Cənub – Qərbi Asiya · 2013. 3. 10. · Cənub – Qərbi Asiya Co ğrafiya ən q ədim elml...

17
Cənub – Qərbi Asiya Coğrafiya ən qədim elmlərdən biridir.Bu sozün hərfi mənası yunanca (“geo”- yer,”qrafo”-yazıram) Yerin təsviri deməkdir.<<Coğrafiya>> adlı ilk kitabı bizim eradan əvvəl 3-cü əsrdə yaşamış əslən misirli olan yunan alimi Eratosfen yazmışdır.Həmin kitabda Dünya haqında o dövrlər üçün insanlara bəlli olan təsəvvürlər verilmişdir. Qədim xalqların təsəvvürlərində Dünya Cənubi Avropa,Şimali Afrika və Qərbi Asiyadan ibarət idi.İlk coğrafiya kitablarında (Eratosfen <<Coğrafiya>>,Strabon <<Coğrafiya>>) Yerin təsviri iki istiqamətdə verilirdi.Ümumi hissədə bütövlükdə Yer haqqında məlumatlar-onun forması,böyüklüyü,təbiəti,Ölkəşünaslıq adlanan ikinci hissədə isə ayrı-ayrı ərazilər təsvir edilirdi. Uzun müddət ilk coğrafiyaçılar adlandırılan səyyah və dənizçilər gəzib dolaşdıqları yerlərin yalnız təbiətini təsvir etməklə məşğul olmuşlar.Sonralar yerdə baş verən proses və hadisələrin səbəblərini,onların inkişaf qanunauyğunluqlarını öyrənən bu elmi fiziki coğrafiya adlandırdılar.Coğrafiyanın ikinci qolu olan iqtisadi coğrafiya isə əhalini və onun təsərrüfat fəaliyyətini öyrənir. Təbiətdə baş verən hadisələr,dəyişiliklər,insanların təbiətə təsiri müasir fiziki coğrafiyanın əsas tədqiqat obyektidir.Fiziki coğrafiyanın ən mühüm vəzifələrindən biri də coğrafi proqnozdur.Yəni təbiətin dəyişmə qanunlarını öyrənib,gələcəkdə baş verə biləcək təbii hadisələri qabaqcadan söyləməkdir. Yer haqqında ilk təsəvvürlər babillərə məxsusdur.Onların yaratdığı əfsanələrdə Dünyanın ayrı-ayrı qatlardan ibarət olduğu təsəvvür edilir.Babillərin fikrincə,onlar özləri mərkəzdə,başqaları isə göyün üst və ya Yerin alt qatlarında yaşayırlar. Dörd cəhət və hər cəhətdə bir dünyanın olduğunu ifadə ilk fikirlər eraməzdan altı əsr əvvəl şumerlərə məxsus olmuşdur.Onların təsəvvürlərinə görə mərkəzdə Kiçik Asiya yarımadası ,onun ətrafında isə Qara dəniz,Egey dənizi və Aralıq dənizi yerləşir.Emumiyyətlə,qədim zamanların insanları Dünyanın öküz,əjdaha və başqa canlıların üstündə dayandığını güman edirdilər. Yüzilliklər keçdikcə insanların təsəvvür dairələri genişlənirdi.Kiçiik gəmilərdə səfərə çıxan dənizçilər kənərlardakı quru əraziləri öyrənərək Dünya haqqında əvvəlki fikirləri genişləndirməyi başladılar. Eramızdan əvvəl 3-cü əsrdə yaşamış Eratosfenin tərtib etdiyi ilk xəritədə artıq üç quru ərazi təsvir edilmişdir:Şimali Afrika(Liviya),Avropa və şərqdə skiflərin yaşadığı Asiya.O həmçinin ilk dəfə olaraq Yerin ölçülərini hesablamışdır. Bizim eranın 2-ci əsrində yaşamış Ptolomeyin xəritələrində Yer haqqında təsəvvürlər daha geniş idi.Onun xəritəsində yüzlərlə məntəqənin adı qeyd olunmaqla bərabər,ilk dəfə olaraq meridian və paralellərdən də istifadə edilmişdir.Sonrakı əsrlərdə Dünya haqqında biliklər daha sürətlə inkişaf etməyə başlamışdır.Hələ bizim eradan əvvəl 7-ci əsrdə bəzi xalqlara Yerin küürə formasında olması haqqında fikirlər məlum idi.10-11-ci əsrlərdə yaşamış görkəmli alim Əl-Biruni bu fikirlərə əsaslanaraq ilk qlobusu düzəltmişdir. www.behruzmelikov.com

Transcript of Cənub – Qərbi Asiya · 2013. 3. 10. · Cənub – Qərbi Asiya Co ğrafiya ən q ədim elml...

  • Cənub – Qərbi Asiya Coğrafiya ən qədim elmlərdən biridir.Bu sozün hərfi mənası yunanca (“geo”-yer,”qrafo”-yazıram) Yerin təsviri deməkdir. adlı ilk kitabı bizim eradan əvvəl 3-cü əsrdə yaşamış əslən misirli olan yunan alimi Eratosfen yazmışdır.Həmin kitabda Dünya haqında o dövrlər üçün insanlara bəlli olan təsəvvürlər verilmişdir. Qədim xalqların təsəvvürlərində Dünya Cənubi Avropa,Şimali Afrika və Qərbi Asiyadan ibarət idi.İlk coğrafiya kitablarında (Eratosfen ,Strabon ) Yerin təsviri iki istiqamətdə verilirdi.Ümumi hissədə bütövlükdə Yer haqqında məlumatlar-onun forması,böyüklüyü,təbiəti,Ölkəşünaslıq adlanan ikinci hissədə isə ayrı-ayrı ərazilər təsvir edilirdi. Uzun müddət ilk coğrafiyaçılar adlandırılan səyyah və dənizçilər gəzib dolaşdıqları yerlərin yalnız təbiətini təsvir etməklə məşğul olmuşlar.Sonralar yerdə baş verən proses və hadisələrin səbəblərini,onların inkişaf qanunauyğunluqlarını öyrənən bu elmi fiziki coğrafiya adlandırdılar.Coğrafiyanın ikinci qolu olan iqtisadi coğrafiya isə əhalini və onun təsərrüfat fəaliyyətini öyrənir. Təbiətdə baş verən hadisələr,dəyişilikl ər,insanların təbiətə təsiri müasir fiziki coğrafiyanın əsas tədqiqat obyektidir.Fiziki coğrafiyanın ən mühüm vəzifələrindən biri də coğrafi proqnozdur.Yəni təbiətin dəyişmə qanunlarını öyrənib,gələcəkdə baş verə biləcək təbii hadisələri qabaqcadan söyləməkdir. Yer haqqında ilk təsəvvürlər babillərə məxsusdur.Onların yaratdığı əfsanələrdə Dünyanın ayrı-ayrı qatlardan ibarət olduğu təsəvvür edilir.Babillərin fikrincə,onlar özləri mərkəzdə,başqaları isə göyün üst və ya Yerin alt qatlarında yaşayırlar. Dörd cəhət və hər cəhətdə bir dünyanın olduğunu ifadə ilk fikirl ər eraməzdan altı əsr əvvəl şumerlərə məxsus olmuşdur.Onların təsəvvürlərinə görə mərkəzdə Kiçik Asiya yarımadası ,onun ətrafında isə Qara dəniz,Egey dənizi və Aralıq dənizi yerləşir.Emumiyyətlə,qədim zamanların insanları Dünyanın öküz,əjdaha və başqa canlıların üstündə dayandığını güman edirdilər. Yüzillikl ər keçdikcə insanların təsəvvür dairələri genişlənirdi.Kiçiik gəmilərdə səfərə çıxan dənizçilər kənərlardakı quru əraziləri öyrənərək Dünya haqqında əvvəlki fikirl əri genişləndirməyi başladılar. Eramızdan əvvəl 3-cü əsrdə yaşamış Eratosfenin tərtib etdiyi ilk xəritədə artıq üç quru ərazi təsvir edilmişdir:Şimali Afrika(Liviya),Avropa və şərqdə skiflərin yaşadığı Asiya.O həmçinin ilk dəfə olaraq Yerin ölçülərini hesablamışdır. Bizim eranın 2-ci əsrində yaşamış Ptolomeyin xəritələrində Yer haqqında təsəvvürlər daha geniş idi.Onun xəritəsində yüzlərlə məntəqənin adı qeyd olunmaqla bərabər,ilk dəfə olaraq meridian və paralellərdən də istifadə edilmişdir.Sonrakı əsrlərdə Dünya haqqında biliklər daha sürətlə inkişaf etməyə başlamışdır.Hələ bizim eradan əvvəl 7-ci əsrdə bəzi xalqlara Yerin küürə formasında olması haqqında fikirlər məlum idi.10-11-ci əsrlərdə yaşamış görkəmli alim Əl-Biruni bu fikirlərə əsaslanaraq ilk qlobusu düzəltmişdir.

    www.behruzmelikov.com

  • 12-ci əsrdə yaşamış dahi şairimiz Nizami Gəncəvinin əsərində verilmiş Yerin əmələ gəlməsi ,onun forması ,hərəkəti və başqa xüsusiyyətlərinə aid fərziyələr o dövrdə Şərq aləmi üçün məlum təsəvvürlərin cəmi idi.Həmin dövrdə yaşamış Azərbaycan alimi Nəsirəddin Tusi müasirlərindən daha irəli gedərək ,nəinki Yerin kürə şəklində olması haqqında ,hətta onun fırlanmasına aid hesablamalar aparmışdır.Nəsirəddin Tusi o vaxt aldığı nəticələr indiki hesablamalardan az fərqlənir. 11-16-cı əsrlərdə Yer haqqında təsəvvürlər sürətlə inkişaf etməyə başladı.Belə ki,okeanlarda iri gəmilərlə səfərə çıxan səyyahlar gördükləri yeni torpaqların xəritəsini çəkir,həmin ərazilərin təbiəti haqqında yazılar dərc etdirirdilər.Belə səyyahlardan biri Azərbaycanın görkəmli coğrafiyaşünası Ə.Bakuvi Olmuşdur. dedikdə Qərb yarımkürəsində Amerika qitəsi nəzərdə tutulur.Amerika kəşf edilənə qədər da,yəni Avropada yaşayanlara Amerika qitəsi haqqında heç nə məlum deyildi.Doğrudur,Avropanın şimalında yaşayan vikinqlər 10-11-ci əsrlərdə dəniz yolu ilə Atlantik okeanını üzüb keçmiş və Amerikanın ucqar şimal-şərq sahillərində ,o cümlədən ,Qrelandiya adasında olmuşdular.Lakin sonralar bu əlaqə tamamilə kəsilmiş və unudulmuşdur.Amerikanın kəşfi Kristofor Kolumbun adı ilə bağlıdır.Kristofor Kolumb 1492-ci lildə Hindistana dəniz yolu axtarmaq məqsədilə səfərə çıxır.60 gün dənizdə üzdükdən sonra səyyahlar torpaq görürlər.Həmin torpaqları Vest (qərb mənasında)Hind adaları,yerli əhalini isə hindular adlandırırlar.K.Kolumb güman edirdi ki,onun ekspedisiyası qərb tərəfə üzməklə Hindistanın sahillərinə gəlib çıxıb.Çünki Kolumba Yerin kürə formasında olması haqda təsəvvürlər məlum idi.

    2.Coğrafi movqeyi.

    Fiziki coğrafi mövqeyi. Cənubi-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur.Bu geniç regionda Anadolu,İran yaylaları Mesopotamiya ovalığı,Ərəbistan yarımadası yerləşir.Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları,Əfqanıstan əsasən dağlıq ərazilərdir.Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir.Hinduquş dağları regionun ən hündür dağlarıdır.Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır. Ön Asiya yayalaları çox parçalanmış relyefe malikdir.Yüksək dağ silsilələri dərin çökəklikl ərdə növbələşmişdir.Ön Asiya yaylaları Kaynazoy yaşlı Alp-Himalay fəal

    www.behruzmelikov.com

  • dağlıq və seysmik qurşağının bir hissəsini təşkil edir.Bunu regionda baş verən güclü zəlzələlər sübut edir. Ərəbistan yarımadası qədim Afrika-Ərəbistan platformasına daxildir.Ərəbistan yayalasını İran yayalasından ayıran əyilmə (çökmə) sahəsində Mesopotamiya ovalığı yerləşir.Ovalıq Dəclə və Fərat çaylarının gətirdiyi allüvial çöküntülərlə örtülmüşdür. İqtisadi coğrafi mövqeyi. Cənub Qərbi Asiya qədim mədəniyyət mərkəzlərindən biridir.Dünyanın dörd ən geniş yayılmış dinlərindən üçü (yəhudi,xristian,islam dinləri) burada yaranmışdir.Onun tərkibinə daxil olan on altı ölkə dünya ərazisinin 4,7%-ni tutur.Regionun simasını ilk növbədə onun əlverişli mövqeyi və zəngin neft yataqları müəyyən edir. İqtisadi coğrafi mövqeyinin başlica əlaməti üç qitənin yolayrıcında ,mühüm hava və dəniz yollarının (Bosfor,Dardanel,Ba-ül-Məndəb boğazları ,Süveyş kanalı) kəsişdiyi terdə yerləşmişdir.Belə coğrafi mövqe Cənub-Qərbi Asiya xalqlarının siyasi və iqtisadi həyatına əsəslı təsir göstərmiş və onun tərkibində Mesopotamiya (Dəclə və Fərat çayları arasında),Levant (Aralıq dənizi sahilində) kimi tarixi vilayətlərinin yaranmasına səbəb olmuşdur.Siyasi cəhətdən Cənub-Qərbi Asiya həmişə dünyanın ən narahat regionlarından biri “barıt çəlləyi” olmuşdur.İndi də regionda siyasi veziyyət qeyri-sabitdir. Yaxın Şərq,İraq-Qərb,kürd,Kipr problemlərinin uzun müddət həll olunmaması regionda siyasi gərginlik yaradır.Cənub-Qərbi Asiya regionunu Afrikanın Şimalında yerləşən Misir və Sudanla birlikdə,Həm də Yaxın və orta Şərq adlandırırlar.OrtaŞərqə yalnız İran və Əfqanıstan aid edilir.

    Əhalinin milli t ərkibi,t əkrar artımı v ə yerləşməsi.

    Regionun əhalisinin 80%-ni türklər,ərəblər və farslar təşkil edir.Başqa xalqlar arasında kürdlər,yəhudilər,bəluçular üstünlük təşkil edir.İslam dini və əxlaqının rolu güclü olan regionda əhalinin təbii artımı yüksəkdir(hər 1000 nəfərə ildə 28-30 nəfər). İslam aləmində müqəddəs sayılan dini mərkəzlərin hamısı –Məkkə,Mədinə(Səudiyyə Ərəbistanı),Kərbəla,Nəcəf (İraq),Məşəd,Qum (İran),Məzari Şərif (Əfqanıstan),Qüds(İsrail) Cənub –Qərbi Asiyadadır. Regionda əhalinin orta sıxlığı (1kvadrat kilometrdə 37 nəfər) təxminən orta dünya göstəricisinə bərabərdir.Lakin ərazi üzrə əhali olduqca qeyri-bərabər yerləşmişdir.İran körfəzi,Qara və Aralıq dəniz sahillərində,çay vadilərində və vahələrdə əhali sıx məskunlaşmışdir.

    www.behruzmelikov.com

  • Cənub-Qərbi Asiya ölkələrində urbanizasiya səviyyəsi yüksəkdir.Əfqanıstan,Yəmən və Oman istisna olmaqla,regionun bütün ölkələrinin əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır.Ən iri şəhərləri Tehran,İstanbul,Ankara,Bağdad,İzmir,İsfahan,Dəməşq,Ər-Riyad ,Təbriz və başqalarıdır.

    3.İqlim.

    Region tropik və subtropik iqlim qurşaqlarında yerləşmişdir: Tropik iqlim- quru və qızmarlığı ilə seçilir.Tropik hava kütlələri (Th) hökmrandır.Yüksək atmosfer təzyiqinin hakim olması il boyu aydın və buludsuz hava şəraitinin yaranmasına,bu isə öz növbəsində sutka ərzində tempratur amplitudasının 40c-yə çatmasına səbəb olur.Mümkün buxarlanma kəmiyyəti 2000 mm-ə çatır.İl ərzində (hətta bir neçə ildə ) 1-2 dəfə yağan yağıntının miqdarı 50-

    www.behruzmelikov.com

  • 100 mm-ə çatır.Havanın temperaturu gündüz +42c-yə çatdığı halda gece -2c-yə çatır.Temperatur il boyu az dəyişir.Qış ayları seçilir. Tropik iqlim qurşağı bir-birindən kəskin fərqlənən iki vilayətə ayrılır. Belə ki,okean üzərində güclü buxarlanma havada rütabətin artmasına səbə olur-rütubətli tropik iqlim tipi yaranır.Quru üzərində isə səhra iqlimi hakim olur. Subtropik iqlim- Temperatur və yağintıların paylanması il boyu aydın seçilən fəsli rejimə malikdir.Yayda quru isti tropik,qışda isə mülayim rütubətli mülayim hava kütlələri hökmran olur. Okeanların təsiri burada az hiss olunur.Yalnız Aralıq dənizi sahillərində qışda Atlantik okeanının təsiri hiss olunur. Cənub-Qərbi Asiyanın ayrı-ayrı hissələrinin iqlim şəraitində fərqlər olsa da, onlar üçün ümumi cəhət quraq iqlimin olmasıdır.Regionda ilin çox hissəsində quru və isti tropik hava hakim olur.Ərəbistan yarımadası daha quraq iqlimə malikdir.Onun cənub hissəsində havanın temperaturu +45,+55c-yə qədər çatır,yağıntı isə demək olar ki,çox az düşür.Ümumiyyətlə,Cənub-Qərbi Asiya materikin ən quraq regionudur.Düzənliklərdə əsən güclü isti,quru səmum küləyi qum və toz fırtınaları yaradır.Yaylalarda isə iqlim kontinentaldır,qış davamlı və soyuq keçir. Aralıq və Qara dəniz sahillərində yağıntıların miqdarı daha çoxdur.Həmin ərazilərdə qışı mülayim və yağıntılı Aralıq dənizi iqlimi hakimdir. Regionda çay şəbəkəsi zəif inki şaf etmişdir.Ö n Asiya yaylalarının nadir çayları qısa və azsuludur.Ərəbistanyarımadasının bəzi yerlərində isə vadi adlanan quru dərələr mövcuddur.Böyük qumlu səhralarda vahələrə də rast gəlinir. Mesopotamiya ovalığında regionun ən iri çayları (Dəclə və Fərat) axır.Bu çaylar mənsəblərindən 200 km yuxarıda birləşərək,Şətt-əl-Ərəb çayını əmələ gətirir.Çayların suyundan suvarmada geniş istifadə olunur. Regionda ara-sıra kiçik axarsız duzlu göllərə təsadüf edilir.Buradakı Ölü dəniz dünayada ən duzlu göl və okean səviyyəsindən ən aşağıda (405m)yerləşən çökəklikdir.

    4.Təbii ehtiyyatları v ə sənayesi

    Sənayenin inkişafı üçün təbiət Cənub-Qərbi Asiya regionuna qiymətli sərvətlər bəxş etmişdir.Zəngin neft və təbii qaz resurslarından başqa,region ölkələri filiz,qeyri-filiz v ə qiymətli metal sərvətlərinə malikdir.Xrom (Türkiyə),xörək duzu(İordaniya),təbii kükürd və fosforit(İraq) ehtiyatı dünya əhəmiyyətlidir.İran dəmir filizi,Türkiyə mis filizi il ə zəngindir. Neft və təbii qaz emalını,həmçinin bu xammal növlərilə əlaqədar istehsal sahələrini çıxmaq şərtilə,Cənub-Qərbi Asiyanın emaledici sənayesi hələ zəif

    www.behruzmelikov.com

  • inkişaf etmişdir.Emaledici sənayenin müxtəlif sahələrinin ,o cümlədən maşınqayırmanın inkişaf sürətinə görə İsrail,Türkiyə və İran fərqlənir.Toxuculuq sənayesi xüsusuilə Türkiyə,İraq və Suriyada inkişaf etmişdir.Regionda ənənəvi kustar sənətkarlıq,xüsusuilə məhsulları bir çox ölkələrə ixrac edilən xalçaçılıq (İran,İraq,Əfqanıstan,Türkiyə və s.) fərqlənir.Emaledici sənayenin başlıca mərkəzləri İstanbul,Bağdad,İsfahan,Təl-Əviv,İzmir,Dəməşq,Ər-Riyad,Küveyt və başqa şəhərlərdir. İran.Ölkə faydalı qazıntılarla (dəmir,mis filizi və s.) zəngindir.Neft və təbii qaz ehtiyatları isə dünya əhəmiyyətinə malikdir.Sənayenin inkişafı üçün ölkədə bir sıra imkanların olmasına baxmayaraq ,onun artım sürəti sənaye məhsullarına olan tələbatı tam ödəyə bilmir.İran iqtisadiyyatının sürətli inki şafına mane olan amillərdən biri enerji istehsalının məhdudluğudur.İstehsal olunan enerjinin 2/3 hissəsi İES-in üzərinə düşür.Son illər Rusiyanın köməkliyi il ə Buşir şəhərindəki AES-in istehsal gücü artırılır. Neft-qaz sənayesi İran iqtisadiyyatının başlıca sahəsidir və dövlətin valyuta gəlirinin 90%-ni verir.Bu sahə İran Milli Neft Şirkətinə məxsusdur.Ölkənin cənubu,cənub-qərbi və şimal-qərbi neft və qazala zəngindir.Ən böyük neft emalı zavodları Abadan və Tehran sənaye rayonlarındadır. Metalurgiya yerli xammala əsaslanır.İsfahan şəhərində tam dövriyyəli qara metallurgiya müəsssisəsi fəaliyyət göstərir.Əlvan metallurgiya zavodlarında əsasən mis və alüminium istehsal edilir.Maşınqayırma sənayesinin inkişafında AFR və Böyük Britaniya məxsus şirkətlərin fəaliyyəti böyükdür. Ərəb ölkələri.Neft və təbii qaz,xurma ağaclarıCənub-Qərbi Asiyanın ərəb ölkələrinin iqtisadi rəmzidir.Dünya əhəmiyyətli neft və təbii qaz ehtiyatları Səudiyyə Ərəbistanında ,İraqda,Küveytdə ,BƏƏ-də,həm də Bəhreyndə təmərküzləşmişdir.Qatar təbii qaz ehtiyyatları ilə zəngindir(ehtiyatlarına görə Rusiya,ABŞ və İraqdan sonra dördüncü yeri tutur).Məhz bu resurslarla əlaqədar regionun bütün ölkələrində neft emalı ,neft-kimya sənayesi inkişaf etmişdir.Son ill ər,xüsusilə Qatarda təbii qazın mayeləşdirilməsi üzrə iri müəssisələr tikilmi şdir.Alüminium istehsalı regionun sənaye sahələri arasında əhəmiyyətinə görə ikinci yerdədir.Bu sahənin inkişafına əsasən təbii qazla işləyən İES-də alınan ucuz elektrik enerjisi(Şuranın üzvü olan ölkələrin əksəriyyətində adambaşına 12-15 min kwt/saat elektrik enerjisi istehsal olunur) geniş imkan açır.Alüminium istehsalının iri müəssisələri Manama,Doha,Dubay və.b.şəhərlərdir.Emaledici sənayenin digər mərkəzləri Dəməşq,Bağdad,Küveyt cə Ciddədir.

    5.Kənd təsərrüfatı.

    Regionda səhra və yarımsəhra landşaftının üstünlük təşkil etməsi suvarma əkinçiliyinin ,köçəri və yarımköçəri heyvandarlığın tarixən inkişafına səbəb

    www.behruzmelikov.com

  • olmuşdur.Yayda quru və isti xəmsin(ərəbcə “50” deməkdir) və səmum (“Odlu külək”) küləkləri təsərrüfata böyük ziyan vurur.Çayların (Fərat,Dəclə,Qızıl İrmaq,Harum,Kür,Araz və s.)və yeraltı suların suvarma üçün olduqca böyük əhəmiyyəti var. Regionun Kipr adasında,Livan,İsrail və Suriyanin Aralıq dənizi ,Türkiyənin Qara və Mərmərə dənizlərinin ,İranın Xəzər dənizi sahillərinin ensiz zolağında rütubətli subtropik iqlim hakimdir.Bu zolaqlar regionda kiçik sahələr tutsalar da,kənd təsərrüfatında mühüm rol oynayırlar. Cənub-Qərbi Asiyanın kənd təsərrüfatında əkinçilik üstünlük təşkil edir.Bu sahədə istehlak bitkilərinin yetişdirilməsi (taxıl,tərəvəz) başlıca yer tutur.Əkin sahələrinin bir hissəsi üzümlük ,meyvə bağları,pambıq plantasiyaları ,səhra və yarımsəhraların vahələrində xurma ağacları ilə tutulmuşdur.Kənd təsərrüfatı məhsullarından qiymətli qaragül dərisi (Əfqanıstan) ,xurma(İraq) ,kişmiş və fındıq (Türkiyə),sitrus bitkiləri (Livan,İsrail,Suriya,Türkiyə),badam,zəfəran,püstə (İran),pambıq(Türkiyə ixrac edilir.Ərəbistan yarımadasında yerləşən ərəb plkələrinin əksəriyyətinin aqroiqlim şəraiti kənd təsərrüfatı üçün əlverişli deyil.Yalnız Aralıq dənizi sahilində (Livan,Suriya),Ərəbistan yarımadasının cənubunda (Yəmənin cənubunda) və Mesopotamiya ovalığında müxtəlif bitkil ərin (dənli,sitrus,tərəvəz və s.) yetişdirilməsi üçün əlverişli şərait var.Səhra və yarımsəhralarda xurma ağacları geniş sahələr tutur.Son vaxtlar yeraltı sulardan istifadə etməklə səhra ölkələrində əkin sahələri genişləndirilir.Bu sahələrdə sitrus bitkiləri,tərəvəz,gül,hətta Avropa ölkələrinə ixrac edilən çiyələk də yetişdirilir.(BƏƏ-də). Taxıl təsərrüfatının inkişafında xüsusilə Səudiyyə Ərəbistanı böyük nailiyyətlər əldə etmişdir.Müasir irriqasiya sisteminin yaradılması,dünyada ən yaxşı taxıl toxumlarından,qabaqcıl aqrotexnikadan istifadə bu ölkə səhra şəraitində nəinki əhalinin taxıla olan tələbatını təmin etmiş,hətta onun ixracatçısına çevrilmişdir. Ümumiyyətlə,demək olmaz ki,Ərəbistan səhralarının təbii mənzərəsi tamamilə yekrəng və cansıxıcıdır.İndi səhralara “hücum” edilir,burada yeni-yeni sənaye müəssisələri,fermalar,yaşayış qəsəbələri salınır.Səhralarda uzanan neft buruqlarını,sənaye müəssisələrini tez-tez tünd yaşıla bürünmüş vahələr əvəz edir.Vahələr səhraya sərilmi ş yaşıl xalçaya bənzəyir və ətrafa gözəllik verir. Regionun dağlıq ərazilərində (İraqın şimalında) davar,qaramal,Mesopotamiyanın bataqlıq ərazilərində camış saxlanılır.Sahil bölgələrdə isə balıq ovlanır,mirvari çıxarılır.

    www.behruzmelikov.com

  • 6.Nəqliyyatı.

    Regionun xarici əlaqələrində dəniz nəqliyyatı əsas rol oynayır.Regionun ən iri portları İran körfəzində (Küveyt,Dubay,Əbu-Dabi),Qara dənizdə (İatanbul,İzmir,İzmit,İsgəndərun) və Aralıq dənizində (Hayfa) yerləşir.Dəmiyol nəqliyyatı zəif inki şaf etmişdir.Dəmiryol şəbəkəsi Aralıq dənizinin sahil bölgələrində,Türkiyə və İranda sıxdır.Daxili yükdaşımada avtomobil nəqliyyatı mühüm rol oynayır.Son illər neft və təbii qaz hasilatı rayonlarını dəniz portları ilə birləşdirən boru kəməri xətləri çəkilir.Hava nəqliyyatı inkişafı etdirilir. Cənub-Qərbi Asiya ölkələrinin xarici ticarəti başlıca olaraq İEÖ-ə istiqamətlənmişdir.İxracatında neft və neft məhsulları,mayeləşdirilmiş qaz,əlvan metallar,yüngül sənaye və ənənəvi kənd təsərrüfatı məhsulları ,idxalatında isə sənaye məhsulları üstünlüktəşkil edir. Hələ qədim zamanlarda mühüm ticarət yolları (Şah yolu,İpək yolu) İranın ərazisindən keçirdi.Müasir dövrdə asfalt örtüklü mühüm magistrallar fəaliyyətdədir.Yükdaşımanın 80%-i avtomobil nəqliyyatının payına düşür.Transiran dəmiryolun iqtisadi əhəmiyyəti böyükdür. İranla Azərbaycan arasında Xudafərin körpüsünün (Araz çayı üzərində) açılması hər iki istiqamətdə yük avtomobillərinin müntəzəm hərəkətinə imkan verir.Baki-Təbriz marşurutu üzrə beynəlxalq sərnişin qatarlarının işlənməsi də nəzərdə tutulmuşdur. Ölkənin xarici ticarət əlaqələrində dəniz nəqliyyatından geniş istifadə olunur.Ən mühüm portları Ənzəli,Bəndər,Xomeyni,Bəndər-Abbas,Buşehrdir.Xark və Abadan neft daşınan portlardır.Boru-kəmər nəqliyyatının inkişafı neft və qaz sənayesi ilə bağlıdır.

    7.Ekoloji problemlərin yaranması və onlarla mübarizə.

    Ekologiya-yunan sözlərindən ibarət olub,”məskən,ev,ətraf mühit və öyrənirəm” deməkdir.Elmin tarixi qədim deyil,beləki bu məvhumu 1858-ci ildə ilk dəfə Q.Toro istifadə etmiş,1866-cı ildən alman bioloqu E.Hekkel onu yeni bir elm sahəsinə qədər inkişaf etdirmişdir.Ekologiyanın baniləri bu elmi orqanizmləri öz-“evində”,y əni onu təbii sığınacaq yerində öyrənmək kimi anlatmışlar.Lakin sonralar ekologiya elmi-orqanizmlərin bir-biri ilə və onları əhatə edən mühitlə qarşılıqlı əlaqələrini öyrənən elmə çevrilmişdir. Ekologiyanın tədqiqat xarakterinə görə,mühitə görə,canlıların yaşama yerinə görə,elmlərlə əlaqəsinə və s. Görə çox sayda mövcuddur.”Yerşünaslıq” kursunda əsasən qlobal ekologiya məsələlərindən bəhs olunur.Bu sahə litosferin,atmosferin,litosferin ayrı-ayrılıqda ekologiyasını,elece de onlara təsir edən insanın yaratdığı problemləri öyrənir.İnsanın ətraf mühitə təsiri həmişə heç də

    www.behruzmelikov.com

  • indiki kimi olmamışdır.İnsan daim həyat üçün zəruri üç başlıca mənbəni-Günəş enerjisini,hava və suyu əsas hesab etmiş,onların mütənasibliyindən asılı olaraq məskunlaşmışdır.Əgər ilk insan (sürüləri) təbiətin hazır vasitələrindən istifadə edərək mənimsəmə iqtisadiyyatı ilə məşöul olurdusa ,daha sonra insanlar onlara lazım olan maddi nemətləri istehsal etməyə başladı.Odun əldə edilməsi isə qlobal əhəmiyyətkəsb etməklə yanaşı bir sıra ciddi ekoloji problemlərin meydana çıxmasına gətirib çıxardı. Cəmiyyətin təbiətə təsiri 5 mərhələdən ibarət olub,təqribən 30-40 min il əvvəldən başlanır.İnsanın təbiətə “daxil olması” və təbii prosəslərə müdaxiləsi zaman keçdikcə gücləndi. Hazırda “ultramüasir” texnologiya dövründə süni (antropogen) landşaftlar sürətlə öz ərazilərini genişləndirərək,bir vaxtlar dünya xəritələrində “ağ ləkələr” adı ilə tanınan insanın toxunmadığı ərazilərə irəlil əyir.İnsanın təbii landşaftın bir komponenti dəyişdirməsi kifayətdir ki,digər komponentlər də dəyişsin.Çünki hər hansı komponenet (torpaq,bitki,relyef və s) digər komponentlərlə sıx əlaqə kompleks halda mövcud olaraq təbiətdə bütövlük yaradır.Təbiətdəki canlıların ətraf mühitlə qarşılıqlı əlaqəsi zamanı yaranan enerji və maddələr mübadiləsi sistem ekosistem adlanır. Geniş və dar mənada başa düşülən ekosistem anlayışı (dünya və məhəl) bu və ya digər dərəcədə noosferin (düşünən insanın) təsirinə məruz qalmışdır.Doğrudan da ele maddələr yaradılır ki, onlar təbiətdə heç vaxt olmamışdır.Təbii dövrana təsir edən atmosferdə,litosferdə,hidrosferdə və eyni zamanda biosferdəki bu “əlavələr” insan beyninin məhsuludur. “İnsan-istehsal-təbiət” prinsipi ilə yaşayanlar hələ də öz planetinin xüsusiyyətlərini dərindən dərk etmirlər.Əslində insan təbiəti dəyişməklə özünün yaşayış şəraitini dəyişdirir, bu isə ekoloji problemlərə çevrilib insanın sağlamlığına qarşı yönəlir. Ümumilikdə,qlobal ekoloji problemlər planetin ayrı-ayrı təbəqəsinə,o cümlədən coğrafi təbəqəyə cəmiyyətin təzyiqi nəticəsində yaranır.XX əsrin sonlarında ekoloji gərginlik mənbələri xeyli artmış və bir sıra ölkələrdə,regionlarad insan həyatını təhlükə altına almışdır. Litosferin ekologiyası-Yerin təkindən çıxarılan faydalı qazıntılar sənayenin və kənd təsərrüfatının inkişafı ilə əlaqədardır.Sənaye istehsalının artması təbii ehtiyyatların,xüsusi ilə enerji daşıyıcılarından filiz və mineral ehtiyyatların,tikinti materiallarının daha çox çıxarılmasını,yəni hasilat sənayesinin inkişafını tələb edir.hazırda hər il 200 adda ,140 milyard tondan çox faydalı qazınti çıxarılır. Müəəyyən edilmişdir ki,yaxın gələcəkdə faydalı qazıntıların çıxarılması sürəti və miqdarı indiki kimi saxlanılarsa əksər mineral ehtiyyatlarının tükənməsi reallığa çevriləcəkdir. Xammal Neçə illik ehtiyyatı var Tükənmə ili 1.dəmir filizi 150 2150-ci

    www.behruzmelikov.com

  • 2.neft 100 2100-cü 3.kömür 600 2600-cü 4.nikel 100 2100-cü 5.Alüminium xammalı 60-70 2060-2070-ci 6.mis 60 2060-cı 7.uran 40 2040-cı İqtisadi inkişaf səviyyəsinin yüksək olduğu bəzi regionlarda uzun müddət istismarda olan mədənlər artıq əhəmiyyətini itirmi şdir.Həm də istehsal prosesində mədənlərin kənarlarına xeyli miqdarda “tullantılar” tökülür.Bu “tullantılar” ın istifadəsi iqtisadi cəhətdən səmərəli deyil,çünki süxurdakı filizin tərkibi “kasıbdır”.Sənayenin tullantılarının litosferdə toplanmasına və onu çirkləndirilməsinə ən tipik misal terrikon t əpələrdir. Terrikon təpələr özləri ekoloji gərginlik yaratmaqla yanaçı-adətən məhsuldar torpaqlardan istifadəni mümkünsüz edir. Torpaqların ekologiyası.Hesablamalar göstərir ki,hər il 6 milyard hektar torpaq sahəsi itirilir.Bunun səbəbləri müxtəlifdir:yeni yaşayış məntəqələrinin tikintisi,yolların çəkilməsi,su anbarlarının,digər qurğuların inşa edilməsi,mədənlərin istismarı və s. Lakin yaralı torpaqların ekoloji baxımdan korlanmasının əsas səbəblərindən biri kənd təsərrüfatında istifadə olunan gübrələr və zərərvericilərə qarşı istifadə olunan maddələrdir.Dünyada hər il tarlalara 40 milyon ton gübrə,4 milyon ton isə kimyəvi zəhərli maddələr verilir və bu rəqəm ildən-ilə artır.100 növdən çox pestisid və herbisidlərin torpağa əlavə edilməsi isə torpaq əmələ gəlmə prosesində mövcud olan enerji və maddələr dövranına mənfi təsir göstərir. Torpağa tullantı şəkilində atılan neft məhsulları,metallar (civə,mis və s.),radioaktiv,elementlər,məişət tullantıları onu çirkləndirir və məhsuldarlığını azaldır,torpaqda olan canlı orqanimzləri məhv edir. Torpaqların məhv edilməsi bilavasitə səhralaşma prosesinin inkişafına səbəb olur.Səhralaşma-mövcud olan səhraların ərazisinin genişlənməsi və səhraların əvvəlki arealında bu prosesin daha da güclənməsinə gətirib çıxarır.Hazırda insanların təsiri ilə mövcud səhralara 13 mln kvadrat kilometr ərazinin də əlavə olunmaq təhlükəsi vardır. Sadalanan faktlar,insanın əsas ərzaq mənbəyi olan torpağın mühavizəsinin nə qədər vacib olduğunu göstərir.Torpaqların qorunması məqsədi ilə tələb olunan tədbirlər sistemini aşağıdakı istiqamətlərdə qruplaşdırmaq olar: -torpaqları eroziyadan qorumaq; -torpaqları kimyəvi,fiziki,bioloji v ə mexaniki çirklənmədən qorumaq; -torpaqların şoranlaşma və bataqlaşmasına qarşı tədbirlər görmək; -torpaqlarda sürüşmə və sel axınlarının qarşısını almaq; -Səhralaşmaya qarşı mübarizə aparmaq-yeni meşə və kol zolaqları salmaq;

    www.behruzmelikov.com

  • -torpaqlarda düzgün melorativ işlər aparmaq; -daha kiçik ölçülü tarlalara üstünlük vermək (əkin tarlası böyüdükcə külək eroziyası geclənir). Atmosferin ekologiyası.Havanın tərkibi (78,08% azot,20,94% arqon,0,035 karbon və s. təsirsiz qazlar və su buxarı) uzun sürən təbii-tarixi prosesin nəticəsidir.Hava qatı yer planetində canlı orqanizmlər üçün əsas mühit olmaqdan başqa ,yer səthində istilik rejimini tənzimləyir,və onu günəşdən gələn məhvedici və ultrabənövşəyi şüalardan qoruyur.Atmosfer dövranı isə iqlimə təsir edir,çayların rejimini tənzimləyir ,torpaq-bitki örtüyünə göstərir,relyefəmələgəlmədə iştirak edir.Havanın tərkibindəki oksigen bütün canlılar,o cümlədən insan üçün əsas həyat mənbəyidir. Atmosferi çirkləndirməklə əslində insam bilavasitə özünü məhv edir və eyni zamanda planetin iqlimini dəyişdirir.İqlimin dəyişməsinə aid hazırda üç baxış mövcuddur. 1.Son yez il ərzində atmosferdə karbon qazının artması qlobal istiləşməyə səbə olur.Yaxın yüzillikdə iqlimin istiləşməsi fəlakətli nəticələrini göstərəcək,ilk növbədə Dünya okeanın səviyyəsi qalxacaqdır. 2.Atmosferin çirklənməsi günəş radiasiyasını azaldır,buludlarda nüvə kondensasiyasının miqdarını artırır,bu da növbəti buzlaşma mərhələsini sürətləndirəcək. 3.Bir sıra tədqiqatçılar çiklənmənin təbii yolla tənzimləndiyini,Yerin iqliminə onun heç bir təsir etmədiyini əsaslandırmağa çalışırlar. Atmosferin çirklənməsinin əsas mənbəyi yanacaq-energetika kompleksinin müəssisələri,dağ-mədən sənayesi və nəqliyyat vasitələridir. Atmosferdəki tullantıların 80%-dən çoxu karbon oksidləri,kükürd,azot,hidrogen və bərk maddələrdir ki,bütün bunlar istehsal prosesində ayrılır və xüsusilə canlı orqanizmlər üçün təhlükə yaradır.Atmosferə daxil olan tozlar-(kül,his,xüsusilə absest tozu) çox yüngül olduğundan asanlıqla canlıların tənəffüs orqanlarına keçir və həll olmayan konsragen maddələrlə birləçərək təhlükəli xəstəlikl ərin yaranmasına səbə olur.Atmosferin çirklənməsi nəticəsində ozon deşiyinin yaranması da ən mühüm qlobal problemdir. Ozon təbəqəsinin başlıca əhəmiyyəti ondan ibarətdər ki,o yer səthinə daxil olan məhvedici ultrabənövşəyi şüaları udur və həyatın mövcudluğuna şərait yaradır.Əsrlər boyu ozon qayı ilə bağlı heç bir problem qeydə alınmamışdır.Lakin 1973-ci ilin yazında Antarktida üzərində ozon təbəqəsində ozon qazının həcminin təqribən 50% azaldığı ,bunun nəticəsində isə Ozon deşiyinin əmələ gəlməsi və vaxt keçdikcə onun böyüməsi məlum oldu.Daha sonralar Şimali Amerika və Avropa üzərində də ləkələr müşahidə olundu.Alimlər belə hesab edir ki,ozon qatının “nazikləşməsi” il ə ultrabənövşəyi şüaların yer səthinə daxil olması okeanlardakı planktonların məhvindən başlayaraq,insanın immum sistemində ciddi dəyişiklər bir vaxtda baş verməsinə gətirib çıxarar.

    www.behruzmelikov.com

  • Ozon qatında deşiklərin yaranma səbəblərinə aid çoxlu fərziyyələr mövcud olsada əsas səbəbi freon qazlarının istehsalı hesab edilir.Aerozol,soyuducu kompressor,əridici maddələr istehsalında geniş istifadə olunan bu maddə-xlor ftor karbon birləşmələrinin istehsalının azaldılmasına 1987-ci ildə Monrealda keçirilən Ozon qatına aid ilk konfransda qərar qəbul edilmişdir.Ozon deşiyinin yaranmasında digər mənbələrdən:lazer vasitəsi ilə görülən işlər,avialaynerlərdən çıxan qazlar və s.-də müəyyən rol oynayır. Atmosferdə ixtixana effekti-son illər hava qatı qlobal çirklənməyə məruz qalmışdır.XIX əsrin sonunda amerikalı fizik Vud adi şüşədən hazırlanan ilk parnikin modelini yaratmış və göstərmişdir ki,istiliyin udulması və əks olunması arasındakı balansı pozmaqla əlavə istilik almaq mümkündür. Məlumdur ki,atmosfer günəşdən gələn qısadalğalı şüaları asanlıqla keçirir və şüalar yer səthi tərəfindən udulur.Udulan radiasiya hesabına Yer səthi havanı qızdıran mənbəyə çevrilir.Atmosferdəki karbon 4 oksid qazı yeri həddən artıq qızdırmağa qoymur.Son illər insanın təsərrüfat fəaliyyəti bu tarazlığı pozmuş,günəş istiliyinin udulması və əks olunması arasındakı balans itmiş və “istixana effekti” adlanan təhlükəli problem yaranmışdır.İstixana effektini yaradan başlıca səbəb havada karbon qazının (eləcə də,metanın və azot oksidlərinin) miqdarının artmasıdır.Maraqlıdır,getdikcə artan istixana effektinin hansı nəticələri ola bilər? Birincisi- havada karbon qazının artması XXI əsrin sonlarında havanın qış temperaturunun 3-5 dərəcə qızmasına səbəb ola bilər.Nəticədə şimal yarımkürəsində,xüsusilə mülayim enliklərdə yay daha isti və quru keçər. İkincisi-orta temperaturunun qalxması qütbətrafı enliklərdə buzlaqların əriməsinə və nəticədə dünya okeanının səviyyəsinin 20-65 metr qalxmasına səbəb ola bilər. Üçüncüsü-Göstərilənlərdən çox fərqli bir ehtimaldır: atmosferdəki CO2 qazının artması kənd təərrüfatında məhsuldarlığa müsbət təsir edə bilər.Belə ki,bitkilərin yarpaq sistemi,toxum və meyvələrinin ölçüsü artar,məhsul vermə müddəti azalar,məhsuldarlıq isə artar. Beşincisi-canlıların qanında oksigen mübadiləsinin pozulması,onların məhvinə səbəb olar.Beləlikl ə,istixana effekti özü ilə xeyli sayda naməlum problemlərin yaranmasına səbəb olar.Alimlərin əksəriyyəti istiləşmənin mütləq baş verəcəyinə (XX əsrdə 1C və hətta artıq birinci fazasının baş verdiyinə) inanırlar. İstixana effektinin insan fəaliyyəti il ə yaranması artıq məlumdur.Maraqlıdır,problemi yaradan qazlar atmosferə haradan daxil olur və onlardan qorunmaq olarmı?Aşağıdakılara diqqət yetirək: a)avtomobillərin daxili yanacaq mühərriklərindən ; -bunu daxili yanacaq mühərriklərini təkmilləşdirməklə azaltmaq olar. b)Zavod ,fabrik borularından və istilik enerji mərkəzlərindən; -sənaye borularına toztutucu qurğular qoymaqla onun qarşısını almaq mümkündür.

    www.behruzmelikov.com

  • c)meşələrdə baş verən geniş miqyaslı yanğınlar nəticəsində; -xüsusilə rütubətli tropik meşələrin qırılmasını qadağan etməklə gərginliyi zəifl ətmək olar. o)məişətdə istifadə olunan enerji mənbələrindən; -enerjinin istifadəsinə ciddi qənaət və enerji verən mənbələri təkmilləşdirməklə problemdən qaçmaq olar. e)beynəlxalq miqyasda aparılan nüvə sınaqları və atom elektrik stansiyalarında istifadə olunan radioaktiv maddələrlə çirklənmə; təcili olaraq nüvə silahlarının sınaqlarını dayandırmaq ,yyəni AES-lər tikməmək və köhnələrini tədricən sökmək,enerjiyə olan tələbatı daha təmiz,tükənməyən mənbələrdən (külək,günəş,yerin daxili istiliyi və s.) almaqla,problemi zəifl ətmək mümkündür. Göründüyü kimi ,istixana effektini və bununla bağlı problemləri yaradan insan özüdür.Deməli problemin həlli də insanın əlindədir. Atmosferin çirklənməsindən danışarkən “Tur şulu yağışlardan” söhbət açmamaq mümkün deyil.Təbiətdə daima kimyəvi reaksiyaların baş verməsi faktı sizin üçün yeni deyil.Antropogen təsir digər sahələrdə olduğu kimi,burada da özünü göstərir.Külli miqdarda yanacağın yandırılması nəticəsində (təyyarə,avtomobil,İES,məişət) havaya daxil olan “sulfidli və kükürdlü” qazlar havadakı rütubət ilə birləşərək zəhərli duman yaradır.İnsanlarda katlıq əlaməti əmələ gətirən belə çirklənmə demək olar ki,iri şəhərlərin hamısında mövcuddur. Havanın yüksək dərəcədə çirklənməsi özünü turşulu yağışlar yağmasında da göstərir.Zavod ,fabrik boruları və avtomobillərdən çıxan azot və kükürd havadakısu buxarı ilə ilə kimyəvi reaksiya girir və yağıntı şəklində yerə qayıdır.Atmosferin olduqca yüksək dinamikliyi turşulu yağışların yalnız bir ölkədə deyil,ətraf ölkələrdə də yaömasına səbəb olur.Turşulu yağışlardan bitkilər,heyvanlar,insanlar,su hövzələri,hətta heykəllər belə zərə çəkir.Qərbi Avropa,Şimali Amerika və başqa iri sənaye rayonlarının atmosferi çirklənmənin bu növünə daha çox məruz qalmışdır. Turşulu yağışların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir: a)nəqliyyat vasitələri,zavod,fabrik və s. borularında filtr qoymaq; b)qeyri-kimyəvi gübrələrdən istifadə etmək; c)qeyri-ənənəvi enerji mənbələrindən istifadə etmək. Son illər atmosferi çirkləndirən mənbələrə elektromaqnit dalğaları,radar siqnalları,səs və s.-də əlavə olunmuşdur.Xüsusilə iri şəhərlər üçün səciyyəvi olan belə “çirkl ənmə” mənbələri ilk növbədə insanların sağlamlığı üçün təhlükə yaradır,əsəb,xərçəng,allergiya,göz xəstəlikl ərinin artmasına səbəb olur. Hidrosferin ekologiyası. Təbiətdə suyun əhəmiyyəti ,onun bitki və canlıların həyatında rolu (bitkilərin 90%,canli və insanların 75% sudan ibarətdir) haqqında məlumatınız var.Suyun ən qədimdən məişətdə yüksək qiymətləndirilməsi hamıya aydındır.Hesablamalar göstərir ki,şəhər əhalisi hər gün 150 litr ,kənd əhalisi isə 55 litr su istifadə

    www.behruzmelikov.com

  • edir.Moskva,Sankt-Peterburq,Daşkənd,Bakı kimi iri şəhərlərdə təsərrüfatsızlıq üzündən bu rəqəm daha böyükdür.(600-700l/sutka).Sudan istifadöə etməyin ən perspektiv yolu,ondan qənaətlə istifadə etmək olsa da,hazırda suyun təkrar istehsalı texnologiyası daha sərfəli hesab edilir.Lakin bütün hallarda Hidrosferi çirklənmədən təmizləmək yox,onu qorumaq,mühafizə etmək daha məqsədəuyğundur. Buna cavab vermək üçün ilk növbədə suyu çirkləndirən aşağıdakı mənbələri və onların törətdiyi nəticələri bilmək lazımdır. a)Neft və neft məhsullarının su hövzələrindən çıxarılması və daşınması zamanı yaranan qəzalarda okeana ildə 1 mln. Tondan çox “qara qızıl” tökülür.Suyun üzərini pərdə kimi örtən neft məhsulları ilk növbədə okeanda ən qiymətli qidanın –zooplankton və fitoplanktonların məhvinə səbəb olur. Bundan əlavə neftlə çirklənmə dəniz heyvanları o cümlədən quşları üçün böyük təhlükə yaradır.Quşların lələkləri neftlə -uça bilmir,özlərini”t əmizləməyə” çalışdıqda isə mədələrinə neft daxil olduğu üçün məhv olurlar. b)Sintetik yuyucu maddələrin su hövzələrinə axıdılmasının təsiri ilə yaranan köpük qatı da canlılar üçün böyük təhlükə yaranmasında iştirak edir.İri liman sahillərində köpük qatının qalınlığı 1 m-dən çox olur. c)Əlvan metallurgiya sənayesində təhlükəli istehsal sahələrindən qurğuşun,sink,mis,xrom,qalay və s. radiokativ elementlərin tullantılarının okeana axıdılması onun canlı aləminin məhv olmasına şərait yaradır. d)Kənd təsərrüfatında istifadə olunan gübrələr bu və ya digər şəkildə su hövzələrinə axır.Azot və fosfor gübrələrinin su hövzələrinə axıdılması nəticəsində su bitkilərinin intensiv çoxalması müşahidə olunur.Zəngin bitki kütləsinin çürüməsi nəticəsində yaranan hidrogen isə biyki aləminin məhv olmasına səbə olur. e)Kənd təsərrüfatında zərəvericilərə qarşı istifadə olunan pestisidlər (xüsusilə alaq otlarına qarşı istifadə olunan herbisidlər) suyu zəhərləyir.Yüksək temperatura malik ərazilərdə zəhərli kimyəvi maddələrin təsiri daha güclüdür. k)Elektrik stansiyalarında ,metallurgiya zavodlarında istifadə olunmuş qaynar-çirkli sular-su hövzələrinə töküldükdə temperaturu +10C +30C –dək qızdıra bilər.Bu suda oksigenin miqdarını azaltmaqla,göy yosunların miqdarını artırır ki,bu da canlı aləm üçün çox təhlükəlidir. Ekoloqların hesablamalarına görə hər il göstərilən mənbələrdən Dünya okeanına 25-30 mln. Ton maye qarışır.Bunlar əsasən: -28% çaylar vasitəsilə; -17% tankerlərə neft doldurulması zamanı; -16% sahilboyunda yerləşən sənaye müəssisələrindən; -10% atmosfer yağıntılarından; -5% gəmi qəzalarından; -1% şelfdəki mədənlərdən daxil olur.

    www.behruzmelikov.com

  • Dünya okeanın qlobal miqyasda çirklənməsi haqqında həyəcanı XX əsrin 50-ci ill ərində fransız okeanoloqu Jak-iv Kusto qaldırmışdır.O bildirmişdir ki,okeanda yaranan ekoloji,iqtisadi,texniki və sosial problemlərin birgə həllində əsaslı dönüş yaranmasa insanın gələcək həyatı təhlükə qarşısında olacaqdır. Dünya okeanını və digər su hövzələrini təmizləmək üçün ilk növbədə həmin hövzələrə axıdılan sularda-mexaniki,bioloji (biokimyəvi),fiziki-kimyəvi,dezinfeksiyaedici tədbirləri həyata keçirmək tələb olunur. Biosferin ekologiyası-əslində insanın özünə olan münasibətdir:Yarandığı gündən insan ilk növbədə ətrafındakı bitki və heyvanlar aləminə-qida mənbəyi kimi yanaşmış və ondan istifadə etməyə çalışmışdır. Eyni zamanda insan özü bəzən təbiətin güclü müqavimətinə rast gəlmişdir.Uzun müddət müalicəsi mümkün olmayan epidemiyalar-vəba,taun,cüzam və s. yoluxucu xəstəlikl ər kütləvi sürətdə yayılmış on minlərlə insan ölümünə səbəb olmuşdur. Uzun dövr ərzində bitkilərin kökündən və meyvəsindən,çöl heyvanlarından istifadə edən insanlar,özləri də bilmədən onların yer kürəsində kökünün kəsilməsində yaxından iştirak etmişlər.Biologiya kursundan sizə məlumdur ki,hər hansı bir bitki təbiət üçün zərərli deyil.Lakin əkin sahələrində alaq oyunun məhv edilməsi düzgün sayılır.Hazırki dövrdə ən təhlükəli qlobal landşaft-ekoloji problem,bitkilərin o cümlədən meşələrin qırılmasıdır.Meşələri əkin tarlalarına çevirməklə - oranı bir qayda olaraq səhraya çevirən insan,eyni zamanda torpaqların (eroziya prosesi),havanın (qaz tərkibinə) və suyun (yeraltı suların səviyyəsinə) ekologiyasına mənfi təsir göstərir. Tədqiqatçılar fikrincə 200 il əvvəl qurunun 47% meşə ilə örtülü olmuşdur.XX əsrin ikinci yarısından meşənin sənaye əhəmiyyətinin artması,hər ildə 125 min kvadrat kilometr meşə sahəsinin məhv edilməsinə səbəb oldu. Bu rəqəmə başqa istiqamətdən yanaşsaq görərik ki,sutka ərzində planetimizdə 1000 00 (1 milyon) ağac kəsilir.İnkişaf etmiş ölkələrin əksəriyyətində kəsilən ağacların yerində yeniləri əkilir-meşə bərpa olunur. Oksigen fabriki adlanan tropik meşələr (xüsusulə Braziliya meşələri) daha təhlükəli vəziyyətdədir.Qırılan,yandırılan meşələrin yerində onların kökləri belə çıxarılaraq banan,yağ palması,qəhvə,heveya və s.plantasiyalarına çevrilir. Tropik meşələr bərpa olunmadığına görə,həmən regionlarda torpaqların eroziyası güclənir,səhralaşma problemləri qarşıya çıxır. Meşələrin məhv edilməsi ilk növbədə orada yaşayan quşların və digər canlıların oradan uzaqlaşmasına və yaxud kökünün kəsilməsinə səbəb olur.Əslində isə,əhalinin artması nəticəsində yaradılan yeni yaşayış məskənləri heyvanlar aləminin sayını azaltmaq üçün kifayət edərdi: məlumdur ki,canlı aləmin praktik əhəmiyyəti çox cəhətlidir,belə ki,canlılar qida mənbəyi olmaqla yanaşı,həm də təbiətdə baş verən bütün proseslərdə iştirak edirlər.Canlılar üçün yaşayış mühitinin kiçilməsi (bu azlmaqda davam edir),onların ovlanması və ya onların qida mənbələrinin məhv edilməsi,kimyəvi-zəhərli maddələrin təbii mühitə yayılması

    www.behruzmelikov.com

  • yüzlərlə heyvan növünü məhv olma təhlükəsində qoymuş və ya onlarda qeyri adi mutasiyalara,(yəni,orqanizmdə gen dəyişməsinə) səbəb olmuşdur.Canlıların bəzilərinin azalması o həddə çatmışdır ki,insanın köməyi olmadan onu bərpa etmək mümkün deyil.Bu sahədə ən uğurlu tədbir qoruq və yasaqlıqların təşkil edilməsidir. Təbiətin bütün komponentlərini eyni vaxtda məhv edə bilən ən təhlükəli çirklənmə-radioaktiv çirkl ənmədir. Sizə məlumdur ki,enerji istehsalının 3%-ni AES-lərin payına düşür.Bu stansiyalarda tükənməz enerji mənbəyinə malik olan radioaktiv elementlər-uran,plutonium,germanium və s. istifadə olunur.AES-lərdə baş verən kiçik bir qəzadan yaranan təhlükəli vəziyyət min kilometrlərlə ərazidə ciddi problemlər yaradır. Ekologiya və siyasət.Müasir dövrdə ekoloji məsələlər ölkələrarası siyasət səviyyəsinə qədər yüksəlmişdir.Ekologiya ilə məşğul olan beynəlxalq təşkilat və cərəyanların fəaliyyəti getdikcə genişlənir. Məlumdur ki,ətraf mühit çox tərəfli çirkl ənməyə məruz qalır.Belə şəraitdə hər hansı maddənin kefiyyətini qiymətləndirmək üçün biomonitorinq üsullarından istifadə olunur.Yəni ətarf mühitdə toksik (zəhərləyici) maddələrin mövcudluğu müəyyən edilir.Ekoloqlar ətraf mühitin korlanmasının əsas səbəbini istehsalın artmasından deyil,istehsal mədəniyyətindən asılı olduğunu əsaslandırırlar. İstehsal mədəniyyətinin nizamlamaq məqsədilə hazırda beynəlxalq ekoloji standartlar qəbul edilmişdir.Hər hansı ölkədə nəzərdə tutulan iqtisadi layihələrin həyata keçirilməsindən əvvəl həmin dövlət həyata keçirilməsi nəzərdə tutulan lahiyənin ətraf mühitə təsirini hərtərəfli ekspertizadan keçirməlidir. “İqtisadi layihələrin ətraf mühitə potensial təsirinə dair” sənədlər beynəlxalq hüquq normalarının tələbi olmaqla 1991-ci ildə Finlandiyada keçirilən toplantıda qəbul olunmuş konvensiya ilə tənzimlənir. Göründüyü kimi ekoloji problemlər əsasən qlobal xarakter daşıyır,onu həlli də ən azı bir neçə dövlət tərəfindən həyata keçırilməlidir.Miqyasından asılı olaraq ekoloji tədbirlər ikitərəfli saziş (iki qonşu ölkənin malik olduğu kompleks ,məsələn , Xəzəryanı ölkələrdə dənizdə balıq ovunu tənzimləyən saziş) və konvensiya (ümumi qaydaları tənzim edən saziş-daima tərkibinə daxil oan ölkələrin sayını artırır) xarakterli olur.Hazırda dünyada 60-dək müxtəlif məzmunlu ekoloji konvensiyalar qüvvədədir.Bunlardan: -ətraf mühitin ümumi məsələlərinə aid; -atmosferin müfavizəsinə aid; -təhlükəli maddələrə aid; -dənizətrafı mühitə aid; -dənizdə olan bioloji maddələrin qorunmasına aid; -nüvə təhlükəsinə aid; -sərhədyanı şirin suların qorunmasına aid və s. misal göstərmək olar.

    www.behruzmelikov.com

  • Gənc respublika olmasına baxmayaraq ölkəmiz bir sıra konvensiyalara qoşulmuşdur.(Beynəlxalq Dəniz Təşkilatı(1995),BMT-nin İqlim Dəyişməsinə Aid Konvensiya (1992),və s.). Ətraf mühitin kefiyyəti təkcə dövlətin siyasətindən asılı ola bilməz.İstehsal prosesinin aparıcıları olan iri şirkətlər bu məqsədlə özəl ekoloji siyasət həyata keçirir və onu təbliğ edir.Nəticədə ictimaiyyətin həmən şirkətin məhsullarına marağı daha da artır. 1990-cı illərdə BMT-də tükənən təbii ehtiyyatların istifadəsinə aid “gələcəksiz inkişaf” anlayışı irəli sürüldü.Bu anlayışa görə istehsal müasir sürətlə inkişaf edərsə və yaxud tükənən ühtiyyatlar indiki sürətlə istifadə olunarsa belə inkişaf,gələcəksiz inkişaf hesab edilir. Lakin nikbin iqtisadçılar iqtisadi inkişaf ,sosial inkişaf və ətraf mühitin qorunmasına əsaslanan “davamlı inkişaf” konsepsiyasını irəli sürür və onu əsalandırırlar.

    www.behruzmelikov.com