DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ...

75
E.M. MƏMMƏDOV DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ QURAġDIRILMASI VƏ ĠSTĠSMARI Bakı 2013

Transcript of DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ...

Page 1: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

E.M. MƏMMƏDOV

DƏMĠR YOLU ELEKTRĠK

TƏCHĠZATI QURĞULARININ

QURAġDIRILMASI VƏ

ĠSTĠSMARI

Bakı 2013

Page 2: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

2

Elşad Məhərrəm oğlu Məmmədov. Dəmir yolu elektrik təchizatı qurğularının quraşdırılması və

istismarı Bakı-2013

AzTU “Elektrik təchizatı və izolyasiyası” kafedrası

Dərs vəsaiti ali məktəblərin 050608

“Elektroenergetika mühəndisliyi” ixtisası üzrə

təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Page 3: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

3

MÜNDƏRĠCAT

1. Elektrik qurğu və xətlərinin terminləri və təyinatı................................................... 5

2. Dəmir yolu elektrik təchizatının

qurğuları və qəbul edilən normalar........ 9 3. Elektrik qurğu və avadanlıqlarının

quraĢdırılması............................................ 15 3.1 Dəmiryolu yarımstansiya

avadanlıqlarının quraĢdırılması və istismarı...................................................... 15

3.2 Dartı yarımstansiyalarının iĢəsalmadan əvvəl və istismar sınaqları........................ 21

3.3 TeziĢədüĢən (tez təsirli БВ) açarının yoxlanması, açma cərəyanına

sazlanması................................................... 37 3.4 Düzləndirici qurğuların yoxlanması........ 40

3.5 Elektrik qurğularının istismarı................ 42 4. Elektrik qurğularının təmiri..................... 44 5. Kontakt Ģəbəkəsi və hava xətlərinin

quraĢdırılması............................................. 47 5.1. Konsolların quraĢdırılması....................... 47

5.2. Eninə elastiki troslar sisteminin quruluĢu və tirin quraĢdırılması (sərt,

bərk)............................................................. 48 5.3 Kontakt asmasının quraĢdırılması və

tənzimlənməsi.............................................. 52

Page 4: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

4

5.4. Bölmə izolyatorlarının, bölmə ayırıcılarının, boĢaldıcıların və

torpaqlayıcılarının quraĢdırılması............

55 5.5. Kontakt Ģəbəkəsi dayaqları üzərində

hava xətləri naqillərinin quraĢdırılması... 56

6. Kondensator və akkumulyator qurğularının quraĢdırılması...................... 58

7. Hava elektrik veriliĢ xətləri və cərəyan keçirənlərin quraĢdırılması....................... 61

8. Kabel xətlərinin quraĢdırılması................ 63 9. Güc transformatorları, paylayıcı

qurğular və yarımstansiyaların quraĢdırılması............................................. 64

10. Rele mühafizəsi, avtomatika və telemexanika qurğularının

quraĢdırılması............................................. 68 11. Ġfrat gərginlikdən mühafizə....................... 70

12. Torpaqlanma qurğuları............................. 73 Ədəbiyyat.................................................... 75

Page 5: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

5

1. Elektrik qurğu və xətlərinin terminləri və təyinatı

Müxtəlif enerji növlərini elekterik enerjisinə

çevirən elektrotexniki qurğu elektrik enerjisi

mənbələri adlanır. Elektrik stansiyası və yarımstansiyasından

çıxan və elektrik enerjisinin verilməsini təmin edən elektrik xətləri elektrik veriliş xətləri adlanır.

Naqillərin dayaqlarda izolyatorlara bərkidilərək müxtəlif məsafələrə çəkilən elektrik

veriliş xətləri hava elektrik veriliş xətləridir. Torpaqda bir və ya bir neçə kabellərlə

yerləşən elektrik veriliş xətləri kabel elektrik veriliş xətləri adlanır.

Elektrik enerjisinin başqa enerjiyə çevirilərək istifadə olunmasına xidmət edən qurğu elektrik

enerjisi qəbuledicisi adlanır. Elektrik enerjisinin paylanmasıvə ötürülməsi üçün tələb olunan yarımstansiyalar, paylayıcı qurğular toplusu və

onları birləşdirən elektrik veriliş xətləri elektrik şəbəkəsi adlanır.

Yarımstansiyanın tərkibinə daxil olmayan elektrik paylaşdırıcı qurğusu elektrik paylanması

məntəqəsidir. Elektrik paylaşdırıcı qurğularının birləşməsini təmin edən elementlər yığma şinlər

sistemini təşkil edir. Elektrik enerjisinin çevrilməsi üçün lazımi

olan əsas avadanlıqlardan, köməkçi avadanlıqlardan

Page 6: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

6

və tikinti hissələrindən ibarət olan və elektrik enerjisinin istehsalına xidmət edən enerji qurğusuna

elektrik stansiyaları deyilir. Elektrik enerjisinin istehsalına və ya

çevirilməsinə, verilməsinə, paylanmasına və ya

işlədilməsinə xidmət edən qarşılıqlı əlaqəsi olan avadanlıqlar və tikililər kompleksi elektrik qurğusu

adlanır. Ümumi əlamətləri uyğun olan elektrik

qurğuları toplusu elektrik avadanlıqları adlanır. Bir gərginlikdə elektrik enerjisinin qəbuluna və

paylanmasına xidmət edən və tərkibində kommutasiya aparatları olan elektrik qurğusuna

elektrik paylaşdırma qurğusu deyilir. Birləşmə və mühafizə elementləri daxil

olmaqla bina daxili tikililərdə və ya açıq formada çəkilən naqillər və kabellər dəstəsi elektrik

keçiriciləri adlanır. Transformatorlardan və ya digər enerji

çeviricilərindən idarəetmə və köməkçi qurğulardan

ibarət olan elektrik enerjisinin qəbuluna, çevirilməsinə və paylanmasına xidmət edən elektrik

qurğusuna elektrik yarımstansiyası deyilir. Transformatorlar vasitəsilə bir gərginlikli

elektrik enerjisini başqa gərginlikli elektrik enerjisinə çevirən elektrik yarımstansiyası

transformator yarımstansiyası adlanır. Kontakt şəbəkəsi vasitəsilə elektrik

dartısında nəqliyyat vasitələrinin qidalanması üçün

Page 7: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

7

təyin olunan elektrik yarımstansiyasına dartı yarımstansiyası deyilir.

Sıfır ardıcıllığının müqavimətinə nisbətən kiçik müqaviməti olan qurğular vasitəsi ilə neytralı birləşdirilmiş avadanlıqları olan elektrik şəbəkəsi

neytralı torpaqlanmış elektrik şəbəkəsi adlanır. Neytralı torpaqlanma qurğularıilə

birləşməyən avadanlıqların daxil olduğu şəbəkə neytralı izolə edilmiş elektrik şəbəkəsidir.

Elektrik avadanlıqlarının dolaqlarının ulduz birləşməsinin ümumi nöqtəsi neytral adlanır.

Cərəyan növünün və ya onun tezliyinin çevrilməsinə xidmət edən elektrik

yarımstansiyasına çevirici yarımstansiya deyilir. Elektrik enerjisini istifadə edən və elektrik

enerjisi qəbulediciləri elektrik şəbəkəsinə birləşən müəssisələr, sexlər və s. elektrik enerjisi işlədiciləri

adlanır. Yığılmış halda transformatorlu blokları və

paylaşdırıcı qurğuların digər avadanlıqları olan

yarımstansiyalar komplekt transformator yarımstansiyalarıdır.

Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və işarəvermə qurğuları bloklarda,

şkaflarda yığılmış formada qoyulan elektrik paylaşdırıcı qurğuları komplekt paylaşdırıcı

qurğuları adlanır. Elektrik enerjisinin əsas hissəsinin

verilməsini, onun paylanmasını və ya digər enerji

Page 8: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

8

növünə çevrilməsini təmin edən elementləri birləşdirən elektrik dövrəsi güc elektrik dövrəsi

adlanır. Avtomatika, mühafizə, işarəvermə və

idarəetmə dövrələrində istifadə olunan elektrik

enerjisinin paylanması və verilməsi üçün nəzərdə tutulan sabit və ya dəyişən cərəyan elektrik

şəbəkələri operativ cərəyan şəbəkələri adlanır. Elektrik stansiyalarının elektrik hissələrinin

iş prinsipini izah edən və elektrik avadanlıqlarının onların əlaqələri ilə birlikdə təsvir olunduğu sxem

prinsipial elektrik sxemidir. Idarəetmə, avtomatika, işarəvermə, mühafizə

ölçü qurğularını birləşdirən naqillər və kabellər elektrik stansiayalarının ikinci dövrələri hesab

edilir. Istismar zamanı alışma və partlayış təhlükəsi

yaratmayan elektrotexniki qurğu və avadanlıqları xüsusi təyinatlı eletrik qurğuları adlanır.

Elektrotexniki qurğuların hissələrinin

müəyyən vəziyyətlərdə gərginlik altında olan digər hissələrdən ayrılması və hissələrlə əməliyyatların

yerinə yetirilməsi elektrik qurğusunun bloklanması adlanır.

Elektrik qurğularının istismar zamanı təhlükəsizlik texnikası, əməyin mühafizəsi və

yanğına qarşı təhlükəsizlik qaydaları haqqında işçilərə verilən məlumatın məzmunu təlimat

adlanır.

Page 9: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

9

Elektrik qurğusunun təyinatına uyğun vəziyyətdə istifadəsi istismar adlanır. Elektrik

qurğusunun daşınması, saxlanması, təyinatına uyğun istifadəsi və işçi vəziyyətdə qalması üzrə yerinə yetirilən əməliyyatlar kompleksi texniki

xidmət adlanır. Elektrik qurğusunun işçi vəziyyətinin bərpası

və təmin olunması üzrə görülən işlər cari təmir sayılır. Normativ-texniki sənədlərin tələblərinə

uyğun olaraq yerinə yetirilən təmir plan üzrə təmirdir. Elektrik qurğularının istənilən hissələrinin

bərpası və ya yenisi ilə əvəz olunması üzrə görülən təmir əsaslı təmir adlanır.

2. Dəmir yolu elektrik təchizatının qurğuları və qəbul edilən normalar

I. Elektrik təchizatı qurğuları etibarlı elektrik təchizatını təmin etməlidir, yəni

1) Qatarların tələb olunan sayda müəyyən edilmiş qatarlararası intervalla, sürətlə və çəki

normasında hərəkəti üçün elektrik hərəkət vasitələrini;

2) İşarəvermə, mərkəzləşmə və bloklama (İMB), rabitə və hesablama texnikası qurğularını I

dərəcəli elektrik istehlakçısı kimi;

Page 10: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

10

3) Dəmir yolu nəqliyyatının bütün başqa istehlakçılarının elektrik təchizatını və DDY rəisi

müəyyən edir; 4) Avtomat və yarımavtomat bloklama üçün ehtiyat akkumulyator qidalanma mənbəyi olduqda o

həmişə hazır vəziyyətdə olmalı əgər ötən 36 saat müddətində elektrik qidalanması açılmışsa, ən azı 8

saat ərzində TMB və keçid işarəvermə qurğularının fasiləsiz işləməsini təmin etməlidir;

5) Avtomat və yarımavtomat bloklama qurğularının əsas elektrik qidalanma sistemindən

ehtiyat qidalanmasını və əksinə keçmə vaxtı 1,3 saniyədən çox olmamalıdır;

6) Elektrik təchizatının etibarlı təmini üçün elektrik təchizatı tikili və qurğularının vəziyyətinə

dövri nəzarət, laboratoriya vaqonları və diaqnostik cihazlar ilə onların parametrlərinin ölçülməsi

vaxtaşırı yerinə yetirilməli və planlı təmir işləri aparılmalıdır. II. Elektrik hərəkət vasitələrinin cərəyan

qəbuledicisində gərginlik səviyyəsi (həddi) sabit cərəyanda 2,7kV-dan az və 4kV-dan çox

olmamalıdır. ADDY rəisinin icazəsi ilə bəzi hallarda

sahələrdə gərginlik həddinin sabit cərəyanda 2,4kV olmasına yol verilir.

İMB qurğularında dəyişən cərəyanın nominal gərginliyi 115; 230 və ya 380V olmalıdır. Bununla

yanaşı göstərilmiş nominal gərginliyin normadan

Page 11: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

11

kənara çıxma həddinin 10%-dən artıq azalmasına və 5%-dən artıq isə yüksəlməsinə yol verilmir.

III. Elektrik təchizatı qurğuları qısa qapanma cərəyanından, gərginliyin həddindən artıq yüksəlməsindən və normadan artıq yüklənməsindən

mühafizə olunmalıdır. Sabit cərəyanla elektrikləşdirilmiş yollarda

yerləşən yeraltı metal qurğular (boru kəmərləri, kabellər, metal və dəmir beton körpülər, kontakt

şəbəkəsi dirəkləri, svetoforlar və s.) elektrik korroziyasından qorunmalıdır.

IV. Stansiya və dəmir yolu sahələrində kontakt naqilinin asma hündürlüyü relsin başlığı

səviyyəsindən 5750mm-dən, keçid lərdə isə 6000mm-dən aşağı olmamalıdır.

Müstəsna hallarda bu məsafə mövcud olan xətlərdə hərəkət vasitələrinin dayandırılması

nəzərdə tutulmayan stansiya yollarında yerləşən süni tikililərin altında eləcə də dəmir yolu sahələrində ADDY-nin icazəsi ilə 5550mm-ə qədər

azaldıla bilər. Kontakt naqili asmasının hündürlüyü

6800mm-dən çox olmamalıdır. V. Süni tikililərin hüdudlarında sabit

cərəyanla elektrikləşdirilmiş yollarda gərginlik altında olan kontakt şəbəkəsi elementləri və

cərəyan qəbuledicisinin cərəyan ötürücü hissələri ilə süni tikililərin torpaqlanmış hissəsi və hərəkət

Page 12: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

12

vasitəsi arasındakı məsafə 200 mm-dən az olmamalıdır.

VI. Stansiya və dəmir yolu sahələrində kənar yolun oxundan kontakt şəbəkəsi dayaqlarının daxili hissəsinə qədər olan məsafə 3100 mm-dən az

olmamalıdır. Mövcud elektrikləşdirilmiş xətlərdə onlar

yenidən qurulanadək eləcə də xüsusi çətin şəraitdə yeni elektrikləşdirilən xətlərdə yolun oxundan

kontakt şəbəkəsi dayaqlarının daxili hissəsinə qədər olan məsafə stansiyalarda 2450mm, dəmir yolu

sahələrində isə 2750mm-dən az olmamalıdır. Göstərilən bütün ölçülər yolun düz hissəsi

üçün müəyyən edilmişdir. Əyri hissələrdə bu məsafələr kontakt

şəbəkəsi dayaqları üçün müəyyən edilmiş əndazənin genişlənməsindən asılı olaraq

artırılmalıdır. Qarşılıqlı yerləşdirilmiş kontakt şəbəkəsi dayaqları, hava xətləri, svetoforlar və işarə nişanlarının aydın görünməsi təmin edilməlidir.

VII. Kontakt şəbəkəsinin elementləri bağlanan bütün metal tikililər (körpülər, yol

kəsişmələri dayaqları) dəmir-beton dayaqlarda dəmir-beton və qeyri metal süni tikililərdə kontakt

şəbəkəsinin bağlanan hissələri eləcə də gərginlik altında olan kontakt şəbəkəsi hissələrindən 5m-dən

az olmayan məsafədə yerləşən ayrı dayanmış metal konstruksiyalar (svetoforlar, körpülərin elementləri

və yol kəsişmələri) torpaqlanmalı və ya həmin

Page 13: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

13

konstruksiya və tikililərə yüksək gərginlik düşərkən təmin edən mühafizə qurğusu avadanlıqları ilə

təchiz olunmalıdır. Elektrikləşdirilmiş yolların üstündə yerləşən keçid və kəsişən körpülərdə, gərginlik altında olan

kontakt şəbəkəsi hissələrini hasarlamaq üçün qoruyucu şitlər, əhalinin keçid yerlərində isə bütöv

döşəmələr qoyulmalıdır. VIII. Kontakt şəbəkəsi, avtobloklama və

gərginliyi 1000V-dan yuxarı olan uzununa asma xətləri hava aralıqlarının köməyi ilə (izoləedilmiş

kəsişmələr), bitərəf calaqlara, seksiya və kəsmə izolyatorları ilə ayırıcılarla ayrı-ayrı sahələrə

(seksiyalara) bölünməlidir. Hava aralıqlarının sərhədlərində yerləşən şitlərdə və ya kontakt

dayaqlarında fərqlənmə boyağı olmalıdır. Bu şitlərin və ya dayaqların arasında elektrik hərəkət

vasitəsinin (lokomotiv və elektrik qatarının) cərəyan qəbuledicisinin yuxarı qaldırılmış vəziyyətdə dayanmasına icazə verilmir.

IX. Kontakt şəbəkəsinin, avtobloklama və uzununa asma xətlərinin seksiyalara ayrılma və

qidalanma sxemi ADDY rəisi tərəfindən təsdiq edilməlidir. Sxemlərin sürəti stansiyaların texniki-

sərəncam aktına əlavə edilir. X. Elektrik deposu və təchizatı qurğuları

eləcə də elektrik hərəkət vasitəsinin damında yerləşən avadanlıqlara baxmaq üçün ayrılmış yol

ayrıcılarının açılıb-bağlanması lokomotiv

Page 14: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

14

deposunun işçiləri tərəfindən aparılır. Qalan seksiya ayrıcılarının açılıb-bağlanması ancaq enerji

dispetçerinin əmri ilə aparılır. Əllə idarə olunan ayırıcı intiqalların qapaqları qıfıllarla bağlanmalıdır.

Kontakt şəbəkəsi ayrıcılarının eləcə də avtobloklama və elektrik təchizatının uzununa asma

xətlərinin elektrik açarlarının və ayırıcılarının açılıb-bağlanması işinin icrasının təhlükəsizliyini

və elektrik təchizatının fasiləsizliyini təmin etmək üçün bağlanmış ayırıcıların intiqallarının açarlarını

saxlamaq qaydaları yolun hissə rəisi və ya rəisinin müavini tərəfindən müəyyən edilir. Seksiya

ayrıcılarının təlim keçmiş, öyrədilmiş digər xidmət işçiləri tərəfindən enerji dispetçerinin əmri ilə

açılıb-bağlanmasına icazə verilir. IX. Gərginliyi 1000V-dan yuxarı olan

elektrik veriliş hava xətlərinin ən böyük sallanma vəziyyətində aşağı nöqtələrindən yerin səthinə qədər olan məsafə aşağıda göstərilənlərdən az

olmamalıdır: - Dəmir yolu sahələrində - 6m,

- Eynilə çətin keçilən yerlərdə - 5m, - Avtomobil yolları ilə kəsişmələrdə, stansiya və

yaşayış məntəqələrində - 7m. Gərginliyi 1000v-dan yuxarı olan EVX-i

dəmir yollarının üzərindən keçdikdə həmin xətlərin ən aşağı nöqtəsindən elektrikləşdirilmiş yolların

relslərinin başlığına qədər olan məsafə 7,5m-dən az

Page 15: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

15

olmamalıdır. Elektrikləşdirilmiş xətlərdə kontakt şəbəkəsinə qədər olan məsafə yolun üzərindən

keçən (onu kəsən) xətlərin gərginlik səviyyəsindən asılı olaraq elektrik qurğusunun quraşdırılma qaydalarına və dəmir yolunun texniki şərtlərinə

uyğun müəyyən edilməlidir.

3. Elektrik qurğu və avadanlıqlarının quraĢdırılması

3.1. Dəmiryolu yarımstansiya avadanlıqlarının

quraĢdırılması və istismarı

Dəmir yollarında elektrik qurğularının quraşdırılması lazımı mexanizm və tərtibatlarla

təchiz olunan xüsusiləşdirilmiş müəssisələr tərəfindən yerinə yetirilir. Bununla quraşdırılma işlərinin tez aparılması ilə yanaşı mərkəzləşdirilmiş

halda sabit cərəyanlı 3,3kV və dəyişən cərəyanlı 6, 10, 35 və 27,5kV-luq paylaşdırıcı qurğularının

komplektləri, idarəetmə şitləri, şin quruluşları, işıqlandırma istilik və ventilyasiya şitləri,

avadanlıqların hasarlanma qurğular və s. də hazırlanır. İşçilərin düzgün təşkili zamanı bir

yarımstansiyanın quraşdırılması 3-4 aya yerinə yetirilir. Quraşdırılmaya verilməzdən əvvəl

yarımstansiyada tikinti işləri tam başa çatmalıdır.

Page 16: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

16

Quraşdırılmaya verilən yarımstansiya qəbul edilərkən onun bütün ölçüləri layihəyə uyğun

yoxlanılır. Hazır komplekt şəkildə olan avadanlıqlar (transformatorlar, düzləndiricilər və s.) təftiş

olunur. Bu zaman texniki sənədlərə əsasən avadanlığın komplektə uyğunluğu yoxlanılır.

Korpusa, izolyatorlara xarici baxış keçirilir. Əsas və köməkçi güc avadanlıqlarının,

paylaşdırıcı qurğuların, idarəetmə, mühafizə avtomatika və telemexanika qurğularının

quraşdırılması qüvvədə olan "Elektrik qurğularının quraşdırılması"na əsasən aparılır və onların hər

birinin üzərində uyğun yazılar olmalıdır. Dartı yarımstansiyasının açıq hissələrinin torpaqlanma

konturu, tikinti işlərinin aparıldığı vaxt görülür. Elektrodlar torpağa vurulur və onlara zolaq qaynaq

edilməklə birləşdirilir. Birləşmə yerlərində qaynaq iki təbəqəli olmalıdır. Daxili torpaqlama konturunun torpaqlayıcı şinləri divarlarla mismarla

vurulur. Torpaqlama şinlərinin bir yerdən başqa yerə keçməsi tikinti zamanı hazırlanmış xüsusi

sahələrdə aparılır. 3,3kV-luq paylaşdırıcı qurğularının torpaqlanma konturunun

quraşdırılması elə aparılır ki, xarici torpaqlama konturu ilə birləşən bütün metal hissələr onunla

birləşməsin. Əks halda torpaqlama relesi şuntlaşdırılır və 3,3kV paylaşdırıcı qurğularda qısa

Page 17: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

17

qapanma olduqda rele işləmir. Aparatlara birləşdirilən şinlərin ucu vazelinlə yağlanır.

Kabellərin çəkilişi və quraşdırılması zamanı ətraf mühitin mənfi temperaturunda kabellər qızdırıldıqdan sonra çəkilir, əks halda izolyasiya

örtüyü çatlayır. Rabitə kabelləri yarımstansiyanın açıq hissəsində kərpiç örtüyü olan kanallarda

çəkilir. Güc kabelləri dərinliyi 0,7m olan torpaqda çəkilir. Ən əvvəl izolyasiyanın müqaviməti ölçülür.

Kabellər arası məsafə 100 mm-dən az olmamalıdır. Binaya girişdən əvvəl 1,5-2 m uzunluğunda çevrə

şəklində kabel ehtiyat kimi torpaqda yerləşdirilir. Kabellərin fundamentdən və döşəmədən keçməsi

zamanı onlar diametrləri kebellərin diametrindən 1,5-2 dəfə çox olan borularda keçməlidir.

Divarlarda keçən kabellər bərkidilməlidir. 35 kV-a qədər olan paylaşdırıcı qurğularına

birləşdirilən avadanlıq komplekt şəkildə olması ilə əlaqədar onlar yarımstansiyanın hazırlanmış yerlərində quraşdırılır (quraşdırma sxemlərinə

uyğun olaraq). Bunun üçün əvvəlcə elektrik birləşmələrinin və aparatlarının çıxışlarının

düzgünlüyü yoxlanılır. Gərginliyi 35 kV-a qədər olan

transformatorlar və yağ açarları zavoddan hazır, yığılmış şəkildə alınır. 110 kV və çox gərginliyi

olan transformatorların radiator və girişləri isə ayrılıqda alınır. Açarlar qoşulmuş vəziyyətdə

olmalıdır.transformator və açarlar hazırlanmış

Page 18: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

18

fundamentlərdə quraşdırılır. Onlar texniki pasporta əsasən yoxlanılır. Giriş izolyatorları, radiatorun

vəziyyəti və yağın axmaması yoxlanılır. Daşıma və qalxma zamanı onların 15º dərəcədən çox əyilməsinə yol verilmir.

Yarımkeçirici düzləndiricilərdə yarımstansi-yalara yığılmış halda alınır. Onların təftişi zamanı

diodların bərkidilməsi işarəvermə lampalarının sazlığı, bloklamanın düzgün işləməsi, soyutma

sisteminin germetikliyi və relelərin sazlığı yoxlanılır və fundamentlərdə anker boltları vasitəsi

ilə bərkidilir. Tez işədüşən açarlar izolyatorlarda

yerləşdirilir, kontakt səthləri yağdan təmizlənir. Açarın kamerası yoxlanaraq təmizlənir, məsafələr

tənzimlənir və qurudulur. Bu işlerden sonra açarlar quraşdırılır.

Dayaq ve keçid izolyatorları ele quraşdırılır ki,istismar zamanı şinlər çıxarılmadan onları dəyişmək imkanı olsun. Çıxış xətti izolyator lar

üfüqü vəziyyətdən 25-30º çox olmayaraq quraşdırılır. Quraşdırılmadan əvvəl yoxlanır və

elektrik qurğusunun işçi gərginliyinə uyğun seçilir. Bərk düzbucaq şinlər quraşdırılmadan əvvəl

eninə və uzununa əyilmələrin qarşısını almaq üçün düzədilir. Alüminium şinlər polad fırça ilə

təmizlənir və vazelinlə yağlanır. Quraşdırılmadan əvvəl şinlər benzinlə yuyulur və yeni nazik təbəqə

ilə yağlanır. Boru şinlər elektrik qaynağı ilə

Page 19: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

19

birləşdirilir. Şinin uzunluğu 15m-dən çox olduqda istilikdən uzanma kompensatorlari quraşdırılır.

Kompensatorlar,şinnin materialından qalınlığı 0,4-0,1 mm olan zolaqla formasında hazırlanır. Şinlərin izolyatorlarda bərkidilməsi sıxaclar və

şinsaxlayanları yerinə yetirilir. Şinlər emal rənglərlə rənglənir. Fazların təyin edilməsi üçün

şinlər belə rənglənir: 1) Sabit cərəyanda müsbət şin - tünd qırmızı, mənfi

şin - göy rənglə rənglənir. 2) Üçfazlı cərəyanda –A fazası-sarı, B fazası-yaşıl,

C fazası-qırmızı. Nəzarəti asanlaşdırmaq məqsədi ilə kontakt

birləşmələri,şinlərin calaq yerləri və şinlərin aparatlara birləşmə yerləri rənglənmir və rəngsiz

lakla örtülür. Paylaşdırıcı qurğuların elektriki şinləri mis

alüminium və polad-alüminium naqillərdən hazırlanır. Bu zaman mis və polad-alüminium naqillər üçün dartılma 50 N/mm

2 –dan,alüminium

naqilləri üçün isə 30 N/mm2 çox olmamalıdır.

Elastiki şinlərin aparatda birləşməsi və ayrılmalar

kontakt sıxacları vasitəsi ilə yerinə yetirilir. Birləşmə yerlərində naqillər və sıxacların səthi

benzinlə yuyulur. Kontaktların etibarlığına daha çox diqqət olunur.

Ayrıcılar dəmir beton dayaqlarda,poladdan hazırlanmış metal qurğuşlarda və ya bilavasitə

divarlarda quraşdırılır. Daxili və xarici qurğuların

Page 20: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

20

ayrıcıları quraşdırılmadan əvvəl yoxlanılır. Akkumulyator batareyaları xüsusi yerlərdə

quraşdırılır və mis şinlər tədbiq olunur. Bütün birləşmələr qaynaqla yerinə yetirilir. Bolt birləşmələri və sıxacların tədbiqi qadağandır. Nəm

yerlərdə şinlər xüsusi izolyatorlarda quraşdırılır. Şinlər turşuya qarşı rənglə rənglənir və sonra

vazelinlə yağlanır. Akkumulyator batareyası üçün elektrolit

şüşə bankada və ya qurğuşun vannada hazırlanır. Elektrik sığlığı 1,18 q/sm

3 olan elektrolit almaq

üçün (20ºc temperaturturda), sıxlığı 1,83 q/sm3 olan

turşu 3,5 hissəlik distillə olunmuş su ilə qarışdırılır.

Bu zaman ancaq turşu suyun üzərinə tökülür (əksinə olmaz).

Akkumulyator batareyasında hər bir elementin gərginliyi 2,15 V və elektrolitin sıxlığı

1,20-1,21 q/sm3 olmalıdır.

Idarəetmə,avtomatika,telemexanika,mühafizə

qurğuları üçün bütün birləşmələr ikinci (idarəetmə) dövrələrinin quraşdırılması prinsipial və

quraşdırılma sxemlərinə esasən yerinə yetirilir. Bütün naqillər nömrələnməlidir.

Page 21: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

21

3.2. Dartı yarımstansiyalarının iĢəsalmadan əvvəl və istismar sınaqları

Elektrik qurğuları və avadanlıqları istismardan əvvəl yoxlanılır və iş etibarlığının

təmin edilməsi məqsədi ilə sınaqdan çıxarılır. Yoxlama və sınaqlar əsasında aktlar tərtib edilir və

bunların əsasında avadanlıq və qurğuların qoşulmasına icazə verilir. Istismar müddətində

avadanlıqların ilkin xarakteriskaları dəyişir. Mexaniki və texniki təsirlər, temperaturun dəyiş-

məsi və nəmlik nəticəsində izolyasiya köhnəlir. Dartı yarımstansiyası avadanlıqlarının

istismar təmirlərinin həcmi və periodikliyi "EDY dartı yarımstansiyalarının avadanlıqlarının texniki

xidməti təlimatlarına" və Elektrik qurğularının texniki istismar qaydalarına əsasən aparılır.

1. Torpaqlanma qurğuları. Torpaqlanma qurğularının istismarı zamanı torpaqlanmanın müqaviməti ölçülür və paylaşdırıcı

qurğuların torpaqlanma konturuna birləşməsi elemetləri yoxlanılır. Torpaqlanmanın müqaviməti

Voltmetr-ampermetr üsulu ilə ölçülür. Torpaqlanma konturunun müqavimətinin ölçülməsi üçün həmin

konturdan ən azı 40 metr məsafədə yerləşən bir neçə elektroddan ibarət olan köməkçi torpaqlayıcı,

konturdan və köməkçi torpaqlayıcıdan kənarda 120 metrdən çox məsafədə yerləşən tək torpağa vurulan

torpaqlayıcı tələb olunur (Şəkil 1).

Page 22: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

22

Şəkil 1. Torpaqlanma konturunun müqavi-mətinin ölçülmə sxemi.

Z - elektrodunun potensialı sıfıra yaxındır

(ondan keçən cərəyanın az olması ilə əlaqədar). Cərəyan mənbəyi kimi istifadə olunan gücü

5-10 kV·A olan transformator 220 N-luq sınaq dövrəsinə qoşulur. Ölçmələrin dəqiqliyini artırmaq

məqsədi ilə müqaviməti 100 mOm və çox olan voltmetr istifadə edilir. Torpaqlanmadakı gərginlik

düşgüsü ΔUt ölçüldükdən sonra torpaqlanmanın

müqaviməti Rt= düsturu ilə hesablanır.

Torpağa qapanma cərəyanı çox olduqda

torpaqlanmanın müqaviməti 0,5 Om-dan çox olmamalıdır. Paylaşdırıcı qurğuların torpaqlanan

avadanlıqlarının torpaqlanma konturuna birləşməsi xarici baxışla müəyyən edilir.

Page 23: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

23

2. Yağ açarları. Yağ açarlarının izolyasiasının müqaviməti

2500V-luq meqaommetrlə ölçülür. 3-10 kV-luq açarların izolyasiasının müqaviməti 1000(300) mOm-dan, 15-150 kV -

3000(1000) mOm və 220 kV-5000(3000) mOm-dan az olmamalıdır. Mötərizədə verilən rəqəmlər

istismar normalarının qiymətidir. Izolyasiyanın yüksək gərginliklə sınağı

əsasən AИИ-70 aparatı ilə yerinə yetirilir. Sınaq müddəti 1 dəqiqədir (bu aparat dəyişən cərəyanla

sınanma üçün əsas hissədən və sabit cərəyanla sınanma üçün düzləndirici qurğudan ibarətdir). 10

kV-luq yağ açarları üçün sınaq gərginliyi 35kV; 27,5 və 35 kV-luq açaqlar üçün – 80 kV, 110 kV-

luq açarlar üçün – 225 kV və 220 kV-luq açarlar üçün isə - 425 kV olmalıdır.

Girişlərdəlki dielektrik itkilər MD-16 körpüsü ilə ölçülür. Bu körpü vasitəsi ilə açarların, transformatorların, izolyatorların, elektrik

maşınlarının dolaqlarının girişlərindəki itkilər ölçülür. Onların əvəzetmə sxemləri ardıcıl birləşən

aktiv müqavimətdən və kondensatordan ibarətdir. Körpü R1 və R2 müqavimətlərindən, tənzimlənən

C, etalon Cet və sınanan Cx kondensatorlarından yığılır.

Page 24: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

24

Şəkil 2. Dielektrik itkilərinin ölçülməsi üçün körpü

sxemi.

Dielektrik itkilərin ölçülməsi üçün körpü R1,

R2 rezistorlarını və C kondensatorunu tənzimləyən qalvanometrin Q - əqrəbini "0"-sıfıra gətirirlər.

Əvəzetmə sxemlərinə əsasən tərtib edilmiş müqavimətlər üçbucağına əsasən itkilər təyin edilir:

tg = = RxCx

Körpünün tarazlığı zamanı RxCx= R2C.

R2 və C – nin qiymətlərinə əsasən tg – dielektrik

itkisi tapılır.

Yeni və istismarda olan girişlərdəki dielektrik itkilərinin buraxıla bilən qiymətləri tg –

3-15 kV-da 3(12)%; 20-25 kV-da 2,5(9)%; 60-110 kV-da 2(5)%; 150-220 kV-da 2(4)% - təşkil edir.

Yağ açarlarının işçi kontaktlarının keçid müqavimətləri şəkil 3-də göstərilən sxemə əsasən

ölçülür.

Page 25: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

25

Şəkil 3. Yağ açarlarının kontaktlarının keçid

müqavimətlərinin ölçülmə sxemi.

Yağ açarlarının kontaktlarının keçid müqavimətləri kontaktların materialından, toxunma

nöqtələrinin sayından və təzyiqindən, sıxılma qüvvəsindən asılıdır. Millivoltmetr bilavasitə

sınanan kontaktlara qoşulur. Açar yağla doldurulduqdan sonra kontaktlarının müqavimətləri

artır. Buna görə də baxış və tənzimləmə zamanı kontaktların müqavimətinin normalara nisbətən 1,5-

2 azalmasına nail olmaq lazımdır. Bu normalar hər bir açarın pasportunda qeyd olunur və 100-

1600mkOm daxilindədir (arasındadır). İşə salınmadan əvvəl yağ açarının kontaktlarının eyni vaxtda qapanması da yoxlanılır

(şəkil 4).

Page 26: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

26

Şəkil 4. Yağ açarlarının kontaktlarının eyni vaxtda

qapanmasının təyin edilmə sxemi.

Tərpənən kontaktlar bir-biri ilə elektriki

birləşdirilir. Əgər onlar düz tənzimlənərsə 5 saylı

açarın qapanması zamanı 3 və 4 lampalar eyni vaxtda yanır (və əksinə 1-2 tərpənməyən

kontaktlardır). Bundan əlavə periodik olaraq yağ açarlarının

qoşulma və açılma vaxtları da yoxlanılır. Xüsusi sxemlərə əsasən yağ açarlarının tam qoşulma və

açılma vaxtları təyin edilir. 3. Güc transformatorları.

Onların istismara verilmədən əvvəl rele mühafizəsi ölçü cihazları ikinci kommutasiyanın izolyasiyasının müqaviməti örtüyün kipliyi (güc

1000 kVA-dan çox olduqda) dolaqların izolyasiyasının müqaviməti, transformasiya əmsalı

yoxlanılır. Bundan əlavə transformator yağı sınanır fazlaşdırılır, girişlər sınanır (birinci tərəfin

Page 27: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

27

gərginliyi 110kV və çox olduqda) yüksüz rejimdə cərəyan ölçülür (güc 2500 kVA-dan çox olduqda),

dolaqların qrup birləşməli və qısa qapanma gərginliyi təyin edilir. Dartı yarımstansiyalarının növündən asılı olmayaraq eyni üsullarla yuxarıda

qeyd olunanlar yerinə yetirilməlidir. Yüksək və alçaq gərginlik tərəflərində

voltmetrlərin göstərişlərinin müqayisəsinə əsasən transformasiya əmsalı yoxlanılır. Voltmetrlər

yüksək gərginlik tərəfdən nümunəvi gərginlik transformatorları vasitəsilə alçaq gərginlik tərəfdən

isə birbaşa qoşulur. 220V-luq qidalanma gərginliyi alaçaq gərginlik dolağına verilir. Bu zaman yüksək

gərginlik dolağı açılır. Transformatorların paralel işinə aşağıda qeyd

olunan şərtlər yerinə yetirildikdənsonra icazə verilir.

a) transformasiya əmsalları eyni olduqda (ikinci tərəfdə gərginliklərin olması deməkdir).

b) sınaq qısa qapanma gərginlikləri eyni

olduqda. c) bir qrup birləşməsi olduqda.

d) paralel qoşulan transformatorların nominal gücləri arasındakı nisbət 3:1-dən çox olmamalıdır.

e) transformatorların iki dolaqları fazlaşdırılmış olarsa yəni yığma şinlərə eyni adlı

fazlar birləşmiş olarsa. Paralel qoşulan transformatorların

transformasiya əmsalları arasındakı fərq +0,5%,

Page 28: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

28

sınaq gərginlikləri arasındakı fərq 10% olarsa, onların işləməsinə icazə verilir. Digər şərtlər

pozulduqda transformatorların paralel iş rejimi qadağan edilir.

Transformatorların dolaqlarının qrup birləşmələri voltmetr vəya göstərici (polyar) ilə

təyin edilir. Transformatorun iki birinci dolaqları sabit cərəyan qida mənbəyindən qidalandırılır

(Şəkil 5, a və b).

Şəkil 5. Transformatorların 12-ci (a) və 11-ci

(b) qrup birləşmələrinin təyini.

Page 29: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

29

Qoşulmanı təyin edən (polyar) hər üç göstəricinin (bir köçürülə bilən göstərici də istifadə

edilə bilər) əqrəblərinin göstərişləri müqayisə edilir. Plyus (+) işarəsi əqrəbin sağa, minus (-) isə sola əyilməsinə uyğundur. Məsələn 12-ci qrup

birləşməsi üçün AB fazasına gərginlik verildikdə göstəricinin əqrəbi ab və ac (+) sağa hərəkət edir.

Transformatorların paralel işinin təmin edilməsinin təyini üçün gərginlik transformatoru və

voltmetr vasitəsilə transformatorlar fazlaşdırılır. Hər bir transformatorun ikinci tərəfi ayrı şin

sisteminə qoşulur. TP1 transformatorunun bölmə ayrıcısının qoşulu və TP2 transformatorunun açıq

olduğu zaman əvvəlcə TH1 və TH2 transformatorları fazlanır. TH1 və TH2

transformatorları düzgün qoşularsa (10kV-luq yığma şinlərinə) və onların ikinci dolaqlarının

çıxışları düzgün işarələnsə, TH1 və TH2 transformatorlarının eyni adlı sıxaclarına birləşən voltmetr sıfır göstərir, məsələn a1 və a2 (Şəkil 6).

Eyni adlı sıxaclar arasında xətti gərginlik alınarsa bu birinci vəya ikinci dolaqların

çıxışlarının düzgün işarə olunmağını göstərir. Ikinci dolaqların çıxışlarının eyniliyi voltmetrlə təyin

edilir. Bunun üçün voltmetrin bir sıxacı a1 fazasına o biri sıxacı isə növbə ilə a2, b2 və c2 fazalarına

birləşdirilir və voltmetrin sıfır göstərişinə əsasən eyni fazalar tapılır. Sonra bu əməliyyatlar b1 və c1

fazaları üçün görülür. TH2 transformatorunda ölç-

Page 30: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

30

Şəkil 6. Güc transformatorlarının fazlaşma

sxemi.

mələrin nəticələrinə əsasən fazalar işarələnir. TH1

və TH2 fazlaşdırıldıqdan sonra bölmə ayrıcısı açılır, T2 güc transformatorunun açarı qoşulur və

TH1 və TH2-nin eyni adlı çıxışları arasında voltmetrlə ölçmələr aparılır. Əgər bu zaman

voltmetr xətti gərginlik göstərirsə TP2 transformatorunun birinci və ikinci tərəflərinin

fazlarının yığma şinlərinə qoşulma ardıcıllığı dəyişdirilir və eyniadlı fazlar arasında gərginliyin

ölçülməsi zamanı voltmetrin göstərişinin sıfır vəziyyətinə nail olunur.

3. Ölçmə transformatorları. Bu transformatorlarda dolaqların

izolyasiyası, müqaviməti və dielektrik itkiləri bucağı yoxlanılır. Bundan əlavə cərəyan (CT) və

Page 31: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

31

gərginlik (GT) transformatorlarında dəqiqlik sinfi xarakteristikaları (mühafizə işinin şərtlərinin

tələblərinə görə), sarğılar qapanmasının olmaması, transformasiya əmsalı və çıxışların qütblüyü yoxlanılır.

Yoxlanan cərəyan transformatoru (TT2) –1 saylı yük transformatorunun ikinci dolağının

qısaqapanmış dövrəsinə qoşulan (TT3) nümunəvi cərəyan transformatoruna ardıcıl qoşulur(Şəkil 7,a).

Şəkil 7. a - cərəyan transformatorunun (TT)

transformasiya əmsalının yoxlanma sxemi.

Cərəyan yük transformatorunun birinci

dövrəsi tərəfində reostatla tənzimləndirilərək yoxlanan cərəyan transformatorunun (TT2)

nominal qiymətinə qədər çatdırılır. A1 və A2 ampermetrlərinin göstərişlərinə əsasən yoxlanan cərəyan transformatorunun (TT) xətası təyin edilir.

Page 32: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

32

Yoxlanan gərginlik transformatoru (TH2) (Şəkil 7,b), V1 və V2 voltmetrlərinin göstərişlərinə

əsasən nümunəvi (TH1) gərginlik transformatoru ilə tutuşdurulur.

Şəkil 7b.

Şəkil 7. b - gərginlik transformatorunun (TH) transformasiya əmsalının yoxlanma sxemi.

Cərəyan (TT) və gərginlik (TH) transformatorlarının transformasiya əmsalı nominal

qiymətdən 0,5%-dən çox fərqlənməməlidir. Cərəyan transformatorunun (TT) ikinci

dolağının qütblüyü, gərginliyi 4-6V olan

akkumulyator batareyasından birinci dolağa verilən cərəyan impulsu zamanı qalvanometrin (Q)

göstərişinə əsasən yoxlanılır (Şəkil 7, c). Əgər birinci dolağın Л1 başlanğıcı

Page 33: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

33

Şəkil 7. c - cərəyan transformatorunun (TT)

çıxışlarının qütblüyünün yoxlanma sxemi.

batareyanın müsbət (+), Л2 dolağın sonu isə mənfi

(-) qütbünə birləşibsə, ikinci И1 və И2 dolaqlarının sonu uyğun olaraq qalvanometrin + və - sıxaclarına

birləşdirilməlidir. KH – düyməsi ilə dövrə qapandıqda qalvanometrin əqrəbi sağa əyilməlidir.

Əks halda sonların (çıxışların) qütbləri uyğun deyil. 5.Rele mühafizəsi.

Rele mühafizəsinin sınanması zamanı relenin mexaniki hissəsinin sazlığı yoxlanılır, relenin

xarakteristikası çıxarılır (qurulur) və relenin işə düşməsi yoxlanılır.

Elektromaqnit cərəyan relesinin işədüşmə və qaytarma cərəyanlarının yoxlanması üçün yük

transformatorunun (3) qoşulduğu sxem yığılır (Şəkil 8,a).

Page 34: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

34

Şəkil 8. a - cərəyan relesinin (PT) yoxlanması

sxemi. 3- transformatorunun birinci dolağı

tənzimlənir, 2 rezistoru və 1 açarı vasitəsilə dəyişən cərəyan dövrəsinə qoşulur.

Ikinci tərəfin dövrəsinə isə cərəyan relesinin (PT) dolağı və relenin qayıtması və işə düşməsi

cərəyanlarına nəzarət üçün 4 ampermetri qoşulur. Xarakteristikanın çıxarılması zamanı cərəyan

lampasının (5) yanması ilə işərə verilən relenin işə düşməsinə qədər artırılır. Qayıtma cərəyanını təyin

etmək üçün cərəyan tərpənən sistemin ilkin vəziyyətinə qayıtmasına qədər azaldılır ki, bu da 5

Page 35: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

35

işarəvermə lampasının sönməsi ilə müəyyən edilir. Yoxlama cihazın şkalasının hər bir nöqtəsi üçün

aparılaraq ampermetrin göstərişləri ilə müqayisə edilir. Şkala ilə düzgün olmamaq (uyğunsuzluq) reledə nasazlıqların olmasını göstərir. İşədüşmə və

qayıtma cərəyanlarının göstərişlərinə əsasən qayıtma əmsalı təyin edilir. Relenin işədüşmə

cərəyanı təyin edilərkən relenin işə düşməsi 3 dəfə təkrar qoşulması ilə yoxlanılır.

Gərginlik relesinin işə düşmə və qayıtma gərginliyi cərəyan relesində olduğu kimi ardıcıllıqla

yoxlanılır (Şəkil 8,b).

Şəkil 8. b – gərginlik relesinin yoxlanma sxemi.

Page 36: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

36

Şəkil 8. c – vaxt relesinin yoxlanma sxemi.

1 açarı qoşulur, 3 voltmetri və 2 potensiometri vasitəsilə relenin dolağındakı işçi

gərginlik təyin edilir. Sonra 1 açarı açılır, relenin işə düşmə vaxtı qurulur və bir qütblü açar qoşularaq

sınaq sxeminin hazırlanması tamamlanır. 1 açarının qoşulması ilə vaxt relesinə və

elektrik saniyə ölçəninə gərginlik verilərək onlar

təsirləndirilir. Vaxt relesinin kontaktlarının qapanması ilə

elektrik saniyə ölçəninin M lövbəri şuntlaşdırılır və o dayanaraq vaxt relesinin işə düşmə vaxtını qeyd

edir. Yoxlamalar şkalanın hər bir nöqtəsi üçün aparılaraq göstəricilər sınaqların nəticələri ilə

müqayisə edilir. Maksimal cərəyan mühafizəsinin (MCM)

birinci cərəyanla sınanması üçün yük transformatorundann, elektrik saniyə ölçənindən,

cərəyan transformatorlarından, cərəyan relelərin-

Page 37: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

37

dən, vaxt relesindən, ampermetrdən açma cərəyanlarından və açardan ibarət olan sxem yığılır.

Relelər cərəyan və vaxta görə işədüşməyə sazlandırılır. Birinci dövrəyə cərəyan verildikdən sonra mühafizənin (3 dəfə qoşulmaqla açılmaya)

təsiri yoxlanılır. Mühafizənin təsirinin tələblərə tam

uyğunluğundan sonra rele plomblanır.

3.3 TeziĢədüĢən (tez təsirli БВ) açarının

yoxlanması, açma cərəyanına sazlanması

Yoxlamalar zamanı birinci növbədə birinci və ikinci dövrələr arasında quraşdırılma məsafə-

sinin yerinə yetirilməsi yoxlanılır. Sonra isə qoşulma və açılma prosesində mexaniki maneələrin

olmaması yoxlanılır. Kontaktlar arasındakı sıxılma dinamometrlə yoxlanılır və o açarın pasportunda qeyd olunandan az olarsa yaylar sıxılır.

Kontaktların toxunma səthi sürət çıxardan kağızla müəyyən edilir. Kontaktlar arasına qoyulan növ

kağızda toxunma nəticəsində toxunma səthləri aydın görünür.

Tez işədüşən açarın izolyasiyası AИИ-70 aparatı ilə sınanır. 10kV sınaq gərginliyi tərpənən

kontakta və kamerasız kontaktlar arasına 8kV kameralı kontaklar arasına və 24kV dayaq

izolyatorlarına verilərək sınaq işləri aparılır. Dayaq

Page 38: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

38

izolyatorlarının sınağı zamanı qoşma və saxlama makaralarının çıxışları açarın gövdəsi ilə birləşməli

və dayaq izolyatorlarındakı gərginliyə nisbətən aşağı gərginlikdə izolyasiyanın deşilməsinin qarşısını almaq məqsədilə tərpənməyən və tərpənən

kontaktlar birləşdirilir. Tez işədüşən açarın açma cərəyanına sazlanması УВМР-4000 vasitəsi ilə işçi

cərəyana görə yerinə yetirilir. Bu qurğu açarın 4000A-ə qədər işədüşmə cərəyanına tənzimlənir.

Qurğunun yüksüz rejimdə düzləndirilmə gərginliyi 7V, gücü 33kVA, nominal cərəyanı

Inom=4000A olur. Bu səyyar qurğusu dartı yarımstansiyalarında bölmə mənbələrində və

paralel birləşmə məntəqələrində quraşdırılan tez işədüşən açarların sazlanması üçün istifadə olunur

(Şəkil 9). Düzləndirmə qurğusu 1 açarından tənzimlə-

nən 2 reostatından 3 transformatorundan, 4 düzlən-diricisindən, 5 şuntundan, sinif dərəcəsi 0,5 olan 75 mV millivoltmetrdən və qurğuda gərginliyə

nəzarət etmək üçün 3 voltmetrindən ibarətdir. Qida mənbəyi kimi 380 və 220 kV-luq 3 fazlı dəyişən

cərəyan şəbəkəsi istifadə edilir. Transformatorun birinci dolağı 220 V

gərginlikdə üçbucaq və 380 V gərginlikdə isə ulduz şəklində birləşdirilir. Qurğu 30 saniyəyə qədər

qısamüddətli iş rejiminə hesablanmışdır. Təkrar qoşulmalar arasındakı vaxt 1 dəq.-dən az olmamalı

və bu rejim 30 -a qədər təkrar qoşulmalara icazə

Page 39: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

39

Şəkil 9. Tez işədüşən (БВ) açarının açılma

cərəyanına sazlanması.

verir. Qurğu işə qoşularkən texniki təhlükəsizlik və

elektrik qurğularının texniki istismar qaydalarının tələbləri yerinə yetirilməli, qurğu torpaqlanmalı,

hasarlanmalı və 3,3kV-luq fiderlərin ayırıcıları torpaqlanmalıdır.

Page 40: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

40

Tez işədüşən açarın sazlanması aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

Sazlanma sxemi yığıldıqdan sonra açar qoşulur, dəstəyi fırladaraq reostat yuxarı kənar vəziyətə gətirilərək cihazla açarın açılma anındakı

cərəyan cihaz vasitəsilə tərin edilir (cihazın əqrəbinin maksimal əyilməsinə uyğun). Sonra

reostat aşağı kənar vəziyyətə gətirilir. Bir dəq-dən sonra yuxarıda qeyd olunan əməliyyatlar

təkrarlanır.

3.4 Düzləndirici qurğuların yoxlanması

Düzləndirici qurğular düzləndirici blokun

fazalarının diodların arasındakı əks gərginliyin və cərəyanın paylanmasına görə yoxlanılır. Cərəyanın

paralel qollar arasında paylanması diodların eyni qızmasını təmin edir. Əks gərginliyin paylanmasının yoxlanması müxtəlif üsullarla yerinə

yetirilir: 1) düzləndiricinin bir fazasının diodlarında

əks gərginliyin paylanmasının yoxlama sxemi; 2) düzləndiricinin iki fazasının əks qoşulması

metodu ilə diodlarda əks gərginliyin paylanmasının yoxlanması sxemi.

Page 41: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

41

Şəkil 10. Düzləndiricinin iki fazasının əks

qoşulması metodu ilə diodlarda əks gərginliyin paylanmasının yoxlanması sxemi.

1- düzləndirici blok; 2,3,4 gərginlik bölənin rezistorları; 5- diod; 6- voltmetr; 7- kondensator; 8-

sınaq transformatoru; 9- avtotransformator. Bu metodda 8- transformatorundan ardıcıllıqla bir

bloka düz, digərinə isə əks gərginlik verilir. Hər diodlar qrupunda əks gərginliyin orta gərginliyə

nisbətən fərq 10%-dən çox olmamalıdır. Bunu

təyin etmək üçün blokdakı ümumi əks gərginlik blokdakı qrupların sayına bölünür. Artımın

səbəbləri diodun şuntlaşdırma rezistorlarının və kondensatorların zədələnməsi ola bilər.

Page 42: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

42

3.5 Elektrik qurğularının istismarı

Gərginliyi 1000V-a qədər və çox olan elektrik qurğularının istismarının təhlili göstərir ki, xidmət zamanı baş verən bədbəxt hadisələr elektrik

qurğularının texniki təhlükəsizlik qatdalarının pozulduğu vaxt baş verir. Texniki xidmət

personalını, işçiləri elektrik cərəyanın vurmasının yəni gərginlik altına düşməsinin qarşısını almaq

üçün cərəyan keçirən hissələr və qurğular hasarlanır, ayrıcılar vasitəsilə səhv əməliyyatlar

bloklanır. Təhlükəsizlik qaydalarına əsasən təhlükəsizliyi artıran əlavə tədbirlər işlənir.

Elektrik qurğuları ilə işə yaşı 18 olan və sınaq imtahanından müvəffəq qiymət alan işçilər

buraxılır. Texniki təhlükəsizlik qaydasını pozan işçilər yenidən növbədən kənar sınaq imtahanları

verməlidir. Gərginliyi 1000V-dan çox olan elektrik qurğularında təmir işləri təsdiq edilmiş yazılı göstərişlərə əsasən yerinə yetirilir, yəni işlərin

görülməsinə yazılı icazə verilməlidir. Bu göstərişdə işin yerinə yetirilmə vaxtı, şəraiti və təhlükəsizliyi

təmin olunur. Eyni zamanda işi yerinə yetirən briqadanın tərkibi, məsul rəhbər işçi qeyd olunur.

İşçilərin sayı 2 nəfərdən az olmamalıdır. İşçi yeri və təhlükəsizlik texnikası üzrə təlimat naryada əsasən

elektrik qurğusu üzrə növbətçi tərəfindən nəzarət edilir. Bütün işçilər birinci səhiyyə köməyini

etməyi bacarmalıdır.

Page 43: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

43

Dartı yarımstansiyalarında elektrik qurğularına təhlükəsiz xidmət məqsədilə mühafizə

vasitələri (rezin əlcəklər, qaloşlar, izoləedici ştanqalar, gərginlik göstəriciləri və s.) olmalıdır.

Sürtkü və izolyasiya yağları olduqda və

qazların çıxması zamanı, akkumulyator batareyaları doldurularkən elektrik qurğularında yanğınlar baş

verə bilər. Elektrik qurğusunun açıq hissələrində yanğının söndürülməsi üçün yanğın keçidləri

quraşdırılır. Bundan əlavə xüsusi ayrılmış yerlərdə yanğına qarşı vasitələr (qum, yanğınsöndürənlər,

vedrə və s.) olmalıdır. Yanğın baş verdikdə avadanlıqlar həmin an açılmalıdır. Yanğın kömür-

turşu yanğınsöndürən vasitəsi ilə söndürülməlidir. Elektrik qurğularının texniki istismarı, onların

istehlakçıların elektrik təchizatı üçün səmərəli istifadə edilməsidir. Dəmir yollarının elektrik

qurğularının istismarının əsas məqsədi maksimum yüklərin elektrik enerjisi ilə tələb olunan gərginlik səviyyəsini, istehlakçıları fasiləsiz elektrik təchizatı

təmin etməkdir. Qeyd olunan tələblərin ödənilməsi üçün elektrik qurğu və avadanlıqların işinə

müntəzəm nəzarət olunmalı və plan-xəbərdarlıq təmirləri yerinə yetirilməlidir. Elektrik qurğularının

səmərəli və iqtisadi istismarı, avadanlığın düzgün yüklənməsi və xüsusi sərfiyat itkilərinin azalması

ilə əlaqədardır. Texniki iqtisadi göstəricilərin artırılması məqsədilə yüklərdən asılı olaraq çevirici

aqreqatların qoşulması və açılmasında avtomatika

Page 44: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

44

tətbiq olunmalıdır. Elektrik qurğularının etibarlı işini təmin edən faktorlar bunlardır:

1) istismar işçilərinin yüksək ixtisas dərəcəli və nizam-intizamlı olmaları, 2) elektrik qurğularının istismar qaydalarının yerinə

yetirilməsi, 3) avtomatika , teleidarənin və yeni texnikanın

tətbiqi, 4) istismarın düzgün təşkili,

5) Dəmiryol yarımstansiya evlərdən teleidarə olunması və s.

4. Elektrik qurğularının təmiri

Elektrik qurğuları və avadanlıqlarının

saxlanması və təmiri üçün aşağıdakı işlər təyin edilir: baxış, cari, növbədənkənar və əsaslı təmirlər, sınaqlar.

Paylayıcı qurğuların baxışı zamanı aparat və cihazların, kontakt birləşmələrinin, izolyatorlarının

saxlayıcı və torpaqlayıcı quruluşlarının, işarəvermə qurğularının xarici vəziyyəti, təhlükəsizlik

vasitələrinin olması və vəziyəti yoxlanılır. Cari təmir zamanı avadanlıq təmizlənir,

kontaktlar bərkidilir, birləşmələr tənzimlənir, qoşulma və açılma qurğularının işi yoxlanır. Əsaslı

təmirlər zamanı qurğular sökülür, yeyilən hissələr

Page 45: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

45

təmir edilir və ya yeniləri ilə əvəz edilir. Əsaslı təmir aparılması zamanı bütün işlər aktla təhvil

verilir və avadanlığın pasportunda qeydiyyat aparılır. Sınaqlar zamanı izolyasiyanın müqaviməti

ölçülür və yüksək gərginlik altında sınanır. Növbədən kənar təmirlər, qurğunun normal işinin

pozulması zamanı yəni qısa qapanmalar, iqlim şəraiti və ya plan-təmir işlərinin keyfiyyətsiz

aparılması nəticəsində avadanlıqların təyinatlarını yerinə yetirə bilmədiyi zaman yerinə yetirilir.

Transformatorların istismarı zamanı onun iş rejimini xarakterizə edən əsas göstəricilər: cərəyan,

birinci dolaqlardakı gərginliklər və yağın yuxarı təbəqələrinin temperaturu. Şəbəkə gərginliyinin

nominal gərginlikdən 5%-dən çox olmasına icazə verilmir, çünki gərginlik artımı yüksüz cərəyanı və

transformatordakı itkiləri artırır. Yağın yuxarı təbəqəsinin temperaturu 95%-dən çox olmamalıdır. Nominal yük artımına transformatorun xidmət

müddətinin 20 ildən az olmaması şərti ilə icazə verilir.

Transformatora baxılarkən o açılmadan yağın səviyyəsi, temperaturu və axmaması, izolyatorların

çirklənməsi, onlarda çatların olmaması, soyuducu işi, kabellər və səsin olması yoxlanılır. Cari təmir

zamanı transformatora xarici baxış keçirilir, yağ əlavə edilir, yağ göstəricisi qurğusu, işçi və

mühafizə torpaqlanması, qoruyucular, dolaqların

Page 46: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

46

izolyasiyasının müqaviməti, qaz mühafizəsi, kontakt birləşmələri, avtomatika sistemi yoxlanılır

və transformator yağı sınanır. Transformatorun əsaslı təmiri zamanı o açılır, çıxan hissələr, izolyatorlar, dolaqlar, yağ

təmizləyən və soyuducu qurğular təmir edilir, nəzarət ölçü cihazları, işarəvermə və mühafizə

qurğuları yoxlanılır, tələb olunduqda izolyasiya qurudulur, yağ təmizlənir və ya dəyişdirilir. Yüksək

gərginlik altında kommutasiya aparatları təmir edilərək sınanır. Paylayıcı qurğulara baxış gündə

bir dəfə, gərginlik ayrılmaqla cari təmir isə 6 aydan gec olmayaraq görülür. Cari təmir zamanı şinlərin

kontaktlarının bərkidilməsi yoxlanır, yararsız izolyatorlar dəyişdirilir, açarların və ayrıcıların

kontaktları təmizlənir, ayrıcıların qoşulması və açılması, qoruyucular, torpaqlayıcılar yoxlanılır və

yağ sınanır. Yağ açarlarının əsaslı təmiri lazım gəldikdə üç ildə bir dəfə aparılır – daxili izolyasiya,

kontaktların və qövssöndürən qurğuların vəziyyəti yoxlanılır və tələb olduqda dəyişdirilir.

Page 47: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

47

5. Kontakt Ģəbəkəsi və hava xətlərinin quraĢdırılması

5.1. Konsolların quraĢdırılması

Konsollar kontakt şəbəkəsi distansiyasının məntəqələrində və ya elektrik quraşdırma qatarında

yığılır və quraşdırılma yerlərinə daşınır. Izolə edilməmiş konsolların tığılması üçün izolyatorlar,

tənzimləyicilər və bərkidici tərtibatlar olmalıdır. Izolə edilmiş konsollar işə hazırlandıqları

zavodlardan yığılmış vəziyyətdə alınır. Konsolların dayaqlarda quraşdırılması üçün qollu, çeviriləbilən

maşın-kranlar istifadə edilir. Quraşdırılma yerlərinə çatdırılmış konsollar onların qoyulacağı dayaqların

yanında, torpaq yatağının çöl tərəfində yerləşdirilir. Konsollar daşınan gün yerləşdirilməlidir.

Konsolların quraşdırılması üçün dayağa söykənilmiş pilləkəndə işləyən elektrik mantyoru qoruyucu kəmərlə dayaqla əlaqələndirilir. Yerdə bir

aşırımdan uzaq olmayan məsafədə dayanan digər elektrik mantyoru yüksəklikdə, konsolun

quraşdırılmasında işləyən işçiyə və eləcə də qatarların hərəkətinə nəzarət edir. Bütün hissələr,

alətlər işçiyə kəndir vasitəsi ilə verilir. Yüksəklikdə işləyən elektrik mantyoru düraliminium pilləkəni

ilə dayağa qalxaraq yuxarı hissədə bərkidici elementləri quraşdırılır. Konsolların quraşdırılması

zamanı roliklər istifadə olunur. Çəkisi 75kq-a qədər

Page 48: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

48

olan konsolların quraşdırılması üçün 4 nəfər, iki yol üçün nəzərdə tutulan 200kq çəkisi olan konsolların

quraşdırılması üçün 6 nəfər tələb olunur. Konsollar eyni zamanda həm yolun çöl tərəfindən avtomobil təkərləri üzərində quraşdırılan kranlarla quraşdırıla

bilər. Adətən konsolların quraşdırılması üçün МШТС-2ПМ maşını istifadə edilir. Stansiyalarda

konsollar quraşdırıldıqda onun quraşdırıldığı yolda hərəkət dayandırılır və eyni zamanda stansiyanın

digər yollarında hərəkət edən qatarlar üçün yazılı xəbərdarlıq verilir.

5.2. Eninə elastiki troslar sisteminin quruluĢu və tirin quraĢdırılması (sərt, bərk)

Eninə elastiki troslar sisteminin

quraşdırılması üçün əvvəlcə trosların uzunluğu ölçülür, hazırlanır, dayaqlar üzərində bərkidici hissələr quraşdırılır və troslar dayaqlardan birindən

asılır. Yuxarı fiksasiya trosun uzunluğunu təyin etmək üçün dayaqların əyilməsi nəzərə alınmaqla

dayaqlar arasındakı məsafələr ölçülür. Adətən eninə aparıcı trosların uzunluğu 3-4, 5m uzun götürülür.

Dayaqlar arasındakı məsafə çoxaldıqca yuxarı fiksasiya və aparıcı troslar arasındakı fərq azalır.

Yolların üstündən atılan fiksasiya trosu rolik vasitəsi ilə dartılır. Eninə aparıcı troslar növbə ilə

bərkidilmə yerlərinə qaldırılır. Sonra dayaqlarda

Page 49: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

49

aşağı nöqtənin vəziyyəti təyin edilir. Eninə aparıcı trosların uzunluğu aşağıdakı düsturla hesablanır.

h= ld + 8f2

burada:

ld – eninə aparıcı trosların bərkidilmə səviyyəsində dayaqların daxilihədləri arasındakı

məsafədir. f - yüklənməmiş eninə aparıcı trosların

sallanma məsafəsidir. Onun aşağıdakı şərtə əsasən hesablayırlar:

1) yuxarı fiksasiya və yüklənməmiş eninə aparıcı tros arasındakı məsafə 300mm – dən az olmamalıdır.

2) uzunluğu 15m olan dayaqla üçün f=4,2-4,6m; 20 m olan dayaqlar üçün isə 9-9,4m

götürülür. Bu işlərdən sonra yuxari fiksasiya və eninə

aparıcı troslarda sıxacların, simlərin, izolyatorların və naqillərin bərkidilməsi işləri yerinə yetirilir.

Daha sonra aşağı fiksasiya trosu quraşdırılır. Eninə elastiki troslar sistemi çox yolların kontakt

şəbəkələri üçün nəzərdə tutulduğundan troslar izolyatorlarsız dartılır. Bəzi vaxtlar əvvəl kontakt

naqili quraşdırılır sonra isə izoləedilmiş qüllələr vasitəsi ilə fiksasiya trosu hissələrlə dartılaraq quraşdırılır. Trosların aralanma yerlərində

izolyatorlar quraşdırılır.

Page 50: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

50

Eninə aparıcı tros quraşdırıldıqdan sonra tənzimlənir. Eninə tənzimləmə eninə troslarda

aparıcı tros və kontakt naqillərinin tam asılmasından sonra görülür. Eninə elastiki troslar sisteminin tənzimlənməsi ilə eyni vaxtda eninə

aparıcı troslar yuxarı fiksasiya trosu ilə birləşdirilir. Bunun üçün uzunluğu 1,5-2m olan ПБСМ-70 tipli

trosu istifadə edilir. Eninə elastiki troslar sisteminin

quraşdırılmasında da konsolların quraşdırılmasında olduğu kimi МШТС-2ПМ tipli maşın tətbiq edilir.

Bunun nəticəsində yolların üstündən atılması, dayaqlarda bərkidilməsi asanlaşır və sistemin

tənzimlənməsinə, izolyator sıxacların və digər elementlərin bərkidilməsinə az vaxt tələb olunur.

Eninə sərt tirlərin quraşdırılması üçün bilavasitə sərt tirin üstündən avtomatrisin və DMC tipli

drezinin quraşdırılma sahəsindən və bəzi hallarda kürəli-qollu maşının səbət-sahəsindən istifadə olunur. Elektrik mantyoru sərt tirlərin üstünə

çıxaraq quraşdırma işlərinə başlayır. Pilləkəndən tirin üstünə keçərkən o zəncirlə bərkidilmiş

qoruyucu kəmərlə mühafizə edilir. Çəkisi 25kq-a qədər olan bütün hissələr rolik vasitəsi ilə kəndirlə

qaldırılır. Stansiyada qatarların keçməsi zamanı bütün işlər dayandırılır və hərəkət vasitələrinin

əndazələrinə mane olan hissələr götürülür. Eninə tirin quraşdırılması, onun dayaqlar

üzərində yerləşdirilməsindən başlayır. Künclərdən

Page 51: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

51

tinlərdə izolyatorlar quraşdırıldıqdan sonra tirin qoyulduğu bütün yolların aparıcı trosları, sonra isə

fiksasiya trosu quraşdırılır. Əvvəlcə hazırlıq işləri görülür, trosların uzunluqları ölçülür. Sonra trosların bir ucları eninə sərt tirin dayaqlarından

birində bərkidilir. Trosların bir sıxacla bərkidilir və bu zaman trosun əyilməsi və tellərinin sınması

yoxlanılır. Trosların yolların üstündən atılmasından əvvəl işçilərin briqadiri kontakt şəbəkəsinə, ИМБ

və rabitə qurğularının, yol dəyişdiricilərinin və yola baxış jurnalında iş yerini, yolların sayını qeyd edir.

Stansiya növbətçisi qatarlar arasında interval seçərək radio və ya yoldəyişmə məntəqəsinin

növbətçisi vasitəsi ilə quraşdırılma işlərinin başlanmasına icazə verir. Briqadir quraşdırılmaya

nəzarət edən işarə verənlərə işə başlamağa şərti işarə verir və trosların atılmasına başlanır. Əgər

stansiyanın yollarında vaqonlar olarsa, onların damının üstünə çıxan elektrik montyorları trosları qalxızır və vaqonların üstündən atırlar. Bundan

sonra tros iknci dayaqda bərkidilir. Sonra trosun dartılması tənzimlənir.

Fiksasiya trosunun çox asılmasının və qülləyə toxunmasının qarşısını almaq üçün kontakt naqili

asılarkən o, biri neçə simlə aparıcı trosdan asılır. Bölmə izolyatorları yerdə, əvvəlcədən

troslarda quraşdırılır ki, bu da izolyatorların dəqiq qoyulma yerini eləcədə trosun dartılmasını təmin

edir.

Page 52: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

52

Fiksator və konsol sərt tirdə quraşdırılır. Onların qaldırılması üçün rolik və kəndir istifadə

olunur. Bu məqsədlə eninə tirin dayaqlarının birinin üstündə rolik quraşdırılır.

Eninə sərt tirlərin quraşdırılmasının sonunda

bütün hissələr bərkidilir.

5.3 Kontakt asmasının quraĢdırılması və tənzimlənməsi

Kontakt asmasının quraşdırılması aparıcı trosun, kontakt naqillərinin asılması, simlərin

quraşdırılması, asmanın tənzimləndirilməsi, anker sahələrinin və hava yol ayrıcılarının quraşdırılması

işlərindən ibarətdir. Kontakt asmasının quraşdırılması 3 üsulla aparılır.aparıcı trosun və

kontakt naqillərinin asılması üçün texnoloji pəncərələr alınır. Əvvəlcə hazırlıq işləri görülür,

aparıcı trosun və kontakt naqillərinin dolandığı makaralar (barabanlar) avtokranlarla dəmir yolu platformasına qoyulur. Makaraların oxları etibarlı

bərkidilir. Naqillərinin asılması anker dayaqlarından

başlanır. Stansiyalarda eyni zamanda 4 ədədə qədər aparıcı tros eyni vaxta asıla bilər. Aparıcı trosun

asılması, quraşdırılması üçün 5 elektrik mantyorlarından ibarət briqada işləyir. Aparıcı

trosun asılması platformanın (trosun qoyulduğu) 15-25 km/saat sürətlə hərəkət etməsi ilə aparılır.

Page 53: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

53

Barabanda 2-3 sarğı qaldıqda platforma – qatar dayandırılır və digər barabandan götürülən trosla

calaq edilir. Aparıcı tros ankerləşmədikdə əlavə tros asılır və o, müvəqqəti olaraq anker dayağının aşağı hissəsində bərkidilir. Aparıcı trosun quraşdırılması

zamanı onun dartılması və ya sallanması təyin edilir. Dartılma dinamometrlə ölçülür. Aparıcı

trosun sallanması anker dayağından 150-250m məsafədə ölçülür. Ankerləşmənin quraşdırıl-

masından sonra dartılmanın tənzimlənməsi görülür və bununla aparıcı trosun lazımi sallanması təmin

edilir. Kontakt naqilinin asılması üçün АГВМ tipli

avtomatris və ya DMC tipli drezin və eyni zamanda dəmir yolu platforması istifadə edilir. Kontakt

naqilinin bir ucu kompensasiya qurğusuna birləşdirilir sonra kontakt naqili avtomatrisin

quraşdırılma sahəsinə dartılır. Avtomatrisin quraşdırılma sahəsi simlərin sallanma hündür-lüyünə qədər qaldırılır. Avtomatris ona kontakt

naqili barabanının (makarasının) olduğu platforma ilə 10 km/s sürəti ilə anker sahəsinin sonuna tərəf

hərəkət edir. Quraşdırılma sahəsindəki iki elektrik

mantyoru sahə üstündə hərəkətin əks istiqamətində kontakt naqilini simlərin sonuna birləşdirirlər.

Sahədəki 3-cü elektrik mantyor kontakt naqilinin qalxmasını təmin edir. Briqadanın digər elektrik

mantyorları platformadakı kontakt naqilinin

Page 54: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

54

dolandığı makaranı tormozlandırırlar ki, bununla kontakt naqilinin açılmasını tənzimləyirlər. Simlər

arasındakı məsafə 4-5 m olduqda kontakt naqili simlərə bağlanır. İki kontakt naqili asıldıqda onların hər ikisi eyni zamanda asılır. Kontakt naqilinin

asılması zamanı onun zədələnməsi qadağandır çünki bu onun istismarı zamanı xidmət müddətini

azaldır. Anker dayağına 6-7 m qalmış o kəsilir, sonra ikinci anker sahəsinin kontakt naqilinin

asılması başlanır. Adətən dəmir yolu stansiyaları arasında 2 saat müddətində 7-8km kontakt naqili

asılır. Zəncir kontakt asmasının tənzimlənməsi

aşağıdakı işləri nəzərdə tutur: 1) orta ankerləşmənin quraşdırılmasını;

2) kontakt naqilinin düzəldilməsini; 3) orta sim sıxaclarının quraşdırılmasını;

4) hündürlüyə görə kontakt naqilinin tənzimləməsini;

5) kontakt naqillərinin ziqzaqlarının

hazırlanması ilə fiksatorların quraşdırılması; 6) elektrik birləşdiricilərinin quraşdırılması.

Page 55: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

55

5.4. Bölmə izolyatorlarının, bölmə ayırıcılarının, boĢaldıcıların və torpaqlayıcılarının

quraĢdırılması

1. Bölmə izolyatorlarının quraşdırılması.

Onların dəqiq yerləşdirilməsi iş yerində təyin edilir. Bölmə izolyatorlarından yaranan yükün

cərəyan qəbuluna təsirinin qarşısını almaq məqsədi ilə o aparıcı trosa yaxın yerdə quraşdırılır.

İzolyatorların quraşdırılması qurtardıqdan sonra zəncir asması təkrar olaraq hündürlüyə görə

tənzimlənir. İzolyatorları izoləedilmiş qüllədən (5-6 nəfərlə) və ya drezindən (3 nəfərlə) istifadə

edilməklə quraşdırılır. 2. Bölmə ayırıcılarının quraşdırılması.

İntiqalı olan bölmə ayırıcısı kontakt şəbəkəsinin dayağında quraşdırılaraq qoşulmalıdır.

Bunun üçün əvvəlcə bölmə ayırıcısının dayaqda bərkidilməsi üçün metal quruluş dayaqda bərkidilir. Sonra ayırıcı dayaq üzərinə qaldırılır və qeyd

olunan quruluşda bərkidilir. Bundan sonra bölmə ayırıcısı bir neçə dəfə qoşulur və kontaktların

etibarlılıq yoxlanılır. 3. Boşaldıcıların quraşdırılması.

Buynuz tipli boşaldıcılar emalatxanalarda yığılır. Buynuzlar arasındakı məsafə xüsusi

şablonla tənzimlənir. Boşaldıcı dayaqların üstünə cari və kəndirlə qaldırılır. Boşaldıcının kontakt

şəbəkəsinə qoşulma naqili yerdə boşaldıcının

Page 56: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

56

dayaqda quraşdırılmasına qədər dayaq izolyatoru-nun saxlayıcısında bərkidilir. Boşaldıcının qoşul-

ması üçün en kəsiyi 50 mm2 və çox olan polad-mis

tros istifadə edilir. Boşaldıcı elə quraşdırılır ki, gərginlik açılmadan ona xidmət etmək imkanı

olsun. Boşaldıcı uznuna və ya əlavə elektrik birləşdiricisinə birləşdirilir. Boşaldıcıların quraş-

dırılmasından və qoşulmasından sonra buynuzlar arasındakı məsafə ölçülür.

4. Torpaqlayıcıların quraşdırılması. Torpaqlayıcılar elektrik-quraşdırma

qatarlarının emalatxanalarında hazırlanır. Eyni uzunluqlu torpaqlayıcılar quraşdırılır. Polad naqillər

düzəldilir və iki dəfə lakla örtülür. Quraşdırılma yerlərinə drezin və ya avtomobillərlə daşınan

torpaqlayıcılar dayaqlarda yolun çöl tərəfində yerləşdirilir. Torpaqlayıcı naqillərin relslərə

birləşmə yerlərində qaykalar bərkidilir və əks qaydalar qoyulur. Torpaqlama naqilləri quraşdırılarkən işçilərə qatarların yaxınlaşmasının

işarəsini verən səs siqnalı işarəçilər qoyulur (800m).

5.5. Kontakt Ģəbəkəsi dayaqları üzərində hava xətləri naqillərinin quraĢdırılması

Naqillərin quraşdırılması aşağıdakı işləri

əhatə edir:

Page 57: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

57

Naqillərin bərkidilmə quruluşlarının quraş-dırılması, naqillərin çəkilişi, naqillərin quruluşlara

qaldırılması, ankerləşməsi və izolyatorlarda bərki-dilməsi.

1. Gərginliyi – 27,5kV olan naqillərin

kontakt şəbəkəsi dayaqlarında çöl tərəfdən quraşdırılması - əgər dayaqlara çöl tərəfdən yaxşı

yaxınlaşmaq imkanı olarsa naqillər avtomobildən və ya traktordan istifadə etməklə çəkilir. Naqillərin

yüksəkliyə qaldırılması üçün МШТС2А maşını istifadə edilir. Çöl tərəfdən kontakt şəbəkəsi

naqillərinə yaxınlaşmaq imkanı olmadıqda 27,5kV yüksək gərginlik xətləri МШТС2АM maşınından

istifadə etməklə naqilləri dayaqların üstündən atılır. Bu işlər naqillərin quraşdırılacağı quruluşları bir

yerdə görülür (aparıcı tros konsollara qaldırılmasından əvvəl). İki saatlıq texnoloji

pəncərə zamanı 6-8 km naqillər asılır. Eyni qayda ilə kontakt şəbəkəsi dayaqları

üzərindəki çöl tərəfdən qoyulmuş quruluşlarda

kontakt şəbəkəsinin gücləndirici aliminium naqilləri də asılır. Naqillərin dartılması 20km-dən

çox olmamalıdır. Gücləndirici naqillər izoləedilmiş qüllələrdən istifadə etməklə elektrik birləşdiriciləri

ilə birləşdirilir. 2. Qidalandırıcı və sorucu naqillərin

quraşdırılması. Bir izolyatorlar silsiləsində 4-ə qədər

naqillərin asılması imkanı vardır. Bu halda bütün

Page 58: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

58

naqillərin sallanması eyni olmalıdır. Naqillərin bir-birinə toxunmasının qarşısını almaq üçün naqillər

arasında taxta ayırıcıları quraşdırılır. Bir neçə naqillərin qruplaşdırılması zamanı 5-10m-dən bir onlar alüminium və ya mis naqillər bağlanır.

Qidalandırıcı və sorucu naqillərin ankerləşməsi, quraşdırılması və çəkilmə üsulları gücləndirici

naqillərində tətbiq edilən üsullara uyğundur. 3. Kontakt şəbəkəsi dayaqlarında 10kV-luq

yüksək gərginlik xətlərinin quraşdırılmasından əvvəl naqillərin bərkiləcəyi quruluşda taxmalar və

izolyatorlar quraşdırılır. Taxmalarda izolyatorların bərkidilməsi üçün izolyatorların daxilində vintli

dişlər nəzərdə tutulur. Naqillərin çəkilişi 27,5kV-luq xətlərin çəkilişinə uyğundur. Naqillərin

izolyatorlarda bərkidilməsi xəttin etibarlı işini təmin edir.

6. Kondensator və akkumulyator

qurğularının quraĢdırılması

Elektrik şəbəkələrinin induktiv elementlərinə paralel qoşulan, gərginlik tənzimləyən və reaktiv

gücün kompensasiyası üçün nəzərdə tutulan – tətbiq edilən 0,22-10kV-luq kondensator qurğuları

adatən avtomatik idarə olunur. Onlar texniki vəziyyətdə olmaqla, uzun müddətli və etibarlı

işləməlidirlər.

Page 59: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

59

Elektrik şəbəkəsindəki gərginliyin artması ilə əlaqədar kondensator qurğusundakı gərginlik

nominal gərginlikdən 10% çox olduqda sutka ərzində onun işləməsi 12 saatdan çox olmamalıdır.

Kondensatorun temperaturunun onun

pasportunda qeyd olunandan az olduğu halda (-60 ) kondensator qurğusunun

qoşulması qadağandır. Kondensator batareyaları

gövdəsinin divarında qeyd olunan rəqəmlərlə nömrələnir. Kondensator batareyasına bilavasitə

birləşmiş boşaldıcı qurğunun olduğu halda açılmadan sonra kondensator qurğusunun yenidən

qoşulması 1 dəqiqədən tez olmamalıdır. Mühafizə qurğularının təsiri nəticəsində

açılmış kondensator qurğusunun qoşulmasına açılma səbəblərinin aradan qaldırılmasından sonra icazə verilir. Kondensator qurğuları ehtiyyat

qoruyucuları, kondensatorun boşalmasına nəzarət edən xüsusi ştanqa ilə və yanğına qarşı mühafizə

vasitələri ilə təchiz olunmalıdır. Daimi növbətçilik olan yerlərdə kondensator

qurğuları gündə 1 dəfə, növbətçilik olmayan yerlərdə isə ən azı ayda bir dəfə yoxlanılır.

kondensator qurğusuna baxış zamanı gərginliyi cərəyanın və ətraf mühitin temperaturunun

qiymətləri, fazların bərabər yüklənməsi, hasarlanmanın vəziyyəti, aparat və avadanlıqların

texniki vəziyyəti, kontakt birləşmələri və izolyasiyanın çirklənmə dərəcəsi yoxlanılır.

Page 60: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

60

Akkumulyator batareyalarının istismarı zamanı onun etibarlı və uzunmüddətli işi, bütün

rejimlərdə sabit cərəyan şinlərindəki gərginlik səviyyəsi təmin edilməlidir.

Turşulu və qələvi akkumulyator

batareyalarının bir yerdə quraşdırılması qadağandır. Akkumulyator batareyalarının yerləşdiyi binaların

işıqlandırılması üçün partlayışdan mühafizə edilmiş örtüyü olan közərən lampalar istifadə edilir.

Açarların, qoruyucuların, reostatların akkumulyator batareyaları olduğu yerdə quraş-

dırılması qadağandır. Turşulu akkumulyatorlarda elektrolitin sıxlığı 20 temperaturda 1,205-1,24

q/sm3 daxilində olmalıdır. Akkumulyator

batareyaları nömrələnir və gərginlikdən asılı olaraq akkumulyator batareyalarının izolyasiyasının müqaviməti dəyişir.

Akkumulyator batareyasının gərginliyi, V

220 110 60 48 24

İzolyasiyanın müqaviməti, kOm (az olmamalıdır)

100 50 30 25 15

Akkumulyator batareyalarının gərginliyi,

sıxlığı və temperaturu ən azı ayda 1 dəfə yoxlanılır. Gündə bir dəfə akkumulyator batareyasına

baxılmalıdır. Akkumulyator batareyalarının doldurulması

və boşaldılması cərəyan, batareyanın maksimal cərəyanından çox olmamalıdır. Doldurulmanın

Page 61: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

61

sonunda elektrolitin temperaturu 35-40 -dən çox olmamalıdır. Istismara qəbul edilən akkumulyator

batareyalarında elektrolitin keyfiyyəti, tutumu, elektrolitin sıxlığı, elementlərin gərginliyi, torpağa

nisbətən batareyanın izolyasiyasının müqaviməti və ventilyasiyanın vəziyyəti yoxlanılır.

7. Hava elektrik veriliĢ xətləri və cərəyan keçirənlərin quraĢdırılması

Bütün yeni quraşdırılan hava elektrik veriliş xətləri “Elektrik qurğularının quraşdırılma

qaydalarına” və qüvvədə olan tikili normalarına əsasən aparılmalıdır. Elektrik veriliş xətlərinə işçi

gərginliyin verilməsi “Elektrik enerjisindən istifadə olunma qaydalarına” əsasən yerinə yetirilir və

onun elektrik şəbəkəsinə qoşulması, qidalandırılması, təchizatı nəzərdə tutulan müəssisə

ilə razılaşdırılmalıdır. Elektrik veriliş xətlərinin və cərəyan keçirənlərin istismarı zamanı, onların işini

etibarlı təmin etmək üçün texniki xidmətlər və təmirlər keçirilir. Bu zaman EVX-in və

cərəyankeçiricilərin texniki vəziyyətlərinə nəzarət olunmalı, baxışlar və elementlər yoxlanaraq aşkar

olunan nasazlıq və zədələnmələr aradan qaldırılır. Dəmir beton və metal dayaqlarda çəkilən

hava EVX-i 10 ildən bir, ağac dayaqlardakı xətlər

isə 5 ildən bir əsaslı təmirdən çıxaılır. Hava elektrik xətlərində növbədən kənar və periodik baxışlar

Page 62: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

62

aparılır. Periodik baxışlar təsdiq olunmuş qrafikə əsasən idə 1 dəfə aparılır.

Hava elektrik xətlərinə və cərəyan keçirən hissələrə baxış zamanı aşağıdakılar yoxlanılır: 1) EVX-nin keçdiyi sahə yoxlanılır

2) fundamentlərin vəziyyəti 3) dayaqların

4) naqil və trosların vəziyyəti 5) cərəyankeçirən elastii şinlərin vəziyyəti

6) izolyatorların vəziyyəti 7) boşaldıcıların, kommutasiya aparatların vəziyyəti

və s. Baxış zamanı aşkar olunan nasazlıqlar və

ölçmələr istismar sənədlərində (defektlər jurnalında) qeyd olunur. Hava xətlərinin texniki

xidməti və təmiri zamanı xüsusi nəqliyyat vasitələrindən,maşın vı mexanizmlər istifadə

olunur. Hava xətlərində işləyən işçilər rabitə vasitələri isə təchiz olunmalı və dispetçer məntəqələri ilə əlaqə saxlamalıdırlar. Hava

xətlərinin digər quruluş larla kəsişdiyi yerlərdə əndazə göstəriciləri qoyulmalıdır. Gərginliyi 110 və

220 kV olan hava xətlərdə zədəənmə yerlərini və 6-35 kV xətlərdə fazalararası qısaqapanmaları

müəyyən etmək üçün xüsusi cihzlar quraşdırılır. Zədələnmələrin qarşısını almaq məqsədilə

aidiyyəti olan müəssisələrdə olan material və hissələr ehtiyyatı olmalıdır. Bir dayaq üzərində

hava xətlərinin və digər təyyinatlı xətlərin keçdiyi

Page 63: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

63

hallarda təmir işlərinin aparılması xətlərin aid olduğu müəssisələrlə razılaşdırılmalıdır.

8. Kabel xətlərinin quraĢdırılması

Yeni çəkilən kabel xətlərinin istismara

qəbulu zamanı “Elektrik qurğularının quraşdırılma qaydalarına” tələblərinə uyğun sınaqlar

keçirilməlidir. Istismar edən müəssisə kabel xəttinin çəkilişinə və quraşdırılmasına texniki

nəzarət etməlidir. Hər bir kabel xəttin sənədlərin, dispetçer nömrəsinin daxil olunduğu pasportu

olmalıdır. Açıq yerdə çəkilən kabellərin başlanğıcında və sonunda onun tipini, gərginliyini,

en kəsiyini, xəttin nömrəsini göstərən yazılar olmalıdır. Istismara verilən hər bir kabel xətti üçün

ən böyük buraxıla bilən cərəyan yükləri təyin olunmalıdır. Bağlı yerlərdən keçən kabel xətləri üçün kabellərin işinin istilik rejiminə, havanın

temperaturuna və ventiliyasiya qurğularının işinə nəzarət olunmalıdır.

Qəzaların aradan qaldırılması müddətində gərginliyi 10 kV olan hopdurulmuş ağız

izolyasiyalı kabellərin sutka ərzində 6 satdan çox olmayan vaxtda 30% artıq yüklənməsinə icazə

verilir. 15 ildən çox istismar olunan kabellər üçün artıq yüklənmə 10%-ə qədər olmalıdır. Gərginliyi

20 və 35 kV olan hopdurulmuş kağız izolyasiyalı

Page 64: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

64

kabellərin artıq yüklənməsi qadağandır. Qəza rejimlərinin aradan qaldırılması müddətində

polietilen və polivinilxlorid izolyasiyalı kabellərin artıq yüklənməsi 15%-dən çox olmamalıdır. Kabel xətlərinin yükləri periodik olaraq

ölçülür. Gərginliyi 35 kV-a qədər olan kabel xətləri 3 aydan bir, açıq yerdəki kabellər isə 6 aydan bir

baxışdan keçirilir. Gərginliyi 110-220 kV olan kabellər isə uyğun olaraq ayda bir dəfə və 3 aydan

bir baxışdan keçirilir. Elektrikləşdirilmiş dəmir yollarının relsləri

yaxınlığından keçən kabel xətlərində azan cərəyanlar ölçülməlidir. Kabel xətləri sabit

cərəyanlı yüksək gərginliklə profilaktiki sınaqlardan keçirilir. Gərginliyi 110-220 kV olan

kabel xətlərinin sınağı elektrik təchizatı müəssisəsinin icazəsi ilə aparılır.

9. Güc transformatorları, paylayıcı qurğular və

yarımstansiyaların quraĢdırılması

Güc transformatorlarının və avtotransformatorların istismarı zamanı onların

etibarlı işi təmin edilməlidir. Yüklər, gırginlik səviyyəsi, temperatur, yağın xarakteristikaları və

izolyasiyanın parametrləri təyin olunmuş normalar daxilində olmalı, soyutma qurğuları, gərginlik

Page 65: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

65

tənzimləyiciləri və digər elementlər işçi vəziyyətdə olmalıdır.

Transformatorların və reaktorların quraş-dırılması “Elektrik qurğularını quruluş qaydalarına” və yarımstansiyaların layihələndirilməsinin

texnoloji normalarına əsasən aparılmalıdır. Transformatorların və reaktorların daşınması,

boşaldılması, saxlanması, quraşdırılması və istismara buraxılması isə onları hazırlayan

zavodların təlimatların və rəhbər sənədlərinə uyğun olmalıdır. Qaz mühafizəsi olan transformatorlar elə

quraşdırılmalıdır ki, onların qapağı (çınin çıxan hissəsi) qaz relesi istiqamətində 1%-dən çox

qalxsın və yağ keçiricisinin mailliyi isə 2%-dən az olmasın. Işləməyən transformatordakı yağın

səviyyəsi, yağın temperaturuna uyğun səviyyədə olmalıdır.

Transformatora xidmət edən işçilər termometr və termoişarəverənlər vasitəsi ilə yağın yuxarı təbəqəsinin temperaturuna nəzarət

etməlidirlər. Çəndəki təzyiq 50 kPa artıq olduqda transformatorun yükü azaldıımalıdır. Üçfazalı

transformatorların çənində (xarici quraşdırılmış) yarımstansiyaların nömrələri qeyd olunmalıdır. Bir

fazalı transformatorlarda bu nömrələr orta fazada qeyd olunur. Xarici quraşdırılmış transformatorların

çənləri açıq rənglərlə rənglənir. Bir fazalı transformatorların çənlərində fazalar

rənglənməlidir. Transformatorlar məntəqəsinin

Page 66: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

66

daxili və xarici tərəfində nömrələr və qapıları qıfılla bağlı olmalıdır.

Yük qrafikindən asılı olaraq hər bir elektrik qurğusu üçün eyni vaxtda işləyən transformatorların sayı müəyyən edilməlidir.

Ehtiyyat transformatorlar hər bir an işə qoşulmğa hazır olmalıdır. Daxili zədələnmələr zamanı qaz və

difirensial mühafizəsinin təsiri altında avtomatik açılan transformatoru işə qoşmadan əvvəl, o

yoxlanmalı, sınaqdan keçirilməli, qaz və yağ təhlil olunmalı və zədələnmələr təyin edilməlidir.

Qaz relesi işə düşdükdə transformatora xarici baxış keçirilməli və reledən təhlil üçün qaz

götürülməlidir. Transformatordakı yağ havanın təsirindən

mühafizə olunmalıdır. Transformatorların paralelişi zamanı aşağıda qeyd olunanlara əməl olunmalıdır:

1) Dolaqların qurp birləşmələri eyni olmalı 2) transformatorların güclərindəki fərq 1:3 dən çox olmamalıdır

3) transformasiya əmsalları ±0.5%-dən çox

fərqlənməməlidir 4) qısa qapanma gərginlikləri ±10%-dən çox fərqlənməməlidir 5) transformatorların fazlaşdırılması aparılmalıdır 6) dolaqlarda hər bir cərəyan buraxılabilən

cərəyandan çox yüklənməməlidir.

Page 67: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

67

Qəza rejimlərində soyudulma sistemindən asılı olmayaraq nominal cərəyandan artıq qısa

müddətli artıq yüklənmələrə verilən icazələr: Yağ transformatorları üçün

a) cərəyana görə artıq yüklənmə %-lə

30, 45, 60, 75, 100 b) artıq yüklənmənin müddəti dəqiqə ilə

120, 80, 45, 20, 10 Quru transformatorlar üçün

a) cərəyana görə artıq yüklənmə %-lə 20, 30, 40, 50, 60

b) artıq yüklənmənin müddəti dəqiqə ilə 60, 45, 32, 18, 5

Sutka ərzində 6 saata qədər yağ transformatorlaraında nominal cərəyanin 40%-ə

qədər artıq yüklənməsinə icazə verilir. Nominal gərginliyin 10%-ə qədər artması zamanı

transformatorların uzunmüddətli işləməsinə icazə verilir. Paylayıcı qurğular əsasən 0.4÷220 kV

gərginliyə hesablanan qurğulardır. Paylayıcı qurğuların yerləşdiyi yer, gərginlik altında olan

avadanlıqların yerləşdiyi sahələrdən izolə edilməli və bağlı olmalıdır. Cərəyan keçirən hissələr və

mühafizə aparatları təsadüfi toxunmadan hasarlanmalıdır. Paylayıcı qurğuların elektrik

avadanlıqları bütün iş rejimlərinin (nominal, qısaqapanma, artıq yüklənmə, ifrat gərginlik)

tələblərini ödəməlidir. Onların izolyasiyaları

Page 68: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

68

şəbəkənin nominal gərginliyinə uyğun seçilməlidir. Cəryan keçən hissələrin yaxınlığındaki avadanlıq

və quruluşların temperaturu 50℃-dən çox olmamalıdır.

Qapalı paylayıcı qurğunun yerləşdiyi binanın daxilində temperatur 40℃-dən çox olmamalıdır.

Açıq və qapalı paylayıcı qurğuların kabel kanalları

yanmayan pilitələrlə örtülü olmalıdır. Yağ açarlarında və ölçü transformatorlarında və

girişlərdəki yağın səviyyəsi yağ göstəriciləri ilə yoxlanılır və norma daxilində olmalıdır. Açarların

idarəetmə dəstəklərinin üzərində “Qoşma”, “Açma”, “Azaltma”, “Çoxaltma” və s. göstəricilər olmalıdır. Paylayıcı qurğuların avadanlıqları həmişə

tozdan və çirkdən təmizlənməlidir. 3000V gərginlikdən çox olan paylayıcı qurğuların

bloklarına qurğuları ilə təchiz olunmalıdırlar. Bununla səhvəməliyyatların qarşısı alınır.

Gərginliyi 3000V və çox olan PQ-da stasionar torpaqlanma tətiğbiq olunmalıdır. Paylayıcı

qurğularda köçürülə bilən mühafizə və torpaqlanma vasitələri olmalıdır.

10. Rele mühafizəsi, avtomatika və telemexanika qurğularının quraĢdırılması

Elektrik qurğularının güc avadanlıqları qısa qapanmalardan, normal iş rejimlərinin pozulma

Page 69: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

69

hallarından rele mühafizəsi qurğuları vasitəsi ilə mühafizə edilir (avtomatik açarlar və ya

qoruyucular vasitəsi ilə də). Rele mühafizəsi avtomatika və telemexanika qurğularının və onların avtomatika və telemexanika

qurğularının və onların dövrələrinə texniki xidmət avtomatika, rele mühafizəsi xidməti və ölçmə

laboratoriyaları tərəfindən aparılır. Mühafizə qurğularının seçilməsi avtomatik təkrar qoşulma"

və avtomatik ehtiyyat qoşulması" qurğularının

olması nəzərə alınmaqla və selektivliyin təmin

olunması şərtini ödəməlidir. Bütün rele mühafizəsi qurğuları minimal elektrik yükü şəraitində yoxlanılır. İstismarda olan

bütün mühafizə qurğuları qoşulu olmalıdır. Qəza və xəbərdaredici işarəvermə qurğuları işə hazır olmalı

və periodik sınanmalıdır. İstismarda olan hər bir mühafizə aparatının prinsipial quraşdırılma

sxemləri pasportu və texniki xidməti üzrə təlimatları və yoxlamanın nəticələri haqqında işçi

jurnalında və ya pasport protokolunda qeydiyyat olmalıdır. Nəzarət naqillərinin sonunda ayrılma

yerlərində və kəsişmə yerlərində onların markaları haqqında yazılar olmalı və qoşulmamış kabellərin

damarları izolə edilməlidir. İdarəetmə, avtomatika və mühafizə dövrələrinin işçi gərginliyi 60V və az

olduğu halda izolyasiyanın müqaviməti 0,5mOmdan az olmamalıdır. Bu dövrələrin və

Page 70: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

70

220V-luq qidalandırma dövrələrinin müqaviməti 1000-2500V-luq meqaommetrlə ölçülür.

Gərginliyi 60V olan avtomatika və rele mühafizəsi və telemexanikanın dövrələrinin izolyasiyasının sınanması onun müqavimətinin

500V-luq meqaommetrlə ölçülməsi zamanı yerinə yetirilir.

Cərəyan transformatorlarının ikinci dolaqları releyə və ya cihazlara qapanmalıdır. Cərəyan və

gərginlik transformatorlarının və süzgəclərinin ikinci dolaqları torpaqlanmalıdır. Rele mühafizəsi,

avtomatika və telemexanika qurğuları, işarəvermə qurğuları uyğun işçilər tərəfindən yoxlanılmalı

onların qoşulma sxemlərinin elektrik avadanlıqlarının iş rejimlərinə uyğun olması təmin

edilməlidir.

11. Ġfrat gərginlikdən mühafizə

Elektrik qurğuları ildırım və daxili gərginlik artımlarından mühafizə edilməlidir. İldırım

mühafizəsinin quraşdırılmasından sonra boşaldıcıların və gərginlik məhdudlaşdırıcılarının

sınaq aktları, boşaldıcıların quraşdırılma aktları, boşaldıcıların və ildırım ötürənlərin

müqavimətlərinin ölçülmə protokolları tərtib edilir. Gərginliyi 1000V-a qədər olan hava xətləri

naqillərinin açıq paylaşdırıcı qurğuların

Page 71: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

71

quruluşlarında, ayrı-ayrı dayanan ildırım ötürənlərdə asılması qadağandır. Qeyd olunan

xətlər metal örtüklü kabellərlə və ya naqillərlə torpaqda metal borularda çəkilməlidir. Hər il ildırım mövsümündən əvvəl gərginlik

artımından ühafizələrin vəziyyəti yoxlanılır. Bütün gərginliklərin gərginlik artımı məhdudlaşdıranları

və boşaldıcıları daimi qoşulu olmalıdır. Açıq paylaşdırıcı qurğularda qış

mövsümündə ildırım gərginlik artımından mühafizə üçün nəzərdə tutulan boşaldıcıların açılmasına yol

verilir. Boru boşaldıcılarının dayaqlardan çıxarılaraq yoxlanması 3 ildə bir dəfə olur. İldırım

təsirindən əvvəl gərginliyi 1000V-a qədər olan xətlərdə dayaqlardakı izolyatorların taxmalarının və

torpaqlanma vasitələri yoxlanılır. Gərginliyi 1000V-dan çox olan elektrik

müharriklərinin qoşulduğu şəbəkədə, statorun dolağında bir fazlı qapanma olarsa və torpağa qapanma cərəyanı 5A-dən çox olarsa mühərrik

avtomatik olaraq şəbəkədən açılır. Əgər qapanma cərəyanı 5A-dən az olarsa maşının 2 saata qədər

işləməsinə icazə verilir. Torpağa qapanma cərəyanı 10A-dən çox

olarsa, 6-35kV-luq hava xətləri şəbəkələrində dəmir beton və metal dayaqlarda qövs söndürən aparatlar

tətbiq edilir. Kompensasiya edilən şəbəkə ilə ən azı iki

EVX-i ilə əlaqəsi olan yarımstansiyalarda

Page 72: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

72

qövssöndürən reaktorlar quraşdırılır. Bu reaktorlar transformatorların neytrallarına ayırıcılar vasitəsilə

qoşulur. Transformator və avtotransformatorların istifadə olunmayan alçaq gərginlik dayaqları ulduz

və ya üçbucaq birləşdirilməli və gərginlik artımından mühafizə edilməlidir.

110-220kV-luq elektrik şəbəkələrində buraxıla bilən gərginlik artımı avadanlıqlar üçün

aşağıda qeyd olunan qaydada qəbul edilmişdir.

Avadanlıqlar

Uzunmüddətli təsir za-

manı buraxıla bilən gər-

ginlik artımı

1200 20 1 0,1

Quru transformatorlar və av-

totransformatorlar

Şuntlaşdırma reaktorları və elektromaqnit gərginlik

transformatorları

Kommutasiya aparatları,

cərəyan transformatorları,

rabitə kondensatorları və

dayaq şinləri

Bütün növ boşaldıcılar

1,1

1,15

1,15

1,15

1,25

1,35

1,6

1,35

1,3

2,0

2,2

1,38

2,0

2,1

2,4

-

Page 73: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

73

12. Torpaqlanma qurğuları

Elektrik qurğularında izolyasiyanın zədələnməsi nəticəsində elektrik cərəyanından mühafizə üçün torpaqlanma, mühafizə açılması

potensiallarının bərabərləşdirilməsi və s. vasitələr istifadə edilir. Torpaqlanma qurğuları ilə

təhlükəsizlik şərtləri elektrik avadanlıqlarının mühafizəsi və istismar iş rejimi təmin edilir.

Elektrik qurğularının torpaqlanan hissələri torpaqla etibarlı kontakt birləşməsində olmalıdır.

Torpaqlanma keçiricilərinin torpaqlayıcı vasitələrə və torpaqlanma konturuna birləşməsi

qaynaq aparatların, maşınların və hava EVX-nin dayaqlarına birləşməsi isə bolt və ya qaynaq

birləşməsi vasitəsi ilə yerinə yetirilir. Hər bir elektrik qurğusunun torpaqlanması ayrı keçirici

vasitəsi ilə aparılır. Torpaqlanacaq hissələrin bir-biri ilı ardıcıl birləşməsi və sonra torpaqlanması qadağandır. Torpaqlayıcı və mühafizə

keçiricilərinin korroziyadan mühafizə örtüyü olmalıdır. Açıq olan polad torpaqlayıcı keçiricilər

qara rənglənir. Torpaqlanma qurğularının müqaviməti ən azı

12 ildən bir ölçülür. Torpaqlanma dövrələrinin vəziyyəti elektrik qurğusuna toxunma gərginliyi

müntəzəm yoxlanılmalıdır. Yeni və əsaslı təmirdən sonra quraşdırılan torpaqlayıcı qurğuların

müqaviməti ölçülməlidir.

Page 74: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

74

Gərginliyi 35kV və çox olan elektrik şəbəkə xətlərində və yarımstansiyalarda ən azı 6 ildən bir

torpaqlanma müqaviməti ölçülür. Gərginliyi 110-220kV olan hava xətlərinin dayaqlarında izolyatorların zədələnməsi müşahidə olunduqda

torpaqlanma qurğularının müqaviməti ölçülür. Müqavimətlər torpağın quru olduğu halda

ölçülməlidir. İstismarda olan hər bir torpaqlanma

qurğusunun sxemi texniki vəziyyətinin, ölçmələrin nəticəsinin qeyd olunduğu pasportu olmalıdır.

Gərginliyi 1000V-dan çox olan elektrik qurğularında torpağın faz və ya sıfır naqili kimi

istifadəsi qadağandır. Mühafizə açılma qurğuları tətbiq edilən elektrik qurğularında mütəmadi olaraq

onun vəziyyəti yoxlanılır. Gərginliyi 1000V-a qədər olan izoləli

neytrallı 3 fazlı şəbəkələr və izoləli çıxışları olan bir fazlı şəbəkələr, gərginliyi 1000V-dan çox olan transformatorlardan qidalandıqda deşmə qoruyu-

cuları ilə təchiz olunmalıdır.

Page 75: DƏMĠR YOLU ELEKTRĠK TƏCHĠZATI QURĞULARININ …aztu.edu.az/azp/curriculum/elek.tec.izolya/az/down... · Avadanlıqları, idarəetmə, mühafizə, nəzarət, avtomatika və iúarəvermə

75

Ədəbiyyat

1. Поцаевец В.С. «Электрооборудование и аппаратура электрических подстанций»

М. Маршрут -2002 (56 стр) 2. А.А. Коптев, И.А. Коптев “Сооружение,

монтаж и эксплуатация устройств электроснабжения” М. Маршрут 2004

3. А.В. Фрайфельд, Н.А. Бондарев, А.С. Марков “Устройство, сооружение и

эксплуатация контактной сети и воздушных линий” М. Транспорт 1987

4. А.А. Прохорский “Тяговые и трансформаторные подстанции” М. Транспорт 1983

5. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Elektrikləşdirilmiş dəmir

yollarının kontakt şəbəkəsinin quraşdırılması və texniki istismar qaydaları. Bakı-2004

6. Azərbaycan Dövlət Dəmir Yolu “Texniki istismar qaydaları” Bakı-2000