Bakı şəhərinin Baş planının izahat hissəsi

55
BAKI ŞƏHƏRİ İCRAİYYƏ KOMİTƏSİ Bakı şəhərinin mülki-yaşayış qurğularının layihələndirilməsi və planlaşdırılması üzrə institut “BAKIDÖVLƏTLAYİHƏ” Sifarişçi : Bakı şəhəri İcraiyyə Komitəsinin Memarlıq-planlaşdırma Baş İdarəsi BAKI ŞƏHƏRİNİN BAŞ PLANI 2005-ci ilədək İNKİŞAFLA BAĞLI ƏSAS MÜDDƏALAR İnstitutun direktoru A.A.Ələsgərov Baş mühəndis T.Y.Şarinski Baş plan emalatxanasının rəhbəri F.A.Quliyev Bakı şəhəri 1986-cı il

Transcript of Bakı şəhərinin Baş planının izahat hissəsi

Page 1: Bakı şəhərinin Baş planının izahat hissəsi

BAKI ŞƏHƏRİ İCRAİYYƏ KOMİTƏSİ

Bakı şəhərinin mülki-yaşayış qurğularının

layihələndirilməsi və planlaşdırılması üzrə institut

“BAKIDÖVLƏTLAYİHƏ”

Sifarişçi : Bakı şəhəri İcraiyyə Komitəsinin

Memarlıq-planlaşdırma Baş İdarəsi

BAKI ŞƏHƏRİNİN BAŞ PLANI

2005-ci ilədək İNKİŞAFLA BAĞLI ƏSAS MÜDDƏALAR

İnstitutun direktoru A.A.Ələsgərov

Baş mühəndis T.Y.Şarinski

Baş plan emalatxanasının rəhbəri F.A.Quliyev

Bakı şəhəri – 1986-cı il

Page 2: Bakı şəhərinin Baş planının izahat hissəsi

Bakı şəhərinin Baş planı aşağıdakı tərkibdə müəllif kollektivi tərəfindən

işlənmişdir:

T.Y.Şarinski - müəllif kollektivinin

rəhbəri

A.A. Ələsgərov - mühəndis

R.H.Əliyev - memar

F.A.Quliyev - memar

L.M.Gendler - memar

Q.M.Bayramov - mühəndis

L.F.Sokolyar - mühəndis

İ.N.Vinnitski - iqtisadçı

O.Q.Zernovun, V.A.Qrafkinanın, R.A.Məmədovanın, İ.M.Əmirovun,

A.Q.Şirinovanın, M.M.Kazımovun, R.A.Rüstəmovun, B.T.Həsənovun iştirakı ilə.

Page 3: Bakı şəhərinin Baş planının izahat hissəsi

M Ü N D Ə R İ C A T

Səh.

GİRİŞ 2

FƏSİL I Şəhəryaradıcı bazanın inkişafı 3

FƏSİL II Əhali və məşğulluq 7

FƏSİL III Abşeronda əhalinin yerləşməsi 9

FƏSİL IV Yaşayış tikintisi 11

FƏSİL V Şəhərin ərazi inkişafı 16

FƏSİL VI Əhaliyə mədəni-məişət və

kommunal xidməti 18

FƏSİL VII Şəhərin planlaşdırma strukturu və

memarlıq-məkan təşkili 23

FƏSİL VIII Şəhərətrafı zona 28

FƏSİL IX Nəqliyyatın inkişafı və

magistrallar sistemi 31

FƏSİL X Mühəndis avadanlığı 35

FƏSİL XI Ərazinin mühəndis hazırlığı 42

FƏSİL XII Ətraf mühitin mühafizəsi 43

FƏSİL XIII Tikintinin birinci növbəsi 48

Page 4: Bakı şəhərinin Baş planının izahat hissəsi

2

G İ R İ Ş

Bakı şəhərinin baş planı 1975-1976-cı illərdə, Azərbaycan SSR Nazirlər

Sovetinin 4 may 1972-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq olunmuş TİƏ əsasında

işlənmişdir. Sonrakı illərdə Baş plan bir neçə ekspertizadan, o cümlədən Bakı şəhər

Soveti İcraiyyə Komitəsinin Memarlıq-Planlaşdırma Baş İdarəsində (30.11.1978),

Azərbaycan SSR Dövləttikintikom”unda (4.06.1981) ekspertizadan keçmişdir. Baş

planın TİƏ baxılmasından keçən dövrdə şəhər əhalisində və iqtisadiyyatında

dəyişikliklər baş vermişdir. Bu zaman kəsiyində SovİKP MK və SSRİ Nazirlər

Soveti bir sıra Qərarlar qəbul etmişdir (“Azərbaycan KP MK-nın respublika

sənayesinin ayrı-ayrı sahələrinin 1976-1980-ci illərdəki inkişafı təkliflərinə

baxılmasının nəticələri barədə”, “Azərbaycan Respublikasında Xəzər dənizi

sahillərində ümumittifaq Kurort zonası yaradılması üzrə tədbirlər barədə”, “Bakı

şəhərinin şəhər təsərrüfatının 1986-1990-cı illərdə daha da inkişafı üzrə tədbirlər

barədə”), həmçinin ümumsahə layihə işləmələri hazırlanmış (“Şəhər sərnişin

nəqliyyatının bütün növlərinin kompleks inkişafı sxemi”, Azərbaycan SSR-də

regional məskunlaşma sxemi”, ”Su təchizatı və kanalizasiya sxemi”, “Şimali

Abşeron” kurort zonasının Baş planı və digərləri). Bununla bağlı Baş planın təsdiq

edilmək üçün təqdim olunmasından əvvəl ona zəruri düzəlişlər edilməsi tövsiyə

olunmuşdur.

1984-cü ildə SSRİ Dövlət Tikinti Komitəsinin ekspert komissiyası, həmçinin

şəhərin 2005-ci ilədək inkişafı imkanlarına baxılmasını da tövsiyə etmişdir.

Düzəlişlər, həmçinin SovİKP-nin XXVII Qurultayının proqram göstərişlərinə

cavab verən iqtisadi bazanın, yaşayış və mədəni-məişət tikintisinin hesabatlarına da

edilmişdir.

Page 5: Bakı şəhərinin Baş planının izahat hissəsi

3

FƏSİL 1 ŞƏHƏRSALMA AMİLİ BAZASININ İNKİŞAFI

Bakı şəhərinin xalq təsərrüfatının inkişafı perspektivləri SovİKP-nin qəbul etdiyi

strateji kursa, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə uyğun olaraq

dəqiqləşdirilmişdir. Bu kursun məğzi elmi-texniki tərəqqi, iqtisadiyyatın struktur

dəyişikliyi, effektiv idarəetmə formaları, əməyin təşkili və stimullaşdırılması əsasında

müəyyən edilir.

Bakı şəhərinin şəhəryaradıcı bazasının inkişafı göstəricilərinin əsasına Bakı

şəhəri Dövlət Plan Komitəsinin işlədiyi “1986-1990-cı illər üçün Bakı şəhəri

sənayesinin intensivləşdirilməsi proqramı”, “1986-1990-cı illər üçün Bakı şəhərinin

iqtisadi və sosial inkişafı planı” (Bakı şəhəri xalq deputatları soveti sessiyasının

2.08.1986-cı il tarixli qərarı ilə təsdiq edilmişdir) və 1986-cı ildə Azərbaycan KP

XXXI qurultayının göstərişlərinə uyğun olaraq Azərbaycan SSR Dövlət Plan

Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat institutu tərəfindən işlənmiş “2005-ci ilədək

Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi”.

Sənaye. Perspektiv dövr üçün sənayenin inkişafı əmək və maddi ehtiyatların,

istehsal qüvvələrinin daha dolğun və tam istifadəsini, fəaliyyətdə olan mövcud

müəssisələrin tədricən yenidən qurulmasını, elm və texnikanın son nailiyyətlərinin

tətbiq olunmasını və bunun əsasında əmək məhsuldarlığının artırılmasını nəzərdə

tutur. Mövcud sənaye müəssisələrin rekonstruksiyası, genişləndirilməsi və texniki

vasitələrin tamamilə yeniləşdirilməsi hesabına gücünün artırılması üzrə işlər davam

etdiriləcəkdir ki, bu da təkcə 1990-cı ilədək olan dövrdə mövcud sənaye

müəssisəlrinin 25-27% artımını təşkil etməlidir. Qabaqlayıcı inkişaf edən sahələr

maşınqayırma, energetika və neft sənayesi olacaqdır. Xüsusilə yüksək inkişaf tempi

elektron, radiotexniki, rabitə vasitələri, cihaz-və dəzgahqayırma, kimi proqressiv

sahələrində nəzərdə tutulur. Onların həcmi hesabat dövrünə 2 dəfədən çox artacaqdır.

Mövcud zavodların rekonstruksiyası və genişləndirilməsi hesabına neft

maşınqayırmasının həcmi xeyli artacaqdır.

Neftkimya sənayesi inkişafının əsas istiqamətləri “Xalq təsərrüfatının

kimyalaşdırılmasının kompleks proqramlaşdırılması ilə müəyyən olunmuşdur”.

Page 6: Bakı şəhərinin Baş planının izahat hissəsi

4

Neftqazçıxarma sənayesinin stasionar dərin özüllərlə və digər texnika ilə

təchizatı dənizdə aparılan qazma işlərinin həcminin çoxaldılması neft hasilatını daha

da artırılmasına yardım edəcəkdir. Qazma işləri həcminin kəskin surətdə artırılması,

quruda kəşfiyyat işlərinin artırılması və perspektiv yataqların mənimsənilməsi, neft

laylarının neft verməsinin yeni metodlarının geniş tətbiqi də nəzərdə tutulur. Yeni

Bakı İEM tikilməsi və atom elektrik stansiyasının respublikanın elektrik sisteminə

qoşulması hesabına əməyin və məişətin enerji ilə təminatı xeyli artacaqdır.

Əhalinin sənaye və ərzaq malları ilə təmin olunması üçün əsas kapital qoyuluşu

yüngül və yeyinti sənayesinin əsas mövcud müəssisələrinin rekonstruksiyasına

yönəldilir.

Bakı şəhərinin ərazisində Bakı buxtasının hava məkanını və akvatoriyasını

çirkləndirən müəssisələr hələ də fəaliyyətdədir. Onlar uyğunlaşdırılmış məkanlarda

pərakəndə halında və inkişaf üçün perspektivi olmayan sexlərdə yerləşir. Bu xüsus

SSRİ Nazirlər Sovetinin 31.10.1985-ci il tarixli 1019 nömrəli Qərarı ilə nəzərə

alınmışdır. Bu Qərarda müvafiq nazirlik və idarələrə 1995-ci ilədək 60 müəssisəni

yeni sənaye meydançalarında yerləşdirmək təklif olunur.

1990-cı il üçün şəhər müəssisələrinin sənaye məhsulu həcmi 2.08.1986-cı il

tarixdə Bakı şəhər Soveti sessiyasının qərarı ilə təsdiq olunmuş Bakı şəhərinin 1986-

1990-cı illərdəki iqtisadi və sosial inkişafı planı üzrə qəbul edilmişdir.

Bu plana uyğun olaraq, Bakı şəhəri sənayesinin əmtəə məhsulunun həcmi 1985-

ci ildəki 6539,0 mln.rubldan 1990-cı ildə 7904,4 mln.rubladək artacaqdır. Bu dövr

üçün sənaye-istehsalat personalı kadrlarının artırılması Bakı şəhər Plan Komitəsinin

hazırladığı “1986-1990-cı illər üçün Bakı şəhəri sənayesinin intensivləşdirilməsi

Proqramı” üzrə qəbul olunmuşdur. Bu Proqram məhsulun ümumi həcminin əmək

məhsuldarlığının artırılması hesabına 75-80% artmasını nəzərdə tutur. 2005-ci ilədək

sənaye istehsalı həcmi və sənaye-istehsalı personalı sayı Azərbaycan SSR Dövlət

Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat institutunun Abşeron iqtisadi rayonu

üçün hazırladığı “2005-ci ilədək Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı

Page 7: Bakı şəhərinin Baş planının izahat hissəsi

5

və yerləşdirilməsi Sxemi “ layihəsi ilə nəzərdə tutulan artım tempi üzrə qəbul

olunmuşdur. Nəticədə Bakı şəhərinin sənayesi inkişafının əsas göstəricilərinin 2005-

ci ilədək olan dinamikası aşağıdakı kimi alınır.

________________________________________________________________

Ölçü vahidi 1985 1990 2000 2005

_________________________________________________________________

Ümumi (əmtəə) məhsul mln.rubl 6539,0 7904,4 12000,0 15000,0

Sənaye istehsalı personalı

sayı min nəfər 201,9 219,0 220.0 223,0

SİP-in bir işçisinin

məhsuldarlığı min rubl 32,4 36,1 54,5 67.3

__________________________________________________________________

Xarici nəqliyyat Xarici nəqliyyat müəssisələri dəmiryolu, dəniz, hava, avtomobil

və boru kəməri vasitəsilə təmsil olunmuşlar.

Hər növ nəqliyyat sonradan inkişaf edir və daşınma həcmini xeyli artırır.

Perspektivdə dəmir yolunda avtomatika, telemexanika və doldurma-boşaldılma

işlərinin tam mexanizasiyalaşdırılmasının tətbiq olunması yoluyla magistral

dəmiryolu gedişinin daşınma qabiliyyəti artır.

Xəzər hövzəsinin dəniz nəqliyyatında, əsasən bərələrdə olmaqla quru yüklərin

daşınmasının artırılması davam etdirilir.

Hava və avtomobil nəqliyyatının inkişafı perspektivləri bu növ nəqliyyatın

maddi bazası inkişaf etdikcə sərnişin və xalq təsərrüfatı yüklərinin daşınma artımının

ümumi tendensiyası ilə müəyyən edilir.

Yekunda hər növ xarici nəqliyyat üzrə aşağıdakı sayda kadr nəzərdə tutulur:

1985-ci il - 64,0 min nəfər

1990-ci il - 67,0 min nəfər

2000-ci il - 70,0 min nəfər

2005-ci il - 72,0 min nəfər

Page 8: Bakı şəhərinin Baş planının izahat hissəsi

6

Tikinti təşkilatlarının işinin səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata

keçirilməsi nəticəsində, perspektivdə tikinti-quraşdırma işlərinin həcminin artırılması,

əsas etibarilə, əmək məhsuldarlığının artırılması hesabına həyata keçiriləcəkdir. Buna

görə 1986-2005-ci illərdə tikinti-quraşdırma işlərində məşğul olan kadrların sayının

artırılması 16% hüdudunda qəbul olunur.

1985-ci il - 63,0 min nəfər

1990-ci il - 65,0 min nəfər

2000-ci il - 70,0 min nəfər

2005-ci il - 73,0 min nəfər

Aşağıda şəhər əmələ gətirən kadrların sayının inkişafının yekunlaşdırılmış

cədvəli verilmişdir:

(min nəfər)

________________________________________________________________

1/1-1986 1990 2000 2005

________________________________________________________________

1. Sənaye 201,9 219,0 220,0 223,0

2. Xarici nəqliyyat 64,0 67,0 70,0 72,0

3. Tikinti təşkilatları 63,0 65,0 70,0 73,0

4. Digərləri 165,7 171,0 192,0 195,0

5. Ehtiyat - 10,0 42,0 62,0

_____________________________________________________________

YEKUN: 404,6 532,0 594,0 620,0

________________________________________________________________

Page 9: Bakı şəhərinin Baş planının izahat hissəsi

7

II FƏSİL ƏHALİ VƏ ƏMƏK MƏŞĞULLUĞU

1971-ci ildən 1986-cı ilədək Bakı şəhəri əhalisinin sayı 423,3 min nəfər və

yaxud 33% artmışdır.

Əhalinin bu dövrdəki ümumi artımında təbii artım 61%, mexaniki artım isə 39%

təşkil etmişdir. Bu zaman mexaniki artımın aşağı düşməsinin sistematik təmayülünün

əhəmiyyəti qeyd olunmalıdır. Belə ki, IX beşillikdə mexaniki artım 50,1%, X

beşillikdə - 42,8% və XI beşillikdə - 22,7% olmuşdur.

Əhalinin ümumi sayında xidmət sahəsi işçilərinin xüsusi çəkisinin СНиП II-60-

75 tövsiyələrindən çıxış edərək, perspektiv üçün müvafiq göstəricilər qəbul

edilmişdir.

Aşağıda kadr sayının yekun cədvəli verilmişdir:

___________________________________________________________________

1/1-1986 1/1-1991 1/1-2001 1/1-2006

____________________________________________________________________

min % min % min % min %

nəfər nəfər nəfər nəfər

____________________________________________________________________

Şəhər əmələ gətirən qrup 494,6 28,8 532,0 28,5 594,0 27,6 620,0 27,4

Xidmət qrupu 290,0 16,8 378,0 20,2 476,0 22,2 510,0 22,6

Cəmi zəhmətkeşlər 784,6 45,6 910,0 48,7 1070 49,8 1130 50,0

____________________________________________________________________

2000-ci il üçün Bakı şəhəri əhalisinin hesabi sayı SSRİ Dövlət Plan

Komitəsinin tövsiyəsi üzrə (30.12.1981-ci il tarixli 48-624 nömrəli məktub) daimi

əhali 2150 min nəfər və müvəqqəti 50 min nəfər qəbul edilımişdir. 2005-ci il üçün

daimi əhali 2260 min nəfər təbii artım nəzərə alınmaqla qəbul olunmuşdur.

Page 10: Bakı şəhərinin Baş planının izahat hissəsi

8

Bakı şəhəri əhalisinin əmək strukturu balansı

min nəfər

%%-lə

___________________________________________________________________

1/1-1986 1990 2000 2005

___________________________________________________________________

1 2 3 4 5

___________________________________________________________________

Qruplar üzrə əhali sayı

Uşaq 480,0 515,0 587,0 610,0

27,8 27,5 27,3 27,0

Əmək qabiliyyətli yaş 1024,6 1070,0 1152,0 1198,0

59,6 57,2 53,6 53,0

Əmək qabiliyyətli yaşdan yuxarı 217,0 285,0 411,0 452,0

12,6 15,3 19,1 20,0

Yekun: 1721,6 1870,0 2150,0 2260,0

100,0 100,0 100,0 100,0

Özfəaliyyətli qrup

Əmək qabiliyyəti yaşında 726,0 835,0 925,0 965,0

olan zəhmətkeşlər 42,2 44,6 43,0 42,7

Əmək qabiliyyəti yaşından 58,6 75,0 145,0 165,0

böyük olan zəhmətkeşlər 3,4 4,1 6,8 7,3

Yekun: 784,6 910,0 1070,0 1130,0

45,6 48,7 49,8 50,0

o cümlədən:

a) şəhər əmələgətirən 494,6 532,0 594,0 620,0

obyektlərdə 28,8 28,5 27,6 27,4

b) xidmət sahəsində 290,0 378,0 476,0 510,0

16,8 20,2 22,2 22,6

Özfəaliyyətdə olmayan

əhali

Uşaq əhali 480,0 515,0 587,0 610,0

27,8 27,5 27,3 27,0

Page 11: Bakı şəhərinin Baş planının izahat hissəsi

9

Əmək qabiliyyətli yaşda

olan şagirdlər 79,0 97,0 130,0 147,0

istehsalatdan ayrılmaqla 4,6 5,2 6,0 6,5

Əmək qabiliyyətli yaşda 40,0 38,0 32,0 29,0

işləməyən əmək əlilləri 2,4 2,1 1,5 1,3

Əmək qabiliyyətli yaşda

olan şəxsi yardımçı 179,6 100,0 65,0 57,0

təsərrüfatda məşğul şəxslər 10,4 5,4 3,0 2,5

Əmək qabiliyyətli yaşdan 158,4 210,0 266,0 287,0

böyük işləməyən əhali 9,2 11,2 12,4 12,7

Yekun: 937,0 960,0 1080,0 1130,0

54,4 51,3 50,2 50,0

FƏSİL III Abşeronda əhalinin yerləşdirilməsi

Bakı şəhərinin Baş planı təshih edildiyi zaman, Azərbaycan SSR Dövlət Tikinti

Komitəsi ekspertizasının tövsiyəsilə, şəhərsalma METLİ-nin “ Azərbaycan SSR-in

rayon planlaşdırılması sxemi” və TbilZETELİ-nin “Azərbaycan SSR ərazisində

regional yerləşdirmə sxemi” işləri nəzərə alınmışdır.

Bakı əhali artımının qarşısı saxlanılmaqla tədricən inkişaf edir. Şəhərin əhalisi

1986-cı ildəki 1395,0 min nəfərdən 2005-ci ilədək 1475 min nəfərə çatacaqdır.

Şəhərətrafı zonadakı yaşayış məntəqələri: Ələt, Xırdalan, Zabrat, Hövsan,

Türkan, kurort şəhərləri, xüsusilə cənub-şərq istiqamətində inkişaf edən və

neftdoldurma limanı rayonunda dənizə çıxışı olan Mərdəkan sürətli inkişaf imkanı

əldə edirlər.

Adları çəkilən bütün məntəqələr onların inkişafını təkcə hesabi müddətdə deyil,

həmçinin gələcək dövr üçün də təmin edən ərazi ehtiyatlarına malikdirlər.

Page 12: Bakı şəhərinin Baş planının izahat hissəsi

10

Iqtisadi bazası və sonrakı inkişafı olmayan qazla dolu ərazilərdə yerləşən bəzi

məntəqələrin əhalisi (Balaxanı, Çeildağ, Şonqar, Qala və b.), tədricən inkişaf edən

yaşayış məntəqələrinə yerləşdirilir.

Digər yaşayış məntəqələrində Maştağa-Vişnyovka, Binə, Lökbatan, Sahil,

Qobustan, Səngəçal və digərlərində yaşayış (mənzil) tikintisi təşəkkül tapmış əhalinin

mənzillə normativ təminatı və onun perspektiv artımı nəzərə alınaraq inkişaf edir.

Tikintinin sonrakı inkişafı hesabat müddəti xaricinə aid edilmişdir.

Deyilənlər nəzərə alınaraq, Bakı şəhərinin Baş planı ilə Abşeron rayonu

ərazisində əhalinin aşağıda göstərilən yerləşdirilməsi nəzərdə tutulur.

____________________________________________________________________

Yaşayış məntəqələri Ölçü 1/1-86 1/1-1991 1/1-2001 1/1-2006

vahidi

____________________________________________________________________

I Məxsusi Bakı min nəfər 1395,0 1415,0 1455,0 1475,0

II Şəhərətrafı zona

1. İnkişaf edən şəhərlər

Hövsan -”- 13,4 70,0 77,0 80,0

Ələt -“- 11,3 30,0 50,0 70,0

Mərdəkan-Şüvəlan -“- 31,8 62,0 230,0 265,0

Zabrat -“- 18,7 26,0 40,0 50,0

Türkan -“- 7,7 8,0 10,0 20,0

Pirşağı -“- 7,5 14,0 30,0 33,0

Yekun: -“- 90,4 210,0 437,0 518,0

2. Ərazisinin inkişafına

limit qoyulmuş şəhərlər

Maştağa-Vişnyovka -“- 34,8 36,0 38,0 40,0 Binə -“- 21,6 24,0 28,0 30,0

Lökbatan -“- 18,6 20,0 23,0 24,0

Sahil -“- 14,8 16,0 17,0 18,0

Buzovna -“- 23,1 25,0 28,0 30,0

Kirov qəs. -“- 8,1 9,0 10,0 11,0

Bilgəh-Nardaran -“- 11,3 12,0 13,0 14,0

Yekun: -“- 132,3 142,0 157,0 167,0

3. Digər yaşayış

məntəqələri -“- 103,9 103,0 101,0 100,0

Şəhərətrafı zonalar

üzrə yekun: -“- 326,6 455,0 695,0 785,0

Page 13: Bakı şəhərinin Baş planının izahat hissəsi

11

İnzibati sərhədlər daxilində

Bakı cəmisi -“- 1721,6 1870,0 2150,0 2260,0

Sumqayıt şəhəri

(Nasoslu və Corat daxil) -“- 246,8 270,0 350,0 380,0

Abşeron rayonu -“- 64,5 75,0 100,0 113,0

Bakı aqlomerasiyası üzrə

cəmisi -“- 2032,9 2215,0 2600,0 2753,0

Qeyd: Sumqayıt şəhəri üzrə əhalinin perspektiv sayı

Azərdövlətlayihə institutunun işlədiyi Sumqayıt

şəhərinin Baş planı layihəsi üzrə qəbul

edilmişdir.

Bakı şəhərinin daimi əhalisindən başqa, respublikanın paytaxtı və qrup halında

yerləşdirmə sisteminin mərkəzi kimimüvəqqəti əhalini özünə cəlb edir. Bu əhaliyə

aiddir: ezamiyyətə, istirahətə, müalicəyə gələnlər və digərləri. SSRİ Dövlət Plan

Komitəsi 30.12.1981-cil tarixli 48-624 nömrəli məktubu ilə 2000-ci il üçün

müvəqqəti əhalinin hesabi sayını 50 min nəfər miqdarında qəbul etməyi tövsiyə

etmişdir. 1990-cı il üçün müvəqqəti əhalinin sayı 35 min nəfər nəzərdə tutulmuşdur.

2005-ci il üçün müvəqqəti əhalinin sayı 10% artım ilə və ya mütləq ifadə ilə 55 min

nəfər qəbul olunur.

FƏSİL IV Mənzil tikintisi

Bakı şəhərinin mənzil fondu 1/1-1986-cı ilin inzibati sərhədlərində 19,9

mln.kv.m. ümumi sahə təşkil edir. Bakı üzrə 1/1 1986-cı il tarixə əhalinin inzibati

sərhədlərində təminatı adambaşına 11,5 kv.m.- dir.

Page 14: Bakı şəhərinin Baş planının izahat hissəsi

12

Mənzil tikintisinin layihə göstəriciləri 2000-ci il üçün adambaşına 16 kv.m

ölçüdə ümumi yaşayış sahəsi hesabı ilə 2005-ci il üçün isə adambaşına 18 kv.m.

qəbul edilmişdir.

Bakı şəhəri üzrə

İnzibati sərhədlər daxilində müasir vəziyyət və orta təminat

nəzərə alınmaqla hesablanmış tələb olunan ümumi sahə

____________________________________________________________________

İlin əvvəlinə əhali mənzil təminatı mənzil fondu

min nəfər adambaşına kv.m. mln.kv.m.

____________________________________________________________________

1986 1721,6 11,5 19,9

1991 1870,0 12,3 23,0

1996 2020,0 13,5 27,7

2001 2150,0 16,0 34.4

2006 2260,0 18,0 40,7

____________________________________________________________________

12-ci beşillikdə mənzil tikintisi SSRİ Nazirlər Sovetiniin “1986-1990-cı illər

üçün Bakı şəhərinin şəhər təsərrüfatının inkişafı üzrə tədbirlər haqqında” 31.10.1985-

ci il tarixli 1019 nömrəli Qərarına uyğun olaraq 3,3 mln.kv.m. həcmində qəbul

olunmuşdur.

Yeni tikintinin həcmi

(mln.kv.m.ümumi sahə)

____________________________________________________________________

Mərhələ İtki Yeni tikinti İllik orta

istifadəyə verilmə

____________________________________________________________________

1986-1990 0,2 3,3 0,66

1991-1995 0,3 5,0 1,0

1996-2000 0,5 7,2 1,44

2001-2005 0,5 6,8 1,36

Cəmi: 1,5 22,3 1,1

____________________________________________________________________

Page 15: Bakı şəhərinin Baş planının izahat hissəsi

13

Bakı şəhəri ərazisində yeni tikintinin yerləşdirilməsi zamanı aşağıdakılar

nəzərə alınmışdır:

-Bakı, inzibati sərhədlər daxilində, nisbətən böyük olmayan əraziyə ( 219,2 min

hektar) malikdir və şəhərlər arasındakı məsafələr 10-20 km.-dir. Bütün yaşayış

məntəqələrində qarşılıqlı istehsalat və sosial-mədəni inkişaf əlaqələri olan yerləri

vardır;

-məxsusi Bakı ərazisinin müasir istifadəsinin təhlili, yuxarıda deyildiyi kimi,

yeni yaşayış tikintisi üçün ehtiyatların məhdud olduğuna dəlalət edir;

-yaşayış evlərinin sökülməsi imkanlarının məhdud olması ilə əlaqədar

yenidənqurma işlərinin həyata keçirilməsindəki çətinliklər, direktiv orqanların bu

məsələ ilə bağlı göstərişləri nəzərdə tutulur.

Mənzil tikintisi sahəsində Bakı şəhərinin Baş planı ilə artıq 2000-ci il üçün hər

bir bakılı ailəsinin ayrıca rahat mənzillə təmin edilməsi məsələsi qoyulur. Bunun

üçün, yuxarıda verilmiş cədvəldən göründüyü kimi, 1986-2000-ci illərdə ümumi

sahəsi 15,5 mln.kv.m. olan yaşayış evləri tikintisi həyata keçirilməlidir. Hesablamalar

göstərir ki, bu məqsədlə 243 min mənzil tikilməlidir.

Qarşıya qoyulan mənzil tikintisi proqramının reallaşdırılması müasir tələblərə

və mütərəqqi tikinti üsullarına cavab verən yeni nəsil yaşayış evləri tikintisinə

keçməyi tələb edir.

Bakı şəhərində mənzil tikintisi üçün KHPE (kataloqlu həcm-planlaşdırma

elementləri) sistemi işlənmişdir. Bu sistem tikinti sıxlığını 15-18% artırmaq,

mənzillərin komponovkasını əhalinin demoqrafiyası üzrə planlaşdırmaq, seysmiklik

və sərt relyef şəraitində binaların arxitekturası və plastikasını xeyli yaxşılaşdırmaq,

inşaat prosesinin əmək tutumunu aşağı salmaq imkanı yaradacaqdır.

Bu sitem üzrə evlər istehsalı üçün illik istehsal həcmi 300 min kv.m. olan

ETK-4 inşa edilir və illik həcmi 200 min. kv.m. ümumi sahə olan ETK-2 yenidən

qurulur.

Müasir yaşayış evləri tipinə 16-18-20 mərtəbəli monolit dəmirbeton evlər

aiddir. Bunların tikintisinə Bakıda artıq başlanmışdır. Monolit dəmirbetondan evtik-

Page 16: Bakı şəhərinin Baş planının izahat hissəsi

14

mə, təkcə az investisiya dövrü və səmərəli material sərfi üzrə yüksək göstəricilərdən

ibarət olmayaraq, sərt relyef və darısqal sahədə böyük şəhərsalma manevrinə də

malikdir. Bu səbəbdən göstərilən tikinti növünün illik mənzil tikintisi həcmini 25%-

dək artırmaq nəzərdə tutulur.

Torpaqlardan istifadənin səmərəliliyini artırmaq məqsədilə mənzil tikintisini

qarışıq mərtəbəli evlərlə həyata keçirmək nəzərdə tutulur. Yeni tikintinin ümumi

həcminin 70%-i 9-10 mərtəbəli evlərlə, 5%-i əsasən şəhərətrafı zonalardakı yaşayış

məntəqələrində yerləşdiriləcək beşmərtəbəli evlərlə tikilməsi nəzərdə tutulmuşdur.

Qalan 25% isə 12-14-16 mərtəbəli monolit dəmirbetondan, həmçinin ETK-ların

istehsal etdiyi iripanelli evlərlə, şəhərinəsas magistralları və meydanlarında, relyefin

landşaft xüsusiyyətləri və şəhərin baş planının kompozisiyası nəzərə alınmaqla inşa

olunacaqdır.

Tikintinin birinci növbəsinin – 1986-1990-cı illər – mərtəbələr üzrə bölgüsü

tikinti bazasının gücü ilə uyğunlaşdırılmışdır. Əsas həcm və yaxud 77% 9-10

mərtəbəli evlərin, 13% 5 mərtəbəli, 10% isə 12-14-16 mərtəbəli və daha artıq

mərtəbəli evlərin payına düşür.

Mənzil fondunun azalması minimal qəbul olunmuşdur. Bu zaman Bakı şəhəri

əhalisinin mənzil təminatının aşağı səviyyədə olması və evlərin sökülməsi məsələsi

üzrə direktiv orqanların göstərişləri nəzərə alınmışdır. Buna görə Baş planla 1986-

2005-ci illər ərzində mənzil fondunun azalması ancaq 1,5 mln. kv.m. ümumi sahə

həcmində nəzərdə tutulmuşdur. Bu həcm nəqliyyat strukturunun yaxşılaşdırılması,

qazlı ərazilərdən köçürülmə, mərkəzlər sisteminin və yaşıllıqların yaradılması,

zirzəmilərin boşaldılması və qəza vəziyyətindəki evlərin ləğv edilməsi məqsədilə

ayrılmışdır.

Page 17: Bakı şəhərinin Baş planının izahat hissəsi

15

İnzibati sərhədlər daxilində Bakı şəhəri üzrə

mənzil fondunun mərhələlərlə azalması

____________________________________________________________________

1986-1990 1991-2000 2001-2005

____________________________________________________________________

Cəmi amortiz yararlı Cəmi amortiz yararlı Cəmi amortiz yararlı

____________________________________________________________________

Söküntü ilə bağlı azalma

Qazlı qeyri-yaşayış ərazilərdə

10,0 10,0 - 100,0 100,0 - 100,0 100,0 -

Nəqliyyat strukturunun yaxşılaşdırılması üçün

80,0 80,0 - 100,0 100,0 - 100,0 50,0 50,0

MXK mərkəzləri sisteminin və yaşıllıq sistemlərinin yaradılması üçün

10,0 10,0 - 200,0 200,0 - 100,0 100,0 50,0

Yeni yaşayış tikintisi ərazilərindəki qəza fondu

80,0 80,0 - 365,0 365,0 - 155,0 155,0 -

Yekun

180,0 180,0 - 765,0 765,0 - 455,0 355,0 100,0

Yerləşgələrin təyinatının dəyişməsi ilə bağlı azalma

Xidmət obyektləri üçün birinci mərtəbələrin və zirzəmilərin boşaldılması

20,0 - 20,0 35,0 - 35,0 45,0 - 45,0

Cəmisi:

200,0 180,0 20,0 20,0 800,0 765,0 500,0 355,0 145,0

____________________________________________________________________

Beləliklə, 1986-2005-ci illər ərzində 1,5 mln.kv.m və ya mövcud fondun 7,5%

və yaxud yeni tikintinin 6,7% çıxılır. Bu zaman, demək olar ki, bütün sökülən

fondun amortizasiya olunması qeyd olunmalıdır.

Birinci növbə üçün, yəni 1990-cı ilədək 0,2 mln.kv.m. və ya mövcud fondun

1,0% çıxılır.

Page 18: Bakı şəhərinin Baş planının izahat hissəsi

16

FƏSİL V ŞƏHƏRİN ƏRAZİ İNKİŞAFI

Bakı şəhərinin Baş planı ilə şəhərin ərazi inkişafının müxtəlif variantlarına

baxılmışdır və məxsusi Bakının inkişafı üçün neft mədənləri yarımçəmbərinin daxili

sərhədləri hüdudlarında bütün ərazilərin ehtiyatda saxlanması məqsədəuyğun hesab

edilmişdir.

Bunu nəzərə alaraq, Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti

7/1-1969-cu il tarixli 25 nömrəli Qərarla amfiteatr ərazisinin və onun neft mədənləri

yarımçəmbəri hüdudlarındakı xarici ətəklərinin məxsusi Bakıya aid olduğunu

təsdiqlədi. Bu sərhədlərdə məxsusi Bakının sahəsi 21,95 min hektar təşkil edir.

Bundan başqa, ümumi sahəsi 130 hektar olan ərazi dəniz tərəfdən yuyulur.

Beləliklə, hesabat dövrünə məxsusi Bakının ərazisi 22,08 min hektar təşkil edir.

Şəhərin yaşayış massivlərinin sahəsi 1/1-1986-cı il tarixə 10,6 min hektardır.

Bu ərazi aşağıdakı fikirlərə görə qeyri-rasional istifadə edilir:

-ərazinin böyük bir hissəsini inqilabdan yaşayış fonduna aid əvvəlki

azmərtəbəli yaşayış tikililəri fondu, özbaşına tikililər, xaotik tikinti və müharibədən

(1941-1945) sonrakı ilk köhnə taxta evlərdən ibarət məhəllələr tutur;

-təsisatlar və xidmət müəssisələrinin sahələri normativdən xeyli az ərazi tutur

və onların inkişafı yenidənqurma tədbirləri ilə bağlıdır;

-şəhərin tikinti aparılan hissəsinin ümumi istifadədə olan yaşıllıqları əraziyə

görə kifayət deyildir və vahid sistemdə birləşməmişdir;

-şəhər ərazisinin böyük hissəsində məvcud küçələr və keçidlər daralmış və bir-

birinə olduqca yaxın yerləşir ki, bu da vahid yol-nəqliyyat sisteminin yaradılmasını

çətinləşdirir;

-yaşayış ərazisində sənaye müəssisələri, kommunal-anbar obyektləri, qarajlar,

işçi həyətlər və mühəndis kommunikasiyaları tutur ki, bunlar da ümumilikdə şəhərin

yaşayış ərazisinin 37%-ni təşkil edir.

Şəhərin Baş planı ilə bütün boş yaşayış ərazilərinin maksimum istifadə

olunması və onların sahəsinin 11,7 min kv.m. çatdırılması nəzərdə tutulmuşdur. Bu

Page 19: Bakı şəhərinin Baş planının izahat hissəsi
Page 20: Bakı şəhərinin Baş planının izahat hissəsi

17

zaman mürəkkəb mühəndis hazırlığı da tələb edən bütün yaşayış, həmçinin sənaye

müəssisələri tərəfindən boşaldılan kommunal-anbar və digər obyektlərin ərazilərində

tikinti aparılması nəzərdə tutulur.

Hesabat dövrü üçün məxsusi Bakı ərazisində cəmisi 7,0 mln. kv.m. ümumi

yaşayəş sahəsi, o cümlədən boş sahələrdə (Günəşli, Badamdar, Qanlı-Göl və

digərləri) rekonstruksiya ilə - 4,3 mln.kv.m. və 2,7 mln.kv.m. yerləşdirilə bilər. Buna

görə yeni yaşayış tikintisinin əsas həcmi məxsusi Bakının hüdudlarından kənarda –

Abşeronun yaşayış məntəqələrinin boş ərazilərində aparılması nəzərdə tutulur.

Yeni kütləvi yaşayış massivləri tikintisinin Bakı yaylasından kənarda

yerləşdirilməsi məsələsini həll etmək üçün Abşeronun bütün yaşayış məntəqələri

gözdən keçirilmiş və onlardan ən çox ərazi ehtiyatları və gələcək inkişaf üçün

əlverişli şəraiti olanları qeyd olunmuşdur.

Dəniz sahilində yerləşən, ən yaxşı təbii şəraitə və iqtisadi bazaya malik

şəhərlərə çevrilə biləcək ərazilərə üstünlük verilmişdir.

Bunlara aiddir:

____________________________________________________________________

Yaşayış Tələb olunan o cümlədən

tikintisi ərazi (hektar) sovxoz (hektar)

(mln.kv.m.)

____________________________________________________________________

Hövsan 1,3 320 230

Ələt 1,5 400 -

Mərdəkan-Dübəndi 9,0 2217 1836

Zabrat 1,3 400 400

Xırdalan 0,9 300 200

Türkan 1,5 400 400

____________________________________________________________________

Yekun : 15,5 4037 3066

____________________________________________________________________

2005-ci ilədək tikinti aparılması nəzərdə tutulan göstərilən 3066 hektar sovxoz

torpaqlarından ancaq 200 hektar bilavasitə Abşeron rayonu ərazisində (Xırdalan)

yerləşir, qalanları isə Bakı Sovetinə aid torpaqlardadır.

Page 21: Bakı şəhərinin Baş planının izahat hissəsi

18

Bununla bağlı daha bir ərazi məsələsi diqqəti cəlb edir. 1963-cü ildə Abşeron

rayonunun yaradılması ilə əlaqədar Bakı şəhərinin ərazi və təsərrüfat bütövlüyü

pozuldu, çünki Abşeron rayonunun torpaqları ayrı-ayrı sahələrlə onun ərazisinə

yerləşdirildi. Bu xüsus bu gün yarımada ərazisində bütövlükdə kompleks şəhərsalma

inkişafının, mühəndis, nəqliyyat və mülki-yaşayış tikintisinin qarşısını alır. İşçi

qüvvəsinin cəlb edilməsi, pasport rejiminin tətbiq olunması, yerli əhalinin ictimai

əməyə cəlb edilməsi, vətəndaşların mənzil uçotuna götürülməsi, əhalinin ərzaq və

sənaye malları ilə təmin olunması, tibbi və nəqliyyat xidməti kimi sosial məsələlərin

tam həll edilməməsi vəziyyəti daha da dərinləşdirir. Ekologiya və ətraf mühitin

mühafizəsi problemlərinin həlli xüsusilə çətinləşir. Su ehtiyatlarından qeyri-rasional

istifadə, torpaqların sistemsiz suvarılması qiymətli Abşeron torpaqlarının

şoranlaşmasına, onların xalq təsərrüfatı dövriyyəsindən çıxmasına, qrunt sularının

kəskin surətdə qalxmasına, bir sıra qəsəbələrin su altında qalmasına gətirib

çəxarmışdır.

Bundan çıxış edərək, Abşeron yarımadasındakı Bakı Soveti əraziləri

sərhədlərinin tənzimlənməsi məsələsinə baxılması zərurəti meydana gəlir.

FƏSİL VI Əhaliyə mədəni-məişət

və kommunal xidməti

Baş planın prioritet problemlərindən biri şəhərin sosial təsisatları strukturunun

genişləndirilməsi sahəsində SovİKP-nin XXVII qurultayının qarşıya qoyduğu

məsələlərin həll edilməsini təmin edən inkişafdır.

Baş planla mədəni-maarif, kommunal-məişət, müalicə və əhaliyə digər xidmət

təsisatları, həmçinin əhali üçün maksimal rahatlıq yaradılması şərtilə onların şəhərin

müxtəlif funksional və struktur zonalarında bərabər şəkildə yerləşdirilməsi sisteminin

xeyli dərəcədə inkişafı nəzərdə tutulmuşdur. Mədəni-məişət xidməti sistemi

perspektivdə şəhər əhalisinin onun bütün növləri ilə təmin olunmasını nəzərdə tutur.

Page 22: Bakı şəhərinin Baş planının izahat hissəsi

19

Bu zaman şəhərin demoqrafik xüsusiyyətləri və ölkənin paytaxtı kimi əhəmiyyəti

nəzərə alınır.

Hesabat Bakı şəhərinin daimi əhalisi, müvəqqəti əhali və Bakı qrupunun

sisteminə təmayüllü olan əhali üçün TbilZETLİ-in “Azərbaycan SSR ərazisində

regional yerləşdirmə sxemi”- nin qəbul etdiyi parametrlər üzrə hesablanmışdır.

Təmayüllü əhalinin xidmətinin hesablanması üçün ЦНИИЭП градострои-

тельства-nın “Схема районной планировки Азербайджанской ССР“ tədqiqat

işində tövsiyə etdiyi normativlərə edilən düzəliş əmsallarından istifadə olunmuşdur.

Page 23: Bakı şəhərinin Baş planının izahat hissəsi

20

ÜMUMİLƏŞDİRİLMİŞ CƏDVƏL

Bakı şəhəri ərazisində inzibati sərhədlərdə mədəni-məişət təyinatlı

şəbəkə tikintisi layihələndirilməsi

____________________________________________________________________

№ Obyektlərin adı Ölçü vahidi 01.01.1986-cı il üçün

____________________________________________________________________

Əhali min nəfər 1721,6

1. Uşaq müəssisələri yer 79240

2. Məktəblər yer 237000

3. Xəstəxanalar – cəmi çarpayı 21102

o cümlədən şəhər çarpayı 17200

4. Poliklinikalar gündəlik qəbul 35290

5. Kinoteatrlar yer 14270

6. Klublar və Mədəniyyət evləri yer 35468

7. Teatrlar yer 4560

8. Konsert zalları yer 3100

9. Sirklər yer 2400

10. Kitabxanalar min cild 10 500

11. Ticarət müəssisələri zal sahəsi kv.m. 216572

12. Məişət xidməti müəssisələri işçi yer 10310

13. İaşə müəssisələri ot.yer 22064

14.Kolxoz bazarları tic.yer 4637

15. Hamamlar yer 4800

16. Camaşırxanalar kq. camaşır/növbə 14000

17. Mehmanxanalar yer 4700

Page 24: Bakı şəhərinin Baş planının izahat hissəsi

21

Cədvəlin davamı

____________________________________________________________________

№ Obyektlərin adı Ölçü vahidi Hesabat dövrünə tələbat

daimi müvəq. təmayül.

əhali əhali əhali

cəmi

____________________________________________________________________

Əhali min nəfər 2260,0 55,0 673,0 2988,0

1. Uşaq müəssisələri yer 206790,0 - - 206790

2. Məktəblər yer 373580,0 - - 373580

3. Xəstəxanalar – cəmi çarpayı 30600 700,0 4300 35600

o cümlədən şəhər çarpayı 30000 - - 30000

4. Poliklinikalar gün. qəbul 79050 1700 3110 73860

5. Kinoteatrlar yer 113000 2500 1810 117310

6. Klub və Mədəniyyət ev. yer 90400 2000 550 92950

7. Teatrlar yer 18080 400 3800 22280

8. Konsert zalları yer 11300 200 2550 14150

9. Sirklər yer 11300 200 3160 14660

10. Kitabxanalar min cild 18080 - 730 18810

11. Ticarət müəssisələri zallar kv.m. 519800 11500 32570 563870

12. Məişət xidməti müəss. işçi yer 23970 530 2150 26650

13. İaşə müəssisələri ot.yer 90400 2000 1680 94080

14.Kolxoz bazarları tic.yer 6780 150 270 7200

15. Hamamlar yer 11250 - - 11250

16. Camaşırxanalar kq. cam./növbə 271200 - - 271200

17. Mehmanxanalar yer - 15400 - 15900

Page 25: Bakı şəhərinin Baş planının izahat hissəsi

22

Cədvəlin davamı

____________________________________________________________________

Yeni tikinti

№ Obyektlərin adı Ölçü vahidi Hesabat Cəmi o cümlədən

dövrünə 1986-1990

saxlanan illər ərzində

____________________________________________________________________

Əhali min nəfər

1. Uşaq müəssisələri yer 70790 136000 13000

2. Məktəblər yer 213580 160000 30000

3. Xəstəxanalar – cəmi çarpayı 19600 16000 1800

o cümlədən şəhər çarpayı 15500 14500 1800

4. Poliklinikalar gündəlik qəbul 31860 52000 6700

5. Kinoteatrlar yer 13310 104000 1800

6. Klub və Mədəniy. evləri yer 32950 60000 -

7. Teatrlar yer 4560 17720 -

8. Konsert zalları yer 3160 11050 -

9. Sirklər yer 2400 12260 -

10. Kitabxanalar min cild 9810 9000 -

11. Ticarət müəssisələri zal sahəsi kv2 194870 369000 50000

12. Məişət xidməti müəs. işçi yer 9050 17600 700

13. İaşə müəssisələri ot.yer 20080 74000 2200

14.Kolxoz bazarları tic.yer 4000 3200 -

15. Hamamlar yer 4250 7000 1500

16. Camaşırxanalar kq. cam./növbə 14000 257200 10000

17. Mehmanxanalar yer 4700 11200 550

Qeyd: XII beşillik üçün nəzərdə tutulan işlərin həcmi

SSRİ Nazirlər Sovetinin 31.10.1985-ci il tarixli

1019 nömrəli Qərarı üzrə qəbul olunmuşdur.

Page 26: Bakı şəhərinin Baş planının izahat hissəsi

23

FƏSİL VII ŞƏHƏRİN PLANLAŞDIRMA STRUKTURU

VƏ MEMARLIQ-FƏZA TƏŞKİLİ

Tarixən təşəkkül tapmış Bakının siması bir sıra təbii amillərlə müəyyən olunur:

dəniz, relyef, iqlim və şəhərin əsas binaları inşa edilən yerli əhəng daşı.

Oraq şəkilli buxta, şərq və qərb cinahlardakı hündürlüklər, relyefin çoxyaruslu

təbii amfiteatrı – şəhərin ənənəvi planlaşdırma və kompozisiya həllinin əsas xəttidir.

Bu xətt qanunauyğun şəkildə şəhərin bütün planlaşdırma və tikinti tarixindən keçir.

Hazırki Baş plan yaranmış ənənələrdən faydalanaraq və onları davam etdirərək,

bütövlükdə şəhərin panoramını, landşaft və kompozisiya xarakteristikasını daha da

qabardan və gücləndirən amilləri diqqətə alaraq, müasir qavranma məsələlərinə cavab

verən yeni planlaşdırma və kompozisiya həlləri təklif edir. Bakının təbii amfiteatrı

tədricən dənizə enən çıxıntılı çoxyaruslu terraslı kompozisiya şəklindədir. Relyefin

səviyyələri arasındakı fərq 50-200 metrdir, cənub, şərq və qismən qərb ekspozisiyası

yamacları üstünlük təşkil edir.

Şəhərin mərkəzi qərb və şimal istiqamətlərdə yüksələn relyefin nisbətən sakit

hissəsində yerləşmişdir. Relyefin bəzi terraslarından dənizə gözəl mənzərə açılır. Bu

terrasların dominant sahələrində ictimai binalar kompleksinin yerləşdirilməsi nəzərdə

tutulmuşdur.

Həmçinin yarus quruluşuna malik amfiteatrın şərq və qərb cinahları olduqca

təsirlidir. Terrasın yuxarı sahələri amfiteatrın şərq hissəsinin bütün kompozisiyasının

tamamlanmasında böyük rol oynayır. Oradan şəhərin qərbi, cənubu və şərqi aydın

görünür.

Amfiteatrın qərb qanadı Yasamal vadisində sərt qırılan bir neçə terras üzərində

yerləşir. Burada da memarlıq ansamblları, gəzinti bulvarları ilə əhatələnmiş

yüksəkliklər vardır.

Şəhərin baş planının planlaşdırma həllinin əsasına aşağıdakı şəhərsalma

prinsipləri daxildir:

Page 27: Bakı şəhərinin Baş planının izahat hissəsi
Page 28: Bakı şəhərinin Baş planının izahat hissəsi

24

-əhalinin əmək, məişət və istirahəti üçün əlverişli şərait yaradılması, əhali üçün

optimal (məkan və zaman baxımından) əlçatan olan iş yerləri, ictimai mərkəzlər,

istirahət yerlərinin tımin olunması;

-vahid funksional, iqtisadi, nəqliyyat və mühəndis sistemləri ilə bağlı olan

şəhərlə Abşeronun planlaşdırma strukturunun ayrılmaz əlaqəsi;

-şəhərin respublikanın paytaxt mərkəzi, idarəetmə, elm və mədəniyyət mərkəzi

kimi funksiyasını yerinə yetirməsinin təmin edilməsi;

-şəhərin gələcək inkişafı üçün ərazinin məhdudluğu və hesabat müddətində

şəhərin inkişafının ehtiyatda saxlamaq mümkünlüyünün zəruriliyi;

-relyefin quruluşu spesifikasının, şəhərin buxtaya doğru açılması və şəhər

landşaftınln digər xüsusiyyətlərinin aşkar olunması;

-şəhərin planlı inkişafının təmin olunması, tikintinin hər mərhələsində öz

sitemləri olan mədəni-məişət xidmətinə malik tam hazırlıqlı yaşayış və sənaye

rayonlarının yaradılması zərurəti;

-şəhərin nəqliyyat sistemi əlaqələrinin onun zonaları arasında, xarici avtomobil

yolları, yaşayış məntəqələri və istirahət zonaları ilə optimal işləməsinin təmin

olunması.

Şəhərin baş planı ilə ərazinin əsas funksional bölgüsü - qərb və şərq yaşayış

massivləri saxlanmışdır. Neft emalı sənayesinin rekonstruksiyası və molernizasiyası

hesabına mərkəzi sənaye zonasının cənub hissəsinin transformasiyası yolu ilə bu

massivlərin tarixən ayrı qalmasının qarşısı alınacaqdır. Bununla əlaqədar Bakı

amfiteatrı hüdudlarında buxtanın bütün sahilboyu zolağında şəhərin dənizlə təmasını

təmin edən mərkəzi rayonun yeni strukturu təklif olunur.

Yaşayış zonalarına sanitar-gigiyenik şərtlər üzrə Bakı amfiteatrının qərb və

şərq hissələrinin ən əlverişli əraziləri ayırılır. Bakı buxtası səmtindəki orta hissənin

cənub rayonu elmi-tədqiqat zonası üçün ayırılır. Sənaye zonası əsasən amfiteatrın

ortasının şimal hissəsində, kommunal-anbar zonaları isə - amfiteatrın arxasında

yerləşdirilir. Əsas şəhər istirahət zonası dənizkənarı bulvarı (Bayıl burnundan Sultan

Page 29: Bakı şəhərinin Baş planının izahat hissəsi

25

burnunadək) və dənizkənarı şəhər istirahət zonalarını (cənub-qərbdə Şıx və cənub-

şərqdə Zığ ) əhatə edir. Sahiboyu zolağın ümumi uzunluğu 30 km.-dir. O cümlədən:

- Şıx çimərliyi 6,0 km.

- Dənizkənarı MvəİP 3,0 km.

- 26 Bakı komissarları ad. NQÇİ 6,5 km.

- Sənaye müəssisələri, bazalar və anbarlar 12,5 km.

- Xüsusi obyektlər 2,0 km.

12,5 km-lik sahil zolağında aşağıdakı nazirlik və idarələrin sənaye, nəqliyyat və

kommunal-anbar müəssisələri yerləmişdir:

Neft emalı və kimya sənayesi nazirliyi 6 obyekt

Xəzər dəniz gəmiçiliyi 13 “

Dövlətaqrosənaye 4 “

Soyuzneftmaş ÜİB 1 “

Xəzərneftqazsənaye 6 “

Yüngül sənaye nazirliyi 1 “

Səhiyyə nazirliyi 3 “

Azneft İB 2 “

Energetika və elektrikləşdirmə Dİİ 7 “

Dövlə t təchizat 4 “

Digər 7 “

Yekun: 60 “

Baş planla sahilyanı zolağın Bakı buxtasından istifadə ilə bilavasitə əlaqəsi

olmayan bütün obyektlərdən azad olunması təklif olunur. Boşaldılmış ərazini

abadlaşdırmaq və şəhər əhalisinin ictimai mədəni-məişət və istirahəti zonasına

çevirmək nəzərdə tutulur.

Page 30: Bakı şəhərinin Baş planının izahat hissəsi

26

Tarixən şəhərin qərb hissəsində təşəkkül tapmış mərkəzinin şərqə doğru

kompozisyon inkişafı onun dənizə tərəf baxdığını və şəhər ərazisinin böyüməsinə

uyğunluğunu vurğulayır. Bu isə mərkəzi rayonun yeni miqyasını, qərb və şərq

yaşayış massivlərinin vahid və bütöv halda əlaqələndirilməsi cəhdini tələb edir.

Mərkəzi planlaşdırma rayonu özndə inzibati, mədəni, elmi-texniki və idman mərkəzi

funksiyalarını ehtiva edir.

Bakı şəhəri ərazisindəki memarlıq, arxeologiya, Azərbaycan SSR sovet dövrü

tarixi, monumental incəsənət və sovet memarlığı abidələri siyahısına uyğun olaraq,

Bakıda 364 abidə yerləşir ki, onların ümumi sayının yarısından çoxu mərkəzi

planlaşdırma rayonundadır. Konsentrasiyalaşmış abidələr qrupu tarixi mərkəzin

ərazisində və “İçərişəhər” qoruğunda yerləşir. Qalan abidələr bir obyektdən ibarətdir.

Baş plan şəhərin, şəhərsalma abidəsi olan tarixi özəyi hər cəhətdən saxlayır.

“İçəişəhər”in tarixi əhəmiyyəti tam şəkildə və qayğıyla qorunur. Burada dəqiq elmi

və arxeoloji tədqiqatlar bazası əsasında regenerasiya üzrə işlər görülür.

Şəhərin kompozisiya əsasını sahilyanı yaşıl esplanada təşkil edir. Səlis qövs

əmələ gətirən esplanada, Bayıl burnunda başlayır, Ali dənizçilik məktəbi rayonunda,

(şəhər istirahət zonasında nəzərdə tutulan su idmanı mərkəzində) şərqdə tamamlanır.

Esplanada şəhərin dəniz fasadının baş elementi olmaqla bərabər, eyni zamanda

əhalinin əsas şəhərdaxili kütləvi istirahət yeridir. Bütün Bakı amfiteatrının

kompozisiyası şəhər tikintilərinin dərinliklərinə doğru bir sıra radial istiqamətlərdə

inkişaf edir:

- Qərb səmtində - yaşıl massivə tərəf (Kirov parkı daxil);

- Şimal-qərb səmtində - Lenin meydanından sirkə, ticarət mərkəzi və idman

sarayına tərəf inkişaf edərək şımal-şərq səmtində Dzerjinski parkına, Lenin

ad.stadiona, yüngül atletika maneji və bədən tərbiyəsi institutu

istiqamətində inkişaf edərək;

- Şimal səmtində - gənclər mərkəzindən şimala sənaye rayonu ərazisi ilə;

- Şimali-şərq səmtində - Profsoyuz küç.,-Neft emaledənlər küç., şərq yaşayış

massivinin meridional oxu istiqamətində.

Page 31: Bakı şəhərinin Baş planının izahat hissəsi

27

Şəhərin sahilyanı hissəsində, dənizkənarı esplanadının kompozisiyasını

möhkəmləndirən və mərkəzi rayonun məkan dərinliyini yaradan “qərb-şərq”

memarlıq oxu layihələndirilir. O, qərbdə Respublika Elmlər Akademiyası

kompleksinin vahid şəhərsalma sistemində birləşdirərək ümumşəhər əhəmiyyətli

memarlıq ansamblları sistemi vasitəsilə şərq yaşayış rayonunun ictimai mərkəzlərilə

birləşir. Bu oxun qərb qanadı vağzal kompleksindən Elmlər Akademiyasınadək hələ

bundan əvvəlki baş planlarda nəzərə alınmışdı.

Beləliklə, şəhərin kompozisiyasının əsası kəsişən iki istiqamət qərb-şərq, şimal-

cənub istiqamətləri üzərində qurulur. Şəhər amfiteatrı çoxlu yaşıllıqları olan

yüksəkliklər və parklarla, əsas ansambllarla və relyefin yüksək nöqtələrindəki

çoxmərtəbəli tikintilərlə vurğulanır.

Bakı şəhərinin Baş planı ilə ictimai istifadə üçün yaşıllıqların inkişaf etdirilməsi

nəzərdə tutulur. Kirov ad. dağüstü park, Dzerjinski ad.park, dənizkənarı bulvar və

Qanlı-Göl ətrafı rayonda yeni iri yaşıllıq massivləri, 8-km., Razin qəs., Əhmədli,

kütləvi istirahət zonaları və digər yerlərdəki yaşıllıqlar sonradan inkişaf

etdiriləcəkdir. Piyada keçidləri intensiv surətdə yaşıllaşdırılır, piyadalar üçün kölgə

və sərinlik təmin edirlər.

Yaşıllıq massivlərinin, park və bulvarların tikintisi Bakı şəhəri üçün əsas iqlim

faktorlarından biri olan küləklənmə rejiminin yumşaldılması məqsədini də güdür.

Yaşıllıq bulvarlarının şəhərin tikinti aparılan hissəsində eninə yerləşməsi hakim şimal

və cənub küləklərinin gücünü azaldır. İctimai istifadədə olan yaşıllıqlar, istirahət və

idman üçün qurğular şəhər üçün vahid sistem təşkil edir.

Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Baş istehsalat yaşıllaşdırma idarəsinin

01.01.1986-cı il tarixə olan məlumatına görə Bakı şəhəri ərazisində 15,7 min hektar

ümumi sahəsi olan yaşıllıqlar mövcuddur, o cümlədən:

- küçə və yollar boyu yaşıllıqlar 0,7 min hektar

- yaşayış məntəqələrində parklar, bağlar, bağçalar 2,7 min hertar

- yaşayış məntəqələrindən kənar yaşıllıq massivləri 12,3 min hektar

Page 32: Bakı şəhərinin Baş planının izahat hissəsi

28

İlk iki növün yaşıllıqlarla müasir təminatı adambaşına 19,7 kv.m. təşkil edir.

Abşeron yarımadasında yaşıllıq tikintisinin inkişaf sxeminə görə hesabat

müddəti üçün 47,0 min hektar ümumi sayı növlər üzrə aşağıdakı şəkildə nəzərdə

tutulur:

- avtomobil və dəmir yolları 3,2 min ha

- yaşayış məntəqələrində küçə və magistrallar boyu 3,0 min ha

- yaşayış məntəqələrində ictimai istifadədə olan 3,8 min ha

- Abşeron yarımadasında meşə 37,0 min ha

massivləri

Bu zaman ümumi istifadədə olan yaşıllıqlar, yaşayış məntəqələrində küçə və

magistrallar boyu yaşıllıqlar daxil hesabat müddətinə adambaşına 30,0 kv.m. təşkil

edəcəkdir.

FƏSİL VIII Şəhərətrafı zona

Tarixən təşəkkül tapmış Bakı ilə Abşeron yarımadası arasındakı qırılmaz xalq

təsərrüfatı əlaqələrini nəzərə alaraq, yarımadanın bütün ərazisi Bakı şəhərinin

şəhərətrafı zonasına daxil edilmişdir.

Şəhərsalma baxımından bütün Abşeron yarımadası Bakı aqlomerasiyasıdır və

şəhərin, eləcə də onun şəhərətrafı zonasının bütün məsələləri birgə həll olunur.

Baş planla nəzərdə tutulan Bakı şəhərinin şəhərətrafı zonasının təşkil

olunmasının əsasən aşağıdakı məqsədləri vardır:

- məxsusi Bakı ərazisinin məhdud olması nəzərə alınmaqla əhalinin rasional

yerləşdirilməsi və onun sonrakı artımının qarşısının alınması;

- Bakı aqlomerasiyası əhalisinin uzun müddətli və qısa müddətli istirahətinin

təşkili;

- Abşeronda vahid nəqliyyat və mühəndis avadnlıqları sistemlərinin yaradılması;

Page 33: Bakı şəhərinin Baş planının izahat hissəsi

29

- ətraf mühitin mühafizəsi, mikroiqlimin və hava məkanının sanitar vəziyyətinin

yaxşılaşdırılması, Bakı şəhərinin şimal küləklərindən qorunmasının təşkili.

Yaşayış, sənaye, mədən, kənd təsərrüfatı ərazilərinin və istirahət zonalarının

inkişafı Abşeronun mövcud və sonrakı formalaşdırılan funksional zonalaşdırılması

saxlanılmaqla qəbul olunmuşdur.

- məxsusi Bakı daxil olmaqla yerləşmənin cənub zonası və cənubi-qərb və

cənubi-şərq sahilləri boyu inkişaf edən yaşayış məntəqələri (Ələt, Qobustan, Sahil,

Hövsan, Türkan və Dübəndi);

- yarımadanın orta zonası – kənd təsərrüfatı istehsalı ərazisi;

- Sumqayıt şəhərindən “Şimal” DRES-dək olan şimal və şimali-şərq zonaları, bu

ərazinin bütün yaşayış məntəqələri daxil olmaqla həm uzunmüddətli, həm də qısa

müddətli kütləvi istirahət kompleksləri ilə birgə kurort zonasıdır.

Şəhərətrafı zonada şəhərə xidmət edən obyektlər yerləşmişdir: bazis anbarları,

qəbristanlıqlar, zibil emalı üzrə zavodlar, tingliklər və s.

İstirahətin təşkili SovİKP MK-nın 28 aprel 1983-cü il tarixli Qərarı ilə

Abşeron yarımadasının şimal sahilində “Şimali Abşeron” Ümumittifaq əhəmiyyətli

kurortunun yaradılması barədə qərar qəbul olunmuşdur.

Abşeron yarımadasının şimal və şimali-şərq sahili təbiəti etibarilə ən yaxşı

sayılır: burada üzümlüklər, meyvə bağları, müalicəvi su mənbələri yerləşmişdir və

gözəl qum çimərlikləri vardır. Yuxarıda adı çəkilən Qərara və Azərbaycan KP MK-

nın və Azərbaycan SSR Nazirlər Sovetinin 12.07.1983-cü il tarixli 303 nömrəli

Qərarına uyğun olaraq, Bakıdövlətşəhərlayihə institutu tərəfindən Abşeron

yarımadasının şimal və şimali-şərq sahilində Kurort zonasının Baş planı işlənmişdir.

Layihə Sumqayıt şəhərindən “Şimal” DRES-dək olan uzunluğu 52 km. və sahəsi

12,5 min hektar olan zonada təbii ehtiyatlardan maksimum istifadə edilməsini

nəzərdə tutur. Bütün bu zonada Bakı və Sumqayıt şəhərləri əhalisinin istirahəti və

müalicəsi, həmçinin “Şimali Abşeron” ümumittifaq əhəmiyyətli kurortunun və

ümumittifaq turist müəssisələri kompleksinin yaradılması planlaşdırılır.

Page 34: Bakı şəhərinin Baş planının izahat hissəsi

30

Kurort zonasının Baş planı bu regionun inkişafı perspektivlərini müəyyən

etmişdir. Sənədə müvafiq olaraq, regionda ümumi tutumu 56,7 min yer olan müxtəlif

profilli kurort-rekreasiya müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulur ki, bu da

mövcud və saxlanılan obyektlər nəzərə alınmaqla 88,1 min yer təşkil edəcəkdir.

Aşağıda yeni tikintinin müalicə və istirahət müəssisələri üzrə paylanması

verilmişdir:

( min yer )

____________________________________________________________________

o cümlədən

___________________________

№ Cəmi mövcud yeni tikinti

№ Müəssisələrin növü saxlan. ___________________

Cəmi onlardan: ümum-

ittifaq əhəmiyyətli

____________________________________________________________________

1. Böyüklər üçün ümumittifaq

əhəmiyyətli sanatoriyalar 8,5 - 8,5 8,5

2. Respublika əhəmiyyətli

sanatoriyalar 7,3 5,8 1,5 -

o cümlədən uşaqlar üçün: 1,7 0,2 1,5 -

3. Ümumittifaq əhəmiyyətli

istirahət müəssisələri 5,0 - 5,0 5,0

4. Respublika əhəmiyyətli

istirahət müəssisələri:

-istirahət evləri, pansionatlar 2,8 2,8 - -

-istirahət bazaları 21,9 2,9 19,0 -

-pioner düşərgələri və

u/bağçalarının yay bağları 33,9 19,9 14,0 -

5. Ümumittifaq əhəmiyyətli

turist müəssisələri 8,7 - 8,7 8,7

________________________________________________________________

Yekun: 88,1 31,4 56,7 22,2

________________________________________________________________

Page 35: Bakı şəhərinin Baş planının izahat hissəsi
Page 36: Bakı şəhərinin Baş planının izahat hissəsi

31

Bakı və Sumqayıt şəhərləri əhalisi üçün qısa müddətli istirahət dəniz sahilində

uzun müddətli istirahət kompleksləri arasında çimərliyə birdəfəlik 112,5 min nəfər

gəlməsi hesabı ilə nəzərdə tutulur.

Ərazinin qəbul edilmiş layihə zonalaşdırılması aşağıdakı prinsiplərdən çıöış

edərək müəyyən olunmuşdur:

- sahildə fəaliyyərdə olan kurort-rekreasiya müəssisələrinin olması;

- ümumittifaq əhəmiyyətli kurortun yerləşdirilməsi (yeri) barədə qərar;

- landşafta düşən yüklərin yol verilən hüdudları aşmaması.

FƏSİL IX Nəqliyyatın inkişafı və magistrallar sistemi

Şəhər nəqliyyatı Şəhərin yeni periferiya rayonlarında əhali artımı, mənzil

tikintisinin sonrakı inkişafı, avtomobil parkının çoxalması əhalinin hərəkətliliyini və

sərnişin və yükdaşımanın həcmini artırır.

Hər növ sərnişin nəqliyyatı ilə sərnişindaşınmanın həcmi hesabat müddəti üçün

1985-ci ildəki 709,2 mln. qarşı ildə 1162,0 mln.sərnişin müəyyən olunmuşdur.

Aşağıda Baş planla qəbul olunmuş nəqliyyat növləri üzrə daşınmaların xüsusi

çəkilərinin dinamikası verilir.

1986-cı il 2005-ci il

Metropoliten 20,7 40,0

Tramvay 5,3 6,0

Trolleybus 8,6 24,0

Avtobus 65,4 30,0

Cədvəldən göründüyü kimi Baş plan elektrik nəqliyyatının xüsusi çəkisini

hesabat müddətində 01.01.1986-cı ildəki 34,6%-dən 70%-ə qaldırılmasını nəzərdə

Page 37: Bakı şəhərinin Baş planının izahat hissəsi

32

tutur. Bu zaman ən mütərəqqi nəqliyyat olan metropolitenin payı kəskin surətdə

artaraq uzunluğu 25,1 km-dən 52 km-ə çatacaqdır.

Baş plan üzrə metropoliten bu cür inkişaf edəcəkdir:

Uzunluğu Stansiyaların sayı

Fəaliyyətdə olan xətlər 25,1 15

3-cü növbə

- şərq sahəsi 4,5 3

- şimal sahəsi 4,1 3

4-cü növbə

“Şaumyan” st.-dan 10,2 5

5-ci növbə

“Baksovet” st.-dan

Badamdaradək 8,8 5

Yekun: 53,7* 31

* depodakı xətlərlə

Şəhərin nəqliyyat probleminin müvəffəqiyyətlə həll edilməsi Bakı şəhərinin və

Abşeron yarımadasının bütün növ şəhər və xarici nəqliyyatda əhalinin hərəkətindəki

vaxt sərfinin azaldılması, gedişlərin rahatlığının artması nəzərə alınmaqla kompleks

inkişafı ilə bağlıdır.

SSRİ Dövlət Plan Komitəsi ilə razılaşdırılmış və respublika Nazirlər Sovetinin

11.09.1981-ci il tarixli 913-37 nömrəli Qərarı ilə təsdiq olunmuş 1981-2000-ci illər

üçün Bakı şəhəri və Abşeron yarımadasının bütün şəhər və xarici nəqliyyat növünün

kompleks inkişaf sxemi ilə kütləvi ictimai nəqliyyat xətlərinin aşağıdakı ölçülərlə

artırılması nəzərdə tutulmuşdur:

metropoliten 52 km. (1986-cı ildəki 25,1-ə qarşı)

trolleybus 230 km. (1986-cı ildəki 140-a qarşı)

avtobus 400 km. (1986-cı ildəki 300-ə qarşı)

Kütləvi ictimai nəqliyyat şəbəkəsinin sıxlığı hesabat müddətində 1986-cı ildəki

2,0 km/km2 –dən 3,0 km/km

2 -dək artacaqdır.

Page 38: Bakı şəhərinin Baş planının izahat hissəsi
Page 39: Bakı şəhərinin Baş planının izahat hissəsi

33

Bakının minik avtomobillərilə həddən artıq yüklənməsi hesabat müddəti üçün

1000 nəfər əhaliyə 165 maşın müəyyən olunmuşdur ki, bu da şəhərin avtomobil

parkının 378 min vahidə çatdıracaqdır. 01.01.1986-cı il tarixinə Bakıda 53,6 min

minik avtomaşını və yaxud 1000 nəfər sakinə 31 maşın düşürdü.

Magistral küçə-yol şəbəkəsi Avtomobil nəqliyyatı axınının artan hesabi sayının

buraxılışını əldə etmək üçün hərəkətin yüksək keçiriciliyini və sürətini təmin edən

şəhər magistrallarının küçə-yol sisteminin inkişafı və təkmilləşdirilməsi nəzərdə

tutulur.

Magistral küçələr sisteminin önəmli çatışmamazlığı geniş sənaye zonası ilə bir-

birindən ayrılmış şəhərin qərb və şərq yaşayış rayonlarının əlaqəsi üçün eninə

magistralların lazımi sayda olmamasıdır.

İlk növbədə görülməli tədbirlər sırasında bu magistralların tikintisi nəzərdə

tutulmuşdur:

- Müşfiq küçəsindən (Qurd qapısı rayonundan)

Sənaye zonası rayonundakı Xarici-Dairəvi yoladək

Yeni Xarici-dairəvi yol 16,0 km.

- Yeni Kislotnaya küçəsi 10,0 km.

- Mövcud Xarici-Dairəvi yolun davamı

Rüstəmov küçəsindən Zığ şosesinədək 4,5 km.

- Mövcud yeni Xarici-Dairəvi yolun davamı

Qurd qapısından Lökbatan yolayrıcınadək 7,0 km.

- Böyük-Şor şossesinin dublyoru 4,5 km.

- Badamdar şossesi Müşfiq küçəsindən

Xanlar tağınadək 4,0 km.

- Şivanzadə küçəsi (sənaye zonasında)

Moskva pr. Fəhlə prospektinədək 4,5 km.

- Şaumyan küçəsi (Razin qəs) Mir pr.

Kislotnaya küçəsinədək 3,0 km.

_______________

53,5 km.

Page 40: Bakı şəhərinin Baş planının izahat hissəsi

34

Bundan başqa, şəhəri Abşeronun yaşayış məntəqələri və istirahət zonaları

ilə bağlayan yeni magistralların tikintisi nəzərdə tutulur. Abşeron yarımadasının

dairəvi magistrallarından nəzərdə tutulmuşdur: kurort zonasının cənub sərhəddi

boyunca magistral, neft mədənləri yerləşən yarımdairədən kənar magistral və

Abşeronun cənub-qərbini, Salyan şossesini Sumqayıt şəhəri ilə və Bakı-Rostov yolu

ilə bağlayan magistral.

Şəhərin magistral küçə-yol şəbəkəsinin hesabat müddətinə ümumi uzunluğu

1986-cı ildəki 300 km-ə rəğmən 600 km-dək artacaqdır.

Magistral küçə şəbəkəsinin sıxlığı hesabat müddətinə 1986-cı ildəki 1,35

km/km2 -ə rəğmən 2,73 km/km

2-dək artacaqdır.

Bakı şəhərinin küçə-yol şəbəkəsinin inkişafındakı çatışmazlıq, həmçinin

müxtəlif səviyyəli nəqliyyat və piyada kəsişmələri sisteminin zəif inkişafıdır.

Mühəndis-nəqliyyat qurğularının inkişafı bu cədvəldə verilmişdir:

____________________________________________________________________

İllər 1986 1990 2000 2005

____________________________________________________________________

müxtəlif səviyyələrdə kəsişmələr 11 26 41 65

Yeraltı piyada keçidləri 12 19 27 32

____________________________________________________________________

Xarici nəqliyyat Bəkı şəhərinin xarici nəqliyyat sisteminə dəmiryolu, dəniz,

avtomobil və hava nəqliyyatı daxildir.

Xarici dəmiryolu nəqliyyatı qurğularının perspektiv həlli ilə bağlı Bakının Baş

planının əsas məqsədi həm məxsusi Bakının, həm də Abşeronun dəmiryolu nəqliyyatı

sisteminin müstəqil fəaliyyət imkanlarına malik olmasının, onlar arasında şəhərətrafı

sərnişin daşınması üzrə geniş əlaqə və yükdaşımalarda (yerli və tranzit) xidmət

sferasının dəqiq bölgü aparılmasının təmin edilməsidir. Bu zaman məxsusi Bakı

ərazisində (Biləcəri st. istisna olmaqla) şəhərətrafı zonada yerləşən obyektlərin yük

axınlarına xidmət edən qurğuların inkişafına yol verilmir.

Page 41: Bakı şəhərinin Baş planının izahat hissəsi

35

Xarici dəniz nəqliyyatı qurğuların yerləşdirilməsi ilə bağlı Baş planla hesabat

müddəti üçün Bakı buxtasının məxsusi Bakının əhalisinin və sənayesinin ehtiyacları

ilə əlaqəsi olmayan işləri həyata keçirən obyektlərdən, əsasən tranzit daşınma

ehtiyacları ilə məşğul bərə istisna olmaqla, maksimum boşaldılması nəzərdə tutulur.

Beləliklə, hesabat müddəti üçün hazırda müxtəlif nəqliyyat qurğuları və

müəssisələri yerləşən 12Ş5 km-lik Bakı buxtası zolağı (sərnişin limanı, quru yük

pirsi, bərə keçidi və meşə limanı istisna olunmaqla) abadlaşdırma və sahilyanı

istirahət zonası üçün boşalacaqdır. (bax: VII fəsil).

Xarici avtomobil nəqliyatı qurğularına gəldikdə isə məxsusi Bakı və Abşeron

ərazisində həm ümumi, həm də sərbəst, müstəqil istiqamətlər üzrə ümumdövlət

avtomobil yolları şəbəkəsinə ən qısa çıxışı təmin edən yüksək kateqoriyalı

avyomagistrallar sistemi yaradılması məsələsi həll olunur. Xarici avtomobil

magistralları sistemi ümumi uzunluğu təxminən 150 km. olduğu halda 70 km-dən çox

yeni avtomobil yollarının, 75 km mövcud yolun rekonstruksiyasını və 15 yolunun və

avtomobil qovşağının tikintisini nəzərdə tutur.

Hesabat müddətində “Binə” beynəlxalq əhəmiyyətli aeroportu I klas aeroporta

çevrilərək əsas magistral aeroport funksiyasını, Zabrat aeroportu isə - yaxın yerli

respublika xətlərinə xidmət edən köməkçi aeroport funksiyasını saxlayır.

X FƏSİL Mühəndis avadanlığı

Su təchizatı Abşeron yarımadasında şirin su təchizatının verilməsi əhalinin

məişət-təsərrüfat ehtiyaclarının təmin edilməsi, yaşıllığın suvarılması, sənaye

müəssisələrinin ehtiyaclarının təmin edilməsi və yanğınların söndürülməsi nəzərə

alınmaqla layihələndirilir. Neftçıxarma, neftayırma, istilik-enerjisi sənayesi və bir sıra

müəssisələrdə hansında ki texnoloji proseslər buna imkan verir dəniz suyu istifadə

oluna bilər.

Page 42: Bakı şəhərinin Baş planının izahat hissəsi

36

Kommunal-məişət ehtiyacları üçün suyun sərf edilməsi normaları adambaşına 1985-

ci il üçün hesablanmış 300litr/adam əvəzinə 2005-ci ildə 600 litr/adam qəbul

edilmişdir.

Hesabi il üçün Bakı şəhəri və Abşeron yarımadası əhalisinin adambaşına

sutkada 1100 litr həcmində su ilə ( eyni zamanda kommunal-məişət ehtiyacları üçün

600 litr) təmin edilməsi məqsədilə əlavə mənbələrin daxil edilməsi və işə salınması

nəzərdə tutulur.

Adı Ölçü

vahidi

Sərf edilmə

1985 1990 2000 2005

Qeyd

1 2 3 4 5 6 7

Mənbələrin

gücü san/m³

Surətdə I

məxrəcdə II su

kəməri

Bütün verilənlər

БО СВК ilə

razılaşdırılmışdır

I-II

Bakısukəməri

san/m³

3,43 3,43 3,43 3,43

III

Bakısukəməri

san/m³

- 5,60 10,40 10,40

Ceyranbatan

su kəməri

san/m³

12,65 12,65 12,65 12,65

I-II Kür su

kəmərləri

san/m³

3,92

2,60

3,92

8,00

3,92

8,00

3,92

8,00

Təmizlənmiş

axım suları

san/m³

- 1,50 3,22 3,22

Abşeronun

yeraltı suları

san/m³

0,50 0,50 0,50 0,50

Yeni

mənbələr

san/m³

- 5,09 12,37 14,67

Mənbələrin

gücünun cəmi

san/m³

23,10 40,69 54,47 56,77

Su mənbələrinin ümumi gücü su sərf edənlərə görə paylaşdırılır:

Adı Ölçü

vahidi

Sərf edilmə

1985 1990 2000 2005

Qeyd

1 2 3 4 5 6 7

1985-ci il -15,60 БВ- yə Bakı şəhəri san/m³ 15,60 21,30 26,30

Page 43: Bakı şəhərinin Baş planının izahat hissəsi

28,60

görə adambaşına sərf

olunan 330 l/sutka

hesabatından

götürülmüşdür.

1990,2000,2005-ci illər

«Союзводоканалпроект»

б/о materilalları ilə

uyğunlaşdırılmışdır

Sumqayıt

şəhəri

san/m³

7,50 8,7 10,7 10,7

Kür su

kəməri

trasslarının

istehlakçıları

san/m³

- 1,87 2,26 2,26

I-II-III Kür

su

kəməri

trasslarının

istehlakçıları

san/m³

- 2,04 2,63 2,63

Qeydə

alınmamış

məsrəflər

10%

- - 4,20 4,20

İtkilər 20% 6,78 8,38 8,38

Cəmi: 23,10 40,69 54,47 67,70

Təsərrüfat məişət kanalizasiyası

Bakı şəhərində ayrı-ayrı kanalizasiya sistemləri fəaliyyət göstərir. Mövcud

təmizləyici qurğuların buraxma qabiliyyəti mexaniki təmizləmə zamanı 80 min

m³/sutka, axımların ümumi miqdarına görə 480 min m³/sutka-dır. Hövsan qəsəbəsi

ərazisində 1100 min m³/sutka axım qəbul etməyə hesablanmış yeni təmizləmə

qurğularının tikintisi aparılır (I növbə-600 min m³/sutka). Şimal kurort sahilindəki

yaşayış məntəqələri üçün Mərdəkan-Dübəndi ərazisində gücü 300 min m³/sutka olan

yeni təmizləmə qurğularının tikintisinə başlanması nəzərdə tutulmuşdur. Bundan

əlavə Abşeronun cənub-qərb hissəsində yaşayış məntəqələri lokal təmizləyici

qurğular olacaq. Bununla da nəzərə alınır ki, təmizlənmiş sənaye axımları sənaye

obyektlərinin texnoloji proseslərində ikinci dəfə istifadə edilir. Aşağıda təmizləmə

qurğularının nəzərdə tutulan güclərinin cədvəli göstərilir.

37

Page 44: Bakı şəhərinin Baş planının izahat hissəsi

38

Adı Ölçü

vahidi

Miqdarı

1985 1990 2000 2005

1 2 3 4 5 6

Zığ təmizləmə

qurğuları

min/m³

sutka

80,0 - - -

Hövsan təmizləmə

qurğuları

min/m³

-

943,20

1232,00

1347,00

Lökbatan təmizləmə

qurğuları

min/m³

- 200,00 350,00 350,00

Mərdəkan-Dübəndi

ərazisind “Şimali

Abşeron” təmizləmə

qurğuları

min/m³

- - 237,00 300,00

Yerli təmizləmə

qurğuları digər yaşayış

məntəqələri

min/m³

-

33,90

67,60 67,40

Cəmi:

min/m³

80,0

1177,00

1886,00 2064,40

Yağış kanalizasiyası Bakı şəhərində atmosfer sularının ayrılması sistemi yalnız

şəhərin mərkəzi hissəsində vardır. Baş planda yağış kanalizasiyası sistemi nəzərdə

tutulmuşdur, hansı ki, bütün yeni axım hovuzları təmizləndikdən sonra suların

ayrılması ilə dənizə axıdılması kollektorlar vasitəsilə təmin olunacaqdır.

1985-ci il 1990-cı il 2000-ci il 2005-ci il

Bakı şəhəri küçələrinin ümumi

uzunluğu (km)

1800 1900 2100 2200

Bakı şəhərindəki yağış

kollektorlarının uzunluğu (km)

126,0 150,0 165,0 180,0

İstehsalat kanalizasiyası Bakı şəhərinin sənaye müəssisələri sənaye axım sularını

yerli təmizlənmədən sonra dənizə axıdırlar. Təmizləmə hər bir müəssisədə yerinə

yetirilir. Təxminən sutkada 480 min m³ sənaye axım suları lazımi səviyyədə

Page 45: Bakı şəhərinin Baş planının izahat hissəsi

39

təmizlənmə aparılmadan Bakı buxtasına axıdılır. Bakı buxtası akvatoriyasının bundan

sonra neftayırma zavodlarının axım suları vasitəsilə çirklənməsinin qarşısının

alınması məqsədilə ГПИ «Союзводоканалпроект»-in Bakı şöbəsi axımların tam

bioloji təmizlənməsini və təmizlənmiş suların texnoloji proseslərdə istifadə olunması

məqsədilə yenidən müəssisəyə qaytarılmasını nəzərdə tutan ГЭО НПЗ işləyib-

hazırlamışdır.

Neft sənayesi kanalizasiyası Abşeronun neft yataqlarında axım sularının

yaranmasının mənbəyi torpağın mənimsənilməsi, neft quyularının istismarı, yeraltı

təmir işləri, qum yığımlarının yuyulması, nasosxanaların istismarı və s. Həmin sular

mədən kanalları ilə təmizlənməyə gedir və bundan sonra dənizə axıdılır. Mövcud

təmizləmə qovşaqlarının apardığı işlərin effektivliyi aşağıdır - 60%-70%.

Neft sənayesinin lay axım sularının yığımı və ayrılması təbəqələşmə yolu ilə

aparılacaqdır. Bütün lay qələvi suları təmizlənmədən sonra təbəqə basılmasına

göndərilməlidir, bütün qatı təbəqə suları onlardan qiymətli komponentlərin ayrılması

məqsədilə nəql edilməlidir. Təbəqə sularının artıq qalan hissəsi texniki istifadə

məqsədilə yönəldilir,bununla da təmiz dəniz suyu çəpərinə ehtiyac azalır.

Qaz təchizatı Bakı şəhərində kommunal-məişət ehtiyacları üçün qaza tələbat

1969-cu ildə «Гипроморнефт» institutu tərəfindən 1990-cı il, 2000-ci il və 2005-ci

illərə görə əhali sayının perspektivindən irəli gələn və adambaşına düşən xüsusi

məsrəflər işlənib-hazırlandıqdan sonra təyin edilmişdir.

Sənaye müəssisələrinin qaza olan tələbatı isə ümumi istehsalın gösrəricilərinə

əsasən, xüsusi məsrəfi 1mln. manata uyğun olaraq təyin edilmişdir.

Bakı şəhərinin 2005-ci ilə olan inzibati sərhədləri daxilində isitmə, təsərrüfat-

məişət, kommunal və sənaye ehtiyacları üçün qaza olan tələbat ildə 10142 mln m³

olacaqdır.

Respublikanın Dövlət Plan Komitəsinin məlumatına görə (2/1-24 nömrəli 14/04-

1975-ci il tarixli) 1990-cı il üçün Azərbaycanda təbii qazın hasilatı 12-13 milyard m³

Page 46: Bakı şəhərinin Baş planının izahat hissəsi

40

həcmində nəzərdə tutulmuşdur ki, bu da Bakı şəhərinin hesabi tələbatını bütövlükdə

ödəyir.

Elektrik təchizatı Hal-hazırda Bakı şəhərində yüklənmələrin təmin

edilməsi 720 Mva miqdarında dörd elektrik stansiyasından: “Krasin” DRES, ТЭЦ

«Красная Звезда», ТЭЦ НБНЗ, “Severnaya” DRES və Azərbaycan enerji

sistemindən ötürülmə hesabına həyata keçirilir. Bakı şəhəri üzrə hesabi yüklənmələr

ildə 3375 Mva-a qədər artacaq və Abşeronun mövcud elektrik stansiyalarından,

layihələndirilən Yeni Bakı İstilik Elektrik Stansiyası və Azərbaycan enerji

sistemindən ötürülmə hesabına təmin ediləcəklər ki, bu siyahıya Yeni Azərbaycan

DRES və Atom elektrik stansiyası da əlavə olunacaqdır.

(Mva)

Mənbələrin adları 1986-cı il 2005-ci il

“Krasnaya Zvezda” İES 175,0 100

“Krasin” adına İES 74,6 -

NBNZ İES I və II 24,0 -

“Severnaya” DRES 234,4 650

“Novobakinskaya” İES - 600

“Abşeron” PS-500 kv enerji

sistemindən təmin edilmə

212,0 2025

Cəmi: 720,0 3375

İstilik təchizatı Hal-hazırda Bakı şəhəri üzrə istilik sərf edilməsi 2052,0

Gkal/saat təşkil edir və aşağıdakı mənbələrdən: ROK-1, ROK-2, ROK-3, ROK-5,

ROK-6, ROK-8, ROK-10 və yerli məhəllə qazanxanaları vasitəsilə təmin edilir. Bakı

şəhəri və Abşeron yarımadasının istilik təchizatının əsas vəzifəsi hava məkanının

çirklənməsinin azalması, yanacaq sərfinin azaldılması və kiçik qazanxanaların ləğv

edilməsi məqsədilə onun müasir mənbələrdən istifadə etməklə maksimal dərəcədə

mərkəzləşdirilməsi və yeni daha güclü ROK-ların tikintisidir.

Hesabi müddət üçün istilik tələbatı 4380Gkal/saat təyin edilmişdir. Həm

mövcud həm də yeni mənbələrdən təmin ediləcəkdir: ROK-4, ROK-7, ROK-9,

“Şimal sahilindəki yaşayış məntəqələrinə istilik verilməsinə keçirilmiş Severnaya”

DRES, və Böyük Şor gölü ərazisində tikintisi nəzərdə tutulmuş “Novobakinskaya”

İES-dən təmin ediləcəkdir.

Page 47: Bakı şəhərinin Baş planının izahat hissəsi

41

Cədvəl

NN Mənbələr Ölçü vahidi Fəaliyyətdə

olan

Nəzərdə

tutulan

1 ROK-1 Bakı şəhərinin

şimal-qərb hissəsi

gkal/saat 200,0 200,0

2 ROK-2 Barinov(Y.Səfərov)

küçəsi

- 100,0 100,0

3 ROK-3 Dərnəgül - 150,0

4 ROK-4 Razin(Bakıxanov)

qəsəbəsi. sənaye zonası

- - 150,0

5 ROK-5 BZBK - 150,0 300,0

6 ROK-6 Əhmədli - 100,0 100,0

7 ROK-7 Qanlı Göl - - 400,0

8 ROK-8 Musabəyov - 50,0 110,0

9 ROK-9 Günəşli - 120,0 120,0

10 ROK-10 Bayıl Timçenko

küçəsi

- 32,0 100,0

11 Novobakinskaya İES - - 180,0

12 DRES “Severnaya” - - 530,0

13 “Krasnaya Zvezda” İES - 400,0 -

14 Məhəllə qazanxanaları - 752,0 320,0

Cəmi: 2052,0 4380,0

Həmin İES-in tikintisi ümumi istilik istehsalı 700Gkal/saat olan 200 qızdırıcı

və sənaye qazanxanalarının istismardan çıxarılmasına gətirib çıxara bilər, eyni

zamanda yanacaq sərfini ildə 240- ТУТ-a qədər endirə bilər. Kükürd anhidrid

tullantılarının ildə 300 tona qədər və azot oksidlərini isə 500 tona qədər azalda bilər.

Buxar İES-si zonasına daxil olmayan istehlakçıların istilik təchizatını rayon

məhəllə qazanxanaları hesabına həyata keçirilməsi nəzərdə tutulur.

Telefonlaşdırma Bakı şəhəri ərazisində 01.01.1986-cı il tarixinə ümumi

həcmi 265,6 min nömrə olan 31 ATS və 7 RTS istismar edilir. Telefon əlaqəsinin

2000-ci il üçün nəzərdə tutulmuş inkişaf Baş sxemi Tbilisinin «Гипросвяз» institutu

tərəfindən işlənib hazırlanmışdır.

Abonent qurulmasına tələbat 1990-cı il üçün 48,2 nömrə, 2000-ci il üçün 946,0

nömrə 2000-ci ildən sonra isə 1020 nömrə təşkil edir.

Page 48: Bakı şəhərinin Baş planının izahat hissəsi

42

1990-cı ilə qədər ümumi həcmi 140 min nömrə olan 12 yeni ATS-in tikintisi

nəzərdə tutulmuşdur.

XI FƏSİL Ərazinin mühəndis hazırlığı

Baş plan üzrə Abşeron yarımadası ərazisinin nəzərdə tutulmuş kompleks

mühəndis hazırlığının tərkib hissələri bunlardır:

-Relyefin təşkili zamanı başlanğıc kimi şaquli planlaşdırılma, binaların

yerləşdirilməsi, keçidlərin düzəldilməsi, atmosfer sularının ilkin səthi ötürülməsi;

-Səthi atmosfer sularının (sistematik) ötürülməsi (yağış kanalizasiyası). Yol

örtüklərinin sudan dağılmasından qorunması vasitəsi kimi;

-Təbii su mənbələrinin (göllər) rejiminin və kimyəvi xassələrinin dəyişdirilməsi,

onların sahilyanı sahələrinin qismən qurudulması;

- Qazma suları ilə dolmuş yerli axımsız enişlərin, bataqlıq və bataqlaşma

yerlərinin qurudulması (ekstensiv) və drenajı;

- Sahələrin, işlənmiş neft yataqlarının rekultivasiyası (bərpası);

- Külək və su eroziyası nəticəsində yarğanların yaranmasının, bu halların

artması və inkişafı ilə mübarizə aparılması;

- Dik enişlərdə sürüşmələr, uçqunlar, dağılmalar və başqa qravitasiya prosesləri

ilə mübarizə aparılması;

- Böyüyən qum təpələrindən və küllənmə prosesindən müdafiə;

- İstehsal etdiyi məhsulun mahiyyəti, vəziyyətinin müxtəlifliyi ilə fərqlənən,

vaxtilə işlənmiş və hal-hazırda atılmış karxanaların rekultivasiyası (bərpası);

- Sahilin və sahil istinad divarının yaradılması məqsədilə Bakı buxtasının

(akvatoriyasının) sahilyanı ərazilərinin doldurulması.

Şəhərdə boş ərazilərin qıtlığı şəraitində sahələrin rekultivasiyası məsələləri

xüsusi yer tutur. Neft mədənlərinin işlənmiş sahələri, faydalı qazıntıların

(karxanalrın) çıxarıldığı ərazilər, həmçinin geoloji-kəşfiyyat, inşaat və bu kimi başqa

işlərin aparıldığı torpaq sahələri rekultivasiya (bərpa) olunmalıdır.

Page 49: Bakı şəhərinin Baş planının izahat hissəsi

43

SSRİ Nazirlər Sovetinin 1976-cı il tarixli Qərarının yerinə yetirilməsi məqsədilə

Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il tarixli 264 nömrəli və 1979-cu il

tarixli 456 nömrəli Qərarları ilə Abşeron yarımadasında torpaqların rekultivasiyası

işlərinə başlanmışdır. 1986-cı il yanvar ayının 1-i üçün xarab olmuş torpaqların

sahəsi təxminən 10 min ha təşkil edir.

XII FƏSİL. Ətraf mühitin qorunması

Bakı şəhərində və onun şəhərətrafı ərazisində insanları əhatə edən mühitin

qorunması və yaxşılaşdırılması problemi son dərəcə kəskin olaraq qalmaqdadır. Təbii

və antropogen amillərin ahəngi nəticəsində ətraf mühitin əlverişli olmayan

vəziyyətinin əmələ gəlməsi səbəbinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması və rahat

həyat şəraitinin yaradılması üçün kompleks elmi əsaslandırılmış tədbirlərin

keçirilməsi zəruridir. Bunlara əhalinin yerləşdirilməsi sistemi, ərazinin funksional

zonalara bölünməsi, yaşıllığın düzgün paylaşdırılması və s. daxildir.

Əhalinin yerləşdirilməsi üzrə tövsiyələr

Baş planla qəbul edilən əhalinin yerləşdirilməsi və funksional zonalara

bölünməsi sistemləri ərazinin rasional istifadə edilməsini və ətraf mühitin

yaxşılaşdırılmasını nəzərdə tutur. Layihə işləmələrinə uyğun olaraq Bakı şəhəri ilə

onun şəhərətrafı zonaları arasında baş planın istifadə müddətinin sonunadək əhalinin

daha müntəzəm paylaşdırılması nəzərdə tutulur. Şəhərətrafı ərazinin əhalisi müasir

vəziyyətdəki 18% müqabilində 33% artmalıdır.

Şəhərətrafı zonada dənizkənarı ərazidə yaxşı təbii şəraitlərlə mövcud şəhərtipli

qəsəbələrin əsasında şəhərlərin inkişafı nəzərdə tutulur. Nisbətən kiçik və abad

olmayan yaşayış məntəqələri, həmçinin neft mədənləri ərazisində yerləşən yaşayış

məntəqələri inkişaf göstəricisi deyil. Abşeronun ən yaxşı təbii-iqlim şərtləri ilə

seçilən və ən təmiz dəniz sahili və akvatoriyası olan şimal və şimal-şərq sahilində

kurort zonasının layihə üzrə inkişaf etdirilməsi nəzərdə tutulur. Abşeronda 32.0 min

Page 50: Bakı şəhərinin Baş planının izahat hissəsi

44

ha ərazinin yaşıllaşdırılması nəzərdə tutulmuşdur (meşə zolaqları, meyvə bağları,

şəhərlərin perimetri və avtomobil yolları boyunca müdafiə yaşılıllığı).

Şəhərin planlaşdırılması və tikintisi üzrə tövsiyələr

Bakı şəhərinin Baş planına uyğun olaraq, buxtanın sahili bütövlükdə şəhərin

planlaşdırılma dayağı olmalıdır. Dəniz akvatoriyasının sahilyanı dayaz hissəsinin

dəniz dibi qumunun refule edilməsi üsulu ilə mənimsənilməsi və həmin qumun

sahilyanı parkın təşkilində istifadə edilməsi nəzərdə tutulur. Bakı buxtasını

tamamlayan, şəhərdən dənizə şərq və qərb çıxışları (Şıx və Zığ burunları)

əhəmiyyətli dərəcədə yaşıllığı olan şəhər istirahət zonaları və çimərliklər anlamını

verir.

İctimai əhəmiyyətli yaşıllaşdırmanın inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb

edir. Əsas etibarı ilə park və bulvarların geniş vüsət alması Bakı şəhərində üstünlük

təşkil etdiyi şimal və cənub küləklərinin yumşalmasında əhəmiyyətli rol oynayır.

Bakı mühitinin sağlamlaşdırılması üçün şəhər torpaqlarında yaşayış və sənaye

ərazilərinin arasında sanitar-müdafiə zolaqlarının yaşıllaşdırılması və Bakı şəhərinin

ətrafında yaşıllıq kəməri yaradılması nəzərdə tutulur. Bakı şəhərini əhatə edən Böyük

Şor, Qanlı Göl, Bülbülə gölləri təmizlənməlidirlər, onların sahillərində rekultivasiya

işləri aparılmalı və abadlaşdırılmalıdır. Bundan sonra həmin göllərdən şəhərdaxili

istirahət zonası kimi istifadə oluna bilər.

Bir sıra sənaye müəssisələri yaşayış ərazilərindən Bakının, şəhərətrafı

qəsəbələrin, respublikanın rayonlarının sənaye zonasına çıxarılır və ya ləğv edilir.

Sənaye rayonlarının planlaşdırılması sahəsində tovsiyələr

Bakının perspektiv inkişafı üçün Bakı yaylasının mərkəzi hissəsindəki sənaye

zonası və cənub-qərbdə yerləşən (Bibi Heybət), həmçinin cənub-şərqdə yerləşən

(Serebrovski) neft mədənləri saxlanılır. “Azneft” İB ilə razılaşdırılmaya əsasən Bakı

Page 51: Bakı şəhərinin Baş planının izahat hissəsi

45

şəhərini yarım qövs şəklində əhatə edən neft mədənlərinin təşkil etdiyi qövsün

kəsilərək araya yaşıllıq zolaqlarının və tikintinin daxil edilməsi nəzərdə tutulmuşdur.

Bakının Baş planında sənaye zonasının, o cümlədən neft mədənləri və yaşayış

əraziləri arasındakı ərazilərin tam abadlaşdırılması, aralıq zonaların yaşıllaşdırılması

nəzərdə tutulur.

Bakı şəhərinin sənaye zonasından dəniz neft daşınmasının gələcək Dübəndi

şəhərinin sənaye zonasına çıxarılmasının həyata keçirilməsi davam edir ki, bu da

şəhərin sənaye zonasının dənizkənarı hissəsinin xeyli dərəcədə çirkləndirmə

mənbəyindən azad olunmasına və dənizkənarı ərazinin təmizlənməsinə imkan

yaradır.

Magistral və yol sistemlərinin təkmilləşdirilməsi sahəsində tövsiyələr

Şəhər nəqliyyatının yenidən qurulması nəzərdə tutulur, buna uyğun olaraq:

şəhər mərkəzinin tranzit nəqliyyat hərəkətindən azad edilməsi, şəhər magistrallarının

genişləndirilməsi və yaşıllaşdırılması, müxtəlif səviyyələrdə nəqliyyat yol

ayrıclarının təşkil edilməsi, avtomobil dayanacaqları üçün meydançaların ehtiyata

götürülməsi nəqliyyat vasitələri üçün yeraltı ərazidən istifadə edilməsi nəzərdə

tutulub. Hesabi istifadə müddəti üçün “məxsusi Bakı” ərazisində 50 km uzunluğu

olan sürətli avtomobil yolları, 70 km-dək arasıkəsilməyən hərəkətli magistral yolu və

kəsişmələrdə 65 yol ötürücü qovşaqların olması nəzərdə tutumuşdur. Bütün bunlar

marşrytlaşdırmanın təkmilləşdirilməsinə, düşüb-minmələrin sayının azaldılmasına,

şəhərdaxili və şəhərətrafı yollarda sərf olunan vaxtın, həmçinin nəqliyyatın yollarda

yaratdığı səs-küyün, işlənmiş qazın çıxmasına, tozun əhəmiyyətli dərəcədə

azalmasına bir sözlə şəhər mühitinin yaxşılaşdırılmasına gətirib-çıxarmalıdır.

Nəqliyyatın bütün növlərinin, eyni zamanda elektrik nəqliyyatı vasitələrinin

(metropoliten, trolleybus) nizama salınması məsələlərinə baxılmışdır. Daha doğrusu,

ətraf mühitə daha əlverişli təsir göstərən tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Page 52: Bakı şəhərinin Baş planının izahat hissəsi

46

Məskunlaşmış ərazilərə mühəndisi xidmət göstərilməsi sahəsində tövsiyələr

Baş planda ayrı-ayrı kanalizasiya sistemlərinin inşası nəzərdə tutulmuşdur.

Nəcis və çirkab suları üçün axımlar, neftayırma və neftçıxarma sənayesi üçün

axımlar, digər müəssisələr üçün və yağış suları üçün axımlar. Bakı şəhərinin və

şəhərətrafı zonanın başqa məskunlaşma ərazilərinin nəcis kanalizasiyasının axım

suları təmizləyici qurğulara və bioloji süni gollərə axıdılır.

Neftçıxarma və neftayırma sənayesi axımları təmizləndikdən və təkrar

təmizlənmədən sonra sənaye müəssisələrinin su təchizatının dövriyyə sistemində

istifadə olunurlar. Axımların istifadə olunmayan hissəsi neft gölməçələri və bioloji

süni gölməçələrə təkrar təmizlənməyə, daha sonra xüsusi kanal vasitəsi ilə dənizə

axıdılır.

Bakı buxtasının və göllərin sağlamlaşdırılması ilə bağlı tövsiyələr

Bakı buxtasının sağlamlaşdırılması üçün bu tədbirlərin keçirilməsi nəzərdə

tutulur: neft sənayesinin təmizlənməmiş sularının axıdımasının qarşısının alınması,

sənaye və məişət - təsərrüfat axımlarının dəniz və göllərə axıdılmasının, dənizdə

neftin çıxarılmasının germetizasiyası , dəniz donanması gəmilərində zibilin və çirkab

suların təmizlənmədən dənizə axıdılmasının qarşısının alınması, dənizdə üzən neft və

zibil qaysağının yığılması üçün xüsusi tutqaclardan istifadə olunması, gələcəkdə

Şıxda və Zığda nəzərdə tutulmuş istirahət zonalarının hidromeliorasiya üsulu ilə

qaydaya salınması çimərliklərin abadlaşdırılması və Bakı buxtasında dəniz dibi

qatının təmizlənməsi, Bakı dənizkənarı parkının qərb və şərq istiqamətində ərazinin

tədricən boşalması ilə əlaqədar genişləndirilməsi.

Page 53: Bakı şəhərinin Baş planının izahat hissəsi

47

Zibilin emalı və zibilliklərin ləğv edilməsi ilə bağlı tövsiyələr

Şəhər və şəhərətrafı ərazilərdə olan bütün pərakəndə və qeyri-qanuni zibillikləin

ləğv edilməsi nəzərdə tutulmuşdur. “Giprokommunstroy”-un layihəsinə əsasən bütün

yığılmış zibil 2 zibil emalı zavodu tərəfindən zərərsizləşdirilir: Böyük Şor rayonu

ərazisində ildə gücü 2000 min kub m. olan və Qala qəsəbəsi ərazisində gücü ildə 791

min kub m. olan zibil emalı zavodu.

Hava məkanının sağlamlaşdırılması ilə bağlı tovsiyələr

SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1985-ci il tarixli 1019 nömrəli “1986-1990

illərdə Bakı şəhər təsərrüfatının gələcək inkişafı üçün görüləcək tədbirlər haqqındakı”

Qərarına uyğun olaraq Bakı və Bakı buxtasının atmosferini çirkləndirən 60

müəssisənin yeni meydançalara köçürülməsi nəzərdə tutulmuşdur.

Bundan əlavə şəhərin hava məkanının çirkləndirilməsinin qarşısının alınması

məqsədilə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur:

Movcud sənaye müəssisələrində qaztəmizləyici və toztəmizləyici gurğuların

inşası, bütün mədənlərdə neft hasilatının germetizasiyası, şəhər sərhədləri daxilində

çuqun tokmə istehsalının, kiçik qazanxanaların ləğv edilməsi, rayon istilik

stansiyaları və qazanxanalarının tikintisinə keçid, tamamilə qaz yanacaq sisteminə

keçid, müəssisələrin ətrafındakı sanitar zonaların, magistral küçə və meydanların,

yaşayış məntəqələrinin ətrafnın, şəhərətrafı zonanın avtomobil yollarının kənarlarının

yaşıllaşdırılması, şəxsi, dövlət və idarə avtonəqliyyat vasitələri üçün çoxmərtəbəli

qarajların tikintisi və bütün şəhərdə pərakəndə şəkildə səpələnmiş şəxsi qarajların

ləğv edilməsi.

Page 54: Bakı şəhərinin Baş planının izahat hissəsi

48

Səs-küylə mübarizənin aparılması

Dnepropetrovsk mühəndis-inşaat institutu şəhərin səs-küy xarakteristikalarının

yaxşılaşdırılması məqsədilə “Bakı şəhərində səs-küy rejiminin araşdırılması və

analizi” adlı işi yerinə yetirmişdir.

Bi işi və bundan əvvəl aparılan araşdırmaları nəzərə alaraq, Bakı şəhərinin Baş

planı aşağıdakı səs-küydən qorunma tədbirlərini təklif edir:

Magistrallar arası ərazilərin ölçülərinin artırılması ilə yanaşı nəqliyyat axınının

şəhərin əsas magistrallarında yığılması. Səs-küydən qorunma elementləri də daxil

olmaqla nəqliyyat magistrallarının abadlaşdırılması və yaşıllaşdırılması. Şəhər

sərnişin nəqliyyatında qatarların yenilənməsi, binaların layihələndirilməsi zamanı

akustik diskomfort zonasında xüsusilə rekonstruksiya işləri aparılan yaşayış

binalarında səs-küydən müdafiə edən konstruksiyaların tətbiq edilməsi barədə

səmərəli təkliflərin verilməsi.

XIII FƏSİL Tikintinin ilk mərhələsi

Tikintinin ilk mərhələsi 1986-1990-cı illər üçün hesablanmışdır. SSRİ Nazirlər

Sovetinin 31.10.1985-ci il tarixli 1019 nömrəli Qərarı ilə görüləcək işlərin həcmi

nəzərə alınmaqla Bakı şəhəri əhalisinin əməyinın, məişətinin və istirahətinin ən yaxşı

yolla təmin edilməsi məsələləırindən əmələ gələn mənzil-kommunal və mədəni-

məişət tikinti proqramı artıq təyin edilmişdir.

İşlərin təxmini dəyəri “Bakıdövlətlayihə” və “Azərdövlətlayihə” institutlarında

layihələndirilən obyektlərin, işçi layihələrinə tutulmuş smetaların eləcə də dəyərin

böyüdülmüş göstəricilərinə əsasən təyin edilmişdir.

Aşağıda ilk mərhələdə görülən işlərin dəyərləri göstərilmişdir.

Page 55: Bakı şəhərinin Baş planının izahat hissəsi

49

NN

Tikintinin növü

Dəyər mln man

Tutuğu yer %

1m² ümumi

sahəyə çəkilən

xərclər manatla

1 Mənzil tikintisi 751.1 33.5 227

2 Mədəni-məişət tikintisi 277.1 12.4 84

3 Yaşıllıq tikintisi 185.1 8.2 56

4 Yol-nəqliyyat tikintisi 371.6 16.6 112

5 Mühədis qurğuları və

avadanlıq

537.0 23.9 163

6 Ətraf mühitin qorunması,

mühəndis hazırlığı,

ərazinin regenerasiyası və

sağlamlaşdırılması

121.5

5.4

37

Cəmi:

2243.5

100.0

679

Qeyd: Tikintinin ilkin mərhələsinə çəkilən xərclər eyni zamanda nəinki

yeni hətta mövcud mənzil fonduna edilən xidmət ilə əlaqədar olan ümumşəhər

obyektlərini də nəzərə alır.