RegionPress 114

8
№14(114) 15.06.2012 Гязет 2008- ъи ил мартын 15-дян чыхыр “region presi” sazogadoebrivi gazeTi Иътимаи гязет P R E S S www.amm.ge Səh.2-də Səh.4-də Səh.5-da Səh.7-də Marneuli şəhərindəki Mədəniyyət Evində Re- inteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı gənclərlə keçirilən görüşdə Gürcüstan baş prokurorunun birinci müavini David Sağvarelidze çıxış edib. Baş prokurorun birinci müavini azərbaycanlı- larla ikinci dəfədir ki, görüşdüyünü və Baş Proku- rorluq nəzdində fəaliyyət göstərən İctimai Şura üzvlərinin azərbaycanlı vətəndaşları dinləməyə, onların problemləri ilə həmişə tanış olmağa hazır olduqlarını, eyni zamanda gənclərin gələcəkdə prokurorluq hüquq-mühafizə sistemində işlə təmin edilməsinə şərait yaradılacağını deyib. O, görüşdə iştirak edən gənclərin müxtəlif mövzuda suallarını cavablandırıb. D. Sağvarelidze hüquq fakültəsini bitirən azərbaycanlı gənclərlə Marneulidə tikilən Ədliyyə Evində hüquq sahəsində treninqlər keçiriləcəyini, onlara prokurorluğun təcrübəsinin öyrədiləcəyini onların gələcəkdə hüquq-mühafizə sis- temində işə qəbul olunacağını bildirib. Tədbirdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Reinteqrasiya məsələləri üzrə Dövlət Nazirliyinin müşaviri Savalan Mirzəyev, Marneuli ra- yon İcra Hakimiyyətinin rəhbəri Zaza Dekano- idze və digər rəsmi şəxslər iştirak edib. D. Sağvarelidze oktyabr ayında Gürcüstanda keçiriləcək parlament seçkilərinə də münasibət bildirib: “Seçkilərin şəffaf keçirilməsinə nail olacağıq. İnanıram ki, Gürcüstanda yaşayan azərbaycanlılar da digər ölkə vətəndaşları kimi Gürcüstanın çiçəklənməsinə və demokratiya yolu ilə irəliləməsinə səs verərək, bir daha öz iradələrini nümayiş etdirəcəklər” - deyə o, vurğulayıb. Gürcüstan baş prokurorunun birinci müavini Marneulidə azərbaycanlı gənclərlə görüşüb Gürcü və azərbaycanlı jurnalistlər əməkdaşlıq haqqında razılığa gəlmişlər Azərbaycanlı gürcü jurnalistlər “Azərbaycanın və Gürcüstanın kütləvi infor- masiya vasitələrinin ikitərəfli münasibətlərin inkişafında rolu və təsiri. Medianın regional əməkdaşlığının yeni formatları” mövzusun- da dəyirmi masa çərçivəsində əməkdaşlıq qarşılıqlı yardım haqqında razılığa gəlmişlər. İşgüzar görüş Azərbaycanın Jurna- list Qadınlar Assosi- asiyasının təşəbbüsü ilə baş tutmuşdur. Tbilisidə RİA – Novosti agentli- yinin mətbuat mərkəzi görüşün keçirilməsi üçün təşkilati dəstək göstərmişdir. Danışıqlarda Gür- cüstanın Azər- baycanın kütləvi informasiya vasitələrinin 15-dək nümayəndəsi iştirak etmişdir. “No- vosti – Azerbaydjan”ın baş direktoru Gülnarə Məmmədzadə bildirmişdir ki, Gürcüstanla Azərbaycan arasında inteqrasiya olunmuş va- hid media mühitinin yaradılması zəruridir. “Bizdə çoxlu qarşılıqlı maraq və ümumi möv- zular vardır və biz informasiya, şərh və öz materiallarımızla mübadilə edə bilərik. Biz münasibətlərin yeni formatlarını axtarmalı, necə daha fəal işləyəcəyimiz barədə düşünməliyik – bu mətbuat klubları, müəyyən məsələlər üzrə işçi qrupları, müxtəlif formatlar- da fikir mübadiləsi şəklində öz əksini tapa bilər” - deyə o, vurğulamışdır. Görüş iştirak- çıları bu mərhələdə Facebook sosial şəbəkəsində “Me- dia – klub: Bakı – Tbilisi” adı altında xüsusi qrup yarat- maq barədə razılığa gəlmişlər. Burada iki ölkə arasında əməkdaşlığın formatları və münasibətlərin müxtəlif məqamları üzrə fikir mübadiləsi davam etdiriləcəkdir. Eyni vaxtda, azərbaycanlı həmkarları ilə danışıqlar aparmaq üçün gürcü jurnalistlərinin Bakıya səfəri də nəzərdə tutulur. İyunun 15-də Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində Azərbaycanın Mil- li Qurtuluş Günü münasibətilə ziyalıların, gənc-lərin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan AMM-in idarə heyətinin sədri Fazil Həsənov bildirdi ki, iyunun 15-i dünya miqyasında tanınmış siyasi və dövlət xadimi kimi adını tarixə yazmış şəxsiyyət olan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan fəlakət və xaosdan xilas oldu. Dövlət çevrilişlərinə cəhdlərin qarşısı alındı. “Əsrin müqaviləsi” imzalandı və Azərbaycan dünyanın ən nüfuzlu dövlətləri və beynəlxalq qurumları tərəfindən tanındı. Fazil müəllim dedi ki, bugünkü tədbir bir də onunla əlamətdardır ki, burada həmyerlimiz və fəxrimiz Xalq şairi Zəlimxan Yaqub iştirak edir. Tədbirdə iştirak edənlərdən Gürcüstan parla- mentinin deputatı Azər Süleymanov, parlamentin sabiq deputatı Hidayət Hüseynov, ziyalı Vaqif Mustafayev və digərləri Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Heydər Əliyevin xalqın rifahı, Azərbaycanın gələcəyi üçün gördüyü işlərdən danışdılar. Xalq şairi Zəlimxan Yaqub dedi ki, 1993-cü il iyunun 15-nin təqvimə Qurtuluş Günü kimi salınması ədalətlidir və məlum olduğutək, ədalət həmişə zəfər çalır. O, ümidvar olduğunu bildirdi ki, Azərbaycanların Mədəniyyət Mərkəzi bundan sonra da Azərbaycanın və Gürcüstanın milli bayramlarını yüksək səviyyədə qeyd edəcəkdir. “Regionpress” Azərbaycanlıların Mədəniyyət Mərkəzində Milli Qurtuluş Günü qeyd olundu Türkiyənin nüfuzlu iqtisadiyyat və iş dünyası nəşri olan "Ekovitrin" jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanın bi- rinci xanımı, Heydər Əliyev Fondunun prezi- denti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə "İlin birinci xanımı" nominasiyasının qalibi olub. İstanbuldakı "Green Park" otelində mükafatın təqdim olunması mərasimini "Ekovit- rin" jurnalının sahibi Kamran Abaçıoğlu açaraq, laureatları və qonaqları salamlayıb, jurnalın keçirdiyi sorğu haqqında ətraflı məlumat verib. Bildirilib ki, sorğu iki ay davam edib, 34 nomi- nasiya üzrə 102 siyasət, biznes, incəsənət və elm xadiminə 251 min 562 səs ve- rilib. İki ay davam edən səsvermədən sonra ilin ulduzları müəyyən olunub. Salona toplaşan nazirlər, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, Türkiyənin və dünyanın nü- fuzlu iş adamlarının sürəkli alqışları altında Heydər Əliyev Fondunun ic-raçı direktoru Anar Ələkbərov Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın layiq görüldüyü "İlin birinci xanımı" mükafatını İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və Kamran Abaçıdan qəbul edib. Mərasimdə "İlin naziri" nomi- nasiyasında mükafat Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günaya, "Beynəlxalq diplomatiya" mükafatı isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğluna təqdim olunub. Türkiyənin nüfuzlu universitetlərinin rektorları Mustafa Aydın, Sezer Şener, "Çalık İnşaat" şirkətinin sahibi Əhməd Çalık, İstanbulun Şişli rayonunun bələdiyyə sədri Mustafa Sarıgül və digər nüfuzlu şəxslər laureatlar arasında olublar. Mehriban Əliyevaya "İlin birinci xanımı" mükafatı təqdim edildi 1 İyun - GAGİ öz tədbiri ilə körpələri sevindirdi M.F.Axundov - 200 Şirin bir röyaya döndü Gülabı Yəmənə gedən geri qayıdırmı?.. Biografik məlumatlar

description

RegionPress 114 sayini oxuya bilersiniz

Transcript of RegionPress 114

Page 1: RegionPress 114

(Davamы сящ. 2-дя)

№14(114)15.06.2012

Гязет 2008-ъи ил мартын 15-дян чыхыр

“region presi” sazogadoebrivi gazeTiИътимаи гязет

R e g i o nP R E S S

www.amm.ge

Səh.

2-də

Səh.

4-də

Səh.

5-da

Səh.

7-də

Marneuli şəhərindəki Mədəniyyət Evində Re-inteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı gənclərlə keçirilən görüşdə Gürcüstan baş prokurorunun birinci müavini David Sağvarelidze çıxış edib.

Baş prokurorun birinci müavini azərbaycanlı-larla ikinci dəfədir ki, görüşdüyünü və Baş Proku-rorluq nəzdində fəaliyyət göstərən İctimai Şura üzvlərinin azərbaycanlı vətəndaşları dinləməyə, onların problemləri ilə həmişə tanış olmağa hazır olduqlarını, eyni zamanda gənclərin gələcəkdə prokurorluq və hüquq-mühafizə sistemində işlə təmin edilməsinə şərait yaradılacağını

deyib. O, görüşdə iştirak edən gənclərin müxtəlif mövzuda suallarını cavablandırıb. D. Sağvarelidze hüquq fakültəsini bitirən azərbaycanlı gənclərlə Marneulidə tikilən Ədliyyə Evində hüquq sahəsində treninqlər keçiriləcəyini, onlara prokurorluğun iş təcrübəsinin öyrədiləcəyini və onların gələcəkdə hüquq-mühafizə sis-temində işə qəbul olunacağını bildirib.

Tədbirdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Reinteqrasiya məsələləri üzrə Dövlət Nazirliyinin müşaviri Savalan Mirzəyev, Marneuli ra-

yon İcra Hakimiyyətinin rəhbəri Zaza Dekano-idze və digər rəsmi şəxslər iştirak edib.

D. Sağvarelidze oktyabr ayında Gürcüstanda keçiriləcək parlament seçkilərinə də münasibət bildirib: “Seçkilərin şəffaf keçirilməsinə nail olacağıq. İnanıram ki, Gürcüstanda yaşayan azərbaycanlılar da digər ölkə vətəndaşları kimi Gürcüstanın çiçəklənməsinə və demokratiya yolu ilə irəliləməsinə səs verərək, bir daha öz iradələrini nümayiş etdirəcəklər” - deyə o, vurğulayıb.

Gürcüstan baş prokurorunun birinci müavini Marneulidə azərbaycanlı gənclərlə görüşüb

Gürcü və azərbaycanlı jurnalistlər əməkdaşlıq haqqında razılığa gəlmişlər

Azərbaycanlı və gürcü jurnalistlər “Azərbaycanın və Gürcüstanın kütləvi infor-masiya vasitələrinin ikitərəfli münasibətlərin inkişafında rolu və təsiri. Medianın regional əməkdaşlığının yeni formatları” mövzusun-da dəyirmi masa çərçivəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında razılığa gəlmişlər.

İşgüzar görüş Azərbaycanın Jurna-list Qadınlar Assosi-asiyasının təşəbbüsü ilə baş tutmuşdur. Tbilisidə RİA – Novosti agentli-yinin mətbuat mərkəzi görüşün keçirilməsi üçün təşkilati dəstək göstərmişdir.

Danışıqlarda Gür-cüstanın və Azər-baycanın kütləvi informasiya vasitələrinin 15-dək nümayəndəsi iştirak etmişdir. “No-vosti – Azerbaydjan”ın baş direktoru Gülnarə Məmmədzadə bildirmişdir ki, Gürcüstanla Azərbaycan arasında inteqrasiya olunmuş va-hid media mühitinin yaradılması zəruridir.

“Bizdə çoxlu qarşılıqlı maraq və ümumi möv-zular vardır və biz informasiya, şərh və öz materiallarımızla mübadilə edə bilərik. Biz münasibətlərin yeni formatlarını axtarmalı, necə daha fəal işləyəcəyimiz barədə düşünməliyik –

bu mətbuat klubları, müəyyən məsələlər üzrə işçi qrupları, müxtəlif formatlar-da fikir mübadiləsi şəklində öz əksini tapa bilər” - deyə o, vurğulamışdır.

Görüş iştirak-çıları bu mərhələdə Facebook sosial şəbəkəsində “Me-dia – klub: Bakı – Tbilisi” adı altında xüsusi qrup yarat-maq barədə razılığa gəlmişlər. Burada

iki ölkə arasında əməkdaşlığın formatları və münasibətlərin müxtəlif məqamları üzrə fikir mübadiləsi davam etdiriləcəkdir. Eyni vaxtda, azərbaycanlı həmkarları ilə danışıqlar aparmaq üçün gürcü jurnalistlərinin Bakıya səfəri də nəzərdə tutulur.

İyunun 15-də Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində Azərbaycanın Mil-li Qurtuluş Günü münasibətilə ziyalıların, gənc-lərin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan AMM-in idarə heyətinin sədri Fazil Həsənov bildirdi ki, iyunun 15-i dünya miqyasında tanınmış siyasi və dövlət xadimi kimi adını tarixə yazmış şəxsiyyət olan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan fəlakət və xaosdan xilas oldu. Dövlət çevrilişlərinə cəhdlərin qarşısı alındı. “Əsrin müqaviləsi” imzalandı və Azərbaycan dünyanın ən nüfuzlu dövlətləri və beynəlxalq qurumları tərəfindən tanındı.

Fazil müəllim dedi ki, bugünkü tədbir bir də onunla əlamətdardır ki, burada həmyerlimiz və fəxrimiz Xalq şairi Zəlimxan Yaqub iştirak edir.

Tədbirdə iştirak edənlərdən Gürcüstan parla-mentinin deputatı Azər Süleymanov, parlamentin sabiq deputatı Hidayət Hüseynov, ziyalı Vaqif Mustafayev və digərləri Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Heydər Əliyevin xalqın

rifahı, Azərbaycanın gələcəyi üçün gördüyü işlərdən danışdılar.

Xalq şairi Zəlimxan Yaqub dedi ki, 1993-cü il iyunun 15-nin təqvimə Qurtuluş Günü kimi salınması ədalətlidir və məlum olduğutək, ədalət həmişə zəfər çalır. O, ümidvar olduğunu bildirdi ki, Azərbaycanların Mədəniyyət Mərkəzi bundan sonra da Azərbaycanın və Gürcüstanın milli bayramlarını yüksək səviyyədə qeyd edəcəkdir.

“Regionpress”

Azərbaycanlıların Mədəniyyət Mərkəzində Milli Qurtuluş Günü qeyd olundu

Türkiyənin nüfuzlu iqtisadiyyat və iş dünyası nəşri olan "Ekovitrin" jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanın bi-rinci xanımı, Heydər Əliyev Fondunun prezi-denti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə "İlin birinci xanımı" nominasiyasının qalibi olub. İstanbuldakı "Green Park" otelində mükafatın təqdim olunması mərasimini "Ekovit-rin" jurnalının sahibi Kamran Abaçıoğlu açaraq, laureatları və qonaqları salamlayıb, jurnalın keçirdiyi sorğu haqqında ətraflı məlumat verib. Bildirilib ki, sorğu iki ay davam edib, 34 nomi-

nasiya üzrə 102 siyasət, biznes, incəsənət və elm xadiminə 251 min 562 səs ve-rilib. İki ay davam edən səsvermədən sonra ilin ulduzları müəyyən olunub.

Salona toplaşan nazirlər, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, Türkiyənin və dünyanın nü-fuzlu iş adamlarının sürəkli alqışları altında Heydər Əliyev Fondunun ic-raçı direktoru Anar Ələkbərov Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın layiq görüldüyü "İlin birinci xanımı" mükafatını İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və Kamran Abaçıdan qəbul edib.

Mərasimdə "İlin naziri" nomi-nasiyasında mükafat Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günaya, "Beynəlxalq diplomatiya" mükafatı isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğluna təqdim olunub.

Türkiyənin nüfuzlu universitetlərinin rektorları Mustafa Aydın, Sezer Şener, "Çalık İnşaat" şirkətinin sahibi Əhməd Çalık, İstanbulun Şişli rayonunun bələdiyyə sədri Mustafa Sarıgül və digər nüfuzlu şəxslər laureatlar arasında olublar.

Mehriban Əliyevaya "İlin birinci xanımı" mükafatı təqdim edildi

1 İyun - GAGİ öz tədbiri

ilə körpələri sevindirdi

M.F.Axundov - 200 Şirin bir röyaya döndü Gülabı

Yəmənə gedən geri

qayıdırmı?..Biografik məlumatlar

Page 2: RegionPress 114

Dünya№14 (114) 15.06.2012 3Gündəm

№14 (114) 15.06.20122

Gürcüstan paytaxtındakı Dövlət Dəftərxanasının akt zalında Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı ilə ölkədə yaşayan milli azlıqların nümayəndələrinin qatıldığı “Mədəniyyətlərin dialoqu” adlı musiqi festivalı keçirilib. Festivalda gənclərdən ibarət ye-rli musiqiçilər və folklor rəqs kollektivləri, bəstəkarlar, dövlət və hökumət nümayəndələri iştirak edib. Tədbirdə bəstəkar Manana Alpaidze aparıcılıq edib. Sonra Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət naziri Eka Tkeşelaşvili, Milli Təhlükəsizlik Katibinin müavini Tamar Kindsuraşvili, Mədəniyyət Nazirinin müavini Marina Cuğuşvili çıxış edərək musiqinin mənəvi gücündən, ölkədə yaşayan uşaqların istedadından, folklor ansambllarının uğurlarından söhbət açıblar.

Tədbirdə Gürcüstanda yaşayan gürcü, Azərbaycan, çeçen, erməni, kist, osetin, aysor, yu-nan, yəhudi və digər milli azlıqların sənətçilərinin nümayiş etdirdiyi 22 musiqi nömrəsi səsləndirilib. Festivalda Azərbaycanlıların Marneulidəki

Mədəniyyət Mərkəzini onun nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupu təmsil edib. Təşkilatçılara da yaxşı tanış olan qrupun üzvlərinin uğurlu çıxışları sonda hədiyyələrə və mükafatlara layiq görülüb. Gənc pianoçulardan Marneuli musiqi məktəbinin şagirdi Aidə Heydərovanın, Rustavidəki 3 saylı musiqi məktəbinin şagirdi Aida Musayevanın ifaları və Rustavidən festi-vala qatılan “Cücələrim” rəqs qrupunun nümayiş etdirdiyi rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Festivalda Marneulidəki “Union” qeyri-hökumət təşkilatının nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin rəsmləri və əl işlərindən ibarət maraqlı sərgi də təşkil olu- nub. Tədbirin sonunda gənc musiqiçilərə və mu-siqi məktəblərinin müəllimlərinə hədiyyələr və diplomlar təqdim olunub.

Gürcüstanın Reinteqrasiya Məsələləri üzrə Dövlət naziri Eka Tkeşelaşvili açıqlamasında festivalın böyük əhəmiyyət kəsb etdiyini bildi-rib: “Bu festival bizim üçün çox vacibdir. Bu tədbirdə bizim gözəl və yaraşıqlı, istedadlı uşaqlarımız musiqi qabiliyyətlərini nümayiş etdirirlər. Mən bir ana kimi tədbirin belə möhtəşəm və maraqlı keçməsinə sevinirəm. Biz hər il ənənəvi şəkildə ölkəmizin vətəndaşları olan milli azlıq nümayəndələrinin iştirak etdiyi musiqi festivalı keçiririk. Bu, bizim dövlətimizin qüruru və gücüdür. Uşaqların musiqi sahəsində olan istedadını görmək bizim üçün çox maraqlı və xoşdur. Bu tədbirdə iştirak etmək üçün ölkənin hər yerindən gələn musiqi kollektivləri ciddi hazırlaşıblar. Sonda biz onlara uğurlu çıxışlarını nəzərə alaraq müxtəlif mükafatlar və hədiyyələr təqdim etdik”.

N.Məmmədzadə

Tbilisidə "Bir səma altında" - “Mədəniyyətlərin dialoqu” adlı incəsənət festivalı keçirilib

Türkiyənin Qars şəhərində İqtisadi İnkişaf Nazirliyinin (İİN), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo), Türkiyənin Odalar və Borsalar Birliyinin və Xa-rici İqtisadi Əlaqələr Təşkilatının, Gürcüstanın “Invest in Georgia” Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçirilib.

İİN-dən verilən məlumata görə, artıq ikinci dəfədir ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes-forum keçi-rilir.

Tədbirdə Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, ARDNŞ pr-ezidenti Rövnəq Abdullayev, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Se- yidov və digər rəsmilərin, eləcə də sənaye, kənd təsərrüfatı, tikinti, turizm, enerji, bank, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, logistika və digər sahələrdə fəaliyyət göstərən sahibkarların təmsil olunduğu nümayəndə heyəti iştirak edib.

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bu forumun Azərbaycan-Türkiyə-Gürcüstan dostluğunun nümunəsi olduğunu qeyd edib, qonşu ölkələr arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verib. Türkiyəli nazir bir daha vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarının işğaldan azad etməyincə, Türkiyə Ermənistanla diplomatik və iqtisadi əlaqələr qurmayacaq: “Türkiyə daim qardaş Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mus-tafayev prezident İlham Əliyevin həm Türkiyə, həm də Gürcüstanla si-yasi və iqtisadi əlaqələrin davamlı olaraq inkişafına böyük önəm verdiyini və ölkə başçılarının səyləri nəticəsində bu əlaqələrin strateji əməkdaşlıq səviy- yəsinə yüksəldiyini, A z ə r b a y c a n - G ü r c ü s - tan-Türkiyə regional əməkdaşlığının dünyada örnək olduğunu vurğulayıb: “Ölkələrimizin iqtisadi potensialının, əlverişli

coğrafi mövqeyinin, böyük tranzit imkanlarının, eləcə də bu üstünlüklərin reallaşdırılması üçün həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars transmilli layihələri regionu Avropa ilə Asiya arasında səmərəli iqtisadi əməkdaşlığın zəruri həlqəsinə çevirib”.

Ş.Mustafayev qeyd edib ki, 2012-ci ilin 4 ayı ərzində Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 60%, Gürcüstan-la xarici ticarət dövriyyəsi isə 15% artıb. Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 844 şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 mlrd. dollar, ARDNŞ və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 mlrd. dollar təşkil edir. Təkcə ARDNŞ-ın Türkiyəyə investisiyaları 2018-ci ilədək 17 mlrd. dollar təşkil edəcək. “Petkim”in həyata keçirəcəyi yeni layihə minlərlə iş yeri yaradılmasına imkan verəcək: “Gürcüstanda isə Azərbaycan sərmayələri əsasında 272 şirkət fəaliyyət göstərir və 1996-2011-ci illər ərzində bu şirkətlər tərəfindən təxminən 454,5 mln. dollar məbləğində investisiya qoyulub”.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya isə çıxışında üçtərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və iş adamlarının əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayacaqlarına əminliyini vurğulayıb.

Biznes - forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Qarsda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçirilib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Marneuli şəhərində Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının (GAGİ) təşkili ilə yüksək səviyyədə qeyd olundu. Təntənə il ərzində GAGİ-nin reallaşdırdığı “Hər bir uşağın yaşamağa haqqı var!” şüarı ilə keçirilən tədbirlər silsiləsi çərçivə- sində baş tutdu. Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində həlak olan uşaqların və Cənubi Abxaziya və Osetiyada- kı münaqişələr zamanı qaçqın və məcburi köçkün düşmüş uşaqların simasında keçirilən kampaniya il ərzində Gürcüstanın bir neçə bölgəsində müxtəlif tədbir və aksiyaların keçirilməsi ilə reallaşır.

Tədbir Marneuli şəhərinin mərkəzi parklarının birində açıq səma altında musiqiçilərin, şən təlxəklərin iştirakı ilə qeyd olun-du. Bayram əhval-ruhiyyəsi bəxş edən təntənədə Gürcüstan xalq müdafiəçisi aparatının uşaqların müdafiəsi şöbəsinin əməkdaşları, KİV və ictimaiyyət təmsilçiləri, ziyalılar, valideynlər, yerli hakimiyyət nümayyəndələri gürcü və azərbaycanlı yeniyetmə-gənclər iştirak etdi.

Tədbirdə GAGİ-nin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” dərnəyində yeniyetmə uşaqların əl işləri sərgi olundu və satışa çıxarıldı. Əldə olunan vəsait şəhərdəki uşaq bağçaları üçün oyuncaqlara sərf olunacaqdır.

Təntənədə GAGİ-nin nəzdində fəaliyyət

göstərən “Gün” musiqi və rəqs ansamblının solisti, görmə qabiliyyətini itirmiş yeniyetmə Şaban Məmmədov və digər üzvlər musiqi parçalarını ifa etdilər, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupu Azərbaycan xalq rəqslərini ifa etdilər, gürcü və azərbaycanlı körpələr vətənpərvər şeirlər söylədilər, mahnılar və rəqslər nümayiş etdirdilər. Tbilisidən dəvət olunan xüsusi animator və təlxəklər körpələrin sevincinə səbəb oldular.

GAGİ tərəfindən körpələrə hədiyyələr və şirniyyatlar təqdim olundu.

Şəhər sakinləri bu tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirərək qeyd etdilər ki, şəhərdə

nadir hallarda bu cür tədbirlər keçiril-ir. Bu cür tədbirlərə böyük ehtiyac hiss olunur.

GAGİ-nin sədri Leyla Məmmədova çıxışında qeyd etdi ki, təşkilatın əsas məqsədlərindən biri yeniyetmə-gənclər üçün bu cür şənliklər təşkil etmək, onların bacarıqlarını büruzə vermək üçün müxtəlif addımların

atılmasıdır. Ən əsası isə gənclərin, uşaqların bir-biriylə təması, ölkəmizdə yaşayan digər

millətlərin nümayəndələriylə tanışlığı və dostluğu məhz bu görüşlər zamanı həyata keçirilir. Biz də çalışacağıq ki, qarşımıza qoyduğumuz bu və digər məqsədlərə çataq.

Nərgiz Əliyeva

Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi

gününü açıq səma altında qeyd etdi

TürkPA iştirakçısı olan ölkələrin parlamentlərinin spikerləri Türkdilli Ölkələrin Parlament Assambleyalarının III iclasında Bişkək bəyannaməsi qəbul ediblər və TürkPA iclasının yekun sənədlərini imzalayıblar.

"Türkdilli ölkələr arasında parlamentlərarası

əlaqələrin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və re-gional dünya təhlükəsizliyinin qorunub saxlanmasına yardım göstərilməsi vacibdir",-bəyannamədə deyilir.

"Parlament Assambleyası türk-dilli dövlətlər arasında ticari-iqti-sadi əlaqələri möhkəmləndirməli olan türkdilli ölkələrin iqtisadi göstəricilərini birləşdirən əsas mühərrikdir. Türkdilli ölkələrin mədəni və tarixi irsini, dilini və ənənələrini qoruyub sax-lamaq və artırmaq vacibdir", -bəyannamədə deyilir.

Bişkək bəyannaməsinin imzalanması ilə TürkPA-nın III

plenar iclası başa çatıb. Növbəti plenar iclas 2013-cü ildə Türkiyənin paytaxtı Ankarada keçiriləcək. TürkPA sammiti bu ilin avqustunda Qırğızıstanda keçiriləcək. Sammitdə Assambleyaya sədrlik Qazaxıstana keçəcək.

TürkPA iştirakçısı olan ölkələrin parlamentlərinin spikerləri Bişkək

bəyannaməsi imzalayıblar

Page 3: RegionPress 114

Dünya№14 (114) 15.06.2012 3Gündəm

№14 (114) 15.06.20122

Bakı Dövlət Univer-sitetində Gürcüstan Milli Elmlər Aka-demiyası ilə BDU arasında elm və təhsil sahəsində əlaqələri inkişaf etdirmək məqsədilə Anlaşma Memorandumu im-zalanıb. Universitetin Mətbuat və informasi-ya şöbəsindən bildiri-lib ki, BDU tərəfindən

Memorandumu rektor, akademik Abel Məhərrəmov, Gürcüstan tərəfindən isə Milli Elmlər Akademiyasının akademik katibi Gi-viTsintsadze imzalayıblar. Bu əhəmiyyətli sənədə imza atan rektor Abel Məhərrəmov Memorandum çərçivəsində həyata keçiriləcək işlərin önəmindən danışıb.

İmzalanan Anlaşma Memorandumu aşağıdakı sahələrdə iki qurum arasında əməkdaşlığı nəzərdə tutur.

Tədqiqatçı və doktorantların mübadiləsiProfessor və müəllim heyətinin elmi sahədə ixtisaslarının

artırılmasına qarşılıqlı yardımQabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsiİkitərəfli birgə simpozium, seminar və konfrans təşkiliQarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə

iştirakı.

Abel Məhərrəmov gürcü həmkarları ilə razılığa gəldi

Dağlıq Qarabağ münaqişəsi re-gionda təhlükəsizliyi təhdid edir. Bu barədə bazar er-təsi Tbilisidə keçirilən brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalan-dadze Azərbaycan və Ermənistan qo-şunlarının təmas xəttində gərginliyin artması ilə bağlı sualı cavablandırarkən bildirib.

Kalandadzenin sözlərinə görə, regionda mövcud olan münaqişələr səbəbindən Cənubi Qafqazda təhükəsizliklə bağlı vəziyyət "çox kövrək"dir.

"Bunu beynəlxalq aləm də bilir, lakin, ilk növbədə, bunu Cənubi Qafqazın üç ölkəsinin liderləri bilirlər", - nazir müavini deyib.

"Mən əminəm ki, bütün tərəflər Dağlıq Qarabağ münaqişəsinin nə qədər çətin olduğunu, hərbi münaqişənin fəsadlarının bütün region üçün nə qədər ağır ola biləcəyini, dövlətlərimizin inkişafı baxımından regionda vəziyyətin nə qədər mürəkkəb ola biləcəyini tam dərk edirlər", - o qeyd edib.

Xanım Kalandadze vurğulayıb ki, indiki şəraitdə gərginliyin eskalasiyası ilə bağlı həmişə nəzəri təhlükə var ki, buna da hamı həssas olmalıdır.

"Əminəm ki, hər iki dövlət bu problemə həssas yanaşır" , - Kalan-dadze deyib və qeyd edib ki, Gürcüstan hakimiyyəti Bakı və Yere-vanla daim əlaqə saxlayır.

Gürcüstan XİN: Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyini təhdid edir

Klinton Kremli ittiham etdiDövlət katibi Rusiyanın Suriyaya hərbi helikopterlər göndərdiyini

bildirib.ABŞ-ın dövlət ka-

tibi Hillari Klinton Rusiyanı Suriya or-dusuna hərbi helikopter göndənməkdə ittiham edib. Hillari Klinton bu bəyanatı Vaşinqtondakı çıxışında verib.

Dövlət katibi bildi-rib ki, helikopterlər artıq Suriyaya göndərilib və onlar ölkədə vəziyyəti ciddi şəkildə pisləşdirə bilər. "Ruslar vaxtaşırı əmin edirlər ki, onların təchizatının Suriyada münaqişənin yayılmasına təsir göstərəcəyindən narahat olmağımıza dəyməz. Lakin bu düzgün deyil", - H.Klinton deyib.

Suriyada ar-tıq vətəndaş müharibəsi təh-lükəsinin ol-masından yox, faktiki vətəndaş m ü h a r i b ə s i n i n başlamasından da-nışmaq olar.

BMT baş kati-binin sülhü qoru-ma əməliyyatları üzrə müavini Herve Ladsous deyib ki, Suriyada durum vətəndaş müharibəsi səviyyəsinə çatıb.

Herve Ladsous Suriya hökumətinin ölkə ərazisinin böyük hissəsinə və bir çox şəhərlərə nəzarəti itirdiyini, bu yerlərdə nəzarəti bərpa etməyə çalışdığını bildirib. Onun sözlərinə görə, döyüşlər geniş miqyas alıb.

Bu arada dünən Haffe şəhərinə daxil olmağa çalışan BMT müşahidəçilərinin hücuma məruz qaldığı üzə çıxıb. Qəzəbli kütlə müşahidəçilərin olduqları avtomobillərə hücum çəkib. Müşahidəçilərin tərk etdikləri 3 avtomobil yandırılıb. Müşahidəçilər arasında yaralanan yoxdur.

BMT: Suriyada vətəndaş müharibəsi başladı

"Keçmiş səhvlərdə günahkar axtarmaq lazım deyil""Dağlıq Qarabağ münaqişəsi zonasının təmas xəttində

insidentlərin araşdırılması mexanizmlərini yaratmaq lazımdır". Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya xarici işlər

naziri Eymon Qilmor İrəvanda keçirilən mətbuat konfransında dey-ib: "Ümid edirəm ki, bu istiqamətdə Parisdə keçiriləcək (iyunun 18-də) görüşdə irəliləyiş əldə etmək mümkün olacaq".

Onun sözlərinə görə, insidentlərin araşdırılması mexanizmi-nin yaradılması ona görə mühümdür ki, tərəflər cavab hərəkətlərin qarşısını almaq üçün təmas xəttindən snayperlərin çıxarılmasına zəmanət versinlər: "Bu barədə İrəvanda deyirəm, Bakıda da deyəcəm".

"Atəşkəs rejimini pozmaqda konkret günahkar olanları cəzalandırmağın vaxtı gəlib çatmayıbmı?"

sualını cavablandıran ATƏT sədri bildirib ki, İrlandiya dondurulmuş münaqişələrin həllində böyük təcrübəyə malikdir. Onun sözlərinə görə, uğur əldə etmək üçün keçmiş səhvlərdə günahkar axtarmaq lazım deyil: "Problemin gələcək nizamlanması ilə bağlı düşünmək lazımdır. Dağlıq Qarabağ münaqişəsi güc və ya təhdidlə həll oluna bilməz", - deyə E.Qilmor vurğulayıb.

ATƏT sədrindən Qarabağ təklifi

Misirdə "Müsəlman Qardaşlar" Assosasiyasından prezident seçkilərində iştirak edən Muhamməd Mursi ikinci tura bir gün qalmış bu bəyanatla çıxış edib

Misir Parlamentinin buraxılması haqqında Konstitusiya Məhkəməsinin qərarından sonra təşkil edilən mətbuat konfransında o deyib: «Bütün misirliləri istənilən saxtakarlıq cəhdlərinə qarşı birləşməyə çağırıram. Mən xalqımızın azadlığı uğrunda özümü on-larla birlikdə qurban verməyə hazıram».

Xatırladaq ki, iyunun 16 və 17-si Misirdə prezident seçkilərinin ikinci turu həyata keçiriləcək. Muhəmməd Mursinin yeganə rəqibi isə Hüsnü Mübarək hökumətinin sabiq baş naziri Əhməd Şəfiqdir.

Misirdə seçkilərdə saxtakarliq aşkar olunarsa yeni inqilab baş verəcək

“Yunanıstandakı si-yasi qeyri-müəyyənlik fonunda böhran dalğasının digər av-rozona ölkələrinə yayılma riski real olaraq qalır.” Belə bir açıqlamanı "Fitch" beynəlxalq reytinq agentliyinin icraçı direktoru Ed Parker verib. O, avrozonadakı böhrana münasibət bildirərək deyib ki, əgər Yunanıstan avrozo-nadan çıxsa, o zaman avrozonanın periferiya ölkələrinin kredit reytinqinin aşağı salınması qaçılmaz olacaq. Avropada siyasi risk dərəcəsinin yüksəldiyini qeyd edən icraçı direktor uzunmüddətli böhran və tənəzzül nəticəsində artıq qitədə “islahatlardan yorulma” əlamətlərinin nəzərə çarpdığını vurğulayıb.

“YouGov” araşdırma institutunun apardığı rəy sorğusunun nəticələrinə görə isə, Almaniya vətəndaşlarının 2/3-si Yunanıstanın avrozonadan çıxmasını dəstəkləyir. Sorğunun nəticələrinə əsasən, Almaniya əhalisinin 69%-i, yəni 82 milyon nəfər Yunanıstanın iqti-sadi zonadan çıxmasının tərəfdarıdır.

Xatırladaq ki, bazar günü yunanlar təkrar parlament seçkilərində iştirak edəcəklər. Seçkinin nəticəsi ölkənin və ölkə əhalisinin avro-zonada qalmağa nə dərəcədə hazır olduğunu göstərəcək.

Almanlar Yunanıstanı Avrozonada görmək istəmirlər

1389. Kosovoda döyüşdə Osmanlı sultanı I Murad öldürülüb1502. Xristofor Kolumb Martinik adalarını kəşf edib1715. I Pyotr Azərbaycan dilində “Bəyannamə” nəşr etdirərək Azərbaycan vilayətlərinə göndərib1752. Benjamin Franklin ildırımın elektrik xassəli olduğunu kəşf edib1844. “Goodyear” şirkəti kauçukun vulkanlaşdırılması texnologiyasını hazırlayıb1904. “Bayer” futbol klubu təşkil edilib1904. Nyu-Yorkda “General Slocum” gəmisində yanğın 1000 nəfərin həyatına son qoyub1920. Azərbaycan İnqilab Komitəsi balıq sənayesinin milliləşdirilməsi haqqında dekret verib1920. Qarabağda Sovet işğal rejiminə qarşı Azərbaycan Milli Or-dusunun hissələri üsyan edib1922. Haaqa konfransı başlayıb1922. “Bakinski Raboçiy” qəzetində Nərimanovun “Bir-neçə yoldaşa cavab” adlı məqaləsi dərc edilib1923. Azərbaycan SSR-in Torpaq Məcəlləsi qəbul edilib1954. UEFA təsis edilib1975. Bakı-Xankəndi-İrəvan təyyarə reysi açılıb 1993. Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilib. Bu tarix indi “Qurtuluş günü” kimi qeyd olunur1994. İsrail və Vatikan arasında diplomatik münasibətlər qurulub2001. Şanxay Əməkdaşlıq Təşkilatı qurulub.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Ankara Böyükşə-hər Bələdiyyəsinin Adların verilmə-si komissiyasının Bələdiyyə Məclisində irəli sürdüyü, 82 nəfər üzvün dəstəyi ilə qəbul olunmuş və Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 12 mart 2012-ci il tarixində Ankara Böyükşəhər Bələdiyyəsinin 319 saylı qərarı ilə Ankaranın ən böyük rayonlarından biri olan və 558 223 nəfər əhalinin yaşadığı Mamak rayonunun 1868 metr uzunluğu, 17 metr eni olan 636-cı prospektinə Xocalı adı verilib.

Qeyd edək ki, Xocalı prospekti Mamak rayonunun ən böyük prospektlərindən biridir və Ankaranın Şahintepe-Şirintepe-Misket-Dutluk məhəllələrini birləşdirir.

Ankarada Xocalı prospekti

Roma Katolik Kilsəsinin əsas informasiya-kommunikasiya texnologiyaları (İKT) mütəxəssisi yoxa çıxıb.

Roma Papasının mühəndisi ad-landırılan həmin şəxs Vatikanın kompüter şəbəkəsindəki kodları bilir.

Vatikanın əsas İKT mütəxəssisinin adını bu şəhər-dövlətdə çalışanların çoxu belə bilmir. Bu şəxs bir vaxt Vatikanın kompüt-er şəbəkəsini sındırıb və tezliklə yaxalanıb. Vatikan bu şəxsin cəzalandırılması əvəzinə bütün kompüter şəbəkəsinin qorunmasını məhz ona etibar edib. Keçmiş haker Vatikan əməkdaşlarının hamısının əlaqələrini və elektron poçtlarını, o cümlədən Vatikan Bankının kodlarını bilir.

Vatikanın "sirr qutusu" itdi

Page 4: RegionPress 114

Xatirə№14 (114) 15.06.2012 5Mədəniyyət

№14 (114) 15.06.20124Mirzə Fətəli Axundov - 200

Hər kəs bilməlidir ki, həmişəyaşar olan, tarixləşən, əbədiləşən ideyalar, kəşflər, qərarlar, əsərlər, hikmətlər, deyimlər dünya xəzinəsinin inciləridir. Ümumilikdə bunların hamısı insanların, insanlığın sərvətidir. Bu sərvətlərin heç biri təsadüfdən yaranmamışdır, bunları yaradan şəxsiyyətlərin əqli, zəkası,

zəhmətsevərliyi, qayğıkeşliyi, dözüm-lülüyü, irtirabı, cəsarəti, mərdliyi, cəsurluğu, dəqiqliyi, dürüstlüyü, sadəliyi, səmimiliyi, səxavətliliyi, sərbəst qərarlılığı və dönməzliliyi hesabına yaranmışdır. Bu dəyər və məziyyətləri özü üçün sərvət etməyə hər şəxsin gücü və təfəkkür yetərli ola bilməz, bunu əldə etmək yolu

çətin iztirablı və məşəqqətli yollardan keçir. Şəxsin şəxsiyyətə gedən yolu heç zaman hamar, düz ola bilməz, o kələkötür, yoxuşlu, uçurumlu yollar-dan keçməyə hazır olmalıdır. Onun ömür payı yalnız rahat yaşaşamaqda, eyş-işrətdə yaşayıb təbiətdən, dünya-dan həzz almaq deyil, eyni zamanda

əzab-əziyyətdən keçib iztirab çəkməkdən, təbiətə və bəşəriyyətə xe-yir verməkdən, gözəllik yaratmaqdan, həzz bəxş etməkdən ibarətdir.

Dostum Knyaz Aslan haqqında haqdan gələn söyləyəcəyim fikirləri yalnız bu girişlə başlaya bilərdim. Söhbətimin mayası olan bu başlanğıc libası demək olar ki, halallığı və dürüstlüyü ilə dostumun əyninə

biçilmişdir. Mənalı ömrünün 51-ci baharını yaşıyan Knyaz müəllim qeyd edilən bu meyarları özündə cəmləyərək vəhdətləşdirib cilalamışdır. Onun şəxsiyyətə gedən yolu heç zaman asan, hamar, rəvan olmamışdır. O cəmiyyətə gərəkli, gələcək nəsillərə örnək olacak nailiyyətləri əldə etmək üçün çox çətin, kələkötür, yoxuşlu,

uçurumlu, əzablı yollardankeçmişdir. O yüzə tərəf yol gedən ömrünü ra-hat, eyşi-işrətdə, əzabsız, dərdsiz, kədərsiz yaşamamışdır. O bir yet-kin mən, vətəndaş kimi dərindən əxz edib anlamışdır ki, təbiətin, dünyanın ona verdiklərinə rəğmən xeyirxah işlər görüb yaradana, yardımçılarına və insanlıq dünyasına dəyərlər qaytarmalıdır. Bunları həqiqət hesab edən Knyaz Aslan ömür-gününü, həyatını bu notlar üstündə kökləyərək haysız-haraysız Vətən, Millət və Bəşər üçün incilər düzüb, mübarək amallarına yetmək üçün halal yoluna yolçu-lar qoşmaqdadır. O yol yoldaşlarını seçərkən onun pak, doğru, dürüst, saf, halal, səmimi məziyyətlərinin olub-olmasını axtarır, o cəhətlərə diqqət çəkir. Seçim etdiyi insanlarla rəftarında və münasibətində həmişə səmimi olub, ona sayğı qılıb, onunla qardaşlıq ünsiyyəti yaradır, qəlb sözlərinin bölür, fikir və baxışları ilə bölüşür.

Knyaz Aslan püxtələşmiş bir şəxsiyyətdir. O dərk edir ki, kamil şəxsiyyət olmaq üçün kiçik bir toplu-ma, məkana yox bütov bir bəşəriyyətə gərəkli şəxs olmalısan. O şəxsiyyət kimi formalaşmağa başladığı ilk andan özünün məninə və mənliyinə dəyər vermək düşüncəsində və iqtidarında

olmuşdur. Dərin zəkalı olub püxtələşmə pillələrini qalxdıqca Yaradana, dünyaya gətirənlərə, dövrəsində olanlara, qul-luq göstərənlərə, əlindən tutub həyatda ayaq tutub yürüməsini öyrədənlərə, nəsil-şəcərəsinə, millətinə, dininə-inancına, kəndinə, elinə obasına, şəhərinə, insanlara, bütün canlılara, hətta cansızlara (torpağa, daşa, qaya-ya, suya, havaya və s.) belə Yerə, Göyə, Günəşə, bütöv Kainata dəyər vermiş və sevmişdir. Knyaz müəllimin dürüstlüyü, dəqiqliyi, zəhmətsevərliyi, tələbkarlığı, icraçılığı və təşkilatçılığı onun peşəkarlığının bariz göstəricisidir. O gözəl alim olmaqla yanaşı həm də çoxlarına örnək olan ali duyğu və hisslərə malik yüksək dərəcəli şair-publisistdir. Onun yaradıcılığının əsas leytmotivi könüllər oxşamaq, yaralara məlhəm olmaq, halalları qorumaq, haqları müdafiə etmək və bu kimi gözəl dəyərlərdir.

Bakı Dövlət Universitetində fəaliyyətə başladığı andan universitetdə tələbələrə tədris-təlimin yüksək səviyyədə həyat keçirilməsini təmin etmək üçün bi-lik və bacarığını sərf etməkdən yo-rulmur. Onun müşahidə qabiliyyəti, nüfuzetmə səriştəsi güclüdür. O, gənc-tələbə dinləyicilərin vətənpərvər, intizamlı və dərsə davamiyyətli

olmalarına daha çox diqqət yetirir, belə hesab edir ki, intizam və davamiyyət tələbə-dinləyicilərin tədris və təcrübə materiallarından müəllimlərin bilgi və təcrübələrindən yüksək səviyyədə daha çox bəhrələnməsinə bir açardır.

Nadir sahə üzrə seçilən alim ol-maqla bərabər Knyaz müəllimin digər sahələrə də maraq göstərməsi təqdirəlayiq bir cəhətdir. Çünki hər hansı bir sahənin əməkdaşı öncə yüksək intellektə malik vətəndaş olmalıdır. O bir jurnalist kimi param-parça olmuş vətən torpaqlarından, iştirakçısı olduğu müqəddəs Qarabağ döyüşlərindən döyüşkən ruhlu neçə-neçə sanballı oçerk və publisistik yazılar yazaraq dünya mətbuatına, in-formasiya məkanına çıxarmışdır.

O qəlb çırpıntıları ilə yazdığı yüzlərlə şeir nümunələrinin müəllifidir, şair xislətlidir-şairdir, gözəl ədəbi tədqiqatçı-araçdırıcıdır, tənqidçidir, peşəkar-mahir tərcüməçidir, eyni zamanda milli dəyərlərin keşikçisi və carcısıdır. Onun xoşrəftarlığının, səmimiliyinin, duruluğunun-saflığının bir mənbəyi var - o da havasından, suyundan, torpağından, daşından, qayasından qanına və ruhuna hopmuş Borçalının incisi Başkeçiddir!

Mülkədar Nadir

Kamil şəxsiyyət

Məruzəçi Azərbaycan xalqının böyük oğlu M.F. Axundovun ədəbi-mədəni irsini qısaca şərh edir. M.F. Axundov Azərbaycan ədəbiyyatının inkişafında böyük novatorluq rolunu oynayıb. Belə ki, onun yaradıcılığı Şərq ilə Avropa mədəniyyətinin oriji-nal şəkildə cilalanmasından xəbər ve- rir. O, ilk Azərbaycan realist əsərinin müəllifidir. Öz dram əsərlərində Azərbaycan xalqının məişətini real şəkildə əks etdirib, bütün sosial təbəqə nümayəndələrinin obrazını yaradıb. Öz bədii əsərlərində istismarçıların, murtəce ruhanilərın və riyakarların kəskin tənqid olunması işində M.F. Ax-undovun əməyi böyukdür. Azərbaycan əlifbasının islahatçısı kimi Azərbaycan ədəbi dilini əsaslı şəkildə yenidən qu-raraq onu geniş xalq kütləsinin dilinə yaxınlaşdırmışdır. M.F. Axundovun Azərbaycan xalqı qarşısında xidmətləri böyük və çoxcəhətlidir.

Onun xidmətləri eyni zamanda so-sialist vətəni qarşısında xildmət olduğundan bu gün bütün Sovet İttifıaqı onu layiqincə dəyərləndirir.

Bu mövzuda geniş məruzə ilə yoldaş Seyidov çıxış etdi. Rustaveli teatrının adı ildə M.F. Axundov haqqında or-denli aktyor Georgi Davitaşvili nitq söylədi.

İkinci hissədə M.F. Axundovun əsərlərindən gürcü və azərbaycan dilində parçalar göstərilib, eləcə də ona həsr olunmuş şeirləri Tbilisi Dövlət Azərbaycan Teatrının aktrisası Sara Zeynalova böyük hisslərlə və yüksək pafosla M.F. Axundovun «Şərq poeması»nı oxuyur. Elə bu poemanın gürcü dilinə gözəl tərcüməsini İosif Qrişaşvili oxuyur ki, bu da tamaşaçılar tərəfindən sürəkli alqışlara səbəb olur. D. Şengelaya M.F. Axundo-vun «Aldanmış kəvakib» povestinin tərcüməsindən bir parçanı tamaşaçılara çatdırır. Gənc şair Məmmədhüseyn Bəxtiyarlı M.F. Axundovun xatirəsinə həsr etdiyi şeiri oxuyur.

Sonra M.F. Axundovun komedi- yalarından səhnələr göstərilir. Axşamın başa çatmasından sonra qonaqlar Gürcüstan Yazıçılar İttifaqının salo-nunda M.F. Axundova həsr olunmuş sərgiyə baş çəkdilər.

Tiflis M.F. Axundovun vətənidir.

1834-cü ildə 22 yaşında gələcəyin «Azərbaycanın Molyeri» öz hamisi Hacı Ələsgər ilə birlikdə Gürcüstanın paytaxtı Tiflis şəhərinə gəlir, onu bir daha tərk etmir.

M.F. Axundov uşaqlıq illərindən ruhani olmağa hazırlaşır. Tiflisə gələn gündən fanatik rühanilikdən Qafqaz canişinliyində işləməyi üstün tutur. 1834-cü il noyabın 1-də M.F. Axundov canişin baron Qriqor Vladimiroviç Rozenin Mülki dəftərxanasına – Şərq dillərinin əvvəlcə mütərcim köməkçisi vəzifəsinə işə qəbul olunur. Növbəti il 21 yanvar tarixli əmrə əsasən isə M.F. Axundov sözügedən vəzifəyə ayda əmək haqqı on manat gümüş pul ol-maqla mütərcimliyə təyin olunur. M.F. Axundov tərcüməçilik vəzifəsini ömrünün sonu-na kimi yerinə yetirir. 1836-cı il dekabrın 8-də öz işində qal-maqla Tiflis qəza məktəbinə türk dili müəllimi təyin edil-ir. Tiflisdə M.F. Axun-dov rus şair və yazıçıları A. Bestujev-M a r l i n s k i , Y.Polonski, V. Solloqub, A. Berje və başqaları ilə tanış olur. 1837-ci ildə Puşkin Dante ilə dueldə həlak olanda Mirzə ona «Şərq poeması»nı həsr edir və onu baron Rozenə təqdim edir. Elə həmin ilin mayında baron Rozenin şəxsi rəhbərliyi ilə Sebeldaya ekspe-disiya təşkil edilir. Canişin başqaları ilə birldikdə M.F. Axundovu və A. Bestujev-Marlinskini də özü ilə aparır. Sebeldalılar rahatlanandan sonra dəniz yolu ilə Adlerə getmək üçün dəstə Suxuma yollanır.

«Suxuma getiməmişdən üç gün əvvəl,- Adolf Berje, Bestujev-Marlinski və Mirzə ilə və digər dəvət olunmuşlar ilə birlikdə nahar edir. Söhbət zamanı Rozen Bestujevdən M.F. Axundo-vun «Şərq poeması»nı oxuduğunu soruşanda ondan mənfi cavab alır.

Axundovun köməyi ilə bu poemanın rus dilinə tərcümə olunmasını ondan xahiş edir. A. Berje M.F. Axundovun köməyi ilə az bir müddətə poemanı tərcümə edir.

1840-cu ildə M.F. Axundova siyasi dəftərxananın tərcüməçisi vəzifəsi də həvalə olunur. Bu məqam M.F. Axundovun pedaqoji fəaliyyətdən uzaqlaşmağa məcbur edir. Axundo-vun 4 il ərzində məsul müəllimlik vəzifəsini necə yerinə yetirməsi tədris rəisi tərəfindən verilən arayışdan bizə məlum olur.

«Свидетельств №53Дано бывшему учителем татарского

языка при Тифлисском уездном училища Фет Али Ахундзаде в том,

что он, Ф. Ахундзаде, со дня утверждения его в

должность учителя, т-е, от 8 декабря

1836 года, за №8206 по 6-е мая 1840 года возложен-ную на него обязанность в продолжении сего времени, исправлял при п о х в а л ь н о м п о в е д е н и и со всею акку-ратностью и

отличными ус-пехами. Ныне же

он Ф. Ахундзаде, уволнявшись от

своей должности по собственному

желанию, которое и выдается ему за надлежащего

подписью училишнаго начальтсва и с приложением казенной печати 13 сентября 1840 года г. Тифлис.

Исправляющий должность штатного Смотрителя Тифлисского уезд училища: Абовян».

1842-ci ildə M.F. Axundov öz himayədarının qızı Tubu xanımla evlənir və onun bütün ailəsini Tiflisə gətirir.

Canişinlikdə xidmətdə olan M.F. Axundovun tədricən rütbəsi artır və polkovnik rütbəsinə qədər yüksəlir. 1845-ci il sentyabın 20-dən Tiflisdə Manej teatrında Q.P. Yassenkonun

özəl truppası fəaliyyətə başlayır ki, bu da M.F. Axundova azərbaycan dilində komediyalar yazmağa təkan verir.

Yeni Tamamşev teatrının açılışına kimi 1850-ci ildə M.F. Axundov üç komediya yazır: «Molla İbrahimxəlil kimyagər», «Hekayəti - müsyo Jordan və dərviş Məstəli şah», «Sərgüzəşti-vəziri-xani Lənkəran» (bu pyesi gürcü dilinə A. Sereteli tərcümə edib. Bax: onun məcmuəsi, 1898-ci il, №7) Bir ildən sonra «Xırs quldurbasan», sonra isə «Hekayəti-mərdi-xəsis» komediyasını yazır. 1856-cı ildə o, son komediyası olan «Mürafiə vəkilləri» əsərini yazır. 1857-ci ildə son bədii əsəri olan «Aldanmış kəvakib» əsərini yazır. M.F. Axundovun əsərlərindən parçalar Tiflisdə rus dilində nəşr olunan «Kafkaz» da rus dilində dərc olunurdu. 1853-cü ildə isə Tiflisdə rus dilində onun komediyalar toplusu nəşr olunub. Yeni teatrın salonunda tamaşalar verməyə başlayanda M.F. Axundovun pyeslərinin rus dilində tərcüməsi də səhnələşdirilirdi.

«Kavkaz» qəzetinin 1852-ci il 2fev- ral tarixli nömrəsində dərc olunan xronikada məlumat verilirdi:

«В Тифлиском театре русскими актерами в четверг 7-го февраля представлено будет: в пользу актера императорских театров г-на Максимова. В первый раз, Медведь победитель райбойника, оргигальная комедийа трех действиях, соч: Мирзи-Фет-Али-Ахундова,(пределанная для сцены) в коей роль бразильской обезьяни, исполнено будет г.Нерво. Декораци и постановка г. Дербез О! Оскар я жду тебя! Или женатый проказник, комедия в 3-х действиях соч. Скриба Дноверье перевод с французского П. Каратигина. Между первой и второй пьйесами г-н Викки и г-жа Барбиери; будут петь на русском языке Пловци».

Bir neçə ildən sonra elə həmin teatrda M.F. Axundovun 2-ci pyesi tamaşaya qoyuldu. «Kavkaz» qəzetinin 1853-ci il 9 may tarixli nömrəsində oxuculara məlumat verilirdi:

«Бенефис г-на Петровского в четверг, 14-го мая назначен бенефис в пользу суфлера сдешнего театра г. Петровскаго. Будет дана комедия

даровитаго сотрудника « Кафказа» Фет-Али Ахундова «Визир Серабского Ханства, и кроме того; чертова волынка волшебный водевил в двух дейстивиях, зала для спектакле примут также участие певцы и певицы италиянской опери и танцовщицы Павлова и Честова. Удачный выбор пьес ручается, что публика не будет скучат на бенефисе г. Петровского».

Tiflis ictimaiyyəti M.F. Axundovun pyeslərini necə qarşılamasını müəllifin özü belə xatırlayır:

«Mənim pyeslərim Tiflis teatrında tamaşaya qoyuldu. Tamaşalardan mən çoxlu təriflər və alqışlar eşitdim».

1851-ci ildən Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin üzvü, sonra 1852-ci ildən isə onun əməkdaşı olub.

1864-cü ildən Arxeoqrafiya komissiyasının müvəqqəti üzvü olur ki, bunun da məqsədi Qafqaz arxivlərinin öyrənilməsi idi. Bu komis-siyaya məşhur orientalist Adolf Berje rəhbərlik edirdi.

M.F. Axundov 1878-ci il fevralın 27-də vəfat edib. Həmin ili martın 1-də «Kavkaz» qəzetində dərc olunan xronikada məşhur dramaturqun ölümü barədə belə məlumat verilib:

«27 февраля. Умер от лихорадки полковник Мирза Фатали Ахундов»

Yazıçının cənazəsi bir neçə gün onun evində ortalıqda qalıb. Şair və tərcüməçi İ. Qrişaşvili bu barədə belə məlumat verir:

«Dünyasını dəyişənin meyiti öz mənzilində bir neçə gün hamı tərəfindən diqqətsiz qalıb. Heç kim onu dəfn etmək istəməyib. Nəhayət, hökumət M.F.Axundovun çürümüş meyitini Xarpux məhəlləsi yaxınlığında yerləşən Müsəlman qəbiristanlığında dəfn etdirməyə məcbur olur.

«Literaturuli Sakartvelo» qəzeti, 1938-cü il, 20 dekabr

Gürcü dilindən tərcümə edəni:

Mirzə Məmmədoğlu

(əvvəli ötən sayımızda)(bioqrafik məlumatlar)

Page 5: RegionPress 114

Xatirə№14 (114) 15.06.2012 5Mədəniyyət

№14 (114) 15.06.20124Mirzə Fətəli Axundov - 200

Kamil şəxsiyyət

O bir saz havası üstə gəldi cahana.Ulu bir ustadın – Xındı Məmmədin bağrınnan pərvəriş tapdı.Və sazın laylasına böyüdü.“Gülabı” kökündə kökləndi.Bir də Anaxatır oxudu onun zümzümələrini...Gülabı gəldi cahana.Sazımızın hələ çalınmayan xallarını, güllərini vurmağa gəldi Gülabı.Çiçək açdı barmaqları.Gül qoxudu ürəyi.O böyüdü arzuların qanadında.Ellər bir-birinə müjdə verib-aldı Gülabının sorağını.Dili söz tutan günnən əli saz tutdu.Söykəndi Borçalılığın urvat taxtı-tacına.Minillik mürgüyə dalmış havaların-havacatların yuxusu ərşə çəkildi.Barmaqların sehrinə düşdü qara saz.Muştuluqlar el-el, oba-oba dolaşdı Borçalı adlı məmləkətin hər yerini.Kərəmi Əslisinə qovuşdurdu Gülabı...Abbası qırx arşın quyudan çıxartdı...Darda qalanların Xızır kimi yetişdi dadına.Sazın qatı açılmağa başladı.“Oxay” dedi pərdələr.“Oxay” dedi gümüş simlər.“Oxay” dedi təzanə.Sazı çaldı demək bəlkə də, yanlış olar.Sazı oxudu Gülabı!Sazı duydu...Sazı yaşadı...Sazı yaşatdı.Toyların nəmərini həmişə özü aldı.Hər ləşkərə bircə dəfə baş vurardı.Hər “qoşunu” bircə həmləyə “məğlub” eləyərdi.Adı Borçalıyla qoşa çəkildi.Dədə Əmrah “Bərəkallah” söylədi.Ustad Kamandar “Əhsən” dedi.Hüseyn Saraçlı “Afərin”.Adı yurdun sınırlarını aşdı, dünyanı dolaşdı.“Ustad Gülabı” – dedilər.Və bir saz məktəbinə çöyrüldü Gülabı!Sazın neçə-neçə açılmamış sirrinə vaqifiydi.Sazın aqiliydi.Sazın arifiydi.Sazın zərgəriydi Gülabı.Anamız Borçalının sinəsinnən dünyaya ən əziz ərməğan olan saz və sənət tutiyasıydı Gülabı.Əsrin səmtini dəyişdi.Sazın “Gülabı” mərtəbəsini yaratdı.Səpdiyi toxumlar puçur verdi, çiçək açdı, bar gətirdi.Saza doğru yeni həvəs, yeni axın, yeni meyl boy göstərdi.Gülabının barmağına bənzətmək istədilər barmaqlarını aşıqlar.Gülabının “gül”ünü vurmağa çalışdılar saz ça-landa.“Gülabı yolu” dedilər.“Gülabı gülü” dedilər.XX yüzilin sazı öz “Gülabı” ucalığına yetişdi.Adına söz qoşuldu.Dastan yazıldı.Haqqında sənət xiridarları sinədolusu danışdı.Adı Turan ellərinə yayıldı.Təbrizdən gəldi,Qarsdan gəldi.

... Və bir gün ayrıldı Borçalıdan.Ayrıldı ona taqət verən bu torpağın qoynundan.Bizlər – onu sevənlərin hamısı çox gözəl bilirdik bunun nə demək olduğunu.Qərib dünyaya döndü Gülabı.Və o günnən əridi gilə-gilə.55 yaşın bayramını Borçalıda keçirdik.Borçalıya dönmək istədi, öz elində yaşamağa can atdı.Yaşayammadı.

Ağlar gördüm dönə-dönə.Göz yaşının selində qərq olurdu hər gün.Fəqət “Sən saydığını say” demiş atalar.Və... Gülabı “köçdü” dedilər.Bu dünyadan “uçdu” dedilər.Sazımızın şah pərdəsi sındı dedilər.Vaqif adamlardan eşitdim: “Borçalıda yaşasaydı hələ yaşayacaqdı uzun illər”Ulu ozan sənətinin urvatını öz omuzlarında göylərə qaldıran Gülabını son mənzilə yola salammadıq.Borçalı insanları onu öz çiyinlərində axirətə uğurlayammadı.Bu vətən üçün çox layla çalmışdı ustad oğlu öz sazıyla.Amma nə yazıqlar ki, bu vətən onun laylasını çalammadı.Qoynunnan bu dünyaya bəxş elədi, amma öləndə öz qoynuna alammadı.Bütün el yeriyəmmədi.Bütün mahal gedəmmədi onu son mənzilə yola salmağa.Sazımızın şərəfiydi Gülabı.Ozanlarımızın sonuncu sərkərdəsiydi.Dostuydu, qardaşıydı,Üz tutulan, yön çöyrülən eloğluydu....Gülabı dünyadan köçdü dedilər...Bir də o sehirli barmaqlar möcüzə yaratmayacaq.Və bir də o heç zaman Borçalıya dönməyəcək.Fəqət onun ruhu innən sonra tarix boyu Borçalının göylərində dolaşacaq.Allah rəhmət eləsin!

Osman ƏhmədoğluGürcüstan Aşıqlar Birliyinin sədri,

şair

O, hələ beşikdə ikən başı üstündə görmüşdü sazı. Maraqla, təəccüblə baxmışdı bu, bir ucu nimçə, bir ucu çömçə alətə. Ruhu titrədən səsi isə heyrətləndirmişdi onu. Heyrətləndirmək də qalib gəlmək deməkdir...

Bu bir parça alətdə nələr duymamışdı, nələr hiss etməmişdi zaman-zaman Gülabı?! Ustad Xındı Məmməd avazı, onun Kərəmi “Yanıq Kərəm” edən barmaqları çox mətləblər anlatmışdı ona. Sirli-sehirli bir aləmə qovuşduğunu yəqin etdikdə

isə artıq gec idi. Sazın sehrinə d ü ş m ü ş d ü . Saz onu ram etmişdi özünə. Saz ruhuna ha-kim kəsilmişdi onun...

- Yolum çox uzaq-dan başlayıb. Nə gizlədim, rəhmətlik atam sağ ikən bir qədər arxayın idim. İstinad yerim var idi. Bu, məni cürətləndirirdi. Digər tərəfdən, Borçalı saz

azmanları ilə üz-üzə gəlmək, onların hüzurunda hansısa bir havanı ifa etmək böyük cəsarət tələb edirdi, - aşıq Gülabı şirin danışığı ilə ustadların ruhunu yad edir.

Gülabı bu dünyadan – saz dünyasının tilsimindən çıxa bilmədi. O, çaldıqca saza bağlandı, çaldıqca ürəyini məşələ çevirdi və bu işığın arxasınca nurlu bir istəyə qovuşmaq – saza tapınmaq, arzu-istəyini sazda gerçəkləşdirmək, sazda öz dünyasını qur-maq üçün intəhasız bir aləmə qədəm qoydu...

- Necə çaldığımı bilmirdim. Etiraf edim ki, ifa zamanı, saz köksümün üstündə olan zaman özümü unuduram. Ancaq məni maraqla, həvəslə dinlədiklərini duyurdum. Hələ gənc ikən neçə-neçə müsabiqənin qalibi olmuşam, lakin heç vaxt öyünüb lovğalanmamışam. Axı, bu sənət son-suz imkanlar, zirvələr sənətidir. Çalış və səbrlə, gərgin yaradıcılıqla yeni üfüqlər fəth et, sənətə şan-şöhrət, ucalıq gətir, – Gülabı simasında sənətkarlıqla ziyalılığın ünsiyyəti, vəhdəti belədir.

Gülabı bu sonsuz səfərə pərdə-pərdə çıxdı. “Müxəsmməs”, “Sarı tel”, “Dilqəmi”, “Yanıq Kərəm”... və nəhayət “Ruhani”. Hər birində qəlbi

riqqətə, ürəyin tellərini ehtizaza gətirən neçə xal, heçə gül var. Hələ o barmaqlar, o barmaqlar! Bizi yandırıb-yaxan, bizi özümüzdən alaraq bir anın içində başqa aləmə qovuşduran, ruhumuza sığal çəkən barmaqlar...

- Havanı duymalısan, havanı sevməlisən, havanı oxşamalısan, əzizləməlisən və ürək-barmaq vəhdətinə bir sevgi şərbəti çiləməlisən. Bu havaya şirinlik gətirir. İfaçı olmaq çox çətindir. Hansı havanı ifa edirsənsə, o ömrü, o ruhu yaşamalısan. Bunu bacardınsa, qədəmin sayalıdır, bacarmadınsa, uğursuzsan, – Gülabının uğuru sənətə sevgidən, sazın Gülabıya mehrindən rişələnir.

Saz havaları çoxdur. Hərəsi bir dünyadır. Lakin bu dünyaya yeni rəng, təzə ab-hava gətirmək gərgin zəhmət tələb edir. Bunu duyan Gülabı öz məktəbini yaratdı, öz yetirmələri ilə sənətin gələcəyinə işıq saçdı. Mədəniyyət sahəsindəki təmənnasız xidmətləri, aşıqlıq sahəsindəki müvəffəqiyyətləri, orijinallığı sinəsində bərq vuran “Şərəf” ordeninə çevrildi...

- Şöhrət arxasınca heç vaxt qaçmamışam. Mən sənətimi sevirəm, ona xor baxa bilmərəm. “Ruhani”ni çalanda bilirsiniz hansı hissi keçirirəm? Təsəvvür edin ki, ucsuz-bucaqsız səhradayıq. Karvan dayanıb, yol bilinmir. Və bu zaman heç kəsin eşidə bilmədiyi bir qəribə səs gəlir. Bu, mayakdır, bu, saz səsidir. Mən onu tutur, ona doğru gedirəm – əvvəlcə ruhum, sonra isə özüm. Arxamca da, dayanaraq gözləyən böyük bir karvan.

Əlbəttə, bu yolda uğur da ola bilər, büdrəmələr də. Lakin yaxşını və yaxşılığı sezə bilmək çox gözəl haldır. Əlli illik yubileyimlə əlaqədar mükafatı – təltifi isə saza, aşıq sənətinə, bütövlükdə sənətsevərlərə diqqət və hörmət kimi qiymətləndirir və minnətdarlığımı bildirirəm. 20 ildən sonra tarixi əsrlə ölçüləcək yeganə anadilli qəzetimizə, onun təəssübkeş kollektivinə də gərgin, ağır zəhmətinə, mən də daxil olmaqla, istisnasız, hamıya xüsusi qayğıya görə təşəkkürümü bildirir, işıqlı gələcək arzulayır, “Həmişə belə!” deyirəm, – Gülabı təvazökarlığı təbiidir, qəbulediləndir.

... Coşğun fikir burulğanında cilovlaya bildiy-im sətirlərə son qoymaq istərkən qulaqlarımda bir saz havası səsləndi. Tanıdım – Gülabının “Ruhani”siydi bu. Xəyalım səhraları dolaşdı. Karvan yavaş-yavaş qanımıza, iliyimizə işləyən Gülabı şeirlərinə qulaq kəsilərək, bu səsə doğru irəliləyirdi...

“Gürcüstan”12.01.2001

P.S.Düz 11 il bundan əvvəl yazdığım bu məqaləni

Gülabı ruhuna indi bağışlamağımın yeganə səbəbi onun haqqında keçmiş zamanda danışa bilməməyimdir.

Allah rəhmət eləsin!Sazımız var olsun!

Binnət Əlioğlu

Sazın mehriŞirin bir röyaya döndü Gülabı

Havaların yuxusunu ərşə çəkərdi

Mən aşıq da gördüm, sazı da gördüm,Gülabı çaldığı havadan olmaz.Mən hərbə də gördüm, zorba da gördüm,Gülabı açdığı davadan olmaz.

O, girir meydana mərdi-mərdanə,Sevgidən söz açır dəli-divanə,Ustad qarşısında hörmət şahanə,Gülabı gördüyü rəvadan olmaz.

Hava-havacatı təzə-tər kimi,Hayqıranda bənzəri yox, nər kimi,Laylası fatehlər əzizlər kimi,Gülabı sevdiyi nəvadan olmaz.

Aşıq çoxdu dili xeyir-dualı,Silir ürəklərdən dərdi-məlalı,Amma ömrümüzə o cah-calalı,Gülabı etdiyi duadan olmaz.

Gülabı – gül abı, qana-qana iç,Gülabı – od, səhra, yana-yana keç,Gülabı bir pətək – şana-şana seç,Gülabı verdiyi şəfadan olmaz.

Hər çalanda oda dönür, odlanır,Xalların üstündə əriyir, yanır,Kimi vəsf edirsə, özünü sanır,Gülabı çəkdiyi cəfadan olmaz.

Barmaqları nə oyundu, nə sirdi,Görmək olmur, möcüzədi, tilsimdi,Binnət, günahsızdı tel, sim də indi,Gülabı sürdüyü səfadan olmaz.

Binnət Əlioğlu

Olmaz

GülabıyaBu dünya əzəldən bir tamaşadır,İnsanı xoş niyyət, ümid yaşadır!Ürəyimdə arzularım qoşadır – Biri Gülabıdır, biri telli saz!

Elimin, obamın dövləti, varı,Ozan dünyamızın həm tacidarı,Ustad sənətkarın son yadigarı – Biri Gülabıdır, biri telli saz!

Vurğundur sənətə könlüm əzəldən, Ruhum qidalanır şeir, qəzəldən.İki şeyi qoru, Tanrı, nəzərdən – Biri Gülabıdır, biri telli saz!

İsa xoş arzular, xoş günlər dilər,Zərin də qədrini zərgərlər bilər.Bilirəm, xalqımın qəlbindəkilərBiri Gülabıdır, biri telli saz!

İsa NəsibovAzərbaycanlıların Mədəniyyət Mərkəzinin və

"Regionpress"in kollektivi ustad sənətkar Gülabı Xındıməmmədoğlunun

vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir

Allah rəhmət eləsin!

Gülabı(55 illiyi münasibətilə)

Sazıyla eyləyər heyran hamınıElə ki meydana girdi Gülabı.Borçalıdan aldı öz ilhamını,Könlünü bu yurda verdi Gülabı.

Barmağın gəzdikcə pərdələr üstə,Tapar şəfasını minillik xəstə.Dindir telli sazı sən asta-asta,Dağıt könüllərdən dərdi, Gülabı.Tanrıdan arzumdur – yaşa yüzə sən,Heç vaxt gəlməyəsən yaman gözə sən,Tanrı yaratdığı bir möcüzəsən,Sən söylə, bu necə sirdi, Gülabı?!

2006Etibar Daşdəmirov

Page 6: RegionPress 114

№14 (114) 15.06.2012 7Mənəviyyat№14 (114) 15.06.20126

Mahirə müəllimənin sədasını çoxdan eşitmişdim. Onu görmək üçün Mahirə müəllimənin işlədiyi Marneuli 8 saylı ümumi məktəbə getdim. İlk əvvəl məktəbin direk-toru Elman Cəfərli ilə görüşdüm. Mahirə müllimə haqqında yazmaq istədiyimi bildirdim. Direktor böyük məmnuniyyətlə Mahirə müəllimə haqqında xoş sözlər danışdı.

Körpə balaların təhsili ilə məşğul olan Mahirə müəllimə 1951-ci ildə Tbilisi şəhərində böyük Borçalışünas alim Ziya Borçalının(Ziyəddin Əfəndiyev) ailəsində anadan olub.

Mahirə müəllimə ilk təhsilini Tbili-si şəhərində fəaliyyət göstərən 73-saylı Azərbaycan orta məktəbində alıb. Elə məktəbə qədəm qoyduğu gündən müəllimlərinin sevimlisinə çevrilən Mahirə, verilən tapşırıqları həvəslə yerinə yetirdiyi üçün şəkli məktəbin şər-əf lövhəsin-dən düşməyir, əlaçı şagird kimi məktəb rəhbərliyinin sevimlisi olur. Orta məktəbi bitirib 1970-ci ildə sənətlərini A.S. Puşkin adına Tbilisi Dövlət Pe-daqoji İnsti-tutunun ib-tidai təhsil m e t o d i k a s ı f a k ü l t ə s i n ə verir və ali məktəbə daxil olur. İnstitut həyatı ona çox şey verir, y e n i - y e n i dostlar,rəfiqələr tapır. Onun həyatda bircə amalı vardır - yalnız müəllim olmaq körpə balalara yazıb oxumaq öyrətmək. İndi Mahirə müəllimə öm-rünün 61-ci baharını yaşayır. Onun həyatından keçən bu mənalı illəri saf- çürük edərək, acılı-şirinli anlarını yada salanda baxıb görürsən ki, bu keçən illərin hər məqamı qayğıların ağır yükü altında o qədər də asan, yüngül, könül açan keçməmişdir. Bu gün onun tərbiyəsindən, onun təlimidnən çıxan insanların sayı yüzlərlədir. Əlindən tutub məktəbə gətirdiyi, savad verdiyi, yazıb-oxumaq öyrətdiyi adamların səsi-sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Onların içərisində sadə əməklə məşğul olan şəxslərlə bərabər ali təsilli gənclər, alim və sənətkarlar, həkimlər, mühəndislər var ki, onların adı, şöhrət və hörməti təkcə Borçalıda deyil, dünya ölkələrinin bir çoxunda yad edilir. Çünki onlar ilk təsillərini savadlı,qabilyyətli, əməksevər müəllim kimi Marneuli şəhərinin 8 saylı ümumi məktəbinin müəlliməsi Mahirə Əfəndiyevadan alıblar. Bu insanların çoxusu elinə, obasına, doğma şəhərinə, təhsil almış olduğu məktəbə, nəhayət isə ana Borçalımıza qırılmaz tellərlə ona görə bağlıdırlar ki, Mahirə müəllimə savadla, biliklə bərabər onlara bu gözəl vətənpərvərlik hisslərini də aşılaya bilib. Mahirə müəllimə bü- tün varlığı ilə torpağa, vətənə qəlbən bağlanan ziyalı və geniş biliyə ma-lik olan bir xanımdır. 1974-cü ildə ali məktəbi bitirən Mahirə müəllimənin təyinatını Qardabani rayonunun Təzəkənd kəndindəki məktəbə verirlər. İki il Mahirə müəllimə burada işləyir, ilk vaxtdan "yaxşı müəllim yaxşı valideyindir" devizini rəhbər tutan Mahirə müəllimə bir-inci gündən öz bacarıq və pedaqoji isdedadını ortaya qoyaraq rayon maarif şöbəsinin əməkdaşlarının diqqətini çəkir. Mahirə müəllimə iki il bu məktəbdə çalışır, bütün pedaqoji kollektivin və şagirdlərin sevgisini, hətta el arasında da

böyük hörmət qazanır. 1977-78-ci tədris ilində Mahirə müəllimə ailə vəziyətilə əlaqədar olaraq Marneuli şəhərinə köçür və Marneuli sakini Kamal Çıldırlı ilə ailə həyatı qurur və şəhər 8 saylı məktəbdə pedaqoq kimi fəaliyyət göstərməyə başlayır. Öz sənətinə sonsuz məhəbbətlə bağlı olan bilikli,bacarıqlı meto-diki cəhətdən hazırlıqlı bir müəllim kimi hamının rəğbətini və diqqətini öz üzərində cəmləşdirir. 30-ildən artıqdır ki 8 saylı məktəbdə çalışır. Mahirə müəllimə indiyə qədər yüzlərlə körpənin əlindən tutub məktəbə gətirib, ona elm, savad, yazıb-oxumaq öyrədib. Mahirə müəllimənin ilk dəfə “ana” yazmağı öyrətdiyi şagirdlərindən alimlər, mühəndislər, həkimlər, müəllimlər dünyanın müxtəlif ölkələrində ləyaqətlə fəaliyyət göstərir. Onun

dərs demiş olduğu şagird-ləri nə olursa-olsun, heç vaxt sevimli müəllimlərini unutmur la r, ad günlərində, bayramlarda yada salıb, təbrik edirlər. Onlardan Ay- nur Əliyeva (həkim),Or- xan Xubanov (bank mütə- xəssisi) və b a ş q a l a r ı n ı g ö s t ə r m ə k olar. Şərəfli m ü ə l l i m ə m ə y i n i n nəticəsi bax budur.

Mahirə müəllimə tez-tez valideynlərlə görüşür və onlara lazımı məsləhətlər verir. O, həmişə "valideynlərlə yaxınlıq mənim həyat devizimdir" deyir. Mahirə müəllimə söz arası bir müdrik məsəl də söylədi. İskəndərdən soruşurlar: “Atanı çox sevirsən yoxsa müəllimini? O, dərhal cavab verir - Müəllimimi! Atam məni fani dünyaya gətirdi, müəllimimsə mənə əbədiyyət bəxs etmişdir”.

O, daha qətiyyətlə sözünə əlavə edib dedi: "Şagird qab deyil onu biliklə doldurasan. Şagird, tələbə məşəldir, onu yalnız alışdırmaq lazımdır".

Valideynlərdən Lamidə Əbdürrəhmanova, Ramilə Bay-ramova, Yalçın Məmmədov, Sol-maz Şərifova Mahirə müəllimədən ağızdolusu, razılıqla danışdılar. Onun qayğısının, məhəbbətinin həmişə bir valideyn, bir ana kimi körpələrin üstündə olduğunu qeyd etdilər.

Mahirə müəllimənin həm də, xoşbəxt ailəsi var. O, həyat yoldaşı Kamal Çıldırlı ilə birlikdə Anar, Ziynət və Kəmalə kimi üç övlad böyüdüb ərsəyə çatdırmışdır.

Məktəbin direktoru Elman Cəfərli: "Mahirə müəllimənin petaqoji sahədə böyük təcrübəsi var. Məktəbin ic-timai işlərində fəal iştirak edir və məktəbdə təşkil olunan tədbirlərin təşkilatçılarından biridir".

Sonra direktor məktəbdə 440 nəfər şagirdin təhsil aldığını, onların təlim-tərbiyəsi ilə 45 nəfər pedaqo-qun məşğul olduğunu açıqladı. El-man müəllim məktəbin əsaslı təmirə ehdiyacı olduğunu da əlavə etdi...

Atalar “ot kökü üstə bitər” deyiblər. Bəli, Ziya Borçalının yurda xidmət yolunu indi onun övladı Mahirə müəllimə davam etdirir. Bu ziya hələ çox-çox nəsillərə öz parlaq şöləsini salacaq, çünkü "su axan yerdən bir də axar" deyiblər...

Səyavuş Uyğun

Varislik

Xeyirxah insan, qayğıkeş deputatAllah-Təala insana “olumla ölüm”

arasındakı həyat yolunu keçmək üçün “ömür payı” deyilən müqəddəs bir nemət verir. Hərə bu paydan istədiyi şəkildə istifadə edir. Kimi insanlara xeyirxah işlər etmək, qayğı göstərməklə tanınır, kimi də şeytan fitvası ilə bəd əməlləri həyata keçirməklə “gündəmdə” qalır.

Bölgədə yaşayan insanlar arasında, cəmiyyətdə adı tez-tez hallanan, ünvanına xoş, ürəkaçan sözlər deyilən, xeyir-dualar dilənən bir İNSANI sevimli oxucularla tanış etmək istəyim çoxdan mənə rahatlıq vermirdi. Bu, rəhm və səxavəti, ləyaqət və mənliyi, mərhəmət və qayğıkeşliyi ilə insanlıq ZİRVƏSİNƏ ucalan Kaxa Okriaşvilidir.

ARAYIŞ: Kaxa Georgiyeviç Okriaşvili 21 mart 1966-cı ildə Dmanisi şəhərində anadan olub. Gürcüstan Dövlət Tibb İnstitutunu bitirib. “PSP” şirkətlər qru-punun yaradıcısıdır. İki çağrış Gürcüstan Parlamentinin deputatıdır. Dmanisi ray-onunda bir çox layihələri həyata keçirir. Ailəlidir. Bir oğlu var.

Kaxa Okriaşvili gənclik illərindən insanlığın, dostluq və qonşuluğun nə olduğunu, onu dəyərləndirməyin və yaşatmağın yollarını AİLƏ MƏKTƏBİNDƏ öyrənib. Zaman-zaman öyrəndiklərini həyata keçirməklə mənəvi MÜƏLLİMLƏRİNİN – valideynlərinin üzünü ağardıb, ünvanlarına xoş sözlər dedizdirib. Atalar beləsinə deyib: “Ot kökü üstə bitər”.

...Kaxa Okriaşvili ömür yollarında gördüyü işlərlə insanlıq mərmərindən, xeyirxahlıq qranitindən canlı heykəl düzəldən mahir bir HEYKƏLTƏRAŞI andırır. O, özünü biləndən kimsəsiz və imkansızların qayğısına qalır, yardım əlini uzadır. Dinindən və milliyyətindən asılı olmayaraq, bölgədə yaşayan xalqların xeyir-şərinə, şadlıq və qəminə ortaq olur, onların problemlərinin həllinə çalışır. Vicdanının səsi və hökmü ilə insanlıq BORCUNU yerinə yetirir.

...Xeyirxah işlərinə və qayğıkeşliyinə

görə bölgə əhalisi Kaxa Okriaşvilini çox sevir, hörmət və rəğbət bəsləyir. Gəncliyindən kamilləşməsinin və AĞSAQQAL taxtında əyləşməsinin səbəbi onun qəlbindəki Allah sevgisindən, insanlara sonsuz məhəbbətindən və qayğıkeşliyindən irəli gəlir.

SÖZARASI: “Kaxa Okriaşvili Gürcüstan Parlamentinin deputatı olan-dan sonra seçkiqabağı verdiyi vədləri za-man-zaman yerinə yetirməklə insanların həyata, gələcəyə olan inam və ümidlərinə yeni ruh, yeni nəfəs ver-di. Ona üz tutanların, ağız açanların, əl uzadanların hər birinə Kaxa maddi yardım edir, mənəvi dəstək olur.

2005-ci ildə ölkə par-lamentinin deputatı olan vaxtdan indiyədək Kaxa Okriaşvili öz şəxsi vəsaiti hesabına Dman-isi rayonunda yaşayan (milliyyətindən asılı ol-mayaraq) hər bir ailəyə Yeni il hədiyyələri, Novruz bayramında azərbaycanlılar yaşayan hər bir kəndə 2-6 baş qoç verir. Artıq bu xeyixahlıq və qayğıkeşlik ənənə halını alıb. Marneu-li şəhərində keçirilən bu ilki Novruz şənliyində Kaxa öz şəxsi vəsaiti hesabına 350 nəfərlik bayram süfrəsi açmışdı.

Onlarla dmanisili xəstələrin şəfa tapmasına, cərrahiyyə əməliyyatı olunmasına, bədbəxt hadisə və qəza zamanı zərər çəkənlərə və onların ailələrinə təmənnasız maddi yardım etmişdir. Onun gördüyü bu cür xeyirxah işlər və xidmətlər çoxdur. Bir sözlə, Kaxa Okriaşvili dmanisililərin inam və ümid yerinə çevrilibdi”.

Kaxa Okriaşvili bölgədə yaşayan xalqların milli mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini və milli psixologiyasını gözəl bilir və on-

lara hörmətlə yanaşır. Həkimlik və deputatlıqdan öncə o, yüksək insani keyfiyyətə, elmi potensiala malik bir ZİYALIDIR.

...Dmanisili seşicilərlə söhbət zamanı onlar qəti şəkildə bildirdilər ki, Kaxa Okriaşvili bundan sonra parlament seçkilərində deputatlığa namizədliyini nə vaxt versə, o za-man biz onun namizədliyini yekdilliklə dəstəkləyəcəyik.

Bütün bunlardan sonra belə qənaətə

gəldim ki, Kaxa Okriaşvilinin atdığı addımlar, sən demə, ayaqlarının deyil, qəlbinin, ağıl və zəkasının, əqidə və amalının addımlarıdır. İnsanlara şərəflə, vicdanla xidmət edən Kaxanın bu vaxta qədər etdiyi xeyirxah işlər bundan sonra görəcəyi saleh və xeyirxah əməllər üçün tranplin olacağına inanıram.

P.S.Nə ola, bundan sonra deputatlar

qərəzçilik mövqelərindən əl çəkib obyektiv və ədalətli qərarların qəbuluna səs versinlər. İclaslarda mürgüləməklə, “ayım gəlsin, günüm keçsin” deməklə seçicilərin etimadını itirib xəcalətli etməsinlər. Axı xalqın elçisi xalqın qulluğunda VİCDANLA durmalıdır.

Əlixan Yəhyaoğlu

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şamaxıda böyük satirik şair, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin ba-nisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabir Məşədi Zeynalabdin oğlu Tahirzadənin (Mirzə Ələkbər Sa-bir) anadan olmasının 150 illik yubi-leyi təntənəli surətdə qeyd edilmişdir.

Böyük satirik şairin vətəni Şamaxıda təntənəli yu-biley tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Mirzə Ələkbər Sabirin 150 il-lik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 1 iyun tarixli Sərəncamına uyğun olaraq təşkil edilmişdir. Yubiley mərasimində Azərbaycanın tanınmış elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, xa-rici ölkələrdən qonaqlar, o cümlədən Qırğızıstanın mədəniyyət nazirinin müavini Kozoqeldi Kuliyev, Litva mədəniyyət nazirinin müavini Staponkus Divi-das, Türkiyənin tanınmış yazıçı və şairlərindən Yakub Öməroğlu, Ali Akbaş, İmdad Alşar, Azər Almas, Oğuz Şimşək, Os-

man Çeviksoy, habelə Qazaxıstandan, Ukraynadan ədiblər iştirak etmişlər. Qonaqlar əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək qoymuşlar. Sonra M.Ə.Sabirin “Yeddigünbəz”

qəbiristanlığındakı məqbərəsini, habelə böyük şairin müəllimi, görkəmli ədib Seyid Əzim Şirvaninin “Şah Xəndan” qəbiristanlığındakı məqbərəsini ziyarət etmiş, yubilyarın ev-muzeyində olmuşlar. Tanınmış şair, Sabir poeziya günlərinin məsul katibi Əjdər Olun aparıcılığı ilə M.Ə.Sabirin adını daşıyan parkda, böyük satirik şairin əzəmətli abidəsi önündə təşkil olunan mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, türkiyəli ədiblər Yakub Öməroğlu, Azər Almas, Qazaxıstandan Koren Əmirbekov, Ukraynadan Sergey Qrabar və başqaları böyük satira ustası və maarifpərvər Sabirin həyat və fəaliyyətindən danışmışlar. Azərbaycan xalqının ağrı-acısı ilə yaşayan bu böyük insan nəinki dünənin, bu günün, həmçinin gələcəyin şairidir. Yubiley tədbirində çıxış edənlər ölməz şairin bu gün də ruhən aramızda olduğunu, sabah da olacağını dönə-dönə vurğulamışlar. Mərasimdə görkəmli sənətkarların ifasında musiqi və deklomasiyalar səslənmiş, Bakı Oksford Məktəbi şagirdləri kiçik səhnəciklər nümayiş etdirmişlər.

M.Ə.Sabir - 150

Həmişə müasir şair

Page 7: RegionPress 114

№14 (114) 15.06.2012 7Mənəviyyat№14 (114) 15.06.20126 Müsahibə

– Xoş gördük, Əli müəllim! Orda ayla, illə, burda müxtəsər dillə

başlayaq. Əvvəlcə özünüz və ədəbi “ərazi”niz haqqında danışın.

– Xoş gördük, İbrahimxəlil! Tanışlığımızın bir ömrü əhatə edən zaman kəsiyində Səni həqiqətin, düz- lüyün, eyni zamanda Borçalı ziyalıları arasında dostluğun, qarşılıqlı hörmətin və birliyin yaşaması üçün əlindən gələn hər şeyi edən bir ziyalımız kimi qəbul etmişəm. Təkcə əyalətin istedadlı şairi, dərin təfəkkürə, iti qələmə, insani keyfiyyətləri təkcə sözündə-söhbətində deyil, həm də əməlində yaşadan bir ziyalımız kimi hörmətim olub Sənə.

Göz insan qəlbinin aynası olduğu kimi, qələmindən çıxan hər söz, fikir və tövsiyələr də ziyalılarımızın daxili aləmini, arzu və niyyətlərini aşkar edən amillərdən biridir. Bu baxımdan Sənin yazıların İbrahimxəlilin daxili dünyasını tam aydınlığı ilə oxuculara çatdıran vasitədir. Yeri gəlmişkən, de- yim ki, Sənin qələmindən çıxan yazılar gələcək oxucularımız üçün sözün əsl mənasında, tədqiqat mənbəyidir. Elə ona görə də Sənə Borçalımızın xoşbəxt ziyalısı kimi ümid edirəm. İnşallah, bu ümidimiz ünvansız qalmaz.

İstəyirəm ki, söhbətimizi sualla başlayım, elə ona görə də soruşuram: – Sən bu yazının tam olaraq nəşrinə əminsənmi? Aramızda olan bu söhbətin hamısını olduğu kimi çap edəcəklərmi? Atalar demiş – ağzım elə yanıb ki, qatıq yeyəndə belə onu üfürə-üfürə təam edirəm. Yadıma gəlir, bir il bundan əvvəl “Meydan” jurnalının baş redak-toru Əlixan Binnətoğlu məndən iki saatlıq müsahibə götürmüşdü. Həmin yazı işıq üzü görmədi. İncimirəm, an-caq təəssüflənirəm ki, Xəstə Hasan demiş, biz nədən könüllərimizi "övli-yalar bağçası"na çevirməkdən bu qədər ehtiyatlanırıq?..

Kiçik hekayələrim, yetərincə həcmi olan povest və publisist yazılarım qəzet və jurnallarda çap olunanda tanıdığım və tanımadığım oxuculardan təşəkkür məktubları almışam. Razılıq ediblər. Yazılarımı oxucular razılıqla qarşılayıblar. Azərbaycan Yazıçılar Birliyinin üzvlük biletini alanda 15 kitabım nəşr edilmişdi. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq qələmə aldığım hər bir yazıda Borçalının adı çəkilib, dərdi-səri, problemi dolayısı ilə də olsa, öz əksini tapıb. Borçalı mənim ideal dünyam, ona xidmət isə fəxrim-fəxarətim səviyyəsində öz əksini tapıb.

İbrahimxəlil, yəqin bunları həzm edə bilməyən bəzi özünü təbliğlə məşğul olan ziyalılarımız bu cür xırda hərəkətlərlə “ürəklərini ovudurlar”...

Təəssüf edirəm ki, belələri var. Bu yaxınlarda birisi mənə dedi ki, sən düz sözünü təsdiq edənə qədər mən yalanımı bitirərəm. Sən mənimlə bacara bilməzsən – sən demə doğru deyirmiş!!! Axı mənim çayxanalarda dedi-qodu ilə məşğul olmağa vaxtım yoxdur. “Sarı gəlin” başımı çox qatıb...

– Tədqiqatçısı olduğunuz ustad Şair Ağacanda hüznü ölüm dərəcəsində olan iki misra var.

Aldanmayın bivəfaya – dünya karvansaradır:Çox dolub, çox boşalıb, düzü- lübdü sıraynan.

– Ağacanın yaradıcılığından ibarət toplamış olduğum iki kitabdan biri işıq üzü görüb. İkinci kitab da hazır vəziyyətdə öz xeyirxahını gözləyir. Hörmətli İbrahimxəlil, yaşadığımız bu böyük dünyada cəmi beş nəfər adamın bir canı, ancaq iki qəbri mövcuddur. Ən maraqlısı isə odur ki, bunlardan birisi barəsində söhbət açdığımız Şair Ağacandır. Ağacan həmişə haqqın-ədalətin, düzlüyün tərəfini saxlamış, qürurlu olmuş, heç kəsin qarşısında əyilməmişdir. Elə bu əyilməzliyin bəlası olaraq 1949-cu ildə bəzi bədxah

adamların şərinə tuş gəlmiş, Rusiyanın Tomsk vilayətinə sürgün edilmişdir. 1951-ci il yanvar ayının 26-da sinəsi dolu, sözün-söhbətin qədir-qiymətini bilən şair əbədiyyətə qovuşur. Ömrü çətinliklə keçən şairin qəbri də çətinliklə qazılır. Ancaq etibarlı həyat yoldaşı Zəhra xanım neçə il sonra bəraət alıb vətənə qayıdanda Ağacanın sümüklərini çamadana yığıb, yorğan-döşəyə bükərək Borçalıya gətirir. Bədəninin kiçik hissəcikləri Tomskda, qalan əzaları isə Borçalının Qaçağan kənd qəbiristanlığında dəfn olunur. Dünya ədəbiyyatına “Abidos gəlini” kimi ölməz əsər bəxş edən Bayronun cəsədi İngiltərədə, ürəyi isə Yunanıstanda – iki ünvanda dəfn olunduğu kimi Şair

Ağacanın da bədəninin kiçik hissəcikləri Tomskda, qalan əzaları isə Borçalıda öz əbədi, ikinci ünvanını tapır.

İbrahimxəlil, Şair Ağacan ideal şair deyil, o, yaşadığı əyalətin yaxşı şairi olmuşdur. Bu əyalətdə ona bərabər yaxşı şairlərimiz olub – Şair Nəbi, Təhləli Novruz, Əli Səngərli. An-caq gör onlar "əyalət" deyiləni hansı zirvələrə qaldırdılar, necə "Mərkəz"ə çevirdilər?..

– Müxtəsəri, bu gün Gürcüstan türklərinin folklorunun tədqiqi və ərsəyə gətirilməsi işi Sizi qane edir-mi? Valeh Hacılardan, Şurəddin Məmmədlidən, Əli Abbasdan sonra “estafet” etibarlı əllərdəmi olacaq?

Dastanı məşhurlaşdıran və yaşadan səbəblər olsun gərək!

“Aşıq Şenliyin Borçalı səfəri”ndə belə məqam var. Aşıq Şenlik İbrahimə (İrvahama) deyir: – Öyün yıxılsın, buranın uşağı belə olanda, gör böyüyü necə olar.

Sizcə, yurddaşlarımızın aşıq-saz sevgisi gənclərimizə həmin qədim-qayımlıqlamı “peyvənd” edilir? Həm də bir ali məktəb müəllimi olaraq, fikrinizi bilmək istərdim.

– Çox hörmətli İbrahimxəlil, Borçalı folkloru dibi və nəhayəti görünməyən dəryadır. Biz nə qədər qanad çaldıqca, dərinliklərə baş vur-duqca onun zənginliyinin şahidi olu-ruq. Mən deyərdim ki, indiyə qədər Borçalı folklorunun yarısı ancaq işıq üzü görübdür. Toplamış olduğum Borçalı folklorundan ibarət dörd cild-lik kitablardan ancaq ikisi – o da qismən – işıq üzü görüb. Məsələn, bu yaxınlarda AMEA Folklor İnstitutunda görkəmli folklorşünas, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, mərhum Valeh Hacıların Azərbaycan folkloru antologiyası seriyasından buraxılmış “Borçalı-Qarapapaq cildi” çox sevindirici oldu. Torpağı nurla dol-sun Valehin...

Ancaq Borçalıda yaradılmış dastanlarımızın özü bir cildə sığışmır. Təkcə “Borçalı folklor mifologiyası” adı

altında toplanmış mifoloji söyləmələr yetərincə həcmi olan bir cild təşkil edir. Burada ünvan tapmış mifoloji söyləmələri, hədisləri dinləyəndə, orada öz əksini tapan dərin mənalı fikirlərlə, məsləhət və tövsiyələrlə tanış olduqda ata-babalarımızın müdrikliyinə heyran qalırsan! İbrahimxəlil, qardaşım, təkcə qaravəllilər, gülməcələr, qırmanclar bir cild təşkil edir. Mən Borçalı folk-lorunun dərinliklərinə vardıqca, onun zənginliyi ilə tanış olduqca belə qənaətə gəlirəm ki, biz hələ çox iş görməliyik. Bu çox iş mənim, sənin yox, hamımızın sayəsində olmalıdır – bir-birimizi itələmək, paxıllıq etmək, niyə bu işi mən etmədim, o etdi kimi xırdalıqları unudub dəstək olmalıyıq... Borçalı folklorunu tədqiq etmək, tam olaraq onu ortaya çıxarmaq keçmişdə yaşamış bir-iki aşığın həyat və yaradıcılığını bu günkü oxucuya çatdırmaq işin hamısı deyil. Borçalı folklorunun tədqiqi ilə Salman Mümtazdan başlamış bu gün adını çəkdiyimiz folklorşünaslara qədər adı bəlli alimlərimiz məşğul olub. Burada Məhərrəm Qasımlının, Sədnik

Paşayevin, Mürsəl Həkimovun, Valeh Hacıların, Tinatin İsabala qızının, Elx-an Məmmədlinin, Əli Abbasın əməyi var. Bu adamların adını bu gün nəyə görə, hansı hisslərin təsiri ilə deməsək də, gələcəkdə bunu tarix özü qədir bilən, həqiqəti sevən ziyalılarımızın təşəbbüsü ilə ortaya çıxaracaq.

Həyatımı gələcəyimiz olan uşaq- larımızın savadlanması, maariflənməsi, bir ziyalı kimi, hərtərəfli insan kimi formalaşmasına həsr etmişəm və edirəm də. Bu sözləri gəlişi gözəl olsun deyə demirəm. Bu gün Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Univer-sitetinin tələbələrinə tədris etdiyim folk-lor fənnini onlara sevdirməyə çalışıram. Fəxr edirəm ki, bu fənni onlara sevdirə bilmişəm, fəxr edirəm ki, tələbələrimlə mənim aramda müəllim-tələbə sevgisi, hörməti, məhəbbəti və səmimiyyəti yarada bilmişəm. Bu “estafet”i biz o vaxt etibarlı əllərə təhvil verəcəyik ki, gənclərimizdə yurdumuza-yuvamıza, adət-ənənəmizə, xalqımızın milli mentalitetinə, ən əsası isə Borçalımıza onların qəlbində işıqlı bir işıq yandıra bilək.

– Yaxın gələcəkdə Borçalı qəhrəman- lıq və məhəbbət dastanlarının seçmə nümunələrinin nəşri gözlənilirmi?

Və “Mehralı bəy” dastanından bir cümlə: “Oğlum, bilirsən ki, Yəmənə gedənin çoxu geri qayıtmır”.

Əli müəllim, indi sözün... arazbarı mənasında, folklor nümunəsi dalınca hər səfərə çıxan “geri qayıdırmı”? Yəni dediyim budur ki, hər yol üstündə bir aşıq Məhəmməd Sadaxlı durmur, axı?! Durmur ki, hazır dastanı danışa, biz də qələmə alaq. Bu tədqiqatçılıq yollarının əziyyəti, bürəm-bürəm qarı nə boydadır? Bəlkə bəzi gənclərimiz elə qorxudan bu işə həvəs göstərmirlər? Həyatı oturub internetdən izləmək asandır, axı?!

– Borçalıda ustad aşıqlarımız tərəfin- dən yaradılmış dastanlarımız çoxdur. Onlardan 17 dastan tam olaraq qələmə alınıb. Siz doğru deyirsiniz, hər kəs ömrü başa vurub, dünyasını dəyişdikdən sonra çatdırıb yazıya ala bilmədiyimiz hər bir dastan itib gedəcək. Bu sahədə Göyçə

tədqiqatçıları bizdən irəlidədir. Hüseyn İsmayılovun toplayıb nəşr etdirdiyi “Göyçə dastanları və aşıq rəvayətləri” kitabı çox təqdirəlayiqdir. Həmin kitabda 26 dastan toplanıbdır ki, onun 15-i Aşıq Ələsgərin adı və həyatı ilə bağlıdır. Borçalıda dastançılıq ənənəsi daha qədimdir. Dədə-babalarımız heç bir məclisini dastansız keçirməzlərmiş. Bu baxımdan Borçalı dastanları daha çox maraq doğurur. Belə ki, bu əyalətdə yaranan hər bir dastan bir qəhrəman kişimizin, igidimizin adına bağlanıb, onun görmüş olduğu işlərin aynasına çevrilib. “Mehralı bəy”, “Səməd ağa”, “Çopur Əli”, “Qaçaq İsaxan”, “Qa-çaq Mahmud”, “Qaçaq Kor İsmayıl” dastanları sırf Borçalıda yaranmış dastanlardır. Bu dastanlar bilirsiniz-mi niyə bu qədər maraq və intizarla dinlənilir? Ən azı ona görə ki, bu dastanların baş qəhrəmanları Borçalı qaçaqlıq “institut”unun yetişdirdiyi kişilərdir – ata-babalarımız, müdrik və mərd babalarımızdır. “Oğlum, bilirsən ki, Yəmənə gedənin çoxu geri qayıtmır” cümləsini Mehralı bəy gəlişi gözəl olsun

deyə işlətməmişdi. Mehralı bəy bilirdi ki, Yəməndə onu ölüm gözləyir. Amma getməli idi. Çünki canında dövr eləyən qan Borçalı-Qarapapaq qanı idi. Elə ona görə də oğlu Rüştü atası ilə vidalaşan andan onun qara xəbərini qara düyünçəyə bağlayıb ürəyinin, qəlbinin bir küncündə pünhanlamışdı. Müxtəsəri onu yada salaq ki, biz borçalıları ağırlayanda, başa çəkəndə həyatımızı tərəzinin pərsəngi kimi deyil, əsas çəki daşı səviyyəsində ortaya qoyuruq. O da ola Mehralı bəy!..

Qaldı ki, dastan yaradıcılığını, bütövlükdə folklorşünaslığı çətin səfərə – məsələn, Yəmənə getməyə bənzətsək, o vaxt “Yəmənə gedən geri qayıdırmı?” sualına həmişə müsbət cavab

alarıq. Çünki müxtəlif xalqların dünya mədəniyyətinə verdiyi “İliada”, “Odis-seya”, “Gilqamış”, “Ramayana”, “Ka-lavela”, “Dədə Qorqud”, “Koroğlu” kimi epos-dastanları top- layanlar, tədqiq edənlər “Yəmən”dən necə geri qayıtmaya bilərdilər?

Baxmayaraq ki, bu yolda burun da qanayır, diz də çapılır.

İndi isə Aşıq Şenniyin Borçalıya olan səfərləri haqda. Bu ünlü ozan üç dəfə bu vilayətin adına-ünvanına yön çe-virib. Gəlişinin ən maraqlısı Qasımlı Səməd Ağanın evində Quşçu Abbasəli ilə üz-üzə, göz-gözə deyişməsi olub. Bu deyişmə bütün gecəni davam edib, gün Babakər dağlarının arxasından boylanan vaxt yuxusuzluğun və yorğunluğun ilıq pərdəsi Quşçu Abbasəlinin çöhrəsinə isti bir sığal çəkən vaxt ağəmətlər yola salmış azman Aşıq Şennik Abbasəlinin bu vəziyyətindən istifadə edərək ona bir gırdın atır və həmin gırdın da hədəfə dəyir...

Güc-bəla ilə canını Quşçu Abbasəlidən qurtara bilən Aşıq Şennik haqq aşığı idi. Onu qabaqda necə bir çətinlik gözlədiyini duymuşdu. Elə bu cümləni də ona görə işlətmişdi.

İbrahimxəlil, biz özümüz üçün bir həqiqəti qəbul edək və etməliyik ki, Aşıq Məhəmməd Sadaxlının və ya başqa azman aşıqlarımızın yadından-yaddaşından götürdüyümüz hər-hansı bir dastanı yazıya almaq, onu etalon kimi oxucu kütləsinə təqdim etmək, tarixləşdirmək o qədər də asan de- yil... İbrahimxəlilin təbirincə desək, həqiqətən “bu tədqiqatçılıq yollarının əziyyəti, bürəm-bürəm qarı” hesaba gəlməz qədər ağır və çətindir. Ən azından bu, ona görə belədir ki, hər aşığın özünün yaddaş dairəsi və dasta-na münasibəti var. İndi gəl bunların arasında bir ortaq məxrəc tap... tap ki, heç biri sənin üstünə ayaq almasın!.. Qardaş, vallah çətindir. Yadına salım ki, adi rəvayəti hərə bir cür danışır... O da dastan ola... Borçalı ağsaqqallarının müdrik, dərin mənalı, hikmət dolu söyləmələri, rəvayətləri olduğu kimi, mifoloji hədisləri də var ki, onları yazıya gətirib sistemləşdirəndən sonra rahat nəfəs alırsan.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub və onun müavini – Azərbaycan ağız ədədbiyyatının müdrik elmi araşdırıcısı və ağsaqqalı Məhərrəm Qasımlı müa-sir aşıqlarımızdan həmişə dastan söyləməyi tələb və tövsiyə ediblər. Dastan söyləməyi bacarmayan, dastanlarımızı danışmağı bacarmayan aşıq ustad sözünü üzərində gəzdirməyə layiq deyil.

– İnanclarımıza görə, körpə uşağın ilk dişinin yuxarı damağından çıxması xöşbəxtlik hesab edilir. Bir yazar olaraq həmişə ümid edirəm ki, böyük Azərbaycan şifahi və yazılı ədəbiyyatının Borçalı qolunun “dişi” həmişə yuxarı damağından çıxır.

Yetərincə tanınmış yazıçı-folklor- şünas olaraq, Sizin tövsiyələriniz... dişləri həmişə yuxarı damaqdan çıxan gənc yazar və tədqiqatçılarımız üçün də maraqlı olardı.

– İbrahimxəlil, qardaşım, dastan-lar xalqımızın yaratmış olduğu elə bir mədəni irsdir ki, orada təsvir olu-nan qəhrəman babalarımız bu günkü və gələcək gənclərimiz üçün tərbiyə, xalqımız üçün isə qürur mənbəyidir. Mən dastanlarımızı həm də tariximiz kimi qəbul edirəm – “Mehralı bəy”, “Çopur Əli”, “Qaçaq İsaxan”, “Kor İsmayıl” hər biri eyni əsrin, zamanın tarixi hadisələrindən bəhs etməklə bərabər, bir əyalətdə dünyaya göz açmış qəhrəman kişilərdir. Elə götürək “Qaçaq Kərim və gürcü qızı Maya”nın adına bağlanmış dastanı. Gürcü çarı Tamara zamanında borçalıların çarın yanında olan hörməti barədə bir “salnamə” deyilmi?.. Mən deyərdim ki, bu haqda hələ lazım olan qədər iş görülməyib. Doğrudur, bir az iş görmüşük, kitablar tərtib olunub, amma bu da yetərincə deyil. İstedadlı folklorşünas alimi- miz Elxan Məmmədli Borçalı folk-lorunun akademik nəşrini hazırlayır. Mənim tərtib etmiş olduğum “Borçalı folkloru antologiyası” adlı dörd cilddən ibarət olan kitabın Türkiyədə nəşri planlaşdırılır. Klassik Borçalı ozanlarımızın həyat və yaradıcılığı haqda bir-bir nəşr edilən serial kitablar bu gün bizdən ötrü adi olsa da, gələcək üçün bir tarixdir.

Azərbaycan ağız ədəbiyyatının yaranmasında və yayılmasında müs- təsna rola malik aşıqlarımızın sırasında adı bəlli ustad aşıqlarımız var. Onlar-dan Aşıq Sadıq, Xındı Məmməd, Dədə Əmrah, Hüseyn Saraclı, Ustad Kaman- dar, Aşıq Göycə, Nurəddin Qasımlı, Quşçu İbrahim, Əhməd Sadaxlı kimi azman sənətkarlarımızın olması və bu gün onların davamçısı olan gənc istedadlı aşıqlarımızın – Aşıq Şahbazın, Aşıq Raminin yetişməsi o demək dey-ilmi ki, Borçalı aşıq sənətinin “süd dişi” yuxarı damaqdan çıxır? Biz borçalılar qardaş gürcü xalqının içərisində, dili və dini ayrı bir xalq kimi nəinki folk-lorumuzu yarada bildik, yaşada bildik, biz həm də Azərbaycan aşıq sənətinin yaradıcılığı baxımından bir məktəb yaratdıq. Elə bir məktəb ki, özünün dəst-xətti, üsulu və səviyyəsi mövcud-dur... Yeri gəlmişkən, qeyd edim ki, Borçalı aşıq məktəbinin yuxarı damaq-dan çıxan “süd dişi” ilə mən də həmişə fəxr etmişəm.

Gənc sənətkarlarımıza, yazarlarımıza tövsiyə edirəm ki, folklorumuzu sevsinlər. Arada məhəbbət olarsa, Borçalı folkloru, aşıq sənəti, sazımız və sözümüzün səsi həmişə yuxarıdan gələcək. biz bunu istəyiriksə, əl-ələ verməliyik, bir olmalıyıq, bir-birimizin uğuruna paxıllanmalı yox, sevinməli, dəstək olmalıyıq. Biz yalnız o vaxt uğur qazana bilərik.

– Müsahibəyə görə sağ olun, Əli müəllim! Yenidən görüşmək ümidiylə.

– "Regionpress"ə də, sənə də təşəkkür edirəm. Biz, yaşlı nəsil bizə hava və su kimi lazım olan mehribanlığı yaratmalıyıq. Yaddan çıxarmayaq ki, atalarımız çox gözəl bir kəlam işlədib – arabanın qabaq təkəri hara gedirsə, dal təkər də ora gedir. Bu qabaq təkərin gedişi, istiqaməti isə bizə çox lazımdır...

“Regionpress”in dəyərli oxucularına dastan işığı diləyirəm.

Söhbətləşdi: İbrahimxəlil

“Yəmənə gedən geri qayıdırmı?..”

Yazıçı-folklorşünas Əli Abbasla müsahibə

Page 8: RegionPress 114

Azərbaycanlıların

Mədəniyyət Mərkəzi (АММ)

AMM-in sədri:Fazil HƏSƏNOV

Qeydiyyat şəhadətnaməsi:09.09.2004. №43/5 z----9

Redaksiyanın ünvanı:Marneuli şəhəri, Çolokaşvili küç. 3İndeks: 3000 Tel.: (+995 357) 22 29 29Faks: (+995 357) 22 57 88E-mail: [email protected] www.amm.ge

Редактор:

Биннят ЯлИоьлу Fakta və ifadə olunan fikrə görə məsuliyyəti müəlliflər daşıyır.

Гязет пулсуз йайымланыр.ТИраж: 2000

Сярбяст сящифя№14 (114) 15.06.20128

Azərbaycanlıların Mədəniyyət

Mərkəzi

Təsisçi:

RegionИътимаи гязет P R E S S

Azərbaycanlıların Mədəniyyət

Mərkəzi

№14(114)15.06.2012

Гязет 2008-ъи ил мартын 15-дян чыхыр

Hüquq məsləhəti Vəkil Fərhad Musayevin açıqlamasında

Hüquq məsləhətiVəkil Fərhad Musayevin açıqlamasında

Süsən-Sünbüldə abi-zəmzəmdən danışa bilərlər, abi-kövsərdən, abi-niysandan söz açmağa üstünlük verərlər, amma ömürbillah... abortdan danışmazlar. Hətta bu yaxınlarda Süsən-Sünbülün məşhuri-miqyas mərkəzində Mirzə Qərənfil – Allah Sabit Rəhmana rəhmət eləsin – “abort” sözü ilə arazbarı səsləşən bir “abordaj” sözü işlətdi. Az qalmışdı Mirzə Qərənfilin başını ortadan iki cıralar. Mirzə Qərənfil and içib, aman dilədi ki, bəs deməzsənmi, and bu, Quran bu, abordaj – bilavasitə vuruşmaq üçün gəmilərin bir-birinə yanaşdırılmasından ibarət qədim dəniz müharibəsi üsuludur. Nə isə... Son zamanlar bəzi ölkələrin media məkanlarında abort

mövzusu ətrafında gedən mübahisələr az qala qədim abordaj müharibələrini xatırlatmırmı? Aborta “hə”mi deyilməlidir, “yox”mu deyilməlidir? Və abortun günahkarı olan insan, necə deyərlər, qalıb odla su arasında! Fərqli ölkələrdə və fərqli xalqlarda hamiləliyin süni surətdə dayandırılması prosesi də – yəni abort – eynən bu əməliyyat üçün istifadə olunan abortiv vasitələr kimi, buna münasibət də fərqlidir. Amma siz unutmamalısınız ki, mən “lisenziya” alıb, sizə

yalnız və yalnız Süsən-Sünbül əhatə dairəsində danışıram.

Hələlik övlad üzünə həsrət olan Mirzə Ümid yanıqlı-yanıqlı təkrar etməkdən doymur: “Biz bədənimizin sahibi yox, onun əmanətçisiyik. Yəni bu bədən deyilən, bu vücud adlanan bizə əmanət verilib. Əmanətə necə xəyanət etmək olar axı?! Yəni biz günün birində bizə verilən möhlət bitərkən əmanət sahibinin dərgahına üzüağ qayıtmamalıyıqmı?”. On üç uşaq – yeddisi qız, altısı oğlan – Mirzə Sakitin giley-

güzarı isə ərşi-əlanı bürüyüb: “Gəl indi saxla görüm bu külli-külfəti, görüm necə saxlayırsan? Bəs, ay müəllim, sən də demirdinmi ki, heç qəm yemə, kasıbınkını Yaradan özü yetirər! Küllər olsun Sovetlərin başına – necə ki oldu! – bizə o qədər şücaət qazandırdı ki, atalarımız da şirnikib, biz də suyulub çoxuşaqlı olduq. Uy-uy!”.Amma bunu da deməyə borcluyam ki, iyunun 1-də, yəni

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Mirzə Sakitin ginekoloq dostu qəbuluna gələn qadınları razı yola salmadı. Ayın 2-si və 3-ü də istirahət günü olduğundan Mirzələr Mirzəsinin xanımının “müəmma”sı bazar ertəsinə qalıbmış.

P.S.Qardaş Türkiyədə bu mübahisəli abort məsələsini bu min-

valla parlamentə çıxartmasalar yaxşıdır. Axı bu məsələni bu qədər yoğnutmağın nə faydası? Bir eyibi də Süsən Sünbülə gəlir axı! Xırda fərq burasındadır ki, bizdə bu “abort” ad-lanan Türkiyədə “kürtaj” adlanır.Stepanavan kürdü elə biləcək ki, söhbət yenə ondan gedir.

Axı, kar elə könlündəkini anlayır...

İbrahimxəlil

Abort(Süsən-Sünbül əhvalatı)

Sual: Mən torpaq sahəsi almışam. Həmin sahədə yerləşən bina üzərində mülkiyət hüququm varmı?

Ə.Kərimov, Rustavi.Cavab: Bu məsələ Gürcüstan Mülki

Məcəlləsinin 193-cü maddəsi ilə tənzimlənir. Əgər torpaq sahəsinin mühüm hissəsi olan daşınan əşyanın bu sahə ilə bağlılığı varsa, torpaq sahəsinin sahibi eyni zamanda bu əşyanın da sahi-bidir. Torpaq sahəsinin mühüm tərkib hissələrinə bina, hər hansı tikili, torpaq sahəsinə bərkidilmiş və müvəqqəti istifadə üçün nəzərdə tutulmayan əşyalar daxildir. Bu məsələ həmçinin müqavilə ilə də müəyyən oluna bilər.

May ayının 12-13-də Heydər Əliyevin xatirə-sinə həsr olunmuş şaulin-sanda üzrə beynəlxalq tur-nir keçirilmişdir. Turnirdə 7 ölkə – Azərbaycan, Gürcüstan, Tür-kiyə, İran, Rusi-ya, Ukrayna və Özbəkistan iştirak etmişdir. Gürcüstan Sayokan Federasiyası bu yarışda 3 idmançı ilə təmsil olunmuşdur. 38 kq çəki dərəcəsində Qiqa Qavaşelişvili, 56 kq çəkidə Raul Məmmədov, 75 kq çəki dərəcəsində Şakro Bliadze ölkəmizi ləyaqətlə təmsil etmiş, bütün görüşlərdə qalib gələrək qızıl medala layiq görülmüşlər.

Bildiririk ki, Azərbaycan 7 qızıl medalla 1-cilik əldə etmişdir. Özbəkistan 3 qızıl, 1 gümüş medalla 2-ci yeri tutmuşdur.

Gürcüstan Sayokan Federasiyası pre- zidentinin verdiyi məlumata görə, bu ilin oktyabr ayında keçiriləcək “Şaulin-

sanda” üzrə Avro-pa çempionatına lisenziya əldə etmişlər.

8 saylı ümumi məktəbin 8-ci sinif şagirdi Raul Məmmədov Av-ropa çempiona-tının gümüş mükafatçısı, Ba-kılı idmançını nokautla, Öz-bəkistan və İran

idmançılarını isə nokdaunla məğlub edərək fəxri pillənin ən yüksək pilləsinə qalxmışdır. Cek-Can ləqəbli Raul hal-hazırda Avropa çempionatına hazırlaşır. Təcrübəli məşqçi Faiq Məmmədovun yetirmələrinin qazandığı medalların üstünə 3-ü də əlavə olundu. 3 güləşçi ilə təmsil olunan Marneuli komandası 3 qızıl medal alaraq III yeri qazanmışdır. Biz məşqçi Faiq Məmmədova və onun yetirmələrinə oktyabr ayında keçiriləcək Avropa birinciliyində də uğurlar arzulayırıq.

Əhməd İsmayılov

Beynəlxalq yarışın qalibləri

1. Bədən-zehin əlaqəsi. Bu əlaqə özünü belə göstərir. Belə ki, saxta, yəni əslində dərman ol-mayan bir məhlul atdığından xəbərsiz olanlar, dərdlərinə dərman olacaq bir preparatı atdığını fikirləşərək özlərini daha yaxşı hiss edirlər. Bəzi alimlər zehnin köməyi ilə bədənin özü özünü sağaldabilmə qabiliyyətinin müasir tibbin yarada biləcəyi bir möcüzədən qat-qat üstün olduğuna inanırlar.

2. Ruhlar. Ruhların varlığı haqqında ciddi bir sübut yoxdur, hələki onları gördüyünü, onlarla söhbət etdiyini, onların şəkillərini çəkdiyini söyləyən çoxlu insanlar var. Ancaq elm hələ bu varlığı sübuta yetirməyib.

3. Deja-vu. Fransız bir kəlimə olan deja-vu Azərbaycan dilinə çevirəndə "daha öncə görülmüş" mənasını verir. Açıqlamaq istədiyi məna isə budur: Xüsusi bir xatirə olaraq düşünülür, və nə vaxtsa bu hadisəni görmüş olduğunuzu hissetmə halıdır. Hər kəsin həyatında bir və ya bir neçə dəfə yaşadığı bu hiss, təəccüblü, anlaşılmaz sehirli və tükürpədicidir.

4. Taos uğultusu. ABŞ-ın New-Mexico əyalətində yerləşən kiçik Taos şəhərini ziyarət edən bəzi turistlər və vətəndaşlar, illərdir çöl sahələrdə sehirli, güçsüz, sakit bir səsə sahib olan bir uğultu və titrəşim eşitdiklərini deyirlər. Bu sözləri deyənlər Taos vətəndaşlarının sadəcə 2%-ini təşkil edir. Bəziləri bu səsin çöldə havanın yaradacağı bir səs, bəziləri isə bunun uğursuz bir sirr olduğuna inanırlar.

5. Psixi güc (Vergi verilməsi). Həm Şərqdə, həm də Qərbdə bir sıra insanlar psixi güclərə inanırlar. Bu günə kimi psixi gücləri olduğunu deyən insanlar alimlər tərəfindən test ediliblər. Hər dəfə də heç nə edə bilməyiblər. Altıncı hissin gücünə inanan adamlar hələ tam dəqiqliyi ilə bu hissin sübutunu elmə aça bilməyiblər.

6. Uzaqgörən. Psixoloqlar bu hissi açıqlayanda insanlar zehinsəl, fərqində olmadan ətrafımızdakı dünya haqqında məlumat topladıqlarını deyirlər. Ancaq sözügedən məlumatlar zehni-mizin dərinliklərində yaşadığı üçün bunun necə olduğunu heç cür anlaya bilmirik.

7. Ölümdən sonrakı həyat. Həyatlarında bir dəfə kliniki ölüm keçirmiş insanların bəziləri qaranlıq bir tuneldə yol alıb sonda isə ağ bir işığa qovuşduqlarına dair hekayələr danışarlar. Bu fikirlər son dərəcə təsiredici olmaqla bərabər, təəssüf ki, hələ heç kim o birisi tərəfdən əlində bir sübut ilə ya da doğrulanacaq bir məlumatla geri dönməyi bacarmayıb.

8. Uçan boşqablar. Bəli, uçan boşqablar var. Çünki dünyanın hər yerində göy üzündə nə olduğu bilinməyən bir sıra obyektlər göründüyünü söyləyən insanlar var.

9. Əsla tapılmayan itkin düşmüşlər. İnsanlar bəzən itirlər. Bəziləri yaşadıqları həyatdan qaçır, bəziləri bilinməyən qəzalarda itib gedir, bəziləri cinayət qurbanı olur. İtkin düşənlər ölü ya da diri tapılır. Ancaq insanlar da vardır ki, sanki yer yarılır, içinə girirlər, buxarlaşırlar.

10. Böyük Ayaq. ABŞ-da illər boyunca in-sana bənzəyən çoxlu tükü olan, çox iri Böyük Ayaq adlı bir varlıq gördüyünü söyləyən saysız- hesabsız insanlar var. Bütün qitə ətrafında qeydə alınan söz-söhbətlər doğrudursa, əslində, minlərlə Böyük Ayağın olduğunu demək olar. Ancaq bu günə qədər bu qorxulu varlığa aid bir dənə də ol-sun meyit tapılmayıb.

Elmə məlum olmayan 10 sirr

İdman

Bu günlərdə Marneu-li rayonundakı Baydar ümumi məktəbində idmanın sayokan əlbəyaxa döyüş növü üzrə məktəblərarası ənənəvi rayon birin-ciliyi keçirilib. Yarışda Marneuli 6 saylı, Kürtlər, Baydar, Aşağı Qullar və Şulave-ri məktəblərindən ümumilikdə 26 nəfər şagird iştirak edib. Tanınmış idman müəllimləri F.Məmmədov və M.Əliyevin yetirmələri Namiq Təhməzov, Elton Qo-cayev, Raul İsmayılov, Nurlan Mehrabov, Məhəmmədəli İsmayılov və başqaları

rəqiblərini böyük xal fərqi ilə udaraq rayon çempionatında I yeri qazanıblar. Məktəbli çempionlarımıza gələcəkdə daha böyük uğurlar arzulayırıq.

"Regionpress"

Məktəblilərimizin uğurları