BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın...

326
1 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Bakalavr hazırlığı üçün BEYNƏLXALQ KOMMERSİYA İŞİ fənnindən DƏRSLİK Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.01.2015-ci il tarixli 127 saylı əmri ilə qrif verilmiş və ali məktəb tələbələri üçün dərslik kimi tövsiyyə edilmişdir. Bakı – 2018

Transcript of BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın...

Page 1: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

1

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ

Bakalavr hazırlığı üçün

BEYNƏLXALQ KOMMERSİYA İŞİ

fənnindən

DƏRSLİK

Azərbaycan Respublikası Təhsil

Nazirliyinin 29.01.2015-ci il

tarixli 127 saylı əmri ilə qrif

verilmiş və ali məktəb tələbələri

üçün dərslik kimi tövsiyyə

edilmişdir.

Bakı – 2018

Page 2: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

2

Elmi redaktor: i.f.d., dos. R.F.Sadıqov

Rəyçilər: i.e.d., prof. A.Ş. Şəkərəliyev

i.e.d., prof. İ.H.İbrahimov

i.e.d., prof. A.T.Əhmədov

Fərhadi P.O. “Beynəlxalq kommersiya işi” (Ali məktəblər üçün dərslik). Səh. 328.

Dərslik ali təhsil ocaqlarının dövlət təhsil standartlarında “Beynəlxalq kommersiya işi” ixtisası üzrə nəzərdə tutulmuş tə-ləblərə uyğun olaraq yazılmış və “Beynəlxalq kommersiya işi” fənninin əsas bölmələrini əhatə edir. Dərsliyin hər fəslində mövzular sistemləşdirilmiş və Azərbaycan Respublikasında “Beynəlxalq kommersiya işi”nin idarə edilməsi haqqında kom-pleks fikir formalaşdırmışdır. Dərslikdə Beynəlxalq kommersi-ya əməliyyatlarının iqtisadi mahiyyəti, ixrac-idxal əməliyyatla-rının məzmunu, növləri və həyata keçirilməsi metodları, baza-rın mahiyyəti, məzmunu və tədqiqi, idxal-ixrac əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq, beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili, dünya bazarında ticarət-vasitəçi fəaliyyəti, beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət əməliyyatlarının təşkili, Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xid-mətlər, beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenzi-ya mübadiləsinin metodoloji əsasları, beynəlxalq icarə əməliy-yatları, beynəlxalq turizm əməliyyatları və s. məsələlər nəzər-dən keçirilib.

Dərslik ümumi iqtisadiyyat üzrə təhsil alan tələbələr, ma-gistrlər, aspirantlar, müəllimlər və habelə müasir bazar iqtisa-diyyatı şəraitində “Beynəlxalq kommersiya işi” ilə maraqlanan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Page 3: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

3

GİRİŞ

Ticarət insan əməyi ilə bağlı iqtisadi fəaliyyət olub,

ən müxtəlif və çoxsahəli bir iqtisadi-sosial fəaliyyət sahəsi

kimi bütün iqtisadi məkanlarda ayrıca götürülmüş bir

məkanda (məmləkətdə) və onun daxili məhəllələrində, bu

məmləkətin xarici ölkələrlə beynəlxalq iqtisadi əlaqələrin

həyta keçirilməsi ilə təşkil olunur və idarə edilir.

Beynəlxalq kommersiya maddi dəyərlərin və xidmət-

lərin beynəlxalq məkanda mübadiləsinin çoxcəhətli iqti-

sadi–sosial və əməli məsələlərin həllini xarakterizə edir.

Bununla bağlı beynəlxalq miqyasda mübadiləni başa çat-

dırıb tamamlamaq üçün bir-biri ilə qarşılıqlı əlaqədə olan

aşağıdakı fəaliyyətləri həyata keçirir: gərəkli və faydalı

alıcı, yaxud satıcı tapmaq, onunla sövdələşib mal maddi

dəyərləri, onların miqdarı, keyfiyyəti, son qiymətlərini,

göndərilməsini, müddətini və s. göstərmək şərti ilə müqa-

vilə bağlamaq, həmin müqavilələrin qüvvədə qalan bey-

nəlxalq hüquqi qanunların tələblərinə əməl olunması şərti

ilə icrasını təmin edir.

Dünya iqtisadiyyatının inkişafının mühüm cəhətləri

beynəlxalq kommersiyanın inkişafı ilə bağlıdır. Hər cür

əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq kommer-

siya əməliyyatları, elmi-texniki biliklərin, hər cür xidmət-

lərin, beynəlxalq istehsal texniki əməkdaşlıq sazişlərinin

həyata keçirilməsi, firmaların və digər strukturların, nazir-

liklərin, idarə və təşkilatların, habelə özəl inhisar birliklə-

rin beynəlxalq kommersiya əməkdaşlığı iqtisadi inkişafın

həyata keçirilməsini təmin edir. Hazırda Respublikamız

140-dan çox dünya ölkələri ilə beynəlxalq kommersiya

münasibətləri yaratmaqla öz iqtisadiyyatını genişləndirir.

Page 4: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

4

Beynəlxalq kommersiya fəaliyyəti konkret məhsul

növlərinə istiqamətləndirilir. Bu fəaliyyət onun nə vaxt hə-

yata keçirilməsindən asılı olmayaraq, məhsulun istehsalı

başlanğıcına qədər olan andan (sifarişlər verilən vaxtdan),

yaxud da məhsulun istehsalı tamamlandıqdan sonra baş-

lana bilər.

Beynəlxalq kommersiya işi dünya bazarında mübadi-

lə əməliyyatlarının həyata keçirilməsi ilə bağlı vəzifələrin

(problemlərin) həllinin təmin edilməsi deməkdir. Bu eyni

zamanda beynəlxalq praktikada yaranmış forma və metod-

lardan istifadə etməklə müxtəlif ölkələrin kontragentləri

arasında fəaliyyətdir. Beləliklə, kommersiya işinin məz-

munu malların, xidmətlərin, elmi-texniki və istehsal əmək-

daşlığının beynəlxalq kommersiya əməliyyatları aparmaq

yolu ilə beynəlxalq mübadilənin başa çatdırılmasıdır.

Göründüyü kimi beynəlxalq kommersiya işinin pred-

meti dünya məkanında iqtisadi münasibətlərin həyata ke-

çirilməsində beynəlxalq ticarətin iqtisadi qanunauyğunluq-

larından irəli gələn nəzəri və praktiki cəhətlərin öyrənil-

məsindən ibarətdir. Bununla əlaqədar olaraq beynəlxalq

kommersiya ümumi dünya məhsullarının tədavülü sahə-

sində beynəlxalq və məmləkətlərdaxili təşkilatların, firma-

ların (müəssisələrin) praktiki həyatında ticarət fəaliyyətini

və ondan istifadə edilməsinin konkret formalarını, habelə

beynəlxalq tədavül dairəsi ilə bağlı olan və həmin dairədə

baş verən iqtisadi-sosial münasibətləri öyrənir.

Beynəlxalq kommersiya fənninin predmeti tədqiqatı-

nın öyrənilməsinin spesifik cəhətləri ilə əlaqədar olaraq,

onun mənimsənilməsinin ümumi və xüsusi metodları var-

dır. Bunun ümumi cəhəti digər elmlərdə və konkret fənlər-

də olduğu kimi, dialektik metodun müddəalarının əsas ki-

Page 5: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

5

mi götürülməsidir. Həmin metodun konkret cəhətləri isə

ticarət hadisələri və kateqoriyalarına qarşılıqlı tarixi və

məntiqi əlaqədə baxılmasından, bu sahədə baş verən kə-

miyyət və keyfiyyət dəyişikliklərinin öyrənilməsindən

ibarətdir. Beynəlxalq kommersiya işini öyrənərkən aparı-

lan sistemli təhlilin nəticələri inandırıcı surətdə göstərir

ki, ayrıca götürülmüş hər hansı bir hadisəni ictimai-iqti-

sadi hadisələrin məcmusundan kənarda nəzərdən keçir-

mək, öyrənmək çətin işdir.

Azərbaycanın müstəqillik qazanması onun həm qon-

şu ölkələrlə, həm də dünya dövlətləri ilə iqtisadi, həmçinin

xarici ticarət əlaqələrinin artmasına təkan verdi. Ən əsası

isə müstəqillikdən sonra Azərbaycan dünyada müstəqil

iqtisadi və hüquqi subyekt kimi tanınmağa başladı. Ötən

əsrin 90-cı illərinin əvvəllərində keçmişdə mövcud olmuş

bir sıra əlaqələrin itirilməsi səbəbindən iqtisadiyyatın bü-

tün sferalarında olduğu kimi, ticarət sahəsində də böhran

prosesləri nəzərə çarpmağa başladı. Planlı iqtisadiyyatdan

bazar iqtisadiyyatına keçid də ölkə iqtisadiyyatına bir sıra

çətinliklər yaratdı. Ən böyük çətinliklərdən biri isə təkcə

başqa ölkələrlə hansı məhsul və ya xidmət növünün tica-

rətini aparmaqla deyil, həm də nə istehsal etməklə bağlı

idi. Bu istiqamətdə təkcə Azərbaycan yox, bütün keçmiş

sovet ölkələri çətinliklərlə üzləşməli oldu. Çünki iqtisadiy-

yatının birdən-birə bir iqtisadi sistemdən digərinə keçməsi

heç də asan proses deyildir. Buna nail olmaq üçün iqtisa-

diyyatda bir sıra islahatlar aparılmalı və onun strukturu

müasirləşdirilməli idi.

Göründüyü kimi, belə bir şəraitdə Azərbaycan iqti-

sadiyyatının qarşısında duran əsas məsələ ilk növbədə öl-

kə iqtisadiyyatında sabitlik yaratmaqla yanaşı, həm də bir

Page 6: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

6

iqtisadi sistemdən digərinə keçidlə keçid dövründən mini-

mum itkilərlə çıxmaq idi. Bunun üçün isə ölkə iqtisadiy-

yatının beynəlxalq əmək bölgüsündə öz yerini tutması çox

vacib idi. Praktik olaraq, son illər xarici ticarət dövriyyə-

sində müşahidə edilən ciddi artımlar da məhz sözügedən

islahatların nəticəsi kimi qiymətləndirilməlidir.

Ən önəmli məqamlardan biri də məhz ölkə Prezi-

dentinin rəhbərliyi altında ölkənin ixrac potensialının artı-

rılması ilə bağlı atılan addımlardır. Belə ki, Azərbaycan

Prezidenti İlham Əliyev ölkəmizin xarici iqtisadi əlaqələ-

rinin genişləndirilməsinin əhəmiyyətini bəyan edərək bil-

dirmişdir ki, Azərbaycan tərəfindən bu gün müxtəlif ölkə-

lərdə və eləcə də Avropa İttifaqı məkanında investisiya

imkanları araşdırılır və artıq ilkin addımlar atılır. Bu, bi-

zim maliyyə resurslarımızın şaxələndirilməsi üçün əhə-

miyyətlidir.

Ölkə Prezidenti həmçinin qeyri-neft sektorunun ixrac

imkanlarının daha genişləndirilməsi üçün dövlət dəstəyi-

nin gücləndirildiyini bəyan etmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd etmişdir

ki, əvvəlki dövrlərdə biz əsas ərzaq məhsullarını idxal

edirdik, idxaldan asılı idik indi özümüz özümüzü təmin

edirik və ixrac imkanlarımız da vardır. Dövlət dəstək gös-

tərir, kreditlər ayırır, özəl qurumlar da bu dəstəkdən fayda-

lanaraq vəsait qoyurlar, həm dövlətdən alınan kreditlər və

həm də öz vəsaitləri hesabına iş yerləri açırlar. Hazırda

Almaniya, ABŞ, Yaponiya və s. kimi dünyanın bir çox in-

kişaf etmiş ölkələri də demək olar ki, bugünki iqtisadi

güclərinə ilk növbə də beynəlxalq ticarətdə və əmək böl-

güsündə hər hansı bir sahə üzrə ixtisaslaşmaqla nail olub-

lar. Bu baxımdan yanaşdıqda isə beynəlxalq ticarətin-

Page 7: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

7

bir sıra üstünlükləri önə çıxmış olur. Onun əsas üstünlük-

lərindən biri daha az xərclə daha çox qazanc əldə etmək,

ölkəyə valyuta daxil olmalarını artırmaq və rifah yarat-

maqdan əlavə, həm də dünya miqyasında sabitliyə təminat

verməsidir. Bu gün dünya iqtisadiyyatında bir-iki ölkəni

çıxmaq şərtilə qapalı iqtisadiyyata malik olan ölkələr

mövcud deyil. Digər tərəfdən, əgər hətta az sayda qapalı

sistemə malik olan ölkələr mövcud olsa da onların dünya

iqtisadiyyatındakı payı və gücləri olduqca zəifdir.

Xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı ölkələrin

milli iqtisadiyyatının beynəlxalq təsərrüfat miqyasında in-

teqrasiyasının sürətləndirilməsinin əsas şərtidir. Ölkələr

iqtisadi inteqrasiya axınlarına qoşularaq bu yolla öz isteh-

sal güclərini, istehsalın səmərəliliyini və bütün bunların

nəticəsində isə əhalinin ümumi rifah səviyyəsini artırmağa

çalışırlar. Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən

maksimum istifadə edilmədən, xarici iqtisadi əlaqələrin

bütün formaları intensiv şəkildə genişləndirilmədən, ölkə

iqtisadiyyatının inkişafında əsaslı dönüş aparmaq mümkün

deyildir. Dünya ölkələrindən heç biri öz inkişafını xarici

ölkələrdən təcrid olunmuş şəkildə təmin edə bilmədiyinə

görə öz aralarında beynəlxalq və regional səviyyədə iqti-

sadi əlaqələr yaratmağa çalışırlar.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən

sonra xarici iqtisadi siyasətini artıq özü müəyyən etməyə

başlamışdır. Ölkəmizin Asiya və Avropanın kəsişməsində

çox əlverişli coğrafi mövqedə yerləşməsi bu siyasətin

uğurla həyata keçirilməsinə müsbət təsirini göstərmişdir.

Müstəqil Azərbaycan Respublikasında müxtəlif mülkiyyət

formalarının inkişafı, iqtisadiyyatın yüksək maddi-texniki

bazaya malik olması, əmək bölgüsü və kooperasiyasının

Page 8: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

8

geniş vüsət alması və s. milli iqtisadiyyatımızın beynəl-

xalq əməkdaşlıqda mövqeyinin daha da artmasına obyek-

tiv zərurət yaradır.

Strateji valyuta ehtiyatlarının atması ilk növbədə öl-

kənin iqtisadi imici baxımından çox əhəmiyyətlidir. Bu,

həm də ölkəyə investisiya axını baxımından olduqca va-

cibdir.

Çünki investorlar həmişə sabit iqtisadiyyatlı ölkələrə

kapital qoymağa meylli olurlar. Bu baxımdan Azərbayca-

nın valyuta ehtiyatlarının artması investorlar üçün mesaj

rolunu oynayır. Yəni bu, ölkənin ödəniş qabiliyyətli və

öhdəliklərini vaxtında yerinə yetirmək qabiliyyətində ol-

duğunu göstərir. Xarici ticarət dövriyyəsinin artımı fonun-

da Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların da

həcmi artmaqda davam edir.

Page 9: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

9

FƏSİL 1. BEYNƏLXALQ KOMMERSİYA

ƏMƏLİYYATLARININ İQTİSADİ MAHİYYƏTİ

1.1. Beynəlxalq kommersiya anlayışı, məzmunu,

mahiyyəti və kommersiya sövdələşmələri.

Beynəlxalq kommersiyaya dair bir sıra mənbələrdə

bu anlayışa (latın sözü olan “kommersium”- ticarət) bey-

nəlxalq aləmdə ticarətin bir elementi kimi, ticarətdə alqı-

satqı qaydası kimi baxılır. Beynəlxalq kommersiya işi

beynəlxalq biznesin bir sahəsi olub, beynəlxalq məkanda

kommersiya fəaliyyətini, kommersiya sövdələşmələrini,

beynəlxalq alqı-satqı əlaqələrindən doğan ticarət əməliy-

yatlarını özündə əks etdirir. Məlumdur ki, biznesin

mahiyyəti təkcə “iş görmək”, fəaliyyəti təşkil etmək, gəlir

əldə etməklə əlaqədar deyil. Həqiqətən də biznes

menecment, marketinq, bazar mexanizminin böyük,

fövqəladə mürəkkəb bir sisteminin müxtəlif tərəfləridir.

Bu tərəflərdən biri kimi beynəlxalq kommersiya işi ayrı-

ayrı ölkələr arasında, xarici müəssisələr və təşkilatlar

arasında alqı-satqı münasibətlərini əks etdirməklə öz əhatə

dairəsini genişləndirir.

Beynəlxalq kommersiya işinin mahiyyəti aşağıda-

kılardan ibarətdir:

- beynəlxalq aləmdə bazar tədqiqatlarının məzmunu

və aparılması metodları;

- idxal – ixrac əməliyyatlarının tənzimlənməsi və

statistik uçotun aparılması;

- kontragentlər arasında birbaşa əlaqələr şəraitində

beynəlxalq ticarət sövdələşmələrinin (sazişlərinin) hazır-

lanması;

Page 10: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

10

- beynəlxalq alqı-satqı müqavilələrinin (kontrakt-

larının) məzmunu, növləri, icrası, beynəlxalq əməliyyatlar;

- dünya bazarında ticarət-vasitəçi həlqəsinin köməyi

ilə ticarət fəaliyyətinin həyata keçirilməsi;

- beynəlxalq mal birjalarında, hərrac və torqlarda

ticarət fəaliyyətinin təşkili, idarə edilməsi və texnikası,

reklam və sərgi işlərinin yerinə yetirilməsi;

- beynəlxalq texnologiya mübadiləsinin metodoloji

əsasları;

- beynəlxalq lisenziyalar və mühəndis-texniki xid-

mətlərin mübadiləsi;

- beynəlxalq icarə və turizm üzrə ticarət əməliy-

yatlarının aparılması;

- beynəlxalq istehsal – texniki əlaqələrin ayrı-ayrı

formalarının təşkili;

- ticarət-iqtisadi münasibətlərin inkişafında bey-

nəlxalq istehsal kooperasiyasının əhəmiyyəti və rolu;

- beynəlxalq müqavilələr və sənaye obyektlərinin ti-

kintisi üzrə firmaların birgə fəaliyyətinin təşkili kimi mə-

sələlər beynəlxalq kommersiyanın mahiyyətini təşkil edir.

Beynəlxalq kommersiya fəaliyyəti kommersiya əla-

qələrinin əsasında həyata keçirilir.

Beynəlxalq alqı-satqı münasibətləri iki irihəcmli

konvensiyanın predmeti olmaqla, onun bir sıra tərəfləri

həmin hüquqi aktlar tərəfindən tənzimlənir.

Haaqa konvensiyasının əsas müddəaları aşağıdakı-

lardır:

1. Vyana konvensiyasına uyğun gələn və cüzi dəyi-

şikliklər edilməklə malların alqı-satqı müqavilələrinin

beynəlxalq xarakterinin müəyyən edilməsi;

2. Ayrı-ayrı növ malların (şəxsi istehlak malları)

Page 11: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

11

beynəlxalq alqı-satqı sferasına tətbiq edilməsindən kənar-

laşdırılması.

3. Vyana konvensiyasından fərqli olaraq, beynəlxalq

alqı-satqı sferasına hərrac və birja mallarının, elektrik

enerjisinin və s. daxil edilməsi.

4. Müqavilənin tənzimlənməsində tətbiq edilən hü-

quq dairəsinin müəyyənləşdirilməsi.

Alqı-satqı müqaviləsindən irəli gələn hüquqi münasi-

bətlər Haaqa konvensiyasına uyğun surətdə aşağıdakıları

tənzimləyir:

- müqavilələrin şərhini;

- tərəflərin hüquq və vəzifələrini, bağlanmış müqa-

vilələrin icrasını;

- malların satışından əldə ediləcək gəlirlərin ilkin

şərtlərini;

- mallara görə alıcı riskinin ilkin şərtlərini;

- mülkiyyətçilik hüququnun saxlanılmasına dair təh-

lilin (düzəlişin) tərəflər üçün həqiqiliyi və nəticələrini;

- müqavilənin yerinə yetirilməsinin nəticəsini;

- iddia müddətini, həmçinin müqavilələrin qüvvədən

düşmə müddətini və i. a.

Beynəlxalq kommersiya sövdələşmələri dedikdə,

müxtəlif ölkələrin iki və bir neçə tərəfləri arasında kəmiy-

yəti və keyfiyyəti müəyyənləşdirilmiş mal vahidləri, ya-

xud xidmətlər üzrə müqavilələrin (sazişlərin) bağlanması

nəzərdə tutulur. Bu həmin müqavilə və sazişlərin bey-

nəlxalq subyektlərinin, yəni tərəflərin ayrı-ayrı ölkələrdə

olmasından irəli gəlir. Əgər tərəflər müxtəlif dövlətlərə

məxsus olsalar belə, onların müəssisələrinin (firmalarının)

bir dövlətin ərazisində yerləşdiyi təqdirdə də, bağlanmış

müqavilələr beynəlxalq hesab olunur. Sövdələşmələrin bu

Page 12: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

12

cür təsviri BMT-nin beynəlxalq alqı-satqı barəsindəki

konvensiyasında əks olunmuşdur. (Vyana Konvensiyası

1980-ci il). 1985-ci ildə isə, bu məsələlər yenidən Haaqa

konvensiyasında şərh edilmişdir.

Kommersiya sövdələşmələrində tərəflər sahibkar-

ların xüsusi kateqoriyalarına aid edilir və onlar kommer-

santlar, başqa sözlə desək tacirlər adlanırlar. Beynəlxalq

kommersiya fəaliyyətində sövdələşmələr tərəflər arasın-

dakı əmtəə və xidmətlərin həyata keçirilməsini özündə əks

etdirir. Beynəlxalq kommersiya fəaliyyəti təcrübəsində

mal vahidi dedikdə, həyata keçirilməsin nəzərdə tutulan

malın ayrı-ayrılıqda miqdarı (sayı) başa düşülür. Bu

zaman mal dəstləri də sövdələşmənin predmeti ola bilər.

Belə ki, mal dəsti dedikdə malgöndərəndən malalana

daşınması nəzərdə tutulan bir və ya bir neçə mal

vahidlərinin məcmusu başa düşülür.

Müasir şəraitdə beynəlxalq ticarət sövdələşmələrinin

xüsusi cəhəti ondan ibarətdir ki, bu sövdələşmələr beynəl-

xalq maddi istehsal və elmi-texniki əməkdaşlıqdan ya-

ranmış əlaqələri əks etdirir. Bu əlaqələr aşağıdakı mühüm

cəhətlərlə xarakterizə olunur:

1. Beynəlxalq mal dövriyyəsinə daxil olan məhsulla-

rın siyahısının (nomenklaturasının) əhəmiyyətli dərəcədə

genişləndirilməsi, dəyişdirilməsi və çeşidinin artırılması.

2. Sövdələşmələrin miqyasının genişləndirilməsi.

Burada söhbət iqtisadi əməkdaşlığın genişləndirilməsin-

dən gedir.

3. Müəssisənin tikinti və konstruksiya işləri ilə əlaq-

ədar bütün kompleks işlərin – layihə sənədlərinin hazırlan-

masından tutmuş, fəaliyyətin həyata keçirilməsinədək

işlərin qarşı tərəfin öz üzərinə götürməsi.

Page 13: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

13

4. Konsorsiumlar yaratmaq yolu ilə müxtəlif ölkələ-

rin şirkətləri tərəfindən birgə irimiqyaslı sazişlərin həyata

keçirilməsi. Bu halda sazişin bağlanmasında əsas tərəf

kimi aparıcı şirkətlər çıxış edir.

Beynəlxalq kommersiya sövdələşmələrinin (sazişlə-

rinin) mühüm cəhəti həm də onların məqsədyönlü olma-

sıdır. Burada məqsədyönlü fəaliyyət dedikdə tərəflərin,

onların məhsul və xidmətlərinin milli və ya xarici konkret

istehlakçılara üz tutması başa düşülür. Müəyyən bir kon-

kret istehlakçıya üztutma həmçinin, istehsalçının xammal

və material təchizatçılarının uzun müddətli əlaqədə ol-

masını da əhatə edir ki, bu da məhsul istehsalının təmin

olunması üçün olduqca əhəmiyyətlidir.

1.2.Beynəlxalq kommersiya əməliyyatlarının

növləri.

Müasir kommersantın aktual vəzifəsi sahibkarlıq fəa-

liyyətinin lazımi səviyyədə həyata keçirilməsindən ibarət-

dir. Bu da özündə müxtəlif mülkiyyət formasına və təşki-

lati hüquqi formaya malik müəssisələrinin istehsal etdiyi

məhsulların tədricən dövriyyəyə cəlb olunmasını, eyni

zamanda, istehlakçıların tələblərinin maksimal ödənilməsi

məqsədilə qəbul olunmuş sifarişlərin və müqavilələrin ye-

rinə yetirilməsini, servis xidmətləri kompleksinin geniş-

ləndirilməsini nəzərdə tutur. Beynəlxalq kommersiya əmə-

liyyatları mahiyyətinə görə 2 qrupa ayrılır:

1. Əsas əməliyyatlar.

2. Əlavə əməliyyatlar.

Əsas kommersiya əməliyyatları aşağıdakılardır:

- malların mübadiləsi (alqı-satqı) üzrə kommersiya

Page 14: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

14

əməliyyatları (idxalat və ixracat);

- patent, lisenziya və “Nou-hau” formasında elmi-

texniki biliklərin mübadiləsi;

- icarə üzrə kommersiya əməliyyatları;

- beynəlxalq informasiyalar və idarəetmənin təkmil-

ləşdirilməsi sahəsində məsləhət xidmətləri üzrə

kommersiya əməliyyatları;

- kino filmlərin, teleproqramların mübadiləsi üzrə

əməliyyatlar.

Əlavə ticarət əməliyyatları aşağıdakılardır: (Bu

əməliyyatlar beynəlxalq mal dövriyyəsini təmin edir və

“mal yeridilməsi əməliyyatları” kimi qəbul edilir.)

- beynəlxalq yüklərin daşınması əməliyyatları;

- nəqliyyat-ekspeditor əməliyyatları;

- beynəlxalq yükdaşıma prosesində malların qorun-

ması üzrə əməliyyatlar;

- yüklərin sığortası əməliyyatları;

- beynəlxalq hesablaşmaların aparılması üzrə əməliy-

yatlar.

Beynəlxalq kommersiya işinin spesifik sferası olan

istehsal və elmi-texniki əməkdaşlıq sahəsi xüsusi diqqət

kəsb edir. Çünki bu əməkdaşlıq müəyyən təşkilati-idarə-

etmə fəaliyyətinin nəticələri kimi çıxış edir. Təşkilati-

idarəetmə əməliyyatının əsas məqsədi aşağıdakı sövdələş-

mələrin (sazişlərin) bağlanması ilə nəticələnir:

a) istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşdı-

rılması barədə;

b) obyektlərin və onların istismarının birgə tikinti-

sinin təşkilinə dair;

c) mal və mal-material dəyərinin ödənilməsi şərtilə

iri sənaye obyektlərinə göndərilməsinə dair;

Page 15: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

15

d) elmi- tədqiqatlar sahəsində kooperasiya barədə və s.

Bu sövdələşmələr beynəlxalq kommersiya sazişləri

(müqavilələri) əsasında həyata keçirilir. Beləliklə, “bey-

nəlxalq kommersiya” anlayışına təkcə maddi və xidmət-

lərin dəyərləri üzrə əməliyyatlar deyil, eyni zamanda bey-

nəlxalq kommersiya yolları (üsulları) vasitəsilə həyata ke-

çirilən olunan ticarət iqtisadi fəaliyyətin digər növləri də

aid edilir.

Beynəlxalq kommersiya – iqtisadi münasibətlərin

formalaşdırılması və bu münasibətlərdən doğan əməliy-

yatların həyata keçirilməsini təmin edir. Bu fəaliyyətin

subyektləri aşağıdakı parametrləri təmin etməlidir:

- yüksək bilik səviyyəsinə malik olmalı, ölkənin el-

mi potensialından, xarici ticarət təşkilatlarından, onların

potensialından bacarıqla istifadə etməli, xarici tərəfdaş-

larla ticarət əməliyyatları sahəsində böyük səriştə və təc-

rübə olmalıdır;

- əsas və təminedici əməliyyatlara xüsusi diqqət ye-

tirilməli və bu, kommersiya işinin bütün incəlikləri ilə

əlaqələndirilməlidir;

- xarici firmalarla istehsal, ticarət-iqtisadi, elmi-tex-

niki əlaqələrin inkişafından irəli gələn başlıca üstün-

lüklərdən səmərəli istifadə olunmalı;

- müxtəlif mallar və xidmətlər üzrə beynəlxalq

kommersiya metodları və formaları hərtərəfli və bacarıqla

tətbiq edilməlidir.

Bazarda ən iri beynəlxalq firmaların idarə olunma-

sını, təşkilati strukturunu və xarakterini, onların ticarət

fəaliyyətinin aparılması praktikasını lazımınca bilmək da-

ha böyük əhəmiyyət kəsb edir. Bütün bunlar xarici firma-

larla düzgün və faydalı ticarət əməliyyatlarının aparılması-

Page 16: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

16

na hazırlıq üçün ciddi təhlil edilməsini və onları dəqiq öy-

rənməyi qarşıya qoyur. Ümumiyyətlə, beynəlxalq kom-

mersiya işini öyrənmək üçün aşağıdakı məsələlərin ardı-

cıl nəzərdən keçirilməsi zəruridir:

1. Beynəlxalq kommersiyanın yeni formaları və me-

todları;

2. Kommersiya əməliyyatlarının aparılması texnika-

sı, o cümlədən alqı-satqı müqavilələrinin bağlanmasına

hazırlıq, onların məzmunu və icra edilməsi;

3. Ticarət-vasitəçi həlqələrinin funksiyaları, dünya

bazarında kommersiya əməliyyatlarının həyata keçirilmə-

sində onun rolu, ticarət vasitəçilərilə bağlanılacaq müqavi-

lələrin məzmunu;

4. Beynəlxalq birja ticarəti, beynəlxalq hərraclar, torq-

lar, yarmarkalar və sərgilər üzrə ticarət əməliyyatlarının

təşkili və texnikası;

5. Elmi-texniki biliklər və digər xidmətlər üzrə bey-

nəlxalq ticarətin təşkili;

6. Patentlər, lisenziyalar, texniki xidmətlər (injini-

rinq tipində), beynəlxalq icarə və turizm üzrə əməliyyat-

ların aparılması texnikası;

7. Xarici firmaların beynəlxalq istehsal-texniki əla-

qələrinin təşkili;

8. Beynəlxalq istehsal kooperasiyasının və son məh-

sulun birgə istehsalının xüsusiyyətləri.

9. Dövlət-inhisarçı tənzimləmənin əsas formaları və

vasitələri, firmaların xarici iqtisadi fəaliyyətinə kömək.

10. Beynəlxalq əlaqələrin inkişafına kömək yolları

və vasitələri.

Page 17: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

17

1.2. Beynəlxalq kommersiya əməliyyatlarının

subyekti olan kontragentlərin təsnifatı.

Beynəlxalq kommersiyada kontragent dedikdə, mal-

ların alqı-satqısı və müxtəlif xidmətlər üzrə müqavilə

münasibətlərində iştirak edən tərəflər başa düşülür. Dünya

bazarında çıxış edən kontragentlərin fəaliyyətlərinin məq-

səd və xarakterindən asılı olaraq onları dörd kateqoriyaya

ayırmaq olar:

I kateqoriya – firmalar;

II kateqoriya – sahibkarlar ittifaqı;

III kateqoriya – dövlət orqanları (nazirliklər və ida-

rələr);

IV kateqoriya – BMT sisteminə daxil olan beynəl-

xalq iqtisadi təşkilatlar.

Hər bir kateqoriyaya aid kontragentlərin özünə xas

olan xarakterik cəhətləri vardır. Həmin cəhətləri firma və

müəssisələrin timsalında izah edək.

Beynəlxalq kommersiya əməliyyatlarının çox hissəsi

firmalar tərəfindən həyata keçirilir. Firma dedikdə isteh-

sal, ticarət, tikinti və s. fəaliyyət növləri ilə məşğul ol-

maqla mənfəət əldə edən müəssisələr başa düşülür. Dünya

təcrübəsində “firma” termini həmçinin, ticarət, xidmət, is-

tehsal məqsədi daşıyan kontragentlərə də şamil edilir.

Dünya bazarında çıxış edən firmalar aşağıdakı xarakterik

cəhətlərinə görə fərqləndirilir:

a) təsərrüfat fəaliyyətinə və yerinə yetirdiyi əməliy-

yatlara görə;

b) hüquqi vəziyyətinə görə;

c) mülkiyyətin xarakterinə görə;

d) kapitalın mənbəyinə görə;

Page 18: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

18

e) fəaliyyət dairəsinə görə.

Ümumiyyətlə, firmalar konkret olaraq aşağıdakı ki-

mi təsnifləşdirilir.

1. Təsərrüfat fəaliyyətinin növünə görə sənaye,

ticarət, nəqliyyat və s. firmaları.

a) Sənaye firmaları. Bu növ firmaların dövriyyə-

sinin 50 %-dən çoxu sənaye məhsulu istehsalının payına

düşməlidir. Onların nəhəng təmərküzləşməsi və beynəlmi-

ləşdirilməsi nəticəsində transmilli korporasiyalar, şirkət-

lər yaranır. Məsələn, “Koka–kola”, “Toyota”, “Mac

Donalds” və s. göstərmək olar.

b) Ticarət firmaları. Bu tip firmalar əsasən alqı-

satqı ilə məşğul olurlar. Bundan əlavə başqa xidmətlər də

onların funksiyalarına daxildir. Ticarət firması ya iri sə-

naye şirkətləri sistemini tərkibinə daxil olan struktur vahi-

di kimi, ya da müstəqil müəssisə kimi fəaliyyət göstərirlər.

Ticarət firmaları həmçinin, ticarət-vasitəçi funksiyalarını

da yerinə yetirə bilərlər.

v) Nəqliyyat firmaları. Bu firmalar beynəlxalq yük-

daşıma funksiyasını yerinə yetirirlər. Bunlar aşağıdakı-

lardan ibarətdir:

- dəniz (su nəqliyyatı). Beynəlxalq kommersiyada tə-

mərküzləşmiş formada dəniz nəqliyyatı şirkətləri möv-

cuddur. Məsələn, Yaponiyada bu cür 6 şirkət vardır. İngil-

tərədə dəniz – yük daşımasının işlərinin 80%-i bu növ gə-

miçiliyin payına düşür. Fransada 8 şirkət dəniz yükdaşı-

masının 45%-ni, Almaniyada 3 şirkət 20%-ni əhatə edir:

- Hava yükdaşımaları;

- Dəmir yolu;

- Avtonəqliyyat;

- Nəqliyyat- ekspeditor firmaları.

Page 19: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

19

Azərbaycanda Ələt qəsəbəsində Qafqazda ən böyülk

olan Logistik daşınma xidmətlərini həyata keçirən şirkət

fəaliyyət göstərir. Bu şirkət beynəlxalq standartlara uyğun

daşınma əməliyyatlarını həyata keçirir. Bundan əlavə

Aktava şəthərində Azərbaycan Aktava müştərək daşınma

əməliyyatlarını həyata keçirən logistik şirkət fəaliyyət

göstərir. Bu logistik şirkət vasitəsilə Azərbaycandan

göndərilən yüklər xarici ölkələrə Aktava şəhəri vasitəsi ilə

çıxarılır.

2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.

Firmanın hüquqi mövqeyi öz ölkəsinin ticarət və

mülki qanunları ilə müəyyən edilir. Beynəlxalq sövdə-

ləşmələrdə tərəfdaşlarla iş birliyi qurmazdan öncə onların

statusu və iqtisadi-təsərrüfatçılıq hüquqları öyrənilməlidir.

Bütün firmalar hüquqi mövqeyinə görə 2 qrupa ayrılır:

- təkbaşına idarə olunan firma (buraya bir nəfərin

mülkiyyəti əsasında yaranmış firmalar aiddir);

- sahibkarlıq birliyi firması (bu növ birliklər iki və

daha çox sahibkarın yaratdığı hüquqi şəxslər formasında

fəaliyyət göstərir. Birliyin təşkil olunmasında məqsəd sa-

hibkarların kapitalını təmərküzləşdirməkdən və onların

birgə, kollegial fəaliyyətinin təmin olunmasından ibarət-

dir.)

Sahibkarlar birliyi firmaları aşağıdakı növlərə ayrılır:

- Tam ortaqlıqlar.

- Kommandit ortaqlıqlar.

- Səhmdarlar birliyi. Bu cür birliklər səhmdar cə-

miyyətləri kimi fəaliyyət göstərirlər. Səhmdar Cəmiyyətlər

açıq və qapalı tiplərə malik olmaqla, qiymətli kağızların

dövriyyəyə buraxılması ilə özlərinin nizamnamə kapitalla-

rını artırır və ya formalaşdırırlar ki, bu da onların maliyyə-

Page 20: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

20

iqtisadi potensiallarının gücləndirilməsinə səbəb olur.

Bir sıra müəssisə və firmalar yaratdıqları ittifaqların xü-

susiyyətləri və əlamətlərinə görə bir-birindən fərqlənirlər:

a) Kartel – bir sahənin firmalarını birləşdirir. Bu za-

man firmalar birgə ticarət siyasəti aparırlar.

b) Sindikat – kartel tipli saziş formalarından biridir.

Bu tip firmalar özünün, yəni sindikatın iştirakçılarının

(firmalarının) məhsullarını vahid satış orqanı vasitəsilə

həyata keçirirlər.

c) Trest - müxtəlif sahibkarlara mənsub olan müəs-

sisələr birləşərək iri inhisar birliyi yaradırlar. İri istehsal

kompleksi təşkil etməklə trestə daxil olan müəssisələr bir-

başa əsas şirkətə tabe olurlar.

d) Konsern - müstəqil müəssisələr birliyidir. Burada

müəssisələr iştiraketmə, patent – lisenziya sazişləri, maliy-

yələşdirmə və bu kimi sıx istehsal münasibətləri ilə

fəaliyyət göstərirlər.

e) Holdinq - son vaxtlar geniş yayılmış formadır.

Holdinqlər istehsal, ticarət, maliyyə, xidmət və s. fəaliyyət

sahələri ilə məşğul olan müəssisələrin (firmaların) ittifaqı

olmaqla, onların fəaliyyətinə nəzarət edirlər.

ə) Sənaye - Maliyyə qrupu – hüquqi və təsərrüfat

müstəqilliyi olan bir neçə sahə müəssisələrini birləşdirir.

Məsələn,

-sənaye-maliyyə;

-ticarət-maliyyə;

-nəqliyyat- maliyyə.

4. Kapitalın mənbəyinə, mənsubiyyətinə görə fir-

malar.

Bunlar isə aşağıdakı kimi fərqləndirilir:

- milli müəssisələr;

Page 21: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

21

- xarici müəssisələr;

- birgə müəssisələr.

1.4. Sahibkarlıq ittifaqı və xarici bazara çıxış hüququ

olan dövlət orqanları və təşkilatları.

Bu ayrı - ayrı qrup biznesmenlərin birliyidir. Sahib-karlıq ittifaqı firmalardan onunla fərqlənir ki, onların məq-sədləri bilavasitə mənfəət götürmək deyil, hökumət orqan-larında həmin ittifaqa daxil olan iş adamı qruplarının ma-raqlarını təmsil etmək və ixracatın genişləndirilməsində xüsusi sahibkarlara yardım göstərməkdir. Bundan əlavə, ittifaqın rəsmi məqsədi müəyyən ümumsahə dairələri fəa-liyyətlərini işləyib hazırlamaq və razılaşdırmaqdır (məsə-lən, məhsulun standartlaşdırılması, məsləhət xidmətlə-rinin təşkili, kadr hazırlığı, sahəvi statistikanın aparılması və s.)

Sahibkarlar ittifaqı assosiasiyalar, federasiyalar, so-vetlər və bu kimi s. formalarda yaradılır. Formal cəhətdən bazara və qiymətlərə təsiretmə məqsədi güdmürlər. Lakin təcrübədə onlar kartel funksiyalarını yerinə yetirirlər, bəzi hallarda isə nəinki təsir sferasını diktə etməklə, yaxud bö-lüşdürməklə, hətta ittifaqın iştirakçılarına kvotalar qoy-maqla onların istehsal və ticarət məsələlərinə müdaxilə edirlər.

Sahibkarlar birliyinin çoxu beynəlxalq kommersiya əməliyyatları keçirmirlər və deməli, xarici bazarlarda tə-rəfdaşlar sifətində çıxış etmirlər, bəzi dünya regionların-dan, o cümlədən Skandinaviya ölkələrindən, Zaqafqaziya-dan və digər ölkələrdən başqa. Fəqət, bu qəbildən onlar bir neçə ölkənin sahəvi sahibkarlar ittifaqı, o cümlədən Fin-landiyanın, Fransanın, Kanadanın müvafiq ittifaqları inhi-sar vəziyyətində olduqları məhsullar üzrə geniş miqyaslı

Page 22: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

22

ixracatçı kimi tərəfdaş sifətində də fəaliyyətdə olurlar. Buraya meşə materialları ixracatçısı Finlandiyanı aid etmək olar. Bunlardan “Kağız və karton istehsal edən Finlandiya fabrikləri ittifaqı”nı, Finlandiya “Meşə taxta-şalban zavodları sahibkarlar ittifaqı”nı, “İsveçrə kağız fabrikləri birliyi”ni və s. göstərmək olar. Dövlət orqanları (nazirliklər, idarələr) və təşkilatları dünya bazarında çıxış edən tərəfdaşların üçüncü kate-qoriyasına aid edilirlər. Dövlət firmalarından fərqli olaraq, onlar bir qayda olaraq, ticarət məqsədləri güdürlər. Dünya bazarında ticarət əməliyyatlarında ancaq öz ölkəsinin razı-lığını alan dövlət orqanları və təşkilatları iştirak edə bilər-lər. Xarici bazara çıxış hüququ olan ən çox dövlət təşkilat-ları inkişaf etmiş ölkələrdədir. Məsələn, Argentinada taxıl - Taxıl Milli Komitəsi, ət- Ət üzrə Milli Komitə vasitəsilə həyata keçirilir. Həmin ölkənin sosial təminatı və ictimai səhiyyə nazirliyi tibbi dərmanların, alətlərin və avadanlığ-ın 80%-ni öz ölkəsinə idxal edir. Xarici bazarda çıxış edən dövlət orqanlarının xeyli hissəsi Misir Ərəb Respubli-kasından, Əlcazairdən, Şri-Lankadan və bu kimi s. inkişaf etmiş Şərq ölkələrindəndir.

Qeyd etmək lazımdır ki, xarici ölkələrə çıxış hüququ olan məmləkətlər elmi-texniki, icarə və bu kimi digər ticarət əməliyyatlarında iştirak edirlər. Öz fəaliyyəti döv-ründə Şura iştirakçı ölkələr üçün bir çox məsələlər üzrə təkliflər hazırlayır ki, bunların da hər biri müasir beynəl-xalq gömrük qaydalarına əməl olunmasına xidmət edir.

AATA (Avropa Azad Ticarət Assosiasiyası) – Qərbi Avropanın AİB-dən sonra ən böyük ticarət-iqtisadi qrupu-dur. O, 1960-cı ildə Stokholm konfransının işinin nəticə-sində yaranmış və aşağıdakı vəzifələri yerinə yetirir:

- təcili olaraq sənaye malları üzrə azad rəqabət zo-

Page 23: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

23

nalarının formalaşdırılması; - iqtisadi fəallığın hərtərəfli inkişafı; - təbii sərvətlərdən və resurslardan daha səmərəli is-

tifadəni; - iqtisadiyyatın bütün sahələrində əmək məhsuldar-

lığının yüksəldilməsi və s. Bu gün assosiasiyanın daimi üzvləri İslandiya, Nor-

veç və İsveçrə, eləcə də Aİ-nə daxil olan ölkələr təşkil edir. Beləliklə, assosiasiya müasir dövrdə region üzrə ti-carət-iqtisadi qrupunu yaradır.

BTP (Beynəlxalq Ticarət Palatası) – qeyri-höku-mət beynəlxalq təşkilatı olmaqla, 1919-cu ildə yaranmış və özündə 100- dən artıq ölkəni birləşdirir. BTP–nin əsas fəal iştirakçılarına milli sahibkarlıq federasiyasını, işgüzar dairələrin nümayəndələrini, kompaniya rəhbərlərini aid etmək olar. Palatanın baş gərargahı Parisdə, filialları isə Cenevrədə və Banqkokda yerləşir. Palatanın əsas orqanı Konqresdir.

NİÖT (Neft İxrac edən Ölkələr Təşkilatı) – Dövlət-lərarası iqtisadi-siyasi təşkilat olub, 1960-cı ildə Bağdad konfransında yaradılmışdır. Bu təşkilatın əsas nizamnamə-si 5 il keçdikdən sonra Karakasda qəbul edilmişdir. NİÖT aşağıdakı əsas məqsədləri həyata keçirir:

- iştirakçı dövlətlərin maraqlarını qorumaq məqsədi ilə bir qədər səmərəli şəxsi və kollektiv vəsaitlərin təyini;

- dünya neft bazarında qiymətlərin dəyişilməməzliyi-nin qorunub saxlanılması üçün yolların axtarılıb tapılması;

- neft istehsal edən ölkələrin gəlirlərinin möhkəmli-liyini təmin etmək;

- ətraf mühitin hərtərəfli qorunması üzrə tədbirlərin keçirilməsi.

Müasir dövrdə NİÖT-un tərkibinə 12 dövlət daxildir: Əlcəzair, Venesuela, Qabon, İndoneziya, İraq, İran, Qatar,

Page 24: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

24

Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı. BİA (Beynəlxalq İnkişaf Assosiasiyası) – 1960-cı il-

də xüsusi olaraq inkişaf etməkdə olan BYİB-nin üzv ölkə-lərinə güzəştli şərtlərlə kreditlər və istiqrazlar vermək məqsədilə yaradılmışdır. Assosiasiyanın 4 əsas maliyyə mənbəyi vardır:

- BYİB-nin mənfəəti; - üzv ölkələrin üzvlük haqları; - imkanlı üzv ölkələrin xüsusi üzvlük haqları; - əvvəl verilmiş kreditlərin qaytarılması. 3 ildə bir dəfə kreditor ölkələr qrupu, hansı ki, 34

ölkəni özündə birləşdirir, Assosiasiyaya əlavə vəsaitlər cəlb etmək məqsədilə özlərinin səlahiyyətli nümayəndə-lərini bir yerə yığaraq məsləhətləşmələr keçirirlər.

BAM (Beynəlxalq Arbitraj Məhkəməsi) – 1923-cü ildə Paris şəhərində təsdiq edilmişdir. Bu məhkəmənin qərarları məcburi xarakter daşımasa da, burada 1998-ci ildə beynəlxalq ticarətə aid olan 8 mindən çox işə baxıl-mışdır. BMK (Beynəlxalq Maliyyə Korporasiyası) – BMT-nin xüsusiləşdirilmiş təşkilatı olub, BYİB-nin qrup üzvü keyfiyyətində iştirak edir. Hazırda 160-dan çox dövlət bu korporasiyanın üzvüdür. 1993-cü ildən başlayaraq korpo-rasiya regional strategiyalar işləyib hazırlayır, icra işlərini təkmilləşdirir (xüsusən də, neft, qaz, kimya sənayesi və s.)

Müasir dövrdə BMK-nin kapitalı 700 mln. dollar həcmində qiymətləndirilir ki, bunun da əsasını iştirakçı öl-kələrdən üzvlük haqqı, BYİB-nin kreditləri, mənfəətdən ayırmalar və həcminin geri qaytarılan kreditlər və s. vəsaitlər təşkil edir.

GƏŞ (Gömrük Əməkdaşlıq Şurası) – daimi fəaliy-yət göstərən beynəlxalq qeyri-hökumət təşkilatı olub, Bey-nəlxalq Konvensiyaya uyğun olaraq 1950-ci ildə yaradıl-

Page 25: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

25

mışdır) faktiki olaraq 1952-ci ilin noyabr ayından fəaliy-yətə başlamışdır). Hal-hazırda 120-dən artıq dövlət bu şu-ranın üzvüdür. Şuranın əsas vəzifəsi aşağıdakılardan iba-rətdir:

- gömrük qaydalarının unifikasiyası (vahid hala salınması) və təkmilləşdirilməsi;

- gömrük əməliyyatlarının təkmilləşdirilməsi; - gömrük sahəsində qaydaların müəyyənləşdirilməsi

üzrə beynəlxalq əməkdaşlıq; - malların gömrük məqsədi ilə qiymətləndirilməsi

konvensiyası; - gömrük nomenklaturası üzrə konvensiya.

1.5. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı-satqısı üzrə kontragentlər qismində çıxış edən BMT sisteminin ixtisaslaşmış idarələri.

BMT sisteminin tərəfdaşlar sifətində çıxış edən bu idarələri dünya bazarında kifayət qədər iri alıcı sifətində çıxış etməyə başladılar. Məsələn, investisiya –obyekt-lərinin tikintisini həyata keçirən təşkilatlar sırasına PROON (İnkişaf proqramı) və YUNİDO (Sənaye inkişaf təşkilatı) kimilərini aid etmək olar. PROON 1966-cı ildən fəaliyyət göstərir. Onun çoxcə-hətli iqtisadi və texniki yardım göstərmək üzrə xüsusi əməli fəaliyyəti maliyyələşdirmək fondu vardır. Onun ma-liyyələşdirmə fondu BMT çərçivəsində texniki əməkdaşlıq sistemi iştirakçıları olan dövlətlərdən alınan könüllü üzv-lük haqqı hesabına yaradılır. PROON həmin sistem üzrə texniki yardımın həcmini və istiqamətlərini tənzimləyən əsas orqan hesab edilir. Onun pul fondu texniki yardım alan ölkələr arasında bölüşdürülür. PROON texniki yardı-mı innovasiya işlərinin aparılması ərəfəsində həyata keçir-

Page 26: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

26

ir, tikintisi isə yardım alan ölkənin hesabına ödənilir. La-kin son zamanlar PROON bir sıra inkişaf etmiş ölkələrdə iri sənaye obyektlərinin tikintisini 10 mln. dollardan artıq məbləğlə özü maliyyələşdirməyə və təşkil etməyə başla-mışdır. Çox hallarda layihələrin bilavasitə icraçısı sifətin-də BMT sisteminin digər ixtisaslaşdırılmış təşkilatları da çıxış edirlər, o cümlədən:

YUNİSEF - Uşaq fondu; PROON - İnkişaf proqramı; FAO - Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşki-

latı; YUNİDO - Sənaye inkişaf təşkilatı; YUNKTAD - ticarət və inkişaf üzrə konfrans; YUNEP - ətraf mühitin qorunması proqramı; YUNESKO - Təhsil, elm və mədəniyyət məsələləri

üzrə təşkilat; MOT - Beynəlxalq əmək təşkilatı. Dünya ölkələri üzrə xarici ticarət fəaliyyətini tənzim-

ləyən beynəlxalq təşkilatlar bir-birindən fərqlənən bir çox vacib funksiyaları yerinə yetirirlər. Bu təşkilatların struk-turunun sxemi aşağıda verilmişdir (Şəkil 1).

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) – 1947-ci ildə Cenevrədə ABŞ da daxil olmaqla 23 ölkənin iştirakı ilə QATT (General Agrecment on Tariffs and Trade) Ticarət və Tariflər haqqında Baş sazişin imzalanması ilə yara-dılmış və 1944-cü ildən bu təşkilat Ümumdünya Ticarət Təşkilatı (ÜTT) adı altında fəaliyyət göstərir.

Bu gün ÜTT-ı dünya ticarətinin 85%-ni əhatə edən 150-dən artıq ölkəni özündə birləşdirən bir təşkilat ol-muşdur. Azərbaycan Respublikası 1997-ci ildən Ümum-dünya Ticarət Təşkilatında müşahidəçi statusu ilə iştirak edir.

Page 27: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

27

ƏSAS

BEYNƏLXALQ

TƏŞKİLATLAR

ÜTT/TTBR

(VTO/QATT)

AİB

(EGS)

BVF

(MVF)

BYİB

(MBRR)

NİÖT

(OPEK)

BMT-nin

TƏK(ÖNKTAD)

İƏİT

(OGSR)

Beynəlxalq

Maliyyə

korporasiyası

Beynəlxalq

Arbitraj

Məhkəməsi

Beynəlxalq

İnkişaf

Assosiasiyası

Avropa Azad

Ticarət

Assosiasiyası

Beynəlxalq

Ticarət

Palatası

Gömrük

əməkdaşlığı

Şurası

Page 28: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

28

AİB (Avropa İqtisadi Birliyi) – 1957-ci ildə yaradıl-mışdır. Roma müqaviləsinə əsasən, bu təşkilata 6 Qərbi Avropa ölkəsi daxil edilmişdir. Sonrakı inkişaf prosesində üzv ölkələrin sayı 15-ə çatmışdır. AİB-nin fəaliyyəti nəti-cəsində artıq 60-cı illərdən bəri bu ölkələr arasında vahid gömrük ittifaqı yaradılmış, üçüncü ölkəyə münasibətdə vahid gömrük tarifi müəyyənləşdirilmiş, gömrük rüsum-ları və qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətləri ləğv edilmişdir. Bu ölkələrdə faktiki olaraq vahid maliyyə sis-temi fəaliyyət göstərir. Belə ki, AİB ölkələrində hər biri bu və ya digər ölkələrdə özlərinin kommersiya banklarının filiallarını açmaq iqtidarındadırlar. 1999-cu ilin yanvar ayının birindən bu ölkələrdə vahid valyuta “avro” tətbiq edilməyə başlamışdır.

BVF (Beynəlxalq Valyuta Fondu) – 22 iyun 1944-cü ildə Bretton-Vudsda (ABŞ-da) yaradılmış, beynəlxalq ticarətin və valyuta sahəsində əməkdaşlığın inkişafına tə-sir göstərən dövlətlərarası valyuta-kredit təşkilatı kimi fə-aliyyət göstərir. Azərbaycan 18 sentyabr 1992-ci il tarix-dən BVF-nin üzvüdür.

BYİB (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı) – 1944-cü ildə Bretton-Vuds müqaviləsi əsasında yara-dılmışdır. BYİB inkişaf etməkdə olan ölkələrdə inkişafın investisiya proqramının həyata keçirilməsi üçün köməklik etmək məqsədi ilə həmin ölkələrə vəsait təklif edir. BYİB dövlətlərarası maliyyə-kredit təşkilatı kimi aşağıdakıları həyata keçirir:

- beynəlxalq ticarətin inkişafına təsir göstərir; - ödəniş balanslarını dəstəkləyir; - ölkələrin iqtisadi inkişafını stimullaşdırır.

BYİB-nin üzvləri yalnız o dövlətlər ola bilər ki, hansı ki, onlar əvvəlcədən BVF-nin üzvü olsunlar. 1999-cu ilin məlumatına görə, BYİB-nin sıralarına 180-dən çox dövlət

Page 29: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

29

daxil olmuşdur. Azərbaycan 1992-ci ildən bu təşkilatın üz-vüdür.

İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) – 1948-ci ildə Avropada müharibə illərindən sonra “Marşall Planı” adı altında amerikanların iqtisadi və maliyyə kö-məklərindən səmərəli istifadə etmək məqsədilə yaradıl-mışdır. Faktiki olaraq İƏİT 1961-ci il müvafiq konvensi-yanın imzalanmasından sonra təşkil olunmağa başlamış-dır. İƏİT-nin əsas məqsədlərinə aşağıdakıları aid etmək olar:

- optimal iqtisadi inkişaf yollarının axtarılmasına tə-sir göstərmək;

- üzv olan ölkələrdə maliyyə möhkəmliliyini qoru-yub saxlamaqla əhalinin yaşayış səviyyəsini qaldırmaq və məşğulluğunu artırmaq;

- üzv olan ölkələrin siyasi koordinasiyası vasitəsilə İƏİT regionunda sosial və iqtisadi nailiyyətlərə nail ol-maq;

- Avropa postsosialist və inkişaf etməkdə olan ölkə-lərə İƏİT-in üzv dövlətlərinin köməklik etməyə razılıqları. Hal- hazırda 30-dan artıq dövlət İƏİT-in üzvüdür.

BMT- nin YUNKTAD (BMT- nin Ticarət və İnkişaf üzrə Konfransı) – BMT- nin Baş Assambleyasının orqanı olmaqla Beynəlxalq Ticarət Təşkilatı statusuna malik de-yildir. Bu təşkilat 1964-cü ildə yaranmış və artıq onun 170-dən çox üzv-ölkəsi vardır. Təşkilatın əsas məqsədi:

- beynəlxalq ticarətin inkişafına təsir göstərmək; - ölkələrarası bərabərhüquqlu qarşılıqlı mənafe baxı-

mından əməkdaşlığa nail olmaq; - beynəlxalq iqtisadi münasibətlərin funksiyalaşdırıl-

ması sahəsində müxtəlif təkliflər işləyib hazırlamaq. Bu təşkilatın əsas ali idarəetmə orqanı ticarət və

inkişaf üzrə şuradır ki, bunun da tərkibinə 6 komitə daxil edilir.

Page 30: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

30

FƏSİL 2. İXRAC-İDXAL ƏMƏLİYYATLARININ

MƏZMUNU, NÖVLƏRİ VƏ HƏYATA

KEÇİRİLMƏSİ METODLARI

2.1. İxrac-idxal əməliyyatlarının həyata

keçirilməsi metodları.

Beynəlxalq ticarətdə ticarət əməliyyatlarının yerinə

yetirilməsində əsas 2 metoddan istifadə edilir:

1. Bilavasitə.

2. Birbaşa (dolayı) metodlar.

Bilavasitə metod – istehsalçı (malgöndərən) ilə son

istehlakçı arasında birbaşa əlaqələri nəzərdə tutur. Bilava-

sitə metod malların ticarət-vasitəçi həlqəsi vasitəsilə alqı-

satqısı kimi başa düşülür.

Firmalar bilavasitə metoddan daha geniş istifadə edir

ki, buraya aşağıdakı ticarət əməliyyatları aid edilir:

- xarici bazarlarda uzunmüddətli müqavilələr əsasın-

da sənaye xammalının alqı-satqısı;

- iriqabaritli və bahalı avadanlığın ixracı;

- özünün pərakəndə satış şəbəkəsi olan xarici və qız

şirkətləri vasitəsilə standart çoxseriyalı avadanlığın ixracı;

- inkişafda olan ölkələrin fermer-istehsalçılarından

kənd təsərrüfatı məhsullarının satın alınması.

Bilavasitə ixracat və idxalat həm sənaye cəhətdən

inkişaf etmiş, həm də inkişafda olan dövlət müəssisə-

lərinin və idarələrin yerinə yetirdikləri ticarət əməliyyat-

larının əsas hissəsini təşkil edir. Bilavasitə əlaqələrin inki-

şafında və genişlənməsində - transmilli korporasiyaların

(TMK) özünün yaratdığı və tərəfdaşlar sifətində çıxış

edən xarici qız şirkətlərinin xüsusi rolu vardır. Bu şirkətlər

son istehlakçılarla əlaqəyə girməklə həm özünün mənsub

Page 31: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

31

olduğu ölkədə, həm də digər ölkələrdə satış və istehsalçı-

larla bilavasitə ticarət əlaqələrini genişləndirməyə səy gös-

tərirlər.

Birbaşa (dolayı) beynəlxalq kommersiya əməliy-

yatları metodu bilavasitə beynəlxalq kommersiya əla-

qələrinin güclü inkişafı ilə bağlı xeyli səngimiş (zəifləmiş-

dir). Buna baxmayaraq bilvasitə idxal-ixrac əməliyyatları

öz əhəmiyyətini tamamilə itirməmişdir. Beynəlxalq mal

dövriyyəsinə cəlb olunan malların yarıdan çoxu və az öy-

rənilmiş bazarlara istiqamətlənməsi üçün bu metoddan

istifadə edirlər. Xüsusən malların satışından sonra xüsusi

texniki xidmətlərin göstərilməsini tələb edən standart növ-

lü maşın və avadanlığın həyata keçirilməsi prosesində,

belə ki, ticarət-vasitəçi həlqə (firmalar) yerli bazarı yaxşı

bilir, daim işgüzar əlaqələri olur. Onlar satışla bağlı bütün

ticarət fəaliyyətlərini, o cümlədən, sənədlərin rəsmiyyətə

salınmasını, reklamın təşkilini, yarmarka və sərgilərdə işti-

rakçı kimi çıxış etməyi və s. əməliyyatları bacarıqla

həyata keçirirlər.

İdxalat sövdələşmələrinə hazırlaşma formaları:

Tərəfdaşlarla əlaqə yaratmaq üçün idxalatçı (alıcı)

aşağıdakı üsullardan istifadə edir:

- məlum satıcıya (ixracatçıya) sifariş vermək;

- idxalatçını maraqlandıran mallar barədə istehsal-

çıya sorğu göndərmək;

- sövdələşmək üçün bu sövdədə iştirak edənləri hə-

vəsləndirmək üçün torq (ticarət) elan etmək;

- işgüzar məktub göndərməklə öz arzu və məqsəd-

lərini bildirmək;

- ixracatçıya özünün danışıqlarda iştirak etmək niy-

yəti, arzusu barədə cavab göndərmək;

Page 32: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

32

- ixracatçının təklifinə (ofertinə) mübaliğəsiz aksept

(pul sənədinin ödənilməsinə razılıq haqqında qeyd) gön-

dərmək və aşağıdakı sənədləri çatdırmaq lazımdır:

a) sorğu-malı tam şəkildə əks etdirən sənəd;

b) niyyət və arzu haqqında məktub;

c) sifariş-alıcının öncədən malın satınalınması satı-

cıya göndərdiyi sənəd;

ç) tender sənədi.

Beynəlxalq idxal-ixrac sövdələşmələri təcrübəsi mü-

əyyən ticarət fəaliyyətinin bir sıra növlərini nəzərdə tutur

ki, bu da aşağıdakı müxtəlif mərhələlərdən və pillələrdən

ibarətdir:

alqı-satqı müqavilələrinin bağlanmasına hazırlıq;

– müqavilələrin bağlanması;

– müqavilələrin icrası.

Bu mərhələlərin hər birində konkret vəzifələr yerinə

yetirilir.

İlkin vəzifə idxalatçı və ixracatçı üçün tərəfdaş seç-

məkdir.Tərəfdaş seçmək mühüm və ən çətin məsələdir.

Əldə olunacaq nailiyyət tərəfdaşın (ölkənin) xarak-

terindən, razılaşmanın predmetindən asılıdır. Yalnız bun-

dan sonra ixracatçı və yaxud idxalatçı müqavilə bağlamaq

üçün razılaşmalara qoşulur.

2.2. İxrac-idxal əməliyyatlarında gömrük

tariflərinin tətbiqi.

Gömrük tariflərindən dünyanın bütün ölkələrində

istifadə olunur. Milli tariflərlə yanaşı, regional (məhəlli)

ticarət-iqtisadi ölkələr birliyi deyilən gömrük ittifaqları

Page 33: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

33

çərçivəsində vahid gömrük tarif sistemi vardır. Bu ittifaqın

iştirakçı dövlətləri qarşılıqlı ticarətdə öz milli gömrük ta-

rifini ləğv edib, üçüncü dövlətlə (ölkə ilə) ticarətdə ümu-

mi gömrük tarifi müəyyən edirlər. Həmin birliklərdən biri

Qərbi Avropa birliklərinin Avropa İttifaqı (Aİ) adı altında

yaratdıqları birlikdir. Həmin birlik 15 ölkəni, o cümlədən,

Almaniyanı, Fransanı, İngiltərəni, İspaniyanı, Finlandiya-

nı və s. ölkələri əhatə edir. Bu gömrük ittifaqı (Aİ) milli

gömrük qanunçuluğu əvəzinə ittifaqa daxil olan ölkələr

üçün vahid tarif normaları və qaydaları işləyib hazırlamış-

lar. İttifaqın qəbul etdiyi vahid gömrük tarifinin çox his-

səsi qeyri-ərzaq mallarına şamil edilir və gətirilən malın

dəyərinə nisbətən faizlə müəyyən olunur. Digər az hissəsi

isə malın çəkisinə, həcminə nisbətən dəyər ifadəsində mü-

əyyənləşdirilir. Avropa İttifaqı ölkələrinə gətirilən və son-

radan təkrar ixrac, yaxud həmin ölkələrin sənaye müəssi-

sələrində yenidən işlənilməsi üçün nəzərdə tutulan mallar

gömrük vergilərindən, rüsumlarından azad olurlar.

Gömrük-tarif sistemi tənziminin mühüm vasitələrin-

dən biri də antidempiq rüsumlarının tətbiqidir. Bu cür

gömrük rüsumları ixracat malları aşağı qiymətlərlə satıl-

dıqda tətbiq olunur. Avropa İttifaqı daxilində ümumiyyət-

lə dempinqə yol verilmir. Belə ki, ucuzlaşdırılmış mallar

həmin aşağı qiymətlə öz ölkəsinə qaytarılır. Aİ-nin xüsusi

komissiyası antidempinq siyasətini həyata keçirmək üçün

aşağıdakı iki cəhəti əsas tutur:

- “normal dəyər” və “mala normal qiymət” qoyul-

masını;

AİB ölkələrində analoji malın istehsalına dəyən fak-

Page 34: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

34

tiki zərərin müəyyənləşdirilməsini.

AİB-nin əsasnaməsinə uyğun olaraq antidempinqin

tətbiqi işinə baxılması, onun yoxlanması, başlandığı vaxt-

dan etibarən bir il ərzində tamamlanmalıdır. Əgər fakt

təsdiq olunarsa, məsələ aşağıdakı qaydada yoluna qoyulur:

- ya ixracatçı öhdəçilik götürəcək ki, qiymətləri

qaldırsın;

- yaxud göndərilən malın miqdarını azaltsın;

- yaxud da antidempinq vergisi rüsumu müəyyən

edilsin.

İxracat sövdələşmələrinin hazırlıq üsulları. Birbaşa

əlaqələr əsasında satıcının (ixracatçının) alıcı (idxalatçı)

ilə əlaqə yaratması üçün aşağıdakı üsullardan istifadə olu-

nur:

- bir yaxud bir neçə alıcıya təklif (ofert) göndərilir;

- alıcının sifarişi qəbul edilir və bu barədə ona razılıq

bildirilir;

- alıcının xahişinə (tələbinə) rəsmi cavab göndərilir;

- torqun təşkilatlarına tender təklif etməklə torqda

(sövdələşmədə) iştirak etmək;

- ticarət sənaye sərgilərində və yarmarkalarda iştirak

etmək;

- mümkün alıcıya (seçdiyi tərəfdaşa) konkret saziş

(kontrakt) bağlamaq üçün məktub göndərmək;

- telefon, teletayp, yaxud telefaks vasitəsilə

müqavilə şəraitinə razılığın nəticəsi kimi müqavilənin

formasını göndərmək;

- reklam elanları yerləşdirmək, alıcıya kataloqlar,

preyskurantlar, prospektlər göndərmək və idxalçının milli

Page 35: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

35

bazarında reklam kompaniyası təşkil etmək və həyata ke-

çirmək.

İdxal–ixrac əməliyyatlarında təşəbbüs ixracatçı (satı-

cı) tərəfindən olduğu halda, təklifi (oferti) birinci o gön-

dərir. Ofert – yazılı təklifdir. Bu təklifi göndərən ölkə (fir-

ma) isə bu halda “oferent” adlanır.

Beynəlxalq kommersiya təcrübəsində 2 cür ofert

fərqləndirilir: möhkəm (səbatlı) ofert oferent tərəfindən

konkret bir alıcıya müəyyən partiya (dəst) malın satışı

üçün göndərilən yazılı təklifdir. Bu halda satıcı öz təklifi

ilə bağlı olduğu üçün başqasına eyni təklifi edə bilməz.

Buna görə də yazılı təklifdə icra müddətini də göstərmək

lazımdır. Əgər kontrofert satıcıya özünün bəzi narazılıq

şərtlərini bildirirsə və satıcı onları qəbul edirsə, bu halda

o, yəni oferent yazılı formada razılığa gəlir. Əks təqdirdə

oferent ya həmin ofert üzrə öhdəçiliyindən azad olduğunu

bildirməli, yaxud da idxalçıya yeni ofert göndərməlidir.

Sərbəst ofert. Bu növ ofertlə bir qayda olaraq eyni

partiya mal bir neçə mümkün alıcıya təklif edilir, həm də

buna cavab üçün müddət qoymur. Kontrofert yazılı razılı-

ğını bildirənədək sövdələşmə bitmiş hesab olunur. Müasir

şəraitdə sərbəst ofertdən nadir hallarda istifadə edilir.

İxracat sövdələşmələrinə hazırlıq üsullarından biri də

sifariş şərtlərinin öyrənilməsidir. Bu satıcı (ixracatçı) tərə-

findən öyrənilir və 2 formadan ibarətdir:

a) “Sizin 7 saylı 70 tornaçı dəzgahı haqqında

sifarişinizi aldığımızı dəstəkləyirik. Sifariş yerinə yetiri-

ləcəkdir”;

b) “Sizin 70 dəzgah haqqında sifarişinizi qəbul etdik

Page 36: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

36

və onu icra edəcəyik”.

Beləliklə, ixracat sövdələşmələrinin hazırlanması

üçün öncədən aşağıdakı sənədlər zəruridir:

a) təklif (oferta);

b) müqavilə (alıcı və satıcı arasında razılaşmaya şa-

hidlik sənədi);

c) sifarişin təsdiq edilməsi sənədi;

ç) hesab proforma (ilkin sənəd, yəni hazırlıq üçün

lazım olan “ hesab” kimi bəyənilmiş sənəd);

d) malgöndərmə üzrə təlimat üçün sifariş sənədi və s.

2.3. Gömrük uçotunun standartlaşdırılma və

unifikasiyalaşdırması (vahid hala salınması) sahəsində

beynəlxalq sistemlər.

Beynəlxalq ticarət təcrübəsində gömrük-tarif əməliy-

yatları çoxsahəli olur. Odur ki, onun tənzimi və uçotunun

aparılmasına ticarət-tarif əməliyyatlarının unifikasiyasının

(vahid hala salınması) böyük əhəmiyyəti vardır. Bu məq-

sədlə Gömrük Əməkdaşlığı Şurası adı altında gömrük-ta-

rif praktikasını tənzimləyən əlaqələndirmə metodik mər-

kəz olan hökumətlərarası təşkilat yaradılır. Gömrük

Əməkdaşlığı Şurası fəaliyyətinin əsas istiqaməti gömrük

tarifləri sistemində malları təsnifləndirmək üçün vahiduni-

fikasiya (vahid hala salınması) olunmuş momenklatur

(siyahı) yaratmaqdan ibarətdir. 1961-ci ildə 29, 1971-ci

ildə 66, 1981-ci ildə 93, 1987-ci ildə isə 103 ölkənin

iştirakı ilə Gömrük nomenklaturası işlənib hazırlanmışdır.

İlk nomenklatura 1959-cu ildə Brüssel Gömrük

Nomenklaturu olmuşdur. Artıq 1987-ci ildə o, dünya tica-

Page 37: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

37

rətinin 8%-ni əhatə etməklə 150 ölkəni əhatə edib tətbiq

olunurdu. 1988-ci ildə Gömrük Əməkdaşlıq Şurası 1990-

cı illər üçün əsas aşağıdakı istiqamətləri əhatə edən proq-

ram qəbul etdi:

1) Gömrük Əməkdaşlığı Şurası iş vasitələri kimi,

beynəlxalq gömrük standartları işlənib hazırlanmasını və

onların eyniliklə tətbiqi təmin olunsun;

2) Unifikasiyalaşdırılmış (vahid hala salınması) və

sadələşdirilmiş idxal-ixrac üzrə gömrük qaydaları və

üsulları işlənib hazırlansın;

3) Gömrük qaydalarının hər cür pozulmasına və qa-

çaqmalçılığa qarşı nəzarət və mübarizənin təcrübi təd-

birləri işlənib hazırlansın;

4) Kadrların hazırlanmasında üzv dövlətlərinə kö-

mək göstərilsin;

5) Gömrük xidmətləri və beynəlxalq ticarətin digər

iştirakçıları arasında məlumatların elektron mübadiləsi

sistemi inkişaf etdirilsin.

İdxal-ixrac əməliyyatlarının lisenziyalaşdırılması da

milli firmaların beynəlxalq ticarət razılaşmalarının həyata

keçirilməsinə nəzarət edilməsinin və dövlət tənziminin

vasitəsidir. Məsələn, idxalın lisenziyalaşdırılmasının əsa-

sını kontingentləşdirmə təşkil edir. Yəni müəyyən dövr ər-

zində bir qayda olaraq bir ildə ölkəyə konkret malın gə-

tirilməsinə miqdar məhdudiyyətini – kontingent, yaxud

kvota müəyyən edilməsini nəzərdə tutur. Kvotadan istifa-

dəetmə üzərində nəzarət verilən idxal lisenziyaların qey-

diyyat vərəqəsi vasitəsilə həyata keçirilir.

İxracın lisenziyalaşdırılması əsasən eyni qaydada

Page 38: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

38

müəyyənləşdirilir.

Növlərinə görə lisenziyalar əsas (firmaya verilən və

müəyyən dövr ərzində daim qüvvədə qalan) və fərdi (kon-

kret beynəlxalq ticarət razılaşması üzrə birdəfəlik verilən)

lisenziyalar kimi fərqlidirlər. Lisenziyaların verilməsi

(alınması) qaydası milli qanunçuluq normaları ilə nizama

salınır. Lisenziyalaşdırma müvəqqəti tədbir kimi sayılsa

da, o xarici ticarət əməliyyatlarının beynəlxalq tənziminin

təsirli alətidir.

Dünya ticarət təcrübəsi göstərir ki, lisenziyalaşdırma

xarici valyutanın xərclənməsinə nəzarət məqsədilə istifadə

olunur, həm də daxili bazarın tələbinin ödənilməsini təmin

edən məhsulun ixracını məhdudlaşdırma məqsədini güdür,

əks təqdirdə də bazarda həmin məhsulun qiyməti qalxa

bilər.

Gömrük vergiləri və rüsumları beynəlxalq ticarət

əməliyyatlarının tənzim edilməsi üçün mühüm vasitədir.

Müasir şəraitdə onların rolu durmadan artmaqdadır. Göm-

rük vergiləri və rüsumları bir qayda olaraq sərhəd boyu

və daxili vergilərə (rüsumlara) ayrılır.

Sərhədboyu vergi və rüsumlara öz təyinatına görə

bilavasitə yerli mallardan tutulan vergilərə uyğun gələn

bərabərləşdirici vergidir. Bu vergilər idxal mallarından tu-

tulan gömrük vergiləri və bəzi rüsumlar da daxil olmaqla

qiymətdən hesablanır.

Daxili vergilərə aksiz rüsumlar, qeydiyyat üçün ver-

gilər, yol rüsumları və s. aiddir.

Gömrük rüsumları və vergilərin ödənişləri və kod-

ları aşağıdakı kimi təsnifləndirilir (Cədvəl 2).

Page 39: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

39

I. Gömrük ödənişlərinin təsnifatı. Cədvəl 2.

kodu Ödəniş növlərinin adı 10 Mallar üzrə gömrük yığımını rəsmiləşdirmək üçün milli

valyuta ilə alınan gömrük yığımları. 11 Mallar üzrə gömrük yığımını rəsmiləşdirmək üçün xarici

valyutanın məzənnəsi milli bank tərəfindən müəyyənləş-dirilməklə alınan əlavə gömrük yığımları.

12 Gömrük orqanlarının iş vaxtından əlavə və gömrüyün rəs-miləşdirilməsi yerindən kənarda malların gömrük rəsmiləş-dirilməsinə görə alınan gömrük yığımları.

13 Gömrük orqanlarının iş vaxtından əlavə vaxtda və rəs-miləşdirmə yerindən kənarda malların rəsmiləşdirilməsinə görə Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici valyuta ilə alınan gömrük yığımları.

14 Malların saxlanmasına görə gömrük yığımları.

15 Malların gömrük müşayiəti üzrə gömrük rüsumları.

II. Gömrük rüsumları. 20 Milli valyuta ilə hesablanan idxal gömrük rüsumları. 21 Milli Bankın müəyyən etdiyi məzənnəyə görə xarici valyuta

ilə hesablanan idxal gömrük rüsumları. 25 Milli valyuta ilə hesablanan ixrac rüsumları.

26 Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici val-yuta ilə hesablanan ixrac gömrük rüsumları.

III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər.

30 Milli valyuta ilə hesablanan aksizlər. 31 Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici val-

yuta üzrə hesablanan aksizlər.

32 Milli valyuta ilə hesablanan əlavə dəyər vergisi. 33 Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici val-

yuta ilə hesablanan əlavə dəyər vergisi. 35 Milli valyuta ilə hesablanan xüsusi vergi.

36 Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici valyuta ilə hesablanan xüsusi vergi.

Page 40: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

40

IV. Müsadirə olunmuş malların satışından alınan vəsait

60 Müsadirə olunmuş malların reallaşmasından (satışından alı-nan vəsait).

V. Digər vergilər.

70 Lisenziyanın verilməsi üzrə yığımlar. 71 Lisenziya müddətinin bərpası üzrə yığımlar. 72 Gömrüyün rəsmiləşdirilməsi məqsədilə mütəxəssislərə veri-

lən peşə attestatının hazırlanmasına görə yığımlar.

73 Gömrüyün rəsmiləşdirilməsinin aparılması məqsədilə mütə-xəssisə verilən peşə attestatı müddətinin artırılması üçün alınan yığımlar.

74 Məlumat və məsləhətlərə görə ödənişlər. Ilkin qərarın qəbu-lu üçün ödəniş. Gömrük hərraclarında iştiraka görə ödəniş. Bank və ya digər kredit müəssisənin bank reyestrinə daxil olunmasına alınan yığımlar.

VI. Gömrük ödənişlərinin vahid dərəcəsi.

80 Gömrük ödənişlərinin vahid dərəcəsi.

VII. Digər gömrük ödənişləri

91 Gömrük ödənişlərinə möhlətin uzadılması üzrə milli valyuta ilə hesablanan faizlər.

92 Gömrük ödənişlərinə möhlətin uzadılması üzrə Milli Bank tərəfindən müəyyənləşdirilən məzənnəyə uyğun hesablanmış xarici valyuta ilə alınan ödənişlər.

93 Gömrük ödənişləri vaxtının uzadılması üçün milli valyuta ilə hesablanan faizlər.

94 Gömrük ödənişləri vaxtının uzadılması üzrə məzənnənin Milli Bank tərəfindən müəyyənləşdirilmiş xarici valyuta ilə hesablanan faizlər.

95 Milli valyuta ilə müddətin uzadılması üçün dəbbələmə haq-qının hesablanması.

96 Xarici valyuta ilə dəbbələmə haqqının hesablanması.

Page 41: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

41

2.4.İdxal-ixrac əməliyyatlarında bazarın

nəqletmə, hüquqi və ticarət – siyasi şəraitinin

öyrənilməsi.

İxracın Təşviqi Departamentinin əsas məqsədi Azər-

baycanın mövcud və potensial ixracatçılarına yardım

göstərmək, onların mallarının xarici bazarlara nəql edil-

məsinə, ümumilikdə Azərbaycanın qeyri-neft məhsulları-

nın ixracını təşviq etməkdən ibarətdir. Azərbaycan şirkət-

lərinə göstərilən xidmətlərə aşağıdakıları aid etmək olar:

- Ticarət haqqında məlumat;

- Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federasi-

yası, Körfəz dövlətləri, Orta Şərq və MDB ölkələrində id-

xal proseduraları və tələbləri;

- Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federasi-

yası, Körfəz dövlətləri, Orta Şərq və MDB ölkələrində

olan gömrük tarifləri və gömrük tənzimlənməsi;

- Qablaşdırma və etiketləșdirmə tələbləri;

- Beynəlxalq sərgilər və tədbirlər haqqında məlumat-

lar.

- Sertifikatlaşdırma və standartlar haqqında məlumat,

Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federasiyası,

Körfəz dövlətləri, Orta Şərq və MDB ölkələrində sertifi-

katlaşdırma tələbləri;

- İxrac əməliyyatlarında tələb olunan sertifikatlar;

- Müxtəlif bazarlara ixrac imkanları;

- Xarici şirkətlər tərəfindən daxil olan idxal (alış)

imkanları barədə məlumat;

- İxracatçının məhsuluna uyğun olaraq xarici bazar

seçilməsi;

- Hüquqi məsləhətlər;

- İxrac üzrə müqavilə nümunələri (eksklüziv diller

Page 42: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

42

müqavilələri, agentlik razılaşmaları, qaydaları və şərtləri);

- Xaricdə Azərbaycan şirkətlərinin nümayəndəlik-

lərinin və bölmələrinin açılmasına köməklik;

- İdarəetmədə dəstək;

- Xarici potensial müştəri və tərəfdaşlarla danışıqla-

rın aparılmasında köməklik;

- Şirkətdaxili ixrac şöbələrinin təsis edilməsinə dəs-

tək;

- Logistika və daşınma üzrə çözümlərin istiqamət-

ləndirilməsi. Marketinq dəstəyi;

- Mövcud marketinq araşdırmalarının və ixrac stra-

tegiyasının qiymətləndirilməsi;

- Bazar araşdırmaları;

- İxrac məlumat bazası;

- İxrac məlumat bazasının yaradılması və idarə edil-

məsi;

- Şirkətlərin birbaşa təqdimatı;

- Biznes imkanlarının və əlaqələrinin yaradılması.

Azərbaycan Respublikasının prezidenti cənab İl-

ham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Göm-

rük Məcəlləsinin təsdiq edilməsi haqqında” QANUN

2012-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Sual oluna

bilər, yeni qəbul olunmuş Gömrük Məcəlləsi malların id-

xalı və ixracı sahəsində nə kimi dəyişikliklər və yeniliklər

vəd edir? Yeni Gömrük Məcəlləsi Ümumdünya Ticarət

Təşkilatı və Avropa İttifaqının standartları və praktikası

əsasında hazırlanıb. Belə ki, Avropa Birliyinin Gömrük

Qanundakı bəzi anlayışlar, praktikalar, metodologiyalar

yeni Gömrük Məcəlləsində öz əksini tapmışdır. 334 mad-

dədən ibarət yeni gömrük məcəlləsindəki dəyişikliklərin,

habelə yeniliklərin ümumi mənzərəsini aşağıdakı kimi xa-

Page 43: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

43

rakterizə etmək mümkündür: İqtisadi Operatorlar (İO)

Gömrük Məcəlləsinin gətirəcəyi əsas yeniliklərdən biri iq-

tisadi operatorların yaradılması və fəaliyyəti ilə bağlıdır.

Beynəlxalq təcrübədə İO-lar istehsalçılar, idxalatçılar, ix-

racatçılar, brokerlər, yük daşıyıcıları, konsalidatorlar, va-

sitəçilər, hava və dəniz limanları, terminallardakı operator-

lar və distribüterlərdən ibarətdir. Yeni Gömrük Məcəlləsi-

nin qəbulu ilə Azərbaycanda da gələn ilin yanvar ayından

etibarən İO xidmətlərindən geniş şəkildə istifadə oluna-

caq. İqtisadi operatorlar lisenziya əsasında gömrük rəsmi-

ləşdirilməsini həyata keçirən özəl təşkilat kimi fəaliyyət

göstərəcək və həmin lisenziya yeni məcəlləyə uyğun ola-

raq Dövlət Gömrük Komitəsi tərəfindən veriləcək. İndiyə-

dək gömrük rəsmiləşdirilməsi prosesi ilə gömrük broker-

ləri də məşğul olurdu. İqtisadi operatorlar isə onların daha

müasir forması olacaq. Bununla belə, İO-lar brokerlərin

fəaliyyətini məhdudlaşdırmayacaq. Çünki, yeni məcəllədə

broker xidmətlərinin tənzimləməsi haqqında bir sıra mad-

dələr mövcuddur. İqtisadi operatorların əməkdaşları xüsu-

si təlim keçməli və tələb olunan meyarlara cavab verməli-

dir. Belə ki, şirkətlərə lisenziya veriləndə onların kadr ha-

zırlığının olması əsas rol oynayacaq. Elektron Gömrük

Sistemi Yeni Məcəllənin yeniliklərdən biri də “Elektron

gömrük xidmətləri”nin tətbiqi ilə bağlıdır. Bu sistem tətbi-

qi ilə ölkəmizin Avropa Birliyinə inteqrasiya prosesi xeyli

sürətlənəcək. Ümumilikdə, “Elektron gömrük” “Elektron

Azərbaycan” proqramının tərkib hissəsidir. Bu yeni mexa-

nizm ticarətə yardım və təhlükəsizliyin təmin olunması

prinsiplərini həyata keçirməklə əvvəlcədən məlumatlan-

dırmaya və elektron bəyannamələşdirməyə (bəyan etmə-

yə) əsaslanır. "Elektron gömrük" imkan verəcək ki, xarici

Page 44: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

44

əlaqə iştirakçısı əlavə vaxt sərf etmədən malları istənilən

yerdən (öz ofisindən, evindən və ya istənilən digər yerdən)

elektron şəkildə bəyan edə bilsin. Yekun gömrük məcəllə-

sinə edilən dəyişikliklər çərçivəsində gömrük orqanlarının

vəzifəli şəxslərinin hərəkətləri və hərəkətsizliyinə görə şi-

kayətlərə baxılma müddəti 25 gündən 15 günədək azaldı-

lıb, lakin bu müddət şikayətə baxan gömrük orqanının rəh-

bəri tərəfindən əlavə sənəd və materiallar tələb olunsa, da-

ha 15 gün uzadıla bilər. Məcəllənin yeni redaksiyasına

əsasən, gömrük qanunvericiliyinin tələblərini pozan şəxs-

lər gömrük orqanlarının məlumatlandırılmasına qədər 3 il-

lik müddəti əhatə edən aşkarlanmış pozuntuların əməliy-

yatları üzrə mühasibat sənədlərini təqdim etməlidirlər.

Əvvəllər isə sənədlər 5 illik müddəti əhatə edirdi. Bundan

əlavə icbari gömrük rüsumlarının tutulması müddəti 5

ildən 3 ilədək azaldılıb. Ekspertlərin təklifləri və dünya

təcrübəsi nəzərə alınmaqla, məcəlləyə yeni 325-ci maddə

daxil edilib.

Yeni maddə bəyannamə təqdim edən şəxsin və mala,

nəqliyyat vasitələrinə görə məsul olan digər şəxslərin, elə-

cə də onların nümayəndələrinin gömrük ekspertizası za-

manı hüququnu göstərir, 2011-ci il 1 yanvar tarixindən

qüvvəyə minən yeni İNCOTERMS qaydaları Beynəlxalq

Ticarət Palatası İNCOTERMS kommersiya şərtlərinə

2011-ci il 1 yanvar tarixindən etibarən tətbiq olunan bəzi

dəyişikliklər etmişdir. İNCOTERMS 2010-də nəzərə çar-

pan dəyişiklik yüklərin çatdırılma şərtlərinin sayının 13-

dən 11-qədər azaldılması ilə bağlıdır. Yeni qaydalar, hal-

hazırda beynəlxalq ticarətdə mühüm rol oynayan yüklərin

təhlükəsizliyi və məlumatlarının kompüter vasitəsilə

Page 45: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

45

mübadiləsinin əhəmiyyətini ön plana çəkir. İNCOTERMS

NƏDİR? Tarixi: INCOTERMS (international commercial

terms-beynəlxalq ticarət sövdələşməsi) ideyası ilk dəfə

1921-ci ildə Beynəlxalq Ticarət Palatası (BTP) tərəfindən

irəli sürülmüşdür. BTP-nin mütəxəssisləri tərəfindən

hazırlanan İNCOTERMS-in ilk versiyası 1936-ci ildə

dərc olunmuş və təxminən 20 il qüvvədə qalmışdır.

1967,1976,1980, 1990, 2000 illərdə sənədə bəzi əlavə və

dəyişikliklər edilmişdir. Sənədin ən son versiyası olan

“İNCOTERM 2010” 1 yanvar 2011-ci il tarixindən

etibarən qüvvəyə minmişdir. Tərifi: Məhsulların satışı və

çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr

çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən

xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul

olunmuş beynəlxalq standartlardan ibarətdir. Bu qaydalar

məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd

olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri

tənzimləyir. İxracatçılarımız www.exporthelp. europa.eu

internet səhifəsinə daxil olaraq ixrac etmək istədikləri

məhsullar haqqında qaydalar ilə tanış ola bilər.

Beləliklə, əgər siz AB-nə meyvə şirələri ixrac etmək

istəyirsinizsə, ilk olaraq hansı addımı atmalısınız? Meyvə

şirələrini AB-nə ixrac edərkən hansı tələblərə cavab

verməlisiniz? Spirtsiz içki məhsulları üçün sağlamlıq üzrə

tələblər AB-nə ixrac olunan spirtsiz içkilər Birliyin

sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verməlidir.

Bundan əlavə, meyvə şirələri AB-nin müvafiq qida qanu-

nun şərtlərinə uyğun olmalıdır. Məsələn, qida biznesi ilə

məşğul olan şirkətlər (onların son idxalatçısı da daxil

Page 46: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

46

olmaqla) məhsulların hansı ölkədən daxil olduğunu, hara-

ya getdiyini müəyyən etməli, bu prosesi izləməlidir və bu

barədə əldə etdikləri məlumatları müvafiq səlahiyyətli

orqanlara təqdim etməlidir. AB-də bu proses “operativ nə-

zarət sistemi” adlanır. AB-yi bazarlarında satılan spirtsiz

içki məhsullarının təhlükəsizliyini və tərkibində sağlam-

lığa zərər verə biləcək maddələrin olmamasını təmin

etmək üçün müvafiq standartlar müəyyən edilmişdir.

Məsələn, meyvə şirələri istehsalı zamanı istifadə olunan

qablar və konserv qabların tərkibindəki maddələr, habelə

meyvə nektarları, konsentratların miqdarı üzrə müəyyən

məhdudiyyətlər qoyulmuşdur.

2.4. Bazarda alıcı firmanın öyrənilməsi və bazar

tədqiqinin aparılması metodları.

Hər bir mala qarşı qoyulan əsas tələb – alıcının

tələbatının ödənilməsidir. Təbiidir ki, malların işlənilməsi

və hazırlanması zamanı təkcə gələcəkdə mənfəət gətirə-

cək yeni əşyanın və yaxud xidmətin yaradılması haqqında

düşünmək lazım deyildir.

Bunlar hansı mallar və yaxud xidmətlər olmalıdırlar?

İstənilən hər hansı bir malı (əşyanı, xidməti) üç

səviyyədə nəzərdən keçirmək lazımdır. Birinci – malın

niyyəti (ideyası). Bu səviyyədə söhbət heç də real əşyadan

və yaxud xidmətdən deyil, gələcəkdə bu mala olan

ehtiyacdan və onun ödədiyi tələbatdan gedir. Bu mənada

belə demək olar ki, kosmetika insanı xaricən daha yara-

şıqlı etmək üçün nəzərdə tutulur («təbiətə kömək et-

mək»). Bunu təcrübəli biznes adamları çox gözəl başa

Page 47: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

47

düşürlər.

Sonrakı səviyyə - əşya və yaxud xidmətin real həya-

ta keçirilməsi.

Bu zaman mal aşağıdakı cizgiləri qazanmalıdır:

lazımi xüsusiyyətlər dəsti, keyfiyyət, xarici görünüş (bəzə-

dilmə), adı (markası), qablaşdırma.

Sonuncu səviyyə - malın özü və ona əlavə olunan

xidmətlər (servis) və fayda. Son vaxtlarda aşağıdakı

fərqləndirirlər:

- uzunmüddətli istifadə olunan mallar (mebel,

geyim, texniki vasitələr);

- qısamüddətli istifadə olunan mallar (qida,

kosmetika, kağız) və s.

Bu məqsəd üçün ilk növbədə aid edilməlidir ki,

söhbət hansı alıcı firmadan gedir, onun satınalma predmeti

nədir: istehsal vasitələrimi, yoxsa istehlak şeyləridir. Çün-

ki hər iki qrup mallara (məhsullara) tələbin öyrənilməsinin

özünə xas olan xüsusiyyətləri vardır. Belə ki, istehsal vasi-

tələrinin alıcısı, əsasən sənaye firmaları, onların qız şirkət-

ləri (firmaları) ola bilər. İstehlak şeyləri alıcısı isə son

nəticədə fiziki şəxslər - insanlardır. Lakin onlar da öz

növbəsində həmin şeyləri bu və ya digər firmanın ticarət

şəbəkəsində əldə edirlər.

İstehsal vasitələrinin firma- alıcısını öyrənmək üçün

ümumi məlumatlarla yanaşı aşağıdakı informasiyaları

toplayıb sistemləşdirmək və təhlil etmək məqsədəuyğun-

dur:

- bazarda firma - alıcının vəziyyəti;

- konkret malın istehlakında onun payı (tutduğu

Page 48: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

48

yeri);

- firma - alıcı tələbinin səbatlığı;

- firmanın istehlak etdiyi (istehsal istehlakı) məh-

sulun əsas malgöndərənləri;

- firmanın ticarət əməliyyatlarının həyata keçirəcəyi

metodlar;

- firma - alıcının satın alacağı malların texniki-iqti-

sadi göstəriciləri qarşısında qarşısında qoyduğu tələblərin

xarakteri və s.

İstehlak şeyləri üzrə alıcı-firmanı öyrənmək məqsə-

dilə aşağıdakıları aydınlaşdırmaq daha yaxşı olar:

- pərakəndə satış ticarətinin həyata keçirilməsi

metodları;

- firmanın təqdim etdiyi məhsulların nomenklaturası

(siyahısı), onların yeniliyi, rəqabəttablılığı, təzələnməsi

(dəyişilməsi) dərəcəsi;

- satıcı - firma tərəfindən buraxılan kataloqlarda,

prospektlərdə məhsulun xarakteristikası;

- satışı həvəsləndirmək üçün tətbiq olunan reklam

vasitələri;

- bazarda malların satışında hər bir firmanın kvotu

(təxmini payı), satış ərazilərinin (sahələrinin) bölünməsi;

- satışın keyfiyyətliyi;

- satışın ümumi həcmi, əməliyyatların mənfəətliliyi,

tədavül xərclərinin qədəri, anbarların saxlanma xərcləri.

Bazarın təhlilində nəqletmə şəraitinin öyrənilməsi də

xüsusi əhəmiyyət kəsb edir. Bu öyrəniş aşağıdakı bir sıra

məsələləri əhatə edir:

Page 49: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

49

- ixracat ölkəsi ilə bazarı öyrənilən ölkə arasında

birbaşa nəqliyyat rabitəsinin olması və yaxud yaradılması

məsələləri;

- yükdaşımanın qaydası və xüsusi şərtləri, təyinat

məntəqəsinə (ölkəsinə) daşımanın üsulları, yükün təhvili

və qəbulu qaydaları;

Hüquqi məsələlərin öyrənilməsi də təhlil üçün mü-

hüm şərtdir. Bu isə aşağıdakı məsələlərin aşkar olunmasını

tələb edir:

- sığorta və ticarət gəmiçiliyi haqqında mövcud

qanunların öyrənilməsi;

belə bu işlər üzrə mövcud praktika barədə

qanunların tənzimlənməsini;

- idxalat ölkəsinə ümumən qəbul olunmuş bey-

nəlxalq ticarət işləri üzrə həm məhkəmə, həm də arbitraj

qaydası ilə mübahisələrin, iddiaların həll edilməsi məsələ-

lərini.

Bazar şəraitinin öyrənilməsində həm də ticarət

siyasəti şərtlərinin xüsusi rolu vardır. Bu şərtlərdən ən va-

cibləri bunlardır:

1. Bu və ya digər ölkəyə mal gətirilməsini tənzim

edən ölkələrarası ticarət sazişlərinin məzmunu.

2. Xarici ticarətin dövlət tənzimi sistemi, o cümlədən

müəyyən malların həmin ölkəyə gətirilməsini qadağan

edən, yaxud məhdudlaşdıran sərəncamlar və qanunlar.

3. Mala qoyulan gömrük vergisinin səviyyəsi, göm-

rüyün hesablanması üsulu, daxili gömrük rüsumları və

vergiləri, ölkədə “azad zona”nın (gömrük məsələsinə aid)

olub-olmaması.

Page 50: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

50

4. Öyrənilən ölkənin iqtisadi qruplaşmalarda iştirakı,

onların bu və ya digər malın gətirilməsi rejiminə təsiri.

5. Ölkənin valyuta qanunvericiliyi, o cümlədən idxa-

latçının xarici valyuta alması qaydası, mənfəətin köçü-

rülməsinə nəzarət, valyutanın konvensiya olunması və

kreditləşmə rejimi və s.

Bazarın tədqiqinin metodikası bazarın, yaxud kon-

kret malın təhlilinə imkan verən üsul və metodların məc-

muyudur. Həmin metodikada aşağıdakılar əsaslandırılır:

- təhlili məqsəd kimi qəbul edilmiş bazarın (dünya,

sahəvi, milli bazarların, bazar seqmentinin) seçilməsi;

- bazar şərtinin təhlili üçün istifadə olunacaq göstə-

ricilərin müəyyənləşdirilməsi;

- təhlil üsulunun və proqnoz göstəricilərinin müəy-

yənləşdirilməsi;

- informasiya mənbələrinin əldə edilməsi;

- tədqiqatın təşkili.

Seqmentləşdirmə əsasən bir neçə prinsip üzrə apa-

rılır.

Bunlar aşağıdakılardır:

- coğrafi seqmentləşdirmə;

- demoqrafik seqmentləşdirmə;

- sosial- psixoloji amillər üzrə seqmentləşdirmə;

- konkret istehlakçılar qrupu üzrə seqmentləşdirmə

(məsələn, birdəfəlik alıcılar, daimi alıcılar, firma, poten-

sial alıcılar və s. üzrə seqmentləşdirmə).

Seqmentlər üzrə tədqiqat apararkən seqmentləşdir-

mənin bütün göstəriciləri nəzərdən keçirilib öyrənil-

məlidir. Bu göstəricilər aşağıdakılardır:

Page 51: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

51

1. Seqmenti qiymətləndirmək üçün göstəricilər. Bu-

rada söhbət məhsul satışının artım sürətindən, bazarda

satıcının (firmanın) payından, satışın ümumi həcmində və

mənfəətdə firmanın hər bir seqmentdəki payından və s.

gedir.

2. Seqmentin bazar şəraitinin qiymətləndirilməsi

üçün göstəricilər (iqtisadi, sosial, siyasi və texnoloji proq-

nozlar, seqmentin inkişaf səbatlığı və s.)

3. Seqmentin inkişafının meylliliyini müəyyən edən

göstəricilər.

4. Konkret bazar seqmentində məhsulun rentabelli-

liyinin dəyişilməsi göstəriciləri.

5. Seqmentin seçilməsini təmin edən göstəricilər.

Burada mal satışının həcmi və strukturu, rəqabət dərəcəsi,

uzunmüddətli və qısamüddətli planlarda nəzərdə tutulan

mal satışının artımı və s. əsas götürülməlidir

Page 52: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

52

FƏSİL 3. BAZARIN MAHİYYƏTİ, MƏZMUNU

VƏ TƏDQİQİ

3.1. Bazar və onun tədqiqinin metodoloji

əsasları: bazar anlayışı, bazarın növləri.

Bazar anlayışına və onun təsnifatına dair bu gün

müxtəlif fikirlər söylənilir:

- bazar - mübadilə dairəsində daim təkrarlanan alqı-

satqı aktlarının məcmusudur;

- bazar - tədavül sferasında insanlar arasında iqtisa-

di münasibətlərdir;

- bazar - məhsul istehsalçıları ilə istehlakçıları

arasında iqtisadi münasibətləri xarakterizə edir;

- bazar - istehsal olunan nemətlərin sərbəst ekvi-

valent mübadiləsidir;

- bazar - mübadilə kateqoriyasıdır.

Qərbdə isə deyirlər: bazar-təklif və tələbin birləş-

məsidir. Bazar – malların alqı-satqısında qarşılıqlı əlaqədə

olan insanlar arasında iqtisadi əlaqələr formasıdır və s. Bu

deyimlərdə müəyyən bir həqiqət vardır. Fəqət, göründüyü

kimi bir tərəfdən bu təriflərin hamısı bilavasitə ticarətə

aiddir, digər tərəfdən bazar heç bir iqtisadi münasibətlər

məcmusu deyil, əksinə, bu münasibətlərin baş verdiyi həm

həddi-hüdudu görünməyən məkan, həm də konkret yer

ola bilər. Göstərilən, alqı-satqı prosesləri, yaxud iqtisadi

münasibətlər, o cümlədən, malların (istehsal vasitələri,

kənd təsərrüfatı məhsulları, istehlak şeyləri və s.) alqı-

satqısı, qiymətli kağızların, valyutanın, biliklərin və elmi-

texniki fəaliyyətin nəticələrinin, patentlərin, elmi- texniki

layihələrin və sairənin hamısı məhz həmin məkanda,

yaxud məkanlarda baş verməklə ticarətin mahiyyətini

Page 53: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

53

şərtləndirir. Nəticə etibarilə məhz bu məkan, yaxud

məkanlar məcmusu bütövlükdə bazar adlandırılmış və bu,

ümumiyyətlə, təkcə insanlar arasında deyil, bütövlükdə

fiziki və hüquqi şəxslər (subyektlər) arasındakı iqtisadi

münasibətlər həmin məkanda – bazarda baş verdiyinə görə

“bazar”, “bazar iqtisadiyyatı” anlayışları kimi qəbul edil-

mişdir. Beləliklə, bazar mal təsərrüfatının ümumi iqtisadi

kateqoriyası kimi, mal mübadiləsi (mal tədavülü) sfera-

sını təşkil edir. Bazar mexanizminin əsas ünsürləri olan

tələb, təklif və qiymət isə qarşılıqlı əlaqədə olmaqla vahid

bir mexanizmdir. Bazarda mallara olan tələbat, tələb ən

düzgünü isə tədiyyə qabiliyyətli tələb formasında çıxış

edir və əsasən malların qiymətindən və alıcılıq qabiliy-

yətindən asılı olur. Çünki mal (təklif) pul münasibətləri ilə

bağlı olduğu üçün bütün tələbatı tam dolğunluğu ilə

ödəyə bilmir, ancaq onun pul ekvivalentliyi ilə təmin

olunmuş hissəsini ödəyir.

Bazarın öyrənilməsində (tədqiqində) mühüm şərt

təhlil obyektinin düzgün seçilməsidir. Bununla bağlı ba-

zarın təsnifatının düzgün müəyyənləşdirilməsi də əsas

şərtdir. Bunun əsasını isə mal mübadiləsinin və onun əha-

təetmə hüdudlarının xarakterik prinsiplərini mükəmməl

bilmək təşkil edir. Mal mübadiləsinin xarakteri dedikdə

isə mübadilənin obyekti və mübadilədə iştirak edənlər

arasında iqtisadi münasibətlər başa düşülür. Həmin prin-

sipə uyğun olaraq bazar aşağıdakı qaydada təsnifləşdirilir:

1. Mübadilə obyekti kimi malın sahəvi mənsubiyyətinə

görə bazarlar. Bununla bağlı bazar ya həmin malın,

yaxud mallar qrupunun adı ilə adlanır. Məsələn, neft

bazarı, maşın bazarı, mal-qara bazarı, ayaqqabı bazarı, ət

bazarı, ətriyyat malları bazarı, qənd bazarı və s.

Page 54: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

54

2. Alqı-satqı (mübadilə) obyektinə və onun əhatə etdiyi

hüdudlara görə bazarlar. Bu baxımdan mal bazarları

ölkə və məhəlli (regional) bazarlar kimi fərqləndirilir.

Məsələn, Azərbaycanın neft məhsulları bazarı, Yuqoslavi-

yanın ayaqqabı bazarı, Fransanın məişət elektrotexnika

bazarı, Kanadanın taxıl bazarı, Şərq ölkələrinin çay

bazarı, Qərbi Avropa ölkələrinin avtomobil bazarı və s.

3. Beynəlxalq mal mübadiləsi sferasına və mübadilə

obyektinin sahəvi mənsubiyyətinə görə bazarlar. Bu,

bilavasitə dünya bazarlarına aiddir. Bu bazarın obyekti

konkret maldan, yaxud mallar qrupundan ibarət olur.

Dünya mal bazarlarını milli bazarların böyük bir qrupu,

yaxud bütövlükdə onların məcmusu əmələ gətirir. Dünya

bazarlarının əsasını beynəlxalq əmək bölgüsü təşkil edir.

Dünya taxıl bazarı, dünya neft bazarı, dünya əsaslı-tikinti

quraşdırma bazarı (məsələn, Bakı - Ceyhan kəməri tikin-

tisi və onun quraşdırılması) və sair bu qəbildən olan ba-

zarları misal göstərmək olar.

4. Alqı-satqı (mübadilə) münasibətlərinin milli hü-

dudlarına (sərhədlərinə) görə bazarlar. Buraya konkret

bir ölkənin daxili və xarici bazarlarını qeyd etmək olar.

Məsələn, Azərbaycan Respublikasının milli bazarı,

Gürcüstanın xarici ticarəti (bazarı), Məmləkətin daxili

(milli) bazarı, hansı ki, alqı-satqı əməliyyatları (mal müba-

diləsi sferası) onların sərhədlərilə məhdudlaşır. Xarici

ticarəti (bazara) isə milli hüdudlardan (sərhədlərindən)

kənara çıxarılan mal tədavülü sferasının hamısını əhatə

edir.

5. Alqı-satqı obyektinin xarakterinə görə bazarlar. Bu

cür bazarlar belə fərqləndirilir:

- mallar və xidmətlər bazarı;

Page 55: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

55

- kapital bazarı;

- işçi qüvvəsi bazarı (mütəşəkkil və qeyri- mütəşək-

kil);

- qiymətli kağızlar bazarı və s.

6. Tələb və təklifin xarakterinə və səviyyəsinə görə

bazarlar. Burada alıcı bazarı və satıcı bazarı qarşı – qar-

şıya durur. Tələb çox, təklif isə ona nisbətən az olduqda

həmin bazar təklif bazarı kimi təzahür edir və əksinə,

bazarda təklif çox olduqda, o, tələb bazarı adlanır. Hər iki

halda tərəflərdən ancaq biri həmin malın qiymət səviyyə-

sini diktə edəcəkdir.

7. Satıcı və alıcının qarşılıqlı münasibətlərinin xarak-

terinə görə bazarlar. Bu halda bazar 3 növ olur:

1. Azad (açıq) bazar;

2. Örtülü (qapanmış) bazar;

3. Tənzimlənmiş bazar.

Azad bazarda tərəfdaşlar arasında ticarət sazişləri

bağlamaq üçün məhdudiyyətlər olmur. Buna görə də müx-

təlif mallar üzrə ticarətdə azad bazarın xüsusi çəkiləri də

müxtəlif olur. Məsələn, hazırki şəraitdə dünya neft baza-

rında azad bazarın xüsusi çəkisi 70%, dəmir filizi bazarın-

da 30%, qənd bazarında 28% təşkil edir.

Örtülü (qapanmış) bazar dedikdə, şirkətdaxili mal ba-

zarları nəzərdə tutulur. Tənzimlənən bazar isə ayrı- ayrı

mal bazarının (məsələn, qəhvə bazarının, kauçuk bazarının

və s.) sabitləşdirilməsinə yönəldilən beynəlxalq mal razı-

laşmalarının (sazişlərin) təsiri altına düşən bazarlar kimi

başa düşülür.

Tənzimlənmiş bazar hər iki subyekt (alıcı və satıcı,

istehlakçı və istehsalçı) tərəfindən dövlətin hüquqi qanun-

larına, xüsusən bazara, ticarətə, istehlakçıya və istehsal-

Page 56: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

56

çıya dair qanunlara tam dolğunluqla riayət olunan (əməl

edilən) bazara deyilir. Belə olduqda dövlətin bazara mü-

daxilə edilməsinə ehtiyac qalmır.

8. Mal mübadiləsinin alqı-satqısının metodları və

obyektlərinə görə bazarlar. Burada əsasən beynəlxalq

vasitəçi bazarlar nəzərdə tutulur ki, bunlar da mal birjala-

rından, hərraclardan və torqlardan ibarətdir. Bu növ bazar-

lar (birja, hərrac, torq) onların iştirakçılarının tərkibindən

və təşkilatçısından asılı olaraq yerli, milli və beynəlxalq

tipli xarakter daşıyırlar.

3.2.Mallar: malların təsnifatı prinsipləri, malın

texniki- iqtisadi göstəricilərinin səciyyəvi

xüsusiyyətləri.

Malların təsnifatı prinsipləri. Təsnifatın əsasını

təşkil edən prinsiplərdən asılı olaraq mallar aşağıdakı kimi

fərqləndirilir:

- təyinatına görə: istehlak tələbi və istehsal təyinatlı

mallar;

- müddətinə görə: qısa və uzunmüddətli istifadə

olunan mallar;

- təyinatına və qiymətinə görə mallar gündəlik

tələb olunan, seçim tələbli, nüfuzlu və etibarlı, çox qəşəng

və bahalı şeylərdən ibarət olur;

- istehsal olunması üsuluna (tərzinə) görə mallar

standart mallara və nadir mallara ayrılır;

- istehlakı və işlənməsi (emalı) xarakterinə görə xammal, yarımfabrikatlar, hazır məhsul, (məmulatı dəstlə-

yən, komplektləşdirən məhsul hissələri və s.) kimi fərqlə-

nirlər.

Page 57: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

57

Yuxarıda qeyd edilən təsnifat prinsipləri əsas götürül-

məklə, beynəlxalq bazarda tədavüldə olan və gömrük

statistikasında nəzərdə tutulan malların nomenklaturası

(adların siyahısı) sahəvi nişanələrinə görə qurulur və mü-

vafiq milli orqanlar və təşkilatlar tərəfindən işlənib hazır-

lanır. Hazırda ölkələrin çoxu hormonikləşdirilmiş (uyğun-

laşdırılmış) sistemin nomenklaturundan istifadə etməyə

başlamışlar.

Məhsulun (malın) texniki – iqtisadi göstəricilə-

rinin səciyyəvi xüsusiyyətləri. Məhsulun texniki iqtisadi

göstəriciləri, zəruri şərtlər kimi, malın rəqabətə tablılığının

qiymətləndirilməsində istifadə edilir. Həmin göstəricilər

aşağıdakı qaydada səciyyələndirilir:

1. Texniki göstəricilər. Bu göstərici məhsulun sə-

viyyəsini, onun tətbiqi sahələrini müəyyən edən xassələ-

rini, istehlakı prosesində yerinə yetirəcək funksiyalarını

xarakterizə edir. Buraya məhsulun (malın) təyinatı, da-

vamlılığı, texnoloji, erqonomiki, ekoloji və s. göstəriciləri

aiddir.

2. Məhsulun (malın) təyinatı göstəriciləri. Bu göstə-

riciləri aşağıdakı kimi fərqləndirmək olar:

a) təsnifetmə göstəriciləri. Həmin göstərici məhsulun

spesifik xüsusiyyətlərini, onun konkret bir mal qrupu ti-

pinə (növünə) aidiyyətliyini müəyyən edir;

b) məhsulun texniki həllinin yeniliyini və texniki

səviyyəsini müəyyənləşdirən texniki effektivlik göstərici-

ləri. Məsələn, dəzgahların məhsuldarlığını, çəki-ölçü alət-

lərinin dəqiqliyi, vahid vaxt ərzində işlənilən informa-

siyaların həcmi və s.

c) konstruksiya göstəriciləri. Bu göstəricilərə məhsu-

lun qabarit (əndazə) ölçülərini, onun (məsələn, dəzgahın,

Page 58: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

58

təyyarənin, paltaryuyan maşının və s.) əmsalını, qarşılıqlı

əvəzolunması mümkünlüyünü aid etmək olar;

ç) məhsulun tərkibi, quruluşu, çəkisi göstəriciləri.

3. Məhsulun (malın) möhkəmliyi və davamlılığı. Bu

göstəricidən öncədən, hələ məmulat (mal) layihələşdiril-

diyi mərhələdə nəzərə alınmalıdır ki, o etibarlı olsun, daim

saz və əngəlsiz işləsin.

4. Texnoloji göstəricilər. Bu göstəricilər xammalın,

materialların məsrəflərinin və məhsulun bir vahidinə sərf

olunan vaxtın optimal bölüşdürülməsini şərtləndirən əmək

tutumunun, material tutumunun və maya dəyərinin xas-

sələrini xarakterizə edirlər.

5. Erqonomik göstəricilər. Bu göstərici konkret

məhsulun (malın) istehlakı, istifadə prosesində təzahür

edən insan orqanizminin xassə və xüsusiyyətlərinə onun

uyğun olub-olmamasını xarakterizə edir. Bu göstəricilər-

dən gigiyena (işıqlanma dərəcəsi, zəhərlilik, səs-küylük,

titrəmə, tozlanma), antropometrik (insan bədəninin ölçü-

sünə və formasına uyğunluq), fizioloji, psixoloji və bu ki-

mi halları göstərmək olar.

6. Estetik göstəricilər.

7. Ekoloji göstəricilər.

8. İqtisadi göstəricilər.

Bu göstəricilər isə konkret malın (məhsulun) əldə

edilməsi (satın alınması) və istifadə olunması ilə bağlı alı-

cı məsrəflərini qiymətləndirir. İqtisadi göstəricilərə mal-

göndərmə şərtlərini, göndərmə müddətini və vaxtını, alıcı

ilə hesablaşma növləri və formalarını, alıcıya ticarət kre-

diti verilməsi növlərini, ödənc möhlətini və beynəlxalq ti-

carət əməliyyatları ilə bağlı digər göstəriciləri aid etmək

olar.

Page 59: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

59

Məsuliyyətli mal qruplarını passiv tələb olan mallar

təşkil edirlər ki, bunlar haqqında alıcının məlumatı yoxdur

və onları cəhdlə istehlakçıya doğru yeritmək lazımdır.

Bunların hamısı demək olar ki, yeni mallardır və yeni

xidmət formalarıdır, həmçinin onların bəziləri demək olar

ki, nadir hallarda istifadə edilirlər və onlar geniş reklam

olunmurlar.

Malların əhəmiyyətli hissəsini sənaye təyinatlı mal-

lar təşkil edir. Bunlar ilk növbədə materiallar və detallar (o

cümlədən, xammal və yarımfabrikatlar), əsas fondlardır

(stasionar qurğular, köməkçi avadanlıq) və s. Bütün adları

çəkilən mallar və xidmətlər satış şərtləri və imkanları, alıcı

dairəsi, satış yeri və bazar fəaliyyətinin digər vacib ele-

mentləri ilə əhəmiyyətli qaydada fərqlənirlər. Malın ya-

radılması – onun əmtəə markası ilə, yəni mala elə bil ki,

ad verilir, şəkli və yaxud onların hər ikisinin birləşməsi ilə

təmin olunması imkanını nəzərdə tutur. Malın firmanın

markası ilə birgə təklif olunması onun qiymətliliyini artı-

rır. Mal sahibinin həmin mala sahiblik hüququnu qoruyan

marka - əmtəə nişanı adlandırılır.

Malın yaradılmasında mühüm rollardan birini onun

qablaşdırılması oynayır. Daxili və xarici qablaşdırmanı

fərqləndirirlər. Daxili qablaşdırma malın özünün yerləşdi-

rilməsi (məsələn, ətirlər üçün şüşə flakon) üçün, xarici isə

- daxili qabı qorumaq (məsələn, flakonlu ətir üçün futlyar,

qab) üçündür. Qablaşdırma firma qablı ola bilər və bu

halda o, əmtəə markasını tamamlayır. Özünəxidmətin in-

kişafı ilə əlaqədar olaraq qablaşdırma öz üzərinə yeni

funksiyaları götürür. Onun köməyilə, məsələn, malların

alıcılara daşınması, malın dəyərinin ödənişinə nəzarət, ma-

lın reklamı və s. asanlaşır. Müasir elmi-texniki proses, ye-

Page 60: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

60

ni materiallar və texnologiyalar qablaşdırmanın təkmilləş-

dirilməsi üçün böyük imkanlar yaradır. O, daha çox öz

üzərinə malın qorunması funksiyasını (hermetikliyi - kip

olması, saxlanılmanın etibarlı olmasını) götürür, malın is-

tehlakında rahatlıq (stəkan, boşqab və s. formasında qab-

laşdırma) yaradır. Aerozol (tozvari) qablaşdırılması maye

malların tətbiqi imkanlarını genişləndirir. İstehlakçının

malı alma barəsində qərarı daha çox müşayiət edən mal-

lardan və ticarət xidmətlərinin alınmasından (servisdən)

asılıdır. Bazarı öyrənən xidmətlər müəyyən etməlidirlər ki,

bunlar hansı xidmətlər olmalıdır, onların səviyyəsi necə

olmalıdır, onları hansı formada alıcıya təklif etmək lazımdır.

Servisin aşağıdakı xarakteristikasını göstərmək olar:

1. Göndərişin etibarlı olması.

2. Qiymət üzrə təklifin operativliyi.

3. Texniki məsləhətlərin alınması imkanları.

4. Güzəştlərin verilməsi.

5. Satışdan sonrakı xidmət.

6. Ticarət şəbəkəsinin miqyası.

7. Alıcının satıcı ilə əlaqəyə girməsinin sadəliyi.

8. Malın dəyişilməsinə zəmanət verilməsi.

9.Malgöndərənin istehsalat imkanlarının geniş olması.

10.Malların fərdi nümunə üzrə işlənilməsi imkanları.

11. Kreditin verilməsi imkanları.

12. Sınaqlar üçün avadanlığın olması.

13. Mexaniki emal üçün avadanlığın olması.

Aparılmış tədqiqatlar əsasında firma konkret malın

işlənilməsinə başlayır. Bu işləmənin əsas mərhələləri

aşağıdakılardan ibarətdir:

- malın ideyalarının formalaşdırılması;

- rasional (səmərəli) ideyaların seçilməsi;

Page 61: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

61

- malın mənasının (ideyasının) işlənilməsi və onun

yoxlanılması;

- marketinq strategiyasının işlənilməsi;

- istehsalat və satış imkanlarının təhlili;

- malın özünün işlənilməsi və onun buraxılışı;

- malın bazar şəraitində sınaqdan keçirilməsi;

- kommersiya istehsalının genişləndirilməsi.

Malın ideyasının formalaşdırılması hazırlıqsız, tə-

sadüfən deyil, daimi, inadla və sistematik olaraq həyata

keçirilməlidir. Bu ideyaların yaranmasının bazası – firma-

nın strategiyası olmalıdır, yəni firma bu və digər bazarı

şəriksiz qazanmağa can atırmı, bunun üçün ona böyük

miqdarda nağd pul lazımdırmı və yaxud onu nağdsız döv-

riyyə qane edir və s. Əvvəlcədən dəqiqliklə müəyyən edil-

məlidir ki, hansı mallar və hansı bazarlar (alıcı kateqoriya-

ları).

3.3. Malın keyfiyyəti və rəqabətə davamlılığı.

Kommersiya fəaliyyətinin sonrakı istiqaməti, mənfə-ətin artırılmasının əsas mənbələrindən biri məhsulun key-fiyyətinin yaxşılaşdırılmasıdır. Niyə məhz keyfiyyət? Ha-zırlanan məhsulun miqdarı da çox vacibdir. Məsələ ondan ibarətdir ki, istehsalın artırılması heç də qarşıya qoyulan məqsəd deyildir. Əsas olaraq insan, əhalinin maddi və mə-nəvi səviyyəsinin daima qaldırılmasıdır. Bu isə o demək-dir ki: insanlar üçün nə istehsal edilirsə qida və geyim, mənzil və nəqliyyat, kitablar və kinofilmlər, bunların ha-mısı onu tam ödəməlidir, yəni ən yüksək keyfiyyətli olma-lıdır. Keyfiyyət nədir və onu necə başa düşmək lazımdır? «Keyfiyyət» anlayışı o qədər də sadə və axıra qədər aydın olan deyil. Keyfiyyət – elə bir şeydir ki, o, yaxşı və pis, birinci və yaxud aşağı sort, qəşəng və yaxud eybəcər ola

Page 62: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

62

bilər. Eyni bir filmi, kitabı, geyimi həm yaxşı, həm də pis qiymətlədirirlər. Və bu zaman deyirlər ki: «Zövqə, həvəsə görə mübahisə etmirlər». Deməli, keyfiyyət – zövqün, hə-vəsin işidir? Bəs onda məhsulların və yaxud məmulatların sortlarının müəyyən edilməsi, yerinə yetirilmiş işlərin qiy-mətləndirilməsi, nəhayət, məktəb qiymətləri ilə nə etməli? Burada da zövqə, həvəsə, dada bel bağlamaq olarmı? Hət-ta meyvənin keyfiyyətini qiymətləndirən zaman dad ya-naşması çox vaxt adamı çətinliyə salır: bəziləri şirin alma-ları dadlı sayırlar, o biriləri isə - turşməzələri. Hansı alma-nın keyfiyyəti yüksəkdir? Sənaye məhsullarının, bir çox xalq istehlakı mallarının, mədəni, estetik dəyərlərin key-fiyyətinin müəyyən olunması daha mürəkkəbdir.

Müxtəlif məhsul növlərinin keyfiyyətini qiymətlən-dirən xüsusi elmi fənn – kvalimetriya yaranmışdır. Keyfiy-yətə elmi yanaşmada birinci addım sadə bir sualın qoyulu-şundadır: bu keyfiyyət nə üçün lazımdır, hansı tələbatları o ödəyir və bu keyfiyyətlə biz hansı məqsədə nail olmaq istəyirik? İşlənilmiş standartda keyfiyyətin açıqlanması verilmişdir. «Məhsulun keyfiyyəti – məhsulun xüsusiyyət-lərinin elə bir toplusudur ki, bunlar da təyinatına uyğun olaraq onun müəyyən tələbatları ödəməyə yararlı olmasını şərtləndirir». Deməli, keyfiyyət haqqında ümumilikdə de-yil, ancaq onun təyinatına əsasən danışmaq lazımdır: ayaqqabı geyilmədə, yağmurluq plaşı yağışlı havada, dəz-gah isə işdə yaxşı olmalıdır.

Beləliklə qeyd etmək lazımdır ki, məhsulun keyfiy-yəti xammalın və materialların keyfiyyətindən, istehsalın texnologiyasından, elm və texnikanın səviyyəsindən, əmə-yin təşkilindən, fəhlə və mühəndis-texniki işçilərin ixti-sasından və s. amillərdən asılıdır. Ümumilikdə məmulatın keyfiyyətini xarakterizə edən göstəriciləri 3 qrupa ayır-

Page 63: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

63

maq olar: - məhsulun özünün keyfiyyət göstəriciləri; - işlənib hazırlama texnologiyasının keyfiyyət göstə-

riciləri; - məhsulun istifadəsi (istismarı) dövründə keyfiyyət

göstəriciləri. Bunlardan sonuncusu nöqsanlılıq (qüsurluluq və na-

tamamlıq) əmsalı, zay çıxan məhsulun qüsurlarının yeni-dən işlənməsi məsrəfləri, malın istismarı və istehlakı pro-sesində istehlakçı iddialarının təmin olunması ilə bağlı xərclərin səviyyəsi ilə xarakterizə olunur. Xarici ölkələrin firmalarında iqtisadi səmərəlilik nöqteyi-nəzərindən zaylılığın səviyyəsi 1- 3% - dən çox olmur. Məsələn, ABŞ firmalarında onun 1% olması normal hal sayılır. Yaponiyanın “Sony” firmasında isə bu norma (1%) həddindən çox hesab edilir.

Bu və ya digər malın (məhsulun) rəqabətədavamlılı-ğı dedikdə, həmin malın xarakterik məcmusundan isteh-lakçının konkret tələbatının ödənilməsində oxşar maldan fərqlənməsi başa düşülür. Konkret tələbatı (istehsal isteh-lakından, yaxud şəxsi istehlakdan asılı olmayaraq) ödə-mək üçün malın (məhsulun) texniki parametrləri tələbatın parametrləri ilə üst-üstə düşməlidir. Bundan əlavə, alıcı çalışacaq ki, həmin malın satın alınmasına və onun ticarət məsrəfləri baxımından istifadəsinə istehlakına) minimum miqdarda vəsait sərf etsin. Başqa sözlə, malın iqtisadi pa-rametrlərini, əsas da malın istehlak dəyərini müəyyənləş-dirən qiyməti nəzərə alsın. Məhz bu vəziyyəti əsas tutaraq firmanın marketinq fəaliyyəti alıcının üstünlük verəcəyi malın texniki-iqtisadi parametrlərinin diqqətlə öyrənilmə-sinə yönəldiləcəkdir.

Dünya bazarında malın rəqabətədavamlılığı malın

Page 64: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

64

istehlakı və dəyəri xarakteristikalarının, habelə firma-is-tehsalçının mal satışı üzrə fəaliyyəti nəticələrinin məcmu təsirindən ibarətdir. Belə olduqda, bu da nəzərə alınmalıdır ki, məhsulun rəqabətədavamlılıq səviyyəsinin müəyyən edilməsində texniki-iqtisadi göstəricilərlə yanaşı, norma-tiv və patent-hüquqi göstəricilərinin də mühüm rolu var-dır. Həmin normativ göstəricilər aşağıdakılardan ibarətdir:

- hazır məmulatda qanunçuluqda müəyyənləşdirilmiş nisbətlərə uyğun olaraq yerli istehsalın istehsal etdiyi məmulat hissələrinin və detallarının xüsusi çəkisi;

- məhsulun vahid şəklə salınması (dərəcəsi və bunda standart detalların (hissəciklərin) istifadə olunması;

- bir çox ölkələrin qanunçuluq aktlarında göstərilən təhlükəsizlik tədbirləri, habelə beynəlxalq normalarda və qanun-qaydalarda nəzərdə tutulan təhlükəsizliyə dair tədbirlər. Məhsulun təhlükəsizliyi göstəriciləri təhlükəli hallar şəraitində, məhsulun istismarı rejiminin pozulması hallarında insanın mühafizəsi – nöqteyi-nəzərdən onun xüsusiyyətlərini xarakterizə edir.

Patent-hüquq göstəricilər isə məhsulun patent mü-kəmməlliyini, düzlüyünü müəyyən edir və bazarda məh-sulun satılması üçün həqiqətən çətinlik və ilişik olub-olmadığını göstərir. Patent mükəmməlliyinin olmaması məhsulun rəqabətədavamlılığını qeyri-mümkün vəziyyətə gətirib çıxarır.

3.4.Bazarın tədqiqinə dair anlaşma: bazar

tədqiqatında əsas məqsəd, bazar şəraitinin təhlili.

Bazarın tədqiqinin mühüm vəzifələrindən biri bazar-da təklif və tələb arasında tarazlığı qaydaya salmaq üçün əlverişli şəraitin təmin edilməsidir. Bu məqsədlə aşağıdakı

Page 65: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

65

suallara cavab tapılmalıdır: - konkret bazarda mal istehsalçıları və istehlakçıları

arasında münasibətlər necə həyata keçirilir; - tədqiq olunan dövr ərzində və perspektivdə tələb və

təklifin formalaşmasını və inkişaf meylini hansı şərtlər müəyyən edir;

- bazarda fəaliyyət göstərən firmaların, o cümlədən, özünəməxsus firmanın mövqeləri, həyata keçirdikləri tica-rət metodları, tətbiq etdikləri ticarət təcrübələri;

- bazar münasibətlərində fəaliyyətin xarakterik cə-hətləri nə vəziyyətdədir və s.

Bazar tədqiqatında əsas məqsəd: a) bazarın inkişafına, strukturuna, münasibətlərin

xarakterinə təsir göstərən mühit – mikro və makro amilləri öyrənmək, təhlil etmək və dəyərləndirmək;

b) müvafiq ölkələrin ümumtəsərrüfat strukturunun və müvafiq bazarların konyunkturunun qarşılıqlı surətdə vəziyyətini öyrənmək. Tədqiqat, yuxarıda qeyd olunduğu kimi, qarşılıqlı əla-qədə olan digər bazarların vəziyyəti nəzərə alınmaqla, aşağıdakı konkret bazarlar üzrə aparılır: dünya bazarı, sa-həvi ölkə bazarı, yaxud onun müəyyən seqmenti (bölmə-si), xarici bazar, milli bazar və s. Bazar şəraitinin təhlili: Bir qayda olaraq tədqiqat üçün öncədən marağında olduğun ölkənin, yuxarıda sadalanan göstəriciləri, ümumi məlumatı, o cümlədən onun sahəsi, əhalisinin sayı, milli resursları, dövlət quruluşu (mexanizmi), iqtisadiyyatın in-kişaf səviyyəsi və strukturu, pul sistemi, valyuta vəziyyəti, vergi qanunçuluğu, sosial mədəni xüsusiyyətləri, əhalisi-nin həyat səviyyəsi, təhsili və mədəniyyəti və s. təhlil edi-lir. Bazar şəraitinin təhlilində əsas məqsəd yuxarıda gös-

Page 66: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

66

tərildiyi kimi, tələb və təklif arasında müəyyən nisbət, əsasən tarazlıq yaratmaqdır. Bununla bağlı qiymət ünsürü də nəzərə alınmaqla bazar mexanizmi bütövlükdə təhlil olunmalıdır. Əvvəlcə burada tələbin təhlil edilməsi məqsədəuyğun sayılır. Çünki tələb ictimai tələbatın həcmini və struktu-runu əks etdirir və alıcılıq qabiliyyəti ilə məhdudlaşır. Yeri gəlmişkən, tələb silsiləsi (dövrəsi) bir neçə mərhələyə bölünür:

a) tələbin törənməsi (əmələ gəlməsi); b) təklifi qabaqlayaraq tələbin artım surətinin çoxal-

ması; c) tədricən tələbin artımının səngiməsi; ç) tələbin yetişkənliyi (kamilliyi); d) tələbin tədricən azalması. Öz növbəsində bunu da bilmək lazımdır ki, hər bir

mala olan tələbin səviyyəsi malın həyatiliyi, yəni onun “varlıq dövrü” və həmin dövrün şəraiti ilə müəyyənləşir. Malın varlıq dövrünün müxtəlif mərhələlərində onun hər bir halı (vəziyyəti) xüsusi xarakterə malikdir. Məhz malın varlığının xarakteri və səviyyəsi həmin “hal” ların təsiri altında dəyişilir.

Malın varlıq dövrü aşağıdakı mərhələləri əhatə edir: a) satış üçün hazır olan ilk məhsulu bazara çıxar-

maq. Bu dövrdə satış tədricən çoxalır; b) satış artımı mərhələsi. Bu dövrdə isə bazar həmin

malı surətlə qəbul edir və malın dövretmə qabiliyyəti artır; c) malın yetkinlik, kamillik mərhələsi. Bu mərhələdə

malın satış surəti tədricən azalır, çünki o, potensial alıcıla-rın əksəriyyəti tərəfindən artıq mənimsənilib;

ç) malın satış surətinin getdikcə aşağı düşməsi. Bununla bağlı həmin mal üzrə mənfəət də azalır.

Onu ya modifikasiya etmək (şəklini dəyişmək, moda və

Page 67: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

67

fasonunu dəyişmək), yaxud da tamamilə satışdan çıxar-maq lazım gəlir. Deyilənlərlə bağlı, həm firma-istehsalçı, həm də firma-satıcı daim malın həyatililiyinin – varlıq dövrünün bütün mərhələlərinə nəzər yetirməlidir ki, mala tələb ciddi surətdə aşağı düşməyə başladıqda dərhal onu bazardan çıxarsın və həmin malı oxşar olan yeni malla əvəz etsin. Bu halda moda və fasonların, mövsümlüyün və s. amillərin təsiri də nəzərə alınmalıdır. Bundan əlavə is-tehlak tələbinin təhlilində demoqrafik amillərə də, xüsusən əhalinin yaş tərkibinə, onun coğrafi yerləşdirilməsinə, cins və məşğulluq tərkibinə də xüsusi diqqət yetirilməlidir. Alıcılıq qabiliyyətinin təhlili də xüsusi diqqət tələb edir. Burada hər şeydən öncə, əhali gəlirlərinin səviyyə-sindən, istehlak kreditinin həcmi və səviyyəsindən, əhali əmanətinin məbləğindən, onun təhsil və peşə tərkibindən və s. söhbət gedir. Tələbin miqdar göstəriciləri bir qayda olaraq, mal istehlakına dair statistik materiallardan götü-rülür. Bu olmadıqda tələbin həcmi və strukturu istehsal, idxal, ixrac və keçici qalıq məmulatları əsasında tərtib olunan istehlak balansı əsasında müəyyənləşdirilir. Bu göstərici təcrübədə “ bazar tutumu” kimi qəbul edilmişdir.

Bazarın öyrənilməsində təklifin təhlili də mühüm şərtdir. Təhlildə aşağıdakılara xüsusi əhəmiyyət verilməlidir:

- konkret mal təklifinin kəmiyyətcə qiymətləndiril-məsi;

- təklifin strukturu; - mal çeşidi strukturunun dəyişilməsi; - yeni malların əhəmiyyəti; - onların texniki- iqtisadi xarakteristikası; - müxtəlif modelli və fasonlu malların qiymət səviy-

yəsi; - daha iri malgöndərən firmaların bazarda payı, onla-

rın istehsal imkanlarının qiymətləndirilməsi.

Page 68: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

68

Müvafiq mallar üzrə dünya təsərrüfatının və dünya bazarının inkişaf meylləri nəzərə alınmaqla, təklifin inki-şaf perspektivlərinin qiymətləndirilməsi və s. bazarın təd-qiqi prosesində tələb və təklifi qiymətləndirərkən firmalar ümumiyyətlə bir çox iqtisadi, siyasi, valyuta-maliyyə amillərinin dəqiq öyrənilməsinə də çalışmalıdırlar. Bazarı tədqiq edərkən istehlakçıların konkret mallar qarşısında qoyduğu tələblərin xarakteri və xüsusiyyətləri də nəzərdən qaçmamalıdır. Bu tələblər əsasən aşağıdakı-larla xarakterizə olunur:

- məmulatın yeniliyi və yüksək texniki səviyyəsi; - onun işlənib hazırlanmasının yüksək keyfiyyəti və

istismarı prosesində fasiləsizliyi; - satışdan sonrakı dövrdə göstərilən texniki xidmətlə-

rin səviyyəsi; - məmulatın qiymətinin əlverişliliyi və onun istifa-

dəsi prosesində faydalılığı. Bazarın inkişaf perspektivi də hökmən təhlil olunma-lıdır. Burada yuxarıda qeyd edilən xüsusi amillərlə yanaşı, ümumi mühit, ümumi amillər də mühüm rol oynayır. Bu mühitə bazarın konyukturu gedişatının dəyişməsini daim müşahidə etmək, o cümlədən mal (məhsul) buraxan və istehlak edən istehsal sahələri silsiləsinin (dövrünün) hansı mərhələdə olduğunu müəyyənləşdirmək, həmçinin bazar qiymətlərinin, xüsusi və dövlət ticarət şəbəkəsində, hökü-mət anbarlarında ehtiyatların enib-qalxmasını daim diq-qət mərkəzində saxlamaq lazımdır. Bazarın vəziyyətinə ticarət formalarının və metod-larının təsiri də nəzərə alınmalıdır. Bunların öyrənilməsi sahəvi bazarda, yaxud dünya bazarında satıcı və alıcı sifə-tində çıxış edən firmaların fəaliyyətinin təhlili və qiymət-ləndirilməsi üçün olduqca böyük əhəmiyyəti vardır. Tica-rət formalarını və metodlarını təhlil edərkən aşağıdakı

Page 69: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

69

fəaliyyət sahələrinin və ticarət vahidlərinin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir:

a) bu və ya digər konkret bazara mal göndərənlərə (öz ölkəsinin firma-istehsalçılarına);

b) xarici istehsalçı firmalar, yaxud onların qız şir-kətləri (öz ölkəsinə yaxud digər ölkələrə məxsus olan ticarət-vasitəçi firmalar);

c) həmin bazarda rəqib kimi çıxış edən firmaların sayı, bazarda onların mövqeləri;

ç) potensial alıcılar və s.

3.5. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi.

Bu məqsədlə ümumi məlumatlarla yanaşı, təhlil üçün bütün rəqib firmalar və hər bir firma üçün ayrılıqda aşa-ğıdakı informasiyalar toplanıb ümumiləşdirilir:

- bazarda firmanın mövqeyi (məhsulun buraxılışı üzrə satışın həcmi);

- həmin ölkədə və dünya bazarında əhəmiyyətinə görə firmanın yeri;

- həmin məhsul satışının ümumi həcmində hər bir firma-rəqibin yeri);

- hər bir firmanın istehsal etdiyi məhsulun xarakteri, onun texniki parametrləri, qiyməti, rəqabətədavamlılığ amilləri, mal nişanələrindən (markalarından) istifadə prak-tikası;

- malın və onun qablaşdırılma formasının cəlbedici cəhətləri; həmin anda və perspektivdə rəqiblər tərəfindən istehsal olunan malların bazar üçün yeniliyi (təzəliyi);

- reklam fəaliyyəti və satışın həvəsləndirilməsi prak-tikası;

- rəqabətə qoyulmuş firmalar tərəfindən təklif edilən xidmətlərin növləri və həcmi, o cümlədən texniki xidmət-

Page 70: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

70

lərin formaları və dəyəri; - mal yeridilmə praktikası, o cümlədən rəqiblərin is-

tifadə etdikləri nəqletmə növləri, onların sərəncamında olan anbarların sayı, növləri və yerləşdirilməsi, malların saxlanması şəraiti;

- rəqib firmaların marketinq fəaliyyəti: strategiyası, çeşid siyasəti, yeni malın işlənib hazırlanması üzrə elmi- texniki fəaliyyətin istiqamətləri, satışın intensivləşdiril-məsi metodları, qiymət siyasətləri, istehsal və tədavül xərclərinin səviyyələri və s.

- rəqabətdə olan firmaların satış fəaliyyətinin təşkili, o cümlədən özünün xüsusi şəbəkəsinin xarakteri, ticarət- vasitəçilərin xidmətlərindən istifadə, satış aparatının (ida-rəsinin, konturunun) saxlanılması məsrəfləri;

- rəqabət mübarizəsinin qeyri-maddi metodları, xü-susən rəqabət apardığı şirkətə, firmaya qarşı tətbiq edilmə-si mümkün olan vasitələrdən istifadə qaydası, rəqiblərin zəif yerlərinin dərəcəsi və rəqib tərəfdən alındığı bazar payını geri qaytarmaq imkanı;

- hər bir firmanın maliyyə vəziyyəti (maliyyə möh-kəmliyi) və bazarda öz mövqeyini qoruyub saxlamaq ba-carığı, onun tədiyyə qabiliyyəti;

- rəqib firmalarda patentlərin olması və onların lisen-ziyalar satmaq imkanı, lisenziyalar üzrə ödənclərin məda-xili;

- rəqiblər tərəfindən həyata keçirilən sövdələşmələrin ticarət və haqq-hesab şərtləri, qiymət və onlara verilən kre-ditlə qiymətdən güzəştlər, malgöndərmə müddətləri və s.

- firma-rəqibin elmi-texniki potensialı, onun istehsalı və məhsulunun istifadə olunması sahələrində əldə etdiyi nailiyyətlər və s.

- təyinatlı məhsullarla satış üzrə iqtisadi əlaqələr, malgöndərənlərlə istehlakçılar (satıcılarla alıcılar) arasın-

Page 71: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

71

da, həmçinin tədavül prosesində onlarla vasitəçi-ticarət strukturları yaranan bütün qarşılıqlı iqtisadi, hüquqi və təşkilati münasibətlərin toplusunu nəzərdə tutur.

Vasitəçilər öz xidmətlərinə görə mükafatlar götür-sələr də onların cəlb edilməsi əmtəə və xidmətlərin isteh-salçılarına, alıcı və satıcılarına aşağıdakı şübhəsiz üstün-lükləri verir:

- daimi olaraq bazar mühitində olmaqla, əmtəə və xidmətlər üzrə tələb və təklifin dinamikasını öyrənməklə vasitəçilər vaxtı-vaxtında istehsalçıları əmtəə və xidmət-lərin istehsalının hansı istiqamətdə inkişaf etdirilməsi üzrə istiqamətləndirilə bilərlər, yəni vasitəçilər fasiləsiz olaraq bazarın marketinq monitorinqini aparırlar;

- vasitəçilər tədavül sferasına şəxsi kapitallarını qo-yurlar, yəni əmtəə və xidmət istehsalçıları üçün istehsal kapitalının dövriyyə sürətini artırmaq hesabına mənfəəti artırmaq üçün şərait yaradaraq onları asanlaşdırırlar;

Ticarət-vasitəçi firmalar vasitəsilə satışın müəyyən nöqsan cəhətləri də vardır. Belə ki, ixracatçı satış bazarları ilə bilavasitə əlaqələrdən məhrum olur və vasitəçinin inkişafından və fəaliyyətindən asılı vəziyyətə düşür. Alıb-satma əməliyyatları ticarət-vasitəçi tərəfindən öz adından və öz hesabına həyata keçirilir. Bu halda o həm ixracatçı-istehsalçı ilə, həm də alıcı ilə bağlanılan müqavilənin müstəqil tərəfi kimi çıxış edir. O aldığı malın tam mül-kiyyətçisi kimi fəaliyyətdə olur.

Page 72: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

72

FƏSİL 4. TİCARƏT-VASİTƏÇİLİK HƏLQƏLƏRİ

TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLƏN

BEYNƏLXALQ KOMMERSİYA ƏMƏLİY-

YATLARININ NÖVLƏRİ VƏ TƏŞKİLİ

PROBLEMLƏRİ

4.1. Beynəlxalq ticarət-vasitəçilik əməliyyatlarının

mahiyyəti.

Ticarət-vasitəçi əməliyyatları dedikdə, istehsalçı- ix-

racatçının tapşırığı ilə istehsalçıdan asılı olmayan ticarət-

vasitəçinin alqı-satqı ilə bağlı yerinə yetirdiyi əməliyyatlar

nəzərdə tutulur. İqtisadi mənada ticarət vasitəçiliyi kifayət

qədər geniş anlayışdır. O xeyli xidmət dairəsini əhatə edir.

Məsələn, xarici kontragentin axtarılıb tapılması, razılaş-

maların başa çatdırılması üçün hazırlıq, tərəflərin kredit-

ləşdirilməsi və malın ödənilməsinə nəqliyyat-ekspeditor

əməliyyatlarının həyata keçirilməsi, nəqletmədə malların

sığorta olunması, gömrükxana şərtlərinin yerinə yetirilmə-

si, malların xarici bazarlara çıxarılması üzrə reklam və s.

tədbirlərin görülməsi, texniki xidmətlərin həyata keçiril-

məsi və başqa bu kimi tədbirlər bu qəbildəndir. Bütün

bunlar xüsusi ticarət-vasitəçi firmaların iştirakı ilə həyata

keçirilir. Bu firmalara yuxarıda qeyd edildiyi kimi, isteh-

salçıdan və istehlakçılardan (satış, ixracatçı və s. qız fir-

maları, habelə sənaye şirkətlərinin firmaları və kateqoriya-

lı digər firmalar aid edilmir). Bunlar, yəni ticarət–vasitəçi

firmalar tam müstəqil olurlar və ticarət vasitəçilik əmə-

liyyatları aparmaq üçün bütün iqtisadi göstəricilərə ma-

likdirlər. Onların məqsədi ya ixracatçıdan satın aldığı

malın qiymətilə idxalçıya satacağı malın qiyməti arasında-

kı fərqi, yaxud da malları xarici bazara yeritdiyi üçün ala-

Page 73: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

73

cağı mükafat formalarında mənfəət götürməkdir.

Müasir şəraitdə beynəlxalq ticarət dövriyyəsinin yarı-

dan çoxu ticarət-vasitəçilərin payına düşür. Ticarət vasitə-

çiliyi ABŞ-ın, İngiltərənin, Skandinav ölkələrinin, Yapo-

niyanın xarici ticarətində onun payı 50%-dir.

İstehsal-ixracatçı ilə ticarət-vasitəçi arasında qarşılıqlı

münasibətlərin xarakterindən asılı olaraq ticarət vasitəçi

əməliyyatlarının 5 növünü qeyd etmək olar:

- satışın təşkili üzrə əməliyyatlar;

Buraya əsasən kontragentlərin axtarılıb seçilməsi,

satıcı-ixracatçı adından onlarla sazişlər bağlanılması,

malların dəyərinin alıcı tərəfindən ödənilməsi barədə

zəmanət verilməsi, reklam tədbirləri kompaniyasının

keçirilməsi və bazarların tapılması;

- nəqliyyat-ekspeditor əməliyyatları;

Malların yüklənməsi və göndərilməsi, habelə

yüklərin sığortası əməliyyatları;

- ticarət əməliyyatlarının maliyyələşdirilməsi;

- satışdan sonrakı texniki xidmətlər;

- bazar haqqında informasiyaların toplanması və ve-

rilməsi.

Hazırda ticarət-vasitəçi qurumunda keyfiyyətli dəyi-

şiklik gedir. Belə ki, bunların ən vaciblərinin bir neçə iri

ticarət şirkətinin əlində toplanmasıdır. Ticarət-vasitəçi qu-

rumlarından istifadə xarici firmalara müəyyən üstünlüklər

verir. Onların üstünlüklərindən ən vacibi bundadır ki,

firma-ixracatçı idxalatçının ərazisində satış şəbəkəsi yarat-

mır və bu məqsəd üçün xeyli məqsədlər sərfindən azad

olur. Çünki ticarət-vasitəçi firmaların özlərinin həmin mə-

kanda müəyyən maddi-texniki bazası – anbarları, nümayiş

etdirmə salonları, təmir sexləri və s. olur.

Page 74: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

74

Alıb-satma əməliyyatlarının iki forması vardır. Bun-

lardan biri ixracatçıya münasibətdə olan alıcıdır. O ixra-

catçıdan malı alır, həm malın mülkiyyəçisi kimi malı istə-

diyi qiymətə satır. Bunlara tacir deyilir. Qara metal baza-

rında stokholder, Nyu-York bazarlarında qənd satıcısına

operator, London bazarlarında kakao satıcısına diller de-

yilir, əlvan metal satan isə prinsipial adlandırılır.

Alıb-satma əməliyyatlarının digər növü isə alverçi-

dir. Alverçi deyilən ticarət-vasitəçiyə ixracatçı elə hüququ

verir ki, o müqavilə əsasında satın aldığı malı razılaş-

dırılmış vaxt ərzində müəyyən məkanda satsın. Kommer-

siya fəaliyyətinin, praktiki olaraq, vasitəçilərin həlledici

rol oynamadığı əmtəə və xidmətlərin tədavülü ilə bağlı

olan bir sahəsini tapmaq olmaz. İqtisadi cəhətdən siviliza-

siyalı ölkələrdə inkişaf etmiş bazar münasibətləri ixtisas-

laşmanı həvəsləndirir və öz aralarından artıq halqaları çı-

xararaq və bununla da ümumi tədavül məsrəflərini azalda-

raq optimal vasitəçi zəncirini qurur. İstənilən vasitəçi fəa-

liyyəti sahibkarlar tərəfindən mənfəət əldə etmək məqsədi-

lə həyata keçirilir.

4.2. Əmtəələrin təkrar satışı və satış hüququnun

verilməsi ilə müşayiət olunan vasitəçilik əməliyyatları

Vasitəçilər əmtəə və xidmətlərin daxili və xarici

bazarlarda tədavülünə yardımçı olan şəxslər və firmalardır.

Onlar alqı-satqıya, məhsul göndərməyə, podrat üzrə mü-

qavilələrin bağlanmasına, icarə və lizinq əməliyyatlarının

inkişafına, istehsal və satış kooperativ siyahsının təmin

edilməsinə, sığorta, nəqliyyat, turizm, məişət və başqa

xidmətlərin göstərilməsinə şərait yaradır. Kommersiya

Page 75: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

75

fəaliyyətinin, praktiki olaraq, vasitəçilərin həlledici rol oy-

namadığı əmtəə və xidmətlərin tədavülü ilə bağlı olan bir

sahəsini tapmaq olmaz. Sənayecə inkişaf etmiş ölkələrdə

vasitəçilərin sayı on, hətta yüz minlərlədir. Vasitəçi xid-

mətlərini həm bir fiziki şəxs, həm də illik dövriyyəsi Rusi-

yanın xarici ticarət dövriyyəsinə bərabər olan Yaponiyanın

nəhəng kompaniyalarını da göstərə bilərik. Vasitəçilər

istehsalçılardan, istehlakçılardan və başqa vasitəçi təşki-

latlardan hüquqi cəhətdən asılı deyillər. Onları həmin təş-

kilatlarla müqavilə münasibətləri bağlayır. Bir hüquqi şəx-

sin tərkibindəki satış və tədarükat şöbələri vasitəçi hesab

olunmur.

Həm istehsalçılar, həm də istehlakçılar tez-tez qız

müəssisələri formasında vasitəçi təşkilatlar yaradırlar, bu

müəssisələrə onlar nəzarət səhm paketi vasitəsilə sahiblik

edir və praktiki olaraq belə müəssisələrə öz maraqlarına

uyğun olaraq rəhbərlik edirlər, amma hüquqi nöqteyi-nə-

zərdən belə vasitəçilər müstəqil hesab olunurlar. İqtisadi

cəhətdən sivilizasiyalı ölkələrdə inkişaf etmiş bazar müna-

sibətləri ixtisaslaşmanı həvəsləndirir və öz aralarından ar-

tıq halqaları çıxararaq və bununla da ümumi tədavül məs-

rəflərini azaldaraq optimal vasitəçi zəncirini qurur. İstəni-

lən vasitəçi fəaliyyəti sahibkarlar tərəfindən mənfəət əldə

etmək məqsədilə həyata keçirilir. Vasitəçilər öz xidmətlə-

rinə görə mükafatlar götürsələr də onların cəlb edilməsi

əmtəə və xidmətlərin istehsalçılarına, alıcı və satıcılarına

aşağıdakı şübhəsiz üstünlükləri verir:

- vasitəçilər bazarın müəyyən sektorunda fəaliyyət

göstərərək, əmtəə və xidmətlərin müəyyən dəsti üzərində

ixtisaslaşaraq vasitəçilərə nisbətən belə məhsulların alışı

ilə maraqlı firmaları daha tez tapa bilər və bununla da

Page 76: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

76

istehsal və ticarət kapitalının dövriyyəsini sürətləndirə

bilirlər;

- daimi olaraq bazar mühitində olmaqla, əmtəə və

xidmətlər üzrə tələb və təklifin dinamikasını öyrənməklə

vasitəçilər vaxtı-vaxtında istehsalçıları əmtəə və xidmət-

lərin istehsalının hansı istiqamətdə inkişaf etdirilməsi üzrə

istiqamətləndirə bilərlər, yəni vasitəçilər fasiləsiz olaraq

bazarın marketinq monitorinqini aparırlar;

Ticarət vasitəçiliyi dünya bazarında müxtəlif funksi-

yaları yerinə yetirirlər. İxracatçı və idxalatçılarla qarşılıqlı

münasibətlərin xarakterindən və yerinə yetirilən funksiya-

lardan asılı olaraq ticarət-vasitəçilik əməliyyatları aşağı-

dakı növlərə bölünür:

- Əmtəələrin təkrar satışı üzrə əməliyyatlar;

- Komissiya əməliyyatları;

- Agent əməliyyatları;

- Broker əməliyyatları;

- Təkrar satış üzrə əməliyyatlar.

Təkrar satış üzrə əməliyyatları ticarət vasitəçisi (ta-

cir) öz adından və öz hesabına həyata keçirir. Belə növ

vasitəçi anlayışı kifayət qədər müxtəlifdir və onları daha

çox tacir adlandırırlar: İngiltərə və ABŞ-da – Merchant,

Almaniyada – Handler, İsveçdə - handlande və s. İngiltərədə

qara metallar bazarında belə vasitəçiləri stokholderlər

(stockholders) adlandırırlar. Nyu-York birjasında öz

hesabına şəkərlə ticarət edənləri operatorlar (operator),

London birjasında kakao ilə ticarət edənləri dilerlər

(dealer), əlvan metal ticarətçilərini prinsipial (principal)

adlandırırlar. Bunun üçün tacir ixracatçıdan alqı-satqı

kontraktı üzrə əmtəələri satın alıb onun mülkiyyətçisi olur

və özünə əlverişli qiymətlə digər istehlakçılara sataraq

Page 77: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

77

qiymət fərqindən mənfəət götürür.

Təkrara satışın digər növü müqavilə üzrə satış hüqu-

qunun vasitəçiyə verilməsidir. Bu cür vasitəçi distribüter

adlanır. Bu halda əmtəə istehsalçısı-ixracatçısı öz əm-

təəsini müəyyən baza hüduduna və müəyyən dövrdə satışı

hüququnu distribütera verir. Bu cür güzəştli şərtlə əmtə-

ələrin təkrar satış hüququnu alan distribüter bunun əvəzinə

ixracatçıya fəaliyyət göstərdiyi bazarın konyunkturası ba-

rədə operativ xəbər verir.

Milli mənsubiyyətinə görə vasitəçilər daxili bazarda

əmtəələrin tədavülünə şərait yaradan milli vasitəçilərə,

milli xarici ticarət vasitəçilərinə və xarici vasitəçilərə

bölünürlər. Milli vasitəçilərə xarici kapitalın onlardakı

iştirak payından asılı olmayaraq baş ofisləri ölkə ərazi-

sində yerləşən vasitəçilər aid edilir. Fəaliyyət xarakteri və

sahibkarlarla münasibətlərin xüsusiyyətlərinə görə vasitə-

çilər aşağıdakı növlərə bölünür:

Kommersiya nümayəndələri – sahibkarların onlar

üçün kommersiya tərəfdaşlarının axtarılması üzrə tapşı-

rıqları yerinə yetirən və prinsipiallar tərəfindən müqavilə

bağlanılması zamanı onların adından çıxış edən vasitəçi-

lərdir.

Komissionerlər – sahibkarların (komitetlərin) tapşı-

rığı ilə komisyon razılaşmalar çərçivəsində öz adından və

komitentin hesabına üçüncü firmalarla müqavilələr bağla-

nılması yolu ilə əmtəələrin satışı və ya əldə edilməsinə

şərait yaradan vasitəçilərdir.

Müvəkkillər –sahibkarların (vəkalətverən) tapşırığı

ilə kommersiya əməliyyatlarının, o cümlədən öz adından

və vəkalət verənin hesabına müqavilələrin bağlanılması

yolu ilə əmtəələrin satışı və ya əldə edilməsi üzrə əməliy-

Page 78: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

78

yatların həyata keçirilməsinə şərait yaradan vasitəçilərdir.

Agentlər - sahibkarların (prinsipialın) tapşırığı ilə

hüquqi və başqa fəaliyyətlər, o cümlədən, öz adından və

prinsipialın hesabına müqavilələrin bağlanılması yolu ilə

əmtəələrin satışı və ya əldə edilməsi üzrə fəaliyyətlər

həyata keçirilməsinə şərait yaradan vasitəçilərdir.

Distribüterlər – distribüter müqaviləsi çərçivəsində

alqı-satqı müqavilələri bağlayaraq satıcıların əmtəələrini

satan topdan ticarətçilərdir.

4.3. Beynəlxalq komissiya və konsiqnasiya

əməliyyatları.

Komissiya kommersiya fəaliyyətinin vacib formala-

rından biridir. Komissiyanın mahiyyəti ondan ibarətdir ki,

ticarət müəssisəsi (komisyonçu) adlanan bir tərəf, komitent

adlanan digər tərəfin tapşırığına əsasən öz adından və

komitentin hesabına sövdələşmələri həyata keçirməyi mü-

qavilə ilə öz öhdəsinə götürür. Bu zaman komissiya mü-

qaviləsi ilə əldə olunan hüquq və öhdəlikləri komisyonçu,

hətta komitent üçüncü şəxslə birbaşa münasibətə girdiyi

zaman özündə saxlayır. Komissiya müqaviləsi, bir qayda

olaraq, müəyyən müddətə bağlanılır və komisyonçuya tap-

şırılan sövdələşmələrin həyata keçirilməsi hüququnun

digərlərə verilməməsi haqqında komitentin öhdəliyini

özündə əks etdirir. Komisyonçu komissiya üzrə öz xid-

mətlərinə görə komitentdən komisyon muzdu alır, bundan

başqa sövdələşmənin üçüncü şəxs tərəfindən düzgün və

vaxtında yerinə yetirilməsinə görə (məsələn, malın ona

borca verilməsi zamanı) öz üzərinə zəmanət götürməklə

əlavə haqq (delkrede) ala bilər Əgər haqqın ölçüsü və

Page 79: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

79

onun şərtləri komissiya müqaviləsi ilə nəzərdə tutul-

mayıbsa, müqavilənin yerinə yetirilməsi oxşar xidmətlərə

görə, adətən alınan haqq səviyyəsində ödənilir. Əgər

komissiyan müqaviləsi komitentin günahı ucbatından

yerinə yetirilməyibsə, komisyonçu komisyon muzdunun

alınması, həmçinin məruz qaldığı xərclərin haqqının ödə-

nişi hüququnu saxlayır. Komisyonçu komissiya müqavi-

ləsini komitentin göstərişinə əsasən və onun üçün ən əlve-

rişli şərtlərlə yerinə yetirməyə borcludur. Əgər komisyon-

çu müqavilədə nəzərdə tutulan şərtlərdən daha əlverişli

şərtlər əldə etməyə nail olursa, o, əlavə haqq ala bilər.

Sövdələşmənin üçüncü iştirakçısı tərəfindən onun şərtlə-

rinin yerinə yetirilməməsinə görə komisyonçu komitent

qarşısında cavabdeh deyildir (komisyonçu bu iştirakçıya

zamin durduğu və yaxud onun seçimi zamanı lazımi ehti-

yatlı hərəkət etmədiyi hallar istisna olmaqla). Üçüncü işti-

rakçı tərəfindən şərtlərə əməl olunmadıqda komisyonçu

bunu komitentə bildirməlidir.

Komisyonçu müqavilənin şərtlərindən iki halda geri

çəkilə bilər:

- əgər o, sahibkardırsa və komitent ona öz göstərişlə-

rindən geri çəkilmək hüququnu vermişdirsə;

- əgər bu, işin gedişatı zamanı komitentin maraqları

üçün lazımdırsa.

Hər iki halda komisyonçu ağlabatan müddətlərdə

komitenti xəbərdar etməlidir. Komitent ilə razılaşdırılmış

qiymətlərdən aşağı qiymətə əmlakı satan komisyonçu,

komitentə fərqi ödəməli və yaxud sübut etməlidir ki,

əmlakı yüksək qiymətə satmağa onun imkanı yox idi və

əmlakın aşağı qiymətə satılması daha böyük xərclərin

qarşısını almışdır. Əmlakı razılaşdırılmış qiymətlərdən

Page 80: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

80

yuxarı alan komisyonçu, komitenti xəbərdar edir və o,

səmərəli vaxt ərzində komisyonçuya bu sövdələşmədən

imtina etməsi göstərişini verə bilər.

Komitentdən daxil olmuş əşyalar, yaxud onun hesa-

bına komisyonçu tərəfindən alınanlar, komitentin mülkiy-

yətində olur. Lakin komisyonçu bu malları özünün komis-

siya müqaviləsi üzrə qanuni tələblərinin yerinə yetiril-

məsinə təminat kimi özündə saxlaya bilər. O, həm də ona

komissiya müqaviləsi üzrə çatacaq məbləği komitentin

hesabına daxil olan puldan çixa da bilər.

Komisyonçu komitent qarşısında komitentin onda

olan əmlakının zədələnməsi, itirilməsi və ya çatışmama-

sına görə cavabdehlik daşıyır. Komissiya müqaviləsi yeri-

nə yetirildikdən sonra:

- komisyonçu komitentə hesabat təqdim edir və

komissiya üzrə alınmış bütün əmlakı ona qaytarır;

- komitent komisyonçudan əmlakı qəbul edir, onu

nəzərdən keçirir və dərhal aşkar edilmiş çatışmazlıqlar

barəsində komisyonçuya məlumat verir;

- komitent hesabat üzrə bütün etirazları haqqında

komisiyonçuya onun alındığı gündən sonra otuz gün

ərzində məlumat verir;

- digər halda hesabat qəbul edilmiş hesab olunur.

Komission əməliyyatlarının komitent adlanan tərəfin

tapşırığı ilə komissioner adlanan tərəf komitentin hesabına

həyata keçirir. Bunlar arasında qarşılıqlı münasibətlər

komission müqaviləsi ilə tənzimlənir. Bu müqavilə əsa-

sında komissioner malları komitentdən satın almır, ancaq

komitentin hesabına alqı-satqı razılaşmalarını başa çatdı-

rır. Yəni komitent öz malının alıcıya çatdırılmasına mül-

kiyyətçi kimi qalır.

Page 81: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

81

Komission əməliyyatlarının müxtəlifliyi konsiqnasiya

əməliyyatı adlanır. Bu əməliyyat konsiqnat adlanan bir

tərəfin, konsiqnator adlanan digər tərəfə malın bilavasitə

öz adından konsiqnatın hesabına satılması tapşırığıdır.

Komisyon firmalar. Komisyon firmalar komitent-

lərin birdəfəlik tapşırığını yerinə yetirir, öz adından fəaliy-

yət göstərir, lakin bütün ticarət və alış-veriş işlərini komi-

tentin hesabına görür. Komitentlə qarşılıqlı münasibətdə

yerinə yetirəcəyi ticarət əməliyyatlarının xarakterindən

asılı olaraq iki müxtəlif qrupa ayrılır: ixracatçı və idxalatçı

firmalar.

Komisyon ixracatçı firmalar. Bu tipli firmalar həm

satıcının, həm də alıcının nümayəndəsi kimi çıxış edə bi-

lirlər. Satıcının nümayəndəsi kimi onlar öz ölkəsinin

istehsalçı-ixracatçının mallarının xarici bazarda satışı üzrə

tapşırığını yerinə yetirir və ondan komisyon muzdu alır.

Komisyon idxalatçı firmalar. Bu növ firmalar öz

ölkəsinin alıcılarının nümayəndəsi kimi çıxış edirlər.

Onlar öz adından, lakin komitentlərin hesabına həmin

alıcıların sifarişlərini xarici ölkələrin istehsalçıları üzrə

yerləşdirməklə yanaşı öz komitentlərinə müxtəlif

xidmətlər, o cümlədən, bazar konyunkturu icmalının tərki-

bi, malların yüklənib göndərilməsinə göz qoymaq kimi

xidmətlər göstərir.

Konsiqnasiya-xaricə gedən malın, mal sahibi hüqu-

quna malik olan ticarət agenti vasitəsilə satılmasıdır.

Konsiqnasiya müqaviləsi – konsiqnasiya komisyon ticarə-

tin növlərindən biridir. Bu müqavilənin tərəflərindən biri

konsiqnat-tapşırıq verən firma, digəri isə konsiqnator-mal

sazişi üzrə tapşırığı yerinə yetirən adlanır. Konsiqnasiya

müqaviləsində aşağıdakılar qeyd edilir.

Page 82: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

82

- malın müəyyənləşdirilməsi (miqdarı və nomenkla-

turu);

- ərazilərin müəyyənləşdirilməsi;

- müqavilənin müddəti;

- konsiqnasiyaya qoyulan mal üzrə mülkiyyət hüquq-

ları.

Konsiqnator malı satdığı vaxtadək konsiqnat mal

üzərində öz mülkiyyətçi hüququnu saxlayır. Çox hallarda

bu mülkiyyət hüququ malın satılması prosesi bitdiyi andan

pulu konsiqnata ödənilənədək saxlanılır.

Qiymət şərtləri. Bu şərtlər müqavilədə göstərilir və

konsiqnator malı qiymətindən aşağı sata bilməz. Konsiq-

natora veriləcək muzdun şərtləri bir qayda olaraq muzdun

həcmi satılan malın qiymətindən (məbləğindən) faizlə

ödənilir.

Konsiqnatiorun vəzifələri:

- Konsiqnasiyon anbar üçün bina hazırlamaq;

- Malın tam keyfiyyətinin mühafizəsini təmin etmək;

- Həmin anbarın saxlanılması xərclərini ödəmək;

- Anbardakı malları sığorta etmək;

- Reklam tədbirlərini həyata keçirmək;

- Konsiqnata vaxtlı-vaxtında hesabat vermək;

- Konsiqnatın vəzifələri;

- Konsiqnasiyon anbarına vaxtında mal göndərmək

(razılaşdırılmış müqaviləyə əsasən);

- Konsiqnasiyon anbarının bütün xərclərini ödəmək

(malların saxlanması və satışı ilə bağlı bütün xərclər);

4.4. Beynəlxalq agent və broker əməliyyatları.

Yerinə yetirdikləri əməliyyatlara görə ticarət vasitəçi

Page 83: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

83

firmaların aşağıdakı təşkilati formaları vardır: ticarət,

komisyon, agent, broker, ferker.

Ticarət firmaları ticarət və alış veriş əməliyyatlarını

öz hesablarına həyata keçirirlər.

Ticarət firmalarının aşağıdakı tipləri vardır:

a) ticarət evləri. Öz ölkəsindəki istehsal müəssisələ-

rinin məhsulunu alır və xaricə satır. Onlar həm də xaric-

dən mallar alıb, yerli topdansatıcılara, pərakəndə satış

müəssisələrinə, habelə xammal kimi sənaye istehsalçıla-

rına satırlar. Ticarət evləri qarışıq və ixtisaslaşmış olurlar.

b) ixracat firması. Bu, daxili bazardan öz hesabına

hazır məhsul alır və xaricə satır. Ayrı-ayrı hallarda onlar

komisyon tapşırıqları da yerinə yetirirlər. Yerinə yetir-

dikləri funksiyaların xarakterinə və malların nomenklatu-

rasına görə ixracat firmaları ixtisaslaşmış, universal və

kənd təsərrüfatı məhsullarını tədarük edən firmalara ayrı-

lırlar.

v) ixracatçı firma. Öz hesabına xaricdən mallar alır

və onları öz ölkəsində sənayeçilərə, topdansatıcılara və

pərakəndə satış müəssisələrinə satır.

q) topdansatış firmalar. Bu firmalar sənaye müəssi-

sələri, yaxud da tədarükçü firmalarla pərakəndə satış

firmaları arasında vasitəçi kimi çıxış edirlər.

ğ) pərakəndə satış firmaları. Onlar çox vaxt özləri

topdansatışın xidmətindən istifadə etməyərək idxalat və

ixracat üzrə ticarət əməliyyatları keçirirlər. Əksər hallarda

isə topdansatış firmalarından mallar alıb pərakəndə satış

qaydası ilə öz ölkəsinin əhalisinə satırlar.

İdxalçı firma-agenti. Buna agent-rezident də deyilir.

Agent-rezident prinsipialın ölkəsində olur. İdxalçı-firma

idxalat əməliyyatlarını yerinə yetirir.

Page 84: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

84

Xarici satış agenti. Bu isə digər ölkənin şirkəti tərə-

findən hüquq verilən, onun adından və onun hesabına

müəyyən xarici ölkənin ərazisində fəaliyyət göstərən fir-

madır.

Xarici tədarükçü firma-agent. Bu firma xaricdə öz

prinsipialı üçün tədarük (satınalma) üzrə əməliyyatlar ye-

rinə yetirir. Onun xidmətindən, adətən, xaricdə öz filialı

olmayan və ora nümayəndələr göndərmək istəyən idxal-

çılar istifadə edirlər.

Amillər. Amillər ixracatçılar adından bir çox vasitəçi

vəzifəsini yerinə yetirirlər. Onlar nəinki öz prinsipialının

məhsulunun ixracını həyata keçirir, eyni zamanda ixracat

əməliyyatlarını da maliyyələşdirir, ixracat kreditlərini

sığortalayır, satış ölkəsində ödənişləri inkasso edir, xarici

ölkə agentlərinin seçilməsinə yardım edir.

Agent əməliyyatları. Beynəlxalq kommersiyada

agent əməliyyatı prinsipial adlanan bir tərəfin ondan asılı

olmayan və agent adlanan digər tərəflə kommersiya

əməliyyatı həyata keçirir. Agent malı prinsipialın adı ilə

və onun hesabına müəyyən edilmiş ərazidə üçüncü tərəfə

satır. Agent əməliyyatlarının hüquqi tənzimi müxtəlif

ölkələrdə müxtəlifdir. İngiltərə-Amerika sistemlərində

agent hüquqi və ya fiziki şəxs ola bilər. Agent ancaq alqı-

satqı sazişinin sona çatdırılmasına xidmət etməklə

prinsipialın nümayəndəsi kimi çıxış edir, alqı-satqıda

iştirak etmir və öz hesabına mal almır.

Agent firmaları. Bu növ firmalar prinsipialın adın-

dan və onun hesabına fəaliyyət göstərir. Müqavilənin şər-

tindən asılı olaraq bu firmaların ya özü prinsipialın adın-

dan və onun hesabına saziş bağlayır, yaxud da sazişin

bağlanmasına vasitəçilik edir. Agent firmalar aşağıdakı

Page 85: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

85

formalarda fəaliyyət göstərirlər:

İxracatçı firma-agenti. Bu firma-agent öz ölkəsinin bir

və ya bir neçə firmasının tapşırığı ilə öncədən bağlanmış

müqavilələr əsasında iş görürlər. İxracatçı agent-firma

sənaye firmalarından mal nümunələri kolleksiyasını, kata-

loqlar, preyskurantlar götürür və bunların vasitəsilə alı-

cılar axtarır. Nəqliyyat xərcləri sənaye firması tərəfindən

ödənilir.

Broker əməliyyatları. Broker alqı-satqı əməliyyat-

larını vasitəçi-broker kimi satıcı və alıcı, həmçinin sığorta

edən və sığorta olunan arasında əlaqə yaradırlmasına deyi-

lir. Agentdən fərqli olaraq broker heç bir tərəfin nüma-

yəndəsi sayılmır və onların heç birinin müqavilə münasi-

bətlərində iştirak etmir. O, ancaq tapşırıqlar əsasında

fəaliyyət göstərir. Broker malın kəmiyyəti, keyfiyyəti və

qiyməti barədə öz müştərisinin tapşırığını yerinə yetirir,

öz xidmətinə görə muzd alır. Mal əməliyyatları üzrə

muzdun miqdarı 0,20 %-dən 2-3%-dək ola bilir.

Broker firmalar. Bu vasitəçi firmaların xüsusi

növüdür. Onun vəzifəsi tərəfdaşları görüşdürməkdən

ibarətdir. Bir sıra ölkələrin qanunlarına görə, brokerlərin

özləri onlara tapşırılan malların satıcısı və alıcısı kimi

çıxış edə bilməzlər. Ancaq vasitəçi funksiyasını yerinə

yetirirlər. Brokerlər firması İngiltərədə də geniş yayılmış-

dır. Onların xeyli maliyyə vəsaitinə malik olan iri şir-

kətləri vardır. Hətta bu şirkətlərin xarici qız cəmiyyətləri

və şöbələri olur.

4.5. Beynəlxalq vasitəçiliyin təşkilati-hüquqi formaları.

Ticarət-vasitəçilər bağlanılan müqavilələrin əsas şərt-

Page 86: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

86

ləri və hüquqi əsası aşağıdakılarla müəyyən edilir. Malın

satışı üzrə müəyyənləşdirilən müqavilə tərəfləri. Burada

tərəflərin adı və onların şərti işarələri, məsələn, “satıcı”,

“alıcı” və s. göstərilir. Adətən, müqavilədə bu işarələr bir

tərəfə “sahibkar, “istehsalçı, “ixracatçı”, digər tərəfə isə

“tacir, “ticarətçi, “distribüter” kimi də adlandırıla bilər.

Tərəflər arasında qarşılıqlı münasibətlərin xarakteri.

Müqaviləyə əsasən, ayrı-ayrı müqavilələrə uyğun olaraq

ixracatçının malgöndərmə, alıcı-vasitəçinin isə onu qəbul

edib, yaxud birbaşa üçüncü şəxsə satmaq vəzifələri

müəyyənləşdirilir. Həmin müqaviləyə alıcı-vasitəçi ixra-

catçının marağını qorumalıdır.

Malın müəyyənləşdirilməsi. Bir qayda olaraq mallar

ərazi üzrə müəyyənləşdirilir və həmin ərazi müqaviləyə

əlavə edilir. Ərazinin müəyyənləşdirilməsi. Müqavilədə

malın hansı dövlətin ərazisində satılacağı qeyd edilir və bu

ərazi müqavilə ərazisi adlanır. Satıcı-vasitəçi üçüncü bir

ərazidə onu sata bilməz. Qiymət şərtləri və mükafatlan-

dırma (muzdun ödənilməsi) qaydası. Alıcı-vasitəçi malın

ixracatçının təyin etdiyi qiymətə alır və bu, yəni həmin

qiymət alqı-satqı müqavilələrində təsdiq edilir. Muzd isə

alıcı-vasitəçinin satdığı malın məbləğindən faizlə müəy-

yən edilir. Bu hal da müqavilədə hökmən göstərilməlidir.

Müqavilənin fəaliyyət müddəti. Alıcı-vasitəçilə mü-

qavilə müəyyən və qeyri-müəyyən bir müddətə bağlanılır.

Hər iki halda, yəni tərəflərin uzunmüddətli münasibətləri

nəzərə alınır.

Malın yerləşdirilməsi ilə bağlı alıcı-vasitəçinin vəzi-

fələri. Bu vəzifələr əsasən aşağıdakılardır:

- qeyri-rəqabət haqqında qeyd. İxracatçı öz malının

satışında marağı olduğu üçün malın satılması nəzərdə

Page 87: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

87

tutulan ərazidə onun satıcısı (vasitəçisi) ixracatçının rəqa-

bətdə olduğu heç bir firmaya xidmət göstərməyəcəyi

barədə müqavilədə xüsusi qeyd edir;

- minimal dövriyə haqqında qeydlər;

- texniki xidmətin təşkili;

- reklam işlərinin həyata keçirilməsi;

- informasiyaların təqdim edilməsi.

Sahibkarların bəzi xüsusi vəzifələri aşağıdakılardır:

- müqavilə şərtlərinə əsasən o, öz üzərinə müəyyən

vəzifələr götürür. O cümlədən, alıcı-vasitəçisinin sərən-

camına dəqiq texniki sənədlər verir və malın (avadanlığın)

satışı prosesində baş verə biləcək bütün texniki məsə-

lələrin həllində ona köməklik göstərir;

- ehtiyat hissələri üzrə zəruri mal ehtiyatları yarat-

maqla ona imtiyazlar verir;

- alıcı-vasitəçini həvəsləndirmək məqsədilə kreditlər,

texniki xidmətlər və reklam, sərgilər keçirmək xərcləri

üçün qismən, yaxud tam kompensasiya verir və i.a.

Alıcı-vasitəçi fəaliyyətinin üzərində nəzarət. Müqa-

vilənin bu bölməsində alıcı-vasitəçinin fəaliyyətinə nəza-

rət üsulları və yolları müəyyənləşdirilir. Malın anbarlardan

buraxılması (satışı). Müqavilə üzrə satıcı-vasitəçi öz üzə-

rinə götürür ki, müəyyən vaxt ərzində malı anbardan

buraxacaq və bu əməliyyatı öz hesabına həyata keçirə-

cəkdir. Lakin beynəlxalq ticarət təcrübəsində anbardan

mal buraxmaq komisyon əsaslarda olduğu üçün bu haqda

müqavilədə də xüsusi qeydiyyat aparılmalıdır.

Ticarət-vasitəçi firmalar vasitəsilə satışın müəyyən

nöqsan cəhətləri də vardır. Belə ki, ixracatçı satış bazarları

ilə bilavasitə əlaqələrdən məhrum olur və vasitəçinin

inkişafından və fəaliyyətindən asılı vəziyyətə düşür.

Page 88: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

88

Alıb-satma əməliyyatları ticarət-vasitəçi tərəfindən

öz adından və öz hesabına həyata keçirilir. Bu halda o

həm ixracatçı-istehsalçı ilə, həm də alıcı ilə bağlanılan

müqavilənin müstəqil tərəfi kimi çıxış edir. O aldığı malın

tam mülkiyyətçisi kimi fəaliyyətdə olur.

Beynəlxalq satış kanallarının uzunluğu vasitəçilərin

(asılı və ya müstəqil) səviyyələrinin növlərinin miqdarı ilə

müəyyən edilir. Məsələn, ixracçının ölkəsində ticarət

vasitəçisi, sonra idxalçının ölkəsində birinci səviyyəli

xarici ticarət vasitəçisi (böyük idxal və ya xarici ticarət

şirkəti), ikinci səviyyəli xarici vasitəçi (iri lokal topdan

satıcı), üçüncü səviyyəli xarici vasitəçi (lokal topdan

satıcı), dördüncü səviyyəli vasitəçi (lokal pərakəndə

ticarət təşkilatı).

Beynəlxalq satış kanallarının strukturu bir qayda

olaraq, istehsalçının milli bazarında ticarətlə müqayisədə

xeyli mürəkkəbləşir: onlar uzun və enli olurlar.

Beynəlxalq satış kanalları müxtəlif fəaliyyət xarakterinə

malikdir və müxtəlif tipləri əhatə edir.

-İxracçının ölkəsinin əraisində xarici-iqtisadi

fəaliyyətlə məşğul olanlar;

-Xarici dövlətin idxalçının ölkəsinin ərazisində

xarici-iqtisadi fəaliyyətlə məşğul olanlar;

-Üçüncü ölkələrin şirkətləri arasında beynəlxalq-

kommersiya ilə məşğul olanlar.

Page 89: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

89

FƏSİL 5. BEYNƏLXALQ ALQI – SATQI

MÜQAVİLƏLƏRİNİN MƏZMUNU VƏ QURLUŞU

5.1.Beynəlxalq kommersiyada birtipli müqavilələr.

Birtipli müqavilə dedikdə öncədən dəqiq ifadə olun-

muş və yazılı formada şərh edilmiş nümunəvi müqavilə,

yaxud unifikasiya olunmuş bir sıra şərtlər məcmusu başa

düşülür. Birtipli müqavilələr tərəfdaşlar tərəfindən

rəsmiləşdirilmiş alqı-satqı sənədidir. Birtipli müqavilə

müəyyən bir mala, mal qrupuna yaxud müəyyən bir ticarət

(alış-veriş) növünə tətbiq edilir. Birtipli müqavilələrin

formaları müxtəlif ola bilər. Bunu aşağıdakı şərtdən aydın

görmək olar:

1) Bu sənəd müqaviləiştirakçıları tərəfindən razılaş-

dırılması tələb olunan müqavilə müddəaları (tərəflərin adı,

malın miqdarı, keyfiyyəti, qiyməti, göndərilmə müddəti,

göndərilən yeri və s.) doldurulduqdan sonra müqavilə

forması alır və müqavilə kimi istifadə olunur;

2) Beynəlxalq təcrübədə birtipli kontrakta ümumi

alqı-satqı şərtlərinin məcmusu kimi baxılır və bu şərtlər

bir qayda olaraq malgöndərənin bazis şərtləri nəzərə alın-

maqla işlənib hazırlanmış müqavilə müddəalarının siyahı-

sını təşkil edir. Birtipli müqavilələr aşağıdakı sövdələş-

mələr əsasında bağlanır:

a) maşınların, dəzgahların, avadanlığın, istehlak mal-

larının standarta uyğun növləri üzrə;

b) uzunmüddətli dövr üçün göndərilən sənaye mal-

ları üzrə;

c) kənd təsərrüfatı malları üzrə;

ç) birjalarda kütləvi xammal və ərzaq malları üzrə.

Page 90: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

90

Birtipli müqavilələr aşağıdakı hüquqi subyektlər

tərəfindən hazırlanır:

a) Sahibkarlar ittifaqı (birliklər, assosiasiyalar, fede-

rasiyalar);

b) İnhisar birlikləri və iri firmalar;

c) BMT- nin Avropa İqtisadi Komissiyası.

Beynəlxalq qarşılıqlı sazişlərin (razılaşmaların) növ-

ləri.

BMT–nin ekspertləri beynəlxalq qarşılıqlı razılaş-

maları 3 növə ayırırlar:

a) barter razılaşmaları;

b) ticarət kompensasiyası razılaşmaları:

c) sənaye kompensasiyası razılaşması.

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının mütəxəs-

sisləri isə beynəlxalq qarşılıqlı razılaşmaları 2 kateqo-

riyaya ayırırlar:

1. Ticarət kompensasiyası razılaşmaları;

2. Sənaye kompensasiyası razılaşmaları.

Ticarət kompensasiyası razılaşmaları bir-biri ilə üzvü

surətdə əlaqələri olmayan son dərəcə müxtəlif malların

çox da böyük olmayan, yaxud orta həddə olan məbləğdə

birdəfəlik qısa, yaxud ortamüddətli ticarət əməliyyatları-

dır. Adətən, 3 il müddətinə tamamlanır. Sənaye kompen-

sasiya razılaşmaları dedikdə isə daha iri məbləğdən ibarət

olan, adətən Qərbin sənaye avadanlığı, yaxud hazır fabri-

kin satdığı məbləğdə uyğun gələn razılaşmalar başa dü-

şülür.

Beynəlxalq ticarət təcrübəsi göstərir ki, razılaşmala-

rın təşkilatı təşkilati–hüquqi və kompensasiya prinsipi əsa-

sında qurulsaydı, daha əlverişli olardı. Bu növ yanaşmada

beynəlxalq qarşılıqlı razılaşmaları 3 növə ayırmaq daha

Page 91: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

91

əlverişli əhəmiyyət kəsb edir:

a) valyutasız əsaslarda mal mübadiləsi və kompen-

sasiya razılaşmaları;

b) ticarət əsasında kompensasiya razılaşmaları;

c) istehsalat əməkdaşlığına dair razılaşma (saziş)

əsasında kompensasiya razılaşmaları.

Valyutasız əsasda mal mübadiləsi kompensasiya ra-

zılaşmaları mal göndərənin mal formasında da ödənişini

nəzərdə tutur. Bu halda hesablaşmaların xarici valyutalar-

la hesablanmasına ehtiyac qalmır. Malgöndərənin xarakte-

rindən və sazişin fəaliyyət müddətindən asılı olaraq 2 cür

razılaşma (sazişlər) fərqləndirilir:

a) birdəfəlik malgöndərmə sazişi;

b) uzunmüddətli malgöndərmə sazişi.

Birdəfəlik malgöndərmə sazişi. Bu saziş iki tipdə

olur: barter sazişi və bilavasitə kompensasiyalı saziş.

Barter sazişi. Miqdarı öncədən razılaşdırılmış malın

digəri ilə başabaş mübadiləsini nəzərdə tutur. Bu növ

sazişdə tərəflər arasında ya mübadilə olunacaq eyni tipli

malların miqdarı göstərilir, yaxud da onların qarşılıqlı

dəyərləri razılaşdırılır. Dəyərləri razılaşdırılarkən mal

yeridilişi xərcləri də nəzərə alınmaqla dünya qiymətləri

əsas götürülür. Barter sazişləri böyük vətən müharibəsin-

dən sonrakı dövrün ilk illərində çox geniş yayılmışdır.

Sonralar o xeyli səngidi. 70–ci illərin ortalarında xammal

problemi xeyli (xüsusən də neft üzrə) kəskinləşməyə baş-

ladı. “Xammal – xammalla”, yaxud “xammal – hazır məh-

sula” tipli barter sazişləri geniş vüsət aldı. Həm də əsasən

inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə

doğru.

Bilavasitə kompensasiyalı sazişi də barter sazişində

Page 92: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

92

olduğu kimi bərabər dəyərli malın valyutasız qarşılıqlı

mübadiləsini nəzərdə tutur. Lakin barter sazişindən fərqli

olaraq, bu eyni zamanda qarşılıqlı mübadilə olunacaq

malların qiymətləri öncədən razılaşdırılmasını nəzərdə

tutur. Bir qayda olaraq tərəflər bir-birinə malların iki

siyahısını göndərirlər. Bu siyahılardan birində malların

miqdarı və qiyməti göstərilməklə onların adı (siyahısı),

digərində isə kompensasiyalı verilməsi təklif olunan mal-

ların adı göstərilir. Danışıqlar nəticəsində qarşılıqlı gön-

dəriləcək həmin malların iki siyahısını işləyib hazırlayır

və onları kompensasiyalı sazişin ayrılmaz bir hissəsi kimi

həmin sazişə əlavə edirlər.

Uzunmüddətli mal göndərmə sazişləri.

Bu sazişlər də valyutasız əsaslarla firmalar səviyyə-

sində bağlanılır və ümumi (qlobal) sazişlər adını daşıyır.

Belə sazişlər adətən bir tərəfdən transmilli korporasiyalar,

digər tərəfdən isə dövlət təşkilatları, nazirlikləri xarici ba-

zara çıxmaq hüququ olan xarici ölkələrin müvafiq ticarət

təşkilatları arasında bağlanıla bilər. Qlobal sazişlər kimya,

mədənçıxarma, sənayenin avtomobil istehsalı sahələri,

bəzi maşınqayırma sahələri, yeyinti, əczaçı, toxuculuq

sənaye sahələri məhsullarının mübadiləsində daha çox

istifadə edilir. Qlobal razılaşmalar (sazişlər) tərəf – müqa-

billərə müəyyən üstünlüklər verir. Məsələn, transmilli kor-

porasiyallar kimi ixracatçılar konkret bazarda səbat və bir

qayda olaraq daha çox genişlənməkdə olan öz məhsulunun

satışı üçün imkanlar əldə edir. Hətta fərdi əsaslarda ayrı–

ayrı qarşılıqlı malgöndərmələr, yaxud kompensasiyalı mal

alışları üzrə öhdəliklər barədə danışıqlar aparmağa belə

ehtiyac duyulmur. Qlobal sazişlər həm də mərkəzi (əsas)

Page 93: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

93

saziş, yaxud da öhdəlik – məktub əsasında mal mübadiləsi

sazişi formasını ala bilər.

5.2. Alqı-satqının ümumi şərtləri.

Beynəlxalq ticarət təcrübəsində malların alqı-satqı

müqaviləsinin “alqı-satqı müqaviləsi” kimi adlandırılması

qəbul edilmişdir. Alqı- satqı müqaviləsinin tərəfləri alıcı

və satıcıdır. Onların hər ikisi qarşılıqlı surətdə maddi və

mənəvi məsuliyyət daşıyırlar.

Müqavilənin strukturu aşağıdakılarla şərtlənir:

- müqavilənin müqəddiməsi (preampulu);

- müqavilənin predmeti;

- malın miqdarı;

- malın keyfiyyəti;

- malın qiyməti;

- göndərilmə müddəti və vaxtı;

- malgöndərmənin bazis şərtləri;

- təhvil–qəbul qaydası;

- ödəniş şərtləri;

- qablaşdırma şərtləri;

- müqavilənin və sanksiyaların təmin edilməsi şərt-

ləri;

- nəqletmə şərtləri və s.

Beləliklə, müqavilənin struktur nümunəsi belə təsvir

olunur:

1) Müqavilənin müqəddimə hissəsi mətnin önündə

yerləşir və burada müqaaviləninadı və sıra sayı,

müqavilənin bağlandığı yer və tarix, tərəflərin adı, onların

hüquqi vəziyyəti və s. göstərilir.

Page 94: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

94

2) Müqavilələrin predmeti – burada əsasən malın və

mal qrupunun adı, onların xarakterizəsi, çeşidi göstərilir.

3) Müqavilə predmetinin miqdarı–burada malın

qədəri, ölçüləri göstərilir. Məsələn, ədəd hesabı ilə sayı,

çəkisi, metr, litr hesabı ilə kəmiyyəti və s. göstərilir.

4) Müqavilədə malın keyfiyyətini müəyyən edən

üsullar.

Bu üsullar aşağıdakılardan ibarətdir:

a) standart vasitəsilə keyfiyyətin müəyyən edilməsi

üsulu – burada malın keyfiyyəti müxtəlif ölkələrin höku-

mət orqanları, sahibkarlar ittifaqı, elmi-texniki assosiasi-

yalar və institutlar, sığorta şirkətləri tərəfindən işlənib

hazırlanır. Beynəlxalq ticarətdə mallar standarta uyğun

gəldikdə dövriyyəyə buraxılır.

b) texniki şərtlər üzrə - həmin mala standart olma-

dıqda tətbiq edilir, yəni malın texniki xarakterizəsini ve-

rir.

c) müqavilədə verilən xüsusi vasitə ilə;

ç) nümunələr üzrə yoxlamaq üsulu;

d) öncədən müəyyən etmə;

e) malın tərkibində əsas maddələrin miqdarına görə;

ə) xammaldan hazır məhsulun çıxışıyla;

j) ədalətli keyfiyyət ilə;

f) tel – gel üsulu.

5) Malların göndərilməsi və tarixi. Müqavilədə malın

göndərilməsi təqvim gününün müəyyən edilməsi, təcili

göndərmə, ləngimədən, anbardan və s.

Alqı-satqının ümumi şərtləri aşağıdakılardan ibarətdir:

1) Malların qiyməti müqavilənin qüvvədə olduğu

dövr ərzində dəyişməz qalır.

Page 95: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

95

2) Malın keyfiyyəti istehsalçının texniki şərtlərinə

tam uyğun gəlməlidir.

3) Malın dəyəri tələb olunan sənədlər alındıqdan

sonra alıcı tərəfindən ödənilməlidir.

4) Keyfiyyətin qorunub saxlanması. Mallar elə sax-

lanmalıdır ki, onun keyfiyyətinə zərər dəyməsin. Əks hal-

da satıcı alıcının zərərini ödəməlidir.

5) Satıcı öz hesabına teleqraf, faks vasitəsilə malgön-

dərmə vaxtına 30 gün qalmış alıcıya malın göndərilməyə

hazır olduğunu bildirməlidir.

6) Malın göndərilməsi vaxtına 20 gün qalmış satıcı

alıcıya malın texniki sənədlərini təqdim etməlidir.

7) Mallar o zaman təhvil və qəbul edilir ki, malın

yeri, çəki miqdarı təqdim olunmuş sənəddəki məlumata

uyğun gəlsin.

8) Satıcı satdığı malın işə salındığı andan müəyyən

edilmiş vaxt ərzində normal işləməsinə məsuliyyət daşı-

yır.

9) Malın göndərilməsi vaxtı. Göndərilmə vaxtı öt-

dükdə birinci 4 həftə ərzində satıcı yükün dəyərinin 0,5%

nisbətində, bundan sonrakı hər həftə üçün 1% cərimə

ödəməlidir. Ümumiyyətlə, cərimə yükün dəyərinin 10%

nisbətinə kimi qaldırıla bilər.

10) Satıcı zəruri halda öz hesabına və öz riskinə

ixrac lisenziyası almalıdır. Əgər lisenziyanı vaxtında al

bilməzsə, alıcı müqaviləni ləğv edə bilər.

11) Alıcı satıcı qarşısında keyfiyyət uyğun gəlmə-

dikdə, malın miqdarına görə, göndərilmə müddətinin

tamam olduğuna görə iddia qaldıra bilər.

12) Müqavilə üzrə öhdəçiliklər qismən, yaxud tama-

Page 96: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

96

milə yerinə yetirilmədikdə müqavilə ləğv edilə bilər.

13) Müqavilələrdən irəli gələn hər cür mübahisələr,

iddialar və narazılıqlar arbitraj vasitəsilə həll olunur.

14) Müqaviləyə edilmiş əlavələr onun ayrılmaz his-

səsi hesab olunur.

15) Satıcı alıcıya təminat verir ki, göndərdiyi mal-

ların hamısına patent və ixtira sənədləri vardır.

16) Tərəflərin hər biri müqavilə üzrə öz hüquqlarını

üçüncü tərəfə verə bilməz.

17) Bank xərclərini hər iki tərəf öz məmləkətindəki

banklar hesabına keçirə bilər.

18) Müqavilədə edilən hər bir dəyişiklik hər iki

tərəfin imzalanmasından sonra qüvvəyə minə bilər.

19) Müqavilə imzalandıqdan sonra həmin obyekt

üzrə ondan əvvəlki danışıqlar və sənədlər öz qüvvəsini

itirir.

20) Müqavilənin bağlandığı yer hökmən göstərilmə-

lidir.

5.3. Beynəlxalq alqı-satqı müqavilələrinin

mahiyyəti və strukturu.

Beynəlxalq kommersiya təcrübəsində malların alqı-

satqı müqaviləsinin “alqı-satqı müqaviləsi” kimi adlandı-

rılması qəbul edilmişdir. Alqı-satqı kontraktının tərəfləri

alıcı və satıcıdır. Onların hər ikisi qarşılıqlı surətdə maddi

və mənəvi məsuliyyət daşıyırlar.

Beləliklə, müqavilənin struktur nümunəsi belə təsvir

olunur:

1) Müqavilənin müqəddimə hissəsi - mətnin önündə

yerləşir və burada müqavilənin adı və sıra sayı, müqavi-

Page 97: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

97

lənin bağlandığı yer və tarix, tərəflərin adı, onların hüquqi

vəziyyəti və s. göstərilir.

2) Müqavilələrin predmeti – burada əsasən malın və

mal qrupunun adı, onların xarakterizəsi, çeşidi göstərilir.

3) Müqavilə predmetinin miqdarı – burada malın

qədəri, ölçüləri göstərilir. Məsələn, ədəd hesabı ilə sayı,

çəkisi, metr, litr hesabı ilə kəmiyyəti və s. göstərilir.

Beynəlxalq alqı-satqı müqavilələri dedikdə, müxtəlif

ölkələrin iki və bir neçə tərəfləri arasında kəmiyyəti və

keyfiyyəti müəyyənləşdirilmiş mal vahidləri, yaxud xid-

mətlər üzrə müqavilələrin (sazişlərin) bağlanması nəzərdə

tutulur. Həmin müqavilə və sazişlərin beynəlxalq subekt-

lərin, yeni tərəflərin müxtəlif ölkələrdə olmasından irəli

gəlir. Tərəflər müxtəlif dövlətlərə məxsus olsalar da belə,

əgər onların müəssisələri (firmaları) bir dövlətin ərazisin-

də yerləşibsə, onda bağlanılan müqavilə beynəlxalq hesab

olunacaqdır. Eyni zamanda, müqavilə həm də bu zaman

beynəlxalq müqavilə kimi tanınar ki, əgər o, yəni müqa-

vilə bir dövlət daxilində fəaliyyət göstərən iki və daha çox

xarici tərəflər arasında bağlanılsın, onların ticarət müəssi-

sələri, firmaları isə xarici xarici ölkələrdə yerləşmiş olsun.

Müqavilənin bu cür təsviri BMT- nin beynəlxalq alqı-satqı

barəsindəki konvensiyasında verilmişdir. (Vyana Konven-

siyası 1980-ci il). 1985-ci ildə isə, bu, yenidən Haaqa

konvensiyasında şərh edilmişdir.

Ticarət sövdələşmələrində tərəflər sahibkarların xü-

susi kateqoriyalarına aid edilir və tacir adlanırlar. Onların

fəaliyyətləri çox hallarda xüsusi qaydaya aid etdirilir.

Qeyd etmək lazımdır ki, bu qayda sazişlərin bağlanmasın-

da formalizmi (rəsmiyyətçiliyi) ləngidir, işgüzar yanaş-

Page 98: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

98

manı tələb edir.

Beynəlxalq kommersiya fəaliyyəti təcrübəsində də

milli ticarətdə olduğu kimi, mal vahidi dedikdə bir növ

malın ayrı-ayrılıqda miqdarı (sayı) başa düşülür. Mal

dəsti (mal partiyası) isə bir məntəqədən, məmləkətdən

(malgöndərəndən) digər məntəqəyə (mal alana) daşınması

nəzərdə tutulan bir və yaxud bir neçə mal vahidlərinin

məcmu miqdarıdır.

Müasir şəraitdə beynəlxalq kommersiya

sövdələşmələrinin xüsusi cəhəti bundan ibarətdir ki, bu

sövdələşmələr beynəlxalq maddi istehsal və elmi-texniki

əməkdaşlıqdan yaranmış əlaqələri əks etdirir. Bu əlaqələr

aşağıdakı mühüm cəhətlərlə xarakterizə olunur:

1. Beynəlxalq mal dövriyyəsinə daxil olan məhsulla-

rın siyahısının (nomenklaturasının) əhəmiyyətli dərəcədə

genişləndirilməsi, dəyişdirilməsi və çeşidinin yaxşılaş-

dırılması.

2. Bütövlükdə müəssisələrə dəst avadanlıq göndər-

mək (satmaq) üçün sazişin kompleks xarakteri. Bu cür

sazişlərə maşın, avadanlıq, material və xidmətlərin dəsti

nəzərdə tutulur. Həmin xidmətlər isə mühəndis işlərindən,

infrastrukturun inkişafına dair xidmətlərdən və s. ibarət-

dir.

3. Sövdələşmələrin miqyasının artması. Burada ay-

rı-ayrı mallar üzrə alqı-satqı miqyasında deyil, iqtisadi

əməkdaşlıq üzrə iri həcmli sövdələşmələrdən (sazişlər-

dən) söhbət gedir.

4. Müəssisənin tikilməsi üzrə bütün kompleks işlərin

– layihə sənədlərindən tutmuş, müəssisənin işə salınması

üçün layihələşdirilən bütün göstəricilərə nail olunanadək

Page 99: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

99

öhdəliklərin satıcı tərəfindən öz üzərinə götürməsi prak-

tikasının genişləndirilməsi.

5. Konsorsiumlar yaratmaq yolu ilə müxtəlif ölkə-

lərin şirkətləri tərəfindən birgə irimiqyaslı razılaşmalarin

(sazişlərin) həyata keçirilməsi. Bu halda sazişin

bağlamasında əsas tərəf kimi aparıcı şirkət çıxış edir.

Beynəlxalq ticarət sövdələşmələrinin (sazişlərinin)

mühüm cəhəti həm də onların məqsədyönlü olmasıdır.

Məqsədyönlü fəaliyyət həm də onların məqsədyönlü ol-

masıdır. Məqsədyönlü fəaliyyət həm milli, həm də xarici

konkret istehlakçıya yönəldilməsi deməkdir. Bu istehsal-

çıya (satıcıya) onun vasitəçi xidmətindən istifadə

etmədiyin görə adətən malın göndərilməsi dəyərindən 30

faizədək qənaət verir. Həm də müəyyən bir konkret isteh-

lakçıya yönəldilməsi istehsalçının xammal, material,

komponentlər göndərənlərlə bilavasitə və uzunmüddətli

əlaqələrdə olmasına şərait yaradır ki, bu da vaxtlı –

vaxtında lazımi məhsulların istehsalını təmin etsin.

Müasir şəraitdə beynəlxalq əlaqələrin aşağıdakı for-

maları geniş yayılmışdır:

-birgə elmi fəaliyyət;

-istehlakçılara texniki məsləhət;

-yeni məmulatların nümunələrinin hazırlanıb işə

salınması proseslərində təşəbbüskar sifətində sifarişçilərin

iştirakı və s.

Hələlik müasir iqtisadçılar dünyası beynəlxalq alıq-

satqı aləmində iki irihəcmli konvensiyanın şahidi

olmuşdular. Bunlardan biri malların alıq–satqısı üzrə,

digəri isə müqavilələrə tətbiq olunan hüquqi məsələlərə

dair konvensiyadır. Bunların hər ikisini qısa şəkildə

Page 100: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

100

nəzərdən keçirək:

1. Beynəlxalq alıq-satqı müqavilələrinə dair konven-

siya dünya miqyasında alqı-satqı proseslərinin vahid

şəkilə salınmış (unifikasiya olunmuş) qayda-qanunlarını

tənzimləyir. Bu qayda qanunlar müxtəlif ictimai, iqtisadi

və hüquqi sistemlərə malik olan bir çox ölkələr üçün

münasib idi və beynəlxalq kommersiyada hüquqi

maneələri aradan götürə bilərdi.

Konvensiya normativ xarakter daşıyır. Başqa sözlə,

konvensiyada nəzərdə tutulan əsasnamə hüquqi normaları

əks etdirir. Bu o deməkdir ki, müqavilədə iştirak edən

tərəflər konvensiyanın hər hansı bir müddəasını qəbul

etməyə, hətta onu dəyişə də bilərlər. Konvensiya ancaq

beynəlxalq xarakter daşıyan müqavilələrə tətbiq edilir.

Vyana Konvensiyasının məqsədi beynəlxalq alqı-

satqını tənzim edən milli qanunvericiliyin vahid şəklə

salınmasına (unifikasiyasına) kömək göstərməkdir.

Konvensiya əsasən aşağıdakıları nəzərdə tutur:

- mallar üzrə beynəlxalq alqı-satqı müqavilələrinin

bağlanması və istifadə edilməsini eyni formada tənzim-

ləyir;

- kommersiya danışıqlarının tezləşdirilməsinə, asan-

laşdırılmasına və ucuzlaşdırılmasına kömək göstərir;

- müqavilə tərəflərinin bir-birinin hüquq və vəzifələ-

rini birmənalı başa düşmələri üçün ilkin şərait yaradır.

5.4. Müqavilənin və malların göndərilməsinin

bazis şərtlər (İnkoterms).

1953-cü ildən Beynəlxalq ticarət palatası nəzdində

olan Beynəlxalq ticarət anlayışları üzrə komitet bu ter-

Page 101: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

101

minlər və onların işlənilməsi qaydalarına yenidən baxaraq yeni redaksiyada “ İncoterms” (İnernational commersial terms) “Beynəlxalq ticarət anlayışları” məcmuəsini nəşr edir. Bundan sonra “inkoterms” neçə dəfələrlə baxılaraq (1967, 1976, 1990, 2000-ci illərdə) redaktə edilmişdir və ən nəhayət dünyada “ İnkoterms” 2000 fəaliyyət göstərir.

Beynəlxalq praktikada alqı-satqı əməliyyatları müx-təlif kommersiya şərtlərində baş verir. Alıcı və satıcı ara-sında mal göndərişləri zamanı götürülən öhdəliklərin əsasını “Ticarət anlayışları” izahının Beynəlxalq qaydaları (İnkotermis) təşkil edir.

Birinci “E” qrupuna cəmi bir anlayış – EX (EX WORKS) – “zavoddan” – EXB daxildir. Eyni zamanda, mal göndərişləri zamanı xərclərin kim tərəfindən çəkil-məsindən asılı olaraq bazis qiyməti də, mal göndə-rişlərinin bazis şərti kim qəbul edilir.

FCA - “franko daşıyıcı” satıcının malın alıcısı ilə razılaşdırılmış yerdə və ya məntəqədə gömrük yoxlanıl-masından keçirərkən ixrac üçün daçıyıcıya təhvil verməsi prosesi “franko-daşıyıcı” adlanır.

Gömrük işləri beynəlxalq qaydalar əsasında aparıl-dığı üçün Azərbaycan Respublikasının ərazisində bağla-nacaq müqavilələr “İnkotermis-90” qaydalarına uyğun olaraq, mal göndərişlərinin ən üç növü üzrə aşağıdakı kommersiya şərtləri əsasında bağlana bilər. Bu şərtlərin latın əlifbasının “E”, “F”, “S” və “D” hərfləri ilə işarələnib və 4 əsas qrupa bölünə bilər.

Xarici ticarət müqavilələrində malların nəqletmə şərtlərinin, riskinin satıcıdan alıcıya keçməsi, tərəflərin digər hüquq və vəzifələrindən asılı olaraq müəyyən müqavilə tipləri yaranır. Müqavilənin tipi nəqletmə şərtlərinə gətirir və onun əsasında da o yekunlaşır. Belə şərtlərin bazis (malların göndərilməsinin bazis şərtləri)

Page 102: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

102

nəqletmə şərtləri kimi adlandırılması qəbul edilmişdir. Kommersiya (bazis) şərtləri dedikdə malların bir

ölkədən digərinə çatdırılması zamanı, malın mülkiyyət hüququnun ötürülməsi və malın itkisi zamanı tərəflərin öhdəliklərinin əks olunduğu alqı-satqı müqaviləsində nəzərdə tutulur.

Müxtəlif ölkələr arasında ticarət münasibətlərinin inkişafına neqativ təsir göstərən amillərdən biri, hər bir ölkənin malların alqı-satqı münasibətlərini tənzimləyən milli qanunvericilik normaları və ticarət anlayışları arasında mövcud olan əsaslı fərqlərdir. Bununla əlaqədar təkcə beynəlxalq alqı-satqını tənzimləyən vahid hala salınmış normaların yaradılması deyil eyni zamanda malların beynəlxalq alqı-satqısında istifadə olunan unifikasiya olunmuş anlayışların də yaradılması vacib şərtdir.

Ticarət tərəf müqabilləri arasında müxtəlif fikirlə-rindən qaçmaq üçün Beynəlxalq ticarət palatası hələ 1936-cı ildə “ Trade Terms ” adlı beynəlxalq ticarətdə daha çox istifadə olunan və işlədilən qaydalara uyğun məcmuə işlədi və çap etdirdi. Doğrudur bu qaydalar müxtəlif dövlətlər arasında deyil, bəzən eyni ölkənin müxtəlif limanları arasında da uyğun gəlmirdi.

Cədvəl 3.

I qrup – “E” qrupu.

Anlayışın işarəsi

Göstərişin

kommersiya

şərtinin adı

Qrupun qisa səciyyəsi

Lat. Azərb.

Zavoddan

Satıcı malı biləvasitə

yükləmə yerinə çatdırır.

Yekun çatdırılması EXW EXB

Page 103: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

103

xərclərini bütünlüklə alıcı

ödəyir.

Cədvəl 4

II “F” qrupu özündə 3 rejimi birləşdirir.

Anlayışın

işarəsi

Göndərişin

kommersiya

şərtinin adı

Qrupun qısa səciyyəsi

Lat. Azərb.

FCA FSA Franko

daşıyıcısı

İxrac sərhəddindən idxal sər-

həddinə qədər əsas daşımala-

rın xərcini alıcı ödəyir.

FAS FAS Sərbəst gəmi

bortu boyunca

Satıcı malın razılaşdırılmış

limanın sahilinə qədər çat-

dırmağa cavabdehlik daşı-

yır. Alıcı gömrük xərclərini

ödəyir.

FOB FOB Sərbəst gəmi

bortunda

Satıcı malı alıcının göstərişi

ilə daçıyıcıya təhvil verir.

Daşıma müqaviləsinin bağ-

lanması və daşıyıcının müəy-

yənləşdirilməsi alıcının öh-

dəsinə buraxılır. İxrac xərclə-

rini satıcı, idxal xərclərini isə

alıcı ödəyir.

“Daşıyıcı” malı dəmir yolu, avtonəqliyyat, hava və

su yolu ilə daşımaq üçün öhdəlik götürən istənilən hüquqi

şəxsdir. FAS-sərbəst gəmi bortu boyunca: Bu o deməkdir

ki, satıcı malı gəmiçinin dayandığı sahil boyunca və ya

razılaşdırılmış yükləmə limanında lixterlərə (böyük gəmi-

ləri yükləmək və ya boşaltmaq üçün yastı dibli yelkənli

gəmi) yerləşdirilmişdir. Həmin andan başlayaraq malın

xarab və ya məhv olması riski alıcının üstündə qalır. Ma-

lın gömrük nəzarətindən keçirilməsinə də alıcı məsuliyyət

Page 104: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

104

daşıyır. FOB-sərbəst gəmi bortuna:

Malın birbaşa alıcı tərəfindən göstərilən limanda

gəmiyə təhvil verilməsi öhdəliyi yerinə yetirilir. Həmin

andan malın xarab və ya tələf olması riskinə görə satıcı

heç bir məsuliyyət daşımır.

Göndərmələrin kommersiya şərtlərinin üçüncü qru-

puna 4 termin daxildir: CFR (SFR), CİF (SİF), CPT (SPT)

və CİP (SİP)

Cədvəl 5 “S” qrupu.

CFR- “dəyər və fraxt”

Anlayışın

işarəsi

Göndərişin

kommersiya

şərtinin adı

Qrupun qısa səciyyəsi

Latş Azərb.

CFR SFR Dəyər və fraxt

İxrac sərhədindən ixrac

sərhədinə qədər olan bütün

xərclər satıcı tərəfindən

odənilir.

CIF SIF Dəyər, sığorta və

fraxt

Satıcı malı alıcı ölkənin tə-

yin olunmuş limanına gəti-

rərək sığortalayır, ixrac

üçün formal xərcləri ödə-

yir. Alıcı isə idxal üzrə for-

mal xərcləri ödəyir.

CPT SPT Daşınma xərcləri

ödənilmişdir.

Satıcı təyinat yerinə qədər

bütün xərcləri özü ödəyir.

CİP SİP

Daşınma və

sığorta

ödənilmişdir

(təyinat yerinə

qədər)

Əgər sığorta anlayışı

müqavilə şərtlərində varsa,

satıcı sığorta xərclərini

ödəyir. İxrac formal

xərclərini satıcı, idxalı isə

alıcı ödəyir.

Page 105: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

105

Bu o deməkdir ki, satıcı malı alıcının yerləşdiyi

ölkənin limanına gətirmək üçün bütün xərcləri və fraxtı

(gəmi ilə daşınan yükün kirayə xərcləri) ödəməlidir.

Yükün boşaldılma xərclərini idxal formal xərclərini isə

alıcı ödəməlidir. CİF - “dəyər, sığorta, fraxt.” Bu kommer-

siya şərtlərinə görə xarici malı, alıcının yerləşdiyi ölkənin

limanına gətirərək fraxt və digər xərclərlə yanaşı, sığorta

xərclərini də ödəməlidir. Yükün boşaldılmasını və idxal

xərclərini alıcı ödəyir. CPT - “daşınma ödənmişdir”.

Satıcı malın təyinat yerinə çatdırılana qədər olan

bütün xərclərini ödəməlidir. Mal daşıyıcıya təhvil veril-

dikdən sonra satıcı heç bir məsuliyyət daşımır. Yükün bo-

şaldıması və digər xərclər alıcının üstündə qalır. CİP -

“daşınma və sığorta ödənilmişdir”. Bu şərtə görə satıcı

alıcının yerləşdiyi ölkəni limanında yükü daşıyıcıya və ya

alıcıya təhvil vermək üçün digər xərclərlə bərabər, sığorta

xərclərini də ödəyir. Sonuncu qrup isə “D” adlanan özün-

də daşımanın 5 kommersiya DES (DES), DEQ (DEK),

DDU (DDU) və DDV (VVP) anlayışı birləşdirir.

.

5.5.Beynəlxalq alqı-satqı müqavilələrinin növləri

və xüsusiyyətləri.

Beynəlxalq alqı-satqı müqavilələrinin bir çox növ-ləri mövcuddur. Bunlar iki bölmədə qruplaşır:

1. Birdəfəlik müqavilə; 2. Dövraşırı göndərmələr. Pul, mal və qarışıq formalarda ödənişli mallar üzrə

kontraktlar. Hər növ qrupun öz xüsusiyyətləri vardır ki, bunlar

Page 106: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

106

aşağıdakılardan ibarətdir: Beynəlxalq alqı-satqı müqavilələrinin bir çox növləri

mövcuddur. Bunlar iki bölmədə qruplaşır: a) Birdəfəlik müqavilə və dövraşırı göndərmələr; b) Pul, mal və qarışıq formalarda ödənişli mallar üz-

rə kontraktlar. Hər növ qrupun öz xüsusiyyətləri vardır ki, bunlar

aşağıdakılardan ibarətdir: 1. Birdəfəlik mal göndərmək üzrə müqavilələr.

Bu müqavilə “birdəfəlik saziş” kimi adlanır. Burada satıcı-nın alıcıya göndərəcəyi malın bütövlükdə və müqaviləyə müəyyən edilmiş tarixdə yollanmasını nəzərdə tutur. Bu da öz növbəsində iki tipli olur: qısamüddətli göndərmə və uzunmüddətli göndərmə. Dəstləndirilmiş avadanlıq üzrə müqavilənin məzmunu aşağıdakı müqavilələrin bağlan-ması metodlarından asılı olaraq əhəmiyyətli fərqi vardır: malgöndərən və sifarişçilər arasında birbaşa əlaqələr əsa-sında bağlanılan müqavilələrdən və idxalçı tərəflərdən təş-kil olunmuş torqda malgöndərən ixracatçının iştiraketmə yolu ilə bağlanılan müqavilə.

2. Dövraşırı mal göndərmək müqavilələri. Bu müqavilələrdə mal göndərilməsi dövrlər üzrə nəzərdə tutulur. Yəni qısamüddətli (1 il) və uzunmüddətli (15-20 il) ola bilər. Uzunmüddətli müqavilələr əsasən sənaye xammalı, yarım fabrikatlar, xüsusən neft, kömür, təbii qaz, filiz, kağız və s. üzrə tərtib olunur. Pul, mal və qarışıq for-malarda ödənişli mallar üzrə kontraktlar.

a) pul formalı müqavilə ümumi qaydada həyata keçi-rilir. Əsasən hesablaşma valyuta formasında olur.

b) mal formasında ödənilməsi nəzərdə tutulan müqavilədə isə mal satışı bir və yaxud bir neçə malın mü-vafiq mallara mübadiləsi deməkdir. Bu halda barter qay-dası ilə mal mübadiləsi bir növ kontraktın sadə formasıdır.

Müasir şəraitdə qarışıq ödənişli müqavilə geniş

Page 107: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

107

yayılmışdır. Belə müqavilələrdə bir qayda olaraq söhbət məqsədli kreditləşmə əsasında aparılan tikintidən gedir. Onun bütün dəyərinin bir hissəsi pulla ödənilir, digər hissəsi isə tikintidə istifadə olunan məhsulun ödənişini nəzərdə tutur. Bu cür müqavilələrdə üç uzunmüddətli saziş uzlaşdırılır. Belə ki, müəssisənin tikintisi, quraşdırılması üzrə texniki vasitələr və xidmətlərin alqı-satqısı sazişi, uzunmüddətli kredit üzrə və xammal göndərilməsi üzrə uzunmüddətli saziş.

Xarici ticarət müqavilələrinin icrasını, yəni satıcının mal göndərməsini, onun yüklənib boşaldılmasını, sığorta-lanmasını, anbarda saxlanmasını, gömrükdən keçirilmə-sini təsdiqləyən və s. sənədlərə beynəlxalq kommersiya sənədləri deyilir. Bu sənədlər yerinə yetirdikləri funksiya-lara görə qruplara ayrılır:

1) İxracat məqsədilə nəzərdə tutulan malın isteh-salını təmin etmək üçün sənədlər.

- Bu sənədləri satın almaq üçün tapşırıq (sifariş) sənədi;

- Məhsulların anbardan göndərilməsini təmin edən naryad (tapşırıq, yazılı icazə) sənədi;

- Faktura cədvəli (yola salınan malın siyahısı). Bu hesablaşmalar üçün sənəd kimi istifadə olunur;

- Qablaşdırma üçün təlimat; - Daxili nəqletmə üçün faktura (müəssisə, sahədaxi-

li); - Statistik və sair inzibati sənədlər. 2) Malın yola salınmasına hazırlıq üçün sənədlər: - fraxtetmə (gəmi kirayə etmə) üçün sifariş. Bu sifa-

riş əsasında mal göndərən öncədən yükdaşıyandan ehti-yat yer saxlamasını xahiş edir;

- göndərmə üzrə təlimat; - malın göndərilməsi üçün tapşırıq; - nəqletmə üçün order;

Page 108: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

108

- malın yola salınması barədə məlumat; - sənədlərin paylanması barədə məlumat; - malın göndərilməsinə icazə sənədi. 3) Mal alqı-satqısı üçün sənədlər. Bu sənədlər malın

kəmiyyət və keyfiyyət xarakteristikasını verir. Bunlara aiddir: - haqq-hesab sənədi - əsas hesablaşma sənədi. Buraya aiddir: a) hesab faktura; c) ilkin hesab; ç) proforma hesab (zahiri rəsmiyyət). 4) Mala və mallar partiyasına kəmiyyət sənədləri. (qablaşdırma vərəqi).

Page 109: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

109

FƏSİL 6. BEYNƏLXALQ ALQI-SATQI

MÜQAVİLƏLƏRİNİN İCRA EDİLMƏSİNİN

TƏŞKİLİ

6.1.Malın (yükün) göndərilməsinə hazırlıq, malın

qablaşdırılması tələbləri.

Malın yaradılması – onun əmtəə markası ilə, yəni

mala elə bil ki, ad verilir, şəkli və yaxud onların hər

ikisinin birləşməsi ilə təmin olunması imkanını nəzərdə

tutur. Malın firmanın markası ilə birgə təklif olunması

onun qiymətliliyini artırır. Mal sahibinin həmin mala

sahiblik hüququnu qoruyan marka - əmtəə nişanı adlandı-

rılır. Malın yaradılmasında mühüm rollardan birini onun

qablaşdırılması oynayır. Daxili və xarici qablaşdırmanı

fərqləndirirlər. Daxili qablaşdırma malın özünün yerləş-

dirilməsi (məsələn, ətirlər üçün şüşə flakon) üçün, xarici

isə - daxili qabı qorumaq (məsələn, flakonlu ətir üçün

futlyar, qab) üçündür.

Qablaşdırma firma qablı ola bilər və bu halda o,

əmtəə markasını tamamlayır. Özünəxidmətin inkişafı ilə

əlaqədar olaraq qablaşdırma öz üzərinə yeni funksiyaları

götürür. Onun köməyilə, məsələn, malların alıcılara daşın-

ması, malın dəyərinin ödənişinə nəzarət, malın reklamı və

s. asanlaşır. Müasir elmi-texniki proses, yeni materiallar

və texnologiyalar qablaşdırmanın təkmilləşdirilməsi üçün

böyük imkanlar yaradır. O, daha çox öz üzərinə malın

qorunması funksiyasını (hermetikliyi - kip olması, saxla-

nılmanın etibarlı olmasını) götürür, malın istehlakında

rahatlıq (stəkan, boşqab və s. formasında qablaşdırma)

yaradır. Aerozol (tozvari) qablaşdırılması maye malların

Page 110: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

110

tətbiqi imkanlarını genişləndirir. İstehlakçının malı alma

barəsində qərarı daha çox müşayiət edən mallardan və

ticarət xidmətlərinin alınmasından (servisdən) asılıdır.

Bazarı öyrənən xidmətlər müəyyən etməlidirlər ki,

bunlar hansı xidmətlər olmalıdır, onların səviyyəsi necə

olmalıdır, onları hansı formada alıcıya təklif etmək lazım-

dır.

Servisin aşağıdakı xarakteristikasını göstərmək olar:

1. Göndərişin etibarlı olması.

2. Qiymət üzrə təklifin operativliyi.

3. Texniki məsləhətlərin alınması imkanları.

4. Güzəştlərin verilməsi.

5. Satışdan sonrakı xidmət.

6. Ticarət şəbəkəsinin miqyası.

7. Alıcının satıcı ilə əlaqəyə girməsinin sadəliyi.

8. Malın dəyişilməsinə zəmanət verilməsi.

9. Malgöndərənin istehsalat imkanlarının geniş ol-

ması.

10. Malların fərdi nümunə üzrə işlənilməsi imkan-

ları.

11. Kreditin verilməsi imkanları.

12. Sınaqlar üçün avadanlığın olması.

13. Mexaniki emal üçün avadanlığın olması.

Aparılmış tədqiqatlar əsasında firma konkret malın

işlənilməsinə başlayır. Bu işləmənin əsas mərhələləri aşa-

ğıdakılardan ibarətdir:

- malın ideyalarının formalaşdırılması;

- rasional (səmərəli) ideyaların seçilməsi;

- malın mənasının (ideyasının) işlənilməsi və onun

yoxlanılması;

- marketinq strategiyasının işlənilməsi;

Page 111: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

111

- istehsalat və satış imkanlarının təhlili;

- malın özünün işlənilməsi və onun buraxılışı;

- malın bazar şəraitində sınaqdan keçirilməsi;

- kommersiya istehsalının genişləndirilməsi.

Malın ideyasının formalaşdırılması hazırlıqsız, tə-

sadüfən deyil, daimi, inadla və sistematik olaraq həyata

keçirilməlidir. Bu ideyaların yaranmasının bazası – fir-

manın strategiyası olmalıdır, yəni firma bu və digər bazarı

şəriksiz qazanmağa can atırmı, bunun üçün ona böyük

miqdarda nağd pul lazımdırmı və yaxud onu nağdsız

dövriyyə qane edir və s. Əvvəlcədən dəqiqliklə müəyyən

edilməlidir ki, hansı mallar və hansı bazarlar (alıcı kateqo-

riyaları) əlverişlidir. Nəyə əsasən istinad etmək lazımdır:

keyfiyyətcə yeni mallara, orjinal mallara, artıq mövcud

olanların modifikasıyasına (yeniləşdirilməsinə) və yaxud

rəqiblərin mallarının satışına. Bu cür böyük işlərin həyata

keçirilməsi üçün marketinq tədqiqatlarının bütün vasitələr

və metodlar toplusundan istifadə etmək lazımdır. Yaxşı

olar ki, bu mərhələdə özünü nə sayla, nə də ideyanın məz-

munu ilə məhdudlaşdırmayasan.

Səmərəli ideyaların seçilməsi mərhələsində verilmiş

ideyaların ümumi sayı kəskin surətdə azalır. İlk növbədə

açıq-aydın yararsız ideyalar atılır. Yerdə qalanlar keyfiy-

yətcə, imkan daxilində isə kəmiyyətcə qiymətləndirilir. Bu

cür qalan ideyalar konkret malın mənasına çevrilir. Malın

hər bir mənası istehlakçı üçün əlverişli formaya çevrilir və

yoxlanılmaq üçün potensial istehlakçılara təklif olunur

Müqavilənin icrası tərəflərin müqavilədə öz üzərinə

götürdükləri təəhüdlərin (öhdəliklərin) yerinə yetirilməsi

deməkdir. Bunun üçün satıcı – ixracatçı malın göndəril-

məsi və bununla bağlı öz üzərinə düşən ödənişlərin təmin

Page 112: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

112

edilməsi üçün aid sənədləri hazırlayır. Əgər malgöndə-

rilməsi maşınla nəzərdə tutulmuşsa onda satıcı texniki

xidmətlər göstərilməsinə də hazırlıq görməlidir. Bu

hazırlıq aşağıdakılardan ibarətdir: malın markirovka olun-

ması və qablaşdırılması tələblərinə əməl etmək, həmçinin

nəqletmə şərtlərinin, iqlim xüsusiyyətlərinin nəzərə alın-

ması və s. hazırlıq əməliyyatlarının yerinə yetirilməsi. Bu

tələblərin hər birini ayrılıqda nəzərdən keçirək:

1) Malın (yükün) nəql edilməsilə bağlı tələblər. Qab-

laşdırma formasını seçərkən bunlar nəzərə alınmalıdır:

- nəqletmənin üsulu;

- məsafə və nəqletmənin müddəti;

- yolboyu malın başqa nəqliyyat növünə yüklənməsi

zərurəti;

- hərəkət rejimi və nəqletmə vaxtı;

- ilin vaxt dövrləri;

- nəqletmə məsariflərin ödənilməsi üsulları;

- malın digər mallarla birgə yerləşdirilməsi və s.

Malın nəqletməsində məlumdur ki, dəniz, dəmir-

yolu, hava və avtomobil nəqliyyatlarından istifadə olunur.

Odur ki, hər nəqliyyat növünə məxsus malın qablaş-

dırılmasına, yerləşdirilməsinə diqqət yetirilməlidir.

2) İlin iqlim xüsusiyyətləri nəzərə alınmaqla qablaş-

dırma tələbləri. Tropik iqlimli ölkələrdə qablaşdırmaya

xüsusi diqqət yetirilməlidir. Bu yerlərdə havanın rütubətli-

liyi 60%-dən çox olur. Orta hərarət isə 30-40 C0 olmalıdır.

Çox vaxt qablaşma üçün qaynaq edilmiş və möhkəm

bağlanmış taralar, metal konteynerlərdən istifadə edilir.

3) Gömrük rejimi ilə bağlı qablaşdırma tələbləri. Bu

halda gömrük tarifinin qablaşdırma tələblərinə uzlaşma-

sına diqqət yetirilməlidir. Gömrük vergilərinin malın

Page 113: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

113

brutto çəkisindən tutulmasının böyük əhəmiyyəti vardır.

Belə halda qablaşdırmanın özü və qablaşdırılan material

imkan daxilində çox yüngül olmalı və asan açılmalıdır.

Belə ki, taranın hazırlandığı material bahalı olduqda malın

qiymətilə yanaşı taradan da ayrıca vergi tutulur.

4) Təyinat ölkəsinin qanunçuluğuna uyğun qablaş-

dırma tələbləri. Bəzi ölkələrdə malların müəyyən qablaş-

dırma materialında gətirilməsində qadağa qoyulur. Bəzilə-

rində isə bəzi qablaşdırma materialına xüsusi idxalat ver-

giləri tətbiq edilir.

5) Markirovka tələbləri. Yük göndərilən ünvan üçün

nişanələr, yük göndərən və alanın ünvanı, adı, soyadı, ma-

lın netto və brutto çəkisi, müqavilənin sıra sayı və s. gös-

tərilir. Yükdaşıyan təşkilatlar üçün tələb olunan

məlumatlar və zəruri nişanların qoyulması və s.

6.2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə

beynəlxalq kommersiya sənədləri.

Bynəlxalq kommersiya müqavilələrinin icrasını, yəni

satıcının mal göndərməsini, onun yüklənib boşaldılmasını,

sığortalanmasını, anbarda saxlanmasını, gömrükdən keçi-

rilməsini təsdiqləyən və s. sənədlərə beynəlxalq kommer-

siya sənədləri deyilir. Bu sənədlər yerinə yetirdikləri funk-

siyalara görə qruplara ayrılır:

1) İxracat məqsədilə nəzərdə tutulan malın istehsa-

lını təmin etmək üçün sənədlər.

- Bu sənədlərə satın almaq üçün tapşırıq (sifariş)

sənədi;

- Məhsulların anbardan göndərilməsini təmin edən

naryad (tapşırıq, yazılı icazə) sənədi;

Page 114: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

114

- Faktura cədvəli (yola salınan malın siyahısı). Bu

hesablaşmalar üçün sənəd kimi istifadə olunur;

- Qablaşdırma üçün təlimat;

- Daxili nəqletmə üçün faktura (müəssisə, sahəda-

xili);

- Statistik və sair inzibati sənədlər.

2) Malın yola salınmasına hazırlıq üçün sənədlər:

- fraxtetmə (gəmi kirayə etmə) üçün sifariş. Bu

sifariş əsasında mal göndərən öncədən yükdaşıyandan

ehtiyat yer saxlamasını xahiş edir;

- göndərmə üzrə təlimat;

- malın göndərilməsi üçün tapşırıq;

- nəqletmə üçün order;

- malın yola salınması barədə məlumat;

- sənədlərin paylanması barədə məlumat;

- malın göndərilməsinə icazə sənədi.

3) Mal alqı-satqısı üçün sənədlər. Bu sənədlər malın

kəmiyyət və keyfiyyət xarakteristikasını verir bunlara aid-

dir:

- haqq-hesab sənədi;

-əsas hesablaşma sənədi.

Buraya aiddir:

a) hesab faktura;

b) hesab spesifikasiya;

c) ilkin hesab;

ç) proforma hesab (zahiri rəsmiyyət).

4) Mala və mallar partiyasına kəmiyyət sənədləri.

(spesifikasiya, qablaşdırma vərəqi).

5) Göndərilən malların keyfiyyət sənədləri.

- bank köçürmələri üzrə təlimat;

- bank trattası (barat vekseli) üzrə sifariş;

Page 115: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

115

- inkasso ödənişi (tapşırıqla və ya veksellər üzrə pul

almaq) haqda məlumat;

- mal akkreditivi üzrə məlumat vermək üçün sənəd;

- bank təminatı barədə sifariş;

- bankın razılaşdırılmış məbləği ödəyəcəyi sənəd;

- inkasso tapşırığı;

- mal akkreditivi və s.

Sığorta sənədləri:

- Buraya sığorta polisi (sığorta vəsiqəsi);

- reysin sığortası;

- əsas polis;

- qarışıq polis;

- sığorta sertifikatı;

- sığorta olunanın hesabı;

- kovernot (sığorta agenti) üçün verilən sənəd.

Azərbaycan firmalarının məsləhət təcrübəsi göstərir

ki, xarici tərədaşlarla münasibətdə onlar, praktiki olaraq

özlərinin maraqlarının müdafiəsi üçün daha az faydalı

mövqeyə çıxaraq tez-tez özləri xarici firmalara müqavilə

və razılaşmaların layihələrini tərtib etməyi təklif edirlər.

Danışıqlar aparmaq bacarığı – danışmaq yox, kontragenti

dinləmək bacarığıdır. Təcrübəli kommersantlar çox vaxt

ayrı-ayrı sual və replikalarla kontragenti danışdırmağa

çalışırlar ki, bu da onlara əv- vəlcədən onun mövqeyini

təhlil etməyə və əks dəlillərin mümkün variantları

haqqında düşünməyə imkan verir. Sivilizasiyalı

danışıqlarda kontragentin sözünü kəsmək düzgün hesab

olunmur. Buna görə də öz fikirlərini qısa, lakin həcmli

çatdırmağı bacarmaq lazımdır. Ayrı-ayrı məsələ üzrə hər

bir tərəfin fikirləri 2-3 dəqiqədən çox vaxt aparmamalıdır.

Öz mövqeyini uzun müddət anlatmağa çalışmaq onun

Page 116: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

116

kifayət qədər əsaslandırılmamasını göstərir və xalis insan

reaksiyası olan çox sözlülükdən qıcıqlanmaya səbəb olur.

Danışıqların tərcüməçi vasitəsilə aparılması. Əgər

aparıcı və danışıqların bütün iştirakçıları xarici dildə

sərbəst danışırlarsa, yəni xarici dildə düşünürlərsə, onda

danışıqları tərcüməçisiz aparmaq olar. Əgər aparıcı müva-

fiq sözləri axtarmalı və feli hansı zamanda işlətməyi dü-

şünməli olursa, onda yaxşısı budur ki, danışıqlar tərcü-

məçinin köməyilə həyata keçirilsin. İş orasındadır ki, mü-

rəkkəb danışıqlar kontragentlərin dəlillərinin təhlili üzə-

rində maksimal mərkəzləşməni, beyində kütləvi sayda əks

dəlil və kompromis təkliflərinin düşünülməsini tələb edən

həddən artıq emosional prosesdir. Misal üçün, alman

psixoloqları müəyyən etmişlər ki, əgər həmsöhbətlərdən

biri suala və ya ptərəfdaşın təklifinə 4 saniyədən çox

müddət ərzində cavab vermirsə, bu, arqumentlərin olma-

ması üzündən onun fikrinin dayanıqlığını ifadə edir. Buna

görə də, hətta xarici dildə sərbəst danışan kommersantlara

belə mürəkkəb danışıqlarda tərcüməçinin xidmətlərindən

istifadə etmək tövsiyə olunur. Bu halda aparıcı kontragent

tərəfindən ifadə edilən təklifi sərbəst başa düşərək

deyilənləri düşünmək və əlavə cavab vermək üçün 5 sani-

yədən 20 saniyəyədək vaxt əldə edir. Mürəkkəb və məsu-

liyyətli danışıqlara rus dilini kifayət qədər yaxşı bilən

Qərb firmalarının nümayəndələri öz tərcüməçiləri ilə

birlikdə gəlirlər. Əlbəttə ki, sadə danışıqlarda, misal üçün,

ilk təmasların təyin edilməsi və ya asan iradların həlli

zamanı dili kifayət qədər yaxşı səviyyədə bildikdə tərcü-

məçisiz keçinmək olar, lakin belə olan halda hər zaman

danışıqlarda iştirak edən qrupun bütün üzvlərinin xarici

dili eyni səviyyədə bilib-bilmədiklərini fikirləşmək lazım-

Page 117: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

117

dır, buna isə həddən artıq nadir hallarda rast gəlinir,

xüsusilə yeni kommersiya strukturlarında.

Danışıqların nəticəsinə görə məsuliyyət daşıyan

şəxslər öz firmalarının kommersiya maraqlarını müdafiə

edən xidmətçilərdir. Bu, onların xidməti öhdəliyidir. Əgər

kontragent sərt, əlverişsiz mövqe tutursa, bu, o demək

deyildir ki, o pis adamdır. Başa düşməyi öyrənmək lazım-

dır ki, «siz bir qayıqdasınız» və tərəfdaşın sizə qarşı

hörmət bəsləməsini təmin etmək lazımdır. Fikirlər heç bir

halda danışıqlar üzrə tərəfdaşın şərəfinə, onun milli

mənliyinə, onun firmasının nüfuzuna toxunmamalıdır.

Hətta qeyri-səhih formada edilmiş ədalətli irad belə

həddən artıq mənfi reaksiyaya səbəb ola bilər. Təcrübə

göstərir ki, danışıqlarda qeyri-əlverişli atmosfer hər

zaman, hətta ən mürəkkəb problemlər üçün belə qarşılıqlı

əlverişli kompromis həlləri tapmağa imkan verir.

6.3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün

nəqliyyat və gömrükxana sənədləri.

Ekspeditor təlimatları, yükləmə tapşırığı, ekspeditor hesabı, ekspeditorun anbar sənədi, malların alınması qəb-zi, malın verilməsi orderi, yükün işlənməsi orderi, malın buraxılışı sənədi və s.

Bu sənədlər malın gömrük sərhəddindən buraxılması üçün əsas sənədlərdir. Bunlar aşağıdakılardan ibarətdir:

- gömrükxana bəyannaməsi (deklarasiya); - idxal- ixrac lisenziyaları; - valyuta nəzarəti bəyannaməsi; - valyuta lisenziyası; - vergi bəyannaməsi;

Page 118: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

118

- yük bəyannaməsi; - daxili istehlak üçün mal haqqında bəyannamə; - gömrükxanadan təcili buraxılması haqqında

bəyannamə; - təhlükəli yüklər haqqında bəyannaməsi; - malın mənşəyi haqqında sertifikat; - malın mənşəyi haqqında bəyannamə; - konsul fakturası; - malın keyfiyyətinə nəzarət vəsiqəsi; - statistik ixrac sənədi; - statistik idxal sənədi; - baytarlıq vəsiqəsi (şəhadətnaməsi); - səhiyyə vəsiqəsi (şəhadətnaməsi); - fitosəhiyyə vəsiqəsi (şəhadətnaməsi); - təminat vəsiqəsi (şəhadətnaməsi); - tranzit mallar haqqında bəyannamə; - beynəlxalq gömrük bəyannaməsi. Xarici sərmayəçilərin (investorların) fəaliyyəti üçün

yaradılan şərait yerli hüquqi şəxslər üçün olan şəraitdən əlverişli ola bilməz. Xarici sərmayəçilər dövlət zəmanət-ləri əldə edirlər ki, bu da onları mülkiyyətin məcburi müsadirəsindən (milliləşdirmə, əlindən alınma, rekvizisi-ya), həmçinin hakimiyyət orqanlarının və vəzifəli şəxs-lərin qeyri-qanuni hərəkətlərindən azad edir. Vergi və yı-ğımları ödədikdən sonra xarici sərmayəçilərə sərmayədən mənfəət, dividend, texniki yardıma görə ödəniş, həmçinin sərmayələrin qismən və ya tam satışından alınan məbləğ formasında əldə etdikləri gəlirlərini maneəsiz olaraq xari-cə köçürməyə zəmanət verilir. Xarici sərmayələrlə müəs-sisələr - xarici sərmayəçilərin payvari iştirakı ilə olan müəssisələr (yəni birgə müəssisələr), bütövlükdə xarici sərmayəçilərə məxsus olan müəssisələr, həmçinin xarici

Page 119: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

119

hüquqi şəxslərin filialları şəklində olan müəssisələr kimi yaradılır və fəaliyyət göstərirlər. Xarici sərmayələrlə müəssisələr ya onların təsis olunması, ya da xarici sərma-yəçilər tərəfindən əldə etmə şəklində təşkil olunurlar və səhmdar və Mülki Məcəllə ilə nəzərdə tutulan digər təsər-rüfat cəmiyyətləri formasına malik olurlar. Xarici sər-mayələrlə müəssisələr, onların nizamnamə məqsədlərinə uyğun gələn istənilən qanuni fəaliyyət növünü həyata keçirmək hüququna malikdirlər. Onlar müqavilə əsasında istehsal etdikləri məhsulun qiymətini və satış şərtlərini müəyyən etmək hüququna malikdirlər. Xarici sərmayələr və xarici sərmayələrlə yaradılan müəssisələr yerli qanun-vericiliyə əsasən vergilərə cəlb olunurlar. Xarici tərəf-müqabillərlə birgə sahibkarlıq fəaliyyəti əsasında həyata keçirilən beynəlxalq kommersiya aşağıdakı formalarda olur:

- istehsalat kooperasiyası; - müqavilə üzrə istehsal; - idarəetmə kontraktı; - lisenziyaların satışı; - françayzinq. İstehsalat kooperasiyası hər hansı bir mürəkkəb

məhsulun birgə istehsalı üzrə yerli və xarici müəssisələrin səylərinin birləşdirilməsi və əlaqələndirilməsi məqsədini daşıyır. İstehsalat kooperasiyası xüsusi uzunmüddətli sa-zişlə möhkəmləndirilir ki, burada istehsalat proqramlarının razılaşdırılması, məmulatın tərkib hissələri, məhsulun hazırlanması üçün lazım olan materiallar və xammal ilə mübadilə öz əksini tapır. Kooperasiyanın alternativ forma-sı da mövcuddur ki, bu zaman yerli və xarici firmalar müəyyən məhsulu ancaq yerli bazara göndərməyi, artıq məhsulu isə öz tərəf-müqabillərinə onun bazarında istifadə

Page 120: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

120

etmək üçün verməyi öz öhdəliklərinə götürürlər. Müqavilə üzrə istehsal (başqa cür podrat istehsal adlandırılır) xarici firma tərəfindən müəyyən məmulatın istehsalına və ya onun yığılmasına dair yerli müəssisə ilə uzunmüddətli sazişin bağlanılması nəzərdə tutulur. Bu zaman xarici şirkət malın bazara yeridilməsi və onun satışı üzərində tam nəzarəti öz üzərində saxlayır. Kommersiyanın bu forması o zaman tətbiq olunur ki, firmaya hazırkı ölkədə gücləri inkişaf etdirməyə ehtiyac yoxdur, onun üçün daha sərfəlisi mövcudlardan istifadə etməkdir. Bu o zaman olur ki, texniki cəhətdən yaxşı silahlanmış müəssisəni tapmaq mümkün olsun və bu müəssisənin etibarlı tərəf-müqabil olması inamı olsun. Burada bir sıra problemlər yaranır ki, onlar da aşağıdakılara səylərin və diqqətin göstərilməsini tələb edir:

- müəssisənin əlavə təchiz olunmasını həyata keçir-məli, onun istehsalat və idarəetmə heyətini öyrənmək;

- malın keyfiyyətinin xüsusi qeydinə qalmaq; - yerli istehsalçı nəzarətdən çıxmaq və özünün şəxsi

işini təşkil etmək istədiyi hallara qarşı tədbirlər görmək. Bununla belə beynəlxalq kommersiyanın bu forması

daha geniş yayılmağa başlamışdır: bir çox iri firmalar bu yolla özlərinin «firma» məhsullarının əhəmiyyətli hissə-sini istehsal edirlər. Bu, müqavilə üzrə istehsalın aşağıdakı əhəmiyyətli üstünlükləri ilə izah olunur:

- gömrük və yaxud inzibati maneələrlə qorunan ba-zarlara daxilolma imkanı;

- bazara nəzarət etmənin təmin olunması.

Page 121: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

121

6.4.Beynəlxalq kommersiya qaydalarının (üsullarının) sadələşdirilməsi.

Müasir beynəlxalq ticarət təcrübəsi sənədlər dövriy-

yəsinin, onların rəsmiləşdirilməsi vəziyyətinin getdikcə artması və mürəkkəbləşməsi ilə bağlı beynəlxalq ticarət qaydalarının standartlaşmasının və xarici ticarət sənədlə-rinin unifikasiya edilməsini (vahid bir şəklə salınmasını) əsas vəzifə kimi qarşıya qoyur. Bu əməliyyatlar xarici ticarəti asanlaşdırır, eyni zamanda informasiyaların ötü-rülməsində, məlumatların hesablanıb verilməsi və metod-larının avtomatlaşdırılıb idarə edilməsinə əlverişli imkan-lar yaradır. Bu sahədə AİK (Avropa İqtisadi Komissiyası) xeyli iş görmüşdür. AİK çərçivəsində xarici ticarət sənədlərinin sadələşdirilməsi və standartlaşdırılması üzrə “ işçi qrupu” yaradılmışdır. İşçi qrupu AİK blankının ilkin sxeminin nümunəsini hazırlamış, həmin sxem əsasında sonralar aşağıdakı sənədlərin standart formaları işlənib hazırlandı:

- yükləmə sertifikasiyası; - komplektləşdirmə cədvəli; - qablaşdırma vərəqi; - keyfiyyət haqqında sertifikat; - hesab; malın mənşəyinə dair sertifikat; - səfir (konsul) fakturası; - malın göndərilməsi tapşırığı, avia fakturası; sığorta

etdirmək üçün ərizə; sığorta polisi və sairə sadələşdiril-mişdir.

İşçi qrupu xarici ticarət qaydalarının səmərələş-dirilməsi və onlardan istifadə olunmasına təsir göstərmək yolu ilə beynəlxalq ticarət və nəqliyyat işini asanlaşdırır və bu məqsəd üçün məlumatların elektron və digər

Page 122: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

122

avtomatik üsullarla işlənib hazırlanmasını tövsiyə edir. Odur ki , işçi qrupu aşağıdakı funksiyaları yerinə yetirir:

1) Beynəlxalq ticarət qaydalarının və yükdaşımanın sadələşdirilməsi sahəsində lazımi uzlaşdırmanı təmin edir;

2) Beynəlxalq ticarətdə və yükdaşımada zəruri tələb olunan ticarət qaydaları icmalını (xülasəsini) həyata keçirir;

3) Ticarət rəsmiyyətçiləri, qaydaları, sənədləri və sair sıx əlaqədar məsələlər barədə informasiyalar toplayır və yayır;

4) Onların sadələşdirilməsi və həllinin metodikası problemlərinə ümumi yanaşmanın işlənməsinə təsir göstə-rir;

5) Formulyar əsasında AİK-in müəyyən etdiyi nü-munəyə uyğun olaraq elektron hesablama maşınlarında və digər avtomatlaşdırılmış sistemlərdə istifadə olunması üçün nəzərdə tutulan sənədlər də daxil olmaqla ticarət sənədlərinin sadələşdirilməsini və standartlaşdırılmasını həyata keçirir;

6) Beynəlxalq ticarət sənədlərində göstərilən məlu-matların standartlaşmasına, habelə standart ticarət termi-nalogiyasının və xarici ticarət informasiyalarının kodlaş-dırılmasının işlənib hazırlanmasına təsir göstərir;

7) Beynəlxalq elektron rabitəsi ilə məsləhətləşmə-lərdə, beynəlxalq ticarətdə məlumatların elektron ötürül-məsinin lazımi sisteminin və avadanlığın tətbiq edilmə-sinə təsir göstərir.

Dünya ölkələri üzrə xarici ticarət fəaliyyətini tənzim-ləyən beynəlxalq təşkilatlar bir-birindən fərqlənən bir çox vacib funksiyaları yerinə yetirirlər. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) - 1947-ci ildə Cenevrədə ABŞ da daxil olmaqla 23 ölkənin iştirakı ilə QATT (General Agrecment

Page 123: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

123

on Tariffs and Trade) Ticarət və Tariflər haqqında Baş sazişin imzalanması ilə yaradılmış və 1944-cü ildən bu təşkilat Ümumdünya Ticarət Təşkilatı (ÜTT) adı altında fəaliyyət göstərir.

Bu gün ÜTT–ı dünya ticarətinin 85%-ni əhatə edən 150-dən artıq ölkəni özündə birləşdirən bir təşkilat ol-muşdur. Azərbaycan Respublikası 1997-ci ildən Ümum-dünya Ticarət Təşkilatında müşahidəçi statusu ilə iştirak edir.

Beynəlxalq ticarətdə kontragent malların alqı-satqısı və müxtəlif xidmətlər üzrə müqavilə münasibətlərində iştirak edən tərəflərə deyilir. Hər bir kateqoriyaya aid kontragentlərin özünə xas olan xarakterik cəhətləri vardır.

Beynəlxalq ticarət əməliyyatlarının çox hissəsi fir-malar tərəfindən həyata keçirilir. Dünya təcrübəsində “fir-ma” anlayışı ticarət məqsədi daşıyan kontragentlərə şamil edilir. Firma dedikdə sənaye, ticarət, tikinti, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı subyektləri xidmət və s. sahələr üzrə ticarət fəaliyyətində bulunan müəssisələr başa düşülür. Hər bir firma özünə müəyyən bir ad qoyur. Bu halda o, öz bölgəsinin xüsusi siyahısında qeydə alınır. Adətən, firmanın adı onun bir və yaxud bir neçə sahibinin adı və soyadı ilə (məsələn, “Kupp”, “Ford”, “Dadaşov qardaşları”), yaxud da firmanın fəaliyyət xarakterini əks etdirən ifadələrlə (“ Ceneral motors”, “ Koka- kola” və s. ) adlarla ifadə olunur. Firmanın adı məktubların xüsusi blankında, hesablarda, mətbuat mal nişanələrində, reklam-da və s. göstərilir. Dünya bazarında çıxış edən firmalar aşağıdakı xarakterik cəhətlərinə görə fərqləndirilir:

a) təsərrüfat fəaliyyətinə və yerinə yetirdiyi əməliy-yatlar üzrə;

b) hüquqi vəziyyətinə görə;

Page 124: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

124

c) mülkiyyətin xarakterinə görə; d) kapitalın və nəzarətin mənsubiyyətinə görə; e) fəaliyyət dairəsinə görə. 6.5. Beynəlxalq kommersiya qaydalarının və

sövdələşmələrinin sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları.

Müasir şəraitdə beynəlxalq ticarət sövdələşmələri-nin xüsusi cəhəti bundan ibarətdir ki, bu sövdələşmələr beynəlxalq maddi istehsal və elmi-texniki əməkdaşlıqdan yaranmış əlaqələri əks etdirir. Bu əlaqələr aşağıdakı mü-hüm cəhətlərlə xarakterizə olunur:

1. Beynəlxalq mal dövriyyəsinə daxil olan məhsul-ların siyahısının (nomenklaturasının) əhəmiyyətli dərəcə-də genişləndirilməsi, dəyişdirilməsi və çeşidinin yaxşı-laşdırılması.

2. Bütövlükdə müəssisələrə dəst avadanlıq göndər-mək (satmaq) üçün sazişin kompleks xarakteri. Bu cür sazişlərə maşın, avadanlıq, material və xidmətlərin dəsti nəzərdə tutulur. Həmin xidmətlər isə mühəndis işlərindən, infrastrukturun inkişafına dair xidmətlərdən və s. Ibarət-dir.

3. Sövdələşmələrin miqyasının artması. Burada ayrı- ayrı mallar üzrə alqı-satqı miqyasında deyil, iqtisadi əməkdaşlıq üzrə iri həcmli sövdələşmələrdən (sazişlərdən) söhbət gedir.

4. Müəssisənin tikilməsi üzrə bütün kompleks işlərin – layihə sənədlərindən tutmuş, müəssisənin işə salınması üçün layihələşdirilən bütün göstəricilərə nail olunanadək öhdəliklərin satıcı tərəfindən öz üzərinə götürməsi prakti-kasının genişləndirilməsi.

5. Konsorsiumlar yaratmaq yolu ilə müxtəlif ölkə-

Page 125: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

125

lərin şirkətləri tərəfindən birgə irimiqyaslı razılaşmaların (sazişlərin) həyata keçirilməsi. Bu halda sazişin bağlanma-sında əsas tərəf kimi aparıcı şirkət çıxış edir.

Beynəlxalq ticarət sövdələşmələrinin (sazişlərinin) mühüm cəhəti həm də onların məqsədyönlü olmasıdır. Məqsədyönlü fəaliyyət həm də onların məqsədyönlü olmasıdır. Məqsədyönlü fəaliyyət həm milli, həm də xarici konkret istehlakçıya yön tutması deməkdir. Bu istehsalçı-ya (satıcıya) onun vasitəçi xidmətindən istifadə etmədiyi-nə görə adətən malın göndərilməsi dəyərindən 30 faizə-dək qənaət verir. Həm də müəyyən bir konkret istehlakçı-ya yöntutma istehsalçının xammal, material, komponentlər göndərənlərlə bilavasitə və uzunmüddətli əlaqələrdə ol-masına şərait yaradır ki, bu da vaxtlı-vaxtında lazımi məh-sulların istehsalına təmin etsin.

Müasir şəraitdə beynəlxalq əlaqələrin aşağıdakı for-maları geniş yayılmışdır:

- birgə elmi fəaliyyət; - istehlakçılara texniki məsləhət; - yeni məmulatların nümunələrinin hazırlanıb işə

salınması proseslərində təşəbbüskar sifətində sifarişçilərin iştirakı və i. a.

Hələlik müasir iqtisadçılar dünyası beynəlxalq alqı- satqı aləmində iki irihəcmli konvensiyanın şahidi olmuş-lar. Bunlardan biri malların alqı-satqısı üzrə, digəri isə müqavilələrə tətbiq olunan hüquqi məsələlərə dair kon-vensiyadır.

Beynəlxalq alqı-satqı müqavilələrinə dair konven-siya dünya miqyasında alqı-satqı proseslərinin unifikasiya olunmuş (vahid şəkildə salınmış) qayda-qanunlarını tən-zimləyir. Bu qayda qanunlar müxtəlif ictimai, iqtisadi və hüquqi sistemlərə malik olan bir çox ölkələr üçün münasib idi və beynəlxalq ticarətdə hüquqi maneələri aradan götü-

Page 126: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

126

rə bilərdi. Konvensiya normativ xarakter daşıyır. Başqa sözlə,

konvensiyada nəzərdə tutulan əsasnamə hüquqi normaları əks etdirir. Bu o deməkdir ki, müqavilədə iştirak edən tərəflər konvensiyanın hər hansı bir müddəasını qəbul etməyə, hətta onu dəyişə də bilərlər. Konvensiya ancaq beynəlxalq xarakter daşıyan

Vyana Konvensiyasının məqsədi beynəlxalq alqı-satqını tənzim edən milli qanunçuluğun unifikasiyasına (vahid şəklə salınmasına) kömək göstərməkdir. Konven-siya əsasən aşağıdakıları nəzərdə tutur:

- mallar üzrə beynəlxalq alqı-satqı müqavilələrinin bağlanması və istifadə edilməsini eyni formada tənzimlə-yir;

- kommersiya danışıqlarının tezləşdirilməsinə, asan-laşdırılmasına və ucuzlaşdırılmasına kömək göstərir;

- müqavilə tərəflərinin bir-birinin hüquq və vəzifə-lərini birmənalı başa düşmələri üçün ilkin şərait yaradır;

- daha güclü tərəf-müqabil tərəfindən müqaviləyə özü üçün daha əlverişli şərtlərin digər tərəfə zorla qəbul etdirilməsi hallarının aradan götürülməsinə imkan yaradır;

- müqavilə üzrə satıcının və alıcının əsas öhdəliklə-rini müəyyənləşdirir;

- alqı-satqı müqaviləsinin obyektlərinin (malların) siyahısını müəyyən edir;

- konvensiyanın aid olmadığı ölkələr üçün alqı-satqı müqaviləsinin nişanələrini (əlamətlərini) müəyyənləşdirir.

Vyana konvensiyası 101 maddəni əhatə etməklə dörd hissədən ibarətdir:

- birincisi, tətbiqi sfera və ümumi müddəalar; - ikincisi, müqavilənin bağlanması; - üçüncüsü, malın alqı-satqısı; - dördüncüsü, son müddəa.

Page 127: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

127

FƏSİL 7. BEYNƏLXALQ QARŞILIQLI

KOMMERSİYA ƏLAQƏLƏRİ

7.1.Qarşılıqlı kommersiya əlaqələrinin

xüsusiyyətləri.

XX əsrin sonu və XXL əsrin ilk dövrlərində beynəl-

xalq ticarət əməliyyatlarının təşkili və texnikasının xarak-

terində bir sıra keyfiyyətli proseslər baş vermişdir. Bu pro-

seslərdən ən əhəmiyyətlisi inkişafda olan idxalat – ixracat

əməliyyatlarında tərəfdaşların qarşılıqlı öhdəliklər götür-

məsindədir. Belə öhdəçiliyə ixracatçının müəyyən konkret

malları və xidmətləri idxalatçıdan satın alması, idxa-

latçının isə reallaşdırılmış malların və xidmətlərin ixracat-

çıya vaxtında çatdırılması öhdəliyini misal göstərmək olar.

Odur ki, bu tipli əməliyyatlar beynəlxalq ticarətdə qarşı-

lıqlı ticarət əlaqələri adını almışdır.

Bu növ qarşılıqlı öhdəliklərin inkişafı ilə bağlı

kommersiya əməliyyatları nəzəriyyəsi və təcrübəsində bir

sıra yeni anlayışlar yaranmışdır: “qarşılıqlı ticarət”, “qar-

şılıqlı sövdələşmə”, “ qarşılıqlı saziş”.

Bu gün qarşılıqlı kommersiya beynəlxalq mal müba-

diləsinin tənziminin, ölkələr arasında iqtisadi və istehsal –

texniki əməkdaşlığın inkişafına təsir göstərməklə beynəl-

xalq hesablaşmaların səhmləşməsinə təsir göstərən mü-

hüm vasitələrdən birinə çevrilmişdir. Nəticədə mal müba-

diləsi üzrə ikitərəfli və çoxtərəfli hökumətlərarası razılaş-

maların (sazişlərin), habelə qarşılıqlı əsaslarla iqtisadi və

istehsal əməkdaşlığı sazişlərinin bağlanması imkanı ver-

mişdir. Bu da bir neçə il üçün qarşılıqlı göndəriləcək mal-

ların növləri və həcmləri, onların ümumi dəyəri, hesablaş-

Page 128: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

128

ma qaydası, göstəriləcək texniki xidmətlərin, elmi-texniki

biliklərin dəyəri və xarakterini öncədən müəyyənləşdiril-

məsinə imkan yaradır. Odur ki, beynəlxalq qarşılıqlı

ticarətin payı ümumi ticarətdə 25%-dən artaraq 40%-ə

çatmışdır.

Beynəlxalq mal dövriyyəsinin inkişafında qarşılıqlı

ticarətin mühüm xüsusiyyətlərində biri də onun dünya

bazarında dəyişməkdə olan şərtlərə və şəraitə kontragent-

lərin dərhal uyğunlaşmasına imkan yaratması çevikliyidir.

Məhz bu çeviklik ayrı-ayrı ölkələrə öz ixracatının məq-

sədyönlü fəaliyyətini tənzimləyir. Valyutaya qənaət et-

mək, beynəlxalq mal və xidmətlər mübadiləsini sürətlən-

dirmək üçün şərait yaradır.

Beynəlxalq qarşılıqlı ticarət əməliyyatlarının üstün

xüsusiyyətlərindən biri də icra əməliyyatlarının kompüter-

ləşdirilməsinin təkmilləşməsidir. Kompüterləşmə alış –

veriş məsələlərinin həllini yüksək keyfiyyətli səviyyəyə

qaldırmışdır. Bu göstərilənlər əsasında ticarət təcrübəsində

geniş yayılmış sazişlər: “məhsul bölgüsünə dair”, “inkişaf –

idxalat”, məqsədli kreditləşdirmə şərtilə “ən yaxın vaxtda”

sənaye obyektlərinin tikilməsi barədə, habelə istehsalın

ixtisaslaşması və kooperasiyalaşması haqqında, ölkələr

arasında istehsalat əməkdaşlığı barədə sazişlər yaranmışdır.

Beləliklə, beynəlxalq qarşılıqlı ticarət bilavasitə is-

tehsal sferasındakı iştirakçıların səmərəli, uzunmüddətli,

qarşılıqlı və yararlı əməkdaşlığının yaradılmasına təsir

edən ticarət əməliyyatları təşkilinin daha sürətli inkişaf

etmiş formasıdır. Odur ki, qarşılıqlı ticarətdən hər iki tərəf

tam şəkildə faydalana bilər.

Beynəlxalq təcrübədə komplekt avadanlıq idxalatı

əsasında müəssisənin tikilməsi çox hallarda avadanlıq ix-

Page 129: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

129

racatçısı üçün məcburi xarakter daşıyan qarşılıqlı malgön-

dərmələrlə əlaqələndirir. O, yəni müəssisə məcbur olur ki,

həmin tikilib işə salınmış müəssisədən məhsulun əvəzinə

idxalçıya göndərdiyi avadanlığın dəyəri və verilən ödənc

hesabını qəbul etsin. Həmin məhsula özünün ehtiyacı

olmadıqda ixracatçı məcburdur ki, ya özü onun həyata

keçirilməsi ilə məşğul olsun, ya da müvafiq ticarət

vasitəçisinin köməyilə, yaxud da özünün satış şəbəkəsi

vasitəsilə üçüncü bir ölkəyə ötürsün.

Müasir şəraitdə qarşılıqlı satınalmalar çox hallarda

məcbur xarakter aldığı bir halda qarşılıqlı satınalmalar

sazişinə (müqaviləsinə) ixracatçı tərəfindən “başqasına

satma”, məsələn, qarşılıqlı satınalmalar üzrə öhdəliyi

üçüncü tərəfə (əlbəttə əgər o buna razıdırsa) verilməsi

şərtləri göstərilir. Bu növ başqasına satma (sessiya) qar-

şılıqlı satınalma öhdəliyini öz üzərinə götürən üçüncü

tərəf isə tsessioner adlanırlar. İxracatçı öz öhdəliyini qis-

mən, yaxud tamamilə başqasına da verə bilər. Bununla

əlaqədar olaraq ixracatçı tsessionerlərlə müqavilə bağla-

malıdır. Müqavilədə qeyd edilir: tsessioner öhdəlik qəbul

edərkən qarşılıqlı satınalmaya dair sazişlə özünü bağlı

hesab edir və müvafiq öhdəlikləri öz üzərinə götürür.

İxracatçılar hər şeydən əvvəl öz məhsullarının satı-

şında maraqlıdırlar. Qarşılıqlı satınalmalarda elə mallar

üzrə öhdəlik götürürlər ki, bu hallarda özlərinin ehtiyacı

olmur.

7.2. Beynəlxalq qarşılıqlı sazişlərin

(razılaşmaların) növləri.

BMT-nin ekspertləri beynəlxalq qarşılıqlı razılaşma-

Page 130: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

130

ları 3 növə ayırırlar:

a) barter razılaşmaları;

b) ticarət ödəmə razılaşmaları;

c) sənaye ödəmə razılaşması.

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının mütəxəs-

sisləri isə beynəlxalq qarşılıqlı razılaşmaları 2 kateqoriya-

ya ayırırlar:

1. Ticarət kompensasiyası razılaşmaları;

2. Sənaye kompensasiyası razılaşmaları.

Ticarət kompensasiyası razılaşmaları bir biri ilə üzvü

surətdə əlaqələri olmayan son dərəcə müxtəlif malların

çox da böyük olmayan, yaxud orta həddə olan məbləğdə

birdəfəlik qısa, yaxud ortamüddətli ticarət əməliyyatla-

rıdır. Adətən, 3 il müddətinə tamamlanır.

Sənaye kompensasiyası razılaşmaları dedikdə isə da-

ha iri məbləğdən ibarət olan, adətən Qərbin sənaye ava-

danlığı, yaxud hazır fabrikin satdığı məbləğdə uyğun gə-

lən razılaşmalar başa düşülür.

Beynəlxalq kommersiya təcrübəsi göstərir ki,

razılaşmaların təşkilatı təşkilati – hüquqi və kompensasiya

prinsipi əsasında qurulsaydı, daha əlverişli olardı. Bu növ

yanaşmada beynəlxalq qarşılıqlı razılaşmaları 3 növə

ayırmaq daha əlverişli əhəmiyyət kəsb edir:

a) valyutasız əsaslarda mal mübadiləsi və kompen-

sasiya razılaşmaları;

b) ticarət əsasında kompensasiya razılaşmaları;

c) istehsalat əməkdaşlığına dair razılaşma (saziş)

əsasında kompensasiya razılaşmaları.

Valyutasız əsasda mal mübadiləsi kompensasiya

razılaşmaları mal göndərənin mal formasında da ödənişini

Page 131: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

131

nəzərdə tutur. Bu halda hesablaşmaların xarici valyuta-

larla hesablanmasına ehtiyac qalmır. Malgöndərənin xa-

rakterindən və sazişin fəaliyyət müddətindən asılı olaraq

2 cür razılaşma (sazişlər) fərqləndirilir:

- birdəfəlik malgöndərmə sazişi;

- uzunmüddətli malgöndərmə sazişi.

Birdəfəlik malgöndərmə sazişi. Bu saziş iki tipdə

olur:

1. Barter sazişi;

2. Bilavasitə güzəştli saziş.

Barter sazişi. Miqdarı öncədən razılaşdırılmış malın

digəri ilə başabaş mübadiləsini nəzərdə tutur. Bu növ

sazişdə tərəflər arasında ya mübadilə olunacaq eyni tipli

malların miqdarı göstərilir, yaxud da onların qarşılıqlı

dəyərləri razılaşdırılır. Dəyərləri razılaşdırılarkən mal

yeridilişi xərcləri də nəzərə alınmaqla dünya qiymətləri

əsas götürülür. Barter sazişləri böyük vətən müharibə-

sindən sonrakı dövrün ilk illərində çox geniş yayılmışdır.

Sonralar o xeyli səngidi. 70-ci illərin ortalarında xammal

problemi xeyli (xüsusən də neft üzrə) kəskinləşməyə

başladı. “Xammal – xammalla”, yaxud “xammal – hazır

məhsula” tipli barter sazişləri geniş vüsət aldı. Həm də

əsasən inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkə-

lərə doğru.

Bilavasitə kompensasiyalı sazişi də barter sazişində

olduğu kimi bərabər dəyərli malın valyutasız qarşılıqlı

mübadiləsini nəzərdə tutur. Lakin barter sazişindən fərqli

olaraq, bu eyni zamanda qarşılıqlı mübadilə olunacaq

malların qiymətləri öncədən razılaşdırılmasını nəzərdə

tutur. Bir qayda olaraq tərəflər bir-birinə malların iki siya-

Page 132: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

132

hısını göndərirlər. Bu siyahılardan birində malların miq-

darı və qiyməti göstərilməklə onların adı (siyahısı), digə-

rində isə kompensasiyalı verilməsi təklif olunan malların

adı göstərilir. Danışıqlar nəticəsində qarşılıqlı göndəri-

ləcək həmin malların iki siyahısını işləyib hazırlayır və

onları kompensasiyalı sazişin ayrılmaz bir hissəsi kimi

həmin sazişə əlavə edirlər.

Uzunmüddətli mal göndərmə sazişləri.

Bu sazişlər də valyutasız əsaslarla firmalar səviyyə-

sində bağlanılır və ümumi (qlobal) sazişlər adını daşıyır.

Belə sazişlər adətən bir tərəfdən transmilli korporasiya,

digər tərəfdən isə dövlət təşkilatları, nazirlikləri xarici

bazara çıxmaq hüququ olan xarici ölkələrin müvafiq

ticarət təşkilatları arasında bağlanıla bilər. Qlobal sazişlər

kimya, mədənçıxarma, sənayenin avtomobil istehsalı sa-

hələri, bəzi maşınqayırma sahələri, yeyinti, əczaçı, toxucu-

luq sənaye sahələri məhsullarının mübadiləsində daha çox

istifadə edilir. Qlobal razılaşmalar (sazişlər) tərəf –

müqabillərə müəyyən üstünlüklər verir. Məsələn,

transmilli korporasiya kimi ixracatçılar konkret bazarda

səbat və bir qayda olaraq daha çox genişlənməkdə olan öz

məhsulunun satışı üçün imkanlar əldə edir. Hətta fərdi

əsaslarda ayrı–ayrı qarşılıqlı malgöndərmələr, yaxud kom-

pensasiyalı mal alışları üzrə öhdəliklər barədə danışıqlar

aparmağa belə ehtiyac duyulmur. Qlobal sazişlər həm də

mərkəzi (əsas) saziş, yaxud da öhdəlik – məktub əsasında

mal mübadiləsi sazişi formasını ala bilər.

Mərkəzi (əsas) saziş. Bu sazişlər iri transmilli korpo-

rasiya tərəfindən istifadə olunur. Müxtəlif qurumlar tərə-

findən həyata keçirilən çoxsaylı qarşılıqlı satınalmalar

Page 133: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

133

olmasın deyə transmilli korporasiyalar idxalatçı məmləkə-

tində hər hansı bir təşkilatla mərkəzi (əsas) saziş bağlayır

ki, onun yəni transmilli korporasiyanın həmin ölkədə bü-

tün qarşılıqlı satınalmalarını qruplaşdırmağa imkan olsun.

Bu hal transmilli korporasiyaya imkan verir ki, həmin

qarşılıqlı satınalmaları müəyyən bir uzun müddət (təqribən

1-5 il dövr) ərzində mərkəzləşdirilmiş qaydada həyata

keçsin. Beləliklə mərkəzi (əsas) saziş konkret bir ölkədə

transmilli korporasiya fəaliyyətinin bütün sahələrini əhatə

edir.

Öhdəlik məktub əsasında mal mübadiləsi sazişi. Bu

növ saziş ixrac və idxal malları siyahılarının qarşılıqlı

mübadiləsini nəzərdə tutur ki, bu əsasda da həmin öhdəlik

– məktubda dövr ərzində (3-5 il) tərəf – müqabillər öz

maraqlarını ifadə edirlər. Elə ki, qarşılıqlı maraqlandıran

malların siyahısı müəyyənləşdirildi, tərəflər məktub –

öhdəlik mübadiləsinə başlayırlar. Bu məktub – öhdəlikdə

siyahıya daxil olan malların ümumi miqdarı müəyyən

edilir. Məktubda ayrı-ayrı malların qiymətləri haqqında

heç bir şərt göstərilmir və tərəflər üçün hansı bir hüquqi

və təəhhüdlü şərtlər qoyulmur. Malların konkret miqdarı

adətən əvvəlki ilin axırında danışıqlar gedişatında müəy-

yənləşdirilir. Qiymətlər kredit şərtilə və malgöndərmə

müddətləri isə bir kvartaldan bir yaxud da hər il razılaş-

dırıla bilir.

Müasir şəraitdə 5 il və daha çox dövr ərzində qarşı-

lıqlı mal mübadiləsini təmin edən danışıqların digər oxşar

növləri də tətbiq olunmağa başlanmışdır. Bunlar sadəcə

olaraq konkret mallar üzrə ticarət protokolu formasında

həyata keçirilir. Kompensasiyalı razılaşmalar. Ticarətdə

Page 134: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

134

kompensasiyalı sazişlər dedikdə, malgöndərmənin o

cümlədən, müvafiq qarşılıqlı malgöndərmənin ya alqı-

satqı müqaviləsi əsasında, ya qarşılıqlı satınalmalar,

yaxud da avans satınalmalar barədə razılaşmalar da əlavə

edilməklə alqı-satqı müqavilələri əsasında çıxış edir. Bu

halda ixracatçı idxalatçıdan mal əldə etmək üçün bu şərtlə

öhdəlik götürür ki, o, yəni idxalatçı nəticə etibarı ilə ekvi-

valent mübadilə qaydaları ilə ixracatçıdan mal satın alsın.

Mövcud təcrübəyə uyğun olaraq ixracatçı əvvəlcədən

belə bir müqaviləni imzalayır ki, ixracat müqaviləsi

sonradan malgöndərmə ərəfəsində imzalanacaq, yaxud da

müqavilədə göstəriləcək ki, qarşıda gözlənilən

razılaşmada da sazişə “kompensasiya kredit” kimi

baxılacaqdır.

Transmilli korporasiya avans razılaşmanı (sazişi)

satış bazarının genişləndirilməsinə yönəldilən ümumi

strategiyasının bir ünsürü kimi istifadə edir. Avans

satınalma həyata keçirilərkən ixracatçı malgöndərməni

daxili klirinq sistemi qaydasına uyğun surətdə bankın

buraxdığı “ zəmanət öhdəçiliyi”ni alıcıya verməklə ödəyir.

Çox hallarda avans, yaxud öncədən satınalmalar üs-

tünlüklə maşınqayırma sahələrində qarşılıqlı satınalma

barədə saziş bağlamaq əvəzinə istifadə olunur.

7.3. İstehsal əməkdaşlığı razılaşmaları

əsasında kompensasiya sazişləri

Bu cür sazişlər nəzərdə tutur ki, göndərilən sənaye

avadanlığının dəyəri satınalınacaq avadanlığın köməyilə

istehsal olunan malların qarşılıqlı göndərilməsi hesabına

Page 135: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

135

ödənilsin. Belə razılaşmalara (sazişlərə) aşağıdakılar aid-

dir: irimiqyaslı uzunmüddətli güzəştli razılaşmalar (əks

satınalma şərtilə); “məhsul bölgüsü haqqında” razılaşma

və “ idxalat – inkişaf “ razılaşmaları.

Malların əks satınalması şərtilə irimiqyaslı uzunmüd-

dətli güzəştli razılaşmaları (sazişləri). Bu razılaşmalar

istehsal əməkdaşlığı əsasında mal göndərilməsini

və bununla yanaşı istehsal kompleksləri avadanlığın

sənaye avadanlığına, texnoloji qurğulara uzunmüddətli

borclar və kredit verilməsini və bunun müqabilində

qarşılıqlı malgöndərmə qaydasında güzəştli ödənilməsini

nəzərdə tutur. Həmin ödəniş tikilmiş və işə salınmış

müəssisənin hazır məhsulunun, yaxud bu məhsulla bağlı

xammal, material və digər malların əks satınalınması yolu

ilə təmin oluna bilər. İrimiqyaslı uzunmüddətli kommer-

siya razılaşmalarını (sazişlərini) güzəştli göndərmələrin

səviyyəsindən və miqdarından asılı iki tipə ayırmaq olar:

1. Güzəştli satınmalar üzrə öhdəlik göndəriləcək

avadanlığın (malın) dəyərindən yüksək olduğunu əks

etdirən razılaşmalar. Bu razılaşmaların xüsusi xarakterik

cəhətləri aşağıdakı kimi səciyyələndirir:

- ən azı qarşılıqlı bağlılığı (əlaqəsi) olan üçün qrup

müqavilələrinin bağlanması:

-avadanlıq göndərilməsi (satışı) və onunla bağlı

texniki xidmətlər üzrə müqavilələr, uzun müddətli sazişlər

əsasında son məhsulun göndərilməsi üzrə avadanlıq və

texnologiya göndərilməsinin (satışının)

maliyyələşdirilməsinə borc verilməsi üçün bank

razılaşması (yaxud bir neçə razılaşmalar – sazişlər).

- dövlətlərarası kreditləşmə çərçivəsində hökumət

Page 136: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

136

kreditlərinin, habelə ticarət bankı kreditlərinin verilməsi.

Maliyyələşdirmə əksərən ya xalis ticarət kreditləri əsasın-

da, ya da dövlət və ticarət kreditlərinin uzlaşdırılmış for-

masında aparılır (adətən 6-8 il, təbii qaz üzrə 25 il müd-

dətinə). Çox hallarda maliyyələşdirmə bank konsorsium-

larının yaradılması yolu ilə yaxud da müvafiq razılaş-

maları imzalamaqla həyata keçirilir.

- kompensasiyalı satınalmalar üzrə öhdəliklər gön-

dərilməsi nəzərdə tutulan malların xarakterindən asılı

olaraq 20 -25 ilə qədər bir müddəti əhatə edir.

- qarşılıqlı malgöndərmələrinə qiymətlər dünya ba-

zarı qiymətləri əsasında qoyulur, həm də müntəzəm olaraq

onların (hər il yaxud hər kvartal) yenidən baxılması nəzər-

də tutulur. Dünya bazarı olmadıqda qiymətlər müvafiq

bazarda ticarət təcrübəsini əks etdirən qarşılıqlı razılaş-

dırılmış formula əsasında qoyulur.

- energetika sahəsində kompensasiya sazişləri adətən

biq sıra qarşılıqlı, fəqət hüquqi cəhətdən müstəqil olan

razılaşmalara əsaslanır.

- avadanlıq göndərilmələri və qarşılıqlı malgön-

dərmələr arasında əlaqələr əsas bank sazişində (yaxud

protokolunda) müəyyənləşdirilir. Bu sazişdə (protokolda)

həm də kompensasiya sazişinə hansı avadanlığın və

xidmətlərin daxil ediləcəyi göstərilir.

- kompensasiyalı razılaşmaların avadanlıq idxalat-

çısı olan son məhsulu göndərən ixracatçıya öz tərəfindən

ödəniş şərtləri də daxil edə bilər.

Kompensasiyalı satınalmalar üzrə öhdəliklər göndə-

rilən avadanlığın dəyərinə bərabər və yaxud dəyərindən

aşağı olduğunu əks etdirən razılaşmalar (sazişlər).

Page 137: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

137

Sənaye sahələrindən asılı olaraq bu razılaşmaların

spesifik xüsusiyyətləri vardır. Məsələn, hasilat sənayesin-

də. Meşə və sellüloz – kağız, qara və əlvan metallurgiya,

ximikatlar istehsalı kimi aralıq məhsul buraxan sahələr-

də kompensasiyalı razılaşmalarının aşağıdakı xüsusiy-

yətlərini fərqləndirmək olar:

- kreditin çox hissəsi müəssisələrin kompleks ava-

danlığının satınalınmasına, müvafiq texniki xidmətlərin

göndərilməsinə və infrastruktur obyektlərinin tikilməsinə

yönəldilir.

- qarşılıqlı göndərmələrə həm son məhsul, həm də

aralıq məhsul daxil edilə bilər. Buna əsasən kimya sənaye

müəssisələrinə aid olan razılaşmalarda daha çox rast gəli-

nir.

- son məhsulun istifadə edilməsini (mənimsənil-

məsini) asanlaşdırmaq məqsədilə kompensasiyalı satınal-

malar üzrə öhdəliyin üçüncü tərəfə ötürülməsinə ixtiyar

verilir. Bunun üçün alqı-satqı kontraktına müvafiq şərtlər

əlavə edilməlidir.

- Texnoloji prosesin yüksək dərəcəsində əldə olunan

məhsulun qiymətləri hesablamanın mürəkkəb düsturundan

istifadə etməklə müəyyənləşdirilir. Sahəvi sənaye mənsu-

biyyətindən və məhsulun növündən asılı olaraq qiymətlər

rəqabət edən yerli firmaların müəyyənləşdirdikləri qiymət-

lərin, bəzi hallarda isə malgöndərən müəssisənin istehsal

xərcləri əsasında hesablana bilər.

- bir çox razılaşmalarda son hazır məhsul əvəzinə

aralıq məhsulların yaxud onların quraşdırılmış məhsulun

kompensasiya şərtilə göndərilməsi də nəzərdə tutulur.

“Məhsul bölgüsü“ nə dair razılaşmalar.

Page 138: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

138

Həmin razılaşmalar kompensasiya sazişlərinin ikinci

kateqoriyasına aid edilir. Bu kateqoriyalı razılaşmalar is-

tehsal əməkdaşlığı çərçivəsində həyata keçirilir.

İrimiqyaslı uzunmüddətli kompensasiya sazişlərin-

dən fərqli olaraq “məhsul bölgüsü” nə aid sazişlər sənaye

obyektləri tikintisinə dair razılaşmalar əsasında bağlanılır.

Bu sazişlər inkişaf etməkdə olan ölkələrdə həmin ölkələrin

təbii resurslarının işlənilməsini nəzərdə tutan sənaye

obyektlərinin tikilməsi əməkdaşlığı üzrə razılaşmalar (sa-

zişlər) əsasında onların həmin müəssisələrdə əldə edilən

xammalın qarşılıqlı göndərilməsi sazişlərinin daha çox

yayılmış forması oldu. Bu tipli sazişlər üstünlüklə bir

tərəfdən inkişaf etməkdə olan ölkələrin dövlət orqanları

və təşkilatları, digər tərəfdən isə xarici firmalar yaxud

firmalar birliyi tərəfindən bağlanılır.

“İdxalat – inkişaf” razılaşmaları. Bu razılaşma isteh-

salat əməkdaşlığına əsaslanan kompensasiya sazişlərinin

üçüncü kateqoriyasıdır. Burada söhbət əsasən emaledici

sənaye sahələrinin tikintisi sahəsində, yaxud uzunmüddətli

kreditləşmə əsasında həmin müəssisələr üçün avadanlıq

komplekti göndərilməsi barədə əməkdaşlıqdan gəlir. “İd-

xalat – inkişaf” (buna idxalatın inkişafı üçün layihələr

deyilir) razılaşmaların həyata keçirilməsi bunu nəzərdə

tutur ki, tikilib işə salınan müəssisələrin məhsulunun qar-

şılıqlı göndərilməsi komplekt avadanlıq göndərən xarici

firma-malgöndərən göstərdiyi texniki xidmətlər və zəruri

kreditlər üzrə məsrəfləri özü təmin edəcəkdir.

Page 139: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

139

7.4. Beynəlxalq kommersiya fəaliyyətinin formaları və

onların formalaşması strukturu.

Beynəlxalq kommersiya fəaliyyəti üç əsas formada

həyata keçirilə bilər: ixracat-idxalat əməliyyatları forma-

sında, xarici sərmayələr (investisiyalar) əsasında müəssi-

sələrin yaradılması yolu ilə və birgə sahibkarlıq fəaliy-

yətinin həyata keçirilməsi əsasında.

İxracat-idxalat əməliyyatları iki üsulla həyata keçi-

rilə bilər:

1. Birbaşa;

2. Dolayı.

Birbaşa əməliyyatlarda kommersiya müəssisəsi ixr-

acat-idxalat əməliyyatlarını müstəqil olaraq həyata keçirir,

bunun üçün özünün vətəndə və xaricdə olan ixtisaslaşmış

xidmətlərindən, həmçinin xarici agentlərdən istifadə edir-

lər.

Dolayı əməliyyatlarda ixracat-idxalat əməliyyatları

müstəqil vasitəçilər – beynəlxalq tacirlər tərəfindən apa-

rılır.

Birbaşa əməliyyatlar ciddi ilkin kapital qoyuluş-

larını, hazırlıqlı kadrların və xaricdə geniş şəbəkəli apa-

ratın olmasını, böyük təcrübə tələb edir. Buna görə də

onlar adətən əhəmiyyətli resurslara malik olan iri müəs-

sisələr tərəfindən aparılır. Dolayı əməliyyatlar beynəlxalq

kommersiya fəaliyyətinə təzə başlayan və onun üçün xas

olan riskdən yaxa qurtarmağa can atan nisbətən böyük ol-

mayan müəssisələr üçün xarakterikdir. Fəal və passiv

ixracat-idxalat əməliyyatlarını fərqləndirmək lazımdır.

Fəal əməliyyatlar malın yeridilməsi strategiyasının xarici

Page 140: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

140

və yerli bazarlarda reallaşdırılması ilə bağlıdır, passivlər –

gündəlik məsələlərin həll olunması məqsədi daşıyırlar,

məsələn, müəyyən malın müvəqqəti qıtlığının ləğv edil-

məsi, artıq olan mövsümi malların satışı və s.

İxracat-idxalat əməliyyatlarının həyata keçirilmə

texnologiyası bir sıra dövrələri nəzərdə tutur:

Sıfır dövrəsi: ixracat və yaxud idxalat üçün ilkin

şərtlərin yaradılması. Burada söhbət ixracat imkanlarının

və idxalat tələbatlarının aydınlaşdırılmasında gedir.

Birinci dövrə: əməliyyatdan qabaq fəaliyyət döv-

rüdür; o, aşağıdakı addımlardan ibarətdir:

- ixracatçı bazarı tədqiq edir və satış haqqında təklif

verir;

- idxalatçı bazarı tədqiq edir və sifariş və yaxud tə-

ləbnamə verir;

- ixracatçı idxalatçıdan tələbnamələrin və yaxud

sifarişlərin alınmasını təsdiq edir və onların şərtlərini təhlil

edir;

- idxalatçı ixracatçıdan təkliflərin alınmasını təsdiq

edir və onların şərtlərini təhlil edir;

İkinci dövrə: kontraktın bağlanılması; bu, aşağıdakı

addımlardan ibarətdir:

- ixracatçı sifarişi təsdiq edir və kontraktın layihəsini

hazırlayır;

- idxalatçı kontraktın layihəsini hazırlayır;

- idxalatçı və ixracatçı danışıqlar zamanı kontraktı

razılaşdırırlar.

Üçüncü dövrə: kontraktın yerinə yetirilməsinin tə-

min edilməsi. Bu, aşağıdakı addımlardan ibarətdir:

- ixracatçı lazım olan hallarda idxalat lisenziyasını

Page 141: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

141

rəsmiləşdirir;

- idxalatçı malın daşınması üzrə ixracatçıya təli-

matlar verir;

- ixracatçı malı hazırlayır və yükləyib göndərir;

- ixracatçı və idxalatçı yükü sığortalayırlar;

Dördüncü dövrə: malların yüklənməsi və daşınması.

Bu, aşağıdakı addımlardan ibarətdir:

- ixracatçı malı daşınmaya hazırlayır və hazır olma

barədə idxalatçıya məlumat göndərir;

- ixracatçı yükün təyinat məntəqəsinədək daşın-

masını təmin edir;

Beşinci dövrə: hesablaşma əməliyyatlarının yerinə

yetirilməsi. Bu, aşağıdakı addımlardan ibarətdir:

- idxalatçı ixracatçıya yükün alınmasını təsdiqləyir;

- ixracatçı idxalatçı kommersiya hesabını göndərir;

Altıncı dövrə: son əməliyyatlar. Bu, aşağıdakı ad-

dımlardan ibarətdir:

- ixracatçı və idxalatçı kontraktın yerinə yetirilməsi

barədə hesabat hazırlayır;

- hesabatın nəticələrinin təhlili üzrə danışıqlar apa-

rılır;

Xarici sərmayələrlə müəssisələrin yaradılması yolu

ilə həyata keçirilən beynəlxalq kommersiya fəaliyyəti,

yerli iqtisadiyyata xarici maddi və maliyyə resurslarının,

mükəmməl xarici texnika və texnologiyaların, həmçinin

qabaqcıl idarəetmə təcrübəsinin cəlb edilməsi əsasında

mənfəətin əldə olunması məqsədini daşıyır.

Xarici sərmayələr kimi xarici investorlar tərəfindən

sahibkarlıq və digər fəaliyyət növlərinə qoyulan əmlak və

əqli dəyərlərin bütün növləri istifadə oluna bilər:

Page 142: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

142

- məqsədli pul qoyuluşları;

- qiymətli kağızlar;

- yeni və yeniləşdirilən əsas fondlar və dövriyyə

vəsaitləri;

- elmi-texniki məhsullar;

Xarici investorlar kimi çıxış edə bilərlər:

- xarici hüquqi şəxslər (şirkətlər, firmalar, müəssi-

sələr);

- xarici vətəndaşlar, xaricdə daimi yaşayan Azərbay-

can vətəndaşları;

- xarici dövlətlər;

Xarici investorlar tərəfindən ölkə ərazisində sərmayə

qoyuluşu aşağıdakı yollarla həyata keçirilir:

Kommersiya əlaqələrinin formalaşmasına cəmiy-

yətin iqtisadi inkişaf mexanizminə, ictimai istehsalın miq-

yasları, onun sahə strukturunun mürəkkəb olması, səna-

yedə ixtisaslaşma və kooperasiyanın dərinləşməsi prosesi,

cəmiyyətdə istehsal, istehlak olunan məhsulun miqdarı və

keyfiyyəti təsir göstərir. Kommersiya əlaqələrinin forma-

laşmasından, onların strukturundan və təşkilindən tədavül

dairəsinin həcmləri və iqtisadi göstəriciləri (məsələn, top-

dansatış satışın həcmi, tədavül xərcləri, vasitəçi-ticarət

təşkilatlarının gəlirləri) çox asılıdır. Bütün bunlar müasir

iqtisadi şəraitdə kommersiya əlaqələrinin formalaşmasının

xüsusiyyətlərini, onların təşkilinin xarakterini və onların

idarəedilməsinin metodologiyasını müəyyən edir.

Kommersiya əlaqələrini aşağıdakı əlamətlərinə gö-

rə qruplaşdırmaq olar:

- dolğunluğuna görə;

- sahəvi strukturuna grə;

Page 143: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

143

- bazar strukturuna görə;

Müasir şəraitdə istehsalat müəssisələri, birlikləri və

firmaları arasında birbaşa kommersiya əlaqələrinin təşkili-

nin əsasını birbaşa müqavilələr (kontraktlar) təşkil edir.

Birbaşa əlaqələr kimi, istehlakçılara təkcə xammalın, ma-

terial və avadanlığın göndərilməsi deyil, həmçinin müx-

təlif yarımfabrikatların və komplektləşdirici məmulatların

istehsalat kooperasiyası qaydasında göndərilməsi də həya-

ta keçirilir. Vasitəçilik əlaqələrinə, adından məlum olduğu

kimi, elə kommersiya əlaqələri aid edilir ki, bu zaman

satıcı ilə alıcı arasındakı qarşılıqlı əlaqələrdə vasitəçi kimi

müxtəlif vasitəçi-ticarət firmaları və şirkətləri çıxış edir.

Onlar istehsalla istehlak arasında kommersiya əlaqələrini

yaratmaqla yanaşı, bu cür əlaqələrdə, tərəflərin qarşılıqlı

iqtisadi və hüquqi münasibətlərində iştirakçı kimi çıxış

edir: istehsalçılarla istehlakçılar arasında göndərilən məh-

sulun miqdarını və çeşidini, onun texniki xarakteristika-

sını, göndərilmə müddətini razılaşdırır, təsərrüfat müqavi-

lələrini imzalayır, məhsulun göndərişini təşkil edir, mal-

göndərənlər və istehlakçılarla hesablaşmalarda iştirak edir,

müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə mə-

suliyyət daşıyır. Başqa sözlə, vasitəçi kommersiya əlaqələ-

rində vasitəçi-ticarət halqası təkcə təşkilatçı kimi deyil,

həm də məhsulun bazar dövriyyəsinin bir iştirakçısı kimi

çıxış edir.

7.5. Beynəlxalq bazarda fəaliyyət göstərən

kommersiya strukturlarının növləri.

Azərbaycanın dünya mal dövriyyəsində fəal iştirakı

onun beynəlxalq təşkilatların işində iştirakı ilə və dövlət

Page 144: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

144

tərəfindən kommersiya firmalarının, şirkətlərinin və təşkilatlarının xarici iqtisadi fəaliyyətlərinin hərtərəfli müdafiə olunması ilə mümkündür. Bu, dünyanın sənaye cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrinin təcrübəsi ilə təsdiq olunmuşdur.

Məsələn, ABŞ-ın dövlət orqanları öz səylərini sahib-karların uğurla xarici bazara çıxması məqsədilə onlara əməli köməyin göstərilməsinə yönəltmişlər. ABŞ-ın dövlət orqanları sahibkarların dünya bazarını mənimsə-nilməsi üzrə təşəbbüslərini müdafiə edirlər. Məsəl üçün, İxracat-İdxalat Bankı (EKSİMBANK) – ABŞ hökumə-tinin müstəqil təşkilatı – Amerika ixracatçılarına yardım edir və bu da özünü eksport kreditlərinin sığortalanma-sında, borc və zəmanətlərin verilməsində özünü göstərir. ABŞ-ın hökumət agentliyi olan «Xaricdə Özəl İnvesti-siyalar üzrə Korporasiya» sərmayəçilərə (investorlara) dünyanın 140 ölkəsində və yeni iqtisadi sistemlərdə layi-hələrin maliyyələşdirilməsi, investisiyaların sığortalan-ması və müxtəlif cür xidmətlərin göstərilməsi üzrə işləri təmin edir. ABŞ-ın İqtisadi Əlaqələr Xidməti Amerika firmalarına dünya bazarında rəqabət aparılması üçün özünün ticarət üzrə mütəxəssislər şəbəkəsi vasitəsilə Ame-rikanın 68 şəhərində və dünyanın 66 ölkəsində yardım göstərir və onlara amerikalı malgöndərənlər və potensial tərəf-müqabillər (partnyorlar) haqqında məlumat, bazar məlumatları təqdim edir. Agentlər xidməti – distribüterlar Amerika şirkətlərinə xaricdəki ixtisaslı kadrlar, distribüterlar və nümayəndəliklər haqqında məlumatlar verir.

ABŞ-da keçirilən rəsmi ticarət yarmakaları vasitə-silə də Amerikada istehsal olunan malların və göstərilən xidmətlərin səmərəli reklam edilməsi yolu ilə yüksək dərəcədə səmərəli kommunikasiya kanallarının həyata

Page 145: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

145

keçirilməsi təmin olunur. Amerika müəssisələri konsor-siumlarına subsidiyaların verilməsi üzrə Proqram MDB ölkələri ilə ticarətə yardım göstərilməsi üçün nəzərdə tutulmuşdur və bu Proqram çoxsaylı firmalara işgüzar əla-qələr yaratma imkanları verir. Məsələn, hazırda İnfor-masiya Sistemləri Texnologiyaları üzrə Konsorsium çox uğurla fəaliyyət göstərir. MDB ölkələrində yaradılmış Telekommunikasiya və Elektronika üzrə Konsorsium 50 Amerika firma və şirkətlərini özündə cəmləşdirmişdir. Son illərdə yeni texnologiyaların işlənilməsi və yayılması ilə məşğul olan şirkətlər informasiya xidmətinin kommer-siyalaşdırılmasına daha çox maraq göstərirlər. Xüsusilə informasiya brokerliyi inkişaf etməkdədir ki, onlar həm ayrılıqda tək-tək müştərilərə, həm də bütövlükdə təşki-latlara xidmət göstərirlər və bu zaman hesablama texnika-sının lizinqindən geniş istifadə edirlər. ABŞ-da broker xidmətinin göstərilməsi ilə İnformation Specialists, Am-ron İnformation Services, İnformation Resources və digər firmalar məşğul olurlar və onlar müəyyən bir informasiya bazarı seqmentinə işləyirlər. 1987-ci ildə xarici iqtisadi əlaqələrin səmərəli qaydada formalaşdırılması məqsədilə keçmiş SSRİ-də 9000 seriyalı «Keyfiyyət sistemləri» beynəlxalq İSO standartlarından məcburi qaydada istifadə olunması üzrə qərar qəbul edilmişdı. Bu seriyadan olan standartların əsas metodoloji əsasnamələrinə görə ilkin nöqtə kimi «keyfiyyət ilməsi» qəbul olunur və bununla məhsul və xidmətlərin həyat dövriliyinin bütün mərhə-lələri (onların layihələşdirilməsi, hazırlanması, istehlakı və təkrar emal mərhələlərini də nəzərə almaqla) ifadə olunurdu. «Keyfiyyət ilməsi»nin elementlərindən istifadə olunmağın sistemli təhlili istehsalın iqtisadi nəticələrini istehlakçıların sorğularının yerinə yetirilməsi dərəcəsi ilə əlaqələndirməyə imkan verir. Dünya ticarətini nizamlayan

Page 146: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

146

və beynəlxalq aləmdə mövcud olan ən iri ticarət sazişi 130 ölkə tərəfindən imzalanmış Tariflər və Ticarət üzrə Baş saziş (GATT) olmuşdur. GATT sazişinin iştirakçı ölkələri arasında keçirilən danışıqlar üzrə Uruqvay raundunun 1994-cü ildə başa çatması ilə əlaqədar olaraq GATT yeni sazişlə əvəz olundu ki, bu da ölkələri Ümumdünya Ticarət Təşkilatında birləşdirən WTO təşkilatı oldu. Dempinqi, idxalat kvotalarının tətbiqi və qiymət ayrı-seçkiliyini qadağan edən qaydalara əlavə olaraq yeni qaydalar qəbul olundu ki, bunlar əvvəllər ticarətin bir sıra sahələrini: bank, sığorta və nəqliyyat xidmətlərin kimi sahələrini nizamlamırdı. Yeni məhdudiyyətlər həm də kənd təsər-rüfatı və onunla bağlı olan ticarət siyasətinə də toxunurdu. Kənd təsərrüfatı məhsulları sahəsində özünün proteksio-nizmi (havadarlığı) ilə tanınan Avropa Birliyi və Yapo-niya WTO-nun təsiri altında özlərinin gömrük tariflərinin, ilk növbədə dünyanın inkişafda olan ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına olan tariflərin tədri-cən aşağı salınmasına razılıq vermişdilər. WTO patent, lisenziya və müəlliflik hüquqlarının, həmçinin ticarət mar-kalarına olan hüquqların qorunmasına xüsusi diqqət yeti-rir. Cənub Şərqi Asiyada, Çində çox geniş yayılmış məh-sulların piratçılıqla yayımı ABŞ-a, Avropa Birliyinə və Yaponiyaya çoxmilyardlı zərər vurmuşdur. Beynəlxalq ticarət sahəsində WTO çərçivəsində yaranan mübahisəli məsələlərin və münaqişələrin həll olunması üçün WTO məhkəməsi yaradılmışdır. Ticarətin beynəlxalq məsələlə-rinin uğurla həll olunmasına 1964-cü ildə təşkil edilmiş BMT-nin ticarət və onun inkişafı üzrə Konfransı – UNC-TAD və onun icraçı orqanı olan Ticarət və İnkişaf üzrə Şura öz töhfəsini vermişdir. UNCTAD-ın əsas məqsədi – müxtəlif inkişaf səviyyəsinə və müxtəlif sosial və iqtisadi sistemlərə malik olan ölkələr arasında beynəlxalq ticarəti

Page 147: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

147

həvəsləndirməkdən ibarətdir. WTO və UNCTAD-dan baş-qa beynəlxalq ticarətin inkişafında Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) da əhəmiyyətli rol oynayırlar və bunların əsas fəaliyyətləri dünyanın inkişafda olan ölkələrinin milli iqtisadiyyatlartının inkişafına və iqtisadi artıma yönəldilən layihələrin maliyyələşdirilməsi üçün kreditlərin ayrılma-

sına yönəldilmişdir. Dünya iqtisadiyyatına son vaxtlar dövlətlərarası tica-

rət koalisiyaları (birlikləri) daha çox təsir göstərməkdədir və bunların əsas məqsədi regional bazarların xarici idxa-latdan qorunmasından, həmçinin bu və ya digər regionun və yaxud ölkənin əlverişli şəraitlərindən daha səmərəli istifadə olunmasından ibarətdir. Hazırda beynəlxalq aləm-də beş dövlətlərarası inteqrasiyalı iqtisad koalisiya müvəf-fəqiyyətlə fəaliyyət göstərir.

1. European Union – Avropa Birliyi. Onun tərkibinə: Avstriya, Böyük Britaniya, Almaniya, Yunanıs-tan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, Finlandiya, Fransa, İsveç kimi ölkələr daxildir və onun tərkibi son illərdə Şərqi Avropanın ölkələri hesabına genişlənməkdədir. AB əmək-daşlığının xarakterik cəhətləri aşağıdakılardan ibarətdir:

- AB ölkələri arasında ticarət və gömrük sədlərinin olmaması;

- AB daxilində kapitalın, məhsulların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkəti;

- Birliyə daxil olmayan ölkələrə qarşı, o cümlədən, sərt proteksionizm elementlərini də daxil etməklə, ümumi xarici ticarət siyasət;

- İnflyasiyanın aşağı salınmasına, ümumi milli məh-sulun artımının sabitləşməsinə, xarici dövlət borclarının azaldılmasına yönəldilən ümumi iqtisadi siyasət;

Page 148: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

148

Birliyin mərkəzi nizamlayıcı orqanlarının: AB Ko-missiyasının, AB Parlamentinin, AB Məhkəməsinin, Fond və Mərkəzi Bankın təşkil olunması. 1999-cu il yan-varın 1-dən dövriyyəyə Ümumavropa valyutası – Avro buraxılmışdır. Avropa kontinentində xarici iqtisadi əlaqə-lərin inkişafında AB yanında yaradılmış Beynəlxalq Tica-rət Mərkəzi (BTM) çox mühüm rol oynayır. Öz fəaliy-yətində bu Mərkəz inkişafda olan ölkələrə onların xaricdə apardıqları ticarətin təşkil olunması üçün lazımi subsi-diyaların və təmənnasız məsləhətlərin verilməsi yolu ilə metodoloji köməyin göstərilməs kimi məsələləri həll edir.

Page 149: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

149

FƏSİL 8. DÜNYA BAZARINDA TİCARƏT –

VASİTƏÇİ FƏALİYYƏTİ

8.1.Ticarət- vasitəçi əməliyyatları mahiyyəti

və növləri

Ticarət-vasitəçi əməliyyatları dedikdə, istehsalçı- ixracatçının tapşırığı ilə istehsalçıdan asılı olmayan tica-rət-vasitəçinin alqı-satqı ilə bağlı yerinə yetirdiyi əməliy-yatlar nəzərdə tutulur. İqtisadi mənada ticarət vasitəçiliyi kifayət qədər geniş anlayışdır. O xeyli xidmət dairəsini əhatə edir. Məsələn, xarici kontragentin axtarılıb tapıl-ması, razılaşmaları başa çatdırılması üçün hazırlıq, tərəf-lərin kreditləşdirilməsi və malın ödənilməsinə nəqliyyat-ekspeditor əməliyyatlarının həyata keçirilməsi, nəqletmə-də malların sığorta olunması, gömrükxana şərtlərinin yeri-nə yetirilməsi, malların xarici bazarlara çıxarılması üzrə reklam və s. tədbirlərin görülməsi, texniki xidmətlərin hə-yata keçirilməsi və başqa bu kimi tədbirlər bu qəbildəndir. Bütün bunlar xüsusi ticarət-vasitəçi firmaların iştirakı ilə həyata keçirilir. Bu firmalar istehsalçıdan və istehlakçılardan (satış, ixracatçı və s. qız firmaları, habelə sənaye şirkətlərinin firmaları və kateqoriyalı digər firmalar aid edilmir) hüquqi və təsərrüfat cəhətdən asılı olmayan firmalar aiddir. Bunlar, yəni ticarət – vasitəçi firmalar tam müstəqil olurlar və ticarət vasitəçilik əməliyyatları aparmaq üçün bütün iqtisadi göstəricilərə malikdirlər. Onların məqsədi ya ixracatçıdan satın aldığı malın qiymətilə idxalçıya satacağı malın qiyməti arasındakı fərqi, yaxud da malları xarici bazara yeritdiyi üçün alacağı mükafat formalarında mənfəət götürməkdir.

Müasir şəraitdə beynəlxalq ticarət dövriyyəsinin ya-

Page 150: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

150

rıdan çoxu ticarət-vasitəçilərin payına düşür. Ticarət vasi-təçiliyi ABŞ-ın, İngiltərənin, Skandinav ölkələrinin, Ya-poniyanın xarici ticarətində onun payı 50 %-dir.

İstehsal- ixracatçı ilə ticarət-vasitəçi arasında qarşı-lıqlı münasibətlərin xarakterindən asılı olaraq ticarət vasi-təçi əməliyyatlarının 5 növünü qeyd etmək olar:

- satışın təşkili üzrə əməliyyatlar. Buraya əsasən kontragentlərin axtarılıb seçilməsi, satıcı-ixracatçı adından onlarla sazişlər bağlanılması, malların dəyərinin alıcı tərə-findən ödənilməsi barədə zəmanət verilməsi, reklam təd-birləri kompaniyasının keçirilməsi və bazarların tapılma-sı;

- nəqliyyat-ekspeditor əməliyyatları. Malların yük-lənməsi və göndərilməsi, habelə yüklərin sığortası əmə-liyyatları;

- ticarət əməliyyatlarının maliyyələşdirilməsi; - satışdan sonrakı texniki xidmətlər; - bazar haqqında informasiyaların toplanması və ve-

rilməsi. Hazırda ticarət- vasitəçi qurumunda keyfiyyətli dəyi-

şiklik gedir. Belə ki, bunların ən vaciblərinin bir neçə iri ticarət şirkətinin əlində toplanmasıdır.

Ticarət-vasitəçi qurumların istifadə xarici firmalara müəyyən üstünlüklər verir. Onların üstünlüklərindən ən vacibi bundadır ki, firma- ixracatçı idxalatçının ərazisində satış şəbəkəsi yaratmır və bu məqsəd üçün xeyli məq-sədlər sərfindən azad olur. Çünki ticarət-vasitəçi firma-ların özlərinin həmin məkanda müəyyən maddi- texniki bazası – anbarları, nümayiş etdirmə salonları, təmir sexləri və s. olur.

Ticarət-vasitəçi firmalar vasitəsilə satışın müəyyən

Page 151: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

151

nöqsan cəhətləri də vardır. Belə ki, ixracatçı satış bazarları ilə bilavasitə əlaqələrdən məhrum olur və vasitəçinin inkişafından və fəaliyyətindən asılı vəziyyətə düşür.

Alıb-satma əməliyyatları ticarət- vasitəçi tərəfindən öz adından və öz hesabına həyata keçirilir. Bu halda o həm ixracatçı-istehsalçı ilə, həm də alıcı ilə bağlanılan müqavilənin müstəqil tərəfi kimi çıxış edir. O aldığı malın tam mülkiyyətçisi kimi fəaliyyətdə bulunur.

Alıb-satma əməliyyatlarının iki forması vardır. Bun-lardan biri ixracatçıya münasibətdə olan alıcıdır. O ixra-catçıdan malı alır, həm malın mülkiyyəçisi kimi malı istə-diyi qiymətə satır. Bunlara tacir deyilir. Qara metal baza-rında stokholder, Nyu-York bazarlarında qənd satıcısına operator, London bazarlarında kakao satıcısına diller de-yilir, əlvan metal satan isə prinsipial adlandırılır.

Alıb-satma əməliyyatlarının digər növü isə alver-çidir. Alverçi deyilən ticarət-vasitəçiyə ixracatçı elə hüqu-qu verir ki, o müqavilə əsasında satın aldığı malı razılaş-dırılmış vaxt ərzində müəyyən məkanda satsın. Komisyon əməliyyatlarının komitent adlanan tərəfin tapşırığı ilə komissioner adlanan tərəf komitentin hesabına həyata ke-çirir. Bunlar arasında qarşılıqlı münasibətlər komisyon müqaviləsi ilə tənzimlənir. Bu müqavilə əsasında komis-sioner malları komitentdən satın almır, ancaq komitentin hesabına alqı-satqı razılaşmalarını başa çatdırır. Yəni ko-mitent öz malının alıcıya çatdırılmasına mülkiyyətçi kimi qalır.

Komisyon əməliyyatlarının müxtəlifliyi konsiqna-siya əməliyyatı adlanır. Bu əməliyyat konsiqnat adlanan bir tərəfin, konsiqnator adlanan digər tərəfə malın bilava-sitə öz adından konsiqnatın hesabına satılması tapşırı-

Page 152: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

152

ğıdır. Beynəlxalq ticarətdə agent əməliyyatı prinsipial adlanan bir tərəfin ondan asılı olmayan və agent adlanan digər tərəflə ticarət əməliyyatı həyata keçirir. Agent malı prinsipialın adı ilə və onun hesabına müəyyən edilmiş ərazidə üçüncü tərəfə satır. Agent əməliyyatlarının hüquqi tənzimi müxtəlif ölkələrdə müxtəlifdir. İngiltərə-Amerika sistemlərində agent hüquqi və ya fiziki şəxs ola bilər. Agent ancaq alqı-satqı sazişinin sona çatdırılmasına xid-mət etməklə prinsipialın nümayəndəsi kimi çıxış edir, alqı-satqıda iştirak etmir və öz hesabına mal almır. Broker alqı-satqı əməliyyatalarını vasitəçi-broker kimi satıcı və alıcı, həmçinin sığorta edən və sığorta olunan arasında əla-qə yaradırlmasına deyilir. Agentdən fərqli olaraq broker heç bir tərəfin nümayəndəsi sayılmır və onların heç biri-nin müqavilə münasibətlərində iştirak etmir. O, ancaq tap-şırıqlar əsasında fəaliyyət göstərir. Broker malın kəmiy-yəti, keyfiyyəti və qiyməti barədə öz müştərisinin tapşırı-ğını yerinə yetirir, öz xidmətinə görə muzd alır. Mal əmə-liyyatları üzrə muzdun miqdarı 0,20%-dən 2-3%-dək ola bilir.

8.2. Ticarət – vasitəçi ilə bağlanılan

müqavilənin əsas şərtləri.

Ticarət-vasitəçi ilə bağlanılan müqavilədə əks etdiri-

lən hüquq və vəzifələr aşağıdakılardan ibarətdir:

1) Malın satışı üzrə hüquqları müəyyənləşdirən mü-

qavilə tərəfləri burada tərəflərin adı və onların şərti işa-

rələri, məsələn, “satıcı”, “alıcı” və s. göstərilir. Adətən,

müqavilədə bu tərəflər bir tərəfi “sahibkar” , “ istehsalçı”,

“ixracatçı” digər tərəfi isə “tacir“, “ticarətçi”, “distribüter”

kimi adlandırılır.

Page 153: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

153

2) Tərəflər arasında qarşılıqlı münasibətlərin xarak-

teri. Müqaviləyə əsasən ayrı-ayrı kontraktlara uyğun ola-

raq ixracatçının malgöndərmə, alıcı-vasitəçinin isə onları

qəbul edib, yaxud birbaşa üçüncü şəxsə satmaq vəzifələri

müəyyənləşdirilir. Müqaviləyə əsasən alıcı-vasitəçi ixra-

catçının marağını qorumalıdır.

3) Malın müəyyənləşdirilməsi. Bir qayda olaraq mal-

lar xüsusiyyətləri (spesifika) üzrə müəyyənləşdirilir və

həmin xüsusiyyətlər müqaviləyə əlavə edilir.

4) Ərazinin müəyyənləşdirilməsi. Müqavilədə malın

hansı dövlətin ərazisində satılacağı qeyd edilir və bu ərazi

müqavilə ərazisi adlanır. Satıcı-vasitəçi malı üçüncü bir

ərazidə sata bilməz.

5) Qiymət şərtləri və mükafatlandırma qaydası.

Alıcı-vasitəçi malı ixracatçının təyin etdiyi qiymətə alır

və bu qiymət alqı-satqı kontraktında təsbit edilir. Muzd da

müqavilədə mütləq göstərilməlidir.

6) Müqavilənin fəaliyyət müddəti. Alıcı-vasitəçi mü-

qavilə müəyyən və qeyri-müəyyən bir müddətə bağlanır.

Hər iki halda tərəflərin üzunmüddətli münasibətləri nəzərə

alınır.

7) Malın göndərilməsi ilə bağlı alıcı-vasitəçinin

vəzifələri. Bu vəzifələr aşağıdakılardan ibarətdir:

- qeyri- rəqabət haqqında qeyd;

- minimal dövriyyə haqqında qeydlər;

- texniki xidmətlərin təşkili;

- reklam işlərinin həyata keçirilməsi;

- informasiyaların təqdim edilməsi.

8) Sahibkarların bəzi xüsusi vəzifələri. Müqavilə

şərtlərinə əsasən o, alıcı-vasitəçinin sərəncamına dəqiq

texniki sənədlər verir, malın satışı prosesində baş verə

Page 154: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

154

biləcək bütün texniki məsələlərin həllində ona köməklik

edir və digər vasitələr üzrə kompensasiya verir və s.

9) Alıcı-vasitəçi fəaliyyətinin üzərində nəzarət.

Müqavilənin bu bölməsində alıcı-vasitəçinin fəaliyyətinə

nəzarət üsulları müəyyənləşdirilir.

10) Malın anbardan buraxılması (satışı). Müqavilə

üzrə satıcı-vasitəçi öz üzərinə götürür ki, müəyyən vaxt

ərzində malı anbardan buraxacaq və bu əməliyyatı öz he-

sabına həyata keçirəcəkdir. Lakin beynəlxalq ticarət təc-

rübəsində anbardan mal buraxmaq komisyon əsaslarda

olduğu üçün bu haqda müqavilədə xüsusi qeydiyyat apa-

rılır. Dünya əmtəə dövriyyəsində iştirak edən əmtəələrin

yarıdan çoxu ticarət-vasitəçilərinin payına düşür. Ticarət-

vasitəçiləri nisbətən ABŞ-ın, İngiltərənin, Niderlandın,

Skandinaviya ölkələrinin, Yaponiyanın xarici ticarətində

daha geniş istifadə olunur. Məsələn, İngiltərə və İsveçdə

onlar vasitəsilə xarici ticarət dövriyyəsinin təxminən

50%-i həyata keçirilir.

Ticarət-vasitəçilik xidmətlərindən istifadə xarici iqti-

sadi əməliyyatların səmərəliliyini aşağıdakı amillərin he-

sabına artırır:

- əmtəələrin satışında operativliyin yüksəldilməsi və

onların satış tempinin artması;

- xarici satış şəbəkəsinin yaradılması zərurəti olma-

dığı üçün vəsaitlərə əhəmiyyətli dərəcədə qənaət edilməsi;

- çatdırılma müddətinin, satışqabağı servisin və tex-

niki xidmətin ixtisara salınması yolu ilə əmtəənin rəqabət

qabiliyyətliliyinin yüksəldilməsi;

- vasitəçilər tərəfindən ixracatçılara və ya idxalat-

çılara avans verilməsi;

- bazar, rəqib əmtəələrin qiyməti və rəqabət qabiliy-

Page 155: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

155

yəti haqqında qiymətli informasiyanın əldə edilməsi;

- həyata keçirilmiş əmtəənin bir vahidinin tədavül

xərclərinin aşağı salınması hesabına əlavə qazancın əldə

edilməsi və s.

Bütün bu yuxarıda sadalananlarla yanaşı nəzərə al-

maq lazımdır ki, əmtəə və xidmət ixracatçı və idxalatçıları

o zaman ticarət-vasitəçilərinin xidmətlərindən istifadə

edirlər ki, vasitəçiyə ödənilən mükafat alıcı və ya satı-

cıların əmtəə və xidmətlərin alışı və satışının müstəqil

təşkilinə sərf etdikləri xərclərdən aşağı olsun. Bununla ya-

naşı satış hüququ verilən hansı ticarət-vasitəçilik forma-

sından istifadə olunması da mühüm əhəmiyyət kəsb edir.

Belə ki, istehsalçı-ixracatçı ilə ticarət vasitəçilərinin ara-

sındakı qarşılıqlı münasibətlərin xarakterindən, həmçinin

ticarət-vasitəçisinin yerinə yetirdiyi funksiyalardan asılı

olaraq ticarət-vasitəçilik əməliyyatlarının bir neçə növü

fərqləndirilir: təkrar satış üzrə əməliyyatlar, komissiya,

agent və broker əməliyyatları. Burada əsas fərq qarşılıqlı

münasibətlərdə meydana çıxır. Belə ki, təkrar satış üzrə

əməliyyatları ticarət-vasitəçi öz adından və öz hesabına,

agent prinsipialın, komissioner isə komitentin adından və

onun hesabına faktiki və hüquqi fəaliyyət göstərir. Broker

heç vaxt müqavilə tərəfi kimi çıxış etmir, ancaq tərəflərin

birləşdirilməsi məqsədilə fəaliyyət göstərir.

Bütün bu formaların özünəməxsus müsbət və mənfi

tərəfləri vardır. Ticarət-vasitəçisinin xidmətlərindən istifa-

də etməyi planlaşdıran istənilən müəssisə, firma və kom-

paniya bu vasitəçilərdən hansının onun satış fəaliyyətinə

uyğun gəldiyini müəyyənləşdirir və həmin vasitəçi ilə

əməkdaşlıq edir.

Page 156: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

156

8.3. Ticarət- vasitəçi əməliyyatlarının

təşkilati formaları.

Yerinə yetirdikləri əməliyyatlara görə ticarət vasitəçi

firmaların aşağıdakı təşkilati formaları vardır: ticarət,

komisyon, agent, broker, ferker.

Ticarət firmaları ticarət və alış veriş əməliyyatlarını

öz hesablarına həyata keçirirlər.

Ticarət firmalarının aşağıdakı tipləri vardır:

a) ticarət evləri. Öz ölkəsindəki istehsal müəssi-

sələrinin məhsulunu alır və xaricə satır. Onlar həm də

xaricdən mallar alıb, yerli topdansatıcılara, pərakəndə satış

müəssisələrinə, habelə xammal kimi sənaye istehsalçıla-

rına satırlar. Ticarət evləri qarışıq və ixtisaslaşmış olurlar.

b) ixracat firması. Bu, daxili bazardan öz hesabına

hazır məhsul alır və xaricə satır. Ayrı-ayrı hallarda onlar

komisyon tapşırıqları da yerinə yetirirlər. Yerinə yetirdik-

ləri funksiyaların xarakterinə və malların nomenklatu-

rasına görə ixracat firmaları ixtisaslaşmış, universal və

kənd təsərrüfatı məhsullarını tədarük edən firmalara ayrı-

lırlar.

v) ixracatçı firma. Öz hesabına xaricdən mallar alır

və onları öz ölkəsində sənayeçilərə, topdansatıcılara və

pərakəndə satış müəssisələrinə satır.

q) topdansatış firmalar. Bu firmalar sənaye müəs-

sisələri, yaxud da tədarükçü firmalarla pərakəndə satış

firmaları arasında vasitəçi kimi çıxış edirlər.

ğ) pərakəndə satış firmaları. Onlar çox vaxt özləri

topdansatışın xidmətindən istifadə etməyərək idxalat və

ixracat üzrə ticarət əməliyyatları keçirirlər. Əksər hallarda

isə topdansatış firmalarından mallar alıb pərakəndə satış

Page 157: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

157

qaydası ilə öz ölkəsinin əhalisinə satırlar.

Komisyon firmalar komitentlərin birdəfəlik tapşırı-

ğını yerinə yetirir, öz adından fəaliyyətdə bulunur, lakin

bütün ticarət və alış-veriş işlərini komitentin hesabına gö-

rür. Komitentlə qarşılıqlı münasibətdə yerinə yetirəcəyi

ticarət əməliyyatlarının xarakterindən asılı olaraq iki müx-

təlif qrupa ayrılır: ixracatçı və idxalatçı firmalar.

Bu tipli firmalar həm satıcının, həm də alıcının nü-

mayəndəsi kimi çıxış edə bilirlər. Satıcının nümayəndəsi

kimi onlar öz ölkəsinin istehsalçı-ixracatçının mallarının

xarici bazarda satışı üzrə tapşırığını yerinə yetirir və ondan

komisyon muzdu alır.

Bu növ firmalar öz ölkəsinin alıcılarının nümayən-

dəsi kimi çıxış edirlər. Onlar öz adından, lakin vətən

komitentlərin hesabına həmin alıcıların sifarişlərini xarici

ölkələrin istehsalçıları üzrə yerləşdirməklə yanaşı öz ko-

mitentlərinə müxtəlif xidmətlər, o cümlədən, bazar kon-

yukturu icmalının tərkibi, malların yüklənib göndəril-

məsinə göz qoymaq kimi xidmətlər göstərir.

Bu növ firmalar prinsipialın adından və onun hesa-

bına fəaliyyət göstərir. Müqavilənin şərtindən asılı olaraq

bu firmaların ya özü prinsipialın adından və onun hesabına

saziş bağlayır, yaxud da sazişin bağlanmasına vasitəçilik

edir. Agent firmalar aşağıdakı formalarda fəaliyyət göstə-

rirlər:

Bu firma-agent öz ölkəsinin bir və ya bir neçə fir-

masının tapşırığı ilə öncədən bağlanmış müqavilələr əsa-

sında iş görürlər. Ixracatçı agent-firma sənaye firmala-

rından mal nümunələri kolleksiyasını, kataloqlar, preysku-

rantlar götürür və bunların vasitəsilə alıcılar axtarır. Nəq-

liyyat xərcləri sənaye firması tərəfindən ödənilir.

Page 158: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

158

İdxalçı firma-agenti. Buna agent-rezident də deyi-

lir. Agent- rezident prinsipialın ölkəsində olur. Idxalçı-

firma idxalat əməliyyatlarını yerinə yetirir.

Xarici satış agenti. Bu isə digər ölkənin şirkəti tərə-

findən hüquq verilən, onun adından və onun hesabına

müəyyən xarici ölkənin ərazisində fəaliyyət göstərən fir-

madır.

Xarici tədarükçü firma-agent. Bu firma xaricdə öz

prinsipialı üçün tədarük (satınalma) üzrə əməliyyatlar

yerinə yetirir. Onun xidmətindən, adətən, xaricdə öz filialı

olmayan və ora nümayəndələr göndərmək istəyən idxal-

çılar istifadə edirlər.

Bu vasitəçi firmaların xüsusi növüdür. Onun vəzi-

fəsi kontragentləri görüşdürməkdən ibarətdir. Bir sıra öl-

kələrin qanunlarına görə, brokerlərin özləri onlara tap-

şırılan malların satıcısı və alıcısı kimi çıxış edə bilməzlər.

Ancaq vasitəçi funksiyasını yerinə yetirirlər. Brokerlər

firması İngiltərədə də geniş yayılmışdır. Onların xeyli

maliyyə vəsaitinə malik olan iri şirkətləri vardır.

Hətta bu şirkətlərin xarici qız cəmiyyətləri və

şöbələri olur.

Fektorlar ixracatçılar adından bir çox vasitəçi vəzi-

fəsini yerinə yetirirlər. Onlar nəinki öz prinsipialının (yəni

onun məhsullarına maraq göstərən) məhsulunun ixracını

həyata keçirir, eyni zamanda ixracat əməliyyatlarını da

maliyyələşdirir, ixracat kreditlərini sığortalaşdırır, satış

ölkəsində ödənişləri inkasso edir, xarici ölkə agentlərinin

seçilməsinə yardım edir.

Page 159: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

159

8.4. Ticarət – vasitəçi firmaların fəaliyyət

xüsusiyyətləri.

Ticarət-vasitəçi qurumda gedən keyfiyyət irəlilə-

yişlərinin mühüm xüsusiyyətlərini onların fəaliyyət isti-

qamətlərinin genişlənməsi və diversifikasiyası (dəyişməsi)

ilə xarakterizə olunur. Fəaliyyətin diversifikasiyası aşağı-

dakılar üzrə həyata keçirilir:

- ayrı – ayrı mallar (malların nomenklaturu ) üzrə;

- fəaliyyət növləri (topdansatış, pərakəndə satış) üz-

rə;

- yerinə yetirilən əməliyyatlar üzrə (ixracat, idxalat);

- xidmətlər üzrə (ehtiyat hissələri, texniki mallar,

avadanlıq təminatı və satışdan sonrakı xidmət göstərmə);

- sazişlərin xarakteri və funksiyaları üzrə.

Xarici fəaliyyət dairəsinin genişlənməsi üzrə ayrı-

ayrı mallar üzrə dünya bazarlarında hakim mövqe tutan

son dərəcə iri firmalar-transmilli ticarət korporasiyaları

(TTK) meyana çıxdı. Belə ki, dünya bazarında dəri xam-

malı üzrə hakim mövqe tutan “Çideviq”i (beynəlxalq tica-

rətin 60%-ni), taxıl bazarında “Luis Dreyfus”u, “Konti-

nental”ı, “Oreyn”i, “ Karqill”i, pambıq bazarında “An-

derson”u, “Kleyton”u göstərmək olar. Belə korporasiya-

ların fəaliyyəti yalnız alış-veriş işləri ilə məhdudlaşmır,

onlar eyni zamanda istehsal fəaliyyəti, məhsulun nəql edil-

məsi, sazişlərin maliyyələşdirilməsi ilə də məşğul olurlar.

Bununla yanaşı belə korporasiyaların ixracat üçün təda-

rük, çeşidləmə, yenidən işlənib hazırlama ilə məşğul olan

xarici qız firmaları vardır. Məsələn, Fransada yerləşən

taxıl ticarəti ilə məşğul olan “Luis Dreyfus” taxılla yanaşı

yağ, qəhvə, mal-qara, ət və s. bazara çıxarır. Onun 50 gə-

midən ibarət donanması var. Parisin “Luis Dreyfus” bankı

Page 160: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

160

ilə əlaqədardır. ABŞ–da iri filialı var. ABŞ-ın “Kontinen-

tal Qreyn” korporasiyasının 63 filialı, tanker donanması,

maliyyə şirkəti var. ABŞ-ın “Karqill” zavodunun 7 quşçu-

luq kombinatı, 30 dan çox filialı var. Amerikanın “Sirs

Robok” şirkətinin 500 min nəfər çalışır. Belə korporasiya-

lar Qərbi Avropa ölkələrində, Yaponiyada, Braziliyada və

s. ölkələrində də mövcuddur. Yeri gəlmişkən, sizin

potensial xarici distribüterunuz kömək etmək üçün ticarət

köməkçisinin seçməsində iştirak edə bilmədi, siz sər-

həddən malları (əmtəələri) çatdırırsınız. Buna baxmaya-

raq, xarici distribüter onun bazarını bilir və ixrac şirkətin

ixrac şirkəti və ya şöbəsi ilə işləməkdə (həll etməkdə) kö-

mək edəcək və ya istənilən başqa brokeri ixrac edir,

yuxarıda xatırlatdı, sizin fabrikiniz ilə sizin bazarınıza

sizin mallarınızın (əmtəələrinizin) sürətli və etibarlı çatdır-

masına ardıcıl zəmanət vermək (təmin etmək) üçün. Azərbaycanda ölkə Prezidenti İlham Əliyev sənayenin

modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi

məqsədi ilə mövcud təbii və iqtisadi resursların təsərrüfat

dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı,

yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradıl-

ması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənaye-

nin innovasiyalar əsasında inkişafının təmin edilməsi imkan-

larının formalaşdırılmasını prioritet olaraq müəyyənləşdirmiş-

dir.

Sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin

şaxələndirilməsi məqsədi ilə cənub zonasında Lənkəranda yeni

“Gilan aqro-sitrus” təsərrüfatı yaradılıb.Yeni sitrus təsərrüfa-

tının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə

“Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20

Page 161: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

161

min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang)

sitrus ağacları əkilib. Təsərrüfatda işlər sürətlə davam etdirilir.

Onu da qeyd etmək yerinə düşərdi ki, sitrus təsərrüfatının

ümumi smeta dəyəri 10 milyon manat təşkil edir. Görüləcək

işləri nəticəsində bölgədə istifadəsiz qalmış torpaqlar yenidən

kənd təsərrüfatı dövriyyəsinə qaytarılmış və 2000 yeni daimi iş

yerinin yaranmasına səbəb olmuşdur.

Malların (əmtəələrin) bəzi (bir qədər, bir neçə) tipi

üçün, kimi, məsələn, ev və ev cihazları, idman təchizat,

mebel və ya oyuncaqlar, distribüterin böyük (geniş) anbarı

olmalıdır və onu (bu) daima saxlayır qüvvədə olmaq

(qaçmaq). Böyük (geniş) distribüterlər bundan əlavə və

nümayiş zalı və ya otaq, onun çəkilən nümunəsi ilə: daha

kiçik distribüterlərə ticarət yüklənmələri. Həddindən artıq

tez-tez ehtiyatda (səhmdə) və ya belə zal və ya otaq və ya

bilavasitə yanaşı. Onun öz anbarı ilə işləyən (həll edən)

distribüterlər, onların istədikləri (tələb etdikləri) məhsul

adətən sifariş verin və ya daha (daha çox) tam diapazon

üçün və ya erkən satışı səbirsizliklə gözləmək.

Onların anbarlarından sinaqdan keçirilən distribüter-

lər onların alıcılarından yaxşı xəbərdardır və düzgün

məhsullara vaxtında adətən malikdir, əvvəlcədən onlara

sifariş verərək. Anbar ilə işləmək (həll etmək) ilə yayılan,

tezliklə yüklənmələri gözləyən və təyinata limandan

malların (əmtəələrin) çatdırması üçün yerli yük nəqliyyat

şirkəti ilə razılığa gələn onların müştərilərini xəbərdar

edin. Bəzi hallarda, xüsusilə xüsusi sifarişə (qaydaya)

nisbətən, mallar (əmtəələr) çatdırılandan əvvəl distribüter

əvvəlcədən ödənişi tələb edir. Asılı olaraq, saziş necə emal

edilir, alıcı onun tam (dolu) dəyərini ödəmənə qədər

Page 162: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

162

mallar (əmtəələr) gömrük (adətlər) anbarlarında qala bilər.

Müasir bazar iqtisadiyyatı şəraitində ticarət-vasi-

təçilik həlqəsindən istifadə zərurətə çevrilmişdir ki, bu da

ticarət-vasitəçilik həlqələrindəki keyfiyyət dəyişiklikləri

ilə xarakterizə olunur. Müasir dövrdə ticarət-vasitəçilik

həlqələrindəki keyfiyyət dəyişikliklərinin mahiyyəti onda-

dır ki, ticarət-vasitəçilik əməliyyatlarının böyük hissəsi

sayı çox da olmayan, kompleks əməliyyatları həyata keçi-

rən ticarət şirkətlərinin əlində cəmləşir. Bu şirkətlər

aşağıdakı kompleks əməliyyatları yerinə yetirirlər:

- öz hesabına alqı-satqı;

- ticarət əməliyyatlarının maliyyələşdirilməsi (bank-

larla əlaqəli maliyyə şirkətlərinə malikdirlər);

- sığorta (öz sığorta şirkətlərinə malikdirlər);

- daşıma (öz donanmaları var);

- texniki servis xidməti (ehtiyat hissələri anbarları

var);

- istehsal və emal (təkcə yenidən emal müəssisələrin-

dən başqa digər sahələrdə də müəssisələrə malikdirlər);

- xaricdə əməliyyatlar (xaricdə filiallara malikdirlər);

- konkret əmtəələrin satışına istiqamətlənmiş diler

firmalarının cəlb edilməsi.

8.5.Ticarət-vasitəçiliyi dünya bazarında müxtəlif

funksiyaların yerinə yetirilməsi kimi.

Əmtəə istehsalçısı və ixracatçısının tapşırığı ilə on-

dan asılı olmayan ticarət vasitəçisi tərəfindən həyata keçi-rilən alqı-satqı əməliyyatlarına ticarət-vasitəçilik əməliy-yatları deyilir. Ticarət vasitəçiliyi müxtəlif xidmət dairə-sini əhatə edir: xarici kontragentin axtarıb tapılması, razı-

Page 163: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

163

laşmaların (sazişin) başa çatdırılması üçün hazırlıq, tərəf-lərin kreditləşdirilməsi və malın ödənilməsinə nəqliyyat – ekspeditor əməliyyatlarının həyata keçirilməsi, nəqletmə malların sığorta olunması, gömrükxana şərtlərinin yerinə yetirilməsi, malların xarici bazarlara çıxarılması üzrə reklam və sair tədbirlərin görülməsi, texniki xidmətlərin həyata keçirilməsi və başqa bu kimi tədbirlər bu qəbil-dəndir.

Bütün bunlar xüsusi ticarət-vasitəçi firmaların iştira-kı ilə həyata keçirilir. Bu firmalara yuxarıda qeyd edildiyi kimi istehsalçıdan və istehlakçılardan (satış, ixracatçı və sair qız firmaları, habelə sənaye şirkətlərinin firmaları və bu kateqoriyalı digər firmalar aid edilmir) hüquqi və təsər-rüfati cəhətdən asılı olmayan firmalar aiddir. Bunlar, yəni ticarət-vasitəçi firmalar tam müstəqil olurlar və ticarət-vasitəçilik əməliyyatları aparmaq üçün bütün iqtisadi gös-təricilərə malikdirlər. Onların məqsədi ya ixracatçıdan sa-tın aldığı malın qiymətilə idxalatçının satacağı malın qiy-məti arasındakı fərqi, yaxud da malları xarici bazara yetir-diyi üçün alacağı mükafat formalarında mənfəət götür-məkdir. Müasir şəraitdə beynəlxalq ticarət dövriyyəsinin yarıdan çoxu ticarət-vasitəçilərin payına düşür. Ticarət vasitəçiliyi ABŞ-ın, İngiltərənin, Skandinav ölkələrinin, Yaponiyanın xarici ticarətində daha geniş istifadə olunur. Məsələn, İsveçdə və İngiltərədə xarici ticarət dövriyyə-sinin 50%-ə qədəri onların vasitəsilə həyata keçirilir.

Ticarət vasitəçi firmaların fəaliyyət sahələrindən biri iri tikinti layihələrinin həyata keçirilməsi üçün beynəlxalq konsorsiumlarda iştirak etməsidir.

Ticarət-vasitəçi qurumlarda keyfiyyətli dəyişiklik gedir. Bunlardan ən vacibi ticarət-vasitəçi əməliyyatlarının çox hissəsinin bir neçə iri ticarət şirkətinin əlində cəmləş-

Page 164: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

164

məsidir. Bu şirkətlər əməliyyatlarının bütün kompleksini həyata keçirir. O cümlədən:

- öz hesabına alqı-satqı; - əməliyyatlarının maliyyələşdirilməsi; - sığortaetmə (özünün sığorta şirkətləri olur); - nəqletmə (özünün donanması olur); - texniki xidmətlər (ehtiyat hissələri anbarı olur); - istehsal və emaletmə; - xarici əməliyyatlar (xaricdə filialları olur ); - konkret malların satışına yönəldilən diler firmaların

onların tabeçiliyində olması. Ticarət vasitəçiliyi dünya bazarında müxtəlif funksi-

yaları yerinə yetirirlər. İxracatçı və idxalatçılarla qarşılıqlı münasibətlərin xarakterindən və yerinə yetirilən funksiya-lardan asılı olaraq ticarət-vasitəçilik əməliyyatları aşağı-dakı növlərə bölünür:

- Əmtəələrin təkrar satışı üzrə Əməliyyatlar; - Komissiya əməliyyatları; - Agent əməliyyatları; - Broker əməliyyatları. Təkrar satış üzrə əməliyyatlar: Təkrar satış üzrə əməliyyatları ticarət vasitəçisi

(tacir) öz adından və öz hesabına həyata keçirir. Belə növ vasitəçi terminologiyası kifayət qədər müxtəlifdir və on-ları daha çox tacir adlandırırlar: İngiltərə və ABŞ-da – Merchant, Almaniyada – Handler, İsveçdə - handlande və s. İngiltərədə qara metallar bazarında belə vasitəçiləri stokholderlər (stockholders) adlandırırlar. Nyu-York birja-sında öz hesabına şəkərlə ticarət edənləri operatorlar (operator), London birjasında kakao ilə ticarət edənləri dilerlər (dealer), əlvan metal ticarətçilərini prinsipial (prin-cipal) adlandırırlar. Bunun üçün tacir ixracatçıdan alqı-

Page 165: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

165

satqı kontraktı üzrə əmtəələri satın alıb onun mülkiyyətçisi olur və özünə əlverişli qiymətlə digər istehlakçılara sata-raq qiymət fərqindən mənfəət götürür.

Təkrara satışın digər növü müqavilə üzrə satış hüqu-qunun vasitəçiyə verilməsidir. Bu cür vasitəçi distribüter adlanır. Bu halda əmtəə istehsalçısı-ixracatçısı öz əmtəə-sini müəyyən baza hüduduna və müəyyən dövrdə satışı hüququnu distribüterə verir. Bu cür güzəştli şərtlə əmtəə-lərin təkrar satış hüququnu alan distribüter bunun əvəzinə ixracatçıya fəaliyyət göstərdiyi bazarın konyunkturası barədə operativ xəbər verir.

Beynəlxalq kommersiya əməliyyatlarında distribü-terin rolu.

Tutaq ki, şirkətiniz xarici bazarlarda onların malla-rını (əmtəələrini) satmaq istəyir. Artırılan satış vasitəsi öz növbəsində daha yüksək gəlirlər əldə etmək üçün satışın həcmini artırır. Hər şeydən əvvəl, bu məqsədə, nail olmaq xarici bazarlarda əmtəələrin paylaşdırma kanallarını müəyyən edir. Çoxları güman edir ki, İnternet uzun müd-dət ərzində distribüter üçün ehtiyacı ləğv edəcək. Demək olar ki, bu elə indiki zamanda yalnız malların (əmtəələrin) çox kiçik miqdarı xarici bazarlara bilavasitə satıla bilər.

Xarici distribüterlər iki əsas kateqoriyaya bölünə bilər:

- anbardan işçilər; (workers from the warehouse). - onların öz anbarları. (without their own ware-

houses). Distribüterlərin birinci kateqoriyası istehsalçıdan və

ya ixrac vasitəçidən məhsulları bilavasitə alır. Bu halda, pərakəndə satıcı sizin ölkənizdə distribüterlərə və ya beynəlxalq bazarda alıcılara daha kiçik yüklənmələrə satışın müəyyən faizinin riskini qəbul edir. Ümumiyyətlə,

Page 166: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

166

onun öz anbarı ilə işləyən distribüter müstəqil paylaş-dırmanın müəyyən edilmiş şəbəkəsi ilə kifayət qədər tanınmış firma olmalıdır və ya regionda. Bu distribüterlər və istehsalçılar ixrac brokerləri gözləyirlər, axırıncı (axı-rıncılar) yerli bazarda elan vermək üçün ödəmək üçün yükü güman edəcək və bəzi hallarda və saxlanma qiymət-lərinin hissəsi. Xarici distribüterlər zəng edir, o “distri-büter dəstəyi”. “Dəstəyin” ödənişi tamamilə hüquqi və distribüter hər ikisinin uzun müddətli maraqlarına (faizlə-rinə) öz töhfəsini verin və ya istehsalçı. Vaxtaşırı, təhriflər var: prinsipsiz vasitə distribüterləri bazarda keçmiş rəqib-lərin peyda olmasının ardıcıl qabağını almaq üçün ən güclü distribüterlərə onların ölkələrində və prinsipsiz va-sitə istehsalçıları təklifi rüşvətlərində bu kök salmış bey-nəlxalq təcrübədən və rüşvət dartmalardan (gərginliklər-dən) mallar (əmtəələr) yaymağın imkanı üçün sui-istifadə etdi.

Anbarlar ilə distribüterlər onların öz kataloqlarını və ya məhsul nümunələrini ümumiyyətlə idarə edir. Bu təcrübə səbəblərə (şüurlara) bir qədər malikdir, bunlar:

- məhsullar sifariş vermək (əmr etmək) üçün istehsal edilir;

- mövsümi satış üçün istifadə edilən; - tezkorlanan ərzaq məhsullarını satmaq; - bazarda, potensial alıcıların məhdud sayı (nömrəsi)

var. Siz distribüterlərin hər iki tiplərinə uyğunlaşdırsanız:

malların (əmtəələrin) tipindən asılı olmaq onlardan satıla-caq. Anbar ilə distribüterin arasında seçimi edin (düzəldin) və yoxdur, siz xeyli çoxlarına maliksiniz və məhz buna görə: xarici distribüterlər arasında yarış (rəqabət) çox yük-sək, onların biznesləridir, sataraq, nə siz bazardasınız, əgər

Page 167: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

167

onlar onların sizin nümayəndələriniz olduqları bilərlər sizi inandıra bilmirlərsə nə onlar əla imkandan yayınırlar belə-liklə, onların bizneslərini genişləndirir. Beləliklə, xarici distribüterlər sizinlə işləmək (həll etmək) ilə həmişə maraqlanır, xüsusilə, əgər sizin məhsulunuz, qüvvədə olaraq (qaçaraq).

Xarici distribüterlər onların ölkələrindən yük nəqliy-yat kompaniyaları və gömrük (adətlər) brokerləri ilə işlə-yir (həll edir), onlar anbara və ya nümayiş zalına onların istehsalatın yerlərinə sizin mallarınızı (əmtəələrinizi) çat-dırmağa ehtiyac duyurlar. Xarici yük nəqliyyat kompa-niyası, bu sizin təyinatınıza istehsalatdan malların (əmtəə-lərin) daşınmasının bütün prosesini təmin edən şirkətdir. Bu şirkətlər daşıyıcılar (kuryerlər) ilə bilavasitə işləyir: yol, rels, hava və dəniz daşıyıcılar (kuryerlər). Daşıyıcılar (kuryerlər) ən az mümkün xərclərdə, təsadüfən (yeri gəl-mişkən) sənədlərin vaxtlı vaxtında olma qurtarması (sona çatdırması) və düz etmək, daşınmanı və ən yaxşı mümkün xidməti nəqliyyat kompaniyalarını təmin etməklə, zəmanət vermək (təmin etmək) üçün müxtəlif prosedurları keçərək mallar (əmtəələr) zədələnməmiş ünvana çatdırılacaq və təyinat ölkəsində gəlmə (nail olma) üçün gömrükdə (adətlərdə) təxirə salınmır.

Belə fraxt göndərən (sürətləndirən) şirkətlərin təqdi-matı sizin fabrikinizdən uzaq yerləşir. Sizin vasitəçiniz ixrac edir ki, biznes və ya sizin işçiləri, beynəlxalq ticarətdə mütəxəssis, çoxlu yük nəqliyyat kompaniyasına ehtimal ki bil və ən yaxşını seçməyə sizə kömək edəcək. Əgər sizin yüklənməniz bütün konteyner (6,1 m və ya 12,2 m) götürmürsə və o (bu) relsdə əvvəl göndərməlidir və ya refrijerator (soyuducu) və onda (sonra) dəniz yolu ilə və ya hava yolu ilə siz xüsusiləşdirilmiş yük nəqliyyat

Page 168: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

168

kompaniyaları ilə əlaqə yaratmağa ehtiyac duya bilərsiniz, adlandırılan “konsolidatoram”. Konsolidatory konteyner-lərin böyük (geniş) miqdarını adətən alır, adətən sudopere-vozok üçün iki tipdən (6.1 m və 12.2 m), bəzi hallarda, vaqon üçün xüsusi konteynerlər hava yolu ilə və onda (sonra) müxtəlif kiçik mal göndərənlərin konteynerlərinin yerini (kosmosunu) satır, siz, beləliklə gətirmək bir də çoxlu Kiçik Mal (Əmtəələr) və ya iki konteyneri kimi, beləliklə sizin şirkətiniz üçün daşınma qiymətlərini azalt-maq. Yük nəqliyyat şirkətlərinin hər iki tipləri təyinatın ölkəsində gömrük (adətlər) brokeri üçün tərəfaşa həmişə malikdir.

Page 169: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

169

FƏSİL 9. BEYNƏLXALQ BİRJALARDA,

HƏRRACLARDAVƏ TORQLARDA TİCARƏT

ƏMƏLİYYATLARININ TƏŞKİLİ

9.1 Beynəlxalq mal birjaları. Mal birjalarının təş-

kilatı quruluşu və funksiyaları. Birja əməliyyatlarının

həyata keçirilməsi texnikası və birja ticarətinin inkişaf

meylləri.

Beynəlxalq mal birjası daim fəaliyyətdə olan baza-rın xüsusi növüdür. Burada keyfiyyətcə həmcins və qar-şılıqlı əvəz edilən xammal və ərzaq mallarının iri parti-yalarda alqı-satqı razılaşmaları tamamlanıb başa çatdırılır. Bir qayda olaraq birjanın özündə mal saxlanılmır. Mallar müəyyən standartlara və nümunələrə əsasən alınıb-satılır. Malların alqı-satqı sazişi birtipli birja kontraktları əsasında bağlanılır. Birjada müəyyən mal partiyası deyil, birja tərəfindən müəyyən olunmuş mal markası, çeşidi, tipi, miqdarı əks etdirilmiş birja kontraktları alınıb-satılır. Belə bir sənəd, yəni müqavilə anbar şəhadətnaməsi (vəsiqəsi) variant kimi qəbul edilmişdir. 1998-ci ildə beynəlxalq mal birjaları əməliyyatları üzrə illik mal dövriyyəsi dörd trilyon dollara qədər təşkil etmişdir. Bu növ ticarətin predmeti 70 adda maldan ibarətdir ki, bu da ümumilikdə beynəlxalq ticarət dövriyyəsinin təqribən 30%-nə bəra-bərdir.

Beynəlxalq birja dövriyyəsinin böyük bir hissəsi (təqribən 1,5 trilyon dolları) fyucers sazişlərinin (əməliy-yatlarının) payına düşür. Fyucers sazişləri mal və ya fond birjasında kontraktda göstərilən qiymətlə saziş bağlanıl-dıqdan sonra pulu ödənilməklə səhmin, yaxud malın ve-rilməsini nəzərdə tutan saziş növüdür. Fyucers bazarları-nın sayı 150-yə çatmışdır ki, bunun da 70%-ni kənd təsər-

Page 170: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

170

rüfatı məhsulları, 30%-ni isə sənaye xammalı və yarım-fabrikatlar təşkil edir.

Beynəlxalq mal birjaları mal nomenklaturuna görə aşağıdakı növlərə ayrılır:

- universal birjalar; - ixtisaslaşmış birjalar; - dar ixtisaslaşmış birjalar. Fəaliyyət dairəsinə, yerinə yetirdiyi funksiyalarına

və dünya bazarında roluna görə onlar beynəlxalq və milli birjalar kimi fərqləndirilir. Beynəlxalq birjalar konkret olaraq dünya mal bazarında, milli birjalar isə məmləkət-daxili bazarlarda xidmət göstərirlər.

Hazırda fəaliyyətdə olan birjalar bunlardır: ABŞ – da Çikaqo və Nyu-York şəhərlərində yerləşən birjalar, İngil-tərədə London fyucers və opsion birjası, London metal birjası, Yaponiyada dünya bazarında tədavül edən bütün mallarla razılaşmaları başa çatdıran birjalar. Həmçinin, Vanipet Paris, Sidney, Sinqapur, Süyanqan şəhərlərində də birjalar fəaliyyət göstərir.

Birjalarda əsasən iki növdə sazişlər bağlanır: - real mallar üzrə sazişlər (Forvard); - müddətli (Fyuçers). Real mal üzrə sazişlər – bu növ sazişlər onunla ta-

mamlanır ki, faktiki olaraq mal satıcıdan alıcının sərən-camına keçir. Daha doğrusu hər hansı bir anbarda real malın təhvil-qəbulu başa çatır. Real malın satıcısı həmin malı müqavilədə müəyyən edilmiş müddətdə birja komi-teti tərəfindən təsdiq olunmuş anbarların birinə göndərir. O varrantı öz bankında saxlayır və malgöndərmə vaxtı gəldikdə varrantı anbarda saxlanılan malın dəyərini və onun sığorta dəyərini ödəmək şərtilə alıcıya verir. Alıcı varrantı alanda əvəzində satıcıya malın dəyərini göstərən çek təqdim edir.

Page 171: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

171

Müddətli (Fyuçers) sazişi. Real mal sazişindən fərqli olaraq, tərəflərin real malı göndərmək və yaxud qəbul etmək (müqavilədə şərtləndirilmiş müddət ərzində) öhdəliyi deyil, mala olan alqı-satqı hüququnu (saziş vərə-qəsinin rəsmini) nəzərdə tutur. Fyuçers sazişi ancaq hə-min birja tərəfindən müəyyən edilmiş bir malın (mal qrupunun) standartına uyğun bağlanıla bilər.

Birjada saziş bağlanılarkən aşağıdakı məqsədlər əsas tutulur:

1. Real malın alqı-satqısı. Bu saziş malın satıcıdan son alıcıya keçməsilə tamamlanır. Yəni istehsalçılar isteh-lakçıya mal satır və digəri isə özündən əvvəlkindən satın alır.

2. Möhtəkirlik əməliyyatları. Bu əməliyyatlar birja müqavilələrinin alqı-satqısından hasil olunan mənfəətin əldə edilməsilə bağlanır. Mənfəət isə müqavilə bağlandığı anda həmin müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun realizə olunduğu andakı qiymət arasındakı fərq kimi göstərilir. Bu fərq tərəflərin hansının xeyrinədirsə, o da həmin fərqi mənimsəyir.

Möhtəkir birja oyunlarının ən sadə üsulu qiymətin qaldırılması, yaxud aşağı salınması oyunudur. Bu oyunun məğzi ondan ibarətdir ki, birja müqavilələrini alıb son-radan onları yüksək qiymətə satmaq, yaxud da sonradan qiymətin aşağı düşməsini hiss edərək, onları dərhal satmaq məqsədi düşünürlər.

Beynəlxalq təcrübədə beynəlxalq birjalarda qiymə-tin qaldırılması əməliyyatı ilə oynayan möhtəkirlər “Öküz-lər” (bulls), qiymətlərin aşağı salınması ilə oynayan möh-təkirlər isə “ ayılar” (bears) adlanırlar.

3. Sığorta əməliyyatları. Fyuçers sazişləri adətən real mala saziş bağlanarkən bazar qiymətlərinin dəyişməsi nəticəsində itkilər baş verəcəyi hallardan sığorta olunması

Page 172: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

172

üçün istifadə olunur. Sığorta əməliyyatının mahiyyəti on-dan ibarətdir ki, birjada, yaxud ondan kənarda gələcəkdə real malı göndərməklə eyni zamanda müddətli birjada əks əməliyyatlar keçirilir, yəni uzun müddətdə və həmin miq-darda mala fyuçers müqavilə satın alınır. Sonradan gön-dərmək şərti ilə real mal alan firma eyni zamanda birjada fyuçers müqaviləsini satır. Sığorta əməliyyatlarının satış, satınalma, risk üzrə sığorta formaları vardır.

a) Satış üzrə sığorta. Bu real malın göndərilməsi anında qiymətlərin aşağı düşməsi riskindən sığorta olun-ması məqsədilə eyni miqdarda real malı satın alarkən müddətli birjada fyuçers müqaviləsinin satışıdır.

b) Risk sığortası. Bir qayda olaraq uzun müddət üçün nəzərdə tutulur. Tutaq ki, neft şirkəti boru kəməri alır. Borunun göndərilməsi 6 ay müddətinə müəyyənləş-dirilir. Müqavilə bağlanarkən hər bir borunun qiyməti 450 dollardır, 6 aydan sonra real boru göndərilərkən onun qiy-məti 470 dollardır. Onda şirkət əvvəlcədən satın aldığı hər bir fyuçersi yeni məzənnəyə uyğun 470 dollara sataraq özünü sığorta etməklə riski aradan qaldırır, itkiyə yol vermir.

Mal birjalarının təşkilatı quruluşu və funksiyaları. Təşkilatı prinsipinə görə birjaların iki tipi vardır: 1. Kütləvi – hüquqi; 2. Xüsusi – hüquqi xarakterli mal birjaları. Kütləvi – hüquqi birjalar. Bu birjalar dövlətin nə-

zarəti altında olur və birjalar haqqında qanun əsasında təşkil olunur. Ayrıca bir məkanda ticarət reyestrinə salın-mış və müəyyən həcmdə mal dövriyyəsi olan sahibkar bu birjanın üzvü ola bilər. Bu növ birjalardan Avropanın Fransa, Belçika, Hollandiya ölkələrində geniş istifadə edi-lir.

Xüsusi-hüquqi xarakteri olan birjalar. Bu tipli

Page 173: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

173

birjalara taxıl, pambıq, kauçuk, əlvan metal üzrə İngiltərə və Amerika birjaları aiddir. Belə birjaların məhdud sayda üzvləri olur. Birjanın nizamnaməsində göstərilir ki, onun əsas kapitalı müəyyən sayda paylara, yaxud birja sertifi-katları deyilən sertifikatlara bölünür. Birjanın hər bir üzvü birja otağında saziş bağlamağa hüquq verən belə bir sertifikatın sahibi olmalıdır. Birja üzvü olmayan şəxslər ancaq birja üzvü olan brokerlər vasitəsilə saziş bağlaya bilərlər. Vaxtaşırı birja sessiyaları keçirilir. Bu sessiyalar-da ancaq birja üzvlərindən və yaxud klerklərdən biri sədrlik edə bilər. Birja üzvləri həmin alqı-satqı sazişlərini həm öz hesabına, həm də muzd almaq şərtilə broker sifətində bağlayırlar.

Birja əməliyyatlarının həyata keçirilməsi texni-kası.

Birja əməliyyatlarının həyata keçirilməsi texnikası aşağıdakı kimi səciyyələnir. Saziş bağlamaq hüququna malik birja üzvləri (birja brokerləri) öz müştərilərindən birja sazişlərinin həyata keçirilməsi üçün tapşırıq alır. Sifariş əvəzi bu tapşırıq 3 əsas göstəricidən ibarətdir:

- malın miqdarı; - göndərilmə müddəti; - malın qiyməti. Bəzi tapşırıqlarda əlavə olaraq əməliyyatın hansı

qiymətə yerinə yetirilməsini göstərən qiymət limiti də an-dırılır, digərlərində isə sazişin hal-hazırda bazarda qüv-vədə olan ən əlverişli qiymətlərlə başa çatdırılması qeyd olunur.

Birja əməliyyatlarının keçirilməsi texnikası birja ti-carətində müxtəlif məkanlarda olan şəxslərin iştirakına imkan verir, birja iclasının iştirakçılarına isə digər birja-ların kotirovkalarının, bütün ölkələrdə məhsul növlərinin, ticarət-siyasi şəraitin dəyişməsinin və həmin birjada mall-

Page 174: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

174

arın qiymətlərinə təsir göstərə biləcək bir çox digər amil-lərin nəzərə alınmasına imkan verir.

Birja ticarətinin inkişaf meylləri. XX əsrin sonunda beynəlxalq birja ticarəti bir çox

istiqamətlərdə dəyişikliklər keçirdi və yeni keyfiyyətli nəticələr əldə etdi. Bu gün beynəlxalq birja ticarətinin di-namikasını və strukturunu şərtləndirən amillər aşağıda-kılarla şərtləndirilir:

- elmi- texniki tərəqqinin inkişafı; - konkret dünya mal bazarında tələb və təklifin nis-

bətinin dinamikası; - əvəzedici mallar tətbiqinin daim artması və getdik-

cə yeni birja mallarının meydana gəlməsi; - Avropa Birliyinin vahid kənd təsərrüfatı siyasətinə

uyğun olaraq ərzaq və xammal bazarlarının tənziminin genişlənməsi, buna daha geniş mal dairəsinə aid edilmə-sini göstərmək olar.

9.2.Beynəlxalq hərraclar. Beynəlxalq hərrac

ticarətinin təşkilatı formaları.

Beynəlxalq hərrac bazarının müəyyən yerlərində fəa-

liyyətdə olan əlahiddə təşkil olunmuş ticarət qurumudur.

Burada öncədən müəyyən edilmiş vaxtda və xüsusi təyin

edilmiş məkanda qabaqcadan alıcılar tərəfindən baxılıb,

yoxlanılmış və təklif olunmuş antikvar mallar ən yüksək

qiymətlərlə satılır. Bu halda satılan həmin mal alıcının

mülkiyyətinə keçir. Hərraclarda ancaq fərdi və nadir xüsu-

siyyətlər malik olan mallar satılır. Elə buna görə də hərrac

malları hərraca qoyulan anadək alıcı tərəfindən müayinə

edilib yoxlanılır, yaxud dequstasiya olunur. Mal satıldıq-

Page 175: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

175

dan sonra və hərrac təşkilatçıları, nə də malı satın alanlar

malın keyfiyyətinə heç bir iddia qaldıra bilməzlər.

Hərrac ticarətinin əsas mərkəzləri.

Hərrac ticarətində əsas predmetlər aşağıdakılardan

ibarətdir: xəz-dəri malları, yuyulub təmizlənmiş yun, qıl,

çay, tütün, tərəvəz, meyvə, balıq, tropik mənşəli taxta-şal-

ban, mal-qara (əsasən at), xəz, yuyulmuş yun və s. mallar

hərrac mal satışının ən mühüm formasıdır. Məsələn, ABŞ-

da, Kanadada beynəlxalq hərracda satdıqları malların

70%-i xəz-dəri mallarının payına düşür. Bu Belçikada

90%, İsveçrədə və Norveçdə isə 95% təşkil edir. Beynəl-

xalq hərraclar vasitəsilə dünya bazarında satılan çayın

70%, yunun 90-95-i Avstraliyanın və yeni Zenlandiyanın

payına düşür.

Müasir şəraitdə hər bir hərrac malının öz mərkəzi

yaradılmışdır. Su samuru (norka) xəzi üzrə hərrac ticarə-

tinin mərkəzi Nyu-York, Monreal, London, Kopenhagen,

Oslo,Sankt-Peterburq şəhərləridir. Buxara dərisi (Qaragül)

üzrə əsas hərrac mərkəzi London və Sankt- Peterburq

sayılır. Hərracların keçirilməsi 4 mərhələdən ibarətdir:

I mərhələ – hərraca hazırlıqdır. Məsələn, xəz-dəri

hərracına hazırlıq üç-dörd ay öncədən başlanır. Öz malını

hərracda satmaq arzusunda olan sahibkar onu hərrac

şirkətinin anbarına çatdırır. Şirkətin mütəxəssisləri malı

yoxlayır, çeşidləyir və eynicinsli keyfiyyət nişanələrinə

görə qruplaşdırır. Sonra onlar dəstələrə ayrılır. Təcrübədə

bu “ Lot” adlanır. Lota keyfiyyətcə eynicinsli olan mallar

seçilir. Belə ki, gön-dəri nə qədər çox dəyərli olarsa, lotda

onun sayı az olur. Məsələn, dələnin lotu bir qayda olaraq

3000 dəridən ibarətdir, su samurunun 150-350 dollar,

Page 176: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

176

xam buxara dərisi 300- 700 dollar və s. Hər bir lota sıra

sayı verilir və həmin hərracın kataloqunda qeydə alınır.

Həmin sıra sayı ilə də hərracda satış keçirilir. Alıcılara

əyan olsun deyə hər bir hərrac malın ayrıca sərgisi təşkil

olunur. Malın nümayəndələri xüsusi salonda, malın özü

(lotlar) isə hərracın anbarında yerləşdirilir. Hərracın keçi-

rilməsi və vaxtı barədə alıcıları xəbərdar etmək və hazırlıq

mərhələsinə aid edilir. Buraya malın miqdarı və çeşidi ba-

rədə məlumat verilir. Keçirilməyə 1,5 – 2 ay qalmış mət-

buatda reklam elanları verilir.

II mərhələ – hərracda iştirak edəcək alıcıların mal-

lara baxılması prosesinin təşkilindən ibarətdir. Mallara

baxış adətən hərracın (torqun) açılmasına 1 həftə yaxud 10

gün qalmış başlanılır. Mallara öncədən baxış, yoxlanma

çox vacibdir. Belə ki, hərracın şərtlərinə görə mal satın

alındıqdan sonra alıcı həmin malda hər hansı bir qüsur

tapsa belə onun heç bir iddiası qəbul edilmir. III mərhələ – hərrac torqdur (satışdır). Hərrac torqu

amfiteatr şəkilində olan xüsusi hərrac salonunda keçirilir. Alıcılardan bir qədər hündür yerləşdirilmiş masa arxasında hərracın rəyasət heyəti və onun alıcıların davranışına, əh-valına göz qoyan köməkçiləri əyləşir. Masa arxasında lövhədə alıcıların gözləri önündə təklif olunan lotların( malların) sıra sayı işıqlandırılır. Hərrac bu qayda ilə keçi-rilir: hərracçı növbəti malı elan edir və bununla birlikdə tabloda onun sıra sayı işıqlandırılır və onun ilkin qiyməti bildirilir. Əgər alıcılardan heç biri razılığını bildirmirsə, o, yəni hərracın qiyməti o vaxtadək ardıcıl aşağı salır ki, alıcılardan biri “alıram” razılığını bildirsin. Əgər bir neçə alıcı birdən “alıram” işarəsini bildirsə, hərracçı malın qiymətini qaldırır və yenidən torq başlayır. Alıcılar qrup

Page 177: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

177

halında razılıq verdikcə hərracçı axıra bir alıcı qalanadək qiyməti qaldırır. Elə ki, axıra bir alıcı qalıb öz razılığını bildirdikdə hərracçının üç dəfə “kim çox verər” elanı bəyan edir. Sonra cavab olmasa torq başa çatır. Qiymətin qaldırılması dərəcəsi isə standartdır.

IV mərhələ - hərrac razılaşmalarının rəsmiləşdiril-məsi və malın alıcıya təhvil verilməsidir. Hərracın inzi-batçısı ya hərracın gedişatı prosesində, ya da sabahı gün satın alınmış malın müüqaviləni yeni mal sahibinə təqdim edir. Müqavilə alıcı tərəfindən də imzalanır. Müqavilədə hesabın kimin adına yazılmalı, hara və hansı nəqliyyat növü ilə göndərilməsi qeyd edilir. Alıcı müqaviləyə imza atdıqdan sonra bir nüsxəni özündə saxlamaqla digərini hərracın kontoruna qaytarır. Hərracda satılan malın dəyəri hissə - hissə ödənilə bilər. Onun 30-40%-ni müqavilə imzalandığı vaxtda ödənilir, qalan hissəsi isə malı təhvil aldıqda ödəyir.

Hərrac malları ticarətində malların və ticarətin xa-

rakterindən asılı olaraq hərrac ticarətinin müəyyən xüsu-

siyyətləri vardır. Hərrac firmaları şərti olaraq 3 ixtisaslaş-

mış qrupa ayırmaq olar:

- ixtisaslaşdırılmış firmalar;

- broker – komisyon firmalar;

- kooperativlərə, yaxud fermerlər ittifaqına məxsus

hərrac firmaları.

Bunların hamısında ümumi və fərdi xarakterik cəhət-

lər vardır.

İxtisaslaşmış firmalar. Bu firmalarda hərracın təş-

kili və hərraclarda həm öz hesabına, həm də komisyon

əsasında hərrac mallarının satışı ilə məşğul olurlar. Ixtisas-

laşmış hərrac firmaları hərraca hazırlıqdan tutmuş onun

Page 178: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

178

keçirilməsinədək bütün funksiyanı həyata keçirir. Əksər

hallarda bunlar hərraca mal verənə (satıcılara) verəcəkləri

mallar üzrə borc (kredit) də verirlər. Məsələn, xəz-dəri

firmaları ticarət inhisarçısı kimi bir qayda olaraq öz

hesabına satın aldığı xəzi və xəzlik materialı hərraclarda

həyata keçirirlər. Onlar eyni zamanda komisyon əsaslarda

firma-istehsalçıya, fermerlər assosiasiyasına, fermerlər

koperativinə məxsus xəz malları satırlar. Hazırda dünya

bazarında ixtisaslaşmış “Qudzon bey” firmasının Nyu-

Yorkda, Monrealda, Londonda firmaları olan beynəlxalq

şirkətə çevrilmişdir. Xəz-dəri malları hərracı üzrə ən iri

ixtisaslaşmış firmalardan (şirkətlərdən) biri də “Nyu –

York okşin K-nik” firmasıdır. Bu firma su samuru xəzi

üzrə satış hərracı təşkil etmişdir.

Broker – komisyon firmalar xəz-dəri, yun, çay,

tütün və bu kimi hərrac malları ticarətində geniş inkişaf

tapmışlar. Adətən belə firmalar təşkil etdikləri hərraclarda

öz müştərilərinin tapşırığı ilə onların mallarını komisyon

əsaslarda satırlar. Broker firmaları eyni vaxtda həm

satıcının, həm də alıcının nümayəndəsi kimi iştirak edə

bilərlər. Belə halda o, yəni firma hər ikisindən – satıcıdan

və alıcıdan muzd ala bilər. Bu halda satıcı alıcını və əksinə

tanımaya bilər. Bunlara Londonda hərrac ticarəti təşkil

edən broker şirkəti “İstvud end Xoltlid”, Avstriyada və

Yeni Zenlandiyada yun hərracının 90%- dən çoxu broker-

komisyon firmalarıdır.

Kooperativlərə, yaxud fermer ittifaqlarına məxsus

hərrac firmaları əsasən Skandinaviya ölkələrində geniş

yayılmışdır. Həmin bölgənin hər birində - Danimarkada,

Norveçdə, İsveçdə xəz-dəri hərracı ticarətində inhisar

vəziyyətini tutan bir firma vardır. Danimarka firması

Page 179: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

179

“Denis for seylz” xəzlik heyvan yetişdirənlər assosiasiya-

sının ticarət təşkilatıdır. Bu firma hərraclar keçirmək üçün

Finlandiya firması “Finis for seylz” ilə birləşmişdir. Bir-

ləşmiş firma həm Kopenhagendə, həm Danimarkada, həm

də Finlandiyada su samuru (norka) xəzinin satışını təşkil

edir. Norveçdə xəz- dəri hərracı “Oslo for okşn” firması

təşkil edir. O təqribən 6,5 min fermerdən qəbul edilən

xəzin satışı ilə məşğul olur.

9.3. Beynəlxalq torqlar. Beynəlxalq torqların

keçirilməsi qaydaları və şərtləri.

Beynəlxalq torqlar müxtəlif ölkələrin mal göndərən-

lərinin və podratçılarının öncədən müəyyən edilmiş təklif-

lərinə və onların yerinə yetirilməsi müddətlərinə əsasən

malların satın alınması və sifarişlərin yerləşdirilməsi və

ardıcıl verilməsi üsuludur. Bunun üçün onlar təklifi daha

əlverişli olan torq təşkilatları ilə müqavilə bağlayırlar.

Müasir şəraitdə torqlar xeyli yayılmışdır. Onlar maşın və

avadanlıqların göndərilməsi, obyektlərin tikilməsi üzrə

sazişlər bağlaması üçün kontragentlərin axtarılıb seçilmə-

sində mühüm rol oynayırlar. Satınalma metodu kimi

torqlar inkişaf etməkdə olan ölkələrdə daha çox istifadə

olunur. Məsələn, maşın və avadanlıq üzrə keçirilən torqla-

rın 75-85%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.

Məsələn, Misir, Birma və s. bu kimi ölkələrdə maşın və

avadanlıq üzrə bütün idxalat, hətta istehlak şeyləri

idxalının böyük hissəsi , həmçinin podrat əməliyyatları

torqlar vasitəsilə həyata keçirilir.

Latın Amerikasının bir çox ölkələrində, xüsusən

Uruqvayda, Hindistanda, Şrilankada, Pakistanda, İranda

Page 180: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

180

və s. ölkələrdə satınalmanın bu növü geniş yayılmışdır.

Keçirilməsi üsulundan asılı olaraq torqlar iki növə

ayrılır:

1. Açıq (hərrac) torq;

2. Qapalı (məhdud yaxud qeyri – leqal) torq.

Açıq torqlarda - iştirak etməyi arzulayan bütün fir-

ma və təşkilatlar cəlb edilir. Bir qayda olaraq açıq torqda

standart və universal avadanlıq, habelə həcmcə o qədər də

iri olmayan podrat işləri üzrə sifarişlər yerləşdirilir.

Qapalı torqlarda – iştirak etmək üçün ancaq müəy-

yən firmalar dəvət olunur ki, burada bunlara da əv-

vəlcədən xüsusi dəvətnamələr göndərilir. Qapalı torqlarda

nadir, mürəkkəb və xüsusi avadanlıqlara, müəssisə kom-

plektlərinə verilən sifarişlər yerləşdirilir. Qapalı torqların

xidmətindən müddətli sifarişlərin yerləşdirilməsi lazım

gəldikdə istifadə edilir. Bu tipli torqda iştirak etmək üçün

bu və ya digər istehsal sahəsində böyük təcrübəsi və

texniki cəhətdən yaxşı silahlanmış, məşhur ağıllı-başlı,

çox ciddi məhdud sayda firmalar cəlb olunur. Keçirilməsi

nəzərdə tutulan torqun növündən asılı olaraq bildiriş

verilir. Açıq torqun keçirilməsinə aid bildirişdə mətbuatda

dərc olunur və torqun keçirilməsi vaxtı, təşkilatın adı,

torqların sıra sayı, malların miqdarı, işin həcmi, təkliflərin

təqdim olunma qaydası və müddəti, podrat şərtlərinin,

spesifikanın, cizgilərin və s. sənədlərin haradan alınması

göstərilir. Elanlar torqun keçirilməsinə 1-1,5 ay qalmış

dərc olunur. Qapalı torqlar keçirildikdə informasiyalar

tamam müvafiq olur. Belə torqun keçirilməsi barədə mə-

lumat yalnız ayrı-ayrı firmalara göndərilir. Torqun keçi-

rilməsi qaydası və şərtləri xüsusi qanunlar, dekretlər, ya-

xud əmrlər vasitəsilə nizama salınır.

Page 181: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

181

Torqun keçirilməsi bir neçə mərhələyə ayrılır:

- torqun hazırlanması;

- torq iştirakçıları tərəfindən təkliflərin təqdimi;

- malgöndərmənin seçilməsi;

- müavilənin imzalanması.

Torqun hazırlanması torqun keçirilməsində birinci

mərhələsi olub, onların texniki və alış-veriş şərtlərinin

işlənib hazırlanmasında (bu tender sənədi adlanır) və torq-

ların potensial iştirakçılarının (bu isə oferent adlanır)

onunla, yəni tender sənədi ilə tanış edilməsindən ibarətdir.

Torq iştirakçılarına təkliflərin təqdimi torqun keçi-

rilməsinin ikinci mərhələsidir. Torqlara daxil olan təkliflər

yuxarıda qeyd edildiyi kimi “ tender “ adlanır. Beynəlxalq

ticarətdə buna bəzən “bid” də deyilir. Təklifin təqdimi

qaydası və üsulu torqların təşkilatçıları tərəfindən tənzim-

lənir. Bir qayda olaraq tenderlər yazılı şəkildə torqlar

açılarkən verilir. Çox hallarda təkliflər (tenderlər) bağlı

zərflərdə, əksər hallarda isə biri digərinin içində olmaqla

iki zərfdə təqdim olunur. Daxili zərfdə torqların sıra sayı,

malın yaxud işin adı və qəbul olunacağı tarix göstərilir.

Torqun təşkilatçıları və iştirakçıları. Bütün ölkələrdə torqların təşkilatçısı sifətində əksə-

rən dövlət təşkilatları və idarələri, nazirliklər, satınalma

təşkilatları, bələdiyyə idarələri, müstəsna hallarda isə iri

xüsusi firmalar çıxış edirlər. Torqlara daha çox malgön-

dərənlərin cəlb edilməsi eyni zamanda sifarişlər üçün

maksimum rəqabətə imkan yaradır.

Bundan əlavə dövlət və bələdiyyə təşkilatları üçün

torqlar həm də buna görə əlverişlidir ki, onlar torqlara ma-

liyyə cəhətdən daha iri və nüfuzlu firmalar cəlb edə bilər-

lər. Çünki torqun nəticəsində bağlanmış müqavilələrin

Page 182: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

182

məbləği xeyli çox olduğundan maliyyə cəhətdən zəif və

kreditə tabeli olmayan firmaların iştirakı çətinliklərlə

üzləşir. Torqları keçirərkən dövlət təşkilatları çox hallarda

əsasən də xüsusi və quruluşca mürəkkəb olan avadanlığı

satın alarkən firmalar torqun iştirakçıları arasında olan,

bilavasitə onlar hər hansı bir inhisar birliyinin, məsələn,

kartelin tərkibinə daxildirlərsə onların əlbirliyi ilə rastla-

şırlar. Əksər hallarda isə ayrı-ayrı şirkətlər arasında kon-

kret bir torqda fəallılıq göstərmək üçün müvəqqəti kon-

sersiumlar təşkil etmək razılaşmalarına gəlirlər. Bəzi hal-

larda hətta bu kimi iki-üç konsersium birdən yaradılır.

Beynəlxalq torqlar müxtəlif ölkələrin mal göndərən-

lərinin və podratçılarının öncədən müəyyən edilmiş təklif-

lərinə və onların yerinə yetirilməsi müddətlərinə əsasən

malların satın alınması və sifarişlərin yerləşdirilməsi və

ardıcıl verilməsi üsuludur. Bunun üçün onlar təklifi daha

əlverişli olan torq təşkilatları ilə müqavilə bağlayırlar.

Müasir şəraitdə torqlar xeyli yayılmışdır. Onlar maşın və

avadanlıqların göndərilməsi, obyektlərin tikilməsi üzrə sa-

zişlər bağlaması üçün kontragentlərin axtarılıb seçilmə-

sində mühüm rol oynayırlar. Satınalma metodu kimi torq-

lar inkişaf etməkdə olan ölkələrdə daha çox istifadə olu-

nur. Məsələn, maşın və avadanlıq üzrə keçirilən torqların

75-85%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.

Məsələn, Misir, Birma və s. bu kimi ölkələrdə maşın və

avadanlıq üzrə bütün idxalat, hətta istehlak şeyləri idxa-

lının böyük hissəsi, həmçinin podrat əməliyyatları torqlar

vasitəsilə həyata keçirilir.

Bütün ölkələrdə torqların təşkilatçısı sifətində əksə-

rən dövlət təşkilatları və idarələri, nazirliklər, satınalma

təşkilatları, bələdiyyə idarələri, müstəsna hallarda isə iri

Page 183: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

183

xüsusi firmalar çıxış edirlər. Torqlara daha çox malgön-

dərənlərin cəlb edilməsi eyni zamanda sifarişlər üçün

maksimum rəqabətə imkan yaradır.

Bundan əlavə dövlət və bələdiyyə təşkilatları üçün

torqlar həm də buna görə əlverişlidir ki, onlar torqlara

maliyyə cəhətdən daha iri və nüfuzlu firmalar cəlb edə bi-

lərlər. Çünki torqun nəticəsində bağlanmış müqavilələrin

məbləği xeyli çox olduğundan maliyyə cəhətdən zəif və

kreditə tabeli olmayan firmaların iştirakı çətinliklərlə

üzləşir. Torqları keçirərkən dövlət təşkilatları çox hallarda

əsasən də xüsusi və quruluşca mürəkkəb olan avadanlığı

satın alarkən firmalar torqun iştirakçıları arasında olan,

bilavasitə onlar hər hansı bir inhisar birliyinin, məsələn,

kartelin tərkibinə daxildirlərsə onların əlbirliyi ilə rastla-

şırlar. Əksər hallarda isə ayrı-ayrı şirkətlər arasında kon-

kret bir torqda fəallılıq göstərmək üçün müvəqqəti konser-

siumlar təşkil etmək razılaşmalarına gəlirlər. Bəzi hallar-

da hətta bu kimi iki-üç konsersium birdən yaradılır.

İxtisaslaşmış firmalarda hərracın təşkili və hərraclar-

da həm öz hesabına, həm də komisyon əsasında hərrac

mallarının satışı ilə məşğul olurlar. İxtisaslaşmış hərrac

firmaları hərraca hazırlıqdan tutmuş onun keçirilməsinə-

dək bütün funksiyanı həyata keçirir. Əksər hallarda bunlar

hərraca mal verənə (satıcılara) verəcəkləri mallar üzrə

borc (kredit) də verirlər. Məsələn, xəz-dəri firmaları

ticarət inhisarçısı kimi bir qayda olaraq öz hesabına satın

aldığı xəzi və xəzlik materialı hərraclarda satırlar. Onlar

eyni zamanda komisyon əsaslarda firma-istehsalçıya,

fermerlər assosiasiyasına, fermerlər kooperativinə məxsus

xəz malları satırlar. Hazırda dünya bazarında ixtisaslaşmış

“Qudzon bey” firmasının Nyu-Yorkda, Monrealda, Lon-

Page 184: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

184

donda firmaları olan beynəlxalq şirkətə çevrilmişdir. Xəz-

dəri malları hərracı üzrə ən iri ixtisaslaşmış firmalardan

(şirkətlərdən) biri də “Nyu-York okşin K-nik” firmasıdır.

Bu firma su samuru xəzi üzrə satış hərracı təşkil etmişdir.

Broker – komisyon firmalar. Bu firmalar xəz- də-

ri, yun, çay, tütün və bu kimi hərrac malları ticarətində ge-

niş inkişaf tapmışlar. Adətən belə firmalar təşkil etdikləri

hərraclarda öz müştərilərinin tapşırığı ilə onların mallarını

komisyon əsaslarda satırlar. Broker firmaları eyni vaxtda

həm satıcının, həm də alıcının nümayəndəsi kimi iştirak

edə bilərlər. Belə halda o, yəni firma hər ikisindən –

satıcıdan və alıcıdan muzd ala bilər. Bu halda satıcı alıcını

və əksinə tanımaya bilər. Bunlara Londonda hərrac ticarəti

təşkil edən broker şirkəti “ İstvud end Xoltlid”, Avstriyada

və Yeni Zenlandiyada yun hərracının 90%- dən çoxu

broker-komisyon firmalarıdır.

9.4. Sərgi, yarmarka ticarətinin təsnifat

əlamətləri.

Sərgi və yarmarkaların fəaliyyətinin tənzimlənməsi

ilə həm ərazisində sərgi və yarmarka keçirilən məmlə-

kətin müvafiq idarələri, həm də beynəlxalq təşkilatlar

məşğul olurlar.

Sərgi və yarmarkaların fəaliyyətini tənzimləyən yerli

idarələrə - nazirliklər, ticarət palataları, sənayeçilər, tica-

rətçilər assosiasiyaları, beynəlxalq əlaqələrin inkişafına

yardım edən ictimai təşkilatlar və şəhər bələdiyyələri da-

xildir. Onlar yarmarkaların idarə olunması üzrə işçi or-

qanlar və sərginin idarə edilməsi üzrə müvəqqəti sərgi

komitəsi, yaxud hüquqi şəxs kimi çıxış edən sərgi idarəsi

yaradırlar. Ərazisində sərgi və yarmarka keçirilən dövlət-

Page 185: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

185

lərin hökumətləri sərginin maddi-texniki bazasının yara-

dılmasında və eksponentlər və onların yükləri üçün müx-

təlif güzəştlərin müəyyənləşdirilməsində onlara kömək

göstərirlər.

Beynəlxalq sərgilər və yarmarkaların fəaliyyətinin

tənzimlənməsində iştirak edən beynəlxalq təşkilatlara

aşağıdakılar aid edilir:

a) Beynəlxalq Sərgi Bürosu. Bu beynəlxalq sərgilər

haqqında Paris Konvensiyasının (1928-ci il) qərarlarının

yerinə yetirilməsini müşahidə etmək üçün 1931-ci ildə

yaradılmışdır. Həmin konvensiya, kateqoriyalarını nəzərə

almaqla sərgilərin təşkili müddətini müəyyən edir. O, sər-

gi iştirakçılarına bir sıra güzəştlər nəzərdə tutur, o cümlə-

dən, eksponentlər üçün pulsuz sahə vermək, eksponatların

sərgi göstərilən ölkəyə pulsuz gətirilməsi və geri aparıl-

ması, gömrük rüsumları tutulmadan kataloqların və digər

reklam məmulatlarının, pavilyonların və stendlərin quraş-

dırılması üçün tikinti materiallarının gətirilməsi və s.

b) Beynəlxalq Yarmarkalar İttifaqı. Bu ittifaq

1925-ci ildə təsis edilmişdir. Ittifaqın məqsədi beynəlxalq

yarmarkaların daimi əməkdaşlığını təşkil etmək, onların

hüquqlarını müdafiə etmək, fəaliyyət dairəsini genişlən-

dirmək və dövlətlərarası mal dövriyyəsinin inkişafına təsir

göstərməkdən ibarətdir. İttifaqın tərkibi təsisçi-üzvlərdən,

habelə həqiqi və fövqəladə üzvlərdən ibarət olur. İttifaq

fəaliyyəti müddətində beynəlxalq yarmarka ərazisində

gömrük anbarları barədə müddəalar hazırlayıb yayır,

gömrük formallığını sadələşdirir, yarmarkada göstərmək

üçün qoyulmuş ixtiraların patentlərinin mühafizəsi qayda-

sını müəyyənləşdirir, yarmarka yüklərinin güzəştli tarif-

lərlə daşınmasına nail olur.

Page 186: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

186

v) Beynəlxalq Yarmarkalar Üzrə İşçi Qrupu. Bu

1955-ci ildə BMT-nin Avropa İqtisadi Komissiyasının

nəzdində xarici ticarətin inkişafı komissiyasında yaradıl-

mışdır. Onun tərkibində 20 ölkə, habelə Beynəlxalq Yar-

markalar İttifaqı, Beynəlxalq Ticarət Palatası daxil edil-

mişdir. Həmin qrup BMT ölkələrinin hökumətləri üçün

beynəlxalq yarmarkalara və sərgilərə qoyulacaq mal

nümunələri üzrə güzəştlərə dair tövsiyələr hazırlayır.

Yarmarkalardan fərqli olaraq satış-sərgilər bir qayda

olaraq, elmi mövzular (tematika) və istiqamətlər üzrə

sistemləşdirilir. Dünyada hər il çox sayda tematik sərgilər

keçirilir. Onlardan daha tanınanı ekologiya problemləri

üzrə Hannoverdə, metallurgiya və maşınqayırma məmu-

latlarının problemləri üzrə Düsseldorfda və s. keçirilən

sərgilərdir.

Satış-sərginin məqsədi – yeni məhsul növlərinin,

malların nümayişi, göstərilməsi və təqdim olunması və

onların sonradan satışı üzrə ən müasir informasiyanın

hazırlanmasından, potensial alıcılar ilə işgüzar əlaqələrin

yaradılması üçün şəraitin təşkil olunmasından ibarətdir.

Satış sərgi-satışı təzə başlayan, həyat dövrəsinin başlan-

ğıcında olan, tələbin olmamasından əsassız olaraq zərərə

düşmə qorxusunun olması səbəbindən hələ kütləvi qayda-

da istehsal edilməyən ən müasir mallar bazarının sınaqdan

çıxarılmasının məqsədəuyğun formasıdır.

Satış-sərginin fəaliyyətinin predmeti – yeni məhsul

növləri ilə tanışlıq və bunlarla sövdələşmələrin bağlanıl-

ması üzrə xidmətlərin göstərilməsindən, həmçinin aparıcı

Page 187: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

187

alimlərin və mütəxəssislərin cəld olunması ilə kommersiya

və elmi-texniki informasiyanın verilməsindən ibarətdir.

Yarmarka (sərgi) ticarətinin təsnifat əlamətləri

aşağdakılardan ibarətdir:

1. Əmtəə (mal) və yaxud ərzaq əlaməti; bu da yar-

markaları (sərgiləri): ixtisaslaşmış - burada bu və digər

sahənin müəyyən məhsul növlərinin nümayişi və satışı baş

verir və universal – həm sənaye, həm də kənd təsərrüfatı

kompleksinin müxtəlif sahələrinin müxtəlif mal növlərinin

satışı həyata keçirilir, yarmarkalara bölünür.

2. Sahəvi əlamət yarmarkaları (sərgiləri) – sahəvi və

sahələrarası yarmarkalara bölünür. Sahələrarasında hər

hansı bir sahənin mallarını deyil, çoxsahəli məhsulları,

məsələn, tibbi, maşınqayırma, biokimya, kosmik və s.

əhatə eləyən yarmarkaları ayırmaq olar.

3.Ərazi əlamətinə görə, fəaliyyət miqyasına görə və

mal dövriyyəsinin həcminə görə yarmarkalar (sərgilər)

əraziyə və yerli, milli, daxili və yaxud xarici bazarın miq-

yaslarına istiqamətlənən – beynəlxalq, respublika, regin-

lararası, zonalar üzrə və yerlilərə bölünürlər. Yarmarka

sövdələşmələrinin əsas məqsədi – malların topdansatış ti-

carəti, satıcılarla alıcılar arasında birbaşa müqavilələrin və

yaxud müqavilələrin bağlanılmasıdır.

9.5.Yarmarkallar.

Yarmarkanın fəaliyyətinin predmeti – iştirakçılara:

ticarət sövdələşmələrinin bağlanılması, işgüzar əlaqələrin

yaradılması, topdansatış ticarət prosesinin qaydaya salın-

Page 188: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

188

ması, konyunktura informasiyasının təhlili və hazırlan-

ması, reklamın təşkil olunması üzrə xidmətlər komplek-

sinin göstərilməsindən ibarətdir. Yarmarka ticarətin bir

növü olub, ənənəvi olaraq hər il, bəzi hallarda ildə bir neçə

dəfə müəyyən bir yerdə təşkil edilən bazardır. Yarmarka

bir və ya bir neçə mal növündən ibarət malların topdan

satışıdır. Yarmarkalar yerli, məhəlli, şəhərlərarası, ölkə-

daxili və beynəlxalq yarmarkalara ayrılır.

Beynəlxalq yarmarkalar ticarət xarakterli sərgi təd-

birləri kimi keçirilir. Yarmarkalar istehsal və ticarət fir-

maları, təşkilatları, şirkətləri arasında təsərrüfat-iqtisadi

əlaqələri genişləndirir. Yarmarkanın məqsədi onun təşki-

latçılarına öz istehsalının mal nümunələrini sərgiyə qoy-

maq, ticarət sazişləri bağlamaq məqsədilə yeni nailiyyətlə-

rini və texniki təkmilləşmələrini nümayiş etdirməkdir.

Yarmarka ticarət xarakterli sərgi tədbirləri və ticarət –

sənaye sərgisi adıyla yayılmışdır.

Müasir şəraitdə sərgilər əsasən mal dövriyyəsinin

inkişafı naminə təşkil edilir. Sərgilərə heç bir məhdudiyyət

qoyulmadan bütün alıcı və satıcılar buraxılır. Sərgiyə qo-

yulmuş nümunələr üzrə ticarət razılaşmaları həyata keçi-

rilir. Sərgilər və yarmarkalar aşağıdakı kimi təsnif edilir:

1) Milli sərgilər və yarmarkalar. Bu növ sərgi və

yarmarkalar firmanın öz ölkəsində keçirilməklə, buraya

eyni zamanda xarici alıcılar da dəvət olunur. Lakin mal

satmaq hüququ ancaq milli firmalara verilir. Həmin sər-

gidə həm xarici həm də milli ölkə alıcıları eyni hüquq-

ludur.

Page 189: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

189

2) Beynəlxalq sərgilər və yarmarkalar. Bu tip sər-

gilər və yarmarkalar beynəlxalq ticarətə xidmət edir. Bun-

lar da məhdudiyyət qoyulmadan istənilən ölkənin firmaları

iştirak etmək hüququna malikdirlər. Beynəlxalq sərgi və

yarmarkaların əsas üstünlükləri onunla fərqlənir ki, burada

müxtəlif ölkələrdə istehsal olunmuş mal nümunələrinin

böyük bir hissəsi satışa qoyulur. Bu alıcılara az bir vaxt

ərzində bir çox ölkələrin bazarında yeni malların təklifi

ilə tanış olmağa, mütəxəssislərdən zəruri məsləhətlər al-

mağa, razılaşmalar aparmağa və kommersiya şərtlərini

öyrənməyə və müqavilələr bağlamağa imkan verir.

Yarmarka və sərgilərdə çap olunmuş reklam mate-

rialları paylanılır, reklam filmlər nümayiş etdirilir, reklam

plakatları yapışdırılır, işıq reklamı qurğusu quraşdırılır, k-

içik qablaşdırılmış mallardan hədiyyə paylanılır və nə-

hayət satış üçün mallar göstərilir. Bununla yanaşı sərgilər

qısamüddətli, səyyar, daimi nümunələr, daimi fəaliyyətdə

olan ticarət mərkəzləri və ticarət həftələri kimi növləri

mövcuddur.

Yarmarka ticarəti – qısamüddətli və vaxtaşırı təkrar-

lanan mal satışı olmaqla, istehsalat-texniki təyinatlı və

geniş istehlak mallarının müayinədən keçirilməsi və nü-

munələrin seçilməsindən sonra alqı-satqı aktlarının həyata

keçirilməsi ilə başa vurulur. Yarmarka ticarətinin prinsip-

ləri satış-sərgilərin, sərgi-salonların təşkilati quruluşunun

və funksional fəaliyyətinin əsasını təşkil etdikləri üçün

yarmarka və sərgi ticarəti bir-biri ilə qarşılıqlı bağlantıda

nəzərdən keçirilir. Yarmarka ticarətinin xarakterik cəhət-

lərinə aşağıdakılar aiddirlər:

Page 190: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

190

- təqdim olunmuş nümunələr üzrə malların topdan-

satış ticarəti;

- sövdələşmələrin dövrliliyi;

- müddətin və satış yerinin qabaqcadan müəyyən

edilməsi;

- satıcıların və alıcıların eyni vaxtda və kütləvi ola-

raq iştirakı.

Bir qayda olaraq, yarmarkaların (sərgilərin) açılışı

və keçirilməsi təsisçilərin yerli hakimiyyət orqanları ilə

birgə qərarına əsasən həyata keçirilir. Nəticədə əmr verilir

və burada keçirilmə müddəti, qaydaları və iştirak etmə

şərtləri göstərilir, bu tədbirlərin həyata keçirilməsinə mə-

sul olan şəxslər təyin olunurlar.

Birja və sərgi ticarətinin təşkili zamanı üç əsas mər-

hələni: ilkin, təşkilati və yekunların vurulması mərhələ-

lərini ayırmaq lazımdır.

İlkin mərhələyə qərarın qəbul edilməsi və yarmar-

kanın keçirilməsi barədə əmrin hazırlanması daxildir. Bu

mərhələdə yarmarka komitəsi yaradılır və işçi qrup for-

malaşdırılır ki, bunlar da yarmarkanın keçirilməsi haq-

qında əsasnamə hazırlayır, iştirakçılara yarmarkada işti-

rakın şərtləri barədə tam informasiya olan məktublar gön-

dərir. İşçi qrup digər reklam materiallarını: dəvətnamələri

(biletləri), reklam bukletlərini, qonaq kartoçkalarını və

digərlərini də hazırlayır. Keçirilmə şərtləri haqqında rek-

lam kitabçası (broşüra) nəşr olunur, burada iştirak şərtləri

haqqında dolğun informasiya verilir, yəni eksponatlarsız

iştirak haqqı, pavilyonun icarə haqqı, reklam mate-

riallarından istifadə etməklə qiyabi olaraq iştirakın haqqı

və s. göstərilir. İstənilən istirak formalarından asılı olma-

yaraq, yarmarkanın açılışına 15 gün qalmış qeydiyyat haq-

Page 191: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

191

qını köçürmək və yarmarkanın müştərisi haqqında tam

informasiya olan, onun rekvizitləri, ekspozisiyanın yerləş-

dirilməsinə qoyulan tələblər və s. göstərilən iştirak haq-

qında ərizəni rəsmiləşdirmək lazımdır.

Yarmarka ticarətinin keçirilməsindən olan gəlirin

əsas mənbəyi - iştiraka görə ödəniş haqqından, ekspozisi-

yanın tutduğu sahələrin icarəsi haqqından, nəqliyyat, an-

bar sahələrinin icarəsi, biletlərin bron edilməsi və alınma-

sı, yükləmə-boşaltma və nəqliyyat-ekspedisiya işləri, tex-

niki və informasiya-kommersiya məsləhətlərinin verilməsi

kimi əməliyyatlardan əldə olunan gəlirlərdən ibarətdir.

Sənaye-ticarət yarmarkasının ticarət yarmarkasından

fərqli cəhəti təklifin miqyası və sərgilərə xas olduğu kimi,

oraya gələnlərin qeyri-məhdud olmaması ilə bağlıdır. Bir

çox ticarət yarmarkalarında-sərgilərində qoyulan ənənə,

yəni qeyri-kommersiya insan kütləsinin konkret gündə və

yaxud saatda buraxılması, onların xarakterlərinin dəyişmə-

sinə şəhadət vermir.

Təşkilati mərhələdə həyata keçirilən əsas iş, yarmar-

kaya ərizə vermiş bütün iştirakçıları özündə cəmləşdirən

reklam kataloqunun hazırlanmasıdır. Kataloqun iştirakçısı

olmaq – öz firması haqqında və təklif olunan mallar və

xidmətlər barədə bildirmək deməkdir. İştirakçılardan baş-

qa bu kataloqlarda ölkə və dünya firmaları haqqında elmi

və elmi-texniki ən yeni reklam informasiyası çap olunur.

Təşkilati mərhələyə həm də qonaqların yerləşdirilməsi,

onların asudə vaxtının təşkili, gündəlik nümunəvi yar-

marka sövdələşmələrinin keçirilməsi və s. daxildir.

Yekun mərhələsi məsuliyyətli mərhələ olmaqla, yar-

markanın işindəki həm müsbət, həm də mənfi tərəflərin

göstərilməsi ilə yekunun vurulmasından ibarətdir. Məhz

Page 192: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

192

bu yekun mərhələ yarmarka ticarətinin gələcək perspektivi

üzrə strateji qərarların qəbul olunması üçün əsas sayılır.

Yarmarkanın təşkilati quruluşu yarmarka komitəsinin

onun icra orqanı olan işçi qrupu ilə birgə fəaliyyətdə ol-

masından ibarətdir. Təşkilat komitəsinin hər bir üzvü həl-

ledici səsə malikdir. Təşkilat komitəsinə sədr rəhbərlik

edir. Yarmarka ticarətinin idarə edilməsi üzrə bir sıra təş-

kilati strukturlarda baş direktor və icraedici müdiriyyət nə-

zərdə tutulur. Baş direktor yarmarkanın (sərginin) işinə

operativ rəhbərlik məsələlərini həll edir, onun iş qaydala-

rını müəyyən edir və nümunələrin daşınmasına, onların

anbarda yerləşdirilməsinə, saxlanılmasına tabeçılıkdə olan

məsul xidmətlərin işinə nəzarət edir. Daha yaxşı nümu-

nələrin seçilməsi məqsədilə yarmarkanın işi zamanı kon-

kurs komissiyası təşkil olunur, buraya üzv kimi aparıcı

alimlər, sənaye adamları, iri sahibkarlar, dövlət hakimiy-

yət orqanlarının nümayəndələri dəvət olunurlar. Yarmar-

kaların (sərgilərin) bu cür quruluşu nümunəvi sayılır, çün-

ki yarmarka və yaxud sərgi sövdələşmələrinin keçirildiyi

hər bir konkret halda bu və digər xüsusiyyətlər nəzərə alı-

nır ki, bu da peşəkarlıq istiqamətindən, xidmətlərin həc-

mindən və kompleksindən, həmçinin qarşıya qoyulmuş

məqsədlərdən asılı olur.

Page 193: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

193

FƏSİL 10. BEYNƏLXALQ KOMMERSİYAVƏ

ALIŞ-VERİŞ İŞİNDƏ REKLAM, SƏRGİLƏR,

YARMARKALAR VƏ TEXNİKİ XİDMƏTLƏR

10.1.Reklamın təşkili. Ticarət və alış-veriş məqsədli

reklamın məzmunu, reklamın əsas vasitələri.

Demək olar ki, reklamın tarixi çox qədimdir. Ondan

daha çox xüsusi mülkiyyət sahibləri və lazım gəldikdə

dövlət təşkilatları istifadə edirlər. Lakin bazar münasibətl-

əri şəraitində dövlət müəssisələri xüsusi mülkiyyətçiliklə

müqaisədə reklamdan daha geniş istifadə edirlər. Xüsusi

mülkiyyətçi firmaların, eləcə də dövlət təşkilatlarının

rentabelliliyinin yüksəldilməsində reklamdan istifadə edil-

məsinin xüsusi yeri vardır.

Fransızca “ Reclama” latınca “Reclamo” kimi ifadə

olunan bu anlayışının sırf mənası “qışqırıram, çağırıram”

deməkdir. O, maliyyələşdirmə mənbəyi göstərməklə infor-

masiyanın yayılmasının pullu həyata keçirilməsində ün-

siyyət formalarından biri hesab edilir. Reklam “ gözəgö-

rünən” və “görünməyən” bütün malların istehlak xüsusiy-

yətləri, hər cür xidmət növləri haqqında informasiyadır.

Onları həyata keçirmək və onlara tələbi artırmaq məq-

sədini güdür. Hətta istər şəxsi istərsə də müəssisəni, ədə-

biyyat və incəsənət əsərlərini, elmi-texniki nəticələri,

ixtiraları populyarlaşdırmaq məqsədilə bunlar haqqında

məlumatın yaradılması, yayılması da əsasən reklam

vasitəsilə təmin edilir.

Reklam işi bütün dünya ölkələrində, dünya təsərrü-

fatlarında geniş tətbiq olunur.

Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu.

Ticarət reklamı tələb oyatmaq və satışı həyata ke-

Page 194: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

194

çirmək məqsədilə mal, yaxud xidmətlər haqqında bədii,

texniki, psixoloji üsullar vasitəsilə kütləvi surətdə mə-

lumat verilməsinə deyilir. Məqsədlərindən asılı olaraq

reklamın aşağıdakı növləri vardır:

a) İkinci reklam. Bu reklamın məqsədi öncədən

mümkün istehlakçılar dairəsini həmişə bazar üçün yeni

olan malların və xidmətlərin keyfiyyəti, qiyməti, isteh-

laketmə üsulu, satış yeri və s. haqqında tanışlıq verməkdir;

b) Rəqabət reklamı. Bu növ reklam rəqib firmanın

istehsal etdiyi oxşar mal kütləsindən reklam edəcəyi malı

ayıraraq onun fərqləndiyini göstərir və alıcını inandırmağa

çalışır ki, məhz bu mal onun tələbini ödəmək üçün

lazımdır və onun üşün daha əlverişli hesab edilir.

c) Etibarlı reklam. Bu cür reklamın məqsədi əv-

vəllər reklam olunmuş mala olan tələbi qoruyub saxla-

maqdan ibarətdir. Buna görə də o yada salmaq xarakteri

daşıyır. Bəzi hallarda bu növ reklam satıcının yığılıb

qalmış mal ehtiyatını azaltmaq üçün alıcıya müvəqqəti

təsir göstərmək üçün də istifadə olunur.

Tətbiqi məkanından asılı olaraq reklam daxili bazar

və ixracat, yaxud beynəlxalq bazar reklamları kimi fərq-

ləndirilir. Beynəlxalq reklamın öz xüsusiyyətləri vardır.

Ümumilikdə isə dünya bazarında malların reklam edilməsi

prinsipləri və vasitələri çox hallarda milli ticarətdəki kimi

olur. Bununla belə ixracatçılar reklamı həyata keçirərkən

nəinki xarici bazarın spesifik xüsusiyyətlərini, eyni za-

manda topdansatış ticarətlərin və istehlakçıların tələblərini

də bilməlidirlər.

Reklamın məzmunu və istiqamətləri həmçinin mal-

ların daxili, yaxud da xarici bazarlara aidiyyatından asılı-

dır. Məsələn, ixracat mallarının reklamına xüsusi tələblər

Page 195: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

195

qoyulur. Bu cür reklam mal göndərilən ölkənin iqtisadi,

mədəni və məişət şəraitinə daha dəqiq uyğunlaşdırılma-

lıdır. Belə ki, inkişaf etməkdə olan ölkələrdə iqtisadi

quruluşundan, maddi həyat səviyyəsindən, əhalinin əsas

hissəsinin savadlılıq dərəcəsindən, milli tarixi adət ənənə-

lərindən və sair irəli gələn xüsusiyyətlər nəzərə alındığı

halda bir sıra Asiya və Afrika ölkələrində dini etiqadların

reklam vasitələrindən istifadəyə məhdudiyyətlər qoyul-

muşdur.

Müasir dünya ticarət reklamı təcrübəsi onun məzmu-

nu qarşısında bir sıra effektli tələblər qoyur. Bu tələblər

aşağıdakılardan ibarətdir:

- bir qayda olaraq reklam müəyyən alıcılar qrupuna

ünvanlanır. Odur ki, reklam edən firma nəzərdə tutduğu

məqsədi dəqiq müəyyənləşdirilməlidir;

- reklam nəinki ölkənin qanunlarına uyğun olmalıdır,

eyni zamanda onun tətbiq olunduğu ölkənin mənəvi və

etik normalarını da nəzərə almalıdır;

- reklam iqtisadi və sosial effekt verməlidir;

- reklam həqiqi, doğru və düzgün olmalıdır;

- öz reklamında rəqib mallar və xidmətlər barədə

pis, lüzumsuz rəy verilməməlidir;

- reklam daim ardıcıl və fasiləsiz aparılmalıdır.

Reklamlar demək olar ki, böyük məbləğdə məsrəflər

tələb edir. Onun maliyyələşdirilməsi risklə də bağlıdır.

Hesablamalar göstərir ki, inkişaf etmiş ölkənin ümumi

reklam xərclərinin cəmi 500 mlrd. dollardan artıqdır.

Reklamın əsas vasitələri.

Bu vasitələrə aşağıdakıları aid etmək olar:

- dövrü mətbuatda və arayış kitabçalarında reklam;

- çap edilmiş reklam;

Page 196: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

196

- telereklam;

- radioreklam;

- kinoreklam;

- xarici reklam satış yerlərində reklam;

- şey reklamı;

- malın qəti formalaşması ilə bağlı reklam;

- nüfuzetmə reklamı.

Reklam vasitələrinin seçilməsi bir sıra amilləri

özündə əks etdirir. Bu amillərin hər birini ayrı-ayrılıqda

nəzərdən keçirək.

Dövrü mətbuatda və arayış kitabçalarında rek-

lam vasitələri.

Bu növ reklam vasitələri ən çox yayılmış reklam

vasitəsidir. Orta hesabla bunun payına ümumi reklam

xərclərinin təqribən yarısı düşür. Bu reklamın üstünlüyü

geniş oxucu kütləsinə dərhal, tez çatdırılmasındadır. Bu

növ reklam dövri mətbuatda elan və kiçik məqalə

şəklində yerləşdirilir.

Reklam elanları iki cür olur: təsnifatlı və alış-verişli

elanlar. Bunlardan birincisi tematik xarakter daşıyır və

güzəştli qiymətlərlə ödənilir. İkincisi alış – veriş elanı isə

malın, onun tətbiqinin, satış yerinin, qiymətinin istehsal

edən firmanın xarakterik cəhətlərini ətraflı və dəqiq təsviri

şəklində mətbuatda yerləşdirilir.

Bundan əlavə reklam yuxarıda qeyd edildiyi kimi,

arayış kitabçalarında da verilir. Burada teleqraf, ünvanlar,

firma, teatr proqramları, qatar, gəmi və avia hərəkəti

cədvəlləri, yol bələdçisi və bu kimi sair sahələrin sorğu

kitabçaları aiddir.

Çap reklamı. Buna topoqrafik üsulla nəşr olunmuş

reklam növləri aid edilir. Bu inkişaf etmiş ölkələrdə

Page 197: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

197

reklam xərclərinin məcmu məbləğində ikinci yeri tutur.

O, öncədən dəqiq müəyyənləşdirilmiş istehlakçıların

dairəsi üçün nəzərdə tutulur və onların arasında müftə

paylanır. Məzmununa görə çap reklamının aşağıdakı

növləri vardır: kataloqlar, reklam vərəqi və buket, reklam

məktubu, yaxud poçt partoçkası, reklam qoşa vərəqi,

reklam müraciətnaməsi və s. göstərmək olar.

Telereklam. Bu televizor reklamıdır. Bu müasir

reklam vasitələri arasında müstəsna yer tutur. Xarici

məmləkətlərin bir çoxunda onun tətbiqi 1950-ci illərin

ortalarından başlayıb və həmin illərin ilk onilliyində

inkişaf edərək geniş yayılmağa başlamışdır. Bu reklamın

ən bahalı növü hesab edilir. ABŞ televizoru vasitəsilə

verilən 30 saniyəlik reklam 100 min dollara başa gəlir. Bu

növ reklam ABŞ da, İngiltərədə, Yaponiyada və bir sıra

Qərb ölkələrində, habelə Azərbaycan Respublikasında

daha çox yayılmışdır. Televizor vasitəsilə verilən reklamın

bir çox növləri mövcuddur. Bunlara reklam elanları,

ticarət reklam verilişlərini, reklam reportajlarını,

diapozitivlər, yaxud diapozitiv filmlər aid etmək olar.

Radioreklam. Bu reklam heç də ölkələrin hamısında

tətbiq edilmir. Hətta bəzi ölkələrdə dövlətə məxsus olan

radio şəbəkəsində reklam qadağan edilmişdir. Bu hal

Skandinaviya ölkələrində, Fransada, Belçikada,

Danimarkada, İsveçrədə müşahidə olunmuşdur. İngiltərə

və Almaniyada radio reklamı hökumət tərəfindən ciddi

məhdudlaşdırılmışdır. Hindistanda və İndoneziyada da

radio verilişi şirkətə məxsus olduğundan radio reklamı

tətbiq edilmir. Bunların əksinə olaraq ABŞ-da,

Yaponiyada, İtaliyada bu reklam geniş yeyılmışdır.

Lakin Amerika ölkələrində, Yunanıstanda da radioreklama

Page 198: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

198

heç də az yer verilməmişdir.

Kinoreklam. Kino vasitəsilə həyata keçirilən reklam

çox geniş yayılmışdır. Bu reklam növü Qərbi Avropa

ölkələrində geniş yayıldığı bir halda, ABŞ- da və

Yaponiyada demək olar ki, heç tətbiq olunmur. Reklam

kinofilmlərin əsas obyektləri hər hansı bir firmanın

satacağı mal, xidmətlər, o cümlədən məişət, nəqliyyat,

səhiyyə, təhsil və s. turizm marşrutları, sənaye və ticarət

firmaları, univermaqlar, restoranlar, şadlıq evləri, banklar,

sığorta cəmiyyətləri və s. ola bilər.

Həyata keçirilməsindən asılı olaraq kinoreklamı bila-

vasitə müntəzəm, təmiz və bilavasitə vasitəli, yəni harada

vasitə olmaq şərtilə reklam kimi fərqləndirmək olar.

Xarici reklam. Bu reklam bütün ölkələrin milli

kommersiyasında, hətta beynəlxalq kommersiya

münasibətlərindən də digər reklam vasitələri içərisində

əhəmiyyətli rol oynayır. Xarici reklam dedikdə

küçələrdəki nəqliyyat vasitələrində o cümlədən

metropoliten qatarları, stansiyalarındakı hər cür reklamlar

və işıq reklamı başa düşülür.

Satış yerlərində reklam. Ticatər obyektlərinin,

marketlərin daxilində və kənarlarında, nümayiş

zallarında, salonlarında həyata keçirilir.

Satış yerlərində reklamın əsas növlərinə

aşağıdakıları aid etmək olar: vitrinlər, mağaza və s.

müəssisə lövhələri, plakatlar və afişalar, mağaza daxilində

diapozitivlər göstərmək üçün qurğu, mağaza daxilində ra-

dio reklam və s.

Malın son formalaşması (qablaşdırılması ilə)

bağlı reklam. Malın bilavasitə qablaşdırılması, satış üçün

son şəklə salınmasında (etiketlər, qutular, flakonlar, paket-

Page 199: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

199

lər və s.) istifadə olunur.

Satış prosesində malın təqdimatı. Yarmarkalarda,

sərgilərdə, habelə nümunələr otağında, konsiqnasyon

anbarlarında alıcılara malın açıq-aşkar təqdim edilməsi

inandırıcı reklam vasitəsidir.

Nüfuzetmə reklamı. Bir çox firmalar reklam tədbi-

rinə nəinki tək malı, eyni zamanda özünü də daxil edir.

10.2.Reklamın həyata keçirilməsinin təşkilatı

formaları.

Reklam işinin həcmindən və istifadə olunması nö-

vündən asılı olaraq inkişaf etmiş ölkələrin firmaları rek-

lam və tədbirlərin keçirilməsini müxtəlif şəkildə təşkil

edirlər. Onların bəziləri özlərinin xüsusi reklam şöbələrini

yaradır, yaxud ixtisaslaşdırılmış reklam agentliklərindən

istifadə edirlər.

1) Reklam şöbələri. Reklam işinin həcmi çox olan

firmalarda reklam şöbəsi bilavasitə yaradılır və onun

rəisinə (müdirinə) tabe etdirilir. Müdir reklam tədbirləri-

nin istiqamətlərini müəyyən edir və işlənməsi, yerinə yeti-

rilməsi və nəzarətə götürülməsi üçün çox da böyük olma-

yan reklam şöbəsinə göndərir. İri firmalarda isə reklam

işinin həcmi böyük olduğundan, reklam şöbəsi ya marke-

tinqlə məşğul olan sahənin yaxud da istehsalat, ticarət

şöbəsinin nəzdində təşkil edir. Müstəqil reklam şöbəsinin

tərkibində reklam vasitələrinin növləri üzrə bölmələr ya-

radılır. Satışın genişləndirilməsi üçün malların rəqabət-

tablılığını artırmaq, tələb və təklifin vəziyyətinin öyrənil-

məsi əsasında marketinq şöbəsi üçün tövsiyələr vermək,

reklamın effektivliyini artırmaq, reklam məsrəflərini müəy-

yənləşdirmək və nəzarət etmək və s. problemlərin həlli ilə

Page 200: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

200

həmin bölmələr məşğul olur.

Reklam şöbəsi bölmələrinin bir sıra funksiyaları

vardır:

- reklam növlərini və metodlarını seçmək, müxtəlif

reklam materialları , o cümlədən kataloqlar prospektlər və s.

hazırlamaq;

- mətbuat və digər növ reklamlar üzrə sifarişləri

hazırlamaq və təşkil etmək;

- mətbuat səhifələrində yer almaq;

- radio və televizor verilişləri şirkətlərində vaxt

almaq və s.

Bu cür geniş funksiyalara malik olmasına baxma-

yaraq reklam şöbəsi eyni zamanda müstəqil reklam

agentlikləri ilə də əməkdaşlıq edirlər. Reklam şöbəsi bu

agentliklərlə əlaqədə olmazsa, bu halda reklam vasitələrini

yaymaq üçün özünün xüsusi mütəxəssisi olmalıdır. Rek-

lam şöbəsi müdiri istehsal şöbəsi, marketinq şöbəsi və

satış şöbəsi ilə sıx əlaqə şəraitində çalışmalıdır.

2) Reklam agentliyi. Bu müstəqil xüsusi firmadır. O,

müştərilərinə reklam layihələrinin tərtibi və yerinə yeti-

rilməsinə pullu xidmət göstərir. Agentlik öz mallarını

reklam etmək istəyən sənaye, ticarət və digər firmalarla

qəzet, jurnal konsernləri, televiziya, radio şirkətləri ara-

sında vasitəçilik edir. Reklam agentlikləri aşağıdakı kimi

təsnif olunur:

a) Göstərilən xidmətlərin həcminə görə. Buna “tam

xidmət edən” agentlik də deyilir. Bunlar bazarın tədqiqi də

daxil olmaqla, bütün xidmətləri öz üzərinə götürür;

b) Göstərilən xidmətlərin növünə görə. Bunlar

müəyyən mallar və reklam vasitələri üzrə ixtisaslaşmış

olurlar;

Page 201: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

201

v) Fəaliyyət sahəsinə görə. Mallar üzrə konkret,

daxili və xarici bazarlarda xidmət göstərirlər.

Bu agentlik növləri arasında ən geniş yayılanı “tam

xidmət göstərən” agentlikdir. Bu ticarət reklam siya-

sətinin ümumi və ayrı-ayrı məsələləri üzrə öz müştəri-

lərinə məsləhət verir, malın bu və ya digər növlərinin

buraxılmasına dair firmalara tövsiyələr verir, reklam

kompaniyası planını və smetanı tərtib edir.

Agentlik hələ satışın ilkin planının tərtib olunması

mərhələsində reklam sahibi ilə əməkdaşlığa başlayır. Bu

münasibətlə onlar arasında bağlanılan sazişlə tənzimlənir.

Agentliyin xidmətləri üçün komisyon mükafatı müəyyən

olunur ki, bu reklam dəyərinin 15%-ni təşkil edir. Reklam

agentlikləri inkişaf etmiş ölkələrdə daha çox yayılmışdır.

Məsələn, Yaponiyanın “Dentsu”, ABŞ-ın “Yanq end

Rubikem”, “ Oqilvi end Mazer”, “ Batten, Barton, Durstin

end Osborn” agentlikləri mövcuddur.

Reklamın məzmunu reklam müraciəti formasında

verilir. Reklam müraciətinin əsas ideyalarının mənbəyi

istehlakçılardan, satıcılardan, dillerlərdən, ekspertlərdən

alınan, həmçinin rəqiblərdən əldə olunan informasiyanın

ümumiləşdirilməsidir. Reklam müraciətinin yaradılması –

yaradıcı prosesdir. Reklam müraciətinin müəllifləri inki-

şaf etmiş təxəyyülə, fantaziyaya, bədii istedada malik

olmalı, onlar özlərini istehlakçının yerinə qoymağı bacar-

malı, reklamın ona etdiyi təəssüratı qiymətləndirməyi ba-

carmalıdır. Reklam müraciətinin yaradılması üçün ilkin

təkanı reklam verən verir. Bir qayda olaraq, o, reklam

mətninin işlənilməsinə dair tapşırıq verir, bu tapşırıqda

onun vəzifələri qoyulur, əsas məzmunu açıqlanır, müra-

ciətin tonunu və onun əsas dəlillərini verir. Tapşırığın

Page 202: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

202

əsasında yaradıcı işçilər – reklam üzrə mütəxəssislər,

müraciətin mətninin bir sıra variantlarını hazırlayırlar.

Variantların müxtəlifliliyi bir sıra üslub vasitəsilə əldə

olunur ki, ən çox istifadə olunanları da aşağıdakılardan

ibarətdir.

1. Malın yüksək standartı və onun faydalılığı haq-

qında istehlakçıların şahidliyinin göstərilməsi. Reklam

müraciəti potensial alıcıya malı «sınamış» və ondan razı

qalmış konkret istehlakçını təqdim edir. Bu zaman çıxış

edənin şəxsiyyətinə xüsusi diqqət yetirilir; bu, özündə

rəğbət və inam doğuran cazibəli adam olmalıdır. Adətən

bu rola tanınmış adamları: aktyorları, alimləri, idmançıları

və s. cəlb edirlər.

2. Həyatdan səhnələr. İstehlakçıya malın müxtəlif

şəraitlərdə istifadə olunması və yaxud tətbiqi, istehlakı

nümayiş etdirilir. Əgər mal – avtomobildədirsə, onu

yolda, ərzaq məhsuludursa – masa arxasında, geyim və

ayaqqabı – cəlbedici model üzərində, mebel – qonaq otağı

və ya mətbəxin müasir interyerində nümayiş etdirmək

lazımdır.

10.3. Mal nişanı və onlardan reklam məqsədilə

istifadə.

Mal nişanı dedikdə onu və istehsalçını fərdi əma-

nətlərinə görə fərqləndirmək üçün verilən fərdi əlamət

(işarə) başa düşülür. Mal nişanı şəkil, vinetka, qrafik təs-

vir, orijinal bir ad, rəqəmlərdən, hərflərdən, yaxud söz-

lərdən ibarət olur. Həmçinin mal nişanı müəssisə sahibi-

nin, firmanın adından da ibarət ola bilər.

Mal nişanı malın növündən, çeşidindən asılı olaraq

bilavasitə onun özündə, qablaşdırıldığı materialda, mala

Page 203: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

203

bənd edilmiş etiketkada təsvir olunur. Bir sıra ölkələrdə

mal nişanı mal markası adlanır.

Mal nişanlarının xüsusi növlərindən biri şifahi nişan-

lardır, başqa sözlə, malın xüsusi yaxud buna bənzər mal

adlarıdır. Bu adlar kimya, əczaçılıq, ətriyyat, tütün və

sənayenin bir sıra digər sahələrində geniş yayılmışdır.

Ticarət reklamı ilə həmahəng gələn mal nişanı dünya

bazarında rəqabətin ən mühüm vasitələrindən biridir. Mal

nişanının tətbiqi bazarda və istehlakçıda müəyyən mala

maraq gətirmək, alıcı tərəfindən alınması istəyini sövqlən-

dirməkdən ibarətdir.

Mal nişanı dünya ticarətindən xüsusi əhəmiyyət kəsb

edir. Çünki o bir ölkədə olan mal istehsalçısı ilə digər

ölkədəki istehlakçı arasında əlaqələndirici həlqə kimi çıxış

edir.

Mal nişanı qarşısında qoyulan tələblər. Mal nişanının yerinə yetirdiyi vəzifələrdən və mal

nişanı barədə verilən qanunlardan asılı olaraq onun qar-

şısına bir sıra tələblər qoyulur. Belə ki o, orijinal, sadə,

yaddaqalan olmalıdır. Nişana orijinallıq vermək üçün

adətən geniş yayılmış sözlərdən, ifadələrdən uzaq olan

qeyri-təbii sözlər götürülür. Mal nişanlarımda malın key-

fiyyətinin və xarakteristikasının göstərilməsi məqsədəuy-

ğun sayılmır. Belə ki, bunaları mal nişanında təsvir etmək

istehlakçının həmin mala olan inamını şübhə altına alır.

Malın yararlılığının yadda qalması üçün mal nişanı daha

az ünsürlərdən ibarət olmalıdır. O, imkan daxilində ancaq

şəxsi adları, soyadları özündə əks etdirməlidir.

Mal nişanlarının qeydə alınması qaydası.

Mal nişanından istifadə qaydası onu tətbiq edən

ölkənin qanunvericiliyi ilə müəyyən olunmuş əsasnaməyə,

Page 204: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

204

habelə beynəlxalq konvensiya tərəfindən bəyənilmiş qə-

rarlara əsasən müəyyənləşdirilir. Bir sıra ölkələrdə mal

nışanının qeydə alınması (Fransada, Yaponiyada, Latın

Amerikası ölkələrində) deklorativ xarakter daşıyır. Digər

bir sıra ölkələr (Finlandiya, Yunanıstanda) qeydə almanın

vacibliyini əsas götürüb, mal nişanına xüsusiyyətçilik

hüququnu öz qanunçuluğunda nəzərdə tutular. Bu

ölkələrdə mal nişanının qeydə alınması zəruridir.

Bəzi ölkələrdə isə müəyyən kateqoriyalı mal nişan-

larının qeydə alınması tələb edilir. (Yunanıstan və Türki-

yədə).

Mal nişanları dövlət idarələrində uzun müddətə qey-

də alınır. Xarici ölkələrdə 4 mln. mal nişanı, o cümlədən

Qərbi Avropada 1,8 mln., ABŞ – da 383 min, Yaponiyada

700 min mal nişanı qeydə alınıbdır.

Bir sıra vasitələrdən, o cümlədən:

- reklamdan;

- satışın həvəsləndirilməsindən;

- pablik- rileyşnzdən istifadə olunur.

Bu vasitələrdən ən vacibi reklamdır. Reklam – malın

mənfəətli satışının təmin olunması məqsədilə satıcıdan

istehlakçıya yönəldilən informasiyadır.

Reklam aşağıdakı növlərdə tətbiq oluna bilər:

- informasiya xarakterli (rubrika formasında);

- təbliğat-izahedici;

- malın nişanı (markası);

- nüfuzlu (prestijli);

- satış.

İnformasiya xarakterli (rubrika formasında) reklam,

potensial alıcılar arasında satışa təklif olunan mallar və

yaxud xidmətlər haqqında məlumatların yayılması üçün

Page 205: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

205

nəzərdə tutulub. Təbliğat-izahedici reklam, müəyyən bir

istehlakçı üçün nəzərdə tutulan malın və yaxud xidmətin

konkret üstünlüklərinin dərindən təsvirinə xidmət göstərir.

Malın nişanının reklamı alıcını konkret mala deyil, malı

(xidməti) istehsal edən firmanın nişanına yönəldir.

Prestijli reklam uzun müddət üçün nəzərdə tutulub

və malın və onu buraxan firmanın cəlbedici surətinin

formalaşdırılmasına xidmət edir. Satış reklamı malın endi-

rimlə satışı haqqında məlumat verir.

Reklam aşağıdakı formalara malik olur:

- tanışedici;

- təbliğedici;

- müqayisəedici;

- xatırladıcı;

- möhkəmləndirici.

Tanışedici reklam potensial alıcının tanış olması

üçün kifayət edən malın və yaxud xidmətin təsvirindən

ibarətdir. Bu forma reklam kampaniyasının başlanğıcı

üçün xarakterikdir. O, malın bazara çıxarılması mərhələ-

sində ilkin tələbin formalaşdırılması üçün tətbiq olunur.

Reklamın bu formasının əsas məqsədi alıcılara yeni mal

haqqında, onun fəaliyyət prinsipi və ya mövcud mallar

üçün açılan imkanlar haqqında, alıcılarda yeni mal ilə

bağlı olan çəkinmənin, ehtiyat etmənin aradan götürül-

məsi, istehsalçı-firmanın və satıcının cəlbedici surətinin

formalaşdırılması, malın əlverişli qiyməti haqqında təsəv-

vürün yaradılmasından ibarətdir.

Təbliğedici reklam malın bazarda satışının artımı

mərhələsində tətbiq olunur. O, alıcını təbliğ etməli, onu

inandırmalıdır ki, bu məhz ona lazım olan maldır. Bu

reklamın əsas məqsədi alıcıda seçimli tələbin formalaş-

Page 206: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

206

dırılmasından, məhz bu mal nişanına üstünlüyün

verilməsindən ibarətdir. Burada alışın təxirə salınmadan

edilməsi motivi, firmanın nümayəndələri ilə dərhal

əlaqəyə girməsi və s. iştirak edir. Təbliğedici reklam

müqayisəedici reklam formasını da ala bilər ki, burada

əsas fikir məhz həmin malın bu qəbildən olan digər

mallarla müqayisədə mövcud üstünlüklərinin müəyyən

olunmasından ibarətdir. Biz bu forma ilə diş məcununun,

şampunun, yuyucu tozun və digər gündəlik tələbat

mallarının reklamı zamanı rastlaşırıq.

Xatırladıcı reklam malın yetkinlik mərhələsində

onun üçün tətbiq olunur ki, alıcı həmin malın bazarda

mövcudluğunu yadından çıxarmasın, bu mal daima lazım-

dır, o, alıcı üçün əlverişli yerdə satılır. Reklamın bu

forması möhkəmləndirici reklamla əlavələndirilir ki, onun

da əsas məqsədi alıcını malı seçməkdə düzgün hərəkət

etdirməkdə inandırmaqdır. Bu isə malın alışından razı

qalan və edilən alışdan olan sevinclərini bölüşdürən

alıcıların çıxışlarının nümayişi yolu ilə əldə olunur.

Reklamın vasitələri haqqında qərar qəbul edərkən,

reklam üzrə mütəxəssis aşağıdakı üç suala cavab tapmalı-

dır:

- Reklamın görünmə tezliyi necə olmalıdır?

- Reklam auditoriyasının əhatə olunma dərinliyi necə

olmalıdır?

- Reklamın auditoriyaya təsiri necə olmalıdır?

Bu suallara cavab ilk növbədə, nəyin reklam olun-

masından, reklam olunan malın mümkün ola bilən isteh-

lakçısı kimi hansı auditoriyanın çıxış etməsindən və rek-

lam olunan malı almağa auditoriyanı inandırmaq üçün

hansı səylərin göstərilməsindən asılıdır.

Page 207: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

207

Göstərilən suallara cavabdan asılı olaraq reklam

vasitələri də seçilir:

- mətbuat (qəzet, jurnallar);

- radio;

- televiziya;

- ünvanlı poçt;

- xarici reklam (lövhəli, metroda, vağzallarda və s.)

Bu vasitələrdən hər biri müəyyən üstünlüklərə və

qüsurlara malikdirlər. Mətbuat, özünün başqaları ilə

müqayisədə yuxarı olmayan dəyərə.

10.4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq

sərgilərdə (yarmarkalarda) bağlanılan sazişlər.

Yarmarka (almanca Jahrmakt – hər il olan bazar) m-

ühüm əhəmiyyətə malik müntəzəm ticarət yeri, müəyyən ənənəvi yerdə müntəzəm baxışların və bir, yaxud bir çox növdən olan malların mövsümi satışının təşkil olunduğu ticarət yerinə deyilir. Yarmarkalar erkən orta əsrlərdə Av-ropada meydana gəlmiş, X-XI əsrlərdə şəhərlərin və şə-hərlərdə sənətkarlığın inkişafı, daxili bazarın yaranması, beynəlxalq ticarət əlaqələrinin güclənməsi, quru yolların və rabitə-əlaqə vasitələrinin inkişafı ilə əhəmiyyəti artmışdır. Topdan ticarət mərkəzləri olan iri yarmarkalarla (belə yarmarkalarda taxıl, şərab, filiz, metal, duz, mahud əsas yer tuturdu) yanaşı, məhəlli və yerli kiçik yar-markalar (belə yarmarkalarda mövsümi məhsullar satılır-dı) da mövcud idi. Yarmarkalar orta əsr ticarətinin pul tədavülünün, pul bazarının və kreditinin inkişafında mü-hüm rol oynamışdır. Kapitalizmin təşəkkülü dövründə yarmarka ticarəti əvvəlki əhəmiyyətini itirdi. XIX əsrdə iri topdansatış yarmarkaları əmtəə nümunələri sərgilərinə

Page 208: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

208

çevrildi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Qərbi Avropada Leypsiq yarmarkası mühüm beynəlxalq əhəmiyyətə malik idi.

İkinci dünya müharibəsindən sonra beynəlxalq yar-markalar inkişaf etmişdir. Belə yarmarkalar kommersiya xarakterli sevgi tədbirlərindən ibarət idi. Xarakterinə və məqsədinə görə bu cür yarmarkalar hazırda müntəzəm keçirilən kommersiya sərgiləri və salonlarından əslində fərqlənmirlər.

Yarmarkalar dövri olaraq fəaliyyət göstərən bazar olmaqla, təyin edilmiş müddət ərzində keçirilir. Yarmar-kanın əsas məqsədi ticarət sazişləri bağlamaq məqsədilə iştirakçı-eksponentlərə (sərgiyə mal qoyan firma, şəxs, eksponat sahibi) öz istehsalının nümunələrini göstərməyə imkan yaratmaq, yeni istehsal nailiyyətləri və təkmilləş-dirilmiş texnikanı nümayiş etdirməkdən ibarətdir.

Ticarət-sənaye sərgilərinin məqsədi bir ölkənin və ya müxtəlif ölkələrin istehsalatının elm və texnikasının bir və ya bir neçə sahədəki elmi-texniki nailiyyətlərini göstər-məkdir. Müasir şəraitdə sərgilərin böyük əksəriyyəti mal dövriyyəsinin inkişafı üçün təşkil edilir, bu sərgilərə məh-dudiyyət qoyulmadan satıcılar və alıcılar buraxılır, sərgidə göstərilən nümunələr üzrə kommersiya sazişlərinin bağla-nılmasına icazə verilir. Xarici iqtisadi əlaqələrdə əhəmiy-yətinə və iştirakçıların tərkibinə görə və yarmarkalar müxtəlif qruplara bölünür:

- milli; - beynəlxalq. Milli sərgilərə və yarmarkalara xarici alıcılar bura-

xılır, ancaq satış hüququna yalnız milli firmalar malik olur. Müasir dövrdə hökumət idarələri, ticarət-sənaye assosiasiyaları və şəxsi firmalar tərəfindən təşkil olunan

Page 209: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

209

milli sərgilər mühüm əhəmiyyət kəsb edir. Bu sərgilər bir ölkə tərəfindən təşkil edilir və başqa ölkələrdə keçirilir. Məqsəd öz ölkəsinin istehsal nailiyyətlərini və ticarət əlaqələrinin inkişafını göstərməkdir.

Müddətinə və üsullarına görə keçirilən sərgiləri aşa-ğıdakı növlərə ayırmaq olar: - Qısa müddətli sərgilər; - Səyyar sərgilər; - Əmtəə nümunələrinin daimi sərgiləri; - Ticarət mərkəzləri; - Ticarət həftələri.

Qısamüddətli sərgilər (solo sərgilər) üç həftədən çox olmayan bir müddətdə keçirilir. Bu sərgilər öz ölkə-sinin istehsalat fəaliyyətinin bütün sahələrdəki nailiyyət-lərini göstərməklə ya ümumi xarakter daşıya bilər, ya da ki hər hansı bir sahədə qazanılan nailiyyətləri göstərməklə keçirilən ixtisaslaşdırılmış sərgi ola bilər.

Səyyar sərgiləri müxtəlif nəqliyyat vasitərindən isti-fadə etməklə gələn müştəri dairəsinin genişləndirilməsi məqsədi ilə təşkil olunur. Son illərdə bir sıra ölkələrdə üzən sərgilərin təşkili daha geniş yayılmağa başlamışdır. Belə ölkələrə, xüsusilə, Yaponiya, İngiltərə və İsveç daxil-dir. Bu cür sərgilər nəhəng gəmilərdə təşkil edilir. Bu gəmilər bir neçə dövlətin liman şəhərlərinə yan alır, onlarda sərgiyə qoyulmuş malların göstərilməsi və satışı həyata keçirilir. Sərginin eksponatları gəminin göyərtilə-rində, kayutalarında, gəmidəki aralıq otaqlarda və keçid-lərdə yerləşdirilir. İri qabaritli maşınlar və inşaat qurğuları maketlərdə və fotoşəkillərlə göstərilərək təqdim olunur. Eyni zamanda, gəmidə müvafiq mütəxəssislərə elmi-təc-rübi məsləhətvermə təşkil edilir, reklam və texniki təli-matlı prospektlər paylanılır. Üzən sərgilər ticarət asso-

Page 210: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

210

siasiyaları və firmaların ayrı-ayrı qrupları tərəfindən təşkil edilir. Bu firmalar və assosiasiyalar gəmini fraxtlayır və onu mal nümunələrinin göstərilməsi üçün təchiz edirlər.

Fraxt (hollandca fracht, almanca fracht) yükün, ya-xud sərnişinin daşınması müqabilində nəqliyyat vasitəsi sahibinə verilən haqdır. Fraxta, nəinki yükün, yaxud sərnişinin daşınması haqqı, hətta bəzi hallarda müqavilə şərtlərindən asılı olaraq, yükləmə və boşaltma haqqı da daxil edilir. Fraxt anlayışı dəniz nəqliyyatı daşımalarında daha geniş yayılmışdır. Lakin avtomobil və hava nəqliy-yatlarında da tətbiq olunur. Gəmilərdə nümunələrin nüma-yiş etdirilməsi ilə yanaşı, pərakəndə satışlar da təşkil edilir, həm də müqavilələr və sazişlər bağlanılır. Sərgilərin təşkil edilməsinə çəkilən xərclər eksponent-firmalar ara-sında bölüşdürülür. Sərgilərin təşkilatçısı gəmi şirkəti də ola bilər. Hazırda avtofurqonlarda və təyyarələrin salonla-rında mal nümunələrinin səyyar sərgilərindən geniş isti-fadə olunur. Əmtəə nümunələrinin daimi sərgiləri çox vaxt diplomatik idarələrdə-səfirliklərdə, konsulluqlarda və öz ölkələrinin xaricdə yerləşən ticarət nümayəndəliklərində təşkil olunur. Bu sərgilərin məqsədi xarici alıcılara mal nümunələri üzrə sazişlərin bağlanması üçün ixracat məh-sullarının nümunələri nümayiş etdirməkdən ibarətdir.

Beynəlxalq sərgilərin və yarmarkaların satıcı üçün əhəmiyyəti hər şeydən əvvəl onunla müəyyən olunur ki, ən müxtəlif reklam vasitələrindən istifadə edərək, öz mallarının geniş reklam edilməsinə imkan yaranır. Sərgi-lərdə və yarmarkalarda çap edilmiş reklam materialları paylanılır, reklam filmləri nümayiş etdirilir, reklam pla-katları vurulur, işıq reklamı qurğuları yerləşdirilir, xırda formada çəkilib – bükülmüş mal nümunələri paylanılır, satılır və nəhayət, mallardan istifadə qaydaları göstərilir.

Page 211: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

211

Bəzən nümunə-eksponatlar sənaye müssisələrinə göndə-rilir və onları mümkün olan istismar yerlərində sınaqdan keçirirlər. Bu, eyni zamanda satıcı-ixracatçının öz rəqiblə-rinin mallarını tez və yaxşı öyrənilməsinə imkan verir.

Müxtəlif ölkələrin işgüzar dairələrinin nümayəndə-lərinin görüş yeri kimi beynəlxalq sərgilərin və yarmar-kaların əhəmiyyəti böyükdür. Burada onlar sazişlər bağla-maqla yanaşı, birbaşa əlaqələrin və yeni şəxsi əlaqələrin yaradılmasına başlayırlar. Çünki, beynəlxalq sərgi və yar-markalarda hər şeydən əvvəl yüksək standartların tələb-lərinə müvafiq olan mal nümunələri göstərilir. Onların mühəndis-texniki və elmi işçiləri tərəfindən baxılması və yoxlanılması, göstərilən yeni malların öyrənilməsi gələ-cəkdə texniki tərəqqinin inkişafına və beynəlxalq ticarətdə yeni malların meydana gəlməsinə şərait və imkan yaradır. Bununla da, sərgilər və yarmarkalar iqtisadi və elmi-texniki məlumatlarla mübadilə mərkəzi olmaqla, olduqca əhəmiyyətli informasiyalara malik olurlar. Hər bir beynəl-xalq sərgi və yarmarkanın rəsmi və işgüzar dairələrə, o cümlədən ictimai fikrə və rəyə təsir etmək imkanı yaranır. Tərəfdaşların beynəlxalq sərgi və yarmarkalarda iştirakına kompleks baxımdan yanaşılmasıdır. Belə ki, müasir şəraitdə dünyada ticarət iqtisadi, siyasi, texniki, mədəni və s. fəaliyyətin effektli formasına çevrilmişdir

Beynəlxalq sərgilər arasında ümumdünya sərgilə-rini xüsusi qeyd etmək olar. Bu sərgilərin məqsədi iştirak edən ölkələrin və iri beynəlxalq təşkilatların elm, texnika və mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlərini gös-tərməkdən ibarətdir. Bu sərgilər bilavasitə kommersiya məqsədi güdmürlər. Bir qayda olaraq, ümumdünya sərgi-lərində dünya ölkələrinin əksəriyyəti təmsil olunur. Belə bir sərgidə iştirak etmək üçün təşkilatçı dövlət diplomatik

Page 212: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

212

yollarla dəvətnamə göndərir. Beynəlxalq sərgilər və yar-markalar sərgiyə qoyulan və ya yarmarkaya çıxarılan eksponatların xüsusiyyətlərinə görə iki yerə ayrılır:

- universal; - ixtisaslaşdırılmış. Universal sərgilərdə və yarmarkalarda eksponatlar

müəyyənləşdirilmiş mal qrupları ilə məhdudlaşdırılmır. Onlarda bütün və yaxud bir çox sənaye sahəsinin məh-sulları məhdudiyyət qoyulmadan təqdim oluna bilər. İxti-saslaşdırılmış sərgilərdə və yarmarkalarda müəyyən bir sahəyə aid olan, adətən, bir və ya bir neçə yaxın sənaye sahəsinin malları, hər hansı bir tətbiqi elmin nailiyyətləri göstərilir. Beynəlxalq sərgilərin və yarmarkaların inkişaf etməsi üçün onların ixtisaslaşdırılması məqsədəuyğun və daha effektli hesab edilir. İxtisaslaşdırılmasının artması müxtəlif sənaye sahələrinin istehsal etdiyi məhsulların nomenklaturasının yüksək sürətlə artması ilə izah edilir. Belə ki, bu artım o həddə çatır ki, məhdud sahədə yalnız və yalnız bütün mal nümunələrinin bir yerdə nümayiş etdirilməsi çətinliklər törədir. Buna görə də, çox vaxt təşkil edilən beynəlxalq sərgilər və yarmarkalarda yalnız bir və ya bir neçə bir-birinə yaxın istehsalat sahəsi təmsil olunur. Beynəlxalq sərgilərdəki eksponatlar arasında ma-şın və avadanlıqların payının əhəmiyyətli dərəcədə artması təbiidir. Bu, belə mallara tələbatın artımı ilə əlaqədardır, həmçinin bu cür malların özünəməxsus xüsusiyyətləri ilə bağlıdır. Hər şeydən əvvəl, avadanlıqların, cihazların və maşınların məhsuldarlığını, səmərəliliyini, texniki xassələ-rini və konstruksiyasının əsas xüsusiyyətlərini göstərmək zəruri hesab edilir. Belə üsul sərgilərdə geniş tətbiq olunur və buna görə də geniş alıcı dairəsi cəlb edir.

Page 213: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

213

10.5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti.

Müasir dövrdə universal yarmarkalardan daha çox sahəvi-texniki yarmarkalar, çox işlənən istehlak malları, habelə kitab yarmarkasına keçirilməsi meyli artmışdır. Belə yarmarkalarda Azərbaycan məhsulları daha çox nümayiş etdirilir. 1977-ci ildə Moskvada sərgi-yarmarka-sında Azərbaycan Sovet Ensiklopediyasının I cildi 1-ci dərəcəli diplom almışdır.

Tarixən dünyada daha çox tanınan, ən iri beynəlxalq yarmarkalar Leypsiq (Almaniya), Poznan (Polşa), Zaqreb (Xorvatiya), Brno (Çexiya), Plovdiv (Bolqarıstan), Buda-peşt (Macarıstan), Buxarest (Rumıniya) inkişaf etmiş ölkələrdə keçirilən Hannover (Almaniya), Lion və Paris (Frans), Milan (İtali), Toronto (Kanada), Vyana (Avstri-ya ), İzmir (Türkiyə) və s. yarmarkalarıdır.

Yarmarka ticarətin bir növü olub, ənənəvi olaraq hər il, bəzi hallarda ildə bir neçə dəfə müəyyən bir yerdə təşkil edilən bazardır. Yarmarka bir və ya bir neçə mal növün-dən ibarət malların topdan satışıdır. Yarmarkalar yerli, məhəlli, şəhərlərarası, ölkədaxili və beynəlxalq yarmar-kalara ayrılır.

Beynəlxalq Yarmarkalar İttifaqı 1925-ci ildə Parisdə yaradılmışdır. Əsas məqsədi yarmarka iştirakçılarının hü-quqlarının qorunması, onların fəaliyyət dairəsinin geniş-ləndirilməsi və bununla belə, dövlətlərarası əmtəə müba-diləsinin inkişaf etməsinə təsir göstərməkdir. Bu ittifaq ixtisaslaşdırılmış səciyyəvi, qeyri-hökumət təşkilatıdır. İttifaqın üzvləri üç qrupa bölünürlər: təsisçi üzvlər, həqiqi və fövqəladə üzvlər.

Beynəlxalq yarmarkalar qrupu BMT-nin Avropa İqtisadi komissiyasının qərarı ilə 1955-ci ildə yaradıl-

Page 214: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

214

mışdır. Əsas məqsədi xarici ticarətin inkişafına təkan verməkdir. Onun tərkibinə 20 ölkənin nümayəndələri, o cümlədən Beynəlxalq Yarmarkalar İttifaqı və Beynəlxalq Ticarət Palatası (1920-ci ildə Parisdə yaradılmışdır) daxil-dir.

Beynəlxalq Ticarət Palatası 120-dən çox ölkənin iş-güzar dairələrini və ayrı-ayrı firmalarını birləşdirən qeyri-hökumət təşkilatıdır. Əsas vəzifəsi müxtəlif ölkələr arasın-da ticarət şəraitini yaxşılaşdırmağa kömək göstərmək və beynəlxalq iqtisadi problemləri, həll etməkdir. Almaniya, Bolqarıstan, Macarıstan, Polşa, Ruminiya, Çexiya Ticarət Palatalarının nümayəndələri BTP-nin konqreslərində mü-şahidəçi, Xüsusi Komitəsinin işində isə iştirakçı kimi çıxış edirlər.

Bu qrup BMT-yə üzv olan ölkələrin hökumətlərinə bir sıra tövsiyələr işləyib hazırlamışdır. Bu tövsiyələr inzibati güzəştlər tətbiq edilən beynəlxalq yarmarkaların və sərgilərin nümunələri üçün təqdim edilən tövsiyələr olub, aşağıdakı qaydaları müəyyənləşdirir: Sərgilərin və yarmarkaların iştirakçılarına vizaların verilməsi qaydala-rını (ödənişsiz, ən qısa müddətə - 15 gündən çox olma-yaraq), stendləri, yoxlama üçün nümunələrin və eksponat-ların tərtib edilməsi üçün lazım olan reklam və inşaat-quraşdırma materiallarının sərgilərə və yarmarkalara gəti-rilməsi qaydalarını, eksponentlərin xarici valyuta alması, mal nümunələrinin verilməsi qaydalarını nəzərdə tutur. Göstərilən beynəlxalq təşkilatlardan əlavə, ayrı-ayrı mal qrupları üzrə beynəlxalq sərgilərin və yarmarkaların mü-vəqqəti birlikləri də mövcuddur. Bu mal qruplarına aşağı-dakılar aiddir:

Avtomobillər, motosikletlər, metalkəsən dəzgahlar, poliqrafiya avadanlıqları, toxuma mallar, parçalar və s. Bu birliklər beynəlxalq sərgilər və yarmarkaların təşkil olun-

Page 215: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

215

masına yardım edir, onların iştirakçıları və gələnlər üçün edilən güzəştləri vahid şəklə salmaq və yayılması üçün tədbirlər görməyə cəhd edir, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən bütün universal və müəyyən bir sahəyə aid olan sərgilərin və yarmarkaların eksponatlarına da aid edilir.

Beynəlxalq sərgilərdə və yarmarkalarda bağlanılan müqavilələr, əsasən sərgidə nümayiş etdirilən nümunələrə, o cümlədən modellərə, çertyojlara, kataloqlara və s. əsasən bağlanılan müqavilələrdir. Digər müqavilə növü bu ekspo-natların – maşın və avadanlıqların, uzun müddət istifadə olunan əşyaların və geniş istehlak mallarının bəzi növ-lərini satışı məqsədilə bağlanılan müqavilələrdir. Belə müqavilələr, bağlanması vaxtı şərtləndirilir ki, alıcı sərgi-nin və ya yarmarkanın başa çatmasından sonra alınan malı geri götürür. Bu müqavilələr adətən, franko-yarmarka, yəni yarmarkanın keçirildiyi yerə çatdırılanacan yol xərci ödənilmək şərtilə bağlanılır. Bəzi hallarda eksponent malın çatdırılmasını öz üzərinə götürə bilər. Bu müqavi-lələrin başlandığı vaxt gömrük rüsumlarını ödəyən tərəf müəyyənləşdirilir.

Dövlətlərarası razılaşmalarda qəbul edilmiş şərtlər-dən asılı olaraq, eksponentlər sərginin və ya yarmarkanın ərazisinə müəyyən edilmiş normadan əlavə miqdarda mal-lar gətirə və sata bilər. Bu normaların miqdarı o məbləğdə qəbul edilir ki, eksponentə, onun yerli valyuta ilə çəkdiyi bütün xərclərini ödəməyə imkan vermiş olsun. Bu xərclərə stendlərin tutduğu sahənin haqqının ödənilməsi, nəqliyyat xərclərinin ödənilməsi və iştirakçılarının yaşayış xərcləri daxil edilir. Beynəlxalq yarmarkalar əmtəə tərkibinə görə universal, çoxsahəli və ixtisaslaşdırılmış yarmarkalara bö-lünürlər.

Universal yarmarkalara Bolqarıstanda keçirilən

Page 216: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

216

Plovdiv yarmarkası və Türkiyədə keçirilən İzmir yarmar-kasını aid etmək olar.

Çoxsahəli yarmarkalara Polşada keçirilən Poznan yarmarkasını və Fransada keçirilən Paris yarmarkasını misal göstərmək olar.

İxtisaslaşdırılmış yarmarkalara Almaniyada keçi-

rilən Münhen idman malları yarmarkası və İsveçrədə keçi-

rilən Bazel nəqliyyat avadanlığı yarmarkasını nümunə

göstərmək olar.

Beynəlxalq yarmarkalar ticarət xarakterli sərgi təd-

birləri kimi keçirilir. Yarmarkalar istehsal və ticarət fir-

maları, təşkilatları, şirkətləri arasında təsərrüfat-iqtisadi

əlaqələri genişləndirir. Yarmarkanın məqsədi onun təşki-

latçılarına öz istehsalının mal nümunələrini sərgiyə qoy-

maq, ticarət sazişləri bağlamaq məqsədilə yeni nailiy-

yətlərini və texniki təkmilləşmələrini nümayiş etdirmək-

dir. Yarmarka ticarət xarakterli sərgi tədbirləri və ticarət –

sənaye sərgisi adıilə yayılmışdır.

Müasir şəraitdə sərgilər əsasən mal dövriyyəsinin

inkişafı naminə təşkil edilir. Sərgilərə heç bir məhdudiyyət

qoyulmadan bütün alıcı və satıcılar buraxılır. Sərgiyə qo-

yulmuş nümunələr üzrə ticarət razılaşmaları həyata keçi-

rilir. Sərgilər və yarmarkalar aşağıdakı kimi təsnif edilir:

1) Milli sərgilər və yarmarkalar. Bu növ sərgi və

yarmarkalar firmanın öz ölkəsində keçirilməklə, buraya

eyni zamanda xarici alıcılar da dəvət olunur. Lakin mal

satmaq hüququ ancaq milli firmalara verilir. Həmin sər-

gidə həm xarici həm də milli ölkə alıcıları eyni hüquq-

ludur. 2) Beynəlxalq sərgilər və yarmarkalar. Bu tip

sərgilər və yarmarkalar beynəlxalq ticarətə xidmət edir.

Page 217: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

217

Bunlarda məhdudiyyət qoyulmadan istənilən ölkənin fir-maları iştirak etmək hüququna malikdirlər. Beynəlxalq sərgi və yarmarkaların əsas üstünlükləri onunla fərqlənir ki, burada müxtəlif ölkələrdə istehsal olunmuş mal nümu-nələrinin böyük bir hissəsi satışa qoyulur. Bu alıcılara az bir vaxt ərzində bir çox ölkələrin bazarında yeni malların təklifi ilə tanış olmağa, mütəxəssislərdən zəruri məsləhət-lər almağa, razılaşmalar aparmağa və kommersiya şərt-lərini öyrənməyə və müqavilələr bağlamağa imkan verir.

Yarmarka və sərgilərdə çap olunmuş reklam mate-rialları paylanılır, reklam filmləri nümayiş etdirilir, reklam plakatları yapışdırılır, işıq reklamı qurğusu quraşdırılır, kiçik qablaşdırılmış mallardan hədiyyə paylanılır və nəha-yət satış üçün mallar göstərilir. Bununla yanaşı sərgilər qısamüddətli, səyyar, daimi nümunələr daimi fəaliyyətdə olan ticarət mərkəzləri və ticarət həftələri kimi növləri mövcuddur.

Sərgi və yarmarkaların fəaliyyətinin tənzimlənməsi ilə həm ərazisində sərgi və yarmarka keçirilən məmləkə-tin müvafiq idarələri, həm də beynəlxalq təşkilatlar məş-ğul olurlar.Sərgi və yarmarkaların fəaliyyətini tənzimləyən yerli idarələrə - nazirliklər, ticarət palataları, sənayeçilər, ticarətçilər assosiasiyaları, beynəlxalq əlaqələrin inkişa-fına yardım edən ictimai təşkilatlar və şəhər bələdiyyələri daxildir. Onlar yarmarkaların idarə olunması üzrə işçi or-qanlar və sərginin idarə edilməsi üzrə müvəqqəti sərgi komitəsi, yaxud hüquqi şəxs kimi çıxış edən sərgi idarəsi yaradırlar. Ərazisində sərgi və yarmarka keçirilən dövlət-lərin hökumətləri sərginin maddi-texniki bazasının yara-dılmasında və eksponentlər və onların yükləri üçün müx-təlif güzəştlərin müəyyənləşdirilməsində onlara kömək göstərirl

Page 218: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

218

FƏSİL 11. BEYNƏLXALQ TEXNOLOGİYA, ELMİ-

TEXNİKİ BİLİKLƏR VƏ LİSENZİYA

MÜBADİLƏSİNİN METODOLOJİ ƏSASLARI

11.1.Beynəlxalq texnoloji biliklər mübadiləsi.

Beynəlxalq ticarət təcrübəsində elmi-texniki bilik-

lərin mübadiləsinə dair müxtəlif anlayışlar tətbiq edilir:

“beynəlxalq texnoloji mübadilə”, “sənaye texnoloji müba-

dilə”, “elmi-texniki fəaliyyətin nəticələrinin beynəlxalq

mübadiləsi”, “texnologiyanın verilməsi” (ötürülməsi, satıl-

ması) kimi anlayışlar geniş yayılmışdır. Bu anlayışlar

ticarət fəaliyyəti zamanı müxtəlif ölkələrin kontragentləri

arasında tətbiq edilir. Buraya transmilli şirkətlərin ana və

qız şirkətləri arasında mübadilə, firmadaxili mübadilə də

aid edilir.

Elmi tədqiqatları və təcrübi – konstruktor işlərinin

həyata keçirilməsinin nəzərdə tutan elmi-texniki fəaliyyə-

tin nəticəsində əldə edilən elmi – texniki biliklər sahi-

bindən (fiziki yaxud hüquqi şəxslərdən) ticarət alqı-satqı

sazişi bağlamaqla təcrid də oluna bilər, yaxud da müəy-

yən bir dövr (ay, il) üçün sazişlər əsasında tərəf müqa-

bilinin istifadəsinə xidmətlər kimi təqdim edilə bilər.

Elmi-texnoloji biliklər mübadiləsinin mahiyyəti.

Elmi- texniki biliklər üzrə ticarətin mahiyyəti elmi

və praktiki dəyərləri olan elmi-texniki fəaliyyətin nəticə-

sini alış-veriş əsasında xarici kontragentə (firmaya, şirkə-

tə) satmaqdan ibarətdir. Təcrübədə bu əməliyyat “beynəl-

xalq texnologiya mübadiləsi” adını almışdır. Əslində isə

texnologiya dedikdə elmi-texniki biliklərin nəticələrinin

Page 219: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

219

təzahürü başa düşülməlidir. Bu baxımdan beynəlxalq tic-

arət təcrübəsində “elmi texniki əlaqələr” anlayışı da diq-

qəti cəlb edir.

Texnologiyanın başqasına satılmasının aşağıdakı

növləri vardır:

1) İxtirada, faydalı modellərdə, sənaye nümunələrin-

də, mal nişanlarında təcəssüm olunmuş biliklər və sınaq-

lar. Burada faydalı model əslində kiçik ixtiraya bərabər

götürülür.

2) Elmi-texniki, istehsal, idarəetmə, ticarət, maliyyə

və bu kimi sair xarakterli biliklər və sınaqlar. Bunlar

elmi-texniki tədqiqatların aparılmasında rəqabətətablı

məhsulların hazırlanmasında, realizasiyasında və istisma-

rında tətbiq edilir və beynəlxalq ticarət sazişlərində (razı-

laşmalarında) alqı-satqı obyekti kimi çıxış edir. Bunlar

eyni zamanda “nou-hau” anlayışında ümumiləşdirilir.

“nou- hau” isə hərfən “ bilirsən necə” deməkdir.

“Nou- hau”nun xarakterik cəhəti onun elmi-texniki

və iqtisadi dəyərlərinin olmasından, praktiki tətbiqinin

mümkünlüyündən, tam yaxud qismən məxfi olmasından

ibarətdir. O, yəni “nou- hau” sənəd (cizgi, sxem, təlimat)

formasında, yaxud mütəxəssislərin istehsal sınaqları, yəni

mütəxəssislərin göndərilməsi formasında verilir.

Beynəlxalq texnoloji mübadilənin xarakterik cə-

hətləri.

Yəni üçüncü minillik ərəfəsi dövründən beynəlxalq

texnoloji biliklər mübadiləsi daha da inkişaf etməkdədir.

Hazırki şəraitdə biliklərin beynəlxalq mübadiləsinin döv-

rün tələblərindən irəli gələn xarakterik cəhətləri vardır.

Page 220: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

220

Bu cəhətlər aşağıdakılardır:

- beynəlxalq elmi-texniki biliklər mübadiləsi inkişa-

fının obyektiv xarakteri;

- texnoloji biliklərin inhisara götürülməsi prosesinin

davamı;

- texnologiyanın verilməsi (satılması) sahəsində fir-

maların məqsədyönlü siyasətinin dərinləşməsi;

- xarici iqtisadi ekspansiya (yəni bazar əldə etmək,

bazar iqtisadi siyasətinin daha da genişləndirmək məqsə-

dilə öz iqtisadi, hətta siyasi nüfuzunu başqa ölkələrə yay-

maq) vasitələrindən biri kimi korporasiyadaxili texnolo-

giya mübadiləsindən firmaların səmərəli istifadəsi;

- kiçik və orta firmaların texnologiya mübadiləsində

iştirakı;

- beynəlxalq texnologiya mübadiləsində inhisarçı-

lararası ziddiyyətlərin güclənməsi. Bu dünya bazarında

korporasiyalararası rəqabətin daha da dərinləşməsinə gəti-

rib çıxarır;

- inkişaf etməkdə olan ölkələrin iqtisadi asılılığının

yeni formalarının yaradılmasına doğru transmilli korpora-

siyaların cəhd göstərilməsi;

- texnologiyanın verilməsi (satılması) sahəsində

müəyyən qayda qanunların qoyulması uğrunda inkişaf

etmiş ölkələrin mübarizəsi.

Beynəlxalq elmi-texniki biliklər üzrə ticarətin artma-

sına ilk növbədə elmi-tədqiqat və təcrübi-konstruktor işlə-

ri üçün vəsaiti olmayan ayrı-ayrı ölkələrin digər ölkə-

lərdəki qabaqcıl elmi-texniki nailiyyətlərdən bəhrələn-

məkdə marağı olmasıdır. Digər mühüm səbəb iri firmalar

Page 221: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

221

tərəfindən elmi-texniki fəaliyyətin inhisara alınmasıdır.

Çünki uzunmüddətli baha başa gələn elmi-tədqiqat işləri-

nin həyata keçirilməsinə ancaq onların gücü çatır.

11.2. Elmi – texniki biliklər ticarətinin

xüsusiyyətləri.

Beynəlxalq iqtisadi münasibətlərin inkişafının müa-

sir mərhələləri üçün elmi-texniki biliklərin mübadiləsi,

malların icarəyə verilməsi, beynəlxalq turizm xidmətləri,

kinofilmlərin kirayəyə verilməsi, xarici limanlarda gəmi-

lərin təmiri, məsləhət-idarəçilik xidmətlərinin həyata

keçirilməsi və qəbildən olan sair ticarət formaları

xarakterikdir.

Maddi dəyərlərin ticarətindən fərqli olaraq burada

mübadilənin predmeti kimi elmi-texniki biliklər üzrə fəa-

liyyətin nəticələri və xidmətləri çıxış edir ki, bunları “gö-

rünməyən” mallar kimi qəbul etmək olar. Onu da qeyd et-

mək lazımdır ki, xidmətlərin istehsalı və alqı-satqısı da də-

yər qanununun fəaliyyətinə tabedir. Onlarda hasil olunma-

sına sərf olunan əməyin məcmu miqdarı da ölçülür.

Beynəlxalq iqtisadi münasibətlərdə xidmətlərin ay-

rı–ayrı növlərinin əhəmiyyəti eyni deyil. Bunlar arasında

elmi-texniki biliklərin mübadiləsi daha üstünlük təşkil

edir. Bu hər şeydən əvvəl elmi- texniki tərəqqinin sürət-

ləndirilməsi və elmin bilavasitə məhsuldar qüvvəyə çev-

rilməsi ilə bağlıdır.

Elmi tədqiqatların genişlənməsi və dərinləşməsi çox

böyük maliyyə məsrəfləri tələb edir. Xüsusilə baha başa

gələn avadanlığın, materialların əldə edilməsinə daha çox

məsrəflərin olması ilə bağlıdır. Həmçinin məsrəflərin

Page 222: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

222

artması eyni zamanda yüksək ixtisaslı mütəxəssislərin

hazırlanması ilə əlaqədardır. Elmi tədqiqatlar sferasında

ixtisaslaşmanın gücləndirilməsi və sair firmalar arasında

elmi-texniki biliklərin mübadiləsinin inkişafını tələb edir.

Müasir şəraitdə elmi-texniki mübadilənin (ticarətin) inki-

şafına ölkələrin qeyri bərabər inkişafı səviyyəsi təsir gös-

tərir. Belə ki, ABŞ – da elmi-texniki biliklərin inkişafına

vəsait sərfi, ümumilikdə Almaniya, Fransa, İtaliya, İngil-

tərə, Yaponiyada qoyulan vəsait sərfindən artıqdır.

Texnologiyanın verilməsi sahəsində məhdudlaş-

dırıcı işgüzar praktika.

Texnologiyanın verilməsi sahəsində rəqabətin məh-

dudlaşdırılması müvafiq qanunçuluğa uyğun olaraq patent

sahibi tərəfindən ixtiraya qoyulmuş inhisar hüququndan

istifadə olunan metod normal işgüzar praktika hesab olu-

nur. İşgüzar təcrübənin məhdudlaşdırılması üçün trans-

milli korporasiyaların istifadə etdikləri metod və vasitələri

aşağıdakı kimi xarakterizə etmək olar.

1) Texniki yeniliklərin yayılmasının şüurlu surətdə

məhdudlaşdırılması. Burada firma müstəqil olaraq özü

həll edir. Belə ki, patent verən ölkədə texniki yenilikdən

istifadə etsin, yoxsa digər maraqlanan firma tərəfindən

olan lisenziya verilməsini rədd edərək müstəqil surətdə

ancaq özü bəhrələnsin.

2) Bir rəqib kimi lisenziyatın (lisenziya alanın) əmə-

liyyatlarının məhdudlaşdırılması. Bu özü aşağıdakı kimi

məhdudlaşdırılır:

a) Lisenziyalaşdırılmış texnologiyanın istifadəsi üzrə

əvvəla müvafiq patentin fəaliyyət müddəti bitdikdə texno-

logiyadan istifadəni qadağan etmək, ikincisi lisenziya sa-

tanın texnologiyada qazandığı təkmilləşdirmələrin hamı-

Page 223: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

223

sının lisenziya alan tərəfdən hökmən satılacağını öncədən

xəbərdarlıq etmək;

b) lisenziyatın (lisenziya alanın) ticarət fəaliyyətinin

sərbəstliyini məhdudlaşdırmaq, istehsalın səviyyəsi barədə

göstəriş vermək, bazarda imkanını müəyyənləşdirmək,

qiymət imkanını (qiymət limitini) nəzərə almaq, onunla

rəqabətdə olan məhsulun istehsalı ilə məşğul olmağı qa-

dağan etmək, lisenziyalaşmış məhsulun ixracına limit qoy-

maq, lisenziyanın dəyərinin lisenziya alanın səhmlərilə

ödənilməsini tələb etmək, lisenziat tərəfindən müəssisə-

nin idarə olunmasında iştirak etmək;

c) ödəniş rejimi qeydiyyatdan keçməmiş patentlər

üçün ödənişin tələb olunması, ödənişin vaxtaşırı tutulması,

ödənişə zəmanət məbləğinin qoyulması.

3) Xalis patent bazası əsasında inhisar ittifaqlarının

yaradılması.

4) Patentlər “pulunun“ yaradılması. İşgüzar prakti-

kanı “pul” vasitəsilə də məhdudlaşdırmaq halları olur

(“pul” inhisarın növlərindən biridir.Məsələn, Kanadada,

ABŞ-da, Avstraliyada fermer korporasiyası).

Patentlər “pulu”nun əsasını öz patentləri ilə lisenzi-

yaların autsayderlər üçün qapalı bir blokda cəmləşdirməsi

təşkil edir.

Çox vaxt “pul” iştirakçıları patent və yaxud patentlər

bloku ətrafında qruplaşaraq, beynəlxalq kartel yaradırlar

(məsələn, elektrolampa karteli).

Buraya müxtəlif ölkələrin 40 firması daxil edilmişdir.

Rəqabətin məhdudlaşdırılmasının vasitə və metodları

transmilli korporasiyaya imkan verir ki, “texnologiya ren-

tası”nı öz xeyrinə həll etsin və yenidən bölüşdürsün.

İnkişaf etməkdə olan ölkələr transmilli korporasi-

Page 224: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

224

yaya qarşı mübarizə aparır və çox vaxt aşağıdakı istiqa-

mətlər üzrə texnologiyanın verilməsində qayda yaradılma-

sına nail olurlar:

- milli dövlətin öz maraqlarının mühafizə edilməsi

tədbirlərindən istifadə olunması;

- bir regionda olan ayrı-ayrı ölkələrin güclərinin

birləşdirilməsi;

- texnologiyanın satınalınması prinsipinin işlənib ha-

zırlanması;

- texnologiyanın ötürülməsi ilə əlaqədar məhdudlaş-

dırıcı şərtlərin aradan götürülməsi məqsədilə beynəlxalq

təşkilatların imkanlarından istifadə edilməsi;

- texnologiyanın ötürülməsi sahəsində beynəlxalq

əxlaqi (davranış) məcəllənin işlənib hazırlanması.

Texnologiyanın ötürülməsi sahəsində beynəlxalq

əxlaqi məcəllənin hazırlanması həllinin zəruriliyi 1974-cü

ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edil-

mişdir. Bu məcəllənin məqsədi inkişaf etməkdə olan ölkə-

lərin transmilli korporasiyanın inhisarında olan texnolo-

giya ötürülmələrində bərabərhüquqlu iştiraketmə və bey-

nəlxalq normalar düzgün müəyyənləşdirilsin.

Məcəllənin layihəsinə aşağıdakılar daxildir:

- preambula (giriş);

- təyinatı və tətbiqi sferası;

- məqsədlər və prinsiplər;

- texnologiyanın ötürülməsi üzrə razılaşmaların (sa-

zişlərin) milli tənzimi;

- texnologiyanın ötürülməsi sahəsi;

- tərəflərin öhdəlikləri və məsuliyyəti;

- beynəlxalq əməkdaşlıq;

- beynəlxalq institusional (təsisat, üsul, sistem) və

Page 225: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

225

münaqişələrin həlli üzrə tətbiq edilən hüquqi mexanizm

və sair şərtlər.

11.3. Lisenziyalar və beynəlxalq

lisenziyalaşdırma.

Beynəlxalq elmi-texniki biliklər ticarəti dedikdə “el-

mi-texniki biliklər ticarəti əməliyyatları” anlayışında tə-

cəssüm olunmuş müxtəlif forma və metodların tətbiqi sis-

temi başa düşülməlidir. Burada mal şəkilində intellektual

əməyin məhsulun müxtəlif formalarda çıxış edir: patent-

lər, mal nişanları, sənaye nümunələri, nou-hau formala-

rında, elmi-texniki biliklərin nəticələrinin alqı-satqı müna-

sibətləri əsasında, beynəlxalq lisenziya sazişləri, elmi təd-

qiqatların və işləmələrin nəticələrinin istifadəsi əsasında,

yaxud da texnoloji xidmətlərin göstərilməsi formasında

dövriyyəyə daxil edilir. Odur ki, elmi texniki biliklər tica-

rəti üzrə beynəlxalq əməliyyatlar iki növə ayrılır:

- patent və lisenziya ticarəti üzrə əməliyyatlar;

- texniki xidmətlər ticarəti üzrə əməliyyatlar.

Patent və lisenziyalar üzrə beynəlxalq ticarət ixtira-

ların, qabaqcıl istehsal texnologiyasının, texniki biliklərin

və təcrübələrin realizasiyası deməkdir. Həmin əməliy-

yatların əsasını patent qanunçuluğunun köməyilə ixtiranın

mühafizəsi təşkil edir. Bu patent sahibinə ixtiranın istifa-

də olunmasında qəti inhisar hüququ verir. Başqa sözlə

patentin istifadə müddəti ərzində həmin ixtira əsasında

ancaq o, yəni patent sahibi malı istehsal edə bilər, tətbiq

edə yaxud həmin məhsulun istehsalında müəyyən metod-

lar və üsullardan istifadə edə bilər.

İxtira üçün verilən patent həmin ixtiranın istifadəsi

Page 226: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

226

üçün inhisar hüququ olan ixtira sahibinə - ixtiraçıya səla-

hiyyətli orqanlar tərəfindən verilən şəhadətnamədir. Pa-

tent onun sahibinə ixtiranın mülkiyyətçisi titulunu verir.

Müasir şəraitdə bütün ixtiralar patentləşdirilir. Buna görə

də bazara çıxarılan yeni malların hamısı öncədən patent

olan mallardır. Patentə malik olma müddəti hər bir ölkənin

öz qanunvericiliyinə uyğun olaraq orta hesabla 15-20 il

nəzərdə tutulur. Hazırda onun fəaliyyət müddəti xeyli

azdır, 6-9 il. Bu elmi-texniki tərəqqinin sürətlənməsi və

rəqib firmaların köhnə ixtiraların qiymətindən salınması

ilə bağlıdır. Belə olduqda patent sahibinin patenti uzun

müddət ərzində saxlamaqda marağı olmur, çünki bu paten-

tin fəaliyyəti dövrü mütərəqqi artan verginin (rüsumun)

tutulması ilə bağlıdır.

Qanunçuluğa görə patent hansı ölkəyə verilibsə, an-

caq orada da fəaliyyətdə olur. Buna görə patentin mühafi-

zəsini təmin etmək üçün həmin ixtira digər ölkələrdə ye-

nidən patentləşdirilməlidir. Patent sahibi öz patentini digər

şəxsə (ölkəyə) də sata bilər, patent sazişləri əsasında. Pa-

tenti əsasən iri firmalar alır və beləliklə autsayderlərin

onların hökmranlıq sferasına daxil olmasını təcrid edir.

Lisenziya.

Əgər patent sahibi ixtiyarında olan mülkiyyət hüqu-

qunu öz ixtiyarında saxlamaqla və ancaq müəyyən muzd

almaqla patenti müvəqqəti başqasının istifadəsinə verirsə,

bu halda söhbət ixtiranın istifadəsi üçün lisenziyanın alqı-

satqısından gedə bilər.

İxtiranın istifadəsi lisenziya əsasında həyata keçirilir.

Lisenziya rəsmi icazə deməkdir. Ticarət təcrübəsində

onun əsas iki növü vardır:

1. İxracat və idxalat üçün lisenziya;

Page 227: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

227

2. Patent lisenziyası.

Patentin və lisenziyanın xaricə satışı spesifik ticarət

əməliyyatıdır. Obyekt isə yuxarıda deyildiyi kimi “görün-

məyən“ mallardır.

Patent qanunvericiliyi ancaq müəyyən tələblərə -ca-

vab verən patentləşdirilmiş ixtiranın mühafizəsini nəzərdə

tutur. Patent sisteminin prinsipləri aşağıdakılardır:

1) İxtira hüququ. İxtiraçı patentin qüvvədə olduğu

dövr ərzində ixtiranın tam istifadəsi sferasında inhisar sa-

hibidir.

2) İxtiranın patent qabiliyyəti. Bu o deməkdir ki,

ixtira ancaq kompleks tələblərə cavab verdikdə ona patent

verir. Patent qabiliyyətinin əsas meyarları isə bunlardır:

- vəzifələrin texniki həlli;

- ixtiranın yeniliyi;

- ixtiraçının səviyyəsi;

- təcrübi tətbiqi.

3) Patent hüquqlarının ərazi məhdudiyyəti. Bu hər

hansı bir patent hansı ölkəyə verilərsə, ancaq o ölkənin

ərazisində qüvvədə olduğunu nəzərdə tutur.

4) Patentin verilməsi və qüvvədə saxlanması üçün

rüsumun (verginin) ödənilməsi. Bu rüsumların səviyyəsi

çox yüksək olur, buna görə də patentin qüvvədə saxlan-

ması çox xərc tələb edir. Bununla bağlı ixtiraçıların və-

saiti çox olmadıqda öz ixtiralarını satmaq məcburiyyətində

olurlar. Bundan əlavə, ixtiraçı yaxud patent sahibi öz

patentini hətta pulsuz olaraq başqasına verə bilər.

Lisenziyanın satılması həmin ixtiranın mal şəklində

icarəyə götürülməsinə bərabərdir. Belə ki, ixtiranın sahibi

onu müvəqqəti istifadə olunması üçün satır və patent

hüququnu özündə saxlayır.

Page 228: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

228

Lisenziyanın əldə edilməsinin əsas şərtləri çoxcəhət-

lidir. Əvvəla bilməliyik ki, lisenziyanın satışı yuxarıda

göstərildiyi kimi onun bir mal kimi icarə edilməsinə bəra-

bər tutulur. Çünki ixtiranın, yəni elmi-texniki biliklərin

sahibi, onları lisenziyanı əldə edənə müvəqqəti olaraq

verir; ikincisi lisenziya verənin malı bazarda olan mallara

nisbətən yüksək səviyyəli rəqabət qabiliyyətinə malik ol-

malıdır; üçüncüsü verənin (satanın) lisenziyasının texno-

logiyası eyni məhsula nisbətən əlavə mənfəət gətirən məh-

sul olmalıdır; dördüncüsü lisenziya sazişləri bağlanarkən

obyektin seçilməsinin əsas meyarı aşağıdakılardır:

-ixtiranın və işləmələrin yüksək elmi-texniki səviy-

yəsi;

-hazırlanan məhsulun maya dəyərinin aşağı olması

və s.

11.4. Beynəlxalq lisenziyalar ticarətinin

xüsusiyyətləri.

Beynəlxalq lisenziya əməliyyatlarının az da olsa

malların alqı-satqısı əməliyyatlarından fərqi vardır. Bu

fərqlər aşağıdakılarla şərtlənir:

a) lisenziya əməliyyatlarının obyektləri. Bir qayda

olaraq ixtiralar, qabaqcıl texnologiya təcrübələri və s.

bazarlara birbaşa yəni bazarı öyrənmədən çıxarılır;

b) alqı-satqı sazişlərindən fərqli olaraq lisenziyanın

satılmasında (verilməsində) lisenziarın (satanın) marağı

çox vaxt xalis alış-veriş məqsədi deyil, xarici bazarda

möhkəm mövqe tutması cəhdindən irəli gəlir. Bu öz tərəf

müqabili ilə uzunmüddətli əlaqələr saxlamaq məqsədinə

əsaslanır;

Page 229: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

229

v) əgər alqı-satqı prosesində mal tamamilə öz sahi-

bindən təcrid edilərsə, lisenziya əməliyyatlarında tam təc-

ridolunma halları adətən baş vermir. Çünki lisenziarın ixti-

yarında olan mülkiyyətçiliyini özündə saxlayır;

q) lisenziya əməliyyatlarında lisenziata ancaq “isteh-

sal üsulu” hüququ keçir. Lisenziyanı satarkən iqtisadi nəti-

cə elmi-texniki həllin təsərrüfat məqsədilə istifadəsi üçün

ödənc (istifadə haqqı) kimi “texnoloji renta“ çıxış edir.

Bu ödənc lisenziya qiymətinin tərkib hissəsidir.

Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma.

Beynəlxalq lisenziya ticarəti ölkələr arasında elmi-

texniki mübadilənin başlıca formasıdır. Dünya bazarında

patent ticarəti bir o qədər də çox əhəmiyyətli rol oynamır,

çünki elmi tədqiqatların mürəkkəbləşməsi və istehsalda

onların nəticələrinin tətbiqinə olan tələbatın artması təkcə

patentin əldə edilməsi, onda təcəssüm olunan elmi texniki

biliklərin effektli istifadəsini təmin edə bilməz. Lazımdır

ki, patentləşdirmə məhsulun istehsalı zamanı praktiki ola-

raq ancaq patent sahibinin bildiyi istehsal sirləri hüququ

da verilsin. Bu hal ona gətirib çıxarır ki, müasir şəraitdə

beynəlxalq patent ticarəti öz yerini lisenziya ticarətinə ve-

rəsi olur.

Beynəlxalq lisenziya ticarətinin fövqəl təbii artımı

bir sıra amillərə, o cümlədən müasir şəraitsə elmin, elmi-

texniki tərəqqinin inkişafı, yeni məhsulun tezliklə bazar

çıxarılmasına cəhd göstərilməsi, dünya bazarında rəqabət

mübarizəsinin güclənməsi və sairlə bağlıdır. Ölkələr ara-

sında azad mal mübadiləsinə mane olan protoksionizmin

(himayəçiliyin) artması ilə bağlı mübarizə aparmaq üçün

beynəlxalq lisenziyalaşdırma perspektivli və təsirli trans-

milli korporasiyaların ən çətin və mürəkkəb bazarlara çıx-

Page 230: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

230

mağa və onları əldə etməyə əsas oldu.

Bu siyasətin mühüm metodu lisenziyaların öz filial-

larına və qız şirkətlərinə satmaqdır. Məsələn, ABŞ firma-

ları bütün lisenziyalarının 80%-ni özlərinin xarici firma-

larına və qız şirkətlərinə satırlar. Bu onların transmilli kor-

porasiyalara yeni malların istehsalının tez sahmana salın-

masına imkan verir.

Daxil olma çətinliyi ilə səciyyələnən bazarlara giriş-

də mühüm vasitələrdən biri lisenziya satmaqdır. Məqsəd

investisiya qoyuluşunu genişləndirmək və xaricdə fəaliy-

yətdə olan müəssisələrdə payçı kimi iştirak etməkdir.

Beynəlxalq lisenziyalaşdırma eyni zamanda xarici

ölkələrdə olan, yaxud baş verə biləcək ticarət-siyasi səd-

ləri keçmək vasitəsidir. Beynəlxalq lisenziyalaşdırma həm

də firmanın mal ixracatının birbaşa genişləndirilməsi məq-

sədilə tətbiq edilir. Beynəlxalq lisenziya ticarətinin geniş-

ləməsinin mühüm amillərindən biri də bu əməliyyatların

həyata keçirilməsində həm lisenziyaların, həm də lisen-

ziatın alqı-satqı maraqlarıdır. Lisenziya ticarətinin inkişa-

fında əhəmiyyətli rol oynayan cəhətlərdən biri də siyasi

amillərdir, xüsusən inkişaf etməkdə olan ölkələrdə bila-

vasitə kapital qoyuluşunun milliləşdirilməsi amilidir.

Beynəlxalq lisenziya ticarətinin geniş inkişaf et-

dirilməsində mənfi cəhətlər də ola bilər. Məsələn, lisenziar

öz elmi tədqiqatlarını azaltmaq məcburiyyətində qaldıqda

xarici texnikadan və texnologiyadan tam asılı vəziyyətə

düşür. Beynəlxalq lisenziya ticarətinin və işləmələrin

inkişafı dərəcəsilə müəyyən edilir.

Lisenziya və patent agentləri (brokerləri) beynəlxalq

lisenziya və patent ticarətində vasitəçi kimi çıxış edirlər.

Onların xidmətlərindən fərdi patent sahibləri, kiçik və orta

Page 231: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

231

firmalar, habelə geniş miqyasda elmi tədqiqat işləri ilə

məşğul olmayan iri firmalar istifadə edirlər. Bu agentlərin

funksiyaları əsasən aşağıdakılardan ibarətdir:

-öz məmləkətində, hətta xaricdə sahibi adından ixti-

raları patentləşdirmək;

-haqqının (muzdunun) ödənilməsi üzərində nəzarət

qoymaqla patenti mühafizə etmək;

-patent və lisenziyaların alqı-satqısı işində vasitəçilik

etmək;

-lisenziya (patent) sazişlərinin mətnini hazırlanma-

sında, ilkin razılaşmaların aparılmasında, lisenziyaların

ixtirasının həyata keçirilməsində vasitəçilik etmək;

-lisenziya sazişinin yerinə yetirilməsinə nəzarət et-

mək və s.

Lisenziya agentinin müxtəlif vəzifələri olur. Fəqət

bunlar ancaq vasitəçilik, yaxud təmsilçilik funksiyaları ilə

məhdudlaşır.

11.5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin

növləri, məzmunu və ticarətinin təşkili.

Beynəlxalq lisenziyalaşdırma üzrə əməliyyatlar aşa-

ğıda qeyd edilən müqavilələr və sazişlər vasitəsilə həyata

keçirilə bilər:

a) Beynəlxalq lisenziya sazişi. Bu sazişin obyekti

ixtira, habelə nou-hau və mal nişanı üçün lisenziya olur;

b) Beynəlxalq alqı-satqı müqaviləsi. Müqavilədə tex-

noloji proses haqqında əlavə informasiya ilə yanaşı, lisen-

ziya da nəzərdə tutulur. Həmin müqavilədə avadanlıq,

ehtiyat hissələri hazırlamaq, həmçinin avadanlığı təmir

etmək üçün konstruktor sənədlərinin müəyyən bir hissəsi

Page 232: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

232

göstərilir;

v) Lisenziyanın satışı və avadanlığın göndərilməsi

üzrə kombinasiya edilmiş müqavilə;

q) Sənaye obyektlərinin layihələşdirilməsi və tikil-

məsi barədə beynəlxalq müqavilə;

d) Elmi- texniki əməkdaşlığa dair müqavilə;

e) Sənaye əməkdaşlığı üzrə beynəlxalq müqavilə.

Beynəlxalq lisenziya sazişinin məzmunu.

Lisenziya razılaşmaları (sazişləri) nəticə etibarı ilə

lisenziya veriləcək məhsulun istehsalının təşkilini, lisen-

ziya olunacaq prosesin istifadəsi ilə birlikdə kompleks mü-

nasibətləri əlaqələndirir. Bu kompleksə qarşılıqlı elmi-

texniki münasibətlərlə yanaşı, maliyyə münasibətləri, məh-

sulun satışı, müəssisənin idarə olunması ilə bağlı istehsal

münasibətləri də daxildir.

Beynəlxalq lisenziya sazişlərinin məzmunu aşağı-

dakı əsas şərtlərdən ibarətdir:

- sazişdə iştirak edən tərəflər;

- preambula;

- sazişin predmeti. Müasir şəraitdə beynəlxalq lisen-

ziya sazişinin predmeti və patentləşmiş ixtira yaxud tex-

noloji proses, texniki biliklər, nou-hau və mal nişanə-

ləridir. Bunlardan istifadə hüququnun lisenziata verilməsi

sazişləri daha səciyyəvi və tipikdir;

- lisenziyanın növü. Lisenziya ticarəti praktikasında

lisenziyanın 3 növü qəbul edilmişdir: qeyri-müstəsna (sa-

də), müstəsna, qeyri-məhdud.

Qeyri-müstəsna lisenziya sadə lisenziya adlanır. Bu

növ lisenziya halında olan lisenziar lisenziata icazə verir

ki, ixtiranı yaxud istehsal sirlərini müəyyən şərtlərlə isti-

fadə etsin. Bu hala lisenziar həm onlardan istifadə etmək

Page 233: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

233

hüququnu, həm də oxşar şərtlərlə digər marağı olan şəxsə

(firmaya) lisenziya vermək hüququnu özündə saxlayır.

Müstəsna lisenziya satılarkən lisenziar lisenziata

ixtiranın və istehsal sirlərinin göstərilən şərtlər əsasında

sazişdə qeyd edilən coğrafi ərazidə istifadəsinə müstəsna

və inhisar hüququ verir.

Qeyri-məhdud lisenziya. Bu növ lisenziya satılar-

kən sazişin qüvvədə olduğu müddət ərzində lisenziata hə-

min lisenziyadan istifadə üçüncü müstəsna hüquqlar veri-

lir. Hətta əgər sazişdə göstərilibsə lisenziat sublisenziyanı

(vasitəli lisenziya) başqasının istifadəsinə də verə bilər.

Ödənişlər. Lisenziyanın sazişində göstərilən pred-

metdən-ixtira və sairədən istifadə etmək üçün lisenziat

lisenziara müəyyən haqq verir. Lisenziatın ödəncləri for-

ması müxtəlif olur. Hesablanması metodundan asılı olaraq

onu iki qrupa ayırmaq olar:

- dövraşırı faiz ayırmaları və ilkin nağd ödənc;

- lisenziatın mənfəətində iştirak etmə;

- lisenziya sazişi üzrə lisenziarın vəzifələri (öhdəlik-

ləri);

- lisenziya sazişi üzrə lisenziatın vəzifələri;

- lisenziyanın qüvvədə olma müddəti (15- 20 il, bəzi

hallarda 7- 10 il).

Xarici ölkələrdə lisenziya satışının təşkili formaları

və təcrübəsi öz müxtəlifliyi ilə fərqlənir və lisenziya əmə-

liyyatlarının həcmi və xarakteri, firmanın ticarət fəaliy-

yətində onların yeri, əhəmiyyəti və onun təşkilatı strukturu

ilə müəyyən edilir. Bu baxımdan bir neçə firmanın və

agentliyin fəaliyyətinə diqqət yetirək:

Bu firmalar lisenziya satışı üzrə bilavasitə əməliy-

yatlar həyata keçirmək üçün öz fəaliyyəti dairəsində lisen-

Page 234: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

234

ziya şöbəsi, beynəlxalq lisenziyalaşdırma üzrə qız şirkət-

ləri şəbəkəsi yaradır.

Lisenziyalaşdırma şöbələri (xidmətləri). Bu şöbələr

irihəcmli elmi-tədqiqat işləri və öz ixtiralarını patentləş-

dirən iri şirkətlərdə yaradılır. Şöbələrin funksiyaları bun-

lardır:

1) Beynəlxalq lisenziya ticarətinin öyrənilməsi. Bu

məqsədlə şöbə aşağıdakı informasiyaları toplayıb texniki

xidmətlər və iqtisadi xidmətlər bölmələrinə, istehsalat böl-

mələrinə (şöbələrinə) verilməsi və firmanı maraqlandıran

sahələrdə yeni texniki nailiyyətlər haqqında; rəqabətin

yeni patentləri barədə; ixtiralar bazarında tələbin ziddiy-

yətinə dair; müxtəlif ölkələrdə lisenziyalaşdırma şərtləri

barədə; o cümlədən dövlət tənzimi patent qanunçuluğu,

valyuta nəzarəti, ödənclərin verilməsi və s. tədbirlər barə-

də həmçinin bunlardan əlavə lisenziyalaşdırma şöbələri

eyni zamanda lisenziya almağa maraq göstərən firmaları

öyrənir, əlverişli lisenziat axtarır və seçir. Lisenziyanın sa-

tılmasının məqsədəuyğunluğu haqqında tövsiyələr edir,

zəmanət verir.

2) Patent və lisenziyaların alqı-satqısı üzrə tədbir-

lərin həyata keçirilməsi, lisenziatın seçilməsi: öncədən

razılaşmalar aparılan lisenziyalaşma sazişlərinin bağlan-

ması dövründə inzibati, hüquqi və texniki işlərin uyğun-

laşdırılması; lisenziya sazişi mətninin hazırlanması və

texniki xidmətlərin təşkili; lisenziarın lisenziatın ixtirasın-

dan istifadəsinə buraxılacaq məhsulun keyfiyyətinə, mal

nişanəsindən istifadəsinə və lisenziya ödənclərinin düzgün

ödənilməsinə və s. nəzarət; bütün lisenziatlarla əlaqə sax-

lamaq və onları əlaqələndirmək; onların arasında təcrübə

mübadilələri keçirmək və s.

Page 235: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

235

3) Öz firmasının tədqiqatlarının və texniki vəziy-

yətlərinin nəticələri üzrə patentlərin mühafizəsinin tə-

min edilməsi.

Bu firmalar öz ölkəsində və xaricdə ixtiraları patent-

ləşdirir, mal nişanlarını və sənaye nümunələrini qeydiy-

yatdan keçirir, patentlərə aid olan materialların və sənəd-

lərin uçotunu aparır və firmasına dair digər müvafiq işlər

görür.

Beynəlxalq lisenziyalaşdırma bölməsi bir qayda

olaraq iri şirkətlərdə yaradılır. Şöbələrdən fərqli olaraq

bölmə həm də təsərrüfat müstəqilliyinə malikdir. Bu

şirkətlərdə adətən lisenziyalaşdırma sahəsində siyasətin is-

tiqamətlərinin müəyyən edilməsi məsələləri ilə preziden-

tin simasında şirkətin rəhbərliyi məşğul olur.

Beynəlxalq lisenziyalaşdırma üzrə qız şirkətləri iri

sənaye şirkətinin “patent siyahısının” (genişləndirilmə-

sinin, yayılmasının) istinadgahı olur. Onların əsas funksi-

yası lisenziyanın satışı üzrə əməliyyatlar aparmaqdır.

İxtisaslaşmış firmalar kommersiya məqsədilə elmi-

texniki fəaliyyətlə məşğul olan firmalardır. Bu firmalar bir

qayda olaraq ideya və patent almaq, onlara əlavələr et-

məklə yenidən hazırlamaq və işləmələrə məşğul olmaqla,

elmi-texniki biliklərin geniş çeşidlərlə dünya bazarına çıx-

maqdır. Bu firmalar son zamanlar geniş yayılmış və ven-

çur firmalar adını almışdır.

Page 236: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

236

FƏSİL 12. BEYNƏLXALQ MÜHƏNDİS

TEXNİKİ

XİDMƏTLƏRİ MÜBADİLƏSİ

12.1.Mühəndis-texniki xidmətlər üzrə beynəlxalq

mübadilənin mahiyyəti və əhəmiyyəti.

Müasir dövrdə beynəlxalq mühəndis-texniki xidmət-

lər mübadiləsi dünya bazarında geniş yayılmışdır. Hətta

inkişaf etməkdə olan bir sıra ölkələr də bu tədavül prose-

sində qoşulmaqdadır. Mühəndis-texniki xidmətlər müba-

diləsinin əsasını “injinirinq” təşkil edir.

İnjinirinq beynəlxalq ticarət əməliyyatlarının bir

növüdür. O, bir tərəfdən məsləhətçi, digər tərəfdən sifa-

rişçi kimi adlanacaq, injinirinq müqaviləsi əsasında kom-

pleks, yaxud ayrı-ayrı mühəndis texniki xidmətlərin göstə-

rilməsini nəzərdə tutur.

İnjinirinq müqaviləsinə əsasən yeni obyektin tikil-

məsi üçün zəruri olan kompleks xidmətlərin göstərilməsi-

nə və mal (məhsul) göndərmələrinə imkan verilməsinə

kompleks injinirinq deyilir. Kompleks-injinirinq mühən-

dis-texniki xidmətlərin 3 növünü əhatə edir. Bunların hər

biri ayrılıqda müstəqil müqavilənin predmeti ola bilər.

Bunlar aşağıdakılardan ibarətdir:

1. Konsultativ (məsləhətçi) injinirinq. Bu, əsasən

obyektin layihələşdirilməsi, tikinti planının işlənib hazır-

lanması və işlərin aparılmasına nəzarət məqsədilə intel-

lektual xidmətlərlə bağlıdır.

2. Texnoloji injiniriq. Bu isə texnologiyanın, yaxud

sənaye obyektinin tikilməsi və onun işə salınması, enerji

təchizatı, su təchizatı, nəqliyyat üzrə layihələrin işlənib

Page 237: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

237

hazırlanması üçün sifarişçiyə zəruri texnologiyaların ve-

rilməsindən ibarətdir.

3. Texniki, yaxud ümumi injinirinq. Bu injinirinqə

avadanlığın göndərilməsi, qurğuların, mühəndis işlərinin

quraşdırılması və bu qəbildən olan sair işlər aiddir. Yuxa-

rıda göstərilən mühəndis məsləhətçi xidmətlər, tədqiqat-

ların nəticələri, texniki sənədlər, tikinti işləri üçün ilkin

şərtlər, iqtisadi hesablamalar, smeta tövsiyələri və s.

şəklində verilir. Məsləhətçi xidmətlər sənaye layihəsinin

həyata keçirilməsi məqsədilə bilavasitə idarəetmə ilə bağ-

lıdır. Obyektlərin bilavasitə tikintisi isə mühəndis- texniki

xidmətlər dairəsinə aid edilmir. Bu istehsal texniki əmək-

daşlığa aiddir və BMT-nin müvafiq bölməsi tərəfindən

işlənib hazırlanmış təlimat əsasında tənzim olunur.

Məsləhətçi injinirinq hər hansı bir layihənin bütün

məsələlərini əhatə edir, yaxud da onun hər hansı bir mər-

hələsi kimi kifayətlənə bilər. Həmin mərhələlər aşağıda-

kılar kimi nəzərdə tutulur:

- layihənin planlaşdırılması;

- layihəyə rəhbərlik;

- layihə tərtib edilərkən xidmətlərin təmin edilməsi;

- maddi – texniki təchizat;

- tikintiyə rəhbərlik;

- obyektin işə salınması;

- maliyyələşdirmənin təşkilinə yardım və s.

Obyekt tikilərkən məsləhətçi aşağıdakı funksiyaları

icra edir: sifarişçinin son tələbini müəyyən etmək və tək-

liflərinin qiymətləndirmək üçün ona məsləhətlər verməklə

kömək göstərir; tikintini həyata keçirən firmanın podrat-

çısı sifətində iştirak edir; obyektin tikilməsi məqsədilə

yaradılan konsorsiumun bir məsləhətçisi kimi onun üzvü

Page 238: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

238

sifətində özünü göstərir.

Beynəlxalq mühəndis-texniki xidmətlər mübadilə-

sinin əhəmiyyəti və inkişafı.

Mühəndis-texniki xidmətlər üzrə beynəlxalq ticarət

əməliyyatlarının sürətli inkişafı onların beynəlxalq ticarət

əməliyyatlarının müstəqil bir növünün ayrılmasına səbəb

olur ki, bu da beynəlxalq injinirinq bazarının təşəkkülünə

və inkişafına stimul verdi.

İlk dəfə injinirinq İngiltərədə mülki tikintidə yarandı.

Bu, ancaq yolların, körpülərin, limanların, aerodromların

tikilməsi, su və enerji təchizatı sistemlərinin, suvarma iş-

lərinin yaradılması və bu kimi sair sahələrdə məsləhətçilik

fəaliyyəti ilə məhdudlaşırdı. Sonralar bu xidmətlər sənaye

sahəsinə də yayıldı. ABŞ-da injinirinq ancaq məsləhətçi

xidmətləri göstərilməklə inkişaf etməyə başladı və ancaq

daxili bazara xidmət göstərirdi. ABŞ da injinirinqin geniş

yayılmasına səbəb İkinci Dünya Müharibəsi oldu. Bu işlər

həm Amerikanın özəl firması tərəfindən (hökumət sifariş-

ləri üzrə), həm də Amerika ordusunun xüsusi bölmələri

tərəfindən yerinə yetirilirdi. 1950-ci illərin ikinci yarısın-

dan etibarən injinirinqin inkişafında və onun müstəqil

beynəlxalq ticarət işinə çevrilməsində yeni mərhələ baş-

landı. Belə ki, əgər əvvəlki mərhələdə injnirinq ancaq tex-

niki məsləhətlər verməklə bütün tikinti işləri firma pod-

ratçıları tərəfindən yerinə yetirilirdisə, yeni mərhələdə mü-

həndis-texniki xidmətlər əsasən sənaye obyektlərinin tikil-

məsi ilə xarakterizə olunur. Bütün bunlar elmi-texniki tə-

rəqqinin sürətli inkişafı ilə şərtlənir. Müasir şəraitdə injini-

rinqin inkişafına təsir edən amillərdən biri də müstəqil

iqtisadi inkişaf yoluna düşən ölkələrdə mühəndis-texniki

xidmətlər tələbinin artmasıdır. Onlar məcbur olurlar ki, öz

Page 239: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

239

təbii resurslarını kəşf etmək və texniki işləmələr aparmaq,

yanacaq enerji bazasını genişləndirmək, ağır sənaye sahə-

ləri yaratmaq üçün xarici firmaların marağını artırsınlar.

12.2. Mühəndis – texniki xidmətlərin verilməsinə

(satılmasına) dair beynəlxalq müqavilələrin əsas

şərtləri.

Mühəndis-texniki xidmətlərin göstərilməsinin xarak-terindən asılı olaraq beynəlxalq təcrübədə müqavilələrin müxtəlif növlərindən istifadə olunur. Məsələn, mühəndis məsləhətçi xidmətlərində həmin xidmətlər üzrə müqavi-lələr rəsmiləşdirilir, yaxud müəyyən işi yerinə yetirmək üçün mütəxəssislərin ezamiyyə edilməsi üçün sazişlər bağlanır.

Mühəndis-firmalar arasında bağlanılan müxtəlif mü-qavilələrin ümumi şərtlərinin unifikasiya və standartlaşdı-rılması əsasında beynəlxalq ticarət təcrübəsində injinirinq xidmətlərinin yerinə yetirilməsi üçün birtipli müqavilələ-rin bir çox variantları hazırlandı. Bu tipli müqavilələr sıra-sında BMT-nin Avropa İqtisadi Komissiyasının Ticarətin İnkişafı Komitəsi tərəfindən işlənib hazırlanmış məsləhətçi-injinirinq üzrə beynəlxalq müqavilələrin hazırlanması üçün öncədən işlənib bəyənilmiş əsasnamə, habelə müqavilə formalarının nümunələri daha çox maraq doğurur.

Məsləhətçi injinirinq üzrə beynəlxalq müqavilə-nin məzmunu.

Müqavilə əsasən ümumi xarakter daşıyan aşağıdakı şərtləri əhatə edir:

1. Tərəflər. Müqavilənin bu hissəsində tərəflərin adı, hüquqi vəziyyəti, müqaviləni bağlamaq üçün onların səla-hiyyətli olması əks etdirilir.

Page 240: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

240

2. Preampula. Burada tərəflərin məqsədləri və ma-raqları göstərilir, məqsədlərin hansı hüquqa əsaslandığı əks etdirilir.

3. Müqavilənin predmeti və qüvvədə olması müd-dəti.

4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.

5. Məsləhətçinin hüquq və vəzifələrinin başqasına verilməsi qaydası.

Bir qayda olaraq məsləhətçi öncədən sifarişçinin razılıq məktubu olmadan öz hüquq və vəzifələrini başqa-sına verə bilməz.

6. Məsləhətçinin vəzifələri. Mühəndis məsləhətçinin, yaxud ümumiyyətlə, məs-

ləhətçinin vəzifələri müqavilə əsasında müəyyənləşdirilir. Bunlar aşağıdakılardır: - ümumi layihələndirmə ilə əlaqədar olan ilkin iqti-

sadi- texniki əsaslandırmalar və tədqiqat aparmaq; - sxemləri (çertyojları) və məsrəflər smetasını hazır-

lamaq və planlaşdırmaq; - maliyyələşdirmək proqramını müəyyənləşdirmək

və tərtib etmək; - ilkin eskizləri hazırlamaq; - layihə üzrə sənədləşdirməni, sxemləri və spesifi-

kanı hazırlamaq; - obyektin tikilməsinə dair təklifləri dəyərləndirmək; - podrat, oferent və qiymətlər üzrə bütün sifarişlər

barədə sifarişçiyə məsləhət vermək; - tikintiyə nəzarət etmək; - avadanlığın hazırlanması və quraşdırılmasına nəzarət; - podratçı üçün rəhbəredici təlimatlar və göstərişlər

vermək;

Page 241: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

241

- layihənin digər iştirakçılarının işlərini uyğunlaşdır-maq və s.

7. Sifarişçinin vəzifələri (öhdəlikləri). Məsləhətçi-nin vəzifələrində olduğu kimi, sifarişçinin də öhdəlikləri müqavilədə əsaslandırılmalıdır. Bu vəzifələr aşağıdakılar-dır: təlimatın tezliklə çatdırılması; sənədlərin, xüsusi bilik-lərin, iş otaqlarının, iştirakçıların və avadanlığın məslə-hətçinin sərəncamına verilməsi; sənaye və sosial müna-sibətlər sahəsində yerli qanunçuluqlar barədə informasi-yaların verilməsi; xüsusi xidmətlər göstərmək (geologiya, hidrologiya, metorologiya və s.).

8. Tərəflər müqavilə öhdəliklərini yerinə yetirmə-dikdə. Müqavilənin yerinə yetirilməməsinə xüsusən onun şərtlərini pozan tərəf məsuliyyət daşıyır. Şübhəsiz ki, bu məsuliyyət maliyyə və sair cəza tədbirlərilə nəticələnə bi-lər. Bəzi hallarda müqaviləni pozan tərəf üçün onun, yəni pozuntunun nəticəsi ya məhdudlaşdırılır, yaxud da istisna edilir (nəzərə alınmır). Tərəflər həm də müqaviləni lazımi qaydada yerinə yetirilməsinə mane olan fövqəltəbii hallara istinadən razılaşırlar ki, həmin müqavilə öhdəçiliyini son-ralar da yerinə yetirə bilərlər, yaxud onun yerinə yetiril-məsinin dayandırılmasına icazə verə bilərlər. Bu halda formal olaraq hüquqi – nöqteyi-nəzərdən müqavilə pozul-mur və deməli, onun yerinə yetirilməməsinə tərəflər məsu-liyyət daşımırlar.

9. Müqavilə öhdəçliklərinin yerinə yetirilmədiyi-nin nəticələrinə görə məsuliyyətdən azadolunma. Bey-nəlxalq ticarətdə bu hal fors-major vəziyyətidir. Bu halda tərəflər öz müqaviləsində öhdəçiliyin yerinə yetirilməsi nəticələrində irəli gələn məsuliyyətdən azad olması vəziy-yətini dəqiqləşdirməlidir. Əlbəttə, müharibə, yanğın, təbii fəlakət, embarqo və s. kimi hallar istina edilir.

Page 242: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

242

10. Məsləhətçinin haqqının (ödəncinin) hesablan-ması metodları. Məsləhətçinin ödənclərinə aşağıdakılar daxildir: müxtəlif məsrəflərin (texniki heyətə əmək haqqı və inzibati heyətin işi ilə bağlı məsrəflər, əlavə ödənclər, vergilər və s. xərclər) ödənilməsi və onun müvafiq xalis gəlir. Bir qayda olaraq, injinirinqlə əlaqədar məsrəflər mü-qaviləyə edilən “əlavələr” də göstərilir. Adətən, məsrəflər bir və yaxud uyğunlaşdırılmış surətdə iki və daha çox me-tod əsasında hesablanır. Bunlar aşağıdakılardır:

a) Vaxt. Buraya məsləhətçinin sifarişçiyə göstərəcə-yi xidmətlərin müddəti və müstəqim xərclərin ödənilməsi aiddir. Tərəflər aylıq, həftəlik, bir saatlıq tarifləri müəy-yən edir, habelə işçi heyətinin hamısına əlavə ödənclər verilməsi nəzərdə tutulur.

b) İşçi qüvvəsi dəyərinin hesablanması. Bu metod layihəyə sərf edilmiş işçi qüvvəsinin dəyəri vurulsun əla-və xərclərə üstəgəl sərf olunan “müstəqim xərclər” üsulu əsasında hesablanır. Metod çox vaxt layihələrin işlənib ha-zırlanması ilə əlaqədar olan tədqiqatlar aparılarkən və bu-nunla yanaşı əsas xidmətlər göstərilərkən məsləhətçilərin xidmətini pulla ödənilməsi üçün istifadə olunur.

v) Tikinti obyektinin tikilməsi dəyərində faiz payı. Həmin metod məsləhətçilər tərəfindən müxtəlif qurğuları layihələşdirdikdə, sxemlərin və texniki tələblərin və s. müqavilə sənədlərinin hazırlanması lazım gəldikdə onla-rın haqqının ödənilməsi üçün geniş yayılmışdır. Qeyd et-mək lazımdır ki, texniki-iqtisadi əsaslandırmalar və ob-yekt işə salınarkən kömək göstərilməsi kimi, yaxud kadr-lar hazırlığı kimi bir biri ilə əlaqədar xidmətlərin dəyərləri bunlara aid edilmir. Faiz payı əsasında məsləhətçiyə veri-ləcək məbləğ dəqiq hesablamalar göstərilməklə müqavi-lədə əks etdirilir.

Page 243: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

243

q) Dəyər üstəgəl faiz haqqı, yaxud dəyər üstəgəl təsbit edilmiş haqq. Bu metoda uyğun olaraq məsləhət-çiyə onun xidmətlərilə əlaqədar faktiki xərclərin əvəzi ödənilir. Faktiki xərclər 3 ünsürdən ibarətdir: işçi qüvvəsi-nin dəyəri - əmək haqqı üstəgəl sosial sığorta; əlavə xərc-lər hansı ki, çox hallarda işçi qüvvəsi dəyərindən faizlə ifadə olunur. Faktiki xərclərə məsləhətçinin təsbit edilmiş haqqı (ödənci) də əlavə edilir. Bu, yəni ödənc iş qüv-vəsinin və əlavə xərclərin (məsələn, nəzərə tutulmadığı halda baş vermiş xərclər üçün, iş vaxtından tez yerinə yetirilməsi üçün mənfəət şəklində) məcmu dəyərlərindən faizlə ifadə olunur.

ğ) İlkin qonorar. Bu metoddan o zaman istifadə edi-lir ki, müəyyən dövr ərzində məsləhətçinin xidmətindən vaxtaşırı istifadə olunması lazım gəlir. Sifarişçilər həmin metoddan çox hallarda tərəflər arasında mübahisəli məsə-lələr, məsələn, tikintidə, quraşdırma işlərində və s. baş verdikdə istifadə edirlər.

İlkin qonorarın qədəri sifarişçiyə göstəriləcək xid-mətlərin növünə və dəyərinə görə hesablanır. Qonorar ya müqavilənin qüvvədə olduğu bütün müddət üçün, ya aylar üzrə, ya da hansısa qarşılıqlı razılaşmalar (saatlar, günlər hesabı ilə) verilir. Ilkin qonorara yuxarıda göstərilən me-todlar əsasında hesablanmış ödənci (əmək haqqını) ta-mamlayan kompensasiya kimi baxıla bilər.

Layihənin və məsləhətçi ödəncinin (əmək haqqının) dəyərinə bir sıra amillər təsir göstərə bilər, o cümlədən, layihəyə verilən dəyişikliklər, modifikasiyalar və əlavələr kimi düzəlişlər, xammalın qiymətinin və xidmətlər tarifi-nin dəyişilməsi; əmək haqqının dəyişilməsi və s. Bununla bağlı müqavilələrdə bu barədə xüsusi qeydiyyatlar əks et-dirilməlidir.

Page 244: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

244

d) Sifarişçi ilə məsləhətçi arasında bağlanılan müqavilə eyni zamanda sub məsləhətçinin haqqını da nəzərdə tutur. Lakin əgər belə bir xüsusi hal yoxdursa, bu halda sub məsləhətçinin haqqı məsləhətçi tərəfindən ödənilir. Sub məsləhətçinin ödənci ilə yanaşı, məsləhətçi bir qayda olaraq sub məsl-əhətçinin hesablarını ödəyərkən əlaqələndirmələrə, nəzarətə və məsuliyyətə görə çəkdiyi xərcləri ödəmək üçün kompensasiya da alır.

e) Valyuta, ödəniş yeri və mübadilə kursu. Məsləhət-çinin ödənci valyuta ilə verilir. Tərəflər arasında öncədən aparılan razılaşmalar əsasında ödəniş bir neçə adlı val-yutalarla da verilə bilər. Bunun üçün tərəflər bağladıqları müqavilədə ödənişin yerini, məsələn, bankın adını və ünvanını göstərməlidirlər. Bununla bağlı tərəflər müqa-vilədə valyutaların mübadiləsi kursunun qeydiyyatını da nəzərdən qaçırmamalıdır.

12.3. Beynəlxalq mühəndis-texniki xidmətlər müba-

diləsinin təşkili.

İnkişaf etmiş ölkələrdə injinirinq tipli işləri yerinə

yetirən minlərlə firma və təşkilatlar var. ABŞ-da 25 min

müxtəlif çoxprofilli və fəaliyyət həcmli belə firmalar fəa-

liyyətdədir. Onlardan bəziləri olduqca darixtisaslıdır - öz

işlərini xüsusi məsələlər üzrə məhdudlaşdırırlar. Məsələn,

yer sahəsi seçmək, balanslar tərtib etmək, arxitektura rəsm-

lərini müəyyənləşdirmək və s.

Bununla belə, ABŞ üçün firma-nəhənglər də səciy-

yəvidir. Belə firmalar tikinti injinirinqi işlərini yerinə

yetirir və müvafiq obyekti tikmək üçün bütün funksiyaları

öz üzərinə götürür. Beynəlxalq təcrübədə injinirinq tipli

Page 245: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

245

işi yerinə yetirən iki kateqoriyalı firma vardır: ixtisaslaş-

mış injinirinq firması və sənaye firmaları.

İxtisaslaşmış injinirinq firması.

Təklif etdikləri xidmətlərin növündən asılı olaraq ix-

tisaslaşmış injinirinq firmaları iki qrupa ayrılır: mühəndis-

məsləhətçi və mühəndis-inşaatçı.

Mühəndis-məsləhətçi firmalar məsləhətvermə sifə-

tində texniki xidmətlər göstərir. Onların özləri nə istehsal,

nə də tikinti ilə məşğul olur. Lakin fəaliyyət dairələri çox

genişdir. Buraya mülki tikinti də (limanlar, aerodromlar,

nəqliyyat magistralları, şaxtalar, şəhər tikintisi) və spesifik

texnoloji proseslər istifadə edilən sənaye obyektləri də

aiddir.

Mühəndis-inşaat firması isə bir qayda olaraq ob-

yektin layihələşdirilməsi, avadanlığın göndərilməsi, ava-

danlığın quraşdırılması və işə salınması işləri də daxil ol-

maqla, tam mühəndis texniki xidmətlər kompleksini yeri-

nə yetirir. Bu firmalar çox vaxt obyektin baş podratçı

funksiyalarını öhdələrinə götürür və eyni zamanda bu işə

maşınqayırma və tikinti şirkətlərini submalgöndərən sifə-

tində cəlb edirlər.

ABŞ, İngiltərə, Hollandiya, Yaponiya və sənayecə

inkişaf etmiş sair ölkələrin iri mühəndis-injinirinq firma-

ları xaricdə firmalar yaradıblar ki, bunlar da irihəcmli inji-

nirinq işləri yerləşdiyi məkanlarda fəaliyyət göstərirlər.

Həyata keçirdikləri təsərrüfat əlaqələrinin növləri və

formalarından asılı olaraq ixtisaslaşmış injinirinq firmaları

müstəqil və qohum sənaye şirkətləri ilə qohumluq müna-

sibətləri olmur. Onlar müstəqil fəaliyyət göstərirlər. Fəqət

Page 246: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

246

təcrübədə belə bir qohumluq münasibətlərinə də rast gə-

linir.

Vergiqoyma və digər rüsumlar – gömrük vergisi.

Bunların təyinatına və sair məsələlərinə nəzər salsaq:

hansı vergilər və rüsumlar ödənilməlidir və hansı tərəf

bunları verməlidir, eyni halda iki dəfə vergi qoymaq

olarmı? vergi verməkdən azad olmaq olarmı?

Ödəniləcək vergilərin müxtəlif növləri vardır:

- əlavə dəyər vergisi və mənfəətdən vergi;

- korporasiyaların gəlirindən vergilər;

- şəxsi gəlirdən vergilər və ayrı-ayrı yerli vergilər

(məsələn, dəbdəbəli və zinət şeylərinin satışından vergi, ti-

kintiyə vergi və s.).

Müxtəlif səbəblərdən məsləhətçiyə aid edilən digər

rüsumlardan aşağıdakıları da misal göstərmək olar:

- müqavilələr, hesab fakturalar və digər sənədlər üzrə

gerb rüsumu;

- iş vaxtından artıq görülən, nəqliyyat və sosial tə-

minatla bağlı məsrəflər və heyətin xaricdə işləməsi ilə əla-

qədar xərclər.

Eyni zamanda iki dəfə vergi qoyulmaqdan azad edil-

mə, bir qayda olaraq, marağı olan ölkələr arasında bağla-

nılan müvafiq müqavilələrlə tənzimlənir. O ki qaldı göm-

rük rüsumuna (vergisinə) bu vergi də öncədən müqavilə-

lərdə göstərilir.

İntellektual mülkiyyət və patentləşdirilmiş infor-

masiya. Tərəflər öncədən qərarlaşdırmalıdırlar ki, əsaslan-

dırılmış texniki sənədlər digər layihələrin və yaxud hə-

yatda tətbiqini tapmış layihələrin genişləndirilməsi üçün

yenidən istifadə edilməsi mümkündürmü? - əgər buna hər

Page 247: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

247

iki tərəf razılıq verərsə. Bir halda ki təkrarən istifadə eyni

zamanda EHM proqramları ilə və digər oxşar elementlərlə

də bağlı olacaq. Bu halda tərəflər müqavilədə müəy-

yənləşdirməlidirlər ki, məsləhətçinin müxtəliflik hüququ-

nu EHM proqramına daxil edirlərmi və əgər buna razılıq

müsbətdirsə, hansı məqsədlə olunduğunu da göstərmək la-

zımdır. Bununla bağlı tərəflər məsləhətçi tərəfindən işlə-

nilmiş proqramın sifarişçi tərəfindən istifadə olunmasına

qoyulacaq məhdudiyyətləri göstərməlidirlər. Burada söh-

bət patent və lisenziyalardan, ixtiralar və onların təkmil-

ləşdirilməsindən, müxtəliflikdən, sığorta olunmasından və

sairdən gedir.

12.4. Məsləhətçi injinirinq üzrə beynəlxalq

müqavilənin məzmunu.

Mühəndis-məsləhətçi firmalar məsləhətvermə sifət-

ində texniki xidmətlər göstərir. Onların özləri nə istehsal,

nə də tikinti ilə məşğul olur. Lakin fəaliyyət dairələri çox

genişdir. Buraya mülki tikinti də (limanlar, aerodromlar,

nəqliyyat magistralları, şaxtalar, şəhər tikintisi) və spesifik

texnoloji proseslər istifadə edilən sənaye obyektləri də

aiddir.

Mühəndis-inşaat firması isə bir qayda olaraq obyek-

tin layihələşdirilməsi, avadanlığın göndərilməsi, avadanlı-

ğın quraşdırılması və işə salınması işləri də daxil olmaqla,

tam mühəndis texniki xidmətlər kompleksini yerinə ye-

tirir. Bu firmalar çox vaxt obyektin baş podratçı funk-

siyalarını öhdələrinə götürür və eyni zamanda bu işə ma-

şınqayırma və tikinti şirkətlərini submalgöndərən sifətin-

də cəlb edirlər.

Page 248: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

248

İxtisaslaşmış qohum injinirinq firmaları injinirinq fəaliyyəti ilə məşğul olan iri baş podratçılara məxsus fir-malar yaxud da qız şirkətləridir.

Sənaye firmaları injinirinq tipli işlər yerinə yetirən ikinci kateqoriyalı firmalara aiddir. Bir qayda olaraq onları şirkət-layihəçi və müəyyən sənaye sahələri üçün ava-danlıq istehsal edən şirkət kimi fərqləndirirlər.

Şirkət-layihəçi istehsalın sirrini saxlamaq şərtilə, is-tehsalın genişləndirilməsi yaxud yenisinin yaradılması məqsədilə texnoloji layihələşdirmə ilə məşğul olur. Bu şübhəsiz ki, özlərinin xüsusi patentləri və “nou-hau” əsa-sında edirlər.

Avadanlıq istehsal edən şirkət üçün injinirinq tipli işin yerinə yetirilməsi əsas məhsul satışının artırılmasına xidmət göstərir. Söhbət iri qurğuların layiləşdirilməsindən, avadanlığın hazırlanmasından gedir.

Mühəndis-texniki xidmətlərin göstərilməsi üzrə əmə-liyyatlar həyata keçirmək üçün sənaye transmilli korpo-rasiya öz nəzdində konstruktor şöbəsi, yaxud layihələşdir-mə bürosu yaradır.

Bəzən injinirinq tipli xidmətlər göstərən firmalar iri obyektlərin tikilməsi barədə söhbət gedəndə, müvəqqəti, yaxud uzunmüddətli konsorsiumlar təşkil edirlər. Bu kon-sorsiuma həm milli, həm də xarici şirkətlər daxildir. Bir qayda olaraq, bu cür konsorsiumlar bütün konsorsiumun fəaliyyətinə məsuliyyət daşıyan baş podratçı ilə əlaqə sax-lamaqla, bank tərəfindən müəyyənləşdirilir.

Beynəlxalq kommersiya üçün TMK –nın əhəmiyyəti çox böyükdür və onlar onun əsas subyektləri hesab olunur. Beynəlxalq kommersiya getdikcə TMŞ öz arasında TMŞ daxili ana şirkətlər, qız və nəvə şirkətlər, həm də bu və istənilən digər şirkətlər arasında əlaqələrin stimulunda və ardıcıllığında daha çox əks olunur.

Page 249: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

249

TMŞ beynəlxalq kommersiyanın beynəlmiləlləşmə-nin instutsional formasıdır. Onların fəaliyyət sferası və ün-vanı bütün dünyadır.

TMŞ elmi-texniki rəqabət sahəsində mövqelərinin möhkəmləndirilməsi, böyük iqtisadi effekti və istehlakçı üçün dəyəri olan yeni məhsul növləri ilə bazarlara çıxış imkanlarının genişləndirilməsi və istehsal etməkdə olan məmulatların lazımı səviyyədə çatdırılması məqsədilə xüsusi proqramlar çərçivəsində ETTKİ -nə böyük diqqət yetirilir.

Reinjinirinq hardasa sovet iqtisadiyyatının “texniki

silahlanma “ anlayışının sinonimi kimi çıxış edir. Əgər ölkəmiz

bazar qanunları üzrə oyun şərtlərinin qəbul edibsə, deməli bir

çox fəaliyyət sferalarında biz beynəlxalq bazar terminologiya-

sına keçməliyik. Əgər “ injinirinq “ termini statistika, keyfiyyə-

tin idarəedilməsi, mühasibat uçotu, digər elmlərlə yanaşı bey-

nəlxalq səviyyədə standartlaşmayıbsa, onda müəllifin tərifi ilə

razılaşacayıq.

Reinjinirinq – injinirinqin və ya yeni nəsil injinirinqin

çox incə alətlərinin tətbiqi ilə təşkilatda istehsal səviyyəsinin

təşkilati – texniki səviyyəsinin yüksəldilməsi prosesidir. Mə-

sələn, əgər innovasiya menecmentinin elmi əsaslarının bütün

alətlərini 100% qəbul etsək, müasir dövrdə təşkilatlar 10% dən

az olan elmi alətlərin öyrənilməsi və tətbiqi ilə özlərini “ yük

altına“ salırlar. İri strateji problemlərin həlli bu alətlərin tətbiqi

olmadan mümkün deyil.Amerika mütəxəssisi M. Hamler qeyd

edirdi ki, “ reinjinirinq – dəyər, keyfiyyət , servis və temp kimi

əsas fəaliyyət göstəricilərinin ciddi yaxşılaşdırılması üzrə

işgüzar proseslərin radikal dəyişiklikləri və fundamental təkrar

düşünülməsidir ”.

Page 250: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

250

Bu göstəricilərə rəqabətqabiliyyətini, səmərəliliyi,

dəqiqliyi, perspektivliyi də əlavə edək. Bütün bu kitab bu

mövqedən problemlərin həllinə yönəlmişdir.

Təşkilatın inkişafının sahəsinin daha geniş və kompleks

anlayışı yenidən formalaşmadır ki, fəaliyyətin bütün as-

pektlərini əhatə edir : texniki, iqtisadi, sosial, informasiy, idarə-

etmə və s. Təşkilatın kompleks inkişafının ilk istiqaməti reinji-

nirinqin əsas nəqsədinə aiddir. Bu işin yerinə yetirilməsində

əsas innovasiya menecmentinin elmi metodlarının tətbiqidir.

İnnovasiyanın nəzərdə tutulan məqsədlər baxımından

aşağıdakı növləri fərqləndirilir:

1. İqtisadi - ixrac yönümlü məhsul istehsalı sayəsində

resurslara qənaət etməklə mənfəət əldə olunmasına yönəldilir.

2. Sosial - təbiəti mühafizə və təhsilin inkişafı isti-

qamətindəki tədbirləri əhatə edir.

İnnovasiyanın tətbiqi təkcə istehsalı nəzərdə tutmur, bu

proses eyni zamanda təşkilati, maliyyə, tədris, elmi-tədqiqat və

digər sferalarda tətbiq və təkmilləşdirmə tədbirlərini əhatə edir.

İqtisadi ədəbiyyatda innovasiya (innovasiyanın mahiyyəti

haqda qeyd edildi), innovasiya potensialı və innovasiya prosesi

müxtəlif formalarda xarakterizə olunur.

İnnovasiya potensialı iqtisadiyyatın müxtəlif sferalarının

beynəlxalq standartlara cavab verən və dünya bazarının tələb-

lərinə uyğun elmi tutumlu məhsul istehsal etmə qabiliyyətini

xarakterizə edir. İnnovasiya potensialı özündə elmi, layihə,

elmi təcrübə, texnoloji və s. kimi vasitə və tədbirləri birləşdirir.

İnnovasiya prosesi elmi-texniki yeniliklərin əldə olunma-

sından reallaşdırılmasınadək olan dövrü əhatə edir. İnnovasiya

prosesi üç mərhələ ilə xarakterizə olunur:

Page 251: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

251

- ilkin olaraq innovasiyanın ilk texnikanın, texnologi-

yanın və ya məhsulun istehsalınadək olan mərhələsi nəzərdə

tutulur;

- ikinci mərhələ qeyd olunan əmtəələrin istehlakçıların

konkret tələblərinin kifayət səviyyədə ödənilməsi baxımından

istehsalını əks etdirir;

- üçüncü mərhələ yeniliklərin geniş miqyasda istehsalı və

tətbiqini əhatə edir.

Konkret əmtəə istehsalı üçün nəzərdə tutulan innovasiya-

lar texniki, sosial-iqtisadi, xidmət və kompleks tərkib hissələ-

rini birləşdirir. İnnovasiyalar bazar mövqeyi baxımından da

qiymətləndirilir.

12.5. Sənaye şirkətlərində injinrinq tipli işlərin

yerinə yetirilməsi.

Digər beynəlxalq müqavilələrdə olduğu kimi məslə-hətçi injinirinq müqaviləsi də aşağıdakı şərtlərlə tamam-lanır. Bu şərtlərin məzmunu əsasən digər müqavilələrdə göstərilən şərtlərin analoqudur.

- müqavilənin qüvvəyə minməsi; - müqavilə fəaliyyətinin dayandırılması; - texniki standartların tətbiqi; - qanun və bununla bağlı məsələlərin tətbiqi. Sifarişçi və mühəndis-məsləhətçi arasında bey-

nəlxalq müqavilənin bəzi ümumi şərtləri. Bu şərtlər aşağıdakılarla xarakterizə olunur. 1) Müqavilənin predmeti. Texniki məsələlərə dair

məsləhətlər, texniki obyektlərin layihələşdirilməsi və on-ların tikintisinin gedişatının müşahidə edilməsi də daxil olmaqla, injinirinq tipli istənilən növ işin mühəndis-məs-

Page 252: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

252

ləhətçi tərəfindən yerinə yetirilməsi həmin müqavilənin predmetini müəyyənləşdirir.

2) Sifarişçinin və mühəndis məsləhətçinin hüquq və vəzifələri. Müqavilənin bu şərhində nəzərdə tutulur ki, mühəndis məsləhətçi sifarişçi ilə podratçı arasında öz pe-şəsi (sənəti) məsələlərində vicdanlı məsləhətçi və qərəzsiz vasitəçi kimi fəaliyyət göstərməlidir. Sifarişçi öz növbə-sində üzərinə götürdüyü vəzifələri yerinə yetirmək üçün podratçıya zəruri olan bütün məlumatları verməlidir. Mü-həndis məsləhətçinin vicdanlılığına və qərəzsizliyinə təmi-nat verilməsi üçün müqavilədə göstərilir ki, onun yeganə ödənci (əmək haqqı) müqavilədə qeyd edilmiş məbləğdir. O həmin məbləğdən heç bir ticarət güzəştləri, faizi və qeyri-müstəqim ödənişlər almamalıdır. Müqavilədə həm-çinin göstərilir ki, mühəndis-məsləhətçinin digər məslə-hətçilərin və ekspertlərin köməyinə müraciət etmək hüqu-qu vardır. Bu halda əgər sifarişçinin yazılı formada buna razılığı varsa, bununla bağlı məsrəflər sifarişçinin hesa-bına ödənilir.

Təklif etdikləri xidmətlərin növündən asılı olaraq ixtisaslaşmış injinirinq firmaları iki qrupa ayrılır:

1. Mühəndis-məsləhətçi; 2. Mühəndis-inşaatçı.

Təkrar injinirinq istehsalın təşkilati-texniki səviyyə-

sinin artırılmasının aləti kimi.

Reinjinirinq hardasa sovet iqtisadiyyatının “texniki si-

lahlanma “ anlayışının sinonimi kimi çıxış edir. Əgər ölkəmiz

bazar qanunları üzrə oyun şərtlərinin qəbul edibsə, deməli bir

çox fəaliyyət sferalarında biz beynəlxalq bazar terminologi-

yasına keçməliyik. Əgər “ injinirinq “ anlayışı statistika, key-

fiyyətin idarəedilməsi, mühasibat uçotu, digər elmlərlə yanaşı

Page 253: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

253

beynəlxalq səviyyədə standartlaşmayıbsa, onda müəllifin tərifi

ilə razılaşacayıq.

İnjinirinq – elmi-tədqiqat, eksperimental, layihə-

konstruktor, texnoloji və tikinti işlərinin həyata keçirilməsi ilə

əlaqədar prosesin rəqabətliliyinin onun “giriş” rəqabətliliyin-

dən aşağı olmaması şərti ilə rəqabətqabiliyyətini təmin edən

təşkilatın istehsalının təşkilati- texniki səviyyəsinin yüksəldil-

məsi prosesidir. İnjinirinq işlərini həm təşkilat müstəqil olaraq,

həm də injinirinq təşkilatları yerinə yetirə bilər.

Elmi-texniki tərəqqinin nailiyyətləri əsasında əldə olunan

məhsulların alqı-satqı prosesi elmi-texniki məhsullar bazarını

formalaşdırır. Bu bazar növünün fəaliyyətindən danışmazdan

əvvəl elmi-texniki tərəqqinin (ETT) mahiyyətini bilmək

zəruridir.

ETT maddi istehsalın və cəmiyyətin tələbatının genişlən-

məsi və mürəkkəbliyi ilə bilavasitə bağlıdır. Belə ki, insan cə-

miyyəti iqtisadi və zehni inkişafdan, torpaq sahəsinin azlığı və

insanların sayının artması ilə əlaqədar daha müasir texnologi-

yaların yaradılmasına, onlardan istifadəyə və istehsalata tətbi-

qinə can atır.

İqtisadiyyatda ETT və elmi-texniki inqilab (ETİ) anlayış-

ları fərqləndirilir. ETT-dən fərqli olaraq ETİ istehsalın elmi

əsaslarla inkişafının keyfiyyətcə və köklü surətdə həyata ke-

çirilməsini xarakterizə edir.

Hər bir ölkənin ETT onun elmi-texniki potensialı ilə şərt-

lənir. Elmi-texniki potensiala aşağıdakılar aid edilir:

1. Kadr potensialı-alimlər, mühəndislər, elmi-pedoqoji

kadr hazırlığı ilə məşğul olan işçilər, fəhlələr və s. daxildir. El-

mi Tədqiqat İnstitutları, ali məktəblər və digər elmi müəssisə-

Page 254: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

254

lərdə çalışanlar da buraya aid edilir.

2. Maddi-texniki resurslar – elmi tədqiqat və bu tipli

digər işlərin həyata keçirilməsi, təkmilləşdirilmiş texnika və

texnologiyaların nümunələrinin hazırlanması məqsədilə

mövcud və nəzərdə tutulan əsas və dövriyyə fondları daxildir.

3. İnformasiya potensialı-elmi tədqiqat fəaliyyətinin və

onun nailiyyətlərinin istehsalda istifadəsinə hazırlıq prosesinin

informasiya təminatı üçün zəruri olan müxtəlif informasiya

daşıyıcılarında yığılmış məlumatların məcmusunu xarakterizə

edir.

4. Təşkilati, iqtisadi və idarəetmə potensialı – elm və

texnikanın birgə fəaliyyətini ümumiləşdirən üsul və vasitələrin

məcmusundan ibarətdir.

Təşkilatın inkişafının sahəsinin daha geniş və kompleks

anlayışı yenidən formalaşmadır ki, fəaliyyətin bütün aspekt-

lərini əhatə edir: texniki, iqtisadi, sosial, informasiy, idarəetmə

və s. Təşkilatın kompleks inkişafının ilk istiqaməti injinirinqin

əsas nəqsədinə aiddir. Bu işin yerinə yetirilməsində əsas

innovasiya menecmentinin elmi metodlarının tətbiqidir.

Page 255: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

255

FƏSİL 13. BEYNƏLXALQ İCARƏ

ƏMƏLİYYATLARI

13.1.Beynəlxalq icarə əməliyyatlarının

mahiyyəti və növləri.

Beynəlxalq icarə əməliyyatları məmulatların digər

ölkələrin firmalarına (şirkətlərinə) icarəyə verilməsini nə-

zərdə tutur. İcarə əməliyyatlarının məzmunu məmulatın

bir ölkədəki icarəyə verənin digər ölkədəki icarəyə gö-

türən müştərisinə müəyyən vaxt ərzində istifadə etməsi

üçün müəyyən muzd alınmasından ibarətdir.

Bu növ alış-veriş əməliyyatı müvafiq müqavilə əsa-

sında həyata keçirilir. Dəzgaha, avadanlığa və s. bu kimi

mallara ehtiyacı olan müştəri – icarəyə götürən ya onu bi-

lavasitə icarəyə verənin anbarından alır, ya da icarəyə gö-

türənin hesabına özü seçdiyi istehsal müəssisəsindən gö-

türür. Alqı-satqı müqaviləsindən fərqli olaraq icarə əmə-

liyyatında icarə verdiyi mala öz mülkiyyətçilik hüququnu

itirmir, əksinə, özündə saxlayır.

Öz firmasından yaxud öz ölkəsindən digər milli fir-

masından satın alıb xarici ölkənin icarəyə götürəninə veri-

lən əməliyyata ixracat icarə əməliyyatı deyilir. Əgər malı

icarəyə verən xarici firmadan əldə edib öz vətənindəki

icarəyə götürən müştəriyə verirsə, bu növ əməliyyat idxa-

lat icarə əməliyyatı adlanır.

Beləliklə, beynəlxalq icarə əməliyyatının xarakterik

cəhəti ondan ibarətdir ki, burada ya icarəyə verən və icarə-

yə götürən, ya icarəyə götürən və icarə predmetinin isteh-

salçısı müxtəlif ölkələrdə olmaqla iştirak edirlər. Bəzi hal-

larda belə də ola bilər ki, beynəlxalq icarə əməliyyatları-

nın üç iştirakçısının üçü də müxtəlif ölkələrə məxsus ol-

Page 256: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

256

sunlar. Beynəlxalq icarə əməliyyatında eyni zamanda

transmilli korporasiyanın xarici qız şirkətlərinin icarə

əməliyyatları da aid edilir.

Beynəlxalq icarə əməliyyatının predmeti kimi aşağı-

dakılar nəzərdə tutulur.

- istehlak təyinatlı mallar, avtomobillər, avtofurqon-

lar, soyuducular, televizorlar və s.

- kontor (idarə) və poliqrafik avadanlıq, perforasiyon

və çeşidləyici maşınlar, rabitə vasitələri.

- hesablama texnikası və informasiyaların işlənilmə-

si vasitələri, elektron hesablama maşınları, kompüter proq-

ramları (iri EHM üçün onun istismarı idarəetmənin əsas

formasıdır).

- nəqliyyat vasitələri (yük maşınları, təyyarələr,

vertolyotlar, gəmilər, konteynerlər, xüsusi vaqonlar).

- qaldırıcı-nəqliyyat və yol-tikinti avadanlığı, yük-

vuran maşınlar, tikinti maşınları, qaldırıcı kranlar, müxtə-

lif mexanizmlər.

- ümumi istehsal təyinatlı avadanlıq: standart və uni-

kal (nadir) sənaye avadanlığı, dəzgahqayırma avadanlığı,

elektrik və energetika, maşınqayırma, habelə yüngül səna-

ye üçün avadanlıq.

- daimi avadanlıq, komplekt müəssisələr avadanlığı

və s.

Beynəlxalq icarənin növləri.

Müddətindən yaxud beynəlxalq təcrübədə sürəklili-

yindən (davamından) asılı olaraq icarənin 3 növü fərqlən-

dirilir:

a) uzunmüddətli icarə – 3-5 ilə, avadanlığın bəzi

növləri isə 15-20 il müddətinədək icarəyə verilir. Beynəl-

xalq təcrübədə bu “lirinq” adını almışdır.

Page 257: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

257

b) ortamüddətli icarə - 1 ildən 3 ilədək. Bu isə “xay-

rinq” adını almışdır.

c) qısamüddətli icarə - bir neçə saatdan, gündən, ay-

dan bir ilədək müddətə verilən icarədir. Qısamüddətli ica-

rə bir çox ölkələrdə “rentinq”, Yaponiyada “çerter” adını

almışdır.

Lizinqin əsas formaları 12-ci əlavədə verilir.

Beynəlxalq ticarətdə ən çox yayılan icarə əməliyyatı

“lizinq” əməliyyatıdır. Onun həcmi də icarəyə verilən

malların dairəsi də daim artır.

Həyata keçirilməsi metodlarından asılı olaraq bey-

nəlxalq lizinq əməliyyatları, onların məzmunu 2 növə ay-

rılır: maliyyələşdirilən icarə (lizinq) və cari icarə (lizinq).

Maliyyələşdirilən icarə (maliyyələşdirilən lizinq) o

deməkdir ki, icarəyə verən sifətində çıxış edən lizinq fir-

ması daşınmaz və daşınan əmlakın, xüsusən avadanlığın

tam dəyərini ödəyir. İcarə edən bu avadanlıqdan, ümumilə

əmlakdan icarəyə verən firma (lizinq sahibi) ilə bağladığı

müqavilə əsasında icarəyə götürüb istifadə edir. Bu, uzun-

müddətli icarədir.

Bununla bağlı lizinq müqaviləsi müddətinin aşağı

həddi icarə predmetinin - avadanlığın xidmətetmə (köh-

nəlmə) müddətinin 40 %-i qədər təşkil edir. Lizinq müqa-

viləsinin vaxtı bitdikdə icarə edənin razılığı ilə lizinq mü-

qaviləsinin vaxtını uzatmaq mümkündür.

İcarəyə götürən icarə etdiyi avadanlıqdan, lizinq

firması ilə bağladığı lizinq müqaviləsi əsasında bir qayda

olaraq uzun müddət ərzində, daha doğrusu, həmin avadan-

lıq aşılanıb sıradan çıxmasına az qaldığı anadək istifadə

edir. Məsələn, Avstriyada vergi hüquqları əsasnaməsinə

uyğun olaraq icarə müddəti avadanlığın xidmətetmə müd-

Page 258: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

258

dəti yəni tam aşınmasınadək olan müddətin 90%-i qədər

müəyyən edilmişdir. Lizinq müqaviləsinin qüvvədə olma

müddətinin aşağı həddi isə icarə predmetinin xidmətetmə

müddətinin 40%-ni təşkil edir. Lizinq müqaviləsinin müd-

dəti bitdikdə icarə edənə aşağıdakı hallarda ixtiyar verilir:

müqavilənin vaxtını artırsın; yəni lizinq müqaviləsi bağla-

sın; icarə etdiyi avadanlığı yenidən, ancaq qalıq dəyərilə

satın alsın. Əslində maliyyələşdirilən icarə lizinq firması

tərəfindən istehlakçı firmanın, yəni icarəyə götürən firma-

nın uzunmüddətli kreditləşməsi forması kimi çıxış edir. O,

yəni icarəyə götürən icarə ödənişlərini verməklə avadan-

lığın dəyərini və icarəyə verənin xidmətlərini ödəyir.

Maliyyələşdirmə texnikası belədir: müştəri-icarəçi

istədiyi avadanlığın tipini, keyfiyyət xarakteristikasını,

avadanlığın iş rejimini, şərtlərini özü müəyyən edir və

həmin malı alacağı barədə lizinq firmasının vasitəsilə

həmin malın istehlakçısının nəzərinə çatdırır. Sonra firma

icarəçi lizinq firmaya müraciət edir və rəsmi müraciətinə

öz firmasının maliyyə vəziyyəti, habelə tələb etdiyi ava-

danlıq barədə hesab-ödəniş sənədləri əlavə edir.

Əgər lizinq firması müsbət nəticəyə gəlib müstəqil

qərar qəbul edirsə, bu halda o da bunu məktub vasitəsilə

icarə götürənin nəzərinə çatdırır. Həmin məktuba lizinq

müqaviləsinin şərtləri də əlavə edilir.

Lizinq firması eyni zamanda həmin anda avadanlığı

göndərənə öz niyyətini bildirir ki, icarə edənin sifariş ver-

diyi avadanlığın dəyərini ödəyəcəkdir. Öz növbəsində

firma-icarəçi lizinq firmasına cavab göndərərək müqavilə

üzrə öhdəçiliklərini yerinə yetirəcəyi barədə xatircəmlik

edir. Xatircəmliyi alan lizinq firması bütün müvafiq sə-

nədlər toplusunu malgöndərənə göndərir. Avadanlığı ha-

Page 259: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

259

zırlayan firma (istehsal) sənədləri alanadək onu dərhal

nəql edərək firma-icarəçinin ünvanına yola salır. Göndər-

dikdən sonra firma-malgöndərən və firma-icarəçi malın

təhvil-qəbul protokolunu imzalayıb bir nüsxəsini də lizinq

firmasına göndərirlər. Bu əsasda lizinq firma avadanlığın

dəyərini firma istehsalçıya ödəyir.

Bir qayda olaraq icarəçinin icarəyə götürdüyü ava-

danlığı, maşını dəzgahı və s. təkmilləşdirmək və onlara bir

yenilik vermək imkanı yoxdur.

Cari icarə. Bu növ icarə əvvəlcədən firma-istehsal-

çıdan əldə etdiyi malı müqavilə əsasında müəyyən müd-

dətə icarəyə verilməsini nəzərdə tutur. Ödəniş haqqı ya

müqavilədə təsbit edilmiş məbləğə, yaxud da icarə qiy-

mətləri preyskurantı ilə müəyyənləşdirilir.

Cari icarədə məqsəd icarəyə götürənin həmin mala

olan tələbatını müvəqqəti ödəmək, yaxud da konkret

sazişləri yerinə yetirmək üçün standart sənaye avadanlı-

ğından (dəzgah, mühərrik) cari dövrdə istifadə etməkdir.

Cari lizinq əməliyyatları üzrə icarə müqaviləsinin müd-

dəti 2 ildən 10 ilədəkdir.

Cari lizinqdə icarə tarifləri maliyyələşdirilən lizinq-

dən bir qədər yüksək olur. Çünki icarədar öz üzərinə

aşağıdakı kimi bir sıra risklər götürür: ticarət avadanlığın

köhnəlməsi, rentabelliyin aşağı düşməsi və s.

Beynəlxalq lizinq təcrübəsində maliyyələşdirilən və

cari lizinqlərin şərtlərinin uzlaşdırılması əməliyyatları ge-

niş yayılmışdır. Bu ilk növbədə sənaye-təyinatlı nəqliyyat

vasitələrinə və iri yol-tikinti və kənd təsərrüfatı texnika-

sına aiddir.

Page 260: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

260

13.2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri.

Maliyyələşdirilən lizinq sazişi. Maliyyələşdirilən li-

zinq razılaşmaları aşağıdakı sənədlər üzrə rəsmiyyətləş-

dirilir:

- lizinq sahibi ilə lizinq alan arasında bağlanılan li-

zinq müqaviləsi;

- malgöndərənlə bağlanılan alqı-satqı müqaviləsi, ya-

xud malgöndərmənin ümumi şərtlərini nəzərdə tutan və

lizinq sahibi tərəfindən firma malgöndərənə yönəldilən

naryad (tapşırıq);

- avadanlığın faktiki göndərilməsinə şəhadətlik (təs-

bit edən protokol).

Bu protokolda eyni zamanda göndərilən avadanlığın

qurulması və istismara verilməsi də əks etdirilir. Protokola

lizinq əməliyyatında iştirak edən bütün tərəflər imza atır-

lar.

Müqavilənin əsas şərtlərinə gəldikdə isə bu şərtlər

aşağıdakılar kimi xarakterizə olunur:

1. Lizinq müqaviləsinin obyekti və tərəfləri. Li-

zinq müqaviləsi icarə əməliyyatı maliyyələşdirilərkən bağ-

lanılır. Bəzi hallarda lizinq alanın özü istifadəçi sifətində

çıxış edə bilər. Bu halda o müqavilədə “lizinq alan” tərəf

kimi adlanır. Əgər o icarə obyektini subicraçıya yaxud

özünün qız şirkətinə ötürürsə bu halda o müqavilədə

bütün öhdəlikləri öz üzərinə götürən “firma-istifadəçi”

kimi adlanır. Lizinq müqaviləsində firma malgöndərənin

adı və lizinq obyektinin həmin malgöndərən tərəfindən

lizinq-alıcının müəssisəsində hökmən qurulacağı müddəti

də göstərilir.

Page 261: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

261

2. Lizinqin fəaliyyət müddəti. Lizinqin fəaliyyət

müddəti onun müqavilə obyektinin quraşdırılıb işə salın-

dığı vaxtdan qüvvəyə minir. Müqavilə hər iki tərəf üçün

təəhhüdlü (məcburi) olur. Müqavilənin müddətinin bitmə-

sinə bir ay qalmış lizinq sahibi lizinq alana lizinq

obyektinin əlavə istifadə olunması şərtləri barədə danışıq-

lar aparılmasını təklif edə bilər. Lizinq müqaviləsinin

vaxtı bitmək üzrə olduqda lizinq alan aşağıda göstərilən

səlahiyyətlərə malikdir:

- əvvəlki müqavilənin, yaxud yeni şərtlər əlavə et-

məklə müqavilənin müddətini uzatmaq;

- yeni şərtlər əsasında təkrarən müqavilə bağlamaq;

- müqavilə obyektinin öncədən şərtləşdirilmiş qiy-

mətə, yaxud qalıq dəyərinə almaq.

3. Lizinq müqaviləsi üzrə tərəflərin hüquq və və-

zifələri. Lizinq sahibinin əsas vəzifələri bunlardır:

- öncədən lizinq alan və malgöndərən arasında tica-

rət və texniki şərtlər barədə razılaşmalar əsasında firma –

malgöndərənlə alqı-satqı müqaviləsi bağlanması;

- öncədən razılaşdırılmış şərtlərə uyğun saziş obyek-

tinin malgöndərənə göndərilməsi.

Lizinq sahibi lizinq sazişi obyektinin mülkiyyət-

çisidir. O, malgöndərənin malın göndərilməsi üçün hazır

olduğu barədə xəbərdarlıq etdikdən sonra həmin obyekti

(malı) yoxlamaq hüququna malikdir. Obyekt işə salına-

nadək isə o, təhvil-qəbul protokoluna imza atmağa borc-

ludur.

Əgər yoxlama zamanı nöqsanlar aşkar olunarsa, li-

zinq sahibi malgöndərənə həmin nöqsanların aradan gö-

türülməsi tapşırığını verir. Əks tədbirdə, lizinq sahibi mü-

qavilə pozacağını bildirir.

Page 262: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

262

Lizinq alanın vəzifələri. Bu vəzifələr aşağıdakılardan

ibarətdir:

- saziş obyektini qəbul edərkən lizinq sahibi malgön-

dərənə qarşı bütün hüquqlarını öz üzərinə götürür və onun

bununla bağlı hər cür zərərdən məhkəmə iradlarından azad

edir;

- lizinq obyektini qəbul edir, qəbulun bütün zəruri,

texniki və hüquqi şərtlərini təmin edir, öz hesabına quraş-

dırmanı və işəsalmanı həyata keçirir;

- malgöndərmənin komplektliyini (dəstini), avadan-

lığın saz işləməsini və qeydə alınmış istehsal nəticələrinə

nail olunmasını protokola təsbit edir;

- çatışmazlıqlar aşkar edilərkən onların siyahısının

təhvil – qəbul protokolunda göstərilməsinə və lizinq sahi-

binə göndərilməsinə göz qoyur;

- lizinq obyektinin qeyri-normal işləməsi ucbatından

onun qəbulundan imtina etməsi lazım gəldikdə lizinq alan

yazılı formada lizinq sahibinə çatışmazlıqları göstərməklə

xəbərdarlıq edir;

- əgər lizinq alan bunları etməsə iki aydan sonra qə-

bul baş tutmuş hesab olunmur.

4. Lizinq ödənişləri. Lizinq ödənişləri satış obyek-

tini istehsalda istifadə edilməsi üçün pulla təminatını

nəzərdə tutur. Geniş mənada bu ödənişlər ayrı-ayrı sazişlə-

rin bağlanması əsasını təşkil edir.

Lizinq ödənişi tərəfindən razılaşmalarından asılı

müxtəlif səpkidə ola bilər. Təcrübədə aşağıdakılara daha

tez-tez rast gəlinir.

Müqavilədə təsbit olunmuş lizinq ödənişinin ümumi

məbləği.

Buna tərəflər öncədən müəyyən edirlər. Ödəniş üçün

Page 263: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

263

qrafik tərtib olunur. Qrafikə əsasən birinci ödəniş malın

qəbul edildiyi gün verilir. Sonra isə dövraşırı ödənilir. Ta-

riflər (alış qiymətləri) dəyişildikdə tərəflərin razılığı ilə

lizinq müqaviləsinə də dəyişiklik edilir.

Avansla (depozit etməklə) ödəniş.

Adətən lizinq alan lizinq firmasına alış dəyərinin 15-

20%-i məbləğində öncədən avans verir və yaxud bankda

onun hesabına depozit edir. Qalan 80-85%-i isə qəbul pro-

tokolu imzalandıqdan sonra 3-5 il ərzində kvartallar üzrə

ödənilir. Minimum (ən az) lizinq ödənişi.

Bu ödəniş icarənin bütün müddəti ərzində dövraşırı

verilir. Əgər lizinq alan malın istifadəetmə müddətini

uzadacaqsa, birinci müddətin ödənişinin üzərinə axırıncı

müddətin uzadılmış hissəsinin ödənişi gəlinir. Bu halda

icarə edən həmin obyekti onun ilkin qiymətindən bir

qədər ucuz qiymətə ala bilər.

Qeyri – müəyyən icarə haqqı.

Bu ödəniş təsbit edilmiş məbləğə deyil, müəyyən

əsaslarda, məsələn, satış həcmindən obyektin istifadə

olunmuş məbləğindən faizlə, qiymət indeksləri, borc və-

saitlərinin bazar tarifləri vasitəsilə ödənilir. Lizinq ödəniş-

lərinin müəyyən edilməsi üsulları.

Bu üsullar müqavilələrdə göstərilir. Ödəniş birdəfə-

lik və dövraşırı ola bilər. Birdəfəlik ödəniş adətən təhvil –

qəbul protokolu imzalandıqdan sonra ödənilir və sazişin

maliyyələşdirilməsi ancaq mal göndərənin alqı-satqı mü-

qaviləsinin yerinə yetirdiyi dövrü nəzərdə tutur. Dövraşırı

ödəniş isə müxtəlif formalarda olur: icarə müddəti ərzində

bərabər məbləğlə, ödənişin vaxtaşırı artırılması qaydasıyla

və əksinə və s. Müqavilədə bunlar da öz əksini tapmalıdır.

Page 264: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

264

13.3. Müasir şəraitdə beynəlxalq kommersiyanın

xüsusiyyətləri və icarə əməliyyatlarının təşkili

formaları.

Beynəlxalq icarə əməliyyatlarının durmadan geniş-

lənməsi və kommersiyanın bu formasının birbaşa satınal-

ma qarşısındakı üstünlüklərindən irəli gələn kompleks sə-

bəblərlə şərtlənir. Cari icarə əməliyyatları ilə maliyyələş-

dirilən lizinq sazişləri arasındakı fərqləri nəzərə alaraq bu

əməliyyatların xüsusiyyətlərinin və ayrılıqda hər birinin

əhəmiyyətini nəzərdən keçirmək daha məqsədəuyğun

olardı.

Cari icarə əməliyyatları şəraitində onun mühüm üs-

tünlüyü istehlakçı firmalara, xüsusən də kiçik və orta fir-

malar kömək göstərməkdən, elmi-texniki tərəqqinin sürətli

inkişafı şəraitində avadanlığın hədsiz dərəcədə tez köhnəl-

məsindən özünü sığorta etməkdən ibarətdir.

Cari icarə istehlakçı firma üçün əlverişlidir. Belə ki,

ilkin haqqın ödənilməsi bir qayda olaraq avadanlığın işə

salınması anından sonra təmin edilir. Bu hal icarə edənə

imkan verir ki, icarə verənin ilkin haqqını avadanlığın isti-

fadəsindən əldə etdiyi mənfəət hesabına ödəsin. Cari icarə

avadanlığı mövsümi yaxud qısamüddətli artdığı şəraitdə

daha əlverişli olur.

Maliyyələşdirilən icarədə lizinq alan bank krediti

formasında maliyyələşdirmə formasına nisbətən müəyyən

üstünlüklərə malik olur. Bu üstünlüklərə nəzər yetirək:

1) Lizinq alana onun icarə etdiyi avadanlığın dəyəri-

nin tam maliyyələşdirilməsi imkanı verir. Halbuki kredit-

lər həmin avadanlığın ancaq 80-85%-ni ödəyə bilir. Ödə-

niş məbləği ciddi surətdə müqavilədə təsbit etdirilir ki, bu

Page 265: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

265

da gələcək məhsul üzrə xərcləri öncədən müəyyənləşdiril-

məsinə imkan verir.

2) Lizinq ödənişlərinin faizlə ifadə olunan ilkin haq-

qı bank kreditləri tariflərinə nisbətən aşağıdır.

3) İnflyasiya və pulların ucuzlaşması şəraitində sabit

tariflərə əsaslana lizinq ödənişlərinin təmin edilməsi lizinq

alan üçün daha əlverişlidir.

4) Maliyyələşdirilən icarə kiçik və orta şirkətlər (fir-

malar) da daxil olmaqla bütün şirkətlər üçün əlverişlidir.

5) Maliyyələşdirilən icarədə amortizasiya ayırmala-

rını lizinq sahibi ödəyir; icarə ödəncləri “ümumi məsrəf-

lər” adlanan məsrəflərə əlavə edilir. Bu məsrəflər vergi-

qoyma üçün ayrılan məbləğdən hesablanır.

6) Lizinq alan lizinq predmetinin satılma, yəni pula

çevrilə bilməsi qabiliyyətini özündə saxlayır; ona adi kal-

kulyasiya təqdim edilir ki, bu da kalkulyasiya ödənişlərini

3 ayda, yaxud da 6 ay müddətinə təmin edilməsinə əsas-

lanır.

Lizinq müqavilələrinin ləğv edilməsi qaydası.

Bir qayda olaraq, lizinq müqavilələrində onların po-

zulması barədə müəyyən müddət qoyulur. Bu müddət bit-

dikdən sonra tərəflər onun vaxtının uzadılması yaxud ləğv

edilməsi haqda razılaşmaya gələ bilər.

Malın göndərilməsi üçün naryad. Bu naryad lizinq

sahibinin lizinq alandan sifariş qəbul etməsi barədə mal-

göndərənə (istehsalçıya) xəbərdarlıq sənədidir. Naryadın

üz səhifəsində tərəflərin adı, lizinq müqavilələrinin sıra sa-

yı, lizinq alanın adı, alış qiyməti və malgöndərmə şərtləri

göstərilir. Bundan əlavə malgöndərən lizinq sahibinə aşa-

ğıdakıların göndərilməsini göstərməlidir: naryadın ona

çatmasının təsdiqini, lizinq obyekti lizinq alana göndəril-

Page 266: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

266

dikdən sonra iki nüsxədə hesab, lizinqalan tərəfindən im-

zalanmış təhvil-qəbul protokolu, malın qəbulu, prospekt,

texniki sənədlər və zəmanətverici talon. Naryadda həmçi-

nin lizinq sahibi ilə malgöndərən arasında tərtib olunmuş

protokolun ümumi şərtləri göstərilir. Malgöndərən firma

lizinq alan qarşısında məsuliyyət daşıyır və lizinq sahibi

ilə lizinq alanın qanuni iddialarına əməl edir.

Qəbuletmə protokolu.

Bu sənəd lizinq alan tərəfindən qəbul edilən malın

(avadanlığın) yararlı olmasını və qüsursuz işləməsi şəha-

dətlik edir. Odur ki, lizinq alan protokolda göstərilənlərə

əsaslanaraq lizinq sazişi obyektini qəbul etməyə hazır ol-

duğunu bildirir. Lizinq alan təhvil-qəbul protokolunda aş-

kar etdiyi çatışmayan cəhətləri göstərə bilər. Çatışmazlıq-

ların maddi və mənəvi zərərlə bağlı deyilsə, lizinq alan

lizinq haqqının hökmən ödəniləcəyi və öhdəliyə təsiri ol-

mayacağını bildirir. Bu halda malgöndərən də təhvil-qəbul

protokolunda həmin çatışmazlıqların tezliklə aradan qal-

dırılacağını qeyd edir. Nəticədə təhvil təslim protokolu

lizinq alan tərəfindən rəsmiləşdirilir və lizinq sahibi, li-

zinq alan və malgöndərən tərəfindən imzalanır.

Cari icarə müqaviləsinin əsas şərtləri.

Cari icarənin məzmunu ondan ibarətdir ki, tərəflər-

dən biri - icarəyə verən öhdəçilik götürür ki, o əmlakın

(avadanlığın) müvəqqəti istifadəsi üçün onu digər tərəfin

ixtiyarına verir, digər tərəf icarəyə isə müqavilənin qüv-

vədə olduğu dövr ərzində istifadə haqqını ödəyir.

Bu tipli icarə müqaviləsinin işlənib hazırlanması ilə

bir qayda olaraq şirkət icarədar birliyi, yaxud firma məş-

ğul olur. İcarə müqaviləsinin əsas şərtləri aşağıdakılardan

ibarətdir:

Page 267: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

267

1) Müqavilənin tərəfləri. Bunlar icarəyə verən və

icarəyə götürənlərdir. 2) Müqavilənin predmeti. Bu, ya fərdi nişanələrinə,

yaxud da texniki sənədləri ilə (malın, avadanlığın) müəy-yənləşdirilir.

3) Müqavilənin fəaliyyət müddəti. Bu icarənin nö-vündən asılıdır. Qısa müddətli icarə - bu ən azı 1 gündür. Orta və uzunmüddətli icarə dövrü müqavilə əsasında müəy-yənləşdirilir. Təkrar icarə müqaviləsi isə 5 il müddətinə bağlanılır. İcarə müddəti bitmiş avadanlıq icarə edən tə-rəfindən satın alına bilər.

4) Ödəniş şərtləri. Burada icarə haqqının forması və miqdarı nəzərdə tutulur. İcarə haqqı ya müqavilənin fəa-liyyətdə olduğu bütün müddətə sabit tarif kimi, ya da mü-qavilə müddətinin uzunluğundan asılı olaraq mütərəqqi aşağıenmə tarifi formasında müəyyənləşdirilir. Əgər ava-danlıq (tikinti) onun operatoru ilə birlikdə verilirsə, bu halda operatorun əmək haqqı da icarə haqqına daxil edilir.

5) Tərəflərin hüquq və vəzifələri. İcarəyə verən tə-rəf borcludur ki, malı və ya avadanlığı saz halda versin və onu istifadə edəni şərtlənmiş vaxt ərzində öyrətsin (təli-matlandırsın). İş prosesində avadanlıqda nasazlıq baş ver-dikdə onu icarəyə verən aradan qaldırmalı, lazım gəldikdə ehtiyat hissəsi də verməlidir. İcarəyə götürən isə avadan-lığı icarəyə verənin təlimatına əsasən istismar edəcəkdir. O, eyni zamanda borcludur ki, avadanlığın istismarı gedi-şində aşkar olunan defektlər, nasazlıq haqqında icarəyə verən tərəfə vaxtında xəbərdarlıq etsin.

Avadanlığı icarəyə verənin yazılı icazəsi olmadan icarə edən onu digər subicarə edənə verməsi qəti qada-ğandır. Əgər icarəyə götürən üzərinə düşən öhdəliyi lazı-mınca yerinə yetirmədikdə və yaxud icarə haqqını ödə-mədikdə icarəyə verən müqaviləni vaxtından əvvəl ləğv

Page 268: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

268

edir və tələb edir ki, icarə predmetini geri qaytarsın.

13.4. Beynəlxalq icarə əməliyyatlarının təşkilı

formaları.

Xarakterinə və fəaliyyət dairəsinə, hüquqi vəziyyə-

tinə, mülkiyyət nəzarətetmə xüsusiyyətinə görə beynəlxalq

icarə əməliyyatları ilə məşğul olan firmalar məşğuldur.

Beynəlxalq icarə əməliyyatlarında aşağıdakı firma-

ların böyük əhəmiyyəti vardır:

1. İxtisaslaşmış lizinq firmaları;

2. Sənaye transmilli korporasiyaların qız lizinq fir-

maları (şirkətləri);

3. Transmilli banklar sistemində lizinq firmalar;

4. Lizinq fəaliyyətini həyata keçirən sənaye, tikinti

və digər firmalar;

5. Vasitəçi lizinq firmaları, lizinq assosiasiyası.

Bu göstərilən birinci 3 tip firmada daha əhəmiyyətli

olduğuna və geniş yayıldığına görə diqqəti daha çox cəlb

edir.

İxtisaslaşmış lizinq firmalar icarə predmetini uzun-

müddətli, ortamüddətli və qısamüddətli icarəyə verməklə

məşğul olurlar. Bu firmalar ya dar, ya da kompleks ixti-

saslaşmış olurlar (universal).

Beynəlxalq icarə əməliyyatlarına, həmçinin yerləş-

dikləri ölkə ərazisindəki yerli firmalarla müqavilələr bağ-

layan transmilli korporasiyaların və transmilli bankların

xarici qız müəssisələrinin icarə əməliyyatları da aid edilir.

Hər bir ölkənin lizinq qanunvericiliyinin özünəməxsus

xüsusiyyətləri vardır. Məsələn, Avstriyada vergi hüququna

Page 269: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

269

uyğun olaraq icarə müddəti avadanlığın ümumi istismar

müddətinin 90%-ni, yəni icarə predmetinin icarəverənin

mühasibat hesabatından silinməsi müddətini keçməmə-

lidir. Lizinq müqaviləsinin fəaliyyət müddətinin aşağı

həddi icarə predmetinin xidmət müddətinin 40%-dir.

ABŞ-ın təcrübəsi göstərir ki, icarədar avadanlığı öz mül-

kiyyətinə o zaman keçirə bilər ki, həmin predmetin xidmət

müddəti 2 ildən az və bazar qiymətlilə qiymətləndirilən

qalıq dəyəri predmetin ilkin qiymətinin 15%-dən az olma-

sın. Bu zaman icarəverənin xüsusi yazılı icazəsi olmadan

avadanlığı subicarəyə vermək, rəqiblərə və digər maraqlı

şəxslərə lizinqə götürdüyü avadanlığın konstruktiv və is-

tismar xüsusiyyətləri ilə tanış olmağa icazə vermək icarə-

dara qadağandır.

Bir qayda olaraq, icarənin fəaliyyət müddəti ərzində

icarədar lizinqə aldığı avadanlığın iflas və ya başqa qanun

pozuntuları zamanı həbsə alınması və ya onun girov götü-

rülməsinin qarşısını almaq üçün ona mülkiyyətçi firmanın

adını göstərən xüsusi yarlıq vurur. 1988-ci il mayın 28-də

Ottavada (Kanada) beynəlxalq lizinq müqaviləsinin bütün

iştirakçılarının hüquqi münasibətlərini tənzimləyən vahid

normaların təyin edilməsinə və onların həyata keçirilməsi

üçün mövcud hüquqi maneələri aradan qaldırmağa imkan

yaradan beynəlxalq maliyyə lizinqi haqqında Konvensiya

qəbul olundu. Konvensiyada iki müqavilənin (alqı-satqı və

lizinq) qırılmaz bağlılığı göstərilirdi. Azərbaycan qanun-

vericiliyinə görə lizinq müqaviləsinin hüquqi rəsmiləş-

dirilməsi beynəlxalq maliyyə lizinqi haqqında Konvensi-

yanın tələbləri ilə tam üst-üstə düşür. Beynəlxalq lizinq

Page 270: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

270

müqavilələrinin rəsmiləşdirilməsi təcrübəsində iki və daha

çox ölkədə vergi faydalarından istifadə edən «dabl dip»

tipli sublizinq müqavilələri məşhurdur. Məsələn, 1980-ci

illərdə belə lizinq müqaviləsi üzrə ABŞ üçün Böyük Brita-

niyadan təyyarələr alınmışdı. Bu müqavilənin effektivliyi

onunla şərtləşirdi ki, Böyük Britaniyada - əgər lizinq ve-

rən mülkiyyət hüququna, ABŞ-da – əgər lizinqverən sa-

hiblik hüququna malikdirsə, vergi güzəştlərindən əldə edi-

lən faydalar daha böyükdür. Bu xüsusiyyətləri nəzərə ala-

raq, lizinq şirkəti təyyarələri Böyük Britaniyadan almış

(mülkiyyət hüququ), onları amerikan lizinq şirkətinə

lizinqə vermiş (sahiblik hüququ), o da, öz növbəsində təy-

yarələri sublizinq müqavilələri formasında yerli avia-

şirkətlərə təqdim etmişdi. Tez-tez lizinq şirkətləri vergi

məqsədilə öz filiallarını güzəştli vergilər olan yerlərdə,

xüsusilə ofşor zonalarda açır.

Beynəlxalq lizinq icarəsindən bazarda avtonəqliyyat

sahəsində istifadə olunur. Nümunə kimi, VOLVO, DAF,

İVEKO və s. konsernlərin lizinq üzrə əməliyyatları çıxış

edə bilər. Belə ki, DAF şirkəti yalnız namizəd tərəfindən

təyin olunmuş nümunədə ərizənin verilməsindən, partiya-

nın diqqətlə seçilməsindən və lizinq əməliyyatının Hollan-

diyanın kreditlərin sığortalanması üzrə şirkəti ilə razılaşdı-

rılmasından sonra avtonəqliyyat üzrə lizinq həyata keçirir.

Əgər avtomobil konsernin özü tərəfindən həyata keçirilən

avtonəqliyyat lizinqi üzrə əməliyyatlar əlavə maliyyə

təminatı tələb etmirsə, onda bu lizinq müqaviləsi kifayət

qədər sürətlə reallaşdırılır. Avtonəqliyyat lizinqi, bir qayda

olaraq, icarəyə götürülən texnikanın dəyərinin 30%-nə

Page 271: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

271

qədər avans ödənişi kombinasiyası ilə həyata keçirilir.

Lakin lizinq üzrə qarşılıqlı fəaliyyət təcrübəsində maliyyə

təminatı məsələsi tez-tez çox kəskin şəkildə ortaya çıxır.

Pul vəsaitlərinin kəskin qıtlığı hallarında, əgər Azərbay-

canın borclu müəssisəsi Azərbaycan bankının hər hansı

müxbir bankla təsdiqlənmiş zəmanətini verməyə qadir-

dirsə, bu məsələ həll oluna bilər.

Bu məsələnin həlli zamanı Azərbaycan bankları tez-

tez zəmanətin təmin edilməsi şəklində borcalan müəssisə

üçün zaminlik edən öz qız müəssisələrinin xidmətlərinə

müraciət edirlər. İstənilən halda ortaya beynəlxalq lizinq

mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğu

və hər şeydən əvvəl, əməliyyatın iqtisadi effektivliyinin

qiymətləndirilməsi haqqında təbii məsələ çıxır. İcarə üzrə

qarşılıqlı fəaliyyət təcrübəsi, bir qayda olaraq, daxili lizinq

əməliyyatları ilə müqayisədə beynəlxalq lizinq üzrə əmə-

liyyatların daha yüksək effektiv olmasını təsdiq edir. Əgər

avans ödənişindən istifadə edilirsə və əgər zəmanət məblə-

ğinin hesablanması zamanı ikiqat vergiyə cəlb olunmanın

aradan qaldırılması haqqında razılığı nəzərə alınırsa, bey-

nəlxalq əməliyyatların effektivliyi, adətən əhəmiyyətli də-

rəcədə yüksək olur. Vergi orqanları sübut etməlidirlər ki,

xarici lizinq şirkətinin vergiyə cəlb olunan gəlirinə ava-

danlıqların dəyərinin ödənilməsi məbləğini daxil etmək

olmaz.

Page 272: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

272

13.5.Alqı-satqı və icarə müqavilələrinin

bağlanması.

Lizinq (leasing) icarə münasibətlərinin növ müxtəlif-liklərindən biridir və özündə müvəqqəti azad olmuş və ya cəlb olunmuş maliyyə vəsaitlərinin müqavilə üzrə müəy-yən haqq müqabilində hüquqi və ya fiziki şəxslərə müvəq-qəti istifadə üçün icarəyə verilən əmlak üzərinə investisiya etdirilməsi üzrə sahibkarlıq fəaliyyətinin əsas növünü əks etdirir. Bank və kredit təsisatları lizinq müqavilələrinin yerinə yetirilməsi üzrə maliyyə lizinqi əməliyyatlarının həyata keçirilməsi şərtilə üç və daha artıq il üçün kredit-lərin təqdim edilməsindən əldə olunan mənfəət üzrə ver-gidən azad edilirlər. Hazırkı dövrdə lizinq, əmlakın əldə edilməsi və onun müəyyən müddət üçün müqavilə üzrə, dövlətin səlahiyyətli orqanları qismində dövlətə, fiziki və hüquqi şəxslərə mənfəət (gəlir) əldə edilməsi və ya sosial effektə nail olunması məqsədilə, lizinqverənin, malgöndə-rənin, lizinqalanın və lizinq layihəsinin başqa iştirakçıla-rının iştirakı şərtilə lizinq predmetinin amortizasiyasının nəzərə alınması və istifadəyə verilməsi ilə bağlı investi-siya sahibkarlıq fəaliyyətinin bir növü kimi nəzərdən keçi-rilir. Lizinq fəaliyyətini bir sıra əlamətlərə görə təsnifləş-dirmək olar:

- predmetlər (obyektlər) üzrə – daşınan və daşınmaz əmlakdan istifadə edilməsi;

- iştirakçılar (subyektlər) üzrə – birbaşa, çoxtərəfli (daxili), dövlətlərarası;

- bazar üzrə – daxili, xarici, dövlətlərarası; - ödənişlər üzrə – maliyyə, kompensasiya, barter, qa-

rışıq; - özünüödəmə və amortizasiya üzrə – tam və nata-

Page 273: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

273

mam; - xidmətlər üzrə – xalis, tam dəstli, natamam dəstli. Müasir şəraitdə təsərrüfat lizinqi, kommersiya müna-

sibətləri forması kimi, əlavə maliyyələşdirmə mənbəyi və lizinq dövriyyəsi iştirakçılarının maddi təminatçısı kimi fəal istifadə olunmağa başlanmışdır. Lizinq sahəsinin for-malaşdırılması üçün bütün obyektiv şəraitlər mövcuddur. Onuda qeyd edə ki, hər şeydən əvvəl, buraya müxtəlif növ icarə münasibətlərinin əsası kimi çıxış edən mülkiyyət formalarının meydana çıxan rəngarəngliyi, habelə lizinq fəaliyyətinin əsas növlərinin metodiki və normativ təmin olunmasının tədricən genişlənməsi aid edilə bilər.

Lizinq, əmlakın əldə edilməsi, onun sonradan müəy-yən haqq müqabilində müvəqqəti istifadə üçün başqasına verilməsi üzrə mülkiyyət və iqtisadi münasibətlər komp-leksidir. Bir qayda olaraq, lizinq kontragentlərin (lizinq-verən, lizinqalan və satıcı (malgöndərən) qarşılıqlı təsi-rinin üçtərəfli xarakterinə malikdir. Gələcək lizinqalan la-zım olduqda kifayət qədər maliyyə vəsaitləri olan lizinq şirkətini tapır və ona lizinq müqaviləsinin bağlanılması üzrə işgüzar təkliflə müraciət edir. Bağlanan müqaviləyə görə lizinqalan tələb edilən əmlaka sahib olan satıcını seçir, lizinqverən isə həmin əmlakı öz mülkiyyətinə alır və onu razılaşdırılmış haqq müqabilində müəyyən müddətə müvəqqəti olaraq istifadə üçün lizinqalana verir. Müqavi-lənin müddəti bitdikdən sonra onun şərtlərindən asılı ola-raq əmlak, ya lizinqverənə qaytarılır, ya da lizinqalanın mülkiyyətinə keçmiş olur.

Əgər satıcı və lizinqverən və ya satıcı və lizinqalan eyni şəxslərdirsə, onda lizinq müqaviləsi iştirakçılarının sayı ikiyə enə bilər. Lizinq müqaviləsi iştirakçılarının sayı yeni maliyyə mənbələrinin (investisiya fondları, banklar,

Page 274: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

274

sığorta şirkətləri) cəlb olunması zamanı bir qədər arta da bilər. Lizinq üzrə qarşılıqlı fəaliyyətinhəyata keçirilmə-sinin birinci mərhələsində avadanlıqların istehsalçısı və lizinqverən alqı-satqı müqaviləsi bağlayaraq satıcı və alıcı kimi çıxış etmiş olurlar. Bu zaman avadanlığın konkret növlərinin həyata keçirilməsi, onun keyfiyyəti, texnoloji xarakteristikası ilə bağlı bütün məsələlər avadanlıq isteh-salçısı ilə lizinqalan arasında həll olunur, baxmayaraq ki, sonuncu verilmiş müqavilənin hüquqi tərəfi deyildir. Li-zinqverən, əsas etibarilə müqavilənin maliyyə təminatını yerinə yetirir.

İkinci mərhələdə lizinqverən artıq avadanlığın sahibi kimi onu müvəqqəti istifadə üçün lizinqalana verir. Bu zaman əmlakın satıcısı alqı-satqı müqaviləsinin şərtlərini yerinə yetirsə də avadanlığın keyfiyyətinə görə məsuliyyət daşıyır.

Lizinq münasibətlərinin əsas tərkibi – əmlakın mü-vəqqəti istifadə üçün lizinq şərtləri üzrə icarəyə verilməsi üzrə əməliyyatlardır. Alqı-satqı üzrə münasibətlər ikinci dərəcəli rol oynayırlar. Lizinq kredit münasibətləri ilə bir çox oxşar cəhətlərə malikdir və bu da üç əsas prinsipə əsaslanır:

- təcililik (kredit müəyyən müddət üçün verilir); - qaytarılmaq (təyin olunmuş vaxtda mütləq geri

qaytarılmalıdır); - ödənişlilik (müəyyən ssuda faizi ödənilir). Lizinq zamanı əmlakın sahibi onu müəyyən müd-

dətə müvəqqəti istifadə üçün verərək təyin olunmuş vaxt-da əmlakı geri alır, xidmət göstərilməsinə görə isə lizinq istifadəçisindən icarəyə verilən avadanlığın dəyərindən razılaşdırılmış faiz ölçüsündə ödəniş alır. Bütün bunlar kredit münasibətlərinin elementləridir, lakin bu zaman li-

Page 275: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

275

zinq müqaviləsi iştirakçıları pul vəsaitləri yox, əmlakla əməliyyat aparırlar. Lizinq üzrə qarşılıqlı fəaliyyətin spe-sifikliyi aşağıdakılarda təzahür edir:

- Əmlakın satıcısı, bir qayda olaraq, bilir ki, əmlak icarəyə verilmək üçün əldə edilir.

- Əmlakın lizinq şərtləri üzrə icarəyə verilməsi za-manı həmin əmlakın sahibi kimi lizinqverən çıxış edir.

- Əmlakın sahibi onu müvəqqəti istifadə üçün ver-məsinə görə hər zaman mükafat alır.

- Əmlakın istifadəçisi qüsurların aşkar edilməsi za-manı öz iradlarını ya sahibə, ya da heç bir müqavilə münasibətləri ilə bağlı olmadığı bilavasitə avadanlığın satıcısına istaqamətləndirir.

- Əmlakın istifadəçisi maliyyə lizinqi zamanı müqa-vilə müddəti bitdikdən və ya bitmədən öncə avadanlığı şəxsi mülkiyyətinə keçirmək hüququna malikdir ki, bu da alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.

Lizinq münasibətlərinin subyektləri aşağıdakılardır: - əmlakın sahibi (lizinqverən) – lizinq fəaliyyətini,

yəni avadanlığın xüsusi olaraq icarə məqsədilə əldə edilməsi, onun icarəyə verilməsini həyata keçirən hüquqi və ya fiziki şəxs;

- əmlakdan istifadə edən (lizinqalan) – əmlakı mü-vəqqəti istifadə üçün əldə edən şəxs;

- əmlakın satıcısı (malgöndərən) – əmlakı lizinq-verənə satan şəxs.

Lizinqin obyekti kimi, bazarda azad tədavül edil-məsi qadağan olunmuş əmlakdan başqa, qüvvədə olan təs-nifata uyğun olaraq əsas vəsaitlərə aid edilən daşınan və daşınmaz əmlak çıxış edir. 1996-cı ildə qüvvəyə minmiş təsnifata görə daşınan əmlaka aşağıdakılar aiddir:

- güc maşın və avadanlıqları (texnoloji, turbin ava-

Page 276: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

276

danlıqları, elektro-mühərriklər və s.); - sənayenin müxtəlif sahələri üçün işçi maşın və

avadanlıqlar (poliqrafiya avadanlıqları, tikinti texnikası, dəzgahlar və s.);

- hesablama və orqtexnika vasitələri; - nəqliyyat vasitələri (dəmiryol hərəkət qatarları, də-

niz və çay gəmiləri, avtomobillər, təyyarələr və s.); - digər maşın və avadanlıqlar. Beynəlxalq ticarətdə maliyyə lizinqi, uzunmüddətli

icarə forması kimi, geniş intişar tapmışdır. Maliyyə lizin-qi, bir qayda olaraq, özündə lizinq şirkəti tərəfindən əmlakın dəyərinin tam ödənilməsini nəzərdə tutan üçtə-rəfli qarşılıqlı fəaliyyəti əks etdirir və onunla səciyyələnir ki, əmlakın müvəqqəti istifadə üçün verildiyi müddət uzunluğuna görə amortizasiya müddətinə və əmlakın bü-tün və ya böyük hissəsinin amortizasiyasına yaxınlaşır. Müqavilə müddəti ərzində lizinqverən lizinq ödənişləri hesabına əmlakın bütün dəyərini özünə qaytarır və lizinq-dən nəzərdə tutduğu mənfəəti alır. Başqa sözlə, maliyyə lizinqi özündə icarədarın satınalma hüququ ilə uzunmüd-dətli icarə formasını əks etdirir. Maliyyə lizinqi zamanı texniki xidmət və sığortalama üzrə öhdəliklər lizinqalanın üzərinə düşür.

Əgər avadanlığın istehsalçısı onu, lizinq şirkəti ilə vasitəçilik etmədən müstəqil olaraq icarəyə verirsə, onda maliyyə lizinqinin bu növü birbaşa lizinq adını alır. Ancaq ikitərəfli lizinq, bir qayda olaraq, geniş yayılmamışdır, belə ki, istehsalçı lizinq əməliyyatlarını artırdıqda, yenə də öz lizinq şirkətini yaratmalı olacaqdır. Buna görə də əksər hallarda lizinq birbaşa yox, bir qayda olaraq, ixtisaslaşmış lizinq şirkəti qismində çıxış edən vasitəçinin köməyilə həyata keçirilir. Bu zaman müqavilədə nəzərdə tutulur ki, vasitəçi müvəqqəti olaraq ödəniş qabiliyyətliliyini itirmiş

Page 277: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

277

olsa və ya iflasa uğrasa, lizinq ödənişləri əsasən lizinqverənə ödənilməlidir.

Lizinq üzrə belə müqavilə formaları «sublizinq» adını daşıyır. Bu formadan, xüsusilə müqavilənin əsas işti-rakçılarının əraziyə bir-birilərindən uzaq olduqları, ava-danlıqdan düzgün istifadə olunması, icarə haqlarının vaxtı-vaxtında ödənilməsi və lizinq müqaviləsi üzərində operativ rəhbərliklə bağlı bir çox məsələlərin həlli üzə-rində müşahidə həyata keçirən vasitəçidən istifadə olun-ması məqsədəuyğun hesab edildiyi zaman istifadə olunur.

Page 278: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

278

FƏSİL14. BEYNƏLXALQ TURİZM

ƏMƏLİYYATLARI

14.1. Beynəlxalq turizm əməliyyatları və turist

xidmətlərinin növləri.

Turizm sənayesi - səyahəti həyata keçirtmək prose-

sində turisti zəruri olan hər şeylə (xidmət, məhsul və s.)

təmin edən müəssisələrin və sahibkarların qarşılıqlı əlaqə

sistemi kimi başa düşülür. Kütləvi turizmin coşqun inkişa-

fı, bütün dünyada turizm sənayesinin və təsərrüfatın qarı-

şıq sahələrinin, elm və mədəniyyətin, təhsil sisteminin

adekvat inkişafına səbəb olmuşdur. Başqa sözlə desək, tu-

rizm sənayesi-yerləşdirmə və nəqliyyat vasitələri, ictimai

iaşə, əyləncə, dərketmə, işgüzar, sağlamlıq, idman və di-

gər təyinatlı obyektlərin, turoperator, turagent, ekskursiya

və gid-tərcüməçi xidmətləri göstərən təşkilatların məcmu-

sudur.

Sanballı maddi-texniki bazaya malik olan turizm sə-

nayesi milyonlarla insanın məşğulluğunu təmin etməklə

milli iqtisadiyyatın demək olar ki, bütün sahələri ilə

qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Turizm sənayesi daha geniş anlamda belə başa

düşülür:

1.Sərnişin nəqliyyatının (hava, su, avtomobil, dəmir-

yolu) texniki xidmətinin çoxşaxəli şəbəkəsi ilə birgə

fəaliyyət;

2.Müxtəlif sahələrdə ixtisaslaşmış müəssisələrin, əsa-

sən turizm xarakterini birbaşa büruzə verməyən və turizm

üçün “ikinci dərəcəli” hesab edilən müəssisələr (o cüm-

lədən, nəqliyyat maşınqayırması, yanacaq, yeyinti, kənd

Page 279: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

279

təsərrüfatının bir çox sahələri və s.) ilə birgə fəaliyyət:

Deməli, turizm sənayesi turistin istifadə etdiyi geniş

xidmət sahələrini birləşdirən təsərrüfat kompleksidir.

Turizm xidmətlərinə aşağıdakılar daxildir:

Turistlərin yerləşdirilməsi üzrə (mehmanxana, motel,

otel, pansionat, sanatoriya, turist bazaları və s.) göstərən

xidmətlər.

Turistlərin həmçinin yerli əhalidən icarəyə götürülən

şəxsi mənzillərdə və evlərdə, eyni zamanda çadır, avto-

mobilə qoşulan qoşqu evləri, karvaninqlər, gəmi, qatar,

yaxta, və s. -də yerləşə bilərlər.

Turistin qidalanmasının təmin edilməsi üzrə (resto-

ran, yeməkxana, kafe, qəlyanaltı, kafeteri, bar, və s.) xid-

mətlər.

Turistin səfər etdiyi ölkədə sərnişin nəqliyyatının

müxtəlif növləri (qatar, dəniz, və çay gəmiləri, avia çarter

reysləri, avtobuslar və s.) və hərəkəti üzrə göstərilən xid-

mətlər. Nəqliyyat sisteminin inkişafı və ixtisaslaşmış tu-

rizm nəqliyyatının meydana çıxması, az vəsait sərf etmək-

lə xarici ölkələrə turist səfərlərini daha əlverişli etmişdir.

Nəqliyyat vasitələrinin seçimi, turistin gəldiyi ölkənin

coğrafi mövqeyindən, turisti göndərən ölkənin hansı

məsafədə yerləşməsindən, eyni zamanda turistin sosial

vəziyyətindən və onun maliyyə imkanlarından asılıdır.

Reklam xidməti. Bu ictimai informasiyanın, daha

doğrusu insanlar arasında münasibətlərin növ müxtəlifli-

yindən biridir. Bu informasiya, yeniliyin fəal elementləri

özündə daşıyır. Turizmdə reklamın rolu böyükdür, çünki

reklamın turist məhsuluna olan tələbatının xarakteri və

ölçülərinə bilavasitə təsir göstərir. Bu və ya digər bir əra-

zinin turizm resursları və bazar təklifləri barədə əhalinin

Page 280: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

280

xəbərdar edilməsi səviyyəsini məhz reklam müəyyən edir.

Turist agentlikləri tərəfindən həyata keçirilən xid-

mətlər (səyahət marşrutunun hazırlanması, mehmanxa-

nada və nəqliyyat vasitələrində yerlərin bronlaşdırılması,

yer kürəsinin hər hansı bölgəsinin turizm resursları haq-

qında bilgilər, turistin getdiyi bölgədə olan yerləşdirmə

vasitələri, gömrük və sərhəd rəsmiyyəti, valyuta məzən-

nəsi və s. Haqqında informasiya verilməsi). Səyahət və

ekskursiya büroları tərəfindən həyata keçirilən xidmətlərə

isə gid-tərcüməçi, ekskursiya bələdçisi, qrup rəhbərləri ilə

təminat və s. aiddir.

Turistlərin mənəvi tələbatlarının ödənilməsi (teatr,

kino, konsert zalları, muzey, sərgi, rəsm qaleriyası, park-

lar, tarixi və təbiət qoruqlarına gedişlərin təşkili, tarix və

mədəniyyət abidələrinə baxışların keçirilməsi, festivallar-

da, idman yarışlarında və digər tədbirlərdə iştirakın təmin

edilməsi) üzrə göstərilən xidmətlər.

Turistlərin işgüzar və elmi maraqların təmin edilməsi

(konqress, assambleya, konfrans, simpozium, toplantı, se-

minar, yarmarka və sərgilərdə iştirak etmək) üzrə göstə-

rilən xidmətlər.

Həm ümumi, həm də məqsədli (suvenir, hədiyyə,

açıqca və s. satışı) ticarət müəssisələrinin göstərdiyi xid-

mətlər.

İnzibati-nəzarət orqanlarının (sərhəd, valyuta, karan-

tin, polis xidmətləri, pasport, viza və s. sənədlərin hazır-

lanması) göstərdikləri xidmətlər.

Təbiətin mühafizəsi, tarixi və mədəni irsin qorun-

ması sahəsində göstərdikləri xidmətlər

İnformasiya vasitələrinin (qəzet, jurnal, radio, televi-

ziya və s.) göstərdikləri xidmətlər.

Page 281: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

281

Dövlət turizm idarələrinin (komitə, departament, na-

zirlik və s.) göstərdikləri xidmətlər. Turist birliklərinin

göstərdikləri xidmətlər.

Turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz

fəaliyyətlərini daimi etmək üçün müxtəlif əmək vasitə-

lərinə malik olmalıdırlar. Turizmdə istifadə olunan əmək

vasitələrinin məcmusu onun maddi-texniki bazasının

əsasını təşkil edir. Turizmin maddi-texniki bazasına, tu-

rizm tikililəri (binalar), onların texniki təchizatı (avadan-

lıq), nəqliyyat vasitələri və digər əsas fondlar daxildir

Maddi-texniki baza, mütəşəkkil turizmin inkişafının əsa-

sını təşkil edir, belə ki, turistlərə tam kompleks xidmət

göstərilməsi (yerləşdirmə, qidalanma, daşınma, müalicə,

ekskursiya və s.) üçün bütün zəruri şəraiti yaradır.

Turizmin maddi-texniki bazasının tərkibinə - turist

firmaları (turoperatorlar və turagentlər), mehmanxanalar,

turist bazaları, iaşə, ticarət, avtonəqliyyat müəssisələri,

turist ləvazimatı və avadanlığının kirayə məntəqələri, tu-

rist yollayışının (yol vərəqi) satış büroları, nəzarət-xilas-

etmə xidmətləri, turist klubları və s. daxildir.

Xidmət növlərinə görə turizm müəssisələrinin aşağı-

dakı tipləri mövcuddur:

- turistləri bütün xidmət kompleksi ilə təmin edən

müəssisələr (öz mehmanxanaları olan turist müəssisələri)

- Turizmin təşkili məqsədi ilə təsis edilən müəssi-

sələr (turagentliklər, səyahət və ekskursiya, yollayış satışı,

turist qəbulu büroları):

- Turistlərin yerləşdirilməsi, daha doğrusu yaşaması

və gecələməsi məqsədi ilə təsis edilən müəssisələr (meh-

manxanalar, turbazalar və s.);

- Yeyinti, ərzaq müəssisələri (restoranlar, barlar);

Page 282: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

282

- Nəqliyyat xidməti müəssisələri;

- Turistlərə mədəni xidmət obyektləri (teatrlar, kon-

sert zalları və s.) və ekskursiya xidmətini (ekskursiya bü-

roları) təmin edən müəssisələr.

Maddi-texniki bazaya aid olan obyektlər mülkiyyət

növünə görə xüsusi (turist təsərrüfat subyektlərinin özünə

məxsus olan) və bu subyektin digər subyekt (məsələn,

şəhər tabeliyində olan mehmanxanalarda yerlərin icrası)

və fiziki şəxslərdən icarəyə götürdüyü (mənzillər, evlər)

obyektlərdir.

14.2.Turist xidmətlərinin göstərilməsi üzrə sazişlərin

əsas şərtləri.

Turizm məhsulunun satışı müqavilə əsasında həyata

keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbay-

can Respublikasının qanunvericiliyinə, o cümlədən isteh-

lakçıların hüquqlarının müdafiəsi sahəsində qanunverici-

liyə uyğun olmalıdır.

Müqavilənin vacib şərtləri aşağıdakılardır:

1. Turizm fəaliyyətinin həyata keçirilməsi üçün ve-

rilmiş lisenziya barədə məlumatlar göstərilməklə turope-

rator haqqında informasiya, onun hüquq ünvanı və bank

rekvizitləri;

2. Turist (alıcı) haqqında turizm məhsulunun satışı

üçün zəruri olan həcmdə məlumat;

3. turizm fəaliyyətinin həyata keçirilməsi üçün ve-

rilmiş xüsusi razılıq barədə məlumatlar göstərilməklə tur-

agent (satıcı) haqqında informasiya, onun hüquqi ünvanı

və bank rekvizitləri;

4. Səyahətin proqramı və marşrutu barədə məlumat

Page 283: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

283

göstərilməklə turizm məhsulunun istehlak xassələri,

turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifi-

katlaşdırılmasının nəticələri haqqında düzgün məlumat;

5. Səyahətin başlanmasının və qurtarmasının tarixi

və vaxtı, onun müddəti;

6. Turistlərin qarşılanması, yola salınması və müşa-

yiət olunması qaydası;

7. Tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;

8. Turizm məhsulunun pərakəndə qiyməti və onun

ödəniş qaydası;

9. Qrupda turistlərin minimal sayı, qrup üzvlərinin

çatışmazlığı üzündən səyahətin olmayacağı barədə

turistin məlumatlandırılması müddəti;

10. Müqavilənin dəyişdirilməsi və pozulması şərtləri,

bununla əlaqədar əmələ gəlmiş mübahisələrin tənzimlən-

məsi və tərəflərə dəymiş ziyanların ödənilməsi qaydası.

11. Müqavilənin digər şərtləri tərəflərin razılığı ilə

müəyyən edilir. Turistin turoperatordan və ya turagentdən

tura daxil olan bütün xidmətlərin göstərilməsini tələb et-

mək hüququ var.

12. Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı

dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və

ya onu pozmağı tələb etmək hüququ var.

13. Şəraitin əsaslı dəyişikliyinə aşağıdakılar aiddir:

13.1. Səyahətin şərtlərinin pisləşməsi, səyahətin

müddətində dəyişiklik;

13.2. Səyahətin baş tutması üçün müqavilədə gös-

tərilmiş qrupda turistlərin minimal sayının natamamlığı;

13.3. Nəqliyyat tariflərinin gözlənilmədən artması;

13.4. Turoperatorun və ya turagentin maliyyə vəziy-

yətini kəskin pisləşdirən yeni vergi və vergitutma qay-

Page 284: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

284

dalarının tətbiqi və ya mövcud olanların artırılması;

13.5. Milli valyuta kursunun kəskin dəyişilməsi.

14. Müqavilə pozulduqda, zərərin ödənilməsi tərəflə-

rin çəkdikləri faktiki xərclərə uyğun surətdə həyata keçiri-

lir. Zərərin əvəzi kimi ödənilən məbləğ turizm məhsu-

lunun dəyərinin iki mislindən artıq ola bilməz;

15. Səyahətin konkret şərtləri, turizm məhsulunun

pərakəndə qiyməti turistə turoperator və ya turagent tərə-

findən verilən turizm yollayışında göstərilir;

16. Turizm yollayışı müqavilənin ayrılmaz hissəsi

olmaqla, turoperatorun və ya turagentin turizm məhsulu-

nun satışına yazılı razılıq və onun satıldığı faktını təsdiq-

ləyən ilkin hesabat sənədidir;

17. Turist göndərən turoperatorla və yaturagentlə

turist qəbul edən turoperator və ya tura daxil olan konkret

xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr

turizm vauçer əsasında həyata keçirilir.

Turizmin hər hansı bir regiondakı maddi-texniki

bazası tərkibinə, gücünə, miqdarına və keyfiyyətinə görə

turistlərin tələbatına uyğun olmalıdır. Əks tədqirdə, əhali-

yə turist xidmətinin səviyyəsi və keyfiyyəti kəskin sürətdə

pisləşər, bu da öz növbəsində turist məhsulunun satışı həc-

minin azalmasına səbəb olur. Turistlərin yerləşdirilməsi

(yaşaması və gecələməsi) məqsədi ilə təsis edilən müəssi-

sələrə mehmanxanalar (otellər), turist bazaları, motellər,

hotellər və s. aid edilir. Marşrut zamanı qrupların bir

gecəlik dayanacaqları üçün turist bazalarının və ya turist

firmalarının nəzdində düşərgələr yerləşdirmə obyekti ola

bilər.

Yerləşdirmə - turizmin ən mühüm elementidir. Yer-

ləşdirmə (gecələmə) yoxdursa, turizm də yoxdur. Yerləş-

Page 285: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

285

dirmə vasitələrinin yaradılması, turist qəbulunun və turizm

resurslarının istismarından böyük gəlir götürməyə can atan

hər hansı bir turist regionu və ya mərkəzinin iqtisadiyyatı

üçün qəti və sərt tələbdir.

Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə bü-

tün yerləşdirmə vasitələrini iki yerə ayırmaq olar: kollek-

tiv və fərdi sürətdə yerləşmə. Turistlərin kollektiv sürətdə

yerləşməsi vasitələrinə mehmanxanalar və ona müvafiq

müəssisələr, ixtisaslaşmış müəssisələr, kollektiv yerləşdir-

məyə imkanı olan digər müəssisələr aiddir. Turistlərin yer-

ləşdirilməsi ilə məşğul olan müəssisələri, tutum (yerlərin

sayı), komfortluq, (rahatlıq) və fəaliyyət dövrünə görə üç

qrupa ayrılır.

Bir çox ölkələrdə mehmanxanaların komfortluq də-

rəcələrlə göstərilir bu dərəcələr “ulduz” anlayışı ilə ifadə

edilir. Mehmanxanalar üçün ulduzların beş dərəcəsi müəy-

yən edilmişdir: bir ulduzdan (ən aşağı dərəcə) beş ulduza

(ən yüksək dərəcə) qədər. Mehmanxanaların (otellərin)

dərəcələrinin müəyyən edilməsi, turizm biznesinin mühüm

vəzifəsidir.

Dərəcələrə ayırmaq barədə Ümumdünya Turizm

Təşkilatının mövcud olsa da, əfsuslar olsun ki, hər bir ölkə

bunu özünə məxsus sürətdə şərh edir. Otelin dərəcəsi

anlayışında, otelin özündə göstərilən xidmətlərin məcmu-

su və əlaqədar turist infrastrukturunun inkişaf səviyyəsi

nəzərdə tutulur. Hər hansı bir otel üzrə son qərarı, həmin

ölkənin (regionun) turizm nazirliyi, departamenti və s. qə-

bul edir.

Page 286: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

286

14.3. Beynəlxalq turizm üzrə əməliyyatların

təşkilati formaları.

Turistlərə xidmət göstərən kommersiya və qeyri-

kommersiya təşkilatlarını əsas fəaliyyət növünə görə bir

neçə qrupa ayırmaq olar:

- turagentlər;

- turoperatorlar;

- turizm sənayesi firmaları;

- turist birlikləri.

Turagentlər - digər müəssisələrin - turoperatorların,

nəqliyyat, qidalanma müəssisələrinin, yerləşdirmə vasitə-

lərinin və s. xidmətlərini təklif edən vasitəçi turist təşkilat-

larıdır. Bir qayda olaraq, onlar bilavasitə müştəriyə xidmət

göstərən kommersiya təşkilatlarıdır. Turagentlər, istehlak-

çı üçün sərfəli, rahat formada, müştərinin arzusu ilə turist

xidmətlərini komplektləşdirir, hərəkət marşrutunu razılaş-

dırır, nəqliyyat və yerləşdirmə vasitələrində yerlərin, eks-

kursiya bələdçiləri, gid və tərcüməçilərin ayrılması üzrə,

əlaqədar təşkilatlarla müvafiq iş aparır.

Turagent firmalar bir qayda olaraq, digər firmaların

(qeyri turist təşkilatı da ola bilər) şöbələri və ya törəmə

müəssisələri ola bilər. Turoperatorlardan savayı, ticarət və

nəqliyyat firmaları, iri banklar, siğorta cəmiyyətləri, turist-

lərin istifadəsi üçün məhsul istehsalçıları da turagent fir-

malar yaradırlar. Müstəqil turagentlər adətən turizm bizne-

si sahəsində rəqabətin zəif olduğu ölkələrdə fəaliyyət gös-

tərir. Bu halda turagentlər maliyyə cəhətdən müstəqil olur-

lar. Onlar öz kommersiya fəaliyyətlərini normal sürətdə,

çox saylı firmalar, mehmanxanalar, nəqliyyat müəssisə-

ləri, topdansatış turist firmaları və s. ilə sıx əlaqədə həyata

Page 287: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

287

keçirirlər.

Turoperatorlar - xüsusi və ya icarəyə götürülmüş

turist xidməti vasitəsinə malik olan öz müştərisinə kom-

pleks xidmət təklif edən turist təşkilatları, eyni zamanda

turagentlərlə turizm sənayesi müəssisələri arasında vasitə-

çilərdir. Bu təşkilatların böyük əksəriyyəti kommersiya

müəssisələridir.

Turoperatorlar - nəqliyyat (su, quru, və hava), yerləş-

dirmə (mehmanxana, motel, kempinqlər və s.), servis (mü-

vafiq avadanlığı olan idman meydançaları, sağlamlıq mər-

kəzləri, əyləncə müəssisələri və s.) vasitələrinin, səyahət

müddətində siğortanın, ekskursiya, gid və tərcüməçi xid-

mətlərinin və s. seçimi və istifadəsi üzrə geniş imkanlar

yaradırlar. Həmkarlar təşkilatları və buna oxşar təşkilatlar

adətən qeyri-kommersiya tipli turoperatorlar olsalar da,

turizmdən əlavə fəaliyyətin digər növləri ilə məşğul ol-

duqları üçün, onları xalis turoperator adlandırmaq olmaz.

Turist birlikləri - turizm həvəskarlarının klubları,

ittifaqları və digər könüllü birliklərdir. Turoperatorlardan

və turagentlərdən fərqli olaraq, turist birliklərinin fəaliyyə-

tinin məqsədi, gəlir əldə etmək olmasa da bu təşkilatlara

və onların keçirdikləri tədbirlərə yardım etmək üçün vəsait

tələb olunur. Turist birlikləri bir qayda olaraq, yığılan

üzvlük haqları, ictimai və xüsusi fondlardan yardım, eyni

zamanda kommersiya tədbirləri hesabına fəaliyyət gös-

tərir.

Üzvlük haqları əsasən təşkilatın fəaliyyətinə yardım

üçün yönəldilir. Müxtəlif fondlardan verilən yardımlardan

təşkilatın saxlanılması, hər hansı bir tədbirin (yadetmə

marşrutları, zəvvarlıq, hündür dağlara qalxma və s.) hə-

yata keçirilməsi, regionda turizmin inkişafı, peşə təhsilini

Page 288: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

288

artırmış turizm təlimatçılarına, əməkdar turist işçilərinə

təqaüdlər verilməsi məqsədi ilə istifadə edilir.

Təşkilatın özünün təşkil etdiyi kommersiya tədbirlə-

ri, yuxarıda göstərilən proqramın hər hansı birini həyata

keçirilməsi məqsədini daşıyır. Qeyri-kommersiya təşkilat-

ları olan turist birliklərinin kommersiya tədbirlərini keçir-

məsinin səbəbi onunla izah olunur ki, belə tədbirlər zama-

nı əldə olunan gəlir, hər hansı bir layihənin həyata

keçirilməsi üçün istifadə edilir və vəsait kənara

çıxarılmır. Turistlərə xidmət edən elə müəssisələr vardır

ki, onların birbaşa turizmə aidiyyatı yoxdur, ancaq

turizmlə müəyyən bağlılığı vardır. Məsələn, yerləşdirmə

vasitələri, turist tələbatı malları istehsalçıları, nəqliyyat

şirkətləri, ictimai-iaşə, ticarət müəssisələri, maliyyə-kredit

idarələri, sığorta cəmiyyətləri buna aid ola bilər.

Başqa sahələrə aid olmalarına baxmayaraq, bu cür

müəssisələrin turizm sənayesində rolu böyükdür. Son on

illikdə turistlərə xidmət edən müəssisələrlə turist firmaları

arasında olan hədd, tədricən silinir. Belə ki, müəssisələrin

çoxu birləşərək, vahid birlik yaradırlar. Banklar və sığorta

cəmiyyətləri, nəhəng turist tələbatı məhsulları istehsalçıla-

rı və mehmanxana şəbəkələri, dünyanın hər yerində özlə-

rinin turoperator və turagent firmalarını yaradır, geniş

miqyaslı reklam kampaniyaları aparır, müxtəlif kurortlar,

tarixi, mədəni və dərketmə baxımından diqqətəlayiq və

maraqlı yerlər haqqında informasiya xarakterli kataloq və

digər çap məhsulları, kino və fotomateriallar hazırlayır və

yayır.

İkinci dünya müharibəsindən sonra bazar iqtisadiy-

yatyönümlü firmaların birləşərək böyüməsi və onların

fəaliyyət miqyasının genişlənməsi prosesi başlanmışdır.

Page 289: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

289

Ötən əsrin 60-cı illərin sonunda, pərakəndə turist firmala-

rının iri firmalara tabe edilməsi prosesi daha da sürətləndi.

İndi turizm korporasiyaları, konsorsiumları və koopera-

tivləri kimi iri birlik formalarına daha tez-tez rast gəlinir.

Bundan əlavə, yerləşdirmə sənayesində mehmanxana

kompleksləri, mehmanxana şəbəkələri yaradılır və son

illərdə onlar da turizm biznesinin ayrılmaz tərkib hissəsinə

çevrilir.

Turkorporasiyalar. Müasir dövrdə turoperator və

turagent firmalarını birləşdirən və adətən korporasiyalar

adlanan çoxsaylı nəhəng turist firmaları fəaliyyət göstərir.

Turist korporasiyaları bir qayda olaraq müxtəlif istiqamətli

çoxlu sayda turist firmalarını özündə birləşdirir. Korpora-

siyalar, firmaların ümumi fəaliyyətdə işgüzar iştirakı şərti

ilə, könüllülük əsasında xırda turist firmalarının - tur

operatorların və turagentlərin birləşdirilməsi ilə yaradılır.

Bir çox ölkələrdə nəhəng firmalar turist xidməti bazarında

monopoliya yaradırlar. Belə ki, Fransada 13 iri korpora-

siya öz ölkəsinin turist bazarının 50, Almaniyada isə 3 iri

korporasiya öz ölkəsinin turist bazarının 70 faizini zəbt

etmişdir.

14.4.Beynəlxalq turist bazarlarının

öyrənilməsi.

Bazar anlayışı tələbin və təklifin görüş yeridir. Bura-

da aşağıdakı məqsədlər öz həllini tapır: Hansı qiymətlə nə

almaq? Hansı qiymətlə nə istehsal etmək? Turizm bazarı

elə bir yerdir ki, burada turist tələbi turizm təklifi ilə

görüşür. Turizm anlayışlarının izahlı lüğətində «turizm

bazarı» anlayışının üç variantı verilir:

Page 290: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

290

Bu gün və ya sabah turizm məhsulunu almaq üçün

imkanı olan (potensial alıcılıq qabiliyyəti olan) istehlak-

çılar toplumu;

Dünyanın təsərrüfat əlaqələri sistemində turizm-

ekskursiya xidmətlərinin pula və əksinə pulların turizm-

ekskursiya xidmətlərinə çevrilmə prosesinin baş verməsi;

Dörd əsas elementin (turist tələbi, turizm məhsulu-

nun təklifi, qiymətlər və rəqabət) qarşılıqlı iqtisadi əlaqə-

lər sistemi.

Başqa mal bazarları kimi turizm bazarı da çox müx-

təlifdir. Onun strukturunda öz miqyasına görə xırda bazar-

lar da olur. Bununla əlaqədar, turizm bazarı öz əlamətlə-

rinə görə marketinq üçün vacib olan müxtəlif qruplara

bölünür:

- Daxili turizm bazarı. Daxili turizm bazarına ölkədə

yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin

ölkənin hüdudları daxilində səyahətləri aiddir;

- Beynəlxalq turizm bazarı. Beynəlxalq turizm

bazarı özü də iki cür olur, ölkəyə gəlmə turizm bazarı və

ölkədən xaricə getmə turizm bazarı.

Beləliklə, müxtəlif əlamətlərinə görə qruplara bölün-

məsi, bazarın öyrənilməsini asanlaşdırır və onun iş xüsu-

siyyətlərini təyin edir. Strateji qərar qəbul edilməsinə kö-

mək edir.

Turizm bazarında qazanılan uğur turizm məhsulunun

cazibədarlığından asılıdır. Turizm məhsulu mürəkkəb və

müxtəlif elementlərin birləşməsindən əmələ gəlir. Turizm

məhsulunu qiymətləndirəndə bilmək lazımdır ki, bu məh-

sul kimə lazımdır və onu kim alacaqdır? Bu suala cavab

tapılandan sonra həmin adam alıcıya çevrilir.

Turizm məhsulunun mövqeyinin möhkəmləndiril-

Page 291: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

291

məsi, müştərilərin davranışını diqqətlə izləməyi və ona uy-

ğun hərəkət etməyi tələb edir. Rəqabət nöqteyi-nəzərindən

bu cür hərəkət, turizm müəssisəsinə öz məhsulunun möv-

qeyini möhkəmlətmək və onun imicini yaratmaq üçün

yeni imkanlar yaradır.

Alıcıları cəlb etmək və bazarın müəyyən seqmen-

tinin tələblərini tam ödəmək turizm marketinqinin əsaslı

konsepsiyasıdır. Turizm məhsulunun imicinin yaradılması

müştərilərin təsəvvüründə turizm məhsulu haqqında rəqib-

lərin məhsulundan fərqli müsbət rəy yaratmaq məqsədini

güdür. Bu proses hasil olan turizm məhsulunun müsbət

cəhətlərini göstərən yaradıcı prosesdir.

Turizm məhsulunun qiyməti bazarın bir seqmentin-

də, o birisinə nisbətən fərqlənə də bilər. Ona görə də, məh-

sulun bazarda mövqeyi bazarın seqmentlərə bölünməsi ilə

sıx bağlıdır.

Turizm şirkəti öz fəaliyyətində müəyyən etməlidir

ki, kimə və necə xidmət göstərməlidir. İstehlakçılar bir-

birindən zövqlərinə, istəklərinə, ehtiyaclarına görə fərqlə-

nirlər və turizm məhsulunu müxtəlif motivasiyalara görə

alırlar. Bu səbəbdən uğurlu marketinq fəaliyyətini həyata

keçirmək üçün istehlakçıların fərdi istəklərinin uçotu

yerinə yetirilməlidir. Məhz bu bazarın seqmentləşdirilmə-

sinin əsasını təşkil edir. Seqmentləşdirmə vasitəsilə isteh-

lakçıların ümumi sayından təxminən eyni tələb və motiv-

ləri olan istehlakçı tipi seçilir.

Turizm bazarının seqmentləşdirilməsi potensial is-

tehlakçıların tələbatının kəmiyyət və keyfiyyət xüsusiy-

yətlərinin təsnifatı üzrə aparılan işdir. Başqa sözlə, seq-

mentləşdirmə etməklə, turşirkət bazarı eyni xidmət növü-

nə ehtiyacı olan ayrı-ayrı müştəri qruplarına bölür.

Page 292: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

292

Seqmentləşdirmənin əsas məqsədi – turizm məhsu-

lunu ünvanlı etməkdir. Belə ki, bütün istehlakçıları eyni

xidmət növü ilə razı salmaq olmaz. Bununla da marke-

tinqin əsas konsepsiyası – istehlakçıya üz döndərmək prin-

sipi həyata keçirilir.

Seqment – bazarın elə hissəsidir ki, orada alıcılar

turizm məhsuluna oxşar tələblərlə iştirak edirlər. Turizm

bazarının seqmentləşdirilməsi – onun alıcıların oxşar tə-

ləbləri olan hissələrə bölünməsi deməkdir. Bazarın bir çox

hissəsinə alıcılar müəyyən səbəblərdən çıxa bilmirlər (mə-

sələn, qiymətlər münasib deyil), bazarın bu hissəsi onları

maraqlandırmır. Ona görə də, firmalar öz qüvvələrini və

sərvətlərini o seqmentə yönəltməlidirlər ki, ondan mak-

simum gəlir götürə bilsinlər.

Seqmentləşmə üsulu seçildikdən sonra, firma seçilən

seqmentlərin profilini düzəldir və onların hər birinin cazi-

bədarlığını qiymətləndirir. Məqsədyönlü bazarın seçilməsi

üçün neçə seqment götürülür və hansı yolla məqsədyönlü

seqment seçilir və onun firma üçün xeyri nədədir? Bu

suallara cavab tapmaq üçün aşağıdakıları nəzərə almaq

lazımdır:

Firmanın resurs imkanları. Əgər resurs imkanları

məhduddursa, onda uyğun marketinq strategiyasından isti-

fadə etmək lazımdır;

Məhsulun rəngarənglilik dərəcəsi. Əgər məhsul

sadə və stereotiplidirsə, qeyri-diferensial marketinq strate-

giyası tətbiq olunur. Bir-birindən fərqli məhsul üçün

diferensiallaşmış və uyğun marketinq konsepsiyası daha

faydalıdır;

Məhsulun dövriyyə mərhələləri. Firma bazara daxil

olanda, bazara yeni bir məhsul çıxartmaq və qeyri-dife-

Page 293: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

293

rensial marketinq strategiyasından istifadə etmək lazımdır.

Bazarın sadəlik dərəcəsi. Əgər alıcıların tələbi ey-

nidirsə, onlar eyni zamanda, eyni miqdarda məhsul alır-

larsa və eyni marağa həssasdırlarsa, onda diferensiallaş-

mamış marketinq strategiyasından istifadə etmək olar.

Rəqiblərin marketinq strategiyası. Əgər rəqiblər

də bazarın seqmentləşməsi ilə məşğul olurlarsa, onda

fərqli (diferensialsız) marketinqdən istifadə firma üçün

fəlakətə səbəb ola bilər. Əksinə, rəqiblər diferensialsız

marketinq tətbiq edirlərsə, firma fərqli (diferensiallı) mar-

ketinq aparılmasında udmuş olar. Əgər firma yığcam stra-

tegiyadan istifadə edərək bazara çıxmaq istəyirsə, onda o

cazibədar seqment seçməlidir və məqsədyönlü bazarın

axtarışına başlamalıdır. O, elə bazar olmalıdır ki, alıcıların

20%-i, satışın 80%-ni təşkil etsin. Belə seqmenti

tapdıqdan sonra firma o bazara yol axtarmalıdır.

14.5.Turist xidmətləri göstərən

korporasiyaların fəaliyyəti.

Korporasiyalar turist xidməti göstərməkdən əlavə, öz

fəaliyyətlərini turizmlə əlaqəli sahələr istiqamətində də

genişləndirirlər: onlar nəqliyyat müəssisələrinin, mağaza-

lar şəbəkəsinin və ictimai-iaşə təşkilatlarının, turist ləvazi-

matı istehsal edən müəssisələrin, bankların, sığorta cəmiy-

yətlərinin və s. sahibinə çevrilirlər. Beynəlxalq turizmdə

birliyin bu forması, son otuz ildə (1970-2000) onlarla sahə

müəssisələrini birləşdirən bir neçə transmilli korporasiya-

ların, yəni daha nəhəng firmaların yarandıqları yerlərdə

yaxşı inkişaf etmişdir.

Page 294: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

294

Mehmanxana kompleksləri - yerləşdirmə və turist-

lərə xidmət üzrə iri mərkəzlərdir. Yerləşdirmə xidməti ilə

yanaşı təklif edilən xidmətlər əsasən, qidalanmanın, meh-

manxanada yaşayanlar üçün nəqliyyat biletinin alınması

və əyləncə proqramlarının təşkili, taksi sifarişi və avto-

nəqliyyatın kirayə edilməsi, simpozium və toplantılar ke-

çirilməsi üçün yerlərin ayrılması, ticarət, mədəni-sağlam-

lıq və əyləncə xidmətlərindən və s. ibarətdir. Mehmanxana

biznesində iflasa uğramamaq üçün yollar axtarmaq məc-

buriyətində qalan, pərakəndə halda fəaliyyət göstərən

mehmanxanalar birləşirlər. Belə birliklərin yaradılması

aşağıdakı şərtlər əsasında həyata keçirilir:

- hər bir iştirakçının maliyyə müstəqilliyinin saxla-

nılması şərti ilə “könüllü mehmanxana şəbəkəsi” kimi ya-

radılan birliklər şəklində.

- nisbətən xırda firmaların iri firmalar tərəfindən

ilhaq edilməsi yolu ilə. Təbii ki, bu zaman kiçik firmalar

öz maliyyə müstəqilliyini itirirlər.

- hər hansı bir firma tərəfindən vahid layihəyə əsa-

sən çoxlu sayda mehmanxana komplekslərinin inşa edil-

məsi yolu ilə.

Birliyin son iki növü “mehmanxana şəbəkəsi” adlanır.

Mehmanxana şəbəkəsi - vahid siyasət yeritmək və

topdansatış firmaları olan turoperatorla bağlanan sazişlərin

şərtlərini hazırlamaq şərti ilə bir neçə mehmanxana kom-

pleksinin birləşməsidir. Avtomatlaşdırma sisteminin inki-

şafı, mehmanxanalar şəbəkəsinə daxil olan müəssisələrin

vahid avtomatlaşdırılmış sistemlə idarə edilməsinə və bu

sistem vasitəsilə mehmanxana fondunun bölünməsinə sə-

Page 295: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

295

bəb olmuşdur. XXİ əsrin əvvəli üçün bütün dünyada 100-

dən artıq mehmanxana şəbəkəsi fəaliyyət göstərir. Meh-

manxanalar şəbəkəsində olan yaşayış fondunun 78 faizi,

13 ən iri şəbəkənin (Amerikada altı, Qərbi Avropada yed-

di) payına düşür. Maliyyə müstəqilliyinin saxlanılması

şərti ilə şəbəkənin bütün iştirakçıları arasında müştərilərin

daha effektli və mütənasib mübadiləsi məqsədi ilə kiçik

mehmanxana müəssisələrinin birləşməsi nəticəsində yara-

nan könüllü mehmanxana şəbəkələri çox iri olmasalar da

kifayət qədər yayılmışlar.

XİX əsrin əvvəlləri üçün dünya ümumi mehmanxana

fondunda 11 min belə şəbəkə fəaliyyət göstərir. Bu cür

birliklər əsasən kiçik mehmanxanalara rəqabət mübarizəsi

şəraitində, iflasa uğramadan fəaliyyət göstərmək imkanı

yaradır.

Turizm konsorsiumu - bütün iştirakçıların maliyyə

və hüquqi müstəqilliyinin saxlanılması şərti ilə, vahid

siyasət yeritmək, turoperator və digər topdansatış turist

firmaları ilə sazişlərin ümumi şərtlərini hazırlamaq məq-

sədi ilə, müvəqqəti müqavilə əsasında bir neçə turagent-

liyin yaratdığı könüllü birlik. Turizm konsorsiumları çox

zaman aşağıdakı prinsiplər əsasında təşkil olunur:

- hər bir iştirakçının birliyə könüllü sürətdə daxil

olması şərti ilə;

- hər bir iştirakçının maliyyə müstəqilliyinin, özünü

idarəsinin və iqtisadi maraqlarının ümumiliyinin saxlanıl-

ması şərti ilə;

- müştərək məsələlərin həllində bütün tərəflərin eyni

hüquqa malik olması şərti ilə;

Page 296: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

296

- iştirakçıların arasındakı münasibətlərin müqavilə

əsasında təşkili (müqavilənin şərtləri bütün tərəflər tərəfin-

dən mütləq yerinə yetirməlidir) şərti ilə.

Konsorsium iştirakçıları bir qayda olaraq, kiçik və

orta turagentliklər olurlar. Konsorsiuma daxil olmaq bu

firmalara turoperatorlarla müqavilə şərtlərini dəqiq müəy-

yənləşdirməyə və yerinə yetirilməsinə, yerləşdirmə vasitə-

ləri, nəqliyyat və ekskursiya xidməti təklif edən firmalarla

iş zamanı vahid siyasət hazırlamağa kömək edir.

Turizm kooperativləri - Turagent birliklərinin digər

forması turizm kooperativləridir. Turizm kooperativlərinin

nizamnaməsində göstərilən istiqamətdə müştərək fəaliyyə-

tin həyata keçirilməsi üçün üç və daha çox turizm firma-

sının könüllü birliyidir. Son onilliklərdə kooperativ hərə-

katı, inkişaf etmiş ölkələrin iqtisadiyyatının bütün sahələ-

rində fəaliyyət göstərən daha çox firmaları əhatə edir. Bu-

nun səbəblərindən biri, marketinq tədqiqatının həyata ke-

çirilməsi, populyarlığın yüksəldilməsi, daha çox potensial

müştərilərin cəlb edilməsi və reklam tədbirlərində fəallığın

artırılması üçün birlikdə fəaliyyət göstərməyin vacibliyi,

kiçik firmaların birləşərək birlik yaratmaq təşəbbüsüdür.

Həyata keçirmə üçün vəsait olmadan heç bir kiçik müəssi-

sə bu işi tək başına, müstəqil sürətdə təkbaşına həyata ke-

çirmək iqtidarında deyil.

Turizm bazarında sərt rəqabətə dözmək və fəaliyyət

göstərmək üçün, hər bir firma marketinq tədqiqatına və

reklam tədbirlərinə yüz minlərlə dollar xərcləmək məcbu-

riyətində qalır. Bir neçə kiçik firmalar belə böyük məbləği

ödəyə bilmədiklərindən vəziyyətdən çıxış yolunu böyük

Page 297: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

297

kooperativlərə birləşməkdə görürlər.

Onlar və yüzlərlə kiçik turist firmaları (adətən tur-

agentlər) birləşərək, ümumi qüvvə ilə marketinq və reklam

tədbirləri üçün vəsait ayırmaq imkanı qazanırlar. Mar-

ketinq və reklam tədbirləri ilə kooperativlər bilavasitə öz-

ləri məşğul olmurlar, bu barədə ixtisaslaşmış firmalara

müraciət edirlər və onların pulunu ümumi vəsaitdən ödə-

yirlər. Aparılan marketinq tədqiqatının nəticələri, koopera-

tivin bütün üzvlərinin diqqətinə çatdırılır. Yaddan çıxar-

maq olmaz ki, turizm biznesində olan çoxsaylı problemləri

həll etmək, ayrı-ayrı turagentlərin imkanı daxilində deyil.

Yerləşdirmə, qidalanma, nəqliyyat müəssisələri, ekskur-

siya büroları və turistlərə xidmətlə məşğul olan digər fir-

maların axtarışı və əməkdaşlığı haqqında müqavilələrin

bağlanılması da belə problemlərə aid edilir.

Bu ilk növbədə onunla əlaqədardır ki, turagentin po-

tensial müştəriləri müxtəlif məqsəd və istiqamətlər üzrə

səyahət etmək arzusunda ola bilər. Müştəriləri itirməmək

üçün, turagentin dünyanın istənilən guşəsində turizm

biznesinin imkanları barədə yaxşı məlumatı olmalı, təklif

olunan səyahət marşrutu üzrə etibarlı zəmanət verməyi

bacarmalıdır. Kooperativə daxil olan turagentlər, nəqliy-

yat və yerləşdirmə vasitələrində, yerlərin bronlaşdırma-

sında, müştəri mübadiləsində, turların satışı üzrə turope-

ratorlarla müqavilələrin bağlanmasında birgə fəaliyyət

göstərə bilərlər.

Beynəlxalq turizmin təşkil olunmasında müasir sə-

viyyəli informasiya texnologiyasının rolunun aydınlaş-

dırılması və tətbiqinin öyrənilməsi maraq doğuran məsələ-

Page 298: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

298

lərdəndir. Beynəlxalq turizmin inkişafında informasiya

texnologiyasının rolu isə turizmin bir sıra səciyyəvi xüsu-

siyyətləri ilə daha da əhəmiyyətlidir. Bu, turizm xidməti-

nin daşınmaz olması, onun təşkil olunması üçün geniş

informasiya-reklam tədbirlərinin aparılmasının vacibliyi

və s. ilə izah olunur. Bundan başqa turizm biznesinin

müəyyən dərəcədə mövsümi xarakter daşıması, movsüm-

lərin qızğın çağında kütləvi turist tələbatının həddən artıq

yüksəlməsi, turistlərin tələbatlarının ödənilməsi üçün tu-

rizm müəssisələrindən əlavə digər çoxlu sayda müəssisələ-

rin də bu işə cəlb olunması da burada etibarlı və sürətli

informasiya mübadiləsi zərurətini ortaya qoyur. Kompüter

texnologiyasının və sürətli informasiya mübadiləsinin tət-

biqi turizmin təşkilində aparıcı rola malik olan turopera-

torların fəaliyyətinə təsir edir.

Təşkilati cəhətdən istənilən turizm müəssisəsinin in-

formasiya texnologiyaları ilə təchiz olunması ənənəvi

olaraq qəbul edilən müəssisə ofisinin avtomatlaşdırılma-

sından əlavə yerli elektron şəbəkə və elektron sənəd döv-

riyyəsi, habelə yol biletləri və otel nömrələrinin əvvəl-

cədən sifariş olunmasına qədər istənilən miqyasda həyata

keçirilə bilər. Əgər müasir səviyyəli informasiya texnolo-

giyasının istifadə olunmasının struktur sxeminə nəzər

salsaq, burada üç səviyyənin - müəssisədaxili, müəssisə-

lərarası və interaktiv informasiya əlaqəsinin yaradılmasını

misal göstərmək mümkündür.

Page 299: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

299

FƏSİL 15. BEYNƏLXALQ KOMMERSİYADA

ƏMƏKDAŞLIQ DANIŞIQLARI VƏ ONLARIN

MAHİYYƏTİ

15.1 Əməkdaşlıq danışıqları, onların mahiyyəti və

danışıq stilinin müəyyən edilməsi.

Çox hallarda qarşıya qoyulmuş məqsədlərə nail

olunmasının uğuru, firmanın ciddiliyi haqqında təəssürat,

yəni işgüzar dairələrdə onun imici işgüzar danışıqların təş-

kilindən asılıdır. İşgüzar danışıqların aparılması üçün orta

ölçülü firmalarda 2-3 nəfər əməkdaşdan ibarət protokol

qrupu, böyük ölçülü firmalarda isə xüsusi protokol şöbə-

ləri yaradılır, kiçik firmalarda belə funksiyalar çox vaxt

firmanın baş direktorunun köməkçisinə və katibəyə tapşı-

rılır. İşgüzar görüşlər üçün eyni vaxtda 10 nəfərə qədər üz-

vü olan tərəfdaşlar qrupu ilə danışıqlar aparmaq üçün

böyük dairəvi və ya oval masası olan xüsusi geniş və

yaxşı tərtibatlı otaq ayrılır. İri firmalarda sayları müxtəlif

olan qruplar üçün bir neçə danışıq otağına malik olmaq

məqsədəuyğundur.

Danışıq otaqları firmadaxili əlaqə, beynəlxalq rabitə

xətlərinə çıxmağa imkan verən faks aparatı və firmanın

kompüter şəbəkəsi terminalı ilə təchiz olunmalıdır. Danı-

şıq otaqlarının yanında içkilər üçün soyuducuları, çay və

qəhvə hazırlamaq üçün elektrik cihazları olan otaqların

olması yaxşıdır. Hazırda qonaqları rəhbərliyin otağında

qəbul etmək yaxşı sayılmır, «T» hərfi formasında olan

masa ətrafında oturmaq isə ümumiyyətlə ədəbsizlik hesab

olunur. Qonaqların protokollu şəkildə işçi kabinetlərdə

qəbulu üçün küncdə yastı stulu olan divan yerləşdirilə

Page 300: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

300

bilər. Görüşlər vaxtı daxili və xarici rabitəli bütün tele-

fonlar bağlanmalıdır. Firmanın operativ tərkibi danışıqlar

dövrünü planlaşdırmalıdır. Belə perspektiv planlaşdırma,

adətən kommersiya firmasının uğurlu şəkildə bazara

çıxmaq və kontragentlərlə uzunmüddətli münasibətlər qur-

maq niyyəti olduqda tətbiq edilir. Perspektiv planlaşdırma

bazarın marketinq tədqiqi, ilk reklam şirkətinin həyata

keçirilməsi, ofertlərin kütləvi paylanması, kommersiya

məktublaşması və müqavilələrin şəxsi variantlarının

hazırlanması yolu ilə maraqlı kontragentlərlə qarşılıqlı

mövqelərin dəqiqləşdirilməsi üçün lazım olan zamanı

nəzərə alır.

Təbii ki, tərəflərin mövqelərinin yaxınlaşması ilə

müqavilələrin ən mürəkkəb şərtlərinin son olaraq razılaş-

dırılması üçün şəxsi görüşlərə zərurət yaranır. Belə zərurə-

tin ortaya çıxması zamanı tərəflər görüşün vaxtı və yerini,

habelə danışıqların aparılacağı səviyyəni razılaşdırırlar.

Ancaq təcrübədə tez-tez reklam elanlarından və ya satıcı

danıldığı ofertdən müəyyən əmtəə ilə maraqlanmış firma

müqavilə şərtlərinin razılaşdırılması üçün tez bir zamanda

danışıqlara girmək üçün israr edir. Belə hallar danışıqlara

hazırlıq müddətinin ixtisarı, o cümlədən, əmtəə istehsalçısı

və ya malgöndərənin mövqeyinin dəqiqəşdirilməsi,

qiymətlərin hesablanması və təsdiqlənməsi, özünün müqa-

vilə variantının hazırlanması üçün firmanın bütün imkan-

larının səfərbər edilməsini tələb edir. Ancaq danışıqlar hər

zaman əsas məsələlərin hazırlanması üçün zamanın nəzərə

alınması ilə başlanmalıdır. Təcrübə göstərir ki, kifayət qədər hazırlaşmadan

danışıqlara girmək çox vaxt müqavilənin bağlanmamasına gətirib çıxarır, yaxud da müqavilə hazırlıqsız tərəfin bu-

Page 301: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

301

raxdığı kobud səhvlər və əsassız güzəştlərlə birlikdə imza-lanır. Təəssüf ki, uduzmuş tərəf məhz hazırlıqsız olduğuna görə mümkün nəticələr və əldən buraxılmış faydalara görə özünü məsuliyyətli hesab etmir. Azərbaycanda həyata keçirdikləri əməliyyatlardan heç olmazsa nə isə əldə et-məklə kifayətlənən «al-sat» tipli kommersantlara daha na-dir hallada rast gəlinir. Onlar, adətən ciddi ilkin hazırlığa layiqincə diqqət yetirmirlər, lakin bu dərslikdə belə tacir-lərdən söhbət getmir. Azərbaycan firmaları təcrübəsində pis hazırlanmış danışıqlar tərəflərin kifayət qədər konkret öhdəlikləri olmayan protokolların imzalanması ilə nəticə-lənir. Təcrübə göstərir ki, belə protokolların böyük əksə-riyyəti son nəticədə rəqabət qabiliyyətli və qarşılıqlı fay-dalı əməkdaşlığa gətirib çıxarmır. Şəxsi görüşlər, telefon və ya başqa rabitə növləri ilə işgüzar təmaslara firmanın bütün işçiləri çıxa bilərlər, lakin onların hər bir səviyyəsi öz səlahiyyət həddinə malikdirlər. Belə ki, operativ kom-mersiya qrupunun işçiləri, ixtisaslaşmış bölmələrin sıravi işçiləri və firma rəhbərliyinin köməkçiləri kontragentlərin nümayəndələri ilə bağlanmış müqavilənin şərtlərindən kə-narlaşmamaq şərtilə, qarşılıqlı öhdəliklərin yerinə yetiril-məsinin gedişi haqqında informasiya mübadiləsi apara və başqa məsələləri müzakirə edə bilərlər. Əgər kontragent işçinin səlahiyyətləri sərhəddindən kənara çıxan məsələnin dərhal həllinə israr edirsə, bu işçi utanmadan elan etməli-dir ki, verilmiş problemin həlli onun səlahiyyətlərindən kənara çıxır, lakin o, ən qısa müddətdə onu rəhbərliklə razılaşdırır və qəbul edilmiş qərar haqqında məlumat verir. Təcrübəli kontragentin gözündə belə cavab yalnız sizin firmaya qarşı dəqiq bir təşkilat kimi etibarı artıracaqdır. Təəssüf ki, işdə heç də hamıda kommersiya intizamının bu cür başa düşülməsi möhkəmlənməmişdir.

Page 302: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

302

Direktorlar firmanın strategiyasını öz fəaliyyətlərinin istiqaməti üzrə müəyyən edirlər. Onlar firma işinin effek-tivliyinə əhəmiyyətli dərəcədə təsir göstərən müqavilələrin bağlanması və icrası üzrə ən mürəkkəb danışıqlara şəxsən rəhbərlik edirlər. Baş direktor firmanın ümumi strategi-yasını müəyyən edir, direktorların işini əlaqələndirir, direktorlar şurasının sədri kimi çıxış edir, ən perspektiv kontragentlərlə uzunmüddətli əməkdaşlıq haqqında danı-şıqlara başçılıq edir və strateji məsələlərin həllinə təsir göstərən ən əhəmiyyətli müqavilələri bağlayır. Mühüm danışıqlardan öncə, adətən aşağıdakı şərtlər təhlil edilir. Hər şeydən əvvəl, firma nümayəndəsinin hansı səviyyədə qəbul olunacağı müəyyən olunur. Satıcılar, adətən danı-şıqların aparıcısını kontragentin nümayəndəsi səviyyəsin-də, aparılmalı olan danışıqların xüsusən mühüm olması şəraitində isə bir səviyyə yuxarı kimi təyin edirlər. Alıcılar əvvəlcədən əmtəəyə qarşı maraqlı olduqlarını gizlətmək üçün danışıqların aparıcısını bir ranq aşağı təyin edə bilərlər. Əgər danışıqların təşəbbüskarı kimi satıcı-firma çıxış edirsə, onda danışıqların aparıcısının alıcı tərəfindən həddən artıq aşağı salınmış səviyyəsi onun müqavilənin bağlanmasına kifayət qədər maraqlı olmamasını göstərə bilər. Ancaq bu qayda, demək olar ki, kapitalına və ticarət dövriyyəsi həcminə görə eyni ölçülü firmalar üçün keçər-lidir. Alıcının maraqlılığı dərəcəsini əvvəlcədən qiymət-ləndirmək üçün kontragent firma üzrə marketinq və qiy-mət şöbəsinin sahib olduğu sorğu məlumatları ilə tanış olmaq lazımdır. Belə məlumatlar olmadıqda bu firma üzrə məsləhət şirkətindən, bankdan, İnternet şəbəkəsindən arayış götürmək məqsədəuyğundur.

Page 303: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

303

15.2.Danışıqlar aparılmasının üç strategiyası

yumşaq, sərt və prinsipial.

Beynəlxalq kommersiya danışıqlarına hazırlıq müza-

kirə edilən məsələlərin gözlənilən dairəsindən və imzalan-

maq üçün planlaşdırılan sənədlərin xarakterindən asılıdır.

Danışıqların nəzərdə tutulan predmetindən asılı olaraq bu

danışıqları aparan işçi aşağıdakıları etməyə borcludur:

- danışıqların iştirakçılarını firma tərəfindən seçməli

və namizədliyi onların bilavasitə rəhbərliyi ilə uyğunlaş-

dırmalı;

- iştirakçılara kontragent haqqında sorğu materialı və

zəruri kommersiya sənədləri ilə tanış olmağı təklif etməli;

- danışıqlar nəticəsində imzalanmalı olan kommer-

siya sənədlərinin öz layihələrini tərtib etməli;

- ixtisaslaşdırılmış şöbələrin nümayəndələri və

təcrübəli ekspertlərlə firmanın mövqe və taktikasını dəqiq-

ləşdirmək üçün qarşıdan gələn danışıqların mövzusu ilə

bağlı konyunktur müşavirələrin həyata keçirilməsinin

zəruriliyini qiymətləndirməlidir. Danışıqların başlanma-

sının təyin olunmuş vaxtına gecikmənin yol verilməməsi

onunla əlaqədardır ki, bu təkcə gecikənlərin mədəni səviy-

yəsinin aşağı olmasını göstərmir, həm də firmanın pis

təşkil olunmasını, tərəfdaşa qarşı hörmətsizliyi və işlərdə

məsuliyyətsizliyini ifadə edir ki, bu da firma haqqında

həddən artıq qeyri-qənaətbəxş təəssürat yarada bilər.

Gecikməyə heç bir məşğulluq haqq qazandıra bilməz və

göstərilən hər bir səbəb, sadəcə olaraq tərəfdaşları daha da

qıcıqlandıracaqdır. Əgər gecikmə halı baş veribsə, yaxşısı

budur üzrlə kifayətlənəsiniz. Daha erkən gəlməyin arzu

olunmadığı onunla əlaqədardır ki, bu, gələnlərin öz

Page 304: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

304

vaxtlarını planlaşdıra bilməmələrini ifadə edir və bu da

planlaşdırdığı işi vaxtından əvvəl dayandırmalı olan qə-

buledici tərəfin qıcıqlanmasına səbəb olur. Xarici firmalar

erkən gəlmiş qonaqları yol gözləyən dilənçilərin vəziy-

yətinə qoyaraq onları qəbul etməyə tələsmir. Kontragentin

nümayəndələri və ya tərəfdaşlarla görüş adətən aparılmalı

olan danışıqların iştirakçılarına yox, kiçik işçi heyyətinə

tapşırılır. Qəbuledici tərəfin danışıqlardakı iştirakçıları

qonaqlar gələnədək artıq danışıqlar aparılmalı olan otaqda

olmalıdırlar. Qonaqlar daxil olarkən iştirakçılar yalnız qo-

naqlarla salamlaşır, lakin dərəcə və tutduqları vəzifələrini

təqdim etmirlər. Adətən danışıqların aparıcısı qəbuledici

tərəfdən masa arxasında yer tutmaq üçün qonaqları dəvət

edir. Bundan sonra masa arxasında dəvət edən tərəfin

iştirakçıları əyləşirlər, bu zaman vəzifəsinə görə yuxarı

olan şəxslər bir-birilərinin qarşısında əyləşirlər.

İştirakçıların qarşılıqlı şəkildə təqdim olunması hər

kəsin danışıqlar masası arxasında əyləşməsindən və rəh-

bərlərin bir-birilə salamlaşmasından sonra baş verir. Sonra

rəhbərlərdən hər hansı biri öz iştirakçılarını soyadı və və-

zifəsini bildirməklə təqdim edir. Təqdim olunduqca, işti-

rakçılar öz vizit kartlarını tərəfdaşlara verirlər. Əgər

istəyirsinizsə ki, sizin vizit kartlarınızı atmasınlar və

standart klasserlərdə saxlasınlar, yaxşı olar ki, standart

ölçüdə (90x50 mm) vizit kartları sifariş edəsiniz. İşgüzar

insanlar kartı onun təmsil etdiyi firma və ya təşkilatı,

şəxsin soyadını, adını, atasının adını, tutduğu vəzifəsini və

dərəcəsini göstərməklə sadə tərtibatla təchiz etməlidirlər.

Kartın aşağı hissəsində firma və ya təşkilatın ünvanı və

telefonu, faks və başqa rabitə vasitəsinin nömrəsi

göstərilməlidir. Qızılla çap və ya rəngli fon-vizit kartının

Page 305: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

305

sahibinin nüfuzunu çox çətin ki, artırsın. Bir dəfə

Rusiyanın iri neft-qaz şirkətlərinin birində danışıqlar

zamanı şirkətin rəhbəri kitabın müəllifinə öz vizit kartını

təqdim etdi və kartın fonunda dəniz, palma ağacları və

günəş təsvir olunmuşdu. Aydındır ki, o, bu kartı afrikan

aborigenlərinin başçısı ilə danışıqlar üçün çıxartdırmışdı.

Planlaşdırılmış müqavilənin və ya başqa mühüm

sənədin uğurla imzalanması zamanı bir cüt şampan şərabı

təklif olunması nəzakətli hesab olunur. Danışıq

iştirakçılarının «yuyulmasını» aparmamaq üçün «Formu-

la-1» yarışlarında qəbul olunduğu kimi, şampan şərabı

protokol qrupu işçiləri tərəfindən əvvəlcədən badələrə

süzülməli və əvvəlcə danışıqlarda iştirak edən xanımlara,

daha sonra qonaqlara, sonda isə qəbuledici tərəfin nüma-

yəndələrinə sinidə təqdim edilməlidir. Qəbuledici tərəfdən

olan danışıqların aparıcısı danışıqların uğurla yekunlaş-

ması münasibətilə hamını təbrik edir. Tost demək düzgün

hesab olunmur. Əgər qəbuledici tərəf kontragentin nüma-

yəndəsini qəlyanaltıya dəvət etməyi planlaşdırmırsa, onda

səhər danışıqlarını elə hesabla təyin etmək lazımdır ki,

onları ən geci 11-11.30-da bitirmək olsun. Əgər qəbuledici

tərəf qonaqları nahara dəvət etməyi planlaşdırmırsa, onda

yaxşı olar ki, danışıqlar iş gününün sonuna təyin edilsin.

15.3. Danışıqlarda tərəflərin mövqeyi və maraqları.

Danışıqları kim aparır. İntizamlaşdırılmış formada

işgüzar danışıqları rəhbərlik tərəfindən təyin edilmiş şəxs

aparır və o, danışıqların hazırlanması və həyata keçirilmə-

sinə görə məsuliyyət daşıyır. Firmanın yerdə qalan nüma-

yəndələri susmalı və aparıcı tərəfindən müəyyən məsələ

Page 306: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

306

ilə bağlı söz verildikdə öz fikrini bildirməlidir. Xorla çı-

xışlardan qaçmaq lazımdır, çünki danışıqların aparıcısı

firma üçün ən əlverişli kompromisə nail olunması üçün

problemin mərhələlərlə müzakirəsini əvvəlcədən fikrən

müəyyən edir. Misal üçün, alqı-satqı müqavilələrin şərtlə-

rinin razılaşdırılması müəyyən məntiqi ardıcıllığa tabe

etdirilir. Xüsusilə qiymətlərin razılaşdırılmasına qədər

əmtəələrin xarakteristikasını dəqiqləşdirmək, mal göndər-

mələrin bazis şərtləri üzrə razılaşmaq, sığortalama, zəma-

nət, ödəniş şərtləri və s. məsələləri həll etmək lazımdır.

Qarşılıqlı sanksiyaları razılaşdırmaq və qarşılıqlı öhdəliyi

müəyyən etmək tələb olunur. Podrat müqavilələrinin,

vasitəçi razılaşmaların, qarşılıqlı iradların həllinin və s.

şərtlərinin razılaşdırılması özünün məntiqi ardıcıllığına

malikdir. Bütünlükdə danışıqlar prosesi qarşılıqlı

güzəştlərin ardıcıl zəncirindən ibarətdir və razılaşdırılmış

şərtlərdən imtina etmək düzgün hesab olunmur. Əlbəttə ki,

artıq razılaşdırılmış şərtə yenidən baxılmasına qayıtmaq

da olar və kontragent bundan imtina etmək üçün formal

hüquqa malik deyildir, lakin o, mütləq bundan istifadə

edəcəkdir, öz növbəsində, onun üçün ən əlverişsiz olan

əvvəllər nail olunmuş kompromisə yenidən baxılmasına

qayıdacaqdır. Buna görə də danışıqların xaotik olaraq

xorla aparılması, bir qayda olaraq, iqtisadi cəhətdən uduz-

maya səbəb olur və ciddi qayda iştirakçılar tərəfindən ona

qarşı etibarsızlıq və ya hüquqlarının məhdudlaşdırılması

kimi nəzərdən keçirilir. İştirakçılar başa düşməlidirlər ki,

onların vəzifəsi danışıqların aparıcısının məsləhətçisidir.

Danışıqlarda təşəbbüs qarşıya qoyulmuş məqsədə

nail olmaq üçün ən mühüm əhəmiyyət kəsb edir. Danı-

şıqlardakı təşəbbüs çox halda danışıqların aparıcısının

Page 307: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

307

təcrübəsindən, müzakirələrin və yekunların vurulmasının

əsasına qoyulmalı olan sənədlərin layihələrinin əvvəlcə-

dən dəqiq olaraq işlənməsindən asılıdır. Hər zaman çalış-

maq lazımdır ki, müzakirələrin əsasına Sizin tərəfinizdən

işlənib hazırlanmış və əhəmiyyətli dərəcədə maraqlarınızı

müdafiə edən sənədlər qoyulsun. Bu zaman başa düşmək

lazımdır ki, balanslaşdırılmış danışıqlarda kontragent Si-

zin layihənin bir çox şərtlərini dəyişməyi təklif edə bilər,

amma təşəbbüsün saxlanması aşağıdakından ibarətdir:

- Birincisi, daxil edilməsi kontragent tərəfindən

əsaslandırıla bilən çoxlu sayda dəyişikliklərə baxmayaraq,

Sizin layihənin başlıca ideyasını saxlamaq, adətən

mümkün olur.

- İkincisi, kontragent dəyişikliklər daxil etməyi təklif

edərkən təmənnaçı (xahiş edən) vəziyyətinə düşür, siz isə

güzəştlərin yumşaldıcı variantlarını təklif etmək hüququ

qazanırsınız. Son nəticədə, adətən özünün sənədlər layihə-

sini dəqiq olaraq işləmiş və onların danışıqların əsası kimi

qəbul olunması üzərində israr edən tərəf udur. Təəssüf ki,

Azərbaycan firmalarının konsultasiya təcrübəsi göstərir ki,

xarici tərəfdaşlarla münasibətdə onlar,təcrübi olaraq

özlərini maraqlarının müdafiəsi üçün daha az faydalı möv-

qeyə çıxaraq tez-tez özləri xarici firmalara müqavilə və

razılaşmaların layihələrini tərtib etməyi təklif edirlər.

Danışıqlar aparmaq bacarığı – danışmaq yox, kon-

tragenti dinləmək bacarığıdır. Təcrübəli kommersantlar

çox vaxt ayrı-ayrı sual və replikalarla kontragenti danış-

dırmağa çalışırlar ki, bu da onlara əvvəlcədən onun möv-

qeyini təhlil etməyə və əks dəlillərin mümkün variantları

haqqında düşünməyə imkan verir. Sivilizasiyalı danışıq-

larda kontragentin sözünü kəsmək düzgün hesab olunmur.

Page 308: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

308

Buna görə də öz fikirlərini qısa, lakin həcmli çatdırmağı

bacarmaq lazımdır. Ayrı-ayrı məsələ üzrə hər bir tərəfin

fikirləri 2-3 dəqiqədən çox vaxt aparmamalıdır. Öz möv-

qeyini uzun müddət anlatmağa çalışmaq onun kifayət qə-

dər əsaslandırılmamasını göstərir və xalis insan reaksiyası

olan çoxsözlülükdən qıcıqlanmaya səbəb olur.

Danışıqların tərcüməçi vasitəsilə aparılması. Əgər

aparıcı və danışıqların bütün iştirakçıları xarici dildə sər-

bəst danışırlarsa, yəni xarici dildə düşünürlərsə, onda da-

nışıqları tərcüməçisiz aparmaq olar. Əgər aparıcı müvafiq

sözləri axtarmalı və feli hansı zamanda işlətməyi düşün-

məli olursa, onda yaxşısı budur ki, danışıqlar tərcüməçinin

köməyilə həyata keçirilsin. İş orasındadır ki, mürəkkəb

danışıqlar kontragentlərin dəlillərinin təhlili üzərində mak-

simal mərkəzləşməni, beyində kütləvi sayda əks dəlil və

kompromis təkliflərinin düşünülməsini tələb edən həddən

artıq emosional prosesdir. Misal üçün, alman psixoloqları

müəyyən etmişlər ki, əgər həmsöhbətlərdən biri suala və

ya partnyorun təklifinə 4 saniyədən çox müddət ərzində

cavab vermirsə, bu, arqumentlərin olmaması üzündən

onun fikrinin dayanıqlığını ifadə edir. Buna görə də, hətta

xarici dildə sərbəst danışan kommersantlara belə mürək-

kəb danışıqlarda tərcüməçinin xidmətlərindən istifadə

etmək tövsiyə olunur. Bu halda aparıcı kontragent tərəfin-

dən ifadə edilən təklifi sərbəst başa düşərək deyilənləri

düşünmək və əlavə cavab vermək üçün 5 saniyədən 20

saniyədək vaxt əldə edir.

Mürəkkəb və məsuliyyətli danışıqlara rus dilini kifa-

yət qədər yaxşı bilən Qərb firmalarının nümayəndələri öz

tərcüməçiləri ilə birlikdə gəlirlər. Əlbəttə ki, sadə danışıq-

larda, misal üçün, ilk təmasların təyin edilməsi və ya asan

Page 309: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

309

iradların həlli zamanı dili kifayət qədər yaxşı səviyyədə

bildikdə tərcüməçisiz keçinmək olar, lakin belə olan halda

hər zaman danışıqlarda iştirak edən qrupun bütün üzvləri-

nin xarici dili eyni səviyyədə bilib-bilmədiklərini fikirləş-

mək lazımdır, buna isə həddən artıq nadir hallarda rast

gəlinir, xüsusilə yeni kommersiya strukturlarında. Qabaq-

layıcı çıxış. Təəssüf ki, kommersantlar elə situasiyalara

düşürlər ki, firma bu zaman öhdəliyin pozulmasına görə

tam günahkar olur və zərərlərin ödənilməsini ultimasiya

ilə tələb etməyə, ola bilsin ki, hətta gələcək əməkdaşlıqdan

imtina etməyə hazır olan hirslənmiş kontragentlə görüş-

mək lazım gəlir. Belə hallarda baş verənlərə görə dərindən

üzr istəyərək tərəfdaşı qabaqlamaq, kontragentdə yaranmış

çətinlikləri anladığını və yaranmış vəziyyəti düzəltmək

üçün hər şeyə hazır olduğunu qeyd etmək lazımdır. Təbii

ki, qabaqlayıcı fikirdə müzakirə olunan problemin kəskin-

liyini ehtiyatla azaltmaq tələb olunur. Təcrübə göstərir ki,

danışıqların belə başlaması tez-tez müsbət effekt verir,

onları firma üçün minimal zərərlə və kontragent qarşısında

imicin qorunması ilə konstruktiv axına gətirməyə imkan

yaradır.

15.4. Beynəlxalq kommersiya danışıqlarına hazırlıq.

Qarşıya qoyulmuş məqsədə nail olunmasında məq-

sədyönlülük uğurlu danışıqların ən mühüm şərtlərindən

biridir. Çox vaxt kontragent tərəfdən olan aparıcı öz möv-

qeyinin müdafiəsi üçün kifayət qədər dəlilə malik olma-

dan (misal üçün, qəbul olunmuş öhdəliklərin yerinə yeti-

rilməsinə gecikmə zamanı) danışıqları əsas problemin həl-

lindən kənarlaşdırmağa çalışır və bu zaman əhəmiyyətsiz

Page 310: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

310

məsələləri müzakirə etməyi təklif edərək diqqəti lazımsız

məsələlər üzərində cəmləşdirir. Bu halda xüsusi mətanət

göstərmək və mülayimcəsinə müzakirələri konstruktiv

axına doğru qaytarmaq lazımdır. Əgər danışıqlar zamanı

kontragentin özünə qulaq asmaq və yalnız öz fikirlərini

inkişaf etdirmək meylliliyi yaranarsa (belə insanlara ki-

fayət qədər tez-tez rast gəlinir), öz təkliflərini onun tərə-

findən ifadə edilmiş mövqeyin inkişaf etdirilməsi kimi

verməyə çalışmaq lazımdır. Təəccüblü deyildir ki, təcrübə

göstərir ki, bu, əgər zərif şəkildə təqdim edilsə, kifayət

qədər effektiv üsuldur. Danışıqların psixoloji mühüti

onların məhsuldarlığının mühüm amilidir. Danışıqların

aparıcısının şəxsiyyətini kontragent tərəfindən onun tut-

duğu mövqedən ayırmağı bacarmağı öyrənmək lazımdır.

Danışıqların nəticəsinə görə məsuliyyət daşıyan

şəxslər öz firmalarının kommersiya maraqlarını müdafiə

edən xidmətçilərdir. Bu, onların xidməti öhdəliyidir. Əgər

kontragent sərt, əlverişsiz mövqe tutursa, bu, o demək

deyildir ki, o pis adamdır. Başa düşməyi öyrənmək lazım-

dır ki, «siz bir qayıqdasınız» və tərəfdaşın sizə qarşı

hörmət bəsləməsini təmin etmək lazımdır. Fikirlər heç bir

halda danışıqlar üzrə tərəfdaşın şərəfinə, onun milli mən-

liyinə, onun firmasının nüfuzuna toxunmamalıdır. Hətta

qeyri-səhih formada edilmiş ədalətli irad belə həddən artıq

mənfi reaksiyaya səbəb ola bilər. Təcrübə göstərir ki,

danışıqlarda qeyri-əlverişli mühüt hər zaman, hətta ən

mürəkkəb problemlər üçün belə qarşılıqlı əlverişli kom-

promis həlləri tapmağa imkan verir. Ancaq hər zaman,

danışıqların iştirakçılarının ayıq və «dəm» halda qucaqlaş-

dıqları, öpüşdükləri, «sənlə» danışmağa keçdikləri, əbədi

dostluq haqqında and içdikləri zaman xeyirxahlıq və

Page 311: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

311

təklifsizlik arasında ayırıcı xətt çəkmək lazımdır.

Təklifsizlik daha az təcrübəli siyasətçilər və kom-

mersantlar tərəfindən əsaslandırılmamış güzəştlərə aparan

yoldur. Danışıqlar prosesi özündə ardıcıl kompromislər

zəncirini əks etdirir. Əsaslandırılmış və qarşılıqlı faydalı

kompromislər tapmaq bacarığı əsasən iki başlıca şərtdən

asılıdır. Bu, hər şeydən əvvəl, danışıqların aparıcısının

kommersiya fəaliyyətinin bitişik istiqamətlərinin geniş

diapozonunda, misal üçün, daxili və beynəlxalq hüquq

məsələlərində, daxili və xarici hesablaşmaların müasir

sistemində, bazarın konyunkturu və qiymətəmələgəlmə,

nəqliyyat və sığorta, əldə edilən və satılan məhsulların

keyfiyyət xarakteristikaları və s. sahələrdə yüksək səriştə-

liliyidir. İkincisi, bu, danışıqların aparıcısının mənəvi xü-

susiyyətləridir. Xarakterlərində kompromisetmə qabiliyyə-

tinin olmadığı kifayət qədər ağıllı və savadlı insanlar var,

çünki onlar öz fikirlərini son anda həqiqət hesab edirlər.

Təcrübə göstərir ki, onların mentalitetini çox nadir

hallarda dəyişmək mümkün olur və əgər onlar Sizin fir-

mada işləyirlərsə, yaxşı olar ki, onlara insan fəaliyyətinin

başqa sahələrində özlərini sınamağı təklif edəsiniz. Həm-

çinin, yuxarı rəhbərliyin bütün problemləri həll etməyə qa-

dir olmasını düşünmək ruhunda tərbiyə olunmuş Azərbay-

can insanlarının mənəviyyatının xüsusi cəhətinə də fikir

vermək lazımdır. Buna görə də, əgər danışıqlar prosesində

hər hansı mürəkkəb problemlər kompleksini həll etmək

mümkün olmursa, azərbaycanlı mütəxəssislər, adətən kö-

mək üçün rəhbərliyə müraciət edirlər.

Çox vaxt məsələnin xüsusiyyəti və müəyyən mərhə-

lələri haqqında heç də dərin bilikləri olmayan, lakin tut-

duqları vəzifənin yüksəkliyinin avtomatik olaraq onların

Page 312: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

312

biliklərini artırdığını düşünərək ixtiyari qərarlar qəbul

etməyə adət etmişdirlər. Belə qərarların qəbul edilmə-

sindən sonra icraçılar çox vaxt rəhbərlik tərəfindən qəbul

olunmuş qərarların əsassızlığının yumşaldılması üsullarını

axtarmağa məcbur olurlar. Xarici firmalarla iş təcrü-

bəsində tez-tez xarici tərəfdaş tərəfindən olan danışıqlar

aparıcısının məsələnin öyrənilməsini təxirə salmağı və

kommersiya fəaliyyətinin ayrı-ayrı istiqamətlərində eks-

pertləri ədalətli olaraq daha səriştəli hesab edərək, təkliflə-

rin ekspertlər səviyyəsində hazırlanmasını təklif etdiyi

başqa yanaşma ilə rastlaşırsan. Təcrübə göstərir ki, mürək-

kəb problemlərin həllinin belə üsulu daha məhsuldardır və

kommersiya firmalarının kollektivi üçün tərbiyəedici əhə-

miyyət kəsb edir.

15.5. Qarşıya qoyulmuş məqsədə nail olunmasında məqsədyönlülük.

Kommersiya danışıqlarına hazırlıq müzakirə edilən məsələlərin gözlənilən dairəsindən və imzalanmaq üçün planlaşdırılan sənədlərin xarakterindən asılıdır. Danışıqla-rın nəzərdə tutulan predmetindən asılı olaraq bu danışıq-ları aparan işçi aşağıdakıları etməyə borcludur:

- danışıqların iştirakçılarını firma tərəfindən seçməli və namizədliyi onların bilavasitə rəhbərliyi ilə uyğunlaş-dırmalı;

- iştirakçılara kontragent haqqında sorğu materialı və zəruri kommersiya sənədləri ilə tanış olmağı təklif etməli;

- danışıqlar nəticəsində imzalanmalı olan kommer-siya sənədlərinin öz layilələrini tərtib etməli;

- ixtisaslaşdırılmış şöbələrin nümayəndələri və təc-

Page 313: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

313

rübəli ekspertlərlə firmanın mövqe və taktikasını dəqiqləş-dirmək üçün qarşıdan gələn danışıqların mövzusu ilə bağlı konyunktur müşavirələrin həyata keçirilməsinin zərurili-yini qiymətləndirməlidir.

Danışıqların başlanmasının təyin olunmuş vaxtına gecikmənin yol verilməməsi onunla əlaqədardır ki, bu tək-cə gecikənlərin mədəni səviyyəsinin aşağı olmasını gös-tərmir, həm də firmanın pis təşkil olunmasını, tərəfdaşa qarşı hörmətsizliyi və işlərdə məsuliyyətsizliyini ifadə edir ki, bu da firma haqqında həddən artıq qeyri-qənaətbəxş təəssürat yarada bilər. Gecikməyə heç bir məşğulluq haqq qazandıra bilməz və göstərilən hər bir səbəb, sadəcə ola-raq tərəfdaşları daha da qıcıqlandıracaqdır. Əgər gecikmə halı baş veribsə, yaxşısı budur üzrlə kifayətlənəsiniz. Daha erkən gəlməyin arzu olunmadığı onunla əlaqədardır ki, bu, gələnlərin öz vaxtlarını planlaşdıra bilməmələrini ifadə edir və bu da planlaşdırdığı işi vaxtından əvvəl dayandır-malı olan qəbuledici tərəfin qıcıqlanmasına səbəb olur. Xarici firmalar erkən gəlmiş qonaqları yol gözləyən dilən-çilərin vəziyyətinə qoyaraq onları qəbul etməyə tələsmir. Kontragentin nümayəndələri və ya partnyorla görüş adətən aparılmalı olan danışıqların iştirakçılarına yox, kiçik işçi heyyətinə tapşırılır. Qəbuledici tərəfin danışıqlardakı isti-rakçıları qonaqlar gələnədək artıq danışıqlar aparılmalı olan otaqda olmalıdırlar.

Qonaqlar daxil olarkən iştirakçılar yalnız qonaqlarla salamlaşır, lakin dərəcə və tutduqları vəzifələrini təqdim etmirlər. Adətən danışıqların aparıcısı qəbuledici tərəfdən masa arxasında yer tutmaq üçün qonaqları dəvət edir. Bundan sonra masa arxasında dəvət edən tərəfin istirak-çıları əyləşirlər, bu zaman vəzifəsinə görə yuxarı olan şəxslər bir-birilərinin qarşısında əyləşirlər. İştirakçıların qarşılıqlı şəkildə təqdim olunması hər kəsin danışıqlar ma-

Page 314: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

314

sası arxasında əyləşməsindən və rəhbərlərin bir-birilə sa-lamlaşmasından sonra baş verir. Sonra rəhbərlərdən hər hansı biri öz iştirakçılarını soyadı və vəzifəsini bildirmək-lə təqdim edir. Təqdim olunduqca, iştirakçılar öz vizit kartlarını partnyorlara verirlər. Yeri gəlmişkən, əgər istə-yirsinizsə ki, sizin vizit kartlarınızı atmasınlar və standart klasserlərdə saxlasınlar, yaxşı olar ki, standart ölçüdə (90x50 mm) vizit kartları sifariş edəsiniz. İşgüzar insanlar kartı onun təmsil etdiyi firma və ya təşkilatı, şəxsin soy-adını, adını, atasının adını, tutduğu vəzifəsini və dərəcəsini göstərməklə sadə tərtibatla təchiz etməlidirlər. Kartın aşağı hissəsində firma və ya təşkilatın ünvanı və telefonu, faks və başqa rabitə vasitəsinin nömrəsi göstərilməlidir. Qızılla çap və ya rəngli fon – vizit kartının sahibinin nüfu-zunu çox çətin ki, artırsın. Bir dəfə Rusiyanın iri neft-qaz kompaniyalarının birində danışıqlar zamanı kompaniyanın rəhbəri kitabın müəllifinə öz vizit kartını təqdim etdi və kartın fonunda dəniz, palma ağacları və günəş təsvir olun-muşdu. Aydındır ki, o, bu kartı afrikan aborigenlərinin başçısı ilə danışıqlar üçün çıxartdırmışdı.

Danışıqlardan qalan təəssürat kontragentlərlə işgüzar əlaqələrin saxlanılması perspektivi üçün çox mühümdür. Hətta əgər danışıqlar faydasız olsa belə, hər zaman kontragentdə Sizin firma haqqında ola bilsin ki, sərt, am-ma kifayət qədər səmimi və etibarlı tərəfdaş kimi təəssürat qalsın. Kommersiyada hər zaman istənilən, hətta əlverişsiz və hazırkı anda perspektivsiz təsir bağışlayan tərəfdaşlarla belə körpüləri yandırmamaq» qaydasına riayət etmək lazımdır. İş təcrübəsi göstərir ki, əvvəldən duşunülmüş və ya hətta təsadüfi təmaslar nəticəsində belə kifayət qədər böyük zaman müddətindən sonra firmalar qarşılıqlı maraqların başqa sərhədlərini də tapır və qarşılıqlı faydalı əməkdaşlığı yeniləndirirlər.

Page 315: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

315

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT SİYAHISI

Azərbaycan dilində

1. Feyzullabəyli İ. Ə. – “ Beynəlxalq ticarət işi”

Bakı, 2001.

2. Heydərov K. F. – “ Gömrük işinin əsasları” I, II,

III, IV (tomlar) Bakı, 1998- 2000.

3. İnkoterma - 2000.

4. Səfərəliyeva R., Məmmədov S., Qazıyev. İşgü-

zar etika. Azərbaycan biznesmenləri üçün vəsait. Bakı

2004.

5. Azərbaycan Respublikası “Əmək məcəlləsi”

Bakı, 2008.

6. Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısı-

nın alınması haqqında”. Bakı şəhəri, 28 sentyabr 2002-ci il

7. Vətəndaşların əmək hüquqlarının müdafiə liqası-

nın nizamnaməsi. Bakı -2007.

8. ”Reklam haqqında” Azərbaycan Respublikasının

Qanunu Bakı -1997.

9. İqtisadi nəzəriyyə Dərslik Bakı- 1999

10. Quliyev T.A. “Əməyin sosiologiyası” Bakı-

1998.

11. A.Şükürov “Fəlsəfə” Bakı- 2000.

12. A.B. Abbasov Biznesin əsasları Bakı-2005.

13. T.Ə.Quliyev “Menecmentin əsasları” Bakı -2001

14. A.Məmmədov “Əməyin normalaşdırılmasının

əsasları” Bakı- 2002

15. Ş.Ə.Axundov, M.Ə. Axundov “Bazar iqtisadiy-

yatının əsasları qısa izahlı lüğət” Bakı-2001.

Page 316: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

316

16. R.R.Bədirov. M.R. Bədirov “Kapital bazarı”

Bakı- 2002

17. F.Kotler “Marketinqin əsasları” Bakı -2000

18. Niftulayev V.M. “Sahibkarlığın əsasları” Bakı-

2002

19. Rəhimov M. Azərbaycan Respublikasının inki-

şafını tənzimləyən qanunlar. Bakı, 1995

20. Şəkərəliyev A.Ş., Z.A. Beynəlxalq iqtisadi mü-

nasibətlər və beynəlxalq bazarın təşəkkülü. Bakı, 1996.

21. Şəkərəliyev A.Ş. Dünya iqtisadiyyatı və beynəl-

xalq iqtisadi münasibətlər. Bakı, 1999.

22. Şəkərəliyev A.Ş., Nuriyev C.Q., Əliyev A.Ə.

“Gömrük işinin təşkili və idarə edilməsi”. Bakı, Qanun

2003.

23. Feyzullabəyli İ.Ə. və b. “Beynəlxalq ticarət işi”.

Bakı 2001.

Rus dilində

24. Организация предпринимательсткой деятель-

ности. Учебное пособие (Под ред. А.С. Пелиха), Рос-

тов н\Д , «Март» 2002.

25. Это П.Р. Реалии паблик рилейшнз Д.Ньюсом,

А.Скотт, Дж. Турк. Учебное пособие. Ньюйорк, 1998

26. В.А. Томсинов. Внешнеторговые сделки.

Москва -1994.

27. Məmmədov X.Ə.,Mirzəyev S.Q.Tətbiqi xarici

ticarət əməliyyatları Bakı- 2001.

28. Зубик В.Б. и др.Экономическая безопасность

предприятия (фирма) Минск -1998.

29. Круглова Н.Ю. Основы бизнеса. Учебник для

Page 317: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

317

вузов. Москва, ПДЛ, 2002 30. İlhan Erdoğan. İşlətmə-

lərdə Davranış. İstanbul.

31. Герчикова И.Н. «Международное коммерчес-

кое дело». Москва 2003.

32. Ю.Н.Грачев. «Внешнеэкономическая деятель-

ность: Организация и техника внешнеторговых опера-

ций. Бизнес-школа, 2001.

33. Б.И.Синецкий. «Основы коммерческой дея-

тельности». Москва 1998.

34. Прокушев Е.Ф. «Внешнеэкономическая дея-

тельность». Москва 2005.

35. «Внешнеэкономическая деятельность пред-

приятия». Под. ред. Л.Е.Стровского. Москва 2003.

36. В.В.Покровская. «Организация и регулирова-

ние внешнеэкономической деятельности». Москва

1998.

37. Л.А.Феонова. «Внешнеторговые контракты».

Москва 1998.

38. О.Н.Воронкова, Е.П.Пузакова. «Внешнеэко-

номическая деятельность: организация и управление».

Москва 2005.

39.Абалкин Л.И. экономическая безопасность

России: угрозы и их отражение/Вопросы экономики,

1994, №2

40. Аббасов Ч.М. Основные направления форми-

рования внешнеэкономической политики Азербайд-

жана. Баку, Сабах, 1994

41.Абдурахманов Б. Пути рачионализации пере-

возок грузов в Азербайджанской ССР. Баку: Изд-во

«ЕЛМ», 1971.

42. Авдокушин Е.Ф. Международные экономи-

Page 318: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

318

ческие отношения. М., ИВИ, «Маркетинг», 1997.

43. Авдокушин Е.Ф. Международные экономи-

ческие отношения. М., «Юрист», 1999.

44. Ахвердова С.Х. Экспортный потенциал Азер-

байджана в условиях перехода к рынку. Коллективная

монография Ин-та Экономическая АН «Основные

тенденции социально-экономического развития Азер-

байджана на современном этапе». Баку, изд-во ЭЛМ,

1999.

45. Ахмедшина Ф.А. Экономическое сотрудни-

чество Азербайджанской ССР с союзными республи-

ками (1946-1980). Баку, изда-во ЭЛМ, 1987.

46. Блишенко И. Международное право и мирное

решение споров. «Новое время», М, 1994.

47. Бруниева Е.В. Международный

коммерческий арбитраж Спб Издательский дом,

Сентябрь, 2001, С. 368.

48. Иск LIAMCO (США) к Ливии // International

Legal report, 1979, VOL. 53, P. 1-374.

49. Иск AGIP Company SPA (Италия) кправи-

тельству Народной РеспубликиКонго, Year book of

Commercial Arbitration, 1983, Vol. VIII. P. 130-143.

50. Иск AMCO Asia Corporation (США) к Индоне-

зии / International Legal Materials, 1984. VOL. 23 P. 84-

98.

51. “A Handbook on the WTO Dispute Settlement

System” by Ernst Cruich, New York, 2004

Page 319: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

319

MÜNDƏRİCAT

GİRİŞ ...........................................................................

FƏSİL 1.

BEYNƏLXALQ KOMMERSİYA

ƏMƏLİYYATLARININ İQTİSADİ

MAHİYYƏTİ ...........................................

1.1. Beynəlxalq kommersiya anlayışı, məzmu-nu, mahiyyəti və kommersiya sövdələşmə-ləri ..............................................................

1.2. Beynəlxalq kommersiya əməliyyatlarının növləri ………............................................

1.3. Beynəlxalq kommersiya əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatları.......

1.4. Sahibkarlıq ittifaqı və xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilat-ları ..............................................................

1.5. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı-satqısı üzrə kontragentlər qismində çıxış edən BMT sisteminin ix-tisaslaşmış idarələri ………………………

FƏSİL 2. İXRAC-İDXAL ƏMƏLİYYATLARI-

NIN MƏZMUNU, NÖVLƏRİ VƏ HƏ-

YATA KEÇİRİLMƏSİ METODLARI..

2.1. İxrac-idxal əməliyyatlarının həyata keçiril-məsi metodları ……………………...........

2.2. İxrac-idxal əməliyyatlarında gömrük tariflərinin tətbiqi.………………………

2.3. Gömrük uçotunun standartlaşdırılma və unifikasiyalaşdırılması sahəsində beynəl-xalq sistemlər …………………….............

2.4. İdxal -ixrac əməliyyatlarında bazarın nəql-etmə hüquqi və ticarət – siyasi şəraitinin öyrənilməsi ............………………………

2.5. Bazarda alıcı firmanın öyrənilməsi və

Page 320: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

320

bazar tədqiqinin aparılması metodları........

FƏSİL 3.

BAZARIN MAHİYYƏTİ, MƏZMUNU

VƏ TƏDQİQİ ...........................................

3.1.

Bazar və onun tədqiqinin metodoloji əsas-ları: bazar anlayışı, bazarın növləri ………

3.2. Mallar: malların təsnifatı prinsipləri, malın texniki-iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri …………………………

3.3. Malın keyfiyyət və rəqabətə davamlılığı ..

3.4. Bazarın tədqiqinə dair anlaşma: bazar tədqiqatında əsas məqsəd, bazar şəraitinin təhlili ……………………………………

3.5. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi ………………………...........

FƏSİL 4. TİCARƏT–VASİTƏÇİLİK HƏLQƏ-

LƏRİ TƏRƏFİNDƏN HƏYATA KE-

ÇİRİLƏN BEYNƏLXALQ KOMMER-

SİYA ƏMƏLİYYATLARININ NÖV-

LƏRİ VƏ TƏŞKİLİ PROBLEMLƏRİ..

4.1. Beynəlxalq ticarət-vasitəçilik əməliyyatla-rının mahiyyəti …………………...............

4.2. Əmtəələrin təkrar satışı və satış hüququ-nun verilməsi ilə müşayiət olunan vasitə-çilik əməliyyatları ………………..............

4.3. Beynəlxalq komissiya və konsiqnasiya əməliyyatları ………………………..........

4.4. Beynəlxalq agent və broker əməliyyatları..

4.5. Beynəlxalq vasitəçiliyin təşkilati-hüquqi formaları ………………………….............

FƏSİL 5.

BEYNƏLXALQ ALQI – SATQI

MÜQAVİLƏLƏRİNİN MƏZMUNU

VƏ QURLUŞU

Page 321: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

321

5.1.

Beynəlxalq kommersiyada birtipli

müqavilələr.……………………………..

5.2. Alqı-satqının ümumi şərtləri …………......

5.3.

Beynəlxalq alqı-satqı müqavilələrinin ma-hiyyəti və strukturu ……............................

5.4. Müqavilənin və malların göndərilməsinin bazis şərtləri (İnkoterms) ......

5.5. Beynəlxalq alqı-satqı müqavilələrinin növ-ləri və xüsusiyyətləri.............................

FƏSİL 6. BEYNƏLXALQ ALQI-SATQI

MÜQAVİLƏLIƏRİNİN İCRA

EDİLMƏSİNİN TƏŞKİLİ

..........................................

6.1. Malın (yükün) göndərilməsinə hazırlıq, malın qablaşdırılması tələbləri…................

6.2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə beynəlxalq kommersiya sənədləri……...

6.3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat və gömrükxana sənədləri.

6.4. Beynəlxalq kommersiya qaydalarının (üsullarının) sadələşdirilməsi……………..

6.5. Beynəlxalq kommersiya qaydalarının və sövdələşmələrinin sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları ……………….

FƏSİL 7. BEYNƏLXALQ QARŞILIQLI

KOMMERSİYA ƏLAQƏLƏRİ

..............................................................

7.1. Qarşılıqlı kommersiya əlaqələrinin xüsu-siyyətləri…………………………….........

7.2. Beynəlxalq qarşılıqlı razılaşmaların (sa-zişlərin) növləri…………………...............

7.3. İstehsal əməkdaşlığı razılaşmaları əsasın-

Page 322: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

322

da kompensasiya sazişləri……..................

7.4. Beynəlxalq kommersiya fəaliyyətinin for-maları və onların formalaşması strukturu..

7.5. Beynəlxalq bazarda fəaliyyət göstərən kommersiya strukturlarının növləri ...........

FƏSİL 8.

DÜNYA BAZARINDA TİCARƏT –

VASİTƏÇİ FƏALİYYƏTİ .....................

8.1. Ticarət-vasitəçi əməliyyatların mahiyyəti və növləri ……………...............

8.2. Ticarət-vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri ………………….....................

8.3. Ticarət-vasitəçi əməliyyatların təşkilatı formalar. …………………..

8.4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsu-siyyətləri ……………………….................

8.5. Ticarət-vasitəçiliyi dünya bazarında müx-təlif funksiyaların yerinə yetirilməsi kimi..

FƏSİL 9. BEYNƏLXALQ BİRJALARDA, HƏR-

RACLARDA VƏ TORQLARDA Tİ-

CARƏT ƏMƏLİYYATLARININ TƏŞ-

KİLİ ...........................................................

9.1. Beynəlxalq mal birjaları. Mal birjalarının təşkilatı quruluşu və funksiyaları. Birja əməliyyatlarının həyata keçirilməsi tex-nikası və birja ticarətinin inkişaf meylləri..

9.2. Beynəlxalq hərraclar, beynəlxalq hərrac ticarətinin təşkilatı formaları……...............

9.3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi qaydaları və şərtləri…..............

9.4. Sərgi yarmarka ticarətinin təsnifat əlamət-ləri ………………………………..............

9.5. Yarmarkalar…………………………........

FƏSİL 10. BEYNƏLXALQ KOMMERSİYA VƏ

Page 323: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

323

ALIŞ-VERİŞ İŞİNDƏ REKLAM,

SƏRGİLƏR, YARMARKALAR VƏ

TEXNİKİ XİDMƏTLƏR

....................................................................

10.1. Reklamın təşkili. Ticarət və alış-veriş məqsədli reklamın məzmunu, reklamın əsas vasitələri …………….......................

10.2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları ………………………...............

10.3. Mal nişanları və reklam məqsədilə onlar-dan istifadə ……………………...............

10.4. Beynəlxalq sərgilər və yarmarkalar. Bey-nəlxalq sərgilərdə və yarmarkalarda bağ-lanılan sazişlər ……………………..........

10.5. Sərgi və yarmarkaların təşkili və tənzim-lənmə fəaliyyəti …………………............

FƏSİL 11.

BEYNƏLXALQ TEXNOLOGİYA, EL-

Mİ-TEXNİKİ BİLİKLƏR VƏ LİSEN-

ZİYA MÜBADİLƏSİNİN METODO-

LOJİ ƏSASLARI.....................................

11.1. Beynəlxalq texnoloji biliklər mübadiləsi... ..... ………............................................

11.2. Elmi – texniki biliklər ticarətinin xüsu-siyyətləri …………………………...........

11.3. Lisenziyalar və beynəlxalq lisenziyalaş-dırma……………………….....................

11.4. Beynəlxalq lisenziya ticarətinin xüsusiy-yətləri…………………………….............

11.5. Beynəlxalq lisenziya mübadiləsi sazişləri-nin növləri, məzmunu və ticarətinin təşkili ......……………......................................

FƏSİL 12.

BEYNƏLXALQ MÜHƏNDİS –TEXNİ-

Kİ XİDMƏTLƏRİ MÜBADİLƏSİ.......

12.1. Mühəndis–texniki xidmətlər üzrə beynəl-

Page 324: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

324

xalq mübadilənin mahiyyəti və əhəmiyyəti

12.2. Mühəndis–texniki xidmətlərin verilməsi-nə (satılmasına) dair beynəlxalq müqavi-lələrin əsas şərtləri…………………….....

12.3. Beynəlxalq mühəndis – texniki xidmətlər mübadiləsinin təşkili ……………............

12.4. Məsləhətçi injinirinq üzrə beynəlxalq müqavilənin məzmunu ……………….....

12.5. Sənaye şirkətlərində injinirinq tipli işlərin yerinə yetirilməsi …………………….......

FƏSİL 13. BEYNƏLXALQ İCARƏ ƏMƏLİY-

YATLARI .................................................

13.1. Beynəlxalq icarə əməliyyatlarının mahiyyəti və növləri …..............................

13.2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri ………………………………........

13.3. Müasir şəraitdə beynəlxalq kommersiyanın xüsusiyyətləri və icarə əməliyyatlarının təşkili formaları.... …….......................................................

13.4. Beynəlxalq icarə əməliyyatlarının təşkili formaları …………………………...........

13.5. Alqı-satqı və icarə müqavilələrinin bağ-lanması ………………………...................

FƏSİL 14.

BEYNƏLXALQ TURİZM ƏMƏLİY-

YATLARI .................................................

14.1. Beynəlxalq turizm əməliyyatları və turist xidmətlərinin növləri ……………............

14.2. Turist xidmətlərinin göstərilməsi üzrə sazişlərin əsas şərtləri ……………….

14.3. Beynəlxalq turizm üzrə əməliyyatların təşkilati formaları …………………..........

14.4. Beynəlxalq turist bazarlarının öyrənilməsi

Page 325: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

325

14.5. Turist xidmətləri göstərən korporasiyaların fəalliyyəti ………………………...............

FƏSİL 15.

BEYNƏLXALQ KOMMERSİYADA

ƏMƏKDAŞLIQ DANIŞIQLARI VƏ

ONLARIN MAHİYYƏTİ

15.1. Əməkdaşlıq danışıqları, onların

mahiyyəti və danışıq stilinin müəyyən

edilməsi

15.2. Danışıqlar aparılmasının üç

strategiyası yumşaq, sərt və prinsipial

15.3. Danışıqlarda tərəflərin mövqeyi və

maraqları

15.4. Beynəlxalq kommersiya

danışıqlarına hazırlıq.

15.5.Qarşıya qoyulmuş məqsədə nail

olunmasında məqsədyönlülük

İstifadə olunan ədəbiyyat siyahısı...........................

Page 326: BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq

326

PÜSTƏ ORUC QIZI FƏRHADİ

BEYNƏLXALQ KOMMERSİYA İŞİ

Dərslik Bakı, 2018.

Redaktor: dos. R.F.Sadıqov

Texniki redaktor: Ə.N.Bağırov

Kompüter tərtibatçısı: N.A.Rzayeva

Çapa imzalanıb: 16.02.2018

Kağız formatı: 60/84/1/16

Həcmi 14,5 ç/v

Tiraj: 500

“Bakı Biznes Universitetinin nəşriyyatı” Bakı,

H.Zərdabi küç. 88a