ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru,...
Transcript of ONUN DÜNYASI2 Elmi redaktoru: Xəzər Gəncəli Sənətünaslıq üzrə fəlsəfə doktoru,...
1
ANAR BURCƏLİYEV
ONUN DÜNYASI
FƏRİDƏ ƏLYARBƏYLİ - 95
Gəncə - 2019
2
Elmi redaktoru: Xəzər Gəncəli
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Respublikanın əməkdar artisti
Redaktoru: Eşqin Nağıyev
Teatrşünas Anar Burcəliyevin “Onun dünyası” adlı
kitabı Ulu Şeyx Nizami yurdunda yaşayıb-yaratmış şairə-
dramaturq Fəridə Əlyarbəylinin həyat və yaradıcılığına
həsr olunub. Kitabda onun yaradıcılığı və eləcə də
fəaliyyəti geniş bir şəkildə işıqlandırılmaqla təhlil
olunmuşdur. Bununla yanaşı həmçinin Fəridə
Əlyarbəylinin həyat məziyyətləri geniş bir ospektdə
işıqlandırılmaqla monoqrafiyada toplanan materiallar
teatrşünasların eləcə də sənətşünasların ilkin məlumat və
araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Bu mənbə
bir tərəfdən Fəridə Əlyarbəyli yaradıcılığının tədqiqinə
ilkin araşdırma ola biləcəksə, digər tərəfdən də bu
yaradıcılığın geniş şəkildə öyrənilməsi baxımından daha
əhəmiyyətlidir.
3
Unudulmaz bir iz...
Ön söz
O sənətkar xöşbəxtdir ki, özündən sonra unudulmaz bir
iz qoyur. Gəncədə yaşayıb yaratmış Fəridə xanım Əlyarbəyli
belə qələm sahiblərindəndir. Onun şeirləri, poemaları, pyesləri
ədəbiyyat xəzinəmizin inciləridir desəm, səhv etmərəm.
Gəncə ilə məni bir çox sənətkarlarla, elm adamları ilə
olan ünsiyyət bağlayır. Taleyimdə böyük rol oynamış,
görkəmli türkşünas, Nazim Hikmətin dostu və tərcüməçisi
Əkbər Babayev, görkəmli teatr xadimi, mahir rejissor, xalq
artisti Məhəmməd Burcəliyev, bir çox dəyərli əsərlər ilə oxucu
və tamaşaçı rəğbəti qazanmış, “Nazim Hikmət Gəncədə” adlı
kitabına ön söz yazdığım yazıçı-dramaturq Altay Məmmədov,
tələbəlik illərimin dostu, tanınmış filoloq-alim Faiq Bayramov
və unudulmaz şairəmiz Fəridə xanım Əlyarbəyli bu ünsiyyətə
misal olan əbədiyaşar insanlardır. Fəridə xanımla məni
qırılmaz dostluq telləri bağlayırdı. Hər ikimiz Nazim Hikmət
vurğunu idik. Tez-tez məktublaşırdıq. Onun mənə göndərdiyi
avtoqraflı kitablar evimdəki kitab rəfini bəzəyir.
Fəridə Əlyarbəyli yaradıcılığı uzun illər tədqiqat
obyekti olsa da, mübaliğəsiz deyirəm ki, indiyə qədər onun
haqqında Anar Burcəliyevin kitabı səviyyəsində fundamental
bir əsər qələmə alınmamışdır. Bu missiyanı öz üzərinə
götürmüş məşhur teatrşünas Anar Burcəliyev şairənin
çoxşaxəli yaradıcılığı haqqında bitgin, əhatəli təsəvvür yarada
bilmişdir.
Mənə təklif olunanda ki, Anarın Fəridə xanıma həsr
etdiyi “Onun dünyası” kitabına ön söz yazım, bunu çox böyük
sevinclə qəbul etdim. Çünkü bir tərəfdən Fəridə xanımın
sənətinə, şəxsiyyətinə tükənməz rəğbətim var. İkincisi isə
Anar Burcəliyev mənə çox yaxın, çox doğma insandır. Anarın
atası, bizim böyük sənətkarımız, respublikanın xalq artisti
4
Məhəmməd Burcəliyev həmişə qəlbimdə diqqətcil, çox
xeyirxah bir insan kimi yaşayır. Hələ gənclik illərimdə Nazim
Hikmət haqqında namizədlik dissertasiyası yazarkən, mən
Gəncəyə - Məhəmməd müəllimə bir məktub göndərmişdim və
Gəncə teatrında 1957-ci ildə tamaşaya qoyulmuş Nazim
Hikmətin “Kəllə” pyesi haqqında bəzi mətləbləri
dəqiqləşdirmək üçün ona müraciət etmişdim. Mənə göndərdiyi
cavab məktubunu qoruyub saxlayıram.
Sonralar tale belə gətirdi ki, mən, indi müəllimi
olduğum, Mədəniyyət və İncəsənət universitetində Məhəmməd
müəllimin oğlu Anarla tanış oldum. Müəllim-tələbə
münasibətləri yaş fərqimizə baxmayaraq sonralar dostluğa
çevrildi. Anar 1991-ci ildə Gəncə Dövlət Dram Teatrının
göndərişi əsasında Universitetin “Teatrşünaslıq” fakültəsinə
qəbul olundu. Universiteti bitirdikdən sonra müxtəlif
vəzifələrdə çalışdı. Mən onun məqalə, resenziya və oçerklərini
həmişə böyük maraqla oxuyuram. Müsahibələri də çox
maraqlıdır. Bir dəfə məndən aldığı müsahibə zamanı onun
orijinal suallarla həmsöhbətini danışdırmaq məharəti çox
xoşuma gəldi. Anarın Cəfər Cabbarlının “Solğun çiçəklər”,
Suat Dərvişin “Fosforlu Cevriyyə” və Fəridə Əlyarbəyli
haqqında yazdığı “Sənət fədailəri və ya unudulmağa məhkum
olanlar” adlı məqalələrini və başqa yazılarını böyük maraqla
oxumuşam və çox bəyənmişəm.
Anarın bu kitabından əvvəl mən “Mədəniyyət”
qəzetində onun Fəridə Əlyarbəyliyə həsr atdiyi “Bütün varlığı
ilə yaradıcılığa bağlı idi...” adlı ürək sözlərini oxumuşdum. Bu
yazıda Fəridə xanımın həyat və fəaliyyəti, eyni zamanda
poeziyası, lakonik şəkildə, elmi dəlillərlə araşdırılmışdır.
Anarın yeni kitabı Fəridə Əlyarbəyli haqqında əhatəli
bir tədqiqat işidir, desəm, yanılmaram. Əsərdə Fəridə xanımın
həyatı, taleyi, yaradıcılığı, bir sözlə sənəti və şəxsiyyəti bütün
çalarıyla əks olunmuşdur. Nadir fotolarla süslənmiş bu kitabda
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın və
5
Birliyin birinci katibi, xalq şairi Fikrət Qocanın şairənin 80
illiyi münasibətilə göndərdikləri təbrikin mətni, habelə
akademik Bəkir Nəbiyevin, xalq yazıçısı Gülhüseyn
Hüseynoğlunun, Gəncənin tanınmış qələm sahibi, türk dünyası
araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri
doktoru Qərib Mehdinin və başqa elm, ədəbiyyat xadimlərinin
ürək sözləri verilmişdir.
Kitabda Fəridə Əlyarbəyliyə ünvanlanmış məktub
mətnləri arasında öz məktubumu da görəndə, sözsüz ki,
sevindim və müəllifə təşəkkür etməyi özümə borc bilirəm.
Kitabı vərəqlədikcə mühüm bir mətləbin şahidi oldum ki,
Anar bir tədqiqatçı kimi bu əsəri qələmə alarkən heç kimi, heç
nəyi unutmayıb. Bu, çox mühüm keyfiyyətdir.
İnanıram ki, Anar Burcəliyevin “Onun dünyası” adlı
kitabı oxucular tərəfindən çox maraqla və rəğbətlə
qarşılanacaqdır. Mən Anara – məşhur teatrşünas
tədqiqatçımıza daha böyük uğurlar diləyir və onun yeni
əsərlərini gözləyirəm.
Aqşin Babayev
Filologiya elmləri doktoru, professor
6
Fəridə Əlyarbəyli bütün varlığı ilə Gəncəyə
bağlıdır, ulu nənəsi Məhsəti Gəncəvi, ulu babası
Nizami Gəncəvi kimi. O, Gəncə ilə əlaqəli nə varsa
hamısını qələmə almış könül aynasından və
yaradıcılıq prizmasından keçirmişdir. Fəridə xanım
Gəncədəki sevdiyi küçəni də, Xan çinarı da,
Gəncəçayı da, Göygölü-Maralgölü də nəhayət
Kəpəzi də, qəlbinin söz meydanına gətirmişdir.
Gəncənin adamlarından xüsusi məhəbbətlə söhbət
açan şairin şerlərini oxuduqca Fəridə Əlyarbəylinin
nə üçün başqaları kimi Bakıya getmədiyini aydın
təsəvvür edirsən.
Rübail
7
Fəridə Əlyarbəyli ədəbi mühit düşüncələrində
Hər zaman olduğu kimi bu gün də cari ədəbi prosesin
araşdırılması heç də nəzərə çarpacaq dərəcədə o qədər də
əhəmiyyətli problem deyil. Bu kimi araşdırmalar, təhlillər,
müzakirələr və onların nəticələrinin daha dolğun bir formada
yazılması, işıqlandırılması nəhayət bu təhlillərin vaxtaşırı
toplum şəklində nəşr olunması çağdaş ədəbi qüvvələrə
müəyyən istiqamət verməklə yanaşı bəlkə də bir qədər öz
dövrü üçün aktuallığını qorumaqla bahəm bir qədər də
anoxronizm təsiri bağışlayır. Əslində isə burada əsasən işin
mahiyyəti müasir ədəbiyyatşünaslıq elmi, çağdaş ədəbi
tənqidin bugünümüzün ədəbi prosesinin kənardan necə
görünməsi ilə yanaşı bu yazılanlar haqda nələrin düşünülməsi,
nəsr, poeziya və dramaturgiyanın, elə ədəbi tənqidin özünün
uğurlarının və qüsurlarının elmi cəhətdən bir toplum halında
ümumiləşdirilməsi kimi diqqəti cəlb edir. Qeyd etməliyəm ki,
bu zaman proses daha böyük əhəmiyyət kəsb edir. Daha
doğrusu dəqiqliyi ilə desəm ədəbi proses haqqında hadisələrin
qaynar izi bir növ el arasında deyildiyi kimi, heç də yanından
yel kimi keçmədən aparılan hər hansı bir tədqiqat işinin
mahiyyəti qədər əhəmiyyətli formada cəhətlərini göstərə bilir.
Bu baxımdan bir sıra hallarda hər hansı bir yazılmış yeni
əsərlərə dair ilkin fikir söyləmək təşəbbüsü və səlahiyyətlərilə
ədəbi prosesə özünəxas bir tərzdə müdaxilə edilməsi bu sahədə
cərəyan edən ədəbi tənqid fonunda öz peşəkarlıq imkanlarını
zəmanəsinin bülöv daşına çəkmiş olur. Bununlada proses
hadisələrin gedişatı zəminində onun özü qədər də bir növ
itilənir, təkmilləşir, öz meyar və münasibətlərini daha qabarıq
bir formada dəqiqləşdirməyə müvəffəq olur.
Bu gün mən tam səmimiliyi ilə deyim ki, cağdaş
ədəbiyyatımızda, o cümlədən nəsrdə, bədii gerçəkliyin
yeniləşməsi və bir mərhələ olaraq xüsusiyyəti milli oyanışa,
şüura, milli mentalitetə xidmət etməsi kimi missiyası keçən
8
əsrin 60-cı, 70-ci hətta 90-cı illərində də təqdim olunduğu
kimi bir daha əsrin əvvəllərində olduğu qədər öz parlaq
təcəssümünü tapmış olur. Deyərdim ki, hətta ötən əsrdə bu
kimi mövzularda daha çox danışılıb və bu gün də yeri və
məqamı gəldikcə danışılmaqdadır. Xüsusilə, Azərbaycan
nəsrinin yeni bir mərhələ xüsusiyyəti qazanmasında 60 və 80-
cı illərdə ədəbiyyata gələn nəslin zamanına görə ədəbi-tarixi
xidmətlərini heçə endirmək təşəbbüsü də diqqətdən kənarda
qalmır. Bu gün həmin mübahisəyə qayıtmağın heç də bir daha
əhəmiyyəti yoxdur. Çünki ən ədalətli qərar deyərdim ki, elə
zamanın özüdür.
Ümumilikdə qeyd etmək istərdim ki, ədəbiyyatımızda
bəzi maraqlı, orjinal məqamlar hər zaman diqqəti cəlb edir. Bu
illər ərzində hətta deyərdim ki, bədii estetik səviyyə ötən illərlə
müqayisədə daha çox irəlidədir. Lakin eyni zamanda
ədəbiyyatımızda nəsrin öz əvvəlki mövqeyinin xeyli
zəifləməsi də bir fakt olaraq danılmazdır. Bu mənada bir
tərəfdən bəzi nəsr nümunələrində ənənəvilikdən, stereotipdən,
ehkamlardan uzaqlaşıb fərdi forma stilində və üslubunda
gerçəkliyi özündə əks etdirməklə, insan obrazını onun
xarakterinin yaradılmasını əsas amil olaraq təqdim edə
bilməsidir. Bax bu zaman nəsrin həm məzmun, həm də forma-
struktur baxımından daha da keyfiyyətli bir formada inkişafını
görmək mümkündür. Digər tərəfdən isə bir çox nəsr
nümunələrində əsərdən-əsərə, sujetdən-sujetə, obrazdan-
obraza və beləliklə, müəllifdən-müəllifə gəlib keçən
stereotiplər, az qala 50 və 60-cı illərin bəsit əsərlərini
xatırladan sadəlövh və primitiv deyim tərzi, cansız görünən
hətta müqəvva şəkilli obrazlarında da nəzərlərimizdən qaçmır.
Bunula da nəsr az qala stereotipin daha çox pis mənada təqdim
oluna bilən ənənəvisinin kəmiyyət göstəricisinə çevrilə bilir.
Deməliyəm ki, Azərbaycan ədəbiyyatının roman
təfəkkürü belə son 20 ildə xeyli inkişaf etmişdir. Bu
istiqamətdə 60-80 və 90-ci illərdə milli romanistika
9
təfəkkürünün yaranmasında Sabir Əhmədli, Əzizə Cəfərzadə
daha sonralar Afaq Məsud, Pərviz və Həmid Herişçi kimi
müəlliflərin yaradıcılıqları xüsusi əhəmiyyətə malikdir.
Cəsarətlə deyə bilərəm ki, bu müəlliflərin romanları bizim hər
zaman olduğu kimi adət etdiyimiz, öyrəşdiyimiz romanlardan
poetika baxımından daha çox fərqlənirdi. Bununla yanaşı son
illərin romanlarına nəzər saldıqda tarixə müraciət, bu günün
suallarına cavab axtarmaq, bizi yaddaşımıza qaytarmaq
istəyindən qaynaqlanırdı. Sözsüz ki, istər tarixi mövzuda
yazılsın, istərsə də müasir mövzuda roman, hər şeydən əvvəl,
dövrü, epoxanı özündə ehtiva etməyi bacarmalıdır. Bu
baxımdan cəmiyyət həyatını hətta bir fərdin taleyində də
izləməyə məhz roman daha münasib bir janr kimi diqqəti cəlb
edir.
Bütün bu sadalananlarla yanaşı həmçinin qeyd
etməliyəm ki, Azərbaycan şeri bədii metod baxımından
özünün bütün polifoniyası ilə bərabər bu gün bir-birindən
aydın şəkildə fərqlənən üç ən başlıca istiqaməti özündə əks
etdirir: ənənəvi-realist şer, dekadent-simvolistik şer və hələ
özünün formalaşma mərhələsini yaşayan modernistik şer.
Nəzərlərimizi diqqətcə ənənəvi-realist şer
adlandırdığımız birinci istiqamətin nominasiyasına
yönəltdikdə görürük ki, bu mövzu müəyyən qədər şərti səciyyə
daşıyır. Belə ki, bu gün də əsas nümayəndələri olan Bəxtiyar
Vahabzadə, Cabir Novruz, Nəriman Həsənzadə, Fikrət Sadıq
və digər şairlər olan bu istiqamətin nümayəndələrinin
yaradıcılığında son illər meydana çıxan ən başlıca cəhət
onların ənənəvi vətəndaşlıq mövzuları və problemlərinin
həllini ilahi sferada axtarmaq cəhdləridir ki, bu da öz ifadəsini
Allah-təlaya dualar, müraciətlərlə əvəzləməsində təqdim
olunur.
Bütün bu sadalananlar bir daha deməyə imkan verir ki,
son illərin ədəbi prosesində diqqəti cəlb edəcək dərəcədə
canlanma yarandığı, ədəbi janr və mövzuların rəngarəngliyi,
10
müxtəlifliyi, surətlər aləmi, çağdaş dövrə, ictimai həyata,
ictimai əxlaq məsələlərinə yazıçı-şair baxışı, vətəndaşlıq
münasibəti və bir çox başqa məsələlər nəzərə çarpmaqdadır.
Çox böyük fəxrlə qeyd etmək istərdim ki, bu gün yeni tipli
Azərbaycan milli ədəbi məktəbi formalaşmaqla öz sələflərini
yetişdirməkdədir. Bu məktəb Azərbaycan xalqının və onun
simasında Azərbaycan bədii təfəkkür mədəniyyətinin
özünəqayıdış və özünüdərk – milli özünüdərk dövrünün
sonuna kimi də inkişaf etdirilməsində davam edəcəkdir.
Azərbaycan milli özünüdərk və milli özünəqayıdış
prosesi 1988-ci ildən başlayaraq və bəlkə də bir az da ondan
qabaq formalaşmışdır. Azərbaycan əbədi prosesinin çox qədim
tarixi var. Bu proses müxtəlif tarixi dövrlərdə neçə-neçə
əsrlərlə yaşayan güclü ədəbi məktəblərin təməlini qoymuşdur.
Belə nəhəng ədəbi məktəblər intibahlar dövründə yarana bilir.
Azərbaycan ədəbi prosesi XII əsrin ortalarında qədim Gəncədə
mədəni-ədəbi intibahı yetişdirdi və Məhsəti Gəncəvi ilə
Nizami Gəncəvinin simasında iki cahan-şümul naturfilosof
şairini zəmanəsinə bəxş etmiş oldu. Məhz ilk dəfə Gəncədə
antikliklə - qədimliklə - müasirliyin sintezi prosesi getməyə
başladı. Geriyə - əslinə, milli kökə qayıdış intibahın nəzəri
əsası da deyərdim ki, məhz onların yaradıcılığı dövründə daha
böyük vüsət ala bilmişdir.
Yeni şair nəsli indiki ədəbi prosesdə bizim gələcək
yetgin intibah ədəbiyyatının ümumi cizgilərini bu intibahın
enişli-yoxuşlu yollarına mənəvi səfər etmədən təsəvvür edə
bilməz. Onda orta əsrlər Azərbaycan intibah şairləri Nizami,
Məhsəti və Füzulidən nəyi, necə yazmağı, intibah şerinin
mövzu, dil, üslub, bədii təsvir sistemini və başqa örnəklərini
öyrənməlidir.
Hər zaman Ulu Şeyx Nizami yurdu olan qədim
Gəncə Azərbaycana dahi sənətkarlar, böyük söz ustaları,
əvəzsiz şəxsiyyətlər bəxş edən bir diyar olub. Bu gün də
doğma Gəncəmin adı çəkiləndə böyük qürur və iftixar hissi
11
qəlbimi bürüyür. Bu da səbəbsiz deyil. Yaşı 4000 ildən çoxu
haqlasa da hər zaman müasirliyi və gözəlliyi ilə diqqət
mərkəzində olmağı bacarır. Gəncəm böyüyür, inkişaf edir və
uğurlara imza atır. Bu gün doğma Gəncəmin adı çəkiləndə bir
çox korifeylər, sənət adamları, incəsənət xadimləri gözlərim
önündən keçir. Bəşəri ideyaları özündə cəmləyə bilən neçə-
neçə klassik və müasir Azərbaycan ədəbiyyatının nəhəng
simaları olan, öz sözünü zaman-zaman təsdiqləmiş dühalar -
Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbül-üla Gəncəvi, Mirzə
Şəfi Vazeh kimi fikri və ideyası hər an müasir olan
şəxsiyyətlər göz önünə gəlir. Danılmaz faktordur ki, məhz
Azərbaycanda ilk ədəbi məclis olan “Divani-hikmət” də
Mirzə Şəfi Vazeh tərəfindən Gəncədə təşkil olunub. Maraqlı
faktlardan biri də bundan ibarətdir ki, tarixi mənbələrə görə bu
ədəbi məclis sonralar Mirzə Şəfi Vazeh Tiflisə köçsə də öz
fəaliyyətini dayandırmayıb. Tiflisdə fəaliyyət göstərən ədəbi
məclisdə hər zaman Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli
Axundzadə, Fazil xan Şeyda, Qriqoryev, Rozen, Budaqov,
şərqşünas Fridrix Bodenştedt də mütəmadi olaraq yaxından
iştirak ediblər. Məhz bu şəxsiyyətlərin zəngin söz xəzinəsinə
baş vurduqca istər-istəməz onların yazdığı əsərlərdəki
obrazların müasiri olmaqla yanaşı, sözün əsl mənasında fikir
xəzinəsinin əsirinə çevrilirsən. Bu əvəzsiz şəxsiyyətlər
dövrünün və zamanın bəşəri ideyalarını bir araya cəmləməklə
bütün zamanlarda hikmətli söz xəzinələri ilə var olublar. Bu
varlıq əsrlər keçsə də unudulmayıb, əksinə mövcud olan əbədi
tale yükü ulu Tanrının onların əsərlərinə bəxş etdiyi öz
dövrünün bəşəri şəxsiyyətləri olaraq tarixin təlqini kimi
yaddaşlara hopublar. Ulu Şeyx Nizami yurdu olan qədim
Gəncəmin ədəbi-ictimai mühiti, xüsusilə ədəbiyyatının,
incəsənətinin tarixi şöhrəti bütün zamanlarda ölkə daxilində,
həmçinin ölkə hüdudlarından kənarda da hörmət və ehtiramla
qarşılanıb.
12
Müasir cağdaş Azərbaycan ədəbiyyatı və
dramaturgiyasında eləcə də teatrında müstəsna xidmətləri olan
Mir Cəlal Paşayev, Nigar Rəfibəyli, Səməd Vurğun, Həmid
Araslı, Əhməd Cəmil, Mikayıl Rzaquluzadə, Ələkbər Ziyatay,
Zeynal Xəlil, Nəriman Həsənzadə, Altay Məmmədov, Fəridə
Əlyarbəyli, Nüşabə Məmmədli, Qərib Mehdi, Məmməd Alim,
Ələkbər Seyfi, Əşrəf Yusifzadə, Ələddin Abbasov, Rəmziyyə
Veysəlova, Məhəmməd Burcəliyev, Sədayə Mustafayeva,
Zülfüqar Baratzadə, Həsən Ağayev, Yusif Bağırov, Vaqif
Şərifov və başqalarının adlarını da qürur və iftixarla yad
etməmək mümkün deyil. Adı çəkilən bu əvəzsiz incilərinidə
Gəncə ədəbi və ictimai mühiti yetişdirib. Danılmazdır ki, hər
zaman Gəncə ədəbi mühiti öz qaynarlığı ilə daima seçilib.
Bunun bir səbəbi qədim ənənələrlə üzvi surətdə sıx
bağlılıqdırsa, digər səbəbi isə qədim Gəncənin XX əsrdə
Bakıdan sonra ikinci ədəbi-mədəni paytaxta çevrilməsidir.
Bütün bunlar sözsüz ki, Ulu Gəncəmin XVII əsr qan yaddaşı
kimi tarix-memarlıq abidəsi sayılan “Şah Abbas” və “Uğurlu
xan” karvansaralarının, eləcə də İmamzadə kompleksinin,
Gəncə şəhərinin mühüm tarixi və etnoqrafik abidəsi olan
“Köhnə Səbiskar” qəbirstanlığının həmçinin “Qızıl Hacılı”
tarix-memarlıq abidəsinin, Dövlət Dram Teatrı, Filarmoniya
və Pedoqoji Universitetinin eləcə də Azərbaycan Dövlət Aqrar
Universitetinin digər institut və texnikumların, Nizami
məqbərəsinin və şəhərin özünün qədimliyinin ədəbi-mədəni
həyata böyük təsiri ilə üzvi şəkildə bağlılığından qaynaqlanır.
Gəncə yetirdiyi böyük elm adamları ilə, teatr xadimləri və
ümumən incəsənət ustaları ilə fəxr edə bilər, amma söhbət
ədəbi mühitdən gedirsə, son əlli ildə burada görkəmli nasir və
dramaturq kimi yaşayıb-yaradan, hər zaman Gəncəmin Xan
çinarı kimi xatırlanan Altay Məmmədovun, şairə-dramaturq
Fəridə Əlyarbəylinin, şair Məmməd Alimin və hal-hazırda 80
yaşına çatıb Gəncədən kənara çıxmasa belə, Azərbaycan ədəbi
mühitində kifayət qədər tanınmış yazıçı Qərib Mehdinin,
13
Xəzangülün, Sahib İbrahimlinin, Aləmzər Əlizadənin, Nüşabə
Məmmədlinin, mərhum gözəl şairlərimiz olan Bahadur
Fərmanın, Rübailin xidmətlərini unutmaq olmaz. Bütün
bunlarla yanaşı qeyd etməliyəm ki, bəli Gəncə ədəbi mühiti
bütün Azərbaycan üçün hər zaman cəlbedici olub. Bu gün
qürurla qeyd etməliyəm ki, acı taleli, romantik şair
Məhəmməd Hadinin və Abbas Səhhətin nakam ömürlərinin
son çağları da məhz Nizami yurdu olan Gəncədə keçib. İndi
hər ikisinin ziyarətgaha çevrilən qəbirüstü abidələri də elə
Gəncə torpağındadır.
Gəncədə bu əbəbi mühitdən qaynaqlanan, öz sözü və
dəsti-xətti ilə hər zaman seçilməyi bacaran, həyat və
yaradıcılığı XI yüzilliyin sonuna, XII yüzilliyn əvvəllərinə aid
olan məşhur rübai ustası Məhsəti Gəncəvi və Raziyə Gəncəvi
kimi qadın şairlərimizin yaradıcılıq bulağından bəhrələnən və
xanım-xatınlığı ilə diqqət mərkəzində olmağı bacaran şairə-
dramaturq Fəridə Əlyarbəyli yaradıcılığından danışmamaq,
ondan yan ötmək mümkün deyil.
Fəridə Həsən qızı Əlyarbəyli 1924-cü il iyul ayının 2-
də Gəncədə anadan olub. Burada orta məktəbi bitirdikdən
sonra 1942-ci ildə indiki Bakı Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olub. 1947-ci ildə təhsilini
tamamlayan Fəridə Əlyarbəyli 1948-ci ildə Azərbaycan Elmlər
Akademiyasının Gəncə Bazasında kiçik elmi işçi kimi
fəaliyyətə başlayıb. Mətbuatda dərc edilən bir sıra tarixi
faktları vərəqlədikcə məlum olur ki, 1950-1952-ci illərdə
Azərbaycan Yazıçılar Birliyi Gəncə filialının işi bir qədər
zəifləyib, hətta öz fəaliyyətini dayanmaq təhlükəsi dərəcəsinə
çatıb. Bu zaman Bakıda yazıçılar bir araya gələrək Gəncə
filialının fəaliyyətini canlandırmaq üçün tədbirlər planı
hazırlayıblar. Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd
Rahim, Əli Vəliyev, Süleyman Rəhimov və Əhməd Cəmilin
iştirakı ilə keçirilən iclasda Gəncə filialının Fəridə Əlyarbəyli,
Nazim Axundov və Nəriman Həsənzadədən ibarət bürosu
14
təsdiq edilib. Fəridə Əlyarbəyli həmin iclasda filialın məsul
katibi seçilib. Arada iki il bu quruma Müzəffər Piriyev
rəhbərlik edib. Fəridə Əlyarbəyli isə yenidən qurumun
rəhbərliyinə qayıdaraq Yazıçılar Birliyinin Gəncə şöbəsinin
məsul katibi olub. O, 1953-1989-cu illərdə Azərbaycan
Yazıçılar Birliyi Gəncə bölməsinin rəhbəri kimi də fəaliyyət
göstərib.
Fəridə Əlyarbəyli ədəbi fəaliyyətə 1939-cu ildə
“Kirovabad bolşeviki” qəzetində çap olunan “A dağlar” adlı
şeri ilə başlayıb. Elə həmin vaxtdan da mətbuatda bədii
yazıları ilə çıxışlar edib. O, XX əsrin əvvəllərində Gəncədə
yaşayıb-yaratmış Əkbərşah Ruhi barədə möhtəşəm bir
monoqrafiyanın müəllifidir. 1955-ci ildə “Uşaqgəncnəşr”
tərəfindən Fəridə Əlyarbəylinin “Arzular” adlı ilk kitabı
çapdan çıxıb. Müxtəlif vaxtlarda “Yasəmən”, “Gəncəli qız”,
“Qayğı”, “Sərv ağacı”, “Dünyaya insan gəlir”, “Novruz
bayramı”, “Könül çırpıntıları”, “Cavad xan türbəsi”, “Ona
xanım dedilər”, “Pürrəng çay”, “Sular bulananda”, “Dünya nə
qəmlisən” və başqa kitabları nəşr olunub. “Damlardan uca
çinar” şerlər toplusu Moskvada “Sovetski pisatel”
nəşriyyatında rus dilində çapdan çıxıb. Ümumiyyətlə qeyd
etmək istərdim ki, Fəridə Əlyarbəylinin nəşr olunan hər bir
kitabı geniş oxucu kütləsi və ədəbi ictimaiyyəti tərəfindən hər
zaman maraqla qarşılanıb. Filologiya elmləri namizədi Ruziyə
Quliyeva “Dünya nə qəmlisən” kitabı haqqında yazır: “
“Dünya nə qəmlisən ” kitabında toplanmış müxtəlif səpkili
şerlər və poemalar bugünkü həyatımızın dolğun mənzərəsini
verir, babalarımızın keçdiyi şərəfli həyat yolunu bir daha yada
salır. Bu poetik lövhələr korşalmış yaddaşlarımızı təzələyir,
ruhumuza sevinc nuru bəxş edir. Qəmli dünyanın qəmləri
içərisində məhv olmuruq, aydınlığa, işığa doğru can atırıq”.
Bu gün xüsusi olaraq qeyd etməliyəm ki, Fəridə
Əlyarbəylinin ayrı-ayrı kitablarında toplanmış şerləri və
poemaları onu həm lirik, həm də ictimai məzmunlu əsərlər
15
müəllifi kimi tanıda bilib. Xüsusi ilə Fəridə Əlyarbəyli
yaradıcılığının son illərində əsasən “Səkkizliklər”in
yazılmasına böyük əhəmiyyət verirdi. Bu “Səkkizliklər” çox
böyük maraqla qarşılanırdı. Onun “Səkkizliklər”i hər zaman
ümumbəşəri fikir və duyğularla əhatə olunmaqla səciyyəvi,
dolğun idi. Şairə Aləmzər Əlizadə Fəridə Əlyarbəyli haqqında
öz xatirələrində yazır: “Mən Fəridə xanımın bütün
yaradıcılığına bələdəm. O, sonradan şair olmamışdı. O, şair
doğulmuşdu, şair yaranmışdı. Bütün varlığı ilə yaradıcılığa
bağlı bir xanım heç vaxt sənətinə biganə qalıb onu arxa plana
keçirmədi. Onu hər yerdə, hər zaman hər şeydən uca tutdu”.
Filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi,
şair-dramaturq Sahib İbrahimli isə Fəridə Əlyarbəylini
xatırlayarkən onu “Gəncə yazarlarının anası” deyərək yad edir.
Bütün bunlarla yanaşı xüsusi olaraq qeyd etməliyəm ki,
Fəridə Əlyarbəyli poeziyada olduğu kimi, bütün səhnə
əsərlərində də öz mövzularına daima sadiq qalır, insanın daxili
aləmi ilə yanaşı cəmiyyətdə, ictimai həyatda mövqeyinə də bir
sənətkar münasibəti göstərirdi. Onun son illərdə qələmə aldığı
bütün əsərlərində xüsusi olaraq Qarabağ hadisələri və baş
verən olaylardakı faciələr, işğal altında olan yaralı
torpaqlarımızda tökülən günahsız insan qanı, erməni
vəhşilikləri bütün incəlikləri ilə göstərilməklə xatırlanır, yad
edilirdi.
“Əzəldən qəm üstündə köklənmiş bu dünya kimsəni
sona qədər sevmədi, ani, ötəri sevinclər qəmlə əvəzləndi.
Gələn də, gedən də qəm odunda qovruldu” deyən Fəridə
Əlyarbəyli 2011-ci ilin oktyabr ayının 24-də Gəncədə
əbədiyyətə qovuşdu. Öz misaralarında deyildyi kimi:
Dünya nə qəmlisən yaranışından,
Gələn də peşiman, gedən peşiman.
Dünya, nə qəmlisən,
Nə qəmlisən sən.
16
Fəridə xanım Əlyarbəylinin tələbəlik illərinin xoş bir
xatirəsi olaraq. Bakı – 1941-ci il.
17
Fəridə Əlyarbəyli öz xatirələrinin işığında
Bu gün şairə və dramaturq Fəridə Əlyarbəyli
yaradıcılığından danışarkən onun söz ustaları, sənət adamları
və dostları, ürək sirdaşları haqqında qələmə almış olduğu
fikirlərdən, xatirələrdən yan keçmək, bu fikir, düşüncələr
aləminə laqeyid qalmaq belə mümkün deyil. Maraqlı cəhət
burasındadır ki, Fəridə Əlyarbəyli bu xatirələri belə qələmə
alarkən bir doğmalıq və səmimiyyət eləcə də kövrək xatirələr
işığında yaradıcılığının bir hissəsində onlara da yer ayırmış və
bu şəxsləri hörmət, ehtiramla yad etmişdir. Onun şəxsi
arxivində bu kimi əlyazmalar çoxluq təşkil edir. “Nazim
Hikmətlə görüşlərim”, “Bir ovuc torpağı yaşatdın” (xalq şairi
Əzizə Cəfərzadə haqqında), “Əziz bir xatirə” (Səməd Vurğun
haqqında), “Məşhur Qayıbovların qeyrətli qız qardaşı”
(İsmayıl bəy Qayıbov ailəsinin ilk qız övladı Şəqibə xanım
haqqında) xatirələri Fəridə Əlyarbəylinin iç dünyasından
xəbər verir. Fəridə Əlyarbəyli bu xatirələri qələmə almaqla
həm də bu şəxslərin bir daha xatirəsini yaşatmaqla onları
gələcək nəsillərə daha yaxından tanıtmaq missiyasını qarşısına
bir məqsəd olaraq qoymuşdur. Elə bu baxımdan onun
xatirələri maraqla oxunur və gələcək tədqiqat işlərinin
aparılması məqsədilə ilkin mənbə olaraq böyük əhəmiyyətə
malikdir.
Onun “Nazim Hikmətlə görüşlərim” xatirəsi xüsusi
olaraq diqqəti cəlb edir. Fəridə Əlyarbəyli bu görüşləri
ümumiləşdirməklə bir daha böyük Türk şairi və mütəfəkkiri
Nazim Hikməti xatırlamaqla onun dünyasına işıq salır və ilkin
mənbə olaraq tədqiqat və araşdırmalar üçün əsaslı faktları
təqdim edir. Nazim Hikməti xatırlayan Fəridə Əlyarbəyli onun
haqqında yazır: “Hələ sağlığında dünya klassikləri ailəsində
özünə layiqli yer tutmuş, Türkiyənin böyük oğlu Nazim
Hikmətlə bir neçə dəfə görüşmək səadəti mənə də nəsib
olmuşdur.
18
Nazim Hikmət 1958-ci ildə Gəncəyə gəldi. Azərbaycan
Yazıçıları İttifaqından şəhər qəzetinin redaktoru Kəramət
Tağızadəyə Bakıdan zəng vurub xəbər verdilər ki, sabah
Süleyman Rüstəmlə türk şairi Nazim Hikmət Sizin şəhərinizə
qonaq gələcəklər. Bu şad xəbəri şəhər partiya komətisinə
bildirmək lazım idi. Hörmətli qonağı ləyaqətlə qarşılamaq
lazımdır. Kəramət bu xəbəri katiblərə bildirəndə onlar çox
laqeyid deyirlər ki, bizim xəbərimiz yoxdur. Əgər mərkəzi
Komitə lazım bilsəydi xəbər verərdi. Biz də onları təntənəli
qarşılayardıq. Nazim Hikmət Süleyman Rüstəmin qonağıdırsa,
qoy, o, qayğısına qalsın. Bizlik burada heç bir iş yoxdur.
Kəramət onlara bu görüşün böyüklüyünü deyir:
- Gələn qonaqların biri ölkəmizdə, digəri bütün
dünyada məhşur sənətkarlardır. Gəncəyə gəlirlər. Onlara
məgər xüsusi göstəriş lazımdır? Deyib gedir. Bütün yolu öz-
özünə danışır: - Yazıqlar olsun bizə yüz illərdir ki, xüsusi
göstəriş, yuxarıdan sərəncam gözləyirik.
Kəramət mənə zəng elədi və dedi ki, sabah Nazim
Hikmət və Süleyman Rüstəm şəhərimizə gələcəklər.
Mən Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin
məsul katibi vəzifəsində işləyirdim. Onların Gəncəyə gəlişi elə
bir başa mənim işimlə əlaqədar idi.
Xəbər verdik bütün məktəblərə, ədəbiyyat
müəllimlərinə, ziyalılara qonaqları layiqincə qarşılayaq, mən
də öz tərəfimdən xahiş etdim ki, gül-çiçək dəstələri bol olsun.
Səhər saat 9-da vağzala xeyli adam toplaşmışdı.
Məktəblilər şairin şerlərini deyir, vağzalda bayram əhval-
ruhiyyəsi hökm sürürdü...
Nazim Hikmət, Yazıçılar ittifaqının birinci katibi
Mehdi Hüseyn, Süleyman Rüstəm və Əkbər Babayev
vaqondan düşəndə gül dəstələri və alqışlarla onları qarşıladıq.
Vağzalda olan adamlar gələn qonaqların kim olduğunu bilib
bizə qoşuldular. Süleyman Rüstəm onları qarşılayanları
nəzərdən keçirib soruşdu: “Kəramət, şəhər rəhbərliyindən heç
19
biri gözümə dəymir. Yoxsa onlara xəbər verməmisiniz?” Bildi
ki, bu məsələnin üstündən sükutla keçmək lazımdır. Sən demə
13 illik zindan, vətən həsrəti, ailədən ayrılıq dərdi və üstəlik
böyük sənətkarın payına düşən xalqın, vətənin dərd yükü onun
çiynində idi. Nazim ağır xəstə idi.
Qonaq evinə gəldik. Dincəldi..... Xeyli söhbət elədik....
Şəhəri gəzmək istədiyini bildirdi.
Şəhər parkına getdik (qonaq evi ilə parkın arası çox
deyildi). Nazim Hikmət əlini ürəyinin üstünə qoyaraq yolda
bir ağaca söykəndi. Doğrusu özümüzü itirdik, həkimi Qalya
xanım tez köməyə gəldi. Dərman verdi. Şair əlilə işarə elədi
ki, keçib gedər, belə hallar tez-tez olur. O, sakit oldu,
yolumuzu davam elədik. Nazim Hikmət çox əzəmətli idi. Uca
boylu, enli kürəkli, sarışın saçları var idi. Üzündəki təbəssüm,
mərdlik istər-istəməz görənləri özünə cəlb edirdi. O gün
Gəncənin küçələrində müdrik bir insan addımlayırdı. Elə bil
biz də onunla ucalmışdıq.
Şəhər parkı şairin çox xoşuna gəldi, səf-səf düzülən
qocaman çinarlara heyranlıqla baxır, dayanıb hər birinə tamaşa
edir və gülümsəyirdi. Xiyabanların birində ağ göyərçin şəkili
çəkilmiş panolar düzülmüşdü. Şair panolara diqqətlə baxır və
müxtəlif dillərdə olan yazıları oxuyurdu. Axıra çatanda özünə
məxsus bir yumorla:
- Məgər azərbaycanlılar sülh istəmiyorlar?
- Əlbəttə, istəyirlər, o bizim arzumuzdur.
- Bəs onda nə üçün azəri dilində sülh sözü yoxdur.
Nazim Hikmət hər şeydə məna axtarır, hər şey haqqın-
da öz mülahizəsini bildirirdi. Gəncənin bir-iki mərtəbəli evləri,
onların memarlıq üslubu şairin çox xoşuna gəldi. Hətta o dedi
ki, Gəncə qədim Şərq şəhəridir. Burada çoxmərtəbəli evlərin
tikilməsi onun şərqliyinə və ümumi üslubuna xələl gətirə bilər.
Siz onun şərqliyini, qədimliyini qoruyun. O, bəzi binaların
önündə dayanaraq həsrətlə baxıb deyirdi: “Nə gözəldi. Burası
mənim İstanbuluma bənziyor. Nə gözəl ornamenti var”...
20
Nazim Hikmət dahi Nizaminin məqbərəsini ziyarət
etmək istədi: “Bu mənim illərlə ürəyimdəki arzumdur.
Gəncəyə gələndə bütün yol uzunu ulu Nizamini düşündüm. Bu
müqəddəs torpağı, yeri görəcəyimi xəyal hesab etdim.
Şükürlər olsun ki, arzuma yetişdim”.
O, Nizaminin qəbrini görəndə qapının ağzında dayanıb
baxdı, sonra sakit addımlarla məzara yaxınlaşdı, dayanmadı,
onun başına dolandı mərmər qəbri öpdü. Qəbrin yanında xeyli
dayandıq. Nazim Hikmət sanki xəyalən Nizami ilə söhbət
edirdi. Sonra fəxri qonaqlar üçün qeyd kitabına bunları yazdı:
“Böyük ustad, məqbərənizi ziyarət etdim, çox bəyəndim. Arzu
edirəm, M. Ə. Sabirə və Cəlil Məmmədquluzadəyə belə
məqbərələr yapılsın.
Böyük ustad, siz əbədiyyəti qazandınız. Bunun sirrini
bizə də öyrədin!”
Bu sətirləri yazanda şair əbədiyyəti qazanmış,
dünyanın hər yerində milyonların ürəyini fət etmişdir.
Nazim Hikmətin şəhərimizə gəldiyini eşidən ziyalılar
qonaq otağına gəlir, onu görmək istədiklərini bildirirdilər.
Onların arzu və istəklərini nəzərə alıb görüş gecəsi keçirməyi
qərara aldıq. Görüş təşkil olundu. Zal dolmuş, xeyli adam ayaq
üstə dayanmışdı. Nazim Hikmət xitabət kürsüsünə
yaxınlaşanda sürəkli alqışlar guruldadı. O, həm də gözəl natiq
idi. Çıxış zamanı yumor qarışıq fəlsəfi fikirlərlə hamının
diqqətini cəlb edir, adamları ovsunlayırdı. Şair çıxışında
Dünya Sülh Tərəfdarları Şurasının rəhbərlərindən biri kimi,
beynəlxalq vəziyyətdən, sülh hərəkatından geniş söhbət açdı.
Kiçik xalqların müstəmləkə boyunduruğundan xilas olmaq
uğrunda apardıqları mübarizədən danışdı. Azadlıq, müstəqilliy
amalından danışaraq, bu işin müqəddəsliyini və çətinliyini
qeyd etdi. Hətta belə bir məsəl söylədi:
- Anadolu və azəri türklərində belə bir məsəl var
deyərlər: “Halva, halva deməklə ağız şirin olmaz”. “Azadlıq”
deyib tribunadan boş-boş hayqırmaqdansa, qolları çırmayıb
21
azadlıq uğrunda qəti mübarizəyə qoşulmaq, xalqın iradəsini bir
nöqtəyə toplamaq, onun iqtisadiyyatını və mədəniyyətini
yüksəltmək lazımdır.
Görüşün sonunda şair bir neçə lirik əsərini, o cümlədən
“Məmmədə son məktubum” şerini ürək yanğısı ilə oxudu.
Sonra Süleyman Rüstəm şerlərini söylədi. Mən Nazim
Hikmətə yazdığım şeri oxudum. O, çox diqqətlə qulaq asırdı.
Vətən həsrətilə döyünən ürək,
Şairim, deyirlər yaralı olar.
Moskva sevsə də səni övladtək,
İstanbul deyəndə gözlərin dolar.
Deyirlər İstanbul gözəldir, gözəl,
O yeri səninlə gəzmək istərəm.
Ürəyin xəstədir sahildə dincəl,
Mən Qara dənizdə üzmək istərəm.
Bilirəm, şairim, sinən dağlıdır,
Başında həmişə çən, duman olur.
Doğma vətəninə könlün bağlıdır,
Türkiyə deyəndə gözlərin dolur.
Yerindən durub qarşıma gəldi, əllərimi öpdü... Səhərisi
gün Nazim Hikməti Gəncə bölgəsinin ən gözəl güşəsi –
Göygölə apardıq. Şair gölün əsrarəngiz gözəlliyinə heyran
oldu. Onu nağıl adlandırdı: “Bu ki, əsl əfsanədir. Bu gözəlliyin
reallığına inanmaq çətindir. İndi anladım ki, sizə niyə “xalq
şairi” deyirlər” – sonra üzünü göylərə tutub: - “İlahi, nə böyük
qüdrətin varmış, belə gözəlliyi yaratmısan”, - deyəndə,
Kəramət Əhməd Cavadın “Göygöl” şerinin bir bəndini dedi:
Kəsin eyşi-nuşu, gələnlər susun!
Dumandan yorğanı, döşəyi yosun.
Bir yorğun pəri var, bir az uyusun,
Uyusun dağların maralı Göygöl!
Nazim Hikmət həyəcanla:
22
- Dayan, dayan, misraları bir də təkrar ediniz.
Kəramət şeri təkrar söylədi. O, oturduğu yerdən qalxaraq:
“Bax, budur əsl sənətkarlıq! Təşbehə fikir verin. Deyin, gəl ilə
maralın nə oxşarlığı. Amma Cavad onlara ümumi bir oxşarlıq
tapıb. O, Göygölü qocaman Kəpəzin ətəyinə qısılıb məhzun-
məhzun uyuyan marala bənzətmişdir. Əhsən!”
Üç gündən sonra Nazim Hikməti yenə vağzaldan yola
saldıq. Şəhər ziyalıları həm onu görməyə, həm də onunla
xudahafizləşməyə gəlmişdi. Nazim Hikmət vaqonun qapısında
dayanıb bizimlə təkrar xudahafizləşirdi. Elə bu zaman o, uca
səslə:
- Ferida xanım, Ferida xanım, baxınız, gavurun qızı
ərinizi öpüyor.
Hamımız Qalya xanım tərəfə boylandıq, doğrudan da
Həkim Qalya xanım Kəraməti qucaqlayıb öpürdü. Biz də
Nazim Hikmətə qoşulub güldük.
Nazim Hikmətlə ikinci görüşümüz yenə də Gəncədə
oldu. 1959-cu il idi. İndi vəziyyət bir qədər dəyişmişdi. Şəhər
Partiya Komitəsinin ideologiya işləri üzrə katibi Kəramət
Tağızadə idi. Bu dəfə Nazim Hikməti Gəncəyə dostumuz,
Kəramətin və mənim məktəb yoldaşım məşhur türkoloq və
nazimşünas alim Əkbər Babayev dəvət eləmişdi. Bu dəfə şairə
hər cür şərait yaradıldı, ona xüsusi maşın təhkim edildi.
Gənclərlə, ziyalılarla, yerli şairlərlə görüşlər təşkil edildi.
Şairin şərəfinə gündə bir yerdə böyük ziyafət təşkil olundu.
Nəhayət, Nazim Hikmət bizim qonağımız oldu. Qocaman
yazıçı Cahanbaxş Cavadzadə, akademik Firuz Məlikov, gənc
yazıçı Altay Məmmədov da gəlmişdi. Nazim Hikmət Qalya
xanım və Əkbər Babayevlə birgə gəldi. Kəramət ev sahibi
kimi qonaqları şairə təqdim etdi. Birinci Cahanbaxşı
göstərərək: “Ustad, Cahanbaxş müəllim bizim qocaman
yazıçımız, istedadlı tərcüməçidir. Mixail Şoloxovun əsərlərini,
Bertold Brextin, Gi dö Mopasanın, Maksim Qorkinin və bir
sıra görkəmli dünya yazıçılarının əsərlərinin Azərbaycan dilinə
23
tərcüməsi onun zəhmətinin məhsuludur”. Kəramət sözünü
bitirməmişdi ki, Cahanbaxş onun sözünə irad tutdu: “Mən həm
də tənqidçiyəm”.
Nazim Hikmət mənalı-mənalı gülümsədi və belə bir
əhvalat danışdı: “Azərbaycanda siz Molla Nəsrəddin
deyirsiniz, biz türklər isə Xoca Nəsrəddin adlandırırıq. Bir gün
Xoca Nəsrəddin xəstələnir. O, arvadına pul verir ki, həkim
çağırsın. Həkim gəlir. Xəstəni müayinə edir, retsep yazır və
mütləq dərmanı almağı tapşırıb gedir. Həkim gedəndən sonra
Xoca Nəsrəddin yenə arvadına pul verib dərmanı aldırır.
Arvad dərmanı alıb gətirir. Havalar isti olduğu üçün Xoca
yatan otağın pəncərəsi açıq idi. O, dərmanı əlinə alır, üstünün
kağızını oxuyur, sonra da dərmanı bərk çalxalayıb şüşəni
pəncərədən bayıra atır. Arvadı hirslənib deyir:
- Kişi, sən ki, həkimin göstərişinə əməl etməyəcəy-
dinsə, niyə 20 lirə verib onu çağırtdırdın?
- Yaxşı, arvad, həkimi mən çağırmayım, sən çağır-
ma, bəs bu həkimlər nə ilə yaşamalıdırlar?
- Yaxşı, 20 lirə də verib dərmanı aldırdın, sən ki, onu
içməyəcəydin.
Xoca gülərək onun sözünü kəsir:
- Bəs aptekdə işləyənlər yaşamamalıdırlar? Nə qədər
əziyyət çəkib dərman hazırlayıblar.
- Kişi, sən ki dərmana belə qiymət verdin, niyə heç
dadına da baxmamış atdın bayıra?
- Arvad, axı, mən də yaşamaq istəyirəm!”
Beləcə, şair öz məzəli söhbəti ilə Cahanbaxşın replika-
sına cavab verdi.
Nazim Hikmət bütün çıxışlarında, adi söhbətlərində də
zülmə, istibdada, əsarətə, ədalətsizliyə dərin nifrətini bildirir
və ona qarşı mübarizə aparır. Yana-yana yaşardı:
Mən yanmasam,
sən yanmasan,
biz yanmasaq,
24
necə çıxar
qaranlıqlar
aydınlığa...
Nazim Hikmətlə üçüncü görüşümüz Bakıda oldu.
Respublikamız dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin
400 illik yubileyinə hazırlaşırdı. Yubiley təntənəsində iştirak
etmək üçün məni və Kəraməti Bakıya dəvət etmişdilər.
Yubileylə bağlı dünyanın hər yerindən görkəmli alimlər,
yazıçılar Bakıya gəlmişdilər. Yazıçılar İttifaqından öyrəndim
ki, Nazim Hikmətlə Əkbər Babayev Bakıdadırlar. Kəramətlə
şairin qaldığı “İnturist” mehmanxanasına getdik. Nazim və
Əkbər bizi çox səmimi qarşıladılar. Şair bizim həyatımızla
maraqlandı, Gəncə haqqında suallar verdi. Mən onun səhhəti
barədə maraqlandım.
- Görürsünüz də, hələlik yaşayıram. Doğrudur,
hərdən ürəyim sözümə baxmır, onu da vermişəm Qalya
xanımın sərəncamına.
- Ustad, Türkiyədən Füzuli məclisinə gələn
olacaqmı?
- Əlbəttə, bu gün eşitdim ki, o, artıq gəlib Bakıdadır.
- O da şairdir?
- Xeyir: o, Türkiyənin məşhur füzulişünas alimi
Agahi-Sirri Ləvənddir. Çox görkəmli alimdir.
Kəramət sual verdi: “Ustad, siz onunla
görüşəcəksinizmi?”
Bu sualdan sonra o, fikrə getdi və təəssüf hissi ilə
cavab verdi: “Mən onunla məmnuniyyətlə görüşərdim. Hətta
əlindən və ətəyindən də öpərdim. Axı, onun paltarında az da
olsa, Türkiyənin tozu, İstanbulun ətri var. Ancaq o, mənimlə
görüşmək istəməz”.
Səbəbi ilə maraqlandıq:
- Əgər siz Türkiyəyə gedəsi olsanız, orada yaşayan
Azərbaycan Müsavat Partiyasının rəhbərlərindən
Məmmədəmin Rəsulzadə və başqaları ilə görüşərdinizmi?..
25
Əgər görüşəsi olsanız, vətənə qayıdandan sonra sizi nə
gözlədiyini təsəvvür edirsinizmi? Axı, orada sizin hər
addımınızı çekistləriniz izləyəcək və kimlərlə görüşdüyünüzü
lazımi yerlərə xəbər verəcəklər. Səfərdən qayıdan kimi sizi
“müsavatçı”, “xalq düşməni” damğası ilə damğalayacaqlar.
Ağıllanmaq üçün Sibirə “istirahətə” göndərəcəklər. Elə buna
görə də Agahi-Sirri Ləvənd mənimlə görüşməyi arzu etməz.
Axı, burada da Türkiyənin agentləri olmamış deyil. Bir burjua
aliminin, vətəndən xaric edilmiş bir kommunistlə görüşü
bəyəm təhlükəli deyilmi?
O, danışdıqca çox əsəbiləşdiyi hiss olunurdu. Odur ki,
Türkiyə haqqında daha ona sual vermədik. Mən söhbəti
dəyişmək üçün ona Gəncədə birlikdə çəkdirdiyimiz fotoları
verdim.
Səhərisi gün ertədən Azərbaycan Elmlər
Akademiyasında Füzuli yubileyi işə başladı. Məşhur
füzulişünas alim Həmid Araslı geniş və dərin mənalı məruzə
ilə çıxış etdi. Füzuli haqqında çıxış edənlər çox oldu, türkiyəli
qonaq Agahi-Sirri Ləvəndə də söz verdilər. Sonra Nazim
Hikmət danışdı. O, əzəmətli addımlarla xitabət kürsüsünün
arxasında görünəndə bütün zaldakılar ayağa qalxdı. Bir neçə
dəqiqə davam edən sürəkli alqışlarla onu qarşıladılar. Nazim
Hikmət Füzulinin şəklinə üzünü tutub: “Salam söylədi, rüşvət
deyil deyə, salamını almadılar. Dörd yüz ildən sonra mən
böyük Füzuliyə baş əyir, salamlayıram...”
Nazim Hikmətlə son görüşüm 1974-cü ildə
Moskvadakı “Devçi monastr” qəbiristanlığında oldu. Qırmızı
qranit daşın üstündə həkk olunmuş şair sanki dərin xəyal
aləminə dalaraq əzəmətlə addımlayırdı.
1963-cü ildə Nazim Hikmətin vəfatı xəbərini eşidəndə
sarsıldım. Elə bildim sıldırım qayalar başıma endi. Demə,
şairin çinar boyda həsrəti var imiş. O şeri şairin qəbri önündə
özünə oxudum.
26
Ölüm xəbərini eşitdiyim gün,
Elə bil bu dünya dar gəldi mənə.
Allaha üz tutdum – niyə, nə üçün?
-Səni gözləyirdik Gəncədə yenə...1
1.Fəridə Əlyarbəyli “Nazim Hikmətlə görüşlərim” –
“Ədəbiyyat” qəzeti, 20 dekabr 2002-ci il, №51 (3332)
sayında, səh 1-5.
27
Bir ovuc torpağı yaşatdın
Mən hər dəfə Bakıya gələndə Əzizəyə zəng eləyər,
mütləq görüşərdim. 2002-ci il idi. Əzizəyə zəng elədim, səsimi
tez tanıdı: “Sənsiz darıxmışam, nə vaxt görüşəcəyik?”- Elə
mən də - dedi. Görüşdük. Xeyli söhbətdən sonra yeni kitabını
göstərib dedi:
- Deyəsən bu kitabımı sənə verməmişəm – “Biz
Cəfərzadələr”. Yazdı: “Əzizim, Fəridəm, şairim. Həsrət
qaldığım möhkəm cansağlığı arzulayıram. Əzizən.
14.05.2002”.
Bu bioqrafik kitabında XIX-XX əsrlərdə Azərbaycan
məkanında baş verən mühüm hadisələr, filologiya elmləri
doktoru qardaşları Məmməd və Əhməd Cəfərzadələrin yazıları
var. Mən bu kitabı oxuyanda Əzizənin mənə söylədikləri, bu
ailənin ağır şərait içərisində yaşamasını Əzizə mənə
söyləmişdi. (Onları bir daha bədii şəkildə oxudum).
1942-ci il idi. Mən Bakı Dövlət Universitetində
oxuyurdum. Bir gün sinfimizə qıvrım saçlı, bəstə boylu,
qarayanız bir qız gəldi. Mühazirələrə qulaq asar və tez də
gedərdi. Sonralar öyrəndim ki, o həm də işləyir. Eksterni
oxuyurdu. Əzizə ilə çox tez dostlaşdıq. Onunla söhbətimiz
tuturdu. İkimiz də həyata eyni cürə baxırdıq. Onun söhbətləri
mənə o qədər xoş gəlirdi ki, ayrılmaq istəmirdim. Əzizə elə bil
dərya idi. Saysız-heysabsız bayatıları, Füzulinin qəzəllərini elə
avazla söyləyirdi ki, qulaq asmaqdan doymazdım.
Universiteti qurtardıq. Beş nəfərə aspiranturada yer
verdilər. Mən Bakıda qala bilmədim. Həm qalmağa yerim yox
idi, həm də səhətim imkan vermədi. Əzizə aspiranturada
oxuyur, həm də işləyirdi.
Axırıncı dəfə “Sular bulananda” poemamı Əzizəyə
aparmışdım. İki gündən sonra zəng elədi ki, poemanı
oxuyubdur. Getdim. Əsəri diqqətlə oxuduğunu dedi və yazdığı
rəyi mənə verdi.
28
Əzizənin 60 yaşı olanda bu şeri yazıb ona
göndərmişdim.
“Bir ovuc torpağı yaşatdın” misrasında mən bilmirəm
ki, “Bir ovuc torpaq” niyə görə yazmışdım. Bir ildir sən
dünyanı dəyişdin, bir ovuc torpağa döndün. Bir ovuc torpağı
ziyarətə çevirdin. Müqəddəsləşdirdin, yaşatdın. Bir ovuc
torpaq da səni əbədi yaşadacaq.
31 avqust 2004-cü il
Gəncə.1
__________________________________________________
1. Fəridə Əlyarbəyli “Bir ovuc torpağı yaşatdın” –
“Ədəbiyyat” qəzeti, 03 sentyabr 2004-cü il, №34 (3421)
sayında, səh 3.
29
Əziz bir xatirə
1945-ci ilin oktyabr ayı idi. Müharibə təzə qurtarmışdı.
Müharibənin acısı, ağrısı hələ canımızda idi. Universitetdə
oxuyurdum. Bir gün dərsdən sonra professor Məmməd Cəfər
müəllim (Rus ədəbiyyatından bizə dərs deyirdi) məni yanına
çağırıb dedi: “Fəridə, sabah Yazıçılar İttifaqına gedərsən, səni
Səməd çağırıb görmək istəyir. Maşınkada yazılmış şerlərindən
bir neçəsini də apararsan və sonra: - Sabah mütləq Yazıçılar
İttifaqına gedərsən” – deyə təkrar tapşırdı. Doğrusu, bu
gözlənilməyən dəvət məni bərk çaşdırdı və həyəcanlandırdı.
Durduğum yerdə donub qalmışdım. Bəxtiyarın (B.
Vahabzadənin) “Sənə nə olub?”- sualına xəyaldan ayrıldım.
Biz bir qrupda oxuyurduq. Əhvalatı ona söylədim. Həyəcanlı
olduğumu gizlədə bilməmişdim.
- Bu ki, xeyir xəbərdi. Yəqin “Ədəbiyyat qəzeti”ndə
çıxan şerin Səməd Vurğunun xoşuna gəlibdir. Elə ona görə də
səni soraqlaşıb tapıb.
Ertəsi gün çap olunmuş şerlərimin çoxusunun özümdə
olmadığını bildiyim üçün kitabxanaya getdim. Qəzetləri tapıb
şerləri köçürdüm.
Makinada yazdırıb, Yazıçılar İttifaqına getdim. Qapıya
çatanda elə bil bütün cəsarətimi, sevincimi əlimdən aldılar.
Ürəyim elə döyünürdü ki... Geri qayıtmaq istədim. Fikrimdən
keçirdim ki, qayıdım, sabah gələrəm. Katibə Kubra xanımın:
- Kimi istəyirsən? – sualına:
- Səməd Vurğunu görmək istəyirəm, - dedim.
- Səməd yoldaş bu gün olmayacaq, - dedi.
Elə bil dünyanı mənə bağışladılar. Bu zaman telefon
zəng çaldı. Kubra xanım telefon dəstəyini götürüb, Səməd
Vurğunun işdə olmadığını, ova getdiyini kimə isə dedi. Mən
də rahatca Yazıçılar İttifaqından çıxıb getdim.
30
İki gündən sonra M. Cəfər müəllimin yenə bizə dərsi
var idi. Onun: “Səmədi görə bildinmi?” sualina: “Tapa
bilmədim” cavabını verdim.
- Dünən gəlibdir. Yəqin işə çıxacaqdır. Mütləq
gedərsən, - deyə mənə bərk-bərk tapşırdı. O zamanlar Səməd
Vurğun Yazıçılar İttifaqının sədri idi.
Baxtımdan Səməd Vurğun otağında tək idi. Mən içəri
girəndə telefonla danışırdı. Əli ilə mənə “otur” işarəsi elədi.
Əyləşdim. Dəstəyi asanda sonra – Fəridəsən?
- Bəli (Kubra xanım məni içəri gəlməmişdən əvvəl
icazə istəmişdi).
- Qəzetdə çıxan şerini oxudum. Şerin xoşuma gəldi,
- deyib yerindən durub mənimlə üzbəüz oturdu. Haralı
olduğumu, harada yaşadığımı, dolanışığım haqqında qayğı
dolu suallar verirdi. Sonra apardığım şerləri çox diqqətlə
oxudu. Hərdən bir: “Yaxşı deyibsən” sözü işlədirdi. Şerlərimə
düzəlişlər elədi. Mən onları əziz xatirə kimi indi də
saxlayıram. “Bir yaz səhəri” adlı şerimi oxuyanda güldü:
- Bu gənclər belə sulu yerdə necə görüşsünlər?
Yazıqları gətirib lap suyun içinə salmısan, a gəncəli
qız. Sətəlcəm olarlar axı...
Mənim şerim belə idi:
Apar sürüləri dağlar ardına,
Geymiş çəmənliklər əl-alvan dona.
Həzin çeşmə axır otlar altına,
Orada gözləyirəm səni, sevgilim.
Üçüncü misranı o belə düzəltdi:
Gecə ay doğanda yaşıl ormana
Orada gözləyirəm səni, sevgilim.
Başqa şerlərimi də diqqətlə oxudu. Qara rəngli
mürəkkəblə misralar üzərində elədiyi düzəlişlərə baxanda indi
Səməd Vurğunun şair qüdrəti xəyalımda canlanır, əlçatmaz
böyüklüyü gözlərim önündə ucalır... ucalır...
31
- Yazıçılar İttifaqı ilə həmişə əlaqə saxla. Bu yaxın-
larda Gənc yazıçıların müşavirəsi keçiriləcək. Səni də dəvət
eləyəcəyik. Bir az da cəsarətli ol! Bizim qızları geri qoyan
onların utancaqlığıdır. Şerlərin kimi özün də cəsarətli ol! Səni
yaxın vaxtlarda Yazıçılar İttifaqına üzv keçirmək olar. Çoxlu
oxu. Klassikləri dərindən öyrən...
Yazıçılar İttifaqından çıxanda özümdə tükənməz bir
cəsarət hiss edirdim. İstəyirdim ki, tələbə yoldaşlarım mənə
rast gəlsin və məndən soruşsunlar: “Hardan gəlirsən?” Mən də
onlara bütün əhvalatı söyləyim. Axı mən Səməd Vurğunu
görüb, onunla söhbət eləmişdim. O mənə qol-qanad verdi.
Ürəyimdəki sevinc, iftixar aşır-daşırdı. İstəyirdim hamıya car
çəkib deyim: “Mən Səməd Vurğunu gördüm, onunla söhbət
elədim. Bu böyük şəhərdə ata kimi, qardaş kimi qayğıkeşim
var”. Özümü dünyanın ən xoşbəxti bilirdim. Yol boyu Səməd
Vurğunun sözləri qulağımda səslənirdi: “Gəncəli qızı, yaz!
Şeri heç şeyə dəyişmə, yaz!” Doğrusu, elə bil yuxuda idim.
Necə gözəl yuxu idi. Bəzən adam belə yuxu görəndə fikirləşir
ki, kaş bu yuxu olmayaydı, həqiqət olaydı... nə isə, elə bu
zaman Səməd Vurğunun eyni sözlərini eşidirəm: “Cəsarətli ol!
Mütləq yaz! Şeri tullama ha... yaz! İşləsən, yaxşı şair ola
bilərsən!”
Yazıçılar İttifaqında olan “Gənclər günü”ndə
müntəzəm iştirak edir, yeni yazılarımı yığıncaqda oxuyurdum.
Məşğələ rəhbərimiz Əhməd Cəmil idi.
Yazıçılar İttifaqı Gənclərin Respublika müşavirəsini
çağırmışdı. Yaşıdlarımla orada tanış oldum. Natəvan adına
klubun qapıları taybatay açılmışdı. Oraya stollar, stullar
düzülmüşdü. Mən Mirvarid xanımın rəhbərlik etdiyi bölmədə
idim. Səməd Vurğun ümumi rəhbərlik edir, hər bölmədə bir az
oturur, şerlərə qulaq asırdı. Bizim bölmədə Qasım Qasımzadə,
Adil Babayev, Qabil İmamverdiyev, Əliağa Kürçaylı, Hüseyn
Hüseynzadə, Nəbi Babayevlə tanış oldum.
32
Səməd Vurğun mənim “Çiçək”, “A dağlar” şerimə
qulaq asandan sonra “A Mirvarid, bu qız sənin gəncliyini
mənə xatırladır axı” – dedi və sonra əlavə etdi: “Mənə elə gəlir
ki, şairin ilk şerləri təbiətlə başlamalıdır. Belə şerlər təbii olur.
Sən necə bilirsən, a Mirvarid?”
- Əlbəttə, təbiət şerlərində təbii hisslər olur.
Universiteti qurtardıqdan sonra Bəxtiyarı, əlaçı qız
Gülcöhrəni, Əzizəni, Gülhüseyni və məni aspiranturada
saxladılar. Bir aydan sonra imtahanları verib qəbul
olunacaqdım. Lakin səhətimlə əlaqədar olaraq Gəncəyə -
evimizə qayıtdım.
1947-ci ilin sentyabr ayı idi. Nizami Gəncəvinin
anadan olmasının 800 illik yubileyi münasibətilə şəhərimizə
çoxlu qonaq gəlmişdi. Səməd Vurğun məni görüb, yanında
duran A. Fadeyevə: “Nizaminin nəvələrindəndir” – deyə
təqdim etdi. Sabir küçəsində hamı nəyi isə gözləyirdi. Səməd
Vurğun hey papiros çəkir, hamının keyfini xəbər alır, hamı
onunla görüşməyə tələsir... Gəncənin havası onu elə bil ki, ilk
gəncliyinə qaytarmışdı. Əhvalı çox xoş idi. Yenə üzünü mənə
çevirib soruşdu: “Universiteti qurtardınmı?” “Bəli”. “Harada
işləyirsən?” Dedim ki, hələlik işləmirəm.
- Niyə?
Mən susdum.
- Yəqin müəllim işləmək istəmirsən, hə?..
Mən gülümsəyəndə o, fikrə dalıb dedi:
- Akademiyanın Gəncə bazasında işləyərsənmi?
- Bəli, işləyərəm.
- Bu gün mən Yusiflə (Məmmədəliyev) danışım. Bir
iki saatdan sonra gələrsən. Görək... Axşamüstü Ələkbər
Ziyatayla bərabər mehmanxanaya getdim. A. Fadeyevlə oturub
çay içirdilər. Səməd Vurğun məni görən kimi:
- Fəridə, işin düzəldi. Yusif Mirzəyə (pr. Mirzə
Sadıxova) tapşırdı. Nə lazımdı Mirzədən soruş, sənədlərini
hazırla, Bakıya aparsın.
33
Bu söhbətdən bir həftə keçmədi, Gəncədə olan
Akademiyanın K/T bazasında ədəbiyyat şöbəsi açılması
haqqında qərar verildi və mən orada kiçik elmi işçi vəzifəsində
çalışdım.
Yenicə işləməyə başlamışdım. Bir səhər məni bazanın
direktoru pr. Mirzə Sadıxov yanına çağırıb dedi ki, (yanında
alçaq boylu qoca bir kişi var idi) tanış ol, Əli Şövqinin qardaşı
İsmayıldı. Bunda Gəncədə yaşayıb-yazan şair Əkbər şah
Ruhinin Əli Şövqiyə yazdığı məktubları var. Həmin
məktubların hər birində Ruhinin şerləri var. Bax, sənin üçün
mövzudur. Götür, işlə.
XIX əsrin sonlarında XX əsrin əvvəlində Gəncədə
yaşayıb-yaratmış Əkbər şah Ruhi haqqında monoqrafiya yazıb
Nizami adına Ədəbiyyat İnstitutuna təhvil verdim. Rəhbərim
Həmid Araslı idi. O zamanlar ədəbiyyatda kosmopolitizm
cərəyanı möhkəm tənqid olunduğu üçün, yazdığım əsər işıq
üzü görmədi. Həmid müəllim mənə dedi ki, Məhəmməd Hadi
kimi böyük şairimizi tənqid edirlər, az qala danırlar... Görək,
bu işlərin axırı necə olacaq?!
Yeni mövzu götürüb, yenə də həvəslə işləyirdim.
Akademiyanın K/T bazası Gəncədə ləğv olundu.
1952-ci ilin son ayları idi. Mirzə İbrahimov şəhərimizə
gəlmişdi. Söhbət zamanı öyrənmişdi ki, Yazıçılar İttifaqının
Gəncə filialı neçə vaxtdır ki, işləmir. Məsul katibi işdən azad
eləyiblər. Filialı darısqal, rütübətli bir otağa köçürüblər. Neçə
vaxtdır qapısı bağlıdır. Filialın ətrafında olan gənclər də
dağılıb. Vəziyyət çox acınacaqlı idi. Akademiyanın K/T bazası
ləğv olunandan sonra mən işləmirdim. Pedaqoji institutda
müəllim işləməyi təklif etdilər... Deyəsən, yeni təsadüf
gözləyirdim.
Kirovabad o zamanlar Gəncə vilayəti idi. Mənə xəbər
verdilər ki, səni səhər saat 10-da vilayət komsomol komitəsinə
çağırırlar. Doğrusu, heç bir şey başa düşmədim. Axı mən nə
komsomol, nə də partiyanın üzvü idim. Deyilən vaxtda vilayət
34
komsomol birinci katibinin yanında oldum. İçəri keçəndə
Mirzə İbrahimovu orada gördüm (işin nə yerdə olduğunu
təxminən hiss elədim).
Mirzə müəllim gülər üzlə məni qarşıladı.Oturdum. Ailə
vəziyyətimdən, yaradıcılığım haqqında soruşdu... Sonra:
- Fəridə, işləyirsənmi?
Akademiyanın K/T bazasının ləğv olunduğunu və
işləmədiyimi söylədim.
- Burada, - Yazıçılar İttifaqının Kirovabad filialında
işləmək istəyirsənmi?!
Mənim üçün çox münasib yer idi. Minnətdarlığımı və
razılığımı bildirdim.
- Sənin burada işləməyin çox münasibdir, - dedi.
Həm yaradıcılığına, həm də özünə yaxşı olar. Mən Bakıya
gedən kimi bu məsələni həll edib, sənə xəbər verəcəm.
1953-cü ilin yanvar ayının 26-da Bakıda Yazıçılar
İttifaqının Rəyasət Heyətində olmalı idim. Rəyasət heyətinin
üzvləri S. Vurğun, S. Rüstəm, M. Rahim, S. Rəhimov, Ə.
Vəliyv... Yazıçılardan S. Axundov, Z. Xəlil, M. Cəlal, Q.
Musayev, İ. Qasımov, Ə. Kürçaylı, İ. Əfəndiyev, N. Babayev
iştirak edirdi.
Rəyasət heyətinin sədri Əli Vəliyev idi. Gündəlikdə bir
neçə məsələ var idi. O cümlədən Yazıçılar İttifaqının
Kirovabad (Gəncə) filialı məsul katibinin təsdiqi. Həmin
iclasda mənim Kirovabad filialına məsul katib işləməyim
təsdiq olundu. Süleyman Rüstəm, Məmməd Rahim mənim son
zamanlar yazmadığımı dedilər Məmməd Rahim obrazlı
cümlələrlə çıxış etdi:
- Fəridə yaxşı şerlər yazırdı. Birdən-birə onun
susmağına çox təəssüf edirəm. Ancaq mənə elə gəlir ki,
alovlanan ocağın kozü belə tez sönə bilməz. Közün üstünü kül
örtmüşdür, həmin ocağı üfürüb közərtmək lazımdır.
Çox doğru deyirdilər. Ailə həyatı, analıq qayğıları məni
şerdən ayırmışdı. Sözlər hədəfə dəyirdi. Bu qədər susmaq
35
olardımı?.. Filialda üçlük təşkil olundu. Nazim Axundov
(ədəbiyyatşünas), mən və Nəriman Həsənzadə (Gəncədə
institutda oxuyurdu).
Səməd Vurğun çal saçlarını barmaqları ilə daraqlayıb,
fikirlər, xəyallar aləmində dinləyirdi. Söz istədi.
- Mənə elə gəlir ki, Fəridəni Gəncə filalına
göndərməzdən əvvəl onu Yazıçılar İttifaqına üzv keçirək. Bu
həm məqsədəuyğun olar, həm də bu qız istedadlıdır. Elə indicə
ərizəsini yazsın.
Səməd Vurğunun təklifinə mənim, Nazim Axundov və
Nəriman Həsənzadənin Yazıçılar İttifaqına keçmək məsələsi
bir səslə qəbul olundu. İclasdan sonra Nəbinin otağında
Yazıçılar İttifaqına üzv keçmək üçün ərizə yazırdım (Nəbi
Xəzri o zaman şer bölməsində işləyirdi).
Bu zaman Səməd Vurğun gəldi. Otağın qapısının
arasında dayanıb:
- Fəridə, yaman zonnu keçdin ha... (o zamanlar
Yazıçılar İtifaqına əvvəlcə namizəd, sonra üzv keçirirdilər).
Bizi birbaşa üzvlüyə keçirdilər. Mənə M. Rahim, S. Vurğun və
Z. Xəlil zəmanət verdilər.
1954-cü ildə SSRİ Yazıçılarının ümumittifaq
qurultayına nümayəndə seçilib Moskvaya getdim. İkinci
qurultayda Səməd Vurğun poeziya üzrə məruzəçi idi. Birinci
gün qurultay Kremldə oldu. Azərbaycan nümayəndələri,
hamımız bir yerə yığılmışdıq. Bu zaman Səməd Vurğun bizə
yaxınlaşdı. Qurultaylar sarayına – yuxarı çıxdıq. Səməd
Vurğun mənə yaxınlaşıb:
- A gəncəli qızı, bəs kələğayın hanı?! – deyə qəribə
bir intonasiya ilə mənə baxıb gülümsədi. Bu sözün böyük
mənası var idi.
Yazıçıların ikinci qurultayı çox təntənəli keçdi.
Qurultaya bütün dünya yazıçılarının nümayəndələri gəlmişdi.
Poeziya üzrə məruzəçi Səməd Vurğun idi. Məruzə çox
məzmunlu, əhatəli idi. Məruzəni biz ürək çırpıntısıyla, iftixarla
36
dinlədik. Səməd Vurğun tez-tez klassik Azərbaycan şerinə
müraciət edirdi.
Məruzədən sonra Səməd Vurğun prezidiumda az-az
otururdu. Tez-tez papiros çəkmək üçün durub gedirdi. Bəzən
də arxa tərəfdən durub papiros çəkirdi.
Mən Səməd Vurğunu axırıncı dəfə qurultayda gördüm.
1956-cı ilin may ayı idi. Səməd Vurğunun 50 yaşı
tamam olurdu. O, ağır xəstəlikdən yatırdı. Deyirdilər, yataqdan
durmağına ümid yoxdur. Bütün el, eşidib-bilənlər qan
ağlayırdı. Hamı Səməd Vurğundan danışırdı. Radio onun
şerlərini tez-tez verirdi. Yazıçılar İttifaqında yaşıdlarımız
yığılıb onun səhəti haqqında hər gün məlumat bilirdik. Bəzən
bir yerdə oturub, Səməd Vurğunun bizə etdiyi sayagəlməz
yaxşılıqlardan danışırdıq. Həmin söhbətləri bir yerə
toplasaydıq, bir böyük roman yazmaq olardı. Əsl insan
haqqında roman!
Bu insanda nə qədər geniş ürək var imiş. Allah! Mənə
elə gəlir ki, Səməd Vurğunun qolundan tutmadığı adam
yoxdur. Kim ona müraciət etsə idi, mütləq o adamın işini necə
lazımdırsa, həll edir, düzəldir və onu arzusuna çatdırırdı. Buna
onun böyük ürəyi hökm edirdi.
Gəncə1
__________________________________________________
1. Fəridə Əlyarbəyli “Əziz bir xatirə” – “Ədəbiyyat”
qəzeti, 30 may 2003-cü il, №21 (3354) sayında, səh 1-2.
37
Məşhur Qayıbovların qeyrətli qız qardaşı
İsmayıl bəy Qayıbov aiəsinin ilk qız övladı Şəqibə idi.
Şəqibə ilə mən demək olar ki, yaşıd idik. Məktəbli illərimiz bir
keçmişdi. Onların eyvanı bizim eyvanla qarşı-qarşıya idi.
Onların eyvanından bizim evimiz, həyətimiz qış vaxtı ovuc içi
kimi görünürdü.
Məktəb illəri, tətil vaxtları günlərimiz bir yerdə
keçərdi. Bizi bir-birimizə daha yaxın edən kitablar idi. O da
mənim kimi kitab oxumağı çox sevərdi. Biz oxuduğumuz
kitabı bir-birimizə verərdik. Orta məktəbi bitirəndən sonra
yollarımız ayrıldı. Hər kəs öz taleyinin dalınca getdi. Onun
sorağı uzaqlardan gəlirdi.
Şəqibənin atası Qori Müəllimlər seminariyasının
məzunu, görkəmli maarifçi İsmayıl bəy indi də gözlərimin
önündədir. Hündür boylu, eynəkli, həmişə şıq geyinərdi. Əsl
ziyalı görkəmi var idi. Anası Firuzə xanım müəllimə idi.
Qayıbovlar ailəsində yeddi uşaq böyümüşdü. Hər biri də
xalqa, vətənə bağlı övladlar oldu.
Birinci övladları Zərif gözəl tarzən, istedadlı musiqiçi
kimi yetişmişdi. O, hələ on dörd yaşında ikən Zaqafqaziya
üzrə keçirilən Olimpiadada böyük uğur qazanmışdı. O,
səhnəyə çıxanda bu uşağın belə məharətlə çalmağına heyran
olmuşdular. Onu təbrik edənlərdən biri də böyük bəstəkarımız
Üzeyir Hacıbəyov olmuşdu. O, Zərifi bağrına basıb demişdi:
“həmişə belə çalsan, gələcəyin ən mahir tarzəni olacaqsan”.
1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan
ədəbiyyatı və incəsənəti ongünlüyündə də iştirak etmiş,
Azərbaycan tarının şöhrətini yüksəklərə qaldırmışdı.
1940-cı ildə bu istedadlı gənc Gəncə Filarmoniyasında
orkestr təşkil edərək şəhərin ən yaxşı musiqiçilərini ora
toplamışdı. Lakin amansız xəstəlik Zərifi öz arzularına
çatmağa qoymadı. O, 1943-cü ildə dünyasını dəyişdi.
38
Firudin Şuşinski Zərif haqqında bir məqaləsində deyir
ki: “Şur” muğamını hələ indiyə qədər Zərif kimi çalan
olmayıbdır. (Rauf İsmayılzadə sənətşünaslıq namizədi,
Qobustan toplusu 1984-cü il 1-ci sayında “Zərifin zərif
barmaqları” adlı məqaləsində Zərif haqqında oxudum).
1990-cı ildə mən Zərifin “Şur” dünyası adlı şerimi
yazdım. Şerdən iki bəndi nəzərə çatdırmaq istərdim:
Dedilər Zərifi xəstəlik üzür,
“Şur”un qol-qanadı sındı elə bil.
Tarın simlərindən mizrab üzülür,
Bilirdim bu azar sağalan deyil,
Bilirdim, bilirdim, bir daha, ey vah,
Zərif duyğulu “Şur” çalınmayacaq.
Bir çıraq yandırıb söndürdün allah,
Zərif biçimli “Şur” alınmayacaq.
Müharibənin ağır günləri Qayıbovlar ailəsinə ikinci
ağır kədəri gətirdi. İsmayıl bəyin Nazir adlı oğlu Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunda (indiki Akademiya) üçüncü
kursda oxuyurdu. O, könüllü cəbhəyə getdi. Döyüşən ordu ilə
Çexoslovakiyaya qədər getmiş, oranın azad edilməsində iştirak
etmişdi. Burada ağır döyüşlərin birində 1945-ci ilin mart
ayında qəhrəmancasına həlak olmuşdu.
Bu ailədə Qayıb, Sabir, İsmət və Nazilə də
böyüyürdülər. Sabir və İsmət hüquqşünas, Nazilə Kənd
təsərrüfatı mütəxəssisi kimi tanındılar.
Dağlıq Qarabağda ermənilər baş qaldırıb qanlı qırğınlar
törədəndə, general İsmət Qayıbov Respublikanın baş
prokuroru təyin edilmişdi. O, gecəni gündüzə qatıb erməni
xəyanətinə, erməni canilərinə qarşı amansız vuruşmuşdu.
Respublikamızı bu fəlakətdən qurtarmaq üçün əlindən gələni
edirdi. 1991-ci il noyabrın 20-də Qarabağ səmasında qara
kabus onu da yaxaladı. Erməni caniləri Respublikamızın adlı-
39
sanlı oğullarının mindiyi vertolyotu Qarakənd üzərində atəşə
tutub məhv etdilər. Elin sevimli, mübariz, vətənpərvər oğlu
İsmət Qayıbov vəzifə başında əməl-əqidə dostları ilə erməni
canilərinin qurbanı oldu. Qayıbovlar kökündən şaxələnən
pöhrələr bu gün də öz xeyirxah əməllərilə yaşayır, fəaliyyət
göstərirlər.
Deyəsən mətləbdən bir qədər uzaqlaşdım. (Bunları
demək də vacib idi). Bax, Şəqibə Qayıbova (Əhmədova)
özünün biliyi və bacarığı, cəsarəti və qüdrətilə gənc nəslin
tərbiyəsi yolunda dözümü, iradəsi onu zirvələrə qaldırmışdı.
Baytarlıq elmləri doktoru, professor Şəqibə xanım
1948-ci ildə Moskva Zoobaytar İnstitutunu bitirmişdir. Elə
həmin ildə Moskva Baytarlıq Akademiyasında aspiranturaya
qəbul olunmuş və görkəmli alim, akademik K. İ. Skryabinin
rəhbərliyi altında namizədlik dissertasiyası üzərində işləməyə
başlamışdır. İstedadlı tədqiqatçı 1952-ci ildə namizədlik
dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, alimlik
dərəcəsi almışdır.
Gənc alim pedaqoji sahədə əmək fəaliyyətinə 1952-ci
ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq
fakültəsində, “Zoologiya və parazitologiya” kafedrasının
assistenti kimi başlayıb, tələbkar, enerjili müəllimə olmuşdur.
Sonra Özbəkistana dəvət olunub.
1961-ci ildən Səmərqənd Kooperativ İnstitutunda
“Ərzaq məhsulları”nın əmtəəşünaslığı kafedrasında dosent
vəzifəsində işləmiş və 1965-ci ildən institutun Qidalanmanın
fiziologiya və mikrobiologiyası kafedrasına rəhbərlik etmiş,
1967-ci ildə isə elmi işlər üzrə prorektor vəzifəsinə təyin
olunmuşdur. Bu illər ərzində elmi tədqiqat işlərini
yekunlaşdırıb, “Bağırsaq çöpləri ilə çirklənmiş ətin və ət
məhsullarının sanitariya ekspertizasının bioloji və bakterioloji
cəhətdən əsaslandırılması” mövzusunda Leninqrad şəhərində
(indiki Sankt-Peterburq) doktorluq dissertasiyasını
müvəffəqiyyətlə müdafiə etmişdir. Doktorluq
40
dissertasiyasında Şəqibə xanım öz müəllimi, akademik
Skryabinin fikrini inkişaf etdirmiş və bu ideya ətrafında bir
çox problemlərin həllini tapmışdır.
Azərbaycanda, Orta Asiyada və ümumiyyətlə
müsəlman şərqində elmin bu sahəsi üzrə qadınlar arasında ilk
baytarlıq doktoru, professor olan Şəqibə xanımın tədqiqatları
elmi-nəzəri tərəfi ilə yanaşı, böyük əhəmiyyəti vardı.
Şəqibə xanım 1970-ci ildən 1984-cü ilə qədər
Azərbaycan Dövlət Universitetinin professoru olmuşdur.
90-dan çox elmi əsərin müəllifi olan Şəqibə xanım bir
ana kimi də vətən, xalq qarşısında öz vəzifəsini layiqincə
yerinə yetirmiş, Azərbaycanın elmi ictimaiyyətində əsl ziyalı
vətəndaş mövqeyində olan gözəl alimlər ailəsi yaratmışdır.
Nizami adlı böyük oğlu Moskvada Xalqlar Dostluğu
Universitetində tibb elmləri namizədi, qızı Gülcamal N.
Nərimanov adına Azərbaycan Tibb Universitetində tibb
elmləri namizədi, Sevinc isə Azərbaycan EA-nın Genetika
İnstitutunda biologiya elmləri namizədi kimi ata-analarının
yolunu uğurla davam etdirirlər.
Şəqibə xanım 5 elmlər namizədi yetişdirmiş, onlarca
dissertasiya işində rəsmi opponent olmuşdur.1
1.Fəridə Əlyarbəyli “Məşhur Qayıbovların qeyrətli qız
qardaşı” – “Gəncəbasar” qəzeti, 20-26 mart 2004-cü il,
№12 (35) sayında, səh 5.
41
Fəridə xanım Əlyarbəyliyə yazırlar
Fəridə Əlyarbəylinin bu xatirələri dövrü mətbuatda çap
edildikdən sonra ona ardı-arası kəsilmədən minnətdarlıq
məktubları gəlməkdə davam edib. O, bu kimi məktubların bir
qismini öz şəxsi arxivində qoruyub, saxlaya bilib. Bu
məktublardan da görünür ki, Fəridə Əlyarbəyli imzası və onun
xatirələrlə dolu düşüncələri maraqla izlənilir və gələcək
nəsillər üçün böyük əhəmiyyət kəsb edir. Elə bu marağın
nəticəsidir ki, onun həm də son dövürlərdə qələmə almış
olduğu səkkizlikləri belə bu gün də maraqla oxunur. Onun
ünvanına gələn məktubların bir qismini təqdim etmək qərarına
gəldim. Ümid edirəm ki, bu məktublar onun yaradıcılığının
izlənilməsi və tədqiqi baxımından da böyük əhəmiyyətə
malikdir.
Filologiya elmləri doktoru, professor, 40 ildən artıq bir
müddət ərzində Nazim Hikmət yaradıcılığını öyrənən
tədqiqatçı, alim Aqşin Babayevin ünvanladığı məktubda
deyilir: “Hörmətli Fəridə xanım! Sizin “Ədəbiyyat qəzeti”ndə
çap olunmuş “Nazim Hikmətlə görüşlərim” adlı məqalənizi
böyük maraqla oxudum. Nazim Hikmət yaradıcılığını qırx
ildən artıq müddətdə öyrənən bir tədqiqatçı kimi Sizə dərin
təşəkkürümü bildirirəm.
Mən 1960-1963-cü illərdə - yəni Nazim Hikmətin
vəfatına qədər bu böyük sənətkarla sıx təmasda olmuşam,
sonra da onun yaradıcılığına həsr olunmuş namizədlik və
doktorluq dissertasiyalarımı müdafiə etmişəm. Əkbər
Babayevlə də uzun illər dostluğumuz olub. Dostum Altay
Məmmədovun Nazim Hikmətə həsr etdiyi kitabın ön sözünün
müəllifiyəm. Hazırda Nazim Hikmətə həsr olunmuş yeni bir
kitab üzərində işləyirəm. Həmin kitabda Sizin xatirələrinizə də
müraciət edəcəyəm.
Nə yaxşı ki, Nazim Hikməti sevənlər içərisində Sizin
kimi müqtədir qələm sahiblərimiz var. Təəssüf ki, bu gün həm
42
Azərbaycanda, həm də Türkiyədə Nazimin bədxahları peyda
olub. Sizin məqaləniz bu bədxahlara ən yaxşı cavabdır.
Bir daha Sizə təşəkkür edir, uzun ömür, can sağlığı,
böyük yaradıcılıq uğurları arzulayıram”.
Fəridə Əlyarbəyli öz xatirələrinin birində qeyd edir ki,
1942-ci ildə Bakı Dövlət Universitetində təhsil aldığı illərdə
tələbəlik illərinin ən səmimi dostu olan xalq yazıçısı, professor
Əzizə Cəfərzadəyə “Sular bulananda” poemasını oxumaq üçün
təqdim edib. Əzizə xanım Cəfərzadə də öz növbəsində bu
poemanı oxuduqdan sonra fikirlərini yazmış olduğu rəydə
bildirib. Professor Əzizə Cəfərzadə “Sular bulananda”
poeması haqqında yazır: “Şairə Fəridə Əlyarbəyli “Sular
bulananda” poemasını təkcə öz Fatimə xanım anasının deyil,
deyərdim ki, suların bulandığı dövrdə yaşamış, başı minbir
bəla çəkmiş Azərbaycan anasına həsr etmişdir. Poema
mənzum tarixidir, adı dönə-dönə dəyişəlsə də qəlbimizdə,
dilimizdə gəncəmiz olaraq qalan Gəncənin keşməkeşli
tarixidir, ara bir nəsrlə, daha çox mənzum tariximizdir.
Otuzuncu illərin, ikinci dünya müharibəsi illərinin, vaxtilə
ADU, indi BDU adlandırdığımız universitetin tələbəlik
illərinin salnaməsidir. Heç kəsi o sevimli müəllim və tələbə
yoldaşlarımızdan unutmur Fəridə xanım: Məmmədcəfər
müəllim, akademik Həmid Araslı, Bəxtiyar Vahabzadə və b.
O zamankı şer dünyamız Səməd Vurğun, hətta o illərdə
Bakıda qonaq olmuş Nazim Hikmət... Şer dünyamıza da
pəncərə açır şairə və burada adı çəkilən şəxsiyyətlərimizin hər
birini tanıyıb sevdiyimiz səciyyəsilə canlandırır.
Böyük, ağır əməyin və Vətən övladına dərin
məhəbbətin məhsuludur poema. Yalnız nəsr parçalarının bir
qədər uzunluğu məni narahat etdi. Kitab şəklində çap
olunmasının bu günün gəncliyinin tərbiyəsində, laqeyidliyə,
unutqanlığa qarşı mübarizədə əhəmiyyətli rol oynayır”.
Onun şəxsi arxivində bu günə kimi qorunub saxlanılan
Cingiz Hüseynov adlı bir şəxsin də Fəridə Əlyarbəyliyə
43
ünvanlamış olduğu məktub maraqlı detalları ilə diqqəti cəlb
edir. Cingiz Hüseynov bu məktubunda həm də Fəridə
Əlyarbəylinin səkkizliklərinə diqqəti yönəltməklə maraqla
oxunduğunu və bu səkkizliklərin forma-üslub baxımında bir
tapıntı olduğunu söyləyir: “Əziz Fəridə xanım! Fərfad
Mirzəyev sağ olsun məktubumu Sizə çatdıracaq. Ölkə dağılan
kimi, Rusiyada poçt da dağılmaqdadır. Məktublar hətta
Moskvadan Moskvaya belə bir aya gəlir. Sizin mənə
göndərdiyiniz məktub və kitabınızın da yolu çox-çox uzun
oldu. Poçt idarələrinin çoxusu bağlanıb, qəpik-quruşa işləyən
yoxdur, tapılmır, məxsusi Peredelkinodan şəhərə getmək
lazımdır ki, uzun növbədə durub nə isə alasan, yaxud
göndərəsən... Nə isə...
Fəridə xanım, ilk əvvəl Sizin yubileyinizi təbrik
edirəm, Sizə can sağlığı arzulayıram. Sizin yaradıcılıq
nailiyyətlərinizi alqışlayıram. Böyük həvəs və maraqla
tapdığınız yeni forma-üslub səkkizlikləri oxuyur,
oxumaqdayam. Bu kimi ümumbəşəri dərdlərimizdən xəbər
verən, müasir, çağdaş nəfəslə dolu yüksək bədii parçaları bir
nəfəsə oxumaq qeyri-mümkündür. Heç ləzzəti də olmaz.
Odur ki, kitabınız rəfdə deyil tez-tez oxunan kitablarım
arasındadır.
Yazdıqca yeni səkkizlikləri (əminəm ki,
yazmaqdasınız) mənə internetlə göndərmənizi rica edirəm.
Yaxın keçmişə səkkizliklərin tərcüməsi barədə də fikirləşmək
olardı. Bu iş indi kommersiya xarakteri daşıyır. Ən ümdəsi
budur ki, sağ-salamatıq. Allah vergisi qələm, daha doğrusu
“cihad qələmi” əlimizdədir. Odur ki, böyük xoşbəxtliyə
malikik. Yazıb, yaratmaq, ürək sözümüzü bizi eşidənlərə
demək, camaatı qula döndərmək istəyənlərə müxalif olmaq,
milləti ayıq saxlayıb qorumaq... Bir daha təbrik və xoş
arzularla Cingiz Hüseynov”.
Fəridə Əlyarbəylinin şəxsi arxivində olan məktublara
nəzər salarkən onun tərəfindən Türkiyə Cümhuriyyətinin
44
paytaxt Bakıda yerləşən Böyük elçiliyinə yazılmış məktubu da
diqqətimi çəkdi. Bu məktub onun tərəfindən 05 noyabr 1998-
ci ildə yazılmışdır. Məktubun mətnindən məlum olur ki,
Fəridə Əlyarbəylinin Mahmud bəy Məhəmməd oğlu
Zeynalzadə adlı dayısı varmış və 1920-ci ildə Gəncə
üsyanında sona qədər vuruşmuş, nəhayət Gəncəni tərk etmək
məcburiyyətində olmuşdur. Daha sonra Fəridə Əlyarbəyli
yazır: “Uzun illərdən bəri ürəyimdə yığılıb qalmış bir ağrını
Sizə açmaq istərəm. Mənim İzmirdə yaşamış və orada
dünyasını dəyişən dayım haqqında bir məlumat öyrənmək
istərdim. Sovetlərin istilasından sonra, 1920-ci ildə məşhur
olan Gəncə üsyanında dayılarım axıra qədər vuruşmuş.
Nəhayət Gəncəni tərk etməyə məcbur olmuşlar (Dayılarım o
zaman zabit idi).
O vaxtdan Mahmud bəy əvvəl İstanbulda (orada az
yaşamışdır) sonralar İzmirə köçmüş və ömrünün axırına kimi
orada yaşamışdır.
Mahmud bəy Zeynalzadə Məhəmməd oğlunun
deyilənə görə onun böyük çini olmuş, hərbi professor
vəzifəsində çalışmışdır. Məlum səbəblərə görə o, 1930-cu
illərdən sonra bizə məktub yaza bilməmişdir. O, bildiyimə
görə 85 yaşına kimi yaşamışdır. Türkiyədə hörmətli bir şəxs
olmuşdur və xidmətlər göstərmişdir.
Hörmətli Ecvet Tezcan cənabları, onun Türkiyədə
xidmətləri nədən ibarət olmuş, dayım Mahmud bəyin
Türkiyədəki xidmətləri haqqında dəqiq məlumatları nərədən
və kimlərdən ala bilərim”.
Fəridə Əlyarbəylinin təlaş içində yazılmış məktubuna
qardaş Türkiyə Cümhuriyyətinin paytaxt Bakıda yerləşən
Böyük elçiliyindən 10 mart 1999-cu il tarixində cavab
məktubu gələrək bu müraciətə dərhal münasibət bildirilmişdir.
Konsulluq şöbəsinin müdiri İlyas Çetinin imzalamış olduğu
cavab məktubunda deyilir: “Mahmud bəy Zeynalzadə adlı
qohumunuz haqqında səfirliyimizə göndərdiyiniz 05.11.1998-
45
ci il tarixli ərizəniz baxılmaq üçün Türkiyənin müvafiq
orqanlarına göndərilmişdir. Alınan cavab yazısında, xəbər
aldığınız şəxsin atasının və anasının adı, doğum yeri və doğum
tarixi, Türkiyəyə gəldiyi tarix, pasport seriyası və nömrəsi
haqqında məlumatlar olmadığı halda araşdırma aparılmasının
mümkün olmadığı vurğulanaraq, yuxarıdakı məlumatlar
verildiyi halda müvafiq araşdırmalar aparılacağı bildirilir”.
Fəridə Əlyarbəylinin şəxsi arxivində saxlanılan bu
məktublar toplusu bir daha onun insani keyfiyyətlərindən
xəbər verməklə yanaşı eləcə də böyük qəlbli bir şairənin
yaradıcılıq yolundan xəbər verir. Saralmış məktublarda yazılan
fikirlər bir daha onun dünyasına işıq salmaqla Fəridə
Əlyarbəyl həyatı ilə qısa da olsa tanış olmaqla yanaşı, onu
sevənlərin və tanıyanların qəlbində böyük bir qürur və iftixarla
yaşadığından xəbər verir.
46
Təbiət vurğunu olan Fəridə Əlyarbəylinin
şerlərini oxuduqca deyirsən ki, şair doğmalıq vallah
xoşbəxtlikdir. Deyirəm nə yaxşı Gəncə var, nə yaxşı
Gəncədə yaşayan və yaradan Fəridə Əlyarbəyli var,
bir də onun şerlərini sevə-sevə oxuyan Azərbaycan
xalqı var.
Rübail.
47
Kəramət Tağıyev (sağdan), Fəridə xanım Əlyarbəyli
övladları İlham və Nəzakətlə. Gəncə 1953-cü il.
Fəridə xanım Əlyarbəyli (sağdan) bacısı Firuzə xanımla.
Gəncə.
48
Kəramət Tağıyev (ortada), Fəridə xanım Əlyarbəyli övladları
İlham, Nəzakətlə və əmiləri Cəmil müəllim (sağdan). Gəncə
1953-cü il.
Fəridə xanım Əlyarbəyli qızı Nəzakətlə xanımla. Gəncə -
1950-ci il.
49
Fəridə xanım Əlyarbəyli. Bakı – 1958-ci il
50
Fəridə xanım Əlyarbəyli sənət dostları ilə birgə - Bakı 1945
51
Fəridə xanım Əlyarbəyli (ortada) sənət dostları ilə birgə -
Gəncə 1960-cı il.
Fəridə xanım Əlyarbəyli (sağda) sənət dostları Qərib Mehdi
və şair Rübaillə birgə - Gəncə - 1980-ci il.
52
Böyük Türk şairi Nazim Hikmət Gəncədə qonaq olarkən.
Gəncə - 1958-ci il
53
Fəridə xanım Əlyarbəyli (sağdan ikinci) sənət dostları ilə
birgə - Gəncə 1960-cı il.
Fəridə xanım Əlyarbəyli (soldan), Mikayıl Müşfiqin həyat
yoldaşı Dilbər xanım Axundzadə (ortada) və şairə-dramaturq
Nüşabə Əsəd Məmmədli (sağda). Gəncə - 1978-ci il
54
Fəridə xanım Əlyarbəyli - Gəncə 1980-ci il.
55
Fəridə Əlyarbəyli və onun yaradıcılığı haqqında hər
zaman dövrü mətbuatda sənət dostları müxtəlif fikirlər
söyləmiş, bu yaradıcılığı səciyyələndirən əsas amilləri qeyd
etmişlər. Bu yazılarla tanış olduqca bir daha onun böyük
yaradıcılıq yolunun daha çox həyat müşahidələrinin nəticəsi
olaraq maraqla qarşılandığının şahidi olursan. Qeyd etməliyəm
ki, hər kəs də onun sənət dünyasına müxtəlif rakurslardan
yanaşmaqla təhlil etmiş və bir daha Fəridə Əlyarbəyli
dünyasının maraqlı cizgilərini açıb göstərməyə müvəffəq
olmuşlar. Elə bu məqsədlə həmin yazıların bir qismini təqdim
etməklə yenidən onun sənət məziyyətlərini qələm dostlarının
misralarında duymaq daha xoşdur.
Şairin hərarətli nəfəsi
Tənqid və biblioqrafiya
Lirik şerləri ilə oxucuların rəğbətini qazanmış Fəridə
Əlyarbəylinin “Yasəmən” adlı kitabçası Azərnəşr tərəfindən
nəfis bir şəkildə çapdan çıxmışdır. Bu, F. Əlyarbəylinin ikinci
şerlər kitabçasıdır. Şairin doğma Vətənə ürəkdən bağlı olması,
Kommunist partiyasına dərin minnətdarlığı kitabçadakı
şerlərini çoxunda bədii boyalarla təsvir edilmişdir. F.
Əlyarbəyli seçdiyi mövzulara yaradıcı münasibət bəsləmişdir.
Şairin əsərlərindəki emosional təsir qüvvəsini artıran əsas
əlamətlərdən biri də budur ki, müəllif lirik fonda bədii
portretlər yarada bilmişdir.
Vətəndaşlıq qüruru və Vətən məhəbbəti ilə bağlı olan
ictimai motivlər “Moskva”, “Lenin yenə işləyir”, “Kremldə”,
“21 yanvar günü”, “Sülh”, “Yüklü qatar” şerlərində əsasən
müvəffəqiyyətlə həll edilmişdir. Fəridə Əlyarbəylinin az sözlə
konkret lövhə yarada bilməsi onun müvəffəqiyyəti hesab
edilməlidir. Şairin çəkdiyi lövhələrin oxucunun hafizəsində
56
nəqş edilməsi də müəllifin mövzuya ürəkdən yanaşdığını,
onda həyat duyğularının güclü olduğunu sübut edir. Şairin
əsərlərində həyat həqiqətlərinin insan qəlbində doğurduğu
həyacan, qəzəb və məhəbbət hissi olduqca inandırıcı, həm də
bədii bir dildə verilmişdir.
“Aylı gecə” və yaxud “Arzu” şerlərini oxuyan hər kəs
sanki mənzərə ustasının çəkdiyi tablolara baxır. Həmin şerlərin
hər bir misrasında ana torpağın gözəlliyi yüksək
vətənpərvərlik hissi ilə təsvir edilmişdir. Vətən sevgisi və onun
əməksevər adamlarına məhəbbət hissi “Göy zəmilər
ləpələnir”, “Bağlı-bağçalı şəhərim”, “Göy-göl”, “Tarla qızı”,
“Bulaq”, “Bahar” şerlərinin əsasını təşkil edir. “Göy zəmilər
ləpələnir” şerinin birinci bəndində:
Yazın gözəl bir çağıdır,
Üzə gülür geniş çöllər.
Səsli-küylü olur hər gün,
Tarla yolu səhər-səhər
deyən müəllif bərəkətli torpağımızda yetişdirilən bol
məhsuldan, torpağı cana gətirən əmək bahadırlarının nəcib
işindən söhbət edir. F. Əlyarbəyli əsərlərində sözcülükdən,
yalançı pafosdan qaçaraq, həyat həqiqətlərini məhəbbətlə
tərənnüm etmişdir. Müəllif kitabçada zamanın ən ümdə
məsələlərindən olan sülhə, əməkdaşlığa, əminamanlığa
toxunmuşdur. Şairin “Sülh”, “Yüklü qatar” şerlərində
dediklərimizi aydın bir şəkildə görmək olur. “Yüklü qatar”
şerində müəllif fövqəladə bir hadisəni incə bir ruhla təsvir
etmişdir. Müəllif yazır:
Ağır qatar yola düşür,
Dərin nəfəs ala-ala.
Elə bu an növbətçinin
Önündə bir qız dayanır.
-Deyin, qatar, hara gedir? –
Deyib, tələsik boylanır.
57
Növbə çəkən məhəbbətlə,
Oğrun-oğrun qıza baxır,
-Xəbər aldın, qoy söyləyim,
Ey mehriban, sevimli qız,
Kommunizmin baharına
Gedir bizim qatarımız!
Kitabçadakı şerlərin bəzisi qüsursuz deyildir. Əvvala
qeyd etmək lazımdır ki, şerlərin çoxunda heca xatirinə “mən”,
“sən”, “bir”, “bu”, “min” və sair sözlər yerli-yersiz
işlədilmişdir. Bu da şerlərin bədii təsirini zəiflətmişdir.
Nəşriyyatın təqsiri üzündənmi, yoxsa şairin həddindən artıq
hissiyata qapıldığındanmı şerlərin bəzisində məntiqsizliyə və
mücərrəd fikirlərə yol verilmişdir. Məsələn, “Dadlı
məhəbbətin (?) könlümə axdı” (səh 29), “Nədəndir gözü yaş
tökür (?) arabir” (səh 33), “Tarın simləridir ayna tək suyun
(?)” (səh 34), “Mən eşqimi birdən ona açmaram (?)” (səh 57),
“Axşam-səhər dalardım mavi göyün rənginə” (səh 52), “Ana
ürəyinin istəyi daşdı (?)” (səh 47) və s.
Yuxarıda göstərilən qüsurlara baxmayaraq, demək
lazımdır ki, F. Əlyarbəyli həqiqi sənətin qarşısında duran
vəzifələri dürüst dərk etmişdir. İctimai varlığa ədəbiyyatın
əlaqəsinin mahiyyətini dərk edən sənətkarınsa sağlam bir
yaradıcılıq xətti ilə inkişaf etməsi təbiidir. Ümid edirik ki,
klassik şerlərimizin mütərəqqi ənənələri əsasında təkmilləşən
F. Əlyarbəylinin yaradıcılığı gələcəkdə məzmunca daha
dolğun, mövzuca daha zəngin, vəzn və formaca daha
rəngarəng olacaqdır.
A. Hüseynov
__________________________________________________
1. A. Hüseynov “Şairin hərarətli nəfəsi” - “Kirovabad
kommunisti” qəzeti, 09 dekabr 1962-ci il, № 146, (5436)
sayında, səh 2.
58
Sevindirəcəkdir
Fəridə Əlyarbəylini otuzuncu illərin sonlarından,
Azərbaycan Yazıçılar İttifaqının Gəncə filialının ədəbi
gecələrində iştirak etdiyi günlərdən tanıyıram. O vaxt bizim
Gəncə filialında Əhməd Cəmil, Şirzad, Oruc Qoşqarlı,
Kəramət Tağızadə kimi şair və yazıçılar, İslam, Qara, Məzahir
və Avaq kimi aşıqlar iştirak edirdilər. Filialın sədri Oruc
Qoşqarlının təşkilatçılığı ilə şer günləri təşkil olunur, hər kəs
öz şerini, hekayəsini oxuyur, əsərlər müzakirə olunurdu. Ən
yaxşı şerlər, hekayələr hər bazar günü o vaxtkı “Kirovabad
bolşeviki” qəzetində “Ədəbi səhifə” başlığı altında dərc
olunurdu.
Belə səhifələrin birində Fəridənin “A dağlar” şeri çap
olundu.
Otuzuncu illərin Gəncə ziyalıları tərəfindən məhəbbətlə
qarşılanan “A dağlar” şeri ilə də Fəridə istedadlı gənc şairə
kimi nəzəri cəlb etdi.
O zaman filialın ətrafına toplanmış biz gənclərin çoxu,
o cümlədən Fəridə də orta məktəbdə oxuyurduq. Ədəbiyyata,
şerə olan yüksək həvəs Fəridəni Azərbaycan Dövlət
Universitetinə gətirib çıxartdı.
Fəridə ali məktəbdə oxuyanda da yazıb-yaratmaqdan
qalmır, Bakıda ədəbiyyat dərnəklərində, Yazıçılar İttifaqının
ədəbi yığıncaqlarında iştirak edir, vətəninin gözəlliyini,
əməyin səadət gətirən qüdrətini tərənnüm edən şerlər yazır,
mərkəzi mətbuatda çap etdirir.
Böyük Vətən müharibəsi xalqımızın, o cümlədən şair
və yazıçılarımızın həyatında dönüş yaratdı. Hamı bir şüar
altında yaşadı: “Hər şey cəbhə üçün!”
Fəridənin də şerlərinin mövzusu dəyişdi. Onun
şerlərində talançı faşist qəsbkarlarına nifrət, Vətənə məhəbbət,
odlu cəbhələrdə düşmənə qarşı qəhrəmanlıq göstərən
oğullarımıza xeyir-dua hissi tərənnüm edildi.
59
Vətən oğullarının döyüşlərdəki qəhrəmanlığı, arxada
kişiləri əvəz edən gəlinlərimizin, qızlarımızın əmək rəşadəti,
hicranı, həsrəti şairənin ürək çırpıntıları oldu. Bu ürək
çırpıntıları yalnız şairənin yox, gözü yollarda qalmış
analarımızın ürək çırpıntıları idi.
Fəridə o ağır illərdə özünəməxsus şer dili, təsvir üsulu,
bədii priyomları ilə zamanın təlatümünü qələmə alır, həyat
həqiqətini şerlərində əks edirdi.
Şairənin 1944-cü ildə çap olunmuş “O gəlmədi”
şerində oxuyuruq:
Mehriban baxışlı, o igid cavan
Mənim xəyalımdan getmədi bir an.
Açıb çəmənlərdə güllər, çiçəklər,
Yeni bir arzuyla güldü hər səhər.
Hamı geri döndü, o qayıtmadı...
Şairə bu şerini sadə, çox zərif bir süjetdə yazmışdı.
Burada lirik “mən” cəbhədə olan sevgilisi haqqında minbir
fikrə düşür. Dərdini gah əsən ruzigara, gah Günəşə, gah da
Aya açır:
Bəlkə sən görmüsən mehribanımı,
Cəbhədə vuruşan qəhrəmanımı? -
deyir.
Cavabsız qalan gözəl ümidini üzmür, sevgilisinin
zəfərlə qayıdacağına sonsuz bir inamla inanır:
... Hicran qılıncıyla ayrılsaq da biz,
Yenə də sınmadı təmiz eşqimiz.
Gələcək eşqilə baxdım yollara,
Ümidlər bağladım gələn bahara.
Şairənin “Yadındamı?” şerində bahara – Qələbə
gününə ümid bağlayan gənc qız düşmənlə beş il üz-üzə
vuruşmuş cəbhədən zəfərlə dönmüş qəhrəmanına birgə
kecirtdikləri uşaqlıq illərini, onu cəbhəyə yola saldığı günü,
ona qəlbini verdiyi günü xatırladır:
60
O gündən keçdi beş il,
Keçdi beş qış, beş bahar.
Qələbəylə qayıtdın kəndimizə bir səhər.
Bu uzun hicranda da qırılmadı o ilqar.
Biz yenə də görüşdük açanda bənövşələr.
Böyük Vətən müharibəsindən sonra – quruculuq
illərində də qələmini yerə qoymayan şairənin həmişə bir hiss
narahat etmişdir. Bir də müharibə olmasın, oğullarımız,
qızlarımız əmin-amanlıq qoynunda yaşasınlar, əməklə,
zəhmətlə, qurub-yaratmaqla şöhrət tapsınlar.
Bu müqəddəs duyğular “Azərbaycan”, “Göy göl”,
“Qəlbinə sığmadı”, “Ay ana, bu gün”, “Bağ-baxçalı şəhərim”,
“Bulaq”, “Çiçək”, “Bədnuşun” və s. şerlərində tərənnüm
edilmişdir.
Şairənin “Qoca”, “Sonuncu zəng”, “Göy zəmilər
ləpələnir”, “O qız haqlıdır”, “Tarla qızı” kimi şerləri sovet
adamlarının zəhmətsevərliyini, iradəsini, əməyinin barını
tərənnüm edən lirik şerləridir.
“Sülh”, “Axtarışlar”, “İstəmirəm”, “O hələ də gözləyir”
şerlərində ana şairənin bugünkü xoş həyat üçün, planetimiz
üçün əsdiyini görürük. Bu şerlərdə şairənin bütün anaların
dilindən “Sülhü qoruyun!” arzusunu eşidirik.
Ana üçün dünyanın bütün övladları əzizdir. Bu hiss –
xalqlar dostluğu şairənin bir çox əsərlərindən parlaq işıq kimi
keçir. Onun “Moskva”, “Gəlin, a dostlar”, “Sayat Nova”,
“Gözlərin dolur” kimi şerləri fikrimizə misaldır.
Fəridənin “Yetişməyən məktublar” poeması ali
məktəbi bitirib təyinatını kəndə almış gənc mütəxəssislərin
həyatını, zəhmətə münasibətlərini əks edir. Poemanın süjeti
təbii və maraqlıdır. Obrazlardan Fərhadın, Mehribanın,
Əkbərin münasibətləri oxucunu düşündürür.
Fəridə öz qələmini dram sahəsində də sınamışdır. Onun
şairə Natəvanın həyatından bəhs edən “Xan qızı” mənzum
61
dramı C. Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrında
tamaşaya qoyulmuşdur.
Fəridə otuz ildən artıqdır ki, Azərbaycan Yazıçılar
İttifaqının Kirovabad şöbəsinə rəhbərlik edir. Burada
keçirilən şer günlərinə ətraf rayonlarından da şer həvəskarları
gəlirlər. Bu gün şöhrəti respublikada və ondan çox-çox
uzaqlarda eşidilən neçə-neçə şair və yazıçılarımız bu sənət
ocağının ulduzlarıdır.
Fəridənin “Arzular”, “Qayğı”, “Yasəmən”, “Gəncəli
qız”, “Sərv ağacı” və Moskvanın “Sovetski pisatel” nəşriyyatı
tərəfindən buraxılmış kitabları göstərir ki, şairənin ürəyi
doludur, o, bundan sonra da yeni əsərləri ilə öz oxucularını
sevindirəcəkdir.
Novuz Gəncəli .
__________________________________________________
1.Novuz Gəncəli “Sevindirəcəkdir” - “Ədəbiyyat və
İncəsənət” qəzeti 07 sentyabr 1984-cü il, №36 (2119)
sayında, səh 7.
62
Həyatdan şerə
Fəridə Əlyarbəyli.
“Dünyaya insan gəlir”, “Yazıçı”, 1987.
Torpaqdan təkan alıb boya-başa çatan qadında iki ana
hissi – ana torpaqdan əxz etdiyi analıq hissi və bir də təbiətin
ona bəxş etdiyi birbaşa analıq duyğusudur ki, əgər bunlara
təbiət şer, sənət həvəsi də əlavə edərsə, o qadın təbiətin
nuruna, təbiətin cövhərinə çevrilir. Deməli, o, təbiətin
xüsusiyyətlərini özündə cəmləşdirə bilir və ona öz əlavələrini
də gətirir. Belə ki, təbiətə baxıb zövq aldığın kimi, eşitdiyin
şerdən, qulaq asdığın musiqidən, gördüyün tablodan da eləcə
də, bəlkə də daha çox zövq alırsan. Bu sənət əsərləri fərqli
olaraq səni bir daha düşündürür, özündən asılı olmayaraq
sənətin, sənətkarın yaratdığı başqa bir aləmə aparır:
Doğmasan, əzizsən, a sərv ağacı,
Uşaqlıq illərim budaqlarında.
Mənim qardaş payım, başımın tacı,
Gəncliyim yamyaşıl saçaqlarında.
Göründüyü kimi, “Yenə sərv ağacı” şerində şair Fəridə
Əlyarbəyli ötənləri bu günlə qovuşdurur. Sərv ağacının elə
tərəfdən tablosunu çəkir ki, sən ona baxmaya bilmirsən. Şairin
uşaqlığı, gəncliyi sərv ağacı kimi yaşıl baharı xatırladır. Onu
bir an indisindən ayırıb ötmüşlərə aparır. Xəyalən özünü belə
gümrah, zərif sərv ağacı ilə birlikdə gələcəkdə görür. Bəli, adi
bir ağac şairin əhvalına nikbin ruh gətirir, onun şerlərinin
predmetinə çevrilir.
Ümumiyyətlə, Fəridə Əlyarbəyli gördüyünü gözələ
çevirən, dərk etdiyinə həyat eşqi verən, onun hisslərinə
toxunanı şair qəlbi ilə vəsf edən sənətkardır. Fəridə xanımın
şerlərini oxuyanda bir qadın, bir ana qəlbinin döyüntüsünü
eşidirsən misralarında. Bir də görürsən ki, şair narahatdır.
Dedi-qoduların evinə yol açacağından qorxur, gəlin-qayınana
63
münasibəti onu həyəcanlandırır. Bu həyəcanlardır ki, şair-ana-
qayınananı dilə gətirir və gəlininə müraciətlə deyir:
Xətrinəmi dəydim, incidin məndən,
Uşaqlıq çağları yetər, gəlinim!
Çətin yoxuşları aşa bilmirəm,
Bəzən kükrəyirəm, daşa bilmirəm.
Bəlkə də dolmuşam yaşa, bilmirəm,
Hərdən boğur məni qəhər, gəlinim.
Bu səmimiyyətdən doğan müqəddəs etirafı hiss etməyə
bilmirsən. Öz övladı kimi sevdiyi gəlninin gələcək
qəbahətlərdən qoruyan qayınana söz-söhbətin sonu pis nəticə
verəcəyindən elə bil vahimələnir. Bir böyük kimi gəlininə
öyüd-nəsihət verməkdən çəkinmir və bunu hardasa vacib sayır.
Bütün bunlar poeziyanın dili ilə bir daha böyük təsir qüvvəsinə
malik olur, həyatın keşməkeşli yollarına işıq saçır:
“Qayınana” adımı qorxudur səni?
Sarsıdır, incidir xəyallar məni.
Dedi-qodulardan gözlə qəlbini,
Böyüklük-kiciklik itər, gəlinim.
Şair “Gəlinim” şerini o qədər səmimi, o qədər
həssaslıqla qələmə almışdır ki, onu elə bil başqa cür qurmaq,
başqa tərzdə demək olmazdı. Elə bil şerin bir sözünə dəysən,
fikirlər nizamını itirər, hürkmüş quşlar kimi pərən-pərən düşər.
Biz burada elə güclü səmimiyyətlə qarşılaşırıq ki, şerin
texnikasına fikir vermək yadımızdan çıxır. Onun nə qafiyəsini
axtarırıq, nə bölgüsünü. Bu şerin hörgüsü həzinlik gətirir
qəlbimizə, möhtəşəmlik gətirir fikrimizə. Yəqin ki, oxucu
bizlə razılaşar. Bəzən bir şer bir məqalənin və ya bir geniş
söhbətin mövzusu ola bilir. Fikrimizcə, “Gəlinim” şeri bu
qəbildən olan poeziya nümunəsidir.
Müharibə elə bir sənətkar olmadı ki, onun sənətində
ildırım kimi gurlamasın, şimşək kimi çaxmasın. Müharibə elə
bir dəhşət idi ki, bu dəhşətin səsindən qulaq batırdı. O, elə
64
amansız idi ki, onun ağırlığı altında insanlar dəyirmanın
gözünə düşmüş buğda kimi əzilirdi. Ön cəbhədə həlak
olanların halına arxa cəbhədə elə-beləcə mənən ölənlər göz
yaşları tökürdü. O illərdə tökülən göz yaşlarını şair obrazlı
şəkildə belə ifadə edir:
Onlarçün tökdüyüm göz yaşlarında
Bütün Almaniyanı batırmaq olar.
Bəli, şair o illərin nisgilini yaşamış, o illərin dərdini
özünəməxsus bir şəkildə “Səni gözləyirəm” şerində yuxarıda
göstərdiyimiz kimi ifadə etmişdir.
Ümumiyyətlə, müharibədən bəhs edən “Üçgünc
məktublar”, “Qara kağız” sızıltılı bir ürəyin kağızlar
üzərindəki təzahürüdür.
Müharibə elləri, obaları kor qoydu, müharibə bir də
insanlara həyata açıq gözlə baxmağı öyrətdi. İbrət dərsinisə
adamlar bədii əsərlərdən, oxuduqları müharibə ilə bağlı
əhvalatlardan götürdü. Müharibə əleyhinə yazılmış şerlər,
bədii nümunələr içərisində Fəridə xanımın da öz dəsti-xətti
var.
“Dünyaya insan gəlir” kitabında toplanmış şerlərdəki
mövzu rəngarəngliyi, həmin mövzuya şerin dililə biçilib
geydirilmiş don cəlbedicidir, oxucunun diqqətindən yayına
bilməyən əlamətlərə məxsusdur. “Dünyaya insan gəlir”,
“Söz”, “Yazıq”, “Evi olmadı”, “Qorxuram yaman” kimi şerlər
rəvanlığı, sənətkarlıq baxımından deyilmiş tərzi bizə özləri
haqqında fikir yürütməyə imkan verir.
“Dünyaya insan gəlir” toplusunun bir də “Özü yıxılan
ağlamaz” poeması var ki, həyatda anlaşılmazlıqlarla
qarşılaşan, onun ağrısı-acısı ilə üzləşən Xatirə obrazı vasitəsilə
müəllif insan ürəyinin dərin qatlarına baş vurur, həyatın
neqativ cəhətlərini araşdırır və ömrünü eyş-işrət içərisində
keçirmiş, başqalarına həmişə yük olmuş Yavərin simasını,
xarakterini açır.
65
Yavər elmlər doktoru dərəcəsinə qədər yüksələn, lakin
insan kimi çoxlarının sevincini qamarlayıb əlindən alan bir
şəxsdir. O, Xatirə kimi, Lalə kimi qadınların taleyi ilə oynayır.
Xatirə həyatda öz yolunu sonradan tapsa da müqəddəratını
yaxşı adamların – xalasının, iş yoldaşlarının əli ilə həll etsə də,
Lalə həyatda mübarizə apara bilmir, məhv olur.
Yavər kimi adamlar necə böyük mövqe tutsalar da,
həyatın kəm-kəsiri kimi hardasa, kiminsə əl-ayağına dolaşan
maneədirlər.
“Dünyaya insan gəlir” kitabını vərəqləyirsən.
Gözlərin qarşısında həyatın müxtəlif tərəflərini, rəngarəng
mənzərəsini görürsən. Bu rəngarəngliyin içərisində, əlbəttə,
solğun görünən yazılar da az deyil. “Maral göl”, “Payız”, “Gör
nə gözəldir” şerləri fikirdə müəyyən lövhələr cızsa da,
deyilənlərdən uzağa gedə bilmir. Deyilmişlərin təkrarı olaraq
qalır. Göstərdiyimiz şerlərin siyahısını artırmaqda olar. Lakin
bu şerlər axar çayın içərisində gedən xırda daş-kəsəyi
xatırladır. Ümumiyyətlə, Fəridə Əlyarbəylinin “Dünyaya insan
gəlir” kitabı bügünkü poeziyamızın içərisində
özünəməxsusluğu ilə seçilir, diqqəti cəlb edir.
Kəmalə Nemət
__________________________________________________
1.Kəmalə Nemət “Həyatdan şerə” - “Ədəbiyyat və
İncəsənət” qəzeti, 24 iyun 1988-ci il, №26 (2317) sayında,
səh 6.
66
... Bir də Sarı gül
Sənət adamları
Son qərinədə Şimali Azərbaycanın “Ağ gül, Qırmızı
gül, bir də Sarı gül” kimi üç şairəsinin – Mirvarid Dilbazinin,
Nigar Rəfibəylinin və Fəridə Əlyarbəylinin adları yanaşı
çəkilir. Bu üç “güldən” ikisinin şöhrət ərazisi daha genişdir.
Kitabları doğma vətəndə və xaricdə dönə-dönə çap olunub.
“Xalq şairi” tituluna, yüksək orden və medallara layiq
görülüblər. Hər üçü əyalətdəndir. İkisi paytaxta – Bakıya
vaxtında qanad açdılar. Bişmiş bişirənlə yemək gözləyənin
qisməti eyni ola bilməz. Şöhrət adlı qənimət bölüşdürüləndə
yaxındakılara daha çox çatır.
Doğma ocağa sadiqlik! Fəridə xanımın geriliyi və
üstünlüyü, itirdiyi və tapdığı nemət budur. Şübhəsiz “Ağ gül
ilə, Qırmızı gülün” ağrı-acısız ömürləri olmayıb. Ancaq
sayılmaq, qiymətləndirilmək onların ağrısını ovundurub.
Gözdən, könüldən uzaq olan, şöhrət qıtlığını üzə vurmayan
Fəridə xanımın səsində, baxışında təbii inciklik çaları
artmaqdadır. Ədəbi qismətdə fərqlərə baxmayaraq, bu üç
“gülün” özləri kimi sənətləri də, yaşları da, talelələri də
rəfiqədirlər.
Saymazlıq hansı kişini incitməz, o ki, qala incə təbiətli
qadın ola... Özü də mədəniyyətimizin, ədəbiyyatımızın
cəfasını çəkən qadın ola... Fəridə xanıma bəslənilən saymazlıq
qəlbimin dərinliyində həmişə bir ağrı yaşatmışdır. Bir gün bu
ağrı qəti addıma çevrildi. Doqquz il bundan əvvəl – 8 iyun
1984-cü ildə qələmimi götürüb Gəncə şəhər partiya
komitəsinə aşağıdakı məktubu yazdım: “... Şəhər partiya
komitəsinə yazılan bu məktub bir yazıçı narahatlığının
ifadəsidir. Mənim sözüm tanınmış Azərbaycan şairəsi,
humanist sənətkar, doğma Gəncəmizin nəğməkarı Fəridə
xanım Əlyarbəyli haqqındadır.
67
Yazılarında Vətəni, əmin-amanlığı, insani hissləri
tərənnüm edən şairənin imzası ədəbi ictimaiyyətimizə yaxşı
tanışdır. Qayğıkeş ana, fəal ictimaiyyətçi, lirik hisslər şairəsi
olan Fəridə xanımın indiyədək səkkiz kitabı oxuculara
çatdırılmışdır. Moskva nəşriyyatları onun iki kitabını nəşr
etmişdir. Fəridə xanım 30 ilə yaxındır ki, Azərbaycan
Yazıçılar İttifaqı Gəncə zona şöbəsinin rəhbəridir. Əsərləri
rus, gürcü, ukrayna, türkmən, özbək və başqa xalqların
dillərinə tərcümə olunmuşdur. Şəhər ədəbi mühitinin boy
artımında onun əməyi təqdirəlayiqdir.
Fəridə xanım indi yaradıcılığının kamil dövründədir.
Bu günlərdə onun 60 yaşı tamam olacaqdır. Mən bu şərəfli
yubiley yaşının şəhər ictimaiyyəti tərəfindən bayram
edilməsini arzu edərdim. Keçdiyi mənalı həyat yoluna,
sanballı yaradıcılığına görə o, buna layiqdir”.
Qəribə hisslər keçirirdim. Görəsən, xoş niyyətlə
yazılmış bu məktubdan sonra nələr olacaq? Necə yəni nələr
olacaq? Unudulma varsa, yada düşəçək. İnsafsızlıq varsa,
rəhmə gəlinəcək. Əlbəttə, bu müraciətdən sonra sözüm mütləq
tutulacaqdır.
Təəssüf ki, belə olmadı. Təəssüf ki, təklifim müdafiə
edilmədi. İsti qurşaqda yaşayanlarda bu cür soyuqqanlılıq
təəccüb doğurur. Bir yubiley gecəsi nə böyük şey idi ki, onu
Fəridə xanıma həsr etmədilər?! Bir təntənəli sevinc nə böyük
şey idi ki, onu Fəridə xanıma qıymadılar?! Yəni bunun üçün
də böyük ürək lazım imiş?
Sən demə, hə. Nəinki şəhərə rəhbərlik edən təşkilat
tərəfindən müdafiə edilmədim, hətta bir para qələm
yoldaşlarımın tənəli sözlərini, atmacalarını da sinirməli
oldum.
Nədəndirsə, biz son zamanlara qədər sənətdən geninə-
boluna danışmışıq, sənətkar taleyi, şəxsiyyəti haqqında isə
nadir halda, özü də xəsisliklə söz salmışıq. Halbuki yaxşı
bilirik ki, bədii məhsul mütləq və mütləq müəllifin
68
şəxsiyyətindən, xarakterindən, taleyindən rişələnir. Hamının
gördüyünü, hamının deyə bilmədiyi kimi demək ustalığı,
möcüzəsi Allahın verdiyi paydır.
F. Əlyarbəyli dramaturgiya sahəsində də qələmini
sınayır. İndiyədək onun iki pyesi – “Xan qızı” və “Qonşular”
Gəncə teatrında tamaşaya qoyulmuşdur. Əlavə bir televiziya
pyesinin də seyricisi olmuşuq. Bununla belə, Fəridə xanım
birinci növbədə şairdir. Yarım əsrdir ki, onun qələmi
özünəməxsus üslubda və səviyyədə poeziya aləminə xidmət
göstərir.
Mənə bu yazını yazdıran hiss şairənin sənətini
incələmək ehtiyacından doğmayıb. Xeyr, xeyr. Əgər belə
olsaydı, ilkin olaraq müəllifin “Ona xanım dedilər” şerinə
müraciət edər, Fəridə xanımın ustad bir sənətci olduğunu
asanlıqla sübut edərdim. Şerdə qulluqculuq edən, lakin oğlunu
oxudan, vəzifəyə çatdıran bu fədakarlığın qarşısında nankor
övlad tərəfindən unudulan bir ananın faciəsindən bəhs olunur.
Şer başlayan kimi oxucunu əfsunlayar:
Çiynində ağır dərdi,
O gəzdi qapı-qapı.
Donun bomboz idi
Ağ sapı, qara sapı.
Qara günün işinə bax...
Qara gün ağ sapı ağlığından, qara sapı qaralığından
endirib eyniləşdirir – bozlaşdırır. Bu halı ancaq qadın şairə (o
da hamısı yox) müşahidə edib şerə çevirə bilərdi. Bu tapıntı
Fəridə xanımın qismətindəymiş. Yazı ibrətli bir sonluqla bitir.
Qəzetlər də hər yandan
Vəzifəli oğluna
Başsağlığı verdilər
Ona “xanım” dedilər.
69
Bəli, ölüm də vəfasız oğulla köməkləşib vəfatından
sonra anaya “xoşbəxtlik” bəxş elədilər, onu “xanımlıq”
taxtına çıxartdılar.
Və mən istəsəm, Fəridə xanımın bir sıra əsərlərinin
təhlil sınağına çəkər, onların ortabab şerləri olduğunu çox
asanlıqla sübut edərdim. Axı, dedim ki, mən bu məqsəddən
uzağam. Məni çəkən onun şerə çəkə bilmədiyi haqlı-haqsız,
uğurlu-uğursuz, acılı-şirinli anlarıdır. Heç bilmirəm, sənət
müəllimim başladığım bu dəmətə yaxın duracaqmı? Axı,
bəzən həqiqət carçıları da həqiqətdən üz çevirirlər.
Fəridə Əlyarbəyli yazıçı-dramaturq Altay
Məmmədovla birlikdə 30 ildən yuxarı Azərbaycan Yazıçılar
Birliyinin Gəncəbasar şöbəsinə rəhbərlik edib. İnsaf naminə
etiraf etməliyik ki, bu qoşa rəhbərlikdə A. Məmmədovun
xidməti daha çox rəmzi xarakter daşıyıbdır. Şöbənin
qaragünlüyü, dərdi-səri, məhəlli tədbirləri əsasən Fəridə
xanımın üzərinə düşübdür. O, potensial imkanları ilə, özünün
güclü və zəif cəhətləri ilə şəhərimizin ədəbi-mədəni həyatına
bacardığı köməyi əsirgəməyibdır.
Mümkün olan işdir ki, bu gün yetirmələrindən biri-ikisi
ustaddan daha qələmli olsun. (Belə olmasaydı, Fəridə xanım
necə öyünə bilərdi?). Hər halda bir qənaətə şübhə olmamalıdır
ki, o, biz nəslin ədəbi anasıdır. Mən görüşlərin birində
deyilənlərə öz əlavəmi etmişdim: “rus yazıçıları Qoqolun
“Şinel”indən Azərbaycan yazıçıları Cəlil
Məmmədquluzadənin “Poçt qutusu”ndan, Gəncə yazıçıları
isə Fəridə xanımın “redükülündən” (əl çantasından) çıxıb”.
Bu yarızarafat qiymətin ciddi tərəfi daha böyükdür.
Müəllim tələbini həmişə özünə borc hesab edirsə,
deməli, ustadın tərbiyəsində zadə var. Mənəviyyatı bütöv
olmayan müəllim haqsevər şagird yetişdirə bilməz. Şükürlər
olsun ki, Fəridə xanımın vicdanı, əxlaqı belə qüsurlar tanımır.
O, üzgörənlikdən, siyasətbazlıqdan çox-çox uzaq adamdır.
Sadəlövhlüyünə, səmimiyyətinə daha çox inanır. Nəyi qəbul
70
edirsə, onu da mövqe seçir. Mövqeyində yanlışlıq olar,
riyakarlıq yox.
Dramaturqluq həvəsinə düşən yerli müəlliflər doğma
şəhərin doğma teatrına əsər bəyəndirənə kimi, nələr
çəkdiklərini mən yaxşı bilirəm. Fəridə xanımın ilk pyesi olan
“Xan qızı”nın da başında çox qovğalar olub. Əsər neçənci dəfə
isə bədii şurada oxunurdu. Şura üzvləri pyesi əsasən müdafiə
etsələr də, həlledici sima olan baş rejissor barışmaz əleyhdar
kimi çıxış edirdi. Sonuncu mane kimi məni qabağa itələdilər.
(Onda mən ədəbi hissə müdiri işləməklə baş rejissorun
müavini hesab edilirdim. Hər halda Y. Bağırov bu vəzifəni
belə şərh edirdi). Təhrikə uymadım. Əksinə, əsəri müdafiə
etdim. Elə bu “xəyanətə” görə də qurban getməli oldum.
Hərləyib-fırlayıb məni işdən azad etdilər. Təsəlli verən bircə o
idi ki, “Xan qızı” qəbul olundu və Gəncə teatrında tamaşaya
qoyuldu.
İllər keçəndən sonra çətinliyin dar köynəyini mən
geyindim. Arxalı, vəzifəli, milyonçu bir adamdan felyeton
yazmışdım. Güclü əks hücuma məruz qalmışdım. Haqqı
demək, yazmaq hələ qələbə deyil. Haqq müdafiə olunduqda
qələbə çalınır. Mənim müdafiəyə ehtiyacım vardı. İnandığım,
ürək qızdırdığım bir neçə adama ağız açdım. Bir şey alınmadı.
Fəridə xanımın məktubu alanda elə bil ki, çiyinlərimdən dağ
yükü götürüldü. Məktub müəllifi mənimlə həmrəyliyini
mərdanəliklə bildirirdi.
Bu hərəkət qarşılıqlı xidmət və ya borcqaytarma
olsaydı, şübhəsiz, mən bu sətirləri qələmə almazdım. Fəridə
xanım bir vətəndaş ziyalı kimi, sadəcə haqqı, ədaləti müdafiə
edirdi. Başqa cür olsaydı, onun təmənnasız, məqsədsiz
qərarına kölgə düşərdi.
Stalinin ölümündən sonra imperiyaya rəhbərlik edən
tiranlar qəribə mövqe seçdilər: onlar memarı lənətləyir,
tikdirdiyi evə isə bəzək vurmaqdan yorulmurdular. Onlar baş
tiranın özünü söyür, idarəçilik qaydalarından isə əl çəkə
71
bilmirdilər. Baş verəcək zəlzələni birinci – dağıdıcı
gəmiricilər, intibahları isə yaradıcı ziyalılar hiss edirlər. Bunu
bildiyindən Stalin bütün sənətkarları partiyalılıq deyilən
yeganə bir çətirin altına toplamışdı. Müxtəlif janr sahiblərinə
müxtəlif adlı, eyni mahiyyətli “ittifaqlar” bağışlamışdı. Bu
yaxınlara qədər bu “ittifaqların” işi iclaslar keçirmək,
kommunizmin səmt küləyinə qarşı duranları müşavirə, plenum
və qurultay dəyirmanlarında üyütməkdən ibarət idi.
Qəliblər nə qədər süni, hökmlər nə qədər zorakı olsa
da, həqiqət cücərməyə özünə yer tapırdı. Blokların,
Müşfiqlərin, Cavidlərin asan məhvi dövrü keçmişdi. Real
həyat, təbii sənət – üslub və dünyagörüş rəngarəngliyi
istəyirdi. “Bir nəğmə oxuyur milyon ağız” deyən qəliblər
yavaş-yavaş çat verirdi. 17-nin, 37-nin etirazları başqa şəraitdə
başqa cür təzahür edirdi. Qırmızı səltənətin srağa gün Boris
Pasternakla, Rəsul Rza ilə, Kəmsavadla güləşməyə imkanı
vardısa, dünən Aleksandr Soljenitsına, İsa Hüseynova, Cingiz
Aytmatova, Sabir Əhmədliyə, Anara, Yusif Səmədoğluya,
Yevgeni Yevtuşenkoya, Bəxtiyar Vahabzadəyə, Oljas
Süleymanova, Xəlil Rzaya, Vaqif Səmədoğluya, Ramiz
Rövşənə və bir də bizim Nizami Aydına gücü çatmadı. Bu gün
isə bambaşqadır. Bu gün Qərib Mehdi də anası mələr qalmış
imperiyanın dağılmış qalasını daşa basır.
Tək-tək adamların qüdrətli etirazı yekdillik simvolu
olan, milyon ağıza bir mahnı oxutduran yararsız yaradıcı
təşkilatların özülünü laxlatdı. Bu təkandan, silkələnmədən yeni
yaradıcılıq təşkilatları, klubları, cərəyanları meydana çıxmağa
başladı. Moskvada tufan, Bakıda dalğa kimi qarşılanan bu hal
ədəbi ucqar olan Gəncədə heç ləpə kimi də qəbul olunmurdu.
13 il bundan əvvəl sənətin Stalin üslubuna vurulan
çırtmalardan biri də Alimlər evi nəzdində yaradılan yeni
nəfəsli “İlham” ədəbi birliyi idi. Yeni doğuş şəhərin süst
mühitinə canlanma əmələ gətirdi. Üslub üçün, dəst-xətt üçün,
düşüncə tərzi üçün, ümumiyyətlə, rəqabət üçün şərait yarandı.
72
Belə canlanma bir mənalı qəbul olunmadı. Bu nə idi?
“İlham”ın doğuşuna (indi o müstəqil ədəbi klubdur) ehtiyac
vardımı? Yoxsa bu addım “müqəddəs və sarsılmaz” ideya
yekdilliyini parçalamaq cəhdindən irəli gəlirdi? Bu əndişəli
fikir hətta Fəridə xanımı da çaşdırmışdır. O, ilk aylar
“İlham”la açıq-aşkar barışa bilmir, bizim hər addımımıza
(birliyə mən rəhbərlik edirdim) qıcıqla cavab verirdi. Başqaları
da boş dayanmırdılar. “İlham”ın hər yeni səhifəsini qırmızı
qələmlə çimizdirib “qanlı köynəyini” yuxarı təşkilatlara
göndərirdilər. Göndərirdilər ki, yolunu “sapmış” bir ədəbi
birliyin yolunu kəssinlər. Halbuki faydasız yekdilliyin faydalı
parçalanmaya – fərqli üslublara, fərqli dünyagörüşlərinə, fərqli
cərəyanlara bölünməsi zərurətdən doğurdu. “İlham” bu
prosesin elementlərini özündə ehtiva edirdi. Bax, bu başa
düşülmürdü. (heç indi də başa düşülmür).
Müasir Gəncə ədəbi mühitinin mükəmməl məktəbə
çevrilə bilməsinin obyektiv və subyektiv səbəbləri çoxdur. Bu
şəhərdə təbiətin yaratdığı şərait cəmiyyətin yaratdığı şəraiti
həmişə üstələyir. Ona görə də ağacları adamlarından uca
görünür. Hə Altay Məmmədovun nüfuzu, nə də Məmməd
Alimin (indiki rəhbər) təşkilatçılığı istənilən bəhrəni vermədi.
Totalitar quruluşların sirli qıfılları əyalətlərdə daha açılmaz
olur.
Son vaxtlar Fəridə xanım birdən-birə görmədiyimiz
dərəcədə fəallaşdı. O, qəribə bir inadkarlıqla böyük
imperiyanın şəhərimizdəki balaca sirli qıfılını açmağa girişdi.
Ona elə gəlirdi ki, ikihakimiyyətliliyə son qoysa, rəhbərliyə
qanuni şəkildə tam yiyələnsə, ədəbi mühitdə dönüş
yaradacaqdır. Sanki quruluşun toxuduğu toru unutmuşdu. O,
toru ki, istedadlar üçün mərkəz cazibəsi, vəzifə umsuğu, tamah
bataqlığı yaratmışdı.
Fəridə xanım yorulmadan müvafiq təşkilatlar
qarşısında məsələ qaldırır, var qüvvəsilə məqsədinə nail
olmağa çalışırdı. Nəhayət, yazıçılar birliyi yerli hakimiyyət
73
orqanları ilə “pıçıldaşdıqdan” sonra qarışıq məsələni nizama
salmağa qərar verdilər. Fəridə xanımın gözləmədiyi halda,
“kadr islahatı” onun tam məğlubiyyəti ilə nəticələndi. Onu
nəinki şəriksiz rəhbər qoydular, hətta şöbədə adi işçi kimi də
saxlamadılar. Ədəbi anamızın bu sərt yekunla üzləşməsi üçün
biz də öz köməkliyimizi əsirgəmədik. Fəridə xanım üçün bu
gözlənilməz hadisə, mənəvi zərbə idi. O, uzun müddət bu
sarsıntıdan özünə gələ bilmədi.
Fəridə xanımın işdən gedişindən sonra hansı
dəyişikliklər baş vermişdir? İlkin parıltıları, yubiley
tədbirlərini nəzərə almasaq, demək olar ki, heç nə. Mühitin
ədəbi qəzeti yoxdur (halbuki Masallıda “Qala” qəzeti çıxır),
jurnalı yoxdur (halbuki yazıçılar birliyinin Qazax zona
şöbəsinin “Sınıq körpü” adlı jurnal-almanaxı çıxır), ədəbi
mükafatı yoxdur (halbuki Şəmkir rayonunda respublika
miqyaslı “Qızıl sünbül” mükafatı təsis olunmuşdur). Kül
halında şəhər qələmçilərini respublika oxucularına təsadüfdən-
təsadüfə keçirilən münasibət tədbirləri (ya hər hansı gəncəli
klassikin yubileyi, ya da Gəncə günləri) tanıtdırır.
O üzüntülü günlərin birində Fəridə xanım məni
evlərinə dəvət etdi. “Kəhriz” adlı poema yazmışdı, dediyinə
görə oxuyub fikrimi öyrənmək istəyirdi. Mənə elə gəldi ki, bu
dəvətdə başqa bir mətləb də var. Açıq deməyi qadın qüruruna
sığışdırmırdı. Hiss elədim ki, incidilmiş, işdən kənarlaşdırılmış
müəllimimin təsəlliyə, ovunmağa ehtiyacı vardı. Birdən-ikiyə
o mənə belə üsul ilə yazı oxumamışdı. Düzü, bilərəkdən
görüşdən yayınır, günahkar adamlara məxsus hiss keçirirdim.
Dəvət təkrar olunanda başqa çıxış yolum qalmadı, getməli
oldum.
Çay içdik. “Kəhriz”i oxuduq. Müxtəlif mövzulu
söhbətlər etdik. Bunlar bəs etmədi. O, hələ də sözlü
görünürdü. Birdən mən ehtiyatsızlığa yol verdim, onun yaralı
yerinə toxundum:
- Fəridə xanım, yeni şəraitə - işsizlik şəraitinə
74
uyğunlaşa bilibsinizmi?
Dərhal sualımından peşiman oldum. O nədən danış-
malıydı? Sudan çıxarılmış balığın vəziyyətindənmi? Telefon
zənglərinin azalmasındanmı? Adamı nikbin saxlayan gurluğun
sakit dalana keçməsindənmi? Unudulma səhrasında
görünməzliyindənmi? Yanılmışdım. Deyəsən, ehtiyatsız
sualım onun ürəyindən xəbər vermişdi:
- Yaman narahatlıq keçirirəm, Qərib.
Əlindən müalicə gəlməyənlər təsəlliyə üstünlük
verirlər. Mən də o yolu seçdim:
- Qələm əhli üçün narahatlıq yaxşı əlamətdir, deməli,
məhsuldar işləyirsiniz.
Onun baxışının işığı yanıb-söndü, titrəkliyini gizlədən
səsi kövrəldi:
- Əksinə, işdən çıxandan sonra yaza bilmirəm.
- Niyə?
O, duruxdu. Sanki fikrini açmağa, bölüşməyə
qorxurdu. Açmasaydı da, rahatlıq tapmayacaqdı.
- Deməyə çətinlik çəkirəm. Axı, adam bir şeyə
meylini salanda, bağlananda ondan ayrılmaq olduqca çətin
olur. Bu hiss yaradıcı adamlarda daha güclüdür. Mən işdən
çıxarılmağımı, kabinetsizliyimi nəzərdə tutmuram. Sadəcə
(həm də mürəkkəbcə) yazı masamdan danışmaq istəyirəm.
Qorxuram başa düşülməyim. Axı, mən yazılarımı iş yerində
yazmağa adət etmişdim.. İndi o masadan ayrıldığım üçün
qələmim vərəqdən perikib, yaza bilmirəm. Bu boyda
mənzilimdə yazı yuvası qura bilmirəm. Kimə demək olar ki,
mənə nə iş, nə də kabinet lazımdır. Mənə ancaq o adət etdiyim,
dil tapdığım, bağlandığım yazı masası lazımdır. Desəm
gülərlər. Eybi yox, qoy qələmim ağlaya-ağlaya qalsın, təki
mənə gülməsinlər.
Açıq deyim ki, hamımıza doğma olan bu hiss məni
titrətdi. Və həmin andaca Fəridə xanım Əlyarbəyli haqqında
bir tale yazısı yazacağıma qərar verdim. Gec də olsa yazdım.
75
O adam, o qadın, o şairə haqqında yazdım ki, iyirminci əsrin
sonu Şimali Azərbaycanın sənət bağında üç “güldən” biri –
Sarı gül hesab olunur.
Qərib Mehdi.
__________________________________________________
1.Qərib Mehdi “... Bir də Sarı gül” - “Gəncənin səsi”
qəzeti, 13 may 1993-cü il, №29 (11.634) sayında, səh 1-3.
76
Kədərli qəlbin çırpıntıları
Gəncə ədəbi mühitinin ağbirçəyi Fəridə Əlyarbəyli
xeyli vaxtdır qəlbinin parasını, ömrünün yarım əsrdən artıq bir
dövrünü birgə keçirdiyi istedadlı alim, jurnalist, gözəl insan,
səmimi dost Kəramət müəllimi əbədiyyətə yola salmışdır. Bir-
birinə Səməndər sədaqəti bəsləyən bu cütlərin təklənməsi,
sözsüz, qəlbi poetik duyğularla döyünən şair kədərinin ecazkar
notlarına çevrilmişdir. Xeyli vaxt idi ki, qara libasa bürünmüş
Fəridə ananın qəlbinin döyüntülərini eşitmir, poetik misralarını
dinləmirdik. Bu günlərdə o, redaksiyaya gələrək bir dəstə şer
buketi təqdim etdi. Hər misrasında Kəramət müəllimə, Gəncə
mətbuatının ağsaqqalına ülvi məhəbbətin, sonsuz sədaqətin,
ecazkar etibarın kövrək nəğmələri, bir yanar ürəyin çırpıntıları
duyulurdu bu şer buketindən. Oxuduq şerləri. Ağbirçək
şairənin kövrək, həzin ürək çırpıntılarını dinlədik. Bu ağır itki
üçün onun kədərinə şərik olduq.
İstərdik ki, Fəridə xanımın kədərli qəlbinin çırpıntıları
hər zaman ülvi məhəbbətə, ömrün mənasına çevirən möhtəşəm
sədaqət və etibara səslənsin. O kövrək hisslərlə yoğrulmuş
misralar hər zaman var olsun.
Füzuli Rüzigar.
__________________________________________________
1.Füzuli Rüzigar “Kədərli qəlbin çırpıntıları” - “Gəncənin
səsi” qəzeti, 28 oktyabr 1999-cu il, №23 (18.849) sayında,
səh 4.
77
Qələmin sağ olsun, Fəridə xanım ...
İtgi
(Əbədi anamız Fəridə xanım Əlyarbəyliyə təsəlli tərzində)
Tale yazısı, ömür yazısıdır bu... Sən demə isti iyul
günlərinin birində o evə ölüm gəlməliymiş. İkinizdən biri
əbədiyyətə qovuşmalıymış, ikinizdən biri yarını – yarısını
itirib tamlığını qurban verməliymiş. İkinizdən biri, bax beləcə,
qara gündə, qara geyimdə təklənməliymiş.
O müdhiş qonağın tezliklə gələcəyi ona əyanmış. Əyan
olmasaydı, belə səliqə ilə hazırlıq işi aparmazdı. Səndən
gizlicə bəyəndiyi şəkillərindən birini böyütdürmüşdü,
vəsiyyətini yazmışdı, baş daşına həkk olunacaq fəlsəfi
rübailərindən birini seçib ayırmışdı. Son qərar Sizə
məsləhətsiz qəbul olunmuşdu. Qonağı kim qarşılayacaqdı? O,
bunu Sizin müzakirənizə buraxa bilməzdi. Siz bilsəydiniz,
nəticə başqa şəkil alardı. Ona görə də Ölüm adlı qonağı
qarşılamaq vəzifəsini Sizə məsləhətsiz, Sizdən xəbərsiz vəfalı
həyat yoldaşı Kəramət müəllim öz üzərinə götürmüşdü.
Beləliklə, isti iyul günlərinin birində ağlı-qaralı, acılı-şirinli,
sevincli-kədərli 60 illik gündaşlıq, ömürdaşlıq dayandı. Tale
Sizi də təklədi Fəridə xanım...
İki qələm sahibinin bir evə düşməsi Azərbaycan ədəbi
mühidində kütləvi hal sayılmır. Ancaq belə ailə - kiçik
yaradıcılıq kollektivləri var. Bakı Rəsul Rza-Nigar Rəfibəyli,
xəyali Təbriz Balaş Azəroğlu-Mədinə Gülgün cütlüyü ilə
həmişə diqqət çəkib. Gəncədə isə Kəramət Tağıyev-Fəridə
Əlyarbəyli birliyi həmişə oxucu marağının sayılan səfində
olmuşdur. Müşahidələr təsdiqləyir ki, bu cür ailələrin
“xasiyyətnaməsi” çətinlik və mətinlikdən təşəkkül tapıb
nümunə kimi formalaşır. Belə ailələrin özülü qarşılıqlı qayğı
və qarşılıqlı istəkdirsə, zirvəsi qarşılıqlı dözümdür.
Fəridə xanım Sizə müraciət edərkən Sizin bildiklərinizi
Sizə xatırlatmaq iddiasında deyiləm. Sadəcə, mən öz
78
güzgümdə Kəramət müəllimin necə əks olunduğunu
göstərmək istəyirəm. Çox halda biz adamları olduğu kimi yox,
uydurduğumuz kimi təqdim edirik. Mənim fikirlərim nəinki
başqalarının fikirləri ilə o cümlədən müəyyən məqamlarda
hətta Sizin mövqeyinizlə də üst-üstə düşməyə bilər. Gəncənin
elm, mətbuat və ideologiya aləmində Kəramət müəllimin özəl
yeri var. Öz qələmi və öz sözü, öz səngəri və öz atəşi olanları
həmişə alqışlamayıblar. Kəramət müəllim kölgəsində kölə
yetişən bütlərlə mücadilə edib. Belə mübarizələr çox vaxt eyni
etalonla qəbul edilmirlər. Məhz bu səbəbdən Kəramət
müəllimin şəxsiyyətinə və yaradıcılığına düzgün, obyektiv işıq
salmaq vacibdir.
Bir az aşağıda deyəcəyim titul ona rəsmən verilməyib,
ancaq verilsəydi, ədalətli olardı. Şəhər mətbuatının son 50 illik
tarixinə diqqətlə nəzər yetirdikdə orada ya Kəramət müəllimin
özünü, ya da izini görürsən. Mətbuatımızın inkişafında onun
nə qədər gözəgəlimli xidmətləri varmış. Həm Gəncə vilayətini,
həm də şəhərin özünü əhatə eləyən ərazilərə məxsus 5-6
qəzetin (“Gəncə bolşeviki”, “Mübariz”, “Kirovabad
kommunisti” və s.) ya təşkilatçısı, ya ilk naşiri, ya da növbəti
redaktoru olmuşdur. Bir baş yazar kimi o qəzetlərdə Kəramət
müəllimin o dövrün həyatını əks etdirən, bu günkü tarix üçün
qiymətli məxəz sayılan saysız-hesabsız yazıları dərc
olunmuşdur. Onun rəhbərlik etdiyi qəzetlər yerli ədəbi mühitə
münbit şərait yaratmaqla bərabər, gənc jurnalist kadrların
yetişdirilməsi işində də gərəkli rol oynayırdı. Məhz bu
xidmətlərinə görə Kəramət Hidayət oğlu Tağıyevi son yarım
əsrlik Gəncə mətbuatının patriarxı – atası adlandırmaq ədalətli
olardı. Uzun illərin keçməsinə baxmayaraq, patriarxın kadr
baxçası hələ uralanmayıb. Ustadının əməyini və sənətini
itirməyən “Gəncənin səsi” şəhər qəzetinə uzun illərdən bəri
baş redaktorluq edən Sabir Hacıyevi yada salmaq məncə
kifayətdir.
79
Kəramət Tağıyev ideyaca biryönlü (mənbəni qərb
solçularından götürən, biçimlənib sovet modelinə
uyğunlaşdırılan ideya) qəzetlərin redaktoru işləyib. Öz
dövrünün aparıcı ideyasına şəksiz inanıb və onun çiçəklənməsi
üçün əlindən gələni əsirgəməyib. O, peşəsinin çətinliklərinə
qatlanıb, əzabından həzz alıb, uğurundan qanad açıb, redaktor
adından qürur hissi duyub. Öz təmizliyi və başqalarına
nümunəvi davranışı ilə redaksiyanı çörək ağacından çox-çox
uzaq olan bir məsləkə - məbədə çevirib. Çoxlarımız kimi
patriarx da imperiyanı vahid siyasi birlik kimi qəbul edib.
Yuxarının niyyətinin nə olduğundan asılı olmayaraq özü
aşağıda əməkçi insana, ədalətə qulluq göstərməyə çalışıb.
Onun fəaliyyəti bu cür təsir oyatmasaydı, mən Qərib Mehdi
özümü yazıçı Maksim Qorkiyə, redaktor K. Tağıyevi naşir
Pyatnitskiyə bənzədib məktublar döşəməzdim. Və bu
məktublarda yazılarımın, hekayələrimin orjinallığını
pozmayan vədlər almaq təmənnasında bulunmazdım.
İki gözəlliyin bir yerə düşməsi çətin məsələdir. Çirkin
qadınlar gözəllərdən daha ağıllı görünürlər. Korların yaddaşına
söz ola bilməz. Çoxdanışanlar qələm işində ya tənbəl, ya
keyfiyyətsiz məhsula malik olurlar. Tale nadir halda... Bəli, o
nadirliyin birisi də Kəramət müəllimin bəxtinə düşmüşdü. Tale
onu üç yüksək keyfiyyətlə mükafatlandırmışdı. O, dərin
biliyə, iti qələmə və gözəl natiqliyə malik bir istedad sahibi
idi.
Fəridə xanım, o günləri xatırlamamış deyilsiniz. Siz
sözün sərbəst sahəsində poeziya ilə məşğul idiniz.
Jurnalistikanın materialı sözdən ibarət olsa da, o planlı
təsərrüfatdır. Jurnalistika gündəlik və həm də çevik söz
oyunudur. 50-ci illərdə Kəramət müəllim gəncliyə məxsus çay
kimi coşub-çağlayırdı. O da Sizin kimi insandan əvvəl yaranan
sözlə ünsiyətdə idi. Sözün qüdrətilə yaxşılara qol-qanad verir,
tüstülü sobaya bənzəyən yamanların hisli-paslı borularını – iç
dünyalarını sözün qüdrətilə silib təmizləyirdi. Deyirlər, yaxşı
80
jurnalist həm də bütün vəzifələrin yaxşı icraçısıdır. Günlərin
birində Kəramət müəllimi partiyanın məsləhətilə sevdiyi
sözdən ayırıb ideoloji işin başqa sahəsinə irəli çəkdilər. Şəhər
partiya komitəsinin ikinci katibi olmaqla o, ideoloji işə
başçılıq etməyə başladı. Əslində kadrı düz seçmişdilər.
Kəramət müəllimin təşkilatçılıq qabiliyyəti, Təbliğat və
təşviqatçılıq məharəti və beynəlmiləlçilik ideyasına sədaqəti
bütün parametrləri ilə tutduğu vəzifəyə cavab verirdi. O
dövrdə millilik zirzəmidə, beynəlmiləlçilik isə onun üstündə
ucalan mərtəbələrdə bərqərar olmuşdu. Milliliyin iniltisi
içindən o yana çıxa bilmirdi. Ümid yalnız bir məqama qalırdı.
Gəncəlilər özünü gəncəli saymaqdan əlahiddə qürur, zövq
duyurlar. Bu qürur onları bölgəçiliyə, tayfaçılığa bağlamır.
Əksinə, ümummilli hissi “mən gəncəliyəm!” fəxriyyəsilə
ürəklərinə, beyinlərinə bir dərman, bir ehtiyac kimi
bələyirdilər. “Mən gəncəliyəm!” öyməsi Kəramət müəllimə
də doğma idi. Bu hissləri yaşayarkən sadiq beynəlmiləlçi bir
saatlığa da olsa dönüb milliləşirdi. Və həmin anlar millətinin
şərəfi xatirinə onun hər əzabına dözməyə, hər cür zərbəsini
almağa hazır idi. Çox kecmədi Kəramət müəllim milli
zəmində belə bir zərbə ilə “mükafatlandırıldı”.
Milli hissin təzahürü özünüdərkə şərait yaradır.
Azadlığa, müstəqilliyə gedən yol isə özünüdərkdən keçir.
Kecmiş SSRİ-də milli məhsulun yalnız formasına icazə
verilirdi. 17-nin və 37-nin qanlı dərslərini almış kölə xalqlar
rəqibsiz Kommunist Partiyasının yüz yerindən qıfılladığı milli
qalalara necə daxil oldular? Yolun biri gizli siyasi mücadilə
idi. Bizi çoxlarının ağlına gəlməyən açıq yol maraqlandırır.
Məncə, milli hissləri oyatmaq, yeri gələndə alovlandırmaq
missiyasını tarix qarşısında böyük idman öhdəsinə
götürmüşdü. Öz evində keçirilən oyunlar adda-budda milli
hissləri közərdirdi. Bu sahədə birinci qazdan ayıq olan Gümrü
(o vaxtkı Leninakan) erməniləri fərqləndilər. Gəncənin futbol
klubunu qəbul edəndə ermənilərin damarlarında bəslədiyi
81
türkə nifrət qanı coşdu. Futbolçularımız açıq meydanda
tamaşaçılar tərəfindən söyülüb-döyülüb, təhqir olundular. 11
oktyabr 1959-cu ildə ermənilərin “Şirak” komandası Gəncəyə
cavab görüşünə gəldi. Oyun şəhərin ermənilər yaşayan
hissəsində olan “Spartak” stadionunda keçirilirdi. Gəncəlilər
təhqirlərini yumaq, milli ləyaqətlərini göstərmək üçün çoxdan
bu günü gözləyirdilər. Həmin gün milli hissləri coşmuş
yüzlərlə gəncəli həm oyunculara, həm də stadion ərazisində
yaşayan ermənilərə yaxşı dərs verdilər.
Bəs Ermənistanda və Azərbaycandakı rəhbərlər idman
köynəyinə bükülmüş milli toqquşmalara necə reaksiya
verdilər? İnanmıram ki, türkə şapalaq vurmaq üstündə rəhbər
erməni tabeçiliyində olan erməniyə güldən ağır söz desin?!
Azərbaycanda isə şəhərin ideoloji rəhbəri Kəramət Hidayət
oğlunu təqsirləndirib ikinci katib vəzifəsindən kənarlaşdırdılar.
Beynəlmiləlçi kimi siyasi karyera qazanan millətçi kimi
səhnəni tərk etməli oldu. Bu cəzadan Kəramət müəllimin nə
qədər ağrı duyduğunu deyə bilmərəm. Ancaq bu günün
gözündən baxanda məmnunluq doğuran cəzadır.
Fəridə xanım, Gəncənin yetirdiyi seçilən yaradıcı
ziyalılardan biri sayılan Kəramət müəllimi çıxdaş eləmək o
qədər də asan iş deyildi. O yenidən sevimli peşəsinə - qəzetə
qayıtdı və yenidən diqqət mərkəzində dayandı. O, əsasən dini
mövzuda yazır, xurafatı qamçılayırdı. Zaman keçdikcə iş
sahəsi genişlənir, məhsul çoxalırdı. Kiçik felyetonçu və
hekayəçi kimi tanınan müəllif getdikcə povestlərə,
kinossenarilərə, səhnə əsərlərinə müraciət edirdi. Uğurlar
ekranlara çıxır, kitablar şəklində oxucularala görüşürdü. Və
gözlənilmədən, bədii yaradıcılığının çiçəkləndiyi bir dövrdə
Kəramət müəllim Məcnun Leylidən qaçan kimi, qurduğu,
yaratdığı, uzun illər rəhbərlik etdiyi mətbuatdan üz çevirdi.
Düz, birbaşa elmə sarı! Görəsən bu daxili təbəddülat nədən
belə kükrəmişdi? Şəxsən mən bilmirəm. Ancaq indiki
təhlilimə görə o, düz yol seçmiş, əslində daha ali məqama üz
82
tutmuş, yerlə göy arasında baş verən möcüzələrdən, onu rahat
buraxmayan mübahisələrdən baş açmaq üçün alim-filosof
olmaq ehtiyacı ilə barışmışdı. Çox keçmədi, o, yeni bir adla
titullarının sayını artırdı. Şəhərin ədəbi-elmi ictmaiyyəti
tanınmış yazıçı-jurnalisti, siyasi və ictimai xadimi həm də
dərəcəli alim-filosof kimi qəbul etdi.
İndi xatırlayacağım məsələ məni illərlə düşündürüb.
Kəramət müəllim satirik planda yazan bir qələm sahibi idi və
ifşa hədəfində din dayanırdı. Başqalarını deyə bilmərəm,
mənim bu məsələyə münasibətim birmənalı deyildi. Güman
edirdim ki, dinlə əsas savaş XIX əsrdə bitib. O, qələminin
səmtini dəyişmiş olsaydı, Azərbaycan ədəbiyyatına daha çox
xeyir vermiş olardı. Bu mövzuda hərdən söhbətlərimiz də
olurdu. O, mənə anlatmağa çalışırdı ki, o, dinlə yox, dinnən
bəhrələnən xurafatla vuruşur. Qəlbimin dərinliyində hiss
edirdim ki, ustad mənim başımı yozurdu. Yoluna şərik
olmadığım adamların peşəsinə hörmətim var. Şərik olsam da,
açıq-aşkar görürdüm ki, xurafatla vuruşmaq onun müdafiə
qalxanıdır. Əslində o, dinləri yaradan və istədiyi səmtə
yönəldənlərlə mübahisə edirdi. Bu, onun heç kimin təsir edə
bilməyəcəyi əqidəsi idi. Dinə birmənalı, güzəştsiz münasibətdə
Kəramət müəllim günümüzün, Gəncəmizin Asif atasıdır. Bu
mücadilənin sonu əvvəlcədən məlumdur. Nə olar, elə Allaha
məğlub olmaq, Şeytana qələbə çalmağa bərabərdir.
Fəridə xanım, iki qələm sahibinin bir yuva bağlamasına
fərqli ictimai-siyasi mənşəiniz mane ola bilməyib. Siz bir-
birinizi işğal etmək, təslim altında saxlamaq niyyətində
bulunmamısınız. Son günlər bu halı yumorla xatırlayıb
gülərdik. O mətin kommunist, Siz isə əks istiqamətində
dayanan bəy nəvəsi. Bir-birinizin mövqeyini tanımaq, hörmət
etmək bu isti, səmimi ailə ocağının əsas prinsipi olub. Bu
qarşılıqlı hörmətin sayəsində nə onun “yoldaş”ı ziyan
çəkməyib, nə Sizin əsilzadəliyinizə zadə düşməyib.
83
Doğma şəhərinin ədəbi-mədəni həyatında danılmaz
xidmətləri olan bir şəxsiyyətin yas mərasimində
səlahiyyətlərin soyuqluğunu duydum. Bu soyuq külək xeyli
vaxtdır ki, əsirdi. Kəramət müəllim artıq yaşa dolmuşdu.
Xidmətlərinin müqabilində indi o, umacağına haqlı idi. Lakin
yaşının nə 60-nı, nə 70-ni, nə də 75-ni yada salan olmadı.
Fəridə xanım, sözü keçənlər indi Kəramət müəllimin nəşini
yada salıb Sizə başsağlığı verməyə buyurublar. Qəlbimin
dərinliyində hiss edirəm ki, onları bu yerə itkinin ağrısı,
ağırlığı yox, sadəcə fakt gətirib.
Budur, tale Sizi də təklədi. Fəridə xanım... Bundan
sonra dərdlə baş-başa qaldınız. Ömür insana təhvil verilmək
şərtilə bağışlanır. Məhşər, faciə o vaxt olur ki, bu müddəti bir
iş görmədən təhvil verəsən. Sizə hansı durumlu sözlərlə təsəlli
verim. Faydasız cəhddir. Gedənin özü Sizə təsəlli üçün yaxşı
miras qoyub gedib. Kəramət müəllim öz xalqı, öz yurdu üçün
gördüyü faydalı işlər Sizin üçün ən dəyərli, ən etibarlı
təsəllidir. Başınız sağ olsun... Qələminiz, kağızınız sağ olsun,
Fəridə xanım. Siz ağlamaqla deyil, yazmaqla ovuna bilərsiniz.
Yalnız o halda Kəramət müəllimin ruhu Sizdən razı qalar.
Qərib Mehdi.
__________________________________________________
1.Qərib Mehdi “Qələmin sağ olsun, Fəridə xanım...” -
“Gəncənin səsi” qəzeti, 14 avqust 1999-cu il, №17 (18.843)
sayında, səh 3.
84
Qızılgül olmayaydı...
Fəridə Əlyarbəyli -80
Yeniyetməlik dövrümdən bu cütlüyü tanıyır və həmişə
onlara qibtə etmişəm: Fəridə Əlyarbəyli və Kəramət Tağızadə!
Bütün insani keyfiyyətləri ilə bir-birini tamamlayırdılar. Xarici
görkəmlərində də oxşarlıq çox idi, mənəvi aləmlərində də!..
Birincisi Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar şöbəsinin
məsul katibi, ikincisi o vaxtkı “Kirovabad kommunisti”
qəzetinin redaktoru idi.
Bu gün, altmışıncı illərin yazarlarının – şair, yazıçı,
dramaturq, jurnalistlərinin yetişməsində bu cütlüyün əməyini
heç kəs inkar edə bilməz. Gəncə əbədi mühitinin qoşa
dayaqları idilər. Yaşlı da, cavan da, yeniyetmə də inamla
gəlirdik onların yanına.
Bu gün mənəvi anamız Fəridə xanım özünün 80 illiyini
qeyd edir. Ömürlərinin nə az, nə də çox – düz 41 ilini birgə
qanad çaldıqları, həmişə ona qızıl gül bağışlayan yarı –
Kəramət yoxdur yanında. Ömür vəfasız çıxdı ona! Nə qəm!...
mənalı keçən bir-birindən unudulmaz 41 ilin hər gününün
yadigarı, qarşılıqlı məhəbbətin tərənnümü Kəramət şerləri
istəkli yarının tərtibatı və redaktəsi ilə bu yubileyə “Aylı
gecənin xatirəsi”ni pıçıldayır. Sanki deyir: “Fəridə, qırx bir
illik birgə əməyimizin yadigarı 4 çinarı – övladlarımızı, 8
budağı – nəvələrimizi yaxşı qoru! Ülvi məhəbbətimizin şirin
barıdır onlar!”
Çəkildi göylərə sevinc, səadət,
Ürək ağrı çəkər ömür uzunu.
Azaldı bərəkət, pozuldu adət,
Buludlar bürüdü göyün üzünü.
Həyat təkrar olur – bu dərd, bu həsrət,
Bu aləm içində özümü gördüm.
Bax, belə olurmuş əsil müsibət,
Həsrət ağrısını təklikdə duydum.
85
-deyə, ömrünün 80 yaşında “səkkizlikləri” qatara düzən Fəridə
xanım sanki iki yaradıcı ömür yaşayır, yazır, yaradır. Mən
istəkli yazıçımız Əzizə Əhmədovanın 10 il bundan əvvəl
söylədiyi bu sözləri xatırlayıram: “Fəridə xanım Gəncənin sıx
kölgəli meşələrində bitən nadir çiçəkdir, deyərdim. Bu çiçək
zəifdir, kövrəkdir, ətirlidir. Onun Azərbaycan ədəbiyyatında
öz yeri var, Gəncənin min illik qollu-budaqlı çinarları gözəl
qızlar kimi bənzərsiz sərvləri, onun yaradıcılığından bir xətt
kimi keçir. Yazılarından gözəl Gəncənin ətri gəlir, ab-havası
duyulur!”
Bəli, Gəncənin nəğməkar qızı Fəridə Əlyarbəyli ömrün
80-ci zirvəsinə, müdriklik aləminə çatıb. Yan-yörəsini öz
övladları ilə yanaşı, mənəvi övladları – 8 kitab, 4 pyes, onlarla
elmi-publisistik məqalələri bəzəyir. Ömrün bu çağında da
yorulmayan bu qələm əhli söz xiridarı yorulmur. Maraqlıdır:
şair Fəridə ilk növbədə anadır, həyat yoldaşıdır, evdar
qadındır. Bax, ona yaradıcılıq üçün bu şəraiti vaxtilə məhz
unudulmaz Kəramət Tağızadə yaratmışdır. Ona 41 il sərasər,
sönməz məhəbbət, bir də tər qızıl gül bağışlayan Kəramət.
Kaş, Qızılgül olmayaydı...
Bu gün mənəvi anamız F. Əlyarbəylinin 80 illik ad
günündə Kəramət müəllimi təsadüfi anmadım. Axı, onlar
altmışıncı illərin ədəbi mühitinin qoşa qanadları idilər. Heyif!
Yubileyin mübarək!... Nə olaydı bu əziz gündə daha bir
mötəbər fəxri ad yazılaydı adının qarşısında. Sağlığında
qiymət veriləydi insanlara!
Füzuli Ruzigar.
__________________________________________________
1.Füzuli Ruzigar “Qızılgül olmayaydı...” - “Ədalət” qəzeti,
10 dekabr 2004-cü il, №231 (2097) sayında, səh 8.
86
Hörmətli Fəridə xanım Əlyarbəyliyə
Hörmətli Fəridə xanım!
Sizi – tanınmış şairimizi 80 yaşınızın tamam olması
münasibəti ilə təbrik edirik.
Siz poeziyamızda özünəməxsus yeri olan
sənətkarlarımızdansınız. Böyük bir nəsil Sizin şerlərinizdən
bəhrələnərək yaşa dolmuşdur. Fəridə xanım, Sizi bir daha
təbrik edir, Sizə uzun ömür, can sağlığı, yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyinin sədri
Anar
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi
Fikrət Qoca
Bu, yubiley yazısı deyil
Çağdaş Gəncə ədəbi mühitinin yetişməsində onun
danılmaz haqq-sayı var. Elə bu səbəbdən də biz ona yaşına və
işinə görə “ədəbi anamız” epiteti ilə müraciət edirik.
Ağbirçək şairəmiz Fəridə xanım Əlyarbəyli bu il iyulun
2-də ömrünün səkkizinci onilliyini tamamladı. O, neçə-neçə
kitabların, pyeslərin, poemaların, xatirələrin və çoxlu şerlərin
müəllifidir. Vaxtilə Moskvada kitabı çıxan iki gəncəli
yazardan biridir. Çap olunmamışları çap olunanlarından qat-
qat artıqdır. Hər gün kədərlə baxdığı əlyazmalar qalağı –
qovluqları onu dərindən düşündürür, qayğılandırır. “Görəsən,
nə vaxt onları kitab halında oxucularımıza çatdıracağam?
Özümün pulum olsaydı, heç kimə minnət eləməzdim. O gün
çoxmu uzaqdadır, ilahi?”
87
Qapısının düyməsi dost zəngi, dost barmağı üçün çox
darıxır. Vəfalı ömürdaşı yazıçı-jurnalist Kəramət Tağıyevi
itirdikdən sonra tənhalığı bütövlükdə dərk elədi. Bir zamanlar
bu ahıl xanımın evi dünya kimi gəlimli-gedimliydi. Çox
sənətkarlar Fəridə xanımın qonağı olub, sənətilə bərabər
mətbəx qabiliyyətinə də “Əhsən!” deyiblər. Yeri gələndə, eyni
açıq olanda şairə xanım ev sahibi kimi qulluğunda dayanmış
olduğu dünya şöhrətli Nazim Hikmətdən, Əziz Nesindən,
Mikola Upenikdən, Vyaçeslav Kuznetsovdan maraqlı xatirələr
danışır. Divardan müsahiblərinə tamaşa edən xatirə-şəkillər
sanki deyilənləri təsdiq edir.
Ömrün daha bir fəxr edilməli vərəqi. Gəncəli şairə
yazıçıların Azərbaycanda və Moskvada keçirilən
qurultaylarında Səməd Vurğunla, Konstantin Simonovla,
Nikolay Tixonovla, Aleksandr Fadeyevlə bir salonda yanaşı
oturub. İndi tez-tez geriyə boylanır, xatirəyə çevrilmişləri
yaddaşında canlandırır.
Nəsli səcərəsi də sənəti kimi zəngin və öyünməlidir!
Azərbaycan Cümhuriyyətinin banilərindən biri olan Fətəli
Xan Xoyskinin nəslindəndir. Asiyadan, Avropadan tutmuş,
Amerikaya qədər səpələnmiş bəy nəsli xələflərilə indinin
özündə də ara-sıra məktublaşır. İstəkli mərhum rəfiqələri
Nigar xanım Rəfibəyli və Mirvarid xanım Dilbazi ilə zümrə
eyniliyinə malikdir. Dərdlərini və sevinclərini bir yerdə çox
bölüşmüşdülər. Fələyin boz üzünə nə deyəsən... Özündən
azacıq böyük olan rəfiqələri Fəridə xanımı Allaha, Vətənə və
Millətə ismarlayıb tək qoymaq məcburiyyətində qaldılar.
İlk sənət dəstəyini Səməd Vurğundan alıb və bu dəstək
onun Respublika Yazıçılar İttifaqına üzv olmasına bəs eləyib.
Gəncə ədəbi mühitinə bir qərinə rəhbərlik etmiş Fəridə xanım
bu mühitin formalaşması, yeni-yeni imzaların kəşf olunması
üçün köməyini əsirgəməyib. İndi də belə...
Sevincqarışıq bir intizar içində iyulun 2-ci gününü
səbirsizliklə gözləyirdi. Bu barədə hələ may ayında
88
“Gəncəbasar” qəzeti qabağa düşərək onu yubileyi münasibətilə
təbrik etmişdi. Çoxları zənn edirdi ki, Fəridə xanımın dünyaya
göz açdığı gündə nəsə maraqlı hadisələr, şad xəbərlər
eşidiləcək, təntənəli yığıncaqlar keçiriləcəkdir. Televiziya
kanalları, radio dalğaları, çeşidli qəzetlər Fəridə xanımla bağlı
xoş xəbər boxçalarını açacaqlar.
Taleyin son fəslini ümid qatarının gəlişinə bağlamışdı.
Yaşının, zəhmətinin, sehirli qələminin 60 illik bəhrəsini
gətirməliydi o ümid qatarı...
İyulun 2-si, axşamüstü. Fəridə xanımın 80 illiyi
tamamlayan ad gününə tək gəlmişdim. Məni binanın
aşağısında oğlu qarşıladı. İlk müşahidəm bu oldu ki, sənətçi
balasının sifətində fərqlənən sevinc əlaməti görmədim. Özümü
o yerə qoymayıb əlamətdar gün münasibətilə əvvəlcə onu
təbriklədim, sonra çağrılmış və çağrılmamış qonaqların
sırasına qatılmağa gecikib-gecikmədiyimi soruşdum. Oğul
günahkarcasına gülümsünüb məsələnin nə yerdə olduğuna
aydınlıq gətirdi:
- Mamam evdə yoxdur. Kiçik də olsa, yığıncaq
keçirməkdən vaz keçdi. Bilirsinizmi, deməyə də çətinlik
çəkirəm, əsərinin hörmət bəslədiyi bir qəhrəmanı dünyasını
dəyişib. Böyük Vətən müharibəsinin iştirakçısı idi. Mamam
belə hadisələrə çox diqqət yetirəndir. Yeri gələndə özünü
unutmağı bacarır. İnsan itgisinə görə qeydetmə yığıncağını
təxirə saldı. Xasiyyətinə bələdəm, bəlkə də heç eləmədi.
Tək gəldiyim kimi tək də qayıtdım. Bir neçə gündən
sonra telefon əlaqəsinə bağlandım. Əhvalını soruşdum,
yeniliklərlə maraqlandım. Kövrələcəyindən ehtiyatlanırdım.
Lakin səsi həmin səs idi – nə sevincdən pardaqlanmışdı, nə
ağır kədər altında inləyirdi. Yalançı nikbinlik halı da ondan
uzağıydı. Söhbətə ayrı səmtdən qatıldı:
- Təbrikə gəldiyini eşitdim. Çox sağ ol!
Ağaclarımızın könüllü cuvarı dünyasını dəyişmişdi.
89
Mən onun xeyirxahlığına bir səkkizlik həsr etmişəm. O,
mənim əbədi qəhrəmanımdır. O günü mən evdə stol aça
bilməzdim.
- Sizi anlayıram, Fəridə xanım, - məni narahat edən
fikirləri sözlərə çevirməyə başladım, - indiyədək daha kimlərin
təbrikini qəbul etmisiniz?
- İyulun 2-dən əvvəl yazıçı Nüşabə xanımın. Sonra
heç kimin.
Sanki səslər də məndən küsü saxlayır, kağızlar da.
Sanki Nizami, Məhsəti nəfəsli bu şəhərdə heç elə bil bu yaşda,
bu uğurda Fəridə Əlyarbəyli imzalı bir qələm sahibi yaşamır...
Bir ay keçdi. Fəridə xanımın qonağıyam. Bu dəfə də
ənənəni pozmadı:
- Hər adama dəmləmirəm. Səni “Kraliça Yelizaveta”
çayına qonaq edəcəyəm. Gizlətmirəm, sənə halaldır.
- Fəridə xanım, 2 iyuldan bir aydan artıq vaxt keçir.
Xoş bir dəyişiklik varmı?
O, fikirləşmədən:
- Nə dəyişiklik olmalıdır ki?!... – deyə dilləndi.
Bu, sual idi, yoxsa cavab? Bəlkə hər ikisi bir bətndə
yerləşmişdi? Deyəsən, qəti cavab vermək ona çətindən-çətin
görünürdü. Mən onu qədərincə başa düşürdüm. Onun deyə
bilmədikləri deyə bildiklərindən qat-qat çoxuydu. O, izahı olan
və olmayan zaman kəsiyində qərar tutmuşdu. Təbiətdə və
cəmiyyətdə yeni dəyişmələr dövrüydü. Durnalar Bağdada
“xurma”, idmançılar Afina olimpiadasına medal eşqilə
uçurdular. Ağaclar yarpaqlarını, kişilər papaqlarını dəyişməyə
hazırlaşırdılar. Dəyişməyən bir şey vardısa, o da Vətənin
içəriyə doğru sıxılmış sərhədləri və Fəridə xanımın (bir də
onun kimilərinin) sükunət tilsiminə düşmüş həyatı, taleyi idi.
Təsəllimiz odur ki, əbədi sükut yoxdur. O, dünyanın,
insanların istili-soyuqlu münasibətlərinə təbii baxır. Bu
yaşında, fərqli baxışlar çarpazında onu təəccübləndirmək çox
90
çətindir. Vurğunluq adına üç ünvan tanıyır: qələmi, Vətəni,
milləti. Qalan şeylər sonrakı sıralardadır.
Həyat bütün çalarları ilə - öz rəngində və dadında onun
gerçək poeziyasında əks olunur. Ana ağlayan uşağa qarşı daha
tez can atır. Sənətçi də belədir: harada ağrı varsa, harada insan
əziyyət çəkirsə, əzilirsə, əsl söz sahibi qələmilə onun
yanındadır. Şair qələmi bal arısı deyil ki, ilhamını həmişə şirə
mənbəyinə söykəyə. Nə qədər acı olsa da Fəridə xanım bu
mənzərəni kağız üzərinə köçürməyə bilmir:
Bu gün də beləcə başladı səhər,
Yüklü qadınlara yazığım gəlir.
Qırır qollarını ağır zənbillər,
Bir qədər yeriyir, bir az dincəlir.
Bir parça çörəkçün müsibətə bax,
Toz kimi sovrulur, yuntək didilir.
Ürəyi yerindən sanki çıxacaq –
Gündə neçə dəfə ölür, dirilir.
Qarabağ mövzusu Fəridə xanımın yaradıcılığında
xüsusi yer tutur. O, dramaturgiya aləminə hakim-şairə
Natəvana həsr olunmuş pyeslə gəldi. Ermənilərin doğma
Qarabağımızı işğal etməsi şair-ananın qarşısında bir qəm
dəftəri açdı. Düzdür, yeri gəldikcə bu dəftərdə qəhrəmanlıq
notları da səslənir. Ancaq təklənmiş Azərbaycanın itkiləri,
ağrıları daha çox idi.
Fəridə xanım bir həssas mənəviyyatçı, rəzalətlə
barışmaz bir vətənpərvər kimi bu hökmü verir. Görəsən, əsl
ağırlığı, məsuliyyəti, cavabdehliyi çiyinlərinə götürən
siyasətçilərimiz, hərbçilərimiz nə fikirdədirlər?
Ana vətən və ana şairə! Hərəsi də bir cür pəjmürdə...
Fəridə xanım boşalmış stəkanı yenidən doldurdu. Ona
verdiyim zəhmətdən xəcalətləndim:
- Təşəkkür edirəm, Fəridə xanım, bir stəkan bəs
edərdi...
91
Çayın və mürəbbənin əvəzolunmazlığını vurğulaya-
vurğulaya dolu stəkanı yarıya endirdim. Ancaq ev sahibəsinin
narın kədərinin izlərini əridib yoxa çıxarda bilmirdim.
Ömürsüz dəyişmələr baş verirdi. Fəridə xanımın gözlərində
titrək bir işıq şöləsi göründü. Bu fişəng ömürlü titrək işıq da
bir azdan yoxa çıxdı.
- Elə hər şeydə gecikirik. Bu yaşımda xeyriyyəçilər
məni təzə-təzə görməyə başlayıblar, əlacsız qalıb özüm
müraciət etdikdən sonra. İlk addımı qazaxlı balası – şəhər
mətbəəsinin direktoru hörmətli İlham İmamquliyev atdı. Bu
işdə sənin də rolun olub, unutmaram. Onun sponsorluğu ilə
həyat yoldaşım Kəramət Tağıyevin şerlər kitabı oxuculara
çatdırıldı. Hörmət mənə edilmişdi. Mən də payımı ona
bağışladım. Adının çəkilməsini istəməyən bir xeyriyyəçi
xanım da kömək əlini uzatdı. Bu günlərdə şəhər icra
hakimiyyətindən də maddi yüklü məktub aldım. Sağ olsunlar!
Ancaq qədərincə olmayan yardımlar mənim kitab yaramı
sağalda bilməz. Düzünü deyim ki, həm də utanıram. Mən
halal, minnətsiz mənbə axtarıram. O da ki...
- Yubiley tədbiri nə vaxt olacaq?
Fəridə xanım incik halda etirazını bildirdi:
- Mənə bu şəkildə yubiley lazım deyil. Özlərinə də
demişəm.
Araya sükut çökdü. Təsəlli vermək istəyirdim,
bacarmadım. Nə desəydim cavabımı verəcəkdi. İndiyədək
cəmi bir yubiley təntənəsinin şahidi olub – 70 yaşının. 60-nı
keçirtmədilər. Həmin ildə ömürdaşı Kəramət müəllimə yas
saxladığı üçün 75-dən imtina elədi. 80 də ki, belə... Heç
olmasa bu yubiley yaşında o – Fətəli xan yadigarı zəhmətinin
bəhrəsini görmək istəyirdi.
- Nə gizlədim, hərdən 60 il üzvü olduğum Yazıçılar
Birliyindən getmək istəyirəm. Tez də qərarımdan daşınıram.
Axı məni bu təşkilata Səməd Vurğun gətirib. Axı indi bu
təşkilatın başında bacılığım Nigar xanımın oğlu, istəklimiz
92
Anar durur. Birinin ruhuna, o birisinin varlığına hörmətsizlik
etmək istəmirəm. Nə bilim, vallah, bəlkə də elə şeylər var ki,
mən bilmirəm...
Hər böyüklüyün xoşbəxt taleyi olmur. Hər böyüklük
zamanında etiraf olunmur. Bəzən onun etirafına illər, qərinələr
azlıq edir.
... Yaranmış ağır vəziyyət onunla bərabər məni də
sıxırdı. Bu ağrı vadisindən mümkün qədər tez uzaqlaşmaq
lazım idi.
- Şikayətlənmək sizə yaraşmır, Fəridə xanım. Hələ
görəcəyiniz gözəl günlər qarşıdadır, - ona nikbinlik aşılamağa
çalışır, eyni vaxtda da düşünürdüm: “Ona əbədi anamız
deyirik. Adam anasına beləmi hörmət qoyur?!”
Qərib Mehdi,
GDU-nin “Yüksəliş” qəzetinin redaktoru.
__________________________________________________
1.Qərib Mehdi “Bu, yubiley yazısı deyil” - “Gəncəbasar”
qəzeti, 9-15 oktyabr 2004-cü il, №41 (64) sayında, səh 5.
93
“Səkkizliklər”in hesabı
“Elm” nəşriyyatının bu günlərdə nəşr etdiyi
“Səkkizliklər” kitabında tanınmış şair Fəridə Əlyarbəylinin
rəngarəng mövzularda yazılmış şerləri toplanmışdır. Kitabın
redaktoru Ruziyə Quliyevanın maraqlı və əhatəli “Ön
söz”ündə deyilir ki, Fəridə xanımın səkkizliklərində
dünyamızın poetik mənzərəsi yetərincə canlanır, insan
arzuları, insan xəyalları şahə qalxan dağlar təki hikmət
ümmanında bir-birini əvəzləyir, xəyal varlığa, varlıq isə xəyala
dalır.
Ustad Məmməd Arazın mənim, sənin və heç kəsin
deyə qiyaslandırdığı dünyamızı haramın haram eylədiyi, hay-
hayla gələnin vay-vayla getdiyi gerçəkliyinin ağrı-acısı
sərgilənib “Səkkizliklər”in boyunca.
Mövlanə Məhəmməd Füzulinin “Dərd sərmayəsidir
şairliyimin” təskinliyi ilə Fəridə xanımın şair bəxtinin nəqşi,
naxışı kimi zühr edir. “Namərdin qılıncı arxadan kəsər,
Qeyrətsiz od alar öz ətəyindən” dünyagörmüşlüyünün,
müdrikliyinin narahatlığı, nigaranlığı “Səkkizliklər”in hər
sətrindən boy göstərir. Bir cür doğulub, min cür ölən insanın
Yerlə, Göylə, Tanrıyla, vaxtla və bəxtlə əbədi həsbi-halının
mənzərəsi oxucuyla “əbədi bir an” baş-başa qalır, mənə yaxın
otur, - deyir.
Şairdən hər şeyi ala bilərsən,
Ayıra bilməzsən duyğularından –
nikbinliyi bu yazılanlarla dabandabana yol gəlir. “Kiçilə-kiçilə
böyüklük gəzən”, “bir ev tikmək üçün min bir ev yıxan”ların
üstünə müdrik bir ana, istedadlı bir sənətkar səslənişi izləyir
hər sətri. Oxuyub görürsən ki, “Sevinc qətrə-qətrə, qəm ətək-
ətək” gələndə belə Fəridə xanım onu ömrün payızına, qışına
yetirən ümidin dan üzünə dua etməkdən usanmır, “hər
nəğməm bir dünya sevinc gətirdi” şükranlığı ilə təsəlli tapır.
94
İnamla yazır ki, xeyirxahlıq heç vaxt köhnələn deyil, günəştək
saxlayar gözəlliyini.
Əsl ilham da xeyirxahlıq hissi kimidi və o da öz
hərarətini, təbini günəş tək saxlayır. Saxlamasaydı şairlik
xeyir-duasını, ustadlıq dərsini Səməd Vurğundan almış Fəridə
xanım Əlyarbəyli ömrün bu xanım-xatın, ağbirçək vədəsində
bu qədər dəqiq müşahidələrlə belə təravətli səkkizliklər
sərgiləməzdi. Yoxsa bu ümidli misralar vüqarla yaşanmış bir
ömrün hekayətini belə həzin-həzin pıçıldamazdı:
Könlüm açılmayır nə vaxtdan bəri,
Məni sevdirməz şəfəqlər belə.
Qələmim uzadır bu son səfəri,
Arzular, ümidlər yaşayır hələ.
Fəridə xanımın şer dili bu səkkizliklərdə də rəvan və
axıcı, qəlbi el-oba kədərindən yenə də səksəkəlidi:
Günlər çaylar kimi baş alıb gedir,
Qaçqının qisməti yaşamaq deyil.
Səbrlər daralır, ömürlər bitir,
Ağrılar, acılar itən ha deyil.
Bu səkkizliklərdə bütöv, tam həyat tabloları var.
Ümidlər Gəncə çinarları kimi yenilməz, şahanədi. Hər çinar
bir xatirə ürpədir, bir xəyal yaşadır. Fəridə xanım o çinarlardan
biriylə daha çox canbir qəlbdədi. Və bu çinar belə
bəxtiyarlığıyla Fəridə xanımın özüdür ki, durub. Hər bahar
fəsli gələndə yaşıla bürünən həm də Fəridə xanımın həyat eşqi,
ilhamıdır:
Pəncərəm önündə nəhəng bir çinar,
Görkəmi gözümə işıq gətirir.
Yaşıla bürünər gələndə bahar,
İlıq nəfəsini mənə yetirir.
95
Bütün çinarlartək gözəl, göyçəkdir,
Payızda bəzənər rəng-rəng qumaşa.
Yarpaqlar vüqarlı, ləçək-ləçəkdir,
Çinar – hər fəsildə ayrı tamaşa.
Çinar ömrü yaşamışların qənaəti, görüb-götürdükləri
zinətləndirir “Səkkizliklər”i. Oxuduqca Fəridə xanımın “hələ
ürəyimin dərinliyində ilk sevda ulduzu gizlənib qalır” etirafına
inanır, inanırsan.
Sərvaz.
__________________________________________________
1.Sərvaz “Səkkizliklər”in hesabı - “Ədəbiyyat” qəzeti, 12
dekabr 2008-ci il, №47, (3642) sayında, səh 5.
96
Səkkizlik yaradan ilk müəllif
Sərt dalğalar yer adlı bir gəmini atıb-tutdu. Dəniz
kükrədi. Çünki yerlə göy arasındakı ilahi bağlılıq qırılmaq
həddinə çatırdı. Dünya qəm dəryası içində boğulurdu. Bu çətin
zamanda Ulu Tanrının ən böyük neməti olan AĞIL köməyə
yetdi. Ağıl sükanı öz əlinə aldı:
Çətin bir zamanın yolçusuyuq biz,
Əsri tamamlayır fəsillər, illər.
Dalğalar sərtləşir, kükrəyər dəniz,
Həyat yer üzündən silinə bilər.
Dünya, nə qəmlisən, sən başdan-başa,
Dalğalar gəmini az qala aşa,
Gəminin sükanı insan əlində,
Ağıl keşik çəkir – Sükan əlində.
Həyatın isti-soyuğunu, hər cür sərt üzünü görmüş ustad
sənətkarımız Fəridə Əlyarbəyli dünyamızın başı üzərində
hərlənən qara buludları duyur, hiss edir və öz kövrək
hisslərini səkkizliklər vasitəsi ilə sözə çevirir. Bədii sözün ilıq
nəfəsi donmuş, daşlaşmış həqiqətləri cana gətirir, ona yeni
nəfəs verir, dünyamızı xilas etmək yollarını arayır.
Şair qələmində söz bəzən sakit axan Xan Arazı, bəzən
kükrəyib-daşan, qan-qan deyən, bəndi-bərəni uçuran Dəli
Kürü xatırladır. Söz ürəklərin harayına çevrilərək yaddaşlara
hopur:
Məni yada salsın ellər fərəhlə,
Sözüm ürəklərin harayı olsun.
Fəridə xanım Əlyarbəyli Azərbaycan ədəbiyyatında
səkkizlik yaradan ilk müəlliflərdəndir. Bu şerləri gərgin
yaradıcılığın bəhrəsi adlandıran filologiya elmləri doktoru,
professor Şamil Salmanov səkkizliklər haqqında deyir:
“Burada fikir, hiss zənginliyi, dolğunluğu, fikrin konkret və
obrazlı ifadəsi uğurludur”.
97
Məlum olduğu kimi qədim türklərin say sistemində
səkkiz müqəddəs rəqəmlərdəndir. Səkkizlik isə iki dördlüyün
cəmidir. İlk dörd misrada verilən fikir sonrakı dördlükdə
tamamlanır. Dördlüklər arasındakı məna bağlılığı məntiqi
hökmü bir daha təsdiqləyir. Eyni zamanda səkkizlik
sonsuzluğu ifadə edir. Yeddilik tamamlanır, vahidə qovuşur
(7+1). Allahımızın adlarından biri Vahiddir. Yeddi rəqəmi isə
koddur. İlahi sirlərin açarıdır. Yadımıza salaq: Göy qurşağı
yeddi rəngə bölünür, Koroğlunun dəlilərinin sayı yeddi min
yeddi yüz yetmiş yeddidir, göyün yeddi təbəqəsi var, Günəş
sistemi yeddi planetdən ibarətdir, səslərin yeddi rəngi var,
həftənin yeddi günü var, Qurani-Kərimin açarı olan “Əl-
fatihə” surəsi yeddi ayədən ibarətdir və s.
Türk mifologiyasına görə göyün doqquzuncu qatı
Tanrının öz məkanıdır. İnsan ruhu səkkizinci təbəqədən o yana
keçə bilməz. Atalar sözündə bu fikir daha dəqiq verilir.
“Gözəllik ondur, doqquzu dondur”. Yəni gözəllik sonsuzdur,
ilahi nura qovuşmaqdır.
Fəridə xanımın qələmində sözlər ilahi dəyər qazanır.
İnsanın daxili sarsıntıları, mənəvi-psixoloji məqamları təbiət
hadisələri üzərinə köçürülür.
Payızın son ayı başladı bu gün,
Qara, çovğuna bax. Musibətə bax.
Kələfim dolaşıq, kələfim düyün,
Tarix bu dərdləri necə yazacaq.
Yalın ayağıma yollar dolaşır,
Bu qar elə bil ki, içimə yağır.
Ağ çadırlar mənə tərəf boylanır,
Təbiətin hökmü, qanunu ağır.
Müəllif təbiət təsvirlərini şerə gətirməklə psixoloji
paralelizm yaradır. Bu isə səkkizliklərin bədii dəyərini qat-qat
artırmaqla yanaşı, emosionallığı daha da gücləndirir. Lirik
qəhrəman təbiətlə həmahəngdir: qar yağır, çovğundur, yollar
98
yolçunun yalın ayaqlarına dolaşır. Zahirən çıxılmaz görünən
bu məqamda oxucunun diqqəti uzaqdan boylanan ağ çadırlara
sarı yönəldilir. Təbiətin hökmü ağır, qanunları sərt olsa da
insan ona boyun əyməlidir.
Bəs yaralar necə? Dərdlər necə? İnsan bütün bunları
necə unuda bilər?
Dünyamızın dərdi şair qəlbində qövr eyləyən yaraya
çevrilir. Zaman-zaman sağalmaq bilmir bu yara – üzdən
sayalansa da vaxtaşırı təzələnir. Bu dərdlərə əlac axtaran
Fəridə xanım zəmanəni günahlandırır. Sonda isə Ulu Tanrıya
ünvanlayır sözü:
Korş bıçaqla kəsir bizi zəmanə,
Bir nadan əlində oyuncaq olduq.
Məndən sual edib sormayın heç nə,
Bükülə-bükülə bir qucaq olduq.
Bu dünya mülkünü böləndə Allah,
Hər kəsin bəxtinə qisməti düşdü.
Milləti öyrənib biləndə Allah,
Bəxtilə özünün xisləti düşdü.
İti bıçaqla kəsilsəydik nə vardı ki... Vay o günə ki,
başımızı “korş bıçaqla” kəsələr. Vay o günə ki, korş bıçaq
sümüyə dayana. Bax onda dözülməz olur dünyanın dərdi.
Gözlər də, sözlər də yalanın qapqara qatı dumanıyla
pərdələnir. Gerçəklik bəzəkli, parıltılı, soyuq yalanların
bumbuz baxışlarına davam gətirə bilmir, doğrular oğruların
bağırtısına çətin dözür. Şeytan dünyası var gücü ilə hücum
çəkir. Sanki inam dünyanı tərk edir, “ilim-ilim itir”. Şair bu
mənəvi-psixoloji məqamı ustalıqla qələmə alır:
İnandım yalanın yalanlarına,
Evimin bəzəyi yalanlar oldu.
Sözə bel bağladım, inandım ona,
İnsanı aldadan şeytanlar oldu.
Yalan bəzək oldu sözlərimizə,
99
Gerçəklik dünyası bitdi elə bil.
Yalan pərdə çəkdi gözlərimizə,
İnam ilim-ilim itdi elə bil.
Qoç Koroğlu düşür yada. İki dəfə heyrətə gəldi
Koroğlu: ilk dəfə Keçəl Həmzə dəyirmanda Qıratla Düratı
dəyişəndə, sonuncu dəfə güllənin öküzü öldürdüyünü görəndə.
Birincidə Koroğlu peşman olsa da ümidini itirmədi. İkincidə
isə haray çəkdi:
Tüfəng çıxdı, mərdlik getdi, ay haray,
Mənmi qocalmışam, ya zəmanəmi?
Yalanlar ayaq tutdu. Yalanlar yüyürdü. Yalançı qaçırdı.
Yalan donuna bürünən dünyamız vahimə içindəydi. Bu dəfə
doğru yalanı, halal haramı qovurdu. Dünyamız yanılırdı bəzən,
atın əvəzinə iti minirdi: Atı min, iti qov. İti qov, atı min...
Aman Allah, dünyamızın tarazlığı pozulmuşdu. Halal
harama meydan oxuya biləcəkmi? Kiminkidi zəfər? Kimdi
atdan düşən? Kimdi itdən düşən? Şair ruhu bütün bu suallara
asanlıqla cavab tapır:
Halal rahatlıqdır, halal ucalıq,
Halal ömür sürər, halal qocalıq.
Haram bu dünyanı haram eyləyər,
Hay-hayla gələnlər vay-vayla gedər.
Haqq öz yerini tapmalıdır. Çünki haqq Allahın adıdır:
Allah Haqdır! Söz də haqdır. Ona görə də bədii sözün qüdrəti
zamanı qabaqlayır, vaxtın fövqündə dayanır. Ata-babalarımız
haqlı olaraq deyiblər: Hər şey vaxta baxar, vaxt heç nəyə
baxmaz. Zaman çərçivəsinə sığışmayan bircə şey var. O da
ilahi sözdür. Səsə çevrilmiş Tanrı hökmüdür söz. Yoxsa söz
and yeri olardımı? Yoxsa söz alqışa çevrilərdimi? Yoxsa söz
musiqi qanadlarında uçardımı? Doğru sözlərin mayası haqda
yoğruldu! Sözü unudan insanlıq haqqını unudur. Dünya
100
tarlasına əkilən söz bəzən göyərmir. Qupquru toxum daşların
arasına ilişib qalır. Əvəzində əl boyda kağız göyərir:
Etibar etmirik insana bəzən,
Bir parça kağızı üstün tuturuq.
Haqqın qüdrətini nahaqdır əzən,
İnsanlıq haqqını biz unuduruq.
Etibarla inam azalan gündən,
Çörək haqqı itdi, bərəkət itdi.
Yerəmi, göyəmi çəkildi görən,
Əl boyda kağızı kimlər göyərtdi?
Fəridə xanım Əlyarbəylinin səkkizlikləri zahirən
müxtəlif mövzularda olsa da bu kiçik süjetlərin arasında gizli
məna bağlılığı görünür. Həyatda, insana inam, Tanrı
məhəbbəti, ilahi eşq, vətən, yurd sevgisi, mənəvi-əxlaqi
dəyərlərimizə sədaqət və hörmət, baş verən ictimai-siyasi
hadisələrə münasibət, vətəndaşlıq yanğısı və borcu
səkkizliklərə çevrilir. Cəmi səkkiz misrada dünyamızın poetik
mənzərəsi canlanır. İnsan arzuları, insan xəyalları şahə qalxan
dalğalar təki hikmət ümmanında bir-birini əvəzləyir, xəyal
varlığa, varlıq isə xəyala dönür. Yerin arzuları göylərdə,
göylərin hökmü isə yerdə qərar tutur. Haqq yolunu arayan
insan həqiqət axtarır və nəhayət, haqqı bəşər övladında tapır.
Həmin bəşər övladı günahları çiyninə almış, İsadır, haqq
yolunda dara çəkilmiş Həllac Mənsurdur, Nəimidir, diri-diri
dərisi soyulmuş Nəsimidir... Və ən nəhayət, müxtəlif adlarla
həm yerdə, həm də göydə yaşayan Xızı İlyasdır... Tanrı öz
nurunu dünyaya bu adlarla göndərdi. Nur zərrəsi insan cibində,
insan donunda yenidən doğuldu. Çünki bəşərin ruhu
korlanmışdır. İnsanlıq günahlar içində boğulurdu. Tanrı
bəşərin ehtiyaclarını görürdü:
O nə xəyal idi, nə varlıq idi,
Heç kəs görməmişdi, heç kəs bilmirdi.
Arzular, xəyallar onu yaratdı,
101
Bəşər həqiqəti İsada tapdı.
İsa günahları çiyninə aldı,
Dağlar gücü gəldi göylərdən ona.
Bəşərin gözündə İsa ucaldı!
Əbədiyyət çıxdı onun uğruna.
Əbədiyyətə aparan yol əzablardan, işgəncələrdən keçir.
Fani olanı itirmək baqi olanı qazanmaqdır. Baqi olan, daimi
olan insanın əməlləridir. Baqi olan, ölməzlik qazanan haqqın
sözüdür. Ağ kağıza muncuq kimi düzülən ilahi sözlər
olmasaydı, aləm daralardı, zülmətə bürünərdi. Eynilə şair
köçüb gedəndə olduğu kimi:
Cərgəmiz seyrəlir, seyrəldi zaman,
Bir ulduz da axdı, qaraldı aləm.
Qələmsiz, kağızsız son mənzilinə
Şair köçüb getdi, daraldı aləm.
Poeziya kəhkəşanı ulduzlarla doludur. Bir ulduz
axmaqla, aləm daralsa da, göylər qaralsa da səhər açılacaq,
bədii sözün əngin üfiqləri günəşin zərrin şəfəqlərinə
boyanacaq. Dalğaların atıb-tutduğu yer adlı gəmi məhv
olmayacaq. Həyat davam edəcək. İlahi sözün hərarəti
dünyamıza nur çiləyəcək, inşallah.
Ruziyə Quliyeva
Gəncə, 22.01.2008.
102
Elin, günün şairi
Fəridə Əlyarbəyli -85
Şair-dramaturq Fəridə Əlyarbəylinin yaradıcılığı
həmişə mənim diqqət mərkəzimdə olub. O, Azərbaycan
ədəbiyyatının ən nüfuzlu nümayəndələrindən biridir. Fəridə
xanımın şerləri mövzu etibarı ilə olduqca müxtəlif və
rəngarəngdir. Fikir aydınlığı, sadəlik və səmimiyyət bu
sənətkarın şerlərinin poetik vurğunu təmin edən əsas
amillərdəndir. Vətənə, doğma el-obaya, soy-kökümüzə və qan
yaddaşımıza bağlılıq, mənəvi-əxlaqi dəyərlərimizə hörmət
Fəridə xanımın şerlərinin ana xəttini təşkil edir. Şerlərin lirik
həyacanı şair qəlbində dərindən yaşandığı üçündür ki, yüksək
emosionallıq onların poetik bəzəyinə çevrilir. O, çox incə
həyat müşahidələrindən dərin məna çıxaran, bədii
ümumiləşdirmələr yoluyla gedən şairdir.
Fəridə xanımın məhəbbət mövzusunda yazdığı şerləri
də öz poetik səmimiyyəti və təbiiliyi ilə seçilir, maraqla
oxunur. Şairin nəzərində məhəbbət adi hiss deyil. O, insanı
mənən saflaşdıran və zənginləşdirən, nəcib əməllərə səsləyən
ali qüvvədi. Şerlərindən birində oxuyuruq:
Qoy səni bu həyat dəyişməsin, yar,
Ötsə də başından ağır tufanlar.
Etibarsız olub eşqini danma,
İnsana nemətdir – namus, etibar.
Sevgi aləminin romantik qəribəlikləri, həyəcan
iztirabla dolu həsrət və vüsal anları şairin şerlərində real,
inandırıcı bir şəkildə qələmə alınır. Başqa misal:
O təmiz ürəkdir, gövhərtək safdır,
İncədən incədir, pakdır, sərrafdır.
Şahlar da diz çökmüş onun önündə,
Ona dünyaları versən də azdır.
(“Vəfalı ol”)
103
Fəridə xanımın şerlərinin mövzularında üç məcra
özünə daha çox böyüklü-kiçikli mənbələr, qollar cəmləyir.
Bunlardan biri Vətənə, qurub-yaradan oğul və qızlarına,
əsrarəngiz təbiət gözəlliklərinə odlu məhəbbət, ikinci həzin,
incə, kövrək qadın-ana duyğuları, üçüncüsü bəşər övladının
azadlığı, əmin-amanlıq uğrunda mübarizə motivləridir. Şairin
heç zaman öz ədəbi qiymətini, poetik dəyərini itirməyən, il
keçdikcə cavanlaşan, xalq təfəkkürü səviyyəsindəki yüksələn
ölməz poeziyasıdır. Yeni gələn hər bir ədəbi nəsil ondan
bəhrələnəcək, ondan öyrənəcəkdir. Çünki xəlqilik, xalq deyim
tərzi, müdriklik bu poeziyanın qanına hopub. Fəridə xanım,
topladığımız zəngin həyat təcrübəsi, gəncliyə ünvanlanan
səmimi şair-ana müraciətləriniz və tövsiyələriniz şerlərinizdə
öz gözəl əksini tapır.
Ailə münasibətlərinin ahəngdarlığını qoruyb saxlamaq,
qayınana-gəlin ünsiyyətinin daha da möhkəmlənməsinə
çağıran yumşaq, həlim şair-ana səsiniz eşidilir:
“Qaynana” adımı qorxudur səni?
Sarsıdır, incidir xəyallar məni.
Dedi-qodulardan gözlə qəlbini,
Böyüklük-kiçiklik itər, gəlinim.
(“Gəlinim”)
Həyat haqqında poetik fikirləriniz hiss və
həyəcanlarınız beləcə axıb gedir.
Vətən, ana torpaq! Doğma ocaq! Niyə insan üçün bu
qədər əziz olur? Dünyanın cənnət kimi bir güşəsində bütün
arzularını, istəklərini yerinə yetirsələr belə, dünyanın bütün
nemətlərini başından töksələr belə, yenə gözüm Vətəni
axtaracaq, qəlbim Vətən həsrətilə döyünəcək, dodaqların
“Vətən, Vətən” deyəcək. Bu hisslər şairin şerlərində xüsusilə
vurğulanır.
Fəridə Əlyarbəylinin “Ana-Vətən” şerində oxuyuruq:
104
Yenə də bir bahar sular bulandı,
Vətənin çiçəkli, güllü bağları,
Məni öz qoynuna səslədi hər an,
Ceyranlı, kəklikli gözəl dağları,
Ayırmadı məni isti qoynundan.
Gəzib hər tərəfi məhəbbət gördüm,
İnsana, əməyə min hörmət gördüm,
Gözəl Vətənim,
Sevdim hər yerini öz anam kimi.
Şair Fəridə xanımın lirikası həm mövzu, həm də
mündəricə etibarı ilə zəngin və dolğundur. Ülvi və pak hissləri
tərənnüm edən şair həmişə insandan, onun kamalından və
gözəlliyindən qüvvə və ilham alır. Lirikasının tükənməz həyat
qüvvəsi xalq həyatı ilə sıx təmasda xalqın arzu və
düşüncələrinə qırılmaz tellərlə bağlı olmasındadır.
Şair təbiət aləmini də belə aludəçiliklə seyr edir, təbiət
onun şairanə hisslərinin idealına çevrilir. Göygölün gözəlliyini
görüb duymaq, onu sözlə cilalamaq, rəsm etmək, sənət
fövqünə ucaltmaq zəriflik, həm də sənətkarlıq tələb edir.
Göygölün uyuduğunu təsvir edən şair onun tamaşasına gəlib
əylənənləri də susmağa çağırır:
Bahardan gözəldir vüsal tək Göygöl,
İnsanı cəlb edir xəyaltək Göygöl.
Səhər-səhər gölə günəş doğanda,
Sanki cilvələnir bir tovuzquşu.
Onların üstünə yağış yağanda,
Hər damcı yaradır bir zümrüd qaşı.
Göygöl vətənimə gözəl zinətdir,
Hələ yazılmamış bir şeiriyyətdir.
Şairə görə nə qədər ucalsan da, səmalara uçsan da,
yenə doğma torpağa bağlı olmalısan. Torpaqdan məhrum
olmaq, ayağını yerdən üzmək səni gücsüz, çəkisiz, qiymətsiz
105
edər. Vətənpərvərlik onun irili-xırdalı bütün şerlərində qırmızı
xətt kimi keçir.
Müharibə... Bu dövrü bir qələm sahibi kimi yaşamış
şair poeziyası reallığa daha yaxın olmaqla onunla baş-başa
yaşayır. “Üçkünc məktublar”, “Qara kağız”, “Səni
gözləyirəm”, “Əlvida, əzizim” və s. onlarla şeir bu dövrə həsr
edilib. Onların içərisində “Qız görüşə tələsir” şerinə nəzər
salaq:
Narahatdır səhərdən,
Ürəyində intizar.
Doğma torpaqda düşmən,
Qız görüşə tələsir.
Qoltuğunda qumbara,
Əlində tüfəng gəlir...
Tüfəng çiynini kəsir,
Qız görüşə tələsir.
Uçur yolları quş tək,
Sevgilisi bəlkə də,
Dönüb daş bir heykələ,
Çiynini tüfəng kəsir,
Qız görüşə tələsir.
(“Qız görüşə tələsir”)
Əcəb görüşdür. Qız sevgilisindən gül gözləmir, nə də
onun daş olmuş heykəlinə qoymağa gül aparmır.
“Zaman ayrı saldı”, “Kənd axşamları”, “Axtarıram”,
“Dağlar”, “Get, oğlum”, “Bənövşə” sərlövhələrinin özü
poetikdir, düşündürücüdür. Bu şerlər məzmunca və mövzuca
müxtəlif olsa da, quruluş etibarı ilə bir-birinə yaxındır. Ana-
övlad məhəbbəti Fəridə xanımın poeziyasının ana xəttidir. Ana
məhəbbəti heç nə ilə əvəz olunmayan, tükənməz bir xəzinədir.
Onun hər nəvazişində bir şirinlik vardır. Onun ana
nəğmələrində həqiqətən də ana qəlbinin hərarəti duyulur. “Ay
ana, bu gün”, “Ana-Vətən” və başqa şerləri ana məhəbbətinin
106
bədii ifadəsidir. Övlad böyütmək ana üçün şərəfli olduğu
qədər də çətin və əzablıdır. Bu əzablar isə ana məhəbbətinin
intəhasız ülviyyətindən doğur.
Fəridə xanımın məktəb, təlim və tərbiyə mövzusunda
yazdığı bir sıra şerləri balaları elmə, biliklərə yiyələnməyə
həvəsləndirir, uşaqlarda səy və bacarıq, sadəlik və təvazökarlıq
tərbiyə edir, onları məktəbə səsləyir. Bu qəbil şerlər bədii olsa
da, burada pedaqogika elminin təlim-tərbiyə ölçüləri də
gözlənilir.
Fəridə Əlyarbəylinin mövzu dairəsi genişdir. O,
uşaqlarımızı da yaddan çıxarmamışdır. Uşaqlar üçün iki kitabı
latın qrafikası ilə çapdan çıxmışdır. Bunlardan başqa 500-dən
çox bizi düşündürən müxtəlif mövzularda, həyatımızda hər
gün rast gəldiyimiz maddi, mənəvi ağırlığı, çətinlikləri
səkkizliklər vasitəsilə səkkiz misrada bizə çatdıra bilmişdi. Bu
kitab elm mərkəzinin köməyi ilə çapdan çıxmışdır. Professor
Şamil Səlmanovun dediyi kimi səkkizliklər – burada fikir, hiss
zənginliyi, dolğunluğu fikri konkret və obrazlı ifadəsi
uğurludur. Səkkizlik – gərgin yaradıcılığın bəhrəsidir.
Fəridə xanımın lirik şeirlərində bəzən şairin coşğun
hissi, həyəcanı, pafosu, gələcək arzusu ilə, qanadlanan xəyalı
ilə elə qaynayıb-qarışır ki, bu da onun şeirlərinə romantik bir
vüsət verir.
Bu cür şeirlərində müəllif oxucularına bu günü
göstərmklə bu gündən doğacaq sabahı da onların təsəvvüründə
canlandırmağa çalışır.
Fəridə Əlyarbəyli Həsən qızı 1924-cü ildə Gəncə
şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta
məktəbi bitirib təhsilini davam etdirmək üçün Bakıya getmiş,
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil
olmuşdur.
1947-ci ildə universiteti bitirərək filoloji elmlər üzrə
elmi içşi, ali və orta məktəb müəllimi ixtisasını almışdır. 1947-
ci ildən 1950-ci ilə kimi Azərbaycan Elmlər Akademiyasının
107
Gəncə bazasında kiçik elmi işçi vəzifəsində işləmişdir. Baza
ləğv olunandan sonra 1953-cü ilin yanvar ayından 1989-cu ilin
oktyabr ayına kimi Azərbaycan Yazıçılar İttifaqı Gəncə
şöbəsinin məsul katibi vəzifəsində çalışmışdır.
Azərbaycan Elmlər Akademiyası Gəncə bazasında
işlədiyi dövrdə XX əsrin əvvəllərində Gəncədə yaşayıb-
yaratmış şair Əkbərşah Ruhi haqqında monoqrafiya yazıb
akademiyaya təhvil vermişdir. Ədəbi fəaliyyətə hələ orta
məktəb illərindən başlamışdır. 1939-cu ildən etibarən yerli və
respublika qəzet və jurnallarında şeirləri dərc olunmuşdur.
1953-cü ilin yanvar ayından Azərbaycan Yazıçılar
İttifaqının üzvüdür. Bu dövr ərzində şeir və poemalarından
ibarət kitabları çap olunmuş, iki kitabı Moskvada – “Pesnya
meçta i lyubov” izdelestvo detskaya literatura, 1972-ci il və
“Çinara nad krışey” Sovetskiy pisatel, 1977-ci il və başqa
ölkələrdə də kitabları dərc olunmuşdur. 1973-cu ildə “Xan
qızı” mənzum dram əsəri, 1985-ci ildə “Qonşular” pyesi uzun
zaman repertuarda özünə yer tutmuşdur.
“Xan qızı” və “Özgə yer” tamaşaları Bakı artistlərinin
iştirakı ilə mavi ekranda göstərilmişdir.
Ümumittifaq Yazıçılarının II, III və V qurultaylarının
nümayəndəsi olmuşdur. Respublika idarə heyətinin üzvü,
1959-cu ildən 1989-cu ilə kimi Gəncə Xalq Deputatları
Sovetinin deputatı olmuşdur.
1970-ci ildən “Əmək rəşadəti” medalı ilə təltif
olunmuşdur. Dörd övlad anasıdır.
Əsərləri rus, gürcü, ukrayna, türkmən, özbək və başqa
xalqların dillərinə tərcümə olunmuşdur. Şəhər ədəbi mühitinin
boy atmasında onun əməyi təqdirəlayiqdir. Mən şairin ayrı-
ayrı şeirlərini təhlil etməyi qarşıma məqsəd qoymamışam.
Məqsədim bir şair kimi Fəridə xanımın şeirlərinin özəyini, onu
yazmağa vadar edən fikirlərinin mayasını oxucuya
çatdırmaqdır. Qoy oxucu bu mayadan qidalanıb şeirin ecazkar
qanadları üzərində uçub düşünsün, düşünüb qanadlansın.
108
Sizin ad gününüzü ürəkdən təbrik edirik, Sizə möhkəm
can sağlığı, xoş əhval-ruhiyyə və yaradıcılıq nailiyyətləri
arzulayırıq.
Asya Əliyeva.
__________________________________________________
1.Asya Əliyeva “Elin, günün şairi” - “Gəncənin səsi”
qəzeti, 18 sentyabr 2009-cu il, №25 (20.145) sayında, səh 3.
109
“Qələmi darıxmağa qoyma...”
Fəridə, salam!
Göndərdiyin “Səkkizliklər” adlı kitabını aldım. Bakı
Dövlət Universitetində oxuduğumuz illər gözümün qabağında
canlandı, gəncəli qızı!
Bilirsən ki, mən Gəncəni çox sevirəm. Dünyaya
Nizami kimi dühanı bəxş edən torpaq mənə həmişə əziz olub.
Əziz olaraq qalacaq da. Həmişə!
Mən bu fikirdəyəm ki, dahi Nizamini, igid Cavad xanı
yetirən Gəncəylə hər bir Azərbaycan övladı fəxr etməlidir.
Fəridə, kitabının əvvəlində, doqquzuncu səhifədə bir
səkkizliyin belə misralarla qurtarır:
Şeirsiz yaşasam bir gün elə bil,
Darıxar ağ kağız, darıxar qələm.
Amandı, Fəridə, qələmi darıxmağa qoyma, həmişə yaz,
yarat! Yaxşı bilirsən ki, ancaq yazılan qalır, yazanı tanıdır, onu
oxuculara sevdirir:
Fərəhim olaydı ürəyim qədər,
Dünya gözlərimdə cənnət olardı.
Sevdiyim olaydı diləyim qədər,
Ömrümə, günümə zinət olardı.
Yaxşı ki, şerim var, fərəhim vardı,
Onunla boy atdım – sevdim, sevildim.
Şerim var – dövlətim, şerim bahardı,
Bəlkə də mən onsuz heç nə deyildim.
Söz yox, sənətkar əsəri ilə tanınar hər vaxt. Sən bunu
yaxşı bilirsən, Fəridə. Odur ki, yazmalı, ardıcıl olaraq
yazmalısan. Bunu sən özün də yaxşı bilirsən.
İllər yel qanadlı, illər sürətli,
Yetmişi güzgüdə görürəm ancaq.
110
“Fəridə” imzalı, sözlü, söhbətli,
Sinəm sönməz məşəl, hələ yanacaq.
Çınqıllı, kəsəkli yollar keçmişəm,
Sınağa çəkildim söz axarında;
Yetmişə çatmışam qürurla, nə qəm,
Dağ bulaqlarıtək öz axarında.
Nə gözəl, bax belə olmalıdır həmişə, Fəridə. Belə
olmalıdır.
Dünyada fərəhim olmadı, neynim,
Ümid səpələndi yollar uzunu.
Ürəyim sevinclə dolmadı neynim,
Yaxına qoymadım, yazıq sözünü.
Bax, belə ha, indi gördüm tələbə yoldaşımı. Əsl
xasiyyətiynən, iradəsiynən:
Şerim – mənim sevgim, məhəbbətimdir,
Hissimi, duyğumu ona vermişəm!
Mənə əzab verən səadətimdir,
Tanrımın verdiyi nemətdir, nə qəm.
Gecəni, gündüzü əlimdən alar,
Ömür yollarıma salar dərin iz.
Mən köçüb gedərəm, dünyada qalar,
Bəlkə də “Fəridə” yaşayar mənsiz.
Fəridə, get-gedə meşələrimizin azalması, yaşıllığın
aradan çıxması səni kədərləndirir, haray çəkməyinə səbəb olur.
İşıq sorağıyla gəzirik axşam,
Bir gün olar, bir gün olmaz dedilər.
Gecələr yandırdıq ya çıraq, ya şam,
İşıqlar – mənə nə var dedilər?!
111
Təlim-tərbiyə, övlad bəsləmək, cavanları düzgün yola
yönəltmək məsələləri də sənin yaradıcılığında əhəmiyyətli
cəhətlərdən biridir.
Övlad – həyat eşqi, məhəbbətidir,
Onları böyüdüb qanad veririk.
Geniş səmalara ucurduruq biz,
Ömrünə, gününə soyad veririk.
Övlada çox möhkəm kök verməliyik!
Kökə qayıdanlar köklü olacaq.
Əbədi ömürə qadir deyilik,
Ağac kökü üstə bar verər ancaq!
Xalqımızın sevə-sevə keçirdiyi bayramlarından biri
gəlir: Novruz bayramı. Sənin poeziyanda da bu bayramın öz
yeri var:
Bu il salamlaram Novruzu yenə,
Səhərlər – həzin bir musiqi səsli.
Xatirələr çəkdi ata evinə,
Bənövşə ətirli, ilıq nəfəsli,
Səliqəli bağça, uca sərvimiz,
Yuxumda görürəm onları ancaq.
Novruz – uşaqlığım bir yaşayacaq...
Yaşıllığı, hamımız çox sevirik. Amma mənim yaxşı
yadımdadır ki, sən yaşıllığın aludəsi, dəlisiydin. Yaşıllıq sənin
ruhunun qidasıydı. Bunu biz yaxşı bilirdik, Fəridə! Bilirdik!
Fəridə, kitabında doğma Bakımızı, təhsil illəri ilə bağlı
keçirdiyin illəri heç zaman unutmur, xoş xatirələrlə yada
salırsan, qiymətləndirirsən:
Bakı, gözəl Bakım, iftixarımsan,
Doğma Gəncəm kimi əzizsən mənə.
Qoynunda kamala yetdim bir zaman,
Yadigar qalıbdır gəncliyim sənə.
112
Ağır müharibə illəri belə,
Təhsil illərində bezmədim səndən.
Əbədi eşqimlə, məhəbbətimlə
Yenə görüşünə gəlirəm hərdən.
Fəridə, göndərdiyin kitabın mənim kitablarım arasında
öz layiqli yerini tutdu. Sənə bir daha dərin təşəkkürümü
bildirirəm. Sağ ol!
Gülhüseyn Hüseynoğlu.
1.Gülhüseyn Hüseynoğlu “Qələmi darıxmağa qoyma...”
“Ədəbiyyat” qəzeti, 13 mart 2009-cu il, №10 (3657)
sayında, səh 3.
113
Yeni nəşr: “Pürrəngi çay”
Fəridə Əlyarbəyli imzası nəinki respublikada, hətta
sərhəddən kənarda da Azərbaycan ədəbiyyatına maraq
göstərənlərə yaxşı tanışdır. Məktəblilər isə Fəridə xanımı
dərsliklərdə olan şer nümunələri ilə tanıyırlar.
Ədəbiyyatımızın görkəmli qadın şairi, Gəncə yazarlarının
fəxrlə “mənəvi anamız” adlandırdığı Fəridə xanımın növbəti
kitabı şeirsevərlərin marağına səbəb oldu. Bu “Gəncə
Poliqrafiya” ASC-də çapdan çıxmış “Pürrəngi çay” kitabıdır.
Kitabda şairin 1980-ci illərdə yazdığı müxtəlif səpkili şeirləri
və “Otuz ildən sonra”, “Özü yıxılan ağlamaz”, “Yarpaq
tökümü” poemaları toplanıb. Hər üç poemanı əslində sənədli
əsər də adlandırmaq olar. Çünki müəllif bu poemalarında şirin
xatirələrini nəzmə çəkib. “Yarpaq tökümü” poemasını xüsusi
qeyd etmək istərdim:
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı.
Şairin sevdiyi həzin bayatı,
Elə bil özündən özünə çatdı,
-deyən müəllif böyük şairimiz Rəsul Rza və Nigar Rəfibəyli
ilə bağlı son görüşündən, onların Göyçaydakı evlərində qonaq
olarkən aralarında olan səmimi söhbətdən söz açır. Bu görüşü
son dərəcə təbii, canlı boyalarla təsvir edir. Kitabın redaktoru
filologiya elmlər namizədi Ruziyə xanım Quliyevadır.
Həmçinin kitaba ön söz yazan Ruziyə xanım deyir: “Qadir
Allahımız insanı söz vasitəsilə xəlq etdi. Yaratdıqlarının isə
təkcə birinə söz öyrətdi: Bu, insan idi. Sözün qanadlarında
kainatı gəzib dolandıq. Son ümid, son güvənc yerimiz yenə də
söz oldu. Fəridə xanım Əlyarbəylinin dediyi kimi:
Olub ki, dünyada insan həyatı,
Bəzən bircə sözdən aslı qalar.
Gəzir addım-addım bu kainatı,
114
Gəzir ocaq-ocaq.
Söz var ki, ürəkdə gizlənib qalar.
“Ürəkdə gizlənib qalan” kəlmələr ölməyir, yaşayır,
zamanını gözləyir. Səbr kasası dolub-daşanda isə könül
dediyimiz o şüşə çiliklənir, sözlər qəlpə-qəlpə hər yana
səpələnir...”
Fəridə xanım sözün dəyərini bilən, sözün ölçü-biçisini
ustalıqla müəyyənləşdirən, qəlbinin təlatümünü sözlə
sakitləşdirməyi bacaran, dünyanı özünün söz dünyası ilə qarşı-
qarşıya qoymağa qüdrəti çatan sənətkardır. Sözün varlığı
Fəridə xanımın varlığı, Fəridə xanımın varlığı sözün varlığıdır.
“Pürrəngi çay”ın annotasiyasında deyilir: “Ömrün ötən
günlərinə qayıdış, gələcəyə inam, mənəvi-əxlaqi
dəyərlərimizə hörmət və məhəbbət ruhunda yazılmış bu əsərlər
eyni zamanda mövzu və janr əlvanlığı ilə də seçilir”.
Eyvanda oturub papiros çəkər,
Cəza alanlar tək səbr eləyərdin.
Pürrəngi çayından bir qurtum içər,
Odlu ürəyinə su çiləyərdin.
(“Pürrəngi çay”)
İnanırıq ki, Fəridə Əlyarbəylinin bu kitabı odlu
ürəklərə pürrəngi çay kimi sərinlik gətirəcək. Yazın, yaradın,
Fəridə xanım. Sizin şeir, sənət dünyanızın qonağı olmaq
bizim hər birimizin sevinci, fəxridir. Yeni şeirlərinizi, yeni
kitablarınızı gözləyirik. Gözlərimizi yolda, könlümüzü
intizarda qoymayın.
Fərruxə Pərişan.
__________________________________________________
Fərruxə Pərişan “Pürrəngi çay” - “Gəncənin səsi” qəzeti,
30 yanvar 2010-cu il, №4 (20.158) sayında, səh 3.
115
Fəridə Əlyarbəylinin qələmində sözlər ilahi
dəyər qazanır. İnsanın daxili sarsıntıları, mənəvi-
psixoloji məqamları təbiət hadisələri üzərinə
köçürülür.
Ruziyə Quliyeva
16 iyun 2010-cu il.
Ədəbiyyat İnstitutu
116
Fəridə xanım Əlyarbəyli Nazim Hikmətlə görüşdə çıxışı
zamanı. Gəncə - 1958-ci il.
117
Xalq artisti Məhəmməd Burcəliyevin 70 illik yubileyi zamanı.
Xalq artistləri Sədayə Mustafayeva (solda), Zülfüqar
Baratzadə, Fəridə xanım Əlyarbəyli (ortada), xalq artisti
Məhəmməd Burcəliyev və professor Bağır Bağırov. Gəncə-
1984-cü il
Şairə-dramaturq Xəzangül Hüseynova (sağda) , şairə
Aləmzar Əlizadə və Fəridə xanım Əlyarbəyli (ortada) –
Gəncə.
118
Fəridə xanım Əlyarbəyli Əziz Nesinlə. Gəncə, Göy-göl .
Fəridə xanım Əlyarbəyli şəhər tədbirində çıxış edərkən.
Gəncə - 1977-ci il.
119
Fəridə xanım Əlyarbəyli. Bakı-1959-cu il.
120
Fəridə Əlyarbəyli qızı Şəhla xanımla. Gəncə - 1978-ci il.
Fəridə xanım Əlyarbəyli qohumu Azərlə. Gəncə -1978-ci il.
121
Fəridə xanım Əlyarbəyli. Gəncə - 1963-cü il.
122
Fəridə xanım Əlyarbəyli Nizami Gəncəvinin məqbərəsində
olarkən. Gəncə - 1984-cü il.
Fəridə Əlyarbəyli (sağda) Gəncə Mərkəzi Kitabxanasında
oxucuları ilə görüş zamanı. Gəncə - 1988-ci il.
123
Fəridə Əlyarbəyli Gəncədə Xan bağında. – 1982-ci il.
124
Fəridə xanım Əlyarbəyli – 1985-ci il.
125
Fəridə xanım Əlyarbəyli – 2011-ci il.
126
Fəridə xanım Əlyarbəyliyə
Yaxınlaşmaqda olan ad gününüz mübarək.
Azərbaycanın incə ruhlu, Gəncə vüqarlı ağbirçək şair və
dramaturqunu “Səkkizliklər” adlı təzə unikal şeir kitabı
münasibətilə ürəkdən təbrik edirəm. Cəmisi dörd beytin dar-
darısqal mühitində həyatımızın böyük və sərt həqiqətlərini bu
cür diqqət və həssaslıqla əks etdirmək hər istedada nəsib olan
səadət deyil. Kitabınızla məni və Ədalət xanımı
sevindirdiyiniz üçün çox sağ olun.
Akademik Bəkir Nəbiyev
AMEA-nın Nizami adına
İnstitutunun direktoru.
Tükənməyən övlad xatirələri
Fəridə Əlyarbəyli və Kəramət Tağıyev kimi
valideyinlərimizin olduğu üçün xoşbəxt taleli övladlarıq.
Hər dəfə Fəridə Əlyarbəyli və Kəramət Tağıyevdən
söhbət düşərkən Gəncədə yaşayan övladları oğlu İlham və qızı
Nəzakət xanımla görüşdükdə onlar haqqında ürəkdolusu
danışır, xatirələrini bölüşür və heç zaman unutmaycaqlarını
deyirlər. Elə bu dəfə də görüşümüz eynən beləcə oldu. Hər iki
valideyinlərini böyük həvəslə, hətta deyərdim ki, uşaq
kövrəkliyi ilə xatırlayaraq bircə-bircə danışır, ötənlərin
xəyyallarında onları yad edirdilər.
İlham Kəramət oğlu Tağıyev və Nəzakət Kəramət qızı
Hacıyeva: “İlk öncə deyək ki, bir ailədə iki yaradıcı şəxsin
olması çox nadir hallarda olur. Xoşbəxt taleli övladlarıq ki,
bizim ailədə Fəridə Əlyarbəyli və Kəramət Tağıyev kimi
şəxsiyyətlər olub, biz bu şəxslərin övladlarıyıq. Anamız Fəridə
127
xanım çox ciddi xarakterli bir xanım idi. Heç zaman
övladlarını bir-birindən seçməyi xoşlamazdı. Hətta deyək ki,
bizimlə rəftarı da çox ciddi idi. Həddən artıq tələbkar idi. Çox
sevirdi gördüyü bütün işlər səliqəli olsun. Çox gözəl Ana idi.
Hələ də onun hazırladığı xörəklərin, xüsusilə bişirdiyi Gəncə
paxlavasının dadı ağzımızdadır. Hələ də bütün qohumlar da
deyir ki, Fəridə xanımın paxlavasından heç kim hazırlaya
bilmir. Onu da deyək ki, yeni yazdığı şerləri də bizimlə ilk
olaraq bölüşməyi sevirdi. Yeni qələmə aldığı şerlərinin,
səkkizliklərinin ilk dinləyicisi biz övladları olurduq. Çox
sevirdi nəvə və nəticələrini Fəridə xanım. Hətta onun qələmə
aldığı uşaq şerlərinin demək olar ki, əksəriyyəti öz nəvə və
nəticələrinə həsr olunmuşdur. Hikmətin qız övladı dünyaya
gələrkən ailədə anam Fəridə xanımın razılığı ilə adını ona
qoymaq qərarına gəldik. Hikmət özü zəng edib Fəridə ananın
razılığını aldı. Bu xəbəri eşidərkən o, çox kövrəlmişdir. Hətta
sonradan nəticəsinə yeni bir gözəl şerdə yazmışdır. Şer belə
idi:
Ömrümün üstünə bir yaz da gəldi,
Alça ağacları al göyərçintək,
Fəridəm, nəticəm, necə gözəldir,
Evin yaraşığı bahara bəzək,
Körpənin ilk yazı çay kimi axır,
Üzündə, gözündə günəş nuru var,
Həyata sevinclə, ümidlə baxır,
Biri yol başlayır, biri qurtarır.
Beləcə Fəridə xanımın şerlərinin mövzusu həyat
müşahidələrinin bəhrəsi idi. Xalamın həyat yoldaşı Fikrət
Əmirovla yaxın qohum idi. Fəridə xanım onlarla birlikdə hər
zaman Şuşaya gedərdi. Qarabağ hadisələri xüsusilə Şuşanın
işğalı Fəridə xanıma çox pis təsir etmişdi. O, heç zaman bu
işğalla barışa bilmirdi. Dəfələrlə bu mövzuda şerlər,
səkkizliklər qələmə almışdır.
128
Atamız Kəramət Tağıyev 1999-cu il iyul ayının 12-də
qəflətən vəfat etdi. Fəridə xanım həyat yoldaşı Kəramət
Tağıyevin vəfatından çox sarsıldı. Onun həyatda yoxluğu ilə
heç cürə barışa bilmirdi. Ömrünün sonuna kimi də atamız
Kəramət Tağıyevin vəfatı onu üzdü. Biz ailədə dörd övladıq.
İki oğlan və iki qız. Anamız yaradıcılıqla məşğul olsa da heç
vaxt biz övladlarının üzərindən diqqət və qayğısını
əsirgəməyib. Hər birimizin gündəlik həyat tərzi, qayğıları və
problemləri ilə məşğul olmağa da vaxt ayıra bilib. Fəridə
xanım həddən artıq qonaqpərvər bir xanım idi. Evinin
qonağını hər zaman xüsusi zövqlə qarşılamığı sevirdi. Həm də
bu arada qeyd edək ki, Fəridə xanımın çox gözəl əl işləri vardı.
O, ağ kətanların üzərində gözəl naxışlar etməyi sevirdi. Boş
vaxtlarında bu kimi naxışlarla məşğul olurdu.
Fəridə xanım Əlyarbəylinin ağ kətan üzərində işlədiyi
gözəl əl işlərindən.
129
Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdik ki,
Fəridə xanım həm də yaradıcılığında qələmə aldığı fikri heç
zaman dolayısı yolla deməyi sevmirdi. O, hər zaman fikrini
bir-başa və dolğun bir şəkildə deməyi bacaran bir şəxsiyyət
idi.
Fəridə xanımın uşaqlıq illəri çox ağır keçmişdir. Belə
ki, anası Fatma xanımı dörd yaşında, atası Həsən bəyi isə
onbir yaşında olarkən itirmişdir. Qeyd edək ki, ana nənəmiz
olan Fatma xanım Xan Xoyskilər, atası Həsən bəy isə Gəncədə
sayılıb-seçilən Əlyarbəylilər nəslindəndirlər. Fəridə xanım
demək olar ki, anası Fatma xanımı heç xatırlamırdı. Ancaq
atası Həsən bəy Əlyarbəylini isə xatırlaya bilirdi. O, da 37-nin
ağır represiya qurbanlarından biri olub. Hətta Fəridə xanım
söyləyirdi ki, hər zaman səksəkədə idik. Gözləyirdik ki, nə
zamansa gəlib onu aparacaqlar. Belə də oldu. Bir gün gecə
yarısı qapımız döyüldü. Gəldilər. Evimizi axtardılar və atamı
apardılar.
Anamız Fəridə xanım doğma Gəncəmizə bağlı bir
insan idi. Gəncəni çox sevirdi. Elə ona görə də heç zaman
Gəncəni tərk etmədi. Ömrünün sonuna kimi Gəncədə yaşadı
və burada da əbədiyyətə qovuşdu. O, daha çox Gəncədə Sərv
bağı adlanan indiki Xan bağını gəzməyi, çinar ağaclarının
kölgəsində əyləşib düşünməyi sevirdi.
Bu gün Fəridə xanımın səkkiz nəvəsi və beş nəticəsi
var. Ancaq təəssüf ki, bu övladlar onun yolunu davam
etdirmir. Təkcə nəvəsi Səbinə xanım bir müddət tələbəlik
illərində təhsil aldığı Universitetin nəşr olunan qəzetində
şerləri çap olunub. Bir müddətdən sonra o da yazmadı. Biz hər
zaman adları qoşa çəkilən mərhum valideyinlərimiz olan
Kəramət Tağıyev və Fəridə Əlyarbəyli ilə fəxr edirik.”
130
Pyeslərinin səhnə tarixi
Bu gün tam məsuliyyətilə deyə bilərəm ki, xalq
teatrının özülü üzərində yaranmış və Avropa teatr məktəbinin
sütunları üzərində bərqərar olmuş klassik teatrımız, tənqidi
realizm məktəbini keçərək sosrealizmin normativ qaydalarının
dəmir pəncəsində belə dövrlə səsləşən mükəmməl sənət
əsərləri yaratmışdır. Beləliklə, teatr dramaturgiyamız Mirzə
Fətəli Axundzadə, Mirzə Cəlil, Nəcəf bəy Vəzirov,
Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Səməd Vurğun,
İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə kimi görkəmli
dramaturqlar yetişdirmişdir.
Peşəkar teatrımızın təşəkkül tapdığı, inkişaf yoluna
düşdüyü, müəyyən tərəqqi mərhələləri keçdiyi illər ərzində
yeni-yeni dramaturqlar, aktyorlar, sonralar rejissorlar, daha
sonralar bəstəkarlar, rəssamlar nəsli yetirmişdir. Bu şəxslərin
sırasında bir dramaturq olaraq Fəridə Əlyarbəyli
yaradıcılığının da öz yeri var. O, dramaturgiya janrının
mahiyyət etibarı ilə tam bir formada qavranılaraq öz
əsərlərinin ərsəyə gəlməsində böyük zəhmət çəkmiş, həmçinin
mövzu etibarı ilə daha dolğun bir formada təqdimatına
çalışmışdır. “Xan qızı”, “Qonşular”, “Günahkar qız”, “Özgə
yeri” pyesləri onun yaradıçılığının əsasını təşkil edirdi. “Xan
qızı” tarixi dramı 1972-ci ildə qələmə alınmış və elə həmin
ildə də Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artisti,
rejissor Vaqif Şərifovun quruluşunda tamaşaya hazırlanıb.
Qeyd etməliyəm ki, müəllif Fəridə Əlyarbəyli ilk dəfə olaraq
Azərbaycan teatrında xan qızı Xurşudbanu Natəvan haqqında
tarixi bir dram əsərinin yazılmasına müvəffəq olub. Səhnədə
hadisələr cərəyan etdikcə XIX əsrdə Şuşada yazıb yaradan,
tarixdə hər zaman öz imzası ilə seçilən xan qızı Xurşudbanu
Natəvanı görür, onun həyatına və o illərdə bir insan olaraq
gördüyü xoşməramlı işlərə valeh olmaya bilmirsən. Tamaşada
Xurşudbanu Natəvan obrazını xalq artisti Sədayə Mustafayeva
131
ifa edib. Aktrisanın ifasında Xurşudbanu Natəvan həssas
qəlbli ana, lirik, romantik təbiətli şairə, həm də mürtəce
qüvvələrə qarşı sərt və barışmazdır. Pyesin müəllifi Fəridə
Əlyarbəyli “Xan qızı” tarixi dramının yaranması haqqında öz
xatirələrində yazırdı: “70-ci illərin əvvəllərində xalq artisti
Məhəmməd Burcəliyev mənim dram əsəri yazmağımın
səbəbkarı oldu. Mən bu xeyirxahlığı heç zaman unutmaram.
Biz ailəvi dost idik. Bir gün yenə bir yerə yığışıb söhbət
edirdik ki, o, mənə Xurşudbanu Natəvan haqqında pyes
yazmağımı məsləhət gördü. Elə bu söhbətdən sonra mən
Natəvan haqqında axtarışlar etdim və “Xan qızı” – ilk pyesimi
yazdım. Pyes üzərində işləyərkən nədənsə həmişə xalq artisti
Sədayə Mustafayevanın xoş siması gözlərimin önündən
getmirdi. Sanki mən Xan qızı haqqında düşünərkən elə
səhnədə artıq Sədayə xanımı görürdüm. Xan qızı obrazını
məhz xalq artisti Sədayə xanım Mustafayeva üçün yazdım.
Teatra təqdim etdim və bədii şurada oxuyub bəyəndilər.
Tamaşanı hazırlamağı gənc rejissor Vaqif Şərifova həvalə
etdilər. Rejissor rol bölgüsündə elə bil ki, qəlbimdən hər
zaman keçənləri, duyğularımı oxumuşdu. O, ilk olaraq Xan
qızı rolunu Sədayə Mustafayevaya verməyi planlaşdırırdı.
Bundan sonra qəlbimdə heç də narahatçılıq qalmadı. Həm
aktrisanın, həm də rejissorun gücünə yaxşı bələd idim. Əsərin
uğurlu səhnə taleyi olacağına inanırdım və belə də oldu”.
Fəridə Əlyarbəylinin 80-ci illərdə qələmə aldığı
“Qonşular” pyesi də maraqlı detalları ilə diqqət mərkəzində
olmağı bacaran səhnə əsərlərindən biridir. Belə ki, keçmiş
sovet post məkanının tüğyan etdiyi bir zamanda guya
rüşvətxoluqla mübarizə etmək pərdəsi altında əslində bir çox
məsələlərin elə korrupsiya ilə həlli yollarının göstərilməsi o
zamanlar yazardan böyük iradə və mərdlik, qorxmazlıq tələb
edirdi. Fəridə Əlyarbəyli “Qonşular” pyesi ilə səhnədə bir
daha korrupsiya bataqlığında batan dövlət məmurlarını
göstərməklə mübarizə yollarının aparılması üçün də əsas
132
şərtləri səciyyəvi xarakterləri ilə açıb göstərməyə nail olurdu.
Tamaşanın quruluşçu rejissoru Hilal Həsənov müəllif
fikirlərini öz rejissor traktofkasında səhnədə daha dolğun
göstərilməsinə çalışırdı. Fəridə Əlyarbəylinin “Qonşular”
pyesi haqqında xalq artisti, rejissor Vaqif Şərifov öz
müsahibələrinin birində deyirdi: “Yadınıza gəlirsə, 1988-1990-
cı illərdə meydanlarda mitinqlər gedirdi. O zamanlar sanki
teatrın bir qismi meydana köçmüşdü. Bir dənə cəsarətli söz o
dövr üçün kifayət idi. O dövrlərdə senzura vardı.
Xatırlayıram, Fəridə Əlyarbəylinin “Qonşular” pyesini
oynayırdıq. Bu pyes korrupsiya ilə mübarizəyə yönəlnmişdi.
Pyesdə fikir səslənirdi ki, uşaqlıqda oğurluq üstə yatıb indi
polis rəisidir və ya rüşvət alan təhsil şöbəsinin müdiridir. Bu
kimi fikirlərə görə o dövrlərdə senzura bizə qan uddururdu”.
İllər ötəcək ancaq Fəridə Əlyarbəyli yaradıcılığı heç
zaman tükənməyəcək. Çünki bu yaradıcılıq böyük bir sənət
yolu olaraq onun dünyasının bir parçası tək gələcək nəsillərə
böyük sənət yolu olaraq ilkin mənbənin əsası kimi təqdir
olunacaq. Amalı və idrakı uğrunda hər an öz müasirlərinin
aktuallığını qoruyub saxlayacaq. Yaşayacaq və yaşadacaq!
133
Fəridə Əlyarbəyli
S Ə K K İ Z L İ K L Ə R
134
“Səkiizliklər – 60-cı illərdə formalaşmış
poetik şəkildir. Burada fikir, hiss zənginliyi,
dolğunluğu, fikri konkret və obrazlı ifadəsi
uğurludur.
Səkkizlik – gərgin yaradıcılığın bəhrəsidir”.
Şamil Səlmanov
Filologiya elmləri doktoru, professor.
135
Anam öz borcunu verə bilmədi,
Yaman tələsirdi dünyadan köçdü.
Yadımda qalmadı o, necə idi,
Nisgilli günləri bir dünya ölçdü.
Əzəldən talesiz yaranmışam mən,
Həsrət məhəbbətin yükünü çəkdi.
Diksindim ilk dəfə “nənə” sözündən,
Anam o dünyada qarabirçəkdi.
***
Ömrümə yazmadım, sərt günlərimi,
“Yazıq” kəlməsinə nifrət edirəm.
Zəhmətimlə açdım düyünlərimi,
İlişib qalmadım həyatda nə qəm.
Bir cürə doğulmur insanlar heyhat!
Ağıl devlətlidir, ağıl dilənçi.
Aciz olanları sevməyir həyat,
Nə sən axırıncı, nə mən birinci.
***
Bu nə gündür, ay qarı
Nə məz belə düşmüsən
Olmamış ömrün yarı
Böyütdün evladları
Çiçək açdı ağaclar
Hanı onların barı
Bu nə gündür ay qarı?
Oğlum dedi: ay ana
Daha gəlmə sən bizə
Sən ki indi olmusan
Bir gəlinə qaynana
Onun dili acıdır,
Dözməzsən acı sözə.
Hanı oğulun barı
Bu nə gündür ay qarı?
136
Bəzən fərəhləndim öz zəhmətimdən
Bəzən də yazmadım, mən zaman-zaman.
Nə ayrıla bildim bu sənətimdən,
Nə də keçə bildim evladlarımdan.
Zəhmətsiz günlərim ömrümdən deyil,
Heyif ki, onları bada vermişəm.
Şersiz yaşasam bir gün elə bil,
Darıxar ağ kağız, darıxar qələm.
***
İlanlar mələyən bu geniş düzlər,
İnsan zəhmətinə qalmışdı həsrət,
İndi bu yerlərdə həyat gündüzlər,
Ucalan evlərdə gülür səadət.
Bu yerə gül-çiçək gətirir bahar,
Boy-boya düzülüb cavan çinarlar
Nura qərq olubdur zülmət gecədə
Axtarsan taparsan məni Gəncədə.
Qocalar evinə yolum düşmüşdü,
Ömrün qış çağını viranə gördüm.
Sönmüş baxışlarda canım üşüdü,
Onları həyata biganə gördüm.
Gözlər nələr dedi, nələr danışdı,
Onu Allah bildi – deyə bilmərəm.
Dünyanın dərdləri başımdan aşdı,
Yaxşı ki, hayıma yetişdi qələm.
5 yanvar 2008.
Onun hər sözündə, hər əməlində,
Ağlıma sığmayan işlər görürəm.
Çətin asanlaşır mahir dilində,
Nələr eşidirəm, nələr görürəm...
137
Dənizin dibində qup-quru çıxmaq,
Hər kəsin bacaran hünəri deyil.
Səs-küy ərşə çıxır-tülkülüyə bax!
Meşədə bağırır vəhşi elə bil.
6 yanvar 2008.
Doğru söz deyənin Qıratı gərək,
İdrakı, namusu bir dünya qədər.
Cəsarəti gərək, qanadı gərək,
Belə oğulları zaman yetirər.
Vəzifə başında oturmaq üçün,
Ağzına su alsın məmurlar gərək.
Kişilər qınına çəkilib bu gün,
Qış qurtaran kimi bahar gələcək!...
Yanvar 2008.
Səninlə üz-üzə oturduq bu gün,
Ağrılı, acılı yollar keçmişik...
Qaranlıq gecənin, aydın gündüzün,
Nurlu səhərini – sevib seçmişik.
Bu yolda fərqimiz yerlə, göy qədər,
Bakı – sənətkarın dadına çatdı.
Köməyin Tanrının verdiyi hünər,
Cəsarət, iradə, zor istedaddı!...
Yanvar 2008.
Xocalı yol gəlir – düz on altı il,
Elə bil müsibət dünən olubdur.
Xocalı tarixdən silinən deyil,
Ölənlər gözümdə donub qalıbdır.
Şairin gözündən qaçmayır heç nə,
138
Onların zülmünü bir anlıq yaşa...
Atılan güllələr dəymişdir mənə,
Bu illər onlarla qaldım baş-başa.
Fevral 2008.
Erməni məkrini, düşmənliyinin,
Nə əvvəli məlum, nə də sonu var.
Onların qanında yaşayır bu kin,
Sellərə güc gələr, çaylar bulanar.
Tutduğu şikarı təkcə gəmirər,
Yayılıb hər yana pərpətöyüntək.
Özünü torpağın sahibi bilər,
Onları kökündən qazasan gərək.
Fevral 2008.
Bakıda uzaqda yaşasan əgər,
Nə adın anılar, nə adın olar.
Fəxri adı ancaq yuxuda görər,
Nə desən ölkənin mərkəzində var?!
Çoxları piyada getdilər ora,
İradə, güvəncin böyükmüş gücü!
Niyyətin haradır mənzilin ora:
Zəhmətin bəhrəsi – dünya sevinci!
Mart 2008.
Çayın kənarına gedirəm erkən,
Ömür karvanını ləngitmək üçün.
Qəlbim məlhəm tapır suyun səsindən,
Rahatlıq duyuram xoş keçir günüm.
Yazın gəlişinə heyranam yenə,
Təzə-tər otların rəngi yamyaşıl.
Quşlar mahnı qoşur çayın səsinə,
Aləm gözəlləşir – Sərvlər, mən, sahil.
Aprel 2008.
139
İllər ötüb keçdi – Qarabağ əsir,
Deyirlər sülh ilə verilsin gərək!
Torpaqlar viranə, insanlar yesir,
Bu rüsvayçılığa nə cavab verək.
Yaxşı ki, gecələr yuxular varmış,
Sinədə yurd dağı oda qalanır.
Yuxular təsəlli, ümid olarmış...
Torpaqlar verilmir – Torpaq alınır!
Aprel 2008.
Mənəvi qidadır kitab insana,
Bizi güclü edir, qüdrətli edir.
Oxudum, öyrəndim – borcluyam ona,
Sirli dünyamızı hikmətli edir.
Bəzən qayğılardan ayırır bizi,
Təskinlik tapırıq ürəyimizə.
Nağıl aləminə çağırır bizi,
Şirinlik qatırıq çörəyimizə.
Noyabr 2008.
Dünya möcüzələr yaradır hər gün,
Gah acı, gah şirin hadisələrlə.
Sualsız, cavabsız niyə, nə üçün,
Sabah nə olacaq – bilmirsən hələ.
Dünyanı insanlar bəzəyir ancaq,
Dağıdan da insan, quran da insan.
Dözür ana torpaq, müqəddəs torpaq,
Yalnız son mənzildə rahatlaşırsan!
Mart 2009.
140
Sözlərin sinəmdə yaralar açdı,
Heç cürə özümə gələ bilmirəm.
Dünyanın işığı gözümdən qaçdı,
Gözümün yaşını silə bilmirəm.
Gör nə günə qaldım, alçaldım qat-qat,
Söz tapa bilmədim müsibətimə.
İnsan alçalarmış – doğmalar da yad,
Lənətlər söylədim – özüm-özümə.
18 iyun 2009.
Ağlı az olanın, sözü bir aləm,
Başlasa ötəcək – ata sərçətək.
Söyləyə bilmərəm, yaza bilmərəm,
Onu eşidəsən, görəsən gərək.
Çiynimdə dağ yükü azmış elə bil,
Bu ağrı, acı da üstünə gəldi.
Bu qara bildiyin qaradan deyil,
Çovğunda toz-torpaq göyə yüksəldi.
İyun 2009.
Yazmaqdan, pozmaqdan bezməyib qələm,
Məni yada salıb düşünənim yox.
Gerçəklik içində yalan görürəm,
Ürək qələmimə borclu qalacaq.
Hər kəs odu çəkir öz qabağına,
Bahardan zövq alıb yaza bilmirəm.
Heç nəyi soruşma – söz yana-yana,
Aləm külə dönür, yoza bilmirəm.
İyul 2009.
141
Harda düşüb itdi – gənclik illəri,
Addımlarım asta – tələsir zaman.
Sevinc yadırğayıb nə vaxtdan bəri,
İstəyim, diləyim çıxıb yadımdan.
Gözucu baxıram gözəlliklərə,
Onlar gözlərimdən qaçmayır ancaq.
Kaş nəğmə deməyim sonuncu kərə,
Dünya gözəlliklə dolu qalacaq!
20 İyul 2009.
Qapı arxasında qalırıq bəzən,
Mənliyimiz itir, ləyaqət itir.
Qara qanlar axır ürəyimizdən,
Sarsılır iradə - dağı titrədir.
Qəsdinə duranda ağıl vicdanın,
Mənlik hissləri çəkilər geri.
Bu da töhfəsidir bizə zamanın,
Necə soyuq imiş insanın səbri!?
Yanvar 2010.
Harayı içində qalıb millətin,
Nə eşidəni var, nə görəni var.
Dağlardan dərələr görünər çətin,
Yüz məskənin olsa, sonu bir olar.
Ehtiyac – zalımın zülmündən betər,
Günləri, ayları qovar ömürdən.
Yarımçıq bir həyat – intihar qədər,
Nə dünya, nə həyat görünməz bəzən.
Aprel 2010.
142
Ömrümüzdən gedir hər axşam, səhər,
Fərqinə varmayır insanlar onun.
Təki ay qurtarsın, tez keçsin günlər,
Qəpik-quruş olsun, təqaüd olsun.
Təmtəraq, yaraşıq qarın doydurmaz,
Qızıl teşt neynirəm – qan qusum ora.
Hamı yeyənlərdir, işləyənlər az,
Ağa ağ deyərik, qaraya qara.
İyun 2010.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz
xatirəsinə
Mübariz qeyrəti – Cavadxan kimi,
Tarixə həkk etdi öz imzasını:
Bu namus, bu qüdrət, bu vətəndimi;
İndi fürsət varkən – de, onlar hanı?!
Mərdlikdən yaranar cəsarət ancaq!
Möhkəm iradəli oğullar da var ...
Hünər Qarabağa yollar açacaq!
Bu şəhid önündə baş əydi dağlar...
İyul 2010.
Halal zəhmətinlə, halal işinlə,
Hörmətin, ad-sanın ellərdə qaldı.
Qəlbin genişliyi, müdrikliyinlə,
Nüfuzun, qüdrətin dillərdə qaldı.
Təriflər korlayır – tərif eləmək,
Həddini aşanda zəhərə dönər.
Elə bil qızıla dedin: - “Qızıltək”,
Şit tərif adamı hörmətsiz edər.
Oktyabr 2010.
143
Xalq artsiti Zülfüqar Baratzadənin əziz xatirəsinə
Bir toy məclisinə getmişdim dünən,
Düşdüm tilsiminə “Sarı gəlinin”.
Kimsə ortalığa atıldı birdən,
Bu yaşda zəbt etdi zalı büsbütün.
Bir xanım önündə durub baş əydi,
Geriyə qayıtdı gənclik illəri.
Həmin bəylə gəlin, həmin rəqs idi,
Qəlbimə həkk olmuş o vaxtdan bəri.
Fevral 2011.
“Salam verdim rüşvət deyil deyə, almadılar”
Füzuli
Elə dərin imiş kökü bu sözün.
İlbəil çoxalar, ilbəil artar,
Nə qulaq eşidər, nə görər gözün.
Rüşvətlə yoğrulmuş xəmirlərimiz,
Ən çirkin işlərin mayası rüşvət.
Görülən haq-hesab olar “tər-təmiz”
Baylara xərclənər yığılan sərvət.
Mart 2011.
Rüşvət Qarabağı viranə qoydu,
İnsanlar didərgin, torpaq qan ağlar.
Quldurlar evləri, yurdları soydu,
Erməni haramı haramla bağlar.
Rüşvət verib, alan xeyir görmədi,
Torpaq müqəddəsdir namərdlik etməz.
Qarabağ inləyən yalqız ney idi,
Sinəsi doludur – şikəstə bitməz...
Mart 2011.
144
Təkcə kitaba mən acgöz olmuşam,
Qəlbimdə yurd saldı böyük arzular.
Kitab aləmində yaşa dolmuşam,
Kitabda həyatın gözəlliyi var.
Bəlkə o, öyrətdi mənə yazmağı,
Müəllim şagirdinə öyrədən kimi.
Oxuyub öyrəndim yazıb, pozmağı,
Yerə qoymamışam hələ qələmi.
Aprel 2011.
Ağıl qüdrətlidir – bütün sərvətdən,
Hamıdan zəngindir müdrik insanlar.
Dəryadan götürdüm bir damcı hərdən,
Təki, şerimə məlhəm olsunlar.
Ağlımla ölçürəm hiss etdiyimi,
Heç kəsin fikrinə şərik deyiləm.
Şerim nemətimdir varlığım kimi
Ağlıma sığmasa pozacaq qələm.
2 may 2011.
145
Fəridə xanımın məzarını oğlu İlham ilə birlikdə ziyarət etdik.
Məzarı yanında onun sevdiyi sərv ağacı baş daşına
söykənərək sanki onunla dərdləşir, gəlib-gedənlərdən xəbər
verirdi. Ruhunuz hər zaman şad olsun Fəridə xanım! Amin!
Gəncə -- 11 fevral 2019-cu il.
M Ü N D Ə R İ C A T
1. Unudulmaz bir iz... Ön söz ...................... 3
2. Fəridə Əlyarbəyli ədəbi mühit
düşüncələrində .......................................... 7
3. Fəridə Əlyarbəyli öz xatirələrinin
işığında ....................................................... 17
4. Bir ovuc torpağı yaşatdın ......................... 27
146
5. Əziz bir xatirə ............................................ 29
6. Məşhur Qayıbovların qeyrətli qız
qardaşı ........................................................ 37
7. Fəridə xanım Əlyarbəyliyə yazırlar ......... 41
8. Şairin hərarətli nəfəsi ................................ 55
9. Sevindirəcəkdir .......................................... 58
10. Həyatdan şerə ............................................. 62
11. Bir də Sarı gül ............................................ 66
12. Kədərli qəlbin çırpıntıları ......................... 76
13. Qələmin sağ olsun, Fəridə xanım …......... 77
14. Qızılgül olmayaydı …................................. 84
15. Bu, yubiley yazısı deyil .............................. 86
16. “Səkkizliklər”in hesabı ............................. 93
17. Səkkizlik yaradan ilk müəllif ................... 96
18. Elin, günün şairi ........................................ 102
19. “Qələmi darıxmağa qoyma...” ................. 109
20. Yeni nəşr: “Pürrəngi çay” ........................ 113
21. Fəridə xanım Əlyarbəyliyə ....................... 126
22. Tükənməyən övlad xatirələri ................... 126
23. Pyeslərinin səhnə tarixi ............................ 130
24. S Ə K K İ Z L İ K L Ə R ………….......... 133
147
Teatrşünas-tənqidçi Anar Məhəmməd oğlu
Burcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda
400-dən artıq məqalə, ressenziya, oçerklərin və eləcə də
müsahibələrin müəllifidir. 1992-ci ildə Anar Burcəliyev C.
Cabbarlının “Olum ya Ölüm” və ya “Od gəlini” referat
məruzəsinə görə Azərbaycan Respublikası Ali Məktəb
tələbələrinin XVI Respublika Elmi Konfransının xüsusi
diplomu ilə mükafatlandırılıb. 2001-ci ildə “Muğan-
Media” Beynəlxalq mükafatı laureatı adına layiq görülüb.
Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan
Jurnalistlər Birliyinin üzvüdür.
“Əsl el adamı”, “Səhnə həyat nurumdur”,
“Azərbaycan kinosunun tarixi və inkişafı” (Ensklopedik
məlumat 2 fəsildə), “Qoşa qanad” və “Məqalələrim,
ressenziyalarım, oçerklərim və müsahibələrim” – I-cild
(1989-2018) kitablarının müəllifidir.
“Onun dünyası” kitabı isə müəllifin sayca altıncı
kitabıdır. Kitab şairə-dramaturq Fəridə Əlyarbəylinin 95
illik yubileyi ərəfəsində onun həyat və yaradıcılığına həsr
olunub.