Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin...

101
Azərbaycan Dövlət İqtisad Universiteti Fakültə: Kredit-İqtisad Kafedra: Bank işi İxtisas: Maliyyə və Kredit BURAXILIŞ İŞİ Mövzu: Kommersiya banklarının aktiv əməliyyatları Məzun: Mahmudov Anar Mahmud oğlu Elmi Rəhbər: dos. Əliyev.Q.İ 1

Transcript of Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin...

Page 1: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Azərbaycan Dövlət İqtisad Universiteti

Fakültə: Kredit-İqtisad

Kafedra: Bank işi

İxtisas: Maliyyə və Kredit

BURAXILIŞ İŞİ

Mövzu: Kommersiya banklarının aktiv əməliyyatları

Məzun: Mahmudov Anar Mahmud oğlu

Elmi Rəhbər: dos. Əliyev.Q.İ

Kafedra müdiri: dos. Rzayev R.M

1

Page 2: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Bakı -2008

2

Page 3: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

M Ü N D Ə R İ C A TMövzu: Kommersiya banklarının aktiv əməliyyatları

Səh.

GİRİŞ................................... .......................................... ...................................3-4

FƏSIL 1. Bank sisteminin təkamülü, onun xüsusiyyətləri

1.1. Bank sistemi anlayışı, onun inkişaf mərhələləri.........................................5-12

1.2 Müasir bank sisteminin xüsusiyyətləri......................................................13-17

1.3 Azərbaycanın bank sisteminin yaranması

və kommersiya banklarının yeri......................................................................18-25

FƏSIL2. Kommersiya banklarının bank sistemində yeri və rolu

2.1 Kommersiya banklarının yaradılması və fəaliyyət prinsipləri..................26-31

2.2 Kommersiya banklarının aktiv əməliyyatları...........................................32-50

2.3 Kommersiya banklarının ölkə iqtisadiyyatında rolu

və onun qeyri-ənənəvi əməliyyatları.............................................................51-61

NƏTİCƏ VƏ TƏKLİFLƏR.........................................................................62-64

ƏDƏBİYYAT SİYAHISI.............................................................................65-66

3

Page 4: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

G İ R İ ŞBank çox qədim zamanlardan insanları düşündürmüş, tarixin müxtəlif

inkişaf mərhələlərində bankın mahiyyətinə müxtəlif yanaşmalar mövcud

olmuşdur. Yeni iqtisadi münasibətlərə keçid dövründə bank sistemi ölkə

iqtisadiyyatının əsas sferası sayılmaqla, pul resurslarının bir bir iqtisadi

subyektdən digərinə transformasiya edilməsi prosesində vasitəçi struktur kimi

çıxış edərək risklik dərəcəsini öz üzərinə götürmüşdür. Yəni bazar iqtisadiyyatı

şəraitində bank sisteminin rolu artmışdır.

Bazar iqtisadiyyatının hakim olduğu ölkələrdə əsasən iki pilləli bank sistemi

mövcuddur. Birinci pillə Milli bank, ikinci pillə isə kredit təşkilatları, o,

cümlədən kommersiya bankları ilə təmsil olunur. Kommersiya bankı fiziki və

hüquqi şəxslərin pul vəsaitinin depozitə cəlb edilməsi həmin vəsaitin müddətlik

və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirilməsi, fiziki

və hüquq şəxslərin hesablarının açılması və aparılması əməliyyatlarının

məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır.

Kommersiya banklarının fəaliyyətində passiv, aktiv və vasitəşilik

əməliyyatlarının yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu diplom işində

əsasən kommersiya banklarının aktiv əməliyyatlar araşdırılmış, onların bazar

iqtisadiyyatındakı önəmi və bugünki vəziyyəti nəzərə çatdırılmışdır. Bildiyimiz

kimi, aktiv əməliyyatlar mənfəət əldə etmək üçün bankların öz xüsusi

vəsaitlərindən və cəlb edilmiş vəsaitlərdən istifadə etməsi deməkdir. Aktiv

əməliyyatları həyata keçirərkən banklar sərəncamında olan xüsusi və cəlb

olunmuş vəsitlərdən hüquqi və fiziki şəxslərə kreditlər verir və investisiyalar

həyata keçirir.

Bankların iqtisadi rolunu qiymətləndirərkən, nəzərə lamaq lazımdır ki, aktiv

əməliyyatların həcminə ən çox xüsusi çəkiyə malik olan kredit əməliyyatları

istehsalın həcminin artmasına, məhsulların istehsalçılar tərəfindən

reallaşdırılmasına imkan verir, hesablaşma əməliyyatı məhsulun istehlakçılar

tərəfindən ödənilməsi prosesini, qiymətli kağızlar ilə əməliyyatlar istehsal və

4

Page 5: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

ticaərt fəlaiyyətini inkişaf etdirmək üçün pul vəsaitlərinin axınını artırır, kassa

əməliyyatı dövriyyənin nağd pulla təmin edilməsini yaxşılaşdırmağa imkan verir.

Bütün bunaları nəzərə alsaq, kommersiya banklarının aktiv əməliyyatların

iqtisadiyyatın inkişafında nə qədər önəmli olduğu və mövzunun aktuallığı aydın

olar.

Diplom işinin strukturu 2 fəsil və 6 sualdan ibarətdir. Mövzunun daha aydın

şərh edilməsi üçün 20-ə yaxın sxem, cədvəl və qrafiklərdən istifadə edilmişdir.

Mövzuya aid olan göstəricilərin inkişaf dinamikasının izləmək üçün qrafik və

cədvəllərdən istifadə edilmişdir. İstifadə edilmiş ədəbiyyat siyahısı olaraq isə,

Azərbaycan, rus, ingilis dillərində ədəbiyyatlardan, Azərbaycan Respublikası

qanun və sərəncamlarından, Milli bankın təlimat və hesabatlarından, mövzuya aid

jurnal və bülletenlərdən, internet saytlarında geniş istifadə edilmişdir.

5

Page 6: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

I F Ə S İ LBank sisteminin təkamülü, onun xüsusiyyətləri

1.1. Bank sistemi anlayışı, onun inkişaf mərhələləri

Bank sistcmi anlayışı öz məzmununa görə sistem anlayışına uyğun olmaqla

müvafiq elementlərin məcmusudur, bu elementlər birlikdə müəyyən tamlığa

malikdir, bu elementlər qarşılıqlı surətdə əlaqəlidir. Konkret olaraq isə bank

sistemi- bankların, bank infrastrukturu, bank qanunçuluğu və bank bazarının

məcmuudur. İqtisadi sistemin tərkib hissəsi olmaqla bank sistemi cəmiyyətdəki

iqtisadi münasibətləri əks etdirir.

Bank sistemini digər sistemlərdən fərqləndirən bir neçə xüsusiyyətləri var. Bu

xüsusiyyətləri bir-bir araşdıraq.

Bank sistemi bir məqsədə xidmət edən müxətlif hissələrin, elementlərin

vəhdəti kimi təsəvvür edilir. Bank sisteminin özünəməxsusluğu onun tərkibinə

daxil olan elementlərin və onların qarşılıqlı münasibəti ilə müəyənləşdirir. Bu

zərurət olduqda sistemin elementlərinin bir-birini əvəz edə bilməsi deməkdir.

Əgər hər hansi səbəbdən banklardan biri bağlanarsa və ya ləğv edilərsə sistem öz

fəaliyyət qabiliyyətini itirmir. Onun funksiyalarını digər banklar yerinə yetirir,

zərurət olduqda isə təzəsi yaranır. Beləliklə. Sistemin bütövlüyü pozulmur.

Bank sistemi həmişə dinamik vəziyyətdədir. Yəni sistem mütəmadi

inkişafdadir və burada iki əsas məqam var:

-birincisi bütöv bank sistemi inkişaf edir, təkmilləşir və yeni struktur

elementləri komponentlərlə genişlənir. Azərbaycanda bank sisteminin son onillik

tarixinə nəzər saldıqda həmin dövrün əvvəllərində kiçik kapitala malik çoxlu

bankların yarandığını görərik. «Azərbaycan Respublikasinin Milli Bankı

haqqında» və «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti

haqqında» qanunlar qəbul edildikdən və bəzi normativ aktlara görə ciddi

qanunverici - normativ baza yarandıqdan sonra bankların sayı azaldı, fəaliyyətdə

qalan kredit təşkifatları yeni keyfiyyət əldə etdilər. Ayrı-ayrı sahələrə xidmət

6

Page 7: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

edən müxtəlif banklar yarandı. Azərbaycan Respublikasında bank sistemı haqda

məlumatı aşağıdakı cədvəldən əldə etmək olar.

  Bank əməliyyatlarıaparmaq üçünlisenziya alankredit təşkilatlarınınsayı

O cümlədənqeyri-bank kredittəşkilat-larının sayı

Banklarınsayı

Bankların filiallarının sayı

Xarici nümayəndəliklər

Törəmə banklar

bank olmayan kredit təşkilatlarının sayı

2001 158 99 59 195 1 - -2002 116 63 53 191 1 - -2003 93 47 46 220 1 1 122004 106 61 45 220 1 1 182005 114 70 44 305 1 1 252006 121 77 44 420 2 1 12

CƏDVƏL 1. Bank sistemi haqda ümumi məlumat1

-ikincisi, bank sistemi daxilində daimi olaraq əlaqələr meydana çıxır. Bu

əlaqələr həm mərkəzi bankla kommersiya bankları arasında, həmçinin

kommersiya bankları arasında yarana bilər. Banklar bir-birinə müxtəlif xidmətlər

göstərə bilər, banklararası kredit bazarlarında birgə layihələrin

maliyyələşməsində iştirak edə bilər. Bank birlikləri, ittifaqları kimi müxtəlif

strukturlar yarada bilərlər.

Bank qapali sistemdir. O öz fəaliyyətinin bir çox cəhətləri barəsində sirləri

qoruyub saxlayır və qanunvericiliklə nəzərdə tutulan hallardan başqa heç cür

onların yayılmasına imkan vermir.

Bank sistemi - özünü təşkil edən və özünü tənzimləyən bir sistemdir. Belə ki,

ölkənin iqtisadiyyatında və iqtisadi siyasətində, eləcə də siyasi aləmdə baş verən

dəyişikliklər bank siyasətinin dəyişilməsinə gətirib çıxara bilər. Əgər ölkədə

qeyri-stabillik yaranarsa, iqtisadi böhran baş verərsə banklar istehsala

uzunmüddətli investisiyaları məhdudlaşdırır, kreditləşdirmənin müddəti qısalır,

bəzən də tam dayandırır, qeyri-ənənəvi yollarla mənfət əldə etməyə başlayir,

iqtisadi stabillik yaranan kimi banklar yenidən risqlərin azalmasını hiss edərək öz

ənənəvi fəaliyyətini bərpa edir, topladığı faizlər hesabına mənfəət əldə edir.

Bank sistemi onun elementlərinin təsadüfi məcmusundan ibarət deyil və

təsadüfi olmayaraq çoxşaxəli xüsusiyyətlərə malikdir. Ölkə iqtisadiyyatında 1 Statistik bülleten-Azərbaycan Respublikası Milli Bankı-2/ 2008

7

Page 8: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

fəaliyyət göstərən və müxtəlif məqsədələrə xidmət edən rabitə, nəqliyyat, ticarət,

sənaye, kənd təsərrüfati sistemləri. icraedici və qanunverici, həmçinin hüquq-

mühafizə orqanları mövcuddur. Onlar fəaliyyət dairəsinin xüsusi təyinatına malik

olduqlarına görə bu sahələrin heç birinin subyektlərini bank sisteminə daxil

etmək olmaz.Dünya praktikasi nəzərə alınmaqla bank sisteminin aşağıdakı tipləri

fərqləndirilir:

1. Mərkəzləşdirilmiş bank sistemi;

2. bazar tipli bank sistemi;

3. keçid dövrünün bank sistemi.

Inzibati mərkəzləşdirimiş bank sistemindən fərqli olaraq bazar iqtisadiyyati

bank sistemində dövlət inhisarçılığı yoxdur. Bazar şəraitində hər bir təsərrüfat

subyekti, yəni hüquqi şəxslər və hətta ayrı-ayrı fiziki şəxslər dövlət mülkiyyətli

bank istisna olmaqla müxtəlif mülkiyyət formalı banklar yarada bilərlər. Bunun

nəticəsində bazar şəraitində çoxsaylı banklar fəaliyyət göstərirlər. İnzibati

mərkəzləşdirilmiş bank sistemi iiə bazar yönümlü bank sistemi arasında

aşağıdakı fərqlər mövcuddur:

İnzibati mərkəzləşdirilmiş bank sistemi şəraitində birpiliəli sistem fəaliyyət

göstərir və dövlət bankların yeganə mülkiyyətçisi olur. Bankları dövlət özü

yaradır, onun təşkilati və idarəetmə strukturlarını müəyyən edir. Zərurət olduqda

isə onu ləğv edir. Dövlət tərəfindən vahid bank siyasəti həyata keçirilir və

mərkəzləşdirilmiş şaquli idarəetmə üsulu tətbiq edilir. Buna görə də dövlət

bankların öhdəliyinə görə cavabdehlik daşıyır. Bankların apardığı əməliyyatların

tərkibi, siyahisi dövlət tərəfindən müəyyən edilir. Kreditləşmə və emissiya

əməliyyatları bank tərəfindən icra olunur.

Bazar yönümlü bank sistemi şəraitində ikipilləli sistem fəaliyyət göstərir və

banklar üzərində müxtəlif mülkiyyət formaları (dövlət, səhmdar, kooperativ,

şəxsi, qarışıq və s.) mövcud olur. Bankların yaradılmasında dövlət inhisarı

yoxdur, istənilən hüquqi və fiziki şəxslər qanun çərçivəsində bank yarada

bilərlər. Bankların təşkilati və idarəetmə strukturuları bank şuraları tərəfindən

müəyənləşdirilir, eyni zamanda bank şuranın qərarı iiə ləğv edilə ibilər. Bu 8

Page 9: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Bankın xarici infrastrukturu

Qanunvericilik bazası

İnformasiya təmniatı Elmi təminat Kadr təminatı

sistem şəraitində çoxsayli banklar siyasəti həyata keçirilir və qeyri-

mərkəzləşdirilmiş yerli idarəetmə sxemi mövcud olur. Məhz elə bu səbəblərdən

də dövlət bankların öhdəliklərinə görə cavabdeh deyil, eyni zamanda banklar da

dövlətin öhdəliklərinə görə cavabdeh deyil. Bankların apardığı əməliyyatın

tərkibi, siyahısı bank şuraları, təsisçilər tərəfindən müəyyənləşdirilir. Bu sistem

şəraitində emissiya əməliyyatlarını yalnız Mərkəzi Bank, müəssisələrin və fiziki

şəxslərin kreditləşməsini isə müxtəlif komersiya bankları icra edirlər.

Bank infrastrukturu də bank sistemi elementlərinə aiddir. Bank infrastrukturu

dedikdə, bankın iş fəaliyyətini təin edən elementlər dəsti başa düşülür. Bank

infrastrukturunun 2 istiqaməti var: Daxili və xarici. Daxili infrastruktur bankın

sabitliyini daxildən təmin edir. Xarici infrastruktur isə bankın xarici aləmlə

qarşılıqlı münasibətini təmin edir. Bankın daxili və xarici infrastrukturunu

aşağıdakı sxemlərdə(sxem 2 və 3) görmək olar. Bank infrastrukturu özündə

məlumat, metodik, elmi, kadr təminati, həmçinin rabitə vasitələri və

kommunikasiyəni birləşdirir.

SXEM 2. Bankin daxili infrastruktur elementləri2

2 R.Əsgərova-Pul,Kredit və Banklar-Bakı 20079

Page 10: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

SXEM 3. Bankin xarici infrastruktur elementləri3

Bank sisteminin inkişafına tarixi zərurətlə bağlı olan bir sıra makroiqtisadi və

siyasi amillər təsir edir. Bu amilləri ayrı-ayrı araşdıraq.

1. Əmtəə-pul münasibətlərinin inkişaf səviyyəsi. Banklar iqtisadiyyatda

pulla bağlı əməliyyatları yerinə yetirirlər. Onlar fiziki və hüquqi şəxslərin

sərbəst pul vəsaitlərini cəlb edir, kreditlər verir, müxtəlif məqsədlə nağd və

nağdsız hesablaşmalar aparırlar. Buna görə də ölkə iqtisadiyyatında əmtəə-pul

münasibətlərinin, istehsal və ticarətin inkişaf səviyyəsi, pul dövriyyəsinin

3 R.Əsgərova-Pul,Kredit və Banklar-Bakı 200710

Kredit təşkilatlarının statusunu, onun yerinə yetirdiyi əməliyyatlarını yerinə yetirən qanunvericilik

Ban

kın

daxi

li in

fras

tru

ktur

el

eme

ntlə

ri

Qanunvericilik aktlarının yerinə yetirilməsini, bankın və əmanətçinin şəxsi maraqlarının qorunmasını təmin edən əmliyyatların yerinə yetirilməsinin daxili qaydaları

Uçotun, hesabatın, analitik bazanın təşkili, göstəricilərin komputerləşmə səviyyəsi, bank fəaiyyətinin yeni kommunikasiya sistemi bazası əsasında idarə olunması

Bankın idarə aparatının strukturu

Page 11: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

vəziyyəti, bank sisteminin fəaliyyətinə əsaslı surətdə təsir edir, onun mənasını

müəyyənləşdirir.

2. İctimai və iqtisadi qaydalar, onların məqsədli təyinatları və sosialistiqamətləri. Əgər cəmiyyətdə bu və ya digər formada əmanət, depozit

fəaliyyəti kifayət dərəcədə stimullaşdırılmazsa və bu iş mövcud qaydalarla,

normativ sənədlərlə nizamlanmazsa, onda banklar hüquqi və fiziki şəxslərin

sərbəst vəsaitini cəlb edə bilməz. Əgər cəmiyyətin inkişafının hər hansı bir

mərhələsində, hərbi kommunizm dövründə olduğu kimi əmtəə mübadiləsi və pul

dövriyyəsi dayandırılarsa və sadəcə olaraq bu proses əmtəə bölgüsü vasitəsilə

həyata keçirilərsə, belə vəziyyətdə nə banklar, nə də ki, digər kredit təşkilatlan

səmərə əldə edə bilməz və sistemin inkişafi ləngiyər.

3. Qanunvericilik bazasi və qanunlar. Dünyanın bir çox ölkələrində

mövcud bank qanunvericiliyi heç də bir-biri ilə eyniyyət təşkil etmir və onların

arasinda böyük fərqlər mövcuddur. Elə ölkələr vardır ki, orada banklara qiymətli

kağızlarla əməliyyat aparmaq, öz kapitalını iqtisadiyyatın hər hansı bir sahəsinə

yönəltmək və ya sahələrlə təmərküzləşmə aparmaq qadağan edilmişdir. Digər

ölkələrdə isə banklara siğorta işi ilə məşğul olmağa icazə verilmir. Bank

qanunvericiliyi bu sistemin zəruri bir hissəsidir. Hal-hazirda Azərbaycanda bank

fəaliyyətinə dair iki əsas qanun fəaliyət göstərir: 1)10 iyun 1996-ci il tarixli

«Azərbaycan Respublikasinin Milli Banki haqqında qanun», 2) 16 yanvar 2004-

cü il tarixli «Azərbaycan Respublikasinda banklar haqqında qanun».

4. İqtisadiyyatda bankların rolu və mahiyyəti haqqında ümumi təsəvvürlər. Mərkəzləşdirilmiş idarəetmə sistemi şəraitində banklar dövlət

idarəetmə sisteminin bir hissəsi kimi, müəssisəyə təşkilatların fəaliyyətinə

nəzarət edən orqan şəklində mövcud idi. Bu şəraitdə banklar maddi nemət yarada

bilmədən üstqurum rolunda çıxış edirdi.

Bazar iqtisadiyyatı və ona keçid şəraitində banklar tamamilə fərqli xarakter

daşıyırlar. Çoxpilləli bir sistem yaranır, bank sistemində müxtəlif mülkiyyət

formaları - dövlət, şəxsi, kooperativ, səhmdar, qarışıq və s. fəaliyyətə başlayır.

ixtisaslaşdirılmış kredit təşkilatları yaranır, banklar artıq çoxsayli əməliyyatlar

11

Page 12: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

üzrə xidmətləri həyata keçirir. Beləliklə, sistemin inkişaf etməsi onun

mahiyyətindən irəli gəlir, təsəvvürlər dəyişdikcə sistemə münasibət də dəyişir.

Banklar iqtisadi yüksəliş dövründə daha səmərəli vəziyyətdə olurlar. Belə ki,

müəssisələrin, fiziki və bütün hüquqi şəxslərin fəaliyyətləri genişlənir, bank

xidmətlərinə tələbat güclü surətdə artir. Bank əməliyyatları çoxalır, nəticədə əldə

olunan mənfəət də artir. Bu mənfəət kredit təşkilatlarmm inkişafina sərf edilir.

Belə halda bank risklərinin səviyyəsi azalır, onların fəaliyyəti stabil xarakter alır,

likvidlik dərəcəsi yüksəlir.

İqtisadi böhran vəziyyətində tənəzzül baş verir, inflyasiya, maliyyə

vəsaitlərinin çatişmamazlığı, sabitliyi pozan amillərə çevrilir. Bu şəraitdə banklar

üçün vəsaitlərin cəlb edilməsi çətinləşir, onların apardiği əməliyyatların həcmi

ciddi surətdə azalır, risklərin səviyyəsi yüksəlir, Belə hallarda banklar demək olar

ki, uzunmüddətli kreditləşməni dayandırırlar. Inflyasiya bankların malik olduqları

kapitalı qiymətdən salir. Büdcə çatişmamazlıği əlavə pul kütləsinin emissiyasını

labüd edir ki, bu da çox hallarda vəziyyəti daha da gərginləşdirir.

5. Siyasi amillər. Ən vacib siyasi amillərdən biri ölkədə aparilan siyasətin

inkişaf istiqamətləridir. Əgər ölkədə bazar iqtisadiyyatının inkişafina imkan

yaradılarsa, şəxsi mülkiyyət inkişaf etdirilirsə, bu halda bank kapitalının

həcminin, bankların və ümumiyyətlə, kredit təşkilatlarının sayının artması, bank

sisteminin möhkəmlənməsi, onun iqtisadiyyatdaki mövqeyinin daha da

möhkəmlənməsi üçün müsbət zəmin yaradir.

Siyasi aləmdə qeyri-müəyyənlik baş verdikdə isə bank sisteminin inkişafi

ləngiyir, valyutanın ölkədən xaricə axını baş verir. Eyni zamanda, ölkə

rəhbərliyinin dəyişməsi də bank sisteminin inkişafina təsirsiz qalmır.

6. Mövcud banklararası rəqabətin səviyyəsi. Bazar iqtisadiyyati

şəraitində çoxsaylı müstəqil bankların meydana gəlməsi, onları yeni müştəri

uğrunda mübarizəyə sövq edir, göstərilən xidmət növlərinin çoxalmasına,

xidmətin keyfiyyətinin yüksəlməsinə, yeni xidmət sahələrinin yaradılmasına

məcbur edir.

7. Ölkənin iqtisadi siyasətindəki dəyişikliklər, iqtisadi inkişafm səviyyəsi;

12

Page 13: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Bank sisteminin inkişafina təsir edən amillərdən biri də ölkənin iqtisadi

siyasətindəki dəyişikliklər iqtisadi inkişafın səviyyəsi və dövlətin cari iqtisadi

siyasətidir. Dövlətin iqtisadi siyasətinin həyata keçirilməsini təmin edən

orqanlardan biri də Mərkəzi Bankdır. Mərkəzi banklar dövlətin iqtisadi

siyasətində baş verən istiqamət dəyişiklikləri ilə əlaqədar dərhal öz

strukturlarında dəyişiklik edir. Qanunvericilik əsasında Mərkəzi banklar təkcə

ayrı-ayrılıqda kommersiya banklarına deyil, eyni zamanda bütövlükdə bank

sisteminə təsir edə bilir. Bank sistemi fəaliyyətinin sabitləşməsini həyata

keçirərək Mərkəzi banklar kommersiya banklarında öz ehtiyatlarını artırmağı,

kreditlər verilməsini tələb edən, mərkəzləşdirilmiş kredit ehtiyatlarından

istifadəyə görə faiz dərəcələrini dəyişə bilər. Azərbaycan Respublikasında

faiz dərəcələrinin dəyişmə dinamikasını aşağıdakı qrafikdə aydın izləmək olar.

QRAFIK 4. Milli bankin faiz dərəcələri4

Eyni zamanda yeni filiallar yaradılmasını gccikdirə və ya sürətləndırə

bilər, bu və ya digər pozuntulara görə lisenziyaları geri ala bilər.

8. Mövcud vergi siyasəti.Bank sisteminin inkişafına təsir edən amillərdən

biri də mövcud vergi siyasəti, vergi dərəcələri və növləri, kifayət dərəcədə bank

4 Mənbə- Statistik bülleten-Azərbaycan Respublikası Milli Bankı-2/ 200813

Page 14: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

kapitalının olmaması, ixtisaslı, peşəkar kadr potensialı, xidmət olunan

müştərilərin vəziyyəti və digər səbəblərdir.

14

Page 15: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

1.2. Müasir bank sisteminin xüsusiyyətləri

Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan bir

anbar kimi təsəvvür edilirdi. Lakin bu cür dərk olunma nə bankların mənasını tam

izah etmir, nə onun təsərrüfatdakı təyinatını tam açır, nə də ki, bütövlükdə onun

mahiyyətini aydınlaşdirmir. Çünki, banklar təkcə pul dövriyyəsini təşkil etmək

və kreditləşməni həyata keçirmək deyil, eyni zamanda iqtisadiyyatin müxtəlif

sahələrinin və ayn-ayn layihələrin maliyələşməsi, sığorta işlərinin aparılması,

qiymətli kağizların alqi-satqisi, vasitəçilik əməliyyatlarının həyata keçirilməsi,

əmlakm idarə edilməsi, məsləhət xarakterli işlərin aparılması, irimiqyaslı

layihələrin müzakirəsi, bazarların öyrənilməsi və sair fəaliyyət növləri ilə də

məşğul olurlar.

Bank iqtisadi idarəetmə orqanı kimi xarakterizə olunur. Belə təsəvvürlər öz

izahi ilə bir qədər keçmişə, şəxsi, kooperativ bankların dövlət orqanlanna

çevrilməsi, bank mülkiyyəti üzərində dövlət inhisanmn bərqərar olunduğu dövrə

gedib çixir. Bu hadisələrin XX əsrin əvvəllərində baş verməsi, banklann dövlət

nəzarət orqanı kimi fəaliyyət göstərməsi təsəvvürünü yaratdı. nəzarət

funksiyasını yerinə yetirmək, dövlət idarəetmə aparatmin bir hissəsinə çevrilmək

təsərrüfatda buraxılmış çatışmamazlıqlar barədə məlumat toplaması və tədbirlər

görülməsi həmin dövrlərdən başlayaraq banklarm fəaliyyətmin əsas təyinatını

müəyyənləşdirdi. Məhz elə buradan da bankların üstqurum kimi qəbul edilməsi

yarandı. Mərkəzi idarəetmə sisteminin mövcud olduğu, dövlət idarəetmə

aparatmm bank aparati ilə vəhdət təşkil etdiyi bütün dövrlərdə bu təsəvvürlər

mövcud olmuşdur. Belə bir şəraitdə kreditləşmə normativ, direktiv bölüşdürmə

qaydasi ilə yuxarıdan həyata keçirilir, müəssisələr arasındakı nağdsız

hesablaşmalar direktiv xarakter dasıyırdı. Bütün müştərilər üçün vahid bankın

olması bank sistemində kommersiya münasibətlərinin inkişafına imkan vermirdi.

Bazar iqtisadiyyatma keçidlə əlaqədar olaraq bankların xarakteri dəyişdi, onların

artıq dövlət idarəetmə aparatının bir hissəsi olmaq missiyasına son qoyuldu.

Bazara keçid və bazar şəraitində isə bankların yeni xarakter kəsb etməsi

onların maliyyə bazarının subyekti kimi yeni iqtisadi münasibətlər sistemində pul

vəsaitləri ilə əlaqədar çoxsaylı və çoxşaxəli əməliyyatları idarə edən bir orqan

15

Page 16: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

kimi təzahür etməsi ilə bağlıdir. Bu şəraitdə banklar müstəqil iqtisadi subyektlər

kimi özünəməxsus idarəetmə funksiyalanm yerinə yetirirlər. Bu idarəetmə ancaq

pul vəsaitləri ilə bağlı olur.

Bank sistemində ötən əsrin 80-cı illərinin sonlarından başlamış və indi də

həyata keçirilən dəyişikliklər o qədər vacib və qaçılmazdir ki, müasir bankların

inkişafındakı bu yeniliyi, meyllərı "bank inqilabi" adlandırırlar. Getdikcə

təkmilləşən inkişaf istiqamətləri keyfiyyətcə yeni, müasir banklardan fərqii "yeni

nəsil bankların" yaranmasına şərait yaratmışdır. Bank sistemini, bank işini köklü

surətdə dəyişən mühüm meylləri və istiqamətləri araşdıraq.

Məlum olduğu kimi, banklar hüquqi və fiziki müştərilərə göstərdikləri

xidmət toplusunu getdikcə genişləndirirlər. Yeni xidmət sahələrinin yaranması və

genişlənməsi son zamanlar yeni maliyyə qurumlarının təsiri altında baş verir.

Banklar tərəfindən göstərilən yeni xidmət növləri əsasən vergi xidməti üzrə

məsləhətləşmələr, şəxsi maliyyə planlaşması, pensiya-müavinət təminatı, yerli

özünüidarəetmə orqanlarına borcların verilməsi, əmlak üzrə broker xidmətləri,

qarşılıqlı fondlara investisiya və qiymətli kağizların qoyuluşu üzrə broker

xidmətləri, sığorta agentliklərinin idarə edilməsi, forma və məzmunca yeni növ

kreditlərin tətbiq edilməsi və bu barədə izahat işinin təşkilindən və sairədən

ibarətdir.

Banklar tərəfindən həyata keçirilən, maliyyə xidmətlərı sahəsində rəqabətin

səviyyəsi və intensivliyi banklar və bank olmayan təşkilatlar tərəfindən bu tip

xidmətlərin genişləndirilməsi ilə əlaqədar yeni vüsət aldı. Son illərin təcrübəsi

göstərir ki, bankların həyata keçirdiyi istehlak krediti, müəssisə və şirkətlərə

kreditlər, əmlakin maliyyələşməsi, qiymətli kağizlar və maliyyə məsələləri üzrə

məsləhətlər və sair bu kimi xidmətlər digər kredit təşkilatları və ya broker,

maliyyə şirkətləri, siğorta agentliklərinin fəaliyyət istiqamətləri ilə üst-üstə düşə

bilər. Belə vəziyyət bankları yeni xidmət sahələri axtarıb tapmağa, onları

hazırlayib həyata keçirməyə məcbur edir ki, bu da əlavə xərclər tələb edir.

Beləliklə, banklar mənfəət əldə etmək üçün yeni risklərə əl atmalı olur. Bu isə

eyni zamanda banklar arasında rəqabətin kəskinləşməsinə səbəb olur.

16

Page 17: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Bank xidmətlərinin çoxalması, rəqabətin bu əsasda inkişaf etməsi, maliyyə

xidmətləri sahəsinin tənzimlənməsi ilə stimullaşdırılırdı. Bu vəziyyət keçən

əsrin 70-ci illərinin sonu 80-cı illərin əvvəllərində başlamış və yaxın gələcəkdə

davam etməsi meyli açiq hiss olunurdu. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş

ölkələrində tənzimləmə prosesi müxtəlif formalarda getmişdir. Məsələn, Amerika

Birləşmiş Ştatlarında bu proses, əhaliyə, xüsusən də kiçik əmanətçilərə əmanət

üzrə yüksək gəlir vermək və bu yolla daha çox vəsait cəlb etmək məqsədilə

əmanətlər üzrə faiz dərəcələrinin yüksəldilməsi ilə başlamışdır. Bununla yanaşı,

pul bazarında depozit hesablar üzrə qiymətli kağizlar və çek əmanətləri üzrə

yüksək faiz ödənilməsinə icazə verildi. Bu tədbiriər öz nəticələrini tezliklə

göstərməyə başladı göstərir.

Digər inkişaf etmiş, sabit bank sisteminə malik Yaponiya, Almaniya,

Kanada, Böyük Britaniya, Avstriya kimi ölkələrdə tənzimləmə prosesi 80-cı

illərin ortalarında başlamışdır.

Bu ölkələrdə bankların, qiymətli kağizlar üzrə dilerlərin, siğorta işinin təşkili

ilə məşğul vasitəçilərin və çoxsaylı digər maliyyə əməliyyatları həyata keçirən

şirkət və qurumların hüquqi fəaliyyət sahəsi genişləndirildi.

Bütün postsovet respublikalarında, eləcə də Azərbaycanda məhz tənzimləmə

prosesi demək olar ki, xidmət sahələrinin çoxalması və hüquqi fəaliyyət sahəsinin

genişləndirilməsi ilə müşayət olunmaqdadır.

Bankların müasir inkişaf səviyyəsi tənzimlənmənin artan rəqabətlə six

əlaqəsi vəsait cəlb edilməsinə xərclərin səviyyəsini qaldırmışdır. Buna görə də

banklar fəaliyyətlərini davam etdirmək üçün bazar tərəfindən müəyyənləşdirilən,

rəqabətə davamlı faiz dərəcələrini ödəyərək, məsələn, cari xərclərin azaldılmasını,

işçi heyətinin, köhnəlmiş texniki vəsaitlərin yenisi ilə əvəz olunmasını həyata

keçirməyə məcbur oldular.

İnkişaf etmiş ölkələrin, həmçinin bazar iqtisadiyyatına keçid şəraitində olan

ölkələrin təcrübəsi göstərir ki, son illər ərzində banklar cari xərclərin artmasına

baxmayaraq, əl əməyini əvəz edən, daha müasir və məhsuldar avtomatika

sistemlərinin tətbiqinə xüsusi fikir verərək elektron maşınları əldə edir, onların

geniş istifadəsinə şərait yaradırlar. Bu tədbirlər nəticəsində bankların müştərilərə

17

Page 18: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

bütün əməliyyat günü ərzində depozit hesabları ilə, ticarət mərkəzləri ilə əlaqə

saxlanmasına, pulları, qiymətli kağizlarını dəyişə bilmək imkanlarını, hesablaşma

kassa avtomatlarının xidmətlərinin genişləndirilməsinə, qisa müddət ərzində

çoxsaylı əməliyyatlar icra edən etibarlı kompüter sisteminin tətbiqinə, bank

idarəçiliyi üçün istənilən an, istənilən məlumatları əldə etmək şəraitinə nail

olunmuşdur. Nəticədə bank işinin kapital tutumu artmış, əmək tutumu azalmışdır.

İnkişafın bu istiqaməti ona gətirib çixaracaq ki, artıq bank və müştəri heç də tez-

tez görüşməyəcək. Onlar arasındakı xidmət göstərilməsi əməliyyatı tamamilə

avtomatlaşdırılacaq və kompüter terminalları, telekommunikasiya sistemləri

vasitəsilə həyata keçiriləcək. Düzdür bu sistemlərin tətbiqi kapital tutumunu

artıraraq bir çox iş yerlərinin bağlanmasına gətirib çixarır, qisa müddət ərzində

çoxsaylı əməliyyatların icrasına şərait yaradır. Lakin heç cür müştərilərin bank

işçisi ilə canlı təmasının və canlı inamın səmərəsini yarada bilmir.

Bank fəaliyyətinin böyük dövriyyəsi avtomatlaşdirmanın, kompüterləşmənin

və texniki silahlanmanin yeniliklərinin təxirəsalınmaz tətbiqini tələb edir. Həm də

bu vəzifəni yerinə yetirmək, həm də xidmət həcmini artırmaq üçün banklar daha

uzaq yerlərə, yeni bazarlar axtarır, həmin yerlərdə sabit bank xidmətləri yaratmaq

məcburiyyətində qalırlar. Nəticə isə ona gətirib çixanr ki, bu bankların filiallar

sistemi, kiçik bankları öz tərkibinə alan, daha böyük bazarlara xidmət göstərən,

çoxsaylı idarələrə malik bank nəhəngləri yaranır. Bu proses müstəqil bankların

sayının azalmasına, eyni zamanda kapital baximından orta ölçülü bankların

çoxalmasına gətirib çixarır. Belə hal Böyük Britaniyada, Fransada, Almaniyada,

Amerika Birləşmiş Ştatlarında keçən əsrin 80-cı illərin də baş vermişdir.

Azərbaycanda isə bu proses bir qədər gec, təqribən 1996-1997-ci illərdə

başlamişdir. 90-cı illərin əvvəllərində Azərbaycanda çoxsaylı kiçik müstəqil

banklar yaranmış, sonralar isə bank sistemində gedən inkişaf prosesi qeyd

olunduğu kimi, çoxlu birləşmələrə və bəzi filiallarım yaranmasına, bəzilərinin

lisenziyalarının geri götürülməsinə gətirib çıxarmışdır.

Həmçinin qeyd olunmalıdir ki, bir çox inkişaf etmiş ölkələrdə avtomatikanin

tətbiq olunmasi ilə əlaqədar olaraq bir çox banklar uzaq ərazilərdə öz xidmət

bazarını genişləndirmək məqsədilə özlərinin, avtomatik kassa vasitələrinin və

18

Page 19: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

tetekommunikasiyanın köməyi ilə idarə edilən elektron filiallarını yaradırlar. Bu

yeni binatikmə və ya mühüm bank obyekti yaratmaqdan çox sərfəlidir. Belə bank:

filialları getdikcə inkişaf edir, fəaliyyətə başladiği ilk dövrlərdəki xidmət

sahələrini genişləndirərək tam xidmət növlərini icra edə bilirlər.

Bankların sürətli, coğrafi genişlənməsi və böyüməsi artıq bir ölkə

miqyasında deyil, dünya miqyasında baş verir. Hal-hazırda dünyanın iri bankları

müxtəlif qitələrdə xidmətlər göstərilməsi sahəsində rəqabət aparırlar. Bir çox

ölkələrin yeni bankları ABŞ-in güclü bankları ilə rəqabət aparmağa başlamışlar.

Belə banklar sirasına Yaponiyanın, Fransanın, Böyük Britaniyanın, Almaniyanın

bankları daxildir.

Son on il ərzində bu ölkələrin iri inkişaf edən bankları sırasına aşağıdakıları

aid etmək olar: "Sanba bank", "indastril bank of Canon", "Fudzi bank", "Sumitomo

bank" (Yaponiya), "Kredi aqrikol", "Kredi Lionne", "Eosete ceneral" (Fransa),

"Barklayz bank", "Neşnl Vestminster bank" (Böyük Britaniya), "Doyçe Bank"

(Almaniya).

19

Page 20: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

1.3. Azərbaycanın bank sisteminin yaranması və kommersiya banklarının yeri

Azərbaycan Bank sisteminin ilkin inkişafı hələ XİX əsrin ikinci yarısından

başlamışdır. Lakin Azərbaycan Respublikasının bank sisteminin institusional və

hüquqi quruculuğu 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsindən sonra

başlamışdır. 1992-ci ildə “Azərbaycan Respublikasının Milli bankı” və

“Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunların

qəbul olunması ilə bank sisteminin hüquqi-normativ bazasının əsası

qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikası bank sisteminin yaradılması və

inkişafının birinci mərhələsi bank bazarına daxilolmanın liberal şərtləri ilə

müşaiyət olunmuşdur. Azərbaycan Respublikası prezidentinin 10 yanvar 1992-ci

il tarixli fərmanına əsasən keçmiş SSRI Xarici Əlaqələr Bankı Azərbaycan

Respublikası Kontoru bazası əsasında Azərbaycan Beynəlxalq Bankı yaradıldı.

Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini təşkil edir. Müstəqil kommersiya banklarından 4-ü əsasən dövlət mülkiyyətinə əsaslanırdı. Onların nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət paketi dövlətə məxsus idi. Bunlara aşağıdakılar aiddir:

1.Azərbaycan Respublikası Aqrar Sənaye Səhmdar Kommersiya Bankı.

2.Azərbaycan Respublikası Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankı.

3. Azərbaycan Respublikası Əmanət Kommersiya Bankı.4.Azərbaycan Respublikası Beynəlxalq Səhmdar Kommersiya

Bankı.Azərbəycan Respublikası prezidentinin 11 fevral 1992-ci il tarixli fərmanı

ilə keçmiş SSRI Dövlət Banki. Sənaye-Tikinti bankı və Aqrar-sənaye bankı

Azərbaycan Respublikası kontorları bazası əsasında Azərbaycan Milli Bankı və

20

Page 21: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

keçmiş SSRI Əmanət Bankı Azərbaycan Repsublikasının kontoru bazası əsasında

isə Azərbaycanın Əmanət bankı təşkil edildi.

1992-ci ilin fevral ayından avqust ayına qədər sənaye-tikinti Bankının və

Aqrar-sənaye bankinın müəssisə və şöbələri bilavasitə Azərbaycan Milli

Bankının tabeçiliyinə verilmişdir.

Respublikamız müstəqillik əldə etməklə bazar əsasında inkişaf edən

ölkələrin təcrübəsinə uyğun olaraq Milli bazar yaradıldı. Bu dövrdə bankların

strukturları deyil, kredit münasibətlərində də dəyişiklik edildi.

Beləliklə, ikipilləli bank sistemi formalalaşmış oldu. Birinci pillədə Miili

Bank, ikinci pillədə kommersiya bankları dururdu. Bundan sonra Aqrar-Sənaye

Bankı və Sənaye - investisiya Bankı Miili bankın tərkibindən çıxarılaraq,

Birləşmiş Universal Səhmdar kommersiya bankına çevrildi. Azərbaycan

Respublikasının Əmanət Bankı və Beynəlxalq Bankı Azərbaycan Miili

Məclisinin müvafiq qərarına əsasən respublika səhmdar kommersiya bankları

kimi fəaliyyət göstərməyə başladılar. Daha sonra 1993-cü ildə Azərbaycan

Respublikasının aqrar-sənaye bankının, sənaye investisiya bankının, Əmanət

bankının və Beynəlxalq Bankın tamamilə səhmdar komersiya banklarına

çevrilməsi prosesi başa çatdırıldı. Həmin bankların nəzarət səhm pakeli Maliyyə

Nazirliyinin timsalinda Azərbaycan hökumətinə məxsus idi. Səhmlərin qalan

49%-i isə müxtəlif hüquqi və fiziki şəxslər arasında bölüşdürülərək təşkil olundu.

Azərbaycanda mərkəzi banka dair qanunlə Miili Bank dünyanın müstəqil

bankları kimi fəaliyyətə başladi. Bu qanunlar qəbul edildikdən sonra Milli Bankin

ilk sədri təyin ediidi. Bank sisteminin müstəqilliyi ilə yaranan imkana uyğun

olaraq respublikamizin Milli valyutası olan «manat» dövriyyəyə buraxıldı (1992)

və Milli Bankda onun dəyərinin qorunması üçün tədbirlər həyata keçirilməyə

başlandı.

Qeyd etmək lazımdır ki, Azərbaycanda bazar iqtisadiyyatı təmayüllü bank

sisteminin yaradılmağa başlandığı dövrdə gərgin siyasi şərait və iqtisadiyyatda

ağır pozulmalar gedirdi. Bunlar bank sisteminin fəaliyyətini çətin bir vəziyyətə

salmışdı. Bunun nəticəsində respublikada bank sistemində təşkilati və idarəetmə 21

Page 22: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

prinsipləri pozulmuş və bütövlükdə bank xidməti sosial-iqtisadi inkişafin

tələblərinə cavab verməmişdi. Bankların fəaliyyəti dövlətin irəli sürdüyü iqtisadi

siyasətin həyata keçirilməsinə deyil, bilavasitə digər məqsədələrə

istiqamətləndirilmişdi. Bununla yanaşı bankların müstəqil siyasət yeritmək

səlahiyyətləri təmin edilmiş və onlar dövlət mənafeyindən irəli gələn məqsədələrə

vaxtında xidmət etməmişlər.

Bank işi zəif hüquqi bazaya əsaslanmış və keçmiş dövrün qanunvericilik

aktlarının tələb və prinsiplərinə uyğun idarə olunmuşdur. Onu da qeyd etmək

lazımdır ki. Dünya ölkələrində məlum olan çoxsaylı bank əməliyyatlarından

respublikada yalniz bir neçəsi icra olunur.

Bunlarla yanaşı respublikada Əmanət bankı sistemində də ciddi nöqsanlar

və pərakəndə idarəetmə vəziyyəti mövcud olmuşdur, belə ki, Əmanət bankları

əhalidən qəbul edilmiş əmanətləri qeyri-səmərəli və məsuliyyətsiz formada idarə

etmiş və həmin əmanətlərin vaxtında faizlə qaytarılması üzrə qanunvericiliklə

müəyyən olunmuş qaydaları pozmuşdur. Bu səbəbdən bir neçə illər ərzində

əhalinin Əmanət banklarına etibar etdiklərı əmanətlər qiymətdən düşmüş və

yararsız pul ehtiyatına çevrilmişdir. Nəticədə, Əmanət Bankı öz mahiyyətini

itirmişdirsə, aparılan islahatlar nəticəsində bank sisteminin fəaliyyətində mövcud

olan nöqsan və çatışmamazlıqlar zəif pərakəndə idarəetmə vəziyyəti nisbətən

aradan qaldırılmış və onların işində xeyli təkmilləşdirmə aparılmışdır.

Respublikada müasir bank sistemində baş verən əsasli dəyişikliklərı

aşağıdakı kimi qruplaşdırmaq olar:

-bank sistemində aparılan əsaslı islahatlar dövlət və kommersiya banklarının

hüquqlarını və məsuliyətini daha da artırmış və onların tənzimləmə mexanizmi

nisbətən güclənməsidir;

-əhalidə və müxtəlif strukturlarda mövcud olan sərbəst pul vəsaitlərinin

banklar tərəfindən səfərbər edilməsində dönüş baş vermiş və ciddi təminat

yaranmışdır;

-pul tədavülünün tənzimlənməsində bankların rolu və idarəetmə funksiyaları

artmışdır;22

Page 23: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

-respublikada xarici ölkə bankları ilə rəqabət əparmaq gücünə malik

müştərək (birgə) bankların yaradilmasına üstünlük verilmişdir;

-Milli Banka sərbəst pul-kredit siyasəti yeritmək və dövriyyəyə pul bu-

raxmaq hüququ verilmişdir.

-Bankların yeni fəaliyət növləri ilə məşğul olmaq, qiymətli kağızlarla

əməliyyatlar aparmaq, fizinq, faktorinq və s. əməliyyatlara qoşulmaq imkanları

genişlənmişdir. Yəni banklar öz fəaliyyətində bank resurslarının tərkibinə pul

vəsaitləri, əmtəə-maddi qiymətlilərilə yanaşı qiymətli kağizları (səhmlər,

istiqrazlar, xəzinə öhdəlikləri, əmanət sertifikatları və s.) daxil edir;

-respublikada qiymətli kağizlar bazarınən (fond birjasının) təşkil olun-

masında bütün növ bankların rolu artırılmış və bu istiqamətdə alman modelinə

üstünlük verilmişdir və s.

10 iyun 1996-cı üdə Milli Məclis tərəfindən qəbul olunmuş «Milli Bank

haqqında» Azərbaycan Respublikası qanununda pul-kredit siyasətini həyata

keçirmək məqsədilə məcburi bank ehtiyatlarının normaları müəyyənləşirilmiş və

onun əmələ gəlmə mənbələri göstərilmişdir. Həmin qanunda məcburi ehtiyatların

yaradılması, normaların müəyyən olunması, kreditor təşkilatlarla əmanətçilər

arasında öhdəliklərin tənzimlənməsi və məcburi ehtiyatların saxlanılması

qaydaları və s. öz əksini tapmışdir. Məcburi ehtiyat normaları ilbəil dəyişilir. Bu

dinamikanı cədvəl 6-də görmək olar.

Bazar iqtisadiyyatına keçid dövründə bütün növ bank resurslarının əmələ

gəlmə mənbəyində, strukturunda və istifadə olunma mexanizmində əsaslı

dəyişiklik baş vermişdir. Məsələn, fəaliyyətdə olan komersiya bankların xüsusi

resurslarının mənbəyini qiymətli kağizlar bazarındakı səhmlər fond üçün nəzərdə

tutulmuş səhmdar və ehtiyat kapitalı təşkil edir.

Müasir tipli bank növləri yeni iqtisadi və bazar strukturlarının fəaliyyətinə

infrastruktur xidmətini daha da fəallaşdırmaq məqsədilə, xüsusilə də operativ

bank əməliyyatları sisteminə keçməlidir. Belə ki, banklar qiymətli kağızlarla,

lizinq faktorinq və s. xidmətlərlə əməliyyatlar aparmaq yolu ilə bazar

subyektlərinin maliyyə tələblərini və problemlərini ödəməlidirlər. Yəni 23

Page 24: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

respublikada fəaliyyətdə olan banklar fond birjasi (qiymətli kağizlar bazarı)

vasitəsilə bazar subyktlərinə maliyyə xidməti göstərən infrastruktur obyektinə

çevrilməlidir.

CƏDVƏL 5. Məcburi ehtiyat normaları5

Konkret olaraq, hər bir bank bazar subyektlərini, təsərrüfat subyekllərini və

digər maliyyə ehtiyatı olan müştəriləri özlərinə cəlb elməyi bacarmalı və ona

stimul yaratmalıdır. Bankların müasir fəaliyyətində elə bir şərait yaradılmalıdır

ki, onlər həm öz vəsaitlərindən müxtəlif istiqamətlərdə səmərəli istifadə etməkdə

maraqlı olsunlar, həm də banklara bütün mənbələr hesabına pul vəsaitlərinin və

qiymətli kağizların cəlb olunmasında bütün bazar və təsərrüfat subyektləri daha

çox səy göstərsinlər. Əlbəttə, bankların yeni rolu məhz bununla müəyyən olunur,

lakin bunlarla yanaşı banklar cəlb olunan bütün pul vəsaitlərinin saxlanılmasına

və istənilən vaxt sahibinə geri qaytarılmasına möhkəm təminat verməlidir.

5 Statistik bülleten-Azərbaycan Respublikası Milli Bankı-2/ 200824

Fəaliyyət müddəti

Hüquqi şəxslərdən cəlbedilmiş vəsaitlər üzrə

Fiziki şəxslərdən cəlbedilmiş vəsaitlər üzrə

milli valyuta

xarici valyuta

milli valyuta

xarici valyuta

01.10.92 - 30.04.93 tələb olunanadək 15 15 15 151 aydan - 1 ilədən 12 12 12 121 ildən yuxarı 10 10 10 1001.05.93 - 30.05.93 tələb olunanadək 15 15 15 151 aydan - 1 ilədək 12 12 12 121 ildən- 3 ildək 10 10 10 103 ildən yuxarı 8 8 8 831.05.93 - 19.12.93 12 5 12 520.12.93 - 30.04.94 12 25 12 2501.05.94 - 30.06.94 12 5 12 501.07.94 - 31.12.94 18 5 18 501.01.95 - 31.03.95 12 12 12 1201.04.95 - 28.02.97 15 15 15 1501.03.97 - 01.11.99 12 12 12 1202.11.99 - 01.01.03 10 10 10 1001.01.03 - 01.02.061 ilədək 10 10 10 1001.02.06 tarixindən 10 10 10 10

Page 25: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Azərbaycan Respublikasında bank sisteminin yaradılması və

formalaşmasında kommersiya banklarının roluna ayrıca nəzər salmaq daha

məqsədəuyğundur. Bu məqsədlə son 10 ildə səhmdar kommersiya və

kommersiya banklarının inkişafina nəzər yetirməyi məqsədəuyğun hesab edirik.

1992-ci ilə qədər Azərbaycanda 30-a qədər kooperativ, kommersiya bankları

fəaliyyət göstərirdisə, 1992-1995-ci illərdə səhmdar kommersiya və kommersiya

banklarının yaranması prosesi geniş vüsət almiş, bu illərdə Azərbaycanda 240-a

yaxın kommersiya, səhmdar kommersiya bankları yaranmışdır. Bu llər ərzində

kommersiya banklarının sayının artması bir neçə səbəblə izah oluna bilər.

Bunlara nizamnamə fonduna heç bir minimum həddin qoyulmaması üzündən

onun məbləbinin aşağı olması, inflyasiyanın yüksək olmasi səbəbindən kredit

faizlərinin yüksək olması və s. aid etmək olar. 1994-cü ilin payızından etibarən

Milli Bankin sərt monetar siyasətə keçməsi, kommersiya banklarının verdikləri

yüksək faizli təminatsiz kreditlərin geri qaytarılması kommersiya banklarının

fəaliyyətində problemlər yaratmağa başladı. Bank fəaliyyətini tənzimləyən

qanunvericilikdəki boşluqlar mövcud vəziyyəti daha da ağırlaşdırırdı. Bundan

başqa bank adı altında fəaliyyət göstərən, lakin Milli Bankdan müvafiq lisenziya

almadan xeyriyyə cəmiyyətlərinin və bütün digər qurumların əhalidən yüksək

fazlərlə əmanət cəlb edib mənimsəməsi, Dövlət Əmanət Bankındakı vəsatlərin

inflyasiya nəticəsində dəyərsizləşməsi və sonradan indeksləşdirilib qaytarılması

məsələsinin həll edilməməsi, yerli bank sisteminə olan inamın xeylı itirilməsinə

səbəb olmuşdur.

Bank sisteminin yeni formalaşması ilə əlaqədar yüksək səviyyəli kadr

çatişmamazlığı, qeyri-professonalların kommersiya banklarının rəhbərliyində

təmsil olunması da prosesə öz mənfi təsirini göstərdi. 1995-ci ildən etibarən Milli

Bank kommersiya banklarının nizamnamə fonduna tələblərini artırmağa başladı.

Bu illərdə bank sistemində bütün banklar, o cümlədən "Kapital" və Beynəlxalq

Banklar da müxbir hesabına keçmişdir. Milli Bank tərəfndən nizamnamə fonduna

qarşı tələblərin artırılması kommersiya bankları üçün bir sira problemlər

yaratmışdır. Nizamnamə fondu həddini yerinə yetirməyən kommersiya 25

Page 26: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

banklarının, hətta normal fəaliyyət göstərməsinə baxmayaraq, lisenziyası geri

alınmışdır.Kommersiya banklarının nizamnamə fonduna tələblərin Inkişaf

dinamikası aşağıdakı qrafikdən daha aydın görsənir.

DİAQRAM 6. KOMMERSIYA BANKLARININ MINIMUM NIZAMNAMƏ

KAPITALI6

Kommersiya banklarının nizamnamə kapitalının artırılmasında məqsəd

respublikada fəalyyətdə olan bankların saynı azaltmaq, onların kapitallarrının

birləşməsinə nail olmaq idi. Lakn bank işi spesifik sahə olduğu üçün bu bankların

birləşməsi mümkün olmadı. Bankların birləşməsi uzun və çətin bir prosesdir.

Biz bilirik ki, kommersiya banklanın nizamnamə fondunun formalaşmasının

əsas mənbələri aşağıdakılardır:

Əhalinin sərbəst put vəsaitləri;

Müəssisə və təşklatların sərbəst pul vəsaitləri.

Əhalinin ağır sosial-iqtisadi durumu, müəssisə və təşkilatların çətin maliyyə

vəziyyətləri bankları bu mənbələrdən məhrum edir. Xarici mənbələrə isə Milli

Bank tərəfindən müəyyən məhdudiyyətlər qoyulub. Bütün bunlar yerli

kommersya banklarının müflisləşməsinə gətirib çıxarır. Yaxşi olar ki, Milli Bank

sisteminin tam formalaşdıqdan, yerli banklar xarici banklann rəqabətinə dözə

6 Mənbə- Mənbə- Statistik bülleten-Azərbaycan Respublikası Milli Bankı-2/ 200826

Page 27: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

biləcək dərəcədə inkişaf etdikdən sonra xarici banklar ölkənin bank bazarına

buraxılardı.

Qərbi Avropanın inkşaf etmiş ölkələrinin banklarının pul vəsaitləri ilə

əlaqədar problemləri yoxdur. Həmin dövlətlərin iqtisadiyyati kifayət qədər

inkişaf etmiş əhalisinin sosial-iqtisadi durumu yüksəkdir. Hazırda

respublikamızın iqtisadiyyatında pul "aclığı" var. Bu həm dövriyyədə pul

kütləsinin azlığı, həm də iqtisadiyyatdakı böhran və geriliklə bağlıdır.

Kommersiya banklarının vəsaiti çatışmamazlığı onları məcbur edir ki, əhalidən

yüksək faizlərlə əmanət cəlb etsin. Çünki ümumən maliyyə bazarında krcdit

rcsurslanna böyük ehtiyac vardir. Bu gün kommersiya banklarının cəlb olunmuş

vəsaitləri içərisində əmanətlər, depozitlər 10-15% təşkil edir. Belə vəziyyətdə

əmanət və depozitlər üzrə öhdəlikləri vaxtlı-vaxtında.yerinə yetirmək bu banklar

üçün bir ciddi problem yaratmır.

27

Page 28: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

II F Ə S İ L Kommersiya banklarının bank sistemində yeri və rolu

2.1 Kommersiya banklarının yaradılması və fəaliyyət prinsipləri

Bazar iqtisadiyyatı şəraitində mövcud olan ölkələrdə olduğu kimi

Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini

təşkil edir. Bank - fiziki və hüquqi şəxslərin pul vəsaitinin depozitə cəlb edilməsi

həmin vəsaitin müddətlik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz

hesabına yerləşdirilməsi, fiziki və hüquq şəxslərin hesablaının açılması və

aparılması əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa

malik kredit təşkilatidir. Kommersiya bankları ölkədə kredit resurslarının əsas

hissəsinin toplanmasına xidmət edir və müştərilərə maliyyə-kredit xidmətlərinin

bütöv kompleksini təqdim edir. Kommersiya banklarının funksiyalarını qısaca

olaraq aşağıdakı cədvəldə görmək olar.

CƏDVƏL 7. Kommersiya banklarının funksiyaları7

7 Mənbə-Reyhan Əsgərova-Pul,Kredit və banklar, Bakı-2007 28

Kapitalın yığılması və

səfərbər edilməsi

Kommeriya banklarının funksiyaları

Pul ödəmələri və hesablaşma

Vasitəçilik Qiymətli kağızları buraxılması və yerləşdirilməsi

Depozit funksiyası Bankların konsultasiya

xidməti

Page 29: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Bəzi müəlliflər isə kommersiya banklarının funksiyalarını daha geniş

göstərirlər: Əmanət, kredit, sığorta. Broker. Bank investoru və ya anderayter.

Köçürmə-hesablasma, investisiya planlaşdırılması. Trast, Kredit pulların

emissiyası və s.8

Bankların təsisçiləri kimi müxtəlif firmalar, banklar, şirkətlər, ayrı-ayrı

fiziki şəxslər, ölkənin daimi vətəndaşları və xarici vətəndaşlar da iştirak edə

bilərlər. Siyasi partiyalar, ictimai birliklər, fondlar və deyri-kommersiya

təşkilatları bankın səhmdarı ola bilməzlər. Azərbaycan Respublikasının mövcud

qanunlarına görə kommersiya bankları hüquqi şəxs statusu almaq üçün Ədliyyə

Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Bununla əlaqədar olaraq,

kommersiya bankları təsdiqedici sənədlər toplusunu hazırlamalı və bu sənədləri

Milli Bankın aidiyyatı departamentlərinə təqdim etməlidirlər. Sənədlər burada

yoxlandıqdan və qanunvericilik tələblərinə uyğunlaşdırıldıqdan sonra „Hüquqi

şəxslərin dövlət qeydiyyatı haqqında“ qanuna əsasən Ədliyyə Nazirliyinə təqdim

edilməlidir. Kommersiya bankı dövlət qeydiyyatından keçib hüquqi şəxs statusu

aldıqdan sonra bank lisenziyası almaq üçün Milli banka yazılı vəsatət

verir.Vəsatətlə birlikdə aşağıdakı məlumat və sənədlər təqdim edilir:

1) dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2) təsis sənədləri (təsis müqaviləsi, nizamnamənin qəbul olunması, nəzarət

və idarəetmə orqanları rəhbərlərinin təyin edilməsi haqqında protokol (bir təsisçi

tərəfindən yaradılan banklar istisna olmaqla), qeydiyyat orqanında təsdiq

olunmuş nizamnamə, xarici bankın filialı üçün əsasnamə);

3) hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən

mühasibat balansı, mənfəət və zərər barədə hesabatı və buna dair auditor rəyi;

4) təsisçilərin təklif etdiyi rəhbərlərin və baş mühasibin peşə yararlığı və

məhkum olunub-olunmadıqları barədə məlumat, həmin şəxslər tərəfindən

doldurulmuş anket.

Bank lisenziyasının alınması üçün müraciətə baxılması proseduru iki

mərhələdən ibarətdir: 8 Z.Məmmədov –“Pul,Kredit və banklar” Bakı-2006

29

Page 30: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

1. bank lisenziyasını almaq üçün ilkin müraciətin edilməsi və ona

baxılmasını əhatə edən birinci mərhələ;

2. bank və xarici bankın yerli filialı dövlət qeydiyyatına alındıqdan sonra

bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılmasını əhatə

edən ikinci mərhələ.

Bank lisenziyası verilməsi haqqında vəsatətə Milli Bank bu qanunda

nəzərdə tutulmuş bütün sənədləri aldığı gündən ən geci 30 gün keçənədək baxır.

Milli Bank alınmış sənədlərin ilkin ekspertizasını keçirdikdən sonra 3 gün

müddətində vəsatətçiyə bu barədə məlumat verir, Milli Bankda kredit təşkilatı

üçün müxbir hesabı açır və Milli Bank tərəfindən müəyyən olunmuş minimum

nizamnamə kapitalının bir ay müddətində 100 faiz ödənilməsini tələb edir.

Kredit təşkilatının minimum nizamnamə kapitalının 100 faiz ödənildiyini təsdiq

edən sənədlər təqdim olunduqda, Milli Bank 3 gün müddətində kredit təşkilatına

bank əməliyyatlarının aparılması üçün lisenziya verilməsi haqqında qərar qəbul

edir.

Milli bank kommersiya banklarına lisenziya verməkdən imtina da edə bilər.

Bank lisenziyası verməkdən imtina edildiyi, yaxud bunun üçün müəyyən şərtlər

qoyulduğu və ya bank lisenziyası üzrə fəaliyyətin məhdudlaşdirildiği hallarda

vəsatətçiyə bunlari doğuran səbəblər rəsmi bildirilir. „Azərbaycan

respublikasinda banklar və bank fəaliyyəti haqqında" Azərbaycan

Respublikasının qanununa əsasən Milli bank aşağıdakı hallarda lisenziya

verməkdən imtina edə bilər:

1) İdarə Heyətinin sədri, onun müavinləri və baş mühasib onların qarşısında

qoyulan ixtisas tələblərinə uyğun olmadıqda. Bu aşağıdakı hallarda olar: bu

şəxslərin ali iqtisadi və ya hüquqi təhsilinin və bank əməliyyatlarının aparılması

ilə əlaqədar kredit təşkilatının bölməsinə rəhbərlik təcrübəsinin olmaması;

mülkiyyətə qarşı cinayətlər, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə

məhkumluğun olması və s;

2) təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;

30

Page 31: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

3) kredit təşkilatının lisenziya almaq üçün təqdim etdiyi sənədlər mövcud

qanunvericilik və Milli Bankın normativ aktlarının tələbinə uyğun olmadıqda və s

Bank lisenziyası qeyri-müəyyən müddətə verilir. Milli Bank lisenziyasının

verilməsi haqqında qərarında əsaslandırılmış şərtlər və ya məhdudiyyətlər qoya

bilər. Bank lisenziyasi verildikdən sonra həmin lisenziyaya şərtlər və

məhdudiyyətlər ancaq o halda aid edilə bilər ki, onu almiş bank“Azərbaycan

respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan

Respublikasının qanununa və ya Milli Bankın hər hansı normativ aktına əməl

etməmiş olsun.

Bank lisenziya aldıqdan sonra bank sisteminə daxil olur və fəaliyyətə

başlayır.

Bank lisenziyasının ləğvi də Milli Bank tərəfindən həyata keçirilə bilər və

bu aşağıdakı hallarda baş verə bilər:

1) kredit təşkilatının təsisçilərinin müraciəti ilə(könüllü);

2) bank qanunvericiliyinin və Milli Bankın normativ aktlarının tələbləri

mütəmadi pozulduqda, əgər kredit təşkilatına «Azərbaycan Respublikasının Milli

Bankı haqqında» Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş tələblər

bir il ərzində bir neçə dəfə tətbiq olunmuşdursa;

3) lisenziya və icazə verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu

aşkara çıxdıqda;

4) lisenziyanın və icazənin qüvvəyə mindiyi gündən bir il ərzində ondan

istifadə edilmədikdə, yaxud fəaliyyət altı aydan çox müddətə dayandırıldıqda;

6) Milli Bankın normativ aktlarında nəzərdə tutulmuş minimum zəruri

kapitala və xüsusi ehtiyatlara malik olmadıqda, kreditorlar və əmanətçilər

qarşısında öz öhdəliklərini yerinə yetirə bilmədikdə və ya ona etibar edilmiş

vəsaitin saxlanmasını təmin etmədikdə;

7) müflis olduqda;

8) təqdim edilmiş hesabatlarda saxtalaşdırma müəyyənləşdirildikdə;

9) lisenziyada və ya icazədə nəzərdə tutulmamış əməliyyatlar aparıldıqda;

31

Page 32: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

10) filialın baş təşkilatından bank əməliyyatları aparılması hüququ

alındıqda.

Lisenziyanın geri götürülməsi haqda qərar qəbul edildikdən sonra Milli

Bank qərarı rəsmiləşdirərək, səbəblər göstərilməklə kredit təşkilatına yazılı

məlumat verilir.

Azərbaycan Respublikasında kommersiya banklarına lisenziyaların

verilməsi və geri götürülməsi haqda məlumatı aşağıdakı cədvəldən ala bilərik№ 2000 2001 2002 2003 2004 2005 2006 2007

1. Yeni qeydiyyata alınmış

banklann siyahısı

2 0 1 0 1 3 0 2

2. Lisenziyaları geri çağırılmış

banklar

13 6 8 0 3 3 0 0

3. Ilin axirına işləyən

bankların sayı

59 53 46 46 44 44 44 46

CƏDVƏL 8. Qeydiyyata alınmiş, lisenziyasi geri çağrılmış və fəaliyyətdə

olan banklar haqqinda məlumat9

Kommersiya banklarının fəaliyyətinin əsas prinsiplərini nəzərdən keçirək:

1. Real mövcud olan resurslar çərçivəsində iş prinsipi. Bu prinsipə görə

kommersiya bankı vəsaiti qısa müddətə (qısamüddətli əmanətlər və ya tələb

olunandək) cəlb edərək, uzun müddətli borclara sərf edirsə onun öz borcları üzrə

ləngimədən hesablaşmaq qabiliyyəti təhlükə altına düşə bilər. Bankın

aktivlərində riski artmış borcların böyük miqdarda olması bankdan da nizamnamə

kapitalını artırmasını tələb edir. Siz əmanət qoyarkən həmişə bankın balansı

haqqında mə‘lumatlandırılmanızı tələb edə bilərsiniz. Bu prinsipin əks tərəfi

ondan ibarətdir ki, malik olduğu vəsait hüdudunda bankın aktiv əməliyyatlarının

həcmi inzibati metodlar vasitəsilə məhdudlaşdırıla bilməz.

2. Öz fəaliyyətinin nəticələrinə görə tam iqtisadi məs‘uliyyət və yüksək

dərəcəli iqtisadi azadlıq. Bu ikinci prinsip cəlb edilmiş şəxsi vəsaitin azad

9 Statistik bülleten-Azərbaycan Respublikası Milli Bankı-2/ 200832

Page 33: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

bölüşdürülməsi, müştəri və əmanətçinin azad seçilməsi, vergilər ödənildikdən

sonra yerdə qalan gəlirin bölüşdürülməsində müstəqilliyi nəzərdə tutur. Bu gün

Azərbaycanda olan bütün kommersiya banklarına özünün fond və gəlirlərinin

bölüşdürülməsində kifayət qədər iqtisadi azadlıq verilib. Kommersiya bankının

iqtisadi məs‘uliyyəti onun cari gəlirləri ilə məhdudlaşmır, onun kapitalına da aid

olur. Öz öhdəliklərinə görə bank ona məxsus olan üzərinə cərimə qoyula bilən

bütün əmlak və vəsaiti ilə cavab verir. Öz əməliyyatlarına görə bütün ziyanı

bank öz üzərinə götürür.

3. Maliyyə ehtiyatları bazarının vəziyyətinə istiqamətlənmiş müstəqil

kredit, faiz və depozit siyasətinin aparılması. Fəaliyyətinin nəticələrinə görə

tam məs‘uliyyət daşıması üçün bank yalnız vəsaitinin bölüşdürülməsində deyil,

borcun müddətinin və şərtlərinin müəyyənləşdirilməsində də, müxtəlif bank

əməliyyatlarının icra edilməsində də və s. azad olmalıdır. Kommersiya bankları

öz fəaliyyətlərində yuxarıdan gələn tə‘limatları əsas götürə bilməz və

müəyyənləşdirilmiş faiz stavkalarından çıxış edə bilməz.

4. Kommersiya banklarının fəaliyyətinin dördüncü prinsipi ondan ibarətdir

ki, onların müştəriləri ilə qarşılıqlı münasibətləri bazar münasibətləri

əsasında qurulmalıdır. Borc verərkən bank öz kredit vəsaitinin

yerləşdirilməsinin faydalılığından çıxış edir. Ümumdövlət maraqlarına

istiqamətlənmə kommersiya bankı üçün hökmən likvidlik böhranı və ya

müflisləşmə ilə nəticələnər.

33

Page 34: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

2.2 Kommersiya banklarının aktiv əməliyyatları

Hər bir ölkədə kommersiya banklari mövcud bank qanunvericiliyinin icazə

verdiyi əməliyyatları icra edirlər. Ümumiyyətlə kommersiya bankları apardığı

əməliyyatları 3 qrupa bölünür: 1) aktiv əməliyyatlar 2) passiv əməliyyatlar

3)vasitəçilik əməliyyatları.

Kommersiya banklarının aktiv əməliyyatları dedikdə, müəyyən gəlir almaq

üçün öz vəsaitlərini və cəlb edilmiş vəsaitləri kredit formasında istifadə etməsi

nəzərdə tutulur. Bu əməliyyat müştərilərə ssuda verərək, müəyyən müddətdən

sonra faizlə birlikdə geri qaytarmaq yolu ilə həyata keçirilir. Aktiv əməliyyatlar

vasitəsilə kommersiya bankları cəlb etdikləri vəsaitləri ehtiyacı olanlar arasında

yerləşdirərək kreditor sifətində çıxış edirlər. Kommersiya bankları aktiv

əməliyyatları yerinə yetirməyə məcburdur. Çünki bankların mənfəəti bu

əməliyyatlardan asılıdır. Bankların həyata keçirdikləri aktiv əməliyyatlar

aşağıdakı qruplara bölünür:

SXEM 10. Bankların aktiv əməliyyatları

Hal-hazırda Azərbaycanda kommersiya banklarının gəlirli fəaliyyət

göstərməsi onun aktiv əməliyyatlarının tərkib hissəsi olan kredit

əməliyyatından asılıdır. Kredit əməliyyati pul vəsaitlərini müvəqqəti istifadə

etmək üçün qaytarmalı və ödənilmək şərti ilə yerləşdirilməsində kreditor və

debitor arasındakı münasibətdir.

Kapitalın dövranı zamanı sahibkarın əlində toplanan müvəqqəti sərbəst pul

vəsaitləri istifadə olunmalıdır. İstehsal prosesində əsas kapital istehlak olunur, öz

dəyərinin bir hissəsini yeni yaranmış əmtəənin üzərinə keçirir. Əmtəə satildiqdan

sonra həmin hissə ayırmalar şəklində sahibkarın sərəncamina keçir. Dövriyyə

kapitalının hərəkəti zamanı da müvəqqəti pul vəsaiti yaranır. Məsələrı, xammal,

34

Bankların aktiv əməliyyatları

Kredit əməliyyatları Kassa əməliayyatları Hesablaşma əməliayyatları

İnvestisiya Əməliyyatları

Digər aktiv əməliyyatlar

Page 35: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

yanacaq, yardımçı material və s. istehsal prosesində öz dəyərini bir istehsal

prosesində yeni yaradılmış əmtəənin üzərinə keçirir və onun dəyəri tədavüldən

sonra pul şəklində sahibkarın əlində toplanır. Yeni xammal alana qədər həmin

pul sahibkarın əlində sərbəst şəkildə qalır. Əgər bütün pul vəsaitləri istehsal

vasitələri və xammal alınana qədər istifadəsiz sahibkarın kassalarında yatib

qalarsa, o heç də mənfəət gətirə bilməz. Sahibkarların əlində cəmlənən bütün bu

pul vəsaitləri bilavasitə kreditlərın alınmasından asılıdır. Ona görə də, bazar

iqtisadiyyatı şəraitində bankların və bankların həyata keçirdikləri kredit

əməliyyatlarının mühüm əhəmiyyəti vardir. Belə ki, sahibkarlar aldıqları krediti

əsasən istehsala qoyurlar, oradan mənfəət əldə edirlər. Mənfəətin bir hissəsini

özləri mənimsəyir, digər hissəsini isə aldığı puldan istifadə üçün banka faiz

verirlər. Banklar sərbəst pulu qəbul edərkən nisbətən aşağı, kreditə verəndə isə

daha yuxarı faizlə verirlər. Bu fərq bank mənfəətini əmələ gətirir. Bununla yanaşı

istehsal inkişaf edir və bu da öz növbəsində ümumi dövlətin iqtisadiyyatının

inkişaf tempinə müsbət təsir göstərir. Azərbaycan Respublikasında həyata

keçirilən kredit əməliyyatların mütləq qiyməti, nisbəti və inkişaf dinamikasını

aşağıdakı qrafikdə görmək olar.

QRAFIK-CƏDVƏL 9. Kredit qoyuluşları və depozit əməliyyatlarının inkişafı10

10 Mənbə- Statistik bülleten-Azərbaycan Respublikası Milli Bankı-2/ 200835

Page 36: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Qrafikdən göründüyü kimi son 10 il ərzində kommerisya banklarının

kreditlərin həcmi təxminən 10.5 dəfə artışdır. Bunu da ən böyük səbəbi qrafikdən

göründüyü kimi, son 9 ildə bankların cəlb etdikləri depozitlərin həcminin

təxminən 7 dəfə artmasıdır. Bu qrafik əhalinin banka olan inamının bərpa

olunmasını, həm də hüquqi və fiziki şəxslərin, əhalinin əlində sərbəstləşən pul

vəsaitlərinin artdığını ifadə edir. Bu da iqtisadiyyatın yüksək inkişaf tempini

göstərir, bunu kreditə olan tələbin artması bir daha təsdiqləyir.

Kreditin mahiyyətini, onun iqtisadiyyatdakı rolunu dərindən başa düşmək

üçün kreditin fuknsiyalarını nəzərdən keçirmək lazımdır. Kreditin əsas

funksiyalarını aşağıdakı sxemdə görmək olar:

SXEM 11. Kreditin funksiyaları11

Yenidən bölgü funksiyası. Bazar iqtisadiyyati şəraitində borc kapitalı

bazarı təsərrüfat fəaliyyətinin bir sahəsində müvəqqəti istifadəsiz qalan daha

çox yüksək mənfəət verən digər sferalara yönəldən özünəməxsus formada çıxış

edir. Müxtəlif sahələrdə və bölgələrdə mənfəətin differensiallaşdırılmış

səviyyəsinə istiqamətlənərək, dinamik inkişaf edən obyektlərin əlavə maliyyə

resurslarına olan ehtiyaclarını təmin edərək, kredit iqtisadiyyatinin

makrotənzimləyici rolunda çıxış edir.

Tədavül xərclərinə qənaət. Kredit, nağd pulu qismən kredit pullarla:

veksellər, banknotlar və çeklərlə əvəz etməklə, həmçinin nağdsız

hesablaşmaların inkişafi və pul dövriyyəsinin sürətlənməsi vasitəsilə tədavül

xərclərinə qənaət funksiyasını həyata keçirir;

11 Mənbələr- Reyhan Əsgərova-Pul,Kredit və banklar, Bakı-2007 və R.A.Bəşirov –“Bank işi”, Bakı-200736

Kreditin funksiyaları

Yenidən bölgü Tədavül xərclərinə qənaətKapitalın

təmərküzləşməsinin sürətlənməsiƏmtəə dövriyyəsi xidməti ETT-nin sürətlənməsi

Page 37: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Kapitalın təmərküzləşməsinin sürətlənməsi. Kredit fərdi müəssisələrin

səhmdar cəmiyyətlər çevrilməsinin, yeni firmaların yaranmasının əsas

amillərindən biridir. Kapitalın təmərküzləşməsi iqtisadi inkişafın sabitliyinin

zəruri şərtidir və hər bir təsərrüfatçılıq subyektinin başlıca məqsədidir. Bu

məsələnin həllində borc alınmış vəsaitlər istehsalın həcmini xeyli

genişləndirməyə və nəticə etibari ilə, əlavə mənfəət kütləsinin əldə edilməsinə

real köməklik göstərir.

Əmtəə dövriyyəsi xidməti. Bu funksiyanın həyata keçirilməsi prosesində

kredit nağd pul kütləsini tədavüldən sıxışdırmaqla, təkcə əmtəə tədavülünü deyil,

pul tədavülünün də sürətlənməsinə təsir göstərir. Bu məsələnin həllində

kommersiya krediti daha fəal rol oynayır;

Elmi-texniki tərəqqinin sürətləndirilməsi. Elmi-texniki tərəqqinin

sürətləndirilməsində kreditin rolunu əyani olaraq elmi-texniki təşkilatların

fəaliyyətinin maliyyələşdirilməsi prosesi misalında izləmək olar. Kredit elmi

araşdırmaların və texnologiyaların istehsala birbaşa tətbiqi formasında

innovasiya proseslərinin həyata keçirilməsi üçün də zəruridir. Belə xərclər

əvvəlcə müəssisələr tərəfində, o cümlədən bankın orta və uzunmüddətli məqsədli

kreditləri hesabına maliyyələşdirilir.

Kreditin mahiyyəti açmaq üçün kreditləşmənin prinsiplərini də izah etmək

lazımdır. Bu prinsipləri aşağıdakı sxemdən görmək olar.

SXEM 12. Bank kreditləşməsinin prinsipləri12

12 Mənbə- M.M.Bağırov- Banklar və bank əməliyyatları, Bakı-2003 və R.A.Bəşirov –“Bank işi”, Bakı-200737

Kreditləşmənin prinsipləri

Qaytarmalılıq

Müddətlilik Ödənclik

Təminatlılıq

Məqsədlilik Differensiallılıq

Page 38: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Kreditin təminatlılığı verilən borcların konkret olaraq faktiki maddi

qiymətlilər, borc öhdəlikləri,zəmanət və ya qiymətli kağızlarla təmin

olunmasıdır. Bu bankın gələcəkdə baş verə biləcək təhlükəli hallarda

sığortalanması üçündür. Kreditin təminatı hər bankda müvafiq qiymətlilərin

şərtləşdirilmiş qaydada faktiki girov formasında olmalıdır. Azərbaycan

Respublikasında kreditləşmə zamanı girovların qəbul olunması “Azərbaycan

Respublikasında Girov haqqında Qanun” və Milli Bankın aid təlimatları əsasında

həyata keçirilir.

Kreditləşmənin həyata keçirilməsində ikin əsas prinsip onun qaytarılması

prinsipidir. Bu o deməkdir ki, verilən kreditlər mütləq qaytarılmalıdır. Kreditin

qaytarılması şərtləri və müddətləri bank və borcalan arasında bağlanan kredit

müqaviləsində öz əksini tapır.

Kreditin mühüm prinsiplərindən biridə onun müddətliyidir. Kreditin

müddətliyi onun istifadə olunduğu məqsədlərin xarakterindən və kapitalın

dövretmə prosesindən azad olunma vaxtından asılıdır. Bank kredit müqaviləsini

tərtib edərkən bu amilləri nəzərə almalıdır.

Kreditləşmənin prinsiplərindən biri də onun məqsədli xarakteridir. Kredit

banka və onun işbirliyi yaratmaq istədiyi borcalan təşkilata əvvəlcədən məlum

olan məqsədlərə verilir. Bunu üçün borcalan təşkilat özünün hazırlıq işlərini

görür və bankda öz haqqında inam yaratmaq üçün həm də təlimatlara uyğun

sənədləşmə aparmaqdan ötrü tələb olunan sənədləri hazırlayır.

Prinsiplərdən biri də kreditin ödənclilik prinsipidir. Yəni borc alan borcdan

istifadəyə görə haqq ödəməlidir. Bank faiz stavkası kreditin qiymətidir. Bu da

bankın gəlirinin bir hissəsini təşkil edir. Kreditə görə faiz müəyyənləşdirilərkən

bəzi amillər nəzərə alınır. Məsələn, Milli bank tərəfindən banklara verilən kreditə

görə faiz stavkası, banklar arası kreditə görə faiz, müştərilərin depozitlərinə görə

verilən faiz, kreditin müddəti və növü, kreditə olan tələb, inflayasiya və s.

Nəhayət axırıncı prinsip kreditləşmədə differensial münasibətdir. Yəni bank

kredit verən zaman müştərilərinə fərqli yanaşmalıdır. Bu məqsədlə bank kredit

qabiliyyəti göstəricilərindən istifadə edir.

38

Page 39: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Kreditləri bir necə əlamətlərinə görə formalara ayırmaq olar. Bu formaları

aşağıdakı sexm 13-da görmək olar.

SXEM 13. Bank kreditinin formaları13

Kreditin formalarının geniş şərhini verək:

- Bank krediti. Kreditin ən çox və geniş yayılmış forması olub,

iqtisadiyatda bilavasitə pul vəsaitlərinin borca verilməsi obyekti kimi çıxış edir.

Bank kreditinin başlıca xüsusiyyəti ondadır ki, geri qaytarılma əsasında pul

vəsaitlərinin dönə-dönə dövranı və dövriyyəsini həyata keçirən banklar daha çox

şəxsi kapitaldan deyil, cəlb edilmiş resurslardan istifadə edir. Müəyyən

subyektlərdən borc götürdüyü pul vəsaitlərini bank digər hüquqi və fiziki şəxslər

arasında yenidən bölüşdürür. Eyni zamanda bank sadəcə pul vəsaitlərini deyil,

13 Mənbə- M.M.Bağırov- Banklar və bank əməliyyatları, Bakı-200339

borc verilmiş dəyərin xarakterinə görə

kreditor və borcalanın xarakterinə görə

borcalanın tələbatının məqsədinə görə

Əmtəə forması

Pul forması

Qarışıq forma

Bank krediti

Dövlət krediti

Beynəlxalq kredit

məhsuldar forması

istehlak forması

kommersiya krediti

Mülki

kredit.

İpoteka kredit.

KREDİTİN FORMALARI

Page 40: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

pulu kapital şəklində borc verir. Bank krediti faizi həmişə kommersiya krediti

faizindən yüksək olur.

- Kommersiya krediti. Bu bir sahibkar tərəfindən digərinə əmtəələr

formasında verilən kreditdir. Onun obyekti əmtəə kapitalıdır. O bilavasitə

dövriyyə prosesinə, əmtəələrin istehsal sferasmdan istehlak sferasma doğru

hərəkətinə xidmət edir. Kommersiya kreditinin əsas məqsədi əmtəələrin və

onlarla maddiləşmiş mənfəətin reallaşdırılmasını sürətləndirməkdir. Onun üçün

alınan faiz bank kreditinə alman faizdən aşağıdır. Kommersiya krediti zamanı

kreditor kimi təsərrüfat subyektləri, yəni müəssisə, firma, şirkətlər çıxış edir.

Kreditin bu forması bir mal istehsalçisının və yaxud malm topdan satıcısının

digər müəssisəyə əmtəənin nisyə satışı zamanı meydana gəlir.

- Dövlət krediti. Burda borc verən və ya kreditor rolunda dövlətin özü çıxış

edir. İctimai-iqtisadi inkişafın müxətilf mərhələlərində dövlət kreditinin

məzmunu, rolu və formaları da müxtəlifdir. Dövlət kreditinin əsas formaları

dövlət istiqrazlarından, qısamüddətli xəzinə öhdəliklərindən, əhalinin əmanət

kassaları və bankları vasitəsilə dövlətin qiymətli kağızlarının almması üçün

xərcələnən əmanətlərindən və s. ibarətdir.

- Beynəlxalq kredit. Borc kapitalının ölkələr arasında hərəkəti və

fəaliyyətidir. Kreditor və borc alan rolunda banklar, iri şirkətlər, xüsusi

sahibkarlar, dövlət idarələri, hökumət, həmçinin beynəlxalq və regional

təşkilatlar çıxış edə bilərlər. Beynəlxalq kredit zamanı iştirakçılar dəyişmir.

Lakin kredit sövdələşməsinin tələblərindən biri xarici ölkəyə mənsub olmalıdır.

İqtisadi məzmununa beynəlxalq kreditlər xarici ticarət əməliyyatları ilə əlaqədar

olan kommersiya fəaliyyəti, borcların ödənilməsi, qiymətli kağızların

buraxılması, birbaşa kapital qyuluşları və i.a. daxil olmaqla istənilən məqsədlər

üçün istifadə oluna bilər.

- Mülki krediti. Kreditor rolunda ayrı-ayrı şəxsin, fərdin çıxış etməsi

nəzərdə tutulur. Bu kredit həm əmtəə, həm də pul formasında verilə bilər.

Tərəflər arasmda kredit münasibətləri daha çox şəxsi münasibətlərin səviyyəsinə

uyğun qurulur.

- İpoteka krediti. Əmlakm girov qoyulması əsasında verilən kreditdir.

40

Page 41: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Ipoteka sözü latın sözü olub, mənası girov demədir. Adətən tərpənməz əmlakları

- topağı, ev və digər tikililəri aldıqları borcun əvəzinə ipoteka banklarında girov

qoyurlar. Əgər borclu borcunu vaxtında qaytarması əmlak bankının sərəncamına

keçir.

Borc alanın tələbatmdan asılı olaraq isə kreditin aşağıdakı iki formasının

geniş şərhini verək:

- Kreditin məhsuldar forması. Kreditin bu formasi ilə borc götürülən vəsait

istehsala ya da əmtəə dövriyyəsinin təşkilinə sərf edilir. Kreditin bu formasi

dəyər yaradan amillərdəndir.

- İstehlak krediti. Onun əsas fərqləndirici cəhəti fiziki şəxslərin

kreditləşdirilməsinin məqsədli formasıdır. Kreditor roluna ixtisaslaşdırılmış

kredit təşkilatlar ilə yanaşı əmtəə və xidmətlərin satışı ilə məşğul olan hər hansı

bir hüquqi şəxs də çıxış edə bilərlər. Kreditin bu forması yeni dəyər yaratmır.

İstehlak kreditinin bank və firma formaları ola bilər. Birinci halda, istehlak

kreditini pul formasında bank verir. Qeyd etmək lazımdır ki, bank kreditləri

arasında istehlak krediti ən bahalı kredit hesab olunur. İkinci halda isə ticarət

firmasının özü müəyyən bahalı uzunmüddətli malı müştəriyə kreditə satır.

Kreditlər təkrar istehsal prosesinin hansı mərhələsində həyata

keçirilməsindən, iqtisadiyyatın hansı sahəsinin kreditləşməsindən, onun

müddətindən, ödəniş qaydalarından təmin olunma səviyyəsindən və bir çox digər

əlamətlərdən asılı olaraq növlərə bölünür. Bu növləri 14-cı sxemdən görmək olar.

41

Page 42: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

SXEM 14.Kreditin növləri14

14 Mənbə- M.M.Bağırov- Banklar və bank əməliyyatları, Bakı-200342

KREDİTİN NÖVLƏRİ

borcalanların qrupuna görə;

Təsərrüfat orqanlarıƏhali

Dövlət orqanları

borcalanların qrupuna görə

Təsərrüfat orqanları

Əhali

Dövlət orqanları

Ölçülərinə görə

Kiçik

Orta

İri

Verilmə üsuluna görəTəzminat

Ödəmə

Ucuz

ödənişin xarakterinə görə

Ödənişli

Ödənişsiz

Baha

Uzunmüddətli(3>)

Qısamüddətli(>1)

Ortamüddətli(1-3)

kreditin təyinatına, sahə istiqamətinə görə;

kənd təsərrüfatı

istehlak

büdcə

investisiya

ticarət

sənaye

Fəaliyyət sferasına görə

əsas fondların geniş təkrar istehsalında

iştirak edənlər

dövriyyə fondların təşkilindəiştirak

edənlər

Ödənilmə üsuluna görəBirdəfəlik ödən.

Hissə-hissə ödən.

Təminatına görə

Tam təminatlı

Qismən təminatlı

Blank

təkrar istehsal prosesinin mərhələsinə görə

Mübadilədəki

Bölgüdəki

İstehsaldakı

İstifadə müddətinə görə;Tələbolunanadək

Müddətli

Page 43: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Azərbaycan Respublikasında son 9 ildə sahələr üzrə kredit qoyuluşlarının strukturunu

aşağıdakı cədvəldən görmək olar.

İllər

  Real sektora kredit qoyuluşuMaliyyə sektorunakreditlər

Cəmi

Ticarət və xidmət

Energetika kimya və

təbii ehtiyatlar

Kənd təsərrüfatı və emalı

Inşaat və

əmlak

Sənaye və

istehal

Rabitə vənəqliyyat

Ev təsərrüfatı

İctimaitəşkilatl

ar

Hökumət

idarələri

Digər sekorlar

cəmi cəmi cəmi cəmi cəmi cəmi cəmi cəmi cəmi cəmi cəmi

2000 466,5 76,5 16 36,9 12,9 15,7 70,4 41,7 — 49,3 46,9 —2001 486,2 85,6 33,8 14,6 9 15,7 69,1 54,9 0,3 38,9 11,2 17,72002 520,2 102,2 44,1 19,9 14,9 15,7 57 83,3 0,6 48 3,8 20,92003 670 112,5 38,9 30,2 30,3 43,6 57,1 142,9 0,4 35,2 29,6 20,92004 989,5 217,6 24,4 56,2 46,4 65,7 149,6 276,9 1,3 14,2 1,3 28,42005 1441 361 181,4 97,6 82,2 83,3 128,2 389,2 0,5 8,2 11,6 45,82006 1937,2 534,9 78,0 89,9 127,5 150,2 181,5 613,5 0,3 14,8 8,4 47,42007 3480,9 874,5 279,9 159,0 192,2 243,6 285,8 1202,2 2,0 18,1 18,4 69,22008  01 4758,2 1240,6 314,2 199 333,4 320,7 473,3 1694,3 3,2 1 27,6 11102 4812,2 1295,6 365 206,1 347,9 329 287,1 1789,5 3,7 11 27,3 140

CƏDVƏL 15. Kreditn doyuluşunun sahələr üzrə strukturu(mln. manat)15

Kommersiya banklarının kreditləşmə prosesi bankın keyfiyyətli və yüksək

gəlirli kredit portfelinin təşkilində bank üçün ciddi bir işdir. Dəqiq təşkil edilmiş

kreditləşmə prosesi kredit riskini minimuma endirməyə imkan verir. Bank

fəaliyyətində bütün risklər bir-birilə sıx surətdə əlaqədardır. Beynəlxalq təcrübəyə

görə, kreditləşmənin həyata keçirilməsi üçün sxem 16-dəki mərhələlərdən

keçilməlidir.

Birinci mərhələdə borcalanın ssuda almaq üçün verdiyi ərizəninə baxılması

ilə başlayır. Ərizədə aşağıdakı məlumatlar öz əksini tapir: borcalan haqqında

məlumat, kreditin məqsədi, məbləği, müddəti, təminati, ödənilməsi qaydası,

faizlərin ödənilməsi qaydası.

İkinci mərhələni həyat keçirmək üçün bankın kredit işçisi borcalanın kredit

qabiliyyətini yoxlamaq və onun vəziyyətini qiymətləndirmək üçün aşağıdakları

aydınlaşdırır: borcalanın nizamnamə fondunun formalaşmasını, keçmişdə onun

bankla münasibətlərini, istehsal olunacaq məhsulun satılması üçün müqavilələrin

mövcudluğunu, borcalanın debitor və kreditor borclarını və s.15 Mənbə- Statistik bülleten-Azərbaycan Respublikası Milli Bankı-2/ 2008

43

Page 44: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

SXEM 16. Kreditləşmə prosesi16

Növbəti mərhələdə borcalanın aldığı ssudanı və ona hesablanmış faizlərini

müəyyən edilmiş vaxtda qaytara bilməsi qabiliyyəti, yəni kredit qabiliyyəti

müəyyən edilir. Bu mərhələdə borcalanın həm kredit qabiliyyəti, həmdə ödəmə

qabiliyyəti nəzərdən keçirilir.

Beşinci mərhələ kreditin sənədləşdirilməsidir. Bankın kredit işçisinin

hazırladığı kredit müqaviləsinə tərəflərin iştiraki ilə baxılır və o ümumi razlığı

əsasında imzalanır. Bu 5 mərhələdən sonar müqavilənin tələblərinə əsasən, kreditin

verilməsi və qaytarılması şərtlərinə uyğun olaraq kredit şöbəsi əməliyyat şöbəsinə

kreditin verilməsi haqqında sərəncam verir.

Son mərhələ kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarətdir.

Kreditor verdiyi kreditin istifadəsinə nəzarət edir. Müqavilə şərtlərinə əsasən o, öz

16 M.M.Bağırov- Banklar və bank əməliyyatları, Bakı-200344

potensial borclarını kredit müqaviləsinə baxılması və borcalanla tanışlıq

potensial borclarının kredit qabiliyyətinin təhlili

kredit müqaviləsinin hazırlanması

kreditin sənədləşdirilməsi

kredit müqaviləsi şərtlərinin yerinə yetirilməsinə nəzarət

KREDITLƏŞMƏ PROSESİ

Page 45: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

öhdəliklərinin ödənilməsi üzrə borcalanın fəaliyyətini müşahidə edir, nəzərdə

tutulmuş ödəmə vaxtları çatdıqda isə öz tələblərini irəli sürür.

Kommersiya banklarının aktiv əməliyyatlarından kassa-hesablaşma

əməliyyatının da xüsusi yeri vardir. Bəzi mənbələrdə bu əməliyyatlar birlikdə, bəzi

mənbələrdə isə ayrı-ayrı xarakterizə olunur. Ona görə də əvvəl kassa

əməliyyatlarını araşdıraq.

Aydındır ki, pul hesablaşmaları (dövriyyəsi) nağd və nağdsız formada

təzahür edir. Bankların kassa əməliyyatları nağdı pul hesablaşmaları, bankların

hesablaşma əməliyyatları isə nağdsız pul hesablaşmaları ilə əlaqədardır. Banklar

iqtisadiyyata kassa xidməti göstərir, dövriyyədən sərbəstləşdirilmiş nağd pulun

bankin kassalarına daxil olınasini təşkil edir: ınüəssisələrə, birliklərə, təşkilatlara,

idarələrə və əhaliyə nağd pul verir; müəssisələrin, birliklərin, təşkilatların və

idarələrin kassalarına daxil olan nağd pulların inkassasiyasını təşkil edir və həyata

keçirir. Banklar müştərilərə kassa xidmətlərini müqavilə əsasında yerinə yetirir.

Başqa sözlə kassa əməliyyatları nəticəsində kommersiya bankları öz müştəriləri ilə

nağd pul hesabaşmalarını aparır. Bu əməliyyat Azərbaycan Respublikasında daha

önəmli yer tutur. Çünki, statistikaya görə 2006-cı il 1 yanvar vəziyyətinə pul

kütləsinin 68.7%ni nağd pullar təşkil etmişdir.

Müəssisələr tərəfində nağd pullar kredit təşkilatlarının kassasına verilir. Nağd

pulların tam və vaxtlı-vaxtında banka daxil edilməsi üçün müəssisələrin

kassalarındakı nağd pul qalığı limitləşdirilir. Bu limitdən artıq olan nağd pul

vəsaitləri banka verilməlidir. Kassa əməliyyatlarının aparılması üçün bankda

mədaxil, məxaric, mədaxil-məxaric, yenidənsayma kassaları və bankomatlardan

istifadə edilir. Nağd pulu mədaxil etmək üçün kredit təşkilatlarında gündüz mədaxil

kassaları yaradılır.Nağd pulun mədaxili «nağd pulun mədaxili üçün elan»a

əsasən həyata keçirilir. Bank hesabı olmayan fiziki şəxs tərəfindən pul köçürmələri

ilə bağlı banka nağd pul təhvil verildikdə “Pul köçürmələri üçün elan”dan istifadə

olunur. Pul köçürmələri büdcə və büdcədənkənar dövlət fondlarının ödənişləri ilə

bağlı olduqda “Büdcə ödənişləri üçün elan”dan istifadə olunur. Elanlar nağd pulla

45

Page 46: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

birlikdə kassirə təqdim olunur Gündüz mədaxil kassasına qəbul edilən nağd pul

həmin əməliyyat gününün mühasibat balansında əks olunur.

Əməliyyat günü qurtardıqdan sonra müştərilərdən nağd pulu qəbul etmək

üçün axşam mədaxil kassası yaradılır. Axşam mədaxil kassasına qəbul edilən

nağd pul növbəti iş günündə mühasibat balansında əks olunur. Axşam mədaxil

kassasının müvafiq işçiləri üzərində ”axşam mədaxil kassası” sözləri yazılmış

möhür və kassanın açarları ilə təchiz edilməlidir.

Nağd pulu məxaric etmək üçün Kredit təşkilatlarında məxaric kassaları

yaradılır.Nağd pulun məxarici «pul çekləri»nə və kassa məxaric orderinə əsasən

həyata keçirilir. «Pul çeki» və ya məxaric orderi nağd pulu alan tərəfindən

doldurulur.Məxaric kassasından verilən nağd pul həmin əməliyyat gününün

mühasibat balansında əks olunur.

Əməliyyatların yerinə yetirilməsi üçün bankomatdan istifadə bankların

müştərilərinin ödəniş kartlarını və fərdi indentifikasiya nömrələrini tətbiq etməklə

həyata keçirilir. Nağd pulun verilməsi əməliyyatları yerinə yetirildikdən sonra

müştəriyə (onun tələbi ilə) nömrələnmiş qəbz verilməlidir. Vaxtaşırı, ayda bir

dəfədən az olmamaqla bankomat tam boşaldılır. İnkassator çıxarılmış kasetlərlə

birlikdə bankomatın çap qurğusundan götürülmüş kağız lenti kassaya çatdırır.

Kassir çıxarılmış kasetlərdəki nağd pulun qalığını bankomatın hesabındakı

məbləğin qalığı ilə tutuşdurur və uçot məlumatları ilə üzləşdirir, fərq aşkar

edildikdə müvafiq akt tərtib olunur. Aktı kassa müdiri, inkassator, kassir və texniki

işçi imzalayırlar.

Bankın kassasında olan nağd pulun seçilməsi, sayılması və bağlanılması üçün

zəruri hallarda kredit təşkilatlarında yenidənsayma kassaları yaradılır.

İndi isə hesablaşma əməliyyatlarını araşdıraq. Kommersiya bankları

hesablaşma əməliyyatları nəticəsində öz müştəriləri və təmasda olduqları

təşkilatlar arasında iqtisadiyyatda gedən bütün hesablaşmaları icra edirlər.

Dövriyyənin əsas hissəsi nağdsız qaydada həyata keçirilir. Bütün nağdsiz

hesablaşmalar bank vasitəsilə aparılir. Nağdsız hesablaşmaların müxtəlif forma və

metodları var.

46

Page 47: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Azərbaycan Respublikasında nağdsiz hesablaşmalar Milli Bankin müəyyən

etdiyi qaydalara əsasən həyata keçirilir və aşağıdakı formaları vardır.

Ödəniş tapşırıqları ilə

İnkasso sərəncamı üzrə

İnkasso üzrə ilə

Akkreditiv formasında

Ödəniş tapşırığı ödəyicinin öz hesabından müəyyən məbləğ pul vəsaitlərinin

sininib digər müəssisənin hesablaşma hesabına daxil ediməsi haqda özünə xidmət

edən banka verdiyi yazılı tapşırıqdır. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank

(emitent bank) ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına

müəyyən pul vəsaitini bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin

göstərdiyi şəxsin (vəsait alanın) hesabına ödəniş tapşırığının banka daxil olduğu

günün ertəsi günündən gec olmayaraq köçürməyi öhdəsinə götürür. Ödəniş

tapşırığından aşağıdakı məqsədlər üçün istifadə olunur: yola salınmış mal material,

görülmüş iş, göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi, büdcə və

büdcədənkənar fondlara pul vəsaitinin ayrılması, kredtilərin, borcların qaytarılması

və yerləşdirilməsi faizlərin ödənilməsi üzrə pul vəsaitlərinini köçürülməsində,

digər pul vəsaitləri köçürüldükdə. Verildiyi vaxtdan 3 gün müddətində etibarlıdır.

Rekvizitlər:

- ödəyicinin adı və digər rekvizitləri;

- vəsait alanın adı və digər rekvizitləri;

- emitent bankın adı və digər rekvizitləri

- benefisiar bankın adı və digər rekvizitləri;

- vəsaitin məbləği və valyuta növü;

- ödənişin təyinatı.

Respublika ərazisində A və B formalarından istifadə olunur. A formalı ödəniş

tapşırığı ödəyici tərəfindən doldurulur və milli və xarici valyuta ilə nağdsız

ödənişləri həyata keçirmək üçün istifadə olunur. B formalı ödəniş tap.ı "Ödəyici

üçün" və "Bank üçün" adlı iki hissədən ibarətdir.Vəsait alan tərəfindən

doldurularaq ödəyiciyə təqdim olunur. Milli valyuta ilə nağdsız ödənişləri həyata

keçirmək üçün istifadə olunur; "Bank üçün" nəzərdə tutulmuş hissəsinin "Ödəmə

47

Page 48: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

müddəti" sahəsində vəsait alan hüquqi səxslər tərəfindən göstərilmiş müddətin

bitməsinə baxmayaraq emitent bank tərəfindən icra üçün qəbul olunur. “B”

formatlı ödəniş tapşırıqları hüquqi və fiziki şəxslər tərəfindən kommunal

xidmətlərin (su, qaz, elektirik enerjisi, və.s), telefon danışıqları haqqının, icarə

haqqının ödənilməsi və s. bu kimi xidmətlərlə əlaqədar nağdsız ödənişləri həyata

keçirmək üçün istifadə olunur. mənfi cəhəti- vaxtında tıminat yoxdur. Müsbət

cəhəti- sənəd dövriyyəsinin sadəliyi, malın, göstərilmiş xidmətin keyfiyyətini

qabaqcadan yoxlaya bilmək imkanı, hesablamlaların aparılma texnikasının

sabitləyi.

İnkasso üzrə hesablaşmalar zamanı vəsait alan öz bankına ödəyicidən

ödənişin alınmasını tapşırır və bank bu vəzifəni öz öhdəsinə götürür.İnkasso

tapşırığından satılmış malların, görülmüş işlərin, göstərilməiş xidmətlərin

dəyərinin ödənilməsi üçün istifadə edilir. İnkasso tapşırığı əsasında ödənişin

alınması akseptli və ya akseptsiz qaydada həyata keçirilə bilər. Akseptli qaydada

həyata keçirilən ödəniş zamanı ödəyicinin müvafiq yazılı sərəncamı tələb olunur.

Həmin sərəncam qabaqcadan da verilə bilər (qabaqcadan aksept), bu şərtlə ki,

vəsait alanı eyniləşdirməyə imkan verən lazımi məlumatlar sərəncamda göstərilmiş

olsun. İnkasso tapşırığı əsasında akseptsiz qaydada ödəniş ödəyicinin sərəncamı

olmadan, lakin onunla müvafiq icraçı bank arasında bank hesabı müqaviləsində

nəzərdə tutulmuş hallarda həyata keçirilir.İnkasso tapşırığının mütləq rekvizitləri

aşağıdakılardır:

- vəsait alanın adı və digər rekvizitləri;

- ödəyicinin adı və digər rekvizitləri;

- emitent bankın adı və digər rekvizitləri;

- icraçı bankın adı və digər rekvizitləri;

- ödənilməli olan vəsaitin məbləği və valyuta növü;

- ödənişin və (və ya) ödəniş akseptinin müddəti və şərtləri.

İnkasso tapşırığı 3 nüsxədə tərtib edilir. 1-ci və 2-ci nüsxələr ödəyicinin

müştərisi olduğu icraçı banka göndərilir; bu zaman 1-cü nüsxə vəsaiti ödəyicinin

hesabından silmək üçün əsas olur və icraçı bankda qalır, 2-ci nüsxə isə ödəyiciyə

təqdim edilir.3-cü nüsxə inkasso tapşırığının qəbul olunması barədə iltizam kimi

48

Page 49: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

icraçı bankın məsul şəxsinin imzası və bankın ştampı ilə təsdiqlənir və vəsait alana

qaytarılır. Ödəyici inkasso tapşırığını aksept etməkdən tam və ya qismən imtina

edə bilər. İnkasso tapşırığının ödənilməsindən imtina akseptdən imtina ərizəsi

formasında rəsmiləşdirilir. Həmin ərizə üç nüsxədə tərtib edilir.

Akkreditivlə hesablaşma zamanı alıcı bankı satıcı bankına akkreditivdə

göstərilən şərtlərə əməl edildikfən sonra satıcının yola saldığı mal-materialların

qiyətlərinin, göstərdiyi xidmət və işlərin dəyərinin ödənilməsi tapşırığını verir.

Akkreditivlər geriçağrılan və geriçağrılmayan olur. Vəsait alana qabaqcadan

bildirmədən emitent bankın dəyişdirə və ya ləğv edə bildiyi akkreditiv geriçağırma

akkreditivi sayılır. Akkreditivin geri çağırılması emitent bankın vəsait alan

qarşısında hər hansı öhdəliklərini yaratmır.Vəsait alanın razılığı olmadan ləğv edilə

və ya dəyişdirilə bilməyən akkreditiv geri çağırılmayan akkreditiv sayılır. Geri

çağırılmayan akkreditiv emitent bankın qəti öhdəliyidir. Akkreditiv açmaq üçün

ərizədə aşağıdakı rekvizitlər olmalıdır: - ödəyicinin adı və digər rekvizitləri;

- vəsait alanın adı və digər rekvizitləri;

- emitent bankın adı və digər rekvizitləri;

- akkreditivin məbləği (manatla);

- akkreditivin icrası şərtləri;

- akkreditivin icrası üçün təqdim olunmalı sənədlərin siyahısı;

-akkreditivin, malların göndərilməsinin və sənədlərin təqdim olunmasının

müddəti.

Tərəflərin razılığı ilə applikantın(ak. Açmaq istəmən alıcı) öz vəsaiti və ya

bank krediti hesabına açıla bilər. Akkreditivin açılması haqqında ərizə iki nüsxədə

tərtib edilir. Ərizənin birinci nüsxəsi akkreditivin açılması üçün emitent bankda

qalır, qəbul haqqında qeydlə birgə ödəyiciyə qaytarılır. Emitent bank qəbul edilmiş

ərizə əsasında sərbəst məktub formasında akkreditiv tərtib edir və onu icraçı banka

(və ya birbaşa vəsait alana) təqdim edir. Akkreditiv üzrə vəsait əldə etmək üçün

satıcı mal-materialları yola saldıqdan sonra malların yola salınmasını təsdiq edən

nəqliyyat sənədlərini və hesab qaimələrinin siyahısını özünə xidmət edən banka

təqdim edir. Bank sənədləri yoxlayır və akkreditiv üzrə ödəniş aparır.

49

Page 50: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

İnkasso sərəncamları ilə hesablaşmalar zamanı ödəyicinin (borclunun)

hesabına xidmət göstərən bank (icraçı bank) məcburi icra orqanlarının göstərişi ilə

və əlavə edilən icra sənədinə əsasən ödənişi ödəyicinin hesabından mübahisəsiz

qaydada (ödəyicinin sərəncamı olmadan) həyata keçirir. Bu icra sənədi

aşağıdakılar ola bilər:

Azərbaycan Respublikası məhkəmələrinin qararları

Alimentlərin alınmasl haqqında natoriat qaydaya təsdiq edilməiş sazişlər

Notariat orqanlarının icra qeydləri

Məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərarlarının əmlakın

alınmasına dair hissəsi və s.

İnkasso sərəncamları üzrə rekvizitlər təmin olunur və 3 nüsxədə yaradılır.

Bizinci nüsxə əsasında ödəyicinin hesabından vəsait silinir və icraçı bankda

saxlanılır. İkinçi nüsxə sənədin icraya qəbul edilməsini təsdiq edən sənəd kimi

bankın məsul şəxsinin imzası və bankın ştampı vurularaq məhkəmə icraçısına

qaytarılır. Üçüncü nüsxə isə ödəyiciyə təqdim olunur.

Bankların apardıqları aktiv əməliyyatlardan biri də onlanın investisiya

əməliyyatıdır. İnvestisiya əməliyyatları həyata keçirilən zaman banklar resursları

qiymətli kağizların alınmasına yönəltməklə və ya birgə təsərrüfat fəaliyyətilə

məşğul olmaqla investor qismində çıxış edirlər. Belə qiymətli kağızlara səhmlar,

istiqrazlar, dövlət uzunmüddətli öhdəliklərı, veksellər və sair misal ola bilər.

Kommersiya banklarının veksəllərlə əməliyyatları özündə aşağıdakıları birləşdirir:

uçot əməliyyatları (diskont) kredit, aksept üzrə əməliyyatlar, inkassasiya və sair.

Qiymətli kağizlara investisiya qoyulmasında əsas məqsəd mənfəət əldə

etməkdir. Kommersiya banklarının investisiya əməliyyatlarının gəlirliyinə

aşağıdakı faktorlar təsir edir: iqtisadiyyatın vəziyyəti, maliyyə-kredit sisteminin

vəziyyəti, qiymətli kağizlar bazarının inkişaf səviyyəsi, yüksək likvidliyə malik

qiymətli kağizların mövcudluğu, fond bazarının iştirakçılarının ixtisaslaşma

səviyyəsi, qiymətli kağızlar portfelinin strukturu və digər bu kimi faktorlardan

asılıdır.Bankın investisiyalarına aşağıdaki faktor riskləri təsir edir: kredit, bazar və

faiz riskləri.

50

Page 51: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Azərbaycan Respublikasında Bankların həyata keçirdiyi investisiya

əməliyyatların həcmi haqda aşağıdakı cədvəl-qrafikdən məlumat almaq olar.

QRAFİK-CƏDVƏL 17. Komersiya banklarının investisiyaları17

Kommersiya banklarinm investisiya siyasətinin məqsədlərini

müəyyənləşdirən əsas faktorlar bunlardir - gəlirlilik və likvidlik, gəlirin artımı ilə

əlaqədar olaraq bankın öz likvidlik dərəcəsinin güzəştə getməsi və ya onunla risk

etməsi.

Kommersiya bankları öz investisiya fəaliyyətini strateji və taktiki

idarəetməsi məqsədilə, strukturunda xüsusi bölmələr yaradır. Bu bölmələrin

gördükləri işlərə aşağıdakıları aid etmək olar:

- investisiya siyasətinin əsas məqsədləri;

- investisiyaların tərkibi və quruluşunu;

- portfelın tərkibinin korrektə olunması mexanizimi;

- potensial mənfəətin hesabatini və sair.

Digər aktiv əməliyyatlara gəldikdə isə qeyd etmək lazımdir ki, bu əməliyyatlar

bank əməliyyatlarının vaxtlı-vaxtında kefiyyətlə icrasını təmin edən uyğun

infrastrukturun yaradılması ilə əlaqədardır. Bu da öz növbəsində digər bank

əməliyyatlarının strukturundan asılıdır.

Kommersiya banklarının aktiv əməliyyatlarının nəticələri bankın balansının

aktiv hissəsində əks etdirilir, bu göstəricilər əsasında bankın resurslarının 17 Mənbə- Statistik bülleten-Azərbaycan Respublikası Milli Bankı-2/ 2008

51

Page 52: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

yerləşdirilməsi xarakteri, onlardan istifadənin səmərəliliyi yoxlanılır və təhlil

edilir.

Hal-hazırda keçid dövründə və bazar iqtisadiyyatı şəraitində Azərbaycan

Respublikasında hər bir kommersiya bankı aktiv əməliyyatların elə optimal

üsullarını seçməlidirlər ki, bu əməliyyat nəticəsində ancaq səmərə əldəə etmək

mümkün olsun. Əks təqdirdə, nə kommersiya bankları, nə də ki, bütövlükdə bank

sistemi mövcud ola bilməz, iqtisadiyyat öz inkişaf tarazlığını itirər.

52

Page 53: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

2.3. Kommersiya banklarının ölkə iqtisadiyyatında rolu və onun

qeyri-ənənəvi əməliyyatları

Kommersiya banklarının tarixən ənənəvi əməliyyatları aktiv və passiv

əməliyyatlar olaraq iki qrupa bölünürlər. Lakin xüsusilə son zamanlar, yəni dünya

iqtisadiyyatinda azad bazar mühitinin yaranmasi ilə əlaqədar olaraq, yeni növ, yeni

formalarda əməliyyatlar formalaşmağa başlanmişdir. Bu kimi əməliyyatlara

kommersiya banklanrım vasitəçilik əməliyyatlarırını xüsusilə aid etməliyik.

Mahiyyət etibari ilə vasitəçilik əməliyyatları da digər əməliyyatlar kimi banka

mənfəət gətirən əməliyyatlardir. Lakin digər əməliyyatlardan fərqli olaraq

vasitəçilik əməliyyatlarında yalniz iki tərəf deyil, əlavə olaraq digər fiziki və ya

hüquqi şəxslər iştirak edirlər.

Bir qayda olaraq kommersiya bankları tərəfindən müştəri üçün aparılan

vasitəçilik əməliyyatlarına aşağidakilar aid edilir:

- lizinq;

- faktorinq;

- forfeytinq;

- trast əməliyyatları.

Lizinq - (leasing ingilis sözü olub muzdla vermək mənasini bildirir)

ixtisaslaşmiş lizinq şirkətinin, firmasının, bank şöbəsinin lizinqalan üçün əmlak

olaraq, həmin əmlakın müəyyən müddətə icarəyə verilməsilə əlaqədar olaraq əsas

vəsaitlərə investisiya qoyuluşunun maliyyələşdirilməsidir. Lizinq1877- ci ildə

“Bell” kompaniyasi telefonlarını satmaq deyil, icarəyə vermək qərarına gəlmələri

ilə əlaqədar yaranıb. İlk lizinq səhmdar cəmiyyəti 1952 San-Fransiskoda yaranan

“United States Leasing Corparation” companiyası olub.

Lizinqdə də eynilə icarədə oluduğu kimi bir şəxsin əmlaki müqavilə əsasinda

digər şəxsə müəyyən müddətə və müəyyən şərtlərlə məhsuldar istifadəyə verilir.

Bununla yanaşi, bu iki anlayiş arasında əsaslı fərqlər vardir. Belə ki, icarə

əməliyyatlannda sövdələşmənin predməti olaraq icarədarın təsərrüfat

53

Page 54: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

əməliyyatlarından müvəqqəti azad olan əmlakı çıxış edir. icarə münasibətləri iki

iştirakçi - mülkiyyətçi və əmlakı müvəqqəti istifadə edən tərəf arasında yaradılır.

Lizinq əməliyyatlarında isə xüsusi olaraq bu əməliyyarıtın həyata keçirilməsi

üçün icarədarın əvvəlcədən verilmiş sifarişi əsasında əldə olunmuş əmlak müqavilə

əsasında icarəyə verilir. Bu əməliyyatlarda əlavə olaraq, istehsalçı və ya əmlak

verən, habelə özünün maliyyə vəsaitlərini verən investor və ya lizinq

sövdələşməsini kreditləşdirən kommersiya banki iştirak edir. Klassik lizinq

münasibətlərində lizinq verən, lizinq alan və satıcı kimi lizinq müqaviləsinin

subyektləri iştirak edir. Lakin lizinqin bir investisiya mexanizmi kimi inkişafı

nəticəsində banklar və sığorta şirkətləri də lizinq münasibətlərinə qatılırlar. Bu

mexanizm aşağıdakı sxemdəki kimi baş verir.

SXEM 19. Lizinq mexanizmi18

Digər tərəfdən bəzi əlamətlərinə görə lizinq bank kreditləşməsinə oxşayir.

Belə ki, müqavilə tərəfləri arasmda kredit münasibətləri kreditin əsas prinsipləri

olan müddətlilik, ödənişlik və qaytarılma əsasında qurulur. Müqaviləyə görə

əmlakdan istifadə edən onun mülkiyyətçisinə amortizasiya ayırmaları ödəyir, bu

18 http://www.ifc.org/ifcext/aldp.nsf/Content/LeasingInformation_a (İntenational Finance Corporation)54

SATICI BANK

SIĞORTA ŞİRKƏTİ

LİZİNQ ALAN

LİZİNQ

ŞİRKƏTİ

Lizinq obyektinin satışı

Ödəniş

Lizinq obyektinin çatdırılması

Lizinq sazişi

Ödənişlər

Kredit

Lizinq obyektininSığorta edilməsi

Page 55: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

isə kreditin qaytarılan məbləğinə adekvatdir. Lizinq müqaviləsinin müddətinə

gəldikdə isə qeyd etmək lazimdir ki, lizinqin hansi formada həyata keçirilməsindən

asılı olmayaraq həmin müddət əmlakin istismarının normativ müddətindən ya az

olmalı, ya da ona bərabər olmalıdir. L

Lizinqin müddəti hesablanarkən aşağıdakılar nəzərə alınmalıdır:

Avadanlıqların xidmət müddəti: texniki iqtisadi göstəriciləri. kontraktın

müddəti istismar müddətindən çox ola bilməz.

Avadanlığın amortizasiya mərhələsi.

Daha böyük istehsalçılıq və ya daha ucuz sövdələşmə mərhələsi meydana

çıxması

İnflyasiya prosesi: artan inflilyasiya zamanı lizinq verən üçün uzunmüddətli

müqavilə sərf etmir.

Borc kapital bazarının konyukturu: lizinq faizininn əsasını uzunmüddətli

bank kreditləri təşkil etdiyindənç kreditklərin faiz dərəcəsi lizinqin müddətinə təsir

edir.

Lizinq ödəmələrinin tərkibinə amortizasiya, lizinq verənin cəlb edilən

resusrlara görə ödəmələri, lizinq marjası(1-3%), risk mükafatı təsir edir. Lizinq

faizini resurslar üçün ödəmə, lizinq marjası və risk mükafatı təşkil edir:

Lizinqin xarakterik cəhətləri aşağidakılardan ibarətdir:

- kreditin ənənəvi formalarmdarı fərqli olaraq lizinqdə ssudanm pul formasi

deyil, əmlak formasi təzahür edir;

- təminat obyekti olan lizinq əmlakı kreditorun mülkiyyətində qalir;

- ssudaınn məbləği əmlakin dəyəri (iikin və ya qalıq) əsasında müəyyən

olunur;

Lizinqin özünəməxsus bir neçə funksiyasi vardir:

1. Lizinq əsas fondlara vəsait qoyuluşunun bir formasidir.

2. Lizinq istehsalın maddi-texniki təminatının proqressiv metodu rolunu

oynayir.

3. İqtisadiyyatin kənd təsərrüfati və emal sənayesi müəssisələrində istehsal

vasitələrinə mövsümi tələbatın ödənməsi və məhsullann daşınmasının təşkili.55

Page 56: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Lizinq əməliyyatlarınin iştirakçiları əsas və əlavə olaraq 2 yerə bölünür.

Əsasa daxildir:

Lizinq verənlər- bu lizinq əmlakının mükiyyətçisidir, yəni lizinq firma və

kompaniyaları

Lizinq alanlar- bu fərdi sahibkar kimi qeydiyyatdan keçmiş istənilən

təşkilati-hüquqi formada fəaliyyət göstərən hüquqi və ya fiziki şəxsdir, yəni

istehsal, ticarət, nəqliyyat müəssisələri və əhali

a) Sövdələşmə obyektinin təchizatçısı(malgöndərən)- bu maşın və

avadanlıqlan hazirlayan müəssisə və ya lizinq əmlakini satan digər hüquqi və ya

fiziki şəxsdir.

istehsal və ticarət kompaniyaları

Əlavəyə daxildir:lizinqverəni kreditləşdirən və sövdələşmələrin zəmanətçisi-

kommersiya və investisiya bankları, sığorta kompaniyaları, brokerlər və s.

Lizinq əməliyyatının formaları:

- Maliyyə lizinqi uzunmüddətli razılaşma növü olub, amortizasiya icarədar

tərəfindən tam ödənilir. əmlakın quraşdırma və cari xidmət xərcləri icarədarın

öhdəliyindədir. Müqqət bitəndən sonra adətən əmlak icarədar tərəfindən alınır.

əmlak sahibinin riskini aşağı salır. Daşınmaz əmlak və uzunmüddətli istehsal

vasitələri verilir.

- Operativ lizinq- əşyanın əldə olunması və saxlanılması xərcləri bir lizinq

kontraktı müddətində ödənilmir. Buna görə də əmlak 1 neçə dəfə icarəyə verilir.

Müqavilə 2-5 illik müddətinə bağlanılır. Risk böyük olduğundan lizinq dərəcəsi də

yüksək olur. Tez sıradan çıxan avadanlıqlar(komp. Ksersk), texniki baxımdan

qəliz, hər zaman xidmət tələb edən avadanlıqlar verilir(maşınlar, aviolayner,

dəmiryol nəqliyyatı). İcarədara köhnəlmiş avadanlığı qaytarib yenisini almaq

imkanı verir.

- Geri qaytarılan lizinq- avadanlığın sahibi icəradarla uzunmüddətli

müqavilə bağlayaraq,avadanlığı digər tərəfə satır.yəni, malgöndərən dəyişir,

icarədar isə qalır. İnvestor təminat əvəzinə onun əmlakını öz əlinə keçirərək

56

Page 57: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

keçmiş sahibi kreditləşdirir. İşsizlikyin səviyyəsinin aşağı düşdüyü şəraitdə,

müəssisənin maliyyə vəziyyətinin sabitləşdirmək üçün həyata keçirilir.

- Müstəqil lizinq- çoxlu sayda tərəflər olur, qəliz və iri həcmli

obyektlərin(aviatexnika, buruq platformaları) lizinqi zamanı bir neçə malgöndərən,

lizinqverən kompaniyaları iştirak edir və banklardan kredit cəlb olunur. Lizinq

verən əmlakın yalnız 1 hissəsini- obyektin alınması üçün lazım olan hissəni təmin

edir. Bu vəsaitlər səhmlərin buraxılması yolu ilə lizinqverənlər arasında

bölüşdürülür. Obyektin dəyərinin qalan hissəsi isə kreditorlar(banklar,..) tərəfindən

maliyyələşdirilir.

- Sublizinq-lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə (lizinq

kompaniyasına) keçməsi ilə yaranır. İcarə ödəmələrinin əldə olunma hüququ əsas

icarəverəndə olur. Sublizinq əməliyyatını yerinə yetirən tərəf lizinq predmetini

lizinq müqaviləsi əsasında lizinqverəndən qəbul edir və onu müddətli istifadə üçün

sublizinq müqaviləsi əsasında lizinqalana ötürür. Yəni lizinq verən dəyişir.

- Rovelver lizinq- lizinq alan müəyyən müddətdən sonra icarəyə götürdüyü

əmlakı digər lizinq obyekti ilə əvəz edə bilər. Bu lizinq alana texnoloji baxımdan

müxtəlif avadanlıqlar lazım olduqda istifadə edilir.

- Daxili lizinq - lizinqin bu formasında iştirakçilar hamisi bir ölkə daxilində

fəaliyyət göstərirlər.

- Beynəlxalq lizinq - lizinqin bu formasinda isə lştirakçilar müxtəlıf ölkələrdə

fəaliyyət göstərirlər.

Lizinqin mənfi və müsbət cəhətlərini qısaca olaraq aşağıdakı kimi xarakreizə

etmək olar.Liziqin müsbət cəhətləri:

Lizinq müqaviləsi kredit müqaviləsində daha asan əldə olunur.

Təminat əmlakın özü olur.

Ödənmələrin dərhal həyata keçirilməsi tələb edilmir- avadanlığın

lizinqalana çatdırılmasından sonra başlanır.

Avadanlığı vaxtaşırı yeniləmə imkanı olur.

Vergi güzəştləri olur.

BVF Milli xərcləri hesablayarkən lizinq sövdələşmələrini nəzərə almır.57

Page 58: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Lizinqin mənfi cəhətləri:

Lizinq müqavilənin bağlanmadığı,lakin avadanlığın köhnəldiyi halda

icarədar köhnə avadanlığa görə icarə haqqı ödəyir.

Operativ lizinqdə köhnəlmiş avadanlığın riski icarəverəndə olur, o da itkiyə

məruz qalmamaq üçün icarə haqqını qaldırır.

Maliyyə lizinqində avadanlıq köhnəldikdən sonra da lizinq ödənilir.

Əgər obyekt iri və unikaldırsa, müqavilənin hazırlanması çox vaxt və vəsait

tələb edir.

Faktorinq - (factoring, ingilis sözü olub, agent, vasitəçi mənasini daşiyir) bu

kommersiya banklannin, onların törəmə faktor firmalarının kiçik və orta firmalara,

müştərilərə göstərdikləri maliyyə xidmətinin bir formasıdır. Onun mahiyyəti

bundan ibarətdir ki, faktor firma öz müştərisindən borcları almaq hüququnu alır, öz

müştərilərinin borclarını hissə-hissə ödəyir. Daha doğrusu, borcların 70-90%-nə

qədərini ödəmə müddəti çatana kimi ödəyir.Borcun qalan hissəsini isə müştəriyə

onun borclusunun bütün məbiəği qaytardıqdan sonra müəyyən edilmiş faizlər

çixilmaq şərtilə qaytarır. Nəticədə faktor-firmanin müştərisi borcları tez qaytarmaq

imkanı əldə edir və bunə görə də faktor firmaya faizlər ödəyir. Faktorinq

əməliyyatlarınm icra olunduğu şəraitdə müştəri öz borclusundan borcunu almaq

hüququnu faktor-firmaya verir. Bu əməliyyatların əsasını məhz bu amil təşkil

edir.Faktorin əməliyyatları sxem 20-dəki şəkildə həyata keçirilir.

Faktorinqin iştirakçiları aşağıdakılardır:

- faktorinq əməliyyatlarını təşkil edən kommersiya banklarınm faktorinq

şöbəsi və ya ixtisaslaşdirılmiş faktorinq şirkəti;

- malgöndərən və ya malsatan;

- malalan;

58

Faktor-firma

AlıcıMalgöndərənn

Ödəmə tələbnamələrinin alınması

Kredit və ödəmə qabiliyyətinin təhlili

malların ödənilməsi tələbnamələrin ödənilməsi

mallarin göndərilməsi

Page 59: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

SXEM 20. Faktorinqin təşkil olunma sxemi.19

Malgöndərənin faktorinqinin predmeti malalanlarla hesablaşmalarda yaranmış

debitor borclarıdır. Müqavilə faktorinq təşkilati ilə malgöndərən arasında bağlanır.

Müqavilənin şərtlərinə görə faktorinq təşkilati malgöndərənin əmlaki olduğu

vəsaitin müəyyən hissəsini, 70-90%-ni ödəyir. Qalan hissəni isə alıcıdan aldıqda öz

komisyon ödəmələrini çıxmaq şərtilə malgöndərənə ödəyir. Banklar və ya

ixtisaslaşmış faktorinq şirkətləri tərəfindən malgöndərənlərin borc öhdəliklərinin

alınması, malgöndərənə dövriyyə vəsaitlərinin çatışmazlığını aradan qaldırmağa,

maliyyə-təsərrüfat fəaliyyətini sabitləşdirməyə, balansın quruluşunu

təkmilləşdirməyə, ödəmələr riskini minimuma endirməyə, pul dövriyyəsini

sürətləndirməyə, hesablaşmaları vaxtında aparmağa imkan yaradır.

Malaların (ödəyicinin) faktorinqinin predmeti malsatanlarla hesablaşmalarda

yaranmış kreditor borcdur. Bu kreditor borcları malalanın dövriyyə vəsaitlərinin

çatişmazlığı olduqda yaranır. Bu əməliyyatm mahiyyəti faktorinq təşkilati

tərəfindən alıcı (ödəyıcı) təşkilatın malgöndərənə ödəməli olduğu kreditor

borcunun ödənilməsindən ibarətdir.

Faktorinqin 2 formasını fərqləndirirlər. Faktorinqin açıq forması - faktorinq

əməliyyatlarında iştirak edən müştərinin kontragentləri faktorinq əməliyyatları

barədə məlumatlandırırlar. Onlara çatdırılır ki, hansı tarixdən müştərinin hüququ

vərəsəsi rolunu hansı faktorinq təşkilatı oynayır.Faktorinqin qapalı forması - bu

faktorinq əməliyyatlarınin keçirilməsi barədə başqa heç kimə məlumat verilmir. Bu

barədə məlumat yalnız faktorinq müəssisəsi və müştəri malik olur.

19 Mənbə-Reyhan Əsgərova-Pul,Kredit və banklar, Bakı-200759

Page 60: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Ödəmələr riskinin səviyyəsindən asılı olaraq faktorinqin 2 forması

mövcuddur:

1. Reqress (geri dönmə, qayitma) hüququ ilə - bu faktorinq əməliyyatlarının

mahiyyəti ondan ibarətdir ki, faktorinq təşkilati, səbəbindən asilı olmayaraq

ödəyicinin ödəmələrdən imtina etdiyi halda, müştəridən alınmış borc öhdəliklərini

ona qaytarmaq hüququ vardır. Bu halda ödəmələr riski və kreditin qaytarılması

öhdəlikləri müştəriyə keçir. Reqress hüququna uyğun olaraq müştəri, borc

öhdəliklərinin satışı zamanı faktorinq təşkilatinin ödədiyi məbləği ona

qaytarmalıdır. Bu halda komisyon mükafatlar müştəriyə qaytarılmır.

2. Reqress hüququ olmadan - faktorinq əməliyyatlannin mahiyyəti ondan

ibarətdir ki, ödəyicilər tərəfindən yarana biləcək ödəmələr riskini faktorinq təşkilati

bütövlükdə öz üzrərinə götürür.

Forfeytinq - (forfai - fransiz sözü olub, bütövlükdə, ümumi məbləğlə

mənasnın daşiyir) daha çox xarici ticarətlə məşğul ixracatçinın apardiği

əməliyyatların kreditləşməsinin xüsusi formasidir. Forfeytinq-sadə və ya ötürücü

veksel şəklində dövriyyə sənədləri ilə tərənnüm olunan borcun alınmasıdır. Bank

ixracatçıdan idxalçının alınmiş mallara görə ödəməli olduğu pul öhdəliklərini alır

və ixracatçıya malın dəyərinin hamısını ya da ki, bir hissəsini ödəyir. Sonra idxalçı

(alıcı) ödəmələrin forfeytinq vasitəsilə ödəndiyini bilib, alınmış malların dəyərini

bank-forfeytora ödəyir. Əvvəlcədən ödənişlər həyata keçirildiyi halda bank

forfeytor ixracatçıdan əlavə faizlər alır. Burada forfeyter bütün riskləri öz üzərinə

götürür.

Forfeytinqdən sövdələşmənin 2 növündə istifadə edilir: 1)Maliyyə

sövdələşmələrində uzunmüddətli maliyyə öhdəliklərinin tez reallaşması məqsədilə,

2)İxrac sövdələşmələrində ixracçıya nağd pulun çatdırılması üçün. Bu əməliyyatın

əsas cəhəti forfeyter əməliyyatla bağlı bütün riskləri öz üzərinə götürür. Bir neçə

mərhələdə gedir. Birinci forfeyter tərəfindən satıcının ərizəsinə baxılır, və

sövdələşməsinin maliyyə və əmtəə xarakterli olmasını müəyyənləşdirir. Sonra

valyuta, maliyyələşmə müddəti, idxalçı və ixracçının yerləşdiyi məkan və s.

məlumatlar öyrənilir. Bundan sonra forfeyter kredit təhlili apararaq ixracçını dəqiq 60

Page 61: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

qiymətlə tanış edir. Sonra ixracçı ötürmə veksellərini hazırlayır. İxracçı öz

vekselləri üçün zəmanət və ya aval almalıdır. Aval veksel üzrə 3-cü şəxs tərəfindən

yazılı surətdə verilən xüsusi tapşırıqdır, bank təminatıdır.

Foreytinqləşmə xarici ticarətin kredittmə forması kimi ixracçıya bir sıra

üstünlüklər verir:

-debitor borclardan daxilolmalar hesabına balansın sadələşdirilməsi;

-riskdən sığortalanma;

-boc tələbnamələrin idarə olunması xərc+nə qənaət və s.

Trast əməliyyatları - müştərinin tapşinğina əsasən əmlakin idarəolunmasi və

digər xidmətlərin onun maraq dairəsində, onun xeyrinə kommersiya banklan və

xüsusi maliyyə institutlan tərəfindən aparılan əməliyyatdir. Bu əməliyyatların

mahiyyəti ondan ibarətdir ki, əmlak sahibi onun idarəolunmasi hüququnu mövcud

qanunvericiliyə riayət etməklə müqavilə əsasinda digərinə - ya banka, ya da ki,

xüsusi maiiyyə institutuna verir.

Trast əməliyyatlarının obyekti istehsal və qeyri-istehsal xarakterli daşınmaz

əmlak; nəqliyyat və rabitə vasitələrindən ibarət daşınan əmlak, əmlak hüququ, pul

vəsaitləri, qiymətli kağizlar ola bilər

Trast əməliyyatlarının iştirakçıları isə trastın təsisçisi, etibarlı idarəedən və

benefisiardır. Trastin təsisçisi rolunda əmlakin sahibi, hami, vəsiyyəti yerinə

yetirən çıxış edə bilər. Trast əməliyyatının digər iştirakçısı müvəkkil şəxsdir -

müştərinin tapşırığına əsasən, onun hesabına və onun adından fəaliyyət göstərən

şəxsdir. Onun xidmətləri müştəri tərəfindən mövcud xidmət tarifləri, yaxud

müqavilə əsasmda ödənilir. Trast əməliyyatınin digər iştirakçısı benefisiar - trast

müqaviləsinin xeyrinə başlandığı şəxsdir. O, gəlirləri trast şirkətindən alır. Bu həm

hüquqi, həm də fiziki şəxs ola bilər.

Trast əməliyyatlannin növləri:

1. Etibarlı idarəetmə- trast əməliyyatlarında əmlak mülkiyyətçisi ilə etibarlı

idarəedən arasında yaranan münasibətlərin formasıdır. Onlar arasında bağlanmış

müqaviləyə əsasən mülkiyyət sahibi öz mülkiyyətinin idarəetmə hüququnu etibarli

idarəedənə verir.61

Page 62: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

2. Əmlakin varisliyə, mirasa verilməsi - fiziki şəxslər üçün həyata keçirilir. Bu

əməliyyat bütün varislərin maraqlarına riayət olunması ilə bağlıdır.

3. Müqavilə əsasında əmlakın idarəolunması - əməliyyatin bu növü trastın

təsisçisinin və ya benefisiarın maraqları əsasında həyata keçirilir.

4. İş bacarığı olmayan şəxslərin əmlakı üzərində tam və ya natamam

qəyyumluq və hamilik - Trast təşkilati bu tip əməliyyatlarla hamilərin marağının

müdafiəsi məqsədilə sövdələşmələr, müqavilələr bağlaya və mübahisəli məsələləri

həll edə bilərlər.

5. Pensiya fondlanınn vəsaitlərinin idarəedilməsi - Bu tip əməliyyatların

aparılması zərurətinin mənbəyi qeyri-dövlət təqaüd fondlarının uzunmüddətli

resusrlara malik olmasıdır. Bu fondlar trast əməliyyatları vasitəsilə sərbəst

vəsaitləri depozitə yerləşdirir, qiymətli kağızların səmərəli portfelini formalaşdırır,

digər təsərrüfat-maliyyə əməliyatlarına vəsait qoyurlar.

6. İnvestitisya şirkətlərinın və fondlanınn idarə edilməsi - Bu əməliyyatlan icra

edərkən banklar fondların pul vəsaitlərini yerləşdirir, onun səhmdarlarının

siyahısını aparır, dəyişiklikləri qeydə alir.

Trast əməliyyatlarmın bir növü də agent xidmətləridir. Bu xidmətlərin

iştirakçıları aşağıdakılardır: prinsipal (etibar edən) və agent - prinsipalın adından

fəaliyyət göstərən şəxs.

Agent xidmətlərinin aşağıdakı formaları vardır:

1. Qiymətli kağızlar bazarında əməliyyatlar - Bu əməliyyatlar əsasən

qiymətli kağizların alqı satqısı, onlar vasitəsilə ssuda verilməsi, əmlakın girovdan

azad edilməsi, oğurlanmış qiymətli kağizların dəyişdirilməsi.

2. Pul və digər qiymətlilərin saxlanması və verilməsı - Bu formadan

əsasən çox baha qiymətli daşınmaz əmlakın alqı-satqısı zamanı istifadə olunur. Bu

halda bu əməliyyat alqı-satqının təminatı kimi çıxış edir. Alqı-satqıda iştirak edən

tərəflər bankla müqavilə bağlayaraq sövdələşmənin tam dəyərini bankda icarəyə

götürülmüş seyfə yerləşdirirlər. Alqı-satqı baş tutduqdan sonra, yəni mülkiyyətin

sahibi dəyişdikdən sonra, banka bu barədə sənəd təqdim olunur. Yalnız bu halda

bank pul vəsaitlərini əmlakı satana verir.62

Page 63: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

3. Etibarnamələrin, vəsiyyətnamələrin, digər hüquqi və notarial sənədlərin

rəsmiləşdirilməsi. Banklarda müştərilərə daşınmaz əmlakın seçilməsi, alqı-satqının

aparılması, icarəyə verilməsi və bunlarla bağlı bütün sənədləşmənin aparılmasına

təklif və icra edirlər.

Müasir dünya iqtisadiyyatında qloballaşmanı nəzərə alaraq qeyd olunmalıdır

ki, kommersiya bankları və onların həyata keçirdiyi əməliyyatlar keyfiyyətçə yeni

mərhələyə qədəm qoymuşlar. Azərbaycan reallığını nəzərə aldıqda isə,

respublikada fəaliyyət göstərən kommersiya bankları həm kəmiyyət cəhətdən, həm

də həyata keçirdikləri əməliyyatların keyfiyyəti baxımından yeni məzmuna malik

olması onu göstərir ki, Azərbaycan da beynəlxalq aləmdə baş verən

dəyişikliklərdən gəri qalmış və daim inkişaf edir.

63

Page 64: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

N Ə T İ C Ə V Ə T Ə K L İ F L Ə R

Bazar iqtisadiyyatına keçid şəraitində yeni aktuallıq qazanmış maliyyə

institutlarından biri də banklardır. Banklar tədavül sferasında fəaliyyət göstərir,

mühüm vəzifələr yerinə yetirir və o xalq təsərrüfatının sahələrinin, bütövlükdə isə

təkrar istehsal prosesin inkişafında əvəzedilməz rol oynayır. Bu mənada bankların

rolunun bütövlükdə iqtisadiyyata təsirini təcrid olunmuş şəkildə təsəvvür etmək

mümkün düyil, çünki, banklar öz məhsulunu təqdim etməklə iqtisadiyyatın

sahələrinə kömək edərək onları inkişaf etdirir. Bankların rolunu təkcə makro və

mikro səviyyədə təqdim olunan ödəmə vəsaitlərinin kütləsinin buraxılşı və idarə

olunması mövqeyindən baxılsa, bu yanlış və problemli bir məsələ olardı. Ölkədə

aparılan pul siyasətinin tarazlığının əsas göstəricisi kimi iqtisadiyyatda pul

vahidinin sabitləşdirilməsi, onun kütləsinin xalq təsərrüfatının tələblərinə

uyğunlaşdırılması bankların iqtisadiyyatdakı təyinatından geniş surətdə asılıdır.

Ölkə iqtisadiyyatının inkşafı getdikcə, sabitlik təmin olunması ilə əlaqədar,

bank sistemində də köklü dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmiz yeni

müstəqilliyə nail olduğu dövr ilə müqayisədə müasir dövrdə aktiv əməliyyatların

çox vacib bir yeri tutan kredit əməliyyatlarının həyata keçirilməsində həm

liberallaşma, həm də kütləvilik nəzərə çarpmaqdadır. Liberallaşma olara hiss

olunur ki, kommersiya bankları zaman keçdikcə, həm faiz dərəclərini aşağı salır,

həm də kreditin təminatlılığı sahəsində girovun faiz nisbətini orta hesabla

minimumlaşdırırlar. Bu da bamk sektorundakı rəqabətlə əlaqədar olaraq, bankların

müştəriləri cəlb etmək istəyi ilə başlıdır, həm də artıq yerli müəsisələrin beynəlxalq

səviyyədə işlərin görülməsilə əlaqədardır.

Son dövrlərdə bankın vəasitlərinin formalaşması və yerləşdirilməsi sahəsində

də bir sıra nəaliyyətlər əldə edilmişdir. Bu ilk öncə əhali arasında banklara qarşı

itirilmiş etibarın qaytarılması, beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatının

inkişafı ilə əlaqədar olaraq, respublika banklarının kreditə olan tələbatını ödəmək

məqsədilə kredit xətləri ayırması ilə əlaqədardır. Yəni artıq əhalinin kommerisya

banklarında yerləşdirdikləri ərtımı nəzərə çarpacaq dərəcədə artmışdır və həmçinin

64

Page 65: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

beynəlxalq təşkilatların aşağı faizlə yerli kommerisya banklarına ayırdıqları kredit

xətləri geniş vüsət almışdır. Kredit əməliyyatları ilə bərabər digər aktiv

əməliyyatlarda da inkişaf nəzərə çarpır. Bu inkişafı istər hesablaşmalar(xüsusilə də

beynəlxalq hesablaşmalar), istərsə də investisiya sahəsində özünü biruzə verir.

Müasir iqtisadiyyatda kommersiya banklarının aktiv əməliyyatlarının inkişafı

sahəsində aparılan təhlillərin nəticəsi olaraq, mövcud olan problemlərin aradan

qaldırılması üçün aşağıdakıların həyata keçirilməsini təklif edirəm:

1. Kredit bazarında faizlərin yüksək olması keçid dövründə fəaliyyət göstərən

müəssisələr üçün böyük problemlər yaratdığından onlar kreditə çox maraq

göstərmirlər. Bunun da nəticəsində həm bankların gəlirlərinin strukturunda kreditin

xüsusi çəkisi çox olduğundan bankların gəlirləri artım səviyyəvi zəifləyir, həm də

müəssislər çatışmayan vəsaitlərinin maliyyələşdirilməsi üçün kredti kimi

mənbədən məhrum olurlar. Buna görə də kreditə görə faizlərin aşağı salınması

məqsədə uyğundur. Buna depozitlərə görə verilən faizlərin aşağı salınması

hesabına nail olunması vəsaitlərin cəlb olunması prosesini zəiflətdiyi üçün, bu

üsulun səmərəsiz olduğunu hesab edirəm. Buna görə də ilk növbədə Milli bankın

Kommersiya banklarına verdikləri kreditlərə görə uçot dərəcələri və banklararası

kredit bazarında faizlər azaldılmalıdır.

2. Kreditləşmə prosesi zamanı kreditin təminatlılığı kimi müəssisələrdən tələb

olunan girov yox, müəsissələrin maliyyə fəaliyyəti əsas göstərici kimi

araşdırılmalıdır. Çünki, bəzən girov məbləğinin çox yüksək olması müştəriləri

kredit götürməkdən uzaqlaşdırır. Kreditin təminatlılığının digər mənbəyi kimi,

kommersiya banklarının verdikləri kreditləri sahəsində yaranan risklərin Milli

Bank tərəfindən sığortalanması da ola bilər.

3. Kommersiya bankları çox vaxt kiçik biznesə maraq göstərmir, presprktivdə

daha böyük və sabir müştəri ilə işləməyə üstünlük verirlər. Lakin Azərbaycanda iri

sərbəst kapitala malik olan bankların sayının azlığı və ölkə iqtisadiyyatının inkişafı

üçün kiçik sahibkarlığın inkişafının zəruri olduğunu nəzərə alaraq, komerisya

banklarının kiçik və orta biznesə maraq göstərməlidirlər.

65

Page 66: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

4. Kommersiya banklarının həyata keçirdiyi əməliyyatların çeşidi

artırılmalıdır. Məsələn, Azərbaycan respublikasında bank müştəriləri trast,

françayzinq, faktorinq əməliyyatından demək olar ki məhrumdular. Və ya bu

əməliyyatların həyata keçirilməsi proseduru mürəkkəb olması və yetəri qədər

reklam olunmaması ilə əlaqədar müştərilər bu əməliyyatlara maraq göstərmirlər.

5. Banklarda fəaliyyət göstərən kadrların təhsilinin təkmilləşdirilməsinə

xüsusi diqqət yetirilməlidir. Kadrların dünyanın qabaqcıl universitetlərində

magistratura pilləsində bilik və bacarıqlarının artırılması üçün, onların bank sistemi

cəhətdən qabaqcıl ölkələrdə təcrübə keçmələri, iztisas artırma kurslarına

göndərilmələri üçün vəsait ayrılmalıdır. Bu vəsaiti ayırmağa maliyyə imkanı

olmayan banklar isə, ən azından, banklarda xarici mütəxəssislərin rəhbərliyi

altında treyninqlər təşkil etməlidirlər.

6. İnzibati amirlik üsullarından fərqli olaraq, bazar iqtisadiyyatında banklar

aktiv əməliyyatlarının elə optimal üsuları seçilməlidirlər ki, bu əməliyyatlar

nəticəsində banklar səmərə əldə edə bilsin. Yəni hər bir bank səfərbər etdiyi pul

resurslarından işgüzar surətdə istifadə edərək həm öz gəlirini artırmalı, həm də

bütün fəaliyyət sferalarının işinə hərtərəfli maliyyə köməkliyi etməlidir. Xüsusilə,

bankların fəaliyyətinin daha da artırılması yolu ilə kredit resurslan bazarının

forrnalaşmasına şərait yaradılmalıdır.

66

Page 67: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

Ə D Ə B İ Y Y A T S İ Y A H I S IAzərbaycanca ədəbiyyatlar:

1. M.M.Bağırov- “Bank və bank əməliyyatları” (Ali məktəblər üçün dərslik), Bakı-2003

2. Z.Məmmədov- “Pul,Kredit və banklar”(Dərslik), Bakı-20063. R.A.Bəşirov- “Bank işi”, Bakı-20074. R.Əsgərova- “Pul, Kredit və Banklar”, Bakı-20075. Z.Məmmədov, Ə.Abbasov, R.Rzayev. Ş.Həmişəyevə.-“Bank işi və elektron

bankçılıq”, Bakı-20036. Z.Məmmədov- “Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin

pul-kredit sistemi”, Bakı-20017. M.M.Sadıqov, E.Ə.Balayeva, Ş.Ü.Həmişəyeva –“Beynəlxalq valyuta-kredit

münasibətləri və xarici ölkələrin pul-kredit sistemi”, Bakı-20038. Tağıyev və başqaları-“Maliyyə, pul tədavülü və kredit”, Bakı-19999. D. Vəliyev –“ Beynəlxalq Maliyyə”, Bakı-200010. Azərbaycan Dövlət Statistika Komitəsi “Azərbaycanın statistik

göstəriciləri” Bakı-200711. Məmmədov S.M. –“Bank işi.Bankirin stolüstü kitabı”, Bakı-199712. Aslanov A.M –“Maliyyə və bank statistikası”, Bakı-200213. Qurbanov.C. –“Kommerisya banklarının mühasibat uçotu”14. N.Məmmədov -“Bank və maliyyə terminləri lüğəti”, Bakı-199615. A.Ağayev –“Maliyyə terminləri lüğəti”,Bakı-2005

İngiliscə ədəbiyyatlar:1. Lovett, William Anthony- "Banking and financial institutions law in a

nutshell", St. Paul, Minn-19972. Richard S.Thorn –“Introduction to money and banking”,Harper Collins &

Row, International -19763. Chandler V.Lester, Goldfeld N.Stephen –“The economics of money and

banking”, Harper, International -1977Jurnal və bülletenlər

1. “Maliyyə və Uçot” 2. “İqtisadi elmləri:Nəzəriyyə və Praktika”3. “Azərbaycan Respublikasının Milli bankı” Statistik bülleten №12/20084. Azərbaycan Dövlət Statistika Komitəsi ”Azərbaycan rəqəmlərdə” Bakı-2007

Qanun, sərəncamlar və təlimatlar.1. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan

Respublikasının qanunu. (10 dekabr 2004-cü il) 2. “Banklar haqqında” Azərbaycan Respublikasının qanunu(16 yanvar 2004-

cü il)3. “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqiında"

Azərbaycan Respublikasının qanunu (14 iyun 1996-cı il)4. 2007-cı ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti

haqqında

67

Page 68: Bank sistemi anlayışı, onun inkişaf mərhəlləri · Web viewMüasir bank sisteminin xüsusiyyətləri Hələ qədim zamanlardan xalq dilində, düşüncəsində bank pul saxlanan

5. Banklarda kreditlərin verilməsinin daxili Prosedurları və uçotu haqqında qaydalar(3 aprel 2001-ci il)

6. Azərbaycan respublikasinin kredit təşkilatlarinda Kassa əməliyyatlarinin aparilmasi və qiymətlilərin inkassasiyasinin təşkili qaydaları (10 aprel 2002-ci il)

7. Azərbaycan respublikasinda Nağdsiz hesablaşmalar və Pul köçürmələri haqqında Təlimat(19 sentyabr 2002-ci il)

8. Bаnklаrın əsаs vəsаitlərlə (əmlаklа) Аpаrdıqlаrı əməliyyаtlаrın tənzimlənməsi qaydaları(16 avqust 2002-cı ıl)

9. Kredit ittifaqına bank əməliyyatı aparmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi qaydaları(27 yanvar 2001-cı ıl)

10. Bank lisenziyalarinin və icazələrin alınmasi üçün müraciət qaydaları haqqinda Təlimat(28» iyun 2004-cü il)

İnternet saytları:1. www.nba.az 2. www.azst at.org 3. http://www.worldbank.org.az 4. www.wikipedia.org 5. http://www.bankofcanada.ca/en/hr/banking_e.html 6. http://money.aol.com/news/articles/banking/_a/lost-bank-tapes-may-expose-

millions/200805211930099900017. http://www.lewrockwell.com/rothbard/frb.html 8. http://www.piaohaoreport.sampasite.com/china-financial-markets/blog/The-

informal-banking-sector-is-g.htm9. http://gateway.az/cgi-bin/cl2_gw/browse.cgi?lang=az&topic=000c04 10. http://www.adb.org/Documents/Translations/Azeri/AZE-final-report.pdf 11. http://www.ifc.org/ifcext/aldp.nsf/Content/LeasingInformation_a

68