M Ü N D ƏRİCAT Hesabat-2011.pdfmemoranduma əsasən ingilis dilindən Azərbaycan...
Transcript of M Ü N D ƏRİCAT Hesabat-2011.pdfmemoranduma əsasən ingilis dilindən Azərbaycan...
M Ü N D Ə R İ C A T
Giriş.......................................................................................................................4-9
I. Auditin normativ hüquqi bazasının təkmilləşdirilməsinə yönəlmiş tədbirlər
...................................................................................................................................10-17
II. Auditor xidmətinin təşkili və tənzimlənməsi................................................18-25
III. Auditor xidmətinin keyfiyyətinə nəzarət………….....................................26-29
IV. Auditor kadrların hazırlanması və peşə-ixtisas səviyyəsinin
yüksəldilməsi….........................................................................................................30-37
V. Korrupsiyaya qarşı mübarizə və daxili audit…………................................38-45
VI. Beynəlxalq əlaqələr…………………………….........................................46-52
VII. İnformasiya-təbliğat və nəşriyyat fəaliyyəti…..........................................53-55
VIII. Maliyyə-təsərrüfat fəaliyyəti………………............................................56-57
IX. Xüsusi komissiyaların və komitələrin fəaliyyəti…………...…..................58-61
X. Palata Şurasının fəaliyyəti……………........................................................62-67
Əlavələr………………………………………………………………….......68-207
1. “Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.
2. Auditor təşkilatlarının və sərbəst auditorların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasına dair nümunəvi akt formasının tərtib edilməsinə dair Qayda.
3. Auditor adı almaq üçün imtahanların keçirilməsi Qaydaları.
4. Auditor adı almaq üçün Auditorlar Palatasının İmtahan Komissiyası haqqında
Əsasnamə.
- 2 -5. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2010-cu il 14 dekabr
tarixli 214/9 saylı qərarı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı
mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası
Auditorlar Palatasının 2011-ci il üzrə Fəaliyyət Planı”.
6. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 saylı
sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında
qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası ilə əlaqədar Auditorlar
Palatasının Tədbirlər Planı.
7. Sərbəst auditorların, auditor təşkilatlarının və xarici auditor təşkilatlarının
filiallarının (və ya nümayəndəliklərinin) fəaliyyətini əks etdirən yarımillik (illik)
hesabatların və ona əlavənin Azərbaycan Respublikası Auditorlar Palatasının elekton
ünvanına göndərilməsinə dair Təlimat.
8. Auditor təşkilatlarının və sərbəst auditorların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasına dair Metodik Göstəriş.
9. “Müasir şəraitdə auditin aktual problemləri” mövzusunda 2011-ci il
27-28 yanvar tarixlərində keçirilmiş Polşa-Azərbaycan elmi-praktik simpoziumunun
proqramı.
10. “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit
standartlarının tətbiqi problemləri” mövzusunda 2011-ci il 15-17 sentyabr tarixlərində
keçirilmiş Mühasiblərin və Auditorların III Avrasiya Forumunun proqramı.
11. KİV-də çıxışların, məlumatların və müsahibələrin siyahısı.
12. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Macarıstan Auditorlar
Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu.
13. Azərbaycan Respublikası Auditorlar Palatası ilə Baltik Beynəlxalq
Akademiyası arasında əməkdaşlığa dair Saziş.
14. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Ukrayna Auditorlar
Palatası arasında əməkdaşlığa dair Saziş.
15. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Moldova Respublikası
Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma
Memorandumu.
- 3 -16. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Rusiya Peşəkar Mühasiblər
və Auditorlar İnstitutu arasında strateji əməkdaşlığa dair Saziş.
17. Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Bank Tədris
Mərkəzi arasında strateji tərəfdaşlığa dair Əməkdaşlıq Sazişi.
18. Azərbaycan Respublikasının Auditorlar Palatası və GRBS® Beynəlxalq Tədris
Mərkəzi arasında Partnyorluq Sazişi.
19. “Auditor xidmətinin aktual problemləri” mövzusunda keçirilmiş sorğunun
nəticələri barədə icmal.
- 4 -G İ R İ Ş
Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış 1994-cü il 16 sentyabr
tarixli “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul
edilməsi ilə ölkəmizdə auditor xidmətinin əsası qoyulmuş və sonrakı illərdə sürətlə
inkişaf etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
ölkəmizdə uğurla həyata keçirilən islahatlar və uzaqgörən iqtisadi siyasət nəticəsində
2011-ci ildə ölkə iqtisadiyyatının inkişafı davam etmiş, mühüm nailiyyətlər əldə
edilmişdir. Bu, ölkə Prezidentinin möhkəm siyasi iradəsinin, ölkədə biznes mühitinin
əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üzrə hökumət qarşısında qoyduğu vəzifələrin
uğurla həyata keçirilməsinin məntiqi yekunudur. Görülmüş ardıcıl və məqsədyönlü
tədbirlərin nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş,
iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində ciddi nailiyyətlər əldə
edilmişdir. Eyni zamanda, iqtisadi yüksəliş əhalinin rifah səviyyəsinin artması üçün
görülən konkret tədbirlər, struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və
ölkənin rəqabət üstünlükləri sayəsində təmin edilmişdir. Sosial-iqtisadi inkişafda yeni
nailiyyətlərin əldə edilməsi islahatların ardıcıl aparılması, şəffaflığın təmin olunması,
iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma
zəminində baş vermişdir.
Bunlar ölkədə bazar infrastrukturlarının, o cümlədən bütün dünyada maliyyə
nəzarətinin sivil forması kimi qəbul edilən auditor xidmətinin inkişafı üçün də yeni
imkanlar açmışdır.
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,
ölkədə auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, bu sahədə olan və
Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə
yönəlmiş müvafiq normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq,
dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə etmək, öz
fəaliyyətində qanunvericilik aktlarından və normativ hüquqi aktlardan irəli gələn
tələblərə auditorlar tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılmış və
1996-cı ilin 5 aprel tarixindən fəaliyyətə başlamış Azərbaycan Respublikasının
Auditorlar Palatasının ötən 15 il ərzində intensiv fəaliyyəti sayəsində Azərbaycanda
- 5 -milli audit sistemi formalaşmış, auditor xidmətlərinin həcmi və əhatə dairəsi
əhəmiyyətli dərəcədə yüksəlmiş, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı
mübarizədə və bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolu əhəmiyyətli
dərəcədə dərinləşmiş, Palatanın beynəlxalq əlaqələri yetərincə genişlənmişdir.
Respublikada 1996-2011-ci illərdə qəbul edilmiş 200-dək qanun və məcəllələrdə,
dövlət başçısının imzaladığı fərman və sərəncamlarda müstəqil auditor xidməti bazar
infrastrukturu elementi və idarəetmə sisteminin mühüm zümrəsi kimi təsbit olunmuş,
Palata tərəfindən ölkə ərazisində auditor xidmətinin təşkilinə, inkişafına və
təkmilləşdirilməsinə yönəldilmiş normativ aktlar, tədbirlər sistemi hazırlamaq,
dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafeyinin müdafiəsini təmin
etmək, auditorların fəaliyyətinə nəzarət etmək istiqamətində müvafiq tədbirlər həyata
keçirilmişdir.
1996-2011-ci illərdə Palata tərəfindən ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul
olmaq üçün 400-dən artıq fiziki və hüquqi şəxsə, o cümlədən 12 xarici hüquqi şəxsə
lisenziya verilmişdir. Hazırda Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəmkir və
Beyləqan şəhərlərində 50-dən çox auditor təşkilatı (o cümlədən 5 xarici auditor
təşkilatının filial və ya nümayəndəliyi), sadalanan ünvanlarda, habelə Abşeron,
Cəlilabad, Zaqatala, Biləsuvar, Göygöl və Şərur rayonlarında fərdi sahibkar kimi
42 sərbəst auditor fəaliyyət göstərir.
Palatanın məqsədyönlü səyləri nəticəsində son 15 ildə ölkədə auditor
xidmətlərinin göstərilməsinə dair yerinə yetirilmiş müqavilələrin sayı 21 dəfə, xidmətin
həcmi isə 35 dəfəyə qədər artmışdır.
Palata 15 illik fəaliyyəti müddətində üzvlərinin və əməkdaşlarının qüvvəsi ilə
hazırlanaraq nəşr etdirilmiş 40-dək müxtəlif ədəbiyyat - “Audit. İzahlı lüğət” və
“Auditin əsasları” adlı kütləvi nəşrlər, ali məktəblər üçün “Audit” dərs vəsaiti, 6 cildi
çap olunmuş “Audit: Qanunvericilik və normativ sənədlər” toplusu, “Azərbaycanda
audit: təşəkküldən inkişafa doğru (1996-2001-ci illər)” və “Azərbaycan auditi” icmal-
məlumat kitabları, “Daxili audit” tədris-praktika vəsaiti və “Daxili audit” dərs vəsaiti,
“Azərbaycanın milli audit standartları”, “Daxili audit standartları” və “Sahəvi
auditlərin aparılmasına dair proqramlar” topluları, “Auditorların Peşə Etikası
Məcəlləsi”, tematik yaddaş-bukletlər, təqvimlər, habelə Beynəlxalq Mühasiblər
- 6 -Federasiyası ilə Auditorlar Palatası arasında imzalanmış 2008-ci il 21 aprel tarixli
memoranduma əsasən ingilis dilindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr
edilmiş 796 səhifəlik “Peşəkar Mühasiblərin Etika Məcəlləsi. Beynəlxalq audit
standartları” kitabı təkcə auditorlar və audit mütəxəssisləri üçün deyil, həm də
iqtisadiyyat profilli təhsil müəssisələrinin professor-müəllim heyətləri, tələbə,
magistrant və doktorantları üçün gərəkli bilik mənbəyi rolunu oynayır. “Peşəkar
Mühasiblərin Etika Məcəlləsi. Beynəlxalq audit standartları” kitabının nəşri
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da nəzərdə
tutulmuş və 2007-2011-ci illər ərzində həyata keçirilməli olan korrupsiyaya qarşı
mübarizə sahəsində mühüm tədbirlərdən daha birinin icrasına – 2010-cu il yanvarın
1-dən ölkədə beynəlxalq audit standartlarının tətbiqinə keçməyə imkan yaratmışdır.
1996-2011-ci illərdə Auditorlar Palatasının təşəbbüsçüsü və təşkilatçılarından biri
olaraq, həm ölkə daxilində və həm də onun hüdudlarından kənarda yüksək
qiymətləndirilmiş bir neçə irimiqyaslı elmi-praktik konfrans, simpozium və “dəyirmi
masa”lar keçirilmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası
Qanununun qəbul edilməsinin 10 illiyi ilə əlaqədar təşkil edilmiş, ABŞ, Türkiyə,
Rusiya, Qazaxıstan, Gürcüstan, Yamayka və digər xarici ölkələrdən, habelə audit və
mühasibatlıq üzrə beynəlxalq təşkilatlardan nümayəndələr iştirak etdiyi “Keçid
iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri” mövzusunda beynəlxalq elmi-
praktik konfransa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
göndərdiyi təbrik məktubu çox əlamətdar və fərəhli hal kimi qiymətləndirilmiş, ruh
yüksəlişi ilə qarşılanmışdır. Dövlətimizin başçısı ölkədə milli auditin təşəkkülü və
inkişafı üçün hüquqi baza olan “Auditor xidməti haqqında” Qanunun qəbul edilməsini
“ümummilli liderimiz Heydər Əliyevin bazar iqtisadiyyatına keçid istiqamətində həyata
keçirdiyi siyasətin, cəmiyyətdə maliyyə şəffaflığının təmin olunmasında və bazar
infrastrukturları sistemində auditə verdiyi qiymətin parlaq təzahürü” kimi
dəyərləndirərək, Azərbaycanda auditor xidmətinin iqtisadi siyasətin aparılmasında
mühüm rol oynadığını qeyd etmiş, auditorlar qarşısında konkret vəzifələr qoymuşdur:
“İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli
istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin
vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır”; “Bizim açıq və
- 7 -informasiyalı cəmiyyət qurmaq istəyimiz həyatın bütün sahələrində demokratik
prinsiplərin, şəffaflığın təmin olunmasını, məlumatların dəqiq və mötəbər olmasını
zərurətə çevirir. Bu da auditorların üzərinə böyük vəzifələr qoyur, dünya təcrübəsini, ilk
növbədə də keçid iqtisadiyyatı ölkələrinin təcrübəsini öyrənib, yerli şəraitə
uyğunlaşdırmaqla tətbiq etməyi ön plana çıxarır”.
Ölkə başçısının Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə
başlamasının 10 illiyi ilə əlaqədar Auditorlar Palatasının kollektivinə və üzvlərinə
ünvanladığı 2006-cı il 4 aprel tarixli məktubunda isə qeyd edilmişdir ki, “Azərbaycanın
bir sıra transmilli layihələrin reallaşmasında fəal iştirakı, xarici investisiyaların ölkəmizə
axını, birgə müəssisələrin uğurlu fəaliyyəti auditor xidmətinin iqtisadi proseslərdə
rolunu və əhəmiyyətini daha da artırmışdır”. Azərbaycan Prezidenti vurğulamışdır ki,
“Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat
sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın
təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin
imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə
nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın
xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir”.
Auditorlar Palatası 2011-ci ildə öz fəaliyyətini “Auditor xidməti haqqında”
Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Auditorlar
Palatası haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı
mübarizə üzrə Milli Strategiya”ya, habelə Palata Şurasının 2010-cu il 23 dekabr tarixli
215/1 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının
2011-2013-cü illər üzrə iş planına və Palata Şurasının 2011-ci il üzrə iş planına,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan
Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə
Palatanın kollektivinə və üzvlərinə” təbrik məktubundan irəli gələn vəzifələrin icrası ilə
əlaqədar Palata Şurasının 2006-cı il 16 may tarixli 166/1 saylı qərarı ilə təsdiq edilmiş
Azərbaycan Respublikası Auditorlar Palatasının kompleks tədbirlər planına və Palata
Şurasının 2010-cu il 14 dekabr tarixli 214/9 saylı qərarı ilə təsdiq edilmiş “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi
- 8 -ilə bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyət planına
(2007-2011-ci illər)”, eləcə də Auditorlar Palatasının Beynəlxalq Mühasiblər
Federasiyasına (IFAC) həqiqi üzv kimi üzərinə götürdüyü öhdəliklərə və digər
sənədlərə müvafiq olaraq qurmuşdur.
Palatanın 2011-ci il üzrə iş planının 3.8-ci “Şəffaflığın artırılması və korrupsiyaya
qarşı mübarizə üzrə Milli Strategiyanın (2007-2011-ci illər) həyata keçirilməsi ilə bağlı
Azərbaycan Respublikası Auditorlar Palatasının 2011-ci il üzrə Fəaliyyət Planının
icrası” bəndinə uyğun olaraq, təsdiq edilmiş fəaliyyət planının “Auditorlar Palatasının
fəaliyyəti barədə illik hesabatların tərtib edilməsi” barədə 8(12)-ci bəndinin icrasının
təmin etmək məqsədilə, Palatanın fəaliyyətini əks etdirən geniş hesabat hazırlanmış və
işçi qrupuna təqdim olunmuş, həmin hesabat Palata Şurasının 2011-ci il 23 fevral tarixli
iclasında Şura üzvlərinin irad və təklifləri nəzərə alınmaqla 217/1 saylı qərarla təsdiq
edilmişdir. Hesabatda Palatanın il ərzində gördüyü işlərlə yanaşı, üzvlüyə qəbul, ərizə
və şikayətlərə baxılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə
sahəsində həyata keçirilən tədbirlər barədə məsələlər də öz əksinin tapmışdır. Hesabat
Palatanın internet saytında yerləşdirilmiş, habelə ictimaiyyətə çatdırılması üçün KİV-də
dərc edilməsi ilə bağlı müvafiq material hazırlanaraq “İqtisadiyyat” qəzetində dərc
etdirilmişdir.
Şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün
idarə olunması, antikorrupsiya mədəniyyətinin formalaşdırılması, korrupsiyaya qarşı
mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, iqtisadi və sosial sahədə
inkişafa mane olan amillərin aradan qaldırılması və maarifləndirmə tədbirlərinin
həyata keçirilməsi üzrə Palatanın fəaliyyəti daim ölkə rəhbərliyinin diqqət
mərkəzində olmuş və layiqincə qiymətləndirilmişdir. Bunun bariz nümunəsi
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli sərəncamı ilə
Azərbaycanda auditor xidmətinin inkişafındakı xidmətlərinə görə Auditorlar Palatasının
işçilərindən və üzvlərindən bir qrupunun “Tərəqqi” medalı ilə təltif edilməsidir. Bu da
Auditorlar Palatasının kollektivi və üzvləri qarşısında yeni öhdəliklər yaratmaqla
yanaşı, daha məsuliyyətlə çalışmağı tələb edir.
Eyni zamanda, Palata tərəfindən 2011-ci il ərzində sahibkarlığın inkişaf etdirilməsi
ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlarda
- 9 -icrası tələb olunan məsələlərin auditor xidməti sahəsində həllinə nail olmaq, bu xidmət
növünün tənzimlənməsini təkmilləşdirmək, ölkədə auditor xidməti bazarının mövcud
vəziyyətini öyrənmək, bu sahədə gedən prosesləri təhlil etmək, xidmətin inkişaf
problemlərini müəyyənləşdirmək və auditor xidmətinin inkişafı üzrə kompleks
tədbirlərin hazırlanmasını təmin etmək üçün müvafiq işlər həyata keçirilmişdir.
Təqdim olunan hesabatda Azərbaycan Respublikası Auditorlar Palatasının
2011-ci ildəki fəaliyyətində əldə olunmuş nəticələr və mövcud problemlər əks
etdirilmişdir.
- 10 -I. AUDİTİN NORMATİV HÜQUQİ BAZASININ
TƏKMİLLƏŞDİRİLMƏSİNƏ YÖNƏLMİŞ TƏDBİRLƏR
Auditorlar Palatasının əsas vəzifələrindən biri Azərbaycan Respublikasında
auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların
layihələrini, tədbirlər sistemini işləyib hazırlamaqdır. Bununla əlaqədar olaraq
beynəlxalq təcrübə və yerli şərait nəzərə alınaraq auditor xidmətinə dair mövcud
normativ hüquqi aktların təkmilləşdirilməsi, auditin aparılmasına dair standartların,
qaydaların, təlimatların, metodik göstərişlərin və proqramların, tövsiyələrin işlənib
hazırlanması üzrə işlər 2011-ci il ərzində də Palatanın fəaliyyətində xüsusi yer
tutmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə
təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət planının (2007-2011-ci illər) 48-ci
“Vergi nəzarəti və yoxlamaların səmərəliliyinin artırılması” maddəsinin
“Qanunvericiliyə əsasən məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin
auditdən yayınma hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi” barədə 6-cı
bəndinə uyğun olaraq, ölkəmizdə auditin inkişafını təmin etmək və təsərrüfat
subyektlərinin auditdən yayınması hallarının qarşısının alınmasına nail olmaq üçün
Auditorlar Palatası tərəfindən hazırlanan “Auditor xidməti haqqında” Azərbaycan
Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Qanununun Nazirlər Kabinetinə təqdim
edilmiş layihələri müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəyləri alındıqdan
sonra baxılmaq üçün Milli Məclisə təqdim olunmuşdur.
Həmin qanun layihələri Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il
11 fevral tarixli iclasında geniş müzakirə edilərək, Azərbaycan Respublikasının 2011-ci
il 11 fevral tarixli 65-IVQD nömrəli Qanunu ilə “Auditor xidməti haqqında”
Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci abzasının 2-ci cümləsi
aşağıdakı redaksiyada verilmişdir:
“Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri
üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit
məcburi, digər hallarda isə könüllüdür”.
- 11 -Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə isə aşağıdakı məzmunda
247-3-cü maddə əlavə edilmişdir:
“Maddə 247-3. Məcburi auditdən yayınma.
Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən
yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi
şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir”.
Həmçinin, 360.1-ci maddədə “240-1.2,” rəqəmindən sonra “247-3,” rəqəmi əlavə
edilmişdir.
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IVQD
nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 13 aprel tarixli sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinin
təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən
təkliflər hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli
sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında
qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında bir sıra vəzifələrlə yanaşı,
maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqinin
genişləndirilməsi, maliyyə şəffaflığının artırılması məqsədilə qiymətli kağızlar
bazarında audit işini həyata keçirən şirkətlərə dair tənzimləyici tələblərin
təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Bu vəzifələrin yerinə yetirilməsini təmin etmək
məqsədilə Auditorlar Palatası tərəfindən müvafiq Tədbirlər planı hazırlanmışdır (Əlavə
olunur). Bununla əlaqədar 2011-ci il 10 iyun tarixində keçirilmiş Dövlət Proqramının
icrası üzrə Əlaqələndirmə Qrupunun ilk iclasında Auditorlar Palatasının təmsilçisi
iştirak etmiş və tərtib olunmuş Tədbirlər planı barədə iclas iştirakçılarına məlumat
vermişdir. Qeyd olunan Tədbirlər planının bir nüsxəsi Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilmiş və Dövlət Proqramının
ictimai müzakirəyə çıxarılması məqsədilə QKDK-nin rəsmi internet səhifəsində
müvafiq blokun yaradılması təklif olunmuşdur.
- 12 -“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IVQD
nömrəli Qanunundan və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 13 aprel tarixli sərəncamından irəli gələn vəzifələrin yerinə
yetirilməsinin təmin edilməsi məqsədilə Auditorlar Palatası sədrinin 2011-ci il
15 nömrəli əmri ilə müvafiq işçi qrupu yaradılmışdır.
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli
220 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin Auditorlar Palatasına təqdim etdiyi məktuba baxılmış və
2013-2014-cü və növbəti 3 tədris ili üçün dövlət sifarişinin formalaşdırılması məqsədilə
“İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” üzrə “Mühasibat uçotu və audit” ixtisasına
yiyələnmiş ingilis dilini bilən 2 (iki) nəfər bakalavr və magistrə ehtiyac olduğu barədə
cavab hazırlanaraq 2011-ci il 1 mart tarixində aidiyyatı ünvana göndərilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli
17/17/2095-18/14 nömrəli dərkənar-göstərişinə uyğun olaraq, “Auditor xidməti
haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IVQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 aprel tarixli
1422 nömrəli sərəncamının icrasının təmin edilməsi məqsədilə, Palata tərəfindən
hazırlanmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik və əlavələr
edilməsi barədə” və “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında”
Əsasnaməyə dəyişiklik və əlavələrin edilməsi barədə” Azərbaycan Respublikasının
Qanunlarının, “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına
dəyişiklik və əlavələrin edilməsi barədə” qərarına və “Auditor xidməti haqqında”
Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə dəyişiklik və əlavələrin edilməsi barədə” Azərbaycan
Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IVQD nömrəli Qanununun tətbiq
- 13 -edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 aprel tarixli
1422 nömrəli sərəncamının icrasının təmin edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarının layihələri barədə Azərbaycan
Respublikasının İqtisadi İnkişaf, Ədliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirliklərindən daxil olmuş rəy və təkliflərə Auditorlar Palatasında baxılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 1 iyun tarixli
18-03-379 saylı dərkənar-göstərişinə əsasən “Məcburi auditin obyekti olan təsərrüfat
subyektləri üzrə “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun
mərhələlərlə tətbiqi müddətləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 155 nömrəli qərarında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinə
baxılmışdır. Auditorlar Palatası tərəfindən qərar layihəsində göstərilən “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 155 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il № 10, maddə 1015)
ilə təsdiq edilmiş “Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə “Daxili
audit haqqında” Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi
müddətləri”nin 12-ci hissəsi çıxarılsın” müddəası müsbət qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 fevral tarixli
18/08-117 №-li dərkənar-göstərişinə cavab olaraq, bir sıra ictimai birliklər tərəfindən
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış 2011-ci il
15 fevral tarixli müraciətə baxılmışdır. Müraciətin auditlə əlaqədar 8-ci “Daxili audit
haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqində 2010-cu il yanvarın
1-dən QHT-də daxili auditin təyin olunması bəndinin nəzərdə tutulması qeyd olunaraq
bildirilmişdir ki, QHT işi üçün bu, lazımsız və qeyri-realdır. Bu Qanunun tətbiq obyekti
kimi QHT-nin çıxarılması təklif olunmuşdir. Bununla əlaqədar qeyd edilmişdir ki,
“Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu təsərrüfat subyektlərinin
idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə daxili audit xidmətinin təşkilinin
və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.
Qeyri-hökumət təşkilatlarının (qrant alanlar istisna olmaqla) bu Qanunun tətbiqi
dairəsindən çıxarılmasına prinsipcə etiraz etməməklə, QHT-nin məcburi auditdən
keçməli olan təsərrüfat subyektlərinin siyahısından çıxarılması müvafiq qanunvericilik
- 14 -aktlarına dəyişikliklər edildiyi təqdirdə mümkün olması bildirilmiş və bu barədə
2011-ci il 1 mart tarixli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının 2011-ci il 16 fevral tarixli 175 nömrəli məktubuna
Azərbaycan Respublikasının Auditorlar Palatasında baxılaraq, qeyri-hökumət
təşkilatlarının (qrant alanlar istisna olmaqla) məcburi auditdən keçməli olan təsərrüfat
subyektlərinin siyahısından çıxarılması müvafiq qanunvericilik aktlarına dəyişikliklər
edildiyi halda mümkün olması bildirilmiş və bu sahədə həmin qurumla istənilən
formada əməkdaşlıq etməyə hazır olduğu barədə 2011-ci il 2 mart tarixli məktubla
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasına məlumat verilmişdir.
Azərbaycan Respublikası Baş Nazirinin müavininin 2011-ci il 15 avqust tarixli
17/17/2095-18/14 nömrəli dərkənar-göstərişinə uyğun olaraq, “Auditor xidməti
haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IVQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 aprel tarixli
1422 nömrəli sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan
Respublikasının İqtisadi İnkişaf, Ədliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirliklərindən daxil olmuş rəy və təkliflər nəzərə alınmaqla, “Azərbaycan
Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməyə dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarının yeni layihələri işçi qaydasında razılaşdırılması üçün Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir.
2011-ci il 2 avqust tarixində Auditorlar Palatası tərəfindən hazırlanmış “Auditor
fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Həmin layihə 2011-ci il 19 avqust
tarixində Nazirlər Kabineti tərəfindən rəy bildirilməsi üçün Azərbaycan
Respublikasının Ədliyyə, İqtisadi İnkişaf, Vergilər və Maliyyə nazirliklərinə
göndərilmişdir. Auditorlar Palatasında təqdim olunmuş layihə ilə bağlı qeyd olunan
- 15 -nazirliklərdən daxil olmuş rəylər öyrənilmişdir. Hazırkı mərhələdə layihəyə dair
İqtisadi İnkişaf Nazirliyinin təklifləri üzrə həmin nazirliyin aidiyyatı qurumları ilə işçi
qaydasında səmərəli müzakirələr davam etdirilir.
“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə”
Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IVQD nömrəli Qanununun
tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 aprel
tarixli sərəncamının 1.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə
hazırlanmış “Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə və “Auditorlar Palatası
haqqında” Əsasnaməyə dəyişiklik və əlavələrin edilməsi barədə” Azərbaycan
Respublikasının qanun layihələri və həmin sərəncamın 1.3-cü yarımbəndinə uyğun
olaraq hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının layihəsi
müvafiq qaydada baxılması üçün 2011-ci il 12 may tarixli 01-1/036 nömrəli məktubla
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə
göndərilmişdir.
Təqdim edilmiş layihələrdə aşağıdakılar təklif edilmişdir:
I. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə aşağıdakı redaksiyada
“24.0.4.1. Məcburi auditin obyekti olan vergi ödəyicisi auditdən yayındıqda barəsində
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməyə”;
II. “Azərbaycan Respublikası Auditorlar Palatası haqqında” Əsasnamənin 7-ci
abzasından sonra aşağıdakı məzmunda yeni 8-ci abzas əlavə edilsin:
“məcburi auditdən yayınan təsərrüfat subyektləri barədə qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq tədbirləri həyata keçirir”;
III. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IVQD
nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 13 aprel tarixli 1422 nömrəli sərəncamının icrasının təmin edilməsi
məqsədilə hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar
layihəsinə aşağıdakılar təklif edilmişdir:
- 16 -1. Azərbaycan Respublikası Vergilər Nazirliyi Azərbaycan Respublikası
Auditorlar Palatası ilə birgə hesabat ilinin sonuna Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən və qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi auditdən
keçməli olan təsərrüfat subyektlərinin siyahısını müəyyən etsin.
2. Azərbaycan Respublikasının Auditorlar Palatası maliyyə və vergi hesabatlarının
təqdim edilməsi dövrünün sonuncu gününə Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən və məcburi auditdən yayınan təsərrüfat subyektlərinin siyahısını
müəyyən etsin və qanunvericiliyə uyğun olaraq, həmin təsərrüfat subyektlərinin
inzibati məsuliyyətə cəlb edilməsi üçün öz təqdimatını müvafiq şəhər (rayon)
məhkəmələrinə təqdim etsin.
3. Azərbaycan Respublikasının şəhər (rayon) məhkəmələrinin qərarı ilə məcburi
auditdən yayınmaya görə cərimə olunmuş təsərrüfat subyektləri, həmin cərimə
məbləğlərini Dövlət Xəzinədarlığı orqanlarının müvafiq şəhər (rayon) üzrə banklarda
yerləşən hesablarına ödəsin.
4. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, təsərrüfat
subyektlərinin fəaliyyətində şəffaflığa nail olunması və korrupsiyaya qarşı mübarizə
məqsədilə məcburi auditin obyekti olan təsərrüfat subyektlərindən dövlət
qeydiyyatlarının ləğv edilməsi barədə müraciət daxil olduqda onlardan sonuncu hesabat
ili üzrə auditor yoxlamasından keçmələri barədə müstəqil auditorun hesabatını tələb
etsin.
Təqdim edilmiş layihələr barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 16 may tarixli 17/2095-18 nömrəli dərkənar-göstərişinə cavab olaraq,
2011-ci il 23 may tarixli 01-1/040 nömrəli məktubla bildirilmişdir ki, həmin layihələr
“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının vəzifələrinə aid edilmiş
“auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların
layihələrini, tədbirlər sistemini hazırlamaq” maddəsi rəhbər tutularaq hazırlanmışdır.
Eyni zamanda, təqdim edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası
haqqında” Əsasnaməyə dəyişiklik və əlavələrin edilməsi haqqında” Azərbaycan
Respublikası qanununun layihəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
- 17 -qərarlarının layihəsi Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarına
uyğun olaraq əsaslandırılmışdır.
- 18 -II. AUDİTOR XİDMƏTİNİN TƏŞKİLİ VƏ TƏNZİMLƏNMƏSİ
Auditorlar Palatası tərəfindən auditor xidmətinin təşkili və tənzimlənməsi 2011-ci
il ərzində diqqət mərkəzində duran məsələlərdən biri olmuşdur.
2011-ci il ərzində Auditorlar Palatası tərəfindən 15 fiziki və 8 hüquqi şəxsə yeni
lisenziya verilmiş, 28 fiziki şəxsin və 8 hüquqi şəxsin lisenziyalarının müddətinin başa
çatması ilə əlaqədar onlara yeni müddət üçün lisenziya verilmişdir. 1 fiziki şəxsin və
1 hüquqi şəxsin lisenziyasının fəaliyyət müddəti başa çatmış, lakin müraciət
olunmadığı üçün onlara lisenziya verilməmişdir (Cədvəl 1-4).
Cədvəl 1.
2011-ci il ərzində ilk dəfə lisenziya almış auditor təşkilatları
Sıra№-si
Təşkilatın adı Lisenziyanın
nömrəsi
Lisenziyanınqeydiyyatnömrəsi
Lisenziyanınverilmə tarixi
1. “FİNRE AUDİT” MMC № 047498 AT/088 20.04.2011
2 2. “RN AUDİT-CONSULTİNGSERVİCES” MMC № 047497 AT/089 28.04.2011
3 3. “İMDAD AUDİT” № 047504 AT/090 21.07.2011
4 4. “AZƏRİ-SV” MMC № 047506 AT/091 28.07.2011
5 5. “BEST AUDİT” № 047518 AT/092 12.10.2011
6 6. “KASPİ-AUDİT” MMC № 047526 AT/093 01.12.2011
7 7.“KERMUR AUDİT və
KONSALTİNQ” MMC
№ 047529 AT/094 15.12.2011
8 8.“CENTRAL AUDİT” MMC
(“FİNRE AUDİT”MMC)
№047527 AT/088 08.12.2011
Cədvəl 2.
2011-ci il ərzində lisenziyasının müddəti bitdiyinə görəyenidən lisenziya almış auditor təşkilatları
Sıra№-si
Təşkilatın adıLisenziyanın
nömrəsi
Lisenziyanın qeydiyyat nömrəsi
Lisenziyanınverilmə tarixi
1.“VİZA AUDİT” MMC
№ 047479 AT/059 13.01.2011
- 19 -2. “AUDİT-LİDER” MMC № 047480 АТ/026 14.01.2011
3. “ALFA AUDİT” MMC № 047488 AT/027 04.02.2011
4. “ BAKER TİLLY AUDİTAZƏRBAYCAN” MMC
№ 047494 АТ/058 13.02.2011
5.“AZAUDİT” MMC
№ 047499 AT/038 13.05.2011
6. “M & J ACCURACY
CONSULTİNG” MMC
№ 047520 AT/029 19.10.2011
7. “AZƏRİ AUDİT ” auditor firması № 047521 AT/001 28.10.2011
8. Auditor xidməti departamenti № 047523 AT/005 14.11.2011
Cədvəl 3.2011-ci il ərzində ilk dəfə lisenziya almış fiziki şəxslər
Sıra№-si Soyadı, adı və atasının adı
Lisenziyanınnömrəsi
Lisenziyanın qeydiyyat nömrəsi
Lisenziyanın verilmə tarixi
1. Bayramova Lamiyə Qəşəm qızı № 047478 SA/298 06.01.2011
2. Əkbərov Elçin Ehtibar oğlu № 047481 SA/299 18.01.2011
3. Əliyev Haşım Ramiz oğlu №047485 SA/302 21.01.2011
4. Zərbəliyev Emil Telman oğlu № 047483 SA/300 21.01.2011
5. Tandoğan Aynurə Tərlan qızı № 047482 SA/301 21.01.2011
6. İsmayılov Pərvin Ehtiram oğlu № 047487 SA/303 04.02.2011
7. Məhərrəmov Tural Musa oğlu №047495 SA/304 11.03.2011
8. Nağıyeva Cəmilə Cabirovna № 047496 SA/305 05.04.2011
9. Süleymanov İlham Süleyman oğlu № 047505 SA/309 22.07.2011
10. Balakişiyev Rəşid Oqtay oğlu № 047502 SA/308 11.07.2011
11. Əliyev Məhərrəm Fayaz oğlu №047503 SA/307 11.07.2011
12. Vəkilov Səbuhi Xaliddin oğlu № 047507 SA/310 29.07.2011
13. Allahverdiyev Məmməd Aydın oğlu № 072699 SA/311 19.12.2011
14. Abdinova Elnurə Tofiq qızı № 072700 SA/312 19.12.2011
15. Novruzov Zaur Akif oğlu № 072706 SA/313 23.12.2011
- 20 -Cədvəl 4.
2011-ci il ərzində lisenziyasının müddəti bitdiyinə görəyenidən lisenziya almış fiziki şəxslər
Sıra№-si
Soyadı, adı və atasının adıLisenziyanın
nömrəsi
Lisenziyanın qeydiyyat nömrəsi
Lisenziyanın verilmə tarixi
1. Bünyadov Hafiz Arif oğlu №047484 SA/274 12.01.2011
2. Sadıxov Azad Tağı oğlu № 047486 SA/254 27.01.2011
3. Əliyev Fuad Eyyub oğlu № 047490 SA/136 14.02.2011
4. Dadaşev Rişad Eynulla oğlu № 047489 SA/233 07.02.2011
5. Miriyev Rasət Abasət oğlu № 047491 SA/150 14.02.2011
6. Tahirov Tahir Məmmədhəsən oğlu № 047492 SA/159 21.02.2011
7. Fətullayev Eminağa Tağı oğlu № 047493 SA/253 21.02.2011
8. Cəfərov Altay Mürsəl oğlu № 047500 SA/165 26.06.2011
9. Eminov Otello Zəkəriyyə oğlu № 047501 SA/306 28.06.2011
10. Rəhimova Nigar Məmməd qızı № 047508 SA/005 09.08.2011
11. Əhmədov Misir Zaman oğlu № 047509 SA/037 26.08.2011
12. Əliyev Aftandil Adıgözəl oğlu № 047510 SA/030 05.09.2011
13. Qənizadə Ramiz Tofiqi oğlu № 047511 SA/033 26.08.2011
14. Pənahov Novruz İsmayıl oğlu № 047512 SA/050 20.09.2011
15. Musayev Adıgözəl Maqsud oğlu № 047492 SA/039 12.09.2011
16. Bayramov İslam Qurban oğlu № 047515 SA/016 29.09.2011
17. Nuriyev Alqış Tərlan oğlu № 047516 SA/169 30.09.2011
18. Qurbanov Abbasəli Şükür oğlu № 047517 SA/002 07.10.2011
19. Rəhimov Vəli Rəhim oğlu № 047524 SA/168 17.10.2011
- 21 -20. Həsənov Bəhlul Qara oğlu № 047525 SA/028 26.11.2011
21. Əliyev İbiş Müseyib oğlu № 072698 SA/221 13.12.2011
22. Vahabov Adil İdris oğlu № 047528 SA/171 15.12.2011
23. Axundov Vaqif Xəlil oğlu № 072703 SA/080 22.12.2011
24. Əhmədov Hafiz Məhəmməd oğlu № 072701 SA/072 22.12.2011
25. Soltanov Qulu Mehbalı oğlu № 072709 SA/024 23.12.2011
26. Hacıəzizov İlham İsfəndiyar oğlu № 072705 SA/258 23.12.2011
27. Abdullayev Yaqub Həsən oğlu № 072702 SA/313 22.12.2011
28. Bəşirov Şərif Miri oğlu № 072707 SA/074 27.12.2011
Ölkə Prezidenti cənab İlham Əliyevin təqdimatı əsasında Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən 2011-ci il 11 fevral tarixdə qəbul edilmiş
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin tətbiqi ilə
əlaqədar kompleks tədbirlərin işlənib hazırlanması” bəndinin icrasının təmin edilməsi
məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizədə Auditorlar Palatasının kollektivi
qarşısında duran vəzifələr barədə” 2011-ci il 23 fevral tarixli 217/2 saylı qərarının
“Məcburi auditin obyekti olan təsərrüfat subyektlərində auditdən yayınma hallarının
qarşısının alınması” adlı 8-ci bəndi istiqamətində aşağıdakı tədbirlərin həyata
keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir:
- Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının
Auditorlar Palatası arasında 2003-cü il 25 iyun tarixli partnyorluq sazişinin
imzalanmasından uzun müddət keçməsini, həmin vaxtdan bəri çoxsaylı qanunların,
Dövlət Proqramlarının və digər hüquqi-normativ aktların qəbul edilməsini, habelə
mövcud hüquqi-normativ aktlara çoxsaylı əlavə və dəyişikliklərin edilməsini nəzərə
alaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə əməkdaşlığın daha da
- 22 -genişləndirilməsini nəzərdə tutan və məzmunca daha müasir olan Əməkdaşlıq sazişinin
layihəsinin hazırlanması;
- Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə əməkdaşlığın daha da
təkmilləşdirilməsi istiqamətində, nazirliyin potensialından məcburi auditdən
yayınmaların qarşısının alınması, regionlarda vergi ödəyicilərinin maliyyə və vergi
hesabatlarının şəffaflığının təmin olunması, kadr hazırlığı və davamlı peşə təhsili
proseslərinə nazirliyin yüksək ixtisaslı və təcrübəli əməkdaşlarının cəlb olunması üzrə
tədbirlərin həyata keçirilməsi;
- Məcburi auditin obyekti olan təsərrüfat subyektləri tərəfindən vergi orqanlarına
təqdim edilən bəyannamələrdə həmin təsərrüfat subyektlərində audit aparmış auditor
və ya auditor təşkilatının VÖEN nömrələrinin qeyd edilməsinin təmin edilməsi;
- Məcburi auditdən yayınmanın qarşısının alınması istiqamətində “Auditor xidməti
haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi” barədə Azərbaycan
Respublikasının 2011-ci il 11 fevral tarixli Qanununun tətbiq edilməsi ilə əlaqədar
Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilmiş
qrafikə uyğun olaraq, respublikanın şəhər və rayonlarında Vergilər Nazirliyinin,
Auditorlar Palatasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının, regional şəhər (rayon) vergi idarələrinin əhatə
etdiyi ərazilərdə yerləşən təsərrüfat subyektlərinin rəhbərlərinin, müvafiq icra
hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə seminar-müşavirələrin
keçirilməsi;
- Azərbaycan Respublikasının Vergilər və Ədliyyə nazirliklərindən 2011-ci il
1 yanvar tarixinə qeydiyyatdan keçən təsərrüfat subyektlərinin dəqiq siyahısının əldə
edilərək, Auditorlar Palatasında mövcud olan hesabatlar və kompyuter uçot
məlumatları ilə üzləşdirilərək, respublikanın regionları üzrə məcburi auditdən yayınan
təsərrüfat subyektlərinin siyahısının müəyyənləşdirilməsi və qanunvericiliklə müəyyən
edilmiş tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir.
2012-ci il 1 yanvar tarixinə respublika ərazisində 98 fiziki şəxs auditor
lisenziyasına malik olmuşdur. Onların 42 nəfəri sərbəst auditor kimi, 56 nəfəri isə
51 auditor təşkilatının tərkibində fəaliyyət göstərmişdir.
- 23 -Yeni fəaliyyətə başlayan sərbəst auditorlara və auditor təşkilatlarına auditor
fəaliyyəti ilə bağlı normativ hüquqi akt və sənədlərlə təmin olunmaq və digər bu kimi
məsələlər üzrə əməli köməklik göstərilmişdir.
2011-ci il ərzində Azərbaycan Respublikası Auditorlar Palatası adından 3 nəfər
Palatanın üzvünə “Fəxri auditor” adı, 1 nəfər Palatanın əməkdaşına və 4 nəfər Palatanın
üzvünə “Fəxri fərman” verilmişdir.
2011-ci il üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən auditor təşkilatları
və sərbəst auditorlar haqqında məlumatlar Auditorlar Palatasının internet saytında
yerləşdirilmişdir.
Palatanın iş planının 1.12-ci və Palata Şurasının iş planının 28-ci “Regionlarda
auditin inkişafına dəstəyin göstərilməsi” bəndinin icrası ilə əlaqədar aşağıdakı işlər
həyata keçirilmişdir:
- Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli
fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat
reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 1.4-cü və 4.3-cü
bəndlərinə əsasən, aparılacaq yoxlamaların reyestrdə qeydiyyata alınması qaydaları
barədə regionlarda fəaliyyət göstərən sərbəst auditorlar və auditor təşkilatları
məlumatlandırılmışdır;
- Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 15 illiyi
ilə əlaqədar keçirilmiş “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və
audit standartlarının tətbiqi problemləri” mövzusunda tədbirlə bağlı regionlarda
fəaliyyət göstərən sərbəst auditorlar və auditor təşkilatları məlumatlandırılmışdır;
- “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IVQD
nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 13 aprel tarixli 1422 nömrəli sərəncamı barədə sərbəst
auditorlar və auditor təşkilatları məlumatlandırılmışdır.
2011-ci il ərzində 42 sərbəst auditor, 56 auditor təşkilatı (o cümlədən 5 xarici
auditor təşkilatının filialı (və ya nümayəndəliyi) və 3 xarici investisiyalı auditor
- 24 -təşkilatı) tərəfindən Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim
edilmişdir.
Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilmişdir ki, hesabat dövründə
təsərrüfat subyektləri ilə 27729697,8 manat məbləğində 3465 müqavilə bağlanmışdır.
Həmin müqavilələrin 5233790,3 manat məbləğində 541-i ilin əvvəlinə qalıq kimi,
22495907,5 manat məbləğində 2924-ü isə hesabat dövründə bağlanmışdır. Bağlanmış
müqavilələrin xüsusi çəkisi xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri
üzrə sayına görə 5,0% və məbləğinə görə 27,6%, xarici investisiyalı auditor təşkilatları
üzrə sayına görə 7,8% və məbləğinə görə 31,4%, yerli auditor təşkilatları üzrə sayına
görə 40,6% və məbləğinə görə 33,6%, sərbəst auditorlar üzrə sayına görə 46,6% və
məbləğinə görə 7,4% təşkil etmişdir.
2010-cu il ilə müqayisədə 2011-ci ildə bağlanmış müqavilələrin sayı 65 ədəd
və ya 1,84%, məbləği isə 3172321,1 manat və ya 10,27% azalmışdır.
2011-ci il ərzində bağlanmış müqavilələrdən 21005416,9 manat məbləğində
2869-u yerinə yetirilmişdir.
Qeyd etmək lazımdır ki, 2010-cu il ilə müqayisədə 2011-ci il üzrə yerinə
yetirilmiş müqavilələrin sayı 38 ədəd və ya 1,3 % artmış, məbləği isə 4531448,7 manat
və ya 17,7 % azalmış, orta məbləğ isə 9020,4 manatdan 7321,5 manata qədər, yəni
1698,9 manat və ya 18,8 % azalmışdır (Diaqram 1-2);
2800
2820
2840
2860
2880
2010 2011
Yerinə yetirilmişmüqavilələrinsayına görəmüqayisə
0
10000000
20000000
30000000
2010 2011
Yerinə yetirilmiş müqavilələrin məbləğinə görəmüqayisə
Diaqram 1. Diaqram 2.
Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən sərbəst auditorlar və
auditor təşkilatları tərəfindən tərtib edilmiş, onların fəaliyyətlərini əks etdirən yarımillik
(illik) hesabatların və onlara əlavələrin Auditorlar Palatasının elektron ünvanına online
hesabat formasında göndərilməsini təmin etmək məqsədilə Təlimat hazırlanmış və
Auditorlar Palatası Şurasının 2011-ci il 20 dekabr tarixli 226/5 saylı qərarı ilə təsdiq
- 25 -edilmişdir. Həmin təlimatın müddəalarına uyğun olaraq, sərbəst auditorlar və auditor
təşkilatları tərəfindən tərtib edilmiş 2011-ci il üzrə illik hesabatlar Auditorlar
Palatasının elektron ünvanına göndərilməklə qəbul edilmişdir.
- 26 -III. AUDİTOR XİDMƏTİNİN KEYFİYYƏTİNƏ NƏZARƏT
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
Auditorlar Palatası sərbəst auditorların və auditor təşkilatlarının maliyyə-təsərrüfat
fəaliyyətini və apardıqları auditlərin keyfiyyətini yoxlayır və onların işlərinə nəzarət
edir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli
fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid
məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 4.2-ci
bəndinin tələbinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa
uyğun olaraq, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2012-ci il
ərzində sərbəst auditorların və auditor təşkilatlarının fəaliyyətinin yoxlanılmasına dair
illik plan hazırlanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və
Notariat Baş idarəsinə göndərilmişdir.
Auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə beynəlxalq təcrübəyə
əsaslanaraq, Auditorlar Palatası Şurasının 2008-ci il 4 fevral tarixli 190/2 saylı qərarı
ilə “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə
Əsasnamə” təsdiq edilmişdir. Əsasnaməyə uyğun olaraq, auditin tənzimlənməsi
prosesində şəffaflığın artırılması, beynəlxalq audit standartlarının tələblərinə riayət
edilməsi, Palatanın üzv olduğu Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC), habelə
Avropa İttifaqının 8-ci direktivinin tələblərinə uyğun olaraq, auditorların və auditor
təşkilatlarının göstərdikləri xidmətin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə
Azərbaycan Respublikasının Auditorlar Palatasının Keyfiyyətə nəzarət komitəsi
yaradılmışdır. Komitənin 7 üzvü vardır, onun tərkibi 2 nəfər Auditorlar Palatasından,
2 nəfər auditor təşkilatının rəhbəri, 1 nəfər sərbəst auditor, 1 nəfər Azərbaycan
Respublikası Vergilər Nazirliyinin və 1 nəfər Azərbaycan Respublikası Mərkəzi
Bankının nümayəndələrindən ibarətdir. Palata Şurasının müvafiq qərarları ilə
Keyfiyyətə nəzarət komitəsinin Əsasnaməsi, komitənin müfəttişlərinin təyin edilməsi,
“Auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətlərinin, onların apardıqları
auditlərin keyfiyyətinin audit standartlarına və mövcud qanunvericilik aktlarına
uyğunluğunun yoxlanmasına dair nümunəvi hesabat formasını tərtib edilməsi barədə
Qayda” və “Sərbəst auditorun (auditor təşkilatının) fəaliyyətinin yoxlanılmasına dair
- 27 -bildiriş” təsdiq edilmiş və 2011-ci ildən Əsasnamənin tətbiqinə başlanmasına nail
olunmuşdur.
Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən auditor təşkilatları və
sərbəst auditorlar tərəfindən qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə
riayət edilməsinə nəzarət etmək, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı
nöqsan və çatışmazlıqları aşkar etmək və onları aradan qaldırmaq məqsədilə auditor
təşkilatlarının və sərbəst auditorların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına
dair Metodik göstəriş və “Auditor xidməti haqqında” Azərbaycan Respublikası
Qanununun 20-ci maddəsinə uyğun olaraq, auditor təşkilatlarının və sərbəst
auditorların maliyyə-təsərrüfat fəaliyyətinin həmin Qanunun müddəalarına
uyğunluğunu yoxlamaq və onların işlərinə nəzarət etmək məqsədilə nümunəvi akt
formasının tərtib edilməsinə dair Qayda hazırlanmışdır. Həmin Metodik göstəriş və
Qayda Auditorlar Palatası Şurasının 2011-ci il 2 iyun tarixli 220/5 saylı qərarı ilə təsdiq
edilmiş və 2011-ci ilin II yarımilliyindən etibarən auditorlar təşkilatlarının və sərbəst
auditorların maliyyə-təsərrüfat fəaliyyətinin ona uyğun olaraq yoxlanılması təmin
edilmişdir.
Auditorlar Palatası tərəfindən 2011-ci il ərzində 18 auditor təşkilatının (2010-cu
ildə 35) və 8 sərbəst auditorun (2010-cu ildə 34) maliyyə-təsərrüfat fəaliyyəti
yoxlanılmışdır. Bununla yanaşı, 1 sərbəst auditorun və 3 auditor təşkilatının apardıqları
auditlərin keyfiyyəti beynəlxalq audit standartlarına uyğun olaraq yoxlanılmışdır.
Aparılmış yoxlamalar, təhlil və araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki,
bir sıra sərbəst auditorlar və auditor təşkilatları işlərini audit standartlarının,
“Auditorların Peşə Etikası Məcəlləsi”nin və digər normativ hüquqi aktların tələblərinə
uyğun quraraq xidmət göstərmişlər. Bunlardan sərbəst auditorlar Nazim Axundovu,
Eldəniz İsgəndərovu, auditor təşkilatlarından “BAKER TİLLY AUDİT
AZƏRBAYCAN” MMC-ni (Kamran Rəhimov), “CACS AUDİT” MMC-ni (Vüqar
Abbasov), “RSM Kapital Karden”MMC-ni (Tural Məhərrəmov), “Deloitte & Touche”
MMC-ni (Nuran Kərimov), “PRAYSVOTERHAUSKUPERS AUDİT
AZƏRBAYCAN” MMC-ni (Teymur Abasquliyev) qeyd etmək olar.
Bununla yanaşı, bəzi sərbəst auditorlar və auditor təşkilatları fəaliyyətlərində
müəyyən nöqsan və çatışmazlıqlara yol vermişlər. Belə ki, “Audit-Lider” MMC (İlqar
- 28 -Baxşıyev), “Tax, Audit & Konsaltinq Servis” MMC (Lalə Abbasova), “Biznes Audit”
MMC (Məhərrəm Əliyev), “MAK AZƏRBAYCAN LTD” MMC (Zamin Hüseynov),
“M&J Accurasy Consalting” MMC (Elçin Cəfərov), “QARANTAUDİT” MMC (Elçin
Cəfərov), “Kaspian Audit Kompani” MMC (Əlibala Məhərrəmzadə), “Azəri Audit
Servis” MMC (Yasin Şirinov), “İnter Audit” auditor təşkilatı (Əlimuxtar Bağırov),
Gəncə şəhər auditor təşkilatı (Natiq Məmmədov) və Şəmkir rayon auditor təşkilatı
(Musa Sadıqov), habelə sərbəst auditorlar Altay Cəfərov, Adıgözəl Musayev və İlham
Hacıəzizov “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin
dəyərinin tövsiyə olunan minimum hədləri barədə” Auditorlar Palatası Şurasının
2005-ci il 23 dekabr tarixli 159/5 saylı qərarına əlavə və dəyişikliklər edilməsi
haqqında” Auditorlar Palatası Şurasının 2009-cu il 26 yanvar tarixli 197/6 saylı
qərarının tələblərinə tam əməl etməmişlər, bir sıra müqavilələrin dəyəri minimum
həddən aşağı olmuşdur.
Auditorlar Palatası Şurasının 2007-ci il 4 dekabr tarixli 185/4 saylı qərarı ilə təsdiq
edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın
həyata keçirilməsi ilə bağlı Auditorlar Palatasının Fəaliyyət Planının (2007-2011-ci
illər)” 11(15)-ci “Auditor xidmətinin dəyərinin ödənişləri üzrə nağd ödəmələrin
azaldılması” bəndinə bəzi sərbəst auditorlar və auditor təşkilatları tərəfindən tam əməl
edilməmişdir. Belə ki, sərbəst auditorlar İlham Hacıəzizov, Altay Cəfərov, Adıgözəl
Musayev, Səməd İsgəndərov, Tahir Tahirov, auditor təşkilatlarından
“QARANTAUDİT” MMC (Elçin Cəfərov), “Tax, Audit & Konsaltinq Servis” MMC
(Lalə Abbasova), “Kaspian Audit Kompani” MMC (Əlibala Məhərrəmzadə), “İnter
Audit” auditor təşkilatı (Əlimuxtar Bağırov), Gəncə şəhər auditor təşkilatı (Natiq
Məmmədov) və Şəmkir rayon auditor təşkilatı (Musa Sadıqov) tərəfindən auditor
xidmətinin dəyərinin ödənişləri əsasən kassa vasitəsilə həyata keçirilmişdir.
Sərbəst auditor Tariyel Talıbov və “QARANTAUDİT” MMC (Elçin Cəfərov)
tərəfindən “Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması
ücün qabaqlayıcı tədbirlər barədə” Auditorlar Palatası Şurasının 2004-cü il 28 dekabr
tarixli 143/1 saylı qərarının 12-ci bəndinə riayət edilməyərək, bir gün ərzində iki, üç və
bəzən də dörd təsərrüfat subyektində audit aparıldığına dair auditor rəyləri təqdim
edilmişdir.
- 29 -“AZAUDİT” MMC (Afiq İsrəfilov) tərəfindən aparılmış audit zamanı beynəlxalq
audit standartlarının tələblərinə tam riayət edilməmişdir. Belə ki, audit riskini mümkün
qədər aşağı səviyyəyədək azaltmaq üçün audit planı hazırlanmamış, kifayət qədər audit
sübutları toplanmamış, fırıldaqçılıq və səhvlərin olmasına dair əminlik əldə edilməmiş,
maliyyə hesabatlarının tərtib olunması və rəyin imzalanması tarixləri arasında olan
dövr ərzində baş verə biləcək hadisələr nəzərə alınmamışdır.
“AZAUDİT” MMC tərəfindən aparılmış auditor yoxlamalarının nəticələri
Keyfiyyətə nəzarət komitəsində müzakirə olunmuş və Auditorlar Palatasının Şurasında
müzakirə olunması üçün təqdim edilmişdir.
Sərbəst auditor Eldəniz İsgəndərovun apardığı auditlərin keyfiyyətinin audit
standartlarına uyğunluğu 3 audit işi üzrə yoxlanılmış və beynəlxalq audit
standartlarının tələblərinə riayət olunduğu müəyyən edilmişdir. Bununla yanaşı 1 aktual
olmayan çatışmazlıq, 12 əhəmiyyəti olmayan çatışmazlıq və 12 maddi çatışmazlıq
aşkar edilmişdir.
Aparılmış yoxlamaların nəticəsindən asılı olaraq, aşkar edilmiş nöqsan və
çatışmazlıqların aradan qaldırılması məqsədilə 7 sərbəst auditora və 16 auditor
təşkilatının rəhbərlərinə məktub göndərilmiş, 1 auditor təşkilatının (“Kompas Audit”
MMC) yoxlama materialı işə alınmış, 1 sərbəst auditorun (Tariyel Talıbov)
yoxlamasının nəticələri Auditorlar Palatası Şurasında və 1 auditor təşkilatının
(“QARANTAUDİT” MMC) yoxlamasının nəticələri Palata rəhbərliyinin yanında
müşavirədə müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
“Deloitte & Touche” MMC tərəfindən yerinə yetirilmiş ayrı-ayrılıqda seçmə
üsulu ilə 3 müqavilə öhdəliyi üzrə audit işinin qiymətləndirməsi aparılmışdır. Müəyyən
edilmişdir ki, Cəmiyyət tərəfindən qüvvədə olan normativ hüquqi sənədlərin tətbiqinə
əsasən riayət edilir, aparılan auditlərdə əhəmiyyətli çatışmazlıqlar olmamışdır, habelə
Cəmiyyətdə aparılmış auditlər üzrə daxili nəzarət təşkil edilmiş və həmin fəaliyyət
əlavə olaraq baş ofis tərəfindən yoxlanılmışdır.
“PRAYSVOTERHAUSKUPERS AUDİT AZƏRBAYCAN” MMC
(Teymur Abasquliyev) tərəfindən tələb olunan məlumatlar qoyulmuş müddətdə
Auditorlar Palatasına təqdim edilməmişdir.
- 30 -IV. AUDİTOR KADRLARIN HAZIRLANMASI VƏ
PEŞƏ-İXTİSAS SƏVİYYƏSİNİN YÜKSƏLDİLMƏSİ
Azərbaycanda beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməyə qadir olan auditor
kadrların hazırlanması, onların peşə-ixtisas səviyyəsinin yüksəldilməsi və
təkmilləşdirilməsi məsələləri Palatanın fəaliyyətində mühüm istiqamətlərdən birini
təşkil edir.
Auditorlar Palatasının 2011-ci il üzrə iş planının “Mövcud əməkdaşlıq sazişlərinin
yenilənməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi və yeni sazişlərin bağlanılması”
barədə 1.8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının “Mühasibat uçotu
haqqında” 2004-cü il 29 iyun tarixli Qanunun və Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da müəyyən edilmiş
vəzifələrin icrasının, təsərrüfat subyektlərinin maliyyə və vergi hesabatlarında
şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və
qabaqlayıcı tədbirlərin görülməsi üçün auditor və mühasiblərin peşə biliklərinin
beynəlxalq standartlara müvafiq surətdə və bütün dünyada qəbul edilmiş qabaqcıl
təcrübə əsasında təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Auditorlar
Palatası və Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyasının
(ACCA) Azərbaycan Respublikasında akkreditə olunmuş GRBS® Beynəlxalq Tədris
Mərkəzinin daha səmərəli birgə fəaliyyətinin təmin edilməsi məqsədilə 2011-ci il
14 noyabr tarixində yenilənmiş Partnyorluq Sazişi bağlanmışdır.
Palatanın 2011-ci il üzrə iş planının “Yeni əməkdaşlıq sazişlərinin bağlanması ilə
əlaqədar tədbirlərin həyata keçirilməsi” barədə 1.9-cu bəndinə uyğun olaraq,
Azərbaycan Respublikası Auditorlar Palatası ilə Azərbaycan Bank Tədris Mərkəzi
arasında strateji tərəfdaşlığa dair Əməkdaşlıq Sazişi bağlanması ilə əlaqədar müvafiq
tədbirlər həyata keçirilmişdir. İki tərəfin razılığı əsasında 2011-ci il 13 may tarixində
Saziş imzalanmışdır.
- 31 -Auditorların assistent və audit mütəxəssisləri üçün
ixtisasartırma kurslarının təşkili
Palatanın 2011-ci il üzrə iş planının “Şəffaflığın artırılması və korrupsiyaya qarşı
mübarizə üzrə Milli Strategiyanın (2007-2011-ci illər) həyata keçirilməsi ilə bağlı
Azərbaycan Respublikası Auditorlar Palatasının 2011-ci il üzrə Fəaliyyət planının
icrası” barədə 3.8-ci bəndinə uyğun olaraq, “Auditorların peşəkarlığının artırılması” və
Palatanın 2011-ci il üzrə iş planının “Kursların təşkili” bəndlərinin icrasını təmin etmək
məqsədilə sərbəst auditorlar və auditor təşkilatlarının əməkdaşları üçün kursların təşkil
edilməsi ilə əlaqədar “Auditin əsasları” üzrə 50 saatlıq tədris proqramı hazırlanmış və
Palata sədrinin 2011-ci il 21 fevral tarixli 8 saylı əmri ilə təsdiq edilmişdir. Auditor
təşkilatlarında çalışan assistent və mütəxəssislərin ixtisasartırma kursunda iştirak
etmələri ilə bağlı məktublar göndərilmiş və həmin məktublar əsasında 30 auditor
təşkilatından 44 nəfərin iştirakı ilə bağlı cavablar alınmışdır. Müraciət etmiş namizədlər
üçün 2011-ci il 4 aprel tarixindən kurslar təşkil edilmiş və qrafik üzrə 26 aprel tarixində
başa çatmışdır. Kursları bitirən şəxslərə sertifikatlar təqdim edilmişdir.
Daxili auditor kurslarının keçirilməsi
Palatanın 2011-ci il üzrə iş planına uyğun olaraq, 2011-ci il 14 fevral tarixindən
18 mart tarixinədək, 23 may tarixindən 24 iyun tarixinədək və 3 oktyabr tarixindən
3 noyabr tarixinədək müxtəlif müəssisə və təşkilatlardan müraciət etmiş 22 nəfər üçün
“Daxili auditin əsasları” üzrə kurslar təşkil edilmiş və kursların nəticələrinə görə onlara
sertifikatlar təqdim edilmişdir.
Auditorların ixtisasartırma kurslarının keçirilməsi
Palatanın 2011-ci il üzrə iş planının 4.7-ci bəndinin icrasını təmin etmək məqsədilə
auditorların ixtisasartırma kurslarının təşkili ilə əlaqədar “2011-ci il üzrə auditorların
ixtisasartırma kursunun tədris proqramı” hazırlanmış və Palata Şurasının 2011-ci il
27 aprel tarixli 219/2 saylı qərarı ilə təsdiq edilmişdir.
Proqram və qrafikə əsasən auditorların I və II qrupları üçün 2011-ci il 1 sentyabr
tarixindən 17 oktyabr tarixinədək, III, IV və V qruplar üçün 24 oktyabr tarixindən
9 dekabr tarixinədək ixtisasartırma kursları keçirilmişdir. Kursların nəticələrinə dair
2011-ci il 22 oktyabr və 10 dekabr tarixlərində imtahanlar keçirilmişdir. İmtahanlarda
- 32 -138 nəfər iştirak etmiş, onlardan 113 nəfəri imtahanları müvəffəq qiymətlərlə
vermişdir.
Fəaliyyət planının “Terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların
yuyulmasının qarşısının alınması üzrə beynəlxalq standartların tətbiq edilməsi” barədə
16(44)-cü bəndinə uyğun olaraq, 2011-ci il üzrə auditorların ixtisasartırma kursunun
tədris proqramına “Cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” başlığı
altında mövzu daxil edilmiş və ixtisasartırma kursunda auditorlar çirkli pulların
yuyulmasına qarşı tədbirlər üzrə təlimatlandırılmışdır.
Palatanın 2011-ci il üzrə iş planının “Palatanın tədris sisteminin nəzərdən
keçirilməsi və beynəlxalq standartlara müvafiq olaraq təkmilləşdirilməsi üzrə təkliflərin
hazırlanması” barədə 4.1-ci bəndinə uyğun olaraq, Palata Şurasının 2011-ci il 30 mart
tarixli və 2011-ci il 27 aprel tarixli iclasında auditor adı almaq üçün imtahanların
beynəlxalq tələblər səviyyəsində və tam obyektivlik şəraitində keçirilməsini təmin
etmək, auditor peşəsinin nüfuzunu artırmağa zəmin yaradan yüksək ixtisaslı auditor
kadrlarının hazırlanması məqsədilə “Auditor adı almaq üçün imtahanların keçirilməsi
Qaydaları”na və “Auditor adı almaq üçün Auditorlar Palatasının İmtahan Komissiyası
haqqında” Əsasnaməyə yenidən baxılmış, Şuranın 221/6 və 221/7 saylı qərarları ilə
təsdiq edilmişdir.
Palatanın 2011-ci il üzrə iş planının “Beynəlxalq standartların tələblərinə uyğun
olaraq auditor adı almaq üçün imtahan proqramının təkmilləşdirilməsi” barədə 4.4-cü
bəndinə uyğun olaraq, tədris və davamlı peşə təhsili proqramlarında qabaqcıl təcrübə
nəzərə alınmaqla beynəlxalq standartların tələblərinə uyğun olaraq auditor adı almaq
üçün imtahan proqramı təkmilləşdirilmiş və Palata Şurasının 2011-ci il 27 aprel tarixli
iclasında geniş müzakirə edilərək, Şura üzvlərinin irad və təklifləri nəzərə alınmaqla
219/1 saylı qərarla təsdiq edilmişdir.
Auditor adı almaq üçün imtahanların keçirilməsi
Palatanın 2011-ci il üzrə iş planının “Auditor adı almaq ücün imtahanların
keçirilməsinin təşkili” barədə 4.6-cı bəndinə uyğun olaraq, auditor adı almaq üçün və
auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalarının qüvvədə olma müddətinin
- 33 -başa çatması ilə bağlı 2011-ci ilin 4 iyun, 16 oktyabr və 11 dekabr tarixlərində
imtahanlar keçirilmişdir.
Ümumilikdə il ərzində auditor adı almaq üçün və lisenziyalarının müddəti başa
çatmış auditorlara keçirilən imtahanlarda 30 nəfər iştirak etmiş, imtahanı müvəffəq
qiymətlərlə vermiş şəxslərin sayı 30 nəfər olmuşdur.
Auditorlar Palatası tərəfindən ixtisasartırma kurslarında hər il iştirak edən və bu
kursları müvəffəqiyyətlə bitirən, habelə seminarlarda fəal iştirak etmiş 36 nəfər auditor
imtahan verməkdən və imtahan haqqından azad olunmuş, onlara növbəti beş il müddəti
üçün yeni lisenziyalar verilmişdir.
Palatanın 2011-ci il üzrə iş planının “Audit üzrə mütəxəssislərin hazırlanması
istiqamətində beynəlxalq və milli peşəkar qurumlarla və ali təhsil müəssisələri ilə
əməkdaşlıq” barədə 4.9-cu bəndinə uyğun olaraq, GRBS Tədris Mərkəzi ilə
imzalanmış əməkdaşlıq sazişinə əsasən Auditorlar Palatasının əməkdaşları və üzvləri
ixtisasartırma məqsədilə GRBS Tədris Mərkəzinə kursa göndərilmiş və eyni zamanda,
təşkil edilmiş imtahanlarda Auditorlar Palatasının təmsilçiləri İmtahan Komissiyasının
üzvü kimi iştirak etmişlər.
Palatanın 2011-ci il üzrə iş planının “Beynəlxalq Audit və İnformasiyanın
Düzgünlüyünün Təsdiqlənməsi Standartları Şurasının (IAASB) peşə təhsili ilə əlaqədar
materiallarının ictimaiyyətə və auditorlara açıqlanması istiqamətində tədbirlərin həyata
keçirilməsi” barədə 4.10-cu bəndinə uyğun olaraq, Beynəlxalq Təhsil Standartlarının
Maliyyə Uçotu və Hesabatı Komitəsinin peşə təhsili sahəsində son yenilikləri barədə
məlumatları www.ifac.org saytından əldə edilmişdir. 2011-ci il üzrə auditorların
ixtisasartırma kursunun tədris proqramına IAASB-nin peşə təhsili ilə əlaqədar mövzu
daxil edilmiş, ixtisasartırma kurslarında auditorlara Beynəlxalq Təhsil Standartları ilə
bağlı bütün açıqlamalar tədris olunmuşdur.
Palatanın 2011-ci il üzrə iş planının “Auditin aktual problemləri üzrə seminarların
təşkili” barədə 7.9-cu bəndinə uyğun olaraq, 2011-ci il ərzində aşağıdakı seminarlar
keçirilmişdir:
28.02.2011 – “Auditorlar, təsərrüfat subyektləri və digər maraqlı tərəflər üçün
IFAC-ın Aşkarlıq Layihəsi (Clarity projekt)” mövzusunda seminar-müşavirə;
- 34 -31.03.2011 – Avropa Komissiyasının “Yaşıl sənəd”inin müzakirəsinin yekunlarına
dair və “Bələdiyyələrdə auditin aparılması xüsusiyyətləri” mövzusunda seminar;
27.05.2011 – “Auditin normativ hüquqi bazasının təkmilləşdirilməsi və şəffaflığın
təminatı” mövzusunda seminar. Seminarda “Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizədə auditorların vəzifə və öhdəlikləri”, “Kiçik və
orta müəssisələr üçün keyfiyyətə nəzarət üzrə Təlimat”ın şərhi” və “Sərbəst
auditorların və auditor təşkilatlarının məcburi sığortalanması və auditor təşkilatlarının
auditdən keçməsinin vəziyyəti barədə” mövzularında məruzələr dinlənilmişdir;
29.06.2011 - “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Beynəlxalq
Audit Standartlarının tətbiqi” mövzusunda seminar;
26.07.2011 - “İFAC-ın Beynəlxalq Təhsil Standartları” mövzusunda Auditorlar
Palatası ilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
arasında imzalanmış Əməkdaşlıq sazişinə əsasən “Səhmdar cəmiyyətlərinin maliyyə
hesabatlarının auditinə dair” mövzusunda birgə seminar.
Beynəlxalq standartların tətbiqinə həsr olunmuş tədbirlərin keçirilməsi ilə əlaqədar
olaraq, 2011-ci il 23 noyabr tarixində Auditorlar Palatasında “Məcburi auditin obyekti
olan ASC və MMC-lərdə daxili audit xidmətinin yaradılması və işinin təşkili”
mövzusunda seminar keçirilmişdir. Seminarda müxtəlif qurumların (Azərbaycan
Respublikasının Vergilər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Turizm
İnstitutu, “Azərenerji” ASC, “Kredobank” ASC, “Bank of Baku” ASC, “Credagro
BOKT”, “Royal Bank” ASC, “Əmrah Bank” ASC, “Xalq sığorta” və s.) nümayəndələri
təmsil olunmuşlar.
Palatanın 2011-ci il üzrə iş planının “Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarının və İctimai Sektorda Beynəlxalq Mühasibat Uçotu Standartlarının
(IPSAS) respublikamızda tətbiqi və bu sahədə yeniliklər barədə məlumatların Palatanın
internet səhifəsinə daxil edilməsi və təbliğ olunması” barədə 7.10-cu bəndinə uyğun
olaraq, il ərzində təqdim olunan materiallar Palatanın internet səhifəsində
yerləşdirilmək üçün Azərbaycan dilinə tərcümə edilmişdir.
- 35 -Palatanın 2011-ci il üzrə iş planının “Auditorlar Palatasının fəaliyyətinə dair
tədbirlərin KİV-də işıqlandırılmasının təşkili” barədə 7.11-ci bəndinə uyğun olaraq,
2011-ci il 22 aprel tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi qərargahında KİV
nümayəndələrinin iştirakı ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru,
professor V.Novruzovun mətbuat konfransı təşkil edilmişdir. Həmin mətbuat
konfransında Palatanın ötən 15 il ərzində gördüyü işlər barədə geniş məlumat verilmiş,
eyni zamanda, Azərbaycanın iqtisadiyyatı və sosial-iqtisadi inkişafı barədə ətraflı
məlumat verilmişdir.
Palatanın fəaliyyətə başlamasının 15 illiyi ilə əlaqədar yerli və xarici qurumlardan
daxil olmuş təbrik məktublarından ibarət nəşr etdirilmiş kitabın və Palatanın 15 illiyi ilə
əlaqədar bukletin yerli və xarici qurumlara, eyni zamanda respublikamızın dövlət
müəssisələrinə, sahibkarlıq subyektlərinə, elm və təhsil müəssisələrinə, beynəlxalq
qurumlara çatdırılması təmin edilmişdir.
Palatanın 2011-ci il üzrə iş planının “Beynəlxalq maliyyə qurumları və donor
təşkilatları ilə əlaqələrin yaradılması” barədə 8.6-cı bəndinə uyğun olaraq, USAID
nümayəndələri ilə 2011-ci il 13 sentyabr tarixində Auditorlar Palatasında görüş
keçirilmişdir.
Fəaliyyət planının “Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə
ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının həyata keçirilməsi” barədə 7(11)-ci
və Palatanın 2011-ci il üzrə iş planının “Auditor xidmətinin aktual problemləri üzrə
sorğunun keçirilməsi” barədə 9.14-cü bəndlərinə uyğun olaraq, Auditorlar Palatası
əməkdaşlarının və Azərbaycan Universiteti tələbələrinin iştirakı ilə sosioloji sorğu
keçirilmişdir.
Respublikamızda aparılan iqtisadi islahatlar, sahibkarlığın inkişafı ilə bağlı həyata
keçirilən tədbirlər auditor xidmətinin inkişaf istiqamətlərinin elmi-praktik cəhətdən
əsaslandırılmasını zəruri edir. Bu məqsədlə Palatanın 2011-ci il üzrə iş planının
“Auditor xidmətinin aktual problemləri üzrə sorğunun keçirilməsi” barədə 9.14-cü və
Palata Şurasının 2011-ci il üzrə iş planının 32-ci və Palatanın iş planının “Auditor
xidmətinin aktual problemləri üzrə keçirilmiş sorğunun nəticələrinin təhlili və
təkliflərin hazırlanması” barədə 9.15-ci bəndlərinin icrası ilə əlaqədar, Palata sədrinin
- 36 -2011-ci il 3 oktyabr tarixli 1/21 saylı sərəncamına əsasən yaradılmış işçi qrupu
tərəfindən sosioloji sorğu aparılmışdır.
Sosioloji sorğunun məqsədi – Azərbaycanda auditor xidmətinin təşkilini və
müasir inkişaf səviyyəsini təhlil edərək qiymətləndirmək, xidmətin aktual inkişaf
problemləri üzrə araşdırmalar aparmaq və bu istiqamətdə təkliflər hazırlamaq
olmuşdur.
Sorğuda təsərrüfat subyektlərinin bütün növ təşkilati-hüquqi formalarını əhatə
etməklə 245 respondent iştirak etmişdir. Təsərrüfat subyektlərinin təşkilati-hüquqi
forması baxımından bunlar respublikamızda fəaliyyət göstərən açıq və qapalı tipli
səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər, qeyri-hökumət təşkilatları,
dövlət müəssisələri və birgə müəssisələr, bələdiyyələr və digər təşkilatlar olmuşdur.
İqtisadiyyatın ixtisaslaşmış sahələri baxımından isə respondentlər sənaye, kənd
təsərrüfatı, kommersiya, sığorta, bank, fond və digər sahələri təmsil etmişlər.
Respondentlərin təmsil etdikləri təsərrüfat subyektlərinin fəaliyyət müddəti 1 ildən 10
ilədək və daha çox olmuşdur.
Aparılmış sorğunun nəticələri göstərir ki, bu gün auditor xidmətinin sürətli
inkişafına, auditor xidmətləri bazarında tələblə təklifin həmahəng uzlaşmasına,
xidmətin keyfiyyətinin yüksəlməsinə, auditor xidmətinin rolunun və əhəmiyyətinin
bütün səviyyələrdə tanınmasına mane olan bir sıra amillər, həllini gözləyən problemlər
də mövcuddur. Eyni zamanda, sorğunun nəticəsinə görə müəyyən edilmişdir ki, ötən
illərlə müqayisədə 2011-ci ildə auditor xidmətinin keyfiyyəti yüksəlmiş və ona tələbat
daha da artmışdır.
Aparılmış sorğunun nəticələri təhlil edilərək geniş material hazırlanmış və həmin
material Palata Şurasının 2011-ci il 20 dekabr tarixili iclasında geniş müzakirə edilərək
226/10 saylı qərarla təsdiq edilmişdir.
Auditorlar Palatasının nümayəndələri 2011-ci il ərzində respublikada
keçirilən aşağıdakı tədbirlərdə iştirak etmişdir:
- 37 -- 2011-ci il 4 mart və 17 avqust tarixlərində Gəncə şəhər auditor təşkilatının
fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə Auditorlar Palatasının sədri V.Novruzov
Gəncə şəhərində olmuşdur;
- 2011-ci il 2-3 iyun tarixlərində Qiymətli Kağızlar Dövlət Komitəsinin Gəncə
şəhərində keçirdiyi regional seminarında sədrin elmi-metodik məsələlər üzrə müşaviri
N.Talıbov iştirak etmişdir;
- 2011-ci il 15 iyul tarixində Lənkəran şəhər auditor təşkilatının fəaliyyəti ilə
yaxından tanış olmaq məqsədilə Auditorlar Palatasının sədri V.Novruzov Lənkəran
şəhərində olmuşdur;
- 2011-ci il 3-5 oktyabr tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində
keçirilmiş “Qafqaz ölkələri, Türk Respublikaları və Türkiyə Tədqiqat əməkdaşlığını
inkişaf etdirmə” toplantısında və həmin toplantı çərçivəsində “Qloballaşma şəraitində
təhsil və elmin inkişaf problemləri” mövzusunda keçirilən beynəlxalq konfransda
Auditin tənzimlənməsi, təşkili və şəffaflığın təminatı idarəsinin şöbə müdiri
M.Hacıyev iştirak etmişdir;
- 2011-ci il 21-22 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikası auditor
təşkilatına əməli köməklik göstərmək məqsədilə Maliyyə və informasiya təminatı
idarəsinin rəisi V. Rəhimov Naxçıvan şəhərində olmuşdur;
- 2011-ci il 23-25 dekabr tarixlərində Lənkəran Dövlət Universitetində “Dayanıqlı
inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika” mövzusunda keçirilən
beynəlxalq konfransda Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsinin rəisi
S.Gülməmmədov iştirak etmişdir.
- 38 -V. KORRUPSİYAYA QARŞI MÜBARİZƏ VƏ DAXİLİ AUDİT
Azərbaycan Respublikası Auditorlar Palatasının 2011-ci il üzrə iş planının
“Milli Strategiyanın icrası ilə əlaqədar 2011-ci il üçün tədbirlər planının hazırlanması
və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim edilməsi” barədə 9.24-cü
bəndinin icrası ilə əlaqədar tədbirlər planı hazırlanaraq Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiyaya təqdim edilmişdir. Həmçinin, iş planının “Auditorlar Palatası
tərəfindən Milli Strategiyanın icra vəziyyəti barədə məlumatların hər altı aydan bir
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və Nazirlər Kabinetinə təqdim
edilməsi” barədə 9.24-cü bəndinin icrası ilə əlaqədar olaraq, 2011-ci il 19 dekabr
tarixində illik hesabat hazırlanaraq Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və
Nazirlər Kabinetinə təqdim edilmişdir.
Palatanın iş planının “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə
Milli Strategiya”nın (2007-2011-ci illər) həyata keçirilməsi ilə bağlı Azərbaycan
Respublikası Auditorlar Palatasının 2011-ci il üzrə Fəaliyyət Planının icrası” barədə
3.8-ci bəndi ilə əlaqədar illik hesabat tərtib olunmuş və Palatanın iş planının
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın
(2007-2011-ci illər) həyata keçirilməsi ilə bağlı məlumatların Palatanın internet
səhifəsində yerləşdirilməsi” barədə 8.10-cu bəndinə uyğun olaraq Palatanın internet
saytında yerləşdirilmişdir.
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın
58-ci bəndinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən Milli Strategiyanın icrası
üzrə illik tədbirlər planının qəbul edilməsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyaya təqdim edilməsi” yarımbəndinə uyğun olaraq, Palata tərəfindən 2011-ci il
üzrə “Fəaliyyət Planı” tərtib edilmiş, təsdiq edildikdən sonra aidiyyatı üzrə
göndərilməsi təmin olunmuş və icraya yönəldilmişdir.
Palatanın 2011-2013-cü illlər üzrə iş planının “Palataya səlahiyyətli dövlət
orqanlarından daxil olan məktubların icrasının təmin edilməsi” barədə 9.12-ci bəndinin
və Fəaliyyət Planının “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə,
ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi” barədə 6.8-ci bəndinin “Ərizə
və şikayətlərlə əlaqədar effektiv araşdırmaların aparılması” yarımbəndinin icrası ilə
əlaqədar aşağıdakı işlər həyata keçirilmişdir:
- 39 -1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin 2010-cu il 21 dekabr tarixli 6/37-4192 nömrəli
məktubuna uyğun olaraq, həmin idarədə istintaq olunan “AzinterOyl” BM-lə bağlı
cinayət işi üzrə Auditorlar Palatası sədrinin 2011-ci il 5 yanvar tarixli sərəncamı ilə
auditor araşdırması aparılmış, sərəncamın icrası başa çatdırıldıqdan sonra yoxlama
materiallarının aidiyyatı üzrə göndərilməsi təmin edilmişdir;
2. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2010-cu il
26 iyul tarixli 2(82)-620/2010 saylı iş üzrə qərarında göstərilənlərlə əlaqədar olaraq,
“Eleqant-M” MMC-də Auditorlar Palatası sədrinin 2011-ci il 18 yanvar tarixli
sərəncamı ilə auditor yoxlaması aparılmış, sərəncamın icrası başa çatdırıldıqdan sonra
yoxlama materiallarının 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə təqdim edilməsi
təmin olunmuşdur;
3. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin 2011-ci il 2 fevral tarixli 99624 nömrəli məktubuna uyğun olaraq,
Nəsimi Rayon Məhkəmsinin 2011-ci il 31 yanvar tarixli qərarına əsasən Siyəzən
rayonu Zarat bələdiyyəsinin 2000-ci il 1 yanvar tarixindən 2010-cu il 1 noyabr
tarixinədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması 2011-ci il
10 fevral tarixli sərəncamla “Azərbeynəlxalq audit xidməti” MMC-yə tapşırılmış,
sərəncamın icrası başa çatdırıldıqdan sonra yoxlama materialları Azərbaycan
Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim
edilmişdir;
4. Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən Palatanın Auditin
keyfiyyətinə nəzarət şöbəsinin baş mütəxəssisi Rəhimov İlqar İsa oğlu barəsində
göndərilmiş 2011-ci il 14 fevral tarixli 17/69 1836-6 nömrəli sorğu məktubu
araşdırılaraq cavablandırılmışdır;
5. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2011-ci il
17 avqust tarixli M-424/5 saylı məktubuna əsasən, həmin məhkəmədə araşdırılan iş
üzrə iddiaçı K.A.Ağayevin cavabdehlər Qaradağ Rayon İcra Hakimiyyəti və
“Bakıelektrikşəbəkə” ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə
tələbinə dair rəy verilməsi məqsədilə Auditorlar Palatası sədrinin 2011-ci il 18 avqust
- 40 -tarixli 1/17 saylı sərəncamı ilə araşdırma aparılmış və nəticəsi barədə məhkəməyə
müvafiq məzmunlu məktub göndərilmişdir.
6. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin 2011-ci il 15 avqust tarixli 112026008 nömrəli məktubuna uyğun
olaraq, Yasamal Rayon Məhkəməsinin 2011-ci il 11 avqust tarixli qərarına əsasən
“Xalq Bank” ASC-nin “Zaqatala” filialının 2006-cı il 7 mart tarixindən 2008-ci il
8 sentyabr tarixinədək, “Mərkəz” filialının 2008-ci il 20 oktyabr tarixindən 2009-cu il
1 dekabr tarixinədək və Baş filialının 2009-cu il 1 dekabr tarixindən 2010-cu il
7 sentyabr tarixinədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyəti Auditorlar Palatası
sədrinin 2011-ci il 18 avqust tarixli 1/16 saylı sərəncamı ilə yoxlanılmış, sərəncamın
icrası başa çatdırıldıqdan sonra yoxlama materiallarının Azərbaycan Respublikasının
Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edilməsi təmin
olunmuşdur;
7. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2011-ci il
20 sentyabr tarixli M-467/5 məktubuna uyğun olaraq, həmin məhkəmədə araşdırılan iş
üzrə 2011-ci il 9 avqust tarixli qərardada əsasən iddiaçı “Rabitəbank” ASC-nin
cavabdeh “Sərraf” MMC-yə qarşı sonuncunun əmlakının qiymətləndirilməsi barədə
ekspert rəyinin ləğv edilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməklə
yenidən qiymətləndirilməsi tələblərinə dair iş üzrə Auditorlar Palatası sədrinin 2011-ci
il 26 sentyabr tarixli № 1/18 sərəncamı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının
keçirilməsi təmin edilmiş, sərəncamın icrası başa çatdırıldıqdan sonra yoxlama
materiallarının aidiyyatı üzrə göndərilməsi təmin edilmişdir;
8. Bakı şəhəri Sabunçu Rayon Prokurorunun 2011-ci il 22 sentyabr tarixli
646-Ş/11 nömrəli məktubuna əsasən, “Azərneftkimyamaş” ASC-nin “Bakı fəhləsi”
maşınqayırma zavodu törəmə müəssisəsinin bir qrup əməkdaşının 2011-ci il
21 sentyabr tarixli 646Ş/N saylı şikayət məktubu ilə əlaqədar olaraq Auditorlar Palatası
sədrinin 2011-ci il 30 sentyabr tarixli № 1/20 sərəncamı ilə müvafiq auditor araşdırması
aparılmış, sərəncamın icrası başa çatdırıldıqdan sonra yoxlama materiallarının aidiyyatı
üzrə göndərilməsi təmin edilmişdir;
9. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin 2011-ci il 28 sentyabr tarixli 112026061 nömrəli məktubuna
- 41 -əsasən, həmin idarədə istintaqı aparılan 112026061 nömrəli cinayət işinə dair Nəsimi
Rayon Məhkəməsinin 2011-ci il 26 sentyabr tarixli qərarına uyğun olaraq, “Hertel
Indastrial Servises B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2010-cu il
1 yanvar tarixindən 2011-ci il 30 aprel tarixinədək olan dövrdə qərarda göstərilən
hüquqi və fiziki şəxslərlə qarşılıqlı həyata keçirdiyi maliyyə əməliyyatları ilə bağlı
Auditorlar Palatası sədrinin 2011-ci il 30 sentyabr tarixli № 1/19 sərəncamı ilə sənədli
təftiş keçirilmişdir. Təftiş başa çatdırıldıqdan sonra yoxlamanın nəticələrinə dair
materialların aidiyyatı üzrə göndərilməsi təmin edilmişdir;
10. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 2011-ci il 4 mart tarixli
110106046 nömrəli məktubuna uyğun olaraq, Suraxanı Rayon Məhkəməsinin 2011-ci
il 3 mart tarixli qərarına əsasən Bülbülə qəsəbəsində yerləşən kənd qəbristanlığı ilə
bağlı götürülmüş mühasibat sənədləri əsasında Auditorlar Palatası sədrinin 2011-ci il
5 mart tarixli sərəncamı ilə yoxlama aparılmış, sərəncamın icrasının nəticələrinin
Suraxanı Rayon Prokurorluğuna təqdim edilməsi təmin olunmuşdur.
11. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin
2011-ci il 16 mart tarixli M-133/5 nömrəli məktubuna və 2011-ci il 16 mart tarixli
2-inz (81)-104/2011 nömrəli qərarına uyğun olaraq, Auditorlar Palatası sədrinin
2011-ci il 29 mart tarixli sərəncamı ilə auditor yoxlaması aparılmış, sərəncamın icrası
başa çatdırıldıqdan sonra yoxlama materiallarının aidiyyatı üzrə təqdim olunması təmin
edilmişdir;
12. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin 2011-ci il 11 mart tarixli məktubuna uyğun olaraq, Nəsimi rayon
məhkəməsinin 2011-ci il 10 mart tarixli qərarına əsasən 80602 №-li cinayət işi üzrə
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi
Elm-İstehsalat Mərkəzinin Ağsu Regional Torpaq Kadastrı Mərkəzinin 2007-ci il
1 yanvar tarixindən 2011-ci il 2 mart tarixinədək maliyyə-təsərrüfat fəaliyyəti
Auditorlar Palatası sədrinin 2011-ci il 14 mart tarixli sərəncamı ilə yoxlanılmış,
sərəncamın icrası başa çatdırıldıqdan sonra yoxlama materiallarının Azərbaycan
Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim
edilməsi təmin olunmuşdur;
- 42 -13. “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində
korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli fərmanının tələblərinə
uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğundan Auditorlar
Palatasına göndərilmiş 2011-ci il 31 mart tarixli 04/xid.1444 saylı məktuba əsasən
Sabirabad rayonu Nizami bələdiyyəsində 2010-cu il 1 yanvar tarixindən 2011-ci il
1 yanvar tarixinədək bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması Auditorlar
Palatası sədrinin müvafiq sərəncamı ilə yoxlanılmış, sərəncamın icrası başa
çatdırıldıqdan sonra yoxlama materiallarının Azərbaycan Respublikasının Baş
prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edilməsi təmin
olunmuşdur;
14. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin 2011-ci il 1 aprel tarixli 112026036 nömrəli məktubuna uyğun
olaraq, Nəsimi Rayon Məhkəməsinin 2011-ci il 31 mart tarixli qərarına əsasən Bakı
şəhəri Səbail bələdiyyəsinin 2010-cu il 1 yanvar tarixindən 2011-ci ilin müvafiq
dövrünədək olan müddət ərzində maliyyə-təsərrüfat fəaliyyəti Auditorlar Palatası
sədrinin müvafiq sərəncamı ilə yoxlanılmış, yoxlama materiallarının Azərbaycan
Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim
edilməsi təmin olunmuşdur;
15. “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində
korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli fərmanının tələblərinə
uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğundan Auditorlar
Palatasına göndərilmiş 2011-ci il 7 aprel tarixli 04/xid.1438 saylı məktuba əsasən
Bərdə rayonu Nəcəfqulubəyli bələdiyyəsinin 2004-2009-cu illər üzrə maliyyə-təsərrüfat
fəaliyyəti Auditorlar Palatası sədrinin müvafiq sərəncamı ilə yoxlanılmış, yoxlama
materiallarının Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinə təqdim edilməsi təmin olunmuşdur;
16. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin 2011-ci il 10 may tarixli 106516 nömrəli məktubuna uyğun olaraq,
həmin idarədə istintaq olunan 106516 saylı cinayət işi üzrə Nəsimi Rayon
- 43 -Məhkəməsinin 2011-ci il 6 may tarixli qərarına əsasən Moskva Dövlət Açıq
Universiteti Bakı filialının fəaliyyət dövrü üzrə Auditorlar Palatası sədrinin 2011-ci il
17 may tarixli 1/13 saylı sərəncamı ilə auditor yoxlaması aparılmışdır. Sərəncamın
icrası başa çatdırıldıqdan sonra yoxlama materiallarının Azərbaycan Respublikasının
Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edilməsi təmin
olunmuşdur;
17. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin
ibtidai araşdırılması departamentinin 2011-ci il 16 iyun tarixli 112980003 saylı
məktubuna əsasən “Sahibtac” MMC-nin fəaliyyət göstərdiyi dövrdə gəliri və xərcləri,
habelə əldə edilmiş xalis gəlirinin hansı məqsədlə xərclənməsinin müəyyənləşdirilməsi
məqsədilə Auditorlar Palatası sədrinin müvafiq sərəncamı ilə auditor yoxlaması
aparılmış, sərəncamın icrası başa çatdırıldıqdan sonra yoxlama materiallarının
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinə təqdim edilməsi təmin olunmuşdur;
18. “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin fəaliyyəti və
cəmiyyətin prezidentinin qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı Azərbaycan
Respublikası Baş Prokurorluğuna ünvanlanmış şikayət ərizəsi həmin qurum tərəfindən
2011-ci il 27 aprel tarixində Azərbaycan Respublikası Auditorlar Palatasına
göndərilmişdir. Həmin məktub üzrə araşdırma aparılaraq 2011-ci il 9 iyun tarixində
müvafiq qaydada şikayətçiyə yazılı məlumat verilmişdir;
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin 2011-ci il 11 oktyabr tarixli 6/35-3792 nömrəli
məktubuna uyğun olaraq, həmin idarədə araşdırılan “STS” MTK-nın sənədləri üzrə
Auditorlar Palatası sədrinin müvafiq sərəncamı ilə auditor araşdırması aparılmış,
sərəncamın icrası başa çatdırıldıqdan sonra yoxlama materialları Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinə təqdim edilmişdir;
20. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin 2011-ci il 24 oktyabr tarixli 112026148 nömrəli məktubuna uyğun
olaraq, həmin idarədə istintaq olunan 112026148 saylı cinayət işi üzrə Sabunçu Rayon
Məhkəməsinin 2011-ci il 20 oktyabr tarixli qərarına əsasən “Aqrolizinq” ASC-nin
Goranboy rayon “Aqroservis” filialının 2006-cı il 3 aprel tarixindən 2011-ci il 9 mart
- 44 -tarixinədək olan dövr üzrə fəaliyyəti ilə əlaqədar Auditorlar Palatası sədrinin müvafiq
sərəncamı ilə auditor yoxlaması aparılmışdır. Sərəncamın icrası başa çatdırıldıqdan
sonra yoxlamanın nəticələrinə dair materialların aidiyyatı üzrə göndərilməsi təmin
edilmişdir;
21. Azərbaycan Respublikasının Baş Prokuroru, birinci dərəcəli dövlət ədliyyə
müşaviri Z.Qaralovun sərbəst auditor Aftandil Əliyevin hərəkətləri ilə bağlı Palataya
ünvanladığı 2011-ci il 20 oktyabr tarixli 01/14679-Ş nömrəli məktub araşdırılmış və
nəticələri Palata Şurasının 2011-ci il 26 oktyabr tarixli iclasında geniş müzakirə
edilərək sərbəst auditor A.Əliyevin lisenziyasının ləğv edilməsi barədə 223/1 saylı
qərar qəbul edilmişdir. Bu barədə aidiyyatı orqana müvafiq məzmunlu cavab məktubu
göndərilmişdir;
22. Bakı şəhər sakini T.Ə.Əfəndiyevin sərbəst auditor Hafiz Əhmədovla bağlı
Azərbaycan Respublikasının Auditorlar Palatasına ünvanladığı şikayət ərizəsi
araşdırılaraq şikayətçiyə müvafiq məzmunlu cavab məktubu göndərilmişdir;
23. Bakı şəhərində yaşayan X.İ.Qasımov tərəfindən “Cavid-Audit” MMC-nin
direktoru Ş.Məmmədovun qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikasının
Auditorlar Palatasına göndərilmiş şikayət ərizəsi araşdırılaraq şikayətçiyə müvafiq
məzmunlu cavab məktubu göndərilmişdir;
24. “Vijn Fond Azərkredit” MMC-nin İdarə Heyəti sədrinin müavini S.T.Cəfərli
tərəfindən Palataya ünvanlanmış 2011-ci il 11 fevral tarixli 27 nömrəli məktub
araşdırılaraq müvafiq məzmunda cavablandırılmışdır;
25. “Azərtunelmetrotikinti” ASC-nin sədr müavini İ.Xankişiyevin
“Azərtunelmetrotikinti” ASC-nin 2010-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılması ilə bağlı Auditorlar Palatasına ünvanladığı 2011-ci il 10 fevral tarixli
məktub araşdırılaraq müvafiq məzmunda cavablandırılmışdır;
26. Bakı şəhərində yaşayan E.İ.Sarıvəlli tərəfindən “Ekspert-Audit” MMC ilə
bağlı ərizə araşdırılaraq ərizəçiyə müvafiq cavab məktubu göndərilmişdir;
27. Gəncə şəhərində yaşayan X.N.Cavadzadə tərəfindən Azərbaycan
Respublikasının Auditorlar Palatasına ünvanlanmış ərizə araşdırılaraq ərizəçiyə
müvafiq cavab məktubu göndərilmişdir.
- 45 -Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri
E.Cəfərov tərəfindən daxil olmuş “2010-cu il üzrə auditor fəaliyyətinin
tənzimlənməsinin milli sistemlərinin təkmilləşdirilməsi vəziyyəti barədə” 2011-ci il
3 mart tarixli məktub 2011-ci il 10 mart tarixində aidiyyatı üzrə cavablandırılmışdır.
Palatanın 2011-2013-cü illər üzrə iş planının “Auditorlar Palatasında daxili
nəzarətin həyata keçirilməsi” barədə 9.13-cü bəndinin icrası ilə əlaqədar, 2011-ci ilin
hər ayı üzrə daxili nəzarət həyata keçirilmiş və arayışlar Palatanın rəhbərliyinə təqdim
edilmişdir.
Ölkəmizdə daxili auditor peşəsinin yayılması və inkişaf etdirilməsinə, daxili
auditorlar arasında peşə münasibətlərinin gücləndirilməsinə, daxili audit standart və
normalarının işlənib hazırlanmasına, təkmilləşdirilməsinə, daxili auditorların peşə
müstəqilliyinin və mənafelərinin qorunmasına nail olmaq üçün və “Şəffaflığın
artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın tələblərini rəhbər
tutaraq, bu istiqamətdə qarşımıza qoyulmuş vəzifələrin icrası növbəti illərdə də davam
etdiriləcəkdir.
- 46 -VI. BEYNƏLXALQ ƏLAQƏLƏR
Auditorlar Palatası audit sahəsində inkişaf etmiş qabaqcıl ölkələrin təcrübəsinin
öyrənilməsi və tətbiq edilməsini, eləcə də beynəlxalq audit praktikası əsasında
respublikada auditin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə müvafiq
tədbirlər sisteminin işlənib hazırlanmasına xüsusi diqqət yetirir.
Bütövlükdə, xarici ölkələrin audit təcrübəsinin öyrənilməsi Azərbaycanda auditin
inkişafına və keyfiyyətinin yüksəldilməsinə, auditor xidmətinin qanunvericilik
bazasının təkmilləşdirilməsinə əhəmiyyətli təsir göstərir.
Palata beynəlxalq əlaqələrinin qurulması üzrə fəaliyyətinin beynəlxalq və regional
peşə qurumlarında təmsilçiliyə, ikitərəfli və çoxsaylı əməkdaşlıq əlaqələrinin
qurulmasına və inkişaf etdirilməsinə mütərəqqi xarici audit təcrübəsinin öyrənilməsi,
milli kadrlara çatdırılması və yerli xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə tətbiq
edilməsi baxımından yanaşır. Auditorlar Palatası nüfuzlu peşə qurumlarında -
Beynəlxalq Mühasiblər Federasiyasında (IFAC), Avropa Mühasiblər və Auditorlar
Federasiyasında (EFAA), Sertifikatlı Mühasiblərin və Auditorların Avrasiya Şurasında
(ESSBA) tamhüquqlu üzv sifətilə təmsil olunmuşdur.
Bununla yanaşı, Palata tərəfindən Rusiya Auditorlar Kollegiyası, Qazaxıstan
Respublikası Auditorlar Palatası, Özbəkistan Respublikası Auditorlar Palatası,
Gürcüstan Parlamenti yanında Audit Şurası, Litva Auditorlar Palatası, Latviyanın
Sertifikatlı Auditorlar Assosiasiyası, Rusiya Auditorlar Palatası, Böyük
Britaniyanın İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyası, Fransanın Ekspert
Mühasiblərin Peşəkar Birliyi və Milli Auditorlar Assosiasiyası, Kanadanın Sertifikatlı
Baş Mühasiblər Assosiasiyası, Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli
Mali Müşavirlər Odaları Birliyi, Rumıniya Maliyyə Auditorları Palatası, Polşa Milli
Auditorlar Palatası, Slovakiyanın Auditorlar Palatası ilə əməkdaşlıq barədə imzalanmış
saziş və memorandumlar Azərbaycanda auditin inkişafına, beynəlxalq təcrübənin
öyrənilməsi və tətbiqinə xidmət edir.
2011-ci ildə Auditorlar Palatası tərəfindən beynəlxalq əlaqələrin təşkili və inkişafı
sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. O cümlədən:
- 47 -1. Auditorlar Palatasının 2011-ci il üzrə iş planının (“Xarici ölkələrin audit
təşkilatları ilə əməkdaşlıq üzrə saziş layihələrinin hazırlanması və imzalanması ilə
bağlı təşkilati tədbirlərin həyata keçirilməsi”) 5.3-cü bəndinə müvafiq olaraq:
- Macarıstan və Çexiyanın Auditorlar Palatasına əməkdaşlıqla əlaqədar 2011-ci
ilin əvvəlində məktublar göndərilmişdir. Göndərilmiş məktubla əlaqədar Macarıstan
Respublikasının Auditorlar Palatasından Anlaşma memorandumunun layihəsi
alındıqdan sonra həmin sənəd Palata sədrinin yanında iclasda müzakirə olunduqdan
sonra 2011-ci il 3 fevral tarixində təsdiq edilmişdir. Hal-hazırda Azərbaycan
Respublikasının Auditorlar Palatası ilə Çexiya Respublikasının Auditorlar Palatası
arasında əməkdaşlığa dair sənədin imzalanması ilə bağlı işlər həyata keçirilir;
- “Baltik Kaspian Audit” MMC-nin rəhbərliyinin müraciətinə əsasən, Azərbaycan
Respublikası Auditorlar Palatası ilə Baltik Beynəlxalq Akademiyası arasında
əməkdaşlığa dair razılaşmanın imzalanması təklif olunmuşdur. Razılaşmaya əsasən
Auditorlar Palatası ilə Baltik Beynəlxalq Akademiyası arasında əməkdaşlığa dair
2011-ci il 30 iyun tarixində Saziş imzalanmışdır;
- 2011-ci il 15 sentyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikasının
Auditorlar Palatası ilə Ukrayna Auditorlar Palatası arasında əməkdaşlığa dair Saziş
imzalanmışdır;
- 2011-ci il 16 noyabr tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə
Moldova Respublikası Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyası arasında
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır;
- 2011-ci il 18 noyabr tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə
Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutu arasında strateji əməkdaşlığa dair
Saziş imzalanmışdır.
2. Palatanın 2011-ci il üzrə iş planının (“Beynəlxalq audit və mühasibat
qurumları tərəfindən təşkil olunacaq konfranslarda, forumlarda və digər
tədbirlərdə Palata təmsilçilərinin iştirakının təmin edilməsi”) 5.4-cü bəndinə
müvafiq olaraq:
- 48 -- 2011-ci il 9-10 fevral tarixlərində Avropa Komissiyasının Daxili Bazar və
Xidmətlər baş direktoratlığının “Maliyyə hesabatı və auditə dair Avropa Komissiyası –
Dəyişmə zamanı?” mövzusunda Brüsseldə keçirdiyi konfransda Palatanın sədri
V.Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir;
- 2011-ci il 25 mart tarixində Ukrayna Peşəkar Mühasiblər və Auditorlar
Federasiyası, Ukrayna Auditorlar Palatası və ACCA ilə birgə təşkil edilmiş “Maliyyə
sabitliyinin gücləndirilməsində auditin rolu” mövzusunda müzakirədə iştirak etmək
üçün Auditorlar Palatasının sədri V.Novruzov, Maliyyə və informasiya təminatı
idarəsinin rəisi V.Rəhimov Ukraynanın Kiyev şəhərində ezamiyyətdə olmuşlar;
- 2011-ci il 18 aprel tarixindən 25 aprel tarixinədək TÜRMOB-un İstanbul
Odasında keçirdiyi toplantıda iştirak etmək məqsədilə Auditin tənzimlənməsi, təşkili və
şəffaflığın təminatı idarəsinin şöbə müdiri M.Hacıyev Türkiyə Respublikasının İstanbul
şəhərində olmuşdur;
- 2011-ci il 28 aprel tarixindən 1 may tarixinədək Riqa şəhərində Rusiya
Peşəkarlar Mühasiblər və Auditorlar İnstitutu tərəfindən keçirilən “MDB və Baltik
ölkələrində peşəkar auditorlar təşkilatlarının irəliyə hərəkət” adlı beynəlxalq
konfransında Maliyyə və informasiya təminatı idarəsinin rəisi V.Rəhimov və “Kapital-
Audit LTD” MMC-nin direktoru İ.Bayramov iştirak etmişlər;
- 2011-ci il 12 may tarixində Avropa Mühasiblər və Auditorlar Federasiyasının
(EFAA) Almaniyanın Berlin şəhərində keçirdiyi “Kiçik və orta müəssisələrdə maliyyə
hesabatlarının harmonizasiyası” mövzusunda konfransda və həmin təşkilatın 2011-ci il
13 may tarixində illik yığıncağında Palata sədrinin elmi-metodik məsələlər üzrə
müşaviri N.Talıbov iştirak etmişdir;
- 2011-ci il 13 may tarixindən 17 may tarixinədək TÜRMOB-un İstanbul
Odasında keçirdiyi toplantıda iştirak etmək məqsədilə Auditin tənzimlənməsi, təşkili və
şəffaflığın təminatı idarəsinin şöbə müdiri Y.Namazəliyev Türkiyə Respublikasının
İstanbul şəhərində olmuşdur;
- 2011-ci il 16-17 may tarixlərində Belarus Respublikasının Minsk şəhərində
Sertifikatlaşdırılmış Mühasiblərin və Auditorların Avrasiya Şurasının ümumi iclasında
Palata sədrinin müşaviri A.Kərimov iştirak etmişdir;
- 49 -- 2011-ci il 9-12 iyun tarixlərində Kiyev şəhərində keçirilmiş seminarda Maliyyə
və informasiya təminatı idarəsinin rəisi V. Rəhimov iştirak etmişdir;
- 2011-ci il 14-15 oktyabr tarixlərində Ukrayna Mühasiblər Federasiyası və
Ukrayna Auditorlar Palatasının “Auditin bu günü və gələcəyi” mövzusunda keçirdiyi
konfransda iştirak etmək məqsədilə Palata sədrinin elmi-metodik məsələlər üzrə
müşaviri N.Talıbov Kiyev şəhərində olmuşdur;
- 2011-ci il 26-28 oktyabr tarixlərində Polşa Milli Auditorlar Palatası tərəfindən
keçirilən 12-ci illik audit konfransında Auditorlar Palatası sədrinin müavini
F.İsmayılov iştirak etmişdir;
- 2011-ci il 28 noyabr tarixindən 1 dekabr tarixinədək İngiltərə və Uels Sertifikatlı
Mühasiblər İnstitutunun və Beynəlxalq Maliyyə Hesabatları Fondunun təşkilatçılığı ilə
keçirilən seminarda iştirakla bağlı Maliyyə və informasiya təminatı idarəsinin rəisi
V.Rəhimov London şəhərində olmuşdur;
- 2011-ci il 8-9 dekabr tarixlərində “Maliyyə Hesabatlarının Beynəlxalq
Standartları əsasında Rusiyada mühasibat uçotunun inkişafı” adlı Rusiya Mühasibləri
və Auditorları Beynəlxalq Konqresində iştirak etmək məqsədilə Palata sədrinin elmi-
metodik məsələlər üzrə müşaviri N.Talıbov Moskva şəhərində olmuşdur.
3. Palatanın 2011-ci il üzrə iş planının (“Xarici audit qurumlarının
təmsilçilərinin Auditorlar Palatasına səfərlərinin təşkil edilməsi”) 5.6-cı bəndinə
müvafiq olaraq:
- 2011-ci il 6-8 iyun tarixlərində Qazaxıstanın UHY SAPA Consultinq təşkilatının
baş direktoru Talqat Nurqazıyevin Auditorlar Palatasının rəhbərliyinə göndərdiyi
məktuba əsasən, onun Auditorlar Palatasının üzvü olan “Kapital Audit” MMC və
“AzAudit” MMC-nin rəhbərliyi ilə təcrübə mübadiləsi aparması məqsədilə Bakı
şəhərinə səfəri təşkil edilmişdir. Qonaq həmin auditor təşkilatları ilə təcrübə mübadiləsi
aparmış və eyni zamanda, 2011-ci il 8 iyun tarixində onun Palata sədri V.Novruzovla
görüşü təşkil edilmişdir;
- 2011-ci il 27-28 yanvar tarixlərində Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan
Respublikasının Auditorlar Palatası, Polşa Milli Auditorlar Palatası və Azərbaycan
- 50 -Universitetinin birgə təşkilatçılığı ilə “Müasir şəraitdə auditin aktual problemləri”
mövzusunda Azərbaycan-Polşa elmi-praktik simpoziumu keçirilmişdir. Simpoziumda
yeni iqtisadi-maliyyə mühitində auditin rolu və əhəmiyyəti, auditin müasir problemləri
və onların həlli yolları, Avropa Komissiyasının Məcburi Audit Direktivinin tətbiqi və
onun praktik nəticələri, Avropa Komissiyası tərəfindən müzakirəyə çıxarılmış “Audit
siyasəti: Böhranın dərsləri” mövzularında məruzələr dinlənilmiş, onların ətrafında
çıxışlar və müzakirələr aparılmışdır.
Simpoziumun təşkilində Polşanın Azərbaycan Respublikasındakı səfirliyinin
böyük dəstəyi omuş və tədbir zamanı onların nümayəndələri də iştirak etmişlər.
Tədbirlərin gedişi KİV-də geniş işıqlandırılmışdır.
Auditorlar Palatası Şurasının 2011-ci il 31 yanvar tarixli iclasında simpoziumun
nəticələri geniş müzakirə edilərək tədbirlər planı təsdiq edilmişdir.
Palata tərəfindən daxil olmuş simpoziumun materialları toplanaraq redaktə
edildikdən sonra nəfis şəkildə nəşr etdirilmişdir. Həmin materialın təşkilatçı qurumlara
və respublikamızda fəaliyyət göstərən dövlət müəssisələrinə, sahibkarlıq subyektlərinə,
elm və təhsil müəssisələrinə, səfirliklərə və beynəlxalq qurumlara çatdırılması təmin
edilmişdir;
- 2011-ci il 15-17 sentyabr tarixlərində “Şəffaflığın artırılmasında beynəlxalq
maliyyə və audit standartlarının tətbiqi problemləri” mövzusunda Mühasiblərin və
Auditorların III Avrasiya Forumuna və Palatanın fəaliyyətə başlamasının 15 illik
yubileyi ilə əlaqədar 16 ölkənin beynəlxalq audit və mühasibatlıq qurumlarının
nümayəndələrinin Bakı şəhərinə səfəri ilə bağlı geniş proqram hazırlanmış və həmin
proqrama uyğun olaraq tədbirlər həyata keçirilmişdir.
Forumun təşkilindən əsas məqsəd şəffaflığın artırılmasında beynəlxalq
standartların rolu və əhəmiyyəti sahəsində peşəkar müzakirələr aparmaq, mövcud
problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional
mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, şəffaflığın artırılması ilə bağlı
qanunvericilik aktlarının qəbulu və mövcud qanunların icra mexanizmlərini
təkmilləşdirməklə bağlı konkret əməli təkliflər irəli sürmək, maarifləndirmə və
beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarət olmuşdur.
- 51 -Tədbirdə Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının:
Beynəlxalq Mühasiblər Federasiyasına üzv orqanlarının inkişaf proqramının rəhbəri
Szymon Radziszewicvz, Fransa - JPA Beynəlxalq Şəbəkəsinin sədri Jacques Potdevin,
Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları
Birliyinin (TÜRMOB) prezidenti Nail Sanli, Rumıniya Maliyyə Auditorları Palatasının
prezidenti Horia Neamtu, Polşa Milli Auditorlar Palatasının prezidenti Jozef Krol,
Polşa Mühasiblər Assosiasiyasının Baş Audit Komissiyasının sədri Ryszard Gorycki,
Rusiya Auditorlar Kollegiyasının sədri Aleksandr Ruf, Ukrayna Auditorlar Palatasının
sədri İvan Nesterenko, Böyük Britaniyanın Sertifikatlı Mühasiblər Assosiasiyasının
(ACCA) Ukrayna, Baltik və Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Nataliya
Vovcuk, Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların milli
institutunun (Rusiya) prezidenti Dmitri Yakovenko, Gürcüstan Parlamenti yanında
Audit Şurasının sədri Elquca Apridonidze, Gürcüstanın “Finans Audit” şirkətinin audit
və sığorta üzrə direktoru Giorgi Rusiaşvili, Özbəkistan Auditorlar Palatasının sədri
Ravşan Haydarov, Özbəkistanın Fərqanə Regionu Auditorlar Palatasının sədri, “TTT-
Audit” MMC-nin baş direktoru Məhəmməd Botirov, Özbəkistanın Əndican Regionu
Auditorlar Palatasının sədri Furkat Xusanov, Latviya Sertifikatlı Auditorlar
Assosiasiyası İdarə heyətinin üzvü Svetlana Kolesnikova, Çex RespublikasıAuditorlar
Palatasının İntizam Komissiyasının sədri Jiri Vrba, Ukrayna Milli Bankının baş
mühasibi, Mühasibat uçotu metodologiyası departamentinin direktoru Boqdan
Lukaseviç, Rusiyada Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (SMMİ) Birləşmiş
Krallıq nümayəndəliyinin rəhbəri, Beynəlxalq Sertifikatlaşdırma Mərkəzi, Moskva
Sənaye və Kommersiya Palatasının Təhsil Komitəsinin sədr müavini, Rusiya
Parlamentinin Məsləhət Şurasının baş eksperti Anastasia Rusakova, habelə Auditorlar
Palatasının əməkdaşlıq etdiyi qurumları: Azərbaycan İqtisadçılar İttifaqını, Azərbaycan
Respublikası Vergilər Nazirliyini, Azərbaycan Respublikası Müdafiə Sənayesi
Nazirliyini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, Azərbaycan
Respublikası Dövlət Neft Fondunu, Azərbaycan Respublikası Hesablama Palatasını,
Bakı Biznes Universitetini təmsil edən məsul əməkdaşlar müxtəlif mövzularda
məruzələr etmiş, məruzələr ətrafında fikir mübadiləsi və müzakirələr aparılmışdır.
- 52 -Tədbir KİV-də geniş işıqlandırılmışdır.
Auditorlar Palatası Şurasının 2011-ci il 29 sentyabr tarixli iclasında forumun
nəticələri üzrə tədbirlər planı təsdiq edilmiş və hazırda həmin tədbirlər planının icrası
ilə əlaqədar işlər həyata keçirilir.
- 53 -VII. İNFORMASİYA-TƏBLİĞAT VƏ NƏŞRİYYAT FƏALİYYƏTİ
Ölkədə auditor xidmətinin təşkili və dövlət tənzimlənməsi ilə bağlı Palatanın
qarşısında duran vəzifələrin həyata keçirilməsinə müvafiq təbliğat-informasiya və
nəşriyyat fəaliyyəti, təşkilati-protokol tədbirləri vasitəsilə təminat yaratmaq məqsədilə
ayrı-ayrı istiqamətlər üzrə 2011-ci ildə görülmüş işlər aşağıdakılardan ibarət olmuşdur:
1. Auditor xidmətinin tənzimlənməsinə və təbliğatına xidmət edən elmi-praktik,
metodik və məlumat-reklam xarakterli ədəbiyyatın nəşr etdirilməsi və yayılması
Auditorlar Palatası tərəfindən auditor xidmətinin təşkili, tənzimlənməsinə və
təbliğinə xidmət edən aşağıdakı ədəbiyyatlar nəşr etdirilmişdir:
Palatanın fəaliyyətə başlamasının 15 illik yubileyi münasibətilə 270 səhifə
həcmində olan materiallar 500 nüsxə həcmində kitab şəklində, habelə 32 səhifə
həcmində buklet şəklində nəşr etdirilərək müvafiq qaydada paylanması təmin
edilmişdir;
504 səhifə həcmində olan “Audit” dərs vəsaitinin 2-ci nəşri iqtisadi
qanunvericilikdə baş vermiş yeniliklər nəzərə alınmaqla, əsaslı şəkildə redaktə olunaraq
1000 nüsxə çap etdirilmiş və müvafiq qaydada paylanması təmin edilmişdir;
“Audit. Qanunvericilik və normativ sənədlər” toplusunun VI cildi 272 səhifə
həcmində 500 nüsxə nəşr etdirilmiş və müvafiq qaydada paylanması təmin edilmişdir.
2. Palatanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər barədə məlumatların
hazırlanması və KİV-də yayılması
Bu istiqamətdə televiziya kanalları və qəzet redaksiyaları ilə müntəzəm iş
aparılmış, Palatanın özünün və partnyor qurumlarla birgə keçirdiyi, ictimai əhəmiyyət
kəsb edən bütün tədbirlər barədə mətbuat üçün məlumatlar hazırlanıb yayılmış, həmin
tədbirlərin KİV-də və televiziya kanallarında işıqlandırılması təmin edilmişdir.
Bununla yanaşı, Palata tərəfindən hazırlanmış materiallar əsasında “Azərbaycan”,
“Vergilər”, “İqtisadiyyat” və “Бакинский рабочий” qəzetlərində müxtəlif mövzulu
15 reklam-elan dərc edilmişdir (əlavə olunur).
- 54 -3. Müxtəlif əlamətdar və tarixi günlərlə bağlı ziyarətlərin təşkili,
təbriknamələrin hazırlanması və əməkdaşların yubileylərinin qeyd olunması
İl ərzində iki dəfə Şəhidlər Xiyabanına və iki dəfə Fəxri Xiyabana ziyarətlər təşkil
edilmiş, Palatanın əməkdaşı və üzvü olan 9 nəfərin yubiley ad günləri qeyd
olunmuşdur.
4. Auditorlar Palatasının internet səhifəsində informasiyaların yerləşdirilməsi
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə
təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya”ya uyğun olaraq, Auditorlar Palatasının internet səhifəsi yaradılmış və
auditor xidmətinin tənzimlənməsi, təşkili və inkişafına yönəldilmiş tədbirlər sistemi ilə
əlaqədar ictimaiyyətə, Auditorlar Palatasının üzvlərinə və maraqlı tərəflərə çatdırılması
məqsədilə informasiyalar mütəmadi olaraq internet səhifəsində yerləşdirilir
(www.audit.gov.az).
Belə ki, hesabat dövrü ərzində aşağıdakı bir sıra məlumatlar Palatanın internet
səhifəsində əks etdirilmişdir:
- “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr
edilməsi barədə” 2011-ci il 11 fevral tarixli Azərbaycan Respublikası Qanununun və
həmin qanunun tətbiqinə dair Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il
13 aprel tarixli sərəncamının mətni;
- Azərbaycan Respublikası Auditorlar Palatası ilə Azərbaycan Bank Tədris
Mərkəzi arasında əməkdaşlıq haqqında sazişin imzalanması ilə əlaqədar keçirilən tədbir
barədə material Azərbaycan Bank Tədris Mərkəzinin aylıq bületenində dərc edilmiş,
həmçinin Palatanın elanlar lövhəsində və internet səhifəsində yerləşdirilmişdir;
- Palatanın 2011-2013-cü illər üzrə iş planının “Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərin
müvafiq qurumları ilə əməkdaşlığın davam etdirilməsi” barədə 3.7-ci bəndinin icrası ilə
əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 25 iyun
tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar
- 55 -çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının aidiyyatı qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan
fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti
tərəfindən Ümumi Siyahının 2011-ci il 19 avqust tarixində yenilənməsi barədə
məlumat sərbəst auditorların və auditor təşkilatlarının məlumatlandırılmasının
zəruriliyini nəzərə alaraq Palatanın saytında yerləşdirilmişdir;
- Azərbaycan Respublikası Auditorlar Palatası ilə Azərbaycan Respublikası
Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti arasında mövcüd olan
Memoranduma uyğun olaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Maliyyə
Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar mütəmadi olaraq Palatanın rəsmi
internet səhifəsində yerləşdirilmişdir.
- 56 -VIII. PALATANIN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ
Azərbaycan Respublikası Auditorlar Palatası təsərrüfat hesablı müstəqil maliyyə
orqanı olmaqla, Əsasnaməsinə uyğun fəaliyyət göstərərək, aşağıdakı maliyyə
mənbələrinə malikdir:
- auditor təşkilatları və sərbəst auditorlar tərəfindən ödənilən üzvlük haqqı;
- auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziya almaq üçün
keçirilən imtahanlarda iştirak etmək üçün ödəniş haqqı;
- daxili audit kursları üçün ödəniş haqqı;
- müxbir üzvlərdən üzvlük haqqı;
- auditə dair nəşr edilmiş çap məhsullarından əldə edilən gəlirlər.
Göstərilən maliyyə mənbələrinə uyğun olaraq, Auditorlar Palatasının gəliri
2011-ci ildə aşağıdakı kimi olmuşdur:
Manatla
Gəlir mənbəyi MəbləğÜzvlük haqqı 414 969,22İmtahan haqqı 7 900,0Auditə dair nəşr edilmiş çap məhsullarının satışı və abunə haqqı
155,0
Kurslardan daxilolmalar 12 905,0Müxbir üzvlərdən üzvlük haqqı 380,18Kənar köməklik 108 750,0Kurs fərqi 1639,88 CƏMİ: 546 699,28
Beləliklə, 2010-cu il ilə müqayisədə (433 473,3 manat), 2011-ci ildə
546699,28 manat gəlir əldə edilmişdir ki, bu da 20,7% artım deməkdir.
Auditorlar Palatası 2011-ci il ərzində respublika büdcəsinə 26405,03 manat,
Dövlət Sosial Müdafiə Fonduna 53279,59 manat vəsait ödəmişdir. 2011-ci il ərzində
Palatada əməkdaşların orta siyahı sayı 59 nəfər olmuş və onlara 233127,41 manat
məbləğində əməkhaqqı və mükafat ödənilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 saylı
sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nın həyata
keçirilməsi ilə əlaqədar olaraq Lənkəran şəhərində məskunlaşmış məcburi köçkünlərə
- 57 -Yeni il bayramı münasibətilə 2800,00 manat məbləğində maddi yardım göstərilmişdir.
Qarabağ müharibəsinin iştirakçısı, I qrup əlil Yusif Hüseynova (Kürdoğlu)
360,0 manat məbləğində maddi yardım göstərilmişdir.
Daxil olmuş üzvlük haqqından 1% olmaqla 4149,69 manat məbləğində vəsait
“Azərbaycan Respublikasında auditor xidmətinin inkişafı fondu”na köçürülmüş və il
ərzində bu fonddan vəsait istifadə edilməmişdir.
Beləliklə, 2011-ci ildə 525729,0 manat xərc çəkilərək, Palata maliyyə-təsərrüfat
fəaliyyətini 20970,28 manat mənfəətlə başa vurmuşdur. 2010-cu il ilə müqayisədə
2011-ci il maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri aşağıdakı cədvəl və diaqramda
əksini tapmışdır:
Manatla
İllər Gəlir Xərc Mənfəət2010 433 473,3 431 073,0 2400,302011 546 699,28 525 729,0 20 970,28
433473,30
546 699,28
431073,0
525 729,0
2400,30
20 970,28
-100000
0
100000
200000
300000
400000
500000
2010 2011
Gəlir
xərc
Mənfəət
- 58 -IX. XÜSUSİ KOMİSSİYALARIN VƏ KOMİTƏLƏRİN FƏALİYYƏTİ
Auditorlar Palatasında beynəlxalq audit norma və standartlarına müvafiq olaraq,
Azərbaycan Respublikasının milli audit norma və standartlarını hazırlamaq üçün,
auditor xidmətini müasir tələblər baxımından inkişaf etdirmək, təkrar audit aparılması
barədə sifarişçilərdən və səlahiyyətli dövlət orqanlarından daxil olmuş təklif və
sifarişləri araşdırmaq və təkrar audit aparmaq üçün, Azərbaycan Respublikası
ərazisində fəaliyyət göstərən sərbəst auditorların və auditor təşkilatlarının apardıqları
auditlərin keyfiyyətinin yüksəldilməsinə nail olmaq, Azərbaycan Respublikasının
qanunvericilik aktlarına, beynəlxalq audit standartlarına müvafiq olaraq, peşə etikası
qayda və normalarına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək məqsədilə
2011-ci ildə 3 komissiya (Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının
2000-ci il 5 fevral tarixli 48/4 saylı qərarı ilə yaradılmış “Azərbaycan Respublikası
Auditorlar Palatasında audit norma və standartlarının hazırlanması üzrə Xüsusi
Komissiya”, Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2000-ci il 29 aprel
tarixli 54/4 saylı qərarı ilə yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatasının
Təkrar audit üzrə Xüsusi Komissiyası, Azərbaycan Respublikası Auditorlar Palatası
Şurasının 2011-ci il 23 fevral tarixli 217/3 saylı qərarı ilə yaradılmış Azərbaycan
Respublikası Auditorlar Palatasının Metodik Komissiyası), Azərbaycan Respublikası
Auditorlar Palatası Şurasının 2010-cu il 2 noyabr tarixli 213/2 saylı qərarı ilə yaradılmış
Auditorların Peşə Etikası Komitəsi və Azərbaycan Respublikası Auditorlar Palatası
Şurasının 2008-ci il 4 fevral tarixli 190/2 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Əsasnamə”yə uyğun
olaraq yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatasının Keyfiyyətə nəzarət
komitəsi, habelə Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2002-ci il
29 noyabr tarixli 104/2 saylı qərarı ilə yaradılmış “Azərbaycan Respublikasında auditor
xidmətinin inkişafına kömək fondu” fəaliyyət göstərmişdir.
Audit norma və standartlarının hazırlanması üzrə Xüsusi Komissiyasının əsas
məqsədi beynəlxalq audit norma və standartlarına müvafiq olaraq, beynəlxalq audit
standartlarının tərcüməsi və nəşri, inkişaf etmiş xarici ölkələrlə işgüzar əlaqələr
saxlanmaqla, audit sahəsində beynəlxalq təcrübəni öyrənməklə, Azərbaycan
- 59 -Respublikasının qanunvericilik aktlarına müvafiq olaraq, beynəlxalq audit
standartlarının tətbiqi mexanizmlərini işləyib hazırlamaqdan ibarətdir.
Azərbaycan Respublikası Auditorlar Palatasının Təkrar audit üzrə Xüsusi
Komissiyasının əsas məqsədi təkrar audit aparılması barədə sifarişçilərdən və
səlahiyyətli dövlət orqanlarından Auditorlar Palatasına daxil olmuş tələb və sifarişləri
araşdırmaq və təkrar auditlərin aparılması üçün Palatanın rəhbərliyinə təkliflər vermək,
təkrar auditin nəticələrinə dair materialları araşdırmaq və müvafiq təkliflər və tövsiyələr
hazırlamaq, təkrar auditin nəticəsində əvvəlki auditi aparan auditorlar tərəfindən
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, audit
standartlarına, peşə etikası məcəlləsinə və digər hüquqi-normativ aktlara riayət
edilməməsi nəticəsində aşkar edilən nöqsan və çatışmazlıqların müzakirəsini təşkil
etmək, təkrar audit aparılması üzrə xüsusi metodik materialların hazırlanmasında iştirak
etmək və hər il aparılan təkrar auditlərin nəticələrini ümumiləşdirmək və onlarla
auditorları tanış etmək, inkişaf etmiş xarici ölkələrin təkrar audit sahəsində qabaqcıl
təcrübəsini öyrənmək və tətbiq edilmək üçün təkliflər hazırlamaqdan ibarətdir.
Azərbaycan Respublikası Auditorlar Palatasının Metodik Komissiyasının əsas
məqsədi audit və mühasibat uçotu sahəsində beynəlxalq standartların və onlara edilən
əlavə və dəyişikliklərin, beynəlxalq peşəkar qurumların normativ sənədlərinin, qabaqcıl
xarici audit təcrübəsinin öyrənilməsi, Azərbaycan Respublikası Auditorlar Palatasının
üzvlərinə, əməkdaşlarına və bütün maraqlı tərəflərə çatdırılması, habelə onların
Azərbaycan Respublikasında tətbiqi ilə əlaqədar tövsiyələr hazırlamaqdan ibarətdir.
Auditorların Peşə Etikası Komitəsinin əsas məqsədi Azərbaycan Respublikasının
qanunvericilik aktlarına, beynəlxalq audit standartlarına, Peşəkar Mühasiblərin Etika
Məcəlləsinə, Auditorların Peşə Etikası Məcəlləsinə müvafiq olaraq, sərbəst auditorlar
və auditor təşkilatları tərəfindən peşə etikası qayda və normalarına daha dolğun riayət
edilməsi üzrə tədbirlərin həyata keçirilməsinə dair Palatanın rəhbərliyinə və Palata
Şurasına təkiliflər vermək, auditorların peşə etikası normalarına riayət edilməsi
sahəsində beynəlxalq təcrübəni öyrənmək və ölkə qanunvericiliyinə, milli-mənəvi
xüsusiyyətlərə uyğun şəkildə tətbiqi üzrə işlənib hazırlanmış zəruri normativ-metodik
sənədlərə dair təklif və tövsiyələr vermək, fəaliyyət göstərərkən “Auditor xidməti
haqqında”, “Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın
- 60 -leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”,
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarının,
“Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamənin, Peşəkar
Mühasiblərin Etika Məcəlləsinin, Auditorların Peşə Etika Məcəlləsinin, beynəlxalq
audit standartlarının, peşə etikası və əxlaq normalarına dair digər normativ hüquqi
aktların tələblərinə riayət etməyən sərbəst auditorlar və auditor təşkilatları barəsində
müvafiq tədbirlər görülməsi üçün Palatanın rəhbərliyinə və ya Palata Şurasına təkliflər
verməkdən ibarətdir.
Azərbaycan Respublikası Auditorlar Palatasının Keyfiyyətə nəzarət komitəsinin
əsas məqsədi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sərbəst auditorların
və auditor təşkilatlarının apardıqları auditlərin keyfiyyətinə səmərəli nəzarətə nail
olmaq, auditlərin keyfiyyətinə dair aparılan yoxlamaların nəticələrinin araşdırılmasında
iştirak etmək, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə
təklif və tövsiyələr vermək, inkişaf etmiş xarici ölkələrin auditin keyfiyyətinə nəzarət
sahəsində qabaqcıl təcrübəsini öyrənmək və tətbiq edilmək üçün təkliflər hazırlamaqdan
ibarət olmuşdur.
“Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına kömək fondu”nun
əsas məqsədi Azərbaycan Respublikasında auditor xidmətini müasir tələblər
baxımından inkişaf etdirmək, bu sahənin maddi-texniki bazasını möhkəmləndirmək,
kadr hazırlığına və auditor fəaliyyətinin inkişaf etdirilməsi sahəsində görüləcək
tədbirlərə maliyyə dəstəyi verməkdən ibarətdir. Fondun əsas vəzifəsi isə Azərbaycan
Respublikasında auditor xidmətinin inkişafı sahəsində həyata keçiriləcək məqsədyönlü
tədbirlərə maliyyə köməkliyi göstərmək, ölkədə audit sisteminin təşkilinin
səmərəliliyinin artırılması, bu sahədə sahibkarlığın inkişafına yardım göstərilməsi
məqsədilə dövlətin həyata keçirdiyi iqtisadi siyasəti dəstəkləmək, auditin inkişafına
yönəldilmiş proqramların maliyyələşdirilməsində iştirak etmək, auditin inkişafı ilə bağlı
investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə kömək göstərmək, kadr
hazırlığının yüksək səviyyədə qurulmasında yaxından iştirak etmək, auditə dair
vəsaitlərin nəşrinə köməklik göstərməkdən ibarətdir. Fond, ona həvalə olunmuş
vəzifələrə uyğun olaraq, aşağıdakı funksiyaları yerinə yetirir:
- 61 -- Azərbaycan Respublikasında auditor xidmətinin beynəlxalq meyarlara uyğun
qurulması işinə yardım edir;
- auditor xidməti üçün zəruri olan hüquqi, iqtisadi və digər məlumatların
toplanması və tətbiqi, auditə dair elmi tədqiqat işləri və sorğular aparılması
istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi verir;
- auditor təşkilatlarının və sərbəst auditorların xarici əlaqələrinin fəallaşması üçün
onlara maddi köməklik edir.
2011-ci ildə Palataya daxil olmuş üzvlük haqqından 1% olmaqla, 4149,69 manat
məbləğində vəsait “Auditor xidmətinin inkişaf fondu”na köçürülmüş və il ərzində bu
fonddan vəsait istifadə edilməmişdir.
- 62 -X. PALATA ŞURASININ FƏALİYYƏTİ
2011-ci ildə Palata Şurasının 11 iclası (fəaliyyətə başladığı dövrdən hesabat ilinin
sonuna qədər iki yüz iyirmi altı iclas) keçirilmiş və onlarda əsasən auditor fəaliyyətini
tənzimləyən normativ-hüquqi sənədlərin, təlimatların, standartların və qaydaların
müzakirəsi ilə əlaqədar qərarlar qəbul edilmişdir.
Palata Şurasının 2011-ci il 31 yanvar tarixində keçirilən iki yüz on altıncı
iclasında aşağıdakı məsələlərə baxılmışdır:
“Müasir şəraitdə auditin aktual problemləri” mövzusunda keçirilmiş Polşa-
Azərbaycan elmi-praktik simpoziumun nəticələri barədə;
IFAC-ın “Aşkarlıq layihəsi” (Clarity projekt) çərçivəsində materialların tərcümə
edilməsi barədə;
Azərbaycan Respublikası Auditorlar Palatasının “Auditor xidmətinin keyfiyyətinə
nəzarətin həyata keçirilməsi üzrə 2011-ci il üçün iş planının tərtibi və təsdiqi” barədə;
Azərbaycan Resbuplikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 15 illiyi
ilə əlaqədar Palatanın tədbirlər planı barədə;
“İnvestisiya fondlarının kənar auditorlarına dair tələblər haqqında Qaydalar”
barədə;
Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan auditorların 2010-cu
ildə keçirilən ixtisasartırma kurslarında iştiraklarının nəticələri barədə;
“Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin
tövsiyə olunan minimum hədləri barədə” Auditorlar Palatası Şurasının 2005-ci il
23 dekabr tarixli 159/5 saylı qərarına əlavə və dəyişikliklər edilməsi barədə.
Palata Şurasının 2011-ci il 23 fevral tarixində keçirilən iki yüz on yeddinci
iclasında aşağıdakı məsələlərə baxılmışdır:
Auditorlar Palatasının 2010-cu il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın
hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması barədə;
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə Auditorlar Palatasının
kollektivi və üzvləri qarşısında duran vəzifələr barədə;
Azərbaycan Respublikası Auditorlar Palatasının Metodik komissiyasının
Əsasnaməsinin təsdiqi və yeni tərkibi barədə.
- 63 -Palata Şurasının 2011-ci il 30 mart tarixində keçirilən iki yüz on səkkizinci
iclasında aşağıdakı məsələlərə baxılmışdır:
2010-cu il ərzində sərbəst auditorların və auditor təşkilatlarının maliyyə-təsərrüfat
fəaliyyətlərinin və onların apardıqları auditlərin keyfiyyətinin audit standartlarına
uyğunluğunun yoxlanılmasının nəticələri ilə əlaqədar hesabat barədə;
Nəşrlərdən maliyyə vəsaitləri daxilolmalarının təkmilləşdirilməsi məqsədilə
tədbirlərin həyata keçirilməsi barədə;
Beynəlxalq standartların tələblərinə uyğun olaraq auditor adı almaq üçün imtahan
proqramının təkmilləşdirilməsi barədə;
2011-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramının beynəlxalq
standartlara müvafiq olaraq hazırlanması və qrafikin tərtibi barədə.
Palata Şurasının 2011-ci il 27 aprel tarixində keçirilən iki yüz on
doqquzuncu iclasında aşağıdakı məsələlərə baxılmışdır:
Beynəlxalq standartların tələblərinə uyğun olaraq auditor adı almaq üçün imtahan
proqramının təkmilləşdirilməsi barədə;
2011-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramının beynəlxalq
standartlara müvafiq olaraq hazırlanması və qrafikin tərtibi barədə;
Sərbəst auditorların və auditor təşkilatlarının 2010-cu ilin yekunu üzrə təqdim
edilmiş illik hesabatlarının təhlili və müvafiq icmalın hazırlanması barədə;
Auditorlar Palatası haqqında bukletin hazırlanması və nəşri barədə;
Palatadaxili kargüzarlığın və informasiya axını sisteminin təhlili və
təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi barədə;
“Audit. Qanunvericilik və normativ sənədlər” toplusunun 6-cı cildinin nəşri barədə.
Palata Şurasının 2011-ci il 2 iyun tarixində keçirilən iki yüz iyirminci
iclasında aşağıdakı məsələlərə baxılmışdır:
Sərbəst auditorlar və auditor təşkilatlarının 2010-cu ilin yekunu üzrə təqdim
edilmiş illik hesabatlarının təhlili və müvafiq icmalın hazırlanması barədə;
Palatanın təsis etdiyi auditor təşkilatlarının 2010-cu ilin maliyyə-təsərrüfat
fəaliyyəti üzrə məcmu balansı barədə;
Auditorlar Palatasının 2010-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə
dair hesabatın hazırlanması və Auditorlar Palatasının 2010-cu ilin maliyyə-təsərrüfat
- 64 -fəaliyyətinin auditi barədə;
Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün
lisenziyaların qüvvədə olma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan
barədə;
Auditorlar Palatasının 2011-2013-cü illər üzrə iş planının 1.7-ci “Auditor xidməti
ilə əlaqədar təlimatlar, tövsiyələr və metodiki göstərişlərin hazırlanması” bəndinin
icrası barədə;
M.Ç.Çıraqzadənin auditor adı almaq üçün İmtahan Komissiyasına müraciəti
barədə.
Palata Şurasının 2011-ci il 30 iyun tarixində keçirilən iki yüz iyirmi birinci
iclasında aşağıdakı məsələlərə baxılmışdır:
Auditorlar Palatası tərəfindən “Milli Strategiya”nın icra vəziyyəti barədə
məlumatların hər altı aydan bir Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və
Nazirlər Kabinetinə təqdim edilməsi barədə;
Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətini geniş əks etdirmək
üçün internet səhifəsinin təkmilləşdirilməsi işinin təşkili və Azərbaycan Respublikası
Auditorlar Palatasının fəaliyyətini geniş əks etdirmək üçün internet səhifəsinin ingilis
və rus dillərində hazırlanması barədə;
IFAC-ın Beynəlxalq Təhsil Standartlarının nəşri barədə;
Palata Şurasının 2011-ci il 23 fevral tarixli 217/2 saylı qərarının 5-ci bəndinə
müvafiq olaraq “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan
Respublikasının 2007-ci il 22 may tarixli Qanununun tələblərinə sərbəst auditorlar və
auditor təşkilatları tərəfindən riayət olunması vəziyyətinin araşdırılması barədə;
Palata Şurasının 2011-ci il 23 fevral tarixli 217/2 saylı qərarının 9-cu bəndinə
uyğun olaraq “Auditor təşkilatlarında şəffaflığa əməl olunması məsələsi və onların
tələb olunan hallarda məcburi auditdən keçməsi vəziyyətinin araşdırılması və müvafiq
tədbirlər görülməsi barədə” təqdim edilmiş arayış barədə;
“Auditor adı almaq üçün imtahanların keçirilməsi Qaydaları”nın təkmilləşdirilməsi
barədə;
“Auditor adı almaq üçün Auditorlar Palatasının İmtahan Komissiyası haqqında”
Əsasnamənin təkmilləşdirilməsı barədə;
- 65 -IFAC tərəfindən 2009-cu ilin mart ayında nəşr edilmiş Kiçik və orta müəssisələr
üçün keyfiyyətə nəzarət üzrə Təlimatın nəşri barədə.
Palata Şurasının 2011-ci il 29 sentyabr tarixində keçirilən iki yüz iyirmi
ikinci iclasında aşağıdakı məsələlərə baxılmışdır:
“Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının
tətbiqi problemləri” mövzusunda 2011-ci il 15-17 sentyabr tarixlərində Bakı şəhərində
keçirilmiş Mühasiblərin və Auditorların III Avrasiya Forumunun yekunları barədə;
2012-2014-cü illər üçün Auditorlar Palatasının iş planının hazırlanması barədə;
Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün
verilmiş lisenziyaların qüvvədə olma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək
imtahan barədə;
Auditorlar Palatasında daxili nəzarətin həyata keçirilməsi barədə;
Regionlarda auditin inkişafına dəstəyin göstərilməsi barədə;
Sərbəst auditorların və auditor təşkilatlarının hesabatlarının elektron variantının
qəbul olunmasının təşkili barədə.
Palata Şurasının 2011-ci il 26 oktyabr tarixində keçirilən iki yüz iyirmi
üçüncü iclasında aşağıdakı məsələlərə baxılmışdır:
Sərbəst auditor Aftandil Adıgözəl oğlu Əliyev haqqında Azərbaycan
Respublikasının Baş Prokurorluğundan daxil olmuş təqdimatın müzakirəsi barədə.
Palata Şurasının 2011-ci il 14 noyabr tarixində keçirilən iki yüz iyirmi
dördüncü iclasında aşağıdakı məsələlərə baxılmışdır:
Sərbəst auditor Tariyel Aslan oğlu Talıbovun 2009-cu il 1 oktyabr tarixindən
2011-ci il 1 sentyabr tarixinədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasının nəticələri barədə;
Xarici ölkələrin audit təşkilatları ilə əməkdaşlıq üzrə saziş layihələrinin
hazırlanması və imzalanması ilə bağlı təşkilati tədbirlərin həyata keçirilməsi barədə;
Azərbaycan Respublikası Auditorlar Palatasının 2012-2014-cü illər üzrə iş planı və
Palata Şurasının 2012-ci il üzrə iş planı barədə;
Azərbaycan Respublikası Auditorlar Palatasının struktur bölmələrinin 2011-ci ilin
9 ayı üzrə fəaliyyətinin nəticələri barədə;
- 66 -Sərbəst auditorların və auditor təşkilatlarının 2011-ci ilin I yarımilliyi üzrə təqdim
edilmiş hesabatlarının təhlili və müvafiq icmalın hazırlanması barədə.
Palata Şurasının 2011-ci il 7 dekabr tarixində keçirilən iki yüz iyirmi beşinci
iclasında aşağıdakı məsələlərə baxılmışdır:
Korporativ və İctimai sektorun Hesabatlılıq layihəsi (CAPSAP) ilə bağlı tədbirlərin
həyata keçirilməsi barədə;
Audit qanunvericiliyinə dair normativ-hüquqi aktların layihələrinin hazırlanması,
qəbulu və tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi barədə;
Azərbaycan Respublikası Auditorlar Palatasının 2012-2014-cü illər üzrə iş planı və
Palata Şurasının 2012-ci il üzrə iş planı barədə;
Auditorlar Palatası üzvlərinin ümumi yığıncağının keçirilməsi barədə;
Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan auditor təşkilatları və
sərbəst auditorlar tərəfindən 2011-ci il üzrə Palataya üzvlük haqqının ödənilməsi
vəziyyətinin təhlili barədə;
Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün
lisenziyaların qüvvədə olma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan
barədə;
Auditorlar Palatasının 2011-2013-cü illər üzrə iş planında dəyişikliklər edilməsi
barədə;
Auditorlar Palatasının 2011-2013-cü illər üzrə iş planının 7.9-cu bəndində
dəyişikliklər edilməsi barədə;
Auditorlar Palatasının 2011-2013-cü illər üzrə iş planının 4.8-ci bəndinin icra
vaxtının dəyişdirilməsi barədə.
Palata Şurasının 2011-ci il 20 dekabr tarixində keçirilən iki yüz iyirmi
altıncı iclasında aşağıdakı məsələlərə baxılmışdır:
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və İctimai Sektorda Beynəlxalq
Mühasibat Uçotu Standartlarının tətbiqi sahəsində ölkəmizdə həyata keçirilən
tədbirlərdə iştirak edilməsi barədə;
Auditor xidməti ilə əlaqədar təlimatlar, tövsiyələr və metodik göstərişlərin
hazırlanması barədə;
Regionlarda auditin inkişafına dəstəyin göstərilməsi barədə;
- 67 -Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 1998-ci il 21 aprel
tarixli 19/2 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Auditorlar Palatası
üzvlərinin üzvlük haqqının müəyyən edilməsi və ödənilməsi qaydaları barədə təlimat”a
əlavə və dəyişikliklərin edilməsi barədə;
Sərbəst auditorların və auditor təşkilatlarının hesabatlarının elektron variantının
qəbul olunmasının təşkili barədə;
Qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və IFAC qarşısında üzvlük
öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə Auditorlar Palatasının
institusional potensialının gücləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi barədə;
Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının
hazırlanması (2011-2015-ci illər) barədə;
“Audit” dərs vəsaitinin II nəşri barədə;
Auditorlar Palatası tərəfindən “Milli Strategiya”nın icra vəziyyəti barədə
məlumatların hər altı aydan bir Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və
Nazirlər Kabinetinə təqdim edilməsi barədə;
“Auditor xidmətinin aktual problemləri” üzrə keçirilmiş sorğunun nəticələrinin
təhlili və təkliflərin hazırlanması barədə;
Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən üzvlük haqqının
ödənilməsi barədə.