N əsibov Nicatın Fizikadan praktik işi

8
N əsibov Nicatın Fizikadan praktik işi

description

N əsibov Nicatın Fizikadan praktik işi. Ətalət Qüvvə Cazibə. Isaak Nyuton. Ingilis Riyaziyyatçı , Fizik İ.Nyuton 1642-ci ildə İngiltərənin Linkolnşir qraflığında , kiçik kənddə anadan olmuşdur . Onun atası fermer idi və Nyuton anadan olmamış vəfat etmişdir . - PowerPoint PPT Presentation

Transcript of N əsibov Nicatın Fizikadan praktik işi

Page 1: N əsibov Nicatın                Fizikadan praktik işi

Nəsibov Nicatın Fizikadan praktik işi

Page 2: N əsibov Nicatın                Fizikadan praktik işi

Ətalət Qüvvə Cazibə

Page 3: N əsibov Nicatın                Fizikadan praktik işi

Isaak Nyuton

Ingilis Riyaziyyatçı , Fizik İ.Nyuton 1642-ci ildə İngiltərənin  Linkolnşir qraflığında, kiçik kənddə anadan olmuşdur. Onun atası fermer idi və Nyuton anadan olmamış vəfat etmişdir.

Məktəbdən sonra Nyuton Kembric universitetində riyaziyyatı öyrənmiş və 1665-ci ildə elmi dərəcə almışdır. Sonradan taun xəstəliyi təhlükəsi üzündən universitet bağlanmışdır.

Nyuton 3 böyük kəşf etmişdir 1) Defferensial hesablama 2) Ağ işığın təbiəti 3) Ümumdünya cazibə qüvvəsi Qanunları: 1-ci qanun "düzxətli bərabər sürətli hərəkət

edən cismə kənardan heç bir təsir göstəmədikdə o öz sürətini saxlayır"

2-ci qanun F=ma, 3cu qanun F=-F "təsir əks təsirə

bərabərdir" 

 

Page 4: N əsibov Nicatın                Fizikadan praktik işi

Birinci qanun ətalət prinsipinə aiddir. Bu yalnız ətalətli sistemlərdə mövcuddur və ilk dəfə olaraq 1638-ci ildə Qalileo Qaliley tərəfindən tərtib edilmişdir: Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.

Nyutonun latın dilində yazdığı orijinal mətni:Lex prima: Corpus omne perseverare in statu suo quiescendi

vel movendi uniformiter in directum, nisi quatenus illud a viribus impressis cogitur statum suum mutare''

Sürət yalnız verilmiş şərtlər daxilində öz qiymətini və istiqamətini sabit saxlayır. Hərkətin vəziyyətini dəyişmək üçün kənardan qüvvə təsir etməlidir. Çox hallarda bu yerin cazibə qüvvəsidir.

Klassik mexanikada bu tarazlıq şərtlərinə uyğun gəlir.

Nyutonun birinci qanunu

Page 5: N əsibov Nicatın                Fizikadan praktik işi

Nyutonun ikinci qanunu – hərəkətin differensial qanunu maddi nöqtəyə qoyulan qüvvə və onun təcili arasındakıə əlaqəni göstərir.

Bu qanuna əsasən ətalətli sistemdə maddi nöqtənin aldığı təcil verilən qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir.

Nyutonun ikinci qanunu belə ifadə olunur:a = F/mburada,  — cismin təcili,  — cismə təsir edən

qüvvə, m — cismin kütləsidir.

Nyutonun ikinci qanunu

Page 6: N əsibov Nicatın                Fizikadan praktik işi

Üçüncü prinsip qarşılıqlı təsirə

əsaslanır:

Qüvvələr cür-cüt təsir edirlər.

Əgər Acismi başqa bir B

cisminə qüvvə ilə təsir edərsə,

onda A cisminə də B cismi

tərəfindən eyni qiymətdə,

ancaq əks tərəfə yönəlmiş

qüvvə təsir edəcək. Yəni,

qüvvə əks qüvvə yaradır.

Nyutonun üçüncü qanunu

Page 7: N əsibov Nicatın                Fizikadan praktik işi

Əgər daha irəlini gördümsə, nəhənglərin çiyinlərində dayandığım üçün olmuşdur. Ulduzların hərəkətlərini hesablaya bilərəm ancaq insanların dəliliklərini deyil.Tanrı hər şeyi ölçüylə yaratmışdır. Ağırlıq, ədəd və uzunluq. Sağlam bir təxmin olmadan, heç bir böyük nəticə əldə edilməmişdir. Biz düşüncələrimiz deyilik, biz düşüncələrimizin düşüncəsiyik. Mən, məndən əvvəlkilərin çiyinlərinə dırmaşdığım üçün onlardan bir az daha irəlisini görə bildim. Əgər digər insanlardan mənim üçün bir şeylər etmələrini gözləsəydim heç bir şey edə bilməzdim. Eşq körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerdə, divar hördükləri üçün tək qalarlar. Digər bütün dəlilləri bir tərəfə buraxsaq baş barmaq belə mənim Tanrının varlığına inanmam üçün kifayətdir. İnsanlar ədədlər kimidir, o insanın dəyəri isə o ədədin içində olduğu ədəd ilə ölçülər.Platon və Aristotel mənim dotlarımdır ancaq mənim ən böyük yoldaşım düzgünlük.Necə yəni səhv ? Mənmi? Dünyaya necə göründüyümü bilmirəm ; amma mən özümü, hələ kəşf edilməmiş gerçəklərlə dolu bir okeanın sahilində oynayan, düz bir çaxıl daşı ya da gözəl bir balıq qulağı tapdığında sevinən bir uşaq kimi görürəm. 

Isaak Nyutondan hikmətli sözlər

Page 8: N əsibov Nicatın                Fizikadan praktik işi

Nyuton ağac altında

oturub istirahət eləyir.

Onun başına bir alma

düşür. Zərbədən başının

qaşıya-qaşıya o, alman

yerdən qaldırır. Almanın

içindən bir soxulcan

çıxıb deyir:

— Əla uçduq!

Nyuton soxulcanı

torpağa qoyaraq almanı

onun üstündə qaldırıb

sonra yerə buraxır.

— İndi sən də Yerin

cazibə qüvvəsinin bütün

kefini öz üstündə hiss

elə!!!