BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi...

48
Gülarə Munis BÖCƏK, YEMƏZ ÇİYƏLƏK... Bakı - 2015

Transcript of BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi...

Page 1: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

Gülarə Munis

BÖCƏK, YEMƏZ ÇİYƏLƏK...

Bakı - 2015

Page 2: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

2

Redaktor: Qəşəm Nəcəfzadə

Azərbaycan Yazıçılar Birliyi Uşaq

ədəbiyyatı şöbəsinin rəhbəri

Üz qabığının rəssamı: Fatimə Əlizadə

Gülarə Munis “Böcək, yeməz çiyələk”.

Bakı, 2015, “MBM”, 48 səh.

“Böcək, yeməz çiyələk” müəllifin on altıncı ki-

tabıdır.

Kitabda vətənpərvərlik, məktəb, ilin fəsilləri,

təmsillər, bitki aləmi nənə-nəvə başlığı altında

şeirlər qələmə alınıb. Kitab kiçik yaşlı məktəblilər

üçün nəzərdə tutulub.

Sadə dildə yazılan bu şeirlər asan mənimsənir

və tez yadda qalır. Kitaba uşaqlar üçün kiçik

həcmli lətifələr də daxil edilib.

ISBN 978-9952-29-084-7

© G.Munis

Bakı, “MBM”

Page 3: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

3

Bu kitabı Nərgiz adlı gözəl bir qızın

ad gününə hədiyyə kimi yazmışam.

Müəllifdən

Əziz balalar, yenidən sizinlə görüşə gəlmişəm.

Bu balaca şeirləri diqqətlə oxusanız, vətənimizin

necə gözəl, torpağımızın necə bərəkətli, fəsillərin

necə fərqli olduğunu biləcəksiniz. Bu kitaba ba-

laca balalar üçün kiçik lətifələr də daxil etmişəm.

Əziz balalar, şəkilləri özünüz rəngləyin.

Page 4: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

4

Mələkdi Nərgiz

Saçının ətrini alıb ənbərdən,

Vücudu yonulub sanki mərmərdən,

Yaradan qorusun gözdən, nəzərdən,

İncədir, qönçədir, göyçəkdi Nərgiz!

Bürünüb ipəyə, bürünüb tülə,

Qıvrılan saçları bənzər sünbülə,

Naz edir bülbülə, naz edir gülə,

Ətirli bir güldür, çiçəkdi Nərgiz!

Dodağı püstədir, yanağı lalə,

Gözündən süzülən gül üstə jalə,

Dişləri sədəfdir, ağzı piyalə,

Göydən yerə enən mələkdi Nərgiz!

Toxunur əlimə toppuş əlləri,

Sığal istəyəndə ipək telləri,

Dinəndə bal dadır şirin dilləri,

Nəfəsdir, cigərdir, ürəkdi Nərgiz!

Munis də iltimas edir Xudadan,

Onu hifz eləsin böyük Yaradan!

Nərgizi qorusun dərdü-bəladan,

Baba ocağına bəzəkdi Nərgiz! 10.09.2013.

Page 5: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

5

Sürmənin düyməsi

Görürsünüz Sürməni,

Çıqqıldadır düyməni.

Axtarır təzə oyun,

Burda dostdu qurd-qoyun.

Hey baxır manitora,

Balıqlar düşür tora.

Çay içmir, yemək yemir,

Bu qız “yoruldum”- demir.

Gah səsləyir anası:

-Bəsdir daha, balası!

“İndi gəlirəm, ana,

Qoy oyun çatsın sona”.

Oyun sona çatmayır,

Bu qıza söz batmayır.

Kompüterlə şad olub,

Bütün dostlar yad olub.

Page 6: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

6

Ay Sürmə, bax bir sözə,

Bu çox zərərdir gözə.

Belə olmaz, bir düşün,

Dostlar ilə görüşün.

Bir az oyna, bir az gəz,

Belə gün ələ düşməz.

Payızın ətri gəlir,

Təbiət də dincəlir.

Bax ananın sözünə,

Cəfa etmə özünə.

Oyunun öz vaxtı var,

Sağlamlığın taxtı var.

Çalış düz qur işini,

Tərgit bu vərdişini.

Kompüter də dincəlsin,

Bütün işlər düzəlsin!

20.09.2013

Page 7: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

7

MƏKTƏB MÖVZUSU

Danışan hərflər

Hərflər dilə gəldi,

Biri belə söylədi:

“A “deyirlər adıma,

“N” yetişsə dadıma.

Yaranar “Ana” sözü,

Gülər dünyanın üzü.

Bir “T” gəlsə o saat,

Vərəqdə yazılar “At”.

Bir “A”da çağıraram,

“Ata” sözü yazaram.

“B” söylədi: Sus bir az,

Qarşıda bir “B” da yaz,

İki “B” və iki “A”,

Birlikdə olar “Baba”.

Bu dəfə dözmədi “C”,

Dilə gəldi bu bacı:

Page 8: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

8

Mənimlə yazılır “Can”,

Vətənim Azərbaycan.

Çox şirindi dilimiz,

Bəxtəvərdi elimiz!. 11.01.2008

A

B

C

D

E

Page 9: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

9

İkincilər

Sizə söyləyib salam,

Bildiririk ehtiram.

Dinləyin sözümüzü,

Tanıyın özümüzü.

Baxma ki, ikinciyik,

Hər işdə birinciyik.

Sinif olsa da iki,

Heç vaxt almırıq “2”.

Dərsi bilirik əzbər,

Beşlə bəzənir dəftər.

Hamımız edib peşə,

Beş alırıq həmişə.

“Ana dili” canımız,

Damarda o qanımız.

Amma, hər gün, hər saat,

Gərəkdir “Riyaziyyat.” 15.12.2009

Page 10: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

10

2-ci “E” sinifi.

Qorxmur qardan-borandan,

Çəkilməyir meydandan,

Çıxır hər imtahandan,

2-ci “E” sinifi.

Yarışda Rüstəmi-Zal,

Ya məsələ, ya misal,

Kimdir hamıdan fəal?

2-ci “E” sinifi.

Biliklə çalar zəfər,

Dərsi söyləyər əzbər,

Hər işdə göstər hünər,

2-ci “E” sinifi!

Qabaqlayar zamanı,

Həm qızı, həm oğlanı,

Sevir Azərbaycanı,

2-ci “E” sinifi! 08.02.2010

Page 11: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

11

RƏQƏMLƏR ALƏMİ

Bir və sıfır

Bir baxdı sola-sağa,

Ürəyi döndü dağa.

Dedi: “Mənəm birinci,

Həm mirvari, həm inci.

Yoxdu önümdə duran,

Burda mənimdir meydan.

Rəqəmlərin başıyam,

İkinin qardaşıyam”.

Sıfıra çatdı xəbər,

Qəlbinə çökdü kədər.

Dedi: “Boğaram biri,

Görmür gözündə tiri.

Mənəm qabaqda duran,

İndi mənimdir dövran.

Yazıldı o varaqda,

Dayandı o qabaqda.

Page 12: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

12

Biri onda bir etdi,

Birin ürəyi getdi. 05.04.2008

Page 13: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

13

İki və üç

İki verdi son qərar,

Dedi: “Olmuşam bezar”.

Cüt rəqəm olmaq üçün,

Getdi yanından üçün.

Üçdən ayrılan zaman,

İki darıxdı yaman.

Qəlbinə batdı tikan,

Oldu yaman peşiman.

Gördü düşüb nəzərdən,

Uzaq düşüb dəftərdən.

Heç kim onu almayır,

Onu yada salmayır.

Tutdu üçün əlimdən,

Şəkər səpdi dilindən.

Dedi: “Bir yerdə qalaq,

Biz birlikdə beş olaq”. 10.07.2008

Page 14: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

14

Üç

Üçün qəlbi qırıqdır,

Üçün qıçı sınıqdır.

Yıxılmışdı barıdan,

Bölünmüşdü yarədan.

Üç dedi: “Hanı yarım,

Ucalır ahu-zarım.

Dönüb sınıq eynəyə,

Bənzəyirəm gör nəyə?

Kim gətirsə yarımı,

Yox edər qubarımı”.

Eşitdi bunu qələm,

Ürəyinə doldu qəm.

Gəldi üçün yanına,

Baxdı öz imkanına.

Qarşısına yazdı üç,

Üç də oldu otuz üç.

Page 15: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

15

Üç görəndə özünü,

Yumdu qara gözünü.

Dedi: “Ar olsun, sənə!

Niyə dağ çəkdin mənə?

Kaş bağlansın məktəbin,

Tükənsin mürəkkəbin. 07.02.2007

Page 16: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

16

NƏNƏLƏR VƏ NƏVƏLƏR

Nənə, hansını üzüm?

Ağ üzüm, qara üzüm,

Asılıb düzüm – düzüm.

Ülkər gördü üzümü,

Yoxdur onun dözümü.

Dedi: -Yetişib üzüm,

Nənə, hansını üzüm?

- Ay bala, qaranı üz,

Yu, gətir süfrəyə düz!

Bal kimidir bu üzüm

Ye, mənim canım-gözüm! 14.01.2009

Page 17: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

17

Nənə, aş bişir mənə

Nəvə gözləyirdi aş,

Nənə bişirdi lavaş.

Nəvə dedi: -Ay nənə,

Bu gün aş bişir mənə.

Nənə dedi: -Ay bala,

Başıma açma bəla.

Yoxdu düyü, yoxdu ət,

Vermə mənə xəcalət.

Ye lavaşla pendiri,

Sonra qala təndiri.

Bişirim dadlı çörək,

Sən də mənə et kömək. 04.05.2002

Page 18: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

18

Nənə, nağıl de mənə

Nənə, nağıl de mənə,

Mən qulaq asım sənə.

Danış güldən-çiçəkdən,

Danış ağ kəpənəkdən.

Danış yağışdan, qardan,

Almalar gəlir hardan?

Göyün donu sökülsün.

Ordan alma tökülsün.

Page 19: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

19

TƏMSİLLƏR

Hörmüçək və böcək

Darıxırdı hörmüçək,

Gördü gəlir bir böcək.

Kəsdi onun yolunu,

Uzatdı bir qolunu.

Tutdu onun əlini,

İşə saldı dilini.

Dedi: “Darıxıram tək,

Gəl dost olaq, ay böcək.

Gəzək bağçada, bağda,

Axşam yataq çardaqda.”

Onlar tutdu əl-ələ,

Hörmüçək qurdu tələ.

Böcək nəğmə oxudu,

Hörmüçək tor toxudu.

Tora ilişdi böcək,

Belə baş tutdu kələk. 25.04.2008

Page 20: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

20

Tısbağa

Bir zirehli tısbağa,

Hərlənib gəldi bağa.

Onu görəndə bağban,

Dedi:”Qaçma, bir dayan!

Gəl evcik qurum sənə,

Sən də qonşu ol mənə.”

Tısbağa qaldı bağda,

Bab-balaca otaqda. 08.01.2010

Page 21: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

21

Qaranquş

Hələ gəlməmişdi qış,

Uçub getdi qaranquş.

Soyumamış havalar,

Bom-boş qaldı yuvalar.

Fikrə getdi Aidə,

Dedi:”Görəsən bir də,

Haçaquyruq, ağsinə,

Nə vaxt dönər vətənə?”

“Gözlə, dedi- təbiət,

Qaranquşda var adət,

Köçüb gedir payızda,

Geri qayıdır yazda.

Çəkmə belə intizar,

Gələr, gələndə bahar.” 02.01.2012.

Page 22: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

22

Dələ və kərtənkələ

Yerə hoppandı dələ,

Diksindi kərtənkələ.

Sonra dedi:- Ay dələ,

Hara gedirsən belə?

Dələ dedi:- Çox acam,

Bir fındığa möhtacam.

Yoxdu evdə bir yemək,

Gedim tapım göbələk.

Balalarım şad olsun,

Qüssədən azad olsun. 09.06.2009

Page 23: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

23

MEYVƏLƏR ALƏMİ

Çiyələk

Yetişəndə çiyələk,

Uçub gəldi bir böcək.

Qondu onun üstünə,

Durdu onun qəsdinə.

Dişi yaman işlədi,

Çiyələyi dişlədi.

Tez qışqırdı çiyələk:

Yemə məni, ay böcək!

Qon zəmidə sünbülə,

Qon çiçəyə, qon gülə.

Güllərin ərtini çək

Böcək yeməz çiyələk. 04.06.2009

Page 24: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

24

BİTKİLƏR ALƏMİ

Nanə

Nanəni biçdi nənə,

Yerdən üzüldü nanə.

Kökü qaldı torpaqda,

Dadı qaldı yarpaqda.

Nənə qurutdu onu,

Çatdı nanənin sonu.

Ləzzət verdi xörəyə,

Qüvvət verdi ürəyə. 27.04. 2008

Page 25: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

25

VƏTƏNPƏRVƏRLİK ŞEİRLƏRİ

Vətəndir

Qırılan budağı da,

Saralan yarpağı da,

Bir ovuc torpağı da,

Vətəndir!

Dənizi, havası da,

Kiçik bir obası da,

Quşların yuvası da

Vətəndir!

Tikanı, çiçəyi də,

Arının pətəyi də

Nənəmin örpəyi də,

Vətəndir!

Ağ çalmalı dağı da,

Çağlayan bulağı da,

Üç rəngli bayrağı da,

Vətəndir! 20.02.2010

Page 26: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

26

Qanlı yanvar gecəsi

Axdı yerə nahaq qan,

Öldü nə qədər insan,

Qana qərq oldu meydan,

Qanlı Yanvar gecəsi.

Bax çatılan qaşlara,

Güllə yağır başlara,

Qan çilənir daşlara,

Qanlı Yanvar gecəsi.

Saçını yoldu ana,

Qandan çəkildi xna,

Çox ömür yetdi sona,

Qanlı Yanvar gecəsi.

Qan ağladı çöl-çəmən,

Qəddar olsa da düşmən,

Müstəqil oldu Vətən,

Qanlı Yanvar gecəsi. 20.01. 1990

Page 27: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

27

Xocalı faciəsi

26 fevral Xocalı faciəsinə.

Qəlbimə vurdu yara,

Qan gördüm, baxdım hara,

Tarixə düşdü qara,

Xocalı faciəsi.

Gözlər qəzəblə doldu,

Körpə fidanlar soldu,

Millətimə dərd oldu,

Xocalı faciəsi.

Yazdım, qələm ağladı,

Göz yaşlarım çağladı,

Sinələri dağladı,

Xocalı faciəsi.

Qoy düşmənə ar olsun!

Yurdu tarimar olsun!

Qoymarıq təkrar olsun!

Xocalı faciəsi! 26.02.2010.

Page 28: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

28

TƏBİƏT MÖVZUSUNDA ŞEİRLƏR

Təzə il

Ağ geyindi təbiət,

Qış yetişdi nəhayət.

Hər tərəfə yağdı qar,

Qarı eylədik nübar.

Əlvan geyindi küknar,

Budağında alma var.

Bir budaqda şaftalı,

O birində gavalı.

Bir tərəfdə səbət var,

Bir tərəfdə gilənar.

Yanında Şaxta baba,

Çiynində böyük torba.

Bir tərəfdə Qar qızı,

Çəkmələri qırmızı.

Page 29: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

29

Dövrə vurub uşaqlar,

Çox sevinir qonaqlar.

Təbiətə qız gəlib,

Təzə ilim xoş gəlib. 21.12.2011

Page 30: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

30

Yağdı qar

Gözünü açdı səhər,

Bizə verdi şad xəbər:

- “Nə yatmısa, ay İlqar?

Çöldə yağır güclü qar.”

Qarı görəndə İlqar,

Oldu yaman bəxtiyar.

Geyindi əlcəyini,

Götürdü xizəyini.

Qaçıb getdi həyətə,

Bax ondakı sürətə!

Səslədi uşaqları,

Evdəki qoçaqları.

Gəldi Vüqar, Etibar,

Aytən, Çinarə, Nigar.

Uşaqların şən səsi,

Sevindirdi hər kəsi.

Page 31: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

31

Düzəldib Qaradamı,

Mat qoydular adamı.

Bir tərəfdə qarğalar,

Qar üstündə dən arar.

Bir tərəfdə sərçələr.

Bir tərəfdə becələr.

Uşaqlar gördü bunu,

Saxladılar oyunu,

İlqar tez evə qaçdı,

Köhnə dolabı açdı.

Tapdı taxta, mıx, mişar,

Baxdı ki, çəkic də var.

Tez səslədi Vüqarı,

Sonra da Etibarı.

Dedi:-”Yazıqdır quşlar,

Hələ bahara çox var.

Gəlin bir yuva quraq,

Sonra kənarda duraq.

Page 32: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

32

Dostlar başladı işə,

Qızlar düşdü təşvişə.

Aytən buğda gətirdi,

Nigar arpa gətirdi.

Hazır olanda yuva,

Artıq qaraldı hava.

Yuvaya səpdilər dən,

Hamı söylədi “Əhsən!”

Çatdı şeirin sonu,

Sən də təbliğ et bunu. 01.02.2014

Page 33: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

33

Yay fəsli

Yurduma gələndə yay,

Nəvələrə gəlir pay.

Əncir, üzüm, şaftalı,

Qarpız, yemiş, gavalı.

Nemət gəlir bağlara,

Su çilənir dağlara.

İsidir suyu Günəş,

Günəş sanki bir atəş.

Səsləyir bizi dəniz,

Dəniz hamıya əziz.

Qaralır bədənimiz,

Çox sağlam oluruq biz.

Hamı çox sevir yayı,

Yoxdur bu fəslin tayı! 20.08.2011

Page 34: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

34

Novruz gəlir

Yurduma bahar gəlib,

Əlvan xalçanı sərib.

Oyanıb torpağımız,

Gülür bağça-bağımız.

Su çərşənbəsi gəldi,

Torpaq içib dincəldi.

Yaşıl geyindi çəmən,

Açdı gözün yasəmən.

Gəldi çərşənbə sonu,

Geyindik əlvan donu.

Süfrəyə gəldi xonça,

Hamı yedi doyunca.

Gəldi Keçəl və Kosa,

Əlində dolu kasa.

Uşaqlara verdi pay,

Düşdü yaman hay-haray.

Page 35: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

35

Paylandı noğul-nabat,

Coşub-qaynadı həyat.

Boylandı novruzgülü,

Açdı üzündən tülü.

Novruz gəldi ellərə,

Nəğmə düşdü dillərə.

Hər bayramda hər zaman,

Xoşbəxtdir Azərbaycan! 20.03.2011

Page 36: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

36

Novruz

Yatan torpaq oyandı,

Yumurtalar boyandı.

Çöldə qalandı tonqal,

Gəldi bir kosasaqqal.

Çiçəkləndi bağça-bağ,

Laləyə büründü dağ.

Çaylarda əridi buz,

Gəldi yurduma Novruz. 10.03.2011

Page 37: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

37

MİNİATÜRLƏR

Siçan və pişik

Siçan pişiyə şikayət məktubu yazmışdı.

Pişik məktubu oxuyanda, siçan artıq onun mə-

dəsində idi.

Siçanın təkəbbürü

Siçan pişiyə dedi:

– Axşam gəl evimi yığışdır.

Pişik cavab verdi:

– Yığışdıraram, sonra evdə heç nə olmaz...

Soxulcan və balıq

Qırmaqda olan soxulcan balığa dedi:

– Heç bilirsən, burada yellənməyin nə ləzzəti

var?

Balıq cavab verdi:

– Mən orada yellənsəm, bunun ləzzətini

başqaları görər.

Dəvə və güzgü

Dəvə gözəllik salonuna gəlmişdi.

Güzgü ona dedi:

Page 38: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

38

– Mənə yaxın gəlmə, özünə də baxma. Mən

tüpürcəkdən iyrənirəm.

Ayı və arı

Ayı bal axtarırdı.

Bal arısı ona dedi:

– Ayılığından əl çəkməsən, bal tapa bilmə-

yəcəksən.

Dülgər və kəlbətin

Dülgər kəlbətinə iş tapşıranda, kəlbətin dedi:

– Dişlərimi təzə düzəltdirmişəm, zəhmət çək

mıxı özün çıxart.

Kirpi və alma

Kirpi yerdə alma görəndə çox sevindi.

Alma ona dedi:

– Mən sənin belinə çıxa bilmərəm, tikanlardan

qorxuram. Əvvəl səbət tap sonra məni götür.

Sərçə və pişik

Sərçə pişiyin gözü qabağında arxayın gəzirdi.

Pişik ona yaxınlaşmaq istəyəndə sərçə dedi:

– Nəzərə al ki, mən özümü sığorta etdirmişəm.

Page 39: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

39

Sabunun dərdi

Sabun darağa dedi:

– Bu şampunlar çıxanı, mən lap gözdən düş-

müşəm.

Daraq cavabında:

– Yalan danışma, səni heç vaxt gözə yaxın

qoymurlar.

Saat və çilçıraq

Saat çilçırağa dedi:

– Sənə lap yazığım gəlir, gecə yarıya qədər

yanırsan.

Çilçıraq:

– Özünə yazığın gəlsin, butun günü qaça-

qaçdasan.

Vərəqin gileyi

Vərəq qələmə dedi:

– Ağ gündə idim, səninlə görüşəndən günüm

qaralıb.

Qələm:

– Ağ qalanda üzünə baxan yox idi, indi əldən –

ələ gəzirsən.

Page 40: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

40

Kəfkir və bıçaq

Mətbəxdə kəfkir bıçağa dedi:

– Ayağını kənara çək, az qalır gözümə girsin.

Bıçaq:

– Sənin gözün çoxdur deyə, mən ayağımı yığıb

oturmalıyam?

Qurbağa və kəpənək

Qurbağa kəpənəyə dedi:

– Bu gölün suyu çox bulanıqdır, orada özümü

görə bilmirəm.

Kəpənək dedi:

– Kaş hava da bulanıq olaydı, mən də səni

görməyəydim.

Zəngli saat

Zəngli saat öz-özünə deyinirdi:

– Hər gün yuxunun şirin vaxtında mən sahibimi

oyatmalıyam. O, cəhənnəmə, mən də doyunca yata

bilmirəm.”

Düymə və ilmə

Düymə ilməyə dedi:

– Bəsdir, məni boğdun!

Page 41: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

41

İlmə cavabında:

– Xoşun gəlmir, çıx get.

Düymə də qopub düşdü.

Lalə və külək

Lalə gülü küləkdən qorunmaq üçün başını

yarpaqların arasında gizlətdi.

Külək dedi:

– Başını gizlətmə, təkcə ləçəklərini aparacağam.

At və nal

Atın nalı düşüb yerdə qaldı. Amma at buna

əhəmiyyət vermədi.

Nal atın arxasınca baxıb dedi:

– Get, görüm ayaqqabısız hara qədər gedə bilə-

cəksən...

Soğan və aşbaz

Aşbaz soğana dedi:

– Dikbaşlığına görə sənin dərini soyacağam.

Soğan cavabında:

– Soy, görək bunun acısını kim çəkəcək?

Milçək

Milçək yeməyə yaxınlaşanda qaşıq dedi:

– Səni görəndə iştahım qaçır.

Page 42: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

42

Milçək cavab verdi:

– Amma, mən səni görən kimi iştahım açılır.

Milçək və inək

Milçək inəkdən soruşdu:

– Sənin rəngin qaradır, amma südün ağ, bu necə

olur?

İnək cavab verdi:

– Təəssüf ki, sənin kimi həşərat bir vedrə ağ

südü qaralda bilir.

Qırxayaq

Qırxayaq qarışqanın evinə qonaq gedir. Qapıda

qarışqa ona deyir:

– Ayaqlarını əskiyə sil!

Qırxayaq səhərə qədər ayaqlarını silir, amma

bilmir hansını silib, hansı qalıb.

Qar və buz

Axşamdan yağan qar buza dedi:

– Sənin ucbatından bütün gecəni soyuqdan

donmuşam.

Buz rişxəndlə cavab verdi:

– Keçəydin evə, sobanın yanına...

Page 43: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

43

Qar və qarğa

Qar qarğaya dedi:

– Səhərdən ğa-ğa edib zəhləmi tökürsən, adını

de, mən də bilim kiminlə danışıram.

Qarğa dedi:

– Biz ki, adaşıq...

Soğan və sarmısaq

Soğan sarmısağa dedi:

– Mənə yaxın durma, bu gün toya gedəcəyəm.

Sarmısaq cavabında:

– Elə bilirsən səni çalıb-oynamağa aparırlar, elə

orada da mənim yanımda olacaqsan.

Fındıq və badam

Fındıq badamdan soruşdu:

– Qardaş, ikimiz də bayram çərəziyik, niyə ki-

məsə badamgözlü deyəndə xoşu gəlir, fındıqburun

deyirlər acığı tutur?

Badam cavab verdi:

– Çünki badam düşdüyü yerdə qalır, fındıq isə

diyirlənib onun-bunun dalınca gedir.

Page 44: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

44

İynə və qayçı

İynə qayçıya:

– Sənin kəsib doğradığını tikməkdən bezmişəm.

Qayçı cavabında:

– Onda gəl yerimizi dəyişək, sənin tikdiklərini

mən doğrayım.

Süpürgə və xəkəndaz

Xəkəndaz ikrahla süpürgədən soruşdu:

– Bu qədər zibili qabağına qatıb hara aparırsan?

Süpürgə rişxəndlə dedi:

– Sənə bayram payı yığıram.

Tabaşir və yazı lövhəsi

Tabaşir yazı lövhəsinə pıçıldadı:

– Sabah bazar günüdür, doyunca dincələrik.

Yazı lövhəsi cavabında:

– Sən olmasan mən hər gün dincələrəm.

Dəniz

Dəniz var gücü ilə qayalara çırpılırdı. Bunu gö-

rən balıq dedi:

– Özünü yorma, o yerindən tərpənən deyil!

Page 45: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

45

Xəlbir və ələk

Xəlbir ələyin qarasınca deyindi:

– Səhərdən boş-boşuna dayanıb, mən isə işlə-

yirəm.

Ələk cavabında:

– Sənin işin tamamlananda mənim işim

başlayacaq.

Corab və ayaq

Corab ayağa dedi:

– Bir də hamama getməmiş mənim yanıma gəl-

mə!

Ayaq cavabında:

– Guya, mən hamama getsəm, sən ətir qoxu-

yacaqsan?

Günəbaxan

Günəbaxan əsəbi halda dedi:

– Bu günəşin əlindən lap bezmişəm, gözünü

məndən çəkmir.

Sərçə cavab verdi:

– Bu saat dostlarımı çağıraram səni günəşdən

qoruyarlar.

Page 46: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

46

Лайлалар

Лай-лай эюзцм гарасы, Цряйимин парасы, Сянин биръя эцлцшцн, Щяр дярдимин чарасы.

Лай-лай чичяйим, эцлцм, Лай-лай сачы сцнбцлцм, Сянин сясин эяляндя, Сусар баьда бцлбцлцм.

Юмрцм дюнцб севинъя, Сян йат ширин йухуда, Мян ойаьам щяр эеъя.

Лай-лай илким, нцбарым, Йат, эюзляри хумарым. Сян дцнйайа эяляни, Йох олуб интизарым.

Лай-лай гурбан сясиня, О исти няфясиня, Мящяббятин гуш кими, Дцшдц ъан гяфясиня.

Лай-лай дейим ащястя, Эцл йыьым дястя-дястя, Айаг тутуб эязяндя, Гядям гой синям цстя.

Page 47: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

47

MÜNDƏRICAT

Müəllifdən ..................................................................................... 3 Mələkdi Nərgiz ............................................................................ 4 Sürmənin düyməsi ........................................................................ 5 MƏKTƏB MÖVZUSU ................................................................ 7 Danışan hərflər .............................................................................. 7 İkincilər ......................................................................................... 9 2-ci “E” sinifi. ............................................................................. 10 RƏQƏMLƏR ALƏMİ ................................................................ 11 Bir və sıfır ................................................................................... 11 İki və üç ...................................................................................... 13 Üç ................................................................................................ 14 NƏNƏLƏR VƏ NƏVƏLƏR ...................................................... 16 Nənə, hansını üzüm? ................................................................... 16 Nənə, aş bişir mənə ..................................................................... 17 Nənə, nağıl de mənə ................................................................... 18 TƏMSİLLƏR .............................................................................. 19 Hörmüçək və böcək .................................................................... 19 Tısbağa ........................................................................................ 20 Qaranquş ..................................................................................... 21 Dələ və kərtənkələ ....................................................................... 22 MEYVƏLƏR ALƏMİ ................................................................ 23 Çiyələk ........................................................................................ 23 BİTKİLƏR ALƏMİ .................................................................... 24 Nanə ............................................................................................ 24 VƏTƏNPƏRVƏRLİK ŞEİRLƏRİ ............................................. 25 Vətəndir ...................................................................................... 25 Qanlı yanvar gecəsi ..................................................................... 26 Xocalı faciəsi .............................................................................. 27 TƏBİƏT MÖVZUSUNDA ŞEİRLƏR ....................................... 28 Təzə il ......................................................................................... 28 Yağdı qar ..................................................................................... 30 Yay fəsli ...................................................................................... 33 Novruz gəlir ................................................................................ 34 Novruz ........................................................................................ 36 MİNİATÜRLƏR ........................................................................ 37 Лайлалар ...................................................................................... 46

Page 48: BÖCƏK, YEMƏZ ÇİYƏLƏK · Dələ və kərtənkələ Yerə hoppandı dələ, Diksindi kərtənkələ. Sonra dedi:- Ay dələ, Hara gedirsən belə? Dələ dedi:- Çox acam, Bir

48

Gülarə Munis

“Böcək, yeməz çiyələk”

Bakı, 2015, “MBM”, 48 səh.

Naşir: Afər Fəttahova

Korrektor: Aidə İnci

Texniki redaktorlar: Ülvi Arif, Asim Səfərov

Dizayner: İradə Əhmədova

Operatorlar: Zərifə Bağırova,

Tərlan Quliyeva, Kifayət Əliyeva

_______________________________________

Yığılmağa verilib: 17.02.2015

Çapa imzalanıb: 02.03.2015

Kağız formatı: 84\108

Ofset çap üsulu ilə

Tiraj 200, şərti çap vərəqi 3

“MBM” nəşriyyatının mətbəəsində

çap olunmuşdur

Bakı, Mətbuat pr., 529

Tel.: (99412) 539-75-06