenari tərtib edir, tamaşa hazırlayırlar. Dərnək üzvləri yeni
kitablar haqqında maraqlı məlumatlar eşidirlər, kitabları necə
mütaliə etmək, onlarla necə rəftar etmək, sevimli nağıl
qəhrəmanlarını necə təlqin etməyi öyrənirlər. Dərnək
məşğələlərinin əsas elementləri ifadəli oxu, nağıl etmə və
deklamasiya söyləməkdir.
“Kitabxana dostları dərnəyi” şagirdlər qarşısında mütaliə
mədəniyyəti vərdişlərinə yiyələnmək məqsədi qoyur, onlara
oxunan əsərin dərin və tam dərk edilməsini, öz yoldaşları
arasında kitab təbliğini öyrədir. Belə dərnəklərin II sinifdən
başlanılması daha uyğundur. Dərnəyin iş planında kitabxana
söhbətləri aşağıdakı mövzularda aparılmalıdır:
kitabla necə rəftar etmək;
Mətnlə əlaqədar şəkilləri necə gözdən keçirmək;
kitabın elementləri ilə tanışlıq;
siyahı və kartotekalardan necə istifadə olunur;
kitabı rəfdən necə tapmaq olar.
Mütaliə mədəniyyətinə dair söhbətlərlə yanaşı dərnək
məşğələlərində ucadan oxunun da təşkili böyük əhəmiyyət
kəsb edir. Oxudan sonra müzakirə və söhbət keçirilir, kitabın
dərk edilməsi, dərindən başa düşmək, bədii əsərin dəyərini
anlamaq kimi keyfiyyətlər oxucuya aşılanır. Dərnək
məşğələlərində nağıletmələrin də böyük rolu vardır. Bu cür
məşğələlər oxucuların nitqini, canlı və obrazlı edir, onların
ədəbi savadını yüksəldir. Bəzən məşğələlərdə ədəbi oyunlara
da yer verilir.
Məktəb kitabxanalarında orta yaşlı oxucu fəallarının işi də
əhəmiyyətli hesab olunur. Bu yaşda şagirdlərə keçilən
elmlərə marağı formalaşdırmaq üçün “Texniklər”,
“Astranomlar”, “Ölkəşünaslar” “İncəsənət həvəskarları” və s.
dərnəklər yaradıla bilər. Bu dərnəklər orta yaşlı oxucuların
emosiya, qabiliyyət və maraqlarını öyrənərək, onları hər
hansı bir fəaliyyətin, mövzunun, məsələnin mənafeyi naminə
birləşdirir. Bu cür dərnəklər şagirdlərin elmi bilikləri daha
dərindən mənimsəməsinə kömək edir. Belə ki,
“Ölkəşünaslar” dərnəyinin üzvləri öz şəhər və ölkələri
haqqında kitabların fəal təbliğatçıları və bilənləri olurlar.
Tarixçilərlə görüşlər təşkil etmək, ölkəşünaslıq muzeylərində
olmaq onların sevimli məşğuliyyətinə çevrilir.
Dərnəyin iş prinsipləri aşağıdakı kimidir: Dərnək üzvləri
çox olmamalıdır. Rəhbər dərnəyin hər bir üzvünü izləməli,
onun inkişafını görməli və imkanını qiymətləndirməlidir. Ona
görə dərnəyin tərkibi 15-20 nəfərdən çox olmamalıdır.
Dərnəyin işlərini mühafizə edib saxlamaq lazımdır ki, hər bir
şagirdin mütaliə və yaradıcı fəaliyyətlərinin inkişafını
müəyyənləşdirə bilsin. Dərnəyin məşğələsi uzun vaxt
aparmamalıdır.
Klub kütləvi tədbirlərin optimal modellərindən biridir. Bu
işdə kitabxanaçı “aşağıdan” (istifadəçilərdən) dəstək alır və
oxucular klubun işinin planlaşdırılmasında, kütləvi tədbirlərin
hazırlanmasında ən aktiv rol oynayırlar. Klublar onun
xüsusiyyətlərini nəzərə almaqla iştirakçıların yaş həddinə
görə orta və yuxarı sinif şagirləri üçün yaradılır. Böyük yaşlı
fəalların işinin təşkilində kitabxananın nəzdində təşkil
edilmiş klub başlıca rol oynayır. Ümumiyyətlə, klubun
yaradılması haqqında qərar kitabxanaçının yaradıcı
potensialından asılıdır. Ancaq təcrübəli və geniş biliyə malik
kitabxanaçı oxucuları işə cəlb edə bilir, təşkilatçılıq və
idarəçilik qabiliyyətinə malik olur. Klubun işinin idarə
olunmasında yaradıcılıq əlaqələrinin təşkili, əlaqədar
müəssisələrlə (muzey və mədəniyyət evləri, məktəbdənkənar
müəssisələr və s.) əlaqələrin qurulması da mühüm əhəmiyyət
kəsb edir. Yeniyetmə klublarının təcrübəsi daha rəngarəngdir
və bunlar daha çox diskussiya klublarıdır. İntellektual gənclər
üçün müsabiqə xarakterli-“Breyn-rinq”, “Kim? Nə? Harada”
yaradılır. Yaradıcılıq bacarıqlarını nümayiş etdirmək üçün
şagirdlərə müstəqil yaradıcılıq klubları, poetik klublar və s.
daha geniş imkan yaradır. Klub üzvləri özləri görəcəkləri
işlərin proqramını tərtib edir, nizamnaməsini düzəldirlər,
oxucu bileti, gerb, nişan, bəzən hətta himn də yaradırlar.
Bunların yaradılması üçün bəzən ən yaxşı layihə üzrə
müsabiqə də keçirilə bilir. Bunlar hamısı klubun reklam
işlərinin bir hissəsi sayılır. Klub işinin planı işin nəticələrinə
əsasən - uzunmüddətli və ya qısa zaman (il, yarımil) üçün
tutulur. Klub məşğələlərinin forması müxtəlif olmalıdır və
kitabxanada kütləvi işlərin bütün formalarını əhatə etməlidir.
Ədəbiyyat təbliği, mütaliə və idrak qabiliyyətinin
stimullaşdırılması kitabxananın maraq klublarının əsas
vəzifəsidir. İştirakçılar oxucu bülleteni və divar qəzetləri
buraxır, klub işlərinin salnamələrini yazırlar. Klub yaradılan
zaman idarəedicilər - sədr, şura üzvləri və fəallar seçilməlidir.
Məktəb kitabxanalarında maraq və zövqlərinə görə oxucu
birliklərinin fəaliyyəti müvəqqəti səciyyə daşısa da onların
fəaliyyətləri adətən fəal və məqsədyönlüdür. Məhz belə
birləşmələr böyük sayda yeniyetmələri müəyyənləşmiş
mövzulara dair kitablarla işləməyə cəlb edərək, oxucu-
fəalların dairəsini genişləndirir.
Dəyirmi masa: Məktəb kitabxanasında rayonların təhsil
şöbələrindən, müxtəlif təşkilatlardan dəvət edilmiş qonaqların
iştirakı ilə dəyirmi masalar keçirmək olar. Bu cür tədbirlərdə
Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, folkloru,
unudulmuş milli adət-ənənələrimizin təbliği, ailə və cəmiyyət
münasibətləri, vətən, torpaq sevgisi, dilimizin şirinliyi və s.
Bu kimi mövzular müzakirə oluna bilər. Eyni zamanda
kitabxana işi sahəsində kitabxanaçıları ən çox narahat edən
məsələlərlə, problemlərlə bağlı mütəxəssislərin iştirakı ilə
dəyirmi masalar təşkil edilir.
Əyani təbliğat formaları
Əyanilik prinsipinə əsaslanan bu təbliğat forması
oxucuların nəzər diqqətini cəlb etməklə, onların hər birinə
psixoloji təsir göstərir, maraq oyadır. Ədəbiyyatın əyani
təbliği tövsiyə olunması vacib sayılan çap məhsullarının
müəyyən formada bilavasitə nümayiş etdirilməsidir. Bizim
təfəkkürümüzün qidalanması bu əksetdirmənin nəticəsində
baş verir. Çünki təfəkkür cisim və hadisələrin mahiyyətinin,
onlar arasındakı əlaqə və asılılıqların insan şüurunda
ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak
prosesidir. Görmə duyğularına güclü təsir edə bilmək
cəhətdən əyanilik mühüm əhəmiyyət kəsb edir ki, kitab
təbliğində kitabxanalar üçün vacib sayılan vasitədir. Çünki
gördüklərimiz bizi daha çox inandırır, təsirləndirir və
yaddaşımızda dərin iz qoyur. Ona görə də istər dərketmə
prosesində, istərsə də təbliğat-təşviqat, təhsil və tərbiyə işində
əyanilik mühüm prinsip kimi qəbul edilmişdir. Bir cəhəti də
qeyd edək ki, kitabxanalarda əyanilik prinsipinə müraciət
olunması oxucuların idrak prosesinin üçüncü pilləsində, yəni
təcrübi fəaliyyət zamanı xüsusi təsiredici rol oynayır.
Məktəb kitabxanalarında ədəbiyyatın kütləvi təbliğat
formaları sırasında əyani təbliğat mühüm təsir gücünə
malikdir. Əyani təbliğatın formalarında sözün, lazımi fikrin
nə qədər aydın ifadə edilməsinə baxmayaraq, ona əyanilik də
lazımdır. Əyani təbliğat tövsiyə olunan kitabların bilavasitə
göstərilməsi və ya görmək, qavramaq, mənimsəmək şəklində
onların məzmununun meydana çıxarılması vasitəsilə həyata
keçirilir. Onun məqsədi insanları mütaliəyə cəlb etmək,
onlarda mütaliə mədəniyyəti formalaşdırmaq və kitab
fondlarını oxucular qarşısında açmaqdır. Oxucularda kitabın
məzmunu və xarakteri haqqında iki üsulla təsəvvür yaratmaq
mümkündür:
Ədəbiyyatın bilavasitə göstərilməsi- bu üsul müxtəlif
kitab sərgilərinin təşkili vasitəsilə həyata keçirilir.
Kitabların təsviri incəsənət vasitələri ilə təbliği - bu
üsula, əsasən albomlar, plakatlar, sxemlər, cədvəllər,
dioqramlar, xəritə, xəritə-sxem, kartoqram, kartodioqram,
sitatlar, izahlı mətnlər, şəkillər, müxtəlif vitrinlər, çağırışlar,
sərgilər və b. aiddir.
Əyani təbliğat formasının bütün üsullarının ümumi
məziyyətləri onların təsirinin və seçilməsinin uzunmüddətli
olmasındadır. Çoxrəqəmli materialları təsvir etməyə və
qavramağa cədvəllər kömək edir. Sənaye və kənd təsərrüfatı
istehsalının, mədəni inkişafın dinamikasını və başqa
prosesləri qrafik şəkillər, dioqram vasitəsilə yaxşı təsvir
etmək olar. Dioqramlar düzbucaqlı, dairəvi və sektorlu olur.
Qrafikanı daha əyani etmək üçün dioqramlara müvafiq
rəsmlər əlavə edilir. Müvafiq xəritəyə köçürülmüş sxemə
xəritə-sxem deyilir. Coğrafi xəritə üzərində ştrix və ya
rənglərdə hər hansı bir hadisənin intensivliyi göstərilərsə,
buna kartoqram deyilir. Statistik məlumatların xəritə üzərində
müəyyən əraziyə aid olan və dioqram vasitəsilə ifadə edilən
təsviri kartodioqram adlanır. Əyani təbliğat prosesində
məsləhət vitrinlərindən də istifadə olunur. “Soruşun, cavab
verək”, (müxtəlif mövzular üzrə), “Öz şəhərini
tanıyırsanmı?”, “Öz tarixini bilirsənmi?” və bir çox başqa
adlarda vitrinlər hazırlamaq olar. Belə vitrinlərdə əsas təlabat
–maksimim dərəcədə əyanilik və operativlikdir. Vitrinləri
təşkil edərkən mövzuya uyğun olaraq kitab, qəzet, jurnal
materiallarından, tanışlıq və təbliğat xarakterli foto
şəkillərdən, məlumat vərəqələrindən, audio və video
materiallardan istifadə etmək məqsədəmüvafiqdir.
Kitabxanada hər hansı problemə həsr olunmuş əyani vasitə
ayrı-ayrı oxucuya, özünün konkret biliyinə və təcrübəsinə
əsaslanmaqla kitabın və mütaliənin onun həyatında necə
müsbət rol oynayacağına inanmağa kömək edir. Kitabxana
şəraitində ədəbiyyatın əyani təbliği iki üsula əsaslanır. Bu
üsulların biri çap məhsullarının bilavasitə özünün nümayiş
etdirilməsi, digəri isə çap məhsullarının, xüsusilə kitabların
şəklinin, müəyyən kitabların lazım gələn səhifələrinin təsviri
sənət və ya foto vasitəsilə nümayiş etdirilməsidir. Kitabların,
müxtəlif çap məhsullarının özünü nümayiş etdirən kütləvi
təbliğat üsulu kitab sərgiləri hesab olunur. Kitabların şəklini
müxtəlif cəhətdən nümayiş etdirən, bu vasitə ilə onların
məzmunu haqqında məlumat verən kütləvi təbliğat üsulu isə
kitabxana plakatları və kitabxana albomlarıdır.
Sərgilər: Нər gün dünyada yüzlərlə kitab çap olunur. Bir
neçə vaxtdan sonra onlardan hansısa unudulur. Bu səbəbdən
də kitabxanaların, vəzifəsidir ki, müxtəlif mövzulu sərgilər
təşkil etsinlər. Kitabxanalarda sərgilərin təşkili əyani təbliğat
formasının ən geniş yayılmış üsuludur. Sərgilər həcminə,
tərtibat texnikasına və müddətinə görə bir-birindən
fərqləndirilir. Sərgi bir və ya bir neçə lövhədə, stenddə
yerləşə bilər. Sərgi, əsasən baxılmaq üçün təşkil
olunduğundan, onun tərtibi məsələlərinin böyük əhəmiyyəti
vardır. Burada mətn və təsvir materialları bir-birini
tamamlamalıdır. Kitabxanaların müasir sərgi fəaliyyətində
aparıcı tendensiyalar kitabxana sərgisinə alternativ yanaşma
və dizayn işinin işlənib hazırlanmasıdır. Hazırda kitabxana
sərgilərini aşağıdakı növlərə görə qurmaq olar: - ənənəvi
informasiya daşıyıcıları olan kitabxana sərgiləri (dərc edilmiş
nəşrlər);-elektron kitabxana sərgiləri (kitabxanaların veb
saytında verilən müxtəlif formalardan istifadə etməklə
kataloq şəklində informasiyalar); -kompleks kitabxana
sərgiləri, müxtəlif xüsusiyyətli fonoqramların köməyi ilə
tərtib olunmuş “danışan” kitab sərgiləri, video filmlər təqdim
etməklə sərgilər, baxışlar, elektron sərgi günləri və s. Hər bir
məktəb kitabxanası öz sərgi modelini fəaliyyətinə uyğun
olaraq qurur. Sərgi fəaliyyəti modelinin seçilməsinə bir çox
faktorlar (kitab fondunun keyfiyyəti) təsir göstərir. Məsələn,
məktəb proqramı, oxucuların informasiya tələbatı, həmçinin
kitabxana əməkdaşlarının bilik səviyyəsi və yaradıcılıq
potensialı. Qeyd edək ki, kitabxanalarda təşkil edilən
sərgilərdə kitablarla yanaşı, müxtəlif qəzet və jurnal
nömrələri əks etdirilir ki, bu da həmin sərginin əhəmiyyətini
xeyli artırır. Kitabxanalarda məqsəd və ümumi məzmununa
görə ənənəvi sərginin iki növü təşkil edilir - kitabxanaya yeni
daxil olan kitablar haqqında məlumat xarakterli universal
sərgilər və tövsiyə xarakterli tematik sərgilər.
Kitab sərgiləri yalnız burada nümayiş etdirilən kitabların
məzmununa görə deyil, eyni zamanda məqsədinə görə- tədris
prosesinə və şəxsi təhsilə kömək məqsədi daşıyan sərgilər;
müddətinə görə-daimi, uzun müddətli və müvəqqəti sərgilər;
ədəbiyyatın nəşr tipinə və növünə görə-kitab sərgiləri, qəzet
və jurnal sərgiləri, not sərgiləri, patent sərgisi və s. təşkil
edilə bilər. Kitab sərgisi üzərində iş metodikası mövzunun
müəyyən edilməsi və öyrənilməsi, planın tərtibi, materialın
seçilməsi və tərtibatından ibarətdir. Hər hansı bir kitab sərgisi
aşağıdakı qaydada tərtib edilir: Sərginin ümumi başlığı və
yarımbaşlıq, tövsiyə olunan ədəbiyyat, sitat (mövzu haqqında
izahlı mətnlər) və şəkil (foto illüstrasiyalar). Ümumi başlıq
sərginin mövzusunu müəyyən edir və onun əsas məzmununu
aydınlaşdırır. Sərginin sərlövhəsi müəyyənləşdirildikdən
sonra burada əks etdirilməsi lazım gələn məsələləri
dəqiqləşdirmək lazımdır. Həmin məsələlər sərgidə bölmə və
yarımbölmələr şəklində verilməlidir. Bölmələrin və yarım-
bölmələrin sərlövhələri dəqiq seçilməli, bölmənin məzmunu
aydın əks etdirilməlidir. Sərginin daxili bölmələrinin
məzmunu və ardıcıllıq mövzunun xarakterindən asılıdır.
Sərgidə materialların yerləşdirilməsi müxtəlif prinsiplərə
əsaslana bilər: tematik, xronoloji, coğrafi və materialların
mürəkkəbliyi dərəcəsi prinsipi. Bu materialların sərgidə
yerləşdirilməsi daxili məntiqə əsaslanmalıdır. Hər şeydən
əvvəl kitabxanaçı ədəbiyyatın düzülüşündə iki cəhəti nəzərə
almalıdır: a)Çap əsərlərinin əhəmiyyətini və elmi dəyərini;
b)Sərgidə mövzunun ayrı-ayrı məsələlərinin əks etdirilməsi
ardıcıllığını. Kitab sərgilərinin tərtibatında həm də sim-
metriya gözlənilməlidir. Eyni zamanda sərgidə çap
əsərlərinin, şəkillərin və lazımi mətnlərin yerləşdirilməsində
müəyyən məna ifadə olunmalıdır. Sərgidə materialların
düzülüşündə simmetriyadan danışılarkən qeyd olunmalıdır ki,
burada nümayiş etdirilən kitabların ölçüsü, onların cildlərinin
rəngi, şəkillərin məzmunu, qarşılıqlı münasibəti və s. nəzərə
alınmalıdır. Çünki kütləvi təbliğat məqsədilə nümayiş
etdirilən hər hansı əşya və ya predmet təkcə zahiri parlaqlığı
ilə deyil, eyni zamanda özünün simmetriyası, məna ifadə
etməsi və estetik təsiri ilə diqqəti cəlb edir. Ona görə də
sərgidə eyni rəngli, eyni ölçülü kitabların, həmçinin oxşar
məzmunlu və eyni ölçülü, şəkillərin yanaşı düzülməsi
məqsədəuyğun deyildir. Əlbəttə, burada ölçünün və rənglərin
nümayiş etdirilməsi nəzərdə tutulmur. Kitabxanaların
təcrübəsi təsdiq edir ki, əyani təbliğat üsulları sırasında kitab
sərgiləri daha çox kütləvi xarakter daşıyır. Çünki kitab
sərgiləri kitabxana-biblioqrafiya fəaliyyətinin bütün iş
növlərində istifadə olunur. Bir cəhəti qeyd edək ki, oxucu
sərgi vasitəsilə buradakı kitablarla təmasda olarkən onu
araşdırır, hər hansı kitabın özü üçün nə dərəcədə lazımlı
olduğunu müəyyənləşdirə bilir. Bununla bərabər tövsiyə
olunan ədəbiyyatla sərgi vasitəsilə tanışlıq oxucuda həmin
kitaba daha dərin məqsədyönlü maraq oyadır. Kitabxanalarda
təşkil edilən kitab sərgiləri məqsədinə və məzmununa görə
iki növə bölünür:
Məlumat xarakterli universal sərgilər,
Tövsiyə xarakterli sərgilər.
Bu gün müxtəlif oxucu qrupları üçün tövsiyə xarakterli
sərgilər (mövzu sərgiləri) daha əhəmiyyətli hesab olunur.
Çünki hər hansı yaş qrupundan olan oxucular üçün müvafiq
mövzu üzrə ədəbiyyatı bütöv şəkildə görüb onu araşdırmaq,
lazım olanları seçib götürmək imkanı yaranır. Bu gün bütün
kitabxanalarda təşkil olunan hər hansı mövzu sərgisinin
başlıca məqsədi həmin kitabxananın fondu əsasında hər hansı
aktual mövzuya və ya problemə dair kitabları oxucuların
nəzərinə çatdırmaq və oxunmasına maraq yaratmaqdır.
Mövzu sərgilərinin məqsədi müəyyən bir mövzuya həsr
оlunmuş kitabları охuculara əyani şəkildə tövsiyə еtməkdən
ibarətdir. Mövzu sərgiləri həm də kitabxananın oxucularını
fondun ayrı-ayrı şöbələrinin tərkibi ilə tanış edir. Bütün
bunları nəzərə alaraq hər bir kitabxanaçı oxucuların ümumi
ehtiyacı baxımından və elmin, istehsalatın tələbatından asılı
olaraq özünün işlədiyi kitabxananın fondunun məzmununun
açılması üçün rəngarəng mövzularda sərgilərin təşkilinə
böyük əhəmiyyət verməlidir. Hər bir kitabxananın fondunda
siyasi, mənəvi, tarixi, təhsil və tərbiyə, sahəsindəki
uğurlardan, eləcə də mövcud problemlərdən bəhs edən
ədəbiyyata oxucuların nəzərini cəlb etmək üçün “Bizim
gələcəyimiz”, “Milli qəhrəmanlarımız”, Azərbaycana qarşı
ermənilərin soyqırım siyasəti ilə əlaqədar “Tarixi həqiqətlər”,
Heydər Əliyevin doğum günü ilə əlaqədar “Ulu öndər”,
“Ölkəşünaslıq və diyarşünaslıq” və s. sərlövhəli tematik
sərgilər həmin mövzularda mövcud kitabların oxunuşuna
müsbət təsir göstərir. Məktəb kitabxanasında uşaqları şair və
yazıçıların həyat və fəaliyyəti ilə tanış etmək, məktəbli
oxucuları onların əsərlərini mütaliə etməyə yönəltmək üçün
maraqlı mövzu sərgiləri təşkil edilməsi xüsusilə
əhəmiyyətlidir. Bu sərgilərdə əyanilik böyüklər üçün təşkil
olunan sərgilərlə müqayisədə daha güclü olmalıdır. Çünki
böyüklərlə müqayisədə hər bir məsələ barədə əyanilik
uşaqlarda daha aydın təsəvvür yaradır. Ümumiyyətlə, istər
yaşlı oxucular, istərsə də uşaq oxucular üçün mövzu sərgiləri
təşkil edərkən onun mövzusunun məqsədəmüvafiq seçilməsi
vacib şərtdir. Çünki mövzu sərginin mövzusunun seçilməsi
kitabxananın oxucularının ümumi marağının nəzərə alınması
və sərginin oxucu istiqamətinin müəyyənləşdirilməsi ilə sıx
əlaqədardır. Oxucuların marağının və sorğularının nəzərə
alınması sərgidə nümayiş etdirələcək materialları müəyyən-
ləşdirməyə kömək edir. Mövzu sərgiləri təşkil edərkən birinci
növbədə uğurlu sərlövhə seçilməlidir. Başlıq qısa və aydın
оlmalıdır. Sərginin sərlövhəsi diqqəti cəlb edən, hər kəsdə
maraq oyadan, bir qədər də pafoslu olmalıdır, оnun rəngarəng
və çağırış ruhlu оlmasına хüsusi fikir vеrməlidirlər. Məsələn:
“Qalх ayağa, Azərbaycan!”, “Nahaq qan yеrdə qalmaz”,
“Azərbaycanın müstəqilliyi əbədidir”, “Vətən mənə оğul
dеsə...”, “Qanlı şənbə gеcəsi”, “Хоcalı – əsrin faciəsi”,
“Vətən tоrpaqları bizi gözləyir”, “Ya Qarabağ, ya ölum!”,
“Qələbə çal, igid əsgər!” və s. Mövzu sərgisində əyaniliyi
gücləndirmək üçün müxtəlif vasitələrdən, belə ki, mövzunun
məzmununun açılmasına kömək edən şəkillərdən, faktlar və
rəqəmlərdən istifadə olunmalıdır. Çünki sərginin mövzu-
sunun əhəmiyyətinin aşkar edilməsində sitatların mühüm
əhəmiyyəti vardır. Sərgi üçün sitat seçərkən görkəmli elm,
maarif, ədəbiyyat və mədəniyyət xadimlərinin, eləcə də
tanınmış ictimai xadimlərin fikirlərinə müraciət edilməlidir.
Plakat: Kitabxanalarda ədəbiyyatın kütləvi əyani təbliğat
üsullarından danışarkən kitab sərgiləri ilə bərabər kitabxana
plakatlarından yan keçmək olmaz. Plakat təsviri sənətin
kütləvi növü olub, əyani təbliğatın təsiredici vasitələrindən
biridir.. Məktəb kitabxanalarında plakatın müxtəlif növlərinə
müraciət olunur. Kitabxana plakatları həm öz məzmunu, həm
forması, həm də qarşısına qoyduğu məqsədinə görə bir-
birindən fərqlənir. Hər hansı mövzuda kitabxana plakatı tərtib
edən kitabxanaçı qarşıya qoyduğu məqsədə yalnız o zaman
nail ola bilər ki, istər seçdiyi mövzu, istərsə də orada nümayiş
etdirilən kitablar, illüstrasiyalar və mətnlər müxtəlif yaşlı
oxucu qrupları üçün anlaşıqlı olsun. Hər hansı bir kitabхana
plakatı kitabla yanaşı kitabхananı da təbliğ еdir.
Kitabхanadan kənar yеrlərdə, dəhlizlərdə asılan plakatlar
uşaqları kitab oxumaq üçün kitabхanaya cəlb еtməlidir.
Plakatın üç növü mövcuddur ki, məktəb kitabxanalarında hər
üç növdən təbliğat, təşviqat və təlimat məqsədli plakat
növlərindən geniş istifadə olunur. Adından da məlum olduğu
kimi təbliğat plakatları konkret mövzu üzrə lazımi ədəbiyyatı
kitabxana şəraitində təbliğ etmək üçün tərtib edilir. Bu cür
plakatlar mövzu sərgiləri kimi tövsiyə xarakteri daşıyır və
tərtibatında mövzu sərgilərinin tərtibi qaydalarındakı
prinsiplər gözlənilir. Lakin təbliğat plakatında sərgiyə
nisbətən əyanilik daha güclü olmalıdır. Kitabхanalarda
klassiklərdən Nizami, Füzuli, M.P.Vaqif, M.Ə.Sabir,
C.Məmmədquluzadə, A.Şaiq, M.F.Aхundоv, S.Ə.Şirvani,
S.S.Aхundоv, F. Köçərli, S.Vurğun, M.Müşfiq, S.Rüstəm,
M.Şəhriyar, R.Rza, О.Sarıvəllinin, müasir yazıçı və
şairlərdən Xanımana Əlibəyli, Mikayıl Rzaquluzadə, Teymur
Elçin, İlyas Tapdıq, Rafik Yusifoğlu və b. yaradıcılığına həsr
оlunmuş plakatların tərtibi məqsədəuyğundur. Müəyyən
mövzulara dair kitablar tövsiyə olunan plakatlarda təkcə şair
və yazıçının yaradıcılığı haqqında dеyil, həm də həyat və
fəaliyyəti, yaşadığı tarixi dövr haqqında müəyyən məlumat
vеrir. Kitabхana plakatı kitabхanalarda, əsasən aktual
mövzulara həsr оlunur. Plakatın əsas ünsürləri kitabların özü
dеyil, оnların üz qabığı (plakatda əl ilə çəkilmiş, yaхud
fоtоşəkil), bir nеçə sitat, qısa mətn və plakatın əsas idеyasını
açan, mənalı başlıqlar və illüstrasiya verilir. Plakatda
ədəbiyyatın qısa annоtasiyası mütləq vеrilməlidir. Annоtasi-
yalar kitabların idеya və məzmununun açılmasına kömək
еdir. Plakat охucuya ifadəli, aydın, gözəl təsir bağışlamalıdır.
Məsələn: Hər hansı bir yazıçıya həsr edilmiş plakatda
yazıçının şəkli, şəklin altında ədibin həyat və fəaliyyəti
haqqında qısa mətn, mətndən sonra yazıçının kitablarının üz
qabığının şəkillərini vermək olar. Plakatda “Ədibin
müasirləri” başlığı altında onun qələm və məslək dostlarının
şəkillərini də nümayiş etdirmək mümkündür. Plakatda 5-6
kitab, qəzet və ya jurnal nümayiş etdirilir. Kitabxanalarda
təşviqat plakatlarını tərtib etməkdə başlıca məqsəd oxucuların
diqqətini müəyyən bir anlayışa yönəldib, ondan nəticə
çıxarmalarına nail olmaqdır. Bu baxımdan məktəb kitabxana-
larında oxucuların fəaliyyəti zamanı müsbət və mənfi halları
oxucuların nəzərində canlandırmaq üçün təşviqat plakatlarına
müraciət olunur. Təlimat plakatları isə oxucularda mütaliə
mədəniyyəti tərbiyə etmək, onlara kitabxanadan və kitabdan
istifadə qaydaları aşılamaq məqsədi daşıyır. Mеtоdik
хaraktеrli bu cür plakatlar охucularda mütaliə mədəniyyəti
tərbiyəsinə хidmət edir və bədii ədəbiyyatın təbliği sahəsində
böyük rоl оynayır. Kitabxanalarda bu cür plakatlar adətən
“Kitabxanadan necə istifadə etməli”, “Sistemli kataloqdan
ədəbiyyatı necə seçməli”, “Kitablarla necə rəftar etməli”,
“Kitaba rəyi necə yazmalı” və s. başlıqlar altında tərtib
olunur. Bu cür plakatlarda verilən metodik izahatlar adətən
müvafiq şəkillərlə müşayiət olunmalıdır.
Albom: Məktəb kitabxanalarında adları çəkilən əyani
təbliğat formaları sırasında müxtəlif mövzulara və görkəmli
şəxslərə həsr olunmuş albomların da özünəməxsus yeri
vardır. Məktəb kitabxanalarında əyani kütləvi təbliğat
formalarından olan kitabxana albomlarının tərtibinə mühüm
əhəmiyyət verilir. Kitabxananın müxtəlif yaş qrupları üzrə
mövcud oxu zallarının kitabxanaçıları məktəblilərin fəal
iştirakı ilə məktəblilər üçün əhəmiyyət kəsb edən və məktəb
proqramına uyğun olan mövzuları əks etdirən kitabxana
albomları hazırlayırlar. Bu məqsədlə hər bir məktəbliyə
müvafiq bir mövzu verilir və həmin mövzuda albom tərtib
etmək üçün lazımi materiallar adətən kitabxanaçıların köməyi
ilə kitabxana şəraitində toplanılır. Məktəblilər tapşırılan
mövzularda albomların tərtibi modelini tapşırığı verən
kitabxanaçının iştirakı ilə hazırlayırlar. Məktəb kitabxana-
larında kitabxana albomlarının tərtibini, uşaqların bu işdə fəal
iştirakını ona görə vacib hesab edirik ki, bu cür albomlar
görkəmli şair və yazıçıların, elm, mədəniyyət və ictimai
xadimlərin həyat və yaradıcılığına həsr olunur. Ayrı-ayrı
şəxsiyyətlərin həyat və yaradıcılığına həsr edilmiş kitabxana
albomlarında həmin şəxsiyyətin anadan olduğu vaxtdan
ömrünün sonuna qədərki tarixi rəqəmlər, bütün həyat və
fəaliyyətini əks etdirən mətnlər, faktlar, foto şəkillər, rəsmlər
xronoloji qaydada və məntiqi ardıcıllıqla verilir. Belə
albomların tərtibi zamanı məktəbli oxucular lazımi
materialları araşdırmalı olur, tanınmış şəxsiyyətlərin həyatı
ilə yaxından tanış olur ki, bu da onların tədris fəaliyyətində
mühüm köməkçi vasitə olur. Bu cür albomlar kitabxananın
oxu zalının köməkçi fondunun tərkib hissəsi kimi saxlanılır
və məqsədəuyğun olaraq məktəbli oxucuların istifadəsinə
verilir. Məktəbli oxucuların hər hansı konkret bir movzuda
müfəssəl məlumat almalarına kömək etmək üçün kitabxana
albomları ən yaxşı və münasib vasitə hesab olunur. Nəticə
olaraq onu deyə bilərik ki, əyani təbliğat formaları
kitabxanalarda ədəbiyyat təbliği ilə bərabər, həm də
məktəblilərin intellektual səviyyələrinin yüksəlməsində və
mənəvi tərbiyəsində təsiredici rola malikdir.
Guşələr-sərgiyə nisbətən geniş və əhatəli olmalıdır.
Guşədə əlavə оlaraq kartоtеka, qəzеt, jurnal matеrialları,
tövsiyə ədəbiyyat siyahıları, mövzuya uyğun bir sıra sənədlər
və şəkillər də öz əksini tapmalıdır. Guşələrin təşkilində əsas
məqsəd охucuya aхtardığı matеrialları asanlıqla tapmaqda
kömək еtməkdən ibarətdir. Bu işdə hər cür texniki təbliğat
vasitələrindən gündən-günə daha çox istifadə edilir.
Qəzet və Jurnal vitrini: Dövri mətbuat materiallarının
təbliğinin ən geniş yayılmış forması qəzet və jurnal vitrinidir.
Vitrinlərdə təzə qəzetləri asmaqla kifayətlənməyib, dərc
edilmiş mühüm materialları oxucuların diqqətinə çatdırmaq
lazımdır. Xüsusilə kitabхanalarda təşkil еdilən hərbi
vətənpərvərlik məzmunlu sərgilərdə müharibə mövzusunda
yazılmış bədii, publisistik kitablarla yanaşı, müхtəlif qəzеt və
jurnal materialları da əks еtdirilir ki, bu da həmin sərginin
əhəmiyyətini хеyli artırır. Qəzetlərlə yanaşı jurnallarla da
böyük iş aparmaq olar. Onları müntəzəm oxumaq müəyyən
dərəcədə uşaqlarda elm, texnika, ədəbiyyat, incəsənət və
başqa sahələrə dərin maraq yaradır. Jurnallarla, əsas etibarilə
kitabxananın qiraət zalında iş aparılır. Oxuculara jurnallar və
onlara daxil edilmiş məqalələr haqqında məlumat plakatlar,
habelə jurnal məqalələrinin əlifba və ya sistemli annotasiyalı
kartotekası vasitəsilə verilir. Yeni jurnalların təbliği xüsusi
vitrinlər vasitəsilə təşkil edilir. Oxucular qarşısında jurnalın
məzmununu açmaq və onları ayrı-ayrı məqalələrlə
maraqlandırmaq məqsədilə kitabxana “Mətbuatımızla tanış
olaq” başlığı altında xüsusi plakat və ya lövhə hazırlayır.
Burada jurnal vərəqələrinin arasına “Sənin maraq dünyan”,
“Maraqlı məqalələr toplusu” və s. yazılmış əlfəcinlər
qoyurlar, ya da həmin səhifəni açıq nümayiş etdirirlər ki,
tövsiyə edilən məqaləni oxucu görə bilsin. 15 may
Beynəlxalq Ailə Günündə kitabxanada “Beynəlxalq Ailə
Günü”, “ Ailə və sağlamlıq”, “Mənim ailəm”, müxtəlif
mövzular üzrə “Sağlam təbiət-sağlam insan-sağlam ailə”,
“Atalar və ailələr: məsuliyyət və çətinliklər”, “Analar və
ailələr”: dəyişməkdə olan dünyanın problemləri” və bir çox
adlarda məsləhət vitrinləri hazırlamaq olar. Belə vitrinlərdə
əsas tələbat – maksimum dərəcədə əyanilik və operativlikdir.
Kitab bayramları. Mənəvi həyatımızın tarixi ən qədim
dövrlərdən başlayaraq kitabla sıx bağlı olmuş və məhz onun
ehtiyacları müqabilində kitab yeni-yeni formalara düşərək
təkmilləşmiş, formalaşmışdır. Müasir informasiyalaşdırılmış
cəmiyyətdə kitabın rolu daha da artır, kitab kommunikasiya
üsullarından biri kimi çıxış edir. Uşaqlar arasında kitaba
məhəbbət oyatmaq, kitabı onlara sevdirmək, kitabın nüfuzu-
nu qaldırmaq üçün kütləvi tədbirin müxtəlif formalarından
istifadə etmək vacibdir. Belə tədbirlərdən biri də kitab
bayramıdır. Bayrama hazırlıq zamanı milli kitab mədəniyyəti
və ədəbiyyatımızın müxtəlif uğurlarına, problemlərinə,
perspektivlərinə həsr olunmuş dəyirmi masa, ədəbi görüşlər,
sərgilər, yeni nəşr olunmuş kitabların təbliğinə dair tədbirlər
planı hazırlanmalıdır. Tədbirlər planında:
- Ümummilli lider Heydər Əliyevin ölməz həyat yolunu
əks etdirən kitabların sərgisini hazırlamaq və müxtəlif
tədbirlər keçirmək;
- Milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik
tərbiyəsinin təbliği ilə bağlı ədəbiyyatın sərgisini keçirmək;
- nəşriyyatların və müəlliflərin birbaşa iştirakıyla yeni
kitabların sərgisini keçirmək;
- ötən ilin dəyərli kitablarını və mədəniyyət hadisələrini
oxucuların diqqətinə çatdırmaq;
- müəlliflərlə, yazarlarla oxucuların birbaşa ünsiyyətinə,
görüşünə şərait yaratmaq;
- yeni nəsil istedadlı cavanların yaradıcılığının təbliğinə,
tanıdılmasına səy göstərmək;
- kitablarının təqdimatı və müzakirəsini təşkil etmək;
Bayram çərçivəsində məktəbin yerləşdiyi rayonun Tarix-
Diyarşünaslıq Muzeyində saxlanılan maraqlı, qədim, tarixi
eksponatlara baxış, istedadlı uşaqların əl işlərindən ibarət,
sərgilər və s. nümayiş etdirilə bilər. Tədbirdən əvvəl elan
hazırlanır və dəvətnamələr yazılır.
İnformasiya günü: Kitabxanalarda informasiya təbliğatı-
nın əsasını kompleks tədbirlər – informasiya günləri və
həftələri, sərgi-baxış, mütəxəssis günləri kimi tədbirlər təşkil
edir. İnformasiya günü müəyyən müddət ərzində kitabxanaya
daxil olmuş yeni ədəbiyyat haqqında məlumatı çatdıran
kompleks tədbirdir. Bu tədbir kitabxana xidməti sistemində
kompleks kitabxana-informasiya tədbirlərindən biri kimi
kitabxanaya yeni daxil olan çap məhsulları haqqında oxucu-
ları məlumatlandırmaq məqsədi daşıyır. İnformasiya gününə
(həftə, ongünlük) hazırlıq bir neçə mərhələdə olur. Sərgiləri,
mövzu üzrə ədəbiyyatın seçimini, ədəbiyyat haqqında söhbət
və ya xülasələri əhatə edir. Keçirilmə mərhələləri: mövzunu
müəyyən etmək, planın tərtibi; kitabxana fondundan
ədəbiyyatın axtarılıb tapılması; sənədlərə baxış və seçim
etmək; müstəqil xülasə hazırlamaq və ya peşəkar dəvət
etmək; ədəbiyyat sərgisi tərtib etmək; qısa annotasiyalar
yazmaq; maraqlı təşkilatları və oxucuları xəbərdar etmək
(elan, afişa); tədbiri təhlil etmək.
Anım günü: Anım (xatirə) günlərində kitabxanada
yığıncaq təşkil edilir, söhbətlər aparılır. Tədbirlə əlaqədar
əvvəlcədən hazırlıq işləri görülür. Bu məqsədlə (anım
gününün mövzusuna uyğun olaraq) şəhidlərin xatirəsinə
fotostendlər, sərgilər və divar qəzetinin xüsusi nömrəsi
hazırlanır, sənədli filmlər göstərilir, uşaqların əl işlərindən
ibarət sərgi düzəldilir. Həmin gün şəhidlərin qəbri ziyarət
edilir, ədəbi kompozisiyalar, video görüntülər nümayiş
etdirilir. Uşaqların ifasında Vətən məhəbbətini, qəhrəmanlığı
tərənnüm edən şeirlər söylənir. Tədbirə şəhidlərin ailə
üzvlərindən, yaxınlarından, döyüş yoldaşlarından bir neçə
nəfərin dəvət olunması, xatirələrinin dinlənilməsi də daha
məqsədəuyğun olardı.
Divar qəzetləri: Divar qəzetləri adı, məzmunu, tərtibatı,
buraxılış müddəti və materiallarının janrlarına görə
müxtəlifdir. Divar qəzetlərinin əsas növləri operativ qəzet,
çoxnüsxəli divar qəzeti, tematik buraxılışlar, işıq qəzetləri,
büllütenlər və başqalarıdır.
Yeni daxil olmuş ədəbiyyatın məlumat bülleteni: Yeni
daxil olmuş ədəbiyyatın məlumat bülleteni kitabxananın
fonduna daxil olan yeni nəşrlər haqqında məlumat
mənbəyidir. Bülletenə müəyyən dövr ərzində kitabxanaya
daxil olan bütün yeni kitabların təsviri daxil edilir.
“Müqəddimə”də bülletenin quruluş prinsipi, işlədilmiş şərti
işarələr və ixtisar edilmiş sözlər izah edilir, materialları
sahəvi bölmələrə ayrılmaqla sistemli qaydada, bölmələr
daxilində isə müəlliflərin (sərlövhənin) əlifbasına görə
düzülür.
Kitabxana fəaliyyətində reklam informasiya işi: Hər bir
kitabxananın özünün kitabxana fəaliyyətinin bir forması kimi
reklama ehtiyacı vardır. Kitabxana reklamı kitabxana
şəraitində mütaliə etməyin səmərəliliyi və burada müxtəlif
xidmət prosesləri barədə özünəməxsus anlayış yaratmaq
imkanına malikdir. Hər bir kitabxananın həyata keçirdiyi
reklam işi həmin kitabxananın iş xüsusiyyətləri barədə
oxucularda aydın təsəvvür yaradır, başqa kitabxanalardan
fərqli cəhətlərini göstərməklə onun obrazını yaratmış olur.
Kitabxana reklamı adətən müxtəlif məzmunlu kitabxana
xidməti barədə istiqamətləndirici rol oynamaq imkanına
malikdir. Bu cəhətdən məqsədinə görə reklamlar iki növə
bölünür. Birinci növ reklamlar məktəb kitabxanalarının
ümumi simasını açan, iş xüsusiyyətlərini şərh edən
reklamlardır. İkinci növ reklamlar isə məktəb kitabxanaları
tərəfindən həyata keçirilən konkret tədbirlər, konkret xidmət
növü haqqında məlumat verən reklamlardır. Hər bir tədbirə
maraq reklamdan başlayır. Reklam məlumatlarının əsas
tələbləri bunlardır:
- istifadəçiyə reklam obyekti barədə yeni informasiyaları
təqdim etmək;
- reklam olunan tədbirin əhəmiyyətli olduğuna
inandırmaq;
- auditoriyanın xüsusiyyətini nəzərə almaq;
- reklam olunan tədbirin əsas xüsusiyyətlərini əks
etdirmək.
Tədbir haqqında reklam tədbirin məqsədindən asılı olaraq
daxili və xarici ola bilər. Tədbirlər haqqında reklam
məlumatının ən geniş yayılmış forması – elandır.
Məzmununa və məqsədinə görə elanın bir neçə forması
vardır. Anons, reklam, afişa, bildiriş və s. kimi əməli yazılar
elan xarakterlidir. Elan bu və ya digər məlumatı uşaqlara,
onların valideynlərinə, müəllimlərinə qabaqcadan çatdır-
maqla təşkiledici missiyanı yerinə yetirir. Məlumat qruplaş-
dırılarkən aşağıdakılar diqqət mərkəzində saxlanılmalıdır:
Məlumatın mahiyyəti, məzmunu aydın qeyd olunmalıdır.
Məlumatın vaxtı, saatı dəqiq göstərilməlidir;
Tədbirin keçiriləcəyi yer (ərazi, bina, otağın nömrəsi)
qeyd edilməlidir;
Məlumatın kim tərəfindən verilməsi göstərilməlidir.
Elanda bir və ya bir neçə məlumat öz əksini tapa bilər. Bu
gün kitabxanalara oxucu cəlb etməyin əsas şərtlərindən biri
elanlarda tədbirin məzmununun necə təqdim edilməsi, nə
şəkildə oxucuya çatdırılmasıdır. Keçiriləcək tədbir haqqında
cəlbedici elan yazılmalı, tədbirdə iştirak edəcək şəxslərin
adları və titulları qeyd edilməlidir. Uşaq kitabxanaları tədbirə
maraqlı, göz və könül oxşayan adın seçilməsinə xüsusi diqqət
yetirməlidirlər. Tədbirin keçiriləcəyini informasiya vasitə-
lərindən istifadə etməklə də yaymaq olar. Kitabçaların, buk-
letlərin, elanların, vərəqələrin səmərəsi onların düzgün
paylanması və münasib məzmunda yazılmasından asılıdır.
Reklam məlumatlarını tərtib edərkən aşağıdakı məqamlara
diqqət yetirmək lazımdır:
-əgər müsbət təsirə nail olmaq istəyirsinizsə, tədbirin
özəlliklərinə diqqəti cəlb etmək üçün səmərəli dəlillərdən
istifadə olunmalıdır;
- sadə, maraqlı, orijinal olmalıdır və eyni fikri bildirən,
şüura rahat təsir edə bilən açar sözlərdən təşkil olunmalıdır;
- məlumat imkan daxilində qısa olmalıdır;
- sözlər insanlara müsbət emosiyalar aşılamalı, yaxşı
əhval-ruhiyyə yaratmalıdır.
Kitabxana reklamlarının yayılmasındakı vasitələrdən biri
də kitabxanaların saytıdır. Axtarış sistemlərində və
kataloqlarda saytın qeydə alınması belə reklamların daha
effektli olmasında vacib faktorlardandır.
İnternet vasitəsilə təbliğat: Azərbaycan Respublikasının
qlobal informasiya mühitinə daxil olması cəmiyyətin
informasiya təminatını həyata keçirən kitabxanaların
fəaliyyətində əsaslı islahatlar aparılması üçün geniş imkanlar
açmışdır. Elə buna görə də indi kitabxanalarda xidmətlər
təkmilləşdirilir, fondlar müasir informasiya daşıyıcıları ilə
zənginləşdirilir, elektron məlumat bankları yaradılır,
kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün tədbirlər görülür. Müasir cəmiyyətdə elm və texnikanın
sürətlə inkişaf etməsi onun bütün fəaliyyət sahələrinə
tətbiqini tələb edir. Bu baxımdan müasir kitabxanalar da
informasiya texnologiyaları olmadan lazımi səviyyədə inkişaf
edə bilməz. Kitabxanalara yeni informasiya texnologiya-
larının tətbiqi onların qarşısında çox geniş imkanlar açır,
fondun mühafizə edilməsi və xidmət işində oxucuların
tələbatlarının ödənilməsində yaranan problemləri asanlaşdır-
mağa, oxuculara yeni üsullarla xidmət etməyə imkan yaradır.
Yeni texnologiyaların tətbiqi ilə əlaqədar kitabxanalar
oxuculara yeni on-line xidmət növünü təklif edirlər ki,
İnternet bu xidmət növünün həyata keçirilməsində əvəzsiz
vasitədir. İnternet həm də kitabxanaların yeni informasiya
resursları ilə zənginləşməsini təmin edir. İnternet və on-line
xidmətlər kitabxanalara onların informasiya ehtiyatlarından
və məlumat bazalarından ölkədən kənarda da istifadə
olunmasına şərait yaradır. Yaradılmış məlumat bazaları
istifadəçinin maraqları üçün onun informasiyaya olan
tələbatını ödəyə bilən dəyərli mənbə olmalıdır. Kitabxana
xidmətində kompyuter texnologiyalarının istifadəsi bir neçə
istiqamətdə ola bilər: - sərgi fəaliyyəti; - nəşriyyat fəaliyyəti
(CD və digər elektron nəşrlər); - on-line rejimində kitabxana
xidməti. Kompyuter texnologiyalarının kitabxanaların sərgi
fəaliyyətində istifadə olunmasının yüksək effektivliyi bir sıra
obyektiv amillərlə şərtlənir. Bu şərtlərə aiddir: - sərgi
materiallarının ənənəvi olmayan təqdimatı; - əyanilik; -
materialın strukturlaşdırılması. Kitabxana xidmətində
kompyuter texnologiyalarının tətbiqi müasir dövrün əsas
tələbidir. Hazırda məktəb kitabxanalarının sərgi fəaliyyətində
kompüter texnologiyalarından istifadə bir qayda olaraq
başlıqların, sitat və illüstrasiyaların qrafiki tərtibində istifadə
olunur. Bununla yanaşı multimedia texnologiyaları infor-
masiyaların təqdim olunmasında müəyyən qədər sərhədləri
genişləndirir və məhsulların yayılmasına imkan verir.
Elektron sərgi ənənəvi (kitab) və yeni (elektron) qaydaların
sintezində informasiyanın təqdim olunma üsuludur. Elektron
kitabxana sərgisini kitabxananın saytında yerləşdirmək olar.
Bunun üçün onu xüsusi proqramda və HTML formatında
yaratmaq vacibdir. Kitabxanaçının fəaliyyəti daim yaradıcılıq
tələb edir. Əgər kitabxanaçı yaradıcıdırsa, özünün peşə
hazırlığının qayğısına qalırsa, kitabxana işinə qoyulan
tələblərə cavab verirsə, müasir informasiya texnologiya-
larından bacarıqla istifadə edərək, tədbirləri öz fantaziyasına
uyğun, yaradıcı şəkildə təşkil edəcək, öz işində layiqli
uğurlar, müvəffəqiyyətlər qazanacaq.
Adət və ənənələr mənəvi əxlaqi dəyərlər
Dünya tarixindən ümumi məlumatlara malik olmaqla
yanaşı hər bir xalq öz tarixi keçmişini daha dərin və ətraflı
bilməlidir. Milli- mənəvi dəyərlərimizdən biri olan adət-
ənənələr uzun əsrlər boyu xalqımızın milli ruhunu, estetik
duyumunu, sənətkarlıq qüdrətini özündə hifz edib saxlamış-
dır. Zəngin folklor nümunələrimiz məhz adət-ənənələrimiz
hesabına itib batmamış, müasir dövrümüzə qədər gəlib
çatmışdır. Müasir dövrdə dövlətimiz tərəfindən Azərbaycan
xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və
mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və abidələrin
bərpası, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq
yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının
bərpası, təsviri, dekorativ və miniatür sənətinin zəngin
ənənələrinin inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzey-
lərində saxlanılan Azərbaycan incəsənəti nümunələrinin
öyrənilməsi və onların Azərbaycana aid olmasının təsdiqlən-
məsi, UNESCO, ISESCO, TÜRKSOY və digər beynəlxalq
təşkilatlarda təsviri sənətimizin təbliği və tanıdılması
istiqamətində mühüm işlər həyata keçirilir.
Azərbaycan Respublikasının ərazisinin 20 faizinin
Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin
vətənpərvərlik tərbiyəsi daha çox aktuallıq tələb edir.
Müharibə şəraitində yaşayan bir ölkədə gənc nəsildə torpağa,
vətənə məhəbbət hisslərinin aşılanması, düşmənə nifrət
duyğularının formalaşması vacibdir. Buna görə də bu
mövzuda yazılmış bədii əsərlərin təbliğinə daha geniş yer
verilməlidir. Hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda
tədbirlər keçirilməlidir.
Vətənpərvərlik tərbiyəsində klassiklərimizin bədii irsinin
təbliği də çox faydalıdır. Bu baxımdan N.Gəncəvi, M.Füzuli,
M.F.Axundov, A.Səhhət, M.Ə.Sabir, S.Vurğun və başqa
klassiklərimizin əsərlərindəki vətənpərvərlik hisslərinin və
çağırışlarının təbliği məqsədəuyğundur.1941-1945-ci illərin
II dünya müharibəsində iştirak etmiş və qəhrəmanlıqlar
göstərmiş azərbaycanlılar haqqında, Dağlıq Qarabağ
müharibəsi, 20 Yanvar, Xocalı faciəsi, Şuşanın, Laçının və
başqa rayonların işğalını əks etdirən əsərləri dönə-dönə
oxucuların diqqətinə çatdırmaq lazımdır.
Milli-mənəvi dəyərlərə bağlılıq vətənpərvərlik hisslərini
gücləndirir, insanın əsl vətəndaş kimi yetişməsində birbaşa
rol oynayır. Vətənpərvərlik insanın vətəninə sevgi və
sədaqətindən, onun tarixi, milli və mədəni dəyərləri üçün
qürur hissi keçirməsindən, doğma vətənin siyasi, iqtisadi və
mədəni tərəqqisi naminə çalışmasından və onun müdafiəsinə
hər an hazır olmasından ibarətdir. Vətənpərvərlik hissi
insanda uşaqlıqdan tərbiyə edilməli, kiçik yaşlarından məktəb
kitabxanalarında bu istiqamətdə tədbirlər keçirilməlidir. Hər
bir kitabxananın fondu milli vətənpərvərlik və vətəndaşlıq,
milli mədəni və ya mənəvi dəyərləri təbliğ edən kitablarla
zənginləşdirilməlidir. Xüsusilə, təbliğat Azərbaycançılıq
üzərində qurulmalı, Azərbaycan tarixi, etnoqrafiyası dəqiq
şəkildə təbliğ edilməlidir. Xüsusilə, məktəb kitabxanasında
keçirilən ədəbi və mədəni tədbirlər uşaq psixologiyasına daha
çox və tez təsir göstərir. Kütləvi tədbirlərdə nümunəvi ziyalı
və vətənpərvər dövlət xadimlərinin həyat və fəaliyyəti geniş
işıqlandırılmalıdır. Həmçinin, tarixi qəhrəmanlarımızın,
vətənin azadlığı uğrunda canından keçən Milli Qəhrəman-
larımız, şəhid və Qarabağ müharibəsi veteranlarının da
qəhrəmanlıqları geniş təbliğ edilməlidir. Ədiblərimizin
vətənin tərənnümü və vətənpərvərlik ruhunda yazdığı
şeirlərinin müsabiqəsini təşkil etmək, nəsr əsərlərindən
tamaşalar səhnələşdirmək, vətənə sədaqət, onun maddi və
mənəvi dəyərlərini qorumağı təbliğ etmək vətənpərvərlik
hisslərinin formalaşdırılmasında əvəzsiz rol oynayır.
Kitabxanalarda keçirilən tədbirlərdə bayramlarımızdakı adət-
ənənələrin, xalq dramları və oyunlarının göstərilməsi də
məktəblilərin milli ruhda tərbiyə olunmasına təkan verir.
Eləcə də xalqımızın unudulmuş adət və ənənələrinin bədii-
estetik mahiyyətinə diqqət yetirmək, yeni dövrün tələblərinə
uyğun olaraq bu folklor nümunələrimizi, zəngin mədəni
irsimizi təbliğ etmək hər bir kitabxanaçının borcudur.
Ölkəşünaslıq: Xalqların mənəviyyatı, adət-ənənələri,
dilləri, ictimai-siyasi həyatı və s. haqqında bilgi verən və
dövrümüzə qədər gəlib çatan maddi-mədəniyyət abidələri,
yazılı sənədlər öz əksini tarixi mənbələrdə tapır. Ölkəşünaslıq
mövzusu bu yönümdə əvəzolunmazdır. Bu baxımdan rayon
və kənd məktəb kitabxanalarında yeni nəsil vətənpərvərlik,
milli qürur hissinin daha da yüksəldilməsi xüsusilə
əhəmiyyətə malikdir. Ölkəşünaslıq materiallarının yazılması,
nəşr edilməsi faydalı iş olmaqla bərabər həm də tədqiqatçılıq
xarakteri daşıyır. Belə bir iş nəinki oxucularda təlim-tərbiyə
işinin keyfiyyətini yüksəldir, eyni zamanda kitabxanaçıların,
müəllimlərin və s. ideya-siyasi və elmi nəzəri səviyyəsini və
biliklərini artırır. Ölkəşünaslıq materiallarının məktəb kitab-
xanalarında təbliği deyərkən Azərbaycan Respublikasının
iqtisadi-coğrafi rayon-laşdırılmasında, əhali və onun bölüş-
dürülməsi, sənayesi, kənd təsərrüfatı və onun struktur
xüsusiyyətləri, nəqliyyatı və xidmət sahələri, inzibati ərazi
bölgüsü və tarixi əsas götürülür. Bütün bu saydıqlarımıza
əlavə olaraq öyrənilən ərazinin kartoqrafik və topoqrafik
təsvirləri, öyrənilən əraziyə aid müxtəlif cədvəl, sxem və
diaqramlar, ərazinin müxtəlif sahələrini əks etdirən
fotoşəkillər, doğma diyarı vəsf edən şeirlərdən və s. istifadə
oluna bilər. Ölkəşünaslıq materiallarının təbliğində elektron
resursların tətbiqi də vacib məsələlərdən biridir. Bu oxucu-
larda mənimsəmə və qavrayışı asanlaşdırır, əyaniliyi təmin
edir, oxuduqlarının yaddaşda daha yaxşı qalmasına şərait
yaradır, oxucular ölkəşünaslıqla bağlı daha ətraflı bilik və
məlumatlar əldə edir. Bu fəaliyyətin səmərəli nəticə verməsi
üçün kitabxananın saytında ölkənin tarixinə və mədəniy-
yətinə aid tarixi-ölkəşünaslıq sənəd (məlumat) bazasının
yaradılması vacibdir. Elektron resurslar operativ texniki
informasiya vasitəsi kimi oxucuları özünə cəlb edir, onların
doğma yurda olan məhəbbətini artırır. Ölkəşünaslığa aid
materialları kompüterə daxil edilərkən yazı və görüntü
materialları bir-birini elə tamamlamalıdır ki, vəhdət təşkil
etsin. Ölkəşünaslıq coğrafiyanın tərkib hissəsi sayılmaqla
eyni zamanda yerli elmi-kütləvi informasiya xarakteri daşıyır.
Yəni şagirdlərin öz yaşadıqları ərazi üzrə görə bilmədiyi (və
ya eşitmədiyi) coğrafi obyektlər ekrana gətirilir və bu da
nəticə etibarilə, oxucu ruhuna, dünyagörüşünə və ən əsası
yaddaşına birbaşa təsir edir. Ölkəşünaslıq materiallarının
işlənib hazırlanması başqa mövzulardan tam fərqli olaraq
sərbəst yanaşılan bir mövzudur. Oxucularda vətənpərvərlik
hisslərinin aşılanmasında, milli-mənəvi dəyərlərimizin qorun-
masında mətbuat məqalələrinin imkanlarını daha yaxşı real-
laşdırmaq üçün ədəbiyyatı və dövri mətbuat məqalələrinin
təbliğat işini daim yaxşılaşdırmaq, onların hər bir şagirdə ən
asan yolla çatmasına kömək etmək lazımdır. Belə material-
ların hazırlanması kitabxanaya gələn şagirdlərin kitabı, dövrü
mətbuatı mənimsəmə keyfiyyətini artıran cəhətlərdəndir.
Digər tərəfdən sual-cavab və müzakirələr əsnasında oxucu-
lara sərbəstlik verilməlidir ki, onların doğma yurdla bağlı
fikir, təklif və rəyləri üzə çıxsın. Bu da nəticə etibarilə ölkə-
şünaslıq materiallarının zənginləşməsinə xidmət etmiş olur.
Kitabxanaçılar bu məqsədlə kitabxanada “Adət və
ənənələr mənəvi əxlaqi dəyərlər” adlı tematik (mövzu)
gecələr, ölkəşünaslıq mövzusunda sərgilər, təşkil edə bilərlər.
Adətən belə gecələr kiçik məruzə və mühazirə ilə başlayır .
Gecə, tədbirdə iştirak edən ziyalı fəalların çıxışları ilə başa
çatır. Tədbir keçirilən bina gecənin əsas mövzusunu əks
etdirən xüsusi şüarlar, plakatlar, fotomontajlar ilə bəzədilir.
Fotomontaj fotoşəklin lazımlı hissəsini kəsib başqa şəkillərlə
əlaqələndirmək imkanı verir. Fotomontaj hər hansı şəklin ilk
variantı ilə sonrakı variantı arasında müqayisə aparmağa
imkan yaradır. Çox vaxt gecələr üçün sərgilər, kitab vitrinləri
hazırlayır, məsləhət görülən ədəbiyyatın siyahısını asırlar.
Tematik gecə milli dəyərlərin təbliği mövzusunda təşkil
edilmiş sənədli, elmi-kütləvi, bədii filmlərin göstərilməsi ilə
və ya bədii özfəaliyyət dərnəklərinin konserti ilə başa çatır.
Məktəbdə diyarşünaslıq - müəyyən ərazinin uzaq və yaxın
keçmişinin şagirdlər tərəfindən öyrənilməsi kitabxanaçı və
tarix müəlliminin rəhbərliyi ilə həyata keçirilir. “Doğma
diyar” adlandırılan ərazi həmişə eyni cür lokallaşdırılmır;
bəzi hallarda o kənd və ya şəhər hüdudları ilə məhdud-
laşdırılır, digər hallarda rayonun inzibati sərhədləri, üçüncü
isə sahənin və ya muxtar respublikanın miqyası kimi.
Aparılan müşahidələr göstərir ki, hazırda respublikanın bütün
rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılıb və
fəaliyyət göstərir. Həmin muzeylərdə rayonun coğrafi
mövqeyi, təbiəti, təbii ehtiyatları, istehsal sahələri, tarixi,
əhalisi, ərazinin tanınmış şəxsiyyətləri haqqında zəngin
materiallar yer alır. Tarix –diyarşünaslıq muzeylərində
müxtəlif xəritələr, rəsm əsərləri, tanınmış adamların xatirə və
memuarları, yerli tarixi abidələrin şəkilləri və onlar haqqında
məlumatlar, eləcə də təbiət abidələri haqqında məlumatlara
xüsusi guşələr ayrılır. Təcrübə göstərir ki, tarix-diyarşünaslıq
muzeylərinə ekskursiyaların təşkili məktəblilərin şəxsiyyət
kimi hərtərəfli inkişafına, eləcə də onların gələcəkdə peşə
seçmələrinə, elmi dünyagörüşlərinin formalaşmasına, elmi
biliklərin dərindən öyrənilməsinə təkan verir.
Diyarşünaslığa dair biliklərin əsası əslində ibtidai
siniflərdən qoyulur. Tədris ilinin birinci yarısından şagirdlər
yaşadıqları ərazinin bitkiləri, heyvanlar aləmi, təbiəti və
iqlimi ilə tanış olurlar. Nəticədə təbiəti müşahidə etməklə
onlar öz ölkəsinin xəritəsində digər rayonlarla öz rayonlarının
təbiətini, təbii sərvətlərini və əmək ehtiyatlarının aydın
mənzərəsini müqayisə edə bilirlər.
Yuxarı sinif şagirdlərinin tarix-diyarşünaslıq muzeylərinə
ekskursiyaları şagirdlərin elmi dünyagörüşünü artırır. Tarix,
insan və cəmiyyət fənlərinin elmiliyini, eləcə də tərbiyəvi tə-
sirini gücləndirir. Həmçinin bu ekskursiyalar coğrafiya fən-
ninin tədrisinə də müsbət təsir edir. Hər hansı ekskursiya
çıxmazdan əvvəl xüsusi hazırlıq tələb edir. Bunun üçün həm
kitabxanaçı, həm də şagirdlər diyarşünaslığa dair sorğu ədə-
biyyatı, muzeyin avadanlığı və turist səfərlərinin planı ilə ta-
nış olmalıdırlar. Məktəblilərin öz rayonlarının müxtəlif guşə-
lərinə turist səfərləri 15-20 nəfərdən ibarət təşkil oluna bilər. Milli mənəvi dəyərlər adət-ənənələrlə nəsildən-nəslə
ötürülən yazılmamış qayda-qanunlardır, onların mənfi ünsürlərdən qorunması və təbliğində kitabxanaçıların üzərinə böyük məsuliyyət düşür. Kitabxanalar və kitabxanaçılar ölkənin (regionun) tarixi və mədəni təcrübələrinin toplandığı xəzinənin qoruyucuları kimi ölkə sakinlərinin elmi dünyagörüşünün, siyasi şüurunun formalaşmasında vacib rol oynayırlar. Kitabxanaların fəaliyyətinin məqsədi yalnız ölkəşünaslığı (diyarşünaslığı) əks etdirən sənədlərin şagirdlər arasında yayılması deyil, həm də sərgilər, reklamlar vasitəsilə fondlarının ölkəşünaslıq (diyarşünaslıq) ədəbiyyatının təbliği və oxucularla mədəni-maarif işinin də aparılmasıdır. Ölkəşünaslıq (diyarşünaslıq) kitabxana sərgisi – kitabxanada olan kitab və başqa informasiya daşıyıcılarının daha çox effektli, kəsərli formada əyani təqdimetmə növüdür. Ölkə-şünaslıq (diyarşünaslıq) kitab sərgiləri öz məzmununa, oxucu istiqamətinə görə müxtəlifdir - daimi, universal mövzulu, yeni nəşrlər sərgisi və s. Ölkəşünaslıq (diyarşünaslıq) xarakterli sərgilər bir qayda olaraq daimi xarakterli olur və şagirdlərin vətən-pərvərlik tərbiyəsi və ekoloji maarifləndirilməsi çərçivəsində həyata keçirilir. Qеyd еdək ki, kitabхanalarda təşkil еdilən hərbi vətənpərvərlik məzmun-lu sərgilərdə müharibə mövzusunda yazılmış bədii, pub-lisistik kitablarla yanaşı, müхtəlif qəzеt və jurnal materialları da əks еtdirilir ki, bu da həmin sərginin əhəmiyyətini хеyli artırır. Ölkəşünaslıq sərgilərində sərlövhə kimi Vətən haqqında Atalar sözlərindən də istifadə etmək olar:
- Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən".
- Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir. - Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam. - Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi. - Qürbətdə xan olunca, Vətənində dilən, gəz. - Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri. - Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır. - Vətənə gəldim, imana gəldim. - Dam dirək üstə durar. - Doğma yurd şirin olar.
Kitabxanalar Heydər Əliyev Fondunun milli dəyərlərin təbliği ilə əlaqədar nəşr etdirdiyi kitabların təqdimatını da keçirə bilər.
Milli dəyərlərimzi özündə əks etdirən mətbuat nümunələrini şagirdlərə çatdırmaq üçün hər gün kitabxanaçı dövri mətbuatı oxumalı lazımi materiallar toplamalı “Milli dəyərlərimizin qoruyucusu”, “Milli dəyərlərimiz”, “Mədəni dəyərlərə qayğı”, “Milli- mənəvi irsimiz bizim tariximizdir” və s. adlarda kartoteka (kartoteka varsa yeni rublikalarla zənginləşdirilməlidir) tərtib etməlidir. Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuz, həm də siyasi mövcudluğumuz, dövlətçili-yimiz qarantına çevrilməlidir. Milli-mənəvi varlığımızın qorunub-saxlanması da dövlətin ən əsas funksiyalarından biri olmalıdır.
Kitabxanada “Keçmişi yaşadaq, gələcəyi quraq” adlı müzakirə təşkil etmək də oxucular tərəfindən maraqla qarşılana bilər. Bu gün erməni qəsbkarlığı nəticəsində dağıdılmış, məhv edilmiş abidələr onların bugünkü və gələcək taleyi barəsində müzakirələr aparılmalı və müzakirənin nəticələrindən əməli işdə istifadə edilməlidir. Müzakirə zamanı mövzunun düzgün dəyərləndirilməsi
məqsədilə mövzu ilə əlaqəli şəxslər - Vətən müharibəsi veteranları, Qarabağ müharibəsi iştirakçıları, mütəxəssislər, memar və heykəltaraşlar dəvət oluna bilər. Müzakirənin mövzuya aid sənədli film ətrafında da keçirilməsi mümkündür.
Novruz bayramı Azərbaycan xalqının tarixin qədim qatlarında yaratdığı zəngin folklorunu özündə yaşadan “Novruz” bayramı da Azərbaycançılıq ideyasını, xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirir. 2010-cu il 23 fevral tarixində martın 21-i BMT Baş Assambleyası tərəfindən Beynəlxalq “Novruz” Günü elan edilmişdir. “Novruz” beynəlxalq bayram statusu əldə etməklə bütün ölkələrin və xalqların birləşməsinə, mədəniyyətlərarası dialoqa və anlayışa təşviq edilməsinə, dünyada sülhün və əmin-amanlığın gücləndirilməsinə səbəb olmuşdur. Keçiriləcək tədbirin kompozisiyasından asılı olaraq xüsusi proqram, ssenari tərtib edərək səhnəcik qurmaq olar. Tədbirə hazırlaşmaq yaradıcılıq qabiliyyəti tələb edir. Təşkilatçı şənliyin əvvəlindən sonuna kimi bütün elementləri (çıxış, rəy, qonaqlara söz vermə, musiqi nömrələrini) ssenaridə əks etdirir. İştirakçıların yerləşdirilməsi, aparıcıların yeri, qonaqların qarşılanması, tədbir keçiriləcək yerin mövzuya uyğun bəzədilməsi, lazımi stend, sərgi, əvvəlcədən planlaşdırılır. Tədbir mövzu ilə bağlı şeir, bədii qiraət, ədəbi kompazisiya və səhnəciklərlə tamamlanır. Kitabxanaçı şənliyin mövzusuna uyğun ədəbiyyat sərgisi, viktorina, ədəbi oyunlar hazırlayır. Yerləşdiyi ərazidəki məktəbdə rəssamlığa, memarlığa maraq göstərən şagirdlərin rəssamlıq, memarlıq qabiliyyətlərini aşkara çıxarmaq və maraqlarını təmin etmək üçün bayrama aid çəkiləcək ən yaxşı illüstrasiyalar, hazırlancaq maketlər üçün müsabiqə elan edilir. “Novruz” bayramına aid tərtib edilmiş maraqlı ədəbi viktorina da ssenariyə əlavə edilir. Kitabxanaçı şagirdlərin köməyi ilə bayramın simvolu olan keçəl və kosanı tamaşa üçün
hazırlayır. Tədbirin keçirilməsində dekorasiya, aktyor geyimlərindən məharətlə istifadə edilməlidir. Tədbirdə “Novruz” tamaşaları, musiqi, kəndirbaz oyunları, rəqslərlə, bayram ənənələrini əks etdirən milli kulinariya nümunələri də nümayiş etdirmək olar. “Novruz” bayramı ilə bağlı muğam ifaçıları və sənətçiləri də dəvət etmək olar.
Xalqımızın möhtəşəm mədəniyyət abidəsi olan, əsrlər boyu milli mənəvi dəyərlərimizi özündə əks etdirən, professional musiqimizin yaranıb formalaşmasında əvəzsiz rol oynayan muğam sənətini təbliğ etmək hər bir kitabxanaçının öhdəsinə düşən vacib məsələdir. Bunun üçün kitabxanaçılar kütləvi tədbirin müxtəlif formalarından istifadə edə bilərlər.
“Muğamın tarixindən”, “Azərbaycan muğamları dünya səhnələrində”, “XXI əsrdə muğam sənəti” və s. adlarda məruzələrin, söhbətlərin keçirilməsi “Qarabağ xanəndələri”, “Unudulmuş səslər”, “Azərbaycanın qədim xanəndələri”, “İnstrumental muğamlar”, “Muğam ustadları” CD albomlarının sərgi və təqdimatını təşkil etmək məsləhətdir. Muğam sənəti haqqında yazılmış kitablar, dövri mətbuatda çap edilmiş məqalələr xüsusən də 2007-ci ildən nəşrə başlamış “Muğam” (üç dildə: azərbaycan, rus, ingilis) jurnallarının materiallarından istifadə etməklə “Azərbaycanın muğamı” adlı kartoteka yaratmaq, kartoteka varsa “Muğam ənənələri”, “Muğam adlarının etimologiyası”, “Muğam dəstgahları”, “Muğam dünyası” və s. adlarda yeni rublikalar yaratmaq olar. İnternetdə muğamla bağlı audio və video materialları özündə əks etdirən müxtəlif saytlardan istifadə etmək, imkan daxilində xanəndələr və muğam biliciləri ilə birlikdə muğam məclisləri və dərnəklər də təşkil etmək məqsədəuyğun olardı.
ULU ÖNDƏR VƏTƏNPƏRVƏRLİK VƏ
VƏTƏNDAŞLIQ HAQQINDA
Azərbaycan müstəqil dövlətdir. Nə olur-olsun, bu
müstəqilliyini heç vaxt əldən verməyəcəkdir. Qırılsaq da,
ölsək də müstəqilliyimizi əldə saxlayacağıq. Əgər bizi də
qərsalar, balalarımız müstəqilliyimizi davam edəcəklər.
* * *
Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətin-
liklə durun, Vətəni qoruyun. Xalq, Vətən sizin şücaətinizi
layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır.
* * *
Azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə
yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının
bu günü və gələcəyi haqqında düşünməlisən.
* * *
Vətəni müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir
gənc bizim üçün əziz və dəyərlidir.
* * *
Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpər-
vərlik, Vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda
şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf
etdirmək və təbliğ etməkdir.
* * *
Bizim güclü ordumuz olmalıdır, hər bir vətəndaş orduda
xidmət eyməyi özünün şərəfli borcu hesab etməlidir. Hər bir
valideyn öz oğlunun, övladının orduda xidmət etməsini şərəf
bilməlidir.
* * *
Bu gün hamı, ən əvvəl, əli silah tuta bilən kişilər Vətənin
müdafiəsinə qalxmalıdırlar.
* * *
Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini
əldə etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-
amanlıq şəraitində yaşamasının təminatıdır.
* * *
Mən qələbəmizə inanıram. Qələbəni biz birlikdə təmin
etməliyik. Bu nurlu günün yaxınlaşmasında ordumuza hər
kəs əlindən gələn köməyi göstərməlidir.
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan
Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur!
* * *
Azərbaycanın dövlət müstəqillyi dönməzdir və biz
müstəqilliyimizə, milli azadlığımıza qəsd olunmasına heç
vaxt yol verməyəcəyik!
* * *
Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi
dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam
və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır.
* * *
Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas
olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər.
* * *
Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənis-
tan tərəfi də bilməlidir ki, biz heç bir vaxt torpaqlarımızın bir
metrini də, bir qarışını da heç kəsə verməyəcəyik!
* * *
Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi
qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan
xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır!
* * * Hər bir gənc ailəsindən, ata-anasının tutduğu vəzifədən,
yaxud da maddi vəziyyətindən asılı olmayaraq Azərbaycan Milli Ordusunda xidmət etməlidir. Milli Ordumuzda xidmət
etmək hər bir Azərbaycan vətəndaşının şərəfli borcu olmalıdır.
* * * Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən
qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqil-liyimizi biz daim qoruyub saxlayacağıq.
* * * Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbay-
canın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır.
* * * Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xid-
məti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşa-yacaqdır. Onların qəhrəmanlığı, şəhidliyi Azərbaycan Ordusunun əsgərləri üçün böyük örnək olacaqdır.
ƏLAMƏTDAR HADISƏLƏR VƏ TARIXI
GÜNLƏR
20 YANVAR FACİƏSİ
1990-ciı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan
xalqının başına görünməmiş müsibət gətirildi. Vətənin
azadlığı uğrunda mübarizəyə qalxan, torpağına, sərhədlərinə
edilən təcavüzə etirazını bildirən silahsız, günahsız insanlar
təpədən-dırnağadək müasir silahlarla silahlanmış sovet
qoşunlarının amansız vəhşiliyinin qurbanı oldular. Bakının
küçələri qana boyandı, xalqımız öz azadlığı və suverenliyi
uğrunda mübarizədə ilk şəhidlərini verdi. 20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizə tarixi-mizdə dönüş məqamı kimi qiymətləndirilir. Bu faciə yalnız tarixin bir anı kimi deyil, baş verdiyi mürəkkəb dövrün
kontekstində səbəb və nəticələri, tarixi hadisələrin xronoloji ardıcıllığı ilə öyrənilməli və öyrədilməlidir. 20 Yanvar faciəsinə aparan yola nəzər yetirmək bizim üçün son dərəcə əhəmiyyət kəsb edən yaxın tariximizin, deməli həm də bu günümüzün ictimai-siyasi hadisələrini obyektiv qiymətlən-dirmək üçün lazımdır. 20 Yanvar müqəddəs “ŞƏHİD” kəlməsini yenidən bütün tarixi məzmunu ilə dilimizdə canlandırdı. Əsrin əvvəllərində milli mənliyimiz və müstəqilliyimiz uğrunda şəhid olanların basdırıldığı yer Sovet dövründə Dağüstü park adı ilə əyləncə yerinə cevrilərək xalqın yaddaşından silinmişdi. İndi isə müstəqillyimiz, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən oğulların dəfn olunduğu bu yer yenidən xalqın ziyarətgahına çevrilib. “Şəhidlər xiyabanı” – dünənimizi bu günlə, bu günümüzü sabahla birləşdirən, xalqın birliyinin, iradəsinin və qətiyyətinin nümayiş olunduğu müqəddəs bir məkandır.
XOCALI FACİƏSİ
1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi – Xocalı qırğını baş verdi. Yüzlərlə insan al qanına qəltan edilib qətlə yetirildi. Düşmən kini, küdurəti içinə yığıb kimsəyə aman vermədi. Kafir erməni həmin o dəhşətli gecədə ağbirçək anaya, ağsaqqal qocaya, südəmər körpəyə də güllə atdı. Düşmən amansız idi və xislətindəki bütün insani hissləri kənara qoyub quduz canavara dönmüşdü. O, türk qanına həris idi və bu qandan içdikcə hiddətlənir, ehtiraslı bir qüvvə ilə köməksiz ovunun üstünə atılır, insafın, mərhəmətin nə olduğunu bilmirdi. Onun qəlbində yalnız bir “istək” alovlanırdı: türk qanı içmək! Bacardıqca çox içmək! Onun ulu babaları da həmişə belə etmişdi – türk qanı içmək həsrətiylə yaşamışdılar. İndi o məkrli babaların kinli övladları bu istəyi həyata keçirirdilər. İnsanlıq adına yazılmayan bütün vəhşilikləri köməksiz
insanların taleyinə qanlı güllələrlə həkk edirdilər. Körpə naləsindən, ağbirçək ana yalvarışlarından daha da “ruhlanır-dılar”. Ermənilər doğrudanmı kafirlik edirdilər o gecə? Allah xofundan ehtiyat etmirdilərmi? Bir də kafirdə hansı insani hiss, düşüncə olur ki, Allah adından da ehtiyatlansın. XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNƏ
SÜKUT DƏQİQƏSİ ELAN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələri
Azərbaycan xalqına qarşı misli görunməmiş Xocalı
soyqırımını törətmişlər. Bu kütləvi və amansız qırğın aktı
erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini,
ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı
siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan
xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər
tarixində qara ləkə kimi qalacaqdır.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək
məqsədilə qərara alıram:
Hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan
Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının
xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 25 fevral 1997-ci il
2 FEVRAL
AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜ
1996- cı il fevral ayının 2-də ümummilli lider Heydər
Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin birinci forumu
keçirilmişdir.
1997-cı ilin fevral ayının 1-də Azərbaycan
Respublikasının Prezidenti Azərbaycanda dövlət quruculuğu
sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il 2 fevral
tarixində müstəqil Azərbaycan Respublikası gənclərinin
birinci forumunun keçirilməsini nəzərə alaraq “2 fevral –
Azərbaycan gəncləri günü” elan edilməsi haqqında sərəncam
imzalamışdır.
21 FEVRAL BEYNƏLXALQ ANA DILI GÜNÜDÜR
21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd
olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında
Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq
Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də
əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal
dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada
polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər
şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz
həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili
günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-
nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü
elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün
məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı
tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin
qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili
günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla
qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ
olduğunu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil
ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını
səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər
hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan
yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər
övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac
duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi,
mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və
inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə
ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş
olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması
isə cinayətdir. Beynəlxalq Ana dili günü hamını bu cinayətə
qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna
yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl
səhifəsidir.
8 MART
BEYNƏLXALQ QADINLAR GÜNÜ
Qadınlarımız ölkəmizin həyatının bütün sahələrində
uğurla fəaliyyət göstərir, yeni cəmiyyət
quruculuğuna öz töhfələrini verirlər.
Heydər ƏLİYEV
Bütün dünyada olduğu kimi 8 Mart Beynəlxalq Qadınlar
Günü Azərbaycanda da böyük təntənə ilə qeyd olunur.
Respublikamızda elə bir sahə yoxdur ki, orada qadınlar
çalışmasınlar. Təkcə təhsil və səhiyyə sahəsində çalışanların
50 faizdən çoxunu qadınlar təşkil edir. Tarixə nəzər yetirsək
şahidi olarıq ki, Azərbaycan qadınları çox çətin və şərəfli
yollar keçiblər. Tarixin bir çox dövrlərində onların zəhməti
layiqincə qiymətləndirilməyib, istedad və bacarıqları üzə
çıxarılmayıb. Ancaq bu gün müstəqil Azərbaycan
cəmiyyətində xanımlarımızın normal fəaliyyəti üçün lazımi
şərait yaradılmış, onlar dövlət səviyyəsində diqqət və qayğı
ilə əhatə olunmuşlar. Xüsusilə ümummilli liderimiz Heydər
Əliyevin ikinci dəfə ölkəmizə rəhbərliyə qayıdışından sonra
bu məsələ diqqət mərkəzində olmuşdur. İmzalanmış bir neçə
fərman buna əyani sübutdur. 1995-ci ildə Heydər Əliyevin
imzaladığı fərmanla respublikamız Birləşmiş Millətlər
Təşkilatının “Qadınlara münasibətdə hər cür ayrı-seçkiliyin
ləğv olunması” Konvensiyasına qoşulmuşdur. Digər fərmanla
respublikamızda Qadın Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması bu sahədə atılmış mühüm addımlardan biri
olmuşdur. 1998-ci ildə müstəqil Azərbaycanın birinci
qadınlar qurultayının keçirilməsi xanımlarımızın həyatında ən
əlamətdar hadisələrdən birinə çevrilmişdir. Önəmli faktlardan
ən başlıcası isə 2000-ci il mart ayının 6-da ümummilli
liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasında
dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman
imzalaması olmuşdur. Məhz bu fərman Azərbaycan
qadınlarının respublikamızın ictimai-siyasi həyatında və
digər sahələrda fəallaşmasında xüsusi rol oynamışdır.
20 – 21 MART
NOVRUZ BAYRAMI
Azərbaycan xalqı özünün erkən əkinçilik, maldarlıq
təsəvvürləri ilə bağlı rəngarəng bayramlarını yaratmışdır. Ulu
qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan bu
bayramları xalqımız bir-birindən oynaq, şirin və lətafətli
nəğmələr, ibtidai təsəvvürlərlə bağlı ayin, etiqad, ənənə və
mərasimlərlə bəzəmişdir. Yüzilliklər dolabında bu xalq
bayramlarının nəğmə və sözünün nəqşi pozulanı da olub,
bəndi unudulanı da... Lakin xalq coşğun bir yaradıcılıqla
bayram nəğməsinin pozulmuş ahəngini, el sözünün unudul-
muş bəndini cilalamış, onun özünün qüdrətli mənəvi dünya-
sını əks etdirən yallılar, coşğun rəqslər, rəngarəng oyunlar,
açıq havada keçirilən meydan tamaşaları ilə bəzəmişdir.
Xalqımızın belə bayramlarından biri də “Novruz”
bayramıdır. O həh il mart ayının 20-21- də keçirilir.
“Novruz” əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı
yaranmış bayramlardandır. Bu byramı keçirmək Orta Şərq və
Orta Asiya xalqları içərisində daha qədim ənənələrdən hesab
olunur.
“Novruz” haqqında məlumat verən mötəbər mənbələr
içərisində “Avesta” mühüm yer tutur. “Avesta”da “Novruz”
xalqın bolluğa, qüdsiyyətə sitayiş bayramı hesab olunur.
Hətta onun əkinçilik bayramı olması da qeyd edilir.
“Avesta”da deyilir ki, “Novruz” əkin bolluğu bayramıdır. O,
sağlamlığın, firavanlığın başlanğıcıdır.
Zərdüştlərin “Novruz”la bağlı çox adət, ənənə, ayin və
etiqadları daha bütöv halda “Avesta”da qorunub saxlan-
mışdır. Lakin bu da bir həqiqətdir ki, istər Azərbaycanda,
istərsə də “Novruz”u bayram eləyən başqa xalqlar içərisində
onun yaranması ilə bağlı müxtəlif rəvayətlər, miflər, əfsanələr
mövcuddur.
31 MART
AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ
Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mart
ayının 16-da “Azərbaycanlıların soyqırımı haqqında”
imzaladığı fərmanla hər il martın 31-i ölkəmizdə soyqırım
günü kimi qeyd edilir, dövlət səviyyəsində müxtəlif tədbirlər
həyata keçirilir. Məhz bu gün keçirilən tədbirlərdə dünya
ictimaiyyətinə bir daha çatdırılır ki, 1905-ci və 1918-ci
illərdən başlayaraq erməni millətçiləri dəhşətli faciələr
törətmiş, azərbaycanlılara qarşı soyqırım siyasətinin həyata
keçirilməsi üçün ən amansız vəhşiliklərə əl atmışlar. Bunun
nəticəsində minlərlə soydaşımız öz doğma torpaqlarından
didərgin düşmüş, tarixi abidələrimiz dağıdılmış, insanlar
vəhşicəsinə qətlə yetirilmişdir. Ümumiyyətlə, erməni
millətçilərinin soyqırım siyasətinin iki yüz ilə yaxın tarixi
var. Bu siyasətin arxasında isə bir məqsəd dayanır: Böyük
Ermənistan yaratmaq xülyası.
Tarixin bütün dövrlərində nankor qonşularımız
Azərbaycana qarşı ərazi iddiasında olmuşlar. 1920-ci illərdə
Azərbaycanın tarixi ərazisi olan Zəngəzur heç bir əsası
olmadan ədalətsizcəsinə Ermənistana verildi. Beləliklə də,
Azərbaycanın qədim Naxçıvan torpaqları Vətənimizin qalan
hissəsindən ayrı düşdü. Bununla paralel Dağlıq Qarabağda
erməni muxtariyyətı yaradıldı. Növbəti ədalətsiz qərar bu
dəfə də erməni millətçilərinin xeyrinə işlədi. 1948 – 1953-cü
illərdə ermənilər yüz minlərlə azərbaycanlının öz ata-baba
yurdlarından deportasiyasına nail oldular.
XX əsrin sonlarında ermənilərin ərazi və torpaq iddiası
özünü daha qabarıq şəkildə büruzə verdi. Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi tələbi əvvəlcə nümayiş və
mitinqlər şəklində tələb olunurdusa, sonradan bu tələb
müharibə səviyyəsinə qalxdı. Bu dəfə ermənilərin köməyinə
Qorbaçovun “perestroyka” siyasəti çatdı. Əvvəlcə Dağlıq
Qarabağın azərbaycanlılar yaşayan yaşayış məntəqələri işğal
olundu. Soydaşlarımız öz doğma torpaqlarından qovuldular.
Sonradan isə daha iri rayonlarımız “böyük qardaşın” köməyi
ilə ermənilər tərəfindən zəbt olundu. 1992-ci ilin fevral
ayında isə dünyada analoqu olmayan vəhşilik törədildi.
Erməni millətçiləri Xocalıda həyata keçirdikləri əməliyyatla
bir daha öz vəhşiliklərini sübut etdilər. Xocalı yerlə yeksan
olundu. Yüzlərlə insan qanına qəltan edildi. Bu adi faciə
deyildi. Azərbaycanlı qanına susamış ermənilərin soyqırım
siyasətinin “uğurlu” nəticələrindən biri idi.
Təəssüflər olsun ki, Azərbaycana qarşı ədalətsiz qərarlar,
təcavüzlər, xəyanətlər uzun illər beynəlxalq ictimaiyyətə
çatdırılmamış, ictimai müzakirəyə çıxarılmamış, öz hüquqi-
siyasi qiymətini almamışdır. Məhz Heydər Əliyevin xalqın
təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra
bu məsələlər ölkə Prezidentinin fəaliyyətində ön plana
cəkildi. Ümummilli liderimiz bütün xarici səfərlərində ən
mötəbər kürsülərdən dünyaya sübut etdi ki, Ermənistan
təcavüzkar, işğalçı dövlətdir. Azərbaycana qarşı törədilmiş
bütün vəhşiliklər Heydər Əliyevin tələbi və gərgin fəaliyyəti
nəticəsində öz hüquqi-siyasi qiymətini aldı.
Beynəlxalq təşkilatlarda erməni terrorçuluğu, ermənilərin
soyqırım siyasəti ifşa edildi.
9 MAY - QƏLƏBƏ GÜNÜ
Vətən, torpaq yolunda özünü qurban verənlərin
xatirəsi qəlbimizdə daim yaşayacaq, şücaəti Azərbaycan
xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır.
Heydər ƏLİYEV
20-ci əsrin qanlı, milyonlarla insanların həlak olmasına
səbəb olan savaşlarından biri Böyük Vətən müharibəsidir.
Böyük Vətən müharibəsi 1941-ci ilin iyun ayının 22-də
başlayıb. Həmin gün alman faşistləri SSRİ üzərinə hücum
etmişlər. Müharibə başlanan gündən azərbaycanlılar da
cəbhələrə yollanmış, bu savaşda xalqımızın qəhrəmanlıq
ənənələrini ləyaqətlə davam etdirmiş, döyüşlərdə igidlik
göstərmişlər. Böyük Vətən müharibəsinə yollanan altı yüz
mindən artıq həmyerlimizdən üç yüz min nəfəri Vətən
uğrunda həlak olmuşdur.
Qələbənin təmin olunmasında Bakı nefti böyük rol
oynamışdır. Müharibə illərində “Hər şey cəbhə üçün, hər şey
qələbə üçün!” şüarı hər bir azərbaycanlının ən başlıca
məqsədi olub, arxa cəbhə ilə ön cəbhənin vəhdəti böyük
qələbəyə zəmin yaratmışdı.
Ölüm-dirim savaşında Həzi Aslanov, İsrafil Məmmədov,
Mehdi Hüseynzadə, Gəray Əsədov və neçə-neçə Azərbaycan
oğullarının misilsiz qəhrəmanlıqları dillər əzbərinə çevrilib.
Bu bir daha onu sübut edir ki, alman faşizmi üzərində
qələbədə azərbaycanlıların payı az olmamışdır.
28 MAY
RESPUBLİKA GÜNÜ
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması ölkəmizin tarixində ən mühüm hadisələrdən biri
olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusunu və əzmini
nümayiş etdirmişdir. Şərqdə ilk demokratik dövlət quruluşu
olan Xalq Cümhuriyyəti obyektiv və subyektiv səbəblər
üzündən çox az müddət – cəmi 23 ay yaşamasına
baxmayaraq, gördüyü böyük işlərlə Azərbaycanın gələcək
müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Bu səbəbdən
hər il 28 may ölkəmizdə Respublika Günü kimi qeyd edilir.
15 İYUN
QURTULUŞ GÜNÜ
Yaxın tarixi keçmişin bütün çətinlik və məhrumiyyətlərini
öz gözləri ilə görmüş Azərbaycan xalqı 1993-cü il iyunun 15-
dən sonra ölkəsi və özü üçün tamamilə yeni bir tarixin
yazıldığını və yaşandığını görmüşdür və bu onun öz liderinə
olan inamını, sevgisini qat-qat artırmışdır. Bu da təsadüfi
deylidir ki, Heydər Əlirza oğlu Əliyevin siyasi hakimiyyətə
qayıdışının il dönümü tarixində ölkəmizin bütün bölgələrin-
dən Azərbaycan Respublikasının Milli Məclisinə, Prezident
Aparatına, başqa dövlət orqanlarına, kütləvi informasiya
vasitələrinə göndərilən məktublarda, müraciətlərdə 1993-cü il
15 iyun gününün Azərbaycan xalqının Milli Qurtuluş Günü
elan edilməsi ilə bağlı çoxsaylı təkliflər verilmişdir.
Azərbaycan Respublikası Milli Məclisi bunları nəzərə
alaraq, Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə
rəhbərliyinə qayıdış gününü Azərbaycan xalqının və müstəqil
Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymət-
ləndirmişdir. Qərara alınmışdır ki, Azərbaycan Respublika-
sının ümummilli lideri Heydər Əliyevin ölkənin dərin
ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş
müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respub-
likasının dövlət müstəqilliyinin qorunmasında və möhkəm-
ləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük
uğurlar qazanmasında Azərbaycan dövlətçiliyinin nailiyyət-
lərində müstəsna xidmətləri qeyd edilsin və 15 iyun
Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilsin.
1 AVQUST - AZƏRBAYCAN ƏLIFBASI VƏ
AZƏRBAYCAN DILI GÜNÜDÜR
1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd
olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana
dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən
amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət
dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik
tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq
təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi
millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq
qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu
gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında
olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi
yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider
Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-
mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli
varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və
inkişafı istiqamətində çox mühüm addımlar atıb. Ölkəmizdə
Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi,
beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin
gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin
qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında
Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin
dövr üçün əhəmiyyətli hadisə idi.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə
hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz
inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə
ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil
dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa
edildi. Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin
daha bir parlaq nümunəsi oldu.
Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı
və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul
edildi. “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18
iyun 2001-ci il tarixli fərman, yeni əlifbaya keçidin 2001-ci
ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi ulu
öndərin öz doğma dilinə bağlılığını bir daha təsdiq etdi.
Ümummilli liderin 9 avqust 2001-ci il tarixli fərmanı ilə
avqustun 1-i ölkəmizdə “Az-n dili və Azərbaycan əlifbası
günü” kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixdə
“Azərbaycan Respublikasında Dövlət dili haqqında”
Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi
Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi,
qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir
addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin
xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının
parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti
İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının
müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və
“Azərbaycan Milli ensiklopediyasının hazırlanması haq-
qında” sərəncamları və bu istiqamətdə görülən işlər də
dilimizin inkişafına böyük qayğının təzahürüdür.
BEYNƏLXALQ MƏKTƏB KİTABXANALARI GÜNÜ
1999-cu ildə UNESCO-nun təşəbbüsü ilə oktyabrın
dördüncü həftəsinin bazar ertəsi günü Dünya Məktəb
Kitabxanaları Günü kimi təsis edilmişdir. Belə bir günün
qeyd olunacağını Beynəlxalq Məktəb Kitabxanaları
Assosiasiyasının prezidenti Blanş Vulz bəyan etmişdir. 2005-
ci ildə isə həmin assosiasiyanın növbəti prezidenti Piter
Genko bu bayrama rəsmi status verildiyini təsdiqləmişdir.
2008-ci ildən etibarən isə bu gün bir aylıq silsilə
tədbirlərlə qeyd edilir. Bu isə hər bir məktəb kitabxanasına
aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd
etməyə imkan verir.
Kitabı uşaqlara ən yaxşı tanıdan məktəb, bir də onun
kitabxanasıdır. Burada ayrı-ayrı fənlərə aid əlavə materialları,
tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları,
bir sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək
mənbələri tapmaq mümkündür.
9 NOYABR DÖVLƏT BAYRAĞI GÜNÜ
Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs
Dövlət Bayrağımız-milli bayrağımız ilk dəfə 1918-ci il
noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və
qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin
ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal
ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük,
islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli
Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə
müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü
və 75-ci maddələri, “Azərbaycan Respublikasnın Dövlət
bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu,
eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”
əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət
bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun
və Əsasnamə ilə təsdiq edilmişdir.
Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət
bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi
zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi
rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli
aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin
uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun
təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində
yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə
bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli)
olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin
diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri
isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi
bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin
1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun
təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin
diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə
1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun
təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq
uyğun gəlməlidir.
Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı
Gününün elan edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət
Bayrağı Günü kimi qeyd ediləcək.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı
Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə
əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan
olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların
siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı
şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət
parkının təntənəli açılışı olmuşdur.
162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı
dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın
hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin
üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi
220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi
2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya
Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan
Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi
olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi,
dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna
salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı
Muzeyi də yaradılıb.
12 NOYABR
KONSTİTUSİYA GÜNÜ
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər
Əliyevin dövlət quruculuğu sahəsində başladığı böyük işi
məntiqi şəkildə davam etdirərək müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyasının hazırlanmasına
rəhbərlik etmişdir. Azərbaycanın siyasi tarixində yeni bir era
açan və onun dövlət müstəqilliyinin, cəmiyyətdə insan
azadlığının və demokratik dəyərlərin əsas qarantına çevrilən
bu Konstitusiya 1995-ci il noyabrın 12-də referendum yolu
ilə qəbul edlmişdir.
17 NOYABR
MİLLİ DİRÇƏLİŞ GÜNÜ
1988-ci il, noyabr ayının 17-də Azərbaycan xalqı milli
azadlığı uğrunda mübarizəyə qalxmışdır.
Bu ümumxalq hərəkatında əsasən tələbələr, fəhlələr,
ziyalılar iştirak etmişlər. Məhz, həmin günlər Azərbaycan
Demokratik Respublikasının 1920-ci ildə endirilmiş üçrəngli
bayrağı ilk dəfə Azadlıq meydanında qaldırılmışdır. Həmin
tarix – 17 noyabr hər il ölkəmizdə Milli Dirçəliş Günü kimi
qeyd olunur.
31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ
HƏMRƏYLİYİ GÜNÜ
XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən
qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən
Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi güclən-
di. İctimai həyatın demokratikləşməsi istiqamətində geniş-
lənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar
Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi
Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohum-
luq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş
sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə,
"Sərhəd hərəkatı" adı ilə başlanan bu siyasi aksiya 1989-cu il
dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına
çevrildi. 1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən
Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı
isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın
davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm
addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr
gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriy-
yəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq ümummilli
liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli
iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik
Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali
Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası
Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara
gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycan-
lıların həmrəylik günü kimi qeyd edilsin.
Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini
daha da gücləndirdi. Hazırda YUNESKO-nun məlumatına
görə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır.
Onlardan 29 milyonu Cənubi Azərbaycanın,3 milyonu
Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-
ın, 500 mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini
Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan və
Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına
düşür.
RAMAZAN BAYRAMI
Dünya müsəlmanlarının ən müqəddəs bayramlarından biri Ramazan bayramıdır. Bu bayram Hicri- Qəməri təqviminin doqquzuncu ayı olan ramazanda olduğuna görə Ramazan bayramı adlanır. Ramazan ayı öz hikmətləri ilə Allah-təala tərəfindən xüsusilə seçilib. Təsadüfi deyil ki, bütün səmavi kitablar məhz bu ayda nazil olub. İbrahim peyğəmbərin (s.ə.v.) səhifələri Ramazanın ilk gecəsi, “Tövrat” altıncı gecəsi, “İncil” on üçüncü gecəsi, “Zəbur” isə ayın on ikinci günündən sonra nazil olub. İnsanlığı qaranlıqdan qurtarıb aydınlığa aparan dinimizin müqəddəs kitabı Qurani-Kərim də Yer üzünə Ramazan ayında göndərilmişdir. Həzrəti Məhəmmədə (s.ə.v.) peyğəmbərlik də bu ayda verilmişdir. Hədislərdən birində buyurulur ki, Allah-təala Yer üzünü Ramazan ayında yaratmışdır.
Ramazan ayı möminlər üçün mənəvi dəyər, çox böyük bir rəhmət mövsümüdür. Çünki bu ayda müsəlmanlar oruc tutur, özünü günahlardan, bəlalardan qorumuş olur. Əfv və bağışlanması bol olan gözəl Allah qullarının ibadətləri, elədikləri yaxşılıqları müqabilində birə on mislindən yeddi yüz mislinə qədər mükafat verəcəyini bildirərək buyur-muşdur: “Oruc mənim üçündür, onun mükafatını da mən verəcəyəm”.
Oruc tutmaq insanların iradəsini, səbrini, nəfsini və Yaradana inamını sınamaq üçün imtahandır. Onlar səhərdən axşamadək ac, susuz qalır, bununla kasıbların, acların necə əziyyət çəkdiklərini anlayaraq belələrinə kömək etməyin vacib olduğunu başa düşürlər. Bundan başqa, Hicri-Qəməri təqvimi hər il on gün irəli çəkilir ki, bu da Ramazan ayının bütün fəsillərə düşməsi deməkdir. Yəni böyük Yaradan öz bəndələrini həm qaranlığın tez düşdüyü və suyun o qədər də çox tələb olunmadığı qış fəslində, həm də atəş saçan, susuzluğun torpağın bağrını cadar-cadar etdiyi yay dövründə sınağa çəkir, onların iradəsini yoxlayır. Allah-təala orucu əxlaq gözəlliyi hesab edir, onu qalxana bənzədir. Yəni oruc tutan özünü günahlardan bəlalardan, qorumuş olur.
Bir hədisdə buyurulur: “Elə bir bəndə olmaz ki, Allah yolunda bir gün oruc tutsun, lakin Allah o günün müqabilində həmin bəndəsinin üzünü yetmiş oddan uzaq etməsin”.
İslamın beş şərtindən biri olan, insanı günahlarından təmizləyən, mələkləşdirən və Allaha yaxınlaşdıran oruc həm də orqanizm üçün çox faydalıdır. Tibb elmi sübut edir ki, bir ay müddətində oruc tutarkən böyrəküstü vəzlər məşq etdiklərindən bu vəzlərin fəaliyyəti artır. Beləliklə, ilin gələcək aylarında əgər orqanizm aclığa, soyuğa məruz qalarsa, xəstəliklərə tutularsa, bu vaxt orqanizm bunlara qarşı mübarizə aparıb insanı təhlükədən qurtarar.
Oruc tutanın orqanizmində karbohidratların, zülalların, yağların oksidləşməsi, yanması sürətlənir. Sübut olunmuşdur ki, orqanizmdə əmələ gələn zəhərli maddələri neytrallaşdıran qara ciyər və maddələr mübadiləsi prosesində lazımsız maddələri süzüb orqanizmdən çıxaran böyrəklər orucluq ayı ərzində az işlədiklərinə görə bir qədər istirahət edir. Bu səbəbdən də sonra bu üzvlərin fəaliyyəti yaxşılaşır. Hazırda bir çox ölkələrdə bəzi ağır xəstəlikləri həkimlər aclıqla müalicə edirlər.
Oruc tutmaq inamı artırır. Oruc öz növbəsində xüsusi bir ibadət olduğundan insanın nəfsini pis əməllərdən qoruyur. Orucun bədənə verdiyi fayda böyükdür. Belə ki, oruc tutanlarda gündüzlər qanın həcmi bir qədər azaldığından yüksəlmiş qan təzyiqi nisbətən azalır, ürək rahatlığı yaranır, əsəb sistemi sakitləşir, psixoloji rahatlıq və ruh yüksəkliyi əmələ gəlir. Bu səbəbdən oruc tutan insanlarda mərhəmət çoxalır, onların əxlaqı nizamlanır.
Orucluq qurtaranda, Ramazan ayının sonunda zəkat verilir. Zəkat təmizlik, böyümə və artma mənasını verir. Zəkat fəqir ilə zəngin arasında kini yox edir. Zəkat Allah-təalanın əmrinə itaət, insanlara yaxşılıq etməkdir.
Qurani-Kərimin “əl-Bəqərə” surəsinin183-cü ayəsində buyurulur: “Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz qılındığı kimi, sizə də buyuruldu. Bəlkə buna görə siz pis əməllərdən çəkinəsiniz”.
QURBAN BAYRAMI
Qurban bayramı müsəlman dünyasının ən əziz və müqəddəs bayramlarından sayılır. Adətən orucluqdan 70 gün keçdikdən sonra keçirilən bu böyük bayram hər il Məkkəyə ziyarət mərasiminin başa çatdığı vaxta düşür. Qurban bayramının tarixini və necə yaranmasını bilmək sözsüz ki, hər bir müsəlman üçün maraqlıdır. Dini rəvayətə görə İbrahim peyğəmbər Tanrı yolunda oğlunu qurban kəsmək istədikdə Allahın ona rəhmi gəlmiş, əvəzində cənnətdən ona qoyun göndərmişdir. Ona görə də Qurban bayramı xalq arasında “İsmayıl qurbanı” da adlandırılır.
Qurban bayramında müsəlmanlar yaxınlarına, qohum-larına, dostlarına qonaq gedir, hədiyyələr aparır, bir-birini təbrik edirlər. Qurban kəsənlər ilk növbədə əti imkansız insanlara paylayır. Allah yolunda kəsilmiş qurban halallıq və səxavətlə paylanmalıdır. Bu bayramda insanların qəlbində mərhəmət və yardım etmək hissi daha güclü olur. Bayram tədbirlərində və mərasimlərində kin, düşmənçilik hissləri unudulur.
Bütün dünya müsəlmanları kimi Azərbaycan xalqı da Qurban bayramını böyük təntənə ilə qeyd edir. Sovet hakimiyyəti illərində bu müqəddəs bayramın keçirilməsi qadağan olunsa da azərbaycanlılar Qurban bayramını məhdud və gizli şəkildə qeyd edirdilər. Ölkəmiz müstəqillik qazan-dıqdan sonra isə bütün məhdudiyyətlərə son qoyuldu, Qurban bayramı xalqın ən əziz və müqəddəs bayramlarından birinə çevrildi. Bayram günlərində insanlar bir-birlərini təbrik etməklə yanaşı, torpaqlarımızın bütövlüyü, müstəqilliyimizin dönməzliyi uğrunda şəhid olanların xatirəsini əziz tutaraq dərin ehtiramla yad edirlər.
AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT RƏMZLƏRİ
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)
I. Azərbaycan Respublikasının dövlət rəmzləri
Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbay-
can Respublikasının Dövlət gerbi və Azərbaycan
Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı
bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq
mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və
qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ
rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri,
Azərbaycan Respublikası Dövlət himninin musiqisi və
mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
DÖVLƏT BAYRAĞI
Azərbaycanda üçrəngli dövlət
bayrağı ilk dəfə 1918-ci il noyabr
ayının 9-da Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin qərarı
ilə qəbul edilmişdir. 1920-ci il
aprelin 28-də Xalq Cümhuriyyəti
süqut etdikdən və Sovet hakimiy-
yəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina
edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş
və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul
edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli
bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması
haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali
Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət
bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli
üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq
qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan
xalqının türk mənşəli olmasını, qırmızı rəng-müasir cəmiyyət
qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng-
islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı
zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə
səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin
uzunluğuna nisbəti 1:2-dir.
DÖVLƏT GERBİ
Azərbaycanın dövlət gerbi haqqın-
da Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti 1920-ci il yanvarın 30-da
müsabiqə elan etmiş və müsabiqədən
keçəcək gerb nümunəsinin həmin ilin
mayın 28-də qəbul ediləcəyi haqqında
qərar çıxarmışdır. Lakin 1920-ci il
aprel ayının 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin süqut etməsi nəticə-
sində gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respub-
likasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə
edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın
Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan
olunması haqqında vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respub-
likası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci
illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi
təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə
hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı
təkliflər də səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il
yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-
1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini
müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət
gerbi kimi təsdiq etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan
dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaq-
larından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq
qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbay-
can Respublikasının Dövlət bayrağının rəngləri fonunda
səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Dövlət gerbinin qabarıq təsviri:
Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və
xidməti kabinetinə;
Azərbaycan Respublikası parlamentinin binasına, iclas
salonuna və parlament sədrinin xidməti kabinetinə;
Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi
tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali
Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə
tutulmuş hallarda dövlət orqanlarının binalarına;
Azərbaycan Respublikasının diplomatik və ticarət nüma-
yəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.
DÖVLƏT HİMNİ
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriy-
yətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin
hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq
Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-
ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbay-
canın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respub-
likasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna
əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və
şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan
marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Nə qədər ki, torpaqlarımız erməni tapdağı altındadır
aşağıdakı tarixləri heç bir azərbaycanlı unutmamalıdır!
İŞĞAL OLUNMUŞ RAYONLAR Ağdam
İşğal olunmuşdur - 1993-cü il 23 iyul • Ərazisi - 1154 km
2
• Əhalinin sayı - 158000 • Şəhid olmuşdur - 538. • Əlil olmuşdur - 587
• Milli qəhrəmanlar - 17 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti - 48 • Mədəni-məişət obyekti - 598 • Qəsəbə və kənd – 122 • Tarixi abidə - 27
Cəbrayıl İşğal olunmuşdur - 1993-cü il 23 avqust • Ərazisi - 1050 km
2
• Əhalinin sayı - 52049 • Şəhid olmuşdur - 347 • Əlil olmuşdur - 172
• Milli qəhrəmanlar - 4 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Mədəni-məişət obyekti - 197 • Qəsəbə və kənd - 90 • Tarixi abidə - 27
Füzuli İşğal olunmuşdur - 1993-cü il 23 avqust •Ərazisi - 1112 km
2
•Əhalinin sayı - 95940 •Şəhid olmuşdur - 528
•Əlil olmuşdur - 1309 •Milli qəhrəmanlar - 6 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Mədəni-məişət obyekti - 145 • Qəsəbə və kənd - 54 • Tarixi abidə - 15
Kəlbəcər İşğal olunmuşdur - 1993-cü il 2 aprel •Ərazisi - 1936 km
2
•Əhalisinin sayı - 55000 •Şəhid olmuşdur - 217 •Əlil olmuşdur - 49 •Milli qəhrəmanlar - 2 Erməni işğalçıları tərəfindən
dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti - 29 • Mədəni - məişət obyekti - 134 • Qəsəbə və kənd - 132 • Tarixi abidə - 87
Qubadlı
İşğal olunmuşdur - 1993-cü il 31 avqust •Ərazisi - 826 km
2
•Əhalinin sayı - 33800 •Şəhid olmuşdur - 232 •Əlil olmuşdur - 146
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Mədəni-məişət obyekti - 205 • Qəsəbə və kənd 94 • Tarixi abidə - 12
Laçın İşğal olunmuşdur - 1992-ci il 18 may •Ərazisi - 1875 km
2
•Əhalinin sayı - 60000 •Şəhid olmuşdur - 259 •Əlil olmuşdur - 225 •Milli qəhrəmanlar - 6
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur: • Mədəni-məişət obyekti - 575 • Qəsəbə və kənd - 26 • Şəhər, qəsəbə və kənd - 10 • Tarixi abidə - 12
Şuşa İşğal olunmuşdur - 1992-ci il 8 may
•Ərazisi - 289 km2
•Əhalinin sayı - 24900 •Şəhid olmuşdur - 193 •Əlil olmuşdur - 102 •Milli qəhrəmanlar - 5 Erməni işğalçıları tərəfindən
dağıdılmış, yandırılmış və talan olmuşdur: • Sənaye və tikinti obyekti - 27 • Mədəni-məişət obyekti - 103 • Şəhər, qəsəbə və kənd – 31 • Tarixi abidə və muzeylər - 249 • Tarixi abidə - 17
Xocalı •İşğal olunmuşdur - 1992-ci il 26 fevral •Ərazisi 970 km
2
•Əhalinin sayı 11567 •Şəhid olmuşdur 613. Əlil olmuşdur 657
•Milli qəhrəmanlar 10 Erməni işğalçıları tərəfindən dağıdılmış,yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti 29 • Mədəni-məişət obyekti 80 Zəngilan
•İşğal olunmuşdur - 1993-cü il 29 oktyabr •Ərazisi - 707 km
2
•Əhalinin sayı - 35500 •Şəhid olmuşdur - 191 •Əlil olmuşdur - 110 •Milli qəhrəmanlar - 2 Erməni işğalçıları tərəfindən dağıdılmış,yandırılmış və talan olunmuşdur: • Mədəni-məişət obyekti 138 • Qəsəbə və kənd 81 • Tarixi abidə 13
MÜNDƏRİCAT
Tərtibçi-müəllifin rəsmi razılığı olmadan metodik
vəsaitin və ya onun hər hansı bir hissəsinin təkrar çapı,
yayılması, elektron və ya mexaniki üsulla surətinin
çıxarılması qadağandır.
Müəllif hüquqları qorunur!
RespublikaElmiPedaqojiKitabxanası
Azərbaycan, AZ 1110 Tel/Fax: (+994 12) 465 20 16
Bakı, KoroğluRəhimovküç.,108.
www.repk.az
- ÍßØÐÈÉÉÀÒÛÿðýèç
Baş direktor: Hidayət Musabəyli
Korrektor: Yasəmən İsmayılova
Dizayn: Ülviyyə Quliyeva
Texniki redaktor: Sitarə Musayeva
Çapa imzalanmışdır: 05.07.2016
Kağız formatı: 60x84 1/16
Həcmi: 34 çap vərəqi
Tiraj: 500 nüsxə; Sifariş: 1035
Azərbaycan Respublikası Mətbuat və İnformasiya
Nazirliyi tərəfindən 1998-ci ildə qeydə alınmışdır.
Şəhadətnamə № 45.
Ünvan:8-ci km qəsəbəsi, R.Rüstəmov küç.36
Nəşriyyatla əlaqə telefonları:
012-323-69-53
050-738-37-22