ISIM ULKAR KARIMLI AUL/ADU

16
İSİM ADU/AUL ÜLKƏR KƏR Müasir Azərbaycan dili TAMARA ƏLİYE 206A

Transcript of ISIM ULKAR KARIMLI AUL/ADU

Page 1: ISIM ULKAR KARIMLI AUL/ADU

İSİM

ADU/AUL ÜLKƏR KƏRİMLİMüasir Azərbaycan dili TAMARA ƏLİYEVA

206A

Page 2: ISIM ULKAR KARIMLI AUL/ADU

İsim — əşyanın adını bildirən əsas nitq hissəsi. Kim?, nə?, hara? suallarından birinə cavab olur.

Məs: ağac telefon

Page 3: ISIM ULKAR KARIMLI AUL/ADU

İsmin özünəməxsus cəhətləri var ki, onları başqa nitq hissələrində görmürük.

İsmə məxsusdur: Konkret və mücərrəd olur. Ümumi və xüsusi olur. Tək və cəm olur. Mənsubiyyətə görə dəyişir. Hal şəkilçisi qəbul edir (hallanır). Şəxs (xəbərlik) şəkilçisi qəbul edir.

Page 4: ISIM ULKAR KARIMLI AUL/ADU

KONKRET VƏ MÜCƏRRƏD İSİMLƏR.

Gözlə görünə bilən, əllə toxunulması mümkün ola bilən isimlər konkret isimlərdir. Şəklini çəkə bildiyimiz isimlər də konkret isimlərdir. Məs: maşın, bulud, hərf, mühəndis və s.Mücərrəd isimlərdə isə bu xüsusiyyətlər yoxdur. Belə varlıqlar yalnız xəyallarda, düşüncələrdə mövcuddur: yaddaş, zaman, hiyləgərlik və s.

Page 5: ISIM ULKAR KARIMLI AUL/ADU

Ümumi və xüsusi isimlər

Əşyalar cəmiyyətdəki mövqeyinə və həmcinsliyinə görə iki qrupa bölünür:1) Ümumi isimlər 2) xüsusi isimlərÜmumi isimlər eyncinsli əşyalara verilən adlardır: ağac, gül, daş, yol, kənd və s. Eynicinsli əşyaları bir-birindən fərqləndirmək üçün onların hər birinə verilən adlara xüsusi isimlər deyilir: “Mehman”(povest), “Azərbaycan”(qəzet), Araz və s.

Page 6: ISIM ULKAR KARIMLI AUL/ADU

Xüsusi isimlərin ümumi isimlərdən bir sıra fərqli cəhətləri var:Işlənmə yerindən asili olmayaraq ilk

hərfi həmişə böyük yazılır.Ancaq konkret olur.Sinonimi, antonimi olmur.

Page 7: ISIM ULKAR KARIMLI AUL/ADU

TƏK VƏ CƏM İSİMLƏRİsimlər kəmiyyət baxımından tək və cəm olur. Ismin ifadə etdiyi əşya iki və ya daha artıq olsa, o zaman -lar² şəkilçisi qəbul edir. Məs: maşın-maşınlar, odun-odunlar, şəhər-şəhərlər və s.Cəmlənmək daha çox ümumi isimlərə aiddir. Isimdən əvvəl müəyyən miqdar sayı gələrsə, isim cəm şəkilçisi qəbul etmir: beş kitab, altı durna və s. Elə isimlər var ki, onlar cəm şəkilçisi qəbul etmədən topluluq bildirir. Məs: qoşun, ordu, ilxı, dəstə, əhali və s. Topluluq bildirən isimlər qrammatik cəhətdən tək

isimlərdir. Toplu isimlər cəm şəkilçisi qəbul edə bilir. Istisna

olaraq camaat, şura, üləma sözləri cəm şəkilçisi qəbul etmir.

Page 8: ISIM ULKAR KARIMLI AUL/ADU

İsimlərin mənsubiyyətə görə dəyişməsi

Şəxslər ŞəkilçilərI şəxs tək -ım, -im, -um, -üm, -m

I şəxs cəm -ımız, -imiz, -umuz, -ümüz, -mız, -miz, -muz, -müz

II şəxs tək -ın, -in, -un, -ün, -n

II şəxs cəm -ınız, -iniz, -unuz, -ünüz, -nız, -niz, -nuz, -nüz

III şəxs -ı, -i, -u, -ü, sı, si, su, sü

İsimlər mənsubiyyət şəkilçisi qəbul edərək şəxslərlə şəxslər arasında, şəxslərlə əşyalər arasında, əşyaların özləri arasında mənsubiyyət bildirir. Əşyanın kimə və nəyə məxsus olduğunu bildirmək üçün isimlərin sonuna artırılan şəkilçilər mənsubiyyət şəkilçiləridir.Mənsubiyyət şəkilçilərini göstərən cədvəl•III şəxsin cəmini bildirən mənsubiyyət şəkilçisi yoxdur.

Page 9: ISIM ULKAR KARIMLI AUL/ADU

İsimlərin hallanmasıİsim cümlədə hal şəkilçisi qəbul edərək dəyişir. Bu dəyişmə cümlədə sözlərin əlaqəsini təmin edir. İsmin belə dəyişməsinə onun hallanması deyilir. Azərbaycan dilində ismin altı halı var:•Adlıq hal•Yiyəlik hal•Yönlük hal•Təsirlik hal•Yerlik hal•Çıxışlıq hal

İsmin halları İsmin hallarının şəkilçiləri İsmin hallarının sualları

Adlıq hal Kim? Nə? Hara?

Yiyəlik hal -ın, -in, -un, -ün Kimin? Nəyin? Haranın?

Yönlük hal -a, -ə Kimə? Nəyə? Haraya?

Təsirlik hal -ı, -i, -u, -ü, Kimi? Nəyi? Haranı?

Yerlik hal -da, -də Kimdə? Nədə? Harada?

Çıxışlıq hal -dan, -dən, Kimdən? Nədən? Haradan?

Page 10: ISIM ULKAR KARIMLI AUL/ADU

İsimlər quruluşuna görə 3 yerə ayrılır.

1)sadə 2)düzəltmə 3) mürəkkəb

Page 11: ISIM ULKAR KARIMLI AUL/ADU

SADƏ İSİMLƏR

Tərkibində heç bir leksik şəkilçi işlənməmiş isimlər sadə isimlərdir.

Məs: kitab, dəftər, maşın, Vaqif və s.

Page 12: ISIM ULKAR KARIMLI AUL/ADU

DÜZƏLTMƏ İSİMLƏRDüzəltmə isimlər adlardan isim,sifət, say , əvəzlik, zərf və fellərdən əmələ gələ bilər.Yeni sözün yaranmasında şəkilçidən istifadə edildikdə bu moroloji üsul sayılır. İsim düzəldən şəkilçilər 4 cür olur

İsimdən isim düzəldən

Feldən isim düzəldən

Sifətdən isim düzəldən Saydan isim düzələn

çı4 ış4 lıq4 lıq4 iq4

lik4 ki4

ıstan4 ıq4

ça2 ıcı4

Page 13: ISIM ULKAR KARIMLI AUL/ADU

MÜRƏKKƏB İSİMLƏRMürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Mürəkkəb isimləri əmələ gətirən sözlər eyni nitq hissəsinə də, müxtəlif nitq hissələrinə də aid ola bilər. Bu cəhətdən, mürəkkəb isimlərin aşağıdakı növləri var:İsim+isimSifət+isimFeldən+isimFel+felMürəkkəb isimlərin əmələ gəlməsi 3 cür olur:• Heç bir köməkçi vasitə olmadan sözlər birləşərək mürəkkəb isim

əmələ gətirir.• Mürəkkəb ismin ikinci tərəfi mənsubiyyət şəkilçili olur.• Aralarında ha, a, ə şəkilçiləri işlənməklə felin təkrarı ilə.Mürəkkəb isimlər də sadə və düzəltmə isimlər kimi, bir söz (bir leksik vahid) olduğuna görə bir vurğuya malik olur. Mürəkkəb ismi əmələ gətirən sözlər birlikdə tələffüz olunur və bir yerdə yazılır.Məsələn: ayaqqabı, kəklikotu, Hacıbala, gəlhagəl, söz-söhbət, çör-çöp

Page 14: ISIM ULKAR KARIMLI AUL/ADU

MÜRƏKKƏB ADLAR

Şəxslərin, əşyaların adları ayrı-ayrı isimlərlə və söz birləşmələri ilə ifadə oluna bilər. Bu baxımdan mürəkkəb adları mürəkkəb xüsusi isimlərlə qarışdırmaq olmaz. Unutmayın ki, mürəkkəb isimlər söz, mürəkkəb adlar isə söz birləşməsidir.

Page 15: ISIM ULKAR KARIMLI AUL/ADU

Mürəkkəb söz Mürəkkəb ad

Qarabağ Qarabağ xanlığıMəmmədhüseyn MəmmədhüseynŞəhriyar

Adlar

Sadə ad Mürəkkəb ad

Sadə sözSadə ad↓İmamduz

Düzəltmə söz Sadə ad↓İmamzadəduzlu

Mürəkkəb sözSadə ad↓İmamquluduzqabı

Söz birləşməsi ↓Xocalı faciəsi Aşıq Ələsgər

Page 16: ISIM ULKAR KARIMLI AUL/ADU

İsmin cümlədə rolu

İsmin cümlədə əsas rolu mübtəda və tamamlıq olmaqdır. Bəzi hallarda isim sifətləşərək cümlədə təyin

vəzifəsində çıxış edir. Bu ismin sifətləşməsi adlanır. Bu zaman isim sifətin suallarına

cavab verir. Məs: taxta (hansı?) qapı çürüyür.

Ancaq isim cümlədə xəbər, zərflik, təyin rolunda da

ola bilirİsim cümlədə xitab və ara söz rolunda da ola

bilir.