Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı...
Transcript of Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı...
Qeyri-rəsmi tərcümə
1
Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı
Brüssel, 24 noyabr 2017
Ermənistan Respublikası, Azərbaycan Respublikası, Belarus Respublikası, Gürcüstan, Moldova
Respublikası və Ukraynanın Dövlət və ya Hökumət Başçıları və nümayəndələri, Avropa İttifaqının
nümayəndələri, ona Üzv Dövlətlərin Dövlət və ya Hökumət Başçıarı və nümayəndələri 24 noyabr
2017-ci il tarixində Brüsseldə görüşmüşlər. Avropa Parlamentinin Prezidenti və Regionlar
Komitəsinin, Avropa İqtisadi və Sosial Komitəsinin, Avropa İnvestisiya Bankı və Avropa
Yenidənqurma və İnkişaf Bankı, Şərq Tərəfdaşlığının Regional və Yerli Qurumların Konfransı və
Avronest Parlament Assambleyasının nümayəndələri də Sammitdə iştirak etmişlər.
1. Sammit iştirakçıları Avropa Qonşuluq Siyasətinin xüsusi istiqaməti olan Şərq
Tərəfdaşlığına yüksək önəm verdiklərini bir daha təsdiq edirlər. Onlar birgə dəyərlərə,
qarşılıqlı maraq və anlayışa, birgə iştirak və cavabdehliyə, fərqləndirmə və qarşılıqlı
cavabdehliyə əsaslanan və Şərqi Avropadakı tərəfdaş ölkələri Avropa İttifaqına daha da
yaxınlaşdıran bu strateji və iddialı Tərəfdaşlığa dair birgə öhdəlik götürdüklərini bir
daha təsdiq edirlər. İslahatlar sahəsində davamlı və səmərəli şəkildə tərəqqinin əldə
edilməsi Şərq Tərəfdaşlığının davamlı uğur qazanması baxımından mühümdür.
Qeyri-rəsmi tərcümə
2
2. Sammit iştirakçıları Şərq Tərəfdaşlığının təməl daşı olan demokratiyanı, qanunun
aliliyi, insan haqları və fundamental azadlıqları, eləcə də beynəlxalq hüququn prinsip və
normalarını qüvvətləndirməyə dair bir daha öhdəlik götürürlər. Avropa İttifaqı bütün
tərəfdaşlarının ərazi bütövlüyü, müstəqillik və suverenliyi ilə bağlı göstərdiyi dəstəyə
sadiq qalır. Avropanın sülhsevər və bölünməz olduğuna dair ümumi fikirlərimiz
baxımından BMT-nin Nizamnaməsində, 1975-ci ilin Helsinki Yekun Aktında və 1990-
cı ilin ATƏT-in Paris Xartiyasında təsbit olunmuş məqsədlərə və prinsiplərə dair tam
öhdəliyin götürülməsi, onlara hörmət bəslənməsi və riayət edilməsi mühümdür. Sammit
iştirakçıları Şərq Tərəfdaşlığı Sammitinin keçmiş Bəyanatlarında ifadə olunmuş
elementləri və prinsipləri bir daha təsdiq edərək, əvvəlki Sammitlərdə və ikitərəfli
razılaşmalarda götürülmüş öhdəlikləri yerinə yetirməkdə qətiyyətli olduqlarını
vurğulayırlar.
3. Bu kontekstdə onlar vurğulayır ki, öhdəlik götürdükləri birgə dəyər və prinsiplərin
möhkəmləndirilməsi və təşviq olunması əsas prioritet kimi Aİ ilə Tərəfdaşlar arasında
möhkəmlənmiş münasibətlərin inkişaf etdirilməsinə töhfə verir. Şərq Tərəfdaşlığı
vasitəsilə qurulmuş münasibətlər Avropa İttifaqı ilə tərəfdaş ölkələri birlikdə daha
gücləndirərək, onların birgə çətinlikləri daha yaxşı həll etmələri üçün imkan yaradır.
Sammit iştirakçıları razılaşır ki, daha güclü əməkdaşlıq, perspektivli və hərtərəfli siyasi
dialoq ümumi çətinliklərin aradan qaldırılması və ümumi məqsədlərin əldə edilməsi
baxımından mühümdür.
4. Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üçün Qlobal Strategiyada və Avropa
Qonşuluq Siyasətinin icmalında müəyyən edildiy kimi iştirakçılar həm Aİ, həm də
Tərəfdaş Ölkələrdə dövlət, iqtisadi və sosial davamlılığın gücləndirilməsinin, bu
baxımdan Şərq Tərəfdaşlığının Avropa İttifaqının qonşuluğunda oynadığı mühüm
rolunu vurğulamışlar.
Qeyri-rəsmi tərcümə
3
5. Şərq Tərəfdaşlığı cəmiyyətlərin yaxşı idarə edilməsi, onların daha firavan və
məsuliyyətli olması məqsədini güdən BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri və
İqlim Dəyişikliyinə dair Paris Sazişi ilə müəyyən edilmiş əsas qlobal siyasət
məqsədlərinin əldə olunmasını dəstəkləyir. Sammit iştirakçıları qəbul edir ki, iqlim
dəyişikliyinin mənfi təsiri zəmanəmizin ən böyük çətinlikləri sırasındadır ki, bütün
iştirakçı tərəflər bu istiqamətdə öz səylərini birləşdirməlidirlər. Öz cəmiyyətlərinin
iqtisadi və sosial potensialını tam şəkildə açmaq üçün onlar iqtisadi inkişafı artıran və
sosial vəhdətliyi möhkəmləndirən dinamik vətəndaş cəmiyyətinin və gender
bərabərliyinin mühüm olduğunu təsdiqləyirlər.
6. Sammit iştirakçıları regionun bir çox hissələrində beynəlxalq hüquq prinsiplərinin
davamlı olaraq pozulmasından dərin narahatçılıq içində qalır. Beynəlxalq hüquq
prinsipləri və normaları əsasında regionda həll olunmamış münaqişələrin sülh yolu ilə
həll olunmasını təşviq etmək üçün Sammit iştirakçıları səyləri bərpa etməyə çağırırlar.
Münaqişələrin həlli, etimadın qurulması və yaxşı qonşuluq münasibətləri iqtisadi və
sosial inkişaf və əməkdaşlıq baxımından vacibdir. Sammit iştirakçıları danışıqların
aparılması üzrə mövcud razılaşdırılmış format və proseslər çərçivəsində və ya onlara
dəstək olaraq, o cümlədən müvafiq hallarda yerlərdə iştirak təmin olunmaqla
münaqişənin həlli və etimadın qurulmasında göstərilən səyləri və Aİ-nın artan rolunu
alqışlayır.
7. Iştirakçılar vurğulayır ki, Şərq Tərəfdaşlığının məqsədi ortaq demokratiya, rifah,
sabitlik və genişlənən əməkdaşlığın vahid məkanını qurmaqdır və heç kəsə qarşı
yönəlməmişdir. Digər tərəfdaşlarla əlaqələr iştirakın daha geniş olmasını tələb etdikdə
və Şərq Tərəfdaşlığının konkret fəaliyyətinin məqsədlərinə və onun ümumi
məqsədlərinə töhfə verdikdə, əməkdaşlıq fərdi qaydada üçüncü ölkələrə də açıq ola
bilər. Onlar bir daha Avropa İttifaqı ilə münasibətlərdə can atdıqları iddia səviyyəsinin
və hədəflərin seçilməsində hər bir tərəfdaşın suveren hüquqa malik olduğunu
təsdiqləyirlər.
Qeyri-rəsmi tərcümə
4
8. Sammit iştirakçıları Şərq Tərəfdaşlığının indiyədək qazandığı uğurları və Aİ ilə hər bir
tərəfdaş ölkə arasındakı ikitərəfli münasibətlərdə fərqləndirmənin artırılmasını
alqışlayırlar. Əməkdaşlığın əhatə dairəsi və intensivliyi Aİ-nın və tərəfdaşların iddia və
ehtiyacları, eləcə də islahatların tempi və keyfiyyəti ilə müəyyən edilmişdir.
9. Sammit iştirakçıları Aİ-nın Dövlət və ya Hökumət Başçılarının 2016-cı il dekabr tarixli
qərarından sonra Gürcüstan, Moldova Respublikası və bu yaxınlarda Ukrayna ilə
Assosiasiya Sazişlərinin və Dərin və Hərtərəfli Azad Ticarət Məkanlarının qüvvəyə
minməsini yüksək qiymətləndirir.
10. Bu kontekstdə Assosiasiya Sazişlərində bəyan edildiyi kimi Sammit iştirakçıları
əlaqədar tərəfdaşların Avropa meyllərini və Avropa seçimini iqrar edir. Sazişlərdə
Avropa İttifaqı ilə siyasi assosiasiya və iqtisadi inteqrasiyanın sürətləndirilməsi nəzərdə
tutulur. Sammit iştirakçıları bunların həyata keçirilməsində Aİ-nın yardımını alqışlayır.
Bu baxımdan, ŞT-nın hərtərəfliliyini qorumaqla, AS/DHATM tərəfdaşlarının müraciət
etdiyi kimi və AS/DHATM-ların tam şəkildə həyata keçirilməsini dəstəkləmək
məqsədilə assosiasiya ilə bağlı islahatlara aid tərəqqi, imkanlar və çətinliklərə dair birgə
müzakirələrə bu tərəfdaşları cəlb etmək zamanıdır.
11. Sammit iştirakçıları Sammitlə paralel olaraq Avropa İttifaqı ilə Ermənistan arasında
Hərtərəfli və Böyüyən Tərəfdaşlıq Sazişinin imzalanmasını alqışlayır. Iştirakçılar yeni
çərçivə sazişi ətrafında Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan danışıqlar
istiqamətində əldə edilən yaxşı tərəqqini alqışlayır. Onlar həm də Aİ-Belarus
Əlaqələndirmə Qrupu, İnsan Haqları Dialoqu və Ticarət sahəsində Dialoq çərçivəsində
Aİ-nın Belarusla bağlı öhdəliklərinin daha əhatəli olmasını alqışlayır.
Qeyri-rəsmi tərcümə
5
12. Sammit iştirakçıları Avropa Qonşuluq Alətindən, o cümlədən trans-sərhəd əməkdaşlıq
proqramları və digər mövcud maliyyə alətlərindən tam və məqsədyönlü şəkildə istifadə
etməklə Aİ-nın davamlı şəkildə Şərq Tərəfdaşlığını dəstəkləməsini alqışlayırlar. Aİ-nın
öz tərəfdaşlarına göstərdiyi maliyyə yardımı islahat istiqamətindəki konkret addımlarla
şərtləşdiriləcəkdir. Aİ-nın stimullara əsaslanan yanaşması ("çoxa-çox") daha çox islahat
aparan tərəfdaşlara fayda gətirməyə davam edəcəkdir. Xüsusilə də Davamlı İnkişaf
üçün Avropa Fondunun təsis edilməsi ilə Kənar İnvestisiya Planında yeni
maliyyələşdirmə imkanları nəzərdə tutulur ki, əhəmiyyətli məbləğdə investisiyaların
səmərəli şəkildə səfərbər ediləcəyi gözlənilir.
13. Iştirakçılar Şərq Tərəfdaşlığı çərçivəsində genişlənmiş və dərinləşmiş əməkdaşlığımızın
vətəndaşlara konkret fayda vermək fokusu ilə öz dinamikliyini və səmərəliliyini daha da
artıracağına ümid bəsləyir. Onlar bu məqsədə xidmət edən Aİ proqramları barədə
məlumatlandırmanın artırılmasının mühüm olduğunu yada salır.
14. Sammit iştirakçıları şəffaf və inklüziv şəkildə konkret nəticələr hasil edən, eləcə də
davamlılığı artıran "2020-ci ilə 20 Nəticəni" alqışlayır [Əlavə I-də göstərildiyi kimi].
Onlar Şərq Tərəfdaşlığının yenilənmiş çoxtərəfli strukturunda əməkdaşlığı
intensivləşdirməyə ümidvardır [Əlavə II-də göstərildiyi kimi] ki, bu da Tərəfdaşlığın
güddüyü siyasi məqsədləri, o cümlədən tərəfdaşlar arasındakı əməkdaşlığı daha yaxşı
dəstəkləyəcəkdir. Onlar bu əməkdaşlığa dair daha inteqrə edilmiş, iştiraklı, bir neçə
sektorla çarpazlaşan, nəticələrə yönələn metod hazırlayacaqlar. Iştirakçılar müxtəlif
sahələr üzrə birgə işə dair siyasi istiqamətin verilməsində Nazirlər səviyyəsində
keçirilən görüşlərin rolunu vurğulayırlar.
Qeyri-rəsmi tərcümə
6
15. Sammit iştirakçıları vurğulayırlar ki, insanların onların hökumətlərinə etimad
göstərməsi üçün bütün səviyyələrdə yaxşı idarəçiliyin olması vacibdir. Dövlət
idarəçiliyi və məhkəmə sistemində, eləcə də korrupsiya əleyhinə mübarizədə islahatların
aparılması bu baxımdan qalan digər siyasətlərin əsasında durub, davamlılığın
gücləndirilməsi baxımından vacibdir. Iştirakçılar razıdır ki, səmərəli, cavabdeh, şəffaf
və demokratik qurumların da inkişafından asılı olan insan təhlükəsizliyinin qorunması
ictimai zəiflikləri azaldacaqdır. Təhlükəsizlik sahəsində aparılan islahatlar, inteqrə
edilmiş sərhəd idarəçiliyinin həyata keçirilməsi, qeyri-qanuni miqrasiya məsələlərinin
həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli
ekstremizmə qarşı mübarizə istiqamətində əməkdaşlıq və Aİ-nın dəstəyi, o cümlədən
dinlərarası və mədəniyyətlərarası dialoq, radikallaşmanın qarşısının alınması,
kibertəhlükəsizliyin artırılması və kibercinayətə qarşı mübarizə, təbii fəlakətin
qarşısının alınması, ona reaksiya və böhran idarəçiliyi gücləndirməklə tərəfdaş ölkələrin
üzləşdiyi təzyiqlərə davam gətirmələri üçün onların bacarığı artacaqdır. Sammit
iştirakçıları yuxarıda sadalanan çağırışların həll edilməsində aidiyyatı olan Tərəfdaş
Ölkələrlə Aİ-nın müvafiq qurumları arasındakı səmərəli əməkdaşlığın mühüm olduğu
fikri ilə razıdır. Sammit iştirakçıları, müvafiq hallarda, ÜTMS sahəsində təhlükəsizlik
məsələləri üzrə dialoqun və əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu
vurğulayaraq, tərəfdaşların bu baxımdan Aİ missiyalarına və əməliyyatlarına verdiyi
dəyərli töhfəni alqışlayır.
Qeyri-rəsmi tərcümə
7
16. Sammit iştirakçıları hesab edir ki, Şərq qonşuluğunda birgə məqsəd olan sabitlik və
davamlılığın təməlində iqtisadi və sosial inkişaf və köklü dəyişiklik proseslərinə
göstərilən dəstək durur. Avropa İttifaqının və Beynəlxalq Maliyyə Qurumlarının
səylərindən də istifadə etməklə düzgün iqtisadi siyasətin və normativ bazaların işlənib
hazırlanması rəqabətə dözümlü, ekologiya yönümlü, rəqəmsallaşdırılmış, innovasiya
yolu tutan iqtisadiyyatların inkişafı, investisiyaların cəlb edilməsi, iş yerlərinin açılması,
Aİ ilə və Tərəfdaş Ölkələrin öz aralarında inklüziv davamlı inkişafın və artan ticarətin
təşviqi üçün mövcud Azad Ticarət Məkanlarının tam şəkildə istifadəsi istiqamətində də
Tərəfdaşların səylərini artırmaq baxımından əlverişli mühitin yaranmasına yardım
edəcəkdir. Bu baxımdan onlar 2017-ci ilin oktyabr ayında Tallində keçirilmiş 4-cü Şərq
Tərəfdaşlığı Biznes Forumunun nəticələrini təqdir edir. Digər məsələlərlə yanaşı, yerli
valyutada verilən kreditlərə çıxışı asanlaşdırmaqla kiçik və orta müəssisələr üçün
şəraitin yaradılması, eləcə də yüksək sürətli geniş zolaqlı internet şəbəkəsinə çıxışın
artmasına dəstək və Tərəfdaş Ölkələr arasında və ola bilsin sonrakı mərhələdə Aİ ilə
rominq tariflərinin azalmasına doğru irəliləyiş xüsusi əhəmiyyət kəsb edəcəkdir. Bu
baxımdan Sammit iştirakçıları Rəqəmsal Bazarların Uyğunlaşdırılması sahəsində
əməkdaşlıq göstərməyə razıdır ki, məqsəd Tərəfdaş Ölkələrin də Rəqəmsal Vahid
Bazardan faydalanmasıdır.
Qeyri-rəsmi tərcümə
8
17. Bağlantıların mühüm olduğunu nəzərə alaraq, iştirakçılar ortaq fikrə gəlmişlər ki, daha
yaxşı və təhlükəsiz nəqliyyat əlaqələri Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında və
tərəfdaşların özləri arasında inkişaf üçün yeni imkanlar açaraq, kommunikasiya və
mübadilələri daha da sıxlaşdırır. Gürcüstan və Moldova Respublikası ilə bağlanmış
Ümumi Aviasiya Məkanı Sazişlərinin müsbət təsirinə arxalanaraq, Sammit iştirakçıları
mümkün olan ən yaxın tarixdə Ukrayna ilə Ümumi Aviasiya Məkanı Sazişinin
imzalanmasının mühüm olduğunu xatırladaraq, Ermənistan və Azərbaycanla da bu
sazişlər ətrafında danışıqların tez bitməsinə öz dəstəklərini ifadə edirlər. Onlar nəqliyyat
əlaqələrinin intermodallığına və qarşılıqlı fəaliyyət göstərə bilməsinə, bütün nəqliyyat
növlərində TEN-T şəbəkəsi ilə bağlantıların təkmilləşdirilməsinə böyük önəm verərək,
Aİ ilə tərəfdaş ölkələr arasında baza şəbəkələrinə dair indikativ xəritələri müəyyən edən
Yüksək Səviyyəli Razılaşmaların imzalanmasını alqışlayır. Sammit iştirakçıları hamının
təhlükəsiz, davamlı, etibarlı və münasib enerji ilə təmin olunmasının vacibliyini qəbul
edir, təchizatın təhlükəsizliyinin, enerji mənbələrinin, təchizatçı və marşrutların
diversifikasiyasının mühüm olduğunu qeyd edir, bu məqsədlə həmrəylik və inklüzivlik
ruhunda işləmək zərurətini vurğulayır. Avropa Enerji İttifaqının təsis edilməsində
tərəfdaş ölkələrin fəal əməkdaşlığı alqışlanır. Onlar qarşılıqlı bağlantılar vasitəsilə və
enerji mənbələrindən davamlı şəkildə istifadə etməklə, o cümlədən enerjidən və bərpa
olunan enerji mənbələrindən artan istifadə, asılılığın azaldılması və davamlılığın
dəstəklənməsi ilə enerji təhlükəsizliyinin artırılması yolunda öhdəlik götürmüşlər.
Iştirakçılar onu da vurğulayırlar ki, nüvə təhlükəsizliyi və ətraf mühitin təhlükəsizliyi
üzrə ən yüksək beynəlxalq standartlara əməl olunmalıdır.
Sammit iştirakçıları ekoloji yönümlü, daha səmərəli və davamlı iqtisadiyyata keçid,
iqlim dəyişikliklərinə uyğunlaşmanın yüksəlməsi və onların təsirinin zəiflədilməsi,
eləcə də ətraf mühit sahəsindəki çətinliklərin aradan qaldırılması yolundakı
öhdəliklərini vurğulayır. Çoxtərəfli sazişlərin və bu sahələrdə hərtərəfli islahatların
vaxtında həyata keçirilməsi vacib məsələ olaraq qalır.
Qeyri-rəsmi tərcümə
9
18. Təhsil, gənclər, mədəniyyət və elmi mübadilə yolu ilə də insanlar arasında əlaqələr və
mobillik cəmiyyətləri bir-birinə yaxınlaşdırır. Sammit iştirakçıları Moldova
Respublikası, Gürcüstan və Ukrayna üçün vizadan azad rejimlərin səmərəli şəkildə
həyata keçirilməsini alqışlayır. Onlar təhlükəsiz və yaxşı idarə olunan mühitdə mobillik
sahəsində əməkdaşlığı möhkəmləndirməyə və daha çox tərəqqi qazanmağa, yaxşı idarə
olunan və təhlükəsiz mobillik şərtləri ilə, o cümlədən Tərəflər arasında viza rejiminin
sadələşdirilməsi və readmissiya sazişlərinin səmərəli şəkildə həyata keçirilməsi ilə
Ermənistanla müəyyən edilmiş qaydada viza rejiminin liberallaşdırılması haqqında
dialoqa başlamaq məsələsini nəzərdən keçirməyə ümid bəsləyirlər. Iştirakçılar təhsil,
tədqiqat və innovasiyalar sisteminin müasirləşdirilməsində, onların keyfiyyət
göstəriciləri və rəqabət qabiliyyətinin yaxşılaşdırılmasında, eyni zamanda BMT və
Avropa Şurası Konvensiyalarında və əlaqədar protokollarda təsbit edildiyi kimi milli
azlıqlara mənsub şəxslərin artıq həyata keçmiş hüquqlarına hörmət bəslənməsi, azlıqlara
mənsub şəxslərə qarşı ayrı-seçkiliyin salınmaması və müxtəlifliyə hörmət edilməsi, bu
sistemlərdə islahat apararkən Avropa Şurasının ekspert potensialının tam şəkildə nəzərə
alınması kimi məsələlərdə bütün tərəfdaşlarla birgə daha çox işləyəcəklərinə ümid
bəsləyirlər. 2017-ci ilin iyun ayında keçirilmiş 3-cü ŞT Gənclər Forumunda
vurğulandığı kimi Aİ-nın təqdim etdiyi hərtərəfli gənclər siyasəti mexanizmi və gənclər
paketi vasitəsilə gənc nəslin səriştəsinin, vətəndaş fəallığı və həmrəyliyinin inkişaf
etdirilməsi, akademik mobilliyinin dəstəklənməsi, onların işədüzəlmə imkanları və
sahibkarlıq ruhunun təşviq edilməsi baxımından gənclərin dəstəklənməsinə və onların
səlahiyyətlərinin artırılmasına xüsusi diqqət ayrılacaqdır.
19. Sammit iştirakçıları fəaliyyət göstərən media mühiti və ifadə azadlığının demokratik,
sabit və çiçəklənən cəmiyyətdə oynadığı mühüm rolu vurğulamışlar. Onlar Şərq
Tərəfdaşlığında müstəqil media, media peşəkarlığı, eləcə də media savadlılığı
məsələlərinə dəstəyin artırılmasına ehtiyacın olduğunu qəbul edir. Onlar strateji
kommunikasiya sahəsində göstərilən cəhdlərin və Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri
arasındakı əməkdaşlıq barədə məlumatlandırmanı təşviq etmək üçün görülən işlərin
daha da çoxaldılmasının, eləcə də ictimaiyyət arasında məlumatlandırmanın
artırılmasının və dezinformasiyanın ifşa edilməsinin zəruri olduğu ilə razıdır. Bu
baxımdan onlar 2017-ci ilin sentyabr ayında Kiyevdə keçirilmiş 2-ci Şərq Tərəfdaşlığı
Media Konfransının verdiyi töhfəni alqışlayır.
20. Sammit iştirakçıları cəmiyyətin bütün tərəflərinin inklüsiv iştirakının Şərq Tərəfdaşlığı
üçün mühüm olduğunu bir daha təsdiq etmişlər. Aİ-nın Gender Fəaliyyət Planında
Qeyri-rəsmi tərcümə
10
nəzərdə tutulduğu kimi onlar kişi və qadınlar arasındakı bərabərliyi artırmağa can
ataraq, qadınların səlahiyyətlərinin artırılmasını təşviq edirlər. 2017-ci ilin oktyabrında
Tallində keçirilmiş Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransında vurğulandığı
kimi ŞT Vətəndaş Cəmiyyəti Forumu vasitəsilə də vətəndaş cəmiyyəti ilə qarşılıqlı
əlaqələr və ictimai kütlələrlə işləyən vətəndaş cəmiyyəti təşkilatlarının və sosial
tərəfdaşların geniş şəkildə əhatə olunması və onlara hədəfli yardımın göstərilməsi bu
Tərəfdaşlığın ayrılmaz hissəsi olaraq qalır. Onlar insanlara ən yaxın idarəetmə
səviyyəsində Tərəfdaşlığın məqsədlərinin əldə edilməsində Şərq Tərəfdaşlığı üçün
Regional və Yerli İdarə Qurumlarının Konfransı (CORLEAP) çərçivəsində yerli və
regional idarəetmə qurumlarının oynadığı rolu alqışlayır. Sammit iştirakçıları
AVRONEST Parlament Assambleyası çərçivəsində parlamentlər arasında daha yaxın
əməkdaşlığa, dialoqa və mübadilələrin aparılmasına şövq edir, bu kontekstdə
"Assosiasiya Sazişlərinin xüsusi İşçi Qrupu" Bürosunun təsis edilməsinə razılıq
bildirirlər.
21. Sammit iştirakçıları Şərq Tərəfdaşlığının 2019-cu ilə planlaşdırılan növbəti Sammit
iclasını səbirsizliklə gözləyirlər ki, burada onlar Şərq Tərəfdaşlığının əldə edilən
nəticələrini nəzərdən keçirmək, Şərq Tərəfdaşlığı əməkdaşlığını daha da gücləndirmək
üçün onu istiqamətləndirmək niyyətindədirlər.
Qeyri-rəsmi tərcümə
QOŞMAYA Əlavə I
Əlavə I – 2020-ci ilə 20 Nəticə
Vətəndaşlar üçün gözəçarpan nəticələrin əldə edilməsi Şərq Tərəfdaşlığında bizim
işimizin əsasında duran məsələdir. Şərq Tərəfdaşlığının 2015-ci ildə Riqada keçirilmiş
Sammitində razılaşdırılmış dörd prioritet çərçivəsində 2020-ci ilə hədəfi olan 20 əsas
sahə müəyyən edilmişdir. Ümumi davamlılığımızın artırılması məsələsi bizi konkret
nəticələrin seçimində istiqamətləndirmişdir.
2020-ci ilə 20 Nəticə bütün iştirakçı tərəflərlə işləmək üçün inklüziv qaydada
hazırlanmış iş aləti kimi düşünülmüşdür. Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlıq
üçün optimallaşdırılmış struktur nəticələrə yönələn, hərtərəfli və sistematik tərzdə
razılaşdırılmış nəticələrin həyata keçirilməsinə müntəzəm qaydada yaxından nəzarət
edərək, ümumi iştirakı və birgə öhdəliyi, ikitərəfli prioritetlərlə bir-birini
tamamlamalarını təmin edəcəkdir.
Çarpazlaşan Nəticələr
1. Cəmiyyətin demokratik quruluşu, şəffaf ictimai idarəetmə, özəl sektorun inkişafı,
inklüsiv və davamlı iqtisadi artım, ətraf mühitin qorunması, sosial innovasiyalar,
mobillik və insanlar arasında əlaqə baxımından vətəndaş cəmiyyətinin fəal olması
vacibdir. İslahatların hərəkətverici qüvvəsi və cavabdehliyin tərəfdarı kimi vətəndaş
cəmiyyəti hökumətin əvəzedilməz tərəfdaşıdır. Vətəndaş cəmiyyəti təşkilatlarının, o
cümlədən sosial tərəfdaşların texniki ekspert təcrübəsinin və idarəetmə potensialının
gücləndirilməsi ilə Tərəfdaş Ölkələrdə siyasi dialoqun və nəticələrə yönələn qərarların
alınmasının dəyəri artacaqdır.
Qeyri-rəsmi tərcümə
2. Gender bərabərliyi və qeyri-ayrı-seçkilik Tərəfdaş Ölkələrə cəmiyyətin iqtisadi və sosial
potensialından tam şəkildə istifadə etmək imkanı verəcəkdir. 2016-2020-ci illər üçün Aİ
Gender Fəaliyyət Planına, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv
edilməsi haqqında Konvensiyaya və ayrı-seçkiliyə qarşı prinsiplərə əsasən Tərəfdaş
Ölkələrdə cəmiyyətlər arasında təşviqat işinin tam şəkildə aparılmasına şərait
yaradılacaqdır. Aİ müvafiq qanunvericiliyin qüvvəyə minməsini, effektiv bərabərlik
qurumlarının təsis edilməsini və gücləndirilməsini dəstəkləyəcəkdir. "Qadınlar
Biznesdə" proqramı qadın sahibkarların iqtisadi perspektivlərini artıracaqdır.
3. Gücləndirilmiş, daha aydın və xüsusi hazırlanmış kommunikasiya, o cümlədən Stratcom
EAST-in fəaliyyətinin nəticəsi olaraq Şərq qonşuluğunda vətəndaşlar Avropa İttifaqını
daha yaxşı tanıyacaq, eləcə də Aİ vətəndaşları arasında Tərəfdaş Ölkələr və Şərq
Tərəfdaşlığı haqda anlayış artacaqdır. Tərəfdaş Ölkələrdə kütləvi informasiya
vasitələrinin müxtəlifliyi və onların müstəqil olması cavabdehliyi, eləcə də
dizinformasiyaya qarşı davamiyyəti artırmağa davam edəcəkdir.
İqtisadi inkişaf və bazar imkanları
4. "Aİ4Biznes" proqramı, müvafiq milli yardım proqramları vasitəsilə, eləcə də Tərəfdaş
Ölkələrdə KOM-ların fəaliyyət mühitini yaxşılaşdırmaqla tərəfdaş ölkələrdə Kiçik və
Orta Müəssisələrin (KOM-lar) inkişaf potensialı açılacaqdır. Dövlət-özəl sektor
arasında dialoqun institutlaşdırılması, müştəri yönümlü biznesi dəstəkləyən təşkilatlara
yardımın göstərilməsi, Şərq Qonşuluğunda ticarətin artması və investisiyanın təşviqi
üçün iqtisadi diplomatiya sahəsində yeni regional şəbəkənin təsis edilməsi ilə davamlı
iqtisadi inkişaf üçün potensial daha da artacaqdır.
Qeyri-rəsmi tərcümə
5. Səmərəli şəkildə davamlı iqtisadi inkişafa və köklü dəyişikliklərə nail olmaq üçün
maliyyə vasitələrinə çıxışla bağlı və maliyyə infrastrukturunda olan boşluqlar aradan
qaldırılacaqdır. Kapital bazarlarının möhkəmlənməsi və onların fəaliyyətinin
genişlənməsi həm də kapital bazarların islahatı üzrə pilot proqramlar vasitəsilə
dəstəklənəcəkdir. Investisiyaları təşviq etmək və ixracı artırmaq üçün səmərəli kredit
reyestrləri və alternativ maliyyələşdirmə mənbələri dəstəklənəcəkdir. Beynəlxalq
Maliyyə Qurumları ilə sıx əməkdaşlıq etməklə bu islahatlar yerli valyuta ilə kredit
vermənin artmasını şövq edəcəkdir.
6. Yerli və regional səviyyələrdə yeni iş imkanlarının açılması Aİ proqramının həyata
keçirilməsi ilə dəstəklənəcəkdir ki, proqramlarda məqsəd xüsusilə də gənc vətəndaşlar
arasında iqtisadi fəalliyyətin diversifikasiyası və fərqliliklərin azaldılmasıdır. "İqtisadi
İnkişaf üçün Merlər" adlı yeni təşəbbüs effektiv yerli iqtisadi inkişaf strategiyalarının
həyata keçirilməsi üçün yerli icra hakimiyyətlərinin səfərbər olmasına yardım
edəcəkdir. Kənd təsərrüfatı sektorunda da olmaqla regional inkişaf layihələrinin həyata
keçirilməsi bu məqsədlər istiqamətində əlavə yardım edəcəkdir.
7. "Aİ4Rəqəmsal" təşəbbüsü çərçivəsində Tərəfdaş Ölkələr arasında və Aİ ilə Rəqəmsal
Bazarların Uyğunlaşdırılması dəstəklənəcəkdir ki, məqsəd vətəndaşlar, dövlət
idarəçiliyi və biznes dairələri üçün "onlayn" rejimli pan-Avropa xidmətlərində mövcud
əngəl və maneələri aradan qaldırmaqdır. Bu kontekstdə əməkdaşlıq milli
telekommunikasiya nizamlayıcı orqanlarının müstəqilliyinə, tezliklərin bölgüsünün və
rominq qiymətlərinin hesablanmasının uyğunlaşdırılmasına, geniş-zolaqlı internet
şəbəkəsinin, kibertəhlükəsizlik, rəqəmsal innovasiya, qarşılıqlı işləyən eSəhiyyə
xidmətləri və rəqəmsal səriştənin inkişafı üçün milli strategiyaların həyata
keçirilməsinə, trans-sərhəd elektron İmzaların, elektron ticarət və Rəqəmsal Nəqliyyat
Dəhlizlərinin pilot sınanmasına yönələcəkdir.
Qeyri-rəsmi tərcümə
8. Aidiyyatı olan üç tərəfdaş Gürcüsan, Moldova Respublikası və Ukrayna üçün Dərin və
Hərtərəfli Azad Ticarət Məkanlarının həyata keçirilməsi də daxil olmaqla, Aİ ilə
Tərəfdaş Ölkələr arasında, eləcə də Tərəfdaş Ölkələrin öz arasında ticarət
dəstəklənəcəkdir. Aİ fərqləndirmə qaydasında Ermənistan, Azərbaycan və Belarus daxil
olmaqla hər bir tərəfdaş ölkə ilə ümumi maraqları əks etdirmək üçün qarşılıqlı ticarəti
möhkəmləndirmək və investisiya cəlb etmək məqsədilə cəlbedici və real variantları,
investisiyaların qorunması ilə bağlı islahata uğramış investisiya siyasətini, əqli
mülkiyyət sahəsi də olmaqla beynəlxalq ticarət qaydalarını və ticarətlə bağlı beynəlxalq
standartları, ölkə iqtisadiyyatlarının müasirləşdirilməsi və diversifikasiyası məsələlərini
birgə müzakirə edəcəkdir.
Qurumların və yaxşı idarəetmənin qüvvətləndirilməsi
9. Korrupsiyanın qarşısının alınması və onun əleyhinə mübarizə, şəffaflığın artırılması və
çirkab pulların yuyulması əleyhinə mübarizə aparmaq üçün davamlı strukturların təsis
edilməsi və onların daha da inkişaf etdirilməsi ilə qanunun aliliyi və anti-korrupsiya
mexanizmləri gücləndirilməcəkdir. Aktivlərin və maraq toqquşmasının bəyan edilməsi
üçün asan axtarış imkanı olan məlumat bazaları ilə səmərəli sistemlərin, siyasi
partiyanın maliyyələşdirilməsi, anti-korrupsiya qurumlarının müstəqilliyi, aktivlərin
bərpa olunması və idarə edilməsi üçün hüquqi baza və mexanizmlərin və maliyyə
araşdırmaları üçün səmərəli alətlərin hazırlanmasına dair beynəlxalq səviyyədə verilmiş
münasib tövsiyyələrin yerinə yetirilməsi istiqamətində görülən tədbirlər bu kontekstdə
izlənəcəkdir.
Qeyri-rəsmi tərcümə
10. Məhkəmə sisteminin müstəqilliyi, qərəzsizliyi, effektivliyi və cavabdehliyinə dair
Avropa standartlarına uyğun olaraq əsas islahatların həyata keçirilməsi, məsələn,
obyektiv şəkildə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq məhkəmə
hallarının bölgüsü üçün müvafiq elektron vasitələrin tərtib edilməsi məsələləri vacib
əhəmiyyət kəsb edəcəkdir. Razılaşdırılmış göstəricilər dəsti ilə müqayisədə hakimlərin
şəffaf şəkildə və xidmətlərinə görə seçilməsi və vəzifələrinin artırılmasının tarixçəsi,
məlumat verilmiş intizam xətaları, ədalət mühakiməsinə çatımlığın artması, məhkəmə
korpusunun hərtərəfli və effektiv təlimi, həll olunmamış mülki və cinayət işlərinin
sayının əhəmiyyətli dərəcədə azalması və məhkəmə qərarlarının həyata keçirilməsinin
yaxşılaşması ictimaiyyətin Dövlət qurumlarına olan etimadını artıracaqdır.
11. Peşəkar, siyasiləşdirilməmiş, cavabdeh və etik dövlət idarəçiliyinin qurulması üçün
beynəlxalq prinsiplərə uyğun şəkildə Dövlət İdarəçiliyi İslahatlarının həyata keçirilməsi
mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq prinsiplərə uyğun olan milli səviyyəli
strategiyalar, təkmilləşdirilmiş dövlət qulluğu qanunvericiliyi, informasiyaya ictimai
çıxış, çatımlı və xidmət yönümlü idarəetmə qurumları, büdcəyə artan nəzarət və rəsmi
statistika üçün təkmilləşdirilmiş institusional çərçivə bu sahədə əldə edilən tərəqqini
nümayiş edəcəkdir. Dövlət qulluqçuları üçün öyrənmək məqsədilə iş yerində
mütəxəssisin müşayiət edilməsi və onun işinin müşahidə edilməsi sisteminin olması
imkanı araşdırılacaqdır.
12. Təhlükəsizlik və təbii fəlakətlərlə bağlı risklərin idarə olunması sahəsində daha güclü
əməkdaşlıq Tərəfdaşların böhran və təbii fəlakətlərə cavab vermələri üçün daha
hazırlıqlı olmalarında onları dəstəkləyəcəkdir. Dəstək göstərməklə, o cümlədən
mütəşəkkil cinayətkarlıq əleyhinə mübarizə naminə potensial quruculuğu məqsədilə
tərəfdaşlar hibrid həmlələrə qarşı daha davamlı olacaqdır ki, buraya kiber təhlükəsizlik
və Kimyəvi, Bioloji, Radioloji və Atom və ya cinayət, qəza və ya təbii mənşəli risklərin
təsirinin azaldılması da daxildir. Təhlükəsizlik sahəsində dialoqu və ÜTMS üzrə
praktiki əməkdaşlığı qüvvətləndirməklə, o cümlədən Ümumi Təhlükəsizlik və Müdafiə
Siyasəti/Ümumi Xarici və Təhlükəsizlik Siyasəti (ÜTMS/ÜXTS) sahəsində təlim
imkanlarını və potensial quruculuğunu artırmaqla tərəfdaş ölkələrin Avropanın mülki və
hərbi missiya və əməliyyatlarına verdiyi töhfə dəstəklənəcəkdir.
Qeyri-rəsmi tərcümə
Bağlantılar, enerjidən səmərəli istifadə, ətraf mühit və iqlim dəyişikliyi
13. Trans-Avropa Nəqliyyat (TEN-T) baza şəbəkəsinin, o cümlədən yollar, dəmir yolu,
liman və hava limanlarının və daxili su yollarının genişləndirilməsi 2030-cu ilədək
TEN-T şəbəkəsini bitirmək üçün uzun-müddətli indikativ investisiya fəaliyyət planına
uyğun fəal şəkildə dəstəklənəcəkdir. Genişlənən baza şəbəkəsində tələb olunan
əlaqələrin təmin edilməsi və mövcud nəqliyyat şəbəkələrinin səmərəliliyini də
artırmaqla logistika zəncirində çətinliklərin aradan qaldırılması nəqliyyat bağlantılarını
daha da asanlaşdıracaq, beləliklə iqtisadi mübadilələri dəstəkləyəcəkdir. Yükdaşıma
axınlarının davamlı şəkildə artması sərhəd keçid prosedurlarının səmərəliliyinin
yüksəlməsi və inzibati, texniki və digər maneələrin azaldılması ilə dəstəklənəcəkdir.
Yol təhlükəsizliyinin artması və Ümumi Aviasiya Məkanı Sazişlərinə doğru addımlar
nəqliyyat bağlantılarını daha da gücləndirəcəkdir.
14. Tərəfdaş ölkələr arasında və onlarla Aİ arasında qaz və elektrik enerjisi sahəsindəki
qarşılıqlı əlaqəliliyin artması ilə enerji təchizatının təhlükəsizliyi yüksələcəkdir.
"Aİ4Enerji" təşəbbüsü enerji bazarlarında səmərəlilik və şəffaflığı daha yüksək
dərəcədə dəstəkləyəcəkdir. Enerji Birliyi çərçivəsində mövcud əməkdaşlığa davamlı
dəstək göstəriləcəkdir ki, bu Birlik Şərq tərəfdaşlarının müvafiq öhdəliklərini yerinə
yetirmələrində onlara yardım edəcəkdir. Bu kontekstdə Ukraynanın qaz nəqliyyatı
sistemi və anbarlarının müasirləşdirilməsi, strateji Cənub Qaz Dəhlizinin istismara
verilməsi və onun Mərkəzi Asiyayadək əlavə olaraq uzadılması, Ungen-Kişinyov və
Hermanoviçi-Bliçe Volitsia birləşdirici qaz boru kəmərlərinin çəkilməsi, Gürcüstanla
Ermənistan arasında birləşmiş elektrik enerjisi sisteminin gücləndirilməsi, eləcə də
Ukrayna və Moldovanın elektrik enerjisi sistemlərinin Avropa şəbəkəsinə potensial
inteqrasiyası üçün şərtlərin təmin edilməsi bu sahədə birgə öhdəliyi və tərəqqini
nümayiş edəcəkdir.
Qeyri-rəsmi tərcümə
15. İqlim Dəyişiklikləri üzrə Paris Sazişinə uyğun olaraq iqlim dəyişikliklərinə dayanıqlı və
aşağı karbon dioksid emissiyaları ilə inkişaf yollarına can atmaq, enerjidən səmərəli
istifadəni və bərpa olunan enerji mənbələrindən istifadəni yaxşılaşdırmaq və istixana
qaz emissiyalarını azaltmaq məqsədilə qərarlı tədbirlər görüləcəkdir. "Merlər Sazişi"
proqramı vasitəsilə Davamlı Enerji və İqlimin Qorunması Planlarının həyata
keçirilməsi, davamlı səmərəlilik üçün KOM-ların dəstəklənməsi, Aİ4Biznes, Aİ4Enerji
və Aİ4İnnovasiya arasında sinerjinin təmin edilməsi, ekoloji investisiyalar üçün
maliyyənin verilməsi, istixana qazlarının azaldılması üçün milli strategiyaların
hazırlanmasına, eləcə də milli emissiyaların monitorinqi, hesabatvermə və yoxlamasına
və milli adapativ siyasətlərin hazırlanması istiqamətində əlavə səylərin dəstəklənməsi
bu tədbirlərə daxildir.
16. Su ehtiyatları idarəçiliyinin və trans-sərhəd əməkdaşlığın təkmilləşdirilməsi, ekoloji və
iqlimlə bağlı hədəflərin sektor siyasətlərinə geniş şəkildə daxil edilməsi, düzgün ekoloji
idarəçiliyin inkişaf etdirilməsi və ətraf mühit üzrə məlumatlandırmanın artırılması yolu
ilə ətraf mühitin qorunması, iqlim dəyişikliyinin göstərdiyi təsirin zəiflədilməsi və ona
uyğunlaşma artacaqdır. Ekologiyaya daha çox yönümlü və daha dairəvi iqtisadiyyata
keçid dəstəklənəcəkdir. Çay hövzəsi idarəçiliyi planlarının hazırlanması, Qara Dəniz
üçün ekoloji risklərin müəyyən edilməsi, strateji ekoloji qiymətləndirmələrin və ətraf
mühitə təsirlərin qiymətləndirilməsi üçün qanunvericiliyin işlənməsi, ətraf mühit haqda
məlumatlara çıxışın artması və su bioloji resursların davamlı şəkildə işlədilməsi bu
sahədə atılan əsas addımlar sırasında olacaqdır.
Qeyri-rəsmi tərcümə
Mobillik və insanlar arasında əlaqələr
17. Gürcüstan, Moldova Respublikası və Ukrayna tərəfindən viza rejiminin
liberallaşdırılması meyarlarının davamlı şəkildə yerinə yetirilməsinə nəzarət etməklə,
şərait imkan verərsə, yaxşı idarə olunan və təhlükəsiz mobillik üçün şəraitin olması, o
cümlədən Tərəflər arasında imzalanmış Viza Rejiminin Sadələşdirilməsi və
Readmissiya Sazişlərinin səmərəli şəkildə həyata keçirilməsi şərti ilə, müvafiq olaraq
Ermənistan və Azərbaycanla Viza rejiminin liberallaşdırılması ətrafında dialoqun
müəyyən edilmiş qaydada başlanması məsələsini nəzərdən keçirməklə, və bundan
başqa, Belarusla Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişinin
imzalanması ilə mobillik sahəsində əldə edilən tərəqqi təşviq olunacaqdır. Digərləri ilə
yanaşı, tərəfdaş ölkələrdə miqrasiya idarəçiliyini yaxşılaşdırmaq məqsədilə mövcud
Mobillik Naminə Tərəfdaşlıqların həyata keçirilməsinə dəstək davam edəcəkdir.
Tərəfdaş Ölkələr arasında və onlarla Aİ-na Üzv Dövlətlər arasında sərhəd keçid
məntəqələrinin müasirləşdirilmiş şəbəkəsi ilə İnteqrə edilmiş Sərhəd İdarəçiliyinin
həyata keçirilməsi mobilliyi dəstəkləyəcək, eyni zamanda təhlükəsizliyi artıraraq, artan
ticarət axınlarına töhfə verəcəkdir.
18. Xüsusilə də "Aİ4Gənclər" təşəbbüsündə təqdim edilən gücləndirilmiş "Gənclər Paketi"
vasitəsilə gənclərin səriştəsinə, sahibkarlıq və işədüzəlmə imkanlarına qoyulan
investisiya əhəmiyyətli dərəcədə artacaqdır ki, buraya liderlik, mobillik, rəsmi və qeyri-
rəsmi təhsilin keyfiyyət məsələləri diqqət mərkəzində duran gənclərlə iş üçün yol
xəritələri çərçivəsində gənclər üçün yeni mobillik proqramları və hədəfli tədbirlər
daxildir. Gənclər və gənc əməkçilər Erasmus+ proqramı çərçivəsində artan mobillik
imkanlarından faydalanacaqlar. Tərəfdaş Ölkələrin Erasmus+, Creative Europe
(Yaradıcı Avropa), COSME və Horizon 2020 proqramlarında iştirak etməsi
universitetlər, idarəetmə qurumları, biznes şirkətləri, peşəkarlar, mədəniyyət və audio-
vizual operatorlar, gənc tələbələr və tədqiatçılar qarşısında yeni mobillik imkanları açır,
mədəniyyət və yaradıcılıq sənayelərinin inkişaf etməsinə töhfə verir. Aİ proqramlarında
güclənən əməkdaşlığa bütün müvafiq və zəruri hallarda dəstək göstəriləcəkdir.
Qeyri-rəsmi tərcümə
19. Aİ-na Üzv Dövlətlərin fəaliyyəti nəzərə alınaraq, Tərəfdaş Ölkələrdən olan şagirdlərə
yüksək keyfiyyətdə təhsil vermək, onların təhsil və işədüzəlmə imkanlarını artırmaq,
əməkdaşlığı, multikultural qarşılıqlı anlaşma, tolerantlıq, fundamental dəyərlər, Avropa
İttifaqının və onun regiondakı işinin daha yaxşı başa düşülməsini təşviq etmək, eləcə də
dil bilmək səriştəsini artırmaq üçün Şərq Tərəfdaşlığı Avropa Məktəbi təsis ediləcəkdir.
Tərəfdaş ölkələrin universitetlər şəbəkəsində yüksək səviyyədə tədris məsələsi diqqət
mərkəzində duracaqdır.
20. ŞT və Aİ-nın tədqiqat və innovasiya sistemlərinin inteqrə edilməsi yeni
"Aİ4İnnovasiya" təşəbbüsü vasitəsilə təşviq olunacdır ki, məqsəd tədqiqatçıların
məşğulluq və karyera perspektivlərini, rəqabət əsasında tədqiqat və innovasiyaların
maliyyələşdirilməsini və tədqiqat-sənaye tərəfdaşlıqlarına dəstəyi artırmaqdır. Bu işdə
məqsəd fərdi tədqiqatçılar üçün Horizon 2020 üzrə bütün maliyyələşdirmə planlarına
tam çıxışı təmin etməkdir. Milli elmi-tədqiqat institutları və innovasiya sistemlərinin
islahatları icra göstəricilərini və rəqabət qabiliyyətini artıracaqdır. Avropada bütün Milli
Elmi-Tədqiqat və Təhsil Şəbəkələrini birləşdirən Pan-Avropa GEANT şəbəkəsinə
inteqrasiya rəqəmsal fərqi daha da azaldacaqdır.
Qeyri-rəsmi tərcümə
QOŞMAYA Əlavə II
Sammit və nazirlər səviyyəsində keçirilmiş görüşlərin siyasi kursu ilə təyin olunan strateji istiqamət çərçivəsində Şərq Tərə fdaşlığının yeni optimallaşdırılmış
strukturunun səmərəliliyini və onun fəaliyyətinin ardıcıllığını təmin etmək məqsədilə 2015-ci ildə Riqada keçirilmiş ŞT Sammitində razılaşdırılmış dörd əsas
əməkdaşlıq sahəsinə uyğun olaraq Platformalar sektorlarası forumlar kimi yenidən strukturlaşdırılmışdır. Onlar Panellər (dərin müzakirələrin keçiriləcəyi yer) və
Yüksək Vəzifəli Şəxslərin Görüşləri (ümumi nəzarəti, sinerjilərin müəyyən edilməsini və ümumi prosesin yoxlanmasını təmin edəcəkdir) arasında qovuşma
nöqtəsi olacaqdır. Platformalar Panellərin işinə siyasi istiqamət verəcək və Yüksək Vəzifəli Şəxslərin Görüşlərinə hesabat verəcəklər. Belə ŞT strukturu inklüziv
və nəticə yönümlü prosesdə işləyəcəkdir. Aİ və tərəfdaş ölkələr nəticələrə, xüsusilə də 2020-ci ilə 20 nəticəyə yönələn iş planı və metodologiyanı
Qeyri-rəsmi tərcümə
razılaşdıracaqlar. Vətəndaş cəmiyyəti, o cümlədən müvafiq hallarda sosial trəfdaşlar və biznes icması yenilənmiş prosesə və bu nəticələrin əldə edilməsinə tam
şəkildə cəlb olunacaq.