Informasiyanın dərsdə öyrənilməsi
-
Upload
zuzu-mehdiyeva -
Category
Education
-
view
276 -
download
0
Transcript of Informasiyanın dərsdə öyrənilməsi
İnformasiya mövzusunun
tədrisi
Informasiyanın dərsdə öyrənilməsində əsas məqsəd Şagirdlərdə informasiya haqqında ümumi təsəvvürlər
yaratmaq yaratmaq Şagirdlərdə təfəkkürü inkişaf etdirmək Şagirdlərdə nitqi inkişaf etdirmək İnformasiya -onun yaranması saxlanması ötrülməsi və s
prosesləri şagirdlərə izah etmək
İnformasiya anlayışı, onun formaları və xassələri
İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio» sözündən yaranmışdır. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur.İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir., Analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın duyğu üzvləri ilə qəbul edilir. Rəqəmli informasiya isə kompyuterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur.
İnformasiya nədir?
B
C
D
Elmdir
Hec biri
Məlumat və biliklərdir
Yunan sözüdür Cavab hansı
ulduzdadır?
A
İnformasiya təbiətdə siqnallar şəkildə ötrülür və 2 növə bölünür:......analoq və rəqəmsal
Boşluqları tamamlayın!!
Faydalılıq
Tamlıq
HəqiqilikQiymətlilik
Təzəlililk
İnformasiyanın xassələri
İnsan informasiyanı 5 duyğu üzvü :göz ,qulaq ,burun, dil və dəri vasitəsi ilə alır.Hansı duyğu üzvü tərəfindən qəbul
edilməsindən aslı olaraq informasiya virtual, səs, qoxu , dad və taktil informasiyası adlanır
İnsanlar informasiya toplamaqla yanaşı, onu saxlayır, dəyişdirir – emal edir, başqalarına ötürürlər. İnformasiya ilə aparılan belə əməliyyatlara, yəni onların toplanması, saxlanması, ötü rülməsi və emal olunmasına informasiya prosesləri deyilir.
Informasiya prosesləri
İnformasiyanın ötürülməsi — toplanan informasiyanın emal edilməsi üçün emal vasitələri ilə ötürülməni nəzərdə tutur. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompyuterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və ötürülməsi üçün modem adlanan xüsusi qurğudan istifadə edilir.
İnformasiya daşıyıcıları
kağız
Fləşkart
DiskləPerfokart
Perfolentİformasiyanın yazılıb saxlandığı vasitələrə informasiya
daşıyıcıları deyilir
İnformasiyanı müxtəlif şərti işarələrlə də təqdim etmək olar. İnformasiyanı təqdim etmək üçün istifadə olunan şərti işarələr sis teminə kod deyilir. İnformasi yanın hər hansı kodla göstərilməsi isə kodlaşdırma adlanır.
İnformasiaynın kodlaşdırılması
İnformasiyanın modelləşdirilməsi
Obyektlərin sadələş dirilmiş bənzəri model adlanır. Obyektlərin görünən əlamətlərinin əks olunduğu bu cür modellərə maddi model deyilir. Maddi modellərdən başqa, informasiya modelləri də var. Əgər obyektin maddi modeli onun fiziki oxşarıdırsa, informasiya modeli onun təsviridir. Məsələn, xəritə Yer kürəsinin informasiya modelidir.
İnformasiyanın ölçülməsi İnformasiyanın kəmiyyətcə ölçülməsi üçün ən kiçik ölçü vahidi bitdir (ingilis dilində binary digit- ikilik rəqəm sözündən götürülüb). Kompüterin daxilində elektrik siqnalları iki vəziyyətdə ola bilər: siqnal var (gərginlik var)-1; siqnal yoxdur (gərginlik yoxdur)-0. Məhz bu səbəbdən də kompüter öz işində ikilik məntiqdən istifadə edir. Müasir kompüterlərin klaviaturasında olan simvolların ikilik kodlarla verilməsi üçün 7 bit kifayət edir. Bir bit isə təsdiq üçün əlavə olunur. Məhz bu səbəbdən də 8 bit=1 bayt ən kiçik yaddaş vahidi kimi qəbul edilir. İnformasiya yaddaşda saxlanıldığından bayt həm də informasiya ölçü vahididir. Daha böyük informasiyaölçü vahidləri aşağıdakılardır:8 bit= 1 Bayt ;1024 Bayt= 1 KiloBayt (KB); 1024KB=1 Meqa Bayt(MB); 1024 MB=1QiqaBayt (QB) və.s
“İNFORMATİKA” sözü 11 simvoldan (hərfdən) ibarət oldu ğundan kompyuterin yaddaşında 11 bayt yer tutur. Bunu bitə çevirsək, 88 bit alınar: 11 ∙ 8 bit = 88 bit.
İnformasiyanın həcminin ölçülməsi” ifadəsi isə 33 bayt, yaxud 264 bit yer tutacaq.
İnformasiyanın ölçülməsinə(həcminə) aid nümunə
SonHazırladı Zülfiyyə Mehdili