Mövzu 2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

19
Mövzu 2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI Plan 1.Elektrik avadanlıqlarının işlərinin müxtəlif periodları 2.Elektrik avadanlıqlarının etibarlılığa sınaq metodları 3.İşçi rejimlərinin təsir vaxtının qısaldılması (tezləşdirilmiş sınaq) 4.Elektrik avadanlıqlarının etibarlılıq məsələləri Ədəbiyyat 1.Б.Гнеденко, Ю.К.Беляев, А.Д.Соловьев Математические методы в теории надежности, Наука, 1965. 2.Котеленец Н.Ф., Кузнецов Н.Л. Испытания и надежность электрических машин, М.: Высш.шк., 1988. 3.Сырых Н.Н. Эксплуатация сельских электроустановок. М., «Агропромиздат», 1986.

description

Mövzu 2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI. Plan 1.Elektrik avadanlıqlarının işlərinin müxtəlif periodları 2.Elektrik avadanlıqlarının etibarlılığa sınaq metodları 3.İşçi rejimlərinin təsir vaxtının qısaldılması (tezləşdirilmiş sınaq) 4.Elektrik avadanlıqlarının etibarlılıq məsələləri - PowerPoint PPT Presentation

Transcript of Mövzu 2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Page 1: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Mövzu 2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Plan 

1.Elektrik avadanlıqlarının işlərinin müxtəlif periodları

2.Elektrik avadanlıqlarının etibarlılığa sınaq metodları

3.İşçi rejimlərinin təsir vaxtının qısaldılması (tezləşdirilmiş sınaq)

4.Elektrik avadanlıqlarının etibarlılıq məsələləri

 

Ədəbiyyat

1.Б.Гнеденко, Ю.К.Беляев, А.Д.Соловьев Математические методы в теории надежности, Наука, 1965.

2.Котеленец Н.Ф., Кузнецов Н.Л. Испытания и надежность электрических машин, М.: Высш.шк., 1988.

3.Сырых Н.Н. Эксплуатация сельских электроустановок. М., «Агропромиздат», 1986.

Page 2: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Elektrik avadanlıqlarının işlərininmüxtəlif periodları

Bütün texniki məmulatlarda olduğu kimi, elektrik avadanlıqlarının da öz fəaliyyəti prosesində üç əsas səciyyəvi iş dövrü mövcuddur: elektrik

avadanlığının zavod sexindən çıxması ilə başlayan ( t = 0 ) uyuşma dövrü ( 0 < t < t1 ); normal istismar dövrü ( t1 < t < t2 ) və köhnəlmə dövrü ( t > t2).

Page 3: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Uyuşma dövrü sıradançıxmaların yüksək intensivliyi ilə səciyyələndirilir ki, bu da tədricən azalır. Bu sıradan çıxmalar

həm elektrik avadanlığının özünə, həm də bu avadanlığın istehsalı prosesinə ( material istehsalı, onların saxlanması və

daşınması da buraya aiddir) xas olan texnoloji, istehsalat və ya konstruktiv çatışmazlıqlarla (nöqsanlarla) bağlıdır. Uyuşma

dövründə baş verən sıradançıxmaları ayrı-ayrı hissə və qovşaqları dəyişdirməklə aradan qaldırmağa çalışırlar.Elektrik avadanlıqlarında işə salmadan əvvəl fırçanın

(şotkanın) sürtüb kollektora və ya həlqəyə uyğunlaşması (uyuşması), yastıq qovşaqlarının sazlanması, izolyasiyanın

nəzarəti və s. həyata keçirilməlidir.Uyuşma dövründə sıradançıxmalar təxminən Veybull

qanununa tabe olur.

Page 4: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Normal istismar dövrü sıradançıxmaların minimum intensivliyi ilə xarakterizə olunur. Normal istismar dövründə sıradançıxmalar

qəflətən baş verməklə, təsadüfi xarakter daşıyır. Belə sıradan çıxmaların təbiəti

məmulatın daxilində və ya xaricdən yüklənmənin gözlənilməz konsentrasiyası ilə

şərtlənir. Belə hadisələrin nizamlılığı müşahidə olunmur. Bu dövrdə sıradançıxmaların paylanması eksponensial qanunla olur.

Page 5: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Köhnəlmə dövrü sıradan çıxmaların intensivliyinin kəskin artması ilə səciyyələnir.

Bu dövrdə maşının element və hissələri köhnəlir və intensiv yeyilmə baş verir. Belə

sıradan çıxmalar materialların, konstruksiyanın və məmulatın özünün

köhnəlməsi ilə şərtlənir. Sıradan çıxmaların paylanması ya normal ya da

loqarifmik-normal qanunla olur (digər hallar da ola bilər).

Page 6: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Normal istismar dövrü 10000 saatdır. Sıradançıxmaların intensivliyi azdır. Çevricinin

texniki resursu normal istismar dövrünə bərabərdir, yəni T1 ≈ 10000 saat. Köhnəlmə dövrü t > 10000 saatdan sonra başlayır və

sıradançıxma intensivliyi ( λ ) kəskin artması ilə (5000 saatda 10 dəfə) səciyyələnir. Birinci

sıradançıxmaya qədərki orta işləmə müddəti Tor = 15000 saat təşkil edir.

Page 7: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Elektrik avadanlıqlarının etibarlılığa sınaq metodları

Sınağın ümumi məqsədi material, detal və hər hansı qovşağın keyfiyyətini yoxlamaq, texnoloji prosesin dəqiqliyinə nəzarət etmək, müxtəlif faktorların təsirini nəzərə almaqla qurğunun iş qabiliyyətinə nəzarət etməkdir.

Etibarlıqa sınağın məqsədi hər-hansı qurğunun, o cümlədən elektrik avadanlıqlarının etibarlıq göstəricilərinin faktiki göstəricilərə uyğunluğunu təyin etməkdir. Bundan başqa belə sınaqlarda həm də qurğunun istehsalı və istismarı zamanı etibarlıq göstəricisinə qiymət vermək üçün də istifadə edilir.

Ümumiyyətlə sınağın növü və həcmi istehsalatın tipindən asılıdır. Sınaqlar laboratoriya və ya stend sınağı, dövlət sınağı, təfil götürmə zamanı sınaqlar, periodik sınaqlar, yoxlama sınaqları, parametrik sınaqlar, elektrotexniki sınaqlar, mexaniki sınaqlar, klimatik sınaqlar, xüsusi sınaq və etibarlığa sınaq.

Page 8: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Sınaqların istehsalatın tipindən asılı olaraq növləri struktur formasında aşağıdakı şəkildə verilir:

Page 9: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Etibarlığa sınaq zamanı elektrik avadanlıqlarının işləmə müddəti və ya komutasiya sikllərinin sayı, sıradan çıxmalarının sayı, sıradan çıxmanın intensivliyi, tezliyi və sair

kimi parametrlər təyin edilir. Hər-hansı elektrik avadanlığının siklinin tərkibinə aşağıdakı qrafikdə göstərilən

proseslərin davam etmə müddətləri daxildir:

burada 0 – 1 – işə buraxma müddəti; 2 – 3 – normal iş devri; 4 – 5 – qəza müddəti; 6 – 7 – soyuma müddəti.

Page 10: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

İşçi rejimlərinin təsir vaxtının qısaldılması (tezləşdirilmiş sınaq)

Elektrik avadanlıqlarının iş səciyyəsi üçün onun elementlərindən keçən cərəyanın qiyməti olduqca vacibdir. Bu zaman avadanlığın iki iş rejimi olur: qərarlaşmış və qərarlaşmamış. Şəkildə göründüyü kimi elektrik avadanlığının işçi tsikl vaxtının qısaldılması, cərəyan şiddətinə görə yüklənmənin qərarlanmış qiymətinin kənarlaşdırılması hesabına əldə edilir.

Page 11: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI
Page 12: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Avtomatik açarlar və qoruyucuların etibarlığına qiymət vermək üçün mühafizə funksiyalarını yerinə yetirərkən sıradan çıxmadan işləmə ehtimalından istifadə

edilir.Etibarlığa sınaqlar istismar şəraitinə yaxın olan laboratoriya şəraitində aparılır. Qurğu 630, 1000 və ya 1600 saat müddətində nominal cərəyan verilməklə qızdırılır. Sınaq zamanı əvvəlcə hər 8 saatdan bir, sonra isə 50 saatdan bir kontaktların qızma temperaturası, dolağın izolyasiya müqaviməti və omik

müqaviməti ölçülərək texniki sənədlərdə göstərilən tələblərə uyğunluğu yoxlanılır. Hər hansı elementin sıradan çıxmadan işləmə shtimalı aşağıdakı ifadə ilə təyin

olunur:

burada Pmin – sıradan çıxmadan işləmə ehtimalı;

n – sınaqdan keçirilən hər-hansı elementin ümumi sayı; m – hər-hansı müddətdə sıradan çıxan elementin sayı.

Page 13: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Sınağın nəticələri protokol şəklində tərtib olunur. Buna əsasən isə sınağın işçi jurnalı tərtib edilir. İşçi

sınaq jurnalında aşağıdakılar qeyd edilir: sınağın aparılma vaxtı, sınaq obyekti, onun xarakter

xüsusiyyətləri, sınaq şəraiti, sınaq avadanlığı və s. Sınaq jurnalına sınağın aparılma metodikası,

hesabat formulaları və sınağın nəticələridə qeyd edilir. Sınağın nəticələri cədvəl şəkilində verilir.

Hesabatın nəticələri çox vaxt qrafiki şəkildə verilir. Qrafiki asılılıqlar nəinki dəyişən kəmiyyəti və sınaq

şəraitini əyani olaraq göstərir, həm də interpolyasiya yolu ilə sınağa daxil olmayan

nöqtələri də tapmağa imkan verir.

Page 14: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Elektrik avadanlıqlarının etibarlılıq məsələləri

Bu qurğuların ümumi etibarlığı konstruksiya və hesabat, hazırlanma və istismar zamanı olan etibarlıqların cəmindən ibarətdir. Hazır qurğuların etibarlılığı onların saxlanması zamanı düzgün üsulların tədbiqi istismar qaydalarına və keyfiyyətli təmirə əməl etməklə əldə edilir. Qurğular layihə olunarkən onların etibarlığı tədbiq olunan detal və komponentlərin keyfiyyətindən, onların iş rejimindən, onlara xidmət və təmirlərin mümkünündən asılıdır.

Page 15: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

İstehsal olunma zamanı qurğunun etibarlılığına keyfiyyətə nəzarətin

olunması, materialların düzgün seçilməsi, nəqletdirmə və saxlanma şərtlərinə əməl edilməsi, texnoloji

prosesin pozulmaması, hazır məhsulun keyfiyyətinə nəzarət, onun etibarlığının yoxlanılması kimi faktorlar təsir edir.

Page 16: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

İstismar prosesində isə etibarlılığa aşağıdakı faktorlar təsir edir:

--istehsalat və iqlim şəraiti;--xidmət sistemi;

--xidmətçi işçilərin ixtisası və məhsuliyyəti.Elektrik avadanlıqlarının sıradan çıxma səbəblərinin və defektlərinin

tədqiqi göstərir ki, ümumi sıradançıxmaların 25...30%-i onların layihə olunma zamanı buraxılan səflərdən, 20%-i – istehsal zamanı

buraxılan səflərdən, 40%-i isə istismar şəraitindən və düzgün olmayan istismar rejimindən, 5...10%-i isə detal və elementlərin təbii

xarab olması və köhnəlməsi hesab edilir.Elektrik avadanlıqlarının göstərilən sıradan çıxmalarını azaltmaq

üçün onların layihə olunma, hazırlanma və istismarı zamanı etibarlılıqlarını yüksəltmək lazımdır.

Page 17: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Layihə olunma zamanı etibarlığı yüksəltmək üçün qurğunun işinin fizikasını, sıradan çıxmaların fizikasını öyrənmək, yüksək keyfiyyətli materiallar istifadə etmək,

onların bütün lazım olan xarakteristika və xassələrini mənimsəmək, bununlada onların iş rejimlərinin və tədbiq sahələrinin düzgün seçilməsinə nail olunur.

Bundan başqa bu məqsədlə iş rejimi və şəraiti nəzərə alınmaqla yüksək etibarlı yeni qurğular yaratmaq,

istismar şəraitini tətbiq olunma yerini nəzərə almaqla etibarlı konstruksiya yaratmaq, yüksək keyfiyyətli detal və qovşaqları geniş unifikasiya etmək kimi məsələlərin

yerinə yetirilməsində layihə zamanı qurğunun etibarlılığını yüksəldir.

Page 18: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Qurğuların istehsalı zamanı etibarlılığı saxlamaq və ya artırmaq üçün aşağıdakı məsələlərə ciddi fikir verilməlidir:

istifadə olunan materialların keyfiyyətinə ciddi nəzarət;müasir texnoloji metod və avadanlıqlardan istifadə etmək;

istehsalat binalarının təmizlik və komfortunun təmin olunması, texnoloji əməliyyatlara ciddi nəzarət, texnoloji

avadanlığın işinin keyfiyyətinə nəzarət;hazırlanan qurğunun xassəsinə, xarakteristika və

parametrlərinə ciddi nəzarət etmək;müasir qablaşdırma (upakovka), saxlama və nəqletdirmə

üsullarından istifadə etmək.

Page 19: Mövzu  2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

İstismar vaxtı qurğuların etibarlığını təmin etmək üçün aşağıdakılar nəzərə alınmalıdır:

-- diqqətlə işlənilmiş və əsaslanılmış təlimatlardan, istismar, profilaktika və təmir üzrə metodikalardan istifadə etmək;-- ancaq yüksək ixtisaslı mütəxəsislərdən istifadə etmək;

-- xidmətçi işçilərin hüquq, vəzifə və məhsuliyyətlərini düzgün müəyyən etmək;

-- periodik olaraq qurğuların istismarının yaxşılaşdırılması, konstruksiyasının təkmilləşdirilməsi üzrə göstəriciləri təhlil

etmək və tövsiyələr hazırlamaq;-- istismar təcrübələrindən və mövcud texniki xidmət

sistemlərindən istifadə etmək.