OPEC

11
OPEK- Neft İxrac Edən Ölkələr Təşkilatı tın ingiliscə adı: “Organization of the Petroleum Exporting Countrie

Transcript of OPEC

Page 1: OPEC

OPEK-Neft İxrac EdənÖlkələr Təşkilatı*

* Təşkilatın ingiliscə adı: “Organization of the Petroleum Exporting Countries”

Page 2: OPEC

OPEK təşkilatı -1960-cı il sentyabrın 10-14-də Bağdad şəhərində keçirilən

konfransda təsis olunmuşdur. OPEK-in qərərgahı əvvəllər Cenevrədə (İsveçrə)

yerləşməsinə baxmayaraq, 1965-ci il sentyabr ayının 1-də Vyanaya (Avstriya)

köçürülümüşdür. OPEK, 1962-ci ildə BMT-də tam hüquqlu hökümətlərarası təşkilat

kimi qeydiyyatdan keçmişdir. Təşkilatın ilk üzvləri: İran, İraq , Səudiyyə Ərəbistanı ,

Kuveyt və Venesuela olmuşdur. 1975-ci ilədək 8 dövlət təşkilata üzv olmuşdur:

İndoneziya, BƏƏ, Nigeriya, Qatar, Ekvador, Əlcəzair, Qabon, Liviya. Təşkilatı yalnız

iki ölkə tərk etmişdir. Onlardan Ekvador 1992-ci ildə özü çıxmış, Qabon isə 1995-ci

ildə üzvlüydən xaric edilmişdir. Təşkilatda müşahidəçi ölkələr: Angola, Oman,

Rusiya, Misir, Meksika.

Page 3: OPEC
Page 4: OPEC

OPEK – in Vyanadakı qərargahı

Page 5: OPEC

Dünya neft ehtiyatlarının təxminən 77 %-nin OPEK ölkələrinin payına düşməsi, həmçinin hasil olunan neftin 40 %- nin bu təşkilata məxsus olması, onun dünya siyasətinə, həmçinin neft bazarına əhəmiyyətli təsir göstərə biləcək gücə malik olduğunu göstərir. Hal-hazırda OPEK dünya neft ticarətinin ümumi həcminin yarısına nəzarət edir.

Page 6: OPEC

OPEK Təşkilatının Əsas Məqsədləri:

1. Dünyada neftin qiymətinə nəzarət2. Ətraf mühitin qorunması3. Üzv dövlətlərin neft siyasətinin əlaqələndirilməsi4. Dünyada neft qiymətinin stabilləşdirilməsi üçün OPEK-ə üzv olmayan dövlətlrələ əməkdaşlıq5. İstehlakçı ölkələrin mütəmadi olaraq neftlə təmin olnuması6. Gəlirlərin ədalətli bölgüsü7. Üzv ölkələrin maraqlarının qorunması üçün fərdi və kollektiv proqramların müəyyən edilməsi və s.

* OPEK - i yaradan dövlətlərin əsas məqsədi isə neft satışı üzrə fəaliyyətlərin əlaqələndirilməsivə qiymətlərin tənzimlənməsi sahəsində birgə fəaliyyət.

Page 7: OPEC

OPEK Təşkilatının Strukturu

Nazirlər Konfransı - OPEK – in ali orqanıdır. Bu orqan təşkilata daxil olan ölkələrinin nazirlər konfransından ibarətdir . OPEK-in siyasətinin əsas istiqamətlərini , onların həyata keçirilməsinin əsas metod və yollarını müəyən edir. Həmçinin Konfrans təşkilatın preziden-tini, Katibin və Şuranın üzvlərini təyin edir.Direktorlar Şurası – OPEK -in İcraedici orqanıdır. Şura hər hansı hesabat və tövsiyyələri hazırlayır, büdcə üzrə qərarlar qəbul edir və onu Nazirlər Şurasına təqdim edir. Şurada hər dövlət bir nümayəndə ilə təmsil olnunur. Şura öz fəaliyyəti ilə, mətbuatın və dünya neft bazarı iştirakçılarının diqqətini cəlb edir. Direktorlar Şurasının tərkibini Nazirlər konfransı

müəyyən edir. Şuraya, adətən, hər üzv ölkənin neft,sənaye və ya enerji naziri təyin olunur.

Katiblik – OPEK -in daimi orqanıdır. Katiblik öz funksiyalarını Direktorlar Şurasının rəhbərliyi altında həyata keçririr. Baş Katib təşkilatın yüksəkvəzifəli şəxsidir. O, təşkilatın inzibati-texniki fəaliyyətini həyata keçirir və nəzarət edir. Baş Katib də Nazirlər Konfransı tərəfindən seçilir.OPEK Katibliyinin strukturuna 3 departament daxildir.

Page 8: OPEC

Təşkilatın komissyaları OPEK- in müxtəlif siyasətlərini həyata keçirirlər. Məsələn, İqtisadiKomissya dünya neft bazarında qiymətlərin stabilləşdirilməsi ilə məşğul olur və analizləraparır. Bununla yanaşı OPEK - ə üzv ölkələrin enerji və neft nazirləri ildə iki dəfə iclas keçirməklə, dünya bazarında neftin qiyməti,proqnozlar və s. məsələlər araşdırılır.Keçirilən iclas və konfranslarda bazarınstabilləşməsi haqqında qərarlar qəbul olunur. Həmçinin keçirilən iclaslardaneft hasilatının həcmi (artması və ya azalması) haqqında qərarlar,tələblərə uyğun olaraq OPEK – inqərarlarının dəyişilməsi və s. bu konfranslarda qəbul olnur. OPEK – də “ Səbət” (OPEC Reference Basket of crudes – Xammalların istinad Səbəti). OPEK tərəfindən bu söz ilk dəfə 1987- ci il yanvarın 1-də işlənib. “Səbət” in qiyməti orta müxtəlifliklərin ardınca fiziki xam neft qiymətlərinin orta indeksi kimi müəyyən edilir.OPEK- in “Səbəti “ üçün maksimum qiymət 2008-ci il 3 iyul Tarixində qeydə alınan barrel üçün 148, 73 $ olmuşdur. 2008-ci ilin mart ayında Ekvador “Səbətə” daxil edilmişdir. 2009-cu ildə isə İndoneziya “Səbətdən” çıxarılmışdır. Hal-Hazırda“Səbətə” 12 növ neft daxildir.

Page 9: OPEC

OPEK Təşkilatı dünya neft hasilatı həcminin yarısına nəzarət etdiyindən dünya siyasətinə əsaslı şəkildə təsir göstərmək imaknına malikdir. OPEK, bu imkanını 1973-cü ildə işə saldı. İmkanını işə salınmağın əsas səbəbi, Misir, Suriya və İsrail müharibəsi idi. Bu müharibədə ABŞ İsrailə yardım etdi və İsrail qalib oldu. Məhz ABŞ-ın bu siyasəti, OPEK ölkələrini qıcıqlandırdı və bu səbədən, OPEK, 1973-cü il 17 oktyabrda ABŞ-ın siyasətinə qarşı çıxaraq, bu ölkəyə neft ixracına embarqo qoydu və Qərbi Avropa ölkələri üçün neftin qiymətini 70 % qaldırdı. Bir gecə içində neftin barreli 3 dolladan 5.11 dollara qalxdı. Bunun nəticəsində ABŞ və Avropa ölkələrində iqtisadi və həmçinin enerji böhranı yarandı və bu hadisə tarixə “Oil Shock” kimi daxil oldu. ABŞ-a qoyulan embarqo 1974-cü ildə qüvvədən düşdü. Tarixdə ikinci neft böhranı 1978-ci ildə baş verib. Bu böhranın əsas səbəbi isə, İranda inqilab və Kemp Devid də İsrail və Misir arasında imzalanmış müqavilə idi.

Page 10: OPEC

1981-ci ildə neftin bir barrelinin qiyməti 40 dollara çatdı. Lakin 1980-ci illərdən başlayaraq OPEK-in neft siyasəti zəifləməyə doğru gedirdi. Səbəb isə OPEK-dən kənarda yeni neft yataqlarının tapılması idi. Dördüncü neft böhranı 1990-cı ildə baş verdi. Səbəb avqustun 2-si İraqın Küveytə hücümu idi.Bu böhranda neftin bir barrelinin qiyməti 19 dollardan 36 dollara qalxdı. Ümumiyyətlə keçən əsrdə, bu qədər neft böhranlarının baş verməsinin əsas səbəbi neft hasilatı, istehsal və ya istehlak deyildi. Bütün bu baş verənlərin arxasında siyasi motivlər dururdu. Bugünkü gün, OPEK təşkilatı qarşıdan gələn və ya gələ biləcək hər hansı böhranın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür və bununla da qiymətləri bərpa edir və bazarda stabillik yaradır.

Page 11: OPEC

Böhranlardan sonra OPEK ölkələri yüksək həddə gəlirlər əldə etdilər. Məhz bu gəlirlərin sayəsində 1976-cı ildə Beynəlxalq İnkişaf Fondu yaradıldı. Bu inkişaf fondu çoxtərəfli maliyyə inistutudur. Fondun əsas vəzifəsi OPEK ölkələri ilə, həmçinin təşkilata üzv olmayan digər ölkələrlə əməkdaşlığı təmin etməkdir. Bu fond inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərir və üç növ kredit verir: tədiyyə, layihələr və proqramlar.

Fondun mərkəzi Vyanada yerləşir. Fondun vəsaitləri üzv dövlətlərin üzvlük haqqlarından və kreditlərdən toplanılır.OPEK- in bu günkü gün bir sıra mənfi cəhətləri var. Beləki, OPEK- in daxilində bərabərsizlik və qarşıdurmalar mövcuddur. Məsələn, əhalisi az, lakin gəliri həddindən çox olan –BƏƏ (48%) ilə, əhalisi çox, lakin gəlirləri az olan –Nigeriya (97 %). Bunların ikisi də bir təşkilatda eyni rol oynamalarına baxmayaraq, onlar arsında fərq çox böyükdür.

Başqa bir mənfilik isə təşkilat ölkələrində savadlı kadrların az olması, yeni texnikalardan, sənayenin müxtəlif sahələrinin istifadə edilməməsi, neftdən aslılıq, OPEK ölkələri üçün xarakterikdir. Vaxtıilə neft mütəxəsislərinin azlığı ölkədə çətin vəziyyət yaratmışdı. Yalnız xarici mütəxəsislərin köməyi ilə yaranmış vəziyyət aradan qaldırılmışdır. Yalnız son zamanlar neftdən gələn gəlirlər sayəsində, üzv ölkələrinin sənaye və digər sahələri inkişaf etmişdir.