"InForex"#39: Qizil kimi imkan

57
QIZIL KİMİ İMKAN Bazarın qafiyələri Həcmi necə “işlətmək” olar “ Sistemimi xasiyyəmə uyğun qurmuşam” 20 26 33 35 Bazarla düşmənçilik 7 05/39/ MAY 2013 “Trading Central”dan analiz s.39 Elliot Dalğaların analizi s.52 Kompleks texanaliz s.49 İşimoku əsasında analiz s.43 INFOREX

description

"InForex": treyderler ucun online proqram

Transcript of "InForex"#39: Qizil kimi imkan

Page 1: "InForex"#39: Qizil kimi imkan

QIZIL KİMİ İMKAN

Bazarın qafiyələri

Həcmi necə “işlətmək” olar

“ Sistemimi xasiyyətimə uyğun qurmuşam”

2026

3335

Bazarla düşmənçilik

7

05/39/ MAY 2013

“Trading Central”dan analiz s.39Elliot Dalğaların analizi s.52Kompleks texanaliz s.49İşimoku əsasında analiz s.43INFOREX

Page 2: "InForex"#39: Qizil kimi imkan

MAY 201339-ci Sayı

Oxuyacaqsınız:İşsizlər Birliyi05

07

10

13

14

16

20

21

Qızıl kimi imkan

Bazar yaya hazırlaşır

Ayın uğurlu ticarət

Forex bazarının seqmentləri

Planlı ticarət

Bazarın qafiyələri

Yaponsayağı svinq-treydinq

Stop-loss üçün düstur

Həcmi necə “işlətmək” olar

BoliBands&Envelopes

23

26

29

“Sistemimi xasiyyətimə uyğun qurmuşam”

Bazarla düşmənçilik

İki sadə xətt

Trading Central-dan

“İşimoku” Qrafik Sis-

“Kompleks Texanaliz”

“Elliot Dalğaların Analizi”

30

33

35

37

39

43

49

52

Xəbərlərlə ticarətin

57 Oxu zalı

Page 3: "InForex"#39: Qizil kimi imkan

Qazanmağa başlayan adamın tarixçəsiMənim köhnə bir tanışım xeyli vaxt idi Forexdə qazana bilmirdi. O, savadlı insandır, ticarəti yaxşı öyrənmişdi, bazarı keyfiyyətli analiz edirdi, amma yenə də qazanc götürə bilmirdi... Öz üzərində ciddi işləyirdi, oxuyurdu, biliklərini artrırdı, yeni strategiyalar öyrənirdi, amma çi-fayda – qazanc gəlmirdi ki, gəlmirdi.

Bu treyderdə artıq belə bir qənaət yaranmışdı ki, bazar-da qazanmaq bir mifdir, heç kim qazanmır. Çünki hər şeyi düzgün edib, qazanmaq olmursa, demək, qazanmaq prinsipcə mümkün deyil – o, belə fikirləşirdi. Və artıq treydinqlə qəti şəkildə vidalaşmaq haqqında düşünürdü.

...Bu yaxınlarda bir də onunla görüşdüm. Əhvalı yaxşı idi. Məlum oldu ki, stabil şəkildə qazanır. Mənim özümə də çox maraqlı gəldi ki, axı nə baş verib, o, bilmədiyi nəyi öyrənib ki, qazanmağa başlayıb?..

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədov VüsalMəmmədqızı Səbinəİmanverdiyev QafarBagiyev MavletHüseynov Fərid

Layihənin rəhbəri Vəliyev İlqar

DizaynerMoos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal

Məlum oldu ki, heç nəyi. Sadəcə, əvvələr həmişə H1 və H4 periodlarda işləyirmiş, indi isə M15 və M30-a keçib. Vəssalam.

“Bu qədər sadə?”,- deyə soruşacaqsınız. Bəli.

Əlbəttə, bu, heç də o demək deyil ki, siz də M15 və M30 periodlarına keçsəniz, qazanacaqsınız. Sadəcə, bunlar, onun periodları idilər. O, özünə lazım olanı, özününkü olanı tapmışdı, buna görə də qazanmağa başlamışdı.

Bu şəxsdə, daha dəqiqi, onun ticarətində başqa problem yox idi. Qalan hər şey düz idi, sadəcə, öz zaman periodunu tapa bilməmişdi. Onu da tapınca, işləri relsə düşdü.

Əgər siz hələ də qazana bilmirsinizsə, sadəcə, nəzərdə tutun ki, özünüzə məxsus olan nəyisə tapa bilməmisiniz. Ruhdan düşməyin, axtarışlarınıza davam edin. Bir gün hər şey sizə aydın olacaq ki, başqaları necə qazanırlar. Əsas odur ki, başqalarını yamsılamayın. Bilin ki, siz kimsiniz, necə adamsınız və sizə nə lazımdır. Əvvəl özünüzü tanıyın, sonra özünüzə uyğun ticarət strategiyasını qurun.

Zövqlü və faydalı mütaliələr!

Page 5: "InForex"#39: Qizil kimi imkan

05PROBLEM

İşsizlər BirliyiAvropa Birliyi hələ uzun müddət işsizlik girdabından çıxa bilməyəcək

Avro zonasına daxil olan 17 dövlətdə işsizliyin dərəcəsi bütün əmək fəaliyyətinə yararlı əhali arasında 12,1 %- ça-taraq, bu ilin mart ayında yeni rekord vurub. Bu barədə Avropa Statistika Agentliyi - Avrostat məlumat yayıb. Yada salaq ki, fevralda bu göstərici 12% təşkil edirdi.

Bununla bərabər, Avropa Birliyinin bütün 27 ölkəsində işsizlik fevralla müqayisədə dəyişməz səviyyədə - 10,9% qalıb, işi olmayan insanların sayı isə 26,5 milyonu ötüb.

Avrostat il ərzində işsizliyin təhdidedici sürətlə artımını qeyd edir - 2012-ci ilin martında avro və Avropa Birliyi zonası üzrə göstəricilər müvafiq olaraq 11,0 və 10,3 % təşkil edirdi.

İşsizliyin ən aşağı səviyyədə olduğu ölkələrin siyahısı dəyişməz qalır. Məşğulluqla bağlı ən yaxşı vəziyyət Avstriyadadır, burada işsizlik 4,7 % təşkil edir, Almaniyada - 5,4% , Lüksemburqda isə- 5,7%.

Problemli ölkələrə gəlincə isə, işsizlik dərəcəsi üzrə birinci yerə 27,2%-lə Yunanıstan çıxıb. O, göstəricisi 26,7% olan İspaniyanı “sıxışdırıb”. Üçüncü mövqedə Portuqaliya durur - 17,5%.

Ekspertlər qeyd edirlər ki, daha problemli ölkələrdə işsizlik artıq sistemli xarakteri daşıyır. Belə ki, İspaniya, ən optimist proqnozlara görə, 2016-cı ilə onun səviyyəsini 25%-ə qədər azalda biləcək. Halbuki, cəmi beş il əvvəl Av-ropada işsizliyin 25% göstəricisi nəinki qəbuledilməz, hətta tamamilə qeyri-mümkün və ölkəni inqilabın həddinə çatdıra biləcək hesab edilirdi.

2013-cü ilin martında İtaliyada işsizlik 11,5%-ə qədər azaldı, halbuki ekspertlər fevralda onun 11,6%-dən 11,7%-ə qədər artımın gözləyirdilər. Buna Avrostatın məlumatları şahidlik edir.

İşsizliyin dərəcəsi 2012-ci ilin oktyabrında İtaliyada 11% artmışdı, halbuki bundan əvvəl yarım il ərzində dərəcə 10% idi. Analitiklər İtaliyada işsizliyin artmasını ölkədə gedən iqtisadi problemlər və siyasi böhranla bağlayırlar.

Mütəxəssislər həmçinin vurğulayırlar ki, Avropada “qismən işsizlik” fenomeni artır. Bu zaman rəsmən işləyən in-sanlar yalnız həftədə bir neçə gün işləməyə, yaxud məcburi məzuniyyətlərə getməyə sövq olunurlar. Bu hadisələr ümumi statistikaya düşmür.

Page 6: "InForex"#39: Qizil kimi imkan

PROBLEM06

REKLAM

Spredlər endi!EURUSD, USDJPY 1 punkt

AUDUSD, USDCAD, EURGBP, EURCHF 2 Punkt

EURJPY, GBPUSD 3 PunktXAUUSD 0.5

Martın 26-dan:

Page 7: "InForex"#39: Qizil kimi imkan

07TREND

Məşhur spekulyant Corc Soros hələ 2011-ci ildə qızılın qiymətindəki artımı “sabun köpüyünü” xatırlatdığını söyləmişdi. Bir qədər əvvəl isə qızılın etibarlı sərmayə vasitəsi olmaqdan çıxdığı haqda xəbərdarlıq etmişdi. Qızılın birdən ucuzlamasında Corc Sorosun xəbərdarlıqlarının rolu ola bilərmi? Son bir ayda qızılın qiyməti kəskin düşərək, unsiyasına görə 1356 dollara çatandan sonra, korreksiya başladı və 1475-ə qədər qalxdı. Halbuki, altı ay əvvəl qızıl 1800 dollar ətrafında alınıb-satılmaqda idi. Son otuz ildə qızıl bu dərəcədə dəyər itirməmişdi.

Qızılın qiymətinin düşməsini görən sərmayəçilərin “zərərin harsından dönsəm, qazancdır” düşüncəsilə qızıllarını sürətlə satmaları da enişi gücləndirirdi. Qızıl bazarındakı enişə başqa faktorlar da təsir göstərib. Çindən verilən iqtisadi artım proqnozları gözlənildiyi kimi çıxmadı. Çin iqtisadiyyatı ilin ilk rübündə keçən ilin eyni dövrüylə müqayisədə 7,7 % artdı. Halbuki, iqtisadi artımın ən azı 8% olacağı gözlənilirdi. Çin dünyanın ikinci böyük qızıl və neft alıcısıdır. Çin iqtisadiyyatının axsaması bütün dünyada qiymətlərə təsir edir.

Avro bölgəsi ölkələrinin qızıl ehtiyatları ilə bağlı fərziyyənin də qiymət oynamalarına təsiri var. Av-ropa Mərkəz Bankının rəhbəri Mario Dragi Kiprin qızıl ehtiyatının qismən satışa çıxarılacağına ey-ham vurmuşdu. Hərçənd, Kipr 14 ton olan qızıl ehtiyatı ilə qızılın qiymətinə təsir edəcək gücdən məhrumdur. Sadəcə, sərmayəçilər bütün Avro Bölgəsinin Kipri nümunə götürməsindən ehtiyatlanırlar.Bəzi mütəxəssislər isə ABŞ iqtisadiyyatının düzəlməyə başlamasının bu ölkənin Mərkəzi Bankının zəif pul siyasətinə son qoya biləcəyini söyləyirlər. Bu vəziyyətdə qızıl, inflyasiyadan qorunmaq funksiyasını itirmiş olacaq. Eyni zamanda şirkətlərin qazanclarının da artması səhmlərə tələbi artırır. Belə bir mühitdə sərmayəçilərin qızıla arxa çevirib şirkətlərin səhmlərinə üz tutması gözlənilə bilər.

Ekspertlər qızılın dəyər itkisinin müvəqqəti olduğunu və qızılın qiymətinin zamanla yenidən artmağa başlayacağını düşünürlər.

Qərbi Avropa ölkələrinin Mərkəzi Banklarının qızıl-valyuta ehtiyatlarında qızıl payı 70 ilə 80 faiz arasında dəyişərkən, bu nisbət Çində yalnız 2%, Rusiyada isə 10 faizdir. Bu baxımdan, qızıla tələbatın davam edəcəyi və onun hər unsiyasının qiymətinin bu ilin sonlarında 1700-1800 dollar civarına yüksələcəyi söylənilir.

1999-cu ildə qiymətli metalların bahalaşacağını proqnozlaşdırması ilə məşhurlaşan iqtisadçı Cim Rocers qızılda eniş tendensiyasının saxlanacağı və qiymətin 1.30 səviyyəsinə düşəcəyi halda alışların başlanmasının əlverişli olduğunu bildirib.

“Qızılın qiyməti 1.30 səviyyəsinə düşərsə, mən onu az miqdarda ala bilərəm, 1.200 səviyyəsinə düşərsə, daha çox ala bilərəm”,- deyə Rocers bildirib.

Bu qiymətli metal 2013-cü ildə 14% ucuzlaşıb. Belə ki, ABŞ-da “University of Texas Investment Man-agement Co.” fondu xeyli miqdarda qızıl satıb. Satışa çıxarılan qızılın həcmi 2009-cu ildən maksimal səviyyəyə çatıb.

Alıcılar Nyu-York fyüçers birjasında son üç onilliyin ən güclü enişindən istifadə edərək, metalı alıblar.“Qızlın məzənnəsi özünü son 12 ildə qeyri-tipik aparır. Qiymətin enişi nisbətən gecikir. Qızıl qalxış trendinə daxil olmamışdan əvvəl yeni minimum təyin edəcək”,- deyə Rocers bildirib.

Qızıl kimi imkan“Sarı metal” niyə düşdü, hara qalxacaq

“Düşübsə, alın”

Kimin nə qədər qızılı var?Hansı ölkədə nə qədər qızıl var? “Business insider” saytı dünyanın ən çox qızıl saxlayan ölkələrin siyahısını hazırlayıb. Dünyanın ən çox qızıl ehtiyatı olan 10 ölkəsi bunlardır:

1. ABŞ

Page 8: "InForex"#39: Qizil kimi imkan

Dünyanın ən böyük iqtisadiyyata malik ölkəsində 8,133 ton qızıl var. Qızılın ölkənin valyuta-qızıl ehtiyatındakı payı -76,3%

2. Almaniya

Rəsmi rəqəmlərə görə bu ölkədə 3,391 ton qızıl var. Qızılın valyuta-qızıl ehtiyatındakı payı -73,5%.

3. İtaliya

Rəsmi rəqəmlərə görə İtalyanın 2,451 ton qızılı var. Qızılın valyuta-qızıl ehtiyatındakı payı -72,8%.

4. Fransa

Avropada ən çox qızıl ehtiyatı olan ölkələrdən biri Fransadır. Bu ölkənin qızıl ehtiyatı 2,435 tondur. Qızılın valyuta-qızıl ehtiyatındakı payı 71,2%.

5. Çin

Qızıl almaqda Hindistan ilə yarışan Çinin əlində rəsmi rəqəmlərə görə 1,054 ton qızıl var. Qızılın valyuta-qızıl ehtiyatındakı payı -1,7%

6. İsveçrə

İsveçrənin 1.040 ton qızıl ehtiyatı var. Qızılın valyuta-qızıl ehtiyatındakı payı -11%.

7. Rusiya

Rəsmi məlumata görə, Rusiyanın əlində 934,9 ton qızıl var. Qızılın valyuta-qızıl ehtiyatındakı payı - 9,8%.

8. Yaponiya

Yaponiyanın əlindəki rəsmi qızıl ehtiyatı 765,2 tondur. Qızılın valyuta-qızıl ehtiyatındakı payı - 3,3%. Yaponiyanın qızıl ehtiyatı 1950-ci ildə yalnız 6 ton idi.

9. Hollandiya

Hollandiyanın rəsmi olaraq əlindəki qızıl ehtiyatı 612,5 tondur. Qızılın valyuta-qızıl ehtiyatındakı payı - 60,6%.

10. Hindistan

Dünyanın ən çox qızıl alan ölkələrindən biri olan Hindistanın hazırda 557,7 ton qızıl ehtiyatı var. Qızılın valyuta-qızıl ehtiyatındakı payı - 10,3%-dir.

08 TREND

Page 9: "InForex"#39: Qizil kimi imkan
Page 10: "InForex"#39: Qizil kimi imkan

Biz maliyyə bazarlarında yaranan son vəziyyəti şərh etmək üçün yenə də daimi ekspertlərimizə müraciət etmişik. Onlar iki ənənəvi suala cavab verirlər:

1) Avro/dollardan bu ay nə gözləyirsiniz?2) Başqa hansı cütlüyə diqqət yetirməyi məsləhət görürsünüz?

TƏHLİL VƏ PROQNOZLARBÜROSU...

"IN FOREX"-IN

Qafar İmanverdiyevekspert

MAY ÜÇÜN EKSPERT PROQNOZLARI

“BAZAR YAYA HAZIRLAŞIR”

10 EKSPERT RƏYİ

1) Ümumi götürsək, avro qalxış tendensiyasındadır.Bu ayın əvvəli bir az aşağı korreksiya edecək. Sonradan iti sürətlə 1.3490-a, yenidən aşağı korreksiya edib 1.3833-ə və 1.3948 hədəflərinə toxunacaq. Hazırkı korreksiya 1.2950-yə kimi gedə bilər.

2) Bu ay Eur/usd-dən başqa usd\chf və qızıla diqqət ayırın. Uğurlar! Diqqətli olun, qarşıdan yay gəlir. İstirahət üçün yaxşı analiz aparıb, qazanc əldə etmək lazımdır.

Səbinə Məmmədqızıekspert

1) Avro/dollar gündəlik qrafikinə nəzər salarkən 200,100 və 50 günlük MA-ların kəsişdiyini müşahidə edirik. Qiymət kəsişmə nöqtəsindən yuxarıda yerləşdiyi üçün alış siqnalı yarandığını ehtimal etmək olar. Bunun təsdiq olunması üçün cütlük 1.2960-50 səviyyəsindən yuxarıda qalmalıdır. Qalxış üçün əsas hədəfləri 1.32,1.3290 ətrafında götürmək oalr ki, bu səviyyənin də yuxarıya doğru qırılması 1.3360 yaxınlığına qalxışa yol açacaq.Eniş üçün avro/dollar 1.2950 dəstəyindən aşağıda möhkəmlənməlidir. Enişin hədəfləri 1.2850 və 1.2780 götürülə bilər. Avropada vəziyyət və makroiqtisadi göstəricilər ay ərzində diqqət mərkəzindədir.

2) Funt/dollar 50 və 100 günlük MA-ları qıraraq, 200 günlük MA-ya yaxınlaşıb. 1.5640 səviyyəsinin yuxarıya qırılması 1.5760 və 1.5850 ətrafna qalxışa gətirəcək. Eniş üçün 1.5630 səviyyəsi aşağı istiqamətdə qırılmalıdır.

Page 11: "InForex"#39: Qizil kimi imkan

09

Qafar İmanverdiyev:

- Diqqətli olun, qarşıdan yay gəlir. İstirahət üçün yaxşı analiz aparıb, qazanc əldə etmək lazımdır.

Fərid Hüseynov:

- Usd/jpy cütlüyü 100 ətrafında çox güclü bir təkana hazırlaşır.

Mavlet Bagiyev:

- Böyük ehtimalla, eur/usd ortamüddətli kanal-da hərəkət edəcək. Kanaldan çıxanda isə bizə yeni hədəflər vermiş olacaq.

İlqar Vəliyev:

- Avro/funtda həftəlik qrafikdə divergensiya yaranıb və hələ ki, özünü təsdiqləyə bilməyib.

Səbinə Məmmədqızı:

- Avropada vəziyyət və makroiqtisadi göstəricilər ay ərzində diqqət mərkəzindədir.

BİR CÜMLƏ İLƏ

EKSPERT RƏYİ 11

Page 12: "InForex"#39: Qizil kimi imkan

1) May ayı Foreks üçün sanki körpü rolunu oynayır. Bazar “iş” rejimindən “istirahət” rejiminə necə keçəcəyini göstərir. Keçən il investorlar may ayında gü-clü satışlarla “istirahət” rejiminə keçdilər. Bu ay hələ də sual altındadır.

Yəqin ki, ilk hədəf 1.2950 ətrafı dəstək zonası olacaq. Əgər qiymət 1.32 ətraflarına qalxsa, 1.34, daha sonra 1.3450 olacağını təxmin etmək olar. Əks halda mart-aprel minimumlarına eniş qaçılmazdır.

2) Usd/jpy cütlüyü 100 ətrafında çox güclü bir təkana hazırlaşır. Belə ki, pariteti dəf etmək onun üçün asan deyil. Apreldəki iki uğursuz cəhdin ardınca üçüncü həmlə də səmərəsiz olsa, 92 ətraflarına qədər eniş baş verə bilər.

Eur/aud 1.3130-a qədər qalxa bilər.Nzd/usd 0.8550-dən yuxarıda möhkəmlənsə, 0.8675-ə qədər qalxa bilər.

Fərid Hüseynovekspert

12 EKSPERT RƏYİ

İlqar Vəliyevekspert

1) Ayın əvvəlində cütlük aprelin maksimumunu keçməyə cəhd göstərdi. 1,2960-80 zonasını əhəmiyyətli dəstək hesab edirəm. Böyük ehtimalla, cütlük ortamüddətli kanalda hərəkət edəcək. Kanaldan çıxanda isə bizə yeni hədəflər vermiş olacaq.

“Buğa” trendinin başlaması üçün keçilməsi vacib olan əsas səviyyələr 1,3260-90 ətrafıdır. Bundan sonra 1,3440 və 1,3620 hədəfləri gəlir. “Ayı”ların aktivləşməsi üçün qiymət 1,2940-dan aşağıya düşməlidir. O halda 1,2740-1,2680 aralığına qədər enə bilər.

2) Funt/dollar cütlüyü 1.6330-1.4830 aralığındakı enişin 50%-lik fibo-nisbəti ətrafında dar diapazonda konsolidasiya olunur. Bu səviyyələr, konkret olaraq 1,5577 çox önəmlidir.

Funt artan kanalda hərəkət edir. Reync yaransa, 1,5449-1,5665 diapazonunda dalğalanacaq.

1) Qiymət 1,30-1,32 “dəhlizində” dalğalanır. Hər hansı bir tərəfə çıxışın baş tutması bu ay üçün trendin istiqamətini göstərən indikator olacaq.

2 Avro/funta diqqət yetirərdim. Həftəlik qrafikdə diver-gensiya yaranıb və hələ ki, özünü təsdiqləyə bilməyib.

Mavlet Bagiyevekspert

Page 13: "InForex"#39: Qizil kimi imkan

13STATISTIKA

Ayın uğurlu ticarət günləri

Araşdırmalar göstərir ki, ayın bəzi günləri ticarət üçün daha əlverişli olurlar. Bazar müəyyən dövrlərdə eyni patternləri formalaşdırır.

Həmin günlərin effektivliyini yoxlamaq üçün “Şarp əmsalı”ndan istifadə olunur. Şarp əmsalı – investisiya portfelinin effektivliyini yoxlamağın üsullarından biridir. Bu metoda görə, orta gəlirliyin volatilliyə nisbəti hesablanır, sonra isə bu göstəricidən orta kənarlaşma müəyyən edilir. Şarp əmsalı nə qədər yüksəkdirsə, sistemin effektivliyi də o qədər yuxarıdır.

10 illik dövrü əhtə edən araşdırmalar göstərib ki, ayın ilk 10 günü üçün Şarp əmsalı aşağı olur. Yəni MA əsasında qurulan sistem itki verir. Ayın 12-15-i aralığında əmsal qalxır. Yəni sistem gəlirli işləməyə başlayır. Sonra 5 günlük enir, ayın 22-si ərəfəsində isə yenidən artır və ayın sonuna qədər yüksək qalır.

Araşdırma 20 periodlu MA əsasında qurulmuş sadə srategiya üzərində aparılıb.

Ən böyük itkilər ayın əvvəlində, xüsusilə də 8-i ətrafında olur. 10-12-si aralığı nisətən az itkili olsa da, hər halda, ziyanlı günlərdir.

Araşdırmanın müəllifləri bunu iqtisadi xəbələrin dərci ilə bağlayırlar. Forex-ə təsir göstərən bütün xəbərləri izləmək mümkün olmadığından, onlar 36 makroiqtisadi göstəricini izləyiblər. Məlum olub ki, Ayın 21-23-ü aralığı xəbərlərin ən az çıxdığı günlərdir.

Cədvəl 1-də eyni strategiya əsasında aparılan əməliyyatların ayın günləri üzrə nəticələrini görürük. Buradan aydın olur ki, ay ərzində iki dövrdə: 9-13 və 21-27-ci günlər aralığında nisbətən sabit gəlir götürmək mümkün olur.

- Riçard Harri - Evrist Stoya - Fatih Yılmaz

Bundan başqa, ayın bəzi günlərində MA əsasında qurulan sistemlər daha çox siqnallar verirlər. Cədvəl 2-də biz bunu görürük. Həmin günlər elə gəlirin çox olduğu günlərlə üst-üstə düşürlər.

Cədvəl 1 Cədvəl 2

Page 14: "InForex"#39: Qizil kimi imkan

FOREXBAZARININ SEQMENTLƏRİ

Hazırda Forex Beynəlxalq Valyuta Bazarının dövriyyəsi təxminən 4 trilyon dollardır. Bu nəhəng valyuta kütləsi ticarət, investisiya, hedcləmə, tənzimləmə əməliyyatlarında dövr edir. Başqa sözlə, bazarın hər bir iştirakçısının öz məqsədləri var. Ona görə də, Forex bazarını şərti olaraq bir neçə seqmentə ayırmaq olar:

- Spot əməliyyatları seqmenti- Forvard əməliyyatları seqmenti- Svop əməliyyatları seqmenti

Forex birjadankənar bazar olduğu üçün burada əməliyyatların real həcmini hesabalamaq çətinlik törədir. Beynəlxalq Hesablaşmalar Bankı (Bank for İnternational Settlements - BIS) bir neçə ildən bir Forex bazarında dövriyyənin həcmilə bağlı hesabatlar hazırlayır. Bu hesabatların xətası 3-5% olur. Həmin hesabatlara gorə, Forex bazarında seqmentlərin payı bu cürdür:

FOREX BAZARININ SEQMENTLƏRİ:

İndi isə hər bir seqmentə ayrılıqda nəzər salaq:

Spot əməliyyatları

Spot əməliyyatı zamanı valyuta hazırkı qiymətilə alınır, amma alınan valyuta alıcıya növbəti gün çatdırılır (bir gün sonra hesaba köçürülür).

Spot bazarının gündəlik həcmi 1,5 trilyon dollardır.

Misal üçün, Nokia şirkəti Micro-soft şirkətinə 10 milyon dollar ödəməlidir. Bunun üçün Nokia ona xidmət edən banka sərəncam verir ki, Microsoft-un hesabına 10 mi-lyon dollar köçürsün. Amma Nokia Avropada yerləşdiyi üçün, onun hesabında vəsaitlər avro ilədir. Demək, bank əvvəlcə 10 milyon dolları almalıdır. Tutaq ki, bu baş verəndə eur/usd-nin məzənnəsi 1.3310/13 olub (bid/ask). Demək, bank 13.31 milyon avronu 10 mily-on avroya dəyişir. Əgər bu, məsələn, bazar ertəsi günün baş veribsə, çərşənbə günü pullar Microsoft-un hesabına köçürülür.

Forvard kontraktları

Forvard kontraktları valyutaların forvard kursu əsasında mübadiləsini nəzərdə tutur. Hazırkı məzənnə əsasında dəyişdirilən valyuta iki gündən çox müddət ərzində alıcının hesabına köçürülür.

Forvard seqmentinin günlük həcmi təxminən 500 milyard dollardır.

Misal üçün, Yaponiyanın “Honda Motors” firması Avstraliyada avto-mobil zavodu almaq istəyir. Bunu iki aydan sonra etməyi planlaşdırır. Zavodun qiyməti 6 milyon dollardır. Onu almaq üçün “Honda” yenanı Avstraliya dollarına dəyişməlidir. Tutaq ki, aud/jpy məzənnəsi 85.73/80-dir (bid/ask). Şirkətin rəhbərliyi ehtiyatlanır ki, iki ay ərzində aud/jpy kursu arta bilər. Ona görə də Avstraliya dollarını indi almaq istəyir. Məsələn, martın 15-də “Honda” bankla sövdələşir ki, iki aydan sonra ona həmin günə olan məzənnə ilə müəyyən miqdarda

14 NECƏ İŞLƏYİR

Page 15: "InForex"#39: Qizil kimi imkan

15

Avstraliya dolları satacaq. Yəni mayın 15-də aud/jpy kros-sunun qiyməti necə olsa da, bank onu martın 15-nə olan qiymətlə satacaq. Buna “forvard kontraktı” deyirlər.

Svop əməliyyatları

Svop əməliyyatları valyuta mübadiləsi əməliyyatlarının mürəkkəb növlərindən biridir. İki tərəf müəyyən miqdar-da valyutanı alıb-satmaq haqqında sövdələşirlər. Amma o şərtlə ki, müəyyən müddətdən sonra eyni əməliyyat əks istiqamətdə həyata keçriləcək.

Svop əməliyyatlarının iki növü fərqləndirlir:

- Spot/forvard- Forvard/forvard

Svop bazarının gündəlik dövriyyəsi təxminən 1,8 trilyon dollardır

Spot/forvard əməliyyatı müəyyən miqdarda valyutanın (məsələn, 20 milyon avro) müəyyən müddət sonra geri satılması şərtilə alınmasıdır. Hər iki halda alqı-satqı spot-kursla həyata keçirilir.

Məsələn, “Total” şirkəti sentyabrın 24-də bankdan spot məzənnə ilə 40 milyon avro alır (cari qiymətlə eur/usd = 1.3310/13), iki aydan sonra isə noyabrın 24-nə olan spot-qiymətlə satmaq haqqında öhdəlik götürür.

İşgüzar dairələrdə spot, forvard və svop seqmentləri valyuta bazarının “ənənəvi” seqmentləri sayılırlar. Bundan başqa, valyuta fyüçersləri və valyuta opsionları (derivativlər) da var. Onların haqqında növbəti məqalələrimizdə danışacağıq.

Forvard/forvard svopu isə odur ki, müəyyən vaxtdan sonra müəyyən məbləğdə valyutanın alınacağı və eyni vaxtda müəyyən vaxtdan sonra eyni məbləğdə valyutanın satılacağı haqda kontrakt imzalanır.

Msələn, Coca-Cola şirkəti avqustun 3-də bankla forvard müqaviləsi bağlayır ki, 1 aydan sonra, sentyabrn 3-də on-dan bugünkü qiymətə 30 milyon avro alacaq. Və alanda müqavilə bağlayacaq ki, daha 3 ay sonra yenə də bugünkü qiymətə 30 milyon avro satacaq.

NECƏ İŞLƏYİR

Page 16: "InForex"#39: Qizil kimi imkan

16 MASTER-KLASS

Ticarət planına sadiq qalmaq asan iş deyil, amma ondan kənarlaşmaq da böyük itkilərə səbəb olur.

Əgər qiymətin lazım olan yerə günlər sonra çatacağını gözlədiyiniz halda bu, bir neçə günə baş verirsə, nə etməliyik? Dərhal əməliyyatı bağlayıb gəliri götürək, yoxsa daha böyük gəlir götürmək üçün gözləyək? Treyderlərin qarşısında bu cür dillemalar çox yaranır.

Qrafikdə patternlərin axtarışı treyderin ilk addımıdır. Şəkil 1-dəki qQrafikə baxaq və orada olan ticarət patternlərini identifikasiya etməyə çalışaq. Bu qrafikdə artan və simmetrik üçbucaqlar, üçqat dib, “baş və çiyinlər” və s. patternləri görürük.

Planlı ticarətCared Martines

Şəkil 2-də bu patternlər işarələnib. Sol tərəfdə aşağıya doğru kəsilmiş böyük simmetrik üçbucaq var. Eniş trendi bərpa olunana qədər qiymət patternin sərhədlərinə qayıdıb. Üçbucağın təpəsi ənənəvi müqavimət və dəstək zonasıdır. 2004-cü ildə enişin dibində “çevrilmiş baş və çiyinlər” patterni formalaşıb. İki çiynin qiymət səviyyəsi eyni deyil, amma başa nəzərən simmetrik yerləşiblər.

Şəkil 1

Şəkil 2

Page 17: "InForex"#39: Qizil kimi imkan

17MASTER-KLASS

Bu nümunədə əməliyyat illik minimum ətrafında formalaşmış “üçqat dib”in ikinci və üçüncü dibləri arasındakı pikləri birləşdirən yaşıl trend xəttinin kəsilməsi nəticəsində baş tutub. Qırmızı xətlə müqavimət səviyyəsi göstərilib.

“Çevrilmiş baş və çiyinlər” patterninin ardınca “enən üçbucaq” yaranıb. Analizin nəticələrinə görə, 64% halda belə üçbucaqlar aşağıya doğru kəsilir. Amma bu dəfə elə olmayıb. Qiymət yuxarıya gedib və əvvəl formalaşmış simmetrik üçbucaqla əlaqəli müqavimətə yaxınlaşıb, daha sonra aşağıya dönüb və “üçqat dib” yaradıb.

Qeyd kitabçası və indikatorlar

Hər əməliyyatımı elektron qeyd kitabçasına yazıram. Pozisiyanın vaxtını, stop-lossu, take-profiti, bazarın proqnozlaşdırılan istiqamətini və əməliyyatın səbəbini qeyd edirəm.

Amma bu yaxınlarda mən bu siyahını dəyişdim, ora yeni ticarət əlatləri əlavə etdim: Əmtəə Kanalı İndeksi (CCI), Qüvvələr Nisbəti İndeksi (RSI), Bollincer zolaqları, həmin sahənin digər aksiyalarındakı vəziyyət, dəstək və müqavimət səviyyələri.

İndikatorları analiz edərkən adətən divergensiyaları (qiymətin və indikatorun əks istiqamətlərdə hərəkət etdiyi vaxtları) yoxlayıram. CCI və ya RSI kimi indikatorlar divergensiyanı müəyyənləşdirmək üçün çox yaxşıdırlar, amma divergensiya tam etibarlı deyil. Aylarla divergensiyalar siqnal verə bilər, amma qiymət reaksiya verməz.

Məsələn, şəkil 3-ə baxın. CCI kəsilmə ilə alışa siqnal verib (20 günlük CCI 5 günlük CCI-ın eksponensial orta dəyişən göstəricisini yuxarı kəsib). Növbəti gün 0 xəttindən yuxarıya doğru artım bunu təsdiqləyib. İndikator “üçqat dib”in orta və sonuncu dibləri arasında “ayı” divergensiyası göstərirdi (qiymətin yüksək minimumuna indiqatorun yüksək minimumu uyğun gəlir). Bu, onu güman etməyə əsas verir ki, qiymətin növbəti hərəkəti aşağı yönələcək.

16 periodlu RSI “üçqat dib”in birinci dibində ifrat satış həddində idi, amma sonra neytral zonaya daxil oldu. Bu indikator patternin birinci və üçüncü dibləri arasında qiymətlə “buğa divergensiyası” formalaşdırdı. Belə ziddiyyətlərə görə mən ən əsas “indikator”a – qiymətə böyük diqqət ayırıram.

“Bollincer zolaqları” dönüş nöqtələrini müəyyənləşdirməyə kömək edir. Qiymət diapazonun sərhədlərinə yaxınlaşanda əksər halda onlar bir sərhəddən uzaqlaşdırılıb digərinə yönəlirlər. Xüsusə də əgər diapazon üfüqidirsə. 20 günlük Bollincer Zolaqları üçüncü dibdə üfüqi forma alır, sonra bir qədər enməyə başlamaqla volatilliyin artımına işarə edir və qiymətin kəskin hərəkətini proqnozşaldırmağa sövq edir.

Şəkil 3

Page 18: "InForex"#39: Qizil kimi imkan

18 MASTER-KLASS

Yuxarı hərəkət

Növbəti addım: yuxarıda müqavimət (take profit) və dəstək (stop loss) tapmaq lazımdır.Mən öz ticarətimdə ixtiyari risk/gəlir nisbətindən istifadə etmirəm, belə ki, bəzən gəlirin artmağına şərait yaradıram və daha çox qazanıram. Bundan əlavə, stopu sürüşdürməklə riski də azaltmış oluram. Alış əməliyyatı açan zaman artım trendinin sonuna bir işarə görməyənə qədər gəliri götürmürəm. İllik minimumun qrafik patternində əməliyyatın hədəfini müəyyənləşdirmək üçün mən qrafiki analiz edirəm ki, müqaviməti dəqiqləşdirim. Qiymətin nə qədər uzağa gedə biləcəyini müəyyənləşdirmək çox vacibdir.

Seçdiyim nümunədə özüm üçün 2 müqavimət zonası müəyyən etdim. Qiymət tez-tez köhnə maksimumlarda dayanaraq ikiqat və üçqat təpələr yaradır. Bunu birinci müqavimət kimi görürəm. Amma buna baxmayaraq, “buğa” bazarında köhnə maksimumlarda dönüş ehtimalı çox azdır. Mənim ikiqat təpələri araşdırmağım göstərdi ki, qiymət iki təpə arasındakı ən aşağı minimumdan aşağıda bağlanmamaqla 65% halda artım trendini bərpa edir, yəni ikiqat təpəni təsdiqləmir. İkinci müqavimət şəkil 2-dəki qırmızı xətdir. Bu, 2 təpənin arasından çəkilmiş və aşağıya doğru davam etdirilmiş trend xəttidir. Tez-tez qiymətin dönüşü məhz belə trend xəttləri ətrafında baş verir.

Aşağı hərəkət

Bəs stop? Üçqat dibin ən aşağı minimumu ənənəvi olaraq “stop” üçün yaxşı yerdir. Əgər qiymət bu səviyyədən aşağı düşsə, onun bu enişi davam etdirmək ehtimalı çox yüksəkdir. Əfsuslar olsun ki, patternin ən aşağı minimumundakı stop da böyük itki verə bilər. Amma belə vəziyyətdə potensial itki riski 8% təşkil edir. Birinci setapdakı stopla müqayisə etsək, bu, yaxşı rəqəmdir. Belə ki, ümumən bu, 15% halda baş verir. Əgər analiz düzdürsə və bazar bizim istiqamətdə getsə, potensial itkini azı 10%-ə endirməklə stopu tez artırmaq olar.

Effektiv giriş – diblər arasındakı təpələri birləşdirən eniş trend xəttinin yuxarı kəsilməsi zamanı olur. Bu xətt şəkil 2-də yaşıl rəngdə göstərilib. Mən hətta pozisiyanı daha tez – qrafikdə göstərildiyi kimi sonuncu gün açmaq qərarına gəldim. Əlbəttə, mən təsdiqlənməyənə qədər əməliyyat açmamağı məsləhət görürəm, amma bu vəziyyətdə mənim buna əsasım var idi. Düşünürdüm ki, əgər nə isə düz getməsə, yaxınlıqda yerləşdirdiyim stop məni xilas edəcək. Ənənəvi girişdə (təpənin ən yüksək nöqtəsindən) itki 13%, trendin kəsilməsi zamanı isə 11% ola bilərdi. Həmin bölmənin digər aksiyaları qarışıq ticarət aparırdı. Bəziləri eniş trendində idi, digərləri yuxarı qalxaraq daha yüksək maksimum formalaşdırırdı və dönüş əlamətləri göstərirdi.

Pozisiya

Şəkil 4-dəki girişdən sonra növbəti gün qiymət böyük diapazonlu bir bar formalaşdırdı. Növbəti qrafikdə yuxarıya gap yarandı. Adətən mən günlük bağlanış nəticələrilə işləyirəm, amma bu dəfə ənənəvi taktikamı dəyişdim. Mən qorxurdum ki, aksiya “ölü pişiyin tullanmağı” adlı məşhur patterni formalaşdıra bilər. Bu pattern kəskin şəkildə yuxarı hərəkətdən sonra aşağıya doğru dönüşdür. Bundan sonra nə baş verdi? Qiymət yuxarı getdi.

Şəkil 4

Page 19: "InForex"#39: Qizil kimi imkan

MASTER-KLASS 19

Dərs

Mənə ticarət planı ilə işləmək daha rahatdır. Plandan kənarlaşmaq problemlər yarada bilər. Təsəvvür edək ki, mən əməliyatı daha çox saxladım. Növbəti dəfə bunu yenə etmək istəyəcəm və nəticədə uduza bilərəm. Əgər mən planın tələb etdiyi kimi davranmayacağamsa, onda pozisiyanı vaxtında bağlamamağa vərdiş edəcəyəm. Sonra vaxtında əməliyyat açmamaq vərdişi yarana bilər və nəticədə bunlar da böyük itkilərə səbəb ola bilərlər.

Planın təsviri

Strategiya – kəsilmə ilə iş

Setap –Maksimum ətrafında dönüş qrafik patterni

Şərtlər – Əsaslandırılmış proqnoz olmalıdır. İndikatorlar siqnalı verməlidir.

Giriş – kəsilmə qiyməti ətrafında alırıq.

Stop – Birinci stopu patternin minimumundan aşağıda yerləşdiririk, sonra onu pozisiya istiqamətində sürüşdürürük. Stopu yerləşdirərkən yuvarlaq rəqəmlərdən uzaq olmaq lazımdır.

Çıxış – Hədəfə çatanda satırıq. Uzunmüddətli əməliyyatlar üçün stopu qiymətlə birgə qaldırırıq və onun işə düşməsini gözləyirik.

REKLAM

AzVision.az - Ölkənin və dünyanın xəbər məkanına Azərbaycanlı baxışı

* Ən son və maraqlı xəbərlər * Təhlillər * Müəllif yazıları * Fotosessiyalar * Videolar * Eksklüziv layihələr

www.azvision.az

Page 20: "InForex"#39: Qizil kimi imkan

Bazarın qafiyələri

20 NƏZƏRƏ AL

Və ya nəyə görə sırf texniki strategiyaya güvənmək xatalıdır?

Boris Şlossberq

Əgər dərindən fikirləşəsi olsaq, ticarət aparmağın cəmi iki yolu var. Statistik və ya analitik. Bütün texniki strategiyalar öz təbiətlərinə görə faktik olaraq ticarətin

statistik metoduna aiddirlər.

Hər dəfə siz texniki cəhətdən əsaslandırılmış hansısa sistemi yaradanda təxminən belə düşünürsünüz: əgər A modelinin nəticəsində yüzlərlə, minlərlə dəfə B hadisəsi baş veribsə, demək, bu dəfə də elə olacağı ehtimalı böyükdür. Buna əsaslanaraq

da, əməliyyat açırsınız. Bu, statistikadır.

Texniki ticarətin mahiyyəti bundan ibarətdir. Amma problem də elə burada gizlənir. Çünki keçmişdəki hadisələrin əsasında gələcəyi uğurla modelləşdirmək çox çətindir.

Mark Tvenin dediyi kimi, tarix təkrarlanmır, sadəcə qafiyələnir.

Eyni sözü bazarlara da aid etmək olar. Bazarın hərəkətləri də təkarlanmır, sadəcə, qafiyələnir. Təəssüf ki, bir sıra hallarda bazarın “qafiyə”lərində fərq o qədər çox ola bilər ki, biz onların əsasında uğurlu srategiya qura bilmərik. Yaxud qursaq belə, o, itkili strategiyaya çevriləcək. Gec-tez bütün texniki ticarət ideyaları bu problemlə

üzləşirlər.

Digər tərəfdən, analitik strategiyaların da başqa problemləri var. İri hedc-fondların menecerlərinin əksəriyyəti analitik metodlarla işləyirlr. O halda məntiqi nəticələrin ardıcıllığında qeyri-adi dəqiqlik olmalıdır ki, bunu təmin etmək də çox vaxt çətin

olur. Hər milyon nəfərin içindən ancaq bir Corc Soros çıxır.

Bəs nə etmək olar?

Man heç bir konkret məsləhət verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, əsas olan qiymətin hərəkətidir. Biz məhz qiymətin hərəkətini izləməliyik. Amma bu, kifayət deyil. Hər bir statistik metod paralel olaraq analitik yanaşma ilə də təmin və müşayiət olunmalıdır. Çünki ticarətin uğuru təkcə əməliyyat açmaqda yox, həm də

açmamaqdadır.

Analitik düşüncə bizə deyə bilər ki, nə vaxt əməliyyat açmamaq lazımdır. Kompüter – küt maşındır, o, vəziyyəti geniş, əhatəli anlaya bilməz. Bunu insan beyni etməlidir. Ona görə də biz öz ticarətimizi tam şəkildə kompüterə etibar edə bilmərik. Əgər bazarda uğur qazanmaq istəyirsinizsə, məntiqi yanaşma hər şeydən vacib olmalıdır.

Məhz buna örə sırf texniki sistemlərlə uğur qazanmaq olmur.

Page 21: "InForex"#39: Qizil kimi imkan

TEXNIKA 21

Yaponsayağı svinq-treydinq

Svinq-treyderlər qiymətin qısamüddətli hərəkətlərindən qazanc götürmək üçün kiçik dalğalanmaları tutmağa çalışan treyderlərdirlər. Uğurlu svinq-treydinq üçün qiymətin təkcə istiqamətini deyil, həmin istiqamətdə hərəkətin gücünü də müəyyən etməyi bacarmaq lazımdır.

Bunu qrafik patternlər, osillyatorlar, həcm göstəriciləri, fraktallar və digər metodların köməyilə etmək olar.

Svinq-treydinqdə ilk addım dönüş potensialını tapmaqdır. Bunu həm “yapon şamları”nın kombinasiyaları, həm də ossillyatorlar göstərə bilərlər. Əgər yapon şamlarında dönüş modelləri formalaşırsa, bu zaman osillyatorlar divergensiya göstərirsə, demək, hərəkət impulsunun istiqaməti dəyişə bilər.

Treydinqdə “yapon şamı” modellərinin 60-dan çox növü məlumdur. Amma onlardan yalnız kiçik bir qrupu dönüş modelləridirlər. Xüsusilə də “buğa/ayı dönüşü”. Bu modeli görəndə dönüşə hazır olmaq lazımdır.

“Harami” modeli də bazarda dönüş potensialının yarandığına işarə verə bilər. Xüsusilə də kiçik həcmlə müşayiət olunanda.

Gəlin, misallara baxaq. Şəkil 1-də “Buğa dönüşü” modelinin MACD indikatoru ilə sinxronluğu nəticəsində siqnalın necə təsdiqlənməsini görürük. Əvvəl şam modeli yaranıb, sonra indikator öz qırmızı xəttini keçməklə bunu təsdiqləyib. Bu ikiqat siqnal bizə daha güvənli əməliyyat açmağa imkan verir.

Şəkil 1

Page 22: "InForex"#39: Qizil kimi imkan

TREYDERLƏR ÜÇÜN FORUM

TEXNIKA22

Şəkil 2

Daha bir maraqlı vəziyyəti isə şəkil 2-də görürük. Üfiqi trend zamanı qrafikdə “harami” fiquru əmələ gəlib. Bu-nunla bazarda qeyri-müəyyənliyin olmasına işarə edilib. Amma MACD-ın hərəkəti öz Orta Dəyişən Göstəricisinin altında davam etməklə işarə verib ki, bu qeyri-müəyyənlik enişlə nəticələnəcək. Elə də olub.

Page 23: "InForex"#39: Qizil kimi imkan

Kapitalın dinamik idarə olunması sistemi itkili srategiyanı gəlirliyə çevirə bilir

Kapitalın idarə olunması ticarət sisteminin işinə çox mühüm təsir göstərə bilər. Foreksə dair əksər məqalələrdə giriş siqnalları barədə söhbət açılır, amma nadir hallarda düşünülmüş çıxışlar və kapitalın idarə olunması strategiyalarından danışılır.

Bu məqalədə bazarın volatilliyinə əsaslanmaqla əməliyyatların həcminə düzəliş edən kapitalın idarə olunması sisteminin foreksdə gəlirsiz ticarət sistemini necə gəlirli bir strategiyaya çevirməsindən danışacağıq. Biz sadə MA kəsişmələrindən istifadə edəcəyik. Daha sonra risklərin və kapitalın müxtəlif idarə olunması sxemlərini bu sistemə tətbiq etməklə onların ticarətə necə təsir etdiyini göstərəcəyik.

Alış əməliyyatı 15 MA 250 MA-nı aşağıdan yuxarıya doğru kəsəndə verilir. Şəkil 1-də gbp/usd cütlüyünün H1 qrafikində buna nümunə göstərilib. Pozisiya 15 MA 25MA-nı aşağıya doğru kəsəndə bağlanır. Satış üçün bunun əksi edilir.

Stop-loss üçün düstur

İstifadə etdyimiz kapitalın idarə olunması metodundan asılı olaraq, dəyişəcəyimiz take-profit və stop-lossu da testə salırıq.

Müxtəlif bazar şəraitində strategiyanın necə işləməsi barədə yaxşı məlumat əldə etmək üçün sistem 1 yanvar 2000-ci ildən 1 yanvar 2009-cu ilə kimi olan periodda testdən keçirilib. Bu iki valyuta cütlüyünü müxtəlif zaman diapazonlarında testdən keçirdik: gbp/usd-də H1, eur/usd-də M5.

Bütün əməliyyatlar üçün bağlanış qiymətləri əsas götürülüb. Bu, strategiyanın mümkün qədər dəqiq qiymətləndirilməsinə əsas verir. Test üçün ilkin depozit 100.000 dollar seçmişik.

Kapitalın idarə olunması

Kapitalın idarə olunmasına uyğun və uyğunsuz (adaptiv və qeyri-adaptiv) yanaşmanı müqayisə etmək üçün onları ticarət sistemimizə növbə ilə tətbiq etməklə 2 metoddan istifadə edəcəyik. Birinci yanaşma 50 punktluq məsafədə yerləşdirilən TP və SL-dən istifadə edir. Pozisiyanın həcmi depozitin 1%-i qədərdir.

İkinci yanaşmada (dinamik yanaşma) 14 günlük ATR-in tətbiqilə dəyişən dinamik SL, TP və pozisiyanın həcmindən istifadə edirik. SL və TP üçün formul belədir:

USTALIQ 23

Şəkil 1

Page 24: "InForex"#39: Qizil kimi imkan

Testin nəticələri

Uzunmüddətli periodlarda strategiyanın qiymətləndirilməsini aparmaq çox vacibdir, belə ki, qısamüddətli period üçün testin nəticələri aldadıcı ola bilər. Testlər göstərir ki, kapitalın adaptiv idarə olunması metodu daha effek-tivdir (şəkil 2a və 2b):

Bu nəticə ona görə alınır ki, sistem bazarın vəziyyətindən asılı olmayaraq, SL və TP-in elastikliyini saxlayır.

Kapital, risk, bazar

Kapitalın idarə olunmasının yaxşı metodu həmişə 3 amili nəzərə almalıdır: kapital, risk və bazar. Bu məqalədə göstərilən uğursuz ticarət sisteminin gəlirli bir sistemə trasformasiyası ümumilikdə kapitalın idarə olunmasının, o cümlədən kapitalın idarə olunmasına dinamik yanaşmanın vacibliyini sübut edir.

SL = TP = 0.5 * 14 periodlu ATR

Yəni bu formula görə SL və TP 14 periodlu ATR-in 50%-ni təşkil edir. Məsələn, 14 periodlu ATR 120 punkt göstərirsə, SL 60 punkt, TP də 60 punkt olacaq.

Pozisiyanın dinamik həcminin formulu:

Pozisiyanın həcmi = 0.01 * Balans/(Lot * 14 günlük ATR)

Bu formul bazar volatilliyindən asılı olmayaraq (yüksək volatillik - yüksək ATR,- pozisiyanın həcmini azaldacaq, aşağı volatillik artıracaq) elə həmin gəlirə (balansa nəzərən) çatmaq üçün yaradılıb. Amma pozisiyanın həcmi də Balansdan asılıdır: balans artdıqca daha böyük kapitalla risk edirik, azaldıqca az.

Bəziləri diqqət yetirsə, görərlər ki bu cür kapitalın idarə olunması məşhur “Tısbağa sistemi”ni xatırladır. SL və TP-ni müəyyənləşdirmək üçün eyni metoddan istifadə olunduğu bu sistem Riçard Denis tərəfindən 1970-ci illlərdə yaradılıb.

USTALIQ24

Page 26: "InForex"#39: Qizil kimi imkan

Həcmi necə “işlətmək” olarŞamların həcminin analizinin Vaynkoff metodu sizin ticarəti daha da effektiv edə bilər

BİL,ET26

Şəkil 1

Todd Kryuger

Foreks treyderləri arasında belə bir məşhur fikir var ki, valyuta bazarlarına tətbiq edilən həcmin hər hansı bir faydası yoxdur. Valyuta bazarlarının mərkəzləşdirilmiş ticarət meydanı olmadığına görə, qrafik analizdə istifadə edə biləcəyimiz faktiki satışların həcmini əldə edə bilmirik. Ona görə də, foreks treyderləri arasında valyuta bazarlarında həcmin analizinin “işləməməsi” fikri geniş yayılıb.

Bu məqalə sizə “Vaykoff Şamlarının Həcmi Analizi” (WCVA – Wykoff Candle Volume Analysis) adlı tamamilə yeni ticarət metodunu təqdim edir. Bu - qiymət-həcm patternləri metodunun köməyilə necə ticarət aparmağı göstərəcək. Bu məqaləni oxuyub qurtaranda sizin arsenalınıza yeni innovasion metod əlavə olunacaq.

Vaykoff Şamlarının Həcmi Analizini başa düşmək üçün 20-ci illərin əvvəllərində yaşayıb-yaratmış Riçard D. Vaykoff adlı treyder haqqında qısaca tarixçəyə baxaq. Vaykoff texniki analizdə xeyli sayda vacib ixtiralar edib. Xüsusən, o, qiymət və həcm arasındakı əlaqəni araşdırırdı. O, sübut etdi ki, böyük pullara malik treyderlər bütün bazarlara yatırım edirlər və qrafiklərdə onların fəaliyyətini izləyərkən adi treyder peşəkarların yanında kor-koranə ticarət apara bilər.

Vaykoffun analizində istifadə etdiyi vacib qrafiklərdən biri “şaquli qiymət qrafiki” adlandırdığı, amma treyderlərin bir histoqramm kimi tanıdıqları barlar qrafikidir. O, histoqramın 4 göstəricisindən – maksimum, minimum və müvafiq həcmlə birgə hər barın bağlanış qiymətdən istifadə edirdi.

Bu informasiya əsasında o, həmin kollektiv qrupun qiymətlər qrafkində qoyduğu izləri necə oxumağı öyrəndi. Onlar elə iri həcmlərlə ticarət aparırlar ki, onların ticarət aktivliyi tələb/təklif disbalansı yaradır. Bu da qiymətin hərəkətinin əsas səbəbidir. Vaykoff bütün bazarların keçdiyi 4 fazanı göstərdi – yığılma, artım, bölünmə və eniş. Həmçinin peşəkarların hər fazada necə ticarət apardığını izah edir. Böyük pullarla ticarət aparan treyderlər əsl niyyətlərini bazardan gizlətməyə çalışırlar, amma onlar ticarət aktivliklərini kifayət qədər təcrübəli qrafik müşahidəçilərdən gizlədə bilməzlər.

Gəlin, qiymət qrafikində Vaykoff Şamlarının Həcmi Analizi patterninə baxaq. Şəkil 1-də təqribən ideal “Çəkic” patterninə diqqət yetirin. Mən ona görə “təqribən ideal” deyirəm ki, onun yuxarı kölgəsi klassik çəkic patternində olandan bir qədər hündürdür.

“Çəkic”in balaca “bədən”i olmalıdır. Kölgə bədəndən heç olmasa iki dəfə böyük olmalıdır. Yuxarı kölgə “çəkic”in ümumi diapazonunun 10%-dən çox olmamalıdır. Bax, buna görə bizim nümunə klasik “çəkic”ə bənzəmir.

Mənim fikrimcə, bu şam “çəkic” patterninə kifayət qədər yaxın olduğu üçün onu “çəkic” kimi analiz edə bilək. “Çəkic” bir barlı dönüş pat-terni kimi məşhurdur, amma onun başqa üstünlükləri də var.

İndi isə bu potensial dönüş patterninin etibarlığını təsdiqləmək üçün Vaykoffun Həcm Analizini bura əlavə etməliyik. “Çəkic”in aşağısına

Page 27: "InForex"#39: Qizil kimi imkan

27BİL,ET

Şəkil 2

baxın və həcm histoqramının hündürlüyünü qeyd edin. Mən histoqramı elə kodlaşdırmışam ki, əgər cari şamda əvvəlkinə nəzərən həcm böyükdürsə, sütun yaşıl rəngə boyanır, azdırsa, qırmızı rəngə. Gördüyünüz kimi bu “çəkic” patternində əvvəlki 3 şamdan fərqli olaraq, az həcm göstərilib, tezliklə vəziyyət dəyişəcək.

Şamlar patternində hansı həcmin göstərilməsinin vacibliyinə keçməzdən əvvəl siz bu həcm histoqramının nə olduğunu bilməlisiniz. Biz artıq bilirik ki, valyuta bazarlarında faktiki satışların həcmi barədə məlumat əldə edə bilmirik, bəs onda burada baxdığımız nədir?Biz cari zaman intervalı üçün qiymət dəyişikliyini izləyən, tiklərə əsaslanan həcmə baxırıq. Nümunəmizdə Daily zaman intervalını nəzərdən keçiririk.

25 illik treyder fəaliyyətimdə mən müəyyənləşdirdim ki, tik qrafikində göstərilən ticarət aktivliyinin sayı ilə faktiki satışların həcmi arasında çox yüksək korrelyasiya mövcuddur. Əgər biz qrafikdə çoxlu sayda tikin qeydə alındığı güclü aktivlik görürüksə, bu, alıcılar və satıcılar arasında intensiv hərracdan xəbər verir. Bu isə öz növbəsində faktiki satışların həcminin artması deməkdir.

Əgər biz tikə əsasən həcmin azalmasını görürüksə, onda satışların həcminin azalmasını gözləmək olar. Eyni za-manda o da doğrudur ki, biz konkret dövr üzrə hansı faktiki həcmdə ticarət aparıldığını bilə bilmərik. Biz sadəcə görə bilərik ki, həmin periodda ticarət aktivliyi yüksək olub, yoxsa yox.

Gəlin, indi müəyyənləşdirdiyimiz və Vaykoffa görə qiymətləndirdiyimiz “çəkic” patternini yaxından araşdıraq. Şəkil 2-yə diqqətlə baxın və qeyd etdiyim üfüqi dəstək xəttinə fikir verin. Siz “çəkic”in aşağı kölgəsinin bu xəttdən necə aşağı getdiyini görürsünüzmü? Vaykoffa görə qiymətin bu dəstək xəttindən aşağı düşməsi bazara daha çox satıcının çıxıb-çıxmamasını müəyyənləşdirməyə kömək edir. Bunu “test” adlandırırlar. Bu şam bazarı test edir ki, gizli təklifin olub-olmadığını üzə çıxarsın. Hərçənd, bu test barı, demək olar ki, ideal çəkic formalaşdırır, Vaykoff Şamlarının Həcm Analizi terminlərində onu “çəkicin testi” adlandırırlar.

Çəkicin bu testinin 2 vacib xüsusiyyətini bilmək lazımdır. Əvvəla, bu şamda həcm əvvəlki şamdakından təxminən 23% azdır.

Bundan savayı, əvvəlki 3 şamdakından da azdır. Belə kifayət qədər aşağı düşmüş həcm göstərir ki, iri peşəkar treyderlərdə aktivləri satmağa maraq yoxdur.

“Çəkic”in bu testinin ikinci vacib xüsusiyyəti ondan ibarətdir ki, qiymət şamlar diapazonunun ortaq nöqtəsindən yuxarıda bağlanmaq üçün geri qayıdır. “Çəkic”in testi sübut edir ki, qiymətin dəstəkdən aşağı enməyə cəhd etdiyi gün potensial satıcıların qiyməti daha da aşağı salmağa marağı yoxdur. Hətta onlar olsa idi belə, qiymət

Page 28: "InForex"#39: Qizil kimi imkan

BİL,ET28

Şəkil 3

necə dəstəyi kəsib sonra da qayıdıb azalmış həcmin orta nöqtəsindən yuxarıda bağlana bilərdi?

Həmçinin qeyd etmək vacibdir ki, çəkicin bu testi azalmış həcmdə əvvəlki günün bağlanış qiymətindən aşağıda bağlanıb. Bu minvalla bazar bizə deyir ki, bu qiymət səviyyələrində bazarda heç bir güclü satıcı yoxdur. Biz görürük ki, qiymətin artımına mane olacaq satıcı yoxdur, amma bazarda tələbdə disbalans var və qiymət satıcıları cəlb edəcək bir yüksək nöqtəyə qalxmalıdır.

İndi isə qrafik 3-ə baxaq. Bu qrafikdə vəziyyəti daha aydın əks etdirmək üçün daha çox şam göstərmişəm. Biz görə bilərik ki, həmin “çəkic” şamı artım trend xəttini test etmək üçün aşağı enir. Bu məhz trend bazarında gözləyə biləcəyimiz bir amil idi. Biz Vaykoff Şamlarının Həcm Analizi patterninin yaratdığı dəstək xətti və trend xətti arasında konvergensiyanı görə bilərik. Bu, ona işarə edir ki, böyük pulla ticarət aparanlar bu dəstək səviyyəsinə hörmətlə yanaşırlar və daha yüksək qiymətlərin olacağını gözləmək olar.

Maraqlı bir faktı da qeyd edək ki, cəmi bir neçə gün sonra Avstraliyanın Ehtiyatlar Bankı faiz dərəcələrini əvvəlki 3.00%-dən 3.25%-ə qaldırdı. Görünür, iri treyderlər bunu gözləyirdilər, belə ki, qiymət “çəkic”in 0.8564 mini-mumunu test etdikdən sonra 0.9223 maksimumuna kimi qalxdı. Bu hərəkət 10 iş günü ərzində 659 punkt təşkil etdi və qiyməti artmağa vadar edən tələb disbalansına görə yaranan təklif aktiv alıcıların çatışmazlığından baş verdi.

Mən adi foreks treyderlərdən tez-tez eşidirəm ki, valyuta bazarlarında həcmi analiz etmək mümkün deyil. Elə həmin treyderlərdən də eşidirəm ki, valyuta bazarları onları hansısa böyük pulların tərpədə bilməyəcəyi dərəcədə böyükdür. Mən bu fikirlərin nəyə görə belə aktual olduğunu başa düşürəm və ümid edirəm ki, bu məqalə belə yalnış fikirlərə aydınlıq gətirməyə kömək edəcək.

Bu məqalədə biz Daily zaman intervalından istifadə etdik. Mən bu zaman intervalına ona görə baxıram ki, böyük tələb/təklif disbalansları böyük hərəkətlər doğurur. Bu metod bütün zaman intervallarında işləyir və daha yaxşı nəticələr əldə etmək üçün tələb/təklif disbalansını müxtəlif zaman periodlarında müəyyənləşdirmək lazımdır.

Bundan savayı yüksək potensiallı əməliyyatları müəyyənləşdirmək üçün onları real dəstək/müqavimət səviyyələri ətrafında yerləşdirmək vacibdir. İri treyderlərin hansı istiqamətdə əməliyyat açdıqlarını müəyyənləşdirmək üçün treyderə qrafiki yaxşı oxumaq bacarığından başqa bir şey lazım deyil. Siz onların izlərilə ticarət aparmağı öyrənəndən sonra ticarətin daha da stressiz və asan getdiyinin, kifayət qədər böyük gəlir gətirdiyinin şahidi olacaqsınız.

Page 29: "InForex"#39: Qizil kimi imkan

SİSTEM 29

Strategiya: BoliBands&EnvelopesBu strategiya eur/usd cütlüyündə 1 saatlıq zaman miqyasında işləmək üçün nəzərdə tutulub.

Strategiyanı qurmaq üçün H1 periodlu qrafikə 3 indikator əlavə edirik:

1) Bollinger Bands: Period – 6,sürüşmə (Shift) - 0, yayınma (Deviations) – 2, WEIGHTED.2) Envelopes: Period – 8, sürüşmə (Shift) – 0, МА metodu – Linear weighted, Median price, yayınma (Devia-tions)– 0,1.3) Parabolic Sar: addım – 0.14, maksimum – 0.2.

Əməliyyat açmağın qaydaları:

1) Əvvəlcə Bollinger Bands xəttlərinin Envelopes xəttlərinin arasına girməyini gözləyirik.

2) Bollinger Bands xəttləri Envelopes-dən kənara çıxanda əməliyyat açırıq. Əməliyyatın istiqamətini bizə Parabol-ic Sar göstərir: Əgər onun nöqtələri qiymətin altındadırsa, alış əməliyyatı açırıq. Yox, əgər Parabolikin nöqtələri qiymətin üstündədirsə, satış əməliyyatı açırıq.

3) Əməliyyat açarkən orderin parametrləri belə olur: Alış zamanı: teyk-profit – 90 punkt, stop-loss 20 punkt. Satış zamanı: teyk-profit – 200 punkt, stop-loss 10-40 punkt.Stop-lossu Envelopes indikatorunun qırmızı xəttinə əsasən də qoymaq olar.

Alış əməliyyatına misal:

Strategiyanın testi müsbət nəticələr göstərir:

Page 30: "InForex"#39: Qizil kimi imkan

Xəbərlərlə ticarətin

incəlikləri

İstənilən təcrübəli treyder bilir ki, xəbərlər – qiymətin hərəkətini müəyyənləşdirən vacib faktordur. Diqqət yetirsək görərik ki, Foreks bazarını elə xəbərlər hərəkətə gətirir. Treyderlər əgər qısamüddətli və ortamüddətli ticarət aparırlarsa, əməliyyatın vaxtını düzgün seçmək üçün iqtisadi xəbərlərdən istifadə edə bilərlər. Amma əgər siz uzunmüddətli ticarət aparırsınızsa, xəbərlər çətin ki sizə kömək olsun.

Bundan başqa, iqtisadi məruzələrin əsas məğzi makroiqtisadi trendləri izləyənlər üçün faydalı ola bilər. Niyə? Məşğulluğu, istehlakı, işgüzar aktivliyi və istehlakçıların əhvalını göstərən aylıq indikatorlar ÜDM kimi iqtisadi artım göstəricilərini rüblük proqnozlaşdırmaq üçün qabaqlayıcı faktor rolunu oynaya bilərlər.

Treyderlər bazardakı gələcək trendləri proqnozlaşdırmaq üçün ÜDM və inflyasiya (məsələn, istehlak qiymətləri indeksi) göstəricilərindən istifadə edə bilərlər. Mərkəzi banklar faiz dərəcələri barədə qərarlar verəndə bu məlumatları nəzərə alırlar.

Xəbər çıxdıqdan sonra

Əksər hallarda pozitiv və ya neqativ iqtisadi məruzə müvafiq valyutanın ya artımına, ya da enişinə səbəb olur. Xəbər çıxan kimi bir çox treyderlər həmin an pozisiyalarının gəlirli olacağına ümid etməklə valyuta cütlüyünün hərəkətini tutmağa çalışırlar. Eyni zamanda da bazarların xəbərə kəskin reaksiyası korreksiyalara məruz qalır. Məşhur deyimdə olduğu kimi: “Şayiələrlə al, xəbərlərlə sat”.

Qısamüddətli ticarət həvəskarları xəbərin elan olunmasına yaxınlaşdıqca cəmi bir neçə strategiyadan istifadə edirlər, amma iqtisadi təqvimi təkcə onlar izləmir. Məsələn, diapazon ticarəti aparan treyderlər vacib iqtisadi xəbərlər ərəfəsində order yerləşdirməmək üçün bunu edirlər, belə ki? gözlənilməz xəbər diapazonu kəsə bilər.

Xoşbəxtlikdən, treyderlərin bu və ya digər valyuta üçün vacib indikatorları tapmaları asandır. Bəzi iqtisadi məruzələr bazarın ÜDM və ya Mərkəzi Bankların faiz dərəcələri qərarları kimi xəbərlərə necə reaksiya verəcəyini proqnozlaşdırır. Avro ilə ticarət aparanlar üçün Almaniyanın iqtisadi statistikasını izləmək çox vacibdir, belə ki, o, bir qayda olaraq, Avrozona üçün qabaqlayıcı indikatordur. Çünki Almaniya Avrozonada ən böyük iqtisadiyyatı olan ölkədir.

Bu və ya digər hesabatın mahiyyatinə varmaq treyderlərə strategiyalarını daha yaxşı planlaşdırmağa kömək edəcək.

Məşğulluq göstəriciləri

Əmək bazarının vəziyyəti ölkə iqtisadiyyatının qiymətləndirilməsində həlledici amildir. İş yerlərinin yaradılması və əmək haqqlarının artırılması - istehlak xərclərinin çoxalması, daşınmaz əmlak bazarının inkişafı, biznes və infliyasiyanın normal artımı üçün əsas şərtdir.

Əmək bazarının xüsusən məşhur indikatoru iqtisadiyyatın qeyri-kənd təsərrüfatı sektorunda iş yerlərinin sayı üzrə ABŞ Əmək Nazirliyinin hesabatıdır (Nonfarm payrolls). Bu göstərici aylıq hesabatında neçə iş yerinin ixtisar olunması və ya yaradılması barədə məlumat verir. Bu göstəricilərin dərci Amerika dollarını kəskin hərəkətə gətirir. Ola bilsin, ona görə ki, bu göstəricini proqnozlaşdırmaq çətindir və real nəticə proqnozlardan yüz minlərlə iş yeri qədər fərqlənə bilər.

FUNDAMENTAL30

Page 31: "InForex"#39: Qizil kimi imkan

Bəzi treyderlər ABŞ-da işsizliyə görə müavinət ərizələrinin sayı, həmçinin müavinət üzrə təkrar müraciətlərin sayı adlı həftəlik məruzələri izləyirlər. Baxmayaraq ki, bu indikatorlar ticarətə böyük təsir göstərmir, onlardan əmək bazarında və ÜDM-də vəziyyəti qiymətləndirmək üçün istifadə oluna bilər. Çünki tənəzzül zamanı müavinət üzrə müraciətlərin sayı artır və rekord həddə çatır, bu da elə məhz iqtisadi artımın əvvəllərində baş verir.

Valyuta bazarına güclü təsir edən daha bir əmək bazarı indikatoru Kanadanın məşğulluq göstəricisidir. Kanada dolları, xüsusən də usd/cad tez-tez bu göstəriciyə güclü hərəkətlərlə reaksiya verir. Amma onu da qeyd etmək lazımdır ki, belə hərəkətlər növbəti gün tamamilə geri qayıdırlar.

Həmçinin əmək bazarında digər vacib hesabatları da qeyd etmək lazımdır: Almaniyada işsizliyin səviyyəsi, Böyük Britaniyada işsizliyə görə müraciətlərin sayı, Avstraliyada məşğulluq səviyyəsi, İsveçrədə və Yaponiyada işsizlik səviyyəsi.

İstehlakçıların əhvalı

İstehlakçıların əhvalı bu və ya digər ölkənin iqtisadiyyatı barədə çox məlumat verə bilər. Nəticədə istehlakçıların əhvalı ilə bağlı aylıq göstəricilər müvafiq valyutaya mühüm təsir göstərir. Adətən bu göstəricilər dövlət müəssisələri tərəfindən yox, özəl şirkətlər tərəfindən dərc olunur.

ABŞ-da treyderlər arasında icmallar daha məşhurdur. Bura “Conference Board” və Miçiqan Universitetinin icmalı daxildir. Axırıncı daha ətraflı məlumat verir, belə ki, bu hesabatda biznesdəki vəziyyətə, əmək bazarına və gəlirlərə həsr olunmuş bölmə də var.

Avrozonada istehlakçıların əhvalı üzrə hesabat ayda 1 dəfə dərc olunur. Onu ZEW və IFO qeyri-hökümət Alman strukturlarının icmalları ilə qarışdırmaq olmaz. Sonuncular investorların əhvalını və biznesdəki vəziyyəti əks etdirir. Böyük Britaniyada istehlakçıların əhvalına dair iki vacib icmal çıxır: biri GFK Group, digəri Nationwide Building Society tərəfindən. Baxmayaraq hər iki icmal çox ətraflı və vətəndaşların əhvalı barədə dolğun məlumat verir, onlar Asiya sessiyası vaxtı dərc olunurlar. Bu vaxt Britaniya funtunun ticarət diapazonları cüzi olur.

Yaponiyada istehlakçıların əhvalı barədə hesabat Nazirlər Kabineti tərəfindən dərc olunur. Baxmayaraq ki, ölkə iqtisadiyyatı əsasən ixracatdan asılıdır, yapon istehlakçılarının əhvalı iqtisadi iqlim və inflyasiya perspektivləri barədə xeyli informasiya verə bilər. Qeyd etmək lazımdır ki, Yapon yeninin trendləri fundamental qüvvələrdən çox, dünyəvi riskli trendlərdən asılıdır, ona görə də valyuta trendlərinin Yaponiyanın iqtisadi göstəricilərinə əsasən proqnozlaşdırılması qəhvə xıltında fala baxmağa bənzəyir.

“Dollar blokuna” daxil ölkələrdə istehlakçıların əhvalı barədə həmçinin öz məruzələri var. Avstraliyada bu, Westpac-Melbourne Institute Survey of Consumer Sentiment aylıq hesabatıdır, Yeni Zenlandiya üçün Westpac-McDermott Miller Consumer Confidence Index rüblük hesabatıdır.

Kanadada böyük rezonansa səbəb ola biləcək istehlakçıların əhvalına dair hesabat yoxdur, belə ki, bu ölkə üçün işgüzar aktivlik və inflyasiya barədə göstəricilər daha çox maraq doğurur.

Şəkil 1

31FUNDAMENTAL

Page 32: "InForex"#39: Qizil kimi imkan

Almaniya, Kanada, Avstraliya, Yeni Zenlandiya, Yaponiya, İsveçrə və Böyük Britaniya müvafiq valyutalar üçün həlledici indikatordur. Ticarət defisiti və ya profisitinin artımı ÜDM-ə böyük təsir göstərə bilər. Baxmayaraq ABŞ ixracatdan elə də asılı deyil, bu ölkənin ticarət balansı göstəriciləri də diqqət cəlb edir.

Bazarı hərəkətə gətirənlərÜDM və istehlak qiymətləri göstəriciləri – valyuta bazarları üçün əsas hərəkətverici qüvvələrdir. Niyə? Çünki məhz bu göstəricilərə əsaslanaraq Mərkəzi Banklar faiz dərəcələri barədə qərarlarını verirlər. Ona görə də, sonuncu ÜDM göstəriciləri və istehlak qiymətləri indeksləri barədə informasiyalar treyderlərə faiz dərəcələri, habelə valyuta trendləri barədə proqnozlar verməyə kömək olur.

Daim inkişaf edən dünyada Mərkəzi Banklar nadir hallarda ÜDM-ə nəzarətin qayğısına qalırlar. Amma əgər artım templəri kəskin şəkildə zəifləyirsə və ya artım neqativ olursa, Mərkəzi Banklar iqtisadi aktivliyi stimullaşdırmaq üçün faiz dərəcələrini azaltmağa çalışa bilərlər. Onlara mane olacaq yeganə faktor – infliyasiyadır.

İstehlak qiymətləri indeksinin artımı iqtisadiyyatda inflyasiya artımına, istehlak qiymətləri indeksinin azalması infliyasiya təzyiqinin zəifləməsinə işarə edir. Adətən Mərkəzi Banklar istehlakçıların qiymət indeksi artanda faiz dərəcələrini artırır, onların artım zəifləyəndə isə faiz dərəcələrini azaldır. Bu minvalla istehlakçıların qiymət indeksinin artımı bu və ya digər valyuta üçün “buğa” faktorudur, indeksin zəifləməsi isə “ayı” faktorudur.

Faiz dərəcələriGəlirlilik – Foreks bazarında qiyməti hərəkətə gətirən əsas qüvvədir. Hər ölkədə faiz dərəcələrini təyin edən Mərkəzi Bank var. Məsələn, ABŞ-da bu, Federal Ehtiyatlar Fondudur, Avrozonada Avropa Mərkəzi Bankıdır, Yeni Zenlandiyada Yeni Zenlandiya Ehtiyat Bankıdır və s.

Bu və ya digər Mərkəzi Bankın faiz dərəcələrinə dəyişiklik etməsi həmin ölkənin valyutasına çox böyük təsir göstərir. Mərkəzi Bankların iclaslarının tarixi Foreks bazar iştirakçısının iqtisadi təqvimində ən vacib günlərdir.

Adətən valyuta üzrə gəlirlilik nə qədər yuxarı olsa, bazarda riskə meyllik bir o qədər çox artacaq. Nzd/usd -nin hərəkətinə baxaq. 2002-2008-ci illərdə Yeni Zenlandiya Mərkəzi Bankı faiz dərəcələrini 4.75%-dən 9.25%-ə qaldırdı, daha sonra 2008-ci ildə faiz dərəcələrini endirməyə başladı.

Federal Ehtiyatlar Fondu 2002-ci ildən 2007-ci ilə qədər faiz dərəcələrini 1.25%-dən 6.25%-ə qaldırdı, daha sonra 2007-ci ilin avqustunda faiz dərəcələrini kəskin şəkildə endirməyə başladı.

Bu minvalla faiz dərəcələri dinamikası nzd/usd cütlüyünün 2002-ci ildən 2008-ci ilədək demək olar ki, 50% artmağına kömək oldu (şəkil 2). Amma 2008-ci ilin ikinci yarısı risklərdən qaçmağa cəhd foreksdə “carry trade” əməliyyatlaının bağlanmasına gətirib çıxartdı.

NəticəTəkcə faiz dərəcələri yox, həmçinin Məkrəzi Bankın faiz dərəcələri barədə qərarının necə ola biləcəyinə işarə edən amillər də valyutaya təsir göstərir. Nəticədə sədrlərin çıxışı və Mərkəzi Bank üzvlərinin səsverməsi də valyutaların hərəkətinə təsir edə bilər.

Şəkil 2

32 FUNDAMENTAL

Page 33: "InForex"#39: Qizil kimi imkan

MÜSAHİBƏ 33

“Sistemlərimi xasiyyətimə uyğun qurmuşam”

«İn Forex» sizə məşhur treyderlərlə müsahibələri təqdim edir. Budəfəki qonağımız tanınmış treyder Skott Endryüsdür. O, ticarətlə hərbi qulluqda olarkən maraqlanıb. Sonra maliyyə dərsləri alıb, səhmlərlə ticarətə başlayıb.

- Ticarətdə daha çox xoşunuza gələn nədir?- Bu, demək olar ki, ideal biznesdir: qeyri-məhdud gəlir imkanı var, risklərə özün nəzarət edirsən, işçilərə ehti-yac yoxdur...

- Bir halda ki, söz risklərə nəzarət etməkdən düşdü... itkiləri necə məhdudlaşdırırsınız?

- İtkilər – bu biznesin qaçılmaz tərəfidir, bu işin qiymətidir. Bir növ vergidir. İtkili əməliyyatlarımı həmişə dərindən analiz edirəm ki,hansı səhvi buraxdığımı görüm. Çalışıram ki, həmin əməliyyatdan gələcəkdə mənə fayda verəcək bir dərs götürüm. İstənilən əməliyyatda mənim əvvəlcədən təyin edilmiş itki limitim olur. Onu heç vaxt aşmıram.

- Ticarət sistemlərinz uzunmüddətli, yoxsa qısamüddətli ticarətə hesablanıb?- Mənim xasiyyətin qısamüddətli əməliyyatlar açmaq üçün daha uyğundur.

Ona görə, sistemlərimi də xasiyyətimə uyğun qurmuşam.

- Əməliyyata girməzdən qabaq hansı qaydaları nəzərə alırsınız?- Əmin olmalıyam ki, bu potensial əməliyyat mənə yaxşı gəlir vəd edir. Yaxşı olar ki, bu vəd hansısa təsdiqlənmiş modelə əsaslansın.

- Ən yaddaqalan əməliyyatınız hansı olub?- Bir neçə il əvvəl S&P500 fyüçersində 45 dəqiqəyə 1.800$ gəlir götürmüşdüm. Qısamüddətli ticarətdə bu, az məbləğ deyil.

Bu əməliyyatı mən “gap”-in bağlanması texnikası əsasında açmışdım. Və o, mənim əminliyimi daha da möhkəmləndirdi ki, “gap” əsasında açılan əməliyyatlar yaxşı əməliyyatlardır.

- Yeni başlayan treyder informasiya ilə həddindən artıq yüklənməkdən – “analiz iflici” adlanan haldan necə qurtula bilər? - Yəqin ki, heç necə. Əgər yeni başlayan treydersinizsə, bütün gücünüzlə oxuyub-öyrənməlisiniz. Heç nədən qorxmadan!

- Bazara texniki yanaşmanızı necə xarakterizə edərdiniz?- Mən ilk növbədə bazarda tanıdığım modelləri axtarıram.Onları tapandan sonra 3 səviyyədə dəstək və müqavimət xəttlərinə baxıram.

- Sizcə, yeni başlayan treyderlərin bazarlar haqqındakı ən səhv fikirləri hansılardır?- Onlar o qədər çoxdur ki... Məsələn: “Köhnə strategiyalar daha işləmir”, “Nə qədər çox indikatordan istifadə etsəm, o qədər yaxşıdır”, “Əsas məsələ bazara düzgün girməkdir”, “Uduşlu əməliyatlarım nə qədər çox olsa, o qədər çox qazanacağam”...

- Yeni başlayan treyderə hansı məsləhəti verərdiniz?- İlk və əsas məsələ: özünüzü tanıyın! Güclü və zəif cəhətlərinizi bilin. Sonra, diqqətinizi cəmləyin və seçdiyiniz sahədə ustalığa çatın. Sizə ən uyğun olan bazarı tapın. Başqasını yamsılamağa çalışmayın. İdeyalarınızı mütləq test edin.

- Adi ticarət gününüzü təsvir edə bilərsinizmi?- Hər axşam başa çatmaqda olan günün qiymət hərəkətini izləyirəm. Baxıram ki, səhər hansı siqnallar yarana bilər. Səhər bir də baxıram, həmin siqnallar təsdiqlənirsə, bazara girirəm.

Page 34: "InForex"#39: Qizil kimi imkan

İlk dəfə açılan hesablar üçün bonus -50 $ /Welcome Bonus

İlk dəfə 300 $ və daha böyük həcmdə real hesab açan müştərilər Templer FX-dən 50 $bonus alırlar.

Başqa brokerdən Templerə keçid bonusu / Aktiv müştərilər üçün Bonuslar

Brokerimiz digər brokerdəki hesab vəsaitinin Templer FX-ə açılmış hesaba köçürülməsi zamanı, vəsait köçürülən hesaba köçürülən məbləğin 5% -i həcmində bonus məbləği yatırır.

Bu Bonus həmçinin brokerini dəyişməmiş və Templer FX hesabını likinci, üçüncü və s.dəfə möhkəmləndirən müştərilərə aiddir.

Mövsümi bonuslar - yaz ,yay,payız və qış bonus aksiyaları/10% Bonus Campaign

Şirkət hər fəslin 2-ci ayında müştərilərinə hesaba daxil olunan vəsaitlərə 10% həcmdə bonus əldə etmək imkanı yaradır.Bu aksiyadan , bonus haqqında məlumat verilən vaxtdan ,aksiya bitənə qədər hesab açmaqla və ya aktiv hesaba əlavə vəsait yatırmaqla yararlanmaq olar.

Ümumi qayda belədir ki, müştəri hesaba məbləğ yatırarkən ona şamil oluna bilən Bonusun ən irisini alır.Məsələn , siz 700 USD-lıq yeni hesabı Aprel ayın ortalarında açdıqda həm 50 USD Wel-come Bonus həm də Mövsümi 10%(70 USD) Bonus ala bilərsiniz. Qaydaya görə siz 70 USD Bo-nusa sahib çıxırsınız.

Bonusun hesabdan çıxarma qaydaları

Bonus ,hesabda açılan əməliyyatların həcmi müəyyən həddə çatana qədər şirkətin mülkiyyətində qalır və ticarətlərdə marjinal təminatı gücləndirmək üçün nəzərdə tutulub. Hesabda açılan orderlərin həcmi müəyyən həcmdə və ya daha artıq olarsa ,o halda artıq bonus müştərinin mülkiyyətinə keçir və o bu məbləği çıxara bilər.

Bonusu hesabdan çıxarmaq üçün açılan orderlərin həcmi “ bonus məbləği /5” (məsələn 500 $ bonus verilibsə, 500/5=100 lot ) ifadəsinə uyğun həcmdə və ya daha artıq olmalıdır.

Page 35: "InForex"#39: Qizil kimi imkan

Bazarda uğur qazanıb-qazanmamaq heç də sizin ticarətin texniki tərəfilə bağlı deyil. Bunu başa düşmək sabit və gəlirli ticarətə doğru atılan ilk addımdır.

Əminliklə demək olar ki, yeni başlayan treyder ilk uğursuzluqdan sonra möhkəm şəkildə ruhdan düşəcək. Və bundan sonra onun ticarəti dəyişəcək. O, bazarı treyderə düşmən bir mühit kimi görməyə başlayacaq.

Diqqət yetirin ki, yeni başlayan treyder öz uğursuzluqlarında ancaq və yalnız bazarı günahlandıracaq. Özündə isə heç bir problem görməyəcək. Çünki, biz məsuliyyəti öz üzərimizə götürməyi sevmirik və bundan qaçırıq. Yəni özümüzü uşaq kimi aparırıq.

Treyder gözləyir ki, bazar onun arzu və istəklərini yerinə yetirəcək. Amma bazar sizin nənəniz deyil.

Cəmiyyətdə ünsiyyət zamanı biz başqa insanlardan gözləyə bilərik ki, onlar özlərini bizim istəklərimizə, fikirlərimizə uyğun aparsınılar. Amma bazarda belə olmur. Çünki cəmiyyətdə kimsə davranış normalarını pozanda dərhal müdafiə mexanizmləri işə düşür. İnsanlar bir-birinin qarşısında məsuliyyət daşıyırlar. Bazar isə bizim qarşımızda heç bir məsuliyyət daşımır.

Əgər siz bazara qarşı inciklik və ya qəzəb hiss edirsinizsə, bu, mütləq özünü sizin ticarətinizdə göstərəcək. Bazar sizə heç nə borclu deyil. Orada sizin vərdiş etdiyiniz ictimai dəyərlər işləmirlər. Orada sosial normaları axtarmayın. Və belə olmadığına görə də üzülməyin.

Birdəfəlik qəbul edin və bununla barışın ki, sizin treyder kimi yüksəlişinizə və ya çöküşünüzə görə məsuliyyət daşıyan bircə nəfər var, o da özünüzsünüz.

Bazardan pul çıxarmağın çox yolları var. Bazar özü bizə öz hərəkəti haqqında kifayət qədər informasiya verir. Ona qulaq asmırsınızsa, günah özünüzdədir.

Bir sual verim: Siz başqa treyderlərin qazancına və ya itkisinə görə məsuliyyət daşıyırsınızmı? Xeyr! Bax, başqa treyderlər də sizin qazancınıza və ya itkinizə görə məsuliyyət daşımırlar.

Siz həmişə gözləyirsiniz ki, qrafikdə vəziyyət elə dəyişsin, hadisələr elə inkişaf etsin ki, gəliri ancaq siz götürəsiniz. Yəni bazarın hərəkətindən asılısınız. Amma qazanmaq istəyirsinizsə, gərək bazarın hərəkətlərindən asılı olmamağı öyrənəsiniz. Və hərəkətlərinizə görə məsuliyyəti ancaq öz üzərinizə götürəsiniz. Bu halda uğura doğru gedən yolda qarşısınızı kəsən iki əngəli aşa biləcəksiniz.

Siz bazara pis, təhlükəli yer kimi baxarsınızsa, altşüurunuz bazarın təqdim etdiyi imkanları bloklayacaq

Bazarla düşmənçilik

Mark Duqlas

PSIXOLOGIYA 35

Page 36: "InForex"#39: Qizil kimi imkan

Birinci əngəl odur ki, siz hər gün bazarla qarşıdurmaya gedə bilərsiniz. Nəticədə onun sizə təqdim etdiyi bütün imkanlar əlinizdən çıxacaq. İkincisi isə odur ki, sizi bazaı daha dərindən analiz edəcəyiniz halda daha uğurlu ticarət aparacağınızı zənn edirsiniz. İkisi də ciddi səhvdir.

Əgər özünüzü bazarla mübarizədə hiss edirsinizsə, o, həmişə sizə qalib gələcək, siz isə həmişə döyülüb-incidilmiş uşaq kimi küskün və qəzəbli olacaqsınız.

Bizim qrafiklərdə gördüyümüz neytral informasiyadır. Bu, o deməkdir ki, bazar bizim nə istədiyimizi, nəyə hazırlaşdığımızı bilmir. Biz hər an bazara girə və çıxa bilərik. Sadəcə, bizdən düzgün və vaxında qərar vermək tələb olunur.

Siz bazara qeyri-məhdud imkanlar dənizi kimi baxmalısınız. Əks halda, yəni siz bazara pis, təhlükəli yer kimi baxarsınızsa, altşüurunuz bazarın təqdim etdiyi imkanları bloklayacaq. Bu cür bloka salmanın nəticəsində siz yaxşı ticarət imkanlarını itiəcəksiniz. Və sizdə belə bir hiss baş qaldıracaq ki, bazar sizin əleyhinizə işləyir. Halbuki, öz əleyhinizə işləyən özünüzsünüz.

Fəqət görə bilmirsiniz. Çünki görmək üçün qorxu, qəzəb, hiddət, təəssüf, məyusluq, çıxılmazlıq kimi duyğuları beyninizdən kənarlaşdırmalısınız.

Aydındıır ki, axında işləmək konsepsiyası bazarla döyüşmək konsepsiyasına zidd gəlir.

Bu mənfi emosiyalardan qurtulmaq üçün siz məsuliyyəti öz üzərinizə götürməlisiniz. Əks halda, bayaq dediyim iki yanlış fikrin əsarətindən qurtula, deməli, uğurlu treyder ola bilməyəcəksiniz.

Bəzən treyder uduzandan sonra bazardan qisas almaq istəyir. Bu, ən təhlükəli məqamdır. Bəzən elə bilir ki, kifayət qədər çox şey öyrənsə bütün itirdiklərini qaytaracaq. Bu cür öyrənmək ona görə pis və ziyanlıdır ki, orada əsas məqsəd öyrənmək deyil, bazardan qisas almaqdır. Amma biliyi və bazardan aldığı dəqiq siqnalların sayı artdıqca o, qazana bilmir. Əksinə, bazardan soyuyur...

Niyə belə olur?.. Çünki psixoloji olaraq bizim beynimiz bizi incidən şeylərdən qaçmağa, yan ötməyə çalışır. Bizsə bazarın bizi incitdiyini düşünmüşdük axı... Demək, beynimiz bazardan yayınmağa çalışacaq. Necə ki, bir dəfə qaynar çaydana toxunanda sonra hər dəfə ondan qaçırıq... “cızza!”

Bu psixoloji problemlərdən qaçmaq üçün bəzi metodlar var, biz onların haqında gələcəkdə ətraflı söhbət edəcəyik.

Bəzən treyder az qala pullarını əlindən alanlarla dalaşmaq istəyir. Kiminlə dalaşacaqsınız? Bazarın süzinlə döyüşmək niyyəti yoxdur. Reallıq budur ki, siz özünüzlə savaşırsınız. Nəzərə almaq istəmirsiniz ki, bazar sizə heç nə bor-clu deyil. Əgər insan ona hüdudsuz imkanlar təklif edən mühitə düşürsə, ən ağıllı davranış özünü axına uyğun kökləməkdir. Bazar – bir axındır, xaotik struk-turdur. Amma siz bu axında təkrarlanan modelləri də görə bilərsiniz.

36 PSIXOLOGIYA

Page 37: "InForex"#39: Qizil kimi imkan

Texniki indikatorların ziddiyətli siqnallarından yorulanlar üçün

İndikatorların dəbə mindiyi və dəbdən dövrlər olur. 1980-ci illərdə MACD çox populyar idi, onu sevməyən treyder tapılmazdı. 1990-cı ilərdə stoxastik məşhurlaşdı. Cüt sıfırlı illərdə yapon şamlarının analizi dəbə mindi.

60-cı illərdə məşhur bir metod var idi: Darvas bölgəsi. Nikolas Darvas məşhur rəqqas olub. Həm də treyder idi. O, üfiqi dəstək xəttləri əsasında ticarət strategiyası hazırlayıb və öz adını verib. 1958-ci ildə “Mən fond bazarında 2 milyon dolları necə qazandım” adlı kitab yazıb.

Darvas sonuncu maksimum və minimum nöqtələrdən xəttlər çəkirdi. Həmin xəttlərin arasında qalan bölgəni “Darvas bölgəsi” adlandırırdı. Və qiymətin bu zonadan çıxması əsasında ticarət qərarları qəbul edirdi. Şəkil 1-də biz 3 dənə Darvas Zonası görürük.

Şəkil

Bizim günümüzdə Darvasın adı ilə olmasa da, bu metoddan çox istifadə olunur. Bu metodu adi trend xəttlərilə birlikdə də işlətmək olar (şəkil 2). Çünki hər iki xəttin kəsilməsi daha etibarlı siqnal vermiş olur. Yaxşı olar ki, şəkildəki vəziyyətdə şam təkcə qırmızı yox, həm də mavi xəttin altında bağlanandan sonra sataq.

Şəkil

İki sadə xəttMETOD 37

Page 38: "InForex"#39: Qizil kimi imkan

FACEBOOK SƏHİFƏMİZ

Bu texnikanı kiçik zaman diapazonlarında da tətbiq etmək olar və o, bu hallarda da effekt verəcək. Məsələn, şəkil 3-də saatlıq qrafiki görürük.

Şəkil 3

Əslində bu, texnikanın son dərəcə sadələşdirilmiş şəklidir. Bura müxtəlif indikatorları əlavə etməklə onu daha da təkmilləşdirmək mümkündür.

Amma son ilərdə treyderlər indikatorlardan qaçırlar. Çünki onlar indikatorlardan yorulublar. Müxtəlif zaman miqyaslarında 3-dən çox indikatordan istifadə edən treyder daim ziddiyyətli siqnallarla üzləşir. Onların arasında əlaqə axtarmaq isə son dərəcə yorucudur.

Sadə xəttlərdən istifadə etmək treyderi bu cür “texniki yorğunluq”dan sığortalaya bilər.

38 METOD

Page 39: "InForex"#39: Qizil kimi imkan

EUR/USD ortamüddətli

Trading Cenral-dan bazarın təhlili

Dönüş nöqtəsi: 1.331Əsas fikir: 1.331 səviyyəsinin aşağıda qalarsa hədəflər 1.295 və 1.265 olmaqla SATIŞA üstünlük verilməlidir.Alternativ variant: 1.331 səviyyəsinin yuxarı qırılması 1.35 və 1.371 ətrafına qalxışa səbəb olacaq.Analiz: RSI “buğa” dinamikasını itirir.Əsas səviyyələr:1.3710 ***

1.3500 **

1.3310 ***

1.3065

1.2950 ***

1.2650 ***

1.2500 **

Təzyiq alındadır

ANALIZ 39

Page 40: "InForex"#39: Qizil kimi imkan

Dönüş nöqtəsi: 1.515Əsas fikir: 1.515 səviyyəsindən yuxarıda qalarsa, hədəflər 1.56 və 1.57 olmaqla ALIŞA üstünlük verilməlidir.Alternativ variant: 1.515 dəstəyinin aşağı qırılması 1.503 və 1.48 yaxınlığına enişə gətirəcək.Analiz: RSI müsbət istiqamətlidirƏsas səviyyələr:1.5915 ***1.5700 **1.5600 ***1.55821.5150 **1.5030 ***1.4800 ***

GBP/USD ortamüddətliTrend qalxışa meyilli olaraq qalır

40 ANALIZ

Page 41: "InForex"#39: Qizil kimi imkan

ANALIZ 41

Dönüş nöqtəsi: 92.5Əsas fikir: Qiymət 92.5 səviyyəsindən yuxarıda qalarsa, hədəflər 99.9 və 101.25 olmaqla ALIŞA üstünlük verilməlidir.Analiz: RSI əsasən “buğa” əhvallıdır.Əsas səviyyələr:103.80 ***101.25 ***99.90 ***99.0492.50 ***90.20 **87.50 **

USD/JPY ortamüddətliQalxışın davamı

Page 42: "InForex"#39: Qizil kimi imkan

42 ANALIZ

Dönüş nöqtəsi: 1.015Əsas fikir: Qiymət 1.015 səviyyəsindən yuxarıda qalarsa, hədəflər 1.062 və 1.085 olmaqla ALIŞA üstünlük verilməlidir.Alternativ variant: 1.015 səviyyəsinin aşağıya qırılması 0.9995 və 0.9835 ətrafına enişə yol açacaq.Analiz: RSI trend xəttini qırıb.Əsas səviyyələr:1.1080***1.0850***1.0620***1.03071.0150***0.9995**0.9835***

AUD/USD ortamüddətliEhtiyatlı olmaq lazımdır.

Page 43: "InForex"#39: Qizil kimi imkan

ANALIZ 43

Utancaq AyÇiçəklənən albalının üzərində

Buludlarda gizləndi

Matsuo Base

“İşimoku” Qrafik Sistemin əsasında təhlil

EUR/USD WeeklyQiymət “bulud”un və “Tenkan-Sen”in üzərindədir. Amma “Kijun-Sen”in altında ziddiyyətli vəziyyət var. Belə

vəziyyətdə ən yaxşı məsləhət heç nə eləməmək ola bilər. Yəni yaxşı olar ki, vəziyyətin aydınlaşmasını – qiymətin ya “Kijun-Sen”I yuxarıya (1,32), ya da Tenkan-Seni aşağıya (1,30) doğru yarmasını gözləyək.

Page 44: "InForex"#39: Qizil kimi imkan

44 ANALIZ

EUR/USD DailyQiymət “bulud”un daxilindədir, böyük ehtimalla, onun yuxarı sərhədini test edəcək (1.3225). Bazardan kənarda

qalırıq.

GBP/USD WeeklyQiymət Kijun-Senə “dirənib”. Qısa “stop”la satmaq üçün yaxşı məqamdır. Stop - 1,5650, hədəf - 1,53.

Page 45: "InForex"#39: Qizil kimi imkan

ANALIZ 45

GBP/USD DailyGünlük qrafikdə vəziyyət daha çox “buğa” mahiyyətlidir. Belə görünür ki, 1,56-ya artım gözlənilir. Stop-loss:

1,5450.

USD/CHF Weekly“Bulud”dan aşağıda, xəttlərdən yuxarıda... Bazara girmədən vəziyyətin aydınlaşmasını gözləyirik.

Page 46: "InForex"#39: Qizil kimi imkan

46 ANALIZ

USD/CHF DailyQiymət “bulud”dadır, xəttlər dolaşıb – bazardan kənarda qalırıq.

USD/JPY WeeklyQiymət bütün xəttlərin üstündədir, xəttlərin hamısı yuxarıya yönəlib. Şam analizi ehtiyatlı olmağa çağırır: “ayı

hücumu” modeli var. Qısa “stop”larla 100 ətrafından satmaq olar. Hədəf - 97,00.

Page 47: "InForex"#39: Qizil kimi imkan

CINEMA “FOREX” CLUB

ANALIZ 47

USD/JPY DailyGünlük qrafikdə reyncdir. İndi biz onun yuxarı sərhədindəyik. Aqressiv treyderlər 97,00-ni hədəf götürərək, sata

bilərlər. Daha ehtiyatlı treyderlər potensial üçbucağın hər hansı bir tərəfə yarılmasını gözləsinlər.

Page 49: "InForex"#39: Qizil kimi imkan

EUR/USDEur/usd artım üçün çox gözəl potensiala malikdir. Amma ortamüddətli artımın hara qədər davam edə biləcəyi sual altındadır. İnvestorlar Avropa ölkələrinin bərbad iqtisadi durumundan artıq yetərincə agah olublar. Onlara satış üçün çox güclü bir arqument lazımdır. Belə bir arqument bazarda səs-səda doğurmayana qədər artıma üstünlük verməyi məsləhət görürəm. Eniş mart-aprel minimumlarında sonra bərqərar ola bilər.

Fərid Hüseynov təqdim edir

“Kompleks Texanaliz”

ANALIZ 49

Page 50: "InForex"#39: Qizil kimi imkan

GBP/USDGbp/usd aprelin sonu-mayın əvvəli ikiqat təpə formalaşdırmaqla korreksiya yaradıb. Bu korreksiyanın 1.5400-1.5450 ətraflarına qədər davam etmə ehtimalı var. Amma ola bilər ki, həmin səviyyələrə çatmadan güclü funda-mental təkanla yeni maksimumları, məsələn, bu ilin fevral maksimumunu (1.5875), bu ilin yanvarından martın ortalarına qədər olan enişin 61.8% fibonaççi səviyyəsini (1.5760) test etsin. Enişə meyillik 1.5400-1.5450 dəstək baryeri kəsildikdən sonra arta bilər.

USD/CHFUsd/chf cütlüyündə “çevrilmiş Baş və Çiyinlər” fiqurunun formalaşması onun mümkün artımına işarə edir. Amma yenə də ehtiyatlı olmağı tövsiyə edirəm. Əgər qiymət 0.9500-0.9550 ətraflarında müqavimət səviyyəsini (“Baş və Çiyinlər”in boyun xətti) qıra bilsə, 0.9950-1.0000 ətraflarına qədər qalxacaq. (Baş və Boyun xətti arasındakı məsafə = TP). Əgər qiymət 0.9050-0.9100 dəstək səviyyəsini qırsa (“Baş” hissə), enişini davam etdirə bilər.

50 ANALIZ

Page 51: "InForex"#39: Qizil kimi imkan

USD/JPYUsd/jpy son bir neçə həftədə 100 pariteti ətrafında güclü müqavimətə rast gəlib. Belə ki, bu, həmçinin 2007-ci ilin iyul ayından 2011-ci ilin avqust–sentyabr aylarına qədər olan enişin yarısıdır (50%-lik fibonaççi səviyyəsi).

Fikir verdinizsə, qiymət “artan üçbucaq” fiquru formalaşdırıb.

Bir məqamı da qeyd edək ki, 2012-ci ilin noyabr aylarından bu günə qədər olan artım trendində yaranan bu fiqu-run müqavimət xətti (100.00) kəsilsə, “buğa”lar üçün çox güclü alışlara təkan verəcək.

ANALIZ 51

Page 52: "InForex"#39: Qizil kimi imkan

52 ANALIZ

Vüsal Məmmədovun təqdimatında

“Elliot Dalğaların Analizi”

> A - <<A>> dalğası hələ davam edir

....A - “A” dalğasının başlayacağı gözlənilir

Müqavimət səviyyəsi yarılsa, qiymət yuxarıya hərəkət ədəcək

Dəstək səviyyəsi yarılsa. qiymət aşağiya hərəkət edəcək

Conformative - Bu səviyyə keçiləndə ssenari təsdiqlənəcək

Critical - Bu səviyyə kəçiləndə ssenari qüvvədən düşəcək

EUR/USD WeeklyAvro/dollar cütlüyündə İntermediate dalğa səviyyəsində aşğıya doğru (X) dalğası bitib və (Y) dalğası inkişaf edir. Trend xəttinin kəsilməsi bu ssenarini təsdiqləyən əlavə siqnal kimi çıxış edir. Amma xəttin test oluna biləcəyi də istisna deyil.

Page 53: "InForex"#39: Qizil kimi imkan

ANALIZ 53

EUR/USD H4Bu zaman miqyasında korreksiyanın detallarını aydın görürük. Güman ki, [w]-[x]-[y] ikili ziqzaqı yaranmaqdadır. Hazırda [y] minute dalğası formalaşır. Nə qədər ki, qiymət trend xəttinin üstündədir, bu dalğanı qüvvədə hesab edəcəyik. Hədəf – 61,6%-lik fibo-nisbətdir.

EUR/USD DailyBu səviyyədə aşağıya doğru 1 minor impulsu formalaşıb qurtarıb, indi 2 korreksiyası hərəkətdədir. Korreksiya bitəndən sonra aşağıya doğru impulsiv hərəkət – 3 Minor dalğasını gözləyəcəyik. İstisna deyil ki, 1 minor dalğası mürəkkəb forma (ikili ziqzaq) ala və 61,8%-lik fibo-nisbətə qədər qalxa bilər. Yəni bu dalğanın bitdiyini söyləmək üçün hələ heç bir əsas yoxdur

Page 54: "InForex"#39: Qizil kimi imkan

54 ANALIZ

GBP/USD DailyBurada da avro/dollarda olduğu kimi, aşağıya doğru 1 minor impulsu formalaşıb qurtarıb, indi 2 korreksiyası hərəkətdədir. Korreksiya bitəndən sonra aşağıya doğru impulsiv hərəkət – 3 Minor dalğasını gözləyəcəyik.Hələ ki korreksiya kanalda hərəkət edir. Mümkün sxem qrafikdə göstərilib.

GBP/USD Weeklyİrimiqyaslı üçbucaq yarılandan sonra qiymət klasik sxem üzrə hərəkət edir. 2 Minor dalğası üçbucağın aşağı sərhədini test edəndən sonra enişin davamını – 3 Minor dalğasını gözləyəcəyik.

Page 55: "InForex"#39: Qizil kimi imkan

ANALIZ 55

USD/CHF WeeklyDollar/frank mürəkkəb formalı korreksiya formalaşdırır: (W)-(X)-(Y). Hazırda əsas ssenariyə görə (X) dalğası başa çatıb. Amma əksini də istisna eləmək olmaz. Yəni müəyyənlik tam deyil. Detalları aşağı zaman periodunda araşdırırıq.

USD/CHF DailyBu zaman periodunda artımın ilk dalğasının yarandığını, indi isə korreksiyanın – 2 Minor dalğasının getdiyini görürük. Korreksiyadan sonra sonra meydan yenidən “buğa”ların olacaq. 2 Minor dalğasının başlandığını o za-man deyə biləcəyik ki, qiymət təsdiqləyici (conformative) xəttin üzərində möhkəmlənmiş olsun.

Page 56: "InForex"#39: Qizil kimi imkan

56 ANALIZ

USD/JPY DailyBu qrafikdə yuxarı perioddakı ssenarinin detallarına baxırıq. Görürük ki, 1 or A Minor dalğası başa çatmaq üzrədir. O, tam formalaşandan sonra aşağıya doğru 2 Minor korreksiyasının hərəkətini gozləyəcəyik.

USD/JPY WeeklyQrafikdə 5 dalğalı «wedge» (ilk üçbucaq) modeli yaranıb. Qaydaya gorə, bu, ya ziqzaqın, flat-in, ya da impulsun ilk dalğası olur. Artıq model başa çatmaq üzrədir. “Ayı”lar haradasa yaxında pusquda durublar.

Page 57: "InForex"#39: Qizil kimi imkan

Bir çox treyderlər deytreydinq haqqında düzgün məlumata ma-lik deyillər. Əslində deytreydinq ciddi hazırlıq və intizam tələb edən məsuliyyətli işdir. Luis Borselinonun “Deytreydinq kursu” kitabı trey-deri həm deytreydinqin texnikası, həm də bu zaman lazım olan nizam-intizamla tanış etmək üçün yazılıb.Kitabın müəllifi Luis Borselino özü mahir treyderdir. O, S&P fyüçersləri ilə iyirmi illik ticarət təcrübəsini oxucuyla bölüşür. Bu təcrübə dünyanın ən aktiv bazarlarında duruş gəturmək və qazanmaq üçün son dərəcə

Luis Borselino“Deytreydinq kursu”

ANALIZ 57

faydalıdır. Kitabda intizama çox böyük yer ayrılıb. Çünki Borselinoya görə, hətta ən yüksək səviyyəli texniki analiz belə, ancaq intizamla birləşəndə lazımlı nəticəni verə bilər. Bundan başqa, texniki biliklər mütləq düzgün psixoloji hazırlıqla da müşayiət olunmalıdır.

Kitabdan parça:

...Sizin başınızdakı fikirlər ticarətinizin son dərəcə vacib hissəsidir. Ona görə də, ticarətin 10 vacib qaydasını həmişə nəzərdə saxlamalısınız. Əgər bunu etsəniz, düzgün cığırda qalacaq və gec-tez Treyder Cənnətinə çatacaqsınız. Əks halda sizi Treyder Cəhənnəmi gözləyir. Qayda 1. Pul xətrinə yox, uğur qazanmaq xətrinə ticarət aparın. Sizin məqsədiniz keyfiyyətlə həyata keçirilmiş əməliyyat olmalıdır. Biz hamımız bacarığımızın bəhrəsini pul şəklində görmək istəyirik. Amma bu, məqsəd olmalı deyil. Uğurun özü məqsəd olmalıdır. Qayda 2. Siz ağlınızı, emosiyalarınızı və bədəninizi nəzarətdə saxlamalısınız. Bunsuz ən gözəl texniki analizin də heç bir xeyri olmayacaq. Riskə qarşı ancaq intizamla mübarizə aparmaq olar. Yadda saxlayın: nizamlı treyder bu gün nəyin baş verməsindən asılı olmayaraq, sabah ticarətini davam etdirə biləcək. Qayda 3. Özünüzü tanıyın. Siz risklə üzləşəndə özünüzü necə aparırsınız? Hansı riskin yükünü çəkməyə qadirsi-niz? Və hara qədər?..”

Luis Borselino “Deytreydinq kursundan çalışmalar”Bu kitab “Deytreydinq kursu”nun məntiqi davamıdır. Siz əgər birinci kitabı oxumusunuzsa, biliklərinizi yoxlaya bilərsiniz. Şagirdlərin dərsi necə başa düşdüklərini yoxlamaq üçün çalışma həll etdikləri kimi. Buradakı suallar və çalışmalar sizə hazırlıq səviyyənizi əyani şəkildə göstərəcək. Bu məqsədlə kitabda xeyli test sualları da var. Məsələn:

Çalışma 3.4

1. Qiymət 200 günlük Dəyişən Orta Göstəriciyə toxunanda və onu keçəndə nə baş verir?

2. Bu düzdürmü ki, əgər siz deytreydinqlə məşğulsunuzsa, 200 günlük Dəyişən Orta Göstərici sizin strategiyanız üçün çox ləng ola bilər?A. BəliB. Xeyr

3. Düzdürmü ki, siz öz strategiyanızda üçdən çox MA-dan istifadə etməməlisiniz?A. BəliB. Xeyr

4. Düzgün MA-ları təcrübə yolu ilə seçmək lazımdırmı? A. BəliB. XeyrKitabda deytreydinqin digər aspektləri ilə də praktika nəzərdə tutulub. O cümlədən, bura risklərə nəzarət və kapitalın qorunması da daxildir.