EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri,...

197
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ EKOLOGİYA Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03.05. 2012-ci il tarixli 746 nömrəli əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir. _____ - m u - __ Azerbaycan Respublikası Prezidentinin işler idarəsi PREZİDENT KİTABXANASI В А К I - 2012

Transcript of EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri,...

Page 1: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

E K O L O G İ Y ADərs vəsaiti

Azərbaycan Respublikası təhsil nazirinin 03.05. 2012-ci il tarixli 746 nömrəli əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.

_____ - m u - _ _Azerbaycan Respublikası Prezidentinin

işler idarəsi

PREZİDENT KİTABXANASI

В А К I - 2012

Page 2: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Tərtibedənlər:

1. f.prof. Hüseynov T.B. mövzu - 12. dos. Mehdiyeva V.Z. giriş, mövzu - 153. i.e.d. Ələkbərov A.Ə. m ö v z u - 104. dos. Xəlilov İ.B. mövzu - 25. c.e.n., b/m. Zeynalova K.Z. mövzu - 26. dos. İbrahimov Y.N. m ö v zu - 1 27. dos. Novruzova F.M . mövzu - 38. dos. Ağayev V.Q . mövzu - 139. dos. Abdullayeva Z.M . mövzu - 610. dos. Süleymanov T.Q. mövzu - 711. dos. Manafov Ş.M. mövzu - 412. c.e.n.,b/m. Eminov F.B. mövzu - 1113. c.e.n.b/m .Abdullayev Ə.H. mövzu - 914. c.e.n., b/m .H əsənov R.Ş. mövzu - 515. c.e.n., b/m .Əsgərova M .A. mövzu - 816. b/m. Əliyeva F.B. mövzu - 14

Elmiredaktor: c.e.n., dos. Mehdiyeva V.Z.

Rəyçilər: i.e.d., prof. Fərzəliyev M.M. i.e.d., prof. Əhmədov M.A.

Ekologiya. Dərs vəsaiti. Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2012. - 392 səh.

Dərs vəsaitində ekologiya və ətraf mühitin mühafizəsi problemləri, ətraf mühitin iqtisadiyyatı və ətraf mühitə vurulan ziyanın hesablanması yollan verilmişdir.

Dərs vəsaiti ali məktəblərin bakalavr pilləsinin tələbələri üçün yazılmış­dır. Dərs vəsaitindən ətraf mühitin mühafizəsi və ekoloji problemlərlə məş­ğul olan mütəxəssislər də istifadə edə bilərlər.

© Müəlliflər kollektivi - 2012 'Ö İqtisad Universiteti - 2012

2

M Ü N D Ə R İ C AT

Giriş............................................................................................... 4M övzu 1. Ekologiya fənninin predmeti, tədqiqat obyekti və vəzi­

fələri. Ekoloji faktorlar və qanunauyğunluqlar.............. 6M övzu 2. Biosfer, ekosistemlər, onlarda maddələrin dövr etməsi

və ekoloji təhlükəsizlik........................................................ 31M övzu 3. Atmosferi çirkləndirən mənbələr, onlann ətraf mühitə

zərərli təsiri və mühafizə tədbirləri.................................... 75M övzu 4. Hidrosferi çirkləndirən mənbələr, onlann ətraf mühitə

zərərli təsiri və mühafizə tədbirləri.................................... 103M övzu 5. Litosferi çirkləndirən mənbələr, onlann ətraf mühitə

zərərli təsiri və mühafizə tədbirləri.................................. 141M övzu 6. Əhali artımı, urbanizasiya, ərzaq və sağlamlıq

problemləri................................................................................ 174M övzu 7. Ətraf mühitin çirklənməsindən yaranan iqtisadi zə­

rərin hesablanması................................................................. 197Mövzu 8. Təbii ehtiyatlar, onlardan istifadənin ekoloji

aspektləri.................................................................................. 209M övzu 9. Maddi istehsal sahələrinin ekoloji problemləri və

onların həlli istiqamətləri...................................................... 241M övzu 10. Ekoloji pasportlaşdırma və ekspertiza............................ 277M övzu 11. Ətraf mühitin monitorinqi və ekoloji sığorta.............. 294M övzu 12. Ekoloji risk və ondan mühafizə tədbirlərinin maliy­

yələşdirilməsi........................................................................ 304M övzu 13. Yeni sivilzasiya dövrünün ekoloji problemləri.

Kosmosun mənimsənilməsinin ekoloji aspektləri........ 323M övzu 14. Azərbaycanın mövcud ekoloji problemləri və onlann

həlli istiqamətləri................................................................. 348Mövzu 15. Ekoloji problemlərin həlli sahəsində beynəlxalq

təcrübə və əməkdaşlıq......................................................... 370İstifadə olunan ədəbiyyat....................................................................... 389

3

Page 3: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

G İ R İ Ş

Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı əlaqələrinin inkişafında çoxsaylı ekoloji problemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi və səmərəli idarə olunmasıdır. Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə bağlı mexanizmlərini bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. Bu mənada, ekologiya el­minə tələbat və maraq daima artır.

Hazırda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar və təbii ehtiyatların mühafizəsi məsələlərinin həlli müasir ekolo­giyada xüsusi sahələrin inkişaf etməsinə səbəb olmuşdur: tor­pağın ekologiyası, bitkilərin ekologiyası, coğrafi ekologiya, su­ların, dənizlərin, atmosferin, hidrosferin ekologiyası, kənd təsərrü­fatının, sənayenin, nəqliyyatın, şəhərlərin ekologiyası, geokimyəvi ekologiya, sosial ekologiya, kosmik ekologiya və s.

Orqanizmlərin həyat fəaliyyətinə, onun işgüzarlıq qabiliyyə­tinə və sağlamlığına ətraf mühitin ayrı-ayn sahələri və orada baş verən hadisələr daimi mənfi təsir göstərir. Bunun baş verməməsi üçün təbiətin inkişaf qanunlarını, onun cəmiyyətlə qarşılıqlı mü­nasibət formalarını, təbii sistemə yol verilə bilən təsir dərəcələrini əsaslı surətdə öyrənib bilmək ən vacib məsələlərdən biridir. Ekologiya ətraf mühitin və təbiətdən istifadənin elmi əsasıdır. Ətraf mühitin mühafizəsi təbiətə zərərli təsir göstərən hər hansı bir vasitə və ya vəsaitin aradan qaldırılması üçün kompleks təd­birlərin işlənib hazırlanması ilə məşğul olur. Bu kompleksə qa­nunvericilik, təşkilatçılıq, sanitar-gigiyenik və mühəndis - texniki tədbirlər daxildir.

Təbiət üçün təhlükəli olan müxtəlif maddələrin ətraf mü­hitə atılması ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Hətta təbiətdən səmərəsiz istifadə ekoloji böhranlara səbəb olur, külli miqdarda dövlət və ya xüsusi vəsaitlərin artıq xərc­

4

lənməsi ilə nəticələnir. Təbiətdən səmərəli istifadə və ekoloji problemlərin həlli iqtisadi kateqoriya kimi təbii ehityatlardan və ətraf mühitdən istifadə sahəsində iqtisadi münasibətlər sis­temini sanki əks etdirir. Bu proseslərin cəmi ekoloji - iqtisadi potensialın optimal səviyyədə dəstəklənməsinə yönəlməlidir.

Hazırlanmış dərs vəsaiti ADİU-nun bakalavr pilləsi üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur. “Ekologiya” fənnini dərindən mənimsəyən tələbələr gələcək iqtisadi fəa­liyyət sahələrində ekoloji norma və qaydaları əsas tutmaqla ət­raf mühitin mühafizəsi, təbiətdən səmərəli, kompleks və təkrar istifadə məsələlərinə xüsusi diqqət edəcəklər.

5

Page 4: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

MÖVZU 1. EKOLOGİYA FƏNNİNİN PREDMETİ, TƏDQİQAT OBYEKTİ VƏ VƏZİFƏLƏRİ. EKOLOJİ FAKTORLAR VƏ QANUNAUYĞUNLUQLAR

İnsanlar özləri üçün gərəkli olan havanı, suyu, ərzaq məhsullarının xammallarını, digər maddi nemətləri, sənaye üçün xammalları təbiət hesabına əldə edirlər. Təbii sərvət­lərdən çox yüzilliklərdir ki, kortəbii, səmərəsiz istifadə olun­ması nəticəsində təbii mühit dünya miqyasında əsaslı dəyişikliyə məruz qalmışdır. Yer kürəsinin quru sahəsinin 97 mln kv km ərazisi antropogen təsirə məruz qalmışdır. 52 mln kv km ərazi isə hələlik öz təbii halını saxlamaqdadır. Belə hal müasir elmi-texniki tərəqqinin (ETT) sürətli inki­şafı təsirindən get-gedə gərginləşməkdədir. Belə ki, dünya əhalisinin hər il 80 mln nəfərdən çox artımı, onun gündəlik tələbatının yüksəlməsi, təbii sərvətlərin istifadəsinin durma­dan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı və nəq­liyyat kompleksində yeni texnologiyaların tətbiqi, istehsalın genişlənməsi, dünya ərazisi təbii örtüyünün getdikcə daha çox antropogen dəyişikliklərə uğraması, təsərrüfat əlaqələ­rinin beynəlxalq miqyasda genişlənməsi və daha da mürək­kəbləşməsi və sair digər amillər göründüyü kimi ətraf mü­hitlə canlıların qarşılıqlı əlaqəsinin güclənməsinə və insanları əhatə edən mühitə antropogen təzyiqin artmasına səbəb olmaqdadır.

Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birinə sıx bağlı mexanizmlərini, təbiətin-ətraf mühitin insanların təzyiqinə hissiyyatını, təbii sistemlərə yol verilə biləcək yükü bil­mədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun yeraltı, yerüstü ehtiyatlarından rentabclli, səmərəli is­tifadə etmək, gələcək nəslə onlardan ehtiyat saxlamaq, eləcə də təbii mühiti gələcək üçün yararlı halda qoruyub saxlamağı proqnozlaşdırmaq indiki inkişaf baxımından bir o qədər də asan görünməməlidir.

6

Bəşəriyyət, yarandığı gündən müasir dövr də daxil ol­maqla onu əhatə edən təbii mühitdən öz xeyri üçün istifadə etmək məqsədilə ona hər cür müdaxilə etməkdən çəkinmə­mişdir. Ekoloji amillər nəzərə alınmaqla yeni texnika və tex­nologiyanın kompleks qiymətləndirilməsi elmi-texniki tərəq­qi qarşısında qoyulan tələbləri əvvəlcədən müəyyən edə bilir.

Deyilənlər baxımından ekologiya elminə tələbat, eləcə də maraq günü-gündən artmaqdadır. Ona görə də, müasir dövrdə ekologiya elmi bütün dövlət və müəssisə rəhbər­lərinin, alimlərin, mütəxəssislərin, sənət adamlarının, tələbə və digər gənclərin diqqət mərkəzinə çevrilmişdir.

Ekologiya sahəsində gərginlik o yerə çatmışdır ki, məs­kun sahələrinin, bütövlükdə biosferin mühafizəsi üzrə təcili tədbirlər görmək haqqında düşünülməyə başlanılmışdır. Bu mürəkkəb məsələnin həlli qlobal xarakter almaqdadır. Bu əsasdan da ekoloji problemlər dünyada mövcud olan 45 problemdən ən əsasına çevrilmişdir.

«Ekologiya” termini mənşəyinə görə iki yunan sözün­dən əmələ gələrək oykos -ev, yaşayış məskəni, loqos isə elm, təlim mənasını verməkdədir. Lakin ekologiya yunan mənşəli olsa da onu ilk dəfə 1869-cu ildə elmə daxil edən və tərifini verən tanınmış alman zooloqu Ernst Hekkel olmuşdur. E.Hekkclə görə ekologiya canlı orqanizmlərin onları əhatə edən aləmə münasibətini müəyyən edən müstəqil bir elm sahəsidir. Digər tərəfdən, o qeyd edir ki, ekologiya canlı aləmin mövcud olmaq, yaşamaq şərtlərini müəyyən edən bir amildir. Göstərilən tərifdən də bəzən ekologiyanı canlı orqa­nizmlərin məskun sahələri ilə əlaqələrini öyrənən, tədqiq edən bir elm sahəsi kimi də təqdim edirlər. Bu fikir onda öz doğruluğunu tapır ki, məskun sahələrini canlı orqanizmlər­dən ayrı öyrənmək mümkün sayılmaz. Dünyanın tanınmış alim və tədqiqatçıları E.Hekkelin bu fikirlərini yüksək dəyərləndirmişlər.

7

Page 5: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Ümumiyyətlə, ekologiya elminə müxtəlif alim və tədqi­qatçılar məzmunca eyni, formaca müxtəlif anlamlar verirlər. Bəzən onu canlı orqanizmlər arasında və onlarm olduğu mühitlə qarşılıqlı əlaqə haqqında sintetik bioloji elm kimi başa düşənlər də tapılır. Digərləri isə tərifin «uzunmüddətli işlədilməsi» üçün ekologiyam ətraf mühitin biologiyası adlandırırlar. Tanınmış Rusiya ekoloqu A.S.Danilevski belə anlatma verir ki, ekologiya ekoloji sistemin strukturu və funksiyası haqqında elm sahəsidir. Bəzən də ekologiyanın sözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər.

Ekologiya elmi bəzən də insanların ətraf mühitlə qarşılıqlı əlaqələri prosesində xalq təsərrüfatının müxtəlif sa­hələrində, o cümlədən sənayedə, kənd təsərrüfatında, nəqliy­yatda, təbiətin mühafizəsinin təşkilində yaranan qlobal problemləri proqnozlaşdırır və onların həlli yollarını öy­rənir.

Yerin mövcud olduğu 4,5 mlrd, il müddətində təbiət hadisələrinin təsirinin mövcudluğu ilə müqayisədə antropogen təsirlər əvvəllər az, axırıncı 40 min il ərzində isə son dərəcə art­mışdır. Bu təsirlər elmi texniki tərəqqinin nailiyyətlərinin tət­biqindən daha da qüvvətlənmişdir. Axırıncı 50 ildə isə demək olar ki, kuliminasiya həddinə çatmışdır. Bu əsasdan da, ekolo­giyanı bəşər taleyinin açarı adlandırmaq olar.

Müasir ekologiyanın quruluşunda bioekologiya, bəzək ekologiyası, insan ekologiyası, sosial ekologiya, tətbiqi ekologiya ekoloji məsələlərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirlər. Belə ki, bioekologiya bitki və hey­vanların biomüxtəliflik tərkibini, adaptasiya imkanlarını, mühit, iqlim şəraitini, habelə onların şoranlığa, qələviyə da­vamlılığım tədqiq edirsə, sosial ekologiya cəmiyyətin yaşa­dığı coğrafi mühitini, sosial və mədəni əlaqəsini öyrənməklə insanların sosial varlığının ətraf mühitlə qarşılıqlı dialek- tikasını tədqiq etməklə məşğul olur. Sənaye ekologiyası isə

8

deyilənlərdən fərqli yanaşmalarla xarakterizə olunur ki, bu­rada da onun ətraf mühitə təsirinə baxılır, eləcə də mənfi təsirlərin aradan qaldırılması yollan və tədbirləri araşdırılır. Bir sözlə, canlı təbiətin mühafizəsi, ondan səmərəli istifadə olunması, bioloji ehtiyatların təkrar istehsala qoşulmasına, genişləndirilməsinə həsr olunmuş ekologiya canlı aləmin mövcudluğu şəraitini, onları əhatə edən təbii mühitlə qarşı­lıqlı əlaqə və münasibətlərini öyrənən, tədqiq edən müstəqil bir elm sahəsinə çevrilmişdir. Beləliklə ekologiya insanla təbiətin qarşılıqlı əlaqəsini tədqiq etməklə antropogen fəaliyyət nəticəsində onu əhatə edən təbii mühitdə baş verən gedişatı öyrənir.

Qərb alimləri ekologiya elmi ilə ətraf mühit haqqında olan elmə bir-birindən fərqli yanaşırlar. Onlar göstərirlər ki, ekologiya canlı aləmə təsir edən təbii mühitin abiotik, biotik və antropogen amillərini öyrənir. Eləcə də kənd təsərrüfa­tında torpağın xüsusiyyətlərini, flora və fauna genefon- dunun mühafizəsində növ müxtəlifliyini qoruyub saxlamağı, habelə, xalq təsərrüfatının müxtəlif sahələrinin ətraf mühitlə qarşılıqlı münasibət və əlaqələrini tədqiq edir.

Ekologiya elmi sürətlə inkişaf edərək onun qazandığı uğurlar müasir dövrün bir sıra aktual məsələlərinin həlli yol­larının fundamentini təşkil edir. Bu əsasdan da bir çox tədqiqatçılar və alimlər ekologiyanı gələcəyin aparıcı elm sahələrindən biri hesab edirlər.

Yuxanda göstərilənlərin nəticəsi olaraq ekologiyanın ətraf mühitin və təbiətdən istifadənin elmi əsasını təşkil et­diyi bir elm sahəsi olduğu qənaətinə gəlməyə imkan yaranır.

Hər bir elmin predmeti olduğu kimi ekologiyanın da predmeti vardır. Onun predmetini canlı orqanizmlərlə təbii mühit arasında mövcud əlaqələrin birliyi və ya quruluşu təşkil edir. Onun əsas tədqiqat obyekti aparıcı sahələrdən sayılan ekoloji sistem hesab edilir. Ekologiyanın predemeti daxilində enerji və üzvi maddələrin transformasiya prosesi

9

Page 6: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

gedən və bir-biri ilə qarşılıqlı əlaqədə olan canlı aləmin məc­musu durur.

Ekologiyanın əsas vəzifəsi ekosistemdə enerji və ma­teriyanın qarşılıqlı təsirini açmaqdan ibarətdir. Müasir ekologiyanın diqqət mərkəzində ekosistem konsepsiyasının yaddan çıxarılmaması da dayanır. Ayrı-ayrı fərdlər, popul- yasiyalar, növlər, qruplaşmalar və onların ətraf təbii mü­hitdə qarşılıqlı əlaqələri də ekologiyanın tədqiqat obyektləri hesab olunsalar da, onlar müstəqil bir elm sahəsi kimi bota­nika, zoologiya, sistematika, genetika, biocoğrafiya və s. elmlər tərəfindən tədqiq edilirlər.

Müasir dövrdə ekologiya qarşısında ekoloji sistemlərin dayanıqlığı üzrə ümumi nəzəriyyənin işlənməsi; mühitə alışmanm -adaptasiyanın öyrənilməsi; habelə bioloji müx­təlifliyin və onun mühafizə mexanizminin tədqiqi, biosferdə baş verən proseslərin öyrənilməsi; antropogen təsirlə ətraf təbii mühitdə baş verən xeyirsiz dəyişiklərin proqnozlaşdı­rılması və onların qiymətləndirilməsi; ətraf təbii mühitin daha da keyfıyyətləndirilməsi; tükənən və tükənməyən təbii sərvət­lərdən səmərəli istifadə olunması; ekoloji qeyri-səmərəli mü­hitlərdə təhlükəsizliyin təmini; mühəndis, iqtisadi, təşkilati, hüquqi, eləcə də sosial məsələlərin həllinin optimallaş- dırılması; populyasiyaların saylarının tənzimlənməsi; təbii və antropogen senozların möhkəmliyi; ekoloji indikasiya məsələlərinin araşdırılması kimi nəzəri və təcrübi məsələlər durmaqdadır.

Ekologiyanın məşğul olduğu strateji məsələlərə isə təbiət və cəmiyyət arasında mövcud olan nəzəri qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi daxildir.

Biologiya ilə məşğul olan tədqiqatçılar və alimlər eko­logiyanın mənimsənilməsini - öyrənilməsini daha da asan­laşdırmaq üçün onu tədqiqat istiqamətinə görə, mühitə görə, takseonomiyaya görə, canlı orqanizmlərin yaşayış yerinə görə, elmlərlə əlaqələrinə görə, iqtisadiyyat, texnika,

10

səhiyyə, mədəniyyət və incəsənət sahələrinə görə, qlobal ekoloji problemlərə görə bölmə və qruplara ayırmışlar. Belə ki, onun əsas bölmələrindən biri ümumi ekologiya hesab edilir ki, o da ekosistemin biotik və abiotik komponentlərinin qar­şılıqlı təsirlərinin qanunauyğunluqlarını və prinsiplərini təd­qiq edir. Bu fənnin nəzəri əsaslarını biotik birliklər, qida zənciri, maddələr dövranı və ekosistemdə enerji, populya- siya ekologiyası konsepsiyası təşkil edir.

Müasir dövrdə ekologiyanın əsas məqsədi və vəzifələri insanlar tərəfindən yaradılmış ekoloji sistemin təbii mühitlə qarşılıqlı əlaqələrini və münasibətlərini aşkar etməkdən ibarətdir.

Hazırda elmi-texniki tərəqqinin davamlı inkişafı ilə əlaqədar təbii ehtiyatların mühafizəsi məsələlərinin optimal həlli müasir ekologiyaya olan maraq dairəsini qanuni bioloji çərçivədən çıxararaq bir sıra elm sahələrinin əmələ gəlmə­sinə və digər elmlərlə sintezinə səbəb olmuşdur. Nəticədə bitgi ekologiyası, torpaq ekologiyası, ekoloji coğrafiya, hey­vanların ekologiyası, mikroorqanizmlərin ekologiyası, su­ların və dənizlərin ekologiyası, atmosfer ekologiyası, hidro­sfer ekologiyası, kənd təsərrüfatı ekologiyası, sənaye ekolo­giyası, nəqliyyat ekologiyası, şəhərlərin ekologiyası, geo­kimyəvi ekologiya, mədəniyyət ekologiyası, arxitektura eko­logiyası, mühəndis ekologiyası, sosial ekologiya, insan eko­logiyası, kosmos ekologiyası və sair elm sahələri forma­laşmışdır. Son 30-40 il ərzində ekologiya yalnız təkcə bio­logiya elmləri sistemində deyil, həm də bütün təbiət, sosial, iqtisad elmləri arasında çox tanınmış - populyar tətbiqi elm sahəsinə çevrilmişdir. Göstərilənlər ümumi ekologiyanın müstəqil sahələri olub nəzəri və tətbiqi ekologiya sahələrinə ayrılırlar. Deyilənlər baxımından, ekologiya elmi təbiət elmləri sayılan geologiya, fizika, kimya, riyaziyyat, torpaq­şünaslıq elmləri ilə sıx əlaqə saxlayır. Ekologiyanın coğ­rafiya elmi ilə əlaqəsi daha qabarıqdır. Buradan aydın olur

11

Page 7: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

ki, elə bir ikinci elm sahəsi yoxdur ki, o da ekologiya elmi kimi onunla belə sıx təmasda, sintezdə iştirak etmiş olsun. Bu xüsusiyyət, ekologiyam digər elm sahələrindən fərqlən­dirən cəhətlərdən ən başlıcasıdır. Bu əsasdan da ekologiya elmi canlı orqanizmlər arasında və onların yerləşdiyi coğrafi mühitlə qarşılıqlı əlaqə haqqında mövcud olan müstəqil bir elm sahəsinə çevrilmişdir.

Qeyd etmək lazımdır ki, ümumiyyətlə ekologiya el­minin ayrı-ayrı sahələrinin yaranma tarixi müxtəlifliyi ilə seçilirlər.

Yaddan çıxarmaq lazım deyil ki, tədris prosesində eko­logiyanı antekologiya, populyasiya ekologiyası, ekosistetm ekologiyası və biosfer haqqında təlim bölmələrinə də ayı­rırlar.

Ekologiyanın özünəməxsus tədqiqat obyekti vardır. Həmin obyekt getdikcə genişlənir, tədqiqat mərkəzi kimi in­san ekologiyasının problemlərini ön plana çəkir. İnsan ekologiyasının əsas məqsədi onun əhatəsində olan ətraf təbii mühitin saxlanılması, onun keyfiyyətinin daha da yaxşılaş­dırılması və qorunması üsullarını tədqiq edib öyrənməkdən ibarətdir.

Müasir mərhələdə ekologiyanın təkamül, riyazi, insan, heyvanlar, bitgi, kosmos, səhiyyə və sair sahələri daha sürətlə inkişaf edir. Burada, xüsusilə kosmos ekologiyası kosmonavtların uzunmüddətli uçuşu zamanı mütləq nəzərə almır. Belə ki, kosmos ekologiyası kosmik aparat daxilində insanların əmək fəaliyyətinə dayaq olmaq üçün kiçik qapalı sistem ekoloji şəraitini tədqiq edir.

Müasir dövrdə biosfer ehtiyatlarından, bizi yaşadan planetimizin bütün təbii sərvətlərindən, kosmik fəzadan sə­mərəli, rentabelli istifadə olunması və onların bərpası pro­blemləri müharibə, sülh, ərzaq çatışmazlığı və sair pro­blemlərin həll olunmasından heç də az əhəmiyyət kəsb

12

etmir. Buna görə də ekologiya elmi bir növ elmlərin «şahı» sayılmalıdır.

Elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi sayə­sində ətraf mühitdən istifadə gündən-günə artaraq təbiətdə mənfi, müsbət təsirlərin izləri qalmaqdadır. Əhalinin yaşayış tərzinin yüksəlməsi müşahidə edilir, canlı aləmin müxtəlif xəstəliklərə tutulmasının qarşısı alınır, insanların ömrü uzanır, uşaq ölümlərinin sayı azalır və sair kimi müsbət halların sayı çoxalır. Bir sözlə ETT-nin inkişafı ekologi­yanın insan həyatının hərtərəfli öyrənilməsində mühüm əhə­miyyət kəsb etməsinə səbəb olur. Ekologiya elmi öz xüsusiy­yətlərinə görə bütün sahələrdə təbii ehtiyatların qorunub saxlanılmasında, insanların sağlamlığının ətraf mühitlə qar­şılıqlı əlaqəsinin möhkəmləndirilməsində əsas mənbəyə çevrilir. Təbii ekosistemdə maddələrin və enerjinin əmələ gəlməsini yaxşılaşdırmaq məqsədilə biosferdə yeyinti məh­sullarının keyfiyyətinin və miqdarının artırılması istiqa­mətində müxtəlif tədbirlərin işlənib hazırlanması ən vacib məsələlərdəndir. Ekologiyanın təcrübi əhəmiyyətindən bir daha söhbət açarkən onun sayəsində kənd təsərrüfatında, eləcə də təbii sərvətlərdə olan ziyanvericilərə qarşı mübarizə sistemini daha da təkmilləşdirməklə bioloji, aqrotexniki və kimyəvi üsullardan istifadə etməklə biosenozda müəyyən növlərin miqdarı artırılır.

Təbii bitginin və heyvanat aləminin artırılmasında eko­logiyanın müvafiq təcrübi tədbirlərinin hazırlanması böyük əhəmiyyət kəsb edir. Balıqçılıq və ovçuluq təsərrüfatında ekoloji qanunauyğunluqlardan düzgün istifadə öz müsbət nəticələrini verməkdədir.

Kənd təsərrüfatının ətraf mühitlə qarşılıqlı əlaqəsinin öyrənilməsində, təbii və mədəni landşaftın müasir üslubda qurulmasında ekologiya bir elm kimi aparıcı rol oynayır.

Ekologiya daxili su hövzələrinin bioloji və hidrokim- yəvi rejiminin pozulması nəticəsində əmələ gələn və gələ-

13

Page 8: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

çəkdə insanlar üçün pis nəticə verə bilən bir çox məsələlərin araşdırılmasında həlledici rol oynayır. Bununla yanaşı göy- yaşıl planktonlarm inkişafında suyun keyfiyyətinin pisləş­məsini və qiymətli balıq növlərinin məhv olmasını müəyyən edir.

Ekologiyanın, təbiətin qorunmasında, nəsli kəsilməkdə olan flora və faunanın bərpasında, ətraf mühitin çirklən­mələrdən, təbii fəlakətlərdən müdafiəsində, biosferdə ok­sigen balansının tənzimlənməsi və saxlanılmasında, meşə­lərin, milli parkların, qoruqların, yasaqlıqların yaradılma­sında, landşaftın planlaşdırılması sahəsində həyata keçirilən təcrübələrin, təbii ekoloji tarazlığın qorunub saxlanılma­sında əhəmiyyətləri ölçüyə gəlməzdir.

Ekologiya elminin son tətbiqi nəticələri müasir və gə­ləcək nəsilləri sağlam təbii mühitlə təmin etmək üçün elmi əsaslar hazırlamaq, təbii ehtiyatların mühafizəsi və tullan- tısız texnologiyaların ekoloji əsaslarını müəyyən etmək, op­timal və etibarlı fəaliyyət göstərən antropogen ekosistemlər, rəsmi və qeyri-rəsmi səviyyələrdə ekoloji təhsilə və əhalinin bütün təbəqələri arasında ekoloji mədəniyyətə yiyələnmək və s. məsələləri özündə birləşdirir.

Ekologiya termininin meydana gəlməsinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Canlı orqanizmlərin həyatı, onların xarici mühitdən, yəni əhatə olunan üzvi və qeyri-üzvi aləmdən asılı olması, fauna və flora aləminin ya­yılması xarakteri haqqında məlumatlara hələ eramızdan əvvəlki dövrlərdə rast gəlinmişdir. Müxtəlif tarixi dövrlərdə qədim Roma və Yunanıstanda ekoloji baxışlar təbiətşünas filosofların əsərlərində öz əksini daha geniş tapmışdır.

Eramızdan əvvəl 384-322-ci illərdə Aristotelin, e.ə 79- 23-cü illərdə Böyük Plineyin, eləcə də 1627-1691-ci illərdə Boykonun əsərlərində ətraf mühitin orqanizmlərin həya­tında əhəmiyyəti, eləcə də onların yaşayış məskənlərində məskunlaşmaları məsələlərinə toxunulmuşdur. Aristotel öz

14

əsərlərində ona məlum olan 500-dən artıq heyvan növünü şərh edərək onların davranışları haqqında dövrü kifayətlən- dirən məlumatlar vermişdir. O da maraqlıdır ki, «botani­kanın atası» sayılan, eyni zamanda Aristotelin şagirdi olan T.Ereziyski müxtəlif şəraitdə bitkilərin forma və xüsusiy­yətlərinin torpaq və iqlimdən asılılığı haqqında məlumat vermişdir.

Ekologiyanın bütöv bir sistem kimi təşəkkül tapması və onun inkişaf tarixi XIX əsrin sonu - XX əsrin əvvəllərinə təsadüf edir. 1913-cü ildə Ç.Edamsm «Heyvanların ekolo­giyasının öyrnəilməsinə dair» əsəri nəşr olunmuş, 1914-cü ildə indi də fəaliyyətdə olan Britaniya Ekoloji Cəmiyyətinin ilk toplantısı baş vermiş, 1916-cı ildə Amerika Ekoloji Cə­miyyəti yaradılmış, 920-ci ildən Amerika qitəsində «Eko­logiya» adlı elmi jurnal işıq üzü görmüşdür. O, müasir dövrdə də çox çəkili jurnal hesab edilir.

Ayrı-ayrı tədqiqatların, alimlərin ekologiya sahəsində görmüş olduqları işlərin kəmiyyət, keyfiyyət göstəricilərinin, xüsusi çəkilərinin müxtəlifliyi əsasən 3 mərhələdə həyata keçirilmişdir. Bunlar XIX əsrin 60-cı illərinə qədərki dövrü, XIX əsrin 60-cı illərindən başlayaraq XX əsrin 50-ci illərinə qədərki dövrü və habelə XX əsrin 50-ci illərindən başlamaqla müasir dövrü əhatə edir. Həmin mərhələlərin qısa şərhini vermək məqsədyönlü sayılır.

Məlumdur ki, ekologiyanın bir elm kimi yaranması, tə­şəkkülü, inkişafı tarixin xronoloji ardıcıllığı nəzərə alın­maqla birinci mərhələyə aid edilir. Burada canlı orqanizm­lərin məskunlaşdığı təbii mühitlə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmışdır. XVII-XVIII əsrlərdə ekoloji mə­lumatlar ayrı-ayrı canlılara həsr olunmaqla onların bioloji aləminin şərhinə həsr edilmişdir. Hələ 1734-cü ildə A.Rcomyurun, eləcə də 1744-cü ildə L.Tramblenin əsərləri ayrı-ayrı həşəratlardan bəhs edirdi. Müxtəlif dövrlərdə ayrı- ayrı filosoflar, o cümlədən K.Linneyin, Y.Barfonun,

15

Page 9: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

P.Pallasın, İ.Lipeyxinin əsərlərində rast gəlinən qiymətli ekoloji məlumatlar botanika və zoologiyanın tərkibində özünə yer tapmışdır.

XIX əsrin əvvəllərində ilk dəfə olaraq alman təbiət­şünası Aleksandr Humbolt Mərkəzi və Cənubi Amerikada apardığı çoxillik müşahidələr nəticəsində hündürlüyə, tem­peratur dəyişməsinə, quraqlığa əsaslanaraq bitkilərin təsnifatını vermişdir.

Bu mərhələnin xüsusiyyətlərindən biri də odur ki, J.La- mark, eləcə də T.Maltus ilk dəfə olaraq canlıların təbiətə vurduqları ziyan haqqında bəşəriyyəti məlumatlandırmışlar. İlk təkamül nəzəriyyəsinin banisi sayılan Jan Batist Lamark orqanizmlərin uyğunlaşma dəyişkənliyinin, eləcə də fauna və flora dəyişkənliyinin ən mühüm səbəbini xarici mühitin təsiri ilə izah edir.

Ekologiya haqqında bu dövrdə rus alimlərinin işləri xüsusi qeyd olunmalıdır. Belə ki, A.Middendorfun, S.Kraşennikovun əsərləri diqqətəlayiqdir. Onlar iqlim, bitgi örtüyü və heyvanat aləminin Rusiyanın geniş ərazilərinin müxtəlif yerlərində qarşılıqlı əlaqəli dəyişməni göstərmişlər.

Fransız alimi L.Byuffonun, isveçli təbiətşünas alim­lərin, alman alimi Q.Vegerin əsərlərində ekoloji yanaşmanın elementlərinə rast gəlmək mümkündür. Belə ki, L.Byuffona görə bir növün digərinə çevrilməsinin əsas səbəbi havanın temperaturu, qəbul edilən qidanın keyfiyyəti, habelə əhil- ləşdirmə hesab edilir.

XIX əsrin əvvəllərində biocoğrafıyanın meydana gəl­məsi ekoloji təfəkkürün sonrakı inkişafının məhsulu sayılır. Daha doğrusu 1807-ci ildə A.Humboltun əsərində bitgi coğ­rafiyası sahəsində yeni ekoloji istiqaməti açmışdır. Əsərdə qeyd olunur ki, landşaftın fizionomiyasını bitgi örtüyünün xarici görünüşü müəyyənləşdirir. Eləcə də zonal və şaquli qurşaqlarda bitkilərin müxtəlif taksonomik qruplarına bənzər «fizionomik» formalar, yəni, eyni görünüş yaranır,

16

habelə həmin formaların paylanması və nisbəti ilə təbii mü­hitin xüsusiyyətləri haqda mühakimə irəli sürmək müm­kündür.

1826-cı ildə danimarkalı T.Faberin əsərində şimalda məskunlaşan quşların bioloji xüsusiyyətləri, 1833-cü ildə alman alimi, zooloq Q.Qlogerin əsərində iqlimin təsiri ilə quşların dəyişməsi, 1848-ci ildə K.Berqmanın əsərində bəzi heyvanların kəmiyyət-keyfiyyət, eləcə də fizioloji dəyişmələ­rinin qanunauyğunluqları, 1855-ci ildə A.Dekandolun əsə­rində ətraf mühitin bitkilərə təsiri verilmiş və onların faunaya nisbətən yüksək ekoloji nəcibliyinə diqqət yetirilmişdir.

1895-ci ildə danimarkalı alim, botanik İ.Varmanqan tərəfindən bitkilərin ekologiyası və ya ekoloji coğrafiya ya­zılmış, alman alimi A.Simpera isə həmin əsəri 1898-ci ildə nəşr etdirmişdir.

1798-ci ildə T.Maltus populyasiyanın eksponent tənli- yini təsvir etmiş və onun əsasında demoqrafik konsepsi­yasını yaratmışdır.

Fransız həkimi V.Edvardsın (1824) «Fiziki faktorların həyata təsiri» kitabı ekoloji və müqayisəli fiziologiyanın başlanğıcını qoymuş oldu. L. Libix (1840) isə məşhur «Mini­mum qanunmmu yaratmışdır ki, o da müasir ekologiyada hələ öz əhəmiyyətini itirməmişdir.

İkinci mərhələ: XIX əsrin 60-cı, XX əsrin 50-ci illərinə qədərki dövrü əhatə edərək ekologiyanın müstəqil bir elm sahəsi kimi formalaşdığından xəbər verir. Belə ki, ilk dəfə 1856-cı ildə ekologiya terminini elmə Q.D.Toqo daxil et­mişdir. Lakin naməlum səbəblərdən onu müstəqil bir elm sahəsi kimi tam açıqlamamışdır.

Bu mərhələdə ekologiya elminin formalaşmasında rus alimlərinin rolu danılmazdır. Bunlardan K.Rulyeni (1814- 1858-ci illər), V.N.Şukaçovu, N.Severtsovu (1827-1885-ci illər), V.V. Dokuçayevi (1846-1903-cü illər), Ç.Darvini (1859-cu il) göstərmək olar. Onlar öz əsərlərində bir neçə

Azerbaycan Re$0lıb!lltMi Prezidentinin İşlər idarəsi

PREZİDENT KİTABXANASI

Page 10: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

ekoloji anlayışlar, prinsiplər verməklə tarixdə öz yerlərini tutmuşlar. Həmin ekoloji anlayış və prinsiplər müasir dövrdə də öz dəyərlərini saxlamışlar. 1859-cu ildə Ç.Darvi­nin «Növlərin əmələ gəlməsi» əsərində növarası və növdaxili əlaqələr öz əksini tapmış, canlı orqanizmlərin yaşamaq uğ- runda mübarizələrinin mexanizmi verilmişdir. Eyni zaman­da əsərdə orqanizmlərin qarşılıqlı münasibətlərinə xüsusi fikir verilmişdir.

Yuxarıda göstərilən mənbələr, o cümlədən Ç.Darvinin əsərləri ekologiya sahəsində bəzi kəmiyyət göstəricilərinin, habelə nəzəriyyələrin toplanmasına şərait yaratmışdır. Müa­sir torpaqşünaslıq elminin yaradılmasında da V.V.Dokuça­yevin əməyi, əsərlərinin əhəmiyyəti danılmazdır. Çünki tor­paqşünaslıq elminə əsaslanaraq digər elmlərin sintezi nə­ticəsində yeni ekoloji sahələr-fənlər mövcudlaşmışdır ki, bunlara da torpaq mikrobiologiyasını, torpaq zoologiyasını göstərə bilərik. Yadda qalmalıdır ki, əməyinə görə V.V.Dokuçayevi tanınmış amerikan ekoloqu Y.Odum eko­logiya elminin banilərindən biri kimi qiymətləndirmişdir.

Ekologiya elmi son vaxtlar o qədər sürətlə inkişaf et­mişdir ki, hətta biologiya ilə heç əlaqəsi olmayan arxitek­tura, habelə tikinti sahəsinin mütəxəssisləri belə bunula məş­ğul olmaqdadırlar. Nəticədə müstəqil mühəndis ekologiyası, şəhərsalmanın ekologiyası elmi istiqamətləri də yaranmışdır.

XX əsrin əvvəllərində ekologiyada tolerantlıq məsələsi meydana gəlmişdir. Bu məsələ ilə V.Şclford məşğul olaraq tolerantlıq «qanunmmu yaratmışdır. 1910-cu ildən başlaya­raq «tolerantlığın ekologiyası»na aid fundamental tədqiqat işləri aparılmağa başlanılmışdır.

1963-cü ildə N.P.Naumov ekoloji proseslərin baş ver­diyi mühit, təbii şərait haqqında araşdırmalar apararaq bir növ mühitə tərif vermişdir.

Moskva Dövlət Universitetinin professoru K.F.Rulye 1841-1858-ci illərdə əməli olaraq ekologiyanın prinsipial

18

problemlərinin tam siyahısını vermiş olsa da, lakin bu elmi adlandırmaq üçün ifadəli məzmun - termin işlədə bilmə­mişdir. Lakin o, ilk olaraq canlıların və mühitin qarşılıqlı əlaqəsi prinsipini dəqiqliyi ilə müəyyən edə bilmişdir. Heç bir canlı aləm öz-özünə yaşamır, hər biri onun üçün xarici aləmlə qarşılıqlı təsirdə olduğu üçün yaşamağa uyğunlaşır. Bu ünsiyyət qanunudur. Bu prinsipi K.F.Rulye inkişaf etdirərək mühitlə qarşılıqlı əlaqəni fərdi yaşayış hadisəsi və ümumi yaşayış hadisəsi kateqoriyalarına ayırmışdır. Bu eko­loji proseslərin müasir təsəvvürünə uyğun gəlir. K.F.Rulye heyvanların geniş ekoloji tədqiqat sistemini işləyib ha­zırlamışdır. K.F.Rulyenin şagirdi sayılan N.A.Severtsov ilk dəfə Rusiyada ayrıca bir regionun ekoloji tədqiqatı əsasında qiymətli əsər yazmışdır.

A. Humbelton fızionomik istiqamətini davam etdi­rərək Danimarka botaniki A.N.Veketov (1825-1902-ci illər) bitkilərin coğrafi yayılması ilə onların anatomik və morfo- loji quruluşlarının xüsusiyyətləri arasında əlaqəni aşkar et­məklə yanaşı ekologiyada fizioloji tədqiqatların əhəmiy­yətini də göstərmişdir. A.F.Middendorf arktika faunasının quruluşunu, ümumi xüsusiyyətlərini və həyatım öyrənərək Humbolt təliminin zooloji obyektdə öyrənilməsinin əsasını qoymuşdur.

Alman bioloqu, təkamülçü Ernst Hekkel (1834-1919- cu illər) ilk dəfə ekologiya elmini biologiyanın müstəqil və aparıcı sahəsi kimi ayırmış, ona ekologiya adını vermişdir. V.V.Dokuçayevin tədqiqatları Q.F.Morozov tərəfindən davam etdirilərək «Meşə haqqında təlim» adlı əsərində me­şənin ekologiyasının əsasım qoymuşdur. Daha sonralarQ.N.Visotskinin yazmış olduğu işlər meşələrin ekologiyası elmini daha da zənginləşdirmişdir.

Beləliklə, XX əsrin əvvəllərində hidrobioloqlar, bota- niklər və zooloqların ekoloji məktəbləri formalaşır, onların hər birində ekologiya elminin müəyyən qanadları inkişaf

19

Page 11: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

etməyə başlayır. Belçikanın paytaxtı Brüsseldə keçirilən III Botanika konfransında - 1910-cu il bitki ekologiyası rəsmi olaraq fərdlərin ekologiyasına (autekologiya) və qruplaş­maların ekologiyasına (sinekologiya) ayrıldıqdan sonra belə bölgü heyvan və ümumi ekologiyaya da aid edilmişdir.

Ekologiya XIX-cu yüzilliyin sonu, XX-ci yüzilliyin başlanğıcında müstəqil bir elm sahəsi kimi mənbələrdə öz əksini tapmışdır. Amerikalı alim C.Adams (1913-cü il) ilk dəfə olaraq heyvanların ekologiyası terminini elmə gətirmiş, eləcə də ilk dəfə ekologiya üzrə məlumatları dərslik kimi nəşr etdirmişdir. Eləcə də bu dövrdə bir çox tədqiqatçıların ekoloji tədqiqatlarının nəticələri nəşr olunaraq işıq üzü gör­müşdür.

1913-1920-ci illərdə ekologiya elmi sahəsində bir çox cəmiyyətlər yaradılmışdır. Eyni zamanda ekologiyaya dair məcmuələrin əsası qoyulmaqla bir çox ali təhsil müəssisə­lərində ekologiya fənninin tədris olunmasına başlanılmışdır. V.İ.Vernadskinin 1926-cı ildə məşhur «Biosfer» adlı kitabı nəşr olunaraq, orada ilk dəfə canlı orqanizmlərin məcmusu­nun planetar rolu öz əksini tapmış olur.

S.A.Severtsov, S.S-Şvars, N.P.Naumov, Q.A.Viktorov Rusiyada populyasiya ekologiyasının inkişafına yeniliklər gətirməklə tanınmışlar. Göstərilən alimləlrin əsərləri bu elm sahəsinin müasir vəziyyətini xeyli yüngülləşdirmişdir.

Bitkilərdə populyasiyaların tədqiqinin başlanğıcınıL.N.Sinski qoyaraq növlərin ekoloji və coğrafi polimorfiz- minə aydınlıq gətirmişdir. Bitkilərin populyasiya ekologiyası haqqında bir sıra məsələlərlə T.A.Rabotnov, A.A.Uranov və onların davamçıları məşğul olmuşlar. V.N.Sukaçev bio­geosenozu elmə daxil etmiş, B.Plantefol isə (1930-cu ildə) fiziologiya ilə ekologiyanın predmetlərini araşdırmışdır.

Yuxarıda şərh olunan fundamental işlərlə yanaşı ekologiya və təkamül məsələlərini sıx əlaqələndirən səmərəli «ekoloji sığınacaq» konsepsiyası da işlənib hazırlanmışdır.

20

Belə ki, bu sahədə Qərb alimlərindən C.Qrinmel, Ç.T.Elton,R.Makartur və başqalarının xidmətlərini xüsusi qeyd etmək gərəklidir.

M.S.Qilyarovun (1949-cu il) faunanın morfoloji və təka­mül ekologiyasının inkişafındakı rolunu göstərməsini xüsusi qeyd etmək vacibdir.

1930-1940-cı illərdə ekologiyada təbii ekosistemlərin tədqiqində prinsipcə yeni yanaşma mövcudlaşmışdır. 1935-ci ildə ingilis alimi A.Tensli ekosistem anlayışını irəli sürməklə xeyli qabağa getmişdir. Hal-hazırda «Ekosistem» anlayışı öz çəkisini, rolunu və əhəmiyyətini saxlamaqdadır. Çünki, o, maddələr dövranının miqdarını və enerji transformasiyasını müəyyən etməyə imkan verir.

Tanınmış rus alimi V.İ.Vernadski (1863-1945-ci illər) geoloji hadisələrdə və həmin hadisələrin inkişafında canlı or­qanizmlərin və onların həyat fəaliyyətinin, məhsullarının böyük roluna fikir vermiş, biosfer anlayışının, onun möv­cudluğunun, qanunauyğunluqlarının möhkəmliyi və inkişafı haqqında mövcud olan elm sahəsinin banisinə çevrilmişdir.

Bitki ekologiyasının əsasları üzrə K.A.Timiryazevin ənənəsini unutmaq olmaz. Onun ənənəsini sonralar çox qiy­mətli yeniliklərlə N. A. Maksimov davam etdirmişdir.

XX əsrin 30-40-cı illərində heyvanların ekologiyası haq­qında K.Frideriksin (1930-cu ildə), F.Bodenqeymerin (1938-ci ildə), D.N.Koşkarovun (1938-ci ildə) yeni məlumatları işıq üzü görmüşdür.

Qlobal ekologiyanın inkişafında biosenozların tədqiqi üzrə geobotaniki tədqiqatları İ.M.Lavrenko (1949-cu ildə) yerinə yetirmiş və qiymətli məlumatlarla elm aləmini bəhrə- ləndirmişdir.

A.A. Qriqoryev (1956-cı il) öz əsərlərində coğrafi zonaların ayrılmasının təbiət proseslərinin qarşılıqlı təsirinin nəticəsi olduğunu göstərmişdir.

21

Page 12: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər olan dövr üçüncü mərhələni əhatə edir. Bu mərhələdə saf ekologiyaya xüsusi bir tələbat yaranmışdır, ona görə ki, ətraf mühitin kəskin çirkləndirilməsi və insanlarm-antropo- gen varlığın təbiətə, təbii varlığa, ətraf təbii coğrafi mühitə xoşagəlməz təsirlərinin gündən-günə artması müşahidə olunmaqdadır. Rastlaşdığımız vəziyyətin nəticəsidir ki, hal- hazırda ekologiya kompleks elm sahəsinə çevrilərək ətraf mühitin qorunması sahəsini də özündə cəmləşdirməkdədir.

Ekologiya ciddi bioloji aləmdən biliklərin tsiklinə çev­rilərək özünə fundamental coğrafiya, geologiya, kimya, fi­zika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat və sair böl­mələri daxil etmişdir. Ekologiya mövcud «Qlobal prob­lemlər» sisteminə daxil olduğundan onun həlli nəinki ayrı- ayrı elmlərin cəmini - fəaliyyətini tələb edir, habelə dünya dövlətlərinin, Beynəlxalq təşkilatların, ayrı-ayrı birliklərin birgə səylərinin məcmusnu tələb edir. Çünki, necə deyərlər tək əldən səs çıxmaz.

XX əsrdə elmdə xüsusi fən olaraq ekologiyanın sosial aspektləri üzrə tədqiqat işləri daha da geniş vüsət almağa başlamışdır. Hələ keçən əsrdə D.P.Marş insanın təbiətdə müxtəlif formada hərtərəfli dağıntılar törətməsini aşkar edərək onu şərh etmişdir. Eləcə də fransız coğrafiyaşünası P.Vidal, C.Brorm, E.Martonni təbiətin mühafizəsi sahə­sində müxtəlif əhəmiyyətli proqramların işlənib hazırlan­masında fəal iştirak etmişlər. Fransız alimləri D.Fevr, M.Sor rus alimləri A.A.Qriqoryev, İ.P.Gerasimov coğrafiya sahəsində apardıqları tədqiqatlarda sosial aləmdə insanların ətraf mühitə təsirlərini təhlil edərək onları hərtərəfli öyrənmişlər. Böyük rus alimi V.İ.Vernadski biosferin noo- sferə çevrilməsinin - insanın sosial fəaliyyətinin geoloji in­kişafa təsirinin nəticəsi olduğunu göstərmişdir.

Bu mərhələdə biosferin təkamülünün qanunauyğun­luğu haqqında A.P.Vinoqradov (1967-ci ildə), K.K.Markov

22

(1960-cı ildə), A.İ.Oparin (1957-ci ildə) öz əsərlərində geniş yer vermişlər.

Təbii mühitdə bütün canlılar bir çox ekoloji təsirlərə məruz qalır. Bu ekoloji təsirlərin təsnifatında abiotik və bio- tik qruplara ayrılır. Ekoloji təsirlərin təsnifatı ilə V.Pimental (1958-ci ildə), V.P.Tişenko (1980-ci ildə), A.S.Monçadski ekoloji faktorları 3 qrupa: birinci dövri, ikinci dövri, dövri olmayan faktorlara ayırmışdır. Həmin ekoloji təsir bölgüsü indi də əhəmiyyətli sayılır.

XX əsrin 20-30-cu illərində İtaliya tədqiqatçısı V.Vol- ter və amerikan alimi A.Lotka ilk dəfə olaraq ayrı-ayrı populyasiyaların dinamikasını, onların rəqabət və yırtıcılıq əlamətlərinin riyazi inkişaf modelini müəyyənləşdirmişlər.

Əsrin 40-50-ci illərində isə rus botanikləri T.A.Roba- nov, A.A.Uranov bitgilərin populyasiyalarını müəyyənləş­dirmişlər. Bir qədər sonra ingilis alimi C.Xarper də po- pulyasiyaların analoji şərtlərini açıqlamışdır.

XX əsrin 50-ci illərində ilk dəfə olaraq ümumi ekolo­giya elmində hidrobiologiyanın inkişafı özünə geniş yer tapmışdır.

XX əsrin 50-60-cı illərində antropogen fəaliyyətin ətraf mühitə təsiri qlobal problem kimi müəyyən edilmişdir. Q.F.Qauzenin apardığı elmi-tədqiqat işlərində mikroorqa- nizmlərin ətraf mühitdə rəqabətləri müəyyən edilmişdir. 60- 70-ci illərdə bütün dünyada ekoloji tədqiqatlar daha da genişlənməyə başlamışdır. Əsasən ekosistemin məhsuldar­lığı, ətraf mühitin mühafizəsi problemləri üzrə elmi araşdır­malar geniş vüsət almışdır. 1964-cü ildə ilk dəfə olaraq Ümumdünya bioloji proqramı tərtib edilmişdir. Ekosistem və Yer kürəsinin müxtəlif regionlarında «İnsanın biosferdə fəaliyyəti» mövzusunda geniş müzakirələr aparılmaqdadır.

XX əsrin 68-75-ci illərində ABŞ-da dünya şöhrətli alim-ekoloq Y.Odum bir çox monoqrafik əsərlərində mü­hitin ekoloji amillərdəki rolu əsas qəbul edilmiş və geniş

23

Page 13: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

işıqlandırılmışdır. Lakin, onun 1986-cı ildə yazmış olduğu «Ekologiya» böyük həcmli və 2 kitabdan ibarət olması on­dan tələbələrin dərslik kimi istifadəsini çətinləşdirir.

D.İ.Armandın (1966-cı ildə), Y.K.Fyodorovun (1972-ci ildə), Y.A.İzrailin (1974-cü ildə), xarici tədqiqatçılardan P.Dyuvinonun (1968-ci ildə), B.Kommoncrin (1971-ci ildə), K.Uatın (1968-ci ildə) monoqrafiya və dərsliklərində ətraf mühitin, təbii ekoloji durumun antropogen təsirə məruz qal­malarından ətraflı danışılır, həyəcan təbili çalınır. Əgər Yer kürəsinin quru sahəsi 149 mln kv.km-dirsə mövcud buzlaq sahələrini, dağların çılpaq və sıldırımlı yamaclarını da nəzərə aldıqda onun antropogen təsirlərə məruz qalmayan sahəsi cəmi vur-tut 97 mln kv.km-dən çox deyildir.

1999-cu ildə isə A.K.Brodskiy ali təhsil müəssisələrinin ekologiya ixtisası alan tələbələri üçün «Ümumi ekologiyanın qısa kursu» adlı dərs vəsaitini nəşr etdirmişdir.

1992-ci ildə Rio-de-Janeyroda Botanika bağlarının Ümumdünya Şurasında «Bioekoloji müxtəlifiik»ə aid BMT konvensiyasına əsasən «Yerin fauna və florasının genofon- dunun saxlanılması və bitgilərin mühafizəsi» konfransında ətraf mühitin ekoloji tarazlığının pozulmasının qarşısının alınması məqsədi ilə proqramm qəbul olunmuşdur.

Əlbəttə, qlobal problem hesab edilən ekologiyanın tədqiqi ilə bütün dövlətlər, onların tədqiqatçıları, alimləri məşğul olduqları Azərbaycan Respublikası dövləti, onun tədqiqatçıları, alimləri də əllərindən gələn xeyirxah işləri əsirgəmirlər. Respublikada ətraf mühitin mühafizəsi, təbii ekoloji durumun bu və ya digər məsələlərinə dair B.Bu- daqov, U.Kazımov, T.Hüseynov, C.Mahmudov, M.Xəlilov, M.Musayev, T.S.Məmmədov, İ.B.Xəlilov və bir çox başqa­ları çoxlu sayda elmi məqalələrin, monoqrafiyaların, dərs­liklərin müəllifləridir.

Azərbaycan Respublikasında ekologiya və təbiətin mü­zakirə sahələrində bir neçə qanunvericilik aktları qəbul

24

edilsə də təbiətə olan antropogen təsirlərin qarşısının alınmasında həmin qanunvericilik aktları hələlik lazımi təsir göstərə bilmir.

Müasir mərhələdə ekologiyanın inkişafı, canlı aləmin sistemli əlaqəsi və fəaliyyəti qanunlarını öyrənməyi tələb edir. Həm də təbiət və cəmiyyətin qarşılıqlı əlaqələrinin sə­mərəli formalarının əsaslandırılmasını bacarmaq çox gə­rəklidir. Belə olduqda ekoloji bilikləlrin sosial rolu da artmış olur. Ekologiya sahəsində fundamental tədqiqatların apa­rılması xalq təsərrüfatının aşağıdakı problemlərinin həlli ilə müəyyənləşdirilir. Belə ki, ətraf mühitin təbii vəziyyətini saxlamaq şərti ilə istehsalı intensivləşdirmək, təbii resurs­lardan istifadənin iqtisadi effektliyini artırmaq çox gərək­lidir. Göstərilən problemlər yalnız bütün ölkələrin eko­loqlarının birgə səyi və gücü ilə yerinə yetirilə bilər. Odur ki, qlobal ekologiya sahəsində Beynəlxalq əməkdaşlıq geniş surətdə həyata keçirilməkdədir. Müasir dövrdə insanların geniş ekstensiv təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq ekoloji böhranın təhlükəsizliyi, planetar sistemin qeyri-bə­rabər ölçüdə fəlakətli olması hamıya açıq-aydındır. Bu fəla­kətlərin qarşısının alınması mümkünlüyü, eləcə də ekoloji biliklərin inkişafı və mənimsənilməsi əsasında tapılaraq həyata keçirilə bilər. Belə biliklərin gücü təbii ehtiyatlardan sə­mərəli, rentabelli, düzgün yararlanmaq, populyasiyaların sa­yını nizamlamaq, sənaye istehsalı təşkilinin yeni üsul, prin­sip və amillərini tapmağa, kənd təsərrüfatı problemlərinin yeni həllinə köməklik edər.

Müasir dövrdə elmi-texniki tərəqqinin (ETT) sürətli inkişafı ekologiyanın insan həyatının hərtərəfli öyrənilmə­sində ölçüyəgəlməz dərəcədə əhəmiyyət kəsb etməsinə səbəb olur. Çünki, ekologiya elmi öz xüsusiyyətlərinə görə həyatın bütün sahələrində - təbii ehtiyatların qorunub saxlanıl­masında, insan sağlamlığının ətraf mühitlə qarşılıqlı əlaqə­

25

Page 14: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

lərinin daha da möhkəmləndirilməsində əsas mənbələrdən biri hesab edilir.

Ətraf mühitin vəziyyətinə və canlı orqanizmlərə müxtəlif ekoloji faktorlar güclü təsir göstərirlər. Canlı orqanizmlərə bilavasitə və ya bilvasitə təsir edən hər hansı bir mühit ekoloji faktor adlandırılır. Ekoloji faktorları üç kateqori­yaya bölürlər: 1) Cansız təbiət faktoru — abiotik faktor; 2) Canlı təbiət faktoru — biotik faktor; 3) İnsan fəaliyyəti faktoru - antropogen faktor.

Orqanizmlərin bu və ya digər faktor təsirinə uyğunlaş­ması həmin təsirin (faktorun) dövrülüyündən asılı olur. Birinci dövrü faktora yerin fırlanması, ilin fəsillərinin dəyiş­məsi, gündəlik işıq dəyişməsi və s. aid edilir. Bu faktorlar hələ həyatın yaranması vaxtından əvvəl mövcud olmuşdur. Yaranan orqanizmlər bu şəraitə uyğunlaşmaq məcburiyyə­tində qalaraq onlara uyğunlaşmışlar.

İkinci dövrü faktora, ətraf mühitin temperaturu, nəmliyi, atmosfer çöküntüləri və s. aid edilir.

Dövrü olmayan faktorlara təbii fəlakətlər və texnogen xarakterli faktorlar aid edilir.

Yer üzərindəki abiotik faktorlar:- İşıq. İrəlidə göstərildiyi kimi günəşdən gələn şüanın

47%-ni görünən spektr təşkil edir. Bu spektrdə dalğaların uzunluğu 380-750 nm-ə bərabərdir. 45% günəş şüası narıncı- qırmızı şüalardır ki, bunlar fotosintez üçün böyük rol oyna­yır. Dalğasının uzunluğu 750 nm-dən çox olmayan infraqır- mızı şüalar heyvan və bitkilər tərəfindən hiss olunmamasına baxmayaraq əsas istilik enerji mənbəyi sayılır. Günəş enerji­sinin 7%-i ultrabənövşəyi şüaların hesabına düşür ki, bu spektrda dalğanın uzunluğu 400 nm-dən çox olur.

- İonlaşdırıcı şüalar. Bu şüalar yüksək enerjiyə malikdir. Onlar bir elementin atomundan onun elektronunu çıxarıb başqa bir elementə birləşdirərək mənfi və müsbət ionlardan ibarət cüt yaradırlar.

26

İonlaşdırıcı şüaların mənbəyi radioaktiv maddələr və kosmik şüalardır. Günəş radiasiyasının atmosferin yuxarı sərhəddindəki intensivliyi 1380 vt/m2 və ya 1,980 kal/ (də­qiqə. sm2) çatır. Yer üzərinə çatan günəş radiasiyası atmo­sferin yuxarı sərhəddinə nisbətən az olur.

Şüanın udulma dozası “ber” ilə ölçülür. Ber-rentgenin bioloji ekvivalentidir. 1 ber 0,01 Coul/kq-a bərabərdir. İnsan il ərzində orta hesabla 0,1 ber şüaya məruz qalır.

- Atmosfer havasının nəmliyi. Ekoloji baxımdan ətraf mü­hitdə mövcud olan su məhdudlaşdırıcı fiziki faktordur. Su heyvanat və bitki aləminin əsas kütləsini təşkil edir. Canlı orqanizmlərin 50-80%-i sudan ibarətdir. Bəzi heyvanlarda bu rəqəm hətta 95%-ə çatır. Atmosfer havasında nəmlik de­dikdə onun su buxarı ilə doyma dərəcəsi başa düşülür. İnsan həyatı üçün havadakı su buxarının miqdarı 40-60% normal sayılır. Səhralarda bitkilər nəmliyin qənaətlə işlədilməsinə adət edirlər. Onların kökləri uzun, yarpaqları isə xırda olur. Səhra heyvanları su hövzəsinə çatmaq üçün uzun məsafəyə sürətlə qaçmalı olurlar. Onlarda olan piy qatı daxili su mənbəyi rolunu oynayır. Adətən 100 qr piy oksidləşdikdə ondan 100 qr su ayrılır.

- Atmosfer çöküntüləri. Çöküntülər su buxarının kon- densasiyası nəticəsində yaranır. Bu çöküntülər yer üzərində suyun dövretməsində böyük rol oynayırlar. Çöküntülərin miqdarından asılı olaraq yer üzərini iki zonaya bölürlər - humid (nəm) və arid (quraqlıq) zonaları.

- Atmosfer havası. Canlı və cansız aləmin mövcudluğunu təmin edən oksigen və karbon qazının havadakı miqdarı müvafiq olaraq 21 və 0,3 % təşkil edir.

Bu baxımdan yerüstü ekosistemdə havanın tərkibi (atmosfer havası) nisbətən sabit qalır. Havaya oksigen yaşıl bitkilərdən daxil olur. CO2 günəş və yer üzərində gedən şüa­lanma proseslərindən yaranır. Atmosferin ozon qatı Yer kü­

27

Page 15: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

rəsini günəş spektrinin ultrabənövşəyi şüalarından mühafizə edir.

- Ətraf mühitin temperaturu. Yer üzərində temperatur əsasən atmosferin istilik rejimi və günəş şüalan ilə yaranır. Temperatur mühitin məhdudlaşdırıcı faktorlarından biridir. Müxtəlif növlərin yer üzərində yerləşməsi (yayılması) və po- pulyasiyalarm sayı temperatur faktorundan köklü surətdə asılıdır. Yer üzərində bitki və heyvanların yerləşdiyi mühitin optimal temperaturu 15-30° C həddində olur. Bəzi bakte- riya, su bitkiləri qaynar mühitdə, yəni 70-90°C temperatur mühitində yaşayırlar. Sərt soyuq şəraiti bir çox cücülərin, balıqların və dəniz otlarının həyatlarının dayanmasına səbəb olur (anabioz). Lakin yaz vaxtı don açılanda onlar öz əvvəlki həyat tərzlərini davam etdirirlər. Canlıların öz bədənlərinin temperaturu isə sabit qalır. Bunun üçün onlarda xarici mühitə alışma qabiliyyəti mövcuddur.

- Su hövzələrinin abiotik faktoru. Yer kürəsi səthinin 71%-i okeanların payına düşür. Suyun sıxlığı havanın sıx­lığından 800 dəfə, özlülüyü isə 55 dəfə çoxdur. Su hövzəsi axarlığı, şəffaflığı, duzluluğu, temperatur tutumluğu ilə baş­qa sahələrdən seçilir. Bu xüsusiyyət bakteriyaların, plank- tonların fotosintez proseslərinə böyük təsir edir.

Ətraf mühitin biotik faktoru. Biotik faktor dedikdə bir orqanizmin digərlərinin həyat fəaliyyətinə təsirləri başa düşülür.

Biotik faktorlar əsasən üç istiqamətdə inkişaf edir:- Qida əlaqəsilə;- Sahə əlaqəsilə;- Nəslvermə əlaqəsilə.Canlılar arasında ən əsas əlaqə qida əlaqəsi sayılır. Bu

əlaqə təbii olaraq elə yaradılmışdır ki, eyni ərazidə eyni vaxtda yaşayan heyvanlar bir-birinə qarşı olmur. Qida rə­qabəti təbiət tərəfindən tənzim olunur. Məsələn, heyvanlar

28

təbii olaraq gecə və gündüz qruplarına bölünmüş və bu­nunla da qida barəsində bir-birinə mane olmamışlar.

Canlıların sahə əlaqələri müxtəlif olur. Onlar növ daxi­lində güclü, növlərarasmda isə zəif olur. Eyni bir sahədə növün fərdləri çoxaldıqda onlar arasında rəqabət artır, yaşayış səviyyəsi aşağı düşür. Müxtəlif növlərin yaşadığı sahədə hər kəsin öz yeni növü olduğu üçün onlar bir-birinə rəqib olmurlar.

Nəsilvermə, yəni reproduktiv əlaqə əsasən növ daxilin­dəki fərdlər arasında gedir. Süni olaraq eyni növ daxilində müxtəlif fərdlər cütləşərək reproduktiv əlaqə yarada bilərlər. Lakin hər bir heyvan özünün irsi nəslini saxlamağa çalışır.

Ətraf mühitin antropogen faktora. Antropogen faktor de­dikdə insanların istehsalat və məişət fəaliyyəti nəticəsində ət­raf mühitə edilən təsiri nəzərdə tutulur. İstehsalat fəaliyyəti dedikdə sənayedə, kənd təsərrüfatında, neft-qazçıxarma, dağ-mədən işlərində və s. göstərilən fəaliyyət nəzərdə tu­tulur.

Məhdudlaşdırıcı faktorlar: minimum və tolerant. Mini­mum qanunu 1840-cı ildə U.Libix tərəfindən irəli sürülmüş­dür. Bu qanuna əsasən bitkilərin inkişafı onların torpaqda çoxluq təşkil edən maddələr ilə yox, orada olan elementlərin cüzi miqdarı ilə limitləşdirilir (məhdudlaşdırılır). Minimum haqqında qanun özünün doğruluğunu xüsusilə insanlarda və heyvanlarda sübut edir. Məsələn, insanların sağlamlığı onların bədənində cüzi miqdarda olan maddələrdən - vita­minlərdən asılıdır.

Bütün canlı orqanizmlərə temperatur, nəmlik, qida ümu­milikdə tam yox, yalnız onların müəyyən həddi lazımdır. Ekoloji minimum ilə ekoloji maksimum arasındakı diapazon dəyanətlilik həddi adlandırılır. Başqa sözlə bu orqanizmin tolerantlığı (tolerant qanunu) adlandırılır. Bu qanun 1910-cu ildə V.Şelferd tərəfindən irəli sürülmüşdür.

29

Page 16: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Məhdudiyyət faktorunun qiyməti ondan ibarətdir ki, o, ən mürəkkəb ekoloji halların tədqiq edilməsinə imkan verir. Əgər orqanizm geniş tolerant faktoru diapazonuna malik- dirsə, onda belə faktor məhdudlaşdmcı ola bilməz. Orqa­nizm kiçik diapazon tolerantlığa malikdirsə, bu hal tədqiq olunmalıdır.

30

MÖVZU 2. BİOSFER, EKOSİSTEMLƏR, ONLARDA MADDƏLƏRİN DÖVR ETMƏSİ VƏ EKOLOJİ

TƏHLÜKƏSİZLİK

Biosfer anlayışım elmi ədəbiyyata 1875-ci ildə avstriyalı geoloq-alim Eduard Zyuss gətirmişdir. O, biosferə canlı or­qanizmlərin mövcud olduğu atmosfer, litosfer və hidrosfer sahələrini aid etmişdir.

Biosfer anlayışını elmi cəhətdən hərtərəfli izah edən və biosfer təlimini yaradan rus alimi V.İ.Vemadski olmuşdur. O, biosferdə canlı maddə və yaşayış mühitinin bir-biri ilə əlaqəli vahid sistem təşkil etdiyini qeyd etmişdir.

Biosferin hal-hazırda canlı orqanizmlər mövcud olan sa­hələri neobiosfer, qədim zamanlarda canlı orqanizmlərin ya­şadığı sahələr isə paleobiosfer və ya ağ biosfer adlandırılır.

Neobiosferə atmosferin ozon qatına qədər olan sahəsi (qütblərdə 8-10 km, ekvatorda 17-18 km, yer səthinin qalan hissələrində 20-25 km) aid edilir. Ozon qatından yuxarı his­sədə kosmik ultrabənövşəyi şüaların təsiri nəticəsində həyat mümkün deyil. Bütün hidrosfer, o cümlədən ən böyük də­rinliyə malik olan okeanın Marian çökəkliyi (11022 m) belə neobiosferə aid olunur.

Litosferin yalnız münbit torpaq hissəsi neobiosferə aid edilir.

Paleobiosfcrin neobiosferlə atmosferdə olan sərhədləri üst-üstə düşür. Hidrosferin dib hissəsində olan çöküntü sü­xurlar paleobiosferə aid olunur. Yer qabığının bütün çökmə süxur sahələri paleobiosferə aid edilir.

Beləliklə, demək olar ki, biosfer canlı orqanizmin özü­nün və ya izinin mövcud olduğu sahə adlanır.

Biosfer bir sistem kimi bir neçə xüsusiyyətlərə malikdir. Bunlardan başlıcası mərkəzləşdirilmiş sistemdir. Bu sistemin mərkəzi bölməsini canlı orqanizmlər təşkil edir. Bu xüsu­siyyət V.İ.Vemadski tərəfindən hərtərəfli təhlil edilmişdir.

31

Page 17: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Biosferin və ya onun əsas bölməsinin mərkəzində ancaq insan qoyulur (antroposentrizm)

Biosferin ikinci xüsusiyyəti onun açıq sistem olmasıdır. Ona kənardan enerji daxil olur və o, kosmik təsirə məruz qalır. Bu təsirin əsasını günəş aktivliyi təşkil edir. Müəyyən edilmişdir ki, yer kürəsində, o cümlədən biosferdə baş verən hadisələrin əksəriyyəti günəşin aktivliyi ilə əlaqədardır. Belə bir fikir mövcuddur ki, günəş aktivliyi bir çox geoloji proseslərin (kataklizm, katastrof) yaranmasına səbəb olur.

1989-cu ildə 1,5-2,0 ay ərzində baş vermiş zəlzələ (İturup adasında), Çelyabinski boru xəttindəki qəza, «Komso- moles» sualtı atom qayığının məhv olması, Tbilisi hadisələri, Dağlıq Qarabağ müharibəsinin aktivləşməsi hadisələrini yüksək günəş aktivliyinin baş verməsi ilə də izah edirlər.

Biosferin üçüncü bir xüsusiyyəti onun özünü tənzimləmə sisteminin olmasıdır. Bu xüsusiyyət, «homeostazm» adlan­dırılır. Özünütənzimləmə sistemi baş vermiş hər hansı bir həyəcan və ya çaxnaşmanın qarşısını müəyyən mexanizm vasitəsilə alır, yaranmış dəyişikliyi öz əvvəlki vəziyyətinə qaytarır. Tarix boyu biosferdə belə hallar çox baş vermişdir. Bunlara misal vulkan püskürməsini, asteroidlərlə qarşılaş­ma, zəlzələ, dağəmələgəlmə və s. göstərmək olar.

«Homeostazm» hal-hazırda «Le Şatelye-Brayn» prinsipi kimi adlandırılır.

Bu prinsipə əsasən «Xarici qüvvə tərəfindən öz müva­zinət vəziyyətindən çıxan sistem qüvvənin az təsiri istiqaməti üzrə yerdəyişməyə məruz qalır». Le-Şatelye-Brayn prin­sipinin müasir dövrdə ayrı-ayrı regionlarda pozulması halı baş verir ki, bu da ekoloji krizisin yaranmasına səbəb olur (məs. səhraların yaranması və s.)

Biosferin dördüncü xüsusiyyəti onun «müxtəlifliyidir». Yəni, o, müxtəlif yaşayış məskəni (su hövzəsi, yerüstü, tor- paqdaxili və s.), iqlim xüsusiyyətinə görə fərqlənən müxtəlif təbii zonalar, geokimyəvi sahələr və s. xüsusiyyətlərə malik­

32

dir. «Müxtəliflik» ekosistemin və biosferin dayanıqlığı şərtlərindən biridir. Biosferin əsas xassələrindən biri onda olan ayrı-ayrı maddələrin dövretməsini yaradan mexa­nizmin olmasıdır. Bu xassə biosferdə ayrı-ayrı kimyəvi elementlərin və onların birləşmələrinin tükənməzliyini təmin edir.

Müasir dövrdə Kainatın, Yer kürəsinin və cəmiyyətin inkişafı üzrə müxtəlif konsepsiyalar mövcuddur. Bu kon­sepsiyaları şərti olaraq üç qrupa bölmək olar.

Birinci qrup konsepsiya insanların inkişafda əsas ya­radıcı qüvvə olmasında heç bir əsasın olmadığını göstərir. Burada həmçinin insanın bioloji bir varlıq olaraq inkişafda imkan və bacarığını başa vurduğunu və onu artıq müvafiq texniki qurğuların əvəz edə biləcəyi göstərilir.

İkinci qrup konsepsiya biosferi öz-özünü təmizləyən tul- lantısız bir sistem kimi qəbul edir və ona kənardan mü­daxilənin əksinə çıxır.

Üçüncü qrup insanların hər hansı bir qurğu ilə əvəz olunmasını qəbul etməyərək, onların həyata, təbiətə və özünə olan münasibətlərində yeni məsuliyyət hissinin aşılan­masını, başqa sözlə, yeni proqressiv təfəkkürlü insanların formalaşmasına nail olmağı əsas götürür. Bu konsepsiya «NOOSFERA» konsepsiyasına əsaslanan perspektivli he­sab edilir.

XX əsrin əvvəllərində Fransa alimləri P.Teyar de Şarden və E.Lerua «Noosfera» anlayışını elmə gətirdilər. Yunan sözu olan «noos» ağıl, düşüncə, idrak mənasını verir. Onlar bu sözü yaşıl şar, «düşünən mühit», məkan, təbəqə məna­sında işlədərək onun formalaşdırılmasını insanın yaranması və zehninin inkişafı ilə əlaqələndirmişlər. Sonralar rus alimi V.İ.Vernadskiy bu anlayışa materialist məzmun verərək göstərmişdir ki, noosfera insanların yaranması və inkişafı ilə əlaqədar olan biosferanm yeni, ən yüksək inkişaf mərhə­ləsidir. İnsanlar təbiət qanunlarını dərk edərək texnikanı,

33

Page 18: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

texnologiyanı təkmilləşdirərək öz əməyi nəticəsində yer səthində gedən proseslərə geoloji qüvvələrin miqyası ilə müqayisə edilə biləcək bir dərəcədə təsir gücünə malik olan bir qüvvəyə çevrilmişdir. İnsan cəmiyyətinin formalaşması və inkişafı əsaslı dəyişikliklərə səbəb olan elə bir təbii qüv­vəyə çevrilmişdir ki, onun təsiri nəticəsində təbiətlə cəmiyyət arasında maddələr və enerji mübadiləsinin, insanların bio- sferaya, biokimyəvi və digər təsirlərinin yeni forması kimi özünü göstərməyə başlamışdır. Nəticədə noosfera kosmo­sun daim genişlənməkdə olan xüsusi struktur elementinə çevrilmişdir. Beləliklə, noosfera anlayışı daha da zəngin- ləşdirilərək təbiətlə inkişaf etməkdə olan insan cəmiyyətinin tələblərə uyğun gələn qarşılıqlı əlaqəsinin təşkili və təmin edilməsi kimi başa düşülür. Məhz bu cür cavabları özündə əks etdirən anlayış əsasında insanların təbiətə dağıdıcı mü­nasibətlərinin və eləcə də ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq mümkündür.

Rus alimi Y.İ.Vernadski özünün «Noosfer barədə bir neçə söz» əsərində yazırdı: «İnsan nəhəng geoloji mühitə çevrilməkdədir. O öz əməyi və düşüncəsi sayəsində öz həyat tərzini dəyişdirə bilər və bunu mütləq etməlidir. Onun qar­şısında daha geniş yaradıcılıq imkanları açılmaqdadır. Yer kürəsinin görünüşü getdikcə dəyişir, bakirə təbiət yox olur». İndi V.İ.Vernadskinin verdiyi elmi proqnozlar öz təsdiqini tapır. Artıq yeni termin olan və insanın qarşılıqlı təsirdə olduğu təbiəti əks etdirən «Ətraf mühit» termini kimi prob­lemlər yaranmışdır və əhalinin istchlak mallarına olan tələ­batının gündən-günə artması yeni-yeni materialların isteh­salata tətbiq edilməsinə səbəb olmuşdur. Yeni materialların tətbiqi ilə əlaqədar olaraq təbiətə və Yer kürəsindəki bütün canlı aləmə yad olan yeni növ tullantılar da meydana gəlmişdir. İnsanın təbiətə olan mənfi təsirləri artıq təbiətin bütün əsas komponentlərində: biosferdə, atmosferdə və hidrosferdə özünü aşkar büruzə verir.

34

Qarşılıqlı təsirdə olan təbiət və bəşəriyyət paralel inkişaf edirlər. Təbiətin təkamül tempi ilə bəşəriyyətin sosial- iqtisadi inkişaf sürətlərinin müxtəlif olması onlar arasında qarşılıqlı münasibətlərin idarə olmasının mümkün olmama­sına səbəb olur. Bəşəriyyətin sosial-iqtisadi inkişafı təbiətin təkamül surətinə nisbətən daha sürətlə gedir.

İnsan fəaliyyətinin nəticəsi olan antropogen, faktor-tə­kamül istiqamətinə güclü əks təsir göstərərək növlərin dəyiş­məsinə yox, onların məhvinə səbəb olur. Buradan çıxış yolu insanların düşüncəli surətdə təbiətə təsirlərinin tənzimləməsi və məhdudlaşdırılmasından ibarətdir. Bununla yanaşı cəmiyyət təbiətin və sosiogenezin təkamülünə maneəçilik etmə­yərək öz ekstensiv artımını məhdudlaşdırmalıdır. Əks təqdirdə qlobal ekoloji katostrofun yaranması baş verə bilər.

Son 30-40 il ərzində insanların təbiətə olan münasibətlə­rində müsbət mənada dəyişikliklər müşahidə olunmağa baş­lamışdır. İnsanlar artıq başa düşürlər ki, təbii sərvətlərin kəskin azalması və tükənməsi dövründə ekoloji tarazlığa yalnız mədəni-elmi təkamülün köməyi ilə nail olmaq olar.

Artıq bütün dünya üzrə elm məhsuldar qüvvəyə çevrilir. Elmi-texniki inqilab genişləndikcə və insanın təfəkkürünə, intellektinə xüsusi tələblər verən yeni istehsalat sahələri əmələ gəlir və ölkənin sosial-iqtisadi inkişafında qabaqcıl rol oynayır. Cəmiyyət industrial cəmiyyətdən informasiya cəmiyyətinə doğru inkişaf edir.

Amerika fturoloqları Jon Nesbit və Patrisiya Eburdin dünyada əks-səda doğurmuş «Meqameylər: həyatımızı dəyi­şən on yeni istiqamət» adlı kitabında (Moskva, 1982-ci il) elmi-texniki inqilab dövrünün istiqamətlərini ayırd edərkən diqqəti, ilk növbədə industrial cəmiyyətdən informasiya cəmiyyətinə keçidin xüsusiyyətlərinə cəlb etmişdilər. Yapon həqiqətləri bu fikri bütün aydınlığı ilə sübuta yetirmişdir. Professor Yaşar Qarayev «Tarixin və taleyin ayrıcında» məqaləsində qeyd edir ki, «bu gün texnogen sivilizasiya

35

Page 19: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

artıq özünü tükəldib. Tərəqqinin əvvəlki ideyalarını XXI əsr qəbul etmir. İndi dünya sivilizasiyası tarixində yeni milli- iqtisadi sərvət vahidi müəyyənləşib: informasiya! Sivil ölkə­lərin hamısında, istisnasız, bütün sahələrində infrastrukturu məhz informasiya və onun verilməsi tezliyi şərtləndirir». XXI əsr ağlm, intellektin təntənəsi əsridir. Bu əsr biosferin inkişaf-Noosferə tam keçid dövrü ola bilər.

Deməli insan təfəkkürü «insan-təbiət» münasibətlərində antroposfer, texnosfer, sosiosfer və s. yaranması və nəticə etibarilə biosferdən noosferə keçidin başlanmasına səbəb olmuşdur.

Biosferdə maddələrin dövretməsini iki yerə ayırmaq olar:

— İrihəcmli və ya geoloji (quru və okean arasında) və ki­çik və ya bioloji (ekosistem həddində).

Kiçik dövretməyə geoloji dövretmənin bir elementi kimi baxmaq olar. Həyat üçün istifadə olunan, biosferdə dövr edən kimyəvi elementlərin və qeyri-üzvü birləşmələrin hərə­kətinə elementlərin dövr etməsi və ya biogen elementlərin dövretməsi deyilir.

Dövretmə «dövretmə sürəti» və «dövr vaxtı» ilə xarak­terizə olunur. «Dövretmə sürəti» müəyyən zamanda əsas hissədən ayrılan maddənin miqdarıdır. «Dövr vaxtı» mad­dənin tam dəyişilməsinə sərf olunan vaxtdır. Məsələn, kom­ponentin tərkibində 1000 ədəddən ibarət maddə varsa, ondan bir saat ərzində 10 ədəd ayrılırsa, onda «dövrü sürət» 10/1000, yəni 1 % olacaqdır. «Dövr vaxtı» isə 1000/10, yəni 100 saat olacaqdır.

Biosferin mövcudluğunun təmini baxımından bio- kimyəvi dövretməni iki yerə bölürlər:

— Atmosferdə və hidrosferdə olan ehtiyat fondu ilə birlikdə qazşəkilli məddələrin dövretməsi;

— Yer qabığının ehtiyat fondu ilə birlikdə çökmə dövrü.

36

Ekosistemdə maddələrin dövretməsi dedikdə əsasən maddələrin dövretməsi yox, onları təşkil edən kimyəvi elementlərin: C, O, N, S və P dövretməsi başa düşülür. Bu elementlər biogen, yəni həyat yaradan elementlər ad­landırılır.

Oksigenin dövretməsi. Biosferdə oksigenin dövranı pla­netar xarakter daşıyır. Oksigen də biogen mənşəli elementlər sırasına daxildir. Oksigenin dövranı karbonun dövranında ol­duğu kimi fotosintez və tənəffüslə əlaqədardır. Biosfer daxi­lində oksigenin rolu karbon və hidrogendən üstündür. Oksigen tə­biətdə əvəzedilməz oksidləşdirici elementdir və kainatda maddələr dövranında fəal iştirak edir. Hətta ozon təbəqəsi də əsasən oksi­genin hesabına əmələ gəlmişdir. Hesablamalara görə oksigenin dövranı 2000 ilə başa çatır. Bunun da başlıca səbəbi oksigenin biosferdə daha çox birləşmələrdə iştirak etməsidir.

Ehtimal olunur ki, təkcə müxtəlif yanacaq növlərinin yan­dırılmasına ildə 800 milyard ton oksigen sərf olunur.

Bütün dünyada yanacaqdan istifadənin ilbəil artması və meşələrin sahəsinin azalması oksigen balansında tarazlığı poz­muşdur. Dünyada sənaye, məişət və kənd təsərrüfatı sahələrin­də yaranan tullantıların, digər sahələrdə üzvi maddələrin mine- ralizasiyası oksigenin məsrəfi ilə başa çatır. Bundan başqa təbiətdə baş verən biokimyəvi, fiziki-kimyəvi reaksiyalar da məhz oksigenin vasitəsi ilə baş verir.

Biosferdə oksigen balansında əmələ gələn mənfi tarazlıq insan faktoru ilə əlaqədardır. Belə ki, insan həm tənəffüs və həm də təsərrüfat fəaliyyəti nəticəsində ətraf mühiti çirklən- dirməklə, meşələrin sahəsini azaltmaqla, atmosferlə hidrosfer arasında qaz mübadiləsini pozmaqla və digər mənfi fəaliyyətlə oksigenin bərpasını azaldır, karbon qazının miqdarı isə get­dikcə artır.

Karbonun dövretməsi. Karbon biosferin bütün sahələrin­də və bizi əhatə edən bütün mühitdə mövcuddur. O, atmos­ferdə karbon qazı (CO2) kimi mövcuddur.

37

Page 20: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Antropogen təsirdən atmosfer havasının tərkibində CO2- nin miqdarı daima artır. Karbon yer üzərində olan bütün üzvi birləşmələrin strukturuna daxildir. Deməli, bütün canlıların tərkibində karbon mövcuddur. Həyat üçün lazım olan enerjini almaq üçün orqanizmin üzvi maddələri ok- sidləşərək CO2 və H 2O yaradır. Bu prosesi «nəfəsalma» ad­landırırlar. Bütün canlı orqanizmlər öldükdən sonra çü­rüməyə başlayır. Bu zaman ayrılan C oksigenlə birləşərək CO2 şəklində «dövretmə sisteminə» daxil olur. Oksigen ça­tışmazlığı səbəbindən karbonun dövretməsi dayana bilər. Bu zaman torpağın tərkibində olan üzvi maddələr torf, daş kömür və ya neft şəklində torpaqda toplana bilər. Hid­rosferdə CO2 həll olmuş formada olur. O burada kalsium duzu yarada bilir. Bu proses karbonun dövretməsinə mane olur. Karbonun dövretməsi aşağıda göstərilən sxemdə daha aydın görünür: (Şəkil 1)

İşıq

Şəkil 1. Karbonun dövretmə sisteminin sxemi. 38

Karbonun dövretməsi üzrə iri həcmli tədqiqat «Beynəlxalq geosfer-biosfer proqramı» çərçivəsində 1986-1996-cı illərdə aparılmışdır. Bu tədqiqatda əsas məqsəd СОг-шп atmosferə tullanmasından «parnik» effektinin yaranması və onun iqlim dəyişməsinə təsirini müəyyən etməkdən ibarət olmuşdur. Hal- hazırda ekosistemdə karbonun dövretməsi təxmini olaraq mü­vazinət vəziyyətindədir. Belə bir fikir irəli sürülür ki, yaxın yüzillikdə atmosferə atılan СОг-тп artımı iqlimin istiləşməsi təsirindən destruksiya prosesi ilə əlaqədar azala bilər.

Azotun dövr etməsi. Azot (N) karbon kimi atmosfer hava­sının tərkibində molekul (N2) formasında yer tutur. Atmosfer havasının 78%-ə qədəri N 2-dən ibarətdir.

Azotun dövretməsi sxemi aşağıda göstərilmişdir:

Sanayetullantıları

Heyvan vs bitki

Nitritləşma <

Nitritlər(NOj)

Neytrallaşma

Nıtrallar(NÖd

Okcär^ardan Çaylardan Balıqlar va quşlar

Şəkil 2. Azotun dövretmə sisteminin sxemi.

39

Page 21: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Oksigen kimi azot heyvanların nəfəsalması üçün əsas element sayılır. Azot bir çox üzvi birləşmələrin, xüsusilə zü­lalların tərkibinə daxildir. Azot zülalların tərkibində karbon və ya hidrogenlə möhkəm amid birləşməsi yaradır. C-N amid əlaqəsi zülal molekullarmın əsas sintez mexanizmidir. Bu yer üzərində canlıların mövcudluğunun əsas şərtlərin­dəndir.

Azotun əsas mənbəyi atmosfer sayılır. Atmosferdən azot torpağa, oradan da bitkilərin tərkibinə NO3 formasında daxil olur.

Azotun ikinci mənbəyi üzvi maddələrin çürüməsidir. Üzvi birləşmələrin çürüməsindən əvvəlcə ammiak (NH3) ya­ranır. Ammiak nitratlı bakteriyalarm təsirindən nitrit (NO2) və nitrata (NO3) çevrilir.

Okeanlara kifayət qədər azot axıdılır. Bu azot su foto- sintezləyici orqanizmlər tərəfindən istifadə olunur. Həmin orqanizmlər dəniz heyvanları tərəfindən qida şəklində istifadə olunur. Həmin heyvanlar tərəfindən bu azotun bir hissəsi quruya qaytarılır. Okeanların dibinə çökən azotlu birləşmələr dövri sistemdə iştirak etmir. Bu azotun dövrü bir neçə milyon ildən sonra baş verə bilər. Amerikan alimi Y.Oduma görə «bu itki vulkan püskürməsindən ayrılan azot tərəfindən bərpa olunur». Buna görə də yer üzərində bütün vulkanların püskürməsinin qarşısı alınsa onda insanların acından ölməsi baş verə bilər.

Azotun dövri sistemi kifayət qədər öyrənilib. Müəyyən edilmişdir ki, biosfer tərəfindən qəbul olunan 109 ton azotun 80%-i sudan və qurudan dövri sistemə daxil olur.

Gübrə şəklində istifadə olunan azotun cüzi hissəsi təkrar istifadəyə qayıdır.

Kükürdün dövretməsi.Kükürd ətraf mühiti çırkləndirən aqressiv maddə hesab

olunur.

40

Tərkibində kükürdlü birləşmələr olan mikroorqanizmlər torpağın üzvi maddələri ilə reaksiyaya girib onlardan SO2 ayırırlar ki, bu da bitkilər tərəfindən udularaq dövri sistemə qoşulur.

Kükürdün dövretmə sxemi aşağıda verilmişdir:Su hövzələri dibində olan müxtəlif kimyəvi birləşmələr

sulfat tərkibli mikroorqanizmlərin təsirinə məruz qalaraq kükürdün regenerasiyasma səbəb olur. Bu zaman su da­xilində vertikal H2S axını yaranır.

Şəkil 3. Kükürdün dövretmə sxemi

Kükürdün dövretməsinə mənfi təsir göstərən amillərdən əsas kükürd tərkibli maddələrin yanması ilə əlaqədardır. Belə maddələrin yanması ilə əlaqədar atmosferə əsasən toksik maddə olan SO2 atılır. Yüksək aqressivliyə malik

41

Page 22: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

olan SO2 qaz şəklində və ya turş yağışlar şəklində təbiətə və müxtəlif obyektlərə dağıdıcı təsir göstərir.

Fosforun dövretməsi.Fosfor canlı orqanizmlərin qidasında və bitkilərin inki­

şafında böyük rol oynayan bir elementdir.Fosforun əsas mənbəyi keçmiş geoloji əsrlərdə yaranmış

dağ süxurları və digər çöküntülərdir. Mineral fosfor bir çox dağ süxurlarının tərkibinə daxildir. Bu süxurlar eroziyaya məruz qaldıqda su hövzələrinə axıdılır və orada lil şəklində çökür.

Fosfor canlı orqanizmlərin sümüklərinə və toxumalarına üzvi birləşmələrin tərkib hissəsi kimi daxil olur.

Üzvi birləşmələrin minerallaşdırılması və canlı orqa­nizmlərin çürüməsi (parçalanması) nəticəsində fosfor fosfat şəklində yenidən bitkilər tərəfindən istifadə olunaraq dövri sistemə qoşulur.

Fosforun dövri sistemdən çıxmasına əsas səbəb onun dibdə çökməsidir. Müəyyən edilib ki, fosforun dövri sistemə kifayət qədər qayıtmayan miqdarım texnogen tullantılar belə əvəz edə bilmir.

Quş və balıq ovu təbiətin fosfor balansını pozur. Müəy­yən edilmişdir ki, ildə balıq ovundan 60000 ton fosfor quruya geri qayıdır. Gübrə üçün 1-2 mln ton fosforlu süxur çıxarılır. Bu fosforların çox hissəsi yuyularaq su hövzələrinə axıdılır və beləliklə dövri sistemdən çıxarılır.

Həyatı əhəmiyyət kəsb edən fosforun dövretməsinin yax­şılaşdırılması günün əsas tələblərindən biridir.

Suyun dövr etməsi.Su biosferin əsas hissəsini təşkil edir. Bütün canlı orqa­

nizmlərin tərkibinin 90% -i sudan ibarətdir. Yer üzərində su okeanlarda, buzlaqlarda, çaylarda, göllərdə, digər su hövzə­lərində, litosferin yuxarı hissəsində məsamələrdə və s. yerləşir.

42

Su bütün mənbələrdən buxarlanaraq atmosferə qalxır, orada kondensasiya olaraq son nəticədə çöküntü forma­sında su obyektlərinə qayıdır. Bu proses “Suyun böyük dövretməsi” adlanır. Buxarlanaraq öz mənbəyinə qayıt­mayan, lakin digər sahəyə çökən suyun dövrü “Kiçik dövr­etmə” adlanır.

Biosenoz həddində suyun dövretməsində “Tutma”, “transpirasiya”, “infiltrasiya” və “yığılma” proseslərinin bö­yük əhəmiyyəti vardır. “Transpirasiya” qrunt sularının bir hissəsinin buxarlanaraq atmosferə qayıtma prosesidir. “Tutma” düşən çöküntünün yer üzərinə çatmamış bitkilər tərəfindən tutulmasıdır. «İnfiltrasiya» torpaq üzərində olan suyun torpağa hopmasıdır. “Yığılma” dedikdə torpağın səthində toplanan su başa düşülür.

Müasir şəraitdə ekologiya həyat üçün zəruri olan bir elmi fənn hesab edilir. Ekosistem ekologiyanın əsas funk­sional vahididir. Bü haqda müxtəlif təyinatlar olsa da belə, onların hamısının mənası eynidir. Y.Oduma görə «Canlı or­qanizm və onları əhatə edən cansız aləm bir-birindən ayrıl­maz olaraq həmin sahədə daima qarşılıqlı əlaqədə və fəaliy­yətdədir. Bunlar arasında olan enerji axını onların biotik strukturunu, maddələrin dövri sistemini dəqiq müəyyən­ləşdirir. Bax bu münasibət ekoloji sistem deməkdir». Deməli ekoloji sistemi canlı aləmlə onların məskunlaşdığı mühit arasında olan birgə fəaliyyət təşkil edir. Bunlarda maddələr və enerji mübadiləsi qarşılıqlı olaraq baş verir.

Ekosistem anlayışı birinci dəfə olaraq ingilis alimi A.Tensli tərəfindən təklif olunmuşdur. Lakin orqanizmlə mühitin birgəliyi konsepsiyası çox qədimdən məlum ol­muşdur.

XX əsrin əvvəllərində belə bir ideya inkişaf etdirilmişdir ki, mühitdən asılı olmayaraq təbiətdəki fəaliyyətlər eyni qanunauyğunluqla baş verir. Məsələn, dəniz suyu, yeraltı su, içməli su təbiətcə vahidlik sistemi təşkil edir.

43

Page 23: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Ekosistemin ekologiyası adlı yeni bir sistemin yaranması ümumi sistem və sistemli analizə olan təlabatdan irəli gəlir. Bu sistemin baniləri C.E.Xatçinski, R.Marqelf, K.Uatt, V.Petten, Y.Odum sayılır.

Sistem nədir? Sistem müəyyən tərzdə bir-biri ilə əlaqədə və qarşılıqlı təsirdə olan elementlərin birliyidir.

Sistemin hissələri onun elementləri adlandırılır. Sistemin elementləri fiziki, kimyəvi, bioloji və ya qarışıq şəkildə ola bilər.

Sistemin strukturunu elementlərin qarşılıqlı təsir münasi­bətləri təyin edir. Qarşılıqlı təsirin özü yeni sistemin yaran­masına səbəb ola bilər.

Sistemin əsas xüsusiyətlərindən biri elementlərin ierarxik tabeçiliyidir (aşağı rütbələrin yuxarı rütbələrə tabe olması).

Ekologiyada elementar vahid fərdin populyasiyasıdır.Görkəmli alim Q.T.Mustafayevə görə «Bioloji növün

konkret ərazidə yerləşən, çoxlu nəsillər boyunca real imkanlar əsasında bir-birilə sərbəst cütləşib öz sayını tənzim edə bilən coğrafi, ekoloji və etoloji sədlər ilə bir-birindən az- çox ayrılan fərdlər qrupuna populyasiya deyilir.

Populyasiyanı cins, yaş, ərazi və digər növ strukturlara ayırırlar. Yaşa görə populyasiya növü əsas göstəricilərdən biridir. Uzunömürlü populyasiyalar normal, doğub-törəmə prosesinə təsir edən mənfi faktorlar olduqda tezqocalma baş verən populyasiyalar reqressiv və ya ölən populyasiya ad­lanır. Cavan populyasiya «tətbiqolunan» populyasiya ad­lanır. Bu növ populyasiyalar təhlükə yaratmır, onların artım ehtimalı yüksək olur, lakin onların trafiki və digər əlaqələri tam formalaşmış olmur. Əgər populyasiya normal və ya normal vəziyyətə yaxınsa, onda insanlar həmin populyasi- yadan istənilən qədər biokütlə götürə bilər. Bu zaman po- pulyasiyanın törəmə müddəti və vaxtı nəzərə alınmalıdır.

Populyasiyanm əsas xüsusiyyətlərindən biri onun fərdlə- rinin sayının dinamikası və tənzimlənmə mexanizmidir.

44

Fərdlərin sayının optimal saydan fərqlənməsi onun möv­cudluğuna təsir edən mənfi təsirdən asılıdır. Adətən popul­yasiya mühitəalışma mexanizminə malik olur. Bu xüsusiyyət onun optimal saydan artıq və ya az olmasını yaradır.

Hər populyasiya və növ «biotik potensial» xüsusiyyətinə malikdir. Yəni hər bir cüt fərddən bioloji olaraq yeni nəsi yaranmalıdır. Orqanizmin yaranma (təşkil) səviyyəsi aşağı olduqca biotik potensial yüksək olur. Məsələn droj kletka- ları bir neçə saatda sürətlə artaraq yer üzərini tuta bilər. İri orqanizmlər az biotik potensiala malik olduqları üçün onların artımı uzun illər çəkir.

Populyasiya fərdlərinin sayının kəskin artması «populya­siya dalğası», «həyat dalğası», «say dalğası» adlandırılır. Belə dalğanın səbəbi hələ tam aydınlaşdırılmamışdır. Bəzən, bunu iqlim şəraiti, yem, bəzən də günəşin aktivliyi ilə izah edirlər.

Populyasiyanm dinamikasını fərdlərin sıxlığından ya asılı və ya da asılı olmadığını qeyd edirlər. Sıxlıqdan asılı olmamaq abiotik faktorun nəticəsi kimi qəbul edilir (hava, yem, katastrof və s.). Bu faktorlar nəticəsində populyasiya həm arta, həm də azala bilər. Hətta onların sayı sıfra bə­rabər ola bilər. Belə faktorlar «modifikasiya olma» (lat. modifikasiy a-dəy işmə) adlandırılır.

Populyasiyanm dinamikasının sıxlıqdan asılılığı «biotik faktorun» nəticəsidir. Bunu «tənzimolunan» adlandırırlar.

Populyasiya və populyasiyaya oxşarlar assosiasiya və ya birlik sistemaltlarım yaradırlar. Elə buna görə də ekoloji ele­mentləri ekoloji populyasiya, birlik ekologiyası və biose­nozların ekologiyasına ayırırlar. Buradan belə nəticəyə gəl­mək olar ki, ekosistemin tam xüsusiyyətlərini başa düşmək üçün göstərilən elementlər arasında əlaqə və onların birgə fəaliyyətini müəyyən etmək lazımdır.

Hər bir ekosistem açıq ekosistem adlandırılır. Yəni o, enerji almaq və vermək qabiliyyətinə malik olmalıdır.

45

Page 24: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Hansı ekoloji sistem olursa olsun onun yaşaması üçün cansız təbiət-produsent - konsument-redusent və yenə də cansız təbiət dövriyyəsi lazımdır.

Yer üzərində müxtəlif təbii bölmələrdə xeyli miqdarda ekosistemlər mövcuddur. Lakin onlar haqqında tam hər­tərəfli informasiyalar yox dərəcəsindədir.

Ekoloji sistemləri əsasən yaranma səbəbinə görə iki qrupa bölürlər: təbii və antropogen ekosistemlər. Uzun illər boyu təbii seçmə nəticəsində təkamül etməklə əmələ gələn sistem təbii sistem adlandırılır. Təbii sistem zəngin və da­vamlı sistemdir. Antropogen ekosistem insanlar tərəfindən müəyyən müddət ərzində yaradılan daima qayğı tələb edən qısa dövrlü ekoloji sistemdir.

Ekosistemin komponentlərinin üzvlərinin çox olması onun uzunömürlü və dayanıqlı olmasına səbəb ola bilər. Bu baxımdan Biosfer ən böyük və davamlı ekosistem hesab edilə bilər.

Ekosistemlərin fəaliyyət göstərmələri üçün onlar özün­dən enerji ayırmaqla maddələrin dövri sistemi ilə əlaqədar olmalıdır. Ekosistem eyni zamanda xarici təsirə müqavimət göstərmək qabiliyyətinə malik olmalıdır. Bu mexanizmləri açıqlamaq üçün ekosistemlərin aşağıdakı struktur və digər xüsusiyyətləri ilə tanış olaq.

Ekosistemin blok modeli. Hər bir ekosistem iki blokdan ibarətdir. Bunlardan biri canlı orqanizmlərin kompleks şə­kildə qarşılıqlı əlaqəsidir (biosenoz). İkinci, mühit blokudur (biotop və ya ekotop). Belə olan halda:

Ekosistem = biosenos + biotop (ekotop)

V.H.Sukaçov bloklar modelini aşağıdakı sxem şəklində vermişdir.

Göründüyü kimi biogeosenoz özündə bütün blokları cəmləşdirir. O cümlədən bitki aləmində biosenoza daxil

46

edilir. Bitki aləminin ekosistemdə mövcud olmadığı hala rast gəlmək olar. Lakin belə halda bitkilərin çürüntülərinin sistemdə iştirakı mövcud olur. Deməli, ekosistem zoosenoz və mikrobosenozdan ibarət olaraq maddələrin dövri sis­temini yarada bilər. Buradan belə bir nəticə əldə etmək olar ki, «Hər bir biogeosenoz ekosistem adlandırıla bilər. Lakin hər bir ekosistem biogeosenoz adlandırıla bilməz».

Biogeosenoz və ekosistemi bir-birindən zaman faktoru fərqləndirir. Lakin bununla belə bu məvhumlara sinonim kimi baxılmır.

Sxem 1.Biogeosenoz

(ekosistem)

Hidravliki faktorlar (hidrotop)

EKOTOP (BİOTOP)________3!__________ ◄------------------------------- to----------------------------

İqlim faktoru Torpaq faktoru(klimatop) (edafotop)

Bikti aləmi◄---------------------►

Heyvanat aləmi(fitosenoz)

------------*----- -----------(zoosenoz)

------------------------- ф---------

BİOSENOZ

Mikroorqa-nizmlər(mikrobosenoz)

47

Page 25: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Ekosistemin növ strukturu. Növ strukturu dedikdə eko­sistemi təşkil edən növlərin sayı və onların sayları arasında olan fərqlər nəzərdə tutulur. Ekosistemdə növlərin sayı haq­qında dəqiq məlumat yoxdur. Bu ekosistemdə 100-lərlə kiçik orqanizmlərin olması ilə izah olunur. Növlər müxtəlif olduqda eksosistemdə şərait geniş olur. Növlərin müxtə­lifliyi həmçinin eksosistemin yaşından asılıdır. Yeni ya­ranmış ekosistem yaşa dolduqda onlarda növlərin sayı artır. Yüksək dərəcədə formalaşmış ekosistemdə çoxluğu təşkil edən növlər dominantlar adlandırılır (latınca dominantis - hakim). Dominantlarla yanaşı edifikatlar (latınca edifika- tor-inşaatçı) da mövcuddur. Bunlara əsasən mühiti yaradan növlər aid edilir. Adətən dominant növ edifikator adlandı­rılır. Məsələn küknar meşəsində küknar dominant olmaqla bərabər yaratdıqları mühitə görə edifikatordur.

Növ müxtəlifliyi ekosistemin ən əsas xüsusiyyətlərindən biridir. Növlərin müxtəlifliyi sistemdə dayanıqlığı mühafizə etmə qabiliyyətinə malik ola bilər. Azlıq təşkil edən növlər müəyyən şərait yarandıqda öz saylarmı artırıb mühitdə do­minantlıq yaradırlar.

Növ strukturu adətən bitki aləmində onun yarada biləcəyi xüsusiyyətləri öyrənmək üçün istifadə olunur.

Ekosistemin «Trofiki» strukturu. Trofika yunanca qida deməkdir. Hər bir ekosistem özündə bir neçə trofiki səviyyə və yaxud bölmə cəmləşdirir. Birinci səviyyə bitkilər tərəfin­dən yaradılan səviyyədir. Bu səviyyə avtotrof və yaxud «produsent» adlandırılır. İkinci səviyyə heyvanlar tərəfindən yaradılan səviyyədir. Bu səviyyə heterotrof və ya «konsu- mentlər» adlandırılır. Axırıncı səviyyəyə ölmüş maddələrlə qidalanan mikroorqanizmlər və göbələklər daxildir.

Trofık səviyyələr arasında olan qarşılıqlı əlaqə trofiki zəncir və ya yem zənciri adlandırılır. Bu əlaqənin əsas xü­susiyyəti maddələrin dövri sisteminin yaradılmasından və

48

onlarda olan üzvi birləşmə enerjisinin ayrılmasından iba­rətdir.

Ekosistemdə orqanizmlərin əlaqələri. Həyatda heç bir or­qanizm ətraf mühit və digər orqanizmlərlə əlaqəsiz yaşaya bilməz. Orqanizmlər arasmda qarşılıqlı əlaqə onların qida­lanmaları əsasında yaradılır. Buna görə də əlaqələr qida və ya «trofiki» əlaqə adlandırılır.

Eyni məkandan yaşayış üçün istifadə əlaqəsi «trofık» əlaqə adlandırılır. Məsələn, heyvan və bitkilərin birgə məs­kunlaşması. Əgər bir orqanizm başqalarının yayılmasında iştirak edirsə bu «forik» əlaqə adlandırılır (toxum).

Bir orqanizm tərəfindən digərinin məhsulları istifadə olunarsa belə əlaqə «fabrik» əlaqəsi adlandırılır (yuvaların tikilməsi).

Orqanizmlər arasında qarşılıqlı münasibətlər bir orqaniz­min digəri ilə təmasından yaranan əlaqələrdən ibarətdir. Ri­yazi işarələrlə bu əlaqələr «+», «-» və «0» kimi qeyd olunur.

Əgər qarşılıqlı münasibətlər hər iki tərəf üçün əlverişli- dirsə (+,+) belə münasibətlər «simbioz» və ya «mutualizm» adlandırılır.

Əgər qarşılıqlı münasibətlər bir tərəf üçün əhəmiyyətli (+) digər tərəf üçün ziyandırsa (-) onda bu münasibət «para- zitizm» (+, -) adlandırılır.

Hər iki tərəf üçün sərfəli olmayan qarşılıqlı münasibət (-,-) «rəqabət» adlandırılır.

Əgər qarşılıqlı münasibət biri üçün əlerişli digəri üçün fərq etməzsə (+, 0) belə münasibətlər «kommensalizm» adlandırılır.

Bir tərəf üçün sərfəsiz, digər tərəf üçün fərqi olmayan (-, 0) münasibət «amensalizm» adlandırılır. Hər iki tərəf üçün fərqi olmayan (0 - 0) münasibətlər «neytralizm» ad­landırılır.

Bütün canlı orqanizmlər doğulduğu gündən enerji ay­rılması və enerji daşıması prosesi ilə ömürlərini başa vurur­

49

Page 26: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

lar. Bu baxımdan ekologiyanın əsas məsələlərindən biri işıq ilə ekosistem arasında olan əlaqəni öyrənməkdən ibarətdir.

Yer üzərinə günəş işığının 47%-i gəlib çatır. Bu işıq axını­nın təxminən yarısı fotosintezin əsasını təşkil edən enerjidir. Bu dalğaların uzunluğu 380-750 nm təşkil edir. Bu enerji Fo- tosintetik Aktiv Radiasiya adlanır. Günəş radiasiyasının 40%-ə yaxınını məhz bu radiasiya təşkil edir. Qalan spektr ultrabənövşəyi və infraqırmızı radiasiyalara aid edilir ki, bunlar da istilik effekti ilə əlaqədardır.

Adətən bitkilər fotosintez üçün günəş radiasiyasının 1%-ə qədərindən istifadə edirlər. Bəzi ekosistemlərdə bu rə­qəm 3-5%-ə qədər çatır (tropik meşələr, qarğıdalı tarlaları).

Bitkilər digər orqanizmlərin enerji ilə təminatçısı hesab edilir. Enerji bir trofiki səviyyədən digərinə qida vasitəsilə keçir. Konsumentlər tərəfindən qəbul edilən qida şəklindəki enerji onun həyatı üçün sərf olunur. Qəbul olunan enerjinin bir hissəsi orqanizmlər tərəfindən ifraz olur, digər hissəsi isə orqanizmin tələbatına uyğun onun özündə cəmləşir.

Qida və enerji balansı heyvanat aləmi üçün belə ifadə olunur.

Eq = E n + Ein +Exo burada Eq - qida ilə alınan enerji;

E n - nəfəs alma, hərəkət, ürək döyünməsinə sərf olunan enerji,-

Ein - inkişafa (orqanizm tərəfindən saxlanılan) sərf olunan enerji;

Exo xaric olan maddələrə sərf olunan enerji.Orqanizm tərəfindən sərf olunan enerji müxtəlif period-

larda müxtəlif olur. O, bəzən orqanizmdə toplanır, bəzən isə tam sərf olunur. Enerjinin bir trofıki səviyyədən digərinə keçidi qəbul edilən qida enerjisinin 10%-ni təşkil edir. Bu ekologiyada «on faiz qaydası» adlandırılır.

Ekosistem və biosfer bütünlükdə termodinamikanm qa­nunlarına tabe olaraq onlarla tənzim olunurlar. Canlı alə­

50

min bu baxımdan cansız aləmdən fərqi ondan ibarətdir ki, canlı orqanizmlər «özünübərpa» xassəsinə malikdirlər.

Ekosistemdə enerji çevrilməsini yaxşı anlamaq üçün ter- modinamikamn birinci və ikinci qanunlarına nəzər salaq.

Termodinamikanm birinci qanunu və yaxud enerjinin saxlanılması qununu: Enerji bir formadan digərinə keçə bilər, o, nə yox olur nə də yenidən yaranır. Termodinamikanm ikinci qanununda deyilir: Öz-özünə çevrilmədə kinetik ener­jinin potensial enerjiyə çevrilməsi 100%-dən aşağı olur. Başqa sözlə desək enerjinin öz-özünə çevrilməsi prosesi mərkəz­ləşdirilmiş şəkildə yox, səpələnmiş şəkildə olur.

Termodinamikanm ikinci qanunu «entropiya» ilə əla­qədardır. «Entropiya» latınca «entrofa» - çevrilmə, dönmə deməkdir. Entropiya dedikdə əlaqəli enerjinin yayılaraq istifadə üçün əlçatmazlığının ölçüsü kimi başa düşülür.

Ekosistem enerji çevrilməsini tənzimləmə qabiliyyətinə malikdir. O, həmişə bu prosesdə entropiyanın minimal həd­də saxlanılmasına çalışır.

Hər bir ekosistem xarici mühitin dəyişməsinə uyğun­laşmaq üçün daima dinamiki vəziyyətdə olur. Bu dinamiki vəziyyət ekosistemin ayrı-ayrı bölmələrinə və yaxud bütün­lükdə sistemin özünə aid edilə bilər. Bu zaman dinamika ekosistemə təsir edərək onun dəyişməsinə və ya yenisinin ya­ranmasına təsir edən faktorlara uyğunlaşma ilə əlaqədar ola bilər.

Dinamikanın ən sadə növü sutkalıq dinamikadır. Bu bitki aləminin fotosintezi və suyun buxarlanmasının sutka ərzində dəyişməsi ilə əlaqədardır. Dəyişmələr mövsüm xa­rakterli olduqda orqanizmlər dəyişmələrə daha aktiv meyl göstərirlər. Dinamika vaxtaşırı təkrar olunduğu üçün o, dövri dinamika adlanır. Ekosistemin inkişafına təsir edən dinamika istiqamətlənmiş dinamika adlandırılır.

Dövri təkrar olan dinamika, tsiklli, dəyişən və ya «fuluk- tuasiya» adlandırılır. İstiqamətlənmiş dinamika ekosistemin

51

Page 27: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

inkişaf dinamikası adlandırılır. Bu dinamika ekosistemin və ya biosenozun dəyişməsi ilə nəticələnir. Bu proses «suksessiya» adlandırılır.

«Suksessiya» iki hissəyə ayrılır - ilkin və ikinci.İlkin «suksessiya», inkişafını yaşayış mövcud olmayan

obyektdən başlayır.İkinci «suksessiya» isə yaşayış «sıfır» olan nöqtədən yox,

ekosistemin dağılması və ya digər dəyişikliklərdən, həyat tərzinin dəyişməsindən yaranır.

«Suksessiya» prosesinin gedişatı üçün aşağıdakı ümumi qanunauyğunluq mövcuddur.

1. «Suksessiya» inkişafının ilk dövrlərində onların növ müxtəlifliyi, məhsuldarlığı və bioloji kütləsi cüzi olur. Suksessiyanm inkişafı ilə bu göstəricilər artır.

2. «Suksessiya» cərgələri inkişaf etdikcə orqanizmlər ara­sında qarşılıqlı əlaqə artır.

3. Ayrı-ayrı növlərin sayının kəskin artması ehtimalı az olur.

4. Maddələrin dövretməsi, ekosistemin nəfəs alması və enerji prosesləri intensiv olur.

5. «Suksessiya» prosesinin sürəti orqanizmlərin yaşayış müddətindən və ekosistemin fəaliyyətindən asılı olur.

6. «Suksessiya» prosesinin sona çatması dinamiki yox, tədrici xarakter daşıyır.

Ekosistemin öz-özünii təmizləmə sistemi. Ekoloji sistem və onun ayrı-ayrı mühitləri özünü təmizləmə xassəsinə ma­likdirlər.

Suda, havada və torpaqda baş verən özünütəmizləmə mexanizmi bir-birindən kifayət qədər fərqlənir.

Atmosferin özünütəmizləmə qabiliyyəti onun surətlə hərəkət etməsi, sıxlığa malik olması, torpaq və su mühitlərilə kontaktda olması ilə əlaqədardır. Bu xüsusiyyətinə görə atmosferə daxil olan çirkləndiricilər cazibə qüvvəsinin təsiri ilə ya suya, ya da torpağa düşərək dövri sistemə qoşulurlar.

52

Atmosfer ozonun, ulturabənövşəyi şüaların, atmosfer çö­küntülərinin, foto-kimyəvi proseslərin və digər mexanizm- lərin təsiri ilə də zərərli maddələrdən təmizlənmə xüsusiyyə­tinə malikdir. Havada yaranan durum bəzən onun özünü təmizləmə prosesinə mənfi təsir göstərir.

Su və torpaq mühitlərinin özünütəmizləmə qabiliyyəti canlı orqanizmlərin fəaliyyətləri ilə əlaqədardır. Bu orqa­nizmlər çirkləndirici maddələri sadə kimyəvi elementlərə qə­dər parçalayaraq öz bədənlərində toplayır və onları dövri hərəkətə qoşurlar.

Oliqotroflar (yoxsul həyat) alçaq parçalanma və aşağı özünütəmizləmə potensialına malikdirlər.

Evtroflar (varlı həyat) yüksək parçalanma və özünütə­mizləmə potensialına malikdirlər.

Mühitin çirklilik dərəcəsi onun özünütəmizləmə qabiliy­yətinə mənfi təsir göstərir. Su mühiti belə təsirə daha həssas olur. Bu hal suyun tərkibində olan oksigenin xarici təsirdən tez müddətdə asan azalması ilə izah edilir. Ona görə də su­yun təmizlənməsi zamanı ilk növbədə onun oksigenlə zən- ginləşdirilmə prosesi aparılır. Suyun özünütəmizləmə prose­sinə mənfi təsir edən əsas amillərdən biri də onun atmosfer çöküntüləri ilə turşululuğunun artmasıdır.

Torpaq suya nisbətən yüksək özünütəmizləmə qabiliyyə­tinə malikdir.

Torpağın özünütəmizləmə prosesinə onun sıxlığının art­ması, ağır metallarla çirklənməsi, tərkibindəki suyun və turşunun çox olması mənfi təsir göstərir.

Süni yaradılan mühitlərdə özünütəmizləmə prosesinin sürəti aşağı olur. Bu əsasən həmin mühitlərin kimyəvi, bio­loji, səs-küy və digər çirkləndiricilərinin birgə təsiri ilə izah edilir.

Mühitin çirkləndirilməsinin buraxılabilən qatılıq həddi (BBQ). Müvafiq bölmələrdə buraxılabilən qatılıq haqqında məlumat verilmişdir. BBQ həddində hər hansı bir zərərli

53

Page 28: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

maddə insana və onun nəslinə birbaşa və ya bilavasitə təsir etdikdə onlarda mənfi dəyişikliklər yaranmır.

Suda, torpaqda və qida məhsullarında çirkləndirici mad­dələrin BBQ aşağıdakı cədvəllərdə verilmişdir.

Cədvəl 1.Su hövzəsində, mq/m3 suda

Maddə Sanitar məişət Balıq təsərrüfatı

Civə 0,0005 0,001Qurğuşun 0,03 0,1Neft məhsulları 0,001 0,001Benzol 0,5 0,5Anilin 0,1 0,5Xlorofos 0,05 0,0

Cədvəl 2.Torpaq və qida məhsullarında, mq/kq məhsulda

Maddələr Torpaq Dənli bitkilər Çörək TərəvəzÇivə 2,1 0,03 0,02 0,05Mışyak 2,0 0,2 0,2 0,2Qurğuşun 32,0 0,3 0,3 0,3Sürmə 4,5 0,1 o,ı 0,3M ıs 3,0 10,0 10,0 5,0Sink 23,0 50,0 50,0 10,0Nikel 4,0 0,5 0,5 0,5Xrom 6,0 0,2 0,2 0,2

Göstərilən cədvəllərdə hər bir komponentin BBQ-gös- tərilmişdir. Qarışıqda bir neçə komponent olarsa onların BBQ hesablanması müvafiq bölmələrdə verilmişdir.

Bu mənada ekoloji təhlükəsizliyin təmin olunmasının əhə­miyyəti böyükdür.

Ekoloji təhlükəsizlik dedikdə insanın və cəmiyyətin həyati vacib maraq-larinin, ətraf mühitin ona antropogen və təbii

54

təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının tə­min edilməsi başa düşülür.

İnsanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyətə isə ekoloji təhlükə deyilir.

Antropogen və təbii təsirlər, o cümlədən fəlakət nəti­cəsində ətraf mühitin dağılma təhlükəsi ilə və ya mənfi ekoloji dəyişikliklərlə səciyyələnən və bu səbəbdən insanın və cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan vəziyyət təhlükəli ekoloji vəziyyət adlanır.

Təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, habelə onların nəticələrinin, o cümlədən gələcəkdə təsir göstərə biləcək nəticələrin aradan qaldı­rılması üzrə tədbirlər sistemi ekoloji təhlükəsizliyin təmin edilməsi adlanır.

Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

- dövlət nəzarətini həyata keçirmək, o cümlədən təbii ehtiyatlardan, ekoloji cəhətdən təhlükəsiz istifadəyə və təsərrüfat subyektlərinin ekoloji təhlükəsizliyinin tələblərinə əməl etmələrinə nəzarət etmək;

- təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsi təhlükəsi yaradan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq;

- informasiya təminatını təşkil etmək və həyata keçirmək;

- ekoloji cəhətdən fəlakətli zonalar da daxil olmaq­la müvafiq ərazilərə fövqəladə ekoloji vəziyyət zonası sta­tusunu vermək;

- ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələb­ləri müəyyən edən dövlət standartları və digər normativləri təsdiq etmək;

- təhlükəli və fövqəladə ekoloji vəziyyət yaranması barədə əhaliyə məlumat vermək;

55

Page 29: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

- ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimat­landırılmasını təmin etmək;

- ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Təhlükəli ekoloji vəziyyətlərin, o cümlədən onların gələ­cək nəticələrinin tam həcmdə aradan qaldırılması üçün ma­liyyə mənbələri aşağıdakılardır:

- təhlükəli ekoloji vəziyyətin yaranmasında təq­sirkar olan təsərrüfat subyektlərinin vəsaiti;

- təhlükəli ekoloji vəziyyətin yaranması nəticəsində ətraf mühitə vurulan zərərə görə sığorta ödənişləri;

- ətraf mühitin mühafizə üzrə dövlət fondları və dövlət büdcəsinin digər məqsədli vəsaiti;

- qrantlar və beynəlxalq qurumların maliyyə yar­dımı;

- qanunvericiliklə müəyyən edilmiş mənbələr.Təhlükəli ekoloji vəziyyətin yaranmasında təqsir­

kar olan ekoloji təhlükənin subyektinin aşkar edilməsi mümkün olmadıqda və ya onun vəsaiti çatmadıqda yaran­mış vəziyyətin nəticələri dövlət büdcəsi və digər mənbələr hesabına aradan qaldırılır.

İndiki zamanda ekoloji problemlər universal xarakter almışdır. Bu problemlərin qloballığı və universallığı ondan ibarətdir ki, o, ictimai-siyasi quruluşundan və iqtisadi səviy­yəsindən asılı olmayaraq yer kürəsinin bütün ölkələrinə aid edilir.

Ekoloji problemlər dünya ölkələrinin sosial-iqtisadi inki­şafına mənfi təsir göstərdiyi üçün onun həlli gecikdirilmə- məlidir.

Müasir dövrdə dünya miqyasında qlobal ekoloji prob­lemlərə aşağıdakıları aid etmək olar:

— ətraf mühitin çirkləndirilməsi;— iqlim dəyişkənliyi;

56

— kosmosun və dünya okeanının ekoloji təhlükəsiz fəthi;

— ozon təbəqəsinin dağılma təhlükəsi;— ərzaq problemi və s.Göstərilən problemlərin həlli üçün aşağıdakıların həlli

vacib sayılmalıdır:1. Dünya iqtisadiyyatının möhkəmləndirilməsi və inkişaf

etdirilməsi üçün hərbi xərclərin azaldılması. Hal hazırda bu xərclərin illik miqdarı 1 trl. dollar təşkil edir. Azaldılacaq vəsait təbiətin mühafizəsi və bərpası işlərinə sərf oluna bilər.

2. İqtisadiyyatın stabilliyinin təmini, bütün dünya ölkə­lərinə öz təsərrüfat fəaliyyətlərində ekoloji cəhətdən təhlü­kəsiz olan qlobal texnologiyaların tətbiqinə imkan yaradar.

3. Ekoloji sahə üzrə beynəlxalq əməkdaşlığın möhkəm­ləndirilməsi və genişləndirilməsi.

Ekoloji problemlərin işlənməsi və həlli əsasən aşağıdakı tədbirlərdən ibarətdir:

— Düzgün ekoloji fikirin formalaşdırılması;— Ekoloji problemlərin baş verməməsi üzrə profilaktik

tədbirlər;— Ciddi ekoloji fəlakətlərin törətdiyi nəticələrin aradan

qaldırılması və ləğvi üçün müxtəlif dövlətlərin vaxtlı-vax- tında operativ surətdə birgə fəaliyyəti.

Dünya ictimaiyyətinin ekoloji problemlərə lazımi diqqət verməməsi ekoloji böhranın intensiv surətdə baş verməsinə səbəb ola bilər.

«Ekoloji böhran» termini XX əsrin 70-ci illərində inkişaf etmiş kapitalist ölkələrində işlənmişdir. Bu termin həmin ölkələrdə məhsuldar qüvvələrlə ətraf mühit arasında yara­nan ziddiyyət nəticəsində yaranmışdır.

İndiki zamanda təbiət və cəmiyyətin birgə fəaliyyəti mər­hələsində, ətraf mühitin mühafizəsinin təmini üzrə, ekoloji tələbatla cəmiyyətin təbii resurslardan istifadəsinə olan ma­

57

Page 30: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

raqları arasında uyğunsuzluqdan, iqtisadiyyatla ekologiya arasında yaranan ziddiyyət ekoloji böhran adlandırılır.

Ekoloji böhran təbiət və cəmiyyət arasında olan taraz­lığın ardıcıl pozulmasının nəticəsidir. Bu hal, ətraf təbii mühitin deqradasiyası və cəmiyyət tərəfindən vəziyyətin faciəsini dərk etməməsi nəticəsindən ibarətdir.

Ətraf mühitin deqradasiyası insanların səmərəsiz fəaliy­yətindən yaranan dağıdıcılıq və ya təbiətdə gedən maddələr mübadiləsi və bioloji sistemin daxili enerjisini təmin edən ekoloji əlaqənin kifayət dərəcədə pozulması deməkdir. Təbii mühitdə gedən deqradasiya insanların sağlamlığına və genfonuna mənfi təsir göstərir.

Ekoloji təhlükəsizliyin təminində dövlət və ictimai struk­turlarında yaranan böhran böyük rol oynayır. Bu hal aşağı­dakı üç göstərici ilə xarakterizə edilir:

— Ətraf təbii mühitin mühafizəsi üzrə xüsusi təşkilat­ların fəaliyyətinin kifayət qədər səmərəli olmaması;

— Hüquq mühafizə təşkilatlarının ekoloji qanunve­riciliyin tələblərinin təminatı üzrə səmərəsiz fəaliyyəti;

— Kütləvi surətdə savadsızlıq və ekoloji-hüquqi niqilizm.

58

Şəkil 4. Ekoloji böhranın struktur sxemi

Ekoloji böhranın yaranma tarixi köhnə və çoxfor- malıdır. Tarixdən insanların ətraf mühitə mənfi təsiri haqqında kifayət qədər hadisələr məlumdur. Məsələn, çar Solomon un əmri ilə beş min il bundan əvvəl Livanın dağ

59

Page 31: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

ətəyində olan şam ağacı meşələri məhv edilmiş və onun yerində saraylar inşa edilmişdir. Hindistan və Çində keçən minillik ərzində meşələr tamamilə qırılmışdır.

Ekoloji krizisin yaranma səbəbini obyektiv və subyektiv olaraq iki hissəyə bölmək olar. Obyektiv səbəblərə aiddir:

— Təbiətin özünütəmizləmə və özünütənzimetmə qabi­liyyətinin müəyyən həddə olması. Təbiət antropogen fəaliy­yət nəticəsində yaranan tullantıları müəyyən zamana qədər təmizləyərək özünü mühafizə edir. Lakin, onun imkan dairəsi bu münasibətdə kəskin məhdudlaşır.

— Yer kürəsinin ölçüsünün fiziki cəhətdən məhdud ol­ması. İnsanlar tərəfindən faydalı qazıntıların istifadəsi onun ehtiyatının tədricən azalmasına və tükənməsinə səbəb olur. Nəticədə təsərrüfat fəaliyyəti varlığını itirməyə başlayır.

— Təbii proseslərin tullantısız, istehsalat proseslərinin tullantılı olması. Qeyd etmək lazımdır ki, bioloji proseslər qapalı proses olduğu üçün o tullantısız olur. İstehsalat pro­sesləri isə tullantılı proseslərdir. Bir insanın həyat fəaliy­yətinin təminatı üçün 20 tona qədər təbii resurs sərf olunur. Bu resursdan 5-10% hazır məhsul alınır. Yerdə qalan 90- 95% tullantı şəklində olur.

Ekoloji böhranın subyektiv səbəblərinə aid edilir:— Ətraf mühitin mühafizəsi üzrə ictimaiyyət və dövlətin

təşkilati-hüquqi və iqtisadi fəaliyyətinin lazımi səviyyədə ol­maması.

— Ekoloji tərbiyə və təhsilin səmərəli aparılmaması nə­ticəsində ekoloji laqeydliyin və ekoloji niqilizmin yaranması.

Ekoloji laqeyidlik insanların ətraf mühitlə qarşılıqlı fəa­liyyəti üzrə qanunların öyrənilməsini istəməməsidir. Ekoloji niqilizm isə təbiətdən istifadə zamanı bu qanunların tələb­lərinə riayət etməkdən imtina etməkdir.

Ekoloji krizisi ekoloji katastrofdan ayırmaq lazımdır. Krizis baş vermiş hadisənin insan fəaliyyəti vasitəsilə dönən proses olmasıdır. Katastrofda isə baş vermiş hadisəyə

60

insanın müdaxiləsi heç bir nəticə vermir və proses dönməyən olur.

Ətraf mühitin çirkləndiricilərindən ən çox təhlükəli olanı radiasiyadır.

Radiasiya dedikdə radioaktiv maddələrdən ayrılan ion- laşdırıcı şüalar nəzərdə tutulur.

Onun mənbələri təbii və antropogen olur. Günəş şüaları, mədən şüaları, bəzi kimyəvi elementlər, əksər süxurlar müəyyən qədər təbii şüalanma mənbələridir.

Antropogen radiasiya mənbələrinə atom elektrik stan­siyaları, nüvə silahları, rentgen şüaları və s. aid edilir.

Təbii və antropogen mənbələrdən yayılan şüalar ətraf mühitin təbii şüalanma fonunu yaradır.

Təbii şüalanma fonu kosmik şüalanmadan, yer səthində, atmosferdə, ərzaq məhsullarında, suda olan təbii parça­lanmış radioaktiv maddələrin şüalanmalarından yaranır. Təbii şüalanma fonu yaşayış ərazisində 0,36 -1 ,8 MEB/il ekvivalent doza gücü yaradır ki, bu da 40 - 200 A/mq il ekspozisiya doza gücünə uyğun gəlir.

İnsan təbii şüalanma fonundan əlavə digər şüalanma mənbələrinin də təsirinə məruz qalır.

Nüvə parçalanması zamanı 100-dən çox izotoplar ha­vaya yayılır. Ən təhlükəli izotoplar U238, Js90, K40, Ra222, Rn222, S14 hesab olunur. Zn65, Ba131, Xc133 və s. təbiətdə zərər­siz olmalarına baxmayaraq onlardan alman süni izotoplar radioaktivliyə malik olurlar .

İonlaşmanın insan orqanizminə bioloji təsiri canlı toxu­malarda əmələ gələn cüt ionların sayından və ya şüalanma ilə əlaqədar udulan enerjidən asılıdır. İonlaşdırıcı şüaların təsiri altında canlı toxumada olan suyun hidrogen atomuna və OH hidroksil qrupuna parçalanması baş verir. Yüksək aktivliyə malik olan H və OH toxumanın digər molekulları ilə birləşir və canlı toxumaya mənsub olmayan yeni yabançı kimyəvi birləşmələr yaranır. Baş verən dəyişikliklər

61

Page 32: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

nəticəsində orqanizmdəki biokimyəvi proseslərin normal gedişi və maddələr mübadiləsi pozulur. İonlaşdırıcı şualarm təsiri altında orqanizmdə qanyaradıcı üzvlərin funksiyala­rının tormozlanması, qanın normal laxtalanmasının pozul­ması, qan damarlarının elastikliyinin azalması, mədə-ba­ğırsaq sisteminin fəaliyyətinin pozulması və infeksiya xəstə­liklərinə qarşı müqavimətin azalması baş verir.

İonlaşdırıcı şüaların maddələrə təsiri, həmin maddələrin atom və molekullarınm ionlaşmasında təzahür edir. Bu təsirin miqdarca ölçüsünü müəyyən edən əsas parametr udulma dozasıdır. D udulan doza vahidi qrey (qy) qəbul edilib.

Təcrübədə sistemdən kənar vahidlərdən də istifadə edilir 1 rad=100 erq/q; 110 2 c/kq 0,001 qy. Şüanın udulma miq­darı şüalanma xüsusiyyətindən və mühitin uduculuğundan asılıdır.

Son zamanlara qədər rentgen və у şüaları ekspozisiya dozasından istifadə edilir. Ekspozisiya dozası kinetik ener­jiyə çevrilmiş foton şüalanmasından ibarətdir.

Rentgen və у şüalan üçün ekspozisiya doza vahidi ku- lon/kiloqram (Kl/kq) qəbul edilib. Bu elə bir dozadır ki, Rentgen və у şüaları normal şəraitdə 1 kq quru atmosfer havasına təsir etdikdə yükü 1 Kİ olan ionlar yaradır. Hal- hazıra qədər təcrübədə sistemdən kənar doza vahidi rentgen istifadə edilir. lR=2,5810 4Kl/kq.

Elektronun yükü 4,8-10~4 el. vahidinə bərabərdir. De­məli, lR-də 0,001293 atmosfer havasında 2,08-104 cüt ion yaranır. Havada bir cür ionun yaranmasına orta hesabla 34 eV enerji sərf olunur. Beləliklə, İR ekspozisiya dozasında təkrar elektronlar lq havada 88 erq enerji sərf edir. 88 erq/q hava və ya 0,114 erq/sm3 hava rentgenin energetik ek­vivalenti adlandırılır.

62

Rentgen və у şüalanmasının hər hansı bir mühitdə udulma dozası aşağıdakı düsturla hesablanır.

D(qy) = 8,8-10-3Мь

burada və pı ь — tədqiq edilən maddə və hava üçün zəiflətmə əmsalıdır sm2/q.

Müxtəlif ionlaşdırıcı şüaların insan orqanizminə bioloji təsirinin tədqiqi göstərir ki, bu təkcə udulan enerjinin miq­darından yox, həmçinin ionlaşmamn xətti sıxdığından da asılıdır. Xətti sıxlıq artdıqca bioloji təsirin dərəcəsi artır. Bunu nəzərə almaq üçün ekvivalent doza (H) məfhumundan istifadə edirlər ki, bu da aşağıdakı bərabərliklə təyin edilir.

H = D -Qburada D - udulan doza:

Q - Ölçüsüz əmsalıdır və şüalanmanın xətti sıxlığı təsirin­dən yaranan bioloji təsir göstərir.

Aşağıdakı bir neçə şüalanmalar üçün Q-nin qiyməti verilmişdir:

у və (5 şüalanma, Q = 1; a şüalanması 10 MeV-dən az olduqda Q = 20; enerjisi 20 KeV qədər olan neytronlar Q=3

enerjisi 10 KeV qədər olan neytronlar Q = 10.Ekvivalent doza üçün ölçü vahidi zivert (Zv) qəbul edilib

1 Zv = 1 Qy / Q = 1 Q C/kq.

Ekvivalent doza üçün xüsusi vahid Ber qəbul edilir (rad- ın bioloji ekvivalenti); 1 ber=0,01 Zv.

Ber elə bir enerji miqdarıdır ki, onun 1 qramı bioloji toxumalar vasitəsi ilə udulduqda 1 rad rentgen və у şüalanmasının (Q = 1) təsirinə bərabər olur.

63

Page 33: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Vahid zamanda udulma (ekspozisiya və ekvivalent doza) müvafiq dozanın gücü adlandırılır.

Radioaktiv parçalanma sürətini xarakterizə etmək üçün yarımparçalanma dövrü T1 / 2 məfhumundan istifadə edilir. Bu vaxt nüvənin ilk sayının yarısının parçalanma vaxtıdır.

Əksər radioaktiv izotopların yarımparçalanma dövrü saatlar və ya günlərlə ölçülür. Lakin bu vaxtın bilinməsi hər bir hal üçün vacibdir. Qəza zamanı radioaktiv izotopu ak- tivsizləşdirmək, tullantılarının işlənməsini, basdırılması üçün yarımparçalanma vaxtını bilmək vacibdir.

Radioaktiv maddələrin parçalanma sürəti onların ak­tivliyini göstərir. Aktivliyin ölçü vahidi bekkerel (Bk) qəbul edilib. Aktivliyin sistemdən kənar vahidi küri (Ki) adlandırı­lır. 1 saniyədə 3,7-1010 atom parçalanması 1 Ki qəbul edilib.

Radioaktiv maddələrlə işlədikdə elə şərait yaradılmalıdır ki, işləyənlərə təsir edən şüa minimum olmaqla onlarda bu və ya digər xəstəliklərin yaranmasına səbəb olmasın. Keçmiş SSRİ-də bu 1969-cu ildə «Radiasiya təhlükəsizlik normaları (RTN-69) qəbul olunmuşdur.

Daxili və xarici şüalanmada buraxılabilən doza cədvəldə verilmişdir.

Radioaktiv maddələr bədənin ayrı-ayrı üzvlərinə müx­təlif təsir etdiklərinə görə RTN-69-a əsasən bədənin üzvləri radioaktiv həssaslığına görə 3 qrupa bölünürlər:

I qrup - bütün bədən, sümük iliyi;II qrup - əzələlər, qalxanvarı vəzlər, piy qatı, qaraciyər,

dalaq, böyrək, mədə - bağırsaq, ağciyər, göz və i.а. (I və III qrupa daxil olmayan bütün üzvlər);

III qrup - dəri örtüyü, sümük, bilək, çiyin, daban, pəncə.

64

Cədvəl 3.

Şüalanma kateqoriyası Bədən üzvləri qrupları üçün buraxılabilən doza ber/il

I II III

A - radioaktiv maddələrdə daima və ya fasilə ilə işləyən şəxslər

5 15 30

В - A kateqoriyalı binalar yaxınlığında yaşayan şəxslər

0,5 1,5 3,0

V - ümumi əhali 0,17 0,5 1

Şüalanan hər bir şəxs üçün üç sinif normativ müəyyən edilmişdir:

Əsas doza həddiBuraxılabilən səviyyə BSNəzarət səviyyəsi NSA kateqoriyası üçün əsas doza həddi il ərzində ekvivalent

dozanın buraxılabilən həddi (BBD) qəbul edilir. В kateqoriyası üçün isə ekvivalent dozanın illik həddi qəbul edilir (DH). DH elə bir illik dozadır ki, bunun 50 il insan or­qanizminə təsirindən insan səhhətinə mənfi təsir olmur. DH miqdarı BBD-dən kiçik olur.

Bütün orqanizmə düşən ümumi şüalanma dozası aşa­ğıdakı şərti ödəməlidir.

D <;5(N-18)burada N - insanın yaşı

18 - insanın şülanma təsirinə məruz qalana qədərki yaşı.30 yaşa qədər bütün hallar üçün bu norma 60 ber-dən

artıq olmamalıdır.Ətraf mühitdə yayılaraq insan həyatı üçün təhlükə ya­

radan məvhumlardan biri də elektromaqnit şüalarıdır.Elektromaqnit şüalanmasının mənbəyəi təbii və süni

şəkildə iki yerə bölünür. Bu mənbələrə atmosfer elektrikini, günəş və qalaktikadan gələn radioşüalanmanı, yer kürəsinin

65

Page 34: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

elektrik və maqnit sahəsini, müxtəlif qurğulardan yaranan süni mənbələri misal göstərə bilərik. Süni elektromaqnit sa­həsini yaradan mənbələrə termiki qurğularda istifadə olu­nan lampalı generatorun kondensatorlarını (gücü 8 - 200 kVt), generatorların, transformatorların, antennalarm dalğa ötürücülərinin birləşdirici xətlərini aid etmək olar.

Aşağıdakı cədvəldə elektromaqnit şüalanmasının spektri göstərilmişdir. Bunlar həm süni və həm də təbii şəraitdə yaranan şüalardır.

Cədvəl 4.

Tezlik Dalğanınuzunluğu

Elektromaqnit şüalanması

10 103 km Dəyişən texniki cərəyan102 Səs tezliyinə malik olan103 Dəyişən cərəyan104105 Uzun10« 1 km Orta107 Qısa10» İm ultraqısa radiodalğaları10« desimetr10« santimetr10“ lmm millimetr10121013 1 mk İnfraqırmızı şüalar101“10* görünən şüalanmalar10* ultrabənövşəyi şüalar101710'» rentgen şüalan10'«1020102' qamma şüalar10221023 kosmik şüalar1024

66

Qeyd etmək lazımdır ki, insan orqanizmi öz inkişaf mər­hələsi boyu təbii şüalanmaya məruz qalır. Güclü təbii şüa­lanma insana zərərli təsir göstərir. Bu baxımdan müxtəlif dalğaların insan orqanizminə təsirini öyrənib ondan mü­hafizə yollarını göstərmək lazımdır.

Müasir texnikada müxtəlif məqsədlər üçün elektrik yır­ğalanmasından geniş istiadə edilir. Məsələn:

10 hs avtomatlaşdırma sahəsində müxtəlif sınaqlar məq­sədilə istifadə edilir.

10 - 104hs texnikada işlədilən sənaye cərəyanları:105- 10,4hs - böyük kütləyə malik olan cisimlərin yırğa­

lanmasını atom və molekulların mexaniki yırğalanmasından yaranır. Bu yırğalanma uzun infraqırmızı istilik ayrılması ilə gedən şüalanmadır.

Qısa infraqırmızı şüalar atom daxilində gedən prosesdən yaranır. Yəni mərkəzindən kifayət qədər uzaqda olan elektron nüvə yaxınlığında olan qata yaxınlaşması zamanı qısa infraqırmızı şüalar yaranır. Elektronun bir qatdan digə­rinə keçməsi nüvədən a və /? hissəciklərinin ayrılmasına və у şüalarının şüalanmasına səbəb olur. 1021hs-ə malik olan elektromaqnit şüalanması у şüalanmasıdır.

Kosmik şüalar kosmik fəzada yüksək sürətlə hərəkətdə olan eletromaqnit hissəciklərinin selidir. Bu şüalanmanın tezliyi 1022-1024hs-ə bərabərdir.

Elektromaqnit şüalanması insan orqanizminə zərərli təsir edir. Bu təsir dərəcəsi dalğanın uzunluğundan və şüa­lanmanın intensivliyindən asılıdır.

Sənaye tezlikli 50 və 60 hs olan elektrik cərəyanı tərəfin­dən yaranan elektromaqnit sahəsi bu sahənin yüksək gərgin­liyində insan orqanizminə bioloji təsir edir. İnsan bədəninin elektrikləşməsi onun gərginliyi 150-220 kV-dan yuxarı olan elektrik xətləri altında yerləşdiyi zaman baş verir. Bu təsirin

67

Page 35: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

nəticəsində mərkəzi sinir sistemində tormozlanma baş verir ki, o da insanda əzginlik, yuxluluq, tez yorulma halına sə­bəb olur. Eyni zamanda qanda müəyyən dəyişikliklər baş verir. Qan təzyiqi artır, ürək döyünməsi başlayır, döyüntü­nün sayı yüksəlir. Lakin bu hallar yalnız insan elektro­maqnit sahəsində yerləşdikdə yaranır. Elektromaqnit zona­sından uzaqlaşaraq müəyyən qədər istirahət etdikdən sonra göstərilən hallar yox olur. Elektrik sahəsinin təsiri polya- rizasiya hadisəsilə yanaşı onunla izah edilir ki, insan bədə­nindən yerlə hər bir faza arasında tutum əlaqəsindən ya­ranan cərəyan keçir. Aparılan ölçülər göstərir ki, 500 kV yarımstansiyada torpaq üzərində dayanmış insan bədənin­dən 0,01-0,03 mA qədər cərəyan keçir. Naqillə insan ara­sında məsafə minimum olan halda onun bədənindən 0,5-0,6 mA cərəyan keçə bilir.

Verilmiş dalğa uzunluğunda elektromaqnit sahəsinin insan orqanizminə bioloji təsiri onun intensivliyindən və orada yerləşmə müddətindən asılı olduğu üçün zərərlilik kri- teriyasım bədən tərəfindən udulan enerji qəbul etmək olar. Udulan enerji insan bədənində axan cərəyanın kvadratın­dan, insanın bu zonada yerləşmə müddətindən və bədənin keçiriciliyindən asılıdır.

Tezliyi 50hs olan elektromaqnit sahəsində yerləşmiş insa­nın üzərinə müəyyən potensial yönəlir. Ölçmə nəticəsində müəyyən edilmişdir ki, 550 kV gərginlikli naqilə yaxınlaşan zaman, həmçinin həmin zonada metal predmetlər apa- rıldıqda, insana yönəldilən potensial 1 0 - 1 5 kV-а bərabər olur. Yönəldilmiş potensial altında olan insan torpaqlanmış avadanlığa yaxınlaşdıqda qığılcım boşalması baş verəcək və insan bədənindən cərəyan keçəcəkdir. Yönəldilmiş potensial 15 kV həddində olduqda qısa müddət ərzində insan bədə­nindən (cərəyanın keçdiyi yoldan asılı olaraq) bir neçə milli amper cərəyan keçə bilər. Bu cərəyan insanda şok yarada bilər.

68

Sənayenin müxtəlif sahələrində materialların termiki işlənməsi geniş inkişaf etmişdir. İşlənmənin yüksək və daha yüksək tezlikli (104 - 106hs) cərəyanla induksiya və di- elektrik metodları ilə qızdırılması iqtisadi cəhətdən çox əhə­miyyətlidir. Bu üsulda həmçinin işçilərin iş şəraiti yaxşılaşır. Belə ki, müxtəlif yanacaqla işləyən qızdırıcı və əridici sobaların iduksiya qızdırıcı qurğularla əvəz edilməsində sexin havasının təmizliyi yüksək olur, işçilərə təsir edən is­tilik şüalarının intensivliyi və təsir vaxtı qısalır.

Radio və telecihazlar istehsal edən zavodlarda və həmçi­nin bunların tətbiq edildiyi texnoloji proseslərdə ultra yük­sək və daha yüksək tezlikli generatorlardan istifadə edilir (106- lOJ'hs).

Şüalanma mənbələri əsasən bunlardır:— metalların əridilməsi, qaynağında və bərkidilməsində

istifadə olunan induksiya qızdırıcıları;— dielektrik qızdırılması qurğusunda istifadə edilən

makara.Bu qurğular əsasən ağac materialların qurudulmasında,

dielektriklərin yapışdırılmasında və plastmasların qızdırıl- masında istifadə edilir. Bunlardan başqa işçi kondensatorlar müxtəlif generatorlarda yüksək və daha yüksək maqnit sahələri yaradan mənbələrdir.

İnsanların yüksək və daha yüksək (105 - 10n) tezliklər­dən şüa zədəsi alması demək olar ki, eynidir. Lakin bu zədə­lərin göstəriciləri daha yüksək tezliklərdə daha kəskin se­çilir.

Şüalanma dərəcəsini müəyyən etmək üçün insanın aldığı yəni onun tərəfindən udulan enerjini (ar) bilmək lazımdır:

ar = a -F ,v tburada a - güc axınının sıxlığı, vt/m2; F - effektiv udulma sahəsi, m2.

69

Page 36: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Elektromaqnit sahəsinin insan bədəninə təsirindən to­xumaların və ayrı-ayrı bədən üzvlərinin qızması yaranır. Bu dəyişikliyin yaranması bir də onunla izah edilir ki, dalğa­ların 1-100 sm diapazonunda dəri özünü dielektrik kimi aparır və bu zaman bədəndən külli miqdarda su ayrılır. Qeyd etmək lazımdır ki, enerjinin udulma mexanizmi çox mürəkkəb bir prosesdir. Bu proses demək olar ki, ion parça­lanması, dipol udulma rezonansı udulmalarının məcmusun­dan ibarətdir.

Şüanın zərərli təsirinin ilk göstəricisi insan bədəninin hərarətinin artmasıdır. Udulan enerjinin miqdarı artdıqca bədənin temperaturu yüksəlir. Temperaturun yüksəlməsi öz növbəsində toxumaların zədələnməsini dərinləşdirir.

İnsan bədəninin bəzi üzvləri şüaya qarşı çox həssas olur və onlarda temperaturun artması daha intensiv olur. Bu hissələr istilik mübadiləsini çətin aparan hissələrdir. Adətən belə hissələrə intensiv qan dövranı olmayan üzvlər aid edilir. Bunlara misal göz, bəzi bağırsaq orqanları, sidik yolu və s. göstərmək olar. Bütün bədənin şüalanması bəzi hissələrin şüalanmasından daha təhlükəlidir. Bu onunla izah edilir ki, bədənin bir hissəsi şüalandıqda qan dövranı orada yaranan istiliyi aparır.

Elektromaqnit sahəsinin yayılma xarakteri və xassələri dalğanın uzunluğundan asılıdır və bu şüalanma tezliyi A- dan asılı təyin edilir. Şüalanma mənbəyindən olan məsa­fədən asılı olaraq üç zona qeydə alınır: yaxın zona (induk- siya zonası) aralıq zona (interferensiya) və uzaq (şüalanma) zona.

Bu zonada elektrik və maqnit sahələrinin gərginliyi arasında asılılıq müşahidə olunur.

Bu zonada elektromaqnit enerjisi müxtəlif istiqamətdə dalğa şəklində yayılır, üst-üstə düşərək maksimum və da­yanan dalğalar sistemini yaradır.

Əgər yaxın məsafədən bu və ya digər əşyalar vasitəsilə70

dağlaların əks edilməsi baş verərsə bu zaman həmin zonada difraksiya zonası yaranır.

Difraksiya zonasında şüalanma enerjisi axın gücünün sıxlığı ayrı-ayrı dalğaların sıxlığının cəminə bərabər olur.

Şüalanma təzyiqindən asılı olaraq, iş yeri dalğa zonası difraksiya və induksiya zonasında yerləşə bilər.

Cədvəl 5.Tezlik Diapazonun ən uzun

dalğasıŞərti bölmə zonasının

məsafəsiYüksək 10 km 1,6 km

1000 m 160 mUltra yüksək 100 m 16 m

10 m 1,6 mDaha yüksək 100 sm 16 sm

10 sm 1,6 sm10 ram 1,6 mm

Dalğanın uzunluğu 10 sm-dən az olduqda iş yeri həmişə dalğa və difraksiya zonasında yerləşəcəkdir. Bu zonalar üçün şüalanmanın qiyməti <r - dan asılı olacaqdır. Dalğanın uzunluğu bir neçə metrdən çox olduqda isə şüalanma E və H-ın ölçüsü ilə qiymətləndirilir və bunlardan asılı olaraq vahid həcmə düşən enerjinin sıxlığı təyin edilir. Bununla əlaqədar olaraq şüalanmanın buraxıla bilən səviyyəsi uzun və qısa dalğalar üçün müxtəlif vahidlərdə götürülür.

Şüalanmanın buraxılabilən səviyyəsi QOST 12.1.006-76 «radiotezliklərin elektromaqnit sahəsi, ümumi təhlükəsizlik tələbləri»nə əsasən təyin edilir.

QOST 12. 1.002-84 elektrik sahəsi (ES) gərginliyinin bu- raxılabilən həddi və insanın bu həddən asılı olaraq orada daima qalma müddəti normallaşdırılmışdır. Bu standarta əsasən;

a) ES gərginliyinin buraxılabilən səviyyəsi 25 kV/m qəbul edilir. Bu həddən yuxarı fərdi qoruyucu vasitəsiz işləmək qa­dağandır.

71

Page 37: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

b) Gərginliyi 5 kV/m qədər ES-də işçilərin qalma müddəti iş günündən artıq olmamalıdır.

c) ES gərginliyi 5 -20 kV/m olduqda insanın həmin zonada iş müddəti aşağıdakı düsturla hesablanmalıdır:

E

burada E - həmin zonada insana təsir edən ES gərginliyidir, kV/m.

d) ES gərginliyi 20 kV/m yuxarı olduqda işçinin həmin zonada işləmə müddəti 10 dəqiqədən artıq olmamalıdır.

Əgər işçi bütün iş günü ərzində müxtəlif gərginlik ES-də işləyibsə onun bu zonada yerləşmə vaxtının buraxılabilən vaxta çevrilmiş vaxtı aşağıdakı kimi hesablanmalıdır.

pr = 8 | hKTn T1 E 2

+ . . .+

burada Tpr - normalaşmış vaxtın bioloji təsirinə ekvivalent olan çevrilmiş vaxt;

tEi, tE2„.. - uyğun olaraq iş müddətində verilmiş Eı, Ег... En gərginlikli zonada işçinin yolveriləbilən qalma müddəti.

Çevrilmiş vaxt (Tpr) 8 saatdan artıq olmamalıdır. İş ye­rində şüalanmaya nəzarət etmək üçün onu vaxtaşırı ölçmək lazımdır.

Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının 30 dekabr 1997-ci ildə qəbul etdiyi qanun (№423-İQ) radioaktiv şüa mənbələri sahəsində qəzasız fəa­liyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağ­lamlığının mühafizə edilməsinin hüquqi əsaslarını müəyyən edir.

72

Qanunda radiasiya təhlükəsizliyinin təmin edilməsi sahə­sində hüquqi tənzimləmə, təhlükəsizliyin təmin olunmasının əsas prinsipləri, təhlükəsizliyin təmin olunması və bu sahədə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının vəzifələri verilmişdir. Qanunda həmçinin radiasiya təhlükəsizliyi şə­raitinin qiymətləndirilməsi, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə dair tə­ləblər, təbii radionuklidlərin təsirindən əhalinin təhlükə­sizliyinin təmin edilməsi, qida məhsulları istehsalı və istifa­dəsi zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə tələblər, tibbi rentgen-radioloji prosedurlar keçirilən zaman əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, fərdi şüa­lanma dozasının uçotu və ona nəzarət və s. öz əksini tap­mışdır.

İonlaşdırıcı şüa mənbələrindən istifadə edildikdə Azər­baycan Respublikası hüdudlarında şüalanmanın aşağıdakı əsas gigiyenik normativləri müəyyənləşdirilmişdir:

— Əhali üçün illik yol verilən doza 0,001 zivertə bəra­bərdir. İnsan üçün bütün həyatı dövründə (70 il) yol verilən doza 0,07 zivert (zv) qəbul olunur. Ardıcıl 5 il ərzində orta illik yolverilən doza 0,001 zivertdən artıq olmamalıdır.

Radiasiya qurğularında işləyənlər üçün yol verilən orta illik doza 0,02 zivertə və ya həyatının müəyyən fəaliyyəti dövründə (50il) yol verilən doza 1 zivertə bərabər götürülür.

Əgər ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,02 zivertdən böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində orta illik yol verilən doza 0,05 zivertə çata bilər. Əhalinin müəyyən olunmuş dozadan artıq şüalanmasına, həmçinin radiasiya qəzası ilə əlaqədar onların sağlamlığına, əmlakına və həyatına dəyən zərərə görə maddi ödəniş almaq hüququ vardır.

Bu, qanunla müəyyən olunmuş yol verilən şüalanma dozasının həddinə radiasiya fonunu və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonunun yaratdığı dozalar, habelə

73

Page 38: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

vətəndaşların (xəstələrin) diaqnostika və müalicə zamanı rentgen-radioloji və digər mənbələrdən aldıqları dozalar da­xil edilmir. Şüalanma dozalarının qəbul olunmuş hədləri in­san orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanma­ya məruz qalması zamanı yol verilə bilən dozaların müəy­yənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilə bilər.

Qanunda eyni zamanda göstərilir ki, radiasiya qəzası şə­raitində məhdud zaman intervalında sanitariya-gigiyena norma və qaydaları ilə müəyyənləşdirilmiş dozadan artıq dozalara da yol verilə bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası vətən­daşları ilə yanaşı əcnəbilər, vətəndaşlığı olmayan şəxslər də radiasiya təhlükəsizliyi hüququna malikdirlər. Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetir­məyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Res­publikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki- hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə ayrı-ayrı regionlarda gündəlik radiasiya fonu aşağıdakı kimi dəyişilir:

Abşeron yarımadasının radiasiya fonu 6-18 mikrorentgensaat (mkr/saat);

- neft və lay suları ilə çirklənmiş ərazilərdə isə 30-40 mikrorentgensaat təşkil edir;

- Naxçıvanda 10-19 mkr/saat;- Gəncə-Qazaxda 6-16 mkr/saat;- Şəki-Zaqatalada və Şamaxı-Qubada 7-23 mkr/saat;-Mərkəzi Aranda 5-18 mkr/saat;-Lənkəran-Astarada 5-17 mkr/saat təşkil edir.

74

MÖVZU 3. ATMOSFERİ ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR, ONLARIN ƏTRAF MÜHİTƏ

ZƏRƏRLİ TƏSİRİ VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ

Atmosfer müxtəlif qaz qatlarından ibarət olub, Yer kürə­sini əhatə edən müəyyən qalınlıqh bir təbəqədir. Atmosferin kütləsi litosferin kütləsindən milyon, hidrosferin kütləsindən 200 min dəfə azdır. Bütün atmosfer kütləsinin 90%-i onun aşağı 5 km-lik qatında cəmləşmişdir. 3000 km-dən yuxarı at­mosferin sıxlığı çox az olduğu üçün bu hündürlükdən yuxarı kosmik fəza hesablanır.

Temperaturun dəyişməsinə görə atmosfer 5 təbəqəyə bölünür.

l.Troposfer (11-16 km)2.Stratosfer (16 km-dən 50-55 km-ə qədər)3. Mezosfer (50-55 km-dən 80 km-ə qədər)4. Termosfer (80 km-dən 600-800 km-ə qədər)5. Ekzosfer (600-800 km-dən yuxarı)Troposfer - atmosferin aşağı qatı olub, atmosfer küt­

ləsinin 90%-nin cəmləşdiyi bir sferadır. Troposferdə demək olar ki, atmosferin bütün su kütləsi toplanmışdır. Tro- posferin yuxarı sərhədinin hündürlüyü temperaturdan asılı olaraq formalaşır. Belə ki, qışda bu sərhəd yerə yaxın, yayda isə uzaq olur. Gün ərzində troposferin sərhədinin hündür­lüyü 2-3 km həddində dəyişə bilər. Troposferin qızmasının əsas səbəbi yer səthinin istilik şüalanmasıdır. Ona görə də yer səthindən yuxarı qalxdıqca hər 100 metrdə temperatur 0,6 S° aşağı düşür. Troposferin əsas xarakterik xüsusiyyət­lərindən biri də, burada havanın fasiləsiz qarışması və ya­ğıntıların formalaşmasıdır.

Ozon atmosferin bütün qatlarında rast gəlinsə də onun əsas toplaşdığı sfera troposferadır. Burada ozon özünə­məxsus qat yaradıb ki, buna bəzən ozon ekranı da deyilir.

75

Page 39: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Stratosfer - havanın olduqca seyrək olması və su bu­xarlarının tamamilə olmaması ilə xarakterizə olunur. Ek­vatorda stratosferin aşağı sərhədində temperatur - 55 S°, qütblərdə isə nisbətən yuxarı olur. Bu səbəbdən horizontal müstəvidə havanın yerdəyişməsi baş verir.

Mezosfer - hava daha da seyrəkdir və temperatur aşağı düşür (-75 S°). Yerdən təqribən 80 km hündürlükdən başlayaraq temperatur tədricən artmağa başlayır.

Termosfer - bəzən ionosfera da deyilir. Bu sfera seyrək ionlaşmış qazlardan ibarətdir. Termosferin elektrik keçi- riciliyinin yüksək olması ionlaşma ilə izah edilir. Burada güclü elektrik cərəyanları axır. Termosferin yer səthindən 100 km hündürlükdə temperatur 0° S-ni keçir. Bu qatda qaz hissəcikləri çox böyük sürətlə hərəkət edirlər. Lakin seyrək­ləşmənin qiyməti çox böyük olduğu üçün onların bir-biri ilə toqquşma ehtimalı çox az olur.

Ekzosfer - Yer atmosferinin yuxarı sərhədidir. Bu sferada qaz hissəciklərinin hərəkət sürəti böhran sürətinə -11,2 km/san-ə çatır. Bunun təsirindən həmin hissəciklər planetlərarası fəzaya səpələnir. Bu birinci növbədə hidro- genə aiddir. Hidrogen yerin cazibə qüvvəsinin təsirindən çıxaraq Yer kürəsinin yer tacını yaradır ki, onun da yer səthindən hündürlüyü 20 000 km-dən çox olur.

Atmosfer: 1. Gündüz Yer səthinin həddən qızmasının, gecə isə tez soyumasının qarşısını alır. 2. İnsanı hava ilə tə­min edir. 3. Yerdə - enerji, maddələr və qaz dövranının hə­yata keçməsində mühüm rol oynayır. 4. Yerdə suyun olma­sına səbəb olur. 5. Atmosfer olmasaydı Günəş şüaları səpə­ləməz, səs yayılmazdı. 6. Kosmosdan gələn metioritlər at­mosferə daxil olduqda hava ilə sürtünərək alışıb yanır və ək­səriyyəti Yerə çatmır.

Atmosfer havası daim hərəkət edir, ona görə də çirk- ləndirici maddələr atmosferdə yayılırlar. Müəyyən olunmuş­dur ki, bütün zəhərli qazlar troposfer və stratosferdə çox

76

uzun müddət qala bilmirlər. Qazaoxşar maddələr ya suda həll olur, ya da torpaq tərəfindən udulur, nəticədə onlar mikroorqanizmlər tərəfindən mənimsənilərək başqa maddə­lərə çevrilirlər. Sabit şəkildə atmosfer havasının tərkib hissə­sini təşkil edən qazların miqdarı aşağıdakı cədvəldə veril­mişdir.

Cədvəl 6Quru havanın tərkibi

Tərkib hissəsi Həcmi miqdar, %Azot 78-80Oksigen 20,95Arqon 0,93Karbon qazı 0,032Neon 1,8 • 10-3Helium 5,24- 10-4Metan 1,4 • 10-4Kripton 1,4- 1 O'4Azot oksidi 5 • 10‘5

Bundan əlavə havanın tərkibində çox cüzi miqdarda hidrogen, ozon, kükürd anhidridi, dəm qazı, ammonyak və s. vardır. Qazların hündürlüyə görə paylanması bərabər olmayıb, bir çox amillərdən asılı olaraq dəyişir.

Atmosferin çirklənməsi bir tərəfdən onu təşkil edən qazların miqdarının daim kəmiyyətcə dəyişməsi ilə, eləcə də ona yeni maddələrin (xüsusən radioaktiv maddələrin) daxil olması nəticəsində baş verir. Atmosferi çirkləndirən bütün maddələri şərti olaraq 2 qrupa bölmək olar: qaz və bərk ha­lında olan hissəciklər. Atmosferə buraxılan zəhərli maddə­lərin 90%-ni qazlar, 10%-ni isə bərk hissəciklər təşkil edir.

Məlumdur ki, atmosferi çirkləndirən mənbələr və on­ların ətraf mühitə zərərli təsiri müxtəlifdir. Havada qazların (buxarların), bərk və maye halında olan müxtəlif maddə­lərin, həmçinin radioaktiv elementlərin canlı orqanizmlərin həyat şəraitinə mənfi təsir edə biləcək miqdarda olmasına

77

Page 40: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

atmosfer çirklənməsi deyilir. Qaz halında olan tullantılar atmosferi daha çox çirkləndirir. Cədvəl 7-də atmosferi çirkləndirən mənbələr və çirkləndiricilər verilmişdir.

Cədvəl 7Atmosferi çirkləndirən maddələrin əsas mənbələri

Çirkləndiricilər Çirklənmə mənbələriKarbon qazı (CO2) Vulkanların fəaliyyəti

Canlı orqanizmlərin nəfəs almasıYanacağın yandırılması

Dəm qazı (СО) Vulkanların fəaliyyəti Daxiliyanma mühərrikləri

Karbohidrogenlər BitkilərDaxiliyanma mühərrikləri

Üzvi birləşmələr Kimya sənayesi Tullantıların yandırılması Müxtəlif yanacaqlar

Kükürd qazı və kükürdün törəmələri

Vulkanların fəaliyyəti Bakteriyalar Yanacağın yandırılması

Azotun törəmələri BakteriyalarYanma

Radioaktiv maddələr Atom elektrik stansiyaları Nüvə partlayışları

Bərk hissəciklər Ağır metallar Mineral birləşmələr

Külək eroziyası SənayeDaxiliyanma mühərrikləri

Üzvi maddələrTəbii və sintetik maddələr

Meşə yanğınları Kimya sənayesi Tullantıların yandırılması Kənd təsərrüfatı (pestisidlər)

Radioaktiv maddələr Nüvə partlayışı

Ümumiyyətlə, atmosfer çirkləndiricilərini iki qrupa ayırırlar. 1. İlkin tullantılar, 2. II dərəcəli tullantılar. İlkin tullantılar bilavasitə atmosferə yayılır, ikincilər isə atmo­sferdə fıziki-kimyəvi proseslər sayəsində törənən

78

maddələrdir. Məlum olmuşdur ki, atmosferdə toplanan çirkləndirici maddələrin əksəriyyəti kimyəvi, fotokimyəvi, fıziki-kimyəvi reaksiyalara cəlb olunaraq atmosferdə müx­təlif II dərəcəli tullantılar törədirlər. Atmosferi çirkləndirən əsas maddələr pirogen mənşəlidirlər. Pir - yunanca od de­məkdir. Bərk və maye xassəli yanacaqların geniş miqyasda istifadə olunması sayəsində atmosferi çirkləndirən maddə­lərdən üstünlük təşkil edənlər aşağıdakılardır.

Kükürdlü birləşmələr. Bu birləşmələrin əsasını kükürd anhidridi (SO2) və hidrogen sulfıd (H2S) təşkil edir. SO2 - nin süni mənbəyi olmadığı halda atmosferdə onun miqdarı olduqca cüzidir. Təbiətdə kükürd anhidridinin yeganə bir təbii mənbəyi vulkanik fəaliyyətdir. Kükürdlü birləşmələr atmosferə əsasən insanın fəallığı nəticəsində daxil olur. Havanın başqa çirkləndiriciləri kimi, burada da əsas rolu yanacağın yandırılması oynayır. Tədqiqat nəticəsində müəy­yən olunmuşdur ki, SC>2-nin atmosferə buraxılan ümumi miqdarı 145 • 106 ton təşkil edir. Bu kütlənin 70% kömür­dən, 16% duru yanacaqdan, xüsusən mazutun yanması he­sabına yaranır. Atmosferə buraxılan kükürd anhidridi hava­da uzun müddət qalmadan müxtəlif çevrilmələrə məruz qalır ki, bu da kükürdün ümumi dövranının bir hissəsini təşkil edir.

Ultrabənövşəyi şüaların təsiri nəticəsində SO2-İ sulfat anhidridinə çevrilir, bu zaman müəyyən qiymətdə istilik ay­rılır. Reaksiya aşağıdakı şəkildə gedir:

2 S 02 + 0 2 —^-»2 S02 + 44 kkal SO3 ilə atmosferdəki su damcıları ilə reaksiyaya gi­

rərək sulfat turşusu yaradır:S 02 + H20 -> H2S04 +18 kkal

Hər iki reaksiya olduqda yavaş gedir. Lakin dəmir və marqansın təsiri ilə proses sürətlənir və nəticədə qeyri-stabil sulfat turşusu stabil sulfat turşusuna (H2SO4) çevrilir.

79

Page 41: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Son vaxtlar atmosferin kükürd birləşmələri ilə çirklən­məsində aşağıdakı tipli reaksiyaların getməsi də müşahidə olunur.

so2 + n o 2 + Н гО - > H 2SOA + N 0Kükürd 2-oksid tənəffüs orqanlarına, gözə və dəriyə

qıcıqlandırıcı təsir göstərir, mərkəzi sinir sistemini zədələyir, orqanizmdə gedən oksidləşmə prosesini məhv edir. Kükürd 2-oksidin təsirindən yaranan zərərli təsirlərdən ürək-damar xəstəliklərini, tənəffüs orqanları xəstəliklərini və astmatik- lərin tutmalarının sayının artmasını göstərmək olar. Kükürd 2-oksidin kəskin təsiri ümumi ölüm hadisəsini 0,6% artırır.

Bitkilər SO2-Ə çox həssas olur. O, yarpaqların xloro- filini dağıdaraq fotosintez prosesinin getməsini ləngidir. Onu demək kifayətdir ki, SCh-nin taxıla təsiri nəticəsində məhsuldarlıq 30-40% aşağı düşür.

H2S-in təbiətdə əsas mənbəyi torpaqda və suda olan anafob tipli bakteriyalardır. Bu birləşmənin əsas süni mən­bəyi bu maddəni istehsal edən sənaye sahələri və neft-kimya müəssisələridir. Bu maddə zərərlidir və onun buraxıla bilən həddi 15 mln •' -dir.

Dam qazı (СО). Bu qaz atmosferin ən geniş yayılmış çirkləndiricisidir. СО-nun əsas təbii mənbələri vulkanik fəa­liyyət nəticəsi, troposferdəki elektrik boşalmaları, meşə yan­ğınlarıdır.

İnsanların fəaliyyəti nəticəsində СО-nun əsas mənbəyi yanma və daxiliyanma mühərrikləridir. Hesablamalar göstərir ki, avtomobilin havaya buraxdığı bütün qazların 10-12%-ni СО təşkil edir. СО kəskin zəhərləyici təsirə ma­likdir. СО - qazının zəhərləyici təsiri bununla izah olunur ki, o, oksigenə nisbətən yüngül olduğu üçün qanın hemoqlo- bini ilə əlaqəyə girib dayanıqlı karboksihemoqlobin yaradır. Bu isə orqanizmdə oksigen çatışmamazlığına səbəb olur. СО həmçinin ürək-damar sisteminin fəaliyyətini zəiflədir.

80

Ürək-damar xəstəlikləri olan insanlar üçün СО öldürücü təhlükəyə malikdir.

Karbon qazı (СО2): Bu qaz atmosferin təbii tərkib hissələrindən biridir. XX əsrdə onun havada qatılığı 25% artmışdır. Son 10 il ərzində isə CO2 miqdarı atmosferdə 13% artmışdır. C 0 2-in atmosferdə artması əsasən enerji istehsalı və istehlakı sahələrində baş verir. Əgər nəzərə alsaq ki, 12 qram karbonun yanmasından 48 qarm karbon qazı alınır, o zaman təsəvvür etmək olar ki, müasir dünyada yandırılan milyard tonlarla yanacaqdan nə qədər CO2 almar. At­mosferə atılan СОг-шп miqdarı azalmazsa «parnik effek­tinin» yaranması ehtimalı daha da artar və bu təsirdən yer üzərində temperaturun artması böyük fəlakətlər törədə bilər.

Təqribi hesablamalar göstərir ki, bir ildə orta hesabla dünyada 7,6 mlrd, ton üzvi yanacaq işlədilir və uyğun olaraq atmosferə atılan karbon qazının miqdarı 16-18 mlrd, ton ehtimal olunur. Tədqiqatlar göstərir ki, hər il biosferə atılan CO2 -nin miqdarı 2% artır.

Azot oksidhri (Nx Oy) təbiətdə meşə yanğınlarından yaranır. Şəhərlərdə və sənaye müəssisələri ətrafında Nx Oy yaranması insan fəaliyyəti nəticəsində baş verir. Külli miq­darda azot oksidləri istilik elektrik stansiyalarından və da­xili yanma mühərriklərindən ayrılır. Bunlardan başqa me­taləritmə və azot turşuları istehsal edən müəssisələrdən də atmosferə azot oksidləri atılır.

Atmosferi çirkləndirən azot oksidləri bunlardır: N2O - insanlara praktiki olaraq təsir edir və cərrahiyyə əməliyyat­larında istifadə olunur.

N 0 - insanların mərkəzi sinir sisteminə təsir edir, onlarda iflic yaranmasına, qanın qatılaşmasına təsir edir və oksigen çatışmazlığı yaradır.

NO2 - su ilə birləşdikdə azot turşusu yaradır.4 NO2 + 2 H2O = 4 HNO3

81

Page 42: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Azot turşusu nəfəs yollarının zədələnməsinə və ağ ciyərin şişməsinə səbəb olur.

Atmosferin çirklənməsində xlor, flor birləşmələrinin rolu az deyil. Süni yolla atmosferi çirkləndirən bu qazların mənbəyi kimya müəssisələridir.

Aerozol çirklənmə: Aerozol - havada asılı halda olan bərk və maye hissəcikləridir. Aerozollar təbii və süni mən­şəlidirlər. Təbiətdə təbii aerozollar fəsad törətmirlər. Səhra­larda törənən qasırğalar, vulkan püskürmələri suların dal­ğalanması kimi təbii hadisələrlə əlaqədar atmosferə qarışan aerozollar yağmurların köməyi ilə yer səthinə qayıdırlar. Süni yolla əmələ gələn aerozol hissəciklərinin çox hissəsi mikroskopik ölçüdə olduğu üçün atmosferin stratosfer qa­tma kimi yüksəlir. Orada uzun müddət qalır, baş verən tə­zadlar son məqamda litosferin və hidrosferin flora-fauna­sına xətər yetirir.

Metallurgiya müəssisələri atmosferi aerozolla çirklən­dirən əsas mənbələrdən hesab olunur. Poladəritmə zavodları tərkibində ölçüsü 0,1 mkm olan dəmir oksidi hissəciklərini qırmızı tüstü şəklində atmosferə buraxır. Əlvan metallur­giya, sink, qalay, alüminium, miss istehsalı da ətraf mühitin aerozollarla çirklənməsində mühüm rol oynayır. Müəyyən olunmuşdur ki, sənaye mərkəzlərinə düşən toz hissəcikləri­nin 20% dəmir oksidi, 15% silikatlar, 5% -isə qurum təşkil edir.

Atmosferə yayılan hissəciklərin miqdarı onların ya­yılma xüsusiyyətlərinə əsasən yerin coğrafi şəraitindən və nəzarətin həyata keçirildiyi hündürlükdən asılıdır.

Atmosferi çirkləndirən aerozollar içərisində qurğuşun xüsusi yer tutur. Bu onunla izah olunur ki, müasir sənaye­nin qurğuşuna olan tələbatı ildən-ilə artır. Təkcə akkumul­yator istehsalında bütün dünyada istehsal olunan qurğuşu­nun üçdə biri sərf olunur. Benzinin oktau ədədini qaldırmaq üçün onun tərkibinə qurğuşun - tetraetil əlavə olunur. Bu

82

birləşmənin atmosferdə paylanması çox müxtəlifdir. Sakit okeanın mərkəzində onun qatılığı 0,001 кч/т3 olduğu halda,

kənd təsərrüfatı rayonlarında onun qiyməti 1 , sənayem

mərkəzlərində l -Дг- -dan yuxarı olur. Şəhər küçələrinin m

kəsişdiyi yerlərdə onun qiyməti 5 -^-, tunellərdə isə 30-35m'

- \ - a çatır. Müəyyən olunmuşdur ki, ölçüləri 0,05-dən 5 m

mkm-yə kimi olan qurğuşun hissəcikləri atmosferdə bir neçə həftə qala bilirlər. Nəhayət qurğuşun müəyyən zaman keçəndən sonra torpağa çökür.

Müxtəlif tip aerozollar atmosferdə eyni cür paylanmır. Troposferin aşağı sərhədində onların konsentrasiyası böyük olduğu halda, troposferin yuxarı sərhədində bu qiymət kəskin aşağı düşür. Stratosferdə qarışıqların miqdarı artmağa başlayır və 16-28 km hündürlükdə hissəciklərlə zəngin olan təbəqə yaranır. Bu təbəqə insan fəaliyyətinin nəticəsi yox, təbii amillərin xüsusən vulkan püskürmələri və meteor hissəciklərinin təsirindən yaranır.

Ümumiyyətlə fərz edilir ki, atmosferdə olan aerozol­lar m əksəriyyətinin ölçüləri 0,1-2,0 km intervalındadır. Bu hissəciklər bir çox atmosfer hadisələrində vacib rol oynayır. Bunların təsirindən yer səthində işıqlanma dərəcəsi və temperatur xüsusiyyətləri formalaşır. Hissəciklər günəş radiasiyasının səpələnməsinin əsas səbəbi hesab olunur.

Atmosferin çirklənməsində zəhərli dumanların (smoq) rolu böyükdür. Smoq sözü yarı rus, yarı ingilis sözü olub, «siqaret tüstüsü» mənasını verir. Smoqun yaranmasının əsas səbəbi atmosferdə temperatur qradientinin yaranmasıdır. Bütün sənaye şəhərlərində havanın çox çirklənməsi nəticə­

83

Page 43: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

sində smoq hadisəsi baş verir. Smoqun əsasən 2 növü daha tez-tez müşahidə olunur: adi smoq, fotokimyəvi smoq.

Adi smoqun yaranmasının əsas səbəbi yer səthindən 200-300 m hündürlükdə temperatur inversiyasınm mövcud olmasıdır. (Temperatur inversiyası temperaturun yuxarıdan aşağıya soyumasıdır)

İnversiya nəticəsində yer səthindən qızmış hava yuxarı qalxa bilmədiyindən zəhərli qaz qarışıqlarından ibarət xüsusi kütlə almır. Havanın nəmliyi çox olduqda isə smoq duman şəklində yer səthinin üzərini örtür. Bu zaman smoq canlı orqanizmlər, xüsusən insanlar üçün daha təhlükəlidir. 1952-ci ildə adi smoq hadisəsi Londonda baş vermişdir. Bu zaman havada kükürd qazının miqdarı 10 dəfədən çox artmışdır, nəticədə 2000-ə yaxın insan ölmüş, minlərlə insan isə müxtəlif dərəcədə zəhərlənmişdir. Vadilərdə yerləşən sə­naye şəhərlərində temperatur inversiyası daha fəlakətli nəti­cələrə gətirib çıxara bilər. Məsələn, ABŞ-da hər tərəfdən tə­pəliklərlə əhatə olunmuş vadidə yerləşən Los-Anceles şəhəri buna bariz misaldır. Bu şəhərdə ilin 200 günü smoq hadisəsi müxtəlif konsentrasiyalarda müşahidə olunur. Adi smoq qatı qeyri-şəffaf tüstü şəklində özünü göstərir. Tərkibində müxtəlif qarışıqlar və su birləşmələri olur:

SO2 + NO3 + СО* + СпШп+х + • • • Fotokimyəvi smoq isə avtomobilin tullantısı olan

işlənmiş qazların tərkibindəki N2O (azot 2 oksidin) və СО (dəm qazının) -nın günəş şüalarının təsiri ilə fotokimyəvi reaksiyaya daxil olaraq çox aktiv zəhərləyici peroksia- setilnitrat (PAN) və O3 (ozon) qazının əmələ gəlməsidir.

N20 + CO — PAN + 0 3 Bu smoq adi smoqdan şəffaflığı ilə fərqlənir. Ona görə

də bəzən adi hallarda fotokimyəvi smoqu müşahidə etmək mümkün olmur. Burada hv - günəş şüalarının enerjisidir.

84

Qaz qarışıqları ardıcıl reaksiyaya daxil olaraq daha zə­hərli birləşmələr əmələ gətirir. Reaksiyalar aşağıdakı şəkildə gedir.

NO2 + hv —► N 0 + O O + O2 —► O3

O3 + NO + hv —► NO 2 + O2Bu reaksiyanın ən təhlükəli komponentləri O3, NO,

NO2 - dir.Fotokimyəvi smoqun çox təhlükəli növlərindən biri

fosgen adlanır. Qaz qarışıqlarının tərkibində СО və CI2 bir­ləşmələri olduqda günəş şüalarının təsirindən СОСЬ (fosgen) almır, yəni

co + ci — » СОСЬ (fosgen)Fosgen canlı aləm üçün daha təhlükəli fəsadlar ya­

radır. Smoq aşağıdakı əlamətlərə malikdir:Fotokimyəvi duman pis qoxuya malik olub, insanların

gözləri, burnu və boğaz qişalarını xəstələndirir, boğulma, ağciyər və bronxial astma xəstəliyini kəskinləşdirir.

Fotokimyəvi duman bitkiləri zədələyir, əvvəlcə yarpaq­lar gümüşü və ya miss rəngini alır, sonra isə solur.

Fotokimyəvi dumanlar metalları korroziyaya uğradır, rezin və sintetik rənglərin çatlamasına səbəb olur, paltarı korlayır.

Səhər saatlarında havada çoxlu miqdarda işlənmiş qazlar toplanır, günortaya yaxın adi smoq əmələ gəlir. Gü­nün ikinci yarsında istiliyin artması nəticəsində inversiya zəifləyir, «Smoq» yuxarıya doğru qalxır. Hazırda dünyanın bir sıra şəhərlərində - Nyu-York, Çikaqo, Boston, Tokio, Milan və başqalarında fotokimyəvi duman əmələ gəlir. Bu əsasən şəhərlərdə avtomobillərin həddən çox olması ilə bağ­lıdır.

Fotokimyəvi dumanın əmələ gəlməsinin qarşısını al­maq üçün atmosferin avtomobil nəqliyyatı tərəfindən çirk­lənməsinin qarşısını almaqdır.

85

Page 44: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Ətraf mühitin keyfiyyətcə qiymətləndirilməsinə təsir göstərən amillərdən biri də səs-küydür. Əgər səs-küyü «arzuolunmaz səslər» kimi qəbul etsək onda onu səs-küy çirklənməsi kimi qəbul etmək olar. Müəyyən olunmuşdur ki, istehsal qurğuları və təyyarələr vasitəsilə yaranan səs-küy nəinki insanları narahat edir, hətta onların sağlamlığına da təsirsiz ötüşmür. Həmçinin tədricən eşitmə qabiliyyətini aşa­ğı salır. Bununla əlaqədar olaraq səs-küyə ətraf mühiti çirk- ləndirən bir amil kimi baxılmalıdır. Ona görə də səs-küylə çirkləndirilməyə qarşı mübarizə aparılmalı və onun səviy­yəsinə nəzarət olunmalıdır.

Səsin gurluğunun ölçü vahidi detsibeldir (dB). Səsin verilən intensivliyinin (J) minimum səviyyədə hiss olunan intensivliyə (Jo) nisbətinin loqarifmasma səsin qurluğu

deyilir ( lg ^ -) .Jo

Hiss olunan intensivlik səviyyəsi dedikdə səs təzyiqinin qiyməti 0,0002 mkbar başa düşülür ki, bu da 1016 Vt-a uyğundur. Bu qiymətdə səs təzyiqi insan qulağı tərəfindən qəbul edilir.

İnsan tezliyi 20 Hersdən 20000 Hersə kimi olan səsləri qəbul edə bilər. Qəbul olunan səsin siqnalının intensivliyi 0- 120 dB-ə kimi ola bilər. 120 dB insan qulağında ağrılar yaradır. Adi danışıq 250-10000 Hs tezliyində aparılır. İntensivlik isə 30-40 dB təşkil edir. Yerdən qalxan reaktiv təyyarələrin səsi 160 dB-dən yuxarı ola bilər. Səsin insan orqanizminə təsiri onun tezliyindən və gurluğundan asılıdır.

İnsan tərəfindən qəbul edilən səs gurluğunun vahidi fondur. 1 fon səs-qurluğu intensivliyi 40 dB, tezliyi isə 1000 Hs olan siqnala uyğundur. İntensivliyi 40 dB olan tezliyi 5000 Hs olan səsin gurluğu 2 fon qəbul edilir. Bu şkala üzrə 50 fondan yuxarı istənilən tezlikli səslər orqanizm üçün zə­rərli hesab olunur. Adətən insanlar səsin gurluğu 35-40 dB- dən yuxarı olduqda şikayətlənirlər. Bu qiymət 50dB-ə

86

çatdıqda isə inzibati orqanlar tərəfindən tədbirlər görülmə­lidir.

Müəyyən olunmuşdur ki, iri şəhərlərdə səs-küyün miq­darını azaltmaq üçün əsas vasitə yaşıllıqların artırılmasıdır. Yolların kənarlarında əkilmiş ağaclar səsin gurluğunu 10 dəfəyə kimi azaldır. Ağaclar bir tərəfdən səsi udurlar, digər tərəfdən isə onun istiqamətini dəyişib səpələyirlər.

Başqa sahələrdə olduğu kimi burada da səsin buraxıla bilən həddən artıq qiyməti zərərlidir. Bunun qarşısının alın­masında və həlli yollarında hal-hazırda iki mühüm maneə mövcuddur.

1) Əhalinin mövcud təhlükə barəsində məlumatının olmaması

2) İqtisadi gəlir götürmək üzündən lazımi əməliyyat­ların ləng surətdə həyata keçirilməsi, yaxud ümumiyyətlə keçirilməməsi. Məsələn, təyyarə gurultularından qorunmaq üçün iki əsas şərt yerinə yetirilməlidir:

1) Texniki imkanlar həddində səs mənbələrinin gücünü zəiflətmək. Bu sahədə Qərbi Avropa və ABŞ-da ciddi işlər aparılmış və təyyarə mühərriklərinin yaratdığı gurultunun intensivliyi xeyli azaldılmış və müəyyən normativlər müəy­yənləşdirilmişdir. Bu ölkələr bu normativlərə cavab verə bil­məyən digər ölkələrin təyyarələrini öz hava məkanına bu­raxmırlar. Məsələn, 2002-ci il apreldən etibarən Rusiyada istifadə olunan əksər tip təyyarələrin bu ölkələrə buraxıl- maması haqqında verilən qərarı göstərmək olar.

2) Aeroportlar ətrafında 15 km-lik zonada yaşayış evlə­rinin və sənaye müəssisələrinin tikintisinin qəti surətdə qa­dağan olunması.

Aeroportlar ətrafında yaşıl zolaq və meşələrin salın­ması nəinki səs-küyün udulmasma şərait yaradar və eyni zamanda bunun nəticəsində havanın tənzimlənməsinə də şərait yaradardı.

87

Page 45: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Məlumdur ki, atmosferi çirkləndirən mənbələr və on­ların ətraf mühitə zərərli təsiri müxtəlifdir. Qaz halında olan tullantılar ilk növbədə atmosferi daha çox çirkləndirir. Bu tullantıların əsas mənbələrindən biri də nəqliyyatdan ayrılan zəhərli qazlardır. Tullantı qazların tərkibinə azot və oksi­gendən başqa karbon 2-oksid, kükürd oksidləri, zəhərli karbohidrogenlər, müxtəlif azot oksidləri və bərk hissəciklər də daxildir. Havanın belə çirkləndiricilərlə çirklənməsi ciyər, şiş, dəri, bronxit və başqa xəstəliklərin artmasına səbəb olur.

Hal-hazırda avtomobil nəqliyyatından atmosferə ötü­rülən zəhərli qazlar ətraf mühiti daha çox çirkləndirir. Ən çox zəhərli maddələr buraxan karbüratorla işləyən daxili yanma mühərrikləridir (DYM). Benzin və dizel yanacaqları ilə işləyən bu mühərriklər iş müddətində atmosferə his, ben- zopren, dəm qazı (СО) aldehidlər və başqa zəhərli maddələr tullayır. Atmosferə tullanan zəhərli maddələrin miqdarı avtomobillərin texniki sazlığından asılıdır.

Tərkibində qurğuşun birləşmələri olan etil benzinindən istifadə olunması atmosferə çox zəhərli qurğuşun birləş­mələrinin tullanmasma səbəb olur. Benzinin etilləşdirilməsi ona bromlu qurğuşun və yaxud yanmayan etilli qurğuşunun əlavə olunması prosesində yaradılır. Bu isə çox zəhərli ma­yedir. Belə benzindən istifadə olunması mühərrikin iş reji­mini yaxşılaşdırmaqla yanaşı, yanacağa xeyli qənaət olun­masına şərait yaradır, lakin ətraf mühiti qurğuşunla zə­hərləyir. Benzinə əlavə edilmiş etil mayesinin 70% qədəri, yəni qurğuşunlu birləşmələr işlənmiş qazlarla birlikdə a t­mosferə tullanır. Bunun 30%-i torpağa hopur, 40%-i isə at­mosferdə qalır. Orta yükdaşıyıcı yük avtomobili ildə 2,5-3 kq-a qədər qurğuşunlu birləşmələri atmosferə tullayır. Qərbi Avropa ölkələrində havaya qurğuşunlu birləşmələrin daxil olmaması üçün etilsiz benzinlərdən istifadə olunmağa başlanmışdır. Dünyada DYM-nə malik avtomobillər tərəfindən ildə havaya 300 min ton qurğuşun, 260 mln. ton

88

СО (dəm qazı), 20 mln. ton azot oksidləri, 40 mln , ton karbohidrogenlər tullanır.

Ətraf mühiti zəhərli maddələrlə çirkləndirən nəqliyyat növlərindən biri də təyyarələrdir. Tədqiqatlar göstərir ki, təyyarələrin mühərriklərinin havaya tulladığı zəhərli qarı­şıqların miqdarı onun işləmə rejimindən asılıdır. Təyyarənin aşağı rejimində (düşmə və qalxma rejimində) havaya СО və CnHm, sürət çoxaldıqda isə havaya tullanan azot oksid- lərinin (NO, NO2 , N2O5) miqdarı xeyli çoxalır. Təyyarələr tərəfindən atmosferin çirklənməsi nəqliyyat çirklənməsinin 5%-i təşkil edir.

Hal-hazırda avtomobil nəqliyyatından atmosferə ötürülən zəhərli qazlar ətraf mühiti sənaye müəssisələrindən daha çox çirkləndirir. Bunun qarşısını almaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacib sayılır.

1 .Avtomobillərin saz işləməsini təmin etmək2. İstifadə edilən yanacağın keyfiyyətini yüksəltmək3. Avtomobillərdən ayrılan zəhərli qazların tərkibinə

nəzarət. Bu iş Dövlət avtomobil müfəttişliyi tərəfindən həyata keçirilir.

4. Maye yanacaqların qaz yanacaqları ilə əvəz etmək5. Benzin yanacaqlarının dizel yanacaqları ilə əvəz

edilməsi Dizel yanacaqlarından yaranan tullantı qazların tərkibində zəhərli qazların miqdarı az olur. Dizel yanacaq­ları tam yanır və ona qurğuşunlu etil mayesi əlavə olunmur

ö.Daxiliyanma mühərriklərinin təkmilləşdirilməsi7.Neytralizatorlardan istifadə edilməsi. Metal kamera

içərisində xüsusi katalizator boruları yerləşdirilir. Boruların içərisinə katalizator doldurulur. Katalizator kimi üzərinə platin, yaxud poladium metalların dənəcikləri hopdurulmuş aktiv səth götürülür. Bu metal kamera tullantı qaz borusun­da yerləşdirilir, tullantı qazla kameradan keçərək təmizlənir. Zəhərli qazlardan təmizlənmiş qazlar atmosferə buraxılır.

89

Page 46: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Bu qurğu eyni zamanda avtomobilin səsini də xeyli azaltmış olur

8.Elektromobil problemi: Məlumdur ki, atmosferi çirkləndirən benzinlə işləyən nəqliyyat vasitələridir. Ona görə alimlər qarşısında yeni bir problem durur - benzinlə işləməyən maşınlar yaratmaq. Artıq belə maşınlar vardır. Onlar elektromobil adlanır. Ona «təmiz maşınlar»da deyilir. Belə tip maşınlar artıq dünyanın bir sıra ölkələrində kütləvi istehsal olunmağa başlanmışdır.

Atmosferin çirklənməsinin qarşısını almaq və çirklən­məni zərərsizləşdirmədə yaşıllıqların xüsusi əhəmiyyəti var­dır. Ağac, kol və ot bitkiləri havaya daxil olan toz, his, müx­təlif qazları tutur, karbon qazını udaraq fotosintezlə ətraf mühitə oksigen buraxır. Sənaye şəhərlərinin havasmdakı toz hissəciklərinin 72%-i, kükürd qazının 60%-ə qədəri bitkilər tərəfindən tutulur, hətta balaca bir bağça və ya xiyaban tozların miqdarını açıq sahələrdəkinə nisbətən 30% azaldır. Atmosferin Ozon qatının vəziyyətinin dəyişməsi də mühüm amillərdən biri hesab olunur.

Ozon təbəqəsi günəşin ultrabənövşəyi radiasiyasının böyük bir qismini udaraq, yer kürəsində canlı orqanizmləri radiasiyanın məhvedici təsirindən qoruyur. Ozon (Оз) yunanca iy saçıram deməkdir. Ozon ilk dəfə Holland alimi Marum tərəfindən kəşf edilmişdir. 1939-cu ildə Şonbeyn tərəfindən laboratoriya şəraitində alınmışdır. Təbii şəraitdə havadan elektrik qığılcımı keçdikdə, şimşək çaxdıqda Оз yaranır. Ozonun əsas kütləsi atmosferin 10-15 km hündür­lüyündə toplanmışdır, lakin onun ən sıx qatı yer səthindən 20-25 km hündürlükdədir. Və bu ozonosfera adlanır. Öz həcminə görə yer atmosfer havasının təxminən yüz mində bir hissəsinə bərabər olan ozon təbəqəsi olduqca zəif və na­zikdir. Normal təzyiq və temperatur şəraitində atmosferdəki ozonu bir yerə toplamaq mümkün olarsa, onda ozon təbəqəsinin qalınlığı 3 mm-dən artıq olmaz. Müqayisə üçün

90

göstərmək olar ki, eyni ölçüyə görə atmosfer havasının qa­lınlığı kilometrlərə bərabərdir.

Ozon atmosferdə aşağıdakı mexanizm üzrə əmələ gəlir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, 20-45 km hün­dürlükdə günəşin ultrabənövşəyi şüaları təsirindən mo- lekulyar oksigen atomlara parçalanır, yəni

Ö2 + h o ^ O + OParçalanmış atomlar dərhal ətrafdakı başqa oksigen

molekullarına yapışaraq ozon molekuluna çevrilir.O+O2 + M -> O3 +M *

Bu zaman ayrılan rabitə enerjisi istənilən kənar molekul tərəfindən udula bilər (məs. N 2, yaxud O2, yəni M ayrılan rabitə enerjisini udaraq M* çevrilir).

Yaranmış ozon molekulu oksigen atomları ilə reak­siyaya daxil olaraq 2 oksigen molekulu əmələ gətirir.

O+O5 —>2 0 2Bu o vaxta qədər davam edir ki, ozonun sənaye tul­

lantılarının atmosferə düşməsi nəticəsində azotlu-oksidli, haloidli birləşmələrin iştirakı ilə dağılmasının zəncirvari proseslərinin yaranması başlasın. Təbəqənin taleyi barədə narahatlıq 70-ci illərdən bəllidir. Onun nazilməsi və yarıq­ların əmələ gəlməsi Antarktida üzərində müşahidə edilmiş­dir. Müəyyən edilmişdir ki, təbəqənin qalınlığı bahar fəs­lində 2 dəfə azalmış və ozon yarıqları əmələ gəlmişdir. Ozon üçün təhlükə yaradan əsas səbəblər atmosferi çirkləndirən maddələrdən xlorftor üzvi sintez maddələrdir ki, onlardan freonu göstərmək olar. Xlorflor üzvi sintez maddələr süni yolla çox asan sintez olunur və sənayenin bir çox sahə­lərində, o cümlədən də məişətdə geniş istifadə edilir. Belə ki, soyuducularda, kondisionerlərdə, lakların, rəng-boyaları­nın, aerozol qablamalarında məhz freonlardan istifadə edi­lir. Atmosferin yerin səthinə yaxın olan sahəsində kənar tə­sirlərə davamlı və uzunömürlü olan xlorftor maddəsi hava cərəyanı ilə atmosferə paylanır. Ozon qatına çatdıqda ultra­

91

Page 47: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

bənövşəyi şüaların təsirindən parçalanaraq sərbəst xlora çevrilir və öz ətrafındakı ozonu dağıdır.

CI2 + ho ->2 Clа+ о3-̂ сю + o 2CIO + o -> c ı + o 2Bir xlor atomu 10000 ozon molekulunu məhv etməyə

kifayət edir.Bundan əlavə atmosferdə nəmliyin artması stratosfer-

də ozonun azalmasına səbəb olur. Nəmlik, su molekulları fotokimyəvi təsirdən parçalanır, sərbəst hidrogen yaranır. O isə öz növbəsində müvafiq həcmdə ozonu azaldır.

Stratosfer ozonunun azalmasına atmosferdə ildən ilə artan N, S, C - oksidləri və başqa maddələr də təsir göstərir.

Digər tərəfdən ozonun azalmasına reaktiv təyyarələrin uçuşları, kosmosa minlərlə peyk daşıyan raketlər, nüvə sı­naqları, atmosferdə hidrooksil birləşmələrinin artması və s. səbəb olur. Nəticədə stratosfer, ozon qatında qazların bir- birinə nisbəti pozulur. Bu səbəbdən də ozonun təbii yolla parçalanması və bərpaolunma intensivliyi dəyişir. Lakin parçalanma prosesi üstünlük təşkil edən zaman mənfi ba­lans yaranır və bərpaolunan ozon itirilən ozonun yerini dol­dura bilmir. Mənfi ozon balansının əmələ gəlməsini dayan­dırmaq üçün tədqiqat işləri aparılır.

1987-ci ildə 56 ölkənin hökumətləri Monreal (Kanada) protokolunu imzaladılar. Bu protokola əsasən yaxın onillikdə ozon qatını dağıdan flor-flüor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin (ODM) istehsalını 2 dəfə azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni1990-cı ildə Londonda, 1992-ci ildə Kopenhagendə ODM-in istehsalının tədricən və 1997-ci ildə Monrealda dayandırıl­ması haqqında protokolu irəli sürüldü.

1996-cı ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr freonların istehsalını tamamilə dayandırdı. İnkişaf etməkdə

92

olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ilə qədər atmağı xahiş etdilər.

1990-1996-cı ildə Rusiyada ODM-ın istehsalı 10 dəfə azaldılaraq 205.000 tondan 13.000 tona endirilmişdir. 1997-ci ildə İsveç hökuməti Ümumdünya bankından Rusiyanın 7 fabrikinə freonların istehsalının dayandırılması üçün 1 mln. dollar ayırmışdır.

1997-ci ildə Monreal protokolunun təsdiqindən 10 il keçmişdir. Həmin dövr ərzində ozon təbəqəsinin mühafizəsi üzrə geniş beynəlxalq əməkdaşlıq yerinə yetirilmişdir. Bey­nəlxalq cəmiyyətlərin razılaşdırılmış gücü ilə həmin illər ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı və istifadəsi 2 dəfədən çox azalmışdır. Alimlərin fikrincə yaxın illərdə ozon qatının bərpa olunması prosesi başlanacaq və XXI əsrin ortalarına qədər öz təbii hahna düşəcək.

Azərbaycan Respublikası 1996-cı ildə ozondağıdıcı maddələrin istifadəsindən mərhələlər üzrə çıxarılmasına dair Vyana konvensiyasım, Monreal protokolunu və müvafiq düzəlişləri ratifikasiya etmişdir.

Atmosferdə karbon qazının çoxalması iqlimdə ciddi dəyişikliklər yarada bilər. Məlum olduğu kimi yer - at­mosfer sistemi günəşlə nisbi tarazlıqdadır, yəni yer tərə­findən kosmik fəzaya şüalandırılan enerji günəşdən gələn enerjisi tarazlaşdırır. Hesablamalar göstərir ki, yer səthinin şüalanma temperaturu 20°C-ə yaxındır. Tədqiqatlar nəticə­sində müəyyən olunmuşdur ki, atmosferdə karbon qazının çoxalması qlobal iqlimin dəyişməsinə təsir göstərir. Hələ 1896-cı ildə məşhur İsveç alimi Arrenius hesablamışdır ki, atmosferdə karbon qazının 3 dəfə artması yer səthində havanın orta temperaturunu 9° C qaldırır.

Plass (1959-cu ildə) ilk dəfə olaraq atmosferdə karbon qazının artmasının nəticələrini qiymətləndirmişdir. O, müəyyən etmişdir ki, atmosferdə karbon qazının konsentra- siyasının iki dəfə artması, qlobal temperaturu 3,6°C

93

Page 48: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

qaldırdığı halda, СОг-in 50% azalması isə temperaturun 3,8°C aşağı düşməsinə şərait yaradır. Hər iki halda yer üzərində iqlimin ciddi surətdə dəyişməsi baş verir. Belə ki, yer səthindəki havanm temperaturunun 3,6°C artması qütb­lərdə buzların əriməsinə, bu isə dünya okeanının səviy­yəsinin qalxmasına, temperaturun 3,8°C aşağı düşməsi isə yeni buzlaşma dövrünün başlanmasına səbəb ola bilər.

Plass buzlaşma dövrlərinin yeni nəzəriyyəsini vermiş­dir. O göstərir ki, buzlaşma dövründə ümumi hidrosferanın 10%-i buzlaşır ki, bu da onun tərkibində karbon qazının miqdarının azalmasına səbəb olur. Beləliklə, həcmi azalmış okeanlar tədricən atmosferə suda həll olmuş karbon qazı ayırır və istixana effekti tədricən yüksəlir və buzlaşma dövrü sona çatır. Yer səthinin qızması prosesi başlayır, buzlar əriyərək dünya okeanının səviyyəsini artırır və o havada olan karbon qazını udmağa başlayaraq infraqırmızı udmanı tədricən aşağı salır və müəyyən dövrlər ərzində bu proseslər təkrar olunur. Hadisənin təsirlik xarakteri göstərir ki, sistem heç bir vaxt tarazlıq halını ala bilmir.

Başqa müəlliflərin hesablamalarına görə isə atmosfer­də karbon qazının miqdarının 10% artması, qlobal tempe­raturun 0,15°C yüksəlməsinə səbəb olur. Karbon qazının ikiqat artımı isə temperaturun orta hesabla 1°C artmasına səbəb ola bilər.

Okeanlar sənaye mənşəli karbon qazının udulmasında əsas rol oynayırlar. Lakin canlı materiya da bu prosesdə tənzimləyici rolunu oynayır. O, çalışır ki, artıq karbon qazı atmosferdə azalsın, çünku fotosintezin intensivliyi СОг-nin havadakı miqdarından asılı olaraq yüksəlir.

Karbonun okeandakı dövranı, onun atmosferdə və quru ekosistemlərdəki dövranından asılı deyil. Doğrudan da biosferada olan СОг-nin çox hissəsi həll olmuş şəkildə hid- rosferada toplanmışdır. Atmosferdə СОг-nin miqdarı 7-101 't, hidrosferdə isə 4-10,2t-dur. Göründüyü kimi hid­

94

rosferdə СОг-nin miqdarı atmosferə nisbətən təqribən 6 dəfə çoxdur. Okeanlarda olan fıtoplauktonlar suda olan karbon qazını udaraq onu oksigenə çevirir və o da suda həll olur.

Lakin bu o demək deyildir ki, okeanlarda olan karbon qazı ilə atmosferdə olan karbon qazı arasında heç bir asılılıq yoxdur. Okeanla atmosferin sərhədləri arasında daimi qaz mübadiləsi gedir.

Alim Bolinin apardığı təqribi hesablamalar əsasında müəyyən olunub ki, sənaye mənşəli 5,08-109 ton kütlə at­mosferdə qalıb ki, bunun da təsirindən СОг-nin miqdarı 0,7 m ln1 qədər artıb. Yerdə qalanın 10% CO2 biokütlənin tərki­binə daxil olur. Biosenozda toplanan üzvi maddələrin miq­darı havada СОг-nin konsentrasiyası artdıqda yüksəlir. Mə­lumdur ki, məhdudlaşdırıcı amillər olmadıqda СОг-nin 10% artımı fotosintezin intensivliyini artırır və nəticədə ilkin məhsuldarlıq 5-8% artmış olur. Bolinə görə axırıncı yüz ildə planetin bitki biokütləsi l,5T010t artmışdır. Beləliklə, insan kömür və nefti yandırmaqla özü də bilmədən çöl və meşə­lərin məhsuldarlığını artırır.

Karbon qazının miqdarının atmosferdə artması tem­peraturun yüksəlməsinə şərait yaratdığı halda, sənaye qarı­şıqlarının atmosferə buraxılması əks effekt yaradır. Atmo­sferdə qarışıqların miqdarının 4 dəfə artması yer səthinin yaxınlığında temperaturun 3,5°C aşağı düşməsinə şərait yaradır. Temperaturun bu intensivlikdə aşağı düşməsi yeni buzlaşma dövrünün başlanmasının əsasını qoya bilər.

Temperaturun dəyişməsinə karbon qazının təsiri ilə yanaşı atmosferdə sənaye tullantılarının təsir dərəcəsini də qiymətləndirmək lazımdır. Müəyyən olunmuşdur ki, əgər atmosferdə karbon qazının iki dəfə artması üçün tələb olunan vaxt 23 il, sənaye qarışıqlarının 2 dəfə artması üçün tələb olunan vaxt 10 il olarsa, bu iki amilin temperatura tə­siri tarazlaşar və yer üzərində temperatur çox cüzi dərəcədə aşağı düşər. İnsan bilavasitə və dolayı yollarla havanm

95

Page 49: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

rütubətinə də təsir göstərir. Müasir texnologiya nəticəsində yer səthinə və atmosferə düşən günəş radiasiyası dəyişilir. Əgər troposferin aşağı sərhədində süni yollarla alınmış su buxarlarının miqdarı, təbii yolla formalaşmış su buxarla­rının miqdarından azdırsa, troposferin yuxarı qatlarında xü­susən statosferdə su buxarlarının qiyməti müqayisə olu­nandır.

Reaktiv təyyarələrin uçuşu atmosferin su tutumunun lokal dəyişməsinə təsir göstərir. Bunun nəticəsində həmin hündürlükdə buludların sayı artır ki, bu da yer səthində insolyasiya prosesini dəyişdirir.

Son illərdə isə aviasiyada səsdən sürətli təyyarələrdən istifadə olunması bu problemi daha da mürəkkəbləşdirmiş­dir. Nəzəri hesablamalar göstərir ki, bu ahulin təsirindən stratosferdə su buxarlarının miqdarı kütləyə görə 0,2 mln.'1- ə qədər arta bilər. Belə təyyarələrdən geniş istifadə aşağıdakı mənfi nəticələrə gətirə bilər:

1. Su buxarı infraqırmızı diapazonda güclü udulma yaratdığından istixana effekti yüksəlir.

2. Su buxarlarının kondensasiyası nəticəsində stratosferdə buludluluq şəraiti dəyişir.

3. Stratosferdə ozonun konsentrasiyasını aşağı salır.İnsan fəaliyyəti nəticəsində hələ ki, oksigenin döv­

ranında dəyişikliklər qeydə alınmayıb. Hal-hazırda təbiətdə fotosintez nəticəsində alman oksigenin miqdarı ilə, tənəffüs zamanı udulan oksigenin miqdarı arasında dayanıqlı ta­razlıq mövcuddur.

Atmosferdə olan oksigenin illik artımı ümumi oksi­genin 1,5* 10'5 hissəsini təşkil edir. Oksigenin artığı müxtəlif geokimyəvi proseslərdə karbon, dəmir və kükürdün oksid- ləşməsinə sərf olunur.

İstifadə olunan yanacaqların miqdarının artması və uyğun olaraq onların yandırılmasından yaranan tullantı qazların atmosferə yayılması oksigenin azalması barədə

96

müəyyən fərziyyələr irəli sürür. Son illər ərzində sənaye mənşəli karbon qazının artımı onun atmosferdəki ümumi miqdarının 18%-ni təşkil etmişdir ki, buna da atmosferdə olan oksigenin 7/ıoooo hissəsi sərf olunmuşdur. Hesablama­lara görə litosferdə olan bütün karbon ehtiyatları yara­dılarsa, atmosferdə olan oksigenin miqdarı ancaq 3% aşağı düşə bilər, başqa sözlə desək orta hesabla havada olan oksigenin miqdarı 20,95-dən 20,8-ə kimi azalır.

Müasir sivilizasiyanın dənizə buraxdığı tullantılar də­niz suyunda oksigenin miqdanna necə təsir göstərər? Dəniz suyunda İm2 sahədə vertikal istiqamətdə 250 mol oksigen həll olmuşdur. Hesablamalar nəticəsində müəyyən olun­muşdur ki, əgər bəşəriyyət bütün istehsal etdiyi məhsulların tullantılarının hamısını dənizə buraxarsa, təqribən 50 ildən sonra sudakı bütün oksigen məhv ola bilər.

Əgər yer kürəsinin əhalisinin hər biri il ərzində okeana 100 kq tullantı atarsa, 2500 ildən sonra okeanlarda oksige­nin ehtiyatı tükənə bilər. İnsanın azotun dövriyyəsinə təsiri çox mürəkkəb xarakter daşıyır. Azotun dövranında atmosfer çirklənmələri həlledici rol oynamasalar da bu amillər bir sıra proseslərə təsir göstərir ki, bu da bu və ya di­gər dərəcədə azotun dövranını səciyyələndirir. Müəyyən olunmuşdur ki, orta hesabla hər bir avtomobil il ərzində at­mosferə 60 kq azot oksidləri buraxır. Müəyyən olunmuşdur ki, sərf olunmuş benzinin miqdarı ilə yağış suyunda mineral- laşmış azotun miqdarı arasında korrelyasiya mövcuddur. Lakin gübrə sənayesində atmosfer azotundan istifadə olun­ması azotun dövranına təsir göstərən əsas amil hesab olunur.

Kükürd öz-özlüyündə litosferdə çox az təsadüf olunan elementlərdir. Analizlər göstərir ki, qaya süxurlarında bu elementin miqdarı çox azdır. Əgər onun miqdarı mövcud qiymətdən üç dəfə artıq olardısa, fərz etmək olardı ki, onlar çaylara torpağın eroziyası nəticəsində düşür. Həqiqətdə isə

97

Page 50: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

kontinental sularda olan kükürdün 3A atmosferdən daxil olur. Atmosferdə isə bunun səbəbi kükürdün uçucu birləş­mələri olan kükürd hidroksid və kükürd qazlarının oksid- ləşməsi nəticəsində yaranan aerozollardır.

Müəyyən olunmuşdur ki, torpağın eroziyası nəticə­sində çaylara 14-106 ton sulfatlar şəklində kükürd töküldüyü halda, yağıntılar nəticəsində onun miqdarı 48-106 ton miq­darında olur. Buna əlavə olaraq insan özü torpağa ildə mineral gübrə kimi 11 • 106 ton kükürd daxil edir.

Nəhayət, kükürdün mənbələrindən biri də yanacaqdan istifadə olunmasıdır. Yanacağın hesabına hər il atmosferə kükürd qazı şəklində 70* 106 ton kükürd buraxılır. Bu qazın çox hissəsi troposferdə və stratosferdə sulfata, az bir hissəsi isə sulfat turşusuna çevrilir. Həm birinci, həm də ikinci halda kükürd yağıntılar vəsaitəsilə yer səthinə qayıdır. Bu yağıntılar artıq «turşulu yağışlar» kimi bir çox ölkələrin leksikonuna daxil edilib. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, insanın kükürdün biogeokimyəvi dövranına təsiri ildən ilə böyük həyəcan doğurur. Artıq inkişaf etmiş cəmiy­yət yanacaqdan istifadə olunma texnikasına yenidən bax­maq və kükürdün ayrılmasının təhlükəsiz üsullarını işləyib hazırlamalıdır.

Biosferin tərkib hissəsi kimi canlı varlıqlardan kasıb olan atmosferdə antropogen təsirlərdən törənən qlobal miq­yaslı ekoloji təzadlar atmosferin çirklənməsi ilə bilavasitə bağlıdır.

Məlumdur ki, atmosferi çirkləndirən əsas mənbələr istehsal proseslərindən və nəqliyyatdan ayrılan zəhərli qaz­lardır. İstehsalın intensivləşməsi və nəqliyyatın sayının art­ması atmosferin daha da çirklənməsinə səbəb olduğundan iri sənaye şəhərlərində atmosferin mühafizəsi üzrə bir sıra tədbirlər həyata keçirilir ki, bunlar da əsasən üç istiqamətdə aparılır.

98

1. Atmosferə buraxılan maddələrin (çırkləndiricilərin) ümumi miqdarının azaldılması və zərərsizləşdirilməsi

2. Çirkləndiricilərin neytrallaşdırılması və zərərsizləş­dirilməsi

3. Çirkləndirici müəssisələrin təbii şəraiti nəzərə alaraq şəhər ətrafında plana uyğun yerləşdirilməsi

Bu vasitələrlə zərərli nəticələri nisbətən aradan qal­dırmaq mümkün olur.

Ətraf mühitin mühafizə olunub saxlanılmasına bütün dövlətlər çoxlu vəsaitlər ayırırlar. Ümumiyyətlə, ekoloji problemlərin həllini iki əsas yolla həyata keçirmək olar.

1.Sənayedə istehsal tullantılarının qarşısını alan texnoloji proseslərin yaradılması. Bu, tullantısız və az tullantılı texnologiyaların tətbiqini nəzərdə tutur.

2.Yaranan sənaye tullantılarının zəhərləyici və çirklən- dirici maddələrdən təmizlənməsi. Bu proses üç istiqamətdə aparılır: 1) istehsal prosesindən alınan çirkab suların təmiz­lənməsi. 2) bərk tullantıların təmizlənməsi və onlardan ye­nidən xammal kimi istifadə edilməsi. 3) qaz halında olan tullantıların təmizlənməsi və onlardan istifadə.

Tullantı qazların atmosferi çirkləndirməsinin, yəni ətraf mühitin ekologiyasının pozulmasının qarşısım almaq üçün göstərilən bu tədbirlərin həyata keçirilməsi vacib sayılır.

Qaz halında olan sənaye tullantılarını zərərli qarışıq­lardan təmizləmək sənaye müəssisələrinin əsas prob­lemlərindən biridir. Tullantı qazlarda olan zəhərli maddələr ekoloji şərait üçün daha təhlükəlidir. Zəhərli qazlar geniş sahədə bitkiləri, heyvanları və insanları zəhərləyərək ətraf mühiti daha çox korlayır. Ona görə də tullantı qazların tə­mizlənmədən və zərərsizləşmədən atmosferə ötürülməsi yeni-yeni problemlər yaradır. Bunun qarşısını qismən də olsa almaq üçün bir sıra təmizlənmə üsulları hazırlanmışdır.

99

Page 51: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Bu üsullar əsasən iki qrupa bölünür: fiziki və kimyəvi təmizləmə üsulları.

Fiziki üsul: Bu üsulla çirkli qazlar təmizləndikdə heç bir kimyəvi proses getmir. Zərərli qazlar müxtəlif yollarla tutulur. Fiziki üsulun ən çox yayılanları aşağıdakılardır: quru mexaniki toztutucularda tozların təmizlənməsi, filtrdə qazın təmizlənməsi, yaş toztutucularda qazın tutulması, elektrik filtrlərində qazın təmizlənməsi.

Quru mexaniki toztutucularda tozların təmizlənməsi «qravitasiya», «ətalət», «mərkəzdənqaçma» prinsipinə əsas­lanan toztutucularla təmizlənir. Bu üsullarla işləyən apa­ratlarda tozun tutulması əksər hallarda kifayət qədər olmur. Bu üsullardan qazların ilkin təmizlənməsi üçün istifadə olunur. «Ətalət» prinsipi toztutucularda ölçüləri 25-30 mkm olan hissəciklərin çökməsi 65-80% olur. «Filtrdə qazın tutulması» toztutucularında ölçüləri 10-15 mkm, sıxlıqları

0,5 - 50 m4/m3 dispers halında olan tozlar tutulur. Tozları

tutmaq üçün məsaməli arakəsmələrdən istifadə edilir. Odur ki, qaz axını məsaməli arakəsmələrdən keçən zaman qazm tərkibindəki hissəciklər bu məsamələrdə ilişib qalır. Adətən filtrləyici arakəsmələr lifli və dənəli elementlərdən ibarət olur. Dənəli filtrlər bir qayda olaraq, yüksək təzyiq və temperatur şəraitində aqressiv mühitdə işlədilir.

«Yaş toztutumlarda» isladıcı maye olaraq su götürü­lür. Suyun qazm axınına təsir üsullarından asılı olaraq belə tutucularm 8 növü vardır. Qaz axını maye ilə görüşdükdə, fazalararası toxunma səthləri yaranır və bu səthlər qaz qa- barcıqlarından, qaz və maye şırnağından, damcı və maye pərdəsindən ibarət olur.

Elektrik filtrlərində qazların təmizlənməsi, elektrik qüvvəsi təsirindən baş verir. Bu tutucular vasitəsilə böyük həcmdə olan toz və yağ dumanlarını təmizləmək üçün istifadə edilir. Elektrik filtrləri ölçüsü 0.001-100 mkm olan

100

hissəcikləri 400-450°S temperatur şəraitində güclü qaz axınından ayırmaq qabiliyyətinə malikdir.

Kimyəvi metodlar: Tullantı qazların tərkibində zərərli qazların konsentrasiyası az olduqda kimyəvi təmizləmə metodlarından istifadə olunur. Bu metodun absorbsiya və katalitik təmizləmə kimi üsullarından daha geniş istifadə edilir.

Kimyəvi absorbsiya zamanı absorbsiya olunan qaz molekulları absorbentin aktiv komponentləri ilə reaksiyaya daxil olur. Baş verən kimyəvi proseslər nəticəsində tullantı qazlar zəhərli qazlardan azad olur.

Absorbsiya üsulu ilə təmizləmədə məsaməli adsorbent- lərdən istifadə olunur. Absorbent olaraq aktivləşdirilmiş kö­mürdən, selikageldən, seolitdən istifadə olunur. Bu absor- bentlər zəhərli qarışıqları aşağı təzyiqlərdə udmaqla onlarla reaksiyaya daxil olur və tullantı zəhərli qazlardan azad olur. Absobsiya prosesi həm fasiləli, həm də fasiləsiz gedir. Fasiləli prosesdə işlənmiş absorbent ya yenisi ilə əvəz edilir, yaxud da su buxarı ilə yuyularaq aktivliyini bərpa edir. Fasiləsiz prosesdə bəzən təmizlənəcək qaz qarışığı aparatda adsorbent ilə əks axm üzrə hərəkət edirlər.

Katalitik təmizləmə üsullarında tullantı qaz qarışığın- dakı komponentlərdən biri katalizatorun iştirakı ilə digər komponent ilə qarşılıqlı təsirdə olur. Bu zaman yeni mad­dələr yaranır. Katalizator bu prosesdə elə seçilir ki, yeni əmələ gələn maddələr zərərsiz olsun və qarışıqdan asanlıqla ayrılsın. Əksər hallarda tullantı qazlarda olan faydalı qazları ayırmaq üçün katalitik oksidləşmə metodundan isti­fadə edilir. Prosesdə tətbiq olunan katalizator müxtəlif amil­lər nəzərə alınmaqla seçilir. Tullantı qazlarda karbohidro­genlər olduqda tətbiq olunan katalizatorları üç qrupa bölmək olar:

1) odadavamlı daşıyıcı üzərinə hopdurulmuş metal katalizatorlar (platin, polladium, nikel, mis, gümüş)

101

Page 52: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

2) yarımkeçirici katalizatorlar (daşıyıcı üzərinə hopdu­rulmuş kobalt, manqan, vanadium oksidləri, manqan 4- oksid, mis 2-oksid)

3) duzlar - sink - xlorid, bismut, qalay, kobalt. Tullan­tı qazların tərkibi çoxkomponentli olduğuna görə kataliza­toru seçmək çətin olur. Oksidləşdirici katalizatorun aktivliyi əvvəlcədən təyin edilir.

Hazırda təkmilləşmiş təmizləmə metodları tətbiq et­məklə katalizatorun miqdarını azaltmaq mümkün ol­muşdur. Katalitik təmizləmə prosesinin gedişinə bir sıra amillər təsir edir. Bunlardan katalizatorun təbiətini, tullantı qazların tərkibini və temperaturu göstərmək olar. Tempera­turun artması katalizatorun aktivliyini artırır, təmizləmə prosesi daha dərin gedir.

102

MÖVZU 4. HİDROSFERİ ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR, ONLARIN ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ

TƏSİRİ VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ

Hidrosfer - okeanlar, dənizlər, çaylar, göllər, yeraltı su­lar, buzlaqlar, qar örtüyü və atmosfer də su buxarı şəklində Ye­rin su örtüyüdür.

Yerin su örtüyünün 94%-i okeanlarm, dənizlərin duzlu su­larından və bütün şirin suların 75%-ni təşkil edən Arktika və Antarktidada konservləşdirilmiş içməli sular təşkil edir. Aşağı­dakı cədvəldə yerin hidrosferi təşkil edən su kütləsinin paylan­masını görmək olar.

Cədvəl 8

Hidrosferin tərkib hissələri Su həcmi, min.knf Ümumi su həcmində-%-lə

Dünya okeanları...... 1.370.000 94,1Yeraltı sular........... 60.000 4,1Buzlaqlar............... 24.000 U

Göllər............... 280 0,02T orpaqdakısu....... 80 0,01

Atmosfer buxarları.... 14 0,001Çaylar..................... 1,2 0,0001

Hələ qədim antik dövrdə ətraf mühit haqqında təbii-elmi anlayışlar irəli sürərkən yunan filosofu Fales təbiətin bütün hadisələrini suyun hərəkəti və çevrilməsi ilə aydınlaşdıraraq suyu hər şeyin ilk əsası sayırdı. Bu təsirə əsaslanan Platon su­yun dövranı ideyasını irəli sürdü, əlbəttə ki, bu fikirlər qədim dövrlər üçün dahiyanə hesab olunurdu.

İlk dəfə Platonun şagirdi Aristotel (eramızdan əvvəl 384- 352-illər) suyun dövranı haqqında müəlliminin fikrinə böyük dəyişiklik etdi. O, günəşin istiliyinin təsiri ilə suyun dəniz və okeanlarm səthindən buxarlanaraq atmosferdə kondensasiya

103

Page 53: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

olunub yağış şəklində yer səthinə düşərək çayları qidalan- dırması fikrini söylədi.

IX əsrdə ərəb alimi Maqsudi Aristotelin fikrini təsdiq edən təcrübə aparır, dəniz suyunu buxarlandıraraq, onun bu­xarından (şirin su) kondensat alır.

Aristoteldən sonra uzun əsrlər ərzində suyun, torpağın, odun və havanın qarşılıqlı çevrilməsi güman edilirdi. İki min il əvvəl yaşamış Holland alimi kimyagər və fızioloq Van- velmont, Şərq alimi İbn-Sina və ingilis kimyaçısı R.Boyl da bu mövqedə olmuşlar. Onlar suyun bir maddə olması haqqında el­mi fikrə gələ bilməmişlər. Ancaq XVIII əsrin sonunda Avropa fizikləri P.Laplas və A.Lavueze - suyu iki elementin birləşməsi olduğunu təsdiq edərək onun başqa maddələrə çevrilməsi haq­qındakı nəzəriyyələrə son qoydular. Bu da suyun tərkibi və xas­sələri haqqmda müasir elmin başlanğıcını qoydu.

Suyun dünyanın müxtəlif regionlarında istifadəsi müx­təlif şəkildə həyata keçirilir. Məlumatlara görə dünyada kənd təsərrüfatında hər il 3500-3600 km3 su işlədilir, bunun 70%-i suvarmaya sərf olunur. Kənd təsərrüfatında istifadə olunan su­yun miqdan sənayedə istifadə olunan suyun miqdarından 3-4 dəfə çoxdur. Kənd təsərrüfatında suvarmada hər hektara 12-14 m3 su verilərsə, dünya üzrə suvarmaya sərf olunan suyun miq­darı 2800-3000 km3 təşkil edər.

Dünyada ən çox suvarmaya sərf olunan su Asiya ölkələ­rinin Çinin, Hindistanın və Pakistanın payına düşür və təx­minən sərf olunan suyun 1000 km3 -ə qədərini təşkil edir.

Asiyanın bütün ölkələrində suvarmaya sərf olunan suyun miqdarı bütün digər su istehlakçılarını xeyli ötüb keçir və 82% təşkil edir, Avropada bu rəqəm bütövlükdə 30%-ə qədərdir.

Suyun istifadə sahələrindən biri də ən zəruri sahə kommu­nal və məişətdə suyun istifadə olunmasıdır. Burada əsasən şə­hər və kənd əhalisinin sudan istifadəsi nəzərdə tutulur. Bu halda suyun keyfiyyətinə xüsusi tələbat verilir. Hazırda Dünyada içməli suyun həcmi 250 km3-i keçmişdir. Ancaq bu Yer kürəsi

104

əhalisinin 4%-nin sudan kifayət qədər - yəni adambaşına sutka­da 300-400 litr düşür, bunun da 10%-ni yüksək keyfiyyətli içməli su təşkil edir.

Afrika və Asiyada yaşayan əhalinin 2/3-i üçün sudan isti­fadəsi bundan 10 dəfə azdır.

Beynəlxalq RİO-de-Yaneyro konfransının məlumatına görə dünyada inkişaf etməkdə olan ölkələrin hər üç nəfərindən biri içməli su çatışmazlığından əziyyət çəkir. Xəstəliklərin 80%-i, ölüm hadisələrinin 1/3-i içməli suyun çatışmamzlığı və keyfiyyəti ilə bağlıdır. Ona görə də dünya əhalisinin yüksək keyfiyyətli su ilə təmin olunması mühüm problem kimi qarşıda duran əsas məsələlərdən biridir.

Sudan sənayedə həlledici kimi istifadə olunduqda o hazır məhsulun tərkibinə daxil olur, texnoloji prosesdə iştirak edir. Sənayedə sudan qızmış aqreqat, mexanizm, alətlərin və s.-nin soyudulmasında istifadə olunur.

Hazırda sənayedə və energetikada 760 km3 su sərf olunur ki, bu yalnız suvarmaya nisbətən azlıq təşkil edir. Sənayenin ayrı-ayrı sahələrində suya olan tələbat müxtəlifdir. Belə ki, 1 ton pambıq parça istehsalında su sərfi 250 1, 1 ton lif almaq üçün 2500-5000 m3 su sərf olunur. Dünyada ən çox sənayedə su sərfi ABŞ-dadır (260 km3 /il) və bu sərfiyyat bütün dünyada sərf olunan suyun 1/3-ni təşkil edir.

Alimlərin fikrincə Latın Amerikasında XXI əsrin 20-cı illərinə qədər suqəbuledicilər 3-5 dəfə, inkişaf etmiş ölkələrdə isə 10-25% artacaqdır, bu su ehtiyatlarının kəmiyyət və key­fiyyətcə azalması ilə bağlıdır.

XXI əsrin əvvəllərinə Dünyada sənaye və energetikada suyun istifadə olunmasının vəziyyəti aşağədakı cədvəldə gös­tərildiyi kimi proqnozlaşdırılır.

105

Page 54: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Cədvəl 9-зSənayedə və energetikada istifadə edilən sular (km / il)

Regionlar 2000-ci ilin sonuna qədər olan (1998) vəziyyət

XXI əsrin əvvəlinə (2020) vəziyyət

Su qəbul edicilər

Qayıtmaz su sərfi

Çirkabsular

Su qəbul edicilər

Qayitmaz su sərfi

Çirkabsular

Avropa 193 19 174 200-210 30-37 160-175

Asiya 118 30 88 320-340 65-70 215-270

Afrika 6,5 2 4,5 30-35 5-10 25Şim.Amerika 294 29 265 363-370 50-60 310Cən.Amerika 30 6 24 100-110 20-25 60-87Avstraliya 1,5 0,1 1,5 3,4-4 1 2-3Keçmiş SSRİ 117 11,9 105 140-150 20-27 120-

130

Su olduqca spesifik xüsusiyyətlərə malikdir, bu xüsusiy­yətlər Yerdə baş verən və su iştirak edən bir çox təbii proseslərə ciddi təsir göstərərək planetdə həyatın inkişafını təmin edir.

Qurudakı suyun əsas hissəsi Antraktida, Qrenlandiya, qütb adaları və dağlardakı buzlaqlarda olub ümumi su eh­tiyatının 1,7%-ni, şirin su həcminin isə 70,3%-ni təşkil edir.

Məkanca hidrosfer faktiki olaraq ekosferlə birləşir, hid­rosfer bütün digər geosferlərə daxil olaraq maddələr və enerji mübadiləsinin qolbal proseslərində mühüm rol oynayır.

Təbii suların əsas çirklənmə mənbələri sənaye və kom­munal çirkab suları, kənd təsərrüfatında istifadə olunan mineral, üzvi gübrələr və başqa zərərli kimyəvi maddələr, radioaktiv tullantılar, istilik və atom elektrik stansiyalarının isti suları və atmosferdir.

Təbii suların əsas çirkləndiricilik göstəriciləri aşağı­dakılardır:

a) həll olmuş oksigen, onun miqdarı nə qədər yüksək­dirsə suyun keyfiyyəti bir o qədər yaxşı olur;

106

b) oksigenin biokimyəvi sərt göstəricisi, göstərici çox olduqda çirkləndirici maddələr də çox olur, suyun keyfiyyəti bir o qədər pis olur;

c) suda mikroorqanizmlərin olması- bu göstərici bağırsaq bakteriyalarınm miqdarıdır;

d) suda amonyakın, nitratlann, nitritlərin, neft və neft məhsullarının, fenolun, sintetik səthi-aktiv maddələrin, ağır metalların miqdarı.

Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənmə xarakterindən və dərəcəsindən asılıdır. Dünyada xəstəliklərin 80%-i içməli suyun keyfiyyətindən asılıdır, inkişaf etməkdə olan ölkələrdə içməli suyun tərkibindəki patogenlərin və çirk- ləndiricilərin təsiri nəticəsində hər il 25 mln. insan ölür, ishal xəstəliyindən hər il 5 yaşa qədər 3 mln. uşaq ölür.

Suyu çirkləndirən maddələri və onların indikatorlarını qruplara bölmək olar.

Hər bi qrup çirkləndirici müxtəlif tip su obyektlərində su­yun keyfiyyəti üzrə spesifik problemlər yaradaraq özünə uyğun nəzarət tələb edir:

a) mirkobioloji indikatorlar insanın sağlamlığı ilə bağlı olur (bağırsaq - patogen bakteriyasım göstərən indiqator);

b) asılı maddələr (suyun bulanıqlıq və şəffaflıq dərəcəsi);c) üzvi maddələr - çirklənmənin indikatorları: həll olu­

nan oksigen, oksigenin biokimyəvi və kinyəvi sərfi, fosfatlar, xlorfil-A;

d) biogen maddələr (azot və fosfor birləşmələri);e) əsas ionlar (həll olunan maddələrin ümumi miqdarı,

elektrik keçiricilik dərəcəsi, turşuluğu-PH-i, kalsium, maqne- zium, natrium, kalium, xloridlər, sulfatlar, bikarbonatlar, bor, ftor, suyun codluğu);

f) qeyri-üzvi mikroçirkləndiricilər (alüminium, arsen, berillium, kadmium, xrom, kobalt, mis, sianidlər, hidrogen-sul- fıd, dəmir, qurğuşun, litium, marqans, civə, molibden, nikel, selen, vanadium, sink);

107

Page 55: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

g) üzvi mikroçirkləndiricilər (polixloridli-bifenillər, benzapiren, pestisidlər və b.onlar çox kiçik qatılıqda da zərərlidir, az qatılıqda olduğu üçün onlan təyin etmək olduqca çətindir).

Suların dərin çirklənməsinin və insan həyatındakı əhə­miyyətini nəzərə alaraq, Azərbaycanın çaylarının, göllərinin, su anbarlarının ekoloji vəziyyətinin nəzərdən keçirilməsi və öyrənilməsi ekoloji problemin həll edilməsinin bir sahəsi kimi ekoloji cəhətdən böyük əhəmiyyət kəsb edir.

Su ən geniş istifadə olunan təbii ehtiyat hesab olunur. Dünyanın bütün su mənbələrindən bir ildə götürülən suyun miqdarı 4000 km3 təşkil edir.

Dünyanın bərpa olunan su ehtiyatlarından quru səthinə düşən yağıntıların cəmi ildə təxminən 120 000 km3 təşkil edir. Əgər bu suyun 10%-i təsərrüfatda işlədilib hövzələrə qay­tarılmazsa bu ekoloji təhlükə hesab olunur.

İçməli su ilə təmin olunma ayrı-ayrı ölkələrdə kəsgin fərqlənir.

Adambaşına düşən suyun miqdarı 1000 m3 olduqda bu kritik hədd hesab olunur. 500 m3 və ondan aşağı olduqda aşağı hədd hesab olunur. Su təsərrüfatının vəziyyəti ölkənin bütün iqtisadiyyatını müəyyənləşdirir.

Hazırda əhalisi 110 mln. olan 15 ölkədə su ilə təmin olun­ma səviyyəsi il ərzində adambaşına 500 m3 -dən aşağıdır. Əhalisi 120 mln. olan 12 ölkənin su ehtiyatları ildə adambaşına 500-1000 m3 arasındadır.

Aşağıdakı cədvəldə dünyanın 155 ölkəsi üzrə adambaşına il ərzində düşən su miqdarı göstərilmişdir, (cədvəl 10.)

Əhalisi 120 mln olan 12 ölkənin su ehtiyatlan aşağı səviy­yədədir. Belə vəziyyət ya olum ya ölüm məsələsi olub, həmin dövlətlər onun strateji həllini tapmalıdırlar.

108

Cədvəl 10

Su ehtiyatlarının miqdarı adambaşına

Qrupa düşən ölkələrin sayı (1990-cı il)

2025-ci ilə həmin qrupa düşməsi

gözlənilən ölkələrin sayı

Son dərəcə az (<500) 15 26Çox az (500-1000) 12 19Az (1000-1500) 58 51Orta (5000-10000) 12 10Yüksək (> 10000) 48 39

Əhalisi 3,4 mlrd, olan 58 ölkə su ehtiyatının azlığı ilə ildə adambaşına 1000-5000 m3 şəraitində yaşayır. Bunlar əsasən in­kişaf etməkdə olan ölkələr olub, onlann sosial və iqtisadi inki­şafına mühüm əngəl hesab edilir.

2025-ci ilə artıq dünyanın 1,4 mlrd, əhalisi 45 ölkədə adambaşına -1000 m3 az su düşəcəkdir. Dünya əhalisinin dörddə üçə qədəri təxminən 100 ölkədə suyun qıtlığı şəraitində yaşayır.Əgər təsərrüfatın idarə olunmasının mövcud üsullan dəyişməsə, suyun keyfiyyətinin pisləşməsi davam edəcəkdir.

Çaylar öz təbii halında drenaj sistemi rolunu oynayıb hövzəsindən axımla birlikdə həll olmuş asılı maddələr və yu­varlanan materiallar gətirir. Təbii sular həmişə mürəkkəb maye olub, tərkibində çoxlu kimyəvi maddələr olur. Təbii çay suları şəraitindən asılı olaraq, onlarda həll olan maddələrin qatdığı 1 q/l-dən çox olunmur, çox istifadəçilər üçün kifayət qədər yararlı keyfiyyətdə olub təmizlənməsi tələb olunmur.

İnsan fəalliyyəti çayları yüksək çirklənmə səviyyəsinə çatdıraraq (100 BQH) çirkab axınına çevirir.

Təbii suların əsas çirklənmə mənbələri qara və əlvan metallurgiya müəssisələri, kimya, neft, qaz, daş kömür, sellüloz - kağız sənayeləri, kənd təsərrüfatı və kommunal - məişət müəssisələri olur.

109

Page 56: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Su obyektlərinin çirklənmə mənbələri 2 qrupa bölünür: I qrupa-sənaye müəssisələrinin və kommunal çirkablarının təmizləmə qurğuları, II -qrupa kənd təsərrüfatı ilə əlaqədar, məsələn gübrə və pestisidlərin parçalanma məhsulları ilə suyun, çirklənməsi aid edilir.

Aşağıdakı cədvəldə müxtəlif su obyektlərinin çirklənməsi ilə bağlı yaranan əsas problemlər göstərilir.

Cədvəl 11

Su obyekti Suyun keyfiyyət problemiSu obyekti üçün

spesifik olanÜmumi

Çaylar Patogenlər

Ağır metallar

Üzvi maddələrAsılı maddələrAsidifikasiya

Göllər və su an- barları

EvtrofikasiyaAsidifikasiya

Yeraltı sular Minerallaşmanmartması

Üzvimikroçirkləndiricilər

Nitratlarm qatdığının artması

Patogenlərlə yoluxma mədə-bağırsaq xəstəliklərinin yük­sək dərəcədə xəstəlik və ölümün mühüm faktorudur. Bu əha­linin sıxlığından və onun sosial-iqtisadi inkiçafından bilavasitə asılıdır, inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. İnkişaf etmiş ölkələrdə isə içməli su təchizatında su emal olunur.

Patogenlərlə yoluxma, üzvi maddələrlə çirklənmə ilə qar­şılıqlı əlaqədardır. Üzvi maddələr çirkləndiricilərin, ən böyük qrupu sayılır, onlar suya kanalizasiya çirkabları və ya nizam­lanmış məişət axınları ilə həll olmuş və ya asılı şəkildə daxil olur.

Çaylar suda həll olan oksigenin sayəsində xeyli özünü təmizləmə qabiliyyətinə malik olur. Çayda üzvi maddələrin miqdarı onun özünü təmizləmə qabiliyyətindən çox olduqda su­

110

yun çirklənməsi güclənir. Bu problemi həll etmək üçün höv­zəyə daxil olan çirkləndiricilərin həcmini azaltmaq, digər tərəf­dən təmizləyici qurğuların sayını artırmaq lazımdır.

Çay suları ilə gətirilən asılqan maddələr, narın torpaq hissəciklərindən ibarətdir. Dünya çay axınlarının gətirdikləri narın torpağın miqdarı ildə 20 mlrd, tona qədər olur. Gətirmələr halında narın torpaq hissəcikləri öz səthində fosfor birləş­mələrini absorbsiya edir. Çaylar üzərində bəndlər yaradıldıqdan sonra gətirmələrin hamısı absorbsiya edilmiş fosforla birlikdə su anbarlarında akkumulyasiya olunur. Bu isə bəndin aşağı his­səsində torpağın münbitliyini və balıq məhsuldarlığını aşağı salır.

Turşuluq göstəricisi PH=5 və ondan aşağı olan sularda, suların asidifıkasiya vəziyyətində olması qəbul olumuşdur. Ekosferdə bir çox proseslər turşu-qələvi reaksiyası ilə təyin olunur. Yəni PH-ın göstəricilərindən asılıdır. PH-ın optimal göstəricisi 6-8 arasında olduqda optimal göstərici hesab olunur. Su ekosistemlərində flora və faunanın dəyişməsi asidifıkasiya- mn mühüm indikatoru hesab olunur. Göllərdə PH-5 -dən aşağı olduqda balıq populyasiyalan yoxa çıxır. Göllərin asidifıkasiya- smı müəyyən dərəcədə idarə etmək olur, bunun iki üsulu vardır:

1) gölə və onun bütün hövzəsinə turşulu yağışların miqdarını azaltmaq; 2) suyu əhəngləməklə ona bilavasitə təsir etmək. Əhəngləmədən sonra tez bir zamanda göl suyunun və­ziyyəti yaxşılaşır, bioloji bərpa olunma prosesi yavaş gedir, balıq populyasiyası isə 5 ilə bərpa olunur.

Evtrofıkasiya yunan sözü olub qida (trofe) deməkdir. O su hövzələrində biogen elementlərin toplanması nəticəsində onun bioloji məhsuldarlığını artırır. Biogen maddələrin, yəni fosfor və azot birləşmələrinin həddindən çox gölə, su anbarına, çay mənsəbinə və həmçinin dəniz sahilyanı suyuna daxil olması su bitkilərinin, xüsusən mikroskopik yosunların və makrofitlərin güclü böyüməsinə səbəb olur. Dövri olaraq yosunların güclü inkişafı (çiçəkləməsi) baş verir və sahəcə böyük olan su anbar-

111

Page 57: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

lanni əhatə edə bilir. Bundan sonra mikroskopik yosunlar qu­ruyur və çox vaxt kütlənin oksidləşməsi üçün suda həll olmuş oksigenin hamısmı sudan alır - özünə çəkir. Həm “çiçəklən­mə” həm də yosunlann parçalanması zamanı suyun keyfiyyəti pisləşir.

Təbii sularda və su təchizatı mənbələrində nitratlann əsas mənbəyi kənd təsərrüfatı sayılır.

Nitratlar yüksək həll olmaları ilə fərqlənirlər. Odur ki, çox hissəsi su obyektlərinə, öncə yeraltı sulara daxil olur. Kənd təsərrüfatının intensivliyi artdıqca və gübrələrdən istifadənin müddəti uzunmüddətlidirsə nitratlara çirklənmə bir o qədər çox olur. Qərbi Avropanın bir çox ölkələrinin - Almaniya, Çexiya, Slovakiya, Danimarka, Fransa və b. quyu sularında nitratların yüksək dərəcədə olması onları istifadə üçün yararsız edir. İç­məli sularda nitratlann qatılığmm çox olması insan sağlamlığı üçün bir sıra problemlər yaradır.

Beynəlxalq səhiyyə təşkilatı tərəfindən içməli suda nitratlann norma miqdarı NO3- 1 1 mq/1 qədər olmalıdır. Nitrat­lann yeraltı sulara daxil olması, yeraltı suların çirklənməsində ciddi problem sayılır. Yeraltı suların hərəkəti yerüstü sulara nisbətən olduqca zəifdir. Odur ki, hidrogeoloji formasiyaya da­xil olan çirkli su orada uzun müddət qala bilər.

Suyun minerallaşması onun tərkibində maddələrin həll ol­ması nəzərdə tutulur. İnsan fəaliyyəti gücləndikdə təbiətdə rast gəlinən ionların miqdarı iqlim şəraitindən asılı olaraq suda artır. Xüsusən arid regionlarında çay hövzələrində suvarmanın in­kişafı nəticəsində minerallaşmış sular və torpaq horizontlann- dan yuyulmuş bir çox maddələr yenidən çaya qayıdır. Dünya­nın bir çox obyektlərində ağır metallar və arsen suyun keyfiy­yətində ciddi problem yaradır. Yer qabığında müəyyən edilmiş 1 0 0 kimyəvi elementdən ən yüngül 2 2 element canlı mad­dələrin tərkibində daxil olur. Sənayedə suyun tərkibinə, orqa­nizmə yad olan ağır zəhərli ağır metallar daxil olur. Bir çox

112

kommunal təmizləyici qurğular da tərkibinə ağır metallar olan sənaye çirkab sulan qəbul edir.

Dağ - mədən sənayesi və əlvan metallurgiya sənayesi bu tip çirklənmələrin mənbəyi sayılır.

Təbii sularda üzvi maddələrin qatılığı 11-də 1000 nano- qramdan az olur. Bu maddələrin suda olduqca kiçik qatdığının ölçülməsi yüksək dəqiqlik tələb edir. Kəsgin zəhərli olan bu maddənin ölçülməsi vacibdir, çünki 1 qr polixlorlu bifenillər 1 mln. kub.m. suyu həyat üçün yararsız hala salır. Hamıya məlum olan DDT (dust) da bu qəbil çirkləndiricilərdəndir. PXB və DDT xlor üzvi birləşmələrə aid olub, ətraf mühitdə uzun müd­dət qalaraq, qida zəncirləri ilə ötürülür, onlann bəzi həlqə­lərində toplanır, orqanizmin immunitet sistemini zəiflətmək, qırmaq qabiliyyətinə malikdir.

Bəşəriyyətin həyatında okeanın rolu çox şaxəlidir. Yerdə həyatın mövcudluğunda okeanın əhəmiyyəti böyükdür. Okeanlar iqlimin və atmosfer tərkibinin formalaşmasında, mineral maddələrin dövranının yerinə yetirilməsində mühüm rol oynayır.

Hazırda Okeanın dərinliklərində yerləşən müxtəlif mi­neral xammal ehtiyatlarından ən çox neft və qaz böyük əhə­miyyət kəsb edir. İndi dünyada dənizə çıxışı olan 140 dövlətdən 100-dən çoxunda şelflərdə neft çıxarılır, 300 mlrd, kub.m-dən artıq qaz çıxarılır.

Dünyanın xarici mütəxəssislərinin məlumatına görə okeanların və dənizlərin şelf sularında neft ehtiyatı - 80 mlrd, ton, qaz həcmi isə -40-50 trln. m3-ə qədərdir.

Okeanın dibində və suyunda çoxlu miqdarda xammal var­dır. Dünya okeanında 1,4 • 1016 ton natrium, 1,8 1015 ton maq- nezium, 5,6 TO14 ton kalsium, 20 mlrd, tona qədər uran, 15 mlrd, ton mis, 0,5 mlrd ton gümüş, 8-10 mln. ton qızıl həll olunmuşdur.

Dəniz suyunda praktik olaraq Mendeleyev cədvəlində olan bütün elementlər vardır. Yapon alimləri dəniz suyunda

113

Page 58: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

uranm alınması texnologiyasını yaratmış və ildə 1000 ton uran əldə etməyi planlaşdırırlar.

Hazırda dünyada 1000-dən artıq təmizləyici qurğudan istifadə edərək 3 mln.m3-ə qədər dəniz suyu şirinləşdirilir və istifadə olunur. Bu rəqəmin 2025-ci ilə qədər 500 mln.kub.m-ə çatdırılması nəzərdə tutulur. Okeanların və dənizlərin sərvəti olan balıq ovu bir çox ölkələrdə adambaşına maksimum Yapo­niyada 69 kq, Cənubi Koreyada 51-kq, Filipində - 34 kq balıq olmaqla istifadə edilir.

Sahil zolaqlarda əsas çirkləndirici sahələr limanlardır. Bu­raya çirkab sular gəmilərdən düşür, şəhər ərazisindən - yaşayış və sənaye sahələrindən axır, çay gətirmələri ilə daxil olur.

Sahil zonasından dənizə çirkab suların axıdılması ciddi problemlər yaradır. Əsas çirkləndiricilər patogen mikro- orqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Çirklənmələrin əsas nəticələri-yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmamazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsiridir.

Çay suları vasitəsi ilə okeana daxil olan patogen mikroor- qanizmlər sahil zonası şəraitində asanlıqla adaptasiya olunaraq orada yaşayırlar.

Sənaye tullantıları və təmizləyici qurğularının çökün­tülərinin dənizə atılması da xüsusi problem sayılır. Bu maddələr olduqca zəhərli ola bilər, belə maddələrin dənizə atılması olduqca təhlükəlidir.

Okeanın ən zərərli kimyəvi çirkləndiriciləri neft və neft məhsulları hesab olunur. Hər il dəniz və okeanlara 6-10 mln. ton arasında neft daxil olur. Sular ən çox tankerlər və sualtı qazma işləri zamanı neftin sızması nəticəsində çirklənir. Dünya okeanlarının antropogen çirklənməsinin yarsına qədəri gəmiçiliyin hesabına baş verir.

114

Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan verir. Yalnız 1 ton neft dənizin 12 km2 sahəsini örtür. Suyun səthində neft pərdəsi bütün fıziki-kimyəvi prosesləri dəyişir, suyun səthinin temperaturu yüksəlir, qaz mübadiləsi pisləşir, balıqlar köçür və məhv olur. Suyun dibinə çökən neft uzun müddət bütün canlı­lara ziyan verir. Neftlə çirklənmə dənizlərin bioloji tarazlığına böyük zərbə vurur.

Neftin həll olan komponentləri çox zəhərlidir. Onlar əksər hallarda balıqların, dəniz quşlarının ölümünə səbəb olur, dəniz heyvanlarının ətinin dadına mənfi təsir göstərir.

Dəniz sahilləri - 200m-lə + 200 m. arasında sahil zonası olub, antropogen təzyiqlərə ən çox məruz qalan, təzyiqlər dur­madan artan şəraitdə qum, okean və atmosferin qarşılıqlı əla­qədə olan Yer səthinin bir hissəsidir. Bu zonada dünya əhali­sinin 60%-ə qədəri yaşayır və bu sahə yer səthinin 18%-ni təş­kil edir. Sahil zonası çayların gətirmə axınlarının çirkləndirici maddələrlə birlikdə 75-90%-ni qəbul edir, udur. Burada dünya­dakı müasir ovulan yumşaq çöküntülərin 90%-i akkumulyasiya olunur. Bu məlumatlar sahil zonasının mühüm ümumi dünya əhəmiyyətli olduğunu göstərir.

İqlimin dəyişməsi ilə əlaqədar okeanın səviyyəsinin dəyişməsi baş verir. BMT-nin məlumatına görə 2050-ci ilə qə­dər dünya okeanının səviyyəsinin qalxması gözlənilir. XX əsr­də suyun səviyyəsinin qalxması dünyanın qumlu sahillərinin 70%-ni dağılma vəziyyətinə gətirmişdir. Sahilyanı ekosistemlər bioloji müxtəlifliyi baxımından dünyada ən zəngin ekosis­temlərdən olub, bu sahillərin dağılmaq, məhv olmaq təhlükəsi qarşısında qoymuşdur.

Daxili dənizlərin rejimi Dünya okeanı ilə su mübadiləsi­nin yavaş getməsi ilə fərqlənir. Daxili dənizlərin xüsusiyyətləri bu su tutarların, hövzələrin geniş ərazilərində gedən pro­seslərdən çox asılıdır. Daxili dənizlərə çoxlu çay sularının axması, onların morfoloji xüsusiyyətləri ilə əlaqədar Dünya

115

Page 59: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

okeanı ilə zəif su mübadiləsinin yaranması daxili dənizlərin sularının okean sularına nisbətən 2-3 dəfə duzluluğunun aşağı olmasına səbəb olur. Daxili dənizlər çay sularının çirkləndiri- cilərinin gətirilməsi ilə dənizlərin ekoloji vəziyyətinə ciddi təsir göztərir. Daxili dənizlər bütün akvatoriyada, xüsusi ilə sa­hilyanı zonada getdikcə artan antropogen çirklənməyə məruz qalır.

Okeanın mühafizəsi və səmərəli istifadəsi məsələləri həllinin əsası qarşısında 3 təxirə salınmaz məsələ durur:

1) okeanın bütövlüyü təsərrüfat fəaliyyətinin effektiv qlobal rejiminin tənzimlənməsini tələb edir.

2) bir çox regional dənizlərin resurslarını ayrı-ayrı döv­lətlərin istismar etməsi, resurslardan istifadə etmənin regional nizamlanmasının müəyyən öhdəçiliklərini tələb edir.

3) okean üçün quru mənbələrdən ciddi təhlükənin olması effektiv milli fəaliyyət tələb edir.

Çay və göllərin ekoloji vəziyyəti də mühüm əhəmiyyət kəsb edir.

Göllərdə suyun keyfiyyəti ora tökülən çayların çirklənmə dərəcəsindən, onların yatağının səhiyyə-gigiyena vəziyyətindən və başqa amillərdən asılıdır. Alimlərin tədqiqatları göstərir ki, çayların intensiv çirklənməsi fonunda yaradılan su anbarlarında antropogen evtrofikasiya nəticəsində suyun keyfiyyəti kəskin pisləşir. Əvvəllər kiçik su hövzələri antropogen evtrofikasiyaya məruz qalırdısa, indiki dövrdə, xüsusilə kaskadla tənzimlənən su anbarlarında - göllərdə suyun çirklənməsi baş verir.

Azərbaycanda su anbarlarının çirklənməsi çayların güclü çirklənməsi ilə əlaqədardır. Mingəçevir və Şəmkir su anbar­larının çirklənməsi , əsasən suda həll olan maddələrin, biogen elementlərin artması ilə əlaqədardır.

Azərbaycandakı göllərin sayı 250-dir. Bu göllər 3 qrupa bölünür:

116

Hazırda göllərdəki suyun keyfiyyəti onların nəinki rekrea­siya (çimmək, su turizmi və s.), hətta texniki ehtiyaclarım ödə­mək üçün də yararlı deyildir. Göllərin çirklənməsinin qarşısım almaq, regionda ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün aşağı­dakı işlərin görülməsi lazım və vacibdir:

1) sənaye və məişət çirkab sularının axıdılmasımn qarşı­sını almaq məqsədilə, bütün sənaye kommunal müəssisələrdə təmizləyici qurğular sistemi yaradılmalıdır;

2) yarımadada suvarma şəbəkələrini tam rekonstruksiya etməklə, kənd təsərrüfatı bitkilərinin suvarılmasım daha mü­tərəqqi üsullarla apan İması;

3) kəskin çirklənmiş və yenidən əmələ gəlmiş göllərin qurudulmasını həyata keçirmək;

4) drenaj sistemi yaratmaq yolu ilə qrunt sularının sə­viyyəsini aşağı salmaq və su quyulanndan istifadə etmək;

2003-cü ildə Kür çayında hidroloji məntəqələrdən götü­rülmüş su nümunələrində misin miqdarı toksikoloji normadan 10 dəfədən artıq olmuşdur (misin toksikoloji miqdarı -sular üçün 1,0 mq/I-r). Misin daha çox miqdan Yenikənd (18 m q/1), Mingəçevir (18 mq/ 1), Yevlax (14 mq/ 1), Zərdab (20 mq/1), Salyan (14 mq/1) və Mayak (23 mq/1) məntəqələrində qeydə alınmışdır. Bismut, titan və manqan kimi qeyri-üzvi kimyəvi elementlərin miqdan da Kür sulannda həmişə normadan yük­səkdir, alüminium, dəmir və silisium Kür sularında daim mü­şahidə edilsə də miqdarı buraxıla bilən həddən aşağı olur.

Kür çayı, Salyan, Neftçala şəhərlərindəki yod-brom zavo­dunun, Bankə qəsəbəsindəki balıq kombinatının və həmin şə­hərin kommunal təsərrüfat!annın çirkab suları ilə çirkləndirilir. Bu ərazilərdə Kürün sularında bixromat oksidləri, fenollar, neft məhsulları və heksoxloran pestisidinin miqdarı digər məntə­qələrlə müqayisədə 1,5-2,0 dəfə çoxdur. Bankə və Mayak qə­səbələri yaxınlığında Kürdə benzol turşularının miqdarı uyğun olaraq 2,4 və 2,0 mq/1, yəni ümumi sanitar normalardan 4-5 dəfə artıqdır.

117

Page 60: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Araz çayında yaranan gərgin ekoloji vəziyyət Kür çayın­dan daha təhlükəlidir. Oxçu çayı Arazı hədsiz dərəcədə çirk- ləndirir, ayrı-ayn vaxtlarda suyun tərkibində misin miqdarı BQH-dən 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olmuşdur. Alüminium, sink, manqan, titan və bismut kimi çirkləndirici elementlərə Oxçu çayda daim rast gəlinir.

Arazın qolları Gilan, Naxçıvan və Paraqa çaylarının sularında misin və fenolların yüksək qatılığı müşahidə olunur. Odur ki, Araz çayının suyu bütün məntəqələrdə (Xudafərin, Culfa, Saatlı) çirklənmiş və çirkli kimi qiymətləndirilərək sularda misin və fenolların miqdarı mütəmadi olaraq 10-22 və 4-14 BQH səviyyəsində qeydə alınır. Manqanın qatılığı 2-4 dəfə normadan artıq müşahidə olunur. Culfa və Saatlı məntəqə­lərində neft məhsullarının miqdarı 0,11 və 0,21 mq/1, yəni nor­madan 2-4 dəfə artıqdır. Son dərəcə çirklənməyə - zəhərlən­məyə məruz qalan bu çayda heç bir canlı yaşamır. Onun su­yundan suvarmada istifadə edildiyindən torpaq da zəhərlənmiş­dir. Oxçuçay qarışandan sonra Arazın zəhərlənməsi Beyləqan - Sabirabada qədər təsirini itirmir. Orta illik su balansı Arazdan 20 dəfə az olan Oxçuçay Araza qarışandan sonra, Araz su­yunda mikroflora 65-80% azalır.

Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür və Araz çayları və onların qollarının suyunun kim­yəvi tərkibində xeyli dəyişikliklər baş vermişdir. Son 40 ildə Salyan şəhəri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/1 olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində suyun minerallığı 400 mq/1 -dən 1300 mq/1 -ə qədər artmışdır.

Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı -natriumludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür-Araz ovalığında suvarılan sahələrdən qayıdan su-

118

larin və kollektor drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır.

Son zamanlar Kür-Araz hövzələri ilə əlaqədar olmayan və birbaşa Xəzər dənizinə tökülən çaylarda da ( Böyük Qafqazın şimal-şərq hissəsi və Lənkəran təbii vilayəti çayları) çirklənmə müşahidə olunur.

Quba -Xaçmaz bölgəsində yerləşən Qusarçay, Qudyal- çay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay , Lənkəran bölgə­sində yerləşən Lənkərançay, Viləşçay və b. çaylar yaşayış mən­təqələri və aqrar —sənaye təsərrüfatları tərəfindən aramsız çirklənməyə məruz qalır.

Hal-hazırda Kür və Araz çayları, ətraf kəndlərində ya­şayan əhalinin içməli su kimi istifadə etməsi üçün təmizləyici qurğular tikilir və gələcəkdə də bu iş davam etdiriləcəkdir.

Xəzər dənizinin ekoloji problemləri və onları yaradan səbəblər onu əhatə edən ölkələr üçün əsas problemlərdən biridir.

Xəzər dənizi Yer kürəsinin ən böyük gölü olub, ətrafında beş dövlət yerləşmişdir. Bu ölkələrin sahil xəttinin uzunluğu aşağıdakı kimidir:

Azərbaycan Respublikası - 825 km, Qazaxıstan Respub­likası - 2320 km, Türkmənistan Rüspublikası - 1200 km, Rusiya - 695 km, İran İslam Respublikası - 900 km.

Xəzərin səviyyəsi - Dünya okeanı səviyyəsindən - 27,3 m. aşağıdır, sahəsi - 392,6 min kv. km-dir.

Xəzər dənizinə 130-dan çox çay axır, bunlardan doqquzu delta xarakterli olub, aşağıdakı çaylardır: Volqa, Ural, Terek, Sulak, Samur, Kür, Səfıyurd, Xaraz, Görənrud. Xəzərdə müxtə­lif böyüklükdə 5 0-yə qədər ada vardır və bu adaların ümumi sahəsi - 350 km3 -ə bərabərdir.

Xəzər dənizinin ekoloji vəziyyətinin dəyişməsində əsas dənizin səviyyəsinin tərəddüdü: qalxıb-enməsi və çirklənməsi olmuşdur.

119

Page 61: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Xəzərin çirklənməsində başlıca yeri neft və neft məh­sulları, sonrakı yeri isə kimyəvi çirklənmə təşkil edir.

1978-ci ildən başlayaraq Xəzər dənizinin səviyyəsi qalxmağa başlamışdır və 1995-ci ildə onun orta illik qiyməti -29,2 -metrə çatmışdır. Bu müddət ərzində qalxma intensivliyi ildə 14 sm olmuşdur. Ayrı-ayn illərdə bu rəqəm hətta 30 sm-də olmuşdur. 1996-cı ildən səviyyə yenidən qalxmağa başlamışdır və 2001-ci ildə dənizin okean səviyyəsindən hündürlüyü - 27,3 m-ə çatmışdır.

Xəzər dənizində səviyyə mövsümdəki yağıntılardan və buxarlanmadan asılı olaraq da dəyişir ki, buna mövsümi də­yişmə deyilir. Qabarma çəkilmədən səviyyə dəyişməsi çox kiçik olub, səviyyənin şimaldan cənuba artımı 2-6 sm təşkil edir.

Xəzərin səviyyəsinin dəyişilməsinin araşdırılmasının əsas səbəbi kompleks amillərin - geoloji, hidroiqlim, antropogen, kosmik olması göstərilir.

Xəzərin səviyyəsinin dəyişməsində geoloji amilin rolunun 10-15% olduğunu göstərsək - bu nəticənin eksperimental mü­şahidələrinə böyük ehtiyac vardır. Burada akademik N.A.Şilo- nun belə bir fərziyyəsinə maraq böyük əhəmiyyət kəsb edir. O, Xəzərin səviyyəsinin enib-qalxmasını Xəzərin dib hissəsinin- yer qabığının hərəkəti ilə əlaqələndirir. Akademik Şilona görə Xəzərin dibi məsaməli, yumşaq torpaq süxurlarından ibarət olub. Qafqaz dağları silsiləsindən və Rusiya düzənliklərindən axan yeraltı sularla qidalanır.

Zaman-zaman yer qabığının qeyri-tektonik hərəkəti za­manı dib çöküntülərinin gah sıxılması, gah da genişlənməsinə səbəb olur. Sıxılma zamanı bu sular dənizə, genişlənmə zamanı isə dənizdən su götürülür. Sıxılma zamanı dənizin səviyyəsi qalxır, genişlənmədə isə səviyyə enir. Akademik N.A.Şilonun bu fərziyyəsi neftçilər üçün də müəyyən maraq kəsb edərək də­nizdə fəaliyyət göstərən neft quyularının məhsuldarlığına təsi­rini öyrənməyə imkan verir, belə ki, layların sıxılması zamanı

120

quyularm məhsuldarlığı artacaq, layların genişlənməsi zamanı məhsuldarlığı aşağı düşəcəkdir.

Bütün hallarda Xəzər dənizinin səviyyəsinin qalxması ətrafında yaşayan insanlar üçün böyük sosial-iqtisadi fəlakət­lərlə nəticələnir. Bu hadisə ətrafdakı elektrik-veriliş xətlərini uçurdur, əkin və torpaq sahələrini su basır, ətrafda dəniz yolla­rım sıradan çıxarır.

Antropogen amillərə çay sularının suvarmada istifadə olunması və çayların hövzələrində su elektrik stansiyalarının tikilməsi ilə əlaqədar böyük su anbarlarının yaradılması da aid edilir.

Xəzər dənizinin su balansının əsas çıxar hissəsi su səthin­dən buxarlanma hesab olunur, dəniz səthindən il ərzində 1 m-ə qədər su buxarlanır, bu Xəzərin il ərzində 375 km su itirməsi deməkdir.

Xəzər dənizinin ekoloji vəziyyətinə təsir edən əsas amil­lərdən biri onun neft məhsulları ilə çirklənməsidir. Xəzərin neftlə çirklənməsi problemi özünün qədimliyi, fauna-floraya, suyun fiziki-kimyəvi xassələrinə, dəniz dibi çöküntülərə, çoxtərəfli təsirinə görə başlıca yer tutur.

Hazırda demək olar ki, Xəzərin bütün akvatoriyası və ora axan bütün çaylar neftlə çirklənməyə məruz qalmışdır. 1950- 1960-cı illərdə neftlə çirklənmə yalnız dəniz neft yataqları və neft emalı müəssisələrin çirkab sular tökülən bu zonaya xas idisə, 1980-ci illərdə belə çirklənmə dənizin hər yerində yayıl­mışdır.

Məlum mənbələrə əsaslanan hesablamalara görə Xəzər- xvalın epoxasının neft kəşfindən bəri dənizə 2,5 mln. ton xam neft axmışdır. Yalnız 1969-cu ildə neft daşıyan tankerlərin ballastik suyu ilə dənizə 47 min ton, gəmilərin suyundan isə 7 min ton neft axıdılıb. Dənizdə olduqca çoxlu qəza hadisələri baş verir, onlardan ikisini göstərək: 60-cı illərdə Xəzərin Orta və Cənub şelfindən qəza nəticəsində dənizə 4 min ton, aylarla mənbədən sönməyən yanğın fəaliyyətdə olan qrifonlardan 20

121

Page 62: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

min ton qaz-neft kondensatı axmışdır. 1995-ci ildə Cənubi və Orta xəzərin sərhəddində qruntda 270 m. dərinlikdə 1 kq. lildə 0,86 q. konsentrasiyalı neftin olması qeydə alınmışdır. Bakı buxtasında 5 -7 m-dən çöküntülərin ətəyinə qədər qurunt neft məhsulları ilə doymuşdur.

Neft məhsulları ilə çirklənmənin səciyyəvi əlamətləri mənbəyin çoxluğu, ətraf mühitin demək olar ki, bütün kom­ponentlərini çirkləndirməsi, böyük akvatoriyada səpələnməsi, dib çöküntülərində toplanması və s.-dir. Neftin həll olan və ağır komponentləri - fraksiyaları su kütləsində digər toksikantları, o cümlədən toksik metalları adsorbsiya edir, onların miqrasi­yasına səbəb olur. Onlar suyun keyfiyyətini pisləşdirir, oksigen rejiminə mənfi təsir göstərir, suyun üst qatlarının atmosferlə balanslaşdırılmış əlaqəsini pozur.

Antropogen neftlə çirklənmə indiki vaxtda da davam et­məkdədir və istehsalın eskalasıyası, kəşfiyyat işləri, “Böyük Xəzər neftinin” Xəzəryanı dövlətlərin bütün sektorlarında nəql edilməsi bu problemi daha da dərinləşdirir.

Cənubi Xəzərdə çirklənmə dərəcəsinə görə “ölü zona” adlandırılan bir sıra sahələr mövcuddur. Bura Neft daşları akvatoriyası, Bakı, Türkmənbaşı buxtaları və Çələkən yarım­adası sahilləri aiddir. Bu sahələrin sularında neftin miqdarı 1,26-3,83 mq/l-ə çatır.

Xəzər dənizində ekoloji vəziyyətin gərginləşməsində neftlə yanaşı politsiklik aromatik karbohidrogenlər (PAK) də ciddi təhlükə yaradır. Ciddi ekoloji nəticələr PAK-in dəniz eko­sistemlərinin elementlərində toplanmasıdır. PAK əsasən neft məhsullarının və üzvi maddələrin yanması, emal və istifadəsi proseslərində əmələ gəlir. Dənizə daxil olan PAK-ın mənbə­lərindən 3-ü çay axınları, atmosfer axınları və şəhər axınları əsas sayılır. Əhalisi çox olan, sənaye cəhətdən inkişaf etmiş də­nizkənarı şəhərlər bu baxımdan PAK-m əmələ gəlməsində mənbə sayılır. Müəyyən olunmuşdur ki, 1 m3 - avtomobilin buraxdığı qazdan 800-900 mkq-a qədər 3,4 benzopin aynlir.

122

Ətraf mühit üçün təhlükəli PAK-a 17-dən artıq karbohidrogen daxildir, bunlardan 7-si 3,4; 1,12; 2-5,6; 3,4-9-10 benzoprin əsaslıdır.

Quyuların tikilişində və qazılmasında Xəzər dənizinin çirklənməsi Xəzərin flora və faunası üçün müəyyən təhlükə yaradır. Qazma zamanı həcminə görə tullantılar arasında qazma çirkab suları (QÇS) üstünlük təşkil edir. Qazma zamanı bir qu­yudan sutka ərzində 40 m3 -ə qədər həcmində su, su hövzəsinə - dənizə axıdılır. Bununla yanaşı QÇS -da həm qazma məhlulu, onun komponentləri, kimyəvi reagentlər, neft və neft məhsulları və s. olduğu üçün su hövzəsi ən çox çirklənməyə məruz qalır.

Qazma tullantılarının ən təhlükəli növləri işlənmiş qazma məhlulu, qazma şlam və qazılmış süxurlar hesab olunur.

Biogen elementlərin, ilk növbədə məişət və kənd təsər­rüfatı mənşəli üzvi maddələrin Xəzərə daxil olmasının əsas mənbələri çaylar, şəhərlər və yaşayış məntəqələridir. Apanlan tədqiqatlar göstərir ki, bioloji yükün antropogen dəyişməsi tez- tez dəniz ekosisteminin strukturunun dəyişməsinə gətirib çıxa- nr; bioməhsuldarlığın səviyyəsi artır, bioloji qruplaşdırmanın növ tərkibi dəyişir, trofık əlaqələrin davamlılığı pozulur, suyun fiziki və kimyəvi xassələri dəyişir. Balanslaşdırılmış ekosistem­lərdə üzvi maddələrin əmələ gəlməsi ilə parçalanması, həm­çinin oksigenin ayrılması və mənimsənilməsi arasında tarazlıq saxlanılır. Xəzər dənizinin bəzi evtrofıkasiyaya uğramış sahə­lərində bu tarazlığın pozulması bioloji-kimyəvi dəyişikliyə sə­bəb olmuşdur. Belə dəyişiklər çay cstuarilərinin akvatoriyaları və stasionar çirkab sularının daxil olduğu zamanlar üçün səciy­yəvidir. Bu sahələrdə suyun alloxton və avtoxton mənşəli asan mənimsənilən üzvi maddələrlə zənginləşməsi nəticəsində tə­nəffüsün sürəti suyun oksigenlə zənginləşməsi sürətindən çox olur. Bu xüsusən Xəzərin hər üç-Şimal, Orta və Cənub hissə­sinin dərin yerində suyun aşağı qatlarında nəzərə çarpır. İlk dəfə antropogen evtrafıkasiya Şimali Xəzərdə qeydə alınmışdır, bu əsasən biogen elementlər və üzvi maddələrlə zənginləşən

123

Page 63: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Volqa çayının sularının axınları ilə əlaqədardır. Volqa çayının axınında fosfat, azot və üzvi maddələrin cəmi 3 dəfə artmışdır.

Xəzər dənizi şəraitində 1 kq fosfor və azotun 1000 kq-dan artıq plankton bakteriyalannm biokütləsini əmələ gətirə bilməsi əmsalına əsaslanaraq antropogen evtrofikasiyanın intensivliyin təsəvvür etmək olar. Şimali Xəzərdə suyun evtrofıkasiyası ildən ilə genişlənir. Məlum olduğu kimi evtrofikasiya zamanı asan mineral laşan üzvi maddələrin toplanması və bidestruktorların miqdarının artması nəticəsində Xəzər dənizi ekosisteminin sta- billiyi kəsgin pozulur. Bu zaman su kütləsi və dib çöküntüləri yosun metabolitləri və mikroorqanizmlər tərəfindən parçalanan substrantlann aralıq məhsulları ilə zənginləşir.

Şimali Xəzərin antopogen evtrofıkasiyası hidrokimyəvi rejimi, suyun və dib çöküntülərinin kəmiyyət-keyfiyyət tərki­bini dəyişmişdir. Suyun üst qatlarında ümumi mikroorqanizm- lərin miqdarı orta hesabla bütün sahələr üzrə 3-3,5mln/ml, saprofit bakteriyalar 600-700 kl/ml artmışdır. Çayların axınla­rının, biogen elementlərinin alloxfon üzvi maddələrin artması təkcə Şimali Xəzərin deyil, həm də bütün Xəzər dənizi üçün ekoloji təhlükə hesab olunur. Çünki antropogen evtrofikasiya və onun nəticələri haqqında həyəcanlı faktlar dənizin bütün şelflərində müşahidə olunur.

Orta Xəzərdə də antropogen evtrofikasiya prosesləri hər yerdə baş verir, ən çox qərb şelfdə müşahidə olunur.

Dənizin qərb şelfındə, Sumqayıt sahilindən başlayaraq cə­nuba doğru Ələt sahəsinə qədər, akvatoriyaların 25-35 m izo- bata kimi 30 ildən artıq müddətdə fitoplanktonun, fito və zoobentosun kütləvi inkişafı sıxışdınlmışdır. Regionun ibtidai fauna və florasının əsas nümayəndələrinin deqradasiyasının əsas səbəbi əvvəldə qeyd olunduğu kimi dənizin ümumi çirk­lənməsi olmuşdur. İntensiv antropogen evtrofikasiya Cənubi Xəzərdə də baş verir. Bu proses çirkab sulan ilə kontaktda olan zonada daha davamlıdır. Fitoplanktonun deqradasiyası nisbətən dayaz sulu zonalannda Sumqayıt, Pirallahı, Şıxov, Qaradağ -

124

Ələt akvatoriyalannda qeyd olunmuşdur. Kürboyu, Kürbumu, Lənkəran və Astara şəhərində antropogen evtrofikasiya prosesi sahildən formalaşmağa başlayır.

Beş Xəzəryanı dövlətlərin hamısı beynəlxalq sazişlərə qoşulmuş və hər bir ölkə özünü Xəzər dənizi ilə sərhəddi daxi­lində dənizin çirklənməsinin qarşısım almaq üçün müəyyən təd­birlər proqram və planını işləyib hazırlamış və bunu tədricən yerinə yetirməkdədir.

Azərbaycan Respublikası 2006-2010-cu illərdə Xəzərin çirklənməsinin qarşısını almaq üçün aşağıdakı tədbirləri işləyib hazırlamış və yerinə yetirilməsini təmin etmişdir.

1. şəhərdaxili təsərrüfat - məişət kanalzasiya şəbəkəsinin yağış kanalizasiya şəbəkəsindən təcrid edilməsi ilə Bakı buxta­sına axıdılan fekal-tullantı sularının qarşısının alınması (2006- 2008-ci illərdə yerinə yetirilmişdir).

2. buxtanın sahil zonasında fəaliyyət göstərən sənaye obyektlərində yaranan tullantı sularının müasir tələblərə uyğun təmizlənməsini təmin edən lokal təmizləyici qurğuların qu­raşdırılması (2006-2009-cu illər).

3. Hövsan Aerasiya stansiyasında və digər təmizləyici qurğularda müasir tələblərə uyğun təmizlənmiş suların təkrar istifadə edilməsi (2006-2007).

4. Pirallahı, Cilov, Qum adalan və Neft Daşlanndakı tə­mizləyici qurğuların müasir tələblərə uyğun yenidən qurulması (2006-2007).

5. neft və qaz yataqlarında quyuların qazılması və təmiri zamanı yaranan şlam və qazma məhlullarının və digər təhlükəli tullantıların poliqonlarda zərərsizləşdirilməsini təmin edilməsi (2006-2010).

6. Xəzər dənizinin sahil boyu (Abşeron yarımadası da daxil olmaqla) fəaliyyət göstərən Kurort - müalicə, turizm və iaşə müəssisələrində, çimərliklərdə və fərdi yaşayış massiv­lərində kanalizasiya şəbəkəsinin və tullantı suların təmizlən-

125

Page 64: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

məsi üçün lokal təmizləyici qurğuların quraşdırılmasım həyata keçirmək (2007-2009).

7. Sumqayıt şəhərində və ona yaxın olan yaşayış mən­təqələrində tullantı suların atılmasının qarşısının alınması, ka­nalizasiya sisteminin yaradılması və yenidən qurulması (2007- 2010).

Beləliklə Azərbaycan Respublikası indi və gələcəkdə də Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün dünya­nın müasir texnologiyalannı tətbiq etməklə həyata keçirəcəkdir.

Suyun keyfiyyət göstəricilərinin normalaşdınlması iki kateqoriya üzrə su mənbələri üçün aparılır:

1. içməli su və mədəni məişət sulan;2. balıq təsərrüfatı hövzələrinin suları.Birinci kateqoriyaya aid olan axar su hövzələrində istifadə

olunan obyektdən 1 km məsafədə, axmayan su hövzələrində isə istifadə edilən, obyektdən 1 km radiusda suyun keyfiyyəti və tərkibini təyin etmək üçün nümunələr götürülərək kimyəvi analiz edilir. Bu halda suyun keyfiyyəti və tərkibi normalara uyğun gəlməlidir.

İkinci kateqoriyaya aid olan balıq təsərrüfatının su hövzə­lərində onun normaları çirkab suların hövzəyə töküldüyü yer üçün və ya ondan 500 m-dən uzaq olmayan yer üçün qəbul edilir.

Suyun aşağıdakı parametrlərinin norma qiymətləri müəy­yən edilir: 1) üzən və asılı qalmış qarışıqların miqdarı; 2) orqa- noleptik xassələr; (iy, dad, rəng, şəffaflığı və suyun tempera­turu); 3) hidrogen ionların (pH) sayı; 4) mineral qarışıqların tərkibi və qatılığı; 5) suda həll olmuş oksigenin miqdarı; suyun oksigenə olan bioloji tələbatı; 6) zəhərli və zərərli maddələrin və bakteriyaların tərkibi və buraxıla bilinən qatılıq həddi (BQH).

Mədəni-məişət və içməli su hövzələrində zərərli mad­dələrin limit göstəriciləri aşağıdakı kimi normallaşdırılır: ümumi sanitar normaları və orqanoleptik normalar.

126

Su hövzələrinin sanitar vəziyyətinin normalara uyğunluğu aşağıdakı kimi təyin olunur:

3(5)£с,/гея ,< ı/=1

Burada: Cm - hövzənin hesbalama aparılan yerində zərəliyin limit göstəricisində, i - maddəsinin qatılığı, BQHt - i maddə­sinin buraxıla bilinən qatılıq həddi.

Birinci kateqoriya hövzələr üçün üç, ikinci kateqoriya hövzələr üçün isə beş (5) qeyri-bərabərlik şərtlərinin ödənilməsi yoxlanılmalıdır.

Birinci kateqoriya üzrə hövzələr üçün 400-dən çox, ikinci kateqoriya su hövzələri üçün 100-maddənin buraxıla bilinən qatılıq hədləri müəyyən edilmişdir. Aşağıdakı cədvəldə birinci və ikinci kateqoriya su hövzələri üçün bəzi maddələrin buraxıla bilinən qatılıq hədləri göstərilmişdir.

Cədvəl 12

Maddələr Birinci kateqoriya hövzələr. İkinci kateqoriya üzrə hövzələr

Zərərliliyin limit göztəricisi (ZLG)

BQHq/m3

Zərərliliyin limit göztəricisi (ZLG)

BQHq/m3

Benzol Sanitar-toksikoloji 0,5 Toksikoloji 0,5Fenol Orqanoleptik 0,001 Toksikoloji 0,001Benzin,neft Orqanoleptik 0,1 Balıq təsərrüfatı

norması0,05

Kadium Sanitar-toksikoloji 0,01 Toksikoloji 0,005Sianidlər Sanitar-toksikoloji 0,1 Toksikoloji 0,05Mis Orqanoleptik 1,0 Toksikoloji 0,01Sink Ümumi-sanitar 1,0 Toksikoloji 0,01Xrom Orqanoleptik 0,1 - -DDT Sanitar-toksikoloji 0,1 Toksikoloji -Xlorofos Orqanoleptik 0,05 Toksikoloji -

Məlum olduğu kimi, dünya miqyasında su hövzələri şiddətli çirklənir. Müasir şəraitdə sənayenin, kənd təsərrüfatı­nın, nəqliyyatın sürətlə inkişafı, şəhərlərin böyüməsi və artması

127

Page 65: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

su hövzələrinin çirkab sularla çirklənməsini daim artırır. Bir­ləşmiş Millətlər təşkilatının məlumatına əsasən təmiz su və elementar gigiyenanın olmaması səbəbindən Asiya, Afrika və Latın Amerikası ölkələrində milyonlarla insan mədə-bağırsaq xəstəliyinə tutulur və hər il 1 0 milyondan çox adam ölür.

Təbii su ehtiyatlarının təmiz saxlanması və istifadədən çıxmaması məqsədilə sənaye və kommunal çirkab sulan tə­mizlənməli, dövri su təchizatı inkişaf etdirilməli, az sulu, susuz və tullantısız istehsalat texnologiyası tətbiq olunmalı, kənd təsərrüfatında gübrələrdən pestisidlərdən səmərəli istifadə etməli, atmosfer havasını çirklənmədən mühafizə etməli və s. ciddi tədbirlər görülməlidir.

Ümumi halda çirkab suların təmizlənmə üsullanm re- generativ və destruktiv qruplara ayırmaq olar. Regenerativ qrup təmizlənmə üsulları ilə sudakı çirkləndirici maddələr çıxarılır və istifadə edilir.Bu üsullarla suyu çox vaxt lazımı dərəcəyə qədər təmizləmək olmur. Buna görə də çirkab sulan rege­nerativ üsullarla təmizlədikdən sonra su hövzələrindən öncə bir daha destruktiv üsullarla təmizlənir. Destruktiv qrup üsulları vasitəsilə çirkab suyun tərkibindəki çirkləndirici maddələr müxtəlif üsullarla parçalanır və su hövzələri üçün təhlükəsiz vəziyyətə salınır.

Çirkab sular termiki, mexaniki, fiziki-kimyəvi , bioloji üsullarla təmizlənir. Çirkab sulann bakterial çirklənməsi zərər­sizləşdirmə - dezinfeksiya ilə yox edilir. Su hövzələrinin çirk­lənməsinin qarşısını almaq üçün həyata keçirilən çirkab sulann təmizlənməsini aşağıdakı kimi təsnifatlaşdırmaq olar:

Aşağıdakı sxemdə çirkab sulann təmizlənməsinin üsul­ları göstərilmişdir.

Mexaniki təmizlənmə üsulunda sudakı əriməmiş vəziyyətdə olan mexaniki qarışıqlar xaric edilir. Bu qarışıqların xaric edil­məsi süzdürülmə, duruldulma, sızdırılma yolları və hidroksik- lonlar vasitəsilə həyata keçirilir.

128

Sxem 2.Su hövzələrinnin tullantı çirkab sularından mühafizəsi üsullarının təsnifatı

Suyun süzdürülməsi vasitəsilə müxtəlif hərəkətli və hərə­kətsiz torlardan istifadə olunur. Torlardan tutulan mexaniki qa-

129

Page 66: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

rışıqlar daşqıran maşınlar vasitəsilə xırdalanır. Süzdürülmə yolla sudakı iri qarışıqlar ( ölçüləri 15-20 mm-n çox) tutulur.

Süzdürüldükdən və iri hissəciklərdən azad olunduqdan sonra su xüsusi qum tutucuya ötürülür. Burada 0, 25 mm-n çox olan hissəciklər çökür. Çökən hissəciklər xüsusi bunkerlərə yı­ğılaraq qum meydançalarına ötürülür. Burada onlar zərərsiz- ləşdirildikdən sonra müxtəlif məqsədlər üçün istifadə olunur.

Daha kiçik hissəciklərin çökdürülməsi üçün durulducu- lardan istifadə olunur. Burada xüsusi çəkisi vahiddən az olan hissəciklər çökür, yüngül hissəciklər isə suyun səthinə yığılır. Durulducudakı su axınının sürəti qumtutucudakından xeyli az­dır. Durulducular konstruksiyasına görə üfüqi, şaquli və radial tikilirlər. Üfüqi durulducuda suyun hərəkəti üfüqidir. Onların en kəsiyi adətən düzbucaq şəklində qəbul olunur.

Şaquli durulducuda suyun axım şaqulidir. Burada üzən çöküntülər suyun hərəkətinə əks istiqamətdə çökür. Radial du­rulducuda suyun axını radialdır. Burada su mərkəzdən kənara hərəkət edərkən sudakı üzən hissəciklər durulducunun dibinə çökür. Bəzi hallarda su sanitar cəhətdən yararlı olduğundan onun içərisindən yalnız mexaniki qarışıqların xaric olunması ki- fayətləndirici hesab olunur. Belə hallarda durulducular müstəqil təmizləyici kimi istifadə olunur.

Suyun içərisindəki çox kiçik hissəciklərin xaric edilməsi üçün sızan qum laylarından və sızan layları olan xüsusi tor­lardan istifadə olunur. Bu cəhətdən diatomit süzgəclər daha sə­mərəlidir, onlar suyun yüksək dərəcədə təmizlənməsini təmin edir.

Suyun mexaniki qarışıqlardan təmizlənmək üçün hidro- siklonlardan da istifadə olunur. Hidrosiklonda su dairəvi hərə­kət etdirilir və onun içərisindəki çöküntülər mərkəzdənqaçma qüvvəsi nəticəsində ayrılır.

Suyun səthindəki yüngül çirkləndirici maddələr (yağ, neft, qatran və s.) xüsusi yağtutan, nefttutan və s. qurğular va­sitəsilə tutulurlar.

130

Mexaniki təmizləmə üsulu ilə suda olan əriməmiş mad­dələrin 60-90% -nə qədəri təmizlənir. Burada oksigenə bioloji tələbatı 20-%-ə qədər azaltmaq mümkündür. Çirkab sular du- rulduculardan əvvəl aerasiyaya uğradıldıqda ( hava ilə qarış­dırıldıqda) sudakı oksigenə bioloji tələbatı 40-45%-ə qədər azaltmaq olar. Çirkab suların mexaniki təmizlənmə qurğusu­nun sxemi aşağıda göstərilən quruluşda həyata keçirilir.

Şəkil S. Çirkab suların mexaniki təmizlənməsi1-tor; 2-daşqırıcı; 3-qumtutan; 4-qum meydançası; 5- durul-

ducu; 6-metantek; 7-lil meydançası; 8-qarışdırıcı; 9- xlorator; 10-kontakt çəni; 11-gübrə məqsədilə istifadə; 12- suyun su hövzəsinə ötürülməsi; 13-məqsədyönlü istifadə üçün;

131

Page 67: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Şəkildə göründüyü kimi durulducudan sonra su qanşdı- ncıya verilir. Burada su xloratdan xlorianaraq kontakt çəninə ötürülür, buradan da su hövzəsinə axıdılır. Durulducudan çirk- ləndirici üzvi çökmələr metantekə yönəldilir. Oraya həm də daşqıncıdan çıxan qarışıqlar ötürülür. Metantek böyük çəndən ibarətdir, burada üzvi çökmələr bakteriya və s. mikroorqanizm- lər vasitəsilə bioloji emala uğrayır. Metantekdəki lil xüsusi lil meydançalarına ötürülür və kənd təsərrüfatında gübrə kimi istifadə olunur.

Mexaniki təmizləmə üsulu çirkab suların ilkin təmiz­lənmə üsuludur. Bu üsulla təmizlənmiş sular sonradan başqa üsullarla da təmizlənir.

Kimyəvi təmizlənmə üsulu çirkab suları çox kiçik hissə­ciklərdən (kolloid hissəciklər) və ərimiş maddələrdən azad et­mək məqsədi ilə aparılır. Kimyəvi təmizlənmə üsuluna koaqul- yantlama (pıxtalaşdırma), neytrallaşdırma və oksidləşdirmə üsulları da aid edilir. Çirkab sulara müxtəlif kimyəvi reagentlər (koaqulyantlar) daxil edildikdə kolloid və ərimiş maddələr tez­liklə xaric olunur. Koaqulyant kimi alüminium, dəmir duzları, poliakrilamid və s. maddələr istifadə olunur. Bundan əlavə ad- sorbsiya xassələri (öz səthinə hopdurma qabiliyyəti olan mad­dələr) güclü olan maddələr ( kül, gil, şlak, kömür və s.) koaqul­yant adlanır. Kimyəvi koaqulyantlar ən çox hamamların , cama- şırxanaların, kimya, neft, neft emalı, toxuculuq və s. sənaye müəssisələri çirkab sularının təmizlənməsində istifadə olunur. Tərkibində çoxlu turşu və qələvilər olan çirkab sularının təmiz­lənməsi üçün neytrallaşdırıcı kimyəvi maddələrdən istifadə olunur. Turşu və qələvilər, kimya, maşınqayırma, metallurgiya və s. sənaye sahələrinin çirkab sularında müşahidə olunur. Neytrallaşdırıcı reagent müəyyən miqdarda bilavasitə çirkab suya daxil edilir, bu məqsədlə çirkab su həm də neytrallaşdırım süzgəcdən keçirilir. Çox hallarda çirkab suya müəyyən nisbətdə turşu və yaxud qələvi daxil edilir.

132

Kimyəvi təmizləmə üsulu ilə sudakı həll olmuş çirklən- dirici maddələri tam təmizləmək mümkün deyildir. Bu məq­sədlə fıziki-kimyəvi təmizləmə üsullarından istifadə olunur.

Suyun fıziki-kimyəvi təmizlənməsində sorbsiya, ekstrak­siya, flotasiya, evaperasiya, kristallaşma, deminerallaşma, elek- troliz, ion mübadilə və yandırma üsullarından istifadə olunur.

Sorbsiya üsulu çirkab suların daxilindəki çirkləndirici qazlar, buxarlar və ərimiş maddələrin hər hansı cisimlə (sor- bentlə) hopdurulması ilə əlaqədardır. Absorbsiyada çirkləndi­rici maddələr sorbentin səthinə hopur. Baha başa gəlməsinə baxmayaraq, sorbsiya üsulu ilə çirkab sulan tam təmizləmək mümkündür.

Flotasiya üsulu - çirkab su daxilindəki çirkləndirici mad­dələrin suyun səthinə qaldırılması ilə əlaqədardır. Bu məqsədlə çirkab suyun daxilinə kiçik hava qabarcıqlan verilir. Həmin hava qabarcıqlan aşağıdan yuxanya doğru hərəkət edərək çirk­ləndirici maddələri özü ilə bərabər suyun səthinə çıxanr. Bu­radan isə həmin maddələr xaric olunur. Bəzi hallarda çirkab suya hava qabarcıqlan ilə yanaşı həm də koaqulyantlar (pıxta- laşdırıcılar) daxil edilir. Bu da daha yaxşı təmizlənməni təmin edir.

Evoperasiya çirkab suları buxarlanan maddələrdən təmiz­ləmək məqsədilə aparılır. Bu məqsədlə qızdırılmış çirkab su içərisindən buxar buraxılır, proses xüsusi aparat daxilində apa­rılır. Misal üçün, fenolun çirkab su içərisindən buraxılmasını göstərmək olar. Bu üsulla çirkab suların üzvi turşulardan tə­mizlənməsində istifadə olunur.

Kristallaşma suyun təbii və ya süni şəkildə buxarlanma- sının sürətlənməsi nəticəsində çirkləndirici maddələrin kristal­larının xaric edilməsi ilə həyata keçirilir.

Minerallaşdırma təmizlənmiş çirkab sulardan duzlann çıxarılmasını həyata keçirən prosesdir. Bunun üçün bir sıra üsullar vardır. Elektrodializ prosesini misal çəkmək olar: bu üsulla elektrik cərəyanı təsiri altında çirkab sulardan duz ionları

133

Page 68: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

xaric olur. Təmizlənmiş çirkab suyun dövri və təkrar su təc­hizatı sistemində istifadə edilməsi ilə əlaqədar olaraq demine- rallaşma daha böyük əhəmiyyət kəsb edir.

İon mübadilə üsulunda ionitlər vasitəsilə çirkab suları daxilindəki ərimiş çirkləndirici maddələrin anion və kationlan xaric olunur. Bu üsulda ifraz olunan maddələr dağılmır , bir yerə yığılır. Ona görə də həmin maddələrin istifadəsi asandır. İon mübadilə üsulu baha başa gələn üsuldur.

İçərisində çoxlu zərərli maddələr olduqda və başqa üsul­larla həmin maddələrin təmizlənməsi mümkün olmadıqda çir­kab sular yandırılır. Yandırılma iki üsulla - alovsuz və alovlu olmaqla həyata keçirilir. Zəhərli (toksik) çirkab sular adətən alovsuz yandırılır.

Biokimyəvi təmizləmə üsulunun əsasını bəzi mikroor- qanizmlər tərəfindən çirkab suların tərkibindəki kolloid və əri­miş üzvi maddələri öz inkişafı üçün istifadə etmə qabiliyyəti təşkil edir. Biokimyəvi təmizləmədən əvvəl çirkab sular birinci durulducuda mineral və əriməmiş üzvi maddələrdən azad olur. Çirkab suların biokimyəvi təmizlənməsi həm təbii şəraitdə, həm də süni şəraitdə aparılır.Təbii şəraitdə çirkab suların tə­mizlənməsi suvarma sahələri, sızma sahələri və bioloji hovuz­larda aparılır. Süni şəraitdə isə çirkab suların təmizlənməsi aerotenklərdə və bioloji süzgəclərdə yerinə yetirilir.

Çirkab suların biokimyəvi təmizlənməsi sızma sahələrində aparıldıqda, həmin ərazi istifadədən çıxır. Burada yalnız təmiz­ləmə aparılır və sızma sahələri üçün sızma qabiliyyəti yaxşı olan torpaqlardan istifadə olur. Ona görə də çirkab suların bio­kimyəvi təmizlənməsi üçün sızma sahələri əvəzinə suvarma sahələrindən istifadə olunur.

Suvarma sahələrində çirkab suların biokimyəvi təmizlən­məsi bilavasitə sahələrdə aparılır, bu torpağın məhsuldarlığını artırır. Təcrübələr göstərir ki, çirkab suların biokimyəvi təmiz­lənməsi istifadə olunan suvarma sahələri yüksək məhsuldarlığa

134

malik olur, bunun səbəbi çirkab suların təmizlənməsinin yüksək olmasıdır.

Çirkab suların bilavasitə suvarma sahələrində biokimyə­vi təmizlənməsi su ehtiyatlarının kompleks istifadəsinə və mü­hafizəsinə əyani misaldır. Burada çirkab sular təmizlənməklə bərabər bilavasitə kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə olunur - suya qənaət olunur. Çirkab sularm tərkibində qida maddələri çox olduğundan kənd təsərrüfatı istehsalının sürətlənməsini təmin edir və çirkab sular su hövzələrinə ötürül­mür. Biokimyəvi təmizlənmədən sonra çirkab suların tərkibin­dəki xəstəlik törədən bakteriyalar 90-99%-ə qədər azalır, ancaq bununla bərabər bu sular su hövzələrinə atılmadan öncə zərər­sizləşdirilir. Zərərsizləşdirmə müxtəlif üsullarla həyata keçirilə bilər. Ən çox yayılmış üsullara xlorlama, elektroliz, ozonlama, ultrasəs, ultra bənövşəyi şüalarla emalı göstərmək olar.

Bunlardan ən çox yayılmışı sularm xlorlanmasıdır. Xlor­lama xlor qazı və ya xlor əhəngi ilə aparılır. Əksər hallarda zərərsizləşdirmə üçün xlor qazından istifadə olunur. Xlorlama xüsusi qurğularda həyata keçirilir. Əgər qurğunun sutkalıq məhsuldarlığı 1 0 0 0 m3-ə qədər olarsa xlor əhəngindən istifadə olunur.

İsti sular su hövzələrinin çirklənmə mənbələrindən biri­dir. Bu termiki çirklənmə adlanır. İstilik və atom elektrik stansi­yalarının sürətli inkişafı təbii suların isti sularla çirklənməsini artırır. Həmin stansiyalarda su soyuducu kimi istifadə olunur. Müasir dünyada istilik və atom stansiyalarında soyutma məqsə­di ilə çox böyük həcmdə sudan (saniyədə 1 0 0 - 2 0 0 m3) istifadə edilir. Həmin sular soyuducu kimi istifadə olunduqdan sonra yenidən su hövzələrinə qaytarılır. Burada suyun temperaturu yüksək olduğundan hidrobioloji və hidrokimyəvi proses pozu­lur, buxarlanma çoxalır, suyun minerallaşması artır, oksigeni isə azalır, orada bitgi və heyvanat aləminin vəziyyəti pisləşir. Bütün bunların qarşısım almaq üçün müasir elektrik stansiya­larında susoyuducu qurğulardan istifadə olunur.

135

Page 69: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Yuxarıda göstərildiyi kimi su hövzələrinin çirklənmə­sində sənaye çirkab sularının rolu çoxdur. Buna gorə də həmin suların su hövzələrinə ötürmədən öncə, təmizləyici qurğular vasitəsi ilə təmizlənməsinin böyük əhəmiyyəti vardır. Belə ki, belə olan halda su hövzələri çirklənmədən mühafizə olunur və təmizlənmiş sudan müəssisələrdə istifadə olunur.

Müasir təmizləyici qurğuların tikintisinə, müəssisənin ümumi kapital qoyuluşuna xərclənən vəsaitin 10-15%-i bəzən də 30%-nə qədər vəsaiti xərclənir. Buna baxmayaraq alman tə­miz suların müəssisədə təkrar həm istehsalat, həm də kommu­nal məişət sistemində istifadə olunması iqtisadi cəhətdən səmərəli və əlverişli hesab olunur. Bu texnologiya ekosistemin ümumi ekoloji pozulmasının qarşısım almaqla yanaşı, təmiz sulara yüksək dərəcədə qənaət edilməsinə şərait yaradır. Buna tullantısız istehsalat texnologiyası deyilir və ən qabaqcıl təkmil­ləşmiş texnologiyalar ilə proseslər həyata keçirilir. Hal-hazırda, ölkəmizdə bir çox sənaye müəssisələrində sudan tullantısız texnologiyadan istifadəyə keçmək üçün hazırlıq işləri görülür. Bakı şəhərində tikilməsi nəzərdə tutulan neft emalı zavodla­rında və sumqayıtda yaradılacaq neft-kimya sənaye məhsulları istehsalı müəssisələrində tətbiqi nəzərdə tutulur.

1970-ci ildə YUNESKO-nun təşəbbüsü ilə təbiətin və tə­bii ehtiyatların mühafizəsi Beynəlxalq İttifaqı yarandı (MSOP). Onun vəzifəsi canlı təbiətin qorunması üzrə elmi məsləhətlər, müasir təbiəti mühafizə ideyasının yaranması və təbliğ edilmə­sidir.

1991-ci ilin iyununda Rio-de-Janeyroda BMT-in ətraf mühit və inkişaf üzrə keçirilən konfransında, bizim nəsil, ola bilsin gələcək nəsil üçün əlamətdar hadisə hesab olunur. Bu konfransda dövlət başçıları ilə birlikdə dünyanın 179 hökumət nümayədələrinin, BMT- idarələrinin, beynəlxalq təşkilatları və bir sıra qeyri-hökumət nümayəndələri bir yerə toplandı. Kon­fransın nəticəsində Beynəlxalq sazişlər bağlandı. Burada nəzər­də tutulan prinsiplərdən biri də hər bir ölkənin öz əhalisinin

136

yüksək keyfiyyətli içməli su ilə təmin etməsidir. Dünyanın bir çox ölkələri öz əhalisini yüksək keyfiyyətli su ilə təmin etmək üçün külli miqdarda vəsait xərcləyir. ABŞ kimi böyük bir dövlət il ərzində ətraf mühitin mühafizəsi üçün ayrılan 1 0 0 mlrd, dolların 48%-ni əhalini yüksək keyfiyyətli su ilə təmin etmək üçün xərcləyir.

Mütəxəssislər belə hesab edir ki, əgər dövlətlər tərəfindən ümumi milli məhsulun 2 %-i təbiəti mühafizəyə ayrılarsa təbiətin mühafizəsinin pisləşməsi dayanar, əgər bu məbləği 6 % olarsa ətraf mühitin vəziyyətinin stabilləşməsinə imkan yaranar, əgər məbləğ ümumi milli məhsulun (ÜMM) 8-10% qədər olarsa təbii mühitin keyfiyyətini bərpa etmək olar. Hal-hazırda dövlətlər tərəfindən ayrılan vəsait heç ÜMM-in 1%-nə çatmır.

Dünya ölkələrində əhalinin keyfiyyətli su ilə təmin edilməsi aşağıdakı sxem üzrə həyata keçirilməlidir.

Şəkil 6. Əhalinin içməli su ilə təchizatı

Su hövzələrində, suyu çirkləndirən maddələrin tərkibini müəyyən etmək üçün hövzələrin müxtəlif yerlərindən sudan nümumələr götürülür və kimyəvi analiz edilir. Həmin analiz nəticəsində suyun keyfiyyətini təyin edən əsas parametrlər müəyyənləşdirilir.

Suyun keyfiyyətinin əsas göstəriciləri aşağıdakılardır:1 ) temperaturu;2 ) orqanoleptik xassələri (iyi, dadı, rəngi, şəffaflığı);Suyun orqanoleptik xassələri balla qiymətləndirilir. Suda

əmələ gələn iyin şiddətliliyinə görə altı bal (0-5) müəyyən edil­mişdir. Sıfır balda sudan heç bir iy gəlmir, beş balda isə sudan elə güclü iy gəlir ki, onu içmək mümkün olmur, bir, iki, üç,

137

Page 70: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

dörd ballarda suda müvafiq olaraq iy hiss olunmur; diqqətlə iylədikdə suda iy hiss olunur; iy azca hiss olunur; - su içiləndə xoşagəlməz ola bilər; iy diqqəti cəlb edir, su içiləndə xoşa gəl­məzdir.

3) turşuluğu - pH;4) mineral qalığı;5) oksigenin miqdarı;6 ) suyun oksigenə olan biokimyəvi tələbatı, (OBKT);7) zərərli maddələrin miqdarı;8 ) xəstəlik törədən bakteriyaların miqdarı;9) üzvi maddələrin konsentrasiyası (qatılığı);Suyun keyfiyyətinə olan tələblər su tələbatçıları tərəfin­

dən müxtəlifdir. Sənayedə istifadə olunan su istehsal edilən məhsulun keyfiyyətinə mənfi təsir göstərməməli; boru kəmərini korroziyaya uğratmamalı, müxtəlif tikintilər, qurğular və apa­ratlarda duz çöküntüləri əmələ gətirməməlidirlər. Bundan əlavə sənayedə istifadə olunan su burada işləyən işçilərin səhhəti üçün təhlükəli olmamalıdır.

Kənd təsərrüfatında istifadə olunan suyun keyfiyyəti məh­sulun keyfiyyətini pisləşdirilməməli torpağı şoranlaşdırmamalı və bitkilər üçün zərərsiz olmalıdır.

İçməli və mədəni-məişət məqsədi üçün istifadə olunan suyun keyfiyyəti ən yüksək tələbatlara cavab verməlidir. Bu tə­ləblər Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən qəbul və təsdiq olunmuş qərarlarla təsbit edilmişdir.

Yerüstü sulann çirkab suları çirklənmədən mühafizə qaydalarına uyğun təyin edilir. Həmin qaydalara əsasən suyun keyfiyyətinə tələblər aşağıdakılardır:

1 ) çirkab sular su hövzələrinə atılarkən, hövzədəki suyun temperaturu yaydakı maksimal temperaturdan 3°C-dən çox art­mamalıdır; balıqçılıq təsərrüfatı üçün suyun temperaturu təbii temperaturdan 5°C-dən çox artmamalıdır;

138

2 ) sudan gələn iyin və dadın şiddətliliyi 2 baldan artıq olmamalıdır, bundan əlavə həmin iy və dad balığa keç­məməlidir;

3) turşuluğu 6,5 < pH < 8,5 həddində olmalıdır;4) mineral qalığı 1000 mq/l-də çox olmamalıdır;5) çirkab sular atılarkən sudakı oksigenin miqdarı 4 mq/1-

dən az olmamalıdır (ilin hər vaxtı gündüz saat 1 2 -yə qədər götürülən su nümunəsində); balıqçılıq təsərrüfatında istifadə edilən sudakı oksigenin miqdarı 6 mq/l-dən az olmamalıdır;

6 ) oksigenə biokimyəvi tələbat (BKT) 20°C suyun tempe­raturunda 3 mq/l-dən çox olmamalıdır (balıqçılıq təsərrüfatı suyunda 6 mq/l-dən çox olmamalıdır);

7) zəhərli maddələrin konsentrasiyası (qatılığı) əhalinin sağlamlığına zərər vurmamalıdır (eləcə də balıqlar üçün zə­rərsiz olmalıdır);

8 ) xəztəlik törədən bakteriayalr olmamalıdır. Bağırsaq basili qrupu bakteriyalarının sayı (koli-indeks) 1 litr suda 1 0 0 0 - dən artıq olmamalıdır (qaydalara əsasən bu zərərsiz hesab olunur);

9) çirkab sular atılarkən suda üzən mineral və üzvi maddələrin konsetrasiyası 0,25 mq/l-dən çox artmamalıdır;

1 0 ) suyun səthində üzən maddə pərdələri (neft, mineral yağlar və s.) olmamalıdır.

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən su hövzələrinə atılan hər bir zərərli maddə üçün yolverilən qatılıq həddi müəyyən edilmişdir. Bu göstəricilər gigiyenik normalardır və onların qiyməti aşağıdakı cədvəldə verilmişdir.

139

Page 71: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Cədvəl 13

Maddələr.

Məhdudlaşdıncıların zərəri ilik göstəricisi.

Həddi yolverilə (qatılıq

n konsentrasiya ) mq/1.

Təsərrüfat-içməli.

Balıqçılıqtəsərrüfatı.

Amonyak Sanitar 2 0,05Ammonium Toksikoloji 2,6 0,5Kalium Sanitar- toksikoloji 50Kalsium 180Maqnezium 44 44 40Natrium “________“ 120Nitratlar 44 44 44 40Nitritlər 44 44 0,08Sulfatlar 44 44 500 100Xloridlər 44 44 350 300Dəmir Orqanoleptik 0,5 -

Tərkibində radioaktiv maddələr olan çirkab suların su hövzələrinə atılması üçün xüsusi qaydalar tərtib olunmuşdur. Burada çox cuzi qatılıqlar nəzərdə tutulmuşdur. Misal üçün, kobalt və stronsium üçün həddi yolverilən konsentrasiyalar uy­ğun olaraq T 10' 8 və 3- 10" 11 küri/l-dən çox olmamalıdır. Daxi­lində radioaktiv maddələr olan çirkab suların balıqçılıq təsərrü­fatı məqsədilə istifadə olunan su hövzələrinə atılması qadağan olunmuşdur.

140

MÖVZU 5. LİTOSFERİ ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR, ONLARIN ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ TƏSİRİ

VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ

Litosfer (yunanca lito-daş deməkdir) - Yerin üst bərk qatı. Litosferə Yer qabığı və ondan Moxoroviçiç sərhədi ilə ayrılan üst mantiyanın üstdəki bərk hissəsi daxil edilir. Litosferin qa­lınlığı qeyri-müəyyəndir, ehtimal ki, 50-200 km arasında də­yişir.

Yer Planetinin bərk hissəsinin əsas kütləsi Yerin nüvəsi (mərkəzi), mantiyası və Yer qabığından ibarətdir. Daxili nü­vənin radiusu 1250 km, Yerin həcminin 0,7%-ni, kütləsinin isə 1,2%-ni təşkil edir. Onun bərk cisim olub ərimə vəziyyətinə yaxın olduğu ehtimal edilir. Nüvənin xarici (kənar) qatı 2900- 5000 km dərinlikdə yerləşib bütün Yerin həcminin 15,2%-ni, kütləsinin isə 29,8%-ni tutur. Onun ərimiş maye halında ol­ması güman edilir. Yer nüvəsinin temperaturu 5000°-yə, sıxlığı 12,5tm3-ə yaxındır.

Yerin mantiyası Yer qabığı ilə yerin nüvəsi arasındakı təbə­qədir, onun aşağı sərhədi təxminən 2900 km dərinlikdə yerləşir, qalınlığı 2000km-ə yaxındır. Yuxarı mantiyanı 60-250 km də­rinlikdə ərimiş hala yaxın bazalt təşkil edir. 500 km dərinlikdə temperaturu 1500°, 2900km dərinlikdə təzyiq 1,35 milyon kq/sm2-ə bərabərdir.

Yerin qabığı onun xarici bərk qatına deyilir. Üstdən atmosfer və hidrosferlə, altdan seysmik məmulatlarla müəyyənləşdiril­miş daha sıx ultraəsaslı substratla (Moxoriviçiç səthi ilə) hü- dudlanır. Yer qabığı materiklərdə və okeanların altında müxtə­lifdir. Materikdə yer qabığının qalınlığı adətən 35-40 km, dağ­lıq ərazilərdə 75 km-ə qədərdir. Okeanda Yer qabığının qalın­lığı 5-10 km-dir (su qatı ilə birlikdə (9-12 km).

Yer qabığının orta sıxlığı 2.8q/sm3-dir, onun kütləsi Yerin bütün kütləsinin 0 .8 %-ni təşkil edir. Ümumiyyətlə, litosferin

141

Page 72: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

yuxan mantiyaya qədər olan hündürlüyü təqribən 75-80 кт-э qədərdir.

Yer qabığında yuxarıdan aşağı üç qat ayrılır: çökmə, qranit və bazalt qatları. Yu-xarı qatda gillər, gil şistləri, qumlaçalar, karbonatlı və vulkanik süxurlar üstünlük təşkil edir. Çökmə qatının qalınlığı çökəkliklərdə 20-25 km, kristallik şistlərdə (qal-xanlarda) isə praktiki olaraq sıfıra qədər ola bilər. Yer qa­bığının orta qatı öz xassələrinə görə qranitə yaxındır (qranitlər, qneyslər, qranodiozitlər, dioritlər, kris-tallik şistlər, amfibio- litlər). Bu qat okeanlarda olmur, kontinentlərdə isə onun qalın­lığı bir neçə on kilometrlərə çatır. Bazalt qatı kristallik süxur­lardan təşkil olunub qranit qatından sıx (bərk) olur. Okeanın al­tında onun qalınlığı 2-7 km, kontinentlərin altında isə 15-40 km-ə çatır.

Yer qabığının quruluşu olduqca müxtəlifdir, lakin əsas iki qabıq tipi ayrılır: kontinental və okean. Kontinental qabığın tipik kəsiyində yuxarıda orta qalınlığı 3 km,sıxlığı 2.5q sm3 olan çökmə süxurlar yerləşir. Daha dərində orta dərinliyi 17 km, sıxlığı 2 .6 -2 .8 q sm3 olan qranit metamorfık qatı yerləşir, onun altında isə orta dərinliyi 15 km və sıxlığı 2.9-3.3q sm3 olan bazalt qatı yerləşir. Okean qabığının tipik kəsiyində yum­şaq çöküntülərin orta qalınlığı 0.7 km təşkil edir, bu qat bi­lavasitə bazaltın üstündə yerləşir.

Yer qabığı və ona birləşən yuxarı mantiyanın bir hissəsi litosferi əmələ gətirir. Zəlzələlərin əksəriyyəti litosferdə, əsasən yuxarı 30 km-də yerləşir.

Litosferin ən üst qatlan digər geosferlərlə birlikdə və qar­şılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir nəticəsində litosferin üst qatında suyun havanın və canlılann birgə məhsulu olan aşınma qabığı yaranır. Aşınma qabığının qalınlığı və quruluşu bü­tövlükdə coğrafi zonalıq qanununa tabedir.

Litosferin üst horizontları adətən bilavasitə atmosfer və hidrosferlə əlaqədə olur.Quruda litosfer torpaqla (pedosfer), bitki ilə (biosfer) və ya soyuq şəraitdə buz və qarla (kriosfer)

142

örtülü olur. Yalnız səhrada biosfer bilavasitə (aşınma qabığı ilə) atmosferlə əlaqədə olur. Eyni zamanda torpaq və aşınma qabığı ilə atmosfer və litosfer arasında aktiv qaz mübadiləsi gedir. Li­tosfer və təbii sular arasında qarşılıqlı əlaqə daha yüksək də­rəcədə gedir, belə ki, yeraltı sular həm hidrosferin, həm də li­tosferin bir hissəsidir.

Litosferin ən üst horizontları digər sferlərlə aktiv surətdə qarşılıqlı əlaqədə olur. Bu qarşılıqlı əlaqə yer səthində maksi­mum intensivliyə çatır. Ondan yuxan və aşağıda isə azalır. Bu əlaqə insanın rolu artdıqca daha da güclənir. Bəşəriyyət yer qabığı ilə min il qabaq əlaqəyə girmişdir. Bütün dünyada lito­sferin üst qatından il ərzində 1 0 0 0 mlrd, tondan çox mineral xammal çıxarılır və emal olunur. Ağır sənayenin 90%-ə qə- dərini təmin edən 400 növə yaxın faydalı qazıntılar çıxarılır.

Litosferdən çıxanlan materiallann 98%-ə qədəri yararsız olub atılır, yalnız 2%-ə qədəri işlədilir. Beləliklə, litosferin üst qatında materilların həddindən çox antropogen qarışdırılması aparılır. Bu isə həm bütövlükdə ekosferə, həm də onun ayrı-ayn hissələrinə güclü dərəcədə toxunur.Faydalı qazıntıların çıxa­rılması Yer qabığının geokimyəvi tərkibini dəyişdirir.

İnsanın təsərrüfat fəaliyyəti təbii relyefəmələgəlmə və digər geokimyəvi proseslərin gedişini kökündən dəyişdirir, bu isə ne­qativ nəticələrə gətirib çıxarır. Antropogen geoloji proseslər ilbəil getdikcə güclənir və bütün bəşəriyyət üçün təhlükə ya­radır.

Yunan sözü olan torpaq (pedon) 1) torpaq, onun altında torpaq əmələgətirən süxur və aşınma qatı (canlı orqanizmlərin yaşayış mühiti hesab olunan qat). Yerin torpaq əmələgəlmə prosesi gedən qatı; 2) litosfer, hidrosfer və Yerin canlı qabı­ğının bir-birilə əlaqəli olan zonası; 3) Yerin torpaq örtüyü yəni torpağın 1 -7 metr dərinliyə qədər olan münbit hissəsidir.

Yer qabığının yuxarıdakı yumşaq və münbit qatına torpaq deyilir. Torpaq bioloji, fiziki və kimyəvi amillərin təsiri ilə dağ süxurlarından əmələ gəlmişdir, o mineral və üzvi hissəcik­

143

Page 73: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

lərdən, külli miqdarda mikroorqanizmlərdən ibarət mürəkkəb bir kompleksdir. Torpağın mineral komponentləri ana dağ sü­xurlarının xırda hissəciklərindən ibarətdir. Onun üzvi hissəsi isə bitki və heyvan orqanizmiləri və bunların müxtəlif çürümə mər­hələsində olan qalıqlarıdır. Bunlardan davamlı humin maddələri böyük rol oynayır. Torpağın əmələ gəlməsində və onun öz- özünü təmizləməsində, yəni çürümə prosesində və üzvi mad­dələrin çevrilməsində mikroorqanizmlər mühüm rol oynayır. Mikroorqanizmlər tərəfindən üzvi maddələrin çürüməsi sayə­sində təbiətdə baş verən maddələr dövranında və onların çev­rilməsində torpaq çox mühüm rol oynayır.

Torpaq və onun altındakı süxurlar xarici mühitin əsas ele­mentlərindən biri olmaq etibarilə insanların sağlamlığına və on­ların yaşayışının davamlı vəziyyətinə çox böyük təsir göstərir.

Ərazinin bitki aləmi, bitki mənşəli və heyvan mənşəli yeyinti məhsullarının kimyəvi tərkibi torpağın tipindən və onun kim­yəvi tərkibindən asılıdır. Torpaqda və ya torpaq qatlarında bu və ya digər kimyəvi elementlər çatışmadıqda, yaxud həddin­dən artıq olduqda bunlar yeyinti məhsullarında və ya suda ya çatışmır, ya da həddindən artıq olur ki, bu da mühit dəyişmə­sinə səbəb olur.

Bəzi ərazilərdə torpağın və dağ süxurlarının radioaktivliyi yüksək olduqda, məsələn, uran filizi yataqlarında, həmin yerin havasında, içməli suda və bitkilərdə də radioaktivlik yüksək ola bilər, bunun nəticəsində də ionlaşdırıcı şüalar üçün təbii zəmin yaranmış olur.

Sənaye müəssisələrinin ətrafında torpaq zərərli sənaye tullantıları ilə, yaxud kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri ilə mübarizədə tətbiq edilən zəhərli kimyəvi maddələrlə çox çirklənibsə, bu, bitki mənşəli yeyinti məhsullarının orqano- leptik xassələrinə pis təsir edə bilər, yaxud toksiki maddələr çox toplandığına görə sağlamlıq üçün zərərli olub, istifadəyə yaramır.

144

Atmosferə atılmış radioaktiv aerozollarm yer səthinə çökməsi çox təhlükəlidir.Belə halda radioaktiv maddələr “qida zənciri” ilə, yəni toxumalarında bəzi radioaktiv maddələri toplamış bitkiləri yedikdə, yaxud radioaktiv maddələrlə çirklənmiş yemi yeyən heyvanların əti və südü ilə insana keçə bilər.

Yeraltı suların tərkibi torpağın və quruntun fıziki-kimyəvi xassələrindən asılıdır.

Torpaq, iqlim əmələ gətirən amillərdən biridir .Torpağın is­tilik rejimi yerə yaxın hava qatının istilik xassələrinə təsir edir. Torpaq bataqlıqlaşmış, yaxud yeraltı sularsəthə yaxın olduqda ərazinin mikroiqlimi sağlam olmur və ərazinin bitki örtüyü məhv olur.

Müasir elm, texnika və biotexnologiya təbiətin dəyişilməsi prosesində təbii torpağa xas olan bəzi qüsurları kənar etməyə, torpaq əmələgəlmə prosesini istənilən istiqamətdə yönəltməyə, torpağa lazımi birləşmələr verməklə onun münbitliyini artır­mağa, bitkilərin tərkibinə təsir etməyə, genafonun dəyişməyə, böyük əraziləri qurutmağa (bataqlıqları) səhra və yarımsəhraları suvarma norması ilə təmin etməyə imkan verir.

Bu antropogen təsirlər nəticəsində təbii tarazlıq pozulur, yer səthində şaquli və üfüqi zonallıqda bitki, heyvanat aləminin növ tərkibi dəyişir və nəticədə mikroiqlim sahələri yaranır ki, bu da iqlim dəyişmələri ilə nəticələnir.

Torpağın mühüm əhəmiyyəti olan əsas xassələri onun mexaniki tərkibindən asılıdır.Onun bu xassələrinə havakeçirmə, sukeçirmə və rütubət tutumu (torpağın öz məsamələrində su hissəciklərini saxlamaq qabliyyəti) aiddir.

Torpaq hissəciklərdən və bunların arasındakı boşluqlardan ibarətdir. Ölçüsünə görə torpağın aşağıdakı hissəcikləri olur: qum-dənələrin diametri 0 . 2 mm-ə, gilli qum 0 .0 1 -0 . 2 mm, gil 0.001-0.0lmm olur. Humusu təşkil edən üzvi kolloid hissəcik­ləri bundan da kiçik olur.

Torpaqda 90%-dən çox qum və 10%-dən az gil varsa, belə torpaq qumlu torpaq, 10-30% gil varsa qumluca torpaq, 30-

145

Page 74: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

50% gil varsa gillicə torpaq, 50%-dən çox gilvarsa gilli torpaq adlanır.

Torflu torpaqlarda əsas komponent humusun üzvi his­səcikləridir. İri dənələrdən ibarət torpaqlarda iri məsaməiər az olur. Bu cür torpaqların məsaməliyi o qədər də böyük olmayıb torpağın ümumi həcminin 25-40%-ə qədərini təşkil edir. İri dənəvər torpaqlar suyu və havam yaxşı keçirir. Buna görə də belə torpaqlar quru olur, hava yaxşı işləyir.

“Torpağın məsaməliyi - torpağın bütün məsamələrinin həc­minin, torpağın həcminə olan faizlə nisbətidir”.

İridənəvər torpaqların havanı yaxşı keçirmək xassəsi aerob mikroorqanizmilərin yaşaması və torpağın öz-özünü təmiz­ləməsi üçün əlverişli şərait yaradır.

Gilin su keçirmə qabiliyyəti qumdan təxminən 6000 dəfə az, rütubət tutumu qumdan 2.5-3 dəfə, torfdan isə 30-40 dəfə çox­dur. Qumlu torpaqda su kapillyarla 30-40 sm-ə, gillicə tor­paqlarda 40-60 sm-ə qalxırsa, gildə o 1-1.5 m-ə, torfda isə 4-6 m-ə qalxır. Xırdadənəvər torpaqlar suyu pis süzür, buna görə də bunların içərisində və üzərində çoxlu su qalır. Belə torpaqlar yaş və rütubətli olub tez soyuyur, asanlıqla bataqlıqlaşır, yağın­tılardan sonra isə bunların səthi uzun müddət qurumur. Kapil- lyarlıq sayəsində belə torpaqlarda torpaqaltı suların səviyyəsi həmişə səthə yaxın olur, aerasiya pis olduğu üçün belə torpaq­lar öz-özünü təmizləyə bilmir və meyit bacdırmaq üçün ya­ramır.

Torpağın istilikkeçirmə qabliyyəti yüksək olmadığına görə torpağın üst qatından aşağı qatlara getdikcə torpağın tempera­turu tez düşür, lm-dən dərində sutkalıq temperaturda fərq olmur. Səthdəki temperatur fərqləri yerin səthindən 2 m dərinə ancaq 2 aydan sonra gəlib çatır, məsələn, iyul ayındakı isti 2 m dərinliyə ancaq sentyabrda gəlib çatır.

Ərazidən asılı olmayaraq 12-20 m dərinlikdə quruntun temperaturu bütün il boyu

146

eyni olur. Bundan aşağıya getdikcə hər 35 m-də temperatur 1° C qalxır. Buna görə də şaxtalarda və filiz mədənlərində artıq 500-600 m dərinlikdə havanın və divarların temperaturu 40- 45°C-yə çata bilər ki, bu da iş şəraitinə təsir edir və işləməyi çə­tinləşdirir.

Ayrı-ayrı yerlərin geoloji tarixindəki və torpaq əmələgəlmə prosesindəki xüsusiyyətlər torpaqların kimyəvi tərkibinin müxtəlif olmasına, yəni torpaqda təsadüf edilən kalsiumun (Ca), natriumun (Na), kükürdün (S) və xüsusən mikroele- mentlərdən: yodun (J), misin (Cu), kobaltın (Со), flüorun (F), molibdenin (Mo), manqa-nın (Mu), sinkin (Zu), borun (B), stronsiumun (Sr), selenin (Se) və s. həddindən çox və ya az ol­masına səbəb olmuşdur. Torpaqda və ya suda kimyəvi ele­mentlərin çatışmadığı və ya həddindən çox olduğu yerlərə (areallara) anomal geokimyəvi əyalətlər deyilir.

Torpaqlarda bu və ya digər kimyəvi elementlər çatışmadıqda və ya həddindən artıq olduqda bitkilər bunları ya kifayət qədər almır, ya da həddindən çox alır. Deməli bunlar bitkilər və iç­məli su ilə birlikdə heyvan orqanizmlərinə ya kifayət qədər keç­mir, ya da həddindən çox keçir. Bunun nəticəsində anomal geo­kimyəvi əyalətlərin ərazisində yaşayan orqanizmilərdə - bit­kilərdə, heyvanlarda və insanlarda maddələr mübadiləsi poz­ğunluqları, funksional və morfoloji dəyişikliklər və xəstəliklər baş verir. Maddələr mübadiləsi pozğunluğunun "xarakteri həmin arealda hansı mikroelementin çatışmamasından və ya artıq olmasından asılıdır. Lakin ərazinin geokimyəvi şəraitindən asılı olaraq bütün pozğunluqları geokimyəvi endemiyalar anlayışı altında birləşdirirlər.

Ərazinin kimyəvi şəraiti ilə əhalinin sağlamlığı arasında nə kimi əlaqə olmasını aydınlaşdırmaq daha mürəkkəb məsələdir, çünki burada ictimai şəraitin də rolu vardır. Kənd əhalisinə əra­zinin geokimyəvi şəraitinin təsiri daha çox olur (yerli əhali həmin yerdə yetişdirilən məhsullardan istifadə edirsə).

147

Page 75: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Əhalinin sağlamlığının ərazinin geokimyəvi şəraiti ilə əla­qədar olması hələ XIX əsrin əwəllində aşkar edilmişdi: belə ki o vaxt müəyyən edilmişdi ki, endemik ur xəstəliyinin (dağlarda isə endemik urun və ağıl zəifliyinin) səbəbi torpağın və həmin yerdə istehsal edilən yeyinti məhsullarının tərkibində yodun ça- tışmamasıdır. Dağ süxurlarında və suda flüoz çoxluğu ilə əlaqə­dar olaraq baş vermiş flüoz endemiyalan müşahidə edilmişdir.

Bütün geokimyəvi endemiyalann aşkara çıxarılması, öyrə­nilməsi və ləğv edilməsi ekologiya elmi qarşısında duran aktual məsələdir.

Məlumdur ki, bütün təbii ünsürlər, o cümlədən torpaq öz- özünü təmizləmə qabiliyyətinə malikdir. Ümumiyyətlə, torpaq müxtəlif mənbələrdən, eləcə də ölmüş bitki və heyvan qalıqları ilə, habelə bunların həyat fəaliyyəti məhsulları ilə çirklənir, yaşayış yerlərində natəmizlik və tullantılar ilə də çirkləndirilir.

Torpağın öz-özünü təmizləməsi mürəkkəb və çox uzun müddət davam edən bioloji proses olub, bu prosesdə üzvi mad­dələr suya, karbon qazına, mineral duzlara və humusa çevrilir, protogen törədicilər isə ölür. Torpağın öz-özünü təmizləmə pro­sesi aşağıdakı qaydada gedir: torpaq çirkləndikdə tullantıların maye hissəsi süzülür, onda asılı halda olan üzvi hissəciklər, mikroorqanizmlər və bağırsaq qurdlarının yumurtaları isə mə- samələrdə qalır. Böyük udma qabiliyyətinə malik olan torpaq dənələri süzülən mayedən həll olmuş üzvi kolloid maddələri və üfunətli qazları udur. Torpağın üzvi maddələrinin tutulub sax­ladığı üst qatlarda külli miqdarda müxtəlif mikroblar, göbə­ləklər, yosunlar, ibtidailər, qurdlar,həşərat sürfələri yaşayır ki, bunlar da torpağın öz-özünü təmizləməsində iştirak edirlər.

Torpaqda üzvi maddələrin minerallaşması həm aerob, həm də anaerob şəraitdə gedir. Anaerob şəraitdə üzvi maddələr çürü­dükdə və qıcqırdıqda üfunətli qazlar çıxır ki, bunlar da havaya uçub onu çirkləndirir. Buna görə də tullantıları zərərsizləşdir­dikdə elə şərait yaratmaq lazımdır ki, torpaqda aerob mineral- laşma prosesləri üstünlük təşkil etsin, yəni çirklənmiş torpağa

148

kifayət qədər oksigen gəlməli və ona çoxlu tullantı tökülmə­məlidir. Torpağın öz-özünü təmizləməsi sayəsində üzvi mad­dələr qeyri-üzvi birləşmələrin elə formalarına çevrilir ki, bu şəkildə onlar bitkilər üçün qida materialı olur və beləliklə bir daha təbiətdəki maddələr dövranına daxil olurlar.

Hazırda tullantıların və təsərrüfatdan çıxan çirkli sulann torpaq vasitəsilə zərərsizləşdirilməsi ən yaxşı metod hesab olunur və praktikada geniş tədbiq edilir. Bu işdə təkcə torpağın təbii yolla öz-özünü təmizlənməsindən istifadə edilmir. İnsanlar bu prosesləri idarə etməyi öyrənmiş və hətta bunları süni qurğularda , məsələn,biosüzgəclərdə və çirkli suları təmizləmək üçün olan başqa qurğularda yaradırlar.

Yaşayış yerlərində insanın yaşayıb işləməsi prosesində daim müxtəlif tullantılar, natəmizlik, çirkab, mətbəx tullantıları, evlərin və küçələrin zibili, məişətin, hamam və camaşırxanala- rm, sənayenin çirkli suları, inşaat zibili, istehsalın müxtəlif bərk tullantıları, iri şəhərlərin əlvan və qara metal, kimya və neft-kimya, maşınqayırma, sənaye müəssələri, istilik-elektrik stansiyalarının əhatə etdikləri torpaq sahələri ağır metallarla, neft məhsulları, kükürd və digər maddələrlə ciddi çirkləndirilir.

Quruda qazılan və istismar olunan neft quyuları torpağı çirk- ləndirən əsas mənbələrdən biridir. Quyuların qazılması zamanı hər bir buruq orta hesabla sutka ərzində 120-150 m3 su işlədir. Adətən quyu ətrafında kifayət həcmdə gil, yağlayıcı maddələr, kimyəvi reagentlər, qazılmış süxurlar, duzlar və s. ilə çirklən­miş su yığnağına rast gəlmək olur. Bu sular tullantı suları ad­landırılır. Laborotoriya tədqiqatları ilə müəyyən edilmişdir ki, tullantı sularının fiziki-kimyəvi tərkibi əsasən onunla qarışmış qazma məhlulunun və kimyəvi reagentlərin miqdarından ası­lıdır. Müəyyən edilmişdir ki, qazma tullantı sularında mexaniki qarışığın miqdarı 100-4618 mq/1, üzvi maddələrin miqdarı 53- 3052 mq/1 və neft məhsullarının miqdarı isə 8,8-210 mq/1 həddində dəyişir.

149

Page 76: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Tullantı suların tərkibində olan bioxromat oksidi 7,3-520 mq/Cb/l, başqa maddələrin oksidləri isə 9,5-5191 mq/02/l miq- darındadır. Bu tullantı suları torpaq daxilində olan canlı or­qanizmləri məhv etmək xüsusiyyətinə malik olur.

Qeyd etmək lazımdır ki, qazma məhlulunun özü xüsusilə neft əsaslı qazma məhlulu ətraf mühit üçün kifayət dərəcədə təhlü­kəlidir. Adətən çirklənmə, qazma məhlulunun quyudan daşma­sından, tullanmasından, işlənmiş məhlulun ətrafa dağılma­sından yaranır. Kimyəvi işlənmiş və ağırlaşdırılmış məhlullar, qazmadan fərqli olaraq quyuların istismarı zamanı ətraf mühitin çirklənməsinə daha çox təsir göstərir.

Quyu məhsulu tərkibindəki böyük miqdarda lay suyu ol­duqda, atqı xəttində, boru kəmərində və nasos-kompressor bo­rularında, duz, qum və parafin çökməsinə təsadüf edilir. Buna qarşı mübarizə üçün kimyəvi üsullardan istifadə edilir. Quyu döşəməsində tutucu vasitə olmadıqda ətraf mühit neft, lay suyu və turşu ilə çirklənir.

Quyu dibi zonada keçiriciliyi artırmaq məqsədilə, hidroqum şırnağı, turşu, termik təsir və kimyəvi işləmə metodları tətbiq edilir. Bu əməliyyatlar yeraltı avadanlığın bəzən qaldırılması prosesi ilə aparılır. Avadanlığın qaldırılıb- qaldırılmamasından asılı oımayaraq quyuətraflı zona gilli məh­lul, səthi aktiv maddələr, turşu və kimyəvi həlledicilərlə çirk­lənməyə məruz qalır.

Torpağın çirklənməsi yer üzərinə neftin təbii olaraq öz- özünə çıxması nəticəsində də baş verir. Bu hala Cənubi Koli- forniyada, Karib dənizində, Meksika və İran körfəzində, Azər­baycan və Komidə rast gəlmək olar.

Təbii yolla yer səthinə qalxan bu neftlər çıxarılan neftdən bəzi xüsusiyyətlərinə görə fərqlənir.

Neft və qazın çıxarılması, hazırlanması, nəqli və saxlanılması ətraf mühiti çirkləndirən potensial mənbələrdən sayılır.

150

Rezervuarlardan neftin sızması onların dibində yaranan korroziyanın təsirindən, xarici zədələrdən və sair səbəblərdən də baş verə bilər.

Beləliklə, neftlə torpağın çirkləndirilməsi orada olan mikroor- qanizmilərin məhvinə səbəb olaraq torpağın məsuldarlığının azalmasına səbəb olmaqla yanaşı torpaqda potensial şəkildə konserogen maddələrin yığılıb qalmasına səbəb olur.

Yer qabığının süxurları müxtəlif minerallardan ibarətdir, la­kin onun ən üst hissəsi olan torpaq qatının tərkibində müəyyən qədər üzvi qalıqlar vardır. Deməli, torpaq qatı həm mineral, həm də üzvi birləşmələrdən ibarətdir. Torpaq yer səthində lito­sferin mineral və biosferin üzvi maddələrinin təkamül prosesi nəticəsində əmələgəlmiş, özünəməxsus xassələrə malik olan təbii törəmədir. Elmi dildə torpaq “biokos” sistemi adlandırılır.

Torpaqşünaslıq elminin banisi N.N.Dokuçayevin təliminə əsasən torpaq bitki və heyvan orqanizmilərinin, iqlimin, rel­yefin və ərazinin geoloji yaşının qarşılıqlı təsiri nəticəsində ya­ranmış və inkişaf etmiş təbii törəmədir. Torpağın yaranmasını təmin edən səbəblərə torpaqəmələgəlmə amilləri deyilir.

Hələ 1875-1876-cı illərdə Həsənbəy Zərdabi ilk dəfə olaraq öz əsərlərində əsas 4 faktorun torpaqəmələgəlmə prosesində rolunu göstərmişdir: ana süxur, bitki və canlı orqanizmlər, iq­lim və insanın təsürrüfat fəaliyyəti. Ondan 8 il sonra V.V.Do­kuçayev 5 torpaq əmələgətirən amili vermişdir, torpaq əmələ­gətirən süxurlar, bitki və heyvan orqanizmləri, iqlim, relyef və ərazinin geoloji yaşı.

Sonralar, V.R.Vilyams torpaq əmələgətirən amillərə insan fəaliyyətini də daxil etmişdir. İndiki torpaqşünas tədqiqatçılar torpaq əmələgəlmə prosesində qurunt sularının və insanın tə­sərrüfat fəaliyyətinin böyük rol oynadığını göstərirlər.

Torpaq-bitkilərin kök salıb inkişaf etdiyi və özləri üçün la- zimi qida maddələri, su və hava aldığı bir mühitdir. Bitkilərin ümumi inkişafı və məhsuldarlığı da torpağın bu amillərlə nə dərəcədə təmin olunmasından asılıdır.

151

Page 77: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Məhz torpaqların xassələrinin öyrənilməsi onların bitkilər üçün lazım olan hər şeylə vaxtında və kifayət qədər təmin edil­məsi üçün düzgün tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan verir. Yalnız torpaqların xassələrini bil­məklə kənd təsərrüfatı bitkilərini sahələrdə düzgün yerləşdir­mək və onlardan səmərəli istifadə etmək mümkündür.

İqlim torpaq əmələgətirən amil kimi. İqlim amili torpağın istilik enerjisi və su ilə təmin olunmasında mühüm vasitədir.

Yer səthi günəşdən gələn ümumi radiasiyam udur və onun bir hissəsini də şüalandırma vasitəsilə itirir.

Günəş radiasiyası iqlimin yaranmasında həlledici rol oynayır. Radiasiya səth örtüyü və atmosferi qızdırır. Nəticədə müxtəlif təziq və temperatur sahələri yaranır ki, bununla havanın hərə­kəti baş verir. Torpaq əmələgəlmə prosesinin inkişafı yer səthi­nə düşən istiliyin və yağıntıların illik miqdarından, onların mövsüm və gün ərzində paylanmasından asılıdır. İqlimin bu prosesə bilavasitə təsiri yer səthinə düşən atmosfer çöküntüləri vasitəsilə torpaq qatının rütubətləşməsindən, torpağın günəş enerjisi təsirindən qızması və soyumasından ibarətdir.

Şüa enerjisinin gəlir və çıxarı radiasiya balansı, yaxud qalıq radiasiya adlanır.

Radiasiya balansının miqdarı sahənin en dairəsi, səmanın tutqunluq dərəcəsi, səth örtüyünün xarakteri, ərazinin rütubət­lərimə şəraiti, albedo və affektiv şüalanmadan asılıdır.

İqlim torpaqəmələgəlmə prosesində əhəmiyyətli olub, yalnız digər amillərlə birlikdə təsir edir.

Ana süxur torpaq əmələgətirən amil kimi. Torpaqəmə- ləgətirən süxurlar və ya ana süxurlar iki tərkib hissədən: mineral və üzvi hissələrdən ibarətdir. Mineral hissə torpağın ümumi həcminin 90-95%-ni təşkil edir.

Hər bir mineralın özünəməxsus kimyəvi və fiziki xassələri vardır. Onalann bəziləri müxtəlif kimyəvi reaksiyalarda fəal iştirak edir. Mineralların tərkibindəki kimyəvi elementlər müxtəlif birləşmələr şəklində torpağı zənginləşdirir. Kimyəvi

152

reaksiyalarda fəal iştirak etməyən element və birləşmələr tor­paqların fiziki və mexaniki xassələrini müəyyən edir. Ana süxurların mexaniki, fiziki və kimyəvi xassələri irsi surətdə (irsi yolla) torpağa keçir. Səthə çıxan dağ süxurları torpağın əmələ gəlməsində əsas mineral material hesab olunur. Süxurun tərki­bində kalsium-karbonat mövcudluğu torpaqda zəif qələvi reak­siyanın olmasına şərait yaradır. Karbonatsız gillicəli və qumlu torpaqda isə turş reaksiya yarana bilər. Qum üzərində əmələ gələn torpaqlar gillicəli süxurlar üzərindəki torpaqlara nisbətən qıda maddələri ilə az zəngin olur.

Ana süxurun fiziki xassələri, yəni onun bərk və ya yumşaq olması, məsaməliyi, suyu və havam keçirmə qabiliyyəti tor­paqəmələgəlmə prosesində böyük rol oynayır. Belə ki, hava və suyu özündən pis keçirən gilli süxurda kimyəvi və bioloji proseslər, üzvi qalıqların parçalanması zəif gedir.

Relyef torpaq əmələgətirən amil kimi. Yer səthində istiliyin və rütubətin paylanması relyefdən çox asılıdır. Relyef hava axınının istiqamətinə və gücünə, günəşin torpaq səthini işıqlan­dırmasına və bitki örtüyünün formalaşmasına təsir göstərir. Torpaqəmələgəlmə prosesinə nəinki yer səthinə düşən atmosfer çöküntülərinin və günəş enerjisinin paylanması, hətta mikro və mono relyef də öz təsirini göstərir. Səthin çökəklik və hündür­lük hissəsindəki torpaq, ətrafındakı torpaqdan müəyyən də­rəcədə fərqlənir.

Ərazinin yüksəkliyinin dəyişməsi temperatur şəraitinin dəyiş­məsinə təsir edir. Bu da torpaqda gedən fiziki, kimyəvi və bioloji proseslərin sürətini dəyişir. Relyef həmçinin yerüstü suların paylanmasına da təsir göstərir.

Torpaqəmələgəlmə prosesində relyefin forması və cəhəti xüsusi rol oynayır, torpağın temperaturu və nəmliyi yamacın dikliyi və istiqamətindən asılıdır. Cənub yamaclar isti, quru, şi­mal yamaclar isə soyuq və rütubətli olur.

153

Page 78: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Şimal yamaclarda qar daha uzun müddət qalır. Cənub ya­maclarda qar örtüyü və rütubət az olduğundan eroziya daha çox olur. Bu da torpaqəmələgəlməyə öz təsirini göstərir.

Azərbaycanda relyefin xüsusiyyətlərindən asılı olaraq tor- paqəmələgəlmə formasının 7 tipi, torpaqların 26 tipi, 60 ya- nmtipi, 20-yə yaxın biogeosenoz formaları və 9 iqlim tipi əmələ gəlmişdir.

Orqanizmlər torpaq əmələgətirən amil kimi. Torpaq - mürəkkəb təbii cisim olub, bitki və heyvan orqanizmilərinin çürüməsindən əmələ gələn üzvi maddələrlə dağ süxurlarının dağılmasından alman mineral maddələr qarışığından ibarət olub, minilliklər ərzində əmələ gəlmişdir. Torpaq komponent­lərinin çürüməsi və sintezi proseslərində mikroorqanizmlərin, torpaq canlılarının böyük rolu vardır.

Torpağın münbitliyinin yaranmasında canlı orqanizmilər və torpağın üzvi maddələri əsas amil sayılır.

Torpaqda və onun səthində bakteriyalar, göbələklər, aktino- misetlər, yosunlar, şibyələr, ali bitkilər (mamırlar, ayıdöşəyilər, otlar, ağac bitkiləri), ibtidailər, soxulcanlar, həşəratlar və mə- məlilər yaşayır.

Əgər edofonun torpaqəmələgəlmə prosesində əhəmiyyətinə görə cərgələrə bölüşdürəsi olsaq, onda birinci cərgədə bakteri­yalar, ikincidə-aktinomisetlər, üçüncüdə isə göbələklər durur. İbtidailərə, amyöblərə və yosunlara torpaqda az rast gəlinir.

Y.N. Mişüstinə görə kasıb torpağın 1 qr. 0.3-0.6 mlrd, münbit qaratorpaqda 2-3 mlrd, mikrob vardır. Bakteriyalar torpaqda olan mikrocanlıların ən çoxunu təşkil edir. Onun çox miqdarı torpağın üst, əsasən şum qatında yerləşir.

Hərəkətli və hərəkətsiz bakteriyalar mövcuddur. Qidalanma­sına görə bakteriyalar avtotrof və heterotrof bakteriyalara bölünürlər. Avtotrof bakteriyalar karbon qazını mənimsəyərək karbondan istifadə edərək üzvi maddələr yaratmaq qabiliyyə­tinə malikdir. Heterotrof bakteriyalar isə karbonu yalnız hazır üzvi birləşmələrdən mənimsəyir.

154

Enerjidən istifadəsinə görə bakteriyalar fotoavtotrof, hemo- avtotrof və heterotrof bakteriyalara bölünür.

Fotoavtotroflar günəş işığından, hemoavtotroflar - mineral birləşmələrin oksidləşməsi zamanı ayrılan enerjidən, heterotrof bakteriyalar isə üzvi birləşmələrin oksidləşmələrindən alman enerjidən istifadə edirlər.

Torpaqda hemotrof bakteriyalar geniş yayılmışdır. Onlar də­mirin aşağı oksidli birləşməsini dəmir oksid formasına çevirir:

2FeC03 +3H20 + 0 = 2Fe(OH) 3 + 2C02 + 121.2 coulTəbiətdə azotun dövranında iştirak edən bakteriyalar xüsusi

yer tutur. Bunlar torpaqda nitrifıkasiya prosesi apararaq ammo- niumu azot turşusuna çevirir:

2NH3 + 302 = 2HN02 + 2H20 + 718.9 coul belə oksidləşmə reaksiyası nitronomonos tipli bakteriyaların köməyilə gedir.

Sonra azot turşusu nitrat turşusuna qədər oksidləşir:2HN02 + 0 2 = 2HN03 + 108.7 coul

Bu reaksiyada nitrobakteriyalar iştirak edir.Nitrifıkasiya prosesindən başqa torpaqda mikroorqanizmilərin

təsirilə başqa bir proses denitrifıkasiya və ya nitroflarm sərbəst azota qədər reduksiya prosesi gedir.Bu proses iki mərhələdə gedir: əvvəlcə nitratlar nitriflər qədər, sonra isə nitritlərsərbəst azota qədər bərpa olunur.

C6 H ,2 0 6 + 4N03 = 6C02 + 6H20 + 2NZ v ə ya 3C + 4KN02 + H20 = 2KHC03 + K2C03 + 2N2

Aktinomisetlər - torpaqda, suda və peyində geniş yayılmışdır. Aktinomisetlər humusun əmələ gəlməsində fəal iştirak edir.

Göbələklər - hazır üzvi maddələrlə qidalanır. Göbələklər tor­paqəmələgəlmə prosesində böyük əhəmiyyətə malikdir, onlar mürəkkəb üzvi maddələri mineral birləşmələrə qədər parçalaya bilər. Göbələklər özündən sonra torpaqda suya davamlı struktur yarada bilən çoxlu humus saxlayır.

155

Page 79: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Yosunlar - öz hüceyrələrində xlorofil saxlayır. Onlar işıq şə­raitində mineral birləşmələrdən üzvi maddələr yaratmaq qa­biliyyətinə malikdir (fotosintez).

Bəzi göbələklərlə birlikdə yosunlar da СОг-dən istifadə edərək üzvi maddələrin toplanmasında iştirak edirlər.

Şibyələr - yerüstü yosunlar olub birgə yaşayan göbələklər qrupudur. Şibyələr həm ağaclarda, həm yerdə, qayalarda, daş üzərində, dəmir üzərində, hətta şüşə üzərində rast gəlmək olar.

Mamırlar - şibyə və yosunlardan fərqli olaraq daha inkişaf et­miş regetativ və çoxalma üzvlərilə seçilir. Mamırlar yaxşı in­kişaf etmiş xloroplastı olan avtotrof orqanizmilərdir. Boylan 20-30 sm-dən hündür olmur. Mamırlar bataqlıqlarda və ba­taqlıq meşələrdə əsas torfəmələgətirən bitki sayılır.

İbtidailər - torpaqda yaşayan qamçılılar, kök ayaqlılar və in- füzorlar daxildir. İbtidailər-aerobdurlar.

Heyvanlar aləmi. Torpaqda çoxlu miqdarda soxulcanlar, qurdlar, gəmiricilər və həşəratlann sürfələri yaşayır. Onlar öz həzm yolundan xırdalanmış üzvi maddələri keçirərək torpağı ifrazatları ilə zənginləşdirir və torpağın mikro və makrostruk- turunun yaranmasına şərait yaradır. Bu canlılar həm də torpağı qarışdırır, xırdalayır, bununla da torpağın aerasiyası yaxşılaşır və torpaqəmələgəlmə prosesi sürətlənir.

Torpaq soxulcanları öz orqanizmilərindən il ərzində bir hek­tara 25 ton torpaq keçirir. Soxulcanların ifrazatları azot və fos­forla zəngin olub, suyadavamlı aqreqatlar yaradır. Bu orqa- nizmilər öz həyat fəaliyyətləri nəticəsində torpağın fiziki xassə­lərini yaxşılaşdırırlar (məsaməliyi su sızdırmanı).

Ali bitkilərin torpaqəmələgəlmədə rolu, xüsusilə V.R.Vilyam tərəfindən aşkara çıxarılmışdır. O üzvi maddələr yaradan 3 ali yaşıl bitki formasiyası və 3 mikroorqanizmlər qrupu ayırır.

l.Ağac formasiyası - anaerob mikroblannın zəif iştirakı ilə ağac bitkilərinin göbələk orqanizmilərilə birliyi.

2 .0 t çəmən formasiyası - əsasən mezofil çəmən bitkilərinin anaerob və aerob bakteriyalarla birliyi.

156

3.0t çöl (bozqır) formasiyası - kserofıl çöl otlarının aerob bakteriyalarla birliyi.

İynəyarpaqlı ağacların iştirakilə ağac bitkilərinin altında podzoləmələgəlmə prosesi gedir və podzol torpaqlar yaramr.Mezofil çəmən ot bitkiləri altında rütubətli çimli-podzol,

çimli-çəmən və çimli torpaqlar yaranır.Çöl (kserofıl) bitkiləri altında çöl (bozqır) torpaqları (qarator­

paq, şabalıdı torpaq) və səhra torpaqları (boz-qonur) əmələ gəlir.

Torpağın üst qatında hər hektarda bakteriyalann ümumi kütləsi 5-7 tona çatır.

Canlı heyvan orqanizmilərinin həyat fəaliyyəti nəticəsində torpağa külli miqdarda üzvi maddə daxil olur.

Qurunt sulan torpaq əmələgətirən amil kimi. Torpaqəmə­ləgəlmə prosesinə təsir edən təbii amillərdən biri də qurunt sularıdır.

Təbiətdə kimyəvi və bioloji reaksiyalar əsasən su mühitində gedir. Qurunt sulan müəyyən qədər minerallaşmış olur. Çünki torpağın və ana süxurun tərkibindəki suda həll olunan kimyəvi maddələr qurunt sulannın tərkibinə daxil olur. Əgər qurunt suları səthdən çox dərində yerləşməyibsə onlar torpağa fəal təsir göstərir, onu müxtəlif kimyəvi maddələrlə zənginləşdirir, torpağın su və hava rejiminə təsir edir. Müəyyən şəraitdə qu­runt sulannın təsirindən torpaqlar şoranlaşa bilər. Qurunt sulan üzdə olduqda torpaq izafi rütubətlənir və oksigen çatışmazlı­ğına səbəb olur. Bunun da nəticəsində bəzi mikroorqanizmilər fəaliyyətdən qalır.

Quraq ərazilərdə buxarlanma çox olduğuna görə torpaqda olan duz birləşmələrinin miqdan artır. Şoran torpaqlaqda asan həll olan xloridlər, sulfatlar və karbonatlar 0.25%-dən çox olur. Onlar şoranlıqlardan və şorakətlərdən ibarətdir. Tərkibində çoxlu miqdarda duzlar olan qurunt sulan yer səthinə çıxır. Sula- nn buxarlanması güclü gedən sahələrdə duzlar torpağın üst qatında toplanır və şoranlaşır. Rütubətli dövrlərdə həmin duzlar

157

Page 80: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

yenidən suda həll olur və dərin qatlara gedir. Üst qatlarda olan duzlar azaldıqda onlar şorakət torpaqlara çevrilir. Bu torpaq­ların yaranması ana süxurlarda duzların miqdarının artması və ya tərkibində duzlar olan yeraltı sulann səthə yaxınlaşması ilə əlaqədardır.

Şoran torpaqların üst qatında həll olmuş duzlar 1% və daha çox olur. Şoran torpaqlarda humusun miqdarı 1%-ə qədər olur, ləkələr halında duzlar yığılır. Şoranlıqlar duzların tərkibinə görə fərqlənir. Torpaqların xarici görünüşü bu duzlardan ası­lıdır. Xloridli torpaqlarda olan natrium-xlor, maqnezium-xlor, kalsium-xlor duzları vardır. Onlar hiqroskopik duzlar olduğuna görə torpaqlar yaş görünür. Torpaq qatından aşağıda duzlaşmış ana süxurlar və çox minerallaşmış sulu lay yerləşir. Şoran tor­paqlara yarımsəhra və səhra zonalarında rast gəlinir. Azər­baycanda belə torpaqlar 186 min ha ərazini əhatə edir.

Şorakət torpaqların üst hissəsində soda və başqa duzlar çox olur. Onların tərkibində gilli hissəciklər çox olduğuna görə bu torpaqlar sıx və kip olur. 80 sm dərinliyə qədər bu torpaqlarda duzların miqdarı çoxdur. Onlar nəmləndikdə yumşalır, quru­duqda çatlara bölünür.

Şoranlıqlar və şorakət torpaqlar az məhsuldar olmasına görə fərqlənir. Ona görə də bu torpaqlardan yalnız ciddi meliorasiya tədbirləri görülməsi ilə istifadə etmək mümkündür.

Bunun üçün ilk növbədə torpaqların lm-lik üst hissəsini bitkilər üçün zərərli duzlardan təmizləmək məqsədilə kollektor- drenaj şəbəkəsi yaradılmalı, onların duzu yuyulmalıdır.Şorakət torpaqlarda olan natrium duzlarını kalsium duzları ilə əvəz et­mək üçün torpağa gips verilməlidir. Torpağın suvarılması düz­gün aparılmadıqda onlar yenidən şoranlaşa bilər. Bu prosesin qarşısını almaq üçün qurunt sularının səviyyəsi böhran də­rinliyindən (3-3.5m) aşağıda saxlanılmalıdır.

Zaman və məkan torpaq əmələgətirən amil kimi. Hər bir təbii proses zaman və məkan daxilində dəyişir. Torpağın əmələgəlməsinə təsir edən amillər bu və ya digər cöğrafı şərait­

158

də təsir göstərərsə, deməli bu proses müəyyən zaman ərzində inkişaf edir. Yəni hər bir təbiət hadisəsinin inkişafı üçün müəy­yən vaxt lazımdır. Hər hansı bir rayonun geoloji quruluşunu və yaşını Yerin üst sahələrində, ondan aşağı qatlarda yayılmış süxurların yarandığı dövrü öyrənməklə müəyyən edirlər. Torpa­ğın yaranması üçün çox vaxt lazımdır. Amerika alimi H.Benne- tin hesablamalarına görə xalis ana süxurdan 2-3 sm qalınlığında torpağın əmələ gəlməsi üçün 2 0 0 - 1 0 0 0 il vaxt tələb olunur.

Ekologiya elminin ən vacib tətbiqi problemlərindən biri aqro- ekosistemlərin formalaşdınlma və fəaliyyət qanunlarım öy­rənməkdir. Kənd təsərrüfatı sahələri insanın məqsədyönlü fəaliyyəti ilə sadələşdirilmiş səciyyəvi ekosistemdir.Antropogen amil - antropogen amillər bütün torpaq tiplərinə

öz təsirini göstərmişdir. Bununla əlaqədar olaraq çox yerdə təbii torpaq tipi qalmamışdır, yəni mədəni torpaqlar yaranmış­dır: bataqlıalar qurudulmuş, səhra çöl torpaqlarında suvarılma tətbiq olunmuş, şoran torpaqların meliorasiyası işləri aparıl­mışdır. Dağ ətəyi ərazilərdə meşələrin yerində bağlar, üzümlük­lər yaradılmış, bəzi yerlərdə təbii relyef dəyişdirilmiş, yamaclar terraslara çevrilmişdir.

Müasir insan nəinki bioloji, hətta geoloji amil olmuşdur.İnsanın təsərrüfat fəaliyyəti torpaqəmələgəlmə prosesinə təsir

edən amillərdən biridir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq torpaq istehsal vasitəsinə çevrilmiş, maddi nemətlər istehsalının mühüm amili olmuşdur.

İnsanın torpağı şumlaması, suvarması, külli miqdarda kübrə və pestisidlərin istifadə edilməsi və s. tədbirlər torpağın xassə və xüsusiyyətlərinə müəyyən dərəcədə təsir edir. Bu təsir iq­tisadi-ictimai şəraitdən, elm və texnikanın inkişaf səviyyəsin­dən və digər səbəblərdən asılıdır.

Məlumdur ki, qurunun sahəsi buzlaqlarla birlikdə 149 mln.km2 təşkil edir. Bura həmçinin həyatsız səhralar, su anbar­ları və torpaq örtüyü zəif inkişaf etmiş və ya dağılmış sahələr də daxildir. Bunlardan buzlaqlar 16 mln.km , buzlaqlardan azad

159

Page 81: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

olmuş sahələr isə 133 mln.km2 təşkil edir. Qurunun nisbətən istifadə üçün yararlı olan hissəsi 95 mln.km2, yaxud onun 64%- ni tutur. Bu məhdud ehtiyat ərazidə bəşəriyyət yerləşmişdir.

Yuvarlaqlaşdınlmış rəqəmlərə görə demək olar ki, qurunun 10%-i əkin sahəsi, 20%-i otlaq, 30%-i meşələr və müxtəlif tipli yararsız sahələr 40%-i təşkil edir.

Dünyanın torpaq ehtiyatlarından son min illikdə istifadə olun­masının əsas xarakterik cəhəti əhalinin ərzağa olan tələbatının artımı ilə əlaqədar əkin sahəsinin artırılmasıdır.

Hazırda dünyada əkin sahələri 15 mln.km2 təşkil edir, son 20 ildə demək olar ki, onun artımı dayanmışdır. Bu əkinçilik üçün yararlı sahələrin demək olar ki, azalması ilə bağlıdır.

Müasir texnikanın, mineral gübrələr, pestisidlər, herbisidlərin tətbiqi şəraitində insanların torpağa təsiri çoxsahəlidir. Bir tərəfdən torpağın əkin, çoxillik bitkilər altında uzun müddət istifadəsi, xüsusilə suvarma əkinçiliyi zonalarında mono-mə- dəniyyət şəraitində onların məhsuldarlığına mənfi təsir göstərir, şoranlaşmam, su və külək eroziyasını qüvvətləndirir, digər tə­rəfdən kənd təsərrüfatına yararlı torpaqların başqa məqsədlər üçün ayrılması, onları geniş sahələrdə istehsalı mübadiləsindən çıxarır.

Torpaq ehtiyatlarına kənd təsərrüfatında istifadə edilən və meşələrlə örtülən torpaqlar daxil edilir. Respublikamızda 4227 min ha sahə kənd təsərrüfatında istifadə edilir. Onlar kənd tə­sərrüfatına yararlı olmayan (bedlend) ərazilər, bataqlıqlar, dağ­lıq sahələr və s. ilə birlikdə ölkənin torpaq fondunu əmələ gətirir.

Azərbaycanda olan torpaq fondu 8641.5 min hektardır. Onun 77%-i istifadə edilir. Kənd təsərrüfatına yararlı torpaqların 44%-i əkin sahələrindən və şumlardan, 4%-i çoxillik əkinlər­dən, 26%-i biçənək və otlaqlardan ibarətdir. Ölkədə əkin sahə­ləri 1454 min ha sahə tutur. Kənd təsərrüfatında istifadə edil­məyən sahələr torpaq fondunun 40%-i qədərdir. Bu torpaqların 13%-ni şəxsi həyətyanı torpaqlar, 12.1%-ni meşələr, 2.7%-ni

160

kolluqlar, 0.8%-ni bataqlıqlar, 3.6%-ni su hövzələri, 31.6%-ni digər torpaqlar (yollar, kəndlər, şəhərlər, sənaye obyektləri) təşkil edir.

Respublikada əhalinin sayının artması ilə əlaqədar yeni əra­zilər mənimsənilir, nəticədə şəhər və kəndlərin sahəsi geniş­lənir, yeni təsərrüfat obyektləri tikilir, istifadə olunan torpaq­ların bir hissəsi yararsız hala düşür. Ona görə də ölkədə torpaq ehtiyatları getdikcə azalır. Hazırda Azərbaycanda adambaşına 1.08 ha torpaq fondu (dünyada 3ha), 0.2 ha (dünyada 0.25ha) əkin sahəsi, 0.6 ha yararlı torpaq sahəsi düşür. Əkin sahələri üçün torpaqların çatışmadığı bir zamanda onlardan səmərəli istifadə olunması günün vacib tələblərindən biridir.

Azərbaycan Respublikası torpaq ehtiyatları ilə zəif təmin olunmuş ölkələr sırasına daxildir. Azərbaycanda torpaqlardan səmərəli istifadə, onların mühafizəsi münbitliyinin bərpası və nəticədə torpaqların təkrar istehsal dövriyyəsinə qaytarılması qarşıda duran əsas vəzifələrdəndir.

1991-ci ildə Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra torpaqlara münasibət də dəyişmiş, müxtəlif mülkiyyət formaları yaranmışdır. Respublikanın Milli Məclisi tərəfindən qəbul olunmuş yeni Torpaq qanununa görə ümumi torpaq fondunun (8 . 6 min ha-dır) 44.2%-i dövlət mülkiyyətinə, 31.4%-i bələdiyyə mülkiyyətinə, 24.4%-i isə özəlləşdirmə yolu ilə əhalinin şəxsi mülkiyyətinə ayrılmışdır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının torpaq fondunun təxmi­nən 49%-i kənd təsərrüfatı üçün yararlı torpaqlardır.Ona görə torpağın münbitliyinin bərpası, artırılması və mühafizəsi sa­həsində ekoloji tələblər üzrə qanunvericilikdə göstərilir ki, tor­paqda aqrokimyəvi, meliorativ, eroziyaya qarşı mübarizə və digər tədbirlər həyata keçirildikdə müəyyən olunmuş ekoloji təhlükəsizlik normativləri və ətraf mühitin mühafizəsi tədbirləri nəzərə alınmalıdır.

Ətraf mühitə atılan bərk tullantıları sənaye, kənd təsərrüfatı və məişət tullantılarına ayırmaq olar. Bərk tullantılar geosferin

161

Page 82: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

bütün elementlərinin, əsasən də litosferi çirkləndirir. Litosferi əsas çirkləndirən mənbələr dağ-mədən və mədən- kimya sə­naye müəssisələri, qara və əlvan metallurgiya, maşınqayırma, kimya və ona qonşu sahələr, meşə və ağac emalı və başqa sə­naye sahələridir.

Yuxanda qeyd edildiyi kimi litosferi ən çox dağ-mədən və mədən - kimya sənayesi çirkləndirir. Faydalı qazıntıların çıxa- nlması külli miqdarda dağ kütləsinin emalı ilə əlaqədardır. Bu­nun yalmz az bir hissəsini faydalı qazıntı təşkil edir. Məsələn, kömür sənayesində 2 mlrd, ton çıxarılan dağ kütləsindən kö­mürün payına ancaq 20% düşür, qalanı isə tullantılardır. Digər faydalı qazıntıların çıxarılmasında dağ kütlələrində məsələn, əlvan metal filizlərinin miqdarı 1 -2 % təşkil edir.

Adətən, əlvan metal filizləri zənginləşdirmə fabriklərində müxtəlif üsullarla zənginləşdirilir. Bu müəssisələrin tullantıları dəmir, kükürd və başqa metalların birləşmələrindən, o cümlə­dən nadir və səpələnmiş metal birləşmələrindən ibarətdir. Dağ- mədən və dağ kimya sənayesi müəssisələrinin bərk tullantıları müəyyən yerlərə yığılır ki, bunlar getdikcə daha çox torpaq sahələrini tutur. Məsələn, Kursk maqnit anomaliyası dəmir filizi rayonunda tullantılar 1 mlrd m3-ə çatır.

Su və külək eroziyası nəticəsində yaranan tullantılar müəyyən dərəcədə hidrosferi və atmosferi də çirkləndirirlər. Kömürçı- xarmada zənginləşdirmə fabriklərinin quru tullantıları öz-özünə alışır və bu ətraf mühütün daha intensiv şirklənməsinə gətirib çıxarır. Hal-hazırda bu iki növ tullantı az istifadə olunur. Belə ki, təkcə kömürçıxarmanın tullantılarının təkrar istifadəsi 1 %-i keçmir.

Litosferin əsas çirklənmə mənbələri qara və əlvan metallur­giya sənaye müəssisələrdir.Onların tulladığı, 70 mln tondan çox şlakın təxminən yarısı istifadə olunur, qalanı isə tullantı kimi atılır. Qara metallurgiya tullantılarından daha əhəmiyyətlisi domna şlaklarıdır. Domna şlaklarının tərkibi mürəkkəbdir. On­larda əsasən oksid halında 30 adda kimyəvi birləşmələrə rast

162

gəlinir. Bunlardan əsasları: SİO2 (silisium-4 oksid) 33-40%, Aİ2 0 3 (alüminium-oksid) 4-13%, CaO(kalsium-oksid) 30-50%, MgO (maqnezium-oksid) 3-14%. Az miqdarda isə: FeO (dəmir-2 oksid), РегОз (dəmir-3 oksid), МпОг (manqan-4 oksid), U2O5 (uran-5 oksid),TİO2 (titan-4 oksid), K2O (kalium- oksid) və s. təşkil edir. Bundan başqa, metal istehsalının müxtə­lif növləri tərkibinə görə fərqlənən böyük həcmdə şlak və toz şəklində tullantılar verir.

Bu halda əmələ gələn ferritlər, xromitlər, ferratlar və baş­qa duzlar vannanın dibinə çökür və texnoloji prosesin normal gedişini pozurlar. Ona görə də vaxtaşırı əmələ gələn şlamlar kə­nar edilir.

Qələvi natrium şlamda müxtəlif duzlar şəklində (monosi- likatlar, ferritlər, ferratlar) sərbəst, həm də əlaqəli halda olur və onun ümumi tərkibi 70-80%-ə qədər çatır.

Daha böyük miqdarda şlak əlvan metallurgiyada almır. Emal olunan xammalın növündən asılı olaraq 1 ton metalın istehsa­lında 100-200 ton şlak almır. Əlvan metalların tullantı şlakları xeyli miqdarda qiymətli metallarla zəngindirlər. Məsələn, Ru­siyanın mis zavodlarının tullantı şlaklarında 27 mln tona yaxın Fe, 335 min ton Cu və 2 mln ton Zn olur.

Əlvan metallurgiyanın şlaklarının kimyəvi tərkibi demək olar ki, domna peçlərinin şlakları ilə analojidir. Əlvan və qara metallurgiyanın şlak və şlamımn saxlanılması üçün hər il 2 0 0 0 ha torpaq sahəsi tələb olunur.

Hazırda istehsalçıların və alimlərin üzərində çalışdıqları prob­lemlərdən biri energetika sənayesinin tullantılarından istifadə olunmasıdır. İES qazanxanalarında tərkibində karbon olan bərk xammalın yanması zamanı qeyri-bərabər formalı şüşə şəkilli texniki və mexaniki xırdalanmış dənəciklərdən ibarət bərk his­səciklər alınır. İES-da, yanacaq 1200-1600°S-də, toz halında qızdırıcı kürədə yandırılır. Yanacağın mineral hissəsindən əmə­lə gələn müxtəlif birləşmələrin hissəcikləri toz kütləsi şəklində ayrılır. Külün tərkibində 80-85% miqdarında olan xırda və

163

Page 83: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

yüngül hissəciklər (ölçüləri 5-100 mkm) qazanxanaların kü­rəsində tüstü qazlan ilə çıxır. Daha böyük hissələr isə kürənin altına çökür, əriyərək şlak əmələ gətirir. Əmələ gələn şlakın və tüstü ilə uçub gedən hissəciklərin miqdar nisbəti müxtəlif ol­duğundan torpağın çirklənməsidə əhəmiyyətli rol oynayır.

Hazırda kül və şlaklar əvvəllər kənd təsərrüfatı sahəsi olan yüz minlərlə, bəzi ölkələrdə isə milyon hektarlarla torpaq sahəsini tutur. Bir neçə ildən sonra soyuyaraq həmin şlaklardan zəhərli qazlar ayrılır ki, bu da bitki və heyvanlar aləminə ziyan vurur. Yanma zamanı az istilik ayrılır və yüksəkküllü yanacaq- dan istifadə olunmasının artması tullantıların miqdarını daha da artırır. Buna görə də hazırda kül və şlakların effektli istifadə olunması üsüllarının yaradılması aktual problemlərdən biridir.

Qeyri-üzvi məhsul istehsal edən kimya sənayesi müəssisələri böyük miqdarda təbii mineral resurs istifadəçiləri, həm də əsa­sən litosferin və ətraf mühitin kütləvi çirkləndiriciləridir. Lito­sferi çirkləndirən çox vacib texnoloji proseslərə əsaslanan sa­hələr bunlardır: sulfat turşusu, kalium gübrələri, fosfor turşusu və fosfor gübrələri və s. Sulfat turşusunun alınmasında çox hallarda xammal kimi kükürd kolçedanmdan istifadə olunur. Hazırda dünyada kolçedanın yanmasından hər il 18-20 mln ton yanma məhsulu almır. Kimyəvi gübrələr torpağın məhsuldarlı­ğını artırır, lakin onlardan böyük dozalarda istifadə olunması torpağın çirklənməsinə səbəb olur. Torpağa həddən artıq ve­rilən fosfat və nitratlar yerüstü sularla yuyulub su laylarını çirkləndirirlər.

Kalium gübrələrinin istehsalmda istifadə oilman kalium xlo- ridin alınmasında xammal kimi mineral silvinit istifadə olunur. KCl-un silvinitdən alınması flotasiya və hallogen hallurgiren- siya üsulları ilə həyata keçirilir. Bu üsullar temperaturdan asılı olaraq suda KC1 və NaCl müxtəlif dərəcədə həll olmasına əsas­lanır. Hər ton KC1 alman zaman əsas komponent NaCl olan 2.5-3.0 ton hallogen tullantılar əmələ gəlir.

164

Fosfor gübrələrini və yemə edilən əlavələrin istehsalmda ge­niş istifadə olunan fosfor turşusunun alınması üçün əsas iki üsuldan istifadə olunur: ekstraktlı (turşulu) və fosforit filizlə­rindən istifadə olunur. Yer qabığında fosfor xammalının təx­minən 95%-ə qədər fosfor apatit şəklindədir.

Hazırda elektroeneıji istehsalının əsas hissəsi kömür, neft, qaz yanacaqları kimi təbii xammalın yandırılması, həmçinin hidroelektrik stansiyalarının və su anbarlarının tikilməsilə çay­ların eneıjisindən istifadə olunması həyata keçirilir. İES-mn is­tismarı böyük miqdarda üzvi yanacaq sərfi, onun zənginləş­dirilməsi, daşınması, külli miqdarda tullantıların yaranması ilə bağlıdır. Bunlar ətraf mühitin çirkləndiricilərinin əsas mənbəyi olmaqla kül və şlam yığımlarının tikilməsi üçün böyük torpaq sahələrinin ayrılmasını, qaz mənşəli tullantıların təmizlənmə­sini tələb edir.

Hidroelektrik stansiyanın tikilməsi su anbarları üçün böyük torpaq sahəsi tələb edir. Bununla yanaşı hidroqurğular yeraltı suların səviyyəsinə təsir göstərir, torpağın duzlaşmasma və onun məhsuldarlığının azalmasına gətirib çıxarır.

Torpaq üçün daha ciddi çirkləndiricilər pestisidlər və ra­dioaktiv maddələrdir. Adətən kənd təsərrüfatında pestisidləri toz, maye və həb şəklində istifadə olunur. Tozşəkilli pestisidləri maşın və təyyarələrin köməyilə, suspenziya şəklində, torpağa verilir. Torpağa verilən pestisidlər uzun müddət torpaqda qala bilirlər. Daha uzunmüddətli pestisidlər üzvi xlor birləşmələri­dir. Onlar torpaqda 15 il müddətinə qədər qalırlar. Uzunmüd­dətli olmayan pestisidlər ətraf mühitdə 1 - 1 2 həftə, orta daya­nıqlı pestisidlər 1-18 ay, dayanıqlı pestisidlər isə iki ildən artıq qala bilərlər. Üzvi fosfor birləşmələri adətən asanlıqla hid- rolizləşir, üzvi xlor birləşmələri isə bioloji təsir nəticəsində vaxt getdikcə yavaş-yavaş parçalanır. Beləliklə, pestisidlər insan­ların və heyvanların qida sisteminə düşə bilərlər.

Xoşagəlməz hadisələrin qarşısım almaq üçün qida məh­sullarında və torpaqda pestisidlərin miqdarını normallaşdırmaq

165

Page 84: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

(BQH) təklif olunmuşdur və bir çox pestisitlərin istifadəsinə qadağa qoyulmuşdur (ODT tiofos).

Litosferin radioaktiv maddələrlə çirklənməsinin əsas mənbə­ləri aşağıdakılardır: uran sənayesi, müxtəlif növ nüvə reak­torları, radiokimya sənayasi, radioaktiv tullantıların emalı və saxlanılan yerləri, nüvə partlayışı və s.

Uran sənayesi uran və onun birləşmələrinin çıxarılması, emalı, zənginləşdirilməsi, nüvə yanacağının istehsalı ilə məşğul olur. Uran sənayesinin hər bir istehsal sahəsi biosferi çirk- ləndirə bilər. Məsələn, ftoritli uranın zənginləşdirmə zavodla­rında qaz diffuziyah oyuq kaskadlarından keçirilməsi zamanı UF6 ətraf mühitə süzülə bilər.

Böyük sürətlə inkişaf edən sənaye, nəqliyyat, kənd tə­sərrüfatı daha çox elektrik enerjisi tələb edir və bu yeni enerji mənbələrinin axtarışını zəruri edir. Ən perspektivli nüvə və termonüvə enerji mənbələridir.

Nüvə enerjisinin istehsalı bir neçə ardıcıl mərhələdən iba­rətdir: uran şaxtalarında nüvə yanacağının çıxarılması, lazımi halda onun zavodlarda zənginləşdirilməsi, yanacağın “tərkib hissələrinin” istehsalı, onların reaktora yerləşdirilməsi və xüsu- siləşdirilmiş müəssisəyə göndərilməsi.

Ətraf mühitin çirklənməsi ehtimalı göstərilən əməliyyat­lardan əhəmiyyətli dərəcədə müxtəlifdir.

Şaxtalardan xammalın çıxarılması və zənginləşdirilməsi zamanı ətraf mühitin çirklənməsi böyük deyildir. Ən ciddi çirk­lənmə nüvə yanacağım istehsal edən zavodlarda baş verir. Müasir tipli nüvə reaktorları iki halda radioaktiv çirklənmə ya­radırlar: normal iş zamanı və qəza vəziyyətində.

Atom müəssisələrində ən təhlükəli qəza - I dərəcəli soyutma dövrünün pozulmasıdır.

Məlum olduğu kimi ağır metalların (qurğuşun, civə, kad- mium, molibden və s.),aerozollar və radioaktiv tozları sənaye müəssisələri tərəfindən atmosferə tullanır və atmosfer yağın­tıları ilə torpağa daxil olurlar.

166

Beləliklə, torpağın gübrələrdə olan ağır metallarla çirklən­məsinə, sahələrin pestisidlərlə (mis duzları, qurğuşun arsenatı) işlənməsi nəticəsində yaranan çirklənməni də əlavə etmək lazımdır.

Pestisidlərin çoxu torpaqda aylarla və illər ərzində qala bi­lərlər. Məsələn, DDT-nin suda yarımparçalanma müddəti 10 il, dieldrinin ki, isə 20 ildən artıq qiymətləndirilir. Pestisidlər is­tifadə olunan sərhədlərdən çox uzaq məsafələrə yayıla bilirlər.

Çirkləndiricilərin torpaqda təsir dərəcəsini müəyyən etmək üçün, onlardan nümunələr götürülərək analiz edilir. Torpaq nümunələrinin çəkisi 0 .6 -0 .8 kq miqdarında götürülür.

Analiz nəticəsində torpaq örtüyünün ağır metallarla çirklən­məsinin xəritə sxemləri tərtib olunur və burada texnogen tullan­tıların miqdarı və kimyəvi tərkibi, tullantıların yayılmasının meteoroloji şəraiti göstərilir. Əsas xəritələrdən bunların fərqi ondadır ki, ağır metalların maksimal konsentrasiyası torpağın ən yuxarı qatında yerləşir.

Torpağda çirkləndirici elementlərin (ağır metalların) təyin olunması müxtəlif üsullarla aparılır: kimyəvi, instrumental, atom absorbsion, kimyəvi spektral, rentgen flüoressent və neytral aktivasiya və s.

Torpağın kimyəvi çirklənməsinin norması buraxılabilən qatı- lıq həddinə (BQH) görə təyin olunur. Qiymətinə görə (BQH) su üçün və hava üçün qəbul olunmuş buraxılabilən qatılıq həddi müəyyən qədər fərqlənir. Bu fərq onunla izah olunur ki, tor­paqdan insan orqanizminə daxil olan zəhərli maddələr torpaqla təmasda olan obyektdən (su, hava, bitki) keçir.

BQH - kimyəvi maddənin (şumlanmış 1 kq torpaqda mq- larla) elə bir qatılığıdır ki, torpaqla təmasda olan mühitə və in­san orqanizminə bilavasitə və ya dolayı yolla mənfi təsir göstər­məsin. O həmçinin torpağın öz-özünə təmizlənməsi qabiliyyə­tinə də təsir etməməlidir. Kimyəvi maddələrin mühitdə yayıl­masından asılı olaraq 4 növü mövcuddur.

167

Page 85: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

TV - translokasiya göstəricisi - maddələrin torpaqdan yaşıl kütləyə və bitkilərin meyvələrinə keçməsini xarakterizə edir.

MA - miqrasiyalı hava göstəricisidir - kimyəvi maddələrin torpaqdan atmosferə keçməsini xarakterizə edir.

MV - miqrasiyalı su göstəricisidir - kimyəvi maddələrin tor­paqdan yeraltı sulara və su mənbələrinə keçməsini xarakterizə edir.

OS - ümumi sanitar göstəricisi kimyəvi maddələrin torpağın öz-özünə təmizlənmə və torpağın canlı mühitə təsirini xarakte­rizə edir. BQH mövcud olmayan yeni kimyəvi birləşmələr tətbiq olunduqda müvəqqəti buraxılabilən həddindən istifadə olunur (MBQH).

MBQH= 1.23 + 0.48 BQHburada BQH - ərzaqlar üçün buraxılabilən qatılıq həddi (tərə­

vəz və qida məhsulları), mq/kq.Torpağın çirklənmə dərəcəsinə görə təsnifatı kimyəvi mad­

dələrin buraxılabilən miqdarına və onların fonunun çirklənmə­sinə görə aparılır. Torpaq çirklənmə dərəcəsinə görə aşağıdakı qruplara bölünür:l)çox çirklənmiş, 2) orta çirklənmiş, 3) zəif çirklənmiş.Çox çirklənmiş qrupa elə torpaqlar daxildir ki, onların tər­

kibində çirkləndirici maddələr buraxılabilən miqdardan bir neçə dəfə çox olsun və bioloji məhsuldarlığı aşağı, fiziki-kimyəvi, kimyəvi və bioloji xarakteristikasında ciddi dəyişiklik olsun.

Orta çirklənmiş qrupa elə torpaqlar daxildir ki, onlarda bu- raxılabilən hədd qatılığına artması torpağın xassələrinə heç bir təsir göstərməsin.

Zəif çirklənmiş torpaqlara elə torpaqlar aiddir ki, tərkibindəki kimyəvi maddələr buraxılabilən hədd qatdıqdan yüksək olma­malı, təbii fondan yüksək olmalıdır.

Torpağın çirklənmə qatdığının əmsalı Ns aşağıdakı formula ilə təyin edilir.

168

55və ya Ns —

S p d kburada:S-çirklənmiş maddələrin ümumi miqdari;Sf- çirkləndiricilərin orta fon miqdarı;Sbqh- çirkləndirici maddələrin buraxılabilən hədd qatılığı.

Beləlikə, ETT-nin inkişafı, istehsal alətlərinin təkmilləş­dirilməsi və əhalinin sürətlə artması ilə əlaqədar cəmiyyətin torpağa göstərdiyi təsir getdikcə gərginləşir. İndi insanlar yerin dərinliklərinə müdaxilə edir, mineral xammal, yanacaq - enerji ehtiyatlan əldə etmək məqsədilə dənizlərin dibini mənimsəyir, yerin dərin laylarında axtanş aparırlar. Karxanaların, mədənlə­rin səmərəli istismarı, yerin təkindən çıxarılan faydalı qazıntı­ların kompleks istifadəsi, qazılıb alt-üst edilməsi torpaqların re­kultivasiyası, qırılmış meşələrin yenidən bərpası, təbiəti mü­hafizə tədbirlərinin həyata keçirilməsini tələb edir. Faydalı qa­zıntı mədənləri, daş karxanaları başlıca olaraq dağ və dağətəyi zonalarda yerləşir. Həmin mədənlərin istismarı vaxtı burada münbit dağ - meşə, torflu - çəmən, dağ - çəmən şabalıdı tor­paqların məhsuldar qatı qazılıb kənara atılır, vadilərə, çay dərə­lərinə tökülür. İstifadədən çıxan belə torpaqlar isə ətraf me­şələrin, çəmənlərin üzərini örtür, onları məhv edir. Yuxarıda qeyd olunanlar Azərbaycan ərazisindən də yan keçməmişdir.

Uzun müddət fasiləsiz olaraq üzüm, pambıq, tərəvəz, taxıl altında istifadə edilən torpaqların xeyli hissəsi müxtəlif də­rəcədə şorlaşmaya məruz qalmışdır. Bu baxımdan torpaq erozi­yasına qarşı tədbirlərin həyata keçirilməsi, torpaq əmələgətirici orqanizmlərin normal inkişafına şərait yaradılması, müxtəlif səbəblər üzündən korlanmış, zibillənmiş mazuta batmış tor­paqların məhsuldarlığının təbii və süni yollarla bərpası, qazıl­mış, korlanmış torpaqların rekultivasiyası, torpaq israfçılığının aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir.

169

Page 86: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Torpağın vəziyyətini dəyişdirən antropogen faktorların və dünya torpaq sahələrinin istifadəsinin təhlili, yerin canlı mad­dələrinin əsasını, sürətlə artan əhalisinin ərzaq məhsullarının əsas mənbəyi sayılan torpağın təhlükə qarşısında qaldığını göstərir.

Torpağın deqradasiyası dünyanın ən ciddi, uzunmüddətli ekoloji problemlərindən biri hesab olunur və təəssüf ki, bu pro­ses hələ layiqincə qiymətləndirilmir. Dünyanın ən böyük dörd dövləti sayılan ABŞ, Çin, Hindistan və keçmiş ittifaq dövləti ərazisində eroziya və şoranlaşma nəticəsində itirilən torpaq­ların 50%-dən çoxuna sahibdirlər.

Azərbaycanda suvarma çox qədim tarixə malikdir. Qeyd etmək lazımdır ki, respublikamızın quraqlıq rayonlarında kənd təsərrüfatı istehsalını intensivləşdirmək üçün suvarma ən mü­hüm tədbir sayılır. Suvarmanın düzgün aparılmaması torpaq­da müəyyən pozulmalar yarada bilər. Ona görə də suvarmanın formaları və yaxud yeni drenaj sisteminin yaradılması torpaq­ların mühafizə olunmasında da mühüm şərtdir.

Torpağın deqradasiyası prosesində səhralaşma da özünə­məxsus əhəmiyyət kəsb edir. Səhralaşma dedikdə Yerin bioloji potensialının azalması və ya məhv edilməsi, antropogen fəa­liyyət və iqlimin dəyişməsi nəticəsində yerüstü ekosistemlərin tükənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma prose­sini və onun yayılmasını ekoloji situasiyanın pisləşməsi kimi qiymətləndirir, qeyd edirlər ki, bu proses nəticəsində yarım- quraq ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Ha­zırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 2 0 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln. hektara çatır. Antropogen səhralar plane­timizin 6,7%-ni tutur.

Azərbaycanda da səhralaşma prosesi əsasən dağətəyi, dü­zənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen amillərin təsiri nəticəsində baş verir. Səhralaşma prosesi Kür-Araz ova­lığı üçün daha səciyyəvidir. Bu proses Şirvan düzündə daha

170

güclü gedir. Bunun əsas səbəbi ərazinin ekoloji şəraiti (relyefi, bitki örtüyü, torpağı) və antropogen amillərin müxtəlifliyi ilə əlaqədardır. Baş Şirvan Kollektoru (BŞK) Türyançaydan baş­layaraq Hacıqabul gölünə qədər Kür çayının qədim yatağı olan Qarasu sahəsində inşa edilmişdir. Kollektorlar ərazinin aşağı hissəsində inşa edilmiş və BŞK-na birləşdirilmişdir. Me­liorasiya və suvarma işləri nəticəsində ərazinin təbii landşaftı antropogen landşaftla əvəz olunmuşdur. Ovalıqda meyillik az olduğundan, qrunt suları səthə yaxın yerləşdiyindən təkrar şor­laşma və bataqlaşma prosesi baş vermişdir.

Təbiətdə pozulmuş torpaqların, ərazilərin bərpası rekul­tivasiya prosesinin irəli sürülməsini tələb edir. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da dağ-mədən sənayesinin fəaliyyəti, xüsusən faydalı qazıntıların açıq üsulla istehsalı nəticəsində yer qabığının üst qatlarında dərin dəyişikliklər baş verir, bütün biogeosenotik əlaqələr pozulur. Sənaye tərəfindən pozulmuş ərazilərdə nisbətən qısa bir vaxtda insan tələbatını təmin edən yeni məhsuldar və davamlı təbii ərazi kompleksləri yaratmaq üçün insanın aktiv və məqsədyönlü iş görməsi la­zım gəlir.

Torpağın rekultivasiyası praktiki, xüsusən nəzəri ba­xımdan nisəbətən yeni istiqamət sayılır. Rekultivasiya termini faydalı qazıntılarla açıq üsulla istehsalın inkişafı ilə əlaqədar geniş yayılmışdır. Pozulmuş landşaftın rekutivasiyasınm isti­qaməti və metodları xarakterindən, regionun inkişaf vəziyyəti və perspektivindən, rekultivasiyanın xüsusiyyətindən asılıdır. Odur ki, müxtəlif ölkələrdə, hətta bir ölkənin rayonlarında re­kultivasiya işləri oranın spesifik xüsusiyyətlərinə uyğun apa­rılmalıdır.

Torpaqların rekultivasiyası adətən bir neçə ardıcıl mər­hələdə həyata keçirilir:

1. Hazırlıq mərhələsi - pozulmuş ərazinin müayinəsi və tiplərə ayrılması, texniki - işçi layihələrinin tərtibi.

171

Page 87: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

2. Ərazinin müxtəlif məqsədli istifadə üçün dağ - texniki və ya mühəndisi hazırlanması - texniki və ya dağ - texniki re­kultivasiyası.

3. Bioloji rekultivasiya və rekultivasiya olunan ərazinin məqsədyönlü istifadəsinə keçid.

Dünyada kənd təsərrüfh torpaqlarının azalması ilə əlaqədar açıq üsulla pozulmuş ərazilərin kənd təsərrüfatı məqsədləri üçün rekultivasiyası böyük əhəmiyyət kəsb edir. Bu iş yerinə yetirilərkən öncə sahə hamarlanır, üzəri 0,5 - 1,0 m münbit torpaq qatı ilə örtülür, su rejimi nizamlanır, çoxlu miqdarda gübrə verilir, növbəli bitkilər əkilir və yaxşı nəticə almır.

Faydalı qazıntıların yeraltı üsulla çıxarılması da əsasən yer səthinin çökməsi və ərazinin qeyri-filiz laylan ilə çirklən­məsi şəklində pozulur. Bu zaman səthin çökməsi dərinliyə görə müxtəlif ola bildiyindən, onların bərpa içləri də müxtəlif olur, (idman qurğuları tikilir, su hövzələri, parklar, yaşayış və sənaye tikintiləri yaşıllıq zolaqları salınır və s.).

Neft mədənlərinin tikilməsi və istismarı, neftin və duzlu lay sularının ətrafa axıdılması tez bir vaxtda torpağın deqrada­siyasına səbəb olaraq ətraf mühitə güclü təsir göstərir. Hazırda neftlə çirklənmiş torpaqlann istifadəsi üçün adi rekultivasiya tədbirləri tətbiq olunur: çirklənmiş sahə torpaqla örtülür, neft yandırılır, neftlə çirklənmiş torpaq kürünüb atılır. Rekultivasi­yanın mexaniki və fiziki metodları neft və neft məhsullarını torpaqdan tam kənarlaşdırmağa qabil deyildir.

Aqrotexniki üsulların köməyi ilə neftlə çirklənmiş torpağın öz-özünü təmizləməsi prosesini gücləndirmək olar, bu zaman təbii mikrobiosenoza daxil olan karbohidrogen oksidləşdirici mikroorqanizmlərin potensial katabolik aktivliyi yüksəlir. Neft­lə çirklənmiş torpaqlarda şaxəli kök sisteminə malik olan yon­canın və digər paxlalı bitkilərin səpilməsi karbohidrogenlərin parçalanmasının sürətlənməsinə səbəb olur.

Respublikamızda məhz torpağın çirklənməsi əsasən dağ- mədən və neft sənayesi tərəfindən baş verir. Ümumiyyətlə, xalq

172

təsərrüfatı kompleksində əmələ gələn bütün tullantıların 70%-i iqtisadiyyatın mineral xammal sektorunun payına düşür. Tul­lantıların zərərsizləşdirilməsi və onlardan istifadə olunması həm ekoloji, həm də iqtisadi cəhətdən çox sərfəlidir. Belə vəziyyətdən çıxış yolunu mütəxəssislər tullantısız və aztullantılı istehsalların yaradılmasında görürlər. Bu cür çoxprofilli müəs­sisələr hazırda fəaliyyət göstərməkdədir. Sübut olunmuşdur ki, tullantılardan istifadə olunma xərci, yeni xammalın əldə edil­məsi xərcindən 2-3 dəfə azdır.

İnsan bərk məişət tullantıları (BMT) yaratmadan yaşaya bilməz. BMT-nin miqdarı müxtəlif səbəblərlə səciyyələnir. Belə tullantılar həm xüsusi müəyyənləşdirilmiş yerlərdə, həm də icazə verilmiş qeyri-mütəşəkkil sahələrdə (zibilxanalarda) toplanır. Hazırda BMT poliqonlara daşınır ki, orada torpaqda anbarlaşdırılır, sonra minerallaşdırılır. BMT-in zərərsizləşdiril­məsi onların yandırılması metodu ilə də həyata keçirlir.

Dünyada zibilin yandırılmasından alınan bərk qalıqların istifadəsi üçün çoxlu texnologiyalar işlənib hazırlanmışdır. Məsələn, Amerikada bərk tullantılardan divar bloklar, Yaponi­yada isə alınan şlaklardan yol örtüyü kimi istifadə edilir. Bir çox ölkələrdə zibil yandıran zavodlar tikilmir, onlar qiymətli kompleks xammal kimi emal edilir.

Ümumiyyətlə, torpaqlann qiymətləndirilməsi müasir tələ­bata tam cavab verməməsi üzündən təbii şəraitdən, məhsuldar­lığından, ixtisaslaşma təmayülündən asılı olmayaraq, istər icti­mai, istərsə də özəl təsərrüfatlarda sənaye xammalı əldə etmək, yollar, kanallar, qaz, su kəmərləri çəkməklə, şəhərləri və kənd­ləri inkişaf etdirməklə, elektrik stansiyaları, su ambarları tik­məklə, yerin təkindən faydalı qazıntı xammalı çıxarmaqla tor­paqlara və bütövlükdə ətraf mühitə təsir dairəsi genişlənir. Hər kəsin torpağa münasibəti özünəməxsus səciyyələndiyi kimi, hər kəsin də onu qorumaq borcudur.

173

Page 88: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

MÖVZU 6. ƏHALİNİN ARTIMI, URBANİZASİYA, ƏRZAQ VƏ SAĞLAMLIQ PROBLEMLƏRİ

Əhali məhsuldar qüvvələrin aparıcı sahəsi olmaqla ən qiymətli kapital hesab olunur. O, istehsalla istehlak arasın­da körpü rolunu oynayır. İstehsal etdiyi məhsulun ən böyük istehlakçısı da əhalidir.

Əhalinin dinamikası onun təbii artımı, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir.

Əhalinin sayının dəyişməsinə müxtəlif amillər, zəlzələ­lər, sellər, müharibələr, aclıqlar epidemiyalar, ətraf mühitin ekoloji vəziyyəti və s. təsir göstərir.

Əgər bizim eranın əvvəlində planetin əhalisi cəmi 175 mln nəfər olmuşdursa, hal-hazırda bu rəqəm 7 mlrd-ı ötüb keçmişdir.

Diaqram 1.Əhalinin illik artımı (mln nəfər)

BMT-nin Əhali Fondunun məlumatlarına görə 2050-ci ildə dünya əhalisinin sayı 9 mlrd nəfərə çatacaqdır. Bu vaxt Hindistanda əhalinin sayı 1,5 mlrd-a çatacağı gözlənilir.

Hal-hazırda rekordsmen Çin (1,3 mlrd) ikinci yerə enecək. Bunun səbəbi dövlət tərəfindən həyata keçirilən domoqrafik siyasətdir. BMT-nin ekspertlərinin fikrincə əhali artımı əsa­sən inkişaf etməkdə olan ölkələrdə daha yüksək olacaqdır. Bu ölkələrin əhalisinin sayının 2050-ci ildə 4,8 mlrd-dan 7,8 mlrd-da çatacağı gözlənilir. Belə artım bir çox problemlərin yaranmasına: ərzaq, xammal, enerji çatışmazlığı və müxtəlif ekoloji böhranlara səbəb olacaqdır. Eyni zamanda ekspert­lər bəzi ölkələrdə əhalinin sayının azalacağını ehtimal edir­lər. Bu ölkələrə Almaniya, Rusiya, Yaponiya və s. aiddir. 2000-ci ildə Berlində keçirilmiş «Urban-XXI» beynəlxalq konfransda qeyd olunmuşdur ki, yer üzərində əhalinin çox hissəsi şəhərlərdə yaşayacaqdır. Yaxın 25 il ərzində şəhər əhalisinin sayının 5 mlrd nəfərə çatacağı, hər 5 nəfərdən 3- nün şəhərlərdə yaşayacağı gözlənilir.

Urbanizasiya prosesi - miqrasiyanın tərkib hissəsi olub, kənd əhalisinə nisbətən şəhər əhalisinin artmasıdır. Urbanizasiyanın inkişafı ümumi əhali məskunlaşmasına nisbətən şəhər əhalisinin sıxlığı ilə yanaşı, onun həyat tərzinə münasib proses kimi formalaşır. Urbanizasiyanın intensivliyi şəhərin iqtisadi, sosial, mədəni, elmi, maarif, əhaliyə xidmət sahələrinin inkişafı ilə sıx uzlaşma şəraitində baş verir.

Urbanizasiya prosesi demoqrafik artımdan sürətlə inkişaf edir. 2000-ci ildə milyonçu şəhərlərin sayı 300-ə çatmışdır. Həmin şəhərlərin yarıdan çoxunun əhalisi 3 mln nəfərdən çox olmuşdur.

Urbanizasiyanın tempi İEOÖ-də daha sürətlə gedir. Şəhər əhalisi bu qrup ölkələrdə İEÖ-ə nisbətən 4,5 dəfə artır. Dünyada şəhər əhalisinin ümumi artımının 80%-i İEOÖ-in payına düşür. İEÖ-də urbanizasiya səviyyəsi il ərzində 0,8% artırsa, İEOÖ-də bu göstərici ildə 3,6%-dir.

Şəhərlərin inkişafı ilə əlaqədar bir çox problemlər meydana çıxır. Bu problemlərə əhalinin işlə təminatı, sosial

175174

Page 89: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

səviyyəsinin pisləşməsi və onların ətraf mühitə antropogen təsirlərinin yüksəlməsi və s.-ni aid etmək olar. Bir çox şəhər­lərdə əhalinin sıxlığı optimal həddi aşaraq 3000 adam/hekta- ra çatmışdır.

Bu say daha da artmaqda davam edir vo istehsalın, energetika, kommunal təsərrüfat sahələrinin texnogen tə­sirinin artmasına səbəb olur.

Eyni zamanda sənayenin və əhalinin iri şəhərlərdə tə- mərgüzləşməsi nəticəsində ətraf mühit həddən artıq çirklənir, tarixi binalar korlanır bir çox digər istiqamətli problemlər yaranır. Müasir şəhər təkcə külli miqdarda insanların ya­şayış məntəqəsi yox, o, həmçinin ətraf mühitə təsir edərək onun dəyişməsinə səbəb olan güclü bir sistemdir. Şəhərlər meşələrdən uzaqlaşır, torpaqlar insanların istifadəsinə verilir, çayların suları şəhərlərə istiqamətləndirilərək tanın­maz hala düşür və s. proseslər gedir. Yaxın keçmişdə bu proseslərə adi və vacib bir hal kimi baxanlar hal-hazırda bunlara qarşı kəsgin mübarizə aparmağın labüdlüyünü qeyd edirlər. Şəhərlərin özünə məxsus spesifik mühiti vardır. Şəhər və ya urbanizasiya əraziləri bəzən anomal hadisə kimi qəbul edilir. Buna aşağıdakı xüsusiyətlər aiddir:

- şəhər özünəməxsus biokimyəvi əyalətdir və ərazilərdə maddələrin toplanması baş verir. Onların kimyəvi tərkibi burada olan müəssisələrin profilindən asılıdır;

- şəhərlərdə atmosferin şəffaflığı aşağı, toz və s. çox olur. Bu isə ultura-bənövşəyi şüaların yer səthinə çatmasına imkan vermir. Bəzi şəhərlərdə gün ərzində yer səthinə 500- 1500 kq/km2 toz düşür;

- eyni regionda kənd yerlərində bu göstərici 5-15 kq/km2-i keçmir;

- şəhərlər üçün havanın normadan artıq quruması səciyyəvidir. Orta enliklərdə illik temperatur ətraf ərazilərə nisbətən l-2°C-dən çox olur. Küləksiz havada bəzən gecə temperaturu ətraf ərazilərə nisbətən 6 -8 °C çox ola bilər;

176

- havanın tozlu olması su buxarının tez kondensasiya olmasına şərait yaradır. Bunun nəticəsində bəzən şəhərdə ətraf ərazilərə nisbətən 1 0 % yağıntı çox ola bilər.

- atmosferdə daha çox mikroorqanizmlər olur,atmosferin özünütəmizləmə qabiliyyəti daha aşağı olur;

- şəhərlərdə su dövranı tamamilə pozulur. Böyük ərazilər­də yağıntılar torpağa hopmur, qurunt sularının atmosfer yağın­tıları vasitəsilə qidalanması azalır;

- şəhərlərin sahilində yerləşən çay, göl və dənizlər daha çox çirklənir və bu suların özünü təmizləmə qabiliyyəti küt­ləşir;

- şəhərlər çoxlu təmiz su istehlak edir və ətraf su hövzələrinə çoxlu çirkab suları axıdır.

İri şəhərlərdə ekoloji vəziyyətin gərginliyi orada olan antropogen təsirin yüksək olması və əhalinin sıxlığı ilə əlaqə­dardır. İstehsal sahələri ilə yaşayış zonaları arasında yerləşdi­rilməsi vacib olan sanitar qoruyucu zonaların olmaması, şəhər mühitinin çirklənmə səviyyəsinin artmasına səbəb olur.Sanitar qoruyucu zolaqlar istehsalatın məhsuldarlığından və emal edilən məhsulun xüsusiyyətindən asılı olaraq 5 sinifə bölünür: birinci sinifdə istehsalatla yaşayış məntəqəsi arasında olan zolağın eni 1000 m götürülür. İkinci sinifdə 500, üçüncü sinifdə 300,dördüncü sinifdə 100 va beşinci sinifdə 50 m nəzərdə tutu­lur. Bu məsafələr yaşayış məntəqələrini istehsal tullantılarından qoruya bilmədiyi halda, onlar 3 dəfədən artıq olmamaq şərtilə müəyyən qədər artırıla bilər. Qoruyucu sanitar zolaqlarında abadlıq və yaşıllaşdırma işləri aparılmadıqda onlarin şəhərlərin çirklənmədən mühafizə səmərəsi aşağı olur.

Şəhərlərin sənaye tullantılan ilə çirklənməsinin əsas səbəb­lərindən biri də çirkləndirici müəssisələrin şəhər ətrafında yer­ləşdirilməsi zamanı hakim küləyin istiqamətinin və gücünün nəzərə aJınmamasıdır.Küləyin istiqaməti tullantıların yayılmasında, gücü isə bina və tikililərin aşınmasında öz təsirini göstərir.

177

Page 90: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Küləyin gücü və istiqaməti meteoroloji tədqiqatlar nəti­cəsində toplanan çoxillik materiallar əsasında qurulan qrafik və cədvəllərdən götürülür. Çoxillik materiallar əsasında əldə olu­nan məlumatlar həmin rayon üçün sabit hesab olunur. Küləyin istiqaməti üzrə qurulmuş qrafik onun formasına görə “külək gülü” adlandırılır.

Şəhərlərin böyüməsi, şəhər əhalisinin xüsusi çəkisinin art­ması, şəhər həyat tərzinin və şəhərlərin rolunun artması urbani­zasiya adlanır. Ölkənin urbanizasiya səviyyəsi şəhər əhalisinin xüsusi çəkisi ilə ölçülür. Urbanizasiya prosesində şəhərlərin əhalisi daha sürətlə artır, əhali və təsərrüfat iri şəhərlərdə top­lanır, şəhərlərin ərazisi genişlənir. İri şəhərlərdə yüksək ixtisaslı kadrlar kifayət qədərdir, əhalinin yaşayışı üçün daha əlverişli şərait vardır. Ona görə də təsərrüfat obyektlərinin əsas hissəsi bu məntəqələrdə cəmlənmişdir. 1950-ci ildə dünyada şəhər əha­lisi 28,9%, 1970-ci ildə 37% olmuşdur. 1990-ci ildə bu gös­tərici 45%-ə, 2011-ci ildə 47,2%-ə çatmışdır. Yer üzərində hər il şəhər əhalisi 50 mln nəfər və ya 2,6% artır. 80-ci illərin axı­rında əhalisinin sayı 1 0 0 min nəfərdən çox olan şəhərdə dünya əhalisinin 30%-i yaşamışdır. Həmin dövrdə bu qrupa daxil olan şəhərlərin sayı 2,5 mindən çox olmuşdur, 30 şəhərin əhalisi isə 5 mln nəfəri ötmüşdür.

Şəhərlər və ona yaxın ərazilər böyük antropogen təz­yiqlərə məruz qalır. Şəhərlərdə olan çoxsaylı yüksək konsen­trasiyalı toksik maddələrin mövcudluğu qarşıya cəmiyyət və mühit arasında qarşılıqlı təsirin optimallaşdırılması prob­lemini qoyur. Ətraf mühitdə yüksək miqdarda olan kimyəvi maddələrin insan orqanizmində toplanması müəyyən edilmişdir. Bu maddələr bədənin bütün orqanizmlərinə təsir edir. Burada xüsusilə artım prosesinin pozulmasına gətirib çıxaran embriotoksik, mutagen effektlərini göstərmək olar.

Havada olan kimyəvi elementlərin tədqiqi vasitəsilə şəhərin geokimyəvi strukturu öz təsdiqini tapır.

178

Şəhər əhatəsinin geokimyəvi strukturu ilə orada ya­şayan əhalinin sağlamlığının vəziyyəti arasında mühüm bir əlaqə mövcuddur.

Geokimyəvi anomaliya epimərkəzi olan sənaye şəhərlərində işləyən işçilərdə biokonsentrasiyanın miqdarı bilavasitə kimyəvi maddə ilə kontaktda olan işçilərdəkindən 2-3 dəfə az olduğu halda, şəhər gulluqçularmdakından 2-3 dəfə yüksək olur.

Geokimyəvi çirkləndirmə zonasında, həmçinin uşaq xəstəliklərinin yüksək olduğu aşkar edilmişdir. Çirkli şəhər­lərdə xəstələnmə halları «təmiz rayonlara nisbətən 40-60% artıq olur.

Şəhərlər indiki dövrdə qruplar halında yerləşərək aqlo­merasiya və ya konurbasiya əmələ gətirir. Aqlomerasiya bir və ya yaxın bir neçə məzkəzi şəhərin ətrafında kiçik şəhərlərin və qəsəbələrin yerləşməsidir. Dünyanın bəzi ölkələrində sənayenin yüksək inkişafı və əhalinin kiçik ərazidə həddən artıq toplan­ması nəticəsində bir-birinə yaxın yerləşən aqlomerasiyalar bir­ləşir, nəticədə meqapolislər əmələ gəlir. Yer üzərində artıq aşa­ğıdakı meqapolislər formalaşmışdır (cədvəl 14).

Cədvəl 14Dünyanin iri meqalopolisləri

M e q a lo p o lis la rA q lo m e ra -

s iy a la r in sa y i

Ə h a lis im ln

n əfə r

S ah əs im ln

k v .k m

Ə h a lin ins ıx lığ ı,

n ə f /k v .k m

Ə s a s ox ü z rə

u z -ğ u , km

B o s -V a ş (B o s to n - V a ş in q to n ) 4 0 45 100 4 5 0 8 0 0

Ç i-P its (Ç ik a q o - P itsb u rq ) 35 35 160 2 2 0 9 0 0

S an -san (S an -[-’ran -s is k o -S a n -D iy e q o ) 15 18 100 180 8 0 0

T o k a y d o (T o k io -O s a k a )

2 0 55 70 8 0 0 7 0 0

179

Page 91: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

İn g iltə rə ( lo n d o r)L iv e r-p u l)

3 0 30 6 0 5 0 0 4 0 0

R e y n (R a n d s ta n d -R e y n -R u r-R e y n -M ay n )

30 30 6 0 5 0 0 5 0 0

ABŞ-m şərqində yerləşən Atlantiksahili meqalopolisə (və ya Bos-Vaş) Boston, Vaşinqton, Filadelfıya, Baltimor və Nyu- York şəhərləri daxildir. Ölkə əhalisinin 1/5-i Bos-Vaş meqa- lopolisində yaşayır.

ABŞ-da böyük göllərin sahillərində Göllərətrafı (və ya Çi- Pits) meqalopolisi formalaşmışdır. Burada Çikaqo. Pitsburq, Klivlend və Detroyt kimi iri şəhərlər yerləşir.

Ölkənin qərbində sahil boyu Sakit okean sahili meqalopolis (San-San) ayrılır. San-Fransisko, San-Dieqo, San-Xose və Los- Anceles burada yerləşən əsas şəhərlərdir.

Avrasiyada üç meqalopolis əmələ gəlmişdir. Onlar Yapo­niyada olan Tokaydo meqalopolisi, Böyük Britaniyada yerləşən London və AFR-dəki Reynsahili meqalopolislərdir. Son iki meqalopolisin hər birində 30 mln nəfər əhali yaşayır.

Yrbanizasiyanin səviyyəsinə görə dünya ölkələri üç qrupa bölünür. Urbanizasiya səviyyəsi yüksək olan ölkələrdə şəhər əhalisi ümumi əhalinin 50%-dən çoxdur. İEÖ-də urbani- zasiyanin səviyyəsi orta hesabla 73%-dir. Orta urbanizasiya sə­viyyəsinə malik olan ölkələrdə şəhər əhalisi ümumi əhalinin 20-50% arasında dəyişir.

İEOÖ-də onun sayı orta hesabla 34%-dir. Urbanizasiya səviyyəsinin aşağı olduğu ölkələrdə şəhər əhalisi ümumi əha­linin 20%-dən az olur. Bu qrupa daxil olan dünyanın nisbətən zəif inkişaf etmiş ölkələrdir. Bunlar əsasən Afrikada yerləşir.

İEOÖ-də şəhərlər ərazi cəhətdən sürətlə böyüyür. Bu za­man şəhər əhalisinin sayı onun sosial-iqtisadi inkişafına nis­bətən daha yüksək templə artır, şəhərlərin ətrafında yoxsulların məhəllələri yaranır. Buna yalançı urbanizasiya deyilir. Yalançı urbanizasiyanın əsas əlamətlərindən biri də şəhər əhalisinin xüsusi çəkisinin istehsal və qeyri-istehsal sahələrində çalışan

180

iqtisadi cəhətdən fəal əhalinin xüsusi çəkisindən həddən artıq çox olmasıdır.

Son 50 ildə şəhər əhalisinin belə intensiv sürətdə artması müasir dövrdə ən ciddi proses olub, təbii ekosistemdə (mə­sələn, iqlim dəyişməsi, ərzaq, su, enerji) və s. problemlərin kəskin artmasına səbəb olmuşdur. Bu problemlər Azər­baycandan da yan keçməmişdir.

Son 100 ildə Azərbaycanın əhalisi İmin 850 nəfərdən 2012-ci ildə 9 mln 239 minə, qədər artmışdır. Əhalinin 54,1% şəhərlərdə yaşayır.

Cədvəl 15Azərbaycan Respublikasında şəhər və kənd

əhalisinin sayı (min nəfər)

illər əhalininsayı

Şəhərəhalisi

Kəndəhalisi

Əhalinin ümumi sayından %-lə

şəhər kənd2000 8 032,8 4 116,4 3 916,4 51,2 48,82005 8 447,8 4 477,6 3 969,7 52,6 47,22010 8 997,4 4 739123 4 183324 53,4 45,92012 9 239 4 8666 4 1308 54,1 46,0

Azərbaycan Respublikasında yürüdülən ekoloji siya­sətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqdisadi, əmək potensialının qorunması və təbii ehtiyatlardan sə­mərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edil­məsindən ibarətdir.

Ekoloji siyasətin prioritet istiqamətlərindən biri də zəngin təbii və əmək ehtiyatlan olan Azərbaycanda insan potensialından düzgün istifadə edərək əhalinin sağlamlığını təmin edən ekoloji mühit yaratmaqdır.

Lakin sənaye və kənd təsərrüfatının inkişafı təmin edi­lərkən, ekoloji amillərin nəzərə alınması ilə əlaqədar, öl­kənin ciddi problemlərlə üzləşməsi, respublika ərazisinin bir

181

Page 92: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

hissəsinin işğal altında qalması və insanların yaşayış yer­lərindən didərgin düşməsi, həm ətraf mühitin mühafizəsini, həm də əhalinin yerləşməsi problemini daha da çətinləşdir­mişdir.

2010-cu il fevralın 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanında keçirilən ekoloji prob­lemlərə həsr olunmuş müşavirədə hazırda 6 əsas istiqamətdə - içməli su probleminin köklü surətdə həlli, şəhər və rayonların kanalizasiya sistemlərinin ən müasir səviyyədə qurulması, ekosistemin tarazlığının qorunması məqsədilə yaşıllaşdırmanın genişləndirilməsi və meşə zolağlarının sa­lınması, atmosferin çirklənməsinin qarşısının alınması, Ab­şeron yarmadasmda torpaqların neft tullantılarından təmiz­lənməsi və məişət tullantılarının utilizasiyası kimi ekoloji problemlərin həlli istiqamətində konkret proqramların həyata keçirildiyini bildirmişdir. Urbanizasiya respublika şəhərlərinin inkişaf etalonu olmaqla iqtisadi-sosial, elmi- texniki tərəqqinin mühüm mənbəyi və ekoloji tarazlığı pozan bir proses kimidə qiymətləndirilir.

Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə dövlət qayğısı ildən-ilə artırılmaqla bərabər, bu işlərə içtimaiyyətin daha geniş cəlb olunması məqsədilə müxtəlif tədbirlər görülür. Azərbaycan Respublikasının prezidentin təşəbbüsü ilə 2010-cu ilin «Ekologiya ili» elan edilməsi də bu istiqamətdə atılan ən mühüm addımlardan biridir.

2009-cu il ölkənin bütün bölgələrində ekoloji tarazlığı bərpa etmək, əhalinin təmiz suya və təmiz havaya olan ehti­yacını ödəmək, neftlə çirklənmiş ərazidə ətraf mühitin təh­lükəsizliyini təmin etmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Hovsan aerasiya stansiyası yenidən qurularaq geniş­ləndirilmiş, 12 rayonun 122 kəndində 224 min nəfər əhalini təmiz içməli su ilə təmin edən modul tipli təmizləyici qur­

182

ğular qurulaşdırılaraq istifadəyə verilmişdir. Bakıda məişət tullantıları zavodunun tikintisinə başlanılmış, yaşıllaşdırma işləri geniş vüsət almışdır.

Ölkəmizdə və bütün dünyada şəhərlərin spesifikasının öyrənilməsi ən vacib şərtlərdən biridir. Çətinliklərdən asılı olmayaraq müxtəlif şəraitlərdə praktiki problemlərin həlli üçün şəhərin modelləşdirilməsi əsas yer tutur. Tibbdə, anatomiya və fiziologiyada, real şəraitlərdə, xəstə və sağlam insanlar üzərində, urboekuologiyada bütün informasiyalar «Ümumi şəhər» etalonunda işlənir.

Şəhərlərə müxtəlif formalı xammal məhsullarının daxil olması yeyinti, sənaye müəsissələrinin işləməsində və əhali­nin həyat tərzinin yaxşılaşdırılmasında ən mühüm məsə­lələrdən biridir. Digər xüsusiyyətlərdən ən vacibi isə əhalinin suya, ərzağa olan tələbatıdır. 1 mln əhalisi olan şəhərin gündəlik suya olan tələbatı 470 mln tondur.

Şəhərsalma fəaliyyəti əsasən respublikada bu sahə üzrə mövcud olan qanunvericilik əsasında təşkil olunur. Şəhərsalma fəaliyyəti üçün sahələr zonalara ayrıldıqda əhalinin səmərəli hə­yat fəaliyyətinin təminatı, sahələrin təbii və texnogen təsir­lərdən mühafizəsi, ətraf mühitin çirklənmədən mühafizəsi, əhali və istehsal sahələrinin vahid sahədə sıx yerləşməməsi, təbii və mədəni-tarixi sahələrin qorunması və s. əsas götürülməlidir.

Şəhər tikintilərinin aparılması zamanı aşağıdakı sahələrdə istifadə məhdudlaşdırılır:

- mədəni abidələrin, tarixi-mədəni komplekslərin və obyektlərin, şəhərətrafı qoruq zonalarının;

- xüsusi təbii qoruq sahələrinin;- su mühafizə sahələrinin və sahil mühafizə zolağının;- ekoloji təhlükəli zonaların;- mürəkkəb təbii iqlim şəraiti sahələrinin.Şəhərdə aparılan tikintilər şəhərin “Baş planf’na uyğun

aparılır. Tikinti zonalarının aşağıdakı növləri mövcuddur:- yaşayış zonası;

183

Page 93: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

- ictimai fəaliyyət zonası;- istehsalat zonası;- mühəndis və nəqliyyat infrastrukturu;- istirahət zonaları;- xüsusi təyinat zonaları;- xüsusi rejim zonaları və hərbi obyektlər.Hər bir zona altzonalara bölünə bilər. Lakin bu zaman

Respublika qanunvericiliyində ətraf mühitin mühafizəsi, tarixi abidələr və digər sahələrə qoyulmuş məhdudiyyətlər nəzərə alınmalıdır.

Yaşayış zonalarında müxtəlif mərtəbəli evlərlə yanaşı sanitar qoruyucu zona tələb olunmayan sosial, mədəni-məişət, kommunal təsərrüfat obyektlərinin yerləşdirilməsinə icazə verilir. Adətən bu obyektlər ətraf mühitə zərərli təsir (səs-küy, titrəyiş, maqnit sahəsi, radiasiya təsiri və s.) göstərməyən obyektlər hesab edilir.

İctimai fəaliyyət zonası tibbi, ticarət, mədəni, ictimai- iaşə, təhsil, elmi-tədqiqat, avtomobil dayanacaqları, maliyyə iş mərkəzləri və s. sahələrinə məxsus zonalardır.

İstehsalat zonaları sənaye, kommunal, mühəndis və nəq­liyyat infrastrukturlarından və sanitar qoruyucu zonalardan iba­rətdir.

İstirahət zonaları əhalinin istirahətini təmin edən parklar, bağlar, şəhər meşələri, çimərliklər və digər obyektlərdən iba­rətdir. Təii qoruq sahələrindən istirahət zonasi kimi istifadə etmək olar.

Xüsusi təyinat zonalarına qəbristanlıqlar, məişət tullantı­ları obyektləri aid edilir. Bu zonaların sahəsi şəhərsalma norma­tivləri əsasında müəyyən edilir.

Şəhər əhatəsində göstərilən zonaların yerləşdirilməsi, şə- hərtikintİ və şəhərsalma normativləri əsasında respublika icra orqanı və yerli idarəetmə orqanları tərəfindən müəyyən edilir.

İri şəhərlərdə nəqliyyat vasitələrinin hədsiz çox olması çirklənmə dərəcəsinin artmasına səbəb olur. Avtomobil nəqliy­

184

yatı tərəfindən atmosferə atilan çirkləndiricilərin miqdari ümumi çirkləndiricilərin 40-50%-ni, şəhərlərdə 60-80% təşkil edir. Şəhərlərdə avtomobillərin sayının kəskin artmasi ətraf mü­hitin daha çox çirklənməsinə səbəb olacaqdır. Avtomobillərin hərəkətinin sıx olduğu sahələrdə, xüsusilə mərkəzi küçələrdə tullantıların əsas tərkib hissəsi olan azot oksidi, bezn(a) piren, karbon oksidi və s. ətraf mühitə daha çox atılır.

Şəhərlərin atmosferində smoq hadisəsinin müxtəlif tull­antıların fəaliyyəti nəticəsində yarandığı məlumdur. İlk vaxtlar smoq-toz hissələri ilə duman damcılarının qarışığı kimi başa düşülürdü. Sonralar bu anlayış daha geniş məna kəsb etdi. Hazırda smoqun üç tipini ayırırlar: 1) London və ya rütubətli smoq; 2) buzlu və ya alyaska smoqu; 3) Los-Anceles və ya fo- tokimyəvi smoq.

1. London smoqu - toz hissəcikləri ilə (əsasən his, tüstü) toz və kimyəvi inqredientlərin (ilk növbədə kükürd anhidridi və karbon oksidi) qarışığı nəticəsində yaranır. Bu proses, adətən havanın temperaturu 0°C olduqda və küləksiz havada baş verir. Havanın aşağı hissəsində (qatında) zərərli maddələrin konsen- trasiyası insanların sağlamlığı üçün təhlükəli həddə çata bilir.

2. Alyaska və ya buz smoqu - havanın mənfi və sabit temperaturu ilə günəş radiasiyasinin zəif təsiri nəticəsində əmə­lə gəlir. Bu smoq qazabənzər (əsasən SO2) və bərk maddələrlə buz kristallarının qarşılıqlı təsiri nəticəsində yaranır. Bu smo­qun təsiri london smoqunun təsirinə oxşardır.

3. Los-Anceles və ya fotokimyəvi smoq - fotokimyəvi reaksiyanın təsiri ilə havanın təkrar çirklənməsi nəticəsində ya­ranır. Belə proseslər, adətən subtropiklərdə, az-az hallarda mü­layim qurşaqda yaranır. Prosesin getməsi üçün əsas kimyəvi komponent azot 2-oksididir (NO2). Ultrabənövşəyi günəş şüa­larının təsiri nəticəsində azot 2-oksidi azot oksidə (N0) çevrilir və s. ayrılan oksigen atomu havanin oksigeni ilə birləşərək ozona (O3) çevrilir.

185

Page 94: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Bütün smoqlar günəş radiasiyasinin, xüsusilə də ultrabə­növşəyi şüalarin yer səthinə düşməsinə mane olur. Onlar da öz növbəsində, bəzi zərərli maddələrin (benzopiren, karbohidrogen birləşmələri və s.) zərərsizləşməsi prosesini zəiflədir.

Qeyd etmək lazımdır ki, əksər hallarda istehsalın azal­dılması mütənasib olaraq ətrafa texnogen təsirin azalmasına sə­bəb olmur. Bu onunla izah edilir ki, istehsalçılar çox hallarda təbiətin mühafizəsi tədbirlərinin və təmizləyici qurğuların isti­fadəsini məhdudlaşdırırlar.

Zərərli maddələrin atmosferə atılmasının başlıca səbəb­lərindən biri də köhnəlmiş və ekoloji cəhətdən təhlükəli olan texnologiya və avadanlıqlardan istifadədir. Qaztəmizləyici qur­ğuların tətbiq edilməməsi və yaxud effektiv olmaması şəhər havasını çirkləndirən əsas səbəblərdən biridir.

Sənaye tullantı suları vasitəsilə şəhərətrafı təbii su mən­bələrinin çirkləndirilməsi baş verir. Tullantı suları küçə və mey­danlara çökmüş sənaye və nəqliyyat vasitələrinin tullantılarını yığaraq su hövzələrinə aparır. Şəhərlərdə mövcud olan kanali­zasiya vasitələri əksər hallarda bu növ tullantıların təmizlənmə­sini təmin edə bilmir. Şəhərlərdə yaranmış belə ekoloji vəziyyət əhalinin sağlamlığının pisləşməsinə səbəb olur. Ekoloji vəziy­yətin pisləşməsi yaşli adamlarda qan-damar, nəfəs yolları, böy­rək xəstəliklərinin artmasına səbəb olur, onkoloji xəstəlik nəti­cəsində ölüm hallarının artması baş verir. Ətraf mühitə zərərli fiziki təsir göstərən amillərdən biri də səs-küydür. Son dövrlər şəhər zonalarında on milyonlarla insan səs-küydən əziyyət çəkir.

Normal insan 16 hs-dən 20000 hs-ə qədər tezliyə malik olan səs dalğalarını qavrayır. 16 hs-ə qədər olan səs dalğaları infrasəslər, 2 0 0 0 0 hs-dən çox tezliyə malik olan dalğaları ultra səslər adlandırılır. İnfra və ultra səs dalğaları adi səs kimi eşidilmir. Bu dalğalar insan orqanizminə ehtisaz və titrəyiş kimi təsir edir. Səs-küyün insan orqanizminə təsiri onun xarakte­rindən, səviyyəsindən, təsiretmə müddətindən və insanin fərdi

186

xüsusiyyətindən asılıdır. Bu təsir mürəkkəb fizioloji proses olub, insan orqanizmində müxtəlif xroniki xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Mərkəzi əsəb sisteminin, karlığın, ürək-damar, mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsində və qanda şəkərin artmasinda səs-küyün rolu aktiv qeyd olunur. Səs-küy nisbətən çox olduqda insanin əsəb sistemini gərginləş­dirir, ona psixoloji təsir göstərir.

Qeyd etmək lazımdır ki, səs səviyyəsi 70 db yüksək ol­duqda səs-küy insana müəyyən fizioloji təsir göstərərək orqa­nizmdə müəyyən mənfi dəyişikliklərə səbəb olur. 85-90 db sə­viyyəsində olan səs-küy, ilk növbədə, insanın eşitmə orqanının həssaslığının azalmasına səbəb olur. 1 1 0 - 1 2 0 db səs səviyyəsi onun ağrı astanası adlandırılır və eşitmə orqanlarına dağıdıcı təsir edir. Müəyyən edilmişdir ki, 180-190 db səs pərçim və qaymaq birləşməsini dağıtmaq qabiliyyətinə malikdir.

Səs-küyün əsas yaranma mənbəyi nəqliyyat (avtomobil, dəmiryol və hava nəqliyyatı) və sənaye müəssisələridir. Ətraf mühitə ən çox səs-küy avtomobil nəqliyatı vasitəsilə edilir (ümumi səs-küyün 80 %-i).

Aveasiya nəqliyyatı tərəfindən yaradılan səs-küydən mil­yonlarla insan əziyyət çəkir. Müəyyən edilmişdir ki,“il-76” və “il-8 6 ” təyyarələrinin havaya qalxması zamanı aeroportdan 1 0 km məsafədə səs-küyün səviyyəsi 75 db-ə çatir. İri sənaye şə­hərlərində səs-küy kəskin ekoloji problemlərdən biri hesab olu­nur. Tədqiqatlar göstərir ki, Qərbi avropa əhalisinin yandan çox hissəsi səviyyəsi 55-70 db olan səs-küy rayonunda yaşayırlar. Uzunmüddətli səs-küyün təsiri insan ömrünün qısalmasına səbəb olur.

Məlumdur ki, elektromaqnit şüalari insan orqanizminə mənfi təsir göstərir. Yapon alimləri müəyyən etmişlər ki, radio və televiziya verici antenalar əhatəsində yaşayan əhalidə gözün mirvari suyu xəstəliyi geniş yayılmışdır. Odur ki, göstərilən sa­hələrdə şəhər əhalisinin yerləşdirilməsi sanitar norması hüdu­dunda olmalıdır.

187

Page 95: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Şəhərlərdə ekoloji təhlükəsizliyin təminatı və ətraf aləmin mühafizəsinin təşkili üçün respublikanin regional siyasəti aşa­ğıdakı istiqamətlərdən ibarət olmalıdır:

- istehsalatın hər hansi bir sahədə yerləşdirilməsinin eko­loji baxımdan əsaslandırılması;

- sənaye, kənd təsərrüfati, energetika, nəqliyyat, kommu­nal təsərrüfat sahələrinin inkişaf etdirilməsi və genişləndirilmə­sində ekoloji təhlükəsizliyin gözlənilməsi;

- təbii ehtiyatlardan səmərəli istifadə;- fövqəladə halların yaranmasının xəbərdarlığı və onların

ləğvi ilə əlaqədar tədbirlərin hazırlanması;- ərazi problemlərinin həlli zamanı ekosistemin təbii inki­

şafının təmini və nadir təbii komplekslərin bərpası;- ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahələrinin

idarə edilməsinin təkmilləşdirilməsi.Dünya əhalisinin sürətli artımı şəraitində maddi ne­

mətlərin istehsalı cəhətdən dünya əhalisinin xeyli hissəsi kor­luq çəkir. Mütəxəssislərin fikrincə dünya ərzaq çatışmaz­lığını və aclıq probleminin aradan qaldırılması üçün ərzaq məhsullarının istehsalını əvvəlki illərə nisbətən 4-5 dəfə ar­tırmaq lazımdır. Bu tədbirlərin həyata keçirilməsi üçün tor­paqların becərilməsində aqrotexnikanın son naliyyətlərin- dən geniş istifadə, ziyanvericilərə qarşı mübarizəni genişlən­dirmək, təbii və süni məhsuldarlığı artırmaq və son illərdə dünya ölkələri iqtisadi məhsuldarlığın artırılmasını qarşıya qoyurlar.

Ərzaq probleminin həllində aqrar sektorun davamlı inkişafı və kənd təsərrüfatının bütün tədbirlərinin ekologiya- laşması prinsipi həyata keçirilməlidir. Buraya torpaqların eroziyaya qarşı mübarizəsi, üzvü kübrələrin istifadəsi, aqro- meşə meliorasiya, mədəni-texniki meliorasiya, futomeliora- siya turş torpaqların əhənglənməsi, torpağa texniki təsirlərin azaldılması, torpaqqoruyucu texnologiyalara dair və bioloji metodlardan geniş istifadə olunması nəzərdə tutulmuşdur.

188

Hal-hazırda üzvü kənd təsərrüfatı dünyanın 100 ölkəsindən çoxunda inkişaf edir. 24 mln ha-dan çox torpaq­larda ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları istehsal edilir. Məsələn, qitələr üzrə bu istehsal: Avstraliyada 42%, Avropada 23%, Latın Amerikasında 24%, Şimali Amerikada 6%, Asiyada 4% və Afrikada 1% təşkil edir. Müasir dövr dünyanın iri regionlarının əhalisinin artımı ilə əlaqəli, onların antropogen fəaliyyətlərinin güclənməsi və nəticədə torpaq təminatının dinamikasının dəyişməsinə gə­tirib çıxartmışdır.

Son 20-il ərzində adambaşına becərilən torpaq sahə­ləri 0,40 ha-dan 0,24 ha, Asiyada isə 2009-cu ilin göstəricilə­rində 0,10-ha qədər azalmışdır.

Genetik modifikasiya olunmuş - transgen bitki növ­lərinin təbiətdəki analoqlarından fərqli olaraq insanların is­təyinə uyğun olaraq yaradılmış bir sıra üstünlükləri, bu növlərin təsərrüfatda sürətlə və geniş tətbiq edilməsi üçün şərait yaratmışdır.

Genetik modifikasiya olunmuş bitki növləri təbii yol­la əldə edilmiş növlə olaraq aşağıdakı xüsusiyyətlərə malik­dir:

1. Yüksək və stabil məhsuldarlıq.2. İl ərzində bir neçə dəfə məhsul vermək.3. Ziyanvericilərə qarşı yüksək davamlılığa malik

olmaq.4. Daha yüksək və aşağı temperaturlu hava şəraitinə

davamlı olmaq və s.Bundan başqa bu növlərin istehsalında qeyri-üzvi

gübrələrin, pestisidlərin və digər zəhərli maddələrin tətbiqinə ehtiyacın azalması ətraf mühitin bu maddələrlə çirklənmə­sinin qarşısının alınmasında mühüm rol oynayır. Onların tərkibində kimyəvi maddələr toplanır. Tərkiblərində top­lanmış bəzi herbisitləri parçalamaq qabiliyyətinə (xüsusi fermentlərə malik olmaları ilə əlaqədar) malikdir.

189

Page 96: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Bu xüsusiyyətləri nəzərə alaraq genetik modifikasiya olunmuş bitki növlərindən geniş istifadə olunur.

Dünyanın bütün əkin sahələrinin təqribən 20-30%-də transgen toxumlar əkilir. Onlardan alman məhsullar müx­təlif qida məhsullarının tərkibinə daxil edilir. Dünyada yetişdirilən soyanın 80%-i transgen yolla becərilir.

Bu qidalar insan orqanizmində bəzi fəsadlar törədir. Məsələn, sonsuzluq, xərçənglər, immunitet zəifliyi və s. xəs­təliklər yaradır. Belə məhsullara bir sıra dövlətlər çox eh­tiyatla yanaşırılar və bütün inkişaf etmiş ölkələrdə qida məhsullarının kefiyyəti, ekoloji təmizliyi və bioloji təhlükə­sizliyi diqqət mərkəzindədir.

Ümumdünya ticarət-təşkilatının tələblərinə görə tər­kibində (QMO-tərkibli) faizlə olması göstərilməlidir.

Ərzaq problemi dünya əhalisinin qida məhsulları ilə təminatının lazımı səviyyədə olmaması ilə əlaqədardır. Bu problem daha kəskin şəkildə İEOÖ-də durur. Afrika, cənubi və cənub-şərqi Asiyada 1 mlrd, nəfər əhali lazımı qədər qidalanmır, 500 mln nəfər aclıq çəkir.

Ərzaq probleminin yaranmasına səbəb İEOÖ-də kənd təsərrüfatının zəif inkişafı, onun birtərəfli istiqamətdə aparıl­ması və məhsullarının əsas hissəsinin ixrac edilməsidir. Müs­təmləkə dövründən qalmış miras kimi onların çoxunun kənd təsərrüfatında yalnız bir və ya bir neçə növ bitki yetişdirilir (buna monokultur təsərrüfat deyilir). Quraqlıq olan illərdə isə İEOÖ hətta bu məhsulları da toplaya bilmir. Ərzaq probleminin kəskin olduğu ölkələr zəif inkişaf etdiyinə görə, onların əhaliyə lazim olan bütün məhsulları almağa onların maliyyə imkanları yoxdur. Bu ölkələrdə kənd təsərrüfatını in­tensiv yolla inkişaf etdirmək üçün maliyyə vəsaiti və texniki vasitələr də azdır.

Ərzaq probleminin həlli üçün onun kəskin olduğu ölkə­lərdə kənd təsərrüfatının ekstensiv və intensiv yollarla aparıl­ması lazımdır. Kənd təsərrüfatının ekstensiv inkişaf yolu çoxlu

190

maliyyə vəsaiti tələb edir. Ona görə beynəlxalq maliyyə təş­kilatlarının və İEÖ-in geri qalmış ölkələrə köməyi lazımdır. Dünyada kənd təsrrüfatına yararlı olan 3,2-3,4 mlrd ha torpaq­lardan hələlik yalnız yarısı istifadə edilir. Lakin dünyanın əksər ölkələrində intensiv yol kənd təsərrüfatının əsas inkişaf isti­qaməti kimi qəbul edilir. Əkinçilik məhsullarının artımının 9/10 hissəsi bunun hesabına olur. Bir çox Asiya ölkələrində (Vyet­nam, Çin, Hindistan, İndoneziya, Tailand), Meksikada və Bra­ziliyada həyata keçirilən yaşıl inqilab ərzaq probleminin həl­lində artıq öz müsbət nəticələrini vermişdir.

İEOÖ-in geriliyinin aradan qaldırılması dünya miqyaslı problemlərdən biridir. Onlar siyasi cəhətdən müstəqil olsa da, təsərrüfatın əsas hissəsi yenə də İEÖ-in transmilli korporasiya­larından asılıdır. Bu ölkələrdə əhalinin əsas hissəsi işləyə bil­mir, savadsızdır, elm və təhsil zəif inkişaf edir. Səhiyyənin zəif inkişafı ilə əlaqədar İEOÖ-də əhali arasında ölüm halları yük­səkdir, orta ömür müddəti isə çox aşağıdır, sosial həyat şəraiti pisdir. Bu qrup ölkələrdə hər il 30-40 mln nəfər əhali, o cümlədən 15-17 mln nəfər uşaq ölür.

Dünya okeanından istifadə edilməsi problemləri onun sər­vətlərinin geniş şəkildə mənimsənilməsi ilə əlaqədar başlamış­dır. Quruda mineral-xammal ehtiyatları azaldığına, xammal və eneıji problemi kəskinləşdiyinə görə insanlar dəniz və okean­ların nemətlərindən getdikcə daha çox istifadə edir. Dənizdə dağ-mədən, kimya və energetika sənayesi obyektləri qurulur, neft-qaz hasilatı aparılır, dəmir və digər metallar çıxarılır. Eyni vaxtda okeanlarda 2-3 mln nəfər adam işləyir. Qabarma elektrik stansiyaları tikilməsi, dəniz suyunun şirinləşdirilməsi, dəniz cə­rəyanlarından istifadə edilməsi, okean suyundan ağır hidrogen (deyteriya) alınması və s. son vaxtlarda dünya okeanının mə­nimsənilməsinin əsas istiqamətləridir. Bunlar okeanların, xüsu­silə onun sahil rayonlarinin çirklənməsinə səbəb olur.

Ərzaq probleminin kəskinləşməsi nəticəsində dünya okea­nının bioloji ehtiyatlarından istifadə edilməsi genişlənir. Okean

191

Page 97: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

və dənizlər əhaliyə lazım olan ərzağin 2%-ni verir. Lakin on­ların ümumi balans ehtiyatı 150 mln tona qədərdir. Dənizlərin sahillərində süni şəkildə bitki və heyvanlar saxlanılan fermalar yaradılır. Akvakultura və marikultura təsərrüfatları insanın əldə etdiyi dəniz məhsullarının 1/10-i verir. Bu isə hər il lOmln.t dəniz məhsulu deməkdir. Akvakultura - sahillərdə süni şəkildə dəniz məhsullarının yetişdirilməsidir. Marikultura-dəniz məh­sullarının sahillərdə süni şəkildə yaradılmış mühitdə saxlanıl­masıdır. Bu məhsulların 80%-i Asiya ölkələrinin payına düşür. Akvakultura və marikultura təsərrüfatları Çində, Yaponiyada, Rusiyada, ABŞ-da daha çoxdur. Çində, Yaponiyada istridiyə (dəniz ilbizi), AB-da istridiyə və dəniz molyusku (midi), Fransa və Avstraliyada istridiyə, Aralıq dənizi ölkələrində dəniz mol­yusku, Rusiyanın Sakit okean sahillərində dəniz kələmi məh­sulu artırılır.

BCƏB-in inkişafı ilə eyni zamanda dəniz daşımalarının miqdarı da artır. İEÖ-də istehsal edilən məhsullar gətirmə xam­mallara daha çox əsaslandığına görə onun müəssisələri də­nizlərin sahillərinə doğru irəliləyir. Su hövzələrinin sahil zona­larında rekreasiya zonalari yaradılır. İnsanın dəniz və okean­larda bu istiqamətlərdə təsərrüfat fəaliyyəti ilə dəniz təsərrüfati yaradılır. Hasilat və emal sənayesi, balıqçılıq, nəqliyyat, ticarət, rekreasiya və turizm sahələrində 100 mln nəfər çalişir. Nəticədə okeanların suyu çirklənir, onların bioloji məhsuldarlığı azalır, ehtiyatlar qeyri-bərabər bölünür. Hazırda onlar dünya səviyyə­sində qlobal problem kimi özünü göstərir.

Dünya okeanından geniş istifadə edilməsi nəticəsində ya­ranmış problemlərin həll edilməsi üçün bütün dünya ölkələri tə­rəfindən onun sərvətlərindən səmərəli istifadə edilməsi zəru­ridir. Okeana atilan tullantilarin azaldılması, okeanların sərvət­lərindən kompleks istifadə edilməsi və onların qorunması va­cibdir.

192

Dünya okeanından istifadə zamanı onun özünütəmizləmə səviyyəsi saxlanmalıdır. Çünki okeanda fəaliyyət göstərən ən böyük təmizləyici sistem dalğalardır, yəni onun özüdür.

Şəhərlərdə yaşıllıq sahələrinə ağaclar, güllər və otlar əki­lən (qazon) sahələr aid edilir. Yaşıllıq sahələri şəhəri ekoloji cə­hətdən mühafizə etməklə yanaşı komfortluğu artırır və şəhərə estetik gözəllik verir.

Yaşıllıq sahələri müntəzəm və ardıcıl olmalıdır. Ümumi istifadə yaşıllıqlarına meşətipli parklar, təbiət parkları, bulvar­lar, küçə əkinləri aid edilir.

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təbiət parklarının ümumi əsasnaməsf’ndə de­yilir ki, “təbiət parklari xüsusi ekoloji və estetik dəyərə malik olan, təbiəti mühafizə və istirahət məqsədləri üçün ayrilmiş tə­biət komplekslərinin yerləşdiyi təbiəti mühafizə statuslu əra­zilərdir”.

Təbiət parklan respublika, bölgə və yerli əhəmiyyətli xü­susi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər. Yerli əhəmiyyətli təbiət parkları bütövlükdə və ya qismən, məqsədli təyinatı üzrə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icazəsinə ve­rilə bilər. Təbiət parklarının hər biri üçün hər 10 ildən bir pasport hazırlanır və bu ərazilərin pasportu Azərbaycan Res­publikasının Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınır. Hər bir təbiət parkının əsasnaməsi Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir. Parklar təbii mühiti, təbii landşaftları və rekreasiya resurslarını mühafizə edir, istirahət (rekreasiya) üçün şərait yaradır, təbiəti mühafizənin səmərəli­liyini artırır, rekreasiya şəraitində ekoloji tarazlığı qoruyur.

Təbiət parklarının ərazilərində rejim xüsusiyyətlərini nə­zərə alaraq aşağıdakı fəaliyyət zonalan müəyyən edilir:

- istirahət (rekreasiya) zonalan;193

Page 98: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

- tarixi mədəniyyət komplekslərinin və obyektlərinin mü­hafizə zonaları;

- təbiət parkının fəaliyyətini təmin edən zonalar.Təbiət parkının ərazisində onun ekoloji, istirahət və este­

tik keyfiyyətinə mənfi təsir edən, tarixi-mədəniyyət abidə­lərinin, nadir ağac və kolların abidə kimi qorunub saxlanması rejimini və həmin abidələrin varlığına təhlükə yaradan hər bir fəaliyyət qadağan edilir. Ümumi balansda şəhər yaşıllıqlarının sahəsi 70%-dən az olmamalıdır.

Şəhər yaşıllıqları şəhər havasının təmizliyinin təminatı ilə yanaşı sakinləri səs-küydən mühafizə edir. Botanika alimləri avtomobil yolları boyunca 3 cərgədən ibarət ağac əkilməsini və bu zaman səsi udan ağac növlərindən istifadə olunmasını təklif edirlər. Onların fikrincə yaşayış massivində hündürlüyü 10 m-i keçə biləcək ağaclar əkilməlidir. Bu ağaclar evləri tozdan qorumaq qabiliyyətinə də malik olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığa və­təndaşların milli və dünyavi varlığı kimi qiymət verir. Bu təşkilatın məlumatına görə əhalinin sağlamlığı 50% həyat tər­zindən, 20% genetik amildən, 10% səhiyyə təşkilatlarının işin­dən və 20% ətraf mühitin vəziyyətindən asılıdır. Bəşəriyyət ya­randığı gündən indiyədək onu əhatə edən mühitdən öz məna­feyi üçün istifadə edərək ona hər cür təsir edir. Bu vəziyyət son 50 ildə daha kəskin xarakter almışdır.

Təbii ekosistemin dəyişməsi elə sürətlə gedir ki, insan or­qanizmi onu çatdırıb adaptasiya edə bilmir və bu “orqanizm- mühit” balansının pozulmasına səbəb olur. Sağlamlıq problemi­nin qlobal xarakter daşıması digər problemlərdən əvvəl yaran­mışdır.

ETİ sürətlə inkişaf etdiyi dövrdə dünyada bir çox epide­miyalar yayılmış və bu zaman bütün bəşəriyyətin sağlamlığını qorumaq üçün səy tələb olunurdu. XIX əsrin ikinci yarısında I Paster vaksinin köməyi ilə yoluxucu xəstəliklərə tutulmamaq qabiliyyətini yaratmaq prinsipini əsaslandırdı və İ.İ.Meçniko-

194

vun ilk immunitet nəzəriyyəsi meydana gəldi. Bu elmi kəşflər qara çiçək, vəba, taun, tetanus, qızdırma kimi bir çox qorxulu yoluxucu xəstəliklərin qarşısını almağa imkan yaratdı. Lakin hələ indiyə qədər bəzi xəstəliklərə (qrip, malyariya, zöhrəvi) xəstəliklərə qarşı effektiv vaksinlər yaratmağa müvəffəq olun­mamışdır.

Aşağıdakı cədvəldə insan potensialının inkişaf indeksi (İPİİ) adambaşına düşən ümumi daxili məhsul (ÜDM) ilə əha­linin artım göstəricilərinin mütənasib olduğu göstərilir.

Cədvəl 16İnsan potesialınm inkişaf indeksi (İPİİ)

Qrupölkələr

İPİİ - 1997 Adambaşına düşən ÜDM ABŞ dolları

ilə- 1997

Əhalinin illik artım tempi %-lə

1975/1997 1997/2015

İnkişaf etmək­də olan ölkələr

0,637 3240 2,0 1,4

Zəif inkişaf etmiş ölkələr

0,430 992 2,5 2,2

MDB və Şərqi Avropa ölkələri

0,754 4243 0,5 •

Sənaye cəhət­dən inkişaf etmiş ölkələr

0,920 23741 0,6 0,3

Bütün dünya ölkələri

0,706 6332 1,6 ı,i

Əhalinin artımına son illərdə mənfi təsir göstərən amillər­dən biri də QİDS-dir (qazanılmış immunodefısit sindromu - AİDS, SPİD). 1999-cu ildə QİDS virusu ilə 5,8 mln nəfər yo­luxmuş, ölənlərin sayı 2,5 mln-nu ötmüşdür ki, bunların 80%-i Afrika qitəsinin payına düşür.

195

Page 99: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Statistikanın məlumatına əsasən XX əsrdə bir çox yeni xəstəliklər - onkoloji, SPİD, infeksion meningit, alkoqolizm, narkomaniya və s. peyda olmuşdur. Həm də bu xəstəliklər ən çox uşaq ölümü baş verən inkişaf etməkdə olan ölkələrdə geniş yayaılmışdır.

Buna səbəb inkişaf etmiş və inkişaf etməkdə olan ölkə­lərdə səhiyyənin səviyyəsində böyük uyğunsuzluğun olmasıdır. Belə ki, Həbəşistanda orta yaş həddi 45, Yaponiyada isə 80, cavan yaşlarında Hindistanda ölüm min adama 80, İsveçdə isə 4 adam düşür.

Bir çox alimlər dünyada sağlamlığın böhran həddinə çat­masını göstərir. Bu əsasən inkişaf etməkdə olan ölkələrə aiddir. Bunun səbəbi qidanın çatışmazlığı, həkimlərin azlığı, çirklən­miş sulardan istifadə, sağlamlıq adekvat xidmətinin olmaması ilə izah edilir.

Dünyada sağlamlığın böhranın əsas aspektləri demo­qrafik, sosial-iqtisadi, tibbi və fərdi əhval hesab olunur.

BMT-nin məlumatına görə dünyada olduqca yoxsul ya­şayan əhalinin sayı 1 mlrd-ı ötüb keçmişdir. Cəmiyyətin sağ­lamlığının həlli tapılmayan problemlərindən biri də ölkələr arasında və onun ölkələr daxilində qeyri-bərabər olmasıdır. İn­kişaf etməkdə olan ölkələrdə əhalinin 2/3 -dən çoxu tibb-sa- nitar xidmətlərindən məhrumdur. İnkişaf etmiş ölkələrdə əha­linin sağlamlığını təmin etmək üçün elm və texnikanın yeni nai­liyyətlərindən istifadə olunur. Lakin bu tibbi xidmətlər baha olduğundan əhalinin aşağı gəliri olan dövlətlərdə bundan istifa­də edə bilmir və nəticədə onlarda ölüm hadisəsi iki dəfə yük­sək olur.

İnsan sağlamlığını - ətraf, təbii mühit və sosial mühitin keyfiyyət kriteriyaları təyin edir.

Ətraf təbii mühitdə kəmiyyət və keyfiyyət göstəriciləri nə qədər yüksək olarsa, o qədər insan sağlamlığı təmin olunar.

196

MÖVZU 7. ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİNDƏN YARANAN İQTİSADİ ZƏRƏRİN HESABLANMASI

Məlum olduğu kimi, iqtisadi zərər - artıq yaradılmış və yaxud kəsirlə alınan nemətlərin itirilməsi, həmçinin, çirklənmənin nəticələrinin aradan qaldırılmasına çəkilən xərclərdir.

İqtisadi zərərin kəmiyyətcə qiymətləndirilməsindən ötrü 3 mühüm üsuldan istifadə edilir:

- birbaşa hesablar üsulu;- analitik üsul;- empirik və yaxud kombinələşdirmə üsulu.Çirklanmadan dayan zararin birbaşa hesablar üsulu ila

qiymatlandirilmasi birbaşa hesablar üsulunun əsasını bütün göstəricilərə (sanitar-gigiyenik amillər, təsərrüfatçılıq şəraiti, iqlim, meteoroloji xüsusiyyətlər və s.) əsasən çirklənmiş regionlara oxşar və ancaq bir çirklənmə səviyyəsilə seçilən kontrol rayonun seçilməsi tutur. Kontrol rayon minimal çirklənmə səviyyəsinə malik olmalıdır.

Sonra aşağıdakı göstəricilərə əsasən öyrənilən və kon­trol rayonlar arasındakı fərqlərin nəzərə alınması şərtilə zərər hesablanır:

- kənd təsərrüfatı məhsullarının məhsuldarlığı;- heyvanların məhsuldarlığı;- meşələrin əmtəəlik qiymətinin dəyişməsi;- xəstələnmə səviyyəsi və s.Ətraf mühitin çirklənməsindən ümumilikdə təsərrüfata

dəyən kompleks iqtisadi zərər təsərrüfatın ayrı-ayrı bölmə­ləri üzrə olan lokal zərərlərin cəmindən formalaşır. Adətən aşağıdakı lokal zərərlərin tərkibi nəzərdən keçirilir.

Z = Z ktm "t" Zmkt Z sən + Zsoh

Burada,Zktm - kənd və meşə təsərrüfatlarına,Zm kt - mənzil-kommunal təsərrüfatına,

197

Page 100: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

ZS3n - sənayeyə,Zsəh - səhiyyəyə dəyən zərərdir.Kənd və meşə təsərrüfatlarına dəyən zərər iki zərərin

cəmi kimi müəyyənləşdirilir:Zktm — Zkt + Zm

Burada,Zkt - kənd təsərrüfatına dəyən illik zərər,Zm - meşə təsərrüfatına dəyən illik zərər.Zkt-ni Zkt = Zt + Zb + Zh tənliyilə hesablamaq olar ki,

burada da,Zt - çirklənmə nəticəsində kənd təsərrüfatı

dövriyyəsindən torpaq sahələrinin çıxarılmasından;Zb - kənd təsərrüfatı bitkilərinin, bağların, üzümlük­

lərin məhsuldarlığının azaldılması nəticəsində bitkiçilik məhsullarının tam yığılmamasından;

Zh - mal-qara və quşların məhsuldarlığının azaldılması nəticəsində heyvandarlıq məhsullarının tam istehsal edilmə­məsindən dəyən zərərdir.

Zt = SXq kimi hesablana bilər ki, burada da:S - çirklənmə nəticəsində kənd təsərrüfatı

dövriyyəsindən çıxarılan torpaq sahəsidir (ha);Xq - kənd təsərrüfatı müəssisələrinin 1 ha sahəyə düşən

xalis gəlirinin orta illik miqdarıdır.

Z b = J > ÄAMh-Qt=1

kimi hesablanır. Burada,Sb-i bikt növü ilə tutulan çirklənmiş sahədir (ha);AMh - i bitki növünün məhsuldarlığının azalmasının

orta göstəricisidir (s);Q-i bitki növünün 1 s-nin satınalma qiymətidir (man.).Q-kimi pərakəndə qiymətlərdən, həmçinin, atmosferin

çirklənməsi nəticəsində istehsal həcminin azalması dəyərində

198

əlavə kənd təsərrüfatı məhsullarının istehsalına çəkilən əsas vəsait qoyuluşu və cari xərclərdən də istifadə etmək olar.

Zh - hər bir məhsuldar qrup üzrə aşağıdakı tənliklə hesablanır:

z„= £я,лM„-Q1=1

B h - i məhsuldar qrupu üzrə mal-qara və yaxud quşların sayıdır;

ДMh - natural vahidlərdə i məhsuldar qrupun məhsul­darlığın orta enmə dərəcəsidir;

Q - i məhsulu vahidinin satınalma qiymətidir.Sənaye müəssisələrinin zəhərli tullantıları tərəfindən

meşə təsərrüfatına vurulan zərər (Zmt) aşağıdakı kimi hesablanır:

Zmi = A Za + A Zoq + A ZmBurada,Za - meşələrin artımının zəifləməsi və məhvindən

alman zərərdir;Z0q - emal üçün yararlı oduncağın kəskin azalması

nəticəsində meşələrin əmtəəlik qiymətinin itirilməsindən irəli gələn zərərdir;

Zm - meşələrin sanitar məqsədli qırılması və yeni sahələrin salınmasına çəkilən əlavə xərclərdən irəli gələn zərərdir.

Məlum olduğu kimi, mənzil-kommünal təsərrüfatı bilavasitə mənzil təsərrüfatından, kommunal müəssisələri və qurğularından ibarətdir. Bütün bu obyektlər təbii cəhətdən köhnəlmədən əlavə, müəssisə tullantılarının təsirilə atmo­sferin çirklənməsi nəticəsində də əlavə olaraq köhnəlir.

Atmosferin çirklənməsi nəticəsində il ərzində mənzil- kommunal təsərrüfatına dəyən zərər Zmkt - aşağıdakı kimi hesablanır:

Zm kl = M o t + E n ' M ı + M , + M mx + M y + M Dı

199

Page 101: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Burada,Mət - şəhər ərazisinin tozdan əlavə təmizlənməsinə çə­

kilən xərclərdir;Mı - sanitar texnikasına çəkilən əlavə əsaslı vəsait qo­

yuluşudur;M t - şəhər ictimai və sanitar texnikasına çəkilən əlavə

istismar xərcləridir;M3t - mənzil fondu və digər şəhər elementlərinin əlavə

təmirinə çəkilən xərclərdir;Mmx - atmosferin çirklənməsi ilə əlaqədar göstərilən

əlavə məişət xidmətləridir;My - şəhər yaşıllıqlarına vurulan zərərdir;En - əsaslı vəsait qoyuluşu səmərəliliyinin normativ

əmsalıdır.Sənayeyə dəyən zərər aşağıdakı kimi hesablana bilər:

Zs = Znr Z s + Z xBurada,Znr - nəqliyyat, rabitə və elektrikötiirücü xətlərə dəyən

zərərdir;Zs - bilavasitə sənaye müəssisələrinə dəyən zərərdir;Zx - atmosfer tullantıları ilə birlikdə qiymətli xammal

itkisidir.Qeyd edilməlidir ki, çirklənmədən dəyən iqtisadi zərər

içərisində maksimal xüsusi çəkisilə səhiyyəyə dəyən lokal zərər daha çox seçilir. Atmosferin çirklənməsi nəticəsində səhiyyəyə il ərzində dəyən ümumi zərər (Zs.ıh) aşağıdakı kimi hesablanır:

Zsoh — Z | + Z | | + Z | | | + Z v q ö

Burada,Zı - işdən əvvəl xəstəliklərin əhaliyə vurduğu zərərdir;Z„ - iş vaxtı xəstəliklərin əhaliyə vurduğu zərərdir;Znı - işdən sonra xəstəliklərin əhaliyə vurduğu zərərdir;ZVqö - atmosferin çirklənməsi nəticəsində vaxtından

qabaq ölümdən dəyən zərərdir.

200

Eyni zamanda,1) Zj = Zjn 4- Z ib

Harada ki,Zin - məktəbəqədər yaşlı uşaqların xəstələnməsilə

əlaqədar zərərdir;Zib - məktəbyaşlı uşaqların xəstələnməsilə əlaqədar

zərərdir.Z n — X s t X am A X m g 4" Ö b

Harada ki,X,t - stasionardakı müalicəyə çəkilən xərclərdir;Xam - ambulator şəraitdə müalicəyə çəkilən xərclərdir;Xmg - valideynlərin işə çıxmaması ilə əlaqədar əmək

ehtiyatlarından tam şəkildə istifadə edilməməsi nəticəsində yol verilən milli gəlir itkisidir;

Ö b - uşaqların xəstələnməsilə əlaqədar valideynlərə ve­rilən arayışların ödənilməsindən alman xərclərdir.

2) Z„ = X t [ + a C + A * i = Ö f3) Z„, = X

Tn

4 ) Z vqö =

Harada ki, tö - minimal ölüm yaşıdır;Tn - orta təqaüd yaşıdır;P i - il ərzində bir işçi tərəfindən istehsal edilən xalis

məhsulun dəyəridir;a i - il ərzində vaxtından əvvəl ölənlərin sayıdır.Çirklənmədən dəyən zərərin hesablanmasının analitik

üsulu. Analitik üsul korrelyasiya-reqressiya təhlilinin apa­rılması yolu ilə ətraf mühitin vəziyyətilə çirklənmə səviyyəsi göstəriciləri arasındakı riyazi asılılığın alınmasına əsaslanır. Zərərin müəyyənləşdirilməsində birbaşa hesablar üsulunun tədbiqi çətinləşəndə analitik üsuldan istifadə edilir. Məsələn,

201

Page 102: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

sosial-gigiyenik meteoroloji, texniki və digər amillərin təsi­rilə eyni vaxtda çirkləndirici maddələrin təsirinin nəticələrini xüsusi ayırmaq mümkün deyildir.

İki əlamət arasındakı korrelasiya asılılığını minimal kvadratlar üsulu vasitəsilə müəyyənləşdirmək olar. Müşahi­dələrin sayı çox olan vaxt əl ilə hesablamaq çətin və səmə­rəsiz olur. Bu halda tapşırığı müvafiq tədbiqi proqramlar­dan istifadə ediləcək EHM-də hesablamaq daha məqsəd­yönlü sayılır.

Korrelyasiya asılılığının minimal kvadratlar üsulu ilə məsələnin həllini şərti nümunə əsasında həyata keçirək.

Tutaq ki, Y - kənd təsərrüfatı sahəsində məhsuldar­lığın azalmasıdır; x - kənd təsərrüfatı zonası yaxınlığında yerləşən sənaye müəssisələrindən atmosferə daxil olan kü- kürdlü anhidridin orta illik həcmidir. Mühitdəki kükürdlü anhidridin miqdarından məhsuldarlığın azalmasının asılı­lığını müəyyənləşdirmək tələb olunur. Müşahidələr 5 il üçün verilmişdir (n=5).

Bərabərlik Y = p yx+b şəklindədir, harada ki,

p _yx~ « i , - £ » 2

X 1,00 1,50 3,00 4,50 5,00y 1,25 1,40 1,50 1,75 2,25

Cədvəl tərtib edək:Cədvəl 17

X i yı 2X , V X

1,00 1,25 1,00 1,2501,50 1,40 2,25 2,1003,00 1,50 9 ,00 4,5004,50 1,75 20 ,25 7,875

5,00 2 ,2 5 25 ,00 11,250

202

5-26,975-15.8155-57,5 -1 5 2

b = 57,5 -8,15 -15 -26,975 = ̂m 62,5

Y = 0,202 + 1,024Yuxarıdakı bərabərliyə görə hesablanmış Yi-nin nə də­

rəcədə tədqiq edilən y ilə uzlaşdığını bilməkdən ötrü (Y-yi)- ni tapaq:

Cədvəl 18

Xi yı 2X , * Г У ,

1 ,0 0 1,226 1,25 -0 ,0 2 4

1,50 1,337 1,40 -0 ,0 7 3

3,00 1,630 1,50 0 ,1 3 0

4,50 1,933 1,75 0 ,8 3 0

5,00 2 ,6 3 4 2,25 -0 ,2 1 6

Cədvəldən göründüyü kimi, heç də bütün (Yi-yi) nə­ticələri kiçik olmur. Reqressiyalı analiz vasitəsilə oduncaq artımını çirklənmənin kompleks göstərici ilə əlaqələndirən reqressiya bərabərliyi alınmışdır:

OA = 46,2 - 92,8 X ; X i =/ = l

OA - oduncaq artımıdır;X - çirklənmənin kompleks göstəricisidir;C - qcyri-üzvi türş qazlar üçün УКН-nin iftar həddin

aşmasıdır. (Bərabərlik УКН-in 1-5 ifrat həddində hoqiqidir).Bu üsulla hər 1000 nəfərə düşən ümumi xəstələnmə

səviyyəsilə müəyyən xəstəlik növü və atmosferin çirklənmə səviyyəsilə müxtəlif inqrediyentlər (faktiki konscntrasiya

203

Page 103: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

göstəriciləri) arasındakı reqressiya bərabərlikləri formalaşır. Belə ki, 1000 nəfərə düşən tənəffüz orqanlarının ümumi xəstələnmə səviyyəsilə toz, CO, NO2 və SO2 ilə çirklənmə sə­viyyəsi arasındakı korrelyasiya asılılığı qurulmuşdur (R=0,71);

Sx = 162,2 = 22,4xı + 22,9x2 + 102,4x3 + 140,5x4

Harada ki,xı - tozun illik cəmləşmə səviyyəsidir (mq/m3);x2 - СО-nun orta illik cəmləşmə səviyyəsidir (mq/m3);X3 - S02-nin orta illik cəmləşmə səviyyəsidir (mq/m3);X4 - N 0 2-nin orta illik cəmləşmə səviyyəsidir (mq/m3).

Çirkləndiricilərin orta illik cəmləşmə səviyyəsini, zərəri hesablanan ərazi üçün əhalinin sayını və bir nəfərin tənəffüz orqanlarının xəstələnməsindən dəyən orta zərəri biləndən sonra həmin ərazinin təsərrüfat kompleksinin məruz qaldığı zərəri hesablamaq olar.

Qeyd edilməlidir ki, əhalinin xəstələnməsi təkcə atmo­sferin çirklənmə səviyyəsindən deyil, həm də ərazinin to­poqrafiyasından, hava temperaturundan, nisbi rütubətli- likdən, küləyin sürətindən, tibbi xidmətin səviyyəsindən, şə­hərin abadlığından və digər amillərdən də asılıdır.

Məsələn, təhlil nəticəsində aşağıdakı asılılıq alınmışdır.

Lny = 6,7469 + 0,2576 in xı + 0,1923 in x2 + 0,367 in x3 + 0,2052 in x4 - 0,4308 in X5 - 0,0923 in x6:

Burada, у - 12 yaşadək uşaqların tənəffüs orqanlarının qeyri-spesifik xəstələnməsinin gözlənilən səviyyəsidir;

xı - atmosfer havasının tozla çirklənməsidir;x2 - atmosfer havasının N 0 2 ilə çirklənməsidir;X3 - kontakt infeksiya nəticəsində uşaqların gözlənilən

xəstələnməsidir;204

X4 - havanın nisbi rütubətliyidir;X5 - küləyin sürətidir;X6 - tibbi xidmətdir.Məlum olduğu kimi, hava hövzəsinin çirklənməsi ən

çox tənəffüs orqanlarının xəstələnməsinə, o da, öz növbə­sində, ürək-damar sisteminin, mədə-bağırsaq traktının fəa­liyyətinə mənfi təsir göstərir və s. Empirik asılılıqlar üsulu vasitəsilə tənəffüs orqanları xəstəliklərilə digər orqanların xəstəlikləri arasında sıx korrelyasiya əlaqələrinin olması müəyyənləşdirilmişdir. Bunu funksional əlaqə kimi də izah etmək olar:

1 0 93— = 0,5 + - 3—- (R = 0,932)Ye YlpLnYds = 0,023LnYlo - 1,3 (R = 0,974) LnYü = 0,021 Ln Yu, - 0,36 (R = 0,979) LnYmb = 0,015 Ln Yto- 1,5 (R=0,963)

Burada,Yş - hər 1000 nəfərə düşən şiş xəstəliklərinə tutulmadır;Yio - hər 1 0 0 0 nəfərə düşən tənəffüs orqanları xəs­

təliyidir;Yds - hər 1 0 0 0 nəfərə düşən damar sisteminin xəstəlik­

lərinə tutulmadır;Yu - hər 1 0 0 0 nəfərə düşən ürək xəstəliklərinə tu­

tulmadır;Ymb - hər 1 0 0 nəfərə düşən mədə-bağırsaq traktı

xəstəliklərinə tutulmadır;Yüx - hər 1 0 0 0 nəfərə düşən ümumi xəstələnmədir.Çirklənmədən dəyən zərərin hesablanmasının empirik

üsulu. Bu üsulun əsasını əvvəl nəzərdən keçirilən üsullar va­sitəsilə hesablanan zərərlərdən alman orta xüsusi çirklən-

205

Page 104: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

mənin hesablanması təşkil edir. Burada aşağıdakı qiymət­lərin əldə olunması məqsədəuyğun sayılır:

1. Müxtəlif materiallar vahidinin istehsalı ilə əlaqədar orta xüsusi zərər (OXZ).

2. Enerji vahidinin istehsalı ilə əlaqədar OXZ.3. Müxtəlif təsərrüfat sahələrində tullanan zəhərli

maddələr vahidinin vurduğu OXZ.4. Bir nəfərin xəstələnməsindən dəyən OXZ.Praktikada ən çox əsasım atmosferə və su hövzəsinə

atılan tullantılardan dəyən orta xüsusi zərərin hesablanması təşkil edən metodikadan istifadə olunur.

Şəhərin su hövzəsinə atılan çirkləndirici qatışıqların illik miqdarından dəyən zərər

Zsu = Y bk * Çsu kimi hesablanır ki, burada da:Zsu - illik zərərdir (man/il);Y - orta xüsusi çəkidir (man/şərti ton);bk - su təsərrüfatı sahələrindən asılı olaraq müxtəlif

qiymətli rəqəmdir (konstanta);Çsu - müvafiq su təsərrüfatı sahəsinə atılan qatışıqların

illik kütləsidir (şərti ton/il).n

Çsu = УАт-тт1 = ı

n - qiymətləndirilən mənbədən su təsərrüfatı hövzəsinə atılan zəhərli maddələrin ümumi sayıdır;

А г - su hövzəsində r maddəsinin yığılmasının nisbi təhlükəli gösrəcisidir (şərti ton/ton);

m r - qiymətləndirilən г maddəsinin ümumi illik tul­lanma həcmidir (ton/il).

Çirkab suların bir-birindən fərqlənən bir neçə tip mən­bədən tullandığını nəzərə alsaq, onda ümumi kütləni tap­maq lazımdır;

10=1

206

m TV -ц/ tipli çirkab suları olan mənbədən su tutumuna düşən r maddəsinin illik həcmidir (y/ = 1,2,....n); ton/il.

m rV = C r„, -KC w - il ərzində ц/ tipli mənbədən su tutumuna

tullanan г maddəsinin cəmləşmə səviyyəsidir (q/m3);V т-у/ tipli mənbədən su tutumuna tullanan çirkab

suların illik həcmidir (min, m3/il).A r - hər bir çirkləndirici maddə üzrə

YKHt

УКН r - balıqçılıq üçün istifadə edilən sularda r mad­dəsinin yolverilən konsentrasiya həddidir.

Hava hövzəsinə atılan tullantılıran illik həcminin təsirilə alman zərərin iqtisadi qiymətləndirilməsi

Zhava = Ц/ Ç h a v a kimidir

Zhava - zərərin qiymətləndirilməsidir (man/il); y/ - konstantadır (man/şərti ton); в - müvafiq cədvəllə verilmiş kəmiyyətdir; f - atmosferdə qatışıqların ayılma səviyyəsini nəzərə

alan kəmiyyətdir;Çhava _ mənbədən tullanan çirkləndiricilərin illik həc­

midir (şərti ton/il).Aktiv çirklənmə zonası (AÇZ) üçün Ə

-Ət kimi hesablanır.

Burada,в açz - aktiv çirklənmə zonasının kəmiyyətidir;Sx - AÇS-in hissəsinin sahəsidir;Saçz- AÇZ-in ümumi sahəsidir;

207

9 a ç z У

Page 105: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

9 х - kəmiyyətin müvafiq qiymətidir.Atmosferdə yolverilən tullantılar həddinin (У TH)

hesablanması aşağıdakı kimi həyata keçirilir. Ümumiyyətlə. УТН - vahid vaxt ərzində ətraf mühitə tullanan zərərli mad­dələrin miqdarıdır.

УТН-in tədbiqinin mahiyyəti tullantıların normallaş- dırılmasındadır və müasir şəraitdə atmosferə zərərli maddə­lərin düşməsindən qaçmağın mümkün olmaması ilə izah edilir.

УТН - aşağıdakı kimi hesablanır:

УТН =ArFm>n M N

Harada ki,C ц/ - müvafiq yaşayış məntəqəsində olan ton

cəmləşməsidir (mq/m3);H - boruların hündürlüyüdür;V - vahid vaxt ərzində tutulan qazın həcmidir;A T - ətraf havada nisbətən qazların qızmasıdır;A r - əlverişsiz iqlim şəraitini və relyefin təsirini

səciyyələndirən əmsallardır (n=l);F - çökmüş qatışığın təsirini müəyyənləşdirən

əmsaldır;m,n - köməkçi parametrlərdir.

208

MÖVZU 8.TƏBİİ EHTİYATLAR, ONLARDAN İSTİFADƏNİN EKOLOJİ ASPEKTLƏRİ

Təbii resurslar cəmiyyətin tələbatının ödənilməsi üçün is­tifadə olunan təbii elementlərdir. Bunlara insan həyatı və məh­suldar qüvvələrin inkişafı üçün təbiətdə istifadə edilən və edil­məsi mümkün olan resurslar daxildir. Bu fəaliyyətdə bilavasitə iştirak etməyən, lakin maddi istehsal və qeyri-maddi istehsal sahələrində zəruri olan komponentlər vardır ki, o da təbii şərait anlayışıdır. Təbii resurs və təbii şəraitin məcmusu cəmiyyətin həyatında və fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Bu ba­xımdan, cəmiyyətlə təbiəti bilavasitə əlaqələndirən məhz təbii resurslardır. İnsanların yaşaması və həyat fəaliyyəti prosesinə təsir edən amillərdən biri təbii resursların mənimsənilməsidir.

Təbii şərait ətraf mühitin xassələrinin məcmusudur (coğ­rafi mövqe, iqlim, daxili sular, torpaq və bitki örtüyü, heyvanlar aləmi, təbii ehtiyatlar). Təbii şərait təsərrüfatın bütün sahələ­rinə, insanın həyat şəraitinə məskunlaşmasına müxtəlif dərəcə­də müsbət və ya mənfi təsir göstərir.

Təbii şərait tarixən insan fəaliyyətinin təsirinə məruz qalır və dəyişir. Təbii ehtiyatlardan isə istifadə nəticəsində onlar azalır, istifadə olunmayan torpaqlar istifadəyə verilir, eroziya güclənir, hava və su hövzələri, torpaqlar çirklənir və yararsız hala düşür, ekoloji böhran yaranır, insan təbii şəraiti yaxşılaş­dırır: səhra və yarımsəhralara su çəkir, qoruyucu meşə zolaqları salır və s. Elmi-texniki inqlab dövründə insanların texniki im­kanları daha da artdığından təbii şəraitin dəyişməsi daha sürətlə baş verir. Odur ki, bu imkanları elmi cəhətcə əsaslandırmaq və təbii müvazinəti gözləmək lazımdır.

Təbii ehtiyatlar (resurslar) - istehsalın cəlb olunaraq, onun xammal və enerji bazasını təşkil edən təbii komponent­lərdir. Təbii ehtiyatlar insanların istifadə etdikləri və edə bilə­cəkləri bütün nemətləri özündə birləşdirir. O, tükənən və tükən­məyən növlərə bölünür. Tükənməyən təbii resurslardan (Günəş,

209

Page 106: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

geotermal, külək, və s. enerjisi) istənilən qədər istifadə oluna bilər. Lakin bəşəriyyət tükənməyən təbii sərvətlərdən hələ geniş istifadə edə bilmir. Tükənən təbii resurslar bərpa olunan (tor­paq, hava, su, bitki və heyvanlar) və bərpa olunmayan (mineral sərvətlər) ehtiyatlara bölünür.

Təbii ehtiyatlardan səmərəli istifadə etmək üçün onlar tə­sərrüfata yararlılıq cəhətdən qiymətləndirilməlidir. Bunun üçün ehtiyatların cəmlənməsi; keyfiyyət tərkibi; məhsul hasilatına çəkilən xərclər; regionun məskunlaşması və mənimsənilməsi; nəqliyyat şəraiti və xərci; ətraf mühitin mühafizəsi imkanları və s. şərtlər nəzərə alınır.

Təbii resursların iqtisadi qiymətləndirilməsi - ayrı-ayn təbii resursların qiymətli və xeyirli istehlak xüsusiyyətlərinin pulla ifadəsidir və üç metodla həyata keçirilir:

xərc ( təbii resursların qiymətləndirilməsinə və onların istifadəsinə çəkilən xərclərə görə aparılır);

renta ( ayrıca təbii resurslardan alınan effektə görə qiymətləndirilmə);

- qarışıq (təbii resursların istifadəsinə görə xərclər və onlann istifadəsindən alınan effektə görə qiymətləndirilmə).

Bəşəriyyətin sosial-iqtisadi inkişafı təbii resursların istifa­dəsindən asılıdır. Təbii resursların müxtəlif növlərinə olan tələ­bat, onlann mənimsənilməsinə sərf olunan vəsait eyni deyil. Məsələn, oksigensiz 5 dəqiqə yaşaya bilmədiyimiz halda, uran- sız min illər həyat sürmüşük. Yerdən çıxarılan təbii resurslar xammal, istehsalda bir neçə dəfə şəklini dəyişmiş xammal isə iqtisadi resurs adlanır.

Cəmiyyətin inkişaf ilə bağlı təbii resurslara olan tələbat artır və təbii resurslardan daha çox istifadə edilir. Bir çox re­surslar azalır və onların tükənmək təhlükəsi yaranır. Bu da bə­şəriyyəti daha çox narahat edir.

Təbii resurslar cəmiyyətin tələbatının ödənilməsində xid­mət edən təbii elementlərdir. Təbii resursların xüsusiyyətləri­nin müxtəlifliyinə görə təsnifatı çoxdur. İstifadə olunma

210

xüsusiyyətinə görə istifadə olunan və potensial resurslar ayrılır. Potensial resurslara həm istifadə olunan, həm də hələlik isti­fadə olunmayan və ehtiyatı dəqiqləşdirilməmiş ehtiyatlar da­xildir.

Bir çox təbii resurslar (su, torpaq, mineral, meşə) çox- məqsədli istifadə xarakterinə malikdir. Aqroiqlim və rekreasiya resursları insan fəaliyyətu üçün zəruri olan təbii şərait və re­sursların məcmusudur.

Təbii resursları tərkibinə görə mineral, torpaq, su, bioloji, iqlim, geotermal və s.növlərə ayırırlar.

Müasir dövrdə təbii resurslardan qənaətlə istifadə, təkrar xammaldan istifadə (metal məmulatının 30%-dən çoxu təkrar xammala əsaslanır) vacib məsələdir. Bərpa olunan resursları artırmaq mümkündür (BƏƏ, Qatar və b.ölkələrdə meşələr salmır).

Ölkənin milli zənginliyi və iqtisadi inkişafı təkcə onun təbii resurslarının bolluluğu ilə deyil, əhalinin əmək vərdişi, zəhmətsevərliliyi, biliyi və s. ilə müəyyən edilir (Yaponiya).

Təbii sərvətlər insan cəmiyyətindən əvvəl yaranmış və in­sansız mövcud olmuşdur. İnsan təbiətdə yaşayır və inkişaf edir. Hələ İsveç alimi K.Linney (1707-1778) təbii sərvətləri üç qrupa bölmüşdür: minerallar, bitkilər, heyvanlar. Müasir elm baxı­mından təbii ehtiyatlan real və potensial, elementar (sadə) və kompleks (mürəkkəb) kimi qruplara bölürlər:

Real ehtiyatlar cəmiyyətin müəyyən inkişaf mərhələsində insanı əmək və istehsal proseslərinə cəlb edən sərvətlərdir. Mə­sələn, kömür, qaz, neft, elektrik enerjisi, balıq və başqa heyvan­ların ovu, atom enerjisindən, kosmosdan istifadə və s. Potensial sərvətlər hazırda istifadə olunmayan və ya cüzi miqdarda is­tifadə olunan sərvətlərdir. Məsələn, günəş və külək enerjisi, ay və başqa planetlərin sərvətləri, dəniz dalğalarının enerjisi və s.

Tərkibi mürəkkəb olmayan, yəni eyni tərkibli sərvətlər (oksigen, azot, günəş enerjisi və s.) sadə və ya elementar sər­

211

Page 107: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

vətlər adlanır. Kompleks və ya mürəkkəb sərvətlərə atmosfer havası, su, daş, kömür, müxtəlif filizlər və s. daxil edilir.

İnsan təbiətə təsir edərkən onun sərvətlərindən istifadə edir. Buna görə də sərvətlərin istifadə dərəcəsindən asılı olaraq onlar azala və hətta qurtara bilər. Tükənən sərvətlər də, öz növ­bəsində, bərpa olunmayan, nisbətən bərpa olunan və bərpa olunan sərvətlərə ayılır. Bərpa olunmayan sərvətlərə faydah qazıntılar, yəni daş kömür, neft, əlvan metallar və s. kimi istifa­də nəticəsində sərf olunan sərvətlər aiddir. Bu qrupa nəsli kə­silmiş heyvanlar, quşlar, bitkilər və s. bioloji obyektlər də daxil edilir.

Nisbətən bərpa olunan sərvətlərə isə yaşıl ağaclar, torpaq (torpağın münbitliyi, məhsuldarlığı, bərəkəti) və bəzi mineral xammal aiddir. Məlumat üçün qeyd edək ki, torpağın bərpası üçün uzun illər, məsələn, 300-1000 il lazımdır.

Tükənməyən sərvətlərə kosmik amillər (günəş enerjisi, su enerjisi, külək enerjisi və yer qatlarının enerjisi) aiddir.

Təbii ehtiyatların geniş təkrar istehsalını təşkil etmək, on­ların istehsalında dövrünü sürətləndirmək işində bərpa olunan ehtiyatların böyük əhəmiyyəti vardır. Bərpa olunan ehtiyatlara bioloji (meşə, təbii otlaqlar, fauna) və torpaq (münbitlik) ehti­yatlan aiddir.

İqlim elementlərindən olan günəş radiasiyası, yağıntılar, küləyin enerjisi tükənməz ehtiyatdır. Qlobal miqyasda su da tükənməz ehtiyatlardır. Lakin hər hansı bir konkret halda şirin su ehtiyatları tükənən ehtiyat qrupuna aid ola bilər.

Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar olaraq insanın təbii ehtiyatlardan istifadəsi həm kəmiyyət, həm də keyfiyyət cəhətdən şiddətlənir. Bir çox hallarda insanın təbiətə təsiri, təbii ehtiyatların azalmasına, təbii komplekslərin daxili (struktur) və ərazi əlaqələrinin pozulmasına səbəb olur.

Təbii ehtiyatlar anlayışının məzmunu, bu kateqoriyanın əhəmiyyəti və təsnifatı haqqında İ.P.Gerasimovun, Y.T.Sauşki- nin, A.M.Mintsin və b.xüsusi tədqiqatları vardır.

212

A.M.Mints qeyd edir ki, təbii ehtiyatların maddi tərkibi tarixən nisbi olmaqla cəmiyyətin nail olduğu məhsuldar qüv­vələrin inkişaf səviyyəsindən və cəmiyyətin təbiəti haqqmda elmi biliyindən asılıdır. Təbii varlıqların təbii ehtiyat kateqo­riyalarına aid edilməsi üçün əsas sərvətlər kimi aşağıdakıları nəzərə almağı məsləhət görürlər:

1. Təbii varlığın istifadəsinin texniki imkanı;2. Cəmiyyətin tələbatım ödəmək üçün bu təbii varlığın is­

tifadəsinin iqtisadi səmərəsi;3. Təbii varlığın istifadəsinin məqsədə müvafıqliyi və

xassələrinin öyrənilmə (dərketmə) səviyyəsi.A.M.Mintsin fikrincə, hazırda texniki-iqtisadi səbəblərdən

istifadə olunmayan və yaxud istifadəsi mümkün olmayan təbii varlıqlar - potensial təbii ehtiyatlardır. Buna əsasən təbii eh­tiyatların bir neçə qrupa aid edilməsi məsləhət görülür:

1. Faydalı qzıntılar (geoloji sərvətlər);2. İqlim ehtiyatları;3. Torpaq ehtiyatlan;4. Su ehtiyatları;5. Bitki ehtiyatları;6. Fauna ehtiyatları.Bu qruplardan əlavə atom enerjisi (nüvədaxili və istilik -

nüvə) və planetar enerji mənbələri: qabarma-çəkilmə, geo- metrik enerji də təbii ehtiyatlara aiddir. Təbii ehtiyatların isti­fadə formasına və istiqamətinə əsasən onların iqtisadi qruplaş­ması da (təsnifatı) aparılır, ilk növbədə iki qrup nəzərdə tutulur:1) insanlann yaşaması üçün labüd təbii varlıqlar, 2) əmək va­sitəsi mənbəyi olan təbii varlıqlar.

A.M.Mints iqtisadi təsnifatı aşağıdakı kimi izah edir:a) maddi istehsal ehtiyatları: 1) sənaye, 2) kənd təsərrü­

fatı; b) qeyri-istehsal sahəsinin ehtiyatları: 1) vasitəsiz istehsal;2) vasitəli istifadə.

Maddi istehsal ehtiyatlarından sənaye və kənd təsərrüfa­tında istifadə olunması hamıya aydındır. Qeyri-istehsal sahə­

213

Page 108: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

sinin bölmələrinə gəldikdə bilavasitə istehsal olunan ehtiyatlar qrupuna - əhalinin həyat vasitələri kimi istifadə etdiyi şeylər, vasitəli istifadə qrupuna isə təbiətin idman, istirahət, müalicə və digər məqsədlərlə istifadəsi aiddir.

Məlumdur ki, təbii vasitələr bir neçə məqsəd üçün istifadə oluna bilər. Məsələn, su içmək üçün, həmçinin, hidroenerji mənbəyi kimi, nəqliyyat vasitəsi kimi də məişətdə istifadə olunur. Meşədən oduncaq mənbəyi, istirahət yeri, otlaq, gilə­meyvə və toxum, dərman bitkiləri toplamaq və digər məqsədlər üçün istifadə olunur. Deməli, təbii ehtiyatlar istifadə formasına görə iki qrupa ayrılır: 1) ixtisaslaşdırılmış istifadə olunan eh­tiyatlar, 2) müxtəlif məqsədli istifadə olunan ehtiyatlar.

İxtisaslaşdırılmış istifadəyə misal olaraq faydalı qazıntı­ların çıxarılmasını göstərmək olar. Məlumdur ki, geoloji xidmət müəssisələrinin əsas məqsədi faydalı qazıntını çıxarmaqdan ibarətdir. Xammalın sonrakı emalı digər istehsal sahələrinin işidir.

Müxtəlif məqsədli istifadə kompleks və rəqabət xassəli olur. Kompleks istifadədə təbii ehtiyatlardan istifadə edən sahələr bir-biri ilə sıx əlaqədardır, rəqabət istifadədə isə əksinə, müxtəlif sahələrin əlaqəsi, demək olar ki, yox dərəcəsindədir. Rəqabət istifadəyə misal olaraq əkin sahələrini göstərmək olar.

Təbiətin mühüm amilləri bir-biri ilə qarşılıqlı əlaqədə və təsirdədir. Hər bir təbii ehtiyatlar növünün mühafizəsinin öz xü­susiyyəti və istifadə qaydaları vardır. Məsələn, çirkli hava kü­ləklərlə, su isə arxlarla böyük əraziyə yayılır və orada heyvan, bitki, torpaq və s.-yə mənfi təsir göstərir.

Son illərdə təbii ehtiyatları üç əsas qrupa bölməyi məs­ləhət görürlər:

1. Bərpa olunan və bərpa olunmayan sərvətlər:2. Əmələ gələn və əmələ gəlməyən sərvətlər;3. Əvəz edilən və əvəz edilməyən sərvətlər.Birinci qrupa aid sərvətlər bərpa oluna bilir və ya bərpası

mümkün deyildir. Məsələn, geoloji kəşfiyyat üsullarını və214

texnologiyanın təkmilləşdirilməsi sayəsində yeni mineral sərvət mənbəyi tapılır və yaxud tapılmır.

İkinci qrup sərvətlər öz-özünə əmələ gəlir, məsələn, bit­kilər, çaylarda su, torpaq, mineral sərvətlər.

Üçüncü qrupa aid olan sərvətlər isə əvəz edilə bilir və ya edilə bilmir. Məsələn, su-elektrik stansiyaları, atom, külək, gü­nəş enerjisi yanacağı əvəz edir.

Beləliklə, hər bir təbii sərvətin özünün xüsusiyyətləri, tətbiq sahələri, istifadə və mühafizə qaydaları mövcuddur.

XX əsrin ortalarından başlayaraq dünya əhalisinin sürətlə atması və istehsalın inkişafı ilə əlaqədar olaraq təbii rsurslardan istifadə olduqca artmışdır. Ona görə də insanla ıtraf mühit ara­sındakı münasibət, cəmiyyətlə təbiətin bir-birinə münasibəti probleminin düzgün həll olunmasına şərait yaradır.

Bəzən belə mülahizələr söylənilir ki, istehsalın sürətlə in­kişafı istər-istəməz faydalı qazıntıların, məhsuldar torpaqların, meşələrin, şirin su ehtiyatlarının və s. azalmasına gətirib çıxara­caqdır. Bununla əlaqədar, xüsusilə Qərb ölkələrində, “Təbii re­sursların tükənməsi” kimi nəzəriyyələr meydana gəlmişdir. Bu nəzəriyyənin ilk yaradıcılarından biri, ingilis alimi T.Maltus olmuşdur. Bu nəzəriyyəyə görə, insanların artımı həndəsi silsilə ilə inkişaf edir, qida məhsullarının artması isə ədəbi silsilə ilə davam edir. Bunun nəticəsində də Dünya fəlakəti baş verə bilər - aclıq, müharibələr, inqilablar, xəstəliklər və s. Belə çıxır ki, nəinki insanların artımı, hətta təbii ehtiyatlarların guya tükən­məsi üzündən istehsal da dayandırılmalıdır. Bununla heç cür razılaşmaq olmaz. Yaxın keçmişə nəzər salaq: 1930-cu ildə dünyada taxıl artımı 1909-1913-cü illərə nisbətən orta hesabla 28% çox olmuşdur, düyü artımı - 18,2%, kartof yığımı - 20,6% artıq olmuşdu. Əgər 1960-1980-ci illərdə hər hektardan 18-22 (sentner) taxıl yığılırdısa, 2000-2005-ci illərdə bu rəqəm 40-45 s-ə qədər artrılmışdır.

Hal-hazırda dünya əhalisinin sayı təxminən 7 mlrd-dan çoxdur. Onları təmin etmək üçün dünyada kifayət qədər

215

Page 109: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

resurslar və qida mənbələri mövcuddur, yalnız onlardan səmə­rəli istifadə olunmalıdır. Hesablamalar göstərir ki, yalnız okean sularında 30 mlrd t biokütlə vardır, bunun 3 mlrd t-u balıqlar və iri dəniz heyvanları, 1,5 mlrd t-u isə yosunlar və s. təşkil edir. Bu təbii ehtiyatlar 30-50 mlrd əhalini qida ilə təmin edə bilər. Dəniz və okeanların dibində və sularında 60-a qədər kimyəvi element vardır.

Dünya okeanında həll olan qızılın miqdarının hər adam­başına 1 kq-dan artıq olması hesablanmışdır.

Hər bir kiloqram okean suyunda 35 qram duz vardır. İçməli su ehtiyatı hazırda 20.000 m3 hesab edilir ki, bu da 20 mlrd əhalini təmin edə bilər.

Yuxarıda qeyd edilənlərdən aydın olur ki, kənd təsərrüfatı məhsullarının artması, yeni resursların kəşf edilməsi, günəş, su və b. enerjidən istifadə edilməsi və s. T.Maltusun yuxanda gös­tərilən nəzəriyyəsinin əsassız olmasına əyani sübutdur.

Hal-hazırda dünyada 250 növ faydalı qazıntı və 200 növə qədər qiymətli daşlar mövcuddur. Onların təsərrüfat fəaliy­yətinə cəlb olunması uzun tarixi dövr ərzində tədricən forma­laşmışdır. Lakin istehsalın sürətli inkişafı döründə təbii resurs­lardan istifadə dairəsi daha çox genişlənmiş, hətta bəzi sərvət­lərin tükənmək və azalmaq ehtimalı çoxalmışdır.

Təqribən son 50 ildə dünyada bəşəriyyətin tarix boyu isti­fadə etdiyi qədər xammal işlədilmişdir. Təbii resurslardan is­tifadə daim artdığı üçün ayrı-ayrı resurs növlərinin qiymətlən­dirilməsi vacibdir.

Təbii resursların iqtisadi cəhətdən qiymətləndirilməsinə hasilatın, emalın, daşınmanın dəyəri, kapital qoyuluşunun xüsu­si çəkisi, əmək məhsuldarlığının, səmərəliliyinin səviyyəsi və s. göstəricilər daxildir. Bu qiymətləndirmə meyarları məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar dəyişə bilər. Həmçinin, iqtisadi qiymətləndirmə ayrı-ayrı təbii resurslardan istifadənin faydalı- lığını müəyyən etməyə imkan verir.

216

Cəmiyyətin inkişafında təbii ehtiyatlann böyük əhəmiy­yəti məlumdur. Belə ki, təbii sərvətlər təkcə əmtəə istehsalının elementi kimi deyil, cəmiyyətin inkişafının elementi kimi qiy­mətləndirməlidir. Qiymətləndirmə o qədər faktiki xərclər deyil, nə qədər təbii sərvətlərin təsərrüfat üçün olan əhəmiyyətini özündə əks etdirməlidir. Özü də əmtəə-pul münasibətlərinin saxlandığı bir dövrdə qiymətləndirmə dəyər formasında özünü büruzə verməlidir.

Təbii sərvətlərin qiymətləndirilməsini tez-tez, ancaq on­lara görə olan haqla əlaqələndirirlər. Lakin bu haqqın qiymət­ləndirmənin elementi olmasına baxmayaraq, bu mənalar eyni deyildir. Belə ki, daha keyfiyyətli təbii sərvətlər istehsalat kol­lektivlərinə izafi xalis məhsul almağa imkan verirsə, onda cəmiyyət onu təbii sərvətlərə görə diferensasiyalı haqq yolu ilə almalıdır, lakin bu sərvətin qiyməti deyildir.

Təbii sərvətlərin dəyərinin qiymətləndirilməsində həm iqtisadi, həm də texniki, coğrafi, geoloji və digər amilləri nə­zərə almaq vacibdir. Təbii sərvətlərin qiymətləndirilməsində ekoloji amillər, onların bərpa və əvəz olunmaq, keyfiyyət xüsu­siyyətləri təsir göstərir. Ona görə də müxtəlif növ təbii sərvət­ləri müxtəlif cür qiymətləndirirlər. Deməli, geoloji, coğrafi, ekoloji, iqtisadi və digər qiymətləndirmə növlərini ayırmaq la­zımdır.

Təbii resurslardan səmərəli istifadə bütün dünya ölkə­lərinin başlıca problemidir. Bu, sərvətlərin tükənməsindən çox ətraf mühitin çirklənməsi ilə əlaqədardır.

Təbii resurslar bir çox sahələrə bölünür. Onlann ən başlıcası mineral resurslardır.

Mineral resursların başlıca sahəsi olan faydalı qazıntılar müasir iqtisadiyyatın başlıca istiqamətlərini müəyyən edən, həmçinin, iqtisadiyyatın inkişafını təmin edən əsas təbii ba­zadır. Faydalı qazıntılar Yer qabığında, dəniz dibində, yeraltı sularda, dəniz sularında, göllərdə olan üzvi və qeyri-üzvi təbii mineral törəmələrdir.

217

Page 110: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Təbii şəraitdə əmələ gələn və cəmiyyətin müxtəlif tələb­lərini təmin etməyə lazım olan mineral və süxurlara faydalı qazıntı deyilir. Təbiətdə faydalı qzıntılara bərk (kömür, filiz, qeyri-filiz, qiymətli daşlar və s.), maye (neft, su) və qaz halında (təbii qaz və səmt qazı) təsadüf edilir. Faydalı qazıntılardan təbii halda və ya müəyyən emaldan sonra istifadə edilir.

Faydalı qazıntını örtən və onun daxilində qat və damar şəklində olan süxurlara boş süxur deyilir. Faydalı qazıntı və ya boş süxur anlayışı nisbidir. Belə ki, ayrı-ayrı hallarda eyni bir süxur faydalı qazıntı və ya boş süxur ola bilər. Məsələn, dəmir filizini çıxarmaq məqsədilə aparılan mədən qazmasında əhəng- daşları olarsa, buna boş süxur deyilir. Xüsusi məqsəd, məsələn, tikinti üçün əhəngdaşı çıxarılarsa, onda o, faydalı qazıntı hesab olunur.

Yer təbəqəsinin bu və ya digər hissəsində təbii halda top­lanmış faydalı qazıntıya faydalı qazıntı yatağı deyilir. Yer qatlarındakı mineral xammalın miqdarına isə onun ehtiyatı deyilir. Mineral xammalın keyfiyyəti onun tərkibində olan fay­dalı komponentlərin miqdarı ilə müəyyən edilir. Bəzi faydalı komponentlərlə yanaşı mineral xammalda iştirak edən zərərli komponentlərin də miqdarını müəyyən etmək lazım gəlir. Zərərli komponentlər filizlərin zənginləşdirilməsinə və istifa­dəsinə sözsüz ki, mənfi təsir göstərir və ətraf mühitə ziyan vurur.

Faydalı qazıntı yatağını istismar etmək məqsədilə mineral xammalın minimum ehtiyatını, faydalı komponentlərin və nə­hayət, zərərli komponentlərin istismara xələl gətirməyən miq­darını müəyyən etmək lazımdır. Bu, sənaye kondisiyası ad­lanır. Kondisiya müvəqqəti kateqoriyadır. O, sənayenin mine­ral xammala olan tələbatından, xammal bazasının ölkə üzrə eh­tiyatından və bu kimi səbəblərdən asılı olaraq dəyişə bilər. Kondisiya sənaye üçün əlverişli olan ən kiçik göstəricidir. Kon­disiya göstəricilərinə əsasən kəşfiyyat zamanı faydalı qazıntı

218

yataqlarını sənaye əhəmiyyətli və hazırda sənaye əhəmiyyətli olmayan qruplara bölürlər.

Faydalı qazıntı yataqlarının kəşfi, onların çıxarılması və zınginləşdirilməsi ilə məşğul olan sənaye sahələrinə mədən sənayesi deyilir.

Faydalı qazıntılar sırasında ən başlca yer mineral yanacaq ehtiyatlarına məxsusdur. Mineral resurslar filiz (metallar) və qeyri-filiz növlərinə bölünür. Qeyri-filizlər yanacaq, kimyəvi və tikinti xammalından ibarətdir. Hər il mineral resursların istehlakı 5% artır.

Faydalı qazıntıların yerləşməsi geoloji qanunauyğunluğa tabedir. Yanacaq faydalı qazıntılar (neft, təbii qaz, kömür, torf, şist), əsasən qədim platformaların kənar və daxili əyilmələri (çökmələri) sahələrində cəmlənmişdir (İran və Mesika kör­fəzləri, Xəzər hövzəsi, Qərbi Sibir, Şimali Afrika, Şimal dənizi və s.). Filiz faydalı qazıntılar platformaların qədim kristallik qalxanlarında və geosinklinal - orogen qurşaqlarda, kimyəvi xammallar (kükürd, fosforit, kalium duzları) və tikinti mate­rialları müxtəlif tektonik zonalarda geniş yayılmışdır.

Hazırda faydalı qazıntı yataqlarının axtarışı, istisman dərininə (ehtiyatları tükənən Avropa ölkələri və ABŞ üçün səciyyəvidir) və eninə (RF-nın Asiya hissəsi, Kanadanın şimalı, Avstraliya, Braziliyanın Amazon hövzəsi, əksər İOÖ) isti­qamətində aparılır.

Mineral yanacaq ehtiyatları içərisində isə başlıca yeri kömür tutur. Dünyada kömür ehtiyatı və istifadəsi 1924-cü ildə yaradılmış və hazırda 80-dən çox ölkəni birləşdirən və dünya­nın enerji problemi ilə məşğul olan “Dünya Energetika Şurası” sessiyalarında müzakirə edilir.

Dünyada 14,8 trln t o cümlədən, 9,4 trln t daş kömür, 5,4 trln t qonur kömür ehtiyatı vardır. Dünya kömür ehtiyatının 60%-ni daş kömür, 40%-ni qonur kömür təşkil edir. Kəşf edil­miş ehtiyatlar ümumi ehtiyatın cəmi 8%-nə qədərdir. Kömür ehtiyatının 90%-dən çoxu Şimal yarımkürəsində cəmlənmişdir.

219

Page 111: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Kömür ehtiyatlarının 54%-i Asiyanın, 28%-i Şimali Ame­rikanın, 9%-i Avropanın payına düşür. Dünya ölkələri arasında daha çox kömür ehtiyatına malik MDB, ABŞ və ÇXR-dır. Ümumi ehtiyatın 80%-i bu dövlətlərin ərazisindədir. İnkişafda olan ölkələrdən Hindistan, Latın Amerikasının bir çox ölkələri də kömür ehtiyatına malikdir. Dünyanın 83 ölkəsində kömür ehtiyatı kəşf edilmişdir. Dünyanın 10 iri kömür hövzələrinə Tunqus, Lena, Kansk-Açinski, Kuzbas, Rur, Appalaç, Peçora, Taymır, Qərb, Donbas aid edilir.

Mineral resurslardan neft və qaz yanacaq istehsalında xü­susi yer tutur. Neft (102 ölkədə) və qaz (85 ölkədə) ehtiyat­larının coğrafi yerləşməsi dünya dövlətlərinin həmişə maraq dairəsində olmuşdur. Kömürdən fərqli olaraq maye və qaz ya­nacağının qiymətində hər il dəyişikliklər baş verir. Bu isə bəzi ölkələrdə yanacaq ehtiyatlarının azalması, bəzilərində isə isteh­salın mürəkkəbliyi ilə izah olunur. Məsələn, 80-ci illərin əvvəllərində neft ehtiyatı 95 mlrd t idisə, son illərdə bu rəqəm 800 mlrd t-dan çox hesablanmışdır.

Dünyada qaz ehtiyatlarının kəşfi 1980-1990-cı illərdə 35 trln m3, son illərdə isə 600 trln m3-ə çatmışdır. Yanacaq ehti­yatları kəşfinin belə göstəriciləri birinci növbədə yeni yataqlam mənimsənilməsi, ikincisi isə ümumi geoloji ehtiyatların kəşf olunub artıq istehsal astanasında dayanması ilə izah edilir. Nəti­cədə məlum olur ki, müasir dünya iqtisadiyyatında neft və qaza olan tələbat daha üstündür. Geoloq-alimlər belə hesab edirlər ki, neft və qaz yataqları 77 mln km2 sahəni, o cümlədən 48 mln km2 qurunu, 29 mln km2 şelf zonasını əhatə edir.

Çoxsaylı neft (50 min) və qaz yataqları içərisində daha əhəmiyyət kəsb edən nəhəng hövzələrdir. Həmin hövzələrin hər birində neft ehtiyatı 500 mln t-a, hətta 1 mlrd t-a, qaz isə 1 trln.m3-ə bərabərdir. Dünyada 50-yə qədər belə iri hövzə vardır. Onların yarıdan çoxu Yaxın Şərq ölkələrdində yerləşir. Dün­yada nəhəng qaz hövzələri 20-dən çoxdur ki, onlarda da ümumi

ehtiyatın 70%-i cəmlənmişdir. Bu növ hözələr əsasən MDB ölkələri üçün də xarakterikdir.

Artıq isbat edilmişdir ki, dəniz dibində olan neft ehtiyat­lan Yer kürəsindəki neft ehtiyatlarının təxminən 50%-ni təşkil edir. Dəniz və okeanların dibindən hər il 700 mln t neft çıxarılır, bu isə dünyada istehsal edilən neftin təxminən 30%- i qədərdir. Dənizin dibindən hər il 300 mlrd m3-dən artıq qaz çıxanlır və s.

Məlumdur ki, neft yataqlarının kəşfi və işlənməsi zamanı kimyəvi birləşmələrin tətbiqi ilə aparılan müxtəlif əməliyyatlar dənizi çirkləndirən mənbələr rolunu oynayır. Bu hal xüsusilə quyuların qazılması prosesinə aid edilir. Quruda qazılan və istismar olunan neft quyuları da torpağı çirkləndirən əsas mən- bələrdəndir. Quyuların qazılması zamanı hər bir buruq sutka ərzində 100-120 m3 su işlədir. Adətən quyu ətrafında kifayət həcmdə gil, yağlayıcı maddələr, kimyəvi reagentlər, qazılmış süxurlar və s. ilə çirklənmiş su yığnağına rast gəlmək olur. Bu sular tullantı sulan adlandırılır. Neft və qaz quyularının istis­marı, təmiri, neft və qazın yığılması və nəqli zamanı ətraf mü­hitin çirklənməsi baş verir. Quyularm istismarı zamanı hasila­tın sabit sazlanması və ya artırılması üçün ardıcıl olaraq quyu­larda müxtəlif geoloji texniki tədbirlər həyata keçirilir. Bu əmə- liyyatlann yerinə yetirilməsi zamanı da ətraf mühitin çirk­lənməsi baş verə bilər. Qeyd etmək lazımdır ki, ətraf mühitin çirklənməsi yer üzərinə neftin təbii olaraq öz-özunə axması nə­ticəsində də baş verir. Bu hala Cənubi Kaliforniyada, Karib dənizində, Meksika və İran körfəzlərində, Azərbaycan və Komidə rast gəlmək olar.

Neft və qazın çıxarılması, hazırlanması, nəqli və saxlanıl­ması zamanı boru birləşmələrindən, siyirtmə və kipgəclərdən sızma ətraf mühiti çirkləndirən potensial mənbə sayılır. Eləcə də neft və qaz boru kəmərləri də ətraf mühitin çirkləndirilməsi üçün təhlükəli sayılır. Müəyyən edilib ki, kəmərdən axan 2 t neft 1000 m2 torpaq sahəsini əkinə yararsız edir.

220 221

Page 112: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Müşahidələr nəticəsində məlum olmuşdur ki, ümumiy­yətlə, faydalı qazıntıların istismarı və emalı zamanı hər il ətraf mühitə milyardlarla ton bərk tullantı atılmasına baxmayaraq, onlardan yalnız 10-12%-i istifadə olunur.

Yer kürəsində uran da geniş yayılmışdır. Onun potensial ehtiyatı 10 mln t hesablanmışdır. Tərkibində 0,1% uran olan ya­taqların mənimsənilməsi iqtisadi cəhətdən səmərəli hesab olu­nur. 1 kq uran xammalının istehsalı 80 ABŞ dollarına başa gəlir. Atom enerjisi üzrə beynəlxalq agentliyin məlumatına görə yu­xarıda göstərilən qiymətlə uzlaşan uran ehtiyatı 1,6 ml.t-a qə- dərdir. Bu baxımdan, zəngin ehtiyata malik birinci yeddi dövlət bunlardır: Avstraliya, CAR, Niger, Braziliya, Kanada, ABŞ və Namibiya. Hesablamalara əsasən ümumi ehtiyatın 2/3-si Qərbin inkişaf etmiş dövlətlərinin, 1/3-i isə inkişafda olan ölkələrin payına düşür. MDB dövlətləri içərisində uran istehsalı və ixracına görə Rusiya Federasiyası fərqlənir. Ümumiyyətlə, dünyanın urana olan tələbatı tam ödənilir.

Litosfer nəinki mineral yanacaqlarla, eləcə də alternativ enerji mənbəyi ilə, yəni geotermal enerji ilə zəngindir. Geo­termal enerji mənbələri iki tipə bölünür. Birinci tip yeraltı təbii istilik mənbələrini - qaynar suları, buxar və ya buxar-su qarışığını özündə birləşdirir. İsti sular və ya buxar birbaşa isti­fadə oluna bilən enerji mənbələridir. Əlverişli təbii şəraitdə geotermal sistemlər, ənənəvi yolla alınan enerjidən 2,0-2.5 dəfə ucuz başa gələn enerji istehsal etməyə imkan verər. Yaponiyada XXI əsrin əvvəllərində geotermal elektrik stansiyasının gücünün 50 mln kvt saat, ABŞ-da 400 mln kvt saata çatdırmaq nəzərdə tutulmuşdur.

İkinci tip - dağ süxurlarının daxili istiliyidir. Həmin sü­xurlara böyük təzyiq altında su vurularsa onlardan alınan bu­xardan istilik enerjisi kimi də istifadə etmək olur.

Hər iki variantın istifadəsinin ümumi çatışmazlığı geoter- mik enerjinin zəif konsentrasiyasından irəli gəlir. O ərazilərdə ki, belə isti mənbələr yer səthinə yaxın yerləşir və temperaturu

222

30-40°C-ə bərabər olur, onlardan təsərrüfatda istifadə edilməsi üçün şərait yaranır.

İsti su mənbələrindən istifadə olunması onların temperatu­rundan əsaslı surətdə asılıdır. Qeyd etmək lazımdır ki, geo­termal enerji dörd fərqləndirici xüsusiyyətə malikdir. Birinci, o, tükənməyən sərvətlər qrupuna daxildir. Ötən əsrin 70-ci illə­rinin hesablamalarına əsasən 10 m dərinliyə qədər onların eh­tiyatı ənənəvi yanacaq ehtiyatlarından 3,5 min dəfə artqdır. Ona görə də bəzi tədqiqatçılar hətta 5 km dərinlikdə belə geotermal enerji ehtiyatlarının həddən artıq çox olduğunu göstərirlər, ikin­cisi, geotermal enerji mənbələri çox geniş yayılmışdır. Onun yerləşməsi əsasən Yer kürəsi sahəsinin 1/10-ni əhatə edən aktiv seysmik və vulkanik zona ilə əlaqədardır. Bu zona içərisində daha perspektivli “geotermal rayonlar”, ayırmaq mümkündür. Belə mənbələrə İslandiya, Rusiya (Kamçatka), ABŞ, İtaliya, Meksika, Yeni Zelandiya qeyzerləri, Qafqaz və Krımın isti suları misal ola bilər. İslandiyada geotermal resurslardan geniş miqyasda istifadə edilir. Kamçatka, İslandiya, Yeni Zelandiya, Yaponiyada geotermal elektrik stansiyaları (GeoES) fəaliyyət göstərir. Təkcə keçmiş SSRİ-də 50-yə qədər yeraltı isti su mənbələri aşkar edilmişdir. Üçüncüsü, geotermal enerji böyük vəsait qoyuluşu tələb etmir. Çünki yer təkindən çıxan və ya çı­xarılan bu mənbələr artıq təbiət tərəfindən istifadəyə yararlı və­ziyyətə gətirilmişdir. Dördüncüsü, geotermal enerji ekoloji cə­hətdən tam zərərsiz olmaqla bərabər ətraf mühiti çirkləndirmir.

Torpaq resursları (fondu) təqribən Yer kürəsinin quru hissəsinin sahəsinə bərabərdir. Torpaq fondunun yalnız 1/3 his­səsi kənd təsərrüfatına yararlıdır. Becərilən torpaq sahələri isə ümumi torpaq fondunun 11%-ni təşkil edir və əsasən, meşə, meşə-çöl, çöl zonalarında yerləşir. Otlaq və çəmənliklər ümu­mi torpaq fondunun 24%-ni, meşə və kolluqlar, az yararlı və yararsız sahələr isə yerdə qalanını təşkil edir. Əkin üçün ya­rarsız sahələrə Antraktida, Qrenlandiya, ABŞ (Alyaska), Rusiya

223

Page 113: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

və Kanadanın şimal, Böyük Səhra, Avstraliyanın daxili səh­raları, Amazon ovalığı və s. aiddir.

Dünya torpaq fondunun ümumi sahəsi 149 mln km2 və ya 14,9 mlrd ha-dır. Antraktida və Qrenlandiya sahələrini nəzərə almasaq bu 135 mln kv km və ya 13,5 mlrd ha-a çatır. Ayrı-ayn regionlar içərisində torpaq fondunun böyüklüyünə görə fərq­lənən ərazilər Afrika, MDB, Xarici Asiya, Şimali və Cənubi Amerikadır.

Torpaq fondunun strukturu bir o qədər də əlverişli deyil­dir. Torpaq resurslarını mənimsəyən və ondan istifadə edən insanlar planetimizin torpaq fondunun strukturuna təsir etmiş, onu tədricən dəyişmişlər. Bu, ilk növbədə, əkilən torpaqların genişlənməsi, otlaq və meşə sahələrinin sıxışdırılması ilə izah olunur. Dünya torpaq fondunun 11%-i becərilir. MDB, Afrika və Şimali Amerikada bu göstərici orta dünya səviyyəsində, xarici Avropa və Okeaniyada qusmən yüksək səviyyə ilə xa­rakterizə olunur. Onu da qeyd etmək lazımdır ki, ABŞ (190 min ha.), Hindistan (166 min ha), Rusiya Federasiyası (130 min ha), ÇXR (93 min ha), Kanada (46 min ha), Qazaxıstan (35 min ha), Ukrayna (34 min ha) daha çox becərilən torpaq sahələrinə ma­likdir.

Təbii çəmənlik və otlaq sahələri Xarici Avropa müstəsna olmaqla bütün dünya regionlarında becərilən torpaqlardan üstünlük təşkil edir və hətta Avstraliyada bu 10 dəfə artıqdır. Həmçinin, MDB-də, Xarici Avropada, Şimali Amerikada meşə otlaqları böyük sahələri, Cənubi Amerikada isə ərazinin təx­minən yarısını tutur. Yaşayış məntəqləri, sənaye və nəqliyyatın altında olan torpaqlar həm dünya üzrə və həm də regionlar üzrə 1-2% arasında tərəddüd edir. Təkcə Xarici Avropa və Şimali Amerikada bu göstərici bir qədər yüksəkdir.

Dünya torpaq fondunun başlıca problemi kənd təsərrüfa­tına yararlı torpaqların deqradasiyasıdır. Torpaqların deqradasi­yasına onların eroziyası, çirklənməsi, məhsuldarlığın azalması, şoranlaşma, bataqlaşma, yaşayış məntəqələri və s. aid edilir.

224

Bəzi hesablamalara görə bəşəriyyət artıq buna görə 2 mlrd ha məhsuldar torpaq sahəsini itirmişdir. Təkcə eroziya səbəbindən nəinki geridə qalmış, hətta geniş torpaqlara malik iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə 607 mln ha kənd təsərrüfatı torpaqları dövriyyədən çıxmışdır. Şoranlaşma və bataqlaşma səbəbindən isə hər il 15 mln ha torpaqlar yararsız vəziyyətə düşür.

Göstərilən neqativ hallar adambaşına düşən becərilən tor­paq sahələrinin kəskin azalmasına səbəb olur.

Ümumiyyətlə, dünya üzrə bu göstərici yüksək olaraq indi də qalmaqdadır. ÇXR və Misirdə bu göstərici (müvafiq olaraq 0,09 və 0,05 ha) daha kəskin şəkil almışdır.

Bir çox ölkələrdə torpaq fondunun saxlanılması və onun strukturunun yaxşılaşdırılması üçün müəyyən tədbirlər görülür. Regional və qlobal aspektdə bu tədbirlərin həlli BMT ixtisas­laşmış orqanlarında - YUNESKO-nun təhsil, elm və mədəniy­yət bölmələrində, eləcə də ərzaq və kənd təsərrüfatı təşkilatla­rında araşdırılır.

Dünyanın quru hissəsinin 55%-nin mənimsənilməsinə baxmayaraq torpaq resurslarının çatışmazlığı hər yerdə nəzərə çarpır. Torpaq çatışmazlığının aradan qaldırılmasının ən mü­nasib yolu yeni ərazilərin mənimsənilməsidir. Lakin bu çox böyük vəsait tələb edir. Ərazisi böyük olan ölkələrdə yeni tor­paqlardan istifadə etmək münasibdir. Məsələn, Kanada, Av- starliya, Braziliya və s. ölkələrdə olduğu kimi.

Mənimsənilməsi çox da xərc tələb etməyən torpaq eh­tiyatları dünyanın quru hissəsinin təxminən 6%-ni, mənimsə­nilməsi olduqca böyük vəsait tələb edən sahələr isə 25% təşkil edir.

Şumluq torpaqların azalmasının qarşısını almaq üçün əkinçilik mədəniyyətini yüksəltmək, rekultivasiya işlərini ge­nişləndirmək, çoxmərtəbəli binalar tikmək, sahil ölkələrdə süni ada-şəhərlər salmaq və s. tədbirləri həyata keçirmək lazımdır. Məsələn, Niderlandın sahəsi Şimal dənizinin şelf zonasının

225

Page 114: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

hesabına 1927-ci ildən bəri 40% artmışdır. Buna bənzər işlər Yaponiya, Belçika, Fransa, Sinqapur, Bəhreyn, Qatar və s. ölkələrdə aparılır.

Səhralaşma ekoloji problem kimi Yer kürəsində hələ in­san cəmiyyətinin formalaşdığı dövrdən əvvəl də mövcud ol­muşdur. Hal-hazırda dünyanın 1/3-ni tutan arid qurşaqda 8 mln km2 sahəni səhralar tutur. Şimali Afrika və Asiyanın səhraları 11 min km məsafədə uzanan vahid enli zonanı təşkil edir. Bu sahənin yarıya qədəri dünyanın böyük səhrası sayılan Saxaranm payına düşür. Həmin zonaya 300 mln ha sahəni tutan (ərazinin 15%) MDB-nin arid sahəsi də daxildir.

Hazırda da məhsuldar torpaqların səhralara çevrilməsi prosesi davam edir. Səhralaşmanın davam etməsinin başlıca amillərindən biri insan fəaliyyətidir. Antropogen təsirə ilk növ­bədə, meşələrin qırılması, torpaqlardan düzgün istifadə edilmə­məsi, heyvandarlıqda torpaqlardan səmərəsiz istifadə olunması və s. daxildir. Demək olar ki, Mərkəzi Avropada 1 ha məh­suldar otlaq 3-5 ev heyvanının yemlənməsinə xidmət etdiyi halda, Səudiyyə Ərəbistanında 50-60 ha səhra otlaqları 1 hey­vanın yemlənməsinə xidmət edir.

Alimlər hesablamışlar ki, antropogen təsirdən yaranmış səhralar 9 mln km2-ə (900 mln ha) çatmış və planetin torpaq fondunun 6,7%-ni təşkil edir. Bundan başqa, 60 ölkənin ərazi­sini tutan 30-40 mln km2 sahə səhralaşma təhlükəsi qarşı­sındadır. Ona görə də səhralaşma prosesi dünyanın qlobal prob­lemlərindən biri hesab olunur. Dünyanın arid və yarim arid rayonlarında 850 mln nəfərdən çox əhali məskunlaşmışdır.

Yer kürəsinin su balansının qiymətləndirilməsi, su təmi­natı, suya təlabat, su problemlərinin həlli bir çox coğrafi tədqiqatlarda xüsusi yer tutmuşdur.

Su resursları. Su coğrafi təbəqədə ən geniş yayılmış komponent olsa da, onun cəmi 3%-i (daha dəqiq 2,53%) içmək üçün yararlı şirin sudur. Şirin su ehtiyatının əksər hissəsi is­tifadə üçün əlçatmaz buzlaqlardadır (Antarktida, Qrenlandiya).

226

Çaylarda toplanan içməli su qeyri-bərabət paylanmışdır. Əha­linin daha çox məskunlaşdığı kənd təsərrüfatı və sənaye böl­gələrində şirin su ehtiyatının 40%-dən azı yerləşir. Qurunun 1/3-ni tutan arid zonalar içməli sudan daha çox korluq çəkirlər. Soyuq şimal və rütubətli ekvatorial ərazilərdə isə su istifadə olunmadan okeana axır.

Hesablamalara görə Yer kürəsinin ümumi su ehtiyatı 1386 mln km3-dir. Şirin səth sularının həcmi 35 mln km3 həc­mində qiymətləndirilir. Hər nəfərə dünyada 230 mln m3 su dü­şür. Lakin, ümumi ehtiyatın 96,4%-i Dünya okeanının duzlu sularının payına düşdüyü üçün su problemi həmişə mövcud olub və yenə də mövcuddur. Hazırda dünyanın bir çox ölkələ­rində, xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə su ilə təmin olunmada kəskin və mühüm sosial-iqtisadi problemlər vardır. İndi əsrin əvvəlinə nisbətən sənaye və kənd təsərrüfa­tında daha çox su işlədilir. Suyun tükənməyən sərvətlərə aid edilməsinə baxmayaraq o, dünyada qeyri-bərabər paylanmışdır.

Çay axınları ayrı-ayrı regionlar üzrə - Avropa -3110, Asiya -13190, Afrika- 4225, Şimali Amerika - 5960, Cənubi Amerika-10380, Avstraliya -1965 km3/il təşkil edir. Ölkə üzrə axım göstəricilərinə görə birinci yeri ərazisində dünyanın ən böyük çayı olan Braziliya tutur (10 min km3).

İkinci yeri (4,7 min km3) MDB dövlətləri tutur. Bunların içərisində Rusiya Federasiyası, Qazaxıstan, Gürcüstan və Ta­cikistan adambaşına düşən su ehtiyatına görə fərqlənir.

İstehlakçının suya təlabatınm göstəricilərini də müəyyən­ləşdirmək çox vacib məsələdir. Dünyada suyun əsas istehlakçısı kənd təsərrüfatı olmuş və yenə də qalmaqdadır (70%). İkinci yeri sənaye (20%), üçüncü yeri məişət təsərrüfatı (10%) tutur.

Əsrimizin sonunda sürətlə inkişaf edən şəhərlərin, sə­nayenin və kənd təsərrüfatının su təminatı müəyyən texniki-iq­tisadi və ekoloji çətinliklərlə rastlaşır. Təbii resursların çirklən­məsinin əsas mənbələri qara və əlvan metallurgiya müəssi­sələri, kimya, neft, qaz, daş kömür, sellüloz-kağız sənayeləri,

227

Page 115: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

kənd təsərrüfatı (əkinçilik və intensiv heyvandarlıq) və kom­munal təsərrüfatı hesab olunur.

Dünyada xəstəliklərin 80%-i içməli suyun kifayət qədər keyfiyyətli olmaması ilə bağlıdır. Su mühitinin deqredasiyası geniş vüsət almışdır. Hazırda dünya əhalisinin 1,4 mlrd nəfəri məişətdə çirklənmiş sudan istifadə etdiyindən epidemik xəs­təliklərlə xəstələnir.

Təbii suların əsas çirkləndirici göstəriciləri aşağıda­kılardır:

- Oksigenin biokimyəvi sərfi göstəricisi. Göstərici çox olduqda çirkləndirici maddələr də daha çox olur və suyun key­fiyyəti bir o qədər pisləşir.

- Suda mikroorqanizmlərin olması. Onun göstəricisi ba­ğırsaq bakteriyaları (kalititr) miqdarıdır.

- Suda ammonyakın, nitratların , nitritlərin, neft və neft məhsullarının, fenolun, sintetik səthi-aktiv maddələrin, ağır metalların miqdarı və s.

Rio-de-Janeyroda (iyun, 1991) BMT-nin konfransında əhalinin keyfiyyətli içməli su ilə təmin olunması problemi bəşəriyyətin dayanıqlı inkişaf strategiyasında hakim mövqe təyin olundu. Təbiətin mühafizəsi strategiyasında qeyd edilir ki, planetar miqyasda bəşəriyyətin sağlamlığı istifadə olunan şirin suyun keyfiyyətindən asılıdır.

Bir çox ölkələrin iri şəhərləri üçün “su aclığı” artıq xarak­terikdir. Məsələn, Mexico, Paris, Tokio, Nyu-York, Qahirə və s. şəhərlərdə “su qıtlığı” mühüm problemə çevrilmişdir. Səna­yenin kənd təsərrüfatının inkişafı, əhalinin sayının artımı su is- tehlakım artırır, başqa bir tərəfdən, hidrosferin çirklənməsi “su aclığı” problemi yaradır. Bu problemin həlli yollar:

- sudan qənaətlə istifadə, çirkab (işlənmiş) suların su höv­zələrinə axıdılmasının qarşısının alınması;

- dəniz suyunun şirinləşdirilməsi (Səudiyyə Ərəbistanı. BƏƏ, Küveyt, Bəhreyn, Türkmənistan, Qazaxıstan, Yaponiya, Avstraliya İttifaqı və s.);

- çay sularının bir bölgədən digərinə yönəldilməsi;- aysberqlərdən istifadə edilməsi;- su anbarlarının tikilməsi;- sənaye və energetikada qapalı su dövriyyəsinin

yaradılması və s.İnsanın gündəlik su tələbatı minimum 2 1-dır. Sənaye və

məişət tələbatı daxil olmaqla İEÖ-də sutkalıq su istehlakı 200- 300 1-dir (iri şəhərlərdə 400-500).

Dünyada mövcud olan su anbarlarının sayı 16 min, onların ümumi sahəsi 400000 km2-dir.

Regionların su təminatının yaxşılaşdırılması üçün su anbarlarının tikintisi böyük əhəmiyyət kəsb edir. Su anbar­larının tikilməsi, əsasən İkinci Dünya müharibəsindən sonra daha da artmışdır. Dünyada təkcə son 30 ildə su anbarlarının sayı 4 dəfə, ümumi həcmi isə 10 dəfədən çox artmışdır (o cüm­lədən, Latın Amerikası ölkələri, Asiya və Afrikada 35-90 dəfə). Hal-hazırda planetimizdə 60 mindən çox su anbarları istifadəyə verilmişdir.

Üç kateqoriyadan ibarət müəyyən olunmuş hidroenerji potensialı mövcuddur (nəzəri, texniki və iqtisadi).

Nəzəri potensialı müəyyən etmək üçün bütün yerüstü axım hesablanır - 46 min km3/il. Nəzərə alsaq ki, qurunun orta hündürlüyü 800 m-dir, onda ümumi hidropotensial 1,0 mlrd.kvt gücündə və elektrik enerjisinin illik hasilatı 50 trln kVt/saatdan çox təşkil edər. Son qiymətləndirməyə görə texniki potensial 20 trln kVt/saatdan artıqdır.

İqtisadi potensial texniki potensialın iqtisadi cəhətdən səmərəli hesab olunub istifadə edilən hissəsidir. Onun göstəri­cisi ilə texniki potensialdan təqribən 5 dəfə az olmaqla 10 trln kVt/saatdan az deyildir.

İqtisadi potensialın miqyasına görə dünyanın iri regionları - Xarici Asiya, Latın Amerikası, Şimali Amerika, MDB, Xarici Avropa, Avstraliya və Okeaniya göstərilən qaydada sıralan­mışdır.

228 229

Page 116: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Ayrı-ayrı dövlətlər üzrə iqtisadi hidropotensiala görə XXI əsrin əvvəllərində 6 ölkə fərqlənmişdir. Bunlar ÇXR, MDB. ABŞ, Zair, Kanada və Braziliyadır. Daha sonra buraya Hin­distan, Peru, Kolumbiya, İsveç, Norveç, Fransa, İtaliya, İsveçrə və s. dövlətləri əlavə etmək olar. Dövlətlərdə iqtisadi hidropo- tensialdan müxtəlif səviyyədə istifadə olunur. Məsələn, İsveç. Norveç, Fransada artıq 80%-dən çox, İtaliya və Yaponiyada - 70%, Kanadada - 60%, ABŞ-da - 50% olduğu halda Hindis­tanda 12%, ÇXR - 8%, Zair, Kolumbiya və Peruda 1%-dən azdır.

Bioloji ehtiyatdan hazırda dünyada 500 mindən çox bitki növü, o cümlədən 30 mindən artıq ağac və kol növləri mə­lumdur. Bitki resurslarının arasında meşələrin böyük əhəmiy­yəti var. Meşələr bərpa olunan resurslardır. 385 mlrd oduncaq ehtiyatından minlərlə müxtəlif adda məmulatlar istehsal edilir. Meşə oksigeni bərpa edir, yeraltı suları və torpağın məhsuldar­lığını qoruyur. Meşə xammalından müxtəlif məhsullar (kağız, mebel, faner, tikinti materialları və s.) əldə olunur. Meşə re­surslarının qiymətləndirilməsində oduncaq ehtiyatı mühüm rol oynayır. Oduncaq ehtiyatına görə Asiya, Şimali və Cənubi Amerika fərqlənir. Ayrı-ayrı ölkələr arasında Rusiya, Kanada. Braziliya, ABŞ əsas yer tutur.

Dünyanın meşə sahəsi iki qurşaqda: şimal və cənub qur­şaqlarında yerləşir. Şimal meşə qurşağının sahəsi təxminən 2 mlrd ha-dır. Bu qurşaqda ən böyük meşə sahələri RF, Kanada. ABŞ ərazilərindədir. Bunlardan 67%-i iynəyarpaqlı, 33%-i en- liyarpaqlı meşələrdir. Şimal qurşağında yerləşən meşələrdə ağac növləri nisbətən azlıq təşkil edir. Xarici Avropa meşə­lərində 250 ağac və kol növü qeydə alınmışdır.

Şimal qurşağı meşələri keçmişdə intensiv istifadəyə mə­ruz qalmışdır. Qərbi Avropadada XVIII-XIX, ABŞ-da XX əsrin əvvəllərində gedən bu proses sonralar qismən, hazırda isə tanı stabilləşmişdir.

Cənub meşə qurşağının da sahəsi 2 mlrd ha təşkil edir və onun 97%-i enliyarpaqlı meşələrdir. Sahənin təxminən yarısını yüksək sıxlığa malik meşələr tutur. Cənubda yerləşən tropik meşələr Afrikada, Latın Amerikasında, Asiya dövlətində yer­ləşmişdir. Tropik meşələrin %-ü 10 dövlətin - Braziliya, İn­doneziya, Zair, Peru, Kolumbiya, Hindistan, Boliviya, Papua- Yeni Qvineya, Venesuela ərazisindədir. Bu meşələrdə 5000 növə qədər ağac və 20000-ə qədər bitki növü müəyyənləş­dirilmişdir.

Bununla bərabər son 20 ildə tropik meşələrə böyük ziyan vurulmuşdur. BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatlarının məlumatına görə 1980-cı ildə 11 mln ha, 90-cı illərin sonunda 17 mln ha tropik meşə sahəsi məhv edilib. Cənub meşə qur­şağında bu proses üç əsas səbəblə səciyyələnir.

Birincisi, şəhər və nəqliyyat ehtiyatları üçün həmin tor­paqların təmizlənib, yararlı vəziyyətə gətirilməsi, ikinci odun­caqların yanacaq kimi işlədilməsidir. BMT-nin məlumatına görə inkişafda olan ölkələrin 70%-i onlardan binaların qızdırıl- masında istifadə edirlər. Hətta, Afrikada, habelə Nepal, Haiti kimi tropik ölkələrdə bu 90%-ə çatır. 70-ci illərdə dünya baza­rında neftin qiymətinin bahalaşmasi ilə əlaqədar Afrika və Cənubi Asiyanın nəinki meşə əhatəsində olaıı şəhərlərində, hətta kənar şəhərlərdə odundan istifadə artmışdır. 1980-cı ildə inkişafda olan ölkələrin oduncaq çatışmayan regionlarında 1,2 mlrd əhali yaşayırdısa, 2011-ci ilin sonuna bunun 2,4 mlrd-a çatması ehtimal olunur.

Üçüncü səbəb - Asiya, Afrika və Latın Amerikasının tro­pik ölkələrində xammalın kağz-sellüloz sənayesinin inkişafı üçün Yaponiya, Qərbi Avropa və ABŞ-a ixrac edilməsidir.

Hazırda yer səthinin 1/3 hissəsini meşəliklər tutmuşdur. Əvvəllər bu 75 mlrd ha-dan az olmamışdır. Hələlik antropogen təsirə az məruz qalan meşə sahəsinə Rusiyada, Kanadada, Amazonkada təsadüf edilir və bu cəmi 15 mlrd ha hesablanır. Yalnız 1850-1980-ci illər ərazində dünyanın meşə örtüyü 15%

231230

Page 117: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

azalmışdır. Xarici Avropada VII əsrdə meşə örtüyü ərazinin 80%-ni tutduğu halda hazırda 32%, Rusiya düzənliyində XVIII əsrdə 55% olduğu halda, indi 30% təşkil edir. Bu hal ABŞ, Kanada, Hindistan, Çin, Braziliya və Afrika dövlətlərində də intensiv getmişdir, indi də bu vəziyyət yüksək templə get­diyindən hər il dünyada 20 mln ha-dan artıq meşə örtüyü məhv edilir. Bunun əsas səbəbi əkinçilik, otlaq, ağac emalından iba­rətdir. Tropik meşələrin kəsilmə intensivliyi onların bərpa in­tensivliyindən 15 dəfə sürətlə gedir. Əgər bu situasiya belə davam edərsə, 50-60 ildən sonra tropik meşələr tamam məhv olar. Xatırlatmaq lazımdır ki. Yer kürəsinin malik olduğu floranın (500000) və faunanın (1500000) yarıdan çoxu əsas ok­sigen mənbəyi olan bu meşələrin payına düşdüyündən, tropik meşələrin belə istifadəsi Qlobal Ekoloji sistemin deqredasiya- sından fikir söyləməyə imkan verir. Ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq təşkilatlar (YUNEP, “Qrinpis”) tropik öl­kələrin borclarının bir hissəsini ödəməklə meşələrin qırılma­sının qarşısını almağa çalışır. Avropada “turşulu yağlarla” me­şələrin quruması (AFR, İsveçrə, İngiltərə,Avstriya) baş verir. Meşə bərpa olunan resurs olduğuna görə onun sahəsini artırmaq və yeni meşələr salmaq mümkündür. Səudiyyə Ərəbistanı, BƏƏ və s. ölkələrdə süni meşələr yaradılır.

Dünya okeanının resursları. Dünya əhalisinin sürətli ar­tımı və onun tələbatının yüksəldilməsi Dünya okeanını iqtisadi fəaliyyətə cəlb edir. Okeanın əsas sərvəti onun suyudur. Dünya əhalisinin 1/3-i “su qıtlığı” çəkir, odur ki, dəniz suyunun şirin- ləşdirilib istifadə edilməsi vacibdir. Okeanın bioloji resursları əhalinin qidasında getdikcə daha mühüm rol oynayır və bəşə­riyyətin heyvan zülalına olan tələbatının 20%-ni ödəyir. Son dövrlərdə bir çox ölkələrdə dəniz süni vətəgələr - marikultur - yaradılır. Həm dəniz, həm də şirin su hövzələrində canlıların yerləşdirilməsi (artırılması) akvakultur adlanır (Yaponiya. ABŞ, Hindistan, Filippin, Fransa fərqlənir). Dünya okeanının bioloji məhsuldar sahələri okeanın 15-20%-ni tutan şelf zo-

232

nalarıdır. Məhsuldarlığına görə Berinq, Oxot, Yapon dənizləri, qiymətli balıq növlərinə görə Xəzər dənizi fərqlənir.

Dünya okeanının mineral ehtiyatları iki hissədə - onun suyunda və dibində olan resurslara ayrılır. Dəniz suyunun baş­lıca resurslarından biri xörək duzudur ki, 0,1 km3 suda 20 mln t miqdanndadır. Əgər dəniz sularırm duzunu tamam ayırıb, yer səthinə yaymaq mümkün olsaydı, onda 150 m qalınlığında duz təbəqəsi əmələ gələrdi.

Dəniz suyunun buxarlanması yolu ilə duz alınmasını çin­lilər hələ 4 min il əvvəl öyrənmişlər. Hazırda Çində duzun 1/3-i bu üsulla istehsal olunur. Yaponiya da bu sahədə daha çox fərq­lənir. 1 t duz almaq üçün təqribən 120 mln t suyu buxarlan­dırmaq lazımdır.

Mühüm resurslardan biri də maqneziumdur. 1 km3 suda 9,5 mln t maqnezium vardır. Bu xammalın dəniz suyundan alınması qurudakı istehsalından ucuz başa gəlir. Onun alınma texnologiyası XX əsrin 40-cı illərində öyrənilmiş və hazırda dünyada maqnezium istehsalının 40%-i bu üsulla əldə olunur.

Bundan başqa, hər km3 dəniz suyunun tərkibində kükürd, brom, alüminium, uran, gümüş və qızıl vardır. Hazırda brom xammalının əsas istehsal mənbəyi dəniz suyu sayılır. Dünya okeanında qızılın ehtiyatı 10 mln t hesablanmışdır ki, bu quruda olan ehtiyatdan dəfələrlə artıqdır.

Həmçinin, Dünya okeanının resurslarını, onun şelf zo­nasında və dərinliklərində yerləşən resurslara ayırmaq olur. Şelf zonasının ən başlıca resursu neft və qaz ehtiyatlarıdır. Dəniz faydalı qazıntı hasilatından gələn gəlirin 90%-i neft və qazın payına düşür. Şelf zonasında neft ehtiyatları 120-150 mlrd t hesablanmışdır.

Şelf zonasının faydalı qazıntılarını üç tipə bölmək olar: birinci - dəmir filizi, mis, nikel, qalay, civə və s. Bu yataqlar sahildən uzanan təbii və yaxud süni adaların köməyi əsasında milli istehsal üsulu ilə mənimsənilir. Bəzən belə yataqlar 10-20 km sahildən aralı 2 km dəniz dibi süxurları altına qədər davam

233

Page 118: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

edir. Böyük Britaniya, Kanada, Yaponiyada belə sualtı şaxtalar vardır.

İkinci - dəniz sahillərində səpələnmiş sərvətlər. Məsələn, İndoneziya, Tailand və Malayziyanın şelf zonasında qalay, Avstraliya sahillərində sirkonu, Namibiya sahillərində almazı, ABŞ sahillərində sirkonu, qızılı, Baltik dənizi sahillərində kəhrəba və s.-ni göstərə bilərik.

Üçüncü - şelf zonasının daha dərin yerlərində, materik ətəklərində cəmlənmiş fosforit yataqlarıdır. Bu. ən çox Sakit Okeanda aşkar edilmişdir. Məlum olmuşdur ki, şelf sahəsinin fosforit ehtiyatının 1/100 hissəsi bir neçə on illər fosfor güb­rəsində olan tələbatı ödəyə bilər. Lakin hələlik heç bir ölkədə onun sənaye istehsalı təşkil olunmamışdır.

Dünya okeanının sərvətlərinə, eləcə də batmış gəmiləri aid edirlər. Okeanoloqlar tərəfindən Dünya okeanında 1 mln-a qədər gəminin batdığı hesablanmışdır. Belə tapıntılar daha çox Atlantik okeanı hövzəsində aşkar edilmişdir. Bu, əsasən uzun tarixi dövr ərzində Avropaya böyük miqdarda qızıl, gümüş və s. sərvətlər aparan gəmilərin tufan və qasırğalar zamanı məhv olması, batması ilə əlaqədardır. Son zamanlar müasir texni­kanın köməyi ilə okeanın dibində onlarla gəmilər tapılmış və külli miqdarda xəzinə əldə edilmişdir.

1985-ci ildə amerikalılar 1912-ci ildə batmış “Titanik" gəmisini tapmış və onun seyflərində milyard dollarlıq xəzinənin, o cümlənin 26 min gümüş podnos və boşqabın olduğunu müəy­yən etmişlər. Bu yaxınlarda 4 km dərinlikdəki əşyaların sudan çıxarılmasına nail olmuşlar.

Digər tərəfdən II Dünya müharibəsi illərində Murmansk­dan İngiltərəyə gedən “Edinburq” kravserində tərəfdaşların hərbi sursatlarının ödənilməsi məqsədilə 465 qızıl külçə aparıl­mışdır. Krayser Barents dənizinin almaz sualtı gəmilərinin hücumuna məruz qalmış və zədələnmişdir. Qızılın başqa əllər? keçməməsi üçün gəminin batırılması əmri verilmişdir. 40 ildən sonra 260 m dərinlikdəki gəmi tapılmış və qızıllar çıxarılmışdır.

234

Dünya okeanının enerji resursları tükənməzdir. Fran­sada XII əsrdə qabarma-çəkilmədən istifadə edərək dəyirman tikilmişdir. İndi QES (Qabarma eletkrik stansiyaları) tikmək üçün əlverişli ərazilər Rusiyanın Ağ dəniz, Barens və Oxot dənizi sahilləri, Hindistanın Ərəbistan dənizi sahilləri, Fran­sanın La-Manş, İngiltərənin Bristol, Kanadanın Fandi körfəzi sahilləridir. Fransa, Rusiya, Kanada, ABŞ, İngiltərədə ilk QES- lər tikilmişdir.

Dünya okeanı istehsal və istehlak tullantılarından çirklənir.Dəniz və okeanların ekoloji vəziyyətinə təsir göstərən

amillər bunlardır:1) Dənizlərin hidroloji rejiminin dəyişməsinə ora tökülən

çayların hövzəsində insan fəaliyyəti böyük təsir göstərir. Çay hövzlərində insan fəaliyyəti (əkin sahələrinin artması, suvarma sisteminin qurulması, meşələrin məhv edilməsi, gübrələrdən istifadə və s.) çayların hidroloji rejiminə və oradan da dəniz­lərin, xüsusilə qapalı dənizlərin rejiminə təsir göstərir.

2) Sahil zolaqlarda torpaqların istifadəsi - burada əsas çirkləndirici sahələr limanlardır. Bura çirkli sular gəmilərdən düşür, şəhər ərazisindən axır, çay gətirmələri ilə daxil olur.

3) Sahil zonadan dənizə çirkab suların axıdılması - burada əsas çirkləndiricilər mikroorqanizmlər, üzvi maddələr, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları və s. hesab olunur.

Sənaye tullantıları və təmizləyici qurğuların çöküntü­lərinin dənizə atılması isə xüsusi problem sayılır. Bu maddələr olduqca zəhərlidir, onların dənizə atılması olduqca təhlükəlidir (Məsələn, Böyük Britaniya tərəfindən İrlandiya dənizində, Fransa tərəfindən isə Şimal dənizində radioaktiv tullantılar bas­dırılmışdır və s.).

Dünya Okeanı da fiziki çirklənməyə məruz qalır. Ra­dioaktiv məhsullar Okeana nüvə silahlarını sınaqdan keçirdiyi, həmçinin, xüsusi kanteynerlərdə radioaktiv tullantıların atılması və onların zədələnməsi zamanı baş verərək suda olduqca böyük əraziləri əhatə edir.

235

Page 119: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Okeanın istilik çirklənməsi də təhlükəlidir. Elektrik stan­siyaları və digər mənbələrdən atılan isti sular sahilyanı eko­sistemlərin ekoloji tarazlığını ciddi surətdə pozur. Alimlərin hesablamalarına görə, hər 8-10 il müddətində okena atılan isti suların həcmi 2 dəfə artır.

Okeanların ən zəhərli kimyəvi çirkləndiriciləri neft və neft məhsullan hesab olunur. Hər il dəniz və okeanlara 6-10 mln t neft daxil olur. Sular ən çox tankerlər və sualtı qazma işləri zamanı neft sızması nəticəsində çirklənir. Dünya okea­nının antropogen çirklənməsinin təxminən yarısı gəmiçiliyin payına düşür. Təkcə 1970-1985-ci illər ərzində dünyada 169 böyük tanker qəzası və 17000 t II dərəcəli neftin axması qeydə alınmışdır (Məsələn, “Amoko-Kadis” tankerinin Fransanın sa­hillərində batması nəticəsində 220 min t neft okeana bura­xılmışdır və s.).

İqlim və kosmik resurslara oksigen, hidrogen, külək və günəş enerjisi resursları aiddir. Kənd təsərrüfatında istifadəsinə görə aqroiqlim - istilik, işıq-iqlim resuslarının xüsusi növünü əmələ gətirir, iqlim resursları həm də rekreasiya (istirahət, müa- licə-balneoloji, turizm) resurslarının əsas elementlərindəndir.

Eyni ədəbiyyatlarda günəş enerjisi müxtəlif kəmiyyət göstəricilərinə görə qiymətləndirilir. Daha doğrusu, o müxtəlif göstəricilərlə ölçülür - (coulla 1 , 5 x 1 0 22- c , kilokalori ilə - 134x1019 kkal və kilovatla - 178,6x1012 kVt). Qeyd etmək la­zımdır ki, il ərzində Yer səthinə l,56xl018 kVt saat günəş enerjinin daxil olur. Lakin həmin enerjisinin atmosferdə əks olunuduğu üçün yandan çoxu yer səthinə çatmır. Nəticədə quru və okean səthinə 1014 kVt və ya 105 mlrd kVt saat radiasiya gə­lib çatır (quru və okean səthinin 1 km2-nə 0,16 kVt). Əlbəttə, bu enerjinin çox cuzi hissəsi praktik cəhətdən istifadə oluna bilər. Bunun əsas səbəblərindən biri günəş eneıjisinin zəif sıx­lığla malik olmasıdır. Sübut olunmuşdur ki, yüksək enliklərdə günəş enerjisinin sıxlığı 80-130 Vt/m2, mülayim qurşaqda 130- 210, tropik səhralarda 210-250 Vt/m2-dir. Bu, o deməkdir ki.

236

inkişafda ola Ölkələrdə günəş enerjisindən istifadə üçün əsaslı şərait vardır. MDB ölkələrində belə şəraitdə təqribən 130 mln nəfər, o cümlədən 60 mln kənd əhalisi yaşayır.

Küləyin enerji potensialı da müxtəlif cür qiymətləndirilir. 1989-cu ildə MİRƏK-in 14-cü sessiyasında bu potensial 300 mlrd kVt/saat hesablanmışdır. Lakin bu ehtiyatdan texniki isti­fadəyə cəm 1,5% yararlıdır. Başlıca maneə külək enerjisinin dağmıqlı və mütəmadi olmamasıdır. Lakin Yer kürəsində elə ərazilər vardır ki, orada küləklər güclü və uzunmüddətli əsir. Belə rayonlardan Şimal Baltik və Adriatik dənizlərinin sahil­lərini misal göstərmək olar.

Atmosferin əsas resurslanndan biri də tükənməyən sər­vətlər qrupuna aid edilən havadır. Məlumdur ki, XIX əsrin or­talarına qədər atmosferdə olan oksigen nisbətən stabil idi. Son- ralar müxtəlif üzvi yanacaqların yanması və texnoloji pro­seslərin genişlənməsi ilə əlaqədar olaraq o tədricən azalmağa başlamışdır. Hal-hazırda təkcə yanacağın yandınlması 10 mlrd t sərbəst oksigenin işlədilməsinə səbəb olur. Minik avtomo­billərinin hərəkəti üçün hər 100 km-ə bir adamın ildə mənimsə­yəcəyi qədər oksigen sərf olunur. BMT ekspetlərinin hesab­lamalarına görə dövrümüzdə Yer kürəsində 40-50 mlrd nəfər əhaliyə çata biləcək qədər oksigen işlədilir.

istirahət, müalicə-balneoloji, turizm məqsədləri üçün istifadə olunan rekreasiya resursları nəinki mənşələrinə görə, eləcə də istifadə olunma xüsusiyyətlərinə görə tanınır. Rek­reasiya resursları estetik və müalicə-sağlamlıq xüsusiyyətlərinə də malikdir. Təbii-rekreasiya resurslarına okean, dəniz, göl, habelə çay sahilləri, çimərliklər, dağlar, meşə örtüyü, mineral bulaqlar, palçıq vulkanları və müalicəvi palçıq mənbələri aiddir. Belə ərazilərdə istirahət edənlər və turistlər əfsanəvi təbii for­malarla, təbii landşaftla, yaxşı istirahətlə, idmanla məşğul ol­maqla, zəngin bitki örtüyü ilə, ov etməklə, balıq tutmaqla və s. ilə rastlaşırlar. Məsələn, Aralıq dənizi, Mərkəzi Amerika,

237

Page 120: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Havay adaları, Krım və Qafqazın çimərlikləri, And, Himalay, Pamir, Tyan-Şan, Alp və Qafqazın qarlı zirvələri və s.

Təbii rekreasiya ərazilərinə iri şəhərlər ətrafında salınmış yaşıllıq zonaları, qoruqlar, milli parklar da aid edilir.

Antropogen-rekreasiya resurslarına Misir ehramları, Qə­dim Çin Səddi, Yunanıstanın, Romanın qədim abidələri, Moskva Kremli, Sank-Peterburqdakı Peterqof, Afina Ankro- polu, Hindistanın Aqre şəhərində yerləşən Tac-Mahal məq­bərəsi və s. misal ola bilər.

Hazırda Qərbi Avropada rekreasiyanın ərazi təşkili 4 səviyyədə həyata keçirilir: Ümumavropa (İspaniya), milli, regional, lokal. Dünyanın ən ucuz iri turizm mərkəzi sayılan İs­paniya (Avropa Kaliforniyası) avropalıların istirahət bölgəsinə çevrilir. “Çimərlik” turist təsərrüfatı Latm Amerikası ölkələrinə (Karib hövzəsi) köçürülür. Beynəlxalq turizm İtaliya, İspaniya, Fransa, İsveçrə, Türkiyə, Meksika və s. ölkələrə böyük gəlir gətirir. Respublikamızda Şuşa, Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Qazax, Xəzər sahillərinin bu sahədə geniş imkanları vardır.

Məlumdur ki, elmi-texniki inqilab XX əsrin ikinci yarı­sında öz inkişafında görünməmiş dərəcədə vüsət almışdır. Dün­ya təsərrüfatı sürətlə inkişaf edərək, demək olar ki, yenidən qurulmuş, məhsuldar qüvvələrin inkişafında tərəqqi hakim kəsilmişdir. Bu, hər şeydən əvvəl, insanın təbii ehtiyatlardan daha çox istifadə etməsi əsasında baş vermişdir. Əgər ətraf mühit, təbiət antropogen təsirlərdən pozulursa, bu təbiətin yaratdığı təbii varlıq halının - ekoloji tarazlığının pozulmasına gətirib çıxarır. Haqlı olaraq neosfera nəzəriyyəsinin banisi sa­yılan akademik V.İ.Vernadski hələ əsrin 40-cı illərində yaz­mışdır ki, insanların təsərrüfat fəaliyyəti coğrafi mühitə heç də yerin litosfer təbəqəsində baş verən geoloji proseslərdən az təsir etmir.

Səmərəsiz təbii ehtiyatlardan istifadə, onun qazabəıızər. bərk, maye tullantılarla çirkləndirilməsi, radioaktiv və digər

238

yüksək zəhərli maddələrlə “zəhərləndirilməsi” qlobal ekoloji sistemin əhəmiyyətli dərəcədə deqradasiyasına-pozulmasına səbəb olmuşdur. Atmosferə hər il 10 mln tonlarla tullantı atılır. Ətraf təbii mühitin deqradasiyası ondan istifadə, meşələrin qınlması və torpaqların həddən artıq zəiflədilməsi ilə baş verir. Meşələrin azalması səhrəlaşma prosesinin qüvvətli getməsinə səbəb olur. Son 50 ildə Böyük Səhra Cənuba doğru irəliləyərək öz sahəsini 650 min km2 artırmışdır. BMT-nin veridiyi mə­lumatlara görə son 50 ildə insanların təsərrüfat fəaliyyəti nəti­cəsində Yer kürəsində təxminən Braziliyanın ərazisi qədər sahə səhralığa çevrilmişdir.

Meşələşsizləşmə qiymətli ağac növlərinin qırılması ilə meşə sahələrinin azaldılmasında da baş verir. Məlumatlardan aydın olur ki, neolit inqilabı dövründə Yer kürəsində meşələrin ümumi sahəsi 75 mlrd ha və ya 75 mln km2-dən artıq olmuşdur. Meşələrin qırılması erroziyanm qüvvətlənməsinə, yeraltı su ehtiyatının azalmasına, səhralaşmanın artmasına səbəb olursa, zəhərli qazların, metallı birləşmələrin, kimyəvi tullantıların ətraf mühitə atlması müxtəlif xəstəliklərin - xüsusilə dəri xəstə­liklərinin, zəhərlənmələrin, insan ömrünün qısalmasının möv- cudlaşmasma gətirib çıxarır. Axırıncı onilliklərdə freon qazının, azot oksidinin ətraf mühitə həddən artıq atılması insanları ultrabənövşəyi günəş şüalanmasından qoruyan ozon müdafiə qatının təxminən 5% nazikləşməsinə - azalmasına səbəb olmuşdur. İlk baxışda bu az görünsə də nəticədə, hətta ozon qa­tının 1 % azalması hesabına ultrabənövşəyi şüalanmanın 2% art­ması halı baş verir. Bu da insan dərisində xərçəng xəstəliyinin çoxalmasına səbəb olur.

Təbii ehtiyatların istismarı zamanı sənaye böyük xüsusi çəkiyə malikdir. Elə bir sənaye sahəsi tapılmaz ki, o təbii sərvətlərin təbii halının dəyişməsinə təsir etməsin. Bunlar az və çox dərəcədə coğrafi təbəqənin bütün sferalarına təsir edir. Sənaye təbii sərvətlərin hasilatını, onun emalını, onlardan son məhsulların əldə edilməsini, istehsal tullantılarının ətraf mühitə

239

Page 121: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

qaytarılmasını, müasir texnologiyanın tətbiqi nəticəsində çox­saylı komponentlərin utilizasiyasının azaldılması proseslərini əhatə edir.

Deyilənlərdən coğrafi təbəqənin müxtəlif sferalarına çox təsir edən “çirkli” istehsal sahələri də seçilir. “Çirkli” istehsal sahələri (energetika, metallurgiya, əsas və üzvi kimya, sellüloz- kağız, yeyinti sənayesi və s.), öz növbəsində, bütün təbii komp­leksə ziyan vurmaqla bərabər insanların sağlamlığının pozul­ması ilə də nəticələnir.

Sənaye tullantılarından, çirklənmədən ətraf mühiti qoru­maq üçün aşağıdakı tədbirlərin görülməsi məqsədyönlüdür. Belə ki, monitorinqlər keçirilməli, mühafizə qurğuları təkmil­ləşdirilməli, istehsalda texnoloji proseslərin təkmilləşdirilmə- sini təmin etməli, təşkilati-struktur tədbirlərini keçirməli, çirk- ləndirici müəssisələri daha səmərəli yerləşdirməli, ekoloji infra­struktur sistemləri yaratmalı, ekoloji nəzarəti artırmalı, ətraf mühitin qorunmasına dair yeni qanun layihələrini həyata ke­çirməli və s.

Bəşəriyyətin qarşısında duran əsas məsələ təbiətin cəmiy­yətə bəxş etdiyi təbii ehtiyatları olduğu kimi qoruyub sax­lamaqdır. Onun üçün münasib yollar, üsullar axtarılır. Müasir dövrdə ekoloji təhlükəsizlik dövlət təhlükəsizlik məsələsinin tərkib hissəsi kimi qiymətləndirilir. Bununla da hər bir şəxsin, cəmiyyətin, dövlətin, eləcə də ətraf mühitin fövqəlada vəziyyət­dən nə dərəcədə mühafizə olunması nəzərdə tutulur. Məlumdur ki, ekoloji təhlükəyə müxtəlif səviyyələrdə - daha doğrusu, lokal və regional səviyyələrdə baxılır. Bu zaman həyata keçi­rilən ekoloji siyasətdən çox şey asılı olur. Ekoloji siyasətdə ic­timai istehsal prosesində təbii sərvətlərdən optimal istifadə, tə­biətin yararsız antropogen təsirlərdən qorunması, əhalinin eko­loji təhlükəsizliyinin qorunması və s. prioritet məsələlər sa­yılmalıdır.

240

MÖVZU 9.MADDİ-İSTEHSAL SAHƏLƏRİNİN EKOLOJİ PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ

İSTİQAMƏTLƏRİ

Maddi-istehsal sahələri dedikdə maddi nemətlər istehsal edən təsərrüfat sahələri - sənaye, kənd təsərrüfatı və bila­vasitə onları əlaqələndirən nəqliyyat nəzərdə tutulur. Maddi nemətlər istehsalı təbii resurs və şəraitə əsaslandığı üçün ətraf mühitə ən çox zərər vuran məhz bu sahələrdir. Maddi - istehsal sahələrinin spesifik ekoloji problemləri və onların həlli istiqamətləri vardır. Ətraf mühitin çirkləndirilməsində birinci yeri sənaye tullantıları tutur. Sənaye sahələrinin hər birinin özünə məxsus çirkləndirici xüsusiyyətləri vardır. Bu cəhətdən kimya sənayesi xüsusilə seçilir. Kimya sənayesində sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat tur­şusu, texniki rezin, fosforit, plastik kütlələr, rənglər və boyalar, yuyucu vasitələr, sintetik kauçuk, mineral gübrələr, həlledicilər (toluol, aseton, fenol, benzol) istehsalı zamanı atmosferə xeyli tullantılar atılır.

Respublikamızda kimya, neft-kimya və neft emalı müəssisələrinin əksəriyyəti Abşeron iqtisadi rayonunda, xüsusən Bakı və Sumqayıt şəhərlərində cəmləşmişdir. Möv­cud olan müəssisələrin texniki təchizatının aşağı səviyyədə olması qaz və toztutucu avadanlıqların, qurğuların sıradan çıxması, onların fiziki və mənəvi cəhətdən amortizasiyaya uğraması ətraf mühitə normadan artıq zərərli tullantıların atılmasına səbəb olur. Nəticədə xammaldan səmərəli istifadə edilmir və xeyli itkilərə gətirib çıxarır.

Kimya sənayesinin sürətlə inkişaf etməsi bir çox eko­loji problemlərin yaranmasına səbəb olmuşdur. Kimya səna­yesinin istehsal etdiyi məhsullar içərisində iqtisadi əhəmiy­yətinə görə ilk yeri sulfat turşusu istehsalı tutur. Sulfat turşu­sunun təsərrüfat əhəmiyyətinin böyük olmasına baxmaya­raq onun istehsalı zamanı xeyli ekoloji problemlər yaranır.

241

Page 122: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Prosesin hər bir mərhələsində ətraf mühitin çirklənməsi, çirklənmiş suyun su hövzələrinə axıdılması, tullantı qazların atmosferə ötürülməsi nəticəsində ekoloji tarazlıq müəyyən qədər pozulur. Qeyd etmək lazımdır ki, yalnız sulfat turşusu istehsalı zamanı müxtəlif səviyyəli ekoloji problemlər yaranır və onların həlli üçün təsirli tədbirlər işlənib hazırlan­malıdır. Sulfat turşusunun istehsalında və buna bənzər digər proseslərdə meydana çıxan ekoloji problemləri həll etmək üçün aşağıdakı üç prinsip əsas götürülür:

1. İstehsalda texnologiyasında əsaslı struktur dəyişik­likləri aparmaq. Başqa sözlə, elə istehsal texnologiyasından istifadə etmək lazımdır ki, nəticədə göstərilən ekoloji və digər problemlər minimuma qədər azalsın.

2. Qapalı istehsal texnologiyasından istifadə etmək respublikamızda sulfat turşusu ilə yanaşı sintetik kauçuk, etil spirti, yod, brom, qliserin, kaustik soda, plastik kütlələr və yüzlərlə digər kimya məhsulları istehsal edir.

3. Qurğu və avadanlıqların gücünün artırılması.Qurğu və avadanlıqların gücünün artırılması dünyada

qəbul edilmiş ümumi bir istiqamətdir. Bu üsul istehsal həc­minin artırılmasına əsaslanır. Bu yolla bir tərəfdən kapital qoyuluşunun xüsusi çəkisi, ümumi istehsal xərcləri və istis­mar xərcləri azalsa da, digər tərəfdən yeni problemlər ya­ranır. Məsələn, qurğuların həcminin artırılması müəssisə da­xilində onların konstruktiv həllini mürəkkəbləşdirir, qurğu­lar daha böyük ərazini əhatə edir və aparatların bütövlükdə istehsal prosesinin idarə olunması mürəkkəbləşir. Nəticədə istehsal olunan sulfat turşusunun maya dəyəri yüksəlir. Mü­təxəssislərin fikrincə qapalı texnoloji sistemlərdən istifadə etmək daha sərfəli hesab edilir. Bu halda kapital qoyuluşu azalır, sistemin idarə olunması sadələşir və ekoloji norma­lara əməl olunur.

Zəhərli qazların miqdarının azalması üçün tullantı qaz­lar yandırılaraq su buxarı əldə edilir, nəticədə atmosfer

242

zərərli qazlardan qismən də olsa xilas olur və xeyli enerjiyə qənaət olunur.

Ammonyak istehsalında atmosferi zəhərli tullantı qazlardan tamamilə azad etmək üçün prosesdən ayrılan tullantı qazların məşəl kimi yandırılması məqsədəuyğun hesab edilir. Bu zaman iki mühüm şərtə əməl edilməlidir:

1. Yanma prosesinin səmərəli təşkili.2. Tüstü qazlarının təmizlənməsi.Son zamanlar tullantı qazlarını zəhərli qazlardan

tamamilə təmizləmək üçün katalitik təmizləmə qurğuların­dan istifadə edilir. Bu prosesdə azot oksidləri katalizator iştirakında azota və suya qədər reduksiya olunur. Beləliklə, zəhərli qazlardan təmizlənmə dərəcəsi 98%-ə çatır.

Fenol istehsalında ətraf mühitə atılan tullantılar daha təhlükəlidir. Qeyd etmək lazımdır ki, fenol üç üsulla alınır: 1. humolun oksidləşməsindən; 2. xlorbenzolun hid- rolı'zindən; 3. benzol turşusunun oksidləşməsindən.

Fenolun alınma üsulları müxtəlif olduğu kimi əmələ gələn tullantıların tərkibi və onun miqdarı da müxtəlif olur.

Yuxanda göstərilənlərdən başqa kimya sənayesi məhsullarından fosfat turşusu fosforlu gübrələr, kaustik soda, sintetik kauçuk, asctat turşusu və s. istehsalında da küllü miqdarda tullantılar ətraf mühiti çirklondirir. Ayrılan bütün tullantılar zəhərli maddələrdən ibarətdir. Bu tullan­tıları təmizləmədən ətraf mühitə ötürmək canlı orqanizmlər üçün ölüm təhlükəsi yarada bilər.

Kükürd oksidi, hidrogen sulfid, azot oksidi, karbo­hidrogenlər, mexaniki qarışıqlar, neft emalı sənayesində ətraf mühiti çirkləndirən əsas komponentlər hesab edilir. Atmosferin kükürd qazları ilə çirkləndirilməsi tərkibində kükürdlü birləşmələr çox olan neft və neft məhsullarının yanması zamanı baş verir. Kükürd qazı atmosferdə az müd­dət ərzində qaldıqda belə havadakı su buxarı ilə birləşərək sulfat turşusuna çevrilir. Kükürd qazlarının sulfatlara çev­

243

Page 123: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

rilməsi prosesi ammonyakın iştirakı ilə gedərsə reaksiya daha sürətli olur. Havadakı rütubətliliyin artması kükürd turşusunun artmasına səbəb olur. Neft karbohidrogenləri atmosferə daha çox yanacağın natamam yanması və buxarlanma nəticəsində atılır. Müəyyən edilmişdir ki, neft və neft məhsullarının buxarlanması nəticəsində atmosferə 10-100 mln t karbohidrogenlər daxil olur.

Neftin emalı zamanı sobada aşağı keyfiyyətli yana­cağın qızdırılması prosesində atmosferə hidrogen sulfid, karbon oksidi, azot oksidləri və digər bərk hissəciklər atılır. Neft məhsullarının təmizlənməsi zamanı da karbohidro­genlərin sızması baş verir ki, bu da ətraf mühitin ciddi surətdə çirklənməsinə səbəb olur.

Neft məhsullarının əsas komponentləri karbohidro­genlərdir. Karbohidrogenlərlə yanaşı neft məhsullarının tərkibində kükürd, azot və oksigen də mövcuddur. Quyular- dakı qəza nəticəsində və yaxud borularda baş verən sızma­ların nəticəsində xam neftin axması zamanı texnogen təsirin əsas gücü əksər hallarda torpağa olur. Neft torpağa və suya düşərək özü ilə landşaftlardakı geokimyəvi balansı pozan müxtəlif kimyəvi birləşmələr əmələ gətirir.

Xam neftin tərkibində olan aromatik karbohidro­genlərin oksidləşməsi zamanı fenol tipli birləşmələr və on­ların törəmələri əmələ gəlir. Mono və oliqomer ölçülü for­mada bu maddələr yüksək fizioloji aktivliyə malik olur. Kiçikmolekullu fenollar torpaqda yığılaraq onu zəhərləyir.

Yuxarıda qeyd olunduğu kimi, aromatik karbohid­rogenlər daha çox toksik təsirə malikdir. Suyun tərkibində onların 1%-lik konsentrasiyası su bitkilərini məhv edir və onların biokimyəvi funksiyalarına mənfi təsir göstərir. Ən güclü zəhər benzoldur. 38% aromatik karbohidrogenlərə malik olan neft bitkilərin inkişafına daha çox mane olur.

Neftin tərkibində olan ağır metallar da toksik təsirə malik ola bilər. Ağır metalların çox yüksək konsentrasiyası

244

mikroorqanizmlər üçün zəhərlidir. Bu xüsusiyyət hücey­rələrin morfoloji və ya hüceyrə metabolizmində baş verən dəyişikliklərdə hüceyrələrin məhvində özünü göstərir.

Biosferin çirklənməyə daha həssas komponenti bitki örtüyüdür. Neftçıxarma sahəsinin bitki örtüyünə mənfi təsirinə misal olaraq Abşeron yarımadasının neft mədənlə­rini göstərmək olar. Neft mədənləri şəraitində bitki örtüyü­nün dəyişməsinə təsir faktorlarından xam neft, minerallaş- mış suları və həmçinin müxtəlif tərkibli qazma məhsullarını göstərmək olar. Tullantıların azaldılmasında tullantısız və aztulantılı istehsalların tətbiqi daha məqsədyönlü hesab olunur.

Tullantısız texnologiya və ya tullantısız istehsal de­dikdə bu və ya digər məhsulun sadəcə istehsalı deyil, bütöv­lükdə regional sənaye - istehsalat birliklərinin, sahə - isteh­salat komplekslərinin təşkili və istehsalın fəaliyyəti nəzərdə tutulur. Bu halda xammal və enerjinin bütün komponentləri qapalı şəkildə səmərəli istifadə edilir və biosferdə yaranmış ekoloji tarazlıq pozulmur.

Aztullantılı texnologiya tullantısız istehsalın yaradıl­masında aralıq pillə təşkil edir. Aztullantılı istehsalatda zə­rərli tullantıların ətraf mühitə təsiri sanitar orqanları tərə­findən icazə verilən normaların səviyyəsindən artıq olmur, xammal və materialların bir hissəsi iqtisadi, təşkilati, texniki və digər səbəblər üzündən tullantılara çevrilir və uzun müd­dət saxlanılmağa, yaxud basdırılmağa yönəldilir.

Qeyd etmək lazımdır ki, praktikada tullantısız sənaye istehsalının yaradılması prinsipcə yeni texnoloji proseslərə, cihazlara, avadanlıqlara əsaslanmalıdır. Tullantısız texno­logiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, iqtisadi cə­hətdən inkişaf etmiş ölkələrdə tullantısız və aztullantılı tex­nologiyaların tətbiqi nəticəsində xammala xeyli qənaət et­məklə yanaşı, ekoloji baxımdan da sərfəli olduğu təsdiq

245

Page 124: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

edilmişdir. Əlavə edək ki, çoxprofilli müəssisələrin (müxtəlif məhsullar istehsal edən zavod və fabriklər) yaradılmasının, onların eyni ərazidə inşa olunmasının ekoloji və iqtisadi əhəmiyyətindən başqa, tullantıların daşınmasına da xeyli qənaət olunur. Belə ki, müəyyən bir ərazidə yerləşən, çox­profilli müəssisələrdən birinin tullantısı ikinci müəssisə üçün xammal olur, ikinci müəssisənin tullantısı isə üçünjü müəs­sisədə xammal kimi istifadə olunur və s. Beləliklə qapalı istehsal prosesi yaranır ki, bu da iqtisadi və ekoloji baxım­dan çox əhəmiyyətlidir. Bu halda kapital qoyuluşu xeyli azalır, sistemin idarə olunması sadələşir və ekoloji norma­lara tam əməl olunur. Gələcəkdə belə istehsal sistemin geniş­ləndirilməsi nəzərdə tutulur.

İstehsal tullantılarından xammal, yarımfabrikat, yanacaq və s. kimi faydalı istifadə edilməsi utilizasiya adlanır. Utilizasiyanın iqtisadiyyatda mühüm əhəmiyyəti vardır. Bir sıra sahələrdə utilizasiya məqsədilə xüsusi sexlər və hətta utilizasiya zavodları yaradılmışdır. Utilizasiya tullantılarının toplanması ilə xüsusi müəssisələr məşğul olur.

Tullantısız texnologiya, üzvü tullantıların təkrar emal edilməsində də tətbiq edilir. Bakıda üzvi tullantıların illik miqdarı 2,5 mln t-dan çoxdur. Bu, əsasən ağac emalı, şərab, pivə istehsalı, dəri emalı müəssisələrinin, ət kom­binatının tullantılarından ibarətdir. Bunların yalnız 5-6%-i təkrar emal edilir, qalanı isə yandırılır. Bu üzvi tullantıları emal etməklə həm ətraf mühitin çirklənməsinin qarşısı alınar, həm də xeyli gübrə istehsal edilir.

İri sənaye şəhərlərində İES və başqa müəssisələr atmosferi xeyli miqdarda sulfat anhidridi ilə çirkləndirir. Onun təsirindən metallar korroziyaya uğrayır, tikinti qur­ğuları aşınır, bitkilər məhv olur, xəstəliklər artır. Halbuki, həmin stansiyaların tüstülərindən S02-ni ayıraraq sulfat turşusu almaq olar. Dünyada ilk dəfə 1952-ci ildə Moskvada 12№-li İES-də bu proses reallaşmışdır.

246

Ukraynada tikilmiş kimya kombinatında tullantılar başqa sexlərdə kompleks emal edilərək azot gübrələrinə, mal-qara üçün zülal, vitamin konsentratma, karbon qazına və onu da quru buza çevirir.

Estoniyada iri azot gübrəsi zavodunda əvvəl havam çirkləndirən tullantı indi xammal kimi istifadəyə verilir.

Kanalizasiya sularının tərkibində müxtəlif üzvi mad­dələr, fosfor, kalium və digər mikroelementlər vardır. Bir çox ölkələrdə kanalizasiya sularından gübrə kimi istifadə edilir. Bu sahədə Çin xalqı bir neçə əsrlik təcrübəyə ma­likdir.

Polşa alimi A. Lenkova qeyd edir ki, çirklənmiş su­lardan yenidən istifadə edilsə, dörd qat səmərə əldə edilər: təmizləmə qurğularının tikintisinə xərc azalar; əkin sahələri əlavə su alar; süni gübrəsiz məhsuldarlıq artar, çay və dənizlərin sanitar vəziyyəti yaxşılaşar.

Neft və qaz yataqlarının işlənməsi prosesi zamanı yataqda neft və qazla bərabər çoxlu miqdarda çıxarılan lay suları tullantı şəklində çay və dənizlərə, eləcə də mədən ərazi­lərinə axıdılır. Halbuki, həmin sularda sənaye əhəmiyyətli yod, brom, xlor, natrium və s. elementlər almaq olar.

Neftçala şəhərində yerləşən Yod-Brom zavodunun is­tismar obyekti həmin yataqdakı neftli layların sularıdır. Həmin sularda yodun miqdarı litrdə 60-70 mq-a çatır.

Molumdur ki, respublika iqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Neft sənayesinə, əsasən, neft geologi­yası, neft quyularının qazılması, onların mənimsənilməsi, istismarı, neftin yığılması və nəqli kimi mürəkkəb sahələr daxildir.

Bildiyimiz kimi, neft quyularının istismarı həm qu­ruda, həm do dənizdə aparılır. Hər iki halda quyularm qa­zılma texnologiyası bir-birindən heç də fərqlənmir. Lakin qeyd edildiyi kimi, dənizdə quyuların qazılmasının özünə məxsus spesifik xüsusiyyətləri vardır.

247

Page 125: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

İstər dəniz şəraitində, istərsə də quruda neft-qaz quyularının qazılması zamanı ətraf mühiti çirkləndirən mənbələr və maddələr eynidir. Əsas fərq ondan ibarətdir ki, birinci halda həmin mənbələr dənizi, ikinci halda isə torpaq sahəsini çirkləndirir. Qeyd edək ki, neft-qaz quyularının qazılması və onların istismarı zamanı dəniz və okeanların çirkləndirilməsi su nəqliyyatı vasitələrindən sonra ikinci yeri tutur.

Bir qayda olaraq neft-qaz quyularının qazılması zamanı gilli məhsullardan istifadə edilir və məhsulun keyfiy­yətinə xüsusi tələb irəli sürülür. Bu tələbləri yerinə yetirmək üçün, məlum olduğu kimi, üzvi və qeyri-üzvi kimyəvi bir­ləşmələrdən istifadə edilir. Bunlara misal olaraq oksil, unil, qrafıt, kaustik soda, paltar sodası, gips, borat və s. bu kimi kimyəvi reagentləri göstərmək olar.

Quyuların mənimsənilməsi müxtəlif texniki və texno­loji tədbirlərin həyata keçirilməsi nətijəsində neft-qaz layı ilə quyu arasında əlaqə yaratmaqdır, yəni quyu dibində elə əməliyyatlar aparılır ki, neft-qaz laydan quyu dibinə axa bilsin. Quyunun mənimsənilməsi əvvəlcədən tərtib edilmiş plan-qrafit əsasında aparılır. Dəniz şəraitində quyuların mənimsənilməsi qurudakından heç də fərqlənmir. Burada prinsipial fərq dəniz platformasında işin təşkili və hidro- meteroloji şəraitin bu prosesə təsirindən ibarətdir.

Neft-qaz quyularının istismarı zamanı da ətraf mühitin çirklənməsi baş verir. Quyular müxtəlif üsullarla is­tismar edildikdə neft hasilatının sabit saxlanması və artı­rılması üçün ardıcıl olaraq quyularda müxtəlif geoloji-tex- niki tədbirlər həyata keçirilir. Adətən bu tədbirlər müxtəlif üzvi və sintetik - kimyəvi maddələrdən istifadə etməklə aparılır və bu zaman ətraf mühit intensiv surətdə çirklənir.

Adətən, quyuların istismarı zamanı ətraf mühiti çirkləndirən maddələr aşağıdakı ardıcıllıqla verilir: neft, ya­nacaq - sürtkü materialları, neftli qum, səthi aktiv mad­

248

dələr, mədən tullantı suları, kimyəvi həlledicilər, turşular, duz, sirkə, xlor turşusu, tərkibində kimyəvi işlənmiş məhlul olan tullantı suları və parafinlər.

Neftin nəqli və saxlanmısı zamanı boru birləşmə­lərindən, hermetikliyin pozulma sahələrindən sızma ətraf mühiti kifayət qədər çirkləndirir. Neft-qaz yığımı məntəqə­lərində və mədən rezervuar parklarında neftin boşaldılması və ya təmizlənməsi zamanı neftli-çirkli su kanalizasiya sisteminə axıdılır ki, bu da çirkab suların çirklilik dərəcəsini daha da artırır.

Müəyyən ehtiyat saxlamaq məqsədilə müasir dövrdə azkeçirici laylar daxilində təbii rezervuarlar qazılaraq orada ehtiyat üçün neft və qaz məhsulları yığırlar. Lakin bu rezervuarlardan da sızma, filtrasiya, buxarlanma baş verir ki, bu da su hövzələrini və torpağı çirkləndirir.

Müəyyən edilmişdir ki, 2 t sızan neft 1000 m2 torpaq sahəsini əkinə yararsız edir. Neftin neft-qaz yığımı kollektorlarından və texnoloji qurğulardan qəza nəticəsində ətrafa dağılması xarakterik bir hadisə kimi qalmaqdadır. Kanalizasiya sistemi olmadıqda və ya pis işlədikdə bu tip tullantılar yaxında yerləşən su hövzələrinə, bataqlığa axıdılır, onları və qurunt sularını çirkləndirir.

Müəyyən edilmişdir ki, dünya miqyasında neftçı- xarma neft emalı, nəqli və neftin istifadəsi zamanı ildə 45 mln t-a qədər itki baş verir. Bu itkinin 22 mln t-unun qu­ruda, 7 mln t-unun dənizdə və 16 mln t-unun isə atmosferdə buxarlanması ilə müşayiət olunur. Dünya miqyasında neft və neft məhsullarına olan tələbatın ildən-ilə artdığını nəzərə alsaq, bu itkinin nə olduğunu və ətraf mühitə nə kimi ziyan vurulduğunu təsəvvür etmək o qədər də çətin deyildir.

Yuxarıda qeyd edilənlərdən aydın olur ki, Azərbay­canda fəaliyyət göstərən aparıcı sənaye sahələrinin ekoloji problemləri kifayət qədərdir və onların aradan qaldırılması

249

Page 126: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

üçün dövlət səviyyəsində tədbirlər planı hazırlanıb həyata keçirilir.

Qeyd olunan halda torpağı çirkləndirən əsas mən­bələrdən biri şlam, əlavə yaranan gilli məhlul və ya istifadə olunan digər yuyucu mayedir. Artıq isbat olunmuşdur ki, ətraf mühiti belə tullantılardan qorumaq üçün onlardan təkrar istifadə etmək lazımdır. Lakin quru sahələrdə buruqlar arasında məsafə böyük olduğu üçün işlənmiş gilli məhlulların daşınması çətinləşir. Buna baxmayaraq, son illər gilli məhlul tullantılarından quyuların möhkəmləndiril­məsində, həmçinin, keramzit istehsalında da istifadə edilir.

Quyularm mənimsənilməsi zamanı, bir qayda olaraq, ətraf mühiti mühafizə etmək üçün quyudan gələn qaz mə­şəldə yandırılır, lay suyu və ya neft xüsusi tutumlara yönəl­dilir. Sonra yığılan neftdən yanacaq kimi istifadə edilir, su isə təmizləmə qurğularına verilir.

Atmosfer oksigenin çətin daxil olduğu neftlə çirk­lənmiş torpaqların aşağı qatlarında üzvi birləşmələrin və anaerov şəraitində karbohidrogenlərin komponentlərinin parçalanması nəticəsində toksik qatılıqla turşu oksidləıinin toplanması baş verir. Spirt, kükürd, hidrogen və başqa məhsullar bitkilərə məhvedici təsir göstərir. Yağlı turşular torpağın aşağı qatlarında yığılaraq onun hidrofobluğunu artırır və bunun nəticəsində onun su saxlama xüsusiyyəti azalır. Neft torpağa düşərək onun fiziki xüsusiyyətini tor­pağın ayrı-ayrı hissələrinə ötürür. Neftlə çirklənmiş torpağın yuxarı qatlarında hidrofobluğun artması göstərici olaraq, onun aşağıda yerləşən (20-25 sm) qatlarında nəmliliyin artmasına gətirib çıxarır. Bunun səbəbi torpağın neftlə çirk­lənmiş yuxarı qatında nəmliyin transpirasiyasının sürətinin azalmasıdır. Bu zaman hava rejimi kifayət qədər pozulur ki, bu da özünü təmizləmə prosesinə mənfi təsir də göstərir. Torpağın neftlə çirklənməsi onun kimyəvi xassəsinin kifayət qədər dəyişilməsi ilə müşahidə olunur.

250

Neft məhsulları ilə çirklənmənin səciyyəvi əlamətləri mənbəyinin çoxluğu, ətraf mühitin, demək olar ki, bütün komponentlərini çirkləndirməsi, böyük akvatoriyada səpə­lənməsi, dib çöküntülərində toplanması və s.-dir. Neftin həll olunan və ağır komponentləri - fraksiyaları su kütləsində digər toksikantları, o cümlədən toksik metalları absorbsiya edir, onların miqyasına səbəb olur. Onlar suyun keyfiyyətini pisləşdirir, oksigen rejiminə mənfi təsir göstərir, suyun üst qatlarının atmosferlə balanslaşdırılmış əlaqəsini pozur və s.

Dənizə tökülən neftin 40%-i onun dibinə çökür. Dibə çökən neft məhsulları səthdəki neft məhsullarına nisbətən 10 dəfə gec oksidləşir. Neftin tərkibində olan bir neçə kom­ponentlər kəskin toksikliyə malik olur. Neftin dənizə tökül­məsi əsasən quyuların istismarı, neftin ilkin ayrılması və nəqli zamanı baş verir.

Neftin nəqli zamanı onun dənizə tökülməsi, əsasən gəmilərdə baş vermiş qəza və onlardan müxtəlif səbəblərdən axıdılan neft hesabına da baş verir.

Neft hasilatının intensivləşdirmə prosesi Xəzərin çirkləndirilməməsi üçün irihəcmli problemlərin həllini tələb edir. Bu problemə neftin dənizə tökülməməsi üçün ayrı-ayrı texnoloji proseslərin təkmilləşdirilməsi, beynəlxalq standart­lara cavab verən avadanlıqlardan istifadə və s. aid edilir.

İstər quruda, istərsə də dənizdə neft-qaz sənayesinin inkişafı, bununla əlaqədar estakadaların, ayrıca özüllərin tikilməsi, boru-kəmər xətlərinin çəkilməsi, tankerlərin, gəmi- bərələrin hərəkəti, müxtəlif növ tullantıların, mədənlərdə, magistral neft kəmərlərində baş verən qəzalar, neft, qaz emalı müəssisələrinin maye, sülb, bərk tullantıları və s. eko­loji mühiti çirkləndirir, onun nizami inkişafını pozur, bioloji mübadiləni ləngidir, insanların səhhətinə ziyan vurur.

Bunu nəzərə alaraq Xəzərdə fəaliyyət göstərən kom­paniyaların, şirkətlərin ekoloji təhlükəsizliyini təmin etmək məqsədilə, elə bir texniki-iqtisadi, ekoloji, hüquqi proq­

251

Page 127: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

ramlar fəaliyyətdə olmalıdır ki, mənfi halların baş ver­məsinin qarşısını ala bilsin. Göstərilən proqrama fəaliyyətdə olan müəssisələrin ekoloji təhlükəsizliyi, normativdən kənar tullantıların azaldılması, qəza törədənlərə, dənizi çirklən- dirənlərə qarşı hüquqi, iqtisadi sanksiyaların tətbiqi daxil edilməlidir. Xəzərin sənaye xammalı və bioloji ehtiyatların­dan səmərəli istifadəsi ekoloji təhlükənin aradan qaldırıl­ması müasir texnika və texnologiyalarının, təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini tələb edir. Bunun həyata keçirilməsi akademik və sahəvi elmi-tədqiqat, layihə insti­tutlarının iştirakı ilə fundamental ekoloji tədqiqatların apa­rılması ekoloji monitorinq xidmətinin yaradılmasından ası­lıdır. Bunların sayəsində tullantıları «sıfır» həddinə çatdır­maq çirkləndirici maddələri, işlənmiş suları, bərk, sülb tul­lantıları təmizlədikdən, zərərsizləşdirdikdən sonra dənizə tökmək mümkündür.

Belə şəraitdə şelf zonalarında fəaliyyət göstərən isteh­sal sahələrində profilaktik, ekoloji mühafizə tədbirlərinin görülməsi vacibdir. Lakin ayrıja götürülmüş bir ölkədə, bir regionda bunların öhdəsindən gəlmək mümkün deyil. Ona görə ki, dənizin sərvətlərindən istifadə edən və onun suyunu çirkləndirən dövlətlər sərhədi vahid olan su hövzəsinə təsir edir. Ekoloji monitorinqin regionallığı şəraitində qəzaların aradan qaldırılması üçün görülən tədbirlər hansı dövlətin tabeliyində olarsa-olsun, neft-qaz mədənlərinin istismarı, xammalların, hazır məhsulların daşınması üzrə layihələrin tərkibində əks etdirilməlidir.

Dəniz, neft və qaz mədənlərinin istismarında, nəq­liyyatın inkişafında ortaya çıxan neqativ halların, qəzaların aradan qaldırılmasında zəruri tədbirlərdən biri dövlətarası hüquqi və iqtisadi sanksiya təyinatlı tədbirlərdir. Sənaye, nəqliyyat, texnogen xarakterli qəzalar, təbii fəlakətlər, müa­sir sivilizasiyanın ayrılmaz hissəsi və mühüm fəaliyyəti

252

olduğundan insanlar daima onların törətdikləri təhlükə və qorxu hissi altında yaşayır.

Ətraf mühitin çirkləndirilməsində metallurgiya səna­yesinin özünə məxsus rolu vardır. Bu sahə kimya, neftçı- xarma və neft emalı sənayesindən sonra ətraf mühitə vu­rulan zərərin həcminə görə dördüncü yeri tutur. Odur ki, metallurgiyanın özünəməxsus problemlərinin aradan qaldı­rılması bu gün üçün aktualldır. Çuqunun əridilməsi və ondan polad istehsalı zamanı atmosferə müxtəlif qazlar atılır. 1 t polad istehsalı zamanı havaya 4,5 kq toz və 2,7 kq kükürd qazı, 0,1-0,6 kq marqans atılır.

Domna qazlarından başqa atmosfer həm də az miqdarda arsen, fosfor, qurğuşun, civə və nadir metalların buxarlan və qətranlı maddələrlə çirklənir.

Poladəridən sexlərin tullantıları da atmosferi xeyli çirkləndirir. Polad əriyən zaman həm də metalın buxarı, şlak və metal oksidləri və qazları ayrılır. Marten peçlərinin tozunun əsas hissəsi dəmir - 3 oksid (67%), alüminium - 3 oksid (67%)-dən ibarət olur.

1 t Marten poladının oksigensiz əridilmə prosesində 3000-4000 m3 qaz ayrılır, onların tərkibində tozun qatılığı orta hesabla 0,5 q/m3 təşkil edir.

Metalın ərimə zonasına oksigen verildikdə isə toz əmələgəlmə dəfələrlə çoxalaraq 15-52 q/m3-a çatır. Müasir qara metallurgiya zavodlarının çoxunda kömürün kokslaş- dırılması peçləri vardır. Koks kimyəvi istehsalı atmosfer havasını tozla və uçucu birləşmələrin qarışığı ilə çirkləndirir. İş rejimi pozulduqda isə atmosferə külli miqdarda təmiz­lənməmiş koks qazı atılır.

V. Şaprinskiyə görə 1 mln t polad istehsalı zamanı atmosferə 75 min t SO2 ixrac edilir. Hər 1000 t mis piriti emalından atmosferə 600 t sulfid anhidridi tullanır.

Qara metallurgiyada sənaye qəzaları zamanı region­da ekoloji vəziyyət daha da kəskinləşir.

253

Page 128: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Git - torpaq, alüminium oksid, alüminium, mis. qurğuşun, qalay, sink, nikel və digər metalların peçdə əri­dilməsi zamanı, materialın yüklənməsi, boşaldılmsı zamanı quruducu aqreqatlarda, açıq anbarlarda zərərli maddələr əmələ gəlir. Əlvan metallurgiya atmosfer havasını əsasən kükürd anhidridi (75%), karbon qazı (10,5%) və tozla çirk- ləndirir.

Elektroenergetika sənayesinin də özünəməxsus eko­loji problemləri mövcuddur. Bu problemlər əsasən müxtəlif üsullarla elektrik enerjisinin istehsalı zamanı özünü büruzə verir.

Bildiyimiz kimi, Azərbaycanda istehsal olunan elektrik enerjisinin təxminən 88%-i - istilik elektrik stan­siyalarının (İES), 12%-i isə su-elektrik stansiyalarının (SES) payına düşür. Bunlardan ətraf mühiti ən çox çirkləndirən İES-lərdir.

İES-lərin ətrafı həmişə ziyanlı aerozolla daha zəngin olur. Pirogen mənşəli aerozolların miqdarı sərf olunan yanacaq növündən asılı olaraq həm keyfiyyət, həm də kə­miyyətcə dəyişir. Azərbaycanın böyük İES-ləri Abşeron iqtisadi rayonunda, Mingəçevir şəhəri yaxınlığında və Şirvan şəhərinin 10-15 km-do yerləşir. Azərbaycanın bütün İES-ri yanacaqla işləyir. Mazutun kükürdlülük dərəcəsi 2% təşkil edir. Tüstü borularından atmosferə sutkada 700-1000 t kükürd və azot oksidləri atılır. Azərbaycan İES-i ətrafında 3-5 km radiusunda havada CCh-in qatılığı yüksək həddə çataraq 0,4-0,6 mq/m3 təşkil edir.

Məlumdur ki, kükürd qazının, azot 2-oksidin və to­zun qatılığınm zonal yayılması qanunauyğun olaraq stan­siyanın yerləşdiyi mənbədən 2,5-3 km məsafədə maksimum çirklənmə müşahidə edilir. Azərbaycan İES-də qaz işlə­dilərsə, adambaşına ildə təqribən 250-300 kq his düşər, mazutdan istifadə zamanı bu rəqəm 5 dəfə yüksək olar.

254

Azərbaycan İES-də əsas yanacaq kimi qazdan (80- 87%), ehtiyat yanacaq şəklində mazutdan istifadə (13-20%) nəzərdə tutulur. Təəssüf ki, 1986-cı ildən bəri yüksək kükürdlü mazutdan istifadə edilir.

Müasir energetika atmosferdə istixana qazlarının toplanmasında mühüm faktor sayılır və iqlimin antropro- gen dəyişməsində əsas rol oynayır.

Atom elektrik stansiyalarının qəzası nəticəsində ekosfer təbəqəsinə radioaktiv izotoplar ayrılaraq böyük fəlakətlər törədir. Çernobıl AES-nin yalnız bir atom reak­torunun partlaması nəticəsində insanların ölümünə, sağal­mayan xəstəliklərinə səbəb olmuş, təbii və aqroekoloji sis­temləri zəhərləmiş, Belarus, Rusiya və Ukraynanın geniş ərazilərinin normal istifadəsini dayandırmışdır.

Atom energetikasında AES-lərin fəaliyyətinin radio­aktiv tullantılarının saxlanması və təkrar işlənməsi həll olunmamış problem kimi qalır. İlk elektrik stansiyaların işlənmə müddəti qurtardığına baxmayaraq hələ də istismar olunur. Bu stansiyalar konservasiya olunmalıdır, işin təhlü­kəsiz və effektli həyata keçirilməsi hələ də öz həllini tap­mamışdır.

Energetikanın ekoloji problemlərini azaltmaq strate­giyasının əsas istiqaməti - bərpa olunan və ekoloji baxım­dan daha təmiz enerji mənbələrinin rolunu artırmaqdır. Lakin mütləq zərərsiz mənbələr praktik olaraq yoxdur.

Yuxanda qeyd edildiyi kimi, SES-lər də özünəməxsus ekoloji problemlər yaradır: subasar qiymətli torpaq sahələ­rinin itirilməsi, yaşayış məntəqələrinin subasar ərazidən kö­çürülməsi, su və yerüstü ekosistemlərin və onların mün­bitliyinin dəyişməsi, tropik və ekvatorial rayonlarda həm də su ilə əlaqədar bir çox ciddi xəstəliklərin güclənməsinə səbəb olur.

Günəş enerjisindən bilavasitə istifadə edilməsi də ekoloji baxımdan tam özünü doğrultmağa qadir deyil:

255

Page 129: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

müxtəlif tipli günəş enerjisi akkumlyatorları çox vaxt geniş ərazi tutur. Günəş enerjisini toplamaq meteroloji, deməli, fiziki-coğrafi amillərdən asılıdır. Odur ki, o əksərən günəş şüası uzunmüddətli olan tropik rayonları üçün effektli sayılır.

Enerji almaq üçün külək, dalğa, qabarmadan istifadə etdikdə belə ekoloji problemlərdən yan keçilmir. Məsələn, külək elektrik stansiyaları qəbul olunmayan səs effekti yara­dır, ona görə yaşayış məntəqələrindən uzaqda yerləşdirilmə­lidir; dəniz dalğalarının enerjisi böyükdür, lakin ondan elektrik enerjisi istehsal etmək üçün konsentrasiyası məsələsi texniki cəhətdən sadə deyildir.

Geotermal enerjidən istifadə etdikdə su, hava və tor­paq xeyli çirklənir. 1000 mVt gücü olan geotermal elcktro- stansiyalar atmosferə il ərzində 104-1051 qaz buraxır. 105-10x m3 suyu çirkləndirir və böyük sahə tələb edir.

Enerji sistemlərinin texniki xüsusiyyətləri və ya kifa­yət dərəcədə səmərəli olmayan insan fəaliyyətinin nəti­cəsində gündəlik istehsal olunan enerjinin yarıdan çoxu itir. Vahid məhsula sərf olunan enerjiyə qənaət olunması ener­jiyə qənaətin strategiyasının bir hissəsi olmalıdır, lakin bu zaman əhalinin sosial - iqtisadi inkişafı, yaxud ilkin yaşayış tərzi pisləşməməlidir. 1970-ci ildə iki dəfə enerji böhranın­dan sonra inkişaf etmiş ölkələrdə enerjidən istifadə səmə­rəliliyi xeyli yüksəlmişdir. Məsələn, 83% idxal yanacağından asılı olan Yaponiya öz təsərrüfatında enerji həcmini 50% azaltmış və enerjiyə qənaət iqtisadiyyatında dünya lideri olmuşdur.

Sement və digər bərkidici materiallar, azbest, sement tikinti keramika və saxsı materialları, istilik və səs izoləedici materialları, tikinti və texniki şüşələr istehsalında atmosferə atılan tullantıların 57,1%-ni toz və asılı maddələr, 21,4%-ni karbon qazı, 10,8%-ni kükürd anhidridi və 9%-ni azot oksidi təşkil edir. Bundan başqa, tullantılarda hidrogen

256

sulfid (0,03 %), formaldehid (0,02 %), toluol (0,02 %), benzol (0,01 %), vanadium 5-oksid (0,01 %), ksilol (0,01 %) da olur. Seient, azbest və digər tikinti materialları istehsal edən zavodların ətrafında havada benzopirin, toz və digər zərərli maddələrin yüksək tərkibi müşahidə olunur.

Dağ - mədən sənayesinin özünə məxsus mürəkkəb ekoloji problemləri və bunları yaradan obyektiv səbəbləri vardır. Bunlardan ən çox diqqəti cəlb edəni dağ-mədən iş­lərinin yerinə yetirilməsində bərk tullantıların yaratdığı eko­loji problemlərdir. Avropa ərazilərinin 7 %-i lazımsız dağ- mədən tullantıları ilə zəbt edilib. Bərk tullantılar yer sət­hində daha çox yer tutur. Bunlar üçün qazılan xəndəklər münbit torpaq sahəsini azaldır. Hesablanmışdır ki, hər il faydalı qazıntıların istismarı və emalı zamanı ətraf mühitə 8,5 mlrd t bərk tullantı maddələr atılır. Bu qədər tullantının, təxminən 10%-i istifadə edilir və çox böyük torpaq sahə­lərini yararsız hala salır. Digər tərəfdən, həmin tullantıların tərkibində olan qiymətli komponentlər fayda vermədən tullantıya çevrilir.

Məlumdur ki, bərk tullantılar, bir qayda olaraq, geoloji kəşfiyyat işlərində və ən çox faydalı qazıntıların istismarı zamanı əmələ gəlir. Bunun nəticəsində də külli miqdarda torpaq fondu istifadəsiz qalır və ətraf mühit tullantılarla korlanır, bu da, öz növbəsində, ekoloji sistemdə müxtəlif pozulmaların baş verməsinə səbəb olur.

Geoloji - kəşfiyyat işlərinin aparılması nəticəsində yaranan xəndəklər, bir tərəfdən torpaq fondunu azaldır, digər tərəfdən həmin xəndəkləri doldurmadıqda əmələ gələn yarğanlar torpaq erroziyasına səbəb olur, xəndəklərin dərin qazılması yeraltı suların səviyyəsinə də təsir edir. Xəndəkləri doldurmadıqda və təhlükəsizlik texnikası qaydalarına düz­gün əməl etmədikdə onlar insan və heyvanlar üçün təhlükəli quyulara çevrilir.

257

Page 130: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Bərk tullantıların digər mənbələrindən sement, gips və əhəng zavodlarını göstərmək olar. Məsələn, Qaradağ Sement zavodunda bərk tullantı sement tozu, Bakı Gips Məmulatı zavodunda isə gips tozudur. Texniki hesablama­lara görə, normal iş zamanı itki hesab edilən sement tozu­nun miqdarı, orta hesabla hər il 49 min t, gips tozunun miqdarı isə 1,5 mlrd t təşkil edir.

Təəssüflə qeyd etmək lazımdır ki, dağ-mədən səna­yesinin digər sahələrində də çox qiymətli xammal itkisi baş verir. Məsələn, hesablanmışdır ki, ahəngdar iş zamanı Daşkəsən Mərmər zavodunda mərmər itkisi hər il orta he­sabla 3,7 min m3, Xankəndi İnşaat Materialları Kombina­tında 8,7 min m3, əhəng itkisi 57,4 min m3, qranit itkisi 0,5 min m3-dən çox olmuşdu.

Məlum olmuşdur ki, qara metallurgiya şlamlarınm tərkibindəki dəmir, təzə dəmir filiz xammalında olan dəmir­dən çoxdur. Bu, belə bir nəticəyə gəlməyə imkan vermişdir ki, yeni faydalı qazıntılar axtarmaq, külli miqdarda vəsait qoymaq, ətraf mühiti korlamaq əvəzinə, həmin tullantı­lardan istifadə etmək iqtisadi cəhətdən daha sərfəlidir. Sü­but olunmuşdur ki, tullantıdan istifadə olunma xərci, yeni xammal əldə edilməsi xərcindən 2-3 dəfə azdır.

Belə olan halda metallurgiya zavodları, filiz zəngin­ləşdirmə kombinatları, istilik elektrik stansiyaları və digər müəssisələr öz işlərini tullantılardan təkrar istifadə etmək istiqamətində deyil, yeni tullantı yataqları yaratmaq isti­qamətində qurmaları yalnız təəssüf doğurur. Belə vəziyyət müəssisələrə həm iqtisadi, həm də ekoloji cəhətdən böyük zərbə vurur, tullantıları müəssisələrdən nəqliyyat vasitəsilə zibilxanalara daşımaq üçün əlavə vəsait tələb edilir və s.

Yuxarıda qeyd olunan misallardan aydın olur ki, artıq sənaye tullantılarından təkrar xammal kimi istifadə etmək məsələsi iqtisadi və ekoloji cəhətdən öz səmərəsini göstərmişdir. Beləliklə, bərk tullantı maddələri və onlardan

258

səmərəli istifadə sahələri kifayət qədərdir. Bu da, öz növbəsində, dağ-mədən sənayesinin ekoloji problemlərinin həllində mühüm rol oynamalıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasında neft və qazdan başqa 450-dən artıq qara, əlvan metal filizləri, qeyri- filiz xammalı, tikinti materialları, yeraltı mineral, termal və yodlu-bromlu sənaye suları və s. yataqları vardır. Qara metallurgiyanın mineral xammal bazası, Daşkəsən dəmir filizi yataqları, Daş-Salahlı bentonit gilli və Xoşbulaq flyuz əhəngdaşı yataqları olub, dəyərlərinə görə respublikanın potensial ehtiyatının 10,4 %-ni təşkil edir. Əlvan metallur­giyanın mineral-xammal bazası əsasən alunit, mis, qur­ğuşun, sink, molibden, kobalt, civə, sürmə, qızıl və s. ya­taqları kəşf edilmiş ümumi ehtiyatların dəyərinə görə res­publikanın mineral-xammal bazasının əsasını (43,7 %) təşkil edir.

1991-ci ildən sonra başqa ölkələrlə əlaqələr zəiflə­diyindən respublikamızda filiz üzrə dağ-mədən sənayesi tə­nəzzülə uğramışdır. Lakin yeni sənaye sahələrinin yaran­ması ilə əlaqədar mülki və sənaye obyektlərinin tikintiləri üçün vacib olan qeyri-filiz və inşaat materiallarına tələbat artdığından belə yataqların geniş istismarına başlanmışdır. Hazırda bu yataqlarda 300-ə yaxın təşkilat və firmalar istismar işləri aparır.

Əvvəllər geniş həcmli, istismar işləri aparılan Daş­kəsən rayonunda istismar sahələrində və filiz saflaşdırma kombinatı yerləşən ərazidə, həmçinin Zəylik alunit yata­ğının istismarı sahəsində və Gəncə Gil-Torpaq Kombinatı ərazilərində 100 mln m3~lə ölçülən istehsalat tullantılarının ətraf mühitə neqativ təsiri davam etməkdədir.

Dağ-mədən sənayesinin ətraf mühitdə yaratdığı problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:

a) ətraf mühitdə baş verən dəyişmələr, torpaq və bitki deqradasiyası və çirklənməsi, atmosfer havasının, səth

259

Page 131: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

sularının, yeraltı suların çirklənməsi, əsaslı landşaft dəyiş­mələri;

b) geoloji mühitdə baş verən dəyişmələr: təbii-texniki şəraitin, hidroloji rejimin və tektonik rejimin pozulması, geokimyəvi dəyişmələr;

c) törəmə problemlər: tədrici landşafı dəyişiklikləri, ek­zogen geoloji proseslərin aktivləşməsi, seysmik aktivləşmə və s.

Müşahidələr göstiərir ki, ətraf mühiti çirkləndirən sənaye binalarının arasındakı məsafə normaya uyğun olma- dıqda çirkləndirici maddələr binalararası boşluğa hopur və oradan yayılar. Ona görə də bu binalararası məsafə bina hündürlüyündən 8-10 dəfə çox olmalıdır.

Sənaye müəssisələrinin layihələndirilməsinə olan tələ­bata əsasən zərərli və iyli müəssisələrlə yaşayış binaları ara­sında sanitar-müdafiə zonaları dövlət standartlarına uyğun gəlməlidir. Bu zonaların ölçüləri istehsal müəssisələrinin gücündən, atmosferə atılan tullantıların xarakterindən asılıdır.

Maddi istehsalın sənayedən sonra ikinci mühüm sahəsi kənd təsərrüfatıdır. Bu sahə əhalini ən zəruri ərzaq məhsulları və sənayenin bir sıra sahələrini xammalla təmin edir. Sənayedən fərqli olaraq kənd təsərrüfatı istehsalı bütünlüklə təbii mühitlə bağlıdır. Bu səbəbdən də kənd təsərrüfatının inkişafının özünə məxsus ekoloji problemləri vardır. Bu baxımdan, əsas yeri bitkiçilik tutur.

Bitkiçiliyin inkişafı üçün müəyyən miqdarda biogen maddələrə (üzvi maddələr) ehtiyac vardır və bu maddələr, adətən torpaqdan mənimsənilir. Təbii ekosistemlərdə bitki tərəfindən assimilyasiya olan biogenlər, toxumlar, bitki töküntüləri, ölmüş tumurcuqlar, köklər və s. maddələrin mübadiləsində destruksiya prosesləri nəticəsində torpağa qayıdır.

Azot birləşmələrinin bir hissəsi bakteriyalar vasitəsilə atmosferdən fiksasiya olunur. Biogenlərin bir hissəsi yağın­

260

tılar vasitəsilə torpağa düşür. Balansın mənfi tərəfləri infil- trasiya həll olmuş biogenlərin səthi axını, onların eroziya prosesi zamanı torpaq hissəcikləri ilə aparılması, həmçinin azot birləşmələrinin qaz şəklinə düşərək atmosferə keçməsi hesab olunur.

Dünyada dənli bitkilərin məhsulu vasitəsilə ildə 40 mln t-a qədər, yaxud 1 ha dənli bitki sahəsindən 63 kq azot mənimsənilir.

Buna görə torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəltmək üçün gübrələrdən istifadə etmək lazım gəlir. İntensiv əkinçilikdə gübrəsiz torpağın münbitliyi elə sonrakı ildə aşağı düşür. Yerli şəraitdən asılı olaraq, adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə edilir.

Qeyd edək ki, dünyanın bütün torpaqlarının tərki­bində 150 mld t azot vardır. Hətta ən kasıb torpaq sayılan çimli-podzol torpaqlar tərkibində 20 sm-lik şum qatında hektarda 2-41 azot saxlayır. Qaratorpaqda isə bu rəqəm 20- 30 t-a çatır.

Tarlaya azot gübrələri verildikdə onun miqdarı elə hesablanmalıdır ki, gübrələr məhz bitki tərəfindən mənim­sənilsin, ətraf mühitə və insanlara ziyan yetirməsin. Çünki biogen maddələrin çoxluğu ətraf mühiti, saf suları çirk- ləndirir, hətta atmosferin ozon qatını təhlükə altma alır.

Nitratlar normadan artıq yalnız suda deyil, həm də ərzaq və yem bitkilərində toplamr. Öz-özlüyündə insan və heyvanların sağlamlığına təhlükə yaratmasa da, onlardan asanlıqla əmələ gələn nitritlər yüksək dərəcədə zəhərli olub qanda ağır xəstəliklər törədir. Nitritlərdən nitroaminlər əmələ gələ bilir.

Müasir əkinçiliyi aqrokimyəvi vasitələrsiz təsəvvür etmək mümkün deyildir. Bitkiçilikdən alman məhsulların yarısı aqrokimyəvi vasitələrin hesabına əldə edilir. Bəzi he­sablamalara görə məhsulun 50-60, bəzən isə 70%-ni xəstəlik

261

Page 132: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

və zərərvericilərdən qoruyur. Digər hesablamalara görə Yer kürəsi əhalisinin 30%-i, yəni dörddə birdən də bir qədər çoxu mineral gübrələrin hesabına ərzaqla təmin edilir. Hazırda dünyada 300 mln t-dan artıq gübrə istehsal olunur. Bununla belə, yenə də dünyanın bir çox ölkələrində, əsasən də Afrikada bir çox səbəblərdən, o cümlədən, qeyri-üzvi və üzvi mineral gübrə qıtlığı səbəbindən kənd təsərrüfatı bit­kilərinin məhsuldarlığı olduqca aşağıdır.

YUNESKO-nun məlumatına görə hər il Yer kürə­sində milyonlarla insan aclıqdan ölür, on milyonlarla insan isə ərzaq qıtlığından daim əziyyət çəkir. Bu ona görə baş verir ki, planetimizin əhalisi durmadan artır. Adambaşına düşən kənd təsərrüfatına yararlı torpaqların sahəsi isə ildən- ilə azalmaqda davam edir. Yaşayış məskənlərinin daim ge­nişlənməsi, torpaqların eroziyası, şorlaşma və bataqlıq- laşması dünyanın hər yerində müşahidə edilir.

Mineral gübrələri, həmçinin mikrogübrələri tətbiq etmədən əkinçilikdə qida maddələrinin müsbət balansını yaratmaq mümkün deyildir. Mineral və mikrogübrələr əkin­çilikdə biogen elementlərin davranışını yaxınlaşdırmaqla yanaşı, ətraf mühitdə də bu maddələrin müvazinətini qo­ruyub saxlayır. Əkinçilikdə qida elementlərinin balansının pozulması nəticəsində torpaq, bitki və təbii su hövzələrinin kimyəvi tərkibinin pisləşməsi baş verir, bu isə, öz növbə­sində, kənd təsərrüfatı və yem bitkilərinin keyfiyyətinə mənfi təsir göstərməklə insanların və ev heyvanlarının xəstələn­məsinə gətirib çıxarır.

Respublikamızda kənd təsərrüfatında aqrokimyəvi vasitələrindən geniş miqyasda istifadəyə XX əsrin 50-ci illərində başlanmışdır. Həmin əsrin 90-cı illərinə kimi bu artım yüksələn xətt üzrə getmişdir. Əgər 1957-ci ildə bütün respublika üzrə 133,9 min t, 1971-ci ildə 495,5 min t, 1973- cü ildə 662,9 min t, 1975-ci ildə 963,3 min t, 1976-cı ildə1074,2 min t, 1979-cu ildə 1210 min t, 1986-cı ildə 1800 min

262

t olmuşdur. 90-cı illərdə bu göstərici respublikamızda yaranmış ağır iqtisadi çətinliklərlə əlaqədar azalmağa doğru getmişdir. Azərbaycanda mineral gübrələrdən intensiv şəkil­də istifadə edilən dövrlərdə onların hektar üzrə göstəricisi 200-250 kq-dan çox olmamışdır. Halbuki həmin dövrdə bu göstərici Böyük Britaniyada 376 kq, Fransada301 kq, Yaponiyada 386 kq, Almaniyada 420 kq olmuşdur. Həmin ölkələrdə 1,5 - 2,0 dəfədən də çox mineral gübrə tətbiq edil­məsinə baxmayaraq, kəskin fəsadlar törətməmişdir. Bura­dan belə görünür ki. mineral gübrələrdən istifadənin tö­rətdiyi fəsadlar onların miqdarı ilə deyil, onlardan istifadə mədəniyyəti və ya ekoetikası ilə bağlıdır.

Gübrələrdən istifadə torpağın deqradasiyasına səbəb olur, təbii münbitlik əsasən kimyəvi maddələrə əsaslanan münbitliklə əvəz olunur.

Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji problemlər də yaradır.

Gübrələrdən çox miqdarda və uzun müddət istifadə etdikdə səthi və yeraltı sulara daha çox nitratlar daxil olaraq onu içmək üçün yararsız edir. Əgər azot gübrəsi 1 ha-a ildə 150 kq-a qədər istifadə edilərsə, onun həcminin 10%-i təbii sulara daxil olur və ciddi problemlər yaradır.

Onu da qeyd edək ki, gübrələrlə torpağa verilən fos­for praktiki olaraq torpaqdan yuyulmur. Su hövzələrinin fosforla çirklənməsinin əsas mənbəyi kənd təsərrüfatı deyil, sənaye və məişət suları sayılır. Suların fosforla kənd tə­sərrüfatı vasitəsilə çirklənməsinin payına 10-15% düşür. Son vaxtlar fosforla çirklənmənin böyük mənbəyi tərkibində polifosforlar olan yuyucu vasitələrdir.

Fosfor gübrələrinin spesifik xüsusiyyətlərindən biri də onların böyük dozalarla istifadəsinin torpaqda digər arzuolunmaz elementlərin toplanmasıdır: stabil stronsium, ftor, uranın təbii radioaktiv birləşmələri, radium, torium.

263

Page 133: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Bitkinin üçüncü əsas qida elementi sayılan kalium ətraf mühitə əhəmiyyətli dərəcədə təsir göstərmir. Lakin kalium gübrəsi ilə bərabər çoxlu xlor da verilir, onun qrunt sularına daxil olması arzu olunmazdır.

Bütün bitki əkinlərinin məhsuldarlığının gübrədən istifadədən asılılığı bir-birinə oxşardır: gübrələrin təsirindən ilk illər bitkinin məhsuldarlığı artır, sonrakı illər məhsul artımı azalır, sonra isə artım müşahidə olunmur, bəzən hətta azalmağa doğru da gedir.

Bitkiçilik məhsullarının çox hissəsi tarlada və ya sonra anbarlarda zərərvericilər tərəfindən və xəstəliklər nəti­cəsində məhv olur. Kənd təsərrüfatı zərərvericilərlə, həşərat, gəmiricilər, göbələk, alaq otları ilə əsas mübarizə istiqa­mətindən biri pestisidlər adlanan kimyəvi maddələrdən istifadə etməkdir. Pestisidlər təbitə də ciddi təsir göstərir. Adətən, istifadə olunan pestisidlərin yalnız bir faizindən istənilən məqsəd əldə etmək olur, qalan 99%-i ətraf mühitə düşərək torpağı, havanı çirkləndirirərək çox vaxt göz­lənilməz nəticələr verir. Hesablanmışdır ki, əsasən istifadə olunan pestisidlərin çoxu həşaratları məhv etməyə sərf olunur. Məsələn, son 25 ildə dünyada istehsal olunmuş 4,5 mln t DDT-nin 1 mln t-u Yer kürəsində parçalanmadan paylanmışdır. Pestisidlərdən istifadə olunmayan ərazilərdə də hətta ona rast gəlinir, məsələn, Antarktidada morjların piy qatında.

Atmosfer havasından torpağın səthinə DDT-nin çök­məsi üçün 4 il lazımdır. Torpaqda isə o, 20 ilə qədər qala bilir. Bu, DDT-nin suda pis həll olması, yüksək temperatura davamlılığı, yağlarda və lipidlərdə yaxşı həll olması ilə əla­qədardır.

Respublikamızda 1980-ci ilin ortalarına qədər pesti­sidlərdən istifadə olunmuşdur, hələ indiyə kimi Göyçay və Türyançay hövzəsində torpaqlarda qalıq pestisidlərə rast gəlinir. DDT-nin 1945-ci ildən tətbiqindən sonra əvvəllər

264

pambıq bitkisində müşahidə olunmayan digər pambıq biti, pambıq sovkası, gənə, mənənə və s. cücülərin çoxalması baş verdi.

Yüksək və sabit məhsul əldə etmək məqsədilə suvar­madan çox qədimdən istifadə olunur. Dünyada suvarılan torpaqların sahəsi 250 mln ha-a çatır. Bu əkin sahələrinin yalnız 17%-ni təşkil etməsinə baxmayaraq əkinçiliyin bütün məhsulunun '/з-ni təmin edir.

Qədim sivilizasiyanın əksəriyyəti suvarılan əkinçiliyə əsaslanmışdır. Lakin irriqasiya işləri XX əsrdə genişlənmiş və suvarılan torpaqların sahəsi 5-6 dəfə çoxalmışdır.

Təcrübələr göstərir ki, suvarma təsiri altında olan bütün ərazilərə - su hövzəsi, suvarma sistemi və ya tarlalar deqradasiyaya məruz qalır, ona görə daim onların davam­lılığına yönəldilən tədbirlərin aparılması nəzarət tələb edir.

Sudan effektsiz istifadənin bir çox səbəbləri var. Onlardan ən əsası sudan istifadə qiymətinin onun sosial qiymətindən çox aşağı olmasıdır. Bir çox ölkələrdə suvarma üçün istifadə olunan su pulsuzdur və ya suvarma sistemini saxlamaq üçün sərf olunan dəyərdən dəfələrlə azdır. Bunun nəticəsində su resursu qorunmur və dünyanın bir çox suvarma sistemində sudan hədsiz istifadə edilir.

Bitki üçün sudan tələb olunan qədər deyil, qeyri- mütənasib yüksək istifadə olunması əlverişsiz ekoloji prob­lemlər yaradır. Bunun əsas səbəbi drenajın kifayət qədər effektli olmaması və ya yoxluğu şəraitində həddən artıq suyun verilməsi nəticəsində qrunt suyunun səviyyəsinin qalxmasıdır. Bu isə ərazini su basmasına və ya bataqlaş- maya səbəb olur. Bundan başqa, torpaqdan yuyulub aşağı qatlara aparılan duzlar qrunt suyunun tərkibindəki duzlarla birlikdə torpaq profili boyu qalxaraq əkinçilik üçün olduqja əlverişsiz proses sayılan - torpağın təkrar şorlaşmasına gətirib çıxarır.

265

Page 134: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Azərbaycanda suvarma çox qədim tarixə malikdir. Yunan coğrafiyaşünası Strabon yazırdı ki, Albaniyada suvarma Mesopotamiya ıə Misirə nisbətən yüksək inkişaf etmişdir. Şirvan düzündə suvarma işləri Girdiman döv­lətinin vaxtında daha geniş ərazilərdə aparılırdı.

Dünyanın torpaq resurslarından son min illikdə is­tifadə olunmasının əsas xarakterik cəhəti əhalinin və ərzağa olan tələbatın artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır.

Dünya əhalisinin artması insanların yerləşməsi və onların xidmət sahələri ilə təmin olunması, məsələn, zibilxa­nalar və onların işlənməsi yerləri, yollar, avtomobil daya­nacaqları, kollektiv nəqliyyat yerləri və s.-nin sahələrinin artırılması lazım gəlir. Bir qayda olaraq, şəhər kateqoriyası üçün yaşayış məntəqələri salmaq daha əlverişli olan ən yaxşı kənd təsərrüfatı sahələri, o cümlədən əkin yerləri ayrılır.

Torpaq eroziyası təbii geomorfoloji proses olub yer relyefinin əmələ gəlməsində böyük rol oynayır. Təbii su eroziyası, adətən torpağın bütöv bitki örtüyü ilə mühafizə olunduğu landşaft zonalarında müşahidə olunur. Dünyada torpağın təbii su eroziyasının yayılması coğrafi zonallıq qanununa tabedir.

Təbii külək eroziyası əsasən arid zonalarda (yarım­səhra və səhra) baş verir. Təbii eroziya prosesi zəif getdiyi üçün müşahidə olunmur, belə ərazilərdə torpaqəmələgəlmə prosesi nəticəsində torpaq bərpa olunur.

Eroziya prosesinin əmələ gəlməsinin və inkişafının əsas səbəbi kənd təsərrüfatı hesab olunur. İnsanın təsərrüfat fəaliyyətilə əlaqədar olaraq yamacların kənd təsərrüfatı bitkiləri altında istifadə olunması otlaq və örüşlərin intensiv otarılması, meşələrin məhv edilməsi torpağın yamac boyu şumlanması eroziya prosesinin güclənməsinə səbəb olur.

Eroziya prosesi dedikdə torpağın üst münbit qatının yağış və qar suları vasitəsilə yuyulub aparılması, həmçinin külək tərəfindən sovrulub dağılması başa düşülür. Deməli,

266

torpaq eroziyasının əsas iki tipi ayrılır - su və külək ero­ziyası. Su eroziyası da, öz növbəsində, səthi və xətti ero­ziyasına bölünür. Torpaq eroziyası zamanı torpaqda azot, fosfor və kaliumun mənimsənilən formaları bir çox mik- roelementlər (yod, mis, sink, kobalt, marqans, nikel, mo- libden) də azalır. Bununla da həm məhsuldarlıq, həm də kənd təsərrüfatı məhsulunun keyfiyyəti aşağı düşür.

Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan axıb getdiyindən, həm də eroziyaya uğramış torpaqların fiziki xassələri pisləşdiyindən torpaq səthindən buxar­lanmaya və transpirasiyaya çox su sərf olunur, bununla da torpaqda quraqlıq yaranır. Çox vaxt eroziya gedən rayon­larda baş verən quraqlığı «eroziya quraqlığı» adlandırırlar.

Eroziya prosesi intensiv getdikdə şırımlar, yarğanlar əmələ gələrək kənd təsərrüfatı sahələrini əlverişsiz hala salır, torpağa qulluq işləri çətinləşir.

ABŞ-da son 200 il ərzində torpaq örtüyünün */з hissəsi yuyularaq təbii məhsuldarlıq 10-15% aşağı düşmüş və ABŞ-da əkin sahələrinin yarısının eroziyaya qarşı təd­birlərə ehtiyacı vardır.

Bütün dünyada torpağın eroziyası böyük bədbəxt hadisə hesab olunur. Onun qarşısının alınması üçün müx­təlif tədbirlər həyata keçirilsə də istənilən nəticə əldə edilmir. Lakin eroziya prosesinin qabaqcadan qarşısının alınması onunla mübarizə aparmaqdan və törətdiyi nəticələri aradan qaldırmaqdan asandır.

Torpaqdan düzgün istifadə edilmədikdə arid iqlim olan rayonlarda səhralaşma prosesi də baş verir. Bu rayon­larda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30%-ə qədəri şorlaşmaya və şorakət­ləşməyə məruz qalmasıdır. Dünyada hər ilə suvarılan tor­paqların 1,5 mln h-ı şorlaşaraq sıradan çıxır. Şimali Ameri­kada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Av­ropada 16%, Avstraliyada 13% təşkil edir. Rusiyada deqra­

267

Page 135: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

dasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub 35%-ə çatır.

Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha sə­ciyyəvidir. Burada son illər əhalinin artması ərazidə qaçqın və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən heyvandarlığa olan tələbatın çoxalması, həmçinin təbii qaz və elektrik enerjisinin çatışmazlığı ilə əlaqədar torpaq və bitki örtüyünün ekstensiv istifadəsi nəticəsində antropogen səhralaşma prosesi güclənmişdir.

Azərbaycanda səhralaşma prosesi, əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen amillərin təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağın­tıların orta illik miqdarı 150-300 mm arasında tərəddüd edir, səthi buxarlanma yağıntının miqdarından 3-4 dəfə ar­tıqdır. İqlim yarımsəhra və quru bozqır у arım tipinə aiddir.

Müasir texnikanın, mineral gübrələr, pestisidlər, her- bisidlərin tətbiqi şəraitində insanların torpağa təsiri çoxsa­həlidir. Bir tərəfdən torpağın əkin, çoxillik bitkilər altında uzun müddət istifadəsi xüsusilə suvarma əkinçiliyi zona­larında monokultura şəraitində onların məhsuldarlığına mənfi təsir göstərir, şorlaşmanı, su və külək eroziyasını qüvvətləndirir, digər tərəfdən əvvəldə deyildiyi kimi, kənd təsərrüfatına yararlı torpaqların başqa məqsədlər üçün ayrılması, onları geniş sahələrdə məhsul istehsalı mübadi­ləsindən çıxarır.

Uzun müddət fasiləsiz olaraq üzüm, pambıq, tərəvəz, taxıl altında istifadə edilən bu torpaqların 65-70%-i müxtəlif dərəcədə şorlaşmaya məruz qalmışdır. Kənd təsərrüfatında iş prosesinin mexanikləşdirilməsi, əkinçiliyin intensivləşdiril- məsi, torpaqların kimyalaşdırılması, onların məhsuldar­lığının artırılması aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edir: ilk növbədə, istifadədə olan torpaqların aqrotex­niki üsullarla becərilməsi, torpaq eroziyasına qarşı təd­birlərin həyata keçirilməsi, torpaqəmələgətirici orqanizm­

268

lərin normal inkişafına şərait yaradılması, müxtəlif mülkiy­yət formalarında özəlləşdirilmiş, kiçik əraziyə malik sahə­lərdə müvafiq texnikanın tətbiqi, əkinə yararlı torpaq fon­dundan səmərəli istifadəsi onun quruluşunun təkmil­ləşdirilməsi, müxtəlif səbəblər üzündən korlanmış, zibillən­miş, mazuta batmış torpaqların məhsuldarlığının təbii və sü­ni yollarla bərpası, qazılmış, korlanmış torpaqların rekul­tivasiyası, torpaq-iqlim şəraitinə uyğun növbəti əkin sis­teminin geniş tətbiq, eləcə də torpaq israfçılığının aradan qaldırılması ən zəruri tədbirlər kimi həyata keçirilməlidir.

Suvarma əkinçiliyi şəraitində inkişaf etdirilən pam­bıqçılıqda və üzümçülükdə aqrotexniki qaydalara tam ria­yət edilməməsi mühəndis - suvarma qurğularının çatış­mazlığı və narazılığı, strukturundan, rütubət tutumundan asılı olmayaraq torpağın dərin şumlanması, əkin sahələ­rində, bağlarda ağır maşınların, traktorların tətbiqi suvarma kanalları divarlarının və diblərinin bərkidilməsi torpağa çoxlu miqdarda su hopmasına şərait yaradır, torpağın ero­ziyasını, şorlaşmasını sürətləndirir, faydah su əmsalım aşağı salır. Başqa mənfiliklərlə yanaşı bütün bunların nəticəsində respublikada kənd təsərrüfatına yararlı torpaqların geniş sahəsi müxtəlif dərəcədə torpaq, su eroziyasına, şorlaşmaya məruz qalmışdır.

Uzun müddət gübrələnən əkin və çoxillik əkmə sa­hələrindən yuyulan torpaqların tərkibində sink, qurğuşun, kobalt, molibden, mis və s. metallarla zəngin olan torpaqlar su mənbələrini korlayır, su heyvanlarına zərər yetirir. Pam­bıqçılıq, üzümçülük, tütünçülük rayonlarında ətraf təbii mühitin, xüsusilə torpağın və suyun çirklənməsi üzündən meydana çıxan iqtisadi zərər bilavasitə mineral gübrələrin, zərərli kimyəvi maddələrin torpaqda toplanmasından, su mənbələrinə daxil olmasından irəli gəlir.

Şorlaşma və şorakətləşmə torpaqda gedən təbii proseslər olsa da, vaxtında lazımi tədbirlər görülməyəndə, o,

269

Page 136: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

arealım genişləndirərək, həm kənd təsərrüfatı məhsullarının istehsalına, həm də təbii biosenozlara, o cümlədən düzən ərazilər üçün səciyyəvi olan qış otlaq formasiyalarına və dü­zən meşələrinə mənfi təsir göstərir. Odur ki, belə torpaqlar həm mellioraitiv, həm də ekoloji cəhətdən əlverişsiz sahələr hesab edilir, onların mənfi dinamikasının xəbərdarlıq edil­məsi, qarşısının alınması və onların yararlı hala salınması üçün müvafiq ekoloji tədbirlərin (drenaj tətbiqi, yuma aparıl­ması, kimyəvi meliorasiya, müəyyən inzibati və hüquqi və s.) görülməsi zəruridir.

2010-cı ildə ölkənin təbii su mənbələrindən 11425,0 mln m3 su götürülmüşdür. Onun 1742 mln m3-i istehsal ehtiyacları üçün istifadə edilmişdir.

Ölkədə istehlak edilən 7715 mln m3 suyun, 51,0 %-i istehsalın ehtiyaclarına yönəlmişdir.

Sənaye müəssisələri tərəfindən əraf mühitə atılan çirkab sularının miqdarı onların istifadə etdiyi şirin suyun miqdarından çoxdur. Belə ki, 2010-ci ildə kənara atılan çirkli suların həcmi 6037 mln m3 təşkil etmişdir .

Kənd təsərrüfatı sudan istifadə edilməsində əhəmiy­yətli yer tutur. Ölkədə təbii mənbələrdən götürülən suyun əsas hissəsi kənd təsərrüfatının payına düşür.Ölkənin dü­zənlik və dağətəyi zonalarında kənd təsərrüfatı məhsul­larının becərilməsi yalnız suvarma şəraitində mümkündür. Ona görə bu ərazilərdən axan Kür və Araz çayları, onlara tökülən qollar şirin su mənbəyi kimi istifadə edilir. Bu çay­lar üzərində qurulan su anbarları, onlardan çəkilən kanallar vasitəsilə torpaq sahələri suvarılır. Əkin sahələrinə gətirilən sular torpaqlara verilən mineral gübrələr, ziyanvericilərə qarşı mübarizə vasitələrilə ciddi şəkildə çirklənir.

Kür-Araz ovalığında suvarma nəticəsində yaranmış şor sular Mil-Muğan və Baş Şirvan kollektorları vasitəsilə Xəzər dənizinə axıdılır. Onlar Xəzərin çirklənməsinə ciddi təsir göstərir.

270

Kənd təsərrüfatında sudan istifadə edilməsi zamanı mövcud olan problemlərdən biri də suyun nəqli zamanı itməsidir. Ölkə miqyasında təsərrüfatın müxtəlif sahələrində istifadə edilən suyun miqdarı artdıqca onun daşınması prosesində itkiyə verilən suyun miqdarı da artır. Respub­likada 2000-ci ildə 3053,0 mln m3, 2010-cu ildə 3852 mln m3 su itkiyə getmişdir. 2010-cu ildə bu, ölkədə istifadə edilən suyun 49,9%-nə bərabərdir. Nəql prosesində itirilən suyun əsas hissəsi kənd təsərrüfatının payına düşür.

Kənd təsərrüfatında suyun itməsi suvarma kanalları boyu yeraltı suların səviyyəsinin qalxmasına, torpaqların şoranlaşmasına, onların sahəsinin daim artmasına səbəb olur. Nəticədə nisbətən məhsuldar olan, suvarılması asan olan ərazilər istifadə üçün yararsız hala düşür. Onların rekultivasiyası uzun vaxt və xeyli miqdarda maliyyə vəsaiti tələb edir.

Kənd təsərrüfatında suvarma işlərinin düzgün təşkil edilməməsi eyni zamanda kanallar və kollektorlar boyu bataqlıqların əmələ gəlməsinə səbəb olur.

Nəqliyyat vasitələrinin ətraf mühiti normadan artıq çirkləndirməsinin qarşısını almaq üçün onların işlətdiyi yanacağın keyfiyyətini yaxşılaşdırmaq, köhnəlmiş, texniki normativlərə cavab verməyən avtomobillərin istismarının, köhnəlmiş avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq, avtomobillərin texniki vəziyyətinə ciddi nəzarəti təşkil etmək zəruridir.

Avtomobillərin törətdiyi zəhərli qazları azaltmaq və bunun qarşısını almaq üçün dünya səviyyəsində təxirəsa­lınmaz tədbirlərin həyata keçirilməsi vacib sayılır. Bu təd­birlər sırasına, əsasən aşağıdakıları aid edirlər.

Avtomobil nəqliyyatı tərəfindən ətraf mühitə atılan tullantıların zəhərlilik dərəcəsi mütləq qiymətləndirilməlidir; bundan ötrü avtomobillərin vəziyyətinə gündəlik texniki nəzarət keçirilməlidir; xəttə buraxılan maşınların sazlığını

271

Page 137: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

yoxlamaq bütün avtomobil təsərrüfatlarının vəzifəsi və borcudur. Texniki xidmətin aşağı səviyyədə olması, nəza­rətin olmaması atmosfer havasının zərərli maddələrlə çirk­lənməsini artırır.

Zəhərlilik dərəcəsini azaltmaq məqsədilə avtomobil­lərin konstruksiyasını təkmilləşdirməklə yanaşı onlara texniki xidmətin səviyyəsini artırmaq və avtomobillərin vəziyyətinə nəzarəti təkmilləşdirmək günün aktual məsələsi hesab olunur.

Hazırda dünyada avtomobillərin havaya buraxdığı tullantıların normaya uyğun miqdarı 3 əsas standartla tənzimlənir:

1. 1993-cü ildə təsdiq olunmuş Avropa beynəlxalq standartı, bütün Avropa dövlətlərində fəaliyyət göstərir, həm də bütün dünyada etibarlıdır.

2. Daha sərt Amerika standartı, son vaxtlar nəzarət üsulunu sadələşdirmək üçün onu Avropa standartı ilə birləşdirməyi planlaşdırır.

3. Yaponiyada işləyən ən ciddi standart, həmçinin bütün dünyada etibarlıdır.

Ətraf mühitin avtonəqliyyat tərəfindən çirkləndiril- məsinin qarşısını almaq üçün daxili yanma mühərriklərinin təkmilləşdirilməsinin ön plana çəkilməsi vacib hesab edilir.

Son illər dünyanın iri avtomobil kompaniyaları ekoloji təhlükəsiz avtomobil mühərriklərinin istehsalı üzrə çalışırlar. İşçi mühərriklərini daim təkmilləşdirərək yeni, ya­nacağın tam yanmasını təmin etmək istiqamətində işlər apa­rılır. Avropa və ABŞ-in qabaqcıl firmalarının avtomobilləri 80-ci illərə nisbətən atmosferə 10-16 dəfə az zərərli qaz buraxır. Bu mühərriklərin zəiflədilmiş qarışıqla işləməsi çox- komponentli sistem, elektron işəsalma nəticəsində əldə edilir.

Beləliklə, dünya avtomobil parkında avtomobil yana­cağının keyfiyyətinin artırılması, etil benzinindən imtina

272

edilməsi, neytrallaşdırıcılardan istifadə olunması, qazla, elektriklə işləyən avtomobillərdən istifadə edilməsi və s. ətraf mühitin avtonəqliyyat vasitələri tərəfindən mühafizəsi sahəsində əhəmiyyətli nailiyyətlərdən sayılmalıdır.

Avtomobillərin qaz yanacağına keçməsi atmosferə kanseroqen maddələrin 100 dəfəyə qədər azalmasına şərait yaradır. Neft məhsullarına çəkilən xərc də azalır: hər min ədəd qaz balonlu avtomobillər, yükdaşıyan ildə 12 min t; taksimotor avtomobilləri - 6 min t; sərnişindaşıyan avtobuslar - 30 min t neftə qənaət edir.

Hidrogen - XXI əsrin yanacağıdır. Hidrogendən əsas yanacaq kimi istifadə olunması, işlədilməsi gələcək texniki sivilizasiyanı kökündən dəyişə bilər, bununla da müasir dövrün mühüm problemi sayılan ətraf mühitin çirklən- diricilərdən mühafizəsi praktiki olaraq həll oluna bilər.

Dünyada ildə 50 mln t-a qədər hidrogen istehsal olu­nur: XXI əsrin ilk 25 ilində hidrogenin istehsalı və ondan istifadənin bu günə nisbətən bir neçə dəfə çox olması proq­nozlaşdırılır.

1973-cü ildə, xüsusilə kəskin enerji böhranından sonra elektromobillərin kütləvi istehsalına maraq artdı. Bu yalnız elektrik problemi ilə deyil, həmçinin ciddi ekoloji problemlərlə əlaqədardır. Belə ki, elektromobil havanı çirk- ləndirmir, qızdırmır, həm də o qədər də səs-küylü deyil.

1993-cü ildə ABŞ-da Kaliforniyada verilən qanunda milli istehsalçıların buraxdığı avtomobillərin mütləq 2%-dən az olmayaraq «sıfır qazlarla» işləyən, xüsusən elektromo­billərin olması göstərilir.

İsveçdə buraxılan 15 tonluq yük maşını gələcəyin maşım adlandırıldı. Onun mühərrikinə elektromühərrik və qaz turbini birləşdirilir. Elektromotordan şəhərin küçə­lərində istifadə olunur ki, atmosfer çirklənməsin, turbin isə şəhərdən kənar şosselərdə birləşdirilir.

273

Page 138: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Bütün ölkələri növbəti dəfə geridə qoyan Yaponiya elektromobil erasına daxil olur. Osaka şəhərində planetdə ilk dəfə sürət yarımstansiyası şəbəkəsi fəaliyyət göstərir. Burada 30 dəqiqə ərzində ekoloji təmiz avtomobilə enerji doldurmaq olar. İndiyə qədər batareyanı doldurmağa 10 saatdan artıq vaxt sərf olunurdu, bu isə dünyada elektro­mobilin geniş yayılmasına mane olan əsas səbəblərdən biri sayılırdı. Elektrmobillərin son modellərinin sürəti 75 km/saat təşkil edir. Ətraf mühitin mühafizəsi marağını nə­zərə alaraq avtonəqliyyatın elektriklə işləməsinə keçmək məqsədə uyğundur.

Elektromobillərin inkişafının sonrakı mərhələsində onların kütləvi serial istehsalı, buraxılması və avtomobil nəqliyyatında onların payının artırılması qarşıda durur.

Bu istiqamətdə aparılan işlərə verilən diqqət 2025-ci ilə qədər dünyadakı avtomobillərin 15%-nin elektromobil olacağını proqnozlaşdırır. Belə maşınlar artıq yaradılmış və dünyanın bir sıra ölkələrində kütləvi qaydada istehsal olunur. Belə maşınlarda yanacaq əvəzinə elektrik enerjisin­dən istifadə edildiyi üçün ekoloji fəlakətlə qarşılaşdığımız bir zamanda irəliyə doğru atılan bir addım hesab edilir.

İstənilən müasir maşınlarda 90 % benzin, 10 % metil spirtinin qarışığından, yəni qazoxoddan istifadə etmək olar. Bu zaman etilləşdirilmiş benzindəki kimi effekt alınır, lakin çirkləndirici maddələr az olur.

İri şəhərlərdə avtomobil «tıxacları» ciddi problem yaradır. Atmosferə ayrılan toksik maddələrin miqdarı yanacaq sərfindən, bu isə avtomobilin sürətindən asılıdır. Çox yüklənmiş küçələrdə nəqliyyat «çox ləng» hərəkət edər­kən yanacaq 3-4 dəfə çox işlənir, bunun da nəticəsində atmosferə buraxılan zərərli maddələr çoxalır.

Avtomobil nəqliyyatında ekoloji təhlükəsizliyin proqramında yol tikintilərinin həçminin artırılması və möv­cud avtomaqistralların rekonstruksiyası nəzərdə tutulur.

274

Əsas məqsəd - avtomobillərin hərəkət sürətini 50 - 60 km/saata çatdırmaqdır.

Avtomobil nəqliyyatının əhaliyə zərərli təsirini azalt­maq üçün effektiv tədbirlərdən biri də şəhərlərdə piyada zonaları təşkil etmək və ora nəqliyyat vasiitələrinin get­məsini qadağan etməkdir. Nəqliyyat tunelləri intensiv nəqliyyat axını istiqamətində tikilməli, nəqliyyat və piyada hərəkətlərini müxtəlif səviyyədə bölüşdürməlidir.

Xüsusi avtomobillər yaşayış evlərinin, xiyabanların, uşaq meydançalarının yanında yerləşdirilir, bu isə şəhər əhalisinin şəraitini pisləşdirir. Xüsusi avtonəqliyyatın saxlanması problemini həll etmək məqsədilə çoxmərtəbəli qarajlar, mehmanxanalar tikilir. Çoxmərtəbəli qarajlar fəaliyyət göstərən rayonlarda yer haqqı alınması da həyata keçirilir. Moskvanın bir neçə mikrorayonunda çoxmərtəbəli qarajların tikilməsi üçün yerlər ayrılmışdır. Hal-hazırda Bakı şəhərində də yeraltı və çoxmərtəbəli qarajların tikintisi aparılır.

Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomobil nəqliyyatı sahəsində ekoloji baxımdan dayanıqlı, ekoloji inkişaf proqramında aşağıdakı tədbirlər irəli sürülür:

- avtomobil nəqliyyatının ətraf mühitə zərərli təsirinin səviyyəsini tənzimləyən normativ-hüquqi aktların qəbul edilməsi;

- nəqliyyat sahəsində harmonik siyasətin həyata keçi­rilməsi üçün nəqliyyat sektorunda qanunvericilik sisteminin təkmilləşdirilməsi;

- avtomobil nəqliyyatında istifadə edilməsi üçün eko­loji baxımdan təmiz yanacaq növlərinə keçiriləməsi (sıxılmış maye qaz, bioqaz və s.);

- tələblərə cavab verməyən köhnə nəqliyyat vasitə­lərinin utilizə edilməsinin təşkili;

- ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində «piyada» zonalarının genişləndirilməsi;

275

Page 139: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

- avtomobil və dəmiryollarının müasir dünya stan­dartlarına uyğun rekonstruksiya olunması;

- ölkəyə daxil olan avtomobillərin mühərriklərinin qaz nçytrallaşdırıcıları ilə təmin olunmasına və Avropa ölkələri üçün müəyyənləşdirilmiş toksiklik normalarının uyğunluğuna nail olmaq;

- avtomobil yanacaqlarının keyfiyyətinin yaxşılaşdı­rılması. Bu məqsədlə benzinin oktan ədədini qaldırmaq üçün istifadə olunan etil mayesindən imtina edilməsi;

- nəzarət orqanlarının avtomobillərin zəhərlilik və tüstüləşmək səviyyəsini ölçən cihazlarla təmin olunması;

- benzinlə işləməyən maşınlardan - elektromobil­lərdən istifadə edilməsi;

- respublikada ekoloji avtomüfəttişliyin yaradılması.Belə dövlət strukturunun təşkil edilməsinin bu və ya

digər mühüm ekoloji əhəmiyyəti ola bilər.

276

MÖVZU İO.EKOLOJİ PASPORTLAŞDIRILMA VƏ EKSPERTİZA

Müəssisələr tərəfindən ekoloji normativlərə əməl edil­məsinə (o cümlədən, texnoloji), istifadə edilən təbii və ikinci resursların kompleks uçotu və istehsalın ətraf mühitə təsirinin müəyyən edilməsinə nəzarət məqsədilə təsərrüfat subyekt­lərinin ekoloji pasportlaşdırılması həyata keçirilir.

Ekoloji pasportda müəssisə tərəfindən təbii və ikinci re­surslardan istifadə edilməsi, onun təsərrüfat və digər fəaliyyəti­nin ətraf mühitə təsiri barədə məlumatlar olur və istehsal səviy­yəsinin ən yaxşı mümkün texniki üsulla təyin edilməsi üçün nəzərdə tutulmuşdur ki, bunlara da aiddir: texnoloji proseslər, istehsalın təşkil eilməsi qaydası; məhsulun və enerjinin istehsalı üsulları, çirkləndirici maddələrin ətraf mühitə tullanması həc­minin azalmasını, yaxud qarşısının alınmasım təmin edən işlə­rin görülməsi və xidmətlərin göstərilməsi, tullantıların əmələ gəlməsinin azaldılması, təbii ehtiyatlardan və enerjidən sə­mərəli istifadə. Həmin üsullar ətraf mühitin keyfiyyət normativ­lərinin, onların iqtisadi məqsədəmüvafiqliyi və istifadəsinin texniki mümkün olması halında təmin edilməsində daha çox effektivlidir.

Müəssisənin ekoloji pasportu iki hissədən ibarətdir: layihə və istismar. Fəaliyyətdə olan müəssisələr üçün pasportun hər iki hissəsi mövcud sənədlər əsasında eyni vaxtda doldurulur.

Layihə göstəriciləri inşaata layihə sənədlərinin işlənməsi və uzlaşdırılması mərhələsində aşağıdakı bölmələrə daxil edilir:

• Ümumi hissə - layihə təşkilatının adı, layihənin smeta dəyəri, inşaatın başlanması, qurtarması vaxtı, buraxılan məh­sulun illik həcmi, adı, dövlət ekspertizasının və dövlət ekoloji ekspertizasının nömrəsi və tarixi göstərilir;

• Obyektin yerləşmə meydanı barədə məlumatlar - tor­paq ərazisinin sahəsi, xüsusilə mühafizə olunan təbii ərazilərin olması, süni örtüklü sahə, ümumi yaşıllaşdırma sahəsi, ağac-

277

Page 140: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

larm sayı (ümumi və kəsikdə gövdələrin növü və diametrləri qrupları üzrə), minik və yük maşınlarının saxlanma yerlərinin sayı, torpaqda çirkləndirici maddələrin fon konsentrasiyası, sanitar-qoruyucu zonanın normativ ölçüsü;

• Su ehtiyatlarının mühafizə edilməsi və ondan səmərəli istifadə barədə məlumatlar - su təchizatı mənbəyi, su yığma qurğuları, su istehlakınm ümumi həcmi, suyun uçotu cihazları (sayğac) barədə məlumatlar, çirkab sularının ümumi həcmi, onların fıziki-kimyəvi tərkibi və xassələri, onların təmizlənməsi üzrə qurğular;

• Heyvandarlıq axurlarının zərərsizləşdirilməsi, ləğv edilməsi (kənd təsərrüfatı müəssisələri üçün);

• Atmosfer havasının mühafizəsi - tullantıların atmosfer havasına təsir dərəcəsnə görə obyektlərin təhlükəlilik kate­qoriyası, layihələşdirilən tullantı mənbələrindən tullanan, tu­tulub saxlanılan və zərərsizləşdirilən maddələrin miqdarı, ra­yonda çirkləndirici maddələrin fon konsentrasiyası, ümumi tullantının və yol verilən tullantının kəmiyyəti;

• Tullantıların əmələ gəlməsi, istifadəsi, zərərsizləşdiril­məsi, saxlanması və basdırılması - növləri, əmələ gələn tullan­tıların həcmi və onlarla necə davranma;

• Heyvanat aləmi obyektlərinin mühafizəsi - vəhşi hey­vanların məskunlaşma yerlərinin və miqrasiya yollarının sax­lanmasını təmin edən tədbirlərin siyahısı;

• Ozon təbəqəsinin mühafizəsi və iqlimə təsir - istifa­dəyə icazə verilmiş ozonudağıdan maddələrin həcmi və növləri, istixana qazlarının tullanması həcmi və onların azaldılması.

Müəssisənin pasportuna daxil edilən istismar göstə­riciləri:

• istehsalat obyektləri barədə məlumatlar - sexin, sahə­nin, istehsalın müəyyən edilmiş istehsal gücü, avadanlığın aşın­ması faizi, buraxılan məhsulun planlı və faktiki həcmi;

• Torpaq resurslarından istifadə edilməsi;

278

• Məhsul növləri üzrə xammalın və köməkçi maddi resursların məsrəfi;

• Məhsul növləri üzrə enerji ehtiyatlarının sərfi;• Pozulmuş torpaqların və münbit torpaq qatının götürül­

məsinin rekultivasiyası;• Hüquqi şəxsin nəqliyyatı;• Bitki aləminin obyektləri;• Bitki aləminin obyektlərinin səmərəli istifadəsi üzrə

təbiəti mühafizə tədbirləri;• Müəssisədə icarəyə götürülən sahələr barədə məlu­

matlar (icarədarlar).Müəssisənin ekoloji pasportuna əlavələr - hesabat və digər

sənədlərin surətləri əlavə edilir. Ekoloji pasportun doldurulması kifayət qədər mürəkkəb prosedura olduğundan, onu, adətən müəssisənin özü deyil, bu xidmətin göstərilməsi üçün akkre- ditasiya edilmiş və istehlakçı ilə qanunvericiliyin tələblərinə müvafiq olaraq bağlanmış müqavilə əsasında fəaliyyət göstə­rən ixtisaslaşmış təşkilat tərtib edir. Pasport hesablamaların yoxlanması və uyğunlaşdırma üçün Ekologiya və Təbii Sər­vətlər Nazirliyinin ərazi üzrə orqanına göndərilir. Ekoloji pas­portun məlumatları müəssisənin təsərrüfat fəaliyyətinin ekoloji aspektlərinin təhlil olunmasına və onun istehsalının ətraf mü­hitə yükünün azaldılması üzrə tövsiyyələr proqramının işlənib hazırlanmasına imkan verir.

Dövlət ekoloji ekspertiza - planlaşdırılan təsərrüfat və digər fəaliyyətin ətraf mühitə mümkün neqativ təsirləri barədə mühüm xəbərdarlıq vasitəsidir.

Planlaşdırılan və digər təsərrüfat fəaliyyəti dedikdə, təbii resurslardan istifadə ilə bağlı təsərrüfat, tikinti, obyektlərin rekonstruksiyası və digər fəaliyyət başa düşülür. Layihə sənəd­ləşmənin əsaslandırılması mərhələsində olan ekoloji ekspertiza potensial ekoloji təhılükə və riski azaltmağa imkan yaradır. Onun mahiyyəti - təsərrüfat və digər fəaliyyətlə bağlı layihə

279

Page 141: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

qərarlarının ətraf mühitin qorunması haqqında qanunvericilik və ekoloji normativlərin tələblərinə uyğunluğunun yoxlanıl­ması, layihənin ekoloji təhlükəsizlik nöqteyi-nəzərindən məqsədəuy-ğunluğunun əsaslandırılmasıdır.

Ekoloji ekspertiza proseduru praktiki olaraq bütün ölkələrdə tətbiq edilir. Belə ki, ABŞ-a o 1969-cu ildə Ətraf Mü­hitin Mühafizəsi Sahəsində Milli Siyasət Haqqında Qanun qə­bul edilən kimi qəbul edilmişdir. Elə həmin ildə ekoloji eks­pertiza barədə qanun İsveçdə, 1973-cü ildə Yaponiyada, 1975- ci ildə AFR-də, 1976-cı ildə isə Fransada qəbul edilmişdir.

Ekoloji ekspertizanın əsas məqsədi planlaşdırılan təsər­rüfat fəaliyyətinin ətraf mühitə, insanların sağlamlığına neqativ təsirinin minimuma endirilməsi və xülasənin tərtib edilməsi, harada ki,əsasında ekoloji təhlükəsizlik layihələrinin həyata keçirilməsi imkanları barədə rəy verilməsidir.

Ekoloji rəy layihənin əsaslandırılmasının mühüm və ayrılmaz texniki-iqtisadi hissəsidir.

Beynəlxalq və yerli təcrübə də ekoloji ekspertizanın yüksək iqtisadi effektivliyini təsdiq edir. Təbiəti mühafizə tələblərinin layihələndirilmə mərhələsində nəzərə alınması vurulmuş ekoloji zərərin ödənilməsi xərclərini əhəmiyyətli dərəcə aşağı salır.

Dövlət ekoloji ekspertiza aşağıdakı prinsiplərə söykənir:- layihə və digər sənədləşmənin təsdiqinə qədər onun

mütləq şəkildə həyata keçirilməsi;- planlaşdirilan və digər fəaliyyətin ətraf mühitə mənfi

təsirinin uçotu və qarşısının alınması;- layihə və digər sənədləşmələrdəki məlumatların həqiqə­

tə uyğunluğu və dolğunluğu;- dövlət ekoloji ekspertizanın qanuniliyi və obyektivliyi;- ictimai fikrin əsaslılığı və nəzərə alınması (uçotu).Dövlət ekoloji ekspertizanın obyektlərinə aşağıdakı layihə

sənədləşmələri daxildir:

280

- şəhərsalmanın ümumi, sosial və detallı planlaşdırması layihələri, ərazinin qurulmasının arxitektur layihələri;

- tikinti, arxitektur və tikinti layihələrinin investisiyalaş- dınlmasının əsaslandırılması;

- təbii resurslardan rasional istifadə və ətraf mühitin mü­hafizəsinin kompleks ərazi layihələri sxemi;

- suyun mühafizəsi zonalarının və su obyektlərinin sahil­yanı xətlərinin layihələri;

- ovçuluq təsərrüfatının, balıqyetişdirmənin, balıq ovunun bioloji əsaslandırılması;

- ətraf mühitin mühafizəsinə, həmçinin (və ya) məhsul (onun emalı, istehsalı, istismar edilməsi (istifadə), saxlanılması, daşınması, satışı və işlədilməsi prosesinə) və xidmətlərin gös­tərilməsində təbii resurslardan rasional istifadəyə dair tələblərin müəyyən edilməsi sahəsində texniki normativ hüquqi aktlar.

Özündə daha mürəkkəb layihə qərarlarını birləşdirən la­yihə və digər sənədləşmənin dövlət ekoloji ekspertizam həyata keçirmək məqsədilə Belarus Respublikasının Təbii Resurslar və Ətraf Mühitin Mühafizəsi Nazirliyi, Minsk şəhərinin təbii resurslar, ətraf mühitin mühafizəsi ərazi komitəsi tərəfindən müqavilə əsasında dövlət və digər təşkilatların, beynəlxalq təş­kilatlar, yaxud digər dövlətlərin müvafiq elm, texnika və digər faəliyyət sahəsində xüsusi biliyə malik mütəxəssislərinin cəlb edilməsi yolu ilə ekspert komissiyaları yaradıla bilər. Qeyd olu­nan ştatdankənar mütəxəssislər layihə və digər sənədləşmənin nəticələrinin nəzərdən keçirilməsi yolu ilə dövlət ekoloji eks­pertiza barədə rəy hazırlanması zamanı nəzərə alma biləcək təkliflər hazırlayırlar.

Dövlət ekspertizasının aparılması üçün təqdim edilmiş sənədləşmənin ekoloji tələblərə və təbiəti mühafizə qanunveri­ciliyə uyğun aparılması üçün özündə aşağıdakıları birləş­dirməlidir:

- “Ətraf mühitin mühafizəsi” bölməsi;

281

Page 142: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

- Doldurulmuş “Layihələndirmənin ekoloji şərtləri" forması;

- Torpaq sahəsinin razılaşdırılmış və təsdiqlənmiş seçilməsi barədə akt;

- Layihənin texnoloji hissəsi;- Layihənin ekoloji pasportu.İctimai ekoloji ekspertiza sifarişçidən (təsərrüfat və di­

gər fəaliyyətə təşəbbüsçüdən) sənədləşməni, həmçinin planlaş­dırılan təsərrüfat və digər fəaliyyətin ətraf mühitə təsirinin qiy­mətləndirilməsinə dair materialları, həmçinin digər ictimai ekoloji ekspertizanın aparılması üçün zəruri materialları tələb etmək hüququna malik olan ictimai birliklərin, vətəndaşların və müstəqil mütəxəssislərin təşəbbüsü ilə Azərbaycan Respub­likasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təşkil edilir və həyata keçirilir.

İctimai ekoloji ekspertiza onun təşəbbüsçüsünün - icti­mai birliklər və ya vətəndaşların vəsaiti hesabına maliyyə­ləşdirilir.

İctimai ekoloji ekspertizanın xülasəsi məsləhət xarakteri daşıyır və dövlət ekoloji ekspertizanı həyata keçirən orqanlara, yerli icra və sərəncamverici orqanlara və digər maraqlı şəxslərə istiqamətlənə bilər.

Şəhərsalma obyektlərinin layihə qərarlarının (maraqlı şəxslərin protokollar, qeydlər və təkliflər, kütləvi informasiya vasitələrində və s. nəşrlər) həyata keçirilməsi zamanı hüquq və maraqlarına toxunula biləcək ictimaiyyətlə müzakirələrinin nəticələri əlavə olunmalıdır.

Bəzi obyektlər, o cümlədən ətraf mühit üçün potensial təhlükəli obyektlər üçün layihə sənədləşdirməsinin işlənib ha­zırlanması zamanı ilk dəfə olaraq “Dövlət ekoloji ekspertiza haqqında” qanunda reqlamentləşdirilən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) proseduru həyata keçirilir. ƏMTQ anlayışı beynəlxalq ekoloji hüquqdan mənimsənilmişdir. Trans- sərhəd konteksdə (1991) ətraf mühitə təsirin qiymətləndiril­

282

məsi haqqında konvensiyada ətraf mühitə təsirin qiymətlən­dirilməsi planlaşdırılan fəaliyyətin transsərhəd konteksdə ətraf mühitə təsiri kimi nəzərdən keçirilir. Konvensiyada olduqca böyük təsirə malik və qiymətləndirilməli fəaliyyətin siyahısı açıqlanmışdır. ƏMTQ planlaşdırılan fəaliyyətin potansial ekoloji təhlükəli növlərinin təhlili üçün nəzərdə tutulmuşdur və beynəlxalq tələblər nəzərə alınmaqla milli səviyyədə qanun­vericilikdə siyahısı müəyyən edilmiş layihələrin ekoloji cəhət­dən əsaslandırılması üçün bir vasitədir.

Qeyd olunan faəliyyəti ekoloji nöqteyi-nəzərdən əsas­landıran layihələrin kompleks qiymətləndirilməsi nəticələri dövlət ekoloji ekspertizanın nəzarət predmetidir. Ətraf mühitə təsirin qiymətləndirilməsinin mütəmadi olaraq aparılması, he­sabatın tərtib edilməsi və dövlət ekoloji ekspertizanın sənəd- ləşdirilməsinin həyata keçirilməsi ƏMTQ proseduru adlanır. ƏMTQ proseduru dəlillərə, elmi proqnozlara, ekosistemin eko­loji cəhətdən yüklənilmsi həddinin hesablanmasına, həmçinin layihənin reallaşdırılması nəzərdə tutulan rayonun sakinlərinin ictimai rəyinə əsaslanır.

ƏMTQ hesabatını özündə əks etdirən dövlət ekoloji ekspertiza aparılması müddəti bir ayı keçməməlidir, lakin plan­laşdırılan təsərrüfat və digər fəaliyyət üçün transsərhəd təsiri göstərə biləcək layihə sənədləşdirilməsi üçün bu müddət 2 ayadək davam edə bilər.

Dövlət ekoloji ekspertizanın nəticələri üzrə yekun müs­bət və ya mənfi ola bilər. Birinci halda layihə qərarının maliy­yələşdirilməsi və realizasiyası imkanı yaranır, ikinci halda isə sifarişçi layihə sənədləşməsini ekspertlərin rəylərinə uyğun yenidən işləyib hazırlamalı və təkrar baxışa təqdim etməlidir.

Hazırki dövrdə işlənib hazırlanma prosesində təbii resursların istifadəsi ilə bağlı sahəvi inkişaf üçün perspektivdə ətraf mühitə təsir göstərən layihə proqramları, konsepsiyalar, proqnoz və sxemlərə uyğun beynəlxaq məsləhətlərə (Trans­sərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi

283

Page 143: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Konvensiyasına SEQ Protokolu) müvafiq strateji ekoloji qiymətləndirmə (SEQ) proseduru barədə sual yaranmışdır. Elmi dairələri, ictimaiyyəti ümummilli və sahəvi planlar, proqramlar, strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi plan­laşdırılması imkanları barədə az məlumatlandırılmasını da qeyd etmək lazımdır.

Leksikonumuza daxil olan “menecment” anlayışı, ümu­miyyətlə, “idarəetmə” anlayışının eynidir, lakin onun təyin edil­məsində müəssisə, korporasiya, yaxud bazarda fəaliyyət göstə­rən digər təsərrüfat subyektinin idarə olunması funksiyaları daha çox vurğulanır.

Ekoloji menecment (EM) - cəmiyyətin dayanaqlı inkişafı və təbiətin qorunub saxlanması şəraitində insanın öz ekoloji, iqtisadi, mədəni və digər tələbatlarının ödənməsi üçün onun şüurlu olaraq təbii proseslərə və ətraf mühit obyektlərinə təsirinin tənzimlənməsi ilə izah olunan xüsusi idarəetmə sahəsidir.

Ekoloji menecment sistemi - idaretmə ierarxiyasının bütün səviyyələrində (fərdi sahibkardan və müəssisədən tutmuş dövlətə və beynəlxalq cəmiyyətə qədər) təbiətdən istifadənin, ətraf mühitin mühafizəsinin, insan fəaliyyətinin ekoloji təhlü­kəsizliyinin rasional idarəetməsinin və təşkilinin prinsip-lərinin, metodlarının, formalarının və alətlərinin məcmusudur.

Müəssisələrdə ekoloji menecmentə zərurət çox halda təkcə istehsalçılara deyil, həm də yer üzündə yaşayan hər bir kəsə toxunan ekoloji problemlərin meydana gəlməsi, insanın müasir aləmdə mövcud olması şəraitinin daha da mürəkkəbləş­məsi ilə izah olunur.

Müəssisənin ekoloji menecmenti ətraf mühitin mühafi­zəsi ilə: planlaşdırma, təşkiletmə, əsaslandırma, nəzarət ilə bağlı onun idarəolunmasının bütün aspektlərini əhatə edir. 0 müstəsna olaraq yalnız müəssisənin ixtisaslaşdırılmış təbiəti mühafizə xidmətinin fəaliyyəti ilə məhdudlaşdırılmır, eyni za­manda bütün işçi personala da aiddir. Praktiki olaraq elmi-

284

tədqiqat və təcrübə-konstruksiya işləri, istehsalat, paylaşdırma, marketinq və s. də şamil edilir.

XX əsrdə ekomenecment, müəssisə rəhbərliyi tərəfindən dövlət tələblərinin təmin edilməsi üzrə onun üzərinə düşən yük kimi nəzərdən keçirilirdi. O iqtisadi maraq kəsb etmirdi, buna görə də müəssisələrdə, bir qayda olaraq, dəqiq ekoloji siyasət yox idi. Ətraf mühitin mühafizəsi məsələlərində məsul mütə­xəssislər (təbiəti mühafizə xidməti) öz vəzifə təlimatları çər­çivəsində məlumatlı idilər. Təbiətimühafizə fəaliyyətində əsas üstünlük təmizləyici texnologiyalara, yəni dövlət ekoloji nəza­rət normalarına müvafiq olaraq “borunun sonunda” edilən iş­lərə verilirdi. Təbiəti mühafizə tədbirlərinin planları və nəticə­ləri kənar maraqlı şəxslər üçün az əlçatan idi, neqativ nəticələr gizlədilirdi, müəssisə fəaliyyətinin üçüncü tərəf (audut) tərəfindən müstəqil ekoloji dəyərləndirilməsi yox idi. Bütün bunlar effektiv ekoloji idarəetmənin görüntüsünün yaradılma­sına gətirirdi və onun real olaraq aşağı nəticə göstərməsini giz­lədirdi.

Birbaşa və dolayı iqtisadi effektlərin alınmasına yönəl­dən yeni EM-in səciyyəvi xüsusiyyətləri, müəssisənin müsbət imicini yaradaraq, yalniz 1990-cı ildə özünü aydın büruzə verdi. EM-ə münasibətin dəyişməsinə əsasən aşağıdakı amillər və meyillər səbəb oldu:

• İstehlakçıların malların ekoloji xüsusiyyətlərinə olan tələbləri yüksəldi;

• əksər ölkələrdə ekoloji məsuliyyətin sferası daha da ge­nişlənmişdir, yeni şəraitdə məsuliyyət zonasına müəssisə tərəfindən mümkün ola bilən ziyanın əvəzini verməmək üçün müştəriləri, onları ekoloji etibarlılıq mövqeyindən qiymətləndi­rərək daha diqqətlə seçən sığorta şirkətləri və banklar daxil oldu. Bu, sənaye şirkətlərinin EM vəzifələrinə böyük diqqət ye­tirmələrinə maraqlı olmalarını stimullaşdırır;

285

Page 144: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

• Çox firmalar yalnız ekoloji etibarlı tərəfdaşlarla əmək­daşlıq edir ki, bu da tədarükçülərin, korporativ müştərilərin və hətta rəqiblərin EM təkmilləşdirmələrinə sövq edir.

Bütün bunlaın məqsədi müəssisənin təkcə təbiətimühafizə qanunvericilik normalarına, sadəcə olaraq, uyğun olması deyil, həm də özünün istehsal proseslərinin və buraxılan məhsulun maksumum ekoloji təhlükəsizliyinin əldə edilməsinə, həmçinin onun rəqabətədavamlılığmın təmin olunmasına yönələn məq­sədyönlü ekoloji siyasətinin işlənib hazırlanması olan EM-də yeni yanaşmalara gətirib çıxartdı.

EM-in tətbiqi zamanı əsas həlledici rol menecment siste­minə və müəssisə siyasətinin işlənib hazırlanmasına ekoloji as­pektlərin daxil edilməsinə görə əsas məsuliyyəti daşıyan müəs­sisə rəhbərliyinə ayrılır. Rəhbərlik maliyyə vəsaitlərinin ay­rılması, xüsusi personalın seçilib götürülməsi, EM sisteminin uğurlu işləməsi üçün lazımi tədbirlərin müəyyən edilməsi qay­ğısına qalmalıdır.

EM sisteminin mühüm elementi müəssisənin, məhsul (yaxud xidmətlərin) istehsalı prosesində ətraf mühitin müha­fizəsinin prioritetliyinin qəbul edilməsin əks etdirən, ekoloji siyasətidir. Ekoloji siyasətin formalaşdırılması zamanı bunlar nəzərə alınmalıdır:

• İstehsal fəaliyyətinin bütün növlərinin ətraf mühitə təsirinin məcmusu;

• Enerjidən, xammaldan, sudan istifadə;• Səs-küy səviyyəsi;• İstehsal texnologiyaları;• Məhsulun planlaşdırılması;• Müştərilərlə və tədarükçülərlə münasibətlər;• Fövqəladə vəziyyət yarandığı halda davranış qaydaları

və onun qarşısının alınması;• Personalın öyrədilməsi və ekoloji informasiyası, həmçi­

nin xarici ekoloji informasiyam.

286

Müəssisənin ekoloji siyasəti onun bölmələri tərəfindən ope­rativ ekoloji məqsədlərin hazırlanmasına xidmət edir və aşağıdakılar nəzərdən keçirilir.

• Xammalın, materialların, reagentlərin, enerjinin itki­sinin azaldılması və qənaət;

• Maddi resursların yenidən emalı;• Çox təhlükəli və yüksək təhlükəli maddə və material­

ların istehlak edilməsinin ixtisara salınması və əvəz edilməsi;• İstehsal tullantılarının təkrar emalı və istifadəsi;• Texnoloji proseslərin ətraf mühitə təsirini azaltmaq

üçün təkmilləşdirilməsi;• Çıxdaş malların (nöqsanların) azaldılması;• İstehsal olunan məhsulun və xidmətlərin keyfiyyətinin

artırılması;• Texnoloji və istehsal nizam-intizammın yüksəl­

dilməsi, ətraf mühitə qəza və “gecə” təsirlərinin azaldılması.Ekoloji məqsədləri əsas götürərək, konkret tədbirləri

özündə ehtiva edən, onların yerinə yetirilməsi müddətlərini və məsuliyyətini, zəruri maliyyə vəsaitlərinin həcmini göstərən ekoloji proqram tərtib olunur. Ekoloji proqrama daxil edilmiş tədbirlərin gerçəkləşdirilməsi ilə müəssisənin ekoloji siyasəti həyata keçirilir və EM sistemi fəaliyyət göstərir.

ISO 14001 beynəlxalq standartın tələblərinə uyğun ola­raq EM sistemi, bu sistemin tələblərinə əməl olunmasına nə­zarəti həyata keçirməyə imkan verən xüsusi sənədləşmənin ya­radılmasını nəzərdə tutur (EM sistemi üzrə rəhbərlik, işçi və texnoloji təlimatlar, yaxud təşkilati planlar). İctimaiyyətin və bütün maraqlı tərəflərin müəssisənin fəaliyyətinin ekoloji as­pektləri barədə məlumatlandırılması üçün təsərrüfat subyekt­lərinin ekologiyalaşması prosesini əks etdirən illik ekoloji hesabat aparılmalıdır. EM sisteminin işləməsinin yoxlanılması və dəyərləndirilməsi ekoloji audit vasitəsilə aparılır.

287

Page 145: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Planlaşdırmanın əsas fundamental elementlərindən biri müəssisənin biznes planıdır. Onun strukturunda təbiətimühafızə və ehtiyatların qorunub saxlanması fəaliyyətinə həsr edilmiş bölmələr olmalıdır:

• “ekoloji-iqtisadi sistemlərin imkanları”;• “ehtiyat növləri (birincili və ikincili) və ekoloji məh­

dudiyyətlər;• “istehsal tullantılarından alman məhsulun satış bazan”;• “marketinq planı”;• “ekoloji-iqtisadi effektin artırılması üçün infrastruktur

obyektləri və istehsal kooperasiyası üzrə təşkilati plan”;• “təbiətimühafızə və ehtiyatların qorunub saxlanması

fəaliyyətinin hüquqi təminatı”;• “maliyyə planı”;• “təbiətimühafızə obyektlərinin kapital inşaası və re­

konstruksiyası planı.

Müəssisənin fəaliyyətinin ekoloji normaların və qaydalann tələblərinə müvafıqliyinə nəzarətin mühüm forması ekoloji auditdir. Beynəlxalq Ticarət Palatasının müəyyənləşdirməsinə görə ekoloji audit - istehsal proseslərinin idarə olunması və işləməsi sisteminin ekoloji tələblərə uyğun gəlməsinin, sistem­ləşdirilmiş, sənədli təsdiq olunan obyektiv qiymətləndirilmə­sindən ibarət idarəetmə alətidir.

Ümumilikdə audit (ingilis dilindən audit - yoxlama, təftiş) - hər hansı peşəkar fəaliyyət haqqında obyektiv məlumatların alınması, dəyərləndirilməsi və bunların müəyyən meyarlara, normalara və standartlara uyğunluq səviyyəsinin müəyyən edil­məsi prosesidir. Adi nəzarət ilə müqayisədə, audit müəyyən üstün cəhətlərə malikdir: mötəbərlik, müstəqillik, obyektivlik, təkrarlanma, aydın başa düşülmə, ilkin olaraq ondan təsərrüfat subyektlərinin maliyyə fəaliyyəti sferasında şirkətin, müəssi­sənin, idarənin mühasibat hesabatlarının və onun maliyyə-təsər­

288

rüfat fəaliyyətinin digər sənədlərinin dəqiqliyinin (düzgün­lüyünün) yoxlanması üçün istifadə edilirdi. Sonradan audit prosedurasından təsərrüfat subyektlərinin fəaliyyətinin effektiv­liyinin digər istiqamətlərdə: keyfiyyət auditi, energetika auditi, ekoloji audit və s. təkmilləşdirilməsi üçün geniş istifadə etməyə başlanıldı.

Müəssisələr tərəfindən fəaliyyətin ekoloji aspektlərinin qiymətləndirilməsindən 1970-ci illərdə ABŞ-da təbiətə vurulan zərərə görə hüquqi məsuliyyəti nəzərdə tutan, ətraf mühit sahə­sində milli siyasət haqqında federal qanunun qəbul edilmə­sindən sonra fəal tətbiq edilməyə başlanıldı. Qiymətləndirmə prosedurası aparılma formasına görə maliyyə auditini xatırlat­dığından, o, ekoaudit adlandınlmağa başlandı. 1980-ci illərdə ekoloji audir Avropanin sənayecə inkişaf etmiş ölkələrinin həyatına daxil oldu ki, bu da sonralar Avropa Şurası tərəfindən ekoaudit barədə Qətnamənin (1993) qəbul edilməsini şərtlən­dirdi. Bu proseduraya çoxlu beynəlxalq təşkilatlar maraq gös­tərir. Belə ki, Beynəlxalq Ticarət Palatası ekoauditdən istehsal fəaliyyətinə və şirkətin strategiyasının ekoloji qanunvericilik normalarına uyğunluğuna nəzarətin gücləndirilməsi üçün daxili inzibati idarəetmə üsulu kimi istifadə etməyə başladı. 1990-cı illərin əwələri üçün ekoloji auditlə, kommersiya bankları borc alanların ssudaları üzrə ödənişlərin ödənməməsi risklərini mini­muma endirmək məqsədilə, şirkət və firmaların onların ekoloji etibarlılıq dərəcəsindən asılı olaraq maliyyələşdirilməsi üzrə qərarların verilməsi proseduralarında silahlandı.

Ekoaudit obyektləri kimi, fəaliyyəti ətraf mühitə təsir gös­tərə bilən, yaxud göstərən mövcud, yaradılmaqda olan müəssisə və təşkilatlar ola bilər. Ekoaudit təsərrüfat subyektlərinin mənfi ekoloji təsiri ilə bağlı mövcud, yaxud potensial problemlərin üzə çıxarılmasını və onların həlli üzrə tədbirlərin işlənib hazır­lanmasını hədəfə alır. Ekoloji auditdən aşağıda göstəriln for­mada istifadə oluna bilər:

289

Page 146: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

• təbiətimühafizə qanunvericiliyinə əməl edilməsinin yoxlanması üçün;

• ətraf mühitin idarə olunması sistemlərinin işləməsinin effektivliyini qiymətləndirmək;

• layihələrin sərmayələşdirilməsi, uzunmüddətli icarə müqavilələrinin və ətraf mühitin çirkləndirilməsindən gələn zə­rərlərə görə məsuliyyətin sığortalanması müqavilələrinin səhm- ləşdirilməsinin, bağlanmasının maliyyə risklərinin müəyyən edilməsi;

• müflisləşmənin elan olunması prosedurasının gerçək­ləşdirilməsi;

• ekoloji sığortalanma məqsədi ilə və mülkiyyətçinin də­yişməsi prosesində keçmiş ekoloji zərərə görə məsuliyyətin təyin edilməsi üçün ekoloji ziyanın qiymətləndirilməsi;

• lisenziya alan tərəfindən müəyyən edilmiş ekoloji tələblərə, lisenziya razılaşmalarına əməl edilməsinin yoxlan­ması;

• özəlləşdirmə və daşınmaz əmlakın satılması zamanı ekoloji riskin aşkara çıxarılması;

• sertifikatlaşma prosesində qoyulmuş tələblərə uyğun olmanın yoxlanması və s.

Ekoloji auditin həyata keçirilməsi icbari və könüllü olabilər.

İcbari audit təşkilatlar və siyahısı ekoloji audit üzrə xüsisi təhkim olunmuş orqan tərəfindən təsdiq edilmiş fəaliyyət növ­ləri üçün (məs., obyektin mülkiyyətçisi dəyişən zaman, obyekt icarəyə veriləndə və ya ipoteka zamanı girov qoyulanda) apa­rılır, həmçinin təbiətimühafizə qanunvericiliyini pozanlara qarşı iddiaların tənzinmlənməsi zamanı xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən qaldırıla bilər.

Könüllü audit (təşəbbüslü) müstəsna olaraq ətraf mühitin idarəetmə sisteminin yaradılması və tətbiqi, onun işləməsinin

290

effektivliyinə nəzarət edilməsi prosesində təsərrüfat subyektinin təşəbbüsü ilə aparılır.

Auditin kim tərəfindən aparılmasından asılı olaraq daxili (müəssisə işçiləri arasından oan audit tərəfindən aparılır) və xarici audit (müstəqil auditorlar komandası tərəfindən aparılır) ayırd edilir. Daxili ekoaudit təşkilatda ətraf mühitin idarəetmə sisteminin işləməsini təmin edən vacib alətdir, lakin onun apa­rılması zamanı həmişə obyektivliyi əldə etmək olmur. Yalnız xarici audit icbari ola bilər.

Ekoaudit prosedurası zamanı üç tərəf iştirak edir: təşəb­büskar (müştəri, sifarişçi), auditor (auditor firması), yoxlanılan obyekt.

Ekoloji auditin aparilması təcrübəsində anketləşdirmə, maddi balanslaşma, kartoqrafik, texniki hesablama üsulların­dan istifadə edilir.

Ekoauditin aparılmasının əsas mərhələləri:• təbiətimühafizə fəaliyyətinin göstəricilərini əks etdirən

ilkin sənədlərin, qeydiyyat jurnallarının və digər materialların yoxlanması;

• obyektin ekoloji təhlükəsi səviyyəsi barədə audit məq­sədlərinə müvafiq informasiyanın toplanması (personal ilə mü­sahibə daxil olmaqla);

• obyektin görünüşcə müayinə olunması, onun təftiş edil­məsi, bölmələrin ziyarət edilməsi, texniki vasitələrin vəziy­yətinin və istismarının yoxlanması;

• ətraf mühit parametrlərinin və göstərilən neqativ təsir amillərinin alətlə təhlili;

• auditin nəticələrinə görə tövsiyyələrin hazırlanması, aş­kar edilmiş problemlərin aradan qaldırılması üzrə təkliflərin sifarişçiyə verildiyi gəlinən nəticələr və tövsiyyələr ilə hesaba­tın tərtib edilməsi;

291

Page 147: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Ekoauditin aparılması sahəsində əldə olunan təcrübə onun nəticələrindən effektiv istifadə edilməsi imkanlarını sübut edir ki, bunlar da aşağıdakılara imkan verir:

• əvvələr nəzərə alınmayan ətraf mühitə təsir mənbələ­rinin eyniləşdirilməsi (fərqləndirilməsi, ayırd edilməsi);

• təbii resursların istehlakını optimallaşdırmaq;• əlavə araşdırmaların aparılmasının məqsədəuyğunlu-

ğunun əsaslandırılması;• əlavə məhsul, xidmətin istehsalının, ikincili xammaldan

istifadənin, enerji resurslarına qənaətin inkanlarını aşkara çı­xartmaq;

• yeni texnikanın, təbiətimühafızə və ehtiyatları qoruyan texnologiyaların alternativ variantlarının əsaslandırılması;

• ekoloji fəaliyyətin maliyyələşdirilməsinin ehtimal edi­lən (əlavə) mənbələrini təyin etmək;

• dəymiş zərərin və ekoloji-iqtisadi məsuliyyətin ödənmə­sində cərimə sanksiyalarının risklərini azaltmaq və ya tam istisna etmək;

• monitorinq və istehsal nəzarəti sisteminin inkişafına əlavə xərclərin müəyyən edilməsi;

• istehsal məsrəflərini azaltmaq və əlavə məhsulun əmələ gəlməsi hesabına gəlirin artımına nail olmaq və s.

Respublikamızın “Ətraf mühitin mühafizəsi” haqqında Qanununa müvafiq olaraq ekoloji audit - hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən ətraf mühitin mühafizəsi sahəsində tələblərə, beynəlxalq standartların tələblərinə riayət edilmə­sinin müstəqil kompleks sənədləşdirilmiş yoxlanması və belə fəaliyyətin ətraf mühitə zərərli təsirinin aşağı salınması (qarşı­sının alınması) üzrə tövsiyyələrin hazırlanmasıdır. Bütün dün­yada olduğu kimi, Azərbaycanda da ekoaudit ekoloji təhlükə­sizliyin təmin edilməsi, təsərrüfat və digər fəaliyyətin ətraf mü­hitə zərərli təsiri riskinin azaldılması yollarının və üsullarının təyin edilməsi məqsədilə aparılır. Onu icbari və ya könüllü

292

qaydada hüquqi şəxslərin, yaxud fərdi sahibkarların öz və­saitləri hesabına həyata keçirirlər.

Ekoloji auditin aparılması qaydası Azərbaycan Respub­likası qanunvericiliyi müəyyən edir. Ətraf mühitə zərərli təsir göstərən müəssisələrin özəlləşdirilməsi, habelə hüquqi şəxsin müflisləşməsi və ya fərdi sahibkarın fəaliyyətinin dayandı- nlması zamanı ekoaudit icbari qaydada aparılır.

293

Page 148: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

MÖVZU 11. ƏTRAF MÜHİTİN MONİTORİNQİ VƏ EKOLOJİ SIĞORTA

Ətraf mühitin monitorinqini dövlət idarəçiliyinin bir funksiyası, hüquqi institutu və ətraf mühiti mühafizə tədbiri kimi səciyyələndirmək olar. Monitorinq uzunmüddətli müşahi­də sistemidir və ətraf mühitin hazırki vəziyyətinin qiymətlən­dirilməsi, onun dəyişməsi istiqamətinin proqnozunu əhatə edir.

Monitorinq ətraf mühitin hərtərəfli analizi, ekoloji və­ziyyətinin qiymətləndirilməsi, ona təbii və antropogen təsirlərin öyrənilməsi məqsədini daşıyır. Bu təsirlər özünəməxsus xüsu­siyyətə malikdir. Antropogen və təbii təsirlərin məhdudiyyət səviyyəsinin göstəricisi buraxıla bilən ekoloji yükdür (BBEY). Ekosistemin və biosferin normal fəaliyyəti yalnız BBEY sə­viyyəsində mümkündür.

Adətən təbii faktorların təsirindən vəziyyətini ardıcıl də­yişmiş biosfer bir müddətdən sonra əvvəlki vəziyyətinə qayıdır. Məsələn, havanın və torpağın temperaturu, təzyiqi, nəmliyi müəyyən sabit həddə dəyişir. İri ekosistemlər təbiətdə gedən proseslər tərəfindən çox kiçik, zəif dəyişməyə məruz qalır. Dünya miqyasında belə dəyişikliklərin gedişatma nəzarət edən xüsusi ekoloji xidmət mövcuddur.

Bir çox ölkələrdə təbiətin bir çox ünsür və amilləri üzə­rində monitorinq aparılır. Məsələn, Torpaq və Xəritəçəkmə Ko­mitəsi torpaq ehtiyatları üzərində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbii ehtiyatlar, atmosfer, səth suları, su hövzəsi və s. üzərində monitorinq aparır. Bu cür məlumatların toplanması ətraf mühitdə baş verən həm təbii, həm də texniki proseslərin proqnozlaşdırılmasma imkan verir.

Biosferin antropogen faktorların təsirindən dəyişməsi daha qısa müddətdə baş verir. Buna görə də biosferin abiotik hissəsində antropogen təsirdən baş verən dəyişikliyin ölçül­məsi, qiymətləndirilməsi, proqnozlaşdırılması və bütün bu

294

dəyişikliklərə reaksiyasının öyrənilməsi üçün ekoloji monito­rinqin informasiya sistemi yaradılır.

Ekoloji monitorinq biosferin kompleks monitorinqidir. Buraya təbii və antropogen təsirdən ətraf mühitdə baş vermiş dəyişikliklərə nəzarət aid edilir.

Antropogen təsir üzrə ekoloji monitorinqin əsas məsə­lələri aşağıdakılardan ibarətdir:

- Antropogen təsir mənbələrinə nəzarət;- Antropogen təsir faktorlarına nəzarət;- Antropogen faktor təsirindən ətraf mühitdə yaranan

dəyişikliklərə nəzarət;- Təbii mühitin fiziki halının qiymətləndirilməsi;- Antropogen faktorlar təsirindən təbii mühitin vəziyyə-

tindəki dəyişikliklərin proqnozlaşdırılması və bu proqnozun qiymətləndirilməsi.

Monitorinq antropogen təsirdən biosferdə və yaxud onun ayrı-ayrı elementlərində baş vermiş dəyişikliklərə nəzarət, on­ların qiymətləndirilməsi və proqnozlaşdırılmasmdan ibarətdir.

Monitorinq aşağıdakı praktiki istiqamətlərdən ibarətdir:- ətraf mühitin vəziyyətinə və ona təsir edən faktorlara

nəzarət etmək;- ətraf mühitin faktiki vəziyyətini və çirklənmə səviyyə­

sini qiymətləndirmək;- çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək

vəziyyətin proqnozu və bu vəziyyətin qiymətləndirilməsi.Monitorinqin obyekti atmosfer (atmosferin yerüstü qatı

və yuxarı qatı), atmosfer çöküntüləri, yerüstü sular, okeanlar, dənizlər, yeraltı sular, kriosferadan (iqlim sistemi) ibarətdir.

Monitorinq sistemi təsir faktoruna, mənbələrinə və miq­yasına görə də siniflərə ayrılır.

Monitorinqin təsir faktoru dedikdə, müxtəlif kimyəvi çirkləndirici və müxtəlif cür təbii və fiziki təsir faktorları (elek­tromaqnit şüaları, günəş radiasiyası, səs-küy, titrəyiş) başa dü­şülür.

295

Page 149: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Çirkləndirici mənbələrin monitorinqi dedikdə, stasionar mənbəyin (zavod tüstü borusu), hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin monitorinqi başa düşülür.

İnformasiyaların ümumiləşdirmə xarakterinə görə aşa­ğıdakı monitorinq sistemləri mövcuddur:

- Qlobal monitorinq sistemi. Dünyada baş verən proses­lərə və Yer kürəsinin biosferində bütün ekoloji komponentlərə nəzarətlə yanaşı ekstremal vəziyyətlərin yaranacağı barədə xəbərdarlıq etmək rolunu yerinə yetirir;

- Baza monitorinq sistemi. Təbiətdə baş verən hallara nəzarət etməkdən ibarətdir. Bu zaman regional antropogen təsirlər nəzərə alınmalıdır;

- Milli monitorinq sistemi. Ölkə miqyasında aparılan monitorinqdir;

- Regional monitorinq sistemi. Hər hansı bir region daxilində gedən proseslərə nəzarəti həyata keçirir;

- Lokal monitorinq sistemi. Konkret antropogen mən­bəyin təsiri ilə məşğul olur;

- İmpakt monitorinq sistemi. Regional və lokal antropo­gen təsirlərə məruz qalan xüsusi təhlükəli zonalann moni­torinqidir;

- Kimyəvi monitorinq. Atmosferin, atmosfer çöküntülə­rinin, yerüstü və yeraltı suların, okean və dəniz sularının, tor­pağın, dib çöküntülərinin, bitkilərin kimyəvi tərkibinə nəzarət və kimyəvi çirkləndiricilərin yayılma dinamikasına nəzarətdən ibarətdir.

Kimyəvi monitorinq əsasən ətraf mühiti çirkləndirən aşağıda göstərilən komponentlərə nəzarət edir (cədvəl 19). j

296

Cədvəl 19

Üstünlüksinifi

Çirkləndirici maddələr Mühit Ölçüproqramının

növü1 2 3 4I Kükürd iki oksid və asılı

vəziyyətdə olan hissəciklərHavada İ, Я, B,Q

Radioaktiv maddələr (Sr-90, Cs-197)

Qidada İ,R

II Ozon Havada i,в(stratosferdə)

DDT və başqa üzvü xlor bir­ləşmələri

Biot, insan İ,R

Kadmium və onun birləş­mələri

Qida, insan, su

İ

III Nitratlar, nitritlət İçməli su, qida

i

Azot oksid i Havada iIV Civə və onun birləşmələri Qida, hava İ,R

Qurğuşun Hava, qida İKarbon iki oksid Hava в

V Karbon oksidi Hava iNeft karbohidrogenləri Dəniz

suyundaR,B

VI Flor birləşmələri İçməli su İVII Azbest Hava İ

Arsen İçməli su iVIH Mikrotoksinlər Qida İ.R

Mikrobioloji zəhərlənmə Qida İ,RReaktiv karbohidrogenlər Hava İ

Qeyd: İ - impakt; R - regional; B- baza; Q - qlobal.

Fiziki monitorinq - ətraf mühitə təsir edən fiziki proseslərə nəzarət (sel, vulkan, zəlzələ, quraqlıq, torpağın eroziyası və s.);

Bioloji monitorinq - bioindikatorlar vasitəsilə aparılan monitorinq (mühitdə dəyişikliklərə nəzarət).

297

Page 150: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Ekobiokimyəvi monitorinq - radiometrik aparatlarla təchiz olunmuş uçan aparatlarla kosmosda və istənilən sahədə aparılan monitorinq.

Kompleks ekoloji monitorinq - bu universal monitorinq hesab edilir. Burada ətraf mühit obyektlərinin vəziyyətinə, onların faktiki çirklənməsinə nəzarətlə yanaşı gözlənilən kritik situasiyalar, onların insanlara, heyvanlara, bitkilərə zərərli təsiri haqqında məlumat hazırlanır. Bu monitorinq lokal, regional və fon üzrə aparılır.

Kompleks ekoloji monitorinq sistemi konkret olaraq aşağıdakı məsələlərlə məşğul olur:

- Nəzarət obyektinin seçilməsi;- Ayrılmış nəzarət obyektinin müayinəsi;- Nəzarət obyekti üçün informasiya modelinin seçil­

məsi;- Ölçmə işlərinin planlaşdırılması;- Nəzarət obyektinin vəziyyətinin dəyişməsinin proq­

nozlaşdırılması;- Alman nəticələr haqqında informasiyaların başa düşü­

ləcək şəkildə istehlakçıya təqdim edilməsi.Əldə edilmiş informasiyalar əsasında kompleks ekoloji

monitorinqin əsas vəzifəsi aşağıdakılardır:1) Ekoloji sistemin və insanların yaşadığı sahələrin fəa­

liyyəti və vəziyyətlərinin qiymətləndirilməsi;2) Göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbə­

bini müəyyən etmək, bu dəyişikliklərin nə ilə nəticələnəcəyini qiymətləndirmək, ekoloji və yaşayış sahələrinin diaqnostikasını keçirmək;

3) Yaranmış neqativ halların ləğvi və ya təsir dairələrinin azaldılması üçün tədbirlər hazırlamaq. Neqativ hallar haqqında vaxtında xəbərdarlıq etmək.

Son dövrlər ekoloji qəza və fəlakətlərin sayı artdığından iqtisadi zərər də artır. Buna görə də ekoloji fəlakətlərin nəticə­lərinin aradan qaldırılması üçün çoxlu maliyyə vəsaiti tələb

298

olunur. Yüksək risk şəraitində bu vəsaitin yüngülləşməsi üçün təminat lazımdır. Ekoloji cəhətdən gözlənilməz nəticələr ol­duqda və preventiv (qabaqlayıcı) təbiəti-mühafizə tədbirləri ke­çirilərkən əhalinin və hüquqi şəxslərin əmlak maraqlarını qo­rumaq baxımından ekoloji sığorta mühüm rol oynamalıdır. Qeyd etmək lazımdır ki, ümumi çirklənmənin tərkibində plan- laşdmlmamış və gözlənilməz çirklənmə hallarının payı 1/3 -ə çatır.

Ekoloji sığorta - sığortanın xüsusi kateqoriyası olub, sı­ğorta təşkilatı tərəfindən ətraf mühitin gözlənilməz çirklənməsi vaxtı sığorta obyektinə dəyən zərərin əvvəlcədən razılaşdırıl­dığı kimi tam və ya bir hissəsinin ödənilməsinə zəmanət verilir. Ekoloji sığorta aşağıda qeyd olunan bütün tərəflərin ma­raqlarını birləşdirir:

- sığorta təşkilatlan vasitəsilə bütün əhalinin maraqlarını təmsil edən dövlətin;

- gözlənilməz qəza hallarında ətraf mühitin çirklən­məsində müəyyən ziyan çəkə biləcək üçüncü şəxslərin (hüquqivə fiziki);

- öz günahları üzündən baş vermiş qəza nəticəsində çirklənməni törədən müəssisə - təbiətdən istifadəçilərin (sığorta olunanların).

Bu prosesdə əhalinin marağını belə fəaliyyət növü üçün lisenziya almış sığorta təşkilatı təmsil edir.

Ekoloji sığorta üçüncü tərəfə zərərin ödənilməsi üçün icbari (məcburi) ola bilər, sığorta olunan təşkilatın çirklən- diricinin maraqları nəzərə alınaraq könüllü də ola bilər.

Ekoloji sığortanın məqsədi həm qəza və təsadüfi çirklən­mədən dəyən ziyanın ödənilməsi üçün təminatdır, həm də təbiəti mühafizə tədbirlərinin maliyyələşdirilməsi üçün əlavə vəsaitlərin səfərbər olunmasıdır. Bununla da ekoloji sığorta ilə ödənişli (pullu) təbiətdən istifadə sistemi arasında qarşılıqlı əlaqə və təsirin olduğu aydınlaşır.

299

Page 151: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Ekoloji sığortanın əsasını aşağıdakı əsas prinsiplər təşkil edir: üçüncü tərəfə (şəxsə) dəyən zərərin maksimum ödə­nilməsi, sığorta olunan tərəfin də iqtisadi maraqlarının qorun­ması (öz resurslarının saxlanmasına və sonrakı fəaliyyət imkan­larına təminat); sığortaçının sığorta ödənişinin həcminin mini- mumlaşdırılmasında maraqlan və yaradılmış maliyyə vəsaitin­dən təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsində mak­simum istifadəsi.

Sığortanın könüllü növündə sığorta şirkəti sığorta olunan tərəfin üçüncü tərəfə vurduğu zərərin vətəndaşlıq (əmlak) məsuliyyətinin müdafiəsini öz üzərinə götürür. Sığorta obyekti - sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə məsuliyyət riskinin həcmidir.

Ekoloji sığorta sistemində aşağıdakı göstəricilər əsasdır:- sığorta riski;- sığorta ödənişinin həcmi;- sığorta haqqı;- sığorta tarifləri.Ekoloji risk - sığorta hadisəsinin və itkisinin yaranma eh­

timalı ilə bağlıdır. Bu ehtimal nəzəriyyəsinin köməkliyi ilə qə­zalar haqqında məlumatların əsasında müəyyən olunur. Sığorta halı - qəza nəticəsində atılan zərərli maddələrin təbii mühitə vurduğu iqtisadi-sosial ziyanın baş verdiyi prosesdir. Sığorta halının və çirklənmə maddələrinin baş vermə səbəbi bütün konkret hallarda sığorta müqaviləsində öz əksini tapır. Sığorta ödənişi sığortaçı şirkət tərəfindən tarif cədvəlinə görə ödənilir. Tarif cədvəli müəssisənin illik dövriyyəsindən asılı olaraq onun müəyyən faizi kimi hesablanır.

Sığorta hadisəsi aşağıdakıları özündə birləşdirir:- əmlakın korlanması və məhv olması üzündən zərərin

kompensasiyası (ödənilməsi);- ətraf mühitdə həyat şəraitinin pisləşməsi ilə əlaqədar

ziyan;

300

- çirklənmiş ərazinin təmizlənməsi və oranın abad­laşdırılması ilə əlaqədar məsrəflər;

- sığorta hadisəsi baş verən zaman insanların həyatlarının və əmlaklarının xilas edilməsi üçün lazım olan məsrəflər;

- ilkin tədqiqatlar və məhkəmə prosesləri ilə əlaqədar məsrəflər.

Ekoloji sığorta kimi müəyyən olunan sığorta qiyməti - müəssisənin illik dövriyyəsinin həcmi qədər təşkil edir. Sığorta ödənişləri - müəssisənin illik dövriyyəsinin tarif əmsalına vu­rulması yolu ilə hesablanır. Tarif əmsalı istehsal sahələrindən asılı olaraq dəyişilir. Tarif əmsalı istehsal proseslərinin risk dərəcələrindən və preventiv tədbirlərin həyata keçirilməsindən asılı olaraq sahə daxilində də diferensiasiya olunur (fərqlənir).

Tarifin həcmi aşağıdakı hissələrdən ibarətdir:- sığorta təminatının ödənilməsi üçün ehtiyat fonda

köçürmələr;- sığorta hadisələrinin xəbərdarlıq və qarşısının alınma­

sının maliyyələşdirilməsi fonduna köçürmələr;- sığorta təşkilatının məsrəflərinin ödənilməsi;- sığortaçının normativ gəliri.Sığorta şirkəti zərərçəkənlərə sığorta təminatını aşağıdakı

şəkildə həyata keçirə bilər:- əmlakın zədələnməsi və sıradan çıxmasına görə kom­

pensasiya;- ətraf mühitin və həyat şəraitinin pisləşməsi ilə əlaqədar

ziyan;- çirklənmiş ərazinin təmizlənməsi ilə əlaqədar məsrəflər;- insanlann əmlak və həyatlarının xilası üçün lazım olan

məsrəflər;- məhkəmə prosesləri ilə əlaqədar məsrəflər.Sığorta təminatının ödənilməsi sığorta təşkilatının gü­

cündən çox asılıdır. Sığorta şirkətinin gücü ilkin kapitaldan, sı­ğorta olunanların sayından, lazımi ödənişlərin həcmindən asılıdır.

301

Page 152: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Sığorta heç vaxt bütün çirklənmə növlərini əhatə etmir, lakin gözlənilməz və təsadüfi çirklənmədən dəyən zərərin riskindən sığortalanır. Bəzi sığortaçılar ətraf mühitin pisləşmə­sindən də sığortalanma təklif edirlər. Onlar hesab edirlər ki, çirklənmə ilə əlaqədar vəziyyətin təxminən 80%-dən sığorta­lanmaq lazımdır.

Sığorta müqaviləsi aşağıdakı əsas hissələri əhatə edir:- müəssisənin ünvanı, adı, ekoloji riskin xarakteri;- illik dövriyyənin həcmi, manatla;- müəssisənin istehsal fəaliyyəti haqqında məlumatlar;- istehsal prosesinin xarakteri haqqında məlumatlar:

xammal, materialların və istehsal olunan məhsulun növləri;- ətraf təbii mühit haqqında məlumatlar (əhalinin sıxlığı,

istifadə olunan ərazinin, torpağın, suların səciyyəsi);- havaya, suya, torpağa atılan tullantılar haqqında məlu­

mat, ətraf mühitin vəziyyətinə nəzarət metodları və normativlər haqqında məlumat;

- tullantıların risk dərəcəsi (səviyyəsi), onların qarşısının alınması tədbirləri və s.

Müqavilə bir illiyinə imzalanır, lakin sığorta olunan müəssisənin razılığı ilə uzadıla bilər. Müqavilələr fasiləsiz 2 il və daha çox imzalanırsa, güzəştli (10-30%) sığortalanma nə­zərdə tutulur.

Ekoloji məsuliyyətin sığortalanması prosesi sığorta şirkə­tinin iştirakı olmadan da həyata keçirilə bilər. Sənaye müəs­sisələri öz risklərini qarşılıqlı şəkildə sığortalayır. Onlar birgə fondlar da yarada bilər.

Ümumiyyətlə, ekoloji sığorta ekoloji təhlükəsizlik üçün cəlbedici bir vasitədir, çünki burada ekoloji və iqtisadi maraqlar birləşirlər. Ekoloji sığortanın geniş tətbiqi aşağıdakı səbəb­lərdən ləngiyir:

1) hərtərəfli normativ-hüquqi bazanın olmaması;2) müəssisələrin çətin iqtisadi vəziyyəti imkan vermir ki,

sığorta haqqını ödəsinlər;302

3) ekoloji risklərə görə yüksək tarif dərəcələrinin olma­ması. Bu onunla bağlıdır ki, avadanlıqlar çox köhnədir və sığorta halı və hadisələrinin olması ehtimalı yüksəkdir.

Ümumiyyətlə, ekoloji sığorta hələ də qanunvericilikdə öz əksini tam olaraq tapmamışdır. Bu mənada ayrı-ayrı ərazilər və ya müəssisələr üçün əvvəl-cədən könüllü surətdə ekoloji sığorta vəsaitinin toplanması daha məqsə-dəuyğun hesab edilir. Müəs­sisələr tərəfindən ətraf mühitin çirklənməsi, iqtisadi zərərin və qəzaların həcminə görə 3 qrupa ayırmaq olar:

1) xüsusi təhlükəli - qrup “A” - burada daha çox qəzalara məruz qala bilən müəssisələr məcburi sığortalanmalıdır;

2) təhlükəli - qrup “B” - mütləq sığortalanma qərarı regional təbiəti mühafizə orqanları tərəfindən aparılır;

3) az təhlükəli - qrup “C” - müəssisələr ekoloji qəza təh­lükəsini könüllülük əsasında sığortalayır.

Beləliklə, ekoloji təhlükəsizliyin təmin olunması gələcək­də təbiəti mühafizə tədbirlərinin elmi- metodiki və normativ- hüquqi qanunlar əsasında ekoloji sığorta sisteminin yaradıl­masını tələb edir.

303

Page 153: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

MÖVZU 12. EKOLOJİ RİSK VƏ ONDAN MÜHAFİZƏ TƏDBİRLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ

Elmi ədəbiyyatda ekoloji risk haqqında anlayış dedikdə hər hansı bir obyektə neqativ ziyan vuran təbii hadisələr nə­zərdə tutulur. Neqativ ziyan anlayışına, bir qayda olaraq, ob­yektin normal iş rejiminin pozulması, hətta həmin obyektin da­ğılması, məhv olması və müxtəlif itki ilə nəticələnən bir hadisə kimi baxmaq lazımdır. Əlavə edək ki, ekoloji riski xarakterizə edən əsas amillər içərisində qorxulu halların yaranmasının aniliyini, qeyri-müəyyənliyini və qəflətən təhlükəli vəziyyətin meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz.

Qeyd etmək lazımdır ki, insanlar hər gün düşünülmüş və ya düşünülməmiş formada kiçik və böyük həcmli risklərlə üzləşirlər. Həyatda insan üçün risk ictimai icma quruluşunda olan fəaliyyətindən (ovçuluq riski, dənizdə üzmək riski və s.) indiki zamana qədər (iqtisadi risk, istehsal riski, ekoloji risk və s.) praktiki olaraq obyektiv şəkildə onunla çiyin-çiyinə addım­lamışdır.

İnsan fəaliyyətinin təcrübəsi göstərir ki, onun həyatı əksər hallarda potensial təhlükədədir. İnsan həyatı üçün belə təhlükələrin olub-olmaması aksiomadır və heç bir isbata eh­tiyacı yoxdur.

Hələ XIX əsrin sonundan başlayaraq risk haqqında nəzə­riyyə geniş inkişaf etməyə və tətbiq olunmağa başlamışdır. Bu­nun əsas səbəblərindən biri riyaziyyat, statistika, hüquq və iqtisad elmlərinin durmadan inkişafı, digər tərəfdən ehtimal nəzəriyyəsi, oyunlar nəzəriyyəsi fəlakət kimi konkret elmlərlə əlaqədar olmuşdur. Bunların tətbiqi nəticəsində də real ekoloji şərait üçün nisbətən düzgün qərar qəbul etmək mümkündür.

Son on illərdə baş vermiş faciəli hadisələrin artması onu göstərir ki, istehsalın və xidmət sahələrinin müasir texnika ilə təchiz edilməsi mexaniki nasazlığın və ya insan səhvinin artmasına səbəb olmuşdur.

304

Müşahidələr göstərir ki, bizlərdən hər birimiz fəhlə, fermer, kommersant, tələbə və s. gündəlik həyatımızda, istehsa­latda, nəqliyyatda, hətta evimizdə də müxtəlif təhlükələrlə qarşılaşırıq və bunları qabaqcadan görmək, hiss etmək hələlik qeyri-mümkündür. Haqlı olaraq sual oluna bilər: bəs risk nədir?

Risk - ehtimal olunan qorxu, fəlakət, sosial, maddi zi­yan vuran halların mümkünlüyü, yaxud hər hansı bir işdə zərər çəkmək və ya uğursuzluğa düçar olmaq kimi başa düşülür.

Yuxarıda qeyd edildiyi kimi, risk üçün ən xarakterik hallar təhlükəli vəziyyətin qəflətən baş verməsi, onun gözlə­nilməzliyi və aniliyidir.

Aydmdır ki, cəmiyyəti maraqlandıran ətraf mühitin və insanların təhlükəsizliyi problemidir.

Qəbul edilmiş ümumi qaydaya əsasən həyatda baş verən təhlükəli hadisələri, kəmiyyət baxımından ölçmək üçün bölgü şkalasmdan istifadə etməyi məsləhət görürlər. Belə halda “risk” termini dedikdə bu və ya digər təhlükəli vəziyyətlə əlaqədar yaranan ziyanı (itkini) xarakterizə edən çoxkomponentli vektor başa düşülür. Bir qayda olaraq, vektorlar vaxtdan asılı olaraq fəzada qeyri-bərabər paylanılır.

Ekoloji riskə aşağıda qeyd olunan kəmiyyət göstəriciləri daxildir: itkinin (ziyanın) miqdarı (kəmiyyəti); təhlükəli amil­lərin (faktorların) yaranması ehtimalı; itkinin miqdarının və yaranması ehtimalının qeyri-müəyyənliyi.

İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial, iqtisadi zərər ətraf mühitin vəziyyətinin pisləşməsi başa dü­şülür.

Sosial zərər (ziyan) əhaliyə dəyən itkinin qaytarılmayan əvəzi, insanların ömrünün qısalması, sağlamlığının pisləşməsi, rifah halı deməkdir.

Sosial-iqtisadi ziyan müalicəyə və sosial-əmək şəraitinə sərf olunan xərclər, vaxtından əvvəl ölüm və əmək qabi­liyyətinin itirilməsi ilə əlaqədar milli gəlirin itirilməsidir.

305

Page 154: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

İqtisadi ziyan xalq təsərrüfatı obyektlərinin zədələnmə- sindən (dağılmasından), istehsalat-kooperativ əlaqələrinin pozulmasından yaranır.

Ekoloji ziyan isə ətraf mühitə və ya onun ayrı-ayrı kom­ponentlərinə dəyən itkidir.

Riskin terminlərində, həmçinin ehtimalı vahidə bərabər olan etibarlı mənbələrdən məlum olan təhlükələrin təsviri də verilir. Baxdığımız problemdə buna misal olaraq konkret müəs­sisə tərəfindən ətraf mühitə atılan tullantıları göstərmək olar. Bu halda «risk» itkiyə ekvivalentdir və uyğun olaraq riskin miqdan itkinin miqdarına bərabərdir.

Bəzi hallarda insanlar qarşıya qoyduğu arzuya nail olmaq üçün risk edirlər, bilərək ki, bu təhlükə 100% uğursuz­luqla nəticələnə bilər, ancaq nədənsə bununla razılaşırlar. Hər bir insan əsası olmadan ümid edir ki, O, riskdə uğur qazana bilər, lakin ehtimal nəzəriyyəsinə görə bu uğur, əsasən, 100 faiz ola bilməz. Bunlara baxmayaraq risk etmək amili günü-gündən artır və bununla insanlar razılaşırlar.

Adətən, «təhlükəsizlik» məfhumu dedikdə müəyyən şə­raitdə ətraf mühitdə yarana bilən halların, arzuolunmayan şə­raitin, proseslərin və s. nəticəsində insana, ətraf mühitə gös­tərdiyi təsirdən ayrıca və bütövlükdə aşağıdakı vəziyyətin mey­dana gəlməsi səbəbləri başa düşülür:

1) insanın sağlamlığının orta statistika qiymətindən kənarlaşması;

2) ətraf mühitin vəziyyətinin kəmiyyətcə pisləşməsi.Bir qayda olaraq, təhlükəli amillər müxtəlif formalarda

özünü göstərir. Ona görə də təhlükəli amillərin müxtəlifliyini nəzərə alaraq onların təsnifatım təhlükə mənbəyinə görə qəbul etməyi məsləhət görürlər (şəkil 5 ).

306

İstehsalat mühiti Ətraf mühit

Şəkil 7. Təhlükə mənbəyinə görə təhlükəli amillərin təsnifatı

Ekoloji təhlükəli obyekt - xalq təsərrüfatı, müdafiə və ya hər hansı bir təbii obyektdir ki, onların fəaliyyət göstərməsi insanlara, kənd təsərrüfatına, kənd təsərrüfatı heyvanlarına, bitkilərə, ətraf mühitə və ya onun ayn-ayrı komponentlərinə neqativ təsir göstərsin.

Ekoloji amillər - bu amillərə təbiətin xarakteri üzündən yaranan amilləri (buraya insanların, heyvanların, bitkilərin hə­yatı üçün əlverişsiz şəraiti, iqlim şəraitini, atmosferin, suyun, torpağın fiziki-kimyəvi xarakteristikasını, ekosistemin funk­sional xarakteristikasını, təbii aclığı, fəlakəti və s. aid edirlər) və texnogen xarakterli (qəza, fəlakət) amilləri göstərmək olar.

Ekoloji risk - bu, qabaqcadan qarşısı alına bilməyən ekoloji hadisələrin əmələgəlmə halıdır: buna misal olaraq istilik effektinin inkişafı, ozon qatının nazilməsi, deşilməsi, radioaktiv çirklənmələr, turş çöküntülər və s. göstərmək olar.

307

Page 155: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Sosial-iqtisadi amillər - buraya əsasən sosial, iqtisadı, psixoloji amilləri aid edirlər (bunlara qidalanmanın yüksək səviyyədə olmaması, sağlamlıq, təhsil, maddi cəhətdən təmin olunma, ictimaiyyətlə münasibətlərin pozulması, sosial qurumun kifayət qədər inkişaf etməməsi və s. aiddir).

Texnogen (və ya antropogen) amillər insanların təsər­rüfat fəaliyyətləri ilə əlaqədardır (müəssisələrin normal və qəza şəraitindəki fəaliyyəti zamanı mühitə külli miqdarda tullantılar atması, torpaq ərazilərinin təsərrüfat fəaliyyəti üçün zəbt edil­məsi, təbii resursların təsərrüfat dövriyyəsinə həddindən artıq cəlb edilməsi və s.).

Hərbi amillər. Bu amillər hərbi sənaye kompleksinin fəaliyyəti ilə əlaqədardır (hərbi materialların və avadanlığın da­şınması, hərbi silah nümunələrinin sınaqdan keçirilməsi və on­ların məhv edilməsi, hərbi əməliyyatlar zamanı hərbi ob­yektlərin fəaliyyəti və s.).

Əlavə edək ki, qeyd olunan amillərin bölünməsi şərti xarakter daşıyır, ona görə ki, insanın, cəmiyyətin və ətraf mü­hitin təhlükəsizliyi problemini öyrənən zaman bu amillərin təsi­rini ümumi halda ayırmaq olmaz. Bu amillərə və onların tə­sirinə kompleks şəkildə baxmaq lazımdır.

Planetimizin hər bir ölkəsində insanların, ümumilikdə ətraf mühitin və bəşəriyyətin təhlükəsizliyinin təmin edilməsi ekoloji problemlər içərisində ən vacib problem olaraq qalmaq­dadır. Bu məsələyə aydınlıq gətirmək üçün konkret misallara müraciət edirlər. Bu ənənəyə sadiq qalaraq respublikamızla qonşu olan böyük bir dövlətə - Rusiyaya müraciət edək.

Son məlumatlarda göstərilir ki, Rusiya, əhalinin və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi sahəsində yaxşı döv­rünü yaşamır. Belə ki, burada analoqu olmayan hallar yaran­mışdır: burada bir tərəfdən əhali və ətraf mühit üçün potensial təhlükəli olan çox iri müəssisələr fəaliyyət göstərir, digər tərəf­dən texnologiyanın səviyyəsi, nəzarət və nizam-intizam ölçüyə sığmaz dərəcədə aşağı düşmüşdür. Məsələn, orta hesabla ölkə­

308

də hər gün boru xətləri ilə əlaqədar iki ciddi qəza baş verir, həf­tədə bir dəfə - nəqliyyatda, ayda bir dəfə sənayedə qorxulu qəza hadisələri baş verir. Rusiyada 20% ərazi seysmik cəhətdən qorxuludur, 50%-dən çox ərazisi isə daimi buzlaq zonaların- dadır.

Son illərdə Rusiyada müxtəlif qəza və fəlakətlər nəticə­sində 50 mindən çox insan ölmüş, 250 min nəfər isə ağır xəsa­rət almışdır.

Rusiya Elmlər Akademiyasının verdiyi məlumata görə ildən-ilə ölkədə fəlakətlər nəticəsində ölənlərin sayı 10-30% artacaqdır. Mütəxəssislərin hesablamalarına görə, Rusiya ərazi­sində 4,5 min potensial təhlükəli obyektlər yerləşdirilmişdir. Onlardan 800 ədədi radiasiya cəhətdən qorxulu, 1500 ədədi isə kimyəvi və bioloji baxımdan qorxulu tikintilər və istehsalat obyektləridir. Bunların hamısı yüksək riskə malik olan müəs­sisələrdir. Təhlükəli hallar arasında hərbi amillərin də olduğunu xüsusi qeyd etmək lazımdır. Faciə hadisəsi kimi 1989-cu ildə Norveç dənizində batmış və 42 nəfər ekipaj üzvünün həlak olduğu «Komsomoles» sualtı atom qayığını (SAQ) göstərmək olar. Alimlər hesablamışdır ki, nəticənin neqativ inkişafı 5 il müddətində Rusiyanın balıqçılıq təsərrüfatına 3500 mlrd rubl məbləğində (1993-cü il qiymətlərilə), Norveçə isə 2 mln dollar ziyan dəyə bilər. SAQ-nın hermetikliyinin bərpası və konserva­siyası üçün tərtib olunmuş Proqrama əsasən görüləcək işlərin ümumi dəyəri, uyğun olaraq, 2755 mln rubl və 3,42 mln ABŞ dolları məbləğində planlaşdırılmışdır. Beləliklə, riskin qiyməti və onun vurduğu ziyan göz qabağındadır!

Təhlükəsizlik şkalast. Adətən, ekoloji təhlükəsizlik ay­rı-ayrı şəxslərin, cəmiyyətin və ətraf mühitin son dərəcə təh­lükəli vəziyyətdən qorunmasıdır. Təhlükəsizliyin ölçü vahidi kimi insanın və ətraf mühitin vəziyyətini (keyfiyyətcə) xarak­terizə edən göstəricilərdən istifadə etməyi məsləhət görürlər. Bu göstərici isə insanın sağlamlığını və ətraf mühitin qorun­masını maksimum təmin edən şəraitin yaradılması deməkdir.

309

Page 156: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

İnsanın sağlamlığı dedikdə isə, onun ömrünün uzadıl­masını, fiziki və zehni iş qabiliyyətini, insan orqanizminin hər­tərəfli fəaliyyətini təmin edən şəraitin yaradılması kimi başa düşülməlidir. İnsan sağlamlığının əsas göstəricilərindən biri onun orta yaş həddidir. Bir çox alimlər hesab edirlər ki, insanın bioloji vəziyyəti orta hesabla 89±5 il yaşamasına imkan verir, lakin bir çox obyektiv səbəblərdən qeyd olunan yaş həddi kəskin surətdə tərəddüd edir.

Müşahidələr göstərir ki, müxtəlif ölkələrdə insan ömrü təkcə səhiyyənin nailiyyətlərindən asılı deyildir, o, həmçinin cəmiyyətin sosial-iqtisadi inkişafından və ətraf mühitin və­ziyyətindən də asılıdır.

Məsələn, keçmiş SSRİ-də 1987-ci ilin məlumatına görə kişilərdə orta yaş həddi 65 il, qadınlarda isə bu göstərici 74 il olmuşdur. Rusiyada sosial-iqtisadi vəziyyətin dayamqsız inki­şafı nəticəsində insanların orta yaş həddi aşağı düşmüş və hazırda kişilərdə bu göstərici 54 il, qadınlarda 70 il təşkil edir. Başqa, 1994-1996-cı illərdə Rusiyada «uğursuz» rəqəm 13 yox, 60 olmuşdur. Bunu təsdiq etmək üçün statistikaya nəzər salaq:

- keyfiyyətsiz qida məhsullarından və spirtli içkilərdən 60 min nəfər ölmüşdür;

- avtomobil qəzalarından 60 min nəfər dünyasını dəyişmişdir;

- başqa fəlakətlərdən və qəzalardan 60 min nəfərə yaxın insan məhv olmuşdur;

- cinayətkarların və quldur dəstələrinin əlindən 60 min nəfərə yaxın insan həlak olmuşdur;

- özünü öldürmə (intihar) hallan nəticəsində isə 60 minə yaxın insan ölmüşdür.

Əgər xoşagəlməyən siyahını davam etdirsək hər il Rusiyada 600-650 min insanın məhv olmasının şahidi olarıq.

Beləliklə, doğum hallarının azalması, gənclərin xarici ölkələrə getməsi, qoca və uşaqlar arasında ölümün yüksək ol­ması, uşaqsız nigahın artması və külli miqdarda uşaq saldır-

310

manın (abort) çoxalması və s. hadisələri də nəzərə alsaq əha­linin azalmasını təsəvvür etmək o qədər də çətin deyildir.

Ümumiyyətlə, təhlükəsizlik məfhumu əhalinin sağlamlı­ğını qorumaq məqsədilə yanaşı ətraf mühitin yaxşılaşdırılma­sına da xüsusi fikir verilməsini tələb edir. Bunu kəmiyyətcə düzgün qiymətləndirmək üçün müəyyən göstərici olmalıdır. Bizə elə gəlir ki, belə kəmiyyət göstəricilərindən biri ekosiste­min vəziyyətini onun sərhədinin dayanıqlığına yaxmlaşdırıl- masıdır.

Ətraf mühitin vəziyyətinin təsnifatı. Ekosistemin daya­nıqlığım nisbətən düzgün qiymətləndirmək üçün təbii-ekoloji təsnifatdan istifadə edilir.

Təbii hal (vəziyyət): ancaq antropogen təsirin şəraiti (fonu) müşahidə olunur; bioloji kütlə maksimum, bioloji məh­suldarlıq minimumdur.

Müvazinət vəziyyəti: bərpaolunma prosesinin sürəti yu­xarıdır və ya pozulma tempinə bərabərdir; bioloji məhsuldarlıq təbii məhsuldarlıqdan çoxdur, biokütlə azalmağa başlayır.

Böhran vəziyyət: antropogen pozuntular sürətə görə təbii-bərpaolunma prosesini qabaqlayır, lakin ekosistemin təbii xarakteri saxlanılır; biokütlə azalır, bioloji məhsuldarlıq kəskin artır.

Fəlakətli (katostrof) vəziyyət: azməhsuldarlı ekosistemin möhkəmləndirilməsinin öz əvvəlki vəziyyətinə çətin-qayıtma prosesi; biokütlə və bioloji məhsuldarlıq minimumdur.

Kollaps vəziyyət (kollaps, ürək fəaliyyətinin birdən da­yanması): bioloji məhsuldarlığın bərpa olunmayan (qayıt­mayan) itkisi, biokütlə sıfra yaxınlaşır (tələsir) və s.'

Qeyd etmək lazımdır ki, təbiətin qiymətləndirilməsində təbii-ekoloji təsnifatdan başqa təbii-sosial şkala adlanan obyek­tiv göstəricilərdən də (kriteriyalardan) istifadə etməyi məsləhət görürlər.

Sıfır və məqbul risk haqqında anlayış. Belə bir aktual sual meydana çıxır: qəza, çirklənmə, biosferin dağılması və tə­

311

Page 157: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

bii fəlakətlərin yaranması ilə əlaqədar fövqəladə halların nəti­cələrinin aradan qaldırılmasına və ya onların təsirinin minimu­ma endirilməsinə necə nail olmaq olar? Bunun üçün dünya miqyasında təhlükəsizlik normaları işlənib hazırlanır və bu nor­maların əsasında nəzarət həyata keçirilir. Qəzaların ləğv edil­məsi üçün əlavə olaraq texniki qurğular, yəni təhlükəsiz mü­həndis sistemləri tətbiq edilir, istehsalatda nizam-intizamın möhkəmləndirilməsinə xüsusi fikir verilir və işin icrası yüksək səviyyədə həyata keçirilir. Hesab edilir ki, işlərin yerinə yetiril­məsinə mühəndis yanaşması əhali və ətraf mühit üçün ya­ranacaq istənilən təhlükəni aradan qaldırmağa imkan yaradır və mütləq təhlükəsizliyi, yəni sıfır riski təmin edir.

Axırıncı on illərə qədər belə yanaşma özünü doğruldur­du. Lakin bu gün istehsalatın kəskin sürətdə mürəkkəbləşməsi, yeni texnologiyaların yaradılması və tətbiqi, mütləq təhlükəsiz­liyin konsepsiyası texnosferin və biosferin daxili qanunlarına adekvat ola bilməz.

Maddi nemətlər yaradan insan fəaliyyətinin istənilən fəaliyyəti onun enerjidən istifadəsi, mürəkkəb texnoloji sistem­lərlə əlaqədar olması ilə xarakterizə olunur. Bununla yanaşı, onun və ətraf mühitin mühafizəsinin vəziyyəti ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasını və sağlamlığını qiymətləndi­rən göstərici ola bilməz. Belə halda mexaniki sistemin etibar­lılığı və səmərəliliyi böyük rol oynayır və nəticədə mühəndis sahə xarakteri daşıyır. Aydındır ki, istənilən cəmiyyətin resurs­ları məhduddur. Əgər qəzaların qarşısının alınmasının texniki sistemlərinə hər dəfə maliyyə qoyuluşunu artırsaq, onda məc­bur olarıq ki, sosial proqramların maliyyələşdirilməsini azal­daq, bu isə insan ömrünün qısaldılması və keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarar. Buna görə də cəmiyyət real həqiqətin məqbul təhlükəsizliyinin yaradılmasının mümkünlüyünü anlayıb.

Məqbul risk. Hal-hazırda təhlükə amillərinin risk səviy­yəsi elə həddə gətirilmişdir ki, o «məqbul» kimi baxılsın. Onun

312

məqbulluğu iqtisadi və sosial mülahizələrlə şərtlənməlidir (uzlaşmalıdır). Bu, o deməkdir ki, təsərrüfat fəaliyyəti ilə şərt­lənən təhlükə amillərinin risk səviyyəsi «məqbul» qəbul edilə bilər. Yəni «məqbulluğun» kəmiyyəti (realizasiya ehtimalı və ya mümkün ziyan) o qədər kiçikdir ki, bu halda maddi və sosial nemətin alınması xatirinə, insan və ya cəmiyyət, bütövlükdə riskə getməyə hazırdır.

İqtisadi baxımdan inkişaf etmiş bütün dövlətlərdə məq­bul riskin konsepsiyasının istifadəsi mövcuddur. Lakin Rusi­yanın siyasəti digər ölkələrə nisbətən daha çox məqbul təhlü­kəsizlik üzərində qurulur.

Buna görə ilk mərhələdə iqtisadi riskin müxtəlif səviy­yələrinin məqbulluğunu qiymətləndirəndə ancaq ziyan törədən nəticələrin baxılması ilə kifayətlənmək olar, çünki onlar sonluqda ölüm hadisələrinə gətirib çıxarır. Bu göstərici üçün yetərincə etibarlı rəqəmlər məlumdur. Onda «ekoloji risk» an­layışı aşağıdakı kimi formalaşdırılır: bu amilin intensivliyinin normalaşdırılmış kəmiyyətinə, vaxtın müəyyən edilmiş inter- valına zərərli ekoloji amilin təsiri nəticəsində ölüm hadisə­lərinin sayı ilə ifadə olunan mümkün ziyanın kəmiyyətinin nisbətidir.

Beləliklə, ekoloji riskin müəyyənləşdirilməsi ölüm sonluqları ilə qurtaran ziyanlı ekoloji nəticələrin nisbətinin təh­lilinə, zərərli ekoloji təsirin və onun komponentlərinin kəmiy­yətcə qiymətləndirilməsinə əsas diqqət yetirilməlidir.

Fəaliyyətin müxtəlif növləri ilə bağlanan ekoloji riskin ictimai məqbulluğu psixoloji, sosial və iqtisadi amillərlə müəy­yənləşdirilir.

Ətraf mühitin və əhalinin təhlükəsizlik konsepsiyası ilə bağlı riskin idarə edilməsi sahəsindəki praktiki fəaliyyəti elə qurulmalıdır ki, cəmiyyət bütövlükdə, ən çox imkanlara malik olan təbii nemətlərin yekununu alsın və həmin nemət cəmiy­yətin üzvləri arasında bərabər bölünsün.

313

Page 158: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Riskin idarə edilməsinin əsasları. Riskin idarəçi- liyindəki prinsiplərinə taktiki və strateji məqsədlərin bünövrəsi (əsası) qoyulub. Strateji məqsəd - bütövlükdə, cəmiyyətin rifah səviyyəsinin maksimal imkanlarının nailiyyətlərinə çatmaq, taktiki məqsəd isə - həyatın uzadılması və əhalinin təhlükəsiz­liyinin artırılması niyyətidir. Həddindən ziyadə riskdən müdafiə həm hər bir şəxsin, həm də əhali qrupunun maraqlan üçün əvvəlcədən şərtlənir.

Cəmiyyətdə təhlükələrin mövcudluğunun bütün spektri riskin idarə edilməsinə daxil olunması müddəasının mühüm prinsipidir. Belə təhlükələrdən irəli gələn ümumi risk hər bir insan və cəmiyyət üçün onun məqbul səviyyəsini üstələyə bilməz. Nəhayət, riskin idarə edilməsi sahəsindəki siyasət təbii ekosistemlərə təsirin ciddi məhdudiyyətlər çərçivəsində qurul­malıdır. Bunlar da ekosistemlərə ekoloji yüklənmələrin hədd ehtimalının təsiri kəmiyyətinin artırılması tələbləridir. Əhə­miyyətli ekoloji və sosial-iqtisadi ziyanı, əhalinin stress və­ziyyəti ilə, kəskin münaqişəli, qeyri-müəyyənliklə xarakterizə edilən və xarici görünüşdən gözlənilməz, qəflətən amala galan şəraitifövqalədə hal kimi тйаууап etmək olar.

İnsanlar üçün risk iki kateqoriya ilə ifadə olunur:1. Fərdi risk, öz fəaliyyəti gedişində insana müəyyən təsir

göstərilir ki, bu da fərdi risk ehtimalı kimi qiymətləndirilir;2. Sosial risk, bir qəzadan həlak olmuş insanların sayı ilə

bu qəzanın ehtimalı arasındakı nisbətinə sosial risk deyilir.Riskin qiymətləndirilməsi. İnsanın səhhəti üçün risk

amillərinin bu günə olan yeganə analitik aləti riskin qiymətlən­dirilməsi və bu baza üzərində riskin minimallaşdınlması üçün fəaliyyətin prioritetlərinin vurğulanmasıdır. Başqa sözlə, riskin qiymətləndirilməsi - konkret vəziyyətdə riskin miqyası və mənşəyinin (yaranmasının) təhlili deməkdir.

Riskin idarə edilməsi - riskin minimallaşdırılmasına is­tiqamətləndirilən (bəzən hüquqi akt formasında) qərarın idarə­çiliyinin və işləməsinin riskli vəziyyətinin təhlili deməkdir.

314

Aşağıdakı şəkildə (şəkil) riskin idarə edilməsi və qiymətlən­dirilməsinin qarşılıqlı əlaqələri göstərilmişdir.

Şəkil 8. Riskin idarə edilməsi və qiymətləndirilməsinin qarşılıqlı əlaqələri

A - riskin qiymətləndirilməsi sahəsi;В - riskin idarə edilməsi sahəsi;-----► - idarə edilmənin və qiymətləndirmənin ele­

mentləri arasında birbaşa əlaqələri;!■—> - digər elementlərlə qərarları əsaslandıran tər­

sinə əlaqələri.Birinci element - riskin amillərinin və mənbələrinin

müəyyənləşdirilməsi, təhlükənin aşkarlanması, onların obyekt­lərə potensial təsiri, qarşılıqlı əlaqənin əsas formalarıdır.

315

Page 159: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Riskin qiymətləndirilməsinin ikinci elementi - meyilliyin qiymətləndirilməsi, yəni ətraf mühitə və insana risk amilinin real təsiridir.

Riskin qiymətləndirilməsinin üçüncü elementi ətraf mühitə və insana risk amillərinin təsirinin təhlili ilə bağlıdır və müəyyən destabilizasiya amilinin ekosistemin, insanın davamlılığına təsirinin müəyyənləşdirilməsidir.

Son dördüncü element - kəmiyyət və keyfiyyət para­metrlərinin istifadə edilməsi ilə bağlı riskin dolğun xarakte­ristikasıdır.

Riskin qiymətləndirilməsi modelinin son fazası riskin xarakteristikası, onların idarə edilməsi prosedurasının ilk hissə­sidir. Riskin idarə edilməsinin əsas məqsədi vaxta və resurslara qoyulan məhdudiyyətlər zamanı riskin azaldılması yollarının müəyyənləşdirilməsidir.

Riskin idarə edilməsi modeli dörd hissədən və mər­hələlərdən ibarətdir:

Birinci mərhələ riskin xarakteristikası ilə bağlıdır. Prio­ritetlərin müəyyənləşdirilməsi məqsədilə ilkin mərhələdə risk­lərin xarakteristikasının müqayisəsi aparılır. Riskin qiymətlən­dirilməsinin həlledici fazasında təhlükənin (zərərin) dərəcəsi aşkarlandınlır.

ikinci mərhələdə riskin məqbulluq dərəcəsinin müəy­yənləşdirilməsidir. Risk bir sıra sosial-iqtisadi amillərlə müqa­yisə olunur:

- bu və ya digər təsərrüfat fəaliyyətinin növlərindən asılı olan sərfələr;

- fəaliyyətin növü ilə şərtlənən itkilər;- ətraf mühitə və insana neqativ təsirin azaldılması məq­

sədilə nizamlayıcı ölçülərin mövcudluğu və imkanları.Müqayisə prosesi «xərclər və sərfələr» metoduna ar­

xalanır.

316

«Riskli» və «qeyri-riskli» amillərin müqayisəsində riskin idarə edilməsi prosesinin mahiyyəti özünü büruzə verir. Qəbul edilən qərarların üç variantı mümkündür;

- risk tam məqbuldur;- risk qismən məqbuldur;- risk tamamilə qeyri-məqbuldur.

İndiki zamanda riskin saydığımız səviyyəsi hədləri adə­tən, maksimal ehtimalın 1%-i kimi müəyyənləşdirilir.

İki son axırıncı hallarda nəzarət mütənasibliyi təyin edilməlidir ki, bu da riskin idarə edilməsi prosedurasının üçün­cü mərhələsinə daxildir.

Üçüncü mərhələ nizamlayıcı qərarların qəbul edilməsi ilə bağlıdır, yəni hansısa «növlərin» seçilməsindən ibarətdir. Belə tədbirlər riski ya azaldır (birinci və ikinci hal) və ya istisna edir (üçüncü hal).

Dördüncü mərhələ nizamlayıcı qərarlarla bağlıdır, yəni əvvəlki mərhələdə təyin olunmuş və ölçü «növünün» reallaş­masına müvafiq olaraq normativ aktların (qanunlar, qərarlar, təlimatlar) və onların müddəalarının müəyyənləşdirilməsindən ibarətdir.

Riskin idarəçiliyi prosesini tamamlayan element, eyni zamanda bütün mərhələlərin və riskin qiymətləndirilməsi mər­hələlərinin yekdil qərarlarının qəbul edilməsi ilə, riskin vahid konsepsiyasını əlaqələndirir.

Riskin qiymətləndirilməsinin ardıcıl nümunələri:- təhlükənin ilkin eyniləşdirilməsi;- təhlükə mənbəyinin və onunla bağlı ziyanın təsviri;- normal iş şəraitində riskin qiymətləndirilməsi;- istehsalatda qəzalar, təhlükəli maddələrin saxlanılması

və nəqli zamanı hiptetik (fərziyyəyə əsaslanan) mümkünlüyünə görə (ehtimal məqamı) riskin qiymətləndirilməsi;

- qəzaların inkişafı senarisinin mümkün spektorlan;- riskin təhlilinin ehtimalı və statistik qiymətləndirmə.

317

Page 160: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Riskin azaldılmasının və fövqəladə halların nəticə­lərinin yumşaldılmasının tənzim edilməsi.

Qeyri-müəyyənliklə, kəskin surətdə ixtilafla (toqquşma ilə), əhalinin stress vəziyyəti ilə, külli miqdarda sosial-iqtisadi və ekoloji ziyanla xarakterizə olunan və gözlənilmədən, aniliklə baş verən hadisələrə fövqəladə hallar (FH) deyilir.

Sual oluna bilər, fövqəladə hallar nədən baş verir? FH-in yaranması və ya baş verməsi səbəbləri müxtəlif ola bilər. Müşa­hidələr göstərir ki, FH, əsasən təbii fəlakət, ətraf mühitə zərərli maddələrin atılması, torpaq sürüşməsi, yanğın, partlayış, zəl­zələ və s. nəticəsində baş verir və bunları qabaqcadan proqnoz­laşdırmaq hələlik mümkün deyildir.

Statistika göstərir ki, FH-m süni sürətdə yaranması, əksər hallarda kömür, neft-qaz və kimya müəssisələrinin kəskin surətdə cəmləşdiyi regionlarda baş verir. Onu demək kifayətdir ki, təkcə energetika sahəsində 10 mlrd t şərti yanacaq hasil edilir, saxlanılır və emal olunur. Belə yanacaqlar isə yanma, partlama qabiliyyətinə malikdir və onlar bir sıra ölkələrdə möv­cud olan nüvə silahları arsenalı ilə müqayisə oluna bilər.

Problemin dövlət tərəfindən tənzimlənməsi Riskin azaldılmasının və fövqəladə halların (situasiyaların) nəticələri­nin yumşaldılması sahələrində onların dövlət tərəfindən tənzim edilməsinin əsas istiqamətləri aşağıdakıları hesab edirlər: hü­quqi, iqtisadi və normativ-metodiki istiqamətlər. Qeyd olunan istiqamətlərin dövlət tərəfindən tənzimlənməsi yerli icra or­qanları tərəfindən fövqəladə halların nəticələrinin ləğv edilməsi ilə məşğul olan xüsusi qurumlar tərəfindən icra olunur.

Riskin azaldılmasının və fövqəladə halların nəticələrinin yumuşaldılmasının hüquqi, iqtisadi və normativ-metodiki isti­qamətlərinin həyata keçirilməsi Respublika Konstitusiyasının «Əhalinin və ərazinin texnogen və təbii xarakterli fövqəladə hallardan müdafiəsi haqqında» qanununa uyğun olaraq müəy­yənləşdirilir.

318

Riskin azaldılmasının və fövqəladə halların nəticələrinin yumşaldılmasının hüquqi tənzimlənməsi lazımi hüquqi bazanın qanunvericiliyinin təmin edilməsindən ibarətdir.

İqtisadi tənzimləmə fövqəladə halların nəticələrinin ləğv edilməsinin maliyyə tədbirlərini həyata keçirən təkmilləşdiril­miş iqtisadi mexanizmin mövcudluğudur. Bunlara vergiyığma, cərimə sanksiyaları və güzəştlər, ixtisaslaşdırılmış fondlar və sığortalar hesabına formalaşan büdcə və qeyri-büdcə mənbələri aid edilir.

Normativ-metodiki tənzimləmə kifayət qədər lazımı normativ-texniki və normativ-metodiki bazanın yaradılmasım təmin edir.

Tənzimləmənin məqsədi Riskin azaldılmasının və föv­qəladə halların nəticələrinin yumşaldılmasının əsas məqsədləri aşağıdakılardan ibarətdir:

- fövqəladə halların proqnozlaşdırıİmasının tənzimlən­məsi;

- qəzaların, faciələrin, təbii fəlakətlərin tənzimlənməsi üçün profilaktik tədbirlərin görülməsi;

- qəzadan sonrakı hadisələrin tənzimlənməsi;- məsuliyyətin və dəyən ziyanın ödənilməsinin tənzimlən­

məsi;- fövqəladə hallarda informasiya təminatının tənzim­

lənməsi və s.Məlumdur ki, son illərdə Azərbaycanda Fövqəladə Hal­

lar Nazirliyi yaradılmış və böyük səlahiyyətlərə malikdir. Bu və ya digər səbəbdən hər hansı bir ərazidə fövqəladə hal baş verər­sə və hadisə əhaliyə ziyan vurarsa qeyd olunan nazirlik həmin ziyanın həcmini hesablayır, müxtəlif sahələrə, o cümlədən əha­liyə dəyən ziyanın dövlət hesabına ödənilməsini təmin edir. Bu zaman nazirlik fəaliyyətdə olan normativ sənədləri və qanunları əsas götürməlidir.

Ətraf mühitin mühafizəsi tədbirlərinə yönəldilən və­saitin əsas mənbəyi dövlət büdcəsidir, doğrudur başqa maliyyə

319

Page 161: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

mənbələri də maliyyələşmədə iştirak edir, məsələn, yerli büd­cələr, nazirlik və komitələrin vəsaitləri, müəssisələrin öz və­saitləri və s. Ancaq bu yaxınlara qədər göstərilənlərin hamısına büdcədənkənar maliyyə mənbələri kimi baxmaq olmazdı. Bu sistem yaxşı səmərə vermirdi, çünki büdcədən ayrılan vəsait kifayət qədər deyildi. Onun əsas üstünlüyü bu maliyyələşmənin davamlı olması idi.

Əgər inzibati-amirlik təsərrüfat sistemində, ətraf mühiti mühafizə fəaliyyətində maddi-texniki təminat əsas rol oynayır­dısa, bazar iqtisadiyyatı şəraitində təbiəti mühafizə tədbirlə­rinin əsas amili onun malliyyə təminatıdır.

1989-1990-cı illərdə ətraf mühitin mühafizəsinin tən­zimlənməsində iqtisadi mexanizmlərin tətbiqi təbiəti mühafizə fəaliyyətinin maliyyələşmə sisteminə yeni baza yaratmaq imka­nı verdi (təbiətdən istifadəyə görə ödənişlər, çirklənməyə görə ödənişlər, və s.). Ətraf mühiti mühafizə tədbirlərinin və ekoloji proqramların maliyyələşməsi aşağıdakı vəsait mənbələrinin hesabına aparılır:

1) müxtəlif səviyyəli büdcələr;2) müəssisə, təşkilat, şirkətlərin vəsaiti;3) büdcədənkənar ərazi ekoloji fondlar;4) ekoloji sığorta fondu;5) bank kreditləri;6) əhalinin vəsaiti (xarici hüquqi və fiziki şəxslərin

könüllü vəsaitləri də daxil olmaqla).Müxtəlif maliyyələşmə mənbələrinin bəzi formalaşma

xüsusiyyətlərini nəzərdən keçirək.M üxtəlif səviyyəli büdcələrin gəlir hissələrinə müvafiq

vergilər, təbii resurslardan istifadəyə görə, ətraf mühiti çirklən- dirməyə görə ödəniş və köçürmələr daxil olur. Bunlardan başqa yerli büdcələrdə Respublika büdcəsindən dotasiyalar, subsi­diyalar da daxil ola bilər ki, bunlar da çox vaxt təbiəti mühafizə tədbirləri üçün nəzərdə tutulur.

320

Bəzən Respublika büdcəsindən ekoloj i-investisiya proqramlarına subvensiya da ayrıla bilər.

Müəssisələrin öz vəsaiti təsərrüfat subyektlərinin gəlir­ləri hesabına formalaşır. Təbiəti mühafizə əsas fondlarının istis­marı və təbiəti mühafizə tədbirlərinin keçirilmə xərcləri müəs­sisənin istehsal etdiyi məhsulların maya dəyərinə daxil edilir.

Büdcədən kənar ərazi ekoloji fondları təbiəti mühafizə və bəzi resursların bərpasına yönəlmiş vəsaitlərin qalıq prin­sipini kənarlaşdırmaq üçün yaradılır. 1990-cı ildə aşağıdakı büdcədənkənar fondlar yarandı: mineral-xammal bazasının bər­pası, meşələrin mühafizəsi və bərpası, subyektlərinin bərpası və mühafizəsi fondu və s.

Büdcədənkənar ekoloji fondlar təbiəti mühafizəyə investisiyalar yardım sisteminin bir element kimi, təxirəsa­lınmaz mühafizə məsələlərinin təbii mühitdə itkilərin bərpası, iqtisadi zərərin kompensasiyası və s. kimi tədbirlərin maliyyə­ləşdirilməsi üçün yaradılmışdır.

Ətraf mühitin mühafizəsi ictimai fondu əhalinin vəsaiti ictimai təşkilatların könüllü yardım və s. hesabına formalaşır. Bu fondlar ictimai ekoloji birliklər, həmkarlar birlikləri tərə­findən yaradılır və ancaq təbii mühitin mühafizəsinə xərclənir.

Adı çəkilən fondların formalaşması və istifadəsi bu fondları yaradan ictimai birliklər tərəfindən müəyyən olunur. Praktikada cəlb olunan vəsaitin toplanması müxtəlifdir. Təbiəti mühafizə fəaliyyətinin maliyyələşməsi ayrı-ayn mənbələrdən müxtəlif miqdarda cəlb oluna bilər. Yəni, büdcə vəsaiti ilə bir­likdə, müəssisənin öz vəsaiti, büdcədənkənar ekoloji fondlar, kreditlər, xarici ölkə firma və vətəndaşların yardımı, əhalinin vəsaitləri də maliyyələşmədə iştirak edə bilər.

İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq, təbiəti mühafizə işlərinə cəlb olunmuş vəsaitlərin mənbələrinin çox fərqli olduğu diqqəti çəkir. Məsələn, ABŞ regionlarında bu fəa­liyyətin maliyyələşməsi həm federal hökumətin subsidiyaları, həm də ümumi dövlət gəlirləri hesabına formalaşmış fondlar

321

Page 162: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

hesabına, həm yerli mədaxillər hesabına, həm xüsusi vergisiz istiqrazların vəsaitindən həyata keçirilir.

Rayon, yerli və respublika büdcələrində ekoloji proq­ramlar və ətraf mühiti mühafizə tədbirlərinin maliyyələşməsi ayrı sətirdə verilir və maddi-texniki ehtiyatlarla təmin olunur. Respublika büdcəsinin vəsaiti hesabına ancaq dövlət proqram­ların tərkibinə daxil olmuş təbiəti mühafizə tədbirləri maliy­yələşdirilir.

Mərkəzləşmiş qaydada dövlət büdcəsi hesabına Ekolo­giya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti maliyyələşdirilir.

Ətraf mühiti mühafizə tədbirlərinin maliyyələşdirilməsi vəsaitinin ümumi həcmində xüsusi diqqət kapital qoyuluşunun payına yönəldilməlidir.

Son zamanlar təbiəti mühafizə tədbirlərinin maliyyə­ləşdirilməsində yerli büdcələrin və müəssisələrin hesabına maliyyələşmənin rolu artmaqdadır.

Təbiəti mühafizə fəaliyyətinin maliyyələşmə mənbə­lərinin tərkibində baş verən dəyişikliyə fikir verdikdə belə bir qənaətə gəlmək olar ki, təbiəti mühafizə tədbirlərinin maliyyə­ləşməsi, əsasən müəssisələrin öz hesabına aparılmalıdır. Ondan sonra ekoloji fondların və digər investorların vəsaitindən söz gedə bilər.

Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə təbii mühitin çirklənməsi ilə mübarizəyə ümumi milli məhsulun (ÜMM) 3%-ə qədəri yönəldilir. Bu göstərici qonşumuz Rusiyada da yük­səkdir. Orada Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 2%-i, inkişaf etmiş ölkələrdə isə analoji xərclər ÜDM-in 1,5-4%-ni təşkil edir.

Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə ətraf mühitin keyfiyyəti kifayət qədər yüksək səviyyədədir və məs­rəflər əsasən bu səviyyənin saxlanmasına yönəldilir. Azərbay­can Respublikasında isə indiki vəziyyətdə ətraf mühitin keyfiyyətini yüksək qiymətləndirmək hələ tezdir və bu işlər üçün bizim məsrəflər daha çox olmalıdır.

322

MÖVZU 13.YENİ SİVİLİZASİYA DÖVRÜNÜN EKOLOJİ PROBLEMLƏRİ. KOSMOSUN

MƏNİMSƏNİLMƏSİNİN EKOLOJİ ASPEKTLƏRİ

Məhsuldar qüvvələrin inkişafının müasir şəraitində təbii ekoosistemə və bütövlükdə biosferə antropogen təsir güclənmişdir. Bu təsir bir çox hallarda təbiətin davam gə­tirmə həddindən kənara çıxır və ekosistemin qapanması baş verir. Məhz buna görə də Yer Kürəsinin bir çox region­larında təbii ekosistemlər səhralara çevrilmişdir.

Ümumiyyətlə, insan yarandığı gündən biosferə bu və ya digər dərəcədə təsir göstərərək təbii ekosistemləri dağıt­masına pozulmasına səbəb olmuşdur. Elə bunan nəticəsindir ki, hazırda Yer kürəsinin quru hissəsinin 70% ekosistemləri insanlar tərəfindən pozulmuşdur. Bu proses XX əsrdə daha sürətlə baş vermişdir. İndi dağıdılmış torpaq sahələrinin xüsusi çəkisi Avropada - 15%, Asiyada - 44%, Afrikada 49%, Şimali Amerikada - 56%, Cənubi Amerikada - 63%, Avstraliyada isə 62%-ə çatır. Ən çox dağıdılmış sahələr şimal yarımkürəsinin payına düşür. Burada Avropa (Rusiya düzənliyinin şimal hissəsini çıxmaqla), Cənubi və Cənubi- Şərqi Asiya (Çin də daxil olmaqla), Şimali Amerikanın - ABŞ-ı, Kanadanın Cənub hissələri, Meksikanın bəzi əra­ziləri daha çox antropogen təsirə məruz qalmışdır.

Antropogen təsirin biosferin funksiyalarına uyğün olmaması nəticəsində canlı mühitin davamlı inkişaf prosesi pozulmuş və ekoloji böhran yaranmışdır.

Müasir istehsal vasitələrilə silahlanan insanlar təbii resurslardan getdikcə daha çox istifadə etməyə başlamışdır. Təbii resursların istifadəsinin ildən-ilə genişlənməsi, cəmiy­yəti gələcək nəsillərin yaşaması və inkişafı üçün məsulliyyət daşımağa məcbur edir.

Cəmiyyətin inkişafının bütün mərhələlərində ekoloji problemlər olmuşdur. Yer üzərində insan yarandığı vaxtdan

323

Page 163: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

onun biosfera təsiri də müntəzəm surətdə artmaqdadır. Yalnız onun təbiətə intensiv təsiri sənayenin güclü inkişafı nəticəsində güclənmiş və qlobal xarakter almışdır.

İnsanın təbiətə təsiri birbaşa və dolayı yolla ola bilər. Birbaşa təsirdə insan biosferin resurslarından təlabatmı ödə­mək üçün bilavasitə istifadə edir. Yəni, insanlar bitkilərdən, heyvanlardan, torpaqdan, sudan, atmosfer havasından, faydalı qazıntılardan və digər resurslardan istifadə edirlər. Lakin bu resurslardan həddindən artıq intensiv surətdə is­tifadə edilməsi onların tükənməsinə və təbii keyfiyyətinin pozulmasına səbəb olur.

İnsanın təbiətə dolayı yolla təsiri isə onun fəaliyyəti ilə əlaqədardır. İnsanlar tərəfindən kanalların çəkilməsi, çay­ların məcrasının dəyişdirilməsi, təsərrüfat fəaliyyəti də bu və ya digər dərəcədə təbiətə mənfi təsir göstərir. Məsələn, Orta Asiya regionunda pambıqçılığın intensiv inkişafı ilə əla­qədar olaraq Amudərya və Sırdərya çaylarından həddən artıq suyun götürülməsi nəticəsində Aral dənizinin suyu həddindən çox azalmış, bu da regionun iqliminə əsaslı surətdə təsir göstərir. Bu da, öz növbəsində Aral dənizində bioloji resursların, xüsusilə balıqların azalmasına, tozlu kü­ləklərin yaranmasına, torpaqların şoranlaşmasına, qurulu­şunun pozulmasına, yeraltı suların keyfiyyətinin dəyişmə­sinə, əhali arasında xəstəliklərin və ölüm hallarının çoxal­masına səbəb olmuşdur. Belə misalların sayını çoxaltmaq da olardı.

Məhz, buna görə də bəşəriyyətin hazırki dövrdə in­kişafı elə həyata keçirilməlidir ki, bir tərəfdən daima artan insanların maddi nemətlərə olan tələbatı ödənilsin, digər tərəfdən isə təbiətə dəyən ziyanın miqdarı azaldılsın, təbiətlə cəmiyyət arasında olan bərabərlik pozulmasın.

Bu baxımdan, cəmiyyət özünün sosial-iqtisadi inkişa­fını elə istiqamətdə həyata keçirməlidir ki, digər problem­

324

lərlə yanaşı ekoloji problemləri də müsbət həll etmək iqtidarında olsun.

Ekoloji problemlərin kəskinləşməsi cəmiyyəti inkişafın alternativ yollarını axtarmağa təhrik etmişdir. Bu ideyalar istehsalı, istehlakı, texnologiyanı, insanların sosial-iqtisadi, həyat səviyyələrinin və digər məsələlərin dəyişdirilməsini tələb edir.

İnsanların inkişafının alternativ yollarının axtarması alimlər arasında da kəskin elmi mübahisələrə səbəb ol­muşdur. Bir qrup alimlər belə hesab edirlər ki, ətraf mühitin getdikcə daha çox çirklənməsi, ekoloji problemlər iqtisadi inkişafa mənfi təsir göstərən əsas amillərdən biridir. Onlar bunu ayrı-ayrı dövlətlərin və ümumiyyətlə, dünya miqya­sında ekoloji tədbirlərə getdikcə daha çox maliyyə resurs­larının ayrılması ilə əsaslandırırlar. Buna görə də onlar məhdud inkişaf nəzəriyyəsini irəli sürürlər.

Dünya əhalisinin artımında olan meyillər, istehsalın intensiv və ekstensiv inkişafı, ətraf mühitin çirklənməsini, təbii sərvətlərdən istifadənin intensivləşməsini və ekoloji böhrandan xilas olmağa imkan verən ictimai həyatın (siya­sətdə, iqtisadiyyatda, mədəniyyətdə və s.) müxtəlif sahə­lərində dəyişiklik aparmaq zəruridir.

Neqativ ekoloji problemləri həll etmək üçün bəşəriyyət kortəbii inkişaf konsepsiyasından imtina etməli, iqtisadi- ekoloji səmərəliliyi təmin edən, tənzimlənmə mexanizminə malik olan, təbiətin və cəmiyyətin təkamül qanunlarına əsaslanan yeni inkişaf yolunu tutmaqdır. Yalnız bu halda cəmiyyətin inkişafı fasiləsiz və uzunmüddətli sosial-iqtisadi sarsıntılarsız həyata keçə bilər. Belə inkişaf davamlıdır və uzunmüddətlidir. Bundan başqa, insanların təbiətə olan mü­nasibəti, psixologiyası, ondan istifadə edilməsi üsulları ta­mamilə dəyişməlidir.

Əgər əvvəllər bəşəriyyətin yaşaması üçün əsas problem müharibə və sülh idisə, müasir dövrdə ətraf təbii mühitin

325

Page 164: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

çirklənməsi ilə əlaqədar olaraq bura qlobal ekoloji prob­lemlər də əlavə olunmuşdur. Hələ XX əsrin 30-cu illərində akademik V.l.Vernadski bu barədə bəşəriyyəti xəbərdar etmişdir. Bu proses XX əsrin ikinci yarısından sonra ETT- nin əvvəllər görünməmiş sürətlə inkişaf etməsi, dünya iqtisadiyyatının yenidən qurulması və məhsuldar qüvvələrin mütərəqqi dəyişiklikləri əsasında daha da aktuallaşmışdır. Çünki belə bir inkişaf ətraf təbii mühitlə qarşılıqlı əlaqə formasında aparılmamışdır. Buna görə də biosfer həddin­dən artıq təsərrüfat tullantıları ilə çirklənmişdir.

Buna görə də bəşəriyyətin müasir sivilizasiyası qlobal ekoloji bönran şəraitində yaşayır. Bu, o deməkdir ki, bir tə­rəfdən məhsuldar qüvvələrin inkişafı istehsal münasibət­lərinə, digər tərəfdən isə biosferdə baş verən proseslərə uy­ğun gəlmir. Təbiətlə cəmiyyətin arasında olan münasibət­lərdə yaranan bu bərabərsizlik bir çox hallarda ekoloji fəlakətlərə gətirib çıxarmışdır.

Alimlər qeyd edirlər ki, tarixi dövrlərdə də bir neçə dəfə ekoloji böhran olmuşdur. Lakin bu böhranlar regional və lokal xarakteri daşımışdır.

Müasir ekoloji böhran isə XX əsrin əvvəlində baş­lanmış və hazırki dövrü əhatə etməklə getdikcə daha da güc­lənməkdədir. Pozulmuş qlobal ekoloji sistemin əsas prob­lemini şərti olaraq iki yerə ayırmaq olar:

1) Təbii resurslardan qeyri-səmərəli istifadə nəticəsində ətraf mühitin pozulması.

2) Antropogen təsir ilə əlaqədar olaraq ətraf mühitin çirklənməsi və bunun nəticəsində baş verən pozulmalar.

Buna əyani misal olaraq bərpa olunan və bərpa olun­mayan resursların qlobal balansının dəyişməsini, torpaq örtüyünün eroziyaya uğramasını, şoran torpaq sahələrinin və səhraların genişlənməsini, meşə sahələrinin azalmasını və Yer kürəsində bioloji müxtəlifliyin azalmasım göstərmək olar. Antropogen fəaliyyət nəticəsində çirklənmənin

326

sürətlənməsi və tullantıların yığılıb qalması insanların sağlamlığını və ətraf mühitin vəziyyətini qorxu altına alır. Bütün bunlar bəşəriyyətin gələcək inkişafını məhdudlaş­dıran amillər hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, ətraf mühitin çirk­lənməsinin kəmiyyət və keyfiyyət tərəfləri də vardır. Çirk­lənmənin kəmiyyəti dedikdə antropogen tullantılar və birləş­mələr formasında ətraf təbii mühitə daxil olan çirklən- diricilərin miqdarı nəzərdə tutulur. Məsələn, dəmir birləş­mələrinin və digər metalların hasilatı, emalı qlobal xarakter daşıyır ki, bu da ətraf mühitin metallaşmasını artırır. Digər tərəfdən ətraf mühitə karbon qazının buraxılması qlobal istiləşməyə səbəb olmuşdur ki, bu da bəşəriyyət üçün çox qorxuludur. Atmosferə həddindən artıq karbon qazının da­xil olması nəticəsində XIX əsrin sonu ilə müqayisədə hava­nın orta illik temperaturu 0,6°C artmışdır.

Ətraf mühitə daxil olan tullantıların keyfiyyət gös­təriciləri daha çox qorxuludur. Bəzən bu tullantıların tər­kibində olan maddələrə və birləşmələrə təbiətdə rast gəlinir. Burada əsas rolu üzvi sintez kimyasının məhsulları oynayır. Onların ümumi növlərinin sayı 100 mindən çoxdur. Bun­lardan hazırda 5000-nə qədəri kütləvi surətdə istehsal olunur.

Son zamanlar xlorftorkarbon birləşmələri alimlərin diqqətini daha çox cəlb edir. Onun birləşmələri soyuducu­larda, kondisionerlərdə, yuyucu vasitələrdə və digər sa­hələrdə geniş istifadə edilir. Onların illik istehsalı 1,5 mln tona çatır. Freon qazının Ozon qatının dağıdılmasındakı rolu müəyyənləşməsəydi onların istehsalı daha da artacıqdı.

Günəşdən qələn ultrabənövşəyi şüaların qarşısında olan Ozon təbəqəsinin dağıdılmasında xlorftorkarbon bir­ləşmələri və freon qazı aktiv rol oynayır. Son 20-25 ildə freon qazının atmosferə atılmasının çoxalması nəticəsində Ozon təbəqəsi təqribən 2% azalmışdır. Digər mənbələrdə isə

327

Page 165: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

onun azalması 2-5% göstərilir. Alimlər müəyyən etmişlər; birinci, Ozon qatının 1% azalması ultrabənövşəyi şüaların 2% artmasına səbəb olur; ikinci, Şimal yarım kürəsində Ozon qatı 3% azalmışdır. Qış dövründə freon qazı Ozon təbəqəsini daha intensiv surətdə dağıtdığı üçün Ozon təbəqəsi 5%-ə qədər azalır. Ozon təbəqəsinin Şimal yarım­kürəsində daha çox seyrəkləşməsinin səbəbi dünyada istehsal olunan freon qazının 31%-nin ABŞ-nm, 30%-nin Qərbi Avropanın, 12% Yaponiyanın, 10%-nin MDB-nin payına düşməlidir. Bu istehsalçıların hamısı Şimal Yarımkürəsində yerləşir.

Üçüncüsü, planetimizin bir çox rayonlarında Ozon qatının dağılması nəticəsində Ozon dəlikləri yaranmışdır. İlk Ozon dəliyi 1978-ci ildə Antraktidada müəyyən edilmişdir. Əvvəlcə, o, Yerin süni peyki; sonra isə yerüstü stansiyalar vasitəsilə tədqiq edilmişdir. 1985-ci ildə ingilis alimləri xəbər verdilər ki, hər il oktyabr ayında Antrak- tidanın üzərində Ozon təbəqəsi 40-50% azalır, bəzi hallarda isə sıfra enir. Həmin Ozon dəliklərinin ölçüləri 5 mln km2- dən 20 mln km2-ə çatır. Buna oxşar Ozon dəlikləri Antrakti­dada, Ozon anamaliyaları isə Qərbi Sibirdə və Şərqi Si- birdədə müşahidə edilmişdir.

Yeni sivilizasiya dövrünün ekoloji problemlərindən biri də ətraf mühitin radioaktiv maddələrlə çirklənməsidir. Radioaktiv çirklənmənin əsas mənbəyi Nüvə silahlarının sı­naqdan keçirilməsi və AES-da baş verən qəzalardır. 2000-ci ilə qədər dünyada 1850-ə qədər nüvə silahlarının sınaqları keçirilmişdir. Atmosferdə keçirilən nüvə sınaqları qlobal xa­rakter daşıyır. İnsan üçün ən zərərli sayılan izotoplar Sezium və Stronsium ətraf mühitin çirklənməsinin intensivləşməsi ilə yeni proqnozların yaranmasına səbəb olmuşdur. Bu proqnozların əksəriyyəti gələcəyə pessimist baxır, yəni dün­yada ekoloji sistemin getdikcə daha çox pozulmasından xəbər verir.

328

İctimai istehsalın intensiv surətdə inkişaf etməsi təbii resurslardan istifadəni artırmaqla yanaşı ətraf mühitin çirklənməsini də sürətləndirmişdir. Bir tərəfdən bir çox təbii resursların bərpa olunmaması, digər tərəfdən isə biosferin assinmiylasiya qabiliyyətinin məhdud olması qlobal ekoloji problemlərin yaranmasına səbəb olmuşdur. ETT-nin müasir inkişafı iqtisadiyyatın texnogen tipinin formalaşmasına imkan yaratmaqla yanaşı ekoloji tarazlığın pozulmasına da səbəb olmuşdur. İctimai istehsalın ilkin təbii əsasım təşkil edən resursların məhdudluğu və ekoloji problemlərin yaranması ictimai istehsalın inkişaf variantlarının işləyib hazırlanmasına səbəb olmuşdur. Cəmiyyətin inkişafının müasir dövründə iqtisadi inkişaf bir neçə mərhələyə bölünür;

1. İlkin iqtisadi inkişaf. Belə inkişaf tipində, inkişafın əsas elementi əmək və kapital götürülür. Təbii resurslar tü­kənməz hesab edilir, ətraf mühitin çirklənməsi isə inkişafa təsir etmir.

2. İqtisadi inkişaf ətraf mühitin çirklənməsi və mü­hafizəsi nəzərə alınaraq aparılır.

3. Davamlı (dayanıqlı) inkişaf konsepsiyası.Yuxarıda göstərilən inkişaf konsepsiyaları arasında

davamlı inikşaf konsepsiyası daha mütərəqqidir. Davamlı inikşaf konsepsiyası dedikdə, indiki nəsillərin tələbatını ödəyən və gələcək nəsillərin tələbatının ödənilməsini təhlükə altına almayan inkişaf başa düşülür.

«Davamlı» inkişaf konsepsiyası ilk dəfə 1987-ci ildə BMT Beynəlxalq Komissiyasının məruzəsində təklif edilmiş­dir. Bu sənədin hazırlanmasında 200-dən çox dövlət iştirak etmişdir. 1992-ci ildə ətraf mühit və inikşaf üzrə BMT-nin Rio-de Janeyroda keçirilmiş konfransı bu konsepsiyanı planetin bütün ölkələri üçün XXI əsrdə fəaliyyət planı kimi təsdiq etdi.

«Cəmiyyət-təbiət» qlobal sistemində davamlı inkişaf müxtəlif səviyyəli sosioekosistemlərdə dinamik müvazinətin

329

Page 166: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

gözlənilməsini tələb edir. Sosioekosistemin komponentlərinə cəmiyyətin (sosial sistemin) və təbii mühitin elementlərinin məcmusu daxildir. Sosioekosistemin fasiləsiz inikşafi üçün sistemin mühit ilə təkcə maddə, enerji və informasiya mü­badiləsi deyil, həmin mühitin fəaliyyətini təmin edən xarici mühit də qorunub saxlanılmalıdır. Davamlı inikşaf kon­sepsiyasının əsas ideyası sosial-iqtisadi inkişafda təbii mü­hitin qarışılıqlı əlaqəsinin səmərəli şəraitinin, mexanizml­ərinin yaradılması və onların inkişafına vahid inikşaf prosesi kimi baxılmasıdır. Yalnız bu halda cəmiyyətin və təbii mühitin inkişafı üçün səmərəli zəmin yarana bilər.

Sosioekosistemlərin davamlı inkişafı cəmiyyətin, yəni insanların bir neçə nəsil dövründə mövcud ola bilən cəmiy­yətin imkanlarını müəyyən edir. Sosial baxımdan davamlı inkişaf cəmiyyətdə əhalinin sayı, kapital və texnologiyanın ehtiyatı hamının yüksək həyat səviyyəsini təmin etməlidir. İqtisadi baxımdan davamlı inkişafın təmin olunduğu cə­miyyətdə təbii resurslardan və enerji mənbələrindən istifadə aşağıdakı şərtlərə uyğun şəkildə həyata keçirilməlidir.

- bərpa olunan təbii resurlardan istifadə tempi onların bərpa tempini üstələməməli;

- bərpa olunmayan təbii resursların istifadə tempi onların bərpa olunan əvəzinin işlənib hazırlanması tempini üstələməməli;

- ətraf mühitə atılan tullantıların miqdarı, ətraf mühitin onları udması imkanını aşmamalıdır.

«Davamlı inikşaf» konsepsiyasının əsas prinsiplərin­dən biri də ədalətli bölgü prinsipidir. İstehsal olunan maddi nemətlərin, eləcə də istehsala və istehlaka cəlb olunan təbii resursların istehsal sahələri, ölkənin regionları və əhali arasında ədalətli bölgü aparılmalıdır. Dünyanın yoxsul və kasıb ölkələrində sosial-iqtisadi araşdırmalar göstərir ki, bu ölkələrin zəif inikşaf etməsinin əsas səbəblərindən biri də ədalətli bölgü sisteminin həyala keçirilməməsidir. Davamlı

330

inkişafa əsaslanan cəmiyyətdə hamı sosial vəziyyətindən asılı olmayaraq maddi cəhətdən təmin olunmalıdır.

Ümumiyyətlə, davamlı inkişafın əsas göstəricilərindən biri də cəmiyyətin hər bir üzvinin maddi-rifah səviyyəsinin aşağı düşməməsidir.

«Davamlı inkişaf» konsepsiyasının iki modeli təklif edilir. «Zəif» və «ciddi». «Zəif» davamlılıq inkişaf modellə­rində adambaşına istehlakın azaldılmaması əsas götürülür .

«Ciddi» davamlılıq inikşaf konsepsiyası «Zəif» da­vamlılıq modellərinin çatışmazlıqlarına cavab olaraq yaradılmışdır.

Davamlı inkişaf konsepsiyasında həyata keçirilən təd­birləri sosial-iqtisadi və təbii qruplara ayırmaq olar. Sosial- iqtisadi tədbirlərə iqtisadiyyatın struktur dəyişikliyi, milli pulun kursunun dəyişməsi, dövlət büdcəsinin kəsirinin azaldılması, maliyyə kredit siyasəti, özəlləşdirmə siyasəti, qiymət islahatı, vergi və subsidiya proqramları və s. daxildir. Təbii tədbirlərə ekoloji vergilər, təbiəti mühafizə məsələlərinin maliyyələşdirilməsi, təbiəti mühafizə standartı, normativlərinin qəbul edilməsi və s. daxildir.

Bundan başqa davamlı inkişaf konsepsiyası aşağıdakı məsələləri özündə birləşdirir;

-insanlar diqqət mərkəzində olmalıdır, onlar sağlam və hərtərəfli həyat sürmək hüququna malikdirlər;

- təbii resurslardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz ünsürü olmalıdır;

- inkişaf və ətraf mühitin qorunması tələbatının ödən­məsi həm indiki, həm də gələcək nəsillər üçün nəzərdə tu­tulmalıdır;

- müxtəlif ölkələrdə yaşayan insanların həyat səviyyə­ləri arasındakı fərqlərin, kasıbçılıq və yoxsulluğun azaldıl­ması;

- istehsal və istehlak modellərinin davamlı inkişaf kon­sepsiyasına uyğun gəlməyənlərin ləğvi və ya azaldılması çox

331

Page 167: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

vaxt «davamlı inkişaf» konsepsiyası - öz təbii əsaslarım dağıtmadan sabit sosial-iqtisadi inkişafa nail olmaq kimi başa düşülür.

Davamlı inkişaf konsepsiyası ekoloji, iqtisadi, digər sosial problemlərin qarşılıqlı inkişaf ədaqəsini və birliyini nəzərdə tutur. Bu konsepisya əhali artımının tənzimlən­məsinə, insanların səmərəli istehlakının formalaşmasına, ekoloji mədəniyyət və etikanın inkişafına əsaslanır.

Davamlı inkişaf konsepsiyasının əsas sahələrində, biri olan ekoloji siyasət ətraf təbii mühitə olan siyasi münasibəti əks edirir. Ekoloji siyasət anlayışı 80-ci illərin sonu və 90-cı illərin əvvəlində işlədilməyə başlanmışdır. Cəmiyyətdə ekoloji siyasət termininin yaranması dövlətin qarşıya qoy­duğu məqsəd və məsələlərin, yəni iqtisadi, sosial və ekoloji problemlərin vahid sistem halında həll olunmasına yönəl­dilməlidir.

Ümumiyyətlə, siyasət (yun. politike - dövlətin ida­rəetmə bacarığı) - təşəkkül tapmış ictimai qaydaları cəmiy­yətdə qorumaq məqsədilə müxtəlif sosial qruplar, siniflər və dövlətlər arasındakı münasibətləri tənzimləyən xüsusi fəaliyyət formasıdır. Siyasət tarixən özünün əsas məqsədini müəyyən hakimiyyətin reallaşdırılmasından ötrü əlverişli şəraitin yaradılmasında görmüşdür.

Cəmiyyətin iqtisadi, sosial və ekoloji maraqlan son nəticədə siyasi hərəkətlərin əsas səbəbi kimi çıxış edir. Lakin siyasət də, öz növbəsində, iqtisadiyyatın, sosial və ekoloji problemlərin inkişafına əks təsir göstərə bilir.

Yeni sivilizasiya dövründə, siyasət yalnız insanların so­sial, mədəni, iqtisadi tələblərini deyil, həm də ekoloji tə­ləblərini də nəzərə almalıdır. Əgər çirkli hava ilə nəfəs al­maq, suyu içmək, qidam yemək mümkün deyilsə, onda bütün siyasi problemlər öz gücünü itirir.

332

Dünyanın artıq bir çox dövlətləri iqtisadi, sosial, texniki layihələrin hazırlanmasında və həyata keçirilməsində ekoloji məsələləri nəzərə alır.

Ekoloji siyasətdə ictimai həyatın demokratikləşdiril­məsi, soz azadlığı, ekoloji informasiyanın aşkarlığı, əhalinin və sosial qrupların ekoloji problemlərin həllinə yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir. Demokratikləşmə, cəmiyyətin idarə edilməsində inzibati metodlardan imtina edilməsi, təbiətdən istifadə və ətraf təbii mühitin vəziyyətinə dair informasiya məhdudiyyətlərin qoyulmaması təbiətin mə­nimsənilməsinin, onun ehtiyatlarından səmərəli və kompleks istifadə üçün real zəmin yaradır.

Geniş əhali kütləsi tərəfindən ekoloji problemlərin dərk edilməsi, ekoloji biliklərin genişlənməsi və dərinləşməsi cəmiyyətdə ekoloji hərəkatların, partiyaların və cəmiyyət­lərin yaranmasına səbəb olmuşdur. Bu da, öz növbəsində, dövlətlərin siyasi fəaliyyətinə bu və ya digər dərəcədə təsir göstərir.

Müasir dövrdə ekoloji hərəkatlar təşkilatı cəhətdən formalaşaraq surətlə siyasətləşir. Buna misal olaraq dün­yanın bir çox ölkələrində fəaliyyət göstərən «Yaşıllar» par­tiyasım göstərmək olar. Artıq onlar dövlət idarələrində, təşkilatlarında və parlamentlərində təmsil olunurlar.

Bir çox ölkələrdə milli təhlükəsizlik konsepsiyasına ölkənin ekoloji təhlükəsizlik problemləri də daxil edilmişdir.

Beynəlxalq siyasətdə - ekoloji amil güclü rol oyna­mağa başlamışdır. Bu, dünya ictimaiyyətinin ekoloji prob­lemlərinin həm qlobal, həm də regional təzahürlərinin həl­lində əməkdaşlığının ziddiyyətlərindən irəli gəlir.

N.F.Reymersun (1994-ci) fikrincə ekoloji siyasət dörd mərhələdən ibarətdir:

1. Beynəlxalq səviyyədə - qlobal ekoloji problemləri əhatə edir. Bura beynəlxalq hüquq, xarici siyasət, sosial- iqtisadi inkişafın ekoloji məhdudiyyətləri, dünyanın təbii

333

Page 168: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

resurslar potensialı və onlarm qlobal yerləşməsi daxildir. Məsələn, dünya okeanında ekoloji zonaların müəyyən edil­məsi; bu və ya digər resursun istifadə kvotaları (norma, pay) ətraf mühitin çirklənməsinə görə ödənişlərin razılaşdırıl­ması; bu və ya digər çirkləndiricilərin ətraf mühitə atılma­sının qadağan olunması (məsələn, neft tankerlərinin yuyul­ması zamanı axıdılan çirkli sular, ozon qatım dağıdan mad­dələr) və s. göstərmək olar.

Bundan başqa, dövlətlərarası ekoloji siyasətdə müxtə­lif dərəcədə ziddiyyətlərlə də mövcuddur. Bunların əsas sə­bəbi aşağıdakılardır:

1. Çirkləndirici maddələrin beynəlxalq daşımaları (hava, su, dəmiryolu və s. vasitələrlə). Burada əsas yeri ra­dioaktiv nüvə tullantıları tutur.

2. Qonşu ölkələrdə baş verən texnogen qəzalar (Çernobıl AES - də baş verən qəza, neft tankerlərinin qə­zası, sənaye obyektlərində olan qəzalar, neft kəmərlərində baş verən qəzalar və s.).

3. Bütün bəşəriyyətə məxsus olan ehtiyatlardan (Yaxın kosmos, Dünya okeanı, Antarktida və s.) istifadə.

4. Hərbi fəaliyyət (silahların sınaqdan keçirilməsi, hər­bi əməliyyatlar və təlimlər və s.).

Bu ziddiyyətlərin aradan qaldırılması üçün qlobal miq­yasda yeni ekoloji siyasətin işlənib hazırlanmasına ehtiyac vardır.

Milli və regional səviyyəli siyasət starteji məqsədlər üçün də istifadə edilir. Bu məqsəd və vəzifələr ərazinin xü­susiyyətlərindən və onun imkanlarından asılıdır. Buna görə də hər hansı ərazidə təbiətdən istifadənin və ətraf mühitin mühafizəsi strategiyasının hazırlanması üçün ərazidə kompleks coğrafi tədqiqatlar aparılmalıdır.

Strateji məqsədin əsas əlamətlərindən aşağıdakıları göstərmək olar:

334

1. Ölkənin iqtisadi inkişaf probleminin həll edilməsində ekoloji və təbii coğrafi uçotun aparılması.

2. Əhalinin genetik sağlamlığının qorunub saxlanması.3. Təbii-resurs potensialından səmərəli istifadə.4. Bioloji müxtəlifliyin qorunub saxlanılması.Müəyyən edilmiş məqsədi və istiqaməti həyata ke­

çirmək üçün ekoloji siyasətin metodunu seçmək vacibdir. Ekoloji siyasətin 40-dan çox metodu vardır. Onları fıksal və qeyri-fiskal qruplara bölmək olar. Qeyri-fıksal siyasi me­todlara təbiəti mühafizə fəaliyyətinin hüququ təminatı, ekoloji normativlər, təhsil və s. Fiksal siyasi metodlara eko­loji lisenziya, vergi, ekoloji investisiya, ekoloji proqramlar, dövlət tərəfindən ekoloji tədbirlərin maliyyələşdirilməsi və s. aiddir.

XX əsrin 2-ci yarısında insanlar tərəfindən kosmosun mənimsənilməsi və Nüvə enerjisindən istifadənin getdikcə artması nəticəsində cəmiyyətin fəaliyyət sahəsi də genişlən­mişdir. Kosmosun mənimsənilməsi yerdə olan məhdudiy­yətləri və ekoloji problemləri dərinləşdirən bir çox şəraiti aradan götürə bilər.

Qlobal müşahidə sisteminin yaradılması, antropogen fəaliyyətin gcosfera və biosfera təsirinin təhlil edilməsi, Yerdə təbii resursların geniş miqyasda öyrənilməsi yeni təd­qiqat metodlarının tətbiq olunmasının zəruriliyini qarşıya qoyur. Bunun üçün distansion müşahidə sisteminin yara­dılması çox əhəmiyyətlidir. Bu sahədə kosmik texnologiyanı və beynəlxalq əməkdaşlığın inkişafını ekoloji problemlərin həllində mütərəqqi hal kimi qiymətləndirmək olar. 1961-ci ildə BMT kosmik fəzanın sülh məqsədilə istifadə edilməsinə dair qətnamə qəbul etmişdir.

Çoxspektrli radiometrik cihazlarla təzhiz edilmiş avto­matik peyklər yerdə ətraf mühitin fasiləsiz monitorinqinin aparlımasına imkan verir. Yer orbitində hərəkət edən «Salyut», «Mir», «Skayleb» peykləri artıq kosmik laborato­

335

Page 169: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

riyaya çevrilmişdir. Burada müxtəlif eksperimentlər, cihaz­ların sınağı və vizual müşahidələr həyata keçirilir. Kosmos­da uçan aparatlar vasitəsilə Yer kürəsinin iqlimi, atmosferin sirkulyasiyası, hava və su hövzələrinin çirklənmə dərəcəsinin qiymətləndirilməsi, meşələrin vəziyyəti, okeanların sahil xət­ləri və dibi və digər məsələlər öyrənilir. Artıq kosmik peyk­lər vasitəsilə xlorofıdlərin təmərküzləşməsi və onların qlobal yayılması, bioloji fəaliyyətlər, sahil zonaları, dəniz sularında zəhərli maddələrin olması sübuta yetirilmişdir.

Bəşəriyyətin kosmik perspektivi prinsipcə sonsuzdur. Bu cəmiyyət və təbiətin təsirinin məkan (o cümlədən, za­man) daxilində sonsuz genişlənə biləcəyinin real olduğunu göstərir. Cəmiyyətin məkanca sonsuz genişlənməsi imkanı (kosmosu mənimsəməklə) onun zaman daxilində sonsuz mövcudluğu üçün də zəmin yaradır. Kosmosun mənimsə­nilməsi, beləliklə, sosial əbədilik deyilən qədim konsepsiyanı yeni əsasda dirçəltməkdir.

Kosmosun geniş miqyasda mənimsənilməsi üçün kos­mosda ekoloji istehsalı inkişaf etdirməli, yəni insanların başqa planetlərdə həyatını təmin etmək üçün süni biosfer yaradılmalıdır. İnsan bu zaman Yer biosferini modelləş­dirməli, canlı maddənin əsas funksiyalarını təkrar istehsal etməlidir. Kosmosun mənimsənilməsi cəmiyyət və təbiətin qarşılıqlı münasibətində dönüş yaradır. İnsan fəaliyyəti üçün yerdə olan məhduddiyətlər, kosmosun mənimsənilməsi ilə aradan qalxa bilər.

Bu baxımdan, kosmik enerjidən istifadə edilməsi diq­qəti cəlb edir. Kosmosun mənimsənilməsi nəticəsində kos­mik enerjinin maddi istehsal sahəsinə cəlb edilməsi üçün perspektivlər artır.

Bununla belə, kosmosun mənimsənilməsinin biosfer üçün törədə biləcək nəticələrinin müəyyən edilməsinin daha böyük əhəmiyyəti vardır. Kosmosa buraxılan raketlərin biosferə mənfi təsiri özünü göstərir, belə ki, raketlərdə isti­

fadə olunmuş qazlar biosferi zəhərləyir, raketin atmosferdən keçiməsi onun tərkib və hərəkətinə təsir edir. Bundan başqa, kosmik raketlərin qəzaya uğraması və ya istifadə olun­duqdan sonra yer atmosferində yandırılmasıda atmosferə mənfi təsir göstərir. Kosmos getdikcə metal qırıntıları ilə daha çox çirklənir.

Kosmik aparatların 250-450 km (ionosfer plazmasmm sıxlığının maksimuma çatdığı yerdə) yüksəklikdə uçması nəticəsində ionosferdə dəyişikliklər baş verir, «ionosfer deşikləri» yaranır, nəticədə atmosferin fiziki-kimyəvi proses­lərinin təbii gedişinə və biosferin digər komponentlərinə güclü təsir göstərir.

Yaranmış vəziyyət kosmosun praktiki mənimsənilməsi ilə əlaqədar iki kəskin mövqeyin səhv olduğu aydın olur;1) ekoloji təhlükənin qarşısını yalnız yerdəki vasitələrlə almaq; 2) ekoloji qəza zamanı bəşəriyyətin Yer kürəsini tərk edib kosmosdan sığınacaq kimi istifadə etməsi.

Deməli, «Bəşəriyyət - Yer - Kosmos» sistemi for­malaşır, lakin Yer sakinləri XXI əsrdə hələ planetimizi tərk edib kosmosa keçmək fikrində deyil. Kosmonavtikadan ilk əvvəl yerdə həyat şəraitini yaxşılaşdırmaqdan Ötrü istifadə ediləcəkdir.

Cəmiyyət və təbiət qarşısında qarşılıqlı təsir üçün müd­dət Yerin hüdudları daxilində baş verirdi. Kosmonavtikanm yaranması ilə yerdənkənar təbiətin öyrənilməsi və dəyiş­dirilməsinin başlanğıcı qoyulmuşdur. Ona görə də sosial ekologiya yalnız Yer problemələrinə istiqamətlənə bilməz, o, həmçinin kosmosun mənimsənilməsini, onun kosmik təbiətə və Yerin biosferinə təsirini nəzərə almalıdır.

Müasir dövrdə ekoloji təhlükəsizlik ölkələrin milli təh­lükəsizliyinin mühüm hissəsi hesab edilir. Bu tədbirlər sis­teminin əsasını ekoloji siyasət təşkil edir ki, bu da insanla təbiət arasında olan ziddiyyətlərin aradan qaldırılmasına yönəldilmişdir. Belə tədbirlər sistemi dövlətin məqsədyönlü

336 337

Page 170: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

fəaliyyət proqramında əks olunmalıdır. Ekoloji siyasətin əsas istiqamətləri aşağıdakılardır:

1) İctimai istehsal prosesində təbii resurslardan istifadənin optimallaşdırılmas).

2) İnsan fəaliyyətinin neqativ nəticələrindən ətraf mühiti qorumaq.

3) Əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsi.Onu da əlavə etmək lazımdır ki, bütün bu göstərilən

tədbirlərin həyata keçirilməsi bu və ya digər ölkənin ümumi inkişaf səviyyəsindən, əsas sosial-iqtisadi problemlərin həllindən asılıdır. Ərazi nöqteyi-nəzərdən ekoloji siyasət qlobal və milli səviyyədə olur. Qlobal ekoloji siyasət ardıcıl olaraq bir neçə mərhələdən keçmişdir. Onun əsas zirvəsi BMT tərəfindən 1972-ci və 1992-ci illərdə keçirilən iki bey­nəlxalq konfranslar olmuşdur.

Təbiidir ki, qlobal ekoloji böhranın səviyyəsi ayrı-ayrı ölkələrdə eyni deyildir, ölkələr müxtəlif ekoloji siyasət həyata keçirir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə eko­loji siyasət ardıcıl həyata keçirilir və ekologiyalaşdırma ETT-nın ayrılmaz hissəsi hesab edilir. Bu ölkələrdə ciddi təbiəti mühafizə qanunvericiliyi fəaliyyət göstərir, təbiətə mühafizə texnologiyası aktiv surətdə tətbiq edilir, ekoloji sənaye surətlə inkişaf edir, ekoloji bazar getdikcə genişlənir və iqtisadi artımda «ekoloji təlabat» əks olunur. İqtisadi və sosial həyatın ekologiyalaşdırılması bir neçə yeni sənaye ölkələri üçün də xarakterikdir. Belə ölkələrə misal olaraq Sinqapuru, İrlandiyanı, Yeni Zelandiyanı, Portuqaliyanı. Norveçi, Malaziyanı, İsveçi, Fillandiyanı və Çini göstərmək olar. Bu sahədə reytinqinə görə bu ölkələrdən sonra Fransa. Böyük Britaniya, İsveçrə, İspaniya və Yaponiya durur.

İnkişaf etməkdə olan ölkələrdə isə ekoloji vəziyyət daha çox həyəcan yaradır. Onlardan bəziləri özlərinin təbii resurslarına və ətraf təbii mühitin qorunması üçün müxtəlif kompleks layihələr həyata keçirsələr də ekoloji vəziyyətin

338

normallaşmasında gerilik hiss olunur. Ona görə də Cənub ölkələrində səhralaşma, meşə sahələrinin azalması, torpaq­ların deqradasiyası, su resurslarının çirklənməsi və digər pro­seslər artmaqda davam edir.

Ətraf təbii mühitin mühafizəsi tədbirlərinin səmərəliliyi dövlətin bu sahəyə ayırdığı vəsaitin həcmindən asılıdır. Qərbin yüksək inkişaf etmiş ölkələrində ÜDM-ın 1%-dən 1,5%-ə qədəri təbiəti mühafizə tədbirlərinə ayrılır.

Buna baxmayaraq, XXI əsrin birinci yarısında bəşə­riyyət indiyə qədər görünməmiş miqyasda ekoloji böhranla üzləşmişdir. Bu ekoloji problemlər fonunda nəinki Yerin geofiziki vəhdəti, bizim sivilizasiyanın dəyərləri sisteminin, o cümlədən mədəniyyətin vahidliyi real dərk edilməyə baş­lamışdır. Mədəniyyət insanların həyat tərzinin təşkili və adaptasiyası kimi onların biri-birinə və ətraf təbii mühitə münasibətinin vacib göstəricisidir. Məzmunundan, istiqa­mətindən asılı olaraq mədəniyyət xalqları bir-birinə yaxın­laşdırır və ya ayırır. Məzmunca bəşəri və formaca milli olan mədəniyyət xalqları birləşdirir.

Müasir dövrdə bəşəriyyətin iqtisadi, siyasi və ekoloji fəaliyyəti özünəməxsus milli mədəniyyətləri, ümumbəşəri dəyərlərlə birləşdirən vahid dünya mədəniyyətinin yaranma­sından asılıdır. Müasir dövrün qlobal problemləri şəxsiy­yətin intellektual və humanist keyfiyyətləri haqqında məsə­ləni kəskin şəkildə qarşıya qoyur. Ayrı-ayrı fərdin forma­laşması milli dəyərlərlə yanaşı, dünya mədəniyyətinin təsiri altında getməlidir. Bu iki ölçünün uyğunluğu insanın sosial və ətraf mühitdə münasibətlərindəki birtərəfli yanaşmaqdan imtina etməyə imkan verir.

Yeni sivilizasiya dövründə dünya mədəniyyətinin for­malaşmasını çox vaxt yalnız mədəniyyətin avropalaşması ilə eyniləşdirirlər. Lakin dünya mədəniyyətinin formalaşmasına bütün dünya xalqlarının mədəniyyətinin naliyyətlərini özündə birləşdirməklə, onların müstəqilliyini qoruyub

339

Page 171: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

saxlayır. Dünya mədəniyyəti, ayrı-ayrı xalqların mədə­niyyətini inkar etmir, onları zənginləşdirir, onlara müasir dövrün problemlərinin həllində köməklik göstərir. Başqa sözlə, mədəniyyət insanların həyat fəaliyyətinin milli sə­viyyədə sadə təcrübəsi kimi deyil, çoxölçülü, qlobal pro­seslərlə əlaqədar hadisə kimi qarşımızda durur.

Həm milli, həm də dünyəvi inkişafın əsasını insanla təbiətin hormoniyası təşkil etməlidir. İqtisadiyyatın inkişa­fına istiqamətlənmiş əvvəlki strategiyanın yerinə mərkəzində insanın durduğu strategiya gəlməlidir. İnsanların müasir həyat tərzi və onların məqsədi postindusriya dövründə for­malaşdığına görə əsaslı şəkildə dəyişməlidir. Ona görə də mədəniyyətin müxtəlif formaları ilə yanaşı ekoloji mədə­niyyət də məqsədəuyğun şəkildə inkişaf etməlidir.

Ekoloji mədəniyyət insanla təbiət arasındakı yeni qarşılıqlı münasibəti əks etdirir. Dünya ekoloji mədəniyyə­tinin ən vacib əlaməti sadəlöv antroposentrizmdən imtina edilməsi və biosferosentrik baxışların qurulduğu baxışlara keçilməsidir. Bu, o deməkdir ki, indi istənilən problemlərin, o cümlədən ekoloji problemlərin həllində üstünlük sosial- iqtisadi amillə deyil, təbii amillərə verilməlidir. Antropogen ekoloji problemlərin həllində mərkəzi yeri insan amili tutur. Dünya ekoloji mədəniyyətin əsas meyyarı ətraf mühitin yaxşılaşmasıdır. Onun ölçüsü isə ekoloji etikadır. Ekoloji etikaya əxlaq münasibətləri sferasında «insan-insan», «insan-cəmiyyət» ənənəvi münasibətləri ilə yanaşı «insan- təbiət» münasibətlərinin bir sıra cəhətləri daxil edilmişdir. Ekoloji etikanın əsas xüsusiyyətini təbiətə olan qayğı təşkil edir.

Ekoloji etika onun ənənəvi istiqamətlərindən fərqli olaraq təbii sərvətlərdən səmərəli və kompleks istifadə et­məklə, ətraf mühitin çirklənməsinin azaldılması, tullantılar­dan istifadə olunmasına, biosferin resurslarının bərpasına

340

cəmiyyətin kömək etməsi və digər məsələləri özündə birləşdirir.

Ekoloji etikanın vəziyyəti artıq indi aşağıdakı tələbləri təklif etməyə imkan verir: gələcək nəsillərin yaşaması imkanını pozan istənilən hərəkətdən imtina etmək; təbii mühitin vəziyyətinə təsir göstərən qərarm qəbulunda gələcək nəsillər qarşısındakı məsuliyyət ölçüsü aparıcı olmalıdır; indiki nəsillərin mənafeyinə görə gələcək nəsillərə ziyan vurulmasına yol verilməməlidir.

İnsanla təbiət arasında qarşılıqlı münasibətlərin hor- moniyasının təmin edilməsinə xidmət edən ekoloji etikanın müddəaları o zaman reallaşa bilər ki, o, insan fəaliyyətinin bütün sahələrini (iqtisadiyyat, siyasət, təhsil, tərbiyə və s) əhatə etsin.

Milli mədəniyyət dəyərlərini tamamlayan ümumbəşəri dəyərlərin zəruriliyi aşkar olur. Birləşdirici humanist müd­dəalar ekoloji etika sayəsində inkişaf edir. Bu mədəniy­yətlərin dialoqu, millət və xalqların qarşılıqlı anlaşması üçün əsas verir. Ekoloji etika əsasında düşüncəli istifadə mədə­niyyəti formalaşır.

Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüququ müdafiəsi mövcud olan hüququ dövlət şəraitində mümkündür.

Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qa­nunun aliliyi, fərdlərin hüquq və azadlığının reallığı, suveren dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəməyə bölünməsi əsasında təşkili və fəaliyyəti daxildir.

Hüquq insan üçün əlverişli təbii şəraitin təmin edil­məsində müəyyən rol oynaya bilər. Hüquqi dövlət şəraitində o, «cəmiyyət-təbiət» münasibətlərinə normativ, vacib və­ziyyət verə bilər.

Ekoloji münasibətlərin (o cümlədən, ictimai) hüquq vasitəsilə tənzimlənməsi yeni əsaslandırılımış qanunların

341

Page 172: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

qəbulu ilə başlamalıdır. Qanunçuluğun əsasını ölkə konsti­tusiyası təşkil edir. Beynəlxalq normalara uyğun olaraq, konstitusiya ekoloji münasibətlərin tənzimlənməsində döv­lətin ümumi yanaşmasını müəyyənləşdirir. Belə ki, dünyanın əksər ölkələrinin konstitusiyası BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş «İnsan hüquqlarının ümumi Bəyannaməsi» və insan hüquqlarına dair başqa beynəlxalq sənədlərin ideya­larını özündə ifadə edir.

İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nın 1976-cı ildə qəbul etdiyi Paktın mərkəzi yerini hər bir insa­nın inkişafı, ətraf mühitin sağlam və ekoloji cəhətdən tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və bəşəriyyətin ümumi irsinə olan hüquqlar tutur. Həmin hüquqlar ayrı- ayrı ölkələrin konstitusiyasında dəyişikliklər edilməsinə təsir göstərir. Bu hüquqlar əsasında vətəndaşların ekoloji hüquq­ları, təbii mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə haqqında konkret qanunçuluq təkmilləşdirilir.

Şəxsiyyətin ekoloji hüququnda ona bir tərəfdən təsər­rüfat fəaliyyətinin subyekti, təbii mühitə təsir göstərən, ona görə məsuliyyət daşıyan, digər tərəfdən belə təsirin obyekti, ekoloji ziyanın qarşısım almaq, bərpa etmək hüququna malik kimi baxılır. Bu zaman vətəndaşların ətraf mühitə olan hüququ iki əsas vəziyyət ilə müəyyən olunur: ekoloji tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət təminatı ilə.

Vətəndaşların ekoloji hüquqlarının dövlət təminatına vətəndaşların sığortası, dövlət və ietimai fondların yaradıl­ması, təbii mühit üzərində nəzarət, müşahidə və s. daxildir.

Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır:- təbii mühitin vəziyyəti və onun mühafizəsi tədbirləri

haqqında düzgün informasiyanın verilməsi haqqında sorğu etmək;

- ekoloji cəhətdən ziyanlı obyektlərin yerləşdirilməsi, tikintisi, istismarı haqqında qərarların ləğv edilməsini tələb etmək;

342

Şəkil 9. Ekoloji hüququn əsaslan (Nuriyev, Əsgərov, Əhmədov, 2003).

- ekoloji qanun pozuntularına görə məsul və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsini tələb etmək.

Ekoloji qanunların yerinə yetirilməsi bütün dövlət orqanları sistemi, ekoloji ekspertiza təşkilatları, qorunan ərazi və obyektlərin təşkili vasitəsilə həyata keçirilir. Sonun­cular ərazi-qoruq fondunu əmələ gətirir, bunlar biosfer

343

Page 173: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

qoruqdan, yasaqlıqlar, milli təbii parklar, təbiət abidələri, «Qırmızı kitaba» daxil edilmiş nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərindən ibarətdir.

Ekoloji mədəniyyətin formalaşmasında əsas vəzifə­lərdən biri məqsədyönlü ekoloji təhsilin olmasıdır.

Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mü­hitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ətraf mühitin keyfiyyəti, sağlamlığı - insanın əsas hüququnu və sivilizasiyanın inkişafnın əsas məqsədini müəyyən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər Öz əhəmiyyətini itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla ki­fayətlənməməli, onun əsas hissəsinə çevrilməlidir. Əgər ədə­biyyat və tarix, mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanu­nauyğunluğun mənimsənilməsi üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasından ötrüdür, spesifik sosial-təbii qanunauyğunluqları və dav­ranışların normativlərini mənimsəmək üçündür. Bununla da gələcəkdə insanın mövcudluğu və inkişafı mümkündür.

Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşısında məsulliyyət hissinin olmaması ekoloji böh­ranların mənbəyidir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiətə istehlak münasibəti mövcuddur; əhali arasında ətraf mühiti öyrənmək, onun yaxşılaşdırıl­masında iştirak etmək tələbi də öz inkişafını tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsulliyyət münasibətinin formalaşdırılmasıdır.

Ekoloji təhsil dedikdə ümumi ekoloji mədəniyyətin, ekoloji məsuliyyətin formalaşmasına yönəlmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi, planetimizin hər sakininin ekoloji məsuliyyəti başa düşülür.

Bunula əlaqədar olaraq, pedaqoji işçilərin beynəlxalq ekoloji təhsili ümumtəhsil sistemində aparıcı istiqamət kimi tanıyır, dövlət və hökumətlərə qlobal ekoloji böhran şərai­

344

tində təhsil sahəsində uyğun siyasət hazırlamağı məsləhət görürlər.

Ekoloji təhsil ilə təhsil sisteminin ekologiyalaşdırılması bir-birindən fərqlənir. Onlar qarşılıqlı əlaqədə olsalar da, müxtəlif xarakterli və səviyyəli ekoloji biliklərin bilavasitə mənimsənilməsidir.

Ekoloji təhsil iki əsas istiqamətə ayrılır: a) ətraf mü­hitin və insanın mühafizəsinin ümumi ideyaları ruhunda tərbiyə; b) təbii və antropogen ekosistemlərin varlığının ümumi qanunauyğunluqları haqqında xüsusi peşəkar biliklərin əldə edilməsi. Hər iki istiqamət qarşılıqlı əlaqə­dədir, çünki onların arasında ekoloji qanunauyğunluqların dərk edilməsi, yanaşması prinsipləri durur.

Ekoloji təhsillə yanaşı informasiya amilinin ekologi­yada xüsusi əhəmiyyəti vardır. İnformasiya alınmasının sə­mərəli sistemi olmadan müasir cəmiyyətin ekoloji zid­diyyətlərinin həlli mümkün deyildir. İnformasiya dairəsi fəaliyyətin elə sahəsidir ki, yalnız onun vasitəsilə ekoloji ziddiyyətlərin qapalı dairəsini qırmaq mümkündür.

Ekoloji problem müvafiq olaraq mövcud informasiya aspektinə malikdir. Bura aşağıdakı bir çox məsələlər da­xildir:

- təbii mühitin dəyişdirilməsinin informasiya səbəblə­rinin öyrənilməsi, biosfer hadisə və proseslərində informa­siya səbəblərinin pozulması;

- təbii mühitin vəziyyəti, ona antropogen təsir, mühitin çirklənməsi, ehtiyatların tükənməsi və s. haqqında infor­masiyanın alınması;

- cəmiyyətin davamlı inikşafmı təmin etmək üçün yeni elmi və texnoloji informasiyanın axtanlması və s.

Sadalanan məsələlər bütövlükdə ekoloji informati­kanın predmet sahəsini müəyyən edir. Ekoinformatikada geoekoinformatika və sosioekoinformatika bir-birindən fərqləndirilir.

345

Page 174: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Geoekoinformatika təbiətdən istifadənin səmərəliliyini artırmaq və təbii mühitin vəziyyətinə nəzarət məqsədilə biosfer və ekoloji tədqiqatların informasiya təminatını yerinə yetirir.

Hazırda biosferə dair informasiyanın böyük hissəsi Yerin süni peykləri vasitəsilə alınır. Bu halda landşaftın elementləri, bitki örtüyü, çirklənmiş ərazilər və s. daha aylın görünür.

Qlobal səviyyədə təbii mühitin vəziyyəti üzərində nəzarət BMT strukturları vasitəsilə həyata keçirilir. Cə­miyyətin təbii mühitdə ekoloji qarşılıqlı əlaqəsinin məzmun və forması təbiət haqqında əldə edilmiş biliklər və təbiətdən praktiki istifadə ilə müəyyən edilir. Bütün bunlar sosioeko- informatikanm məzmununu təşkil edir. Bura elmi infor­masiyanın inkişaf problemləri də daxil edilir. Belə ki, son nəticədə elmin əsas funksiyası cəmiyyətin həyat fəaliyyətinin müxtəlif tərəflərini təmin etmək üçün lazım olan infor­masiyanı əldə etməkdir.

İnformasiya texnologiyasının kütləvi tətbiqi ilə cəmiyyətlə təbiət arasında qarşılıqlı münasibətlərin ekstensiv tipindən intensiv tipinə keçid üçün real imkanlar yaranır. Bu zaman ictimai istehsala cəlb olunmuş təbii ehtiyatlarından səmərəli istifadə edilməsi, az enerji və metaltutumlu texni­kanın, alternativ texnologiyanın yaradılması və ətraf mühitə atılan tullantıların azaldılması nəzərdə tutulur.

İnformasiyalaşdırma cəmiyyətin təkcə sosial, mədəni və iqtisadi deyil, onun mövcudluğunun ekoloji zəminini də dəyişir. İnformasiya texnologiyasının insan fəaliyyətinin müxtəlif sahələrində sürətlə tətbiqi təbiətdən istifadənin intensiv tipinə keçidi şərtləndirmişdir. Bu, bizə informasiya- ekoloji dövrün artıq başlandığını söyləməyə imkan verir.

Ekologiya və iqtisadiyyat bir-biri ilə əlaqədə olan anlamlardır. İlk baxışda iqtisadiyyatın ekologiya ilə heç bir əlaqəsi olmadığı görünür. Tarixi baxımdan da iqtisadiyyat

346

ümumekoloji göstəricilərə nisbətən sərbəst inkişaf etmişdir. Lakin, cəmiyyət həmişə təbii ehityatlardan və biosferin vəziyyətindən asılı olmuşdur. Sadəcə olaraq bu asılılıq iqtisadi sistemlərdə nəzərə alınmamışdır.

İqtisadiyyatla ekologiya arasındakı dərin əlaqə insanın dəyişdirdiyi təbiətin insana, onun təsərrüfatına əks təsiri üzə çıxandan sonra dərk edilməyə başlanmışdır.

Ekologiyalaşdırılmış iqtisadiyyatda istehsalın məqsədi ekologiyanın prinsipləri və insanların sağlamlığı üçün təhlükəsiz olan əmək şəraiti ilə müəyyən olunmalı, qazanc qanunlarına yer verilməməlidir. Bu, o deməkdir ki, iqtisadiy­yat təkcə gəlir üçün deyil, ümumi fayda üzərində qurul­malıdır.

Müxtəlif təbii ehityatlardan istifadə (yəni onların tü­kənməsi), o cümlədən mühitin müəyyən dərəcədə çirklən­məsi istənilən iqtisadi fəaliyyət zamanı zəruridir. Bu bila­vasitə istehsal prosesləri və istehlak ilə bağlıdır. Məsələn, atmosferə düşmüş dəm qazının miqdarı müxtəlif tip av­tomobil mühərriklərində yandırılan yanacağın kəmiyyət və keyfiyyətindən asılıdır. İqtisadiyyatçı yeni texnologiya kəşf edə bilməz. Lakin o, texnologiyanın dəyişməsini, istehsalın ekoloji nəticələrini (mühitin çirklənməsinin azalma, ya çoxalmasını, təbii ehtiyatların istifadəsini) izah və ya xəbərdarlıq edə bilər.

Dünya iqtisadiyyatı qarşısında duran ən vacib məsələ ekoloji xərclərin istehsal məhsullarının maya-dəyərinə daxil edilmək yollarını müəyyən edilməsidir. Əgər xammalın və hazır məhsulun üzərinə sosial xərclər əlavə edilməsə və isti­fadə edilən, həmçinin hava, su və torpaq sərvətlərinin dəyəri müəyyən edilməsə, bu ehtiyatlar bundan sonra da səmərəsiz istifadə edilir, nəticədə çirklənmə dərəcəsi artmaqda davam edə bilər.

347

Page 175: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

MÖVZU 14. AZƏRBAYCANIN MÖVCUD EKOLOJİ PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ

İSTİQAMƏTLƏRİ

Bu gün bəşəriyyət qarşısında duran qlobal problemlər öz kəskinliyini artırdıqca onların yeni tərzdə qavranılması və həlli yollarının tapılması da mürəkkəbləşir.

Cəmiyyətin sürətlə inkişaf etdiyi və böyük texniki qüvvəyə malik olduğu indiki dövrdə təbiətlə insan arasındakı münasibət tamamilə pozulmuş və təhlükəli hal yaranmışdır. Hətta son zamanlar təbiətin istismarı elə bir dərəcədə qüvvətlənmişdir ki, təbii sərvətlər gözlənilmədiyindən daha tez tükənməyə başlamışdır. Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, xüsusən də canlı sərvətlərin qorun­ması hazırda çox mühüm milli və beynəlxalq məsələ hesab olunur.

Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi məsələləri son 40 il ərzində daha da kəskinləşmişdir. XIX əsrin ortalarına kimi Azərbaycanın əksər təbii ekosistemləri və land­şaft kompleksləri özünün ilkin, antropogendən əvvəlki forma­larını qoruyub saxlamışdır. Lakin son 100-150 ildə, xüsusən də XX əsr ərzində sənayenin, nəqliyyat və kənd təsərrüfatının in­kişafı Azərbaycanın sosial-iqtisadi tərəqqisinə və xalqın mədəni yüksəlişinə səbəb olsa da, respublikanın təbii şəraitində əsaslı dəyişikliklər üçün zəmin yaratmışdır. Yeraltı və yerüstü sərvət­lərdən intensiv şəkildə istifadə olunması, iri sənaye müəssisə­lərinin inşa edilməsi, su anbarlarının tikilməsi, kanalların və kollektor-drenaj şəbəkələrinin salınması, energetika və rabi­tənin inkişafı, dağ rayonlarına avtomobil yollarının çəkilməsi, düzən və dağətəyi ərazilərdə meşələrin qırılması hesabına ya­şayış məntəqələrinin, əkin və biçənək sahələrinin genişləndiril­məsi ətraf mühitə və onun ayrı-ayn komponentlərinə, hava, su, torpaq örtüyünə və təbii biosenozlara antropogen təzyiqləri də­fələrlə artırmışdır. Xəzər dənizi səviyyəsinin dəyişkənliyi, ozon

348

təbəqəsi ilə bağlı problemlər, qlobal iqlim dəyişmələri, atmo­sferdə pamik və ozondağıdıcı qazların artması, digər irimiq­yaslı proseslərlə əlaqədar olsa da, onların Azərbaycanda törə­diyi fəsadlar nəzərəçarpacaq dərəcədə artmışdır.

XX əsrdə respublika əhalisinin artması da bəzi ekoloji problemlər yaratmışdır və təbii ekosistemlərə antropogen amil­lərin güclənməsi ilə nəticələnmişdir. Qeyd etmək lazımdır ki, bu artım yalnız təbii artımla bağlı deyildir. Əhalinin sayı 1990- ci illə müqayisədə 1 mln nəfərə yaxın, yəni 12,5% artmışdır. Buna Ermənistanda yaşayan azərbaycanlıların deportasiya edilməsi nəticəsində 250 min nəfərə yaxın qaçqının Azərbayca­na pənah gətirməsi də səbəb olmuşdur. Digər səbəb Azərbay­can Respublikası ərazisinin 20%-nin Ermənistan silahlı qüvvə­ləri tərəfindən işğal olunması bu ərazilərdə yaşayan 700 mindən çox əhalinin respublikanın digər rayonlarında məcburi köçkün kimi məskunlaşmasına gətirib çıxarmışdır. Bununla da ekoloji problemlərdən biri də erməni işğalı nəticəsində yaranmışdır.

Respublikamızda atmosfer hövzəsini çirkləndirən mən­bələr lokal ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şirvan, Min­gəçevir) cəmləşsə də bu məntəqələrin coğrafi mövqeyi və tullantılarının böyük həcmi ilə əlaqədar olaraq çirklənmənin tə­siri respublika ərazisinin 50-60%-də bu və ya digər dərəcədə müşahidə edilir.

Son on illikdə ölkə iqtisadiyyatında yaranmış bir sıra çə­tinliklər, o cümlədən sənaye istehsalçılarımız üçün ənənəvi is- tehlak bazarlarının itirilməsi respublikamızda iri sənaye müəs­sisələrinin bir qisminin dayanmasına və ya tam gücü ilə işləmə- məsinə gətirib çıxarmışdır. Bu iri sənaye müəssisələrindən at­mosferə qaz və toz şəklində atılan çirkləndiricilərin miqdarının mütləq ölçülərdə azaltsa da, Respublika üzrə çirklənmənin ümumi səviyyəsinə çox az təsir göstərmişdir. Buna səbəb digər kateqoriyalardan olan çirkəndiricilərin, nəqliyyat vasitələrinin, kiçik və ortahəcmli istehsal sahələrinin və təmir sexlərinin artması, həmçinin Azırbaycanm əksər regionlarında vaxtarışı

349

Page 176: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

mavi yanacağın olmaması səbəbindən əhalinin yanacaq kimi ağac və neft məhsullarından istifadə etməsi olmuşdur. Təkcə avtomobil mühərriklərindən atmosferə atılan çirkləndiricilərin illik həcmi 750 min t-u keçmişdir. Respublikamızın hava höv­zəsinə 2010-cu ildə 957 min t müxtəlif tərkibli tullantılar atıl­mışdır. Həmin tullantıların 215 min t-u stasionar mənbələrdən, 742 min t-u isə avtomobil nəqliyyatı tullantılarının payına düş­müşdür. Bu dövrdə ətraf mühitə atılan tullantıların respublika üzrə hər adambaşına düşən miqdarı 107 kq təşkil etmiş və tul­lantıların ərazimizin hər bir kvadrat kilometrinə düşən miqdarı 2480 kq təşkil etmişdir. Stasionar mənbələrdən hava hövzəsinə atılan tullantıların 19,3 min t-u bərk (toz) formalı, 195,5 min t-u isə qaz və maye formalı tullantıların payına düşür. Respublika­mızın stasionar mənbələrindən ölkənin atmosfer hövzəsinə atı­lan tullantılar içərisində ən təhlükəliləri istilik effekti yaradan qazlardır. Həmin qazlar içərisində karbon qazı 14,4 min t, azot oksidləri 11,8 min t, metan qazı 18,3 min t, hidroflüokarbonlar 5,6 min t, kükürd altı flüorid 0,3 min t və perflüorkarbonlar 5,6 min t təşkil etmişdir.

Qeyd edildiyi kimi, respublikamızın hava hövzəsinə atı­lan tullantıların 77,5%-i avtomobil nəqliyyatı tullantılarının pa­yına düşür. Hava hövzəsinə avtomobil nəqliyyatından atılan tullantıların 528 min t-u karbon oksidləri, 62 min t-u azot oksidləri, 102 min t-u karbohidrogenlər və 50 min t-u spesifik tullantılar təşkil edir. 2010-cu ildə respublika ərazisində fəaliy­yət göstərən 982,6 min ədəd avtomobillərin zərərli tullantıları daha çox onların sıx cəmləşdiyi iri sənaye şəhərlərində ətraf mühitin başlıca çirklənmə mənbələri hesab olunur. Belə ki, av­tomobil nəqliyyatı tullantılarının 68%-i Bakı şəhərinin, 6,1%-i Gəncə şəhərinin, 1,1 %-i Mingəçevir şəhərinin, 1,2%-i Sum­qayıt və 0,8%-i Şirvan şəhərinin payına düşür.

Respublikamızda atmosferin çirklənməsi həm də qonşu ölkələrdən hava axınları vasitəsilə daxil olan 20-30 min t zərərli tullantılar vasitəsilə və son illərdə “Qədim İpək Yolu“nun

350

bərpası üzrə apanlan işlər nəticəsində Bakı-Qazax yolunda yük avtomobillərinin miqdarının və hərəkət intensivliyinin artması nəticəsində baş verir. Respublikamızın hava hövzəsi həm də təbii proseslər (tozlu, qasırğalı küləklər, meşə yanğınları, palçıq vulkanları, zəlzələ və uçqunlar və s.) nəticəsində də çirklənmə­yə məruz qalır. Buna baxmayaraq, ətraf mühitə və onun canlı komponentlərinə, maddi dəyərlərə və bütövlükdə insan sağ­lamlığına neqativ təsir daha çox çirklənmənin antropogen nö­vündən dəyir.

Zərərli maddələrin tullantılarının tutulması və zərərsiz­ləşdirilməsi baxımından stasionar mənbələr təşkil olunmuş və təşkil olunmamış mənbələrə bölünür. Respublikamızın sta­sionar mənbələrindən ayrılan 491 min t tullantının 277 min t-u tutularaq zərərsizləşdirilir. Qalan hissəsi isə bilavasitə atmosfer hövzəsinə atılaraq onun başlıca çirklənmə mənbələri hesab olunur.

Respublikamızda atmosfer havasını çirkləndirən başlıca mənbələr mütəşəkkil və qeyri-mütəşəkkil olaraq iki qrupa bölünür. Təmizləyici qurğular və zərərsizləşdirmə avadanlıqları ilə təchiz olunmuş mənbələr mütəşəkkil, təchiz olunmayan isə qeyri-mütəşəkkil mənbələr hesab olunur. Havadakı müxtəlif xassəli və tərkibli zərərli maddələrin, həmçinin radioaktiv ele­mentlərin ətraf canlı mühit komponentlərinə mənfi təsir gös­tərən midarmda olması atmosfer çirklənməsi adlanır.

Azərbaycanda atmosfer havasının antropogen çirklən­məsinin başlıca mənbələri hasilat və emal sənaye müəssisələri, istilik-energetika sistemləri və avtomobil nəqliyyatının tul­lantılarıdır. Həmin mənbələrdən hər gün hava hövzəsinə atılan zərərli qaz və toz formalı tullantılar ətraf mühitin başlıca çirk- ləndiriciləri olmaqla yanaşı lokal və regional mikroiqlimə də öz təsirlərini göstərir.

Yuxanda qeyd edilənlərdən göründüyü kimi, sənaye müəssisələrinin ətraf mühitə atdığı tullantılar içərisində karbon, kükürd, azot oksidləri və karbohidrogenlər, həmçinin toz və

351

Page 177: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

maye formalı tullantılar üstünlük təşkil edir. Atmosfer hövzə­sinə atılan həmin qaz formalı tullantılar bir neçə saatdan sonra daha kəskin mənfi nəticələr verən formalara keçir. Məsələn, kükürd oksidləri havada olan su buxarı ilə reaksiyaya girərək sulfıd və sulfat turşularına çevrilir ki, bu da turş yağışların düşməsinə səbəb olur. Bunun da nəticəsində torpağın məhsul­darlığı azalır, metal tərkibli qurğular, maşın və avadanlıqlar karroziyaya uğrayır, binalar, tarixi abidələr zədələnir, əhalinin şəxsi təsərrüfatlarına böyük maddi zərər vurulur. Karbon qazı­nın atmosferdə çoxalması isə “istixana effekti” yaradır və yerdə havanın orta temperaturunun artmasına gətirib çıxarır. Azot oksidləri atmosferdə xlor və digər qazlarla zəncirvarı reaksi­yaya girərək, ozon təbəqəsini parçalayır. Havada olan toz, his, qurum, aerozollar havanın şəffaflığım azaldır və şəhərlərdə du­manlı və tutqun havaların baş verməsinin sayını çoxaldır və yerin albedosunu artırır.

Məlumdur ki, iri sənaye müəssisələri tikilən zaman eko­loji normativlərə əməl edilməlidir, ilk növbədə ətraf mühitə zərər vuran sənaye sahələri tikilərkən hakim küləklərin isti­qamətləri nəzərə alınmalı, müəssisələr yaşayış massivlərindən aralı tikilməli, sənaye müəssisələri ilə yaşayış sahələri arasında sanitar-qoruyucu meşə-zolaqlan salınmalıdır. Lakin təəssüflə qeyd edilməlidir ki, keçmiş SSRİ dövründə Azərbaycanda sənaye müəssisələri tikilərkən yuxarıda qeyd edilən normaların heç biri nəzərə alınmamışdır. Nəticədə ətraf mühitə atılan bütün zərərli tullantılar birbaşa yaşayış sahələrinə təsir etmiş və orada yaşayan insanların sağlamlığı təhlükə altında olmuşdur.

Respublikanın hava hövzəsini mühafizə etmək üçün, ilk növbədə mövcud çirkləndirici sənaye sahələrini yenidən qur­maq, müasir texnoloji qurğular, təmizləyicilər tətbiq etməklə, atmosferə atılan çirkləndirici maddələrin ümumi miqdarının azaldılmasına və zərərsizləşdirilməsinə nail olmaq, az tullantılı və tullantısız istehsalat sahələri yaratmaq lazımdır. Çirkləndi- rici müəssisələrdə daha hündür tullantı boruları tikmək,

352

müəssisələrin ətrafında qaz və tozların təsirinə davam gətirən, havadakı toz, his və müxtəlif qazları tutub saxlaya bilən ağac və kol bitkilərindən ibarət yaşıllıq-mühafizə zolaqları yaratmaq atmosferi mühafizə tədbirləri siyahısına daxildir.

Respublikamızın ərazisi məhdud su ehtiyatlarına malikdir. Bunun başlıca səbəbi, ilk növbədə əlverişsiz təbii şəraitdir. Ümumi ərazinin yarıya qədərinin düzənlik və yaylalardan ibarət olması, iqlim şəraiti, burada buxarlanmanm düşən yağıntıdan çox olmasına səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, bərpa olunan su ehtiyatının yalnız 30%-i respublikanın daxili su axar­larının hesabına formalaşır və ilin quraq və sululuğundan asılı olaraq 5,4-10,3 mlrd nr arasında dəyişilir. Respublika ərazi­sindən buxarlanan suyun həcmi isə 26,66 km3 təşkil edir ki, bu da yerli su axınından 2,5-5,0 dəfəyə qədər yüksəkdir. Azərbay­canın su balansının 70%-dən çoxu qonşu dövlətlərin ərazisində formalaşan çay axınları ilə əlaqədar olub 20,7-29,7 km3 ara­sında dəyişilir. Su ehtiyatlarının müəyyən hissəsi isə təbii göl­lərdə cəmlənmişdir.

Respublikamızda 2010-cu ildə təbii su mənbələrindən götürülən suyun həcmi 11,6 mlrd m3 təşkil etmişdir. Hər kvadrat kilometr ərazidə bir nəfərə düşən su ehtiyatlarının həc­minə görə Azərbaycan MDB ölkələrindən 1,8-2,0 dəfə, Gürcüs­tandan 7,0-8,0 dəfə, Ermənistandan isə 1,5-2,2 dəfə geri qalır.

Su ehtiyatlan respublikamızın fiziki-ooğrafı əraziləri üzrə qeyri-bərabər paylanmışdır. Su ehtiyatları ilə yaxşı təmin olunmuş ərazilərə Böyük Qafqazın şimal-şərq və cənub his­sələri, Lənkəran zonası, zəif təmin olunmuş ərazilərə isə Kür- Araz ovalığı, Ceyrançöl-Acınohur, Abşeron-Qobustan və Nax­çıvan MR-nın ərazisi aid edilir. Respublikamızın su ehtiyatının 5,1 km3-i yeraltı suların payına düşür. Yeraltı suların 31%-i Qusar maili düzənliyi, 18,5%-i Mil-Qarabağ zonası, 13,3%-i isə Qanıx-Əyriçay vadisində toplanmışdır. Digər ərazilərimizdə isə yeraltı sulann 22%-i cəmlənmişdir.

353

Page 178: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Səth və yeraltı sularm respublika ərazisi üzrə qeyri- bərabər paylanması nəticəsində onlardan suvarma, sənaye və məişət məqsədləri üçün istifadədə problemlər yaranır. Bunu nəzərə alaraq su ehtiyatlan ilə zəif təmin olunmuş ərazilərin su təchizatını təmin etmək üçün respublikamızın ərazisində 140-a qədər su anbarlan və kiçik sututarlar yaradılmışdır. Həmin su anbarlarında toplanan 20,0 km3 su ilə respublikamızın 1400 min ha artıq kənd təsərrüfatı sahələri suvarılır. Suvarmada is­tifadə olunan suyun 95%-dən çoxu torpaq kanallarla axıdıldığı üşün 2,5-3,8 mlrd m3 su itir. Nəticədə yeraltı sulann səviyyəsi qalxır, təkrar şorlaşma və bataqlıqlaşma yaranır. Kənd təsərrü­fatı sahələrində çəmən-bataqlıq əraziləri 280 min ha, şorlaşmış ərazilər isə 800 min ha ötüb keçmişdir. Təbii su mənbələrindən götürülərək məişət və müxtəlif təsərrüfat sahələrində istifadə olunan suyun 6,0 milyard m3-i çirkab sulanna çevrilir ki, onla­rın da 164 mln m3-i təmizlənməmiş formada su mənbələrini çirkləndirir.

Respublikamızda iqtisadi fəaliyyət növləri üzrə 2010-cu ildə sudan istifadə kənd təsərrüfatında 10,1 mlrd m3, mədənçı- xarma sənayesində 233 mln m3, emal sənayesində 24,5 mln m3, elektrik və istilik enerjisi istehsalında 1,1 mlrd m3, nəqliyyat və rabitə sahələrində 45,7 mln m3, digər iqtisadi fəaliyyət sahələrində bütövlükdə 25,2 mln m3 təşkil etmişdir.

Respublikamızda su hövzələrinin çirklənmə dərəcəsi də acınacaqlıdır. Burada Kür, Araz və digər tranzit çayların və­ziyyətini xüsusi qeyd etmək lazımdır. Hər gün Xəzər dənizinə axıdılan 1 mln m3 metr çirkab suyunun 200-250 min m3-i metri Kür çayının payına düşür. Bura həcmi böyük rəqəmlərlə öl­çülən kollektor-drenaj sularını da əlavə etsək, Kür çayında çirk­lənmənin miqyası haqqında daha düzgün təsəvvür əldə edə bi­lərik. Kürün çirklənməsi, əsasən ərazisindən keçdiyi ölkələrin (Türkiyə və Gürcüstanın), aşağı axarlarında isə Kür hövzəsində yerləşmiş çoxsaylı yaşayış məntəqlərindən axıdılan çirkab sularının və Arazla gətirilən tullantıların hesabınadır.

354

Məlumdur ki, respublikamızın su ehtiyatının 70%-ə qədəri tranzit çayların payına düşür. Kür, Araz, Samur, Qamx, Qabım, Oxçu, Arpaçay və s. kimi çaylar Gürcüstan, Ermənis­tan, Dağıstan ərazilərində ciddi çirklənməyə məruz qalır. On­ların üzərində su anbarları, təsərrüfat obyektləri yaradılır ki, bu da həmin çaylar vasitəsilə respublika ərazisinə gətirilən suyun miqdarım gələcəkdə ilbəil azaldacaqdır. Həmin çayların key­fiyyət və kəmiyyətini normal saxlamaq üçün Gürcüstan, Ermə­nistan və Dağıstanla dövlətlərarası müqavilələr bağlanmalıdır.

Respublikamızın suya olan təlabatımn ödənilməsində Kür, Araz və b. çayların mühüm əhəmiyyəti vardır. Kür çayının su balansının 74%-dən çoxu respublikadan kənarda formalaşır və onun ekoloji vəziyyəti də qonşu dövlətlərdən asılıdır. Kür çayı hövzəsinə Gürcüstan ərazisində orta hesabla 3,0 mlrd m3 kommunal-məişət və Tbilisi, Rustavi, Qardabani və s. şəhər­lərin sənaye çirkab suları axıdılır. Kür çayının çirklənməsi res­publikamızın ərazisində də davam edir. Hər gün Kürə res­publika ərazisində 200 min m3 çirkab suları axıdılır. Nəticədə Kür suyunda misin orta miqdarı yol verilən qatılıq həddindən 4,5-10,0 dəfə, neft məhsullarının miqdarı 1,5-2,2 dəfə, fenolun orta qatılığı 4,0-4,5 dəfə yüksəkdir.

Respublikamızın ərazisində Kür çayının çirklənməsində Gəncə və Mingəçevir şəhərinin sənaye və kommunal-məişət çirkab sularının rolu daha böyükdür. Belə ki, Gəncə şəhərində gün ərzində yaranan 60-65 min m3 çirkab sularının yalnız 30 min m3-ə qədəri mexaniki yolla təmizlənir. Mingəçevir şəhə­rində isə 50 min m3/gün yaranan çirkab sularının yalnız 18 min m3-i təmizlənir. Qalan çirkab suların hamısı təmizlənməmiş halda Kür çayına axıdılır.

Ermənistan ərazisindən Ağstafaçay vasitəsilə tərkibində neft məhsulları, kimyəvi boyaq maddələri, fenol, ammonium duzları və s. kimi zərərli kimyəvi maddələr olan, ildə 1 mln m3 çirkab suları da Kür çayına axıdılır.

355

Page 179: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Ən güclü çirklənməyə məruz qalan çaylardan biri də Arazdır. Araz çayı, dünyanın ən lilli çaylarından biridir. Bir il ərazində Arazla Kür çayına 18 mln t asılı hissəciklər gətirilir. Araz çayı əsasən Ermənistan ərazisindən özünün sol qollan olan Arpaçay, Razdan, Oxçuçay vasitəsilə çirklənir. Həmin çaylar vasitəsilə Araza sanitar normalardan 10 dəfələrlə yüksək olan neft məhsulları, fenol, ammoniy və nitrit duzları, ağır me­tallar və s.kimi çirkləndiricilər axıdılır. Təkcə Oxçuçay va­sitəsilə Araza ildə 150 mln m3 Qafan-Qacaran mis və molibden kombinatının çirkab tullantı suları axıdılır. Nəticədə mis və molibden metalları ilə çirklənmiş sulardan suvarmada istifadə etdikdə torpaqların həmin metallarla çirklənməsinə, kənd tə­sərrüfatı bitkilərinin və heyvanların məhsuldarlığının aşağı düş­məsinə, müxtəlif xəstəliklərin artmasına səbəb olur. Hazırda düzənlik ərazilərdə yüksək dərəcədə çirklənmiş və minerallaş- mış Araz çayının suyundan suvarmada istifadə nəticəsində 40 min ha artıq ərazi şorlaşmışdır.

Respublikamızın dağ-mədən sənayesinin inkişaf etdiyi ərazilərdən axan Qoşqarçay, Filizçay və b. çaylar ağır metal qarışıqları ilə kəskin çirklənir. Həmin çayların suyunda dəmir birləşmələri, mis, kükürd, molibden, qurğuşun və s.-nin miqdarı qatılıq həddindən 4-20 dəfə yüksəkdir.

Suveren Azərbaycan dövlətinin iqtisadiyyatının əsası olan Xəzər akvatoriyası respublikanın bu günü və gələcəyidir. Xəzər ən iri qapalı su hövzəsi olub Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Türkmənistan və İran dövlətlərinin sahil zolaqlarını əhatə edir. Bu su hövzəsi Azərbaycan üçün həm təbii sərvətlər (mineral, bioloji), həm də su mənbəyi hesab olunur. Lakin vahid ekoloji sistem kimi Xəzərin hər hansı bir dövlətə mənsub hissəsində baş verən mənfi ekoloji nəticələr bütün hövzəni əhatə edir. Bütün Xəzər regionunun sosial-iqtisadi inkişafı, bütövlükdə Xəzər ekosisteminin vəziyyətindən və onun təbii ehtiyatlarından çox asılıdır. Buna görə də, ilk növbədə Xəzərin ekoloji təmizliyinə nail olmaq lazımdır, çünki Xəzər hövzəsi

356

ekosisteminin axannm olmaması nəticəsində Xəzərə axıdılan çirkləndirici maddələr gölün dibinə toplanır. Xəzərin ekoloji cəhətdən özü-özünü təmizləməsi imkanı sıfra bərabərdir. Belə bir vəziyyətdə Xəzər ekoloji zonası bütün regionun iqliminin tənzimlənməsinə öz təsirini göstərir. Xəzərin bioloji sər­vətlərinin ilbəil azalmasına və bütövlükdə ətraf mühitə ciddi zə­rər vurur. Xəzər dənizi problemləri içərisində səviyyə tərəddü­dü ilə yanaşı, dəniz sularının çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab sulan, dəniz nəqliyyatından və neft mə­dənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.

Qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40- 45 km3 çirkab suları daxil olur ki, onun da 60%-i Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərazində həmin qatın qalınlığı 10-11 sm-ə çatardı. Xəzər sulannın çirklənməsində Kür çayı da az rol oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Lənkəran və s. şə­hərlərdən dənizə axıdılan çirkab suları onun əsas çirkləndirici- lərindən hesab edilir. Bununla yanaşı dəniz neft yataqlarının istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir. Dəniz suyunda və sahil qrun­tunun tərkibində neft məhsulları, fenollar, bəzi rayonlarda isə civə olması müəyyən edilmişdir. Ən çox çirklənmiş Bakı bux­tası olmaqla burada dib qruntlarının çirklənməsi orqanizmlərin və bentosun azalmasına, bəzi yerlərdə isə dib faunasının yox olmasına gətirib çıxarır. Dəniz sulannın çirklənməsi Xəzərin ekoloji şəraitində böyük gərginliyə səbəb olmuş, onun bir sıra sahil bölgələrində isə ekoloji böhran yaratmışdır.

357

Page 180: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır, balıqların sahil zonalarında qidalanma bölgələrinin məhsul­darlığı və sahəsi azalır. Dənizin səviyyəsi qalxdıqca isə sularm, xüsusilə böyük çayların delta bölgələrinə yanaşı sahələrdə şorluğu azalır, yem ehtiyatı artır. Bununla yanaşı, dəniz sula­rının yuxanda göstərilən maddələrlə, xüsusilə neft məhsulları ilə çox çirklənməsi aerasiya prosesini ciddi pozur, dəniz fauna və florasının məhv olmasına gətirib çıxanr.

Dənizin ən çox çirklənmiş sahələri eyni zamanda eko­loji böhran sahələridir. Belə sahələrə Bakı və Sumqayıt şəhərlə­rinin akvatoriyalan, istismarda olan dəniz neft yataqları rayon­ları aid edilir. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərki­bində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələrini və ağır metalları göstərmək olar. Dənizin çirk­lənməsində neft karbohidrogenləri böyük rol oynayır. Söhbət Abşeron yarımadası və Bakı buxtasını əhatə edən dəniz neft sənayesi və sualtı neft borularından gedir. Xəzərin ekoloji və­ziyyəti indi bütün dünyam narahat edir. Bakı buxtası isə Xə­zərin ən çirkli hissəsidir. Təsadüfi deyil ki, o, bioloji cəhətdən “ölü buxta” statusunu qazanıb. Məlumdur ki, Azərbaycanın neft-qaz yataqlarının birgə istismarı ilə əlaqədar “Əsrin müqa­viləsi” (1994) adlı saziş imzalanmışdır. Dünyanın məşhur neft korporasiyalarının qoşulduqları saziş, Azərbaycanın xam nef­tini dünya bazarına çıxarmaq məqsədi güdür.

Əsrin müqavilələrindən hasil olunan və daşman neftin müəyyən bir hissəsi də Xəzərin çirklənməsində iştirak edən mənbələrdəndir. Xəzərin ekoloji problemləri onun səviyyəsinin vaxtarışı dəyişməsilə də əlaqədardır. 1978-ci ildən tranqressiv mərhələyə keçən dəniz səviyyəsi tədricən qalxaraq ciddi təhlü­kəyə səbəb olmuşdur. Belə ki, suyun səviyyəsinin 2,5 m qalx­ması sahil zonasının il ərzində 1-2 km sahəsinin dənizin altında qalması ilə nəticələnmişdir. Məsələn, 10-15 il əvvəl ölkəmizin

cənub bölgəsindəki (Lənkəran-Astara) sahil zolağında yerləşən bir çox yaşayış məntəqələri və təsərrüfat sahələri həmin fəlakətlərlə üzləşdi, əhaliyə, dövlətə xeyli ziyan dəydi. Kükürd tərkibli neft çıxarılan sahələr daha təhlükəlidir. Güclü zəlzələ baş verərsə, havaya 1000 atmosfer təzyiqlə milyon ton kükürd tərkibli karbohidrogen daxil ola bilər ki, bu da qlobal fəlakətdir, iri tankerlərlə neftin daşınması da Xəzərin çirklənməsinə səbəb­dir. Xəzər qapalı ekosistem olduğu üçün onun neft axınları va­sitəsilə çirklənməsi kifayətdir ki, dənizin canlı aləmi məhv ol­sun. Kiçik dəniz donanmalarının inkişafı iqtisadi və hərbi ba­xımdan əhəmiyyət daşısa da, çirkləndirici amil kimi onların da rolu az deyil, iri gəmilərin ixrac etdiyi axıntı suları çirklənmə mənbələrindəndİr. Yeni limanların tikilməsi, gəmi istehsalı, neft və neft məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas səbəblərindəndir. Xəzərsahili ölkələrin hərbi dəniz donanma­larının yaradılması da həmin faktorlardandır. Xəzər gölünün çirklənmə mənbəyini yalnız fıziki-kimyəvi səbəblərlə əlaqələn­dirmək olmaz. Problemin əmələ gəlməsində bioloji çirklən­mənin də payı var. Söhbət Volqa-Don kanalı vasitəsilə Azov- Qara dəniz hövzəsindən gələn yad orqanizmlərdən gedir. Belə ki, bu yaxınlarda Türkmənistana aid sektorda meduzalar (au- rella aurita, mneniopsis leudyi) aşkar edilmişdir. Bu meduzalar Xəzərdə çoxalaraq vətəgə əhəmiyyətli iri balıqların qidasını yeyib tükəndirir. Məsələn, bu meduzalar kilkə ilə qidalanır. Kilkənin azalması paralel olaraq onlarla qidalanan müxtəlif su heyvanlarının sayca azalmasıyla nəticələnir.

Neft-qaz istismarına geniş yer verilməsi balıqçılıq təsər­rüfatına da öz mənfi təsirini göstərir. Su mühitinin ifrat çirklən­məsi balıq sənayesinə ciddi ziyan vurur. Hesablamalara əsasən, bu səbəbdən nərə balığı təsərrüfatına dəyən zərər 6 mlrd, kürü biznesinə dəyən ziyan isə 10 mlrd dollar təşkil edir. Həmçinin, digər vətəgə balıqlarının iqtisadi cəhətdən itirilməsi də realdır. Xəzər olduqca unikal ekosistemdir. Onun qorunması təkcə region dövlətlərinin yox. planetin işidir. Son illər beynəlxalq

358 359

Page 181: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

sistemin bu dənizin ekoloji problemlərinə maraq göstərməsi təsadüfi deyil. Xəzərə yalmz bir ölkənin yox, 5 sahilyanı öl­kənin birgə qayğı göstərməsi vacibdir. Xəzərin statusu tam müəyyənləşmədikcə dənizin nərə balığı ehtiyatı, canlıların rən­garəngliyi, ekosistemi tənəzzülə uğrayacaqdır.

Xəzərin ekoloji vəziyyəti bilavasitə hövzədən neft hasi­latı ilə bağlıdır. Dənizə tökülən neftin 40%-i onun dibinə çökür. Dibə çökən neft məhsulları səthdəki neft məhsullarına nisbətən 10 dəfə gec oksidləşir. Neftin dənizə tökülməsi, əsasən quyu­larm istismarı, neftin ilkin ayrılması və nəqli zamanı baş verir.

Uzunmüddətli tədqiqatlar nəticəsində müəyyən edilmiş­dir ki, Xəzər dənizində neft-oksidləşdirici bakteriyalar suyun səthindən və dib söküntülərindən ayrılır.

Xəzərin Neft Daşları və Bakı buxtası akvatoriyası “ölü zona” adlandırılır. Burada neftin suda olan miqdarı 2,6-3,8 mq/1 təşkil edir. Bu rayonda neft oksidləşdirici bakteriyaların sayı hər milli litrdə 20000-ə qədərdir.

Suya tökülmüş neftin ləğvi üçün neft yığımlarından isti­fadə edilir. “Neftyığıcı” suda həll olunmayan səthi aktiv mad­dələrdən və həlledicidən ibarətdir. “Neftyığıcı”dan əsasən əlçat­maz yerlərə toplanan neftlərin yığılması üçün və sahilin neftlə çirkləndirilməsinin qarşısını almaq üçün istifadə olunur.

Su səthində olan neftin yığılmasında fıziki-kimyəvi üsulla mexaniki üsul arasında yerləşən metod “Neftin sorbent üsulu” ilə yığılması metodudur.

Su səthinə tökülən neftin yayılmasının dərhal qarşısı alınmalıdır. Bu məqsədlə bonlardan istifadə olunur. Bon suda üzən elə bir tərkibdir ki, su səthində olan neftin onu aşaraq on­dan kənara yayılmasına imkan vermir. Neftin su səthinə yığıl­ması üçün, həmçinin müxtəlif növ qurğulardan istifadə olunur. Buna misal olaraq skummerləri göstərmək olar.

Son 10-15 ildə Azərbaycan dövləti Xəzər ərazisindəki çirkli tulantı sularını təmizləmək üçün layihə gücü 1,28 mln m3/gün olan təmizləyici qurğular, 4,46 mln m3 gücü olan təkrar

360

və fasiləsiz təkrar su təchizatı sistemi istifadəyə vermişdir. Nəticədə Xəzərin ekoloji vəziyyətinə mənfi təsir göstərən 0,5 mln m3/gün çirkab sularının axıdılması azaldılmışdır.

Respublikamızın su ehtiyatlan içərisində digər təbii göl­lərin də əhəmiyyəti böyükdür. Həm dağlıq, dağətəyi və düzən göllər və həm də Abşeron gölləri respublika ərazisinin cəmi 0,5%-ni tutsa da, həmin göllərdə toplanan sulann ümumi həcmi 40 km3 təşkil edir. Göllər həm üzvi mənşəli tullantılar, həm də kimyəvi tullantılarla, xüsusən də neft və neft məhsulları ilə çirklənməyə məruz qalmışdır.

Respublikamızın su ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi üçün aşağıdakı tədbirlərin həyata keçi­rilməsi məqsədəuyğundur:

- su ehtiyatlarından səmərəli istifadə, su itkisini azaltmaq və sulardan səmərəli istifadəyə keçmək məqsədilə müasir texnoloji qurğular yaratmaqla işlənmiş və minerallaşmış sulann təmizlənməsinə nail olmaq;

- ətraf su hövzələrinə təmizlənməmiş və ya az təmiz­lənmiş çirkab suları axıdan müəssisələrə cərimə tətbiq etmək və əldə olunan gəlirlər hesabına sutəmizləyici qurğular yaratmaq;

- su ehtiyatlarından istifadəni yaxşılaşdırmaq üçün sənayedə su ilə soyutmanı hava ilə əvəz etmək və həmçinin sə­nayedə dövriyyə su sistemini tətbiq etmək;

- Bakı buxtasının və Xəzərin sahil sularının ekoloji təmizliyinə nail olmaq üçün, ilk növbədə hövzəyə axıdılan bütün çirkab suları yalnız təmizlədikdən sonra axıtmaq və gə­ləcəkdə xarici investisiya cəlb etməklə buxtanın sularını və dib çöküntülərini neft hidrogenlərindən təmizləmək lazımdır.

Azərbaycan Respublikası torpaq ehtiyatlan ilə zəif təmin olunmuş Ölkələr siyahısına daxildir. Respublikamızda torpaq­lardan səmərəli istifadə, onların mühafizəsi, münbitliyinin bər­pası və nəticədə torpaqların təkrar istehsal dövriyyəsinə qayta­rılması qarşıda duran əsas vəzifələrdəndir.

361

Page 182: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Respublikamızın torpaq fondu 8,6 mln ha-dır. Torpaq ehtiyatlarının 4,7 mln ha-ı kənd təsərrüfatına yararlı, o cüm­lədən 1,4 mln ha-ı suvarılan torpaqlardır. Torpaq fondunun 37,4%-i istifadə olunmayan, yəni şoranlaşmış, bataqlıqlaşmış, eroziyaya uğramış və s. torpaqlardır. Yararlı torpaqların 1,8 mln ha-ı və ya 33%-i əkin, 0,3 mln.ha-ı və ya 9,2%-i çoxillik bitkilər, 2,7 mln.ha-ı və ya 50,0%-i otlaqlardan və biçənək­lərdən ibarətdir. Torpaq fondunun 1/3 hissəsi kənd təsərrüfatı işləri üçün yararsız hesab edilir.

Respublikamızda hər adam başına 0,9 ha ümumi, 0,45 ha kənd təsərrüfatı üçün yararlı sahə, 0,20 ha isə əkin sahəsi düşür.

Son 50 il ərzində torpaq örtüynə vurulan antropogen tə­sirlər gərgin geoloji proses və hadisələrin geniş yayılmasına, ərazilərin müxtəlif dərəcədə zədələnməsi və çirklənməsinə səbəb olmuşdur. Hazırda torpaq fondunun 0,86 mln ha-ı tex- nogen pozulmuş torpaqlara aid edilir.

1991-ci ildə Azərbaycan Respublikası yenidən müstə­qillik əldə etdikdən sonra torpaqlara münasibət də dəyişilmiş, müxtəlif mülkiyyət formaları yaranmışdır. Respublikanın Milli Məclisi tərəfindən qəbul olunmuş Torpaq Qanununa görə ümumi torpaq fondunun 3,8 mln ha-ı və ya 44,2%-i dövlət mül­kiyyətinə, 2,7 mln ha-ı və ya 31,4%-i bələdiyyə mülkiyyətinə, 2,1 mln ha-ı və ya 24,4%-i özəlləşdirmə yolu ilə əhalinin şəxsi mülkiyyətinə ayrılmışdır.

Respublikamızın torpaq fondunun sıradan çıxmasının başlca səbəbləri eroziya, şorlaşma, texnogen dəyişikliklər və pozuntular, çirklənmə, torpaq qatının kimyəvi tərkibinin də­yişməsi və s. proseslərdir.

Respublikamızın ərazisində külək və su mənşəli erozi­yalar, torpaq sürüşmələri geniş şəkildə yayılmışdır. Son illərin göstəricilərinə görə respublikada eroziyaya uğramış torpaq sa­həsi 3685 min ha və ya ərazimizin 42,5%-ni təşkil edir. Res­publika əkin sahələrinin 33,7%-i, yay otlaqlarmn 68%-i, biçə­

nəklərin 15%-i, bağların 16%-i, üzümlüklərin 24%-i, meşə­lərimizin isə 26%-i müxtəlif dərəcəli eroziyaya uğramışdır. Ən geniş yayılmış eroziya növləri səthi, yarğan və süni suvarma sistemi formalarıdır. Ərazimizin 16%-i güclü, 14,8%-i orta və 31,2%-i zəif dərəcəli eroziya proseslərinə məruz qalmışdır.

Respiblikamızın dağ yamacları və yüksəkliklərində yer­ləşən torpaq sahələrindən səthi eroziya nəticəsində ildə 105-516 m3/ha torpaq yuyulur. Sel və torpaq sürüşməsi nəticəsində isə müvafiq olaraq 310 km2 və 420 km2 torpaq sahələri kor­lanmışdır. Hər il 1,5 mln ha artıq torpaq qatı sel suları vasitəsilə yuyulub aparılır. Torpaq sürüşməsi nəticəsində isə nəinki tor­paq qatı korlanır, hətta kənd təsərrüfatı, sənaye və mülki ob­yektlərə də böyük zərər vurulur. Dağlıq ərazilərdə eroziya pro­seslərinin artmasının başlıca səbəbi heyvandarlığın inkişafı, meşələrin sistemsiz şəkildə kütləvi qırılması və sıldırım ya­maclarla onların daşınmasıdır. Bunun nəticəsində dağ yamac­ları çılpaqlaşır və yerüstü axar sular miqdarı artır. Belə sahələr­də torpağın yuyulmasının həcmi 246 m3/ha müəyyənləşmişdir.

Lənkəran-Astara zonasının dağətəyi yamaclarında bitki örtüyünün məhv edilməsi eroziya proseslərini kəskin surətdə artırmışdır. Zonanın 63,5 min ha ərazisindən 22%-i orta və zəif, 10%-dən çoxu güclü eroziyaya məruz qalmış, 30%-dən çox münbit torpaq örtüyü tamamilə yuyulmuşdur.

Ümumiyyətlə, eroziya proseslərinin ilbəil artması tor­paqdan istifadənin aşağı səviyyədə olması, bütün dağlıq və dağ­ətəyi təsərrüfatlarda torpaqlardan istifadə də eroziya proses­lərinin təhlükəsi və hər bir sahənin relyef şəraitinin nəzərə alınması ilə bilavasitə bağlıdır.

Eroziya prosesləri, demək olar ki, meşəsiz olan Naxçı­van MR üçün daha xarakterikdir. Naxçvan MR torpağın 19,9%- i zəif, 24%-i orta, 32%-i isə güclü (şiddətli) eroziyaya uğramış və nəticədə 402 min ha torpaq sahəsi bu və ya başqa dərəcədə öz münbit qatını itirmişdir.

362 363

Page 183: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Respublikanın düzənlik ərazilərində torpaqların şumlan­ması, gübrələnməsi, suvarma zamanı aqrotexniki qaydaların pozulması nəticəsində torpağın məhsuldar, humus qatının yu­yulub aparılması prosesi baş verir. Bu proses daha çox üzüm­çülük, pambıqçılıq və tərəvəzçilik təsərrüfatlarında baş verir.

Respublikamızın Mil-Qarabağ zonası torpaqlarının 30,8%-i, Quba-Xaçmaz zonasında 48,2%-i, Abşeron yarımada­sında 40,3%-i, Şirvan düzündə 27,7%-i, Şəki-Zaqatala zo­nasında 55,7%-i eroziya prosesinə məruz qalmışdır.

Kür-Araz ovalığında torpaqların vəziyyətinə su və külək eroziyaları daha çox təsir göstərir. Burada 35%-dən artıq əkin sahəsi və 20% qış otlaqları eroziyaya məruz qalmışdır. 134 min ha torpaq az və ya çox dərəcədə, 66 min ha artıq torpaq güclü eroziyaya uğramış, 400 min ha torpaq qatı yuyulub aparıl­mışdır.

Respublika ərazisində külək eroziyası, əsasən Abşeron yarımadası, cənub-Şərqi Şirvan, Ceyrançöl və digər ərazilərdə geniş yayılmışdır.

Respublikamızda eroziya proseslərinin qarşısını almaq məqsədilə 24,5 min ha ərazidə meşə-mühafızə zolağının salın­ması, 10 min ha sahədə tarla qoruyucu, 226 min ha sahədə yol və suvarma xətləri kənarları, yarğan, çay kənarları və su höv­zələri ətrafı, 105 min ha sıldırım yamaclar, 30 min ha sahədə seyrək meşəli yamac və dağ ətəklərində meşə zolaqlarının sa­lınması planlaşdırılmışdır.

Kənd təsərrüfatında suvarma əkinçiliyinin inkişafı, su­varma qaydalanna düzgün riayət olunmaması, suvarma kanal­larının betonlaşdırılmaması, torpaq kanallardan istifadə, ekoloji tarazlıq nəzərə alınmadan düzənlik ərazilərdə su anbarlarının yaradılması və digər bu kimi səbəblər torpağa çoxlu miqdarda su hopmasma şərait yaradır ki, bu da minerallaşmış qurunt su­larının səviyyəsini qaldırır və torpaqların şoranlaşmasına səbəb olur. Respublika üzrə torpaqların 562 min ha-ı şorlaşmaya, 515

min ha-ı eroziyaya, 546 min ha-ı şorəkətləşməyə məruz qalmışdır.

Şoranlaşmış torpaq sahələri, əsasən Kür-Araz zonasında geniş yayılmışdır. Şorlaşmış torpaqların ümumi sahəsi 500 min ha artıqdır. Ən çox şorlaşmış torpaqlar Ağdaşda 220 min ha, Kürdəmirdə 40 min ha, Ağcabədidə 38,4 min ha, Salyanda 32 min ha, Ağsuda 21,4 min ha, İmişlidə 26,6 min ha, Saatlıda 32 min ha, Sabirabadda 40 min ha təşkil edir.

Kür-Araz düzənliklərində şoranlaşmış torpaq sahəsinin 120 min ha güclü dərəcədə şorlaşmışdır. Torpaqların suvarma norma və rejiminin pozulması təkrar şoranlaşmaya səbəb olmuşdur. Hazırda suvarılan torpaqlardan 83%-dən çoxunun müxtəlif formalı meliorasiyaya ehtiyacı vardır.

Kür-Araz ovalığında uzunmüddətli suvarmalar nəticə­sində torpağın su, fiziki, kimyəvi, mexaniki xassələri dəyişil­miş, şoranlaşma, bataqlıqlaşma sahələri genişlənmişdir. Həmin ərazilərin bərpası, torpaqların məhsuldarlığının yüksəldilməsi üçün çoxlu əlavə maliyyə vəsaiti və əmək sərfi tələb olunur.

Torpaq örtüyünün pozulmasına antropogen amillər daha çox təsir göstərir. Torpaqlara mineral gübrələrin və zəhərli kimyəvi maddələrin elmi-cəhətdən əsaslandırılmış norma üzrə verilməməsi nəticəsində torpaqların kimyəvi çirklənməsi pro­sesi baş verir. Kimyəvi zəhərləyici maddələrlə respiblika üzrə 840 min ha, o cümlədən, herbisidlərlə 400 min ha torpaq sahəsi dərmanlanmışdır. Zəhərli kimyəvi maddələrlə ekoloji cəhətdən ən çox çirklənmiş region Kür-Araz ovalığıdır. Bu regionun Muğan-Salyan torpaqlarında herbisidlərin miqdarı yol verilən norma həddindən 9,0 dəfə artıqdır. Torpaqlarımıza dünyada qə­bul olunmuş normalardan 3-5 dəfə çox pestisid səpilmişdir.

Şirvan və Salyan düzlərində 50 ha torpaq neft məhsul­ları ilə çirklənmiş, kanallar boyu 3 min ha torpaq tullantılarla, 12 ha karxanalarla, 6 ha ərazi bərk məişət tullantıları ilə örtül­müşdür.

364 365

Page 184: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Lənkəran-Astara zonasında tərəvəzçiliyin inkişaf etdiril­məsi nəticəsində torpaqlara çoxlu miqdarda mineral gübrə, zəhərli kimyəvi maddələr verilmiş, nəticədə torpaqların aqreqat halı dəyişmiş, onlarda zəhərli kimyəvi maddələrin və ağır me­talların normadan artıq toplanması prosesi baş vermişdir. Ümu­miyyətlə, torpaq örtüyündə ağır metalların toplanması çox təh­lükəlidir və onlar bərpa edilməz dəyişikliklərə səbəb olur. Əhali məskunlaşma sahələrində yaradılan müxtəlif məqsədli tikinti sahələri, yolların, kanalların, süni göllərin yaradılması ilə əla­qədar indi respublikada olan yararlı torpaqların 10%-i kənd təsərrüfatı dövriyyəsindən çıxmışdır. Respublikada çirkləndi- rilmiş, dağıdılmış və zibilləndirilmiş torpaqlar 200 min ha artıq ərazi tutur. Belə torpaqlar Naxçıvan MR, Yuxarı Qarabağ, Daşkəsən-Qazax, Abşeron regionlarında daha çoxdur. Təkcə neft və qazçıxarma mədənlərinin tullantıları nəticəsində 50 min ha çox ərazi yararsız hala düşmüşdür. Abşeron yarımadasında neft emalı, neft-qaz istehsalı sahələrində yaranan tullantı suları ilə 7-8 min ha torpaq sahəsi gölməçələrə çevrilmişdir.

Respublikamızın iri sənaye şəhərləri olan Bakı, Sum­qayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərinin ətraf torpaq sahələrinin ağır və əlvan metal qalıqları ilə çirklənməsi nəticə­sində həmin torpaqlarda qurğuşunun, misin, sinkin, xlor, flor, alüminium, benzopirenlər və kükürd birləşmələrinin miqdarı yol verilən norma həddindən ayrı-ayrı ərazilərdə 10-20 dəfəyə qədər yüksəkdir.

Respublikamızın iri yaşayış məntəqələri ətrafında hər il 5 mln t bərk məişət tullantısı toplanır ki, bunun da 50%-i Ab­şeron sənaye rayonunun payına düşür. Bakı şəhəri ətrafında 400 ha, Sumqayıt ətrafında 120 ha ərazi tutan tullantıların yal­nız 10-12%-i emal edilir, qalan hissəsi isə ətraf mühitin çirk­lənmə mənbələrindən biri olaraq qalır.

Şəhərlərdə fəaliyyət göstərən yüzlərlə zavod və fabrik­lərin ətraf mühitə atdıqları sənaye tullantıları da müxtəlif yol­larla torpaqlara qayıdır və əsas çirklənmə mənbələrindən birinə

366

çevrilir. Bütün bu tullantıların zərərli təsirlərini aradan qal- dnmaq üçün həmin tullantıların emalı, utilizasiyası və zərər- sizləşdirilməsini həyata keçirmək lazımdır.

Abşeronda 20-22 min ha torpaq sahəsi neft məhsulları, mədən suları və digər texnogen mənşəli tullantılarla çirklən­mişdir ki, onun da 10,6 min ha-ı neftlə çirklənmiş torpaqlardır. 30 min ha torpaq neft mədənləri altında qalmışdır.

Respublikanın sənaye tulantıları ilə örtülmüş yararlı tor­paqlarını zibilliklərdən, sənaye, məişət və neft tullantılarından təmizləmək yolu ilə əlavə olaraq 100 min ha, o cümlədən Abşeron yarımadasında 33 min ha-a yaxnı torpaq sahələrini kənd təsərrüfatı dövriyyəsinə qaytarmaq olar.

Abşeron yarımadasının torpaqları neft mədənlərinin lay sularının tərkibində olan radioaktiv elementlərlə də çirklənir. Abşeron yarımadasının normal radioaktiv fonu Xəzəryanı əra­zilərdə 9 mkr/saat, tektonik pozuntu sahələrində isə 18 mkr/saat təşkil edir. Lakin yarımadanın bəzi neft istehsalı mədənlərinin yaxınlıqlarında 500-600 mkr/saat olan çirkləndirilmiş zonalara da rast gəlinir. Belə sahələrin mövcudluğu ərazidə yaşayan in­sanların həyatı üçün olduqca təhlükəlidir. Qeyd etmək lazımdır ki, radioaktiv elementlərlə çirklənmiş torpaqların dezaktivi- zasiyası respublikada müvafiq avadanlıq və texnologiyanın olmaması səbəbindən aparılmır.

Respublikanın torpaq fondundan səmərəli istifadə etmək və onun təbii məhsuldarlığını qoruyub saxlamaq üçün müxtəlif səbəblərdən çirklənmiş, dağılmış, korlanmış, zibillənmiş, ero­ziyaya uğramış, şorlaşmış torpaqların məhsuldarlığını təbii və süni yollarla bərpa etmək, onları rekultivasiya etmək, torpaq- iqlim şəraitinə uyğun növbəli əkin sistemini tətbiq etmək, eyni zamanda təsərrüfat-təşkilati, aqrotexniki, hidrotexniki, aqrome- liorasiya, fitomeliorasiya və digər tədbirləri həyata keçirməklə torpaq mühafizə işlərini həyata keçirmək ən vacib problem kimi qarşıda durur.

367

Page 185: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Nəzərə almaq lazımdır ki, eyni ərazilərə uzun illər boyu zəhərli kimyəvi maddələrin normadan artıq səpilməsi, aqro­texniki qaydalara riayət olunmaması, dövriyyəli əkin sisteminin apanlmaması, suvarma rejiminin pozulması torpaq fonduna ağır ekoloji ziyan vurmuşdur.

Azərbaycan ərazisində 4300-ə qədər bitki, 14000 hey­van növləri mövcuddur. Bitki və heyvan növlərinin yayılma qanunauyğunluğunun müxtəlifliyi onların mühafizə məsələ­lərini ön plana çıxanr. Bitki örtüyü içərisində mühüm yeri meşələr tutur. Meşələr Azərbaycan ərazisinin 11,5%-ni tutur və əsasən dağlıq regionlarda yayılmışdır. Meşələrimizin 48,7%-i Böyük Qafqazda, 34,2%-i Kiçik Qafqazda, 14,6%-i Talış dağlarında, 2,5%-i isə Kür-Araz ovalığında yayılmaqla birinci qrup qoruq meşələri hesab olunur. Meşələrimizin qorunması və artırılması onların mühafizəsinin təşkilindın çox asılıdır. Belə ki, meşələrin qırılması və seyrəldilməsi sel, sürüşmə, uçqun və eroziya proseslərini sürətləndirər, torpaq örtüyü öz münbitliyini tədricən itirərək deqreasiyaya uğrayar, yeraltı suların səviyyəsi aşağı düşər və nəticədə bulaqlar quruyar, fauna və flora növləri məhv olar ki, bu da insanların həyat şəraitinə mənfi təsir göstərər.

Respublikamızda məhv olmaq təhlükəsi altında qalan nadir heyvan və bitki növlərinin qorunması məqsədilə onların adları 1989-cu ildə nəşr olunan “Qırmızı kitab” a salınmışdır. “Qırmızı kitab”a 108 heyvan növü və 140 bitki növünün adı daxil edilmişdir.

Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. 2005-2010-cu illər ərzində flora və faunanın qorunub saxlanması və təkrar is­tehsalı üçün ölkəmizdə ümumi sahəsi 310,5 min ha olan 8 milli park və sahəsi 209,3 min ha olan 11 Dövlət Təbiət qoruqları yaradılmışdır. Dövlət qoruqlarının və milli parkların saxlanıl­ması üçün 2010-cu ildə 2 mln 57 min manat vəsait xərclən­

368

mişdir. Hazırda xüsusi mühafizə olunan ərazilər ölkə ərazisinin 10,2%-i təşkil edir.

Azərbaycanda fəaliyyət göstərən Milli parklar Abşeron (2005), Ağgöl (2003), Altıağac (2004), Göygöl (2008), Hirkan (2004), Ordubad (2003), Şahdağ (2006), Şirvan (2003); dövlət qoruqları Bəsitçay (1974), Eldar şamı (2004), Qaragöl (1987), Qarayazı (1978), Qızılağac (1929), İlisu (1987), Türyançay (1958), Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu (2007), Korçay (2008), Şirvan (1969) və Zaqatala (1929) qo­ruqlarıdır. Qoruq canlı və cansız təbii komplekslərin ilkin halda olduğu kimi saxlanılan və qorunan ərazilərə deyilir. Respub­likamızda 24 dövlət təbiət yasaqlığı yaradılmışdır. Qoruq, milli park və yasaqlıqların ümumi sahəsi 881 min ha təşkil edir.

Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhə­miyyət daşıyan təbiət kompleklərinin yerləşdiyi və təbiəti mü­hafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Azərbaycanda Milli Parklar 2003-cü ildən etibarən yaradılmağa başlamışdır və hazırda on­lar ölkə ərazisinin 3,6%-ni təşkil edir. 2009-cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə Ordubad Milli Parkının adı dəyişdirilərək Zəngəzur Milli Parkı adlandırılmışdır.

Hazırda yeni Mili Parkların və dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər həyata keçirilir. Almaniya Federal Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində “Samur-Yalama Milli Parkf’nın layihəsi işlənilmiş və icrasına başlanılmışdır.

369

Page 186: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

MÖVZU 15. EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ SAHƏSİNDƏ BEYNƏLXALQ TƏCRÜBƏ

VƏ ƏMƏKDAŞLIQ

Müasir dövrün iqtisadi inteqrasiya şəraitində bütün təhlükəsizlik növləri (hərbi, ekoloji, iqtisadi, sosial və s.) içərisində ekoloji təhlükəsizliyin təmin olunması problemi bu gün üçün aktual hesab edilir. Ekoloji problemlər ardı­cıllığını hər hansı bir götürülmüş dövlət və region çərçi­vəsində həll etmək olar, lakin Yer kürəsinin əhalisinin eko­loji təlükəsizliyi yalnız bütün cəmiyyətin birgə səyi nəticə­sində təmin oluna bilər. Həmçinin, ekoloji problemlərin qlo­bal xarakter daşıması bu problemin həlli üçün ətraf mühitin qorunması istiqamətində tədbirlər sisteminin həyata keçi­rilməsində geniş beynəlxalq əməkdaşlığı tələb edir. Bundan ötrü planetin ekoloji böhran problemi haqqında birgə, vahid anlayış tələb olunur və problemin həll edilməsi üçün bütün dövlətlərin və xalqların birgə koordinasiyaedilmiş fəaliyyəti lazımdır.

Ətraf mühitin qorunması üzrə əməkdaşlıq hələ 100 il əvvəl yaranmış və indi də surətlə inkişaf etməkdədir. 1960-cı illərdə qərbin bir qrup alimləri tərəfindən ətraf mühitdə baş verən neqativ hadisələrə münasibət 1968-ci ildə «Roma Klubu» adı altında bir təşkilatın formalaşmasına şərait yaratdı. Bunu ətraf mühitin mühafizəsi sahəsində ilk bey­nəlxalq təşkilat adlandırmaq olar. «Roma klubu» romalı iş adamı Aurelio Reççeinin başçılığı altında yaradılmış və 30- dan çox ölkənin alimlərini, iş adamlarını və ictimai xa­dimlərini birləşdirən Beynəlxalq Qeyri-dövlət Təşkilatı kimi fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi insanla təbiət arasındakı qarşılıqlı əlaqəsini öyrənmək olmuşdur. «Qlobal problemlər» anlayışı da onların adı ilə bağlıdır. «Roma klubu» o dövrdə qlobal problemlərə:

- əhali artımı;

370

- ozon təbəqəsinin dağılması;- su hövzələrinin qorunması;- enerjinin ənənəvi sahələrinin tükənməsi;- aclıq problemi;- insan həyatının saxlanılması və s. aid etmişlər.BMT bu məsələyə daim diqqət yetirir. 1962-ci ildə

BMT-in XVII Baş Məclisində «Ekoloji İnkişaf və Təbiətin Mühafizəsi» adlı xüsusi qətnamə qəbul olundu. Bu qət­namədə qeyd edilir ki, təbiətin mühafizəsi BMT-yə üzv olan bütün dövlətlərin bilavasitə vəzifəsidir və təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iqtisadi inkişafla birgə eyni zamanda aparılmalıdır.

1972-ci ildə Stokholmda BMT-nin ətraf mühit məsələsi üzrə konfransı keçirildi. Konfrans ətraf mühitin mühafizəsi haqqında bəyanat qəbul etdi və 5 iyun «Beynəlxalq ətraf mühitin mühafizəsi» günü elan olundu.

Ətraf mühit probleminin Beynəlxalq xarakter almasına ölkə, region, ümumbəşəri və qlobal səviyyədə baxmaq tələb olunur. Belə yanaşma ona görə gərəklidir ki, ətraf mühitin qorunması ümumbəşəri xarakterlidir. İnsanların əmək fəaliyyətinin predmeti sayılan yerüstü və yeraltı sərvətlər bütün dünya üçün gərəklidir. Dünya okeanı sərvətləri, iqlim və kosmik resurslar ümumbəşəri xarakter daşıyır. Belə elementlər qloballaşmanın vüsət alması imkanlarını daha da artırır. Nəticədə bütün dövlətlər üçün qorunması gərək olan vahid ekoloji məkan yaranır. Vahid qlobal əməkdaşlığın hə­yata keçirilməsi yollarının tapılmasına böyük ehtiyac vardır. Bu, hər şeydən əvvəl, cəmiyyət və ətraf mühit problemlərinin həllinin həyata keçirilməsi üçündür.

Ətraf təbii mühitin beynəlxalq hüquqi mühafizəsi obyektləri içərisində 2 kateqoriya ayrılır:

1) Ayrı-ayrı dövlətlərin yurisdiksiyasına daxil olan;2) Ayrı-ayrı dövlətlərin yurisdiksiyasına daxil ol­

mayan.

371

Page 187: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Birinciyə daxil olan: atmosfer hövzəsi, yaxın kosmos, dünya okeanı, Antarktida, köçəri heyvan növləri. Qeyd edilən obyektlər beynəlxalq ekoloji hüquq normalarına müvafiq olaraq qorunur və istifadə edilir. O obyektlər ki, beynəlxalq mühafizə olunan obyektlərə daxil deyildir, zə­rurət yarandıqda beynəlxalq əməkdaşlıq obyektləri kimi ətraf təbii mühitin mühafizəsi, təbiətdən səmərəli istifadə, ekoloji təhlükəsizlik sahələrində çıxış edə bilər.

Konkret ölkənin yurisdiksiyasına daxil olan ətraf mü­hitin beynəlxalq hüquqi obyektləri - dünya təbiət abi­dələrinə daxil edilmiş obyektlər, beynəlxalq qırmızı kitaba daxil edilmiş və nəsli kəsilmək təhlükəsi qarşısında qalan nadir heyvan və bitki növləri, beynəlxalq çaylar, dənizlər, göllər və başqa obyektlərdir. Məhz ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq prinsipləri Stokholm bəyannaməsində dürüst ifadə edilmişdir. Bunlardan birincisi və başlıcası hər bir dövlətin özünün milli siyasəti ilə ətraf mühitin problemlərinə yanaşmağa müvafiq olaraq öz ərazi­sindəki resurslardan istifadə etmək hüququna malik ol­masıdır. Lakin burada hər hansı fəaliyyət ölkənin milli əra­zisindən kənarda yerləşən dövlətlərin mühitinə zərər vur­mamalıdır.

İkincisi, yerin təbii resursları, o cümlədən hava, su, torpaq, flora, fauna, xüsusilə də təbii ekosistemin xarakterik növləri insanların səmərəli planlaşdırma fəaliyyəti vasitəsilə indiki və gələcək nəsillər üçün qorunmalıdır.

Üçüncüsü isə, bərpa olunmayan resurslardan elə is­tifadə edilməlidir ki, gələcəkdə bu ehtiyatların tükənməsinin qarşısı alınsın və beynəlxalq məkanda bütün insanlar onların istifadəsindən faydalana bilsinlər. Ətraf mühitin mühafizəsinin təşkili sahəsində beynəlxalq qarşılıqlı təsir müddəaları ümumdünya təbiət xartiyası ilə tamamlanmışdır ki, bu da BMT Baş Asambleyası tərəfindən təqdir edilmiş və

28 oktyabr 1988-ci ildə çıxarılmış qətnamədə elan edilmişdir.

Müasir dövrdə hər bir dövlətin qarşısında iki növ ekoloji hüquqi məsuliyyət durur: siyasi və maddi.

Məsuliyyətin ən geniş yayılmış forması sanksiyalardır. Bunu qanunpozucu dövlətə qarşı inzibati, məcburedici tədbirlər sistemi də adlandırmaq olar.

Maddi məsuliyyət bu və ya digər dövlət tərəfindən beynəlxalq öhdəliklərin pozulması zamanı meydana çıxır ki, onun da nəticəsində cəmiyyətə maddi zərər vurulmuş olur. Maddi məsuliyyətin bir neçə formaları mövcuddur:

- təzminat - ekoloji zərərin pulla ifadəsi;- restitusiya - pozulmuş hüquqi bərpa etmə və zərərin

ödənilməsi;- substitusiya - məhv edilmiş və yararsız hala düşmüş

obyektlərin əvəzlənməsi;- restovrasiya - hər hansı bir obyektin bərpası ilə

əvvəlki vəziyyətə gətirilməsidir.Deyilənlərlə əlaqədar olaraq vahid qlobal əməkdaşlığın

həyata keçirilməsi yollarının tapılmasına böyük ehtiyac du­yulur. Bu baxımdan, müxtəlif təşkilat və müəssisələr fəa­liyyət göstərir.

Ümumdünya təşkilatı sayılan BMT-nin və onun ixti­saslaşdırılmış bölmələri xüsusi rol oynayır və ətraf mühitin mühafizəsi də bilavasitə BMT-nin nizamnaməsindən irəli gəlir. Onun məqsəd və vəzifəsi - insan hüquqlarının qorun­ması, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, sağlam­lığın qorunması, sosial və iqtisadi həyatdakı problemlərin həll edilməsində yardım göstərməkdir. Həmçinin, BMT-nin Baş Assambleyası, ətraf mühitin qorunması sahəsində ölkə­lərin iki və çoxtərəfli əməkdaşlığının inkişaf etdirilməsinə şərait yaradır, yeni təbiət qoruyucu orqanlar yaradır, ətraf mühitin mühafizəsi haqqında təkliflər hazırlayır, ümum-

372 373

Page 188: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

dünya birliyinin ekoloji siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Məlumdur ki, ətraf mühitin qorunması və təbii sər­vətlərə münasibət sahəsində BMT-nin xeyli sayda gərəkli təşkilatları fəaliyyət göstərir. 1973-cü ildə BMT tərəfindən bir proqram qəbul edilmişdir. Bu ətraf mühitin qorun­masına dair YUNEP proqramı adlanır (baş qərargahı Nayrobi şəhərində yerləşir).

YUNEP proqramı ətraf mühitin təbii saxlanılması üçün bütün dövlətlərin təcrübələrinə, proqramın perspek­tivliyinə bilavasitə nəzarət edərək onları tənzimləyir. YUNEP-in idarəçilik orqanı BMT Baş Assambleyası tərə­findən 4 il müddətinə seçilən idarəçilik şurasıdır. Bu şuraya ətraf mühitin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığa yardımı həyata keçirmək, müvafiq siyasətin həyata keçril- məsi üzrə tövsiyələr vermək, təbiəti mühafizə proqramlarına rəhbərlik və koordinasiyaları həyata keçirmək, ətraf mühit haqqında bilik və informasiyaların beynəlxalq aləmə çat­dırılması və s. fuknsiyalar həvalə edilmişdir. YUNEP ətraf mühitin mühafizəsi sahəsində monitorinqlərə, qlobal infor­masiya şəbəkəsinə, zəhərləyici kimyəvi maddələrin ehtiya­tının Beynəlxalq qeydiyyatına, səhralaşma və meşəsiz- ləşmələrin qarşısının alınması tədbirlərinə, bütün ölkələrin çay hövzələrindən birgə istifadəyə nəzarət edir. Təşkilat, eyni zamanda aztullantılı və tullantısız istehsal sahəsinə - texnologiyasına, zəhərləyici maddələrin istehsalı və onların nəqlinə də nəzarəti öz əlində saxlayır. YUNEP ətraf mühit­də yaranan törəmələrə xüsusi proqramlara da rəhbərlik edən bir təşkilatdır və öz işlərini BMT-nin bütün digər təş­kilatları ilə əlaqəli şəkildə həyata keçirir.

Bu xüsusilə ərzaq və kənd təsərrüfatı işlərinin təşki­lində (FAO), əmək məsələlərinin həllində (MOT), Ümum- dünya səhiyyə işlərinin həllində (VOZ), Ümumdünya mete- reologiya təşkilatları ilə görülən işlərdə (VMO), Ümum-

374

dünya təbiəti mühafizə fondu ilə (VFOP) aparılan işlərdə özünü daha çox göstərir.

YUNESKO - 1948-ci ildə yaranmış və qərargahı Paris şəhərindədir. Təbiətin qorunması sahəsində bir neçə istiqa­mətdə fəaliyyət göstərir:

1) yüzdən çox dövlətin məşğul olduğu ekoloji proq­rama rəhbərlik edir. Bu proqramlar arasında uzunmüddətli, hökümətlərarası proqramlar (insan və biosfer), ətraf mühi­tin qorunması barədə Ümumdünya təhsil proqramı, Bey­nəlxalq hidroloji proqram və s. vardır;

2) ümumdünya sərvəti hesab olunan təbiət abidə­lərinin uçotu və mühafizə olunmasının təşkili;

3) inkişaf etməkdə olan və digər dövlətlərdə ekoloji təhsilin artırılması və ekoloq - mütəxəssislərinin hazırlan­masına kömək göstərmək.

Ümumiyyətlə, YUNESKO «İnsan və biosfer» proqramı üzrə işləri həyata keçirməklə, insanlarla mühit arasında qarşılıqlı əlaqə və inkişafın sosial-iqtisadi faktorları üzrə tədqiqatlar aparır.

Hələ XX əsrin 50-60-cı illərində YUNESKO tərəfindən «Arid zonalar», «Rütubətli tropika», «Hidroloji onillik» adı altında proqramlar həyata keçirilmişdir. Bunlarla yanaşı YUNESKO-nun 1970-ci ildə MAB adlanan «İnsan və hidrosfera» adlı çoxillik proqram çərçivəsində dünyanın 100-dən artıq dövləti iştirak etdiyi müxtəlif istiqamətli proq­ramların yerinə yetirilməsində rolu böyük olmuşdur. Belə proqramlardan «Tropik və subtropik ekosistemlərin eko­logiyasına insanların əmək fəaliyyətinin təsiri», «İnsanların Əmək fəaliyyətlərinin torpaqlara, eləcə də mülayim zonanın və Aralıq dənizi zonasının meşələrinə təsirləri», «İnsanların əmək fəaliyyətinin göllərin, bataqlıqların, çay deltalarının və sahil rayonlarının ekoloji şəraitinə təsirləri» - layihələrinin yerinə yetirilməsi daha çox fərqlənir.

375

Page 189: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

FAO - 1945-ci ildə yaradılmışdır. Onun fəaliyyət sahəsi kənd təsərrüfatı və dünya ərzaq ehtiyatlarıdır. FAO torpaqlardan istifadə və onun qorunması, Dünya okeanının bioloji resursları, heyvanlar aləmi, meşə örtüyü, su ehti­yatları kimi ekoloji problemlərlə məşğul olur.

FAO dünyanın torpaq xəritəsini hazırlamış, onun təşəbbüsü ilə Ümumdünya Torpaq xartiyası qəbul olunmuş, əhalinin yerləşməsi, ərzaq, səhralaşma, su ehtiyatlarının qo­runması üzrə beynəlxalnq konfranslar təşkil etmişdir. FAO kənd təsərrüfatı məhsulları istehsalı və emalının yaxşı­laşdırılması, balıqçılıq, aqrar sahəyə sərmayə yatırımlarına yardım göstərmək, kübrə və pestisidlərdən, torpaq və su re­surslarından səmərəli istifadə olunması kimi məsələlərə yardım edir.

MAQATE - Atom enerjisi üzrə Beynəlxalq Agentlik 1957-ci ildə yaradılmışdır. Əsas məqsədi nüvə təhlükəsiz­liyinin təmin edilməsi və ətraf mühitin radioaktriv çirklən­mədən qorunması proqramlarının icrasını təmin etməkdir. MAQATE atom elektrik stansiyalarının istismarı və tikil­məsi qaydalarım işləyib hazırlayır, layihələşdirilən və fəa­liyyət göstərən AES-in ekspertizasını aparır, atom material­larının ətraf mühitə göstərdiyi təsiri qiymətləndirir, radia­siya təhlükəsizliyi normalarını müəyyənləşdirir və onların yerinə yetirilməsinə nəzarət edir.

BTMİ - Beynəlxalq təbiəti mühafizə və təbii resurs­ların qorunması ittifaqı 1948-ci ildə təsis olunmuşdur. Bu qeyri-hökumət təşkilatı olub 100-dən çox dövlətin qeyri- hökumət təşkilatlarını və beynəlxalq hökumət təşkilatlarını özündə birləşdirir.

BTMİ-nin əsas vəzifələri:1) təbii ekosistemin, flora və faunanın qorunması;2) nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növ­

lərinin, habelə təbiət abidələrinin saxlanması;

376

3) qoruqların, təbii landşaftların, şəhərətrafı milli parkların genişləndirilməsi;

4) ekoloji təhsildən ibarətdir.Bu təhkilatm təşəbbüsü ilə nadir və məhv olmaqda

olan növlərin «Qırmızı kitab»ı aparılır.ÜST - Ümumdünya Səhiyyə Təşkilatı - 1946-cı ildə

yaradılmışdır. O insan sağlamlığının qorunmasını ətraf mü­hitin mühafizəsi aspektində öyrənir. ÜST ətraf mühitin sanitar-epidemioloji monitorinqini aparır, ətraf mühitin və­ziyyəti ilə əlaqədar xəstəliklərin məlumatlarını ümumiləş­dirir. Ətraf mühitin sanitar-gigiyena ekspertizasını aparır və onun keyfiyyətinə qiymət verir. Eləcə də əhalinin təmiz su təminatı, qidalanma və tullantıların məhv edilməsi də daxil olmaqla ümumi ekoloji təhlükəsizlik məsələlərini araşdırır.

BDT - Beynəlxalq Dəniz təşkilatı 1948-ci ildə yaradıl­mışdır. BDT dəniz gəmiçiliyi və dənizlərin çirklənməkdən qorunması sahəsində fəaliyyət göstərir. Bu təşkilat dəniz­lərin neft və digər ziyanlı maddələrlə çirkləndirilməsinə qarşı beynəlxalq konvensiyaların hazırlanmasında iştirak edir.

QEF - Qlobal Ekoloji Fond - 1990-cı ildə yaradıl­mışdır. Fondun başlıca vəzifəsi inkişaf etməkdə olan ölkə­lərdə ümumi planetar xarakter daşıyan problemlərin həllinə kömək göstərməkdir.

QEF-in fəaliyyətində 3 beynəlxalq struktur iştirak edir:1) BMT-nin inkişaf proqramı;2) Ətraf mühit üzrə BMT proqramı;3) Dünya bankı.QEF çərçivəsində maliyyələşməsi tələb olunan bir neçə

problemlər daha böyük əhəmiyyət kəsb edir. Bunlar, iqlimin qlobal istiləşməsi, dövlətlərarası suların çirklənməsi, bioloji müxtəlifliyin azaldılması və ozon təbəqəsinin seyrəlməsidir.

ÜMT - BMT-nin Ümumdünya metereologiya Təşki­latı 1947-ci ildə yaradılmışdır. Onun vəzifyəsi planetin hava­sına və iqliminə antropogen təsirinin, ümumilikdə regionlar

377

Page 190: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

üzrə öyrənilib, ümumiləşdirilməsidir. ÜMT ətraf mühit mo­nitorinqinin qlobal sistemi çərçivəsində fəaliyyət göstərir. Sistemin işini YUNEP koordinasiya edir.

Ətraf mühit monitorinqinin qlobal sistemi fəaliyyət göstərən beş proqramla səciyyələnir:

1) atmosfer vəziyyətinin monitorinqi;2) çirkləndirici maddələrin uzaq məsafələrə ötürülməsi;3) insan sağlamlığı proqramı;4) dünya okeanı proqramı;5) quru sərvətlərin bərpası.Yuxarıda göstərilən beynəlxalq ekoloji təşkilatlardan

başqa digər beynəlxalq strukturlar da fəaliyyət göstərir. Məsələn, potensial zəhərli kimyavi maddələrin beynəlxalq registri YUNEP-in bir hissəsi kimi yaradılmışdır. Onun vəzifyəsi toksik kimyəvi maddələr haqqında məlumatları toplamaq, öyrənmək və yaymaq, zəhərli kimyavi maddələ­rin insan sağlamlığına və ətraf mühitə təsirini öyrənməkdir.

Bundan başqa BMT-nin bədbəxt hadisələr zamanı kömək göstərmək üzrə Bürosu, Avropa İqtisadi Komissiyası və s. kimi beynəlxalq və regional ekoloji təşkilatlar da fəa­liyyət göstərir.

Adları sadalanan təşkilatlar dövlətlərarası razılaşmalar əsasında yaradılmış fəaliyyət göstərən və geniş beynəlxalq səlahiyyətlərə malik olan təşkilatlardır. Ətraf mühit məsələ­ləri ilə həm də dünyanın müxtəlif ərazilərində sosial-iqtisadi vəziyyəti araşdıran layihələrin reallaşdırılması üçün tövsiyyələr işləyib hazırlayan komissiyalar mövcuddur. Bu cür komissiyalar Asiya və Sakit okean regionları, Latın Amerikası, Avropa üçün ekoloji siyasəti həyata keçirən ko­mitələr çərçivəsində yaradılmışdır. Məsələn, beynəlxalq tə­biəti və təbii resursları mühafizə birliyi, heyvanların mü­hafizəsi üzrə beynəlxalq federasiyanı və s. buna aid etmək olar.

378

1992-ci ildə Rio-de-Janeyroda «Ətraf mühit və inkişaf» mövzusu üzrə dövlət başçıları və nümayəndəlikləri səviy­yəsində BMT konfransı keçirilmişdir. Bu konfrans bəşə­riyyətin «davamlı inkişafa» keçidini qəbul edir və beynəl­xalq cəmiyyət qarşısında 3 vacib strateji məsələni müəy­yənləşdirir:

1) dünyanın sənaye cəhətdən inkişaf etmiş, eyni za­manda təbii resursların əsas istifadəçisi olan və ətraf mühitin çirkləndirici mənbələri olan ölkələrdə istehsalın və istehlakm həcminin məhdudlaşdırılması;

2) Asiya və Afrika ölkələrində əhali artımının şüurlu surətdə məhdudlaşdırılması;

3) varlı və kasıb ölkələr, regionlar arasında bərabər­sizliyin dərinləşməsinin qarşısının alınması.

Ətraf mühitin mühafizəsi məsələlərinin həllində başlıca rolu regional xarakter daşıyan konfranslar oynayır. 1995-ci ildə «Avropa üçün ətraf mühit» çərçivəsində bu məsələyə dair Ümumavropa nazirlər konfransı keçirildi və «Avropa üçün ekoloji proqram» qəbul olundu.

1987-ci ildə xüsusi komissiya tərəfindən 1983-cü ildə BMT baş Assambleyası tərəfindən hazırlanmış, «2000-ci ilə qədər və ondan sonrakı dövr üçün ətraf mühitin mühafizəsi sahəsində qlobal perspektivlər üzrə məruzə» qərarı təsdiq edilmişdir. Burada ilk olaraq davamlı sosiali-iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən ideyalar formalaşdırıldı.

Son zamanlar beynəlxalq əməkdaşlığın konvensiya, ikitərəfli və çoxtərəfli müqavilələr, razılaşmalar, qətnamələr, proqramlar və s. kimi formaları geniş yayılmışdır. Onların bağlanması ölkələr tərəfindən təbiəti mühafizə fəaliyyətinin bu və ya digər aspektlərinə görə öhdəliklərin götürülməsini bildirir.

Bu konvensiyalardan:1) 1979-cu ildə qəbul edilmiş «Havanın böyük məsafə­

lərdə trassərhəd çirklənməsi haqqında»;

379

Page 191: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

2) 1972-ci ildə “Dənizlərin çirklənməsinin qarşısının alınması haqqında” ;

3) 1985-ci ildə “Ozon təbəqəsinin mühafizəsi haqqında”;4) 1992-ci ildə «Qara dənizin çirklənməsinin qarşısının

alınması haqqında»;5) 1992-ci ildə «Bioloji müxtəliflik haqqında»;6) «Flora və fauna növlərinin beynəlxalq ticarəti haq­

qında», «Bataqlıq yerləri haqqında», «Baltik dənizi ətraf rayonlarının mühafizəsi haqqında», «Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında» və başqalarını göstər­mək olar.

Beynəlxpalq əməkdaşlığın mühüm aspektlərindən biri beynəlxalq təşkilatlar tərəfindən ekoloji proqramların həyata keçirilməsi üçün ölkələrə göstərilən maliyyə yardım­larıdır. Yardımlar, bir qayda olaraq, borc və kreditlər şək­lində olur. Yardımları göstərən ixtisaslaşmış təşkilatlar sıra­sında Beynəlxalnq Yenidənqurma və İnkişaf bankı, Bey­nəlxalq Valyuta Fondu, Beynəlxalq kənd təsərrüfat inkişaf fondu, YUNEP fondu xüsusilə fərqlənir.

İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində ekoloji siyasətin aparılması və onun maliyyələşdirilməsinin əsasını ətraf mühit vəziyyətinin normativ keyfiyyəti prinsipi təşkil edir ki, bu da müxtəlif növ çirklənmələrə görə standartların müəyyən edilməsi yolu ilə həyata keçirilir. Belə standartlara keçid həm cəzalandırıcı və həm də stimullaşdırıcı xarakterli müvafiq vergi siyasəti, dotasiyalar, güzəştli kreditlər, ödə­mələr, vergilər yolu ilə tənzimlənir. Müasir zamanda ətraf mühitin mühafizəsi sahəsində daha aktiv siyasətə keçid inkişafda olan ölkələr üçün səciyyəvidir.

Keçid iqtisadiyyatında olan ölkələrdə hələ planlı, mər­kəzləşdirilmiş təsərrüfat dövründə təbitəti mühafizə sahə­sində bir sıra təcrübə toplanmışdır. Daha doğrusu, 70-80-cı illərdə bir sıra təbiəti mühafizə qanunları işlənib hazırlanmış və qəbul olunmuş, təbiətdən istifadə üzrə dövlət idarəetmə

380

sistemi yaradılmış, ekoloji monitorinq həyata keçirilmiş, ekoloji fondlar yaradılmışdır. Ətraf mühitin mühafizəsi məqsədilə 1997-ci ildə Kioto şəhərində «Kioto protokolu» imzalanmışdır. Bu əsasən «istilik» effekti yaradan metan, karbon və digər qazların atmosferə atılmasının məhdudlaş- dırılmasına yönəldilmişdir. Protokolda bu qazların atıl­masının ixtisarı 2008-2012-ci ilədək nəzərdə tutulmuşdur.

Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əmək­daşlıq hələlik qısa tarixə malikdir. 70-ci illərin əvvəlində aş­kar olundu ki, cəmiyyətlə təbiət arasında baş verən bərpa olunmaz dəyişikliklərin nəticəsində insanlar üçün qlobal təhlükə problemləri yaranmışdır. Bununla da ətraf mühitin insanların yaşaması üçün qorunması məsələsi məhz beynəl­xalq xarakter alır.

Deyilənlərlə əlaqədar olaraq vahid əməkdaşlığın hə­yata keçirilməsi yollarının tapılmasına böyük ehtiyac duyu­lur. Bu, hər şeydən əvvəl, cəmiyyət və ətraf mühit problem­lərinin həllinin həyata keçirilməsi üçündür.

Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Uzun illərdən bəzi müstəqil Azərbaycana miras qalmış ekoloji problemləri həll etmək üçün kompleks tədbirlərin həyata keçirilməsi mühüm vəzifə olaraq qarşıda durur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dünyada gedən proseslərdən kənarda qalmamış və 1992-ci ilin iyun ayında Çərçivə Konvensiyasına qoşulmuş, 1995-ci ilin yanvarında isə onu ratifikasiya edərək Konvensiyanın Tərəfdaşı olmuşdur. 1997-ci ilin aprelində ölkə Prezi­dentinin Sərəncamı ilə iqlim dəyişməsi üzrə Dövlət komis­siyası yaradılmış və ölkəmiz 2000-ci ildə Kioto Protokoluna qoşulmuşdur. Son dövrlərdə ölkəmizdə ətraf mühitin müha­fizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və forma­laşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümum­bəşəri bir problem kimi qəbul edilməsi ilə izah edilir.

381

Page 192: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyat­ların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davam­lılığın təminatına yönəlmişdir.

İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemlərini ümumbəşəri kontekstə çıxarılmağa məcbur etmişdir. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proq­ram sənədlərində öz əksini tapır.

Azərbaycan Respublikasında yürüdülən ekoloji siya­sətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli isti­fadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.

İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur. Müasir dövrdə ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini müəyyənləşdirmək olar:

- ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götü­rərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi;

- indiki və gələcək nəsillərin tələbatını ödəmək məq­sədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbə­lərindən yararlanmaq və enerji effektivliyinə nail olunması;

382

- qlobal ekoloji problemlər üzrə milli səviyyədə tə­ləbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləş­dirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiril­məsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.

Ekoloji siyasətin prioritet istiqamətlərdən biri də zəngin təbii və əmək ehtiyatları olan Azərbaycanda insan potensialından düzgün istifadə edərək əhalinin sağlamlığını təmin edən ekoloji mühit yaratmaqla inkişafı təmin etmək­dən ibarətdir. Lakin sənaye və kənd təsərrüfatının inkişafı təmin edilərkən, ekoloji amillərin nəzərə alınmaması ilə əlaqədar ölkəmizin ciddi problemlərlə üzləşməsi, respublika ərazisinin böyük bir hissəsinin işğal altında qalması və in­sanların yaşayış yerlərindən didərgin düşməsi ətraf mühitin mühafizəsi sahələrindəki problemləri daha da dərinləş­dirmişdir.

Hazırda problemlərin həll edilməsi və ölkənin ətraf mühitinin mühafizəsi sahəsində idarəetmə qabiliyyətini güc­ləndirmək məqsədilə çoxsaylı fəaliyyət proqramları həyata keçirilir. Çay sularının çirklənməsinin qarşısının alınması, atmosfer havasına atılan zərərli maddələrin azaldılması, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ozon qatının, biomüxtəlifliyin qorunub saxlanması kimi son dərəcə mühüm əhəmiyyətli ekoloji problemlərin uğurlu həlli üçün regional və beynəlxalq əməkdaşlıq olduqca zəruridir. Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması ilə bərabər, iqtisadiyyatın müxtəlif sahələrində çalışan əhalinin iş şərai­tinin yüksəldilməsi bütövlükdə əhalinin ümumi sağlamlığına xidmət edən başlıca amillərdəndir. Lakin ölkədə mövcud olan sənaye sahələrinin əsasını təşkil edən bir çox müəssi- sələrdəki iş şəraiti ekoloji, sanitar-gigiyenik baxımdan müvafiq tələblərə cavab vermədiyindən, orada çalışan in­sanların sağlamlığı təhlükə qarşısında durur. Belə vəziyyət xüsusilə neft-kimya, maşınqayırma müəssisələrində daha

383

Page 193: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

qabarıq şəkildə təzahür edir. Uzun illərdən bəri müəs­sisələrin baxımsız vəziyyətdə olması, köhnəlmiş avadanlıq­ların müasir texnoloji avadanlıqlarla, eləcə də qaz-toz tu- tucu fıltrasiya sistemlərinin yeniləri ilə əvəz edilməməsi problemin həllini qeyri-mümkün edir.

Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qo- şulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Res­publikası bu günə kimi 20-dən artıq konvensiyaya qoşul­muş, müvafiq protokollar imzalamışdır. Ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə ölkəyə əvvəlki illərdən miras qalmış mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşı­sının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların ar­tırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cüm­lədən təhlükəli tullantıların tələb olunan səviyyədə utilizə olunmasının təmin edilməsi istiqamətlərində müvafiq işlər görülmüşdür.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş «Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair» və «Meşələrin bərpa edilməsi və artırılmasına dair» milli proqramlar, həmçinin «Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramına daxil edilmiş tədbirlər ardıcıl həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli «Xəzər dənizinin çirk­lənmədən qorunması üzrə bəzi tədbirlər haqqında» Sərən­camdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qur­ğular alınaraq Abşeron yarımadasının şimal hissəsinin 67 km-lik sahil zolağında quraşdırılıb başa çatdırılmış və istismara buraxılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixdə «Əhalinin ekoloji cəhətdən təmiz su ilə tə-

384

minatımn yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında» imzaladığı sərəncama əsasən Kür və Araz çayla­rının suyundan istifadə edən yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədilə qısa müddət ərzində konkret tədbirlər görülmüşdür. Belə ki, indiyədək illər ərzində 120-dən artıq təmizləyici qurğu ölkəyə gətirilərək Kür və Araz çaylarının kənarında yerləşən kənd­lərdə quraşdırılmışdır.

Respublikamızın təbii landşaftının qorunması prob­lemi də diqqət mərkəzindədir. Son dövrlərdə xüsusi mü­hafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamə­tində ciddi nəticələr əldə olunmuşdur. 2003-2008-ci illər ər­zində Azərbaycan Respublikası Prezidenti tərəfindən təs­diqlənmiş müvafiq sərəncamların icrası ilə əlaqədar Res­publikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478 000 ha-dan 876000 ha-a çatdırılmışdır ki, bu da ölkə ərazisinin təqribən 10,2 %-ni təşkil edir. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə sahəsində təsdiq edilmiş fərman və sərən­camların, eləsə də qəbul edilmiş Milli və Dövlət proqram­larının icrası Azərbaycanda gələcəkdə də bu istiqamətdə yeni uğurların qazanılmasına təminat verir.

Son zamanlar Azərbaycan Respublikası Prezidentinin başçılığı ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına əyani misaldır. 2010-cu il fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti ya­nında keçirilən ekoloji problemlərə həsr olunmuş müşa­virədə dövlət başçısı bu gün həllini gözləyən əsas məsələ­lərdən biri kimi ekoloji vəziyyətin yaxşılaşdırılması prob­leminin durduğunu qeyd etmişdir. Ölkənin iqtisadi poten­sialı artdıqca, maliyyə qaynaqları yarandıqca ekoloji məsələlərin həllinə böyük diqqət yetirdiyini bildirmiş və ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində daha da

385

Page 194: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

ciddi addımlar atılması üçün çoxşaxəli proqramın həyata keçirildiyini vurğulamışdır. Dövlət başçısı hazırda 6 əsas istiqamətdə - içməli su probleminin köklü surətdə həlli, şəhər və rayonların kanalizasiya sistemlərinin ən müasir səviyyədə qurulması, ekosistemin tarazlığının qorunması məqsədilə yaşıllaşdırmanın genişləndirilməsi və meşə zolaqlarının salınması, atmosferin çirklənməsinin qarşısının alınması, Abşeron yarımadasında torpaqların neft tullantı­larında təmizlənməsi və məişət tullantılarının utilizasiyası kimi ekoloji problemlərin həlli istiqamətində konkret proqramların həyata keçirildiyini bildirmişdir.

Son illər iqtisadiyyatımızın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri-neft sektoruna, ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirmişdir. Buna görə də bir çox ölkələrin maliyyə böhranına məruz qal­dıqları bir dövrdə Azərbaycanda infrastruktur layihələrinin icrası davam etdirilmiş, ekoloji problemlərin həlli istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir.

Ekologiya ilində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (YUNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, respublikamızın pay­taxtı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün əsas üç şəhərdən biri elan edilmişdir. «Ümumdünya Ətraf Mühit Günü - 2010»a Avropa regionu üzrə rəhbərlik edəcək üç şəhərdən biri kimi Bakının seçilməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə, Azərbayçan Respublikasının Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, sosial-mədəni həyatın bütün sahələ­rində, o cümlədən, ekoloji tarazlığın qorunması, ətraf mü­hitin sağlamlaşdırılması ilə bağlı aparılan ardıcıl və məq­sədyönlü fəaliyyətin uğurlu nəticəsidir.

2010-cu il iyulun 5-7-də Qəbələ şəhərində BMT-nin Ətraf Mühit Proqramının və Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT- nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məq­sədilə Avropanın Ətraf Mühit Nazirləri və ekspertlər səviy­yəsində konfrans keçirilmiş və yekun sənəd olaraq Qəbələ Bəyannaməsi qəbul olunmuşdur.

201 O-cü il oktyabrın 5-6-da Qəbələdə MDB Dövlətlər- arası Hidrome-teorologiya şurasının 22-ci sessiyası keçiril­mişdir. Sessiyada regionda hidro-meteoroloji fəaliyyətin əlaqələndirilməsi, məlumat mübadiləsinin tənzim-lənməsi, müasir hidrometeoroloji müşahidə və təhlil texnologiya­larının tətbiqi, birgə elmi-tədqiqat işlərinin aparılması, nor­mativ və metodiki sənədlərin işlənilməsi və s. məsələlər mü­zakirə olunmuşdur.

Almaniya federal hökumətinin dəstəyi ilə «Qafqaz tə­şəbbüsü» proqramı çərçivəsində Samur-Yalama Milli parkı layihəsi ilə əlaqədar keçirilmiş tender vasitəsilə icraçı şirkət müəyyən olunmuşdur.

Ekoloji problemlərin uğurlu həllində beynəlxalq əməkdaşlığın rolu əvəzsizdir. Bunu nəzərə alaraq, 2010-cu ilcə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət ardıcıllıqla davam etdirilmişdir. Bir sıra region dövlətləri, inkişaf etmiş dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair sazişlər imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü sayəsində 2010-cu ilin Azərbaycanda Ekologiya ili elan olunması ilə əlaqədar bir sıra beynəlxalq səviyyəli mühüm silsilə tədbirlər - sərgilər, konfranslar, kütləvi aksiyalar həyata keçirilmişdir.

«Azərbaycanın Ekoloji Fəaliyyətinin 2-ci İcmalı» sənə­dinin hazırlanması məqsədilə BMT-nin Avropa İqtisadi Ko­missiyasının ekspertləri yerli mütəxəssislərlə görüşlər ke­çirmiş, tələb olunan məlumatları əldə etmişlər. Qeyd olunan icmalın 2011-ci ilin birinci rübündə BMT-nin Avropa Komissiyası tərəfindən nəşr edilmişdir. 2010-cu ildə müxtəlif

386 387

Page 195: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

ölkələrin ətraf mühit nazirlikləri ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın qurulması istiqamətində işlər həyata keçirilmişdir. Belarus Respublikasının Prezidentinin Azər­baycana rəsmi səfəri çərçivəsində iyunun 3-də həmin ölkənin Təbii Sərvətlər və Ətraf Mühitin mühafizəsi Nazirliyi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər N a­zirliyi arasında əməkdaşlığa dair saziş imzalanmışdır. Bun­dan əlavə, Fransa, Litva və Suriya ilə ətraf mühitin müha­fizəsi sahəsində əməkdaşlıq məqsədilə müvafiq layihələr hazırlanmışdır. QEF, UNİDO, YUNEP, USAİD, NATO, ATƏT, Ümumdünya səhiyyə təşkilatı, Dünya Bankı, Av­ropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi təşkilatlar ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq davam etdirilir.

Ölkənin ekoloji strategiyasının əsasını təşkil edən proqramların qəbul edilməsi, müvafiq fərman və sərən­camların imzalanması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadə sahəsində həyata keçirilən siyasət Azərbaycanda mövcud olan ekoloji problemlərin aradan qaldırılmasına xidmət edir.

388

Ədəbiyyat

1. Aslanov N.Q. “Meliorasiya torpqşünaslığı”, Bakı: “Elm”, 1999. S.346.

2. Avazova M. Respublika torpaqlarının müasir ekoloji vəziyyəti “Təbii sərvətlərin qiymətləndirilməsi və tə­biətdən istifadə” mövzusunda elmi - praktiki kon­fransın tezisləri”. Bakı, 2003. S. 340-342.

3. Azərbaycanda ətraf mühit: Statistik məcmuə. DövlətStatistika Komitəsi. Bakı, 2011. S. 80-85.

4. Azərbaycan Respublikasının Milli İqlim Proqramı. Azər­baycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Bakı, 2002.

5. Azərbaycan Respublikasının Ətraf mühitə dair qanun­vericilik toplusu. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. 2002. 1-ci cild 404 S. 2-ci cild 424.

6. Azərbaycan Respublikasının Ekoloji cəhətdən dayanıqlısosial-iqtisadi inkişafı dair Milli Proqramı. Azərbay­can Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Bakı, 2002.

7. Bayramov Y.M. Örtülü drenlərin ekoloji əhəmiyyəti.Akad.H.Əliyevin 95 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın tezisləri, Bakı, 2002, S. 131.

8. Babaxanov N.A., Paşayev N.Ə. Təbii fəlakətlərin iqtisadvə sosial-coğrafi öyrənilməsi. Bakı, 2004, 194 s.

9. Бродский A.K. - Краткий курс общей экологии.Учебное пособие. ДЕАН. Санкт-Петербург, 1999.

10. Экология. Учебное пособие. Под.ред. С.А.Боголю­бова. Москва: Знание, 1999.

11. Əzizov Q.Z., Quliyev Ə. Azərbaycanın şorlaşmış tor­paqları, onların meliorasiya və münbitliyinin artırıl­ması. Bakı, 1999.

389

Page 196: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

12. Göyçaylı Ş.Y. və b. Ətraf mühitin mühafizəsi və təbiisərvətlərdən səmərəli istifadə. Bakı, 1996.

13. Hüseynov T.B., Məmmədov R.H., Mehdiyeva V.Z.,Quliyev T.S. Təbii resurslar və davamlı inkişaf. Bakı- 2008.

14. Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri.Dərslik.Bakı: Nafta-Press.2006.

15. Халилов Ш.Б. Водохранилища Азербайджана и ихэкологические проблемы. Монография. БГУ. 2003.

16. İsmayılov Т. Azərbaycanda təbiətdən istifadə və ekolojiproblemlər. Məqalələr toplusu. Bakı,2009.

17. Quliyev T.S. Təbiətdən istifadənin və ətraf mühitinmühafizəsinin iqtisadiyyatı, Bakı, 2005.

18. Mahmudov C.M. Ekologiya. Mühazirə toplusu.Bakı:Nurlan, 2008.

19. Məmmədov T.S. Ekologiya. Dərs vəsaiti.Bakı:Nurlan,2004.

20. Məmmədov Q.,Xəlilov M. Ekologiya və ətraf mühitinmühafizəsi.Bakı: Elm,2005.

21. Məmmədov R., Tofiq Bəhərçi, Mehdiyeva V. Qlobalproblemlər və təbii mühit. Dərslik. Bakı: ADİU,2007.

22. Məmmədov Q. Azərbaycanın torpaq ehtiyatlarından sə­mərəli istifıadənin sosial-iqtisadi və ekoloji əsasları. Bakı: Elm,2007.

23. Məmmədov Ə., Xəlilova A. Sənaye ekologiyası. Bakı.2004.

24. Nəbiyev N.Ə. İqtisadiyyat, cəmiyyət və ekoloji mühit.Bakı: Nurlan, 2000.

25. Nəbiyev N.Ə. və b. Təbii sərvətlər və ekoloji mühit.Bakı, 1986.

26. Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbay­can Respublikasının iqtisadi, sosial və siyasi coğra­fiyası. Bakı: “Çıraq”, 2010.

390

27. Sadıqov A., Xəlilov İ. Ekologiya və ətraf mühtin mü­hafizəsi. Dərs vəsaiti. Bakı, 2009.

28. Tofiq Bəhərçi. Müasir ekoloji şəraitin sosial-iqtisadiaspektləri. Dərs vəsaiti. Bakı: OYU.2001.

29. Tofiq Bəhərçi, Mehdiyeva V. Müasir dünyanın qlobalproblemləri. Dərs vəsaiti. Bakı: OYU.2006.

30. Zeynalova K.Z.Təbiət və ekologiya. Bakı: Gənclik.2008.

391

Page 197: EKOLOGİYA - bilasuvar.cls.azsözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri, yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər. Ekologiya

Nəşriyyatın müdiri Baş redaktor Redaktor KorrektorKompyuter operatoru Dizayner

K am i Hüseynov ismət Səfərov İsabə Hüseynova Səbiyyə Səmimi Təranə Baxşəliyeva Vüsalə Axundova

fəxri prof. Hüseynov T.B., dos. Mehdiyeva V.Z., i.e.d. Ələkbərov A.Ə., dos. Xəlilov İ.B.,

c.e.n., b/m. Zeynalova K.Z., dos. İbrahimov Y.N., dos. Novruzova F.M., dos. Ağayev V.Q.,

dos. Abdullayeva Z.M., dos. Süleymanov T.Q., dos. Manafov Ş.M., c.e.n., b/m. Eminov F.B.,

c.e.n.b/m.Abdullayev Ə.H., c.e.n., b/m.Həsənov R.Ş., c.e.n., b/m.Əsgərova M.A., b/m. Əliyeva F.B.

Ekologiya

Dərs vəsaiti

Çapa imzalanıb OL 06. 2012. Kağız formatı 60x84 1/16. Həcmi 24,5 ç.v. Sifariş 144. Sayı 500.

" İqtisad Universiteti " Nəşriyyatı. A Z 1001, Bakı, İstiqlaliyyət küçəsi, 6